You are on page 1of 3

İki düz xətt arasındakı bucaq.

Düz xətlər dəstəsi

İki düz xəttdən birini bucaq Müstəvi güclü iki kəsişən düz seçilmişsə onların O
kəsişmə nöqtəsi bu düz xətlərin hər iki şüaya ayırır. Onun iki şüalarının
ikixtiyarisinin əmələ gətirdiyi fiqur iki düzəlişi bucağı göstərir.

Doğrudan da, müstəvi üzərində kəsişən iki a və b düz xətlərinə baxaq (şəkil 17).

a və b düzlərinin O kə sişmə nöqtəsi, hər bir düz xətti iki şüaya ayırır.

a1 və a2 və uyğun olaraq b1 və b2 şüalarına 17-ci şəkildə bucaqdan hər biri


uyğundur. Bucaqlardan 4-ü açıq bucaqdan böyükdür. Əgər bucaqlardan biri
düz bucaqdırsa, onda bu düz xətlərə perpendikulyar düz xətlər deyilir.

Verilmiş iki düz xətt çarpaz və ya paraleldirsə, bunlar kəsişmirlər, deməli, bizim
bildiyimiz mənada onlar bucaq əmələ gətirmirlər. Həmin düz xətlər arasındakı
bucağı təyin etmək üçün fəzanın ixtiyari bir nöqtəsindən verilmiş düz xətlərə
paralel düz xətlər keçirməklə alınan bucaq, həmin düz xətlər arasındakı bucaq
qəbul olunur.

Tərif. İki düz xətt (paralel və ya çarpaz) arasındakı bucaq, fəzada hər hansı bir
nöqtədən bu düz xətlərə paraleł çəkilmiş düz xətlərin əmələ gətirdiyi müstəvi
bucağa deyilir.
Düz xətt ilə müstəvi arasındakı bucaq. Tutaq ki, a müstəvisi və onu A
nöqtəsində kəsən a maili verilmişdir. a müstəvisi üzərində olub A nöqtəsindən
keçən a, b, c və s. düz xətlərini keçirək (şəkil 18). Burada a düz xətti ilə b, c və
s. düz xətləri müxtəlif bucaqlar əmələ gətirəcəkdir. Bu bucaqların ən kiçiyini
tapaq. Buna görə də aşağıdakı teoremi isbat edək.

Teorem. Düz xətt ilə onun müstəvi üzərindəki ortoqonal proyeksiyası


arasındakı iti bucaq, bu düz xətt ilə müstəvi üzərindəki hər hansı düz xəttin
əmələ gətirdiyi bucaqdan kiçikdir (şəkil 19).

Verilir: a müstəvisi; AB düz xətti və onun a müstəvisi üzərindəki BC


ortoqonal proyeksiyası. BD düz xətti a müstəvisi üzərində ixtiyari düz xətdir.
İsbat etməli: ABC < ABD

İsbatı. AB düz xəttinin hər hansı M nöqtəsindən a müs- təvisinə


perpendikulyar MN düz xəttini çəkək (MN a); BC düz xətti AB düz xəttinin a
müstəvisi üzərindəki ortoqonal pro- yeksiyası BC düz xətti olduğundan, onda N
nöqtəsi BC düz xətti üzərində olacaqdır. BD düz xətti üzərində

BN=BE

parçasını ayıraq. E və M nöqtələrini birləşdirək. BMN və BME


bucaqlarında BM ortaq tərəfdir;

BN=BE və MN < ME
olduğundan, onda aydındır ki,

MBN < MBE olar.

Deməli, mailin müstəvi üzərindəki ortoqonal proyeksiyası ilə əmələ gətirdiyi


bucaq, müstəvi üzərində mailin oturacağından keçirilən ixtiyari düz xətlə əmələ
gətirdiyi bucaqdan kiçikdir.

Tərif. Düz xətt ilə onun müstəvi üzərindəki ortoqonal proyeksiyası arasındakı iti
bucağa, düz xətlə müstəvi arasındakı bucaq deyilir.

You might also like