You are on page 1of 8

$ 2.

Hüququn mənşəyi haqqında əsas təlimlər

Dövlət və hüquq sosial hadisələr kimi özlərinin mürəkkəbliyi, çoxaspektliliyi və ən əsası onların
cəmiyyətdə ifadə etdiyi sosial təyinatı, ölkə, dövlətçiliyin taleyində oynadığı rolu, insanların ictimai və
hüquqi vəziyyətinin müəyyən edilməsində əhəmiyyəti ilə filosofların, tarixçilərin, sosioloqların
diqqətini daim cəlb etmişdir. Bu iki fenomenin müxtəlif aspektlərdən tədqiqi bəzən bir-birinə zidd
olan konsepsiyaların, nəzəriyyələrin formalaşmasını şərtləndirmişdi. Bunların içərisində hüquqla bağlı
aşağıdakı konsepsiyalar təbii-hüquq, tarixi hüquq, marksist, normativist, psixolofi, sosiolofi
nəzəriyyələr gözəçarpan yer tutur.

Təbii-hüquq nəzəriyyəsinin rüşeymi hələ e.ə. V-IV əsrlərdə Qədim Yunanıstanda (sofistlər tərəfindən)
və Qədim Romada ya: ranmışdır. Sonralar (II-IH əsrlər) Roma hüquqşünasları tərəfindən üç hissədən
ibarət olan hüququn tərkibində (1. bütün canlılara ai olan təbii hüquq, 2. bütün xalqlar üçün ümumi
olan xalqlar hüququ,

3. ayrılıqda xalqların pozitiv dövlətdaxili hüququ) təbii hüquq xüsusi yer tutur. Bu nəzəriyyə
əhəmiyyətli dərəcədə öz inkişafını orta əsrlərdə antifeodal hərəkatlar dövründə tapmışdır. Lakin onun
klassik nəzəriyyə kimi formalaşması XVII əsrə aid edilir,

Təbii-hüquq nəzəriyyəsinin görkəmli nümayəndələri böyük filosof, mütəfəkkirlər Niderlandda Hüqo


Qrotsi (1583-1645), İngiltərədə Tomas Hobbs(1588-1679), Con Lokk (1632-1704), Fransada 1an-)ak
Russo (1712-1778), Rusiyada A.N.Radişşev (1749-1802), Azərbaycanda M.F.Axundzadə (1812-1878)
olmuşlar.

Qeyd etmək lazımdır ki, adı çəkilən böyük filosofların və maarifçilərin təbii-hüquq nəzəriyyəsi ilə bağlı
məsələlərə müxtəlif yanaşmaları ilə müşayiət edilir. Belə ki, təbii-hüquq məktəbinin ilk nəzəriyyəçisi
olan Hüqo Qrotsi təbii hüququn mənbəyi qismində insan idrakını və ona uyğun olaraq insanın
başqaları ilə dinc ünsiyyətə can atmasını əsas kimi götürürdü. T.Hobbs hesab edirdi ki, insanlara
rəqabət aparmaq, başqa sözlə, varlanmağa can atmaq, bir-birinə inamsızlıq, şöhrətpərəstlik və s. bu
kimi xas olan ehtiraslar onları bir-birinə düşmənə çevirir və onlar "bir-birinə qarşı müharibə"
vəziyyətində olurlar. T.Hobbsa görə, təbii vəziyyətdə insanlar arasında münasibətlər "insan insana
münasibətdə canavardır” qaydası əsasında qurulur. Başqa misal. T.Hobbs mütləq monarxiya tərəfdarı
olduğu halda, B.Spinoza demokratik respublika ideyasını irəli sürürdü.

Filosofların mövqeyinin müxtəlifliyinə baxmayaraq, təbiihüquq nəzəriyyəsinin postulatı qismində


insanların təbii azadlığı və bərabərliyi, təbii hüquqlarının ayrılmazlığı ideyası çıxış edir. Con Lokk təbii
vəziyyəti insanların "öz hərəkətlərinə, əmlak və şəxsiyətinə münasibətdə tam azadlıq vəziyyəti", "hər
cür hakimiyyət və hər cür hüququn qarşılıqlı olduğu bərabərlik vəziyyəti” kimi qələmə verirdi.

Azərbaycanda təbii-hüquq nəzəriyyəsinin banisi görkəmli filosof M.F.Axundzadə insanların hüquq və


azadlıqları haqqında, "cəmiyyətin fərdlərinin" hüquq bərabərliyi haqqında öz ideyalarını
insanın idraki və təbiəti ilə İzah edirdi, Böyük mütəfəkkir xüsusi, qeyd edirdi ki, mənəvi və cismüni
azadlıq əldə etmədən bərabərlik ağlasıgmazdır. Bərabərlik: bu iki azadlığın əldə edilməsindən asılıdır,

Təbii-hüquq məktəbinin: nəzəriyyəçiləri öz təlimlərind, İnsanların "təbil vəziyyəti" mövqeyindən çıxış


edirdilər. Onların təsəvvürlərində təbil vəziyyətdə insanlar bərabərdirlər, azaddırlar, mülkiyyətə:
malikdirlər, Bu hüquqların mənbəyini insan təbiəti, doğulduğu andan ona verilən hüquqlar təşkil edir.
1.-I, Russonun "İctimai müqavilə haqqında" adlı məşhur əsərinin elə ilk cümləsində: "İnsan azad
doğulmuşdur, bununla belə o, hər yerdə qandallanmişdir..." fikrini bəyan etməsi təbii hüquq
nəzəriyyəsinin özəyini tam aşkarlıqla açıb göstərir.

Təbu-hüquq məktəbinin demək olar ki, bütün nümayəndələn öz təlimlərində insanların təbii
vəziyyətini dövlətin ictimai müqavilə əsasında əmələ gəlməsində əsas amil kimi qiymətləndirir. dilər,
Onların fikrincə, vaxtilə dövlət və xüsusi mülkiyyət olmadığı zaman insanlar öz hüquqlarının
müdafiəsini, sülh və təhlükəsizliyinin təmin edilməsini, mülkiyyətin qorunmasını ümumi rifah naminə,
bütövlükdə cəmiyyətin xeyrinə olaraq öz təbii hüquq və azadlıqlarından qısmən İmtina etməklə onları
dövlətə həvalə etmişlər. (T.Hobbs ictimai müqavilənin səbəbini insanların təbil vəziyyətinin ümumi
müharibə vəziyyətinə bənzəməsindən çıxı$ edərək onların müharibə vəziyyətindən qurtulması
məqsədi ilə izah edirdi). Yaranmış dövlət azad insanların hüquq və ümumi məns” felərinin
qorunmasına yönəldilmiş ittifaq kimi qələmə verilirdi.

Nəzəriyyəçilərin fikrincə, müqavilə əsasında yaranmış döv” İət cəmiyyətin idarə edilməsində
qanunlara əsaslanmalı, insanın tə” bu hüquqlarmı təmin etməli, azadlığını, bərabərliyini, mülkiyyətini,
sülh və təhlükəsizliyini bir vəzifə kimi qorumalıdır. Əks halda gösi” ərilən vəzifələri icra etməyən
dövlətə qarşı xalq üsyan qaldırmad hüququna malikdır Beləliklə, təbii hüquq nəzəriyyəsinin bütün nü”

mayəndələri tərəfindən olmasa da (məsələn, T.Hobbs tərəfindən),onun qabaqçıl nümayəndələri


tərəfindən xalqa üsyan hüququ verilirdi, Bu nəzəriyyənin nümayəndələri içərisində ./.-).Russo ən
radikal, inqilabi ideyaları təblig edərək ictimai müqavilə ideyasından dövlət tərəfindən xalqın təbii
hüquqları pozulduğu təqdirində ona qarşı üsyan hüququnun yarana bilməsi haqqında inqilabi
nəticələr çıxarırdı, varlılar, güclülər tərəfindən yoxsulları itaətdə saxlamaq məqsədi ilə yaradılan
istibdad üsul-idarəsini məhv etməyi və onun əvəzinə ictimai müqavilə əsasında yeni demokratik
bakimiyyətin yaradılmasını təklif edirdi.

Təbii-hüquq təliminin nəzəri-praktik əhəmiyyəti onun dövlət və hüququn əmələ gəlməsinin


rasionalizm (sağlam idrak), insanların ayrılmaz, təbii azadlıqları və bərabərliyi mövqelərindən çıxış
etməsi, qanunların ədalət, azadlıq, bərabərlik tələblərinə uyğun qəbul edilməsi, qanun (pozitiv) və
hüququn (təbii hüququn) fərqləndirilməsi və digər mütərəqqi ideyaların irəli sürülməsi, artıq
köhnəlmiş feodal münasibətlərinin tənqidinə yönəlməsi bütün bunlar buriua inqilablarının devizi kimi
öz ifadəsini tapmışdı.
Müasir dövrdə insanların ayrılmaz təbii hüquq və azadlıqları haqqında ideyalar bir sıra beynəlxalq-
hüquqi sənədlərdə 26 iyun 1945-ci il tarixində imzalanmış BMT-nin Əsasnaməsində, 10 dekabr 1948-
ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyamaməsində təsbit edilmişdir.

Bu ideyalar bir sıra dünya ölkələrinin milli konstitusiyalarında, o cümlədən Azərbaycan Respublikası
Konstitusiyasının “Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı IHI fəslində bəyan edilmişdir.

Tarixi hüquq məktəbinin nümayəndələri görkəmli alman alimləri Qustav Hüqo (1764-1844), Fridrix
Karl Savinyi (17791861), Qeorq Fridrix Puxta (1798-1846) və digərləri olmuşlar.

XIX əsrin birinci yarısında formalaşan bu məktəbin banisi Qettingen Universitetinin hüquq üzrə
professoru Qustav Hüqo adət hüququnu və pozitiv hüququ (qanunverici tərəfindən qəbul edilən
qanunlar) fərqləndirirdi. Onun fikrincə, hüquq qanunvericinin

bəyinə, ixtiyarına əsasən yaranmır, hüquq heç kəsin tərəfindən yarı, dılmayıb (nə müqavilə, nə
kiminsə göstərişinin əsasında, nə də ilah tərəfindən verilən kimi), o, dilə bənzər və ictimai daxili
səbəb, lərdən törəyən, öz-özünə kortəbii əmələ gələn, həyat şəraitinş adekvat olan, insanlar arasında
ünsiyyət yaradan normalardır, Q.Hüqo qanunlara nisbətdə kortəbii inkişaf edən və konkret
müəyyənliyə malik olan hüququn formalarına üstünlük verir, çünki qanunların düzgün tətbiq
edilməsinə şübhə yarana, qanunverici qanunu qəbul edərkən öz şəxsi marağını gözləyə bilər və i.a.

Q.Hüqonun və bu məktəbin digər nümayəndələrinin təlimində hüququn əmələ gəlməsinin "xalq


ruhu" ilə bağlılığı mərkəzi yeri tutur. Q.Hüqo göstərirdi ki, qüvvədə olan hüquq normalarının əksər
hissəsi xalqa mənsub olan onun dili və ruhu kimi kortəbii vərdişin nəticəsi kimi yaranmış, lakin şəraitə
uyğun olaraq inkişaf etmişdir.

Tarixi hüquq məktəbinin digər nəzəriyyəçiləri Berlin universitetinin professorları F.K.Savinyi,


Q.F.Puxta da hüququn adət hüququndan, qanunvericinin iradəsindən asılı olmadan daxili səbəbdən
irəli gəlməklə yaradılmasını əsaslandıraraq hesab edirdilər ki, adət hüququ xalq məsləkinin, milli
şüurun, "milli ruhun" mahiyyətindən əmələ gəlmişdir və o, pozitiv hüququn mənbəyi qismində çıxış
edir. Q.F.Savinyi yazırdı ki, hüquq heç də özü-özlüyündə mövcud deyildir və müəyyən nöqteyi-
nəzərdən baxarkən onun mahiyyətinin daha çox insanların həyatının təşkil edilməsində təcəssüm
olunduğunu görmək olar. Q.F.Puxta göstərirdi ki, xalqın ruhunun həyat tarixindən ayrılıqda yaranan
hüquq (pozitiv hüquq) cəmiyyətə aşılana bilməz. Q.F.Puxtanın gəldiyi nəticə "Bunu bir cümlə ilə ifadə
etmək olar: hüququn öz tarixi vardır" sentensiyası bu təlimin kredosu qismində çıxış edir.

Tarixi hüquq məktəbinin nümayəndələri öz təlimini təbii hüquq nəzəriyyəsinin kəskin tənqidi
üzərində qurmuşdular. Feodal qeyri-məhdud monarxiyasının və münasibətlərinin carçıları olan tarixi
hüquq məktəbinin nümayəndələri tərəfindən təbii hüquq nəzəriyyəsinin qanunun azadlıq, bərabərlik,
insanların təbiəti,
idrakı əsasında yaranması, feodal dövlət quruluşunun kökündən dəyişilməsi, dövlətin ictimai
müqavilə əsasında əmələ gəlməsi, xalqın ona zidd olan dövlət hakimiyyətinə qarşı üsyan etmək
hüququ, yəni inqilab etmək hüququ haqqında müddəaları və digər mütərəqqi ideyaları qətiyyətlə
rədd edilirdi, hüququn müəyyən edilməsinin idrak və ədalətlilik kateqoriyaları ilə izah edilməsi əsassız
hesab olunurdu.

Tarixi hüquq məktəbi hər bir nəzəriyyədə olduğu kimi həm müsbət cəhətlərə, həm də çatışmazlıqlara
malikdir. Monarxiya üsul-idarəsinə, Almaniyada feodal hüququnun pərakəndəliyinə (partikulyarizm)
tərəfdar çıxması, 1804-cü il Fransa Mülki Məcəlləsinə bənzər vahıd Mülki Məcəllənin yaradılmasının
əleyhinə çıxış edilməsi, pozitiv hüquqa münasibətdə adət hüququna üstünlük verilməsi və s.
müddəalar bu məktəbi dövlət və hüquq məsələlərində neqativ mövqe tutan məktəb kimi xarakterizə
edir.

Bununla yanaşı, tarixi hüquq məktəbinin hüququn xalqın tarixi inkişafının məhsulu kımi
qıymətləndirilməsi, hüququn xalq mədəniyyəti ilə, hüquq ınstıtutlarının yaranmasının, inkişafının hər
bir xalqın həyatı prosesi ilə bağlılığı haqqında ideyaları diqqətəlayiq və pozitiv məqam kimi hesab
etmək olar,

Marksist hüquq təlimi XDK: əsrin ortalarında yaranmışdır. Bu nəzəriyyəmn baniləri Karl Marks (1818-
1883), Fridrix Engels (1820-1895) olmuşlar.

Marksizmin dövlət və hüququn mənşəyi haqqında çıxış höqtəsi iqtısadi bazis, cəmiyyətin iqtisadi
quruluşu (mülkiyyət forması ilə müəyyən edilən istehsal münasibətlərin məcmusu) və üstquruma dair
təlim olmuşdur. Marksizmə görə istehsal münasibətləri məhsuldar qüvvələrin səviyyəsinə uyğun
olmalıdır. Cəmiyyətin inkişafının müəyyən mərhələsində istehsal müna-, sibətlərinin məhsuldar
qüvvələrin xarakterinə uyğun gəlmədiyi səbəbindən onların arasında ziddiyyətlər meydana gəlir ki,
bunlar da sosial inqilabın baş verməsi yolu ilə həll edilir.

Marksist nəzəriyyəsi dövləti və hüququ cəmiyyətin iqtisadi bazisi üzərində yüksələn üstqurumun
hissələri hesab edir. Dövlətin

və hüququn meydana gəlməsini xüsusi mülkiyyətin əmələ gəlməsi, cəmiyyətin antaqonist siniflərə
bölünməsi ilə, onların mövcudluğu, nu isə sinfi cəmiyyətlə əlaqələndirir. Barışmaz sinfi ziddiyyəti
sayəsində meydana gəlmiş dövlət iqtisadi cəhətdən hökmran sinfin diktaturası vasitəsi kimi çıxış edir.

Marksist təlimində proletar/at diktaturası ideyası mərkəzi yer tutur. Dövlətin sinfi mahiyyətini əsas
tutaraq marksist nəzəriy. yəsi proletariat diktaturasının sinfi zixldiyyətlərin ləğv edilməsi, yeni sinifsiz,
siyasi hakimiyyətsiz cəriyyətin qurulması üçün istifadə olunur.

Marksist nəzəriyyəsi dövlətin taley.i məsələsinin həllində kommunist inqilabı nəticəsində qurulan
konmunist cəmiyyətinin iki inkişaf fazasından ibarət olması mövqeyindən çıxış edir. "Əməyə görə
bölgü" prinsipi əsasında fəaliyy/ət göstərən birinci sosializm fazasının "tələbata görə bölgü" prinsipi
üzərində qurulan kommunizm cəmiyyətinin ikinci yüksək fazasına keçməsi ilə əlaqədar dövlət və
hüquqa ehtiyac qalmayacaq, onlar artıq ölüb gedəcək, aradan qalxacaq.

Marksist nəzəriyyəsinə görə, hüquq da dövlət kimi sinfi anlayışdır. Hüququn sinfi mahiyyəti müəyyən
sinfin iradəsi va” Sitəsi ilə ifadə olunan mənafeyidir. Hüququn məzmununu həmin sinfin dövlət iradəsi
təşkil edır. Buryua hüququnu xarakterizə edə” rək K.Marks və F.Engels "Kommunist Partiyasının
Manifesti"nd? yazırlar: "...Sizin hüququnuz öz sinfinizin ancaq qanur dərəcəsin? yüksəldilmiş
iradəsidir, bu iradənin mözmunu isə öz sinfinizif maddi həyat şəraiti ilə müəyyən edilir",

Marksist nəzəriyyəsinin hüququn sosial-iqtisadi şəraitl? şərtlənməsi, dövlətlə sıx əlaqəsi, onun
məzmununu dövlət iradə” sinin təşkil etməsi, dövlət və hüququn digər sosial amillər lə bağ” hlığı,
hüququ insanın azadlıq meyarı kimi qələmə verməsi idesyalarf dövlət və hüquq nəzəriyyəsində
diqqətəlayiq yer tutmuşdur.

Göründüyü kimi, marksist nəzəriyyəsi dövlət və hüququ sırf sinfi xarakter daşıması, onların əsasən
iqtisadi, maddi şəraitlə, görakılıq, məcburiyyətlə bağlanılması, dövlətin və hüququn gələcəkdə
qurulan sinifsiz cəmiyyətdə ölüb getməsi haqqında müddəaları müasir dövrdə öz aktmallığını
itirmişdir.

Normativizm hüsu: nəzəri a əsinin nümayəndələri R.Ştammler (1856-1938), Hans Kelzen (1881-1973)
və digərləri olmuşdur.

Normativizm nəzəriyyəsinin banisi və görkəmli nümayənöəsi Hans Kelzen ən məşhur əsərində


"Hüquq haqqında xalis nəzəriyyə" kitabında hüququn öyrənilməsi və müəyyən edilməsində ona,
ümumiyyətlə bütün hüquq elminə yad olan elementlərdən təmizlənməsini nəzərdə tuturdu. Onun
fikrincə, hüquqşünaslar hüququn sosiolofi, psixolofi, etik, mənəvi əsaslarına nəzər yetirmədən yalnız
xalis, "təmiz" hüquqa, onun məzmununu təşkil edən normativliyinə dair spesifik məsələlərə
baxmalıdırlar. H.Kelzen bununla heç də pozitiv hüququn məzmununa tarixi, iqtisadi, siyasi, mənəvi
faktorların təsir göstərməsini istisna etmirdi, lakin onun irəli sürdüyü doktrina hüququ daxildən, yəni
onun spesifik normativ mənasının dərk edilməsi vəzifəsini ortaya qoyurdu. H.Kelzen "xalis" hüquq
nəzəriyyəsində hüququn ideolofi cəhətdən dəyərlənməsindən də imtina edirdi və onu ideologiyadan
azad edərək hüquqa bəraət qazandırmadan və onu tənqid etmədən haqqında obyektiv elmi təsəvvür
yaratmağa və olduğu kimi (yəni xalıs, əsl) təsvir etməyə çağırırdı.

Kelzenin konsepsiyasında hüquq məcburi qaydada həyata keçirilən hüquq normalarının məcmusu
kimi qələmə verilirdi, Hüququn mənşəyi haqqında məsələdə Kelzenin orifinal mövqeyinə görə, hüquq
hələ dövlətdən əvvəl ibtidai-icma quruluşu dövründə yaranmışdır. Cəmiyyət fərdlərə bir sıra hallarda
məcburiyyət aktlarının həyata keçirilməsinə icazə vermiş, digər hallarda isə bunu qadağan edərək
kollektiv təhlükəsizliyi təmin etmək üçün güc tətbiq nə monopoliya müəyyən etmişdi. Sonralar
hüquqi birliyin (övlətə çevrilməsi ilə əlaqədar olaraq məcburiyyət funksiyalan

xüsusi hakimiyyət orqanları tərəfindən mərkəzləşmiş surətd, həyata keçirilməyə başlamışdır.


Kelzenə görə, hüquq sisteminin vəhdətinin hüquqi mən. bəyini ölkənin konstitusiyası ilə bağlı əsas
norma təşkil edir, əş) mənada bu rolda konstitusiya norması götürülür. Ümumiyyətlə, hüquq sistemi
bitmiş, uzlaşmış, iyerarxik əlaqəli, piramida şəklində yığılmış hüquq normaları kimi təsəvvür edilir.
Piramidanın başında əsas norma konstitusiya normaları durur. İyerarxiya pillələrində, özünəməxsus
yer tutan hüquq normalarının hər biri yuxarıdakı normaya uyğun gəlməlidir. Kelzen hüquq sisteminə
normativ aktlarla yanaşı, piramidanın axırıncı pilləsində yerləşən məhkəmə və inzibati orqanlar
tərəfindən verilən fərdi normaları da daxil etmişdir.

Normativizm hüquq nəzəriyyəsi hüquq elminə bir sıra yenilik gətirdi: hüququn normativliyi xarakteri
və bu əlamətdən irəli gələn hüququn formal müəyyənliyi əlaməti, mühüm əhəmiyyətə malik olan
hüququn sistemliyi, onun iyerarxiya prinsipi əsasında (hüquq normalarının hüquqi qüvvəsinə əsasən)
qunulması kimi məsələlərin əhəmiyyəti qeyd olunmalıdır.

Normativizm nəzəriyyəsi hüququn anlamında formal cəhətin onun mahiyyətinə, məzmununa


münasibətdə üstünlüyünə yer verməsi, sosial-iqtisadi, siyasi amillərin rolunun nəzərə alınmaması
sözsüz ki, onun əhəmiyyətinə zərər yetirir.

Psixoloii nəzəriyyənin baniləri Knapp, Qabriel Tard, ən görkəmli nümayəndəsi isə L.İ.Petrağitski (1867-
1931) olmuşdur. Bu nəzəriyyənin mərkəzi müddəası ondan ibarətdir ki, dövlət və hüqud insan
psixikasının, emosiyalarının nəticəsidir.

Psixolofi nəzəriyyənin nümayəndələrinə görə, hüququf mənşəyinin çıxış nöqtəsi insanın psixikasıdır,
insanlara xas olef psixika müxtəlifliyidir. Psixika elə qurulmuşdur ki, ayrı-ayrı fərdlər tabe olmaq, itaət
etmək tələbatına malik olduğu halda, digərləri is? iradəli şəxsiyyət olduğuna görə, birincilərə təsirə,
idarə etməyə v? öz iradəsinə tabe etdirməyə qadirdilər. Dövlət və hüququn əməl? gəlməsinin
psixolo)i şərhi öz psixi quruluşuna görə bütü?

çəmiyyətə, müti camaata rəhbərlik etməli olan görkəmli şəxsiyyət haqqında nəzəriyyəyə gətirib
çıxarır. Bu qrup insanlardan dövləti idarəetmə funksiyasını həyata keçirən dövlət xidmətçiləri korpusu
əmələ gəlir.

Psixolofi nəzəriyyənin baniləri hüququn mənbəyini belə insanın psixikası, emosiyalarında görürdülər.
Hüquq normaları emosiyaların əksidir və insanlarda müvafiq psixi təəssüratlar doğurduğu dərəcədə
realdır. L.İ.Petrayitski öz doktrinasına "emosional nəzəriyyə" adı vermiş və hüququ fərdlərin iradə və
ya kollektiv həyəcanı kimi şərh edən başqa nəzəriyyəçilərin mövqeyini tənqid edirdi. L.İ.Petraiitski
hüququ kollektiv emosiyaların təcəssümü kimi deyil, bir fərdin emosiyasının təcəssümü kimi qələmə
verirdi. Onun "yalnız bir fərdin psixikasında olan və digərləri tərəfindən qəbul edilməyən həyəcanlar
yenə də hüquq olaraq qalır" mülahizəsi onun bu məsələdə mövqeyini açıq-aydın xarakterizə edir.
Nəzəriyyəçiyə görə, insan emosiyaları əsasında yaranan intuitiv hüquq rəsmi hüquqdan nəzərəçarpan
dərəcədə fəqlənir və onların arasındakı nisbət ölkədə mədəniyyətin səviyyəsi, xalqın psixikası ilə
müəyyənləşdirilir. İntuitiv hüquq "həqiqi" hüquq sayıldığından o, əsas tənzimləmə vasitəsi rolunu
oynayır. L.İ.Petrağitski emosiyaların iki növünü əxlaqi və hüquqi növlərini göstərir. Əxlaqi emosiyalar
birtərəfli olaraq insanın öz vəzifələrini dərk etməsi ilə bağlıdır. Hüquqi emosiyalara gəldikdə
İnsanlarda borclu olmaq hissi digər şəxslərdə səlahiyyətin mövcudluğu haqqında təsəvvürlərdə
müşahidə olunur. Buna görə fə bu emosiyalardan yaranan hüquq atributiv-imperativ
(səlahiyyətverici-məcburedici) xarakter daşıyır.

Psixolofi nəzəriyyənin müsbət cəhətləri hüququn mənşəyinfə psixolo)i məfkurənin, psixoloyi


düşüncənin rolunun aşkarlanma. undan ibarətdir. Lakin belə hesab etmək olar ki, bu nəzəriyyənin
fatışmazlıqları daha qabarıqdır. Bunlar özünü psixolo)i məqam,

digər vacib əməllərin (iqtisadi, siyasi, mədəni və s.) nəzəra alınmaması ilə hüququn əmələ
gəlməsində, onun cəhətlərinin, olunun səciyyələnməsində psixika və emosiyanın rolunun həddən

artıq şişirdilməsində, bir fərdin emosiyasının hüquq qismini, tanınmasında və s. özünü büruzə verir.
Təsadüfi deyildir D.İ.Petrağitskinin konsepsiyasının müəyyən müddəaları onu müasirləri olan digər
nəzəriyyəçilər tərəfindən kəskin tənqid olu, nurdu.

Sosiolof hücu nəzəri a əsi XIX əsrin sonlarında for. malaşmağa başlamışdır. Onun banisi görkəmli
amerikalı filosof Çarlz Sanders Pirs (1839-1914), görkəmli nümayəndələri Amerika hüquqşünası
Harvard hüquq məktəbinin dekanı Rosko Paund (1870-1964), Avstriya professoru Yevgeniy Erlix və
digərləri olmuşlar.

R.Paundun işlədiyi sosioloği hüquq nəzəriyyəsinin çıxış nöqtəsini ABŞ fəlsəfəsində geniş yayılmış
praqmatizm istiqaməti təşkil edir. Praqmatizmin "hər biliyin, nəzəriyyənin əhəmiyyətliliyi onların
praktiki nəticələri ilə ölçülür” kredosunu əsas götürərək R.Paund hesab edirdi ki, hüququn "hüquq
kitabında", yəni onun qanunda, normativ aktlarda olduğu kimi öyrənilməsinin məhdudlaşdırılması
lüzumsuzdur və "hüququ hərəkətdə", yəni onun həyatda fəaliyyətinin və insanların davranışına
praktik olaraq təsirini açıqlamaq zəruridir. Məsələn, görkəmli amerikalı psixoloq Ceyms (1842-1910)
yazırdı ki, həqiqət bizim xeyrimizə "işləyən", həyatımızın hər bir hissəsinə yarayan və təcrübəmizin
bütün məcmusu ilə birləşən hər şeydir.

Sosiolo)i nəzəriyyənin postulatlarından irəli gələrək R. Paund öz əsərlərində müəyyən nəticələr əldə
edir, hüququn öyrənilməsi zamanı onun digər elmlərlə, həyatın digər tənzimləmə vasitələri ilə
qarşılıqlı əlaqəsinin nəzərə alınmasını diqqət mərkə” zinə qoyurdu. Buradan o, hüququ sosial
münasibətlərin k os tekstində öyrənilməsinə çağırırdı. Bundan başqa, R.Paund hüqu / kinsanların
davranışı üzərində nəzarət üsulu kimi düşünərək, insanlar arasında sosial münaqişələrin həll edilməsi
və si münasibətlərə nail olması vasitəsi kimi qələmə verirdi. On

fikrincə, müasir dövrdə hüquq və siyasi institutlar ümumbə məqsədlərin təsbit edilməsinə
yönəlməlidir. R.Paundun təlimin
“ REDMİ N:

hüquq cəmiyyətdə ictimai münasibətlərin kompromis vasitəsi və hüquq qaydasının təminatçısı


qismində çıxış edir.

Sosiolo/i hüquq nəzəriyyəsi məhkəmələrin hüquqyaratmada iştirakına geniş imkanlar yaratmağa


çağırırdı. Paund hakimlərin rolunu sosial münaqişələrin həll edilməsində görürdü və buna görə də
onlara azad məhkəmə mülahizəsi hüququnun həvalə edilməsinin tərəfdarı kimi çıxış edirdi. O, hesab
edirdi ki, məhkəmənin fəaliyyətinin bu forması hüququn inkişafına kömək edəcək, onun
yenilənməsini və təkmilləşdirilməsini şərtləndirəcək. Belə hüquq "canlı hüquq” adını almışdır.

Sosiolo)i hüquq nəzəriyyəsinin hüququn əmələ gəlməsi, inkişafı məsələlərinə sosial münasibətlərin
kontekstində baxılması, hüquqi praktika, onun tətbiqi, hüquqi qayda ilə, digər elm sahələri ilə bağlılığı
nöqteyi-nəzərindən açılması, bu fenomenin sosial təyinatını cəmiyyətdə sosial kompromisin
yaradılması, onun ictimai münasibətlərin digər tənzimləmə vasitələrlə (adət, əxlaq normaları ilə)
qarşılıqlı əlaqə aspektində izah etməsi şübhəsiz ki, bu məktəbin nailiyyətləri sırasına aid edilməlidir.
Bununla belə, sosiolofi nəzəriyyənin hüququn əsasən real hüquq qaydası, hüquqi praktika kimi başa
düşülməsi nəticəsində onun mahiyyətinin açılması, demək olar, örtülü qalır. Bundan başqa,
məhkəmələrə hüquqyaratmada geniş səlahiyyətlərin verilməsi, əslində onların üzərinə hüququn
yaradılması, təkmilləşdirilməsi, inkişaf etdirilməsi vəzifələrinin qoyulması hüquq sisteminin qeyri-
sabitliyini, qanunların pozulmasını şərtləndirə bilər.

You might also like