You are on page 1of 8

Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2024.

№1

TƏLİM PROSESİNDƏ MÜASİR


METODLARDAN SƏMƏRƏLİ İSTİFADƏNİN
ƏHƏMİYYƏTİ

AYNUR AXUNDOVA
İngilis dili müəllimi, Qobustan rayonu Cəyirli kənd R.Hüseynov adına tam
orta məktəbi. E-mail: axundovaaynur00@gmail.com
https://orcid.org/0000-0001-8430-0307

Məqaləyə istinad: ANNOTASİYA


Axundova A. (2024). Təlim
prosesində müasir metodlardan Məqalə təlim prosesində təlim metodlarından səmərəli istifadə
səmərəli istifadənin əhəmiyyəti. edilməsi, şagirdlərin bilik, bacarıq və vərdişlərin artırılmasına şərait
Azərbaycan məktəbi. № 1 (706),
yaradan bir neçə müasir metodların izahı və dərslərdə necə tətbiq
səh. 71-78
olunması yollarının araşdırılması ilə bağlıdır. Burada SCAMPER,
DOI: 10.30546/32898065.2024.1.78. Montessori, Reggio Emilio, Art Terapiya (Mandala) və Dalcroze kimi
müasir metodların dərslərə tətbiqi, onların vasitəsilə əldə olunan
müsbət irəliləyişlər və hansı fənlərdə tətbiq oluna bilməsi ilə bağlı
tövsiyələr də verilib.

Açar sözlər: Təlim metodları, SCAMPER, Montessori, Reggio Emilio,


Məqalə tarixçəsi
Göndərilib: 20.08.2023 Art Terapiya, Mandala, Dalcroze, öyrənmə mühiti.
Qəbul edilib: 02.10.2023

http://as-journal.edu.az 71
Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2024. №1

THE SIGNIFIcANcE OF EFFEcTIVE USE OF


MODERN METHODS IN THE TRAINING
PROcESS

AYNUR AKHUNDOVA
English teacher, Secondary school named after R. Huseynov, Jeirly village,
Gobustan region. E-mail: axundovaaynur00@gmail.com
https://orcid.org/0000-0001-8430-0307

To cite this article: AbSTRAcT


Akhundova A. (2024). The
significance of effective use of The article chiefly focuses on issues like the effective usage of modern
modern methods in the training teaching methods in the educational process and the explanation of
process. Azerbaijan Journal of
several modern methods. The focal points given before facilitating the
Educational Studies. Vol. 706,
Issue I, pp. 71-78 easiest and student-oriented organization of students’ knowledge
make it possible to investigate the number of methods that teachers
DOI: 10.30546/32898065.2024.1.78. can apply in classes. Among the modern methods, SCAMPER,
Montessori, Reggio Emilio, Art Therapy (Mandala), and Dalcroze’s
methods mentioned in the lessons are examined through the study.
Moreover, the matters related to the potential of positive progress
achievement and the subjects odds to refer are analyzed.

Keywords: Science, education, student, SCAMPER, Montessori,


Article history
Reggio Emilio, Art Therapy, Mandala, Dalcroze, method, approach,
Received: 20.08.2023 future, learning environment, teacher, parent.
Accepted: 02.10.2023

72 http://as-journal.edu.az
Təlim prosesində müasir metodlardan səmərəli istifadənin əhəmiyyəti

GİRİŞ etdirilir, bölünür və ya digər obyektlərlə bir-


ləşdirilir. Bənzərsiz fikirlərin inkişafı üçün
Məktəblərdə müasir metodların tətbiqi bəzən şagirdlərə suallar verilir. Bu suallarla şagirdlərin
istənilən effekti vermir, bu da müəllim və vali- standart zehni nümunələrdən kənara çıxması
deyn narazılığına səbəb olur. Bu narazılığın həll və orijinal fikirlərini inkişaf etdirməsi hədəf
olunması üçün, xüsusilə gənc müəllimlərin götürülür. İlk dəfə 1953-cü ildə Alex Faickney
müasir təlim metodlarını araşdırması, şagirdlərin Osborn tərəfindən təklif edilən və 1971-ci ildə
yaş səviyyəsinə uyğun olub-olmaması barədə Bob Eberele tərəfindən inkişaf etdirilən bu
öncədən proqnoz hazırlaması önəmlidir. Təh- metod, şagirdlərin biliklərini artırmaq və onları
silalanların hamısının bütün fənlərə marağının çərçivədən kənar düşünməyə vadar etmək üçün
eyni olmadığını nəzərə alaraq müxtəlif fənləri bir vasitə kimi yaradılıb.
fərqli metodlarla izah etmək daha məqsədə İstehsalda, SCAMPER metodu yeni bir məhsul
uyğundur. Bunun üçün müəllim dərs ilinin üçün dizayn hazırlamaq, yeni bir prosesi inkişaf
əvvəlində şagirdlərin ilkin bilik və bacarıqlarını etdirmək və ya hər hansı tapşırığı optimal-
təyin etmək məqsədilə apardığı diaqnostik laşdırmaq lazım olanda böyük bir beyin fırtınası
qiymətləndirmənin nəticəsini nəzərə almalıdır. fəaliyyətidir. SCAMPER-in necə işlədiyinə diqqət
Diaqnostik qiymətləndirmə bir neçə formada yetirək:
aparıla bilər: şifahi, yazılı və ya test üsulu ilə.
Şagirdlərin biliyinin bu formalarda qiymət- S: Substitude – (Əvəz etmək)
ləndirilməsi çox əlverişlidir və bu yolla onun C: Combine – (Birləşdirmək)
hansı metodla öyrənməyə meyilli olduğunu A: Adapt – (Uyğunlaşdırmaq)
aşkar etmək də daha asandır. Buna görə də M: Modify, Minify, Magnify – (Dəyişdirmək,
müasir təlim metodlarının gənc müəllimlərin azaltmaq, böyütmək)
tədris prosesində istifadəsinin əhəmiyyətini P: Put to other uses – (Müxtəlif məqsədlər
nəzərə alaraq onlardan bir neçəsi barədə mə- üçün istifadə etmək)
lumat verməyi zəruri hesab edirik. E: Eliminate – (yox etmək, çıxarmaq)
R: Reverse, Rearrange – (Tərsinə çevirmək
ScAMPER, ONUN SUALLARI VƏ TƏTbİQİ ya da yenidən düzəltmək).

SCAMPER dünya təhsil sistemində müasir • Bir obyekt fərqli materialdan və ya materi-
dövrdə tez-tez rast gəlinən və tətbiq olunan allardan hazırlana bilərmi? (Əvəz etmək);
metoddur. Şagirdlərin daha dərindən düşün- • Bir obyekti başqası ilə birləşdirsək,
mələri üçün bu metodun tətbiqi onların yara- funksiyasındakı fərq nə olar? (Birləşdirmək);
dıcılıq qabiliyyətlərini üzə çıxara bilər. Belə ki, • Bir obyekt üzərində işləyərək necə fərqli
bu metodun tətbiqi zamanı şagirdlərdən məzəli, məhsullar hazırlaya bilərik? (Uyğunlaş-
əyləncəli, eyni zamanda düşündürücü cavablar dırmaq);
almaq mümkündür. Ona görə də şagirdlərə öz • Çox yüngül və daha sürətli olsaydı, bu ob-
fikir və düşüncələrini səsləndirməyə imkan yekt necə işləyərdi? (Dəyişdirmək, azaltmaq,
yaratmalıyıq. Belə olduğu təqdirdə, onların hər böyütmək);
bir cavabı problemin daha tez həll olunmasına • Problemi həll etmək üçün bu obyekt başqa
imkan yaradacaq. hansı yollarla istifadə edilə bilər? (Müxtəlif
Yeddi addımdan ibarət olan SCAMPER əvvəl- məqsədlər üçün istifadə);
cədən təyin olunmuş metodoloji üsullardan • Bu obyektin çıxara biləcəyimiz hissələri
istifadə edən əyləncəli “beyin fırtınası” formasıdır. varmı? (yox etmək, çıxarış);
Adı bu addımların baş hərflərindən götürülüb • Bu obyektin dizaynını etsəydiniz, hansı
(Addımların adları aşağıda qeyd olunub). dəyişiklikləri edərdiniz? (Yenidən düzəltmək);
SCAMPER ilə seçilmiş obyekt dəyişdirilir, inkişaf • Bu metodu necə tətbiq etmək olar?

http://as-journal.edu.az 73
Aynur Axundova

SCAMPER metodu bir sıra mərhələlərdən problemi həll etməyə, yaradıcı düşünməyə
ibarətdir: kömək göstərər.
1. Problemi müəyyənləşdirin.
Atmalı olduğumuz ilk addım olduqca ART TERAPİYA VƏ MANDALA
məntiqlidir. Hər şeydən əvvəl, həll etmək
istədiyimiz problemi müəyyənləşdirməliyik. Psixoterapiyada art terapiya yeni metodlardan
Bəzi nümunələr belə ola bilər: “Niyə müəyyən biridir. İlk dəfə bu terapiyanı 1938-ci ildə Adrian
bir qrup irəli gedə bilmir?” və ya “Niyə Hill vərəm dispanserində xəstələr üzərində
irəliləmirik?”. tətbiq edib. Onun 1945-ci ildə nəşr etdirdiyi
2. SCAMPER-lə sual verin. “Təsviri sənət xəstəliklərə qarşı” kitabı uzun
Sözügedən suallar qrup şəklində cavab- müddət psixiatr və psixoloqların masaüstü
landırılmalı və hər bir cavab nəzərə alınmalıdır. kitablarından olub. Kitabda xəstəliklərdən
Məsələn: “Niyə irəliləmək bu qədər çətindir?”, müalicə və orqanizmin bərpası prosesində rəsm
“Problemə nə səbəb olur?” Və ya “Uğursuz- çəkməyin müsbət təsirini göstərən empirik
luqlarımızın arxasında nə dayanır?”. təcrübələr verilib.
3. Cavabları idarə edin. Art terapiya emosiyalar üzərində bir ekspe-
Yuxarıda dediyimiz kimi, hər cavabı nəzərə rimentdir. Ona görə də ilk olaraq gizlənmiş
almaq vacibdir. Cavablar nə qədər əhəmiyyətsiz emosional problemlər art terapiyada asanlıqla
görünsə də, əslində məsələyə həll tapmaqda üzə çıxır. Emosional duyğular kağız üzərində
kömək edə bilər. simvollar şəklində ifadə olunur. Art terapiyanın
Problemləri həll etmə vasitəsi olan bu metod bir növü də “Mandala”dır. Mandala dairə və ya
çox sadə və sürətli həyata keçirildiyi üçün olduq- mərkəz deməkdir. Qədim Hindistanda bəzi
ca təsirlidir. Ən yaxşı tərəfi budur ki, ilk dəfə dinlərdə simvolik baxımdan meta və ya mikro
uğur qazanılmasa, yenidən tətbiq etmək kosmosu göstərən şəkillərə mandator adı verilib.
mümkündür. Araşdırmalara görə, SCAMPER Mandala insan zehnini rahatlaşdıran, sakit-
metodu 80% hallarda müsbət nəticə verə ləşdirən bir məşğuliyyət hesab olunur. Ümu-
bilər1. Çünki tətbiqi daha asan olduğu üçün miyyətlə, dairə və kvadrat formasında olan və
daha faydalıdır. hər şeyin mistik mərkəzini təmsil edən man-
“Fikir yaradıcılığı baxımından yaradıcı dalalardan meditasiya üçün də istifadə edilir.
düşüncə mistik bir istedad deyil. Bu tətbiq Bəs mandalanın üstün cəhətləri nədir?
oluna və inkişaf etdirilə bilən bir bacarıqdır” 1. Mandala ruh üçün dərman sayılır;
(Edward de Bono2). 2. Stresslə mübarizədə kömək edir;
SCAMPER tətbiq etmək şagirdlərdə dərsə 3. Diqqəti toplamağa kömək edir;
fərqli baxış bucağından baxmağa kömək edir. 4. Öz yaradıcılığınızı kəşf etməyə kömək
Bu metod bütün fənlərə tətbiq edilə bilər. Burada edir.
ənənəvi suallar yox, fərqli nəticə əldə edilməsi Bu metoddan daha çox şagirdlərin psixoloji
üçün düşündürücü suallar verilməlidir. Məsələn, və emosional vəziyyətini tarazlaşdırmaq üçün
tarix fənnində “Azərbaycan dövləti 1918-ci ildə istifadə etmək tövsiyə olunur. Daha çox psixo-
yaranıb və heç vaxt Rusiya tərəfindən işğal logiya, incəsənət, həyat bilgisi və. s fənlərin
olunmasaydı?”, yaxud riyaziyyatdan “2x2=5 tədrisi zamanı istifadə etmək məqsədəuyğundur.
etsəydi nə olardı?” kimi sullar verərək şagirdlərin Dil fənlərini tədris edən müəllimlər və ibtidai
düşünmə qabiliyyətini dərinləşdirib onları sinif müəllimləri də bu metoddan rahatlıqla
araşdırmağa, beyin fırtınası etməyə, yaradıcı istifadə edə bilərlər. Məsələn, dil müəllimi
düşünməyə sövq edə bilərik. Bu isə şagirdlərdə şagirdlərə rənglərin adlarını öyrədərkən dərsin
........................................................................
1 https://www.teacheracademy.eu/blog/scamper-technique-for-creative-thinkers/ SCAMBER
2 https://www.teacheracademy.eu/blog/scamper-technique-for-creative-thinkers/ SCAMBER

74 Azərbaycan məktəbi. 2024. №1


Təlim prosesində müasir metodlardan səmərəli istifadənin əhəmiyyəti

daha maraqlı, düşündürücü təşkil olunması Loris Malaguzzi bu yanaşmanın yaradıcısı və


məqsədilə bu metoddan istifadə edə, şagirdin lideridir. “Təhsil almaq hər bir uşağın hüqu-
dərsə daha emosional yanaşmasına dəstək ola qudur” prinsipinə əsaslanır və burada uşaqların
bilər. Riyaziyyat dərslərində inteqrasiya məq- keyfiyyətli təhsil alması üçün məktəb, ailə və
sədilə təhsilalanlara mandala fiqurlarının hər cəmiyyət birgə fəaliyyət göstərməlidir.
birinin içərisinə müxtəlif hesablama əməllərinə Reggio Emilio yanaşmasına əsasən uşaqlar
aid misallar əlavə edərək rəngləmək və hesabla- ətrafdan bir “qapalı divarla” əhatələnib, bu divar
ma əməllərini yerinə yetirmək tapşıra bilər. Bu onun sərbəst inkişafına mənfi təsir göstərir,
yolla şagirdlərin diqqətini daha çox cəlb edə, onu sıxır. Buna görə də böyüklərin qoyduğu
dərs prosesində yaranan stressin qarşısını ala qayda-qanundan kənar, sərbəst araşdırmaya
bilərik. Bu metodun tətbiqi üçün Web 2.0 sövq edən, oyun və uşaq mərkəzli bir sistem
alətlərindən də istifadə etmək olar və bu olan Reggio Emilio metodu şagirdlərin böyüklərlə
məqsədlə bir neçə onlayn proqramın adını qeyd birlikdə daha çox vaxt keçirərək suallara cavab
edə bilərik: tapmasına şərait yaradır. Reggio Emilio meto-
1. www.mandalamaker.online dunun 9 əsas prinsipi var:
2. www.mandalagaba.com 1. Uşaq lider kimi qəbul edilir. Uşaqların təbii
3. www.scrapColorring.com olaraq istedadlı, özünü idarə edə bilən, dinləməyi,
istehsal etməyi bacaran, güclü, dəyərli olduğu
DALcROZE METODU və hər bir uşağın ətrafındakı insanları tədqiq
edərək öyrəndiyi güman edilir. Uşaqların
Dalcroze musiqi fənninin tədrisi metodi- dinlənməyə ehtiyacı olan və biliyə malik fərdlər
kasıdır. Ənənəvi təhsil materiallarından fərqli olması fikri ümumidir. Reggio Emilia yanaş-
olaraq bu metodla şagirdlər əzbərçilik yerinə masında uşaq “şəxsiyyət”dir. Uşaqların edə
səsləri və hərəkətləri birlikdə öyrənirlər. Bu bilməyəcəyinə deyil, edə biləcəklərinə istiqa-
üsulda ritm önəmlidir, təhsilalanlar əl-ayaq mətlənmə var. Uşaqlara kəşflər etməyə icazə
hərəkətləri ilə ritmi daha canlı şəkildə hiss verilir.
edirlər. 2. Uşaq əməkdaş (tərəfdaş) kimi qəbul edilir.
Dalcroze metodunu musiqi fənni ilə yanaşı Uşaqların bir-biri ilə, ailələri, müəllimləri və
digər fənlərin tədrisində də istifadə etmək olar. cəmiyyətin digər fərdləri ilə qarşılıqlı əlaqədə
Məsələn, ingilis dili fənnində ibtidai siniflərdə olması və əməkdaşlıq etməsi vacibdir. Uşaq
yeni sözlərin öyrədilməsi zamanı şagirdlər ünsiyyət yaradan kimi qəbul edilir.
hərəkətləri və səsləri eyni anda təkrarlayaraq 3. Uşaqların əqli inkişafı onların fəaliyyətləri
öyrənə bilərlər. Belə ki, Gring Jay-in yaratdığı ilə (boyama, rəsm, dramatik oyun, heykəltəraşlıq,
Initiation Response Feedback (Təşəbbüs, Cavab, kölgə oyunu, musiqi və s.) dəstəklənir. Uşağın
Əksəlaqə) texnikası şagirdlə müəllim arasında araşdırması, sorğu-sual etməsi, təxəyyülü və
çevik əlaqənin yaranmasına kömək edir. Müəllim müxtəlif materiallardan istifadəsi onun özünü
əl çalır, şagird isə bunun sözlə ifadəsini dərhal “müxtəlif təbii dillərdə” ifadə etməsinə şərait
ingilis dilində söyləyir. Bu hərəkətlərə Dalcroze yaradır.
metodunu da əlavə edib ritmik etdikdə şa- 4. Ətraf mühit üçüncü müəllimdir (1-ci ev,
girdlərin diqqətini daha çox cəlb etmiş oluruq. ikinci təhsil ocağı, 3-cü isə ətraf mühit). Ətraf
mühit uşaqların inkişafına kömək edən zəngin
REGGİO EMİLİO METODU materiallarla məqsədə uyğun təşkil edilməli və
qarşılıqlı əlaqəni dəstəkləməlidir.
İkinci Dünya müharibəsindən sonra İtaliyanın 5. Müəllim yoldaşdır, bələdçidir. Müəllimlər
şimalında, 150 000 əhalisi olan Reggio Emilia problemli vəziyyətlər yaratmaq və müxtəlif
adlı qəsəbədə valideynlərin uşaqları üçün layihələr hazırlamaqla uşaqlarla birlikdə öy-
məktəb yaratmaq cəhdi ilə başlayan sistemdir. rənmə təcrübələri yaradırlar. Onlar həmçinin

http://as-journal.edu.az 75
Aynur Axundova

uşaqları yaxından müşahidə etməklə, suallar Bu metodun tətbiq oluna biləcəyi əsas fənlər
verməklə, onların ideya və nəzəriyyələrini öy- rəsm, texnologiya və təbiət fənləridir.
rənməyə çalışaraq təcrübə məkanları yaradır
və onların fikir və ideyalarını öyrənməyə çalı- MONTESSORİ METODU
şırlar.
6. Müəllim həm də tədqiqatçıdır. O, uşaqlar Montessori metodu italyan həkim Maria
haqqında sənədlər hazırlayarkən, məktəbdə Montessori tərəfindən hazırlanıb. Uşaqların
digər müəllimlər, işçilər və ailələrlə qarşılıqlı müstəqilliyinə böyük əhəmiyyət verən bu üsul
əlaqədə olarkən özünü tədqiqatçı kimi hiss kifayət qədər dəstəkləyici və yaxşı dizayn edilmiş
edir. öyrənmə mühiti ilə təmin olunduqda şagirdlərin
7. Sənədləşmə sadəcə bir ünsiyyət vasitəsidir. öz-özünə öyrənməyə başlaya biləcəyini proq-
Sənədləşmə valideynlərin övladlarının inkişafı nozlaşdırır. Montessori daha çox şagirdlərin
ilə bağlı məlumatlılığının artırılması, müəl- müstəqil öyrənməsinə təşəbbüs göstərir. Bu da
limlərin uşaqları daha yaxından tanımasına L.S.Vıqotiski və onun əməkdaşlarının irəli sür-
şərait yaratmaq, uşaqlara öz əməyinin dəyərini düyü təlimlə əlaqədar baş verən əqli inkişafın
göstərmək kimi bir çox məqsədlə həyata keçirilir. iki səviyyəsindən biri olan inkişafın fəal, aktual
Eyni zamanda, uşaqların öyrənmə təcrübələrinin zonasına uyğundur. Bu zonaya malik olan
böyük bir arxivi yaradılır. şagirdlər gündəlik dərsləri, verilmiş təlim
8. Ailə ən yaxın tərəfdaş kimi qəbul edilir. tapşırıqlarını müstəqil surətdə yerinə yetirir,
Ailənin uşağın öyrənmə təcrübəsinə və məktəb başqasının köməyi olmadan dərsdə müvafiq
həyatına cəlb edilməsi çox vacibdir. materiallardan istifadə edir, hətta bəzən
9. Təşkilatçılıq əsasdır. Reggio Emilio yanaş- müəllimin şərh etdiyi jestləri izah etməyə çalışır.
masının tətbiq olunduğu məktəblərdə uşaqların Məhz bu xüsusiyyətlər Montessori metodunun
gündəlik fəaliyyəti, sənədləşdirilmə və qiy- ən çox dəstəklədiyi təlim proseslərinə uyğundur.
mətləndirilmə mükəmməl təşkilatçılıq tələb Buradan da aydın görürük ki, Montessori
edir. inkişafın fəal aktual zonasını, Reggio Emilio
Qeyd olunan prinsiplərdən də göründüyü metodu isə yaxın inkişaf zonasını dəstəkləyir.
kimi, bu metodla şagirdlər daha sərbəst, araş- Montessori metodunun yaradıcısı Maria
dırmaçı ruhunda tərbiyə olunur. Reggio Emilio Montessorinin də dediyi kimi, “Uşağın əlinə
məktəbləri digər məktəblərdən görünüşə görə qoymadığınız şeyi ağlına qoya bilməzsiniz”3.
də fərqlənir. Bəzən bu məktəb modeli qarma- Bu fikirdən də görünür ki, Montessori metodu
qarışıq və səliqəsiz təsir bağışlasa da, uşaqların şagirdlərin hər şeyə toxunaraq, araşdıraraq və
xəyal dünyasına uyğun yaradılıb. Məktəbin hiss edərək öyrənməsinə şərait yaradır və təməl
tavanında üçkünc güzgülər yerləşdirilib, yaxud prinsipləri içərisində şagird önəmli yer tutur.
tavan şüşədən hazırlanıb. Uşaqlar məktəbə Müəllim isə sadəcə nəzarətçi və köməkçidir.
daxil olarkən burada onları yeni aləm, maraqlı Montessori metodu, əsasən, 0-6 yaş aralığında
bir dünya gözlədiyini ilk addımdan hiss edirlər, tətbiq olunsa da, yuxarı yaş qrupunda olan
onlarda həyəcan və maraq artır. Bütün dərs şagirdlərin təhsil almasına aid də öz yanaşmaları
otaqlarının qapısının açıldığı bir sahə var ki, var. Montessori metodu müxtəlif yaşlarda olan
bura Piazza adlanır. Piazza adlanan yerdə şagirdlərin birlikdə öyrənə biləcəyini dəstəkləyir.
şagirdlər və müəllimlər birlikdə vaxt keçirir və Belə ki, 9-12 yaş aralığında olan şagirdlər eyni
bu da onlara sərbəstlik verir. Bu məktəblərin dərsi birlikdə öyrənə bilər. Montessori meto-
dərs otaqları ilə yanaşı, laboratoriya, yeməkxana dunun bir çox əsas prinsipləri vardır:
və rəsm otaqları da var. Bu otaqlarda müəllimlə • Montessori fəlsəfəsinə görə, uşaq fərddir və
yanaşı, Ateliersta adlanan köməkçilər vardır ki, azad seçim etmək hüququna və azadlığın
onlar da şagirdlərə layihələrinin reallaşması ........................................................................
üçün kömək edir. 3 https://montessori-nw.org/about-montessori-education

76 Azərbaycan məktəbi. 2024. №1


Təlim prosesində müasir metodlardan səmərəli istifadənin əhəmiyyəti

məsuliyyətini üzərinə götürmək qabiliyyəti- yanaşı, yuxarı siniflərdə də tətbiqi müsbət nə-
nə malikdir; ticələr verə bilər.
• Uşağın sərbəst olacağı mühit hazırlanır, Montessori metodu ilə təlimin təşkili uşaq-
inkişaf kateqoriyalarına uyğun materiallar ların zehni inkişafını sürətləndirir və onların
yerləşdirilir. Bundan əlavə, burada onun unikal bacarıqlarını inkişaf etdirməyə imkan
özünə lazım olan hər şeyə əli çatmalıdır; verir. Təkmilləşdirilmiş qabiliyyətlərə malik
• Seçim etmək, vaxt təyin etmək, istifadə et- olan uşaqlar özlərini daha yaxşı ifadə edir, öz
dikdən sonra materialı yığışdırmaq və yer- potensiallarını kəşf edir və özlərinə inamları
ləşdirmək uşağın məsuliyyətidir; yüksək olur. Eyni zamanda, uşaqlar öz-özünə
• Valideyn/Müəllim burada passiv bələdçi kimi təhsil almaq və özünü inkişaf etdirmək baca-
çıxış edir. Uşağı istiqamətləndirmək yox, rıqları əldə edirlər. Bu anlayış, Montessori
onun inkişafını izləyərək anlamaq və onu fəaliyyətinin əsasını təşkil edir. Bir çox başqa
uyğun materiallar təqdim etməklə dəstək- üstünlükləri olan bu üsul əvvəlcədən hazırlanmış
ləmək lazımdır; mühit və uşağa verilən azadlıqlarla mümkündür.
• Uşağa hörmət vacibdir. Öz seçimlərini etmək
imkanı verildikdə, onlar içindəki potensialı NƏTİcƏ
kəşf edib üzə çıxarırlar.
Bəhs etdiyimiz bütün metodları araşdırarkən
Montessori metodunu öz şagirdlərimlə birgə aydın olur ki, bu metodların, əslində, hamısının
iştirak etdiyim eTwinning layihələrimin birində bir məqsədi var: şagirdin öyrənməsi və öy-
tətbiq etmişəm. Qeyd edim ki, eTwinning Avropa- rəndiklərini yadda saxlaması. Şagirdyönlü olan
da məktəblər üçün yaradılan bir cəmiyyətdir. bu metodlar təhsilalanların sərbəst şəkildə
eTwinning ünsiyyət qurmaq, əməkdaşlıq araşdırmasına, ideyalarını paylaşmasına, öz
etmək, layihələr hazırlamaq, paylaşmaq, bir bilik və bacarıqlarına inanmasına və başqasının
sözlə, iştirakçı məktəblərdə işləyən işçilər üçün yox, öz şəxsi iradələrindən asılı olmasına yönəlib.
(müəllimlər, direktorlar, kitabxanaçılar və s.) Bu metod və yanaşmaların hər birinin fərqli
Avropanın ən həyəcanverici öyrənmə birliyini xüsusiyyətləri və ya əsasları olsa da, məqsəd
hiss etmək və iştirak etmək üçün bir platforma fərqli düşüncəyə sahib müxtəlif ailələrdə və
təmin edir. mühitlərdə böyüyən uşaqların birlikdə öyrən-
Bir eTwinning layihəsi iki və ya daha çox mələri üçün müxtəlif seçim və fürsətlərin
Avropa Birliyi məktəbi arasında əvvəlcədən olduğunu vurğulamaqdır. Hər bir müəllim dərs
müəyyən edilmiş bir mövzuda layihə ortaqlığıdır. prosesini təhsilalanların maraq dairəsinə uyğun
eTwinning layihələrimdən biri olan “Montes- qurmaq üçün mükəmməl pedaqoji ustalığa
sori in my school” layihəsində bir neçə oyun və malik olmalıdır.
layihələr hazırlamışıq. Layihələrdən birində
şagirdlərə öz oyuncaqlarını hazırlamağı tapşırdıq.
Şagirdlərə bu oyuncağı nədən hazırlayacaqları İstifadə edilmiş ədəbiyyat
haqqında heç bir məlumat verilmir, tam sərbəst
şəkildə hər kəs problemə köklənir və araşdırma 1
Azərbaycan Respublikasının Təhsil İnstitutunun
apararaq verilən problemin həllini axtarır. Elmi Əsərləri. cild 85, №1, 2018.
Nəticədə şagirdlər müxtəlif materiallardan və 2
Disterverq, A. (1956). Seçilmiş Pedaqoji əsərləri.
evdə istifadə olunmayan əşyalardan maraqlı Bakı, səh.182.
oyuncaqlar hazırlayır və öz yaratdıqları 3
http://en.wikipedia.org/wiki/Emile_Jaques-
oyuncaqları ilə qürur duyur, bir-birinə göstərərək Dalcroze. E.S.Dalcroze.
öz ideyalarını paylaşırlar. Şagirdlər öz ideya və 4
https://community.thriveglobal.com/how-to-
fikirlərini özləri reallaşdırır və hər bir işi toxu- use-mandala-art-therapy-as-a-meditation-techni
naraq öyrənirlər. Bu metodun ibtidai siniflərlə que/ Mandala Art Therapy

http://as-journal.edu.az 77
Aynur Axundova

5
https://happynumbers.com/blog/list-of-
teaching-methodologies-primary-school/
6
https://montessori.az/montessori-metodu/
Montessori nədir.
7
https://montessori-nw.org/about-montessori-
education Montessori methods.
8
https://ogrenmetasarimlari.com/reggio-emilia-
yaklasimi/ Reggio Emilia Yaklaşımı
9
https://twinspace.etwinning.net/192451/
pages/page/1977059 eTwinning layhleri
10
https://www.teacheracademy.eu/blog/
scamper-technique-for-creative-thinkers/
SCAMPER
11
Makarenko, A.S. (1950). Seçilmiş əsərləri. Bakı,
Azərnəşr.
12
Məktəb Pedaqogikası. Bakı, Maarif Nəşriyyatı,
1982.
13
Pedaqogika. Bakı, Azərnəşr, 1964.

78 Azərbaycan məktəbi. 2024. №1

You might also like