You are on page 1of 6

Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021.

№1

TƏHSİLDƏ KEYFİYYƏTİN TƏMİN


OLUNMASININ PEDAQOJİ ƏSASLARI

NƏRMİN HÜSEYNOVA
Azərbaycan Dillər Universiteti, Pedaqogika kafedrasının müəllimi.
E-mail: nnarminhuseynova@gmail.com
https://orcid.org/0000-0001-6908-5119

Məqaləyə istinad: ANNOTASİYA


Hüseynova N. (2021). Təhsildə
keyfiyyətin təmin olunmasının Müasir təhsilin keyfiyyət göstəricisi tədris prosesinin səmərəli idarə
pedaqoji əsasları. Azərbaycan olunmasıdır. Təhsilin keyfiyyətli idarəolunması yüksək standartlara
məktəbi. № 1 (694), səh. 95–100
doğru istiqamətlənən bir inkişaf sistemi kimi cərəyan edir və dinamik
şəkildə izlənilir. Tədrisin keyfiyyət göstəricilərindən biri də öyrənənlərin
bilik və bacarıqlarının əvvəlcədən müəyyən edilmiş gözləntilərə, təlim
nəticələri və qiymətləndirmə meyarlarına uyğun gəlməsidir. Müasir
pedaqoji prosesdə təhsilalanların sosial-mədəni və kommunikativ
bacarıqlara malik olması təlimdə mühüm keyfiyyət göstəricisi kimi
dəyərləndirilmişdir. Pedaqoji təhsildə tədrisin keyfiyyətli idarəolunması
onun dayanıqlı və effektli təsirini zəruri edir. Bu baxımdan, tədris pro-
sesinin tələbəyönlü təşkili və fəaliyyətlərin qiymətləndirilməsi müasir
təhsilin paradiqmalarından hesab edilir. Məqalənin məqsədi səmərəli
tədrisin təşkilini təşviq etmək üçün təlimin əsas keyfiyyət göstəricilərinə
və standartlarına uyğun tətbiqi qaydalarını araşdırmaqdır. Məlumdur
ki, tələbələrin keyfiyyətli təhsil almaları üçün savadlılıq, məlumatlılıq
və səriştəlilik ən zəruri komponentlər kimi vurğulanır. Məqalədə tədris
prosesinin keyfiyyətli təşkilinə nail olmaq üçün müasir mexanizmlər,
tədris proqramının keyfiyyət göstəriciləri, təlim nəticələrinə uyğunluğu,
keyfiyyət metodları, tələbə nailiyyətlərinin və öyrənmə prosesinin
qiymətləndirilməsi haqqında fikir və ideyalar açıqlanır.

Açar sözlər: Keyfiyyətli idarəetmə, göstərici, pedaqoji proses, təhsil


Məqalə tarixçəsi
Göndərilib: 06.04.2021 standartları, kompetensiya.
Qəbul edilib: 19.04.2021

http://as-journal.edu.az 95
Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №1

PEDAGOGIcAL bASIcS FOR QUALITY


ASSURANcE IN EDUcATION

NARMIN HUSEYNOVA
Azerbaijan University of Languages, Department of Pedagogy.
E-mail: nnarminhuseynova@gmail.com
https://orcid.org/0000-0001-6908-5119

To cite this article: AbSTRAcT


Huseynova N. (2021). Pedagogical
basics for quality assurance in The main quality indicator of the of modern education is the effective
education. Azerbaijan Journal of management of the teaching process. The quality management system
Educational Studies. Vol. 694,
in education dynamically monitored with providing the development
Issue I, pp. 95–100
of higher standards. One of the indicators of the quality teaching is
the compliance of learners’ knowledge and skills with expectations,
learning outcomes and assessment criteria. In the modern pedagogical
process, the socio-cultural and communicative skills of students were
assessed as an important indicators of quality in learning. The quality
management system in pedagogical education in accordance with
the quality indicators makes it necessary for its sustainable and effec-
tive. From this point of view, student-oriented organization of the ed-
ucational process and evaluation of activities are considered to be
paradigms of modern education. The purpose of this article is to in-
vestigate the rules of learning process in accordance with the quality
indicators and standards to promote the management of teaching ef-
fectively. It is known that literacy, awareness and competence are
emphasized as the most necessary components for students to receive
quality education. The article describes the views and ideas on modern
aprroaches to achieve a quality management system in educational
process, the quality of the curriculum, compliance with learning out-
comes, quality methods, assessment of student achievement and the
learning process.

Article history
Keywords: Quality management, performance, pedagogical process,
Received: 06.04.2021 educational standards, competence.
Accepted: 19.04.2021

96 http://as-journal.edu.az
Təhsildə keyfiyyətin təmin olunmasının pedaqoji əsasları

GİRİŞ Digər tədqiqatçı müəlliflər S.Blömke, L.Paine,


R.Honq, F.Hisey, V.Şmit, M.Tatto, K.Bankov, A.Qobert
Tədrisin keyfiyyəti müəllimin səriştəsi, müasir və J.Anderson bu fikirlərin müəyyən qədər əksinə
pedaqoji yanaşmaların tətbiqi, əlverişli, çevik olaraq qeyd edirlər ki, təlimin iyerarxik ardıcıllığı
təlim mühitinin yaradılması, müasir texnolo- təlim prosesində vaxt məhdudiyyəti yaradır, tənqidi
giyaların istifadəsi və qiymətləndirmənin apa- təfəkkür və yaradıcı işə çox az vaxt qalır. Bu
rılması ilə ölçülür. Bununla bərabər, tədrisdə baxımdan, tədqiqatçılar tələbələrin təlimdənkənar
mövcud olan problemlər onun dayanıqlığını təmin mühitdə planlaşdırılmış təlimat üzrə öz təcrübələri
edə bilmir, tələbə maraqlarını qarşılamır və təlim əsasında araşdırma aparmasına daha çox vaxt
nəticələrinin qazanılmasında məhdudiyyətlər verilməsinin əhəmiyyətini vurğulayır, təlim zamanı
yaradır. Elmi araşdırmalar göstərir ki, pedaqoji araşdırıb əldə etdikləri nəticələrin təqdim
prosesdə yeni biliklərin və səriştələrin praktiki olunmasını və müəllim tərəfindən rəy verilməsini
şəkildə qazanılması məhz keyfiyyət strategiyaları keyfiyyət istiqaməti kimi məqsədəuyğun hesab
əsasında baş verir (Corbett & Anderson, 1995; edirlər (Blömeke, Paine, Houang, Hsieh, Schmidt,
Lewis, 1993). Tatto, Bankov, 2008; Corbett & Anderson, 1995).
Bir çox hallarda təlim gözlənilən yüksək Beləliklə, tədrisdə effektiv planlaşdırma, faydalı
keyfiyyətə zəmanət verə bilmədiyinə görə tədris resurslardan istifadə, aydın təlimatlar və təlim
prosesinin peşəkar səviyyədə təşkili əsas hədəf məqsədlərinin müəyyən edilməsi gözlənilən təlim
olmalıdır. Müəllimin peşəkarlığı, təlimin təşkili şəraitində baş verdikdə keyfiyyət uyğun bir
prinsiplərindən xəbərdar olması tələbələr üçün mühitdə reallaşır və sistemlilik pozulmur. Mə-
effektiv bir göstəricidir. Çünki təlimin səmərəli lumdur ki, müəllim nə qədər maraqlı təlimat və
təşkili tələbə nailiyyətlərinin sistemli şəkildə əldə tapşırıqlar hazırlasa da, onu səmərəli strategiya
olunmasına imkan yaradır və yeni biliklərin əsasında tətbiq etmirsə, sonda gözlənilən uğurlara
qazanılmasına səbəb olur. Bu baxımdan, ali təh- çatmaq olmur. Təlimin yeni məzmuna malik tədris
sildə “keyfiyyət” termini çox vaxt birmənalı qarşı- proqramı (kurikulum) əsasında həyata keçirilməsi,
lanmır. faydalı tədris resurslarının seçilməsi, effektiv
A.Mehrabov pedaqoji təhsilin keyfiyyəti və idarəetmə, müəllimlərin bacarıqlarının inkişafı,
onun idarə olunmasında müasir yanaşmalardan monitorinq və qiymətləndirmə isə keyfiyyətin
istifadənin əsas istiqamətlərini araşdıraraq yazır: tam təmin olunmasına gətirib çıxara bilir.
“Tədris prosesinin əsas keyfiyyət parametrləri
bilik, bacarıq və vərdişlərin səviyyəsi, təhsil- KEYFİYYƏTİN ƏLDƏ OLUNMASINDA
alanların fərdi inkişaf dinamikası, müəllimin TƏLİM NƏTİcƏLƏRİNİN ROLU
səriştəliliyi və təhsil prosesində baş verən digər
effektiv elementlərin nəzərə alınması kimi Pedaqoji prosesdə keyfiyyətin əldə olunma-
müəyyən edilməlidir” (Mehrabov, 2014). sının ən uğurlu tərəfi onun səriştə əsaslı təlim
R.Karmişel, J.Palermo, K.Valens və J. Levis öz nəticələri və yeni məzmunlu tədris proqramı
pedaqoji tədqiqatlarında təlimin məzmunlu və əsasında aparılmasıdır. Ali pedaqoji təhsildə təlim
iyerarxik ardıcıllıqla baş verməməsinin sonda nəticələrinin yeni pedaqoji yanaşmalar əsasında
uğurlu nəticənin əldə olunmamasına səbəb qazanılması ən vacib şərtdir. Buna görə də təlim
olacağını qeyd edirlər. Bu iyerarxiya, ilkin idraki nəticələri bir sıra pedaqoji məqsədlərin əldə
fəaliyyətlərdən başlayaraq, tələbələrin mövzu olunmasına xidmət etməlidir. Təlim nəticələri və
haqqında ilkin təcrübələrini yeni biliklərlə məqsədlərinin keyfiyyət göstəricisi onun koqnitiv,
əlaqələndirməsi, fəaliyyətlərdə və tapşırıqlarda sosial-emosional, tənqidi təfəkkür və yaradıcı
tətbiqi, problemi araşdırması, faktlarla əsas- qabiliyyətlərini reallaşdırmasıdır.
landırması, dəyərləndirməsi və yaradıcı fəaliyyəti Ali təhsildə tədrisin keyfiyyəti ilə bağlı
təqdim etməsi kimi izah olunur (Carmichael, tədqiqatlarında Levis tədrisə aid keyfiyyətləri,
Palermo, Reeve & Vallence, 2001; Lewis, 1993). əsasən, təlim məqsədinin seçilməsi, təlimə hazırlıq,

http://as-journal.edu.az 97
Nərmin Hüseynova

yaxşı əhval-ruhiyyə, effektiv təlimat və uğurlu etmək müəyyən qədər çətin olduğundan burada
performans göstərməklə müəyyən etmişdir. O, keyfiyyətli təlim prosesini təşkil etmək problemin
təlim keyfiyyətlərini üç əsas kateqoriya üzrə həllində ən vacib amil hesab olunur. Bu məqsədlə,
dəyərləndirir (Lewis, 1993): tələbələrin cəlb olunmasında iki əsas kateqoriyanı
nəzərə almaq vacib sayılır: birinci kateqoriya
tələbələrin maraqları və ehtiyaclarını nəzərə alan
Təlimin interaktiv fəaliyyətlər, qrup və fərdi təqdimatlar,
keyfiyyət sahələri elektron vasitələrdən istifadə etməklə təlimə çevik
adaptasiya yaratmaqdır; ikinci kateqoriya isə
biliklərin ötürülməsi zamanı uyğun metodların
Təlim Tələbə seçilməsidir. Müxtəlif yaradıcı tədris metodları
Fiziki təlim tələbə cəlbini gücləndirən ən uğurlu seçimdir.
mövzusunun cəlbinin təmin
mühiti Burada fəaliyyətlərin müxtəlifliyi və müəllimlərin
məzmunu olunması
buna çox əmək sərf etməsi nəticədə tələbələr
Sxem 1 Təlimin keyfiyyət sahələri tərəfindən qiymətləndirilir.

TƏDRİS PROQRAMININ MƏzMUN


Sxemdən göründüyü kimi, müvafiq təlim möv- KEYFİYYƏTİ
zusunun məzmunu, fiziki öyrənmə mühitinin və
təlimdə tələbələrin iştirakının təmin olunması Tədrisin keyfiyyətli təşkili və məzmunu tədris
onun keyfiyyət şərtlərini müəyyən edir. R.Karmakel, proqramında (kurikulum) necə müəyyən edilir?
J.Palermo, L.Riv, K.Valense öz mülahizələrində Müasir tədris proqramlarının yeni məzmununu
keyfiyyətli tədrisi öyrətmənin kontesktual vəziy- təyin edən göstəricilər, əsasən, proqramın tələbə
yətində və tədrisdə istifadə olunan texnologiyaların maraqlarını ifadə etməsi, onların yaş xüsusiyyətləri
mənimsənilməsində görür (Carmichael, Palermo, və səviyyələrə uyğun olması, yeni təlim strate-
Reeve & Vallence, 2001). giyalarını və inteqrativliyi əks etdirməsi ilə xarak-
Buna oxşar olaraq, tədqiqatçı alimlər terizə olunur. Tədrisin keyfiyyətini yüksəldən
H.Əhmədov və N.Əhmədov təlim mövzularının digər element tələbələrin praktiki təcrübələrinin
sillabuslar əsasında planlaşdırılmasını, uyğun tətbiqi, nümayişi və nailiyyətlərin ölçülməsi me-
mənbə və resursların müəyyən edilməsini, təlim xanizminin proqram məzmununda əks olunmasıdır.
saatlarının və təlim məqsədlərinin fənnin Corbett və Anderson pedaqoji ali təhsildə key-
mövzusuna uyğun təyin edilməsini keyfiyyətin fiyyətin sistemli şəkildə təmin olunmasında uyğun
təmin olunmasında vacib sahələr kimi qeyd edirlər. tədris proqramının tərtib olunmasını sübut edərək
(Əhmədov, 2000; Əhmədov, 2001). Müxtəlif göstərirlər ki, tədris proqramı təlimin keyfiyyətli
mənbələrdə təlimdə effektiv fiziki mühitin təmin şəkildə qazanılmasında əsas istiqamətverici bir
olunması tədrisdə keyfiyyət təminatının ən sənəddir (Corbett & Anderson, 1995).
dəstəkverici amillərindən biri kimi vurğulanır. Məlumdur ki, keyfiyyət nisbi bir müddətə əldə
Təlimin rahat mebellərlə təmin olunmuş işıqlı, edilir. Pedaqoji sahədə çalışan hər bir peşəkar
geniş otaqlarda təşkili tələbə nailiyyətlərinin əldə mütəxəssis başa düşür ki, proqram təlim nəticələri,
olunmasına birbaşa təsir edir. Otaqların müasir öyrənmə və nailiyyətlərə təsir edən çərçivə
texnologiya ilə təmin olunması məzmunun sənədidir. Hər bir fənn proqramında qeyd olunan
mənimsənilməsini asanlaşdırır və keyfiyyətli təsir sahələr mövzular üzrə yeni bilik və fəaliyyətlərin
gücünə malik olur. Bəzən oyunlar, fəaliyyətlər məntiqi ardıcıllığını tələb edir.
zamanı otaqlarda tələbələrin hərəkətli olması və Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının (OECD)
əyləncəli bir mühit yaratması təlim keyfiyyətinin hesabatında tədris proqramlarının məzmununun
mənzərəsini təşkil edir (Lewis, 1993; OECD, 2005). aşağıdakı komponentlərdən ibarət olması təklif
Pedaqoji ali təhsildə tələbələri təlimə cəlb edilir:

98 Azərbaycan məktəbi. 2021. №1


Təhsildə keyfiyyətin təmin olunmasının pedaqoji əsasları

cədvəl 1 Təlimdə keyfiyyət komponentləri (Cheng, 2010)

Pedaqoji komponentlər Psixoloji komponentlər

Təlimin təşkili prinsipləri: Təlimin psixoloji inkişafı haqqında məlumat:


• Təlimin planlaşdırılması • Təlimdə stimullaşdırıcı vasitələri tətbiq etmək
• Təlim müddətinin maksimuma çatdırılması • Müsbət təlim mühitini yaratamaq
• Təlimi sabit bir tempdə idarə etmək • İdrak fəallığı və motivasiya yaratmaq
• Dərslərdə aydın istiqamət saxlamaq • Fərdi təlim uğurlarını dəstəkləmək və dəyərləndirmək

• Müasir tədris metodlarını bilmək • Tələbə xüsusiyyətlərini bilmək: mənbələr haqqında


• Müxtəlif tədris metodlarını nə vaxt və necə tətbiq etməyi məlumat sahibi olmaq
bilmək • Tələbənin idraki və emosional hislərini anlamaq
• Texnoloji avadanlıqlardan istifadə etmək • Heterojenlik mühiti yaratmaq

• Təlimdə qiymətləndirmə prinsiplərini izləmək • Dəyərləndirmədə etik qaydalara əməl etmək


• Təlimdə orijinal qiymətləndirmədən istifadə etmək • Stimulverici vasitələrdən istifadə etmək
• Müxtəlif qiymətləndirmə növlərini tətbiq etmək • Meyar əsaslı qiymətləndirmənin tələbələrin
• Formalaşdırıcı və summativ qiymətləndirmələr motivasiyasına necə təsir etdiyini bilmək
• Sosial, fərdi işi təşkil etmək

• Təlimdə hədəflərin strukturlaşdırılması • Uyğunluq prinsipi üzrə müxtəlif öyrənmə qrupları ilə
• Dərs prosesinin planlaşdırılması və qiymətləndirilməsi işləmək

• Fənnin məzmununda yeni tələblərə uyğun TƏDRİS PROSESİNİN KEYFİYYƏT


nəticələrin olması; GöSTƏRİcİLƏRİ
• Mövzularda koqnitiv, sosial-emosional və
praqmatik bacarıqların təsvir edilməsi; M.Çenq qeyd edir ki, tədrisin keyfiyyət gös-
• Mövzuların orijinal nümunələrdən təriciləri onun pedaqoji və psixoloji kompo-
götürülməsi; nentlərinin bir-birini tamamlaması şəraitində
• Mövzuların inteqrativ tədrisi; reallaşır (Cheng, 2010). Bu göstəriciləri diqqətlə
• Mövzular üzrə fəaliyyətlərin müəyyən nəzərdən keçirmək və onları praktiki olaraq
edilməsi; reallaşdırmaq lazımdır.
• Mövzuların tədrisi metodikasının seçilməsi; Cədvəl 1-dən göründüyü kimi, keyfiyyətli
• Mövzuların qiymətləndirilməsi (OECD, 2005). təlim bir-birini izləyən ardıcıl komponentlərin
pedaqoji və psixoloji tərəflərinin tətbiqinə
Tədris mövzusunun məzmunu tələbə ma- əsaslanır. S.Blomke, L.Peyne, R.T.Honq, F.J.Hişe,
raqlarına və yeni gözləntilərə uyğun olduqda V.H.Çmit, M.T.Tatto, K.Bankov qeyd edirlər ki,
mövzu ətrafında yeni fikirlər tez formalaşır. tədris uyğun prinsiplərə əsaslandığı zaman
Mövzuların keyfiyyəti onun real həyatla əlaqəsi, təlim sistemli idarə olunur və dinamik bir
inteqrativ elementlərə məxsus olması, daha çox modelə bənzəyir (Carmichael, Palermo, Reeve &
innovativ meyillərə istiqamətlənməsi ilə təyin Vallence, 200; Blömeke, Paine, Houang, Hsieh,
edilir. Pedaqoji mövzuların keyfiyyətli məzmunu Schmidt, Tatto, Bankov, 2008).
onun tələblərə uyğunluğu, şəxsi inkişafa həsr Pedaqoji tədrisin keyfiyyətli idarə olunması
olunması, insani keyfiyyətlər, qlobal problemlər, iki kateqoriya əsasında anlaşılır:
sağlam həyat tərzi, ətraf mühit və milli-mənəvi • ümumi pedaqoji biliklər (idarəetmə prinsipləri
dəyərləri əks etdirməsi ilə zərurət kəsb edir. və strategiyaları);

http://as-journal.edu.az 99
Nərmin Hüseynova

• pedaqoji məzmunla bağlı biliklər (müəyyən peşəkarlığı, proqram effekti, uyğun təlim nəti-
bir mövzunun məzmunu ilə bağlı biliklərlə bu cələrinin olması təşkilati-baza rolunu oynayır.
mövzunun tədrisi üçün zəruri olan pedaqoji Hər bir tələbənin öyrənmə prosesinin effektiv
biliklərin məcmusu). tədris yolu müəllim tərəfindən planlaşdırılan,
dəstəklənən və dəyərləndirilən harmonik bir
MÜƏLLİM-TƏLƏbƏ ƏLAQƏLƏRİNİN model təəssüratı yaradır.
TƏŞKİLİ Tədris keyfiyyətinin əsas komponenti kimi
müsbət təlim mühiti anlayışı müəllimin motivasiya
H.Əhmədov və N.Əhmədov pedaqoji prosesdə
və həvəsləndirmə metodları əsasında qurulur və
müəllim tərəfindən tətbiq olunan peşəkarlığın və
burada müəllimin şəxsi keyfiyyətləri nəzərə alınır.
səriştəliyin tədrisdə tələbələrlə əlaqələrin düzgün
Keyfiyyətin təmin olunmasında qeyd olunan
qurulmasında əhəmiyyətli olduğunu vurğulayırlar
fikirlərin kompleks şəkildə təşkili tədrisin uğurlu
(Mehrabov, 2014; Əhmədov və b., 2000). Müşa-
nəticələnməsi və tələbə məmnunluğunun ən
hidələr göstərir ki, öz işində keyfiyyət axtaran
yüksək göstəricisi kimi dəyərləndirilir.
müəllim tələbənin ehtiyaclarını və istəklərini
müəyyənləşdirməlidir.
İstifadə edilmiş ədəbiyyat
Müəllim-tələbə əlaqələrinin yaradıcı bir sahədə
birləşməsi, sosial əlaqələrə çevrilərək maraqlı 1
Əhmədov, H. (2001). “Azərbaycan məktəbi və
diskussiyalar, müzakirələr kontekstində forma- pedaqoji fikir tarixi”. Bakı, “Təhsil”.
laşması keyfiyyətin əldə olunmasında psixoloji 2
Əhmədov, N. və b. (2000). “İdarəetmənin pedaqo-
cəhətləri müsbət istiqamətdə reallaşdırır. Bu gikası və psixologiyası”. Bakı.
məqsədlə müəllim-tələbə münasibətlərini 3
Blömeke, S., Paine, L., Houang, R.T., Hsieh F.J.,
aşağıdakı qaydada qurmaq təklif edilir (OECD, Schmidt, W.H., Tatto, M.T., Bankov, K. (2008).
2005): Future teachers’ competence to plan a lesson:
• uğurlu təlim nəticələrinin əldə edilməsində First results of a six-country study on the efficiency
of teacher education. ZDM Mathematics Education,
tələbələrin təkliflərini dinləmək;
40, 749–762.
• tələbələrin bütün ehtiyaclarını (texnoloji, 4
Carmichael, R., Palermo, J., Reeve, L. & Vallence,
didaktik, metodik) təyin etmək; K. (2001). Student learning: “The heart of quality”
• tələbə nailiyyətlərinin qiymətləndirilməsini in education and training. Assessment & Evaluation
və davamlı inkişaf strategiyalarını in Higher Education, 26(5), 449–463.
müəyyənləşdirmək; 5
Cheng, M. (2010). Audit cultures and quality as-
• tələbələrlə dərsdənkənar tədbirlər, surance mechanisms in England: A study of their
layihələr təşkil etmək və onların şəxsi perceived impact on the work of academics.
inkişafına nail olmaq; Teaching in Higher Education, 15(3) 259–271.
• sosial şəbəkələrdə müəllim-tələbə
6
Corbett, A.T., & Anderson, J.R. (1995). Knowledge
ünsiyyətini təşkil etmək; tracing: Modeling the acquisition of procedural
knowledge. User Modeling and User-Adapted In-
• tələbələri yeni biliklərə və yaradıcı işlərə
teraction, 4, 253-278.
həvəsləndirmək; 7
Lewis, J.M. (1993). Teaching styles of award-
• tələbələrin fərdi işlərinə və təqdimatlarına winning professors. In R. Ellis, quality assurance
yazılı rəylər vermək. for university teaching. Buckingham: The Society
for Research in Higher Education. pp.149–164.
NƏTİcƏ 8
Mehrabov, A. (2014). Pedaqoji təhsilin keyfiyyəti
və onun idarə olunmasında müasir yanaşmalardan
Beləliklə, ali pedaqoji təhsil kontekstində
istifadənin əsas istiqamətləri. “Azərbaycan
tədrisin keyfiyyət komponentlərinin müəyyən məktəbi”, №4.
edilməsi tələbə nailiyyətlərinin əldə olunması ilə 9
OECD. (2005). Teachers Matter: Attracting,
nəticələnir. Pedaqoji proses müəyyən bir Developing and Retaining Effective Teachers.
auditoriyada baş verdiyindən burada müəllim Paris: OECD Publishing.

100 Azərbaycan məktəbi. 2021. №1

You might also like