You are on page 1of 63

VAHİD İDARƏETMƏ SİSTEMİ

III HİSSƏ

İşçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi qaydası

1. Ümumi qaydalar

1.1. Bu bölmədə fəhlələrlə, qulluqçularla və mühəndis-texniki işçilərlə


təlimatın keçirilməsinin, onlara təhlükəsiz iş üsullarının öyrədilməsinin və
biliklərinin yoxlanılmasının təşkili üzrə vahid qaydalar müəyyən edilir.
Bölmənin müddəaları ГОСТ 12.0.004-90 “ƏTSS. İşçilərə təhlükəsizlik
qaydalarının öyrədilməsinin təşkili. Əsas müddəalar”a müvafiq işçilərin bilavasitə
istehsalatda hazırlanması və ixtisaslarının artırılması məsələləri üzrə rəhbər
sənədlərə əsasən işlənib hazırlanmışdır.
1.2. İşçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi açağıdakılardan ibarətdir:
-bütün təlimat növlərinin (giriş, iş yerində, ilkin, vaxtaşırı, növbədənkənar
və birdəfəlik təlimatlar) keçirilməsindən;
-biliklərinin yoxlanılmasından (ilkin, vaxtaşırı və növbədənkənar).
İşçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi, onların ixtisaslarının artırılması
zamanı (kurs, qrup və fərdi təhsil formalarında) həyata keçirilir.
1.3. İstehsalatın xüsusiyyətindən, mürəkkəbliyindən və təhlükəsizlik
dərəcəsindən, həmçinin işçilərin iş stajından, təhsilindən və ixtisasından asılı
olmayaraq, bütün müəssisələrdə və istehsalat birlriklərində fəhlələrə,
qulluqçulara və mühəndis-texniki işçilərə təhlükəsiz iş üsulları öyrədilməlidir.
1.4. Fəhlələrə, qulluqçulara və mühəndis-texniki işçilərə təhlükəsiz iş
üsullarının vaxtında və keyfiyyətli öyrədilməsi istehsalat xəsarətalmalarının və
peşə xəstəliklərinin qarşısını alan əsas vasitələrdən biridir.
1.5. Müəssisənin müdiriyyəti (baş mühəndis, baş mütəxəssislər, sex,
xidmət və şöbə rəisləri) fəhlələrə, qulluqçulara və mühəndis-texniki işçilərə
bilavasitə iş yerlərində və ya xüsusi kurslarda təhlükəsiz iş üsullarının
öyrədilməsini təmin etməyə borcludur.
1.6. Müəssisənin müdiriyyəti (baş mühəndis, baş mütəxəssislər, sex,
xidmət və şöbə rəisləri) işçilərin öyrədilməsini təşkil edən zaman:
- əməyin təhlükəsizliyi üzrə təlimatlar və onların proqramlarını işləyib
hazırlamalı və təsdiq etməli;
- bütün mühəndis-texniki işçiləri fəhlələrin öyrədilməsi üçün lazım olan
təlimatlarla, proqramlarla və digər öyrədici vasitələrlə təmin etməlidir.
1.7. İşçilər işlərin təhlükəsiz aparılması üzrə nəzərdə tutulmuş təlimat
keçdikdən, xüsysi proqramlar üzrə müəyyən istehsalat təcrübəsi qazandıqdan
(lazımi hallarda) və bilikləri yoxlanıldıqdan sonra sərbəst işləməyə buraxılırlar.
1.8. İşçilərə təlimat keçmək, onlara təhlükəsiz iş üsullarını öyrətmək,
müəssisələrdə əmək təhlükəsizliyi sahəsində nailiyyətləri tətbiq etmək məqsədilə
və “Sənaye müəssisələrinin yardımçı binaları və otaqları” SİM PP-92-76-ya
uyğun olaraq əməyin mühafizəsi kabinetləri və tədris məşğələlərinin keçirilməsi
üçün otaqlar təşkil edilməlidir.
1.9. Bütövlükdə birliklər, idarə və müəssisələr üzrə işçilərə təhlükəsiz iş
üsullarının vaxtında və mükəmməl öyrədilməsinin düzgün təşkilinə ümumi
rəhbərlik müəssisə rəhbərlərinə, struktur bölmələrində (sexlərdə, sahələrdə) isə
həmin bölmələrin rəhbərlərinə həvalə edilir. Onlar bu işlərə görə məsuliyyət
daşıyırlar.
1.10. İşçilərə təhlükəsiz iş üsullarının vaxtında və mükəmməl
öyrədilməsinin, sənədlərinin düzgün rəsmiləşdirilməsinin təşkilinə metodik
rəhbərlik və nəzarət müəssisənin və müvafiq yuxarı təşkilatların (birliyin, trestin
və s.) əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətlərinə həvalə olunur.

2. FƏHLƏ VƏ QULLUQÇULARLA TƏLİMATIN KEÇİRİLMƏSİNİN


TƏŞKİLİ VƏ APARILMASI.

2.1. Işə qəbul olunan fəhlə və qulluqçularla, onları ümumi təhlükəsizlik


qaydaları və normaları, əmək qanunvericiliyinin əsas müddəaları, daxili əmək
intizamı qaydaları ilə, müəssisə ərazisində, sexlərdə,sahələrdə, gəmilərdə, dəniz
özüllərində, estakadalarda, qazma qurğularında, vertolyotda davranış qaydaları
ilə, təhlükəli və zərərli istehsalat amillərinin xüsusiyyətlərilə və digər məsələlərlə
tanış etmək məqsədi ilə işlərin təhlükəsiz aparılması üzrə təlimat keçirilir.
2.2. Fəhlə və qulluqçularla keçirilən təlimat xüsusiyyətinə və vaxtına görə
giriş və iş yerində təlimata ayrılır.İş yerində təlimat, öz növbəsində, ilkin,
vaxtaşırı (təkrar), növbədənkənar (plandan kənar) və birdəfəlik (cari) təlimata
bölünür.

Giriş təlimatı

2.3. Müəssisəyə işə qəbul olunan bütün fəhlə və qulluqçularla, onların


təhsilindən, ixtisasından, peşə və vəzifəsi üzrə iş stajından asılı olmayaraq, giriş
təlimatı keçirilməlidir.
Müəssisəyə ezam edilmiş işçilərlə, müvəqqəti işləyən fəhlələrlə, istehsalat
təlimi və təcrübəsi keçmək üçün, tələbə tikinti dəstəsinin tərkibində işləməyə
gələn şagirdlərlə və tələbələrlə, müəssisə ərazisinə, istehsalat sexlərinə işlərin
aparılmasına buraxılmış digər şəxslərlə giriş təlimatı keçirilməlidir.
2.4. Fəhlə və qulluqçularla giriş təlimatını əməyin mühafizəsi və
təhlükəsizlik texnikası xidməti işçilərindən biri və ya müəssisənin bu vəzifə
tapşırılmış digər mühəndis-texniki işçisi, həmçinin yuxarı təşkilatın bu məqsədlə
xüsusi təyin etdiyi şəxs (bir neçə müəssisə fəhlələri üçün bir yerdə təlimat
keçmək lazım gəldikdə) keçirir. Fəhlə bilavasitə sexə işə götürüldükdə, onunla
giriş təlimatını sex rəhbərlərindən biri (rəis və ya onun müavini) keçirir.
Ayrı-ayrı məsələlər üzrə (daxili əmək intizamı, yanğın təhlükəsizliyi,
istehsalat sanitariyası, bədbəxt hadisə zamanı zərərçəkənlərə ilkin yardım
göstərilməsi qaydaları) təlimatların dolğun və aydın izah edilməsi üçün
müəssisənin müvafiq şöbələrinin və xidmətlərinin işçiləri, həmçinin digər
təşkilatlardan mütəxəssislər cəlb olunmalıdır.
2.5. Fəhlə və qulluqçularla giriş təlimatı əməyin mühafizəsi və
təhlükəsizlik texnikası, kadrlar, əməyin təşkili və əmək haqqı şöbələrinin işçiləri,
hüquqşünas tərəfindən işlənib hazırlanmış proqram üzrə keçirilir və Həmkarlar
İttifaqı Komitəsi ilə razılaşdırılmaqla, müəssisənin baş mühəndisi tərəfindən
təsdiq edilir.
Təlimatlandırmanın daha səmərəli olması üçün giriş təlimatının proqrama
əsasən nümunəvi mətninin tərtib olunması məsləhət görülür.
Giriş təlimatının proqramı və nümunəvi mətni metodik göstərişdə verilmiş
proqrama əsasən və istehsalatın xüsusiyyətini, təhlükəsizlik qayda və
normalarını, standartların tələblərini nəzərə almaqla işlənib hazırlanır.
2.6. Giriş təlimatı əmək mühafizəsi kabinetində və ya xüsusi təşkil
olunmuş otaqda, müasir texniki vasitələrdən istifadə edilməklə və müəssisənin
konkret şəraitini nəzərə almaqla keçirilir.
2.7. Giriş təlimatı eyni peşəli fəhlə qrupu üçün, eləcə də müxtəlif ixtisaslı
və peşəli ayrı-ayrı fəhlə və qulluqçular üçün tam həcmdə keçirilir.
Təlimatın müddəti iki saatdan az olmamalıdır. Giriş təlimatının keçirilmə
vaxtı (günü, saatı) müəssisədə qüvvədə olan iş reqlamentinə uyğun
aparılmalıdır.
2.8. Təhlükəli və zərərli əmək şəraiti olan işlərə, mürəkkəb avadanlıq və
mexanizmlərə (elektrik qurğularına, nəqliyyat vasitələrinə və s.) xidmətlə bağlı
işlərə götürülən fəhlə və qulluqçularla, onlar tibbi müayinədən keçdikdən
(nəzərdə tutulan hallarda) və səhhətlərinə görə işə yararlı olduqları barədə
həkim rəyi aldıqdan sonra giriş təlimatı keçirilir.
2.9. Giriş təlimatının keçirilməsi heyətin giriş təlimatının qeydiyyat
jurnalında rəsmiləşdirilir və işçinin qəbul vərəqəsində müvafiq qeyd aparılır.
Jurnalın forması və onun doldurulma qaydası 3-cü əlavədə verilmişdir.

İŞ YERİNDƏ TƏLİMATIN KEÇİRİLMƏSİ

2.10. Fəhlə və qulluqçularla, onların təhsilindən, ixtisas dərəcəsindən,


peşəsi və ya tutduğu vəzifəsi üzrə iş stajından asılı olmayaraq giriş təlimatından
başqa, iş yerində də təlimat keçirilməlidir.
Fəaliyyət növünə görə işi sexlərdə, dəniz özüllərində, dəniz qazma
qurğularında və digər obyektlərdə olan işçilərlə iş yerində təlimat keçirilir.
2.11. İş yerində təlimat keçirilir:
-işə götürülən və ya bir bölmədən (sexdən) digərinə keçirilən (keçirilmə
müddətindən asılı olmayaraq), bir işdən işə və ya digər xassəli iş sahəsinə
göndərilən (istehsalat şəraiti dəyişən hallarda) bütün fəhlə və qulluqçularla;
-müəssisəyə ezam olunmuş işçilərlə;
-istehsalat təlimi və ya təcrübə keçməyə gəlmiş işçilərlə;
-müxtəlif işləri yerinə yetirmək üçün müəssisə ərazisinə və ya sexlərə
buraxılmış digər işçilərlə.
2.12. İş yerində təlimatın keçirilməsində məqsəd hər bir fəhləni,
qulluqçunu təhlükəsiz iş üsullarının əsas qaydaları ilə tanış etmək, fəhlələrin
təhlükəsizlik tələbləri üzrə biliklərini artırmaq, təzələmək və
möhkəmləndirməkdir.
Fəhlə və qulluqçulara iş yerində təlimatlandırma prosesində aşağıdakılar
izah olunmalıdır:
-iş yerində, müəssisə ərazində, sexdə, dəniz özüllərində, gəmidə və digər
obyektlərdə onların əsas vəzifələri və davranış qaydaları, peşələri üçün əməyin
təhlükəsizliyi üzrə təlimatların məzmunu;
-istehsalat prosesində və iş vaxtı qurtardıqdan sonra iş yerinin təhlükəsiz
vəziyyətdə saxlanılması, lazım olmayan əşyalardan təmizlənmzsi qaydaları;
-istehsalat prosesi və tətbiq olunan avadanlıqlar, mexanizmlər və qurğular
haqqında ümumi məlumat;
-avadanlıqlara, mexanizmlərə və maşınlara xidmət etdikləri zaman
(təhlükəli zonalar, qoruyucu, çəpərləyici və kipləyici qurğular, avtomatik nəzarət
və siqnalizasiya qurğuları, digər mühafizə vasitəlri) təhlükəsizlik tələbləri;
-iş yerlərinin hazırlanması, təşkili və saxlanılması, avadanlıqların,
qurğuların, cihazların, alət və tərtibatların, blokirovkaların, torpaqlanmanın və
digər mühafizə vasitəlrinin sazlığının yoxlanılması qaydaları;
-təhlükəsiz iş üsulları, qəzaların baş verməsi mümkünlüyünün olması və
aradan qaldırılması üzrə tədbirlər;
-fərdi mühafizə vasitəlri, onların tətbiqi və istifadə etmə qaydaları;
-iş yerində, sexdə, dəniz özüllərində, dəniz qazma qurğularında və digər
istehsalat obyektlərdə yanğınsöndürmə vasitələrindən istifadə etmə və saz
vəziyyətdə saxlanılma qaydaları və ümumiyyətlə yanğın təhlükəsizliyi qaydaları;
-bədbəxt hadisə baş verdikdə ilk tibbi yardımın (həkimdən qabaq)
göstərilməsi qayda və üsulları.
2.13. Fəhlələrlə iş yerində təlimatın keçirilməsi bilavasitə ustaya (iş
rəhbərinə) tapşırılır, qulluqçularla keçirilməsi isə sex, bölmə, qurğu rəhbərlərinə
həvalə edilir. Təlimatı keçirən şəxs fəhlə və qulluqçulara iş yerində olan bütün
təhlükəli sahələri, qurğu və avadanlıqları göstərməli, onları iş yerlərinin
təhlükəsiz və düzgün təşkili, işlərin təhlükəsiz yerinə yetirilməsi üsulları ilə tanış
etməli, işçilərin diqqətini təhlükəli iş üsullarının və ya işçilərin, ətrafdakı
insanların xəsarət almasına səbəb ola biləcək təhlükəli iş üsullarının tətbiqinə yol
verilməməsinə yönəltməlidir.
2.14. Elektrik və digər mürəkkəb qurğuların və mexanizmlərin təmirinə,
xidmət edilməsinə buraxılmış fəhlələrlə təlimatı, usta müvafiq xidmətlərin işçiləri
(mexaniklər, energetiklər, texnoloqlar və s.) ilə birlikdə keçir.
2.15. Elektrik-texnoloji avadanlıqların və elektrik qurğularının təmirinə,
xidmət edilməsinə buraxılmış fəhlələrlə elektrotexniki mütəxəssislər heyəti
(ixtisas qrupu III-dən aşağı olmayan) təlimat keçirməlidir.
2.16. Komples briqadaların tərkibinə daxil olan fəhlələrlə onların həm
əsas peşələri üzrə, həm də uyğunlaşdırılmış peşələri üzrə bütün ixtisaslara dair
təlimat keçirilməlidir.
2.17. Eyni peşəli fəhlələr üçün və ya ayrı-ayrı iş növləri üzrə iş yerində
təlimat təhlükəsizlik qayda və normalarına, ƏTSS standartlarına əsasən, konkret
istehsalat şəraiti nəzərə alınmaqla, işlənib hazırlanmış proqramlar, təlimatlar
üzrə keçirilir.
2.18. Proqrqamlar və təlimatlar sex işçiləri (rəis, müavinləri) tərəfindən
işlənib hazırlanır, əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti ilə
razılaşdırılır, müəssisənin baş mühəndisi və Həmkarlar İttifaqı Komitəsi ilə
birlikdə təsdiq edilir.
Əmək təhlükəsizliyi üzrə təlimatların işlənib hazırlanması qaydası və
onların məzmununa olan tələblər metodik göstərişdə izah olunmuşdur.
Fəhlələrlə təlimatın keçirilməsi proqramına 5 ildə bir dəfədən gec
olmayaraq yenidən baxılmalıdır (təzələnməlidir, tamamlanmalıdır).
2.19. Fəhlə və qulluqçular istehsalatda (istehsalat binalarında, iş
yerlərində) işlərin yerinə yetirilməsi və işdə davranış qaydalarını
müəyyələşdirən, işin təhlükəsiz aparılması üzrə təlimatlara, maşın və
mexanizmlərin istifadəsi üzrə qəbul edilmiş tələblərə riayət etməli, onlara verilən
fərdi mühafizə vasitələrindən düzgün istifadə etməlidirlər. Bu tələblərə əməl
olunmaması əmək və istehsalat intizamının pozulması kimi qiymətləndirilməlidir.

İLKİN TƏLİMATIN KEÇİRİLMƏSİ

2.20. Fəhlələrlə iş yerində ilkin təlimat onlar sərbəst işə buraxılmazdan


əvvəl, bir işdən başqa işə və ya digər xassəli iş sahəsinə (istehsalat şəraiti
dəyişəndə) keçirilən hallarda aparılır.
2.21. Fəhlələrlə ilkin təlimat 2.17-ci bəndə uyğun olaraq, konkret
bölmənin iş xüsusiyyətləri və şəraiti nəzərə alınmaqla, təsdiq edilmiş proqramlar
və təlimatlar üzrə keçirilir.
2.22. Fəhlələrlə ilkin təlimat işin xüsusiyyətindən asılı olaraq, bir neçə
növbə ərzində keçirilir, onlar istehsalat prosesləri, təhlükəsiz iş üsulları ilə tanış
olurlar və hər bir fəhlə fərdi olaraq təlimatlandırılır. Elektrotexniki heyətə
təlimatı baş energetik xidmətinin mühəndis-texniki işçisi keçirir.
2.23. Usta, iş rəhbəri təlimatı keçib qurtardıqdan sonra fəhlənin
təhlükəsiz iş üsullarını mənimsəməsinə, onun konkret iş yerinə və peşəsinə aid
təhlükəsizlik tələblərini və təlimatı praktiki bilməsinə və başa düşməsinə əmin
olmalıdır.
Əgər iş prosesində fəhlənin qayda və təlimatların tələblərini kifayət qədər
mənimsəmədiyi və ya qadağan olunmuş iş üsullarının tətbiq olunması faktları
aşkar edilərsə, onda usta ona əlavə izahat verməyə və düzgün iş üsullarını
praktiki göstərməyə borcludur.
2.24. İlkin təlimatın keçirilməsi “İşçilərin iş yerində təlimatlandırılmasının
qeydiyyat jurnalı”nda rəsmiləşdirilir. Jurnalın forması və onun doldurulması
qaydası 4-cü əlavədə verilmişdir.
2.25. Ayrı-ayrı hallarda işi avadanlığın xidməti, sınaqdan keçirilməsi,
sazlanması, təmiri, xüsusilə təhlükəli və zərərli maddələrin tətbiqi ilə bağlı olan
fəhlələrlə ilkin təlimat keçməkdən əlavə, sərbəst işləməyə buraxılmazdan əvvəl,
bilavasitə iş yerlərində təlimat keçirilməlidir.
Təlimatlandırılan işçinin peşə hazırlığından və işinin xüsusiyyətindən asılı
olaraq, onun təcrübə keçməsi zəruriyyəti və müddəti Həmkarlar İttifaqı Komitəsi
ilə razılaşdırılmaqla müəssisə rəhbərliyi tərəfindən müəyyən edilir.
Təcrübə keçməsi tələb olunan fəhlə peşələrinin siyahısı, Həmkarlar İttifaqı
Komitəsi və yerli Dövlət nəzarət orqanları ilə razılaşdırılır, müəssisə rəhbərliyi
tərəfindən təsdiq olunur.

VAXTAŞIRI (TƏKRAR) TƏLİMATIN KEÇİRİLMƏSİ

2.26. Bütün fəhlələrlə və bəzi kateqoriyalı qulluqçularla onların


təhsilindən, ixtisas dərəcəsindən, bu və ya digər peşə üzrə iş stajından və
tutduqları vəzifədən asılı olmayaraq vaxtaşırı, hər 3 aydan bir işlərin
təhlükəsizlik aparılması üzrə təlimat keçirilməlidir.
2.27. Vaxtaşırı təlimatın keçirilməsində məqsəd fəhlələrin əsas və ya daha
tez-tez yerinə yetirdikləri işlər, əməliyyatlar üzrə təhlükəsizlik tələblərinə aid
biliklərini təkrar yoxlamaq, dərinləşdirmək və möhkəmləndirməkdir.
2.28. Vaxtaşırı təlimatı bilavasitə iş rahbəri (usta, iş icraçısı, sahə və
qurğu rəisi və s.) iş yerində proqram üzrə keçirir. Vaxtaşırı təlimatlar keçirilən
zaman sexin, müəssisənin iş təcrübəsi (müsbət və mənfi nümunələr) nəzərə
alınmaqla, ilkin təlimatın bütün məsələləri yenidən müzakirə edilir. Bundan
əlavə, vaxtaşırı təlimat keçirilən zaman fəhlələri əvvəl keçirilən təlimatdan
sonrakı dövrdə verilmiş əmrlər, sərəncamlar, məktublarla tanış edirlər.
2.29. Vaxtaşırı təlimat fəhlələrə həm ayrı-ayrılıqda, həm də eyni peşəli
fəhlə qrupu ilə keçirilir. Usta, iş rahbəri elektrik qurğularına, avadanlıqlara
xidmət edən və onların təmiri ilə məşğul olan fəhlələrlə təlimatı baş energetik və
baş mexanik xidməti işçiləri ilə birlikdə keçirir.
2.30. Vaxtaşırı təlimat keçirilərkən fəhlələrə mühafizə, xilasedici və
qoruyucu vasitələrdən istifadə etmə, suya düşəni xilas etmə, xəsarət alanlara
yardım göstərmə, dəniz obyektlərində hərəkət etmə qaydaları da öyrədilir.
2.31. Hər hansı bir səbəbdən (məzuniyyətdə olma, xəstələnmə,
ezamiyyətə getmə və s.) müəyyən edilmiş gündə təlimat keçməyən fəhlələrlə,
onlar işə çıxan gün təlimat keçirilməlidir.
2.32. Vaxtaşırı təlimatların keçirilməsi “Heyətin iş yerində təlimatın
keçirilməsinin qeydə alınması jurnalı”nda rəsmiləşdirilməlidir.

NÖVBƏDƏNKƏNAR (PLANDAN KƏNAR) TƏLİMATIN


KEÇİRİLMƏSİ

2.33. İstehsalat zəruriyyətindən irəli gələn xüsusi hallarda fəhlələrlə


işlərin təhlükəsiz aparılması üzrə növbədənkənar (plandan kənar) təlimat
keçirilməlidir.
2.34. Fəhlələrlə növbədənkənar təlimat aşağıdakı hallarda keçirilir:
-istehsalat prosesi (texnoloji) dəyişdikdə, avadanlıqlar, qurğular və alətlər
yeniləri ilə əvəz olunduqda və ya onların təkmilləşdirilməsi nəticəsində əmək
şəraiti dəyişdikdə;
-müəssisədə, sexdə, sahədə, briqadada bədbəxt hadisə, qəza baş
verdikdə;
-yüksək dərəcədə təhlükəsizlik tədbirləri tələb edən işlərdə 30 təqvim
günündən artıq fasilə olan hallarda;
-fəhlələrin təhlükəsizlik qaydalarının və təlimatların tələblərinin bədbəxt
hadisələrə, qəzalara səbəb ola biləcək dərəcədə pozmaları hallarında;
-əməyin təhlükəsizliyi üzrə qaydaların və təlimatların, standartların
qüvvəyə minməsi ilə əlaqədar fəhlələrə əlavə tələblər haqqında məlumat
vermək lazım gəldikdə;
-müəssisə rəhbərliyinin əmri və ya sərəncamı ilə, yuxarı təşkilatların və
Dövlət nəzarət orqanlarının göstərişi ilə və digər hallarda.
2.35. Növbədənkənar təlimat fəhlələrlə fərqli olaraq və ya eyni peşəli
fəhlələr qrupu ilə, zəruri hallarda isə ancaq ayrı-ayrı fəhlələrlə (məsələn,
təhlükəsizlik tələblərini və işlərin təhlükəsiz aparılması üzrə təlimatı pozanlarla)
keçirilir.
2.36. Fəhlələrlə növbədənkənar təlimatı, ilkin və vaxtaşırı təlimatlar kimi,
işlərin bilavasitə rəhbərləri (iş icraçıları, ustalar və s.) keçirirlər.
2.37. Növbədənkənar təlimatın həcmini, proqramını, sualların siyahısını
hər bir konkret haldamüəssisənin rəhbərliyi, təlimatlandırmanın şəraitini və
səbəbini nəzərə almaqla, müəyyənləşdirir.
Növbədənkənar təlimatlandırma proqramını (sualların siyahısını) tərtib
edərkən, ilkin təlimatlandırma proqramınının yalnız növbədənkənar təlimatın
keçirilməsi səbəbi ilə bağlı hissəsindən istifadə edilməlidir.
2.38. Əgər növbədənkənar təlimat yalnız bir sexin (sahənin, briqadanın)
fəhlələri ilə keçirilirsə, onda təlimat proqramı həmin sexin (sahənin, briqadanın)
rəhbərləri tərəfindən hazırlanır, əməyin mühafizəsi və təhlükəsizlik texnikası
xidməti ilə razılaşdırılır.
Növbədənkənar təlimat müəssisənin bütün işçiləri ilə keçirildikdə (yuxarı
təşkilatların əmrinə, göstərişinə, nəzarət orqanlarının tələblərinə əsasən),
təlimatın proqramını əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti tərtib
edir, müəssisənin baş mühəndisi təsdiq edir.
2.39. Növbədənkənar təlimatın keçirilməsi “Heyətlə iş yerində təlimatın
keçirilməsinin qeydə alınması jurnalı”nda rəsmiləşdirilir (ilkin və vaxtaşırı
təlimatların qeydi kimi), müvafiq qrafada təlimatın mövzusu (proqramı)
göstərilir).
2.40. Fəhlələrin məlumat məktubları ilə, bədbəxt hadisələr haqqında
məlumatlarla və əmək mühafizəsi məsələləri üzrə əmrlərlə tanış edilməsi
“Heyətlə iş yerində təlimatın keçirilməsinin qeydə alınması jurnalı”nda
rəsmiləşdirilir.

BİRDƏFƏLİK (CARİ) TƏLİMATIN KEÇİRİLMƏSİ

2.41. Bütün fəhlələr, onların vəzifəsinə aid olmayan birdəfəlik işləri yerinə
yetirmək və ya yüksək dərəcədə təhlükəli şəraitdə işləmək üçün tapşırıq
(tapşırıq-icazə) alarkən birdəfəlik təlimat keçməlidirlər.
2.42. Birdəfəlik təlimatı işin məsul rəhbəri (usta, iş icraçısı, sahə rəisi və
s.) keçirir və “Heyətlə iş yerində təlimatın keçirilməsinin qeydə alınması
jurnalı”nda və (tapşırıq-icazə) vərəqəsində rəsmiləşdirir.

3. FƏHLƏLƏRİN TƏLİMLƏNDİRİLMƏSİ VƏ BİLİKLƏRİNİN


YOXLANMASININ TƏŞKİLİ

3.1. Texnoloji proseslərin aparılması, qurğu və avadanlıiqların təmiri,


sazlanması, sınağı və xidməti ilə məşğul olan, həmçinin təhlükəli və zərərli
maddələrlə işləyən bütün işçilər iş yerlərində ilkin təlimatlandırmadan sonra,
sərbəst işə buraxılmazdan əvvəl, bilikləri yoxlanılmaqla, müvafiq qaydada
təhlükəsiz iş üsullarını ğyrənməlidirlər.
Qeyd. Müvafiq hazırlığı haqqında sənədi olan fəhlələr əvvəlcədən, yalnız iş
yerində ilkin təlimat keçirilməsindən və biliyi yoxlanıldıqdan sonra sərbəst işə
buraxıla bilərlər.
3.2. Fəhlələrə təhlükəsiz iş üsullarının öyrədilməsi, işin mürəkkəbliyindən
və fəhlənin peşəsindən asılı olaraq həm istehsalatda (peşə təlimi keçmək üçün),
həm də müxtəlif kurslarda (əmək təhlükəsizliyi məsələləri üzrə məqsədli təlim
keçmək üçün) təşkil edilə bilər.
3.3. Fəhlələrin istehsalatda müxtəlif növ peşə təlimlərində (yeni işçi
hazırladıqda, işçini təkrar hazırladıqda və ona ikinci peşə öyrətdikdə, ixtisas
dərəcəsinin artırılmasında) təhlükəsiz iş üsullarının təlim qaydaları 27 noyabr
1980-ci ildə təsdiq olunmuş “Neft sənayesi Nazirliyi sistemində istehsalatda peşə
təlimi haqqında nümunəvi əsasnamə” ilə müəyyənləşdirilmişdir.
3.4. Fəhlələrin istehsalatda öyrədilməsi, əsasnaməyə uyğun olaraq kurs,
qrup (tədris kombinatları və ya məntəqələri nəzdində) və fərdi tədris forması
üzrə aparılır. Tədris kombinatlarında (məntəqələrində), müvafiq şərait olduqda,
proqramlaşdırılmış üsulları tətbiq edilə bilər.
3.5. Fəhlələrin müəyyən olunmuş forma üzrə peşə təlimi (nəzəri və
praktiki) Neft Şirkəti tərəfindən işlənib hazırlanmış və təsdiq olunmuş proqram
üzrə aparılır. Təlim proqramlarında ƏTSS-in qüvvədə olan təhlükəsizlik qayda,
norma və standartların tələblərinin öyrədilməsi daxil olmaqla, “İstehsalatda
əmək təhlükəsizliyi” mövzusunda olmalıdır.
3.6. Yeni texnoloji proseslərin, avadanlıqların, əməyin qabaqcıl üsul və
formalarının, əməyin mühafizəsi sahəsində digər nailiyyətlərin istehsalata
tətbiqində, nəzəri və praktiki təlim proqramları, sistematik olaraq əmək
təhlükəsizliyi üzrə təlim və praktiki materiallarla təkmilləşdirilməlidir. Eyni
zamanda proqramdan köhnılmiş materiallar çıxarılmalıdır.
Proqramlar vaxtaşırı, 5 ildən gec olmayaraq yenidən işlənməlidir.
3.7. Fəhlələrin istehsalat (praktiki) təlimi müəssisədə, bu məqsəd üçün
xüsusi yaradılmış təlim-istehsalat bazalarında (təlim emalatxanaları, sexlər,
sahələr, iş yerləri), istehsalat təlimi ustasının və ya fərdi olaraq, əsas işindən
azad olunmamış ixtisaslı fəhlənin rəhbərliyi altında həyata keçirilir.
3.8. Peşəsi olmatan və ya aşağı ixtisas dərəcəsi olan fəhlələr sərbəst işə
buraxılmazdan və müvafiq qaydada öyrədilməzdən əvvəl ixtisaslı fəhlənin
rəhbərliyi altında praktiki təlim keçirlər. Fəhlənin praktiki təlim keçməsi, təlimin
müddəti və təlimə nəzarət məsul şəxsin (ustanın) adı göstərilməklə, sex rəisinin
yazılı sərəncamı ilə rəsmiləşdirilir. (Əlavə1)
3.9. Fəhlələrin biliklərinin yoxlanılması xarakteri və vaxtına görə ilkin,
vaxtaşırı və növbədənkənar yoxlamalara bölünür.
3.10. Bütün fəhlələrin müvafiq təlimdən (nəzərdə tutulan hallarda) və iş
yerində ilkin təlimat keçdikdən sonra, sərbəst işə buraxılmazdan əvvəl və ya bir
işdən digərinə keçirildikdə, əmək təhlükəsizliyi tələbləri üzrə bilikləri yoxlanılır
(ilkin yoxlama).
3.11. Fəhlələrin biliklərinin yoxlanılması müəssisə rəhbəri tərəfndən təyin
olunmuş sex, bölmə rəislərindən birinin sədrlik etdiyi komissiya tərəfindən
həyata keçirilir.
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin, kadrlar şöbəsinin
işçiləri, sex rəislərinin müavinləri, baş ustalar, fəhlələrin bilavasitə rəhbərləri
(usta, iş icraçısı və s. MTİ) daxil olur. Konkret şəraitdən asılı olaraq (yoxlanılanın
peşəsi, istehsalatın spesifikası və s.), komissiyanın tərkibinə mexaniklər,
energetiklər, texnoloqlar, qazdanxilasedicilər və digər mütəxəssislər daxil edilir.
Qazma quyularının mənimsənilməsi və əsaslı təmir briqadalarının
üzvlərinin biliklərinin yoxlanılmasında komissiyanın tərkibinə açıq qaz və neft
fontanlarının qarşısının alınması və ləğvi üzrə hərbiləşdirilmiş dəstənin
nümayəndəsi daxil edilir.
Komissiyanın sayca tərkibi, bir qayda olaraq, konkret şəraitə uyğun
müəyyən olunur. Komissiya, 3 nəfərdən az olmamaq şərtilə, natamam tərkibdə
işləyə bilər.
3.12. Komissiyanın işində ancaq bilikləri yoxlanılmış müəssisə işçiləri
iştirak edə bilərlər.
3.13. Fəhlələrin biliklərinin yoxlanılması fərdi qaydada və təlimatlar
əsasında işlənib hazırlanmış sual vərəqələri üzrə (biletlər) keçirilir. Sual
vərəqələri mütəxəssislər və sex rəisləri ilə birlikdə işlənib hazırlanır, əməyin
mühafizəsi və təhlükəsizlik texnikası xidməti ilə razılaşdırılır, baş mühəndis
tərəfindən təsdiq edilir. Sual vərəqəsində icra olunan bütün növ işlər üzrə
təhlükəsizlik tələbləri öz əksini tapmalıdır. Sual vərəqələrinə vaxaşırı yenidən
baxılmalıdır.
3.14. Fəhlələrin biliklərinin yoxlanılmasının nəticələri “İşçilərin biliyinin
yoxlanılmasının qeydiyyat jurnalı”nda göstərilən protokol şəklində rəsmiləşdirilir
(əlavə 5). Protokolda yoxlanılan şəxsin biliyinə verilən qiymətdən əlavə (yaxşı,
kafi, qeyri-kafi), fəhlənin sərbəst işə buraxılmasının mümkünlüyü haqqında rəy
(qərar) verilir.
3.15. Biliyinin ilkin yoxlanılmasından sonra fəhləyə qəbul edilmiş nümunə
üzrə, müvafiq şəkildə rəsmiləşdirilmiş vəsiqə verilir. Vəsiqənin forması 6-cı
əlavədə verilir. Vəsiqəyə müxtəlif qaydada və təlimatların tələbləri üzrə biliyi
haqqında məlumatdan əlavə, işçinin bir bölmədən digərinə keçirilməsi, onun
peşəsi, müxtəlif kurslarda təlim alması haqqında məlumat daxil edilir.
3.16. Yoxlama zamanı təhlükəsizlik tələbləri üzrə biliyi qeyri-kafi
qiymətləndirilmiş işçi gələcəkdə sərbəst işə buraxılmır. Belə hallarda işçi əlavə
təlim keçir və 2 həftə ərzində onun biliyi təkrar yoxlanılır.
Əgər təkrar yoxlama zamanı fəhlənin biliyi yenidən qeyri-kafi
qiymətləndirilərsə, sexin rəhbərliyi onun işə buraxılması haqqında məsələni həll
etməlidir.
3.17. İşçinin biliyinin təkrar yoxlanılmasına üzürlü səbəb olmadan
gəlməməsi əmək intizamının pozulması kımı qiymətləndirilir. Bu işçilərə qarşı
inzibati cəza tədbirləri tətbiq olunur.
3.18. İşçinin biliyinin vaxtaşırı yoxlanılması bir ildən bir, (cədvəl üzrə)
biliyinin ilkin yoxlanılması ilə eyni qaydada, eyni biletlər və protokol üzrə, vəsiqə
tərtib etməklə keçirilir. Cədvəlləri hər il ustalar, iş rəhbərləri tərtib edir və sex
rəisləri təsdiq edir. Cədvəlin forması 6-cı əlavədə verilir.
3.19. Fəhlənin biliyinin yoxlanılması gününün tarixi haqqında 2 haftə
qabaqcadan xəbərdar edilməlidir.
Fəhlə sual vərəqələri ilə (biletlərlə), lazımi dərsliklərlə təmin olunmalı,
biliyinin yoxlanılmasına hazırlıqda praktiki kömək göstərilməlidir.
3.20. Fəhlələrin biliklərinin növbədənkənar yoxlanılması:
-istehsalat (texnoloji) prosesi dəyişdikdə;
-yeni avadanlıqlar və mexanizmlər tətbiq olunduqda;
-yeni təhlükəsizlik qayda və normaları, işin təhlükəsiz gedişi üzrə yeni
təlimatlar tətbiq olunduqda;
-bədbəxt hadisəyə və qəzaya səbəb olmuş təhlükəsizlik qayda və
təlimatların tələblərinin pozulması aşkar olunduqda (sex rəisinin rayilə);
-müəssisə rəhbərliyinin sərəncamı və ya əmri ilə, yuxarı təşkilatların
göstərişi ilə;
-fəhlənin biliyinin kifayət qədər olmadığı aşkar olduqda;
-Dövlət nəzarət orqanları və Həmkarlar İttifaqının texniki nəzarətçilərinin
tələbi ilə;
-başqa işə keçirildikdə və ya işdə 6 ay fasilə olduqda keçirilir.
3.21. Növbədənkənar yoxlama proqramı, onun həcmi və yoxlama üçün
sualların siyahısı hər bir konkret halda, yoxlamanin keçirilməsinin səbəbini
nəzərə almaqla, müəssisə rəhbəri tərəfindən müəyyənləşdirilir.
3.22. Ayrı-ayrı hallarda yuxarı təşkilatların göstərişi ilə fəhlələrin
biliklərinin növbədənkənar yoxlaılmasından əvvəl yoxlama komissiyasının
üzvlərinin bilikləri yoxlanılır.

4. MÜHƏNDİS-TEXNİKİ İŞÇİLƏRİN TƏLİMATLANDIRILMASININ


TƏŞKİLİ VƏ APARILMASI

4.1. Müəssisəyə işə qəbul olunan bütün MTİ ilə, onların iş stajından və
istehsalatın xüsusiyyətindən asılı olmayaraq, işlərin təhlükəsiz aparılması üzrə
giriş təlimatı keçirilməlidir.
Müəssisənin obyekt və sexlərində müxtəlif işlər aparan kənar təşkilatların
MTİ ilə giriş təlimatı keçirilməlidir.
4.2. Giriş təlimatı, müəssisəyə işə qəbul olunan mühəndis-texniki işçilərin
ilk növbədə iş rəhbərlərinin (ustaların, işraçıların, sahə rəislərinin) müəssisədə
əməyin mühafizəsi üzrə işlərin təşkilinin əsas məsələləri, ayrı-ayrı obyektlərin,
sexlərin və müəssisənin bütövlükdə təyinatı və əmək şəraiti, təhlükəsiz əmək
şəraitinin təmini üzrə onların vəzifələri əməyin mühafizəsi məsələləri üzrə rəhbər
sənədlərlə (qaydalar, normalar, standartlar, təlimatlar, əmrlər, göstərişlər və s.)
tanış olmaq məqsədilə keçirilir.
4.3. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin rəhbəri MTİ
ilə giriş təlimatı “İşçilərin ilkin təlimatlandırılmasının qeydiyyatı jurnalı”nda
müvafiq qaydada rəsmiləşdirməklə keçirilir. MTİ-in təlimat keçməsi haqqında
qeydiyyat jurnalında ayrıca səhifə ayrılır.
Lazım gəldikdə, MTİ-lə giriş təlimatının keçirilməsi üçün digər şöbə,
xidmət və aidiyyətli təşkilatların işçiləri də cəlb oluna bilər.
4.4. MTİ-lə giriş təlimatının müəssisənin əməyin mühafizəsi və
təhlükəsizlik texnikası xidməti tərəfindən işlənib hazırlanan və baş mühəndis
tərəfindən təsdiqlənən proqram üzrə keçirilir.
4.5. Müəssisəyə işə qəbul olunan, bir vəzifədən digərinə keçirilən ustalarla
giriş təlimatından əlavə, iş yerində də təlimat keçirilməlidir.
4.6. Ustaların, işraçıların, iş rəhbərlərinin iş yerlərində təlimatlandırılmasını
sex (xidmət, şöbə) rəhbəri keçirir. Bu zaman usta, icraçı istehsalatın şəraiti
(texnoloji proses, avadanlıq) işin düzgün və təhlükəsiz təşkili üsulları ilə, iş
prosesində vacib olan təlimat, qayda və konkret vəzifələrlə tanış olmalıdır.
Ustaların, iş rəhbərlərinin təlimatlandırılması proqram üzrə aparılır. Proqram sex,
bölmə rəisi tərəfindən işlənib hazırlanır əməyin mühafizəsi və təhlükəsizlik
texnikası xidmətilə razılaşdırılır və müəssisənin baş mühəndis tərəfindən təsdiq
olunur.
4.7. Ustaların iş yerində təlimatlandırılması onların işləyəcəyi briqadanın,
sahənin təlimatı “İşçilərin iş yerində təlimatlandırılmasının qeydiyyatı jurnalı”nda
rəsmiləşdirlir.
4.8. MTİ-lə iş yerlərində vaxtaşırı təlimat keçirilir. Lazım gəldikdə, onlarla
cari məsələlər üzrə (tapşırıq-icazə ilə işlərin yerinə yetirilməsindən əvvəl, yuxarı
təşkilatların göstərişilə, müəssisə rəhbərliyinin əmr və sərəncamı ilə)
növbədənkənar və ya birdəfəlik təlimat keçirilir.
Növbədənkənar təlimatların keçirilməsi haqqında məlumatı, məlumat
məktublarının alınması və təhlilini, baş vermiş bədbəxt hadisələr haqqında
məlumat və əmrləri sex rəisi “İşçilərin iş yerində təlimatlandırılmasının
qeydiyyatı jurnalı”nda rəsmiləşdirir.

5. MÜHƏNDİS-TEXNİKİ İŞÇİLƏRİN ÖYRƏDİLMƏSİNİN VƏ


BİLİKLƏRİNİN YOXLANILMASININ TƏŞKİLİ

5.1. Bütün aparılan işlərin bilavasitə rəhbərləri (ustalar, iş işraçıları), sex,


xidmət və digər istehsalat bölmələrinin rəisləri işə buraxılmazdan əvvəl və ya
müəssisə rəhbərinin sərəncamı ilə müəyyən olunmuş vaxtda əməyin mühafizəsi
məsələləri üzrə müvafiq təlim keçməli və təhlükəsizlik tələbləri üzrə bilikləri
yoxlanılmalıdır.
5.2. MTİ-lə əmək mühafizəsi məsələləri üzrə təlim bir qayda olaraq,
müəssisənin baş və aparıcı mütəxəssisləri tərəfindən işlənib hazırlanmış və
müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş proqram üzrə qrup üsulu
ilə aparılır.
MTİ bilavasitə onların rəhbərlərinin nəzarəti altında fərdi təlim keçə
bilərlər.
5.3. Müəssisələrdə vəzifəyə yeni təyin olunmuş və ya başqa vəzifəyə
keçirilmiş bütün mühəndis-texniki işçilərin, əməyin təhlükəsizliyi məsələləri üzrə
müvafiq təlim keçmələrindən sonra, təhlükəsizlik tələbləri haqqında bilikləri
yoxlanılmalıdır.
5.4. Birlik, idarə və müəssisələrin rəhbər və mühəndis-texniki işçilərinin,
istehsalat şöbələri rəislərinin, baş mütəxəssislərinin və aparıcı mühəndislərinin
biliklərinin ilkin yoxlanılması müəssisə birlik rəhbərliyi tərəfindən müəyyən
olunmuş müddətdə, vəzifəyə təyin olunduğu vaxtdan bir ay gec olmayaraq
keçirilir.
Ustaların, icraçıların bilavasitə iş rəhbərlərinin biliklərinin ilkin yoxlanılması
sərbəst işə buraxılmazdan əvvəl keçirilir.
5.5. Zəruri hallarda (məsələn elektrik qurğularının istismarında) ayrı-ayrı
mühəndis-texniki işçilər müəyyən qaydada təlim keçməkdən başqa, sərbəst işə
buraxılmazdan əvvəl, müəssisə rəhbərliyi tərəfindən, qüvvədə olan qaydaların
tələblərinə uyğun, müəyyən edilmiş müddət ərzində təcrübə keçməlidirlər.
5.6. Vaxtaşırı aşağıdakı şəxslərin bilikləri yoxlanılır:
-ustaların, iş icraçılarının, sahə, qurğu, geofiziki partiyaların və digər
bilavasitə iş rəhbərlərinin – hər il;
-müəssisələrin və onların struktur bölmələrinin rəhbərlərinin, şöbə
rəislərinin, xidmət rəhbərlərinin, baş mütəxəssislərin və digər mühəndis-texniki
işçilərin, bilavasitə Neft Şirkətinə tabe olan birliklərin, idarələrin şöbə rəislərinin,
xidmət rəhbərlərinin, mühəndis-texniki işçilərin – 3 ildə bir dəfə;
-bilavasitə Neft Şirkətinə tabe olan birliklərin, idarə və müəssisələrin baş
direktorlarının, müdirlərinin, rəislərinin, onların müavinlərinin, əməyin
mühafizəsi və təhlükəsizlik texnikası xidmətləri rəhbərlərinin, həmçinin Neft
Şirkəti aparatının şöbə rəislərinin, xidmət rəhbərlərinin, aparıcı və digər
mühəndis-texniki işçilərinin – 5 ildə bir dəfə.
5.7. Rəhbər heyətin və MTİ-in bilikləri hər il tərtib olunmuş cədvəl üzrə
aparılır. Cədvəlin forması 6-cı əlavədə göstərilir.
Cədvəllər əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətləri
tərəfindən tərtib olunur, müəssisə və idarələrin baş mühəndisləri tərəfindən
təsdiqlənir.
5.8. Birlik və müəssisələrin rəhbər və mühəndis-texniki işçilərinin
biliklərinin növbədənkənar yoxlanılması aşağıdakı hallarda keçirilir:
-yeni və ya yenidən işlənib hazırlanmış təhlükəsizlik qayda və normalar
qüvvəyə mindikdə;
-istehsalatda yeni növ avadanlıqlar və ya yeni istehsalat prosesləri tətbiq
olunduqda;
-onların rəhbərlik etdiyi işlərdə və obyektlərdə təhlükəsizlik qayda və
normalarının pozulması aşkar olduqda;
-yuxarı təşkilatların göstərişi, Dövlət nəzarət orqanları və Həmkarlar
İttifaqının əmək üzrə texniki müfəttişlərinin tələbi ilə.
Biliklərin növbədənkənar yoxlanılmasının zəruriyyəti, həcmi və müddəti
hər bir konkret halda müəssisə və ya birliyin rəhbərliyi tərəfindən müəyyən
olunur.
5.9. Müəssisənin ustalarının, baş ustalarının, baş mühəndislərinin, sex,
sahə rəislərinin, onların müavinlərinin və digər mühəndis-texniki işçilərinin
biliklərini müəssisədə əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən
komissiya yoxlayır.
Sex və sahələrin qalan MTİ-in biliklərinin yoxlanılması, tərkibində sex rəisi,
sex rəisinin müavini, təhlükəsizlik texnikası xidmətləri və əməyin mühafizəsi
xidməti işçiləri, müəssisənin texniki-istehsalat xidmətinin mütəxəssisləri daxil
olan komissiya tərəfindən həyata keçirilir. Bu komissiyalar müəssisə rəhbərinin
əmri ilə yaradılır.
5.10. Müəssisənin komissiyalarında əmək təhlükəsizliyi tələbləri üzrə
bilikləri yoxlanılacaq mühəndis-texniki işçilərin vəzifələrinin siyahısını
müəssisənin rəisi müəyyənləşdirir və təsdiq edir.
5.11. Müəssisənin rəhbər işçilərinin, baş mexaniklərinin, baş energetik və
əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti işçilərinin, baş
mütəxəssislərinin, şöbə rəislərinin və birliyin idarəetmə aparatının digər MTİ-in
biliklərinin yoxlanılması əməyin təhlükəsizliyi üzrə DFK-sı və ya yoxlanılan
işçilərin vəzifəsindən asılı olaraq, DFK-nın köməkçi komissiyası tərəfindən həyata
keçirilir.
Müəssisələrin baş energetiklərinin biliklərini birliyin baş energetikinin
sədrlik etdiyi komissiya yoxlayır.
5.12. Birliyin tabeliyində olan idarə, müəssisə və digər təşkilatların rəhbər
işçilərinin, baş mütəxəssislərinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası
xidmətinin rəhbərlərinin biliyi, yoxlanılan işçilərin vəzifəsindən asılı olaraq, idarə
və birliklərin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyası və
ya onların köməkçi komissiyası tərəfindən yoxlanılır.
5.13. Birliyin tabeliyində olan idarə, təşkilatların komissiyalarında və ya
onların köməkçi komissiyalarında biliyi, yoxlanılacaq rəhbər və MTİ-in siyahısını
birliyin, idarənin baş mühəndisləri müəyyənləşdirir və təsdiq edir.
5.14. Neft Şirkətinin bilavasitə tabeliyində olan baş idarələrin, idarə və
birliklərin baş direktorlarının (rəislərinin), onların müavinlərinin, əməyin
mühafizəsi və təhlükəsizlik texnikası xidməti rəhbərlərinin, mütəxəssislərinin,
aparıcı mühəndislərin və rəislərin biliklərinin yoxlanılmasını Şirkətin komissiyası
həyata keçirir.
5.15. Rəhbər və mühəndis-texniki işçilərin biliklərini yoxlayan
komissiyalarda birliyin, idarənin, müəssisənin, Həmkarlar İttifaqları
komitələrinin, Dövlət nəzarət orqanlarının, açıq qaz və neft fontanlarının
qarşısının alınması və ləğvi üzrə hərbiləşdirilmiş dəstənin nümayəndələri iştirak
edə bilərlər.
Komissiyanın işi haqqında 10 gündən gec olmayaraq müvafiq bölmələrə
xəbər verilməlidir.
5.16. Komissiya natamam tərkibdə işləyə bilər, lakin komissiyanın say
tərkibi bütün hallarda 3 nəfərdən az olmamalıdır.
5.17. Komissiyanın işində öz növbəsində müvafiq komissiyalarda bilikləri
yoxlanılmış işçilər iştirak edə bilərlər.
5.18. Rəhbər və MTİ-in bilikləri onların vəzifə borclarının profili üzrə tərtib
olunmuş biletlərlə yoxlanılır.
Müəssisənin MTİ-in biliklərinin yoxlanılması üçün sual vərəqələri (biletlər)
əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti işçiləri və müəssisənin baş
və aparıcı mütəxəssisləri tərəfindən işlənib hazırlanır.
Müəssisənin rəhbər işçilərinin, baş mütəxəssislərinin, birliyin idarəetmə
aparatının MTİ-nin biliklərinin yoxlanılması üçün sual vərəqələrini, birliyin baş
mütəxəssisləri ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti işçiləri
birgə işləyib hazırlayır və birliyin baş mühəndisi tərəfindən təsdiq edilir.
Sual vərəqələri hər bir sənəd üzrə (qayda, norma, əsasnamə) ayrı-
ayrılıqda işlənib hazırlanır.
Sualların həcmi (siyahısı) hər bir konkret halda yoxlanılanın vəzifəsindən
asılı olaraq komissiya tərəfindən müəyyənləşdirilir.
5.19. Rəhbər və MTİ-in biliklərinin yoxlanılmasının nəticələri “Heyətin
biliklərinin yoxlanılmasının qeydiyyat jurnalı”nda göstərilmiş protokol üzrə
rəsmiləşdirilir. Jurnalın forması 5-ci əlavədə verilir.
Protokolda yoxlanılan şəxsin biliyinə verilən qiymətdən əlavə (yaxşı, kafi,
qeyri-kafi), işçinin işə buraxılması mümkünlüyü və ya tutduğu vəzifədən
müvəqqəti olaraq kənar edilməsi haqqında qərar qetd olunuir.
Biliklərin bir neçə qayda üzrə yoxlanılması ayrı-ayrı protokollarda
rəsmiləşdirilir.
5.20. Yoxlama zamanı təhlükəsizlik tələbləri üzrə biliyi qeyri-kafi
qiymətləndirilmiş şəxs komissiyanın qərarı ilə işə bilavasitə rəhbərlikdən
kənarlaşdırılır və 2 həftə müddətində təkrar yoxlamadan keçir.
Təkrar yoxlama zamanı da qeyri-kafi nəticələr göstərən şəxslərə qarşı
komissiya, müvafiq hüquqi qaydada müdiriyyət qarşısında onların tutduğu
vəzifədən azad olunması haqqında məsələ qaldırır.
5.21. Müəssisə və birliklərdə, əməyin mühafizəsinin ən mürəkkəb
məsələləri üzrə MTİ-in bilik səviyyəsinin artırılması məqsədi ilə müəyyən
olunmuş qaydada qısa müddətli seminarlar, kurslar və mühazirələr təşkil
olunmalı, konferensiya və müşavirələr çağırılmalı, həmçinin əməyin mühafizəsi
məsələləri üzrə qabaqcıl kollektivlərin təcrübəsi öyrənilməli və təcrübə
mübadiləsi keçirilməlidir.

6. İŞÇİLƏRLƏ GİRİŞ TƏLİMATININ KEÇİRİLMƏSİ ÜZRƏ


METODİK GÖSTƏRİŞLƏR

6.1. Metodik göstərişlər “İşçilərin təhlükəsiz iş üsullarının öyrədilməsi


qaydası haqqında əsasnamə”yə əlavə kimi işlənib hazırlanmış və neft
səyayesinin müəssisə və təşkilatlarının əməyin mühafizəsi və təhlükəsizlik
texnikası xidməti işçiləri üçün praktiki vəsaitdir.
6.2. Bu göstərişlər neft səyayesinin və digər sənaye sahələrinin
müəssisələrində işçilərlə giriş təlimatının keçirilməsi təcrübəsinin hərtərəfli təhlili
əsasında işlənib hazırlanmışdır. Giriş təlimatlandırlmasının qəbul edilmiş
qaydasından kənara çıxma halları göstərir ki, bəzi səbəblərdən təlimatlandırlma
öz məqsədinə çatmır.Vahid üsulun, nümunəvi proqramların, lazımi praktiki
dərsliklərin olmaması, əməyin mühafizəsi işçilərinin ixtisaslaşmasının müxtəlif
olması və s. Belə səbəblərdəndir.
6.3. Giriş təlimatının keçirilməsində səhflərə və nöqsanlara yol verməmək
məqsədilə göstərişlərdə bu növ təlimin keçirilməsinin əsas istiqamətləri verilir.
Bu məqsədlə giriş təlimatının aşağıda göstərilən nümunəvi proqramı işlənib
hazırlanmışdır.
6.4. Giriş təlimatı sadə və asan qavranılan formada aparılmalı, işçilər vacib
olmayan məlumatlarla, rəqəmlərlə və texniki terminlərlə həddindən artıq
yüklənməməlidir.
Təlimat keçən işçilərin inkişaf səviyyəsi, təhsili, iş təcrübəsi, yaşı müxtəlif
olduğundan şərh olunan mövzunun eyni səviyyədə mənimsəyə bilməyəcəkləri
nəzərə alınmalıdır.
6.5. İşçilərin təlimatlandırlması zamanı Dövlət nəzarət orqanlarının,
Həmkarlar İttifaqları komitələrinin müxtəlif sərəncamlarının adlarının, nömrə və
tarixlərinin göstərilməsi, ayrı-ayrı fiziki kəmiyyətlərin (işıq axını, işıqlandırma
səviyyəsi, səs və titrəyiş dərəcəsi və s.) mahiyyətinin ətraflı izah edilməsi vacib
deyil. Giriş təlimatlandırlmasının 10-15 dəqiqəlik söhbətlə sadələşdirilməsinə,
ixtisar edilməsinə, bu işin sənədləşdirilməsi ilə kifayətlənməsinə yol
verilməməlidir.
6.6. Hər bir peşə işçiləri (fəhlələri) üçün giriş təlimatı tam həcmdə
keçirilməlidir, belə ki, orada baxılan məsələlərin əksəriyyəti bütün peşələr üçün
ümumidir. Təlimatlandırma müddəti 2 saatdan az olmamalıdır.
6.7. Təlimatlandırma zamanı müəssisədə sağlam və təhlükəsiz əmək
şəraitinin təmini üzrə aparılan işlərin işıqlandırılması, işçilərin diqqətini
təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi üzrə vəzifələrinə yönəldilməsi
məsləhət görülür. Təlimatı müəssisədə olan misalların müzakirəsilə aparılması
zəruridir.
6.8. Giriş təlimatı əmək mühafizəsi kabinetində və ya xüsusi təchiz
olunmuş otaqlarda, texniki təlim vasitələrindən və proqramların məzmununa
konkret cavab verən lazımi əyani vasitələrdən istifadə etməklə keçirilməlidir.
Proqramın mürəkkəb bölmələrinin izahından sonra təlimatlandırılan
materialı yaxşı qavramasına əmin olmaq məqsədəuyğundur.
Təlimatlandırılan aydın olmayan məsələlər təkrar izah olunmalıdır.
Təlimatlandırma prosesində əyani vasitələrdən (plakatlar, maketlər,
nümunələr, sxemlər və s.), həmçinin diafilmlərdən, kinofilmlərdən və materialı
yaxşı mənimsənilməsinə kömək edən vasitələrdən istifadə etmək məsləhət
görülür.
Təlimatlandırmanın ayrı-ayrı məqamları praktiki misallardan istifadə
etməklə aparılmalıdır. İstehsalat xəsarətalmalarının səbəblərini təhlil edərkən,
bədbəxt hadisələrin səbəblərinin dərk edilməsinə və yadda qalmasına kömək
edən misallar seçilməlidir.
6.9 İŞÇİLƏRİN GİRİŞ TƏLİMATLANDIRILMASININ NÜMUNƏVİ
PROQRAMI

6.9.1. Müəssisə haqqında ümumi məlumat:


-müəssisənin və onun ayrı-ayrı bölmələrinin təyinatı, strukturu və
xüsusiyyəti;
-müəssisənin, onun sexlərinin, sahələrinin, emalatxanalarının, ayrı-ayrı
obyektlərinin yerləşdiyi sahə;
-müəssisənin və onun bölmələrinin iş rejimi.
6.9.2. Azərbaycan Respublikasının Konstitusiyasının və Əmək Məcəlləsinin
bəzi müddəaları:
-Azərbaycan Respublikası vətəndaşlarının əmək, istirahət və sağlamlığının
qorunması sahəsində əsas hüquq və vəzifələri;
-Azərbaycan Respublikası vətəndaşları və xarici vətəndaşlar respublikanın
bəzi ərazisində, əmək fəaliyyəti prosesində əməyin mühafizəsi, həyatının və
sağlamlığının qorunması hüququna malikdirlər;
-əməyin mühafizəsi əmək prosesində insanın təhlükəsizliyini, sağlamlığını
və əmək qabiliyyətini təmin edən tədbirlər sistemidir (əmək mühafizəsi üzrə
əsas anlayişların qısa şərhi);
-Əmək qanunvericiliyinə, təhlükəsizlik qayda və normalarına riayət
olunmasına nəzarət edən Dövlət nəzarət orqanları;
-əməyin mühafizəsi sahəsində Həmkarlar İttifaqı orqanlarının rolu və
hüquqları (Həmkarlar İttifaqları komitəsi, əmək mühafizəsi üzrə komissiyalar və
ictimai müfəttişlər);
-əmək müqaviləsi (işə qəbul, işə qəbul zamanı sınaqdan keçirilmə
qaydaları, başqa işə keçirilmə, əmək intizamının pozulmasına görə aşağı maaşlı
işə keçirilmə, başqa işə keçirildikdə təhlükəsizlik texnikası üzrə təlimatlandırma);
-iş vaxtı və ondan istifadə etmə qaydası (istirahət və bayram günləri işə
çıxma şərtləri, güzəşt, qarantiya və kompensasiyalardan istifadə);
-istirahət vaxtı (istirahət və nahar fasiləsi vaxtı, isinmək üçün fasilə,
istirahət günləri, məzuniyyətlər, məzuniyyətlərin növü, və onların verilməsi
qaydası);
-əmək intizamı (fəhlə, qulluqçu və idarə işçilərinin vəzifə borcları, daxili
əmək intizamı, işdə müvəffəqiyyətlərinə görə mükafatlandırma, əmək
intizamının pozulmasına görə cəza tədbirləri);
-qadınların və gənclərin əməyi (qadın və gənclərin əməyinin tətbiqi
qadağan olan işlər, onların məzuniyyətləri, işdə fasilələr, tibbi müayinədən
keçmə qaydası).
6.9.3. Müəssisənin ərazisində, istehsalat və yardımçı binalarda davranış
qaydaları:
-piyadaların və nəqliyyat vasitələrinin hərəkət qaydaları;
-məhdud daxil olma zonalarında işlər aparıldıqda işçilərin orada olması və
hərəkət etməsi qaydaları;
-təhlükəli vəziyyət haqqında xəbərdarlıq üsulları və xəbərdaredici siqnallar;
-siqnal rənglərinin, təhlükəsizlik nişanlarının, səs və işıq siqnalizasiyasının
məzmunu və əhəmiyyəti;
-kənar şəxslərin iş yerlərinə buraxılmasına qadağa;
-tapşırıqda nəzərdə tutulmayan işlərin aparılmasına qadağa;
-fəhlə və qulluqçuların aşkar edilmiş pozuntu, qəza və bədbəxt hadisələr
haqqında xəbər verməsi və onların qarşısının alınması üzrə vəzifə borcları;
-yanar qaz və buxarlanan təhlükəli qatılığının mövcudluğunun əlamətləri,
onların yığılması ehtimalı olan yerlər və aşkar edilməsi üsulları.
6.9.4. İnsanların daşınması qaydaları (təşkili, sənədləşdirilməsi):
-avtomobil nəqliyyatı ilə (avtobuslar, tırtıllı nəqliyyat vasitələri, yük
avtomobilləri;
-hava nəqliyyatı ilə (vertolyotla);
-su nəqliyyatı ilə (katerlərlə, bərələrlə, qayıqlarla, ponton vasitələri ilə və
c.);
-dəmir yol nəqliyyatı ilə.
6.9.5. Təhlükəsizlik texnikasının əsasları:
-istehsalatda, iş yerlərində baş verə biləcək əsas təhlükələr;
-“Təhlükəsizlik texnikası” anlayışının məzmunu;
-bədbəxt hadisələrin qarşısının alınması üzrə əsas üsullar və texniki
vasitələr;
-istehsalat avadanlıqlarına və proseslərinə müvafiq qayda və standartların
tələbləri;
-qoruyucu, çəpərləyici və xəbərdaredici qurğular;
-təhlükəsizlik rəngləri və nişanları;
-elektrik təhlükəsizliyi haqqında əsas məlumatlar;
-elektrik qurğularının istismarında təhlükəsizlik tələbləri;
-iş yerinin təhlükəsiz təşkilinin ümumi əsasları;
-alətlərə və yardımçı vasitələrə olan tələblər;
-yükləmə-boşaltma işlərinə və yüklərin daşınmasına olan ümumi
təhlükəsizlik tələbləri;
-turşu, qələvi, güclü təsiredici, zəhərli və digər zərərli maddələrin tətbiqinə
olan təhlükəsizlik tələbləri;
-maşınların, aqreqatların, yükqaldırıcı mexanizmlərin, təzyiq altında işləyən
qabların istifadə edilməsində təhlükəsizlik tələbləri;
-dəniz özüllərinin, estakadaların, dəniz qazma qurğularının istismarına olan
təhlükəsizlik tələbləri;
-təlimatlandırılanın peşəsindən asılı olaraq, işlərin və əməliyyatların
aparılmasına olan təhlükəsizlik tələbləri;
-yüksək dərəcədə təhlükəli şəraitdə işlərin aparılmasına olan təhlükəsizlik
tələbləri.
6.9.6. İstehsalat sanitariyasının əsasları:
-istehsalat mühitinin əsas sanitar-gigiyena amilləri;-istehsalatın əsas
zəhərli amillərinin yol verilən son həddi yaqqında əsas məlumatlar;
-əməyin sanitar-gigiyena şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər;
-sənaye ventilyasiyası, təyinatı üsulları; təbii və mexaniki ventilyasiya;
ventilyasiya sistemlərinin istismarı; qəza ventilyasiyası, iş rejimi;
-sənaye işıqlandırılması, təyinatı, növləri (süni, təbii);
-işıqlandırılma qurğularının saxlanılması, daşınan çıraqlardan istifadə etmə
qaydaları;
-səs və titrəyiş, onlarla mübarizə üsulları; buraxıla bilən hədd səviyyələri;
səs və titrəyişin insan orqanizminə zərərli təsirinin azaldılması üzrə tədbirlər;
-şəxsi və istehsalat gigiyenasına olan tələblər (su və qida qəbulu rejimi,
qaydası və s.);
-iş yerlərinin saxlanılması və təmizlənməsi qaydası;
-sanitariya-məişət otaqları, onların saxlanılması və onlardan istifadə etmə
qaydaları;
-süd və sabunun verilməsi qaydası.
6.9.7. İşləyənlərin fərdi mühafizə vasitələri:
-təyinatı və növləri, verilmə və dəyişdirilmə qaydaları, istifadə müddəti;
-müxtəlif növ işlərin yerinə yetirilməsində mühafizə vasitələrinə olan
tələblər;
-mühafizə vasitələrindən istifadə etmə qaydaları;
-xüsusi geyimdə olarkən ümumi təhlükəsizlik qaydaları (maşın və
avadanlığın hərəkət edən hissələrinin yaxınlığında olarkən davranış qaydaları,
boy və bədən ölçüsünə görə geyimin seçilməsi, benzin və digər yanar, həlledici
və partlayıştəhlükəli mayelərlə xüsusi geyimin yuyulmasının qadağan edilməsi
və s.);
-fərdi mühafizə vasitələrinin (daimi istifadə olunan və qəza halları üçün
nəzərdə tutulan) saxlanılması qaydası və saxlanılma yerləri.
6.9.8. Yanğın təhlükəsizliyinin əsasları:
-müəssisədə yanğın təhlükəsizliyi üzrə işlərin təşkili;
-neft sənayesi obyektlərinin, dəniz özüllərinin, hidrotexniki qurğuların və
digər dəniz obyektlərinin yanğın təhlükəliliyi baxımından xüsusiyyətləri və
xarakteristikası;
-istehsalatın yanğın təhlükəliliyi dərəcəsinə görə təsnifatı;
-yanğın və yanmanın baş verməsinin əasa səbəbləri;
-yanğınaqarşı ümumi tədbirlər (siqaret çəkmək üçün yerlər, asanalışan və
yanar materialların saxlanılması, keçidlərin, binaların saxlanılması, dəniz
özüllərində, estakadalarda, dəniz qazma qurğularında odlu işlərin aparılması,
boru kəmərlərinin, armaturanın isidilməsi və digər odlu işlər);
-yanğın haqqında xəbərdaredici vasitələr və yanğınsöndürmə dəstəsinin
çağırılması qaydaları, yanğın zamanı insanların köçürülməsi planı;
-yanğınaqarşı inventardan və yanğınsöndürmə vasitələrindən istifadə
qaydası;
-yanğın baş verdikdə neft məhsullarının, elektrik naqillərinin, elektrik
qurğularının, meşə materiallarının söndürülməsi üsulları və vasitələri.
6.9.9. Bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi üsulları:
-müəssisədə tibbi xidmətin təşkili;
-bədbəxt hadisələr və zəhərlənmə zamanı ilk yardımın vaxtında
göstərilməsinin əhəmiyyəti;
-istehsalatda baş vermiş bədbəxt hadisələr haqqında xəbərvermə qaydası;
-təcili tibbi yardımın çağırılması qaydası və vasitələri;
-bədbəxt hadisə və zəhərlənmə zamanı zərərçəkənlərə ilk yardımın
göstərilməsi üsulları (elektrik cərəyanından zədələnmədə, termik və kimyəvi
yanmada, günəş şüalarının vurmasında, donma, yaralanma, sınıq, əzik, gözlərin
zədələnməsində, qaz və neft məhsulları buxarlarından zəhərlənmədə, zəhərli
həşəratların dişləməsi nəticəsində və s.);
-suya düşənə yardım üsulları.
6.9.10. Yekun müddəa:
-istehsalatda obyektlərin və işçilərin xəsarətalması ilə bağlı maddi ziyanın
ödəniş qaydası;
-xəstəlik vərəqəsinin pulunun ödəniş qaydası;
-istehsalatda, məişətdə, işə gedərkən və işdən qayıdarkən baş vermiş
bədbəxt hadisələrin araşdırılması və rəsmiləşdirilməsi qaydası;
-işçilərin istehsalatda xəsarətalmalarının qarşısını alan tədbirlərdə, əməyin
mühafizəsi üzrə qaydaların və təlimatların pozulmasına qarşı profilaktik işlərdə
iştirakı üsulları.

6.10 PROQRAMIN AYRI-AYRI BÖLMƏLƏRİNİN


AYDINLAŞDIRILMASI

6.10.1.”Müəssisə haqqında ümumi məlumatları” bölməsində işə götürülən


işçiyə müəssisə, əsas istehsalatın xarakteristikası haqqında, istehsalat şəraitinə
sərbəst bələd olma imkanı verən iş rejiminin xüsusiyyətləri haqqında ümumi
anlayış verilir.
6.10.2.”Əmək qanunvericiliyinin əsas müddəaları” bölməsində işçilərin
istirahət və ictimai təminat hüquqları haqqında qanunu şərh edərkən, eyni
zamanda hər birisinin vicdanla çalışmaq və əmək intizamına riayət etmək borcu
üzərində dayanmaq vacibdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsini izah etmək lazımdır.
Təcrübə göstərir ki, fəhlələrin və qulluqçuların heç də hamısı istər öz
xahişi ilə, istərsə də müdiriyyətin təşəbbüsü ilə işdən çıxmasının nəticələrini
aydın təsəvvür etmirlər.
Giriş təlimatı keçərkən, işə götürənlərə bir müəssisədə uzun müddət
işləyənlərin istifadə etdikləri bütün güzəştlər haqqında dəqiq məlumat
verilməlidir. Əmək intizamını pozmaq və işə gəlməmək səbəbindən işdən
çəxarılmasının nəticəsi haqqında məsələnin şərh edilməsinin müəyyən tərbiyəvi
əhəmiyyəti vardır.
Fəhlələrin əmək mübahisələrinin baxılması qaydalarını bilməməsindən,
bilavasitə müəssisədə həll ediləcək məsələlərə dair çoxlu şikayət, ərizə və sorğu
yuxarı təşkilatlara və Həmkarlar İttifaqı komitələrinə göndərilir. Buna görə
fəhlələrə giriş təlimatı keçərkən bu məsələ üzərində qısaca dayanmaq lazımdır.
Əmək intizamı haqqında məsələ şərh edilərkən, əmək və istehsalat intizamına
riayət olunmasının əhəmiyyətini, qaydaların pozulması hallarının istehsalatda
bədbəxt hadisələrin artmasına təsirini xüsusi qeyd etmək, bu zaman həmin
səbəblərə görə baş vermiş bədbəxt hadisələrdən bir neçəsini misal gətirmək
lazımdır.
Əsas mövzunu şərh etdikdən sonra, ilin müxtəlif dövrlərindən asılı olaraq,
işin xüsusiyyətləri üzərində dayanmaq (əgər bu əlavə təhlükəsizlik tədbirlərinin
görülməsi ilə əlaqədardırsa) vacibdir.
Açıq havada və ya qızdırılmayan binalarda işləyənlərə qızınmaq üçün
verilən fasilədən danışarkən, həmin yerdə havanın hansı temperaturunda və
hansı müddətə fasilə verildiyini göstərmək lazımdır.
Təhlükəsizlik nişanları izah olunarkən əyani vasitələr və diafilmlər nümayiş
etdirilməlidir.
6.10.3.Təhlükəli və zərərli istehsalat amillərinin xarakteristikası müvafiq
istehsalata uyğun və onun xüsusiyyətindən asılı olaraq (NQÇİ, zavod, geofizika,
nəqliyyat, tikinti təşkilatları və s.) şərh olunmalıdır. Qaz, partlayış və yanğın
təhlükəli yerlərin siyahısı “Qəzanın ləğvi planının tərtibi üzrə təlimatın” əsasında,
hamçinin yerli şəraiti nəzərə almaqla tərtib olunur. Həmin bölmədə yüksək
dərəcədə təhlükəli şəraitdə aparılan işlərin siyahısı göstərilməlidir.
Təhlükəsizlik nişanları haqqında izahat mütləq ƏTSS-na istinad edərək
verilməli, əyani vasitələrin, diafilmlərin və ya nişanların bədii işlənmiş
təsvirlərinin nümayişi ilə müşayiət edilməlidir.
6.10.4.”İşçilərin daşınması qaydası” bölməsi fəhlə və qulluqçulara
“İşçilərin avtomobil nəqliyyatı ilə estakadada, gəmidə və vertolyotda təhlükəsiz
daşınması qaydaları”nda göstərilən fəhlə, mühəndis-texniki və rəhbər işçilərin
vəzifə borclarını geniş izah etmək lazımdır. Avtomobil nəqliyyatı ilə daşındıqda,
dəyənəcəq yerləri, növbə və marşrut avtobuslarının hərəkət cədvəli
göstərilməlidir.
Fəhlələrin iş yerlərinə və geriyə hava və ya su nəqliyyatı ilə daşınması
hallarında təlimat verən özü müvafiq təşkilatda təlimatlandırılmalı, ancaq
bundan sonra işə qəbul olunanları bu məsələlər üzrə təlimatlandırılmalıdır.
6.10.5.”İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasının təşkili”
bölməsində hər peşə üzrə təlimatlandırılanlara hansı xüsusi geyim, xüsusi
ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi konkret göstərilməlidir.
Bundan əlavə, fərdi mühafizə vasitələrindən düzgün istifadə etmə qaydaları
nümayiş etdirilməli, bu qaydaların pozulmasının nəticələri haqqında misallar
çəkilməlidir (xüsusən, odlu və qaztəhlükəli işlərin yerinə yetirilməsində,
hündürlükdə, quyuda, tutumların içində, həmçinin mexanizmlərin üstündə işlərin
aparılması zamanı).
6.10.6.”Yanğın təhlükəsizliyinin əsasları” və “Bədbəxt hadisə baş verdikdə
ilk tibbi yardımın göstərilməsi üsulları” bölmələri üzrə təlimatın keçirilməsinə
müvafiq mütəxəssislərin cəlb edilməsi məsləhət görülür.
Nəzərə almaq lazımdır ki, ilk tibbi yardımın göstərilməsi üçün tək qaydaları
bilmək kifayət deyil. Burada məşğələ və təlimlər nəticəsində qazanılan müəyyən
təcrübə tələb olunur. İşçilərə bu barədə plakatlar, maketlər, eksponatlar, işləyən
modellər və s. nümayiş etdirilməlidir.
Gələcəkdə ilk yardımın göstərilməsi üzrə təlim tibbi heyətlə birlikdə,
xüsusi məşğələlərdə keçirilməlidir.
6.10.7.Konkret istehsalat şəraitindən, yerinə yetirilən işdən və digər
şərtlərdən asılı olaraq, təlimat proqramının ayrı-ayrı bölmələri dəyişilə bilər və
ya oraya əlavələr oluna bilər. Təlimat keçirən şəxslər hər bir bölmədə
istehsalatın xüsusiyyətlərini əks etdirməli və bütün məsələləri dəqiq və dolğun
ifadə etməlidirlər.
6.10.8.Proqram nümunəvidir və ona riayət edilməlidir, belə ki, Əsasnamə
təlimdə vahid metodik istiqamətin olmasını tələb edir, giriş təlimatı isə işçilərin
təhlükəsiz iş üsullarının öyrədilməsi sistemində ilk mərhələdir.
Giriş təlimatının keçirilməsindən asılı olaraq, işçilərdə müəssisə
müdiriyyətinin əməyin mühafizəsi məsələlərinə münasibəti haqqında ilk təsəvvür
yaranır.
Mövzunun daha yaxşı qavranılması üçün təlimatının keçirilməsi əyani
vasitələrin, diafilmlərin, plakat, sxem, eksponatların, işlək modellərin və s.
nümayişi ilə müşayiət edilməlidir.
Lazım gəldikdə, təlimat keçirən hər bir şəxs ilkin təlimatlandırma
proqramının bütün məsələlərini, nümunəvi proqramdan fərqli olaraq, daha
dolğun, tam həcmdə ifadə etməyi bacarmalıdır.

7.ƏMƏK TƏHLÜKƏSİZLİYİ TƏLİMATLARININ İŞLƏNİB


HAZIRLANMASI ÜZRƏ METODİK GÖSTƏRİŞLƏR

7.Ümumi hissə

7.1.1.Bu metodik göstərişlər əmək təhlükəsizliyi üzrə təlimatların işlənib


hazırlanmasının, saxlanılmasının, qediyyatının, təsdiq olunmasının,
razılaşdırılmasının, yenidən baxılmasının vahid qaydasını müəyyənləşdirir və
buraya təlimatların məzmununa, quruluşuna, izahına və tərtibinə olan tələblər
daxil edilir.
7.1.2.Respublikanın əmək qanunvericiliyinin əsasları əməyin mühafizəsi
üzrə normativ sənədlərin, bu sənədlərə aid olan əməyin təhlükəsizliyi üzrə
təlimatların işlənib hazırlanmasının vahid qaydasını müəyyən edir.
7.1.3.İş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması və texniki
təchizatı üzrə müəssisə müdiriyyətinin fəaliyyətini müəyyənləşdirən təhlükəsizlik
qaydalarından fərqli olaraq, əmək təhlükəsizliyi üzrə təlimatlar fəhlələrin üzərinə
qoyulmuş vəzifələrin təhlükəsiz yerinəyetirilməsinin üsul, şərait və qaydasını
müəyyən edir, iş terlərində, müəssisənin ərazisində onların davranış qaydalarını,
avadanlığa, maşın və mexanizmlərə təhlükəsiz xidmət üsullarını, qurğu, alət və
fərdi mühafizə vasitələrindən istifadə etmə qaydalarını öyrədir.
7.1.4.Əməyin təhlükəsizliyi üzrə təlimatlar məzmunu və təyinatından asılı
olaraq, nümunəvi (sahə təyinatlı) təlimatlara və müəssisə və təşkilatlarda işlənib
hazırlanmış yerli təlimatlara bolünür.
7.1.5.Əməyin təhlükəsizliyi üzrə nümunəvi təlimatlar, bir qayda olaraq
sahənin əsas peşə işçiləri üçün işlənib hazırlanır.
Nümunəvi təlimatlarda konkret müəssisənin istehsalat texnologiyasının və
təşkilinin xüsusiyyətləri nəzərə alınmadan, əsas təhlükəsizlik tələbləri, bu və ya
digər peşə üzrə istehsalat əməliyyatlarının yerinə yetirilməsi üsul və qaydaları
şərh olunur.
7.1.6.Nümunəvi təlimatlar elm və texnikanın nailiyyətlərini və müasir
istehsalatın inkişafını nəzərə almaqla, müvafiq təhlükəsizlik qayda və normaları,
yanğın təhlükəsizliyi, ƏTSS standartları, tikinti norma və qaydalarının, digər
əmək təhlükəsizliyi məsələləri üzrə normativ sənədlərin əsasında elmi-tədqiqat
institutları və laboratoriyaları tərəfindən işlənib hazırlanır, Həmkarlar İttifaqının
komitəsi ilə razılaşdırılmaqla Neft Şirkəti tərəfindən təsdiq olunur, lazım gəldikdə
isə Dövlət nəzarət orqanları ilə də (Dövlətdağmədəntexnəzarət orqanı, Baş
enerji nəzarət orqanı və s.) razılaşdırılır.
7.1.7.Əmək təhlükəsizliyi üzrə yerli təlimatlar (gələcəkdə-əməyin
təhlükəsizliyi üzrə təlimat) qüvvədə olan təhlükəsizlik və yanğın təhlükəsizliyi
norma və qaydalarını, əmək təhlükəsizliyi standartlarını, avadanlığın
pasportunu, istismar üzrə təlimatları, həmçinin yerli şəraiti nəzərə almaqla,
mövcud nümunəvi təlimatların, konkret istehsalat şəraitinin, istehsalatın
texnologiyası və təşkilinin xüsusiyyəti (spesifikası), əməyin təşkilinin forması,
xidmət olunan avadanlıq, maşın, mexanizmlərin, tətbiq olunan alətlərin,
qurğuların əsasında işlənib hazırlanır.
7.1.8.Əmək təhlükəsizliyi üzrə təlimat, işin təhlükəsiz aparılmasında,
qayda və üsulların mənimsənilməsində praktiki dərslikdir. İşçi öz iş vəzifələrinin
yerinə yetirilməsində onu rəhbər tutmalıdır.

7.2.TƏLİMATLARININ İŞLƏNİB HAZIRLANMASI,


RAZILAŞDIRILMASI VƏ TƏSDİQ EDİLMƏSİ QAYDASI

7.2.1.Əməyin təhlükəsizliyi üzrə təlimatlar:


-hər bir fəhlə peşəsi üçün (neft və qazçıxarma operatoru, elektrik
qaynaqçısı, krançı və s.) texnoloji proseslərin, istifadə olunan alətlərin, xidmət
olunan avadanlıqların müxtəlifliyini və xüsusiyyətlərini nəzərə almaqla, ayrıca
işlənib hazırlanmalıdır;
-müxtəlif peşəyə, ixtisasa malik olanların yerinə yetirdikləri ayrı-ayrı iş
növləri üçün, müəyyən növ avadanlıqla, bir neçə peşəli fəhlələrin istifadə etdiyi
alətlərlə, cihazlarla işi təhlükəsiz yerinə yetirmək üçün (məsələn hündür yerdə,
dəzgahda işlədikdə, elektrik avadanlığından istifadə etdikdə və s.) işlənib
hazırlanmalıdır;
-bütün işləyənlər üçün ümumi (yanğın təhlükəsizliyi üzrə, giriş təlimatı
keçmək üçün, şəxsi gigiyena tələblərinə riayət edilməsi üçün və s.) işlənib
hazırlanmalıdır.
İş növləri üzrə təlimatlar-işlərin yerinə yetirilməsi və istehsalat otaqlarında
işçilərin davranış qaydalarını, məsul iş rəhbərlərinin (usta, briqadir, prorab və s.)
və fəhlələrin konkret işin aparılmasında rəhbər tutduqları iş üsullsrını müəyyən
edən əsas sənədlərdən biridir.
7.2.2.Müəssisələrdə təlimatlar sex, sahə, qurğu, şöbə raisləri, onların
müavinləri və ya təyin etdikləri ixtisaslı mütəxəssislər (mühəndislər, mexaniklər,
energetiklər, texnoloqlar, laboratoriya müdirləri) tərəfindən işlənib hazırlanır.
7.2.3.Təlimatların vaxtında və yüksık səviyyədə işlənib hazırlanmasına
aşağıdakı şəxslər məsuliyyət daşıyırlar:
-sexdə, sahədə ayrı-ayrı peşə və yerinə yetirilən iş növləri üzrə-bu
bölmələrin rəhbərləri;
-bir neçə bölmə üçün ümumi təlimatların hazırlanmasına müəssisənin baş
mühəndisinin göstərişi ilə həmin bölmələrdən birinin rəhbəri (elektrik qurğularını
istismar edən şəxslər üçün-baş energetik, avadanlaıqları istismar edən şəxslər
üçün-baş mexanik);
-müəssisədə bütün işləyənlər üçün ümumi təlimatlar bölmələrin birinin
rəhbəri və müəssisənin baş mühəndisinin göstərişi ilə (sərəncamı)-baş
mütəxəssislərdən biri.
Lazım gəldikdə, təlimatların işlənib hazırlanmasına digər bölmələrin (baş
mexanikin, baş energetikin, texnoloqun və s. xidmətlərin) mütəxəssisləri də
müəyyən olunmuş qayda üzrə cəlb oluna bilərlər.
Müəssisələrin əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti təlimatı
işləyib hazırlayanlara metodik yardım göstərir.
7.2.4.Təlimatların işlənib hazırlanmasında:
-tələb olunan təlimatların siyahısı müəyyənləşdirilməlidir;
-müvafiq iş növü, peşə üzrə lazımi sənədlər, ədəbiyyat (təhlükəsizlik
norma və qaydaları, standartlar, nümunəvi təlimatlar, tarif-ixtisas sorğu
kitabçası və s.) toplanıb öyrənilməlidir;
-texnoloji proses, onun xüsusiyyəti, ayrı-ayrı əməliyyatların yerinə
yetirilməsinə olan tələblər və qaydalar öyrənilməlidir, müvafiq peşələr üzrə
işlərin xüsusiyyəti, tarif-ixtisas sorğu kitabçasının tələbləri nəzərə alınmaqla
araşdırılmalıdır;
-əmək şəraiti, əməyin təşkili, xidmət olunan avadanlığın, istifadə olunan
alət, tərtibat, materialların xüsusiyyətləri öyrənilməlidir, bədbəxt hadisələrə,
xəstəliklərə, zəhərlənmələrə səbəb ola bilən təhlükəli və zərərli istehsalat
amilləri və digər təhlükəli məqamlar aşkar edilməlidir;
-hər bir işçinin peşə xəstəliklərinə tutulması və baş vermiş bədbəxt
hadisələri doğuran şərait və səbəblər təhlil edilməlidir;
-təhlükəsiz iş üsulları, həmçinin təlimatlara daxil ediləcək texniki və
təşkilati təhlükəsizlik tələbləri müəyyənləşdirilməlidir.
Göstərilən siyahı nümunəvidir və təlimatları işləyib hazırlayan şəxsə
müxtəlif mənbələrdən (dərslik, elmi və sorğu ədəbiyyatı, ixtira və
səmərələşdirici təkliflərin təsviri, qabaqcıl təcrübə və s.), əlavə məlumatlardan
istifadə etməsinə hədd qoyulmur.
7.2.5.İşlənib hazırlanması tələb olunan təlimatların siyahısı bölmənin
rəhbərləri, baş və aparıcı mütəxəssislərin, əməyin təşkili və əmək haqqı
şöbəsinin, əmək mühafizəsi və təhlükəsizlik texnikası xidməti işçilərinin iştirakı
ilə tarif-ixtisas sorğu kitabçalara və müəssisədə qüvvədə olan texnoloji
sənədlərə əsasən bölmə rəhbərləri tərəfindən müəyyənləşdirilir.
7.2.6.Hər bir bölmə (sahə, sex, xidmət və s.) üçün lazımi təlimatların
siyahısını müəssisənin baş mühəndisi təsdiq edir.
7.2.7.Hər bir peşə üçün nümunəvi təlimatlar əsasında əməyin
təhlükəsizliyi üzrə təlimatlar işlənib gazırlandıqda, konkret şəraiti nəzərə alaraq,
onlara dəyişikliklər və əlavələr edilməlidir. Nümunəvi təlimatların tələblərinin
normativ sənədlərə uyğun olması yoxlanılmalıdır.
7.2.8.İstifadəyə verilmiş yeni istehsalatlara, texnoloji proseslərə və ya
ayrı-ayrı növ işlərə aid norma, qayda və nümunəvi təlimatlar olmadıqda,
konkret əmək şəraitinin və ümumi normativ-texniki sənədlərin əsasında,
proseslərin (işlərin) təhlükəsiz aparılması üzrə tədbirləri nəzərdə tutan
müvəqqəti təlimatlar işlənib hazırlanmalıdır.
Müvəqqəti təlimatların işlənib hazırlanması üzrə məsuliyyəti istehsalatı və
yeni texnoloji prosesləri aparan bölmə rəhbərləri daşıyırlar.
7.2.9.Müəssisənin işçiləri üçün ümumi təlimatlar müəssisənin baş və
aparıcı mütəxəssisləri ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti
tərəfindən işlənib hazırlanır (yenidən baxılır) və rəsmiləşdirilir.
7.2.10.İşlənib hazırlanan təlimatların layihəsi müəssisənin müvafiq
bölmələrinə, şöbələrinə, xidmətlərinə müzakirə üçün verilir.
İrad, rəy və təkliflərin müzakirəsindən və ümumiləşdirilməsindən sonra
təlimatın son layihəsi hazırlanır.
7.2.11.Təlimatların redaktə olunmuş son layihəsi müzakirə edilmək və
təsdiqlənməyə hazırlanmaq üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası
xidmətinə üç nüsxədə təqdim olunur.
7.2.12.Təlimatları bölmənin tərtibatçı-rəhbəri və məsul icraçı, həmçinin
müəssisədə işlənib hazırlanan normativ-texniki sənədlərə norma-nəzarət edən
şəxs imzalamalıdırlar.
Təlimatlar əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti və digər
aidiyyətli xidmətlərlə razılaşdırılmalıdır.
Yüksək tələblər qoyulan işlərə və ya peşələrə təlimatlar işlənib
hazırlandıqda onlar yerli Dövlət nəzarət orqanları ilə də razılaşdırılmalıdırlar.
7.2.13.Təlimatlar müəssisənin baş mühəndisi və Həmkarlar İttifaqı
komitəsi ilə birlikdə təsdiqlənir, müvafiq qaydada rəsmiləşdirilir və müəssisə
üzrə əmrlə qüvvəyə minir.
7.2.14.Təlimatlar müəssisənin müvafiq struktur bölmələri rəhbərlərinin
imzası olan sənəd əsasında onlara verilir.
7.2.15.Müasir texniki səviyyəyə uyğunlaşdırılması və lazımi düzəlişlər
edilməsi məqsədi ilə, təlimatlar 5 ildə bir dəfədən az olmayaraq, əgər xüsusi
qaydalarda başqa müddət nəzərdə tutulmayıbsa, yenidən baxılmalı və nəşr
edilməlidir.
7.2.16.Təlimatlara aşağıdakı hallarda yenidən baxılmalıdır:
-yeni qaydaların, təhlükəsizlik normalarının, nümunəvi təlimatların
dəyişildiyi və ya yeniləri qüvvəyə mindiyi zaman;
-əmək şəraiti dəyişdikdə (texnoloji proseslərin dəyişidirilməsi və ya yeni
texnoloji proseslərin, əməliyyatların və istifadə olunan materialların və s.
tətbiqi);
-baş vermiş bədbəxt hadisələrin təhlili əsasında dəyişikliklər etmək lazım
gəldikdə.
7.2.17.Yenidən baxılacaq təlimatlara əməyin mühafizəsi və təhlükəsizlik
texnikası xidməti, konkret müddəti və məsul icraçısı göstərilməklə cədvəl tərtib
edilir. Cədvəli müəssisənin baş mühəndisi təsdiq edir.
7.2.18.Əgər yenidən baxılan təlimatlarda dəyişikliklər edilməyibsə, onların
nömrələri saxlanılır və təlimatın üz cildinin boş hissəsində “Yenidən baxılıb”
ştampı vurulur, təlimata yenidən baxan məsul şəxsin imzası və tarix qoyulur.
7.2.19.Yenidən baxılan təlimatlar yeni işlənib hazırlanan təlimatlarla eyni
qaydada təsdiq olunur, razılaşdırılır və imzalanır.
7.2.20.Təlimatların vaxtında yenidən baxılmasına, nəşr olunmasına və
düzəlişlər edilməsinə görə məsuliyyəti onları yenidən işləyib hazırlayan
bölmələrin rəhbərləri daşıyırlar.

7.3.TƏLİMATLARIN MƏZMUNUNA VƏ QURULUŞUNA OLAN


TƏLƏBLƏR

7.3.1.Təlimatlarda təhlükəsizlik tələbləri texnoloji proseslərin,


əməliyyatların ardıcıllığına və ya yerinə yetirilən iş prosesinə uyğun
göstərilməlidir.
7.3.2.Əməyin təhlükəsizliyi üzrə təlimatlar aşağıdakı əsas bölmələrdən
ibarət olmalıdır:
-ümumi tələblər;
-işlərin yerinə yetirilməsində təhlükəsizlik tələbləri.
Qeyd: Lazım gəldikdə, işçinin peşəsindən, işin növündən, əmək
şəraitindən və yerinə yetirilən işin xarakterindən asılı olaraq, təlimatların ayrı-
ayrı bölmələri çıxarıla, dəyişdirilə və onlara əlavələr edilə bilər.
7.3.3.Ayrı-ayrı iş növləri üzrə və müəssisənin bütün işçiləri üçün
təlimatların (ümumi təhlükəsizlik tələbləri) mətnini bölmələrə ayırmaq vacib
deyil. Təlimatların bəndləri ardıcıllıqla nömrələnməlidir.
7.3.4.Əməyin təhlükəsizliyi üzrə təlimatda bədbəxt hadisə zamanı
zərərçəkənə və suya düşənə ilk yardım göstərilməsi üzrə qaydalar ayrıca əlavə
kimi daxil edilə bilər.
7.3.5.Təlimatların bölmələri sərbəst başlıqları olan yarımbölmələrdən
ibarət ola bilər. Misal üçün, “İşlərin yerinə yetirilməsində təhlükəsizlik tələbləri”
aşağıdakı yarımbölmələrdən ibarət ola bilər:
-hazırlıq işləri aparılarkən (işə başlamazdan əvvəl) təhlükəsizlik tələbləri;
-texnoloji əməliyyatlar (iş vaxtı, iş prosesində) aparılarkən təhlükəsizlik
tələbləri;
-yekun işlər yerinə yetirilərkən (iş tamamlandıqda) təhlükəsizlik tələbləri
və s.
Bu hallarda bölmənin bəndlərinin ucdantutma nömrələnməsi saxlanılır,
yarımbölmələr nömrələnmir. Yarımbölmələrin başlıqları seçilməlidir (sətri
harflərlə çap olunmalı və altından xətt çəkilməlidir).
7.3.6.Təlimatların bölmə və yarımbölmələrinin hər bir bölmə hüdudunda
sıra nömrələri olan bəndləri olmalıdır. Bəndlər yarımbəndlərə bölünə bilər və hər
bənd hüdudunda bu yarımbəndlərin sıra nömrələri qoyulmalıdır.
Əgər bənddə və ya yarımbənddə tələblər sadalanırsaŞ hər bir tələb yeni
sətrdən başlanmalı və bir-birindən nöqtə vergüllə ayrılmalıdır.
7.3.7.Bölmələrin, bənd və yarımbəndlərin ərəb rəqəmləri ilə nişanlanmış
sıra nömrələri olmalıdır. Bölmələr bütün təlimat hüdudunda, bəndlər isə
bölmələr hüdudunda sıra ilə nömrələnməlidir.
7.3.8.Yarımbölmələri olmayan bölmələrin bəndləri nöqtə ilə ayrılan
nömrədən ibarət olmalıdır. Məsələn 1.1., 1.2. və s.
7.3.9.Təlimatın “Ümumi tələblər” bölməsində aşağıdakılar əks
olunmalıdır:
-işçinin peşəsinə görə müvafiq işin yerinə yetirilməsi üçün işə buraxılma
qaydası (təlimatlandırma, təlim, işlərin aparılmasına hüquq vəsiqəsinin
mövcudluğu və s.);
-mümkün təhlükəli və zərərli istehsalat amillərinin xarakteristikası;
-nasaz alətlərlə, nasaz qurğularda, avadanlıqlarda işlərin aparılmasına yol
verilməməsi, alət və qurğuların təyinatı üzrə istifadə olunmasının vacibliyi,
nəzərdə tutulmuş fərdi mühafizə vasitələrindən istifadə edilməsinin vacibliyi;
-qəza vəziyyəti zamanı işçinin (fəhlənin) hərəkətetmə qaydaları;
-qurğunun, alətin, avadanlığın nasazlığı aşkar olunduqda fəhlənin (işçinin)
görəcəyi tədbirlər;
-yanğın təhlükəsizliyi üzrə tədbirlər, üzərinə zəhərli və yanar mayelər
dağılmış xüsusi geyimdə işləməyə, bu geyimdə açıq alova yaxınlaşmağa və
siqaret çəkməyə, həmçinin xüsusi geyimin benzin və digər yanar mayelərlə
yuyulmasına yol verilməməsi;
-dəniz özüllərində, dəniz qazma qurğularında, estakadalarda və digər
neftçıxarma obyektlərində xüsusi ayrılmış yerlərdən kənarda siqaret çəkməyin
qadağan edilməsi;
-işi yerinə yetirərkən işçinin (fəhlənin) şəxsi gigiyena qaydalarını bilməsi
və yerinə yetirməsi;
-bədbəxt hadisə zamanı fəhlənin (işçinin) görəcəyi tədbirlər;
-bədbəxt hadisə zamanı zərərçəkənlərə və suya düşəni xilas etməkdə ilk
tibbi yardımın göstərilməsi qaydaları və üsulları;
-təhlükəsizlik qaydalarının pozulmasına, təlimatın tələblərinə riayət
edilməməsi üzrə fəhlənin (işçinin) üzərinə düşən məsuliyyət.
7.3.11.“İşin yerinə yetirilməsində təhlükəsizlik tələbləri” bölməsində
işçinin peşəsindən, konkret iş yerindən, əmək şəraitinin və onun təşkilinin
formasından, xidmət olunan maşın, mexanizm və avadanlıqdan asılı olaraq, işin
yetirilməsində təhlükəsizlik üzrə qaydalar və üsullar əks olunmalıdır:
-işin təhlükəsizliyinin təminini nəzərə almaqla, növbənin qəbul edilməsi və
iş yerinin hazırlanması qaydaları;
-fərdi mühafizə və xilasedici vasitələrin, hündürlükdə işlərin aparılması
üçün qurğuların mövcudluğu, sazlığının yoxlanılması və istifadə edilməsi
qaydaları;
-avadanlıqların, mexanizmlərin, maşınların, alətlərin, cihazların,
siqnalizasiya sistemlərinin və digər təhlükəsizliyi təmin edən qurğuların sazlığının
yoxlanılması və onlara baxış keçirilməsi qaydaları;
-texnoloji proseslərin, xidmət olunan avadanlıq və mexanizmlərin
xüsusiyyətləri və bunlarla bağlı mümkün təhlükələr, onların qarşısının alınması
üzrə tədbirlər;
-texnoloji əməliyatların təhlükəsiz yerinə yetirilməsi üsulları;
-iş prosesində avadanlıqla, maşınlara və mexanizmlərə xidmət edərkən
aqressiv, zəhərli, partlayış və yanğıntəhlükəli maddələrlə işləyərkən təhlükəsizlik
tədbirləri;
-əl və mexanikləşdirilmiş alətlərdən, qurğu və tərtibatlardan, mühafizə
vasitələrindən istifadə qaydaları;
-əllə ağır yüklərin qakdırılma və daşınmasının təhlükəsiz üsulları,
yükqaldırıcı mexanizmlərin tətbiqilə aparılan işlərdə təhlükəsizlik tələbləri;
-hündürlükdə aparılan işlərdə təhlükəsizlik qaydaları, hündürlükdən düşən
əşyalardan mühafizə tədbirləri;
-qəza vəziyyətini yaradan səbəblərin qarşısının alınmasında və qəza,
yanğın, partlayış baş verdiyi hallarda işçinin (fəhlənin) hərəkətetmə qaydası;
-işçinin (fəhlənin) iş yerində, avtomobil, dəniz, hava nəqliyyatında, dəniz
özüllərində, qazma, neftayırma qurğularında və digər neftqazçıxarma
obyektlərində davranış qaydası;
-avadanlıqların, maşınların, mexanizmlərin və qurğuların işinin
dayandırılması, sökülməsi, təmizlənməsi və yağlanması qaydaları, fasiləsiz iş
prosesində onların növbədən növbəyə təhvil verilməsi qaydası;
-iş yerlərinin, avadanlıqların, maşınların, mexanizmlərin, alətlərin qaydaya
salınmasına olan tələblər, istehsalat tullantılarının yığılması qaydaları;
-növbənin təhlükəsizlik tədbirlərinə riayət etməklə təhvil verilməsi qaydası;
-iş vaxtı aşkar olunan bütün nöqsanlar və çatışmamazlıqlar haqqında iş
rəhbərlərini xəbərdaretmə qaydaları;
-bir növbəli iş zamanı işçi (fəhlə) iş yerində olmadıqda, orada
təhlükəsizliyin təmin edilməsinə olan tələblər.
7.3.12.Təlimatlara yalnız əməyin təhlükəsizliyini nəzərə alan və yerinə
yetirilməsi işçilərin imkanı daxilində olan tələblər daxil edilməlidir. Təlimatlara
fəhlələrə vacib olmayan göstərişlər, böyük miqdarda rəqəmli məlumatlar daxil
edilməməli və ehtiyac olmadıqda, mürəkkəb texniki terminlər işlədilməməlidir.
7.3.13.Fəhlələr üxün təlimatlara inzibati-texniki heyətə (ustalar,
prorablar, sex, sahə rəisləri və s.) aid olan, həmçinin əməyin təhlükəsizliyi
məsələləri ilə bağlı olmayan tələblər daxil edilməməlidir.
7.3.14.Təlimatlarda digər normativ və normativ-texniki sənədlərə
(qaydalar, normalar, standartlar və s.) istinad edilməməlidir. Bu sənədlərin
tələbləri nəzərə alınmalı və ya yuxarıda adı çəkilən sənədlərə istinad edilərək
olduğu kimi verilməli və izah edilməlidir.

7.4.TƏLİMATLARIN YAZILIŞ QAYDASINA


VƏ RƏSMİLƏŞDİRİLMƏSİNƏ OLAN TƏLƏBLƏR

7.4.1.Təlimatların bəndləri sadə və asan anlaşılan şəkildə izah olunmalı,


müxtəlif şərhlərə yol verilməməli, mümkün qədər aydın olmalıdırlar.
Hər bir tələb, göstəriş qəsa və aydın ifadə olunmalı, əsas təhlükəsizlik
tələblərini əks etdirməli, asan qavranılmalı və yadda qalmalıdır.
Hər bənd elə redaktə olunmalıdır ki, diqqət ilk növbədə müəyyən
tələblərin vacib elementlərinə cəlb edilsin.
7.4.2.Bir bəndin daxilində bir neçə göstərişi birləşdirmək məsləhət
görülmür. Hər bir tələb ayrıca bənd şəklində verilməlidir.
7.4.3.Təlimatın hər bəndində (yarımbəndində) fikir tamamlanmalı,
növbəti bənddə davam etdirilməlidir.
Lazım gəldikdə, izah olunan məsələnin ayrı-ayrı müddəaları yeni sətir
başlanğıcından şərh olunmalıdır.
7.4.4.Təlimatın bütün bəndləri qəti şəkildə verilməlidir.
7.4.5.Təlimatın mətnində:
-nadir hallarda işlənilən sözlərdən və texniki terminlərdən, bəzi danışıq
sözlərindən istifadə edilməməlidir;
-standartlarla, orfoqrafiya və punktuasiya qaydaları ilə müəyyən edilmiş
söz ixtiraları (məsələn, və s., və i.a.) istisna olmaqla, digər ixtisarlar
edilməməlidir;
-sözlər hərfi işarələrlə əvəz edilməməlidir;
-kəmiyyətlərin mənfi qiymətlərinin qarşısında riyazi mənfi işarəsi (-)
qoymaq olmaz, (-) işarəsinin əvəzinə “mənfi” sözü yazılmalıdır;
-rəqəmsiz riyazi işarələrdən, nömrə (№), faiz (%) və s. istifadə etmək
olmaz.
7.4.6.Təlimatlarda ayrı-ayrı tələblərin xüsusi mənasını vurğulayan
sözlərdən, misal üçün “ciddi”, “qətiyyən”, “vacib” və s. istifadə etmək olmaz,
belə ki, təlimatın bütün tələblərinin eybi dərəcədə yerinə yetirilməsi vacibdir.
7.4.7.Təlimatın mətnində mühüm tələblər şərh olunduqda “lazımdır”,
“vacibdir” və s. oxşar sözlər istifadə olunmalıdır.
7.4.8.Təhlükəli və zərərli amillərin bir növünə aid olan tələblər ümumi bir
anlayışla əvəz olunmalıdır, misal üçün, “Zədəalmanın qarşısını almaq məqsədi
ilə fırlanan patrona, yerini dəyişən raketkaya və dəzgahın digər hərəkət edən
hissələrinə toxunmaq olmaz” cümləsi əvəzinə “Zədəalmanın qarşısını almaq
məqsədi ilə dəzgahın hərəkət edən hissələrinə toxunmaq olmaz” yazılmalıdır.
7.4.9.Təlimatların tələbləri qadağa və ya inkar şəklində izah
edilməməlidir. Məsələn: “Turşuya su qatmayın”.
Bu və ya digər iş üsullarının düzgün yerinə yetirilməsi, həmçinin müxtəlif
qurğu, alət, mühafizə vasitələrindən düzgün istifadə qaydalarını göstərmək
məqsədə uyğundur.
7.4.10.Təlimatların ayrı-ayrı tələbləri (xüsusilə təhlükəli vəziyyət və anlar
nəzərdə tutulur) inkar şəklində verilə bilər. Misal üçün: “Çılpaq elektrik
naqillərinə toxunmayın”, “Qaldırılan yük altında dayanmayı!” və s.
7.4.11.Təlimatın bəzi tələbləri qadağa şəklində ifadə oluna bilər, lakin bu
halda qadağanın nə məqsədlə qoyulması açıqlanmalıdır. Misal üçün: “Elektrik
cərəyanından zədələnmənin qarşısını almaq üçün çılpaq naqillərə toxunmaq
qadağandır”.
7.4.12.Təlimatda istifadə olunan terminlər, təriflər, mexaniki, fiziki
kəmiyyətlər, simvollar və ölçü vahidləri onları müəyyən edən standartların və
digər normativ-texniki sənədlərin tələblərinə uyğun olmalıdır.
Təlimatın mətnində və ya onun əlavəsində, standartlarda və digər
sənədlərdə qəbul edilməmiş terminlər və işarələr istifadə edildikdə, onlara izah
və ya tərif verilməlidir.
7.4.13.Eyni parametrlərin ölçü vahidləri bütün təlimat hüdudunda sabit
olmalıdır.
7.4.14.Əgər təlimatın mətnində eyni ölçü vahidi ilə ifadə olunan
kəmiyyətin bir sıra (qrup) rəqəm ölçüləri verilərsə, onda ölçü vahidi ancaq
sonuncu rəqəmdən sonra yazılır. Məsələn: 5,0; 10,0; 15,0 mm; 10x10x30 mm;
10, 30, 50 kq.
7.4.15.Yerinə yetirilən işin təhlükəsizliyi hər hansı bir norma ilə
müəyyənləşdirilirsə, təlimatda bu normalar göstərilməlidir. Misal üçün:
“Qazqaynaq işləri asetilen generatorundan 10 m-dən az olmayan məsafədə
aparılır”. Göstərilən normalar onları müəyyən edən standartların və qaydaların
tələblərinə uyğun olmalıdır.
7.4.16.Təlimatın müəyyən etdiyi normalar son və ya yol verilən kənara
çıxmalarla (göstəricilər) minimal və ya maksimal qiymət şəklində göstərilməlidir
(ən az, ən çox).
7.4.17.Təlimatın ayrı-ayrı tələblərinə, onların mənasını aydınlaşdırmaq
məqsədi daşıyan şəkil, sxem, fotoşəkil və digər əyani vasitələr əlavə oluna bilər.
Təlimatlara cədvəllər daxil edilə bilər.
Təlimatlarda cədvəllər və şəkillər başdan başa nömrələnməlidir.
Təlimatda bir cədvəl, bir sxem, bir şəkil olduqda, onlar nömrələnmir. Cədvəllər
və şəkillər ГОСТ 2.105-95 “ESKD. Mətn sənədlərinəolan tələblər”ə uyğun tərtib
olunmalıdır.
Mətndəki bütün cədvəl və şəkillərə əsaslandırma verilməlidir.
7.4.18.Təyinatına və məzmununa görə hər bir təlimat ayrı-ayrılıqda
baxılır və təsdiq olunur.
7.4.19.Təlimatların üzü, titul vərəqəsi və təyinatını əks etdirən qısa adı
olmalıdır. Təlimatların üzünün tərtibatının vahid forması müəyyən olunmalıdır.
Təlimata müəssisədə sənədlərin nömrələnmə (nişanlanma) sisteminə uyğun
nömrə qoyulur.
7.4.20.Təsdiqlənmə haqqında rekvizitlər (imzalar, vəzifəli şəxslərin adı,
soyadı, atasının adı, tarix) titul vərəqəsinin yuxarı hissəsində qoyulur.
Təlimatın mətninin axırıncı səhifəsində təlimatı işləyib hazırlayanların adı,
soyadı, atasının adı göstərilir.

7.5 TƏLİMATLARIN QEYDİYYATINA, SAXLANILMASINA


VƏ İSTİFADƏSİNƏ OLAN TƏLƏBLƏR

7.5.1.Əməyin təhlükəsizliyi üzrə təsdiq olunan bütün təlimatlar üç


nüsxədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinə verilir, orada
qeydə alınır və saxlanılır.
Təlimatın (əsli) qeydə alınmış nüsxələrinin birinci vərəqində və ya cildində
“TTŞ”-nin (təhlükəsizlik texnikası şöbəsi) ştampı qoyulur.
Təlimatın birinci nüsxəsi əməyin mühafizəsi və təhlükəsizlik texnikası
xidmətində saxlanılır, ikinci nüsxəsi onu işləyib hazırlayan şöbəyə, üçüncü nüsxə
isə çoxaldılmaya verilir.
7.5.2.Təlimatların qeydə alınması ayrıca jurnalda, təlimatın adı, təsdiq
olunma tarixi, işləyib hazırlayanların adı, soyadı və digər lazımi məlumatlar daxil
edilməklə aparılır.
Hər bir təlimata, jurnala yazılış ardıcıllığına (qaydasına) görə inventar
nömrə qoyulur. İnventar nömrələrin təkrarına yol verilmir.
7.5.3.Təlimatlar ayrıca qovluqda, onların qeydiyyat nömrələrinin artması
qaydasında saxlanılmalıdır. Hər bir qovluqda saxlanılan təlimatların siyahısı
olmalıdır.
7.5.5.Təlimatlar yenidən işlənənədək, əməyin mühafizəsi və təhlükəsizlik
texnikası xidməti ilə razılaşdırılmış və müəssisənin baş mühəndisi tərəfindən
təsdiq edilmiş lazımi dəyişikliklər və əlavələr olunmasına icazə verilir. Bu barədə
əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətində qeydiyyatdan keçmiş
nüsxələrdə dəyişikliklərin daxil edilməsi üçün xidməti məktub verilir. Bu
məktuba əsasən, təlimatların qeydiyyatı jurnalında dəyişikliklər haqqında qərarın
tarixi qetd olunur və bölmə rəhbərinə onda olan təlimatın nüsxələrinə bu
dəyişikliklərin daxil edilməsi zərurəti haqqında məlumat verilir.
7.5.6.Təlimatların vaxtında və düzgün işlənib hazırlanmasına, tərtibatına,
onlara vaxtında yenidən baxılmasına, işçilərə və iş terlərinə paylanmasına
məsuliyyət müəssisə müdiriyyətinin və müvafiq bölmə (sex, sahə, xidmət,
emalatxana və s.) rəhbərlərinin üzərinə düşür.
7.5.7.Təlimatların vaxtında və düzgün işlənib hazırlanmasına, onlara
yenidən baxılmasına, təsdiq edilməsinə, çoxaldılmasına, bölmələrə
göndərilməsinə, həmçinin yeni qüvvəyə minmiş və ləğv olunmuş təlimatlar
haqqında bölmələrə vaxtında məlumat verilməsinə görə nəzarət əməyin
mühafizəsi və təhlükəsizlik texnikası xidmətinə həvalə edilir.
IV HİSSƏ

ƏMƏK ŞƏRAİTİNİN VƏZİYYƏTİNƏ MÜƏSSİSƏ


NƏZARƏT HAQQINDA ƏSASNAMƏ

1. ÜMUMİ MÜDDƏALAR

1.1.Əmək şəraitinin vəziyyətinə nəzarət istehsalatda bədbəxt hadisələrin


qarşısının alınmasına yönəldilmiş əsas tədbirlərdən biri olmaqla, əmək şəraitinin,
əmək qanunvericiliyi, təhlükəsizlik qayda və normalarının, standartların
tələblərindən kənara çıxma hallarını aşkar etmək və onların aradan qaldırılması
üzrə operativ qərar qəbul etməkdən ibarətdir.
1.2.Müəssisə nəzarətinin əsas növləri aşağıdakılardır:
-əmək şəraitinin vəziyyətinə operativ (mərhələli) nəzarət;
həmçinin birliklərin, idarələnin, müəssisələrin ayrı-ayrı rəhbərlərinin, mühəndis-
texniki işçilərinin nəzarəti;
-sexlərin, sahələrin, qurğuların, sanitar-texniki vəziyyətini
pasportlaşdırmaq və onlara nəzarət etmək.
Müəssisə nəzarətinin yekun mərhələsi - əmək şəraitinin vəziyyətini daima
nəzərdən keçirmək və bu barədə müntəzəm olaraq məlumat verməkdir.
1.3.Əmək şəraitinin vəziyyətinə müəssisə nəzarəti ustalar, icraçılar, sex,
qurğu rəisləri, mühəndis-texniki işçilər, baş mütəxəssislər tərəfindən biliklərin,
idarələrin, müəssisələrin rəhbərləri, Həmkarlar İttifaqları komitələrinin əmək
mühafizəsi üzrə fəallarının iştirakı ilə aparılır.
1.4.Müəssisə nəzarətinin əsas elementləri – nəzarəti dəqiq müəyyən
edilmiş sxem üzrə və dörd mərhələdə aparılmasıdır.
Müəssisə miqyasında operativ nəzarətin metodik əsası kimi, əsas şəraitinin
vəziyyətinə üçpilləli nəzarət üsulu qəbul edilmişdir. Bu üsul yaranmış nəzarət
təcrübəsi və müəssisədə istehsalatın və əməyin təşkilinin xüsusiyyətləri nəzərə
alınmaqla təkmilləşdirilməlidir.

2. ƏMƏK ŞƏRAİTİNİN VƏZİYYƏTİNƏ OPERATİV


(MƏRHƏLƏLİ) NƏZARƏT

2.1 Nəzarətin birinci mərhələsi

2.1.1.Usta, icraçı, sahə və qurğu rəisi, digər bilavasitə iş rəhbərləri hər


gün işin (növbənin) əvvəlində əmək mühafiəsi üzrə müfəttişlə (o, olmayanda –
sərbəst) birlikdə iş yerində əmək şəraitinin vəziyyətini yoxlayır, aşkar etdiyi
nöqsanların aradan qaldırılması üzrə operativ tədbirlər görür. Bütün iş
prosesində əməyin təhlükəsizliyinə nəzarət edir. O, obyektləri yoxlayarkən
metodik göstərişləri tutmalıdır.
2.1.2.İstehsalat sahələri ərazi cəhətdən dağınıq olduqda usta, bilavasitə iş
rəhbəri birinci mərhələ üzrə bütün sahələrdə, iş yerlərində bir həftə ərzində və
dəniz özüllərində isə növbə ərzində bir dəfə yoxlama aparmalıdır.
2.1.3.Geoloji-kəşviyyat, seysmik-kəşviyyat və digər partiyaların rəisləri iş
obyektlərinə getməzdən əvvəl və ya işə başlamazdan əvvəl əmək mühafizəsi
üzrə müfəttişlə birlikdə iş yerlərinin vəziyyətini yoxlayırlar, aşkar etdikləri
nöqsanların aradan qaldırılması üzrə operativ tədbirlər görülər.
2.1.4.Yoxlama zamanı aşkar edilmiş nöqsanlar və çatışmamazlıqlar dərhal
aradan qaldırılmalıdır, briqadanın, növbənin qüvvəsi ilə aradan qaldırılması
mümkün olmayan və ya ustanın, iş rəhbərinin səlahiyyətinə aid olmayan digər
nöqsanlar gələcəkdə onların aradan qalddırlması üçün «Əmək şəraitinin
vəziyyətinin yoxlanılması jurnalı»na yazılır. Jurnalın 2-ci əlavədə verilir.
Usta, iş rəhbəri həmin nöqsanlar və çatışmamazlıqlar haqqında sex, bölmə
rəhbərliyinə məlumat verir və işçilərin təhlükəsizliyini təmin edən lazımi tədbirlər
görür.
Yoxlama zamanı nöqsanlar aşkar edilmədikdə və ya yoxlama zamanı ləğv
edildikdə «Əmək şəraitinin vəziyyətinin yoxlanılması jurnalı»nda heç bir
qeydiyyat aparılmır, lakin «Əmək mühafizəsi üzrə işlərin qeydiyyatı jurnalı»nda
(7-ci əlavə) hər bir yoxlamadan sonra müvafiq qeydlər edilir.
2.1.5.Operativ nəzarətin birinci mərhələsinin təşkilinə və aparılmasına
ustadan, iş rəhbərindən başqa,onun bilavasitə sex, bölmə rəisi də məsuliyyət
daşıyır, belə ki o, briqdanın qüvvəsi ilə ləğv edilməsi mümkün olmayan
nöqsanların aradan qaldırılmasına tədbir görməlidir.

2.2 NƏZARƏTİN İKİNCİ MƏRHƏLƏSİ

2.2.1.Sex, gurğu rəisi həftədə bir dəfədən az olmayaraq, struktur


bölmələrin daimi fəaliyyət göstərən komissiyaları (TQİ, İDTİ, zavod, TNXTİ,
DDD və s.) hər ayda bir dəfədən az olmayaraq Həmkarlar İttifaqı komitəsinin
sədri və ya əmək mühafizəsi komissiyasının sədri ilə birlikdə obyektlərdə, iş
yerlərində əmək şəraitinin vəziyyətini, birinci mərhələ üzrə operativ tədbirlər
görürlər. Yoxlama zamanı vahıd sistemdə göstərilən metodik göstərişləri rəhbər
tuturlar.
2.2.2.Bütün obyektlərdə, iş yerlərində yoxlamananın müntəzəm surətdə
aparılmasını, nəzarətin birinci mərhələsinin tam şəkildə aparılmasını göstərən
komissiyalarının sədrləri öz müavinlərini və mühəndis-texniki işçiləri cəlb edirlər
ki, bütün obyektlərdə yoxlama ayda bir dəfədən az olmayaraq aparılsın.
2.2.3.Yoxlama zamanı aşkar edilmiş nöqsanlar, çatışmamazlıqlar dərhal
aradan qaldırılmalıdır. Yoxlama müddətində aradan qaldırılması mümükün
olmayan məsələlər «Əmək şəraitinin vəziyyətinin yoxlanılması jurnalı»nda
aradan qaldırma müddəti və icraçılar göstərilməklə yazılır. Aşkar edilmiş
nöqsanların, çatışmamazlıqların sexin, bölmənin qüvvəsi ilə aradan qaldırılması
mümkün olmadıqda sex, bölmə rəisi həmin nöqsanlar, çatışmamazlıqlar
haqqında müəssisənin rəhbərliyinə məlumat verir və işləyənlərin
təhlükəsizliyinin yəmin olunması üçün müvafiq tədbirlər görür.
Əgər aşkar edilmiş nöqsanlar, çatışmamazlıqlar qəza və bədbəxt
hadisələrin baş verməsi nəhlükəsi yaradırsa, sex rəisi, daimi fəaliyyət göstərən
komissiyanın sədri onların aradan qaldırılmasınadək işi dayandırır.
Yoxlamaların nəticələri haqqında ümumiləşdirilmiş şəkildə aşkar edilmiş
nöqsanların, çatışmamazlıqların aradan qaldırılması tədbirləri göstərilməklə akt
tərtib edirlər.
2.2.4.İstehsalatın təşkilinin sexsiz strukturunda (briqadalar, istehsalat
sahələri bilavasitə müəssisə rəhbərliyinə tabe olduqda) nəzarətin ikinci
mərhələsi keçirilir.
Bu halda obyektlari, sahələri ayda azı bir dəfə müəssisənin əməyin
təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyası, onun köməkçi
komissiyası, yaxud müəssisənin mühəndis-texniki işçilərdən biri yoxlamalıdır.
2.2.5.Nəzarətin ikinci mərhələsinin düzgün təşkilinə və aparılmasına,
aşkar edilmiş nöqsanların, çatışmamazlıqların vaxtında aradan qaldırılmasına sex
rəisi, bölmənin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən
komissiyasının sədri cavabdehlik daşıyır.

2.3 NƏZARƏTİN ÜÇÜNCÜ MƏRHƏLƏSİ

2.3.1.Müəssisənin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət


göstərən komissiyası, və ya onun köməkçi komissiyası hər rübdə bir
dəfədən az olmayaraq sexlərdə, qurğularda, istehsalat sahələrində,
zavodlarda və s. əmək şəraitinin vəziyyətini, həmçinin birinci və ikinci
mərhələlər üzrə gördükləri işləri yoxlayır.
Komissiyanın təşkili qaydası və onun işinin məzmunu 4-cü
yarımbölmədə müəyyənləşdirilir. Obyektlərin yoxlanılması qaydası
metodik məsləhətlərdə verilir.
2.3.2.Müəssisəni rəhbəri və mühəndis-texniki işçiləri əsas işləri
dairəsində sexlərdə, qurğularda, istehsalat obyektlərində olarkən,
işçilərin əmək şəraitinin vəziyyətini yoxlanılmalıdırlar və aşkar etdikləri
nöqsanların, pozuntuların aradan qaldırılması üçün tədbirlər
görməlidirlər.
2.3.3.Yoxlama zamanı aşkar edilmiş çatışmamazlıqlar dərhal
aradan qaldırılmalıdır. Yoxlama müddətində aradan qaldırılması
mümkün olmayan çatışmamazlıqlar haqqinda «Əmək şəraitinin
vəziyyətinin yoxlanılması jurnalı»nda qeydiyyat aparılmalıdır.
Yoxlamanın nəticələri komissiyanın geniş iclasında müzakirə
olunur, müvafiq nəticələr çıxarılır, habelə aşkar edilmiş
çatışmamazlıqların aradan qaldırılması üçün təkliflər irəli sürülür.
Yoxlamanın nəticələrinə dair akt tərtib olunur.

2.4 NƏZARƏTİN DÖRDÜNCÜ MƏRHƏLƏSİ

2.4.1.Birliyin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən


komissiyası və ya köməkçi komissiyası hər yarım ildə bir dəfədən az olmayaraq
(plan üzrə) müəssisələrdə, onların struktur bölmələrində, istehsalat sahələrində
əməyin təhlükəsiz təşkilini, əmək mühafizəsini, müəssisənin rəhbərliyinin,
mühəndis-texniki işçilərin bu sahədə gördükləri işləri yoxlayır.
Komissiyanın təşkili qaydası və onun işinin məzmunu 3-cü yarımbölmədə,
müəssisələrin yoxlanılması qaydası metodik məsləhətlər yarımbölməsində (5-ci)
göstərilmişdir.
2.4.2.Birliyin rəhbər və mühəndis-texniki işçiləri əsas vəzifələrini yerinə
yetirmək üçün müəssisələrdə, onların bölmələrində, sexlərdə, qurğularda,
zavodlarında və digər istehsalat sahələrində olarkən işçilərin iş şəraitinin
təhlükəsizliyini yoxlamalı, aşkar etdikləri nöqsanların aradan qaldırılması üzrə
lazımi tədbirlər görməli, müəssisə, onun struktur bölmələri rəhbərliyinə əməyin
mühafizəsi məsələlərinin həllində əməli yardım göstərməlidirlər.
2.4.3.Yoxlama zamanı aşkar edilmiş nöqsanlar və pozuntular haqqında
akt tərtib olunur, bu haqda «Obyektlərdə əmək şəraiti vəziyyətinin yoxlanılması
jurnalı»nda qeydiyyat aparılır.
Yoxlamanın nəticələri yoxlanılan müəssisənin rəhbərliyinin yanında
keçirilən geniş iclasda müzakirə edilir, aşkaredilmiş nöqsan və pozuntuların
aradan qaldırılması üzrə tədbirlər müəyyənləşdirilir, lazım gəldikdə müvafiq əmr
verilir.
2.4.4.Nəzarətin dördüncü mərhələsinin həyata keçirilməsi birliyin baş
mühəndisinə və direktorun, müdirinin istehsalat sahələri üzrə müavinlərinə
həvalə edilir.

3. ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ ÜZRƏ DAİMİ


FƏALİYYƏT GÖSTƏRƏN KOMİSSİYALARIN
TƏŞKİLİ VƏ İŞİNİN MƏZMUNU

3.1.Əmək şəraitinin vəziyyətinə nəzarəti həyata keçirmək və əməyin


mühafizəsi üzrə digər məsələlərə baxmaq üçün bütün müəssisələrdə, onların
bəzi struktur bölmələrində (TQİ, İDTİ, zavod, TİXTİ, İSTİİ, DDD), həmçinin
bilavasitə Neft Şirkətinə tabe olan birliklərdə,idarə və müəssisəlsrdəcbaş
mühəndisin, direktorun, müdir müavininin sədrliyi ilə əməyin təhlükəsizliyi üzrə
daimi fəaliyyət göstərən komissiya yaradılır.
3.2.Nəzarətin üçüncü və dördüncü mərhələləri üzrə əmək şəraitinin ardıcıl
və dolğun yoxlanılmasını təmin etmək məqsədi ilə müəssisələrdə lazım gəldikdə,
daimi fəaliyyət göstərən komisiyanın tərkibində istehsalat sahələri üzrə
direktorun, müdirin müavinlərinin sədrliyi ilə köməkçi komissiyalar yaradılır.
3.3.Əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyaların
tərkibində köməkçi komissiyaların yaradılması lazım olan müəssisələrin siyahısı,
həmçinin birlikdə, idarə və müəssisəsində köməkçi komissiyaların sayını birliyin
baş mühəndisi (müdir müavini) müəyyən edir.
3.4.Müəssisənin komissiyasının və köməkçi komissiyaların tərkibində rəis
(müdir) müavinləri, baş mütəxəssizlər, şöbə və xidmət rəhbərləri, onların
müavinləri, onun müavini (və ya əmək mühafizəsi üzrə komissiyanın sədri)daxil
edilir.
3.5.Birliyin komissiyasının və köməkçi komissiyaların tərkibinə direktor,
müdir müavnləri, baş mütəxəssislər, idarəetmə aparatının struktur bölmələrinin
rəisləri, onların müavinləri və aparıcı mütəxəssizləri, xidmət rəhbərləri, müvafiq
sahəslərin Həmkarlar İttifaqları Komitələtinin nümayəndələri daxil edilir.
3.6.Əmək təhlükəsizliyi üzrə daimi fəaliyyat göstərən komissiyalar işlərini
illik plan üzrə aparır və həmin planları komissiyaların komissiyaların sədrləri
təsdiq edirəm.
3.7.Müəssisənin daimi fəaliyyət göstərən komissiyalarınvə onun köməkçi
komissiyalaarı:
-sex və obyektlədə əmək şəraitini kompleks və məqsədyönlü şəkildə
yoxlayır. Yoxlama qaydası metodik məsləhətlərdə göstərilir.
-əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması kompleks plan
layihəsini, baş verməsi mümkün olan qəzaların vəağırlaşmaların ləğvi planını,
müəssisələrin, obyektlərin pasportlaşdırılmasının nəticələrini nəzədən keçirir;
-müəssisənin mühəndis-texniki işçilərinin biliklərinin yoxlayır;
-əməyin təhlükəsizliyi üzrə ictimai baxışlar və digər ictimai, texniki,
təşkilati tədbirlərin aparılmasını təşkil edir, onların nəticələrini müzakirə edir;
-təhlükəsizlik qaydalarını pozan işçilərin məsuliyyətə cəlb edilməsi,
həmçinin təhlükəsiz əmək şəraitinin yaradılmasında fəal iştirak edən və yaxşı
göstəricilər əldə etmiş kollektivlərin, şəxslərin mükafatlandırılması məsələlərini
müzakirə edir.
3.8.Birliyin daimi fəaliyyət göstərən komissiyası:
-müəssisələrdə əməyin mühafizəsi üzrə işlərin təşkilini və əmək şəraitini
ümumi vəsiyyətini yoxlayır. Yoxlama qaydası metodik məsləhətlərdə göstərilir;
-müəssisə və təşkilatların rəhbərlərinin, baş mütəxəssislərinin, əməyin
mühafizəsi və təhlükəsizlik texnikası xidməti rəhbərlərinin biliklərini yoxlayır;
-əmək şəraitinin yaxşılaşdırılması üzrə ümumi kompleks tədbirlər planının
layihəsini, qüvvədə olan təhlükəsizlik qaydaları və normalarının dəyişdirilməsi,
tamamlanması üzrə təklifləri, əmək mühafizəsi sahəsində yaxşı göstəricilərə nail
olmuş müəssisə kollektivlərinin mükafatlandırılması haqqında məsələləri
müzakirə edir;
-əməyin təhlükəsizliyi üzrə ictimai baxış təşkil edir və keçirir.

4. SEXLƏR, BÖLMƏLƏR, MÜƏSSİSƏLƏR


ARASINDA ƏMƏK ŞƏRAİTİNİN QARŞILIQLI
YOXLANILMASININ TƏŞKİLİ

4.1Sexlər, bölmələr, müəssisələr arasında qarşılıqlı yoxlamalar təhlükəsiz


əmək şəraitinin yaradılması, əməyin mühafizəsi üzrə işlərin təşkilində olan
çatışmamazlıqların aradan qaldırılmasında aparılan iş təcrübəsi mübadiləsi
məqsədi ilə təşkil edilir və keçirilir.
Qarşılıqlı yoxlamaların aparılmasında metodik məsləhətlər rəhbər sənəd
kimi istifadə edilir.
4.2Uyğun sexlər, bölmələr arasında qarşılıqlı yoxlamanı sex, bölmə
rəhbərlərinin(sex rəisi və ya onun müavini) başçılıq etdiyi xüsusi yaradılmış
qruplar əmək mühafizəsi üzrə ictimai müfəttişin iştirakı ilə aparırlar.
4.3Müəssisələr arasında qarşılıqlı yoxlamanı əməyin təhlükəsizliyi üzrə
daimi fəaliyyət göstərən komissiyanın tərkibində olan köməkçi komissiyalar
müəssisə və birliyin rəhbərlərindən birinin başçılığı ilə aparırlar.
4.4Sexlər, bölmələr arasında qarşılıqlı yoxlama cədvəlini müəssisənin
əməyin mühafizə və təhlükəsizlik texnikası xidməti tərtib, baş mühəndis isə
təsdiq edir.
4.5Müəssisələr arasında qarşılıqlı yoxlama cədvəlini birliyin əməyin
mühafizəsi və təhlükəsizlik texnikası xidməti tərtib, baş mühəndiç isə təsdiq
edir.
4.6Qarşılqlı yoxlama zamanı aşkar edilmiş çatışmamazlıqların aradan
qaldırılması üçün operativ tədbirlər görülür.Lazım gəldikdə yoxlanılan
obyektlarin «Əmək şəraitinin vəziyyətinin yoxlanılması jurnalı»nda müvafiq
qeydlər aparılır.
4.7Qarşılqlı yoxlamanın yekunları üzrə müvafiq təkliflər göstərilməklə
arayış tərtib olunur. Onun bir nüsxəsi sexin, bölmənin müəssisənin rəhbərinə
ölçü götürmək üçün təqdim edilir, bir nüsxəsi isə yuxarı təşkilatlara göndərilir.
4.8Sexlər, bölmələr, müəssisələr arasında qarşılıqlı yoxlamanın nəticələri
müvafiq müşavirələrdə, iclaslarda müzakirə edilir.

5. SEXLƏRDƏ, BÖLMƏLƏRDƏ, OBYEKTLƏRDƏ


ƏMƏK ŞƏRAİTİNİ VƏZİYYƏTİNİN YOXLANMASI ÜZRƏ
METODİK MƏSLƏHƏTLƏR

5.1 Ümumi hissə

5.1.1Bu metodik məsləhətlərdə ustaların, sex rəislərinin və digər iş


rəhbərlərinin, həmçinin birliklərin, idarəvə müəssisələrin rəhbərliyinin,
mühəndis-texniki işçilərinin obyektlərdə, sahələrdə, bölmə, sex və
müəssisələrdə əmək şəraitinin vəziyyətinin yoxlanılması qaydası verilmişdir.
5.1.2Metodik məsləhətlər «Əmək şəraitinin vəziyyətinə müəssisə nəzarəti
haqqında əsasnamə»nin və «Azərbaycan Neft sənayesində əməyin
mühafizəsinin vahid idarəetmə sistemi» əsasında işlənib hazırlanmışdır.
5.1.3Əsas məqsəd – istehsalat avadanlıqlarının, mühafizə vasitələrinin və
istehsalat mühitinin təhlükəsizlik qayda və normalarının, standartların
tələblərinə nə dərəcədə uyğun olmasını qiymətləndirmək və müvafiq idarəedici
təsir tədbirlərini işləyib hazırlamaqdır.
5.1.4Əmək şəraitinin vəziyyətini aşağıdakə qaydada yoxlayırlar:
-yoxlama aparılacaq obyektlərin xüsusiyyətinə görə seçilməsi;
-yoxlama işlərinin yerinə yetirilməsi;
-alınan nəticələrin normativ tələblərlə müqayisəsi;
-əmək şəraitinin təhlükəsizlik qayda və normaların, standartların tələblərinə
uyğun gəlməməsini, təlimatlara riayət olunmamasını, əməyin mühafizəsi üzrə
işlərin təşkilində nöqsanların səbəblərinin müəyyənləşdirilməsi;
-nöqsanların aradan qaldırılması üzrə təşkilatı-texniki tədbirlərin işlənib
hazirlanması və əsaslandırılması;
5.1.5Əmək şəraitinin vəziyyətinin əsas nəzarət üsulu- birlik, idarə və
müəssisələrin rəhbərlərinin, mühəndis-texniki işçilərin və Həmkarlar İttifaqı
komitələrinin bilavasitə obyektlərdə, sexlərdə və müəssisələrdə apardıqları
profilaktik işdən, operativ müşavirələrdə, iclaslarda, fəhlə yığıncaqlarında əmək
şəraitinin vəziyyətinin müzakirəsi, əməyin təhlükəsizliyinin yəmini ilə əlaqədar
məsələləri həll etməkdən, əmək mühafizəsi məsələləri üzrəə yekun
vurulmasından ibarətdir.
5.1.6Əmək şəraitinin vəziyyətinin yoxlanılması mərhələ nəzarətindən və
məqsədli yoxlamalardan başqa, həm ayrı-ayrı mühəndis-texniki işçilər (ustalar,
icraçılar, mexaniklər, sex rəisləri, baş və aparıcı mütəxəssizlər və s.) həm də
əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyalar və onların
köməkçi komissiyaları tərəfindən aparılır.
5.1.7Yoxlama yoxlanılan obyaktlərin, sahələrin, sexlərin, qurğuların,
müəsisələrin, lazım gəldikdə, əməyin mühafizəsi üzrə Həmkarlar İttifaqı
fəallarının, müvafiq mütəxəssizlərin, mexaniklərin, energetiklərin, texnoloqların
və digər mütəxəssizlərin iştirakı ilə aparılır.
5.1.8Yoxlama aparılarkən kollektivlərdə işçilərin fəallığın,
təşəbbüskarlığının artmasına şərait yaradılmalı, sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılması oşində bölmənin (sahənin, sexin) və müəssisənin
rəhbərindən tutmuş sıravi icraçısınadək bütün kollektiv iştirak etməlidir.
5.1.9Nəzarətin üçüncü və dördüncü mərhələləri üzrə yoxlamalarda yuxarı
təsərrüfat təşkilatlarının, Dövlət nəzarət orqanlarının nümayəndələri, Həmkarlar
İttifaqları Komitələrinin texniki müfəttişləri iştirak edə bilərlər.
5.1.10Əmək şəraitinin vəziyyətinin yoxlanılmasını aparırlsar:
-iş yerində - usta (bilavasitə işlərin rəhbərləri) əmək mühafizəsi üzrə
ictimai müfəttişlərlə birlikdə - nəzarətinin birinci mərhələsi üzrə (hər gün);
-obyektlərdə, sexin bölmələrində - sex rəisləri, onların müavinləri, sexin
mütəxəssizləri, baş ustalar və s. əmək mühafizəsi üzrə baş ictimai müfəttişlərlə
birlikdə - nəzarətin ikinci mərhələsi üzrə (hər həftə);
-müəssisənin bölmələrində, sexlərdə - müəssisənin daimi daimi fəaliyyət
göstərən komissiyası və onun köməkçi komissiyaları nəzarətin 3- cü mərhələsi
üzrə (üç ayda bir dəfədən az olmayaraq)
5.1.11Yoxlama iş yerində, avadanlıqlara baxışdan (lazım gəldikdə
avadanlıqların, mexanizmlərin, qurğuların sazlığının yoxlanılmasından),
işləyənlərlə sorğu aparmaqdan, əməyin mühafizəsi üzrə işlərin təşkili və mövcud
sənədlərlə tanış olmaqdan ibarətdir.
Yoxlayanlar ayrı-ayrı fəhlələrin, mühəndis-texniki işçilərin təhlükəsizlik
qaydaları, təlimatları üzrə biliklərini yoxlaya bilərlər.
5.1.12Rəhbər və mühəndis-texniki işçilərin obyektlərin, iş yerlərinin
yoxlanılması zamanı aşkar edilmiş nöqsamların, çatışmamazlıqların aradan
qaldırılması üzrə operativ tədbirlər görürlər,avadanlıqların işində işçilərin
həyatına və sağlamlığına təhlükə yaradan hallar aşkar edildikdə, onların işini
dayandırıllar, yoxlanılan bölmələrin işçilərinə yaranan sualların həllində yardım
göstərirlər.
5.1.13Yoxlamanın nəticələri «Əmək şəraitinin vəziyyətinin yoxlanılması
jurnalı»nda qeyd edilir, zəruri hallarda, nəzarətin mərhələsindən asılı olaraq,
ümumiləşdirilmiş şəkildə akt tərtib edilir, aktın bir nüsxəsi aşkar edilmiş
nöqsanların aradan qaldırılması üçün sex və ya müəssisənin rəhbərinə verilir.
Əmək şəraitinin yoxlanılması jurnalında nöqsanları aradan qaldırılması müddəti
və buna cavabdeh şəxslər göstərilir.
5.1.14Əmək şəraitinin vəziyyətinin yoxlayan zaman yoxlama aparanlar
«Əmək şəraitinin vəziyyətinə müəssisə nəzarəti haqqında Əsasnamə»dən başqa
bu məsləhətləri, işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi, vahid sistemdə
göstərilən digər məsləhətləri və metodik göstərişləri, həmçinin güvvədə olan
əməyin təhlükəsizliyi üzrə qayda və normaları, standartları rəhbər tutmalıdırlar.
Yoxlamanın suallarını təxminən siyahısı bu məsləhətlərin müvafiq bölmələrində
verilmişdir.

5.2 USTALAR, İCRAÇILAR VƏ DİGƏR BİLAVASİTƏ


İŞ RƏHBƏRLƏRİ ÜÇÜN MƏSLƏHƏTLƏR

5.2.1Ustalarin, icraçıların və digər bilavasitə iş rəhbərlərinin əsas


vəzifələrindən biri – müntəzəm olaraq iş yerində əmək şəraitini yoxlamaq, aşkar
edilmiş nöqsanların aradan qaldırılması üzrə operativ tədbirlər görməklə,
fəhlələr üçün təhlükəsiz əmək şəraiti yaratmaqdır.
5.2.2Nəzarətin birinci mərhələsi üzrə yoxlama hər gün işə başlamazdan
əvvəl və iş prosesində obyektin ümumi vəziyyətinə və işin təşkilinə nəzarət
məqsədi ilə keçirilir və iş yerlərini yoxlamaqla aparılır.
5.2.3Usta, icraçı, bilavasitə iş rəhbəri sahələri gəzərkən və avadanlıqlarla
baxış keçirərkən aşağıdakıları yoxlayır:
-iş yerlərinin vəziyyətini, düzgün təşkilini (iş yerlərinin, iş zonalarının
təhlükəsizlik baxımından vəziyyətini, keçid və yolların vəziyyətini, detalların, alət
və materialların düzgün saxlanılmasıvə yığılmasını);
-avadanlıqların, mexanizmlərin, nəzarət-ölçü cihazlarının, qurğu və
alətlərin, mühafizə və xilasedici vasitələrin texniki vəziyyətini, sazlığını, onların
görülən işlərə və təhlükəsizlik qaydalarının tələblərinə uyğun olmalarını;
-avadanlıqların kipliyini, bağlayıcı və tənzimləyici armaturları və
kommunikasiyaları;
-tutumların, balonların, qazqolderlərin və digər təzyiq altında işləyən
qabların və aparatların vəziyyətini;
-çəpərləyici, qoruyucu və kipləyici qurğuların, avtomatik nəzarət,
siqnalizasiya və məsafədən idarəetmə qurğularının və digər mühafizə
vasitələrinin mövcudluğunu və vəziyyətini;
-ventilyasiya qurğularının və sistemlərinin, yerli sovurucu qurğuların
sazlığını və fasiləsiz işləməsini;
-işıqlandırma sisteminin sazlığını və iş yerlərinin işıqlandırılma səviyyəsini;
-xüsusi geyim və digər fərdi mühafizə vasitələrinin (dəbiqələrin,
gözlüklərin, əleyhqazların, qoruyucu kəmərlərin və s.) mövcudluğunu və
fəhlələrin onlardan düzgün istifadə etmələrini;
-iş yerlərinin sanitar vəziyyətini, sanitar-məişət otaqlarının saxlanılmasını,
iş yerlərini əl-üz yuyanlarla, yuyucu və zərərsizləşdirici maddələrlə,
duşxanalarda yuyunmçaq üçün ləvazimatlarla, apteçkalarla, sarğı materialları ilə
təmin edilməsini;
-təlimatların, plakatların xəbərdaredici yazıların, təhlükəsizlik nişanlarının,
siqaret çəkmək üçün yerlərin mövcudluğunu, işəsalma qurğularının işarə və
markirovkaların idarəetmə simvollarının mövcudluğu və sazlığını;
-fəhlələrin təhlükəsiz iş üsullarına, texnoloji rejimə, təlimatlara,
tapşırıqlara, istehsalat və əmək intizamına riayət etmələrini;
-təlim keçən fəhlələrin təhlükəsiz iş üsullarının mənimsənilməsi;
5.2.4 Usta, icraçı, bilavasitə iş rəhbəri iş prosesində vaxtaşırı əmək
şəraitinin vəziyyətinə, fəhlələrin təhlükəsizlik qydaları və normaları tələblərinin
yerinə yetirilməsinə nəzarət edir.
5.2.5Nəzarətin birinci mərhələsi üzrə yoxlamaların nəticələri və əmək
şəraitinin vəziyyətinin yoxlanılması jurnalında aparılan qeydlər, əmək şəraitinin
vəziyyətini fəhlə yığıncağlarında və operativ müşavirələrdə təhlil etmək üçün
ilkin məlumatdır və əmək şəraitinin qiymətləndirilməsi üçün əsasdır.

5.3 SEX, QURĞU, BÖLMƏ RƏİSLƏRİ, MÜHƏNDİS-


TEXNİKİ İŞÇİLƏRİ, NƏZARƏTİN İKİNCİ MƏRHƏLƏSİ
ÜZRƏ DAİMİ FƏALİYYƏT GÖSTƏRƏN KOMİSSİYALAR
ÜÇÜN MƏSLƏHƏTLƏR

5.3.1Sex, qurğu, bölmə rəisləri, onların müavinləri, sexin digər mühəndis-


texniki işçiləri və daimi fəaliyyət göstərən komissiya obyaktlərində, briqadalarda,
sahələrdə aşağıdakıları yoxlayırlar:
-ustaların, icraçıların, bilvasitə iş rəhbərərinin nəzarətinin birinci mərhələsi
üzrə gördükləri işi (yoxlamaların müntəzəmliyini, keyfiyyətini və nəticələrini);
-əmək təhlükəsizliyi məsələləri üzrə sənədlərin olmasını və onların düzgün
aparılmasını(əmək şəraitinin vəziyyətinin yoxlanılması jurnalını, əmək mühafizəsi
üzrə aparılan işlərinqeydiyyatını, təlimatların keçirilməsinin qeydiyyatını,
avadanlıqların pasportlrının olmasını və s.);
-sex, qurğu, bölmə rəislərinin əmr və sərəncamlarının, müəssisə
rəhbərlərinin göstişlərinin yerinə yetirilməsini;
-əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin vaxtında və tam yerinə
yetirilməsini, əmək mühafizəsi üzrə ictimai müfəttişlərin təkliflərinin yerinə
yetirilməsini;
-ustaların fəhlələrə təlimatların vaxtında və keyfiyyətli keçirilmələrini,
fəhlələrin biliklərinin yoxlanılması haqqında vəsiqənin mövcudluğu;
-iş yerində düzgün və təhlükəsiz təşkilini (buruqların, dəniz özüllərinin,
estakadaların dömələrinin, iş yerlərinin, iş zonalarının keçid və yolların
vəziyyətini);
-materialların, avadanlıqların, detalların, alətlərin yığılmasını və
saxlanılmasını;
-avadanlıqların, mexanizmlərin, nəzarət-ölçü cihazlarının, qutğu və
alətlərin texniki vəziyyətini, sazlığını, təhlükəsizlik qaydalarının tələblərinə və
istifadə şərtlərinə uyğunluğunu;
-avadanlıqların, bağlayıcı və tənzimləyici armaturların və
kommunikasiyaların kipliyini, ventilyasiya və havatəmizləyici qurğuların
mövcudluğunu və sazlığını;
-yerlə birləşdirmə və statik cərəyandan mühafizə qurğularının mövcudluğu
və sazlığı;
-tutumların, balonların, riverslərin, qazqolderlərin və digər təzyiq altında
işləyən aparat və qabların vəziyyətini;
-çəpərləyici, qoryucu və kipləyici qurğuların, avtomatik nəzarət və
siqnalizasiya, məsafədən idarəetmə qurğularının və digər mühafizə vsitələrinin
mövcudluğu və sazlığını;
-iş yerlərinin işıqlandırılmasının vəziyyətini, işıqlandırırma sisteminin
sazlığını;
-fəhlələrin xüsusi geyim və digər fərdi mühafizə vasitələri ilə təmini
(dəbilqə, qoruyucu kəmər, əleyhqazlar, respiratorlar, mühafizə eyəkləri və s.),
onların vəziyyətini və onlardan düzgün istifadə edilməsini;
-dəniz özüllərində, hidrotexniki qurğularda qəza, yanğın və təbii
fəlakətlərin baş verdiyi zaman işçilərin xilas edilməsi üçün qayıqlar, sallar,
xilasedici halqalr, qolsuz gödəkçələr və digər avadanlıqlarla təchiz olunmalarını
və onların sazlığın;
-iş yerlərinin sanitar vəziyyətini, sanitariya-məişət otaqlarnın
saxlanılmasını, iş yerlərini əl-üz yuyanlarla, yuyucu və zərərsizləşdirici
maddələrlə, duşxanalarda yuyunmaq üçün ləvazimatla, tam komplektləşdirilmiş
apteçkalarla təmin edilməsini;
-ətraf müitin (torpağın, suyun, havanın) çirklənməsinin qarşısını alan
tədbirlərin yerinə yetilməsini;
-təlimatların, plakatarın, xəbərdaredici yazıların, təhlükəsizlik nişanlarının,
siqaret çəkmək üçün yürlərin mövcudluğunu, işə salma qurğularının işarə və
markirovkalarının, idarəetmə simvollarının mövcudluğunu və vəziyyətini;
-dəniz özüllərinin, estakadaların, qazma qurğularının və digər istehsalat
sahələrinin yanğınsöndürmə avadanlıqları, alətləri ilə təchiz olunmasını və
sazlığını;
-işçilərə bədbəxt hadisə baş verdikdə ilk yardımın göstərilmə qaydalarının
(qanaxmanın dayandırılması, yara və sınığa sarğının qoyulması, süni nəfəs
vermə qaydalarının və s.) bilmələrini;
-istehsalatın düzgün və təhlükəsiz təşkilini, texnoloji proseslərə, təlimatla,
istehsalat və əmək intizamına riayət etmələrini;
-yüksək dərəcədə təhlükəli şəraitdə işlərin aparılmasını, bu işlərin yerinə
yetirilməsi üçün sənədlərin (tapşırıq-icazələrinin) olmasını və düzgün tərtib
edilməsini;
-iş rəhbərlərinin (ustaların, icraçıların və s.) əsasnamələrdə, vəzifə
təlimatlarında, vahid sistemdə nəzərdə tutulmuş təhlükəsiz əmək şəraitinin
təmini üzrə vəzifə borclarının yerinə yetirilməlarini;
5.3.2 Sex, bölmə, qurğu rəisinin, daimi fəaliyyət göstərən komissiyanın
keçirdiyi operativ müşavirələrdə, fəhlə yığıncaqlqrında nəzərətin ikinci mərhələsi
üzrə yoxlamanın nəticələri, əmək şəraitinin vəziyyətinin qiymətləndirilməsi üçün
istifadə edilə bilər.

5.4 MÜƏSSİSƏNİN ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ ÜZRƏ


DAİMİ FƏALİYYƏT GÖSTƏRƏN KOMİSSİYASI ÜÇÜN
MƏSLƏHƏTLƏR

5.4.1Müəssisənin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən


komissiyası və onun köməkçi komissiyaları sexlərdə, obyektlərdə əmək şəraitinin
vəziyyətini həm məqsədyönlü, həm də kompleks şəkildə yoxlayır.
Komissiyalar aşağıdakıları yoxlayırlar:
-nəzarət orqanlarının əmr və sərəncamlarının, «əmək şəraitinin
vəziyyətinin yoxlanılması jurnalı»na yazılmış təkliflərin yerinə yetirilməsini,
pozuntuların aradan qaldırılmasını;
-əməyin mühafizəsi üzrə iş planlarının mövcudluğunu və onların yerinə
yetirilməsi;
-sex, qurğu, bölmə rəislərinin, onların müavinlərinin, mühəndis-texniki
işçilərinin vəzifə təlimatlarına uyğun əməyin mühafizəsi məsələləri sahəsində
apardığları işləri;
-sex, qurğu, bölmə rəislərinin, onların müavinlərinin tərəfindın keçirilən
operativ nəzarətin ilk mərhələlərinin səmərəsini, iclaslarda və operativ
yığıncaqlarda əmək şəraitinin vəziyyətinə baxılmasını (müntəzəmliyini,
dolğunluğunu, lazımi tədbirlərin görülməsini və s.)
-əmək şəraitinin yaxşılaşdirilması üzrə planlaşdırılmış tədbirlərin,
istehsalatda bədbəxt hadisələrin təhqiqi zamanı aktlarda nəzərdə tutulmuş
tədbirlərin vaxtında və dolğun yerinə yetirilməsini;
-obyektlərdə sanitariya-texniki pasportun mövcudluğunu və onun düzgün
aparılmasını;
-bədbəxt hadisələrin vaxtında təhqiqini və təhqiqat sənədlərinin düzgün
tərtib olunmasını;
-fəhlələrlə və mühəndis-texniki işçilərlə təlimatların vaxtında və yüksək
səviyyədə keçirilməsini, buna aid jurnallarının, protokolların, vəsiqələrin düzgün
tərtib olunmasını, növbədənkənar təlimatların keçirilməsi qaydasını,
təlimatlarınkeçirilməsində müvafiq xidmətlərin mütəxəssislərinin iştirakını;
- fəhlələrlə və mühəndis-texniki işçilərlərin əmrlərə, göstərişlərə, məlumat
məktubları ilə tanış etmə qaydasını və müvafiqsənədin tərtib olunmasını;
-fəhlələrin iş yerinə, avadanlıqlara və mexanizmlərə xidmət etməyə
buraxılmazdan əvvəl təlimləndirilmələrini, təcrübə keçmələrini, işə buraxılma
hüququ sənədin mövcudluğunu;
-fəhlələrin, mühəndis-texniki işçilərin biliklərinin yoxlanılması üçün sex,
bölmə fəaliyyət göstərən komissiyanın yaradılmasını, onların iş qaydasını,
(cədvəllərin mövcudluğunu, onlara riayət olunmasını və s.) proqramının
mövcudluğunu, onun məzmununu, fəhlələrin biliklərinin yoxlanılmasının
nəticələrinin rəsmiləşdirilməsini;
-işçilərin, iş yerlərinin və obyektlərin lazımi təlimatlarla, yaddaş kitabçaları,
təhlükəsizlik nişanları ilə təmin olunmasını;
-əməyin təhlükəsizliyi məsəllərinə dair sənədlərin (jurnal, pasport,
protokol və s.) mövcudluğunu və onların düzgün aparılmasını;
-avadanlıqların, mexanizmlərin, nəzarət-ölçü cihazlarının, qurğu və
alətlərin, ventiolyasiya və havatəmizləyici qurğuların, istilik və işıqlandırma
sistemlərinin, elektrik avadanlıqlarının, qurğularının yerlə birləşmələrinin sazlığını
və düzgün istismarını, avtomatlaşdırma və mexanizmləşdirmə, nəqliyyat
vasitələrinin texniki vəziyyətinin təhlükəsizlik qaydalarının, standartların
tələblərinə uyğunluğu;
-avadanlığların, alətlərin defektoskopiya üsulu ilə yoxlanılmasını, təzyiq
altında işləyən abların, yükqaldırıcı mexanizmlərin və digər avadanlıqlarının
mexaniki üsulla yoxlanılmasını;
-çəpərləyici, qoruyucu, kipləyici, siqnalizasiya, məsafədən idarəetmə,
avtomatik nəzarətedici və digər mühafizə vasitələrinin mövcudluğunu və
sazlığını;
-işçilərin düzgün və təhlükəsiz təşkilini, texnoloji proseslərin düzgün
aparılmasını, işçilərin təhlükəsiz iş üsullarına, texnoloji rejimlərə, təlimatların
tələblərinə riayət etmələrini;
-quyuların qazılmasında layihələrin, geoloji-texniki tapşırığın, istehsalat
obyektlərinin, qurğularının tikintisi işlərinin aparılması üçün layihələrin
mövcudlluğunu;
-hündürlükdə və dəniz özüllərinin, estakadların, dəniz qurğularının
döşəməsinin altında işlərin təhlükəsiz aparılması üçün nənnilərin, keçidlərin,
meydançaların, nərdivanların mövcudluğunu və szlığını;
-təhlükəli şəraitdə işlərin yerinə yetirilməsi üzrə lazımi sənədlərin tərtib
olunmasını (tapşırıq-icazə, plan və s.), işə başlamazdan əvvəl işləyənlərlə
təlimatın keçirilməsini;
-ətraf mühitin çirklənməsinin qarşısını alan tədbirlərin yerinə yetirilməsini;
-istehslat sahələrinin normaya əsasən yanğınsöndürmə avadanlıqları və
alətlərilə təchiz olunmasını;
-dəniz qurğularında qəzaların, yanğınların baş verdiyi zaman işçilərin
kollektiv xilasetmə vasitələrindən düzgün istifadə etmə qaydalarına
öyrədilməsini;
-ustaların, icraçıların, sex və bölmə rəislərinin, daimi fəaliyyət göstərən
komissiyaların iş yerində əmək şəraitinin vəziyyətinin qeydə alınmasına,
qiymətləndirilməsinə münasibəti;
-işçilərin işə qəbul zamanı və gələcəkdə müntəzəm tibbi müayinədən
küçmə qaydalarına riayət etmələrini, daimi iş yeri dəniz obyektləri olan işçilərin
üzməyi bacarmalarını;
-bədbəxt hadisə baş verdikdə, xəstəlik və suya düşmə zamanı işçilərə ilk
yardım göstərilməsi qaydalarına öyrədilmələrini;
-təhlükəsizlik qaydalarına, təlimatlara riayət etməyən şəxslərə qarşı
intizam cəzasının verilməsinə;
5.4.2 Nəzarətin üçüncü mərhələsi üzrə yoxlama nəticələrinin aktı tərtib
edilir və əmək şəraitinin vəziyətinin təhlil edilməsinədə əsas sənəd kimi operativ
müşavirələrin, iclasların aparılmasında istifadə edilir.

5.5 BİRLİYİN ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ ÜZRƏ


FƏALİYYƏT GÖSTƏRƏN KOMİSSİYA ÜÇÜN
MƏSLƏHƏTLƏR
5.5.1Birliyin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən
komissiyası və onun köməkçi komissiyaları müəssisələrdə və onların struktur
bölmələrində əmək şəraitinin vəziyyətini məqsədyönlü və kompleks şəkildə
yoxlayırlar:
-rəhbərlərin, şöbə rəislərinin və mühəndis-texniki işçilərin gördükləri işi;
-vəzifə təlimatlarının mövcudluğunu, təlimatlarda təhlükəsiz əmək
şəraitinin təmin edən vəzifə borclarının göstərilməsini və yerinə yetirilməsini,
müəssisədə nəzarətin üç əvvəlki mərhələlərinin səmərəli aparılmasını və əmək
şəraitinin təhlil edilməsini (ardıcıllığını, məzmununu, lazımi tədbirlərin müəyyən
edilməsini), işlərin aparılmasında baş mütəxəssizlərin iştirakını, jurnallarda qeyd
olunmuş pozuntuların, nöqsanların aradan qaldırılmasını;
-əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin təşkili, apardığı
işi, işçilərin istehsalatın xüsusiyyətlərinə uyğun olaraq seçilmələrini, təhsillərini,
ixtisaslarını, iş təcrübələrini, xidməti işçilər üçün vəzifə təlimatlarının olmasını,
onların işinin mahiyyətini;
-xidmətin iş planlarının olması və yerinə yetirilməsini, xidmətin otaqla,
normativ, texniki ədəbiyyatla təmin olunmasını;
-şöbələrin və xidmətlərin planlarında əməyin mühafizəsi məsələlərinin
göstərilməsini, planlaşdırılmış tədbirlərin yerinə yetirilməsini;
-əmək şəraitinin vəziyyətinin yoxlanılmasının təşkilini və aparılmasını,
müəssisənin daimi fəliyyət göstərən komissiyasının işini, komissiyanın iş planının
yerinə yetirilməsini, müəssisə rəhbərlərinin, baş mütəxəssislərin, mühəndis-
texniki işçilərin komissiyasının işində iştirakını;
-əmək şəraitinin vəziyyətinin vaxtında və keyfiyyətli yoxlanılmasını,
operativ surətdə təhlil olunmasını və məlumat verilməsini;
-müəssisə rəhbərlərinin yanında əməyin mühafizəsi məsələlərinə dair
müşavirələrin keçirilməsinin təşkilini, müxtəlif müşavirələrdə, operativ iclaslarda,
fəhlə yığıncaqlarında, konfraslarda əmək mühafizəsi məsələlərin, əmək
şəraitinin yoxlanılmasının nəticələrinin müzakirəsini, müvafiq qərların qəbul
edilməsini və yerinə yetirilməsini;
-əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlərin
işlənib hazırlanması, həyata keçirilməsini, kompleks planların məzmununu,
planlaşdırılmış tədbirlərin vaxtında və tam yetirilməsini;
-Neft Şirlətinin, Dövlət nəzarət orqanlarının, Həmkarlar İttifaqının
komitələrinin və digər yuxarı təşkilatların əmrilərinin, göstərişlərinin,
sərəncamlarının yerinə yetirilməsini;
-bədbəxt hadisələrin düzgün təhqiq olunmasını və müvafiq sənədlərin
tərtib edilməsini, bədbəxt hadisələr barəsində qəbul edilmiş qaydaya əsasən
məlumatın verilməsini, ölümlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqində
müəssisə rəhbrlərinin iştirakını, təhqiq aktlarında göstərilən tədbirlərin yerinə
yetirilməsini və səmərəliliyini;
-fəhlələrin təhlükəsiz iş üsullarına öyrədilmələrini və ixtisaslarının
artırılmasında qəbul olunmuş qaydaya əməl olunmasını;
-fəhlələrlə, mühəndis-texniki işçilərlə təlimatların vaxtında və keyfiyyətli
keçirilməsini, proqramların, sualların mövcudluğunu və düzgün tərtib
olunmasını, fəhlələrin və mühəndis-texniki işçilərin biliklərinin yoxlanılması
cədvəlinə riayət edilməsini, sənədlərin (jurnalların, protokolların) düzgün və
keyfiyyətli tərtib olunmasını;
-işlərin təhlükəsiz aparılması üzrə təlimatların işçilənib hazırlanması,
yenidən baxılması qaydasını, bölmələr üzrə təlimatların siyahısının olmasını,
siyahıya əsasən təlimatların mövcudluğunu, təlimatlara vaxtında yenidən
baxılmasını və düzgün təhqiq olunmasını;
-əmək mühafizəsi kabinetinin olmasını və onun tikinti normaları və
qaydalarının tələblərinə uyğunluğunu, lazım olan vəsaitə, ədəbiyyatla, öyrədici
vasitələrlə təchiz olunmasını, işinin təşkili və keyfiyyətini;
-müəssisədə əməyin mühafizəsi məsələlərinin oxunmasını, söhbətlərin
aparılmasını, qəzet və bülletenlərin buraxılmasını;
-bədbəxt hadisə nəticəsində zərərçəkənənlərə, xəstələnənlərə ilk yardımın
göstərilməsi (qanaxmanın dayandırılması, yara və sınıqların bağlanması, elektrik
cərəyanından xəsarətalana süni nəfəs verilməsi, dərmanların xəstələrə düzgün
verilməsi və s.) haqqında plakatların, şəkillərin mövcudluğunu, işçilərə suya
düşəni xilasetmə qaydalarına öyrədilmələrini;
-əməyin təhlükəsizliyi üzrə sənədlərin mövcudluğunu və düzgün
aparılmasını (jurnalların, plakatların, aktların, tapşırıqların və s.);
-avadanlıqların, mexanizmlərin, alətlərin, qurğuların, nəzarət-ölçü
cihazlarının, ventilyasiya, istilik və işıqlandırma sistemlərinin, elektrik
avadanlıqlarının və qurğuların yerlə birləşdirilmələrinin texniki vəziyyətini və
düzgün istismarını, avtomatlaşdırma, mexanikləşdirmə və nəqliyyat vasitələrinin
təhlükəsizlik qaydalarının, standartların tələblərinə uyğunluğunu;
-çəpərlərin, mühafizə, xilasedici, avtomatik nəzarət və siqnalverici,
məsafədən idaəetmə qurğularının, vasitələrinin mövcudluğunu və sazlığını;
-texnoloji proseslərin təşkilini və aparılmasını, yüksək təhlükəlilik
şəraitində işlərin təşkilini, aparılmasının və bu işlərin aparılması üzrə sənədlərin
(layihələrin, planların, tapşırıq-icazənin və s.) mövcudluğunu;
-fəhlələrin, iş yerlərinin lazımi təlimatlarla, plakatlarla, təhlükəsizlik
nişanları və təbliğat vasitələrilə təmin olunmasını;
-fəhlələrin dəniz özüllərində, estakadaların, qazma qurğularının, gəmilərin
və digər iş yerlərinin mühafizə, xilasedici vasitərlə təmin olunmasını, onların
texniki vəziyyətini, işçilərin onlardan düzgün istifadə etmələrini, onların alınması
üçün sifarişlərin trtib olunması, alınmasını, iş paltarlarının düzgün qəbulunu,
saxlanılmasını, işçilərə verilməsini, yuyulmasını və kimyəvi təmizlənməsini;
-estakadalarda, müəssisələrin ərazisində nəqliyyatın yol hərəkətinə
nəzarəti, estakadalarda sürəti və daşınan yükün çəkisini məhdudlaşdıran yol
nişanlarının mövcudluğunu;
-sürücülərin xəttə çıxmazdan əvvəl və xəttən qayıdandan sonra tibbi
müayinədən keçmələrini;
-iş yerlərinin lazımi dərmənlarla, sarğı materialları ilə təmin olunmasını;
-işçilərin, proseslərin təhlükəsiz və qəzasız təşkili məqsədi ilə nəzarətin
birinci mərhələsi və ləğvinin ardıcıllığını;
-nəzarətin ikinci mərhələsi üzrə qədulu zamanı və sonra mütəmadi tibbi
müayinədən keçmələrini, iş yerləri dəniz obyektlərində ölan işilərim üzə
bilmələrini;
-müəssisənin sexlərinin, sahələrinin, bölmələrinin normaya uyğun
sanitariya-məişət otaqları ilə təmin olunmasını və onların vəziyyətini;
-müəssisələrin, bina və qurğuların, sexlərinin, sahələrinin ərazilərinin,
keçidlərin, iş yerlərinin vəziyyətini, dəniz özüllərinin, estakadaların, qazma
qurğularının və digər hidrotexniki qurğuların döşəmələrinin, çəpərlərinin
sazlığını;
-sexlərdə avadanlıqların düzgün yerləşdirilməsini;
-dəniz özüllərinin, estakadaların əsaslı təmirini, onların texniki vəziyyətinin
vaxtında yoxlanılmasını və təmir üçün aktin tərtib olunmasını,
metalkonstruksiyaların korroziyaya (pslanmaya) qarşı kimyəvi örtüklərlə
mühafizə olunmasını, dəniz özüllərinin, estakadaların döşəməsində dağılmış,
açıq yerlərinin olmasını;
-kollektiv xilasedici vasitələrin sazlığını və işçilərin onlardan istifadə etmə
qaydalarına öyrədilmələrini;
-ətraf mühitin (torpağın, havanın, suyun) çirklənməsinin qarşısını alan
tədbirlərin yerinə yetirilməsini;
-işçilərin təhlükəsizlik qaydalarına, təlimatlarla, istehsalat və əmək
intizamına riayət etmələrini;
-istehsalat sahələrinin notrmaya əsasən yanğınsöndürmə vasitələri ilə
təchiz olunmasını.

6.İŞ YERLƏRİNİN ATTESTASİYASI, OBYEKTLƏRİN


SANİTAR-TEXNİKİ VƏZİYYƏTİNİN
PASPORTLAŞDIRILMASI

6.1.Əmək şəraitinin daha da yaxşılaşdırılması üzrə əsas təşkilati


tədbirlərdən biri – iş yerlərinin attestasiyası, sexlərin, obyektlərin sanitariya-
texniki vəziyyətinin pasportlaşdırılmasıdır. Əsas məqsəd iş yerində əmək
şəraitinin faktiki vəziyyətinin qüvvədə olan təhlükəsizlik norma, qayda və
standartların tələblərinə uyğun olmasını aşkar etməkdir.
Pasportlaşdırılması vacib olan sahələrin, sexlərin siyahısını əməyin
mühafizəsi və təhlükəsizlik texnikası xidməti sahələrin, bölmə, sex, sahə
rəhbərləri ilə birlikdə müəyyən edirlər və bu siyahını müəssisənin baş
mühəndisi, Həmkarlar İttifaqı komitəsi ilə razılaşdırdıqdan sonra təsdiq edir.
6.2.Pasportlaşdırma əmək şəraitinin vəziyyətinə nəzarət növlərindən biri
olmaqla, müntəzəm yoxlama zamanı sexlərin, sahələrin, iş yerlərinin sanitar
normalara uyğun olmadığını aşkar etməkdən, vəziyyətini qiymətləndirməkdən,
təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirləri həyata
keçirməkdən ibarətdir.
6.3.Pasportlaşdırma iş yerlərinin və obyektlərin müntəzəm yoxlanılması və
onlara baxış keçirilməsi ilə, istehsalat amillərinin göstəricilərinin ölçülməsi və
müvafiq göstəricilərin sanitar-texniki pasporta yazılması ilə aparılır.
Sanitar-texniki pasporta aşağıdakı məlumatlar yazılır:
-istehsalat prosesi haqqında;
-növbələr və peşələr üzrə işləyənlərin sayı;
-təhlükəli və zərərli istehsalat amilləri;
-istehsalat binalarında ventilyasiyanın, işıqlandırmanın vəziyyəti, havanın
temperaturu və rütubəti;
-obyektdə quraşdırılmış avadanlıqlar haqqında;
-sanitar-məişət təminatı;
-istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri haqqında.
6.4.İş yerlərinin attestasiyası, sexlərin, sahələrin sanitar-texniki
pasportlaşdırılması, əmək şəraitinin vəziyyətinin dərindən və hərtərəfli təhlili
aşağıdakılara imkan verir:
-normalara, qaydalara və standartlara uyğun olmayan istehsalat
sahələrinin, avadanlıqların aşkar edilməsinə;
-əmək şəraitinin və görülən tədbirlərin səmərəli olmasının obyektiv
qiymətləndirilməsinə;
-əlverişli əmək şəraitinin yaradılmasına, istehsalatda bədbəxt hadisələrin
və peşə xəstəliklərinin azaldılması və qarşısının alınması üzrə ardıcıl tədbirlər
planlarının işlənib hazırlanmasına və həyata keçirilməsinə.
6.5.Sexlərin, sahələrin pasportlaşdırılması, iş yerlərinin attestasiyası
onların və bütövlükdə müəssisənin sanitar-texniki vəziyyəti haqqında
ümumiləşdirilmiş məlumat toplamağa imkan verir.
6.6.Sexlərin, obyektlərin sanitar-texniki vəziyyəti haqqında
ümumiləşdirilmiş məlumat əmək şəraitinin yaxşılaşdırılması üzrə kompleks
tədbirlər planlarının tərtib olunması və həyata keçirilməsi üçün əsas
materiallardan biridir. Bu məlumat əmək şəraitinin yaxşılaşdırılması məqsədi ilə
sexlərin, obyektlərin yenidən qurulması, istehsalatın genişləndirilməsi
layihələrinin hazırlanmasına əsasdır
6.7.Sexlərin, obyektlərin sanitar-texniki vəziyyətinin pasportlaşdırılması 5
ildən bir aparılır və sexlərin, obyektlərin rəhbərləri tərəfindən həyata keçirilir.
Onlar pasportda qeyd olunan məlumatların düzgünlüyünə, pasportun
saxlanılmasına cavabdehdirlər.
İstehsalat amillərinin göstəricilərini (havanın tərkibində qazın və tozun
miqdarını, səsin, titrəyişin dərəcəsini, işıqlandırmanı və s.) sənaye-sanitariya
laboratoriyalarının işçiləri müəyyənləşdirirlər.
6.8.Sanitar-texniki pasport bir nüsxədə doldurulur və sex rəisində
saxlanılır.
6.9.Sexlərdə, obyektlərdə pasportların vaxtında və düzgün
doldurulmasına nəzarət müəssisənin əməyin mühafizəsi və təhlükəsizlik
texnikası xidmətinə həvalə edilir.

7.ƏMƏK ŞƏRAİTİNİN VƏZİYYƏTİNİ NƏZƏRDƏN


KEÇİRMƏ QAYDASI

7.1 Ümumi hissə

7.1.1İşçilərə onların əmək mühafizəsinin idarə edilməsində fəal iştirakı


üçün şərait yaradılması, kollektivlərə onların əmək mühafizəsi sahəsində
fəaliyyəti haqqında məlumat verilməsi, müəssisələrin ictimai təşkilatlarla həmişə
işgüzar əlaqə saxlaması, işçilərin idarəetmə məsələlərinə daimi marağını
zəiflətmək üçün mühüm vasitədir və eyni zamanda əməyin mühafizəsi
məsələləri üzrə daha səmərəli qərarların qəbul edilməsi üçün təlimatdır.
7.1.2.İşçilərin əməyin mühafizəsinin idarə edilməsində iştirak
formalarından biri briqadaların, sexlərin fəhlə yığıncaqlarında, müəssisə, birlik
rəhbərlərinin yanında keçirilən müşavirələrdə, iclaslarda əmək şəraitinin
vəziyyətini müntəzəm olaraq müzakirə edilməsidi.

7.2 BRİQADADA, SAHƏDƏ ƏMƏK ŞƏRAİTİNİN


VƏZİYYƏTİNƏ BAXILMASI

7.2.1.Usta, icraçı və bilavasitə iş rəhbərləri Həmkarlar İttifaqı komitəsinin


işçisi ilə birlikdə ayda iki dəfədən az olmayaraq əmək şəraitinin vəziyyəti üzrə
məsələləri fəhlə iclaslarında müzakirə edir.
7.2.2.Sayca kiçik bölmələrdə (5 və az işçisi olan) belə yığıncaqları sex
rəhbərlərindən biri aparır. İstehsalatın sexsiz strukturunda briqadalar, istehsalat
sahələri bilavasitə müəssisə rəhbərlərinə tabe olanda belə, bölmələr üçün fəhlə
yığıncaqlarını müəssisə aparatının mühəndis-texniki işçiləri keçirirlər.
7.2.3.Bu iclaslarda nəzarətin birinci mərhələsinin nəticələri müzakirə
olunur, obyektlərdə əmək şəraitinin vəziyyətinə qiymət verilir, müəssisə
rəhbərlərinin əmrlərinin və sərəncamlarının məzmunu, bədbəxt hadisələrin
səbəbləri fəhlələrin nəzərinə çatdırılır, fəhlələrin təklifləri müzakirə olunur,
bədbəxt hadisələrin qarşısının alınması üzrə lazımi göstərişlər və tapşırıqlar
verilir. Növbəli iş şəraitində fəhlə iclasları növbə arasında keçirilir.
7.2.4.İclasların keçirilməsi əməyin mühafizəsi üzrə aparılan işlərin
qeydiyyat jurnalında protokol şəklində rəsmiləşdirilir (tarix, iştirak edənlərin
tərkibi, baxılan məsələlərin siyahısı, qəbul edilən qərarlar, nəzərdə tutulan
tədbirlər, onların həyata keçirilməsi müddəti və icraçılar göstərilir). Jurnalın
forması 7-ci əlavədə verilir.
7.3 SEXDƏ, BÖLMƏDƏ ƏMƏK ŞƏRAİTİNİN
VƏZİYYƏTİNƏ BAXILMASI

7.3.1.Sex, bölmə rəisi, sexin Həmkarlar İttifaqı komitəsinin sədri, əmək


mügafizəsi üzrə üctimai müfəttişlə birlikdə ayda bir dəfə fəhlə iclasında və ya
operativ iclasda əməyin mühafizəsi məsələlərinə baxır.
İstehsalatın sexsiz strukturunda bu cür yığıncaqlar keçirilmir.
7.3.2.Operativ müşavirələrdə, fəhlə iclaslarında nəzarətin ikinci mərhələsi
üzrə yoxlamanın nəticələri müzakirə edilir, ustaların obyektlərdə əmək şəraitinin
vəziyyəti haqqında nəzarətin birinci mərhələsi üzrə məlumatı dinlənilir, ayrı-ayrı
sahələrdə və bütövlükdə sexdə əmək şəraitinin vəziyyəti təhlükəsizlik
baxımından qiymətləndirilir. Müəssisə rəhbərlərinin əmr və sərəncamlarının
məzmunu, bədbəxt hadisələrin səbəbləri ustaların və iş rəhbərlərinin nəzərinə
çatdırılır, bədbəxt hadisələrin qarşısının alınması üzrə lazımi göstərişlər verilir,
təhlükəsizlik norma və qaydalarının pozulması halları araşdırılır. Təhlükəsizlik
qaydalarının kobud şəkildə və ya təkrar pozulması halları müvafiq növbənin
fəhlələrinin iştirakı ilə müzakirə edilir.
7.3.3.Operativ müşavirələrin, iclasların keçirilməsi əməyin mühafizəsi üzrə
aparılan işlərin qeydiyyat jurnalında rəsmiləşdirilir (tarix, iştirakçıların sayı,
baxılan məsələlərin siyahısı, qəbul edilən qərarlar, nəzərdə tutulan tədbirlər,
onların həyata keçirilməsi müddəti və məsul şəxslər göstərilir).
İclasların yekunları üzrə daha ciddi tədbirlərin görülməsi lazım gəldikdə,
sex rəisi sərəncam verir, nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi
müddətləri və icraçılar bu sərəncamda göstərilir.

7.4 ƏMƏK ŞƏRAİTİNİN VƏZİYYƏTİNİN MÜƏSSİSƏ


RƏHBƏRLİYİ YANINDA MÜZAKİRƏSİ

7.4.1.Müəssisə rəhbərliyi (rəis, müdir, baş mühəndis, müdir müavini)


rübdə bir dəfədən az olmayaraq mühəndis-texniki işçilərinin (sex, xidmət, şöbə
rəisləri, baş və aparıcı mütəxəssislər və s.) müşavirələrində, texniki şurada,
daimi fəaliyyət göstərən komissiyanın iclasında, Həmkarlar İttifaqı komitəsinin
işçilərinin iştirakı ilə müəssisənin keçən dövrdə əmək mühafizəsi sahəsindəki
yekunları, əmək şəraitinin yaxşılaşdırılması üzrə kompleks planının yerinə
yetirilməsinin gedişini, daimi fəaliyyət göstərən komissiyanın və onun köməkçi
komissiyalarının əmək şəraitinin vəziyyəti yoxlanılmasının nəticələrini, sex və
bölmələrin pasportlaşdırılmasının tekunlarını müzakirə edir, ayrı-ayrı sex, bölmə
rəhbələrininapardıqlarıişlərin vəziyyəti, nəzarətin birinci və ikinci mərhələlərin
keçirilməsi, bədbəxt hadisələr və qəzalar haqqında məlumatları və əmək
mühafizəsinin digər məsələlərini dinləyir, həmin məsələlər üzrə aparılan işlərə
qiymət verir, əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər hazırlayır.
7.4.2.Müşavirələrdə, şuralarda, daimi fəaliyyət göstərən komissiyaların
müşavirələrində, iclaslarda məsələlərin müzakirəsi və qərarların qəbul edilməsi
protokolla rəsmiləşdirilir.
Lazım gəldikdə, əməyin mühafizəsi sahəsində işlərin yekunları üzrə rüb
ərzində xülasəli əmr verilir.

7.5 ƏMƏYİN MÜHAFİZƏSİ MƏSƏLƏLƏRİNİN BİRLİYİN


RƏHBƏRLİYİ YANINDA MÜZAKİRƏSİ

7.5.1.Birliyin rəhbərliyi (baş direktor, baş mühəndis, baş direktorun


müavinləri) yarım ildə bir dəfədən az olmayaraq müəssisələrin rəhbər və
mühəndis-texniki işçilərinin müşavirəsində, direktorlar şurasında, daimi fəaliyyət
göstərən komissiyanın iclasında, Həmkarlar İttifaqı Komitələri və Dövlət nəzarət
orqanları işçilərinin iştirakı ilə ötən dövr ərzində əməyin mühafizəsi sahəsində
işlərin yekunlarını, əmək şəraitinin kompleks yaxşılaşdırılması və
sağlamlaşdırılması planlarının yerinə yetirilməsinin gedişini, müəssisələrdə əmək
mühafizəsi üzrə işlərin təşkilinin vəziyyətini, nəzarətin dördüncü mərhələsinin
nəticələrini müzakirə edir, ayrı-ayrı müəssisələrin rəhbərlərinin işi haqqında,
nəzarətin ilk üç mərhələsinin keçirilməsinin, sexlərin və obyektlərin
pasportlaşdırılmasının nəticələrini, bədbəxt hadisələr və qəzalar haqqında
məlumatı dinləyir və görülən işlərə qiymət verir, onun yaxşılaşdırılması
tədbirlərini müəyyən edir.
7.5.2.Müşavirələrdə, şuralarda, daimi fəaliyyət göstərən komissiyaların
müşavirələrində, iclaslarında məsələlərin müzakirəsi və qərarların qəbul edilməsi
protokollar tərtib edilir.
Yarım il və bütövlükdə il ərzində əmək mühafizəsi sahəsində aparılan
işlərin yekunlarına əsasən birlik üzrə əmr verilir.

8. ƏMƏK ŞƏRAİTİNİN VƏZİYYƏTİ HAQQINDA


MƏLUMATLANDIRMA QAYDALARI

8.1 Ustanın, icraçının, bilavasitə iş rəhbərinin məlumatı

8.1.1.Usta ayda iki dəfə sex rəisinə obyektdə əmək şəraitinin vəziyyəti
haqqında məlumat verir.
Ustanın təqdim etdiyi məlumatın forması 8-ci əlavədə göstərilir.
8.1.2.İstehsalatın sexsiz təşkili strukturunda usta müəssisə rəhbərliyinə
məlumatı həcmində və müddətində verir.
8.1.3.Ustanın məlumatına aşağıdakı faktlar daxil edilir:
-apardığı yoxlamaların sayı, onun və digər yoxlama aparanların aşkar
etdikləri və əmək şəraitinin vəziyyətinin yoxlanılması jurnalında qeydə alınmış
pozuntuların sayı;
-nəzərdə tutulmuş müddətdə yerinə yetirilməsi tələb olunan (plan, əmr,
akt, sərəncam üzrə və s.) və yerinə yetirilmiş tədbirlərin sayi;
-ləğvi sexin və ya müəssisənin müdiriyyətindən asılı olan pozuntuların
siyahısı;
-iş yerlərinin və obyektlərin, həmçinin işçilərin lazımi mühafizə vasitələri
ilə, təlimatlarla, plakatlarla, təhlükəsizlik nişanları ilə təmin edilməsi (rübdə bir
dəfə);
-əmək mühafizəsi məsələlərinin baxılması üçün keçirilən operativ və fəhlə
yığıncaqlarının sayı.
Usta öz məlumatına sex rəhbərliyinin müzakirəsi üçün təkliflər daxil edir.

8.2 SEX, BÖLMƏ RƏİSİNİN MƏLUMATI

8.2.1.Sex, bölmə rəisi ayda bir dəfə (gələn ayın 5-dən gec olmayaraq)
sexdə əmək şəraitinin vəziyyəti haqqında müəssisənin rəhbərliyinə məlumat
təqdim edir. Sex rəisinin təqdim etdiyi məlumat forması əlavə 9-da göstərilir.
8.2.2.Sex rəisinin məlumatına aşağıdakılar daxildir:
-aparılan yoxlamaların sayı;
-əmək şəraitinin vəziyyətinin yoxlanılması, o cümlədən obyektlərin
pasportlaşdırılması zamanı aşkar edilmiş pozuntuların sayı və onların əmək
şəraitinin yoxlanılması jurnalında qeydə alınması;
-məlumat verilən günə qədər aradan qaldırılmış pozuntuların sayı;
-ləğvi müəssisənin rəhbərliyindən asılı olan pozuntuların sayı;
-pasport tərtib olunan və pasportlaşdırılması tələb olunan obyektlərin
siyahısı;
-müəssisələrin rəhbərliyinin əmrlərinin və sərəncamlarının yerinə
yetirilməsi haqqında məlumat;
-əmək şəraitinin yaxşılaşdırılması üzrə planlaşdırılmış tədbirlərin yerinə
yetirilməsi haqqında məlumat;
-obyektlərin, iş yerlərinin, fəhlələrin mühafizə vasitələri ilə, təlimatlarla,
plakatlarla, təhlükəsizlik nişanları ilə təmin edilməsi, onların yararlı olması
haqqında (hər rübdə bir dəfə) məlumat;
-əmək mühafizəsi məsələlərinin baxılması üçün keçirilən operativ və fəhlə
iclaslarının sayı;
-təhlükəsizlik qayda və njrmalarının tələblərinin pozulmasına görə inzibati
məsuliyyətə cəlb olunan işçilərin sayı;
-biliklərinin yoxlanılması tələb olunan və bilikləri yoxlanılmış fəhlələrin və
mühəndis-texniki işçilərin sayı;
-Sex, bölmə rəisi müəssisə rəhbərliyinə verdiyi məlumatda əmək şəraitinin
yaxşılaşdırılması üzrə irad və təkliflər irəli sürür.

8.3 MÜƏSSİSƏNİN MƏLUMATI


8.3.1.Müəssisənin rəhbərliyi (rəis, baş mühəndis) hər rübdə bir dəfədən
(gələn ayın 15-dək) gec olmayaraq, əmək şəraitinin vəziyyəti haqqında birliyin,
idarənin və müəssisənin rəhbərliyinə məlumat verir.
Məlumatın forması əlavə 10-u əlavədə göstərilmişdir.
8.3.2.Müəssisənin məlumatına aşağıdakılar daxildir:
-nəzarətin hər bir mərhələsi üzrə aparılmış yoxlamaların ayrılıqda sayı;
yoxlama aparılan sexlərin, sahələrin sayı;
-bütün yoxlamalar və obyektlərin pasportlaşdırılması zamanı aşkar edilmiş
pozuntuların sayı və hesabat dövründə aradan qaldırılmış pozuntuların sayı;
-pasportlaşdırılması tələb olunan və pasport tərtib olunan obyektlərin sayı
(hər yarım ildə bir dəfə);
-nəzarət, müfəttişlik və digər yoxlayıcı orqanların işçiləri tərəfində işi
dayandırılmış obyektlərin sayı;
-yuxarı təşkilatların əmr və göstərişlərinin yerinə yetirilməsi;
-Dövlət nəzarət orqanlarının və Həmkarlar İttifaqı komitələsinin texniki
müfəttişlərinin göstərişlərinin yerinə yetirilməsi;
-əmək mühafizəsi üzrə planda nəzərdə tutulmuş tədbirlərin yerinə
yetirilməsi;
-işləyənlərin fərdi mühafizə vasitələri ilə, istehsalat sexlərinin, bölmələrinin
təhlükəsiz qardaları, təlimatları, plakatları, nişanları ilə təmin olunması (ildə bir
dəfə);
-müəssisənin rəhbərliyi tərəfindən daimi fəaliyyət göstərən komissiyanın
keçirdiyi iclaslar haqqında;
-biliklərinin yoxlanılması tələb olunan və bilikləri yoxlanılmış işçilərin sayı;
-əmək mühafizəsi sahəsində fəal işinə görə mükafatlandırılmış şəxslərin
sayı;
-əməyin təhlükəsizliyi üzrə qaydaların, təlimatların pozulmasına görə
məsuliyyətə (intizam, inzibati, cinayət, maadi) cəlb olunmuş şəxslərin sayı;
-xəsarətalma halları baş verməyən sexlərin, sahələrin, briqadaların sayı;
-əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin sayca və
keyfiyyətcə tərkibi (ildə bir dəfə).

8.4 BİLAVASİTƏ AZƏRBAYCAN DÖVLƏT NEFT


ŞİRKƏTİNƏ TABE OLAN BİRLİYİN,
İDARƏNİN MƏLUMATI

8.4.1.Bilavasitə Azərbaycan Dövlət Neft Şirkətinə tabe olan birliklərin,


idarələrin və müəssisələrin rəhbərliyi (rəis, müdir, direktor, onların müavinləri,
baş mühəndis) hər ildə bir dəfə (yanvarın 25-dən gec olmayaraq) müəssisələrdə
əmək şəraitinin vəziyyəti haqqında Şirkətin əmək və ətraf mühitin mühafizəsi
şöbəsinə məlumat verir.
Birliyin təqdim etdiyi məlumat forması əlavə 11-də göstərilmişdir.
8.4.2.Birliyin məlumatına aşağıdakılar daxildir:
-nəzarətin üçüncü və dördüncü mərhələləri üzrə aparılan yoxlamaların
sayı;
-yoxlama aparılan müəssisələrin, sexlərin, obyektlərin sayı;
-bütün yoxlamalar zamanı aşkar edilmiş və aradan qaldırılmış pozuntuların
sayı;
-pasportlaşdırılması tələb olunan obyektlərin, o cümlədən pasport tərtib
olunmuş obyektlərin sayı;
-yuxarı təşkilatların əmr və sərəncamlarının yerinə yetirilməsi;
-Dövlət nəzarət orqanlarının, Həmkarlar İttifaqının texniki müfəttişlərinin
sərəncamlarının yerinə yetirilməsi;
-əmək mühafizəsi üzrə planda nəzərdə tutulmuş tədbirlərin yerinə
yetirilməsi;
-müəssisələrin mühafizə və xilasedici vasitələrilə, təhlükəsizlik qaydaları,
təlimatlar, plakatlar, təhlükəsizlik nişanları ilə təmin olunması;
-birliyin, idarənin, müəssisənin rəhbərliyinin keçirdiyi müşavirələr,
direktorlar şurası, daimi fəaliyyət göstərən komissiyanın iclasları haqqında;
-əməyin mühafizəsi sahəsində fəal işinə görə mükafatlandırılmış şəxslərin
sayı;
-xəsarətalma hadisələri baş verməyən müəssisələrin, sexlərin, sahələrin,
bölmələrin, briqadaların sayı;
-əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin sayca və
keyfiyyətcə tərkibi.

9. ƏMƏK ŞƏRAİTİNİN VƏZİYYƏTİNİN QETDƏ ALINMASI,


TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

9.1 Ümumi hissə

9.1.1.Müəssisələrdə əmək şəraitinin göstəricilərinin obyektiv


qiymətləndirilməsi üzrə işlər aparılmalıdır.
Tədbirlərin hazırlanması və qərarların qəbul edilməsi üçün birliyə, idarə və
müəssisəyə əmək şəraitinin vəziyyəti haqqında daxil olan məlumat
materiallarının təhlili təşkil olunmalıdır.
9.1.2.Əmək şəraitinin vəziyyətinin qeydiyyatının aparılmasında və
qiymətləndirilməsində məqsəd bölmələrin və onların rəhbərlərinin əməyin
təhlükəsizliyinin təmini üzrə işlərini obyektiv qiymətləndirmək, habelə bölmə
rəhbərlərinin, baş mütəxəssislərin və digər mühəndis-texniki işçilərin bu sahədə
iş fəallığını artırmaqdan ibarətdir.
9.1.3.Bölmələrdə (sahələrdə, sexlərdə) və bütövlükdə müəssisədə əmək
şəraiti vəziyyətinin ümumi səviyyəsi, əmək təhlükəsizliyi əmsalı (Ətə) ilə
qiymətləndirilir. Bu əmsal işçilərin təhlükəsizlik normalarına və qaydalarına
riayət etmələri və bütün işçilərin öz vəzifələrini yerinə yetirmələri dərəcəsinin və
obyektlərdə əmək təhlükəsizliyinin vəziyyətini göstərir.
9.1.4.Əmək təhlükəsizliyi əmsalı Ətə üç göstəricinin – Ə 1, Ə2, Ə3
əmsallarının cəbri orta kəmiyyəti kimi aşağıdakı düsturla müəyyən edilir:

Ətə= (Ə1 + Ə2 + Ə3) /3


burada: Ə1 – fəhlələrin təhlükəsizlik normaları və qaydalarına, işlərin
təhlükəsiz görülməsi üzrə təlimatlara riayət etmə dərəcəsini müəyyən edən
əmsal;
Ə2 – obyektlərdə əməyin təhlükəsizliyi səviyyəsini müəyyən edən əmsal;
Ə3– rəhbər və mühəndis-texniki işçilərin təhlükəsiz əmək şəraitinin təmini
üzrə öz vəzifələrini yerinə yetirmə dərəcəsini müəyyən edən əmsal.
9.1.5.Ə1, Ə2, Ə3 və Ətə (əmək təhlükəsizliyi əmsalları) əmək şəraitinin
vəziyyətinə nəzarət edilməsi ilə müəyyən edilirlər.
9.1.6.Əmək təhlükəsizliyi dərəcəsinin göstəriciləri iş yerlərində, sahələrdə,
sexlərdə, bölmələrdə və bütövlükdə müəssisədə əmək şəraitinin vəziyyətinin
obyektiv surətdə araşdırılmasına, bədbəxt hadisələr törədən mənbələrin aşkar
edilməsinə, bədbəxt hadisələr törədən səbəblərin vaxtında aradan
qaldırılmasına, təhlükəsiz əmək şəraitinin yaradılması və təmin olunması
məsələləri üzrə mühəndis-texniki işçilərin fəaliyyətinə qiymət verilməsinə imkan
yaradır.
9.1.7.Əmək təhlükəsizliyi göstəricilərinin təhlili əsasında müəssisənin
rəhbərləri, baş mütəxəssisləri, sexlərin, sahələrin, bölmələrin, şöbələrin,
xidmətlərin rəhbərləri təhlükəsiz əmək şəraitinin təmin olunması məsələləri üzrə
işlərin keyfiyyətini yüksəltmək üçün tədbirlər görürlər.
9.1.8.Əmək təhlükəsizliyinin göstəriciləri başqa istehsalat göstəriciləri kimi
müəssisə, sex, xidmət rəhbərinin və mühəndis-texniki işçilərin, ayrı-ayrı
fəhlələrin mənəvi və maddi mükafatlandırılmaları üçün əsas götürülür.

9.2 ƏMƏK TƏHLÜKƏSİZLİYİ ƏMSALININ HESABLANMASI


ÜSULLARI, İSTEHSALAT BÖLMƏLƏRİNDƏ
ƏMƏK ŞƏRAİTİ VƏZİYYƏTİNİN QEYDİYYATININ APARILMASI
VƏ QİYMƏTLƏNDİRİLMƏSİ QAYDASI

9.2.1.Əmək şəraitinin vəziyyətinə nəzarətin ikinci mərhələsini keçirən


zaman sex, bölmə rəisi (onun müavinləri, mühəndislər, mexaniklər, ustalar,
icraçılar və s.) Həmkarlar İttifaqı komitəsinin sədri və ya Həmkarlar İttifaqı
komitəsinin üzvlərindən biri (əmək mühafizəsi üzrə komissiyanın sədri) ilə
birlikdə Ə1 və Ə2 əmsallarını müəyyən edir.
Bunun üçün 1 və 2 №-li operativ nəzarət kartalarını dodururlar. Həmin
kartalarla sahələrin, bölmələrin əmək təhlükəsizliyinin göstəriciləri olan
pozuntuların xüsusiyyətləri və sayı qeyd olunur. Yoxlama aparılan gün sahədə
işləyənlərin sayı müəyyən edilir və təhlükəsizlik qaydalarını, normalarını,
təlimatlarını pozan fəhlələr göstərirlər.
9.2.2.Ə1 əmsalı 1№-li operativ kartada qeyd olunmuş rəqəmlər əsasında
aşağıdakı düsturla hesablanır:
Ə1 = (P – Pn) / P
Burada Pn – pozuntulara yol verən fəhlələrin sayı şərti olaraq ümumi
pozuntuların sayına bərabər qəbul edilir.
P – obyektdə yoxlama aparılan gün işləyənlərin sayı.
9.2.3.İşləyənlərin hamısı təhlükəsizlik tələblərinə riayət etdikdə Ə1 = 1,0
götürülür.
9.2.4.Fəhlələrin təhlükəsizlik tələblərinə riayət etmə dərəcəsinin
göstəricisi Ə1 və aşkar edilmiş pozuntular yığıncaqlarda fəhlələrin nəzərinə
çatdırılır. Bu göstərici briqada üzvlərinin mükafatlandırılması zamanı hər fəhlənin
əməkdə iştirak etməsini müəyyən etmək üçün istifadə olunur.
9.2.5.Ə2 əmsalı 2 №-li operativ nəzarət kartasında qeyd olunmuş
rəqəmlərə əsasən aşağıdakı düsturla hesablanır:
Ə2 = 0,1 x B
Burada B – göstəricilərinin qiymətlərinin cəmlənməsi nəticəsində alınmış
balların ümumi miqdarıdır.
Bu və ya digər göstəricinin təhlükəsizlik tələblərinə tam uyğun gəlməsi 1,0
ball, uyğun gəlməməsi 0 ball, qismən uyğun gəlməsi 1 və o arasındakı
kəmiyyətlə qiymətləndirilir.
9.2.6.Sex, bölmə, qurğu rəisi nəzarətin ikinci mərhələsinin nəticələrinə
əsasən ayda bir dəfə Ə3 əmsalını – ustaların, mühəndis-texniki işçilərin
təhlükəsiz əmək şəraitinin təmin edilməsi üzrə öz vəzifələrinin yerinə yetirilmə
dərəcəsini göstərən əmsalı müəyyən edir.
9.2.7.Ə3 əmsalı 3 №-li operativ nəzarət kartında göstərimiş rəqəmlərə
əsasən aşağıdakı düsturla hesablanır:
Ə3 = 0,1B
Burada: B – göstəricilərinin qiymətlərinin cəmlənməsi nəticəsində alınan
balların ümumi miqdarıdır.
Gstəricilərin tam yerinə yetirilməsi 1 və 0 arasındakı kəmiyyətlərlə
qiymətləndirilir.
9.2.8.1, 2 və 3 №-li kartalarda verilmiş göstəricilər tam deyildir, buna
görə də hər bir müəssisədə istehsalatın xüsusiyyətlərini nəzərə almaqla həmin
göstəricilər dəqiqləşdirilə, dəyişdirilə və ya tamamlana bilərlər. Bu zaman
operativ nəzarət kartalarındakı göstəricilərin sayı 10-dan artıq olmamalıdır.
9.2.9.Sex, bölmə, qurğu rəisi Ə1, Ə2, Ə3 və Əət əmsallarına əsasən sexdə,
bölmədə, qurğuda əmək təhlükəsizliyi səviyyəsinin göstəricisi (Ətə) aşağıdakı
düsturla müəyyən edilir:
Ətə= (Ə1 + Ə2 + Ə3) /3
9.2.10.Əgər bölmədə (briqadada, sahədə) nəzərdən keçirilmiş dövr
ərzində bədbəxt hadisəyə yol verilmişsə, onda həmin bölmənin Ətə əmsalı 0
bərabər götürülür.
9.2.11.Bölmələr üzrə Ə1, Ə2, Ə3 və Ətə əmsallarına əsasən bütövlükdə
sex, bölmə üzrə bu əmsalların yekun qiymətləri müəyyənləşdirilir. Bunun üçün 4
№-li operativ nəzarət kartı doldurulur. Əmsalların yekun qiymətləri bölmələr
üzrə əmsalların orta cəbri qiyməti kimi tapılır.

Sıra Bölmənin adı (briqadanın, sahənin, Göstəricilər


№-si sexin, xidmətin, şöbənin) Ə1 Ə2 Ə3 ƏTƏ

1.
2.
3.
4. Cəmi: Ə1 Ə2 Ə3 ƏTƏ
orta orta orta sex

Ə1orta =-------
Burada n – briqadaların, sahələrin, sexlərin sayı.
9.2.12.Əmək təhlükəsizliyi səviyyəsinin göstəriciləri - Ə 1, Ə2, Ə3 və Ətə
əmsalları əmək şəraitinin vəziyyəti təhlili edilən zaman digər məlumatlar
sırasında ilk məlumatdır və sex, bölmə rəisinin müvafiq qərar qəbul etməsi üçün
əsasdır.
9.2.13.Sex, bölmə rəisi bir ay ərzində əmək təhlükəsizliyi səviyyəsinin
göstəriciləri haqqında ümumiləşdirilmiş məlumatın nəticələrini yekunlaşdırmaq
üçün digər materiallarla birlikdə müəssisə rəhbərliyinə təqdim edir.
9.2.14.Müəssisənin əmək mühafizəsi və təhlükəsizlik texnikası xıdməti
işçiləri əmək təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyanın
materillarına əsasən bölmələr üzrə Ə2 və Ə3 əmsallarını müəyyən edirlər, 2 və 3
№-li operativ nəzarət kartalarını doldururlar.
9.2.15.Sex, bölmə üzrə əmək təhlükəsizliyi əmsallını (Ətə) müəyyən
etmək üçün Ə1 əmsalı ya sexdə, bölmədə qeyd olunmuş rəqəmlər (aylıq,
rüblük) ya da daimi fəaliyyət göstərən komissiyanın rəqəmləri əsasında
götürülür (zəruri hallarda).
9.2.16.Əmək şəraitinin vəziyyətinin qiymətləndirilməsinin bu üsulunu
müəssisənin sexlərinin, bölmələrinin qarşılıqlı yoxlamaları zamanı da tətbiq
etmək olar.
9.2.17.3 №-li operativ nəzarət kartı müəssisənin baş mütəxəssislərinin,
müəssisənin idarəetmə aparatının vəzifəli şəxslərinin apardıqları işlərə qiymət
vermək üçün istifadə edilə bilər.
9.2.18.Sexlər, bölmələr üzrə müəyyən edilmiş Ə 1, Ə2, Ə3 və Ətə
əmsallarına əsasən bütövlükdə bu əmsalların yekun qiyməti müəssisə üzrə
müəyyən edilir, bu məqsədlə 4 №-li operativ nəzarət kartası doldurulur.
10. ƏMƏK ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI ÜZRƏ
APARILAN İŞLƏRƏ GÖRƏ HƏVƏSLƏNDİRMƏ
(MƏSLƏHƏT)

10.1. Ümumi hissə

10.1.1.Müəssisənin istehsalatda xəsarət almalarının azaldılması üzrə əsas


istiqamətlərindən biri – kollektivlərdə təşkilatçılıq və tərbiyə işlərinin daha da
təkmilləşdirilməsi, işçilərin əmək şəraitinin yaxşılaşdırılmasına marağının
gücləndirilməsi və rəhbər işçilərin istehsalarda əməyin təhlükəsizliyi üzrə
məsuliyyətinin artırılmasıdır.
10.1.2.Hər bir işçinin əmək təhlükəsizliyi qaydalarının, standartlarının,
təlimatlarının bütün tələblərinə riayət etməsi, təhlükəsiz və sağlam əmək
şəraitinin yaradılmasında və təmin olunmasında bilavasitə iştirak etməsi
vacibdir.
10.1.3.Neft sənayesində yüksək istehsal göstəricilərinə nail olmağa görə
mənəvi və maddi həvəsləndirmənin müxtəlif növləri, formaları geniş yayılmış və
təsirli həvəsləndirməyə çevrilmişdir. Bunların bəziləri qanunvericilikdə müəyyən
edilmiş, digərləri isə təcrübədə yaranmış və bütövlükdə qəbul edilmişdir.
Mənəvi və maddi həvəsləndirmə formaları əmək şəraitinin
yaxşılaşdırılmasında müvəffəqiyyət qazanmış işçilərin, kollektivlərin
mükafatlandırılmasında tətbiq edilə bilər.
10.1.4.Həm ayrı-ayrı işçilərə, həm də bütövlükdə kollektivlərə təhlükəsiz
və sağlam əmək şəraitinin yaradılmasında və təmin edilməsinə görə müxtəlif
həvəsləndirmə tədbirləri tətbiq oluna bilər.
10.1.5.Əmək şəraitinin yaxşılaşdırılması üzrə aparılan işlərə görə
həvəsləndirmə tədbirləri geniş aşkarlıq şəraitində, fəhlə yığıncaqlarında,
müşavirələrdə baxılmaqla həyata keçirilməlidir.

10.2. MADDİ VƏ MƏNƏVİ HƏVƏSLƏNDİRMƏNİN


ŞƏRTLƏRİ VƏ FORMALARI

10.2.1.Mənəvi həvəsləndirməyə aşağıdakılar aiddir:


-təşəkkür elan edilməsi, fəxri fərman verilməsi, şəklinin şərəf lövhəsinə
vurulması;
-əmək mühafizəsi sahəsində xüsusi xidmətlərinə və çoxillik xidmətlərinə və
çoxillik məhsuldar işinə görə ayrı-ayrı işçilər müəyyən olunmuş qaydada adlara,
döş nişanlarına təqdim oluna bilərlər;
-daxili əmək intizamı qaydalarına və nizamnamələrə əasən digər
həvəsləndirmə növləri də nəzərdə tutula bilər.
10.2.2.Maddi həvəsləndirməyə aşağıdakılar aiddir:
-işçilərin mükafatlandırılması, onlara qiymətli hədiyyələrin, istirahət
evlərinə, sanatoriyalara pulsuz putyovkaların verilməsi və s.;
-peşə üzrə ən yaxşı fəhlə adı verilməsi, fəhlənin müəssisənin təqaüdçüsü
kimi ali və orta ixtisas məktəblərinə göndərilməsi və s.
10.2.3.Müxtəlif həvəsləndirmə formalarının tətbiqi işçilərin ayrı-ayrı
kollektivlərin əmək fəaliyyəti nəticəsinin tam qiymətləndirilməsinə, həmin
həvəsləndirmə formaları arasında qarşılıqlı əlaqə yaradılmasına imkan verir.
Maddi həvəsləndirmənin mənəvi əhəmiyyəti də vardır və mənəvi həvəsləndirmə
maddi həvəsləndirmə ilə əlaqələndirilməlidir.
10.2.4.Mükafatlandırma şərtləri bütün kollektivin təşəbbüsünü artırmalı,
istehsalat xəsarət almalarının və peşə xəstəliklərinin qarşısının alınması üzrə
əsas məsələlərin həllinə, əmək şəraitinin daha da yaxşılaşdırılmasına və
sağlamlaşdırılmasına yönəldilməlidir.
10.2.5.Əmək təhlükəsizliyi üzrə yüksək göstəricilər əldə etdiklərinə görə
briqadaların, sahələrin, sexlərin, bölmələrin fəhlələri, müəssisə rəhbərləri
(direktor, baş mühəndis və onun müavini), mühəndis-texniki işçiləri, sex, sahə,
bölmə rəisləri və onların müavinləri, mexaniklər, texnoloqlar, energetiklər,
ustalar, icraçılar və s. mükafatlandırıla bilərlər.
10.2.6.Briqada, sahə, sex və başqa bölmə kollektivlərinin
mükafatlandırılması üçün aşağıdakı göstəricilər müəyyən edilir:
-bədbəxt hadisələrin olmaması (briqada üçün);
-istehsalatda bədbəxt hadisələrin ötən ilin müvafiq dövrü və ya əvvəlki
dövr ilə müqayisədə vəziyyəti, tezlik və ağırlıq əmsalları. Mükafatlandırmaya
təqdim etmək üçün hesabat dövrünün bədbəxt hadisələr üzrə göstəriciləri
(tezlik və ağırlıq əmsalı) müqayisə dövrünün göstəricilərindən aşağı olmalıdır
(sexlər üçün);
-əmək təhlükəsizliyi əmsalının artması;
-nöqsanların, təhlükəsizlik qaydalarının, təlimatların pozulması hallarının
aşkar edilməsi və vaxtında aradan qaldırılması;
-qəzaların, partlayışların, yanğınların olmaması;
-işçilərlə təlimatların keçirilməsi və onların biliklərinin yoxlanılması
cədvəlinə əməl edilməsi, baş verə biləcək qəzaların qarşısının alınması məqsədi
ilə məşğələlərin keçirilməsi;
-kompleks planda, bədbəxt hadisələrin təhqiqat aktlarında, kollektiv
müqavilələrdə nəzərdə tutulan, yoxlama aparan şəxslər tərəfindən təklif edilən
tədbirlərin hər bir müəssisənin iş xüsusiyyətini nəzərə almaqla, vaxtında və
mükəmməl yerinə yetirilməsi.
10.2.7.Baxılan dövrdə (ayda, rübdə) sexdə, sahədə, briqadada bədbəxt
hadisə, qəza, partlayış baş vermişsə mükafata təqdim olunan materiallara
baxılmır.
10.2.8.Əgər sex, sahə, bölmə hər hansı bir göstəriciyə görə
mükafatlandırılmırsa, onun ayrı-ayrı briqadaları, sahələri öz yüksək
göstəricilərinə görə sexin, sahənin, bölmənin ümumi göstəricindən asılı
olmayaraq mükafatlandırıla bilər.
10.2.9.Mükafatlandırma üçün təqdim olunan və baxılan materiallar:
-ustalar, içraçılar, həmkarlar qrupları tərəfindən – sex, bölmə rəisinə və
Həmkarlar İttifaqı komitəsinə təqdim etdikdə;
-sexlərin, bölmələrin rəisləri və Həmkarlar İttifaqı komitələri tərəfindən –
müəssisənin rəhbərliyinə və Həmkarlar İttifaqı komitəsinə təqdim etdikdə;
Təqdim olunan materillara əvvəlcədən əmək mühafizəsi və təhlükəsizlik
texnikası xidməti işçiləri baxır.
10.2.10.Sex, sahə, qurğu, bölmə işçilərinin mükafatlandırılması,
müəssisənin müdiriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin birgə qərarı ilə
aparılır.
Mükafatlandırma üçün göstəricilərə obyektiv baxılmalı, sahələrin, sexlərin
işinin, ayrı-ayrı işçilərin fəaliyyətinin qiymətləndirilməsində formalizmə yol
verilməməli, mükafatlar qazanılmış müvəffəqiyyətlərə və əmək şəraitinin
yaxşılaşdırılmasına görə verilməlidir.
10.2.11.İşçilərin mükafatlandırılması bu məqsəd üçün əmək haqqı və
maddi həvəsləndirmə fondlarından ayrılmış vəsaitlərin hesabına aparılır.

10.3. ƏMƏK ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI


ÜZRƏ İŞLƏRİN GÖSTƏRİCİLƏRİ VƏ APARILAN İŞLƏRƏ
GÖRƏ HƏVƏSLƏNDİRMƏ QAYDASI

10.3.1.Fəhlələrin, ustaların, icraçıların, mühəndis-texniki işçilərin


mükafatlandırılması üçün əsas həm əmək təhlükəsizliyinin kompleks əmsalının
(Ətə) tam qiymətinin, həm də onun göstərilən üsula (bölmə 9,2) müvafiq
hesablanmış aralıq əmsallarının (Ə1, Ə2, Ə3) dinamikası ola bilər.
10.3.2.Mükafatın miqdarını hesablamaq üçün aşağıdakılar əsas götürülür:
Ətə - əmək təhlükəsizliyi əmsalı-istehsalat bölmələrinin (sexlərin,
sahələrin, qurğuların və s.) rəhbərlərinin mükafatlandırılması üçün;
Ə3 - mühəndis-texniki işçilərin öz vəzifələrini yerinə yetirmələrini müəyyən
edən əmsal-müəssisənin idarəetmə aparatının, funksional bölmə rəhbərlərinin,
baş mütəxəssislərin, istehsalat bölmə və şöbələrinin mühəndis-texniki işçilərinin
mükafatlandırılması üçün;
Ə1 – fəhlələrin təhlükəsizlik qayda və normalarına, işlərin təhlükəsiz
aparılması üzrə təlimatlara riayət etmə dərəcəsini müəyyə edən əmsal-
fəhlələrin mükafatlandırılması üçün.
10.3.3.Ə1, Ə3 və Ətə əmsallarının planlı qiyməti aşağıda göstərilənlərin
əsasında müəyyən edilir:
-ilk növbədə əmək mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin
apardığı yoxlamaların nəticələri əsasında;
-sonrakı dövr üçün əvvəlki dövr ərzində əldə edilmiş həqiqi qiyməti nəzərə
almaqla müəyyənləşdirilir. Əgər:
-cari dövrdə (ayda, rübdə) əmsalın həqiqi qiyməti plan qiymətindən aşağı
olmuşsa, onda sonrakı dövr üçün plan qiyməti dəyişməyəcəkdir;
-cari dövrdə əmsalın qiyməti plan qiymətindən yuxarı olmuşsa, onda
sonrakı dövr üçün əmsalın plan qiyməti həqiqi qiymətə bərabər olacaqdır;
-cari dövrdə əmsalın qiyməti plan qiymətinə bərabər olsa, onda əmsalın
sonrakı dövr üçün plan qiyməti 0,01 qədər artır.
10.3.4.İstehsalat bölmələrinin və əmək mühafizəsi və təhlükəsizlik
texnikası xidməti rəhbərliyinin mükafatlandırılması Ətə əmsalının plan qiyməti ilə
müqayisədə, həqiqi qiymət səviyyəsindən asılı olaraq aparılır. Onlar Ətə
əmsalının həqiqi qiyməti plan qiymətinə çatanda, müəssisənin sosial-inkişaf
səviyyəsindən və maddi vəziyyətindən asılı olaraq bir orta məvacib məbləğində
mükafatlandırılırlar. Ətə əmsalının həqiqi qiyməti plan qiymətindən aşağı
olduqda mükafat müəyyən edilmiş orta qiymətdən 10-15%-dən az verilir.
Əmsalın həqiqi qiyməti plan qiymətindən artıq olduqda mükafatın miqdarı
15-25% artırılır.
10.3.5.Müəssisənin idarəetmə aparatının bölmə rəhbərləri (əmək
mühafizəsi və təhlükəsizlik texnikası xidmətindən başqa), mühəndis-texniki
işçiləri, həmçinin sexlərin, sahələrin mühəndis-texniki işçiləri (rəhbərlərindən
başqa) Ə3 əmsalı plan qiymətindən yuxarı olduqda 10.3.4 bəndində göstərilən
miqdarda mükafatlandırıla bilərlər.
10.3.6.Fəhlələrə əmək şəraitinin yaxşılaşdırılmasına görə mükafat ümumi
fond hesabina, briqadalar üzrə 25% hüdudunda verilir. Briqadada fəhlələr
arasında mükafat, hər bir fəhlənin ümumi işin nəticələrinin əldə edilməsində
iştirak əmsalı nəzərə alınmaqla, briqada şurası tərəfindən bölüşdürülür. Bu
zaman sahənin Ə1 təhlükəsizlik əmsalı və fəhlələrin yol verdiyi pozuntuların satı
nəzərə alınır. Mükafatın miqdarının azaldılması və artırılması həddi 10.3.4
bəndində göstərildiyi kimi olmalıdır.
10.3.7.Əmək mühafizəsi sahəsində fəal işə görə verilən mükafatdan
başqa müxtəlif yarış, müsabiqə, baxış nəticələrinə görə də mükafat verilə bilər.

You might also like