You are on page 1of 1

Rusiyada yaşayan və vətəndaşlığı olmayan Mikayıl 1998-ci il 15 fevralda

anadan olub. İşləmək üçün Bakıya gələn Mikayıl müvəqqəti olaraq bibisigildə
yaşayır. 2016-ci ilin yanvarın 13-də yaşadığı binanın yaxınlığında 170 manat
məbləğində olan velosipedi heç kimin görmədiyi şəraitdə talayır. 2 gün sonra
avtobusda Lalənin əl çantasından kartı və üstündə kodu yazılmış kağızı
götürmüş, gedib bankokmatdan 240 manat pul vəsaitini çıxarır. Daha sonra
2016-cı ilin 5 fevralda qonşusu azyaşlı Samirin 240 manat dəyərində olan
velosipedini 1 saat sürüb qaytararam deyərək aldatmaqla alıb və qaytarmayaraq
dələduzluq etmişdir. Samir velosipedinin Mikayıl tərəfindən ələ keçirilməsini
dərk etməmişdir.

Müstəntiq Mikayılın Əməlini 177.2.2. 177.2.3. 177.2.3-1 177.2.5 (təkrar


törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc
yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; elektron məlumat
daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə
törədildikdə; [364] zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya
digər əl yükündən çıxarılmaqla törədildikdə - [365]) maddələri və CM-in 178.1-ci
maddəsi ilə tövsif etmişdir.
Məhkıəmə CM-in 177.2.3-1-ci maddəsi ilə bəraət vermişdir. CM-in
177.2.2. 177.2.3. 177.2.5-ci maddələri ilə 2 il azadlığın məhdudlaşdırması cəzası
tətbiq etmiş, Mikayılın əməlini CM 178.1-ci maddəsindən 178.2.2-ci maddəsinə
tövsif etmiş və CM-in 62-ci maddəsi ilə 800 manat cərimə tətbiq etmişdir.
Məhkəmə şəxsin cinayətlə vurduğu ziyanı tamamilə ödəməsi və ağırlaşdırıcı
halların olmamasını nəzərə alaraq təyin olunmuş cəzaları CM 70ə əsasən şərti
hesab etmişdir.
Hökümdən apellyasiya protesti verilmiş, cinayəti törətdikdən sonra şəxs
pisxi xəstəliyə tutulmuş CM-in 21.3-cü maddəsi və Cmin 78.ci maddəsinə
əsasən cəzadan azad edilmiş, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq
edilmiş, iş üzrə icraat dayandırılmışdır.
Hökümdən verilmiş kassasiya protestinə əsasən apellyasiya məhkəməsinin
qərarı ləğv edilmiş, iş apellyasiya məhkəməsinə yeni məhkəmə baxışına
göndərmişdir.
Apelyasiya məhkəməsini 26 dekabr 2022-ci tarixli qərarı ilə cinayət
məsuliyyətinin 500 mantdan yaranması əsas gətirilmişdir. (Tam dəqiq yadımda
deyil bu hissə: Bu hissədə apellyasiya 177.1 üzrə 1ci epizoda görə bəraət vermiş
və təkrarlığın olmasını istisna etmişdir.) 177.2.3-1 və 177.2.5 ə uyğun cəza təyin
etmişdir.

You might also like