You are on page 1of 10

Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021.

№3

ŞAGİRDLƏRDƏ ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ
BACARIQLARININ FORMALAŞDIRILMASI
METODLARI

FİDAN SARIBƏYLİ
Bakı Fransız Liseyi Təhsil Kompleksinin Azərbaycan dili və ədəbiyyatı müəllimi,
Azərbaycan Respublikası Təhsil İnstitutunun doktorantı.
e-mail: saribaylifidan@gmail.com
https://orcid.org/0000-0001-9347-5475

Məqaləyə istinad: ANNOTASİYA


Sarıbəyli F. (2021). Şagirdlərdə
özünüqiymətləndirmə Pedaqoji ədəbiyyatda özünüqiymətləndirməyə böyük maraq göstə-
bacarıqlarının formalaşdırılması rilməsi tədris və təlim konsepsiyasında baş verən dəyişikliklərdən
metodları. Azərbaycan məktəbi.
qaynaqlanır. Şagirdlərdə özünüqiymətləndirmə bacarıqlarının for-
№ 3 (696), səh. 59–68
malaşdırılması olduqca mürəkkəb prosesdir. Lakin asandan çətinə
doğru tətbiq edilən bu mexanizm mərhələli şəkildə aparıldıqda qarşıya
qoyulmuş hədəfə çatmaq olur. Reallıq budur ki, özünüqiymət-
ləndirmədən nadir hallarda istifadə olunur. Bəzi hallarda onun obyek-
tivliyi şübhə altına alınır, çünki şagirdlərin əksəriyyəti özünüqiymət-
ləndirmənin mahiyyətini düzgün dərk etmir, bu məqsədlə verilən sual
və tapşırıq nümunələrini olduğundan yüksək qiymətləndirməyə meyilli
olurlar. Özünüqiymətləndirmənin uğurla həyata keçirilməsi üçün
müəllim bu qiymətləndirmə üsulu ilə bağlı yetərli biliyə sahib olmalı,
onun vasitələri, növləri və eyni zamanda təşkilinə verilən tələbləri
bilməlidir. Bu, təlim prosesinin ayrılmaz bir hissəsi hesab edilməli,
planlı və sistemli şəkildə həyata keçirilməlidir. Özünüqiymətləndirmə
barədə müəllimlərin dərin biliklərə malik olması üçün metodik
tövsiyələr hazırlanmalı və xüsusilə dərslik komplektinin mühüm kom-
ponenti olan metodik vəsaitlərdə geniş yer ayrılmalıdır. Eyni zamanda
şagirdlər özünüqiymətləndirməyə alışdırılmalı və bu, təlim prosesinin
mühüm komponentinə çevrilməlidir.
Məqalə tarixçəsi
Göndərilib: 24.05.2021 Açar sözlər: Özünüqiymətləndirmə, tədris, təlim, bilik, bacarıq.
Qəbul edilib: 06.07.2021

http://as-journal.edu.az 59
Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №3

METHODS OF DEVELOPING STUDENTS’


SELF-ASSESSMENT SKILLS

FIDAN SARIBAYLI
Teacher of Azerbaijani language and literature of Baku French Lyceum
Educational Complex, Doctoral Student of the Institute of Education of the
Republic of Azerbaijan. E-mail: saribaylifidan@gmail.com
https://orcid.org/0000-0001-9347-5475

To cite this article: ABSTRACT


Saribayli F. (2021). Methods of
developing students’ self- The great interest in self-assessment in the pedagogical literature
assessment skills. Azerbaijan stems from changes in the concept of teaching and learning. The for-
Journal of Educational Studies.
mation of self-assessment skills in of students is a very complex
Vol. 696, Issue III, pp. 59–68
process. However, this mechanism, which is applied from the easy
stage to the difficult one, can be achieved in a step-by-step manner.
The reality is that self-assessment is rarely used. In some cases, its
objectivity is questioned, because most students do not understand
the essence of self-assessment and tend to positively evaluate the
questions and tasks asked for this purpose. For successful self-as-
sessment, the teacher must have sufficient knowledge of this method
of assessment, its means, types, and the requirements for its organi-
zation. Self-assessment should be considered an integral part of the
learning process and should be planned and systematic. Method-
ological recommendations should be developed for teachers to have
in-depth knowledge of self-assessment, and should be included in
the methodological resources, which are an important component of
the textbook set. Secondly, students need to become accustomed to
self-assessment and become an important component of this learning
process.
Article history
Received: 24.05.2021 Keywords: Self-assessment, teaching, learning, knowledge, skills.
Accepted: 06.07.2021

60 http://as-journal.edu.az
Şagirdlərdə özünüqiymətləndirmə bacarıqlarının formalaşdırılması metodları

GİRİŞ D.Boud özünüqiymətləndirməni bilik və


bacarıqların qiymətləndirilməsində tətbiq
Müasir mərhələdə ümumi təhsilin məzmunca ediləcək meyarların hazırlanmasında şagirdlərin
nəticəyönlü mahiyyət daşıması onun səviy- iştirakı və bu meyarların nəticələrinə nə
yələrinin hər birinin sonunda gözlənilən təlim dərəcədə uyğun gəldiyinin özləri tərəfindən
nəticələrinin konkret şəkildə qoyulmasını şərt- yoxlanılması adlandırır (Boud, 1986). B.Krama
ləndirir. Eyni zamanda, fənn proqramlarında görə, özünüqiymətləndirmə şagirdlərin öyrən-
(kurikulumlarında) aşılanması nəzərdə tutulan diklərinin kəşfetmə prosesinə daxil edilməsidir
bilik və fəaliyyətlərin müvafiq məzmun xətləri (Cram, 1995). A.Ross isə özünüqiymətləndirməni
üzrə alt standartlar şəklində ifadəsi şagirdin şagirdlərin öz uğur və uğursuzluqlarını müəyyən
konkret nəticələrə nailolma dinamikasını izlə- edilmiş hədəflərə əsaslanaraq qiymətləndirdiyi
məyə imkan yaradır. Bu davamlı prosesdə şagird bir proses kimi dəyərləndirir (Ross, 2006).
nailiyyətlərinin keyfiyyətinə təsir göstərən Verilmiş bu təriflərdə üç mühüm cəhət əksini
amillər sırasında qiymətləndirmə xüsusi əhə- tapmışdır:
miyyət kəsb edir ki, onun bir növü kimi özünü- 1) Şagirdlər yaxşı nəticənin necə olduğunu
qiymətləndirmə mexanizminin səmərəli tət- göstərən meyarları bilməlidirlər;
biqinə ayrıca diqqət yetirilir. 2) Onlar öz çalışmalarının bu meyarlara nə
Bu sahədə aparılan tədqiqatlar göstərir ki, dərəcədə uyğun olması ilə bağlı fikir bildir-
özünüqiymətləndirmə şagirdyönlü öyrənmə məlidirlər;
mühitinə uyğun olan qiymətləndirmə üsuludur. 3) Nəticələrini təhlil edib güclü və zəif
Təhsilalanların öz potensialını üzə çıxarmaq, tərəflərini müəyyənləşdirməli və inkişaf etdir-
özünəinamını qüvvətləndirmək və ən əsası, məlidirlər.
təlimə maraq hissini artırmaq üçün bu qiy-
mətləndirmə üsulunun məqsədyönlü şəkildə ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ BACARIQ-
istifadəsi olduqca faydalıdır. Xüsusilə D. Boud, LARININ FORMALAŞDIRILMASINDA
N.Falçikov, M.Lev, A.Ross, J.Levkoviç, J.Moon İSTİFADƏ OLUNAN VASİTƏLƏR
kimi alimlərin tədqiqatları göstərir ki,
özünüqiymətləndirmə davamlı bir proses olaraq B.Kram göstərir ki, şagirdlər özünüqiy-
formativ qiymətləndirmə zamanı həyata mətləndirmə ilə bağlı təcrübəyə malik deyillərsə,
keçirildikdə özünü doğruldur. Bunun üçün isə onlara qiymətləndirmə vərdişlərinin aşılanması
həm fənn müəllimləri, həm də şagirdlər öz məqsədilə atılacaq ilk addım müəyyən təlim
nəticələrini qiymətləndirmənin mahiyyəti, tət- proqramı hazırlamaqdan ibarət olmalıdır.
biqi imkanları, vasitələri (alətləri) haqqında Qiymətləndirmədə heç vaxt iştirak etməmiş
geniş məlumata malik olmaqla yanaşı, müəyyən təcrübəsiz şagirdin bununla bağlı müstəqil,
səriştələrə yiyələnməlidirlər. Daha dəqiq desək, məntiqi fikir yürütməsini gözləmək olmaz.
müəllim özünüqiymətləndirmənin məqsəd və Şagirdlərin öz nəticələrini qiymətləndirmələri
vəzifələrini bilməli, onun tədris ilinin əvvəlində, və buna vərdiş etmələri uzun zaman ala bilər,
ortasında, yekununda, yaxud dərsin hansı çünki bu bacarıq yüksək analiz qabiliyyəti və
mərhələsində tətbiqi ilə bağlı metodik səriştələrə qiymətləndirməni özündə birləşdirən bir
malik olmalıdır. Şagird isə özünüqiymət- fəaliyyətdir (Harris, 1997).
ləndirmənin onun inkişafında oynadığı rolu B.Sinclair özünüqiymətləndirmənin sinifdə
dərk etməli və bu prosesə şüurlu yanaşmalıdır. necə tətbiq edilməsi haqqında bilikləri əks
Yəni özünüqiymətləndirmə təhsilalanların təlim etdirən təlim proqramı təklif etmişdir (Sinclair,
prosesində qazandığı bilik və bacarıqların 1991). Bu proqramı tətbiq etmək xeyli zaman
səviyyəsinin (zəif, orta və yüksək) müəy- tələb edir. Müəllif proqramın 10 həftədən az
yənləşdirməsi üçün mühüm ölçü alətinə olmayan bir müddətdə həyata keçirildiyi halda
çevrilməlidir. səmərə verəcəyini qeyd edir. Düzdür, nəticəni

http://as-journal.edu.az 61
Fidan Sarıbəyli

Cədvəl 1 Özünüqiymətləndirmənin növləri, keçirilmə vaxtı və məqsədləri

№ Növlər Keçirilmə vaxtı Məqsədlər


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
1. Ümumi Tədris müddətinin İnkişafı izləmək və sonrakı qiymətləndirmələr üçün zəmin yaratmaq
başlanğıcında
-----------------------------------------------------------------------------------------------------------------------------
Tədris müddətinin Daha sonrakı inkişafı izləmək üçün müqayisə etmək məqsədilə
ortasında məlumat əldə etmək
-----------------------------------------------------------------------------------------------------------------------------
Tədris müddətinin Şagirdlərin özləri haqqında düşüncələrini dəqiqləşdirməkdə
sonunda vasitəçi olmaq
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
2. Xüsusi Tədris müddəti boyu – Qısamüddətli hədəfləri təyin edə bilmək
– Təlimin təkmilləşdirilməsi
– Müstəqil öyrənməyi təmin etmək
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
3. Müşahidə Müntəzəm – Tamamlanmış işlərin qeydini aparmaq
– İnkişafı müşahidə etmək
– Motivasiya yaratmaq

görmək xeyli zaman tələb edir, lakin əldə edilən düşünmə bacarığı tələb edir. Bu səbəbdən
ömür boyu öyrənmək bacarığının əhəmiyyətini özünüqiymətləndirməni kiçik yaşlı şagirdlərə
nəzərə alsaq, bu müddəti vaxt itkisi hesab tətbiq etmək daha çətin proses hesab olunur
etmək olmaz. Sistemli şəkildə həyata keçirilən (Harris, 1997) .
özünüqiymətləndirmə nəticəsində şagirdlər Özünüqiymətləndirmə vasitələrinə yoxlama
mühakimə yürütmək, müşahidə, planlama, vərəqləri, təhsilalanın qeydli özünüqiymət-
təşkiletmə kimi bacarıqlara yiyələnirlər. Onlarda ləndirməsi, informal özünüqiymətləndirmə
özünüqiymətləndirmə bacarıqları formalaşdıqda alətlərindən istifadə daxildir. Bundan başqa,
bu proses dərs müddətində təxminən 5 dəqiqə güclü və zəif özünüqiymətləndirmə modelləri
alır ki, bu da qarşıya qoyulmuş təlim məqsədi də vardır (Taras, 2010):
baxımından elə də böyük vaxt sərfi sayılmır. 1) Özünüqiymətləndirmə vərəqləri. Bu
Bundan başqa, B.Sinclair linqvistik bacarıq- forma müəllim tərəfindən hazırlanır. Şagirdlər
larla əlaqəli üç fərqli özünüqiymətləndirmə öz bilik səviyyələrini özünüqiymətləndirmə
növünü də təklif etmiş və onların nə zaman, vərəqlərində əksini tapmış meyarlar, suallar
hansı məqsədlə istifadə edilməsini təsnif et- əsasında yoxlaya bilirlər.
mişdir (cədvəl 1). 2) Təhsilalanın hazırladığı özünüqiymət-
Özünüqiymətləndirmə, sadəcə, şagirdin öz ləndirmə. Bu, şagirdlər tərəfindən hazırlanan
nəticələrinə tənqidi yanaşmasından ibarət deyil. özünüqiymətləndirmə tapşırıqlarıdır ki, buraya
Bu qiymətləndirmə prosesində təhsilalanın öz oxu, yazı, dinləmə bacarıqlarını yoxlayan suallar
bilik və bacarıqları haqqında əldə etdiyi rəylər daxildir. Şagirdlər bu sualları öyrəndikləri
onun inkişafını yönləndirməkdə önəmlidir. Ona mövzulara uyğun hazırlayır və bir müddət sonra
görə də əgər bu qiymətləndirmə üsulu tətbiq həm özləri, həm də yoldaşları həmin tapşırıqları
ediləcəksə, rəyləri bilmək və onlara görə ən yerinə yetirirlər (Dickinson, 1996). Bu cür
uyğun strategiya seçmək daha vacibdir. Şagirddə özünüqiymətləndirmə zamanı şagird öz nəti-
özünüqiymətləndirmə bacarıqlarını formalaş- cələrini digər şagirdlər tərəfindən hazırlanmış
dırmaq uzun zaman tələb edən prosesdir, çünki fərqli özünüqiymətləndirmə modellərinə uyğun
bu qiymətləndirmə üsulu yüksək səviyyəli qiymətləndirir və zaman keçdikcə özləri də

62 Azərbaycan məktəbi. 2021. №3


Şagirdlərdə özünüqiymətləndirmə bacarıqlarının formalaşdırılması metodları

daha təkmilləşmiş, müəllim tərəfindən hazır- • Özünüqiymətləndirməyə təlim kursunun


lanmış nümunələrə yaxın qiymətləndirmə bir tələbi kimi baxılır;
modelləri yaradırlar. • Hesab edilir ki, başqa bir kontekstdə
3) Təhsilalanın qeydli özünüqiymətlən- tətbiq edilən bir prosesi müvafiq
dirməsi. Bu, şagirdin əvvəlki özünüqiymət- uyğunlaşdırma olmadan istənilən yerdə
ləndirmə nəticələrinin saxlanılması ilə indiki tətbiq etmək olar;
özünüqiymətləndirmə nəticələrinin müqayisəsi • Şagirdlər ancaq başqaları tərəfindən
əsasında aparılan özünüqiymətləndirmə vasi- müəyyənləşdirilmiş meyarlarla işləmirlər;
təsidir. Bu qeydlər müxtəlif formada: yazılı • İcbari xarakter daşıyır;
qeydlər və portfolio şəklində aparıla bilər • Şagirdlər özünüqiymətləndirmə
(McNamara and Deane, 1995). haqqında öz anlayış və mühakimələrini
Sadalanan özünüqiymətləndirmə modelləri bildirirlər;
şagird bacarıqlarının obyektiv qiymətlən- • Özünüqiymətləndirmə haqqında spesifik
dirilməsində tətbiq olunan güclü vasitələr hesab mühakimələr nəzərə alınır;
olunur. Bundan əlavə, nibətən zəif modellər də • Şagirdlər öz mühakimələrini
vardır ki, bunlara şagirdlərin cavablarını sis- əsaslandırmaq üçün müəyyən kontekstdən
tematik şəkildə müqayisə etmək üçün istifadə və digər şagirdlərdən əldə etdikləri
olunan nümunəvi sual və düzgün cavab çərçivəsi informasiyadan istifadə edə bilirlər;
daxildir (Taras, 2010). Zəif özünüqiymətləndirmə • Formal qiymətləndirməyə nəzərə çarpan
modelinə informal özünüqiymətləndirmə alətləri töhfə verir;
vasitəsi ilə qiymətləndirməni də misal göstərmək • Özünüqiymətləndirmə şagirdlərin fərdi
olar. Bu forma qeyri-rəsmi özünüqiymətləndirmə və müstəqil öyrənmə bacarıqlarını
vasitəsidir ki, şagird gündəlik həyatında öz dil artırmaq üçün istifadə olunan əlavə
bacarıqlarını başqaları ilə danışaraq, qəzet strategiya kimi istifadə edilir;
oxuyaraq, televizora baxaraq və ya radio din- • Özünüqiymətləndirmə təlim kursuna
ləyərək müqayisəli formada qiymətləndirir sirayət edir;
(Gardner, 1996; Oscarsson, 1989). • Müəllim heyəti qiymətləndirmə
Metodik araşdırmalarda özünüqiymətlən- prosesinə nəzarəti şagirdlərlə birgə həyata
dirmənin güclü və zəif modelləri müəyyən- keçirməyə həvəs göstərir və belə də edir;
ləşdirilmişdir ki, onların xüsusiyyətlərini aşa- • Keyfiyyətli qarşılıqlı qiymətləndirmə
ğıdakı kimi səciyyələndirmək mümkündür: özünüqiymətləndirmədə istifadə edilir;
a) Güclü özünüqiymətləndirmə modellə- • Özünüqiymətləndirmədən təlim prose-
rinin səciyyəvi xüsusiyyətləri: sinin profilini hazırlamaqda istifadə edilir
• Özünüqiymətləndirmənin motivi təlimin və bu prosesdə şagirdlər fəal iştirak edir;
keyfiyyəti ilə əlaqəlidir; • Özünüqiymətləndirmə prosesi
• Aydın bir məqsədlə icra edilir və bu özünüqiymətləndirmə bacarıqlarının
məqsəd şagirdlərlə birgə müzakirə edilir; inkişafına zəmin yaradır;
• Tətbiq edilməmişdən öncə şagirdlərin • Təlim nailiyyətlərini artırmaq və təlimə
münasibəti öyrənilir; verdiyi töhfələri müəyyənləşdirmək
• Şagirdlər meyarların məqsədilə lazımi məlumatlar toplanır.
müəyyənləşdirilməsində iştirak edirlər; b) Zəif özünüqiymətləndirmə modelləri-
• Şagirdlərin prosesə birbaşa təsir nin səciyyəvi xüsusiyyətləri:
göstərmək imkanı var; • Qiymətləndirmə müəyyən şkala əsasında
• Özünüqiymətləndirmə prosesinin hər bir aparılır ki, bu şkalanın dərəcələri də aydın
mərhələsi üçün təlimat hazırlanır; şəkildə səciyyələndirilmir;
• Şagirdlər müəyyən bir fənni • Bu cür qiymətləndirmə real təlim
özünüqiymətləndirmə vasitəsilə mühitinin təmin etdiyi məlumatı nəzərə
öyrənirlər; almır;

http://as-journal.edu.az 63
Fidan Sarıbəyli

• Bu qiymətləndirmənin nəticələrindən olur (Leach, 2012). Bu isə şagirdi işinin kefiyyəti


rəsmi surətdə istifadə edilmir; barədə düşünməkdən yayındırır. H.Andrade və
• Xüsusi strategiya tətbiq edilmədən Y.Du iddia edirlər ki, özünüqiymətləndirmənin
fənlərin qiymətləndirilməsində istifadə formativ qiymətləndirmədə tətbiqi daha
olunur; məqsədəuyğundur.
• Aşağı statusa malik amil kimi Problemlə bağlı bəzi mənbələrdə göstərilir
qiymətləndirmə prosesindən kənarda ki, şagirdlər öz bilik və bacarıqlarını qiymət-
qalır; ləndirərkən konkret qiymətləndirmə şkalasından
• Özünüqiymətləndirmə qarşılıqlı istifadə etmədikdə, təlim prosesi daha məhsuldar
qiymətləndirmənin tabeli tərkib hissəsi olur. Məsələn, N.Kirbi və C.Dovns az riskli, me-
hesab edilir; yarlara əsaslanan formativ qiymətləndirmənin
• Şagirdlərin fikirləri nəzərə alınmır; faydalı olduğu fikrini müdafiə edir və bildirirlər
• Hazırlıq olmadan birdəfəlik proses kimi ki, özünüqiymətləndirmə fərdi qiymətləndirmə
tətbiq edilir; üsulu olduğu üçün digər faktorlar da prosesə
• Hesab edilir ki, özünüqiymətləndirmə təsir edə bilir. Onlar bu faktorları qazanılmış
üçün seçilmiş bir strategiya hamı üçün akademik biliklər, sosial mühit, peşə hədəfləri,
müvafiqdir; ailələrin tələbləri, mədəni fərq, şəxsi amillər
• Seçilmiş tapşırıq mövzunun yalnız bir olaraq qruplaşdırırlar (Kirbi və Dovns, 2007).
spesifik ehtiyacını nəzərə alır; Duyğular və fərdi faktorlar şagirdlərin uğurlarını
• Prosesin mahiyyəti dəyərləndirilmir. qiymətləndirməkdə vacib rol oynayır.
İstər güclü, istərsə də zəif özünüqiymət- Özünüqiymətləndirmənin tətbiqində mühit də
ləndirmə modelləri şagirdlərdən bəzi bacarıqlar çox vacib məsələdir. Söylənən əsas fikir budur
tələb edir. Məsələn, şagird öz öyrənmə prosesini ki, özünüqiymətləndirmə şagirdyönlü öyrənmə
izləməyi bacarmalıdır. Öz öyrənmə prosesini mühitinə uyğun bir qiymətləndirmə üsuludur
izləməyən şagird zəif və güclü tərəflərini, irə- və bu səbəbdən şagirdyönlü təhsil mühitində
lilədiyi və geri qaldığı məqamları müəyyən- həyata keçirilməlidir.
ləşdirə bilməz (McMillen and Hearn, 2008). Özünüqiymətləndirmə nəticələrinin etibar-
lılığına gəldikdə, bu, müəllimin qiymətləndirmə
ÖZÜNÜQİYMƏTLƏNDİRMƏNİN nəticələri ilə şagirdin öz işi haqqında gəldiyi
TƏTBİQİNDƏ NƏZƏRƏ ALINMASI VACİB nəticənin uyğunluq dərəcəsi ilə ölçülür. Şagirdin
OLAN FAKTORLAR nəticələrinin müəllimin qiymətləndirməsindən
yüksək olması daha çox nəticələrin şagird qiy-
Öz nəticəsini qiymətləndirmək bacarığı aşağı mətlərinə təsir etdiyi zaman daha çox müşahidə
siniflərdən başlayaraq şagirdlərdə sistemli olunur (Boud və Falchikov, 2006). A.Ross doğru
şəkildə formalaşdırılmalıdır. Ümumi təhsil olaraq bildirir ki, şagirdlərin yaşları artdıqca
məktəbini bitirən hər bir gənc biliklərini praktik özlərini obyektiv qiymətləndirmə ehtimalı
şəkildə tətbiq etməyi, nəticələr çıxarmağı, həmin çoxalır, çünki azyaşlı şagirdlər biliklərini təhlil
nəticələrin doğruluğunu yoxlamağı, sübut etməyi etmək bacarıqlarına malik deyillər. O, həmçinin
bacarmalıdır. Özünüqiymətləndirmə öyrənmə qeyd edir ki, şagirdlərə özünüqiymətləndirmə
prosesinin qiymətləndirilməsidir adlandırılır ilə bağlı məlumat verildikdə onların qiymətləri
(Dunn və Mulvenon 2009; Earl və Katz, 2006) ilə müəllim qiymətləndirməsi arasındakı uyğun-
və şagirddəki metakoqnitiv bacarıqları dəstək- luq artır. S.Butler və N.McMunn yaş artdıqca
ləməyə və inkişaf etdirməyə xidmət edir. Lakin şagirdin özünə verdiyi qiymət və müəllim
araşdırmalar göstərir ki, summativ qiymət- qiymətləndirməsi arasındakı fərqin azaldığını
ləndirmədə tətbiq edilən özünüqiymətləndirmə qeyd edir (Butler və McMunn, 2006). P.Blatchford
bəzən uğursuz olur. Summativ qiymətlən- da apardığı araşdırmalar nəticəsində şagirdlərin
dirmənin nəticəsi şagirdin qiymətinə təsir etdiyi yaşının özünüqiymətləndirmə nəticələrinə təsir
üçün o özünü yüksək qiymətləndirməyə meyilli etdiyini açıqlamışdır (Blatchford, 1997).

64 Azərbaycan məktəbi. 2021. №3


Şagirdlərdə özünüqiymətləndirmə bacarıqlarının formalaşdırılması metodları

Özünüqiymətləndirmənin tətbiqi üçün müəl- monitorinqinə cəlb olunurlar. Bundan başqa,


limlərin də hazırlığı vacib məsələlərdəndir. İlkin şagirdlər mühitin etibarlılığından əmin olma-
olaraq, müəllimin özünüqiymətləndirməyə baxış lıdırlar. Onların öz fəaliyyətində dürüst olmaları
bucağı müəyyənləşməlidir. Belə ki, müəllim üçün narahatlıq doğuran amillər aradan qaldı-
onun vacibliyini anlamalı və tətbiqi üçün hazır rılmalıdır, yəni şagirdlər verdikləri informa-
olmalıdır ki, qiymətləndirmənin uğurla həyata siyanın daha sonra onların əleyhinə istifadə
keçirilməsini təmin edə bilsin. Əgər müəllim edilməyəcəyinə əmin olmalıdırlar.
özünüqiymətləndirmənin əhəmiyyətinə inan- Özünüqiymətləndirmənin tətbiqində uğurlu
mayıbsa, təbii olaraq, şagirdi də bu prosesə nəticə əldə edə bilmək üçün nəzərə alınması
hazırlamaq çətin olacaq. Təhsilverənin pozitiv vacib olan faktorları bu şəkildə ümumiləşdirmək
mövqeyi prosesin gedişində dəstəkləyici mühitin olar:
yaradılması üçün çox vacibdir və bu səbəbdən 1. Müəllimin özünüqiymətləndirmə ilə bağlı
o, prosesin yaxşı nəticələnəcəyinə inanmalıdır. yetərli biliklərə sahib olmaması onların şagird-
Müəllimin şagirdlərinə güvənməsi onlarda lərin təlim prosesində iştirak etməsinin müsbət
qiymətləndirmə prosesində iştirak etməyə güclü təsirini düzgün müəyyənləşdirə bilməməsinə
maraq yaradır. və yanlış nəticələr çıxarmasına səbəb olur. Hər
D.Boud hesab edir ki, özünüqiymətləndirmə bir müəllim özünüqiymətləndirmə ilə bağlı
də daxil olmaqla bütün qiymətləndirmə metod- əhatəli biliyə malik olmalıdır. Əks halda, bu ba-
ları əsas iki elementdən ibarətdir: 1) tələb carığı şagirdlərə aşılamaqda ciddi problemlərlə
olunan fəaliyyət standartlarının müəyyənləş- üzləşəcək və eyni zamanda yanlış nəticələr
dirilməsi; 2) bu standartlar əsasında göstərilən çıxaracaqdır. Özünüqiymətləndirmə nəticəsində
fəaliyyət keyfiyyəti haqqında müəyyən fikir, müəllim şagirdləri haqqında əhatəli məlumata
mühakimə (Boud, 1986). Özünüqiymətləndirmə sahib olur və şagirdlərin gözləntiləri və ehti-
tətbiq edilərkən bu iki aspekt mütləq nəzərə yacları haqqında daha dəqiq məlumat əldə edə
alınmalıdır. Tədqiqatçı həm də iddia edir ki, bilir. Şagirdlərin öz bilik və bacarıqlarını qiymət-
ləndirməsi nəticəsində əldə etdikləri məlumat
özünüqiymətləndirmənin tətbiqinin məqbul
onların öyrənmə yolunu göstərən bir xəritə
hesab olunması üçün o özündə aşağıdakıları
kimidir (Huerta-Macias, 1995). Həmin məlu-
ehtiva etməlidir:
matları əldə edən müəllimin şagirdlərə fərdi
• Aydın məqsəd, yəni bu spesifik
yanaşmaq və lazımi tədbirləri zamanında gör-
fəaliyyətin məqsədi nədir.
mək, problemləri vaxtında aradan qaldırmaq
• Konkret prosedur qaydaları: şagirdlər üçün bir fürsət əldə etmiş olacaq. Özünüqiymət-
onlardan tələb olunanları bilməlidirlər. ləndirmədən istifadə edən təcrübəli müəllim
Şagird nəticəni yoxlayan meyarların necə onun mahiyyətini şagirdlərin səmərəli şəkildə
olması barədə aydın bir fikrə malik deyilsə, bu, başa düşmələrinə kömək edir və düşünmə,
özünüqiymətləndirmə prosesində ona mane öyrənmə prosesindəki rolunu izah edir.
olacaqdır. Ona görə də şagirdlərin qiymətlən- 2. Özünüqiymətləndirmə formativ qiymət-
dirmə meyarlarının müəyyənləşdirilməsinə cəlb ləndirmənin bir üsulu kimi istifadə edilməlidir.
olunması da məqsədəuyğun hesab edilir. Lakin Summativ qiymətləndirmənin illik nəticələrə
meyarların müəyyənləşdirilməsi üsulundan təsir edəcəyini nəzərə alan şagirdlərin əksə-
asılı olmayaraq, təhsilalanlar yerinə yetirdikləri riyyəti öz nəticələrini yüksək qiymətləndirirlər.
işin standartları ilə yaxından tanış olmalı və Nəticədə, özünüqiymətləndirmənin obyektiv-
müəyyənləşdirilmiş meyarla uyğun gələn iş liyini təmin etmək çətinləşir. Bu səbəbdən
nümunəsi əsasında təcrübə keçməlidirlər. Bir özünüqiymətləndirmə formativ qiymətləndir-
sözlə, özünüqiymətləndirmə bacarıqlarını inkişaf mənin üsulu kimi daha etibarlı və faydalıdır.
etdirmək üçün şagirdlərin dəstəyə ehtiyacı var. 3. Özünüqiymətləndirmə planlı və sistemli
Nəticədə, onlar müəyyən bir bacarığı öyrənmək şəkildə həyata keçirilməlidir. Yalnız bu halda
məqsədi ilə razılaşdırılmış və aydın şəkildə onun səmərəliliyindən danışmaq olar. Şagirdlərin
anlaşılan meyarlar əsasında öz inkişaflarının öz nəticələrini qiymətləndirməsi və bunun

http://as-journal.edu.az 65
Fidan Sarıbəyli

bacarığa çevrilməsi uzun zaman tələb edən ləndirə bilirlər. Bunun üçün onlar özünüqiy-
prosesdir, çünki özünüqiymətləndirmə tənqidi mətləndirmə meyarlarını aydın dərk etməli,
təfəkkür və qiymətləndirməni özündə birləşdirən hətta onların hazırlanması prosesinə cəlb olun-
yüksək düşünmə bacarığı tələb edir. malıdırlar. Yalnız bu halda onlar keyfiyyətli
4. Şagirdlər özünüqiymətləndirmə barədə nəticə əldə etməyin yolları haqda dərin anlayışa
əvvəlcədən məlumatlandırılmalıdırlar. Qiymət- malik olurlar. Şagird bilməlidir ki, nəticələrini
ləndirmə ilə bağlı nəzəri biliyə malik olmayan hansı dəyərlər əsasında qiymətləndirir. O,
şagird onu uğurlu şəkildə tətbiq edə bilməyəcək. tapşırıqlar üzərində işləyərkən mütəmadi olaraq
Tədqiqatlar bu məsələnin özünüqiymət- müəyyənləşdirilmiş meyarları nəzərdən keçirir
ləndirmənin tətbiqindəki ən əsas maneə və onlar əsasında öz fəaliyyətini yoxlayır.
olduğunu göstərir (Boud, 1986). Müəyyən bir Meyarların tələblərini ciddi şəkildə gözləmək
sinfə qədər öz bilik və bacarığına tənqidi şagirdlərə təlimin keyfiyyətini təşkil edən amilləri
yanaşmayan, onu qiymətləndirməyən şagirddən yaxşı anlamaqda kömək edir. Qiymətləndirmə
müstəqil və doğru qiymətləndirmə aparmasını meyarlarını tam şəkildə qavrayan şagird öz
gözləmək olmaz. Odur ki, prosesə cəlb problemlərini şüurlu surətdə dərk edir və çətin
edilməmişdən əvvəl təhsilalanlarla intensiv məqamda müəllim dəstəyi ilə onları aradan
söhbətlər aparmaq lazımdır ki, özünüqiy- qaldırır.
mətləndirmənin innovativ mahiyyəti və prin- 6. Özünqiymətləndirmə məntiqi və tənqidi
sipləri ilə yaxından tanış olsunlar. Daha sonra təfəkkür vərdişlərinin inkişafına xidmət edir.
isə onlar yazılı şəkildə təcrübə imkanları ilə Ona görə də bu qiymətləndirmə üsulunu
təmin edilməli, onlar misal və nümunələr əzbərçiliyə əsaslanan ənənəvi təlimdə tətbiq
əsasında özünüqiymətləndirmə prosesində etmək olduqca çətindir. Nəzərə almaq lazımdır
iştirak etməlidirlər. Özünüqiymətləndirmə ki, qiymətləndirmə şkalaları ilə şagirdlərə qiymət
bacarığını inkişaf etdirmək üçün təhsilalanın yazmaq mürəkkəb məsələlərin yaranmasına
dəstəyə, təcrübəyə və məşq prosesinə ehtiyacı səbəb olur. Şagirdləri bu cür qiymətləndirməyə
var. Bu zaman sadə tapşırıqlardan başlamaq cəlb etmək qərara alınırsa, o zaman bu qiymət-
daha uyğun hesab edilir. Şagird razılaşdırılmış ləndirmə şkalası ənənəvi qiymətləndirmə şka-
meyar əsasında sadə özünüqiymətləndirmə lasından fərqli olmalıdır. Ümumiyyətlə, özünü-
formasını doldurur və tamamlanmış şəkildə qiymətləndirmənin ən mühüm aspekti onun
təqdim edir. Bu cür çalışmaların faydasını ar- təlim nəticələrinin yaxşılaşdırılmasına kömək
tırmaq üçün onlardan nə üçün özlərini müəyyən etməsidir. Şagirdlərə konkret qiymət vermək
bir formada qiymətləndirdikləri soruşulur. isə onlarda bəzi narahatlıqlar yaradır. Odur ki,
Qiymətləndirmə formalarını doldurduqlarına özünüqiymətləndirmə digər qiymətləndirmə
görə şagirdlər şərti faizlərlə mükafatlandırılır formaları ilə birgə istifadə edilə bilər. Əksər
və yaxud özünüqiymətləndirmənin keyfiyyətinə hallarda bu cür qiymətləndirmədən istifadə
görə müvafiq qiymət şkalası ilə qiymətlən- özünü doğruldur. Məsələn, şagirdlərin təqdi-
dirilirlər. Tədricən formalaşan öz nəticələrini matetmə və digər fəaliyyət növləri üçün
qiymətləndirmə vərdişləri daha mürəkkəb müəyyənləşdirilmiş meyarlarla birgə özünü-
özünüqiymətləndirmə formalarının tətbiqinə qiymətləndirmə meyarlarından da istifadə oluna
imkan yaradır. Müəllim şagirdlərə özünü- bilər. Deməli, özünüqiymətləndirmə və müəllim
qiymətləndirmənin düşünmə və öyrənmə qiymətləndirməsinin kombinasiyası əsasında
prosesindəki rolunu açıqlamaqla onun son ortaq qiymət çıxarıla bilər.
mahiyyətini anlamaqda yardım göstərmiş olur.
Əsas şərt odur ki, təhsilverənlər özünü- NƏTİCƏ
qiymətləndirməni təlim prosesinin ayrılmaz
hissəsi kimi aşılamağı, təlqin etməyi bacarsın. Şagirdyönlü təhsil yeni qiymətləndirmə
5. Hədəfləri barədə aydın təsəvvürə malik metodları istifadə olunduğu halda müvəffə-
olduqda şagirdlər özlərini obyektiv qiymət- qiyyət qazana bilər. Qiymətləndirmə sadəcə

66 Azərbaycan məktəbi. 2021. №3


Şagirdlərdə özünüqiymətləndirmə bacarıqlarının formalaşdırılması metodları

təhsilalanların mövcud bilik səviyyəsini müəyyən formalaşdırmaq üçün təhsilverənin bu sahədə


etmək deyil, eyni zamanda şagirdləri daha yaxşı dərin biliklərə malik olması, özünüqiy-
idarə edə bilmək məqsədi ilə prosesi müşahidə mətləndirmə vasitələrini bilməsi, mahiyyəti
etmək üçün istifadə edilməlidir. anlaması, onu sistemli şəkildə tətbiq etməsi
Özünüqiymətləndirməyə böyük maraq gös- vacib faktorlardır.
tərilməsi tədris və təlim konsepsiyasında baş Müəllim özünüqiymətləndirmə modelləri
verən dəyişikliklərdən qaynaqlanır. Nəticəyönlü hazırlayarkən sadədən mürəkkəbə prinsipini
təhsil konsepsiyasında qiymətləndirmə daha əsas götürməlidir. Bu qiymətləndirmə üsulu
böyük önəm kəsb edir. Çünki yalnız onun tədris ilinin əvvəlində, ortasında, sonunda və
vasitəsilə təlim prosesinin öz məqsədinə çatıb- ya müntəzəm olaraq həyata keçirilə bilər.
çatmadığı haqqında dəqiq məlumat əldə etmək Özünüqiymətləndirmə tədris prosesinin ayrılmaz
olur. Bu mənada qiymətləndirmə elə bir çoxşaxəli hissəsi kimi tətbiq edilməli, bu qiymətləndirmə
prosesdir ki, təhsilverənləri, təhsilalanları, təhsil üsulu aşağı siniflərdən başlayaraq, sistemli
müəssisələrini və eyni zamanda təhsil prosesinin şəkildə tətbiq olunmalı, daha sadə özünü-
özünü obyektiv dəyərləndirməyə xidmət edir. qiymətləndirmə formaları hazırlanmalı, yuxarı
Həmin aspektdə təhsilalanların bilik və baca- siniflərə doğru bu tapşırıqların da çətinlik
rıqlarını özlərinin qiymətləndirməsi xüsusi dərəcəsi artırılmalıdır. Yuxarı siniflərdə (artıq
maraq doğurur. şagirdlərdə özünüqiymətləndirmə bacarıqları
Öz təlim nəticəsini qiymətləndirmə bacarığına formalaşdırıldıqdan sonra) təhsilalanlar özünü-
yiyələnən şagird başqaları tərəfindən tənzim- qiymətləndirmə meyarlarının və modellərinin
lənmədən özünü tənzimləməyə, müstəqil hazırlanmasına cəlb oluna bilərlər. Yəni, bu
öyrənməyə meyil edir, daha böyük nailiyyətlər qiymətləndirmə vasitələri müəllim tərəfindən
qazanır. hazırlana bildiyi kimi, şagird tərəfindən də
Bundan başqa, özünüqiymətləndirmənin hazırlana bilər. Zamanla öz təlim nəticələrini
tətbiqi standart qiymətyazmanın şagirdlər üçün qiymətləndirmək bacarığına malik olan şagird
yaradacağı narahatlığı aradan qaldırır. Onlar daha böyük uğurlar qazanır.
zəif qiymətalma qorxusuna məruz qalmadan Şagird qiymət almaqdan qorxmadığı halda
öz nəticələri haqqında düşüncələrini bildirirlər. özünü obyektiv qiymətləndirməyə meyilli olur.
Özünüqiymətləndirmə vasitələrindən səmərəli Bu səbəbdən, hansı vasitədən istifadə etdiyi-
istifadə müəllimlər üçün də faydalıdır. Bu onlara mizdən asılı olmayaraq, özünüqiymətləndirmə
şagirdlərinin irəliləməli olduqları sahələri daha zamanı konkret qiymət şkalasından istifadə
dəqiq müəyyənləşdirməyə imkan verir. Müəl- tövsiyə olunmur. Yalnız bütün bunları nəzərə
limin bütün imkanları öz əlində saxlaması və aldığımız halda, özünüqiymətləndirmə vasitə-
bütün seçimləri təkbaşına etməsi bir sıra lərinin səmərəliliyindən danışmaq olar.
aspektlərdən təhsilalanın inkişaf potensialını Bütün bu xüsusiyyətlər onu göstərir ki,
məhdudlaşdırır. Özünüqiymətləndirmə qiy- özünüqiymətləndirmənin tətbiqi imkanları geniş
mətləndirmə prosesində müəllimlə şagird olduğu qədər, növləri, onlara qoyulan tələblər
arasında tarazlıq yaratmağa imkan verir və də çoxşaxəlidir. Hər bir fənnin spesifik xüsu-
nəticənin qiymətləndirilməsində yalnız bir sub- siyyətlərini, qarşıya qoyulmuş vəzifələrini nəzərə
yektin (müəllimin) baxış bucağına alternativ alaraq bu forma və vasitələrdən səmərəli istifadə
təklif edir. Bu qiymətləndirmə üsulu şagirddən etməklə təlim prosesinin keyfiyyətini yüksəltmək
öz öyrənmə prosesinə nəzarət, nəticələrinə mümkündür.
tənqidi yanaşmaq, güclü olmaq və çətinlik
çəkdiyi məqamları aydınlaşdıra bilmək kimi Qeyd: Məqalə Təhsil İnstitutunun dəstəyi, Təhsil
bacarıqlar tələb etdiyi kimi, müəllimlərdən də İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin
qiymətləndirmə sahəsində dərin və hərtərəfli təcrübə və kommunikasiya platformasının təşkilatçılığı
bilik tələb edir. Təhsilalanlarda öz bilik və ilə 22-25 aprel 2021-ci ildə keçirilən Təhsil İdarəçiliyi
bacarıqlarını qiymətləndirmə bacarığını Beynəlxalq Konfransında təqdim edilib.

http://as-journal.edu.az 67
Fidan Sarıbəyli

İstifadə edilmiş ədəbiyyat 15


Huerta-Macias, A. (1995). Alternative
assessment; Responses to commonly asked
1
Andrade, H., & Du, Y. (2007). Student responses questions. TESOL Journal, 5, 1, 8-12.
to criteria-referenced self-assessment. 16
Kirby, N.F., & Downs, C.T. (2007). Self-
Assessment and Evaluation in Higher Education, assessment and the disadvantaged student;
32, 159–181. Potential for encouraging self-regulated
2
Blatchford, P. (1997). Students’ Self-Assessment learning? Assessment and Evaluation in Higher
of Academic Attainment: Accuracy and Stability Education, 32(4), 475- 494.
From 7 to 16 Years and Influence of Domain and 17
Leach, L. (2012). ‘Optional self-assessment:
Social Comparison Group. Educational some tensions and dilemmas', Assessment and
Psychology, 17(3), 345-359. Evaluation in Higher Education, 37(2):137.
3
Boud, D. (1986). Implementing Student Self- 18
Lew, M., Alwis W.A.M., Schmidt, H.G. (2010).
assessment, Canberra, ACT. Accuracy of Students' Self- Assessment and
4
Boud, D. (1995). Enhancing Learning Through Their Beliefs about Its Utility. Assessment and
Self-Assessment, Kogan Page. Evaluation in Higher Education. Volume 35,
5
Boud, D., & Falchikov, N. (2006). Aligning Number 2: 135-156.
assessment with long-term learning. Assessment 19
Lewkowicz, J., & J. Moon. (1985). Evaluation: A
& Evaluation in Higher Education, 31(4), 399-413. way of involving the learner. (Edit.) J. C.
6
Butler, S.M., & McMunn, N.D. (2006). A Teacher’s Alderson, Evaluation: Lancaster Practical Papers
Guide to Classroom Assessment: Understanding in English Language Education Oxford:
and Using Assessment to Improve Student Pergamon Press. ss. 45-80.
Learning. San Francisco: Jossey-Boss. 20
McMillan, J.H., & Hearn, J. (2008). Student Self-
7
Cram, B. (1995). Self-assessment: From theory Assessment: The Key to Stronger Student
to practice. Developing a workshop guide for Motivation and Higher Achievement.
teachers. (Edit.) G. Brindley, Language Educational Horizons, 87(1), 40-49.
assessment in action. Sydney: National Centre 21
McNamara, M., & Deane, D. (1995). Self-
for English Language Teaching and Research, assessment activities toward autonomy in
Macquerie University. Ss.. 271-350 language learning. TESOL Journal, 5, 18-23.
8
Dickinson, L. (1996). Self-instruction in language 22
Oscarson, M. (1984). “Self-Assessment of
learnings Cambridge: Cambridge University Press. Foreign Language Skills”, A Survey of Research
9
Dunn, K.E., & Mulvenon, S.W. (2009). A critical and Development Work, Strasburg, Council of
review of research on formative assessment: The Europe.
limited scientific evidence of the impact of 23
Oscarson, M. (1989). Self-assessment of
formative assessment in education. Practical language proficiency; Rationale and applications.
Assessment, Research & Evaluation, 14(7), 1-11. Language Testing, 6, 1-14.
10
Earl, L.M., & Katz, M.S. (2006). Rethinking 24
Oscarson, M. (1997). Self-assessment of Foreign
classroom assessment with purpose in mind: and Second Language Profiency, Kluwer
Assessment for learning, assessment as learning, Academic Publishers.
assessment of learning. Manitoba Education, 25
Oscarson, M. (1998). “Learner Self-assessment
Citizenship & Youth. of Language Skills”, November, IATEFL TEA SIG
11
Falchikov, N. (2003). Involving Students in Newsletter PRODROMOU, Luke (1992), Mixed
Assessment, Psychology Learning & Teaching, Ability Classess, Phoenix
3(2), 102-108. 26
Ross, A.J. (2006). The reliability, validity, and
http://dx.doi.org/10.2304/plat.2003.3.2.102 utility of self-assessment. Practical assessment,
12
Falchikov, N., Boud, D. (1989). Student Self - Research & Evaluation.
Assessmentin Higher Education: A Meta - 27
Sinclair, B. (1991). Self-assessment: Why? How?
Analysis. Rewiew of Educational Research. Vol: Paper presented at the Queensland Association
59. No: 4. 395-430. of Teachers of English to Speakers of Other
13
Gardner, D. (1996). “Self-assessment for self- Languages 1991 Conference on Tomorrow's
access learning”. Tesol Journal, 5 (3): 18-23. Lesson. ss.22-29.
14
Harris, M. (1997). Self-assessment of language 28
Taras, M. (2010). Student Self-assessment:
learning in formal settings. In ELT Journal Vol. processes and consequences. Teaching in Higher
51/1, pp. 12-20. Oxford: Oxford University Press. Education, 15(2) 199-213.

68 Azərbaycan məktəbi. 2021. №3

You might also like