You are on page 1of 8

Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021.

№3

TƏLƏBƏLƏRİN İNGİLİS DİLİ


BACARIQLARININ
QİYMƏTLƏNDİRİLMƏSİNDƏ
ÇƏTİNLİKLƏR VƏ MÜASİR TƏLƏBLƏR

FƏRİDƏ HÜSEYNOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Davamlı təhsil və innovasiyalar
şöbəsinin baş mütəxəssisi, pedaqogika üzrə fəlsəfə doktoru, Təhsil
İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantı.
e-mail: feridehuseynova21@gmail.com
https://orcid.org/0000-0002-0250-3467

Məqaləyə istinad: ANNOTASİYA


Hüseynova F. (2021). Tələbələrin
ingilis dili bacarıqlarının Ali pedaqoji təhsildə tələbələrdə ən vacib kompetensiyalardan biri də
qiymətləndirilməsində çətinliklər və ingilis dilinin keyfiyyətli şəkildə mənimsənilməsidir. Tələbə nailiyyət-
müasir tələblər. Azərbaycan
lərinin obyektiv qiymətləndirilməsi ali təhsildə müasir təhsil paradiq-
məktəbi. № 3 (696), səh. 41–48
malarından biri hesab edilir və onların akademik səviyyələri haqqında
etibarlı məlumatları təmin edir. Bu keyfiyyətin əsas amili isə ingilis
dilinin qazanılma səviyyələrini düzgün müəyyən edən obyektiv
qiymətləndirilmə prosesidir. Bu tədqiqat işinin məqsədi ali pedaqoji
təhsildə tələbələrin ingilis dilindən bilik və bacarıqlarının qiymətlən-
dirilməsində qarşıya çıxan problemlərin araşdırılması və təhlillərin
nəticələrini təqdim etməkdir. Qiymətləndirmə tədrisdə ən çox mübahisə
doğuran bir sahə olduğu üçün bu istiqamətdə səmərəli araşdırma
problemlərin həllinə kömək edə bilər. Tədqiqatda anket sorğularının
həyata keçirilməsində 16 tələbə, 5 müəllim iştirak etmiş, qısa müsahibə
və açıq suallardan istifadə olunmuşdur. Suallar ingilis dilinin tədrisində
yeni məzmunun qazanılması, təlim nəticələrinə uyğun qiymətləndirmə
növlərinin düzgün tətbiqi və davamlı qiymətləndirmədə müəllimin
metodiki işinin təşkilinə hədəflənmişdir. Məqsəd tələbələrin bu sahədə
üzləşdikləri problemləri və çatışmazlıqları aradan qaldırmaq, beynəlxalq
qiymətləndirmə prinsiplərini, yeni strategiyaları və yanaşmaları izah
etməkdir.

Açar sözlər: Dil bacarıqları, formativ qiymətləndirmə, kompetensiya,


Məqalə tarixçəsi
Göndərilib: 24.05.2021 təhsil paradiqmaları, kurikulum.
Qəbul edilib: 10.07.2021

http://as-journal.edu.az 41
Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №3

THE CHALLENGES AND MODERN


REQUIREMENTS OF THE STUDENTS’
ENGLISH LANGUAGE ASSESSMENT

FARIDA HUSEYNOVA
Azerbaijan State Pedagogical University, Head Specialist of the Department
of Continuing Education and Innovations, PhD.
e-mail: feridehuseynova21@gmail.com
https://orcid.org/0000-0002-0250-3467

To cite this article: ABSTRACT


Huseynova F. (2021). The challenges
and modern requirements of the One of the most important competencies in students in higher peda-
students’ english language gogical education is the quality of English. Objective assessment of
assessment. Azerbaijan Journal of
student achievement is considered one of the modern educational
Educational Studies. Vol. 696,
Issue III, pp. 41–48
paradigms in higher education and provides reliable information about
their academic levels. The main factor of this quality is the process of
objective assessment, which correctly determines the level of English
language proficiency. The purpose of this research is to investigate
the problems encountered in the assessment of students' knowledge
and skills in English in higher pedagogical education and to present
the results of the analysis. As assessment is one of the most contro-
versial areas of teaching, effective research in this area can help solve
problems. 16 students and 5 teachers participated in the survey, short
interviews and open-ended questions were used in the survey. The
questions are aimed at gaining new content in teaching English, the
correct application of assessment types in accordance with the learn-
ing outcomes and the organization of the teacher's methodical work
in continuous assessment. The aim is to identify the problems and
shortcomings faced by students in the assessment process, to briefly
describe new approaches to the assessment of English language
skills, to compare different methods of international practice, to explain
the principles of assessment, new strategies and approaches.

Keywords: Language skills, formative assessment, competence,


Article history
Received: 24.05.2021 educational paradigms, curriculum.
Accepted: 10.07.2021

42 http://as-journal.edu.az
Tələbələrin ingilis dili bacarıqlarının qiymətləndirilməsində çətinliklər və müasir tələblər

ALİ PEDAQOJİ TƏHSİLDƏ İNGİLİS DİLİNİN


TƏDRİSİ VƏZİYYƏTİ

Ali pedaqoji təhsildə ingilis dilinin qiymət-


ləndirilməsi müəllimlərin və tələbələrin dil
bacarıqlarının səviyyələri üzrə anlayışlarını,
gələcək tədris və öyrənmə sahələrinin hədəf-
lərini müəyyənləşdirmək üçün bir mexanizmdir.
İngilis dilinin inkişafı dedikdə, əsas hədəf kimi
tədris proqramı, tədris planı, dərsliklər, infra-
struktur və imtahan nəticələri başa düşülür.
İngilis dilinin düzgün öyrənilməsi sahəsində
kifayət qədər yeniliklər olsa da, qiymətləndirmə
ilə bağlı hələ də metodiki çatışmazlıqlar hiss
olunmaqdadır.
Qeyd etmək lazımdır ki, tədrisin keyfiyyəti SABAH qrupu tələbələrinin
və tələbələrin son nailiyyətləri haqqında məlu- Diaqram 1 2020-2021-ci illərdə ingilis dilindən
matlar tələbələrə, müəllimlərə, valideynlərə və qiymətləndirilməsi vəziyyəti
digər administrativ qruplara yalnız qiymət-
ləndirmə nəticələri vasitəsilə ötürülür. Bu
baxımdan, ingilis dilinin ali təhsildə qiymətlən-
Bundan əlavə, ali təhsildə ən çox gözlənilən
dirilməsində əldə edilən məlumat, əsasən, sadə
bir bacarıq kimi, akademik yazının mərhələləri,
dil bacarıqlarının qazanılması üzrə summativ
məsələn, essenin strukturu, problemin müəyyən
qiymətləndirməyə əsaslanır. Bu sahəni araşdıran
edilməsi, arqumentlər əsasında sərbəst yazı
tədqiqatçılar (Begum & Farooqui, 2008) ingilis
bacarıqlarını formalaşdıran fəaliyyətlərin çox
dilinin tədrisində yeni qiymətləndirmə mexa-
az tətbiqi bu sahədə qiymətləndirmənin düzgün
nizmlərinin tətbiqini və təsirini tələbələrin ef-
fektiv dinləmə, dialoqlarda səmərəli ünsiyyət, tətbiq edilməməsini sübut edir.
adekvat səlis nitq, mətnlərin qısa şərhi və yazılı Diaqram 1-dən göründüyü kimi, 2020-2021-
ünsiyyət kimi bacarıqlarını inkişaf etdirməkdə ci illərdə sorğu məqsədilə seçilmiş 39 tələbənin
görürlər. Qeyd olunan fikirlərdə tələbələrin dil bacarıqlarının qiymətləndirilməsi üzrə apa-
dinləyib-anlamada məntiqi tamamlama, oxu rılan testin nəticələrinə görə təhsilalanların
bacarıqları üzrə analitik təhlili, akademik yazıda 56.1 faizi mətnlərin linqvistik təhlil əsasında
sintezi və tənqidi düşüncə kimi digər bacarıqların mənimsənilməsini, 22.4 faizi lüğət əsasında
qiymətləndirilməsi çox nadir hallarda müşahidə danışmaq yolu ilə, 11.1 faizi tənqidi oxu vasitəsilə
olunur. Tədqiqat zamanı müəyyən olundu ki, daha yaxşı mənimsəmənin mümkünlüyünü qeyd
ingilis dilindən gündəlik bacarıqların qiymət- etmişdir. Akademik yazı bacarıqlarının qiymət-
ləndirilməsi əvəzinə, mətnlərin linqvistik ləndirilməsi üzrə gözlənilən nəticə isə 10.4 faiz
təhlilinə, yəni ismi və ya feli birləşmələrin olmuşdur. Sorğunun nəticələrindən də görün-
seçilməsinə, fonetik təhlilə, lüğətin düzgün düyü kimi, tələbələr ingilis dilində sərbəst tən-
işlədilməsinə və cümlələrin düzgün tərcümə qidi düşüncə və akademik yazı vasitəsilə mə-
edilməsinə üstünlük verilir. Nitq bacarıqlarının nimsəməyə daha az önəm verirlər.
qiymətləndirilməsində tələbələrin yalnız lüğəti Məlumdur ki, ingilis dilinin tədrisində dil
düzgün işlətməsi və cümlələri təkrar etməsi bacarıqlarının qiymətləndirilməsinin kompo-
əsas götürülür. Mətnlər üzərində tənqidi nentləri haqqında müəllimlərin az məlumatlı
düşüncəni formalaşdıran vasitələrin olmaması olması, onların meyarlar üzrə yazılı şərh və
tələbələrdə təhlil, sintez və sərbəst düşüncəni rəylər (feedback) verməməsi qiymətləndirmə
formalaşdıra bilmir. prosesində uyğunsuzluqlar yaradır. Digər

http://as-journal.edu.az 43
Fəridə Hüseynova

İngilis dilinin qiymətləndirilməsində formativ və summativ qiymətləndirmə üsulları


Cədvəl 1
(Brown & Hudson, 1998)

Formativ qiymətləndirmə (davamlı) | Summativ qiymətləndirmə (final bal)


—————————————————————————————————————————————————————————————————
Davam edən bir müddət ərzində həyata keçirilir: | Son qiymətləndirmə qısa müddətə təyin olunur:
• təlimat və təlim zamanı baş verir | • təlimin sonunda baş verir
• dilin istifadəsində korreksiyaedici öyrənməyə diqqət yetirilir | • irəliləmə və ya sertifikatlaşdırma ilə bağlı
• tələbələrin məhsuldar dil səviyyəsini müəyyənləşdirir | qərarlar qəbul etmək üçün verilir
• orijinal qiymətləndirmə vasitələri inkişaf üçün yol göstərir |
• irəliləyiş əldə etmək üçün təkmilləşmə müddətinə ehtiyac duyulur |

tərəfdən, gündəlik qiymətləndirmə üzrə üsul İNGİLİS DİLİNİN TƏDRİSİNİN YENİ


və vasitələrin seçilməsində də kifayət qədər MƏZMUNU VƏ QİYMƏTLƏNDİRMƏ
çatışmazlıqlar mövcuddur. Aparılan araşdırmalar
və təhlillər göstərir ki, təlimdə ingilis dilinin İngilis dilinin biznes, iqtisadiyyat, sosial və
yeni məzmunu və tədris strategiyalarına uyğun mədəniyyət sahəsindəki mövqeyi üstünlük təşkil
qiymətləndirmə təlimatının olmaması bu pro- edir. Bu dil akademik cəmiyyətin əhəmiyyətli
sesin obyektiv şəkildə həyata keçirilməsini bir elementi olaraq, hər bir tədqiqatçının əmək
çətinləşdirir (Struyven, Dochy, & Janssen, 2005). bazarının tələblərinə və innovasiyalara uyğun
Ali təhsildə summativ qiymətləndirmə üstünlük istifadə edəcəyi vacib bir dildir (Wiliam, 2013).
təşkil etsə də, formativ qiymətləndirmə çox “Azərbaycan Respublikasında təhsilin inkişafı
zəif inkişaf edir. üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin ilə bağlı Fəaliyyət Planı”nın 3.5-ci bəndində
ali təhsil müəssisələri üçün yeni hazırladığı qeyd olunan “qabaqcıl beynəlxalq təcrübəyə
qiymətləndirmə sənədində tələbənin imtahana əsaslanan, təhsil pillələrinin bütün səviyyələrini
qədər toplamalı olduğu 50 balın 10-u dərsə əhatə edən yeni qiymətləndirmə mexanizm-
davamiyyətə, qalan 40 balı isə təhsilalanın lərinin yaradılması” üzrə strateji hədəfi də
dərsdə fəal iştirakı, kurs və laboratoriya işlərinin, ingilis dilinin beynəlxalq standartlara uyğun
sərbəst işlərin qiymətləndirilməsi, eləcə də tədrisini nəzərdə tutur.
tələbənin semestr ərzində cavab verdiyi dərslərin İngilis dili üzrə səriştələrin qiymətləndi-
qiymətləndirilməsi üçün hesablanır (Azərbaycan rilməsində əldə olunan yeni nailiyyətlər və is-
Respublikasının ümumi təhsil sistemində lahatlar bu sahədə araşdırmaları zəruri hesab
Qiymətləndirmə Konsepsiyası, 2009). Qeyd olu- edir. Bu məqalədə ingilis dilinin tədrisində yeni
nan şərtlər əsasında tələbənin son nəticələri qiymətləndirmə siyasətini dəstəkləyən son
əldə edilsə də, keyfiyyət baxımından tədrisdə illərin ədəbiyyat nümunələrinin, elmi tədqi-
qiymətləndirmənin hansı şəkildə tətbiqi müəy- qatların nəticələri araşdırılmış, dil bacarıqları
yən dərəcədə qeyri-müəyyənlik təşkil edir. üzrə qiymətləndirmə sahələri, növləri, üsul və
Məlum olduğu kimi, qiymətləndirmə tələ- vasitələrinin metodiki tətbiqi qısaca şərh
bənin sonda gözlədiyi nəticədir. Təhsilalanların edilmişdir. Müqayisəli analiz belə bir nəticəyə
gündəlik fəaliyyəti üzrə aparılan lüğətin öyrə- gəlməyə imkan verir ki, ingilis dilinin tədrisi
nilməsi, qrammatik, dinləyib-anlama, danışma, proqramında təlim nəticələrinin, səviyyələrinin,
oxu və yazı bacarıqlarının qiymətləndirilməsi dil bacarıqları üzrə meyarlar və indikatorların
idraki fəaliyyət ardıcıllığı ilə təşkil edilmir. Dil seçilməsi tələbələrin obyektiv qiymətləndi-
bacarıqlarının qiymətləndirilməsi arasında ba- rilməsinin ən uğurlu yoludur. Elə bu baxımdan,
lans pozulur (Mussawy, 2009). pedaqoji təhsildə tələbə nailiyyətlərinin qiymət-

44 Azərbaycan məktəbi. 2021. №3


Tələbələrin ingilis dili bacarıqlarının qiymətləndirilməsində çətinliklər və müasir tələblər

ləndirilməsində hədəflərin düzgün müəyyən- ləsidir. Burada çox vaxt uyğun test və ya tapşı-
ləşdirilməsi ən çox müzakirə olunan mövzu- rıqların nəticələrinə əsaslanılsa da, qiymət-
lardandır. Bununla yanaşı, qiymətləndirmə ləndirmə üzrə tələbə performanslarının olmasına
sahəsində müəllim peşəkarlığının qiymət- daha çox yer verilir və bunun da gözlənilən
ləndirilməsi də tədrisin keyfiyyətini təmin edən ölçü meyarlarına uyğun gəlməsi əsas götürülür.
vacib şərtləndirici elementlərdən biridir. Əldə olunan nəticələr bir ölçü meyarı ilə
İngilis dilinin qiymətləndirilməsi və dil baca- deyil, bir neçə meyarla qiymətləndirilir:
rıqlarının ölçülməsinin inkişafı davamlı bir pro- • Davamlı müşahidə və indikatorların seçilməsi;
sesdir. Alderson, C.C, & Wall, D. (Eds.) (1996); • Özünüqiymətləndirmə;
Bachman, L. F., & Palmer, A.S. (2010); Brindley, • Öyrənənlərin işləri haqqında yazılı şərhlər;
G. (1998); Bailey, K.M. (1999); Brown, J.D., & • Rubriklər, təsvirlər üzrə səviyyələr;
Bailey, K.M. (2008) və digər tədqiqatçılar dil • Yazılı təkmilləşmə hesabatları və əks-əlaqənin
qabiliyyətinin qiymətləndirilməsində davamlı yaradılması (feedback);
qiymətləndirmənin inkişafa istiqamətlənməsini • İrəliləyişləri müzakirə etmək üçün müəllimlər
strateji cəhətdən daha yaxşı tədris və öyrənməyə və tələbələr arasında müntəzəm görüşlərin
səbəb olması kimi dəyərləndirirlər. Tədqiqatlar təşkili.
formativ qiymətləndirmənin daha çox inkişafa
və təlimata əsaslandığını göstərir. Dil qiymət- TƏDQİQATIN METODOLOGİYASI
ləndirmə meyarlarını inkişaf etdirmək üçün
etik problemlərin həlli və dil bacarıqları kom- Tədqiqat zamanı qarşıya qoyulan məqsədə
ponentlərinin düzgün qiymətləndirilməsində nail olmaq üçün məlumatlar müsahibə və
peşəkarlığın olması qeyd edilir. müşahidə əsasında toplanmışdır. Tədqiqatın
metodologiyasında eksperiment işi üzrə 16 II
İNGİLİS DİLİNİN və III kurs SABAH qrupu tələbələri, 5 ingilis
QİYMƏTLƏNDİRİLMƏSİNDƏ ABŞ MODELİ dili müəllimi ilə müsahibələr və iki universitetin
(ADPU və ADU) hədəf qrupu üzvləri ilə müza-
ABŞ modelində tələbələrin qiymətlən- kirələr aparılmışdır. Müsahibə sualları və cavab-
dirilməsini müqayisə etmək üçün təlimatlar ları, müzakirə mövzuları həm müəllimlərin,
etibarlı bir nümunədir. Yüksək faizli testlərdən həm də tələbələrin qiymətləndirmə anlayışları
alınan nəticələrə əsasən tələbələrə və müəl- və təcrübələrini araşdırmaq üçün tərtib edil-
limlərə növbəti irəliləyişləri fərqləndirmək üçün mişdir.
qiymətləndirmə növündən istifadə etmək təklif Diaqram 2-də təsvir olunan qiymətləndirmə
olunur. Bu model tələbələrə tədris zamanı dil vasitələri bir daha sübut edir ki, ingilis dilinin
bacarıqları üzrə təlimatın, yəni tapşırıqların ali təhsildə qiymətləndirilməsində formativ
mənimsəmə səviyyəsini ölçməyə imkan verir. üsulların seçimində kifayət qədər çatışmazlıq
Burada, əsasən, üç mərhələ nəzərə alınır: vardır. Belə ki, tələbələrin əksəriyyəti davamlı
1. Təlimatın verilməsi (Giving instruction). olaraq müşahidənin nəticələrinə dəyər verərək,
Bu mərhələdə materialın səviyyəsi müəyyən dil bacarıqlarının müəyyən edilmiş kompo-
edilir və tələbələrə tapşırığı yerinə yetirmək nentlər üzrə qiymətləndirilməsini üstün tuturlar.
üçün nə etməli olduqları izah olunur; Hər bir dil bacarığının səviyyələr üzrə qiymət-
2. Tapşırıqlara giriş (İnput). Bu mərhələdə ləndirilməsi əsas tələblərdən biridir. Tədqiqat
təhsilalanların əvvəlki biliklərə əsaslanmaqla dövründə tətbiq olunan qiymətləndirmənin
yeni mətnin məzmununu anlaması və qarşı- nəticəsi olaraq, demək olar ki, tələbələrin
laşdığı çətinlikləri necə həll etməsi qeyd olunur; əksəriyyəti davamlı müşahidə zamanı irəlilə-
3. Gözlənilən cavab (Expected response). yişlərə sahib olduqlarını sübut edə bilirlər.
Bu mərhələ tələbələrin əldə etdikləri yeni dil Özünüqiymətləndirmə üsulu təhsilalanlarda
bilikləri və qabiliyyətlərinin nümayişi mərhə- özünütənzimləməyə, zəif və üstün cəhətləri

http://as-journal.edu.az 45
Fəridə Hüseynova

Diaqram 2 Formativ qiymətləndirmədə inkişaf dinamikasının təsviri

asanlıqla müəyyən etməyə imkan verir. Müəl- səmə səviyyəsini müəyyənləşdirən testlər və
limin yazılı şərhlər verməsi dilin mənim- tapşırıq nümunələri, hər bir dil bacarığı üzrə
sənilməsində daha çox analitik təhlil nümunəsi ölçüləcək komponentlər olmadığından təhsil-
xarakteri daşıyır. Bu məqsədlə, müəllimlər yazılı alanların ingilis dili üzrə bilik və bacarıqlarının
şərhin verilməsi qaydası ilə tanış olmalı və qiymətləndirilməsində balans pozulur, qeyri-
tələbələri onunla vaxtında təmin etməlidirlər. obyektivliyə yol verilir. Halbuki ali təhsildə dil
qiymətləndirmə tətbiqləri, məsələn, əsas dil
TAPINTILAR VƏ MÜZAKİRƏ bacarıqları, xarici dilin inkişafı məqsədilə istifadə
olunan qiymətləndirmə növləri və bir tədris ili
Tədqiqat üzrə tələbə və müəllimlərlə keçiri- ərzində testlərdə istifadə olunan suallar tələ-
lən müzakirələr diaqnostik, inkişafetdirici və bələrin faydalanmasına xidmət etməlidir.
yoxlayıcı mərhələlərin müqayisəli təsvirini verdi.
Araşdırmamızdan o da məlum oldu ki, tələbə- DİL BACARIQLARININ
lərin aralıq imtahanları və semestr imtahanında QİYMƏTLƏNDİRİLMƏSİ SAHƏLƏRİ
dil biliklərinin qiymətləndirilməsi təlim nəti-
cələrini dəstəkləmir, dil bacarıqları üzrə Tədqiqat zamanı dinləyib-anlamada tətbiq
səviyyələr müəyyən edilmədiyindən tapşırıq edilən qiymətləndirmə tapşırıqlarının, xüsusilə
və fəaliyyətlərin tətbiqində uyğunsuzluqlar açıq sualların, qapalı testlərin (Close test),
müşahidə olunur. Texnoloji vasitələrdən zəif cümlələrin transformasiyasının, yaxın mənalı
istifadə dil səriştəliliyini təmin edə bilmir və cavabların və s. daha çox fayda verdiyi məlum
bu çatışmazlıqlar qiymətləndirmədə davamlı oldu. Dinləmə mətnlərinə monoloq, mühazirə
olaraq müşahidə olunur. Pedaqoji universitet- və təlimatlar daxil edilə bilər. Dinləməni, di-
lərdə tələbələrin ingilis dilindən qiymətlən- aqnostik məqsədlər üçün sınaqdan keçirmək
dirilməsi daha çox mühazirə və seminar möv- olar, çünki bu, reseptiv bacarıqdır.
zularının təkrarı üzrə tərtib olunmuş sualların Danışıq bacarıqlarını qiymətləndirərkən
nəzəri şərhini yazmaqla, çox az hallarda isə səlisliyə, kontekstə uyğunluğa, nitq üzrə
kağız üzərində çoxseçimli test nümunələrinin tələffüzün aydınlığına, fikirlərin dəyişkənliyinə
həlli ilə ölçülür, dinləyib-anlama, danışma, oxu, xüsusi fikir vermək lazımdır. Ünsiyyətə mane
yazı, qrammatika və lüğət üzrə aparılmır, mətnlər olmayan qrammatik səhvlər qəbul olunsa da,
autentik (orijinal) xarakter daşımır. qrammatik və leksik dəqiqlik vacibdir. Hər bir
Bundan əlavə, hələ də ingilis dilini mənim- komponentin qiymətləndirilməsi kontekstə

46 Azərbaycan məktəbi. 2021. №3


Tələbələrin ingilis dili bacarıqlarının qiymətləndirilməsində çətinliklər və müasir tələblər

uyğun olmalıdır. Nitqin aydın, qısa və konkret, ləndirici bağlayıcıları yerləşdirmək, fakt və
uyğun olduğu yerdə isə uzun və mürəkkəb fikirləri fərqləndirmək, səbəb və nəticələri düz-
olması qiymətləndirilməlidir. Danışıqda tələbə- gün təsvir etmək, nəticəyə gəlmək və uyğun
lərin fikirlərini daha düzgün ifadə etmək baca- təkliflər vermək kimi bacarıqlar qiymətləndirilir.
rıqları da nəzərə alınmalı, müqayisə xarakterli Beləliklə, ali təhsildə ingilis dilinin təlimat üzrə
şəkillərin təsviri, dialoqların tamamlanması, qiymətləndirilməsinin düzgün təşkili hər bir
açıq suallara uyğun cavabların verilməsi, rollu təlim nəticələrinə uyğun və gözlənilən sahələri
oyunlar və müsahibələrin ən maraqlı qiymət- əks etdirməklə dil bacarığının səviyyələrlə
ləndirmə tapşırıqları olduğuna diqqət yeti- qazanılmasına əsaslanır.
rilməlidir. Danışıq indikatorlarına, əsasən, tələf-
füzə riayət, uyğun lüğətin istifadəsi, jest və NƏTİCƏ
bədən dilindən istifadə və qarşılıqlı ünsiyyətin
formalaşması daxildir. Danışıq dilini öyrətməkdə Apardığımız tədqiqat xarakterli anket sorğu-
əsas məqsəd qarşılıqlı əlaqə qurmaq qabiliyyətini sunun nəticəsinə həsr olunmuş bu məqalədə
inkişaf etdirmək və dərketməni əhatə etməkdir. müasir dövrdə işgüzar fəaliyyətə önəmli təsiri
Oxunun qiymətləndirilməsində qarışıq mətn- olan ingilis dili üzrə bacarıqların mənimsə-
lər, cümlə transformasiyası, mətnin bütöv planı, nilməsinə uyğun təlim nəticələri, səviyyələr və
səhv və düzgün cavabların seçilməsi, eləcə də formativ qiymətləndirmə üsulları, irəliləyişlərin
uzlaşdırma təhsilalanların daha çox bəyəndiyi izlənilməsi üzrə tapşırıqların tətbiqi metodikası,
tapşırıqlardan hesab olunur. Oxu zamanı analitik pozitiv rəylərin (feedback) yazılması və s. ilə
təhlil və tənqidi təfəkkürü formalaşdıran tapşı- bağlı yeni qiymətləndirmə üsulları təklif edilir.
rıqlar (məsələn, uzlaşma, səhv və düzgün ca- Qeyd olunur ki, ingilis dili üzrə tələbə nailiy-
vablar, mətnlərin təhlili, paraqraflara başlıqların yətlərinin obyektiv qiymətləndirilməsi üçün
seçilməsi, qısaca şərh) əsas yer tutur. Ona görə yeni təlimatlar hazırlanmalı, bu prosesdə peşəkar
də oxu mətnləri tələbələrin gözləntilərinə uyğun mütəxəssislər və təcrübəli müəllimlər iştirak
olaraq müəyyən edilmiş parametrlərə uyğun etməlidir. Qiymətləndirmə qaydaları müəyyən
gəlməlidir. Bu baxımdan mətnlər, üslubu, formatı, edilərkən, strateji planlaşdırma aparılmalı, hədəf
qrafik cədvəllərdə verilməsi, oxunaqlılığı, həcmi, prioritetləri düzgün müəyyən edilməli, təlim
qrammatik quruluşu və uyğun lüğəti üzrə qiy- nəticələri, hər bir kurs üzrə tapşırıqların və
mətləndirilməlidir. Keçirdiyimiz anket sorğu- testlərin hazırlanması sistemli təşkil olunmalıdır.
sunun iştirakçıları oxuda ABŞ ali təhsilində tət- Qiymətləndirmə təlimatları və prosesin
biq olunan, keep – saxla, delete – ləğv et, replace qiymətləndirilməsi təlimatların nəzəri əsaslarını,
– yerləşdir metodundan istifadə edərək maraqlı tələbə ehtiyacları və gözləntilərin əhatə dairəsini,
şərhetmələri təqdim etdilər. Müəyyən olundu tətbiq səviyyəsinin dərinliyini, təsir sahələri və
ki, mətnləri nəzərdən keçirmək (skimming), qiymətləndirmələrin davamlılığını əhatə etmə-
analitik şəkildə oxumaq (scanning) tələbələrdə lidir. Məqalədə şərh olunan müxtəlif qiymət-
təhlil və tənqidi təfəkkürü inkişaf etdirir. ləndirmə üsul və vasitələrinin tətbiqi, ali pedaqoji
Yazı bacarıqlarının qiymətləndirilməsində təhsildə ingilis dili bacarıqlarının obyektiv
ali təhsildə akademik yazı dərslərinin ayrıca qiymətləndirilməsində müəllim və tələbələr
tədris olunması daha çox fayda verir. Tələbələrin üçün faydalı bir istinad mənbəyi ola bilər.
məqsədlər üzrə yazı mövzusu seçməsi, yazının
növünü düzgün təyin etməsi, mənbələrə müra-
ciət etməsi, punktasiya və cümlə quruluşuna Qeyd: Məqalə Təhsil İnstitutunun dəstəyi, Təhsil
fikir verməsi qiymətləndiriləcək komponent- İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin
lərdir. təcrübə və kommunikasiya platformasının təşkilatçılığı
Yazıda əsas ideyanı seçmək, paraqrafları ilə 22-25 aprel 2021-ci ildə keçirilən Təhsil İdarəçiliyi
müəyyən etmək, paraqraflararası uyğun əlaqə- Beynəlxalq Konfransında təqdim edilib.

http://as-journal.edu.az 47
Fəridə Hüseynova

İstifadə edilmiş ədəbiyyat 6


Gardiner, L.F. (1994). Redesigning Higher
Education: Producing Dramatic Gains in Student
1
Azərbaycan Respublikasının ümumi təhsil Learning. ASHE-ERIC Higher Education Report
sistemində Qiymətləndirmə Konsepsiyası. Bakı, 23(7).
2009. 7
Gottlieb. bl. (2003). Large-scale assessment of
2
Bachman, L.F. (2007). What is the construct? The English language learners: Addressing
dialectic of abilities and context in defin-ing educational accountability in K-I2 settings.
constructs in language assessment. In J. Fox, M. TESOL Professional. Papers #6.
Wesche, & D. Bayless (Eds.), What are we 8
Lantolf, J.P., & Poehner, M.E. (2004). Dynamic
measuring? Language testing reconsidered (pp. assessment of L2 development: Bringing the
41–72). Ottawa, Canada: University of Ottawa past into the future. Journal of Applied
Press. Linguistics, 1(1), 49–72.
3
Brown, J.D., & Hudson, T. (1998). The 9
McNamara, T.F. (2001). Language assessment as
alternatives in language assessment. TESOL social practice: Challenges for research.
Quarterly, 32(4), 653-675. Language Testing, 18(4), 333–49.
4
Davison, C. (2004). The contradictory culture of 10
Pellegrino, J.W., Chudowsky, N., & Glaser, R.
teacher-based assessment of written work of (Eds.). (2001). Knowing what Students Know:
recently arrived immigrant ESL students. The Science and Design of Educational
Language Testing, 21(3), 305–34. Assessment. Washington, DC: National Academy
5
English Language Curriculum of Azerbaijan Press.
Republic – Ministry of Education of Azerbaijan
Republic. 2012 Alderson, J.C., & Wall, D. (Eds.).
(1996). Washback (Special issue). Language
Testing, 13(3).

48 Azərbaycan məktəbi. 2021. №3

You might also like