You are on page 1of 13

[22/4 23:51] Ruslan: 1.

QAZIMA QURGULARI

1.1. Ümumi məlumatlar

Qazıma qurğuları fırlanma üsulu ilə istismar və dərin kəşfiyyat quyularını qazımaq üçün tətbiq olunur.
Fırlanrna üsulunun texnologiyası aşağıdakı əsas əməliyyatlardan təşkil

olunur:

süxurdağıdıcı alətin fırladılması və quyu dərinləşdikcə boyuna veriş,

quyuların yuyulması və qazılmış süxurların yer səthinə qaldırılması,

quyu dərinləşdikcə qazıma kəmərinin uzadılması, süxurdağıdıcı alətin və quyudibi mühərrikin


dəyişdirilməsi üçün qazıma kəmərinin qaldırılması və endirilməsi, yuyucu məhlulun hazırlanması,
emalı və təmizlənməsi, quyunun bərkidilməsi üçün qoruyucu kəmərin endirilməsi.

Bu əməliyyatları və eləcə də qəza işlərini yerinə yetirmək üçün öz funksional təyinatına görə
fərqlənən müxtəlif maşınlar, mexanizmlər və avadanlıqlar tələb olunur. Quyuların qazılması üçün
tələb olunan, onları hazırlayan müəssisələrdə birləşdirilməyən, lakin bir-biri ilə qarşılıqlı əlaqəli
istismar funksiyaları və parametrləri olan maşınlar, mexanizmlər və avadanlıqlar yığımı qazıma
kompleksi adlanır.

Qazıma qurğusu qazıma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyilə sərbəst texnolofi
əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmləri və avadanlıqları
kompleksidir.

[22/4 23:52] Ruslan: Müasir qazıma qurğuları aşağıdakı tərkib hissələrə bolu

nürlər:
b qazıma avadanlığı (fal mexanizmi, nasoslar, bucurqad, fırlanğıc, rotor, intiqal, yanacaq-yağ qurğusu,
dizel elektrik stansiyaları, pnevmosistem),

y qazıma tikililəri (vışka, özül, quraşdırılıb-sökülən karkaspanel örtüklər):

y əməktutumlu işlərin mexanikləşdirilməsi üçün avadanlıq (balta verimini tənzimləyən, endirib-


qaldırma əməliyyatını avtomatlaşdırmaq üçün mexanizmlər, borular üçün pnevmatik pazlı tutucu,
avtomatik qazıma açarı, köməkçi bucurqad, təmir işləri üçün kranlar, qazıma prosesinə nəzarət pultu,
idarə postu),

ö yuyucu məhlulun hazırlanması, təmizlənməsi və emalı üçün avadanlıq (hazırlama bloku, vibroələk,
qum və gil ayırıcıları, nasoslar. kimyəvi reagentlər, su və yuyucu məhlul üçün tutumlar), manifold
(blok icrasında vurma xətti, drossel-tıxayıcı quruluş, qazıma şlanqı):

y qazıma qurgusu bloklarını qızdırmaq üçün quruluşlar.

Qazıma qurğusunun tərkibi və komponovkası şəkil l.l-də, müasir qazıma qurğusunun ümumi
görünüşü isə şəkil 1.2-də göstərilmişdir.

1.2. Qazıma qurğularına olan tələblər

Qazıma qurğularına olan tələbləri qazıma şəraiti və qurğunun texniki mükəmməlliyinin səviyyəsini:
səciyyələndirən göstəricilər müəyyənləşdirir. Qazıma şəraitini müəyyən edən aşağıdakı amilləri birinci
növbədə nəzərə almaq lazımdir:

[22/4 23:53] Ruslan: en —..Şg -m ia

Şəkil 1.1. Qazıma qurğusunun tərkibi və komponovkası

I-kolləçarx: 2-vişka: 3-vişkanın balkonu, 4-tal kanatı, 5-tal bloku: 6-qarmaq, 7fırlanğıc, 8-qazıma əlcəyi,
9-al kanatı tənzimləyicisi, 10-avtomatik qazıma açarı, 11-şamdan: 12 rotor, 13-bucurqad: 14 örürmə
qutusu: 15-maili ötürmə, 16 güc aqreqatları: 17 kompressor stansiyası, 18-dövran sistemi, 19-qazıma
nasosu: 20-manifold, 21-güc aqreqatlarının cəmləyici reduktoru, 22-baltanın verim tənzimləyicisi, 23
hidrodinamiki əyləc, 24-hidrosiklonlar, 25 titrəmə

ələkləri, 26-buruq döşəməsi, 27 qabul körpücüyü və stellai, 28-konsol-döndərmə kranı.

[22/4 23:54] Ruslan: YY VvV


v

224

Şəkil 1.2, Müasir qazıma qurğusunun ümumi görünüşü

təbii-iqlim və geolofi amillər,

təmir bazalarından və ener/i mənbələrindən uzaqlıq:

yeni qazıma nöqtələrinə köçmə tezliyi,

ətraf mühitin qazlaşması, iş yerlərinin yuyucu məhlul ilə çirklənməsi,

quyu lüləsinda mümkün çətinləşmələrin aradan qaldırılması üçün qazıma prosesi fasiləsizliyinin
təmini,

yuyucu məhlulun yüksək abrazivliyi və korroziya aktivliyi, iş yerlərinin darlığı və digərləri.

[22/4 23:56] Ruslan: Texniki “ Xüsusi İstismar Tələblər 1 Sosial 1 Texnoloh , İqtisadi

Texniki tələblər ondan ibarətdir ki, qazıma qurğusunun konstruksiyası elm və texnikanın ən yeni
nailiyyətlərinə cavab versin, onun parametrləri isə dünya standartlarına və müasir qazıma
texnologiyasının tələblərinə uyğun gəlsin, Qazıma qurğusunun tərkibinə daxil olan maşın və
avadanlıqlar yüksək faydalı iş əmsalına (f.i.ə.), lazımi möhkəmliyə, etibarlılığa və uzunömürlüyə malik
olmalıdır.

İstismar tələbləri ona əsaslanır ki, istismar prosesində qazıma qurğusunun işləmə qabiliyyəti texniki
xidmət və təmirlərə saxlanılacaqdır. Bu məqsədlə qazıma qurğusunun yüksək təmirə yararlığını təmin
etmək lazımdır, yəni onun aqreqatları texniki xidmət və təmir üçün əl çatan olmalı, texniki vəziyyətinə
nəzarət mümkün olmalı və tezyeyilən düyünləri və detalları dəyişdirməyə imkan verməlidir.

Texnolofi tələblər qazıma qurğularının hazırlanmasına sərf olunan maddi və əmək ehtiyatları ilə
bağlıdır. Bunlara aşağıdakılar aid olunur:
[22/4 23:57] Ruslan: F maşının struktur sxemini maksimum təkmilləşdirməklə onun konstruksiyasının
sadəliyi,

5 detalların formasının sadəliyi, materialın və materiala

qənaət məqsədilə məmulatın alınma üsulunun rasional

seçilməsi,

hazırlanma və səthin kələ-kötürlüyünün optimal

dəqiqliyi, emal olunan səthlərin ölçülərinin azaldılması,

detalların qarşılıqlı təsirini təmin edən müsaidə və

oturtmaların düzgün seçilməsi, qarşılıqlı əvəzolunma,

standart və unifikasiya olunmuş düyün və detallardan

maksimum istifadə olunması,

mexaniki emal və yığım vaxtı istıfadə olunan kəsici və

bərkidici alətlərin nomenklaturunun azaldılması.

v€ V V VY

İqtisadi tələblər qazıma qurğusunun səmərəliyini müəyyənləşdirən minimum. istehsal və istismar


xərclərini təmin etmək tələbatı ilə bağlıdır. Bu tələblərin ən vacibi maşın və avadanlıqların material
tutumunu azaltmaq yolu ilə metal və digər materiallara qənaət olunmasıdır. İstismar iqtisadi
göstəricilərə mexaniki qazıma və endirib-qaldırma əməliyyatının məhsuldarlığı, hazırlıqtamamlama,
köməkçi və təmir işlərinə sərf olunan vaxt aiddir.
Sosial tələblərə işin təhlükəsizliyi, idarəetmənin yüngüllüyü və xidmət heyəti üçün normal əmək
şəraitinin təmini aid olunur. Qazmaçıların işi ağır və təhlükəli iş şəraitinə aid olunduğundan sosial
tələblər vacib sayılmalıdır.

Xüsusi tələblər qazıma qurğularının iş şəraiti ilə bağlıdır. Qazıma maşınlarının və bütövlükdə
qurğunun komponovka sxemləri və əndazə ölçüləri xidmət və idarə olunmanın rahatlığı, eləcə də
istifadə olunan sahə məhdudluğunun nəzərə alınması şərti ilə seçilir. Qazıma maşınlarının kütləsi
mədən kranlarının və nəqliyyat vasitələrinin yükqaldırma qabiliyyətinə uyğun gəlməlidir. Elektrik
avadanlıqları partlayışa qarşı təhlükəsiz icrada olmalıdır.

[22/4 23:58] Ruslan: 1.3. Qazıma qurğularının təsnifatı və parametrləri

1959-cu ildə ilk dəfə olaraq istismar və dərin kəşfiyyat qazması üçün qazıma qurğularının əsas
parametrlərini əks etdirən N900-59 sahə norması qəbul edilmişdir. Orada nominal yükqaldırmanı
(500, 750, 1250, 2000 və 3000 kN) və digər parametrlərinə görə fərqlənən 5 sinif qazıma qurğusu
nəzərdə tutulurdu. N900-59 normasının əvəzinə bəzi dəyişiklik və əlavələrlə N900 normalı daxil
edilmişdir. Bu normal əsasında QOST 16293 işlənmiş və fəaliyyət göstərmiş, onun əvəzinə isə sonra
QOST 16293-82 hazırlanmışdır.

Qazıma qurğularının standartlarına daxil edilmiş parametrlər sırasından qazıma qurğusunun istismar
imkanlarını daha ətraflı xarakterizə edən əsas parametr ayrılır. N900-59 və N900-66 normalarının
fəaliyyəti dövründə əsas parametr kimi, qiyməti qazıma qurğusunun şifrində göstərilən (məsələn,
Bu80BrD və ya Uralmaş 125 BD) nominal yükqaldırma qəbul edilmişdir.

QOST 16293-də keçid və quyunun möhkəmləndirilmə prosesində qarmağa düşən buraxıla bilən
maksımal yükə və qazıma kəmərinin 1 m-nin çəkisini 30 kq götürməklə təyin edilən quyuların şərti
qazıma dərinliyinə görə fərqlənən 9 qazıma qurğusu sinfi təqdim edilmişdir.

QOST 16293-ə əsas parametrləri qarmağa düşən buraxıla bilən yük və qazıma dərinliyinin şərti
diapazonu olan 11 sinif daxil edilmişdir. Müvafiq olaraq yeni qazıma qurğularının şifrində qarmağa
düşən buraxıla bilən yük və şərti qazıma dərinliyi göstərilir (məsələn, BU1600/100GU). Qazıma
qurğularının şifrində göstərilən vacib fərqlənmə əlamətləri sırasına güc intiqalının tipi (D-dizel, DQ-
dizelhidravliki, DGR-dizel-elektrik tənzimlənən, Gdəyişən elektrik cərəyanlı, GP -sabit elektrik
cərəyanlı və s.) və qazıma qurğusunun quraşdırılma qabiliyyətliyi (U-universal quraşdrılma
qabiliyyətli) aiddir. QOST 16293-ün əhatə etdiyi qazıma qurğularının əsas parametrləri cədvəl 1.1-də
verilmişdir.

[22/4 23:59] Ruslan: 8. FIRLANĞIC

8.1. Fırlanğıcın təyinatı, xarakteristikası və konstruksiyası


Fırlanğıc qazıma qurğusunun məsul və ağır yüklənmiş düyünüdür. Onun işləmə qabiliyyəti qazıma
qurğusunun bütövlükdə imtınasız işini müəyyən edir və qazıma briqadasının əmək məhsuldarlığına
mühüm dərəcədə təsir göstərir.

Fırlanğıcların layihələndirilməsinin asasını bütün istismar dövründə eyni möhkəmlikli konstruksiyanın


yaradılması təskil edir. Onun layihələndirilməsində statik möhkəmliyin ehtiyat əmsalının ən azı üçə
bərabər götürülməsi məsləhət görülür. Hesablamalar ən böyük statiki yük üçün, dinamiki yüklənmə
əmsalı nəzərə alınmaqla aparılmalıdır.

Fırlanğıcın istismarı prosesində onun cari təmiri vacibdir, bu zaman profilaktiki tədbirlərlə yanaşı
kipgəc və maniet kipləndiriciləri də dəyişdirilir. Kipləndirmə quruluşlarının detalları tez yeyilən
olduğundan onlar dövri olaraq dəyişdirilir. Layihələndirmə zamanı fırlanğıcın əsas dayağının
dəyişdirilməsi ilə bağlı əsaslı təmirin planlaşdırılmasına yol verilir.

Yüklənmiş detalların ölçülərinin layihə hesablamaları buraxıla bilən gərginliklərə əsaslanır. Əsas
diqqəti poladın optimal seçilməsinə, onun termiki və kimyəvi-termiki emalına yönəltmək lazımdır.

Qazıma fırlanğıcı lülədən asılmış qazıma kəmərinin sərbəst fırlanmasını, eyni zamanda onun mərkəzi
deşiyinə qazıma məhlulunun vurulmasını təmin etməlidir. Bronlaşdırılmış yüksək təzyiq şlanqının
köməyilə fırlanğıc manifoldun tərpənməz dayağını fırlanan qazıma kəməri ilə hidravliki əlaqələndirir.

Fırlanğıc iki qrup detallardan təşkil olunur:

[23/4 00:00] Ruslan: " firlanmayan, qarmaq və tal sistemi ilə bağlı detallar (firlanğıcın gövdəsi, asqı və
əyri boru), s qazıma boru kəməri və onunla birlikdə fırlanan detallar (firlanğıcın lüləsi və çevirici).
Bunlardan başqa yastıq və kipgəc düyünləri də vardır. Fırlanğıcın uzünömürlüyü yastıq düyünlərinin
və hər şeydən əvvəl əsas dayaq yastığının, həmçinin kipləndirmə quruluşlarının və basqı borusunun
normal işləməsi ilə müəyyən olunur. Lülənin yastıqlarda quraşdırılması sxeminə görə fırlanğıclar iki-,
üç və dörd-dayaqlı ola bilərlər. Fırlanğıcların texniki xarakteristikaları cədvəl 8.l-də verilmişdir.

yr. 1YƏ0ƏO1

[23/4 00:00] Ruslan: Kiçik yükqaldırmalı fırlanğıclarda əsas və köməkçi dayaqlar kimi ikidayaqlı radial-
dayaq yastıqlı konstruksiyanın tətbiqi mümkündür (şək.8.0). Orta yükqaldırmalı firlanğıclarda
üçdayaqlı konstruksiya işlədilir. Əsas dayaq kimi dayaq-radial yastıq, köməkçi yastıq kimi - dayaq
yastığı tətbiq oluna bilər, radial yastıq isə mərkəzləmə rolunu oynayır. Bu halda əsas yastıq həm də
ikinci mərkəzləmə yastığı roluna xidmət edir. Əsas dayağa olan yükü azaltmaq məqsədilə dayaq
diyircəkli yastıqdan istifadə etmək məqsədəuyğundur.

Daha geniş yayılan konstruksiya dörddayaqlı fırlanğıcdır (şək.8.2).


[23/4 00:01] Ruslan: —-—-

Şəkil 8.2. Dörd dayaqlı konstruksiya

Şəkil 8.3 - də göstərilmiş fırlanğıcın konstruksiyası onun etibarlığına irəli sürülən yüksək tələbləri
nəzərdə tutur:

əsas dayaq — konus diyircəkli dayaq yastığı -firlanğıcın əsaslı təmirə qədər iş resursunu artırır,

əyri borunun yüksək legirləşdirilmiş poladdan hazırlanması böyük təzyiqlərdə yuma mayesinin
təsirinə görə tələb olunan dayanıqlığı təmin edir,

fırlanğıcın gövdəsinin aşağı hissəsinin konstruksiyası yağ vannasının etibarlı kipləndirilməsinə təminat
verir, tez sökülə bilən kipləndirmə düyünündə manietlə təmas yerində borunun işçi səthi plazmalı
püskürmə üsulu ilə möhkəmləndirilmişdir,

firlanmaya növbə ilə qoşulma hesabına manietlərin xidmət müddəti artırılmışdır.

[23/4 00:01] Ruslan: Şəkil 8.3. Fırlanğıcın konstruksiyası və işçi vəziyyəti

Bu sxem üzrə UVI60MA, UV175MA, UV250MA, UV270MA, UV320MA, UV450MA, UV500MA


firlanğıcları buraxılır. Onlarda əsas dayaq silindrik diyircəkli dayaq yastıqları, aşağıdan yuxarı
istiqamətlənmiş yükləri qəbul edən köməkçi yastıq isə kürəcikli dayaq yastığı şəklində istifadə olunur.
Əsas yastıq statiki yükqaldırmaya yoxlanmaqla dinamiki yükqaldırma üzrə uzunömürlüyə hesablanır.
Köməkçi yastıqlar konstruktiv olaraq seçilir. İki mərkəzləşdirici yastıq disbalansdan yaranan yükləri
qəbul edir və konstruktiv qəbul olunur. Onlar adətən radial kürəcikli yastıqlardan secilir.
Konstruksiyalandırma zamanı çalışmaq lazımdır ki, mərkəzləşdirici dayaqlar arasındakı məsafə imkan
daxilində böyük olsun.

Fırlanğıcı qazıma boru kəməri ilə birləşdirmək üçün lülənin aşağı ucunda qıfil yivli mufta qoyulur.
Onun yeyilməsini azaltmaq məqsədilə çevirici nəzərdə tutulur. Lülənin yuxarı hissəsində basqı
borusunu yerləşdirmək və kiplik yaratmaq üçün yonma deşik açılır.

[23/4 00:02] Ruslan: 15. QAZIMA QURGULARININ TRANSMİSİYASI

15.1.Təyinatı və əsas tələblər


Qazıma avadanlığı mexanizmlərində vallar arasında kinematik əlaqəni həyata keçirmək, fırlanma
sürətini və istiqamətini, burucu momentləri dəyişdirmək üçün zəncir, pazvari qayış və dişlı ötürmələr
istifadə olunur. Geolofi-kəşfiyyat qazımasında, kiçik gücə malik qurğularda valların mərkəzlər arası
məsafəsinin nisbətən kiçik qiymətlərində (0,5 m-dək) həmişə dişli ötürmələrdən, mərkəzlər arası
məsafənin 0,5 m-dən böyük qiymətlərində pazvari qayış ötürməsindən istifadə olunur.

İstismar qazıması üçün qurğularda, böyük güclərin (5002000 kVt) ötürülməsi üçün və mərkəzlər arası
məsafənin 1 m-dən böyük qiymətlərində çoxsıralı zəncir və pazvari qayış ötürmələri tətbiq olunur.
Mərkəzlər arası məsafənin 1 m-dən az qiymətlərində - nasos reduktorlarında, ötürməni dəyişən
qutunun revers quruluşlarında, rotor intiqallarında və s. dişli ötürmələrdən istifadə olunur.

Qazıma qurğularının transmisiyasını qoşmaq və ayırmaq üçün məxsusi yaradılmış friksion


muftalardan istifadə ohınur,

Muftaların iş şəraiti onların konstruksiyalarına bir sıra tələblər irəli sürür: səlis və cəld qoşulma və
ilişmədon ayrılma, uzaq məsafədən idarə olunma, qızmadan uzun müddətli və etibarlı işləmə, kiçik
kütləyə və ətalət momentinə malik olmaq: dinamiki müvazinətləşmə, çöl şəraitində nizamlama və
təmirin sadəliyi və rahatlığı.

Muftanın ötürdüyü burucu moment sürtünmə qüvvələri nəticəsində yaradıldığından onun əndazə
ölçüləri və çəkisi sürtünmə əmsalı və təmas yükünün qiymətindən asılı olur.

[23/4 00:03] Ruslan: 15.2. İlişmə muftaları

Friksion ilişmə muftaları. Qazıma qurğularının transmisiyalarında bir sıra üstünlüklərinə görə friksion
ilişməli muftalar geniş yayılmışdır:

ə İlişən valların bucaq sürətləri arasındakı böyük fərqlərdə qoşulma,

e Tədriclə işə salmada zərbəsiz qoşulma,

e Aparılan hissələrin işə salma vaxtının və muftanın ötürəcəyi həddi momentin bir qədər
tənzimlənməsinin mümkünlüyü,

e Fırlanma tezliyinin boş fırlanma ilə qısa müddətli tənzimlənməsinin mümkünlüyü.


Friksion muftaların çatışmayan cəhətinə friksion disklərin yeyilməsi nəticəsində ilişmənin
pozulmasının mümkünlüyünü aid etmək olar.

Qazıma qurğularının friksion muftaları çox böyük güclərin ötürülməsində (100-2000 kVt) və çox saylı
qoşulmalarda (1 saatda 100-200 qoşulma) operatorun uzaq məsafədən idarə etməsi zamanı istifadə
olunur.

İlişən elementlərinin formasına görə pnevmatik friksion muftaları silindrik (şəkil 15.1, a) və oxboyu
(şəkil 15.1, b) növlərə bölünürlər.

Silindrik friksion şinli-pnevmatik muftalar iki tipdə, yəni daxilə və xaricə sıxan tiplərində olurlar. Birinci
halda rezin balon ilişmədə ilişəcəyi fırlanan qasnağı xaricdən əhatə edir, ikinci halda əksinə balon
qasnağın daxilində yerləşir.

Qazıma qurğuları transmisiyalarında ancaq xaricdən sıxan muftalar istifadə olunur. Silindrik muftalar
rezinin elastikliyinə görə vallar arasındakı bir qədər çəpliyi və qeyri-paralelliyi kompensə edir və
dinamiki yükləri azaldır.

[23/4 00:03] Ruslan: Şəkil 15.1. Friksion pnevmatik muftalar

a-silindrik radial mufta: 1-çənbər, 2-balon, 3-İriksion xündələr: 4-qasnaq: boxboyu təsirli müfta 1-
ulduzcuqlu cənbər, 2-friksion kundəli disklər, 5-topun diskləri, 4balon, 5-flanslı top, 6-yastıq

Şəkil 15.2-də iki val: birləşdirən silindrik, xaricdən sixan şinli-pnevmatik muftanın konstruksiyası,
cədvəl 15.1-də isə əsas texniki parametrlən verilmişdir.

HE m ir m miL

xo AZI r Tolqa nEri A L/x” . 2

“ə i N

ıııIİİ

Şəkil T5.2. Silindrik radial xaricdən sıxan şinli pnevmatik mufta


1-cənbər, 2-hava vurulan xətt: 3-friksion kündəli balan: 4-top 5-qasnəq: Asıx İmiş haxanın verilmssi

[23/4 00:04] Ruslan: Birləşdirici muftalar. Qazıma qurğuları transmısıya.arında iki va:ın yaxıd val
üzərindəki sərbəst fırlanan detalların müvəqqəti birləşdirilməsi üçün ilişmə mufta.an, daimi
birləşdirilməsi uçun isə tərpənməz muftalar, yaxud çəpliyi aradan götürə bilən xardan valları istifadə
olunur.

Tərpənməz birləşdirici muftalar kimi zərbələri yumşaldan və dinamiki qüvvələri azaldan elastiki
clemcntli muftalar, yaxud sərt d:şli, yaxud da yumrucuqlu muftalar və karcan valları tətbiq olunur.

Cədvəl 15.1

[23/4 00:04] Ruslan: Friksion muftalar hesablanarkən əsas kimi təsir edən

moment yox, həddi sürtünmə momentinin qiyməti götürülməlidir: M, SM

burada 42, və M - uyğun olaraq hesabi həddi sürtünmə mementi və maksımal burucu moment, AN.
$A2 - mömentə görə ehtiyat əmsalıdır. Bu əmsal hərəkətə gətirilən. maşının və müflanın
xarakteristikasından asılı olaraq seçilir (5,”2...4 qəbu, edilir).

Həddi sürtünmə momenti ilə burucu moment arasındakı

[23/4 00:05] Ruslan: fərq artdıqca, muftanın işə salma müddəti və sürtünməyə sərf olunan itgilər
azalır.

Muftanın ölçüləri ilə həddi sürtünmə momenti arasındakı əlaqə aşağıdakı asılılıqlar vasitəsilə tapıla
bilər.

Silindrik friksion muftaları üçün həddi sürtünmə momenti

- HD, mv? —ələDə Mt. (P-Ba)-y” İp — po)F 9 1071

burada P - balona təzyiqlə hava doldurulan zaman qasnağın çənbərində yaranan radial qüvvə, KV, P, -
muftanın sıxılan hissəsinə təsir edən mərkəzdənqaçma qüvvəsi, £/V 270,35-0,5 — sürtünmə əmsalı,
D, - qasnağın diametri, m, p - balondakı havanın təzyiqi, MPa, Po”(0,03 ... 0.05) MPa - balonla qasnaq
arasındakı ara məsafəsini yox etmək üçün, balonun ilkin deformasiyasına sərf olunan təzyiq: F - hava
təzyiqinin təsir etdiyi balonun en kəsik sahəsi, m”, (en kəsik sahəsini müəyyən xəta ilə qasnaqla
kündənin təmas səthinə bərabər götürmək olar, F”zD,8), 8 — kündənin eni, m, m - balonun və
kündələrin kütləsi, kq, v”nrur/30 - muftanın ağırlıq mərkəzi radiusunun sürəti, 2x/6y FA - balonun
ağırlıq mərkəzinin radiusu, m, n - muftanın firlanma tezliyi, dövr/zləq, gsərbəstdüşmə təcilidir, m/st,

15.3. Elektromaqnit muftaları

Elektromaqnit muftalarının ilişməsi, muftanın təsir sarğılarına sabit cərəyanı qoşduqda yaranan
maqnit cəzbetmə qüvvələrinin təsiri altında həyata keçirilir. Qazıma qurğularında maqnit sahəsi ilə
birləşən induktiv sürüşmə muftaları və elektromexaniki rabitəsi olan ferrotoz muftaları tətbiq olunur.

Elektromaqnit sürüşmə muftaları (şəkil 15.3) konsentrik yerləşdirilmiş lövbər 1 və təsir sarğıları 3
yerləşdirilmiş induktordan 2 təşkil olunur. Dövrəyə sabit cərəyan qoşulduqda təsir

[23/4 00:05] Ruslan: sarğılarında maqnit seli yaranır və bu da lövbərdə dəyişən elektrik hərəkət
etdirici qüvvə yaradır. Nəticədə lövbərdə cərəyan yaranır. Lövbərdəki cərəyanla maqnit axınının
qarşılıqlı təsirindən induktorun qütblərində elektromaqnit momenti yaranır və onun təsiri altında
aparılan val 4 aparan valın 5 fırlanma istiqamətində hərəkətə başlayır.

ann Ur

zən, bo.

7 YR ZASMƏsi ANuvVŞ” K

Səkil 15.3. Elektromaqnit muftası

Elektromaqnit toz muftasında aparan və aparılan yarımmuftalar arasındakı ara boşluğu texniki
cəhətdən təmiz olan dəmir tozu ilə doldurulur. Bunun nəticəsində ara boşluğunun maqnit keçiriciliyi
və muftanın ötürdüyü fırlanma momenti artır. Əgər muftanın aparılan hissəsinin müqavimət
qüvvələri momenti, muftanın işçi momentindən böyük olarsa, bu halda sürüşmə baş verəcəkdir,

Elektromaqnit muftalarının çatışmayan cəhətləri istismar zamanı tozun yeyilməsi və aşağı hava
temperaturlarında muftanın

[23/4 00:06] Ruslan: pazlaşmasıdır. Bu çatışmazlıqlar onların geniş yayılmasını məhdudlaşdırır.

Təcrübələr göstərir ki, elektromaqnit muftaları qazıma qurğuları elektrik intiqallarının səmərəliyini
xeyli yüksəldir, yəni təsir cərəyanını nizamlamaq yolu ilə işə salınacaq kütlələrin fırlanma tezliyini səlis
olaraq artırmağı təmin edir. Bunun nəticəsidir ki, qazıma bucurqadı intiqallarında sınxron elektrik
mühərriklərini tətbiq etmək mümkün olmuşdur .

15.4. Qazıma qurgularının hidroötürmələri

Turboğtürmələr. Turboötürmələr turbomuftalara və turbotransformatorlara bölünürlər.

Turbomufla turboötürmənin sadə formasıdır. O, iki çarxdan: aparan mühərrikin valı ilə birləşdirilmiş
nasos çarxından və aparan valın əks ucunda yarımmufta ilə vala bərkidilmiş turbin çarxından
ibarətdir. Bu muftanın köməyi ilə turboötürmənin aparılan valı sonrakı mexanizmlərlə bucurqadla,
Totorla və nasoslarla əlaqələnir.

Çarxlarda radial kanallar əmələ gətirən pərlər vardır. Mühərrikin valı ilə birləşdirilmiş nasos çarxı
enerfini işçi mayeyə ötürür, o da öz növbəsində aldığı hidravliki eneriini turbin çarxının pərlərinə
ötürərək onu fırlanmağa məcbur edir. Sonra maye xüsusi kanalla nasos çarxına qayıdır.

Turbomuftalar burucu mömenti çevirmirlor. Aparan valın burucu momenti həmişə aparılan valın
burucu mömentinə bərabər olur. Bizim qazıma qurgularında turmomuftalar tətbiq olunmur.

Turbotransformator turbomuftalardan üçüncü tərpənməz bərkidilmiş çarxı ilə istiqamətləndirici


aparatla fərqlənir. İki

istiqamətləndirici aparatın olması da mümkündür.

Turbotransformatorda maye qapalı kontur boyu hərəkət

[23/4 00:06] Ruslan: edir: fırlanan nasos çarxından spiral üzrə istiqamətləndirici reaktordan keçərək
turbin çarxına çatır. Bu zaman fırlanma tezliyinin və çıxış valındakı burucu momentin transformasiyası
baş verir.

Həcmi hidrointiqallar. Həcmi hidrointiqalda maye qapalı kontur üzrə dövr edir. Həcmi tipli
qidalandırıcı nasos (dişli çarxlı, pərli və s.) elektrik, yaxud daxili yanma mühərriki ilə hərəkətə
gətirilərək işçi nasosun, yaxud silindrin girişinə təzyiq altında maye vurur. Bu zaman onun icra orqanı
fırlanma, yaxud irəliləmə hərəkətini həyata keçirir. Nasosdan hidromühorrikə qədər olan basqı xətti,
qoruyucu klapanla, yaxud təzyiq tənzimləyicisi ilə təmin olunur.
Həcmi hidrointiqallar geoloii kəşfiyyat qazıma avadanlıq larında geniş istifadə olunur. Agır qazıma
qurguların da həcmi hidroötürmələrə vışkaları qaldırıb endirən domkratlar,

quyu agzını hermetikləşdirən zaman plaşkaları və qazıma qıfillarını açıb bağlayan zaman maşın
açarlarını hərəkətə gətirən hidrosilindrlər aiddir.

Həcmi hidromühərrikin qazımada tətbiqinə nümunə olaraq vintli quyudibi mühərrikləri göstərmək
olar.

You might also like