You are on page 1of 9

Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021.

№4

ŞAGİRDLƏRİN PLANETAR TƏFƏKKÜRÜNÜN


FORMALAŞMASINDA DÜNYA
ƏDƏBİYYATININ ROLU

ARİF ƏSƏDOV
Filologiya üzrə fəlsəfə doktoru, ARTİ-nin elmlər doktoru proqramı üzrə
doktorantı, Bakı şəhəri Ekologiya liseyinin direktoru.
E-mail: arif_alim@mail.ru | https://orcid.org/0000-0002-1382-7870

Məqaləyə istinad: ANNOTASİYA


Əsədov A. (2021). Şagirdlərin
planetar təfəkkürünün Məqalə dünyada müasir çağırışlar və bu çağırışların gətirdiyi əsas
formalaşmasında dünya təhsil aspektlərinin fonunda ümumtəhsil məktəblərində ədəbiyyat
ədəbiyyatının rolu. Azərbaycan
dərslərində dünya ədəbiyyatı nümunələrinin tədrisi məsələlərinin
məktəbi. № 4 (697), səh. 111–119
əhəmiyyətinə həsr olunmuşdur. Tədris prosesində şagirdlərin planetar
təfəkkürünün yaradılmasında, məntiqi, tənqidi və yaradıcı düşüncəsinin
formalaşmasında dünya ədəbiyyatından seçilmiş nümunələrin
öyrədilməsi, idraki və ünsiyyət bacarıqlarının mənimsənilməsində
həmin nümunələrin tədrisinin ehtiva etdiyi proqressiv rol və bu rolun
əhəmiyyəti diqqətə çatdırılmışdır. Araşdırmada qeyd edilmişdir ki,
şagirdlərdə milli və bəşəri ideyaların formalaşdırılması, şəxsiyyətinin
inkişaf etdirilməsi məsələləri müasir fənn proqramlarının əsas tələb-
lərindəndir. Yetişməkdə olan nəslin planetar təsəvvürünün forma-
laşdırılması, dünyanın vahidliyi barədə ideyaların aşılanması kimi
hədəflərə nail olmaq üçün ədəbiyyat dərslərində bədii-ədəbi paralel-
liyin qurulması ciddi elmi-metodiki əhəmiyyət kəsb edir.

Açar sözlər: Dünya ədəbiyyatı, müqayisəli tədris, ədəbiyyatın tədrisi


Məqalə tarixçəsi
metodikası, paralel tədris yolları, planetar təfəkkür, postpandemiya
Göndərilib: 28.09.2021 dövründə təhsil.
Qəbul edilib: 27.10.2021

http://as-journal.edu.az 111
Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №4

THE ROLE OF WORLD LITERATURE IN THE


FORMATION OF STUDENTS' PLANETARY
THINKING

ARIF ASADOV
PhD in Philology, The Institute of Education of the Republic of Azerbaijan.
Baku. E-mail: arif_alim@mail.ru | https://orcid.org/0000-0002-1382-7870

To cite this article: ABSTRAcT


Asadov A. (2021). The role of world
literature in the formation of The article is devoted to the issues of teaching world literature in
students' planetary thinking. secondary schools in the context of modern challenges in the world
Azerbaijan Journal of Educational
and the main aspects of education brought by these challenges. Here,
Studies. Vol. 697, Issue IV,
pp. 111–119
the importance of world literature in the formation of students'
planetary thinking in the teaching process is analyzed. The
progressive role of these examples in the formation of students' logical,
critical and creative thinking, teaching selected examples from world
literature, the formation of cognitive and communication skills is
emphasized. The study notes that the formation of national and human
ideas, the development of personality in students is one of the main
requirements of modern subject programs. The establishment of
parallels between national and world literature is of great scientific
and methodological importance in order to achieve such goals as the
formation of a planetary image of the growing generation, the
inculcation of ideas and ideas about the unity of the world.

Keywords: World literature, comparative teaching, methodology of


teaching literature, parallel teaching methods, planetary thinking,
Article history
Received: 28.09.2021 post-pandemic education.
Accepted: 27.10.2021

112 http://as-journal.edu.az
Şagirdlərin planetar təfəkkürünün formalaşmasında dünya ədəbiyyatının rolu

GİRİŞ düşən vəzifələrin miqyasını düzgün anlama-


lıdırlar. Yuxarıda sadalanan səbəblərə görə,
Şagird şəxsiyyətinin formalaşmasında təhsil
ümumtəhsil məktəbində şagirdlərin ətraf aləmə
müəssisələrinin rolu son yüzillikdə təkcə ölkə-
genişmiqyaslı baxışının formalaşmasını təşviq
mizdə deyil, qlobal miqyasda da artmışdır. Bu
etmək, digər xalqların sənət uğurlarına maraq
baxımdan, tədris fənlərinin hər birinin dövlət
aşılamaq böyük əhəmiyyət kəsb edir. Yalnız bu
standartları üçün konkret məzmununun müəy-
halda şagirdlər özlərini vahid dünyanın tamhü-
yən edilməsi təsadüfi deyildir. Ədəbiyyat fənni
quqlu vətəndaşı olaraq hiss edə və planetdə
üzrə həmin məzmunun əsas istiqamətlərindən
baş verən hadisələrə görə məsuliyyət daşımalı
biri kimi, şagirdlərin milli və beynəlxalq dünya-
olduqlarını anlaya bilərlər.
görüşünün formalaşdırılması müəyyən edil-
Müasir məktəbdə ədəbi təhsil prosesi
mişdir. Şagirdlərdə beynəlxalq dəyərlərin mənim-
mürəkkəb, çoxölçülü fenomen olması ilə fərq-
sədilməsini və dünyagörüşünün formalaşdı-
lənir. Lakin ədəbi təhsilin əsas məqsədi birmənalı
rılması prosesini həm də onlarda planetar təfək-
və konkret olaraq qalmaqdadır – şagird dünya
kürün təşəkkül tapması prosesi adlandırmaq
mədəni irsini emosional və elmi cəhətdən vəhdət
olar. Bəs planetar təfəkkür niyə bu qədər vacibdir
halında mənimsəməli, modern dünyanın çoxsaylı,
və onun formalaşdırılmasına mane olan əsas
müxtəlif və rəngarəng ədəbiyyat axınından baş
faktorlar nələrdən ibarətdir? Tədqiqat üçün
çıxarmaq qabiliyyətini əxz etməlidir. Ədəbi
vacib suallardan biri də şagirdlərin planetar
təhsil həm də şagirdlərdə humanist dünya-
təfəkkürünü təlimin hansı formaları, üsulları
görüşünün formalaşmasına və yüksək etik
və tədris resursları ilə daha səmərəli for-
idealların bünövrəsinin qoyulmasına kömək
malaşdıra bilməklə bağlıdır. Bunun üçün fənn
göstərməlidir.
proqramlarının hansı imkanlara malik olması
Ümumtəhsil məktəblərində ədəbiyyatın
mühüm pedaqoji-metodik, didaktik əhəmiyyət
tədrisinin keyfiyyətinin yüksəldilməsi yeni
kəsb edir.
yanaşmaların tətbiq edilməsini ehtiva edir.
Müasir məktəbli elm, mədəniyyət, sosial
QLOBALLAŞAN DÜNYADA ƏDƏBİYYAT
münasibətlərin müxtəlif sahələrindən çoxlu
FƏNNİNİN ROLUNA MÜASİR BAxIŞ
sayda məlumatın mənimsənilməsi və sistem-
Qloballaşan dünya hazırda təkcə siyasi, iqti- ləşdirilməsi zərurəti ilə qarşı-qarşıyadır. Bununla
sadi, texnoloji baxımdan deyil, həm də mənəvi yanaşı, Azərbaycan ədəbiyyatının dünya
cəhətdən vahid məkana çevrilməkdədir. Hər ədəbiyyatı ilə əlaqələri sistemini aydınlaşdırmaq,
hansı coğrafi regionu digərlərindən təcrid milli ədəbi-estetik təfəkkürümüzün, dünya-
edilmiş formada təsəvvür etmək mümkün deyil. görüşümüzün miqyasını və sistemini lazımi
Qloballaşma tendensiyası özünü təhsil və mə- səviyyədə əhatə etmək də zəruridir. Əks təqdirdə,
dəniyyət sahələrində daha qabarıq surətdə dünya ədəbi prosesinin əhəmiyyətini qiymət-
büruzə verir. Qeyd etməliyik ki, belə geniş, pla- ləndirmək də çətin olar. Çıxış yolu olaraq dünya
netar miqyaslı fenomenlərin özünün də müxtəlif ədəbiyyatı nümunələrinin ədəbiyyat dərsləri
problemləri, çatışmazlıqları mövcuddur. Belə zamanı dərindən tədqiq edilməsi, ədəbiyyat
ki, dünyanın hər hansı ərazisində baş verən re- proqramlarının, lazım gəldikdə dərsliklərin
gional, yaxud planetar əhəmiyyət kəsb edən verdiyi imkanlar daxilində, dərs saatlarına
hadisələr qlobal ictimai-siyasi, elmi fikrə təsir əlavələr etmədən sinifdə, dərsdənkənar
edir, bəşəriyyət həyatının ritminin dəyişməsini məşğələlərdə, sinifdənkənar işlərdə, o cümlədən
şərtləndirən amilə çevrilir. Hazırda qlobal fakültativ məşğələlərdə xüsusi bir kursun
əhəmiyyət daşıyan ekoloji, siyasi, sosial, hu- daxilində öyrənilməsi göstərilə bilər. Nəzərə
manitar və mədəni problemlərin həlli isə, almalıyıq ki, tədris prosesi ərzində şagirdlər
bilavasitə ümumi təhsil müəssisələrində təhsil tərəfindən dünya ədəbiyyatı nümunələri
alan gənc nəsildən asılıdır. Yetişməkdə olan dərindən və sistematik formada araşdırılmalı,
nəsil bu problemlərə həlli vacib olan məsələlər analizlər aparılmalı, oxşarlıqlar və paralelliklərin
olaraq yanaşmalı, bu baxımdan, üzərlərinə müəyyənləşdirilməsinə nail olunmalıdır.

http://as-journal.edu.az 113
Arif Əsədov

Ədəbi prosesin əsas tendensiya və prob- Hazırda verilən təhsil qarşıdakı onillər ər-
lemlərinin analizinə aid materiallar üzərində zində ölkənin insan resurslarının effektiv qay-
işləyərkən bu mövzunun aktuallığı özünü bariz dada formalaşması və onun əmək məhsuldarlığı,
şəkildə göstərir. Bir sözlə, dünya ədəbiyyatının keyfiyyət göstəriciləri üçün əsas amil rolunu
təhlili prosesində Azərbaycan ədəbiyyatı istinad oynayır. Müasir dövr və şəraitdə qlobal miqyasda
nöqtəsi rolunu oynamalı, şagirdlərin mədəni cərəyan edən, insan iradəsinə tabe olan və ya
və estetik tərbiyəsində əsas meyar olaraq bu iradədən kənarda baş verən ictimai-təbii,
götürülməlidir. Bununla yanaşı, millilik və bioloji-tibbi hadisələr, sosial-iqtisadi, siyasi-
beynəlmiləllik arasındakı “qızıl orta”nın tapılması mədəni situasiyalar təhsil sisteminin də innovativ
və şagirdlərə öyrədilməsi də zəruri şərtlərdəndir. çağırışlara birbaşa cavab verməsini zərurətə
Eyni zamanda, hərtərəfli inkişaf etmiş şagird çevirir. Fənn proqramlarının, təlim texnolo-
şəxsiyyətinin formalaşdırılması məqsədilə, in- giyalarının, təhsil qanunvericiliyinin yeni əsas-
teqrativ xüsusi kurslar və fakültativlər zamanı larının yaradılması, bu sahədə çevik idarəetmə
ədəbi-bədii, tarixi-ədəbi, kulturoloji xarakterli mexanizmlərinin formalaşdırılması hazırda
məlumatların daşıdığı məzmun səviyyəsində funksional olan müasir siyasi quruluşların gə-
işlər aparılmalıdır. Dövlət standartlarının real- ləcək mövcudluq şərtlərindəndir. Qlobal geo-
laşdırılması prosesinin özü də milli, bəşəri və siyasət, maliyyə sistemlərində texnoloji və sis-
humanistyönlü məlumatların, dəyərlərin şagird tematik potensial struktur dəyişiklikləri, yeni
şəxsiyyətində öz üzvi vəhdətini tapması, tər- dünya iqtisadi mərkəzlərinin formalaşması,
biyəedici prinsip ilə qovuşması formasında kapital bazarlarının inkişafı, elektron ticarət,
reallaşdırıla bilər. Beləliklə, dünya ədəbiyyatının rəqəmsal iqtisadiyyat, qlobal bazarda tələb və
Azərbaycan ədəbiyyatı ilə əlaqəli şəkildə tədrisi təklifin yeni reallıqları, rəqabətədavamlı kadrlara
prosesində dünyada cərəyan edən ədəbi – bədii olan ehtiyac, eləcə də digər həlledici amillər
proses tam şəkildə öz əksini tapır, Azərbaycan təhsillə bağlı müzakirələrin əsas mövzusu
ədəbi fikri və xarici ədəbiyyat arasında dərin olmalıdır.
tipoloji və təmas əlaqələri müəyyənləşdirilir Postpandemiya dövründə insan həyatının
və planetar düşüncə tərzi formalaşdırılır. dəyərində keyfiyyət və kəmiyyət dəyişiklikləri
İbtidai siniflərdən başlayaraq, dərsliklərdə baş vermişdir. Beləliklə, bu dəyərlərin məzmun
və struktur modifikasiyasına uğraması, yaşayış
təqdim edilmiş materialların köməyi ilə ümumi
səviyyəsinin mürəkkəbləşməsi, yeni sosial-iqti-
təhsil pilləsinin sonuna qədər dünya ədəbiyyatı
sadi, siyasi münasibətlərin formalaşması,
üzrə bir sıra inteqrativ xüsusi kurslar, səmərəli
qloballaşma və sürətlə modern paradiqmaya
dərslər təşkil etmək mümkündür. Bu yolla
çevrilən planetar təfəkkür tərzinin şərtləndirdiyi
təhsillə əlaqədar bir sıra problemlər öz həllini
strateji mərhələ son müasir çağırışlara cavab
tapa bilər. İnteqrasiya ideyalarının yerli və xarici
verən çağdaş pedaqogika elminə zərurəti
ədəbiyyatın tədrisi zamanı daha çox güclən-
artırmış, təlim və tərbiyənin qarşısında mahiy-
məsini də nəzərə almaq zəruridir. Çünki ədə-
yətcə tamamilə fərqli tələblər qoyulmuşdur.
biyyatla digər bədii yaradıcılıq növləri, eləcə
Həmin tələblərə bütün təhsilalanların tam
də ictimai fəaliyyət arasında çoxtərəfli dialektik təhlükəsizliyi, tədrisin keyfiyyətinin modern-
əlaqələrin müəyyənləşdirilməsi böyük əhəmiyyət ləşdirilməsi, yanlış davranışların aradan qaldı-
kəsb etdiyindən tədris fəaliyyəti yeni pedaqoji rılması, məktəbin nüfuzunun qorunması və
həllərlə zənginləşdirilə bilər. yaxşılaşdırılması, şagirdlərdə özünəinamın
Xalqların və dövlətlərin perspektiv inkişafı, artırılması, ən müasir təhsil infrastrukturunun
iqtisadi yüksəlişi, əhalinin maddi rifahı kimi yaradılması, ömürboyu təhsilin və özünütəhsilin
faktorlar, o cümlədən vətəndaşların mənəvi təmin edilməsi kimi məsələlər daxildir. Bu
zənginliyi təhsillə bilavasitə əlaqəlidir. Xüsusilə tələblərin müvəffəqiyyətli həll olunmasında
son illərin ciddi dəyişikliklərindən sonra vəziyyət ədəbiyyat fənni geniş imkanlara malikdir.
daha da fərqli görkəm almaqdadır (Schleicher, Müasir dövrdə sadə bilik və bacarıqları olan
2021). insanlardan tutmuş iri korporasiyaların

114 Azərbaycan məktəbi. 2021. №4


Şagirdlərin planetar təfəkkürünün formalaşmasında dünya ədəbiyyatının rolu

rəhbərlərinə qədər hər kəs, dünyanın istənilən qədər uzun müddət davam etməsi də təəccüblü
regionundan, internetin verdiyi hüdudsuz imkan- və ziyanlıdır. Bu fikirləri əyani surətdə izah
lardan istifadə edərək qeyri-məhdud miqdarda etmək üçün hazırda Azərbaycanın ümumtəhsil
nəhəng məlumatlara çıxış qazanıb. “Bu gün ic- məktəblərində istifadə edilən V-XI sinif
timai həyatda, elm və texnika sahəsində sürətli “Ədəbiyyat” dərsliklərinə nəzər salaq. Nə qədər
dəyişmələr baş verir. İnformasiya bolluğu, qəribə olsa da, hələ də dünya, xüsusilə Qərb
qloballaşma, internet, vahid təhsil məkanının ədəbiyyatı ilə Azərbaycan məktəblisi V-XI siniflər
formalaşdırılması, Avropa təhsil məkanına in- dövründə yalnız Cek London, Mark Tven (V
teqrasiya, yeni təlim texnologiyaları və s. sinif), Aleksandr Düma (VI sinif), Viktor Hüqo
məsələlər təhsilin məzmununda da, öyrədilməsi, (VII sinif) və Ernest Heminqueyin (XI sinif)
metodları və qiymətləndirilməsində də bu yaradıcılığı, eləcə də onların yaradıcılığının əsas
yeniliklərin diqqətdə saxlanılmasını tələb edir. məzmununu xarakterizə etməyən (Ernest Hem-
Məhz buna görə də optimal variant kimi təhsil inquey istisna olmaqla) bir neçə əsərlə tanış
sənədlərinin yenilənməsi üçün 5 illik vaxt olur.
müddəti qoyulur. Hər beş ildən bir bu dəyiş- Adı çəkilənlər Sovet dövründə bəzi əsərlərinin
mələrin aparılması bir zərurət kimi ortaya çıxır” tədrisinə icazə verilən ədiblərdir. Sovet ədəbi
(Yusifov, 2017). tənqidi onlar da daxil olmaqla, onlarla yazıçının
Müşahidə və sorğular göstərir ki, ədəbiyyat sovet xalqlarının dilinə tərcümə edilmiş əsərləri
fəninin tədrisi ilə bağlı bu tipli çətinliklər digər ilə insanlarda yalnız birtərəfli, ideoloji təəssürat
fənlərlə müqayisədə daha çoxdur. Müəllimlər yaratmaq istəyirdi. Oxucuda belə təsəvvür
bədii əsərləri təhlil etdirərkən, şagirdlərin yaranırdı ki, onların əsərlərində insan həyatının
materialı mənimsəməsi prosesində bir çox hal- yalnız burulğanları, keşməkeşləri, şəxsiyyətin
larda çətinliklərlə, dolaşıq məqamlarla mənəvi böhranı təsvir edilir və bütün bunlara
qarşılaşırlar. Dünya, xüsusilə də Qərb ədəbiyyatı görə də kapitalist istismarçı sinfinin məsuliyyət
nümunələrinin tədrisi ilə bağlı dolaşıqlıqlar, daşıdığı fikri vurğulanır. Təsvir edilən yoxsulluq
yanlış şərhlər, səhv anlamalar ortaya çıxır. Bu və səfalət, göz yaşları və məhrumiyyətlərin
çətinliklər çoxcəhətli olub, tədrisin istər filoloji, günahı sırf “anti-demokratik” Qərb rejiminin
istər didaktik, istərsə də, psixoloji aspektləri üzərinə atılırdı. Bununla da sovet ideologiyası
ilə bağlı məqamlarında özünü büruzə verir. Bu- SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı)
raya Azərbaycanın son yüz ildə yaşadığı tarixi xalqlarına sovet cəmiyyətinin yüksək maddi
təcrübədən yaranmış reallıqları da əlavə etdikdə rifah halında yaşamasını, amma kapitalist
mənzərə tam şəkildə ortaya çıxır. dünyasının maddi və mənəvi böhrandan əziyyət
Müasir dövrdə Azərbaycan məktəbində, çəkməsi fikrini aşılamaq istəyirdi. Professor
xüsusilə ədəbiyyat fənninin tədrisi ilə bağlı Sedrik Uotts O.Henri haqqında nəşr edilən
yaranan psixoloji, filoloji və didaktik çətinlik kitabların birinə yazdığı girişdə onun SSRİ-də
sovet dövrünün aparıcı ideoloji xəttinin təsiri məşhurluğu məsələsindən danışarkən yazırdı:
ilə bağlıdır. Hələ də məktəblərimizdə dünya “O.Henrinin xaricdə, SSRİ-dəki populyarlığı,
ölkələrinin ədəbiyyatı dedikdə, zəhmətkeş küt- qismən dövlətin anti-kapitalist təbliğatına
lələrin mənafeyinin qorunmaması, siniflərarası köməkçi kimi faydalanmasından qaynaqlandı.
mübarizə, kəndli əməyinin istismar olunması Çünki o, dəfələrlə əli yalnız ağzında yaşayan
kimi adı təqdimatlardan silinsə də, mahiyyəti amerikalıları təsvir etmiş və əsərlərində adam-
qalmaqda olan kommunist ideologiyası və ların zənginliyi yox, ehtiyaclarının göstərilməsi
bolşevik təfəkkürünün qalıqları yaşamaqdadır. üstünlük təşkil etmişdir” (Watts, 2012).
Bu yanaşmalar müxtəlif forma və məzmunda Maraqlıdır ki, müasir dərsliklərdə də sanki
təzahür edir və əsaslı köklərə malikdir. Tarixi bəzi hallarda kor-koranə olaraq sovet dövrünün
aspekt və təcrübə, həmçinin sovet təhsil sis- stereotiplərinin davam etdirilməsinə rast gəlinir.
teminin uzunmüddətli təsiri ilə bağlı olan bu Xüsusən də XIX və XX əsrin görkəmli yazıçılarının
tendensiyaya, əlbəttə, birdən-birə son qoymaq yaradıcılığı ilə bağlı, sovet dövründən qalmış
çətin məsələ idi. Amma göstərilən təsirlərin bu tendensiyalara meyil edilir, kapitalist sisteminin

http://as-journal.edu.az 115
Arif Əsədov

mənfi xüsusiyyətləri “ifşa edilir”. Klassik Dünya ictimai fikri və texniki nailiyyətləri
əsərlərdən söhbət açılarkən, onların sırf ədəbi hazırda özünün ən yüksək mərhələsindədir və
dəyərindən daha çox, ideoloji yanaşmaya üstün- bu tendensiya davam etməkdədir. “Söhbət artıq
lük verilməsi hallarına hələ də rast insan varlığının fundamental əsaslandırılma-
gəlinməkdədir. Təbii ki, bu kimi hallar Avropaya sından, yeni dəyərlərin yaradılmasından gedir.
inteqrasiya etməyi qarşısına məqsəd qoyan Yeni dünyagörüşlü mərhələnin ilkin əsasları
müasir Azərbaycan təhsil sistemi ilə kəskin texnogen sivilizasiyanın öz içində yaranır. Müasir
ziddiyyət təşkil etməkdədir. dünyada tamamilə fərqli mədəni ənənələr bir-
Mövcud mənzərənin səbəbləri və dərin biri ilə toqquşur, qarşılaşır və dialoqa girir.
köklərinin təsviri üçün tarixə nəzər salmaq Bəşəriyyət isə anlayır ki, bu dialoqu aparmağı
faydalı olardı. 1920-ci ilin 28 aprelindən 1991- öyrənmək lazımdır” (Nayn, 1995).
ci ilin 18 oktyabrına qədər Azərbaycan Sovet
İttifaqının tərkibində olmuşdur. Bu xalqlar TƏLİM zAMANI PLANETAR TƏFƏKKÜRÜN
həbsxanasında Moskva yalnız iqtisadi və siyasi FORMALAŞDIRILMASI MƏSƏLƏLƏRİ
rəhbərlik missiyası daşımırdı. Respublikada
tədris olunan bütün rəsmi dərsliklər və vəsaitlər Məktəbdə milli və bəşəri dəyərlərə əsaslanan
birbaşa Moskvaya göndərilərək diqqətlə təhsilin məzmunu xalqın gələcək inkişafını,
yoxlanılır, bolşevizmin tələblərinə uyğunlaşdırılır, təhsil-təlim keyfiyyətini, əhalinin rifahını təmin
həm də məktəblərdə hakim ideologiyanın edəcək əsas amillərdən hesab olunur. Şagird
daşıyıcısı kimi təqdim edilirdi. şəxsiyyətinin, təfəkkürünün inkişafı ölkənin
XX əsrin 20-ci illərinin sonuna doğru sovet əmək bazarını, intellektual sferasını təmin
rəhbərliyinin göstərişi ilə kommunist ideolo- edəcək, rəqabətədavamlı kadr hazırlığını, insan
giyasından kənarda qalan və həmin mövqeyi resurslarının keyfiyyətini müəyyən edəcək
dəstəkləməyən ədiblərə qarşı birbaşa hücumlar kriteriyalardır. “Ölkə qarşısında duran növbəti
təşkil edilir, onlar repressiyaya məruz qalırdı. strateji vəzifə sosial-iqtisadi həyatın daha da
O dövrdə insanlara təqdim olunan yerli və hətta modernləşdirilməsi və qabaqcıl beynəlxalq
dünya ədəbiyyatı nümunələri də bu qanlı təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı
cinayətlərə haqq qazandırmağa hesablanmışdı. iqtisadi inkişafın təmin edilməsi və əhalinin
Xarici ölkə xalqlarının ədəbiyyatının Azərbaycan həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir.
dilinə tərcümə edilməsi, tədris resursu kimi Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texno-
istifadə edilməsi də eyni məntiqin təsiri ilə logiyaların və idarəetmə üsullarının, elmi nailiy-
reallaşırdı. yətlər əsasında yaradılan innovasiyaların ölkənin
Amma hazırkı dövrdə dünya ədəbiyyatının sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır.
tədrisi ilə bağlı göstərilən bu çətinlik və məh- Bunun üçün prioritet istiqamət ölkə iqtisa-
dudiyyətlərdən söhbət gedə bilməz. Lakin buna diyyatının dünya iqtisadiyyatına inteqrasiyasının
baxmayaraq, hələ də şagirdlər dünya ədəbiy- sürətləndirilməsi ilə yanaşı, ölkədə insan
yatının əsas ideyaları və məzmunu, humanitar kapitalının inkişafı, şəxsin müasir bilik və
arenasının ümumi mənzərəsi, inkişafına stimul bacarıqlara yiyələnməsinin təmin edilməsidir.
verən əsas ədəbi cərəyanlar və məktəblər barədə İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal
məlumatsızdırlar. Ona görə də ümumtəhsil sistemə uğurlu inteqrasiyası və ölkənin
məktəblərində şagirdlərə təqdim edilən əsərlərin beynəlxalq rəqabətdən daha effektli faydalanması
təqdimatı və interpretasiyası ilə bağlı hələ çox prosesində ən mühüm şərtlərdən olub, ölkənin
işlər görülməlidir. təhsil sisteminin başlıca vəzifəsini təşkil edir”
Ədəbiyyat mütəxəssislərinin, dərslik müəl- (Azərbaycan Respublikasında təhsilin inkişafı
liflərinin, fənn metodistlərinin vəzifə və üzrə Dövlət Strategiyası, 2013).
öhdəlikləri indi daha çoxdur. Dünya xalqlarının Ədəbiyyatın tədrisi metodikasının yaradı-
minilliklər ərzində formalaşmış mədəni cılarından olan Əliyar Qarabağlı hələ XX əsrin
nailliyətlərinin təhsilalanlara mükəmməl şəkildə 60-cı illərində yazırdı: “Bizə bu və ya başqa
mənimsədilməsində onların rolu böyükdür. ədibin bu və ya başqa əsəri ilə tanış olan gənclər

116 Azərbaycan məktəbi. 2021. №4


Şagirdlərin planetar təfəkkürünün formalaşmasında dünya ədəbiyyatının rolu

deyil, sağlam bədii zövqə malik olan, fikrini intibahı, XIX əsr M.F.Axundzadə yaradıcılığı ilə
şifahi və yazılı surətdə dəqiq və yığcam ifadə fransız ədəbiyyatında Molyer, C.Məmməd-
etməyi bacaran, müstəqil mütaliə qabiliyyəti quluzadə və Ə.Haqverdiyev yaradıcılığı ilə O.Hen-
və vərdişinə sahib olan, ictimai hadislərdən ri, Mark Tven nəsri, Anar, Elçin yaradıcılığı ilə
yaxşı baş çıxaran və bədii mətnə tənqidi U.Folkner, E.Heminquey, Q.Q.Markes kimi
yanaşmağı bacaran adamlar lazımdır” (Qarabağlı, ədiblərin əsərləri buna imkan verir. Müasir
1968). Məhz bu səbəbdən də dünya ədəbiyyatı ədəbiyyatımızın əsas nümunələrinin qarşılıqlı
nümunələrinin sistematik və müqayisəli şəkildə müqayisə və analizlər aparılaraq, ümumtəhsil
tədrisi, ümumilikdə ədəbiyyat fənninin tədrisi məktəblərinin ədəbiyyat kursunun verdiyi
səviyyəsini yüksəltməyə, qarşıya qoyulan imkanlar çərçivəsində təhlil və tədris edilməsi
standartları daha effektiv yerinə yetirməyə, Azərbaycan məktəbinə yeni uğurlar qazandıra
şagird marağını təmin etməyə imkan verər. bilər. Əlbəttə, ədəbi nümunələrin tədrisinə
XX əsrin sonlarında məşhur rus alimi V.Ver- müəyyən qədər həssaslıqla yanaşılmalı, şagirdin
nadski iddia edirdi ki, “planetar” dünyagörü- daşıdığı milli-mənəvi dəyərlər məcmusu və
şünün, yəni məhdud dünyaya deyil, ümumdünya yerli psixoloji mühit tədris zamanı mütləq
prinsiplərinə əsaslanan Yer planetinin sakini nəzərə alınmalıdır.
baxımından ətraf dünyaya münasibətin əhə- “Ədəbiyyat kursu şagird şəxsiyyətinin, onun
miyyəti ölçüyəgəlmədən artmaqdadır (Vernard- mənəvi aləminin, estetik zövqünün formalaş-
skiy, 1975). Alim elə bu səbəbdən də dünya dırılmasında böyük imkanlara malikdir.
ədəbiyyatının nümunəvi əsərlərinin ümumtəhsil Məktəblilər bədii əsərdə əks olunmuş mürəkkəb
məktəblərində tədrisini zəruri hesab edirdi. hadisələri, həyati reallıqları dərk edib qiymət-
Şagirdlərdə vətənə, millətə, torpağa bağlılıq ləndirməklə fəal həyat mövqeyinə yiyələnir. Bu
hislərinin tərbiyə edilməsi, onların intellektual mənada ədəbiyyat dərslərinə həyat və mənə-
səviyyələrinin inkişafı, koqnitiv-idraki və kom- viyyat dərsləri, idrak fəaliyyətinin bir növü kimi
munikativ-ünsiyyət bacarıqlarının daha nizamlı yanaşılmalıdır. Bədii ədəbiyyat mənəvi ünsiyyətin
və sistemli formalaşması prosesi, ədəbiyyat xüsusi formasıdır. Kamil sənət nümunəsini oxu-
nümunələrinin hansı forma və məzmunda tədris yan, orada qaldırılan mənəvi-estetik problemlər
və təbliğ edilməsi ilə bilavasitə əlaqədardır. barədə düşünən, qəhrəmanların taleyinə, sənət-
Bəşəri dəyərlərin və örnəklərin əsas qaynağı kar mövqeyinə münasibət bildirən şagird-oxucu
olan xarici ölkə xalqlarının ədəbiyyat nümu- qüdrətli sənətkarın müsahibinə çevrilir, onun
nələrinin, uğur qazanmış ədəbi əsərlərinin fikir və düşüncələrini öyrənməklə mənəvi
tədrisdə istifadə edilməsi təhsilin keyfiyyətinin cəhətdən zənginləşir. Bu prosesdə məktəblilərin
artırılmasına ciddi təsir göstərir. Şagird həm öz fəaliyyətini, hərəkət və davranışını mənəvi,
milli ədəbi nümunələrlə tanış olur, onları estetik normalar baxımından qiymətləndirməsi
mənimsəyir, həmin yazıçının, folklor nümu- də mümkün olur” (Qarabağlı, 1968). Bu baxım-
nəsinin təqdim etdiyi məntiqi yükü dərk edərək dan, şagirdlərə milli bədii nümunələrlə yanaşı,
qavrayır, həm də paralel olaraq dünya ədəbiy- əcnəbi müəlliflərin ümumbəşəri məna kəsb
yatından eyni məzmunlu nümunəni mənim- edən əsərlərinin öyrədilməsinin əhəmiyyəti
səməklə daha əhatəli və dərin biliklərə, baca- inkaredilməzdir. “Cəmiyyətin, elmin, mədə-
rıqlara yiyələnmək imkanı qazanır. niyyətin inkişafının hər mərhələsində dəyişən
Nəzərə almalıyıq ki, milli ədəbiyyatımızın şəraitə uyğun olaraq gənc nəslin təlimi, tərbiyəsi
dünya ədəbiyyatının klassik əsərləri ilə səsləşən qarşısında yeni vəzifələr qoyulur. Həmin vəzifələr
nümunələri belə bir analogiya üçün əlverişli təlim-tərbiyə prosesinin əsas təşkili forması
zəmin yaradır. “Kitabi-Dədə Qorqud” dastanları olan dərsin nəzəri mərhələlərində, metodikasına
ilə Homerin “Odisseya”sı, “İliada”sı, “Koroğlu” verilən tələblərdə də öz əksini tapır. Bu, təbii,
dastanı ilə qədim hind dastanları, Nizami Gəncəvi qarşısıalınmaz prosesdir. Cəmiyyətin dəyişən,
ilə U.Şekspir, yunan mifologiyası ilə Azərbaycanın artan tələbatına uyğun olaraq təhsil sistemi də
əsatir sistemi, Yunan Allahlar panteonu ilə daim müasirləşməli, yeniləşməlidir (Həsənli,
“Avesta”, XII əsr Azərbaycan intibahı ilə Avropa 2016).

http://as-journal.edu.az 117
Arif Əsədov

Qədim Şumer, Misir, yəhudi, Çin, yunan və səciyyələndirən başlıca cəhət qloballaşmadır.
Roma ədəbiyyatlarının bəzi seçmə nümunə- Dünya ölkələri və xalqları arasında yaxınlaşma
lərinin qədim dövr Azərbaycan ədəbiyyatı ilə cəhdi istər ictimai-siyasi, istərsə də, iqtisadi və
müqayisəli şəkildə tədris olunması şagirdin mədəni sahələrdə inteqrasiyanı sürətləndirərək
idraki və ünsiyyət bacarıqlarının inkişaf etdiril- elə bir həddə çatdırıb ki, bu da planetin taleyi
məsində, məhəlli yanaşmadan qlobal miqyasda üçün məsuliyyətlə bərabər, həm də planetar
düşüncəyə keçidində böyük rol oynaya bilər. təfəkkürün formalaşmasına gətirib çıxarıb”
Paralel olaraq ədəbiyyat və ümumi tarix fənləri (Babayev, 2009).
arasında inteqrasiya yaratmaq, hər iki fənn Milli ədəbiyyatımızın əsas ideyalarının, fikir
üzrə bilikləri təkmilləşdirmək baxımından bu və hədəflərinin dünyanın inkişaf etmiş xalq-
tip yanaşmanın xüsusi rolu vardır. Məsələn, larının ədəbiyyatından geri qalmaması şübhə-
qədim Misir ədəbiyyatında “Gəmi qəzasına sizdir. Belə ki, istər ideya, istər məzmun, istərsə
uğramışın nağılı” var. Həmin nağılda vətəndən də yazıçı istedadı baxımından Azərbaycan
uzun müddət uzaqda yaşamış, vətən həsrəti ədəbiyyatı kifayət qədər güclü, müasir, hərtərəfli
çəkən və axırda vətənə dönən bir qəhrəman hesab edilə bilər. Şagirdlərin bu xüsusiyyətlərdən
barədə söhbət açılır. Azərbaycan ədəbiyyatının xəbərdar olması, onlarda xalqının ədəbiyyatına,
əsas ideyaları ilə səsləşməsi baxımından göstə- tarixinə olan ehtiram hissinin daha da güclən-
rilən nümunənin məzmunu şagirdlər üçün məsinə gətirib çıxarar.
maraqlı ola bilər. “Kitabi-Dədə Qorqud dastanları” və “Koroğlu”
Yuxarıda təqdim edilən faktların analizindən dastanı dünya ədəbiyyatı nümunələri ilə oxşar
belə bir nəticəyə gələ bilərik: şagird dünya motiv və süjet yaxınlığı baxımından diqqəti
xalqlarının mədəniyyəti və ədəbiyyatı haqqında cəlb edir. Ədəbi əsərlərdəki obrazların tipoloji
məlumat alır, bunlar, eyni zamanda həmin dövrə “qohumluğu”, Nizami Gəncəvi ideyalarına dünya
aid tarixi mövzuları mənimsətməyə də kömək üzrə geniş miqyasda müraciət edilməsi, 70 illik
edir. Ədəbiyyat və tarix fənləri arasında qurulmuş sovet repressiyasının maneələrinə baxmayaraq,
bu əlaqə yuxarı siniflərdə də sistemli şəkildə Azərbaycan ədəbiyyatı ilə dünya ədəbiyyatı
davam etdirilir. Şagirdlər dünya ədəbiyyatının arasında əlaqələrin qurulması xalqımızın ədəbi
tanınmış simalarının adını eşidir, müxtəlif təfəkkürünün qüdrətinin göstəricisi olmaqla
xalqların ədəbiyyatları barədə qısa da olsa, yanaşı, həm də şagirdin özünə, millətinə inamının
məlumat alırlar. Həmin məlumatların bu şəkildə göstəricisinə çevrilə bilər. Hesab edirik ki,
verilməsi şagirdin dünyagörüşünün forma- Azərbaycan ədəbiyyatı kontekstində “Bilqameş
laşması baxımından ciddi əhəmiyyət kəsb edə, dastanı”, Homerin “İliadası”, Orta əsrlər Avropa
eyni zamanda ədəbiyyatla bağlı biliklərin qəhrəmanlıq dastanları, V.Şekspirin yaradcılığı,
mənimsənilməsində böyük rol oynaya bilər. J.B.Molyer, V.Hüqo, O.Balzak, M.Tven və digər
“Ədəbiyyatdan müxtəlif məşğələlərdə Azər- yazıçıların dünya ədəbiyyatının şah əsərləri
baycan ədəbiyyatının, eləcə də dünya xalqlarının sırasına daxil olmuş əsərlərini müqayisəli şəkildə
ədəbiyyatından seçilmiş nümunələrin müzakirəsi tədris etmək mümkündür.
şagirdlərin müasir dövrdə xüsusi aktuallıq kəsb Azərbaycan təhsili hazırda yeni məzmun
edən mənəvi-estetik problemləri, həyatda, keyfiyyətləri qazanır, qabaqcıl ölkələrin mü-
cəmiyyətdə baş verən dəyişiklikləri dərk edib tərəqqi təhsil təcrübəsindən bəhrələnərək, yeni
qiymətləndirmələrinə, milli və ümumbəşəri quruculuq və inkişaf dövrünü yaşayır. Həyata
mənəvi dəyərlərə yiyələnmələrinə imkan ya- keçirilən islahatların əsas istiqamətverici ideyası
radır” (Azərbaycan Respublikasının ümumtəhsil məhz milli və bəşəri dəyərlərə əsaslanan təhsil
məktəbləri üçün “Ədəbiyyat” fənni üzrə təhsil siyasətidir. Ədəbiyyat üzrə Nobel mükafatçısı
proqramı (kurikulumu) (V-XI siniflər)). Bertrand Russelin fikrincə, “Təhsilin iki məqsədi
Azərbaycan ədəbiyyatının əsas ideya və olmalıdır: 1) zəkanı yetişdirmək; 2) vətəndaş
mövzularının dünyanın bir çox ölkələrindəki yetişdirmək” (Bertrand, 1962). Həmin məqsəd-
ideya və mövzularla eyni olması barədə bir çox lərin reallaşdırılması və təmin edilməsi ümum-
elmi araşdırmalar və müqayisələr aparılmışdır. təhsil müəssisələrində tədris olunan fənlərin
“Müasir dövrdə ümumdünya tarixi prosesini əsas hədəfləri olmalıdır.

118 Azərbaycan məktəbi. 2021. №4


Şagirdlərin planetar təfəkkürünün formalaşmasında dünya ədəbiyyatının rolu

NƏTİcƏ 5
Bertrand, R. (1962).Bilimdən beklediklerimiz.
İstanbul.
Şagirdlərin planetar təfəkkürünün forma- 6
Conquest, R. (1990). The Great Terror. Oxford:
laşmasında dünya ədəbiyyatının rolu ilə bağlı Oxford University Press.
bu məqalədə qeyd olunan fikirlərə əsaslanıb
7
Contemporary Theories of Learning. (2018).
deyə bilərik ki, tədris ədəbi əsərlər arasında New York.
8
Əhmədov, H., Zeynalova, N. (2016). Pedaqogika.
analogiyalar aparmaqla paralel və müqayisəli
Bakı, Elm və Təhsil.
formada həyata keçirilərsə, təhsilalanlara aşa- 9
Əsədov, A. (2017). ABŞ-Azərbaycan ədəbi
ğıdakıları qazandıra bilərik: əlaqələri: yeni nəsr. Bakı, Xan nəşriyyatı.
1. Şagirdlərin planetar təfəkkür tərzi 10
Həsənli, B. (2016). Ədəbiyyatın tədrisi
formalaşar və dünyanın vahid məkan metodikası. Bakı, Müəllim.
olması barədə onların təsəvvürləri 11
Həsənova, G. (2013). Bədii tərcümə və
möhkəmlənər; Azərbaycan-ABŞ ədəbi əlaqələri. Bakı, Qartal.
2. Milli ədəbiyyatımızı ideya və məzmunca 12
Qarabağlı, Ə. (1968). Ədəbiyyatın tədrisi
daha dəqiq və düzgün qiymətləndirmək metodikası. Bakı, Maarif.
bacarıqları təkmilləşər; 13
Nayn, A.YA. (1995). Innovatsii v obrozovaniya .
3. “Ədəbiyyat” fənni üzrə dövlət Chelyabinsk.
standartlarının daha səmərəli şəkildə 14
Özbek, Y. (2014). Bencillik Ne Güzel Şey. 1.Baskı,
həyata keçirilməsi təmin olunar; Çizgi Kitabevi.
4. Müxtəlif coğrafi və mədəni regionlarda
15
Paşayev, Ə.X., Rüstəmov, F.A. (2010). Pedaqogika.
meydana gəlmiş ədəbi əsərlərin təhlili və Bakı, Elm və Təhsil.
16
Paşayev, Ə.X., Rüstəmov, F.A. (2010). Pedaqogika.
müqayisəsi nəticəsində şagirdlərin
Bakı, Elm və Təhsil.
məntiqi, tənqidi, eləcə də yaradıcı 17
Rostenkowski, D. (1981). Economic Recovery
təfəkkürünün daha dəqiq formada inkişaf Tax Act of 1981.U.S.C.
etdirilməsi təmin edilər; 18
Rüstəmli, A. (2011). Mütərcim Cəfər Cabbarlı.
5. Ədəbiyyat dərslərinin şagirdlər üçün daha Bakı, Ozan.
maraqlı keçməsinə əlverişli şərait yaranar. 19
Safiullina, N. (2012). “The Canonization of
Qeyd olunanlardan belə nəticəyə gəlmək Western Writers in the Soviet Union in the
olar ki, növbəti illərdə “Ədəbiyyat” fənni üzrə 1930s”. The Modern Language Review. Vol. 107,
kurikulumlar hazırlanarkən və yeni dərsliklər No. 2, pp. 559-584 (26 pages) Published By:
yazılarkən milli ədəbiyyatımızla yanaşı, dünya Modern Humanities Research Association.
ədəbiyyatı nümunələrinin də paralel şəkildə 20
Schleicher, A. (2021). What will education look
tədrisinə və qarşılıqlı müqayisələrin aparılma- like in 20 years? Here are 4 scenarios,
sına imkan verən materiallara üstünlük verilməsi https://www.weforum.org/agenda/2021/01/fu
daha məqsədəuyğun olardı. ture-of-education-4-scenarios/
21
Süleymanova, A. (2011). Fənn kurikulumlarında
məzmun standartı, Kurikulum İslahatı:
İstifadə edilmiş ədəbiyyat tədqiqatlar, nəticələr. Bakı, Mütərcim.
22
Süleymanova, A. (2014). Təhsilin əsasları. Bakı,
1
Azərbaycan Respublikasında Təhsilin inkişafı Təhsil.
üzrə Dövlət Strategiyası. Azərbaycan məktəbi, 23
Valehov, C. (2015). Milli təhsil müasir
2013, № 5. transformasiyalar prosesində [sosial-fəlsəfi
2
Azərbaycan Respublikasının Konstitusiyası. təhlil]. Bakı, Təhsil.
(1995). Bakı. 24
Yusifov, F. (2017). “Ədəbiyyatın tədrisi
3
Azərbaycan Respublikasının ümumtəhsil metodikası”. Bakı, ADPU. 304 səh.
məktəbləri üçün “Ədəbiyyat” fənni üzrə təhsil 25
http://azertag.az/xeber/Bakida_Gencler_
proqramı (kurikulumu) (V-XI siniflər). siyaseti_uzre_ birinci_qlobal_forumun_resmi_
4
Babayev, M. (2009). Con Steynbek yaradıcılığı achilisi_olubAzerbaycan_Prezidenti_Ilham_
Azərbaycan ədəbiyyatı ilə müqayisəli Aliyev_achilis_merasiminde_istirak _edibVIDEO-
kontekstdə”. Bakı, ADU. 806374

http://as-journal.edu.az 119

You might also like