You are on page 1of 6

Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021.

№3

MÜƏLLİM FƏALİYYƏTİNİN
DƏYƏRLƏNDİRİLMƏSİ ÜZRƏ BEYNƏLXALQ
MODELLƏR VƏ AZƏRBAYCAN ÜÇÜN
TƏKLİFLƏR
SEVİNC İBADOVA
Bakı Dövlət Universiteti, doktorant, Balakən Rayon Təhsil Şöbəsi, aparıcı
məsləhətçi. e-mail: sevincibadova.212@mail.ru
https://orcid.org/0000-0003-2132-6299

Məqaləyə istinad: ANNOTASİYA


İbadova S. (2021). Müəllim
fəaliyyətinin dəyərləndirilməsi üzrə Təhsil cəmiyyətin inkişaf səviyyəsinə təsir edən, eyni zamanda onun
beynəlxalq modellər və Azərbaycan inkişaf səviyyəsinin təsiri altında formalaşan bir sistemdir. Müəllimin
üçün təkliflər. Azərbaycan məktəbi.
bu istiqamətdə aparıcı rolu onu təhsilin önəmli qüvvəsinə çevirmişdir.
№ 3 (696), səh. 69–74
Odur ki, müəllim fəaliyyəti təhsilin keyfiyyətinə birbaşa təsir edən əsas
amillərdəndir. Araşdırmalar göstərir ki, bir çox ölkələrdə fəaliyyətin
dəyərləndirilməsi zəif tərəflərin aşkarlanaraq aradan qaldırılmasına,
müəllimin etibarını zədələmədən peşəkar inkişafına yönəlmişdir.
Tədqiqatın məqsədi müəllim fəaliyyətinin dəyərləndirilməsi üzrə
beynəlxalq təcrübəni araşdırmaq və nəticələri yerli təhsil mühiti ilə
uzlaşdıraraq Azərbaycan modelinin yaradılması istiqamətində təkliflər
hazırlamaqdır. Tədqiqat işində araşdırılan məsələlərin nəzəri və
metodoloji bazasını müxtəlif tədqiqatçıların elmi işləri, cari rəsmi
sənədlər, mətbuatdakı məlumatlar təşkil edir. Problemin tədqiqində
təhlil və sintez, sistemli və struktur yanaşma kimi metodlardan istifadə
edilmişdir. Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, buraya
cəlb olunan modellər, təkliflər bu istiqamətdə Azərbaycan modelinin
yaradılmasında, həmçinin gələcəkdə monoqrafiya və məqalələrin
yazılmasında istifadə edilə bilər.

Açar sözlər: Müəllim fəaliyyəti, fəaliyyətin dəyərləndirilməsi, fəaliyyətə


Məqalə tarixçəsi
Göndərilib: 24.05.2021 təşviqetmə, İƏİT (OECD), beynəlxalq modellər.
Qəbul edilib: 27.07.2021

http://as-journal.edu.az 69
Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №3

INTERNATIONAL MODELS FOR TEACHER


PERFORMANCE ASSESSMENT AND
PROPOSALS FOR AZERBAIJAN

SEVINJ IBADOVA
Doctoral student of Baku State University, Education department of
Balakan district, Azerbaijan. e-mail: sevincibadova.212@mail.ru
https://orcid.org/0000-0003-2132-6299

To cite this article: ABSTRACT


Ibadova S. (2021). International
models for teacher performance Education is a system that not only affects the level of development
assessment and proposals for of society, but also formed under the influence of the level of devel-
Azerbaijan. Azerbaijan Journal of
opment of society. The leading role of the teachers in this direction
Educational Studies. Vol. 696,
Issue III, pp. 69–74
has made them an essential force in education. Therefore, teacher
performance is one of the main factors that directly affect the quality
of education. Research shows that in many countries, performance
appraisals are aimed at identifying and eliminating weaknesses and
professional development of teachers without damaging their repu-
tation. The aim of the study is to investigate international experience
on teacher performance evaluation and to develop proposals for the
creation of the Azerbaijani model by coordinating the results with the
local educational environment. The theoretical and methodological
basis of the research issues consists of scientific works of different
researchers, current official documents, information in the press. Re-
search methods such as analysis and synthesis, systematic and struc-
tural approach were used in the study of the problem. The practical
significance of the research is that the models and proposals involved
in this study can be used in the creation of the Azerbaijani model in
this area, as well as in the writing of future monographs and articles.

Keywords: Teacher performence, performance evaluation, promotion


of performance, OCED (Organisation for Economic Co-operation and
Article history
Received: 24.05.2021 Development), international models.
Accepted: 27.07.2021

70 http://as-journal.edu.az
Müəllim fəaliyyətinin dəyərləndirilməsi üzrə beynəlxalq modellər və Azərbaycan üçün təkliflər

GİRİŞ və mütəxəssis müəllim daimi işçi statusunda


olduğu halda, baş müəllim və metodist müəllim
Təhsil cəmiyyətin inkişaf dinamikasına təsir hər 5 ildən bir yenilənir (Remzi, Necdet, 2020).
edən dövri prosesdir. Təhsilin keyfiyyətinə təsir Finlandiyada müəllim fəaliyyətinin qiymət-
edən faktorlar içərisində müəllim fəaliyyəti ləndirilməsi birbaşa təhsilin planlı inkişafına
önəmli yer tutur. Odur ki, müəllimlərin inkişaf xidmət edir. Belə ki, peşə inkişafı, müəllimin öz
davamlılığının təmin edilməsi bu sistemin fəaliyyətini qiymətləndirməsi əsas götürülərək
keyfiyyətinin yüksəldilməsində mühüm amildir. müəllim fəaliyyətinin dəyərləndirilməsi mək-
Məlum olduğu kimi, ölkəmizdə yeni işə qəbul təbin nəzarəti altında həyata keçirilir. Bu qiy-
olan müəllimlər işə qəbul imtahanında, əvvəlki mətləndirmə nəticələri kənar maraqlı subyekt
illərdə işə qəbul olunanlar isə diaqnostik tərəfindən deyil, məktəb tərəfindən istifadə
qiymətləndirmə üzrə topladıqları bal əsasında edilir və müəllimlərin davamlı fərdi inkişafına
dərs yükü ilə təmin olunur. Lakin bununla belə, dəstək xarakteri daşıyır. Bundan əlavə, məktəb
pedaqoji səriştəsinə, şagirdin inkişafına rəhbərliyi öz məktəblərini inkişaf etdirmək və
töhfəsinə, sinifdənxaric, məktəbdənkənar şagirdlərin yerli ehtiyaclarını müəyyən etmək
fəaliyyətlərdə iştirakına, bir sözlə, müəllimin üçün bu qiymətləndirmələrdən də faydalanır
inkişaf dinamikasına dair sistemli, nəzarətedici (Duygu, Mehmet, 2019).
mexanizmin təkmilləşdirilməsi beynəlxalq
təcrübədən istifadə etməklə müəllim fəaliy- SİNQAPUR, ÇİN, CƏNUBİ KOREYA
yətinin dəyərləndirilməsi üzrə modelin yara- MODELİ
dılmasını zəruri edir.
Tədqiqat zamanı Sinqapur, Cənubi Koreya, İqtisadi inkişafa önəm verən, qloballaşmadan
Çin, Yaponiya, Finlandiya, Estoniya, ABŞ kimi geri qalmamaq üçün öz dəyərlərini daim tək-
ölkələrdə müəllim fəaliyyətinin dəyərləndi- milləşdirən Sinqapur dövlətinin təhsil siyasəti
rilməsi mexanizmi araşdırılmış və məlum effektiv nəticələri ilə diqqəti cəlb edir. Fin-
olmuşdur ki, bu istiqamətdə müxtəlif meyarlar landiyada şagirdlərin imtahan nəticələrinin
vardır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı- müəllimlərin qiymətləndirilməsində rolu
nın (OECD) hesabatı da müəllimlərin qiymət- olmadığı halda, Sinqapurda bu nəticələr
ləndirilməsinə dair perspektivlərin yenidən müəllimlərin daha çox məsuliyyət daşıması
formalaşmasında mühüm rol oynayır. Məsələn, üçün istifadə olunur. Lakin bu, müəllimi
Cənubi Koreyada OECD hesabatının nəticə- qiymətləndirmə sistemindəki çoxsaylı meyarlar-
lərindən sonra yeni illik müəllim qiymətləndirmə dan yalnız biridir (İlknur, Suna, 2017).
sistemi elan edilmişdir. Sinqapur təhsil sistemində müəllimin
qiymətləndirilməsi şagirdin inkişafına, məktəbə
ESTONİYA VƏ FİNLANDİYA MODELİ verdiyi töhfə, müəllimin valideynlərlə əmək-
daşlığı və onların peşəkar inkişafı əsasında,
Estoniyada müəllimlik fəaliyyətinə yeni Çində isə tədris metodları, təşkilatçılıq
başlayanların hər biri Təhsil Nazirliyi tərəfindən bacarıqları, tədrisin effektivliyi, dil bilikləri və
təsis edilən komitənin qərarı ilə ən az 160 tədris davranışları əsasında aparılır (İlknur,
saatlıq ixtisasartırma kursunda iştirak edir, yeni Suna, 2017).
başlayan, mütəxəssis müəllim, baş müəllim və Yaponiyada, xüsusən də Cənubi Koreyada
metodist müəllim olmaqla dörd karyera mərhə- standart məktəb testləri deyil, universitetə
ləsindən keçir. Karyera yüksəlişində aşağıdakı qəbul imtahanlarının nəticələri dəyərləndirmədə
qiymətləndirmələr nəzərə alınır: 1) müəllimin böyük rol oynayır. Lakin bu istiqamətdə müəl-
öz fəaliyyətini qiymətləndirməsi; 2) məktəbdaxili limlər uğursuz olarsa, onların işlərini itirmə
qiymətləndirmə; 3) komitə tərəfindən verilən riski yaranmır. Cənubi Koreyada müəllimlərin
xarici qiymətləndirmə. Fəaliyyətə yeni başlayan qiymətləndirilməsi hər biri müstəqil və fərqli

http://as-journal.edu.az 71
Sevinc İbadova

məqsədə xidmət edən müxtəlif sahələri əhatə müəllimin dərsində iştirak edir ki, bu da müəllimi
edir: hər an qiymətləndirməyə hazır olmağa təşviq
1. Fəaliyyətin idarə edilməsinin qiymət- edir. Bu proses hər sinifdə təxminən otuz dəqiqə
ləndirilməsi – müəllimlərin hesabatlılığı, yüksəliş çəkir.
və karyera imkanları barədə qərarlar qəbul ABŞ-da istifadə olunan başqa bir müəllim
etmək üçün istifadə olunur. qiymətləndirmə modeli TPES-dir (Teaching
2. Bir çox istinadlara əsaslanan (məktəb Performance Expectations – Müəllim Perfor-
rəhbərləri tərəfindən aparılan sinif müşahidələri, mansının Dəyərləndirmə Sistemi). TPES-in
şagird və valideyn sorğuları) peşə inkişafının əsasını müəllimlər üçün aydın şəkildə müəyyən
qiymətləndirilməsi – müəllimlərin ixtisası ilə edilmiş peşə məsuliyyətləri təşkil edir. Ədalətli
bağlı peşəkar inkişafı üçün istifadə olunur. və hərtərəfli qiymətləndirmə sistemi həm
Daha sonra isə fəaliyyətə əsaslanan təşviq müəllimlərin, həm də qiymətləndiricilərin iş
proqramı həyata keçirilir. Bu zaman müəllimlər gözləntilərini əsaslı şəkildə başa düşməsini
müəyyən nəticələrinə, müvəffəqiyyətinə görə təmin edir. Yeddi standart və çoxsaylı fəaliyyət
mükafatlandırılırlar (Duygu, Mehmet, 2019). göstəricilərindən ibarət olan TPES-in performans
standartları bunlardır: 1) peşəkar bilik; 2) tədris
ABŞ MODELİ planlaması; 3) tədris metodu; 4) şagirdin təlim
nəticələri; 5) öyrənmə mühiti; 6) peşəkarlıq;
ABŞ-da ən çox istifadə olunan qiymətləndirmə 7) şagirdin akademik inkişafı.
sistemi olan İMPACT peşəkar davranışı, təməl TPES-in əsas məqsədlərinə bunlar aid edilir:
müşahidəni, peşəkar pedaqoq müşahidəsini və • Şagirdin öyrənməsinin
şagirdlərin test nəticəsini nəzərə alaraq optimallaşdırılması;
• Şagirdlərin fəaliyyəti və effektivliyi üçün
dəyərləndirən bir sistemdir.
cavabdehliyi təmin edərək təhsilin
Təlim üçün qiymətləndirmə meyarlarına
keyfiyyətinin artırılması;
dair doqquz tələb vardır:
• Dövlət Məktəbləri Strateji Planında
1. Dərslərin məqsədyönlü təşkili;
müəyyən edilmiş məqsəd və vəzifələrin
2. Məzmunun aydın şəkildə təsvir edilməsi;
uğurla reallaşmasına töhfə vermək;
3. Şagirdlərin səviyyələrinə görə
• Öyrənməyi və özünü inkişaf etdirməyi,
sıralanması; tədrisin effektivliyini və ümumi iş
4. Şagirdlərə inkişafa doğru irəliləməyin performansını yaxşılaşdıran
müxtəlif yollarını təqdim etmək; qiymətləndiricilər arasında əməkdaşlığı
5. Şagirdin dərsi hansı formada başa asanlaşdıran bir fəaliyyəti qiymətləndirmə
düşməsini yoxlamaq; sisteminin tətbiqi (Duygu, Mehmet, 2019).
6. Şagird davranışının düzgün idarə ABŞ-da müəllim fəaliyyətinin qiymətlən-
edilməsi; dirilmə metodları ştatlara görə dəyişir. Burada
7. Yüksək səviyyəli davranışı daha da şagirdin uğurları müəllim qiymətləndirilməsində
inkişaf etdirmək; daha çox nəzərə alınır. Məsələn, Miçiqanda
8. Tədris vaxtının maksimuma 2011-ci ildə əyalət səviyyəsində qəbul edilən
çatdırılması; qanunla müəllim və direktorlar ildə ən azı bir
9. Dəstəkləyici mühitə və öyrənməyə dəfə qiymətləndirilməlidir. Qanunun qəbulun-
yönəlmiş bir sinif yaratmaq (Duygu, dan sonra şagird müvəffəqiyyəti bu qiymət-
Mehmet, 2019). ləndirmənin əsas tərkib hissəsini təşkil etmişdir.
ABŞ-da işə yeni təyin olunan müəllim ildə Fərqli metod və üsullardan istifadə etməklə
ən azı beş dəfə qiymətləndirilməyə cəlb olunur. qiymətləndirilən müəllimlər reytinq cədvəlində
Qiymətləndirmə zamanı yuxarıda qeyd olunan bu dərəcələr üzrə yer alır: 1) yüksək dərəcədə
doqquz tələb təlimat olaraq istifadə edilir. təsirli; 2) təsirli; 3) minimal təsirli; 4) təsirsiz
Nəzarətçi əvvəlcədən məlumat verməyərək, (Mehmet, Şerafettin, 2016).

72 Azərbaycan məktəbi. 2021. №3


Müəllim fəaliyyətinin dəyərləndirilməsi üzrə beynəlxalq modellər və Azərbaycan üçün təkliflər

NƏTİCƏ rəhbərliyi tərəfindən dərslərə nəzarət əsasında


verilən rəylər, şagirdlər arasında müəllimlərlə
Müəllim fəaliyyətinin qiymətləndirilməsi bağlı anket sorğusunun cavabları əsas götü-
geniş və daha çox mübahisəli mövzudur. rülməlidir. Əsaslandırılmış sorğudan istifadə
Ölkəmizdə müəllimlər arasında mövzu ilə bağlı daha şəffaf nəticənin əldə olunmasına şərait
aparılan sorğular zamanı məlum olmuşdur ki, yarada, təhsilalanlar özünün müəllimə qarşı
müəllimlər bu məsələyə birmənalı yanaşmırlar. subyektiv münasibəti ilə deyil, məntiqi fikir
Bir çox müəllimlər ümumi nəzarət istisna ol- əsasında cavab verə bilərlər.
maqla, daha geniş çərçivədə qiymətləndirməni Dəyərləndirmə nəticələrindən sonra müəllimi
əsassız hesab edir, müəllim nüfuzuna zərər fəaliyyətə təşviqetmə metodlarından istifadə
kimi dəyərləndirir. Onlar şagird nailiyyətləri etmək olar. Bunun üçün illik dəyərləndirmə
əsasında qiymətləndirmədə əsas yükün müəl- üzrə fəaliyyəti yüksək olan müəllimlərə müəyyən
limin üzərinə qoyulmasına, valideynin övladının statuslar (məsələn, baş müəllim) vermək, onları
nəticələri üzrə məsuliyyətdən azad olunmasına fəaliyyəti zəif olan müəllimlərin inkişafına
gətirib çıxardığını bildirirlər. dəstək göstərməsi üçün məsul şəxs təyin etmək,
Müəllim fəaliyyətinin qiymətləndirilməsində müəyyən istirahət məkanlarına ödənişsiz
digər əsas məsələ isə bu işi hansı statusa malik göndərişlə mükafatlandırmaq olar. Müəllimin
şəxsin aparmasıdır. Belə ki, qiymətləndirməni aşağı nəticəsi pedaqoji səriştədən, peşə bilik-
peşəkar və səlahiyyətli mütəxəssisin şəffaf for- lərindən irəli gəlirsə, bunu aradan qaldırmaq
mada aparması daha məqbul variantdır. Yuxarıda üçün onlar rayon, (şəhər) səviyyəsində təşkil
da qeyd olunduğu kimi, bir çox ölkələrdə müəllim olunan təlimlərə cəlb olunmalıdır. Belə bir mo-
fəaliyyətinin dəyərləndirilməsi zəif tərəflərin delin yaradılması müəllimlərarası sağlam rəqa-
aşkarlanaraq onların aradan qaldırılmasına, bət yaratmaqla yanaşı, onların əməkdaşlıq şəra-
müəllimin etibarını zədələmədən onların peşə- itində inkişafını təmin edəcəkdir.
kar inkişafına xidmət edir. Bu tipli təcrübələrə Beləliklə, fəaliyyətin qiymətləndirilməsi iki
əsaslanaraq və beynəlxalq təcrübədən yararla- əsas məqsədə xidmət etməlidir: 1) müəllimlərin
naraq ölkəmizdə də dəyərləndirmə mexanizmini iş göstəriciləri haqqında məlumat əldə etmək;
təkmilləşdirmək üçün meyarlar müəyyən olun- 2) nəticələr əsasında rəy vermək. İş göstəriciləri
ması və tədris ilinin əvvəlində təhsilverənlərə haqqında əldə edilən məlumatlar qərarların
elan edilməsi məqsədəmüvafiqdir. Bu meyarlar qəbul edilməsinə, rəy isə çatışmazlıqlarını
müəllimin tədrisi pedaqoji prinsiplər əsasında aradan qaldırması üçün müəllimin maarif-
təşkili etməsi bacarığı, pedaqoji səriştəsi, peşə- ləndirilməsi vəzifəsinin yerinə yetirilməsinə
kar inkişafı, digər müəllimlərlə, valideynlərlə xidmət etməlidir. Bir sözlə, müəllimin qiymət-
əməkdaşlığı və təşkilatçılıq bacarıqları nəzərə ləndirilməsində əsas prinsip onu cəzalandırmaq
alınmaqla hazırlanarsa, daha çox faydalı olar. deyil, peşəkarlığını artırmaq üçün motivasiya
Qiymətləndirməni meyarlar üzrə məktəb di- yaratmaq, çatışmazlıqları aradan qaldırmaq
rektoru, onun müavinləri və fənn metodbirləşmə üçün fürsət vermək və uğurlarına görə müka-
rəhbərindən ibarət olan komitənin əsaslan- fatlandırmaq olmalıdır.
dırılmış şəkildə aparması, nəticələrin hesabat
şəklində təhsil şöbələrindəki məsul şəxslərə
təqdim edilməsi daha effektli ola bilər. Mək- Qeyd: Məqalə Təhsil İnstitutunun dəstəyi, Təhsil
təbdaxili dəyərləndirmənin ildə ən azı 4, rayon- İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin
daxili, şəhərdaxili dəyərləndirmənin isə ildə 2 təcrübə və kommunikasiya platformasının təşkilatçılığı
dəfə təşkil edilməsi və reytinq cədvəlinin tərtib ilə 22-25 aprel 2021-ci ildə keçirilən Təhsil İdarəçiliyi
olunması məqsədəuyğundur. Dəyərləndirmə Beynəlxalq Konfransında təqdim edilib.
zamanı müəllimin konkret fəaliyyətinin hesa-
batı, məktəb rəhbərliyi, fənn metodbirləşmə

http://as-journal.edu.az 73
Sevinc İbadova

İstifadə edilmiş ədəbiyyat

1
Duygu, G.E., Mehmet, B.H. (2019). Öğretmen 4
Mustafa, Ç., Hasan, H.Ö. (2018). Öğretmen
gelişim modeli öğretmen performansı üzerine performans değerlendirme sistemi. Uluslarası
değerlendirme. Turkuvaz Haberleşme ve toplum araştırmaları dergisi, 807-824.
Yayıncılık A.Ş., 1-65. 5
Pınar, N. (2019). Türkiye ve Güney Kore eğitim
2
İlknur, M., Suna, T. (2017). Pisa’da başarılı bazi sistemlerinin karşılaştırmalı olarak incelenmesi.
ülkelerin öğretmenler için performansa dayalı Yüksek Lisans Tezi, 1-129.
ödül ve teşvik uygulamaların analizi ve Türkiye 6
Remzi, B.Ç., Necdet, K. (2020). Farklı ülkelerin
için öneriler. Eğitim Yönetimi Araştırmaları eğitim denetimi sistemlerine ılişkin bir inceleme.
(e-kitap), 193-204. Bilimsel Eğitim Araştırmaları, 45-77.
3
Mehmet, Ş.B., Şerafettin, G. (2016). Öğretmen
performansının değerlendirilmesine yönelik
kapsamlı bir girişim: Michigan Eyaleti (ABD)
örneği. İnönü Üniversitesi Eğitim Fakültesi
Dergisi, 113-130.

74 Azərbaycan məktəbi. 2021. №3

You might also like