You are on page 1of 20

“AZƏRBAYCAN HAVA YOLLARI”

QAPALI SƏHMDAR CƏMİYYƏTİ


MİLLİ AVİASİYA AKADEMİYASI
Kafedra: Beynəlxalq İqtisadi Münasibətlər
Fənn: Mülki Aviasiya İqtisadiyyatı

KURS İŞİ
Mövzu: Mülki aviasiya müəssisələrində maliyyə vəziyyətinin
qiymətləndirilməsi
Qrup: 1319a
Kurs: 3
Tələbə: Hüseynzadə Fərqanə
Rəhbər: İsmayılov İsmixan

Bakı – 2012
MÜNDƏRİCAT
GİRİŞ.......................................................................................................1

Mülki aviasiyada maliyyənin mahiyyəti və rolu......................................2

Mülki aviasiya müəssisələrində mənfəətin,gəlirin və qazancın


hesablanması............................................................................................5

Mülki aviasiyanın mənfəəti və onun istifadə qaydası..............................9

Mülki aviasiya müəssisələrində maliyyə vəziyyətinin


qiymətləndirilməsi..................................................................................12

NƏTİCƏ VƏ TƏKLİFLƏR ...............................................................17

İstifadə edilmiş ədəbiyyatlar...............................................................18


GİRİŞ

Mülki aviasiya iqtisadiyyatının predmeti və metodu onun məzmununu və


vəzifələrini müəyyənləşdirir. Burada maddi istehsal sahəsi kimi nəqliyyatın
xüsusiyyətləri, hava nəqliyyatında, təşkilati quruluşda və idarəetmədə onların
təzahürü öyrənilir. Mülki aviasiyanın əsas fəaliyyət növlərinin öyrənilməsinə, vahid
nəqliyyat sistemində hava nəqliyyatının yeri və roluna, xalq təsərrüfatında
aviasiyanın tətbiqi üzrə işlərin xarakteristikasına daha çox diqqət verilir.
Mülki aviasiya yüksək fond tutumuna malik olan sahədir. Buna görə də
kursun öyrənilməsində əsas fondlara və dövriyyə vəsaitinə, onların istifadə
səmərəliliyinin yüksəldilməsi yollarına geniş yer verilir. Kursun öyrənilməsində
mülki aviasiya işinin əsas iqtisadi göstəricilərinə diqqət yetirilir. Bu göstəricilərdən –
daşımanın həcmi, əmək məhsuldarlığı, daşımanın maya dəyəri, yüklərin və
sərnişinlərin çatdırılma sürətini və s. göstərmək olar.
Müəssisənin iqtisadiyyatı mikro və makroiqtisadiyyat ilə sıx əlaqədardır, lakin
onların eyni deyildir. Belə ki, mikroiqtisadi təhlil ayrıca bir müəssisədən deyil,
bazarın ayrıca bir müəssisəyə təsirindən bəhs edir. Mikroiqtisadiyyat bazarın hər iki
tərəfini – tələb və təklifi öyrənir.
Müəssisənin iqtisadiyyatı müstəqil iqtisadi fəndir. O, müəssisənin fəaliyyətini,
təsərrüfat qərarlarının hazırlanmasını və qəbul edilməsi prosesini öyrənir.
“Müəssisənin iqtisadiyyatı” anlayışını izah edərkən hər şeydən əvvəl, əsas
iqtisadi problemin həllində müəssisənin yeri və rolu müəyyən edilməlidir.
Mülki Aviasiya müəssisələrində maliyyə vəziyyətinin qiymətləndirilməsi
mövzusunda olan kurs işi plan üzrə 4 hissədən,giriş,nəticə və təkliflərdən ibarətdir.
Kurs işində mülki aviasiyada maliyyənin mahiyyəti və rolu,mülki aviasiyada
mənfəətin,gəlirin və qazancın hesablanması,mülki aviasiyanın mənfəəti və onun
istifadə qaydası,mülki aviasiya müəssisələrində maliyyə vəziyyətinin
qiymətləndirilməsi barədə məlumatlar öz əksini tapmışdır.
MÜLKİ AVİASİYADA MALİYYƏNİN MAHİYYƏTİ VƏ ROLU

Avia müəssisənin təsərrüfat fəaliyyətində maliyyə xüsusi əhəmiyyət kəsb edir.


Maliyyənin xüsusiyyəti ondadır ki, o, həmişə pul formasında çıxış edir.
Maliyyə - pul fondlarının yaranması və istifadə edilməsini ifadə edən pul
münasibətləri sistemidir. Avia müəssisənin maliyyəsi aşağıdakı prinsiplər əsasında
təşkil olunur: - maliyyə təsərrüfat fəaliyyəti sahəsində müstəqillik;
özünümaliyyələşdirmə; işin nəticələrinə görə məsuliyyət; maliyyə ehtiyatlarının
yaradılması; büdcə, büdcədənkənar dövlət fondlarına birinci növbəli ayırmalar;
aviamüəssisənin fəaliyyətinə maliyyə nəzarəti.
Təsərrüfatçılığın bazar sistemi şəraitində müəssisə onun həlqəsinə çevrilir.
Çünki o, təkcə bazarda tələb olunan məhsulu istehsal etmir, həm də əhalinin
məşğulluğunu təmin edərək iş yerlərini yaradır, əmək haqqı verir və s. Vergiləri
ödəməklə müəssisə dövlət orqanlarının saxlanılmasında və sosial proqramların
(məhsul, səviyyə və s.) dəstəklənməsində iştirak edir. Hər bir müəssisənin rəhbəri
xidmətin necə göstərilməsi, əldə edilən mənfəətin bölüşdürülməsi barədə müstəqil
qərar qəbul edir və bu sahədə onun maraqları vardır. Müəssisənin maraqlarının təmin
edilməsi dərəcəsi onun təsərrüfat fəaliyyətinin nəticəsindən buraya təkcə məhsulun və
xidmətin satışından əldə edilən gəlir və mənfəət deyil, həm də tətbiq olunan əsas,
dövriyyə istehsal fondlarının həcmi, digər istehlak dəyərlərindən (sosial bölmə)
asılıdır. Bu elementlərin natural - əşya tərkibi məcmu halda müəssisənin
iqtisadiyyatını təşkil edir.
Müəssisənin iqtisadiyyatı bir çox amillərdən asılıdır. Şərti olaraq bu amilləri 3
qrupa bölmək olar:
1. İstehsalın resurslarla təminat amilləri. Bu qrupa istehsal amilləri –
binalar, tikililər, avadanlıqlar, alətlər, xammal və materiallar, yanacaq, işçi qüvvəsi,
informasiya və s. daxildir.
2. Müəssisənin texniki və iqtisadi inkişafının arzu olunan səviyyəsini təmin
edən amillər – buraya elmi texniki tərəqqi, istehsalın və əməyin təşkili, ixtisasın,
innovasiyaların, investisiyaların artırılması və s. daxildir.
3. Müəssisənin istehsal – təsərrüfat fəaliyyətinin kommersiya səmərəliliyini
təmin edən amillər – yüksək səmərəli kommersiya və təchizat fəaliyyətini həyata
keçirmək qabiliyyəti.
Bu qruplar arasında müəyyən olunmuş sərhədlər yoxdur. Məsələn, istehsal
vasitələrinin böyük hissəsi təkcə məhsul istehsalı və xidmət göstərilməsinin zəruri
şərti deyil, həm də elmi – texniki tərəqqinin səviyyəsini müəyyən edir.
Bununla bərabər istehsala təsir dərəcəsinə görə onlar müxtəlifdir. Məsələn, 1
– ci qrup amillər müəssisənin resurslarını, onun imkanlarını müəyyən edir, həmin
imkanların həyata keçirilməsi dərəcəsi isə 2-ci qrup amillərin istifadə olunmasından
asılıdır. 3 – qrup amillər bir qədər kənarda dururlar. Onların meydana gəlməsi
bilavasitə bazar münasibətləri ilə əlaqədardır. Bu amillərin həyata keçirilməsi
aşağıdakıları təmin edir.
- İstehsalın ahəngdarlığını;
- İstehsal xərclərinin aşağı salınması və səmərəli kommersiya həyata
keçirməklə xərclərin müəyyən səviyyədə saxlanılmasını;
- Müəssisənin texniki və iqtisadi inkişafını təmin edə biləcək
həcmdə mənfəətin əldə edilməsini.
Deməli, “Müəssisənin iqtisadiyyatı” fənninin predmeti dedikdə, iqtisadi
qanunların müxtəlif sahələrə və müxtəlif mülkiyyət formalarına malik olan
müəssisələrdə təzahürü, məhsulun istehsalı və satışı prosesində az resurs xərcləri ilə
daha yaxşı nəticələrin əldə edilməsini təmin edən təsərrüfat mexanizmi başa düşülür.
Müəssisənin iqtisadiyyatının əsas öyrənilmə obyektləri aşağıdakılardır ki, bunlarda
məhz onun məzmununu təşkil edir.
- Müəssisənin istehsal strukturu;
- Müəssisənin idarə edilməsi prosesinin təşkili;
- İqtisadi strategiyanın seçilməsi, planların tərtib edilməsi;
- Müəssisənin kapitalının formalaşması, istifadə edilməsi, mənfəətin
(gəlirin) yığımı;
- İstehsalın texniki hazırlığı;
- İstehsal xərclərinin formalaşması, məhsulun (xidmətin) maya
dəyəri, qiymət siyasəti;
- Müəssisənin xarici iqtisadi fəaliyyəti və s.
Öyrənilmə metodları: - statistik müşahidə və müqayisə təhlil metodu, ehtimalı
və proqnozlaşdırma metodları, riyazi modellər metodu.
Avia müəssisənin təsərrüfat fəaliyyətində maliyyə xüsusi əhəmiyyət kəsb edir.
Maliyyənin xüsusiyyəti ondadır ki, o, həmişə pul formasında çıxış edir.
Maliyyə - pul fondlarının yaranması və istifadə edilməsini ifadə edən pul
münasibətləri sistemidir. Avia müəssisənin maliyyəsi aşağıdakı prinsiplər əsasında
təşkil olunur: - maliyyə təsərrüfat fəaliyyəti sahəsində müstəqillik;
özünümaliyyələşdirmə; işin nəticələrinə görə məsuliyyət; maliyyə ehtiyatlarının
yaradılması; büdcə, büdcədənkənar dövlət fondlarına birinci növbəli ayırmalar;
aviamüəssisənin fəaliyyətinə maliyyə nəzarəti.
MÜLKİ AVİASİYA MÜƏSSİSƏLƏRİNDƏ MƏNFƏƏTİN,GƏLİRİN VƏ
QAZANCIN HESABLANMASI

Bazar iqtisadiyyatında müəssisənin həyat qabiliyyəti, onun işgüzar fəaliyyəti,


qoyulan vəsaitin maliyyə veriminin nə dərəcədə təmin olunmasından, əldə edilən
gəlirin səviyyəsindən, istehsalın gələcək artımına iqtisadi stimulun yaradılmasından
çox asılıdır.
Maliyyə planı müəssisəyə daxil olan və ödənilən pulun balansıdır.
Maliyyə əsas və dövriyyə vəsaitinin dövriyyəsi, məhsulun istehsalı və
realizasiyası, istehsal sahələrinin, təsərrüfatların, müəssisələrin pul gəlirlərinin və pul
resursları fondlarının yaradılması və istifadəsi prosesində iqtisadi münasibətləri pul
formasında xarakterizə edir.
Dövlət maliyyəsinin maddi bazasını - sosial sığorta, dövlət əmlakının və ayrı-ayrı
şəxslərin sığortalanması, xalq təsərrüfatı sahələrinin, dövlət müəssisələri və
təşkilatlarının maliyyəsi təşkil edir.
Dövlət maliyyə sisteminin əsas funksiyaları aşağıdakılardır;
- təsərrüfat fəaliyyəti prosesində pul vəsaiti fondlarının və pul gəlirinin
yaranması;
- istehsalın inkişafı, büdcə gəlirinin formalaşması və müəssisə işçilərinin maddi
maraqlandırılması üçün pul vəsaitinin istifadəsi; pul gəlirinin yaradılmasına,
bölüşdürülməsinə və istifadəsinə nəzarət.
Mülki Aviasiyanın maliyyəsi dövlət maliyyəsinin tərkib hissəsini təşkil edir və
Azərbaycan Respublikası xalq təsərrüfatı maliyyəsinin tərkibinə daxildir. Onlar Mülki
Aviasiya müəssisələrinin istehsal-təsərrüfat fəaliyyəti, pul ehtiyatlarının əmələ
gəlməsi, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar; həmçinin dövlətlə, banklarla, başqa
təşkilatlarla və öz müəssisə və bölmələri ilə pul münasibətlərini ifadə edir.
Mülki Aviasiya müəssisələrinin dövlətlə pul münasibətləri vergi sistemi vasitəsilə
həyata keçirilir.
Müəssisələrin banklarla pul münasibətləri ssudanın alınması, onların qaytarılması,
kreditə görə faizin ödənilməsi əsasında qurulur.
Fəhlə və qulluqçularla qarşılıqlı hesablaşma əmək haqqının, pensiyanın verilməsi
aparılır. İqtisadi kateqoriya kimi maliyyənin mahiyyəti onların istehsal, bölgü və
nəzarət funksiyalarında təzahür edilir.
Maliyyənin istehsal funksiyası - Mülki aviasiya müəssisələrində istehsal
fondlarının dövriyyəsinin pul resursları ilə təmin olunmasıdır.
Maliyyənin bölgü funksiyası - məqsədli təyinat üzrə zəruri olan pul vəsaitləri
fondunun yaradılması ilə ifadə edilir. Bu pul vəsaitləri sərf edilmiş istehsal
vasitələrinin (amortizasiya) ödənilməsinə, işçilərin əmək haqqının ödənilməsinə,
sosial sığortaya ayırmalara və mənfəətin əmələ gəlməsinə yönəldilir.
Öz növbəsində mənfəət büdcəyə ödənişlərə və bütövlükdə sahənin və mülki
aviasiya müəssisələrinin ehtiyaclarının ödənilməsi üçün istifadə edilən mənfəətə
bölünür, (əsaslı qoyuluşun maliyyələşdirilməsi, mərkəzləşdirilmiş fondların
yaradılması və s.).
Maliyyənin nəzarət funksiyası - Bu mülki aviasiya müəssisələrinin gəlir və
mənfəət, istehsalın inkişaf planının yerinə yetirilməsinə nəzarətin təmin olunmasıdır.
Maliyyə nəzarəti, nəzarətin mühüm formalarından birini təşkil edir.
Mülki aviasiya müəssisələrinin maliyyəsinin təşkili maliyyə planının işlənilməsinə
əsaslanır. Bu planda müəssisə fəaliyyətinin bütün tərəfləri mədaxil (gəlirlər) və
məxaric (xərclər) balansı şəklində öz əksini tapır.
Gəlir və xərclər balansının mühüm vəzifəsi daxil olan və xərclənən pul vəsaiti
arasında uyğunsuzluğa yol vermədən daxil olan və xərclənən vəsaitin sinxronluluğunu
təmin etməkdən ibarətdir. Bunlar arasındakı uyğunsuzluq müəssisənin tədiyyə
qabiliyyətinin zəifləməsinə səbəb olur.
Maliyyə planında müəssisənin maliyyə resursları ilə istehsal planı arasında, yuxarı
təşkilatlarla, dövlət büdcəsi və banklarla qarşılıqlı maliyyə münasibətləri
müəyyənləşdirilir.
Maliyyə planı müəssisə kollektivinin sosial inkişafı və aviasiya işlərinin, hava
daşıma istehsalının maliyyələşdirilməsi, həmçinin dövlət büdcəsi və banklar
qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün pul vəsaitinin tam aşkar olunmasına,
onlardan qənaətlə və məqsədyönlü istifadə edilməsinə şərait yaradır. Maliyyə
planlaşdırılması istehsal planlaşdırılmasının metod və prinsiplərinə əsaslanır.
Maliyyə planı məhsul istehsalı və reallaşdırılması, istehsalın elmi-texniki inkişafı
və onun səmərəliliyinin yüksəldilməsi, maddi-texniki təchizat, mənfəət və rentabellik
planları əsasında tərtib edilir.
Maliyyə planı dörd bölmədən ibarətdir:
1. xüsusi dövriyyə vəsaitinə tələbatın hesablanması;
2. kredit planı üzrə dövriyyə vəsaitinə tələbatın hesablanması;
3. məhsulun reallaşdırılması və mənfəətin bölüşdürülməsi planı;
4. mədaxil və məxaric balansı.
Birinci və ikinci bölmələrdə mövcud xüsusi dövriyyə vəsaiti, müəssisənin kreditə
olan tələbatı və onun alınması mənbələri göstərilir.
Üçüncü bölmədə realizə olunan məhsulun həcmi, mənfəət və onun istifadə
istiqamətləri hesablanır, mülki aviasiya müəssisələri üçün mənfəət hava gəmilərinin
istismarından alınan gəlirin xərclərdən artıq olması kimi təyin edilir.
Maliyyə planının dördüncü bölməsi - mədaxil və məxaric balansı - aşağıdakı üç
hissədən ibarətdir.
1. gəlirlər və daxil olan vəsaitlər;
2. xərclər və ayrılan vəsaitlər;
3. yuxarı təşkilatlarla qarşılıqlı münasibət.
Birinci bölmədə - hava gəmilərinin istismarından alınan mənfəət, amortizasiya
ayırmaları (əsas vəsaitin köhnəlməsi), sabit passivin artımı və s. mənbələr üzrə daxil
olan pul vəsaiti (büdcədən daxil olan və uzun müddətli kreditlər üzrə daxil olan
vəsaitdən başqa).
İkinci bölmədə - hava gəmilərinin istismarından plan üzrə itgilər, əsaslı təmir
xərcləri, əsaslı qoyuluş, xüsusi dövriyyə vəsaiti normativinin artımı, mədəni-məişət və
uşaq bağçalarının saxlanılması xərcləri əks etdirilir.
Üçüncü bölmədə - yuxarı təşkilatlara ödənişlər və habelə yuxarı təşkilatların
maliyyələşdirilməsinə yönəldilən vəsaitlər əks etdirilir.
İkinci bölmənin birinci hissəsində mənfəətdən ayırmalar, artıq dövriyyə vəsaiti,
istifadə edilməyən amortizasiya ayırmaları və başqa sərbəst vəsait göstərilir.
Mədaxil və məxaric balansının bu bölməsinin ayrı-ayrı maddələri üzrə
planlaşdırılan, büdcədən maliyyələşdirmə və büdcəyə ödənişlərin ümumi yekunu
haqqında mühakimə yürütmək olar.
Əgər müəssisənin xərci onun gəlirindən çox olarsa, büdcədən maliyyələşmə
müəssisənin büdcəyə ödənişindən həmin kəmiyyət qədər artıq olmalıdır.
Maliyyə planında maliyyə resurslarının ümumi həcmi mədaxil və məxaric üzrə
balanslaşdırılır, daha doğrusu, istifadə edilən xərclərin cəmi, bu xərclərin mənbələri
üzrə ödənilməsinin cəminə müvafiq olmalıdır.
Mədaxil və məxaric balansının sonunda maliyyə planı maddələrinin
hesablanılması üçün qəbul edilən əsas göstəricilər (qazanc, gəlirlər, xərclər və s.) əks
olunur.
MÜLKİ AVİASİYANIN MƏNFƏƏTİ VƏ ONUN İSTİFADƏ QAYDASI

Təsərrüfatçılığın müasir şəraitində real bazar mexanizminin formalaşması,


müəssisələrə daxil olan pul vəsaitinin dəqiq planlaşdırılmasına və onların
xərclənməsinə ciddi nəzarətin aparılmasını təmin edir.
Bazar iqtisadiyyatında müəssisənin fəaliyyətinin mühüm şərti onun ziyansız, yəni
mənfəətli olmasıdır. Mənfəət müəssisənin istehsal-təsərrüfat fəaliyyətini əks etdirən
ümumiləşdirici göstərici olmaqla yanaşı müəssisənin xalis gəlirinin ən mühüm
elementini təşkil edir.
Mənfəət məhsulun (iş, xidmət) realizasiyasından daxil olan pulla istehsal
xərclərinin fərqi kimi hesablanır.
Mülki aviasiyada gəlir realizə olunan məhsulun göstəricisidir.
Mülki aviasiya müəssisələrinin gəliri aviakompaniyalarda, agentlikdə,
aeroportlarda əsas fəaliyyətlə əlaqədar olan, aviadaşımadan, AXTİ üzrə işlərdən və
başqa xidmətlərdən alınan gəlirlərin cəmindən ibarətdir.
Hava gəmilərinə malik müəssisələrin aviadaşımadan alınan gəlirləri (nəqliyyat
gəlirləri) aşağıdakılardan ibarətdir:
- yerli və respublikalararası hava xətlərində müntəzəm və qeyri-müntəzəm
reyslərlə baqajların, yükün, poçtun, sərnişinlərin aviadaşınmasından alınan
qazanc;
- müntəzəm və qeyri-müntəzəm reyslərlə baqajların, yüklərin, poçtun,
sərnişinlərin beynəlxalq daşınmasından və başqa beynəlxalq fəaliyyətdən alınan
qazanc;
- sifarişli reyslərin yerinə yetirilməsindən alınan qazanc;
- hava gəmilərinin başqa müəssisələrə xidmətinə görə aeroportların qazancı;
- hava gəmilərinin birgə istismarından, yaxud onların icarəyə verilməsindən
alınan qazanclar.
Qazanc – bu qoyulmuş qiymət və tariflər üzrə işin, xidmətin, ödənişli baqajın,
poçtun, yükün və sərnişinlərin aviadaşınmasına görə haqdır.
Hava gəmilərinə xidmətə görə aeroportların qazancı - başqa müəssisələrin,
aviakompaniyaların və xüsusi şəxslərin hava gəmilərinə aeronaviqasiya, kommersiya,
və texniki xidmətə, enmə-qalxma xidmətinə görə aldıqları rüsumların cəmidir.
Mülki aviasiya müəssisələrinin aviasiyanın xalq təsərrüfatında tətbiqi üzrə işlərdən
əldə etdiyi gəlirə sifarişçilər tərəfindən təsdiq edilən, uçuşlar üzrə müqavilələrin
yerinə yetirilməsi haqqında akt-hesabatla rəsmiləşdirilmiş, iş həcmi vahidinə
müqavilə tarifi ilə hesablanılmış aviasiyanın bütün növ tətbiqindən alınan qazanclar
daxildir.
Mülki aviasiya müəssisələrinin əsas fəaliyyəti ilə əlaqədar, xidmətlərdən alınan
gəlirə - mülki aviasiya müəssisələrinin əhaliyə, başqa müəssisə və təşkilatlara, AXTT
üzrə işlərlə və aviadaşımalarla əlaqədar göstərdiyi xidmətlərin realizasiyasından
alınan qazanc daxildir.
Bazar münasibətləri şəraitində mənfəət aviamüəssisələrin fəaliyyətini xarakterizə
edən əsas göstəricilərdən biridir. Aviamüəssisə öz fəaliyyətini mənfəətlə başa
çatdırırsa, deməli, o öz xərcini həm ödəyir, həm də əlavə gəlir əldə edə bilir.
Bazar iqtisadiyyatında mənfəəti təhlil edərkən, maya dəyəri xərc maddələri üzrə
nəzərdən keçirilməlidir. Bazar iqtisadiyyatı şəraitində mənfəətin təhlili daha çox
amilləri əhatə etməlidir. Məsələn, mənfəətin istehsal gücündən asılı olması, rəqabət
xarakterli işdən, xidmətdən əldə edilən mənfəət və s. mənfəətin məbləğini artırmaq
üçün tədbir hazırlamağa imkan verir.
Gəlirlərlə xərclərin fərqi mənfəəti təşkil edir.
Maddi istehsal sferasında mənfəət bir qayda olaraq üç hissəyə bölünür:
1. planlaşdırılmış məhsul, iş, xidmətin realizasiyasından alınan mənfəət;
2. istehsalla və məhsulun, işin, xidmətin realizasiyası ilə bilavasitə əlaqədar olmayan
köməkçi və xidmətedici istehsallardan əldə edilən mənfəət;
3. başqa təsərrüfat əməliyyatlarından əldə edilən mənfəət (alınan və ödənilən
cərimələrin cəmindən fərqlər və s. daxil olmaqla).
Mülki aviasiya müəssisələrində balans və istismar mənfəəti fərqləndirirlər.
İstismar mənfəəti - bu mülki aviasiya müəssisələrinin əsas fəaliyyəti üzrə hava
gəmilərinin istismarından alınan gəlir və xərclər arasındakı fərqidir.
Balans mənfəəti - bu mülki aviasiya müəssisələri üzrə mənfəətin yekunudur.
Balans mənfəəti aşağıdakıların cəmindən ibarətdir:
- istismar mənfəəti;
- başqa təsərrüfatdan (qeyri-əsas fəaliyyət üzrə) alınan itgilər yaxud mənfəət;
- birgə müəssisələrdə işgüzar fəaliyyətdən əldə edilən mənfəət;
- müəssisə əmlakının realizasiyasından alınan gəlir, yaxud realizasiya üzrə
xərcləri çıxmaqla, bərpa, qalıq dəyəri ilə satış qiyməti arasındakı fərq;
- realizə olunmayan əməliyyatlardan alınan başqa gəlirlər.
Mənfəət mülki aviasiya müəssisələri fəaliyyətinin qiymətləndirilməsinin əsas
maliyyə göstəricisini təşkil edir.
Mənfəətin iqtisadi məzmunu aşağıdakı istiqamətlərdə təzahür edir;
- mənfəət istehsala investisiya qoyuluşlarının və xərclərin səmərəliliyinin maliyyə
göstəricisidir;
- mənfəət istehsalın inkişafı üçün əsas vəsait mənbəyidir;
- mənfəət müəssisə fəaliyyətinin ümumiləşdirici göstəricisidir, belə ki, onda
müəssisə fəaliyyətinin bütün tərəfləri (kəmiyyət və keyfiyyət), istehsal
miqyasının genişləndirilməsi, elmi-texniki tərəqqinin inkişafı, istehsal
fondlarından səmərəli istifadə, əmək məhsuldarlığının yüksəldilməsi və
aviadaşımaların və aviaişlərin maya dəyərinin aşağı salınması cəmləşdirilir.
Bunlar mənfəətin səviyyəsinə və ölçüsünə birbaşa təsir göstərir.
MÜLKİ AVİASİYA MÜƏSSİSƏLƏRİNİN MALİYYƏ VƏZİYYƏTİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ

Mülki aviasiya müəssisələrinin istehsal təsərrüfat fəaliyyətinin səmərəliliyinin


yüksəldilməsi üçün mənfəətin bölüşdürülməsi mühüm əhəmiyyətə malikdir.
Mənfəətin səmərəli bölüşdürülməsi sistemi aşağıdakı tələblərə cavab verməlidir:
- istehsalın inkişafı üçün müəssisənin maddi maraq prinsipinin həyata
keçirilməsində mənfəətin stimullaşdırıcı rolunun təmini;
- xüsusi dövriyyə vəsaitlərinin yaradılması və əsaslı qoyuluşun
maliyyələşdirilməsinin mühüm mənbəyi kimi mənfəətin istifadəsi;
- dövlət büdcəsinə mənfəətdən ayırmalar metodu ilə istehsal fondlarından
istifadənin səmərəlilik dərəcəsi arasında bir başa asılılığın müəyyənləşdirilməsi.
Mülki aviasiya müəssisəsinin mənfəəti birinci növbədə mənfəətdən büdcəyə
verginin və başqa məcburi ödənişlərin köçürülməsi üçün istifadə edilir, ondan sonra
qalan mənfəət xalis gəlir şəklində müəssisənin tam sərəncamına daxil olur.
Həmin məbləğdən plan üzrə itgilərin və xərclərin ödənilməsindən sonra iqtisadi
həvəsləndirmə fondları yaradılır ki, bunlar da aşağıdakılardır:
1. istehlak fondu;
2. yığım fondu.
Mənfəətin yığıma və istehlaka bölünməsi müəssisənin inkişaf perspektivlərini
müəyyən edir.
İstehlak fondu, mülki aviasiya müəssisələri işçilərinin maddi maraqlandırılmasına
və onların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına istifadə edilir. Buraya istehsal
göstəriciləri ilə əlaqədar olmayan (çoxillik əmək, yubiley və s.) mükafatların
verilməsi; maddi yardımın göstərilməsi; və s. daxildir. İstehlak fondundan çəkilən
xərclər qaytarılmır. Yığım fondu-istehsal və qeyri-istehsal təyinatlı əsas fondların
alınması; digər əsaslı vəsait qoyuluşu üçün istifadə edilir. Eyni zamanda yığım fondu
hesabına qaytarılmamaq şərtilə aşağıdakılar maliyyələşdirilir:
- elmi-tədqiqat işlərinin yerinə yetirilməsi;
- təbiəti mühafizə tədbirləri;
- ixtisasın artırılması; ezamiyyət xərcləri; kredit üçün faizlər və s.;
- qiymətli kağızların buraxılması üçün xərclər;
- mənfəətin gizlədilməsinə görə cərimə sanksiyalarının ödənilməsi və s.
Yığım fondu birinci növbədə mərkəzləşdirilmiş əsaslı qoyuluşun və risk fondunun
maliyyələşdirilməsi üçün sahə üzrə istehsalın mərkəzləşdirilmiş inkişaf fondunun
yaradılması üçün, sonra isə müəssisə üzrə istehsalın inkişaf fondunun yaradılması
üçün istifadə edilir.
Xalis mənfəətdən istehlak fonduna və yığım fonduna ayırmalar və onlardan
istifadə qaydası müəssisələrin özləri tərəfindən müəyyənləşdirilir.
Mülki aviasiya müəssisələrində mənfəətin normativ bölüşdürülməsi sxem 1-də,
gəlirin normativ bölüşdürülməsi isə sxem 2-də göstərilir.
İqtisadi göstəricilər sırasında rentabellik göstəricisi xüsusi yer tutur. Rentabellik
sintetik göstərici olaraq özündə bir sıra göstəriciləri birləşdirir. Bu göstərici əsas və
dövriyyə fondlarından istifadə, məsrəflərin səmərəliliyi və s. bu kimi vacib məsələlər
barəsində təsəvvür yaradır.
İstehsalın rentabelliyi mülki aviasiya müəssisələri fəaliyyətinin mühüm keyfiyyət
göstəricisidir.
Mülki aviasiya müəssisələrinin işinin rentabelliyi istismar mənfəətinin, istehsalın
istismar xərclərinə bölünməsi kimi hesablanır;
Pist
Рп   100%
Rist

Burada,
Пист - istismar mənfəəti, man;
Рист - istismar xərcləri, man.
Lakin bu göstərici müəssisənin işinin səmərəliliyini istənilən dərəcədə tam
xarakterizə etmir, belə ki, yalnız işin, xidmətin və aviadaşımanın maya dəyərinə daxil
olanların istifadə səviyyəsini səciyyələndirir.
Bu məqsədlə rentabelliyin səviyyəsi təyin edilir:
M bal
Рп   100%
Fs  Fdv

Burada,
Mbal - balans mənfəəti, man;
Фс - əsas istehsal fondlarının dəyəri, man.;
Фдв - dövriyyə vəsaitinin dəyəri, man.
Mülki aviasiya müəssisələrinin maliyyə vəziyyəti müəssisədə təşkil edilmiş
istehsalın və işin səmərəliliyindən bir başa asılıdır.
Müəssisənin maliyyə vəziyyətinin mühüm əlamətləri aşağıdakılardır:
- tədiyyə qabiliyyəti;
- dövriyyə vəsaitinin vəziyyəti və istifadəsi;
- mənfəət, rentabellik, gəlir, qazanc üzrə tapşırığın yerinə yetirilməsi;
- maliyyə və hesablaşma intizamına riayət.
Əgər müəssisənin hesablaşma hesabında pul vəsaitinin sərbəst qalığı varsa,
ödənişlər (büdcəyə, tədarükçülərə, banklara və s.) üzrə vaxtı keçmiş borcları
yoxdursa, deməli, müəssisənin maliyyə vəziyyəti yaxşıdır.
Maliyyə vəziyyətinin yaxşılaşdırılması şərtlərindən biridə mənfəət üzrə planın
yerinə yetirilməsi və təsdiq edilmiş tapşırıqlara müvafiq qazancın vaxtında daxil
olmasıdır.
Maliyyə vəziyyətinin dayanıqlığının mühüm şərtlərindən biri də dövriyyə
vəsaitindən daha səmərəli istifadə edilməsidir. Bundan başqa bank kreditlərindən
məqsədli istifadə, öhdəliklər üzrə ödənişlərin vaxtında ödənilməsi də maliyyə
vəziyyətinə təsir göstərir.
Maliyyə vəziyyətinin yaxşılaşdırılmasında ilk növbədə müəssisə kollektivi daha
maraqlı olur, çünki gəlirliyin yüksəldilməsi və mənfəətin artımı iqtisadi
həvəsləndirmə fondunun səviyyəsinə təsir göstərir və bu öz əksini istehsalın
inkişafında tapır.
Müəssisənin maliyyə vəziyyətinə nəzarət və maliyyə vəziyyətinin təhlili -
idarəetmənin, nəzarətin və uçotun mühüm funksiyasıdır.
Müəssisənin maliyyə vəziyyətinin və maliyyə resurslarının istifadəsinin təhlili
üçün əsas mənbə kimi müəssisənin əsas istehsal fəaliyyəti üzrə mühasibat balansından
istifadə edilir.
Həmçinin 1 ton yük daşınmasına düşən istismar xərclərinə qənaət təmin olunur.
Şəkil 1. Gəlirin normativ bölüşdürülməsi.

müəssisənin gəliri

amortizasiya da daxil olmaqla sosial sığortaya ayırmalar


maddi xərclər

bölüşdürülən gəlir

resurslara görə ödəniş qısa müddətli kreditə görə, %

hesabi gəlir

dövlət büdcəsinə ayırmalar, nazirliyə ayırmalar


(o cümlədən yerli)

təsərrüfat hesablı gəlir

müəssisə- iqtisadi istehsalın, sosial


nin maliyyə həvəsləndir elm və inkişaf
ehtiyatı mə fondu texnikanın fondu
inkişaf
fondu
kollektivin vahid əmək haqqı fondu

Şəkil 2. Mənfəətin normativ bölüşdürülməsi.

Müəssisənin mənfəəti

amortizasiya da daxil olmaqla əmək haqqı fondu


maddi xərclər

balans mənfəəti

qısa müddətli kreditə görə, % resurslara görə ödəniş

hesabi mənfəət

dövlət büdcəsinə, (o cümlədən yerli nazirliyə ayırmalar


büdcəyə)

qalıq (xalis) mənfəət

müəssisələrin maliyyə ehtiyatı iqtisadi həvəsləndirmə fondu

kollektivin təsərrüfat hesablı gəliri


NƏTİCƏ VƏ TƏKLİFLƏR

Müəssisənin iqtisadiyyatı mikro və makroiqtisadiyyat ilə sıx əlaqədardır, lakin


onların eyni deyildir. Belə ki, mikroiqtisadi təhlil ayrıca bir müəssisədən deyil,
bazarın ayrıca bir müəssisəyə təsirindən bəhs edir. Mikroiqtisadiyyat bazarın hər iki
tərəfini – tələb və təklifi öyrənir.
Müəssisənin iqtisadiyyatı müstəqil iqtisadi fəndir. O, müəssisənin fəaliyyətini,
təsərrüfat qərarlarının hazırlanmasını və qəbul edilməsi prosesini öyrənir.
“Müəssisənin iqtisadiyyatı” anlayışını izah edərkən hər şeydən əvvəl, əsas
iqtisadi problemin həllində müəssisənin yeri və rolu müəyyən edilməlidir.
Təsərrüfatçılığın bazar sistemi şəraitində müəssisə onun həlqəsinə çevrilir. Çünki
o, təkcə bazarda tələb olunan məhsulu istehsal etmir, həm də əhalinin məşğulluğunu
təmin edərək iş yerlərini yaradır, əmək haqqı verir və s. Vergiləri ödəməklə müəssisə
dövlət orqanlarının saxlanılmasında və sosial proqramların (məhsul, səviyyə və s.)
dəstəklənməsində iştirak edir. Hər bir müəssisənin rəhbəri xidmətin necə göstərilməsi,
əldə edilən mənfəətin bölüşdürülməsi barədə müstəqil qərar qəbul edir və bu sahədə
onun maraqları vardır. Müəssisənin maraqlarının təmin edilməsi dərəcəsi onun
təsərrüfat fəaliyyətinin nəticəsindən buraya təkcə məhsulun və xidmətin satışından
əldə edilən gəlir və mənfəət deyil, həm də tətbiq olunan əsas, dövriyyə istehsal
fondlarının həcmi, digər istehlak dəyərlərindən (sosial bölmə) asılıdır. Bu
elementlərin natural - əşya tərkibi məcmu halda müəssisənin iqtisadiyyatını təşkil
edir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. А.Г.Искандерова «Экономика и управление производством в


Г.А».Учебное пособие ,часть 1,Баку – 1995г.
2. А.Г.Искандерова « Экономика и управление производством в
Г.А».Учебное пособие ,часть 2,Баку – 1995г.
3. Ю.А.Мальенков,И.Е.Борисов «Экономика авиатранспортного
производства», С.Петербург – 1995 г.
4. Экономика гражданской авиации.Учебное пособие под редакцией
А.Н.Малашнко,Киев,1989 г.
5. Н.Н.Богданова,А.Д.Котевников «Экономика и планирование работы
авиапредприятий»,Ленинград,1986г.
6. М.Х.Ячин «Финансы воздушного транспорта»,Москва,
«Транспорт»,1983г.
7. www.firststeps.az
8. www.kitab.az

You might also like