You are on page 1of 7

Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021.

№4

İNKLÜZİV SİNİFLƏRİN TƏŞKİLİNDƏ


MÜƏLLİM DƏSTƏYİNİN ROLU

ESMİRA TAHİROVA, ADA Məktəbi, Azərbaycan dili və ədəbiyyat şöbəsinin


rəhbəri və müəllimi. E-mail: etahirova@ada.edu.az
https://orcid.org/0000-0003-0023-685X
SEVİNC QULİYEVA, ADA Məktəbi, Azərbaycan dili və ədəbiyyat şöbəsinin
müəllimi. E-mail: srguliyeva@ada.edu.az
https://orcid.org/0000-0002-2226-9532
ƏRKİNAZ RƏSULZADƏ, ADA Məktəbi, Azərbaycan dili və ədəbiyyat
şöbəsinin müəllimi. E-mail:arasulzada@ada.edu.az
https://orcid.org/0000-0002-2669-654X

Məqaləyə istinad: ANNOTASİYA


Tahirova E., Quliyeva S.,
Rəsulzadə Ə. (2021). İnklüziv Çağdaş dövrümüzdə sağlamlığı məhdud olan uşaqların korreksiyası
siniflərin təşkilində müəllim və inkişafı üçün müsbət bir şərt olaraq inklüziv baxış meydana
dəstəyinin rolu. Azərbaycan
gəlmişdir. İnklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların digər
məktəbi. № 4 (697), səh. 91–97
uşaqlarla bir yerdə bərabərhüquqlu təhsil alması üçün imkan yaradır.
İnklüziv təhsil mühiti erkən uşaqlıq dövründə olanlar üçün mürəkkəb
təcrübədir. Bu prosesi səmərəli şəkildə təşkil etmək üçün valideynlərlə
qarşılıqlı əlaqə qurulması çox vacibdir. Həmin ünsiyyət və əməkdaşlıq
təlim prosesində yaranan problemləri görməyə, onların həlli yolunda
uğurlu addım atmağa səbəb olacaq. Sağlamlıq imkanı məhdud olan
uşaqların ehtiyaclarını qarşılamaq üçün mövcud problemlərin həll
yollarına kompleks şəkildə yanaşmaq lazımdır. Təlimin təşkili zamanı
müxtəlif fənlər üzrə qazanılan biliklərdən məqsədəuyğun şəkildə
istifadə edilməlidir. İnklüziv təhsilin məqsədi müxtəlif səbəblərdən
cəmiyyətdən kənarda qalan uşaqların cəmiyyətə adaptasiyasını həyata
keçirməkdir. Bunun üçün, ilk növbədə sağlamlıq imkanlarının
məhdudluğunun səbəb olduğu “sosial dislokasiya”nı aradan qaldırmaq
və öyrənənin xüsusi təşkil olunmuş təhsildən səmərəli istifadəsini
təmin etmək lazımdır.
Məqalə tarixçəsi
Göndərilib: 24.05.2021 Açar sözlər: İnklüziv təhsil, məktəb, müəllim, dəstək, metod.
Qəbul edilib: 29.09.2021

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı


Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir.
Qrant № EİF-ETL-2020-2(36)-16/16/5-M-16

http://as-journal.edu.az 91
Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №4

THE ROLE OF TEACHER SUPPORT IN THE


ORGANIZATION OF INCLUSIVE EDUCATION

ESMIRA TAHIROVA, ADA School, Head and teacher of the Azerbaijani


language and literature department. E-mail: etahirova@ada.edu.az
https://orcid.org/0000-0003-0023-685X
SEVINJ GULIYEVA, ADA School, Teacher of the Azerbaijani language and
literature department. E-mail: srguliyeva@ada.edu.az
https://orcid.org/0000-0002-2226-9532
ARKINAZ RASULZADE, ADA School, Teacher of the Azerbaijani language
and literature department. E-mail:arasulzada@ada.edu.az
https://orcid.org/0000-0002-2669-654X

To cite this article: AbSTRACT


Tahirova E., Guliyeva S.,
Rasulzade E. (2021). The role of In our time, an inclusive approach has become a positive condition
teacher support in the organization for the correction and development of children with disabilities.
of inclusive education. Azerbaijan
Inclusive education provides children with disabilities with the
Journal of Educational Studies.
Vol. 697, Issue IV, pp. 91–97
opportunity to receive education on an equal basis with other children.
An inclusive learning environment is a challenging experience for
young children. It is important for children to understand the principle
of equality in education so that they can participate in inclusive
education. Interaction with parents is very important for the effective
organization of this process. Communication and collaboration
between teachers and parents will allow them to see problems in the
learning process and take successful steps to solve them. To meet the
needs of children with disabilities, it is necessary to take a
comprehensive approach to solving existing problems. During the
training, you should use the knowledge of different subjects in
accordance with your goals. The goal of inclusive education is to take
a child out of society for a variety of reasons. For this, first of all, it is
necessary to eliminate the “social dislocation” caused by disabilities
and ensure the effective use of special education by students.
Article history
Received: 24.05.2021 Keywords: Inclusive education, school, teacher, support, method.
Accepted: 29.09.2021

92 http://as-journal.edu.az
İnklüziv siniflərin təşkilində müəllim dəstəyinin rolu

Tədqiqat işinin məqsədi: Sağlamlıq imkanları məhdud uşaqların fərdi təhsil proqramı nəzərə
alınmaqla həm ümumi təhsil pilləsinə hazırlanmasında, həm də məktəbdənkənar fəaliyyətlərinin
inkişafında müəllimlərin rolunu araşdırmaq.
Tədqiqat işində qarşıya qoyulan problem: Sağlamlıq imkanları məhdud uşaqların təhsil və
sosial mühitə inteqrasiyası prosesinin reallaşdırılması üçün uşaqlara, onların ailəsinə müəllim və
psixoloqların köməyi ilə psixoloji və pedaqoji dəstəyin verilməsi.
Tədqiqata cəlb edilən mənbələr: Tədqiqat işinin yazılmasında bir sıra elmi, nəzəri ədəbiyyat
– inklüziv təhsillə bağlı məktəb islahatına dair dövlət sənədləri, kurikulum materialları, tanınmış
metodist alimlərin əsərləri.
Tədqiqat metodu: İnklüziv təhsildə təlimin səmərəli təşkil edilməsində səriştəli müəllimin
rolunu necə dəyərləndirmək olar? Tədqiqat işimizi bu sual ətrafında aparacağıq. Bu məqsədlə,
əsasən, təsviri metoddan istifadə etsək də, yeri gəldikcə müşahidə üsuluna da müraciət olunacaqdır.

GİRİŞ baxış bucağına, qarşılıqlı anlaşmaya malik olan


yüksək keyfiyyətli, hərtərəfli dəstəkləyici təlim
Çağdaş dövrümüzdə sağlamlığı məhdud olan prosesini qurmağı bacarmalı və bu şagirdləri
uşaqların korreksiyası və inkişafı üçün müsbət daim diqqət mərkəzində saxlamalıdırlar.
bir şərt olaraq inklüziv baxış meydana gəlmişdir. İnklüziv təhsildə əsas iş müəllim və şagirdin
Xüsusi təhsilə ehtiyac duyan uşaqların tipik ünsiyyəti prosesində baş verir. Müəllimin xüsusi
olaraq digər həmyaşıdları ilə eyni mühitdə qayğıya ehtiyacı olan uşaqlarla işləyə bilmək
təhsilə cəlb olunmasını qarşısına məqsəd qoyan üçün bilik və bacarığı kifayət qədər deyilsə, o,
inklüziv təhsil strategiyalarının qəbulu son tədris prosesində çətinliklərlə qarşılaşacaqdır.
onilliklərdə sürətlə artmışdır. Beləliklə də, fərqli Bunun qarşısını almağın yollarından biri
qabiliyyət və bacarıqları olan uşaqların vahid müəllimləri xüsusi təlimlərə cəlb etməkdir. Xü-
təhsil məkanında birləşməsinin müsbət pedaqoji susi qayğıya ehtiyacı olan uşaqlarda inklüziv
təsiri nəzərə çarpmaqdadır. İnklüziv təhsil hər təlim mühitinə adaptasiya prosesi getdiyi kimi,
bir uşağın qabiliyyət və ehtiyaclarından asılı o siniflərdə dərs deyən müəllimlərdə də bu
olmayaraq təhsil prosesində başqaları ilə birlikdə proses baş verməlidir.
fəal iştirakını nəzərdə tutur. 2018-ci ildə European Agency tərəfindən
Əlbəttə, təhsildə inklüziv yanaşmaların əsas “İnklüziv təhsil müəllimləri üçün professional
prinsipi hər bir uşağın maraqlarına hörmət öyrənmə” (“The Teacher Professional Learning
etməkdir. Təcrübə göstərir ki, fərdiləşdirilmiş for incluison”) adlı layihəyə start verilmişdir.
təlim, əhatəli öyrənmə, bərabərliyə təşviqetmə Bu layihəyə 25 ölkədən 52 ekspert cəlb
sinifdəki bütün şagirdlərə fayda gətirir. Məsələn, olunmuşdur (Boitumelo & Sourav, 2018). “Layihə
autizmli bir şagird öz yaşıdlarından ibarət olan müəllimin tədris etdiyi fənnindən, ixtisasından,
qrup ilə əhatə olunduqda özünü daha sakit hiss tədris edəcəyi yaş həddindən və çalışacağı
edə, digər şagirdlər isə sağlamlıq imkanları məktəbdən asılı olmayaraq, müəllim peşəsinin
məhdud olan insanlarla ünsiyyət qurmağı öyrənə məsuliyyətinə daxil olan əsas bacarıqları, bilikləri
bilərlər (Giangreco, Backus, Cichoski, Sherman, və anlayışları, dəyərləri inklüziv təhsil üçün
Mavropoulos, 2011). müəyyənləşdirmək məqsədi daşıyır”. Həmin
İnklüziv təhsillə bağlı təhsil strukturunun layihə tərəfindən bu məqsədlər əsasında inklüziv
nə qədər mükəmməl təşkil olunmasından, təhsil tədris üçün müəllim profili (The Profile of
siyasətinin nə qədər yaxşı iifadə olunmasından Inclusive Teachers) hazırlanmışdır. Bu profildə
asılı olmayaraq müəllimin fəaliyyəti müvafiq inklüziv təhsil üçün tədris prosesində müəllimin
olmadıqda sağlamlıq imkanları məhdud uşaq- işinin 4 əsas prinsip üzrə təşkil edilməsinin
ların tədris prosesinə effektiv uyğunlaşması məqsədəuyğun olduğu qeyd olunmuşdur (Boi-
mümkün olmur. Ona görə də təhsilverənlər tumelo & Sourav, 2018). Həmin prinsipləri belə
sağlamlıq imkanları məhdud uşaqlarla ortaq ümumiləşdirə bilərik:

http://as-journal.edu.az 93
Esmira Tahirova, Sevinc Quliyeva, Ərkinaz Rəsulzadə

1. Müxtəlifliyə dəyər vermək – şagirdlər də gözləməlidir. Bu işi pedaqoji ustalıqla elə


arasındakı fərq təhsil üçün bir qaynaq yerinə yetirməlidir ki, inklüziv şagird dərs
və dəyər kimi qəbul edilir. prosesində öz fəallığını saxlasın, öyrənməyə
olan motivasiyasını daim yüksək tutsun. Müəllim
Müxtəlifliyə dəyər vermək prinsipi başlıca sağlamlıq imkanları məhdud olan şagirdlərlə
olaraq onunla əlaqəlidir ki, müəllim sinifdə bağlı narahatlığını hər hansı formada hiss et-
şagirdlər arasında bərabərliyin yaranmasına dirmiş olarsa, bu, təhsilalanın dərs prosesindəki
şərait yaratmalıdır. O, tədris fəaliyyəti boyunca fəaliyyətinə mənfi təsir göstərər, bu kate-
təhsilalanlarda dinindən, irqindən, cinsindən, qoriyadan olan şagirdə həddindən artıq diqqət
fiziki quruluşundan asılı olmayaraq, bərabər ayrılması isə onlarda dərs prosesindən heç za-
şəkildə təhsil almaq hüquqlarının olması man yüksək nəticə ala bilməyəcəyi fikrini
düşüncəsini aşılamalıdır. Bu, inklüziv şagirdin formalaşdırar və müəllimdən asılılığa səbəb
həyatının sonrakı mərhələsində cəmiyyət ola bilər.
daxilindəki hüquqlarını daha dərindən anla-
masına, vəzifə və öhdəliklərini utanmadan 3. Başqaları ilə işləmək – əməkdaşlıq və
yerinə yetirməsinə səbəb ola, onlarla bərabər komanda işi bütün müəllimlər üçün
təhsil alan digər şagirdlərdə isə cəmiyyətdə vacib yanaşmalardır.
əqli və fiziki qüsurları olan insanlara başqaları
ilə eyni səviyyədə yanaşılması fikrinin forma- Buradakı başlıca məqsəd müəllim və valideyn
laşmasına kömək edə bilər. əməkdaşlığının müəllim tərəfindən qurulması,
Düşünürük ki, sağlamlıq imkanları məhdud şagird, müəllim və valideyn birliyinə komanda
olan şagirdlərin, eləcə də digər təhsilalanların kimi yanaşılmasıdır. Çünki təhsilverənlərin
gələcəkdə bir vətəndaş olaraq yetişməsində bu təhsilalanlar üçün yaratdığı imkan və şəraitin
prinsip başlıca rol oynayır. Çünki YUNESKO və davamlı olması, müəllim və valideynin birgə
UNİCEF tərəfindən qeyd edilmişdir ki, bu kate- hərəkət etməsi, şagirdlərin psixoloji vəziyyətinə
qoriyadan olan – dini, irqi və cinsi fərqli olan hər zaman diqqət yetirilməsi lazımdır. Bəzi hal-
şagirdlərin hər kəsin bərabər təhsil almaq larda komanda işinə psixoloq və ya pedaqoq
hüququna uyğun olaraq bir məktəbə getmələrini da qatıla bilər. Lakin başlıca məqsəd onların
təmin edə bilirik, lakin bu onların iqtisadi və birlikdə hərəkət etməsi və şagirdə eyni cür
sosial hədəflərinə çatmalarına, məsuliyyətli və yanaşmasıdır.
aktiv vətəndaşlıq mövqeyini nümayiş etdirə
biləcək bilik, bacarıq, dəyər və münasibətlər 4. Davamlı fərdi peşəkar inkişaf – tədris
əldə etmələrinə təminat vermir (Ben Yehuda, bir öyrənmə fəaliyyətidir və müəllimlər
Leyser, Last, 2010). Bu yanaşma yuxarıda qeyd ömür boyu öyrənmələri üçün
etdiyimiz fikirləri bir daha təsdiq edir: öncə məsuliyyət daşımalıdırlar.
müəllim bu fərqliliyə dəyər verməli, şagirdlər
arasında yaranan bərabərhüquqlu münasibət İnklüziv şagirdlərə dərs deyən müəllimlər
təhsil prosesindən sonrakı mərhələdə də davamlı həmişə öz peşəkar inkişafı barədə düşünməli,
olaraq qalmalıdır. daim yeni metodlar axtarışında olmalı və tədris
prosesində ən səmərəli öyrənmə yollarından
2. Bütün təhsilalanlara dəstək – istifadə etməlidirlər.
müəllim şagirdlərinin yüksək nailiyyət Müəllimlər məktəb rəhbərinin, həmkarlarının
əldə edəcəyini düşünməlidir. və valideynlərin dəstəyi ilə tədrisin keyfiyyətinə,
şagirdlərin nailiyyət dinamikasına nəzarət
Müəllim tədris edəcəyi materialın inklüziv etməklə və inkişaf üçün hədəflər müəyyən-
şagird tərəfindən qavranılmayacağı barədə ləşdirməklə öyrənmə maneələrini aradan qal-
düşünməməlidir. O bütün şagirdlərin potensialını dıra, eyni zamanda effektiv tədrisə dəstək verə
eyni səviyyədə görməli, digər şagirdlərdən əldə bilərlər. Onlar xüsusi ehtiyacları olan uşağın
edə biləcəyi nəticəni eyni ilə inklüziv şagirddən təhsil, sosial və emosional tələblərini qarşılamaq

94 Azərbaycan məktəbi. 2021. №4


İnklüziv siniflərin təşkilində müəllim dəstəyinin rolu

üçün yeni yollar müəyyən edə, təhsil mühiti nə digərlərindən fərqli hiss etməməsi ilə yanaşı,
olursa olsun, öz bacarığı, təcrübəsi ilə onu başqalarının onun fərqli olmadığını düşünməsi
faydalı, yaradıcı və maraqlı edə bilərlər. Bu də vacibdir.
prosesdə ən mühüm məsələ sağlamlıq imkanları İnklüziv təhsil zamanı müəllim daim
məhdud olan uşaqların ehtiyaclarını ödəmək valideynlərlə əlaqədə olmalıdır. Çünki tədris
üçün müəllimə dəstək olmaqdır. Xüsusilə Qərb prosesində yaradılmış dəstəkləyici mühitin evdə
ölkələrində adi məktəb müəllimlərinin müxtəlif də davam etdirilməsi vacib şərtdir. Bu zaman
bacarıqlara sahib şagirdlərlə effektiv şəkildə təhsilverənlər valideynlərdən şagirdin ehtiyacları
işləyə bilməsi və lazım olan səriştəni əldə etməsi ilə bağlı daha geniş informasiya ala və tədris
üçün xüsusi cəhdlər edilir. prosesində həmin informasiyadan yararlana
İnklüziv təhsil müəllimin qarşısına daha bilərlər. Valideynlərlə təkcə qruplar şəklində
məsuliyyətli vəzifə qoyur. O, sağlamlıq imkanları deyil, məqsədyönlü şəkildə fərdi iş də
məhdud olan şagirdləri dəstəkləmək üçün aparılmalıdır. Müəllim valideynlərin psixolo-
düzgün yolu seçməli və onları cəmiyyətə yararlı giyasında yaranan çatışmazlıqları aradan
vətəndaş kimi hazırlamağı bacarmalıdır. Müəllim qaldırmağa dəstək olmalı və sağlamlıq imkanları
sağlamlıq imkanları məhdud olan uşaqlara bir məhdud olan uşaqların cəmiyyətdə özünə yer
neçə istiqamətdə dəstək ola bilər: tutması üçün valideyn və ailə imkanından
1. Sosial; 2. Emosional; əlverişli şəkildə istifadə etməyi bacarmalıdır.
3. Öz bacarıqlarına inam formalaşdırılması; Yuxarıda qeyd olunan fikirlərdən də
4. Sağlamlıq imkanı məhdud olan uşaqla göründüyü kimi, inklüziv təhsilin hərəkətverici
digər uşaqların arasında qarşılıqlı münasibətlərin qüvvəsi müəllimin şagirdlərə verdiyi dəstəkdir.
yaxşılaşdırılması. Bu prosesdə müəllimin təcrübəsi ilə yanaşı,
Sosial dəstəyin əsas məqsədi uşağın cəmiy- düzgün strategiyasının olması və onu reallaşdıra
yətdəki mövqeyini anlaması üçün ona yardım bilməsi inklüziv təhsilin effektiv tətbiqinin
olunmasıdır. Bu prosesdə müəllimlərin psixo- dayağı hesab oluna bilər.
loqla və valideynlərlə birgə fəaliyyət göstərməsi Uğurlu inteqrasiya olunmuş təhsil mühitinin
çox vacibdir. yaradılması müəllimlərin, idarəçilərin və ailələrin
Sağlamlıq imkanları məhdud olan şagirdlərin cəlb olunduğu kompleks bir işdir. Bu baxımdan,
hər birinin emosional dəstəyə ehtiyacı daha xüsusi təhsil müəllimləri ilə ümumi təhsil
çox olur. Çünki özünün başqalarından daha zəif müəllimləri daim birlikdə işləməli, müsbət
olduğunu iddia edən təhsilalan daim özünə şagird mədəniyyətini formalaşdırmaq və vahid
qapanır və ünsiyyət qurmaqda çətinlik çəkir. tədris proqramını hazırlamaq üçün çalışma-
Müəllim belə vəziyyətlərdə şagirdlərə emosional lıdırlar. Nəzərə almaq lazımdır ki, inklüziv
dəstək göstərməli, onlarda yaranmış neqativ siniflərdə sağlamlıq imkanları məhdud olan
halları aradan qaldırmalıdır. Bundan başqa, şagirdlərin keyfiyyətli təhsil almasını təmin
müəllimlər tədris prosesi zamanı sağlamlıq etməkdə xüsusi təhsil müəllimləri əsas rola
imkanları məhdud olan təhsilalanlarda öyrənmə malikdirlər. Fərqli bacarıqlara sahib olan
bacarıqlarına inam formalaşdırmalıdır. Bu cür şagirdlərin ehtiyacları xüsusi təhsil müəllimi
inam formalaşmış şagirdlər artıq özlərini zəif və mütəxəssisin dəstəyi ilə təmin edilə bilən
hiss etmədiklərinə görə onlarda özünəinam mühitdə həyata keçirilməlidir. İnklüziv təhsilin
formalaşacaq. sağlamlıq imkanları məhdud olan uşaqlara
Sağlamlıq imkanları məhdud olan şagirdlər xidmət göstərməyin ən yaxşı yolu olub-olmaması
üçün ən önəmli məsələ onlarda kommunikativ ilə bağlı bəzi mübahisələr olsa da, onun təhsil
bacarıqların formalaşdırılmasıdır. Müəllim təkcə nəticələrini yaxşılaşdırdığına dair çoxsaylı dəlillər
belə şagirdlərlə deyil, bütün siniflə kollektiv var. Abt assosiasiyası tərəfindən 25 ölkədə apa-
şəkildə iş aparmalıdır. Bu zaman ətrafdakıların rılan 280-dən çox tədqiqatın qiymətləndiril-
sağlamlıq imkanları məhdud şagirdlərə olan məsinə əsasən inklüziv təhsil daha güclü riyaziy-
münasibətini tənzimləmək də mühüm məsələdir. yat və oxu bacarıqlarına, yüksək davamiyyətə,
Çünki bu kateqoriyadan olan şagirdin özünü eləcə də daha az davranış problemlərinə səbəb

http://as-journal.edu.az 95
Esmira Tahirova, Sevinc Quliyeva, Ərkinaz Rəsulzadə

olur (Ryan, 2010). İnklüziv təhsil sağlamlıq fəaliyyət üçün sinifdən çıxara, inklüziv mühitin
imkanları məhdud uşaqlar üçün akademik qorunmasına kömək məqsədilə qiymətləndirmə
müvəffəqiyyətin təşviqi ilə yanaşı, həm də sosial sənədlərində və qaydaların yerinə yetirilməsində
idrakın inkişafına kömək edir. ümumi təhsil müəlliminə kömək edə bilərlər.
İnklüzivliyin müsbət effekt göstərməsi üçün Daha çox əlaqə imkanları yaratmaq üçün dərsləri
güclü öyrənmə imkanlarını təmin edən əlverişli kiçik qruplara bölmək olar.
mühit və təlim modelləri yaradılmalıdır. Həm
xüsusi təhsil, həm də ümumi təhsil müəllimləri Təlimin qiymətləndirilməsi
qarşılıqlı hörmətə, inklüziv təhsil fəlsəfəsinə İnklüziv siniflərdə xüsusi təhsil müəllim-
qarşı açıq fikirlərə, eyni zamanda sağlamlıq lərinin digər rolu şagirdlərin akademik hədəflərə
imkanları məhdud uşaqların ehtiyaclarını nail olub-olmadığını müəyyənləşdirmək üçün
ödəmək üçün güclü inzibati dəstəyə və biliklərə müntəzəm qiymətləndirmələr aparmaqdır.
sahib olmalıdırlar. Xüsusi təhsil müəlliminin Çətinlik səviyyəsini müəyyən etmək üçün dərslər
iştirakı bir sıra sahələrdə birləşmiş tədris mühi- vaxtaşırı qiymətləndirilməlidir. Şagirdlər ümumi
tinin uğur qazanması üçün çox vacibdir: təhsil şəraitində özünəinam və müstəqillik hissi
qazanmalı, eyni zamanda kifayət qədər dəstək-
Tədris planının hazırlanması ləndiyini hiss etməlidirlər. Xüsusi təhsil
Xüsusi təhsil müəllimləri sağlamlıq imkanları müəllimləri, sağlamlıq imkanları məhdud
məhdud olan uşaqların ehtiyaclarının nəzərə uşaqların ailələri və digər müvafiq şəxslərin
alınmasının təmin olunması məqsədilə inklüziv iştirakı ilə vaxtaşırı iclaslar təşkil edərək təh-
siniflər üçün dərs hazırlamağa kömək etmə- silalanların planında düzəlişlərin edilməli olub-
lidirlər. Müəllimlər bütün şagirdlər üçün əlçatan olmadığını müəyyənləşdirməlidirlər.
tədris planı hazırlamaq məqsədilə birlikdə
işləyə və ya xüsusi təhsil müəllimi ümumi təhsil Şagird hüquqlarının müdafiəsi
müəlliminin dərs planında dəyişiklik edə bilər. Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları
Xüsusi təhsil müəllimi sağlamlıq imkanları məhdud olan təhsilalanların hüquqlarının müda-
məhdud uşaqlar üçün vizual, manipulyasiya, fiəçisi kimi çıxış edir. Həmin hüquqlara inklüziv
mətn və texnologiya mənbələri daxil olmaqla təhsilə təkcə müəllimlərin deyil, həm də məktəb
əlavə tədris materialları da hazırlamalı, tək- rəhbərlərinin, digər işçilərin ən yaxşı şəkildə
tək dərslərə nə vaxt ehtiyac ola biləcəyini müəy- necə cəlb olunmasını təmin etmək və bu prosesin
yənləşdirməlidir. Müəllimlər dərs hazırlayarkən nə dərəcədə vacib olduğunu onlara anlatmaq
şagirdlərin güclü, zəif tərəflərini, maraqlarını daxildir. Peşə inkişaf fəaliyyətinin tələb edilməsi,
və ünsiyyət metodlarını araşdırmalıdırlar. xüsusən də ümumi təhsil müəllimlərindən
Onların nailiyyətləri müvəffəqiyyət hədəfinə inklüziv təcrübələrin daha yaxşı mənimsə-
çatmaq üçün diqqətlə izlənilməlidir. nilməsini asanlaşdıran proqramlar hazırlamağı
tələb etmək və ya cəmiyyətin üzvlərinə inklüziv
Sinifdə təlimat tədrisin müvəffəqiyyət dərəcələri barədə
Sağlamlıq imkanları məhdud uşaqlara əhatəli məlumat vermək də şagird hüquqlarının
bir sinif otağı təşkil etmək üçün ümumi və müdafiəsi hesab edilə bilər.
xüsusi təhsil müəllimləri arasında geniş əmək-
daşlıq tələb olunur. Xüsusi təhsil müəllimləri NƏTİCƏ
tez-tez sağlamlıq imkanları məhdud olan
uşaqların yanında oturaraq onların inkişafını Əlilliyin tibbi modeli fərdə köklənir, onu
izləyir, hər hansı bir xüsusi təlimat və ya əlavə problemi olan insan kimi təsvir edir. Bu yanaşma
təlim materialları verirlər. Uşaqlar özünəməxsus şəxsin cəmiyyətdə fəal olmamasına şərait
ehtiyaclarına əsasən müxtəlif səviyyəli fərdi yaradan amilləri və ya maneələri nəzərə almır.
təlimat və yardım vasitəsilə daha yaxşı təlimə İnklüziv təhsil kontekstində isə tibbi yanaşma
cəlb olunurlar. Xüsusi təhsil müəllimləri əlilliyi olan uşaqların məktəbdə öyrənmək və
şagirdləri təkbətək dərslər və ya emosional səmərəli şəkildə iştirak etmək imkanlarını

96 Azərbaycan məktəbi. 2021. №4


İnklüziv siniflərin təşkilində müəllim dəstəyinin rolu

məhdudlaşdırır. Əlilliyə tibbi yanaşma insan amillərdəndir. Bu bir tərəfdən uşaqların


hüquqlarına əsaslanan yanaşmanın dinamikliyini kompleksdən uzaqlaşmasına kömək edir, digər
və kompleks xarakterini əks etdirmir, fərdə di- tərəfdən valideynlər emosional cəhətdən rahat
aqnozu əsasında baxmağımıza gətirib çıxarır. olur, uşaqları ilə ünsiyyətdə yeni təcrübə əldə
Nəticədə, uşaq əlilliyə görə damğalanır, maneələri edirlər. Dərsdən sonra valideynlər mütəxəssislərə
aradan qaldırmaq və təhsil sistemində islahat suallar verə, onları narahat edən məsələləri
aparmaq əvəzinə bu, problem kimi qəbul olunur. müzakirə edə, habelə informasiya və psixoloji
Yalnız əlilliyi olan uşaqlar deyil, bir çox məktəbli dəstək ala bilərlər.
də tədris prosesində çətinliklərlə üzləşir. Təlimi
yaxşılaşdırmaq üçün bu çətinliklər aradan Qeyd: Məqalə Təhsil İnstitutunun dəstəyi, Təhsil
qaldırılmalı, aparılan dəyişikliklər bütün uşaqlar İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin
üçün təlim şəraitinin yaxşılaşdırılmasına səbəb təcrübə və kommunikasiya platformasının təşkilatçılığı
olmalıdır. Əlilliyi olan uşaqlarla ayrıca məşğul ilə 22-25 aprel 2021-ci ildə keçirilən Təhsil İdarəçiliyi
olmaq üçün mütəxəssislər cəlb etməkdənsə, Beynəlxalq Konfransında təqdim edilib.
məktəbdə dərs deyən müəllimlərin peşəkarlıq
səriştəsi artırılmalıdır. Əlilliyi olan uşaq problem
deyil, əksinə, uşağın təhsil ehtiyaclarına cavab İstifadə edilmiş ədəbiyyat
vermədiyi üçün məktəb problem hesab edilir.
İnklüziv təhsilin təşkili zamanı təhsil müəssi- 1
Ben Yehuda, S., Leyser, Y., Last, U. (2010).
sələrinin aşağıdakı prinsiplərə əsaslanmasını Teacher educational beliefs and sociometric
məqsədəuyğun hesab edirik: status of special educational needs (SEN) in
1. Fərdi yanaşma prinsipi. inclusive classrooms // International Journal of
2. Uşağın müstəqil fəaliyyətinin Inclusive Education. Vol. 14, Iss. 1. P. 17—34.
dəstəklənməsi prinsipi. doi:10.1080/13603110802327339.
3. Bütün iştirakçıların təhsil prosesinə fəal
2
Boitumelo, M., & Sourav, M. (2018). University of
Botswana Gaborone, Republic of Botswana,
cəlb olunması prinsipi.
Journal of International Special Needs
4. Fənlərarası yanaşma prinsipi.
Education. Vol. 18, No. 2 pp. 60–72
5. Təlim və tərbiyə proseslərinin təşkilində 3
Glazzard, J. (2011). Perceptions of the barriers to
dəyişkənlik prinsipi: qrupda işləyən effective inclusion in one primary school: Voices
mütəxəssislər (pedaqoq, danışma tera- of teachers and teaching assistants
pevti, sosial pedaqoq, psixoloq, defektoloq) [Электронный ресурс] // Support for Learning.
mütəmadi olaraq uşaqlara diaqnoz qoyur. Vol. 26, Iss. 2. P. 56—63.
6. Ailə ilə tərəfdaşlıq prinsipi. 4
https://www.european-agency.org/
7. Uşaq bağçasının təhsil modelinin dinamik 5
Nochajski, S. (2001). Collaboration between
inkişafı prinsipi. team members in inclusive educational settings
[Electronic resource]. Occupational Therapy in
Məktəbəqədər uşaq müəssisələrində uşaq- Health Care. Vol. 15, no. 3–4, pp. 101–112.
ların fərdi xüsusiyyətlərini nəzərə alan xüsusi Available at: http://www.aaiddjournals.org/
şərait və metodlar yaradılmalı, oyunlar, yaradıcı doi/abs/10.1352/1934695566 48.1.14
fəaliyyətlər, musiqi dərsləri də daxil olmaqla (Accessed 21.10.2014).
6
Giangreco, M.F., Backus, L., Cichoski, K.E.,
kompleks fəaliyyətlər təşkil edilməlidir. Yaradılan
Sherman, P., Mavropoulos, Y. (2011).
qruplara mütəxəssislər rəhbərlik etməlidir:
Paraeducator training materials to facilitate
psixoloq, loqoped, defektoloq, musiqi direktoru. inclusive education: Initial field-test data //
Mütəxəssislərin valideynlərlə qarşılıqlı əlaqəsi Rural Special Education Quarterly. Vol. 30, no. 1,
təmin edilməli, uşaqlara müsbət münasibət pp. 14–23.
göstərmək, konstruktiv davranış, təsirli qarşılıqlı 7
Ryan, J. (2010).Establishing inclusion in a new
əlaqələrin gücləndirilməsi və valideynlərin school: The role of principal leadership.
məlumat dəstəyi əsas olmalıdır. Valideynlərin Exceptionality Education International, 2010.
dərsi əyləncəli edən oyunlarda iştirakı da vacib Vol. 20, no. 2, pp. 6–24.

http://as-journal.edu.az 97

You might also like