You are on page 1of 4

14.

Cinayət prosesində tərəflərin çəkişməsi - çəkişmə prinsipi

Cinayət-prosessual hüquq elmində çəkişmə təkcə cinayət mühakimə icraatının tarixi formasını deyil,
eləcə də onun prinsipini təşkil edir, Müsbət bir hal kimi qeyd etmək lazımdır ki, "çəkişmə" termininin
bütövlükdə məhkəmə kraatının çəkişmə prinsipi əsasında həyata keçirildiyi ilk dəfə Azərbaycan
Respublikası Konstitusiyasının 127-ci maddəsinin VII bəndində nəzərə alınmışdır. Bundan sonra bu
anlayış digər qanunlarda və Azərbaycan Respublikasının yeni Cinayət-Prosessual Məcəlləsində cinayət
prosesinin demokratik prinsiplərindən biri kimi şərh edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndində göstərilir ki, məhkəmə
icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

Çəkişmə elə bir prosesdir ki, burada prosessual funksiyalar cinayət-prosessual fəaliyyətin subyektləri
(tərəflər) arasında bölünmüş olur. İttiham funksiyası ittihamçı, xüsusi ittihamlı işlər üzrə zərər çəkmiş
şəxs tərəfindən, müdafiə funksiyası təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən, işi həll etmə
funksiyası isə məhkəmə tərəfindən həyata keçırilır.

Cinayət prosesində çəkişmə əsil demokratik prinsip olub, təqsirləndirilən şəxsin müdafiə hüququnun
real həyata keçirilməsini təmin edir və mühakimə icraatı qarşısında duran vəzifələrin yerinə
yetirilməsinə mühüm kömək edir. Həmin prinsipə əsasən, proses mübahisə və müzakirə şəraitində
aparılır ki, bu da öz növbəsində məhkəmə qarşısında duran vəzifələrin həyata keçirilməsinə təminat
yaradır.

Çəkişmə prosesi hər iki tərəfin (ittiham və müdafiə) iştirak etdiyi bir prosesdir. Çəkişmə prosesində
təqsirləndirilən şəxs hər şeydən əvvəl tərəfdir və onun tərəf olması çəkişmə prosesi üçün
xarakterikdir.

Cinayət prosesinin cinayət işi başlama, ibtidai istintaq, məhkəməyə vermə və apellyasiya icraatı
mərhələlərində təqsirləndirilən şəxsin müdafiə hüququna malıik olması ilə əlaqədar olaraq çəkişmə
prinsipinin bəzi elementləri mövcud olsa da, bu prinsip özünün tam və aydın ifadəsini məhkəmə
baxışı mərhələsində tapır. Çünki prosesin məhz bu mərhələsində tərəflər meydana çıxır.

Cinayət işinin başlanması və ibtidai istintaq mərhələlərində isə tərəflər yoxdur. Tərəf anlayışı altında,
hər şeydən əvvəl, cinayət işinin mahiyyət etibarilə həll edilməsində marağı olan, habelə ittiham və
müdafiə funksiyalarından hər hansı birini həyata keçirən prosessual fəaliyyətin subyektləri başa
düşülür.
Odur ki, prosesin bütün iştirakçıları tərəf ola bilməzlər. Prosesdə məhkəmə, təqsirləndirilən şəxs,
onun müdafiəçisi, şahidlər, ekspertlər və s. iştirak etsələr də onlardan yalnız Нtihamçı, təqsirləndirilən
şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs, mülki iddiaçı və mülki cavabdeh tərəf sayılırlar.

Göstərilən subyektlərin hər birı ayrılıqda məhkəmə qarşısında öz tələblərinin həyata keçirilməsi üçün
cinayət-prosessual qanunvericilik ilə müəyyən edilmiş prosessual vasitələrdən istifadə edirlər, Dövlət
ittihamçısı — prokuror ittihamın əsaslarının iş üzrə toplanmış materiallarla sübuta yetməsini
məhkəmə qarşısında əsaslandırmağa çalışır, təqsirləndirilən şəxs və onun müdafiəçisi isə elan edilmiş
ittihama qarşı öz dəlillərini irəli sürürlər. Beləliklə, proses iki tərəfin çəkişməsinə, kəskin mübahisəsinə
çevrilir.

Çəkişmə prinsipinə xas olan əlamətlərdən biri də qarşıqarşıya duran hər iki tərəfin prosesdə iştirak
etməsidir. Məhkəmə baxışında bəzən təqsirləndirilən şəxs, yaxud dövlət ittihamçısı iştirak etmir – bu
da məhkəmədə işə baxılarkən iki tərəfdən birinin olmaması deməkdir.

Lakin belə hallarda çəkişmənin də olmadığını irəli sürmək düzgün olmazdı. Məhkəmə baxışında bir
tərəfin tam iştirak etməməsi çəkişmə prosesini 2ә1Пәдә bilər, ancaq onu tamamilə aradan qaldıra
bilməz.

Tərəflərdən hər hansının məhkəmə baxışında iştirak etməməsi əks tərəfi öz tələbinin doğru-düzgün
olmasını sübut etməkdən azad etmir. Əgər məhkəmədə dövlət ittihamçısı iştirak etmirsə, onun ibtidai
istintaqda təsdiq etdiyi ittihamnamə məhkəmədə təqsirləndirilən şəxsə və müdafiəçiyə onun
əsaslarına qarşı öz dəlillərini irəli sürməyə və ittihamdan özünü müdafiə etməyə imkan yaradır. Bu
halda da proses çəkişmə şəraitində həyata keçirilir.

Tərəflər arasında gedən prosessual mübahisənin daha obyektiv, hərtərəfli və real olması və bu
çəkişmənin nəticələrinin məhkəmə üçün həqiqəti müəyyən etmək imkanı yaratmaq məqsədilə
Cinayət-Prosessual Məcəllənin 32-ci maddəsi tərəflərin bərabər prosessual hüquqlara malik
olmalarını təsbit etmişdir. Maddədə çəkişmə prinsipinin həyata keçirilməsinin bütün halları və
qaydaları aydın və bütün prosessual cəhətləri nəzərə almaq dəqiqliyi ilə sadalanmışdır. Cinayət
prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə cinayət-prosessual qanunvericilik
aşağıdakı qaydaları nəzərdə tutmuşdur:

1) һаг bir tərəf məhkəmədə təmsil olunur,

2) hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara
malikdir,
3) ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin
əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti
törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən
şəxsın əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir,

4) müdafiə tərəfi cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib edir və ya cinayət prosesini
həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və
ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin
əməlinin hüquqı tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir,

5) hər bir tərəf heç kimdən asılı olmayaraq müstəqil surətdə öz mövqeyini seçir və onu müdafiə
etmək üçün vasitə və üsullarını müəyyən edir,

6) məhkəmə cinayət-prosessual tərəflərdən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların
əldə edilməsinə kömək göstərir,

7) məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəf

lərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandınlır,

8) dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina
edir, 9) təqsirləndirilən şəxs sərbəst olaraq təqsirli olduğunu inkar edir və ya özünü təqsirli bilir, 10)
mülki iddiaçı iddiadan imtina edir və ya mülki cavabdehlə barışıq sazişi bağlayır, 11) mülki cavabdeh
iddianı qəbul edir və ya mülki iddiaçı ilə barışıq sazişi bağlayır. Azərbaycan Respublikasının yeni
Cinayət-Prosessual Məcəlləsinin 32-ci maddəsində şərh olunan qaydalardan aydın olur ki, yeni
cinayət-prosessual qanunvericilik çəkişmə və tərəflərin bərabərliyinə, Konstitusiyanın 127-ci
maddəsinin inkişafı olaraq, müstəqil əhəmiyyət vermiş və onları mühakimə icraatının həyata
keçirilməsinin prinsipləri kimi nəzərə almışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, çəkişmə və
tərəflərin bərabərliyi prinsiplərinin məzmununun ünsürü kimi: ittiham, müdafiə və işin həll edilməsi
funksiyalarının bir-birindən ayrılması, məhkəmə araşdırılmasında sübutların tədqiqi, sübutların
tədqiqində iştirak, vəsatətlər verilməsi, iş üçün ıstənilən əhəmiyyətli məsələ üzrə fikir söyləmək,
çıxışlarda iştirak etməyə dair tərəflərin bərabər hüquqlarının mövcudluğu: işin hallarının hərtərəfli və
tam araşdırılması üçün tərəflərə zəruri şərait yaradılması vəzifəsinin məhkəmə üzərinə qoyulması və
digər hallar konkret olaraq yeni cinayət prosessual qanunvericilikdə tam aydınlığı ilə şərh edilmişdir.
Bütün

bunlar, çəkişmə prinsipinin mahiyyətinin və məzmununun ay| dınlaşdırılmasına və cinayət mühakimə


icraatında onun həya
ta keçirilməsinin nə qədər vacib olmasını dərindən dərk etməyə imkan yaradırlar.

You might also like