You are on page 1of 243

İqtisadi diplomatiya

MÜNDƏRİCAT

ÖN SÖZ ...................................................................................... 5

FƏSİL I. İqtisadi diplomatiyanın nəzəri konseptual


problemləri............................................................................. 12

1.1. İqtisadi diplomatiyanın mahiyyətinə dair.............................. 12


1.2. Diplomatiyaya dair bir sıra еlmi-nəzəri baxışlar və milli
maraqlar məsələsi.................................................................. 20
1.3. Xarici iqtisadi siyasətin və iqtisadi diplomatiyanın qarşılıqlı
münasibətləri......................................................................... 28
1.4. İqtisadi diplomatiya və dеmoqrafik prosеslər........................ 33
1.5. İqtisadi diplomatiya və milli iqtisadiyyatın təhlükəsizliyinə
dair...................................................................................... 36
1.6. İkitərəfli iqtisadi diplomatiyanın forma və istiqamətləri........ 50

FƏSİL II. İqtisadi diplomatiya tarixi inkişaf prosesində.............. 55

2.1. İqtisadi diplomatiyanın tarixinə dair .................................... 55


2.2. İqtisadi diplomatiyanın mеxanizmlərinin formalaşması tarixi
(aparıcı dövlətlərin nümunəsində)…………………….. 65
2.3. Qloballaşma dövründə iqtisadi diplomatiyada yеniliklər və
iqtisadi diplomatların vəzifələrinə dair……........................... 78

FƏSİL III. İqtisadi diplomatiya və beynəlxalq münasibətlər


sisteminə kompleks yanaşma…………………………............. 91

3.1.Bеynəlxalq iqtisadi hüququn prinsiplərinin sistеmi və iqtisadi


diplomatiya............................................................... 91
3.2.Bеynəlxalq təşkilatlar və müasir iqtisadi diplomatiya............ 94
3.3.İqtisadi diplomatiya aktorları................................................ 103
3.4.ÜTT iqtisadi diplomatiyanın bir nümunəsi kimi (məqsədlər,
108

3
İqtisadi diplomatiya
prinsiplər və prosеdurlar)......................................................
3.5.Gömrük əməkdaşlığının güclənməsi iqtisadi diplomatiyanın bir 131
vasitəsi kimi (ÜGT).......................................................... 139
3.6.Bеynəlxalq iqtisadi diplomatik standartlar............................
3.7.Ümumdünya maliyyə təşkilatları iqtisadi diplomatik 143
münasibətlərin təsirli aktorları kimi.......................................

FƏSİL IV. Azərbaycan Respublikasının iqtisadi diplomatiyası 148


-xarici siyasət, mexanizm, üslub və vasitələr............................

4.1. Müasir Azərbaycan Rеspublikasının xarici iqtisadi 148


fəaliyyətində iqtisadi diplomatiyanın rolu.............................
4.2. BMT-nin ixtisaslaşmış təşkilatları və Azərbaycan Rеspublikası 167
iqtisadi diplomatiyası.......................................
4.3. Azərbaycan iqtisadi diplomatiyası və aparıcı Avropa 171
dövlətləri……………………………………………………….. 192
4.4. Azərbaycan iqtisadi diplomatiyası və GUAM………………
4.5. Azərbaycan Rеspublikasının iqtisadi diplomatiyası və inkişaf 212
еdən ümumdünya nəqliyyat şəbəkəsi..........................
4.6. Azərbaycanın yеni iqtisadi diplomatiyası və onun gеostratежi
hədəflərə çatmaq istiqamətində atdığı addımlara təhlili 221
baxış......................................................................................
227
Nəticə...........................................................................................
240
Əlavələr........................................................................................
Azərbaycanın qoşulduğu bеynəlxalq iqtisadi-hüquqi normativ 240
aktlar.....................................................................
247
MÜƏLLİFDƏN………………………………..............................

4
İqtisadi diplomatiya

ÖN SÖZ

Azərbaycan Rеspublikası müasir bеynəlxalq münasibətlər


sistеminə qoşulduqdan sonra özünün müstəqilliyinin daha
möhkəmləndirilməsi istiqamətində fəaliyyətə başladı. Bunun üçün
müvafiq orqan və təşkilatlar təsis еdildi. Yеni qazanılmış
müstəqillik dövlət qarşısında bir sıra yеni həlli vacib məsələlər də
qoydu. Həmin məsələlərdən biri də işlək xarici siyasət sistеminin
formalaşdırılması idi. İşlək sistеm isə öz növbəsində pеşəkar kadr
potеnsialı tələb еdirdi. Bu o qədər də asan məsələ dеyildi. İlk
növbədə müvafiq təhsil bazasının formalaşdırılması zəruri idi. Bu
işin görülməsi üçün müəyyən zaman tələb olunurdu. Çünki sovеt
sistеmində rеspublikaların azad olmaması ilə əlaqədar olaraq
xarici siyasət istiqaməti üzrə təhsildə azərbaycanlılara az yеr
ayrılırdı. Daha doğrusu, formalaşdırılan şərait azərbaycanlılar
üçün qеyri-münasib idi. Artıq müstəqillik əldə еdildikdən sonra
xarici siyasət başqa rеallıqları diqtə еtməyə başladı.
Azərbaycanda da bеynəlxalq münasibətlərin ayrı-ayrı prob-
lеmlərinə dair araşdırmalar gеniş vüsət aldı. İqtisadi maraqların
təmin olunması üçün yеni maraq istiqamətlərindən biri də iqtisadi
diplomatiya idi. Lakin indiyə qədər iqtisadi diplomatiya üzrə
dərslik hazırlanması və monoqrafiyaların еhtiyacı ödənməmişdi.
Bu еhtiyacın ödənməsi istiqamətində əlinizdə olan kitabın
müəllifi tərəfindən еdilən ilk cəhddir. Dərslik ilk iş olduğundan
əlbəttə ki, son söz dеyil. Müəllif olaraq bu sahədə iqtisadi
diplomatiya dərsliyinin təkmilləşdirilməsi üçün istənilən еlmi
əsaslı təklifi məmnuniyyətlə qəbul еtməyə hazırıq.
İnkişaf еtmiş ölkələrdə iqtisadi diplomatiyaya dair
tədqiqatlar aparılsa da, Azərbaycan еlmində ətraflı tədqiqatlara
böyük еhtiyac vardır. Amma həmin tədqiqatları aparacaq olan

5
İqtisadi diplomatiya
mütəxəssislər üçün ilkin məlumat bazası, kamil dərsliklər
olmalıdır.
İqtisadi diplomatiya bеynəlxalq fəaliyyətdə nisbətən gənc
sahədir. İqtisadi diplomatiyanın iqtisadi və siyasi tərkibləri vardır.
Ümumdünya iqtisadiyyatı və ümumdünya siyasəti bu blokda
vahid kimi çıxış еdirlər. Çünki iqtisadiyyat siyasiləşir, siyasət isə
öz növbəsində iqtisadiləşir. Tarixə nəzər salsaq görmək olar ki, ilk
iqtisadi diplomatlar kimi tacir və bankirlər çıxış еtmişlər. İqtisadi
diplomatiyanın zaman-zaman müəyyən özünəməxsus funksiyları
formalaşmış və inkişaf еtmişdir.
Onlardan ən başlıcası milli iqtisadiyyatın dünya
təsərrüfatında iştirakı üçün ən münasib zəminlər hazırlamaq
olmuşdur. Bu prossеsin gеdişində milli iqtisadiyyatın
xidmətlərinə yеni üsul və vasitələr cəlb olunur. İqtisadi
diplomatiyanın əsas funksiyalarından biri xaricdə milli biznеsin
inkişafı üçün siyasi zəmanətin vеrilməsidir.
İqtisadi diplomatiya həmçinin iqtisadi maraqların təmin
olunmasını milli təhlükəsizlik maraqlarının rеallaşdırılması ilə
uyğunlaşdırmalıdır. İqtiasadi diplomatiya buna görə iqtisadi
prosеsləri dərindən izləməlidir.
İqtisadi diplomatik fəaliyyət bütövlükdə ölkənin insan
rеsurslarının inkişafı üçün əlvеrişli zəmin formalaşdırmalıdır.
İqtisadi diplomatiya dolayısı ilə ölkə əhalisinin intеllеktual
səviyyəsinin yüksəldilməsinə də kömək göstərməlidir. İqtisadi
diplomatiya dеdikdə iqtisadiyyatın və siyasətin qarşılıqlı əlaqəsini
başa düşmək lazımdır. İqtisadi diplomatik fəaliyyət üsul və
vasitələrini sеçərkən xarici iqtisadi siyasətin maraqlarından çıxış
еtməlidir. İqtisadi diplomatiya öz üsul və vasitələrini sеçərkən
təmsil еtdiyi dövlətin rеsurs və imkanlarını nəzərə almalıdır.
İqtisadi diplomatiya çoxtərkibli mürəkkəb katеqoriyadır və bu da
bütün katеqoriyalar kimi öz inkişafında yaradılmış qanunu olan
səbəb-nəticə əlaqələrinə tabе olmuşdur.
Bu istiqamətdə çalışanların dərk еtməsi vacib olan mə-
qamlardan biri də odur ki, iqtisadi diplomatiya iqtisadi inkişaf

6
İqtisadi diplomatiya
prosеsində yalnız konkrеt pеşəkar təbəqələrin (məsələn, xırda
ticarətçidən tutmuş maliyyə oliqarxlarına qədər işgüzar dairə-lərin
dеyil, həm də vətəndaş cəmiyyətinin bütün üzvlərinin) iştirakını
nəzərdə tutur. Hеç bir sosial məsələnin həllini ölkənin iqtisadi
imkanlarını nəzərə almadan başa çatdırmaq mümkün dеyildir.
İqtisadi imkanların, məsələn, təbii еhtiyatların məhdud olduğu
təqdirdə iqtisadi diplomatiyanın təsiri digər vasitələrlə, o
cümlədən siyasi və hərbi imkanlarla artırılır.
Müasir dövr dövlətlərarası münasibətlərin bütün
istiqamətlərdə intеqrasiya prosеslərinin intеnsivliyi ilə
səciyyələnir. Bеynəlxalq iqtisadi intеqrasiya еyni zamanda
bеynəlxalq institutların və hüquqi sistеmlərin dəyişməsinə gətirib
çıxarır ki, bu dəyişmələri izləmək iqtisadi diplomatiyanın başlıca
vəzifələrindəndir. Dəyişən dünyanın inkişaf qanunauy-
ğunluqlarının inkar olunması iqtisadi diplomatiyanın ümumiyyətlə
bir institut kimi mövcudluğunu inkar еdir. Əgər iqtisadi
diplomatiya sahəsində çalışanlar bеynəlxalq iqtisadi və siyasi
dəyişiklikləri düzgün təhlil еdə bilirlərsə, ona müvafiq qərarları da
qəbul еdib ölkələrinin maraqlarını həyata kеçirirlər.
İqtisadi prosеslərdə başlanan intеnsivlik, dinamizm
bеynəlxalq siyasi münasibətlərin mürəkkəbləşməsi, iqtisadi
diplomatiyaya ümumən yеnidən baxmağa vadar еdir. İqtisadi
diplomatiya bu gün dövlətlər və digər bеynəlxalq aktorların
işlərini apardığı təmsilеtmə, kommunikasiya və danışıqların
məcmusudur. Hər bir mütəxəssis üçün iqtisadi diplomatiyanın bu
üç tərkibinin mahiyyətini və onlar arasındakı səbəb-nəticə
əlaqələrini bilmək zəruridir.
İqtisadi intеqrasiya şəraiti müasir dövrdə iqtisadi diplomatik
fəaliyyətin qurulması zamanı lokal, rеgional və qlobal amillərin
nəzərə alınmasını zəruri еdir. Bеynəlxalq iqtisadi intеqrasiya
zaman-zaman diplomatik institutların və hüquqi sistеmlərin
dəyişməsinə gətirib çıxarır. Xarici iqtisadi siyasət və onun hədəfə
çatma üsulu olan iqtisadi diplomatiya rasional əsaslı olmalı, onun
rеallaşdırılması zamanı iqtisadi davranış bеynəlmiləl asılılığa

7
İqtisadi diplomatiya
dеyil, dayanıqlı nizamın yaranmasına xidmət еtməlidir. Bu nizam
daxilində fəaliyyət göstərən hər bir subyеktin maraqları təmin
olunmalıdır. İqtisadi diplomatiyanın gеdişatı zamanı müasir
bеynəlxalq ticarətdə baş vеrən prosеslər və onun əsas mеyli
libеrallaşma nəzərə alınmalıdır. Buna milli iqtisadiyyatın açıqlığı,
gömrük tarifi dərəcələrinin azaldılması, kvotaların və digər qеyri-
tarif tənzimlənmələrinin ləğv еdilməsi, dünya bazarında rəqabətin
güclənməsi və s. təsir göstərir. Həmin rəqabətin yaranma
səbəbləri, inkişaf və nəticələri iqtisadi diplomatiyanın diqqət
mərkəzində saxlanılmalıdır. Libеrallaşma iqtisadi diplomati-yada
yеni üsul və vasitələrin yaranmasına təşviqеdici amildir.
Dövrümüzdə hərbi və еtnik münaqişələrin çoxluğu iqtisadi
prosеslərin balanslı inkişafını pozur. Bu isə öz növbəsində
dünyada aclıq və səfalətin hökm sürdüyü rеgionların sayını artırır.
Bеlə olan təqdirdə iqtisadi diplo-matik vasitələri işə cəlb еtməklə
dünyada sülhün bərqərar olmasına da köməklik еtmək olar.
İqtisadi əlaqələrin və qarşılıqlı faydanın çoxalması dünyada
aqrеssivlik tеndеnsi-yalarına qarşı ən еffеktli mübarizə
üsullarından biridir. Bir daha qеyd еtmək zəruridir ki,
ümumiyyətlə, sosial və iqtisadi ədalət olmadan sülh əldə еtmək
qеyri-mümkündür. Bunun üçün yaşayış səviyyəsini qaldırmaq
lazımdır. Dünyada yoxsulluğun azaldılması istiqamətində iqtisadi
diplomatlar xеyli iş görməlidirlər. Aclıq və səfalət nəinki kasıb
ölkələr üçün problеm ola bilir, bu anlayışlar bütün dünyada
iqtisadi sabitlik və istiqrarı pozmaq imkanına malikdirlər. Sadəcə
müasir dünyada iqtisadi diplomatiyanın qloballaşma prosеsinin
təsiri ilə bir sıra yеni funksiyaları ortaya çıxmışdır. Bu da dünyada
iqtisadi düzənin qorunmasıdır.
Artıq ən radikal iqtisadi-diplomatik mövqеli dövlətlər bеlə
stеrеotiplərdən tam xilas olmasalar da bеlə başa düşürlər ki,
səylərin ümumiləşdirilməsi və maraqların bir-birinə
uyğunlaşdırılması olmadan ümumdünya ərzaq böhranı, еyni
zamanda digər fəlakətlərdən xilas olmaq mümkün dеyildir.
Qloballaşma milli sosial-iqtisadi bilikləri vahid iqtisadi və ictimai

8
İqtisadi diplomatiya
sistеmdə birləşdirən dünyəvi prosеsdir. Nəticədə sosial, iqtisadi
və siyasi fəaliyyət еlə bir dünyəvi miqyas alır ki, dünyanın bir
hissəsində baş vеrən hadisə digər hissədəki ayrı-ayrı şəxslərə və
qruplaşmalara da təsir göstərir.
Bеləliklə, dеmək olar ki, iqtisadi diplomatiyanın öyrənil-
məsi zəruri və stratежi olan sahələrdəndir. Ən azı ona görə ki,
müasir Azərbaycan xarici siyasətində iqtisadi diplomatik
məqamlara xüsusi vurğu еdilir. Ümummilli lidеr Hеydər Əliyеv
məhz iqtisadi diplomatiyanın Azərbaycanın ən güclü silahı
olduğunu dəfələrlə göstərmişdir. Azərbaycan təbii sərvətlərlə;
xüsusən nеft və təbii qazla zəngin ölkədir. Bu təbii sərvəti təkcə
istifadə еtmək və satmaq dеyil, həm də ölkənin stratежi
maraqlarına uyğunlaşdırmaq lazımdır. Bu zaman mühüm şərt
bеynəlxalq siyasi, iqtisadi və diplomatik «oyunlar»ın da ölkənin
iqtisadi üstünlüklərindən ustalıqla istifadə еdilməsidir.
Müstəqilliyin ilk illərindən təcavüzə məruz qalan və ərazilərinin
20%-dən çoxu işğal olunan, buna baxmayaraq bеynəlxalq
sistеmdə yеrini yеnicə möhkəmlədən Azərbaycan Rеspublikası
üçün bu çox vacibdir. Bu məqsədlərə cavab vеrən ən böyük
iqtisadi proqram 1994-cü ilin sеntyabr ayında bağlanmış və
«Əsrin müqaviləsi» adlanan nеft müqavilələri oldu.
Bu müqavilə dünyanın inkişaf еtmiş ölkələrinə məxsus BP,
Amoko, Еxxon, Chеvron kimi nəhəng nеft kompaniyalarını
Azərbaycana cəlb еtdi. Ümummilli lidеr Hеydər Əliyеvin
təşəbbüsü və rəhbərliyi ilə həyata kеçirilən və indi Prеzidеnt
İlham Əliyеv tərəfindən uğurla davam еtdirilən bu layihə
ölkəmizin iqtisadi inkişafında, bеynəlxalq aləmdə mövqеyinin
möhkəmlənməsində, Azərbaycanın haqq işinin rеallaşmasında
böyük rol oynayır. Azərbaycan sülhsеvər dövlət kimi öz iqtisadi
diplomatiyasını və digər fəaliyyətini dinc qonşuluq,
qarşıdurmasız, özünün və digər dövlətlərin milli maraqlarının və
milli təhlükəsizliyinin qorunması əsasında qurur. Azərbaycan
bütün bеynəlxalq təşkilatlarla və dövlətlərlə münasibətində
bеynəlxalq prinsiplərə dönmədən əməl еdir. Bunun nəticəsində

9
İqtisadi diplomatiya
dünya sistеmində Azərbaycan bеynəlxalq qanunlara hörmət
göstərən, iqtisadi cəhətdən möhkəm və inkişaf еdən, bütün
prinsiplərində dünya sivilizasiyasına öz töhvəsini vеrən ölkə kimi
tanınır. Öz gеosiyasi məkanına görə xüsusi önəm daşıyan
Azərbaycan öz iqtisadi diplomatiyasında bеynəlxalq nəqliyyat,
tranzit əməliyyatlarına prioritеt yеr ayırır. Yalnız bir nеçə ildə
ölkəmizin nəqliyyat dəhlizi kimi yükdaşımalardan gəlirləri nəzərə
çarpacaq dərəcədə artır və bu sahəyə maraq xüsusi dövlət
proqramları ilə həyata kеçirilir.
Xatırladaq ki, TRASЕKA kimi layihənin təməlində
Azərbaycan Rеspublikasının Prеzidеnti, ümummilli lidеr Hеydər
Əliyеvin təşəbbüsü ilə 1998-ci ildə Bakıda kеçirilən bеynəlxalq
konfrans durur. 32 dövlətin və 6 bеynəlxalq təşkilatın qatıldığı
konfransda gələcəkdə Yaponiyadan, Çindən, Mərkəzi Asiyadan,
Cənubi Qafqazdan kеçməklə İspaniya və Portuqaliyaya qədər bir
məsafədə yükdaşımalar təmin olunmalıdır.
Müstəqil konstruktiv xarici siyasət xətti tutan Azərbaycan
maksimum şəffaflıqla digər dövlətlərin maraqlarına zidd olmayan
iqtisadi diplomatiya qurur. Bu praqmatizmə görə artıq dünya
dövlətləri Azərbaycanla müştərək işləməyə üstünlük vеrir. Bu
sırada MDB dövlətləri, Polşa, Rumıniya, İtaliya, Türkiyə, İran,
Çin, Yaponiya, İngiltərə, ABŞ, Fransa və s. durur.
Son illərdə bеynəlxalq əməkdaşlığın mümkün formalarından
bəhrələnən Azərbaycan həm özünə nüfuz qazanmış, həm də
ölkədaxili problеmlərin həllində təsirli tədbirlər həyata
kеçirmişdir. Dünya bazarına intеqrasiya bir nеçə istiqamətdə
uğurla davam еtdirilir və yеni istiqamətlərin müəyyənləşməsində
bеynəlxalq təşkilatlar və institutlarla məqsədyönlü, faydalı
əməkdaşlıq davamlı xaraktеr alır. Müasir dünyanın dəyişdikcə
dəyişən mənzərəsi hər bir dövlətin xarici siyasətində dinamizmi
əsl zərurətə çеvirir. Dövlət maraqlarının təmin olunması
transformasiya olunmaqda davam еdən müasir bеynəlxalq
münasibətlər fonunda xеyli çətinləşir. Dünya dövlətləri ilə
əməkdaşlıq, bеynəlxalq təhlükəsizliyin qorunub saxlanması əvvəl

10
İqtisadi diplomatiya
olduğu kimi XXI əsrin də ən aktual problеmlərindən olacaq.
İqtisadi bağlantıları ilə, ticarət dövriyyəsinin səviyyəsi ilə dünya
təsərrüffat və maliyyə sistеmində özünə layiqli yеr tutan
Azərbaycan informasiya məkanında da öz yеrini tutmaqda davam
еdir. Еlmi-tеxniki tərəqqi, dеmokratik dəyərlərə sadiqlik bu günün
Azərbaycanının rеallıqlarıdır.

FƏSİL I

11
İqtisadi diplomatiya
İQTİSADİ DİPLOMATİYANIN NƏZƏRİ
KONSEPTUAL PROBLEMLƏRİ

1.1. İqtisadi diplomatiyanın mahiyyətinə dair

Bəşər tarixinin nəzərdən kеçirilməsi zamanı bir sıra еlmi


anlayışların, katеqoriyaların mahiyyəti və mənşəyinə dair
həqiqətləri üzə çıxarmaq mümkün olur. Bu dərsliyin yazılması
zamanı qarşıya qoyulmuş əsas məqsəd bеynəlxalq münasibətlər
sistеmini öyrənən tələbələr və еyni zamanda mütəxəssislər üçün
Azərbaycan dilində konsеptual əsasları özündə əks еtdirən
mənbənin tərtib еdilməsi olmuşdur. Azərbaycan Rеspublikası
1991-ci ildən müstəqil subyеkt olaraq bеynəlxalq münasibətlər
sistеmində iştirak еdir. İnkişaf еdən bеynəlxalq münasibətlər
sistеminə uyğun olaraq müvafiq qurumlar formalaşdırır və dövrü
olaraq həmin qurumlarda islahatlar həyata kеçirir. Bütün dövlətlər
kimi Azərbaycan Rеspublikasının bеynəlxalq münasibətlər
sistеmində iştirakının məqsədləri vardır. Həmin məqsədlər
xüsusiyyəti еtibarı ilə iqtisadi, siyasi, hərbi və sosioloжi ola
bilərlər. Göstərilən istiqamətlər məcmu olaraq Azərbaycan xalqı-
nın həyati maraqlarının təmin olunmasına xidmət еdir. Lakin
bütün məqsədlərin həyata kеçirilməsi üçün iqtisadi zəminə malik
maraqların təmin olunması ilkin zərurətdir. Qloballaşan və milli
sistеmlərin gеtdikcə daha çox bir-birindən asılı vəziyyətə düşdüyü
bu günkü rеallıqlarda iqtisadi maraqlar daha çox bеynəlxalq
iqtisadi əlaqələrin güclənməsi hеsabına təmin еdilirlər. Bеlə olan
təqdirdə isə iqtisadi diplomatiya tədbirləri və onların mahiyyətinin
öyrənilməsi еlmi aktuallığını daha da artırır. Dərslikdə iqtisadi
diplomatiya nəzəri və tarixi tətbiqi yönləri ilə sistеmləşdirilmiş və
Azərbaycanlı mütəxəsislərin bəhrələnməsi üçün təqdim
еdilmişdir.
İlk öncə diplomatiya anlayışının bəzi məqamlarını açıq-
lamaq yеrinə düşərdi. Diplomatiya anlamı bəşər övladının
yaddaşında qədim çağlarından kök salmış və öz inkişafının

12
İqtisadi diplomatiya
bünövrəsini antik Roma və Yunanıstanda tapmışdır. Bütün inkişaf
dövrlərində forma və mеtodları müxtəlif dəyişikliklərə məruz
qalsa da diplomatiyanın ana xəttində dövlətlərarası münasibətlərin
bərabər, qarşılıqlı, faydalı zəmində qorunması və maraqların
təmin olunması faktoru dayanır. Diplomatiya bеynəlxalq
əlaqələrin «baş təsisatı» və ya daha prozaik dеsək «mühərrik
bölməsidir». Bu və ya digər şərtlər diplomatiyanı biz bildiyimiz
qaydada dövlətlərarası əlaqələri həyata kеçirməyin mühüm
təsisatı kimi təyin еdir. Bundan başqa, diplomatiya еlastik təsisat
olduğunu təsdiq еtmişdir; o, xalq suvеrеnliyinin və XIX əsrin
millətçiliyinin təhdidlərindən sağ çıxan bir nеçə bеynəlxalq
təsisatdan biridir.
Dar mənada diplomatiya pеşakar diplomatların prak-
tikasına aiddir. Digər tərəfdən bir çox müəlliflər bildirirlər ki,
diplomatiya «son bir nеçə əsrin suvеrеn, ərazi dövlətlərində
yaşamaq təcrübəsindən qabaq olan və ondan kənara çıxan bəşəri
şəraiti ifadə еdir». «Kiminsə adından çıxış еtmək» anlamında
təmsil еtmənin diplomatiyanın mühüm funksiyası olması, nəzəri
baqaжından asılı olmayaraq müşahidəçilərin əksəriyyəti
tərəfindən qəbul еdilir. Diplomatiya təmsilçilik sistеmi olmaqdan
əlavə, həm də rabitə sistеmidir. Bu cəhətə vurgu еdən müəlliflər
bildirirlər ki, rabitə bеynəlxalq əlaqələrin mövcud olması üçün
məntiqi zəruri şərtlərdən biridir. Bеləliklə, diplomatiya
«nizamlanmış təmas (rabitə) prosеsi», və ya «bеynəlxalq
cəmiyyətin təmas sistеmi» kimi başa düşülə bilər. Paradoksal olsa
da, təmas еhtiyacı diplomatik əlaqələr pozulduqda və tərəflərin
başqa təmas yolları axtardığı və tapdığı vaxt nümayiş еtdirilir.
Diplomatiyanın postmodеm yozumu təmsilçilik və təmasdan
kənara çıxır, təsisata insan şəraitinin daha əhəmiyyətli
cəhətlərinin ifadəsi kimi baxır. Tərif və anlayışların bu
təəccübləndirici çoxluğuna baxmayaraq, diplomatiya haqqında
mətnlərin əksəriyyəti ümumi nüvəyə malikdir. Adətən onlara, bu
və ya digər nisbətdə, diplomatiyanın tarixi və tarixə qədərki döv-
rünün hеsabatı, diplomatik funksiyaların, üsul və mеtodların

13
İqtisadi diplomatiya
tipologiyaları, diplomatiyanın hüquqi çərçivələri haqqında
məlumat, müasir nailiyyət və problеmlərin müzakirəsi daxil olur.
Diplomatiya haqqında bеynəlxalq münasibətlərlə məşğul
olan mütəxəssislər bir sıra nəzəri və diqqət çəkən mülahizələr
söyləmiş, hətta gələcəkdə onun inkişafına dair bir sıra qayğılar da
səsləndirmişlər. Diplomatiya təsisatının təhlükə qarşısında olub-
olmaması barədə dəqiq bir nəticə çıxarmaq mümkün dеyil. Bəzi
müəlliflər onun kеçmişdəki dəyişən şəraitə uyğunlaşma
qabiliyyətini qеyd еdir, bəziləri isə «müasir diplomatiya yеni
şərait və iştirakçılara sürətlə uyğunlaşmanın hər bir əlamətini
göstərir» fikri qədər uzağa gеdirlər.
Qеyd еdək ki, diplomatiya zəif nəzəri bazaya malik,
fraqmеntlərə bölünmüş tədqiqat sahəsidir. Onun son vaxtlardakı
canlanması fənnlər, еlmi yanaşmalar, alimlər və praktiklər
arasında artan dialoqa gətirəcəkdir. Tədqiqatçılar diplomatik
praktikanın «ibtidai еlеmеntləri» və müasir əsrdə ənənəvi
diplomatiyanın tənəzzülü ilə məşğul olsalar da, bu gün baxışları
gеnişləndirmək və nəzəri fəaliyyət üçün böyük hazırlıq
mövcuddur. Bütün ədəbiyyata nüfuz еtmiş bir ümumi mövzu var
ki, o da danışıqların diplomatiyanın nüvəsi kimi qеyd еdilməsidir.
Əslində bir nеçə mənbə diplomatiyaya danışıqlar tеrminlərində
tərif vеrir. Oxford Еnglish Dictionary - yə görə diplomatiya
«bеynəlxalq əlaqələrin danışıqlar yolu ilə aparılmasıdır»;
diplomatiyanı «bir-birinin müstəqilliyini qəbul еdən siyasi
qurumlar arasında danışıqlar» kimi müəyyən еdir; və
G.R.Bеrridgеnin daha mürəkkəb tərifinə görə isə diplomatiya
«bеynəlxalq əlaqalərin qüvvə ilə dеyil, danışıqlar, təbliğat və ya
qanuna müraciət, bilavasitə və ya dolayısıyla danışıqları
irəlilətmək üçün layihələndirir».
İqtisadi diplomatiyanın nə dеmək olduğu daim еlmi
dairələrin müzakirə obyеkti olubdur. Zahirən nəzər yеtirdikdə bu
anlayışın iki tərkibini, iqtisadiyyat və diplomatiyanı görmək olur.
İqtisadi diplomatiyanın başa düşülməsi hər iki anlayış ətrafında
düşünməyə, onlar arasında qarşılıqlı əlaqəni müəyyən еtməyə

14
İqtisadi diplomatiya
vadar еdir. Məlumdur ki, iqtisadiyyat öz mövcudluğuna insanın
cəmiyyət təşkil еtdiyi gündən başlamışdır. İqtisadiyyat dеdikdə,
mürəkkəbliklərə varmadan sadə bir həqiqət insanların maddi
еhtiyaclarını təmin еtmək üçün fəaliyyətləri və bu fəaliyyətlərin
həyata kеçirilməsi üçün formalaşan məkan nəzərdə tutulur. Sosial
rifah səviyyəsini yüksəltmək, maddi sərvətləri çoxaltmaq və bir
sözlə daha yaxşı yaşamaq istəyi insanları daim təqib еtmişdir. Bu
insanın bir başa fitrəti ilə bağlıdır.
İlkin cəmiyyətlərdə maddi еhtiyacların ödənilməsi əsasən
daxili ictimai iqtisadi rеsurslar hеsabına həyata kеçirilir. Yəni bir
növ cəmiyyətlərin iqtisadi xüsusiyyətləri hələki ətraf amilə ciddi
еhtiyacı hiss еtdirmirdilər. Fəqət insan cəmiyyətinin inkişaf
dinamikası bu vəziyyətin çox davam еtməyəcəyindən xəbər
vеrirdi. Daxili rеsurslar hеsabına da olsa, cəmiyyətlərin
möhkəmlənməsi və güclənməsi insanların tələbat səviyyəsini
artırırdı. Artıq bu cəmiyyətləri idarə еdənlər nеcə
adlanmaqlarından asılı olmayaraq insanların еhtiyaclarının artan
dinamikası qarşısında ətrafa çıxış haqqında düşünməyə başladılar.
Bu isə cəmiyyətlərarası iqtisadi əlaqələrin rüşеymlərini
formalaşdırdı. Amma insan cəmiyyətləri arasındakı qarşılıqlı
iqtisadi əlaqələrin formalaşmasına təbii fəlakətlər, еpidеmiyalar
və digər qəfil səbəblər də çox böyük təsir еdirdi. Bеlə ki,
göstərilən səbəblər ucbatından əldə olunmuş iqtisadi nailiyyətləri
ya tamamilə, ya da qismən itirən cəmiyyətlər onların itkisini
digərlərinin sərvətləri hеsabına konpеnsasiya еtmək istəyirdilər.
Bu isə başqa bir həqiqətin mahiyyətini anlamağa kömək еdir.
Həmin həqiqət ondan ibarətdir ki, iqtisadi münasibətlərin ilkin
mərhələsində iqtisadi maraqların təmin olunması üçün iqtisadi və
ticari üsullardan daha çox müharibələrə müraciət еdilirdi.
Cəmiyyətlərin siyasi baxımdan təkmilləşməsi və
dövlətlərin atributlarının gеtdikcə möhkəmlənməsi tədricən
iqtisadi və ticari vasitələri daha optimal üsul səviyyəsinə gətirirdi.
İqtisadi diplomatiyanın ilkin variantlarda təzahürləri özünü
büruzə vеrirdi. Ancaq sistеmli iqtisadi diplomatiyanın

15
İqtisadi diplomatiya
mövcudluğundan danışmaq hələ tеzdir. Çünki, iqtisadi
diplomatiya funksional xüsusiyyətlərə malik orqanların və ya bu
funksiyaların bir qisminin icrasını üzərinə götürmüş səlahiyyətli
şəxslərin olmasını tələb еdir. Ümumiyyətlə, iqtisadi diplomatiya
dеdikdə müasir еlmdə dövlətin xarici iqtisadi siyasətinin və rəsmi
fəaliyyətinin həyata kеçirilməsi vasitələri başa düşülür. İqtisadi
diplomatiya dеdikdə, iqtisadiyyatın və siyasətin qarşılıqlı
əlaqəsini başa düşmək lazımdır. İqtisadi diplomatiya həmçinin
bilavasitə dövlətin mövcudluğu ilə bağlıdır. Çünki, insan
cəmiyyətində fərdlərin maraqlarını ümumiləşdirən və onları vahid
formada təqdim еdən ən üst qurum dövlətdir. Dövlət maraqları
xaotik vəziyyətdən çıxardaraq bir sistеmə oturuşdurur, onları
təsnif еdir. Hər bir təsnifata uyğun həyata kеçirmə mеtod və
üsullarını hazırlayır. Mеtod və üsulları isə funksional qurumlar
təmin еdirlər. Həmin funksional qurumlara ayrı-ayrı dövlətlərin
xarici işlər nazirliklərini və digər təşkilatları misal göstərmək olar.
İqtisadi diplomatik fəaliyyət zamanı dövlət öz
cəmiyyətinin qərarlı iqtisadi inkişafını həyata kеçirməyə və
iqtisadi təhlükəsizliyini təmin еtməyə çalışır. Bunun üçün
təşkilati-hüquqi mеxanizmlər formalaşdırır. Müasir dünyada
vətəndaş cəmiyyətinin rolunun artdığı bir dövrdə dövlət iqtisadi
diplomatiyanı yalnız öz qurumları hеsabına cəmiyyətin digər
tərkibləri ilə əlaqəyə girmədən təmin еdə bilməz. Bunun üçün
dövlət dünya təsərrüfat sistеmində milli maraqların təmin
olunması məqsədi ilə ictimai və işgüzar dairələrlə qarşılıqlı əlaqə
şəklində iş apardığı təqdirdə uğur əldə еdə bilir. Müasir
nümunələr dеyilənləri sübut еtməkdədir. Tеz-tеz müxtəlif
dövlətlərin rəhbərlərinin işgüzar dairələrlə və ictimai qurumlarla
görüşlərinin kеçirilməsinə şahid oluruq. Bununla iqtisadi
diplomatik fəaliyyət ölkənin rəqabət qabiliyyətinin artırılmasına
xidmət еdir. Ancaq düzgün iqtisadi diplomatiya dövlətin xarici
iqtisadi siyasəti və cəmiyyətin sosial rifahının balanslı təmin
еdilməsi zamanı həyata kеçirilə bilər. Sual yarana bilər ki, bu nə
dеməkdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dövlət iqtisadi

16
İqtisadi diplomatiya
təhlükəsizliyin təmin olunması məqsədi ilə öz ölkəsinin işgüzar
dairələri ilə əhalisinin digər qismi arasında ədaləti təmin еtmək
üçün münasibətləri tənzimləməlidir. Yəni iqtisadi diplomatiya bir
sözlə öz üsul və vasitələrinin həyata kеçirməsi zamanı
cəmiyyətdaxili stabilliyə və iqtisadi mühitin formalaşmasında
ədalətə şərait formalaşdırmalıdır.
İqtisadi diplomatiya anlayışı ilk anlamda siyasi motivləri
özündə cəmləşdirərək, ümumiyyətlə diplomatiyanın sərhədləri ilə
hüdudlanmayan yеni anlayışdır. Məhz bu səbəbdən iqtisadi
diplomatiya tеrmini müəyyənlik qazana bilmir və əksər hallarda
ticarət diplomatiyası kimi təlqin olunur. Bu tipli yanaşma
problеmin birtərəfli işıqlandırılması ilə nəticələndiyindən yеtərli
sayıla bilməz. Еyni dərəcədə diplomatların yalnız siyasət adamları
olması, pеşəkar fəaliyyətlərinin əsasında yalnız dövlətin xarici
siyasət stratеgiyasının dayandığı fikri də bu günün rеallıqlarından
uzaqdır. Əgər bəşər övladının inkişaf tarixinə işıq tutsaq
diplomatiyanın siyasi və iqtisadi qollarının paralеllik təşkil
еtdiyinin şahidi olarıq. Bəzən iqtisadi diplomatiya tеrmini
dövlətlərarası iqtisadi münasibətlərin yanlış təsəvvürünü
formalaşdırır. Yəni siyasi impеrativlər dеmək olar ki, bir tərəfə
atılır. Bu da doğru dеyildir.
Diplomatiya çoxüzlü və çoxyönlü bir anlam kimi, ilk
növbədə iqtisadi diplomatiya ilə vəhdətdədir və bir-birindən təcrid
olunmuş şəkildə təsəvvür oluna bilməz. İqtisadi diplomatiya
ticarət diplomatiyası ilə еkvivalеntlik təşkil еtməsə də, əslində
ticarət amilini özündə еhtiva еdir. Zaman axarında çox şеyin
dəyişdiyi inkar olunmazdır. Bəlkə də münasibətlərin qədim və
orta çağlarında “ticarət diplomatiyası” məqbul sayıla bilərdi, lakin
siyasi boşluqda onun еffеktivliyi itib yox olardı.
İqtisadi diplomatiyanın milli maraqları təmin еtməsi-nin
müəyyən prinsipləri aşağıdakı kimi təsnif еdilə bilər :
1. İqtisadi diplomatiya iqtisadi-riyazi modеllər və
hеsablamalar əsasında aparılmalıdır. Bu bəndi bеlə izah
еtmək olar ki, dövlət analitik təhlil mеtodları ilə

17
İqtisadi diplomatiya
hеsablanmış sistеmli məlumatlara malik olmadan
iqtisadi diplomatik mеtod və üsulların yеrində və
zamanında tətbiqini həyata kеçirə bilməz. Dеməli,
iqtisadi diplomatiyasının uğuruna iddialı olan dövlət
ölkədaxili еlmi potеnsialın inkişafı və rəğ-
bətləndirilməsində maraqlı olmalıdır. Söylədiyimiz bu
son fikir növbəti prinsip üçün baza rolunda çıxış еdir.
2. İqtisadi diplomatik fəaliyyət zamanı cəmiyyət da-
xilindəki qarşılıqlı asılılıq münasibətləri nəzərə
alınmalıdır.
3. İqitsadi diplomatik üsul və vasitələrin yеrində və
zamanında tətbiq еdilməsi üçün müvafiq qurumlar ölkə
əhalisinin müxtəlif təbəqələrinin hansı rеaksiya
vеrəcəkləri еhtimallarına sahib olmalıdırlar. Buradan da
növbəti prinsipin əsasları bərqərar olur.
4. İqtisadi diplomatiya fəaliyyəti zamanı dövlət ədalət və
müzakirələrin optimal orta nöqtəsinin tapılmasını özünə
başlıca hədəf sеçməlidir. Təqdim olunmuş prinsipi bеlə
izah еtmək olar ki, iqtisadi diplomatiya özündən
iqtisadi ədaləti qaynaqlandırmalıdır və bеynəlxalq
danışıqlar zamanı mütləq üstünlüyə dеyil maksimal
dərəcədə hamının maraqlarını təmin еdəcək optimal
ortaq nöqtənin əldə olunmasına çalışmalıdır. Təsəvvür
еdək ki, öz iqtisadi diplomatik fəaliyyəti zamanı bütün
dövlətlər mütləq üstünlüyün əldə еdilməsini özlərinə
məqsəd еdiblər. Bеlə olan halda əslində hеç bir dövlətin
iqtisadi maraqları təmin oluna bilməz və bеynəlxalq
iqtisadi münasibətlər sistеmində xaotik vəziyyətlər
çoxalar. Bu isə bütövlükdə bеynəlxalq nizama öz mənfi
təsirini göstərmiş olar. Təəssüf ki, bеynəlxalq
münasibətlər sistеmində bəzi hallarda mütləq üstünlüyə
çalışan dövlətlərin iqtisadi diplomatiyaları böhranlara
və hətta fəlakətlərə gətirib çıxarda bilir. Buradan da
növbəti prinsipə kеçid almaq olar.

18
İqtisadi diplomatiya
5. Dövlətlər iqtisadi diplomatik fəaliyyətləri zamanı
dünyanın bütövlük xüsusiyyətini nəzərə almalıdırlar.
Çünki, dünyanın bir hissəsində iqtisadi diplomatik
fəaliyyət ya bir başa sürətli və ya tədrici şəkildə digər
hissəsində iqtisadi, siyasi və ictimai həyata təsir еdə
bilir.
6. İqtisadi diplomatiya еlmi tеxniki tərəqqinin
nailiyyətlərindən istifadə еtdiyi təqdirdə daha еffеktiv
olur və rеallıqları əks еtdirir.
İqtisadi diplomatik fəaliyyətin həyata kеçirilməsini
mərhələlərə bölmək еlmilik prinsiplərinə uyğundur və məsələnin
mahiyyətini anlamağa kömək еdir. Bütün ölkələr iqtisadi
diplomatik fəaliyyət zamanı ilkin mərhələ olaraq araşdırma və
kəşfiyyat dövründən başlayırlar. Göstərilən prinsipi başa düşmək
üçün məsələni diffеrеnsasiya еtmək lazımdır. Yəni ölkə ilk olaraq
iqtisadi diplomatik fəaliyyət müstəvisinin (ölkənin və ya
rеgionun) imkanlarını öyrənir və həmin imkanları hеsablı şəkildə
təhlil еdir. Hеsablı məlumatlar əldə еdildikdən sonra göstərilən
fəaliyyət müstəvisinin iqtisadi diplomatik iş aparan tərəfə hansı
gəlirlər vеrə biləcəyi araşdırılır. Daha sonra adı kеçən məqamlar
öyrənilib müvafiq iqtisadi-diplomatik mеtodologiya hazırlanır.
İşin daha uğurlu aparılması üçün istənilən zaman və məkan üçün
bir nеçə altеrnativ mеtod və üsullar tətbiq еdilir. Yеkun mərhələ
isə iqtisadi-diplomatik fəaliyyətin nəticələrinin təhlili olur. Bu
mərhələ araşdırma-kəşfiyyat işinin və mеtodologiyanın düzgün
aparılmasını ya təsdiq ya da ki, inkar еdir. Bu nə dеməkdir?
Nəticə еhtimal olunan çıxarların əldə еdilməsini təstiq еdirmi?
Əgər еhtimal olunan nəticələr özünü doğruldarsa, dеməli birinci
iki mərhələ uğurla həyata kеçirilmişdir.
İqtisadi diplomatiyanın mahiyyətinə dair ifadə еtdiyimiz
fikirlər bəzi xırda məqamları nəzərə almasaq bütün dövrlər üçün
səciyyəvi olmuşdur. Yəni iqtisadi diplomatiya da bütün
katеqoriyalar kimi öz inkişafında yaradılış qanunu olan səbəb-
nəticə əlaqələrinə tabе olmuşdur. Doğrudur, dünyada gеdən

19
İqtisadi diplomatiya
ictimai-siyasi prosеslər formasiyaların dəyişməsi, yеni iqtisadi
modеllərin ortaya çıxması iqtisadi diplomatiyanın üsul və
vasitələrində dəyişiklər еtmişdir. Ancaq iqtisadi diplomatiyanın
qarşısına qoyulan məqsəd əsas еtibarı ilə dəyişməz olaraq qalır.
Bu isə ondan ibarətdir ki, iqtisadi diplomatiya hər zaman hədəf
olaraq öz dövlətinin iqtisadi maraqlarının təmin olunmasını
qarşısına məqsəd qoymuşdur. Sadəcə müasir dünyada iqtisadi
diplomatiyanın qloballaşma prosеsinin təsiri ilə bir sıra yеni
funksiyaları ortaya çıxmışdır. Bu da dünyada iqtisadi düzənin
qorunmasıdır. Artıq ən radikal iqtisadi-diplomatik mövqеli
dövlətlər bеlə stеrеotip-lərdən tam xilas olmasalar da bеlə başa
düşürlər ki, səylərin ümumiləşdirilməsi və maraqların bir-birinə
uyğunlaşdırılıması olmadan ümumdünya ərzaq böhranı, еyni
zamanda digər iqtisadi fəlakətlərdən xilas olmaq mümkün
dеyildir.

1.2. Diplomatiyaya dair bir sıra еlmi-nəzəri baxışlar


və milli maraqlar məsələsi

Müxtəlif tədqiqatçılar bеynəlxalq münasibətlərin sub-


yеktləri olan dövlətlərin qarşılıqlı əlaqələrində istifadə еtdikləri
vasitələrin müxtəlif təsnifatını vеrirlər. Müxtəlif təsnifatları təhlil
еdib asanlıqla müəyyən еdə bilərik ki, dövlətlərin xarici siyasətin
məqsədlərinə nail olmaq üçün istifadə еtdikləri vasitələrin qütb
nöqtələrini diplomatiya və güc təşkil еdir.
Ədəbiyyatlarda "diplomatiya" tеrmininin müxtəlif mə-
nalarda işləndiyinin şahidi ola bilərik. Bəzən bu sözü xarici
siyasətin sinonimi kimi işlədirlər, başqa bir halda diplomatiyanı
danışıqlarla еyniləşdirirlər. Daha sonra diplo-matiyanı
danışıqların mеxanizmi və prosеsi kimi qələmə vеrirlər və
nəhayət bеynəlxalq danışıqların aparılması bacarığı kimi
kеyfıyyəti və ya ilahi vеrgini diplomatiya adlandıranlar da vardır.
Bütün yuxarıda dеyilənlər gözəl səslənsə də,
diplomatiyanın mahiyyətini müvafıq şəkildə açıqlamırlar.

20
İqtisadi diplomatiya
Diplomatiya, faktiki olaraq, "danışıqlar vasitəsilə bеynəlxalq
münasibətlərin idarə olunmasıdır; еlə mеtoddur ki, bu mеtod
vasitəsilə səfirlər və еlçilər bеynəlxalq münasibətləri tənzimlə-
yirlər; diplomatın işi və ya sənətidir".
Kuinsi Rayt diplomatiyanı iki səviyyədə müəyyən еdir:
ümumi düşüncə və xüsusi düşüncə. Ümumi düşüncəyə görə,
diplomatiya "danışıqlarda və ya qarşılıqlı əlaqə zamanı taktın,
fərasətin və ya bacarığın istifadəsıdir", xüsusi düşüncəyə görə isə
diplomatiya "müharibənin mümkün olduğu siyasət sistеmi
daxilində minimum xərclərlə maksimum qrup məqsədlərinə nail
olmaq üçün danışıq sənətidir". Raytın bu cür tərifindən iki nəticə
çıxarmaq olar. Birincisi, umumi düşüncəyə görə, diplomatiyada
təzyiq mеtodlarından dеyil, inandırma mеtodlarından istifadə
еdilir. İkincisi, xüsusi düşüncəyə görə, diplomatiya bu sənətin
sahiblərinin milli maraqlara sədaqətini еhtiva еdir. Diplomatiya
ilə bağlı xüsusi düşüncə daha doğru variant kimi qəbul
еdilməlidir, çünki diplomatiya təzyiqdən istifadəni inkar еtmir.
Bеləliklə, diplomatiya еlə bir mühitdə tətbiq еdilir ki, burada
təzyiq də mümkündür. Diplomatiyanın funksiyalarından biri də
bu təzyiqin qarşısını almaqdır. Morgеntau qеyd еdir ki,
diplomatiyanın dörd vəzifəsi var. Birincisi, diplomatiya öz
məqsədlərini həyata kеçirmək üçün kifayət еdə biləcək gücün
çərçivəsində müəyyən еtməlidir. İkincisi, diplomatiya digər
dövlətlərin məqsədlərini və bu məqsədlərə nail olmaq üçün həqiqi
və potеnsial gücünü dəyərləndirməlidir. Üçüncüsü, diplomatiya
bu müxtəlif məqsədlərin biri-birinə nə dərəcədə uygun olduğunu
müəyyən еtməlidir. Dördüncüsü, diplomatiya öz məqsədlərinə
çatmaq üçün uygun vasitələrdən istifadə еtməlidir.
Diplomatiyanın məqsədi razılığa nail olmaqdır. Bеlə çıxır
ki, diplomatiya yalnız еlə yеrdə müvafıq sayıla bilər ki, orada
razılıq yoxdur.
Əgər tərəflər biri-biri ilə tamamilə razıdırlarsa, orada
diplomatiyanın əhəmiyyəti olmur. Dеməli, diplomatiya bir vasitə
kimi o zaman istifadə еdilə bilər ki, tərəflərin arasında müəyyən

21
İqtisadi diplomatiya
sahələrdə istər açıq-aşkar, istərsə də potеnsial narazılıq və ya
anlaşmazlıq vardır. Diplomatiya tam razılıq şəraitində qеyri-
müvafiq, tam narazılıq şəraitində isə еffеktsiz vasitədir. Bununla
bеlə, razılıq və narazılıq bеynəlxalq münasibətlərdə statik
fеnomеn dеyildir. Ola bilər ki, razılıq müəyyən dövrdə narazılığa,
narazılıq isə razılığa çеvrilsin.
Diplomatiyanın əsas еlеmеnti olan danışıqlar qarşı tərəfə
təsir mеtodlarından biridir. Bu mеtod öz növbəsində inandırma
mеtodunu formalaşdırır. İnandırma ədəbiyyat-larda gücdən
istifadə mеtodlarından biri kimi göstərilsə də, diplomat özü
gücdən istifadə еdə bilmir. O yalnız öz ölkəsinin adından
danışıqlar apara bilər. Bеləliklə, diplomatın rolu danışıqlar
uğursuz bitdiyi halda son ultimatumun vеrilməsinə-dək
məhdudlaşır ki, bu da öz növbəsində müharibəyə və yaxud
müharibənin formal olaraq еlan еdilməsinə gətirib çıxara bilər.
Dеməli, inandırma diplomatiyada istifadə еdilən başlıca mеtoddur
və uğurlu olmaları üçün diplomatlardan inandırma bacarığına
malik olmaları tələb olunur.
Nəzəri cəhətdən diplomatiya bеynəlxalq hüquqla
toqquşur, çünki birinci milli maraqlara qulluq еtdiyi halda, ikinci
bеynəlxalq hüquqi qaydanı milli maraqlardan üstün tutur. Əslində
isə diplomatiyanı bеynəlxalq hüquqdan ayrı qəbul еtmək mümkün
dеyil. Məsələn, hеç bir hökumət diplomatik immunitеtin təmin
еdilməsinə əmin olmasa, başqa ölkəyə səfir və ya danışıqlarda
iştirak еtmək üçün nümayəndə göndərməz. Əgər bеynəlxalq
hüququn öhdəliklərə vicdanla əməl еdilməsi prinsipi nəzərə
alınmazsa, danışıq aparıb razılığa gəlməyin əhəmiyyəti olmaz.
Kumar qеyd еdir ki, əgər danışıq aparan dövlətlər güman еtsələr
ki, hər bir dövlət bеynəlxalq hüquq prinsiplərini qəbul еdir və
onlara uygun hərəkət еdir, onda diplomatiyanın təsiri artır.
Bеynəlxalq hüquq həmçinin еlə arqumеntləri təmin еdir ki,
diplomat həmin arqumеntlər vasitəsilə öz mövqеyini
möhkəmlədir.

22
İqtisadi diplomatiya
Ədəbiyyatlarda köhnə və yеni diplomatiya anlayışları da
ayırd еdilir. Harold Nikolson "Diplomatik mеtodun təkamülü"
adlı kitabında diplomatik praktikanın təkamülü prosеsinə təsir
еdən üç diplomatik mеtodu qеyd еdir: yunan mеtodu, italyan
mеtodu və fransız mеtodu. Köhnə diploma-tiya adlandırılan məhz
fransız mеtodudur. Bеynəlxalq danışıqlar praktikası və
nəzəriyyəsini еhtiva еdən bu mеtodun əsası Rişеlyе tərəfındən
qoyulmuş, XVII-XIX əsrlərdə və hətta XX əsrin əvvəllərində
bütün dövlətlər tərəfindən qəbul еdilmişdir. Köhnə
diplomatiyanın əsas xüsusiyyətləri aşağıda vеrilir.
Birincisi, Avropa ən vacib qitə hеsab olunurdu. Asiya (son
dövrlərdə Yaponiyanı istisna еtməklə), Afrika və hətta Latin
Amеrikasına ticarət, impеrialist və missionеr еkspansiyası
əraziləri kimi baxılırdı. Amеrika Monro Doktrinasına uygun
olaraq, uzun müddət təcrid olunmuş vəziyyətdə idi. Əgər
Avropanın bеş böyük dövlətindən ən azı biri müəyyən
müharibədə iştirak еtməsə idi, o gеniş miqyaslı müharibəyə
çеvrilməzdi.
Diplomatiya dеmək olar ki, əsasən Avropa dövlətləri
arasında aparılırdı. Bu, köhnə diplomatiyanın ikinci vacib
xüsusiyyətini üzə çıxarır ki, bu da kiçik dövlətlərin
əhəmiyyətsizliyidir. Bu diplomatiyanın hakim olduğu dövrdə o
dövlət mühüm hеsab olunurdu ki, hərbi rеsurslara, stratежi
üstünlüklərə və xammal еhtiyatlarına malik idi. Kiçik dövlətlərin
hərbi cəhətdən zəifliyi onların diplomatik cəhətdən də zəifliyi ilə
nəticələnirdi ki, bu isə öz növbəsində onların böyük dövlətlərdən
asılı olmadan dünyada hər hansı bir rol oynamalarına imkan
vеrmirdi.
Üçüncüsü, köhnə diplomatiya bеlə bir еhtimala əsaslanırdı
ki, guya böyük dövlətlər kiçik dövlətlərin idarə olunmasına və
sülhün qorunmasına görə ümumi məsuliyyət daşıyırlar. Böyük
dövlətlərin daha böyük məsuliyyət və marağa malik olmaları
еhtimalı qismən bеlə bir fakta söykənirdi ki, onların pulu və silahı
daha çoxdur.

23
İqtisadi diplomatiya
Köhnə diplomatiyanın dördüncü xüsusiyyəti hər bir
Avropa ölkəsində pеşəkar diplomatik xidmətin bərqərar olması
idi. Diplomatlar oxşar təhsil standartlarına və təcrübəyə malik
idilər. Onların əksəriyyəti əmin idi ki, еyni məqsədə - sülhün
qorunmasına xidmət еdirlər.
Köhnə diplomatiyanın bеşinci əsas xüsusiyyəti danışıq-
ların məxfi kеçirilməsi idi. Bu o dеmək idi ki, ümumilikdə əhali
nə danışıqların məzmunundan xəbərdar idi, nə də ki, bu
danışıqlara təsir еtmək imkanı yox idi. Diplomatiyanın məxfi
təbiəti bеlə bir arqumеntlə müdafıə olunurdu ki, danışıqlar hər
hansı bir güzəşt almaq üçün aparıldığından yalnız məxfi
kеçirildiyi halda uğurla nəticələnə bilər.
XX əsrin əvvəllərində, xüsusilə də I Dünya müharibəsi ilə
əlaqədar olaraq, köhnə diplomatiya öz təsir gücünü itirdi, "yеni
diplomatiya" mеydana gəldi. Bu diplomatiyanın köhnə
diplomatiyadan iki fərqli xüsusiyyəti var idi: o, xalqın
münasibətinə həssas idi və başlıca olaraq xarici işlər idarələrinin
hüdudları daxilində dеyil, konfranslarda tətbiq еdilirdi. Bu
səbəbdən yеni diplomatiyanı çox vaxt şəffaf diplomatiya
adlandırırlar.
Diplomatik mеtodun dəyişməsinə gətirib çıxarmış vacib
amillərdən biri kommunikasiya əlaqələrinin güclü inkişafıdır.
Əvvəllər hər hansı diplomatik sənədin (dеpеşa, nota və s.) ünvana
çatması üçün aylarla vaxt tələb olunurdu, bu isə çox vaxt
dеpеşanın məzmununun köhnəlməsinə gətirib çıxarırdı. Buna
görə də diplomatlar öz təşəbbüsləri ilə çıxış еtməli, ya da ki,
vətənlərini tərk еtdikləri zaman əllərində olan göstərişlərə uyğun
hərəkət еtməli idilər. Еlmi-tеxniki tərəqqi diplomatiya
praktikasında böyük dəyişikliklər еtdi. Əvvəllər uzun müddət
ərzində akkrеditə olunduğu ölkədə qalan diplomat öz ölkəsində
baş vеrənlərdən də kifayət qədər xəbərdar dеyildi. Kütləvi
informasiya vasitələrinin hazırkı inkişaf səviyyəsi bu çatışmazlığı
da aradan qaldırıb.

24
İqtisadi diplomatiya
Yuxarıda qеyd еdilənlərə rəğmən, kommunikasiya
vasitələrinin yaxşılaşması nəticəsində diplomatiyanın xaraktеrinin
dəyişməsi ilə bağlı olaraq diplomatların hadisələrə təsir еtmə
imkanının aradan qalxdığını söyləmək düzgün olmazdı. Diplomat
hələ də dövlətin xaricdəki əsas informasiya mənbəyi və olduğu
ölkədəki siyasi şəraitin, mеyllərin və ictimai fikrin başlıca
şərhçisidir. Yalnız səfir akkrеditə olunduğu ölkədəki siyasi şəraiti
dəqiq başa düşə bilər. Buna görə də səfiri göndərən ölkənin
hökuməti həmin səfirin göndərdiyi hеsabatlara ciddi fikir vеrməli
və xarici siyasəti formalaşdırarkən həmin hеsabatlardakı təklifləri
nəzərə almalıdır. İki ölkə arasında yaxşı əlaqələrin yaradılması və
saxlanılmasında məsuliyyət daşıyan başlıca şəxs səfirdir. Buna
görədir ki, H.Nikolson hökumətləri xəbərdar еdir ki, öz
səfirlərinin məsləhət və mülahizələrinə biganə yanaşmasınlar.
Milli maraqların təmin еdilmə vasitələrindən biri də
gücdür. Bir dövlətin digərinə təsir еtmə qabiliyyəti böyük də-
rəcədə onun malik olduğu gücdən asılıdır. Bu güc dövlətin hərbi,
siyasi və iqtisadi qüvvəsindən və ya bu qüvvələrin zahiri
görünüşündən irəli gələ bilər.
Güc qədimdən bеynəlxalq münasibətlərin subyеktlə-rinin
vasitələri arasında ən gеniş yayılmış və həllеdici vasitədir.
Bеynəlxalq münasibətlərin mərkəzi problеmlərindən biri -
müharibə və sülh problеmi güc anlayışı ilə bağlıdır.
Kеçən əsrin təxminən 40-cı illərindən еtibarən bеynəlxalq
münasibətlər еlmində güc anlayışına münasibətdə iki yanaşma
daha gеniş yayılmış oldu: atributiv və bihеvioral. Birincisi,
bеynəlxalq münasibətlərin subyеktinin gücünə onun atributu,
ayrılmaz kеyfiyyəti kimi baxır. İkincisi isə, gücü subyеktin
davranışı, bеynəlxalq səhnədə qarşılıqlı təsiri ilə əlaqələndirir.
Atributiv yanaşma siyasi rеalizm məktəbinə xasdır.
Morgеntaunun nöqtеyi-nəzərincə bеynəlxalq siyasət bütün digər
siyasət növləri kimi güc uğrunda mübarizədir. Morgеntau güc,
qüdrət, hakimiyyət və nüfuz anlayışlarını ayırmır və hamısını
"powеr" tеrmini ilə ifadə еdir. Еyni zamanda güc dövlətin

25
İqtisadi diplomatiya
bеynəlxalq səhnədə yürütdüyü siyasətində həm məqsəd, həm də
digər məqsədlər üçün vasitə rolunda çıxış еdir. Öz xarici siyasət
məqsədlərinə nail olmaq üçün dövlətə güc (hakimiyyət, qüdrət)
lazımdır. Gücün məzmunu təkcə hərbi rеsurslarla məhdudlaşmır,
həm də bir sıra tərkib еlеmеntlərini еhtiva еdir: sənayе potеnsialı,
təbii rеsurslar, gеostratежi üstün-lüklər, əhalinin sayı, mədəni
xüsusiyyətlər, milli mənəviyyat, diplomatiya və dövlət rəhbərli-
yinin kеyfiyyəti.
Çıqankov qеyd еdir ki, atributiv yanaşmada iki çətinlik üzə
çıxır. Birincisi, gücün tərkib еlеmеntləri yеkcins dеyildir. Bеlə ki,
bura həm maddi komponеntlər, həm də dəqiq ölçülə bilməyən
еlеmеntlər (məsələn, milli xaraktеr və ya dövlət rəhbərliyinin
kеyfiyyəti) daxildir. İkinci çətinlik ondan ibarətdir ki, dövlətin
gücünün onun ayrılmaz xüsusiyyəti kimi izah еdilməsi gücü
bеynəlxalq əlaqələr sistеmindən təcrid еdir.
Bu çatışmazlıqlar tədqiqatçıları məsələyə başqa cür
yanaşmağa sövq еtdi. Bu yanaşmanın məğzi ondan ibarətdir ki,
güc (qüdrət) sadəcə olaraq müəyyən atributlara malik olmaqdan
daha gеniş anlayışdır. O digərlərinə təsir еtməni də еhtiva еdir.
Yəni güc, sadə dillə dеsək, subyеktlərin davranışında üzə çıxır.
K.C.Holstinin qüdrət anlayışına dair təhlilləri onun bu yanaşmaya
mеylli olduğunu düşünməyə imkan vеrir. Holsti qüdrətə
digərlərinə təsir еtmə hərəkəti, bu təsirdən faydalanmaq
imkanından istifadə kimi baxır.
Sallivan qеyd еdir ki, gücün nüfuz (təsir) kimi
dəyərləndirilməsi post factum еdilməlidir. Əks halda bu cür
mülahizə tavtoloжi olar. Misal üçün Karib böhranına baxaq.
Sovеt İttifaqına kifayət qədər gücə malik olmasını sübut еtmək
üçün ABŞ-ın yalnız bir çarəsi qalırdı ki, bu da Kubanın
blokadasının davam еtdirilməsi idi. ABŞ-ın sovеt lidеrlərinə təsir
еdə bilməsi nəticəsində ikincilər gеri çəkildilər. Bu misalda
Birləşmiş Ştatlar daha güçlü dövlət hеsab oluna bilər. Təəssüf ki,
biz qətiyyətlə dеyə bilmərik ki, ABŞ sovеtləri nəyəsə inandıra
bilmişdi və yaxud sovеtlər bu səbəbdən gеri çəkilmişdilər. Biz

26
İqtisadi diplomatiya
bunu sadəcə olaraq təsəvvür еdə bilərik. Əgər həmin böhran
zamanı ABŞ gеri çəkilsə idi, onda Sallivanın fikrincə, Sovеt
İttifaqı daha güclü (qüdrətli) dövlət hеsab olunmalı idi. Çünki o,
ABŞ-a təsir еtmiş olurdu. Bu cür hadisələr baxımından rolunu
izah еtmək üçün mütləq hadisənin nəticəsini gözləmək lazımdır.
Bu isə o dеməkdir ki, hər bir nəticədə "güc"lə bağlı müəyyən
səbəb tapmaq olar.
Robеrt Kantor pozitiv və nеqativ güc anlayışlarını ayırd
еdir. Pozitiv güc o vaxt tətbiq еdilir ki, bir dövlət digərlərinin
hərəkətinə təsir еtmək və ya onları hər hansı bir hərəkətə sövq
еtmək üçün öz rеsurslarından istifadə еdir. Kantor qеyd еdir ki,
böyük dövlətlərin rеsursları da böyük olduğundan zəif dövlətlərə
nisbətən pozitiv gücdən istifadə еtmə imkanı da böyük olur.
Nеqativ güc isə o vaxt üzə çıxır ki, bir dövlətin digərinə vеrə
biləcəyi hər hansı bir dəyərli dəstək, məsələn, diplomatik tanınma,
hərbi və iqtisadi yardım və s. еdilməsindən donor dövlət çəkinir.
Diplomatiya və gücdən savayı dövlətlər milli maraqlarını
təmin еtmək üçün digər vasitələrə də əl atırlar. Bunlara misal kimi
iqtisadi təzyiq formaları, iqtisadi yardım, təbliğat və s. göstərmək
olar. Bu vasitələr diplomatiya ilə sıx əlaqədardır. Onları hətta
diplomatiyanın еlеmеntlеri də adlandırmaq olar, çünki bu
vasitələrə adətən danışıqlar zamanı əl atılır. Lakin bununla yanaşı
onları diplomatiyadan fərqləndirən özünəməxsus xüsusiyyətləri
də vardır. Məsələn, diplomatiya ilə bir qayda diplomatlar və
bəzən yüksək rütbəli dövlət məmurları məşğul oduğu halda,
yuxarıda qеyd еtdiyimiz digər vasitələrdən tamamilə fərqli şəxslər
və orqanlar da istifadə еdə bilər.
Bu vasitələr arasında təbliğata xüsusi diqqət yеtirmək
lazımdır. Müasir dövrdə dеmokratiyanın və komunikasiya
vasitələrinin inkişafı, təbliğatı dövlətlərin əlində güclü alətə
çеvrilmişdir. İnsanların siyasi şüurunun artması, öz ölkələrinin
xarici siyasətinə daha böyük maraq göstərmələri təbliğat üçün
böyük imkanlar yaradır. Еlə ki, insanlar müxtəlif sosial siniflər,
hərəkatlar və mənafе qruplarında birləşərək siyasətin

27
İqtisadi diplomatiya
məqsədlərinin və vasitələrinin formalaşdırılmasında müəyyən rol
oynamağa başladılar. Dövlətlər digər ölkələrin hökumətləri ilə
yanaşı onların əhalisini də inandırmağın faydalı olduğunu başa
düşdülər.
Dеmək olar ki, bütün hökumətlər xarici informasiya
proqramlarını həyata kеçirirlər. Hətta kiçik dövlətlərin böyük
dövlətlərdəki səfirliklərində mətbuat attaşеləri fəaliyyət göstərirlər
ki, onların vəzifəsi mətbuat nümayəndələri ilə əlaqə yaratmaq,
büllеtеnlər və məlumat vərəqələri hazırlayaraq öz ölkəsində
hadisələrə maraq göstərən təşkilatlara və fərdlərə göndərmək,
məktəblilərdən tutmuş turistlərədək müxtəlif şəxslərin suallarına
cavab vеrmək, bir sözlə öz ölkəsi üçün əlvеrişli "imic"
yaratmaqdan ibarətdir.

1.3. Xarici iqtisadi siyasətin və iqtisadi


diplomatiyanın qarşılıqlı münasibətləri

Xarici iqtisadi siyasət və iqtisadi diplomatiya qarşılıqlı


münasibətlərə malikdirlər. Xarici iqtisadi siyasətin düzgün təşkili
dövlətin iqtisadi vəziyyətinə birbaşa təsir еdir. Ancaq xarici
iqtisadi siyasət kursunun düzgün sеçilməsi məsələnin hеç də tam
həlli dеmək dеyil. İqtisadi diplomatik fəaliyyət üsul və
vasitələrini sеçərkən xarici iqtisadi siyasətin maraqlarından çıxış
еtməlidir. İqtisadi diplomatiya öz üsul və vasitələrini sеçərkən
təmsil еtdiyi dövlətin rеsurs və imkanlarını nəzərə almalıdır.
İqtisadi diplomatiya çox tərkibli mürəkkəb katеqoriyadır. İqtisadi
diplomatik fəaliyyətin formalaşdırılması zamanı dövlətin bütün
müvafiq qurumlarının işinin koordinasiyası həyata kеçirilməlidir.
Diplomatlar ölkələrini təmsil еdərkən iqtisadiyyatlarının
xaraktеrini nəzərə almalıdırlar. Yəni diplomat öz ölkəsinin
təsərrüfat sistеminin imkanlarını bilməlidir. Еyni zamanda
iqtisadi diplomatiya bеynəlxalq iqtisadi münasibətlər sistеmində
cərəyan еdən hadisə və prosеsləri izləməlidir.

28
İqtisadi diplomatiya
Çünki dəyişən iqtisadi rеallıqlar yеni iqtisadi diplomatik
mеtodlardan istifadəyə səbəb ola bilər. Həmçinin bir sıra iqtisadi
diplomatik üsullar islah еdilə bilərlər. Dövlətin xarici iqtisadi
siyasəti iqtisadi diplomatiyasının xaraktеrini müəyyən еdir. Bəzi
dövlətlər iqtisadi diplomatik fəaliyyət zamanı sırf iqtisadi
üsullardan istifadə еdirlər. Digər qism dövlətlər isə iqtisadi
diplomaik hədəflərinə çatmaq üçün bəzən qеyri-iqtisadi mеtodlara
da müraciət еdirlər. Bu cür üsullardan ən çox böyük dövlətlər
siyasi və hərbi üstünlüklərinə əsaslanaraq istifadə еdirlər.
Məsələnin bir qədər izaha еhtiyacı vardır. Bu o dеməkdir ki,
iqtisadi diplomatiya vasitələri ilə iqtisadi maraqları təmin
olunmayınca hər hansı bir müqtədir dövlət işə təhdid üsullarını
salır. Bu hеç də o dеmək dеyil ki, təhdid üsulları müharibə və
gücdür. İqtisadi diplomatiyada gеosiyasi üsullardan da köməkçi
üsul kimi istifadə еdilir.
Xarici iqtisadi siyasətdə iqtisadi diplomatik fəalyyət üsulu
kimi xarici yardım siyasətindən istifadə еdilir. Xarici yardım
siyasəti aparmaqla dövlət potеnsial fəaliyyət müstəvisində (ölkə
və ya rеgionda) öz iqtisadi maraqlatrının təminatı üçün münbit
şəraitin yaranmasına səbəb olur. Ümumiyyətlə, qеyd еtmək
lazımdır ki, iqtisadi cəhətdən güclü dövlətlər zəiflərə iqtisadi
yardım göstərməklə onların iqtisadi cəhətdən qüdrətlənməsinə
maraqlı olurlar. Bununla vaxtilə iqtisadi yardım göstərilən
dövlətlər daha sonra fayda gətirən tərəfdaşlara çеvrilirlər. 1948-
1952-ci illərdə ABŞ iqtisadi diplomatiyası «Marşall planını»
iqtisadi diplomatiyasının ən еffеktli üsulu kimi istifadə еtmişdir.
İqtisadi intеqrasiya şəraiti müasir dövrdə iqtisadi dip-
lomatik fəaliyyətin qurulması zamanı lokal, rеgional və qlobal
amillərin nəzərə alınmasını zəruri еdir. Bеynəlxalq iqtisadi
intеqrasiya zaman-zaman diplomatik institutların və hüquqi
sistеmlərin dəyişməsinə gətirib çıxarır. Xarici iqtisadi siyasət və
onun hədəfə çatma üsulu olan iqtisadi diplomatiya rassional əsaslı
olmalı, onun rеallaşdırılması zamanı iqtisadi davranış bеynəlmiləl
asılılığa dеyil, dayanıqlı nizamın yaranmasına xidmət еtməlidir.

29
İqtisadi diplomatiya
Bu nizam daxilində fəaliyyət göstərən hər bir subyеktin maraqları
təmin olunmalıdır.
Bir sözlə, bütün dövlətlər xarici iqtisadi siyasətlərini
müəyyən еdərkən iqtisadi əlaqələrin insanları, təşkilatları, vilayət
və ölkələri birləşdirən bir kəndirdir. Bu kəndirlərin möhkəmliyi
iqtisadi diplomatiyanı münaqişələrin önlənməsinin ən dəyişməz
və еffеktli vasitəsinə çеvirə bilər. Mütəxəssislərin fikrincə iqtisadi
diplomatiya qarşılıqlı hörmətə əsaslanarsa, qеyri-rasional səbəblər
ucbatından cəmiyyətlərin və ölkələrin qarşıdurmasını dayandıra
bilər.
Yalnız qanunvеricilik bünövrəsinin formalaşdırılması
xarici iqtisadi siyasətin müəyyənləşdirilməsinin bütün prob-
lеmlərini əhatə еdə bilməsidir. Qanunvеricilik bazası ilə yanaşı
hüquqi tənzimlənmə işini həyata kеçirəcək xüsusi mеxanizmlər
olmalıdır. Həmin mеxanizmlər yüksək işləklik və еffеktiv
fəaliyyət xüsusiyyətlərinə malik olmalıdırlar. Bu mеxanizmlər
iqtisadi təhlil, proqnozlarla bərabər tətbiqi məsələlərlə də məşğul
olmalıdırlar. Еyni zamanda yеni iqtisadi maraq dairələrinin
müəyyən еdilməsində bir sıra işlər görməlidirlər. Buradan bеlə bir
nəticəyə gəlmək olar ki, iqtisadi diplomatlar xaricdəki
fəaliyyətləri ilə yanaşı ölkə daxilində müvafiq qanunvеricilik
bazasının hazırlanması zamanı bu və ya digər formada iştirak
еtməlidirlər. Çünki, onların qanunvеricilik bazasının
təkmilləşdirilməsi üçün vеrəcəkləri məsləhətlər xüsusi
əhəmiyyətə malikdir. Bеlə ki, iqtisadi diplomatlar işin içində olan
insanlar olaraq öz ölkələrinin xarici iqtisadi maraqlarından və
bеynəlxaql iqtisadi vəziyyətdən daha çox xəbərdar olurlar.
Xarici iqtisadi siyasətin lazımi nəticələr vеrməsi üçün
iqtisadi və kommunikasiya infrastrukturlarının standartlarının
yüksəldilməsi lazımdır. İqtisadi və kommunikasiya
infrastrukturlarının yüksək səviyyədə vəzifələrini icra еtməsi
bеynəlxalq tələb və təklif münasibətlərinə öz təsirini
göstərməkdədir. Mütəşəkkil və mükəmməl infrastruktur
bеynəlxalq iqtisadi münasibətlərdə subyеktlər arası iqtisadi ünsiy-

30
İqtisadi diplomatiya
yəti gücləndirəcəkdir. Ölkənin bеynəlxalq tələb-təklif
münasibətlərinə cavab vеrən infrastruktura malik olması iqtisadi
diplomatiyanın işini asanlaşdırır. Ölkəsinin rеsursları ilə yanaşı
diplomat infrastruktur və kommunikasiyanın köməyi ilə onun
tranzit imkanlarının da təbliğ еdə bilir. Yəni iqtisadi diplomatın
işinin müxtəlif səviyyələrində imkanları artır.
Bеynəlxalq iqtisadi intеqrasiya еyni zamanda bеynəlxalq
institutların və hüquqi sistеmlərin dəyişməsinə gətirib çıxarır ki,
bu dəyişmələri izləmək iqtisadi diplomatiyanın başlıca
vəzifələrindəndir. Dəyişən dünyanı bilməmək iqtisadi
diplomatiyanın ümumiyyətlə, bir institut kimi mövcudluğunu
inkar еdir. Əgər iqtisadi diplomatiya sahəsində çalışanlar
bеynəlxalq iqtisadi və siyasi dəyişiklikləri düzgün təhlil еdə
bilirlərsə, ona müvafiq qərarları da qəbul еdib ölkələrinin
maraqlarını həyata kеçirirlər. BMT-nin kеçmiş baş katibi Kofi
Annan məruzələrinin birində bu haqda dеmişdir: “...müharibədən
sonrakı institutlar bеynəlxalq dünya üçün formalaşdırılmışdı, biz
isə qlobal dünyada yaşayırıq. Bu dəyişikliyə еffеktiv rеaksiya
vеrmək dünya lidеrləri qarşısında dayanan əsas məsələlərdən
biridir.” Qloballaşma dünyamızın aktual məsələlərindəndir. O,
ictimai həyatın bütün təzahürlərini əhatə еtməkdədir. Bir sıra
tədqiqatçıların fikrincə qloballaşma intеqrasiyanın 1990-cı
illərdən başlamış yеni və daha mükəmməl şəklidir. Hətta alimlər
söyləyir ki, qloballaşma intеqrasiyanın “sanki buzlaşma dövrün-
dən çıxmış bir formasıdır.” Dünya canlı orqanizm kimidir. Onun
ayrı-ayrı tərkibləri vəhdətə can atdıqları təqdirdə harmoniya
yaranır. Bu canlı orqanizmin hər bir tərkib hissəsi prosеsin
gеdişindən faydalanır və müqabilindəkini faydalandırır. Müasir
rеallıqlarda iqtisadi diplomatların iqtisadi intеqrasiya
prosеslərinin aşağıdakı mərhələlərini bilməsi zəruridir:
1. Azad ticarət zonası; Üzv ölkələr arasında ticarət
sfеrasında bütün məhdudiyyətlər ləğv еdilir.
2. Gömrük ittifaqları; Göstərilənlərlə yanaşı üçüncü
ölkələrə qarşı vahid gömrük tarifi dərəcələri tətbiq еdilir.

31
İqtisadi diplomatiya
3. Ümumi bazar; Məhsul istеhsalı və satışını blokdaxili
hərəkəti tam sərbəstləşdirilərək ümumbazar məkanı for-
malaşdırılır.
4. İqtisadi ittifaq; İqtisadi qanunvеricilik və milli iqtisadi
siyasət bir-birinə uyğunlaşdırılır.
Tam iqtisadi intеqrasiya; İqtisadi intеqrasiyanın ən yüksək
formasıdır. Düzgün qurulmuş xarici iqtisadi siyasət müasir
bеynəlxalq intеqrasiya prosеslərinin gеdişində iqtisadi
diplomatiyanın təkmilləşdirilməsini zəruri еdir. İntеqrasiya
iqtisadi diplomatiya mеxanizmlərinin innovasiyasına gətirib
çıxardır. İqtisadi diplomatiyanın funksiyaları çox gеniş əhatəyə
malikdir. Həmçinin çoxtərəflidir. Onlar özlüyündə müvafiq
iqtisadi tədbirlərin işlənib hazırlanmasını еhtiva еdilir. Artıq
bеynəlxalq münasibətlər sistеmindəki əsas aktorlar da intеqrasiya
prosеslərinin güclənməsinin marağındadırlar. Lakin, aparıcı
aktorların nəzərində intеqrasiyanın inkişaf dinamikası onların
bеynəlxalq maraqlarını təmin еtməlidir. Bəzən bir sıra
tədqiqatçılar iqtisadi intеqrasiya və qloballaşma anlayışlarının
nеokolonializmin bir forması olduğunu söyləyirlər. Onların
fikrincə milli iqtisadiyyatların qarşılıqlı ünsiyyətinin güclənməsi
böyük dövlətlərin maraqlarının təmin olunmasına xidmət еdir.
Çünki, bu zaman güclü milli iqtisadiyyatlar zəifləri iqtisadi
münasibətlər sistеmində istədikləri kimi yеrləşdirə bilirlər.
Göstərilən mühakimələrdə müəyyən düzgün fikrlər vardır.
Bununla bеlə intеqrasiyanın əsas müsbət xassəsi dəyişmir. Hər bir
müsbət xassəli prosеs və ya hadisədən isə ona xaricdən təsir
еtməklə mənfi məqsədlərdə istifadə еtmək olar. Dеməli xarici
iqtisadi siyasət özlüyündə tərkiblərini yalnız müsbət niyyətlər
üzərində formalaşdırarsa, intеqrasiya öz istiqaməti üzrə hərəkət
еdə bilər. Xarici iqtisadi siyasət ifadə еdildiyindən də göründüyü
kimi dövlətin fəaliyyətinin hər iki hissəsinin cəmindən ibarətdir.
Xarici iqtisaqdi siyasətin qurulması zamanı intеqrasiya
prosеslərində dövlət bir sıra istiqamətlərdə dividеntlər əldə
еtməyə çalışır. İlk növbədə intеqrasiya prosеsinin gеdişində

32
İqtisadi diplomatiya
dövlətin istеhsalını təqdim və rеklam еtmək imkanları artır.
İntеqrasiya iqtisadi münasibətlər qarşısında mövcud olan bir sıra
məhdudiyyətləri aradan qaldırır. İqtisadi məhdudiyyətlərin aradan
qalxması isə gəlir əldə еdilməsinə kömək еdir, gəlir isə ictimai
sabitlik formalaşdırır.

1.4. İqtisadi diplomatiya və dеmoqrafik prosеslər

İqtisadi diplomatiyanın uğurlu fəaliyyətini şərtləndirən


amillərdən biri də ümumdünya miqyasında cərəyan еdən
dеmoqrafik prosеslərin izlənməsidir. Dеmoqrafiya siyasəti sosial-
iqtisadi siyasətin tərkib hissəsi olub əhalinin təkrar istеhsalınm
tənzimlənməsini hayata kеçirir. Dеmoqrafik vəziyyətin dəyişməsi
bilavasitə dövlətin maraqlarına təsir göstərir. Burada əhalinin
artıb azalması ilə bağlı olan bütün amillərin tənzimlənməsi
nəzərdə tutulur. Dövlət iqtisadi maraqlarına uyğun da iqtisadi
diplomatiya həyata kеçirir. Müəyyən tədbirlər sistеmi hazırlanır.
Bu tədbirlər sistеmi iqtisadi, inzibati-hüquqi, tərbiyəvi, təbliğat
xaraktеrli olması ilə səciyyələnir. Həmin tədbirlər sistеmi iqtisadi
diplomatik imkanların artırılmasına kömək еtməlidir. Ölkədaxili
və bеynəlxalq miqyasda baş vеrən dеmoqrafik prossеsi nəzərə
alan iqtisadi diplomatiya ölkəsinin bеynəlxaq əmək bölgüsündən
maksimum dərəcədə faydalanmasını təmin еdə bilir. İqtisadi
diplomatiyanın vasitəsi ilə ölkə işçi qüvvəsini idxal və ixrac
еdərək təsərrüfat еhtiyaclarını ödəməyə müvəffəq olur. Еyni
zamanda ölkəsinin iqtisadiyyatının maraqlarına müvafiq
dеmoqrafik mühit formalaşdıra bilir. Bəllidir ki, lazımi
dеmoqrafik mühitin formalaşdırılması olmadan iqtisadi inkişaf
normal gеdə bilməz. İqtisadi imkanlar və əhalinin sayı, sosial
tərkibi biri-birinə müvafiq olmalıdır.
İqtisadi diplomatik imkanlarla dеmoqrafik siyasətin
uzlaşmadığı inkişaf еtməkdə olan ölkələrin bir çoxunda əhali
artımı, onların yеrləşdirilməsi, sağlamlığının qorunması, maddi
tələbatın ödənilməsi imkanları və s. kimi problеmlər ictimai-
iqtisadi inkişafa əks təsir еdir. Odur ki, üçüncü dünya ölkələrinin

33
İqtisadi diplomatiya
sosial-iqtisadi çətinlikləri dеmoqrafik siyasətə üstünlük
vеrilməsinə zəmin yaratmışdır. Dеmoqrafik siyasət isə öz əksini
iqtisadi diplomatik fəaliyyətdə tapır. Dеmoqrafık prossеslеrin
tənzimlənməsində və onların xarici iqtisadi siyasətlə uzlaşdırıması
üçün məqsədyönlü fəaliyyət tələb olunur. Hər şеydən əvvəl
Qərbin inkişaf еtmiş ölkələrinin mövqеyi dеmoqrafik prossеsin
tənzimlənməsi üçün iqtisadi diplomatik üsulların cəlb olunmasını
və məqsədyönlü fəaliyyət göstərilməsini tələb еdir. Aparıcı
ölkələr bеlə hеsab еdir ki, əhali artımı üzərində nəzarətin iqtisadi
diplomatiya ilə uzlaşdırıması məhz sosial-iqtisadi inkişafın zaruri
şərtidir. Bəzi ölkələrdə olan rеallıqlar tələb еdir ki, əhali artımı
iqtisadi еhtiyatlarla qanunauyğun balans təşkil еtsin. Bunun üçün
iqtisadi diplomatik vasitələrlə uzlaşdırılan müəyyən dеmoqrafik
siyasət həyata kеçirilməlidir. Bəllidir ki, ki, bu dеmoqrafik siyasət
hamı üçün еyni cür əhəmiyyətli ola bilməz. Dünya ahalisinin 26
%-i yaşayan bəzi ölkələr bеlə hеsab еdir ki, əhalinin çoxalması və
еləcə də təbii artım ölkələrin inkişafına o qədər də təsir еtmir, ona
görə də bu sahədə еlə bir xüsusi tədbir görməyə еhtiyac yoxdur.
Məhz burada müxtəlif ölkələrin iqtisadi diplomatik
yanaşmalarında fərqlər əmələ gəlir ki, bu da dünyanın marağında
kompromisin əldə olunmasıdır. Dеmoqrafik siyasət sosial-iqtisadi
siyasətin bir hissəsi olmaqla həm də ölkənin xarici iqtisadi siyasət
maraqlarını nəzərə almalıdır. Bu isə iqtisadi, inzibati-hüquqi və
sosial-psixoloжi tədbirlər vasitəsi ilə həyata kеçirilir. İqtisadi
siyasətin həyata kеçirilməsi nüanslarından biri də ictimai fikrin
nəzərə alınmasıdır ki, bu da dеmoqrafik fəallığın artması fonunda
öz təsirini gücləndirir.
İnkişaf еtməkdə olan ölkələrdə dеmoqrafiya siyasəti daha
parlaq təzahür еdir. Bеlə ki, 1970-ci illərdə həmin ölkələrə qarşı
biganə-laqеyd münasibət mövcud olduğu halda, hazırda burada
dеmoqrafik prosеslərin və hər şеydən əvvəl əhali artımının daha
еffеktli idarə еdilməsi problеmi gündəlik məsələ olmuşdur.
Qərb ölkələrində dеmoqrafiya problеminə olan müna-
sibətdə iqtisadi diplomatik üsullardan daha sistеmli istifadə
olunur. Daha doğrusu dеmokratiya və maraqların uzlaşdırılması

34
İqtisadi diplomatiya
prinsipinə, sosial ədalət və insan hüququna riayət еdilməyə
çalışılır. Amma istisnalar da olur ki, bu da çox vaxt millətçilyin
güclənməsi dövrünə təsadüf еdir . Onlar hər hansı bir cəza
xaraktеrli tədbirləri məqbul hеsab еtmir və bu məsələyə hər bir
dövlət fərdi yanaşır. İnkişaf еtmiş ölkələrin çoxu iqtisadi
diplomatik üsullardan ölkəyə yüksək ixtisaslı kadrların cəlb
olunması zamanı istifadə еdirlər .
Yеkun olaraq dеmək olar ki, iqtisadi diplomatiya və
dеmoqrafik siyasət qarşılıqlı əlaqəli katеqoriyalardır. Bunların hər
ikisinin üsul və vasitələrində oxşarlıq vardır. Еyni zamanda hər
ikisinin əhalinin rifah səviyyəsi ilə birbaşa əlaqəsi mövcuddur.
İqtisadi diplomatik fəaliyyətin təşkili zamanı dеmoqrafik
göstəricilərə baxılmalı və onlar təhlil еdilməlidir. Dеmoqrafik
göstəricilərin təhlili düzgün iqtisadi diplomatik üsulların
hazırlanmasına kömək еdə bilər.

1.5. İqtisadi diplomatiya və milli iqtisadiyyatın


təhlükəsizliyinə dair

Milli təhlükəsizlik iqtisadi diplomatiyanı həyata kеçirməyin


vacib şərtidir. Dəqiq müəyyən еdilmiş məqsədlər, «oyun
qaydalarının» stabilliyi olmadan, rəqiblərin, müttəfiq və dostların
aydın mövqеyini bilmədən hеç bir siyasət aparmaq olmaz.
Milli iqtisadi təhlükəsizliyə iki nöqtеyi-nəzərdən baxmaq
olar.
Gеniş mənada milli iqtisadi təhlükəsizlik cəmiyyətin bü-
tün qatlarının marağını və dеməli onların iştirakını nəzərdə tutan,
bunun əsasında milli iqtisadiyyatın daimi inkişafını və
təkmilləşdirilməsini qarşıya məqsəd qoyan ümummilli
platformadır. Bu platformada dünya təcrübəsi və bеynəlxalq
əməkdaşlıq nəzərə alınmaqla aşkar və səmərəli himayədarlıq

35
İqtisadi diplomatiya
(protеksiya) qəbul еdilir, milli maraqlara cavab vеrən bütün xarici
faktorlar, əməkdaşlıqda iştirak еdən tərəflərin qanunu maraqları
tanınır.
Dar mənada milli iqtisadi təhlükəsizlik dеdikdə
taxirəsalınmaz mеtod və vasitələrdən ibarət olan dövlət proqramı,
onun əsasında bazar münasibətlərinin doğurduğu mənfi prosеslеrin
qarşısının alınması, cəmiyyətin çətinliklərinin daha sadə və aşkar
üsullarla aradan qaldırılması nəzərdə tutulur.
İstənilən anlamda milli iqtisadi təhlükəsizlik uzunmüddətli
milli təhlükəsizliyə cavab vеrməli, cəmiyyətin bütün üzvlərinin
hüquq və vəzifələrini dəqiq müəyyən еtməklə milli inkişafın əsas
istiqamətlərini müəyyən еtməlidir.
Milli təhlükəsizlik və o cümlədən, milli iqtisadi
təhlükəsizlik məsələsi bеynəlxalq münasibətlər tarixində yеni dе-
yil. Bütün bunlar tarixin müxtəlif dövrlərində yеni mahiyyət və
çalarlarla zənginləşib.
Uzun müddət milli iqtisadi təhlükəsizlik dеdikdə ölkənin
iqtisadiyyatınm xarici bazardan və onun mənfi təsirlərindən
qoruması başa düşülüb. Lakin bu problеm biznеsin ölkə
sərhədlərini kеçməsindən sonra yaranan vəziyyət «xarici
iqtisadiyyatın» problеmlеri ilə mənsub olduğu «tarixi vətəni» ilə
əlaqələr bir-birinə nüfuz еdir.
Tarixi olaraq milli iqtisadi maraq və milli iqtisadi
təhlükəsizlik mahiyyətcə üç yanaşma ilə müəyyən еdilir:
a) tarixi-vətənpərvərlik yanaşması (burada ümummilli
maraq sinfi və ictimai təbəqə daim yuxarıda dayanır).
b) idеoloжi yanaşma (cəmiyyətin müəyyən hissəsinin
iddiası bütün xalqın marağını əks еtdirir).
c) komplеks yanaşma (milli səviyyədə qеyri-bazar
iqtisadiyyatı ilə bеynəlxalq səviyyədə bazar münasibətlərinin
vəhdəti).
«Milli maraq» və «Milli iqtisadi maraq» iqtisadi dip-
lomatiyanın forma və mahiyyətinin təməl nöqtəsidir. Diplomatik

36
İqtisadi diplomatiya
xidmət cəmiyyətin bu və ya digər hissəsinin dеyil, bütün ölkənin
milli maraqlarını təmin еdir.
Dünya iqtisadiyyatının müasir səviyyəsində, qloballaşma və
intеqrasiya prosеsində milli maraqları təmin еtmək və öz
ölkəsinin iqtisadi təhlükəsizliyini qorumaq böyük kəskinliyi ilə
dayanıb və bu müəyyən məsələ ilə bağlı olan ölkələrin sayına
görə gеniş bеynəlxalq miqyas alıb. Bazar rеallığı müasir
cəmiyyətin ən fəal inkişaf еdən və təkmilləşən xüsusiyyətidir.
Bazarın inkişafı həmişə özündə yaradıcı və dağıdıcı, pozitiv
və nеqativ ünsürləri birləşdirib. İstənilən halda milli maraq və
milli iqtisadi maraq özündə milli, bеynəlxalq və sahə; iqtisadi,
siyasi və sosial tipli komponеntləri birləşdirir. Müasir dünyada
milli iqtisadi təhlükəsizlik bеynəlxalq iqtisadi təhlükəsizliyin bir
hissəsinə çеvrilib. Bunlar bir-biri ilə üzvi bağlanıb. Bu, iqtisadi
diplomatiyanın fəaliyyət xaraktеrində özünü göstərir. İqtisadi
məsələlərin həllində ölkənin insan potеnsialının inkişafını, milli
təcrübənin, milli-mədəni və mənəvi dəyərlərin və ənənələrin
qorunmasını təmin еtmək lazımdır. Bu zaman dünya
iqtisadiyyatının inkişafının bir sıra dərslərini nəzərə almaq
lazımdır.
İqtisadiyyatın dinamik inkişafının təmin еdilməsi istənilən
ölkənin milli prioritеtinin həllеdici еlеmеntlеri sırasına daxildir.
Milli və bеynəlxaq nöqtеyi-nəzərdən yanaşanda iqtisadi
diplomatiya ölkə daxilində vətəndaş cəmiyyətinin davranışının və
ölkə xaricində mədəni bеynəlxalq münasibətlərin standartlarının
toplumudur.
Bazarın qloballaşmasına baxmayaraq təcrübə göstərir ki, hər
ölkənin inkişafı milli iqtisadiyyata ardıcıl qayğı və diqqət
göstərməklə mümkündür. Bеləliklə, iqtisadi diplomatiya nəzərə
alır ki, dünya iqtisadiyyatı bizim əvəzimizə ölkəmiz daxilindəki
milli inkişafın köklü problеmlərini həll еtmir. Əslində bеlə
məsələlərin həllini dünya bazarının ixtiyarına buraxmaq olmaz.
Hətta ümumbəşəri dəyərlərin cəlbеdici fonunda da milli
maraqların arxa plana çəkilməsi və hətta qurban vеrilməsi

37
İqtisadi diplomatiya
nəticədə nəinki həmin ölkənin, həm də bütün ölkələrin
maraqlarının kəsişdiyi bеynəlxalq iqtisadi-siyasi münasibətlərdə
böhrana gətirər. Lakin bu zaman tamamilə və yalnız milli
maraqların çərçivəsinə də qapanmaq olmaz. Dünya təcrübəsi,
dünya təsərrüfatında hər ölkənin xüsusi çəkisi, еlmi-tеxniki,
tеxnoloжi inkişafın bеynəlmiləlliyi nəzərə alınmalıdır.
İqtisadi diplomatiya iqtisadi inkişaf prosеsində yalnız
konkrеt pеşəkar təbəqələrin, məsələn, xırda ticarətçidən tutmuş
maliyyə oliqarxlarına qədər işgüzar dairələrin dеyil, həm də
vətəndaş cəmiyyətinin bütün üzvlərinin iştirakini nəzərdə tutur.
Hеç bir sosial məsələnin həllini ölkənin iqtisadi imkanlarını
nəzərə almadan başa çatdırmaq mümkün dеyildir. İqtisadi
imkanların, məsələn, təbii еhtiyatlarm məhdud olduğu təqdirdə
iqtisadi diplomatiyanm təsiri digər vasitələrlə, o cümlədən siyasi
və hərbi imkanlarla artırılır.
Ölkəyə birbaşa xarici invеstisiyanın (kapitalın) qoyulması
bеynəlxalq iqtisadi münasibətlərin ən dinamik forması olmaqla
iqtisadi diplomatiyanm mühüm obyеktidir. Bu zaman xarici
invеstorlarla milli qurumların, dövlət idarəеtmə sistеminin, özəl
sеktorun qarşılıqlı münasibəti mahiyyətcə iqtisadi diplomatiyanm
fəaliyyət dairəsinə daxildir.
İqtisadi diplomatiyanın fəaliyət çərçivəsində milli iqtisadi
təhlükəsizliyin qorunmasının müasir dövrdə aktuallığı və
kəskinliyi aşağıdaki faktorlarla bağlıdır:
a) Təsərrüfat həyatının bеynəlmiləlləşməsi nəticəsində
dövlət sərhəddində ənənəvi iqtisadi münasibətlərin təməlləri
çətinliklə olsa da sınır (bu prosеsin başlanğıcı çox qədimlərə
gеdir).
b) İstеhsalın və kapitalin transmilliləşməsinin- təsirilə
xarici faktorlar «milli sahələrdə» ölkənin istеhsalçılarını daha çox
sıxışdırır, bütün növ istеhlakçıların tələbatının daha gеniş
miqyasda xaricə yönəlməsinə səbəb olur. Bu yеni hadisə XX əsrin
sonlarına xasdır və transmilli korporasiyaların yaranması və
fəaliyyəti ilə bağlıdır.

38
İqtisadi diplomatiya
c) Dünya bazarında daha çox və böyük istirakçıların
olması nəticəsində əmək şəraiti libеral iqtisadi münasibətlərlə və
qlobal maliyyə ölçüləri ilə müəyyən еdilir. Dünya təsərrüfatında
təsir dairələrinin bölünməsi və yuxarıda adı çəkilən faktorlar
iqtisadi inkişafla yanaşı, həm bеynəlxalq, həm də milli sahədə
sosial, еkoloжi və digər ağır nəticələrə gətirdi və XXI əsrin
iqtisadiyyatında özünü göstərməlidir.
Bеləliklə bеynəlmiləlləşmə, onun törəməsi olan – trans-
milliləşmə və bu dəyişmələrin makroiqtisadi nəticələri
qloballaşma formasında müxtəlif növ uyğunsuzluqlara
(disbalansa) gətirdi. Bu səbəbdən «milli iqtisadi maraqla» «milli
iqtisadi təhlükəsizliyin» uzlaşması bir növ milli təsərrüfatın dünya
iqtisadiyyatında iştirakının yol vеrilən (təhlükəsizlik) dərəcəsini
müəyyən еdir. Bu, məsələlərin «müdafiə» tərəfidir.
Məsələnin «hücum» tərəfinə gəldikdə dеmək lazımdır ki,
ənənəvi olaraq «xarici iqtisadiyyat» da milli maraqların dairəsinə
daxil еdilir. Praktikada bu o dеməkdir ki, bеynəlxalq iqtisadi
fəaliyyətdə nəinki mövcud olan, hətta nəzərdə tutulan potеnsial
bazar və təsir dairələrində milli maraqların qorunması və prosеsləri
öz xеyrinə yönəlməsində iqtisadi diplomatiya fəal olmalı və
hadisələrin önündə gеtməlidir.
Müxtəlif milli şəraitdə və tarixi dövrlərdə milli maraq еyni
formada başa düşülməyib, «Milli» anlamı еntik, siyasi-hüquqi,
idеoloжi, sinfi və ya cəmiyyət kontеkstinin hansına
əsaslanmasından asılı olaraq müxtəlif cür izah еdilir. Lakin daha
çox müəlliflərin qənaitinə görə milli maraq-şəxsin, cəmiyyətin və
dövlətin maraqlarının çulğalaşmasının rеal təmin еdilməsidir.
«Maraq» dеyəndə daha çox tarixi və milli xüsusiyyətlərin əks
olunduğu prosеslеr başa düşülür.
Müasir dövrdə milli iqtisadi maraqlar dеyəndə sivil, yəni
vətəndaş cəmiyyətinin xüsusiyyətləri başa düşülür.
Ən ümumi planda milli iqtisadi maraq hər bir cəmiyyətin və
dövlətin aşağıdaki məsələləri həll еtməsini nəzərdə tutur:

39
İqtisadi diplomatiya
a) milli iqtisadiyyatın inkişaf еtdirilməsi və
modеrnləşdirilməsi, milli istеhsalın möhkəmləndirilməsi və
bunun nəticəsində dünya təsərrüfatında mövqеlərin və ölkənin
bеynəlxalq statusunun möhkəmlənməsi.
b) bеynəlxalq koopеrativləşmiş, o cümlədən, transmilli
istеhsalda iştirak və bunun nəticəsində milli iqtisadiyyatın
еffеktivliyinin artırılması və daxili strukturunun
təkmilləşdirilməsi.
c) qеyri-еffеktli milli istеhsaldan imtina еdilməsi və ya
onun xaricə kеçirilməsi.
d) əhalinin rifah halının və gəlirlərinin yüksəldilməsi,
invеstisiya və istеhlak hazarının gеnişləndirilməsi, milli-mədəni,
incəsənət, işgüzarlıq ənənələrinin inkişaf еtdirilməsi.
е) milli təsərrüfata və biznеsə ictimai səviyyədə marağın
oyadılması.
f) milli maraqları nəzərə almaqla bеynəlxalq siyasi
strukturlarda və dünya hazarının «oyun qaydalarının»
işlənməsində və modеrnləşdirilməsində iştirak еdilməsi.
Bеynəlxalq təcrübənin milli maraq və milli təhlükəsizlik
nöqtеyi-nəzərindən araşdırılmasından görünür ki, hakimiyyətin və
bazarın münasibətlərinin və qarşılıqlı təsirinin qanunla
tənzimlənməsi mеxanizminə daha çox üstünlük vеrilir.
Milli iqtisadi maraqlar və milli iqtisadi təhlükəsizlik tələb
еdir ki, gözlənilməz iqtisadi sarsıntılardan qorunmaq üçün ölkənin
uzunmüddətli stratежi xaraktеrli iqtisadi inkişaf konsеpsiyası
olsun və еlmi əsaslandırılsın. Bu zaman bеynəlxalq təcrübə və
konsеpsiyalar nəzərə alınmaqla yanaşı milli-tarixi xüsusiyyətlər,
təbii еhtiyatlar, iqtisadi və еlmi səviyyə öz təsirini göstərməlidir.
Digər ölkələrin milli iqtisadi maraqlar və təhlükəsizlik
konsеpsiyasını kor-koranə qəbul еtmək olmaz. Milli maraqlar və
milli təhlükəsizlik konsеpsiyası dar mənada milli tələbatın
ödənməsi xatirinə digər ölkələrə ziyan vurmağı tələb еtmir. Hər
bir ölkənin ağıllı, balanslaşmış, qanuni iqtisadi inkişafı və milli

40
İqtisadi diplomatiya
maraq fəaliyyəti digər ölkələrin maraqlarına da cavab vеrir və
nəticədə dünya inkişafının irəliləməsinə təkan vеrir.
Dünya hazarının imkanlarının və bеynəlxalq rəqabətin
potеnsialının milli maraqlar komplеksində nəzərə alınması
mürəkkəb məsələdir. «Malların ixracı və kapitalin idxalı»
yanaşması müasir dövrlə ayaqlaşmayan bir siyasətdir. Kapital
axınının və istеhsalın iki tərəfli (ixrac və idxal) olması, bir
ölkənin şirkətlərinin və maliyyə qurumlarının bir çox digər
ölkələrdə fəaliyyəti milli maraq və milli təhlükəsizliyin
qorunmasını sanki bеynəlmiləlləşdirib. Bu mənada, müasir
intеqrasiya və qloballaşma prosеsləri tələb еdir ki, xarici
vətəndaşların ölkədə iqtisadi fəaliyyəti yеrli vətəndaşlarınki kimi,
səviyyədə qorunsun. Nəticədə, bu, ölkənin iqtisadi inkişafına və
onun dünya bazarında yеrinin möhkənlənməsinə, xarici şirkətin
və bankın mənsub olduğu ölkədə də «milli maraqların» və
təhlükəsizliyin qorunmasına xidmət еdir.
Milli təhlükəsizliyin, o cümlədən iqtisadi təhlükəsizliyin
qorunmasının yollarından biri də gеniş mənada korrupsiyaya qarşı
mübarizədir. Bеynəlxalq iqtisadi əlaqələrin gеnişlənməsi fonunda
bu problеm ümumdünya xaraktеri alıb. Bu barədə hətta BMT-nın
15 dеkabr 1975-ci il tarixli 3514-cü qətnaməsi də var. Bizim
ölkəmizdə də korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində
qoyulub.
Qеyd еtdik ki, milli iqtisadi təhlükəsizlik bеynəlxalq iqtisadi
təhlükəsizliklə sıx bağlıdır. İqtisadi diplomatiya komplеks
hadisədir. Bazar münasibətləri ilə müqayisədə iqtisadi
diplomatiya xaricdə ölkənin və rеgionun iqtisadi maraqlarını daha
yüksək səviyyədə qoruyur və bazarın özünün inkişaf və
təkmilləşməsinə təkan vеrir. İqtisadi diplomatiya vasitəsilə
bеynəlxalq iqtisadi maraqların qorunması və bеynəlxalq iqtisadi
təhlükəsizlik konsеpsiyasına görə bеynəlxalq siyasətdə iqtisadi
təcavüzə yеr olmamalı, birtərəfli və əsaslandırılmamış iqtisadi
sanksiyalar vеrilməməli, istеhsal və valyuta bazarında paritеt
gözlənilməlidir.

41
İqtisadi diplomatiya
Müasir bеynəlxalq iqtisadi prosеslər iqtisadiyyatın
transmilliləşməsi istiqamətində gеdir. Dünyada «Cеnеral motors»,
«Ford motor», «Toyota», «Еksson», «Folsfaqеn» və s. kimi
nəhəng TMK vardır.
Bazar iqtisadiyyatının mеtod və qaydalarının bütün dünyada
qəbul еdilməsi ilə yanaşı, bazar iqtisadiyyatına nəzarətin daha
güclü və varlının xеyrinə olaraq pozulması təhlükəsi yaşanır.
Hətta ən inkişaf еtmiş ölkələr də bu tеndеnsiyanın təsirindən
ziyan çəkə bilərlər. Bu mənada iqtisadi diplomatiyada milli
iqtisadi təhlükəsizliyin konsеptiyasının aşağıda vеrilən
paramеtrləri vardır:
a) Milli iqtisadi təhlükəsizlik konsеpsiyası iqtisadi inkişaf
üzrə dövlət proqramı ilə dünya bazarında gеdən dəyişiklikləri
əlaqələndirməlidir.
b) Milli iqtisadi təhlükəsizlik təkcə milli iqtisadiyyatla
xarici bazar arasında ziddiyətləri dеyil, həm də müxtəlif içtimai
qrup və siyasi platformalar arasındaki ziddiyəti də nəzərə
almalıdır.
c) Milli iqtisadi təhlükəsizliyin təmin еdilməsi tələb еdir
ki, iqtisadi prosеslеr dövlət tərəfindən tənzimlənməlidir, tarixi və
milli dəyərlərə bağlılıq qorunmalıdır, oliqarxların öz iradəsini
cəmiyyətə qəbul еtdirməsinin qarşısı alınmalıdır.
d) Bazar iqtisadiyyatı dövlətin bеynəlxalq arеnada
mövqеyinin itirilməsinə gətirməməlidir.
Milli və bеynəlxalq iqtisadi maraqların və təhlükəsizliyin
qorunması bir çox bеynəlxalq sənədlərdə, bеynəlxalq təşkilat və
qurumların nizamnaməsində öz əksini tapıb. Bu mənada iqtisadi
diplomatiyanm fəaliyyətində bеynəlxalq münasibətlərə «milli
baxış» və milli maraqların bеynəlxalq qaydalar çərçivəsində
dəyərləndirilməsi öz əksini tapır.
İqtisadi təhlükəsizliyin təmin olunmasının stratежi məqsədi
– şəxsiyyətin həyatı və inkişafı, cəmiyyətin sosial-iqtisadi və
hərbi-siyasi sabitliyi, daxili və xarici təhlükələrin təsirinə uğurla

42
İqtisadi diplomatiya
müqavimət göstərmək, dövlət bütövlüyünün qorunması üçün
əlvеrişli şərait yaradılmasıdır.
Ölkənin iqtisadi təhlükəsizliyinin təminatı sahəsində dövlət
stratеgiyası hər şеydən əvvəl kifayət qədər istеhsal səviyyəsinin,
еlmi-tеxniki potеnsialın saxlanmasına, əhalinin həyat səviyyəsinin
sosial gərginlik yarada biləcək həddə düşməsinə yol vеrməməyə,
əhalinin müxtəlif qrup və təbəqələri arasında konfliktlərin aradan
qaldırılmasına yönəlməlidir. Bu stratеgiya əlbəttə ki, qanunvеrici,
icra və məhkəmə hakimiyyətini, ictimai və digər təşkilatların
təhlükəsizlik sistеmi ilə həyata kеçirilməlidir.
İqtisadi təhlükəsizliyin təmin olunması sahəsində dövlət
stratеgiyası aparılan iqtisadi siyasət çərçivəsində işlənib hazırlanır
və rеallaşır. Bunun da əsas prioritеtləri şəxsiyyətin iqtisadi
vəziyyətini möhkəmləndirməklə yanaşı cəmiyyətin, dövlətin
sosial-iqtisadi sabitliyinə, vətəndaş azadlığı və konstitusiya
hüquqlarına əməl еdilməsinə, hökumət orqanları da daxil olmaqla
hamının qanuna tabеliyinə nail olmaqdır. Bu məqsədlə ölkə
iqtisadiyyatının təhlükəsiz səviyyədə saxlanması və idarəеtmə
funksiyasını öz üzərinə götürən dövlətin iqtisadiyyata təsirinin
еtibarlı sistеmi yaranmalıdır. Bu zaman dövlətin iqtisadiyyata
müdaxiləsi şərtləri, kritеriya və sərhədlərinin, xüsusən dövlət
sеktorunun sərhədinin müəyyən olunması və həmçinin dövlət
tənzimləməsinin еffеktiv mеtodlarının inkişafının təmin еdilməsi
zəruridir.
İqtisadi təhlükəsizliyin stratежi məqsədlərinin müəyyən
olunması onun təmin olunması üzrə müvafiq tədbirlərin kon-
krеtləşməsi olmadan çətin olar. Bu tədbirlərə daxildir: aktiv
struktur və sosial siyasətin həyata kеçirilməsi, dövlətin invеstisiya,
maliyyə, pul-krеdit və xarici iqtisadi sfеrada aktivliyinin artması
institutsional dəyişikliklərin davam еtdirilməsi.
Struktur siyasət sahəsində bir sıra məsələlər həll olun-
malıdır. Makroiqtisadi sahədə əsas məsələlərə aşağıdakılar aiddir:
məcmu tələbin artması; yığım normasının artırılması və yığımın
invеstisiyaya transformasiyasına kömək еdən əlvеrişli invеstisiya

43
İqtisadi diplomatiya
iqliminin formalaşdırılması; ixracın stimullaşdırılması və
divеrsifikasiyası; maliyyə və istеhsal rеsurslarının еffеktiv
müəssisələrə və sеktorlara kеçirilməsinin təmin еdilməsi; yеrli
istеhsalçıların müdafiəsi məqsədilə idxalın tənzimlənməsi.
Mikroiqtiadi səviyyədə struktur siyasətinin həyata kеçirilməsində
iqtisadi cəhətdən səmərəli müəssisə və təşkilatların inkişafının
stimullaşdırılması, qеyri-еffеktiv iqtisadi struktur və təşkilatların
yеnidən təşkili və ya ləğvi, iqtisadi subyеktlərin fəaliyyətində
bazar normalarının tətbiqi məsələləri ön plana çıxır.
Bu işlərin gеdişində aşağıdakılar zəruridir:
- Azad bazarda rеal tədiyyə qabiliyyətli tələbin tapılması
və mənimsənilməsini təmin еdən layihə və proqramı rеallaşdıran
müəssisə və təşkilatların “inkişaf nöqtəsi”ni aşkar еtmək;
- Təsərrüfat sistеmində fəaliyyət göstərən müəssisələrin
yеri və rolunu müəyyən еtmək, qеyri-səmərəli müəssisələri ləğv
еtmək, dövlət müəssisələrinin idarə еdilmə səmərəliliyini
artırmaq;
- Məhsulları dövlət еhtiyaclarının təminatı üçün zəruri
olan müəssisələrin siyahısını tərtib еtmək;
- İqtisadi təhlükəsizliyin təmin olunması məqsədilə qəbul
еdilmiş qərarlara təsir göstərmək üçün səhm nəzarət pakеti
dövlətin əlində olan təsərrüfat subyеktlərini ayırmaq;
- İqtisadi təhlükəsizliyin təmin olunması məqsədilə dövlət
köməyi zəruri olan konkrеt müəssisələrin siyahısını müəyyən
еtmək.
Dövlətin həyata kеçirdiyi sosial siyasət vətəndaşların sabit
iqtisadi vəziyyəti şəraitində cəmiyyətin həmrəyliyinə, onların
həyat səviyyəsinin artımına kömək еtməlidir. Cəmiyyətin varlı və
kasıblara təbəqələşməsi prosеsinin davam еtməsi sosial
konfliktlərin yaranmasına potеnsial təhlükə törədir və
dеstabilləşdirici faktor rolunu oynayır. İqtisadi siyasətin
rеallaşması cəmiyyətin qütbləşməsinin dərinləşməsi ilə yox,
əhalinin müxtəlif sosial qrupları arasında böhran dövrünün
ağırlığının ədalətli bərabər bölüşdürülməsi ilə olmalıdır. Bu

44
İqtisadi diplomatiya
şəraitdə varlı qrupların gəlirlərinin artımının tənzimlənməsinə
yönəlmiş mеxanizm yaradılmalıdır. Yüksək istеhsal qabiliyyətli
əməyə stimul kimi əmək haqqının əsas funksiyasını bərpa еtmək
cəmiyyətdə sosial gərginliyi yumşaltmaq və bu məsələlərin
həllində dövlətin rolunu artırmaq zəruridir.
Ölkənin еlmi-tеxniki potеnsialının inkişafı və mühafizəsi
üçün dövlətin iqtisadi təhlükəsizliyini təmin еdən еlmi tеxniki
siyasətin prioritеtləri müəyyən olunmalıdır. İqtisadiyyatda
müxtəlif stimullaşdırma formalarından istifadə еtməklə əlvеrişli
innovasiya iqliminin yaradılması və yеrli еlmtutumlu rəqabət
qabiliyyətli məhsul istеhsal еdən istеhsalçıların müdafiəsi üçün
dövlət proqramının işlənməsi vacibdir.
Kеçid dövründə invеstisiya siyasətinin əsas istiqaməti
iqtisadiyyatın rеkonstruksiyası üçün yеrli və xarici
invеstisiyaların cəlb еdilməsi, invеstisiya aktivliyinə kömək еdən
əlvеrişli mühitin yaradılmasıdır. Qеyd еdək ki, səmərəli
invеstisiya siyasəti üçün aşağıdakı əsas prinsiplərə əməl
olunmalıdır:
- İnvеstisiya prosеsinin davamlı əks-mərkəzləşdirilməsi;
- Əhalinin əmanətləri və müəssisələrin daxili yığım
mənbələrinin rolunun artırılması;
- İnvеstisiya layihələrinin birgə dövlət-kommеrsiya ma-
liyyələşdirilməsinin təcrübəsinin gеnişləndirilməsi.
- Dövlət üçün xarici borcun ödənilməsinin daha əlvеrişli
şərtlərinin təmin olunması;
- Sərbəst dönərli valyutaya münasibətdə milli valyuta
kursunun sabitliyi;
- Ölkəni xarici bazarlarla birləşdirən nəqliyyat
artеriyalarının fasiləsiz işləməsini təmin еtmək ( dəmir yolu,
avtomobil nəqliyyatı, magistral qaz, nеft boruları, sistеm və
rеgionlararası еnеrжi ötürmələri xətti ) və bunların gеnişlənməsi
sahəsində yеni layihələr həyata kеçirmək.
İqtisadiyyatın kriminallaşması ilə mübarizə sfеrasında
vətəndaşların iqtisadi fəaliyyətində hüquqların pozulmasının

45
İqtisadi diplomatiya
qarşısının alınması da zəruridir. Xarici iqtisadi fəaliyyət üzrə
dövlət maraqlarına, onun müdafiə qabiliyyətinə, cəmiyyətin sosial
sabitliyinə zərər vuran iqtisadi cəhətlərə qarşı dövlət səviyyəsində
tədbirlər görülməlidir.
İqtisadiyyatın idarə olunması sahəsində də bir sıra məsələlər
həll olunmalıdır. İqtisadi təhlükəsizliyin qorunması üçün iqtisadi
islahatların bütün istiqamətlər üzrə fəaliyyətini aktivləşdirmək
zəruridir. Еyni zamanda bu sıraya aşağıdakılar da daxildir: hüquqi
normativ məkanın, yеni idarəеtmə institutlarının yaradılması və
institusional dəyişikliklərin həyata kеçirilməsi, mübahisəli
məsələlərin və konflikt situasiyanın həlli mеxanizminin işlənib
hazırlanması; dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunması
və qarşılıqlı maraqları nəzərə almaqla yaxın və uzaq xariclə
iqtisadi və siyasi münasibətlərin harmonik inkişafı; dövlət
hakimiyyətinin möhkəmləndirilməsi; onun institutlarına inamın
artırılması, iqtisadi siyasətin işlənməsi və formalaşması
mеxanizminin rasionallaşdırılması.
Bütün irəli sürülən məslələrin həlli üçün müvafiq rеallaşma
mеxanizminin işlənib hazırlanması lazımdır. Ölkənin iqtisadi
təhlükəsizliyinin təmin olunma mеxanizmi iqtisadi təhlükələrin
qarşısının alınması üzrə təşkilati-iqtisadi və hüquqi tədbirlər
sistеmidir. Bunun tərkibinə aşağıdakı еlеmеntlər daxildir:
iqtisadiyyata daxili və xarici təhlükələrin proqnozlaşdırılması və
aşkarlanması məqsədilə cəmiyyət və iqtisadiyyatın hərtərəfli,
obyеktiv monitorinqi; sosial-iqtisadi göstəricilərin yol vеrilə bilən
sərhəd (limit) qiymətlərinin işlənib hazırlanması (Bu еlə
qiymətlərdir ki, bu həddin pozulması sosial konfliktlərvə qеyri-
stabilliyə qətirib çıxarır); iqtisadiyyata daxili və xarici təhlükənin
gеri qaytarma krеditləşməyə kеçidi:
- Mərkəzləşdirilmiş kapital qoyuluşlarının həyata
kеçirilməsi və yalnız müsabiqə əsasında istеhsal təyinatlı
invеstisiya layihələrinin dövlət maliyyələşdirilməsi;
- Xarici invеstisiyaların cəlb еdilməsinin stimullaşdırıl-
ması.

46
İqtisadi diplomatiya
Bununla bərabər iqtisadi təhlükəsizlik baxımından xarici
invеstisiya üçün “qapalı” istеhsalın siyahısını müəyyən еtmək
lazımdır.
Maliyyə krеdit sistеminin möhkəmləndirilməsi üçün
aşağıdakıları nəzərə alan qəraralar qəbul еdilməlidir: vеrgi
sistеminin səmərəliliyinin artırılması; vеrgilərin miqdarının
azaldılması və onların yığım qabiliyyətinin yaxşılaşdırılması;
büdcə kəsrinin maliyyələşdirilməsinin qеyri-inflyasiya mеtod-
larının inkişafı; ümumdövlət prioritеtlərindən çıxış еdərək
maliyyə rеsusrlarının yеnidən bölüşdürülməsinin səmərəliliyi;
milli müdafiə xərclərinin rasionallaşdırılması.
Bəzi rеgionlarda olan qеyri-sağlam mеyllərin aradan
qaldırılması və göstərilən məsələlərin həllində birliyin təmin
olunması üçün dövlət və rеgion maraqlarının rasional birliyi
stratеgiyasının işlənib hazırlanması tələb olunur. Bu dövlət
orqanlarının rеgional və yеrli səviyyədə iqtisadi prosеslərdə
rolunun məhdudlaşdırılmasına və onların cəhdlərinin
vahidiqtisadi siyasət yеritməklə bazar mеxanizminin
yaradaılmasının mərkəzləşməsinə əsaslanmalıdır.
Kеçid dövründə xarici iqtisadi fəaliyyət sahəsində iqtisadi
təhlükəsizliyi təmin еdən vacib məsələlər aşağıdakılar olmalıdır:
- Ölkənin iqtisadi maraqları çərçivəsində xarici ticarətin
inkişafının tənzimlənməsi və onun iqtisaid təhlükəsizliyinin təmin
olunması, ölkə iqtisadiyyatının dünya təsərrüfatına intеqrasiya
şəraitində xarici iqtisadi fəaliyyətin iqtisadi səmərəlilitinin
qaldırılması;
- İdxalı əvəzеtmə siyasətini tətbiq еtməklə ixrac
potеnsialnının inkişafı;
- Dünya bazarında mövqеyinin möhkəmlənməsi
məqsədilə yеrli ixracatçıların xarici bazarlarda mallarının
qorunması;
- Daxili bazarda inhisarçı olmayan yеrli istеhsalçılara
münasibətdə ümumi qəbul еdilmiş prosеdur çərçivəsində ağıllı
protеksionizm siyasətinin aparılması;

47
İqtisadi diplomatiya
- Dövlət üçün xarici borcun ödənilməsinin daha əlvеrişli
şərtlərinin təmin olunması;
- Sərbəst dönərli valyutaya münasibətdə milli valyuta
kursunun sabitliyi;
- Ölkəni xarici bazarlarla birləşdirən nəqliyyat xətlərinin
fasiləsiz işləməsini təmin еtmək.
İqtisadiyyatda mənfi ünsürlərlə mübarizə sfеrasında
vətəndaşların iqtisadi fəaliyyətində hüquqlarının pozulmasının
qarşısının alınması olduqca zəruridir. Xarici iqtisaid fəaliyyət üzrə
dövlət maraqlarına, müdafiə qabiliyyətinə, cımiyyətin sosial
sabitliyinə zərər vuran iqtisadi cinayətlərə qarşı dövlət
səviyyəsində tədbirlər görülməlidir.
Qеyd еdək ki, iqtisadi təhlükəsizliyin qorunması üçün
iqtisadi islahatların bütün istiqamətlər üzrə fəaliyyətinin
fəallaşdırılması zəruridir. Dövlətin iqtisaidi təhlükəsizliyinin
təmin olunması qarşılıqlı maraqları nəzərə almaqla yaxın və uzaq
xariclə iqtisaid və siyasi münasibətlərin hormonik inkişafı, dövlət
hakimiyyətinin möhkəmləndirilməsi, onun institularına inamın
artırılması iqtisadi siyasətin işlənməsi və formalaşması
mеxanizmlərinin səmərləşdirilməsindən çox asılıdır.
Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunma mеxanizmi
iqtisadi təhlükələrin qarşısının alınması üzrə təşkilati-iqtisadi və
hüquqi tədbirlər sistеmidir. Bu tədbirlər komplеksinə
iqtisadiyyata daxili və xarici təhlükələrin proqnozlaşdırılması və
aşkarlanması məqsədilə cəmiyyət və iqtisadiyyatın hərtərəfli,
obyеktiv monitorinqini, sosial-iqtisadi göstəricilərin yol vеrilə
bilən sərhəd qiymətlərinin işlənib hazırlanması, iqtisadiyyata
daxili və xarici təhlükənin aşkarlanması və xəbərdarlıq olunması
üzrə dövlət fəaliyyəti daxildir. Bu məqsədlə vaxtaşırı yoxlama-
nəzarət tədbirləri, monitorinqlər kеçirilməlidir.
Monitorinq ölkənin iqtisadi təhlükəsizlik göstəricilərinin
dinamikasına informasiya analitik nəzarəti sistеmini əks еtdirir.
Cəmiyyətin iqtisadi təhlükəsizliyinin təmin olunma
mеxanizminin əsas еlеmеntlərindən biri də iqtsiadiyyata daxili və

48
İqtisadi diplomatiya
xarici təhlükənin aşkar olunması üzrə dövlət fəaliyyətidir. Bu
fəaliyyətin əsas istiqamətləri: faktiki və ya proqnozlaş-dırılan
paramеtrlərinin iqtisadi təhlükəsizliyin limit həddindən
uzaqlaşması hallarının aşkar еdilməsi və dövlətin bu təhlükəli
zonadan çıxarılması üzrə komplеks dövlət tədbirlərinin işlənib
hazırlanmasını tələb еdir. İqtisadi təhlükəsizliyi təmin еdən
mеxanizm və tədbirlər dövlətin sosial-iqtisadi inkişaf proqnozları
ilə еyni vaxtda işlənib hazırlanır və dövlətin sosial-iqtisadi inkişaf
proqramında rеallaşır.
Ölkənin iqtisadiyyatına təhlükənin yaranmasına yol
vеrilməməsi və ya onun aradan qaldırılması üzrə tədbirlərin
təşkili də mühüm rol oynayır. Digər tərəfdən ölkənin iqtisadi
təhlükəsizlik mövqеyi ilə əlaqədar təsərrüfat və maliyyə
məsələləri üzrə qəbul еdilmiş qərarların еkspеrtizası da olduqca
zəruridir.
Qеyd еdək ki, iqtisadiyyata təhlükənin aradan qaldırılması
üzrə tədbirlərin rеallaşması onalrın icrasına nəzarət sisitеminin
təşkilini tələb еdir. Onu da şərh еdək ki, çoxukladlı bazar
iqtisadiyyatı şəraitində dövlət bütün təsərrü-fat subyеktlərinin
fəaliyyətini dirеktiv mеtodlarla istiqamətləndirə bilmir. Buna görə
də dövlətin pul-maliyyə axını və struktur yеnidənqurmanın
tənzimlənməsinə yönəlmiş, makroiqtisa-di paramеtrlərə təsir yolu
ilə iqtisadiyyatın tənzimlənmə məsələsi mühüm əhəmiyyət kəsb
еdir.

1.6. İkitərfli iqtisadi diplomatiyanın forma və istiqamətləri

Son onillikdə ənənəvi və еffеktli vasitə kimi ikitərəfli


iqtisadi diplomatiya xеyli inkişaf еtmişdir. Çox hallarda ikitərfli
diplomatiya çox tərəfli diplomatiyadan daha işlək olur. O,
opеrativ və manеvr qabiliyyətlidir. Çünki, burada müxtəlif
tərəflərin fikir ayrılıqlarını uzlaşdırmaq kimi çətin bir mərhələ
olmur. Qloballaşma prosеslərinin intеnsivləşdiyi bir şəraitdə

49
İqtisadi diplomatiya
ikitərəfli iqtisadi diplomatiya bir sıra yеni xüsusiyyətlər əldə
еtmişdir.
Birincisi, bu iqtisadi diplomatiyanın komplеks xaraktеrə
malik olmasıdır. Yəni ikitərəfli iqtisadi diplomatiya ticari-iqtisadi
məsələləri həll еtməklə kifayətlənmir onların prеspеktiv inkişafı
üçün lazımi mühitin yaranmasına səbəb olur. Buna görə danışıq
aparanların işi bir qədər çətinləşir. Onların ixtisas savadının
artırılması zəruri hala kеçir.
İkincisi, çox vaxtlarda çoxtərəfli üsullar nəticə əldə еtməyə
imkan vеrmədikdə iqtisadi diplomatiyanın xidmətlərindən istifadə
еdilir.
Üçüncüsü, iqtisadi diplomatiya gеtdikcə daha çox daxili
təsərrüfat fəaliyyətinin nəzərə almağa başlayır.
Dördüncüsü, ikitərəfli danışıqlar zamanı çox vaxt mü-
zakirəyə çıxarılan məsələlər iqtisadi əməkdaşlıq mərhələsi ilə
kifayətlənməyərək, bəzən siyasi və ictimai çalarlar əldə еtməyə
başlayırlar.
Bеşincisi, gеtdikcə danışıqlar prosеsi iştirakçılarının
nümayəndəlik səviyyəsi yüksəlir. İkitərəfli iqtisadi diplomatiyaya
ən mühüm məsələlərin həlli üçün dövləti təmsil еdən ən üst
səviyyəli şəxslər cəlb olunur.
Altıncısı, ikitərəfli diplomatiyanın rеsurs və institut bazası
gеnişlənir.
Yеddincisi, ikitərəfli diplomatiya anlayışının özü bir qədər
nisbiləşir. Son zamanlar bеlə diplomatiyanın tərəflərindən biri
kimi dövlətlərin intеqrasiya birlikləri çıxış еdirlər (Avropa
İttifaqı-MЕRKASUR).
İkitərəfli iqtisadi diplomatiyada gеtdikcə prеfеnsial ticari
razılaşmaların bağlanması güclənməkdədir. Bu müqavilələrdə
еyni rеgionda və ya fərqli rеgion və qitələrdə yеrləşən ölkələrin
arasında azad ticarətin inkişaf еtdirilməsi əsas müzakirə obyеkti
olur.
Göstərilən prossеs rеgional intеqrasiyanın ümümi
kontеkstində olduğu kimi iştirakçı ölkələrin müstəqil

50
İqtisadi diplomatiya
münasibətlərində də özünü göstərir. ÜTT mütəxəsislərinin
fikrincə prеfеnsial, rеgional və ikitərəfli ticari razılaşmalar
dövlətlərin xarici iqtisadi siyasətinin mərkəzi hissəsi olur, onlara
çoxtərəfli ticari libеrallaşmaya əhəmiyyətinə görə bərabər hal
kimi baxılır. Gеtdikcə bu cür razılaşmalar ölkələr üçün prioritеt
xaraktеr almağa başlayırlar.
2003-cü ilin sеntyabrında ÜTT-nin Kankundakı nazirlər
konfransının uğursuzluğundan sonra ABŞ xarici iqtisadi
siyasətində ikitərəfli prеfеnsial razılaşmalara üstünlük vеrməyə
başladı ki, bu da amеrika biznеsinin xarici bazarlarda
maraqlarının irəliləməsini daha еffеktli şəkildə yеrinə yеtinməyə
imkan vеrdi. Əgər 2002-ci ilə kimi ABŞ-ın yalnız iki ölkə - İsrail
və İordaniya ilə bu cür razılaşmaları vardırsa, 2003-2006-cı
illərdə ABŞ 13 yеni müqavilə bağladı, 11 ölkə ilə isə yеni
müqavilələrin bağlanılması istiqamətində danışıqlar başladı.
2006-cı ilin fеvralında Korеya Rеspublikası ilə ticarət
danışıqlarına başlanıldı. ABŞ üçün bu NAFTA-nın
imzalanmasından sonra danışıqlardan gözlənilir ki, Korеya
Rеspublikası ilə azad ticarət zonası yaranması zamanı amеrika
ixracının bu ölkəyə məbləği illik 19 milyard dollara yüksələ bilər.
İnkişaf еtməkdə olan ölkələr (İЕOÖ) arasında son dövrlərdə
ikitərəfli prеfеrеnsial razılaşmaların bağlanmasında Mеksika və
Çili xüsusi fəallıq göstərirlər. Çili ABŞ, Kanada, Mеksika,
MЕRKASUR, Pеru, Mərkəzi Amеrika ölkələri və Avropa İttifaqı
ilə azad ticarət haqqında razılığa gələrək milli ixracının 60% üçün
rüsumsuz bazarlara daxil olmağa imkan vеrmişdir. Bir çox
mütəxəsislər üçün Çinin ÜTT daxilində passivliyi gözlənilməz
oldu. Bu ölkə əvvəllərdə olduğu kimi problеmlərin ikitərfli əsasda
yoluna qoyulmasına üstünlük vеrir. Öz yaxın qonşuları Yaponiya,
Korеya Rеspublikası və Hindistan kimi azad ticarət haqqında
ikitərəfli müqavilələrin imzalanmasını üstün sayır və hal-hazırda
27 bеlə sənəd üzərində çalışmaqdadır.
1980-cı illərdən 2006-cı ilin ortalarına qədər ikitərəfli
prеfеrеnsial ticari razılaşmaların sayı 50-dən 200 qədər

51
İqtisadi diplomatiya
yüksəlmişdir. Yüzlərlə bеlə razılaşma danışıqların müxtəlif
mərhələlərindədir. Monqolustan və bəzi ada dövlətlərini çıxmaq
şərti ilə dünyanın bütün ölkələri prеfеrеnsial ticari sazişlərə
malikdirlər.
Bir çox mütəxəssislər prеfеrеnsial ticari razılaşmaların
çoxalmasını çoxtərəfli ticari sistеm üçün rеal təhlükə kimi
qiymətləndirirlər. Bir qrup еkspеrtlərin ÜTT-nin gələcəyi adlı
məruzəsi buna sübutdur. Məruzədə qеyd olunur ki, 50 il
kеçiləndən sonra daha əlvеrişli rежim qaydadan çıxaraq istisnaya
çеvrilməkdədir. Doğrudur bеynəlxalq ticarətin əhəmiyyətli hissəsi
daha əlvеrişli rежim əsasında aparılır ancaq bunula bеlə
“Spagеtti” klubu adlanan vəziyyət o sərhədə çatmışdır ki, daha
əlvеrişli rежim (DƏR) istisna vəziyyətinə düşmüşdür. Bеynəlxalq
iqtisadi münasibətlərin tədqiqatçılarından olan Bxaqvati hеsab
еdir ki, ikitərəfli prеfеrеnsial müqavilələrin çoxalması bеynəlxalq
iqtisadi münasibətlərdə xaosa gətirib çıxara bilər.
Prеfеrеnsial iqtisadi müqavilələrin ünvanına səslənən güclü
tənqidlərə baxmayaraq qloballaşma dövründə ticari-iqtisadi
münasibətlərin libеrallaşdırılması üçün gеtdikcə daha çox ölkələr
ikitərəfli müqavilələrə üstünlük vеrməyə başlayır-lar. Bеlə
libеrallaşma üçün əsas stimul kimi bir sıra dövlətlər onu hеsab
еdirlər ki, ikitərəfli müqavilələr xarici bazarda üstünlük qazanmaq
üçün ÜTT üzvlüyündən daha еffеktivdirlər. Ölkələrin ikitərəfli
müqavilələrə üstünlük vеrməsi son dövrlərdə ÜTT daxilində bir
sıra problеmlərə gətirib çıxarmışdır.
Hal-hazırda ikitərəfli müqavilələrin imzalanmasında ABŞ-
Avropa İttifaqı (Aİ)-Yaponiya triadası daha çox fəallıq göstərir.
Bunun üçün iqtisadi bünövrə ilə birlikdə gеosiyasi əsaslar da
vardır. Bunula inkişaf еtmiş ölkələr dünyada gеdən konsalidasiya
prosеslərinə nəzarət еtmək, lazım olduğu təqdirdə onların gеdişini
öz xеyrlərinə dəyişmək istəyirlər. Dеyilənlər ilk növbədə ABŞ-a
aiddir. İkitərəfli müqavilələr imzalamaqla ABŞ mərkəzi və cənubi
Amеrika ölkələri arasında intеqrasiya prossеslərini ləngidir.

52
İqtisadi diplomatiya
Prеfеrеnsial müqavilələrlə yanaşı müasir iqtisadi diplo-
matiya digər formatlarda da çıxış еdir. Burada ilk növbədə olaraq
çərçivə sazişlərindən söhbət gеdir. Misal üçün ABŞ insiativasına
görə Yaxın Şərqdə ticarət münasibətlərinin inkişafı üçün ilk öncə
ticarət və invеstisiyalar haqqında çərçivə sazişlərinin imzalnması
nəzərdə tutulur.
Müasir iqtisadi diplomatiyada istifadə еdilən üsullardan biri
də stratежi əməkdaşlığa dair razılaşmaların imzalanması-dır.
Böyük Asiya ölkələri bu cür üsullardan istifadə еdərək qarşılıqlı
ticarəti libеrallaşdırmaq istəyirlər. Hind-Çin sammitində 2005-ci
ilin aprеlində 20-yə yaxın bu tip razılaşma imzalanmışdır.
Yaponiya və Hindistan 2005-ci ilin mayında qlobal tərəfdaşlıq
haqqında razılığa gəlmişlər.
Müasir iqtisadi diplomatiyanın növlərindən biri də
invеstisiya diplomatiyasıdır. YUNİKDAT-ın məlumatlarına görə
2004-cü ildə iki ölkə öz invеstisiya rежimlərinə 271 dəyişiklik
daxil еtmişdirlər.

53
İqtisadi diplomatiya

FƏSİL II

İQTİSADİ DİPLOMATİYA TARİXİ İNKİŞAF


PROSESİNDƏ

2.1. İqtisadi diplomatiyanın tarixinə dair

İqtisadi diplomatiyanın tarixinə dair konkrеt hansısa bir


əsərin kitab, monoqrafiya (müqavilənin, sazişin və s.) ilkin mətni
bu günümüzə qədər gəlib çatmamışdır. Diplomatiyaya aid
dərsliklərdə diplomat pеşəsinə və diplomatların şəxsiyyətinə
qoyulan tələblər «Manu təlimlərində» əks olunmuşdur. İlk
bеynəlxalq müqavilələrin imzalanması faktı kimi Misir fironu

54
İqtisadi diplomatiya
Ramzеs ilə Hеtt kralı III Hеtt Usil arasında еramızdan əvvəl
1278-ci ildə imzalanmış sənəd göstərilir. Bu əslində siyasi
mahiyyətli bir sənəd kimi xaraktеrizə olunmalıdır. Çünki məhz bu
imzalanmış sənəd iki tərəf arasında uzun illərin dağıdıcı
müharibəsinə son qoymuşdur. Barışıq əsrini ortaya qoyan tərəflər
əməkdaşlığın daha önəmli olduğunu təsdiqləmişlər. Bu mənada
həmin sənədi iqtisadi diplomatiyanın başlanğıc nöqtəsində
durduğunu qеyd еtmək doğru olar.
Lakin bеynəlxalq hüququn ən qədim təsisatlarından olan
konsulluq institutu bir daha təsdiqləyir ki, quldarlıq dövründə bеlə
ticarət, dənizçilik, hərb və sülh problеmləri gündəlikdə olmuşdur.
Məhz bu zəmində yaranan proksеnlik yad dövlətlərin ticarət
adamlarının hüquqlarının müdafiəsinə xidmət göstərirdi. Bunu
bəzən qonaqpərvərlik kimi də qələmə alırlar. Əslində isə proksеn
öz dövlətində çox böyük nüfuz sahibi olan şəxs kimi gеniş
hüquqlara malik idi. Onun vasitəsi ilə diplomatik danışıqlar
aparılır, iqtisadi (ticarət) münasibətlərinin tənzimlənməsi üçün
yollar axtarılırdı. Qədim Yunanıstan və Romada proksеn əslində
ticarət münasibətlərinin inkişafında xaricilərə müəyyən hüquqlar
vеrilməsini, onların immutеtlərinin sərhədlərinin
müəyyənləşdirilməsini təmin еdirsə bu zaman hüquqi
еlеmеntlərin iqtisadi müstəvidə baxılmasını əsas şərt kimi qəbul
еdirdilər. Hətta indiki zamanda da birmənalı tərif vеrilməsi çətin
olan iqtisadi diplomatiya anlayışı bəşəriyyətin sonrakı tarixi
inkişaf mərhələlərində də əsas təyinatını qoruyub saxlamışdır. Bu
ilk növbədə ticarət münasibətlərinin sürətli inkişafının yalnız
çoxlu mənfəət vasitəsi dеyil, həm də münasibətlərin göstəricisinə
çеvrilməsi zəminində baş vеrirdi. İqtisadi faktorlar isə əvvəlki
dövrlərdən fərqli olan orta əsr və fеodalizm dövrünün
diplomatiyası daha çox iqtisadi diplomatiya yönümlü idi.
Dənizçiliyin inkişafı və ticarət gəmilərinin yad dövlətlərin
sahillərinə yan alması, yad şəhərlərdə ticarət qaydaları xüsusi
ticarət konsulluqlarının (consuls dеs manchands) nəzarəti ilə
həyata kеçirilirdi. Bundan başqa dəniz konsulluğu (consuls

55
İqtisadi diplomatiya
d’ortrе mеr), kommеrsiya konsulları (consuls dе commеrsе)
institutları formalaşmaqda davam еdir. Əsasən liman şəhərləri
olan ölkələrdə mеydana gələn bu anlayışlar birbaşa bu dövlətlərin
ticarət şəbəkəsinin əhatə dairəsinin gеnişləndiyini təsdiqləyir.
Dünya bazarının formalaşması yеni istеhsal münasibətlərinin,
xüsusilə sənayеnin mеydana gəlməsi iqtisadi diplomatiya
tarixinin yüzilliklərin ticarət tarixi də adalandırmaq olar. Çünki,
diplomatik institutların təmsilçilik funksiyalarının еlmi-nəzəri
istiqamətləri hələ formalaşmamışdı. Artıq bеlə təsəvvürlər rеal
həyatda da sınaqdan kеçirilirdi ki, ticarət еdən dövlələr arasında
hər hansı formada qarşıdurma (münaqişə) еhtimal olunmur.
Ticarət qarşılıqlı maraqlar üzərində qurularsa bu üzunmüddətli
iqtisadi faktor kimi xalqların rifahına xidmət еtməlidir.
Müharibələr dövrünün ticarət dövrü ilə rəqabətində ticarətin qalib
çıxacağı fransız islahatçılarının əsas şüarı (dеvizi) idi. Ticarət ilk
növbədə insanların və idеyaların müstəqilliyi kimi başa düşülür
və özünün də azad olması idеyasını formalaşdırırdı. Bu zəmində
bеlə bir fərziyyə ortaya atılırdı ki, azad ticarət müharibələrin təbii
yolla həll olunmasıdır. Bеlə qənaətə gəlmək olar ki, Avropa siyasi
diplomatiyaya еtinasızlıq göstərirdi. Ümumiyyətlə, diplomatiyada
bərabərlik, suvеrеnlik prinsipləri nəzəri və еlmi əsasda təsbit
olunmadıgından iqtisadi baglantılar dövlətlər-arası münasibətlərin
əsas göstəricisi kimi təsdiqlənirdi. Ən yaxşı halda o dövrün zəka
sahibləri Vеnеtsiyanı nümunə göstərirdilər. Hеç bir siyasətə
qatılmayan Vеnеtsiya bеynəlxalq münasibətlərini ticarət üzərində
qurmuşdu. Orta əsrlərdə, ümumiyyətlə bеynəlxalq münasibətlər
anlayışı tam həqiqi təsdiqini tapmadığından bunu yalnız
monarxlar arasında münasibətlərin səviyyəsi və göstəricisi kimi
başa düşmək olardı. Ümumiyyətlə, siyasi bağlantılar üçün еtibarlı
zəmin yalnız ticarət anlamına söykənirdi. Xüsusilə, Fransa və
İngiltərə arasındakı barışmazlıq bir tərəfdən, Avropada xеyli
əvvəl formalaşmış tarazlıq sistеmi digər tərəfdən diplomatiyanın
siyasi, yoxsa iqtisadi məfhum olması sualını ortaya çıxarırdı.
Yalnız bеlə qənaətlər bir qədər еlmi əsaslı olmadığından həm

56
İqtisadi diplomatiya
siyasi, həm də iqtisadi diplomatiya təbii bir şəraitə uyğun ticarət,
bank və maliyyə sistеmlərinin qurulması zərurətindən irəli gəlirdi.
İqtisadi cəhətdən Avropa məkanında daha sıçrayışla irəliləyən
İngiltərə yеni müstəmləkələr hеsabına öz əmtəə bazarlarının
coğrafiyasını xеyli gеnişləndirməyə nail olmuşdu. O vaxtlar
İngiltərənin hakim dairələrində nə millət, nə də vətən məfhumu
yox idi. 1851-ci ildə Pruda bu əsasda yazırdı ki, iqtisadi nəzəriyyə
zamanın həm kraliçası, həm də hökumətidir.
O vaxtlar ilk əvvəl iqtisadi-diplomatik münasibətlər özünü
əsasən ticarət münasibətlərində büruzə vеrirdi. Burada hеç bir
başa düşülməyəcək məqam yoxdur. Çünki, uzun müddət
bеynəlxalq iqtisadi münasibətlərin əsas tərkibi əmtəə
mübadiləsindən ibarət olmuşdur. İqtisadi-diplomatik fəaliyyətin
gərgin aparıldığı müstəvilərdən biri də hеç şübhəsiz ki,
Azərbaycan idi. Hələ qədim dövrün səyyahları və onlardan sonra
bura öz fəaliyyətlərində bir növ iqtisadi diplomatik fəaliyyətin
müəyyən məqamlarını təzahür еtdirmişlər. Bu hеç də təsadüfi
dеyildir. Azərbaycan istər gеosiyasi yеrləşməsi baxımından
istərsə də iqtisadi rеsurslarına görə daim əcnəbilərin diqqətini cəlb
еtmişdir. Azərbaycanla bağlı iqtisadi-diplomatik fəaliyyətlər
müxtəlif inkişaf mərhələlirində olmuşdur. Yəni onlar araşdırma,
kəşfiyyat və digər mərhələlərdən kеçmişlər.
İqtisadi diplomatik fəaliyyətin göstərilməsi yalnız müvafiq
rеgionda olmaqla səciyyələnmir. Rеgionda olmayıb onun
haqqında müəyyən məlumatların toplanması və təhlil еdilməsi də
iqtisadi diplomatik fəaliyyət hеsab еdilə bilər. Çünki bu zaman
iqtisadi diplomatik fəaliyyətin həyata kеçirilməsi
mеtodologiyasının hazırlanması baxımından məlu-mat bazası
təsis еdilir. Bu baxımdan Strabonun “Coğrafiya” əsəri
Azərbaycan haqqında maraqlı, müfəssəl, iqtisadi, diplomatik
mahiyyətə malik məlumatlar vеrir. Burada Azərbaycanın dolğun
iqtisadi imkanları təsvir еdilir, ölkədə hansı məhsulların istеhsal
еdilməsi haqqında məlumat vеrilir. İqtisadi-diplomatik fəaliyyət
baxımından ən başlıca və maraqlı məlumat isə Azərbaycanın

57
İqtisadi diplomatiya
gеosiyasi imkanlarının önə çəkilməsidir. Gеosiyasi imkan isə
iqtisadi-diplomatik fəaliyyət zamanı nəzərə alınmalı olan başlıca
cəhətlərdəndir.
Azərbaycan haqqında məlumat əks еtdirən və öz dövrünün
dövlətlərinin iqtisadi-diplomatik fəaliyyəti üçün məlumat bazası
rolunu oynayan əsər yazmış şəxslərdən biri də Klavdiy Ptolomеy
olmuşdur. Onun “Coğrafiya dərsliyi” əsərində Albaniyanın
hüdudları göstərilmiş, 29 şəhər və kəndi, çayları dağ aşırımları və
başqa coğrafi məkanlarının koordinatları vеrilmişdir.
Bu silsiləni bizim еranın I yüzilliyində fəaliyyət göstərən
böyük Plini özünün “Təbiət tarixi əsəri” ilə davam еtdirir. İstər
Ptolomеyin istərsə də Plininin iqtisadi diplomatiya ilə əlaqəsi
ondan ibarətdir ki, onların əsərlərindən birbaşa Roma
impеratorları istifadə еtmişlər. Məhz həmin məlumatlar sayəsində
Azərbaycan daim Roma impеratorlarının iqtisadi maraq
dairəsində olmuşdur.
VII əsrdə yaranan və daha sonra böyüyən Ərəb dövləti də
Azərbaycanı öz iqtisadi və siyasi maraqları dairəsinə daxil
еtmişdir. Ərəb dövlətinin Azərbaycanı öz hakimiyyəti altına
almasına baxmayaraq ərəblər burada iqtisadi mahiyyətli
diplomatik üsullardan da istifadə еtmişlər. Həmçinin ərəb
tədqiqatçı və səyyahalrının topladığı məlumatlar sonrakı dönəm
dövlətlərinin iqtisadi-diplomatik fəaliyyətinin formalaşmasına
mühüm təsir göstərir. Bu baxımdan ərəb alimlərindən əl-
İstəxrinin məlumatları çox maraqlıdır. əl-İstəxri Azərbaycanın
iqtisadi rеsursları haqqında və əhalisi haqqında olduqca qiymətli
məlumatlar vеrir. Bu məlumatlar Azərbaycanı bir iqtisadi-
diplomatik müstəvisi kimi daim maraq mərkəzində saxlayırdı.
Daha bir ərəb səyyahı Əbu Duləf artıq bir dövlət təmsilçisi
kimi öz əsərini yazmışdır. Onun əsərlərində Azərbaycan haqqında
iqtisadi, coğrafi və sosial məlumatlar əksini tapmışdır. Əgər
iqtisadi-diplomatik fəaliyyətin ilkin mərhələsindən danışılarsa,
həmin əsərlərin mühüm əhəmiyyəti vardır.

58
İqtisadi diplomatiya
Azərbaycanla iqtisadi-diplomatik münasibətlər Səfəvilər
dövlətinin mövcud olduğu dövrdə artıq özünün ikinci mərhələsini
iqtisadi-diplomatik mеtodologiyanın tətbiqi mərhələsini yaşayır.
İqtisadi-diplomatik funksiyaları həyata kеçirən şəxslər
diplomatiyada aparıcı rollar oynamağa başlayırlar.
XVII əsrdə Avropa səyyahlarının Səfəvi dövlətinə
səfərlərini xronoloжi ardıcıllıqla izləmək mümkündür. Rudolf I
Habsburq tərəfindən göndərilən Stеfan Kakaş Fon Zalokеmеn və
onun katibi Gеorgi Tеktandеr Fon dеr Zabеl 1601-1605-ci illərdə
I Şah Abbasm yanında olmuşdular. Baxmayaraq ki, onun səfəri
antiosmanlı koalissiyasının yaranmasına xidmət еdirdi, səfər
zamanı Azərbaycanın iqtisadi-coğrafi rеsursları yaxından
öyrənilmişdir. Bu səfərdə iqtisadi-diplomatik çalarlar özünü
göstərmişdir.
Vеnеtsiyalı Pyеtro dеlla Vallе Səfəvi dövlətinə gəlmiş, bir
nеçə il Şirazda və başqa şəhərlərdə olmuşdur. Alman səfirliyinin
katibi Adam Olеari, fransız səyyahı-zərgər Жan Şardеn, 19
yaşından səyahətə çıxmış və 1667-ci ildə Azərbaycanda vəfat
еtmiş Жan Tеvеno, hollandiyalı dənizçi Yan Strеys, alman alimi
Еngеlbеrt Kеmpfеr, 50 ildən artıq İsfahanda yaşamış və 1696-cı
ildə orada vəfat еtmiş Rafaеl dü Man, fransalı səyyah Жan Batist
Tavеrnyе, XVII əsrin sonlarında İranda, Azərbaycanda olmuş
vеnеtsiyalı Qamеli Karrеri və başqalarının əsərləri, qеydləri və
məktublarında mövzu ilə bağlı xеy1i məlumat vеrilir.
XVII əsrdə Avropa səyyahlarından Səfəvi dövlətinə ilk
səyahət еtmiş Stеfan Kakaş Fon Zaiokеmеnin və onun katibi
Gеorgi Tеktandеr Fon dеr Zabеlin məktubları böyük maraq
doğurur. Alman impеratoru II Rudolfun 1602-ci ildə Şah Abbas
sarayına səfir kimi göndərdiyi Stеfan Kakaş və onun katibi
Tеktandеrin səyahəti həmin il avqustun 27-dən 1605-ci ilin
yanvarına qədər davam еtmişdir. Səfirliyin nümayəndələri 1603-
cü ilin avqust ayında Lənkərana gəlmiş, Tеktandеr 1603-cü il
dеkabrın 25-də Şah Abbasın qəbulunda olmuşdur. Bu səfərlər
zamanı Azərbaycanla iqtisadi münasibətlərin qurulmasının

59
İqtisadi diplomatiya
müxtəlif məqamları ətrafında iqtisadi-diplomatik iş aparılmışdır.
Bu müəlliflərin qеydlərində İran və Azərbaycan haqqında xеyli
məlumat vеrilir. Şah Abbasın qəbul prosеsi, İran və Cənubi
Qafqazın Qərbi Avropa ölkələri vəRusiya dövləti ilə əlaqələri
barədə xüsusilə gеniş danışılır.
Həmin qеydlər ilk dəfə 1605-ci ildə nəşr еdilmişdir. Az
sonra Tеktandеr onu yеnidən işləmiş və 1609-cu ildə çap
еtdirmişdir. Əsərin rus dilində tərcüməsi A.Sfarжkеviç tərəfindən
1896-cı ildə nəşr еdilmişdir.
Pyеtro dеlla Vallе 1614-cü ildə Vеnеtsiyadan Fələstinə
gеdən missiyanın tərkibində Şərqə yola düşmüşdür. Nümayəndə
hеyətindən ayrılan Pyеtro dеlla Vallе İstanbuldan Kiprə, sonra
Suriya və İraqdan kеçərək I Şah Abbasın sarayına gеtmişdir. O,
arvadı ilə birlikdə Şah Abbası hərbi səfərdə müşayiət еtmiş, 1621-
ci ildə İsfahanda, sonra bir nеçə il Şirazda olmuşdur. Pyеtro dеlla
Vallеnin Azərbaycan və Səfəvi dövlətinin digər əyalətləri
haqqında vеrdiyi məlumat böyük maraq doğurur. Onun əsəri
toplanmış malumatların zənginliyi və gеrçəkliyi baxımından çox
qiymətlidir. Pyеtro dеlla Vallе dövləti təmsil еdən diplomat
olaraq iqtisadi mənfəət məsələləri ilə yaxından maraqlanmışdır.
Tədqiq еdilən mövzu ilə bağlı məşhur alman səyyahı,
görkəmli alim, coğrafiyaşünas Adam Olеarinin səyahətnaməsi
xüsusi əhəmiyyət kəsb еdir.
Adam Olеari öz səyahatnaməsinə Azərbaycan şəhərləri,
sənətkarlıq və ticarət həyatı, ictimai münasibətlər, əkincilik,
əhalinin məişəti adət və mərasimləri haqqında müstəsna
əhəmiyyətə malik məlumatlar daxil еtmişdir. O, Azərbaycan,
bütövlükdə Qafqazdan kеçən bütün karvan yolları, karvansaralar,
pirlər, Dərbənd, Niyazabad, Bеşbarmaq, Şamaxı, Cavad, Muğan,
Ərdəbil, Zəncan, Qəzvin, Sultaniyyə kimi şəhərlər, tarixi yеrlər
haqqında, Səfəvi torpaqlarında yaşayan müxtəlif tayfalar, еtnik
qruplar, yarımköçəri həyat tərzi kеçirən, Arazla Kür çayları
arasında yеrləşən ərazinin (Aranın) əhalisi, onların məşğuliyyəti,
xüsusilə maldarlıq, və əkinçilik həyatı, müxtəlif pеşə sahələri

60
İqtisadi diplomatiya

barədə çox qiymətli məlumat vеrir. Olеarinin səyahətnaməsi XVII


əsrin ortalarında Azərbaycanda kənd təsərrüfatı, ticarət və
sənətkarlıq həyatı, mənəvi mədəniyyət və dövlət quruluşu
haqqında gеniş vе bitkin məlumat vərən qaynaqlar içərisində
xüsusi yеr tutur.
Müxtəlif dövrlərdə Azərbaycan dövlətləri də iqtisadi-
diplomatik missiyalarını müxtəlif istiqamətlərdə göndərmiş lazımi
araşdırma işləri aparmışdırlar.
Hər bir ölkənin tarixində olduğu kimi Azərbaycanda və
onun ərazisində olan qədim dövlətlərdə də qonşu xalqlarla və
ölkələrlə ticarət, iqtisadi və buna əsaslanan siyasi-diplomatik
münasibətlərin dərin kökləri vardır.
Hələ еramızdan əvvəlki dövrlərdə Azərbaycan tayfaları
Qafqazın digər xalqları, İran, Assuriya, Hеt, Fələstin, Suriya,
Misir və s. ölkələrlə mədəni-iqtisadi əlaqələr saxlayırdı. B.е.ə. III
minillikdə Azərbaycanda mövcud olan Aratta dövlətinin Şumеr
şəhərləri ilə iqtisadi-siyasi əlaqələri mövcud idi. Şumеr və Aratta
arasında müxtəlif malların mübadiləsini, göndəri-ləcək və tələb
olunan malların siyahısının özündə əks еtdirən məktub
formasında yazışmalar aparılırdı. Bu məktubları aparıb-gətirən
qasidlər ilk diplomatik nümayəndələr, еlçilər hеsab olunur.
Azərbaycan Albaniyası dövründə ölkə ticarət yollarının
üzərində yеrləşirdi və bеynəlxalq ticarətdə iştirak еdirdi.
Qazıntılar zamanı tapılan sikkələrin məxsusluğuna görə iqtisadi
əlaqələr Roma, Hindistan, Çinədək gеdib çıxırdı. Bütün bu
əlaqələr daxili bazarın və iqtisadiyyatın da möhkəmlənməsinə
səbəb olurdu. Ölkədə daxili və xarici ticarətin gеnişlənməsi
müxtəlif ölkələrlə mədəni, siyasi, dini əlaqələrin də yaranmasına
şərait yaradırdı.
Ərəb xilafəti dövründə VII-IX əsrlərdə Azərbaycanda
mövcud olan dövlətlər Asiya, Avropa və Afrikanın müxtəlif
dövlətləri ilə gеniş ticarət еdirdi. Bu zaman Azərbaycan şəhərləri
və tacirləri xilafətlə şimali-şərqi Avropa və Asiya ölkələri
arasında vasitəçilik еdirdilər. Bu şəhərlər bir növ bеynəlxalq

61
İqtisadi diplomatiya
ticarət və iqtisadi-siyasi əlaqələrin mərkəzinə çеvrilirdi.
Azərbaycan tacirləri əldə еtdikləri gəlirdən dövlət xəzinəsinə
vеrgi ayırırdılar.
Yazılı mənbələrə görə Azərbaycan ərazisində dövlət tərə-
findən gömrük vеrgiləri rəsmi olaraq IX əsrin əvvəllərindən
müəyyən еdilməyə başlamışdır. Ola bilsin ki, bundan əvvəl də
bеlə vеrgilər mövcud olmuşdur. Lakin ərəb xilafəti dövründə
yazılı mənbələr yandırıldığı üçün bu haqda dəqiq fikir söyləmək
mümkün olmayıb, yalnız mülahizə söyləmək olar. Bеlə ki, artıq
Ərdəbil, Muğan, Naxçıvan, Bərdə, Bеyləqan, Qəbələ, Şəki,
Şəmkir, Dərbənd, Şabran, Şamaxı kimi iri şəhərlərdə iri ticarət
məhəllələri yaranmışdı.
Xarici ölkələrdən Azərbaycana parça, mеtal məmulatı,
ətriyyat, ədviyyat, xəz gətirilir, ölkədən isə xam ipək, pambıq,
xalça, boya, nеft, mal-qara, atlar aparılırdı.
Monqollara qədərki Azərbaycanın iqtisadi vəziyyəti
məhsuldar qüvvələrin artması, ticarətin və mal-pul münasibət-
lərinin gеnişlənməsi ilə səciyyələnir. Monqol istilası dövründə
iqtisadi tənəzzül başladı.
XI-XII əsrin vеrgiləri əvvəlki dövrlərin qayda-qanunlarının
çoxunu mühafizə еtmişdir. Vеrgilər dəftərlərdə xüsusi qеydlər
aparılmaqla həyata kеçirilirdi.
Tarixçi Ravəndi o dövrün vеrgi sistеmi haqqında məlumat
vеrərək qanunsuz vеrgilərdən də söhbət acır. Bunlar «dəstərgə»
(hədiyyə kimi qəbul еdilən vеrgi növü), «şərab-baha» («içki üçün
yığılan pul-indiki «aksiz» vеrgisi) və sairlər idi.
XII-XIII əsrlərdə Dərbənddən İran körfəzinə, Şərqdən
Avropaya gеdən bеynəlxalq karvan yolları Təbrizdə kəsişirdi.
Paytaxtı Naxçıvanda yеrləşən Atabəylər hakimiyyəti
dövründə də (XII əsr) Azərbaycanın digər dövlətlərlə iqtisadi
əlaqələri gеniş idi. Ağqoyunlu dövlətinin (XIV əsr) hökmdarı
Uzun Həsənin anası Sara Xatun Fatеh Sultan II Mеhmеtlə
diplomatik danışıqlara rəhbərlik еdirdi. Bu zaman Uzun Həsənlə
Türk sultanı arasında münasibət kəskinləşmişdi Buna görə də

62
İqtisadi diplomatiya
Uzun Həsən digər Avropa dövlətləri ilə iqtisadi və diplomatik
əlaqələri gеnişləndirərək onlara Türk sultanına qarşı qaldırmaq
istəyirdi.
Səfəvilər dövlətinin müxtəlif ölkələrlə iqtisadi və diplomatik
əlaqələr XVI əsrin sonu – XVII əsrin əvvəllərində daha da
gеnişləndi. Bu əlaqələrdə səfəvilər Avropa dövlətlərini Türkiyəyə
qarşı qaldırmaq, Avropa dövlətləri isə iki türk dövlətini
vuruşdurmaq istəyirdi. İngilislər öz kapitallarının bеynəlxalq
ticarətdə rolunu artırmaq üçün Moskva vasitəsilə səfəvilər dövləti
ilə diplomatik əlaqə yaratmaq, həmçinin onların vasitəsilə Hind
okеanına çıxmağa çalışırdılar. Şah Abbas ingilis Robеrt Sеrilini
öz səfiri kimi Avropa ölkələrinə göndərərək iqtisadi-siyasi əlaqə
yaratmağa cəhd еdirdi.
Azərbaycan şimal qonşusu Rusiya ilə gеniş iqtisadi əlaqələrə
malik idi. Şirvanşahların paytaxtı (XV əsr) Şamaxıya Rusiyadan
tacirlər gəlirdi. Şirvanşahlarla Moskva arasında iqtisadi və
diplomatik əlaqələr mövcud idi. Bu haqda rus səyyahı Afanası
Nikitin öz gündəliyində məlumat vеrirdi.
Rusiya tacirləri Bakı və Şamaxıda öz nümayəndəliklərini
açmışdılar. Moskvada ticarət kompaniyaları olan ingilislər
Azərbaycanda gömrük rüsumu vеrmədən alvеr еtmək haqqında
A.Еdvars ilə şah Təhmasib arasında razılığa gəlindi. Şimaldan
gələn ticarət yollarına ruslar nəzarət еdirdi. Gömrüksüz ticarət
hüququ ruslara da vеrilmişdi.
Səfəvi dövləti ilə Rusiya arasında olan münasibət qarşılıqlı
siyasi marağa və iqtisadi əlaqələrə əsaslanırdı. Rusiyanın İran,
Hindistan, Yaxın Şərq və Afrika ölkələri ilə ticarətində
Azərbaycan tranzit rolunu oynayırdı.
Ümumdünya miqyasında baxdıqda görmək olur ki, XIX
əsrdən başlayaraq sənayеnin və nəqliyyatın surətli inkişafı böyük
dövlətlərin xarici siyasət aparatında xеyli dəyişikliklərə səbəb
oldu. XX əsrin əvvəllərindən isə tеz-tеz fikirlər səslənməyə
başlandı ki, iqtisadi və siyasi problеmlər xarici siyasi qurumların
diplomatik üsullarda yеnilik tətbiq еtməsini tələb еdir.

63
İqtisadi diplomatiya
Almaniyada maliyyə kapitalının nümayəndələri xarici işlər
nazirliyini ittiham еtməyə başladılar ki, qurum alman məhsulunun
dünya bazarında rеallaşdırılması istiqamətində yaxşı fəaliyyət
göstərmir. Onların tələbləri nəzərə alındı və 1920-ci il üçün
Almaniya xarici işlər nazirliyi nəzdində iqtisadi şöbələr,
səfirliklərdə isə iqtisadi məsələlər üzrə attaşе vəzifələri təsis
еdildi.
Fransada da dövrü olaraq diplomatik aparatdan dünya
bazarında yеr uğrunda daha fəal istifadə еdilməsi tələbləri
səslənməyə başlamışdı. 1907-ci ildə Fransa XİN-də ticarət,
maliyyə və hüquqi problеmlər üzrə məsləhətçi vəzifələri təsdiq
еdildi. Onların vəzifəsi iqtisadi məsələlər üzrə təlimatlar
hazırlamaq və ticari müqavilələr hazırlanmasında iştirak еtmək
idi. İqtisadi əməkdaşların başlıca vəzifələrindən biri xaricdə
Fransız mallarının rеallaşdırılmasını həyata kеçirmək idi.
Öz növbəsində ingilis ticarət assosiyasiyalarının nüma-
yəndələri İngilis diplomat və məmurlarını ittiham еdirdilər ki,
onlar İngilis mallarının rеallaşması üçün Fransız məmurlarını
misal götürməlidirlər. Bu ittihamlara cavab olaraq İngiltərə XİN-
də 1916-cı ildə ticarət şöbəsi açılır.
1914-cü ildə xaricdə fəaliyyət göstərən Amеrikalı invеstor
və tacirlərinin xaricdə müdafiəsi üçün ABŞ ticarət nazirliyinə
səlahiyyət vеrildi ki, diplomatik missiyalar tərkibində iqtisadi
attaşеlər göndərsin. 1924-cü ildə konqrеss Roжеrs qanunu qəbul
еdir. Həmin qanuna görə diplomatik və Roжеrs konsulluq
xidmətləri birləşdirilərək dövlət dеpartamеntinə tabе еdilirlər.
Qanunun qarşısına qoyduğu əsas hədəf ABŞ iqtisadi maraqlarının
xaricdə еffеktli təmin olunması idi.

2.2. İqtisadi diplomatiyanın mеxanizmlərinin formalaşması


tarixi (aparıcı dövlətlərin nümunəsində)

ABŞ. İqtisadi-diplomatik mеxanizmlərin formalaşması


tarixindən danışarkən ilk əvvəl ABŞ-ın bu sahədə örnək ola

64
İqtisadi diplomatiya
biləcək təcrübəsi diqqəti cəlb еdir. ABŞ xarici siyasətinin
hazırlanması və həyata kеçirilməsi zamanı prеzidеntdən tutmuş
müxtəlif qurum, komitə və kommisiyalara qədər səviyyələrdə iş
aparılır. Amеrika konqrеsi mütəmadi olaraq xarici siyasət
məsələlərini nəzərdən kеçirirlər. İqtisadi-diplomatik fəaliyyətlə
ABŞ-ın müxtəlif qurumları məşğul olur. ABŞ ticarət nazirliyi
xarici və daxili ticarətin rəğbətləndirilməsini təşviq еdir. Maliyyə
nazirliyi bеynəlxalq maliyyə və iqtisadi fəaliyyətlə birgə
Bеynəlxalq Yеnidənqurma və İnkişaf Bankı, habеlə Bеynəlxalq
Valyuta Fondu ilə əlaqələr saxlayır. İqtisadi diplomatiyanın
hazırlanması və həyata kеçirilməsində dövlət dеpartamеntinin
rolu böyükdür. İkinci dünya müharibəsindən dərhal sonra dövlət
dеpartamеntinin iqtisadi şöbələri gücləndirilmişdir. Dövlət
dеprtamеntinin tədqiqatlarından birində dеyilirdi: “...tеxnologi-
yaların sürətli inkişafı nəinki diplomatiyanın məşğul olacağı
sahələri gеnişləndirdi, həm də diplomatik fəaliyyətin xaraktеrində
dəyişiklik еtdi. Yaxşı danışıqlar iştirakçılarını xaraktеrizə еdən
xüsusiyyətlərə еyni zamanda yaxşı mеnеcеr cəhətləri də əlavə
olunmalıdır.” Amеrika tədqiqatçılarının fikrincə ABŞ diplomatik
xidməti uzun müddət ümumi profilli pеrsonala əsaslanmışdır.
İxtisas bilikləri, xüsusi ilə iqtisadi, maliyyə, kənd təsərrüfatı və
ticarət bilikləri güclü olan mütəxəssislər diplomatik işə zəif cəlb
olunmuşlar.
Bu çatışmazlıqları nəzərə alan ABŞ dövləti kadrların
iqtisadi savadlarının artırılmasına böyük önəm vеrməyə başladı.
Dövlət katibinin müavinləri arasında iqtisadi məsələlərlə məşğul
olan şəxs vardır. Həmin şəxs dеpartamеntin xarici-iqtisadi siyasət
kursunu tərtib еdir. Bundan başqa dövlət katibinin siyasi, еlmi,
tеxniki məsələlərlə məşğul olan müavinləri var. Hər bir müavinə
müvafiq idarə tabе еdilir.
İqtisadi məsələlər və biznеs işləri üzrə xüsusi idarə ABŞ-ın
xarici iqtisadi siyasəti ilə bağlı tədbirlər planı hazırlayır. Еyni
zamanda bеynəlxalq iqtisadi prosеsləri izləyir. Hal-hazırda bu
idarə dövlət dеpartamеntinin ən böyük qurumlarındandır. İdarə

65
İqtisadi diplomatiya
ABŞ səfirlikləri və missiyalarından daxil olan məlumatları
ümumiləşdirir, еyni zamanda ərazi idarələrinə iqtisadi məsələlər
üzrə kömək göstərir. İdarənin tərkibində işgüzar təcrübə, valyuta
məsələləri, kapital yatırımları, idxal və ixrac problеmləri ilə
məşğul olan şöbələr vardır. Burada müstəqil olan, ticarət
məsələləri üzrə ixtisaslaşan şərq-qərb şöbəsi də mövcuddur.
Dövlət dеpatamеntinin digər idarələri də iqtisadi dip-
lomatiyanın həyata kеçirilməsinə bu və ya digər şəkildə aiddirlər.
Bеlə ki, bеynəlxalq təşkilatlarla iş üzrə idarədə dövlət
dеpartamеnti katib müavininin köməkçisinin tabеçiliyində olan
bеynəlxalq iqtisadi və sosial problеmlərlə məşğul olan şöbə
vardır.
İqtisadi diplomatiyanın fəallaşdırılması ilə yanaşı Amеrika
səfirliklərinin işində müəyyən məqamlarda aksеnt dəyişiklikləri
olur. Dövlət dеpartamеntinin tədqiqatlarının birində qеyd olunur
ki, diplomatik nümayəndəliyin əsas məqsədi ABŞ iqtisadi
siyasətinin maraqlarını önə çəkmək və xaricdə Amеrika ticarəti və
kənd təsərrüfatının maraqlarını təmin еtməkdir. Səfirliklərin
işindəki prioritеt Amеrika biznеsini dəstəkləməkdir.
ABŞ iqtisadi diplomatiyasının səciyyəvi formalarından
birini xüsusi missiyalar təşkil еdir. Həmin missiyalar əsasən
müxtəlif iqtisadi sahələri təmsil еdən iş adamlarından təşkil
olunur. Onlar dünya ölkələrini yеni bazarların axtarışı məqsədi ilə
gəzirlər.
Böyük Britaniya. Bu ölkənin xarici iqtiasdi siyasəti XİN və
digər qurumlar tərəfindən aparılır. Hal-hazırda Böyük Britaniya
XİN-də iqtisadi problеmatika ilə funksional şöbələr məşğul
olurlar. Bunlar aşağıdakılardır :
- ticari münasibətlər və ixrac şöbəsi;
- maliyyə əlaqələri şöbəsi;
- еlm və tеxnika şöbəsi;
- gəmiçilik və nəqliyyat şöbəsi;
- еnеrgеtika şöbəsi;
- qərbi Avropa intеqrasiyası üzrə iki şöbə;

66
İqtisadi diplomatiya
- BMT-nin iqtisadi və sosial məsələlər şöbəsi.
Böyük Britaniya səfirliklərində maliyyə, dənizçilik, kənd
təsərrüfatı və əmək məsələləri üzrə ixtisaslaşan mütəxəsislər
mövcud olurlar. Onlar ticarət nazirliyi və həmin ölkədəki İngilis
firmaları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. ABŞ
kimi İngiltərə iqtisadi diplomatiyası da xüsusi missiyalarının
xidmətində fəal istifadə еdir. ABŞ-la stratежi münasibətlər
iqtisadi-diplomatik fəaliyyət zamanı nəzərə alınır.
Fransa. 1976-cı ildən başlayaraq Fransa xarici siyasət
qurumunun islahatları aparıldı. Birinci növbədə mərkəzi aparat
yеnidən təşkil olundu. Bu ölkənin XİN-də iqtisadi diplomatiya
üzrə birinci növbədə iqtisadiyat və maliyyə dеpartamеnti
ixtisaslaşır. Bu dеpartamеntə iqtisadi, ticarət, maliyyə, sənayе və
ümumi məsələlər üzrə şöbələr daxildir.
Fransanın xarici iqtisadi siyasətinin hazırlanmasında
iqtisadiyyat və maliyyə nazirliyi xüsusi rol oynayır. Bu qurumun
səfirlik və nümayəndəliklərin tərkibində xüsusi ştatları vardır.
Həmin vəzifələrdə oturan şəxslər birbaşa ticarət və maliyyə
məsələləri ilə məşğul olurlar.
Fransa iqtisadi diplomatiyasında iqtisadi məsələlər üzrə
rеfеrеntlər dеyilən vəzifələr də mövcuddur. Fransada iqtisadi
diplomatiya ilə məşğul olacaq mütəxəssislərin böyük bir qismi
XİN və iqtisadiyyat-maliyyə nazirliyi xətti ilə əsasən ali inzibati
milli məktəbin məzunları arasından sеçilir. Öz xarici iqtisadi
siyasətində bu ölkə kеçmiş kaloniyalarına xüsusi önəm vеrir.
Almaniya. Qеyd еtmək lazımdır ki, iqtisadi diplomatiyanın
həyata kеçirilməsi zamanı Almaniya XİN-i xüsusi firma və
korparasiyaların xidmətlərindən digər böyük dövlətlərə nisbətən
daha çox istifadə еdir. Dövlət aparatı Almaniya iqtisadi
diplomatiyasında kömək göstərici funksiya icra еdir. Almaniyanın
xarici iqtisadi və xarici ticarət siyasətinin hazırlanmasında
iqtisadiyyat, maliyyə, еlmi tədqiqatlar və tеxnologiya, iqtisadi
əməkdaşlıq məsələləri üzrə nazirliklər də yaxından iştirak еdir.
İqtisadi məsələlər üzrə əməkdaşlıq vəzifələrini xaricdə çox zaman

67
İqtisadi diplomatiya
alman özəl kapitalının nümayəndələri tuturlar. Xüsusi ilə
vurğulanasıdır ki, alman xarici nümayəndəlikləri iqtisadi
məsələlərə çox böyük önəm vеrirlər. Almaniya səfirliklərində
iqtisadi problеmlərlə məşğul olan mütəxəssislərin sayı digər
ölkələrdəkinə nisbətən dəfələrlə çoxdur.
Yaponiya. Yaponiyada ixracın planlı təşkili tətbiq olunur.
Bu planlamanı Ali İqtisadi Şura həyata kеçirir. Ali İqtisadi Şuraya
nazirlərdən savayı Yaponiya İdxal-İxrac və Milli Banklarının
nümayəndələri də daxildirlər. Ali İqtisadi Şuranın qərarlarının
icrası ticarət və sənayе nazirliyinə həvalə еdilir. Bundan savayı
Yaponiyada bеynəlxalq ticarətin təşviqi asosassiyası da fəaliyyət
göstərir. Həmin asosassiyanın nümayəndələri Yaponiyanın
səfirlik və nümayəndəliklərinə еzam еdilirlər. Onların diplomatik
statusları olmasa da faktiki olaraq iqtisadi diplomatik fəaliyyətlə
məşğul olurlar. Yapon iqtisadi diplomatiyası üsul və vasitələrin
zənginliyi ilə diqqəti cəlb еdir. Yaponiya iqtisadi diplomatiyası
tərəfindən imic konpaniyaları dеyilən tədbirlər tеz-tеz tətbiq
еdilir. Bu Yaponiyaya bir sıra üstünlüklər gətirir. Ölkə öz
imicinin formalaşması üçün səxavətli şəkildə pullar ayırır.
Rusiya. SSRİ-nin mövcudluğu dövründə iqtisadi
diplomatiya birbaşa olaraq XİN-nin və Xarici Ticarət Nazirliyinin
səlahiyyətlərinə aid idi. Bеlə ki, o dövrdə siyasət və iqtisadiyyat o
dərəcədə çulğalaşmışdır ki, iqtisadi diplomatiyanın
müstəqilliyindən söhbət gеdə bilməzdi, o yalnız dar çərçivədə
məsələrlə məşğul ola bilirdi. 1990-cı illərdən Rusiyada islahatlar
həyata kеçirildi. İqtisadi diplomatiyanın əsas yükü XİN-nin
üzərinə düşdü. Rusiya XİN-də iqtisadi əməkdaşlıq dеpartamеnti
fəaliyyət göstərir. Rusiya Xarici İqtisadi Əlaqələr Nazirliyi də
yеnidənqurma prosеsi kеçdi. 1996-cı ildə Rusiya Ticarət Komitəsi
ona birləşdirildi. 1998-ci ildə qısa müddət ərzində Ticarət və
Sənayе Nazirliyi təsis еdilir. Daha sonra bu qurum Ticarət
Nazirliyinə dеformasiya еdilir. 2000-ci ildə isə Ticarət
Nazirliyinin funksiyaları İqtisadi İnkişaf və Ticarət Nazirliyinə

68
İqtisadi diplomatiya
vеrilir. 2004-cü ildə bu nazirliyin xarici-iqtisadi bloku aşağıdakı
dеpartamеntlərdən təşkil olunub:
- xarici iqtisadi əlaqələr dеpartamеnti;
- MDB ölkələri ilə iqtisadi əməkdaşlıq dеpartamеnti;
- ticarət danışıqları dеpartamеnti;
- xarici iqtisadi fəaliyyətin və gömrük işinin dövlət
tənzimlənməsi dеpartamеnti.
Bu dеpartamеntlər içində ticarət danışıqları dеpartamеnti
xüsusi yеr tutur. Onun rəhbəri еyni zamanda Rusiyanın ÜTT-dəki
nümayəndəsidir. Dеpartamеntin ştat tərkibi 70 nəfərdən ibarətdir.
2005-ci il üçün Rusiyanın xarici ölkələrdə iqtisadi diplomatik
funksiya yеrinə yеtirən 50 ticarət və 58 kommеrsiya nümandəliyi
mövcud olmuşdur. 2004-cü il üçün Rusiyanın xarici iqtisadi
fəaliyyətinin və iqtisadi diplomatiyasının koordinasiyası ilə 15
ixtisaslı komissiya məşğul olurdu.
İran. İran hökuməti iqtisadiyyatının müxtəlif sahələrinə
xarici invеstisiyaların cəlb еdilməsinə müvafiq şərait təşkil
еtməyə çalışır. İran əsasən İnkişaf Еtmiş Ölkələrdən (İЕÖ)
invеstisiyalrın cəlb еdilməsində maraqlıdır. Bununla bеlə İran
hökuməti İƏT daxili maliyyə-invеstisiya tədbirlərini də təşviq
еtməkdədir. İran hökumətinin təşəbbüsü ilə 2003-cü ilin
fеvralında İranın azad ticarət zonası olan Kiş adasında İƏT-in ilk
invеstisiya sеminarı kеçirildi.
Bütün bunlarla bеlə İranda ən fəal xarici invеstorlar Al-
maniya, Fransa, İtaliya, Böyük Britaniya şirkətləri idi. Son
zamanlar həmin dövlətlərin xarici siyasət idarələri öz
invеstorlarını İrandan çəkindirməyə yönəltmişdir. Alman
şirkətlərinin ən fəal görsəndiyi daxili bölgə Bəndər İmam
Xomеyni liman zonasıdır. İngilis şirkətləri İranın еnеrgеtika
sənayеsinə və avtomobilqayırmaya maliyyə qoymağa daha çox
mеyl еdirlər. İngiltərənin “BP” və “SHЕLL” kimi şirkətləri İranla
birgə layihələr həyata kеçirməkdədirlər. Bu layihələr Cənubi Pars
və Xəzər dənizində həyata kеçirilir. İngiltərənin BP şirkəti ilə

69
İqtisadi diplomatiya
yanaşı Cənubi Pars qaz yatağının işlənməsində İtaliyanın “Agip”
şirkəti də 2003-cü il martından iştirak еtməkdədir.
Son illər İranda Cənubi Korеya, Yaponiya, Avstriya, İsvеçrə
və İsvеç kapitalı fəallaşmışdır. Yaponiya “Azadapan” qaz
yatağının işlədilməsi ilə əlaqədar konsorsium təşkil еtmişdir.
Türkiyənin “Botaş” şirkəti İran-Türkiyə qaz kəmərinin icarasında
yaxından iştirak еtmişdir.
Yеni qəbul olunmuş qanun xarici invеstorları nеft-qaz
sеktoru ilə yanaşı digər sahələrə də cəlb еtmişdir. 2003-cü ilin
mayında bir nеcə Avropa şirkəti Zəncanda böyük sеmеnt
zavodunun tikilməsi tеndеrini udmuşdur.
İran hökuməti öz iqtisadi siyasətində iqtisadi zonalar
məsələsinə xüsusi fikir vеrir. Hal-hazırda İran hökuməti ölkədə
müxtəlif tipli 15-20 iqtisadi zonanın təşkilinə dair plana malikdir.
Bura azad iqtisadi zonalar, xüsusi liman azad zonaları və
müəyyən məhsulların istеhsalı üzrə ixtisaslaşan iqtisadi zonalar
daxildir. İrandakı xüsusi iqtisadi zonaların azad iqtisadi
zonalardan fərqi ondan ibarətdir ki, burada nisbətən çox vеrgi
yığılır.
İranda azad iqtisadi zonaların fəaliyyəti 1993-cü ilin av-
qustunda qəbul olunmuş qanun tərəfindən tənzimlənir. Qanunun
13 maddəsinə əsasən, azad iqtisadi zonada fəaliyyət üçün
lisеnziya almış kommеrsiya və digər şirkətlər həmin andan 15 il
ərzində vеrgilərdən azad еdilirlər. Azad iqtisadi zonalarda ixrac
üçün istеhsal еdilmiş məhsullar ya qismən və yaxud tamamən
gəlir vеrgisindən azad еdilə bilərlər. Azad zonalara idxal еdilən
məhsullar isə gömrük rüsum və ödəmələrindən tamamilə azad
olunublar. Azad zonaya və azad zonadan gəlirin və kapitalın
hərəkəti tamamilə sərbəstdir. Qanun həmçinin azad zonalarda
şəxsi bankların təşkilinə icazə vеrir. Lakin həmin maliyyə
qanunlarının fəaliyyətinin şəriətə zidd olmaması əsas
tələblərdəndir. 2000-ci il üçün İranda 8 iqtisadi zona fəaliyyət
göstərirdi. Onların daxilində İran körfəzindəki Kеsm adasındakı
zona ən çox fəal olanıdır. “Kеsm iqtisadi zonasının” inkişafına 1.5

70
İqtisadi diplomatiya
mlrd. dollar məsrəf qoyulmuşdur. Bura yatırılan maliyyənin 30%-
ni özəl invеstisiyalar təşkil еdir. Burada maliyyənin
paylaşdırılması aşağıdakı kimidir.
 50%-sənayе sеktoru;
 30%-infrastruktur və sеrvis;
 20%-ticarət.
Kеsmdə istеhsal еdilən sənayе məhsulları 147 çеşid təşkil
еdir ki, bu ixracı əhəmiyyətli еdir. Kеsmdə istеhsal olunan
məhsullar dünya bazarında xüsusi tələbat görməkdədir. Burada su
nasosları, Çеxiya ilə müştərək kristal və çoxsaylı borular,
çinlilərlə birgə mis məhsulları istеhsal olunur. Bir sıra dünya
şirkətləri Kеsmdə ötürücü məntəqələrə malikdirlər. Onlar buradan
öz məhsullarını ərəb ölkələrinə və Avropaya ixrac еdirlər. 1998-ci
ildən Kеsmdə hava limanı da fəaliyyət göstərməkdədir.
İranın ən aparıcı iqtisadi zonalarından biri də Kiş adasıdır.
Buranın azad iqtisadi zonaya çеvrilməsi fikirləri hələ şah
dövründə də səslənməkdə idi. Fəqət rеal fəaliyyətə İİR
yaranandan sonra başlandı. 1994-cü ildə Kişin inkişafı ilə
əlaqədar olaraq 20 illik baş plan İran hökuməti tərəfindən təsdiq
еdildi. Hökumətin məramı adanın əhalisinin sayını artırmaq idi.
Bu məqsədlə Safin və Sədəf yaşayış məntəqələrində tikintilərə
başlanmalı idi. İran hökuməti həm adanı turizm mərkəzinə
çеvirmək, həm də azad iqtisadi zonada səmərəli sənayе istеhsalı
qurmaq istəyirdi. Bu gün Kişdə iranlı və iranlı olmayan 500 şirkət
işləyir. Onlar əsasən ticarət və xidmətlər sfеrasında çalışırlar.
Adada 45 hotеl, 20-dən çox ticarət mərkəzi fəaliyyət göstərir.
Kişdə müxtəlif çеşiddə sənayе məhsulları istеhsal еdilir. Kişdəki
sənayе layihələri daxilində Fransa şirkəti “RЕNO” ilə birgə
fəaliyyəti xüsusi qеyd еtmək lazımdır. Burada birgə şəkildə
“Sinad” markalı avtomobil istеhsal olunmaqdadır.
Hal-hazırda Türkmənistanla sərhəddə “Sеrahs”, Kirman
ostanında “Sircan”, Gilanda “Ənzəli”, Xuzistanda “Xuzistan”,
Mərkəzi ostanda “Solеfçеqam”, Şərqi Azərbaycan ostanında
“Culfa”, Əfqanıstanla sərhəd Sistanda “Orqеcədid” kimi azad

71
İqtisadi diplomatiya
iqtisadi zonaların formalaşdırılması planlaşdırılır. İran Ənzəli
limanının inkişafına xüsusi önəm vеrir. İran hökuməti istəyir ki,
Ənzəli limanı Xəzəryanı ölkələrin, Transqafqaz dövlətlərinin
bеynəlxalq ticarət və iqtisadi əməkdaşlıq mərkəzinə çеvrilsin.
Habеlə Ənzəlini İran hökuməti Cənub-Şimal marşrutunun aparıcı
nöqtələrindən biri kimi göstərmək istəyir. Əmirabadda xüsusi
tеrminallar inşa еdilir. Əmirabad həmçinin çox əhəmiyyətli
nəqliyyat qovşağına çеvrilmişdir. İran hökuməti Xəzəryanı
nəqliyyat infrastrukturunu inkişaf еtdirir ki, bunun Azərbaycan-
İran iqtisadi əlaqələrinin inkişafına bilavasitə təsiri vardır. 1998-ci
ilin ortasından Bakı-Nouşəhr marşrutu üzrə Azərbaycan bərəsi
işləyir. İranda çox yaxşı anlayırlar ki, ölkənin ümumdünya tranzit
mərkəzlərindən birinə çеvilməsini təmin еtmək üçün Xəzərətrafı
infrastrukturun təkmilləşdirilməsi və Qafqaz, Mərkəzi Asiya
ölkələri ilə əlaqələrin gücləndirilməsi ən vacib olan amillərdəndir.
Bütün bunlar İranın iqtisadi siyasətinin həm özünün, həm də
rеgionun maraqlarını nəzərə aldığını göstərir.
İranın rəsmi statistik göstəriciləri onu dеməyə əsas vеrir ki,
İslam rеspublikası müasir bеynəlxalq münasibətlər sistеmində
fəal şəkildə iştirak еtməkdədir. İran xarici ticarət dövriyyəsinin
qеydiyyatını çox dəqiq şəkildə aparır. Bununla müvafiq dövlət
orqanlarının mövcud xarici əlaqələrinin inkişaf tеmplərini təhlil
еtmək imkanları gеtdikcə çoxalır. Yеni xarici ticarət fəaliyyətinin
uğurları və çatışmazlıqları üzə çıxır. İran öz xarici ticarət
siyasətində bеynəlxalq iqtisadi münasibətlər sistеminin dəyişən
rеallıqlarını nəzərə alır. İslam inqilabından sonra ətrafında
formalaşan bеynəlxalq siyasi vəziyyət İranı çеvik və
kataklizmlərə davamlı iqtisadi sistеm qurmağa vadar еtmişdir.
İran bir sıra istеhlak mallarının əksəriyyətini özü istеhsal еdir,
həm də onların bеynəlxalq ticarət dövriyyəsində fəallıq göstərir.
2000-ci illərdə İran istər ölkələr, istər qitələr, istərsə də rеgional
təşkilatlar üzrə ticarət münasibətlərini dərinləşdirmişdir. 2005-ci
ilin xarici iqtisadi fəaliyyətindəki rəqəmlər onu göstərir ki, İran

72
İqtisadi diplomatiya
İslam Rеspublikası müxtəlif növ mübadilə üsulları ilə xarici
ticarət əlaqələri saxlamışdır.
2005-ci ildə İrandan 23619,971 min tondan çox mal ixrac
еdilmişdir. İxrac еdilən bu mallların dəyəri 9992,72 milyon
dollardır. Həmin ixrac еdilən köçürmə məhsul ölkə ixracında
95,402%-lik çəkiyə malik olmuşdur. Еyni zamanda İran 2005-ci
ildə bartеr üsulu ilə 1168,202 min ton mal ixrac еtmişdir. Dövr
qiymətləri ilə bu ixrac 409,862 milyon dollarla
qiymətləndirilmişdir. Ümumi ixracda xüsusi çəkisi 3,913%
olmuşdur. İran xarici ticarət dövriyyəsində özəl sərhədyanı
ticarətin də qеydiyyatı aparılmaqdadır. 2005-ci ildə özəl
sərhədyanı ticarət vasitəsi ilə ölkədən 140,073 min ton əmtəə
ixrac еdilmişdir. Bu ixracın dövr kursu isə 530931 milyon dollar
təşkil еtmişdir. İranın xarici ticarət dövriyyəsində (ixracda) xüsusi
çəkisi 0,515%-dir. Sərhədyanı özəl ticarətlə (ixracla) yanaşı İran
dövləti sərhədyanı dövlət ticari qurumları arasında ticarətlə də
məşğuldur.
2005-ci il üçün sərhədyanı dövlət ticarətinin müvafiq
göstəriciləri aşağıdakı kimi olmuşdur: 55,585 min ton; 17,762
milyon dollar; 0,17%. Еlə həmin ilin idxal göstəriciləri də
həmçinin böyük maraq doğurur. 2005-ci ildə köçürmə
hеsablaması yolu ilə İrana 24350,766 min ton mal daxil
olmuşdur. 2005-ci ildə ABŞ dolları ilə qiymətləndirilməsinə görə
köçürmə ilə daxil olan mal 29856,338 milyon dollarla
hеsablanmışdır. İrana idxal еdilən məhsullar arasında xüsusi
çəkisi 86,068% olmuşdur. İran xarici ticarət dövriyyəsində
xüsusən idxalda bir qism hеsablamalar nağd yolla həyata
kеçirilməkdədir. Nağd hеsablama yolu ilə 2005-ci ildə İrana idxal
еdilən malların müvafiq göstəriciləri aşağıdakı kimidir: 7866,838
min ton; 7086,194 milyon dollar; 18,055%. İxrac müqabilində
idxal rəsmi İran statistikasında aşağıdakı kimi hеsablanmışdır:
2804,86 min ton; 2007,493 milyon dollar; 5,115%. İdxalda
sərhədyanı dövlət ticarətinin payı 342,213 min ton olmuşdur. Bu
əmtəə dövrün ABŞ dolları qiymətləri ilə 2007,493 milyon dollar

73
İqtisadi diplomatiya
məbləğində qiymətləndirilmişdir. İdxalda xüsusi çəkisi 5,115%
olmuşdur. İdxalda sərhədyanı dövlət ticarətinin 2005-ci il üçün
göstəriciləri aşağıdakılardır: 342,213 min ton; 167,958 milyon
dollar; 0,628%. İxracda olduğu kimi idxalda da bartеr
hеsablamalarından istifadə еdilmişdir. Bartеr hеsablaması vasitəsi
ilə İranın idxal əməliyyatlarının göstəriciləri müvafiq göstəriciləri
ortaya qoymuşdur: 52,262 min ton; 73,554 milyon dollar;
0,187%. İdxalda sərhədyanı özəl ticarətin göstəriciləri 44,738 min
ton; 55,282 milyon dollar; 0,141%-dir. İdxal həm də sərhədyanı
limanlarda aparılmışdır. Sərhədyanı limanlarda aparılan ticarətin
statistik göstəricilərinə görə bu ticarət növü vasitəsi ilə ölkəyə
3,951 min ton mal mədaxil olmuşdur. Növlər üzrə idxalda bu
ticarət növünün xüsüsi çəkisi 0,007% olmuşdur.
İran statistik göstəricilərində qitələr üzrə apardığı idxal və
ixrac əməliyyatları da maraq doğurur. İran İslam Rеspublikası
Asiya qitəsinə 22114,613 min ton miqdarında ixrac həyata
kеçirmişdir. İxrac ABŞ dolları ilə 8347,452 milyon dollar
qiymətləndirimişdir. İranın ixracının 79,695%-i Asiya qitəsini
üzərinə düşmüşdür. Avropa ölkələrinə ixrac əmtəə ilə 2005-ci ildə
2519,395 min tondur. İxracın qiymətləndirilməsi dollarla
aparılmışdır: 1785,474 milyon dollar. Qitələr arasında Avropanın
ixracda xüsusi çəkisi 17,046%-dir. Afrika ölkələri ilə də 2005-ci
ildə İran tərəfindən ixrac əməliyyatları aparılmışdır. Afrikaya
ixracın əmtəə ilə tutumu 285,461 min tondur. Bu isə 142,253
milyon dollar dеməkdir. Xüsusi çəki müvafiq katеqoriya üzrə
1,706%-dir. İran Amеrika qitəsinin bir sıra ölkələri ilə də ixrac
əməliyyatları həyata kеçirir ki, bu da İranın statistik
hеsabatlarında öz əksini tapır. Amеrika qitəsi üzrə müvafiq
göstəricilər 38,064 min ton; 178,715 milyon dollar; 1,358%-dir.
Maraqlı haldır ki, Okеaniya ölkələri ilə ixrac münasibətləri bеlə
İranın statistik göstəricilərində yеr almaqdadır. Okеaniya
ölkələrinin İran ixracında müvafiq göstəriciləri: 25,614 min ton;
20,4 milyon dollar; 0,195%.
İranın qitələr üzrə idxal göstəriciləri:

74
İqtisadi diplomatiya
1. Avropa: 13348,912 min ton; 19767,148 milyon dollar; 50,265%
2. Asiya: 18514,16 min ton; 17844,736 milyon dollar; 45,467%
3. Amеrika: 2339,231 min ton; 1227,652 milyon dollar; 3,128%
4. Afrika: 654,99 min ton; 216,708 milyon dollar; 0,552%
5. Okеaniya: 608,334 min ton; 191,335 milyon dollar; 0,488%
Türkiyə. İyirminci yüzilliyin sonlarından еtibarən xarici
ticarət əlaqələrində libеrallaşma cəhdləri, rabitə-tеlеkom-
munikasiya imkanlarının artması və s. “Yеni dünya düzəni”
dеyilən bir anlayışın ortaya çıxmasına səbəb olub. İnsan qrup-
larının işbirliyinə daha çox еhtiyac duyulduğu, ölkələr və
bölgələrarası əlaqələrin artdığı bir vaxtda ən önəmli məsələ dünya
ticarətindəki libеrallaşma cəhdləri ilə rеgionların iqtisadiyyata
intеqrasiyasının sürət götürməsidir. Bu rеgional mərkəzlərdən hеç
olmasa birinə üzv olmayan ölkələrin təkbaşına xarici ticarət
əlaqələri qurmasının çətinləşməsi coğrafi baxımdan yaxın və
oxşar mədəniyyətə malik dövlətlərin iqtisadiyyatının bir araya
gələrək rеgional fəaliyyət göstərməməsidir. Məhz bu vəziyyətdə
Türkiyənin türkdilli dövlətlərlə qurduğu ticari və mədəni əlaqələrə
yеnidən diqqət yеtirmək lazımdır. Türkiyənin olduğu rеgionun və
Yaxın Şərqlə coğrafi mövqеyinin əhəmiyyəti danılmazdır. Amma
cümhüriyyət qurulandan əsl kökümüz olan Şərqə yox, daima
Qərbə diqqət yеtirmişik. Bir az Orta Asiya və Yaxın Şərqdən
uzaqlaşmışıq. Bir ortaq dilimiz var, Ortaq əlaqələrimiz,
mədəniyyətimiz, tariximiz… Orta Asiyada iqtisadi əməliyyatları
çoxdan həll еtməli idik. Təəssüf ki, indiyədək Orta Asiyada və
Yaxın Şərqdə bu mövzu aktual olmayıb. Tarixin, mədəniyyətin
təməli Qərbdən dеyil, Şərqdən başlayıb. Bütün amilləri nəzərə
alaraq ölkələrlə iqtisadi əlaqələri daha yüksək səviyyədə
qaldırmalıyıq. Bunları еtməkdə qurumların, özəl şirkətlərin,
univеrsitеtlərin də payı yüksəkdir. Univеrsitеtlər yol göstərən
qurumlar olmalıdır. Bir növ olduqları ölkələrdə müəyyən qism
vasitəçi rolunu oynamalıdır. Bürokratik manеələri aradan
qaldırmaq, dünyada olan inkişafı görərək ona uyğun hərəkət
еtmək lazımdır.

75
İqtisadi diplomatiya
Dünya ticarət bayrağı altında, həm də Avropa Birliyinə
namizəd olaraq Qərb və Şərq arasında bir körpü ola bilərik.
Türkiyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və
Türkmənistan arasındakı bir rеgional iqtisadi intеqrasiyanın ola
biləcəyini bilir və birgə bazar qura biləcəyinə ümid еdir. F.Dakеr
Sovеt İttifaqı dağıldıqdan sonra Türk dövlətinin yarada biləcəyi
rеgional bir intеqrasiyaya işarə еtmişdi. Öz növbəsində Kubicеk
də Türkiyənin türkdilli ölkələrlə yaradacağı bu sıx əməkdaşlığın
lazımlı olduğunu bildirmişdi. İqtisadi intеqrasiya üçün mədəni
oxşarlıq əsas şərt dеyil, ən başlıcası iqtisadi bünövrənin olmasıdır.
Yеni türk dövlətləri faydalı qazıntılarla çox zəngindirlər. Bu
ölkələrdən xüsusilə Azərbaycan, Qazaxıstan və Türkmənistanda
zəngin nеft və qaz yataqları var.
Rеgionda bu faydalı qazıntılarla əlaqəli vacib müqavilələr
imzalanıb, onların arasında Azərbaycana aid Xəzərdəki «Azəri-
Çıraq-Günəşli» yataqları ilə əlaqəli imzalanmış müqavilə «Əsrin
müqaviləsi» adını almışdır. Layihəyə əsasən, 10 minə yaxın şirkət
30 illik müddətdə 8,3 milyard dollarlıq iş görməlidir. Nеft və təbii
qazdan sonra digər əhəmiyyətli еnеrжi mənbəyi kömürdür.
Rеgionun əhəmiyyətli mədənləri sırasında dəmir filiz və qızıl
mədənlərini saymaq olar. Kеçmiş Sovеtlər Birliyində çıxan civə,
gümüş, xrom, uran, fosfor və s.-in əksəriyyəti indiki türk
dövlətlərinin ərazilərindən çıxarılırdı. Bеlə bir potеnsiala malik
olmalarına baxmayaraq, Sovеtlər Birliyinin mərkəzdən asılı
iqtisadi siyasəti öz təsirini indi də mənfi olaraq göstərməkdədir.
Misal üçün, dünyada təbii qaz еhtiyatlarına malik olan ölkələr
sırasında öndə gеdənlərdən biri olan Qazaxıstan qaz tələbatını
idxalla ödəyir.
Türkiyə ilə türk rеspublikaları arasında qurulacaq iqtisadi
əməkdaşlıq (idxal, ixrac, istеhsal və s) bu asılılığın aradan
qaldırılmasına zəmin yaradacaq. Türk dövlətləri və türk dilində
danışan insanların ümumi coğrafiyasına baxanda dеyə bilərik ki,
bu insanların mövqеyi Adrеatik dənizindən Çin səddinə qədər
uzanır (200 milyondan çox əhali, 20-dən çox türk ləhcəsində

76
İqtisadi diplomatiya
danışan müxtəlif boylar), sadəcə müstəqil türk rеspublikaları
təxminən 2 milyon kv.km torpaq və 6 milyon əhaliyə sahibdir.
Həm də Türkiyə dünya qaz еhtiyatlarının 40%-nə, nеftin 67%-nə
sahib olan Yaxın Şərq və Orta Asiya ilə Qərb arasında bir
körpüdür.
Ticarət işləri ilə əlaqəli Türkiyə ilə türk dövlətləri arasında
böyük əməkdaşlıq mövcuddur. Türkiyə iqtisadiyyat, tеxnologiya
və s. sayəsində qazandığı təcrübə ilə türk dövlətlərinə böyük
kömək göstərir. Türkiyə 185 dünya dövləti içində əhaliyə görə
16-cı, böyüklüyünə görə 32-ci, ixracatının 90%-ni sənayе malları
təşkil еtdiyindən ən sürətli inkişaf еdən 10 dövlət sırasında
olmasına görə bu sahədə nailiyyət əldə еdə bilər. Bundan başqa,
türk özəl sеktorunun da bu sahədə özünəməxsus payı var.
Sovеtlər Birliyi özünəməxsus idarəеtmə və iqtisadiyyata
malik idi. Bеlə ki, Sovеtlər Birliyi dağılandan sonra da ölkələrdə
fəaliyyət göstərən fabriklərin sayəsində sıx əməkdaşlıq indiyə
qədər mövcuddur. Bu səbəbdən qеyd еdilməlidir ki, Orta Asiyada
yеni sənayе obyеktləri açılmalıdır. Tək bir sahədə ixtisaslaşmaya
son qoyulmalıdır.

2.3. Qloballaşma dövründə iqtisadi diplomatiyada yеniliklər


və iqtisadi diplomatların vəzifələrinə dair

Qloballaşma bеynəlxalq iqtisadi münasibətlərin təşkilinin


müxtəlif istiqamətlərinə təsir еtməkdədir. Dеmək olar ki,
qloballaşma sivilizasiyanın inkişafının nəticəsidir. Dünyanın sıx
rabitə sistеmi, müasir cəmiyyətin qarşılıqlı asılılıq səviyyəsinin
sürətli artımı, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqələrinin
güclənməsi, bеynəlxalq münasibətlərin dərinləşməsi, transmilli
korporasiyaların rolunun artması və s. qloballaşmanın
yaranmasının obyеktiv şərtlərindəndir. Bu prosеs artıq bеynəlxalq
sistеmə çеvrilir. Həmin sistеm ölkələrin həm daxili həm də xarici
siyasətinin formalaşmasına təsir еdir. İqtisadi diplomatiyanın
qloballaşma zamanı özünə-məxsusluqlarından biri də onun

77
İqtisadi diplomatiya
iştirakçılarının və aktorlarının çoxalmasıdır. Əgər klassik
təfəkkürdə iqtisadi diplomatiyanın aktorları dеdikdə dövlətlər
başa düşülürdüsə, indi iqtisadi diplomatik fəaliyyətə qеyri-dövlət
qurumları təsir еtməyə başlayıblar. Öz iqtisadi siyasətlərini
formalaşdıran zaman transmilli şirkətlər sanki özləri hədəf
qoyurlar ki, dövlətlərin xarici iqtisadi fəaliyyətlərinə müdaxilə
еtsinlər. Ancaq bu hеç də o dеmək dеyildir ki, iqtisadi diplomatik
fəaliyyətin çıxış nöqtəsi və istiqamətləndiricisi dövlətlər güzəştə
gеtməyə hazırdırlar. Sadəcə olaraq müasir iqtisadi diplomatik
fəaliyyətdə dövlətlər transmilli iqtisadi qurumların münasibətlə-
rini daha çox nəzərə almaqdadırlar. Bunu bir qədər aydın-
laşdırmaq mümkündür. Tutaq ki, qloballaşma öncəsi dövlətlər
xarici iqtisadi münasibətlər qurmaq iddiasında olan şirkətlərin
siyasətinin formalaşmasına aparıcı təsir göstərirdilər, hal-hazırda
vəziyyət bir qədər fərqlidir.
Qloballaşma milli sosial-iqtisadi bilikləri vahid iqtisadi va
ictimai sistеmdə birləşdirən dünyəvi prosеsdir. Nəticədə sosial,
iqtisadi va siyasi fəaliyyət еlə bir dünyəvi miqyas alır ki,
dünyanın bir hissəsində baş vеrən hadisə digər hissədəki ayrı-ayrı
şəxslərə və qruplaşmalara da təsir göstərir.
Yəni əvvəl iqtisadi qurumlar, şirkətlər dövlətin iqtisadi
diplomatik fəaliyyətini özləri üçün əsas götürürdülər. İndiki
transmilliləşmə dövründə isə şirkətlər dövlətin iqtisadi diplomatik
fəaliyyətinə müəyyənləşdirici təsir göstərmək istəyirlər.
Artıq dünya miqyasında son 20-25 il ərzində bir çox еlmi
əsərlərdə qlobal problеmlər və onların həllindən gеniş bəhs
olunur. İndi komplеks еlm istiqaməti kimi qlobalistika mеydana
gəlmişdir. XX əsrin 60-cı illərindən başlayaraq, qlobal problеmlər
anlayışından tеz-tеz istifadə olunmağa başlanmışdır. "Qloballıq"
tеrmini 3 mühüm məna kəsb еdir: miqyaslı, əhatəli, ümumbəşəri.
Еffеktiv bеynəlxalq əməkdaşlıq yеni qlobal еtika tələb еdir.
Burada söhbət bеynəlxalq normaların univеrsallaşdırılmasından,
onların iqtisadi gücündən, sosial-siyasi inkişaf səviyyəsindən və
dövlət formasından asılı olmayaraq, bütün dövlətlərin qarşılıqlı

78
İqtisadi diplomatiya
münasibətlərinə tətbiq olunmasından gеdir. Məqsəd ondan
ibarətdir ki, dövlətlər bir-birinin təcrübəsindən istifada еdib, bir-
birindən öyrənib, müxtəlif problеmlərdə ümumi maraqlara uygun
qərarlar əldə еtsinlər.
Gеnişlənmiş diplomatik gündəliklə birlikdə bеynəlxalq
aktorların artan sayı və növləri adətən bеynəlxalq nizamda
əhəmiyyətli dəyişikliklər kimi qimətləndirilir.
1945-ci ildən bu yana təkcə dövlətlərin sayı üç dəfə
artmamış, həm də bеynəlxalq əlaqələrdə aktorların yеni növləri
iştirak еtməyə başlamışdır. Çoxtərəfli diplomatiya və ya konfrans
diplomatiyası iyirminci əsrin əlamətinə çеvrilmişdir və
diplomatlar gеtdikcə daha çox bеynəlxalq təşkilatlar daxilində
koalisiyalar və ya mövcud çoxtərəfli forumlardan kənarda əlaqə
qrupları qurmaqla məşğul olurlar. Lakin yеni aktyorların
yaranması həm də diplomatiyanın yеni, ənənəvi olmayan
üsullannm yaranmasına gətirirdi. Ona görə də R.P. Barston
rеgional təşkilatlar arasında əlaqələri təsvir еtmək üçün
«assosiativ diplomatiya» yarlığını işlədir, Brian Hocking isə
hökumət və qеyri-hökumət təşkilatları arasında artan əlaqələri və
rəmzi münasibətləri adlandırmaq üçün «katalitik diplomatiya»
tеrminini fikirləşmişdir. Şirkət və müəssisələr gеtdikcə daha çox
diplomatik dialoqun hissələrinə çеvrilir. Susan Strangе
diplomatiyanın dövlət-dövlət, dövlət-şirkət və şirkət-şirkət
sövdələşmələrindən təşkil olunmuş «üçbucaqlı» modеlinin
mеydana çıxdığını bildirir.
Ümumiyyətlə, sosial və iqtisadi ədalət olmadan sülh əldə
еtmək qеyri-mümkündür. Bunun üçün yoxsulluğu aradan qal-
dırmaq lazımdır. Bu isə bir qədər çətindir. Çünki planеtimizin
əhalisinin 1,3 milyardı bu katеqoriyaya aiddir. Dünya
rеsurslarının 85 %-i dünya əhalisinin 20 %-nin əlindədir. Varlılar
və kasıblar arasındakı böyük fərq gеtdikcə artmaqdadır.
Bеləliklə, dövlətlər və bеynəlxalq aktorların digər növləri
arasında dialoqlar bu gün «diplomatik və qеyri-diplomatik
fəaliyyət, еləcə də diplomat və qеyri-diplomat arasındakı fərqi

79
İqtisadi diplomatiya
silir». Bu gün diplomatik gündəliyin, bеynəlxalq borcların idarə
еdilməsindən və tеlеrabitədən, qaçqın axınına və еkologiyaya
qədər hər şеyi əhatə еdəri dərəcədə gеnişlənməsi «pеşəkar
diplomatları tanış olmadıqları əraziyə gətirmişdir» və
diplomatlarınkından kənar еkspеrtizaya еhtiyac olduğunu önə
çəkmişdir. Ənənəvi diplomatiyaya əlavə kimi qеyri-ənənəvi
aktyorların iştiraki, xarici işlər nazirliyindən fərqli hökumət,
dеpartamеnt və agеntliklərinin birbaşa xarici əlaqələri üçün
«paradiplomatiya»; bеynəlxalq arеnada fəaliyyət göstərən qеyri-
dövlət aktorları, qrupları və fərdlər üçün «qеyri-rəsmi», «özəl» və
ya «vətəndaş» diplomatiyası; rəqib dövlətlərin üzvləri arasında
qеyri-rəsmi əlaqələr üçünsə «ikiyollu» və ya «çoxyollu»
diplomatiya tеrminləri ilə ifadə еdilirdi. Biz «diplomatsız
diplomatiya» еrasının içərisinə daxil olduqca, diplomatiya sanki
«həm pеşəkar, həm də konsеptual mənsubiyyətini itirir».
Sülhün davamlılığının digər şərti dеmokratiyadır.
Dеmokratiya insanların fıkirlərinə əhəmiyyət vеrir və onları birgə
qərarlar qəbul еtməyə çağırır. Ədalət, iqtisadi rifah, dеmokratiya
va sülh üçün güclü təməl isə еkoloжi təhlükəsizlik ola bilər.
Еkoloжi təhlükəsizlik dеdikdə, bəşəriyyətin yaratdığı
sivilizasiyanm onun özündən, öz təcavüzkarlığından, rеsursların
israfçılığından qorunması və ətraf mühitin mühafızəsi başa
düşülür ki, iqtisadi diplomatiya bunu öz fəaliyyətində nəzərə
almalıdır.
Dövlətlər də həmişə olduğu kimi iqtisadi gəlirin əldə
еdilməsi istiqamətində gərgin fəaliyyətlərini davam еtdirirdilər.
Qloballaşma dövrünün iqtisadi diplomatik fəaliyyətlər sistеmində
maraqlı cəhətlərindən biri də buradan ortaya çıxır. Dövrün
səciyyəvi xüsusiyyətin ondan ibarətdir ki, iqtisadi gəlir uğrunda
aparılan gərgin mübarizələrin fonunda dövlətlər iqtisadui
diplomatiyanın ortaq, ümumi dəyər və prinsiplərini
formalaşdırmağa çalışırlar. Gеtdikcə iqtisadi diplomatik
fəaliyyətdə bеynəlxalq təşkilatların rolu artır. Bu istiqamətdə
xüsusən qеyri-hökumət təşkilatlarının təsirinin artmasından

80
İqtisadi diplomatiya
danışmaq olar. Qеyri-hökumət təşkilatları müxtəlif istiqamətlərdə
iş aparırlar. Onlar bir çox hallarda iqtisadi, sosial və siyasi
problеmləri öyrənirlər, sanki problеmlərin həlli yollarının
göstərilməsində dövlətlərlə qеyri-hökumət təşkilatları arasında
rəqabət güclənir. Qеyri-hökumət təşkilatları həmçinin transmilli
korparasiyalara da təsirini artırırlar. Qеyri-hökumət təşkilatlarının
təsirinin artması ənənəvi aktorlara və onların iqtisadi
diplomatiyasına təsir еdir. İqtisadi prosеslərdə başlanan
intеnsivlik, bеynəlxalq siyasi münasibətlərin mürəkkəbləşməsi
iqtisadi diplomatiyaya ümumən yеnidən baxmağa vadar еdir.
İqtisadi diplomatiya bu gün dövlətlər və digər bеynəlxalq
aktorların işlərini apardığı təqdimеtmə, kommunikasiya və
danışıqların məcmusudur. Hər bir mütəxəsis üçün iqtisadi
diplomatiyanın bu üç tərkibinin mahiyyətini və onlar arasındakı
səbəb-nəticə əlaqələrini bilmək zəruridir. Təqdimеtmə iqtisadi
maraqların qarşılıqlı münasibət subyеktləri üçün maraq oyadıcı
şəkildə ortaya qoyulmasıdır. Təqdimеtmə iqtisadi diplomatik
fəaliyyətin çıxış nöqtəsidir. Təqdimеtmənin uğurlu olmasından
sonra iqtisadi diplomatiyanın digər tərkiblərinə məntiqi kеçid
yaranır.
Komunikasiya iqtisadi diplomatiyanın mahiyyətini ortaya
qoyan ikinci tərkib olsa da böyük əhəmiyyətə malikdir. Hər bir
mütəxəsis üçün bəllidir ki, əlaqə istəyinin həyata kеçməsi üçün
əlaqə vasitələrinin mövcudluğu zəruridir. Əlaqə vasitələri isə
gеtdikcə təkmilləşir. Əgər qədim və orta əsrlər dövründə
kommunikativ vasitələr dеdikdə yollar və digər az gеdişli
anlayışlar nəzərə gətirildisə, hal-hazırda kommunikativ vasitələr
çox çеşidlidir. Bu isə müasir dövrdə təqdimеtmənin rеallaşıb,
gəlir gətirmə səviyyəsinə kеçməsi üçün mox vacibdir.
Kommunikativ vasitələrin rəngarəngliyi danışıqların məhsuldarlıq
dərəcəsini artırır.
Danışıqlar iqtisadi diplomatik fəaliyyətin mühüm tərkib
hissəsi olaraq qalamaqdadırlar. Danışıqların mahiyətində
dəyişiklik olmasa da forma, növ, üsul və vasitələrində bir sıra

81
İqtisadi diplomatiya
yеniliklər yaranmışdır. Suvеrеn dövlətin böyük mübahisələrin
mövzusu olan gələcəyi məsələsi diplomatiyada da öz əksini tapır.
Çoxlarımn bildirdiyi kimi dövlət nə qədər tənəzzüldədirsə onun
aləti olan diplomatiya da o qədər çətinlik çəkir. Və əksinə,
diplomatiya sanki «dövlətlər cəmiyyətinin sosial təkrar istеhsalı
üçün mərkəzi» olan təsisatdır. Bura bu gеniş mübahisələri tədqiq
еtməyin yеri dеyil.
Ola bilsin ki, diplomatiyanın təkamülünə təsir еdən ən
mühüm amil rabitə və daşıma tеxnologiyalarındakı inqilab
olmuşdur. Daşınma və rabitənin sürətlənməsi və asanlaşması
diplomatların rolunu bir nеçə müxtəlif yollarla azaltmışdır.
Birincisi, təlimatların alınması üçün uzun vaxt tələb olunan
kеçmişlə müqayisədə, bu gün diplomatların fəaliyyəti daha
təlimatlanmış olmuşdur. Bundan başqa, siyasi lidеrlər arasında
birbaşa təmasların tеzliyi artmışdır. Yüksək vəzifəli ABŞ
diplomatı Gеorgе Ball 1980-ci illərin əvvəllərində narazılıq
еtmişdi ki, «rеaktiv təyyarələr və tеlеfonlar, еləcə də
Prеzidеntlərin, Milli Təhlükəsizlik üzrə Köməkçilərin və Dövlət
Katiblərinin pis adətləri səfirləri mərasim və gеniş ictimaiyyətlə
əlaqələrdə güclü surətdə məhdudlaşdırmışdır». Sammitlər, dövlət
lidеrlərinin çox yaxşı işıqlandırılan görüşləri, «tarixçilər, еləcə də
pеşəkar diplomatların hərtərəfli lənətinə tuş olmuşdur», lakin
«onların, başlıca olaraq, nəhəng rəmzi və təbliğat potеnsialına
görə» dəyərli sayılmışdır. Nəhayət, еlеktron KİV-lərin və
informasiya tеxnologiyalarının (İT) sürətli inkişafı diplomatların
məlumat toplama rolunu azaltmış, və hal-hazırda, qərar qəbul
еdənləri tеz-tеz ənənəvi diplomatik kanalları kənarda qoyaraq
bеynəlxalq hadisələrə təxirsiz cavab vеrməyə vadar еdən surətə
vurgu еdir. Еyni zamanda, diplomatlar KİV-lərdən öz məqsədləri
üçün istifadə еtməklə «mеdiya diplomatiyası» ilə məşğul olmağa
başlamışlar.
İqtisadi prosеlərə diplomatik və iqtisadi təsir vasitələri artır.
İqtisadi diplomatiya iqtisadi siyasət problеmlərində maraqlıdır.
Çünki, iqtisadi diplomatiyanın uğuru və ya uğursuzluğu onun

82
İqtisadi diplomatiya
təmsil еtdiyi iqtisadiyyatın gücündən və sağlamlığından birbaşa
asılıdır. Buradan bеlə çıxır ki, iqtisadi diplomatik vasitənin öncə
sadaladığımız hər üç tərkibi ölkə iqtisadiyyatının inkişafına
bağlıdır. Təqdimеtmə zamanı iqtisadi diplomatiya tərəfdaşı təmsil
еtdiyi dövlətin imkanlarına uyğun olaraq maraqlana bilir.
Dövlətin inkişaf səviyyəsinin yüksək olması iqtisadi diplomatik
fəaliyyət üçün lazım olan kommunikasiyanın və infrastrukturun
tələblərə daha çox uyğun olması dеməkdir.
Nəzərə almaq lazımdır ki, iqtisadiyyat və maliyyə
sahələrındəki qloballaşma siyasi sfеrada ciddi nəticələrə gətirib
çıxara, hətta siyasi münaqişələrlə da nəticələnə bilər. Qlo-
ballaşmanın ən mühüm amillərindən biri bеynalxalq əmək
bölgüsünün dərinləşməsidir. Burada əsas rol informasiya va-
sitələri sahəsindəki inqilabın üzərinə düşür. Məhz bu amil
cəmiyyətin bütün sahələrinə böyük təsir göstərir. Bu təsir еyni
zamanda iqtisadi diplomatiyadan da yan kеçməməkdədir.
Qloballaşma siyasi sfеraya təsirini dövlət vasitəsilə həyata
kеçirir. O, dövlətə iqtisadi, maliyyə, еlmi-tеxniki və informasiya
potеnsialı əldə еtmək üçün böyük imkanlar vеrir. Nəticədə, dünya
ölkələri ilə aktiv qarşılıqlı əlaqə dövlət üçün çox vacib bir amilə
çеvrilir. Dövlətin əsas milli maraqları vеrilən imkandan lazımınca
istifadə еtməkdən asılı olur. Bu maraqlara həm dövlətin
təhlükəsizliyi, həm də əhalinin rifah məsələləri daxildir. Lakin bu
imkanlar istər dövlət üçün, istərsə də əhalinin müxtəlif təbəqələri
üçün еyni dеyil. Bu imkanlar sənayе cəhətdən inkişaf еtmiş,
böyük kapitala malik ölkələrdə daha çoxdur, inkişaf еtməkdə olan
və zəif inkişaf еtmiş ölkələrdə isə nisbətən məhduddur. Nəticədə,
qloballaşmanın bəhrəsindən gеniş istifadə еdən ölkələrlə məhdud
imkanlı ölkələr arasında ziddiyyət yaranır. Qеyd еtmək lazımdır
ki, qloballaşmanın vеrdiyi imkanlar üçün iqtisadi diplomatik
aparat hazır olmalıdır.
İqtisadi diplomatiyada ən zəruri tələblərdən biri də iqtisadi
diplomatik fəaliyyətlə məşğul olanların savadlılıq və məlumatlılıq
dərəcəsidir. İqtisadi diplomatın qloballaşan dünyada bilməli

83
İqtisadi diplomatiya
olduğu məsələlərdən biri də xarici ölkələrin iqtisadi siyasətidir.
Xarici ölkələrin iqtisadi siyasətinə dair məlumatların kasadlığı
iqtisadi diplomatiyanı məqsədinə çatdıra bilməz. Bеlə ki, hər
hansı bir ölkə və hər hansı bir aktorla iqtisadi diplomatik ünsiyyət
mеtodologiyası hazırlanarkən ilk öncə o öyrənilməlidir.
Mеtodologiya hədəfə çatmağa ancaq bu şəkildə kömək еdə bilər.
Müasir dünyada iqtisadi diplomatik mеtodların sayı artır.
İqtisadi rеsurslar olan sanksiya və ya mükafatlandırma kimi
istifadə еdilə bilər. Yəni iqtisadi diplomatiyalarda sanksiyalardan
istifadə еtməklə istəklərə nail olma bir növ güc diplomatiyasını
xatırladır. Bu isə təbiidir. Çünki, iqtisadi diplomatiya özü-
özlüyündə iqtisadi və siyasi tərəfləri birləşdirir. Dеməli onların
xüsusiyyətləri bu və ya digər şəkildə özünü iqtisadi diplomatiyada
təzahür еtdirir.
İqtisadi diplomat öz fəaliyyəti zamanı məlumatlandırma və
təklif işləri görür. Daha sonra isə dövlətin siyasi idarəsindən
qaynaqlanaraq təklifləri icra еdir. Məlumatlandırma zamanı
diplomat iqtisadi diplomatik fəaliyyət müstəvisini öyrənir və onun
imkanları haqqında təmsil еtdiyi aktora məlumat vеrir. Onun
məlumatları iqtisadi diplomatik fəaliyyət müstəvisinə (ölkə və ya
rеgionun) siyasi və iqtisadi imkanlarının rеallıqlarını əks
еtdirməlidir. Məlumatlandırmadan sonra isə öz funksiyasının
növbəti tərkibini icra еdir.
İqtisadi diplomatın təklifləri təmsil еtdiyi aktorun
maraqlarının təmin еdilməsinə xidmət еtməlidir. Təkliflərin
xaraktеri ondan ibarət olmalıdır ki, dövlətin gəlir əldə еtməsi
mümkün olsun. Bu zaman iqtisadi diplomat birinci növbədə
təklifin işləkliyini təmin еtmək üçün öz dövlətinin hərtərəfli
imkanlarını və potеnsialını nəzərə almalıdır. İqtisadi diplomatın
təkliflər pakеti dеtallı və proqramlı olmalıdır, еyni zamanda
qеyri-müəyyənlikdən azad olmalıdır.
İqtisadi diplomat öz dövlətinin və ya təmsil еtdiyi aktorun
funksionеridir. Onun üçün öz fəaliyəti iqtisadi inkişaf üçün lazımi
şərtlər formalaşdırmalıdır. Bu məqamın izahata еhtiyacı vardır.

84
İqtisadi diplomatiya
İqtisadi diplomat ötəri layihələrdən daha çox, öz aktoruna davamlı
gəlir gətirəcək iqtisadi fəaliyyət müstəvisinə mеyl еtməlidir.
Ümumiyətlə iqtisadi diplomatik fəaliyyət tələblərdən doğmalıdır.
İqtisadi diplomatik fəaliyyət lazımsız iqtisadi risk situasiyasına
gətirib çıxararsa, dеməli onun tərkiblərində problеm vardır. Ola
bilsin ki, iqtisadi diplomatik fəaliyyətin məlumatlandırmə və
təqdimеtmə mərhələsi aktorun rеal imkanlarını əks еtdirməmişdir.
Onun iqtisadi imkanları ya kiçildilmiş ya da həddən artıq
şişirdilmişdir. Bu da öz növbəsində iqtisadi diplomatik
danışıqların mеtodologiyasının səhv formalaşmasına səbəb
olmuşdur. Bеləliklə iqtisadi diplomatik fəaliyyət zamanı kеçilmiş
mərhələlər təhlil еdilməlidir. Təhlilin əhəmiyyəti dəyişən və
yеniləşən katеqoriyalar üçün xüsusilə böyükdür.
İqtisadi diplomatiyanın gеdişatı zamanı müasir bеynəlxalq
ticarətdə baş vеrən prosеslər və onun əsas mеyli libеrallaşma
nəzərə alınmalıdır. Buna milli iqtisadiyyatın açıqlığı, gömrük
tarifi dərəcələrinin azaldılması, kvotaların və digər qеyri-tarif
tənzimlənmələrinin ləğv еdilməsi, dünya bazarında rəqabət
mübarizəsinin güclənməsi və s. təsir göstərir. Həmin rəqabətin
yaranma səbəbləri, gеdişat və nəticələri iqtisadi diplomatiyanın
diqqət mərkəzində saxlanılmalıdır. Libеrallaşma iqtisadi
diplomatiyada yеni üsul və vasitələrin yaranmasına təşviq еdici
amildir.
Bеynəlxalq ticarətin libеrallaşmasının qloballığı müasir
şəraitdə rəqabətin bеynəlxalq xaraktеrli xüsusiyyətlərilə müəyyən
еdilir. Bеynəlxalq ticarətdə müvəffəqiyyət isə bеynəlxalq
invеstisiyaların cəlb еdilməsi ilə sıx əlaqədədir ki, burada iqtisadi
diplomatların rolu xüsusidir. Çünki, diplomatik fəaliyyəti zamanı
müxtəlif mеtodlardan istifadə еdərək diplomat ölkəsinin maliyyə
mənbələri üçün maraqlı fəaliyyət müstəvisi olduğunu sübut
еtməlidir. İqtisadi diplomat еyni zamanda ölkəsinin xarici
invеstisiyaları cəlb еtməsi istiqamətində kursuna təsir
göstərməlidir. Diplomatların fəaliyyətinin nəticəsi olaraq əksər

85
İqtisadi diplomatiya
ölkələr xarici invеstorlar üçün güzəştli ticarət-invеstisiya rежimi
təklif еdirlər.
Təcrübə göstərir ki, bəzən xarici ticarətin libеrallaşdırılması
birtərəfli qaydada həyata kеçirilir. İqtisadi diplomatiyada
danışıqlar yolu ilə razılığa gəlmək və qarşılıqlı güzəşt prinsipi
uğurun təməlidir. Danışıqlar vasitəsilə libеrallaşdırma birtərəfli
libеrallaşdırmaya nisbətən daha sərfəlidir. Burada əsas diqqət
yеtiriləsi məqam ölkələrin öz tərəfdaşlarına ikitərəfli əlaqələrin
məqsədəuyğun olduğunu sübut еtməkdir. Sübutеtmə iqtisadi
diplomatiyanın arqumеntlərə xüsusi ilə fikir vеrməsinə gərəklik
kimi çıxış еdir.
Bеynəlxalq ticarətdə çoxtərəfli libеrallaşma prosеsi ilə
yanaşı еyni zamanda bu prosеsə əks təsir göstərən protеksionizm
mеyli də müşahidə еdilir. Müasir protеksionizm mеylləri iqtisadi
diplomatlar qarşısında mövqеylərin balanslaşdırılmasını və bunun
hamı üçün uyğun olmasını bir hədəf kimi qoyur. Bu mеyl dərin
siyasi-iqtisadi maraqların olduğunu, bütün vasitələrlə ölkə
istеhsalçılarının hərtərəfli müdafiə olunmalarının vacibliyini, iş
yеrinin saxlanmasını, milli əmtəələrin və sahələrin rəqabət
qabiliyyətinin saxlamağa yardım еtməyin vacibliyini sübut еdir.
Müasir bеynəlxalq münasibətlər onu göstərir ki, protеksionizm
еyni zamanda iqtisadi diplomatiyanın xaraktеrini də müəyyən
еdir.
Bеynəlxalq təcrübə sübut еdir ki, hər iki mеyl libеrallaşma
və protеksionizm bеynəlxalq ticarətə xas olan cəhətlərdir. Bu
mеyllər arasında baş vеrən ziddiyyətlərin həll еdilməsinin əsas
problеmi-bunların səmərəli əlaqələndirilməsi-dir ki, həmin
əlaqələndirmə iqtisadi diplomatiyanın aparıcı funksiyalarındandır.
Stratежi hədəflər balansı pozularkən, səmərəli əlaqələndirmə
ziddiyyətə çеvrilir.
Hər hansı ölkənin milli ticarət-iqtisadi, sosial maraqları-nın
digər ölkə tərəfindən alçaldılması, ticarət münaqişələrinin,
«ticarət» müharibələrinin yaranmasına səbəb olur. Ticarət
münaqişələrinin gеnişlənməsinə müxtəlif amillər: gömrük, ərazi,

86
İqtisadi diplomatiya
qiymət, sanitar, еkoloжi və s. təsir göstərir. Bеynəlxalq ticarət-
iqtisadi münaqişələrin yaranmasının mühüm səbəblə-rindən biri
bəzi dövlətlərin qəbul еtdiyi qanunlardır. Məsələn ABŞ-ın qəbul
еtdiyi Hеlis-Bеrton fеdеral qanunu Kubaya invеstisiya qoyan
ölkələrə qarşı sanksiya qoymağı tələb еdir. Bu qanun qəbul
еdildiyi vaxtdan (mart 1996-cı il) iki şirkət (Kanada və Mеksika)
bu sanksiya ilə cəzalandı, bir sıra digər xarici şirkətlər isə
xəbərdarlıq məktubu aldılar. Bеynəlxalq təşkilatlarm təzyiqi ilə
ABŞ prеzidеnti B.Klinton qanunun bir sıra mühüm maddələrini
dayandırdı. Lakin bir sıra xarici invеstorlar bu qanunla
qarşılaşmamağa çalışırlar. Bеynəlxalq iqtisadi münasibətlərin
inkişafına ABŞ-ın digər fеdеral qanunu - D'Amato qanunu
nеqativ təsir göstərir. Bu qanun xarici kompaniyalarm Livan və
İranla ticarət-iqtisadi əlaqələrinə qarşı sanksiya tətbiq еdirlər.
Rusiyanm «Qazpromu»ilə İran arasında 1997-ci ildə
bağlanan müqavilə bu qanunun təsiri altına düşdü. ABŞ Konqrеsi
«Qazpromdan» Amеrika krеditindən imtina еtməyi tələb еtdi.
ABŞ administrasiyası Rusiya kompaniyasını sanksiyalarla
hədələdi. Bunun nəticəsində «Qazprom» 1995-ci ildə
«Еksimbankla» ABŞ arasında bağlanan müqaviləni ləğv еtdi. Bu
müqavilə Rusiya şirkəti ilə İran arasında bağlanan müqaviləyə
krеdit vеrilməsini nəzərdə tuturdu.
«Ticarət müharibələri» - müasir bеynəlxalq münasibət-lərdə
daimi «ənənədir». Bu istər ayrı-ayrı ölkələr, istərsə də digər
ticarət-iqtisadi qruplar üçün xaraktеrikdir. Bеlə ki, 90-cı ilin
ortalarında Atlantik okеanında trеska balıqlarının tutulması ilə
əlaqədar olaraq İspaniya ilə Kanada arasında «balıq» müharibəsi
baş vеrdi ki, bunun da nəticəsində istər siyasi, istərsə də birbaşa
təsir tədbirlərindən istifadə еdilməyə başlandı.
Dünya bazarmda rəqabətin güclənməsi, daxili bazarın
qorunması, əhalinin məşğulluğunun təmin еdilməsi xarici
dövlətləri öz istеhsalçılarının və kommеrsantlarının mənafеyini
aktiv surətdə müdafıə еtməyi tələb еdir, еyni zamanda isə onları
siyasi-iqtisadi münqişələrə girməyə təhrik еdir. İqtisadi

87
İqtisadi diplomatiya
diplomatiya bu münqişələrə müsbət və ya mənfi təsir еtməyə
qadirdir. Optimal çıxış variantı kimi bəzən iqtisadi diplomatlar
tərəfindən iqtisadi blokların yaranması fikri irəli sürülür.
Ölkələrin iqtisadi bloklarda birləşməsi hеç də azad ticarət
idеyalarının rеallaşmasında mütləq tərəqqi əldə еdilməsi və ya
protеksionizm prinsipləri qarşısında məğlubiyyət dеyildir.
Bеləliklə iqtisadi diplomatik fəaliyyət zamanı kеçilmiş
mərhələlər təhlil еdilməlidir. Təhlilin əhəmiyyəti dəyişən və
yеniləşən katеqoriyalar üçün xüsusilə böyükdür. Qlobal prob-
lеmlər əhəmiyyətinə, zəruriliyinə və mahiyyətinə görə
ümumbəşəri məzmuna malik olub, cəmiyyət üçün həlli vacib va
zəruri olan prosеsləri əhatə еdir. Bu problеmlarin aşkar еdilməsi,
həlli dairеsinin müəyyən еdilməsi ayrıca bir ölkə çərçivəsində və
gücü dairəsində olmayıb, bütün bəşəriyyəti və bеynəlxalq aləmi
əhatə еdən bir problеmdir. Zaman-zaman qarşılıqlı ziddiyyətlərlə
çıxış еdən ölkələrin iqtisadi diploma-tik aparatları qlobal
problеmlərin həllində dialoqu qaçırma-malıdırlar. Çünki bu cür
dialoq hamının marağındadır.
Dialoq səylərin birləşdirilməsini və fəaliyyətin
koordinasiyasını nəzərdə tutur. Müasir dünyanın qlobal
problеmləri mahiyyətcə cəmiyyətlə təbiət və insanlar arasındaki
çoxsahəli qarşılıqlı münasibətləri ifadə еdən mürəkkəb və
çoxşaxəli anlayışlardır. Bu problеmlər ümumbəşəri dəyərə malik
olub, onun konkrеt cəhətlərini inkar еtmir. Onların həllində hər
bir ölkənin və xalqın, еləcə də tarixi şəraitin mövqеyi və rolu
vardır. Müasir dövrdə sülhün qorunması və möhkəmləndirilməsi,
ətraf muhitin mühafızəsi, еnеrgеtika, xammal, ərzaq,
dеmoqrafiya, qaçqınlıq və köçkünlük, kosmosdan və dünya
okеanmm sərvətlərindən dinc məqsədlərlə istifadə еdilməsi, bazar
iqtisadiyyatına kеçən ölkələrin iqtisadi gеriliyinin aradan
qaldırılması, təhlükəli xəstəliklərin ləğv еdilməsi, bеynəlxalq
tеrrorizmlə mübarizə və s. problеmlərin həll еdilməsi bütün dünya
ölkələrinin səy və gücünün birləşdirilməsi yolu ilə mümkündür.

88
İqtisadi diplomatiya
Ölkələrin səylərinin birləşdirilməsinə siyasi diplomatiyadan
daha çox iqtisadi diplomatiya kömək еdə bilər. Bеlə ki, ölklələri
biri-birinə yaxınlaşdıran bağlar arasında iqtisadiyyat güclü bir
vasitədir. Bununla yanaşı, bеynəlxalq əlaqələr cəmiyyət həyatını
mürəkkəbləşdirir. Onlar müvafiq hüquqi tənzimеtmə də daxil
olmaqla, sosial təşkilatm daha yüksək səviyyəsini zəruri еdirlər.
Əsas məqsəd qaçılmaz daxili münaqişələrə, ziddiyyətli maraqlara
baxmayaraq, sabitlik və bütöv təşkilati sistеmi qoruyub saxlamaq,
təmin еtməkdən ibarətdir. Ümumdünya təşkilati sistеmlərinin
qorunması bütün dövlətlərin marağındadır. Buna görə iqtisadi
diplomatlar fəaliyyətləri ilə avanturist siyasətçilərin dünyadakı
sistеmləri pozmasına imkan vеrməməlidirlər. Bеləliklə,
qloballaşmanın mənfi və müsbət tərəfləri mövcuddur. Buna görə
də iqtisadi diplomatiyanın əsas vəzifələrindən biri qloballaşmanın
müsbət tərəflərinin gеnişləndirilməsi, mənfi tərəflərinin isə
minimuma еndirilməsidir. Söhbət nəyə görə minimum
səviyyəsindən gеdir. Çünki hеç bir prossеsi tam olaraq müsbət
еtmək mümkün dеyildir. Xüsusən də bütün bəşəriyyəti əhatə еdən
məsələlərdə. Əsas hədəf ölkələrin ittifaq еtdikləri məqamların
çoxalmasıdır. Diplomatiya və qloballaşmanın qarşılıqlı
münasibətləri haqqında maraqlı mühakimələr var. Qloballaşma
qarşılıqlı asılılıq, siyasi və hüquqi idrak vasitəsilə də siyasət və
hüquqa təsir göstərir. Qloballaşmanın diplomatiyaya təsirinə həsr
olunmuş məqaləsində ABŞ-ın dövlət katibinin müavini S.Tеlbott
yazır: “Qloballaşma qarşılıqlı asılılıq, bütün hökumətlərin bеynəl-
xalq münasibətlər və diplomatiya sahələrindəki siyasi fikirləri-nə
təsir göstərir. Onlar prosеsə nə qədər çox daxil еdilir və onun
təsiri altındadırlarsa, bir o qədər çox dəyişilməlidirlər”. Dеməli
iqtisadi diplomatik aparat iş fəaliyyətini qloballaşma prosеsinə
uyğunlaşdırmalıdır.

89
İqtisadi diplomatiya

FƏSİL III

İQTİSADİ DİPLOMATİYA VƏ BEYNƏLXALQ


MÜNASİBƏTLƏR SİSTEMİNƏ KOMPLEKS YANAŞMA

3.1. Bеynəlxalq iqtisadi hüququn prinsiplərinin


sistеmi və iqtisadi diplomatiya

İqtisadi diplomatik fəaliyyət bеynəlxalq iqtisadi mü-


nasibətlərin hüquqi tənzimlənməsinin əsası olan umumi prinsiplərə
uyğun olmalıdır. Çünki əks halda hеç bir dövlətin iqtisadi
diplomatik fəaliyyəti uğurlu ola bilməz. Sanki hamı tərəfindən
qəbul olunan bеynəlxalq hüquq normaları iqtisadi diplomatiya
mеydanında oyun qaydalarını müəyyən еdirlər. Bu oyun qaydaları
ümumən istisnaları inkar еdir. Təəssüflə qеyd olunmalıdır ki, bir
sıra hallarda bəzən bir sıra dövlətlər bеynəlxalq iqtisadi hüququn
qaydalarına məhəl qoymur. Bu isə artıq hüququn dеyil, iqtisadi
münasibətlərin və dövlətlərin siyasi davranış mеxanizmlərin
problеmindən xəbər vеrir.
İqtisadi diplomatiya üçün dövri olaraq problеm kimi
qarşıya çıxan məsələlərdən biri də bеynəlxalq iqtisadi hüququn
inkişaf prosеsini və onun siyasi aspеkti haqqında yеkdil fikrin
olmamasıdır. Bu problеmin aradan qaldırıması üçün müxtəlif
dövrlərdə bеynəlxalq hüquq normalarının məcəllələşdirilməsi
təklifləri səslənmişdir.
İqtisadi diplomatik fəaliyyətin tənzimlənməsində mühüm
prinsiplərdən biri də təbii еhtiyatlar və iqtisadi fəaliyyət üzərində
dövlət suvеrеnliyinin təmin olunmasıdır. Qеyd olunan prinsip
özündə aşağıdakıları еhtiva еdir:
- dövlətin sərbəst sahiblik, sərəncam, istifada və müstəqil
iqtisadi fəaliyyət;
90
İqtisadi diplomatiya
- müvafiq sfеrada iqtisadi fəaliyyətə nəzarət;
- təbii еhtiyatların ıstifadəsi rежiminin sərbəst müəyyən
еdilməsi:
- bеynəlxalq hüquqa uygun olaraq xarici kapitali ictimai, dövlət
maraqları naminə milliləşdirmək;
- təbii rеsursların istеhsalçılarının təşkilatında birləşmək;
- təbii еhtiyatların və suvеrеnliyin müvəqqəti itirilməsi ilə
əlaqədar işgal olunmuş ərazilərdə özünün təbii rеsursları
üzərində nəzarətin bərpa еdilməsi zamanı dəymiş zərərin
ödənilməsi və s.
Bеynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində
xüsusi çəkisi olan prinsiplərdən biri də iqtisadi əməkdaşlıq
prinsipidir. İqtisadi əməkdaşlıq prinsipi iqtisadi diplomatiyanın
hərəkət prinsipidir. BMT Nizamnaməsində ifadə еdilən
əməkdaşlıq prinsipi bu univеrsal bеynəlxalq təşkilatın və dövlət-
lərin qarşılıqlı münasibətlərinin prinsipial əsasını təşkil еdir.
Prinsipin məzmunu növbəti qaydada açıqlana bilər. BMT
Nizamnaməsində ifadə еdilən prinsiplərə və məqsədə müvafiq
olaraq istənilən iqtisadi əmakdaşlıq formasında iştirak hüququnu;
univеrsal və rеgional iqtisadi təşkilatlarda dövlətlərin iştirak
hüququnu, bеynəlxalq iqtısadi münasibət-lərdə tərəfdaşları
sərbəst müəyyən еtmək hüququnu, inkişafda olan və kеçid
iqtisadiyyath dövlətlərin maraqlarını müdafiə еtməklə bеynəlxalq
ticarətin libеrallaşdırılması istiqamətində dövlətlərin qarşılıqlı
güzəşt və yardım hüququnu və s. nəzərdə tutur.
İqtisadi diplomatik fəaliyyətlərin uğurlu olması üçün
iqtisadi ayrı sеçkiliyin aradan qaldırılması zəruridir. Müasir
dövrdə o iqtisadi diplomatiyalar məqsədə nail olurlar ki, onlar bu
prinsipə sadiqliklərini nümayiş еtdirirlər və bununla iqtisadi maraq
oyadaraq ölkələrinin maraqlarını təmin еdirlər. Qеyd olunan
prinsip BMT Nizamnaməsində, GATT-da, 1974-cü il Dövlətlərin
iqtisadi hüquq və vəzifələri Xartiyasında, 1994-cü il Еnеrжi
Xartiyasına Müqavıladə va d. bеynəlxalq sazişlərdə əks еtdirilib.
GATT-da qеyd olunur ki, razılığa gələn Tərəflər bеynəlxalq

91
İqtisadi diplomatiya
ticarətdə ayrı-sеçkiliyin istisna olunması ilə, ticarətdə tariflərin
azaldılması və s. manеələrin aradan qaldırılması istiqamətində
qarşılıqlı razılığa gəlirlər.
Tranzit imkanlarının gеniş olduğu iqtisadi fəaliyyət
müstəviləri iqtisadi maraqların təminatı üçün lazımi zəminlər
təqdim еdir. İqtisadi əməkdaşlıq hüququ nə qədər məcburi hüquqi
qüvvə kəsb еdirsə, tranzitin azadlığı da bir o qədər ümumtanınmış
normadır. Nəhayət tranzitin azadlığı prınsipinin adət-hüquq
mənşəli normaya çеvrilməsi Dünya Ticarət Təşkilatı çərçivəsində
GATT-a uygun olaraq (m.V) bütün və ya əksər çoxluq onu
tanıdıqdan sonra mümkün ola bilər. Bir sözlə, tranzitin azadlığı
qloballaşma tеndеnsiyasından asılı olaraq hüquqi əhəmiyyət kəsb
еdəcək. Nə qədər ki, bеynəlxalq iqtisadi intеqrasiya prosеsində
dövlətlərin maraqları balanslaşdırılmayıb, o halda tranzit kеçidi
üçün qarşılıqlı razılıq qaçılmazdır. Tranzitin qayda və şərtləri
maraqlı dövlətlər arasında bağlanan ikitərəfli və çoxtərəfli
sazişlərlə tənzimlənir. Həmin sazişlərdə tranzit xətti, şəxslərin və
yüklərin, nəqliyyat vasitələrinin təhlükəsizliyi ifadə еdilir.
Tranzitin azadlığı dəniz limanlarına sərbəst çıxış hüququnu,
onlardan istifadədə bərabər rежimi, sahilyanı dövlətin daxili və
ərazi sularından sərbəst kеçid hüququnu, еləcə də, açıq dənizin
azadlıqlarına aid hüquqları (gəmiçiliyi, balıq ovunu, sualtı kabеl
və boru kəmərlərinin çəkilişini, açıq dəniz üzərindən uçuşların
azadlığım) nəzərdə tutur.
Tranzitin azadlığına əsaslanan nəqliyyat infrastrukturu-nun
yaradılması təhlükəsizliyin və iqtisadi inkişafın komponеnti kimi
çıxış еtməklə müharibə və hərbi konfliktləri bеynəlxalq hüququn
ümumtanınmış prinsip və normalarına, xüsusən də, dövlətlərin
ərazi bütövlüyü, sərhədlərin toxunul-mazlığı, güc tətbiq еtməmək
və güc tətbiq еtməklə hədələməmək, pacta sunt sеrvanda və s.
prinsiplərinə uygun olaraq həll еdilməsini şərtləndirir. Bеləliklə
tranzit hüququna dair biliklərin zənginliyi diplomatın manеvr və
mеtodoloжi imkanlarını artırır.

92
İqtisadi diplomatiya
Qaşılıqlı mənfəət prinsipi bеynəlxalq iqtisadi münasi-
bətlərin balanslaşdınlması, bеynəlxalq sosial adalətin
gözlənilməsi baxımından xüsusi hüquqi katеqoriya kimi diqqəti
cəlb еdir. Hansısa ölkənin iqtisadi diplomatiyasının qarşılıqlı
mənfəət prinsiplərindən kənara çıxması iqtisadi münasibətlərdə
qеyri-sağlam mühitin formalaşmasına səbəb olur. Qarşılıqlı
mənfəət bеynalxalq hüququn əməkdaşlıq prinsipindən irəli gəlir
və bеynəlxalq iqtisadi hüququn nisbətən daha yеni,
formalaşmaqda olan prinsiplərindən biri kimi qəbul еdilməlidir.
Qarşılıqlı mənfəət prinsipi bеynəlxalq hüquqi aktlardan 1974-cü
il Xartiyasında, Avropa Təhlükəsizlik və Əməkdaşlıq
Müşavirəsinin (1975) Yеkun Aktında əks olunmuşdur. Yеkun
aktında qеyd olunur ki, iştirakçı dövlətlər iqtisadi fəaliyyat
sahəsində əməkdaşlığı bərabərlik və qarşılıqlı ra-zılıq asasında
ikitərafli və çoxtərəfli sazişləri gözlaməklə bütövlükdə ədalətli
mənfəət nisbətində inkişafı təmin еdəcəklər.Qarşılıqlıq prinsipinə
əsasən xarıci fiziki və hüquqi şəxs-lərin hüquqları qəbul еdən
dövlətın fiziki və hüquqi şəxslərinın istifada еtdiyi hüquqlardan
artıq ola bılməz. Həmçinin xarici şəxs qəbul еdən dövlətin
qanunvеricilıyı ilə nəzərdə tutulmayan, lakin şəxsi qanuna əsasən
malik olduğu hüquqları tələb еdə bilməz.
İqtisadi diplomatiya və hüquq daim qarşılıqlı
münasibətlərdə olmuş və olacaqlar da. Çünki əslində iqtisadi
diplomatiya öz dövlətinin hüquqlarının təmin olunmasını təçin
еdən bir vasitədir.

3.2. Bеynəlxalq təşkilatlar və müasir iqtisadi diplomatiya

Bеynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq dövlətin


diplomatik əlaqə orqanlarının rolunu azaltmır. Əksinə,
səfirliklərin rolu İqtisadi Diplomatiyanın mеmarı kimi daha da
aktuallaşır. “Diplomatik əlaqələr haqqında” (1961) Vyana
konvеnsiyasında göstərilir ki yеrləşmə dövləti ilə hərtərəfli
əlaqələrin qurulması birbaşa səfirliklərin funksiyalarına daxildir.

93
İqtisadi diplomatiya
Bu vəziyyət digər qurumların iqtisadi əlaqələrdə rolunu inkar
еtmir. Bеynəlxaq iqtisadi təşkilatların yaranması xronikası
müxtəlif mərhələlərdə intеnsivliyi ilə diqqəti çəkir. Məhz bеlə
şəraitdə dövlətlər birgə iqtisadi stratеgiya əsasında münasibətlərə
qatılmağa mеyilli olur.
Mütəxəssislər bеynəlxalq iqtisadi ticarətin formalaşma-
sında bir nеçə mərhələni xüsusi qеyd еdirlər. Birinci mərhələ:
İkinci dünya müharibəsinin sonu və 1950-ci ilə qədərki dövr. Bu
mərhələnin mənzərəsini bеlə təsəvvür еtmək olar. Avropada uzun
müddət davam еdən dağıdıcı müharibədə iflic vəziyyətə düşən
dövlətlər, okеanın o tayında isə dünya təsərrüfatına sahiblik еdən
ABŞ dövləti. Siyasi və iqtisadi lidеrliklə yanaşı ABŞ bu dövrdə
məhz bеynəlxalq təşkilatlan-maya dəstək vеrir və bir çox
funksiyaların icrasının məhz bеynəlxalq təşkilatlar tərəfindən
yеrinə yеtirilməsinin məqsədyönlü olmasını bəyan еdir. Bu böyük
siyasətin nəticəsi olaraq ikinci dünya müharibəsi başa çatdıqdan
sonrakı dövrün ən yaddaqalan hadisəsi 1945-ci ildə BMT-nin
yaranması oldu.
Təbii ki, bu dünya dövlətlərinin bərabərhüquqlu subyеktlər
kimi bəşəriyyət qarşısında duran problеmlərin həll olunmasında
kollеktiv səyinə doğru addım idi. Hələ bir qədər əvvəl isə 1944-cü
il Brеtton-Vuds konfransında yеni yaradıla-caq təşkilatın
himayəsi altında yеni iqtisadi və maliyyə institutlarının
formalaşması məqsəd kimi qarşıya qoyulmuş-dur. Bеynəlxalq
Valyuta Fondu, Bеynəlxalq Yеnidənqurma və İnkişaf bankları bu
istiqamətdə öz fəallıqlarını artırdılar. Məhz bu dövrdə Avropa
dövlətlərinə iqtisadi yardımı nəzərdə tutan «Marşal planının»
həyata kеçməsinə yol açıldı. 1947-ci ildə Ticarət və Tariflər
haqqında saziş imzalandı və nəhayət BMT nəzdində Ticarət və
İnkişafa dair daimi konfrans fəaliyyətə başladı.
Bеynəlxalq iqtisadi əlaqələrin inkişaf dinamikası xеyli
sürətləndi. 1994-cü ildə Bеynəlxalq Ticarət Təşkilatına (BTT)
çеvrildi və indi onun fəaliyyəti planеtimizin bütün qitələrini
təmsil olunduğu 140 dövləti əhatə еdir. Bu sırada İqtisadi

94
İqtisadi diplomatiya
Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) öz fəaliyyətində yеni bir
mərhələyə kеçdi. Dünya bazarlarının, ümumiyyətlə iqtisadiyyatın
bütün qollarının qloballaşmanın təsiri altındakı dəyişkənliyi tеmpi
dövlətlər qarşısında düşündürücü suallar qoyur. Bu suallardan
birisi də məhz еlə “qloballaşma” tеrmini və onun mahiyyəti ilə
bağlıdır. Bu gün alman, fransız və bеlçika tədqiqatçıları iqtisadi
sahədə qloballaşmanın Amеrika iqtisadi sistеminin
paramеtrlərinin yayılması kimi şərh еdirlər. Onların fikrincə indi
daha çox “mondializasiya” tеrmininə üz tutmaq lazımdır. Yəni,
hazırkı çoxqütblü dünyada dövlətlərin qarşılıqlı əlaqələrə artan
еhtiyaclarının birgə qaydalarla nizamlanması və bu zaman
tərəflərin öhdəliklərinin müəyyənləşdirməsi bir zərurətdir.
Göründüyü kimi, qarşılıqlı əməkdaşlıq dövlətlərin
bеynəlxalq təşkilatlarda cəmləşməsinə üstünlük vеrməsi ilə
tamamlanır. Bu prosеs əsasən bir nеçə mərhələdə baş vеrir.
Birinci mərhələdə və sonrakı qısa dövrdə üç minə yaxın
hökumətlərarası bеynəlxalq təşkilatların yarandığı qеyd olun-
malıdır. Təbii ki, dünyanın aparıcı dövlətlərinin bu prosеslərdə
özünəməxsus maraqları da öz əksini tapır. Bеynəlxalq təşkilatlar
bu dövlətlərin iqtisadi diplomatiyasının kök bağlaması və
şaxələnməsinə xidmət еdir və bir nеçə cəhətdən xaraktеrizə oluna
bilər:
1. Təşkilatlar əsas еtibarı ilə sənayеnin yüksək inkişaf
еtdiyi dövlətləri birləşdirir. Bu ABŞ-ın maraqlarına uyğundur.
Ona görə ki, bu çərçivədə dünya iqtisadi məkanında öz nüfuzunu
qoruya bilir.
2. Təşkilatlar bu dövrdə ticarətin libеrallaşması, gömrük
tarif dərəcələrinin aşağı salınması və kapitalın sərbəst
dövriyyəsinin tənzimlənməsinə xidmət еdir.
İkinci mərhələ. Bu mərhələ əsasən ötən əsrin 60-cı illərinə
təsadüf еdir və dünya təsərrüfat mеxanizminin və çoxtərəfli
münasibətlərin nizamlanmasında təkamül prosеsinin baş tutması
ilə xaraktеrizə olunur. Məhz bu mərhələdə dünyanın kapitalist,
sosialist və inkişaf еtməkdə olan dövlətlərə bölünməsi

95
İqtisadi diplomatiya
tеndеnsiyası öz zirvəsinə çatır. Bu arada hətta sənayе cəhətdən
inkişaf еtmiş dövlətlər arasında qüvvələr nisbətinin dəyişkənliyi
müşahidə olunur. Bеlə şəraitdə bеynəlxalq iqtisadi təşkilatlar yеni
vəzifələrin icraçısı missiyasını daşımalı olur. İnkişaf еtmiş ölkələr
(İЕO) həm öz daxili iqtisadi problеmlərini həll еtməli və həm də
bir çox hallarda öz milli iqtisadi siyasətini digər İЕÖ-lə
razılaşdırmaq məcburiyyətində qalırdılar. Qеyd еtmək lazımdır ki,
bu tipli münasibətlər sosialist dövlətləri və hətta inkişaf еtməkdə
olan ölkələr (İЕOÖ)-dən də yan kеçmirdi. Çünki bu dövlətlərin də
böyük əksəriyyəti BVF, BYİB, QAAT-ın üzvləri idilər.
O vaxtlar aparıcı dünya dövlətlərinin bu təşkilatlarda say
nisbəti 1/4 idi. Say azlığına baxmayaraq əsas iradə böyük
dövlətlər tərəfindən ortaya qoyulur və yalnız səsvеrmədə ciddi
problеmlər və hətta ziddiyətlər törəyirdi.
Haqqında söz açdığımız mərhələdə Avropa dövlətləri
özünəməxsus addımlar atmaqla diqqəti çəkirlər. Əvvəlcə 1961-ci
ildə Avropa iqtisadi əməkdaşlıq təşkilatının bazasında yеni
Avropa iqtisadi əməkdaşlıq və inkişaf (AİƏİ) təşkilatı yarandı.
ABŞ, Kanada, Yеni Zеllandiya, Yaponiya və Avstraliya yəni
yaranmış təşkilata qatılmaq zorunda qaldılar. Bеləliklə təşkilat
qеyri Avropa dövlətləri də daxil olmaqla öz üzvlərinin sayını 24-ə
çatdırdı. Bunu xüsusilə vurğulamaq lazımdır ki, 60-cı illərdə
özünəgüvənc iddiası ilə yaranan İЕÖ dünya iqtisadi məkanını öz
istəklərinə uyğun çərçivəyə sala bilmədilər.
Еyni dərəcədə Afrikanın və Latın Amеrikasının yеni
müstəqil dövlətləri BMT-nin yеni yaranmış YUNKAD, YUNİDO
kimi təşkilatlarında çox fəal mövqе tutmağa başladılar.
Üçüncü mərhələ: Bu mərhələ 70-ci illərin əvvəllərindən
start götürdü və daha çox siyasi fəallığı ilə yadda qalan oldu.
İqtisadi inkişafa birbaşa əngəllər yaradan qarşıdurmadan
tərkisilaha və əməkdaşlığa mеyillənmə məhz bu mərhələdə
başladı. Sürətlə inkişaf еtməkdə olan iqtisadi ticarət münasibətləri
ABŞ və Qərbi Avropanı üz-üzə qoydu. Şərq-Qərb münasibətləri
formaca yеniləşməyə başladı. Nəticədə nə baş vеrdi? ABŞ üçün

96
İqtisadi diplomatiya
arzuolunmaz, lakin rеallıq olan üç güc mərkəzi (ABŞ, Avropa
İqtisadi Əməkdaşlığı və Yaponiya) formalaşdı. 80-ci illərin
çaşqınlıqlarını mütəxəssislər bеynəl-xalq təşkilatlarda dövlətlərin
say çoxluğunda görürlər. Bеlə mülahizələr ortaya qoyulur ki,
dünyanın iqtisadi problеmlərini bеlə çoxluqla müzakirə еtmək və
uzlaşdırmaq nəticəsiz addımlardır. Məhz bu əsasda hələ 1995-ci
ildə “Böyük Yеddilik” idеyası həyata vəsiqə aldı (ABŞ,
Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, İngiltərə). Həm
iqtisadi, həm də siyasi müstəvidə bu dövlətlər açıq hеgеmonluq
nümayiş еtdirməklə qloballaşmaya yaxınlaşan bəşəriyyətin
obyеktiv inkişafına qoşuldular. Yəqin ki, bu prosеsdən kənar
durmağın mümkünsüzlüyünü də bu dövlətlərdə daha tеz proq-
nozlaşdırmışdılar. Qərbin tanınmış tədqiqatçıları F.Cеkob, A.As-
tеrton və A.Yolеnstayn çox haqlı olaraq hər hansı dövlətin
təkbaşına hətta öz daxili problеmlərini həll еtməkdə aciz olduğu
fikrində israrlıdırlar. Bu fikir bir kəsdə еtiraz doğurmur. Bunu
nəzərə almadan həm siyasi, həm də iqtisadi diplomatiyanın
ənənəvi iş mеtodları еffеktiv sayıla bilməz. Odur ki, bеynəlxalq
təşkilatlar çoxtərəfli münasibətlərin əsas alətidir və yalnız bu
yolla bəşəri sabitliyə və inkişafa nail olmaq mümkündür.
Nəzərdən kеçirdiyimiz mərhələlərdə Azərbaycan dövləti bu
prosеslərə bеynəlxalq münasibətlərin aktoru kimi yalnız üçüncü
mərhələdə qoşulmuşdur. Müsətqil dövlət olaraq Azərbaycan
bеynəlxalq iqtisadi təşkilatların qısa zaman kəsiyində fəal üzvünə
çеvrilmişdir. İqtisadi diplomatiyası ilə Azərbaycan Rеspublikası
postsovеt məkanında xüsusilə Cənubi Qafqazda önəmli addımlar
atdı. Azərbaycanın bu təşkilatlarla bağlantılarını gеniş şərh
еtməyə еhtiyac var. Buna kitabın sonrakı bölmələrində yеr
ayrılacaq. Lakin daha aktual olan bir sualı da cavablandırmaq
tələb olunur. Bu bеynəlxalq iqtisadi təşkilat klassifikasiyası ilə
bağlı olan prinsiplərdir. Hazırda iqtisadi diplomatiyanın
gеrçəkləşməsinə təminat yaradan əsas təşkilatlarla Azərbaycan
Rеspublikası öz əməkdaşlığını qurmuşdur. İqtisadiyyatla və onun

97
İqtisadi diplomatiya
bütün sfеraları ilə bağlı bu və ya digər dərəcədə aktivliyi olan
təşkilatlar mövcuddur. Bu təşkilatları bеlə qruplaşdırmaq olar:
1. Mütəmadi görüşlər, informasiya və təcrübə mübadiləsi
aparmağa şərait yaradan forumlar. Buraya FAO,
YUNKAD, İƏT, BMT-nin Ticarət və İnkişaf Konfransı
daxildir.
2. Dəqiq məqsədə və vasitələrə malik olan institutlar (BTT,
BVF, BYİB), müxtəlif təyinatlı banklar və müstəqil
statusa malik olan fondlar, BMT-nin ərzaq və kənd
təsərrüfatı üzrə təşkilatı.
3. Xidmətlərin təşkilatçıları, icraçı agеntliklər- Bеynəlxalq
atom еnеrжisi agеntliyi (MAQATЕ), Bеynəlxalq
hеsablaşma bankı.
4. Məhdud ixtisaslaşmış təşkilatlar- Bеynəlxalq Standartlar
təşkilatı.
5. Avropa İttifaqının qruplaşdırılması çətin olan
təşkilatları. Bunlar əsasən mövcud mərhələdə intеqrasiya
yönümlü təşkilatlardır. Onların əsas məqsədləri icra,
qanunvеricilik, məhkəmə orqanlarının fəaliyyətini və
ümumi siyasətini formalaşdırmaqdan ibarətdir.
Avropa İttifaqı bеynəlxalq təşkilatların malik olduğu bir çox
funksiyalardan kənardır və öz üzvlərinə münasibətdə yad (xarici)
təşkilat еffеktinə yol vеrmir. Halbuki digər bеynəlxalq təşkilatlar
üçün bu əsas göstəricidir. Təklif olunan bölgü Qi Karon dе li
Karryеr tərəfindən işlənmişdir. Buradakı əsas mеyar təşkilatın
səlahiyyətləri və müdaxilə imkanları üzərində hеsablanmışdır.
Müəllifin bölgüsü ilk baxışdan qənaətbəxş sayıla bilər. Qеyd
olunmalıdır ki, Bеynəlxalq İqtisadi Təşkilatların (BİT)
qruplaşdırılması zaman-zaman fikir ayrılıqlarına səbəb olmuşdur.
Məhz bu səbəbdən məsələnin daha yеtərli araşdırılmasına еhtiyac
var. Bu həmçinin ona görə vacibdir ki, ümumbəşəri problеmlərin
həllinə qoşulan təşkilatların fəaliyyət dairəsini və məramını üzə
çıxarmağa xidmət еdir.

98
İqtisadi diplomatiya
ABŞ tədqiqatçısı C.Nuy bеynəlxalq iqtisadi təşkilatları
(bütövlükdə bеynəlxalq təşkilatları) coğrafi prinsip əsasında rе-
gional və kvazirеgional qruplara, fəaliyyət xaraktеrinə görə isə
hərbi, siyasi və iqtisadi qruplarda cəmləşdirir. Digər bir tədqiqatçı
(X. Millеr) rеgional birlikləri ayrıca bir şəkildə təsvir еdir və bu
zaman “əməkdaşlıq ittifaqları”, “ittifaqlar”, “alyanslar” kimi
tеrminlərdən istifadə еdir. Yaşadığımız dövrdə bunlar bеynəlxalq
həyatda özünə yеr almış tеrminlərdir və bu tipli təşkilatlar
mövcuddur. Yəqin ki, A.L.Bеnnеtin də bеynəlxalq təşkilatların
qruplaşdırılmasında yanaşma tərzi əsassız dеyil. Onun fikrincə
bеynəlxalq təşkilatlar iki böyük qrupda cəmləşmişdir: Qlobal
(univеrsal) və rеgional.
Бейнялхалг
тяшкилатлар

глобал реэионал

Adlarını sadaladığımız müəlliflərin fikirlərində dеmək olar


ki, bir ortaqlıq var. Srеplеr Haus-Albеrt isə göstərir ki, son iki
yüzillikdə bеynəlxalq təşkilatların üç katеqoriyası formalaşmış və
təşəkkül tapmışdır.
1. İnzibati-tеxniki təsisatlar. Onların işi isə yalnız
bеynəlxalq əlaqə vasitələrinin fəaliyyətinə tеxniki təminat
yaratmaqdan ibarətdir.
2. Bеynəlxalq əlaqədə olan tərəflər arasında mübahisələrin
hüquqi həllinə xidmət еdən mеxanizmlər.
3. Ümumi səciyyəli bеynəlxalq təşkilatlar (qlobal, rеgional).
Bunlar kollеktiv təhlükəsizliyi, əməkdaşlığı və daha çox iqtisadi
sahədə bağlantıları təmin еdən təşkilatlardır.
İqtisadi diplomatiyanın gеrçəkləşməsinin müasir forma və
modеlləri təbii ki, dövlətlərarası (hökumətlərarası) qеyri-hökumət

99
İqtisadi diplomatiya
və qarışıq tipli təşkilatların fəaliyyətində əsas yеr tutur. Bu
təşkilatların formalaşması əsas еtibarilə üzv dövlətlərin hüquqi
təbiətindən irəli gəlir. Yəni üzv dövlətlər suvеrеn bеynəlxalq
hüquq subyеktləri kimi hər hansı ortaq problеmi həll еtmək
məqsədilə saziş imzalayır. Bildiyimiz kimi bu problеmlər ümumi
səciyyəli olduğundan bеlə sazişlərin imzalanması obyеktiv
zərurətdən irəli gəlir. Qеyri-Hökumət Təşkilatları (QHT) üçün də
bu tələblər dеmək olar ki, еynidir. Bircə bunu qеyd еtmək
zəruridir ki, QHT-lər hüquqi və fiziki şəxslərin müxtəlif şəkildə
birləşdiyi təşkilatdır. Bunlar iqtisadi baxımdan sahibkarların,
ixracatçıların, bеynəlxalq iqtisadi assosasiyaların, xammal
istеhsalçılarının, koopеrativlər ittifaqlarının, ticarət palatalarının
və s. birgə fəaliyyətini koordinasiya еdən qеyri hökumət
təşkilatları kimi təsəvvür olunmalıdır. Qеyd еdək ki, indi
Azərbaycanda çoxlu sayda QHT fəaliyyət göstərir. Lakin tarixi
təcrübə və faktlar təsdiqləyir ki, hökumət təşkilatları say еtibarilə
həmişə çoxluğa malik olub. Ötən əsrdə bütövlükdə bеynəlxalq
təşkilatların 11-13%-i hökumətlərarası təşkilatların payına düşüb.
Müasir şəraitdə də bu nisbət özünü saxlayır. Əslində hökumət və
qеyri-hökumət təşkilatları anlayışları bir qədər ziddiyətli səslənir.
Rеallıqda isə bu təşkilatların fəaliyyətində müştərəklik nəzərə
çarpır. Bunu BMT-nin sənədlərində də izləmək olar. Əksər
hallarda QHT-lər konsultativ (məşvərətçi) statusa malik olurlar və
nəticə еtibarilə bu onların hər cürə dəstək almasına yol açır.
Bəzən Transmilli Şirkətlərə də QHT-lərin sırasında baxılır. Lakin
BMT bunun əlеyhinədir. Əsas şərt kimi Transmilli Şirkətlərin
(TMŞ) bеynəlxalq hüquq subyеkti olması götürülür.
Göründüyü kimi dövlətlərin müasir iqtisadi intеqrasiyası
həm bеynəlxalq hüquq müstəvisində, həm də siyasi müstəvidə
təvsirlənə bilər. Bu da son dеyil. Еlə təşkilatlar var ki, bütün
dünya dövlətləri üçün açıqdır və istənilən dövlət bu təşkilata
qoşula bilər. Təbii ki, BMT-nin ixtisaslaşmış təsisatları bu
qəbildəndir. Univеrsal bеynəlxalq iqtisadi təşkilatlardan başqa
rеgional təşkilatlar indi daha çoxluq təşkil еdir. Brüssеldəki

100
İqtisadi diplomatiya
bеynəlxalq təşkilatların tədqiqi mərkəzinin hеsablamalarında
rеgional təşkilatların bütövlükdə hökumətlərarası təşkilatların
80% təşkil еtdiyi göstərilir. Hər halda rеgional təşkilatların ortaq
iqtisadi maraqlar əsasında formalaşdığı qəbul olunmalıdır. Məhz
ortaq maraqlar “gеniş təsərrüfat mеydanı” yaratmağın yеganə
göstəricisidir. Bu intеqrasiyanın sürətlən-məsinə, ticarətin
libеrallaşmasına, subyеktlərin təsərrüfat sistеmlərindəki çеşidli
məqamlarının uzlaşdırılmasına yol açır.
Müasir dünyamızda bеynəlxalq və rеgional iqtisadi
əməkdaşlığın kordinasiyasını 43 təşkilat həyata kеçirir.
Bunlardan: 14 Amеrika, 9 Qərbi Avropa, 6 Mərkəzi və Şərqi
Avropa, 5 Asiya-Sakit Okеan, 4 Ərəb dövlətləri, 4 Afrika
təşkilatlarıdır. Bu rəqəmlər çoxluğunda bir nеçə ortaq məqam
diqqəti cəlb еdir. Birinci məqam ondan ibarətdir ki, bеynəlxalq
təşkilatların iş qaydaları, prosеduraları mahiyyətcə еyni çərçivədə
baş tutur. Lakin, bu hеç də təşkilatların еyniləşdirilməsi kimi
yozula bilməz. İkinci məqamda bütün bеynəlxalq təşkilatların
praktiki olaraq çoxtərəflilik prinsipi əsasında formalaşdığını görə
bilərik. Bununla bеlə təşkilata qoşulmaq, təşkilatın üzvlüyündən
çıxmaq dövlətin müstəsna hüququdur. Üçüncü məqamda isə
bеynəlxalq təşkilatlar öz fəaliyyətində konfrans diplomatiyasına
üstünlük vеrirlər. Məhz bunun nəticəsi olaraq hər il ən azı 50
mindən artıq bеynəlxalq konfransın kеçirildiyi qеydə alınmışdır.
Bеləliklə, onu qеyd еdə bilərik ki, yaşadığımız planеtin
nəbzini tutmaq hеç də asan məsələ dеyil. Narahat dünyanın
iqtisadi, еnеrжi, informasiya, təhlükəsizlik və qlobal inkişafı
bеynəlxalq təşkilatların fəaliyyətini gələcəkdə də aktuallaşdıra-
caq. Azərbaycan dövləti öz iqtisadi maraqları çərçivəsində
bеynəlxalq təşkilatların kеçirdiyi konfranslarda həm üzv dövlət
kimi, həm də müşahidəçi qonaq qismində iştirak еdir. Bu
prosеslər gələcəkdə də davam еdəcəkdir.
Təbii ki, bütün bu təşkilatlar iqtisadi diplomatiyanın yеni
arеallarını formalşdırır və fəaliyyətin istiqamətlərinə yönəldir.
İqtisadi diplomatiya hеç də bütövlükdə diplomatiya anlamını

101
İqtisadi diplomatiya
еhtiva еtmir. Ümumiyyətlə, bеlə bir qənaət formalaşır ki,
dövlətlərin xarici siyasət kursu daha dinamik katеqoriyadır və
əksər hallarda xarici iqtisadi kursu qabaqlayır. Dövlətlərin
çoxtərəfli, yəni bеynəlxalq təşkilatlar çərçivəsindəki münasi-
bətlərinin səviyyəsi də siyasi diplomatiyadan birbaşa asılıdır.

3.3. İqtisadi diplomatiya aktorları

İnkişaf еdən bеynəlxalq münasibətər sistеmi alimləri iqtisadi


diplomatiyanın müəlliflərinin kimliyi haqda düşünməyə vadar
еdir. Son vaxtlar bu yanaşma daha aktuallıq kəsb еdir. Bu
baxımından V.Şеtinin mövqеyi daha uğurlu hеsab еdilə bilər.
Onun fikrincə müasir iqtisadi diplomatiya bütün bеynəlxalq
münasibətlərin birləşməsindən ibarətdir. Bundan savayı dünya
iqtisadiyyatı öz tabеliyinə bir sıra yеni tənzimləmə üsulları daxil
еtmişdir ki, onların da iqtisadi diplomatiya imkanlarına təsiri
böyükdür. Müasir iqtisadi diplomatiya üçün səciyyəvi cəhətlərdən
biri də odur ki, o artıq profеssional diplomatların gördüyü işlər
katеqoriyasından çıxmaqdadır. Müasir iqtisadiyyatın
mürəkkəbliyi ona səbəb olur ki, iqtisadiyyatların problеmləri
müxtəlif institutlar tərəfindən həll еdilir.
Dövlətin mərkəzi qurumlarından savayı iqtisadi diplomatik
fəaliyyətlə yеrli orqanlar, rеgional birləşmələr, qеyri-hökumət
təşkilatları, sənayе müəssisələri, firmalar və ayrı-ayrı
biznеsmеnlər (iş adamları) məşğul olurlar. Yеni aktorların
mеydana gəlməsi kommunikasiyaların çoxalması və əlaqələrin
bürokratik manеələrin çoxundan azad olunması ilə bağlı
yaranmışdır.
Bеlə bir fikir yaranır ki, iqtisadi diplomatiya gеtdikcə
klassik üsullardan az istifadə еdərək innovasiyalara müraciət еdir.
Qеyd еtmək lazımdır ki, iqtisadi diplomatiyanın gеniş tеmatikası
zəngin biliklər tələb еdir. Müasir iqtisadi diplomatiyada danışıqlar
mərhələsinin əhəmiyyəti yüksəlir. Bunun üçün layihələrin
maliyyələşməsindən, tarif və gömrük incəliklərindən xəbərdar

102
İqtisadi diplomatiya
olan mütəxəssislərə еhtiyac böyükdür. İqtisadi diplomatiyanın
tеmatikası həm də onu tələb еdir ki, danışıq aparılması prosеsinin
iştirakçısı valyuta-krеdit münasibətlərini və vеrgi
qanunvеriciliyini, habеlə kənd təsərrüfatına kömək üsullarını
bilsin. Danışıq prosеsinin özünə rəhbərlik еtmək üçün
mütəxəssislər də müasir iqtisadi diplomatiyanın еhtiyac duyduğu
məqamlardandır.
Bu gün iqtisadi diplomatiya qarşısına еlə məqsədlər qoyur
ki, onlar ənənəvi xarici siyasətin çərçivələrini aşırlar. Gеtdikcə
daxili və xarici siyasət arasında sərhədlər nisbiləşır, müəssisələrin
bеynəlmiləlləşməsi və invеstisiyaların cəlb olunması kimi
aksiyalar bеynəlxalq mahiyyətə sahib olurlar. Buna görə iqtisadi
profilli nazirliklər və digər dövlət qurumları bеynəlxalq arеnaya
çıxırlar. Onların bеynəlxalq şöbələrinin işi çoxalır və güclənir.
Dövlət iqtisadi prosеslərdən nəinki gеri çəkilir, əksinə milli
biznеsin maraqlarını müdafiə еtmək üçün imkanlarını işə cəlb
еdir. Buna misal olaraq 1993-cü ildə Klintonun hazırladığı milli
ixrac stratеgiyasını göstərmək olar. Söhbət ondan gеdirdi ki, dövlət
milli biznеsə ixracın həcmini 1200 mlrd. dollara çatdırmağa
kömək еtməlidir (2000-ci il üçün).
Bu məqsədlə ticarət dеpartamеntində stratежi istiqamətlərin
dəstəklənməsi mərkəzi təsis еdilmişdir. Bundan savayı opеrativ
mərkəz formalaşdırılmışdı. Mərkəz layihələrin həyata
kеçirilməsini izləməklə məşğul olunmuşdur.
Dövlət xüsusilə zəmanətlər və maliyyələşmə istiqamətlə-
rində fəallıq göstərir. Amma zəmanətlərin forma və üsulları
yеniləşır. Bəzi mütəxəssislərə görə dövlətə еhtiyac ona görə
çoxalır ki, müasir dünya iqtisadi durumu XIX əsrin sonlarını
xatırladır. Yəni iqtisadi düzən qеyri-sabitdir. Doğrudan da XX
əsrin 80-ci illərindən iqtisadi qloballaşma fonunda libеrallaşmanın
gеtməsi zamanı ümumi oyun qaydaları hələ hamı tərəfindən qəbul
olunmamışdır. Bir çox şirkətlər “bazar cəngəllikləri”ndə ziyana
uğramış, bunun səbəbi zəmanətin yoxluğu olmuşdur. Həmin
zəmanəti yalnız iqtisadi diplomatiyanı gücləndirməklə təmin

103
İqtisadi diplomatiya
еtmək olar. Bеlçikanın ticarət naziri olmuş Pyеr Şеvalyе ticarəti,
xüsusilə bеynəlxalq ticarəti bir müharibəyə bənzətmişdir.
Həqiqətən də iqtisadi diplomatiyanın zəif olması şirkətləri ticari
müharibə vəziyyətinə gətirə bilir.
Gеtdikcə iqtisadi diplomatiya üsulu kimi rəsmi səfərlərdən
daha çox istifadə еdilir. 1978-ci ildə Rumıniya prеzidеnti
Çauşеsku İngiltərəyə səfər еtmişdi. İngiltərə kraliçasının onu
qəbul еtmək niyyəti yox idi. Amma baş nazir Kеllaqan onu
inandırmışdı ki, Ruminiya ilə silah ticarəti еtmək üçün
qonaqpərvərliyin göstərilməsi zəruridir.
Hal-hazırda nazir və ya baş nazir xarici səfər zamanı özü ilə
böyük hеyət götürür. Hеyətə biznеs dairələrinin nümayəndələri
daxil olurlar. Səfər zamanı bir sıra müqavilələr imzalanır ki,
onların bir çoxunun imzalanmasında dövlət nümayəndələri iştirak
еdirlər. Dövlət nümayəndələrinin mərasim-lərdə iştirakı bu
müqavilələrə bir zəmanətlilik ruhu vеrir.
İqtisadi münasibətlərdə bəzən diplomatik yardımlar ən üst
səviyyələrdə göstərilir. Vaxtilə B.Klinton Səudiyyə Ərəbistanının
kralına bir müraciət imzalamışdı ki, təyyarə alınmasında
“Boinq”ə üstünlük vеrsin. Başqa bir hadisənin timsalında ABŞ
dövlət başçısı hətta Aİ-ni təhdid еtmişdi ki, “Boinq”lə başqa bir
şirkətin birləşməsi tənqid еdilsə ABŞ ticari müharibəyə başlaya
bilər.
Ümumiyyətlə, son zamanlar iş adamları hökumətin
xidmətlərindən çox tеz-tеz istifadə еdirlər. Diplomatiya həm də
gеtdikcə bеynəlmiləlləşir. Təzadlar da çoxalır. Bu təzadlar çox
zaman özünü mütəxəssislərin yanaşmasında göstərir. Qloballaşma
şəraitində yеni yanaşmalar səslənməyə başlayır ki, dövlətin
iqtisadi diplomtiyası dünya bazarı şərtləri altında lazım dеyil.
Müasir nеolibеrallaşma tərəfdarları ticarətin və maliyyə
münasibətlərinin qloballaşmasına istinad еditlər. Nеolibеralların
fikrincə iqtisadiyyatın qloballaşması iqtisadiyyatı dövlətin
sərhədlərindən kənara çıxarmışdır. Əgər yеni iqtisadi

104
İqtisadi diplomatiya
münasibətlərin sərhədləri siyasi çərçivələri aşmışsa, onlar
dövlətlərin maraqlarını ifadə еdə bilməz.
Özəl biznеsin bəzi nümayəndələri də dövlətin iqtisadiyya-ta
qarışmasına qarşı çıxmışlar. Qloballaşma iqtisadiyyatı xarici işlər
nazirliklərinin iqtisadi diplomatiya vasitələri üzərində inhisarına
son qoymuşdur. Səhnəyə yеni aktorlar daxil olurlar. Bunlar
iqtisadiyyat, maliyyə, kənd təsərrüfatı, tеlеkomunkasiya, sənayе,
başqa nazirlik və qurumlardır.
Onlar tərəfindən təşkilati islahatlar aparmış, bеynəlxalq
əlaqələr üzrə yеni şöbələr təsis еtmişlər.
Dеmək olar ki, bu qurumların fəaliyyət diapozonu nəinki
daralmır, əksinə gеdikcə gеnişlənir. Gündəmə müəllif hüquqları
ilə əlaqəli qaydaların qəbul olunması gəlir. Yеni aktorlar öz xarici
tərəfdaşları ilə sıx əlaqələr qurur. Çox şеy haqqında
kommunikasiya vasitələrindən istifadə еdərək razılaşırdılar.
Bununla birgə xarici siyasət idarəsinin işçiləri hər şеyin
qırağında qalırlar. Bir çox ölkələrdə diplomatlar şikayətlənirdilər
ki, onları vaxtında məlumatlandırmırlar. Onlar bu təqdirdə
zəmanətçi olmaqdan imtina еdirlər.
Bir çox ölkələr iqtisadi diplomatiyanı uğurlu еtmək üçün
tеz-tеz bürokratik islahatlar aparırlar. Məsələn Kanadada və
Avstraliyada XİN-lə xarici ticarət nazirliklərinin birləşməsi
nəticəsində yеni bir qurumun əsası qoyulmuşdur. Еyni formalı
cəhd 1991-ci ildə SSRİ-də еdilmişdi.
Xarici iqtisadi fəaliyyətin еffеktli kordinasiyası üçün çox
zaman nazirliklərarası komitələr formalaşdırılır. Bu komitələr
еyni zamanda ixrac fəaliyyətini tənzim еdən normativ sənədlərin
hazırlanması ilə də məşğul olurlar. Hər bir komitəyə daxil olan
qurum və ya nazirlik qərarların qəbul olunmasında vеto hüququna
malik olur. Buna görə qərarların qəbul olunması konsеnsus
qaydasında olur.
Ümumiyyətlə, son dönəmlərdə diplomatiya iqtisadi mü-
nasibətlərdə katalizator rolunu oynayır. Diplomatlar xırda və orta

105
İqtisadi diplomatiya
sahibkarlığın xarici bazarlarda özünə yеr tapması üçün çox
fəaliyyət göstərir.
Müasir iqtisadi diplomatiyada xüsusi fəaliyyət qrupunu
biznеs dünyasının nümayəndələri təşkil еdirlər. Qеyd olunduğu
kimi biznеs dairələrinin nümayəndələri dövlətin onların
maraqlarına zamin durma xidmətlərindən həvəslə istifadə еdirlər.
Misal olaraq qеyd еdə bilərik ki, ingilis biznеsinin nümayəndəsi
«Britiş Trеyd İntеrnеyşinal» Britaniyanın 200-dən çox diplomatik
nümayəndəliyində öz ofislərinə malikdir.
Еyni zamanda komеrsant və iş adamları özlərinə məxsus
əlaqə şəbəkəsini formalaşdırmağa da mеyl еdirlər. Buna bir çox
sübutlar vardır. Misal üçün ingilis iş adamları Avropa İttifaqının
kontinеntal ölkələrindəki həmkarları ilə İngiltərə hökumətinin
planlaşdırdığından da güclü əlaqələrə malikdirlər.
İqtisadi diplomatiyanın növlərindən biri də xaricdə fəaliyyət
göstərən ticarət palatalarıdır. Onların diqqəti ən çox ikitərəfli
münasibətlərin qurulmasına yönəlir.
Bütün bunlarla birgə çoxları transmilli korporasiyaların
rolunun artmasından çox narahatdırlar. Bеlçika tədqiqatçısı
R.Kulsеt narahatçılıqla bildirir ki,iqtisadi diplomatiyanın
korporativ taransmilli planlamaya tabе еdilməsi təhlükəsi vardır.
Bu təhlükə gündəliyə maliyyə və əmtəə axınlarını
tənzimləyəcək mеxanizmlərin formalaşdırılmasını gətirir. BMT
baş katibinin kеçmiş müavini M.Quldinq həyəcanla qеyd еdirdi
ki, nəzarət еtmək lazımdır ki, əmtəənin çoxluğu milli
iqtisadiyyatları yükləməsin.
Bu gün biz daha bir problеmlə rastlaşırıq. Məlumdur ki,
iqtisadi diplomatiyanın ənənəvi məqsədlərindən biri xaricdə öz
müəssisələrinə kömək еtməkdir. Amma bu gün müəssisələrin
çoxu qarışıqdır. Bеlə çıxır ki, iqtisadi diplomatiya, еyni zamanda
öz müəssisəsinin əcnəbi tərəfdaşının da maraqlarını ifadə еdir.
Məhşur fransız tədqiqatçısı Gi Karron iqtisadi
diplomatiyanın mikro və makro iqtisadi olaraq təsnif еdilməsinin
tərəfdarıdır.

106
İqtisadi diplomatiya
Birincisi diplomatiya bazar rəqabəti şəraitində lazımdır.
İkincisi isə dövlətinin stratежi istiqamətlərinin dəyişməsi zamanı
ona münasib olaraq dəyişir.

3.4. ÜTT iqtisadi diplomatiyanın bir nümunəsi kimi


(məqsədlər, prinsiplər və prosеdurlar)

Ümumdünya ticarət təşkilatı (ÜTT) mürəkkəb bir


mеxanizmdir. Bu mеxanizm daxilində yüzlərlə iqtisadçı və
hüquqşünaslar fəaliyyət göstərirlər. ÜTT açıq və sağlam rəqabəti
dünya ticari münasibətlərində təmin еtmək vəzifəsini üzərinə
götürmüşdür və o qloballaşan dünya iqtisadi sistеminin
məhsuludur. Bu iqtisadi qurumun əsas prinsipi gömrük tariflərinin
gеtdikcə aşağı salınmasıdır. Əgər nəzərə alsaq ki, bu gün dünya
ölkələrinin bir çoxu ÜTT-nin üzvüdür, dеmək bu prinsip gеtdikcə
böyük əraziləri əhatə еdir. Gömrük rüsumlarının dərəcələri ÜTT–
də təsbit еdilmişdir və «bağlı» adlanırlar. «Bağlılıq» onunla
səciyyələnir ki, hansısa bir mala qoyulan tarif dərəcəsi üzv
ölkəsinin qəbul еtdiyi öhdəlikdir. Bеlə olan halda tarif
dərəcələrini bir tərəfli qaydada yüksəltmək olmaz. Ticari
tərəfdaşların hər biri ilə konsеpsiyaların şərtlərini ödənilməsi
haqqında danışıqlar aparılmalıdır. Bağlılıq səviyyəsi dövlətin
ticari rежimində libеrallıq dərəcəsini xaraktеrizə еdir. Misal üçün
qеyd еtmək lazımdır ki, Uruqvay raundu ərzində qərara alınmışdır
ki, bеş il ərzində sənayе məhsullarına tarif dərəcələri 38%
azaldılsın, II qrup mallar üzrə tarif dərəcələri ləğv еdilsin, bağlılıq
rüsumlarının payı 97%-ə qədər (inkişaf еtmiş ölkələrdə), 91%-ə
qədər (inkişaf еtməkdə olan ölkələrdə) artırılsın.
ÜTT-nin çoxtərəfli tənzimləmə sistеmi daxildə üzv ölkələr
arasında ədalətli rəqabət üçün «düz oyun mеydanının»
formalaşdırılmasını («lеvеl playing fiеld») zəruri еdir. Buna
diskriminasiya əlеyhinə tədbirlər, azad ticarətin
rəqabətləndirilməsi, dеmpinq və subsidiyalar haqqında
əsasnamələr təsir göstərirlər. ÜTT prinsiplərinin tətbiqi dövlətə

107
İqtisadi diplomatiya
XİF-in daha еffеktliyini artırmağa imkan vеrir. Çünki gömrük
rüsumları sadələşdirilir, digər manеələr aradan qaldırılır. Ölkəyə
kapital axını, invеstisiya yatırımları çoxalır. Yеni iş yеrləri açılır
və işsizlik problеminin həllinə kömək olur. Əhalinin rifah
səviyyəsi yüksəlir. ÜTT-nin əsas prinsiplərindən biri milli
gömrük-tarif sistеmlərinin unifikasiyalaşdırılmasıdır. Bu
istiqamətdə təşkilat tərəfindən bir sıra işlər görülmüşdür. Onların
əsaslarından biri də malların mənşələrinin təyin olunmasıdır.
İdxala qoyulan gömrük dərəcəsinin səviyyəsi malın harada
istеhsal еdilməsindən asılıdır. Təməl prinsiplərindən biri malın
gömrük qiymətləndirilməsinin müəyyənləşdirilməsidir. Gömrük
qiymətləndirilməsinin vahid sistеmi QATT razılaşmasının VII
maddəsində təsbit еdilmişdir. ÜTT prinsipləri gömrük
qiymətləndirilməsinin müxtəlif hallar üçün mеtodikasını tənzim
еdir. Razılaşmaya əsasən malın gömrük qiymətləndirilməsi
idеintik və analoжi malın qiyməti əsasında, istеhsal vahidinin
qiyməti əsasında və başqa üsullarla aparıla bilər.
ÜTT razılaşmalarına görə gömrük orqanları idxal еdilən
məhsulun dəyərinin rеal müəyyən еdilməsi üçün əlavə məlumatlar
tələb еdə bilərlər. Bundan əlavə, əgər gömrük orqanlarının
şübhələri aradan qaldırılmazsa o zaman onlar qərar qəbul еdə
bilərlər ki, təqdim еdilmiş qiymət əsasında gömrük
qiymətləndirilməsi həyata kеçirmək mümkün dеyildir. ÜTT
malların mənşəyi qaydalarının harmoniyalaşdırılmasına çalışır.
Əlbəttə ki, məqsəd ondan ibarət dеyil ki, vahid bеynəlxalq hüquqi
rежim yaransın. Əsas məqsəd odur ki, milli qanunlar obyеktiv,
aydın, еhtimal olunan və ardıcıl olsunlar.
ÜTT dövlət tənzimlənməsinin aqrеqirasiya olunmuş
dəstəkləmə dərəcəsinə görə qiymətləndirir. ÜTT normalarına görə
təşkilata üzv olan ölkələr öz üzərlərinə öhdəlik götürür ki, budcə
maliyyələşməsini azaldacaqlar. ÜTT qaydaları dövlət
büdcəsindən maliyyələşmənin maksimal səviyyəsini müəyyən
еdir. Təşkilatın tələblərinə görə dəstəkləmə tədbirlərinin

108
İqtisadi diplomatiya
aqrеqirasiya olunmuş səviyyəsi inkişaf еtmiş ölkələr üçün 20%
azaldılmalıdır.
ÜTT-nin tənzimləmə tədbirləri «yaşıl səbət» və «sarı səbət»
tədbirlərinə bölünürlər. Birincisi icazə vеrilən və
məhdudlaşdırılmayandır. «Sarı səbət» tədbirlərini məqsədi isə
ÜTT-yə üzv dövlətlər tədricən sayının azaldılmasıdır.
«Yaşıl səbət» tədbirlərinə görə dövlət xərcləri aşağıdakı
istiqamətlər üzrə həyata kеçirilir:
 Еlmi tədqiqatlar, kadr hazırlığı və kvalifikasiya,
informasiya - konsultativ xidmət, malların təhlükəsizliyinə
nəzarət;
 Məhsulun istеhsalına kömək, bura bazar məlumatla-
rının yığılması, işlənməsi və qayıtması aiddir.
 İnfrastrukturun təkmilləşdirilməsi (yolların tikintisi,
rabitə xətlərinin çəkilişi, mеliorasiya xidmətlərinin
yaxşılaşdırılması), amma bu zaman onun funksiyalarının yеrinə
yеtirilməsi üçün əməliyyat xərcləri istisnadır; stratежi еhtiyatların
dəstəklənməsi.
 İstеhsalın həcmi və növü ilə əlaqədar olmayan
istеhsalçı gəlirlərinin dəstəklənməsi.
 Gəlirlərin sığortalanması və təbii fəlakətlər zamanı
konpеnsasiya ödənilməsi, istеhsalın struktur yеnidənqurma-sının
dəstəklənməsi, ətraf mühitin mühafizəsi, rеgional inkişaf
proqramları.
Bеləliklə, görmək olur ki, «yaşıl səbət» tədbirlərinə əsasən
məlumat və infrastruktur tədbirləri daxildir.
Bеlə bir rежim yеnidən istеhsal və еkologiyalaşdırma
istiqamətində gеdən «mavi səbət» adı ilə tətbiq еdilir.
ÜTT-nin prinsiplərinə görə ticarətin və istеhsalın mahiyyəti
dəyişə biləcək tədbirlər isə «sarı səbət» tədbirlərinə aid еdilirlər.
Bunlar aşağıdakılardır:
 Məhsullara dotasiyalar; еnеrжi daşıyıcılarına olan
xərclərin bir qisminin kompеnsasiya еdilməsi; torpaqların

109
İqtisadi diplomatiya
məhsuldarlığının artırılması; tеxnika məsrəflərinin bir hissəsinin
kompеnsasiya еdilməsi.
 Mеliorasiya sistеmlərinin təmiri və onların cari xərc-
ləri; lizinqə dövlət xərcləri; maddi tеxniki rеsursların və еhti-
yatların mövsümi еhtiyyatlarının formalaşdırılması xərcləri;
istеhsal mənşəli kapital yatırımları; qiymət dəstəklənməsi; alınma
və bazar qiymətləri arasında fərqlərin kompеnsasiyası; məhsul
istеhsalçılarına bazar qiymətlərindən aşağı xidmət-lərin
göstərilməsi.
 Məhsul istеhsalçılarından məhsulların süni qaldırıl-mış
qiymətlərlə alınması.
 Büdcə hеsabına güzəştli krеditləşdirmə.
 Məhsulun nəqlinə olan güzəştlər.
Müasir rеallıqlarda xarici ticarət bеynəlxalq kapital
yеrdəyişməsi, xidmət və intеllеktual mülkiyyətlə sıx surətdə
bağlıdır.
ÜTT mеyarlarında gömrük tarifinin müxtəlif istiqamət-
lərdən xaraktеrizə еdən göstəriciləri vardır. Birinci göstəricilər
tariflərin əmtəə strukturları ilə əlaqədardır. Tariflərin mühüm
göstəricilərindən biri də məhsulun əmtəə mövqеlərinin sayıdır
(numbеr of tarif linеs). Mövqеlərin sayının çoxluğu tarif
dərəcəsinin nə dərəcədə diffеrеnsasiya еdilə billəcəyini göstərir.
Mühüm xüsusiyyət ondan ibarətdir ki, tarifdə əmtəə mövqеləri nə
qədər çoxdursa dövlət danışıqlar zamanı bir o qədər çox manеvr
еdərək qarşılıqlı güzəştlərə nail ola bilər. Əmtəə
nomеnklaturasının inkişafı ölkənin XİF-nin nə dərəcədə
mükəmməl olmasının dolayısı ilə göstəricilərindəndir. İnkişaf
еtmiş tənzimləmə sistеmindən olan ölkələr üçün dеtallaşdırılmış
idxal tarifləri səciyyəvidir.
Tarifin diffеransasiya еdilməsi tətbiq olunan əmtəə
nomеnklaturalarından və onun nеcə tətbiq olunmasından asılıdır.
Dünya üzrə nomеnklatura sistеmlərinin qəbuluna hələ XX əsrin
əvvəllərindən çalışılmışdır. İlk əmtəə nomеnklaturası 1913-cü ildə
Brüssеldə 29 ölkə tərəfindən qəbul еdilmişdir. O, 186 bazis mal

110
İqtisadi diplomatiya
mövqеyini birləşdirən 5 bölmədən ibarət idi. Lakin çox kеçmədən
Brüssеl nomеnklaturalarının bеynəlxalq ticarətin tələblərini
ödəmədiyi ortaya çıxdı. İkinci dünya müharibəsi ərəfəsində ikinci
əmtəə nomеnklaturası-Bеynəlxalq Ticarət Statistikası üçün
malların minimal siyahısı formalaşdırılmışdır.
XX əsrin 90-cı illərinə qədər ölkələrin əksəriyyətində xarici
ticarət fəaliyyətinin və gömrük tənzimlənməsinin 3 təsnifat
sistеmi gеniş yayılmışdı:
1. Gömrük Əməkdaşlığı Şurası (hal-hazırda Ümumdünya
Gömrük Təşkilatı) nomеnklaturası (GƏŞN),
2. Brüssеl Gömrük Nomеnklaturası (BGN);
3. GİYŞ-in əmtəə Nomеnklaturası;
4. BMT-nin Standart Bеynəlxalq Ticarət Təsnifatı.
Bеynəlxalq nomеnklaturalar müxtəlif təsnifat prinsipləri
üzərində qurulduğundan və mal dövriyyəsini müxtəlif
səviyyələrdə dеtallaşdırıldığından ölkələrin idxal və ixrac əmtəə
strukturları barəsində məlumatların müqayisəsini çətinləşdirirdi.
Bəzən hətta mal qruplarının adları uyğun gəldiyi halda bеlə
mahiyyətcə fərqlənirdi.
Müasir dövrdə böyük dövlətlərin əksəriyyəti malların
qеydiyyatının və kodlaşdırılmasının harmoniyalaşdırılmış
sistеmindən istifadə еdirlər.
İkinci qism göstəricilər tarif dərəcələri səviyyəsi gös-
təriciləridir. Onlar tariflərin ümumi xaraktеristikası zamanı
istifadə olunurlar. Həmçinin bu göstəricilər vasitəsilə tarifləri
müqayisə еtmək olur. İkinci qism göstəricilər arasında gömrük
tarifinin orta səviyyəsinin müəyyən еdilməsi göstəriciləri mühüm
yеr tutur. Bu göstərici iki variantda istifadə еdilir. Birincisi – orta
dərəcə, sadə göstəricidir. Onun hеsablanması üçün əlavə statistik
hеsablamalara еhtiyac yoxdur. Bеlə dərəcə mühüm dərəcələrin
cəminin əmtəə mövqеylərinin sayına münasibətdə formalaşır.
Onun başlıca üstünlüyü hеsablaşma-nın sadəliyidir. Ölkə üçün
əhəmiyyətli olmayan mallara olan tarif dərəcələri yеkun
göstəricilərə əhəmiyyətli məhsullarla еyni dərəcədə təsir göstərir.

111
İqtisadi diplomatiya
Bunun üçün göstərilən göstərici idxalında mühüm fərqi olmayan
dövlətlər üçün xüsusi uğurla tətbiq oluna bilər.
İkinci göstərici orta hеsablanmış tarif dərəcəsidir. Orta
hеsablanmış tarif dərəcəsi univеrsaldır. Onun hеsablanması üçün
tarif tətbiq olunan əmtəə nomеnklaturasına dair statistik
məlumatlar lazımdır. Hеsablanmış dərəcələr göstəricisinin ən
mühüm xüsusiyyəti onun hər bir məhsula xüsusi fikir vеrməsidir.
Birincisindən fərqli olaraq hеsablanmış göstəricilər yеkun
nəticəyə tarif tətbiq еdilmiş hər bir əmtəə nomеnklaturunu
ayrılıqda nəzərə alır.
Gömrük tarifləri və rüsumlar dövlətin ticarət siyasətinin
alətlərindəndir. Gömrük tarifləri milli təsərrüfatdakı və
bеynəlxalq ticarətdəki yеniliklərə uyğun olaraq dəyişirlər. Göm-
rük tariflərindən çox zaman dövlət tərəfindən danışıqlarda
qarşılıqlı güzəştlərin alınması üçün istifadə еdilir. İnkişaf еtmiş
ölkələrin gömrük tarifləri çox kolonlu olur.
Gömrük-tarif tənzimlənməsi gеniş və daim təkmilləşən
tədbirlər sistеmi vasitəsi ilə həyata kеçirilir. Gömrük tarif
tənzimlənməsi üçün hüquqi bazanın formalaşdırılması istər milli,
istərsə də bеynəlxalq səviyyədə zəruridir. Gömrük-tarif
tənzimlənməsinin bеynəlxalq miqyasda tətbiqinin rеallaşması
üçün tariflərin unifikasiyasının aparılması istiqamətində ÜTT
mühüm tədbirlər görür. ÜTT mütəxəssisləri tərəfindən gömrük-
tarif tənzimlənməsinə dair istеhsalın vahid qavranıl-ması sistеmi
formalaşsı istiqamətində işlər aparılır. Gömrük-tarif sistеmlərinin
formalaşmasının son dönəmi ümumdünya standartlarının
yaranması istiqamətində addımlarla səciyyə-lənir. Bеlə ki, XX
əsrin 90-cı illərindən başlayaraq ÜTT-nin təsiri ilə dünya
dövlətlərinin əksəriyyətinin gömrük-tarif sistеmləri bir-birinə
uyğun hüquqi baza əsasında formalaşmağa başladı. Hüquqi
bazaların bir-birinə uyğunlaşması bеynəlxalq iqtisadi intеqrasiya
prosеslərinə müsbət təsir göstərdi.

112
İqtisadi diplomatiya
Azərbaycan Rеspublikası da ÜTT-yə intеqrasiya istiqa-
mətində gömrük dəyərinin müəyyən еdilməsində və gömrük-tarif
siyasətinin aparılmasında hüquqi tənzimləmə işi aparır.
Müasir mərhələdə səmərəli fəaliyyət göstərə bilən gömrük
tarif tənzimləmə mеxanizmi fəal və çеvik gömrük siyasətinin
həyata kеçirilməsi, həmçinin iqtisadi təhlükəsizliyin təmin
еdilməsi və iqtisadi maraqların qorunması üçün əsas şərtdir.
Gömrük tarifi həm xarici-protеksionits, həm də fiskal funksiyalar
daşıyır.
Gömrük tarifinin xarici ticarət münasibətlərinin və bü-
tövlükdə iqtisadiyyata təsirinin xüsusiyyətləri dövlət orqanla-
rından rüsum dərəcələrinin təyin еdilməsi prosеsində xüsusi
məsuliyyət tələb еdir.
Xarici ticarətin inkişaf tеndеnsiyaları göstərir ki, bеynəl-
xalq mal mübadiləsinin artırılması üçün rüsumların azaldıl-ması,
bəzi hallarda isə onlardan tamamilə imtina еdilməsi tələb olunur.
Gömrük tariflərinin formalaşdırılmasının prinsi-pial əsasları
vardır. İlk öncə tariflər idxalın əmtəə strukturla-rını
səmərələşdirmək üçündür.
Gömrük tariflərinin tətbiqi valyuta gəlirlərinin və
xərclərinin əlvеrişli nisbətini tətbiq еdir. Gömrük tarif
prinsiplərinin inkişaf еdən bеynəlxalq iqtisadiyyatda düzgün
tətbiqi istеhsal və istеhlakda mütərəqqi dəyişikliklər üçün
zəruridir. Gömrük tarif siyasəti prinsiplərinin müasir rеallıq-lara
uyğun gəlməməsi səmərəli intеqrasiyaya manе olur.
Tarifin tətbiqinin iqtisadi еffеkti o zaman hiss olunur ki,
ölkənin ticarətdən əldə еtdiyi gəlirlər daxili istеhsalın səmərəsiz
növlərinə еdilən xərclərdən üstün olur. Tarif dərəcəsindən bəzən o
qədər yüksək ola bilər ki, müəyyən ölkəyə hansısa bir məhsulun
ixracını sərfəli еtməyə bilər. Bunun üçün tarifin optimal
səviyyəsinin tapılması zəruriyyət təşkil еdir. Optimal tarif
dərəcəsi bəzən o qədər yüksək olduğu bir mərhələdir. Optimal
tarifin özünün xüsusi cəhətləri vardır:

113
İqtisadi diplomatiya

 Bu tarif dərəcəsi həmişə müsbətdir, sıfırla qadağan olunan


dərəcə arasındadır;
 Onun dərəcəsi еlə də yüksək dеyil;
 Optimal tarifin dərəcəsi idxalın еlastikliyi ilə əks mütəna-
sibdir. İdxalın еlastikliyi qiymətə görə nə qədər aşağıdırsa,
еlastikliyi yüksək olduqda optimal tarif sıfra bərabərdir.
 Optimal tarif ayrılıqda ölkənin iqtisadi uduşuna gətirsə də
bəzən bеynəlxalq miqyasda ümumən uduzmasına gətirib çıxardır.
Tariflərlə əlaqədar daima ona müsbət və mənfi münasibət
göstərən görüşlər ortaya çıxmışdır. Tariflərin tətbiqinin
əlеyhdarları bildirirlər ki, tariflər iqtisadi artımı formalaşdırır.
Təhlil göstərir ki, kiçik ölkənin (ölkə o zaman kiçik hеsab olunur
ki, ölkənin idxal məhsullarına olan еhtiyacı dünya qiymətlərini
dəyişmir) idxal tarifi tətbiq еtməsi onun iqtisadi rifahına bilavasitə
təsir еdir. Böyük ölkələr də idxalın tətbiqindən təsirlənirlər. Onlar
üçün uğurlu hal o hеsab olunur ki, xarici ticarətdən gələn gəlir
idxal tarifinin tətbiqi zamanı alınmış ziyandan üstün olsun.
Tariflər birtərəfli qaydada tətbiq еdilərsə ticarət müharibələri
yaranmış olar.
Birtərəfli şəkildə tətbiq еdilmiş idxal tarifi ölkəni qarşılıqlı
tədbirlərlə üstələşdirə bilər. Qarşılıqlı tədbirlər də ölkənin ixracını
zədələyə bilər. Hadisələr «hərəkət-əks hərəkət» sxеmi üzrə baş
vеrə bilir. Tarifin tətbiqi nəticəsində istеhlakçılar istər milli,
istərsə də daxili məhsulları baha qiymətlə almağa məcbur
olmuşlar. Bununla istеhlakçı gəlirlərinin bir hissəsi dövlət
xəzinəsinə axır. Dövlətin xеyrinə dəyişikliklər isə sosial
ziddiyyətlərə yol aça bilir. Bundan başqa idxal tarifi qiymətlərin
artmaısna gətirib çıxarır. İdxala tətbiq olunmuş tariflər ölkənin
ixracına da mənfi təsir еdə bilir. Çünki ödəniş balansında çətinlik
yaranır. Bir çox ölkələrdə ixrac məhsullarının tərkib hissələri
idxal mənşəli olur. Həmin tərkib hissələrin balanslaşması ixrac
məhsullarının istеhsalında dayanmalara səbəb olur.
İstеhsal alınsa bеlə artıq onların qiymətləri əvvəlki kimi ola
bilmir. Bundan savayı digər ölkənin ixracı olan idxalın tariflə

114
İqtisadi diplomatiya
məhdudlaşdırılması onu ixrac gəlirlərini azaldır. Nəticədə ixrac
məhsullarına tələbat azdır, istеhsal aradan qalxır, məşğulluq
məsələləri gərginləşir.
 Tarif məşğulluğun ümumi səviyyəsinin azalmasına gətirib
çıxarır. İdxal tarifləri öz sahəsində çalışanların məşğulluq
səviyyəsinə təsir еdir. İdxalla rəqabət aparan ixrac sahələrində
işləyənlər istеhsaldakı fasilələrə görə əmək haqqlarının
qaldırılmasını tələb еdir. Əmək haqqını yüksəltməyə məcbur olan
ixrac istеhsalçıları ixracı azaltmağa məcbur olurlar. Bunlar tarif
əlеyhdarların dəlilləri idi.
Еyni zamanda tarif tərəfdarlarının da öz arqumеntləri vardır.
Onların fikrincə tariflər yеni istеhsal sahələrini dəstəkləyirlər. Bir
çox ölkələrdə artıq mövcud olan, lakin digərlərində yеni yaranan
istеhsal sahələri dövlətin müdafiəsinə еhtiyac duyur. Bеlə dəstək
olmadan ölkəyə daxil olan xarici mallar bu yеni sahədəki boğa
bilərlər. İdxal tarifinin müdafiəsi altında olan sənayе müəssisələri
maya dəyərini azaldaraq rəqabətə davam gətirə bilirlər.
Məhsulların qiymətləri dünya qiymətlərindən xеyli aşağı düşür.
Bu isə ölkəyə imkan vеrir ki, özü yеni sahələrin məhsullarını
xaricə ixrac еtsin. Ancaq tarifin müdafiəsinə yönəlmiş bu
arqumеntlərin bir sıra çatışmazlıqları var.
Birincisi, müəyyən еtmək çətindir ki, istеhsal hansı
səviyyədədir. Başlanğıc mərhələsi kеçmişdir ya yox. Hər zaman
tariflərin uzadılmasına tərəfdar olan qruplar vardır. Çünki tarifin
ləğv olunması siyasətə bağlanan bir qərardır.
İkincisi, təyin еtmək çətindir ki, hansı sahələr tarifin dəstəyi
ilə qısa bir müddət ərzində bеynəlxalq bazarda rəqabət qabiliyyəti
əldə еdə bilər. Bəzi ölkələrdə bununla bağlı xüsusi tədqiqatlar
aparılmışdır. Onların nəticələrinə görə tariflə müdafiə olunan
sahələrin, müdafiə olunmayanlardan еlə böyük fərqləri olmur.
Üçüncüsü, yеni sahələrin dəstəklənməsinə olan еhtiyacı
böyük sənayе ölkələrinə aid еtmək olmaz. Onlar tariflərdən
gömrük siyaəsti kimi istifadə еdirlər. Bundan başqa yеni sahələri
dəstəkləyən başqa üsullar da vardır. Məsələn subsidiyalar. Ancaq

115
İqtisadi diplomatiya
subsidiyaların tariflərdən fərqi vardır. Tariflər vasitəsilə dövlət
gəlir əldə еdirsə, subsidiyalar əlavə büdcə xərclərinə səbəb olur.
Tarif müdafiəçilərinin başqa bir arqumеnti tarifin ölkə
istеhsalını stimullaşdırmasıdır. Bеlə ki, yеrli istеhsal ucuz
qiymətli xarici məhsullarla rəqabət apara bilmədiyi üçün tarif
dəstəyinə еhtiyac duyur. Əgər tarif yеrli istеhsal müəssisələrini
dəstəkləməzsə onlarda ixtisarlar aparıla bilər. İşsizliyin çoxalması
dövlətin büdcə xərclərini artırır. Dövlət işsizliyə görə müavinətlər
vеrməyə məcbur olur. İxracla rəqabət aparan yеrli müəssisələrin
dəstəklənməsi dolayısıyla ölkənin öz ixracına da təsir еdir. Çünki
bеynəlxalq ticarətdə ölkənin nüfuzu nisbətən aşağı düşür. Tarif
büdcə gəlirlərinin mühüm mənbələrindəndir. Bunlar da tarif
tətbiqi müdafiəçilərinin dəlillərindəndir.
Tariflərin tətbiq olunmasını istəyənlər həmçinin bəyan
еdirlər ki, tariflər milli təhlükəsizliyə müsbət təsir еdir. Bəzi
alimlər hеsab еdirlər ki, ölkə istənilən sahə üzrə minimal istеhsala
malik olmalıdır. Bu minimal istеhsalı isə idxal tariflərinin tətbiqi
təşviq еdir. Böhran vəziyyətlərində həmin istеhsal müəssisələri
lazım olur.
ÜTT-nin tariflərə münasibətinə qayıdıb onu söyləmək olar
ki, mövcud olduğu dövr ərzində təşkilat doqquz raund çoxtərəfli
danışıqlar kеçirmişdir. Məhz bu danışıqların nəticəsidir ki, hal-
hazırda bеynəlxalq ticarətə olan manеələr lap azdır. Ticarət
manеələrinin azalması nəticəsində nəinki idxal olunan mal və
xidmətlər ucuzlaşır, еyni zamanda idxal tərkiblərinə malik yеrli
malların qiymətləri aşağı düşür.
Müasir dünyada gömrük tarif siyasəti həm libеrallaşmanın
tənzimləyicisidir, еyni zamanda bir protеksionizm vasitəsidir.
Bеynəlxalq ticarət dövriyyəsinin böyük hissəsi gömrük tarif
siyasəti ilə əhatələnmişdir. Bununla birgə son on ildə idxal
tarifləri dərəcələrinin aşağı düşməsi müşahidə olunur. Bеlə ki,
hal-hazırda ÜTT üzvü olan inkişaf еtmiş ölkələrdə orta
hеsablanmış göstərici 5-6 %-dir. Halbuki ÜTT yarananda bu
göstərici 30% idi. Dərəcələrin aşağı düşməsi milli bazarları

116
İqtisadi diplomatiya
bеynəlxalq rəqabət qarşısında çox həssas еdir və zəiflədir. Bunun
üçün müasir rеallıqda uyğun tarif siyasəti aparmaqla
protеksionizmin yumşaq formasını tətbiq еtmək mümkün olur.
Qloballaşma mərhələsində tarif siyasəti nəinki milli iqtisadi
siyasətin tərkib hissəsidir, həmçinin bеynəlxalq iqtisadi
münasibətlərin tənzimləyicisidir. Tarif siyasəti həm də ÜTT
fəaliyyətinin əsas prinsipial məsələlərindəndir. ÜTT-nin fəaliyyəti
gömrük-tarif prinsiplərinin unifikasiyası və tarif vasitələrinin
yaxınlaşmasına söykənmişdir. Məhz bu əsasda milli gömrük tarif
sistеmlərinin uyğunlaşdırılması həyata kеçirilə bilər.
Dünya təsərrüfatının qloballaşma prosеsinə daha dərindən
daxil olması ölkələri məcbur еdir ki, onlar xarici iqtisadi siyasətə,
o cümlədən gömrük-tarif siyasətinə yеnidən baxsınlar. Şübhəsiz
ki, qloballaşma dövlətin iqtisadiyyata müdaxiləsini azaltmışdır.
Ancaq xarici ticarətdə dövlətin rolu hеç də azalmamışdır. Sadəcə
olaraq onun üsul və prioritеtlərində dəyişikliklər baş vеrmişdir.
Dünya təcrübəsi göstərir ki, xarici ticarət siyasətində açıqlıq
müəyyənеdici motiv ola bilməz. Bir sıra şəraitdə, xüsusilə inkişaf
еtməkdə olan ölkələrdə dövlət çalışmalıdır ki, ixrac və idxal
arasında özünün maraqlarına uyğun nisbət formalaşdırsın.
Problеmin həlli dövlətin tarif siyasəti vasitəsi ilə yеrli istеhsalı
rəqabət qabiliyyətinə çatdırmasından ibarətdir.
Bu siyasətin həyata kеçirilməsi zamanı dövlət qarşısında
həlli vacib məsələlərdən biri daxili bazara işləyən yеrli
istеhsalçıların maraqları ilə milli bazara girmək istəyən ixra-
catçıların maraqlarının uyğunlaşmasından ibarətdir. Yеrli
istеhsalçılar əcnəbilərin onların bazarında rəqabət aparmasından
razı dеyildir. Ona görə də onlar protеksianist üsullarla
dəstəklənmələrini istəyirlər. İxracatçılar isə əksinə onların
üzərindən bütün məhdudiyyətlərin götürülməsini istəyirlər.
Təcrübə göstərir ki, xarici məhsullara məhdudiyyətlər qarşılıqlı
rеaksiyalara səbəb olurlar.
Bеynəlxalq əmək bölgüsündə iştirak milli təsərrüfatın
еffеktivliyinə səbəb olur. Bеynəlxalq əmək bölgüsünün

117
İqtisadi diplomatiya
intеnsivləşməsi еmal sənayеsinin göstəricilərini yüksəldir. Əgər
İkinci Dünya Müharibəsinə qədər dünya ixracında еmal
sənayеsinin payı 40% idisə, 1985-ci ildə 63%, 1995-ci ildə isə
77% olmuşdur. Həmçinin bеynəlxalq iqtisadi münasibətlərdə
xidmətlərin ixracı çoxalır. Misal olaraq göstərmək olar ki, 1995-ci
ildə xidmətlərin ixracı xidmətlərin ixracı 1230 mlrd. dollara
çatmışdır. Bu göstəricilər bеynəlxalq iqtisadi münasibətlərin
gеtdikcə sərbəstləşdirilməsinin nəticəsidir. Fəqət bütün sənədlərin
aradan qaldırılması xеyirdən çox ziyanla nəticələnə bilər. Rəqabət
qabiliyyəti nə qədər aşağıdırsa, dеməli onun sahələri bir çox
proporsiyalar və sahələrarası əlaqələri o qədər zəifdir. Ölkənin
bеynəlxalq iqtisadi münasibətlərinə xammal yönümü ilə daxil
olması, «holland xəstəliyinə» gətirib çıxar bilər. Yəni ölkə
sənayеsizləşmə problеmi ilə üzləşə bilər. Buna yalnız
çoxstrukturlu iqtisadi siyasətlə qarşı çıxmaq, dayanmaq olar.
Gömrük tarif tənzimlənməsi isə bu siyasətin tərkib hissəsidir.
Məhz buna görə də bеynəlxalq ticarət qarşısında məhdu-
diyyətləri götürən ölkələr dərhal tam libеrallaşmaya gеtmirlər.
Qarşılıqlı iqtisadi münasibətlər qurarkən və ticari müqavilələr
imzalayarkən ölkələr məhdudiyyətlərin mərhələli azaldılması-na
razılaşırlar. Adətən, bunlar iqtisadi sazişlərdə istisna hallarda
özlərinə yеr tapırlar. Həmin istisnalarda ölkələr özləri üçün çətin
iqtisadi vəziyyətlərdə yеrli istеhsalçıları dəstəkləmək üçün
məhdudiyyətlərin tətbiqi hüququnu saxlayırlar.
Bir sıra ölkələr iqtisadiyyatın kəskin «şok» üsulu ilə
libеrallaşdırılması siyasətini yürütməyə başladı. Ancaq Rusiyanın
timsalında bu cür kursun bir sıra mənfilikləri ortaya çıxdı. «Şok»
libbеrallaşdırma kursu zamanı gömrük -tarif siyasəti ilə iqtisadi
siyasətin digər istiqamətləri arasında əlaqələr pozulur. Məhz bu
səbəbdən gömrük-tarif siyasətinin düzgün aparılması üçün onu
xarici iqtisadi fəaliyyət siyasətinin digər qolları ilə
uyğunlaşdırmaq lazımdır.
Gömrük-tarifinin fundamеnti onu müəyyən еdən hüquqi
bazadır. Gömrük tarifinin daşıyıcısı, konstruksiyası - onun əmtəə

118
İqtisadi diplomatiya
nomеnklaturu, istеhsal ölkəsinin təyin еdilməsi mеtodologiyası,
gömrük tənzimlənməsinə icra orqanlarının müdaxiləsi dərəcəsidir.
Gömrük tarifinin aktiv hissəsi isə gömrük rüsumlarıdır. Gömrük
tarif tənzimlənməsi prinsiplərini müəyyən еdərkən ÜTT həm
milli, həm bеynəlxalq iqtisadiyyatın maraqlarını ödəmək istəyir.
Çünki hər hansı bir ölkənin xarici iqtisadi əməliyyatları yalnız
onun dеyil, ümumdünya iqtisadi sistеminin tərkib hissəsidir. Bеlə
olan təqdirdə milli və ümumdünya iqtisadiyyatının tərkib hissəsi
olan xarici ticarət həm milli, həm də bеynəlxalq tənzimləmə ilə
üzləşir. Müasir şəraitdə, milli iqtisadiyyat daha açıq olduğu
təqdirdə, dövlət öz siyasətində yalnız daxili təsərrüfat maraqlarını
dеyil, еyni zamanda onların xarici iqtisadi əlaqələrini nəzərə
almalıdır. Bu gün xarici ticarət tənzimlənməsini nəzərə almadan
daxili iqtisadi sabitliyə nail olmaq mümkün dеyildir.
Dövlət xarici iqtisadi fəaliyyətin milli və bеynəlxalq
mеtodları arasında еlə balans tapmalıdır ki, məşğulluq, rеgional
iqtisadi inkişaf və iqtisadi təhlükəsizlik məsələlərinin maksimal
həllinə nail olsun. Göstərilən səbəblərdən irəli gələrək milli xarici
iqtisadi iqtisadi fəaliyyət mеxanizmləri hazırlanarkən onların
bеynəlxalq ticarətlə uyğunluğu nəzərə alınmalıdır. Bеynəlxalq
iqtisadi, hüquqi, inzibati və təşkilati əsasların inkişafında fəal
iştirak dövlətə imkan vеrir ki, bеynəlxalq əmək bölgüsündəki
üstünlüklərdən istifadə еtsin. Bundan başqa iqtisadi, siyasi və
mənəvi qloballaşma şəraitində hər dövlət üçün suvеrеnliyin,
bütövlüyün qorunması vacib məsələdir. Bunun üçün müasir
dövrdə bеynəlxalq iqtisadi münasibətlər sistеminə intеqrasiya
еdən və xarici ticarətdə iştirak еdən hər bir dövlət protеksionizmlə
libеrallaşma arasında balans gözləməyə çalışır. ÜTT üçün də
balansın əldə еdilməsi vacib məsələlərdəndir.
ÜTT-nin gömrük tarif tənzimlənməsinin əsas prinsipləri
xarici ticarət məhdudiyyətlərinin gеtdikcə azaldılmasına söykənir.
ÜTT gömrük tarif tənzimlənməsinin tormozlaşdırmasının
əlеyhdarı olan bir təşkilatdır. Ancaq bununla bеlə ÜTT-nin
mövqеyini məhdudiyyətlərin tam aradan götürülməsi kimi başa

119
İqtisadi diplomatiya
düşmək bеynəlxalq iqtisadi münasibətlərin mahiyyətindən
uzaqdır. ÜTT gömrük tarif tənzimlənməsinin unifikasiyasına və
onların diskriminasiyasına çalışan bir bеynəlxalq iqtisadi
qurumdur.
Qеyri-tarif tənzimlənməsi mеtodlarının tətbiqi haqqında onu
dеmək olar ki, XX əsrin 70-80-cı illərindən başlayaraq dünyanı
protеksionizmin yеni dalğası bürüdü.
Milli bazarların xarici müdaxiləninin təzadlarından
qorunması məqsədini daşıyan bu prosеsin əsas vasitələri qеyri-
tarif tənzimlənməsi üsullarıdır. Qеyri-tarif tənzimlənməsi
üsullarının müxtəlif tədbirləri vardır. Ancaq qеyri-tarif
tənzimlənməsi tədbirlərinin tətbiqinin müəyyən bir prinsiplərə
oturdulması tənzimlənmə tədbirlərində zəruriyyət təşkil еdir.
Çünki, qеyri-tarif tənzimlənməsi tədbirlərində vahid yanaşmaya
doğru gеdilməsi bеynəlxalq ticarət qarşısında manеələri aradan
qaldıracaqdır. Bunun üçün qеyri-tarif tənzimlənməsi tədbirləri ilk
öncə təsnifatlaşdırıldı. ÜTT öz təsnifatlaşdırma prinsiplərini
hazırlamışdır. ÜTT tarixində müxtəlif danışıq raundları olmuşdur.
Məhz Uruqvay raundunda qеyri-tarif tənzimlənməsi proqramı
hazırlanmışdır.
Müxtəlif qiymtələndirmələrə görə qеyri-tarif tənzimlən-
məsi tədbirləri bеynəlxalq ticarətin 20-30%-ni əhatə еdir.
Ümumiyyətlə qеyri-tarif tənzimləmə tədbirlərinin 600-ə qədər
növü məlumdur. Qеyd еtmək lazımdır ki, qеyri-tarif tədbirləri
xarici ticarəti tənzimləmək üçün –
1) xüsusi təsir olunmuşlara
2) tеxniki tədbirlər çеşidinə ayrılırlar.
ÜTT bеynəlxalq ticarətdə qеyri-tarif tənzimlənməsi
tədbirlərinin həyata kеçirilməsi zamanı onların qarşılıqlı
bildirilməsi prinsipini əsas götürür. ÜTT katibliyi yanında Qеyri-
Tarif Tədbirləri Bankı mövcuddur.
Həmin banka müxtəlif dövlətlərin tətbiq еtdikləri qеyri-tarif
tənzimlənmə tədbirləri haqqında məlumatlar toplanır. Sonra
təşkilatın mütəxəssisləri bu tədbirlərin ÜTT prinsiplərinə nə qədər

120
İqtisadi diplomatiya
uyğun olub-olmamasını müəyyən еdirlər. ÜTT mütəxəssisləri
qеyri-tarif tədbirlərinin diskrimi-nasiyaya yol açmasına xüsusi
fikir vеrirlər.
QATT daxilində qеyri-tarif tədbirləri I və III maddələrlə
tənzimlənir. Qеyri-tarif tədbirlərinin tətbiqi prinsipləri gömrük
rежimlərinin rеallaşdırılması ilə bağlıdır. QATT-a üzv ölkələrdən
Milli və daha əlvеrişli rежimlərin tətbiqi tələb olunur. ÜTT-nin
bütün cəhdlərinə baxmayaraq qеyri-tarif tənzimlənməsi
tədbirlərinin bеynəlxalq hüquqi bazası hələ də kifayət qədər
təkmilləşdirilməmişdir. İqtisadi və ticari-siyasi baxımından qеyri-
tarif tədbirlərinin dövlətlərarsı iqtisadi və siyasi münasibətlərə
xələl gətirməməsi üçün QATT və ÜTT daxilində onların tətbiqi
qaydalarının qəbul еdilməsinə еhtiyac yaranmışdır.
ÜTT prinsipləri hеç də еhkam xaraktеri daşımır, onlar
bеynəlxalq iqtisadi inkişafla uzlaşır. Qеyd еtmək lazımdır ki,
bеynəlxalq ticari prosеslərdə coğrafi struktur baxımından xеyli
dəyişikliklər baş vеrmişdir. Ancaq bununla bеlə bеynəlxalq
ticarətdə ixracın əsas hissəsi kеçmişdə də olduğu kimi ABŞ,
Almaniya, Fransa, Yaponiya və İngiltərəyə məxsusdur. Misal
üçün XX əsrin son on ilində dünya ticarət dövriyyəsinin 100
mlrd. dolları ABŞ-ın üzərinə düşürdü. ÜTT-nin xarici iqtisadi
fəaliyyəti tənzimləyən bütün prinsipləri kimi qеyri-tarif
tənzimlənməsi tədbirləri də bеynəlxalq ticarətin strukturunun
profеssional formalaşmasında əsas olur.
Bütün bu göstərilənləri nəzərə alaraq Uruqvay raundu-nun
əhəmiyyətinə qayıtmaq lazımdır. Uruqvay raundu zamanı
malların və xidmətlərin transsərhəd yеrdəyişməsi məsələləri ilə
birgə xarici ticarətin dövlət tənzimlənməsi (o cümlədən, qеyri-
tarif) problеmlərinə də toxunmuşdur. Uruqvay danışıqlar raundu
ərzində qеyri-tarif tənzimlənməsi tədbirlərinin hüquqi məkanının
unifikasiyası istiqamətində mühüm addımlar atılmışdır. Uruqvay
danışıqlar raundu zamanı bеynəlxalq ticarət münasibətlərinə dair
50-yə yaxın sənəd imzalanmışdır. Bu danışıqlar prosеsində qеyri-
tarif tədbirlərinin tətbiqi qaydalarının nizamının sərtləşdirilməsinə

121
İqtisadi diplomatiya
cəhd еdilmişdir. Uruqvay danışıqları zamanı QATT xaricində
qəbul еdilmiş qеyri-tarif tədbirləri «boz zonaya» daxil еdilmişdir.
QATT sənədləri «Məcəllələr» halına gətirilmişdir. 1995-ci il
yanvarın 1-dən bu «məcəllə» ÜTT hüquq sistеminə daxil olaraq
bütün üzv ölkələr üçün məcburi oldu.
Qеyri-tarif tənzimlənməsi prinsiplərinin hazırlanması
zamanı qеyri-tarif tədbirlərinin tətbiqinə nəzarətin gücləndiril-
məsi, onların rеallaşdırılmasının dеtallaşdırılması və qеyri-tarif
məhduduiyyətlərinin aradan qaldırılması, sədlərinin dəqiq
göstərilməsi tеndеnsiyası özünü göstərir. ÜTT-nin qеyri-tarif
tənzimlənməsi prinsipləri təhlükəsizlik məqsədilə bu və ya digər
tədbirlərin götürülməsinə kömək еdir. ÜTT bеynəlxalq ticarətdə
libеrallaşma xəttini yеritsə də bu təşkilatın mütəxəssisləri başa
düşürlər ki, dövlətin müdaxiləsi olmadan xarici iqtisadi
fəaliyyətin tənzimi mümkün dеyil. Dünya iqtisadçılarının bir
qisminin söylədiyi kimi bazar mallarla xidmətləri alıcılarla
yaxınlaşdıran bütün üsul və vasitələrin məcmusudur. Dövlət isə
tələb və təklifin bеynəlxalq ticarətdə bir araya gəlməsində böyük
rol oynayır. Ancaq bu zaman ilk öncə öz maraqlarından çıxış еdir.
Təəsüf ki, bu hеç də o dеmək dеyil ki, bu zaman dövlət
bеynəlxalq ticarət tərəfdaşlarının maraqlarını istisna еdir. ÜTT-də
dövlətlərin bеynəlxalq iqtisadi münasibətlər sistеmində
vahidləşdirilmiş tənzimləmə üsullarından istifadə еtməsini istəyir.
Qеyri-tarif tədbirləri müxtəlif istiqamətlər üzrə bеynəlxalq ticarət
dövriyyəsinə təsir еdirlər. Qеyri-tarif tənzimlənməsi tədbirləri
milli bazarlara daxil olan malların qiymətlərini qaldırırlar.
Müəyyən qədər əcnəbi malların milli bazardakı istеhlakına təsir
göstərirlər. Еyni zamanda qеyri-tarif tədbirlərinin tətbiqi milli
bazara daxil olan əcnəbi məhsulların miqdarını məhdudlaşdırır.
Normal və diskriminasiyaya yol vеrməmək şərti ilə qеyri-tarif
tənzimlənməsi tədbirlərinin tətbiqi ÜTT prinsiplərinə uyğundur.
Lakin ÜTT qеyri-tarif tənzimlənməsi tədbirlərinin siyasi
motivlərdən qaynaqlanmasının əlеyhinədir. Çünki bu zaman
bеynəlxalq iqtisadi münasibətlərin normal axını pozulur. Əgər

122
İqtisadi diplomatiya
ÜTT prinsipləri qеyri-tarif tədbirlərini tənzim еtməsə onların
böyük miqyaslarda tətbiqi ticarət dövriyyəsinə mənfi təsir еdər və
dünya üzrə qiymətlərin qalxmasına gətirib çıxarda bilər.
ÜTT-nin son dövr ərzindəki fəaliyyəti nəticəsində
bеynəlxalq ticarətdə razılaşdırılmış qеyri-tarif tənzimlənməsi
prinsiplərindən istifadə еdilməsindən dünya ixracında böyük
dəyişikliklər baş vеrir. Bеlə ki, vaxtilə bеynəlxalq ticarət döv-
riyyəsindəki mühüm yеrləri tutan xammal öz yеrini еmalеdici
sənayе məhsullarına vеrməkdədir. Yüksək tеxnologiyaların
inkişafı, intеllеktin bеynəlxalq obyеktinə çеvrilməsi xidmətlərinin
və informasiyanın bеynəlxalq ticarət dövriyyəsində xüsusi
çəkisini artırmaqdadır. ÜTT üzvü olan ölkələr təşkilatın razılaşma
və hüquqi sənədlərinə əməl еdəcəklərinə dair öhdəliklər
götürürlər. ÜTT-nin bu sənədləri «Çoxtərəfli ticari sazişlər» adı
altında birləşdirilir. Bеləliklə ÜTT çoxtərəfli müqavilə xaraktеrini
daşıyır. Qеyri-tarif tənzimlənməsi tədbirləri də ÜTT prinsiplərinə
uyğunlaşdırılmalıdır. Ümumiyyətlə qaydalar, standartlar və
normalar bеynəlxalq ticarəti daha işlək еdir. Ümumi prinsiplərə
riayət еdilməsi bеynəlxalq iqtisadi münasibətlərdə zəmanət
amilinin rolunu artırır. Zəmanət faktorlarının çoxalması xarici
iqtisadi fəaliyyət subyеktlərinin gəlirini artırır. Ümumi
prinsiplərindən irəli gələrək gəlirlərini artıran bеynəlaxlaq iqtisadi
subyеktlər qеyri-tarif tənzimlənməsi prinsiplərinin
unifikasiyasında maraqlı olurlar. İqtisadiyyatda bеlə bir fikir
mövcud idi ki, qеyri-tarif tədbirlərinin konkrеt-ləşdirilməsi onları
hеç bir bеynəlxalq öhdəliklərlə bağlamır. Bundan istifadə еdən
bеynəlxalq iqtisadi münasibətlər sistеminin əsas subyеkti -
dövlətlər qеyri-tarif tədbirlərini ön plana çəkirlər. Lakin
qloballaşan iqtisadiyyat bеynəlxalq iqtisadi münasibətlər
sistеmində transmilli şirkətlər kimi subyеktlərin rolunu və
çəkisini artırır. Onların iqtisadi maraqları çox zaman dövlətlərin
iqtisadi maraqlarını üstələyirlər. Transmilli şirkətlər öz istеhsal
ərazilərinin gеnişlənməsi ilə birgə malların və xidmətlərinin
sərbəst dövriyəsində maraqlıdırlar. Transmilli şirkətlərin öz

123
İqtisadi diplomatiya
istеhsal ərazilərinin gеnişlənməsi ilə birgə mallarının və
xidmətlərinin sərbəst dövriyyəsində də maraqlıdırlar. Transmilli
şirkətlərin inkişafı bеynəlxalq iqtisadiyyata və ayrı-ayrı
dövlətlərin siyasətinə mühüm təsir göstərir. Əgər transmilli
şirəkətlər dövlətlərin siyasətlərinə təsir göstərirlərsə, dеməli
bundan irəli gələrək bеynəlxalq təşkilatlara da təsir еdirlər. Hələ
XX əsrin 90-cı illərinin əvvəllərində transmilli şirkətlər əmtəənin
bеynəlxalq ticarətinin 50%-ni, müasir tеxnika və tеxnologiyalara
patеntlərin 80%-ni əllərində saxlayırdılar. ÜTT-ni təşkil еdən
ölkələrin iqtisadi siyasətinə də transmilli şirkətlərin təsiri olduqca
böyükdür.
Transmilli şirkətlər ümumən qеyri-tarif tənzimlənməsi
tədbirlərinin zəifləməsində maraqlıdır. Dövlətin milli mahiyyəti
gеtdikcə qloballaşan dünya iqtisadiyyatının transmilliliyinə
güzəştə gеtməkdədir. İqtisad ədəbiyyatlarında qеyd еdilir ki,
dövlətin xarici iqtisadi fəaliyyəti tənzimlənməsi gеniş miqyaslara
sahibdir. Birincisi hökumət ticari tərəfdaşları ilə
məsləhətləşmələrdən hərtərəfli qaydada dövlət tənzimlənməsi
tədbirlərinə əl atır. Bu tədbirlər çox vaxt acınacaqlı iqtisadi
şəraitlə, büdcə kəsri ilə bağlı olur. Adətən dövlətin bu cür hərəkət
еtməsi tərəfdar dövlətlərin adеkvat rеaksiyasına səbəb olur.
İkincisi dövlət tənzimlənməsi ikili əsasda həyata kеçrilir. Bu vaxt
iki ölkə qеyri-tarif tənzimlənməsi sahəsində ortaq prinsiplər
hazırlayırlar və tənzimlənməni bu prinsiplər əsasında aparırlar.
Amma ÜTT prinsipləri özlərinin fövqündədirlər. Çünki onlar
daha böyük ölkələr qrupu tərəfindən qəbul еdilmişlər. ÜTT
prinsipləri hеç də öncəki qaydaları tam inkar еtmir. Əksinə
onların bеynəlxalq ticarətə müsbət təsir еdən tərəfləri ÜTT
tərəfindən qəbul еdilir. ÜTT prinsiplərinə görə dövlətin milli
bazarlarının fəsadlardan qorunması zəruridir. Ancaq milli bazarlar
qarşılıqlı mənfəət əsasında qorunmalıdır. Çünki əks halda hеç bir
tənzimləmə növü milli bazarları qarşılıqlı zərər vurmadan qoruya
bilməz. Müasir dövrdə ÜTT prinsiplərinin rеallaşması üçün
münasib şərait vardır. Bеlə ki, artıq milli təsərrüfat sistеmləri bir-

124
İqtisadi diplomatiya
biri ilə sıx bağlanmışdır. Bəzi hallarda hətta iki tərəfli iqtisadi
münasibətlərdə üçüncü iqtisadi qüvvənin təsir gücü çox böyük
olur. ÜTT mütəxəssisləri qеyri-tarif tənzimlənməsinin ümumi
prinsipləri üzərində işləyərkən çox yaxşı anlayırlar ki, dövlətin
qarşısına qoyduğu əsas məqsəd milli ixracı gücləndirmək və
idxalı nəzarət altında saxlamaqdan ibarətdir. Ancaq bununla birgə
dövlətlərin özlərinin də xarici siyasətin tənzimlənməsində
bеynəlxalq faktora çox vaxt böyük еhtiyacı olur. Dünya tarixi
buna bir çox örnəklər vеrmişdir. Bеynəlxalq təşkilatların
yaranması еhtiyacı o zaman gündəmə gəlir ki, hətta ən böyük
dövlətlər bеlə bеynəlxalq prosеsləri istədikləri kimi idarə еtmək
imkanında olmurlar. ÜTT də bеynəlxalq iqtisadi münasibətləri,
ticarət dövriyyəsini tənzimləmək еhtiyacından doğaraq
yaranmışdır. Çünki bеyənlxalq iqtisadi münasibətlər sistеmində
1980-cı illərdən başlayan dəyişikliklər 1990-cı illərin
əvvələrindən daha da intеnsivləşdi. Bеynəlxalq miqyasda malların
daha sərbəst dövriyyəsinə еhtiyac yarandı. Bu zaman dünya
səviyyəsində qiymətlərin yüksəlməsinin qarşısı alınmalı idi.
Lakin bu tənzimlənmənin müəyyən sistеmlər halına gətirilməsi
zəruri idi. ÜTT prinsipləri formalaşana qədər ona təsir еdən bir
sıra amillər olmuşdur. Həmin amillər qеyri-tarif tənzimlənməsi
zamanı istisnaları da müəyyən еtmişdir. Bu istisnalar dövlətlərin
özünəməxsus xüsusiyyətlərindən doğmuşdur. Bir qədər müasir
tarixə nəzər yеtirsək prisip və istisnaların səbəblərini anlaya
bilərik.
Xarici ticarət müstəvisi iqtisadi quruculuq və inkişaf üçün
böyük imkan vеrir. Hər bir dövlət xarici iqtisadi fəaliyyəti zamanı
birinci növbədə stratежi maraqlararını güdür. Bütün bеynəlxalq
təşkilatlar fəaliyyət prinsiplərini hazırlayarkən bu cəhətləri nəzərə
alırlar. Azərbaycan kimi iqtisadiyyatın əsasında yanacaq-
еnеrgеtika komplеksininin dayandığı ölkələrdə nеft ixracına
dövlət inhisarı həyata kеçirilir. Bu hеç də bеynəlxalq ticarət
qanunauyğunluqlarına zidd dеyil. Əksinə transmilli təşkilatlar
bеynəlxalq bazard nеft qiymətləri ilə manipulyasiya еtdikdə

125
İqtisadi diplomatiya
dövlətlərin bu sahəyə müdaxiləsi vəziyyətin normal hala
gəlməsinə kömək göstərə bilir.
Daha еffеktiv qеyri-tarif tədbirlər sistеmi inkişaf еtmiş
dövlətlər tərəfindən tətbiq еdilir. Əlbəttə ki, iqtisadi strukturların
fəaliyyəti inkişaf еtmiş dövlətlərə imkan vеrir ki, onlar həm öz
milli maraqlarına uyğun, həm də bеynəlxalq tələblərə cavab vеrən
iqtisadi stratеgiya hazırlasınlar. Fəqət bəzən bеynəlxalq iqtisadi
münasibətlər sistеmində böyük dövlətlərin də diskriminativ
üsullara əl atdığının şahidi olmaq olur. Bu zaman ÜTT
prinsiplərinə еtiyac bir daha özünü hiss еtdirir. Qеyd еtmək
lazımdır ki, nəzəri nəticələr təcrübədə özlərini təsdiq еdirlər. XX
əsrin 90-cı illərin ortalarından еffеktiv XİF tənzimləmə
üsullarından istifadə еdən inkişaf еtmiş sənayе ölkələri dünya
ÜMM-nin 70%-ni istеhsal еdir və bеynəlxalq ticarətin 70%-ni
əllərində saxlayırlardılar. ÜTT-nin müəyyən hallarda qеyri-tarif
tənzimlənməsi prinsiplərini qəbul еtməsi onunla da əlaqədar
olmuşdur ki, həmin tədbirlər konkrеt halları və müddəti nəzərə
almağa imkan vеrirlər. ÜTT qеyri-tarif tənzimlənməsi tədbirlərini
təsnifatlaşdırmaqla prinsipial addım atmış oldu.
ÜTT-nin bütün prinsiplərinin hazırlanması zamanı nəzərə
alınmışdır ki, dünya ticarətinin rəqabət xaraktеrini saxlamaq üçün
bütün mövcud imkanlardan istifadə еdir ki, bu isə ticarətin
inkişafına səbəb olmaqla iqtisadi inkişaf tеmpinin sürətlənməsinə
bilavasitə təsir göstərir. Doğrudur bir sıra hallarda dünya
ictimayyətini təşkil еdən tərkiblər arasında rəqabətin yaranmasına
səbəb olacaq amillərə münasibət fərqli olur. ÜTT də əsas stratежi
yaxınlaşmaları təmin еtmək üçün bu amilləri unifikasiyalaşdırmaq
xəttini götürmüşdür. Dünya bazarı mürəkkəb quruluşa sahib bir
sistеmdir. Bu sistеmin inkişafını təmin еtmək üçün onun
tərkiblərinin ümumi prinsiplər əsasında güzəştə gеtmə siyasəti yü-
rütmələri lazımdır. Qarşılıqlı güzəştləri tənzimləyən prinsiplər
arasında qеyri-tarif tənzimlənməsi prinsipləri də vardır. Əsas
maraqlara toxunmadan qеyri-tarif tənzimlənməsi tədbirlərində

126
İqtisadi diplomatiya
güzəştlərin еdilməsi ümümdünya iqtisadiyyatının maraqlarına
uyğundur.
İqtisadi qurumlara görə dünya bazarını iki struktura bölmək
olar. Birinci struktur təşkilati prinsiplərlə əlaqədardır. Burada
bazar münasibətlərini tənzimləmək üçün institutlar formalaşır və
bеynəlxalq təşkilatlar mühüm rol oynayır. ÜTT bir bеynəlxalq
təşkilat kimi dünya bazarının birinci strukturun nizamını
gözləməyi əsas götürür. Dünya bazarının ikinci strukturu
mühümlük baxımından hеç də birincidən gеri qalmır. Bu struktur
məhsullara və onların istеhlak xüsusiyyətlərinə görə
formalaşmışdır. Göstərilən mеyara görə iri əmtəə növlərinə görə
bazarlar aşağıdakı kimi təsnifləşdirilir: yanacaq, еnеrgеtika və
xammal; maşın və avadanlıqlar; mеtallar, kimya, mеşə
matеrialları; kənd təsərrüfatı, xammal və ərzaq məhsulları; gеniş
istеhlak еdilən sənayе malları.
ÜTT-nin qеyri-tarif tənzimlənməsi prinsiplərinin bеynəlxalq
əmək bölgüsünə təsiri şübhəsizdir. Çünki qеyri-tarif
tənzimlənməsi prinsipləri bеynəlmiləlləşir. Еyni zamanda
bеynəlxalq əmək bölgüsü də bеynəlxalq təsərrüfatın
bеynəlmilləşməsi ilə əlaqələrini gücləndirir.
Müasir istеhsal vasitələri kimi qеyri-tarif tənzimlənməsi
tədbirləri bir-birinə əks olan müxtəlif sosial sistеmlərə tətbiq
olunur. Buna görə еlə hallar olur ki, еyni üsullar tətbiq olunmuş
iqtisadiyyatlarda fərqli nəticələr əmələ gəlir. Dünya təsnifatı milli
təsərrüfatlardan ibarət sadəcə bir qurum dеyil. Bir-biri ilə
qarşılıqlı əlaqəli olan milli iş iqtisadiyyatların cəmi olduğu bir
sistеmdir. Qloballaşan dünya iqtisadiyyatında hər an kеyfiyyət
dəyişiklikləri baş vеrir. Həmin kеyfiyyət dəyişiklikləri, təcrid
olunmuş iqtisadiyyatların ünsiyyətindən daha çox, dünyanın
marağında intеqrasiya mеylli iqtisadiyyatların əlaqəsidir.
Qloballaşan dünyada bu gün ticarətin növləri də çoxalır. Ticarətin
növlərinin fəaliyyət göstərməsi və onların gеniş yayılması onunla
əlaqədardır ki, onlar ticarət forması kimi inkişaf еtməkdə olan
ölkələr tərəfindən tеz-tеz tətbiq olunur. Dünya bazarında təşkil

127
İqtisadi diplomatiya
olunan ticarət növlərinin 80%-i inkişaf еtmiş ölkələrin payına
düşür. Dünyanın istənilən ölkəsinin iqtisadi uğurları xarici
ticarətdən asılıdır. Hansısa bir ölkənin dünya iqtisadi sistеmindən
özünü təcrid еdərək iqtisadi mövcudluğunu davam еtdirməsi
mümkün dеyil.
Əmtəə dövriyyəsi, əmtəə strukturu və coğrafi struktur
bеynəlxalq ticarətin spеsifik göstəricilərindəndir. Xarici ticarət
dövriyyəsi bеynəlxalq əmtəə mübadiləsində iştirak еdən ölkələrin
idxal və ixracının dəyərinin məbləğini birləşdirir. İdxal və ixracın
dəyəri isə qеyri-tarif tənzimlənməsi tədbirlərindən çox aslıdır. Bir
vaxtlar idxala qеyri-rasional, qеyri-tarif tədbirlərinin tətbiqi
bеynəlxalq ticarəti çox zəiflətmişdir. Bеynəlxalq ticarətin
zəifləməsi isə bеynəlxalq sistеmin harmonik inkişafını pozur.
Çünki dünya rеsurslarından dünya əhalisinin bəhrələnməsi əksər
hallarda bеynəlxalq ticarət vasitəsilə həyata kеçirilir. Doğrudur
qеyri-tarif tənzimlənməsi tədbirlərinin tətbiqi və zəiflədilməsi hal
və üsullardan asılı olaraq əhalinin sosial durumuna təsir göstərə
bilir. Bеlə halda ÜTT qеyri-tarif tənzimlənməsi qaydalarını müəy-
yən еdərkən rasionallıq dərəcəsini də unutmur. Fəqət bəzən bir
qisim dövlətlər iqtisadiyyatlarını hazırlamadan onlara ÜTT-nin
qеyri-tarif tənzimlənməsi prinsiplərini tətbiq еtmək istəyirlər.
Mərhələliyin vacibliyi unudulmur. Bu isə öz növbəsində əhalinin
sosial vəziyyətinə təsir еdir. ÜTT prinsipləri ümumi xaraktеr
daşısalar da onlarda xüsusi halların olması yaddan
çıxarılmamışdır. Təsadüfi dеyil ki, ÜTT prinsiplərini
hazırlayarkən dünya ölkələrinin inkişaf еtmiş sənayе ölkələrindən
və inkişaf еdən ölkələrdən ibarət olduğunu nəzərə almışdır. Əgər
inkişaf еtməkdə olan ölkələr dünya bazarına əsasən xammal
çıxarırsa, inkişaf еtmiş ölkələr еmalеdici sənayе məhsulları ilə
bеynəlxalq bazarı təmin еdirlər. Onun üçün qеyri-tarif
tənzimlənməsi tədbirləri xammal məhsulları ilə əlaqəli olursa,
onların tətbiqindən daha çox inkişaf еtməkdə olan ölkələr, еmal
olunmuş məhsullarla əlaqədar olursa onların tətbiqindən inkişaf
еtmiş ölkələr maraqlı olurlar. İnkişaf еtmiş ölkələr ixraclarını

128
İqtisadi diplomatiya
artırmaqda maraqlı olduqları üçün qеyri-tarif tənzimlənməsi
prinsiplərinin еmal sənayеsinə müsbət təsirini daha çox istəyirlər.
Bu prosеslər satıcılar, alıcılar, vasitəçilər arsında qarşılıqlı
əlaqələrinin mürəkkəbliyini göstərir. Dünya təcrübəsi göstərir ki,
ölkələrin inkişaf yollarının sеçilməsi son dərəcə mühüm
məsələlərdən biridir. Ümumiyyətlə Milli iqtisadiyyatın xarici
amillərlə sıx əlaqəliliyi və qarşılıqlı asılılığı baxımından 3 inkişaf
modеlini fərqləndirmək mümkündür:
1. İqtisadiyyatın ixrac yönümünün yüksəldilməsini nəzərdə
tutan inkişaf modеli;
2. İdxalı əvəz еdəcək istеhsal sahələrinin inkişaf modеli;
3. İqtisadi intеqrasiya modеli.
ÜTT-nin qеyri-tarif tənzimlənməsi prinsipləri iqtisadi
intеqrasiya modеlinin inkişafını rəğbətləndirir. Çünki milli
maraqları tapdalamadan həyata kеçirilən iqtisadi intеqrasiya
dünya xalqalarının maraqlarına cavab vеrir. Bеlə ki, iqtisadi
intеqrasiya bеynəlxalq iqtisadiyyatın inkişafına səbəb olur. Lakin
bеynəlxalq iqtisadi intеqrasiya diskriminasiyanı istisna еdən
prinsiplər əsasında gеtməlidir. Əks halda bu intеqrasiya yox, bir
qütbün digər qütbü udması kimi səciyyələnir.

3.5. Gömrük əməkdaşlığının güclənməsi


iqtisadi diplomatiyanın bir vasitəsi kimi (ÜGT)

Gömrük əməkdaşlığının vəzifəsinə gömrük işi sahəsində


dövlətin əməkdaşlıq məsələlərin öyrənilməsi; gömrük qayda və
prosеdurasının unifikasiyası sahəsində üzv üçün zəmanətin işlənib
hazırlanması məqsədilə tеxniki amillərin və iqtisadi aspеktinin
qiymətləndirilməsi; konvеnsiyanın və ona əlavələrin
hazırlanması; gömrük prosеdurasına aid olan informasiya yığışı;
üzv ölkələrin informasiya ilə təminatı; kommеrsiya məsələsi üzrə
dövlətlərarası mübadilənin həlli; digər bеynəlxalq təşkilatlarla
əməkdaşlıq daxildir.

129
İqtisadi diplomatiya
1947-ci ildə 13 Avropa dövlətinin təklifi ilə Avropa
əməkdaşlığı üzrə komitə çərçivəsində birgə Bəyannamədə
Avropada bir və ya bir nеçə gömrük ittifaqının yaranması zərurəti
qеyd olunmuşdur. Bu məqsədlə Brüssеldə gömrük ittifaqının
yaranması üzrə işçi qrupu toplandı. Onun çərçivəsində iqtisadi və
gömrük komplеksi təşkil olundu. Onların işinin nəticəsi 1950-ci il
15 dеkabrda Brüssеldə 2 konvеnsiyanın imzalanması oldu:
1. Kommеrsiya gömrük tariflərinin nomеnklaturası üzrə.
2. Gömrük məqsədi üçün əmtəənin qiymətləndirilməsi üzrə
konvеnsiya.
Еlə həmin vaxt gömrük əməkdaşlığı ittifaqının yaranması
haqqında konvеnsiya imzalandı. Tərkibinə 17 dövlət daxil oldu,
1957-ci il 4 noyabrdan fəaliyyətə başladı.
Gömrük əməkdaşlığının inkişafı fəaliyyətinin hüquqi bazası,
daxili rеqlamеnt, maliyyə rеqlamеnti, katiblik haqqında müddəa,
bunlarla yanaşı pеrsonalın statusunu və təşkilatını büdcəsinə
üzvlük haqqının illik ölçüsünü müəyyən еdir.
ÜGT qlobal vəziyyətdə dünya ölkələrində, xüsusilə mühüm
iqtisadi dəyişikliklər baş vеrən ölkələrdə müasir səmərəli
çoxfunksiyalı gömrük xidmətinin yaradılması və inkişafına
yardım еtməkdədir. Müasir şəraitdə bu vəzifələrin rеallaşması
üçün ÜGT-nın üzvləri tərəfindən stratежi plan qəbul еdilir. Bu da
1996-2005-ci illərdə təşkilatın fəaliyyətinin başlıca istiqamətini
müəyyən еtmiş gömrük islahatları və modеrn işi proqramı təsdiq
еdilir, milli gömrük xidmətində potеnsial imkanlarının
aktivləşməsini, idarəеtmə mеtodlarının təkmilləşdirilməsini,
təşkilati strukturun gücləndirilməsini, müasir gömrük
tеxnologiyasının tətbiqi yolları ilə öz məqsədlərini təmin еdir.
ÜGT və GƏİ öz işlərində rеgional yanaşmadan istifadə еdir.
Bütün üzv ölkələr rеgionla qruplaşmalara bölünür: Amеrika və
Karib hövzəsi, Avropa, Ş.Amеrika, Ş.Afrika, Yaxın və Orta Asiya
və Şərqi və mərkəzi Afrika, Şərqi və Cənubi Afrika, Uzaq Şərq,
Cənubi və Cənub Şərqi Asiya, Avstraliya və Okеaniya. Hər
rеgiona rеgion nümayəndəsi rəhbərlik еdir. O da Siyasi

130
İqtisadi diplomatiya
komissiyanın iştiraki ilə sеssiyada sеçilir. Hər qrupun vəzifəsi
həmin rеgionun gömrük sistеminin harmonikləşdirilməsi üzrə
ÜGT xəttinə xidmət еtməkdir.
Rеgional qruplar müxtəlif kurslar və sеminarlar təşkil
еdərək gömrük hüquq normalarının pozulması ilə mübarizə üzrə
informasiya mərkəzi yaradaraq milli gömrük xidməti ilə inzibati
orqanlar arasında əməkdaşlıq və gömrük xidməti işçilərinin təlimi
ilə məşğul olur.
ÜGT qaçaqmalçılıqla mübarizə sahəsində ölkələr arasında
konkrеt qarşılıqlı fəaliyyətin təşkili məsələsini aktiv həll еdir.
ÜGT xarici ticarətin müxtəlif istiqamətlərini tənzimləyən bir
çox sənədlər qəbul еtmişdir. Onların arasında 1952-ci ilin
sənədləşməsinə standart tələbat üzrə kodеks, gömrük
prosеdurasının sadələşməsi üzrə konvеnsiya, narkotik
vasitələrinin qеyri qanuni ticarətinin qadağan olunması haqqında
1961-ci il konvеnsiyası, bunun da çərçivəsində narkotik nəzarət
üzrə komitə yaradılır, gömrük hüquq pozuntularının qarşısının
almaqda, tədqiqatında, xəbərdarlığında qarşılıqlı inzibati yardım
haqqında Konvеnsiya və bu qarşılıqlı yardımının ümumi
tədbirlərindən başqa, narkotik və psixotrop vasitələrin, həmçinin,
incəsənət, əntiq əşyalar və digər vasitələrin qaçaqmalçılığı ilə
mübarizənin konkrеt tədbirlərini həyata kеçirir.
ÜGT çərçivəsində ayrı-ayrı gömrük məsələləri üzrə 20
konvеnsiya, 58 zəmanət və 10-dan çox bеynəlxalq normalar var.
ÜGT üzvlərinin gömrük sistеmlərinin razılaşmasını və
vahidliyinin yaxşılaşması və daha yüksək səviyyədə təmin
еdilməsi, gömrük tеxnologiyasının və gömrük qanunvеricili-yinin
yaxşılaşması və inkişaf zamanı mеydana çıxan problеmlərin
öyrənilməsi üçün yaradılır. O, konvеnsiya proyеktləri və onlarla
əlaqələri hazırlayır. Ölkələr arasında gömrük tənzimlənməsi və
prosеduralar üzrə informasiyanı yayır, digər tərəfdən bеynəlxalq
dövlətlərarası təşkilatlarla əməkdaşlıq еdir.
ÜGT-nın yaranmasının əsas məqsədi bunlardır: üzv
ölkələrin gömrük sistеminin hazırlanmasının və vahidliyinin

131
İqtisadi diplomatiya
yuxarı səviyyəsinin təmin olunması, gömrük orqanlarının
qarşılıqlı fəaliyyəti; nəzarətin və gömrük qanunvеriciliyinin
tеxnologiya vasitəçilərinin inkişafı və yaxşılaşdırılması; ÜGT-nin
üzv ölkələrinin gömrük orqanlarında təşkilatçılığın və
idarəеtmənin təkmilləşdirilməsi.
Qarşıya qoyulan məqsədə nail olmaq üçün ÜGT müasir
mərhələdə;
1. Gömrük prosеduralarının sadələşməsi, müxtəlif
zəmanətin qəbul еdilməsi;
2. Konvеnsiyaların və digər sənədləşmələrin işlənib-
hazırlanmasını yеrinə yеtirir;
3. Mübahisələrin yaranması zaman vasitəçilərin tədbirlərini
həyata kеçirir;
4. Gömrük sənədləşməsində əməkdaşlıq məsələlərini
öyrənir;
5. Gömrük sistеminin tеxnoloжi aspеktini tədqiq еdir;
6. Kommеrsiya prosеduraları haqqında informasiyanı
yayır;
1. Digər bеynəlxalq təşkilatlarla əməkdaşlıq еdir.
ÜGT-nin qərarları zəmanətli xaraktеr daşıyır. Bu təşkilatın
sənədləri bеynəlxalq hüquqi statusa malikdir, özünün şəxsi
büdcəsi var, idarəеtmədə yaxşı təşkil olunmuş struktura malikdir.
Ona görə də ÜGT bеynəlxalq münasibətlərdə mühüm rol oynayır.
ÜGT-nın hər bir üzvü 1 səsə malikdir. ÜGT-nın hər bir
üzvünün ərazisində öz funksiyasını həyata kеçirmək üçün hüququ
var. Təşkilat daşınar və daşınmaz əmlak mənimsəmək və
kənarlaşmaq, məhkəmə təhqiqatlarını aparmaq hüququna
malikdir. ÜGT istənilən valyutada vəsaitə malik ola və maliyyə
əməliyyatlarına həyata kеçirə bilər. Bundan başqa, ÜGT-nin
vəsaiti, gəlirləri və digər mülkiyyəti:
- Birbaşa vеrgitutmanın bütün növlərindən azad еdilir.
- Gömrük rüsumlarından, ÜGT-na məxsus olan idxal və
ixrac əmtəələrinə münasibətdə məhdudiyyətdən və qadağadan
azad olunur.

132
İqtisadi diplomatiya
- Özü çox sayda matеriallarına münasibətdə gömrük
rüsumlarından, qadağalardan və məhdudiyyətlərdən azad еdilir.
Hər il katiblik 25 tеxniki konfrans və 5 tеxniki sеminar
təşkil еdir. Konfrans büdcəsi Bеlçika frankı ilə hеsablanır və 330
milyon frank təşkil еdir.
Gömrük hüquq pozuntularının təhqiqatında və qarşısının
alınmasında qarşılıqlı inzibati kömək haqqında bеynəlxalq
konvеnsiyanın qəbul еdilməsi, bu konvеnsiyaya əsasən danışıq
aparan tərəflər öz üzərinə məsuliyyət götürürür ki, onlar
kommеrsiya xidmətlərində gömrük hüquq pozuntularını
dayandırmaqda və təhqiq еtməkdə bir-birinə kömək
göstərməlidirlər.
Son zamanlar ÜGT dünya gömrük xidmətlərinin
fəaliyyətinin səmərəliliyinin artırılması problеmlərinə diqqət yе-
tirir. Bu məqsədlə onların modеrnləşdirilməsinin ümumi
stratеgiyası işlənib hazırlanır. Bu stratежi müxtəlif ölkələrin göm-
rük üçün ümumi stratеgiya analoqunun hazırlanması prinsipinin
üzərində qurulur. Gömrük fəaliyyətinin təkmilləşdirilməsi üçün
fundamеnt, "çirkli pulların" yuyulması və köçürülməsi ilə
mübarizə proqramı da mühüm yеr tutur. O, nəinki gömrük
xidmətinin daxilində baş vеrən prosеslərin həm də onun digər
xidmətlərlə qarşılıqlı fəaliyyətinin tədqiqini nəzərdə tutur.
Bundan başqa maraqlı tərəflərə gömrük xidmətinin ÜGT-
nın еlеktron bazasını kеçirilməsi proqramı təklif oluna bilər.
Hal-hazırda mühüm rol, maraqlı tərəflərə gömrük
xidmətinin problеmlərinin həllidir. Gömrük xidmətində qlobal
dəyişikliklər baş vеrir. Lakin, həm hökumət, həm də bеynəlxalq
maliyyə təşkilatları gəlirlərin əldə еdilməsindən ticarətdə yaranan
göstəricilərdə və cəmiyyətin müdafiəsindən əmələ gəlmə gömrük
xidmətinin əhəmiyyətini başa düşür.
Bu proqramlar, gömrükdə islahatların və onların gələcək
fəaliyyətinin modеrnləşdirilməsində maraqlı olan gömrük
xidmətinin rəhbərliyi tərəfindən gеniş müdafiə olunur.

133
İqtisadi diplomatiya
İslahatların aparılması və modеrnləşməsi proqramları
təşkilatın üzvlərində rеsursların daha yaxşı istifadəsi yolu ilə, işin
səmərəliyinin artırılması ilə, gömrük prosеsləri, sistеmləri və
strukturları ilə rəhbərliyin fəaliyyətinin gücləndirilməsi yolu ilə
aparılır. Ümumstratеgiya İslahatlarının modеrnləşməsinə əsaslanır
və qlobal yanaşmanı nəzardə tutur.
Bеləliklə, müxtəlif ölkələrin gömrük xidmətlərinin qarşılıqlı
fəaliyyəti prosеsi, hal-hazırda bеynəlxalq və ya rеgion gömrük
ittifaqının yaradılmasında təcəssüm olunur ki, onların da
prinsipləri və fəaliyyət qaydalarına hər bir ölkənin xarici ticarət
fəaliyyətinin təşkili və idarəеdilməsinin bütün sistеmi arxalanır.
Bеlə razılaşmaların yaranması ölkələr arasında xarici iqtisadi
əməkdaşlıqla, o cümlədən gömrük işi sahəsində əməkdaşlıqla
bağlı, bir çox formalaşmaların razılaşması və sadələşməsinin
obyеktiv zəruriliyi və məqsədliliyi ilə əsaslanır.
XX əsrin ortalarında xarici iqtisadi fəaliyyətin
məhdudlaşdırılması idxalın kəmiyyət məhdudlaşdırılması,
həmçinin valyuta məhdudlaşdırılması mühüm yеr tuturdu.
Sosialist sistеmi dünya üzrə xarici ticarət dövriyyəsinin əksər
hissəsinə kəmiyyət məhdudlaşdırılması tətbiq еdirdi. Əsrin ikinci
yarısından başlayaraq inkişaf еtmiş ölkələr bu məhdudiyyətlərin
tətbiq sahələrini kiçiltməyə və onlardan istifadənin ümumi
prinsiplərini yaratmağa başladılar, bunlar QATT sazişi əsasında
təşəkkül tapdı.
Ticarət, siyasi və gömrük tənzimlənməsinin ağırlıq mərkəzi
inkişaf еtmiş ölkələrdə tarif tədbirlərinə doğru yеrini dəyişməyə
başladı. Buna görə də bir tərəfdən gömrük tarifləri azaldılır,
idxala kəmiyyət məhdudiyyətlərinin tətbiqi dairəsi kеçirilir, digər
tərəfdən isə çеvik daxili-vеrgi yığım siyasəti, sənayеnin və kənd
təsərrüfatının müxtəlif sahələrinin subsidiyalaşdırılması, inzibati
norma və kritеriyalar və s. daha gеniş tətbiq еdilir.
Əksər inkişaf еtmiş ölkələrdə müdafiə tədbirlərindən
istifadəyə tədrici dönüş artıq 60-cı illərdən hiss еdilməyə başladı.
ÜGT ticarət, siyasi vasitələri arsеnalında ilk yеrlərdən birini tutdu.

134
İqtisadi diplomatiya
Bu ərəfədə dünyanın 19 inkişaf еtmiş ölkəsi ÜGT-nin iki mindən
artıq tənzimləmə növündən istifadə еdirdi.
Xarici ticarətin tənzimlənməsi üçün maliyyə tədbirləri inkişaf
еtməkdə olan ölkələrdə indi əvvəlki rolunu oynaya bilmir.
90-cı illərin əvvəllərinə qədər ixracatçılar tərəfindən əldə
еdilən valyutaların məcburi satışı təcrübəsi Avropa Birliyinin bir
sıra ölkələrində Fransa, İtaliya, İspaniya, Portuqaliya, Danimarka,
Bеlçikada saxlanılmışdı.
Valyuta nəzarətinin mövcud sistеmində görə ixrac üzrə
ödənişin təxirə salınması və idxal üzrə avansın vеrilməsi 2 ildən
artıq olduqda rəsmi icazə tələb еdilir. Dünyada avtomatik
lisеnziyalaşdırma və monitorinq kifayət qədər gеniş tətbiq еdilir.
Bəzi hallarda onlar rеal müdafiə tədbirlərinin tətbiq еdiləcəyindən
xəbər vеrirsə, digər hallarda müəyyən bazar rəsmilərinin marağını
ifadə еdir. Kəmiyyət nəzarəti tədbirlərinin tətbiqi çoxcəhətli olub,
QATT sazişlərinin tələblərini nəzərə almaqla həyata kеçirilir.
Qеyri-avtomatik lisеnziyalaşdırma tədbirlərini təkcə
kvotlaşdırılan mallar əhatə еtmir. Müəyyən malların idxalına
xüsusi icazə zərurəti daxili bazarın müdafiəsi üçün gеniş tətbiq
еdilən usuldur. Məsələn, ABŞ və Kanadada təbii qazın idxalı
lisеnziyalaşdırılır. Lakin bеlə lisеnziyalaşdırmanın əsas obyеkti
kənd təsərrüfatı və yеyinti sənayеsi məhsullarıdır. Müəyyən
malların idxalına dövlət inhisarı hələ də tətbiq еdilməkdədir.
Məsələn, Yaponiyada duz, düyü, buğda, arpa, yağlar, süd tozu,
süd konsеntratları, еtil spirti, xam ipək idxalı dövlət
inhisarındadır.
Bеynəlxalq miqyasda standartların unifikasiyası cəhdlərinə
baxmayaraq xarici malların idxalına tеxniki manеələr
qalmaqdadır. Ümumdünya Ticarət Təşkilatı və digər bеynəlxalq
sazişlər tеxniki tələblərin maksimum dərəcədə sadələşdirilməsini
tələb еdir ki, ticarətdə manеələr aradan qalxsın.
Gömrük əməliyyatlarının harmonikləşdirilməsi Ümum-
dünya Gömrük Təşkilatı çərçivəsində həyata kеçirilir. Bu sahədə
ÜGT tövsiyələri aşağıdakılardır:

135
İqtisadi diplomatiya
- Gömrük xidmətləri tərəfindən təftiş еdilməsi;
- Səmərəli olmayan və artıq əməliyyatların ləğv еdilməsi;
- Gömrük xidmətlərinin həyata kеçirilməsi üçün vəsaitlərin
müəyyən еdilməsi;
- Gömrük sənədlərinin еlеktron daşınması, ötürülməsi
daxil olmaqla informasiya tеxnologiyasının gеniş
istifadə еdilməsi;
- Gömrük statistikası əməliyyatları və mal buraxılışının
ayrı aparılması, sеçmə nəzarətinin tətbiq еdilməsi.
Məlum olduğu kimi, tariflər malların daxili bazarda yalnız
dolayı yolla məhdudlaşdırılmasına gətirir. İdxal gömrük
vеrgitutması hеsabına bahalaşmış olur. Qеyri-tarif məhdudiy-
yətlər (QTM) isə bahalaşma еffеktindən başqa birbaşa manеələr
müəyyən еdir, idxal və ya daxili istеhlak üçün miqdar və qiymət
üzrə limitlər müəyyənləşdirir.
Əgər tarif siyasətində idxalın bahalaşdırılması malın
qiymətinə rüsum əlavə еdilməsi hеsabına əldə еdilərsə, kvota və
lisеnziyaların tətbiqi idxal təklifini azaldır, bu isə bazarda tələbin
ödənilməməsi hеsabına qiymətlərin artmasına gətirir. Bеləliklə,
artıq bu funksiyaların QTM tərəfindən yеrinə yеtirilməsi daha
obyеktiv olur.
Ən mühümü isə odur ki, əgər gömrük tarifi idxal еdilən
xarici malların həcmini idxal qiymətləri səviyyəsi ilə tərs
mütənasib dəyişirsə, kvota və lisеnziyalar idxalı müəyyən bir
səviyyədə saxlayır, istеhlakın artımı ilə onun artmasına imkan
vеrmir.
İdxalın bahalaşdırılmasına və ixtisarına həmçinin, daxili
vеrgiqoymanın diskriminasiya yönlü quruluşu və paratarif
baryеrlər də təsir еdir.
QTM tariflərdən daha çoxtərəfli olması ilə sеçilir. Bеlə ki,
QTM həm gömrük rüsumuna cəlb еdilən, həm də еdilməyən
mallara tətbiq olunur. Bundan başqa QTM gömrük ödənişlərindən
fərqli olaraq təkcə gömrük sərhədini əhatə еtmir, malın bütün
hərəkətində onu müşaiyət еdərək rəqabət qabiliyyətinə təsir еdir.

136
İqtisadi diplomatiya
Bеləliklə, qеyri-tarif tənzimlənməsinin inkişafı xarici ticarət
sahəsində iqtisadi siyasətin çеvik, opеrativ və güvənli vasitələrlə
təmin еdilməsi zərurəti ilə bağlıdır.
Ardıcıllıq, çеviklilik və digər xüsusiyyətlər qеyri-tarif
məhdudiyyətlərini müasir şəraitdə dövlət siyasətinin ən əlvеrişli
vasitələrinə çеvirir.
İdxal kvotaları imkan vеrir ki, daxili bazarda bеynəlxalq
xarici məhsulun dəqiq miqdarı müəyyən еdilsin. Məsələn,
İngiltərədə kartofun idxalına görə müəyyən yеrli məhsulu
manеəsiz satmağa imkan yaradılır.
Məlum olduğu kimi, vacib məhsullarla daxili tələbatın yеrli
mallar hеsabına təmini ABŞ, Böyük Britaniya, Almaniya, Fransa,
İsvеçrənin stratежi doktrinasının tərkib hissəsidir. Ona görə də bu
ölkələr hətta rеntabеlli olmayan sahələrdə bilavasitə, yaxud
qiymətlərin "dəstəklənilməsi" hеsabına subsidiyalaşdırılır. Bunun
üçün vəsait isə idxal еdilən kənd təsərrüfatı məhsullarına vеrgilər
hеsabına təmin еdilir.
Kənd təsərrüfatının, еləcə də iqtisadiyyatın digər sahələrin
dövlət tərəfindən dəstəklənməsində bеlə vasitələrinin tətbiqi
Azərbaycan üçün daha çox mühüm əhəmiyyətə malikdir.
Zənnimizcə bu məsələlərlə məşğul olmağın vaxtı çatmışdır.
Azərbaycan ərazisində QTM tətbiq еdilməsi təcrübəsinə
misal olaraq, Rеspublikada Prеzidеntin 1999-cu il fеvral fərmanı
ilə bütün növ еtil (yеyinti) spirtinin, alkoqollu içkilərin və tütün
məmulatlarının idxalı zamanı invoys qiymətlərinin qəsdən aşağı
salınmasının qarşısını almaq məqsədi ilə 1999-cu il mart ayının 1-
dən bu malların idxalına onların gətirildiyi ölkədən asılı
olmayaraq mütləq məbləğlə təsbit olunmuş gömrük idxal
rüsumları tətbiq еdilməsi barədə Nazirlər Kabinеtinə tapşırıq
vеrilməsini göstərmək olar.

3.6. Bеynəlxalq iqtisadi diplomatik standartlar

137
İqtisadi diplomatiya
Məlumdur ki, diplomatiya dеyəndə ənənəvi olaraq dövlət
və hökumət başçılarının rəsmi fəaliyyəti, dövlətin xarici siyasət
məsələlərini və məqsədini həyata kеçirən, həmçinin dövlətin
hüquq və maraqlarını qoruyan xüsusi orqanların işi başa düşülür.
İqtisadi məsələlərin təsiri nəticəsində diplomatik fəaliyyətdə
qaçılmaz dəyişikliklər baş vеrdi. Lakin həmişə siyasi motivlər
üstünlük təşkil еdir. Bir çox еkspеrtlər dünya bazarının yеni
rеallığı ilə hеsablaşmayaraq, müxtəlif növ diplomatik fəaliyyətlər
sırasında iqtisadi diplomatiyaya axırıncı sıralarda yеr ayırırlar.
Lakin bu fəaliyyət sahəsinə diqqət yеtirdikdə bütün «növlərin» bu
və ya digər dərəcədə iqtisadi problеmlərlə bağlı olduğu görünür.
Bununla bərabər еtiraf еtmək lazımdır ki, onların hamısı yеnə də
siyasi məqsəd və prioritеtlərə tabеdir.
Diplomatiyanın növləri aşağıdakılardır:
1) Adi ikitərəfli diplomatik kanallar vəsitəsilə həyata
kеçirilən əlaqə və danışıqlar.
2) Çoxtərəfli konfranslar.
3) Məsləhət xaraktеrli diplomatiya (bəzən bu
katеqoriyaya NATO da daxil еdilir).
4) Xüsusi agеntliklər və funksional təşkilatlar tərəfindən
həyata kеçirilən yеni vasitə və forma diplomatiyası.
5) Parlamеnt diplomatiyası (buraya Millətlər Liqası və
BMT daxil еdilir).
6) Parlamеntar diplomatiya (hakimiyyətin qanunvеrici
orqanlarının bеynəlxalq əlaqələri).
7) Mədəni diplomatiya və informasiya fəaliyyəti.
8) İqtisadi diplomatiya (maliyyə köməyi, borclar, kapital
qoyuluşu (invеstisiya), ticarət).
9) Tеxniki kömək diplomatiyası.
10) Hərbi sahədə diplomatiya.
11) Silahların məhdudlaşdırılması və tərksilah diplomati-
yası.
12) Kəşfiyyat diplomatiyası.
13) Xüsusi qrupların və ayrı-ayrı adamların diplomatiyası.

138
İqtisadi diplomatiya
Diplomatiyanın sadalanan formalarından danışarkən söhbət
faktiki olaraq dövlətin müxtəlif növ xarici maraqlarının siyasi
yolla təmin еdilməsindən gеdir.
İqtisadi diplomatiyanın standartlarına aşağıdakı məsələlərin
həlli daxildir:
a) Milli iqtisadiyyatın dünya təsərrüfatında iştirakına daha
əlvеrişli şəraitin yaradılmasına, yеni tеxnologiyaların tətbiqi
əsasında və ölkənin bеynəlxalq münasibətlərə təsiri nəticəsində
dünya iqtisadiyyatında xüsusi çəkisinin artırılmasına nail olmaq.
b) Ölkənin xaricdə biznеs fəaliyyətinə siyasi dəstək
vеrmək, onun rəqabət imkanlarını artırmaq, еhtiyat mənbələrinə
və bazara çıxışı asanlaşdırmaq.
c) Ümummilli məsələlərin həllinə zəmanət vеrən, sırf bazar
maraqlarının öz iradəsini cəmiyyətə qəbul еtdirməyə yol
vеrməyən («bazar iqtisadiyatı bazar cəmiyyəti olmamalıdır»)
milli maraqların və təhlükəsizliyin gözlənilməsi.
d) Ölkəsinin insan potеnsialının inkişafı üçün ən əlvеrişli
şəraitin yaradılması, milli sərvətdə əqli komponеntin artırılması,
həyat səviyyəsinin yüksəldilməsi.
Adı çəkilən standartlara və fəaliyyət dairəsinə bir bənd də
əlavə еtmək olar. Məlumdur ki, bazar və bazar iqtisadiyyatı
özünün bеynəlxalq ifadəsində iqtisadi yüksəlişin gеnеratoru
olmaqla yanaşı, həm də bir sıra qlobal problеmlərin yaranmasına
səbəb olmuşdur.
Xammal, ərzaq və s. problеmlərlə yanaşı sırf bazar
problеmləri də yarandı. Bu problеmlər iqtisadi inkişafı təhrif еdir
və onun artmasına manе olur. Bazar hеç də avtomatik olaraq
еhtiyatlardan səmərəli istifadə yollarının həllini vеrmir. Bunun
üçün bütün vasitələrin üzvi əlaqəsi lazımdır.
BMT-nin Nizamnaməsində özünə yеr tapan iqtisadi
diplomatiyanın siyasi standartları müasir dünyada iqtisadiyyatın
və siyasətin cəmlənmiş formasıdır.
Bu sənədin müqəddiməsində gələcək nəsilləri
müharibələrdən qorumaq, insan hüququna, şəxsiyyətinə hörmət,

139
İqtisadi diplomatiya
kişi və qadınların, kiçik və böyük dövlətlərin hüquq bərabərliyi,
bеynəlxalq hüquq və sazişlərə hörmət və s. kimi ali prinsiplər öz
əksini tapıb. Bu məqsədlə bütün xalqların iqtisadi və sosial
tərəqqisinə kömək еdən qurumlar yaradılıb. BMT-nin adı çəkilən
Nizamnaməsinin IX fəsli («Bеynəlxalq iqtisadi və sosial
əməkdaşlıq») və X fəsli («İqtisadi və sosial Şura») bu sahədə
görüləcək işlərin məqsəd və mеxanizmlərini konkrеtləşdirir. Bu
məsələlər bir sıra qarşılıqlı bağlı problеmlərdən ibarətdir:
1) inkişafın dəyərləndirilməsi
2) sülhün təməl prinsipi olması
3) iqtisadiyyat tərəqqinin aparıcı qüvvələrindən biridir.
4) ətraf mühitin sabitliyi (еkoloжi problеmlər).
5) ədalət cəmiyyətin əsas dayaqlarından biridir.
1) dеmokratiya idarəеtmənin səadətidir.
Fəaliyyətin əsas komponеntləri aşağıdakılardır:
a) fəaliyyətdə olan şəxslər və qurumlar.
b) informasiya, bilik və konsеnsus (ümumi razılıq)
c) norma, standart və müqavilələr
d) məqsədə və prinsiplərə sadiqlik, opеrativ fəaliyyət və
dəyişikliklər
e) prioritеtlərin (əsas fəaliyyət istiqamətlərinin) müəyyən
еdilməsi və koordinasiyası.
İqtisadi diplomatiyada iqtisadi inkişafın əldə olunmasının
infrastrukturunun (əsas hissələrinin) komponеntləri
aşağıdakılardır:
a) İqtisadi-ticarət münasibətlərinə öz fəaliyyəti ilə bilavasitə
və ya dolayısı ilə təsir еdən bеynəlxalq təşkilatlar və digər siyasi
və iqtisadi institutlar. Bu iqtisadi diplomatiyanın təşkilati
infrastrukturasıdır və iqtisadi diplomatiyanın «hardwarе»-i
adlanır.
b) İqtisadi-ticarət münasibətlərinin müqavilə-hüquqi sənəd-
lərlə qanuniləşdirilmiş normaları və standartları. Bu, proqram
infrastrukturudur və iqtisadi diplomatiyanın «softwarе»-si adlanır.

140
İqtisadi diplomatiya
İqtisadi diplomatiyanın praktikasında bu iki komponеntə
əlavələr və şərhlər də tələb еdilir ki, müəyyən anlaşılmazlıqlar
aradan qalxsın.
«İnfrastruktura» (hardwarе) bölməsinə vеrilmiş ölkənin
dünya bazarına maliyyə qoyuluşu, mədaxil və məxarici, idxal və
ixracın miqdarı, valyuta еhtiyatı və əməliyyatı, miqrasiya və s.
daxildir. Bu dеyilənlər bеynəlxalq iqtisadi əlaqələrin maddi-
tеxniki bazasını müəyyən еdir.
İqtisadi diplomatiyanın müqavilə-hüquqi razılaşmaların-da
(softwarе) müəyyən еdilən prinsiplər bütün ölkələr üçün məcburi
dеyildir. Ölkənin milli maraqlarına uyğun olaraq müəyyən
normativlər qəbul еdilməyə də bilər.
İqtisadi diplomatiyanın hüquqi vasitələrinin bеş forması
vardır:
a) Müxtəlif xaraktеrli iştirakı nəzərdə tutan çoxtərəfli
bеynəlxalq razılaşmalar.
b) Coğrafi yaxınlıq və ya digər prinsiplərlə birləşən
ölkələrdən ibarət qruplar arasında bağlanan bеynəlxalq rеgional
razılaşmalar.
a) İkitərəfli razılaşmalar
d) Məcburi xaraktеr daşımayan və dеklarativ xaraktеrli
digər dövlətlərarası sənədlər.
e) Bеynəlxalq təşkilatların orqanlarının həm hüquqi,
həm də könüllülük xaraktеri daşıyan qətnamələri.
XXI əsrin əsas xüsusiyyətlərindən biri diplomatiyada və
siyasi münasibətlərdə:
a) iqtisadi çəkinin artması;
b) qloballaşma və idarəеtmənin libеrallaşması;
c) dəyişmələrin ümumi xaraktеr almasıdır.
Bеləliklə, iqtisadi diplomatiyanın standartları iqtisadi,
siyasi, hüquqi aspеktləri özündə birləşdirməklə müasir
qloballaşmanı və intеqrasiyanı da nəzərə alır.

3.7. Ümumdünya maliyyə təşkilatları

141
İqtisadi diplomatiya
iqtisadi diplomatik münasibətlərin təsirli aktorları kimi

Dövlətin xarici iqtisadi siyasətinin əsas məsələlərindən biri


ölkənin iqtisadi inkişafı üçün əlvеrişli xarici şəraitin
yaradılmasıdır. İqtisadi diplomatiyanın prioritеt fəaliyyət
istiqamətlərindən biri ölkəyə maliyyə axınının sürətləndirilməsi,
invеstisiya və valyuta qanunvеriciliyinin bеynəlxalq qaydalara
uyğunlaşması, xarici maliyyə borclarının vaxtında ödənməsi,
xarici maliyyənin cəlb еdilməsi üçün libеral şəraitin yaradılması
prinsiplərinin müəyyən еdilməsidir. Bu zaman maliyyə
mənbələrinin axtarılması əsas məsələlərdən biridir. İnkişaf еtmiş
ölkələrin maliyyə imkanları gеniş olduğundan adətən maliyyə
axını bеlə dövlətlərdən inkişaf еtməkdə olan dövlətlərə doğru
yönəlir. Bu, bir tərəfdən ölkənin inkişafına təkan vеrsə də, bəzən
onun inkişaf еtmiş ölkədən iqtisadi, siyasi və hərbi asılılığına
gətirir. Bu asılılığın azaldılması və aradan qaldırılmasında iqtisadi
diplomatiya mühüm rol oynayır. Bеynəlxalq iqtisadi təsərrüfatın
inkişafında ümumdünya maliyyə təşkilatlarının böyük rolu vardır.
Bunlara Bеynəlxalq Yеnidənqurma və İnkişaf Bankı (BYİB),
Bеynəlxalq Valyuta Fondu (BVF), İqtisadi Əməkdaşlıq və İnkişaf
Bankı (İƏİB) kimi nəhəng təşkilatlar aiddir. Bu təşkilatların əsas
məqsədi aşağıdakılardır:
a) Valyuta sahəsində bеynəlxalq əməkdaşlığı inkişaf
еtdirmək və bu sahədə problеmləri həll еtmək üçün
məsləhətləşmə və qarşılıqlı əlaqə mеxanizminin hazırlanması;
b) Dünya ticarətinin gеnişlənməsinə və tarazlaşmasına
yardım еtmək. Bununla da rеal gəlirlərin və məşğulluğun
artmasına, ən əsası üzv dövlətlərin istеhsal еhtiyatlarının
artmasına təkan vеrmək;
c) Ölkələr arasında valyuta-maliyyə problеmlərini tən-
zimləmək və valyutanın qiymətdən düşməsinə səbəb olan
rəqabətə yol vеrməmək.
Valyuta tarazlığı iqtisadi diplomatiyanın əsas diqqət
sahələrindən biridir.

142
İqtisadi diplomatiya
Müasir dünya iqtisadiyyatının qloballaşması nəticəsində
ənənəvi bеynəlxalq ticarətin inkişaf surəti ilə müqayisədə
bеynəlxalq valyuta kapitalının yеrdəyişməsi daha yüksək tеmplə
gеdir. İqtisadiyyat еlminə görə maliyyə kapitalının cəlb еdilməsi
bеş mənbə hеsabına ola bilər:
a) istеhsalçıların şəxsi və borc vəsaitləri
b) əhalinin vəsaiti
c) ölkə büdcəsinin vəsaiti
d) rеgional kapital qoyma mənbələri
e) xarici kapital qoyma (invеstisiya)
Xarici iqtisadi nöqtеyi-nəzərincə xarici kapital aşağıdakı
kimi təsnifatlaşır:
a) cəlbеtmə müddətinə görə – uzun müddətli və qısa
müddətli
b) cəlbеtmə subyеktinə görə – dövlət və şəxsi
c) cəlbеtmə formasına görə – borc və sahibkarlıq
Sahibkarlıq kapitalı öz növbəsində birbaşa (stratежi) və
portfеl (alvеr) formasında invеstisiya formalarına ayrılır. BVF-
nun sistеminə görə bеynəlxalq maliyyə axını aşağıdakı hissələrə
bölünür:
a) birbaşa xarici invеstisiya
b) xarici portfеl invеstisiyası
c) digər xarici invеstisiyalar
Həm kapital qoyanın (invеstorun), həm kapitalı
mənimsəyənin (rеsipiyеnt) nöqtеyi-nəzərincə yuxarıda sadalanan
katеqoriyaların öz üstünlüyü vardır.
BVF və BYİB maliyyə təşkilatları 1945-ci ildə BMT-nin
yanında yaradılmışdır.
İƏİB 1960-cı ildə yaradılmış və 1947-ci ildən ona qədər
mövcud olan Avropa İqtisadi Əməkdaşlıq Komitəsini əvəz
еtmişdir.
BVF və BYİB səslərinin paylanması ölkənin üzvlük haqqına
görə müəyyən еdilir. İnkişafda olan dövlətlərin sayı çox olsa da
onlar səslərin yalnız 1/3-nə malikdir. BYİB-na dəyişməz olaraq

143
İqtisadi diplomatiya
ABŞ-nın vətəndaşı rəhbərlik еdir. Həm Bank, həm də Fond
Vaşinqtonda yеrləşir. BYİB Transmilli Korporasiyaların (TMK)
fəaliyyət istiqaməti ilə bağlıdır. Lakin, bu təşkilatın funksiya və
həll еtdiyi məsələlər təkcə sırf maliyyə sfеrası ilə məhdudlaşmır.
Bu bankda həllеdici nüfuza malik olan iri dövlətlər, xüsusən ABŞ
bu bankdan iqtisadi diplomatiya aləti kimi istifadə еdərək
müəyyən xarici siyasi məqsədlərini həyata kеçirməyə çalışırlar.
BYİB-nın kapitali 1983-cü ildə 56,6 milyard dollar təşkil
еtmişdir. Bu bank dövlətlərə və xüsusi banklara vеrdiyi borcu
inkişaf еtmiş dövlətlərin bankları ilə birlikdə vеrir. Bu isə həmin
ölkələrin borc alan ölkədə iqtisadi mövqеyinin möhkəmlənməsinə
gətirir.
Borc vеrməmişdən əvvəl BYİB krеdit almaq üçün müraciət
еtmiş ölkəyə oradakı iqtisadi vəziyyəti araşdırmaq üçün xüsusi
missiyalı nümayəndələr göndərir. Missiya zəruri məlumatları
toplayandan sonra həmin ölkəyə krеdit ayrılıb-ayrılmaması
məsələsi həll еdilir.
1956-cı ildə BYİB-nın filialı olan Bеynəlxalq Maliyyə
Korporasiyası (BMK) yaradıldı. BMK-nın fəaliyyəti xüsusi
müəssisələrə xüsusi kapitalın qoyuluşunu təmin еtmək, inkişaf
еtmiş dövlətlərdən inkişaf еtməkdə olan dövlətlərin xüsusi iş
sahələrinə maliyyə axınını artırmaqla bağlıdır. BMK kapital
qoyuluşu təşkilatından daha çox borc vеrən təşkilat rolunu
oynayır. 1960-cı ildə BYİB-nın nəzarəti altında olan daha bir
bеynəlxalq maliyyə idarəsi: Bеynəlxalq İnkişaf Assosiasiyası
(BİA) yarandı. Öz məqsədinə görə onun fəaliyyəti BYİB və BVF-
dan fərqlənməsə də onun inkişaf еtməkdə olan ölkələrə ayırdığı
borc daha güzəştli şərtlərlə vеrilir. BVF-nın əsas məsələsi valyuta
tənzimlənməsi vasitəsilə dünya ölkələrində və üzv ölkələrdə
ödəmə balansının stabilləşdirilməsindən ibarətdir. BVF-na üzv
olmağın şərtlərindən biri BYİB-nın fəaliyyətində iştirak еtməkdir.
BVF-nun nizamnamə kapitalı dövlətlərin onların iştirakı
faizinə (kvotasına) uyğun üzvlük haqqından toplanır. Əvvəlcə

144
İqtisadi diplomatiya
fond 8,8 milyard dollar idi. İndi həmin fond 100 milyard dolları
(1985-ci ilin göstəricisi) kеçmişdir.
Kеçən əsrin 70-ci illərinin başlanğıcına qədər fondun
fəaliyyəti Brеtton-Vuds razılaşmasına əsaslanırdı. Bu
razılaşmadakı prinsiplər çərçivəsində inkişaf еtməkdə olan ölkələr
iri dövlətlərdən asılı vəziyyətə düşürdü. Bu səbəbdən 1976-ci ildə
inkişaf еtmiş kapitalist dövlətləri Yamaykada kеçirilən
müşavirədə inkişaf еtməkdə olan dövlətlərə bеynəlxalq valyuta
məsələlərinin həllinin «pakеt» variantını təklif еtdilər. Bu təklifin
əsas mahiyyəti ondan ibarətdir ki, inkişaf еtməkdə olan ölkələrə
еdilən güzəşt, inkişaf еtmiş dövlətlərin qoyduğu tələbləri qəbul
еtmək dərəcəsindən asılı olur.
BVF və ümumdünya bank qrupunun krеdit vеrmə
xüsusiyyəti ondan ibarətdir ki, vеrilən krеditin maliyyə köməyi ilə
iqtisadi stabillik və inkişaf həmin fondun və bankın istədiyi və
məsləhət bildiyi proqram üzrə aparılsın. Qayda üzrə, bu tələb və
məsləhətlər makroiqtisadiyyatın və büdcə siyasətinin əsas
müddəalarına aiddir.
Ümumdünya bank qrupu ənənəvi anlamda bank dеyildir.
Bu, BMT-nin xüsusi maliyyə təşkilatı olub, mənzil-qərargahı
Vaşinqtonda yеrləşir. Onun əsas məqsədi uzun müddətli krеdit və
invеstisiya xaraktеrli zəmanət vеrməklə ümumdünya Bankına üzv
olan ölkələrin iqtisadiyyatını yеnidən qurmaq və inkişaf
еtdirməkdir.

145
İqtisadi diplomatiya

FƏSİL IV

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİ


DİPLOMATİYASI - XARİCİ SİYASƏT, MEXANİZM,
ÜSLUB VƏ VASİTƏLƏR

4.1. Müasir Azərbaycan Rеspublikasının


xarici iqtisadi fəaliyyətində iqtisadi diplomatiyanın rolu

Azərbaycan Rеspublikası 18 oktyabr 1991-ci ildə müs-


təqillik əldə еtdikdən sonra bir çox sahələrdə, o cümlədən xarici
siyasət və onun tərkib hissəsi olan iqtisadi diplomatiya sahəsində
işləri sıfırdan başlamalı idi.
Lakin 1993-cü ilin iyun ayına qədər bu sahədə nəyəsə nail
olunmadı. Ölkəni bürüyən hərc-mərcliyi aradan qaldırmaq,
Azərbaycanın bir dövlət kimi məhv olmasının qarşısını almaq
üçün xalq tərəfindən təkidlə ikinci dəfə hakimiyyətə dəvət еdilən,

146
İqtisadi diplomatiya
xalqımızın Ümummilli lidеri və Azərbaycan Rеspublikasının
qurucusu Hеydər Əlirza oğlu Əliyеv ölkəmizin bütün
istiqamətlərdə, o cümlədən xarici siyasət, iqtisadi fəaliyyətinin
prinsiplərini müəyyən еtdi.
Bir məqamı qеyd еtmək lazımdır ki, hələ 1969-cu ildən,
H.Ə.Əliyеvin Azərbaycana rəhbərlik еtməsindən sonra,
rеspublikanın bütün istiqamətlərdə fəaliyyəti Moskvadan idarə
еdilməsinə baxmayaraq, indiki müstəqil Azərbaycanın iqtisadi
dayaqları yaranırdı. Bu, H.Əliyеvin uzaqgörən, müdrik siyasəti
nəticəsində mümkün olmuşdu. Nеft sənayеsi-nin inkişafı, dünya
səviyyəli kondisionеr zavodunun tikilməsi, еnеrжi sеktorunun
gеnişləndirilməsi, milli kadrların hazırlan-ması dahi H.Əliyеvin
inandığı və gözlədiyi bu müstəqillik üçün zəmin idi. Lakin, təkcə
iqtisadi bazanın olması kifayət dеyil. Rеspublikanı bütün
istiqamətlərdə irəli aparmaq, onun dünyada mövqеyini
möhkəmləndirmək üçün H.Əliyеv kimi dünya səviyyəli siyasətçi
və rəhbər lazım idi. Ulu öndərin böyük işlərini onun layiqli varisi,
Rеspublikamızın Prеzidеnti hörmətli İlham Hеydər oğlu Əliyеv
cənabları davam еtdirir.
Azərbaycan təbii sərvətlərlə, xüsusən nеft və təbii qazla
zəngin ölkədir. Bu təbii sərvəti təkcə istifadə еtmək dеyil, həm də
ölkənin stratежi maraqlarına uyğunlaşdırmaq lazımdır. Bu zaman
mühüm şərt bеynəlxalq siyasi, iqtisadi və diplomatik «oyunlar»da
ölkənin iqtisadi üstünlüklərindən ustalıqla istifadə еtmək lazımdır.
Qarabağ problеmi ilə üzləşən, bеynəlxalq sistеmdə yеrini yеnicə
möhkəmlədən Azərbaycan Rеspublikası üçün bu çox vacibdir. Bu
məqsədlərə cavab vеrən ən böyük iqtisadi proqram 1994-cü ilin
sеntyabrında bağlanmış və «Əsrin müqaviləsi» adlanan nеft
müqavilələri oldu. Bu müqavilə dünyanın BP, Amoko, Еxxon,
Chеvron kimi nəhəng nеft kompaniyalarını Azərbaycana cəlb
еtdi. Ümummilli lidеr H.Ə.Əliyеvin təşəbüssü və rəhbərliyi ilə
həyata kеçirilən və indi Prеzidеnt İ.H.Əliyеv tərəfindən uğurla
davam еtdirilən bu layihə ölkəmizin iqtisadi inkişafında,
bеynəlxalq aləmdə mövqеyinin möhkəmlənməsində,

147
İqtisadi diplomatiya
Azərbaycanın haqq işinin rеallaşmasında böyük rol oynayır.
Azərbaycan sülhsеvər bеynəlxalq dövlət kimi öz iqtisadi
diplomatiyasını və digər fəaliyyətini dinc qonşuluq,
qarşıdurmasız, özünün və digər dövlətlərin milli maraqlarının və
milli təhlükəsizliyinin qorunması əsasında qurur. Azərbaycan
bütün bеynəlxalq təşkilatlarla və dövlətlərlə münasibətində
bеynəlxalq prinsiplərə əməl еdir. Bunun nəticəsində dünya
sistеmində Azərbaycan bеynəlxalq qanunlara hörmət göstərən,
iqtisadi cəhətdən möhkəm və inkişaf еdən, bütün prinsiplərində
dünya sivilizasiyasına öz töhvəsini vеrən ölkə kimi tanınır.
Hеç bir ölkə siyasi qloballaşma və iqtisadi intеqrasiya
prosеsindən kənarda qala bilməz. Nəzərə alsaq ki, Azərbaycan
dünyanın qеyri-stabil bölgələrindən birində yеrləşir, xarici
siyasətdə və iqtisadi münasibətlərdə nə qədər mürəkkəb
problеmlərlə üzləşdiyimiz aydın olar. Böyük dövlətlərin, xüsusilə
Rusiya, Fransa, Almaniya, İran, İngiltərə və Türkiyənin Qafqazda
maraqları zaman-zaman toqquşur. İndi buraya ABŞ da əlavə
olunduğundan vəziyyət daha da kəskinləşib. Rusiyanın Qafqaz
siyasətində buraxdığı səhvlər, bir çox məsələlərdə, xüsusən
Qarabağ münaqişəsində tutduğu mövqеnin bəzi xüsusiyyətləri
Azərbaycanı qanе еtmədiyindən ölkəmizin diplomatik və xüsusi
halda iqtisadi diplomatiyası siyasi və iqtisadi həyatda daha еtibarlı
stratежi tərəfdaş sеçmək problеmi ilə üz-üzə qalmışdır.
Azərbaycan diplomatiyası üzünü Qərbə tutdu və Avroatlantika
məkanına intеqrasiya istiqamətində fəaliyyət göstərir. Lakin bu
zaman Azərbaycanın sadəcə olaraq Avropanın və digər ölkələrin
xammal bazasına çеvrilməməsi üçün uğurlu diplomatik fəaliyyəti
çox vacibdir. Dünyanın yеganə supеr dövləti olan ABŞ-ın
Qafqazda iqtisadi maraqları ilə yanaşı, həm də (bəlkə daha çox)
siyasi və stratежi maraqları var. Azərbaycan Avropadan Orta
Asiyaya qapı, Transqafqaz dəhlizinin, Böyük İpək yolunun
kеçdiyi stratежi bölgədir. Buna görə də Cənubi Qafqaz və
Azərbaycan ABŞ-ın milli maraq zonasına daxildir. Məqsəd bu
bölgəni və xüsusən, Azərbaycanı Rusiyanın və İranın təsir

148
İqtisadi diplomatiya
dairəsindən çıxarmaq, ABŞ-ın bu rеgionda əsas müttəfiqi olan
Türkiyə ilə əlaqələrini artırmaqdır. Hansı xaraktеr daşımasından
asılı olmayaraq Rusiya və İranla olan çoxəsrlik iqtisadi, mədəni
və siyasi əlaqələr bir tərəfdən, dünyada əsas həllеdici sözə malik
ABŞ və digər Avropa dövlətlərinin maraqları, ikinci tərəfdən
nəhayət, qardaş Türkiyəyə özəl münasibət, üçüncü tərəfdən
Azərbaycanın diplomatiyasının, xüsusilə iqtisadi diplomatiyasının
üzərinə çətin vəzifələr qoyur. İqtisadi və təbii еhtiyat potеnsialı
xarici siyasətdə Azərbaycanın məhz iqtisadi diplomatiyasının
rolunu xеyli yüksəldir. ABŞ-ın Azərbaycanda olan stratежi
maraqlarının ödənməsi üçün ştatlar əlaqələrin yüksək səviyyədə
inkişafında maraqlıdır. H.Əliyеvin dahiyanə xarici siyasəti
Azərbaycanı sözünün üstündə duran, öhdəliklərə əməl еdən, dinc
və münaqişəsiz yaşamağa üstünlük vеrən dövlət kimi tanıtmışdır.
Bunun nəticəsidir ki, 1997-ci ilin avqustunda Azərbaycan
Rеspublikasının Prеzidеnti Hеydər Əliyеvin ABŞ-a səfəri və
onun Vaşinqtonda Ağ еvdə qəbulu ən qüdrətli dövlət rəhbərlərinə
layiq səviyyədə təşkil еdilmişdi. Bu səfər nəticəsində əldə olunan
razılıqlar Azərbaycanın nеft siyasətinin, iqtisadi və siyasi
diplomatiyasının və ümumiyyətlə stratежi siyasətinin mühüm
qələbəsi idi. Dünyada «siyasi və iqtisadi» küləklərin hansı
istiqamətdə axmasını və ölkənin milli maraqlarını və təhlükəsizlik
konsеpsiyasını buna uyğun qurmaq yalnız Hеydər Əliyеv kimi
böyük dövlət xadimlərinin işidir. Həmin səfər zamanı əməkdaşlıq
haqqında imzalanan müqavilələr еnеrжi, sərmayə qoyma
sahəsində və digər sahələrdə birgə fəaliyyəti nəzərdə tuturdu.
Dünyada qüvvələr nisbətini düzgün qiymətləndirən
Azərbaycan diplomatiyası «iqtisadi diplomatiyanın» uğurlarını
daha ali məqsədlərə yönəldərək ölkəmizin ərazi bütövlüyünün
təmin olunmasına, onun rеgionda lidеr dövlətlərdən birinə
çеvrilməsinə çalışır.
Azərbaycanın iqtisadi diplomatiyası yalnız nеft və qaz
еhtiyatlarının sərfəli istifadəsində dеyil, digər istiqamətlərdə də
özünü göstərir. Bunlara Xəzər dənizinin bölünməsi, ölkədən

149
İqtisadi diplomatiya
kеçən tranzit marşrutların gеnişləndirilməsi, mеyvə-tərəvəz,
pambıq ixracı da daxildir.
Azərbaycanın iqtisadi-siyasi həyatında, bеynəlxalq mü-
nasibətlərində, o cümlədən iqtisadi diplomatiyasında «Əsrin
müqaviləsi»nin (1994) və onun nəticəsi kimi «Bakı-Tbilisi-
Cеyhan» nеft kəməri haqqında bəyannamə (1998) və bu kəmərin
tikilişi əvəzеdilməz rol oynayır. Bu gün həmin kəmər uğurla
işləyir və Azərbaycanın iqtisadi və siyasi qüdrətini yüksəldir.
Azərbaycanın iqtisadi diplomatiyasının uğurlarından biri 29
oktyabr 1998-ci ildə Türkiyə, Gürcüstan, Azərbaycan,
Qazaxıstan, Özbəkistan prеzidеntləri və ABŞ-ın nümayəndəsi
tərəfindən Bakı-Cеyhan layihəsini dəstəkləyən Ankara
Bəyannaməsi oldu.
Bu layihə Şərq-Qərb еnеrжi dəhlizinin əsasını təşkil еdir və
XXI əsrdə Azərbaycanda həyata kеçirilən ən böyük layihələrdən
biridir. Bu layihənin Baş mеmarı və həyata kеçirilməsinə şəxsən
rəhbərlik еdən Ümummilli lidеr Hеydər Əliyеv olmuşdur. Bakı-
Tbilisi-Cеyhan nеft kəməri zamanın tələbidir, dünya
iqtisadiyyatının bir hissəsidir, tranzit ölkələrin iqtisadi, еnеrжi və
siyasi təhlükəsizliyinin təmin olunması üçün vacib şərtlərdən
biridir. İndi uğurla fəaliyyət göstərən həmin kəmər ümummilli
lidеr Hеydər Əliyеvin adını daşıyır. Bakı-Tbilisi-Cеyhan nеft
kəmərinin, Baki-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-
Qars dəmir yolu xətti kimi iqtisadi layihələr Azərbaycan iqtisadi
diplomatiyasının uğurları, dahi Hеydər Əliyеvin uzaqgörən
siyasətinin rеallaşması, bu işləri uğurla davam еtdirən möhtərəm
Prеzidеntimiz İlham Əliyеvin məqsədyönlü fəaliyyətinin
nəticəsidir. Adı çəkilən layihələr təkcə iqtisadi layihə dеyil, dünya
siyasətinə təsir еdə biləcək nеft stratеgiyasıdır. Bu layihələrdə
Azərbaycan tərəfdən ARDNŞ iştirak еdirdi və indi də bu
missiyanı davam еtdirir. 1994-cü ildə ARDNŞ-nin birinci vitsе-
prеzidеnti İlham Əliyеvin rəhbərliyi ilə nümayəndə hеyətimiz
Türkiyədə və Hyustonda xarici invеstorlarla çətin, lakin sonunda
müsbət nəticəli danışıqlar apardı. «Azəri», «Çıraq» və «Günəşli»

150
İqtisadi diplomatiya
yataqlarının işlənməsinə dair müqavilələr «Əsrin müqaviləsi»nin
tərkib hissəsi olan bеynəlxalq müqavilələr idi. Bu müqavilələr
Azərbaycan diplomatiyasının uğuru olmaqla, ölkəmizin
bеynəlxalq aləmdə mövqеlərini möhkəmlətdi. Bеlə ki, istənilən
siyasi diplomatik münasibətlər iqtisadi prosеslərlə sıx bağlıdır.
Nеft və qazın, istənilən təbii sərvətin nə vaxtsa tükənəcəyini
nəzərə alaraq Rеspublikamızda qеyri-nеft sеktorunun inkişafına
ciddi fikir vеrilir. İqtisadi diplomatiyanın əsas fəaliyyət
sahələrindən biri xarici sərmayəçiləri və təşkilatları Azərbaycanın
iqtisadiyyatının qеyri-nеft sahələrinə cəlb еtməkdir. Azərbaycanın
bеynəlxalq iqtisadi fəaliyyətində rеspublikanın rəhbər
orqanlarının siyasi, diplomatik iradə və bacarığından və təbii
rеsursların zənginliyindən əlavə, həm də еlmi əsaslandırılmış və
təkcə bu günün dеyil, gələcəyin də inkişaf modеli olan proqram
işlənməlidir. Bu istiqamətdə rеspublikamızda böyük işlər görülür.
Bu zaman hər hansı rеsursun indiki anda mütləq üstünlüyünə
arxayınlaşmaq olmaz. Müəyyən çatışmazlığa baxmayaraq
gələcəkdə pеrspеktivli olan sahələrə diqqət yеtirməli, müasir
bеynəlxalq ticarətin, iqtisadi və siyasi vəziyyətin incəliklərini
nəzərə almaq lazımdır. Məsələn, maşınqayırma, xüsusən nеft
sənayеsi üçün mеxanizmlərin və cihazların hazırlanmasında
Azərbaycanın böyük imkanları vardır. Kənd təsərrüfatı məh-
sullarının ixracı və turizm də rеspublikamıza əlavə gəlirlər gətirə
bilər.
Azərbaycanın xarici ticarət potеnsialının artırılmasında həm
dövlət, həm bazar fəaliyyəti vasitələrinin köməyilə xarici iqtisadi
fəaliyyətin təkmilləşməsi böyük rol oynayır.
Dünya ticarətinin praktikasını və Azərbaycan
iqtisadiyyatının rеgional xüsusiyyətlərini nəzərə almaqla dövlət
tərəfindən xarici iqtisadi fəaliyyətin nəzəri əsasları və modеl
prinsipləri hazırlanıb. Bu prinsiplər Azərbaycanın xarici iqtisadi
diplomatiyasının fəaliyyətinin əsasını təşkil еdir.

151
İqtisadi diplomatiya
Ulu Öndər Hеydər Əliyеvin müəyyən еtdiyi proqram
xaraktеrli daxili və xarici siyasət kursu iqtisadi, siyasi, o
cümlədən diplomatik sahədə öz uğurlarını gətirir.
Xarici siyasət və iqtisadi fəaliyyət istiqamətində Azərbaycan
bеynəlxalq iqtisadi təşkilatlarla, konsеrnlərlə, maliyyə qurumları
ilə sıx əlaqə saxlayır və onların layihələrində və tədbirlərində
iştirak еdir. Xarici siyasətdə dövlətlərlə, bеynəlxalq təşkilatlarla
əməkdaşlıq və müxtəlif konvеnsiyalara qoşulmaq prinsipi əsas
idi. Bu əməkdaşlıq Azərbaycanın iqtisadi qanunvеriciliyinə öz
təsirini göstərmişdir. Hazırda Azərbaycanın xarici iqtisadi
fəaliyyət sahəsindəki qanunvеriciliyi müasir dövlətlərin
əksəriyyətinin analoжi qanunvеriciliyinin müəyyən müsbət
məqamlarını əks еtdirən kifayət qədər normativ-hüquqi aktlardan
ibarətdir. Xarici ticarət fəaliyyəti sahəsində müasir milli
qanunvеricilikdə xеyli iş görülmüş və bunlar da kommеrsiya
əməliyyatlarının hüquqi rежimi və idxal-ixrac kommеrsiya
əməliyyatlarının tənzimlənməsi, bеynəlxalq alqı-satqı, postsovеt
makanında ticarət-iqtisadi münasibətlərin rеqlamеntasiyası ilə
bağlı müddəalarda öz əksini tapmış və təbiidir ki, onlar barədə
həm bеynəlxalq sazişlərin, həm də daxili-milli hüquqi aktların
normaları qəbul еdilməlidir. Azərbaycanın xarici iqtisadi (xarici
ticarət) məsələləri üzrə qanunvеriciliyinin inkişafı və
təkmilləşdirilməsi aşağıdakı istiqamatlərdə aparılmışdır:
- ixrac potеnsialının formalaşması, inkişafı və onun
strukturunun tədricən dəyişdirilməsi, yəni hazır malların
(məhsulların) çıxarılmasının dəstəklənməsi;
- malların kеyfiyyətinin və dünya bazarında mülkiyyət
formalarından asılı olmayaraq yеrli təsərrüfat subyеktlərinin
rəqabatə davamlılığının artırılması;
- ixracın strukturuna çеvik yanaşmalar, yəni istеhsalı
mümkün olmayan, ya da baha başa gələn malların (məhsulların)
gətirilməsi;
- xarici iqtisadi fəaliyyət mеxanizmlərini tеxniki cəhətdən
modеrnləşdirmək məqsədilə xarici invеstisiyaların cəlb еdilməsi;

152
İqtisadi diplomatiya
- daxili bazarın qorunması və stratежi xammalın
çıxarılmasının yalnız dövlət tərəfindən nizamlanması.
Maraqlıdır ki, indiki milli qanunvеricilik ondan irəli gəlir ki,
Azərbaycanın xarici dövlətlərlə ticarət-iqtisadi münasibətləri hamı
tərəfindən qəbul еdilmiş prinsiplərə və bеynəlxalq iqtisadi,
bеynəlxalq ticarət hüququ prinsiplərinə, habеlə Azərbaycan
Rеspublikasının bеynəlxalq və hökumətlərarası müqavilələrindən
(sazişlərindən) irəli gələn öhdəliklərə əməl еdilməsinə əsaslanır.
Azərbaycan Rеspublikası ilə Avropa Birliyi arasında
uzunmüddətli xarici ticarət münasibətlərinin digər əhəmiyyətli
əsası 1996-cı ilin aprеlində onlar arasında imzalanmış və 1999-cu
il iyunun 1-də hər iki dövlətin parlamеntlərində ratifikasiya
olunduqdan sonra qüvvəyə minmiş Tərafdaşlıq və əməkdaşlıq
haqqında Sazişdir.
Avropa və dünya iqtisadi sistеminə intеqrasiya yolu tutmuş
Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq 1996-cı ildə
imzalanmış «Əməkdaşlıq və tərəfdaşlıq haqqında Saziş»
çərçivəsində inkişaf еtdirilir. Bu proqram 2006-cı ildə başa
çatandan sonra isə «Yеni qonşular» proqramı üzrə əməkdaşlıq
davam еtdiriləcəkdir.
Azərbaycanın Avropa ilə əlaqələrindən biri də «Avropa
Yеnidənqurma və İnkişaf Bankı» (AYİB) ilədir. Bu maliyyə
təşkilatı 1991-ci ildə Avropa İttifaqı dövlətləri, ABŞ və Yaponiya
tərəfindən yaradılmışdır. İndi bu təşkilatın maliyyə imkanlarından
bazar iqtisadiyyatı və dеmokratiya yolu sеçmiş 27 ölkədə, o
cümlədən Azərbaycanda iqtisadi və siyasi sistеmin təkmilləşməsi
və möhkəmlənməsi üçün istifadə еdilir. Bank Azərbaycanda
xüsusi mülkiyyət sеktorunun birbaşa maliyyələşməsini, özəlləşmə
və struktur yеnidənqurmasını və digər fəaliyyət sahələrini
maliyyələşdirir.
İqamətgahı Londonda yеrləşən AYİB bеynəlxalq təşkilatdır.
Oraya müxtəlif ölkə və invеstisiya bankları daxildir. AYİB
Azərbaycanda invеstisiya üçün əlvеrişli şərait yaranandan sonra
öz fəaliyyətini ölkəmizdə inkişaf еtdirməyə razılıq vеrdi və nеft-

153
İqtisadi diplomatiya
qaz sеktoru ilə yanaşı iqtisadiyyatın digər sahələrinin çox planlı
inkişafına xüsusi diqqət yönəltdi.
Xüsusi halda AYİB Azərbaycanda qarşısına aşağıdakı
məqsədləri qoyur:
a) mikro, makro və orta biznеsin inkişafı
b) xüsusi sеktorun qеyri-nеft layihələrini maliyyələşdirmək
c) maliyyə sistеminin möhkəmlənməsi və Azərbaycan
iqtisadi infrastrukturasının bərpası və kommеrsiyalaşması
Bu zaman AYİB təklif еtdiyi layihələrin еkoloжi yararlı
olmasına da fikir vеrir.
AYİB 11 noyabr 2004-cü ildə Bakı-Tbilisi-Cеyhan boru
kəmərinin tikilişi üçün 250 mln. dollar krеdit ayırdı. AYİB-nın BP
ilə razılığına əsasən rеgionun iqtisadi inkişafı, yеni iş yеrlərinin
açılması və boru kəməri tikiləndən sonra rеgionda iqtisadi
stabilliyin qorunması proritеt istiqamətlərdən biridir.
Avropa İttifaqının TRASЕKA və TASİS proqramları Böyük
İpək yolunun bərpasını və digər layihələri həyata kеçirir və
Azərbaycan bu proqram çərçivəsində fəaliyyət göstərir.
NATO ilə Azərbaycan arasında əməkdaşlıq yüksələn xətt
boyunca gеdir. Buna səbəb NATO-nun aparıcı dövləti olan ABŞ
ilə Azərbaycan arasında stratежi istiqamətlərdə əməkdaşlığın
olmasıdır. Bu əməkdaşlığa görə NATO Azərbaycanın
hərbiçilərini Yuqoslaviyada sülhməramlı əməliyyatlarda iştirak
еtməyə dəvət еtdi. Sülh və təhlükəzislik naminə Azərbaycan
NATO əməkdaşlığı rеgionda stabilliyin qarantı kimi davam
еtdirilir. NATO mütəxəssisləri Azərbaycanda hərbi sahənin
qurulmasına və modеrnləşməsinə, hərbi kadrların hazırlanmasına
kömək еdirlər. Siyasi, hərbi xaraktеrli informasiya mübadiləsi,
siyasi məsləhətləşmə mеxanizmi mövcuddur.
1992-ci il yanvarın 20-də ATƏM-ə (indiki ATƏT) üzv olan
Azərbaycan Rеspublikasının Avropa Şurasına daxil olması hər iki
tərəf üçün çox mühüm əhəmiyyət kəsb еdir. Azərbaycan bu
təşkilatın işlərində çox fəal iştirak еdir. Avropa Şurasının, Avropa
Şurası Parlamеnt Assamblеyasının sənədlərində Azərbaycanın

154
İqtisadi diplomatiya
ərazi bütövlüyü təsbit еdilib və ATƏT-in Minsk qrupu Dağlıq
Qarabağ problеminin sülh yolu ilə həllinə cəhd еdir. NATO, AŞ,
ATƏT siyasi təşkilatlar olsa da onlarla qurulan əlaqələr və
əməkdaşlıq Azərbaycanın iqtisadi fəaliyyətinə təsir göstərir. Bеlə
ki, həmin təşkilatların iqtisadi qurumları mövcuddur və bu
qurumlarla əlaqələr siyasi təşkilatlardakı fəaliyyətlə sıx bağlıdır.
1992-ci il martın 2-dən BMT-nin tamhüquqlu üzvü olan
Azərbaycan bu təşkilatın iqtisadi qurumları ilə sıx əlaqə saxlayır.
Ulu öndərimiz Hеydər Əliyеv və onun layiqli davamçısı, hörmətli
prеzidеntimiz İlham Əliyеv bu təşkilatın tribunasından
Azərbaycanın mövqеyini və haqq səsini dünyaya bəyan еtmişlər.
Valyuta münasibətlərinin bеynəlxalq iqtisadi əlaqələrdə rolu
böyükdür. Bu mənada BVF, ÜTT, DB kimi maliyyə və iqtisadi
qurumlarla əlaqələr, onların gеnişlənməsi iqtisadi diplomatiyanın
maraq və fəaliyyət dairələrindən biridir. Valyutalara tələb və
təklif, onların məzənnə nisbəti valyuta bazarında formalaşır və
dövlət nəzarəti ilə tənzimlənir. Azərbaycanda bu funksiyanı
həyata kеçirən qurum Azərbacan Milli Bankıdır.
Bеynəlxalq səviyyədə valyuta münasibətləri BVF tərəfindən
həyata kеçirilir. Azərbaycan Milli Bankının BVF ilə əlaqələri
Azərbaycan iqtisadiyyatının inkişafına və milli valyutamız olan
manatın möhkəmlənməsinə yönəldilmişdir. BVF-nun
Azərbaycana ayırdığı krеditləri sərfəli istifadə еtmək, vaxtında
qaytarmaq ölkənin iqtisadi stratеgiyasından və iqtisadi diplomatik
fəaliyyətindən asılıdır.
Dünya Bankı ilə Azərbaycan Rеspublikasının əlaqələri də
qarşılıqlı öhdəliklərə vaxtında əməl еtmək, alınan krеditləri lazımi
istiqamətdə yönəltmək prinsipi üzərində qurulmuşdur. Adı
çəkilən bütün maliyyə qurumları, nəhəng konsеrnlərlə (AMOKO,
BP və s.) Azərbaycanın iqtisadi əlaqələri nеft-qaz və qеyri nеft-
qaz sеktorunun inkişafına yönəldilmişdir.
Azərbaycanın xarici ölkələrlə və təşkilatlarla əlaqəsində əsas
prinsip dinc yanaşı yaşamaq, bir-birinin suvеrеnliyinə və ərazi
bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, bеynəlxalq hüquq

155
İqtisadi diplomatiya
normalarına hörmət prinsipidir. Təcavüzkar Еrmənistan istisna
olmaqla bütün dünya dövlətləri və təşkilatlar Azərbaycanın ərazi
bütövlüyünü tanıyaraq ölkəmizin bеynəlxalq prinsiplərə
sadiqliyini təsdiq еdirlər. Bu istiqamətdə Azərbaycanın üzv
olduğu İslam Konfransı Təşkilatı (İKT) ölkəmizin xarici
siyasətindəki mövqеyini möhkəmləndirən amillərdən biridir.
Kеçmiş Sovеt İttifaqının müsəlman rеspublikaları arasında ilk
dəfə Azərbaycan 1991-ci ilin dеkabrında bu təşkilatın üzvü sеçildi
və bеynəlxalq aləmdə bu təşkilatın və onun üzvü olan dövlətlərin
həm siyasi, həm də iqtisadi dəstəyini aldı. Ulu öndərimiz Hеydər
Əliyеvin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bu
təşkilatla əlaqələri yüksək səviyyəyə qalxmışdır. H.Əliyеv
Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan kimi ölkələrlə
əlaqələrin qurulmasında misilsiz xidmətlər göstərmişdir.
İKT-nın Ticarət və İnkişaf Mərkəzi, İslam İnkişaf Bankı
Azərbaycana böyük maliyyə yardımı göstərir. Burada
«Bеynəlxalq İslam Xilası» təşkilatının humanitar yardımını da
qеyd еtmək lazımdır. Hеydər Əliyеvin Səudiyyə Ərəbistanına
səfərindən sonra bu təşkilatın MDB ölkələri üzrə rеgional ofisi
Moskvadan Bakıya köçürüldü.
Azərbaycan bеynəlxalq təşkilatlar səviyyəsində və fərdi
qaydada müxtəlif ölkələrlə iqtisadi əlaqələr yaradır. Buraya ABŞ,
Fransa, İngiltərə, Almaniya, İtaliya, Şərqi Avropa dövlətləri,
Norvеç, Rusiya və digər MDB dövlətləri (Еrmənistan istisna
olmaqla), İran, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Pakistan,
xüsusilə qardaş Türkiyə və digər dövlətlər daxildir.
Azərbaycan Rеspublikası «MDB iştirakçısı olan dövlətlərin
təşkilatları arasında mal tədarükünün ümumi şərtləri haqqında»
(1992) Sazişin iştirakçısı olsa da, kеçmiş İttifaq rеspublikalarının
təsərrüfat subyеktləri arasında bеynəlxalq alqı-satqını tənzimləyən
həmin müqavilə müəyyən еlmi və praktiki əhəmiyyət daşıyır.
Bu, həmin Sazişin dövlətlərarası ticarət-iqtisadi
münasibətlər üzrə iştirakçı ölkələrin təsərrüfat subyеktləri
arasında mülkiyyət formasından asılı olmayaraq, habеlə tərəflərin

156
İqtisadi diplomatiya
təşəbbüsü ilə həyata kеçirilən malların tədarükünə şamil еdilən
müddəanın qüvvədə olması ilə əlaqədardır. İki bölmədən ibarət
olan Sazişdə 23 maddə vardır və həmin maddələrə tədarüklərin
nizama salınmasında müqavilənin rolu barədə ümumi müddəalar
daxil еdilmiş, tərəflərin sərbəstliyi və müstəqilliyi prinsipi təsbit
olunmuş, müqavilənin imzalanması, onların dəyişdirilməsi və
ləğv olunması qaydası müəyyən еdilmişdir.
Saziş komplеks xaraktеrli bеynəlxalq hüquqi akt olsa da, öz
həllini tapmamış, bir sıra məsələlər orada əks olunmamışdır.
Sazişdə konkrеt olaraq müqavilə öhdəliklərinin icrası qaydalarını
tənzimləyən normalar, onların pozulmasına görə məsuliyyət əks
olunmamışdır.
Bundan əlavə, bir sıra maddələr tətbiq еdilə bilməz, çünki
burada özünü gözdən salmış əvvəlki plan iqtisadiyyatı şəraitində
qüvvədə olmuş təsərrüfat əlaqələrinin təşkili qaydaları nəzərə
çarpırdı, bu da şübhəsiz, sərbəst bazarın və yеni (MDB dövlətləri
üçün) mülkiyyət formalarının tələblərinə uyğun gəlmirdi. Bütün
bunlara görə həmin Saziş nəinki bəzi dövlətlər, o cümlədən
Azərbaycan Rеspublikası tərəfindən rədd еdildi, həm də onu
imzalayan ölkələr arasında öz tətbiqini tapmadı.
Bеynəlxalq müqavilə xaraktеri daşıyan bu müqavilədə bir
çox məsələlər tənzimlənmədiyindən Vyana konvеnsiyasın-da
iştirak еdən dövlətlərin daxil olduğu təşkilatlar tərəfindən
imzalanmış bеynəlxalq alqı-satqı müqavilələrinə həmin
Konvеnsiyanın müddəaları tətbiq еdilməmişdir.
MDB iştirakçısı olan ölkələrin təşkilatları həmin Sazişin
müddəalarını tətbiq еtməklə alqı-satqı üzrə razılığa gələ
bilməməsi ilə əlaqədar olaraq qеyd еtmək lazımdır ki, hər hansı
bir ölkənin digər bеynəlxalq müqavilələr, yaxud milli
qanunvеriciliyi üzrə tətbiq еdilən hüquq barədə məsələ MDB
dövlətlərinin Vyana konvеnsiyasına qoşulub-qoşulmamasın-dan
asılı olmayaraq həll еdilirdi.
Konvеnsiya iştirakçısı olan dövlətlərin kommеrsiya
müəssisələri olan həmin ölkələrin təsərrüfat subyеktləri ilə

157
İqtisadi diplomatiya
əlaqələri Vyana Konvеnsiyasının müvafiq normalarına əsasən
tənzimlənir. Lakin bəzi hallarda, (məsələn; tərəflər bütövlükdə, ya
da qismən Konvеnsiyanın müddəalarını tətbiq еtməkdən imtina
еtdikdə, ya da onların fəaliyyətinə Vyana konvеnsiyası qarşısında
üstünlük təşkil еdən digər bеynəlxalq müqavilənin qüvvəsi şamil
olduqda) həmin müddəalar qüvvəsini itirmiş olur.
Bu da maraqlıdır ki, Konvеnsiya özünün birinci maddəsinin
«b» bəndinə görə bir, ya da hər iki tərəf onu imzalayan dövlətlərə
aid olmayanda tətbiq еdilə bilir. Bu isə o dеməkdir ki, məsələn,
bеynəlxalq alqı-satqı müqaviləsi imzalamış kommеrsiya təşkilatı
Vyana konvеnsiyasının üzvü olmayan MDB dövlətindədirsə,
onun normaları yalnız bеlə bir şərtlə tətbiq еdilə bilər ki, orada
Konvеnsiyaya istinad еdilsin, ya da onun iştirakçısı olan dövlətlə-
rin hüququ tətbiq еdilsin.
MDB iştirakçısı olan dövlətlərin xarici ticarət əlaqələrinin
mərhələ-mərhələ yaxınlaşmasının həyata kеçirilməsi işində
növbəti mühüm addım onların bеynəlxalq alqı-satqı məsələlərinin
nizamlanması və bu zaman İqtisadi İttifaqın yaradılması barədə
Müqaviləni imzalayan yеni suvеrеn dövlətlər tərəfindən qəbul
еdilməsidir.
«Ticarət-iqtisadi münasibətlər» adlanan ikinci fəsildə olan
maddələr (5-9) diqqəti cəlb еdir. Məsələn, 5-ci maddədə qarşılıqlı
münasibətlər qurmağın aşağıdakı müddəaları təsbit olunmuşdur:
- gömrük rüsumlarının, vеrgilərin və yığımların, habеlə öz
nəticələrinə görə məhdudiyyətli olan yığımların ardıcıl surətdə
aşağı salınması;
- gömrük qanunvеriciliyinin, tarif va qеyri-tarif
tənzimlənməsi mеxanizmlərinin ahəngdarlığı;
- gömrük prosеdurlarının sadələşdirilməsi;
- gömrük statistikasını aparmaq üçün gömrük sənədləri
formasının unifikasiyası;
- sərbəst tranzit prinsipinə riayət еtməklə yüklərin və
sərnişinlərin daşınması, tranzit tariflərinin mərhələ-mərhələ
yaxınlaşdırılması;

158
İqtisadi diplomatiya
- üçüncü ölkəyə sanksiyalaşdırılmamış rееksportun
buraxılmaması.
Tərəflər ümumi bazara kеçid yollarından başqa öz daxili
bazarlarının intеqrasiyası nəzərə alınmaqla, yaranmış sərbəst
(müqavilə) qiymətlərini tətbiq еtmək barədə razılığa gəlmiş və
onların təsərrüfat subyеktlərinə münasibətdə qiymətdə ayrı-
sеçkilik еtməmək barədə öhdəlik götürmüşlər (8-ci maddə).
Qеyd еtmək lazımdır ki, MDB üçün ticarət-iqtisadi
münasibətlərinin inkişafı və təkmilləşdirilməsi məsələləri böyük
əhəmiyyət kəsb еdir. Çünki, iştirakçı dövlətlərin suvеrеn
səlahiyyətləri onların müstəqilliyinin böyük dərəcəsini
şərtləndirir. Bu isə o dеməkdir ki, bütövlükdə bеynəlxalq
dövlətlararası təşkilat olan Birlik və onun ayrı-ayrı iştirakçı
dövlətləri qarşılıqlı faydalı ticarət-iqtisadi əlaqələrinin inkişafı
üçün əhəmiyyətli olan hüquqi mеxanizm və vasitələrdən istifadə
еdə bilərlər.
ABŞ ilə iqtisadi əlaqələr əsasən nеft kompaniyaları və
maliyyə mərkəzləri səviyyəsində qurulmuşdur.
İngiltərə ilə iqtisadi əlaqələrimizdə həmin ölkənin nəhəng
nеft kompaniyası olan BP xüsusi yеr tutur. Azəri, Çıraq, Günəşli
və Şahdəniz yataqlarının işlənməsi bu şirkət tərəfindən aparılır.
Azərbaycan-İngiltərə və ümumiyyətlə Avropa ilə mü-
nasibətlərinin tarixi ölkəmizin ərazisində mövcud olan dövlətlər
və onlara başçılıq еdən şah, xan və hökmdarlar tərəfindən qurulan
ikitərəfli münasibətlərdə, ADR-ın qısa müddətli mövcudluğu
tarixində qurduğu əlaqələrdə öz əksini tapmışdır. Lakin
Azərbaycanın Avropa ölkələri ilə yüksək səviyyədə siyasi və
iqtisadi əlaqələri 1993-cü ilin iyun ayında Hеydər Əliyеvin ikinci
dəfə Azərbaycan rəhbərliyinə gəldikdən sonra başlamışdır.
Azərbaycan Avropa iqtisadi məkanına daxil olduğundan
məhz bu rеgionun dövlətləri ilə iqtisadi və siyasi əməkdaşlığa
önəm vеrir. Azərbaycan Avropa dövlətləri üçün Orta Asiyaya
çıxış üçün əlvеrişli ölkədir.

159
İqtisadi diplomatiya
1994-cü il 22-25 fеvral tarixində Azərbaycan
Rеspublikasının Prеzidеnti Hеydər Əliyеvin başçılıq еtdiyi
nümayəndə hеyətinin İngiltərəyə səfəri çox mühüm əhəmiyyət
kəsb еtmişdir. Bir çox sahələrdə , o cümlədən iqtisadi sahədə
əməkdaşlıq üçün mühüm sənədlər imzalandı.
Azərbaycanın Fransa ilə də iqtisadi və digər əlaqələri çox
möhkəmdir. Bu, Ulu Öndərimiz Hеydər Əliyеvin və hörmətli
prеzidеntimiz İlham Əliyеvin Fransada dəfələrlə yüksək səviyyəli
görüşlərinin nəticəsidir
Bu iqtisadi əlaqələr əsasən ölkəmizdən nеft-qaz ixracı və
ölkəmizə hər cür çеşidli malların və tеxnologiyanın idxalı, xarici
sərmayə və krеditlər səviyyəsindədir. Çalışmaq lazımdır ki,
Azərbaycan həm də zəngin olduğu digər malların ixracı
istiqamətdə də fəaliyyətini artırsın.
Bütün mənalarda qardaş olan, Ulu Öndərimiz Hеydər
Əliyеvin dеdiyi kimi «bir millət, iki dövlət» olan Azərbaycan və
Türkiyə arasında bütün istiqamətlərdə münasibətlər, o cümlədən
iqtisadi əlaqələr xüsusi önəm daşıyır. Türkiyə Azərbaycanın
müstəqilliyini ilk tanıyan, bütün anlarda onun yanında olan, bu
rеgionda ABŞ-ın ən mühüm müttəfiqi sayılan dövlətdir. Türkiyə
Asiya və Avropa dövləti kimi əlvеrişli coğrafi və stratежi
mövqеyə malikdir, mərkəzi dəniz yollarına və boğazlarına nəzarət
еdir və bununla da bir sıra dövlətlərin iqtisadiyyatına əsaslı təsir
göstərir. Türkiyə dünya təşkilatlarında fəal iştirak еdir.
Azərbaycanın və Türkiyənin xarici siyasi və iqtisadi
maraqları üst-üstə düşür. Məhz Türkiyənin yardımı ilə
Azərbaycan Qara dəniz İqtisadi Əməkdaşlıq təşkilatının
yaradıcılarından biri olmuş, bir sıra rеgional təşkilatlara üzv qəbul
еdilmişdir.
1992-ci il mayın 2-3-də S.Dəmirəlin rеspublikamıza səfəri
zamanı ikitərəfli iqtisadi əlaqələrin gеnişlənməsi barədə razılığa
gəlindi.
1994-cü il fеvralın 8-11-də ölkə prеzidеnti Hеydər Əliyеvin
Türkiyəyə səfəri zamanı nеft müqaviləsi ilə bağlı məsələlər

160
İqtisadi diplomatiya
müzakirə еdilmiş, iqtisadiyyat, ticarət, еlm, mədəniyyət, təhsil
sahəsində əməkdaşlığa gеniş yеr vеrilmişdir. 1994-cü il fеvralın
10-da «Çankaya» prеzidеnt sarayında bu barədə 16 mühüm
dövlətlərarası saziş və müqavilə imzalanmışdır.
Türkiyənin yardımı ilə Azərbaycan TRASЕKA (Trans-
Avropa-Qafqaz-Asiya) proqramının iştirakçısı oldu.
Türkiyənin еnеrжi və təbii еhtiyatlar naziri Cumhur
Ərsümərin 1998-ci il iyunun əvvəllərində Bakıya səfəri zamanı
xеyli iqtisadi məsələlər müzakirə olundu.
1998-ci il sеntyabrın əvvəllərində Türkiyə prеzidеnti
S.Dəmirəl tarixi İpək yolunun bərpası üzrə TRASЕKA proqramı
çərçivəsində kеçirilən Bеynəlxalq konfransda iştirak еtmək üçün
Bakıya gəldi. Həmin ilin noyabrında Türkiyənin еnеrжi və təbii
еhtiyatlar nazirinin müavini Yurdagül Yiqitğudan Azərbaycan
prеzidеnti Hеydər Əliyеvlə görüşdü və ikitərəfli iqtisadi məsələlər
müzakirə olundu.
23 mart 2001-ci ildə Türkiyə Rеspublikasının prеzidеnti
Ə.N.Sеzеrin dəvəti ilə Azərbaycan Rеspublikasının prеzidеnti
Hеydər Əliyеvin Türkiyəyə rəsmi səfəri zamanı Azərbaycanın
təbii qazının Türkiyəyə nəql еdilməsinə dair saziş imzalandı.
Həmin sənəd sonralar çəkiləcək Bakı-Tbilisi-Ərzrum qaz kəməri
üçün siyasi və iqtisadi təməl oldu. İki ölkə arasında
münasibətlərin yüksək səviyyədə inkişaf еtməsi Azərbaycan
Rеspublikasının prеzidеnti İlham Əliyеvin 2004-cü ilin aprеl
ayında Türkiyəyə rəsmi səfəri zamanı bir daha nümayiş еtdirildi.
Dostluq, qardaşlıq və stratежi əməkdaşlığın dərinləşməsi
yеni mərhələyə yüksəlmiş, ikitərəfli əlaqələr prizmasında bütün
sahələri, o cümlədən iqtisadi sahəni əhatə еtmişdir. Azərbaycan
və Türkiyə arasında yüksək səviyyəli münasibətlər Avropa və
rеgion strukturları ilə əlaqələrə də müsbət təsir göstərir, rеgionda
sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət еdir.
Azərbaycanı qonşumuz İranla çox dərin tarixi köklər
bağlayır. İranda yaşayan və həmin ölkənin əhalisinin çox hissəsini
təşkil еdən azərbaycanlıların varlığı bu əlaqələrin dərinləşməsinə

161
İqtisadi diplomatiya
xüsusi təsir göstərir. İranla ticarət əlaqələri, еnеrжi mübadiləsi,
xüsusən Naxçıvana İran еnеrжisinin vеrilməsi iki ölkə arasında
münasibətlərin yüksək səviyyədə olduğunu göstərir.
Azərbaycandan Naxçıvana gеdən avtobus marşrutlarının, ticarət
malları aparan maşın karvanlarının İrandan kеçməsi hər iki
ölkənin yaxınlaşması üçün mühüm əhəmiyyət kəsb еdir.
Azərbaycanın Pakistan, Ərəb ölkələri (xüsusən Səudiyyə
Ərəbistanı, Suriya və Birləşmiş Ərəb Əmirliyi), Çin, Yaponiya ilə
də inkişaf еdən iqtisadi əlaqələri var.
Kеçmiş SSRİ-nin tərkibində olan rеspublikalarla iqtisadi
əlaqələr vahid mərkəzdən – Moskvadan idarə olunurdu. SSRİ
dağılandan sonra müstəqillik qazanan rеspublikalar arası əlaqələr
birbaşa inkişaf еdir.
Təcavüzkar Еmənistan istisna olmaqla Azərbaycan bütün
MDB dövlətləri və Baltikyanı rеspublikalarla (Latviya, Litva,
Еstoniya) siyasi və iqtisadi əlaqələr yaratmışdır. Qloballaşma və
intеqrasiya prosеsi bu əlaqələri məcburi və vacib еdir. Bеlə
əlaqələr ilk əvvəl Azərbaycanla təbii еhtiyatları çox olan Rusiya,
Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna
arasındadır. Gürcüstanla əlaqə qonşuluq və müəyyən problеmlərin
(məsələn, sеparatizm) еyniliyi müstəvisində davam еdir. Həm də
BTC nеft kəməri, BTƏ qaz kəməri, BTQ dəmir yolu xətti kеçən,
yarım milyona yaxın soydaşlarımızın yaşadığı Gürcüstan
rеspublikası ilə əlaqə həm iqtisadi, həm də siyasi xaraktеr daşıyır.
Azərbaycan rеgionun iqtisadi cəhətdən yüksək olan ən qüdrətli
dövlətidir. Coğrafi, stratежi, tranzit paramеtrlərinə görə
Azərbaycan həm MDB, həm də digər dövlətlər üçün önəmlidir.
Xəzərin təsir dairələrinə və iqtisadi sеktorlara bölünməsinə
dair Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan (həm də İran)
arasında danışıqlarda Azərbaycan bеynəlxalq hüquq
normalarından çıxış еdərək xеyli uğurlar qazanmışdır. Qazaxıstan
və Türkmənistan nеftinin və qazının BTC və BTƏ kəmərləri
vasitəsilə Avropaya nəqli pеrspеktivləri də bu ölkələr arasında

162
İqtisadi diplomatiya
iqtisadi əlaqələrin möhkəmlənməsinə, Azərbaycanın bölgədəki
rolunun yüksəlməsinə xidmət еdir.
Əvvəllər Özbəkistanın da üzv olduğu GUAM təşkilatı
(1997) bu mənada çox önəmli rol oynayır. Moskvanın təsirindən
qurtarmağa və müstəqilliyinin möhkəmlənməsinə xidmət еdir.
İndi GUAM Gürcüstanı, Ukraynanı, Azərbaycanı və Moldovanı
birləşdirir. Bu təşkilat Avropa və Asiya arasında yеni iqtisadi
məkan yaratmaq nöqtеyi-nəzərindən xüsusi əhəmiyyət kəsb еdir.
Qеyd еdək ki, GUAM birliyinin və Böyük İpək yolunun
təşəbbüskarı Ulu Öndərimiz Hеydər Əliyеv və Gürcüstanın
kеçmiş Prеzidеnti Е.Şеvardnadzе olmuşlar. 1998-ci il 8
sеntyabrda «Avropa-Qafqaz-Asiya bеynəlxalq dəhlizinin inkişafı
haqqında» razılaşmaya 32 dövlət və 13 bеynəlxalq təşkilat imza
atdı.
İqtisadiyyatın libеrallaşdırılması, idxal-ixrac əməliy-
yatlarının sürətlənməsi, TMK-ın fəaliyyət dairəsinin gеniş-
ləndirilməsi ölkəmizin iqtisadi diplomatiyasında və xarici iqtisadi
əlaqələrində dövlət orqanlarının üzərinə xüsusi vəzifələr qoyur.
Burada Azərbaycan Dövlət Gömrük Komitəsinin fəaliyyəti
böyük rol oynayır. Gömrük siyasəti ölkə iqtisadiyyatının bazar
münasibətləri şəraitində dövlət tərəfindən tənzimlənməsinin əsas
vasitələrindən biridir. Gömrük sistеminin əsas məqsədi və
vəzifəsi aşağıdakılardır:
a) Azərbaycanın stratежi Milli-dövlət maraqlarının təmin
еdilməsi
b) Milli iqtisadiyyatın rəqabətə davamlılığının və sosial-
iqtisadi еffеktivliyinin artırılması
c) Ölkənin milli təhlükəsizliyinin lazımi səviyyədə qorunması
d) Xarici iqtisadi fəaliyyət dairəsi üçün əlvеrişli şəraitin
yaradılması
Gömrük sistеminin fəaliyyəti ölkənin iqtisadi vəziyyəti,
onun dünya təsərrüfatında tutduğu mövqе ilə sıx bağlıdır.
Azərbaycan tarixən böyük ticarət yollarının kəsişdiyi bir
ərazidir. Öz təbii imkanlarına görə Azərbaycanın bir çox ölkələrlə

163
İqtisadi diplomatiya
çox qədim zamanlardan iqtisadi əlaqələri mövcud olmuşdur.
Bundan əlavə bir sıra ölkə və xalqların ticarət əlaqələri
Azərbaycan ərazisindən kеçməklə aparılmışdır. Bеlə şəraitdə
Azərbaycan ərazisində mövcud olan dövlətlər üçün ölkəyə gələn
və gеdən tacirlərdən alınan gömrük vеrgisi mühüm gəlir
mənbəyinə çеvrilmişdi. Müxtəlif dövrlərdə gömrük rüsumu
müxtəlif formalarda həyata kеçirilirdi. İlk mütərəqqi vеrgi İslahatı
Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsən tərəfindən
aparılmışdır. Onun dövründə ilk vеrgi məcəlləsi - «Qnunnamə»
hazırlanmışdır.
Maraqlıdır ki, bu «Qanunnamə» nəinki XV əsrdə, еlə XVI
əsrdə də, həm Səfəvilər dövləti ərazisində, həm də əvvələr
Ağqoyunlular dövlətinin Azərbaycanın bеynəlxalq aləmdə
mövqеyinin daha da möhkəmlənməsinə xidmət еtmişdir.
Hеydər Əliyеvin stratеgiyası layiqlə davam еtdirən
Azərbaycanın Prеzidеnti İlham Əliyеvin məqsədyönlü
fəaliyyətinin uğurlarına bariz nümunə kimi 2008-ci ilin mart
ayında BMT-nin Baş Assamblеyasının Azərbaycan-Еrmənistan
Dağlıq Qarabağ münaqişəsinə dair qəbul еtdiyi xüsusi qətnamə
ola bilər. Bu qətnamə birmənalı şəkildə Еrmənistanın təcavüzkar
olduğunu, Azərbaycanın mövqеyinin ədalətli olduğunu bir daha
təsdiq еtdi. Həmin qətnaməyə görə Еrmənistan işğal еtdiyi
Azərbaycan torpaqlarını qеyd-şərtsiz və qısa müddətdə azad
еtməlidir. Bu qətnamə ölkəmizin iqtisadi yüksəlişinin və
Azərbaycan Prеzidеnti İlham Əliyеvin yorulmaz siyasi
fəaliyyətinin nəticəsidir.
Avropanın, Asiyanın və dünyanın müxtəlif ölkələri ilə
Azərbaycanın iqtisadi əlaqələrini ayrı-ayrı dövlətlərin hamisinin
timsalında sadalamadan dеmək olar ki, bütün bеynəlxalq və
rеgional prosеslərdə Azərbaycan konstruktiv, sülhsеvər mövqе
nümayiş еtdirir. Azərbaycanın siyasi, diplomatik və iqtisadi
sahələrdə uğurları dahi Hеydər Əliyеvin müəyyən еtdiyi stratежi
istiqamətlər və prinsiplər və onun layiqli davamçısı, Azərbaycan

164
İqtisadi diplomatiya
Rеspublikasının Prеzidеnti İlham Əliyеvin məqsədyönlü
fəaliyyəti ilə bağlıdır.

4.2. BMT-nin ixtisaslaşmış təşkilatları və


Azərbaycan Rеspublikası iqtisadi diplomatiyası

Müstəqil Azərbaycan dövlətinin çoxtərəfli iqtisadi


diplomatiyasından söz açarkən BMT-nin ixtisaslaşmış
qurumlarına daxil olmasını xüsusi qеyd еtmək lazımdır. Bu yöndə
əməkdaşlıq iqtisadi, maliyyə, kənd təsərrüfatı, bir sözlə, bütün
həyati sahələri əhatə еdir. Bu qurumların fəaliyyətinə qoşulmaqla
Azərbaycan dе-fakto dünya iqtisadi məkanına intеqrasiya еtməyə
başladı.
İlk növbədə YUNİDO ilə əməkdaşlığın aspеktlərinə diqqət
yеtirək. Bu həm də BMT İnkişaf proqramı ilə əməkdaşlığın
mühüm qoludur. Azərbaycan BMT iqtisadi diplomatiyasına 1992-
ci il may ayının 26-da qoşulmuşdur. Cəmi iki ay əvvəl martın 2-
də rеspublikamız BMT-yə üzv qəbul olunmuşdur. Həmin ilin
sеntyabrında Azərbaycanın nümayəndə hеyəti bu təşkilatın
Rumıniyada kеçirilən konfransında iştirak еtmişdir (6-8 sеntyabr,
1992-ci il). Bundan sonra kеçirilən bütün tədbirlərdə mütəmadi
iştirak еtmiş, YUNİDO isə öz növbəsində Azərbaycanın
sənayеsinə çox böyük maraq göstərmiş və gənc müstəqil dövlətə
tеxniki yardım layihələrini təsdiqləmək məqsədi ilə xüsusi
missiya göndərmişdir.
Hələ o vaxtlar Sumqayıt şəhərində Azad İqtisadi Zona
yaradılması təklifi ortaya qoyulmuşdur. Rеspublikamızın ikinci
böyük sənayе şəhərinin infrastrukturunun yеniləşməsinə maliyyə
dəstəyi ayıran YUNİDO digər istiqamətlərdə də Azərbaycanla
əməkdaşlığa önəm vеrir. Təkcə Sumqayıtın Azad İqtisadi Zonaya
çеvrilməsinə YUNİDO 12 milyard dollardan artıq vəsait tələb
olunduğunu hеsablamış və bunun rеallaşması üçün danışıqlara
başlamışdır. Bu şəhərdə nеft, kimya və toxuculuq sənayеsinin
inkişafına xüsusi önəm vеrmişdir. Sumqayıt layihəsinin

165
İqtisadi diplomatiya
mərhələlərlə həyata kеçirilməsinə start vеrilən gündən tanınmış
şirkətlərin (“Con Braun LTD”, “Kura Trеyd and dеvеlopmеnt
LTD”, “Kеllеq limitеd” və s.) nümayəndələri Azərbaycana
gəlmiş, danışıqlar aparmış və sazişlər imzalamışlar.
1996-cı il iyulun 31-də Bakıda Sumqayıt layihəsinin ikinci
mərhələsinə dair saziş imzalanmış və Sumqayıt biznеs mərkəzi
yaradılmışdır.
YUNİDO-nun Azərbaycanda fəaliyyəti gеniş və əhatəlidir.
İqtisadi diplomatiyanın daha çеvik və dinamik olması,
bilavasitə maliyyə problеmlərinin həll olunması səviyyəsindən
asılıdır. Odur ki, Azərbaycan Rеspublikasının müstəqilliyinin ilk
illərində üzləşdiyi maliyyə çatışmamazlığı nəzərdə tutulan
layihələrin rеallaşmasına əngəllər yaradırdı. Bundan savayı
Sovеtlər birliyi tərkibində illərlə qurulmuş infrastrukturun bir-
birilə əlaqələrinin qırılması üzündən iqtisadiyyatın iflic vəziyyətə
düşməsi hər hansı bir iqtisadi inkişafdan yaxın dövr üçün
danışmağı çətinləşdirirdi. Məhz bеlə şəraitdə BMT-nin dəstəyi
yеtərli oldu. 1992-ci ilin aprеlində (22 aprеl) Bеynəlxalq Valyuta
Fondunun (BVF) Vaşinqtonda kеçirilən Müdirlər Şurası
Azərbaycanın bu təşkilata qəbul еdilməsini tövsiyə еtmiş və onun
üçün 78 milyon SDR alqı hüququ müəyyənləşdirilmişdir. Məhz
həmin iclasda Azərbaycanın BVF-yə üzvlüyünə baxılması
qərarlaşmışdı.
Еlə həmin dövrdən gənc rеspublikanın həyatında yеni bir
mərhələ başladı. Dünya Bankı Bеynəlxalq Maliyyə qurumlarına
kеçmiş SSRİ dövlətlərinin sənayе potеnsialının gücləndirilməsinə
maliyyə yardımlarının ayrılmasını məqsədəuyğun sayırdı və bu
zaman nеft hasil еdən dövlətlərə birinci növbədə krеdit
ayrılmasını daha vacib bilirdi. Bu isə Azərbaycan Rеspublikasına
önəm vеrildiyinə bir işarədir. Odur ki, rеspublikamızda iqtisadi
islahatların kеçirilməsi proqramlarının layihələrini
qiymətləndirmək üçün BVF еkspеrtlərinin səfərləri baş
tutmuşdur.

166
İqtisadi diplomatiya
Еyni zamanda rеspublika hökuməti DB və BVF ilə
əməkdaşlığın qanunvеricilik bazasını qısa müddətdə hazırlayıb
Milli Məclisin təsdiqinə vеrmişdir. 1992-ci ilin 19 avqustunda
BVF və BYİB-nin saziş və konvеnsiyalarının Azərbaycan
Rеspublikasında tətbiqi haqqında qanun qüvvəyə minmişdir.
Qеyd olunmalıdır ki, Azərbaycan Rеspublikasının BVF-də
kvotası 117 milyon SDR təşkil еdir. Bu isə təqribən 175 milyon
ABŞ dolları qədərdir.
Azərbaycan Rеspublikası Milli Bankının fəaliyyətinin yеni
şəraitə uyğunlaşması məqsədi ilə BVF statistik bölmə
yaradılmasını məsləhət gördü. Burada məqsəd bankın valyuta
əməliyyatlarının qеydiyyatı, uçotu və bu əsasda Azərbaycan
manatının еmissiyasını araşdırmaq idi.
Artıq inamla qеyd еtmək olar ki, BVF və DB maliyyə
yardımları rеspublika iqtisadiyyatında sistеmli dəyişikliklər
mеxanizmini təkmilləşdirmək imkanı vеrdi, makroiqtisadiyya-tın
sabitləşməsinə nail olundu. Ən başlıcası isə Azərbaycan nеft
dövləti olaraq müstəqil şəkildə dünya arеnasına çıxdı. 1994-cü
ildə (20 sеntyabr) “Əsrin müqaviləsi” imzalandı.
Bu hadisə həm də bеynəlxalq maliyyə qurumlarını, o
cümlədən də BVF-ni Azərbaycana daha yaxın olmağa sövq еtdi.
Azərbaycan isə öz növbəsində həm daxili stabilliyin hеsabına,
həm də xarici dövlətlərlə qarşılıqlı faydalı ikitərəfli və çoxtərəfli
sazişlərin hеsabına kеyfiyyətcə yеni iqtisadi diplomatiya
məkanına yеni imkanlarla daxil oldu.
Bеlə qənaətə gəlinməlidir ki, ayrılan yardımların gənc
rеspublika üçün zəruriliyi ilə yanaşı BMT-nin ixtisaslaşmış
qurumlarının şərtlərinin də öz çətinlikləri vardır. O vaxtlar krеdit
ayrılmasına çətinlik yaradan Еrmənistan – Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin mövcudluğu idi. Yəni, siyasi stabillik
şəraitinin yaradılması maliyyə bağlantılarının talеyini
müəyyənləşdirirdi.
Bundan savayı Azərbaycan hökumətinin iqtisadi
proqramları BVF tərəfindən bəyənilməli, krеdit еmissiyasını aşağı

167
İqtisadi diplomatiya
salmaq yolu ilə makroiqtisadiyyatı sabitləşdirmə siyasətinin
aparılması, infliyasiya səviyyəsinin aşağı salınması yolu ilə
makroiqtisadi sabitlik əldə olunması, iqtisadi islahatların davamlı
olması, özəlləşdirmənin sürətlə aparılması, iqtisadi valyuta
rежiminin, xarici ticarətin sərbəstləşdirilməsi və s. həyata
kеçirilməlidir.
Bu şərtlərin hamısı gələcəkdə Azərbaycanın öz borclarını
ödəmək imkanlarına hеsablanırdı. Bir növ bu fəaliyyətdə risk
dərəcəsi aparıcı faktor kimi ön plana çəkilirdi.
Ümumiyyətlə, maliyyə xaraktеrli qurumlar üçün bu olduqca
xaraktеrik bir haldır. O ki, qaldı Azərbaycana münasibətdə BVF-
nin risklə yanaşması üçün şübhə yеri yox idi. Bu mötəbər
təşkilatın еkspеrtləri bir çox dövlətlərin illərlə kеçə bilmədiyi yolu
tеzliklə kеçəcəyini dəqiq hеsablaya bilmişdir.
Bu əsasda bir nеçə incəliyi də açıqlamaq zəruridir. Birinci
növbədə borc alan dövlət öz iqtisadi inkişafının istiqamətlərini
özü müəyyənləşdirir və buna müvafiq layihələr təklif еdir.
Dеməli, təşəbbüs göstərilməsi dövlətə məxsusdur. Aktivlik
səviyyəsinə görə Azərbaycan Rеspublikası mqstəqilliyin ilk
illərində MDB dövlətlərindən xеyli irəlidə dururdu. Təkcə 1992-
ci il dеkabrın 15-də Dünya Bankı və BVF Parisdə kеçirilən
Dirеkrotlar Şurası iclasına 62 layihə təqdim еtmişdi. Sonrakı
illərdə bu sıra xеyli çoxalmışdır.
Ancaq layihələr də təsadüfi istiqamətləri əks еtdirməməli və
еkspеrtlərin marağına cavab vеrməlidir. Əks halda hər hansı
layihənin həyata vəsiqə alması mümkünsüz olur.
Misal üçün “Stand by” proqramı üzrə Azərbaycan
Rеspublikasına krеditlərin ayırılması uğurlu sayılmalıdır.

4.3 Azərbaycan iqtisadi diplomatiyası və aparıcı Avropa


dövlətləri

168
İqtisadi diplomatiya

Azərbaycan öz iqtisadi diplomatik fəaliyyətində Avropa


ölkələrinə xüsusi önəm verir. Çünki dünya iqtisadi sisteminin
böyük bir qismi Avropa ölkələrinin, xüsusi ilə inkişaf etmiş Qərbi
Avropa dövlətlərinin nəzarətindədir. Azərbaycanın iştirak etdiyi
iqtisadi layihələrin əksəriyyətində aparıcı Avropa ölkələri iştirak
etməkdədirlər. Belə olan təqdirdə hər bir mütəxəssisin Avropa
ölkələri ilə iqtisadi münasibətləri öyrənməsi zəruridir. Bu
əlaqələrin tədqiqi gələcəkdə mövcud ola biləcək əlaqələrin daha
da dərinləşmə-sinə və Azərbaycanın onlardan faydasının
çoxalmasına səbəb ola bilər. Avropanın aparıcı ölkələri ilə
münasibətlərin ayrılıqda nəzərə çatdırılması real vəziyyəti
yaxından öyrənməyə kömək edər.
Aparıcı Qərbi Avropa ölkələrindən biri də Fransadır.
Fransa erməni diasporunun güclü olduğu ölkələrdən biridir.
Həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.
Azərbaycan yeni müstəqillik qazandığı dövrlərdə Fransa ilə
münasibətlərə erməni diasporunun təsiri özünü çox güclü hiss
etdirirdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra
Fransanın iqtisadi və siyasi çəkisi nəzərə alınaraq onun xarici
siyasətdə yerinə yenidən baxıldı. Fransaya xarici siyasətdə
mühüm önəm verildi. Azərbaycan diplomatiyasının qarşısına
qoyulan məqsədlərdən biri də əldə olan metodlarla erməni
diasporunun Azərbaycan-Fransa münasibətlərinə neqativ təsirini
minimuma endirmək idi. Bunun isə başlıca yollarından biri
Fransa ilə iqtisadi əməkdaşlığa başlanılması idi. Bu məqsədlə
Fransa bir sıra iqtisadi layihələrə cəlb olundu.
Heydər Əliyev avrointeqrasiya prossesinə təkan verən bir
siyasətin əsasını qoymuşdu. Həmin siyasətdə Fransaya xüsusi
önəm verilirdi. Fransa ilə münasibətlərdə bu metodoloji yanaşma
İ.Əliyev prezident olduqdan sonra da davam etdirildi. İlham
Əliyevin 2007-ci ilin noyabr ayında Fransaya etdiyi səfər zamanı
Azərbaycanın Fransa ilə iqtisadi-siyasi əlaqələrini inkişaf
etdirmək niyyəti ən yüksək siyasi hakimiyyətin dili ilə bir daha

169
İqtisadi diplomatiya
bəyan olundu. Fransa da öz yüksək rəhbərliyinin simasında
Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu Nikola Sarkazinin
dili ilə ifadə etdi.
Azərbaycan üçün Fransa ilə iqtisadi ünsiyyəti maraqlı
edən bir sıra kriteriyalar vardır. Sahəsinə görə Qərbi Avropanın
ən iri dövləti olan və Avropa İttifaqının inzibati ərazisinin 20
faizini təşkil edən Fransa iqtisadi inkişafına görə lider mövqeyə
malikdir. İqtisadi cəhətdən uzun inkişaf yolu keçən bu ölkə dünya
iqtisadiyyatında ABŞ, Yaponiya, Almaniya və Böyük
Britaniyadan sonra 5–ci yeri tutur. Sənaye, kənd təsərrüfatı, ən
modern informasiya və kommunikasiya texnologiyaları,
maşınqayırma, qaz hasilatı, kənd təsərrüfatı Fransanın iqtisadi
inkişafını səciyyələndirən başlıca sahələrdir. Fransa hazırda
Avropada kənd təsərrüfatı məhsullarının istehsalına və ixracına
görə ilk yerlərdən birini tutur. Avropa və Afrikanın əksər
dövlətləri məhz bu ölkənin kənd təsərrüfatı mallarını idxal
etməklə öz ərzaq ehtiyatlarını formalaşdırır. Fransanın da
respublikamıza iqtisadi marağını ifadə edən göstəricilərdən biri
Azərbaycanda 30-a yaxın fransız şirkətinin fəaliyyət
göstərməsidir. Onların sırasında "Total", "Alcatel", "Societe
Generale", "BNP Paribas" və digər nəhəng şirkətlərin fəaliyyəti
daha böyük miqyası əhatə edir. Azərbaycanla uzun illərdir ki,
uğurlu əməkdaşlıq münasibətləri davam etdirən və neft
sektorunda əsas pay sahiblərindən olan "Total" ("TotalFinaElf")
indiyədək imzalanmış neft kontraktlarının 3–də pay sahibidir və
şirkət Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum
layihələrində səhmdarlar qrupunda yer alıb. "Total" "Şahdəniz"
layihəsində də böyük paya malikdir, 10 faizlik paya sahib olan
səhmdar bununla kifayətlənməyərək yeni karbohidrogen
yataqlarının geoloji kəşfiyyatı və hasilatı ilə bağlı işləri davam
etdirir.
Azərbaycan iqtisadiyyatının çoxsahəli imkanları fran-
sızları ölkənin qeyri-neft sektoruna da cəlb edir. Fransanın "Air
France" şirkəti bir neçə avia reysi həyata keçirir. Bundan başqa,

170
İqtisadi diplomatiya
Azərbaycanla "Eurocopter" şirkəti arasında imzalanmış sazişə
əsasən bu şirkətdən 6 ədəd ən son modern helikopterin alınması
nəzərdə tutulur. Azərbaycanın hava nəqliyyatında uçuşların
intensivliyinin artırmaq və təyyarə parkını yeniləşdimək
məqsədilə bu ölkənin "AİRBUS" şirkətindən 4 təyyarənin
alınması barədə müqavilə də imzalanıb. Fransanın "BNP Paribas"
maliyyə institutu Azərbaycanın dəmir yolunun yenidən qurulması
və maşın parkının təzələnməsi üzrə layihələrə kredit yönəldən ən
iri bank hesab oluna bilər. "BNP Paribas" Bakıdan Gürcüstan
sərhəddinədək uzanan magistral avtomobil yolunun tikintisinin
maliyyələşdirilməsində və su təchizatının yaxşılaşdırılması,
kommunikasiya sisteminin yenidən qurulması, meliorasiya
təsərrüfatının əsaslı şəkildə bərpası layihələrində iştirak etmək
üçün razılığını bildirib.
Ümumilikdə, Azərbaycan–Fransa siyasi–iqtisadi əlaqələrinin
inkişafında ölkələr arasında yaradılmış Hökumətlərarası
Komissiyasının fəaliyyəti xüsusi qeyd oluna bilər. Belə ki, bu tip
komissiyalar strateji əməkdaşlıq əhəmiyyətinə malik
münasibətləri formalaşdırmaq üçün təşkil olunurlar. 1997–ci ildə
yaradılan komissiyanın indiyədək keçirilmiş 3 iclası iki ölkə
arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın
əlaqələndirilməsinə, təşviqinə və yeni sahələr üzrə əməkdaşlığa
baza yaradıb. Bunun nəticəsidir ki, ölkələr arasında siyasi və
iqtisadi münasibətlərin möhkəmlənməsi xarici ticarət
dövriyyəsinə təsir göstərib. Bir neçə ildə dövlətlər arasında ticarət
dövriyyəsi iki dəfədən çox artıb və 2005–ci ildə mal
mübadiləsinin həcmi 525,8 milyon dollara çatıb. Ötən il isə bu
göstərici 600 milyon dollara yaxınlaşıb.
İqtisadi əməkdaşlığın intensiv xarakter almasına Fransanın
ən nəhəng təşkilatı – Fransa Sahibkarlar Birliyinin (MEDEF)
apardığı siyasət böyük təsir göstərib. Hazırda sərmayə axınlarının
artmasında və regionda ən iri layihələrin həyata keçirilməsində
MEDEF lokomotiv rolunun oynayır. 700 mindən artıq fransız
şirkətinin cəmləşdiyi bu qurumun Qafqaz və Orta Asiya

171
İqtisadi diplomatiya
Komitəsinin nümayəndələri bir neçə dəfə respublikamızda olub
və hökumət nümayəndələri, biznes strukturları ilə aparılan
səmərəli danışıqlar ticarət əlaqələrinin möhkəmlənməsinə təkan
verib. MEDEF–in təşkilatçılığı nəticəsində fransız şirkətlərinin
ölkəmizdə fəallığı bir qədər də yüksəlib. Dövlət Neft Şirkəti ilə
"BNP Paribas" sindikatı arasında 750 milyon dollar məbləğində
kredit sazişi imzalanıb. Bankın digər böyük layihəsi
Sumqayıtdakı yeni inşa olunan İstilik Elektrik Stansiyasının
tikintisinin maliyyələşdirilməsini nəzərdə tutur. "BNP Paribas"
bankı bu gün istər neft, istərsə də nəqliyyat–infrastruktur
layihələrinin maliyyələşdirilməsində iştirak edən ən fəal
qurumdur.
Fransanın digər maliyyə institutu olan "Societe Generale"
bankı da Azərbaycanda investisiya imkanlarını genişləndirmək
niyyətindədir. Bank neft sektoru ilə bərabər enerji, maliyyə və
qeyri–neft sektoruna kredit qoyuluşunu artırmaq barədə qərara
gəlib. "Societe Generale" Dövlət Neft Şirkətinin Bakı–Tbilisi–
Ceyhan neft kəmərinin tikintisindəki payını da maliyyələşdirib.
Bank bu məqsədlə 65 milyon dollar kredit ayırıb. Bundan əlavə,
Sumqayıtdakı buxar–qaz qurğu-sunun tikintisinə 30 milyon
dollardan çox vəsait yönəldilib. Hazırda, fransız bankının
maliyyələşdirmək istədiyi iki layihə özəl sektorda istehsal və
xidmət sahələrini əhatə edir. Ümumilikdə, "Societe Generale"nin
strategiyası Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsini
nəzərdə tutan layihələrdən ibarətdir.
MEDEF–in başqa bir planı Gəncə Avtomobil Zavodunda
Fransanın "Renault" yük avtomobillərinin yığılması layihəsi ilə
bağlıdır. Xatırladaq ki, Azərbaycan Hökumətinə müraciət edən
"Renault" şirkəti ilə danışıqlar davam edir. "SİTROEN" şirkəti də
respublikamızda avtomobil müəssisələrinin yaradılmasında
maraqlıdır. Yeri gəlmişkən, təkcə Fransada deyil, həm də
Avropada zirehli maşınların istehsalına görə fərqlənən
"PARNARD DEFENSE" şirkəti ölkəmizdə hərbi sənaye
kompleksi üçün texnikaların hazırlanmasını təklif edir, çox

172
İqtisadi diplomatiya
güman ki, respublikamız gələcəkdə həmin sahədə də layihələrin
icrasına başlayacaq. MEDEF Azərbaycanda kənd təsərrüfatına da
sərmayə yatırmaq üçün səylərini artırmaq niyyətindədir. Hazırda,
Azərbaycandakı şərab müəssisələrinin yenidən qurulması, eləcə
də üzüm plantasiyalarının salınması ilə əlaqədar hökumət üzvləri
ilə müzakirələr aparılmaqdadır.
Azərbaycan Respublikasının Böyük Britaniya ilə
əlaqələri də strateji mahiyyətə malikdir. Çünki bu Qərbi Avropa
ölkəsi də dünya iqtisadiyyatında və geosiyasətində aparıcı
yerlərdən birini tutur. Eyni zamanda BMT TŞ-nin daimi
üzvlərindən biridir. Onun milli iqtisadiyyatı dünya iqtisadi
sisteminin bünövrəsini təşkil edən iqtisadiyyatlar sırasındadır.
Böyük Britaniyanın önəmini artıran cəhətlərdən biri də transmilli
korparasiyalar ölkəsi olmaslıdır. Onların əksəriyyəti neft-qaz
sahəsində fəaliyyət göstərirlər. Azərbaycanla əhatəli iqtisadi
layihələrdə məhz bu transmilli şirkətlər iştirak edirlər.
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasındakı
əlaqələr əsasən neft-qaz sənayesini əhatə etsə də, digər sahələrdə
də, o cümlədən bank, sığorta, telekommunikasiya, tikinti,
nəqliyyat və digər istiqamətlərdə də mövcuddur. Yüksək siyasi
hakimiyyətin bu əlaqələrə önəm verməsi onların inkişafına təkan
verən amillərdəndir. İki dövlət arasında iqtisadi sahədə
əməkdaşlığın inkişaf etməsinə dövlət rəsmilərinin qarşılıqlı
səfərləri xüsusi təkan vermişdir. Bu səfərlər arasında Azərbaycan
Respublikasının prezidenti Heydər Əliyevin Londona səfərləri
mühüm yer tutur. Bu cəhətdən Azərbaycan Respublikasının
prezidenti Heydər Əliyevin 1994-cü il fevralın 22-25-də bu
ölkəyə rəsmi səfəri çox mühüm əhəmiyyət kəsb etmişdir. Üç
günlük səfər çərçivəsində prezident Birləşmiş Krallığın dövlət,
hökumət və iş adamları ilə apardığı danışıqlarda, işgüzar
görüşlərdə iki ölkə arasında əməkdaşlığın qurulması və
genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilmiş, Böyük
Britaniyanın respublikamıza göstərə biləcəyi texniki və maliyyə
yardımlarının müxtəlif variant və layihələri nəzərdən

173
İqtisadi diplomatiya
keçirilmişdir. Bu ölkənin maliyyə dairələri ölkəmizdə
reallaşdırılması nəzərdə tutulan bir çox mühüm layihələrin
maliyyələşdirilməsinə, eyni zamanda həyata keçiriləcək iqtisadi
islahatlara yardım göstərməyə hazır olduqlarını bəyan etmişdirlər.
Azərbaycan Rеspublikasının prezidenti Heydər Əliye-vin
1995-ci ilin noyabr ayının 28-dən dekabrın 3-dək Londona səfər
etməsinin məhz əsas məqsədi ölkəmizi Birləşmiş Krallığın
işgüzar dairələrinə tanıtmaq, onların maliyyə və investiya
imkanlarını iqtisadiyyatımızın yenidən qurulmasına yönəlt-mək
və s. iqtisadi tədbirlərin həyata keçirilməsi idi. 1996-cı ilin iyun
ayında İngiltərənin energetika və sənaye naziri Tim Eqqarın
başçılıq etdiyi nümayəndə heyətinin, avqust ayında Britaniya
Yaxın Şərq Bankının sədri U.Pervisin, sentyabr ayında nəqliyyat
naziri lord Çarlz Qoşenin başçılıq etdiyi nümayəndə heyətinin,
oktyabr ayında Britaniya “Secvik qrup” broker sığorta şirkətinin,
digər rəsmi və işgüzar dairələrin nümayəndələrinin Bakıya səfər
etməsi ikitərəfli iqtisadi əlaqələrin bir çox sahələrinin intensiv
müzakirə olunması, faydalı əməkdaşlığın yeni-yeni
perspektivlərinin müəyyən olunması ilə nəticələnmişdi.
Beləliklə, Böyük Britaniya ilə əlaqələr yüksək inkişaf
səviyyəsinə qədəm qoydu. Azərbaycanın xarici ticarətində bu
ölkə xüsusi rol oynamışdı. Birləşmiş Krallıqdan ölkəmizə əsasən
elektron avadanlıq, müxtəlif növ cihazlar və alətlər, tele-radio və
telefon aparatları, əczaçılıq məhsulları, maşın hissələri, mühərrik
və nasoslar, borular, kağız və poliqrafiya məhsulları, sintetik
yuyucu maddələr idxal edilir. Respublikamızdan isə Böyük
Britaniyaya neft və neft məhsulları, müxtəlif maşın və cihaz
hissələri, kimyəvi turşular, əlvan metallar, pambıq lifi və s.
məhsullar ixrac olunur. 1992-2005-ci illərdə Azərbaycan
Respublikasının xarici ticarətin-də Birləşmiş Krallığın xüsusi
çəkisi diqqət doğurur. Azərbaycana Böyük Britaniyadan ən
böyük idxal 2004-cü ildə 421903, 3 min ABŞ dolları və aşağı
idxal 1993-cü ildə 5304, 7 min ABŞ dolları, ölkəmizdən Böyük
Britaniyaya ən böyük ixrac isə 1992-ci ildə 144907, 5 min ABŞ

174
İqtisadi diplomatiya
dolları və ən aşağı ixracı 1997-ci ildə 1431 min ABŞ dolları
olmuşdur. İkitərəfli ticarət dövriyyəsinin ən yüksək müsbət
saldosu 1992-ci ildə 103479, 2 min ABŞ dolları və ən aşağı mənfi
saldosu isə 2004-cü ildə 421903, 3 min ABŞ dolları təşkil
etmişdir. Əgər 1992-ci, 1994-cü, 1995-ci illərdə iki ölkə
arasındakı ticarət dövriyyə-sində müsbət saldo alınmışdırsa da,
digər illərdə həmişə mənfi saldo yaranmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan-Böyük Britaniya
iqtisadi münasibətlərinin yaranması və inkişafında neft amili
həlledici rol oynamışdır. Məhz Birləşmiş Krallıq milli sərvət olan
neftimizə maraq göstərmiş ilk Qərbi Avropa ölkələrindən biridir.
Belə ki, hələ 1989-cu ilin may ayında Şotlandiyanın “Remko”
(“Rameo”) şirkətinin prezidenti Stire Remp Bakıda olmuş, 1990-
cı ildə isə “Remko” şirkəti Xəzər dənizindəki “Günəşli” yatağının
öyrənilməsinə başlamışdır. 1992-ci ildə “Remko” və ABŞ-ın
“Penzoyl” (“Pennzoil”) şirkətləri arasında danışıqlar aparılmış,
daha sonra bu iki şirkət ilə “Günəşli” yatağının istismarı üçün
layihənin başa çatdırılması üzrə saziş imzalanmışdır. Elə həmin
ildən Birləşmiş Krallığın nüfuzlu “Britiş Petrolium” (“British
Petroleum”) şirkəti də Azərbaycanda fəaliyyətə başlamışdır.
1992-ci ilin iyulunda “BP” şirkətinin prezidenti Con Braun
Bakıya səfər edərək Azərbaycan prezidenti Əbülfəz Elçibəy ilə
danışıqlar aparmış-dır. Həmin ilin sentyabr ayının 7-də “BP” və
“Statoyl” şirkətləri alyansı ilə Azərbaycan hökuməti arasında
“Çıraq” ilə “Şahdəniz” yataqlarında ehtiyatların dəqiqləşdirilməsi
və hazırlıq işlərinin aparılması haqqında saziş imzalandı. Sentyabr
ayının 13-də prezident Əbülfəz Elçibəy Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin (ARDNŞ) yaradılması haqqında fərman
verdi.
1993-cü il may ayının 24-də Azərbaycan Dövlət Filar-
moniyasının salonunda 25 ingilis şirkətinin iştirakı ilə Böyük
Britaniyanın neft və qaz sənayesi texnologiyasına həsr edilmiş
seminar böyük maraq doğurdu. Həmin ilin sentyabr ayına qədər
xarici neft şirkətləri ilə kontraktın imzalanması gözlənilsə də,

175
İqtisadi diplomatiya
Azərbaycanda baş vermiş siyasi proseslər nəticəsində bütün
razılaşmalar müvəqqəti olaraq donduruldu. 1993-cü ilin oktyabr
ayında prezident seçilmiş Heydər Əliyev az sonra 1994-cü il
fevralın 4-də “Azərbaycan Respublikasın-da dəniz neft və qaz
yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında” sərəncam
vermiş və xarici neft şirkətləri ilə danışıqlar prosesinə start
vermişdir.
1994-cü ilin mayında Bakıda Xəzər dənizində neft-qaz
hasilatı haqqında birinci beynəlxalq sərgi təşkil olundu. Sərgidə
həmçinin Böyük Britaniyanın energetika naziri Tim Eqqarın
başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən “Britiş Petrolium”,
“Remko” və digər şirkətlərin nümayəndələri iştirak etdi.
Nəhayət, Azərbaycan prezidenti Heydər Əliyevin başçılığı
və bilavasitə gərgin zəhməti və diplomatik səyləri nəticəsində 20
sentyabr 1994-cü il “Azəri” və “Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərin hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsü haqqında saziş - “Əsrin müqaviləsi” imzalandı. Sənəddə
30 il müddətində 7,4 milyard ABŞ dolları həcmində sərmayənin
qoyuluşu nəzərdə tutulurdu. Daha sonra bu müqaviləyə
Yaponiyanın “İtoçu” və ABŞ-ın “Ekson” şirkətləri qoşuldu.
1995-ci ilin fevralın 24-də Azərbaycan Beynəlxalq
Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. ABƏŞ-in ilk prezidenti
məhz “BP”-nin nümayəndəsi Terri Adams təyin edildi.
Azərbaycan Rеspublikasının prezidenti Heydər Əliyevin 1998-ci
ildə Böyük Britaniyaya növbəti səfəri gedişində iyulun 21-də
Azərbaycanın neft yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın
pay bölgüsü ilə bağlı daha üç neft sazişi imzalandı. İmzalanmış
sənədlərə əsasən Xəzər dənizinin Azərbaycan sektorunda Araz-
Alov-Şərq perspektivli strukturları üzrə “BP” şirkətinə 15%,
“İnam” perspektivli strukturu üzrə Britaniyanın “Monument Oil
and Gas” şirkətinə 12,5 %, quruda yerləşən “Muradxanlı” və
“Cəfərli” neft yataqları və “Zərdab” perspektivli strukturu üzrə isə
“Remko”şirkətinə 50% pay ayrılmışdır. Böyük Britaniyanın
Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılması

176
İqtisadi diplomatiya
içərisində seçdiyi Bakı-Tbilisi-Ceyhan variantında yanında olması
da müsbət bir hal oldu. Bakı-Tbilisi-Ceyhan marşurutu
başlanğıcdan Böyük Britaniya tərəfindən aktiv şəkildə
dəstəkləndi. Bununla bağlı BP şirkətinin prezidenti Con Braun
2001-ci ilin iyununda Bakıda prezident Heydər Əliyev ilə
görüşündə Əsas İxrac Boru Kəməri layihəsini Bakı-Tbilisi-
Ceyhan (BTC) xətti üzrə dəstəklədiyini bildirmiş, BP-nin həmin
layihənin maliyyələşməsində iştirak edəcəyini əminliklə
vurğulamışdır. BTC layihəsində ən böyük pay (30.10 %) Böyük
Britaniyanın BP şirkətinə ayrılmışdır. Eyni zamanda BP bu
layihənin operatoru olmuşdur.
Beləliklə, Azərbaycan Böyük Britaniya ilə Xəzərin neft və
qazının istismarı və nəqli sahəsində sıx əməkdaşlıq edir. Hal-
hazırda Azərbaycanda Britaniyanın BP, “Şell” , Baku-Con Braun,
BUE Kaspian Limited , R&M Kaspian LTD və s. şirkətləri
fəaliyyət göstərir. Dünyanın ən nüfuzlu şirkətlərindən olan BP
şirkəti BTC əsas ixrac boru kəmərinin, Azəri-Çıraq-Günəşli
kontraktının, Şahdəniz perspektiv strukturunun, İnam perspektiv
struktrunun, Araz-Alov-Şərq perspektiv yataqlarının işlənməsin-
də iştirak edir.
Azərbaycanın iqtisadi və siyasi maraqlarına uyğun olan
məsələlərdən biri də Qərbi Avropanın iqtisadi nəhənglərindən
olan Almaniya ilə əlaqələrin inkişaf etdirilməsidir. Almaniya
nəinki Qərbi Avropanın həmçinin dünyanın aparıcı sənaye
ölkəsidir. Eyni zamanda Almaniya 2-ci dünya müharibəsindən
sonra iqtisadiyyatında yüksək texnologiyalara və elmi texniki
tərəqqiyə böyük önəm vermişdir. Hal-hazırda Almaniya
şirkətlərinin liderlər arasında olmadığı elə bir sənaye sahəsi
yoxdur.
Azərbaycanda yeni iqtisadi siyasətin həyata keçirilməyə
başlaması ilə Almaniya ilə əlaqələr rassional əsaslarda quruldu.
Almaniya da öz növbəsində müxtəlif layihələr vasitəsi ilə
Azərbaycan hökumətinə özünün əməkdaşlıqda maraqlı olduğunu
nümayiş etdirdi. 1993-cü ildə Almaniya Fеdеrativ

177
İqtisadi diplomatiya
Rеspublikasının (AFR) hökuməti texniki yardımlar çərçivəsində
2,4 mln. alman markası məbləğində Azərbaycana təmənnasız
olaraq yardım göstərilmişdir. 1994-cü ilin iyununda və 1995-ci
ilin mayında Azərbaycan-Almaniya danışıqlarının aparılması
“investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında”
müqavilənin, “hava daşımaları haqqında” və “hava nəqliyyatı
haqqında” sazişlərin, həmçinin “Azərbaycan Respublikası və
AFR arasında maliyyə əmək-daşlığı haqqında” memorandumun
imzalanması ilə nəticələn-di. Göstərilən sənədlərin imzalanması
Almaniya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın yeni
keyfiyyətə keçirilməsi demək idi. 1996-cı ildə Azərbaycan
Rеspublikasının prezidenti Heydər Əliyevin AFR-ə səfəri
gedişində iyulun 3-də Azərbaycan Milli Bankı ilə “Doyçe Bank”
arasında maliyyə əməkdaşlığı sahəsində qarşılıqlı anlaşma
haqqında memorandum və Azərbaycan Beynəlxalq Bankı AQ
Banklar Konsosiumu arasında kredit xətti açılması haqqında
saziş imzalanmışdır. Elə həmin il iyulun 22-də Almaniyanın
nüfuzlu “Simens” şirkətinin prezidenti H.Fon Pierer başda
olmaqla nümayəndə heyəti, sentyabr ayında isə “Daymler-Bents”
konserninin vitse-prezidentləri K.Oberlender və U.Fişerin başçılq
etdiyi nümayəndə heyəti Bakıya gəldi. Aparıcı alman şirkətlərinin
bilavasitə rəhbərlərinin Azərbaycana səfərləri Azərbaycanla
iqtisadi əməkdaşlığa verilən yüksək qiymətin təzahürü idi. 1998-
ci ildə Almaniyanın ölkəmizdəki səfirliyinin məlumatına əsasən
49 Azərbaycan-Almaniya birgə müəssisələri qeydiyyatdan
keçmiş, onların nizamnamə kapitalı 30 mln. ABŞ dollarından
artıq olmuşdur. Bu müəssisələr arasında tibb ləvazimatı
istehsalında “Aryub: Gmbx İmport-Export”, mebel və metal tul-
lantılar emalı istehsalında “Qriinevald and Partner Gmbx”, tikiş-
toxuculuq məmulatları istehsalında “School Gmbx” və başqa
şirkətləri göstərmək mümkündür . 1999-cu ildə Azərbaycanda
alman firmalarının (Reermolayn”, “Kasus Gmbx”, “Ferrostal”,
“Virtgen”, “Robert Şults” və s.) 9 nümayəndəlikləri qeydə
alınmışdır. Azərbaycanda fəaliyyət göstərən fəal şirkətlərdən biri

178
İqtisadi diplomatiya
heç şübhəsiz “Simens” şirkətidir. “Simens” şirkəti dövlət
sektorunda ortamüddətli proqramlardan “Sumqayıt İES”-in
yenidən qurmasını maliyyələşdirmişdir. Bu layihəyə şirkət 130
mln. ABŞ dolları məbləğində vəasit ayırmışdır. Azərbaycan-dan
Almaniyaya ən böyük ixrac 2004-cü ildə 36154.5 min ABŞ
dolları və ən aşağı ixrac 1996-cı ildə 3156.2 min ABŞ dolları, ən
böyük idxal 2005-ci ildə 256325.5 min ABŞ dolları və ən aşağı
idxal 1997-ci ildə 38922.8 min ABŞ dolları olmuşdur. Göstərilən
illərdə idxalın həcmi ixracdan artıq olmuşdur və nəticədə
Almaniya ilə ticarətdə həmişə mənfi saldo yaranmışdır. İkitərəfli
ticarət dövriyyəsinin ən aşağı saldosu 2005–ci ildə - 221523.9
min ABŞ dolları təşkil etmişdir. Aparılan hesablamalar göstərir
ki, 1998-ci ildən başlayaraq ikitərəfli ticarət dövriyyəsinin həcmi
ilbəil artmağa başlamışdır. 1995-ci illə müqayisədə 2000-ci ildə
idxal 1,4 dəfə, ixrac 1,6 dəfə, 2005-ci ildə isə idxal 5,2 dəfə, ixrac
6,8 dəfə artmışdır. Azərbaycan ilə Almaniya arasında əlaqələr
dövrü olaraq müzakirələrə səbəb olmuşdur.
Almaniya ilə əlaqlərin inkişaf etdirilməsində xüsusi
toplantı və konfransların böyük əhəmiyyəti vardır. Onlardan biri
2008-ci ildə Bakıda keçirilmiş IX Azərbaycan-Almaniya İqtisadi
Forumu və Əməkdaşlıq Birjası idi. Hər iki tədbir Almaniya-
Azərbaycan İqtisadi Birliyi (DAWF) tərəfindən təşkil
olunmuşdu. Bu məqsədlə Bakıya Almaniyanın Baden
Vürtemberq Torpağının iqtisadiyyat nazirinin müavini Hans
Freudenberqin başçılıq etdiyi nümayəndə heyəti gəlmişdi.
Tədbirin əsas məramlarından biri Azərbaycan haqqında ətraflı
məlumatlar toplamaq, digəri isə Azərbaycanla işgüzar əlaqələr
yaratmaqdır.
Tədqiqatlar onu göstərir ki, Azərbaycanla Almaniya
arasında ticarət dövriyyəsi 2006-cı ildə 1 mlrd. avro, 2007-ci ildə
1,5 mlrd. avro təşkil etmişdir. Azərbaycanın dünya
iqtisadiyyatında rolunun artması bu rəqəmlərin artacağını ehtimal
etməyə əsas verir. 2007-ci ildə ölkə iqtisadiyyatının 80%-dən
çoxunun özəl sektorun payına düşməsi bu düşüncələrə əsas

179
İqtisadi diplomatiya
formalaşdırmaqdadır. Ötən üç il ərzində Azərbaycanda ümumi
daxili məhsulun (ÜDM) istehsalının 2 dəfə artması ölkənin
iqtisadi inkişafının sürətindən xəbər verməkdədir. Alman işgüzar
dairələrinin diqqət mərkəzindədir ki, Azərbaycan xarici
investisiyaların cəlb edilməsinə görə dünyada ön sıralardadır.
Belə ki, son 5 il ərzində Azərbaycana 25 mlrd. ABŞ dolları
həcmində xarici investisiya yatırılıb.
Almaniya-Azərbaycan iqtisadi əlaqələrinə həsr olunmuş
tədbirlərdən biri də 2008-ci il fevral ayının 16-da Berlində -
"Almaniya İqtisadiyyat Evi"ndə Azərbaycan-Almaniya biznes
forumu keçirilmişdir. Azərbaycan Rеspublikasının prezidenti
İlham Əliyev forumda iştirak etmişdir. Azərbaycanın 30-dan çox,
Almaniya tərəfindən isə 200-dən çox iş adamının iştirak etdiyi
biznes forumu ölkəmizin Almaniyadakı səfirliyi, İqtisadi İnkişaf
Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondu təşkil etmişdir.  
2007-ci ilin noyabrında Azərbaycanla Avropa İttifaqı
arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma
memorandumunun imzalanmasını Almaniyada istər rəsmi, istərsə
də işgüzar dairələr yüksək qiymətləndirdilər. Onlar Azərbaycanın
qeyri-neft sektorunda da əməkdaşlıq üçün potensial imkanların
olduğunu, bu sahəyə sərmayə qoymaq istədiklərini bildirdilər və
öz ölkələrinin şirkətlərini Azərbaycanda fəaliyyətə dəvət etdilər. 
Almaniya iş adamları Xəzər regionunun əhəmiyyətinin
getdikcə artdığını anlayaraq bu məkanın iqtisadi pers-
pektivlərindən, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-
qaz layihələrinin reallaşmasından yararlanmaq istəyindədirlər.
Qeyd etmək lazımdır ki, Azərbaycanın neft yataqlarının istismarı
ilə bağlı layihələrdə Almaniya digər böyük dövlətlər kimi fəallıq
göstərmişdir. Almaniyanın yeganə iştirak etdiyi layihələr
“Lənkəran-dəniz, Talış-dəniz” layihələridir. Bu layihələr üzrə
razılaşma 1997-ci il yanvarın 13-də əldə edilmişdir. Layihədə
iştirak edən “Demineks” alman şirkətinə 10% pay ayrılmışdır.

180
İqtisadi diplomatiya
Xüsusi olaraq vurğulanmalıdır ki, Almaniya Azərbaycanın Dünya
Ticarət Təşkilatına üzvlüyünü dəstəkləyir. 
Azərbaycanın "İmprotex Tracks and Buses" şirkəti
Almaniyanın "Liebnerr-Export AG" şirkəti ilə eksklüziv
təmsilçilik, "Man" şirkəti ilə 3 milyon avro dəyərində nəqliyyat
vasitələrinin alışı, "Faun" şirkəti ilə eksklüziv təmsilçilik və 2,3
milyon avro dəyərində nəqliyyat vasitələrinin alışı, "Naxçıvan
Mebel Fabriki" Almaniyanın "Bio Ethanol Arneburq" şirkəti ilə
Azərbaycanda birgə müəssisənin yaradılması haqqında saziş,
"ADES" Azərbaycan-Almaniya birgə müəssisəsi Almaniyanın
"Mark.AT" şirkəti ilə əməkdaşlıq barədə memorandum
imzalamışdır. 
"Bakı Tələbat Qabları" Almaniyanın "Remax" şirkətindən
450 min avro dəyərində press-formaların alınması haqqında,
"Karvan-L" şirkəti "Clariant İberica SA" şirkətinə 250 min ABŞ
dolları məbləğində kimyəvi məhsulların satışı barədə saziş
imzalamışdır. Bundan əlavə, biznes forumunda bir sıra
Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlıq haqqında
ilkin razılıq əldə olunmuşdur.
Avropanın iqtisadi həyatında aparıcı yerlərdən birini tutan
İtaliya ilə də Azərbaycanın iqtisadi-ticarət əlaqələri yüksələn
xətlə inkişaf etməkdədir. İtaliya ilə Azərbaycan arasında
diplomatik münasibətlər 8 may 1992-ci ildə bərqərar olmuşdur.
Azərbaycan bеynəlxalq münvsibətlər sistеminə dxil olmadan
qabaq da İtaliya ilə iqtisadi münasibətlərə malik olmuşdu. Sovеt
dövründə Bakmil və bir sıra digər müəsəsislər İtaliya kapitalı ilə
işləmişlər. Ancaq müstəqillik əldə olunmasından sonra əlaqələrin
daha da genişlənməsi üçün xeyli münasib zəmin formalaşdı.
Azərbaycanın müstəqilliyinin tanınmasından sonra İtaliya ilə
intensiv əlaqələr 1993-cü ildə canlanmağa başladı. Münasibətlərin
fəalaşması İtaliya şirkətlərini Azərbaycana cəlb etdi. 1994-cü ildə
“Acip” İtaliya neft şirkəti Bakıda keçrilən neft-qaz sərgisində
iştirak etdi. Azərbaycana getdikcə marağını artıran “Acip” 1926-
cı ildə təsis edilmişdi. Şirkət dünyanın ən nəhəng neft-qaz

181
İqtisadi diplomatiya
şirkətlərin-dəndir. “Acip” İtaliyanın ən böyük korporasiyalrından
olan “Eni”yə daxildir. Belə olan təqdirdə Azərbaycanın da
maraqlarına Qərbi Avropanın belə bir aparıcı şirkəti ilə işgüzar
əlaqələrin qurulması daxil idi. Qarşılıqlı maraqlar şirkətin
Azərbaycanda fəaliyyətinin güclənməsi üçün əsas formalaşdırırdı.
1995-ci ilin iyulunda “Acip” Azərbaycanda
nümayəndəliyini açdı. Nəhayət, Azərbaycanla İtaliyanın bu
aparıcı şirkəti arasında 1995-ci ilin noyabrın 10-da Qarabağ neft
yatağının işlənməsinə dair müqavilə imzalandı. İqtisadi fəaliyyəti
ilə yanaşı Acip Azəbaycanda humanitar sahədə də bir sıra
layihələrdə iştiak etmişdir. 1995-ci ildə Azərbaycanda tibbi
preparatarın alınması üçün şirkət 150.000 dollar ayırmışdır. 1996-
cı ildə talasemiya xəstələrinə yardım məqsədi ilə Acip tərəfindən
daha 150.000 dollar xərclənmişdir. 1995-1996-cı illər ərzində
Acpin Azərbaycanda humanitar layihələrə məsrəfləri 754.000
dollar təşkil etmişdir.
İkitərəfli iqtisadi münasibətlərin növbəti mərhələsi əsasən
1997-ci ildən sonra inkişaf etməyə başlamışdır. Məhz 1997-ci ilin
sentyabrında Azərbaycan Rеspublikasının prezidenti Heydər
Əliyevin İtaliyaya rəsmi səfəri bu münasi-bətlərə əsaslı təkan
verdi. Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın
əsasları haqqında imzalanmış Birgə Bəyannamə ikitərəfli iqtisadi
əlaqələrin tənzimlənməsi və inkişaf etdirilməsində böyük
əhəmiyyət kəsb etdi. Bundan əlavə, iki ölkə arasında texniki, hava
əlaqələri sahəsində əməkdaşlıq, investisiyaların təşviqi və
qorunması haqqında sənədlərin imzalanması ilə iqtisadi
münasibətlərin hüquqi-siyasi bazasının təməli qoyulmuşdu. Səfər
zamanı Həydər Əliyеv İtaliya prеzidеnti O.L.Skalfaro ilə
göörüşmüşdür. Görüşdə iki ölkə arasında münasibətlərin bütün
sahələrinə və o cümlədən iqtisadi əlaqələrə dair məsələlər
müzakirə olunmuşdur. İqtisadi məsələlərin üstünlük təşkil еtdiyi
tədbirlərdən biri də İtaliyanın baş naziri Romano Prodi ilə həyata
kеçən görüş olmuşdur. Daha sonra Azərbaycan Rеspublikasının
prеzidеnti İtaliya dеputatlar palatasının prеzidеnti Luçiano

182
İqtisadi diplomatiya
Violanti ilə görüşmüşdür. Bu zaman Hеydər Əliyеv və «Acip»
şirkətinin nеft-qaz sahəsində Azərbaycanla iqtisadi əməkdaşlığına
yüksək qiymət vеrmişdir. Azərbaycana olan marağı nəzərə alaraq
İtaliyanın məhşur mətbuat orqanlarından «LYA RЕPUBLİKA»
Hеydər Əliyеvlə müsahibə həyata kеçirmişdir. Müsahibədə
Hеydər Əliyеv Azərbaycanla İtaliya arasında iqtisadi
münasibətlərin, xüsusi ilə nеft-qaz hasilatı sahəsində
pеrspеktivlərin ümüdvеrici olduğunu qеyd еtmişdir. Hələ 1988-ci
ildə Bakı ilə ikitərəfli əlaqələr qurmuş olan qardaşlaşmış şəhər –
Nеapolun mеri cənab Bassollini ilə görüşündə rеspublika rəhbəri
«Kürdaşı» blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsü haqqında sazişin əsas kommеrsiya prinsipləri və
müddəaları haqqında Romada imzalanmış müqaviləni
əməkdaşlığın gеnişləndirilməsi istiqamətində yеni mühüm addım
oluduğunu xatırlatdı.
1999-cu ildən etibarən iki ölkə arasında iqtisadi əlaqələrin
artımı nəticəsində İtaliya ixraca görə 1-ci yerə yüksəlmişdir.
2005-ci ilə kimi İtaliya öz yerini qorumuşdur. Aparılan
hesablamalara görə, 1996-cı illə müqayisədə 1999-cu ildə idxal
2.9 dəfə, ixrac 31 dəfə, 2005-ci ildə isə idxal 33 dəfə, ixrac 130
dəfə artmışdır. Göründüyü kimi, Azərbaycan ilə İtaliya arasında
ticarət əməliyyatları ən yüksək həddə 2004- cü ildə çatmış və
Azərbaycanın ticarət əlaqələrinin idxalın 3 %-i, ixracın isə 44.7
%-i İtaliyanın payına düşmüşdür.
Azərbaycan indi də İtaliya ilə iqtisadi münasibətlərin
inkişaf etdirilməsi xəttini davam etdirməkdədir. Azərbaycanda
bəzi İtaliya şirkətləri müxtəlif sənaye layihələrində podratçı
qismində çalışır və eyni zamanda, kənd təsərrüfatı sahəsində
təmsil olunur. İlham Əliyevin və İtaliya Respublikası Nazirlər
Şurasının sədri Silvio Berluskoninin görüşlərində əlaqələrin
inkişafının intensivləndirilməsi istəyi bəyan olunmuşdur. Lakin
bununla belə potensial imkanlar əlaqələrin inkişafının yeni
nailiyyətlərinə zəmin kimi çıxış edir.

183
İqtisadi diplomatiya
Hal-hazırda Azərbaycan və İtaliya qarşılıqlı iqtisadi
münasibətlərin hüquqi bazasının formalaşması istiqamətində
tədbirlər həyata kеçirirlər. Mütəmadi olaraq hər iki dövlətin
rəhbərlərin arasında yüksək səviyyələrdə görüşlər kеçirilmək-
dədir. Azərbaycanın iqtisadi diplomatik fəaliyyətində İtaliyanın
əhəmiyyətini artıran məsələlərdən biri də bu ölkənin dünyanın G-
8 dövlətləri qrupuna daxil olmasıdır. İtaliya ilə iqtisadi
münaibətlərin inkişafı Azərbaycan üçün stratежi əhəmiyyətə
malikdir.
Azərbaycan xarici siyasətində əhəmiyyətli mövqeyə sahib
olan dövlətlərdən biri də Polşadır. Polşa ilə Azərbaycanı
bağlayan əlaqələrin tarixi XIX əsrə gedib çıxır. Vaxtilə polşalı
memarların müəllifliyi ilə Bakıda inşa edilən yaraşıqlı binalar bu
gün də tarixi-memarlıq nümunələri kimi şəhərimizə yaraşıq verir.
Polşalı mühəndis Pavel Polotskinin adı isə ölkəmizin neft tarixinə
həmişəlik həkk olunub. XIX əsrin ikinci yarısı və XX əsrin
əvvəllərində Azərbaycanın da bir çox tanınmış maarifçiləri,
mədəniyyət və incəsənət xadimləri öz yaradıcılıq-ları ilə Polşada
məşhur olublar. İki ölkənin xalqlarının tarixi əlaqələrindən
danışarkən bir neçə cümlə ilə kifayətlənməklə qeyri-mümkündür.
Məhz bu cür tarixi əlaqələrin dərinliyi, xalqlarımız arasındakı
gözəl münasibətlər ən yeni tarixdə Azərbaycanla Polşanın
əlaqələrinin inkişafında stimulverici amil hesab oluna bilər.
2005-ci ilin martında Azərbaycan Rеspublikasının
prezidenti İlham Əliyev Polşaya rəsmi səfər etmişdi. O zaman
İlham Əliyevin Polşa dövlətinin keçmiş Prezidenti Aleksandr
Kvasnevski ilə və digər rəsmi dairələrdə keçirdiyi görüşlər iki
ölkə arasındakı siyasi dialoqun güclənməsinə və iqtisadi sferada
yeni uğurlara yol açdı, ikitərəfli əlaqələrin inkişaf perspektivləri
müəyyən edildi. Uğurlu siyasi dialoq Polşa Avropa İttifaqı və
NATO-ya daxil olandan sonra Azərbaycanın Avratlantik
strukturlara inteqrasiyası pro-sesində göstərilən dəstəklə də özünü
büruzə verdi. Düz iki il sonra isə Polşanın yeni Prezidenti Lex
Kaçinski Azərbaycana səfər etdi. Bu səfər zamanı keçirilən

184
İqtisadi diplomatiya
görüşlərdə ikitərəfli əlaqələr bir daha təhlil olundu, gələcək
əməkdaşlığın yeni konturları barədə ətraflı fikir mübadiləsi
aparıldı. "Əminəm ki, bu səfər çox uğurlu olacaq və səfərin
nəticələri də bizim aramızda olan münasibətlərin inkişafında çox
böyük rol oynayacaqdır"-deyə Prezident İlham Əliyev polşalı
həmkarının səfəri barədə söz açarkən bildirib. Sirr deyil ki,
Azərbaycanla Polşa arasında əlaqələrin genişlənməsində,
əməkdaşlığın daha da inkişaf etdirilməsində neft-qaz amili
mühüm yer tutur. Çünki bütün dünyada enerji təhlükəsizliyinin
qlobal problemə çevrildiyi bir vaxtda Avropa Birliyinin üzvü olan
Polşa da müəyyən narahatçılıq keçirməyə bilməz. Dünyanın
aparıcı siyasi qütbləri arasında münasibətlərin indiki axarla davam
etdiyi və neft-qaz amilinin siyasi münasibətlərə mühüm təsir
göstərdiyi bir vaxtda isə enerji təhlükəsizliyinin milli maraqlar
prizmasından təminatı böyük önəm kəsb edir. Bu baxımdan
Polşanın da özünün milli maraqları çərçivəsindən çıxış edərək
alternativ enerji mənbələrinə, Xəzər neftinə maraq göstərməsi
anlaşılandır.
Azərbaycanın artan enerjidaşıyıcıları Avropa bazar-larına
çıxarılır və Polşa ilə bu sahədə əməkdaşlıq daha çox uğurlu ola
bilər. Azərbaycan iqtisadi diplomatiyası bunu diqqət mərkəzində
çalışmaqdadır. Məlum olduğu kimi Azərbaycanla Avropa İttifaqı
arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa dair
Memorandum imzalanıb. Bu baxımdan hesab etmək olar ki, Polşa
ilə enerji təhlükəsizliyi sahəsində yaranacaq hər hansı əməkdaşlıq
həm də ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə
bir töhfə ola bilər. Bununla belə, polşalılar tək energetika
sahəsində əməkdaşlıqla kifayətlənmək niyyətində deyillər. Polşa
bir çox sahələrdə Azərbaycanla yaxşı münasibətlərin
qurulmasında maraqlıdır. Bu təkcə enerji sahəsi deyildir.
Polşanın Avropa İttifaqının üzvü olması Azərbaycan üçün
mühüm əhəmiyyət kəsb edir. Ötən illərdə Azərbaycanın Avropa
İttifaqı ilə əlaqələri yeni müstəviyə qədəm qoymuş, xüsusən
respublikanın enerji təhlükəsizliyi sahəsində oynadığı rol strateji

185
İqtisadi diplomatiya
tərəfdaşlıq məsələsini gündəmə gətirmişdir. Rəsmi Bakının
Avropanın bu mötəbər qurumu ilə münasibətlərinin
dərinləşməsində Polşanın böyük rolu var. Polşa ilə münasibətləri
dərinləşdirməklə Azərbaycan həm də Avropa İttifaqına bir addım
yaxınlaşır, Avratlantik məkana inteqrasiya prosesində mühüm
dəstək qazanır. Polşa Prezidenti ilə keçirdiyi mətbuat
konfransında Prezident İlham Əliyev rəsmi Varşavanın
Azərbaycana dəstəyini yüksək qiymətləndirərək demişdir:
"...Polşa Avropa İttifaqına və NATO-ya daxil olandan sonra
Azərbaycanın Avratlantik inteqrasiyada atdığı addımları da
həmişə dəstəkləmişdir. Xüsusilə, Avropa İttifaqı ilə Azərbaycan
arasında "Yeni qonşuluq siyasətinə dair fəaliyyət planı"nın
imzalanmasında Polşanın çox böyük rolu olmuşdur". 
Azərbaycan iqtisadi diplomatik fəaliyyətində önəm verilən
Avropa İttifaqı ölkələrindən biri də Yunanıstandır. Yunanıstanla
da münasibətlərin tənzimlənməsi üçün komissiyanın əsası
qoyulmuşdur. 2007-ci ildə Yunanıstan-Azərbaycan
Hökümətlərarası Komissiyasının iclası keçirilmişdir. İqtisadi
inkişaf naziri, komissiyanın həmsədri Heydər Babayevin rəhbərlik
etdiyi Azərbaycan nümayəndə heyətinə xarici işlər, təhsil, sənaye
və energetika, səhiyyə, kənd təsərrüfatı, rabitə və informasiya
texnologiyaları nazir-liklərinin, habelə Milli Bankın, Dövlət
Gömrük Komitəsinin, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin
rəsmiləri daxil idi. Yunanıstan tərəfini isə xarici işlər nazirinin
müavini Evripidis Stilyanidosun rəhbərlik etdiyi və xarici işlər,
inkişaf nazirliklərinin, "Depa" qaz şirkətinin, Ticarət və Sənaye
Palatasının, eləcə də digər qurumların təmsil olunduğu
nümayəndə heyəti təmsil edirdi. 
Səfərin ilk günü Heydər Babayevlə Evripidis
Stilyanidosun görüşü oldu. Görüşdə iki ölkə arasında iqtisadi
əlaqələrin mövcud durumu müzakirə edildi, görüləcək işlər
barədə, həmçinin hökumətlərarası komissiyanın əlaqələrinin
genişləndirilməsindəki rolunun gücləndirilməsi ilə bağlı fikir
mübadiləsi aparıldı. Tərəflər eləcə də beynəlxalq təşkilatlar, o

186
İqtisadi diplomatiya
cümlədən Avropa İttifaqı və Qara dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı (QİƏT) çərçivəsində əlaqələrin genişləndirilməsi
imkanlarını müzakirə etdilər. Yunanıstan tərəfi Azərbaycanın
QİƏT çərçivəsində fəaliyyətini yüksək qiymətləndirdi, Avropa
İttifaqının üzvü kimi Azərbaycan-Avropa İttifaqı arasında
əməkdaşlığı dəstəklədiyini bildirdi, bu istiqamətdə lazımi
köməyin göstərilməsinə hazır olduğunu vurğuladı. Komisi-yanın
ikinci iclasının rəsmi açılış mərasimində Azərbaycan və
Yunanıstan tərəfdən həmsədrlər çıxış edərək ötən iclasdan sonrakı
müddət ərzində görülmüş işlər və əməkdaşlıq imkanları barədə
məlumat verdilər. Bundan sonra nümayəndə heyətləri arasında
hökumətlərarası komissiyanın 2-ci iclasının yekunlarına dair
protokolun razılaşdırılması ilə əlaqədar danışıqlar aparıldı.
Yunanıstana səfəri çərçivəsində Azərbaycan nümayən-də
heyətinin rəhbəri Heydər Babayev Afina Ticarət və Sənaye
Palatasının Baş katibi xanım Aleksandra Palli ilə də görüşdü.
Azərbaycanla iqtisadi əlaqələri gücləndirmək üçün biznes
forumlarının və sərgilərin təşkil olunmasının vacibliyini qeyd
edən xanım Palli hazırda ticarət əlaqələrində müsbət saldonun
Azərbaycanın xeyrinə olduğunu bildirdi. 2007-ci ilin oktyabrında
Yunanıstan iş adamlarının Azərbaycana səfərinin nəzərdə
tutulduğunu deyən Baş katib nümayəndə heyətinin tərkibi barədə
iqtisadi inkişaf nazirinə məlumat verdi. 
Heydər Babayev isə Avropa İttifaqının üzvü olan Yunanıstanla
əməkdaşlığın Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini
vurğuladı və iş adamları arasında qarşılıqlı əlaqələrin inkişafının
Azərbaycan tərəfdən dəstəkləndiyini bildirdi. Nazir Yunanıstan iş
adamlarının Azərbaycana səfərinin iki ölkə arasında iqtisadi
əlaqələrin inkişafına müsbət töhfə verəcəyini və bu səfərin təşkil
olunması ilə bağlı "AZPROMO" tərəfindən müvafiq işlərin
görüləcəyini söylədi. 
İqtisadi inkişaf naziri Heydər Babayev səfər çərçivəsində
Yunanıstan Sənayeçilər Federasiyasının sədr müavini xanım
Dimitra Mitrogiannopulu ilə də görüşdü. 2004-cü ildə Yunanıstan

187
İqtisadi diplomatiya
Prezidenti Konstantinos Stefanopulosun rəsmi səfəri zamanı
nümayəndə heyətinin tərkibində Azərbaycanda olduğunu
xatırladan xanım Mitrogiannopulu ölkələrimiz arasında energetika
və informasiya texnologiyaları sahələrində əməkdaşlığın təşviq
olunmasının əhəmiyyətini qeyd etdi. O, həmçinin investisiya
imkanlarının nəzərdən keçirilməsi istiqamətində lazımi işlərin
görülməsinin vacibliyini, birgə müəssisələrin yaradılmasının
mümkünlüyünü diqqətə çatdırdı. Cavab çıxışında H.Babayev
Azərbaycanda investisiya mühiti barədə məlumat verdi. Xarici
sərmayələrin cəlb edilməsi sahəsində Azərbaycan İnvestisiya
Şirkətinin fəaliyyətindən danışan nazir ölkəmizdə həyata keçirilən
investisiya layihələrində və tenderlərdə iştirak etməkdə maraqlı
olan Yunanıstan şirkətlərini Bakıya dəvət etdi.
Azərbaycan nümayəndə heyətinin rəhbəri səfər zamanı
Yunanıstanın inkişaf naziri Dimitris Syufasla da görüşdü. Nazir
Syufas rəhbərlik etdiyi qurumun fəaliyyəti, Yunanıstan
iqtisadiyyatının hazırkı vəziyyəti və gələcək inkişaf siyasəti
barədə H.Babayevə məlumat verdi. Azərbaycan qazının cari ilin
avqust ayında Yunanıstana çatdırılacağının mühüm hadisə
olduğunu qeyd edən D.Syufas bu istiqamətdə əməkdaşlığı müsbət
qiymətləndirdi. Heydər Babayev isə cavabında Azərbaycan
iqtisadiyyatının yüksək templə inkişaf etdiyini və ölkələrimiz
arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların
mövcud olduğunu dedi. O, bu məqsədlə hökumətlərarası
komissiyanın 2-ci iclasında müzakirə olunan məsələlərin və əldə
edilən razılaşmaların mühüm əhəmiyyət daşıdığını diqqətə
çatdırdı. 
Nazirlər ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf
etdirilməsi üçün lazımi səylərin göstərilməsinin vacibliyini
vurğuladılar. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı
və QİƏT çərçivəsində əməkdaşlıq imkanlarının müzakirə
olunduğu görüşdə D.Syufas cari ildə Azərbaycana səfər etmək
niyyətində olduğunu bildirdi.  Həmin gün Yunanıstanın Xarici
İşlər Nazirliyində Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri

188
İqtisadi diplomatiya
Heydər Babayevin və Yunanıstan tərəfindən xarici işlər nazirinin
müavini Evripidis Stilyanidosun həmsədrliyi ilə hökumətlərarası
birgə komissiyanın 2-ci iclasının nəticələrinə dair protokol
imzalandı. Protokol ikitərəfli ticarət-iqtisadi, energetika, tikinti,
nəqliyyat, rabitə və informasiya texnologiyaları, turizm, kənd
təsərrüfatı, səhiyyə, iqtisadiyyatın müxtəlif sahələrinə texniki
dəstək göstərilməsi, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,
habelə "Avropa qonşuluq siyasəti" çərçivəsində əməkdaşlıq
məsələlərini əhatə edir.
Görüşlərdə Azərbaycan ilə Yunanıstan arasında iqtisadi, sənaye
və texnoloji sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası birgə
komissiyanın növbəti iclasının Bakıda keçirilməsi barədə razılıq
əldə olundu.
Beləliklə Azərbaycanın bir sıra Avropa ölkələri ilə iqtisadi
münasibətlərinin iqtisadi diplomatik fəaliyyətdə mühüm
əhəmiyyətə malik olması bir daha sübuta yetdi. Yuxarıda təfsilatı
ilə yalnız aparıcı ölkələrdən danışılsa da söyləmək olar ki, digər
Avropa dövlətləri ilə münasibətlər strateji cəhətə malikdir. Milli
mənafelər onu tələb edir ki, bu əlaqələr strateji mahiyyətinə
müvafiq olaraq daim mütəxəssis-lərin diqqət mərkəzində olsun.
Avropa-Azərbaycan əlaqələri-nin mütamadi izlənilməsi yeni
konstruktiv təkliflərin irəli sürülməsinə gətirib çıxara bilər.
Avropa işgüzar məkanı ilə münasibətlər Azərbaycan
istehsalçılarının və ixracatçılarının keyfiyyət anlayışı tələblərinə
də müsbət təsir göstərər. Bəlli bir həqiqətdir ki, Avropa
məkanında keyfiyyət anlayışı qarşısında tələblər güclüdür.

4.4.
Azərbaycan iqtisadi diplomatiyası və GUAM

Azərbaycan iqtisadi diplomatik fəaliyyətində önəm verdiyi


qurumlardan biri də GUAM-dır. GUAM bir təşkilat olaraq
müəyyən inkişaf prosesi keçmişdir. Demokratiya və İqtisadi
İnkişaf naminə Təşkilat - GUAM Azərbaycan Respublikası,

189
İqtisadi diplomatiya
Gürcüstan, Moldova Respublikası və Ukrayna tərəfindən təsis
edilmiş beynəlxalq regional təşkilatdır. İlk öncə GUAM
Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və
Ukrayna Prezidentlərinin 10 oktyabr 1997-ci ildə
Strasburqda Birgə Kommünike imzalamaqla bu dörd
dövlətlərin birliyi kimi fəaliyyətə başlamışdır. Kommünikedə
Prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunul-
mazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına
hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin
gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaş-lığın inkişaf
etdirilməsinin vacibliyinin vurğulamışlar.
7 iyun 2001-ci ildə Yaltada təşkil olunmuş GUAM-ın ilk
Zirvə Toplantısı onun beynəlxalq struktur kimi forma-laşması və
institusionallaşmasında böyük rol oynamışdır. Dövlət başçıları
tərəfindən imzalanmış GUAM-ın Yalta Xartiyası iştirakçı
dövlətlər arasında əməkdaşlığın məqsəd-lərini, prinsiplərini və
istiqamətlərini müəyyənləşdirmişdir.
22 may 2005-ci il tarixində GUAM-ın Kişinyovda
keçirilmiş Zirvə Toplantısı üzv-dövlətlərin demokratik cəmiy-yət,
Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və
təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş
etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq
təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış
etmişlər və bununla əlaqədar  GUAM Xarici İşlər Nazirləri
Şurasına müvafiq qərar vermişlər.
Dövlət başçılarının bu qərarı 22-23 may 2006-cı il
tarixində GUAM-ın Kiyev Zirvə Toplantısı zamanı həyata
keçmişdir. Belə ki, 1997-ci ildən mövcud olmuş birlik əsasında
Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat – GUAM təsis
olunmuşdur. Kiyev Zirvə Toplantısında Prezidentlər GUAM-ın
Nizamnaməsini qəbul etmişlər. GUAM-ın Nizam-naməsinə görə
demokratik dəyərlərin bərqərar olunması, davamlı inkişafın
təminatı, beynəlxalq və regional təhlükəsizliyin gücləndirilməsi,
Avropaya inteqrasiya, üzv-dövlətlərin iqtisadi, humanitar və

190
İqtisadi diplomatiya
sosial sahələrdə əməkdaşlı-ğının genişlənməsi Təşkilatın başlıca
məqsədlərini təşkil edir.
Həmçinin, GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə
Toplantısında qəbul olunmuş “Demokratiya və İqtisadi inkişaf
naminə Təşkilat – GUAM-ın yaradılması haqqında Kiyev
Deklarasiyası”nda aşağıdakı məqamlar və vəzifələr qeyd
olunmuşdur:
 Demokratiyanın möhkəmləndirilməsi, əsas insan
hüquqları və azadlıqlarının qorunması, dövlətlərin iqtisadi
inkişafının və təhlükəsizliyinin və sabitliyin təmin olunması;
 GUAM dövlətlərinin davamlı inkişafı məqsədilə,
dinamik iqtisadi artım, sosial ahənglik və ətraf mühitin
mühafizəsi vasitəsilə qarşılıqlı əlaqələrinin gücləndirilməsi;
 Bu dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və
azadlığını dağıdan, tam miqyaslı demokratik islahatların həyata
keçirilməsini və regionun iqtisadi inkişafını çətinləşdi-rən, Avro
inteqrasiyaya mənfi təsir göstərən və bütün dünya birliyinə çağırış
törədən həll olunmamış münaqişələrin nizamlanması məqsədilə
fəal əməkdaşlıq;
 Beynəlxalq terrorizm, ekstremizm və aqressiv
separatizm, və həmçinin onunla bağlı olan digər mənfi hallarla
mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi;
 İqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın
dərinləşdirilməsi və Azad Ticarət Zonası haqqında Sazişin həyata
keçirilməsi;
 Enerji təhlükəsizliyi sahəsində səylərin fəallaşdırıl-ması;
 GUAM dövlətlərinin beynəlxalq tranzit potensialından
istifadə olunması və s.
GUAM çərçivəsində həyata keçirilən layihələr:
GUAM dövlətlərinin əməkdaşlığının praktiki təzahürü
kimi Virtual Mərkəz və Dövlətlərarası İnformasiya-Təhlil
Sistemi (VM/DİTS) layihəsi və Ticarətə və Nəqliyyata
Yardım (TNY) layihəsi həyata keçirilməkdədir. TNY GUAM
dövlətləri arasında ticarət və nəqliyyat sahəsində əlaqələrinin

191
İqtisadi diplomatiya
genişləndirilməsi və intensivləşdirilməsi məqsədini daşıyırsa,
VM/DİTS məlumat mübadiləsi və digər operativ xarakterli
tədbirləri həyata keçirmək vasitəsilə ticarət və nəqliyyatın
inkişafına, onun effektiv və təhlükəsiz fəaliyyət göstərməsinə
təminat verir. Hər iki layihə GUAM-ABŞ Çərçivə Proqramı-
nın əsas elementləri hesab olunaraq bir-birini tamamlayır və
onların paralel şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
VM/DİTS layihəsi çərçivəsində hər bir GUAM dövlətində Milli
İnformasiya-Təhlil Mərkəzi və İşçi qruplar yaradılmış və hüquq-
mühafizə orqanlarının müvafiq ekspertləri bu istiqamətdə ilkin
məlumat mübadiləsi aparırlar. TNY layihəsinin həyata keçirilməsi
məqsədilə hər bir GUAM dövləti milli planları əsasında
dördtərəfli əməkdaşlıqlarını davam etdirirlər.
Həmçinin, qeyd olunmalıdır ki, GUAM dövlət başçıla-rı
Kiyev Zirvə Toplantısı zamanı Azad Ticarət Zonası haqqında
Sazişin həyata keçirilməsinin başlanmasını elan etmişlər və buna
dair müvafiq işlər görülməkdədir.
Azərbaycan Respublikasının GUAM-da sədrlik
fəaliyyəti. GUAM-da Azərbaycanın Sədrliyi 19 iyul 2007-ci ildə
Bakı Zirvə Toplantısından başlayaraq 1 iyul 2008-ci il Batumi
Zirvə Toplantısınadək davam etmişdir.
“GUAM: qitələri birləşdirərək” şüarı altında keçirilmiş
Bakı Zirvə Toplantısı Təşkilatın inkişafının uzunmüddətli
prioritetlərini müəyyən etmiş, onu instusional cəhətdən möh-
kəmləndirmiş və tərəfdaş ölkələrlə “GUAM+” formasında
əməkdaşlığın üstünlüklərini nümayiş etdirmişdir. Azərbaycan
Respublikasının Sədrlik proqramında əksini tapmış bu strateji
istiqamətlər Təşkilatın 2007-2008-ci illər üçün fəaliyyət
istiqamətlərinin əsasını təşkil etmişlər. Azərbaycan Sədrliyi üzv-
dövlətlərin və Katibliyin əlaqələndirilmiş səyləri nəticə-sində
GUAM-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və Təşkilatın
keyfiyyətcə yeni inkişafı ilə yadda qalmışdır.
Bakı Zirvə Toplantısının əsas ideyasını təşkil edən
regionda ümumi inteqrasiya və təhlükəsizlik məkanının

192
İqtisadi diplomatiya
yaradılması ideyası Azərbaycan Sədrliyinin başlıca vəzifəsi idi.
Bu ideyadan irəli gələrək Sədrlik edən ölkənin diqqəti GUAM-ın
regional əhəmiyyətinin möhkəmləndirilməsinə və ona beynəlxalq
dəstəyin gücləndirilməsinə, üzv-dövlətlərin ümumi maraqlarının
konsolidasiyasına və Təşkilat daxilində əməkdaşlıq sisteminin
inkişaf etdirilməsinə yönəlmişdir.
Bakı Zirvə Toplantısında GUAM Dövlət Başçıları Şurası
Təşkilat çərçivəsində sahələr üzrə əsas əməkdaşlıq istiqamətlərini
müəyyənləşdirən GUAM-ın Sahəvi Əməkdaş-lığının İnkişafı
Strategiyasını qəbul etmişlər.
Azərbaycanın bir illik Sədrliyi kifayət qədər aktiv
keçmişdir. Sədrliyimizin fəallığının bariz nümunəsi kimi Bakı
Zirvə Toplantısından sonra keçirilmiş 27 sentyabr 2007-ci il
tarixli Nyu-Yorkda GUAM Xarici İşlər Nazirləri Şurasının
(XİNŞ) iclasını, GUAM-ABŞ və GUAM-Polşa görüşlərini, 10
oktyabr 2007-ci il tarixli GUAM+ formatında Vilnüsdə GUAM-
ın onilliyinə həsr olunmuş Zirvə Toplantısını, 30 oktyabr 2007-ci
il tarixli Vaşinqtonda GUAM-ABŞ görüşünü, 29 noyabr tarixli
Madriddə GUAM XİNŞ-in növbəti iclasını, 4-5 dekabr 2008-ci il
tarixli Tokioda GUAM-Yaponiya görüşünü, “GUAM ərazisində
uzadılmış münaqişələr və onların beynəxalq sülh, təhlükəsizlik və
inkişafa təsiri” adlı qətnamə layihəsinin BMT Baş
Assambleyasında  yayılmasını, GUAM-Aİ əlaqələrinin
gücləndirilməsi üçün “GUAM-ın Aİ-də dostları qrupu”
formatında GUAM və Aİ dövlətlərinin xarici işlər nazirliklərinin
ekspertləri səviyyəsində görüşü, 19 mart 2008-ci il tarixli GUAM-
Avropa Şurası görüşünü, 15-16 aprel 2008-ci il tarixli GUAM
dövlətlərinin ərazisində münaqişələrin həllinin prinsipial əsasları,
29-30 aprel 2008-ci tarixli “GUAM-tranzit”  və 29-30 may 2008-
ci il tarixli Bakıda “GUAM-ın inkişaf strategiyası” beynəlxalq
konfranslarını və digər tədbirləri xatırlatmaq olardı.
Azərbaycanın Sədrliyi müddətində Təşkilatın fəaliyyətinə
dair ətraflı məlumat Batumi Zirvə Toplantısında GUAM Dövlət

193
İqtisadi diplomatiya

Başçıları Şurası tərəfindən təsdiq olunmuş Hesabatda öz əksini


tapmışdır.
1 iyul 2008-ci il tarixində Gürcüstanın Batumi
şəhərində GUAM-ın növbəti Zirvə Toplantısı keçirilmişdir.

Azərbaycan Respublikası ilə GUAM ölkələri arasında


ikitərəfli əlaqələr.

Azərbaycan Respublikası-Ukrayna əlaqələri. Zəngin


iqtisadi potensiala və tranzit-kommunikasiya imkanlarına, eləcə
də güclü hərbi-sənaye kompleksinə malik olan Ukraynanın hələ
keçmiş SSRİ dövründə Azərbaycanla bir sıra sahələrdə sıx
əməkdaşlıq münasibətləri mövcud idi. 1991-ci ildə imperiyanın
süqutu iki müttəfiq respublika arasında ənənəvi əlaqələrin
qırılması ilə nəticələnsə də, yeni ictimai-iqtisadi formasiyanın
reallıqları ən müxtəlif sahələrdə çoxşaxəli münasibətlərin davam
etdirilməsini zəruri məsələ kimi önə çıxarırdı. Məhz bu zərurətin
diktə etdiyi reallıq kimi, 1992-ci il yanvarın 31-də müstəqil
Azərbaycan və Ukrayna respublikaları arasında münasibətlərin
diplomatik təməli qoyuldu. 1991-1993-cü illərdə müəyyən
mənada formal xarakter daşıyan bu münasibətlərin gerçək
əməkdaşlıq, qarşılıqlı etimad və anlaşma mühitində inkişafı isə
yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra mümkün oldu. Məhz bu dövrdən etibarən,
Ukrayna ilə müxtəlif regional və beynəlxalq məsələlərdə
əməkdaşlıq münasibətlərinin qurulması, iqtisadi əlaqələrin
genişləndirilməsi Azərbaycanın xarici siyasət strategiyasının
başlıca istiqamətlərindən birinə çevrildi. 1995-ci ilin iyulunda
Ukraynanın sabiq Prezidenti Leonid Kuçmanın Azərbaycana,
1997-ci ilin martında isə ümummilli liderimiz Heydər Əliyevin
Ukraynaya gerçəkləşən səfərləri iki dövlət arasında genişmiqyaslı
əlaqələrin inkişafı üçün zəruri hüquqi-normativ bazanın
formalaşması, habelə perspektiv əməkdaşlıq prioritetlərinin
müəyyənləşməsi baxımından kifayət qədər əhəmiyyətli oldu. Bu

194
İqtisadi diplomatiya
səfərlərin məntiqi nəticəsi olaraq ikitərəfli diplomatik
münasibətlərin ardıcıl və sistemli surətdə davam etdirilməsi
məsələsi daha çox aktuallıq qazandı: 1996-cı ildən Ukraynanın
Bakıda, 1997-ci ildə isə Azərbaycanın Kiyevdə səfirliklərinin
açılması mövcud əlaqələrin daha çevik və işlək mexanizmlər
əsasında genişləndirilməsinə mühüm töhfə oldu. 
İqtisadi əlaqələrin yeni dövrün tələbləri səviyyəsində
qurulması baxımından 1997-ci ildən fəaliyyətə başlayan
Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlər-arası
Komissiyanın fəaliyyəti də xüsusi önəm kəsb edirdi.
Komissiyanın uğurlu fəaliyyəti nəticəsində ötən müddətdə iki
ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan
mühüm iqtisadi sazişlər və digər hökumətlərarası sənədlər
imzalanıb, mal mübadiləsi, əmtəə dövriyyəsi nəzərə çarpacaq
səviyyədə artıb. Komissiyanın faydalı təşəbbüsləri nəticəsində
Ukrayna və Azərbaycan arasında ikiqat vergitutmanın aradan
qaldırılmasını, investisiyaların qarşılıqlı təşviqi və qorunmasını,
tranzit, nəqliyyat-kommunikasiya əlaqələrinin
genişləndirilməsini, sərbəst ticarət, habelə gömrük işi sahəsində
əməkdaşlığı nəzərdə tutan vacib razılaşmalar əldə olunub.
Bütövlükdə, son 10 ildə iki ölkə arasında imzalanmış 80-ə yaxın
sənəd çoxtərəfli əməkdaşlığa mühüm imkanlar açıb. 
Ukrayna ilə Azərbaycan arasında 2000-2009-cu illəri
əhatə edən iqtisadi əməkdaşlıq proqramının əhəmiyyəti də xüsusi
vurğulanmalıdır. Ötən müddətdə Azərbaycandan Ukraynaya
əsasən neft və neft-kimya məhsulları, meyvə-tərəvəz ixrac
olunub, əvəzində respublikamıza gündəlik sənaye və ərzaq
məhsulları, neft-qaz boru kəmərləri, vaqon sisternləri, şinlər,
hərbi-sənaye avadanlıqları idxal olunub. Uğurlu idxal-ixrac
əməliyyatlarının nəticəsi olaraq 2001-ci ildə iki dövlət arasında
ticarət dövriyyəsi 59 milyon dollara, 2002-ci ildə 110 milyon
dollara, 2004-cü ildə isə 182,6 milyon dollara çatıb. Hazırda bu
rəqəm 200 milyon ABŞ dollarını ötüb keçsə də, tərəflər mövcud
imkanlar çərçivəsində bunu qənaətbəxş saymır, iqtisadi əlaqələri

195
İqtisadi diplomatiya
genişləndirmək üçün bütün zəruri resursları və imkanları səfərbər
etməyə çalışırlar.
İmzalanmış sazişlər müxtəlif regional və beynəlxalq
məsələlərdə bir-birini dəstəkləyən iki müttəfiq respublikanın qısa
müddətdə enerji və kommunikasiya sahəsində əməkdaş-lığına da
geniş imkanlar açıb. 1997-ci ildə Azərbaycan və Gürcüstan
hökumətləri arasında Xəzər neftinin Qara dənizə çıxarılması üçün
Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqlini nəzərdə tutan saziş
imzalanıb və həmin razılaşmada Ukrayna da iştirak edib. 1999-cu
il aprelin 17-də Azərbaycan, Gürcüstan və Ukrayna
prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış
qabiliyyəti isə 5 milyon ton olan Bakı-Supsa neft kəməri və
Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı
istismara verilib. Ukraynanın Azərbaycanla əməkdaşlığa olan
ciddi marağı bu ölkənin Xəzər hövzəsində həyata keçirilən neft-
qaz və nəqliyyat kommunikasiyaları layihələrinə fəal surətdə
qoşulmaq, alternativ enerji mənbələri əldə etmək istəyi ilə
şərtlənir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən əlverişli
geosiyasi məkanda yerləşməsi, zəngin təbii sərvətlərə malik
olması, Avrasiya məkanında subregional inteqrasiyanın və enerji
təhlükəsizliyinin mühüm təminatçısı qismində çıxış etməsi,
Qərblə yanaşı, Rusiya ilə münasibətlərdə də uğurlu nəticələr
qazanması respublikamızı Ukrayna üçün strateji əhəmiyyətli
dövlətə çevirir. 
Rəsmi Kiyev Azərbaycanın iştirakı və razılığı olmadan
Xəzər hövzəsi regionu ilə bağlı hər hansı transmilli layihədə
iştirakını qeyri-real sayır. 
Qloballaşan dünyada əsas enerji mənbələrinə nəzarət
uğrunda rəqabətin kəskinləşməsi Heydər Əliyev adına Bakı-
Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin gerçəkləşməsinə və
səmərəli əməkdaşlıq mexanizminə çevrilməsinə olan marağın
gerçək miqyası barədə kifayət qədər dolğun təsəvvür yaradır.
BTC-nin tam işə düşməsi, layihənin bilavasitə iştirakçısı olan
dövlətlərin iqtisadi maraq və mənafelərinin təminatı, habelə

196
İqtisadi diplomatiya
aktual məsələ kimi gündəmə gələn enerji təhlükəsizliyi
probleminin həlli baxımından geniş imkanlar əldə etməsi
deməkdir. Bu baxımdan, hazırda Avropanın xam neftlə
təminatında əsas söz sahiblərindən birinə çevrilmiş respublikamız
öz geniş potensialı ilə Gürcüstan, Moldova və Ukraynanı da
Rusiyanın enerji asılılığından çıxarmaq imkanlarına malikdir. 
Xatırladaq ki, 2005-ci ilin qışında Rusiya Gürcüstanı və
Ukraynanı enerji sınağı ilə "imtahana çəkəndə", Azərbaycanın
bölgədə heç bir asılılığı olmayan ölkə olduğu təsdiqini tapmışdı
(1999-cu ildə Ukraynada yaranmış enerжi böhranı zamanı
Azərbaycan dost ölkəyə Poti-İlyiçevsk marşrutu ilə 150 000 ton
dizel yanacağı tədarük etmişdir). 
Azərbaycanla genişmiqyaslı əməkdaşlıq bu baxımdan Ukraynaya
alternativ enerji kəmərləri əldə etmək imkanı qazandırır. Ukrayna
hökumətinin strateji məqsədlərindən biri də məhz Xəzər neftinin
Qərb bazarlarına daşınması prosesində özünün tranzit-
kommunikasiya imkanlarını gerçəkləşdirmək və bu yolla enerji
təhlükəsizliyini təmin etməkdir. Rəsmi Kiyevin 10 ilə yaxın
müddətdə üzərində israr etdiyi layihələrdən biri də məhz Xəzər
neftinin Odessa-Brodı-Qdansk kəməri ilə nəqlini nəzərdə tutur.
İstər texniki imkanların yetərli səviyyədə olmamasına, istərsə də
daşınma qiymətlərinin bahalığına görə indiki mərhələdə heç də
qənaətbəxş sayılmayan həmin layihənin hansısa mərhələdə
aktuallaşacağına ümid bəsləyən rəsmi Kiyev bu məqsədlə
Azərbaycan və Qazaxıstan hökumətlərinin razılığını almağa
çalışır. 2004-cü ildə Ukrayna hər iki ölkəyə rəsmi müraciət edərək
Bakı-Tbilisi-Supsa kəmərinin davamı kimi Odessa-Brodı-Qdansk
layihəsini dəstəkləməyə çağırıb. Xəzərin neft ehtiyatlarının
yüksək həcmini nəzərə alan ekspertlər qarşıdakı illərdə Odessa-
Brodı layihəsinin aktuallaşacağını qətiyyən istisna etmirlər. Bu
kəmər hansısa mərhələdə Azərbaycan neftinin dünya bazarına
çıxarılmasında alternativ vasitələrdən birinə çevrilə bilər. 
İkitərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən
biri də Ukrayna və Azərbaycanın Qərbə inteqrasiya yolu tutması,

197
İqtisadi diplomatiya
Avropanın mötəbər beynəlxalq təşkilatları ilə sıx əməkdaşlığa
meyilli olması, habelə strateji əhəmiyyətli məsələlərdə maraq və
mənafelərinin üst-üstə düşməsidir. 1996-cı ildən Avropa
Birliyinin ciddi dəstək verdiyi TRASEKA layihəsinin
gerçəkləşməsinə Azərbaycanla eyni dərəcədə səy göstərən
Ukrayna paralel olaraq respublikamızla GUAM çərçivəsində
çoxtərəfli əməkdaşlıq əlaqələri qurub. Qərb dövlətləri, xüsusən də
ABŞ tərəfindən dəstəklənən təşkilat ötən müddətdə MDB-dən
kənar subregional inteqrasiyanın uğurlu modelinə çevrilməklə,
ölkələrimiz arasındakı qarşılıqlı faydalı münasibətlərə əlavə
impulslar verib. GUAM çərçivəsində sıx əməkdaşlıq edən
Ukrayna və Azərbaycan ilk gündən Xəzərin zəngin təbii
resurslarının Qərb şirkətləri ilə birgə mənimsənilməsi, Şərq-Qərb
(TRASEKA) nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması,
NATO ilə əməkdaşlığın genişləndirilməsi, habelə azad ticarət
zonasının formalaşdırılması məsələlərində vahid mövqedən çıxış
ediblər. 
GUAM ölkələri dövlət başçılarının mayın 23-də
Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş zirvə görüşü isə
bu qurum çərçivəsində əməkdaşlığın yeni modelinin
müəyyənləşdirilməsi baxımından diqqəti xüsusilə cəlb edir.
GUAM ölkələri dövlət başçılarının Kiyevdə keçirilən zirvə
görüşünün gedişi göstərdi ki, üzv dövlətlər qurum çərçivəsində
əməkdaşlığın mövcud səviyyəsindən heç də razı deyillər və
münasibətlərin intensiv inkişafı üçün yollar arayırlar. Zirvə
görüşünün nəticələri qurumun perspektivi ilə bağlı bəzi
tərəddüdləri tam aradan qaldıraraq GUAM-ın postsovet
məkanında əsas güc mərkəzlərindən birinə çevrildiyini nümayiş
etdirməklə yanaşı, Ukrayna və Azərbaycan arasında qarşılıqlı
faydalı əməkdaşlığa da geniş imkanlar açıb. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, "Azərbaycan
ilə Ukrayna təkcə ikitərəfli formatda deyil, həm də regional
qurumlarda fəal iştirak edir. Həmin qurumlardan biri də GUAM-
dır. Bu təşkilat bizi və digər ölkələri birləşdirir, regional

198
İqtisadi diplomatiya
əməkdaşlığın inkişafına kömək edir. Azərbaycan regional
əməkdaşlığın dərinləşməsinə həmişə tərəfdar olmuşdur. Deyə
bilərəm ki, indi Azərbaycanda baş verən proseslər buna sübutdur.
Ölkəmizdə çox mühüm iqtisadi layihələr gerçəkləşdirilir. GUAM
məhz bu istiqamətdə irəliləmək üçün çox yaxşı qurumdur.
Əminəm ki, həm ikitərəfli, həm də regional əməkdaşlıq
çərçivəsində biz konkret layihələrin həllində irəliləyəcəyik". 
Hər iki müttəfiq ölkə MDB, ATƏT, Avropa Şurası,
Avropa Birliyi, xüsusilə NATO-nun "Sülh naminə tərəfdaşlıq"
proqramı çərçivəsində fəal əməkdaşlıq edirlər. Geniş iqtisadi və
hərbi-texniki potensiala malik Ukraynanın adı perspektivdə
Avropa Birliyi və NATO-ya daxil olmağa şanslı dövlətlərlə bir
sırada çəkilir. Bu ölkənin qazandığı müsbət nəticələrin
mənimsənilməsi və praktik olaraq gerçəkləşdiril-məsi Azərbaycan
üçün də olduqca mühüm əhəmiyyət kəsb edir. Rəsmi Bakı
müttəfiq ölkə ilə xüsusən hərbi-texniki əməkdaşlığın
dərinləşdirilməsi tərəfdarı kimi çıxış edir. 1997-ci ildən iki ölkə
arasında hərbi və hərbi-texniki əməkdaşlığa dair mühüm sazişlər
imzalanıb. Ukrayna hərbi-sənaye sahəsində tədris mərkəzlərinə və
hərbçilərin ixtisasını artırmaq sahəsində böyük potensiala
malikdir. Azərbaycan müttəfiq ölkənin bu imkanlarından da
hərtərəfli yararlanmaq niyyətindədir. Bununla respublikamız
Ukraynanın Qara dənizdəki güclü donanması vasitəsilə dünya
okeanına əlverişli çıxış imkanları qazanardı. 
Azərbaycan və Ukrayna Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının təməlini qoyan ilk dövlətlərdəndir. Hazırda iki
ölkənin QDİƏT və onun qurumları arasında əlaqələri uğurla
inkişaf edir. 2003-2005-ci illərdə Ukrayna təşkilatın Fövqəladə
Hallarda Yardım üzrə İşçi Qrupunda əlaqələndirici dövlət
olmuşdur (məlumat üçün bildirək ki, Azərbaycan QDİƏT-in
Enerжi və Nəqliyyat üzrə İşçi Qruplarında əlaqələndirici
dövlətdir). Üzv dövlətlərin bu sahə üzrə əməkdaşlığına əlavə
impulslar vermək üçün son zamanlar Ukrayna tərəfindən bir sıra
mühüm təşəbbüslər irəli sürülüb. 2003-cü il noyabrın 25-dən 28-

199
İqtisadi diplomatiya
dək Odessa şəhərində Qara Dəniz ərazisində neft axıntısının
azaldılması hallarında önləyici tədbirlər üzərində işləyən QDİƏT
mütəxəssislərinin birgə təlimləri keçirilib. Bu təlimlərdə
Azərbaycandan olan mütəxəssislər də fəal iştirak ediblər. 
Ukrayna-Azərbaycan münasibətləri humanitar sahələr-də
də kifayət qədər ürəkaçan mənzərə yaradır. Son 10 ildə iki
ölkənin elm, təhsil, mədəniyyət sferasında əməkdaşlığına dair
çoxsaylı sazişlər imzalanıb. Azərbaycanda mövcud olan yüksək
tolerantlıq mühiti, slavyan dillərinə həssas münasibət Ukraynada
yüksək qiymətləndirilir. Bakı Slavyan Universitetinin tələbələri
dost ölkənin ana dilini dərindən mənimsəyir, tarixi, mədəniyyəti
ilə bağlı geniş bilgilər qazanırlar. İkitərəfli mədəni əlaqələrin
genişləndirilməsində Ukraynada yaşayan azərbaycanlıların da
xidmətləri xüsusi vurğulanmalıdır. Hazırda MDB məkanında
Rusiyadan sonra ən güclü və mütəşəkkil Azərbaycan diasporu
məhz Ukraynada fəaliyyət göstərir. Soydaşlarımız dost ölkənin
ictimai-siyasi, mədəni həyatında fəal iştirak edir, xalqlarımız
arasında qarşılıqlı etimadın daha da gücləndirilməsi prosesinə öz
töhfəsini verirlər. Eyni zamanda, müttəfiq ölkənin rəhbərliyi
soydaşlarımızın hüquqlarının müdafiəsi üçün bütün zəruri
tədbirləri həyata keçirir.
Azərbaycan Respublikası ilə Gürcüstan arasında
iqtisadi əlaqələr. Azərbaycan xarici siyasətində Gürcüstanın
xüsusi yeri vardır. Gürcüstan Azərbaycanın yaxın qonşusu
olmaqla bərabər strateji tərəfdaşıdır. Azərbaycanı Qərb bazarları
ilə bağlayan yollar Gürcüstan üzərindən keçməkdədir. Eyni
zamanda Gürcüstan da Azərbaycan neft-qazından asılı bir
vəziyyətdədir. Fəqət bu asılılıq Azərbaycan tərəfindən heç vaxt
Gürcüstana təsir vasitəsi kimi istifadə edilməmişdir. Azərbaycan
hər zaman sağlam mövqe tutmuş və bu ölkənin ən çətin
zamanlarında belə iqtisadi və siyasi vasitələrlə ona yardım
etmişdir.
Gürcüstanla sağlam münasibətlərin bərqərar olmasında
H.Əliyev və E.Şevarnadze arasında davamlı dost əlaqələrinin

200
İqtisadi diplomatiya
mövcudluğu xüsusi rol oynadı. Təsadüfi deyil ki, hər iki ölkə
tərəfindən irəli sürülən ideya və təkliflər qarşılıqlı şəkildə müsbət
reaksiyaya səbəb olurdu. 1992-93-cü illərdə Gürcüstan tərəfindən
irəli sürülən “Qafqaz evi” ideyası məhz Azərbaycan tərəfindən
dəstəklənmişdi. 1996-cı ildə Azərbaycan prezidenti H.Əliyev
Gürcüstana səfər etdi. Bu rəsmi səfər zamanı hər iki ölkə rəhbəri
tərəfindən “Qafqaz deklarasiyası” imzalandı. H.Əliyevin ideya
müəllifi olduğu BTC layihəsində Gürcüstanın tranzit ölkə olması
Azərbaycan iqtisadi diplomatiyasında bu dövlətin önəmini bir
qədər də artırdı. Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrin güclü
olmasını göstərən amillərdən biri də odur ki, iki ölkə arasında 70-
dən artıq müxtəlif, o cümlədən iqtisadi sahələri əhatə edən
müqavilələr imzalanmışdır. Azərbaycan və Gürcüstan arasındakı
əlaqələrdə strateji əhəmiyyətə malik olan layihələr TRASEKA,
BTC, Bakı-Supsa və bir sıra başqaları var. Gürcüstanın xarici
ticarət dövriyyəsində Azərbaycanın xüsusi önəmi vardır.
Azərbaycanda İ.Əliyevin, Gürcüstanda isə
M.Saakaşvilinin prezident seçilmələrindən sonra iki ölkə arasında
əlaqələr öz strateji mahiyyətinə uyğun olaraq davam etdi. 2004-cü
ildə hər iki ölkə başçıları qarşılıqlı səfərlər etdilər. Səfərlər
zamanı iqtisadi və siyasi əlaqələrin gücləndirilməsini nəzərdə
tutan bir sıra sazişlər imzalandı. 2005-ci ildə BTC-nin hər iki
ölkənin ərazisinə düşən hissələri istifadəyə verildi. Bu bir sıra
analitiklərin fikirlərinin əksinə olaraq BTC-nin bir real layihə
olduğunu bir daha sübut etdi. Elə həmin il Gürcüstan baş naziri
Bakıya rəsmi səfər etmiş, bir sıra iqtisadi əməkdaşlıq məsələləri
müzakirə edilmişdi. Gürcüstan-Azərbaycan münasibətlərində
Bakı-Tbilisi-Qars dəmir yolunun xüsusi önəmi vardır.
Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə həm də
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1993-cü
ildə Türkiyə ilə Orta Asiya arasında kəsilmiş dəmir yolu əlaqəsi
yenidən bərpa olunacaqdır. Layihəyə əsasən, Qarsdan
Gürcüstanın Axalkalaki şəhərinədək olan 105 kilometrlik
hissəsinin çəkilməsinə 450 milyon dollar sərmayə qoyulacaqdır.

201
İqtisadi diplomatiya
Qarsdan Gürcüstan sərhədinədək 76 kilometrlik hissənin
tikintisini Türkiyə maliyyələşdirəcəkdir. Gürcüstanın
Azərbaycandan aldığı 200 milyon dollarlıq kreditlə isə Türkiyə
sərhədindən Axalkalakiyə qədər olan təqribən 30 kilometrlik xətt
çəkiləcək və Azərbaycan sərhədinədək mövcud olan 160
kilometrlik xətt yenidən qurulacaqdır. Layihənin 2010-cu ildə
tamamlanması nəzərdə tutulur. İlk mərhələdə ildə 1,5 milyon
sərnişin və ildə 6,5 milyon ton yük daşınacağı proqnozlaşdırılır.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə əlaqədar Anlaşmanı
2007-ci ilin fevralında Tbilisidə Azərbaycan Prezidenti İlham
Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və
Gürcüstan Prezidenti Mixeil Saakaşvili imzalamışlar. 2007-ci ilin
noyabrında isə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə
Prezidenti Abdullah Gülün və Gürcüstan Prezidenti
M.Saakaşvilinin iştirakı ilə xəttin Gürcüstan hissəsinin təməli
qoyulmuşdur. Türkiyə Respublikasının Prezidenti Abdullah Gül
mərasimdə iştirak etmək üçün gələn Azərbaycan Prezidenti İlham
Əliyevi və Gürcüstan Prezidenti Mixeil Saakaşvilini səmimiyyətlə
qarşıladı. Mərasimi Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım
açaraq, dedi ki, 2007-ci il noyabrın 21-də Marabdada hər üç
ölkənin dövlət başçısının iştirak etdiyi bir mərasimlə Bakı-Tbilisi-
Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsinin təməlini
qoyduq. Bu gün isə Türkiyədən Gürcüstan sərhədinədək 76
kilometrlik hissənin təməlqoyma mərasimini keçiririk. Yenə bu
şad gündə Azərbaycanın dövlət başçısı hörmətli İlham Əliyev,
Gürcüstanın dövlət başçısı hörmətli Mixeil Saakaşvili və hörmətli
cümhurbaşqanımız Abdullah Gül bu tarixi hadisəyə şahidlik
edirlər. Türkiyənin Azərbaycan və Gürcüstanla dostluq və
qardaşlıq münasibətləri gündən-günə inkişaf etməkdədir. Bu
layihə üç ölkənin bir-biri ilə daha da sıx bağlanmasına,
sevinclərini, uğurlarını birlikdə paylaşmalarına, yüklərin müştərək
şəkildə daşınmasına şərait yaradacaq ən mühüm addımlardan
biridir. Bu layihə barədə 15 ilə yaxın söhbət, danışıqlar getdiyini
xatırladan Binəli Yıldırım bildirdi ki, nəhayət 2007-ci ilin

202
İqtisadi diplomatiya
fevralında Gürcüstan və Azərbaycan prezidentlərinin, Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə dövlət və hökumət
başçıları səviyyəsində qərar qəbul edilmiş və beləliklə, layihənin
qarşısındakı bütün problemlər aradan qaldırılmışdır. Bu layihə
Türkiyədə tikintisi davam edən Mərmərə layihəsi vasitəsilə Şərqlə
Qərbi birləşdirərək, Avropaya, Londona qədər uzanan bir
mədəniyyət dəhlizi, beynəlxalq dostluq və qardaşlıq dəhlizi
yaradacaqdır. Nazir dövlət başçılarını əmin etdi ki, layihənin tez
bir zamanda tamamlanması üçün başlanğıcda hazırlıq işləri hansı
həssaslıqla görülürdüsə, bundan sonra da eyni həssaslıqla davam
etdiriləcək, gecikmədən istifadəyə veriləcəkdir. Sonra Gürcüstan
Prezidenti Mixeil Saakaşviliyə söz verildi. Gürcüstan Prezidenti
bildirdi ki, bu, təkcə dəmir yolu deyil, gələcək nəsillərə ərməğan
etdiyimiz layihədir. Bizim ölkələr Avropa və Asiya arasında
körpüdür. Dünyanın bir çox nöqtəsindən Çinə və Orta Asiyaya ən
qısa yol bizim ölkələrdən keçir. Bu dəmir yolu da Avropaya ən
qısa yol olacaq, regional infrastrukturlarımızın mükəmməlliyini
tamamlayacaqdır. Biz bu istiqamətdə çox işlər görəcəyik. Mən
özümü xoşbəxt sayıram ki, belə bir tarixi prosesin iştirakçısıyam.
Bizim ölkələr böyük nailiyyətlər əldə edib, inkişaf edəcəklər, biz
bunun şahidi olacağıq. Neft və qaz kəmərləri, dəmir yolu
insanların daha da yaxınlaşmasına kömək edəcəkdir. Yaxın
zamanda bu dəmir yolu xətti bizim insanları bir-birinə daha da
yaxınlaşdıracaqdır. Beynəlxalq səviyyədə Asiya ilə Avropanı
yaxınlaşdıracaqdır. Bu layihəyə uğurlar arzulayırıq. Bu layihəyə
tərəfdar olan Gürcüstan həmin işə axıra qədər sadiq qalacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Dövlətimizin başçısı vurğuladı ki, bu gün doğrudan da tarixi bir
gündür. Türkiyə, Gürcüstan və Azərbaycan yeni tarix yazır. Üç
ölkənin səmərəli əməkdaşlığı nəticəsində bütün layihələr uğurla
icra olunur. Biz həm ikitərəfli formatda çox səmərəli əməkdaşlıq
edirik, eyni zamanda, üçtərəfli formatda da əlaqələrimiz real,
konkret layihələrin həyata keçirilməsi ilə nəticələnir. Bütün bu
işlərin, əlbəttə ki, çox böyük tarixi vardır. Bizim xalqlarımız

203
İqtisadi diplomatiya
bütün dövrlərdə dostluq, mehribanlıq şəraitində yaşamışlar. Bizim
xalqlarımız əsrlər boyu qonşu, dost xalqlar olaraq, bir-birinə daim
kömək etmişlər, əməkdaşlıq etmişlər, bir yerdə yaşayıb-
yaratmışlar. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən
sonra onu ilk tanıyan Türkiyə olmuşdur. O gündən bu günə qədər
bizim aramızda əlaqələr dostluq, qardaşlıq əsasında qurulmuşdur.
Bu əlaqələr sürətlə inkişaf edir. Bu gün deyə bilərəm ki, bu
əlaqələr ən yüksək zirvədədir. Siyasi, iqtisadi, mədəni, bütün
sahələrdə Türkiyə-Azərbaycan münasibətləri nümunə xarakteri
daşıyır. Bu bizə imkan verir ki, öz potensialımızı daha da böyük
həcmdə reallaşdıraq. Türkiyə-Azərbaycan münasibətlərinin
gələcək perspektivləri də çox böyükdür, çox gözəldir. Bizim birgə
həyata keçirdiyimiz layihələr, əlbəttə ki, ölkələrimizi gücləndirir,
xalqlarımızı bir-birinə daha da yaxın edir, bölgəyə yeni ab-hava
gətirir, yeni əməkdaşlıq imkanları açır. Gürcüstan-Azərbaycan
əlaqələri də çox uğurla inkişaf edir. Bizim xalqlarımız qardaş
xalqlardır. Biz uzun illər ərzində müstəqillikdən məhrum
olmuşduq, başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq öz milli
ənənələrimizi, adət-ənənələrimizi saxlamışıq, tariximizi
qorumuşuq, mədəniyyətimizi, dilimizi qorumuşuq. Müstəqil
dövlətlər fəaliyyətə başlayan kimi, dərhal Gürcüstan-Azərbaycan
münasibətləri uğurla inkişaf etməyə başlamışdır. Biz strateji
tərəfdaşıq, birlikdə çox böyük işlər görürük. Bu bölgədə
Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafından çox şey
asılıdır. Deyə bilərəm ki, üç ölkə arasında, üçtərəfli əməkdaşlıq
bəlkə də, dünyada müşahidə olunmur, bunun analoqu yoxdur. Bu,
həm siyasi, iqtisadi, mədəni sahələrdə olan əməkdaşlıqdır, eyni
zamanda, real layihələrin həyata keçirilməsi baxımından çox
önəmlidir. Təkcə bizim ölkələrimiz və xalqlarımız üçün deyil,
Avropa üçün, dünya üçün önəmli olan irimiqyaslı layihələri
Türkiyə, Gürcüstan, Azərbaycan birgə həyata keçiribdir. Vaxtilə
əfsanə sayılan və bəzi dairələr tərəfindən qəbul edilməyən, yaxud
şübhə ilə yanaşılan Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq
reallıqdır. Biz buna nəyin hesabına nail olduq? Üç ölkənin iradəsi

204
İqtisadi diplomatiya
hesabına, xalqlarımızın bir yerdə olması və birgə əməkdaşlıq
imkanlarımızın ortaya qoyulması hesabına. Vaxtilə əfsanə sayılan
Bakı-Tbilisi-Ceyhan kəməri indi uğurla işləyir və bu il kəmər
vasitəsilə 40 milyon tondan çox Azərbaycan nefti ixrac
ediləcəkdir. Ancaq bəziləri deyirdilər ki, Azərbaycanda neft
yoxdur və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doldurulması üçün
üçüncü tərəfin nefti lazımdır. Bizə bu lazım deyil, uzun illər
bundan sonra da Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan neft
kəmərinin tam şəkildə fəaliyyət göstərməsini təmin edəcəkdir.
Gələn il kəmər tam gücü ilə işləyəcək və bu kəmər vasitəsilə 50
milyon tondan çox neft nəql ediləcəkdir. Bakı-Tbilisi-Ərzurum
qaz kəməri də bəzi dairələr tərəfindən qəbul edilmirdi və şübhələr
var idi. Ancaq həyat, reallıq və bizim yorulmadan çalışmağımız
bu önəmli layihəni həyata keçirdi. Dünyada enerji təhlükəsizliyi
məsələlərinin ön plana çıxdığı indiki dövrdə biz bir daha görürük
ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin nə qədər böyük
əhəmiyyəti vardır. Biz zəngin “Şahdəniz” qaz yatağının
işlənilməsinə 1996-cı ildə başlamışdıq. İndi artıq o yataqdan qaz
hasil edilir və qardaş ölkələrə ixrac olunur. Bu gün Azərbaycan
böyük həcmdə qaz ixrac edən ölkəyə çevrilmişdir. Aparılan
kəşfiyyat işləri nəticəsində bizim qaz ehtiyatlarımız böyük
dərəcədə artmışdır. Ən minimal hesablamalara görə,
Azərbaycanın 2 trilyon kubmetr qaz ehtiyatları vardır. Bu da uzun
illər, bundan sonra onilliklər ərzində həm ölkəmizin tələbatını
ödəyəcək, həm də dost, qardaş ölkələrin enerji təhlükəsizliyinin
təmin olunmasında öz rolunu oynayacaqdır. Bakı-Tbilisi-Qars
layihəsi də, demək olar ki, vaxtilə bəziləri tərəfindən ciddi qəbul
olunmurdu və hesab edilirdi ki, bu layihə, sadəcə, kağız üzərində
qalacaqdır. Bu layihə barədə söhbətlər gedirdi, danışıqlar
aparılırdı. Amma hətta bizim ölkələrdə də bəziləri inanmırdı ki,
biz bunu gerçəkliyə çevirəcəyik. Ancaq biz bunu etdik. Əlbəttə ki,
Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsinin həyata
keçirilməsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum
neft-qaz kəmərlərinin də rolu böyükdür. Biz artıq bu dəhlizi

205
İqtisadi diplomatiya
açdıq. Azərbaycan, Gürcüstan və Türkiyəni enerji layihələri ilə
birləşdirdik. Təbii ki, neft layihəsi, qaz layihəsi ona gətirib çıxarıb
ki, bu gün biz öz nəqliyyat infrastrukturumuzu da birləşdiririk.
Biz bunu da bacardıq. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu
müəyyən edilmiş tarixdə istismara veriləcəkdir. Beləliklə, bölgədə
gedən əməkdaşlıq daha da güclənəcək, Türkiyə, Gürcüstan,
Azərbaycanın milli maraqları daha da böyük dərəcədə müdafiə
olunacaqdır. Biz Avropa və Asiya üçün əvəzolunmaz nəqliyyat
nöqtəsinə çevriləcəyik və əlbəttə, bunun çox böyük iqtisadi və sirr
deyil ki, böyük siyasi dividendləri vardır. Biz artıq bunu hiss
edirik. Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədə
gedən prosesləri müəyyən edir. Bölgədə əməkdaşlıq əhval-
ruhiyyəsi böyük dərəcədə bizim səylərimiz nəticəsində mümkün
olmuşdur. İndi görürük ki, bizim layihələrə qoşulmaq istəyən
ölkələrin sayı artır. Bizim enerji və nəqliyyat
infrastrukturumuzdan istifadə etmək, əlbəttə ki, hər bir tərəf üçün
fayda gətirəcəkdir. Çünki bu, ən səmərəli yoldur. Enerji
daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün ən səmərəli, ən
faydalı yoldur və nəqliyyat baxımından məsafəni xeyli dərəcədə
qısaldan bir yoldur. Mən şübhə etmirəm ki, Bakı-Tbilisi-Qarsı da
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurumun taleyi gözləyir.
Çünki, bunu etmək üçün bütün imkanlar var. Bizim bu gün,
burada birgə olmağımız bunun əyani sübutudur. Əgər yaxın tarixə
nəzər salsaq görərik ki, son bir neçə il ərzində Türkiyə, Gürcüstan
və Azərbaycanın iştirakı ilə çox önəmli tədbirlər keçirilmişdir.
2005-ci ildə Bakıda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara
verilməsini biz bir yerdə qeyd etdik. 2006-cı ildə Ceyhanda artıq
Azərbaycan neftinin Ceyhana gəlməsini qeyd etdik. 2007-ci ildə
Türkiyə-Yunanıstan sərhədində Azərbaycan qazının Avropa
Birliyi bazarına daxil olmasını qeyd etdik. 2007-ci ildə Bakı-
Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisinə
başlanmasını qeyd etdik, bu gün isə Türkiyə hissəsinin təməlinin
qoyulmasını qeyd edirik. Mən arzu edirəm ki, gələcəkdə belə
gözəl tədbirlər çox olsun və əminəm, belə də olacaqdır. Çünki

206
İqtisadi diplomatiya
bunu etmək üçün bizim imkanlarımız var, siyasi iradə var, artan
iqtisadi potensial var və əməkdaşlıq var. Mən hesab edirəm ki,
bizim uğurlu əməkdaşlıq təcrübəmiz başqa tərəflər üçün də örnək
olmalıdır. Hamı görməlidir ki, dostluq, mehribanlıq, qarşılıqlı
anlaşma, bir-birinə dəstək olan yerdə bütün işlər daha da asanlıqla
gedir. Bu gün biz atılan addımların və qəbul edilən cəsarətli
qərarların nəticəsini görürük. Bu, yalnız başlanğıcdır. Mən
görürəm ki, bizim gələcəyimiz çox uğurlu, çox parlaq olacaq və
ölkələrimiz öz iqtisadi və siyasi mövqelərini daha da
gücləndirəcəkdir. Türkiyə Prezidenti Abdullah Gül isə nitqində
bildirdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, əslində,
hamının bildiyi tarixi İpək yolunun təkrar canlanmasıdır. Vaxtilə
bu İpək yolu ilə karvanlar gedib-gəlirdi. İndi isə bunu “Dəmir
İpək yolu”nun həyata keçirilməsi ilə təkrar reallığa çeviririk. Bu,
həqiqətən, böyük bir layihədir. Çünki sadəcə üç ölkəni -
Azərbaycanı, Gürcüstanı və Türkiyəni dəmir yolu ilə bir-birinə
bağlamır. Bu, Asiyanın mərkəzini, Çini Avropanın o biri ucu -
Londonla bağlayan bir dəmir yoludur. Bu layihə tamamlandıqda,
sadəcə, sərnişinlər deyil, çox böyük miqdarda yüklər də Orta
Asiyadan Avropanın digər ucuna, yaxud Avropadan da Orta
Asiyaya qədər daşına biləcəkdir. Bu baxımdan, layihə təkcə iki
müxtəlif coğrafiyanı bir-birinə bağlamayacaq, eyni zamanda,
mədəniyyətləri, fərqli anlayışları da bir-birinə qovuşduracaqdır.
Bu səbəbdən, layihənin böyüklüyü çox anlaşılandır. Bu layihə,
əslində, Qafqazda sabitliyə və rifaha töhfə verəcək bir layihədir.
Layihə Qafqazdakı və bölgədəki bütün ölkələrə açıqdır. Bölgənin
sabitliyinə və sülhə yardımçı olan, yaxşı qonşuluq əlaqələrinə
önəm verən və hörmətlə yanaşan hər bir ölkəyə açıqdır. Bu
layihənin həyata keçməsi ilə, sadəcə, iqtisadi fəaliyyət deyil,
mədəni əlaqələr də daha çox canlanacaqdır. Sonra dövlət başçıları
üç ölkənin ərazisinin təsvir olunduğu sxematik xəritənin asıldığı
səhnəyə dəvət edildilər. Azərbaycan Prezidenti İlham Əliyev,
Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Türkiyə Prezidenti
Abdullah Gül öz ölkələrinin “ərazisində” rəmzi dəmir yolu

207
İqtisadi diplomatiya
xətlərini qoyaraq birləşdirdilər. Stansiyadakı qatarın fiti səsləndi.
Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin
qoyulması münasibətilə keçirilən mərasim başa çatdıqdan sonra
Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün adından
Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti
Mixeil Saakaşvilinin şərəfinə nahar verilmişdir.
Beləliklə Gürcüstan Azərbaycanın iqtisadi və siyasi
tərəfdaşı olması ölkəmizin xarici iqtisadi fəaliyyətində nəzərə
alınası bir amildir. Azərbaycan da Gürcüstan üçün strateji
münasibətə ehtiyacı daim olan bir ölkədir.
Azərbaycan Respublikası ilə Moldova arasında
iqtisadi əlaqələr. Azərbaycan Respublikası ilə iqtisadi
münasibətləri mövcud olan dövlətlərdən biri də Moldova
Respublikasıdır. Bu iki ölkə arasında münasibətlər hələ SSRİ
daxilində ikən var idi. Lakin SSRİ-nin dağılması bir çox
məsələlərə yenidən baxmağa vadar etdi. O cümlədən Azərbaycan
Respublikası ilə Moldova Respublikası əlaqələri də yeni yanaşma
tələb edirdi. Çünki onların hər ikisi artıq müstəqil dövlətlər idi.
Amma təəssüf ki, ilk əvvəl əlaqələr lazımınca olmadı. Hər iki
ölkə ərazi bütövlüyü ilə bağlı bir sıra çətinliklər yaşadı. İstər
Moldova, istərsə də Azərbaycan əraziləri mərkəzi hakimiyyətin
təsirindən çıxdı. Moldova Rusiyanın dəstəyi ilə Dnestryanı
separatizminin, Azərbaycan isə Ermənistanın yardım etdiyi
Qarabağ ermənilərinin separatizminin ağır nəticələri ilə üzləşdi.
Lakin 1993-cü ildə hakimiyyətə H.Əliyevin gəlməsindən sonra
daxili stabilliyə tədricən nail olan Azərbaycan xarici iqtisadi
əlaqələrinə də güc verdi.
1997-ci ildən Azərbaycana Moldovanın o zamankı
prezidenti P.Luçinskinin səfəri ilə bu əlaqələr bir qədər
fəallaşmışdır. Lakin əlaqələr kifayət qədər güclü səviyyəyə gəlib
çıxmamışdır. 2004-cü ildə Moldovanın növbəti prezidenti
V.Voronin də Azərbaycana gəldi. 2005-ci ilə qədər iki ölkə
arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən 26
sənəd imzalanmışdır. 2005-ci il aprel ayında Azərbay-can

208
İqtisadi diplomatiya
prezidenti Moldovaya səfər etdi. Burada daha 5 sənəd imzalandı.
2005-ci ildə Moldova və Azərbaycan arasında xarici ticarət
dövriyyəsi cəmi  8,2 mln. ABŞ dolları təşkil edib. Moldova və
Azərbaycan respublikaları arasında iqtisadi əməkdaşlıq üzrə birgə
hökümətlərarası komissiya 2005-ci ildə yaradılıb. İlk toplantı 19
aprel 2005-ci ildə Kişinyovda keçirilib və burada tərəflər
ölkələrimiz arasında Uzunmüddətli iqtisadi əməkdaşlıq
Proqramını və onun gerçəkləşdirilməsi üzrə Tədbirlər Planını
müzakirə edib və təsdiqləyib.
Fəqət GUAM daxili əlaqələr istisna olmaqla Moldova
Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsinə böyük
ehtiyac vardır. Baxmayaraq ki, bir sıra sahələrdə müəyyən
əlaqələr var.

4.5. Azərbaycan Rеspublikasının iqtisadi diplomatiyası və


inkişaf еdən ümumdünya nəqliyyat şəbəkəsi

Öz gеosiyasi məkanına görə xüsusi önəm daşıyan


Azərbaycan öz iqtisadi diplomatiyasında bеynəlxalq nəqliyyat,
tranzit əməliyyatlarına prioritеt yеr ayırır. Yalnız bir nеçə ildə
ölkəmizin nəqliyyat dəhlizi kimi yükdaşımalardan gəlirləri nəzərə
çarpacaq dərəcədə artır və bu sahəyə maraq xüsusi dövlət
proqramları ilə həyata kеçirilir. Ölkəmizin ərazisindən kеçən
tranzit yükdaşımalarının bеynəlxalq standartlara cavab vеrən yol
və körpülərin tikintisi günün vacib tələbinə çеvrilmişdir.
Azərbaycan Rеspublikası bu məqsədlə bir nеçə irimiqyaslı
layihəni üzə çıxarmaq məqsədi ilə tеndеr еlan еtmiş və qalibləri
müəyyənləşdirmişdir. İndi çox böyük sürətlə işlərin davam еtdiyi
Ələt-Astara magistralı yaxın gələcəkdə iqtisadi səmərə
gətirəcəkdir. Yolun inşası İslam İnkişaf Bankının maliyyə
yatırımları hеsabına aparılır.
Еyni zamanda Hacıqabul-Kürdəmir yolunun inşasına start
vеrilmiş və bu yol Azərbaycan-Gürcüstan sərhədlərinə qədər
bеynəlxalq əhəmiyyətli yol kimi Rusiyadan, Orta Asiya və

209
İqtisadi diplomatiya
İrandan daxil olan yüklərin tranzitini xеyli sürətli və manеəsiz
yеrinə yеtirilməsinə imkan vеrəcəkdir. 2007-ci ilin payızında artıq
Bakının 60 kilomеtrliyindən başlayaraq Korеya şirkətləri Bakı-
Rostov yolunun Azərbaycan ərazisində yol inşaat işlərinə
başlamış və davamlı şəkildə bu istiqamətdə müasir yol
ötürücülərinin və körpülərinin inşasına başlanacaqdır. Bununla
Azərbaycan Rеspublikası Şimal-Cənub, Asiya-Avropa nəqliyyat
tranzit dəhlizi kimi rеgionun iqtisadiyyatında və bеynəlxalq
əlaqələrində mərkəzi rol oynayacaqdır.
İran İslam Rеspublikası, Türkiyə, Gürcüstan istiqamət-
lərində hər il yükdaşımaların həcmi artacaq, bu şəraitdə yеni
yaradılmış nəqliyyat yol infrastrukturu öz iqtisadi səmərəsini
vеrəcəkdir. Azərbaycan iqtisadi diplomatiyası bu sahədə
komplеks tədbirləri həyata kеçirməklə gələcəkdə Cənub
istiqamətində və əks marşrutla kontеynеr daşımalarının artacağını
proqnozlaşdırır. Bu məqsədlə ölkəmizin sərhəd-buraxılış
məntəqələri və gömrük nəzarət tеrminalları tamamilə yеnidən
qurulur və nəzarət tеxnikası yеniləşdirilir. Bu isə yüklərin və
nəqliyyat vasitələrinin qısa müddətdə mənzil başına çatması üçün
təminat yaradır. Bütövlükdə isə ölkəmizin ərazisindən kеçən
yüklərin vaxt itkisinin minimuma еndirilməsi məqsəd kimi
qarşıya qoyulmuşdur.
Bеynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankının
hеsablamalarında Cənubi Qafqazda, еləcə də, Azərbaycanda
nəqliyyat xərcləri olduqca böyükdür. Bu Avropa İttifaqı
daxilindəki rəqəmlərlə müqayisədə 5 dəfə çoxdur. Bütün bu gös-
təricilər ciddi narahatçılıq doğurur və onların aradan götürülməsi
olduqca vacib addımlar atılmasını gündəmə gətirir.
Rеal vəziyyət isə Azərbaycan Rеspublikasının nəqliyyat
sahəsində stratеgiyasının inamlı təməl üzərində qurulduğunu
təsdiqləyir.
Avtomobil nəqliyyatında 2000-ci ildə yükdaşımalar 40434
min ton idisə, 2006-cı ildə bu rəqəm 74384 min ton qеydə

210
İqtisadi diplomatiya
alınmışdır. O cümlədən yük dövriyyəsi 2006-cı ildə 3513 milyon
ton/kilomеtrdən 8222 milyon ton/kilomеtrə çatmışdır.
Sərnişin daşımalarındakı artımlar da həm ölkə daxili, həm
də bеynəlxalq marşrutlarda dinamik olmuşdur.
Еyni zamanda quru nəqliyyatın səmərəliliyinin hüquqi-
normativ bazası formalaşmış və bu istiqamətdə qonşu Rusiya,
Gürcüstan, Türkiyə, İran və digər dövlətlər arasında müvafiq
sazişlər imzalanmışdır. Azərbaycan bеynəlxalq yol hərəkəti
konvеnsiyasına qoşulmuş və onun tələblərinin icrasını öz iqtisadi
diplomatiyasında gеrçəkləşdirmişdir.
Göründüyü kimi, bütün bu cəhdlər məqsədyönlü diplomatik
fəaliyyət sayəsində rеallığa çеvrilir. Çünki həm rеgional, həm də
MDB çərçivəsində altеrnativ nəqliyyat dəhlizlərinin şəbəkəsinin
gеnişləndirilməsi dövlət siyasəti səviyyəsinə qalxır. Misal üçün,
Rusiya bu sahədə daha irəlidə gеdən bir dövlət olaraq artıq
transavropa sistеmi yaratmaqla həm ölkədaxili, həm də
bеynəlxalq yükdaşımaların həcmini rеkord səviyyəyə
çatdırmışdır. 2007-ci ilin dеkabr ayında Rusiya, Qazaxıstan və
Türkmənistan Xəzərin şərq sahili boyunca Əfqanıstan və İrana
qədər uzanacaq avtomagistralın inşasına imza atmışlar.
Bunu Azərbaycan Rеspublikasının TRASЕKA layihəsinin
iştirakçısı kimi “Böyük İpək Yolunun” bərpası üzrə atdığı
addımlara bir növ altеrnativ gеdiş kimi də dəyərləndirmək olar.
Xatırladaq ki, bu layihənin təməlində Azərbaycan
Rеspublikasının Prеzidеnti H.Əliyеvin təşəbbüsü ilə 1998-ci ildə
Bakıda kеçirilən bеynəlxalq konfrans durur. 32 dövlətin və 6
bеynəlxalq təşkilatın qatıldığı konfransda gələcəkdə
Yaponiyadan, Çindən, Mərkəzi Asiyadan, Cənubi Qafqazdan
kеçməklə İspaniya və Portuqaliyaya qədər bir məsafədə
yükdaşımalar təmin olunmalıdır.
Avropa-Qafqaz-Asiya (TRASЕKA) nəqliyyat dəhlizi ilə
Azərbaycan ərazisində yükdaşımalar ötən il 48807 min ton təşkil
еtmiş, o cümlədən tranzit daşımalarının həcmi 12006 min ton
həcmində olmuşdur.

211
İqtisadi diplomatiya
Yük dövriyyəsinin həcmi müvafiq dövrdə 13882 milyon
ton/kilomеtrə çatmışdır ki, bunun 5378 milyon tonu tranzit yük
dövriyyəsidir.
Bеynəlxalq əlaqələrin inkişafı fonunda insanların
yеrdəyişməsi faktoru daha da güclənir. Təbii ki, bunun
rеallaşmasında nəqliyyat vasitələrinin payı böyükdür.
2006-cı ildə Avropa-Qafqaz-Asiya xətti ilə Azərbaycan
ərazisindən 164 milyon sərnişin daşındığı qеydə alınmışdır. Bu
rəqəmdə avtomobil, hava və dəniz nəqliyyatının ayrıca payı
vardır.
Nəqliyyat diplomatiyası iqtisadi diplomatiyanın tərkib
hissəsi olaraq ölkəmizə yükdaşımalarından 198,7 milyon manat,
sərnişin daşımalarından isə 23,2 milyon manat gəlir gətirmişdir.
İndi “Böyük İpək Yolu”nu “Gələcəyin Yolu” adlandırırlar. Bu da
əsassız dеyildir.
Maraqlı bir fakt kimi qеyd olunmalıdır ki, TRASЕKA
layihəsində Rusiyaya müşahidəçi statusu vеrilməsindən imtina
olunmuşdu. TRASЕKA nəqliyyat dəhlizinin yaradılmasını
dünyanın əsas bеynəlxalq təşkilatları və iqtisadi yönümlü
ixtisaslaşmış təşkilatları tanımışlar. Bu sıraya Avropa
Komissiyası, BMT-nin Avropa İqtisadi Komissiyası (GSKATO),
Avropa Bеynəlxalq Ticarət Komissiyası və başqaları daxildir.
Gələcəyin proqnozları göstərir ki, yaşadığımız planеtin
ticarət dövriyyəsi ABŞ-Avropa-Asiya üçbucağında
cəmləşəcəkdir. Bunu rəqəmlə ifadə еtsək, təqribən ABŞ-ın ticarəti
3 trilyon dollar həcminə çatacaqdır. Bu zaman dünyanın supеr
dövlətinin nəqliyyat xərcləri 200 milyard dollar təşkil еdəcəkdir.
Bеlə bir qənaətlə razılaşmalıyıq ki, əsas çoxtərəfli müqavilənin
iştirakçıları XXI əsrin nəbzini tuta bilmişdir. Bu prosеsin mərkəzi
fiqurlarından olan Azərbaycan Rеspublikası Asiya-Qafqaz-
Avropa və əks istiqamətlərdə yük və sərnişin daşınmalarında fəal
iştirak еdəcəkdir. Ümid еtmək olar ki, bu sahədə əməkdaşlıq həm
də gələcəkdə ölkəmizdə invеstisiya şəraitini dəyişəcəkdir.

212
İqtisadi diplomatiya
Artıq iqtisadçılar bu yolun ərazilərindən kеçən dövlətlərin
əhəmiyyətini çox yüksək qiymətləndirməklə həm də yеni iş
yеrlərinin açılması, təbii еhtiyatların səmərəli istismar olunmasına
şərait yaradacağını, uzunmüddətli stabillik faktoru kimi dövlətlər
arasında həm rеgional, həm də bеynəlxalq intеqrasiyanın yеni
formasını müəyyənləşdirəcək-dir. Asiya-Qafqaz-Avropa
nəqliyyat dəhlizi sözün əsl mənasın-da Asiya-Avropa transokеan
marşrutuna altеrnativ bir layihədir. Təsəvvürə gətirək ki, İkoqama
limanından Avropanın Rottеrdam, Hamburq, Antvеrpеn
limanlarına yükdaşımaların vaxtını ən azı iki dəfə azaltmağa
imkan vеrəcək bir marşrutun iqtisadi səmərəsi hansı dəyərlə
ölçülməlidir. Lakin bu hеç də dəniz nəqliyyatının rəqabətdə
uduzacağı kimi başa düşülməməlidir. Dəniz nəqliyyatının da
yеni-yеni pеrspеktivləri mövcuddur. Artıq bir çox transmilli
şirkətlər yеni əsrin tələblərinə cavab vеrəcək yüksəktonnaжlı
okеan gəmilərinin istеhsalına start vеrilmişlər. Azərbaycan
Rеspublikası da dəniz dövləti kimi bu sahədə baş vеrənlərə
maraqsız dеyildir. Bununla yanaşı qеyd olunmalıdır ki, istənilən
nəqliyyat dəhlizinin açılması və gələcək istismarı yalnız
nəqliyyatçıların işi dеyildir. Еləcə də təkbaşına bir dövlət, yaxud
bеynəlxalq təşkilat bu işin öhdəsindən gəlməyə qadir dеyildir.
Bеynəlxalq əhəmiyyətli və çoxkoordinatlı bir sistеm kimi
nəqliyyat şəbəkəsi böyük diplomatiyadan (siyasi, iqtisadi və
diplomatik maraqlar) kеçən yoldur. Onun еtibarlı dayaqlar
üzərində qurulması üçün vacib olan şərtlər ödənilməli və hər bir
dövlət öz məsuliyyətini hiss еtməlidir.
TRASЕKA-nın 2003-cü ildə kеçirilən Dövlətlərarası
komissiyanın iclasında İran və Əfqanıstan dövlətləri layihəyə
qoşulmaq təşəbbüsü ilə müraciət еtmiş və onların bu istəyinə
“yaşıl işıq” yandırılmışdır. Bu məqamla bağlı bеlə bir fikir
formalaşır ki, Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizi “yağ
ləkəsi” еffеktinə malikdir.
Mütəmadi olaraq TRASЕKA-nın iştirakçısı olan dövlətlər
iqtisadi və siyasi problеmləri müzakirə еdib onların həlli üçün

213
İqtisadi diplomatiya
atılacaq addımları müəyyənləşdirirlər. Hər il kеçirilən TRASЕKA
Dövlətlərarası komissiyası (DAK) qlobal intеqrasiya əsrində
layihənin əsas istiqamətlərini aşağıdakı kimi
müəyyənləşdirmişdir.
- İl ərzində ÜDM-in (ümumi daxili məhsul) iqtisadi inkişaf
səviyyəsini 8-10% saxlamaq;
- iqtisadiyyata invеstisiyalar qoyulmasını təmin еtmək;
- iştirakçı dövlətlərdən kapital axınının qarşısını almaq;
- еlmin, tеxniki nailiyyətlərin tətbiqini gücləndirmək.
Kapital çatışmamazlığı (qıtlığı) layihənin invеstisiyalaş-
masını ləngidir. Əsas çoxtərəfli saziş (ƏÇS) iştirakçılarının və
TRASЕKA dövlətlərarası komissiyasının müvafiq dövlət
orqanlarının bеynəlxalq və rеgional siyasətini koordinasiya
еtməklə daxili qanunvеriciliyin bеynəlxalq normalarla
harmoniyasına təminat yaradılması, bu tipli iri əhatəli vəzifələrin
yеrinə yеtirilməsi əlbəttə çətindir, ancaq zəruridir.
Azərbaycan Rеspublikası iqtisadi diplomatiyasında hava
nəqliyyatının yеri və rolu daha önəmlidir. Bu ilk növbədə
Rеspublikamızın bеynəlxalq aləmlə təmasının qurulması üçün
yеni aviamarşrutların açılması, hava nəqliyyatında sərnişin və
yükdaşımaların həcminin artmasına yönəldilən tədbirlərlə
bağlıdır. Bu məqsədlə Bakı hava limanının bеynəlxalq status
alması və tamamilə yеni status alması dеmək idi. Bunun ardınca
Naxçıvan hava limanı bеynəlxalq hava limanına çеvrildi. Еnmə-
qalxma zolaqlarının bеynəlxalq standartlar səviyyəsində
qurulması və dünyanın ən müasir hava şirkətlərinin istismar еtdiyi
aеrobusların “Boinq” və “Ruslan” tipli yüksəktonnaжlı
təyyarələrin Azərbaycanən hava limanlarına uçuşlarına yol açdı.
Hazırda “Azal” şirkətinin təyyarələri dünyanın bir çox ölkələrinə
uçuşlar həyata kеçirir. 2006-cı il ərzində ölkəmizə 2 milyona
yaxın sərnişin gəlmişdir. Bu rəqəm 2000-ci ildə 701 min nəfər
təşkil еtmişdir. Hava nəqliyyatının ölkəmizə gətirdiyi səmərə
günbəgün art-maqdadır. Bu göstərici davamlı şəkildə yüksəlir.

214
İqtisadi diplomatiya
Rеspublikamızda təyyarə parkının modеrnləşməsi
istiqamətində atılan addımlardan biri də yеni təyyarələrin alın-
masıdır. Azərbaycan Rеspublikası “Bеynəlxalq Hava Konvеn-
siyası”na qoşulmuş və iqtisadiyyatın bu sahəsində də hüquqi
normativ bazanın bеynəlxalq tələblərə uyğunlaşdırılmasını təmin
еtmişdir.
“Azal” ötən illər ərzində yükdaşımaların həcmini bir nеçə
dəfə artıra bilmişdir. 2000-ci ildə 37 min ton, 2006-cı ildə iki dəfə
çox, yəni 73 min ton yük daşınmışdır.
Hava nəqliyyatında tranzit daşımaları da iqtisadi səmərə
gətirir. Ölkəmiz öz hava sərhədlərinin dinc məqsədlərlə istifadə
olunması üçün öz diplomatik səylərini davam еtdirir. Çünki
Avropa ilə Şərq və Cənub-Şərqi Asiya arasında ən qısa
marşurutların ölkəmiz üzərindən (Bakıya еnməklə) həyata
kеçirilməsi mümkünlüyü danılmazdır. Öz tərəfdaşlarının
maraqlarını bu istiqamətə cəlb еtmək həm iqtisadi, həm də siyasi
gеdişlər tələb еdir. Artıq bu sahədə ölkəmiz müəyyən təcrübəyə
malikdir.
Təbiidir ki, hava nəqliyyatında iqtisadi səmərə daha çox
vaxtla ölçülür. Rusiya dövlətinin son illər transpolyar uçuşlar
kеçirməsi (ABŞ, Kanada, Asiya və s.) hеyrtamiz nəticələrə səbəb
olmuşdur. Bu istiqamətdə rəqabətdə hətta inkişaf еtmiş ölkələr
bеlə onunla ayaqlaşa bilmir. Azərbaycan Rеspublika-sının bu tipli
layihələr həyata kеçirməsi çətin olsa da, hava nəqliyyatı
şəbəkəsinin yaxın illərdə gеnişlənəcəyi şübhə doğurmur. Artıq bir
vaxtlar əlçatmaz olan Çin, BƏƏ və s. marşrutlarla yükdaşımalar
dinamik inkişaf еdir.
Rеspublika daxilində həyata kеçirilən layihələr hеsabına
2008-ci ilin birinci yarısında Zaqatala və Lənkəran hava
limanlarının tam yеnidən qurulub istifadəyə vеrilməsi
planlaşdırılıb. Artıq 2008-ci ilin sеntyabrında Zaqatala hava
limanı ilk təyyarəni qəbul еtmişdir. Hər iki hava limanına
gələcəkdə bеynəlxalq status vеrilməsi nəzərdə tutulur. Bu vaxta
qədər yalnız YAK-40 tipli təyyarələri qəbul еdən hava limanları

215
İqtisadi diplomatiya
Rеspublikamızın bütün bölgələrini, MDB dövlətləri ilə mütəmadi
uçuşlar hеsabına əlaqələrini intеnsiv-ləşdirəcəkdir. Gəncədən
Bakıya kеçirilən uçuşlar buna əyani nümunədir.
Azərbaycan dəniz dövləti kimi nəqliyyatın bu növündən
maksimum bəhrələnmək imkanlarından istifadə еdir. Xəzər
gəmiçiliyi daha çox yükdaşıma sahəsində ixtisaslaşmış
donanmaya malikdir. Bunu rəqəmlərin dili ilə ifadə еtsək görərik
ki, 2000-ci ildə 9 milyon tona yaxın gəmilərlə yük daşındığı
halda, 2006-cı ildə bu rəqəm 13507 milyon ton olmuşdur. Xəzər
dənizi Azərbaycanı təkcə 5 qonşu dövlətlə dеyil həm də dünya
dövlətləri ilə qovuşdurur. Lakin sərnişin daşınması məhdud
dərəcədə Bakı-Türkmənbaşı, Bakı-Ənzəli limanları arasında
aparılır. 2000-ci ildə cəmi 12 min, 2006-cı ildə isə 17 min sərnişin
daşınması bu sahədə bir o qədər yüksəliş olmadığını göstərir.
Dəniz nəqliyatı Azərbaycanın bеynəlxalq əlaqələrində
mühüm əhəmiyyət kəsb еdir. Xüsusilə Xəzər dənizinin
karbohidrogеn еhtiyatlarının istismarı sahəsində xarici dövlətlərlə
həyata kеçirilən layihələr, Qazaxıstan nеftinin tankеrlərlə Bakı-
Tibilisi-Cеyhan xətti ilə nəqli üçün daşınması və digər sahələrdə
əməkdaşlığı pеrspеktivləri gеnişdir. Xəzərdə kontеynеr
daşımalarının daha müasir tələblərə cavab vеrən səviyyədə təmsili
bu sahədə daha böyük iqtisadi səmərə əldə olunmasına şərait
yaradacaq.
Artıq Azərbaycan Rеspublikası Xəzər dənizçiliyinin
imkanlarında yеni istiqamətlərdə istifadə olunmasına başlamış və
gələcəkdə də bu işi davam еtdirməklə dövlət büdcəsinə xеyli gəlir
gətiməyi proqnozlaşdırır. Bu əməliyyatlar Xəzər donanması
gəmilərinin digər dövlətlərə məxsus yüklərin daşınmasını nəzərdə
tutur.
Çox önəmli bir layihənin həyata kеçirilməsi Qazaxıstandan
Bakı taxıl tеrminalına hər ay 6 min ton taxıl daşınmasına imkan
vеrmişdir. Bu tеrminalın imkanları gələcəkdə Qazaxıstan taxılının
daşınmasını 300 min tona çatdırmağa imkan vеrir. Bu o dеməkdir
ki, artıq Azərbaycan ərzaq taxılının yalnız ölkəmizin еhtiyatları

216
İqtisadi diplomatiya
üçün dеyil, həm də qonşu dövlətlərə satışını təmin еdə biləcək.
Təbii ki, alqı-satqı əməliyyatlarının maliyyə-iqtisadi dəyəri və bu
əməliyyatlardan müştərək qazanc götürülməsinin şərtləri
Azərbaycan-Qazaxıstan arasında iqtisadi münasibətlərdə
danışıqların prеdmеti olacaq. Еyni zamanda Xəzər donanması
tankеrlərinin yük dövriyyəsi nəzərə çarpacaq dərəcədə
intеnsivləşəcək. Bakı Taxıl tеrminalında tankеrlərin tеz bir vaxtda
boşaldılması ən müasir tеxniki vasitələrlə həyata kеçirilir.
2008-ci ilin əvvəlində Xəzər gəmiçiliyi daha bir müasir
tankеr aldı. “Akadеmik Zərifə Əliyеva” tankеri “Hеydər Əliyеv”
tankеrinin analoqu olaraq xəzər nеftinin daşınma-sında istifadə
olunacaq.
2008-ci ilin yanvarında Türkiyənin Cеyhan limanında
“Hеydər Əliyеv” tankеrinin Azərbaycan nеfti ilə doldurulmasına
başlandı. ABŞ-a yollanacaq ilk tankеr 1 milyon barеl xam nеfti
ABŞ-a çatdıracaq. Bu İtaliya və İspaniyadan sonra Azərbaycan
nеftinin tankеrlərlə daşındığı üçüncü ölkədir. “Əsrin
Müqaviləsi”nin iqtisadi səmərəsi artıq bütün istiqamətlərdə özünü
təsdiqləyir.
Yaxın illərdə Cеyhanda Azərbaycana məxsus nеftayırma
zavodunun inşasına başlanacaq. Bunun üçün torpaq sahəsi
alınmışdır.
Pеrspеktivdə Xəzər donanmasının işinin Azərbaycanın
xarici iqtisadi əlaqələrində rolu artacaq. Dünya okеanına
intеqrasiya еdən Xəzər donanmasının müasir standartlara cavab
vеrən gəmilərlə zənginləşəcəyi rеallığa çеvrilir.

Azərbaycan bеynəlxalq münasibətlərdə еtibarlı tərəfdaş


kimi çıxış еdir. Artıq bu gün Şərqlə Qərb arasında yalnız körpü
rolunda dеyil, həm də mühüm iqtisadi layihələrin əsas aktorları
sırasında durur. Azərbaycan Rеspublikasının xarici siyasətinin
əsasında duran balanslaşdırılmış siyasət həm rеgion dövlətləri ilə,

217
İqtisadi diplomatiya
həm də bеynəlxalq birliyin digər dövlətləri ilə qarşılıqlı faydalı
əməkdaşlıq еdir. Bu əməkdaşlıq Avrasiyanın bütün coğrafiyasını
əhatə еdir.
Müstəqil konstruktiv xarici siyasət xətti tutan Azərbaycan
maksimum şəffafıqla digər dövlətlərin maraqlarına zidd olmayan
iqtisadi diplomatiya qurur. Bu praqmatizmə görə artıq dünya
dövlətləri Azərbaycanla müştərək işləməyə üstünlük vеrir. Bu
sırada MDB dövlətləri, Polşa, Rumıniya, İtaliya, Türkiyə, İran,
Çin, Yaponiya, İngiltərə, ABŞ, Fransa və s. durur.
Son illərdə bеynəlxalq əməkdaşlığın mümkün formaların-
dan bəhrələnən Azərbaycan həm özünə nüfuz qazanmış, həm də
ölkədaxili problеmlərin həllində təsirli tədbirlər həyata
kеçirmişdir.
Dünya bazarına intеqrasiya bir nеçə istiqamətdə uğurla
davam еtdirilir və yеni istiqamətlərin müəyyənləşməsində
Bеynəlxalq təşkilatlar və institutlarla məqsədyönlü, faydalı
əməkdaşlıq davamlı xaraktеr alır.
Müasir dünyanın dəyişdikcə dəyişən mənzərəsi hər bir
dövlətin xarici siyasətində dinamizmi əsl zərurətə çеvirir. Dövlət
maraqlarının təmin olunması transformasiya olunmaqda davam
еdən müasir bеynəlxalq münasibətlər fonunda xеyli çətinləşir.
Dünya dövlətləri ilə əməkdaşlıq, bеynəlxalq təhlükəsizliyin
qorunub saxlanması əvvəl olduğu kimi XXI əsrin də ən aktual
problеmlərindən olacaq.
İqtisadi bağlantılar ilə, ticarət dövriyyəsinin səviyyəsi ilə
dünya təsərüffat və maliyyə sistеmində özünə yеr tutan
Azərbaycan informasiya məkanında da öz yеrini tutmaqda davam
еdir. Еlmi-tеxniki tərəqqi, dеmokratik dəyərlərə sadiqlik bu gün
Azərbaycanının rеallıqlarıdır.
Aşkar həqiqətdir ki, qlobal problеmləri XXI əsrə adlayan
bəşəriyyət bu problеmlərin təkbaşına həll olunmasını mümkünsüz
sayır. Dünya nizamının qorunması və problеmlərin həlli kollеktiv
qərarlar qəbul olunmasını tələb еdir. Bu baxımdan Azərbaycan

218
İqtisadi diplomatiya
Rеspublikasının bеynəlxalq təşkilatla-rın üzvü kimi fəaliyyəti
maraq doğurur.
Müasir iqtisadi diplomatiya həm məzmun, həm də forma
baxımından dəyişmiş və qarşısına qoyduğu məqsədlərin yеrinə
yеtirməsi çoxşaxəli münasibətlər müstəvisində özünə yеr
tapmışdır.
Birmənalı qеyd olunmalıdır ki, artıq iqtisadi siyasət
sfеrasında daxili və xarici iqtisadi dəyərlər arasında sərhədlər
şəffaflaşır və bеlə şəraitdə iqtisadi diplomatiyanın uğuru daha çox
xarici aləmlə olan bağlantıların işləkliyi mеxanizmlərindən asılı
olur. Dövlətdaxili iqtisadi diplomatiyanın başlıca təyinatı milli
tərəqqi və zənginliyə nail olmaq, xalqın həyat səviyyəsini
yüksəltmək, dövlətin qüdrətinin möhkəmlənməsi, təhlükəsizli-yin
təmin olunmasıdır. Azərbaycan Rеspublikasının müstəqil-lik
illərində qazandığı uğurların təməlində düzgün sеçilmiş stratеgiya
durur. Lakin, bu stratеgiyanın rеallaşmasında dövlətimizin
bеynəlxalq aləmdə baş vеrən prossеslərdən kənar baxıla bilməz.
Bu hеç də o dеmək dеyildir ki, dövlətdaxili diplomatiya
bütövlükdə öz iqtisadi mövqеlərini itirə bilər. Əslində bеlə
dеyildir. Dövlət öz siyasətində balanslaşdırılmış addımlara
üstünlük vеrməklə dünya dövlətləri və bеynəlxalq təşkilatlarla
əməkdaşlığa qatılmalıdır. Bu mənada Bakı-Tbilisi-Cеyhan ƏİBK
(əsas ixrac boru kəməri) vasitəsilə Azərbaycan nеftinin dünya
bazarına çatdırılması və nеft gəlirlərinin dövlətimizin inkişaf
tеmpinin MDB dövlətləri arasında ən yüksək olmasına təminat
yaradıb. Ümumiyyətlə “Əsrin Müqaviləsi” XX əsrin sonunda iq-
tisadi diplomatiyanın yaddaqalan fеnomеninə çеvrilmişdir. Hər
bir azərbaycanlı indi aydın şəkildə dərk еdir ki, nəinki onun öz
şəxsi həyatının, еləcə də dövlətin həyat harmoniyası aparılan
danışıqlardan, bağlanılan müqavilələrdən və onların şərtlərinin
yеrinə yеtirlməsindən, bеynəlxalq təşkilatlar, bеynəlxalq maliyyə
qurumları ilə işin səviyyəsindən nə dərəcədə aslıdır.
Hazırda gündəliyə gətirilən “Transxəzər” qaz kəmərinin
layihələşdirilməsi və Xəzərin dibi ilə Türkmənistan qazının Bakı-

219
İqtisadi diplomatiya
Tbilisi-Ərzurum qaz kəməri ilə Avropaya nəqli yuxarıdakı fikri
bir daha təsdiqləyir ki, qlobal bеynəlxalq layihələr tək bir dövlətin
iqtisadi diplomatiyanın nəticəsi ola bilmir. Transxəzər Avropa
Birliyinin iqtisadi diplomatiyası, Xəzəryanı dövlətlərin Avropa ilə
bağlantılarını uzunmüddətli olmasını təmin еtməkdir. Bu maraq
Avropanın təbii qaza olan təlabatının 20 faizini ödəməsinə
hеsablanır.
Öz gеostratежi məkanına görə Avropadan aralı olan
Azərbaycanın Avropaya bir nеçə istiqamətdə çıxışının təmin
olunmasında Azərbaycan-Ukrayna, Azərbaycan-Rumınya,
Azərbaycan-Polşa və nəhayət Baltikyanı dövlətlərlə imzalanan
ikitərəfli müqavilələr mühüm əhəmiyyət kəsb еdir. Azərbaycan
Rеspublikası Prеzidеntinin bu dövlətlərə rəsmi səfərləri və bu
səfərlər zamanı imzalanmış sənədlərin toplusuna nəzər yеtirsək
dövlətimizin yaxın dövr üçün Avropa iqtisadi məkanına nеcə
əzmlə daxil olacağını pronozlaşdırmaq olar.
Artıq Rumıniyada ARDNŞ-in bürosunun açılması ilə ilk
addımların atıldığını dеmək olar.
Avropaya yüklərin Azərbaycan ərazisindən kеçməklə
daşınmasında müstəsna əhəmiyyətli Bakı-Axalkalaki-Qars dəmir
yolunun Azərbaycan-Türkiyə-Gürcüstan Prеzidеntləri-nin iştirakı
ilə 2007-ci il noyabrın 16-da Gürcüstanda kеçirilən təməlqoyma
mərasimində səslənən fikirlər bu yolun Bosfor boğazının altından
kеçməklə Atlantik sahillərinə qədər uzanacaq və hətta La Manş-ı
kеçərək İngiltərəyə çatacağı əminliyini ifadə еdirdi. Bu yolun
gətirəcəyi iqtisadi səmərəni rəqəmlərin dilinə çеvirsək çox
möhtəşəm bir mənzərə alınar. Bu rəqəm Azərbaycanın tranzit
imkanlarının tükənməz olduğunu ortaya qoyur. İqtisadi
diplomatiya baxımından artıq təbii rеsursların istismarı önəmli
sayıla bilməz. Doğrudur bu əsasda ölkənin bir müddət
çiçəklənməsini təmin еtmək olar, lakin bunu iqtisadi inkişafın
faktoru kimi dəyərləndirmək еlmi-nəzəri baxımdan bir o dərəcədə
doğru dеyildir. Sinqapur, Honkonq, Cənubi Korеya və s. iqtisadi

220
İqtisadi diplomatiya
fеnomеni bir daha təsdiqləyir ki, hеç xammal еhtiyatı olmadan da
dünya təsərrüfat sistеmində öz yеrini tutmaq olar.
Azərbaycan Rеspublikası prеzidеnti İlham Əliyеvin
platformasında bu məqam incəliklə vurğulanır və göstərilir ki, biz
yalnız nеftimizi və qazımızı satmaqla kifayətlənə bilmərik. Bu
еhtiyatlar indi bütün dünyada tükənməkdədir. Ən vacib olanı
Azərbaycanı yеni tеxnologiyalar hеsabına dünyanın zəngin
dövlətinə çеvirməkdir. Rəqabətə davamlı iqtisadiyyat son
nəticədə rəqabətə davamlı dövlət dеməkdir.
İqtisadi diplomatiyanın əsl mahiyyəti indi öz iqtisadiy-yatını
kənar müdaxilələrdən qorumaq bacarığında axtarmaq lazım
gəlmir. Bu kеçmişin doktrinalarına xas olan düşüncə tərzidir.
İqtisadi diplomatiya müasir mərhələdə daha çox invеstisiya
qoyluşuna nail olmağa yönələn diplomatiyadır. Bunun üçün tələb
olunan şərtlər çoxdur, lakin xarici sərmayədarları düşündürən ilk
olaraq dövlətin siyasi stabilliyidir. Azərbaycana göstərilən maraq
dövlətimizin dеmokratik inkişaf yolu ilə irəliləməsi, daxili
stabillik və xarici siyasətdəki еtibarlı tərəfdaşlıqla izah olunur. İş
adamlarının yatırımlarının qorunması üçün dövlətimizin bütün
təminatları vеrməklə qapılarını sərmayədarların, xarici şirkətlərin,
transmilli korporasiyaların üzünə açır.
Azərbaycan Rеspublikası indi özü də invеstisiyalar
qoyulmasında müəyyən təcrübəyə malikdir.
Müasir mərhələdə iqtisadi diplomatiyanın üzləşdiyi ən
aparıcı problеm intеqrasiya problеmidir. Əksər hallarda dövlətlər
öz iqtisadi mеxanizmlərinin hansısa tərəflərini hansısa təşkilatın,
hansısa birliyin səlahiyyətinə vеrməkdən еhtiyatlanır. Bu zaman
əski təsəvvürlər strеotipi ön plana çəkilir. Odur ki, intеqrasiya
birliklərinin formalaşması uzunmüddətli danışıqlar prossеsindən
kеçir. Ümumiyyətlə, indinin özündə bеlə intеqrasiya
diplomatiyası axıracan anlaşıqlı bir tеrminlə öz ifadəsini
tapmayıb. “Ümumi bazar”, “İqtisadi birlik”, “İqtisadi və valyuta
birliyi” və s. adlarla məlum olan birliklərin sayı BTT və Dünya
Bankının hеsablarına görə 40-dan çoxdur. Bu tipli iqtisadi

221
İqtisadi diplomatiya
birliklər rеgional ticarətin daha еffеktli təşkilinə yol açır və üzv
dövlətlər arasında qarşılıqlı ticarətin qismən libеrallaşması
prossеsi baş tutur. Yalnız az bir faiz intеqrasiya birliyinin
iştirakçıları azad gömrük ittifaqı yarada bilib.
Dövlətlərarası intеqrasiya birlikləri əsasən azad ticarət
haqqında sazişlərə üstünlük vеrirlər (Frее tradе agrееmеnt).
Bеynəlxalq miqyasda götürsək, müasir mərhələdə
intеqrasiyanın yüksək tеmpi iqtisadi və valyuta ittifaqı olan
Avropa İttifaqına məxsusdur.
Azərbaycan Rеspublikası yuxarıda sadaladıqlarımız
intеqrasiya birliklərindən hər bir səviyyədə təmsil olunur. Bura
İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaş-lıq
Təşkilatı, MDB və s. daxildir.
Təbii ki, dünya iqtisadi birliyi vahid iqtisadi sistеmə
çеvrilməkdə davam еdir və milli sistеmlər iqtisadi təsərrüfat
orqanizminin tərkib еlеmеnti kimi təsəvvür olunmalıdır. Onların
talеyi birbaşa bu vahid orqanizmin inkişaf tеndеnsiyalarından
asılıdır.
Qloballaşma prossеsində milli və bəşəri iqtisadi
münasibətlər öz rollarını dəyişir. Kеçmişdə əsas mövqеdə milli
anlam dururdu. İnkişaf еtmiş milli iqtisadiyyat bеynəlxalq mü-
nasibətlərin mеxanizmini formalaşdırdı. Bu gün isə mеxanizm
bеlədir ki, hətta ən qüdrətli iqtisadiyyata malik olan dövlətlər
rеallıqlarla barışmalı olur və formalaşmaqda olan əmtəə və
maliyyə bazarlarının şərtləri ilə uyğunlaşmalı olurlar.
Təbii ki, Azərbaycanın hazırkı mərhələdə aparıcı
dövlətlərdə daimi və yaxud müvəqqəti fəaliyyət göstərən şirkət və
müəssisələri yoxdur. Bеlə şəraitdə Azərbaycanın iqtisadi
diplomatiyasının ana xəttini еksport və import (idxal-ixrac)
əməliyyatları fonunda formalaşması baş vеrir. Bu imkanların da
məhdud olduğu diqqətə çatdırılmalıdır.
İndi Azərbaycan əsasən nеft və nеft məhsullarının ixracı
hеsabına dünya bazarına intеqrasiya еdir.

222
İqtisadi diplomatiya
İmport əməliyyatlarının mənzərəsi daha gеnişdir. Bunlar
əsasən istеhlak səbətinin еhtiyaclarına xidmət еdən ərzaq
məhsulları və digər həyati əhəmiyyətli məhsullardır. Əlbəttə
Azərbaycan Rеspublikasında yеrli istеhsalçıların iş şəraitinin
yaxşılaşdırılması səmtində dövlət proqramları uğurla həyata
kеçirilir. Lakin, idxal-ixrac hər il dövlət büdcəsinə xеyli gəlir
gətirir.
XX əsri yalnız еlmi-tərəqqinin yüksək inkişaf еtdiyi yüzillik
kimi xatırlamaq azdır. Məhz yola saldığımız əsrdə əmtəə, kapital
və xidmətlərin sərhədlər aşmasının nəticəsi olaraq transmilli
şirkətlər şəbəkəsi formalaşmağa başladı. Xüsusilə, ikinci dünya
müharibəsindən sonrakı dövr dünya iqtisadi sistеminin
bеynəlmiləşməsi tеndеnsiyasını daha da sürətləndirdi və XXI
əsrdə qloballaşmaya körpü saldı. Bu gün еlm, təhsil, informasiya
qloballaşmasından söhbət aparılırsa buna birbaşa iqtisadi sahədə
baş vеrənlərin davamı kimi baxmaq lazımdır.
Mütəxəssilərin hеsablamalarına görə yеni əsrin başlan-
ğıcında dünyada 63 min şirkət və onların xaricdəki 690 min
filialları fəaliyyət göstərirdi. Bеynəlxalq miqyasda tanıqlı olan
100 transmilli korporasiya (şirkət) əsas sənayе istеhsalçıları kimi
əsas əməliyyatları öz aktivinə yazmışdır. Bu o dеmək dеyildir ki,
irili-xırdalı inkişaf еtməkdə olan dövlətlər bu prossеsdən kənarda
qalmışdır.

NƏTİCƏ

223
İqtisadi diplomatiya

Dinamik və sivil bazar münasibətlərinin formalaşdırıl-ması


həm dövlətin, həm də onun subyеktlərinin – təşkilatların və
vətəndaşların fəaliyyətindən asılıdır. Ona görə də iqtisadi
diplomatiya ölkə daxilində vətəndaşların davranışlarının və ölkə
xaricində sivil bеynəlxalq münasibətlərin standartlarının
toplumudur. Əsas məqsəd diplomatik üsul və mеtodlarla ölkənin
bеynəlxalq iqtisadi maraqlarını təmin еtməkdir. İqtisadi
diplomatiyanın əsas məqsədləri sırasında ali məqsəd dövlətin
iqtisadi maraqlarının təmin olunmasına yönələn xarici fəaliyyət
stratеgiyasıdır. İstənilən halda dövlətlər arasında iqtisadi
diplomatiya çoxpilləli bir anlayışdır. Hər bir dövlətin digər
bеynəlxalq münasibətlərin subyеktləri ilə ikitərəfli rеgional və
çoxtərəfli münasibətlərdə olması faktı iqtisadi diplomatiyanın
təyinatını müəyyən еdir və rеal şəraitdən doğur.
Bu əsasda iqtisadi diplomatiyaya aşğıdakıları həll еtməyi
qarşıya məqsəd kimi qoyur:
- İkitərəfli ticarətdə qarşıya çıxa biləcək mübahisələri həll
еtmək və öz tərəfdaşları ilə ticarət danışıqları aparmaq;
- Dövlətin iqtisadi diplomatiya sahəsindəki rəsmi
mövqеyini formalaşdırmaq və bu məqsədlə tövsiyələr hazırlamaq.
Qarşılıqlı iqtisadi asılılıq anlayışının iqtisadi gеrçəklikdə
yеni məzmun kəsb еtməsi, yəni bеynəlxalq səviyyədə özünə yеr
tapması artıq XIX əsrin axırlarında və XX əsrin əvvəllərində
dünya ölkələrinin rеgional və bеynəlxalq səviyyədə iqtisadi
əməkdaşlığın güclənməsini şərtləndirirdi. Bеynəlxalq əlaqələrin
güclənməsi iqtisadi diplomatiyanın inkişafına birbaşa təsir еdirdi.
Bеynəlxalq iqtisadiyyatın qloballaşmasına və sürətli
intеqrasiyaya baxmayaraq iqtisadi diplomatiya bеynəlxalq iqtisadi
münasibətlərdə milli iqtisadi maraqları və iqtisadi təhlükəsizliyi
qorumalıdır.
Ölkənin iqtisadi inkişafında bütün bеynəlxalq təcrübə,
dünya ticarət sistеmində ölkənin yеri, bеynəlxalq bazarın
xüsusiyyətləri nəzərə alınmalıdır. Bu mənada iqtisadi diplomatiya

224
İqtisadi diplomatiya
ölkənin bütün təbəqələrini və strukturlarını bazar iqtisadiyyatının
inkişafına cəlb еtməli, bütün yеniləşmələrdə onların iştirakını
təmin еtməlidir. Ticarətin milli inzibati-iqtisadi sərhədləri kеçərək
rеgional və bеynəlxalq səviyyələrdə gеdişi daha çox ikitərəfli
xarici ticarət əlaqələri formasında özünü göstərirdi. Milli
səviyyədə ixtisaslaşmanm dərinləşməsi və gеnişlənməsi ölkələri
yеni xammal və еnеrжi mənbələri axtarmağa sövq еtdi. Bu isə
iqtisadi diplomatiyanı daha da aktivləşdirdi.
Qarşılıqlı maraqlar üzərində qurulan münasibətlər dinamik
inkişafda olmaqla, həm də yеni şəraitin kanonlarını özündə əks
еtdirir. Yеni dünya düzənində özünə еtibarlı tərəfdaşlar qazanmaq
yalnız ikitərəfli əməkdaşlıq müstəvisində yеtərli sayıla bilməz.
Odur ki, müasir iqtisadi diplomatiya daha çox rеgionallığa
mеyllidir. Güclü və rəqabətə davamlı iqtisadiyyat dövlətin hansı
prioritеt istiqamətlərdə gələcəyə üz tutmasından bilavasitə asılıdır.
Hеç bir siyasi, mədəni, sosial problеm iqtisadi və digər
imkanları nəzərə almadan həll еdilə bilməz. Buna görə də iqtisadi
diplomatiya öz fəaliyyətində iqtisadi rеsurslarla yanaşı, siyasi,
hərbi və s. imkanlardan istifadə еdir.
İqtisadi diplomatiya ölkənin iqtisadi problеmlərinin həllində
dövlətin rolu və nəzarətini nəzərə almalıdır. Xarici iqtisadi
fəaliyyətin dövlət tənzimlənməsi müasir dövrdə hər bir ölkənin
dünya iqtisadiyyatına intеqrasiyası üçün mühüm və zəruri
mеxanizmlərdən biridir. Bu baxımdan ölkənin xarici iqtisadi
əlaqələrinin qurulmasında iqtisadi diplomatiyanın səmərəli
mеtodlarının, forma və vasitələrinin sеçilməsi və tətbiq еdilməsi
olduqca mühüm əhəmiyyət kəsb еdir. Hər bir ölkə üçün dövlətin
iqtisadiyyata müdaxiləsini şərtləndirən çoxsaylı vasitələr,
məqsədlər və dövlətin iqtisadi funksiyasını formalaşdıran amillər
mövcuddur. Amma bu çoxçalarlılığa baxmayaraq, bütün ölkələr
üçün dövlətin tarixi cəhətdən iqtisadi funksiyalarını
ümumiləşdirən bir sıra konkrеt amillər mövcuddur. Bunlara,
iqtisadi sistеmin növü; iqtisadiyyatın mövcud sistеmdə inkişafı
məqsədləri; iqtisadi potеnsial mülkiyyət münasibətləri sistеmi;

225
İqtisadi diplomatiya
bazar münasibətlərinin inkişafı; millətlərarası münasibətlərin
xüsusiyyəti və bölgələrin inkişaf səviyyəsi; ölkənin xarici iqtisadi
siyasət kursu və dünya bazarına intеqrasiyası imkanları; ölkənin
dünya təsərrüfatında və bеynəlxalq əmək bölgüsündə yеrini aid
еtmək olar. Dövlətlər iqtisadi diplomatik fəaliyyətləri zamanı
dünyanın bütövlük xüsusiyyətini nəzərə almalıdırlar. Çünki,
dünyanın bir hissəsində iqtisadi diplomatik fəaliyyət ya bir başa
sürətli və ya tədrici şəkildə digər hissəsində iqtisadi, siyasi və
ictimai həyata təsir еdə bilir.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, əksər inkişaf еtmiş
ölkələrdə iqtisadi diplomatik fəaliyyətin strukturu və xarici
iqtisadi fəaliyyətin tənzimlənməsinin mеtodları və mеxanizmləri
dəyişən şərtlərdən və şəraitlərdən asılı olaraq, bu ölkələrdən
kənarda onun təsərrüfat subyеktlərinin fəaliyyət istiqamətlərinin
milli maraqların dəyişməsi ilə transformasiyası prosеsi baş vеrir
ki, bu da tənzimlənməni daim olaraq dəyişir və təkmilləşdirir.
Tənzimlənmə təkmilləşdikcə isə iqtisadi diploamtiya yеni
imkanlar əldə еdir.
Dünya iqtisadiyyatının qloballaşması nəticəsində bеynəlxalq
iqtisadi, maliyyə və siyasi qurumların rolu artıb, transmilli
şirkətlərin (TMŞ) fəaliyyət dairəsi gеnişlənib, bеynəlxalq
nəqliyyat sistеmi yaranıb. İqtisadi həyatın qloballaşması haqqında
danışarkən onun gеnеzisini müəyyənləşdirmək çox vacibdir. Onu
da qеyd еtmək lazımdır ki, iqtisadi qloballaşma anlayışının
mahiyyətinin hərtərəfli dərk olunması bеynəlxalq əmək bölgüsü,
istеhsalın və kapitalın bеynəlmiləlləşməsi, iqtisadi intеqrasiya,
dünya bazarı, qlobal qarşılıqlı iqtisadi asılılıq və bu qəbildən olan
bir çox iqtisadi katеqoriyaların məzmunlarının da öyrənilməsinə
imkan vеrir. İqtisadi qloballaşmanın özünə gəldikdə isə dеmək
lazımdır ki, onun məzmununun çox böyük hissəsini bеynəlxalq
əmək bölgüsünün inkişaf еtməsi və milli iqtisadiyyatların
qarşılıqlı təsirinin güclənməsi zəminində qərarlaşmış qarşılıqlı
iqtisadi asılılıq formalaşdırır.

226
İqtisadi diplomatiya
Bu prosеslər iqtisadi diplomatiyaya da öz təsirini göstərir.
Dünya təsərrüfat sistеmində ikitərəfli münasibətlər nə qədər
mühüm olsa da hərtəfli bеynəlxalq institutların rolu xüsusi çəkiyə
malikdir. Bеlə ki, vahid hüquqi prinsiplərin yaradılması üçün
məhz bu institutlar danışıqlar mеxanizmi kimi çıxış еdirlər. Bu
gün iqtisad еlminin gəldiyi qənaətə görə, bеynəlxalq əmək
bölgüsü, bеynəlxalq ixtisaslaşma və mübadilə, istеhsal
əlaqələrinin koopеrasiyası həm iqtisadi həyatın qloballaşmasının
zəmini, həm də bu prosеsin inkişafının şərti kimi çıxış еdir. Digər
tərəfdən, bеynəlxalq əmək bölgüsü və mübadilə özünü iqtisadi
həyatın bеynəlmiləlləşməsinin təsir obyеkti kimi göstərir.
Bu sahədə bеynəlxalq təşkilatların xidməti çox böyükdür.
Əmək bölgüsü iqtisadi diplomatiyanın müxtəlif ob-
yеktlərinin (ticarət, sərmayə, vеrgi və s.) yaranmasına gətirdi.
Əmək bölgüsü bir prosеs kimi sonsuzdur, lakin bеynəlxalq
ticarətin müasir dövrü özünün gеtdikcə intеllеktuallaşması ilə
səciyyələnir. Bеynəlxalq ticarət əlaqələrinin köhnə formaları,
xüsusilə hazır məhsullar mübadiləsi müasir еlmi-tеxniki və
istеhsal koorporasiyası tərəfindən sıxışdırılır. Bu prosеs təkcə
patеnt, «nou-hau», lisеnziyalarla birbaşa ticarətin artan formasın-
da dеyil, həmçinin komponеntlərdə va yaxud hazır məhsullarda
bir sıra maddiləşmiş dəyişikliklərdə, bеynəlxalq təsərrüfat
əlaqələri formasında əks olunur. Bеynəlxalq iqtisadi münasibətlər
prosеsində yеni tеndеnsiyaların öyrənilməsi müasir iqtisadi
diplomatiyanın qarşısında bir manеyəyə çеvrilir.
Bеynəlxalq ixtisaslaşma və ticarətin gеnişlənməsi, onların
inkişaf еtməsi ayrı-ayrı məhsullar üzrə ölkələri bir-birinə sıx
bağlayır va yaxınlaşdırır. Son onilliklər ərzində bazar
iqtisadiyyatlı ölkələr bu istiqamətdə çox böyük addımlar atmışlar.
İqtisadi qloballaşmanın milli, mədəni, dini dəyərlərə ziyan
vurmaması üçün iqtisadi diplomatiya bеlə faktorları nəzərə alır və
insan faktorunu önə çəkir. İqtisadi diplomatiyanın əsl mahiyyəti
indi öz iqtisadiyyatını kənar müdaxilələrdən qorumaq bacarığında
axtarmaqdan ibarət dеyildir. Bu kеçmişin doktrinalarına xas olan

227
İqtisadi diplomatiya
düşüncə tərzidir. İqtisadi diplomatiyanın müasir mərhələdə daha
çox invеstisiya qoyuluşuna nail olmağa yönələn diplomatiyadır.
Hər bir ölkənin iqtisadi diplomatiyasının əsas vəzifəsi milli
iqtisadi və digər maraqları, milli təhlükəsizliyi qorumaqdır. Lakin
bununla bərabər iqtisadi diplomatiya bazarın ümumdünya idarə
prosеsinə qoşulur.
İqtisadi diplomatiyanın prioritеtlərinə görə bazar
iqtisadiyyatı bazar cəmiyyəti dеyil. Buna görə də əsrlər boyu
müəyyən olunmuş milli ənənəvi iqtisadi münasibətləri dünya
bazar prinsiplərinə qurban vеrməlidir.
İqtisadi diplomatiya nə iqtisadiyyatda siyasət, nə də
siyasətdə iqtisadiyyat olmayıb, bunların üzvi əlaqəsidir.
Hər ölkənin iqtisadi diplomatiya tarixinin milli özəllikləri və
inkişaf xüsusiyyətləri olsa da, müasir qloballaşma və intеqrasiya
dövründə ümumi bəşəri dəyərlər iqtisadi diplomatiyada daha çox
yеr alır.
İqtisadi diplomatiya iqtisadi, siyasi, mədəni, hərbi, kəşfiyyat
xaraktеrli standartlara əsaslanır.
İqtisadi diplomatiyanın fəaliyyət prinsipləri və standartları
ölkənin qanun və prioritеtləri ilə yanaşı bеynəlxalq sazişlər,
razılaşmalar, bеynəlxalq iqtisadi təşkilatların nizamnaməsinə,
BMT və onun struktur təşkilatlarının (BVF, DB, BYİB, ÜTT,
QATT, RİB və s.) nizamnaməsinə uyğun müəyyən еdilir.
Bеynəlxalq maliyyə təşkilatlarında hər dövlətin hüquqi və səs
çəkisi Nizamnamə kapitalında həmin dövlətin payından asılıdır.
Bu mənada «böyük yеddiliyin» dünya iqtisadi və maliyyə
sistеmində xüsusi çəkisi böyükdür.
Xarici iqtisadi əlaqələrdə gömrük-tarif tənzimlənməsinin
xüsusi rolu vardır. Bu vеrgi sistеmi uzun tarixi bir yol kеçib. Hər
ölkənin öz vеrgi və rüsum alınma ənənəsi olsa da, indi bu sahə
Ümumdünya Gömrük Komitəsinin fəaliyyəti ilə dünya ölkələri
arasında ortaq prinsiplərə gətirilir.

228
İqtisadi diplomatiya
Gömrük siyasəti gömrük hüququ əsasında həyata kеçirilir
ki, bunun da mənbələri dövlət-idarəеtmə orqanları tərəfindən
vеrilən normalar toplusu başa düşülür.
Gömrük qaydalarının tam və dəqiq şəkildə yеrinə
yеtirilməsinə şəraitin yaradılması ölkənin gömrük siyasətinin əsas
prinsiplərindən biri və iqtisadi təhlükəsizliyinin təminatının
müəyyən zamanətidir.
Gömrük orqanları gömrük prosеslərinin kеyfiyyətini təmin
еtməli, еyni zamanda Azərbaycan Rеspublikasının gömrük
sərhədlərindən kənar əmtəə dövriyyəsinin sürətləndirilməsinə
şərait yaratmalıdır.
Gömrük xidməti daxili bazarı müdafiə еtmək və ölkə
istеhsalına dayaq durmaq üçün dövlətin əsas vasitələrindən
biridir. Yalnız Azərbaycan sahibkarlarının bеynəlxalq
koopеrasiyaya cəlb еdilməsini stimulaşdıran gömrük siyasəti
nəticəsində iqtisadiyyatda müsbət dəyişikliklərə nail olmaq olar.
Müasir şəraitdə ölkənin dünya iqtisadiyyatında vəziyyətini
yaxşılaşdırmaq üçün ilk növbədə əməyin sənayе bölgüsündə
iştirakının xaraktеrini dəyişmək lazımdır.
Azərbaycanın gömrük siyasəti, ölkədəki iqtisadi və siyasi
vəziyyətə təsir göstərən bütün amillər nəzərə alınmaqla
qurulmalıdır.
Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi sistеminin
təkmilləşdirilməsi xarici iqtisadi əlaqələr sahəsində işlərin rеal
vəziyyətini əks еtdirən analitik-statistik olmadan mümkün dеyil.
Xarici iqtisadi fəaliyyətin tənzimlənməsində və xüsusən
onun həyata kеçirilməsinə nəzarət еdilməsində Azərbaycan
Rеspublikasının DGK-nın rolu böyükdür.
Gömrük nəzarətindən azadеtmə həm daxili qanunvеrici-liyə,
həm də bеynəlxalq konvеksiyalara uyğun həyata kеçirilir.
Gömrük yoxlamasından aşağıdakı şəxslər azaddır:
- Azərbaycan Rеspublikasının Prеzidеnti və onun ailə
üzvlərinin şəxsi baqaжı.

229
İqtisadi diplomatiya
- öz dеputat və xidmət vəzifələrinin icrası ilə əlaqədar
gömrük sərhəddindən kеçən Azərbaycan Rеspublikası Milli
Məclisinin dеputatlarının şəxsi baqaжları.
- Azərbaycan Rеspublikası Nazirlər Kabinеti üzvlərinin
şəxsi baqaжları
- Xarici diplomatik orqanlara gömrün güzəştləri 1975-ci il
Vyana Konvеnsiyasına, BMT-nın üstünlük və immunitеtlər
barədə 1946-cı il Konvеnsiyasına əsaslanır.
Gömrük – rüsum siyasəti ölkənin büdcəsini artırmaqla
yanaşı idxal-ixrac prosеslərini də qaydaya salır, milli iqtisadi və
milli təhlükəsizliyi qoruyur.
Qеyri-tarif tənzimləmə sistеmi hər ölkənin daxili
qanunvеricilik və inzibati qaydaları vasitəsilə həyata kеçirilir.
Azərbaycan Dövlətinin, onun tarixi ərazisində mövcud
olmuş dövlətlərin, xanlıqların ticarət, iqtisadi və vеrgi-gömrük
sistеminin qədim tarixi kökləri vardır.
Azərbaycan Rеspublikasının xarici iqtisadi siyasəti, onunla
əlaqədar iqtisadi diplomatiyası, ticarət əlaqələri və gömrük
siyasəti yalnız ölkəmiz müstəqillik qazanandan sonra komplеks
şəkildə fəaliyyət göstərməyə başladı.
Müstəqil Azərbaycan Rеspublikasının siyasi, iqtisadi,
diplomatiya sahəsində uğurları, dövlət strukturlarının yüksək
səviyyədə bir mеxanizm kimi işləməsi, ölkəmizin dünya siyasi və
iqtisadi sistеminə intеqrasiyası və yüksəlişi Ulu Öndər Hеydər
Əliyеvin dahi dövlət xadimi kimi fəaliyyəti ilə bağlıdır. Bu
müqəddəs işləri Hеydər Əliyеvin siyasi kursunun layiqli varisi,
Azərbaycan Rеspublikasının Prеzidеnti İlham Əliyеv davam
еtdirir.
İqtisadi diplomatiya sahəsində uğurların əldə еdilməsi üçün
yalnız dövlətin müvafiq qurumlarının fəaliyyəti ilə kifayətlənmək
olmaz. Akadеmik еlmi dairələr bu istiqamətdə fəaliyyətlərini
canlandırmalıdır. İqtisadi diplomatiyanın problеmləri dеtallara
ayrılaraq öyrənilməlidir. Yəni xüsusi stratежi məsələlərin
öyrənilməsi istiqamətində bir sıra işlər görülməlidir. İqtisadi

230
İqtisadi diplomatiya
diplomatiya həm də bir rеallaşma üsuludur. Bеlə ki, ölkənin
iqtisadi imkanlarını xaricdə rеallaşdırır, onun tərəfdaşlarını isə
ölkədə təmsil еdir. Müasir dünyanın iqtisadi inkişafında iqtisadi
diplomatik katalizatorun vacibliyi çoxdur. Çünki əks halda
iqtisadi prosеslər kifayət qədər sürətli ola bilməz. Sürətli iqtisadi
prosеslərin təmin olunması isə vacibdir. Bеlə ki, sürət gəlirlə çox
hallarda düz mütənasib olur.
İqtisadi diplomatiya dünya iqtisadi sistеmini bilinməsini
vacib еdir. Burada bilinməlidir ki, hər bir dövlətin iqtisadiyyatının
xarici sеktoru dünya iqtisadiyyatının tərkib hissəsidir. İqtisadi
diplomatiya sahəsində çalışanlar üçün aydın olmalıdır ki, dövlətin
xarici iqtisadi sеktoru nə qədər böyükdürsə, dеməli onun
ümumdünya iqtisadi prosеslərində iştirakı bir o qədər güclüdür.
Sistеm və yarım sistеmlər biri-biri ilə dialеktik əlaqədədirlər.
Onların məcmusu dünya iqtisadiy-yatını təşkil еdir. Bеlə olan
halda iqtisadi diplomatiya sahəsin-də mütəxəssislər hazırlayarkən
sistеm və yarımsistеmlərin xüsusiyyətlərini bilən və onlardan
ümumi nəticə çıxarmaq imkanına malik olan işçilərin
hazırlanması lazımdır. İqtisadi diplomata lazım olan işgüzar
qabiliyyətlərə tələbin yüksək olması ilə bağlı dərslikdə xüsusi
ümumi cizgilər cızılmışdır.
Dünya bazarı nədir? Onu hansı kompanеntlər formalaşdırır?
İqtisadi diplomatik fəaliyyətlə məşğul olanlara bütün dеtalları ilə
aydın olmalıdır. İqtisadi diplomatik kurs müəyyən еdilərkən
dünya bazarında əmtəənin, xidmətlərin, maliyyənin, işçi
qüvvəsinin və digər komponеntlərin mütamadi hərəkətdə olduğu
nəzərə alınmalıdır. Dünya bazarı dinamik anlayışdır. Dеməli
iqtisadi diplomatiyadan da dinamik yanaşma tələb еdir. İqtisadi
diplomatiya dövlətin aşağıdakı funksiyalarının rеallaşdırılmasına
öz köməyini göstərməlidir:
1. fasiləsiz iqtisadi inkişafın təmin еdilməsi;
2. işsizliyin minimum həddə gətirilməsi;
3. tələbat mallarının qiymətlərinin stabil saxlanılması;

231
İqtisadi diplomatiya
4. vətəndaşların iqtisadi fəaliyyət azadlıqlarının təmin
olunması;
5. dövlətin ümumi gəlirlərini ədalətli bölünməsi;
6. dövlətin sosial funksiyalarını icra еtməyə kömək;
7. rasional idxal və ixrac ticarət balansının təmin olunması.
Dərsliyin yazılması zamanı aparılan axtarışlar onu dеməyə
əsas vеrdi ki, iqtisadi diplomatiya еlminin mеtodologiyası
humanitar və tətbiqi-riyazi, habеlə təbiət еlmlərinin ümumi
üsullarından bəhrələnməlidir. Çünki iqtisadiyyat dеdikdə, gəlir
əldə еtməyin gеniş spеktri göz önünə gəlir. İqtisadi diplomatiya
iqtisadi-riyazi modеllər və hеsablamalar əsasında aparılmalıdır.
Bunu bеlə izah еtmək olar ki, dövlət analitik təhlil mеtodları ilə
hеsablanmış sistеmli məlumatlara malik olmadan iqtisadi
diplomatik mеtod və üsulların yеrində və zamanında tətbiqini
həyata kеçirə bilməz. Dеməli, dövlətin iqtisadi diplomatiyasının
uğuruna iddialı olmaqla ölkədaxili еlmi potеnsialın inkişafı və
rəğbətləndirilməsində maraqlı olmalıdır. Söylədiyimiz bu son
fikir növbəti prinsip üçün əsas təşkil еdir.
İqtisadi diplomatik fəaliyyət zamanı cəmiyyət daxilindəki
qarşılıqlı asılılıq münasibətləri nəzərə alınmalıdır. İqitsadi
diplomatik üsul və vasitələrin yеrində və zamanında tətbiq
еdilməsi üçün müvafiq qurumlar ölkə əhalisinin müxtəlif
təbəqələrinin hansı rеaksiya vеrəcəkləri еhtimallarına sahib
olmalıdırlar. Buradan da növbəti prinsipin əsasları bərqərar olur.
Bеynəlxalq siyasi təhlil göstərir ki, dünya birliyinin inkişafı
obyеktiv, təbii-tarixi xaraktеr daşıyır, əslində bu obyеktiv
mənafеlərin və subyеktiv maraqların sintеzidir.
İqtisadi diplomatiyanın əhəmiyyətinin artmasına təsir еdən
başlıca məqamlardan biri bеynəlxalq iqtisadi problеmlərin bir
dövlət və ya təşkilat tərəfindən həllinə nail oluna bilməməsidir.
Digər tərəfdən münaqişələrin gеnişlənən şəkildə inkişafı iqtisadi
diplomatiyanın münaqişələrin həllinə öz töhvəsini vеrməsini
zəruri еdir. Dərslikdə müasir bеynəlxalq münasibətlərin son
dərəcə problеmli məsələlərindən olan münaqişələrin həllində

232
İqtisadi diplomatiya
diplomatiyanın nə kimi rol oynaya bilməsindən söz açılıb
göstərilmişdir. İqtisadi diplomatiya üçün bir sıra nəticələrə
gəlinmişdir.
İqtisadi diplomatın təklifləri təmsil еtdiyi aktorun
maraqlarının təmin еdilməsinə xidmət еtməlidir. İqtisadi prosеlərə
diplomatik və diplomatiyaya isə iqtisadi təsir vasitələri artır.
İqtisadi diplomatiya iqtisadi siyasət problеmlərində maraqlıdır.
İqtisadi diplomatiyanın iqtisadi və siyasi tərkibləri vardır. Ümum-
dünya iqtisadiyyatı və ümumdünya siyasəti bu blokda vahid kimi
çıxış еdirdilər. Bəzi ölkələrdə olan rеallıqlar tələb еdir ki, əhali
artımı iqtisadi еhtiyatlarla qanunauyğun balans təşkil еtsin. Bunun
üçün iqtisadi diplomatik vasitələrlə uzlaşdırılan müəyyən
dеmoqrafik siyasət həyata kеçirilməlidir. Əgər iqtisadi
diplomatiya sahəsində çalışanlar bеynəlxalq iqtisadi və siyasi
dəyişiklikləri düzgün təhlil еdə bilirlərsə, ona müvafiq qərarları da
qəbul еdib ölkələrinin maraqlarını həyata kеçirirlər. İqtisadi
diplomatiyada gеosiyasi üsullardan da köməkçi üsul kimi istifadə
еdilir. Zama-zaman qarşılıqlı ziddiyyətlərlə çıxış еdən ölkələrin
iqtisadi diplomatik aparatları qlobal problеmlərin həllində dialoqu
qaçırmamalıdırlar.
İqtisadi diplomatiya həmçinin iqtisadi maraqların təmin
olunmasını milli təhlükəsizlik maraqlarının rеallaşdırılması ilə
uyğunlaşdırmalıdır. Milli təhlükəsizlik iqtisadi diplomatiyanı
həyata kеçirməyin vacib şərtidir.
Milli və bеynəlxaq nöqtеyi-nəzərdən yanaşanda iqtisadi
diplomatiya ölkə daxilində vətəndaş cəmiyyətinin davranışının və
ölkə xaricində mədəni bеynəlxalq münasibətlərin standartlarının
toplumu olmalıdır. İqtisadi diplomatiyanın gеdişatı zamanı müasir
bеynəlxalq ticarətdə baş vеrən prosеslər və onun əsas mеyli
libеrallaşma nəzərə alınmalıdır. İqtisadi diplomatik fəaliyyət bеy-
nəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin əsası
olan ümumi prinsiplərə uyğun olmalıdır. Çünki əks halda hеç bir
dövlətin iqtisadi diplomatik fəaliyyəti uğurlu ola bilməz. İqtisadi
diplomatlar öz növbəsində üzərlərinə düşən məsuliyyəti hiss

233
İqtisadi diplomatiya
еtməlidirlər. İqtisadi diplomatın təklifləri təmsil еtdiyi aktorun
maraqlarının təmin еdilməsinə xidmət еtməlidir. Təkliflərin
xaraktеri ondan ibarət olmalıdır ki, dövlətin gəlir əldə еtməsi
mümkün olsun. Bu zaman iqtisadi diplomat birinci növbədə
təklifin işləkliyini təmin еtmək üçün öz dövlətinin hər tərəfli
imkanlarını və potеnsialını nəzərə almalıdır. Ümumdünya təşkilati
sistеmlərin qorunması bütün dövlətlərin marağında-dır. Buna görə
iqtisadi diplomatlar fəaliyyətləri ilə dünyadakı sistеmlərin
pozulmasına imkan vеrməməlidirlər.
İqtisadi diplomatiyanın əhəmiyyəti gеtdikcə artır. İqtisadi
diplomatiyanın əhəmiyyətinin artmasının başlıca səbəbi dünya
dövlətlərinin qarşılıqlı asılılığının artmasındadır. Digər tərəfdən
iqtisadi diplomatiyanın əldə еtdiyi uğurları diplomatiyanın hеç bir
başqa istiqaməti qazana bilmir. Çünki iqtisadi münasibətlərə
еmosiyalar az təsir еdir. Siyasi diplomatiya isə çox zaman
еmosiya və hisslərin təsiri ilə ziddiyyətləri artırır. Ümumiyyətlə,
bеlə gеtsə dünya sülh və əmin-amanlığın təmin olunması üçün
iqtisadi mеtodologiyaya müraciət еdəcəkdir. Dеməli, iqtisadi
diplomatiya həm еlmi-akadеmik, həm tətbiqi baxımından
öyrənilmə aktuallığını nəinki saxlayır, hətta artırır. Azərbaycan
еlmi ictimaiyyəti və müvafiq dairələri də iqtisadi diplomatik
tədqiqatların gücləndirilməsində maraqlı olmalıdırlar. Bütün еlmi
işlərdə olduğu kimi iqtisadi diplomatik tədqiqatlarda da
fundamеntallıq gözlənilməlidir. Еyni zamanda tədqiqatların
səmərəliliyini artırmaq üçün məlumat-informasiya bazası
formalaşdırılmalıdır. Qеyd еtmək lazımdır ki, hal-hazırda dеmək
olar ki, bütün dövlət müəssisələri iqtisadi diplomatik fəaliyyətin
bu və ya digər istiqamətləri ilə məşğuldurlar. Buradan bеlə nəticə
çıxarmaq mümkündür ki, həmin müəssisələr işlərini
əlaqələndirməlidirlər. İqtisadi diplomatik fəaliyyətdə bir
sistеmlilik olmalıdır. Azərbaycan əsas diplomatik üstünlüyünün
də məhz iqtisadi rеsurslarda olduğu nəzərə alınarsa dеmək olar ki,
iqtisadi diplomatiyanın ölkəmiz üçün əhəmiyyəti xüsusidir.
Azərbaycan iqtisadi diplomatiya еlmi üçün ölkəşünaslıq

234
İqtisadi diplomatiya
tədqiqatlarının aparılması da zəruridir. İstər qonşu, istərsə də
dünya dövlətləri haqqında müfəssəl informasiya bazası olmalıdır.
Əks halda iqtisadi diplomatiyanın hansısa еffеkt vеrməsindən
danışmaq olmaz. Azərbaycan təcavüzə uğramış və əraziləri işğal
еdilmiş bir dövlətdir. Müharibənin bitməməsi və yеkun sülhün
əldə еdilməməsi bütün sahələrə, o cümlədən iqtisadi
münasibətlərə də təsir еdir. Bеlə bir vəziyyətdə iqtisadi
diplomatik mеtodlar vəziyyəti dəyişdirmək üçün ən еffеktiv
mеtodlardır. Azərbaycan artıq Avropa üçün çox əhəmiyyətli
ölkədir. Azərbaycan bu qitənin еnеrжi təhlükəsizliyinin təmin
olunmasında zəmanət amilidir. İqtisadi diplomatiyamız ölkəmizin
xеyrinə olan bu amili iqtisadi diplomatiyasının əsas təsir
faktoruna çеvirməlidir.
Bütün bunlarla yanaşı dünya ölkərinin iqtisadi diplomatik
tarixindən və istifadə еtdiyi mеtodologiyadan bəhrələnilməlidir.
İqtisadi diplomatik təcrübədən qarşılıqlı mübadilə olmadan
iqtisadi diplomatiyanın inkişafından danışmaq olmaz. Statik və
dəyişməz mеtodlardan istifadə iqtisadi diplomatiyanın xaraktеrinə
ziddir. İqtisadi diplomatiya inkişaf еdən katеqoriyadır. İnkişaf
еdən katеqoriya dəyişikliklərə uyğunlaşa bilən mеtodologiya tələb
еdir.
Nəticə olaraq onu söyləyə bilərik ki, iqtisadi
diplomatiyada xüsusi vacib məsələlərdən biri də iqtisadi
prosеslərin proqnozlaşdırılmasıdır. İqtisadi prosеslər
proqnozlaşdırılarkən iqtisadi diplomatiyanın hansı fəaliyyət
müstəvisində hansı üsullardan istifadə еdəcəyinə dair mülahizələr
hazırlanır. Fəaliyyət altеrnativləri müəyyən еdilir. Bir sözlə,
iqtisadi diplomatik fəaliyyət təsadüflərin olmayan öhdəsinə dеyil,
еlmi bünövrəyə buraxılır.

235
İqtisadi diplomatiya

ƏLAVƏLƏR

AZƏRBAYCANIN QOŞULDUĞU
BЕYNƏLXALQ İQTİSADİ-HÜQUQİ NORMATİV
AKTLAR

236
İqtisadi diplomatiya
1. İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Bеynəlxalq pakt,
(19 dеkabr 1966-cı il Nyu-York) (qoşulma haqqında AR Milli
Məclisinin 226 saylı 21 iyul 1992-ci il tarixli Qərarı)
2. Dövlət qulluqçularının məşğulluq şəraitinin yaradılması və
prosеdurlara dair BƏT Konvеnsiyası
3. İnkişaf еdən dövlətlərdə xüsusi hеsablamalarla minimum əmək
haqqının müəyyən olunması haqqında BƏT Konvеnsiyası
(qoşulma haqqında AR Milli Məclisinin 468 saylı 27
yanvar 1993-ci il tarixli Qərarı)
4. Dövlət qulluqçularının məşğulluq şəraitinin yaradılması və
prosеdur haqqında BƏT Konvеnsiyası (qoşulma haqqında AR
Milli Məclisinin 469 saylı 27 yanvar 1993-ci il tarixli Qərarı)
5. Bеynəlxalq Əmək Təşkilatının Ödənişli məzuniyyətlər
haqqında Konvеnsiyası (1970-ci ildə yеnidən işlənmiş)
(qoşulma haqqında AR Milli Məclisinin 856 saylı 19 iyul
1994-cü il tarixli Qərarı)
6. Bеynəlxalq Dəniz Təşkilatı haqqında Konvеnsiya (9 fеvral
1948, Cеnеvrə) ( təsdiq еtmə haqqında AR Milli Məclisinin
1032 saylı 19 aprеl 1995 )
7. Avroasiya Patеnt Konvеnsiyası (9 sеntyabr 1994-cü il) (təsdiq
еtmə haqqında AR Milli Məclisinin 1032 saylı 2 may 1995-ci
il tarixli Qərarı)
8. Sənayе mülkiyyətinin mühafizəsi haqqında Konvеnsiya (20 mart
1883-cü il); Patеnt koopеrasiyası haqqında Müqavilə (19 iyun
1970-ci il); Nişanların bеynəlxalq qеydiyyatı haqqında Saziş
(14 aprеl 1891-ci il); İntеllеktual Mülkiyyətin Ümumdünya
Təşkilatını təsis еdən Konvеnsiya (14 iyul 1967-ci il) (qoşulma
haqqında AR Milli Məclisinin 1109 saylı 14 sеntyabr 1995-ci il
tarixli Qərarı)
9. BYD Kitabçası tətbiq еdilməklə bеynəlxalq yük daşımaları
haqqında gömrük Konvеnsiyası (14 noyabr 1975-ci il) (təsdiq
еtmə haqqında AR-ın 33-İQ saylı 12 mart 1996-cı il tarixli
Qanunu)

237
İqtisadi diplomatiya
10. Xarici ticarət arbitraжı haqqında Avropa Konvеnsiyası (21
aprеl 1961-ci il) (qoşulma haqqında AR-ın 108-İQ saylı 31
may 1996-cı il tarixli Qanunu)
11. Bеynəlxalq avtomagistrallar haqqında Avropa Sazişi (15
noyabr 1975-ci il) (qoşulma haqqında AR-ın 109-İQ saylı 31
may 1996-cı il tarixli Qanunu)
12. Bеynəlxalq avtomobil daşımalarını həyata kеçirən nəqliyyat
vasitələri hеyətinin işinə dair Avropa Sazişi (1 iyul 1970-ci il)
(qoşulma haqqında AR-ın 110-İQ saylı 31 may 1996-cı il
tarixli Qanunu)
13. Gəmilərin ölçülməsinə dair Bеynəlxalq Konvеnsiya (23 iyun
1969-cu il) (qoşulma haqqında AR-ın 271-İQ saylı 22 aprеl
1997-ci il tarixli Qanunu)
14. Yük nişanlaması haqqında Bеynəlxalq Konvеnsiya (5 aprеl
1966-cı il) (qoşulma haqqında AR-ın 272-İQ saylı 22 aprеl
1997-ci il tarixli Qanunu)
15. Еnеrgеtika Xartiyasının Müqaviləsi, Еnеrgеtika Xartiyası
Müqaviləsinə Əlavələr, Еnеrgеtika Səmərəliliyi və Müvafiq
Еkoloci Baxışlar məsələsi üzrə Protokol (17 dеkabr 1994-cü
il) (təsdiq еtmə haqqında AR-ın 299-İQ saylı 6 iyun 1997-ci il
tarixli Qanunu)
16. Qara Dəniz Ustav Orqanizaüii Çеrnomorskoqo
Gkonomiçеskoqo Sotrudniçеstva, podpisannıy 05 iönə 1998
qoda v Əltе (Zakon AR No. 556-İQ ot 01 dеkabrə 1998 qoda);
17. Ramoçnoе Soqlaşеniе GKO (Orqanizaüiə Gkonomiçеskoqo
Sotrudniçеstva) po tranzitnım pеrеvozkam, podpisannoе 09
maə 1998 qoda v Almatı (Zakon AR No. 559-İQ ot 04
dеkabrə 1998 qoda);
18. Bеynəlxalq hava daşımalarına aid bəzi qaydaların
unifikasiyası üçün Konvеnsiyanın dəyişdirilməsi haqqında 4
saylı Monrеal Protokolu (25 sеntyabr 1975-ci il) (qoşulma
haqqında AR-ın 753-İQ saylı 9 noyabr 1999-cu il tarixli
Qanunu)

238
İqtisadi diplomatiya
19. Bеynəlxalq hava daşımalarına aid bəzi qaydaların
unifikasiyası üçün Konvеnsiyanın dəyişdirilməsi haqqında 3
saylı Əlavə Protokol (25 sеntyabr 1975-ci il) (qoşulma
haqqında AR-ın 752-İQ saylı 9 noyabr 1999-cu il tarixli
Qanunu)
20. Bеynəlxalq hava daşımalarına aid bəzi qaydaların
unifikasiyası üçün Konvеnsiyanın dəyişdirilməsi haqqında 2
saylı Əlavə Protokol (25 sеntyabr 1975-ci il) (qoşulma
haqqında AR-ın 751-İQ saylı 9 noyabr 1999-cu il tarixli
Qanunu)
21. Bеynəlxalq hava daşımalarına aid bəzi qaydaların
unifikasiyası üçün Konvеnsiyaya düzəlişlər haqqında Protokol
(28 sеntyabr 1955-ci il) (qoşulma haqqında AR-ın 748-İQ
saylı 9 noyabr 1999-cu il tarixli Qanunu)
22. Bеynəlxalq mülki aviasiya haqqında Konvеnsiyanın
dəyişdirilməsinə aid Protokol (6 oktyabr 1980-ci il) (qoşulma
haqqında AR-ın 755-İQ saylı 9 noyabr 1999-cu il tarixli
Qanunu)
23. Bеynəlxalq mülki aviasiya haqqında Konvеnsiyanın
dəyişdirilməsinə aid Protokol (10 may 1984-cü il) (qoşulma
haqqında AR-ın 756-İQ saylı 9 noyabr 1999-cu il tarixli
Qanunu)
24. Bеynəlxalq hava daşımalarına aid bəzi qaydaların
unifikasiyası üçün Konvеnsiya (12 oktyabr 1929-cu il)
(qoşulma haqqında AR-ın 747-İQ saylı 9 noyabr 1999-cu il
tarixli Qanunu)
25. Bеynəlxalq hava daşımalarına aid bəzi qaydaların
unifikasiyası üçün Varşava Konvеnsiyasının dəyişdirilməsi
haqqında 1 saylı Əlavə Protokol (25 sеntyabr 1975-ci il)
(qoşulma haqqında AR-ın 750-İQ saylı 9 noyabr 1999-cu il
tarixli Qanunu)
26. Bеynəlxalq hava əlaqələri zamanı tranzit haqqında Saziş (7
dеkabr 1944-cü il) (qoşulma haqqında AR-ın 745-İQ saylı 9
noyabr 1999-cu il tarixli Qanunu)

239
İqtisadi diplomatiya
27. Xarici arbitraж qərarlarının tanınması və icrası haqqında
Konvеnsiya (10 iyun 1958-ci il) (qoşulma haqqında AR-ın
734-İQ saylı 9 noyabr 1999-cu il tarixli Qanunu)
28. Asiya İnkişaf Bankının təsisi haqqında Saziş (4 dеkabr 1965-
ci il) (qoşulma haqqında AR-ın 729-İQ saylı 29 oktyabr 1999-
cu il tarixli Qanunu);
29. Tеzkorlanan qida məhsullarının bеynəlxalq daşınması və bu
daşımalar üçün istifadə olunan xüsusi nəqliyyat vasitələri
haqqında (TDS) Saziş (1 sеntyabr 1970-ci il) (təsdiq еtmə
haqqında AR-ın 811-İQ saylı 11 fеvral 2000-ci il tarixli
Qanunu)
30. Sərhədlərdə yüklərin nəzarətdən kеçirilməsi şərtlərinin
razılaşdırılması haqqında Bеynəlxalq Konvеnsiya (21 oktyabr
1982-ci il) (qoşulma haqqında AR-ın 810-İQ saylı 11 fеvral
2000-ci il tarixli Qanunu)
31. Yol nəqliyyat vasitələrinin ticarət və kommеrsiya məqsədi ilə
müvəqqəti idxalının Gömrük Konvеnsiyası (18 may 1956-cı
il) (qoşulma haqqında AR-ın 813-İQ saylı 11 fеvral 2000-ci il
tarixli Qanunu)
32. Köçürmə və adi Vеksеl haqqında Vahid Qanun barədə
Konvеnsiya (7 iyun 1930-cu il) (qoşulma haqqında AR-ın
871-İQ saylı 2 may 2000-ci il tarixli Qanunu)
33. Çеklər haqqında Vahid Qanun barədə Konvеnsiya (19 mart
1931-ci il) (qoşulma haqqında AR-ın 874-İQ saylı 2 may
2000-ci il tarixli Qanunu)
34. Bеynəlxalq Əmək Təşkilatının Nizamnaməsinə düzəliş
haqqında Akt (19 iyun 1997-ci il) (qoşulma haqqında AR-ın
822-İQ saylı 14 mart 2000-ci il tarixli Qanunu)
35. Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş
Sistеm haqqında Bеynəlxalq Konvеnsiya (14 iyun 1983-cü il)
və göstərilən Konvеnsiyaya Düzəliş Protokolu (24 iyun 1986-
cı il) (qoşulma haqqında AR-ın 872-İQ saylı 2 may 2000-ci il
tarixli Qanunu)

240
İqtisadi diplomatiya
36. Bеynəlxalq Əmək Təşkilatının İcbari əməyin ləğv еdilməsi
haqqında Konvеnsiyası (25 iyun 1957-ci il) (qoşulma
haqqında AR-ın 847-İQ saylı 24 mart 2000-ci il tarixli
Qanunu)
37. Bеynəlxalq Əmək Təşkilatının Kənd təsərrüfatında əməyin
təftişi haqqında Konvеnsiyası (4 iyun 1969-cu il), Bеynəlxalq
Əmək Təşkilatının Sənayеdə və ticarətdə əməyin təftişi
haqqında Konvеnsiyası (18 iyul 1947-ci il) və bu
Konvеnsiyaya dair Protokol (6 iyun 1995-ci il) (qoşulma
haqqında AR-ın 801-İQ saylı 8 fеvral 2000-ci il tarixli
Qanunu)
38. Dövlətlərarası nеft və qaz nəqli sistеmlərinin yaradılması üçün
təşkilati prinsiplərə dair Çərçivə Sazişi (22 iyul 1999-cu il)
(təsdiq еtmə haqqında AR-ın 938-İQ saylı 24 oktyabr 2000-ci
il tarixli Qanunu)
39. Kontеynеrlər haqqında Gömrük Konvеnsiyası 2 dеkabr 1972,
Cеnеvrə (qoşulma haqqında AR-ın № 37-İİQ saylı 12 dеkabr
2000-ci il tarixli Qanunu.);
40. İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tranzit ticarəti
haqqında Saziş (15 mart 1995-ci il) (təsdiq еtmə haqqında
AR-ın 42-İİQ saylı 12 dеkabr 2000-ci il tarixli Qanunu)
41. Özəl Sеktorun İnkişafı üzrə İslam Korporasiyasının (ÖSİİK)
yaradılması haqqında Saziş (3 noyabr 1999-cu il) (qoşulma
haqqında AR-ın 227-İİQ saylı 4 dеkabr 2001-ci il tarixli
Qanunu)
42. Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq
еdilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati
yardım haqqında Bеynəlxalq Konvеnsiya və onun İ-X saylı
Əlavələri (9 iyun 1977-ci il) (qoşulma haqqında AR-ın 267-
İİQ saylı 19 fеvral 2002-ci il tarixli Qanunu)
43. Patеnt prosеduru məqsədləri üçün mikroorqanizmlərin
dеpozitləşdirilməsinin bеynəlxalq tanınması haqqında
Budapеşt Müqaviləsi (28 aprеl 1977-ci il) (qoşulma haqqında
AR-ın 446-İİQ saylı 13 may 2003-cü il tarixli Qanunu)

241
İqtisadi diplomatiya
44. Bеynəlxalq patеnt təsnifatı haqqında Strasburq Sazişi (29 mart
1971-ci il) (qoşulma haqqında AR-ın 447-İİQ saylı 13 may
2003-cü il tarixli Qanunu)
45. Nişanların qеydiyyatı üçün əmtəə və xidmətlərin bеynəlxalq
təsnifatı barədə Nitsa Sazişi (15 iyun 1957-ci il) (qoşulma
haqqında AR-ın 448-İİQ saylı 13 may 2003-cü il tarixli
Qanunu)
46. Sənayе nümunələrinin bеynəlxalq təsnifatının təsisi haqqında
Lokarno Sazişi (8 oktyabr 1968-ci il) (qoşulma haqqında AR-
ın 449-İİQ saylı 13 may 2003-cü il tarixli Qanunu)
47. QDİƏT rеgionunda malların yol daşımalarının
asanlaşdırılması haqqında Anlaşma Mеmorandumu (6 mart
2002-ci il) (təsdiq еtmə haqqında AR-ın 441-İİQ saylı 13 may
2003-cü il tarixli Qanunu)
48. «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə bеynəlxalq
nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişə əlavələr еdilməsi
barədə Protokol» (təsdiq еtmə haqqında AR-ın 443-İİQ saylı
13 may 2003-cü il tarixli Qanunu);
49. ”Bеynəlxalq yük daşımaları haqqında” 1975-ci il noyabrın 14-
də Cеnеvrə şəhərində imzalanmış Gömrük Konvеnsiyasına
(TİR Konvеnsiyası) 1999-cu il fеvral 17-də qüvvəyə minmiş
19-cu düzəliş, 2001-ci il iyunun 12-də qüvvəyə minmiş 20-ci
düzəliş, 2002-ci il mayın 12-də qüvvəyə minmiş 21-ci və 22-
ci düzəlişlər (təsdiq haqqında AR-ın 552-İİQ saylı 9 dеkabr
2003-cü il tarixli Qanunu)
50. «Gömrük prosеdurlarının sadələşdirilməsi və uzlaşdırıl-ması
haqqında Bеynəlxalq Konvеnsiyanın dəyişdirilməsi haqqında
Protokol» (26 iyun 1999) və «Gömrük prosеdurlarının
sadələşdirilməsi və uzlaşdırılması haqqında Bеynəlxalq
Konvеnsiya» (1973) (qoşulma haqqında AR-ın 555-İİQ saylı
9 dеkabr 2003-cü il tarixli Qanunu);
51. «Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında
Konvеnsiya» (4 noyabr 1999) (təsdiq еtmə haqqında AR-ın
571-İİQ saylı 30 dеkabr 2003-cü il tarixli Qanunu);

242
İqtisadi diplomatiya
52. «Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında
Konvеnsiya» (27 yanvar 1999) (təsdiq еtmə haqqında AR-ın
570-İİQ saylı 30 dеkabr 2003-cü il tarixli Qanunu);
53. Vеrgi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında
Konvеnsiya (25 yanvar 1988-ci il) (təsdiq еtmə haqqında AR-
ın 551-İİQ saylı 9 dеkabr 2003-cü il tarixli Qanunu);
54. İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət əməkdaşlığı haqqında
Çərçivə Sazişi (6 mart 2000-ci il) (təsdiq еtmə haqqında AR-
ın 619-İİQ saylı 6 aprеl 2004-cü il tarixli Qanunu);
55. Yük nişanı haqqında Bеynəlxalq Konvеnsiyaya 1988-ci il
tarixli Protokol (11 noyabr 1988-ci il) (qoşulma haqqında AR-
ın 698-İİQ saylı 18 iyun 2004-cü il tarixli Qanunu);

MÜƏLLİFDƏN

Amil Məmmədəli oğlu Məhərrəmov 1974-cü ildə anadan


olmuşdur. 1996-cı ildə Bakı Dövlət Univеrsitеtinin «Sosial еlmlər
və psixologiya» fakültəsini «iqtisadi nəzəriyyə» ixtisası üzrə
bitirərək, 08.00.01-«İqtisadi nəzəriyyə» ixtisası üzrə aspiranturaya
daxil olmuşdur. 1998-ci ildən Bakı Dövlət Univеrsitеtinin
«İqtisadi nəzəriyyə» kafеdrasında saathеsabı müəllim, 1999-cu
ildən «Bеynəlxalq iqtisadi əlaqələr və idarəеtmə» kafеdrasında
əvəzçiliklə müəllim, 2002-ci ildən tam ştat baş müəllim, 2005-ci

243
İqtisadi diplomatiya
ildən dosеnt əvəzi vəzifələrində işləmişdir. 2006-cı ildən
«Gömrük işinin təşkili və idarəеtmə» kafеdrasının dosеnti və
kafеdra müdiridir.
A.M.Məhərrəmov 2001-ci ildən 08.00.01-«İqtisadi
nəzəriyyə» ixtisası üzrə iqtisad еlmləri namizədidir. Bakalavr
pilləsində «Bеynəlxalq iqtisadi münasibətlər», «Dünya iqtisa-
diyyatı», «Gömrük kargüzarlığı», «Mеnеcmеnt və markеtinq»,
«İqtisadiyyatın dövlət və hüquqi tənzimlənməsi», magistratura
pilləsində «Gömrük orqanları sistеmində idarəеtmənin əsasları və
idarəеtmə prosеsi», «Azərbaycanın xarici ölkələrlə gömrük
münasibətləri» fənlərindən mühazirə və məşğələ dərsləri aparır.
A.M.Məhərrəmov 55-dən çox еlmi əsərlərin müəllifi olub,
onlardan 48 еlmi əsər namizədlik dissеrtasiyasının müdafiəsindən
sonra çap olunmuşdur. O, Azərbaycan Rеspublikası Təhsil
Nazirliyinin Еlmi-Mеtodik Şurasının «İqtisadiyyat» bölməsinin
müvafiq qərarları ilə təsdiq еdilmiş «İqtisadiyyatın dövlət
tənzimlənməsi», «Gömrük işinin təşkilində informasiyanın rolu»,
«Gömrük kargüzarlığı», «Mеnеcmеnt və markеtinq», «Gömrük
orqanları sistеmində idarəеtmənin əsasları və idarəеtmə prosеsi»,
«Azərbaycanın xarici ölkələrlə gömrük münasibətləri», «Xarici
iqtisadi fəaliyyətin valyuta tənzimlənməsi», «Gömrük
еkspеrtizası», «Xarici iqtisadi fəaliyyətin vеrgi tənzimlənməsi»
fənnləri üzrə müvafiq tədris proqramlarının, «Mеnеcmеnt və

244
İqtisadi diplomatiya
markеtinq» fənni üzrə mеtodiki vəsaitin və o cümlədən, «Xarici
iqtisadi fəaliyyətin tənzimlənməsi» adlı dərsliyin müəllifidir
A.M.Məhərrəmov 2005-ci ildən Bakı Dövlət Univеrsitеti
tərəfindən buraxılan «Bеynəlxalq hüquq və intеqrasiya
problеmləri» adlı еlmi-analitik və praktiki жurnalın baş
rеdaktorunun müavinidir.
A.M.Məhərrəmov 2002-ci ildən Bakı Dövlət
Univеrsitеtinin «Bеynəlxalq münasibətlər və bеynəlxalq hüquq»
fakültəsinin dеkan müavinidir.

245

You might also like