You are on page 1of 2

Azərbaycan Respublikası Mərkəzi

Bankı İdarə Heyətinin


“17” may 2006-cı il tarixli
qərarı ilə təsdiq edilmişdir.
Protokol № R/N 150

Pul siyasəti və maliyyə sabitliyi Komitəsi haqqında

ƏSASNAMƏ

Bu Əsasnamə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”


Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmışdır.

1. Ümumi müddəalar
Pul siyasəti və maliyyə sabitliyi Komitəsi (bundan sonra “Komitə”) pul və
məzənnə siyasətinin işlənməsi və həyata keçirilməsi, habelə maliyyə sabitliyinin
qorunması üzrə Mərkəzi Bankın İdarə Heyətinin yanında məşvərətçi orqandır.

2. Komitənin əsas vəzifələri


Komitənin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
2.1. Pul və məzənnə siyasətinin konseptual məsələlərini müzakirə edir və
bununla bağlı Mərkəzi Bankın İdarə Heyətinə təkliflər verir;
2.2. İnflyasiya, məzənnə və pul aqreqatları ilə bağlı durumu, pul siyasəti
alətlərinin tətbiqinin nəticələrini müzakirə edir və müvafiq departamentlərə
tövsiyələr verir;
2.3. Pul proqramının yerinə yetirilməsini və pul bazarının vəziyyətini müzakirə
edir, rüblük pul proqramını təsdiq edir, pul siyasəti alətlərinin tətbiqinə dair
təkliflər verir;
2.4. Pul və məzənnə siyasəti və maliyyə sabitliyinin təhlili ilə əlaqədar
hazırlanmış metodoloji sənədləri müzakirə edir və təsdiq olunmaq üçün
İdarə Heyətinə təqdim edir;
2.5. Milli iqtisadiyyatda və dünya iqtisadiyyatında gedən proseslərin
qiymətləndirilməsini həyata keçirir və zəruri olduqda bu qiymətləndirmənin
nəticələrinin pul siyasətində və maliyyə sabitliyinin qorunmasında nəzərə
alınmasını tövsiyə edir;
2.6. Pul və məzənnə siyasətinin maliyyə sabitliyinə təsiri məsələlərini müzakirə
edir;

1
2.7. Maliyyə sisteminin sabitliyi, o cümlədən bank nəzarəti məsələlərini
müzakirə edir və aidiyyəti departamentlərə müvafiq göstəriş və tövsiyələr
verir;
2.8. Maliyyə sisteminin sabitliyi ilə əlaqəli digər məsələləri müzakirə edir və
aidiyyəti departamentlərə müvafiq göstəriş və tövsiyələr verir.

3. Komitənin tərkibi və qərarların qəbulu proseduru


3.1 Komitənin tərkibi İdarə Heyətinin sədri tərəfindən təsdiq olunur.
3.2 Komitənin sədri Komitənin işinə rəhbərlik edir.
3.3 Komitənin pul və məzənnə siyasəti məsələlərinə dair iclasları həftədə bir
dəfə, maliyyə sisteminin sabitliyi məsələlərinə dair iclasları isə ayda bir
dəfə keçirilir.
3.4 Komitənin katibi funksiyasını Pul siyasəti departamentinin əməkdaşı
həyata keçirir.

4. Yekun müddəa
Bu Əsasnamə imzalandığı gündən qüvvəyə minir.

Mərkəzi Bankın
Sədri E.S.Rüstəmov

You might also like