You are on page 1of 13

19/215

SÖZ BİRLƏŞMƏLƏRİ ÜMUMİ MƏLUMAT

Dil sistem xarakteri daşıyır. Bu sistemi təşkil edən dil vahidləri (fonem, morfem, söz, söz birləşməsi,
cümlə) özünəməxsus qanunauyğunluqla sıralanaraq dilin ümumi mənzərəsini əks etdirir. Bu sistemin
bir başında fonem, o biri başında isə cümlə dayanır. Fonem dilin ilk, öz-özlüyündə heç bir mənaya
malik olmayan vahidi, cümlə isə dilin son, ən mənalı vahididir.

Söz birləşməsi bu silsilədə sözlə cümlənin sərhədində dayanır. Buna görədir ki, söz birləşməsi
özünəməxsus xüsusiyyətlərə malik sintaktik vahid olmaqla yanaşı, bir tərəfdən sözlə, digər tərəfdən
cümlə ilə bağlıdır. Lakin onlar müxtəlif, həm də bir-birinə münasibətdə müstəqil dil vahidləri olub,
hərəsinin özünəməxsus xüsusiyyətləri, foaliyyət dairəsi və rolu vardır.

SÖZ BİRLƏŞMƏSİ VƏ SÖZ

Söz birləşməsi də söz kimi dilin nominativ vasitələri sahəsinə aid olub əşyaları, hadisələri, prosesləri
və s. bildirir. Bu o deməkdir ki, söz birləşməsi sintaktik mövqeyinə, cümlədəki roluna və mənasına
görə sözə yaxınlaşır və o da söz kimi cümləyə tikinti materialı olaraq daxil olur. Lakin bu oxşarlıq söz
birləşməsi ilə sözü eyniləşdirmir.

Hər şeydən əvvəl, söz leksik kateqoriyadır, söz birləşməsi isə qrammatik kateqoriyadır. Söz birləşməsi
söz kimi nominativ xarakterə malik olub əşyalan, hadisələri və s. ifadə etsə də, onları təklikdə, təcrid
olunmuş halda deyil, bir-biri ilə əlaqədə, münasibətdə ifadə edir. Söz müəyyən məfhumları ifadə
edərkən öz-özlüyündə o məfhumun başqasına münasibətini göstərmir, lakin bütün söz
birləşmələrinin mənasında belə bir əlaqə vardır (müqayisə et: kirab - Əlinin kitabı). Söz
birləşmələrinin ümumi mənası məhz bu əlaqələr əsasında meydana gəlir, Sözlərin leksik, söz
birləşmələrinin qrammatik kateqoriya olması da bununla əlaqədardır.

Söz səslər əsasında, söz birləşməsi isə sözlər əsasında yaranır. Söz cümlə üçün olduğu kimi, söz
birləşməsi üçün də tikinti materialıdır.

3520/215

Buna görə də söz birləşməsinin xarakteri onu əmələ gətirən sözlərlə çox bağlı olur. Əgər birləşməni
əmələ gətirən sözlərin mənası aydı deyildirsə, o vaxt söz birləşməsinin də mənası başa düşülə bilməz.
Lakin söz birləşməsinin mənası onu təşkil edən sözlərin mənasının sadəcə toplusu olmayıb, sözlərin
leksik-semantik məna əlaqələrinin ifadəsi, ümumiləşmiş halıdır. Buna görə də söz birləşməsi yalnız
formasına görə deyil, mahiyyətcə də sözdən fərqlənir.

Söz birləşməsi sözə nisbətən daha çox leksik konkretliyə malikdir. Müqayisə et: oxumaq - kitabı
oxumaq, məktub — bu məktub, saat - qol saan və s. Beləliklə, söz birləşməsində sözün mənası
konkretləşır, dəqiqləşir. Söz birləşməsi daxilində sözdəki abstraksiya zəifləyir. Söz birləşməsində söz
çoxmənalılıqdan, omonimlikdən məhnim olur və tək mənasında çıxış edir. Müqayisə et: göz — insanın
gözü, şkafin gözü, yaz - yaz fəsli: kök — kök adam, ağacın kökü ve s.

Söz birləşməsi ən azı iki müstəqil sözün birləşməsindən əmələ gəlir: onlardan birinin ixtisarı
birləşmənin ixtisarı deməkdir. Söz üçün belə xüsusiyyət toləb edilmir. Hər bir söz iki, üç deyil,
özözlüyündə bir leksik vahiddir. Bu cəhətdən “söz birləşməsi “ söz” deyil, Əksinə, bir halda “söz
birləşməsi “ 2 söz”, başqa halda “söz birləşməsi € 3 söz” və s. ola bilər. Deməli, söz birləşməsinin özü
deyil, hər komponent sözə bərabərdir, hər komponenti bir sözdür.

Birləşmədə köməkçı vasitələrin iştirakı nəucəsində komponentlərin sayından çox söz iştirak edə bilər.
Məsələn, savad almaq üçün oxumaq birləşməsində üç komponent, dörd söz, evə tərəf getmək
birləşməsində iki komponent, üç söz vardır.

Bunlar söz birləşməsini sözdən ciddi şəkildə fərqləndirir. Lakin dildə iki, üç müstəqil sözdən ömələ
gəlmiş sözlər də (mürəkkəb sözlər) fəalıyyət göstərir. Mürəkkəb sözlarin “zahırı görkomi”, ifadə üsulu
söz birləşməsi ilə çox yaxınlıq təşkil edir, bəzən ən incə cəhətlorim nəzərdən keçirmədən onlarn bir-
birindən ayırmaq çox çətin olur. Sözlə söz birləşməsinin fərqləndirilməsi bir qədər asandırsa da,
mürəkkəb sözlərlə söz birləşməsinin münasibətini müəyyənləşdirmək, onları fərqləndirmək. nisbətən
çətindir.

Mürəkkəb sözlər də, əsasən, söz birləşməsinə uyğun şəkildə formalaşır. Həna birləşmələrin törofləri
arasında olan sintaktik əlaqələr mürəkkəb sözlərin əmələ gəlməsi üçün də mühüm əhəmiyyət kəsb
edir və söz birləşmələrmdə olduğu kimi, mürəkkəb sözlər də bu cəhətndən qruplaşır.

36

İSMİ VƏ FELİ BİRLƏŞMƏLƏR

Tabe edən tərəfin ifadə vasitəsinə görə söz birləşmələri üç cür olur: ismi birləşmələr, zərf birləşmələri
və feli birləşmələr.

Zərf birləşmələrinin ismi birləşmələrə oxşadığı və az inkişaf etdiyini nəzərə alaraq, çox vaxt onları
ayrıca qrupa ayırmır və ismi birləşmələrə daxıl edirlər.
İsmi birləşmələr

İsmı birləşmələr adı altında əsas sözü adlarla və ya substantivləşmiş hər hansı bir sözlə ifadə olunan
birləşmələr nəzərdə tutulur.

İsmi birləşmələrin ən çox yayılmış formaları bunlardan ibarətdir: isım”isim (gümüş qaşıq, qala qapıları,
dağın havası), sifetrisim (dadlı meyvə, gözəl şəhər. geniş küçə), say-risim (beş kitab, xeyli adam, birinci
sinif), əvəzlikkisım (əmin yer, sənin kitabın, bu dağlar), feli sifət F isim (gələn adam, oxunmuş kitab,
yazılacaq məktub),

46

25/215

İsmi birləşmələrin nisbətən az yayılmış və az işlənən formaları da vardır. Aşağıdakı birləşmə


formalarını bura daxil etmək olar: isimrFsay (tələbələrdən biri, uşaqların üçü), əvəzlik “say (bizim
birimiz, onların ikisi), isim 1 sifət (uşaqların ən kiçiyi, qadının gözəli), əvəzlik £ sifət (bizim böyüyümüz,
onların qorxağı), sifət “ sifət (gözəllər gözəli, yaxşılar yaxşısı), məsdər “ isim (oxumaq həvəsi, işləmək
arzusu), isim F məsdər (quşun oxumağı, natiqin danışmağı). Çox təsadüfi hallarda işlənən öizim
oxuyanımız, onların oxumuşu və yaxud beşdən biri, beşin üçü və s. tipli birləşmələri də qeyd etmək
olar.

İsmi birləşmələr iki yolla əmələ gəlir: 1) analitik yolla, 2) sintetik yolla. Analitik yolla əmələ gələn ismi
birləşmələrdə xüsusi şəkilçidən istifadə olunmur. Belə birləşmələrin əmələ gəlməsində əsas rolu söz
sırası və intonasiya oynayır: gözə/ həyat, uca dağ, üç dost, belə bağ və s. Analitik yolla ismi
birləşmələrin əmələ gəlməsində bəzən köməkçi sözlərdən də (qoşmalardan) istifadə edilir: Əli kimi
alim, iş üçün alət və s, Sintetik yolla əmələ gələn ismi birləşmələrdə şəkilçilər əsas vasitə hesab
olunur. İsmi birləşmələrin böyük bir qismi bu yolla əmələ gəlir: evin qapısı, dağın zirvəsi, bizim
arzumuz, məktəb direktoru və s,

...

İsmi birləşmələr iki böyük qrupa ayrılır:

I. Təyini söz birləşmələri.

2. Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr.


Təyini söz birləşmələri, Təyini söz birləşmələri atributiv münasibətlər əsasında yaranır (təyinlə təyin
olunanın birləşməsindən əmələ gəlir).

Təyini söz birləşmələrinin üç növü var:

a) birinci növ təyini söz birləşmələri,

b) ikinci növ təyini söz birləşmələri,

c) üçüncü növ təyini söz birləşmələri.

Birinci növ təyini söz birləşmələrinin əmələ gəlməsində heç bir qrammatik-morfolofi əlamətdən
istifadə edilmir. Belə birləşmələr sözlərin yanaşmasından əmələ gəlir, birinci tərəf atributiv, ikinci
tərəf isə həmişə substantiv xüsusiyyət daşıyır: yaxş: kitab, maraqlı dərs, gözəl vətən, oxuyan şagird.
yazan tələbə və s.

Birinci növ təyini söz birləşmələrinin ikinci tərəfi, bir qayda olaraq, isimlə və ya substantivləşmiş hər
hansı bir sözlə, birinci tərəfi isə isimlə, sifətlə, sayla, əvəzliklə və feli sifətlə ifadə olunur. Məsələn:

47

a) birinci tərəfi isimlə ifadə olunanlar: daş hasar, dəmir qapı, gümüş qaşıq, taxta arakəsmə, torpaq
yol, çit paltar, yun parça ve s.

b) binnci tərəfi sifətlə ifadə olunanlar: böyük şəhər, geniş otaq, hündür bina. qiymətli tədqiqat. sərin
su, göy çəmən, qoca bağban, tarixi hadisə, yeni dövr, təvazökar alim, günəşli ölkə və s.

c) birinci tərəfi sayla ifadə olunanlar: beş qitə, on adam, iki millət, ikinci kurs, dördüncü mərhələ,
iyirminci əsr, xeyli əsər, çox kitab və s.

ç) birinci tərəfi əvəzliklə ifadə olunanlar: həmin hadisə, bu ölkə, bütün insanlar, o dağlar və s.

d) birinci tərəfi feli sifətlə ifadə olunanlar: işləyən gənclər, oxuyan uşaqlar, açılan qapı, axan su,
ləpələnən dəniz, yazılmış qanun, gələcək gün, gülməli hadivə, vuruşan ordu və s.
Birinci növ təyini söz birləşməsinin ikinci tərəfi, cümlədəki vəzifəsindən asılı olaraq, müxtəlif şəkilçilər
- kəmiyyət, hal, xəbərlik, mənsubiyyat şəkilçiləri qəbul edə bilər, məs.: Bu sözdən sonra Tüninçü oğlu
məni qucaqladı, öpüşdük, ikimiz də ağladıq (M.S.Ordubadı): Bu adamın yanında böyük bır fanar
qoyulmuşdu. (M.S.Ordubadi), Şəhərin kənarında olan böyük bir bağçada, hər yerdə olan kimi, ağaclar
göyərib yarpaq açmışdı (C.Cabbarlı), O, gözəl, girdəsifət, gənc bir qızdı, şərqli qızlara məxsus qara
dərin, atəşli gözləri, qələntlə çəkilmiş kimi, qara qaşları, incə dodaqları vardı (C.Cabbarlı).

Bu şəkilçilər həmin birləşmənin əlaməti hesab olunmur və onun növünü dəyişmir, çünki onlar söz
birləşməsinin əmələ gəlməsində vacıb ünsürlər kimi çıxış etmir, söz birləşməsi onların köməyi
olmadan əməla gəlir.

Birinci növ təyinı söz birləşməsinin torəfləri ayrı-ayrı cümlə üzvləri rolunda çıxış edir: birinci torəf
həmişə təyin, ikinci tərəf isə mübtəda, xəbər, tamamlıq, zərflik, bəzən də təyin rolunda olur, məs.:
Ağacdacürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü (C.Cabbarlı), Duyan
könüllərdəki:Diləklərdi, diləklər, ən müqəddəs sandığım (N.Xəzn): Gözişləməz zəmilərdə görmüşəm,
Xalqın boyük əməyini bu yerdə (N.Xəzri).

İkinci növ təyini söz birləşməsinin birinci tərəfi heç bir qrammatık-morfoloyi əlamət qəbul emir, ikinci
tərəfi isə mənsubiyyət şəkilçisi ilə işlənir: dağ çayı, bulaq suyu, kənd həyatı, yol qeydləri, alma ağacı,
məktəb binası, tələbə bileti, yaz səhəri, şair xəyalı, vətən torpağı, xalq məhəbbəti və s.

45

İkinci növ təyini söz birləşmələrinin bir sıra mona və qrammatik xüsusiyyətləri var:

a) Bu birləşmələr mənasına göro ümumilik, mücerrədlik billirir. Ona görə də mürəkkəb idaro adları
daha çox bu birləşmələrlə ifadə olunur: Bakı soveti, həmkarlar ittifaqı, kolxoz idarəsi, rayon komitəsi,
komsomol təşkilatı və s.

b) Bu birləşmələrdə mürokkəb isimlərə doğru bir inkişaf meyli var. Mürokkəb isimlərin bir çoxu bu
birləşmolərin formasına osaslanır: kəklikotu, quşəppəyi, suiti, Koroğlu, dəvədabanı, ayaqqabı ve s.

c) Bu birləşmələrin tərəflorinin ifadə vasitolori mohduddur. Onlanın hər iki torofi, osasən, isimlə ifadə
olunur. Başqa nitq hissolorinə aid sözlərlə ifadə olunduqda həmin sözlər substantivloşərok, isim kimi
çıxış edir: ellər gözəli, "beş” arzusu və s.
İkinci növ təyini söz birləşmolərinin torofləri ovozliklə, xüsuson şoxs ovəzlikləri ilə ifadə olunmur (nə
sual əvəzliyindən başqa), ona görə də bu birləşmələrin ikinci tərəfi birinci vo ikinci şəxslərə məxsus
monsubiyyəot şəkilçiləri qobul etmir.

İkinci növ toyini söz birləşmələrinin torəfləri, xüsusən birinci tərəfi ancaq o zaman xüsusi isimlə ifadə
oluna bilor ki, onların əlaqəsi boqiqi mənadan müəyyən dərəcədə ayrılmış olsun, mücerrədləşsin,
həqiqi mənsubiyyət münasibəti olmasın, təoroflər əşyalar, oşyalarla şəxslər arasındakı obyektiv
əlaqələri bildirməkdən daha çox birlikdə bir ad, bir məfhum bildirməyə meyil göstərsinlər, mos.:
Nizami muzeyi, Sabir bağı, Araz çayı, Xəzər dənizi, Azərbaycan gözəli, Nərimanov prospekti, Səttarxan
xiyabanı və s.

ç) İkinci növ toyini söz birləşmələrinin toroflori eyni zamanda cəm şəkilçisi qobul edo bilmir, bir torof
cemlənondo o biri tərəf tək olur: gözə/lər gözəli, dünya gəncləri, həyat aşiqləri, yollar ayrıcı, sular
sonası ve s, (həmkarlar ittifaqları, gənclər təşkilatları kimi biriki birləşmə müstosnadır).

d) Bu birləşməlorin torofləri həmişə yanaşı işlənir və onların arasına heç bir söz daxil ola bilmir.

e) İkinci növ toyini söz birləşmələrinin tərəfləri arasında qarşılıqlı tabelilik əlaqosi var: birinci törəf
idarə əlaqəsi ilə ikinci tərofo, ikinci tərəf isə uzlaşma əlaqəsi ilə birinci tərəfə tabe olur, yəni belə olur:

idarə kolxoz 4” sədri uzlaşma

49

ə) İkinci növ təyini söz birləşmələrinin tərəfləri cümlədə birbirindən ayrılmır və birlikdə (birləşmə
şəklində) cümlənin bir mürekkəb üzvü olur, mas.: //ay vurub, qıy vurub səs sal dağlara, Gözəllər
oylağı göy yaylaqlara (S.Vurğun), Həmid indi gecələr əvvəlki kimi məktəb dərslərini deyil, bütün dünya
siyasətini düşünür və bu siyasət arasında vətəndaşları üçün nicat yolu arayırdı (C.Cabbarlı).

Qoy qırılsın artıq cəllad bıçağı,

Qoy uçulsun ölüm vəqan ocağı.

Dünya olsun azad ana qucağı,

Qalx, qalx, qalx, düşkün dünya (C.Cabbarlı),


Üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi yiyəlik hal şəkilçisi ilə, ikinci terəfi mənsubiyyət
şəkilçiləri ilə işlənir: şəhərin mərkəzi, baharın gəlişi, Şərqin qapısı, ananın öyüdü, zamanın hökmü,
dağların dərdi və s.

Üçüncü növ təyini söz birləşmələrinin də bir sıra məna və qrammatik xüsusiyyətləri var.

a) Üçüncü növ təyini söz birləşmələri ikinci növ təyini söz birləşmələrindən fərqli olaraq, konkretlik,
müəyyənlik bildirir. Bu da onların birmci tərəfinin ifadə forması ilə əlaqədardır, ikinci növ təyini söz
birləşmələrinin birinci tərəfi qeyri-müəyyən (şəkilçisiz) yiyəlik halla ifadə olunursa, üçüncü növ təyini
söz birləşmələrinin birinci tərəfi müəyyən (şəkilçili) yiyəlik halla ifadə olunur. Müqayisə et: kənd yolu
— kəndin yolu, məktəb direktoru - məktəbin direktoru, kitab cıldi - kitabın cildi və s.

b) Bu birləşmələrin tərəflərinin ifadə vasitələri genişdir. Onların torəfləri xüsusi isimlərlə,


substantivləşmiş sifət, say, feli sifət, məsdərlə, eləcə də əvəzliklərlə ifadə oluna bilir, məs.: vərənin
baharı, bağların meyvəsi, Gəncənin havası, Nizaminin əsərləri, gözəllərin vəfası, dağların ucası,
tələbələrin biri, onların çoxu, oxuyanların səsi, oxumağın xeyri, sənin təklifin, bizim məlumatımız və s.

Bu birləşmələrin birinci tərəfi şəxs əvəzlikləri ilə ifadə oluna bildiyinə görə, ikinci tərəfləri hər üç şəxsə
aid mənsubiyyət şəkilçisi ilə işlənir:

Mənim kitabım bizim kitabımız Sənin kitabın sizin kitabınız Onun kitabı onların kitabı

c) Üçüncü növ təyini söz birləşmələrinin torəfləri eyni zamanda cəmlənə bilir: şagirdlərin kitabları,
onların dostları, şəharlərin küçələri və s.

ç) Bu birləşmələrin tərəfləri arasına müxtəlif sözlər daxil etmək olur, həmin sözlər birləşmənin ikinci
tərəfinə aid olub onu izah edir: dağların havası — dağların sərin havası, bulağın suyu — bulağın şırşır
axan suyu, gecənin çöhrəsi — gecənin qara çöhrəsi, Dilşadın səsi - Dilşadın ürək oxşayan gözəl səsi və
s.

d) Bu birləşmələrin də tərəfləri arasında qarşılıqlı tabelilik əlaqəsi var: birinci tərəf idarə əlaqəsi ilə
ikinci tərəfə, ikinci tərəf isə uzlaşma əlaqəsi ilə birinci tərəfə tabe olur:

idarə Sənin x” həyatın uzlaşma

e) Üçüncü növ təyini söz birləşmələrinin də tərəfləri birlikdə (birləşmə şəklində) cümlənin bir
mürəkkəb üzvü olur, məs.: A/ən onu bilirəm ki, sənin bütün təşəbbüslərin xalqın səadəti üçündür
(M.S.Ordubadi): Əmir İnanc nə qədər qaba və şüursuz olsa da, yenə Şərqdə baş verən siyasi
hadisələrin incəliklərini bir-birindən ayıra bilirdi (M.S.Ordubadi), Bizim böyük dünyamızda müxtəlifdir
adamlar, Bir çoxunun öz şəklini çəkməlidir sənətkar (S.Vurğun): Əzəldən günəşin aşiqiyəm mən
(S.Vurğun), Gözlərim görməsə, Göy gölü verin Mənonun gözüylə cahana baxım (N Xəzri).

Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr. Bu ismi birləşmələr dörd yerə ayrılır:

IL Bu birləşmələrdən bir qisminin əmələ gəlməsində heç bir əlavə vasitodən istifadə edilmir. Bunların
birinci tərəfi ismin adlıq halında olur və həmişə substantiv xüsusiyyət daşıyır. Belə birləşmələrin
birinci tərəfinin mənsubiyyət şəkilçili sözlərlə ifadəsi daha çox inkişaf etmişdir. İkinci tərəf, əsasən
sifətlə ifadə olunur, burada -/) (-/i, “lu, -lü) şəkilçili düzəltmə sifətlərdən daha tez-tez istifadə edilir:
gözləri yaşlı, əlləri qanlı, camalı solğun, gözləri dolğun.

Bu birləşmələr həm forma, həm də mənaca birinci növ təyini söz birləşmələrinə yaxınlaşır, onların
məzmununu təyinlə təyin olunan arasındakı əlaqə təşkil edir. Lakin bu ümumi cəhətlər heç də həmin
birləşmələrin birinci növ təyini söz birləşmələri ilə eyniləşdirmir. Bu birləşmələr bir sıra spesifik
xüsusiyyətlərə malik olub, birinci növ təyini söz birləşmələri ilə paralel surətdə işlənməkdədir.

51SÖZ BİRLƏŞMƏSİ VƏ CÜMLƏ

Söz birləşməsi ilə cümlə dilin biri digərindən asılı olmayan, lakin bir-biri ilə çox yaxından bağlı olan
sintaktik vahidləridir.

Bunların hər ikisi sözlər əsasında əmələ gəlir. Sözlərin əlaqələnməsi mə hər iki halda ümumxalq
dilində tarixən yaranmış və ümumiləşərək mücərrədləşmiş qaydalar əsasında olur,

Həm söz birləşmələrində, həm də cümlələrdə real varlıqdan doğan münasibətlər - əşyalar arasındakı,
əşyalarla əlamətlər, hərəkətlər vo s. arasındakı münasibətlər ifadə edilir. Kağızı cırmaq birləş”
məsundə kağız əşyasının cırmaq hərəkətinə münasibəti ifadə edilirsə, kağızı cırdi cümləsində də
həmin münasibət ifadə edilir. Yaxud evə 40

getmək birləşməsində hərəkətin məkana münasibəti necədirsə, evə gedir cümləsində də elədir.

Söz birləşmələrini əmələ gətirən sözlər arasındakı qrammatik əlaqələrlə cümlədəki qrammatik
əlaqələr də, əsasən, bir-birinə uyğun gəlir. Evə germək, evi görmək, evdə oturmaq, evdən gəlmək,
maraqlı kitab, yaxşı danışmaq birləşmələrini cümləyə çevirərək evə gedirəm, evi görürəm, evdə
otururam, evdən gəlirəm, maraqlı kitabdır, yaxşı danışır şəklində işlətsək, birləşmələri əmələ gətirən
sözlərin əlaqəsində heç bir dəyişiklik əmələ gəlməz. Həm birləşmələrdə, həm də cümlələrdə sözlər
idarə (evə getmək - evə gedir, evi görmək - evi görür, evdə oturmaq - evdə oturur, evdən gəlmək -
evdən gəlir) və yanaşma (naraqlı kitab — maraqlı kitabdır, yaxşı danışmaq — yaxşı danışır) əlaqələri
ilə bağlanmışdır.

Söz birləşmələri ilə cümlələrin əmələ gəlməsində iştirak edən qrammatik vasitələr də bir-birinə uyğun
gəlir. Müqayisə et: evdən gəlmək - evdən gəldi, evə tərəf getmək - evə tərəf getdi, gələcək üçün
çalışmaq — gələcək üçün çalışırıq.

Sözlərin sırasına görə də söz birləşməsi ilə cümlə arasında yaxınlıq vardır. Bunların hər ikisində sözlər
eyni ardıcıllıqla sıralanır. Əli gələndə - Əli gəlir. kitabı oxumaq - kitabı oxudun, evdən ötrü darıxmaq -
evdən ötrü darıxır və s.

Lakin bunlar mahiyyətcə bir-birindən ciddi şəkildə fərqlənir. Söz birləşmələri ilə cümlələr arasındakı
əsas fərq onların mənası ilə olaqodardır. Cümlə bitmiş fikir ifadə edən nitq vahididir. Cümlə dilin
bütün başqa hissələrindən, bütün leksik və qrammatik kateqoriyalardan, birinci növbədə onunla
fərqlənir ki, o (yoni cümlə), ünsiyyət vasitəsidir, fikir ifadə edir. Söz birləşməsi isə cümlədən fərqli
olaraq, heç bir bitmiş fikir ifadə etmir. Müqayisə et: 5u kirabdır - bu kitab, evə getdi — evə gedən,
kitabı aldı — kitabı almaq.

Söz birləşməsi ilə cümlə arasında olan bu fərqli cəhət — məna fərqi onlar arasında bir sira başqa
fərqli xüsusiyyətlərin do meydana çıxmasına səbəb olur. Cümlədə sözlər dinamik xarakter daşıyır,
foaliyyət göstərir. Söz birləşməsində vo onu təşkil edən ayrı-ayrı sözlərdə belə dinamiklik yoxdur. O,
statik xüsusiyyətə malikdir və buna görodir kt, söz birləşmələri sözlər kimi nominativ xarakterə malik

olur. Söz birləşmələri hadisələri, prosesləri, onların əlaqələrini durğun şəkildə qeyd edir, adlandırır.

4Cümlə üçün iki mühüm əlamətin varlığı vacibdir. Bunlardan bin predikativlik, ikincisi iso cümləyə
məxsus intonasiyadır. Bu iki əlamət vəhdət təşkil edir və sözlərin, söz birləşmələrinin cümləyə
çevrilərək fikir ifadə etməsində həlledici rol oynayır. Bu əlamətlərin heç biri söz birləşmələrində
yoxdur.

Cümlə ilə söz birləşməsini fərqlondirən əlamətlərdən biri də modallıqdır. Modallıq mühüm
qrammatik kateqoriyalardan olub, cümlənin əsas əlamətlərindən biri sayılır. Söz birləşmələrində isə
modallıq olmur.

“ümlələrdə modallığı daha qabarıq şəkildə nəzərə çarpdırmaq və müxtəhf upli münasibətlər ifadə
etmək üçün xüsusi söz qruplarından istifadə olunur: məs: Əlbərrə ki, o, Alının fikrini bilmirdi
(M.Hüseyn): Dayan: Bəlkə, o hələ getməmişdir (Ə.Məmmədxanlı), Qəribədir, adətən, bütün aşiqlər öz
sevgililərinə səxavətlə səadət vad etmişlər, sən isə mənə bunu da çox görürsən (Ə.Məmmədxanlı).
Söz birləşmələrində isə belə sözlər işlədilmir. Bu o deməkdir ki, söz birləşmələrində modallığın zahin
əlamətlərini də görmək olmur.

Umumiyyətlə, cümlənin imkanları söz birləşməsinin imkanlarından çox-çox geniydir. Söz birləşməsinin
əmələgəlmə qaydaları cümlənin bütün qrammatik sxemini əhatə edə bilmir. Cümlənin əmələ
gəlməsində dilin, demək olar ki, bütün vasitələri, bütün hissələri iştirak edir. Sanki cümlə dildə olan və
dilçilik elminin müxtəlif sahələrının tədqiq etdiyi dil faktlarının, müxtəlif dəyişmələrin,
rəngarəngliklərin yekunudur. Elə bil ki, bunların hamısı nəticə etibarilə cümlə qurmaq üçündür Bu
cəhətdən söz birləşməsi özü də insana məhz cümlə vasitəsi ilə xidmət edir, dilin bir ünsürü kimi,
özünün kommunikativ vəzifəsini cümlədə yerinə yetirir: o da söz kimi, cümləyə tikinti matenali
halında daxil olur. Məhz buna görədir ki, cümləni təşkil edən ünsürlər çox müxtəlif olduğu halda,
oraya (cümləyə) cümlənın təşkilində bilavasitə iştirak etməyən, lakin ona müxtəlif məna çalarlıqları
verən, əlavə xüsusiyyətlər gətirən bir sıra əlavə vasitələr daxıl olur: söz birləşməsi isə öz əsas
teşkilediciləri ilə məhdudlaşır.

Cümlədə xıtablardan, ara sözlərdən, nidalardan, ədatlardan və bağlayıcılardan geniş dairədə istifadə
olunduğu halda, söz birləşmələrində bunlardan istifadə olunmur.

SÖZ BİRLƏŞMƏLƏRİNİN NÖVLƏRİ SƏRBƏST VƏ SABİT BİRLƏŞMƏLƏR

Söz birləşmələrinin komponentlərinin leksik-semantik əlaqəsi, bu əlaqənin xüsusiyyəti və xarakteri


söz birləşmələrinin müəyyənləşməsində mühüm rol oynayır. Bu cəhətdən söz birləşmələri bir-
birindən ciddi şəkildə fərqlənir və bununla əlaqədar olaraq, onlar (söz birləşmələri) “sərbəst” və
“sabit” birləşmələr adları ilə iki böyük qrupa ayrılır. Söz birləşmələrinin hər bır növünün özünəməxsus
xüsusiyyəti, mövqeyi, mənası vardır.

Sərbəst birləşmələr əsil qrammatik birləşmələr olub, söz birləşmələri haqqında sintaktik təlimin əsas
və vahid obyektidir. Bu birləşmələri əmələ gətirən sözlər öz əsil mənalarından uzaqlaşmır, öz leksik
müstəqilliyini saxlayır və birləşmənin leksik-semantik deyil, leksik-qrammatik ünsürləri olurlar. Belə
birləşmələri hissələrinə ayırmaq, təhlil etmək olur və bu təhlil onların ümumi ruhunu pozmur,
birləşmənin əsas mənasına təsir etmir: yaxşı əsər, hündür bina, kitabın cildi, məktəbdə oxumaq Və s.

Sabit birləşmələr belə sorbəstliyə malik olmur, onlar dilin tarixi inkişafı prosesində yaranır və
sabitləşir, dildə onlardan hazır şəkildə istifadə olunur. Belə birləşmələri əmələ gətirən sözlər öz
əvvəlki mənalarından az və ya çox dərəcədə uzaqlaşır, onların mənaları birləşmənin ümumi mənası
fonunda itir, hissedilməz olur və beləliklə, bu sözlor birləşmənin leksik-semantik ünsürlərinə çevrilmiş
olur. Bu sözlər birləşmə daxilində ümumi bir məna, bir məfhum ifadə edirlər: başına hava gəlmək,
dilotu yemək, gözdən pərdə asmaq, fikir çəkmək, sözündən dönmək və s.
Sabit birləşmələr leksik birloşmələrdir, buna görə də onlar söz birləşmələri haqqında sintaktik təlimə
daxil olmur. Sintaksisdə söz birləşmələrindən bəhs edərkən yalnız sərbəst birləşmələr nəzərdə
tutulur.

Sabit birləşmələr sərbəst birləşmələrin məna inkişafı nəticəsində əmələ gəlir. Sərbəst birləşmələrdən
sabit birləşmələrə doğru inkişafda forma dəyişikliyi getmir. Sabit birləşmə söz birləşməsinin köhnə
forma əsasında yeni mahiyyət kəsb etməsidir. Sərbəst birləşmə hansı modelə əsaslanırsa, sabit
birləşmə də həmin model əsasında yaranır və inkişaf edir, Statik vəziyyətdə götürdükdə formaları
cəhət

43

dən sərbəst və sabit birləşmələr arasında heç bir ciddi fərq tapmaq olmur. Onlar eyni qrammatik
qaydalara əsaslanır. Hər iki birləşmə növünün ümumi strukturu, modeli, komponentlərinin forması,
qrammatik əlaqələri bir-birinə uyğun gəlir. Bu cəhətdən aşağıdakı tutuşdurmaya nəzər yetirmək
kifayətdir.

Sərbəst birləşmələr Sabit birləşmələr

1. uö "Tİ tab almaq, mə e üb yazDil tökm ağız açmaq, sıxıntı çəkm . , SV içmək, meyvə yemək, dərs öy,
öz çıxartmaq, hava almaq, intiqam alrənmək, yük daşımaq, maq, göz döymək,

2. Kitabı oxumaq, məktubu göndərmək, Könlünü almaq, başını ucaltmaq, babaşını daramaq, dərsini
öyrənmək, ını aparmaq, cilovunu yığmaq, zəhlə

arını yandırmaq, ini aparmaq, başını piyləmək, atasını yandırmaq, 3. Evə getmək, kitaba baxmaq,
dəftərə Başa çıxmaq, vecinə gəlmək,başa bat

azmaq, divara dəymək (toxunmaq), maq, ayağına yazmaq, ürəyinə dəymək, uya batmaq, ələ
götürmək, dağa çıxağlına batmaq, ələ almaq, gözə girmək,

maq, 4. Yoldan keçmək, maşından düşmək, Ürəyindən keçmək, gözdən düşmək, ağacdan düşmək,
evdən getmək, kitabnəzərdən keçirmək, abırdan salmaq, dan oxumaq, nəzərdən düşmək, başından
eləmək,

5. Açıq qapı, örtülü pəncərə. çıq ürək, örtülü bazar (dostluğu pozar),
Azərbaycan dilində eyni leksik vahidlərdən eyni model əsasında təşkil olunmuş bir sıra birləşmələr də
var ki, eyni formada yerinə görə həm sərbəst birləşmə, həm də sabit birləşmə kimi istifadə olunur.
Yo/dan çıxmaq, əldən düşmək, əldən salmaq, yolunu azmaq, tor atmaq, tora düşmək, nazik əyirmək,
ayağı büdrəmək, quyruq bulamaq, isti aşa soyuq su qatmaq və s. kimi birləşmələr belə xüsusiyyət
daşıyır. Məs: Maşın gələndə yoldan çıxmaq lazımdır cümləsində yoldan çıxmaq sərbəst birləşmə kimi,
Pis adamlara qoşulub yoldan çıxmaq insanın həyatı üçün təhlükəlidir cümləsində yo/dan çıxmaq sabit
birləşmə kimi işlənmişdir.

SADƏ VƏ MÜRƏKKƏB BİRLƏŞMƏLƏR

Söz birləşməsi dedikdə, adətən, iki müstəqil sözün birləşməsi nəzərdə tutulur. Ona görə də iki sözlü
birləşmələr sadə birləşmələr hesab olunur, məs.: yaşıl çəmən, oxumaq həvəsi, bahar fəsli, kitabı
sevmək.

Qeyd. Burada söz deyərkon müstəqil mənalı sözlər nəzərdə tutulur, Köməkçi sözlər söz
birləşmələrinin sadə və mürəkkəb olmasında heç bir rol oynamır, Buna görə de evə gefmək birləşməsi
sade olduğu kimi, evə sarı getmək birləşməsi də sadədir.

Sadə birləşmələr söz birləşmələrinin çıxış nöqtəsi, ilk variantıdır. Belə birləşmələr minimum zəruri
ünsürlərdən təşkil olunur, bu ünsürlərdən birinin ixtisarı söz birləşməsinin ləğvi deməkdir. Sadə

birləşmələr dilin quruluşu nöqteyi-nəzərindən söz birləşmələri haqqında sintaktik təlimin bütün əsas
tələblərinə cavab verir.

İkidən artıq müstəqil sözdən əmələ gəlmiş birləşmələr mürəkkəb birləşmələr hesab olunur: dərs
kirabının cildi, şadlığından sevinən uşaq və s. Mürəkkəb birləşmələr sadə birləşmələr əsasında, sadə
birləşmələrin bu və ya başqa şəkildə genişlənməsi nəticəsində əmələ gəlir və onlar da sadə
birləşmələrdə istifadə olunan qrammatik formalara əsaslanır. Mürəkkəb birləşmələr söz çoxluğu və
məzmun genişliyi ilə sadə birləşmələrdən fərqlənir. Dildə mürəkkəb birləşmələrdən tez-tez istifadə
olunur, mürəkkəb birləşmələrin bir neçə sözdən ibarət olması onlarda maraqlı quruluş xüsusiyyətləri
əmələ gətirir.

Bu cəhətdən mürəkkəb birləşmələrin aşağıdakı formalarını qeyd edə bilərik:

1. Bir tabeedici və bir neçə tabe sözdən ibarət olan mürəkkəb birləşmələr. Belə birləşmələrdə tabe
sözlər bir-biri ilə qrammatik əla

qədə olmur, hər biri birbaşa əsas sözə tabe olur. Bu üpli mürəkkəb birləşmələri iki yerə ayırmaq olar:
a) tabeedici söz substantiv xüsusiyyətə malikdir və bir qayda

olaraq, isimdir: evdəki beş gümüş qaşıq, həmin möhkəm daş hasar,

b) tabeedici söz feldir: səhər mağazadan kitab almaq, çiçəkləri

evə göndərmək, kitabları evdən məktəbə aparanda. 2. Birləşmədəki sözlərin hamısı deyil, bir qismi
birləşmənin əsas tabcedici sözü ilə qrammatik əlaqə saxlayır. Belə birləşmələrin : 45

daxilində əsas tabeedici sözlə qrammatik əlaqədə olmayan sözlər də iştirak edir. Bu sözlər mürəkkəb
birləşmələrdəki başqa sözlərə tabe olur. Beləliklə, mürəkkəb birləşmə daxilində əsas tabeedici sözün
iştirak etmədiyi əlavə söz birləşmələri də ayırmaq mümkün olur: həmin evdəki maraqlı kitab,
adamlara baxmadan astaca getmək, bu kitabı oxumaq: kıtab, dəftər və qələmləri yığışdırıb evə
gedəndə zəngin səsini eşitmək (onun üçün gözlənilməz idi).

Bu birləşmələrin daxilində bir neçə əlavə, ikinci dərəcəli mərkəzləşdirici üzvlər də müəyyənləşdirmək
mümkündür.

3. Sıra ilə biri digəri ilə qarşılıqlı tabelilik əlaqəsində olan sözlərin silsiləsindən ibarət mürəkkəb
birləşmələr. Belə mürəkkəb birləşmələr ikinci və üçüncü növ təyıni söz birləşmələrinə əsaslanır:

filolofi fakültənin dekanıinın müavini, Moskva universitetinin kimya fakültəsi, kolxoz sədrinin qardaşı
oğlu.

Belə birləşmələrdə həmin birləşmələrin bu və ya digər tərəfini izah edən və ya həmin birləşmə
vasitəsi ilə izah olunan, lakin əlaqədar olduğu sözlə qarşılıqlı deyil, birtərəfli tabelilik əlaqəsi saxlaması
ilə birləşmədəki başqa sözlərdən fərqlənən sözlər də iştirak edir:

filolofi yakültənin dekanının birinci müavini, filolofi fakültənin dekanının yazdığı məktub, bu kolxozun
ferma müdiri. Bu birləşmələrdəki birinci, məktub və bu sözləri belə xüsusiyyət daşıyır.

You might also like