You are on page 1of 7

Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021.

№2

BƏDƏN TƏRBİYƏSİ VƏ İDMANIN


TƏDRİSİNDƏ HƏRƏKİ ADƏT VƏ
VƏRDİŞLƏRİN ROLU
GÜLNARƏ ƏLİXANOVA
Psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin
baş müəllimi. e-mail: gulnare.alixanova@mail.ru
https://orcid.org/0000-0002-5241-0250

Məqaləyə istinad: ANNOTASİYA


Əlixanova G. (2021). Bədən tərbiyəsi
və idmanın tədrisində hərəki adət Məqalədə bədən tərbiyəsi və idman fənninin tədrisinin orqanizmin
və vərdişlərin rolu. Azərbaycan harmonik inkişafında, təhsilalanların sağlamlığının qorunmasında,
məktəbi. № 2 (695), səh. 114–120
güclü şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyətə malik
olmasından bəhs edilir. Qeyd olunur ki, son dövrlərdə beynəlxalq
miqyasda əldə olunan nailiyyətlər aparılan təhsil islahatlarının qlobal
xarakterinin milli zəmin üzərində formalaşmış bəşəri mahiyyətini
göstərir. Bütün bunlar müasir Azərbaycan təhsilinin simasının dəyiş-
diyini ifadə edir. Aparılan ilkin araşdırmalar bu dəyişikliklərin məhz
müəllimin, şagirdin, valideynin, ümumiyyətlə, təhsildə marağı olan
bütün iştirakçıların psixoloji fəaliyyətində özünü göstərdiyini təsdiq
edir. Şəxsiyyətin maraq və ehtiyaclarını, arzu və istəklərini əsas
götürməklə təhsilalanların psixoloji mənafeyinə xidmət göstərmək
Azərbaycan təhsilinin qarşısında mühüm vəzifə kimi dayanır.

Açar sözlər: Fiziki inkişaf, psixi sağlamlıq, bədən tərbiyəsi, motiv,


Məqalə tarixçəsi
Göndərilib: 05.04.2021 məqsəd.
Qəbul edilib: 03.05.2021

114 http://as-journal.edu.az
Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №2

THE ROLE OF MOTOR HABITS IN THE


TEAcHING OF PHYSIcAL EDUcATION AND
SPORTS
GULNARA ALIKHANOVA
PhD in psychology, Senior lecturer of Azerbaijan State Pedagogical
University. e-mail: gulnare.alixanova@mail.ru
https://orcid.org/0000-0002-5241-0250

To cite this article: ABSTRAcT


Alikhanova G. (2021). The role of
motor habits in the teaching of The article discusses the importance of teaching physical education
physical education and sports. and sports in the harmonious development of the body, protecting
Azerbaijan Journal of Educational
the health of students, the formation of a strong personality. It is noted
Studies. Vol. 695, Issue II, pp. 114–120
that the recent achievements at the international level reflect the hu-
man nature of the global nature of educational reforms, formed on a
national basis. All this means that the image of modern Azerbaijani
education has changed. Preliminary research confirms that these
changes are reflected in the psychological activity of teachers, stu-
dents, parents, and all participants interested in education in general.
Serving the psychological interests of students based on the interests
and needs, desires and aspirations of the individual is an important
task for Azerbaijani education.

Article history
Keywords: Physical development, mental health, physical education,
Received: 05.04.2021 motive, purpose.
Accepted: 03.05.2021

http://as-journal.edu.az 115
Gülnarə Əlixanova

Giriş vacib olan tədbirləri düzgün icra etmək isə


müəllimlərin üzərinə düşür. Məsələn, məktəbdə
Dünyanın təhsil məkanında sadəcə bilik, ibtidai sinfin ilk illərindən şagirdlərə düzgün
bacarıqlar deyil, dəyərlər, səriştələr, vərdişlər yerimək, tullanmaq, dırmanmaq öyrədilməli,
şəxsiyyətin psixoloji inkişafında mühüm amillər habelə digər fiziki bacarıq və vərdişlərin
kimi qiymətləndirilir və bugünkü təhsilin təkmilləşdirilməsi üçün zəruri metodlar tətbiq
keyfiyyət göstəriciləri kimi qəbul edilir. Hazırda edilməli, təbii şəraitdə müxtəlif növ hərəkətlərin,
Azərbaycan özünün təhsil sistemini dünyanın oyunların, əyləncələrin öyrədilməsi üçün bacarıq
ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən və vərdişlər aşılanmalıdır.
istifadə etməklə təkmilləşdirir, məzmun və Fiziki tərbiyə müəllimləri və məşqçilər
struktur dəyişiklikləri mərhələlərlə aparılır. uşaqların, yeniyetmələrin fiziki və psixi inkişa-
Cəmiyyətimizin ehtiyac və tələbatlarına fında, sağlamlığının qorunmasında, orqanizmin
uyğun təhsil sisteminin qurulmasında demok- fizioloji tamlığının saxlanılmasında, idman
ratiklik, inteqrasiya, diferensiallaşma, fərdiləşmə, nailiyyətlərinin qazanılmasında məşqlərin
humanistləşmə və humanitarlaşma mühüm səmərəli aparılmasına və fiziki yükün məşq-
pedaqoji-psixoloji prinsiplər kimi nəzərə alınır. lərarası psixoloji cəhətdən düzgün bölüşdü-
Əlbəttə, bunlar təhsil müəssisələrində keçirilən rülməsinə xüsusi diqqət yetirməlidirlər. Buna
bədən tərbiyəsi və idman dərslərinə də öz nail olmaq üçün müəllim və məşqçilərdən insan
təsirini göstərir. Çünki idman insanları həm orqanizminin psixoloji xüsusiyyətləri və inkişaf
fiziki, həm psixoloji, həm də mənəvi cəhətdən istiqamətləri haqqında geniş informasiya baza-
yüksəldən bir vasitədir. İdmanla məşğul olan sına malik olmaq, innovativliyi qorumaq və
hər bir şəxs həm özünün fiziki sağlamlığını psixoloji inkişafa zəmin yaratmaq tələb olunur.
təmin edir, həm də cəmiyyətdə idmanın, bədən Fiziki tərbiyə dərslərini proqram əsasında,
tərbiyəsinin insan üçün psixoloji cəhətdən nə müasir tələblərə uyğun və düzgün metodoloji
qədər lazımlı olduğunu sübut edir. Bədən və psixoloji yanaşma ilə təşkil etmək, şagird-
tərbiyəsi, hər bir sivil xalqda olduğu kimi, Azər- yönlülüyə xidmət edən stimullaşdırıcı, səmərəli
baycan vətəndaşlarının da həyat tərzinin mühüm və inkişafetdirici oyunlar qurmaqla daha maraqlı
bir hissəsidir (Quliyev, 2009). etmək, keyfiyyətli tədrisin əldə olunmasına
İdmanla məşğul olmaq uşaqların fizioloji və zəmin yaratmaq mümkündür. Bunları həyata
psixoloji sağlamlığı üçün çox faydalıdır. Uşaq keçirmək üçün fənn müəllimlərindən yüksək
və yeniyetmələrin idmana istiqamətləndiril- səviyyədə işgüzarlıq, zəhmətkeşlik, əzmkarlıq,
məsini zəruri edən amilləri aşağıdakı kimi psixoloji cəhətdən özünəinam, şəxsiyyətyönlü
qruplaşdırmaq olar: yanaşma təfəkkürü və əsl pedaqoji-psixoloji
• özünəgüvənin, mənlik dəyərinin artmasına qabiliyyətlər tələb olunur (Qoqunov, 2005).
təsir edir; Fiziki tərbiyə kurikulumu ümumtəhsil
• liderlik bacarığını formalaşdırır; məktəblərində şagirdlərin hərəki bacarıq və
• xarakterdə müsbət xüsusiyyətlərin forma- vərdişlərinin formalaşması, hərəki qabiliyyətlərin
laşmasına təsir göstərir; inkişaf etdirilməsi, sağlamlığın qorunması və
• yaşıdlarla dostluq münasibətləri qurmaq reabilitasiyası üzrə fəaliyyətləri istiqamət-
bacarığı formalaşdırır; ləndirən konseptual sənəddir.
• fiziki görünüşə müsbət təsir göstərir. Fiziki tərbiyə kurikulumu nəticəyönlü xarak-
Bədən tərbiyəsi və idman orqanizmin har- terə malikdir. Bu sənəddə məzmun materialları
monik inkişafında, möhkəmləndirilməsində, bacarıqlar formasında ifadə edilmişdir. Bu zaman
məktəblilərin psixoloji tərbiyəsinin və sağlam- fiziki tərbiyə fənninin təlimi prosesində
lığının qorunmasında, mənəviyyatın və əzm- şagirdlərin idraki, emosional, xüsusən də psixo-
karlığın formalaşmasında da çox mühüm əhə- motor fəaliyyələrinin nəzərə alınması diqqət
miyyətə malikdir. Bu xüsusiyyətləri aşılamaq, mərkəzində saxlanılmışdır.

116 Azərbaycan məktəbi. 2021. №2


Bədən tərbiyəsi və idmanın tədrisində hərəki adət və vərdişlərin rolu

Kurikulumun hazırlanmasında başlıca isti- biliklərə, metodlara yiyələnmə özünün “sağlam


qamət şagirdlərə yönəldilmişdir. İlk növbədə olmaq məsuliyyəti”ni dərk edən, “psixoloji
ümumi təlim nəticələrinin, sinif standartlarının sağlamlıq mədəniyyəti”nə malik olan gənclərin
hazırlanmasında şagird fəaliyyətinin izlənməsi, cəmiyyətə psixoloji inteqrasiyası üçün mümkün
inkişaf etdirilməsi əsas götürülmüşdür. Eləcə şərait yaradır.
də təlim strategiyasında, nailiyyətlərin qiymət- 5. Fiziki tərbiyənin tətbiqi əhəmiyyəti.
ləndirilməsində şagirdlərin bir subyekt kimi Hazırda yüksək fiziki və psixoloji hazırlıq tələb
bütün fəaliyyətlərin mərkəzində dayanması edən peşə sahələri mövcuddur. Orduda, ölkənin
zəruri tələb kimi nəzərə alınmışdır. müdafiəsində, güc strukturlarında, fövqəladə
1. Fiziki tərbiyənin əhəmiyyəti. Fiziki hallarda xilasetmə xidmətləri və s. belə fəaliyyət
tərbiyənin insanın harmonik fiziki və psixi sahələrinə aiddir. Qeyd olunan fiziki hazırlığın
inkişafını təmin etməklə, mənəvi-iradi əsası isə insanın fiziki və psixi inkişafının daha
dayanıqlılığını formalaşdırmaqla cəmiyyətdə intensiv dövrünə təsadüf edən ümumtəhsil
müstəsna əhəmiyyətə malik olması, ilk növbədə məktəblərində, fiziki tərbiyə prosesində qoyulur.
onun xarakterik xüsusiyyətləri ilə əlaqədardır. Həyati əhəmiyyət kəsb edən bacarıqların
2. Fiziki tərbiyənin yüksək fərdi xüsu- formalaşdırılması fiziki və psixoloji hazırlığın
siyyətlərin formalaşmasında əhəmiyyəti. artırılması həyatda rast gəlinməsi mümkün
Ümumtəhsil müəssisələrində fiziki tərbiyənin olan ekstremal şəraitlərdə insanın uğurlu
tədrisi qarşısında qoyulan əsas məqsədlərdən fəaliyyətinə önəm yaradır.
ən əhəmiyyətlisi vətənini, xalqını, millətini 6. Fiziki tərbiyənin mahiyyəti, məqsədi
sevən, fiziki və psixoloji cəhətdən hazırlıqlı, və vəzifələri. Ümumtəhsil məktəblərində
nümunəvi əxlaqi davranışa və qarşılıqlı şagirdlərin fiziki və psixoloji tərbiyəsi böyüyən
münasibətlərə malik, mübariz və tolerant insan nəslin sağlamlığını, fiziki hazırlığını özündə
tərbiyə etməkdir. Kollektivin, komandanın birləşdirən psixoloji-strateji əhəmiyyətə malik
mənafeyi uğrunda mübarizə, vətənpərvərlik, sahələrdən biridir. Fiziki tərbiyənin əsas məqsədi
rəqibə hörmət, tolerantlıq, mübarizlik və çevik şagirdlərin hərtərəfli fiziki və psixi inkişafının,
qərar qəbul edərək onu reallaşdırmaq kimi hərəki mədəniyyət və mənəvi, emosional-iradi
fərdi xüsusiyyətləri formalaşdırır. xüsusiyyətlərinin formalaşdırılmasının təmin
3. Fiziki tərbiyənin sağlamlaşdırıcı və edilməsidir. Bu fənnin tədrisi ayrı-ayrı təhsil
inkişafetdirici əhəmiyyəti. Optimal hərəkət, səviyyələrində şagirdin fiziki və psixi inkişafı
fiziki yük insanın psixomotor fəaliyyətinin ilə əlaqədar aşağıdakı fərqli səciyyəvi xüsusiy-
formalaşmasında mühüm rol oynayır. Ayrı-ayrı yətlərə malikdir:
hərəki qabiliyyətlərin inkişafına yönəlmiş fiziki • tam orta təhsil səviyyəsində idman növlərində
yükün dərs prosesində tətbiqi qan dövranının texniki, taktiki, psixi fəaliyyətlərin və hərəki
intensivləşdirilməsi ilə orqanizmin inkişafını qabiliyyətlərin yaş qrupunun fərdi psixoloji
təmin edən maddələr mübadiləsini və müxtəlif tələblərinə müvafiq təkmilləşdirilməsi nə-
funksional sistemlərin işini xeyli yaxşılaşdırır. zərdə tutulur. Bu mərhələdə fənnin tədrisinin
Bu cəhətdən də müntəzəm fiziki yük inkişafda səciyyəvi psixoloji xüsusiyyətləri də diqqətə
olan orqanizmin sağlamlığı və möhkəmlən- alınmalıdır;
dirilməsi üçün olduqca zəruri psixoloji əhəmiyyət • sağlamlığın möhkəmləndirilməsi, hərəki
daşıyır. qabiliyyətlər, onların psixoloji inkişafı metod-
4. Fiziki tərbiyənin maarifləndirici əhə- ları, müstəqil məşğələlərin təşkili biliklərinin
miyyəti. Fiziki tərbiyə prosesində insan sağ- təkmilləşdirilməsi;
lamlığı və ona təsir edən amillər haqqında geniş • fiziki, psixoloji hazırlığın təkmilləşdirilməsi
informasiyanın əldə edilməsi, sağlamlığın qorun- və düzgün qamətin formalaşdırılması meto-
ması, möhkəmləndirilməsi və reabilitasiyası dikasından istifadə etmək bacarığına yiyə-
üçün psixoloji vasitələrdən istifadəyə dair lənməsi;

http://as-journal.edu.az 117
Gülnarə Əlixanova

• fiziki yükün icrası zamanı orqanizmin funk- • Orta təhsil pilləsində hərəki bacarıq və vər-
sional vəziyyətinə nəzarət və sadə psixoloji dişlər təkmilləşdirilir, şəraiti təhlil etmək və
bərpa vasitələrindən istifadəetmə bacarığının çevik qərar qəbul etmək bacarığı, kollektiv
formalaşdırılması; fəaliyyət zamanı məsuliyyət hissi, rəqibə
• ilk tibbi yardım üsullarından istifadənin tək- hörmət, vətənə sevgi və məhəbbət hisləri
milləşdirilməsi; tərbiyə olunur.
• komandalı fəaliyyət zamanı qarşılıqlı əmək- Bədən tərbiyəsi dərsləri və idman məşğələləri
daşlıq formasından istifadə bacarığına yiyə- fəaliyyətin digər növlərindən özünün kəskin
lənilməsi; və qüvvətli psixoloji emosionallığı ilə fərqlənir.
• psixoloji hərəki mədəniyyət fəaliyyətinin İdman fəaliyyəti prosesində orqanizmdə bir
təkmilləşdirilməsi; sıra psixoloji dəyişikliklər baş verir, ümumi
• ekstremal şəraitlərdə fiziki və mənəvi, emo- gümrahlıq artır. Bədən tərbiyəsi dərsləri və id-
sional-iradi potensialı reallaşdırmaq bacarı- man fəaliyyətində icra ediləcək hərəkətlərin
ğının formalaşdırılması. ritmi zahiri görünüşə də təsir edir. Ümumiyyətlə,
Bu təhsil səviyyəsində psixoloji hərəki bacarıq məşğul olduğu idman növündən asılı olmayaraq
və vərdişlər təkmilləşdirilir, hərəki qabiliyyətlərin hər bir idmançının nümayiş etdirdiyi hərəkət,
dinamik inkişafı təmin edilir. Hərəkətlərin tə- ilk növbədə özünün zahiri əlamətlərinin gözəlliyi
yinatı və məqsədyönlü istifadəsi haqqında ilə seçilməlidir (İlin, 2010).
biliklər mənimsənilir. Bu və ya digər idman Məişət, əmək hərəkətləri ilə yanaşı idman
vərdişləri də insanın həyat və fəaliyyətində
növünə psixoloji uyğunluq, meyil və maraq
mühüm rol oynayır. İdman vərdişlərinə yiyə-
müəyyənləşdirilir. Eyni zamanda şagirdlərin
lənməklə insanda yeni hərəkət formalarının
potensial imkanlarının reallaşdırılması üçün
təşəkkülü və hərəki aparatın yüksək inkişafı
lazımi şərait yaradılır, seçmə və idman orien-
təmin olunur. Vərdişlər yarandıqda hərəkətlər
tasiyası təmin edilir. Fənnin tədrisi şagirdlərdə
avtomatlaşır. Lakin icra olunan fəaliyyət yenə
mübarizlik ruhu, mənəvi, emosional-iradi
də şüurlu fəaliyyət olaraq qalır. Bununla belə
keyfiyyətlər, şəraiti təhlil etmək və çevik qərar
insanların yiyələndikləri hərəkət vərdişlərinin
qəbul etmək bacarığı, məsuliyyət hissi, rəqibə bir qismi, məsələn: yerimək, geyinmək, bədəni
hörmət, vətənə sevgi və məhəbbət hisləri oyadır. müvafiq vəziyyətdə saxlamaq kimi məişət
7. Fiziki tərbiyənin reabilitasiya əhə- vərdişləri dəfələrlə təkrarlanaraq tam avtomat-
miyyəti. Ümumtəhsil müəssisələrində müəyyən laşmış prosesə çevrilir. İdmanla bağlı vərdişlər
fiziki qüsuru olan və ya zədələnmələrə məruz daim icra edilən işə məsuliyyətli psixoloji müna-
qalmış insanlarda dayaq-hərəkət aparatındakı sibət bəsləməklə bağlı olur. Məhz ona görə də,
problemlər, müəyyən xəstəlikdən sonrakı zəruri idman vərdişləri həmişə şüurlu icra edilən iş
hərəki reabilitasiya fiziki və psixoloji tərbiyə kimi hafizədə qalır. Bu zaman idmançının öz
vasitəsi ilə aradan qaldırılır. hərəkətlərini psixoloji cəhətdən dərk etməsi
“Azərbaycan Respublikasında ümumi təhsilin zərurəti meydana çıxır.
Konsepsiyası (Milli Kurikulumu)” çərçivə İdman vərdişlərinin əsası planlı şəkildə
sənədində müəyyən edilmişdir ki, ümumi təhsil məktəb illərində qoyulduğundan bədən tərbiyəsi
məktəblərində fiziki tərbiyənin tədrisi vasitəsilə: müəllimləri və məşqçilər şagirdlərdə ilkin idman
• İbtidai təhsil pilləsində sağlamlığın möh- vərdişlərinin düzgün təşkilinə ciddi fikir vermə-
kəmləndirilməsi və qorunmasında fiziki lidirlər (Shaboltas, 1998). Pedaqoji–psixoloji
tərbiyənin mühüm amil olduğunun dərk ədəbiyyata görə idman fəaliyyətində hərəki
edilməsi təmin olunur. vərdişlərin yaranması dörd mərhələdən keçir
• Əsas təhsil pilləsində fiziki tərbiyənin hərəki (İsmayılov, 1994).
bacarıq və vərdişlərin şəxsiyyətin forma- I mərhələ – öyrənilməli olan vərdişlər
laşmasında mühüm amil olduğu haqqında haqqında dəqiq və sistemli təsəvvürlərin yara-
biliklər zənginləşdirilir. dılması;

118 Azərbaycan məktəbi. 2021. №2


Bədən tərbiyəsi və idmanın tədrisində hərəki adət və vərdişlərin rolu

II mərhələ – nəzəri biliklərin əməli tətbiqi mışdır. Hipodinamiya və hipokineziyanın


və hərəki proseslərdə nümayiş etdirilməsi; azalması da bu xəstəliklərin artmasında rol
III mərhələ – hərəki vərdişlərin ən kiçik oynayır. Uşaq oturaq vəziyyətdə uzun müddət
səhvlərə yol vermədən, avtomatlaşmış halda, dayanırsa, tədricən skolioz və kifoz xəstəlikləri
yüksək ritm, temp və psixoloji savadlılıqla icrası; meydana gəlir. Ona görə çalışmaq lazımdır ki,
IV mərhələ – avtomatlaşma səviyyəsinin id- uşaqlar aktiv həyat tərzi keçirsinlər, fiziki
man növünün tələblərinə, idmançının şəxsi hərəkətli oyunlara üstünlük versinlər.1
keyfiyyətlərinə müvafiq tərzdə qorunması. Uşağın düzgün fiziki inkişafı onurğa sütunu
Hər bir mərhələnin təşkilində və müvəf- əyriliyinin gözəl profilaktikasıdır. Bunun üçün
fəqiyyətlə başa çatdırılmasında sözdən isti- uşaq təmiz havada çox olmalı, qaçmalı, hərəkətli
fadənin psixoloji rolu da nəzərə alınır. Ona görə oyunlarda, gəzintilərdə iştirak etməli, gündəlik
də şərhetmə və izahat işlərinin mərhələlərlə səhər idmanı ilə məşğul olmalıdır. Bütün bunlar
həyata keçirilməsi zamanı fərdi xüsusiyyətlərin bədənin müxtəlif əzələ qruplarının kifayət qədər
ayrı-ayrılıqda nəzərə alınması başlıca məsələdir. möhkəmlənməsinə və qamətin düz olmasına
Şagirdlərdə idman bacarığı və vərdişlərinin bu kömək edir.
sahəyə olan maraqdan asılılığı məktəb prak- Üzgüçülüklə məşğul olmaq bütün bədən
tikasında xüsusi əhəmiyyət kəsb edir (Shaboltas, əzələlərini, tənəffüs və ürək-damar sistemini
1998). möhkəmləndirir, bədənin müqavimətini artırır,
Təhsilalanlarda tam hərəki obrazların yaran- habelə bəzi hallarda onurğa sütununda olan
ması çox zaman müəllimin hərəkəti necə icra problemləri aradan qaldırır. Uşaqda normal
etməsindən və göstərməsindən asılı olur. qamətdən kiçik kənaraçıxmalar olarsa, başlan-
Hərəkətləri sözlə təsvir edib qavramaq şagird- ğıcda onları sadə fiziki idman hərəkətləri ilə
lərdə real obrazların fərqli təsəvvürlərini for- aradan qaldırmaq olar.
malaşdırır. Ona görə də şagirdlər idman hərə- İdmanla məşğul olmaqdan əlavə, məktəbyaşlı
kətlərinin mənimsənilməsi prosesində icrasına uşaqlarda onurğa sütununda əyilmənin qarşısını
başladığı fiziki hərəkətin, mütəhərrik idman almaq üçün onlara düzgün tədris və istirahət
oyunlarının yerinə yetirilməsi üçün lazım olan rejimi yaratmaq lazımdır. Əgər uşaq uzun müd-
fəndlərin tətbiqini bilməli, qarşıya çıxan çətin- dət hərəkətsiz vəziyyətdə qalırsa, bu, onurğa
likləri dərk etməli, mövcud vəziyyətə düzgün sütununa da mənfi təsir göstərir. Şifahi və yazılı
qiymət verməyi bacarmalıdırlar. tapşırıqları növbələşdirməklə, məktəb məşğə-
Son dövrlər orta məktəb şagirdlərinin ço- lələri ilə ev tapşırıqlarının yerinə yetirilməsi
xunda, həm ibtidai, həm də yuxarı sinif şagird- arasında da kifayət qədər vaxt verməklə bu
lərində onurğa əyriliyi, kifoz və skolioz kimi problemin qarşısını almaq olar.
arzuolunmaz xəstəliklər açıq şəkildə özünü
göstərir. Buna səbəb məktəblilərin vaxtlarının Nəticə
çoxunu (məktəb dərslərində, evdə ev tap-
şırıqlarını yerinə yetirərkən, uzun müddətli Tədqiqat prosesindən belə nəticəyə gəlmək
kompüter arxasında) oturaq vəziyyətdə keçir- olar ki, idman və fiziki tərbiyədə qazanılan
məsidir. Nəticədə bel əzələləri düzgün forma- hərəki adət və vərdişlər sayəsində müvafiq
laşmır, skolioz, kifoz kimi qamət pozulması baş davranış formalaşır ki, onu da asanlıqla dəyişmək
verir. mümkün olmur. Məsələn, təhsilalanlar sağ-
Məktəbyaşlı uşaqlarda düzgün oturma baca- lamlaşdırıcı vasitələrdən sistemli şəkildə istifadə
rığı olmadığından, onların onurğa sütunu bir etməyi, hərəkətləri və oyunları qaydalara mü-
çox hallarda deformasiyalara məruz qalır. Uşaq- vafiq qurmağı bacarır. Fiziki tərbiyə insanın
ların oturuşuna evdə valideynlər, bağçada və
məktəbdə isə müəllimlər nəzarət etməlidirlər. .......................................................................................................................................
Uşaqlar arasında son illər fiziki aktivlik azal- 1 https://saglamolun.az/index.php/

http://as-journal.edu.az 119
Gülnarə Əlixanova

fiziki cəhətdən təkmilləşməsinin idarə olun-


masının ümumi qanunauyğunluqlarına əsas-
lanan bir elm olduğundan ümumi pedaqoji
qanunauyğunluqlara istinad edir. Səmərəli
qurulmuş fiziki tərbiyə prosesi vətənini, xalqını,
millətini sevən, fiziki cəhətdən hazırlıqlı,
nümunəvi davranışa malik, mübariz və tolerant
insan tərbiyə etmək kimi məqsədlərin həyata
keçirilməsi üçün zəruri şəraitin yaradılmasına
imkan verir.

İstifadə edilmiş ədəbiyyat

1
İsmayılov, T.M. (1994). Azərbaycanda İdman
Psixologiyasının bəzi aktual məsələləri. Bakı:
ADBTİ, 162 s.
2
Quliyev, B.S. (2009). Fiziki tərbiyənin nəzəri–
metodik və praktik işlərin əsasları. Bakı. “ADPU”
nəşriyyatı, 314 s.
3
Nəsrullayev, M.Ə. (2003). Məktəblilərin fiziki
tərbiyəsi. Dərs vəsaiti. Bakı. “ADPU” nəşriyyatı,
268 s.
4
https://saglamolun.az/index.php/
5
İlin, Y.P. (2010). Psixologiya sporta. Sankt-
Peterburg: Piter, 352 s.
6
Qoqunov, Y.N. (2005). Psixologiya fizicheskogo
vospitaniya i sporta. M: Akademiya, 224 s.
7
Radionov, A.V. (2015). Sportivnaya psixologiya.
Uchebnik dlya akademicheskogo bakalavriata.
M.Yurayt, 431 s.
8
Shaboltas, A.V. (1998). Motivı zanyatiya
sportom vısshix dostijeniy v yunosheskom
vozraste. M: SPb. 184 s.

120 Azərbaycan məktəbi. 2021. №2

You might also like