You are on page 1of 9

Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021.

№3

TƏHSİLDƏ MOTİVASİYA VƏ ÖZÜNƏİNAMIN


FORMALAŞDIRILMASI

FİRUZƏ SADIQOVA
Bakı Dövlət Universitetinin dissertantı.
e-mail: firuzeesgerova@icloud.com
https://orcid.org/0000-0002-4397-5479

Məqaləyə istinad: ANNOTASİYA


Sadıqova F. (2021). Təhsildə
motivasiya və özünəinamın Təhsil sahəsində kifayət qədər elmi-nəzəri bilik və təcrübi bacarıqların
formalaşdırılması. Azərbaycan formalaşması ümumtəhsil sistemində kurikulum islahatının həyata
məktəbi. № 3 (696), səh. 86–94
keçirilməsi istiqamətində mühüm və qəti addımların atılmasına səbəb
olur. Kurikulum islahatının əsasında təlimin təkcə məzmununun deyil,
metod və vasitələrinin də əsaslı şəkildə yeniləşdirilməsi dayanır. Başqa
sözlə, yeni texnologiyaların tətbiqi zərurətə çevrilir. Kiçik yaşlı şagirdlər
qiymətləndirməyə xüsusi önəm verirlər. Belə ki, təlim uğurlarının yüksək
qiymətləndirilməsi onları daha da həvəsləndirir. Nəzərə alınması ən
vacib şərtlərdən biri də cəzaların tətbiqi ilə bağlıdır. Unutmaq olmaz
ki, şagirdləri (ümumiyyətlə, uşaqları) sinif yoldaşlarının yanında və ya
digər kənar şəxslərin yanında cəzalandırmaq, tənbeh etmək olmaz.
Bu onların təlim motivasiyalarına mənfi təsir göstərməklə yanaşı, həm
də özünüqiymətləndirmənin zəifləməsinə, utancaqlıq hissinin forma-
laşmasına və digər ciddi xarakterli psixoloji gərginliyə səbəb ola bilər.
Məqalə tarixçəsi
Göndərilib: 26.06.2021 Açar sözlər: Təhsil, peşə, motivasiya, müəllim, özünəinam.
Qəbul edilib: 28.07.2021

86 http://as-journal.edu.az
Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №3

MOTIVATION AND FORMATION OF


SELF-cONFIDENcE IN EDUcATION

FIRUZA SADIGOVA
Doctoral student of Baku State University.
e-mail: firuzeesgerova@icloud.com
https://orcid.org/0000-0002-4397-5479

To cite this article: AbSTRAcT


Sadigova F. (2021). Motivation and
Formation of Self-Confidence in The formation of sufficient scientific-theoretical knowledge and prac-
Education. Azerbaijan Journal of tical skills in the field of education leads to important and decisive
Educational Studies. Vol. 696,
steps towards the implementation of curriculum reform in the general
Issue III, pp. 86–94
education system. Curriculum reform is based on a fundamental up-
date not only of the content of teaching, but also of methods and
tools. In other words, the introduction of new technologies is becoming
inevitable. Younger students pay special attention to assessment.
Thus, the appreciation of training successes motivates them even
more. One of the most important conditions to take into account is
the application of penalties. We must not forget that students (usually
children) should not be punished in the presence of classmates or
other strangers. In addition to negatively affecting their learning mo-
tivation, it can also lead to low self-esteem, shyness, and other serious
psychological stresses.
Article history
Received: 26.06.2021 Keywords: Education, profession, motivation, teacher,self-confidence.
Accepted: 28.07.2021

http://as-journal.edu.az 87
Firuzə Sadıqova

GİRİŞ cəlb edilməsinin mürəkkəb prosesidir. O, uşağın


daxili dünyasının çoxmərhələli qarşılıqlı əlaqə-
“Fəal təlim” istilahında olan “interaktivlik”, sinin, onun ehtiyaclarını ödəyə biləcək sti-
yəni daxili fəallıq “ənənəvi” adlandırdığımız mulların nəticəsidir.
dərslərdə də vardır. Dərsdə şagirdlərin təfək- Motivlərin başqalarının təsiri ilə yaranan
kürünün fəallığı məsələsi, yəni öyrənənlərin xarici, yaxud tələbələrin özünün daxilindən
təfəkkürünün inkişaf etdirilməsi tələbi həmişə gələn, öz təşəbbüsü ilə yaranan daxili motivlər
əsas məqsəd olmuşdur. Lakin “ənənəvi” adlan- olması da, təhsilalanların peşəkarlığının artı-
dırdığımız dərslərdə “quru didaktizm”, elmiliyə rılmasında və səriştəyə yiyələnmələrində az
daha çox diqqət ayrılması, motivasiyanın rol oynamır. Təcrübə göstərir ki, xarici motivlər
yaradılmaması, frontallıq, emosionallığın zəifliyi, bu prosesdə müəyyən təsir gücünə malik olsalar
tədqiqatçılığa, fikir müstəqilliyinə yer veril- da, əsas rol daha güclü, daha dərin və davamlı
məməsi kimi faktorlar həmin tələbin bugünkü olan daxili motivlərə məxsusdur.
müstəvidə reallaşmasına imkan verməmişdir Müəllimin səriştəliliyi xarakterində özünü
(İlyasov, 2018). göstərir. İnklüziv təlim çərçivəsində onun mo-
Təcrübə göstərir ki, pedaqoji dəstəyin müəl- tivasiyaedici xarakterini pedaqoji fəaliyyətini
limin şagirdə, şagirdin özü-özünə inamı və reallaşdırmağa xidmət edən şəxsi maraqları
etibarı zəminində təşkili təhsilalanlarda fəallığın formalaşdırır. Motivasiyaedici xarakter ümumi
yaranmasına, özünütəhrikə və motivlərə yol dəyərlər, ehtiyaclar, inklüziv təhsilin adekvat
açır. Buna görə də müəllimin vaxtında və məqsədləri və məsələləri, müəyyən pedaqoji
məzmunlu şəkildə belə metoddan istifadəsi
fəaliyyətin yerinə yetirilməsi üçün özünü mo-
olduqca faydalıdır. Peşəkarlıq və səriştəlilik
tivasiya etmək bacarıqları kimi müəyyənləşir.
müəllimin peşə fəaliyyətinin əsas atribut-
Bu səriştə üçün müəllimin şəxsi hədəfləri
larındandır. Onun formalaşmasının əsası müəllim
önəmlidir. Onun koqnitiv xarakterini, inklüziv
hazırlığı prosesində qoyulur. Buna görə də
təlimin həm nəzəri, həm də praktik məsələləri
müəllimin pedaqoji peşəkarlığının və səriş-
üçün zəruri olan informasiyaları qəbul etmək,
təliliyinin formalaşmasına pedaqoji təhsil
mənimsəmək, istifadə etmək, refleksiv xarakter
illərindən, yəni peşə biliklərinin aşılanması
prosesindən başlanılmalıdır. müəllimin inklüziv təlimə hazırlaşma və bu
Peşə bilikləri peşə fəaliyyətinin nəzəri və prosesin həyata keçirilməsi şərtləri daxilində
praktiki əsaslarının mənimsənilməsindən ibarət refleksiya apara bilmək bacarığını formalaşdırır.
olduğundan pedaqoji fəaliyyətin səviyyəsinə Funksionallıq xarakteri isə inklüziv təlim şərtləri
də ciddi təsir göstərir. Onun formalaşdırılması daxilində qeyd olunan əsas peşə bacarıqlarını
prosesinin müasir tələblər səviyyəsində təşkil əhatə edir:
edilməsi, məzmunlu və ustalıqla aparılması • Diaqnostik bacarıq-şagird kollektivinin,
tələbələrdə peşəkarlıq və səriştəliliyin ilk ele- şəxsiyyətin təlim-tərbiyəsinin inkişaf səviy-
mentlərinin yaranmasında əsaslı rol oynayır. yəsinin, pedaqoji prosesin ümumilikdə və ayrı-
Buna görə də gələcək müəllimlərdə peşəkarlıq ayrı mərhələsində vəziyyətinin doğru diaq-
və səriştəliliyin yüksək səviyyədə təşkilinə nail nozunu qoya bilmək qabiliyyətini ifadə edir;
olmaq üçün onlarla, ilk növbədə, psixoloji- • Proqnozlaşdırma bacarığı-hər hansı bir
pedaqoji hazırlığın aparılmasına böyük ehtiyac pedaqoji fəaliyyətin nəticələrini proqnozlaşdıra
vardır. Bu hazırlıq içərisində motivlərin forma- bilmə qabiliyyətini ehtiva edir;
laşdırılması xüsusi yer tutur (İlyasov, 2018). • Konstruktiv bacarıq – adekvat məqsədlər
(ümumi, fərdi) müəyyənləşdirmək və şagirdlərin
MOTİVASİYANIN ANLAMI müxtəlifliyini nəzərə alaraq pedaqoji fəaliyyətin
savadlı planlaşdırılması qabiliyyəti deməkdir;
Motivasiya insanın daxili və xarici amillərin • Təşkilatçılıq bacarığı – pedaqoji fəaliyyətin
təsiri altında müəyyən bir davranışa və fəaliyyətə təşkilini, fərdi yanaşmanın yaradıcı tətbiqini

88 Azərbaycan məktəbi. 2021. №3


Təhsildə motivasiya və özünəinamın formalaşdırılması

(məsələn, fərdi tədris planı üzrə təlim) özündə seçimi, yerində və düzgün istifadəsi uşaqlarda
ehtiva edir; nəinki təlim bacarıqlarını inkişaf etdirir, həmçinin
• Kommunikativ bacarıq – pedaqoji prosesin onların xarakterini və iradəsini də tərbiyələndirir
subyektləri ilə konstruktiv münasibətlərin (Qədirov, 1969). Təlim materiallarının mənim-
qurulması qabiliyyətidir; sənilməsində geridə qalan şagirdlərin psixoloji
• Texnoloji bacarıqlar – inklüziv təlimin xarakteristikası əsasında N.A.Mençinskaya və
metod və texnologiyalarının tətbiqi səriştəsidir; onun həmkarları “öyrənməyə qabillik” anlayışını
• Korreksiya bacarığı – aralıq və yekun irəli sürmüşlər. Həmin anlayış altında onlar
diaqnostikanın nəticələrini nəzərə alaraq, şagirdlərin bilikləri və təlim fəaliyyəti tərzlərini
istənilən mərhələdə pedaqoji prosesin gedişini mənimsəməyə nə dərəcədə həssas, qabil
korreksiya edə bilmək qabiliyyətidir; olduqlarını nəzərdə tutmuşlar. Öyrənmə qabil-
• Tədqiqatçılıq bacarığı – pedaqoji təzahürləri liyini şagirdin əqli inkişafı ilə qarışdırmaq olmaz.
öyrənmək, analiz etmək, təcrübi-eksperimental Yüksək əqli inkişaf səviyyəsinə malik olan adam-
işin aparılması səriştəsidir. da bəzən öyrənmə qabilliyinin aşağı olduğunu
Uşaq şəxsiyyətinin inkişafında təlim həlledici müşahidə etmək mümkündür. Yaş artdıqca əqli
rola malikdir. Çünki təlim-tərbiyə prosesində inkişaf yüksək səviyyəyə qalxa bildiyi halda,
uşağın inkişafı müəyyən məqsədə müvafiq öyrənməyə qabillik uzun müddət az və ya çox
olaraq plan, proqram əsasında təşkil olunur və dərəcədə öz sabitliyini saxlaya bilər. Deməli,
ona rəhbərlik edilir. Bunun sayəsində də istənilən öyrənmə qabiliyyəti insanın təlim prosesində
keyfiyyət sürətlə inkişaf etdirilir. Kiçik məktəb bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin
yaşı dövründə uşaq sistematik fəaliyyət sürət və keyfiyyətinin fərdi göstəricisindən
prosesinə cəlb olunur və cəmiyyət tərəfindən ibarətdir.
onun yeni məktəbli mövqeyi qarşısında ciddi
tələblər qoyulur. Uşağın təlim-tərbiyədən kənar TƏLİM pROSESİ
inkişafı kortəbii və pərakəndə olmaqla yanaşı,
həm də bəşər cəmiyyətinin tələblərinə uyğun Təlim prosesində fəaliyyətin psixoloji struk-
gəlmir. Ona görə də şəxsiyyətin inkişafında turu dəyişir və inkişaf edir. Hər bir fəaliyyət
təlimin oynadığı rol psixoloqların diqqətini müxtəlif ünsürlərin vəhdətindən ibarətdir. Bu
xüsusi olaraq cəlb edir. ünsürlərdən biri olan motiv insanı fəaliyyətə
Görkəmli İsveçrə psixoloqu J.Piajenin fikrincə, təhrik edir. Fəaliyyət prosesində şagirdlər
inkişaf özünün daxili qanunlarına malikdir. özlərini müxtəlif şəkildə büruzə verirlər: onlar
Təlimin tənzimlənməsi üçün məhz inkişafın işi icra tərzində, məqsədə çatma əzmində,
səviyyəsi əsas götürülməlidir (Zeynaloğlu, 2017). planlaşdırmada və s. özlərinəməxsusluq, rən-
C.Brunerin fikrincə isə hər bir inkişafın əsasını garənglik nümayiş etdirirlər. Onlarda fəaliyyətin
yalnız təlim təşkil edir (Zeynaloğlu, 2017). hər hansı bir ünsürü və ya ünsürləri üstünlük
Təlim prosesində tələbatların ödənilməsi təşkil edir, hansısa ünsürü isə unudulur və
də vacib şərtlərdəndir. Belə ki, hər şeydən əvvəl, kölgədə qalır. Müəllimin rəhbərliyi altında isə
uşağın fəaliyyəti üçün zəruri olan məzmun qüsurlar aradan qaldırılır, bu da hər bir təh-
düzgün seçilməlidir. Xüsusi təsir vasitəsi xarakteri silalanın səmərəli fəaliyyəti üçün şagird
daşıyan məzmun elə seçilməlidir ki, təlim prose- şəxsiyyətinin inkişafına, təkmilləşməsinə və
sini həyata keçirən mütəxəssis uşaqdan istədiyi, motivasiyanın yüksəldilməsinə səbəb olur.
lazımi cavabı ala bilsin. Bunun üçün təlimdə Motivasiyanı bir neçə klassifikasiyaya uyğun-
motivasiyanı inkişaf etdirən və kiçik məktəb laşdırmaq olar:
yaşlı uşaqların yaş və fərdi-psixoloji xüsu- • Tələbatların ödənilməsinə yönələn birbaşa
siyyətlərinə uyğun olan müəyyən vasitələr motivasiya;
(oyuncaqlar, kitablar, şəkilli jurnallar, söhbətlər • Tərbiyəçinin şəxsiyyətindən və fəaliyyə-
və s.) seçilməlidir. Belə ki, bu cür təsirli vasitələrin tindən asılı olan konkret metodlar;

http://as-journal.edu.az 89
Firuzə Sadıqova

• Müsbət emosiyalara əsaslanan motivasiya; və şəxsiyyətin inkişafının lazımi tərəfə isti-


• Təzahür keyfiyyətlərinə görə perspektiv qamətləndirilməsi psixoloji əməyin özəyini
ehtiva edən motivasiya; təşkil edir. Motivasiya kiçik məktəblinin inkişaf
• Tələbənin özünün məqsədinə, məqsədə- zonasına uyğun tənzimlənərsə, bütünlükdə
müvafiqliyinə, gələcək həyatına və planlarına fəaliyyətini əhatə edərsə, intensiv və effektiv
yönələn motivasiya; məna kəsb edərsə, pedaqoji proses də uğurlu
• Hər hansı fəaliyyətə, məqsədə olan meyil alınar.
və maraqdan doğan motivasiya (ətrafdakı
insanların razılığı); DAxİLİ VƏ xARİcİ MOTİV
• Neqativ təsirlərdən asılı olan motivlər
(müəllimdən qorxmaq və s.). Daxili və xarici motivlərin qaynaqlandığı
Motivasiya öyrənmə, təlim prosesinin müəyyən bir mənbə mövcuddur və onların
məhsuldarlığına, effektivliyinə müsbət təsir tədqiqi kompleks yanaşma tələb edir. Şagirdin
göstərən və öyrənmə fəaliyyətinin müvəf- təlim motivlərinin aşkar olunması və inkişaf
fəqiyyətini müəyyən edən başlıca ünsürdür. etdirilməsi daxili və xarici mənbələrdən asılıdır.
Təlim prosesinin sistematikliyi üçün vacib olan Bu mənbələrə şagirdlərin fərdi-psixoloji
şərtlərdən biri kimi qiymətləndirilən moti- keyfiyyətləri, qavrama xüsusiyyətləri və s. aid
vasiyanın olmaması təlim uğurlarının azalmasına edilə bilər. Bəzi mənbələr vardır ki, onların
səbəb ola bilər. Kifayət qədər geniş, ümumi meydana gəlməsi ixtiyari şəkildə təzahür edir.
anlayış olan motivasiyanı psixoloji fenomen Şagirdin özündən asılı olan mənbələrə aiddir:
adlandırmaq olar. Motivasiya həm də şagirdləri • Şəxsi keyfiyyətlər, hədəflər, məqsəd və
idraki fəaliyyətə, təhsilin məzmununun fəal niyyətlər;
mənimsənilməsinə sövq edən proseslərə, metod- • Psixoloji, bioloji impulsiv keyfiyyətlər və
lara, vasitələrə verilən ümumi addır. insani ehtiyaclar;
Müasir psixoloji terminologiyada motivasiya, • Özünütanıma, özünəinam və özünəhörmət;
əsasən, iki mənada işlədilir: hərəkəti, davranışı, • İnanclar, dəyərlər, gözləntilər, müvəffəqiyyət
fəaliyyəti və tələbatın ödənilməsini stimul- və ya müvəffəqiyyətsizlik hədəfləri;
laşdıran prosesin xarakteristikası; davranışı • Fərdi faktorlar, məsələn, stressə davamlılıq,
müəyyən edən sistem (xüsusilə ehtiyaclar, maraqlar, ətraf mühitə göstərilən cavab
motivlər, məqsədlər, niyyətlər kimi və s.). reaksiyaları və s.;
Tədqiqatlar nəticəsində sübut olunmuşdur • Valideyn, müəllim heyəti və yoldaşlarla
ki, şagirdlərdə, xüsusən də kiçik məktəb yaşlı münasibət.
uşaqlarda təlim motivasiyalarının ölçülməsi Sadalananlardan məlum olur ki, şagirdlərin
mütləq xarakter daşıyır (Paşayev, Rüstəmov, təlim motivlərinin inkişafı müəyyən səbəblərdən
2007). Belə ki, təlim prosesində müsbət nəticə asılıdır. Bu səbəblər uşaqların fərdi-psixoloji
əldə etməyin başlıca yolu motivasiyanın yük- keyfiyyətlərindən asılı olaraq da dəyişə bilər:
səldilməsi ilə müəyyən olunur. Yüksək motivasiya məsələn, bir şagirddə müəyyən fənnə olan
həm də düzgün inkişaf etmiş şəxsiyyət deməkdir. maraq hissinə digər şagirddə təsadüf olun-
Problemə bu cür yanaşma olduqca aktual xarak- maması. Buradan belə bir nəticəyə gəlmək olar
ter daşıyır. Çünki motiv insan davranışını tənzim ki, kiçik yaşlı uşaqların təlim motivlərinin
edən enerji mənbəyi rolunu oynayır. O, eyni inkişafında fərdi-psixoloji keyfiyyətlərinin və
zamanda insanı müəyyən məqsəd, fəaliyyət fərdi fərqliliklərinin rolu böyükdür.
üçün hərəkət etməyə sövq edən daxili potensial Etibarlılıq və ya inam şagirdlərdə təlim
kimi qəbul edilir. Motivlər dedikdə, şəxsiyyəti prosesində müvəffəqiyyət əldə edəcəklərinə
fəaliyyətə istiqamətləndirən konkret niyyətlər, dair pozitiv təfəkkürün formalaşdırılmasına
səbəblər başa düşülür. Fəaliyyətə dair motivlərin xidmət edir. Şagirdlər onları əhatə edən bütün
öyrənilməsi, onlardan düzgün istifadə edilməsi amillərdən (müəllim, məktəb rəhbərliyi, ailə

90 Azərbaycan məktəbi. 2021. №3


Təhsildə motivasiya və özünəinamın formalaşdırılması

və s.) təsirlənirlər. Bundan əlavə, dərs yükünün keyfiyyəti və kəmiyyəti onların daxili moti-
ağırlığı da təhsilalanların şəxsiyyətinə təsir vasiyası, maraqları kimi dəyərləndirilməlidir.
edən faktorlardandır. Dərs yükünün həcmi Daxili motivasiyanın əksi olaraq xarici motivasiya
haqqında fikirlər şagirdi əlavə qayğılarla əhatə kənardan təsir edən faktorların nəticəsində
edə və təlim motivlərini azalda da bilər. Ona yaranır. Xarici təsiredici qüvvələrə təhsilalanların
görə də dərs yükü yaş xüsusiyyətlərinə uyğun yaşadıqları sosial həyatı, müəllimləri, təlim
təşkil edilməlidir. Etibarlılıq strategiyası da metodlarını və təlim mühitini aid etmək olar.
məhz bu məqsədə xidmət edir. Məsələn, cəmiyyətdə dilə olan münasibət
Özünəinam isə ona görə vacibdir ki, o, təhsilalanların öyrənilən dilə münasibətinə təsir
təhsilalanlarda cəsarət, özünə hörmət və edir. Cəmiyyətin beynəlmiləlləşməsi, ölkənin
təşəbbüskarlıq xüsusiyyətlərinin güclənməsinə dünyaya inteqrasiya, inkişaf etmiş əlaqələri,
xidmət edir. Özünəinam hissi güclü olan əmək bazarının tələbləri bu münasibəti
öyrənənlər riskə getməkdən və oxuduqları formalaşdıran amillərdəndir.
haqqında tənqidi və təhlili xarakterli fikirlər Görkəmli Amerika psixoloqu D.Karneginin
söyləməkdən çəkinmirlər. Bu amillər öyrənilən tövsiyə etdiyi “Adamları təhqir etmədən və in-
biliklərin bacarığa və vərdişə çevrilməsinə ciklik hissi yaratmadan onlara təsir etməyə
imkan yaradan ən güclü təsir vasitələrindəndir. imkan verən doqquz qayda” müəllim–şagird
Motivasiya insanların iş görməsini dəstək- münasibətlərində də nəzərə alınması vacib olan
ləyən təhrikedici psixoloji qüvvə olduğundan qaydalar kimi faydalıdır:
o, öyrənənlərin davranışlarını istiqamət- 1-ci qayda. Müsahibinizin tərifindən və onun
ləndirməklə onların fəaliyyətsizliyini aradan layiqli cəhətlərini səmimi etirafdan başlayın.
qaldırır. Təlim üçün nəzərdə tutulan müəyyən 2-ci qayda. Başqalarının səhvlərini birbaşa
tapşırıqları yerinə yetirmək və ya xüsusi yox, dolayısı ilə göstərin.
davranışlara təhrik etmək məqsədilə yaradılan 3-cü qayda. Əvvəlcə öz səhvlərinizdən danışın,
motivasiya situativ motivasiya adlanır. Bəzən yalnız bundan sonra müsahibinizi tənqid edin.
fəal təlimin təşkilində bunu “problemin 4-cü qayda. Müsahibinizə nəsə əmr vermək
qoyuluşu” da adlandırırlar. Təlimdə motivasiya əvəzinə, suallar verin.
təhsilalanlarla əlaqəli olub, onların təlim 5-ci qayda. Adamlara nüfuzlarını xilas etməyə
prosesində fəal iştirakını təmin edir. imkan verin.
Fəaliyyətsizliklə, zəif motivasiya ilə müşayiət 6-cı qayda. Adamların ən kiçik uğurlarını
olunan təlim zamanı isə təhsilalanlar özlərini belə bəyəndiyinizi bildirin və onların hər bir
ruhlandırmaqda çətinlik çəkirlər. Yüksək mo- müvəffəqiyyətini qeyd edin. “Qiymət verməkdə
tivasiya olunmuş öyrənənlərlə qoyulmuş səmimi və tərifləməkdə səxavətli olun”.
məqsədlərə, səmərəli təlim nəticələrinə yiyə- 7-ci qayda. Adamlara yaxşı nüfuz yaradın,
lənmək mümkün və asan olduğu halda, zəif onlar bu nüfuzu doğrultmağa çalışacaqlar.
motivasiya edilmiş öyrənənlərlə buna nail olmaq 8-ci qayda. Həvəsləndirməyə əl atın. Düzəlmiş
çətinləşir. Deməli, fəal təlim prosesində moti- görmək istədiyiniz səhvin asan düzəldilə bilməsi
vasiya açar rolunu oynayır və ən güclü təsəvvürünü yaradın; elə edin ki, adamları
təhrikedici, təsiredici bir faktordur. təhrik etdiyiniz məsələlər onlara çətin
Bütün öyrənənlər motivasiyalı ola bilər, lakin görünməsin.
onların motivasiya mənbələrinin fərqli olması 9-cu qayda. Çalışın ki, adamlar təklif
gözləniləndir. Bu fərqləri bilən müəllim etdiklərinizi yerinə yetirməyə şad olsunlar
təhsilalanların öyrənmə həvəsini tənzimləmə (Karnegi, 2015).
bacarığına malik olur. Ona görə də təhsilalanlarda Güclü xarici motivasiya faktoru olan müəllim
motivasiyanı yaradan səbəbləri bilmək pedaqoji həm də ruhlandırıcıdır. Şagird və tələbənin
prosesin təşkilatçıları üçün vacibdir. yüksək və zəif motivasiyası müəllimdən çox
Təlimdə öyrənənlərin verdiyi sualların asılıdır. O, təlim prosesinin təşkilini, tədris

http://as-journal.edu.az 91
Firuzə Sadıqova

materiallarının rəngarəngliyini, maraqlı olmasını, edilir. Bəzi müəlliflər, hətta motivasiyaya insanı
sərbəst seçim şəraitinin yaradılmasını təmin müəyyən nailiyyətlər əldə etməyə sövq edən
edir. Bir çox hallarda şagird və tələbələr daxili təhrikedici qüvvə kimi tərif verirlər. Daxili
müəllimlərin onlara inandıqlarına görə daha motivasiyası yüksək olan öyrənənlər ötürülən
həvəslə çalışırlar. informasiyaya olan maraq sayəsində məlumatın
Uyğun təlim metodlarının seçilməsi həm daha da dərinliyinə gedərək, geniş biliyə
təlim prosesinin gedişinə, təlim nəticələrinin yiyələnməklə uğurlu nəticələr əldə etdikləri
əldə olunmasına, həm də təhsilalanların halda, daxili motivasiyası olmayan və xarici
motivasiyasına təsir edən xarici faktordur. Fəal motivasiyası zəif olanlar çətinlik dərəcəsi daha
təlimin təşkili prosesində pedaqoji mühitin az olan tapşırıqlara meyilli olurlar. Daxili
təlim metodlarına, nail olunacaq məqsədlərə motivasiyalı öyrənənlərin fəallıq dərəcəsi yüksək
görə yaradılması öyrənənlərin motivasiyasının olur, onlar xüsusi səylərlə qarşıya çıxan çoxsaylı
artırılmasına məsul olan mütəxəssislərin maneələri dəf etməyə israrlı olur, tapşırıqlara
diqqətindən yayınmamalıdır. daha çox vaxt sərf edir, onları həvəslə yerinə
Daha bir xarici faktor – valideyn də nəzərdən yetirir, nəticədə isə təlim prosesinin gedişi
qaçmamalıdır. Bu faktoru bünövrə də asanlaşır. Lakin xarici faktorların əhəmiyyətini
adlandırmaq olar. Ailə (ev) şəraiti uşaqların də kifayət qədər yüksək dəyərləndirmək lazımdır.
öyrənmə həvəsinin ilkin bazasını formalaşdırır. Bəzi müəlliflərin fikrinə görə, motivasiya
Bu, ailələrdə uşaqlarla ünsiyyətin kifayət qədər akademik tapşırıqların əhəmiyyəti, miqdarı və
məhsuldar olması nəticəsində yaranır. Ətraf təsir gücündən asılıdır. Daxili faktorların təsiri
aləmi öyrənməyə başladıqları andan onlar üçün nəticəsində yaranan göstəricilər xarici faktorların
yaradılan şərait, təşkil olunan materiallar olduqca təsiri ilə də yarana bilər. Fərq ondan ibarətdir
böyük əhəmiyyətə malikdir. Danışmağa ki, xarici motivasiya zamanı xüsusi səylər,
başladıqdan sonra ətraf aləmi dərk etmək üçün
fəaliyyət, strategiya tələb olunur.
uşaqlarda saysız-hesabsız suallar yaranır və
Xarici motivasiyası zəif olan təhsilalanlar
çox şey məhz bu sualların necə qarşılana-
hər hansı bir mükafatı əldə etmək, müəyyən
cağından asılıdır. Özünə dəyər verən, öz
cəzalardan yayınmaq, müəllimdən təşəkkür,
bacarıqlarına inanan, müstəqillik hisləri ilə
qiymət almaq naminə fəallıq göstərmək, təhsil
böyüyən uşaqlar təhsil müddətində öyrənmə
pilləsini “birtəhər” başa vurmaq, yoldaşları ilə
prosesindəki riskləri qarşılamağa hazır olurlar.
rəqabət aparmaq və s. kimi göstəricilərə –
Yaş da şagirdlərin motivasiyasına təsir edən
amil kimi diqqəti cəlb edir. Bu faktor da valideyn qısamüddətli motivasiyaya malik olurlar.
faktoru kimi məktəbəqədər və ümumitəhsil Qısamüddətli motivasiyanı uzunmüddətli mo-
pillələlərində özünü daha qabarıq göstərir. Aşağı tivasiya ilə əvəz etmək, təhsilalanların təhsilə,
sinif şagirdləri uğur qazanmaq üçün sərf etdikləri öyrənməyə yanaşma tərzini dəyişmək üçün
səylərin pozitiv nəticəsinə inandıqları halda, müəllimlər, təhsil ocaqları onların xarici mo-
yuxarı sinif şagirdləri sanki neqativ nəticə tivasiyasını diqqət mərkəzində saxlamalıdırlar.
gözləyir, bu zaman onlar artıq əvvəlcədən Müəllim öyrənənlərin motivasiyasının inkişafı
uğursuzluğu qəbul edir, heç bir səy göstərmir üçün xüsusi strategiyaya malik olmalıdır.
və ya minimal səylərlə kifayətlənməyə üstünlük Öyrədənin xüsusi strategiyasına öyrənənlərin
verirlər. Belə halların aradan qaldırılması və maraqlarının davamlılığını təmin etmək üçün
ya olmaması üçün valideyn faktoru, davamlı onların sosial həyatı ilə (reallıqla) uyğunluq
valideyn-müəllim əməkdaşlığı diqqət mərkə- təşkil edən təlim materiallarının maraqlı,
zində saxlanılmalıdır. Öyrənmə həvəsini valideyn müxtəlif olmasını təmin etməyi, təhsilalanların
və müəllimin birgə fəaliyyəti nəticəsində əldə şəxsi məqsədləri ilə üst-üstə düşən xüsusi
edilmiş ümumi “bacarıq” da adlandırmaq olar. məqsədlərin qoyuluşunu, ötürücü təlim mühi-
Xarici motivasiya ilə müqayisədə daxili mo- tinin yaradılmasını, uyğun, rəngarəng təlim
tivasiya daha təhrikedici, güclü və önəmli hesab üsullarının seçilməsini və s. aid etmək olar.

92 Azərbaycan məktəbi. 2021. №3


Təhsildə motivasiya və özünəinamın formalaşdırılması

Müəllim səriştəliliyinin müxtəlif parametrləri, yönəlmiş müsbət motivasiyaya malikdir. Digər


göstəriciləri olduğu kimi, müasir dövrdə onun bir təhsilalan, oxumamaqda və məktəbdə
strukturunda da müxtəliflik özünü göstərir. çalışmamaqda israrlıdırsa, o, mənfi motiva-
Pedaqoji ədəbiyyatlarda məktəb müəlliminin siyalıdır. Şagirdin hərəkətlərini düzgün
səriştəlilik modelinin strukturunun – yeni qiymətləndirmək üçün, hər şeydən əvvəl, həmin
səriştəliliyin və bu çərçivədə fəaliyyət növlərinin hərəkətlərin motivlərini başa düşmək lazımdır
aşağıdakılardan ibarət olduğu göstərilir: ki, bu da zahiri hərəkətləri yerinə yetirmək,
• Texnoloji (tədris-təlim və tərbiyə prosesində eyni məqsədlərə nail olmaq baxımından fərqli
pedaqoji texnologiyaların mənimsənilməsi və ola bilər.
səmərəli istifadəsi); Qədim Roma filosofu Senekanın fikrincə,
• Layihə-konstruktiv (tədris (işçi) proq- nəsihətlərlə tərbiyə çətin, nümunələrlə tərbiyə
ramlarının layihələndirilməsi, təhsil müəs- isə asandır. Tərbiyə prosesində nümunə təlim
sisəsinin əsas təhsil proqramlarının işlənməsində prosesindəki əyaniliyi əvəz edir. Heç bir söz
iştirak, universal tədris fəaliyyətinin və əsas yaxşı və pisin nə demək olduğu haqqında
səriştəliliklərin formalaşdırılmasını təmin edən nümunə qədər əyani, konkret təsəvvür yarada
tapşırıqların konstruksiya edilməsi); bilməz. Nümunənin tərbiyəvi gücünün pixoloji
• Analitik (tədris-metodik komplekslərin əsasını uşaqların böyüklərə oxşamaq, onlar
dövlət standartlarına uyğunluğunun təhlili; əsas kimi olmaq meyli və qabiliyyəti təşkil edir.
səriştəliliklərin və universal tədris fəaliyyətinin Onlar dərk etməzdən əvvəl təqlid etməyi
formalaşmasını təmin edən tapşırıqların öyrənirlər (Gənc ana və uşaqların maarif-
seçilməsi); ləndirilməsi, 2015).
• Proqnostik (təklif olunan tədris-metodik Tədris nəticələri ilə əlaqəli iki növ motivasiya
komplekslərin təhlili əsasında əsas təhsil var:
proqramlarının mənimsənilmə nəticələrinin 1) Şərti olaraq adlandırılan mənfi motivasiya.
proqnozlaşdırılması); Bu, şagirdin oxumadığı təqdirdə yarana biləcək
• Qiymətləndirmə (əsas təhsil proqramlarının müəyyən narahatlıq və çətinliklərdən xəbərdar
mənimsənilmə nəticələrinin qiymətləndirilməsi olması səbəbindən yaranan motivasiyadır
üçün yeni sistemin tətbiqi: bal-reytinq sistemi, (valideynlərin, müəllimlərin, sinif yoldaşlarının
təlim nəticələrinin portfeli və s.); ironiyası və s.). Bu cür motivasiya uğurlu
• Monitorinq (tədris-təlim prosesinin və dərs nəticələrə səbəb olmur;
vermənin keyfiyyətinin müəyyən edilməsi üçün 2) Təbiəti etibarı ilə müsbət olan motivasiya.
texnoloji monitorinqin mənimsənilməsi və Həvəsləndirmə növünü bilən müəllim müsbət
istifadə olunması) (Mehrabov, 2015). motivasiyanın gücləndirilməsi üçün şərait yarada
İnteraktiv təlim prosesində motivasiya nə bilər. Bu, öyrənmənin nəticəsi ilə əlaqəli
qədər yüksək olarsa, təlimin nəticələrinə bir o motivasiyadırsa, onda onu qorumaq üçün normal
qədər asan yiyələnmək olar. Hər bir müəllimin, şərait təşviq etmək, əldə olunan biliklərin
təhsil strukturunun qarşısında duran əsas gələcək üçün faydalılığını göstərmək, müsbət
vəzifələrdən biri motivasiyanı və onun təlimdəki ictimai rəy yaratmaq olar. Motivasiyanı
rolunu düzgün dəyərləndirmək, onu təhsil- gücləndirmək məqsədilə tədris prosesinin
alanlarda yaratmaq və inkişaf etdirməkdən səmərəli təşkili, şagirdlərin fəallığı, müstəqilliyi,
ibarətdir. Tədrisdə motivasiya təhsilalanın tədqiqat metodologiyası və bacarıqlarının
öyrənmə məqsədini və vəzifələrini onun üçün təzahürü üçün şərait yaradılması vacibdir.
vacib olduğu kimi qəbul etməsində ifadə olunur. Məktəb dövründə öyrənmə motivasiyasının
Motivasiya müsbət və mənfi ola bilər. Məsələn, formalaşmasını müasir məktəbin sosial
bir şagird öyrənmək istəyini ifadə edirsə, tədris əhəmiyyət kəsb edən əsas vəzifələrindən biri
fəaliyyətini mümkün qədər yaxşı yerinə adlandırmaq olar. Onun aktuallığı təhsilin
yetirməyə çalışırsa, bu o deməkdir ki, öyrənməyə məzmununun yenilənməsi, məktəblilərdə bilik

http://as-journal.edu.az 93
Firuzə Sadıqova

və idraki maraqların müstəqil mənimsənilməsi şəxsi rifaha aparan yol və s. Bundan əlavə, mo-
metodlarının formalaşdırılması, məktəblilərin tivasiya öyrənmə fəaliyyətinin özündə, məsələn,
ideoloji, siyasi, əmək, mənəvi tərbiyəsinin vəhdəti öyrənmə məqsədləri ilə birbaşa əlaqəli də ola
şəklində həyata keçirilməsi, habelə onların aktiv bilər. Bu kateqoriyanın motivlərinə maraqdan
həyat mövqeyinin formalaşması ilə əlaqədardır. məmnunluq, müəyyən biliklərə yiyələnmək
Cəmiyyətimizin bu gün məktəbə verdiyi sosial kimi xüsusiyyətlər aid edilir.
sifariş tədris və tərbiyənin keyfiyyətini artır-
maqdan, təhsilalanların işlərinin nəticələrini
qiymətləndirərkən formalizmə yol vermə- İstifadə edilmiş ədəbiyyat
məkdən ibarətdir.
1
Bayramov, Ə., Əlizadə, Ə. (2006). Psixologiya.
NƏTİcƏ Bakı, 602 s.
2
Gənc ana və uşaqların maarifləndirilməsi.
Təhsildə motivasiya psixoloji cəhətdən, həm (2015). Respublika uşaq kitabxanaları üçün
normal, həm də ekstremal şəraitdə, fəaliyyətin tövsiyə biblioqrafiyası. Bakı.
nisbi müddətini və yüksək məhsuldarlığını
3
İlyasov, M. (2018). Müəllim peşəkarlığı və
təmin edən dinamik prosesdir. Davamlılığın pedaqoji səriştəliliyin müasir problemləri. Bakı,
sistemli təmsilçiliyinə əsaslanaraq tədqiqatçılar Elm və təhsil, 208 s.
4
Karnegi, D. (2015). Dost qazanmaq və adamlara
bunu təlim motivasiyasının güc, şüur, effektivlik,
təsir göstərmək sənəti. Bakı, Qanun nəşriyyatı.
fəaliyyətin məna verən motivinin formalaşması, 5
Qədirov, Ə. (1969). Uşaqlarda idrak proseslərinin
prosesə istiqamətləndirmə və s. kimi xüsu-
inkişafı. Bakı, Maarif.
siyyətləri ilə birlikdə nəzərdən keçirirlər. 6
Mehrabov, A.O. (2015). Səriştəli müəllim
Təhsil fəaliyyətinin müvəffəqiyyəti onun hazırlığının problemləri. Bakı, Elm və təhsil.
motivasiyasından – mənimsəmənin keyfiyyətini 7
Paşayev, Ə., Rüstəmov, F. (2007). Pedaqogika.
artıran daxili və xarici amillərdən asılıdır. Bakı, Nurlan.
Müxtəlif komponentlər:tələbənin ehtiyacları, 8
Zeynaloğlu, C. (2017). Təlim fəaliyyətinin
başqalarının nümunəsi, möhkəmləndirmə və psixoloji prosesi (Azərbaycan dilində). Bakı,
cəza sistemi və s. belə həvəsləndirici amillər Ünsiyyət, 144 s.
kimi çıxış edə bilər.
Tədris üçün formalaşdırılmış motivasiyanın
olmaması təkcə müəllimlər üçün deyil, həm də
təhsilalanların özləri və valideynləri üçün də
aktual olan problemdir. Təhsil fəaliyyəti
şəxsiyyətin ən fəal şəkildə formalaşmasının
bütün illərini, uşaq bağçasından tutmuş ümumi
və ali təhsil müəssisələrindəki dövrünü əhatə
edir. Buna görə də onun motivasiya problemi
pedaqogika və təhsil psixologiyasında ən önəmli
məsələlərdəndir.
Şagirdlərin məktəbdə aldığı bilik yalnız onun
digər məqsədlərə çatması üçün bir vasitə ola
bilər (sertifikat almaq, cəzadan qaçmaq, tərif
qazanmaq və s.). Bu vəziyyətdə uşağa maraq,
xüsusi bacarıqlara yiyələnmək istəyi, biliklərin
mənimsənilməsi prosesinə həvəs deyil, öyrənmə
nəticəsində nə əldə ediləcəyi motivasiya verir.
Motivasiyanın başqa bir forması dar düşüncəli
motivlərlə müəyyən edilir: başqalarının razılığı,

94 Azərbaycan məktəbi. 2021. №3

You might also like