You are on page 1of 5

Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021.

№2

ŞƏXSİYYƏTYÖNLÜLÜK İDEYALARININ
TARİXİ ƏHƏMİYYƏTİ VƏ GƏNC NƏSLƏ
AŞILANMASI YOLLARI

VİDADİ BƏŞİROV
Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin pedaqogika
kafedrasının dosenti. e-mail: vidadi.besirov@mail.ru
https://orcid.org/0000-0003-1202-255X

Məqaləyə istinad: ANNOTASİYA


Bəşirov V. (2021). Şəxsiyyətyönlülük
ideyalarının tarixi əhəmiyyəti və Məqalədə sosial-iqtisadi həyatın tərkib hissəsi olan təhsil prosesində
gənc nəslə aşılanması yolları. cərəyan edən şəxsiyyətyönlülüyün təmin olunmasına verilən ənənəvi
Azərbaycan məktəbi.
və müasir tələblər sisteminin qoyuluşundan, onun tarixi-müqayisəli
№ 2 (695), səh. 109–113
təhlil məsələlərindən bəhs edilir. Xüsusən, ənənəvi paradiqmalarla
yanaşı, müasir tendensiyalara əsaslanan, vətəndaş-cəmiyyət vəhdə-
tindən irəli gələn milli və ümumbəşəri dəyərlər nümunəsindən fay-
dalanmağın didaktik səciyyə daşıyan prioritet istiqamətləri haqqında
mühakimələr yürüdülür. Araşdırılan problemin ən ümdə məqsədi
keçmiş tarixi irsimizdə və bu gün təhsildə şəxsiyyətyönlülüyün təmin
olunmasının böyüyən nəslin milli ruhuna, inkişaf dinamikasına, hu-
manist və xəlqi keyfiyyətlərinə olan təsir imkanlarının müəyyənləş-
dirilməsidir. Məqalədə həm də Azərbaycan maarifpərvərlərinin
şəxsiyyət tərbiyəsi ilə bağlı mütərəqqi ideyalarından bəhrələnməyin
səmərəli yolları da açıqlanmışdır.

Açar sözlər: Təhsilin humanistləşdirilməsi, şəxsiyyətyönlülük tərbiyəsi,


Məqalə tarixçəsi
Göndərilib: 20.04.2021 kamil şəxsiyyət, humanist pedaqogika.
Qəbul edilib: 05.05.2021

http://as-journal.edu.az 109
Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №2

HISTORICAL SIGNIfICANCE Of THE IDEAS


Of pERSONALITY-ORIENTATION AND wAYS
Of INCuLCATING THEM IN THE YOuNGER
GENERATION

VIDADI BASHIROV
PhD in pedagogical sciences, Asso. Prof. of the department of Pedagogy in
Azerbaijan University of Languages. e-mail: vidadi.besirov@mail.ru
https://orcid.org/0000-0003-1202-255X

To cite this article: ABSTRACT


Bashirov V. (2021). Historical
significance of the ideas of The article discusses the system of traditional and modern require-
personality-orientation and ways of ments for personality-orientation in the educational process, which is
inculcating them in the younger
an integral part of socio-economic life, and the issues of its historical-
generation. Azerbaijan Journal of
Educational Studies. Vol. 695, comparative analysis. In addition to traditional paradigms, judgments
Issue II, pp. 109–113 are made on the didactic priorities of using the example of national
and universal values based on modern trends and arising from the
unity of civil society. The most important purpose of the problem in-
vestigated is to determine the possibilities of ensuring the orientation
of personality in education in our past historical heritage and today
in the national spirit of the growing generation, the dynamics of de-
velopment, humanistic and popular qualities. For this reason, the ar-
ticle also reveals effective ways to benefit from the progressive ideas
of Azerbaijani educators on personality education.

Article history
Keywords: Humanization of education, education of personality-
Received: 20.04.2021 orientation, perfect personality, humanistic pedagogy.
Accepted: 05.05.2021

110 http://as-journal.edu.az
Şəxsiyyətyönlülük ideyalarının tarixi əhəmiyyəti və gənc nəslə aşılanması yolları

Bu gün yeniləşən cəmiyyətin bütün sfera- həyati status qazanmış, əxlaqi normaya, mənəvi
larında Azərbaycanın müstəqilliyini qoruyub yetkinliyə xidmət sferası yaratmışdır.
saxlamaq, onun milli-mənəvi dəyərlər siste- Ümumi halda şəxsiyyət probleminin pedaqoji
mindən yüksək vətənpərvərlik nümunəsi kimi və fəlsəfi məzmunda dərk olunması məsələsi
istifadə etmək zamanın tələbidir. İndiki dövrdə ənənəvi və müasir təhsil proqramlarında, elmi-
cəmiyyətin artan tələbatına uyğun nəsil for- metodik, nəzəri-pedaqoji mənbələrdə birmənalı
malaşdırmağın təsir imkanlarını gənclərə aşı- olaraq şəxsiyyətin mənəvi kamillik imkanlarının
lamaq, işi aktual problem olaraq yeni əqidə və təkmilləşdirilməsinə xidmət edən konseptual
şüurlu münasibət əsasında, milli təhsil dəyərlərlə səciyyələndirilmişdir. Şəxsiyyət prob-
quruculuğu proqramları zəminində tənzim- lematikasının pedaqoji mahiyyətinə gəldikdə
ləməyi zəruri edir. Bu cəhətdən sosial-iqtisadi isə, bu barədə ilkin nəzəri-konseptual yanaş-
həyatın tərkib hissəsi olan təhsil prosesində malar haqqında bəhs olunan bitkin fikirlər
şəxsiyyətyönlülüyün təmin olunmasına verilən qədim zamanlardan bu günümüzə qədər gəlib
innovativ tələblər sistemindən maksimum çatmışdır. Bu problem daim Azərbaycan
səviyyədə istifadə olunmalıdır. Bu məqsədlə maarifpərvərlərinin də diqqətini cəlb etmişdir.
böyüyən nəslin faydalanmasına aid bilikləri Şəxsiyyətyönlülük paradiqmalarına müna-
təlqin edən didaktik materiallar, yaradıcı iş sibət bildirməyin didaktik əsasları pedaqogikanın
nümunələri hazırlamaq, bu işə vətəndaş- da aktual problemi olmuş, hər tarixi dövrün
cəmiyyət vəhdətindən irəli gələn prioritet pedaqoji cərəyanlarında, ideya-siyasi məfku-
istiqamət kimi baxmaq təqdirli sayıla bilər. rəsində, milli-mənəvi dəyərlər sistemində bu
işin tarixi-müqayisəli təhlilini əks etdirən baxışlar
Təhsildə şəxsiyyətyönlülüyün təminatı
sisteminə çevrilmişdir. Xüsusən mütərəqqi
problematikası ənənəvi və müasir pedaqoji
pedaqoji fikir tarixində “şəxsiyyət”, “şəxsiy-
fəaliyyət üçün həmişə önəmli olmuşdur. Milli
yətyönlülük” tendensiyalarına sosial-fəlsəfi
maarifçiliyin və bəşəri keyfiyyətlərin gənc nəslin
mündəricədən yanaşma prosesində pedaqogika
formalaşmasındakı rolu məhz bu baxımdan
təlim və tərbiyənin əldə olunmuş dəyərlərinin
bütün zamanlarda aktual olmuşdur. Təlqin
nəzəri-praktik mənbəyini mənimsətmək
olunan fikirlərdən də tam yəqinliklə aydın olur
vəzifəsini öhdəsinə götürmüşdür. Lakin tarix
ki, gənc nəslin milli-mənəvi, əxlaqi, ideya-siyasi, yenilənir, yeni məzmun və keyfiyyət kəsb edir.
hüquqi vərdiş və bacarıqlara sahib olmasında Bu isə təbii şəkildə elmlərə, təlim və tərbiyə
şəxsiyyətyönlü təhsilin böyük təsir imkanları işinə, o cümlədən pedaqogikaya öz təsirini
vardır. Bütünlüklə həm milli, həm də bəşəri göstərir.
məzmun daşıyan bu məsələ ümumxalq və “... Müasir yenilənmə və sivilizasiya dövründə
ümumdövlət səviyyəli bir iş olub, zamanın təhsil sistemi dəyişməkdədir, milli təhsil
sınaqlarından uğurla çıxan tarixi bir missiya konsepsiyası meydana gəlmişdir. Bu, imkan
olmuşdur. Təhsildə şəxsiyyətyönlülüyün təmin verir ki, istər müəllimlər, istərsə də tələbələr
olunmasının gənclərin milli ruhunun forma- pedaqogika fənninə yaradıcı, bir qədər də
laşmasına olan təsir imkanları həmişə aktual polemik nəzərlə yanaşsınlar. Belə halda ənənəvi,
mahiyyət kəsb etmişdir. Bu gün də həmin mühafizəkar baxışlardan azad olmaq müm-
problemlər ətrafında düşünüb, elmi-pedaqoji kündür” (Talıbov, Ağayev, İsayev, Eminov, 1993).
səpkidə tədqiqatların aparılmasına ciddi ehtiyac Bu mənada şəxsiyyətyönlü təhsil ideyasının
vardır. təməl platformasına, onun tarixi və müasir
“Şəxsiyyət”, “şəxsiyyətyönlülük”, “şəxsiyyət inkişaf dinamikasına diqqət yetirdikdə məlum
tərbiyəsi” məfhumları həm sosial-fəlsəfi, həm olur ki, “şəxsiyyət” məfhumu pedaqoji ədəbiy-
də ictimai-pedaqoji fikir tarixində başlıca milli yatda iki cür yanaşma məzmunu ehtiva edir:
və bəşəri dəyərlənmə məzmunu kəsb etmişdir. şəxsiyyət və şəxsiyyət pedaqogikası. Şəxsiyyət
Xüsusən “şəxsiyyət” kateqoriyası öz dərin anlamının özü də həm pedaqoji mənada, yəni
mündəricəsi ilə təhsilin inkişafında yüksək həyatda hər kəsin qazanmış olduğu mənəvi

http://as-journal.edu.az 111
Vidadi Bəşirov

keyfiyyətlərin daşıyıcısı olaraq, həm də “filankəs nəslin bu ruhda təhsillənməsinə rəvac vermişdir”
şəxsiyyətdir” qənaəti ilə, fəlsəfi aspektdən (Bəşirov, 2016).
səciyyələndirilən şəxsiyyət anlamında başa Şəxsiyyət problemi, onun inkişafı, tərbiyəsi
düşülür. və qarşılıqlı əlaqələri Şərq fəlsəfəsinin pedaqoji,
Ümumiyyətlə, pedaqoji ədəbiyyatda müasir psixoloji fikrinin də həmişə hədəfi olmuşdur.
anlamda vətəndaşlıq statusu qazanmış şəxsiy- Bu istiqamətdə Nizami Gəncəvinin, Məhəmməd
yətyönlü təhsil nəzəriyyəsi metodoloji prinsip Füzulinin, İmadəddin Nəsiminin, Nəsirəddin
kimi “şəxsiyyət pedaqogikası” haqqında olan Tusinin, Marağalı Əvhədinin, habelə Sədi
pedaqoji düşüncələrdən, hər tarixi dövrə məxsus Şirazinin, İmam Qəzzalinin, Cəlaləddin Ruminin
pedaqoji cərəyanlardan nəşət almışdır. Bu və başqalarının dəyərli fikirləri, şəxsiyyətin
yöndən tam yəqinliklə söyləmək olar ki, “şəx- tərbiyəsinə dair qiymətli öyüd-nəsihətləri
siyyət pedaqogikası” nəzəriyyəsinin yaradıcısı məlumdur.
alman pedaqoqu Hüqo Qandiq olmuşdur. Şəxsiyyətin inkişafı, təlimi, təhsili, yaş xüsu-
Qandiqə görə, şəxsiyyət anadangəlmə fərdi siyyətləri Azərbaycan xalq pedaqoji fikrində
xüsusiyyətlərlə mədəni mühit arasındakı də özünə möhkəm yer tutmuş, bu barədə xalqın
qarşılıqlı təsirlərin nəticəsidir (Rüstəmov, Rocers, düşüncələri, mülahizələri bütün dövrlərdə yük-
2019). Bu fikir pedaqogika tarixində irəli sək dəyərə malik olmuşdur. Belə ki, şəxsiyyət
sürülmüş mütərəqqi fikirlərdən biri kimi və şəxsiyyətyönlü təhsillə bağlı ötən əsrdən
qiymətləndirilməlidir. Şəxsiyyətin mahiyyəti başlayaraq istər Azərbaycanda, istərsə də xarici
barədə Qandiqin həmin fikri Leypsiq qadın ölkələrdə alimlər, xüsusilə pedaqoq və psixoloq-
müəllimlər seminariyasında təlim-tərbiyə işinin,
lar daha ciddi və sistemli tədqiqat işləri aparmış,
habelə onun yaratdığı “Pedaqoji hərəkat”ın
çoxsaylı məqalələr, elmi əsərlər yazmışlar. Bu
nəzəri əsasını təşkil etmişdir.
sahədə aparılan tədqiqat işləri çox geniş sahəni
“İnsan xarakterini anadangəlmə fərdi xüsu-
əhatə etdiyindən müəlliflər şəxsiyyətin çoxyönlü
siyyətlərlə ətraf mühit arasında qarşılıqlı əlaqə-
sahələrini, müxtəlif cəhətlərini diqqətlə araş-
lərin məhsulu hesab edən və təlim-tərbiyə işini
dırmışlar. Məsələyə başqa prizmadan yanaşsaq,
bu əsasda qurmağı məsləhət görən pedaqogika
şəxsiyyət problemi ilə təkcə pedaqoq və psixolo-
şəxsiyyət pedaqogikasıdır” (Kazımov, 2011).
Göründüyü kimi, pedaqogikada şəxsiyyət zəmi- qlar məşğul olmamış, onun tədqiqi ilə həmçinin
nində insan yetişdirməyin pedaqoji prinsipləri filosoflar, sosioloqlar, bioloqlar, fizioloqlar da
haqqında müəyyən qədər idealizə olunmuş fakt maraqlanmış və bu problem bir çox humanitar
və hadisələrə yanaşma tərzi diqqəti həmişə elm sahələrinin – etika, estetika, hüquq elminin
cəlb etmişdir. tədqiqat sahəsi olmuşdur. Bu səbəblərə görə
Məlumdur ki, XIX əsrin sonu, XX əsrin də şəxsiyyət və şəxsiyyətyönlülük probleminə
əvvəllərində milli təəssübkeşlərimiz Azər- müxtəlif mövqelərdən yanaşılmış, xeyli ciddi
baycanın təhsil, elm və mədəniyyəti ilə bağlı öz əsərlər yazılmışdır.
əhəmiyyətini bu gün də itirməyən qiymətli Şəxsiyyətin həyatda fəal mövqe tutması, ic-
elmi-nəzəri mülahizələr irəli sürmüşlər. Onlar timai borca şüurlu münasibət bəsləməsi, sözü
elmi-pedaqoji ideyalarında insan xarakterinin ilə əməlinin vəhdət təşkil etməsi onu yüksək
formalaşmasında milli vətənpərvərlik təliminin mənəviyyat zirvəsinə qaldırır, həyatda ona
başlıca cəhətlərini tutarlı faktlarla əsaslandırmış, əxlaqi davranış və zəka, mədəniyyət, ağıl
bu işin konkret icra fəaliyyətini göstərmişlər. fəzilətləri bəxş edir. “Şəxsiyyət” dedikdə, şüurlu
Bu mənada dövrünün görkəmli simalarının fəaliyyət göstərən, sosial münasibətlərdə iştirak
xalqın milli intibahında, mədəni tərəqqisində edən, yaxşı əməllər sahibi olan, ətraf aləmi
oynadığı rol misilsizdir. “Onların kamil şəxsiyyət yaxşılaşdıran və bu barədə düşünən xeyirxah,
kimi yetişməsində vətənpərvər ruh aşılayan humanist insan nəzərdə tutulur (İbrahimova,
ideyaları ilə bağlı ədəbi-tarixi və elmi-nəzəri Hüseynzadə, 2013). 1970-1980-ci illərdə
fikirləri qabaqcıl meyillərlə bağlı olmuş, gənc şəxsiyyətin inkişafına sırf tərbiyə funksiyalarını

112 Azərbaycan məktəbi. 2021. №2


Şəxsiyyətyönlülük ideyalarının tarixi əhəmiyyəti və gənc nəslə aşılanması yolları

yerinə yetirən bir sistem kimi baxılırdısa, 1990- daha önəmli olmalıdır... Müəllimlərin fərdiliyi-
cı illərdə həmin tendensiya dəyişdi və tərbiyəvi nin və ülviliyinin təzahürü, mənəvi kamilliyi və
işlərdə də təlim komponentlərinin olduğu mənəvi-əxlaqi keyfiyyətləri şagird şəxsiyyətinin
müəyyən edildi. Burada da insanın davranışı formalaşmasında mühüm əhəmiyyət kəsb edir”
üçün zəruri olan şəxsiyyətyönlü bilik, bacarıq, (Rüstəmov, Rocers, 2019). Bunun zəruriliyini
vərdiş və mənəvi keyfiyyətlər sistemi öyrədilir. şərtləndirən amil isə təhsilin demokratikləş-
Son illərdə yazılan dərslik nümunəsində də dirilməsidir.
(Pedaqogika, 2019) aydın hiss olunur ki, biliklər Şəxsiyyətyönlü təhsil ideyası müasir
sisteminə əsaslanmayan tərbiyə sistemi və pro- pedaqogikanın ən aktual mahiyyət və məzmun
sesi yoxdur. Bu o deməkdir ki, gənc nəslin kəsb edən, müvafiq konsepsiyalar əsasında
şəxsiyyətyönlü təhsil proqramında sinif-dərs araşdırılan köklü problemlərindən biridir. Prob-
sistemindəki bütün fəaliyyət növləri təhsil- lemin müasir pedaqoji fikir tarixində yeni bir
ləndirici, tərbiyəedici və inkişafetdirici funk- tendensiya olaraq ictimai dəyərliliyi böyükdür.
siyaları yerinə yetirdiyi kimi, sinifdənxaric və Şəxsiyyətyönlü təhsilin inkişafı üçün xarakterik
məktəbdənkənar şəraitdə həyata keçirilən bütün olan xəlqilik, demokratizm, humanizm, millilik,
proseslərdə də şəxsiyyətyönlülüyün inkişafı bəşərilik kimi ideyaların ənənəvi və müasir
üçün mühüm işlər həyata keçirilməlidir. Bu konsepsiyalarını araşdırmaq böyük maraq
hansı zərurətdən irəli gəlir? İlk olaraq onu doğurur, bu sahədə dəyərli nümunələrdən
deməliyik ki, müasir dövrdə yeni pedaqoji, istifadə təcrübəsinin faydalı bir mənbə olduğunu
psixoloji konsepsiyalara görə, şagirdin, tələbənin sübut edir.
bir şəxsiyyət kimi formalaşdırılması, kamil Gəldiyimiz nəticə belədir ki, şəxsiyyət-yön-
şəxsiyyət səviyyəsinə çatdırılması və inkişaf lülük, əsasən, humanist keyfiyyətlər sistemini
etdirilməsi üçün bütün öyrədici sferalarda təhsil özündə ehtiva edən, milli və ümumbəşəri
humanistləşdirilməli, demokratikləşdirilməli, xüsusiyyətlərin məcmusu kimi gənc nəslin milli
humanitarlaşdırılmalıdır. Şəxsiyyət təlimi qüruru və zəngin dünyagörüşü əsasında for-
təhsilləndirici, inkişafetdirici və tərbiyəedici malaşan sistemli bir məsələdir. Ona görə də
olmalı, fərdiləşdirilməli və diferensial- məqalədə irəli sürülən təkliflərdən faydalanmaq,
laşdırılmalıdır. Çünki yeni pedaqoji təfəkkürdə pedaqoji prosesdə bir mənbə kimi istifadə
şagirdin, tələbənin bir şəxsiyyət kimi etmək müəllim əməyini stimullaşdırar, təhsil-
formalaşdırılması təhsil sisteminin başlıca alanların bir şəxsiyyət olaraq formalaşmasını
vəzifəsi hesab olunur. Bu vəzifənin reallaş- təmin edər.
dırılması üçün təhsil şəxsiyyətyönlü olmalı, hu-
manist və demokratik prinsiplər əsasında İstifadə edilmiş ədəbiyyat
qurulmalıdır.
Əməkdar elm xadimi Fərrux Rüstəmov prob-
1
Bəşirov, V.P. (2016). Humanist pedaqogikanın
lemin didaktik qanunauyğunluqlarını müəyyən- hədəfləri. “Azərbaycan müəllimi” qəzeti. №38,
ləşdirən nəzəri ideyalarını “Karl Rocers və Bakı.
2
“Əkinçi” qəzeti. (1877). №8. Bakı.
şəxsiyyətyönlü təhsil” adlı tədqiqatında şərh 3
İbrahimova, F.N., Hüseynzadə, R.L. (2011).
etməklə, problemin mahiyyəti ilə bağlı fikirlərini
Pedaqogika. Bakı, “Mütərcim”.
tanınmış Amerika psixoterapevti, pedaqoqu və 4
Kazımov, N.M. (2011). Ali məktəb pedaqogikası.
psixoloqu Karl Rocersin (1902-1987) təhsil Bakı, “Çıraq”.
nəzəriyyələri əsasında davam etdirərək maraqlı 5
Rüstəmov, F.A., Rocers, K. (2019). Şəxsiyyətyönlü
müddəalar irəli sürür. O yazır: “Müasir pedaqoji təhsil. Bakı, “Elm və təhsil”.
yanaşmaya görə, təhsil-tərbiyə problemlərinin 6
Talıbov, Y.R., Ağayev, Ə.A., İsayev, İ.N., Eminov,
həlli prosesində şagirdin şəxsiyyəti ön planda A.İ. (1993). Pedaqogika. Bakı, “Maarif”.
durmalı, müəllim-fasilitator üçün şagirdin möv- 7
“Tərcüman” qəzeti. (1906). №2. Krım
cud durumu onun keçmişindən və gələcəyindən (Bağçasaray).

http://as-journal.edu.az 113

You might also like