You are on page 1of 8

Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021.

№3

TƏHSİLİN NƏZƏRİYYƏSİ VƏ TARİXİ:


FƏALİYYƏTİN TRAYEKTORİYASI

İNTİQAM CƏBRAYILOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının
Təhsil İnstitutu, Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri.
e-mail: intiqamcebrayilov@mail.ru
https://orcid.org/0000-0003-2437-5926

Məqaləyə istinad: ANNOTASİYA


Cəbrayılov İ. (2021). Təhsilin
nəzəriyyəsi və tarixi: fəaliyyətin Məqalə Azərbaycan Respublikasının Təhsil İnstitutunun 90 illik
trayektoriyası. Azərbaycan məktəbi. yubileyinə həsr olunub. Burada institutda, o cümlədən onun aparıcı
№ 3 (696), səh. 107–114
şöbələrindən biri olan Təhsilin nəzəriyyəsi və tarixi şöbəsində aparılan
elmi tədqiqatlara münasibət bildirilir. Şöbənin keçdiyi tarixi yol elmi-
pedaqoji baxımdan təhlil edilir və indiki dövrdə aparılmış tədqiqatların
nəticələri xülasə şəklində verilir. Məqalədə Aleksandr Makovelski, Boris
Komarovski, Bəkir Çobanzadə, Mərdan Muradxanlı, Zəkəriyyə Mehdi-
zadə, Mehdi Mehdizadə və başqa görkəmli elm xadimlərinin peda-
qogika elminə verdiyi böyük töhfələrdən bəhs olunur. Araşdırmalardan
aydın olur ki, təhsilin nəzəriyyəsinə və tarixinə dair tədqiqat mövzuları
son dərəcə aktual pedaqoji problemlərə həsr olunmuşdur. Həmin
problemlər bu cür qruplaşdırılır: təlim prosesində inkişafyönlülük prin-
sipinin tətbiqi; təhsilin modernləşdirilməsinin elmi-nəzəri əsasları;
təlim prosesinin optimallaşdırılması; innovasiyaların yeni pedaqoji
texnologiyalar və İKT-nin tətbiqi ilə reallaşması imkanları; təhsilalan-
larda əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması; ehtiyat dərs-
liklərin hazırlanmasının ümumpedaqoji məsələləri; şagird nailiyyət-
lərinin qiymətləndirilməsinin pedaqoji əsasları; ümumtəhsil mək-
təblərində öyrənmə mühitinin təkmilləşdirilməsi; şagirdlərdə iqtisadi
bilik və bacarıqların formalaşdırılması; şagirdlərlə tərbiyə işinin təşkili
mexanizmləri və s. Aparılan tədqiqatlar cəmiyyətin real ehtiyac və
tələbatlarından irəli gələn innovativ yanaşmaları əks etdirdiyi də
məqalədə öz əksini tapır.

Açar sözlər: Təhsilin nəzəriyyəsi və tarixi, Təhsil İnstitutu, pedaqoji-


Məqalə tarixçəsi
Göndərilib: 05.07.2021 psixoloji tədqiqatlar, metodoloji problemlər, təhsildə innovasiyalar.
Qəbul edilib: 02.08.2021

http://as-journal.edu.az 107
Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №3

THEORY AND HISTORY OF EDUCATION:


TRAJECTORY OF ACTIVITY

INTIGAM JABRAYILOV
Doctor of pedagogical sciences, professor, Head of the Department of
Theory and History of Education, Institute of Education of the Republic of
Azerbaijan. e-mail: intiqamcebrayilov@mail.ru
https://orcid.org/0000-0003-2437-5926

To cite this article: ABSTRACT


Jabrayilov I. (2021). Theory and
history of education: trajectory of The article is dedicated to the 90th anniversary of the Institute of
activity. Azerbaijan Journal of Education of the Republic of Azerbaijan. It reflects the attitude to the
Educational Studies. Vol. 696,
scientific research carried out at the institute, including the Department
Issue III, pp. 107–114
of Theory and History of Education, one of its leading departments,
and the scientific creativity of the scientists who worked and formed
in this department. The historical path of the department is analyzed
from the scientific and pedagogical point of view and the results of
the researches carried out at the present time are summarized. The
article names Alexander Makovelsky, Boris Komarovsky, Bekir Choban-
zade, Mardan Muradkhanli, Zakaria Mehdizade, Mehdi Mehdizade
and other prominent scientists, noting that they have made great con-
tributions to the science of pedagogy. It is clear from the research
that research topics on the theory and history of education are devoted
to extremely topical pedagogical problems. In this regard, we draw
attention to the following problems studied: Application of the principle
of development orientation in the learning process; Scientific and
theoretical bases of modernization of education; Optimization of the
training process; Possibilities of realization of innovations with appli-
cation of new pedagogical technologies and ICT; Formation of intel-
lectual property culture in students; General pedagogical issues of
preparation of reserve textbooks; Pedagogical bases of assessment
of student's achievements; Improving the learning environment in
secondary schools; Formation of economic knowledge and skills in
students; Mechanisms for organizing educational work with students,
etc. In general, the research reflects innovative approaches based on
the real needs and requirements of society.

Keywords: Theory and history of education, Institute of Education,


Article history
pedagogical-psychological researches, methodological problems,
Received: 05.07.2021 innovations in education.
Accepted: 02.08.2021

108 http://as-journal.edu.az
Təhsilin nəzəriyyəsi və tarixi: fəaliyyətin trayektoriyası

GİRİŞ yetirilməsi cəmiyyətin sosial-iqtisadi, siyasi və


mədəni baxımdan harmonik inkişafı üçün
Azərbaycanın təhsil tarixi zəngin ənənələr mühüm əhəmiyyət kəsb edir, təhsil sahəsində
əsasında formalaşmışdır. Həmin ənənələr dövrün təkcə praktik fəaliyyətdə deyil, həm də elmi-
tələblərinə, çağırışlarına uyğun yenilənir, mo- tədqiqatlar qarşısında ciddi vəzifələr qoyur.
dernləşir və inkişaf edir. Tədqiqatlar göstərir Təhsilin inkişafında praktik fəaliyyətlə bərabər,
ki, təhsilin inkişafında şərti olaraq, əsasən, iki nəzəri və tarixi aspektdə aparılan tədqiqatların
istiqaməti fərqləndirə bilərik: da xüsusi rolu vardır. Çünki məhz praktik
1) təhsilin bilavasitə praktik fəaliyyət əsa- fəaliyyət elmi-pedaqoji tədqiqatların nəticələrinə
sında inkişafı (tarixən məktəblərin yaranması, əsaslandıqda daha böyük uğurlar əldə etmək
müəllimlərin təlim-tərbiyə fəaliyyəti və s.); mümkün olur. Bu baxımdan təhsil tədqiqatları,
2) təhsilin elmi-tədqiqatlar, pedaqoji araş- o cümlədən təhsilin nəzəriyyəsi və tarixi ilə
dırmalar əsasında inkişafı, təhsilin nəzəriyyəsi bağlı araşdırmalar aktuallığı ilə diqqəti cəlb
və tarixinə aid tədqiqatların aparılması nəti- edir. Respublikamızın müxtəlif ali məktəblərində
cəsində təhsil problemlərinin elmi yanaşmalar bu istiqamətlərdə tədqiqat işləri aparılır. Lakin
əsasında həll edilməsi, elmi pedaqogikanın ölkəmizin pedaqoji-psixoloji tədqiqatlarla bağlı
təhsilin inkişafında mənbə rolunu oynaması, yeganə elm-təhsil müəssisəsi Azərbaycan
bu mənbəyə əsaslanaraq inkişafın təmin Respublikasının Təhsil İnstitutudur ki, onun
olunması və s. ən başlıca funksiyalarından biri məhz elmi-
Müasir dövrdə Azərbaycan Respublikasında tədqiqatlar aparmaq, fundamental və tətbiqi
təhsil cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni xarakterli elmi-pedaqoji araşdırmalarla təhsilin
həyatında, həqiqətən, çox mühüm rol oynayır. inkişafına töhfələr verməkdir. Bu institutda
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev tədqiqatların aparıldığı istiqamətlər üzrə
təhsilə cəmiyyətin xüsusi, intellektual cəhətini müxtəlif adda elmi şöbələr fəaliyyət göstərir.
əks etdirən bir sahə kimi çox həssas yanaşmağın Bunlardan da biri institutda yaranma tarixi
vacibliyini əsaslandırmışdır (Əliyev, 2006). etibarilə ilkin olan Təhsilin nəzəriyyəsi və tarixi
Azərbaycan Respublikasının Prezidenti İlham şöbəsidir.
Əliyev də təhsilin cəmiyyət həyatında mühüm
əhəmiyyət kəsb etdiyini qeyd edir, təhsilin TƏHSİLİN NƏZƏRİYYƏSİ VƏ TARİXİ:
inkişafına daim diqqət və qayğı ilə yanaşır. ƏNƏNƏLƏR VƏ MÜASİRLİK
Cənab İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli
Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan 2030: Təhsilin nəzəriyyəsi və tarixi şöbəsi institutun
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” struktur vahidi olub, onun nizamnaməsində
dövlət sənədində deyilir: “ Dünyada artan formalaşmış ümumi vəzifələrin yerinə
rəqabətə davam gətirə bilmək üçün iqtisadiy- yetirilməsində mühüm rol oynayır. Əvvəllər
yatın uzunmüddətli inkişafı müasir və güclü müxtəlif adlarla: Pedologiya, Pedaqogika, Peda-
təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə qogika-psixologiya, Pedaqogikanın nəzəriyyəsi
insan kapitalının milli sərvətdə iştirak payı və tarixi, Təhsilin konseptual problemləri, Təhsil
davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə nəzəriyyəsi adları ilə fəaliyyət göstərmişdir.
kompetensiya, sosial vərdişlər və bacarıqların Vaxtilə müxtəlif adlar daşısa da, onun əsas
harmoniyada inkişafına əsaslanan “ömürboyu məqsədi Azərbaycanda təhsilin pedaqoji, psixo-
təhsil”ə xüsusi önəm verilməlidir” (Azərbaycan loji, sosial və iqtisadi problemləri sahəsində
2030: sosial-iqtisadi inkişafa dair Milli Priori- tədqiqatlar aparmaq, onun elmi əsaslar üzrə
tetlər, 2021). idarə edilməsini həyata keçirmək olmuş və bu
Göründüyü kimi, təhsilin inkişaf etdirilməsi gün də öz hədəflərini həmin məsələlər üzərin-
ilə bağlı çox ciddi, konseptual xarakterli müddə- də formalaşdırır (Azərbaycan Respublikasının
alar irəli sürülmüşdür. Bu müddəaların yerinə Təhsil Problemləri İnstitutu – 80, 2011). Öz

http://as-journal.edu.az 109
İntiqam Cəbrayılov

fəaliyyətində Azərbaycan Respublikası Təhsil Digər fərqli bir istiqamət odur ki, göndərilmiş
İnstitutunun Nizamnaməsini, rəhbərliyin qərar elmi əsərlər, dissertasiyalar, həmçinin respub-
və göstərişlərini, o cümlədən Azərbaycan Res- likada pedaqogika, psixologiya və xüsusi
publikası Təhsil Nazirliyinin qərarları, sərən- metodikalar üzrə çap olunmuş ədəbiyyatlar
camları, hüquqi-normativ sənədlərini rəhbər məhz bu struktur bölmədə geniş müzakirə
tutan bu struktur bölmə, eyni zamanda ölkə olunur və onlara müvafiq rəy verilir.
səviyyəsində dövlət sənədlərinin hazırlanma-
sında fəal iştirak edir. CƏMİYYƏTİN TƏLƏBATINDAN DOĞAN
Şöbədə təhsilin müxtəlif pillələrində təlim- ELMİ TƏDQİQATLAR
tərbiyə prosesinin təşkili və inkişafına istiqamət
verən fundamental nəzəri-pedaqoji tədqiqatlar Şöbədə aparılan elmi-tədqiqatlara əsasən
aparılır. Yeni pedaqoji texnologiyaların, interaktiv qeyd etmək olar ki, müasir dövrdə ölkəmizdə
təlim və tərbiyə metodları, priyomları və vasi- təhsilin bütün pillə və səviyyələrində köklü
tələrinin nəzəri, pedaqoji-psixoloji əsaslarının; dəyişikliklər nəticəsində struktur, məzmun və
təlim və tərbiyənin şəxsiyyətə istiqamətlənmiş, idarəetmənin yeni mexanizmləri formalaş-
nəticəyönlü məzmununun işlənməsi və dırılmışdır. Bu məsələlər başlıca tələblər kimi
təkmilləşdirilməsinin; tədris prosesinin “Azərbaycan Respublikasının təhsil sahəsində
metodoloji və nəzəri problemləri, gənc nəslin İslahat Proqramı”nda 1 , “Təhsil haqqında”
şəxsiyyət kimi formalaşmasına xidmət edən Azərbaycan Respublikasının Qanunu”nda 2 ,
milli-mənəvi və ümumbəşəri dəyərlərin elmi “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair
əsaslarının tədqiqinə xüsusi diqqət yetirilir. Milli Prioritetlər”də3, “Azərbaycan Respub-
Pedaqoji-psixoloji tədqiqatlar sahəsində
likasında təhsilin inkişafı üzrə Dövlət Stra-
dünya təcrübəsini öyrənmək, Avropa təhsil
tegiyası”nda4 əksini tapmışdır. Qeyd edək ki,
məkanına inteqrasiya üzrə axtarışları geniş-
yeni təhsil standartları hər bir pillə üzrə təhsil
ləndirmək; təhsil sisteminin strateji məqsəd
fəaliyyətinin yeni modelinin tətbiqi üçün əlverişli
və vəzifələrinə uyğun innovasiyaların yeni
zəmin yaratmışdır. Yeni standartlar təhsilin,
pedaqoji əsaslarını işləmək; təhsilin Avropada
tədris prosesinin nəticələrinin keyfiyyətinə
və dünyada sınaqdan keçirilmiş nəzəri prob-
təminat verir. Bu da, ilk növbədə təhsilə stan-
lemləri üzrə mövzuları yerli şəraitə uyğun
şəkildə tədqiqata cəlb etmək başlıca vəzifələr- dartlar vasitəsilə sistemli yanaşmadan irəli
dəndir. gəlir.
Bu gün zamanın tələblərindən biri də qlobal Məlumdur ki, ənənəvi təhsil modelinə (as-
problemlər üzrə kompleks tədqiqatların sosiativ-reproduktiv model) görə təhsilalanlarda
aparılmasıdır. İnstitutun imkanlarından istifadə müasir standartlara uyğun keyfiyyətlərin for-
etməklə bu məsələlərə də xüsusi əhəmiyyət malaşdırılması mümkün deyil. Araşdırmalar
verilir. göstərir ki, bu gün təhsil sistemində bilik-
Təhsilin nəzəriyyəsi və tarixi şöbəsi həm də yönlülükdən fəaliyyətyönlülüyə keçid mühüm
Azərbaycan pedaqoji fikir tarixini və xalq əhəmiyyət kəsb edir. Ənənəvi təhsil sistemi
pedaqogikasını öyrənir, klassik pedaqoji irsin, cəmiyyətdə gedən proseslərdən mahiyyətcə
pedaqoqların fikirlərinin təhlil edilməsi geri qalır, müasir dövrün tələblərinə cavab ver-
nəticəsində müasir məktəb üçün faydalı mir. Ənənəvilik, eyni zamanda səriştəli
məsələləri müəyyənləşdirir və tədqiqata cəlb mütəxəssislərin formalaşdırılmasına, işçilərin
edir. Fəaliyyət istiqamətlərindən biri mütəmadi ixtisasartırma səviyyəsinə qoyulan tələbləri də
olaraq pedaqoji-psixoloji tədqiqatların mühüm
———————————————————
problemləri üzrə “dəyirmi masalar”ın, semi- 1 http://www.e-qanun.az/framework/5363
narların və elmi konfransların keçirilməsidir. 2 http://www.e-qanun.az/framework/18343

Bu da əməkdaşlıq şəraitində elmi fəaliyyətin 3 https://president.az/articles/50474

tənzimlənməsi və inkişafında mühüm rol oynayır. 4 https://president.az/articles/9779

110 Azərbaycan məktəbi. 2021. №3


Təhsilin nəzəriyyəsi və tarixi: Fəaliyyətin trayektoriyası

ödəmir. Bu da nəticə etibarilə hazırlanan mü- Tədqiqatlar göstərir ki, müasir dövrdə dün-
təxəssislərin rəqabətqabilliyinə, onun peşə yanın əksər ölkələrində müəllimlik peşəsinin
səriştəliliyinin inkişafına ciddi təsir göstərə nüfuzunun artırılması istiqamətində ciddi səylər
bilmir. Məhz buna görə hazırkı dövrdə təhsil göstərilir. Bu da nəticə etibarilə müəllimlik
müəssisələrinin fəaliyyət mexanizminin yeni peşəsinin cəlbediciliyini artırır. Böyük Britaniya-
tələblər əsasında qurulması üçün cəmiyyətin da, Finlandiyada və Sinqapurda pedaqoji kadrları
artan tələbatının nəzərə alınması, təhsildə işə cəlb edərkən, ilk növbədə aşağıdakı məsə-
innovasiyaların davamlı olaraq tətbiqi, lələrə xüsusi diqqət yetirilir:
şəxsiyyətyönlülüyə xüsusi əhəmiyyət verilməsi, • Təşviqat proqramları;
təhsilalanlarda və təhsilverənlərdə təfəkkür • Seçim meyarlarının genişləndirilməsi
mədəniyyətinin formalaşdırılması vacibdir. (müsahibə, dərs planları və tədris
Təcrübə və araşdırmalar göstərir ki, cəmiy- bacarıqlarının nümayiş etdirilməsi və s);
yətin siyasi-iqtisadi və mədəni inkişafında • Pedaqoji kadrların mürəkkəb şəraiti olan
təhsilin böyük rolu vardır. Məhz təhsil vasitəsilə məktəblərə təyinatı zamanı iş stajının
cəmiyyətin tələbatına uyğun müvafiq kadrlar nəzərə alınmaması (peşə səriştəliliyinə
hazırlanır və mövcud insan kapitalı inkişafın xüsusi əhəmiyyət verilməsi);
sürətlənməsinə, davamlı olmasına şərait yaradır. • Pedaqoji kadrların öz işinə, tərbiyə
İnsan kapitalının, dərin biliyə, səriştəyə malik prosesinə-öyrənənlərin ehtiyaclarına
kadrların formalaşdırılması isə ilk növbədə həssas yanaşmaları.
təhsilin məzmunundan, nəyin və necə öyrə- Qeyd etdiyimiz məsələlər son illərdə şöbədə
nilməsindən, öyrənən-öyrədən münasibətlərinin aparılan elmi-tədqiqatların əsas istiqamətlə-
düzgün tənzimlənməsindən xeyli dərəcədə rindəndir. Hazırda şöbədə 8 əməkdaş fəaliyyət
asılıdır. Ona görə də təhsillə bağlı ciddi elmi göstərir: şöbə müdiri, pedaqogika üzrə elmlər
araşdırmaların aparılması, nəzəri və praktik doktoru, professor İ.H.Cəbrayılov, aparıcı elmi
istiqamətlərdə problemlərin tədqiqi, cəmiyyətin işçi, pedaqogika üzrə elmlər doktoru Z.B.Mu-
inkişafına xidmət edən təkliflərin həyata radova, aparıcı elmi işçi, pedaqogika üzrə fəlsəfə
keçirilməsi vacib cəhətlərdəndir (Cəbrayılov, doktoru, dosent N.Ş.Muradova, böyük elmi işçilər
2017). Bu kimi məsələlərin uğurlu həlli də M.Q.Qurbanova, K.V.Mikayılova, elmi işçilər
Təhsil İnstitutunun fəaliyyət dairəsinə aiddir. G.E.Hüseynzadə, G.V.Şahmuradova və baş labo-
rant S.R.Hüseynova. Bunlardan əlavə institutun
ELMİ-PEDAQOJİ TƏDQİQATLARIN böyük elmi məsləhətçisi pedaqogika üzrə elmlər
NƏTİCƏLƏRİ doktoru, professor V.C.Xəlilov da elmi-tədqiqat
işlərinə cəlb olunmuş və fərdi plan əsasında
Elmi-pedaqoji tədqiqatların nəticələri təsdiq elmi-tədqiqat işləri yerinə yetirir.
edir ki, şəxsiyyətyönlü yanaşma müasir dövrdə Respublikamızın təhsil tarixində xüsusi
təhsilalanın inkişafını stimullaşdıran düzgün xidmətləri olan, pedaqoji elmlər sahəsində
yanaşma kimi mühüm əhəmiyyət kəsb edir. tanınmış alimlərin əksəriyyəti məhz bu şöbədə
Şəxsiyyətyönlü yanaşma modelinə görə, işləmiş, burada formalaşmış, bu şöbənin
təhsilalanların emosional, sosial və idraki yetirməsi olmuşdur. Bu görkəmli elm
inkişafına eyni dərəcədə diqqət yetirilir. Bu adamlarının: professorlar Aleksandr Makovelski,
yanaşma təhsilalanın təkcə dərs prosesində, Boris Komarovski, Bəkir Çobanzadə, Əhməd
təlim aldığı məqamlarda deyil, həm də gələcəkdə Seyidov, Mərdan Muradxanlı, Zəkəriyyə
yaxşı nəticələr əldə etməsinə imkan yaradır. Mehdizadə, Mehdi Mehdizadə və başqalarının
Məhz şəxsiyyətyönlü yanaşmanın nəticəsində pedaqoji elmlərə töhfələri Azərbaycanın elm
təhsilalanlar, ilk növbədə təşəbbüskar olur, tarixində mühüm yer tutur (Azərbaycan
özünəinamlı, yaradıcı və müstəqil böyüyür, əsl Respublikasının Təhsil Problemləri İnstitutu,
şəxsiyyət kimi formalaşır və inkişaf edirlər. 2006).

http://as-journal.edu.az 111
İntiqam Cəbrayılov

Son illərdə Təhsilin nəzəriyyəsi və tarixi müstəqil fəaliyyətinin genişlənməsinə daha çox
şöbəsində cəmiyyətin ehtiyac və tələbatlarından diqqət yetirə bilir;
irəli gələn, innovativ yanaşmaları özündə əks 4. Ehtiyat dərsliklərlə işləyən bütün müəl-
etdirən, bir sıra nəzəri və praktik xarakterli limləri müasir innovasiyalarla tanış etmək,
ciddi elmi tədqiqatlar aparılmış və bu gün də onların nəzəri və praktik hazırlığını, peşə səriş-
yeni elmi istiqamətlərə uyğun araşdırmalar da- təliliyini ardıcıl və sistemli şəkildə daha da
vam etdirilir. Fəaliyyət planına əsasən 2020-ci inkişaf etdirmək üçün ixtisasartırma təlimlərinə,
ilin yanvar-dekabr aylarında şöbədə “Ümumi elmi-pedaqoji seminarlara cəlb olunması,
təhsilin nəzəri problemləri” elmi istiqamətində dərslərində müşahidələr aparılması, moni-
“Ümumtəhsilin təşkilinin optimallaşdırılması” torinqlərin keçirilməsi vacibdir;
problemi üzrə aşağıdakı mövzularda elmi- 5. Şagird nailiyyətlərinin qiymətləndirilməsi
tədqiqat işləri yerinə yetirilmişdir: sistemi şagirdlərin idrak fəallığını artırır, onların
1. Ehtiyat dərsliklərin hazırlanmasının təlim marağını inkişaf etdirir;
ümumpedaqoji məsələləri. 6. Məktəblərdə aparılan monitorinq təlim-
2. Şagird nailiyyətlərinin tərbiyə işinin, xüsusən şagird nailiyyətlərinin
qiymətləndirilməsinin pedaqoji əsasları. mövcud vəziyyətini məqsədəuyğun şəkildə
3. Ümumtəhsil məktəblərində öyrənmə müəyyən edir. Bu baxımdan, hər bir müəllimin
mühitinin təkmilləşdirilməsi. öz fənni üzrə monitorinqdən tez-tez istifadə
4. Ümumtəhsil məktəblərində tərbiyə etməsi məsləhətdir. Bununla, o, fərdi qabiliy-
işinin təşkili. yətləri nəzərə alınmaqla şagird nailiyyətlərinin
Tədqiqat prosesində ehtiyat dərsliklərin obyektiv dinamikasını izləmək imkanı qazanır
konseptual məsələləri tədqiq olunmuşdur və bu dinamikanın təhlilinə əsaslanaraq
(İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat təhsilalanların uğurlarının inkişafı üçün tədris
fənləri üzrə ehtiyat dərslik konsepsiyası, 2016- metodikasının keyfiyyət şərtlərini təyin edir.
2018). Həmçinin, fənn üzrə həm təlim, həm də öyrənmə
Təhsilin nəzəriyyəsi və tarixi ilə bağlı yerinə səviyyəsini müəyyənləşdirir, bununla da şagirdin
yetirilən tədqiqat işlərinin nəticələrini bu cür və ya bütövlükdə sinfin güclü-zəif cəhətlərini
qruplaşdırmaq olar: öyrənir, boşluqları doldurur, şagird nailiy-
1. Ehtiyat dərsliklər təlim keyfiyyətinin yətlərinin inkişafı üzrə metodik materiallar
yüksəldilməsi, şagirdlərin idraki, həyati baca- hazırlayır;
rıqlarının formalaşdırılmasında mühüm rol 7. Öyrənənləri fəal öyrənməyə və tənqidi
oynayır. Bu baxımdan, ehtiyat dərsliklərdə düşünməyə stimullaşdıran siniflərin ortaq
beynəlxalq qiymətləndirmələrdə nəzərə alınan xüsusiyyətlərinin nəzərə alınması ümumtəhsil
bacarıqların inkişaf etdirilməsinə daha çox yer məktəblərində öyrənmə mühitinin təkmilləş-
ayrılması elmi-pedaqoji əhəmiyyət kəsb edir; dirilməsində mühüm rol oynayır;
2. Ümumtəhsil məktəbləri üçün ehtiyat 8. Şagird davranışının monitorinqi və şagirdin
dərsliklər hazırlanarkən onun ciddi pedaqoji yanlış davranışına verilən reaksiyalar vasitəsilə
problem kimi qəbul edilməsi, pedaqoji xüsu- intizamsızlığın aradan qaldırılması mümkündür;
siyyətlərinin nəzərə alınması mükəmməl tədris 9. İntizam problemlərinin həllində ailə-
vəsaiti olaraq təlim-tərbiyəvi təsir gücünü artırır; məktəb-müəllim əməkdaşlığının yaradılması
3. Ehtiyat dərsliklər ənənəvi dərsliklərdən zəruridir;
məzmun və metodologiya baxımından fərqlənir. 10. Məktəb rəhbərliyi müəyyən dövrlərdə
Ənənəvi dərsliklərdən fərqli olaraq ehtiyat şagirdlərə və onların valideynlərinə seminar
dərsliklərdə şagirdyönlülük daha qabarıq və konfranslar vasitəsilə nizam-intizam və yeni-
verilmişdir. Bu dərsliklərlə işləyən müəllim yetmə psixologiyası barədə məlumat verməlidir;
əvvəlki illərdə olduğu kimi dərslik məlu- 11. Dinamik proses olan tərbiyə həm də
matlarının şagirdlərə ötürülməsinə deyil, onların idarə olunan mürəkkəb sistemdir. Dinamik

112 Azərbaycan məktəbi. 2021. №3


Təhsilin nəzəriyyəsi və tarixi: Fəaliyyətin trayektoriyası

prosesdə bu sistemin komponentlərinin nəzərə siyasətinə uyğun müəyyənləşdirilir. Tədqiqat-


alınması məqsədəuyğun nəticənin əldə olun- larda Azərbaycanın təhsil və pedaqoji fikir tarixi
masına zəmin yaradır; də əhatə olunur, yeri gəldikcə pedaqogika
12. Həm təlim prosesində, həm də dərs- tarixinə müraciət olunur, elmi pedaqogikada
dənkənar vaxtlarda tərbiyə işinin elmi-pedaqoji tarixən əksini tapmış məsələlər müasirlik
tələblər əsasında təşkili şagirdlərin şəxsiyyət baxımından dəyərləndirilir.
kimi formalaşdırılmasında, məktəbdə mənəvi Azərbaycanın pedaqogika və təhsil tarixi
mühitin inkişafında mühüm rol oynayır; milli sərvət kimi çox zəngin və əhəmiyyətlidir.
13. Sağlam həyat tərzinin formalaşdırılması Bu tarixin öyrənilməsi həm də bütövlükdə Vətən
tərbiyə işinin vacib komponentlərindən biridir. tarixi ilə bağlı bilik və bacarıqların mənim-
Çünki sağlam həyat tərzi bir insanın fiziki sənilməsinə xidmət edir. Ona görə də bu tarixin
sağlamlığının təminatçısı olmaqla yanaşı, həm davamlı olaraq öyrənilməsi, müasirlik konteks-
də onun mənəvi inkişafında mühüm əhəmiyyət tindən araşdırılması və gənc nəslə çatdırılması
kəsb edir. vacibdir. Bu məsələlərin elmi müstəvidə həlli
Şöbənin təşkilatçılığı ilə doktorant və dis- təhlillər nəzəriyyəsi və tarixi şöbəsinin fəaliyyət
sertantlar üçün mütəmadi olaraq “dəyirmi sferasına daxildir. Bunlarla yanaşı, müasir təhsilin
masa”lar, elmi seminarlar keçirilir, tədqiqatçılar nəzəri problemlərinin öyrənilməsi və konseptual
elmi tədqiqatın konsepsiyasının müəyyən- məsələlərin sistemli olaraq tədqiqat obyektinə
ləşdirilməsi ilə bağlı ciddi müzakirələrə qoşulur çevrilməsi də daim diqqət mərkəzindədir. Burada
və onlara elmi tövsiyələr verilir. Onlar, eyni za- innovasiyaların tətbiqi, şəxsiyyətin, həyati
manda şöbənin fəaliyyət planı, dissertasiyalar, bacarıqların formalaşdırılması, təlim prosesinin
nəşrə təqdim olunan əsərlər (monoqrafiya, optimallaşdırılması, təhsildə modernləşdirmə,
metodik vəsait, tövsiyə, məqalə və s.) və elmi- inteqrasiya və interaktivlik, qiymətləndirmə,
tədqiqat işlərinin müzakirəsinə də cəlb olunurlar. kompetensiyalı yanaşma, İKT-dən istifadə, milli
Şöbə həm respublikanın bir sıra elm, təhsil və bəşəri dəyərlərin aşılanması, müasir şəx-
müəssisələri ilə əlaqələrə, həm də beynəlxalq siyyətin formalaşdırılması, vətəndaşlıq, sahib-
əlaqələrə xüsusi diqqət yetirir. Son illərdə şöbə
karlıq tərbiyəsi, təlim keyfiyyətinin yüksəldilməsi
əməkdaşları Azərbaycan Milli Elmlər Akade-
və s. kimi problemlərin tədqiqi xüsusi əhəmiyyət
miyası, Əhməd Yəsəvi adına Beynəlxalq Türkiyə-
daşıyır. Hesab edirik ki, elmi-pedaqoji tədqi-
Qazaxıstan Universiteti, Türkiyənin Qazi Uni-
qatların yeni yanaşmalar əsasında aparılması,
versiteti, Bakı Dövlət Universiteti, Azərbaycan
ilk növbədə müasir təhsilin inkişafına xidmət
Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət
edir, eyni zamanda pedaqogika və təhsil tarixində
Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və
dəyərli mənbəyə çevrilir. Hər bir tədqiqat işinin
digər elm, ali təhsil müəssisələri ilə birgə keçi-
rilən beynəlxalq konfrans və simpoziumlarda nəticələrinin monoqrafiya, metodik vəsait,
fəal iştirakçı olur, pedaqogikanın, təhsilin aktual metodik tövsiyə kimi nəşr edilməsi onun mənbə
problemləri ilə bağlı mövzularda çıxışlar edirlər. kimi əlçatanlığına əlverişli şərait yaradır və
istifadə imkanlarını artırır. Ona görə də bu
NƏTİCƏ istiqamətlərdə elmi-pedaqoji araşdırmaların
daha da dərinləşdirilməsi və genişləndirilməsi
Təhsilin nəzəriyyəsi və tarixi şöbəsi tarixi vacibdir.
ənənələri yaşatmaqla yanaşı, öz fəaliyyətində
gələcəyə doğru istiqamətlənmiş yeni yanaşma- İstifadə edilmiş ədəbiyyat
ları prioritet kimi qəbul edir, pedaqoji elmlərin
və təhsilin inkişafına, elmi kadrların hazırlan- 1
“Azərbaycan Respublikasında təhsil sahəsində
masına mühüm töhfələr verir. Şöbədə aparılan İslahat Proqramı”. 15 iyun 1999-cu ildə təsdiq
araşdırmaların mövzusu və istiqamətləri Azər- edilmişdir. http://www.e-qanun.az/
baycan Respublikasının təhsil sahəsində dövlət framework/5363

http://as-journal.edu.az 113
İntiqam Cəbrayılov

2
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair 7
İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat
Milli Prioritetlər”. 02 fevral 2021-ci ildə təsdiq fənləri üzrə ehtiyat dərslik konsepsiyası.
edilmişdir. https://president.az/articles/50474 Azərbaycan Respublikasının Təhsil İnstitutu
3
Azərbaycan Respublikasında təhsilin inkişafı Tədris Resursları Mərkəzi. (2016-2018), Bakı,
üzrə Dövlət Strategiyası. Azərbaycan TRM, 108 s.
Respublikası Prezidentinin 2013-cü il 24 8
Müstəqillik dövründə Azərbaycan təhsili: nəzəri
oktyabr tarixli sərəncamı ilə təsdiq edilmişdir. və praktik aspektlər (nəşrə haz. İ.H.Cəbrayılov).
https://president.az/articles/9779; Azərbaycan (2017). Bakı, ARTİ, Vahid MMC, 448 s.
məktəbi, 2013, №5, s.6-17. 9
“Təhsil haqqında” Azərbaycan Respublikasının
4
Azərbaycan Respublikasının Təhsil Problemləri Qanunu”. 5 sentyabr 2009-cu ildə qəbul
İnstitutu (elmi redaktor A.O.Mehrabov). (2006). edilmişdir (Qanuna edilmiş dəyişiklik və
Bakı, TTM 308s. ( s.41-66). əlavələrlə). http://www.e-
5
Azərbaycan Respublikasının Təhsil Problemləri qanun.az/framework/18343
İnstitutu-80 (tərtib edən, elmi redaktor
Y.Ş.Kərimov, buraxılışına məsul A.O.Mehrabov).
(2011). Bakı, Kövsər, (s.47-69), 310 s.
6
Əliyev, H.Ə. (2006). Müstəqilliyimiz əbədidir. On
doqquzuncu kitab. Yanvar, 1999-aprel, 1999.
Azərbaycan Respublikasında təhsil sahəsində
islahatlar üzrə dövlət komissiyasının iclasında
giriş sözü. 17 mart 1999-cu il. Bakı, Azərnəşr,
(s.131), 528 s.

114 Azərbaycan məktəbi. 2021. №3

You might also like