You are on page 1of 17

Qloballaşma nədir?

Qloballaşmanın nə olduğuna dair bir çoxumuzun fikirləri olsa da, qloballaşma


anlayışı mürəkkəbdir və insan hüquqları ilə əlaqələri çoxdur.
"Qloballaşma" termini son 50 illik bir dövrdə informasiya texnologiyalarında baş
tutmuş çoxsaylı inqilablardan, mallar, xidmətlər və sərmayələr üzrə daim artan
transmilli hərəkətlərdə milli və geosiyasi sərhədlərin azaldılmasınadək dünyada
formalaşmış müxtəlif iqtisadi, mədəni, sosial və siyasi dəyişikliklərin müxtəlifliyini
təsvir etmək üçün istifadə olunan bir termindir. İstehlakçı zövqləri üzrə
homogenliyin artması, korporativ gücün konsolidasiyası və genişləndirilməsi,
zənginlik və yoxsulluq üzrə kəskin artımlar, ərzaqların "Mc- Donaldlaşması" və
mədəniyyət, və hər yerdə liberal demokratik ideyaların artması, bütünlüklə, bu və
ya digər bir şəkildə qloballaşmaya aiddir.
Şalmali Guttal

Qloballaşma malların və xidmətlərin beynəlxalq ticarət həcminin və çeşidinin


liberallaşdırılması və nəticələrinin artması, nəqliyyat xərclərinin düşməsi, kapitalın
beynəlxalq nüfuzunun intensivliyinin artması, qlobal işçi qüvvəsində böyük artımın
olması, texnologiyanın, xüsusilə də kommunikasiya texnologiyalarının yayılması
ilə nəticələnməklə bütün dünya ölkələrinin daha sıx iqtisadi inteqrasiyası kimi
təsvir edilə bilər.
Avropa Şurası Parlament Assambleyası

İnsanların vəziyyətinin universal olduğunu və bənzər hissləri, qorxuları, istəkləri və


arzuları paylaşdığımızı bilirik, lakin bunun, sərbəst sərmaye hərəkatlarının nəticəsi
kimi milli sərhədlərin "silinməsi" ilə heç bir əlaqəsi yoxdur.
Eduardo Galeano
Bu terminə hansı formada tərif verməyimizdən asılı olmayaraq, qloballaşma
günümüzdə həyatın və ictimai təşkilatların bütün əsas sahələrinə təsir göstərir.
Qloballaşma hər bir yerdə mövcuddur və onun mənfi və müsbət cəhətləri vardır

Bir tərəfdən qloballaşmanın insan hüquqları pozuntularına görə məsuliyyət daşıdığı


ehtimal edildiyi halda, digər bir tərəfdən qloballaşma insan hüquqları hərəkatlarına
onun artıq olmasına və mənfi təsirlərinə qarşı çıxmağa imkan verir. Qloballaşma
nəticəsində əkinçiyə məhsulları üçün aşağı qiymət təklif edilir və uşaq əməyinin
istifadəsi daxil olmaqla istismarçı iş şəraiti yaratmaq təşəbbüsləri artır.

İqtisadi baxımdan qloballaşma anlayışı ölkə iqtisadiyyatlarının bir birindən


asılığını ifadə edir. Bunlar aşağıdaki kimidir:

- Mal və xidmət ticarəti


- Birbaşa xarici investitsiyalar
- Ortaq risq paylaşımı
- Beynəlxalq miqrassiya
- Xarici maliyyənin təmini
- Xarici dəstək və makroiqtisadi siyasətlərin inteqrasiyası
Qloballaşma bəzən ölkələr arasında inkişaf fərqini artıra bilir. Məhz buna görə də
qloballaşma ilə əlaqədar aşağdaki kimi müxtəlif yanaşmalar mövcuddur.

Tərddütlü olanlara görə - Qloballaşma mal və xidmət hərəkətidir, bununla


birgə işgücü hərkətini artıraraq transmilli şirkətlərin hakiymiyyətini artırır.

Reformistlərə görə – Qloballaşma dünyanı yenidən şəkilləndirən sosial,


iqtisadi və siyasi dəyişimləri formalaşdıran siyasi gücdür.

Bəzilərinə görə isə - kasıbçılığı və sömürgəyi artırmaqda, diğərlərinəə görə isə


Çin və Hindistanda olduğu kimi azaltmaqdadır.

Qloballaşma növləri
Qloballaşmanın iqtisadi qloballaşma ilə yanaşı aşağdaki digər növlərinin də olduğu
bilinir.

Siyasi Qloballaşma: İnsan haqları, demokratik idarəetmə, iqtisadi, siyasi və


mədəni sərbəstliklər və terrorizmlə ortaq mübarizə mövzularındakı müştərək
hərəkətlər, siyasi qloballaşmanın əsasını təşkil etməkdədir.

Mədəni Qloballaşma: Mədəniyyət; millətlərin ortaq olaraq düşünmə, əylənmə,


sığınma, geyinmə, qidalanma və dini inançların ümumi adı olaraq ifadə edilir.
“Gamburger” ortaq yeyəcək, “Coca cola”`nın dünyanının ortaq içkisi olmuşdur.

Hərbi Qloballaşma: Dünyadakı güc mərkəzlərinin, hərbi hakimiyyət sahələrini öz


milli sərhədlərinin kənarına daşımaq məqsədilə ikili və ya çox tərəfli müqavilələrlə
genişləndirməsidir. Birləşmiş Millətlər Təhlükəsizlik şurası; hər birinin veto haqqı
olan ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa`dan yaranan beş daimi və altı dəyişən
üzv ilə qərar ala bilməkdədir. Şura, dünyanın hər hansı bir yerinə hərbi müdaxilə
qərarı ala bilmə səlahiyyətinə malikdir.

Qloballaşmanın tarixi inkaşafı

Tarixi baxımdan qloballaşmanın əsasan 3 müxtəlif dövrdən ibarət olduğu qeyd


olunmaqdadır. Bu dövrlər isə xüsusiyyətləri baxımından da aşağdakılardan
ibarətdir.

• İlk Dövr (1870-1914-1945): Texnalojik inkişaf xarici ticarti artırır. Dəniz və


dəmir yolu inkişaf edir. Teleqrafın icad olunur.

• İkinci Dövr (1945-80): ABŞ dünyada hakim olmuş, liberllaşma ön plana


çıxmış, beynəlxlaq qurumlar qurulmuşdur. IMF,DB,UN.
• Üçüncü Dövr (1980 sonrası): Bretton Woods sistemin çökməsi, ölklərin
finans problemləri, ölklər arasındaki fərqin arttığı, istehsal edilən məhul
növləridə sürətlə artmışdır.

Qloballamaya Yol Açan Faktorlar

Qloballaşmaya yol açan müxtəlif faktorlar mövcuddur ki, bunları da aşağdaki kimi
sırlamaq mümükündür.

İqtisadi faktorlar: Əsasən 1970-ci illərdə yaşanan dünaya neft böhranı və daha
sonra stagflasyonist vəziyyətin meydana gətiridiyi faktorlar . Bunlar isə əsasən,
- Transmilli şirkətlərin şaquli və ufiqi inteqrasiyası,
- Rəqabətin artması ilə formlaşan yeni inteqrasiyalar : AB ilə ABŞ-Kanada
işbirliyi
- Rəqabət gücünü itirən sənaye sahələrinin ətraf ölkələrə keçirilməsi,
- Ətraf ölkələrin avantajlı şəkildə kaptalı özünə cəlb etməsi

Siyasi Faktorlar:
- ABŞ və İngiltərənin sərbəst dünya iqtisadiyyati siyasətlərinin sürətlənməsi,
SSRİ-nin parşalanması və post- sovet ölklərinin sərbəsət bazar iqtsadiyyatına
keçidi ilə qloballama Şərq blokuna keçmişdir.
- Xarici investitsiyadan istifadə arzusu.

Texnalojik faktorlar:
- Şirkətlərin istehsal strukturundaki dəyişmələr.
- İnformasiya texnalogiyasındaki və maliyyə bazarlarındaki dəyişikliklər.
- Nəqliyyat xərclərinin azalması.

Qloballaşmanın təsiri
İqtisadi sahədə qloballaşma, çox zaman özü-özünü tənzimləyən bazar mexanizminə
əsaslanan iqtisadi bir sistem kimi kapitalizmin inkişafı ilə müşaiyət olunur.
Qloballaşma iqtisadi azadlığın yaranmasına səbəb olmuşdur və hətta nisbət
baxımından zənginlər və kasıblar arasındakı fərqin artmasına baxmayaraq, ehtimal
edilir ki, dünya miqyasında yaşayış standartları qloballaşma nəticəsində
yüksəlmişdir.

Qloballaşma beynəlxalq ticarətdə maneələrin azalması ilə, məsələn, tariflər, ixrac


haqları və idxal kvotaları və investisiya və kapitalın hərəkətinə qoyulan
məhdudiyyətlərin azaldılması kimi bir çox tədbirl ər vasitəsi ilə beynəlxalq ticarətin
inkişafı və malların və xidmətlərin istehsalının qlobal səviyyədə paylanması ilə
əlaqəlidir. Qloballaşma xarici resurslardan istifadə etmə xidmətlərini və ofşorinq
proseslərini sürətləndirmişdir. Transmilli şirkətlər (TMŞ) xarici resurslardan
istifadə etdiklərindən kiçik və orta tipli müəssisəl əri dünya miqyasında mümkün
olan ən aşağı qiymətə intensiv olaraq istismar edə bilərlər. Kiçik və orta ölçülü
müəssisələr qlobal yarışa tab gətirməkdə və öz işçilərinin hüquqlarını təmin
etməkdə çətinlik çəkə bilərlər. Hüquqi cəhətdən bir dövlətdə yaradılmış və digər
dövlətd ə fəaliyyət göstərən korporasiya insan hüquqlarına pozuntularına görə
məsuliyyət daşımasını sübuta yetirmək asan olmaya bilər.

Qloballaşma həmçinin su, səhiyyə, təhlükəsizlik və hətta həbsxananın idarə


olunması kimi kommunal xidmətlərin və malların özəlləşdirilməsinə də təsir
göstərmişdir. Son dövrlər, toxum və ya dərmanlar kimi digər məhsullar iqtisadi
mallar hesab edilmiş və ticari razılaşmalara inteqrasiya olunmuşdur.

Qloballaşma, fəaliyyətləri xüsusilə ətraf mühitə, cəmiyyətlərə və digər obyektlərə


mənfi təsir göstərən transmilli korporasiyaların öz hesabatını verməsi ilə,
korporativ sosial məsuliyyətin inkişafına və qeyri-dövlət qurumlarının
hesabatlılığına dair narahatlıqların aradan qaldırılmasına kömək edir. Bu gün biz
həmçinin şirkətlərin fəaliyyətində davranış kodeksinin inkişafı üzrə artımı da görə
bilərik. İstehlakçıların boykotları və kampaniyaları, TMŞ-lərin sosial məsuliyyətə
və öz ad-sanı ilə əlaqəli risklərə daha diqqətli yanaşmasına səbəb olmuşdur.

Sosial sahədə qloballaşma, məşğulluq səviyyələri və şərtləri barədə və işçilərin


sosial hüquqları haqqında nəticələrin olmasına gətirib çıxarmışdı. Yerdəyişmələr və
ofşorinq ilə müşayiət olunan qlobal rəqabət, şirkətləri işçilərin əmək haqqlarının və
sosial müdafiəsinin daha aşağı olduğu ölkələrə köçməyə və orada istehsalı həyata
keçirməyə sövq edir. Nəticədə, zəngin ölkələrdə olan həmkarlar ittifaqları və işçilər
daha az əlverişli şərtləri qəbul etmək "məcburiyyətində olurlar" və bu hal çox
zaman sosial təxribat adlanır.
Həmkarlar ittifaqları qloballaşma prosesinin ən həssas və səs-küylü
tənqidçilərindən biridirlər. Məsələn, Avropa Həmkarlar İttifaqı Konfransı davamlı
inkişafı dəstəkləyən bir çərçivənin yaradılması   üçün çağırışlar edir. Bunlara
aşağıdakılar daxildir:

 miqrantların qorunması ilə əlaqəli;


 sosial qorunmanın təşviq edilməsi ;
 yoxsulluğun azaldılması üçün əsas vasitə kimi layiqli və ədalətli işin təşviq
edilməsinə dair;
 işçilərin hüquqlarını n qorunması, qida təhlükəsizliyi, sağlamlıq, təhsil, gender
bərabərliyi və qadınların tam müstəqlilliyi
 Qloballaşmanın ideoloqları cəmiyyətin qərb modelinə münasibətdə iki qaydanı
əsas götürürlər:

1)hər bir ölkəyə fayda gətirən nə varsa,vahid bazarda birləşdirmə,


2)məhsuldar qüvvələrin yüksəlişi sayəsində gəlirlərin artması,rəqabət nəticəsində
hər bir ölkədə qaliblərin və məğlubların olması imkanı.

Qloballaşmaya müxtəlif yanaşmalar mövcuddur

Qloballaşmaya neqativ yanaşan bəzi alimlər belə hesab edir ki , o milli


mədəniyyəti məhv edir , dövlətin müstəqilliyin inkar edir, cəmiyyətə yad olan
istehsal standartlarını zorla yeridir və s. Başqa bir qisim isə qloballaşmanı
sivilizasiyaların toqquşması və sivilizasiyaların müharibəsi kimi qəbul edir. Onların
fikrincə qloballaşmaya münasibət bütün dünyanı qlobalistlərə və antiqlobalistlərə
ayırır ki, bu da qloballaşmanın önündə gedən Amerika Birləşmiş Ştatlarına
düşmənləri ilə mübarizədə hegemonluğunu qoruyub saxlamağa imkan verir. Buna
baxmayaraq, qloballaşma dünyadakı siyasi proseslərə, beynəlxalq münasibətlərə və
hətta etika və mənəviyyata da təsir edir. Lakin qloballaşmanın xalqlara tam olaraq
nə verə biləcəyi böyük bir sirr olaraq qalır. Bu gün qloballaşma insanların, xüsusi
ilə də elitanın şüurunu və davranışını həqiqətən dəyişir.

Qloballaşma əleyhdarları əmindirlər ki, qloballaşma dünya üzərində hökmranlığı


ələ almaq üçün düşünülən və işə salınan bir mexanizmdir. Onların belə deməyə
əsasları da var — çünki hələlik qlobal iqtisadiyyatdan daha çox varlı və inkişaf
etmiş bir neçə dövlət bəhrələnir.

Qloballaşma indi bütün dünyanı ağuşuna almış mürəkkəb bir proses kimi
qiymətləndirilməkdədir.

Qloballaşmanın dövlət idarəçiliyinə təsiri

Qloballaşma prosesinin əsas hədəfi milli dövlət olduğundan ona təsirsiz


ötüşməmişdir. Bir tərəfdən dövlətin müstəqilliyi çərçivələnərkən digər tərəfdən isə
onun funksiyaları, fəaliyyəti və vəzifələri yenidən müəyyənləşmişdir. Özəlləşdirmə
və tənzimləmə siyasətlərinin tətbiqindən sonra dövlətin istehsal, toplanma və onun
paylanılması üzərində təsiri zəifləmiş daha çox tənzimləyici rolu önə çıxmışdır. Bu
proses nəticəsində dövlətin təkcə tənzimləyici funksiyaları yox, eyni zamanda onun
təşkilati strukturu və funksiyaları da dəyişilmişdir. Dövlətin kadr siyasəti və
ictimai xidmətlərində hərtərəfli çevrilmə prosesinə daxil olmuşdur. Bu çevrilmə
çox vaxt NPM - New Public Management adlandırılır. Bu idarəetmə sisteminə görə
dövlət özəl sektor kimi idarə edilə bilər və özəl sektorda istifadə edilən texniki
əməliyyatlar dövlət sektoruna uyğunlaşdırıla bilər. Bu zaman vətəndaşlarla
müştərilər kimi davranılmalı, dövlət idarəçiləri siyasi proseslərdən ayrılmalı və
hökümət dövlət sektorundakı bir biznes kimi nəzərdə tutulmalıdır.

Әvvəl də qeyd etdiyimiz kimi, qloballaşma prosesi dövlətin müstəqilliyini


müəyyən mənada məhdudlaşdırır. O həm də dövlətin mövcud səlahiyyətlərini
istifadə etməsi yollarını da dəyişdirir. Belə ki, ölkənin 2 ölçülü səlahiyyətləri olur:
dövlət daxilində və beynəlxalq arenada. Burada dövlətin siyasi, iqtisadi və
məhkəmə səlahiyyətləri digər aktorlarla paylaşılır və transmilli xarakter alır. Bu
dəyişilmə NPM konsepsiyasında öz yerini almışdır və qeyd edilir ki, bu
modifikasiya dövlət idarəçiliyində qeyri-dövlət təşkilatların rolunu artırır.

Qloballaşma və iqtisadiyyat

Qloballaşma prosesinin əsas forması olan iqtisadi qloballaşmanın özəyini ölkələrin


qarşılıqlı iqtisadi inteqrasiyası təşkil edir. İqtisadi inteqrasiya dövlətlərin təsərrüfat
və siyasi cəhətdən elə birləşməsidir ki, bu birləşmədə milli təsərrüfatlar arasındakı
əmək bölgüsü müxtəlif səviyyələrdə həyata keçirilir. Belə iqtisadi əməkdaşlıq
müxtəlif ölkələr arasında müstəqillik, bərabərlik prinsipi ilə bir-birinin daxili
işlərinə qarışmadan bu ölkələrin qarşılıqlı səmərə prinsipi əsasında iqtisadi və elmi-
texniki əlaqələrinin birlikdə razılaşdırılaraq həyata keçirilməsindən ibarətdir ki,
bunun da özəyində beynəlxalq əmək bölgüsünün dərinləşməsi durur.

Beynəlxalq iqtisadi inteqrasiya əmtəə və xidmətlərin sərbəst hərəkəti, kapital və


işçi qüvvəsinin beynəlxalq hərəkəti, birgə iqtisadi, valyuta-maliyyə, elmi-texniki,
sosial, xarici və hərbi siyasətin razılıq ilə həyata keçirilməsinə əsaslanır. Dünya
dövlətləri bu yolla öz istehsal güclərinin, istehsalın səmərəliliyinin artırılmasına
nail olur və bunların məntiqi göstəricisi kimi əhalinin rifah səviyyəsinin
yüksəlməsinə cəhd edilirlər. 27 Qloballaşmanı iqtisadi rakursdan seyr etdikdə,
siyasətdən fərqli olaraq sadə insanlar üçün daha açıq görünən halları sadalamaq
olar. Sadə insanlar üçün qloballaşma — "Coca-Cola", "Adidas", "Nokia",
"Panasonic", "Mersedes" və sair bu kimi ticarət nişanlarıdır.

Doğrudan da, informasiya-kommunikasiya texnologiyalarının son onilliklər ərzində


sürətli sıçrayışı qlobal ticarət nişanlarına malik olan transmilli korporasiyaların
(TMK) fəaliyyətini xeyli aktivləşdirib. Artıq okeanın o tayında oturub Avropa,
Asiya, Afrika, Avstraliyadakı bazarlara asanlıqla daxil olub öz məhsulunu satmaq
imkanı yaranıb. Lokal bazar və müştəri uğrunda əsrlərlə gedən mübarizə artıq
beynəlxalq səviyyədə aparılır. Bütün bunlar iqtisadi qloballaşmanın ən başlıca
təzahürləridir. Qloballaşmış iqtisadiyyatın mahiyyətcə fərqi ondadır ki, ən müasir
texnologiyaya yol demokratikləşib, asanlaşıb.

İqtisadi qloballaşmanın 2 əsas komponenti var: 1) qlobal bazarın yaranması və 2)


istehsalın qloballaşması. Qlobal bazar tarixən bir-birindən ayrı olan milli bazarların
bir yerə cəmləşdiyi nəhəng çətirdir. Yuxarıda sadalanan ticarət nişanlarının bütün
dünyada istehlak məhsulu kimi qəbul olunması qlobal bazarın ən bariz
nümunəsidir. Müxtəlif milli zövq və seçimlər qloballaşmaya ən böyük maneə kimi
görünsə də, artıq qloballaşma dünyada xüsusi vahid zövq, dəb və seçim meydana
gətirmişdir. Qlobal bazarın ən əsas və diqqəti cəlb edən xüsusiyyətlərindən biri
budur ki, daxili bazarda bir-birinə rəqib olan TMK-lar artıq vahid dünya bazarı
uğrunda rəqabət aparırlar, həmçinin əksinə yerli bazara daxil olan xarici rəqiblərə
qarşı mübarizə aparırlar.

Qloballaşanlar və Qloballaştırılanlar

Qloballaşmanın dünya üzərində, hər cür fəaliyyətliliyn artmasına, informasiya və


əlaqə imkanlarının çoxalmasına, istehsal və istehlak qəliblərinin uyğunlaşmasına,
mədəni dəyərlərin bənzərliyinə, hətta hüquqi qaydaların belə eyniləşməsinə yol
açır.
Qloballaşma prosesi ilə ölkələr öz aralarındakı ayrı-seçkiliyi təmin edən maneələri
bir-bir bərtərəf edirlər. Bu maneələr əsasən, siyasi maneələr, iqtisadi maneələr
(gömrük), mədəni maneələr və hüquqi maneələrdir.

Qloballaşmada beynəlxalq iqtisadi təşkilatları və transmilli şirkətləri rolu olduqca


böyükdür. Dünya iqtisadiyyatının keçmişdən bu günə yaşadıqlarını başa düşə
bilmək üçün qloballaşmanı anlamaq şərtdir. Dünya iqtisadiyyatından qlobal
iqtisadiyyata keçid yaşanmaqdadır. Bir birindən müstəqil və ayrılmış
vəziyyətindəki ölkə iqtisadiyyatları bütövlülük ifadə edən qlobal iqtisadiyyata
çevrilir.

Qloballaşma və anti-qloballaşma. Onlar arasında mübarizə və dünya nizamı

Tədqiqatçılar hesab edirlər ki, qloballaşma nə müstəmləkə imperiyaların hökm


sürdüyü, nə də dünyanın bloklararası sinfi-ideoloji qarşıdurmasının mövcud olduğu
vaxtlarda mümkün idi. Bunun üçün, hökmən, formal da olsa, bərabərhüquqlu
dövlətlərdən təşkil olunmuş indiki polisentrist dünya nizamı, bütün dünya
miqyasında insan haqları, demokratiya və s. kimi “ümumi maraqlar” altında vahid
dəyərlər sistemini təbliğ və təşviq edən beynəlxalq nizamın mövcudluğu vacibdir.
Əgər Vestfal sistemindən XXI əsrin başlanğıcına qədər beynəlxalq əlaqələrin
icraçısı kimi əsasən milli dövlətlər və onların koalisiyası çıxış edirdisə, müasir
dövrdə qeyri-hökumət strukturlarının hesabına bu say bir neçə dəfə artmışdır.
Hazırda dünya siyasətində beynəlxalq transmilli qurumlar, hökumətlərarası və
qeyri-hökumət təşkilatları milli dövlətlərlə çiyin-çiyinə çalışmaqdadırlar. Bəhs
olunan aktorlar XX əsrin sonu-XXI əsrin əvvəllərində beynəlxalq həyatda ənənəvi
geosiyasi subyektləri getdikcə sıxışdıraraq strateji təsir və idarəetmə
mexanizmlərini əlinə alır, həm müsbət, həm də beynəlxalq terror, narkobiznes, dini
fanatizm və sair kimi mənfi hallarla beynəlxalq münasibətlər və transmilli
qloballaşmanın əsas amilinə çevrilirlər.
Hazırkı geoiqtisadi vəziyyət ondan ibarətdir ki, transmilli korporasiyalar harada
xammal və ucuz işçi qüvvəsi mövcuddursa, orada istehsal təşkil edir və bazar
qururlar. Elə transmilli korporasiyalar var kı, onun istehsal etdiyi ümumi məhsulun
cəmi 5 faizi yarandığı və hüquqi şəxs olaraq qeydiyyata alındığı ölkənin payına
düşür.
Müasir geoiqtisadi qloballaşmada iki əsas meyl müşahidə olunur. Bir tərəfdən,
ABŞ dünya geoiqtisadiyyatı və dünya geosiyasi sistemində hegemon dövlət rolunu
saxlayır və getdikcə bu rolu gücləndirməyə çalışır. Digər tərəfdən, qlobal dünya
aktorları getdikcə onu bəhs olunan sahələrdən sıxışdıraraq ciddi rəqabət və
müqavimətlə üz-üzə qoyurlar. Məsələn, ABŞ-ın müttəfiqi olan Avropa Birliyi
ölkələri də onun rəqibi kimi çıxış edən Cənub-Şərqi Asiya, Yaponiya, Çin, Cənubi
Koreya , Tayvan və sair kimi dövlətlərlə iqtisadi çoxmərkəzçilik şəraitində
müstəqil tərəf olaraq çıxış etməyə meyl göstərir və qloballaşma şəraitində ABŞ a
ciddi rəqib yaratmış olurlar.
Təbii ki, ABŞ həm iqtisadi, həm də siyasi müstəvidə qloballaşmanın
genişlənməsində maraqlıdır. Keçən əsrin 70-80 ci illərindən başlayaraq Anqlo-
saksların himayəsi ilə minlərlə QHT yaradılmış və dünyanın ictimai-siyasi, iqtisadi
həyatında onların fəaliyyəti təmin olunmuşdur. BMT, ATƏT, Avropa Şurası,
Avropa İttifaqı, NATO, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu,
Dünya Bankı və s kimi qeyri dövlət aktorları müasir beynəlxalq siyasətə və dünya
ölkələrinin daxili həyatına müdaxilə edərək planetar həyatın qurulması və idarə
edilməsində iştirak edirlər.
Dünyanın siyasi inteqrasiyası ayrı-ayrı regionlar daxilində intensiv şəkildə həyata
keçirilir. Avropa Birliyi, Şimali Amerika Dövlətləri Birliyi kimi təşkilatlar üzv
dövlətlər arasında siyasi inteqrasiyanın ən yüksək formalarını tətbiq etməkdədirlər.
Bundan başqa? dünyanın ən böyük 8 dövlətinin rəhbərlərinin illik toplantıları,
beynəlxalq siyasi təşkilatların zirvə görüşləri, ayrı – ayrı ölkələri təmsil edən siyasi
partiya və ictimai qurumlar əlaqələr saxlaması və s kimi transmilli tədbirlər də
dünyanın siyasi həyatının qloballaşmasına ciddi təsir göstərir.
Siyasi qloballaşma şəraitində Qərbin siyasi idarəçilik normalarının və
standartlarının, ictimai – siyasi dəyərlərinin universallaşdırılaraq bütün dünyaya
yayılması, dövlətlər, millətlər və mədəniyyətlər arasında milli sədlərin silinməsi,
dünyanın vahidləşməsi və vahid mərkəzdən idarəedilməsi meylləri müşahidə
olunur.
Elmi ədəbiyyatda “Mondializm” adlandırılan bu prosesi tədqiqatçılar ümumən
obyektiv hesab etsələr də, onlar ABŞ və Qərb ölkələri tərəfindən planlaşdırılan,
tənzimlənən və idarəolunan “mondializm” prosesini, başqa sözlə, Qərb dəyərlərinin
bütün dünyada qəbul etdirilməsini, vahid dünyanın siyasi həyatının ABŞın
böyümüş proyeksiyası kimi təşəkkül tapmasını və dəniz sivilizasiyasının dünyanın
bütün digər xalq və dövlətlərinə “düşünülmüş ssenari” əsasında zorla təlqin
olunmasını subyektiv proses kimi dəyərləndirirlər.
Geosiyasi inteqrasiya dərinləşdikcə, bəzi Qərb dairələrində, xüsusən ABŞ
politoloqları içərisində dünyanı vahid mərkəzdən idarə edən “ümumdünya
hökumətinin” yaradılmasına ehtiyac olması haqqında fikirlər səsləndirilməkdədir.
Onların fikrincə, qloballaşmanın getdikcə bütün dünyada genişlənməsi, iqtisadi,
sosial, siyasi inteqrasiyanın dərinləşməsi, liberal-demokratik sistemlərin
universallaşması guya planetdə yeni bir millət və dövlətüstü mərkəzi hökumətin
yaranmasına gətirib çıxarmalıdır. “Ümumdünya hökumət” adlandırılan bu mərkəz
bütün fundamental hüquqları suveren dövlətlərin əlindən alaraq öz əlində
cəmləşdəricək, ədalət bərqərar olacaqdır.

Dünyanın siyasi həyatının qloballaşmasında beynəlxalq siyasi inteqrasiya xüsusi


yer tutur. Beynəlxalq siyasi inteqrasiyanın əsasını dünyada demokratikləşmənin
transmilli siyasət səviyyəsinə qaldırılması, yeni –yeni ölkələrin bu prosesə qədəm
qoyması, yaxud cəlb edilməsi və bu əsasda Qərb dünyası ilə geniş siyasi əlaqələrə
girməsi təşkil edir.

Bu gün dünyada qloballaşmanın əleyhdarları da kifayət qədərdir. Bəziləri


qloballaşması ancaq dünyanın inkişaf etmiş ölkələrinin və qlobal korporasiyaların
maraqlarına xidmət etdiklərini, qloballaşma sahəsində kiçik ölkələrin və xalqların
milli maraqlarının nəzərə alınmadığını, yerli şirkətlərin rəqabətə tab gətirə
bilmədiklərindən də danışırlar.
Beləliklə, qlobalizmin inkişafı ona qarşı çıxanların daha da təşkilatlanmasına və
mübarizələrinin kəskinləşməsinə səbəb oldu.
Qloballaşma şəraitində müasir dünyanın nizamı məsələsi ekspertləri narahat edən
aktual mövzulardandır. Son illər demək olar ki, bütün nüfuzlu beynəlxalq
tədbirlərdə bu məsələ müxtəlif kontekstlərdə müzakirə olunur. Bütövlükdə belə bir
fikir mövcuddur: hazırda dünyanı təhdid edən ciddi qlobal risklər meydana gəlib.
Onları aradan qaldırmaq üçün xeyli əmək sərf etmək lazım olacaq. Belə bir
vəziyyətin yaranma səbəbləri də fərqli göstərilir. Son Davos İqtisadi Forumunun
əsas devizinin dördüncü sənaye inqilabı mərhələsində qlobal arxitekturanın
formalaşması ilə bağlı olması heç də təsadüfi deyil. Mütəxəssisləri dünyada
geosiyasi nizamın yeni beynəlxalq qaydalar və prinsiplər əsasında yenidən
formalaşdırılması çox maraqlandırır. Bəs hansı səbəblərdən bu məqsədə hələlik nail
olmaq mümkün olmur? Başlıca faktorlar hansılardır? Davos Forumu işığında bu
kimi suallara təhlili cavab üzərində geniş dayanmağa ehtiyac gördük.
Amerika Prezidenti Donald Trampın isə ümumilikdə dünya istehsal həcmini əsas
olaraq ABŞ-a qaytarmaq xəttini yeritməsi onun faktiki olaraq reindustrializasiyaya
başlamaq istədiyini göstərir.
Çin nə vəziyyətdədir? Onu hələ də "ümumdünya fabriki" adlandırırlar. Davosda da
böyük nümayəndə heyəti ilə iştirak edib. Lakin ekspertlər əmindirlər ki, Pekin hələ
Qərbin açdığı yolla gedir. O cümlədən öz regionunda ticarət və maliyyə axınına
nəzarət etməyə çalışır. Bu o deməkdir ki, Çin artıq uzaqlaşan "qatarın sonuncu
vaqonuna atlanmağa" çalışır. Lakin bu trendin sonunun böhran olduğu haqqında
proqnozlar da vardır. İndi Çin iqtisadiyyatının artım sürətinin xeyli yavaşıdığı
barədə məlumatlar mövcuddur. Əgər bu tendensiya daha da güclənsə, dünya
iqtisadiyyatını nələr gözləyir?
Davos Forumunda iştirak edən Rusiya hansı xətti yeridir? Rusiya dünyaya yeni
texnologiyalar verə bilmir. Onun iqtisadiyyatı hələ də daha çox xammalla bağlıdır.
Buna görə də qlobal miqyasda əsas olaraq enerji daşıyıcılarının qiymətinin yüksək
qalmasına xidmət edən xətt seçib.
Təbii ki, deqloballşamanın başlıca mənbəyi dünyanın supergücləri arasında olan
qeyri-sağlam rəqabətdir! Onların hər birinin əsas məqsədi dünyanı birləşdirməyə
doğru aparan addımlar atmaqdan ibarət deyil. Daha çox öz maraqlarının təmin
edilməsi ilə liderlik etməkdir!
Bu zaman həmin qüvvələr özlərinin inkişafına üstünlük verməkdən çox,
digərlərinin inkişafını ləngitməyə meyl edirlər. Bu da qlobal miqyasda kifayət
qədər çətinliklər, süni maneələr yaradır. Dünyanın müxtəlif regionlarında,
maraqların toqquşma sahələrində münaqişələr yaranır. Bununla bağlı kifayət qədər
misallar mövcuddur. Məsələn, ABŞ-Çin münasibətləri Cənubi Çin dənizində
ticarətə nəzarət ucbatından gərgin məzmun alıb. Vaşinqton Pekinə qarşı ticarət
vergiləri siyasətini xeyli kəskinləşdirib. Amerika Avropa, Rusiya, Türkiyə və başqa
dövlətlərə qarşı da eyni proteksionist mövqedən çıxış edir. Ekspertlər hesab edirlər
ki, bütün bunlar ABŞ-ın sürətlə dəyişən dünyada liderlik mövqeyini saxlamağa
çalışması ilə bağlıdır.
Bəs Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bu tendensiyaya təsiri yoxdurmu?
Mütəxəssislərin fikrincə, demək olar ki, yoxdur. Bunun iki anlamı var. Birincisi,
bütövlükdə dünyada elə bir beynəlxalq təşkilat mövcud deyildir ki, beynəlxalq
hüquq normaları çərçivəsində supergüclərə təsir edə bilsin. Onda onlar niyə
mövcuddurlar? Formallıq xatirinə, yoxsa gözlərə kül üfürmək üçün? Yəni böyük
güclərə beynəlxalq təşkilatlar öz maraqlarını pərdələmək və törətdikləri cinayətləri
ört-basdır etmək, imkan olanda ona hüquqi don geyindirmək üçünmü lazımdır?
Dağlıq Qarabağda, Ukraynanın şərqində, Suriyada, İraqda, Əfqanıstanda və başqa
məlum yerlərdə törədilən cinayətləri beynəlxalq təşkilatlar "pərdələyəcəksə", hansı
qloballaşmadan danışmaq olar? İkincisi, beynəlxalq təşkilatlarda ciddi islahatlar
aparmaq lazımdır. Yaxud fərqli tənzimləmə mexanizmləri işləmək gərəkdir.
Təəssüf ki, bunların heç biri hələ yoxdur.
Bunun necə reallaşa biləcəyini də dünyada çox gözəl bilirlər. Ədalət, beynəlxalq
hüquq, ikili standartlardan imtina, fərqli mədəniyyət və din mənsublarına tolerant
yanaşma! Bu, seçim məqamı deyil, bəşəriyyətin varlığının təməl şərtlərdir. Əks
halda, boşuna müzakirələr "acı bağırsaq" kimi uzanacaq.
Bütün bunları nəzərə alan bir qrup insan illərdir ki, bu kimi qlobal forumları fitə
basaraq hegemon dövlətləri planetin bütün problemlərində günahlandırırlar.
Antiqlobalizm hərəkatı Qərbdə yaranmış, tədricən başqa ölkələrdə də gündəmə
gəlmişdir. Amerikasayağı qloballaşmanın rəmzləri 1999-cu ildə diqqəti daha çox
cəlb etməyə başladı. Həmin il antiqlobalistlər ÜTT-nin görüşünün təxirə
salınmasına nail ola bilmişlər. Artıq iqtisadi qloballaşma tərəfdarlarının demək olar
ki, hər bir görüşü, istər ümumdünya iqtisadi forum, istərsə də "böyük səkkizlərin"
görüşü antiqlobalistlər tərəfindən ciddi etiraz aksiyaları ilə qarşılanır.
Amerikasayağı qloballaşmanın əleyhdarları öz hərəkatlarını "yeni antikorporativ
hərəkat", "qlobal demokratiya uğrunda hərəkat" adlandırırlar.

Qloballaşma dövründə Azərbaycan və insan hüquqları.


XXI yüzillik dünyaya qloballaşma əsri kimi daxil olmuşdur. Yaşadığımız hazırkı
dövr dünya ölkələri üçün radikal sosial, iqtisadi, siyasi, mədəni və mənəvi
dəyişikliklərlə səciyyələnir. Dövlətlər arasındakı sərhədlərin şəffaflaşması, müxtəlif
xalqların bir-birinə inteqrasiya etməsi, ikitərəfli münasibətlərin genişlənməsi və
dərinləşməsi müasir dövrümüzün xarakterik cəhətlərindəndir. Çağdaş dünyanın
inkişafı prosesində indiki tarixi mərhələnin başlıca meyilləri qloballaşma və
iqtisadi, mədəni inteqrasiyadır.
Müstəqil Azərbaycan Respublikası da ümumdünya inteqrasiya və qloballaşma
cərəyanlarından kənarda qalmamışdır. Ötən əsrin axırlarında Azərbaycan
müstəqillik qazandıqdan sonra ölkə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu
yolu ilə getməyə, dünya ölkələrinə inteqrasiya olunmağa, qloballaşma prosesində
fəal iştirak etməyə başladı. Lakin təəssüf ki, gənc müstəqil Azərbaycan dövlətinin
istiqlalının elə ilk illərində ona “başçılıq” edən səriştəsiz rəhbərlərin “xidmətləri”
sayəsində ölkəmizi bir dövlət kimi məhv olmaq təhlükəsi təhdid edirdi.
Daxili və xarici düşmənlərin birgə fəaliyyəti nəticəsində Azərbaycan Respublikası
idarəolunmaz vəziyyətə düşmüş, respublikanın ayrı-ayrı hissələrə parçalanması
məqsədilə separat hərəkatlar genişlənmiş, cəbhədə Azərbaycan əraziləri bir-birinin
ardınca itirilməyə başlanmışdı. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın
təkidi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gələrək ölkəni dünyanın
siyasi xəritəsindən silinməkdən, bir dövlət olaraq parçalanmaqdan xilas etdi.
Dövlətimizin bütün sahələrində əsaslı islahatlara qədəm qoyuldu və inkişafın
əhəmiyyətli 94 faktorlarından biri - daxili ictimai-siyasi sabitlik bərqərar oldu.

Qloballaşma Azərbaycana xeyli uğurlar gətirə bilər. Neft- qaz və digər təbii
sərvətlər baxımından zəngin olan ölkəmiz üçün bu prosesdə beynəlxalq layihələrə
qoşulmaq,transmilli korporosiyalarla qarşılıqlı əməkdaşlıq etmək,ölkəyə kapital
axınını sürətləndirmək, beynəlxalq turizm sisteminə qoşulmaq və ondan
yararlanmaq və s. amillər ölkəmizin sosial-iqtisadi inkişafı üçün münasib imkanlar
açır. Lakin qloballaşmanın gətirdiyi uğurların əksinin də baş verməsi mümkündür.
Əgər bir proses lokallıqdan çıxırsa və yaxud qloballaşırsa onda onun xeyrinin və
zərərinin miqyası da qlobal xarakter alır.
Necə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BDU-nun 90
illik yubiley mərasimindəki çıxışında bildirir: "Qloballaşma təbii prosesdir və yəqin
ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə, belə olan halda
milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək
xüsusi əhəmiyyət daşıyır.

You might also like