You are on page 1of 8

Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021.

№2

TƏhSİlDƏ ƏSAS keYfİYYƏT fAkTORlARI

SƏRCAN SADİQOVA
Naxçıvan Dövlət Universiteti, İngilis dili və metodika kafedrasının müəllimi.
e-mail: sarjansadigova@gmail.com
https://orcid.org/0000-0003-4808-5982

Məqaləyə istinad: ANNOTASİYA


Sadiqova S. (2021). Təhsildə əsas
keyfiyyət faktorları. Azərbaycan Məqalədə təhsilin keyfiyyətində əsas rol oynayan amillərdən, bu
məktəbi. № 2 (695), səh. 73–80 sahədə mövcud olan nöqsanlardan və onların aradan qaldırılmasından
bəhs edilir. Qeyd olunur ki, təhsilin qarşısında duran əsas vəzifə müasir
standartlara cavab verən yüksək səviyyəli mütəxəssis hazırlığını təmin
etməkdir. Bu sahədə yeni imkanlar əldə etmək üçün informasiya-kom-
munikasiya texnologiyalarının, habelə müəllim və tələbə əməyinin
stimullaşdırılmasının mühüm rolu vardır. Məqalədə respublikamızın
beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyi və Azərbaycanda həyata
keçirilən islahatlar nəticəsində təhsil sisteminin beynəlxalq standartlara
uyğunlaşdırıldığı da vurğulanır. Qeyd olunur ki, müasir təhsil bütün
detalları ilə innovativ təhsildir. Tətbiq olunan interaktiv təlim üsulları,
müəllimin bələdçilik fəaliyyəti, müəllim-şagird münasibətlərində yeni
yanaşmalar, konseptuallığı ilə səciyyələnən kurikulum islahatı, təhsil
və tədris prosesinə yeni elmi-texniki avadanlıqların tətbiqi, qiymət-
ləndirmə islahatı və bu sahədəki yeniliklər, təhsilalanların və təhsil-
verənlərin məzmunca dəyişməsi, İKT-dən istifadənin daha geniş vüsət
alması bütövlükdə təhsilin innovasiyalaşdırılmasına xidmət edir. Belə
nəticəyə gəlinir ki, təhsilin keyfiyyəti üçün hər kəs öz üzərinə düşəni
yerinə yetirməli, müasir standartlara cavab verən tədris prosesindən
istifadə edilməli, eləcə də təhsilin keyfiyyətinə təsir göstərən əsas
amillər – müəllimlər, valideynlər, şagirdlər, motivasiya, liderlik, mühit,
tədris qiymətləndirmə metodları və tədris planı – hər zaman diqqət
mərkəzində olmalıdır.

Açar sözlər: Təhsil, təhsil sistemi, təhsilin keyfiyyəti, amil, tədris


Məqalə tarixçəsi
Göndərilib: 07.05.2021 prosesi.
Qəbul edilib: 27.05.2021

http://as-journal.edu.az 73
Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №2

The QuAlITY fACTORS IN eDuCATION

SARJAN SADIGOVA
Nakhchivan State University, Department of English language and
methodology, teacher. e-mail: sarjansadigova@gmail.com
https://orcid.org/0000-0003-4808-5982

To cite this article: AbSTRACT


Sadigova S. (2021). The quality
factors in education. Azerbaijan The article discusses the key factors in the quality of education, current
Journal of Educational Studies. deficiencies in this field and their elimination. It is stated that the main
Vol. 695, Issue II, pp. 73–80
task of education is to provide high-level education that meets modern
standards. Information and communication technologies, as well as
the stimulation of teachers and students have an important role to
play in gaining new opportunities in this area. The article also em-
phasizes that our country closely cooperates with international or-
ganizations and as a result of reforms implemented in Azerbaijan, the
education system has been brought into line with international stan-
dards. It is noted that modern education is an innovative education in
all its details. Applied interactive teaching methods, teacher guidance,
new approaches to teacher-student relations, curriculum reform char-
acterized by conceptualization, application of new scientific and tech-
nical equipment in education and teaching process, assessment re-
form and innovations in this field, change of content of students and
educators, wider use of ICT as a whole serves to innovate education.
The author concludes that for the quality of education, everyone must
do their part, use a teaching process that meets modern standards,
as well as the main factors that affect the quality of education – teach-
ers, parents, students, motivation, leadership, environment, teaching
assessment methods and curriculum – should always be in the center
of attention.

Article history
keywords: Education, education system, quality of education, factor,
Received: 07.05.2021 teaching process.
Accepted: 27.05.2021

74 http://as-journal.edu.az
Təhsildə əsas keyfiyyət faktorları

Giriş kəzində deyil, həmin ölkədə dövlət quruluşu


ziyanlarla üzləşir. Aydındır ki, dövlət quruluşu
“Azərbaycan Respublikasında təhsilin inkişafı formasından asılı olmаyaraq, tərbiyənin forma
üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyəti və məzmununa möhtacdır (Məmmədzadə,
başlıca strateji prioritet elan olunub, ümumi 2010).
təhsil müəssisələrinin şagird və məzunlarının Təlimdə müvəffəqiyyət əldə etmək üçün son
keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual zamanlar xüsusi metodlardan, məsələn təlim-
məsələ kimi irəli sürülüb. Aparılan tədqiqat tərbiyə prosesində tətbiq edilən proqramların
işinin məqsədi müasir dövrdə ən aktual və ümumiyyətlə, müxtəlif sahələrdə qazanılmış
problemlərdən olan təhsildə keyfiyyətin əsas biliklərin qiymətləndirilməsində bəzi testlərdən
amillərini müəyyənləşdirmək və onlardan geniş istifadə olunur. 2005-ci ildən etibarən
səmərəli şəkildə istifadəni təmin etməkdir. keyfiyyət təminatında, eləcə də kvalifikasiya
Hazırda təhsildə əsas məqsədlərdən biri çərçivəsində, təlim nəticələrinin tanınması və
onun keyfiyyətinin yüksəldilməsidir. Təhsilin təşviqi kimi həyata keçirilən digər Boloniya
keyfiyyətinin yüksəldilməsi ona təsir edən tədbirlərində əhəmiyyətli irəliləyişlər baş
amillərin məhsuldarlığını təmin edən tədris vermişdir.
prosesinin kompleks xarakteristikası kimi Ölkəmizdə 15 mart 2021-ci ildən etibarən
müəyyənləşdirilir. Keyfiyyətə nail olunmasında təhsilin keyfiyyətinə təsir edən amilləri müəyyən
müəllimin biliyinin və pedaqoji bacarıqlara etmək üçün sorğu keçirilmiş və bu məqsədlə
yiyələnməsinin, habelə təhsilalanlarının akade- 10812 rəy qəbul edilmişdir. Sorğunun nəticəsinə
mik fəaliyyətinə müsbət təsir göstərən effektiv əsasən demək olar ki, təhsilin keyfiyyətinə təsir
tədris metodlarının əhəmiyyəti böyükdür. edən amillər sırasında müəllimlərin peşəkarlıq
Təhsildə keyfiyyət hər zaman aparıcı amil səviyyəsi 33,3 faiz olmaqla üstünlük təşkil
olmuşdur. Bununla yanaşı, müvəffəqiyyət əldə etmişdir. Bununla yanaşı, keyfiyyətə təsir edən
etmək, təhsil prosesinin vəziyyətini və effek- başqa amillər arasında məktəbin maddi-texniki
tivliyini artırmaq üçün digər amillərdən də təchizatı (17,3 faiz), valideyn amili (15,2 faiz),
geniş istifadə olunmalıdır. məktəb rəhbərlərinin fəaliyyəti (10 faiz),
məktəbdə psixoloji mühit (8,2 faiz) və dərsliklər
Təhsilin keyfiyyəti anlayışı də (5,5 faiz) var.
Beləliklə, sorğunun nəticələrindən də aydın
Təhsilin başlıca məqsədlərindən biri olan olduğu kimi, səmərəli dərs deyə biləcək ixtisaslı
keyfiyyətin yüksəldilməsi şagirdlərdə həyati və təcrübəli müəllimlərin olması təhsilin
bacarıqların inkişaf etdirilməsini, şəriştəliliyin keyfiyyətinə təsir göstərə biləcək əsas amildir.
səmərəli təşkilini təmin edən tədris prosesinin Təhsilin keyfiyyətinə təsir edən digər amil
kompleks xarakteristikası kimi müəyyənləşdirilir. zəruri təlimat materiallarının olmamasıdır.
Con Dyuinin təbirincə desək, təhsil həyata ha- Tədris prosesini səmərəli şəkildə həyata
zırlıq deyil, həyatın özüdür. Elm inkişaf etdikcə, keçirmək üçün onu lazımi avadanlıq, dərslik
təcrübə artdıqca təhsil anlayışı geniş məna və digər tədris materialları ilə təmin etmək
kəsb edir, həyatın onun qarşısında qoyduğu lazımdır. Lockheed də dərsliklərin və digər
yeni tələblər nəticəsində vəzifələr optimallaşır tədris materiallarının təhsilin keyfiyyətini
(Məmmədzadə, 2010). artırmaq üçün vacib olduğunu bildirmişdir
Təhsil sisteminin və onun məzmununun (Tefera, 2019).
ölkənin gələcəyinə xidmət göstərməsi fikrini Təhsildə keyfiyyətin artırılmasında digər
xüsusi dəlillərlə əsaslandırmağa ehtiyac yoxdur, amillərlə yanaşı motivasiyanın tətbiq edilməsi
çünki cəmiyyətin çoxəsrlik tarixi bunu sübut və düzgün planlaşdırmanın aparılması da
edir. Aristotel yazırdı ki, qanun verənlər gənclərin zəruridir. Çünki qarşıya qoyulmuş məqsədə
tərbiyəsinə xüsusi diqqətlə yanaşmalıdırlar, nail olmaq üçün perspektiv planlaşdırma və
hansı dövlətlərdə bu problemlər diqqət mər- motivasiyadan istifadə edilməsi uğurlu və

http://as-journal.edu.az 75
Sərcan Sadiqova

məhsuldar tədris prosesinə öz töhfəsini verə vasitə kimi qəbul edilən qiymətləndirmədir.
bilər. Dərsin keyfiyyətinin yüksəldilməsində və Qiymətləndirmə təlim-tərbiyə prosesini tək-
şagirdlərdə təfəkkürün inkişaf etdirilməsində milləşdirməyə, təlim prosesinin səmərəliliyini
motivasiyanın rolu inkaredilməzdir. Planlaşdı- yüksəltməyə, şagirdlərin nəyi mənimsədiklərini,
rılma amilinin bu funksiyada mühüm əhəmiyyətə nələri öyrəndiklərini, hansı bacarıqlara malik
malik olması qeyd edilməlidir. Hər bir məqsədin olduqlarını və onlarda hansı keyfiyyət dəyişik-
əldə edilməsi onun həyata keçirilməsi üsullarının liklərinin formalaşdığını müəyyənləşdirməyə
seçilməsindən, əldə etmək istəyinin müəyyən- obyektiv şərait yaradır. Məhz qiymətləndirmə
ləşdirilməsindən, bu məqsədlə prosesin ardıcıl- vasitəsilə təhsil müəssisəsi rəhbərləri müəs-
lığının təmin edilməsi üsullarının düşünülmüş sisədə təlim-tərbiyə işinin səviyyəsi, müəllim
şəkildə həyata keçirilməsi tədbirlərinin təyin və şagirdlərin fəaliyyəti haqqında lazımi infor-
edilməsindən asılıdır. Plan layihədir, onu müza- masiya toplayır və bunun əsasında işin yaxşı-
kirə etmək, mütəxəssislər tərəfindən qiymət- laşdırılması üçün müvafiq qabaqlayıcı tədbirlər
ləndirməyə vermək, düzəlişlər aparmaq və həyata keçirirlər. Göründüyü kimi, təhsildə
praktiki fəaliyyətdə səhvlərə yol verməmək qiymətləndirmə sistemi təhsil işçisinin səmərəli
üçün optimal səviyyəyə qaldırmaq lazımdır. fəaliyyətinin müəyyənləşdirilməsi və pedaqoji
Unutmaq olmaz ki, planlaşdırma zamanı prosesin təkmilləşdirilməsi üçün vaxtında tələb
buraxılmış səhvləri sonradan düzəltmək çox olunan tədbirlərin görülməsi məqsədini
çətindir. Planlaşdırma, sözün əsl mənasında, daşımalıdır. Çünki qiymətləndirmə pedaqoji
proqnozlaşdırma, proqramlaşdırma və işçi planı- prosesi tənzimləməyə, keyfiyyəti yüksəltməyə,
nın hazırlanmasından ibarətdir (Məmmədzadə, həm də mövcud çatışmazlıqlar barədə təhsili
2010). Plan imkan yaradır ki, qarşıya qoyulmuş idarə edənlərin və valideynlərin məlumat-
məqsəd uğrunda standartlar, göstəricilər landırılmasına xidmət edən yeganə pedaqoji
müəyyənləşdirilsin. Planın göstəriciləri nəzarətin vasitə olduğundan, onun düzgün təşkili mühüm
həyata keçirilməsinə imkan yaradır. Planlaşdırma rol oynayır. Ona görə də ümumtəhsil
düzgün həyata keçirilibsə, idarəetmə fəaliyyəti məktəblərində elmi, pedaqoji və psixoloji cəhət-
düzgün istiqamətlənir, yaxşı nəticələr əldə edilir dən əsaslandırılmış monitorinq və qiymət-
və vaxta qənaət olunur. Son təcrübələr göstərir ləndirmənin aparılması təhsil prosesinin
ki, təhsil müəssisələrinin bəzilərində təlim- keyfiyyətinin yüksəldilməsində atılan ən mühüm
tərbiyə işlərinin planlaşdırılması məktəbin addımlardan biridir (Hüseynova, 2020).
fəaliyyəti, inkişafı proqramının hazırlanması Müəllim-şagird və ya müəllim-tələbə ara-
və həyata keçirilməsi ilə əvəz olunur. sındakı əlaqə yaxşı qurulmazsa, bu nüans uşaq-
Yüksək motivasiya olunmuş öyrənənlərlə ların aldığı təhsilin keyfiyyətinə mənfi təsir
keyfiyyətli nəticə əldə etmək asan olduğu halda, göstərəcəkdir. Öyrənənlərin uğurlu fəaliyyətinə
zəif motivasiyalı öyrənənlərlə təlimin məqsəd- mane olan məqamlara tədris materialları və
lərinə nail olmaq çətinləşir. Fəal təlim prosesində tədris metodlarının uyğun tətbiq edilməsində
motivasiya açar rolunu oynayır və o ən güclü çətinliklər, müəllimlərin iş şəraitinin pis olması
təhrikedici, təsiredici faktordur. Bütün öyrənənlər səbəbindən motivasiyanın alınmaması, öyrə-
motivasiyalı ola bilər, lakin onların motivasiya nənlərin tədris müəssisəsinə gəlməməsi kimi
mənbələrinin fərqli olması gözləniləndir. Bu hallar da daxildir.
fərqləri bilən müəllim öyrənənlərin öyrənmə
həvəsini tənzimləmə bacarığına malik olur. Ona Təhsilin müasir vəziyyəti, problemlər və
görə də təhsilalanlarla motivasiyanı yaradan onların aradan qaldırılması
səbəbləri bilmək pedaqoji prosesin təşkilatçıları
üçün vacibdir. Ə.Ə. Əlizadə və H.Ə. Əlizadə psixopedaqoji
Təhsilin keyfiyyətinə və tədris prosesinə araşdırmalarında müasir təhsil konsepsiyasının
təsir edən faktorlardan biri də, mühüm pedaqoji özünəməxsus cəhətlərindən danışaraq qeyd

76 Azərbaycan məktəbi. 2021. №2


Təhsildə əsas keyfiyyət faktorları

edirlər ki, müasir təhsil konsepsiyası şəxsiyyətin • idarəetmədə dövlət və ictimai əsasların əla-
formalaşdırılmasını təhsil sisteminin başlıca qələndirilməsi;
vəzifəsi hesab edir (Əlizadə, 2008). • idarəetmədə elmilik, nəzəriyyə ilə praktikanın
Müasir təhsil bütün detalları ilə innovativ qırılmaz qarşılıqlı əlaqəsi;
təhsildir. Tətbiq olunan interaktiv təlim üsulları, • idarəetmədə planlılıq;
müəllimin bələdçilik fəaliyyəti, müəllim-şagird • idarəetmədə sistemlilik və komplekslilik;
münasibətlərində yeni yanaşmalar, konsep- • idarəetmədə səmərəliliyə, yekun nəticələrə
tuallığı ilə səciyyələnən kurikulum islahatı, nail olmaq meyli;
təhsil və tədris prosesinə yeni elmi-texniki • idarəetmədə mərkəzləşdirmənin və desen-
avadanlıqların tətbiqi, qiymətləndirmə islahatı tralizasiyanın rasional əlaqələndirilməsi;
və bu sahədəki yeniliklər, təhsilalanların və • idarəetmədə demokratikləşdirmə və huma-
təhsilverənlərin məzmunca dəyişməsi, İKT-dən nistləşdirmə.
istifadənin daha geniş vüsət alması bütövlükdə
təhsilin innovasiyalaşdırılmasına xidmət edir. Təhsildə informasiya texnologiyalarından
Təhsilin keyfiyyətinə təsir edən amillərdən istifadə
biri də pedaqoji təhlildir. Onun məqsədi pedaqoji
prosesin vəziyyətini aşkara çıxarmaqla onu Təhsil sahəsində informasiya və kommu-
düzgün qiymətləndirməkdən və görüləcək işləri nikasiya texnologiyalarından (İKT) düzgün
müəyyənləşdirməkdən ibarətdir. İdarəetmənin istifadə etmək və bu bacarıqların təkmilləş-
effektivliyi təhsili idarə edənlərin pedaqoji dirilməsi yollarının araşdırılması olduqca
təhlilin metodikasına necə yiyələnməsindən əhəmiyyətli məsələdir. Qeyd edək ki, İKT ilə
asılıdır. Pedaqoji təhlil düzgün aparılmazsa, bu
bağlı biliyə mükəmməl yiyələnməyin ən optimal
halda vəziyyəti düzgün qiymətləndirmək, gələcək
yolu məhz ümumi təhsildən keçir. Məktəb
addımları düzgün müəyyənləşdirmək və
illərində bu texnologiyalara yiyələnmək infor-
yaranmış problemin optimal həlli yollarını tap-
masiya cəmiyyəti quruculuğunda məzunların
maq çətin olar. Vaxtında və lazımi səviyyədə
fəal iştirakını təmin edir .
aparılmayan təhlil idarəetmənin sonrakı
İKT müstəqil qavrama qabiliyyətini təmin
mərhələlərində yanlış hərəkət etməyə, fəaliyyətin
etmək üçün də yeni imkanlar açır. Bununla
məqsədini və planını düzgün müəyyənləş-
dirməməyə, əsassız qərar və ya proqram qəbul əlaqədar olaraq müəllimin rolu dəyişir: o, təhsil
etməyə gətirib çıxara bilər. Bunu nəzərə alaraq, prosesinin konsultantı (öz ixtisasına uyğun
məktəb rəhbərləri pedaqoji təhlil qabiliyyətinə məsləhət verən mütəxəssis) və koordinatoru
yiyələnməli, pedaqoji fakt və hadisələri hərtərəfli (əlaqələndirici) olur. Kompüterlə aparılan dərslər
araşdırmalı, müqayisə və ümumiləşdirmələr daha çox yadda qalır. Multimedia vasitələri,
aparmalı, pedaqoji prosesin səmərəli idarə avtomatlaşdırılmış öyrədici sistemlər, kompü-
olunmasına nail olmalıdırlar. Bunun üçün analitik ter tədris proqramları, animasiya qrafikası,
təfəkkürə yiyələnmək lazım gəlir (İsmixanov, rəngarəng illüstrasiyalar şagirdlərin idrak
Bəxtiyarova, 2012). aktivliyinə müsbət təsir göstərir və olimpiada-
Təhsil müəssisəsini idarəetmə nəzəriyyəsi larda, müxtəlif intellektual yarışlarda gös-
həmin müəssisənin menecment nəzəriyyəsi ilə tərdikləri nəticələrin keyfiyyətini artırır. Tədris
əhəmiyyətli şəkildə tamamlanır. Məktəbi idarə prosesində interaktiv lövhə və virtual laborator
edənin fəaliyyəti öz əməkdaşlarına hörmət və proqramlarından istifadə edilməsi dərsin əsas
etibar etməklə, işdə uğur qazanmaq üçün onlara prinsiplərindən birini, onun əyaniliyini təmin
şərait yaratmaqla qurulur. İdarəetmənin mahiy- edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı
yətini aşağıdakı prinsiplər tam və hərtərəfli səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca
əks etdirir: toxunmaqla onun üzərində kompüterdə müm-
• kollegiallıqla vahid rəhbərliyin əlaqələn- kün olan bütün əməliyyatları interaktiv rejimdə
dirilməsi; aparmaq olar.

http://as-journal.edu.az 77
Sərcan Sadiqova

Keyfiyyətin əldə edilməsində tələbə və Dünya Bankı ilə Azərbaycan Respublikasının


müəllim əməyinin stimullaşdırılması da vacib Təhsil Nazirliyi arasında imzalanmış kredit
amillərdəndir. Ona görə ki, tədris prоsеsi hаzır müqaviləsi əsasında “2004-2009-cu illərdə
biliklərin müəllimdən şagirdə (tələbəyə) ötü- Təhsil Sektorunun İnkişafı Layihəsi” əmək-
rülməsi dеyil, öyrədənlərlə öyrənənlər аrаsındа daşlığın ikinci mərhələsi kimi qəbul edilmişdir.
əlаqəli fəаliyyət оlub, öyrənənlər tərəfindən Bu layihə əhatə edir: 1) təhsilin idarə edilməsinin
еlmi biliklərin fəаliyyət prоsеsində istifаdə təkmilləşdirilməsini; 2) məktəblərin maddi-
qаydаlаrını mənimsəməkdir. Bu prоsеs insаnlığın texniki bazasının gücləndirilməsini; 3) müəl-
əldə еtdiyi təcrübənin öyrənənlər tərəfindən limlərin hazırlanması, tədris planı, dərslik
mənimsənilməsini, оnlаrın хаrici və dахili fəаl- strategiyası və digər sahələri.
lığının stimullаşdırılmаsını və idаrə оlunmаsını Prezident İlham Əliyevin 19 yanvar 2015-ci
tələb еdir (Məmmədzadə, 2010). Ona görə də il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
stimullаrdаn istifаdə etmək, onu müəyyən Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət
fəаliyyətə yönəltmək lаzımdır. Məqsəd hеç də Strategiyasının həyata keçirilməsi ilə bağlı
öyrənənin hаnsısа tədbirlər vаsitəsilə təlimə Fəaliyyət Planı” dünya təhsilinə inteqrasiya yo-
yönəldilməsi dеyil, оnun fəаliyyətinin lаzım lunu seçmiş milli təhsilimizin metodoloji əsasını
оlаn mоtivlərini stimullаşdırmаqdır. Dərkеtmə özündə birləşdirən konseptual sənəddir. Bu
prоsеsinin stimullаşdırılmаsı bunа əsаslаn- strategiyada göstərilmiş beş mühüm istiqamət
mаlıdır. Bu zаmаn müəllim uşаqlаrın еhtiyаcını, və müvafiq prinsiplər əsasında hazırlanmış
tələbаtlаrını müəyyənləşdirə bilmirsə, аydındır “Fəaliyyət Planı” təxminən 10 il ərzində mərhələli
ki, оnların fəаliyyətini də stimullаşdırа bilməz. şəkildə təhsilin əksər pillələrində milli məzmun
Təlimin stimullаşdırılmаsı üsullаrını pеdаqоji standartlarının və kurikulumların yaradılması,
nöqtеyi-nəzərdən hаzırlаmаq üçün məktəblilərin ekspertizası və həyata keçirilməsini əhatə edir.
еlmlərə mаrаğını və оnlаr tərəfindən mənim-
sənilmiş biliklərin yаddа sахlаnılmаsını, strаtеji Təhsilin keyfiyyətinin artırılmasında
vəzifə kimi müəyyənləşdirmək lаzımdır. Оnu iştirak edən əsas tərəflərin hüquq və
dа unutmаq оlmаz ki, müаsir dövrdə öyrənənin vəzifələri
tədris prоsеsində аldığı biliklərin hеç də hаmısını
yаddа sахlаmаğа еhtiyac yохdur (Məmmədzadə,
Planlaşdırılmış işləri reallaşdırmaq üçün
2010).
kontinget seçilməli, subyektin həyata keçirəcəyi
tədbirlər formalaşdırılmalı, onun funksional
beynəlxalq təhsil məkanında keyfiyyət
vəzifələri müəyyənləşdirilməlidir. Subyektin
təminatı üzrə standartlar və onların
üzərinə düşən vəzifələrin həyata keçirilməsi
ölkəmizin təhsil sisteminə tətbiqi
üçün o, müəyyən səlahiyyətlərə malik olmalı,
Azərbaycanda həyata keçirilən islahatların bununla yanaşı onun hüquqları da müəyyən-
əsas məqsədi təhsil sisteminin beynəlxalq stan- ləşdirilməlidir. Bu zaman məsuliyyətin predmeti
dartlara uyğunlaşdırılmasıdır. Bu baxımdan, də aydın olmalı, fəaliyyətin son məhsulu və ya
ötən əsrin 90-cı illərindən bəri respublikamız subyekt tərəfindən görüləcək işin növü qeyd
beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. edilməlidir, çünki o bu işin keyfiyyətinə görə
Onlardan biri də təhsil islahatlarının həyata məsuliyyət daşıyır. Funksional hüquq və
keçirilməsində Azərbaycan Respublikasının vəzifələrdən aydın olmalıdır ki, nəzərdə tutulmuş
tərəfdaşı olan Dünya Bankıdır. İslahatların tədbirlərin yerinə yetirilməsi və ya keyfiyyətsiz
həyata keçirilməsi aşağıdakı 3 istiqamət üzrə yerinə yetirilməsi digər subyektlər – öyrənənlər
planlaşdırılmışdır: 1) tədris planı və proqram- üçün hansı nəticələrə gətirib çıxara bilər.
ları, tədris və metodik dəstək; 2) müəllimlərin İdarəçilik fəaliyyətini təşkilati baxımdan
ixtisaslaşması; 3) layihənin monitorinqi və həyata keçirmək üçün aşağıdakı cədvəl köməkçi
qiymətləndirilməsi. rolunu oynaya bilər (Məmmədzadə, 2010):

78 Azərbaycan məktəbi. 2021. №2


Təhsildə əsas keyfiyyət faktorları

Vəzifələr Hüquqlar Məsuliyyət


1. hazırlamaq... 1. təklif vermək… 1. proqramın hazırlanması üçün…
2. həll etmək... 2. müəyyənləşdirmək… 2. nəzarətin ardıcıllığı…
3. nəzarət etmək… 3. qiymətləndirmək… 3. vaxtında təqdim edilməsi...
4. öyrənmək… 4. düzəliş etmək… 4. işə cəlb etmək üçün…
5. həyata keçirmək… 5. tələb etmək… 5. kriteriyaların hazırlanması.
6. diqqətdə saxlamaq… 6. məsələ qaldırmaq… 6. təmin olunması üçün…
7. hazırlamaq… 7.yoxlamadan keçirmək… 7. diaqnostika üçün...
8. təmin etmək… 8. həyata keçirmək… 8. həftəlik informasiya üçün...
9. təhlil etmək… 9. nəzarət etmək… 9. monitorinq üçün…
10. tələb etmək… 10. məsləhətlər vermək… 10. hazırlamaq üçün…

Nəticə sinfə qəbulun sadələşdirilməsi və elektron-


laşdırılması ilə bağlı Təhsil Qanununa dəyişik-
Ümumi təcrübə göstərir ki, arzuolunan nəticə liklərin edilməsi, təhsilin keyfiyyətinin yaxşılaş-
əldə etmək üçün tədrisin keyfiyyətində qarşılıqlı dırılması təhsilin stimullaşdırılması və vətəndaş
vəhdət olmalıdır. Yəni tədris prosesində təhsilin məmnunluğuna xidmət edən əsas göstərici-
məzmunu, pedaqoji texnologiya və təhsilin lərdəndir. Ümumiyyətlə, bu sahədə aparılan
keyfiyyətinə nəzarət amilləri arasında harmoniya bütün islahatlar əhalinin keyfiyyətli təhsilə
varsa, tələb olunan keyfiyyəti təmin etmək olar. əlçatanlığını artırır və sosial müdafiəsini güc-
İndiki dövrdə keyfiyyətin qorunması və idarə ləndirir.
olunması yalnız ali təhsil müəssisələrinin deyil,
həm də kolleclərin və ümumi təhsil məktəb- Qeyd: Məqalə Təhsil İnstitutunun dəstəyi, Təhsil
lərinin qarşılaşdığı əsas problemdir. Bu nöqteyi- İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin
nəzərdən istər ali məktəblərdə, istər orta-ixtisas təcrübə və kommunikasiya platformasının təşkilatçılığı
təhsil müəssisələrində, istərsə də ümumi təhsil ilə 22-25 aprel 2021-ci ildə keçirilən Təhsil İdarəçiliyi
Beynəlxalq Konfransında təqdim edilib.
məktəblərində təhsilin keyfiyyəti daim diqqət
mərkəzində olmalı və mühüm məsələ kimi bu
işdə məsul olan şəxslər tərəfindən nəzarətdə İstifadə edilmiş ədəbiyyat
saxlanılmalıdır.
Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəl- 1
Avropa ali təhsil məkanında keyfiyyət təminatı
dilməsi, inkişafının təmin olunması istiqamətində üzrə standartlar və təlimatlar (ESG). (2015).
bir sıra ciddi addımlar atılır. Məktəbdə müasir 2
Əlizadə, Ə.Ə. (2008). Yeni pedaqoji təfəkkür:
təlim-tədris prosesinin qurulmasında həlledici psixopedaqogikaya giriş. Bakı.
faktorlardan biri olan keyfiyyətin idarə olunması 3
https://www.muallim.edu.az/news.php?id=
məsələsinə xüsusi diqqət yetirilir. Son dövrlərdə 6400
təhsil qanunvericiliyinə edilən dəyişikliklərin 4 Hüseynova, N. (2020). Keyfiyyətin
yüksəldilməsində qiymətləndirmənin rolu.
əksəriyyəti cəmiyyəti düşündürən məsələlərdir.
Elm və İnnovativ Texnologiyalar Jurnalı (12).
Təhsil müəssisələrində psixoloji xidmətin təşkili,
s.39-47.
fənn olimpiadalarının qaliblərinin ali təhsil 5
İsmixanov, M., Bəxtiyarova, R. (2012). Məktəbin
müəssisələrinə müsabiqədənkənar qəbulu, idarə edilməsi. Bakı.
təhsilverənlərin sertifikatlaşdırılması, təqvim 6
Məmmədzadə, R. (2010). Təhsildə keyfiyyət
ilinin sonunadək altı yaşı tamam olan uşaqların apаrıcı istiqamətlərdən biri kimi. “Müəllim”
məktəbə müsabiqəsiz qəbulu, eləcə də birinci nəşriyyatı. 169 s.

http://as-journal.edu.az 79
Sərcan Sadiqova

7
Təhsil Problemləri qəz. (2014). 16 fevral.
8
Lockheed, M.E., & Verspoor, A. (1991).
Improving primary education in developing
countries. Washington D.C Oxford University
press.
9
MoE. (2002). Education Sector Development
Program (ESDP-II). Addis Ababa.
10
Tefera, G.N. (2019). Input factors affecting
education quality in general secondary schools
of East Wollega zone. Gida Ayana Woreda. 67p.
11
Voronin, A.S. (2006). Ümumi və sosial
pedaqogika terminlərinin lüğəti. Yekaterinburg:
GOU VPO USTU-UPI.

80 Azərbaycan məktəbi. 2021. №2

You might also like