You are on page 1of 33

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN KOOPERASİYA UNİVERSİTETİ

Fakültə: Maliyyə

Qrup: 183A

Mövzu: Turizmdə yerləşdirmə müəssisələri və onların səmərəliliyi

Elmi rəhbər: Nizami Qafarov

Tələbə: Vüsalə Əlləzova

KURS İŞİ

BAKI-2021
MÜNDƏRİCAT

GİRİŞ...................................................................................................................3

1. Turizmdə yerləşdirmə müəssisələrinin mahiyyəti.......................................5

2. Turizmdə yerləşdirmə müəssisələrinin çarpayı fondunun hesablanması


və mövcud
durum..................................................................................................17

3. Yerləşdirmə müəssisələrində səmərəliliyin hesablanması və yüksəldilməsi


istiqamətləri.......................................................................................................22

Nəticə..................................................................................................................29

İstifadə olunmuş ədəbiyyat siyahısı.................................................................30

2
GİRİŞ
Yerləşdirmə- turizmin ən mühüm elementidir. Yerləşdirmə (gecələmə)
yoxdursa, turizm də yoxdur. Yerləşdirmə vasitələrinin yaradılması, turist
qəbulunun və turizm resurslarının istismarından böyük gəlir götürməyə can atan
hər hansı bir turist regionu və ya mərkəzinin iqtisadiyyatı üçün qəti və sərt
tələbdir.

Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə bütün yerləşdirmə


vasitələrini iki yerə ayırmaq olar: kollektiv və fərdi sürətdə yerləşmə. Turistlərin
kollektiv sürətdə yerləşməsi vasitələrinə mehmanxanalar və ona müvafiq
müəssisələr, ixtisaslaşmış müəssisələr, kollektiv yerləşdirməyə imkanı olan
digər müəssisələr aiddir.

Turistlərin yerləşdirilməsi ilə məşğul olan müəssisələri, tutum (yerlərin


sayı), komfortluq,(rahatlıq) və fəaliyyət dövrünə görə üç qrupa ayrılır.

Bir çox ölkələrdə mehmanxanaların komfortluq dərəcələrlə göstərilir bu


dərəcələr “ulduz” anlayışı ilə ifadə edilir. Mehmanxanalar üçün ulduzların beş
dərəcəsi müəyyən edilmişdir: bir ulduzdan (ən aşağı dərəcə) beş ulduza (ən
yüksək dərəcə) qədər. Mehmanxanaların (otellərin) dərəcələrinin müəyyən
edilməsi, turizm biznesinin mühüm vəzifəsidir.

Dərəcələrə ayırmaq barədə Ümumdünya Turizm Təşkilatının mövcud


olsa da, əfsuslar olsun ki, hər bir ölkə bunu özünə məxsus sürətdə şərh edir.
Otelin dərəcəsi anlayışında, otelin özündə göstərilən xidmətlərin məcmusu və
əlaqədar turist infrastrukturunun inkişaf səviyyəsi nəzərdə tutulur. Hər hansı bir
otel üzrə son qərarı, həmin ölkənin(regionun) turizm nazirliyi, departamenti və
s. qəbul edir.

3
1. Turizmdə yerləşdirmə müəssisələrinin mahiyyəti

Müasir dövrdə turizm iqtisadiyyatın bir sahəsi kimi özunə möhkəm yer
tutmuşdur. Bir çох müəssisələr, təşkilatlar və şirkətlər öz fəaliyyət istiqamətini
turizm хidməti sahəsində tapırlar.

Turizmdə keyfiyyət – bu sahənin inkişafının ən aktual problemlərindən


biridir. Beynəlxalq turizm bazarında xidmət keyfiyyəti rəqabət ucun guclu
silahdır. Muəyyən olkələrin mehmanxanalarında, restoranlarında, xidmət
burolarında, turist komplekslərində xidmətdən razı qalan turistlər onların fəal
təbliğatcıları olurlar. Onların təkrarən bu yerlərə baş cəkməsi turist axınının
artmasına və eyni zamanda turizm bolgəsinin şohrətinin daha da yuksəlməsinə
səbəb olur. Nəticədə xidmət keyfiyyəti turizmin iqtisadi səmərəliliyini artırır.
Turizmin inkişafı olkədə işsizlik kimi ağır bir problemin ohdəsindən gəlir, olkə
təsərrufatının butun sahələrinə təsir gostərir və onların inkişafını stimullaşdırır.

Turistlərə müvafiq xidmətlərin göstərilməsi ilə onların tələbatlarını


ödəyən müxtəlif müəssisələr mövcuddur. Turizm müəssisələrinin fəaliyyət
dairəsinə görə muxtəlif qrup və tiplərə görə təsnifatlaşdırılır:

✓ Turistlərin daşınması ilə məşğul olan nəqliyyat müəssisələri;

✓ Mehmanxana xidmətləri gostərən müəssisələr;


✓ İctimai iaşə müəssisələri;

✓ Turizm tədbirlərinin təşkilini, vasitəçilik və agent funksiyalarını həyata


keçirən müəssisələr (turoperator və turagentlər);

✓ İdman-sağlamlıq, rekreasiya, əyləncə xidmətləri göstərən müəssisələr;

4
Turistləri səfər məntəqəsinə və geriyə daimi yaşadığı yerə çatdırmaq
vəzifəsini yerinə yetirən təşkilatlar vardır ki, bunlar da nəqliyyat
müəssisələridir. Nəqliyyat vasitələrinin texniki cəhətdən təkmilləşdirilməsi,
daha komforlu, sürətli, təhlükəsiz olması turistlərin səfər çıxmasını
həvəsləndirir.

Nəqliyyat vasitələri arasında hava nəqliyyatından daha çox istifadə


edilməsinin səbəbi qısa müddətli, uzaq, fərqli mədəniyyətə, təbiət ekzotikliyinə
malik olan ərazilərdə keçirmək imkanı yaratmasıdır.

Turistlər gecələmək üçün yerləşmə vasitələrinin hər hansı bir növdən


istifadə etməli olurlar.

Zaman keçdikcə yerləşdirmə müəssisələrində təqdim olunan xidmət


formaları artır. Mehmanxalar öz fəaliyyətlərini yerləşdikləri əraziyə, təqdim
etdikləri xidmət növünə və turist seqmentinə görə qururlar. Yüksək ulduzlu
mehmanxana şəbəkələri, konqres-otellər və s. iri şəhərlərdə, nəqliyyat
qovşaqlarının intensiv olduğu yerlərin yaxınlığında yerləşirlər. Tarixi
malikanələrdə, qəsrlərdə, karvansaralarda yerləşdirmə müəssisələri açılır ki,
bunlar da qədimliyi ilə turistlərin diqqətini cəlb edir.

İctimai iaşə müəssisələrinə restoran, bar, kafe, bufet, yeməkxana, srətli


xidmət göstərən qida müəssisələri (fast food) və s. aid edilir.

5
Turizm sənayesində müəssisə və təşkilatlar. Turistlərə xidmət göstərən
kommersiya və qeyri-kommersiya təşkilatlarını əsas fəaliyyət növünə görə bir
neçə qrupa ayırmaq olar: turagentlər, turoperatorlar, turizm sənayesi firmaları
və turist birlikləri.

Turagentlər-digər müəssisələrin- turoperatorların, nəqliyyat, qidalanma


müəssisələrinin, yerləşdirmə vasitələrinin və s. xidmətlərini təklif edən vasitəçi
turist təşkilatlarıdır. Bir qayda olaraq, onlar bilavasitə müştəriyə xidmət
göstərən kommersiya təşkilatlarıdır.

Turagentlər, istehlakçı üçün sərfəli, rahat formada, müştərinin arzusu ilə


turist xidmətlərini komplektləşdirir, hərəkət marşurutunu razılaşdırır, nəqliyyat
və yerləşdirmə vasitələrində yerlərin, ekskursiya bələdçiləri, gid və
tərcüməçilərin ayrılması üzrə, əlaqədar təşkilatlarla müvafiq iş aparır.

Turoperatorlar- xüsusi və ya icarəyə götürülmüş turist xidməti vasitəsinə


malik olan öz müştərisinə kompleks xidmət təklif edən turist təşkilatları, eyni
zamanda turagentlərlə turizm sənayesi müəssisələri arasında vasitəçilərdir. Bu
təşkilatların böyük əksəriyyəti kommersiya müəssisələridir.

Turist birlikləri- turizm həvəskarlarının klubları, ittifaqları və digər


könüllü birliklərdir.Turoperatorlardan və turagentlərdən fərqli olaraq, turist
birliklərinin fəaliyyətinin məqsədi, gəlir əldə etmək olmasada bu təşkilatlara və
onların keçirdikləri tədbirlərə yardım etmək üçün vəsait tələb olunur. Turist
birlikləri bir qayda olaraq, yığılan üzvlük haqları, ictimai və xüsusi fondlardan
yardım, eyni zamanda kommersiya tədbirləri hesabına fəaliyyət göstərir.

6
Üzvlük haqları əsasən təşkilatın fəaliyyətinə yardım üçün yönəldilir.
Müxtəlif fondlardan verilən yardımlardan təşkilatın saxlanılması, hər hansı bir
tədbirin (yadetmə marşurutları, zəvvarlıq, hündür dağlara qalxma və s.) həyata
keçirilməsi, regionda turizmin inkişafı, peşə təhsilini artırmış turizm
təlimatçılarına, əməkdar turist işçilərinə təqaüdlər verilməsi məqsədi ilə istifadə
edilir.

Təşkilatın özünün təşkil etdiyi kommersiya tədbirləri, yuxarıda göstərilən


proqramın hər hansı birini həyata keçirilməsi məqsədini daşıyır. Qeyri-
kommersiya təşkilatları olan turist birliklərinin kommersiya tədbirlərini
keçirməsinin səbəbi onunla izzah olunur ki, belə tədbirlər zamanı əldə olunan
gəlir, hər hansı bir layihənin reallaşdırılması üçün istifadə edilir və vəsait kənara
çıxarılmır.

Turistlərə xidmət edən elə müəssisələr vardır ki, onların birbaşa turizmə
aidiyyatı yoxdur, ancaq turizmlə müəyyən bağlığı vardır. Məsələn, yerləşdirmə
vasitələri, turist təlabatı malları istehsalçıları, nəqliyyat şirkətləri, ictimai-iaşə,
ticarət müəssisələri, maliyyə-kredit idarələri, sığorta cəmiyyətləri buna aid ola
bilər.

Başqa sahələrə aid olmalarına baxmayaraq, bu cür müəssisələrin turizm


sənayesində rolu böyükdür. Son on illikdə turistlərə xidmət edən müəssisələrlə
turist firmaları arasında olan hədd, tədricən silinir. Belə ki, müəssisələrin çoxu
birləşərək, vahid birlik yaradırlar.

Banklar və sığorta cəmiyyətləri, nəhəng turist təlabatı məhsulları


istehsalçıları və mehmanxana şəbəkələri, dünyanın hər yerində özlərinin
turoperator və turagent firmalarını yaradır, geniş miqyaslı reklam kampaniyaları
aparır, müxtəlif kurortlar, tarixi, mədəni və dərketmə baxımından diqqətəlayiq
və maraqlı yerlər haqqında informasiya xarakterli kataloq və digər çap
məhsulları, kino və fotomateriallar hazırlayır və yayır.

7
Mehmanxana kompleksləri- yerləşdirmə və turistlərə xidmət üzrə iri
mərkəzlərdir. Yüerləşdirmə xidməti ilə yanaşı təklif edilən xidmətlər əsasən,
qidalanmanın, mehmanxanada yaşayanlar üçün nəqliyyat biletinin alınmqası və
əyləncə proqramlarının təşkili, taksi sifarişi və avtonəqliyyatın kirayə edilməsi,
simpozium və toplantılar keçirilməsi üçün yerlərin ayrılması, ticarət, mədəni-
sağlamlıq və əyləncə xidmətlərindən və s. ibarətdir. Mehmanxana biznesində
iflasa uğramamaq üçün yollar axtarmaq məcburiyətində qalan, pərakəndə halda
fəaliyyət göstərən mehmanxanalar birləşirlər

Mehmanxana şəbəkəsi- vahid siyasət yeritmək və topdansatış firmaları


olan turoperatorla bağlanan sazişlərin şərtlərini hazırlamaq şərti ilə bir neçə
mehmanxana kompleksinin birləşməsidir. Avtomatlaşdırma sisteminin inkişafı,
mehmanxanalar şəbəkəsinə daxil olan müəssisələrin vahid avtomatlaşdırılmış
sistemlə idarə edilməsinə və bu sistem vasitəsilə mehmanxana fondunun
bölünməsinə səbəb olmuşdur.

XXI əsrin əvvəli üçün bütün dünyada 100- dən artıq mehmanxana
şəbəkəsi fəaliyyət göstərir. Mehmanxanalar şəbəkəsində olan yaşayış fondunun
78 faizi, 13 ən iri şəbəkənin (Amerikada altı, Qərbi Avropada yeddi) payına
düşür. Maliyyə müstəqilliyinin saxlanılması şərti ilə şəbəkənin bütün
iştirakçıları arasında müştərilərin daha effektli və mütənasib mübadiləsi
məqsədi ilə kiçik mehmanxana müəssisələrinin birləşməsi nəticəsində yaranan
könüllü mehmanxana şəbəkələri çox iri olmasalar da kifayət qədər yayılmışlar.

XIX əsrin əvvəlləri üçün dünya ümumi mehmanxana fondunda 11 min


belə şəbəkə fəaliyyət göstərir. Bu cür birliklər əsasən kiçik mehmanxanalara
rəqabət mübarizəsi şəraitində, iflasa uğramadan fəaliyyət göstərmək imkanı
yaradır.

Turizm konsorsiomu- bütün iştirakçıların maliyyə və hüquqi


müstəqilliyinin saxlanılması şərti ilə, vahid siyasət yeritmək, turoperator və

8
digər topdansatış turist firmaları ilə sazişlərin ümumi şərtlərini hazırlamaq
məqsədi ilə, müvəqqəti müqavilə əsasında bir neçə turagentliyin yaratdığı
könüllü birlik.

Konsorsium iştirakçıları bir qayda olaraq, kiçik və orta turagentliklər


olurlar. Konsorsioma daxil olmaq bu firmalara turoperatorlarla müqavilə
şərtlərini dəqiq müəyyənləşdirməyə və yerinə yetirilməsinə, yerləşdirmə
vasitələri, nəqliyyat və ekskursiya xidməti təklif edən firmalarla iş zamanı vahid
siyasət hazırlamağa kömək edir.

Turizm kooperativləri- Turagent birliklərinin digər forması turizm


kooperativləridir. Turizm kooperativlərinin nizamnaməsində göstərilən
istiqamətdə müştərək fəaliyyətin həyata keçirilməsi üçün üç və daha çox turizm
firmasının könüllü birliyidir.

Bu ilk növbədə onunla əlaqədardır ki, turagentin potensial müştəriləri


müxtəlif məqsəd və istiqamətlər üzrə səyahət etmək arzusunda ola bilər.
Müştəriləri itirməmək üçün, turagentin dünyanın istənilən guşəsində turizm
biznesinin imkanları barədə yaxşı məlumatı olmalı, təklif olunan səyahət
marşurutu üzrə etibarlı zəmanət verməyi bacarmalıdır. Kooperativə daxil olan
turagentlər, nəqliyyat və yerləşdirmə vasitələrində, yerlərin bronlaşdırmasında,
müştəri mübadiləsində, turların satışı üzrə turoperatorlrla müqavilələrin
bağlanmasında birgə fəaliyyət göstərə bilərlər.

Yerləşmə vasitələri. Turistlər gecələmək üçün yerləşmə vasitələrinin hər


hansı bir növdən istifadə etməli olurlar və bəzən ümumi xərclərin çox hissəsini
yerləşmə vasitələrinə çəkilən xərclər təşkil edir. Turizm sahəsində əsas
siyasətlərdən biri mehmanxana və digər yerləşmə vasitələrinin tikilməsidir,
bununla əlaqədar turizmə cavabdeh təşkilatlar turistlərin qısa müddətə istifadə
etdiyi yerləşmə vasitələri statistikasının və yerləşmə vasitələrinə olan tələbatın
(proqnozun) öyrənilməsində maraqlıdır.

9
Qısa müddətə istifadə edilən yerləşmə vasitələri ya kommersiya (bazar)
əsasında təqdim edilə bilər, yəni xidmətlərin dəyəri ödənilməklə, hətta ziyarətçi
subsidiya (maddi yardım) əsasında ödəmiş olsa belə, yaxud qeyri-kommersiya
əsasında, yəni xidmət ailə üzvlərinə, dostlara, və ya qohumlara pulsuz və ya öz
hesabına (mülkiyyətçi tərəfindən tutulmuş bağ evləri) verilmiş formada.
Turistlər həmçinin təqdim edilən hər hansı yerləşmə vasitələrində
xidmətlərindən imtina edə bilər. Məsələn, piyada turist yürüşləri, açıq hava
altında gecələmələr və s. zamanı bu hallar mümkündür.

Baxmayaraq ki, uzun müddət bağ evlərinin və ya şəhər kənarında olan


evlərin alınması yerləşmə vasitələrindən istifadə üçün alternativ hal hesab
edilirdi, indi isə istirahət etmək üçün icarəyə götürmək kimi yeni forma
yaranmışdır. Bu formaya birgə icarəyə götürmək (taymşer), mənzil tipli
mehmanxanadan, xüsusi klublardan və sairə birgə istifadə etmək aiddir, bu
hallarda turistlər pullu yerləşmə vasitələri ilə daşınmaz əmlak və ya bağ evlərinə
sahib olmaq kimi fikirlər arasında qalırlar. Xidmətin mürəkkəbliliyi turistlərdə
yerləşmə vasitələrinin müəyyən etmək çətinliyi yaradır və onlar tərəfindən
istifadə edilmiş yerləşmə vasitələrinin növləri və xidmətləri barədə dəqiq
məlumat əldə etmək olmur.

Beynəlxalq statistika BSST (Beynəlxalq Standart Sahə Təsnifatı)


çərçivəsində turistlərə 13 növ qısa müddətli yaşamaq üçün xidmət vasitələri
təqdim edir: mehmanxanalar; kurort mehmanxanaları; mənzil tipli
mehmanxanalar; motellər; çox mərtəbəli şəhər motelləri; gəlmələr üçün evlər
(qonaq evləri); pansionatlar; “gecələmə və qəlyanaltı” tipli mehmanxanalar;
qısa müddətli yaşamaq üçün mənzillər və birmərtəbəli yay evləri; müqavilə ilə
qısa müddətə sahib olmaqla yaşayış mənzilləri (taymşer); istirahət evləri; kottec
(şəhər kənarında birailəlik kiçik ev) və yığışdırma xidmətinə malik olan ev;
gənclər üçün yataqxana və ya dağlarda komalar (evlər).

10
Ümumdünya Turizm Təşkilatı (ÜTT) mütəxəssisləri tərəfindən
hazırlanmış turistlərin yerləşdirmə vasitələrinin standart təsnifatına uyğun
olaraq bütün yerləşdirmə vasitələri iki qrupa bölünür: kollektiv və fərdi
obyektlər. Birinci qrupa mehmanxana və sair ixtisaslaşdırılmış yerləşmə
vasitələri aid edilir. İkinci qrupa turistlər tərəfindən icarəyə götürülmüş və ya
kirayə edilmiş şəxsi mənzillər (mənzil, villa, kottec və s.) aiddir. Turizmin
köməkçi hesabları çərçivəsində ÜTT BMT-nın Statistika komissiyası və
Avrostat ilə birlikdə turistlərin yerləşdirilməsi üzrə xidmətlərin siyahısı
müəyyən edilib. Xidmət siyahısı aşağıdakı səkkiz qrupda göstərilmişdir:

 müvəqqəti yaşayışla bağlı mehmanxana və motellərin göstərdikləri


xidmətlər – bu xidmətlərə müvəqqəti yaşayış yeri ilə təmin etmə üzrə göstərilən
xidmətlər və mehmanxana, motel, karvansara və müvəqqəti yaşayışla bağlı
müəssisələrin göstərdikləri qarışıq xidmətlər;

 sağlamlaşdırma mərkəzlərinin və istirahət evlərinin xidmətləri - bu


xidmətlərə müvəqqəti yaşayış yeri ilə təmin etmə üzrə göstərilən xidmətlər,
eləcə də ailələr və böyüklər üçün istirahət düşərgələrinin, bağ evlərinin və
analoji istirahət evlərinin göstərdikləri qarışıq xidmətlər aiddir;

 mebellə təchiz olunmuş yaşayış yerinin icarəyə verilməsi üzrə


xidmətlər – bu xidmətlərə müvəqqəti yaşayış yerilə təmin etmə üzrə göstərilən
xidmətlər və mebellə təchiz edilmiş otaq, mənzil tipli mehmanxana, pansionat,
şəxsi mənzillər və evlər, fermer evləri və analoji yaşayış yerləri vasitəsilə
göstərilən qarışıq xidmətlər aiddir. Belə müəssisələrin çoxu yalnız mənzil təklif
edir, lakin bəziləri isə yeməklə təmin etmək xidmətini də daxil edirlər;

 gənclər üçün yataqxanaların xidmətləri - bu xidmətlərə müvəqqəti


yaşayış yeri ilə təmin etmə üzrə göstərilən xidmətlər və gənclər üçün
yataqxanalarda və analoji yaşayış yerlərində, eləcə də dağ sığınacaqlarında

11
təqdim edilən qarışıq xidmətlər aiddir. Bu mehmanxanalar göstərilən
xidmətlərin nisbətən az olması ilə fərqlənir;

 uşaq idman və turist düşərgələrinin xidmətləri – bu xidmətlərə


müvəqqəti yaşayış yerilə təmin etmə üzrə göstərilən xidmətlər və uşaq və
gənclər üçün turist düşərgələrində təqdim edilən qarışıq xidmətlər aiddir. Bura
bu tip düşərgələr vasitəsilə müvəqqəti yaşayış üçün göstərilən bütün digər
xidmətlər daxil edilir.

 kempinqlər və səyyar evlərin dayanacaqları - bu xidmətlərə


müvəqqəti yaşayış yerilə təmin etmə üzrə göstərilən xidmətlər və
kempinqlərdə, şəhərdən kənara səyahətə çıxmaq üçün səyyar evlərin və
avtomobillərin dayanacaqlarında göstərilən qarışıq xidmətlər aiddir;

 yataqlı vaqon və digər nəqliyyat vasitələrində analoji xidmətlər –


tələbə yataqxanalarında göstərilən xidmətlər, bura yataqlı vaqon və digər
nəqliyyat vasitələrində analoji xidmətlər, məsələn bərədə və həmçinin tələbə
yataqxanalarında olan xidmətlər aiddir;

 yerləşmə ilə əlaqədar “taymşer” (daşınmaz əmlak) şərtləri əsasında


köməkçi xidmətlər.

Adətən yerləşmə vasitələri qısaldılmış iki əsas təsnifatından istifadə


edilir:

 mehmanxanalar (o cümlədən, turist və mənzil tipli) və analoji


yerləşdirmə vasitələri (motellər, müalicə xidməti göstərməyən pansionatlar,
gəlmələr üçün yataqxanalar );

 ixtisaslaşdırılmış yerləşdirmə vasitələrinə sanatoriya–kurort


müəssisələri (sanatoriya, müalicə-profilaktika müəssisələri, müalicə xidməti
göstərən pansionatlar, sağlamlaşdırma düşərgələri və s.), istirahət müəssisələri

12
(pansionatlar, bazalar, kempinqlər, və sair istirahət müəssisələri) və həmçinin
turist bazaları və turist teploxodları da daxil edilir.

Yerləşdirmə vasitələri infrastrukturunun əsasını yaşayış üzrə müvəqqəti


xidmətləri təmin edən hər hansı bir obyekt (ayrıca bina və ya kompleks bina)
kimi başa düşülən mehmanxanalar təşkil edir. İstehsalın müəyyən növlərinin,
mehmanxana məhsulunun paylaşdırılması və istehlakının da daxil edildiyi
mehmanxana biznesi iqtisadi baxımdan iqtisadiyyatın bir hissəsi hesab edilir.
Dünya iqtisadiyyatı çərçivəsində mehmanxana biznesi inkişafı bir fəaliyyət
sahəsi olaraq, daxili səbəblərlə deyil, dünya iqtisadiyyatında baş verən
proseslərlə əlaqədardır. Turizm xidmətlərini ixrac və idxal edən mehmanxana
sektoru çox ölkələrin iqtisadiyyatının inkişafında mühüm rol oynayır.
Mehmanxana sahəsinin inkişafı yeni iş yerlərinin yaranmasına kömək edir,
investisiyaların yüksək səviyyədə səmərəliliyini və tez bir zamanda
ödənilməsini, mədəni irsin qorunmasını təmin edir, turistlərin fəal hərəkət etmə
qabiliyyətini stimullaşdırır.

Beləliklə, mehmanxanalar yerləşmə vasitələri infrastrukturunın “özəyi”


sayılır. Bu obyektlər istirahət əyləncə, işgüzar və digər məqsədlə gələn
turistlərin əsas hissəsini özündə toplayır. Turizm sənayesinin əsas elementlərdən
biri sağlamlaşdırma məqsədi ilə gələn turistlər üçün nəzərdə tutulan
ixtisaslaşdırılmış kollektiv yerləşmə vasitələridir. Kurort-sağlamlaşdırma
infrastrukturunu təşkil edən əsas ixtisaslaşdırılmış müəssisələr kimi kollektiv
yerləşdirmə vasitələri üç qrupa bölünür:

 müalicə xidməti göstərən sanatoriyalar və pansionatlar – müalicə-


profilaktika müəssisələridir, onlar çarpayılarla təchiz edilmişdir və xəstələrin
müəyyən müddət ərzində sağalmasını təmin edir, əsasən təbii müalicəvi
üsullardan (iqlim, mineral sular, digər müalicə vasitələri.) istifadə edir. Bu
müəssisələrin hamısı ixtisaslaşdırılmışdır (bir və ya bir neçə profil üzrə) və bir

13
qayda olaraq kurort yerlərində və müalicə-sağlamlaşdırma yerlərində
yerləşmişdir;

 sanatoriya–profilaktikalar çarpayılarla təchiz edilmiş müalicə-


profilaktika müəssisələrdir, işdən ayrılmamaqla asudə vaxtlarında müalicəvi-
sağlamlaşdırma tədbirlərini təmin edən müəssisələrin nəzdində fəaliyyət
göstərir;

 evlər, pansionatlar, bazalar və digər istirahət müəssisələri, turist


bazaları – bu müəssisələr istirahət edənləri müəyyən müddətə yerləşdirmə ilə və
yeməklə (bəzən yalnız yerləşdirilir) təmin edir və həmçinin ekskursiya xidməti
də göstərir. Bir qayda olaraq belə müəssisələr kurort yerlərində, müalicəvi-
sağlamlaşdırma yerlərində və şəhərdən kənar yerlərdə yerləşmişdir.

Turistlərin ixtisaslaşdırılmış yerləşdirmə vasitələrinin xidmətlərindən


əsasən istirahət, müalicə və sağlamlığı bərpa etmək məqsədilə, mehmanxana
xidmətlərindən isə peşəkar və işgüzar məqsədilə istifadə etmələrinə
baxmayaraq müasir bazarın xüsusiyyəti çoxfunksionallığa doğru meyllər
yaradır. Bir tərəfdən əhalinin istirahət və əyləncəyə tələbatının artması
sanatoriya-sağlamlaşdırma müəssisələrinin də əyləncə profilinə doğru
dəyişməsinə səbəb olur. Bu sanatoriya-kurort strukturunu sadələşdirir və
nəticədə sanatoriyaları, istirahət evlərini, pansionatları müalicə xarakterli
mehmanxana tipli müəssisələrə çevirir. Digər tərəfdən mehmanxana tipli
kollektiv yerləşdirmə vasitələri yerləşmə və yaşamaq kimi xidmətlərdən başqa
kompleks sağlamlaşdırma xidmətlərini təklif etməyə başlayır.

2. Turizmdə yerləşdirmə müəssisələrinin çarpayı fondunun


hesablanması və mövcud durum

Qonaq otaqları yerləşmə vasitələrində qonaqlar tərəfindən istifadə edilən


bütün ümumi otaq və binalar kilidlənə bilən qapılara malik olmalıdır;

14
qısamüddətli kirayə evləri istisna olmaqla, bütün yerləşmə vasitələrində
istifadəyə verilən qonaq otaqları nömrə, şəkil və ya yazı ilə aydın şəkildə
işarələnməlidir; təqdim edilən qonaq otaqlarında tək və ya iki nəfərlik çarpayı,
hər çarpayıya görə yataq örtüyü, yataq dəsti (döşək, yastıq və yorğan üzü), əl
dəsmalı, hamam dəsmalı, qarderob və ya paltar rəfi, çarpayının yanına əşya
qoymaq üçün komodin və ya hər hansı səth, siyirməli rəflər, tullantıların
atılması üçün müvafiq qutular təmin edilməlidir; hostellər tərəfindən təqdim
edilən ümumi qonaq otaqlarında hər bir çarpayıya görə yataq örtüyü, yataq dəsti
(döşək, yastıq və yorğan üzü) təmin edilməli, çarpayılar ayrılıqda nömrələnməli
və nömrələrə uyğun olaraq kilidlənə bilən şkaflar təqdim edilməlidir.

Qonaq evlərinə tətbiq edilən minimum tələblər aşağıdakılardır: 6 otaqdan


artıq qonaq evlərində gündə ən azı 8 saat aktiv olan məlumat/əlaqə nöqtəsi
olmalıdır; xidmət personalına malik olmalıdır; məlumat-telefon xidməti əlçatan
olmalıdır; rezervasiya xidməti mövcud olmalıdır; əşyalar üçün saxlanc ərazisi
olmalıdır; qonaqlar üçün nəzərdə tutulmuş sahələrdə və ya otaqlarda internet
xidməti təqdim edilməlidir; qonaqlar üçün nəzərdə tutulan, istifadəyə yararlı
mətbəx ərazisi və əsas mətbəx avadanlıqları olmalıdır; ümumi istirahət və
əyləncə zonası olmalıdır; üələb əsasında otaqların həftəlik və ya gündəlik
təmizlik xidməti təqdim edilməlidir; hər 6 çarpayı sayına müvafiq ən azı bir
qadın və bir kişi tualet/duş otağı mövcud olmalıdır; təqdim edilən nömrələrdə
təbii işıqlandırma mümkün olmalıdır; birmərtəbəli binalarda hər 6 çarpayı
sayına müvafiq, çoxmərtəbəli binalarda isə hər mərtəbədə istifadəyə yararlı
yanğınsöndürmə balonları yerləşdirilməlidir; binadan insanların köçürülməsi
üçün Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmış təxliyyə planı
nəzərəçarpan yerdə divardan asılmalıdır; hər bir qonaq təmiz çarpayı və yataq
dəsti ilə təmin edilməlidir.

Hostellərə tətbiq edilən minimum tələblər aşağıdakılardır: Rezervasiya


xidməti mövcud olmalıdır; Gündə 8 saat aktiv və qeydiyyat-qəbul xidməti

15
olmalıdır; Hər bir yeni qonaq təmiz çarpayı və yataq dəsti təmin edilməlidir;
Ümumi otaqlar kilidlənə bilən fərdi nömrələnmiş şkaflar ilə təchiz edilməlidir;
Nahar məkanı və minimum 12 saat ərzində mətbəxdən istifadə mümkün
olmalıdır; Ümumi istirahət və əyləncə zonası olmalıdır; 6 çarpayı sayına uyğun
olaraq duş/tualet mövcud olmalıdır; Ümumi otaqlarda təbii işıqlandırma
mümkün olmalıdır.

Kottec tipli yerləşmə obyektlərinə tətbiq edilən minimum tələblər


aşağıdakılardır: Otaq rezervasiyası xidməti mövcud olmalıdır; Hər bir kottec
minimum mebel avadanlıqları, mətbəx çanağı və elektrik çaydanı, yataq dəsti və
çarpayı ilə təmin olunmalı, sanitar qovşaq və duş ilə təchiz olunmalıdır; Hər bir
yeni qonağa kottec (nömrə) təmiz şəkildə təqdim edilməlidir; Kotteclərdə
təmizlik xidməti təqdim edilməlidir; Axşam və gecə vaxtı kottecin əhatə
olunduğu ərazidə işıqlandırma təmin edilməlidir.

Dağ sığınacağına tətbiq edilən minimum tələblər aşağıdakılardır:


Sığınacaq daxili və ətrafında müvafiq işıqlandırma təmin edilməlidir; Sığınacaq
daxilində əsas bişirmə avadanlıqları (düşərgə sobası, kibrit, qazan, qızdırmaq
üçün qab və s.) mövcud olmalıdır; Ən azı iki qonaq üçün yemək dəsti olmalıdır;
Elektrik generatoru mövcud olmalıdır; Qonaq yataq dəsti və ya çarpayı ilə
təmin edilməlidir.

Tətil evi və ailə evlərinə tətbiq edilən minimum tələblər aşağıdakılardır:


Hər bir otağın ən azı bir pəncərəsi olmalıdır; Qonaq otağı qapıları kilidlənə
bilməlidir; Gecə vaxtları üçün evin ətraf ərazisinin həyətboyu işıqlandırılması
təmin edilməlidir; Hər bir qonaq ayrıca çarpayı, yataq dəsti, dəsmal dəsti ilə
təmin edilməlidir; Mövcud isitmə və soyutma cihazlarının təhlükəsizliyi təmin
edilməlidir. Qonaqlara həmin cihazlardan istifadəyə dair xüsusi məlumat təqdim
edilməlidir; Tələb əsasında qida, içki xidmətləri göstərmək imkanı olmalıdır.

16
Azərbaycan Respublikasında da Milli mühasibat uçotunda cari xərclərin
bu qrulaşdırılması qəbul edilmişdir. Bu qruplaşdırmalar üçün ümumi bir
metodik göstəriş qəbul edilmişdir. Məsələn, metodik göstərişdə kommunal
mehmanxanasının kalkulyasiya obyektinin bir sahəsi – məsələn, bir çarpayının
qiyməti təyin edilmişdir. Bu göstərici digər mehmanxana xidməti göstərən
təşkilatlarda da istifadə edilməkdədir.

Bundan əlavə, metodik göstərişdə mehmanxana xidmətinin maya


dəyərinin kalkulyasiyası, iki bölmədən ibarət olub natural göstəriciləri arasında
ümumi yer sayı: ümumi yararlı, o cümlədən icarəyə verilən sahə; yaşayış sahəsi;
gündəlik – istifadə edilən vəsaitlərin ümumi miqdarı göstərilir.

Həmin göstəricilər arasında maya dəyərinin hesablanmasında axırıncı


göstərici – aşağıdakı kimi (Sg-c) hesablanan gündəlik – çarpayı göstəricisi daha
çox iştirak edir.

Sg-c = Y Χ gün
Burada Y- yerin ümumi miqdarı; Gün – hesabat dövründəki günlərin sayı.

Deməli, biz Milli mühasibat uçotunda mehmanxana xidmətinin tam maya


dəyərini (dəyər göstəricicisini) hesablayan zaman bir kalkulyasiya obyektinə,
yəni gündəlik çarpayıya aid edilən xərcləri bölüşdürmədən, yaxud
qruplaşdırmadan hesabat kalkulyasiyasına aid edilən bütün xərcləri
toplamalıyıq.

Əgər, biz ilk öncə natural və digər göstəriciləri müəyyən etsək, daha
sonra mehmanxana xidmətinin maya dəyərini hesablamaq olduqca asan
olacaqdır.

Məsələn, fərz edək ki, Hilton mehmanxanası 450 yerlik avadanlıqla


təchiz edilmiş, onlarda ancaq hesabat dövründə 430 yerə qonaq qəbul
edilmişdir. Qonaqların hamısı hesabat dövrü ərzində 92 günə bərabər olan

17
mühmanxana xidmətindən istifadə etmişlər. Bu dövrdə çəkilən xərclər isə
işağıdakılardan ibarətdir:

- əməyin ödənişi və sosial sığortaya ayırmalara - 2200 min manat;

- elektrik enerjisinə - 2200 min manat, su təchizatına – 3400 min manat;


istilik xidmətinə - 5200 min manat;

- rabitə xidmətinə - 350 min manat;

- əmlakın sığortalanmasına 250 min manat;

- bina və ərazinin saxlanılmasına çəkilən xərclər – 1800 min manat;

- idarə aparıtının saxlanmasına çəkilən xərclər – 1500 min manat.

Bir daha qeyd edək ki, biz mehmanxanada kalkulyasiya obyekti kimi bir
çarpayı gününü seçmişik. Və deməli, bütün istismar xərclərinin məbləği 16900
min manat (2200+2200+3400+5200+350+250+1800+1500) təşkil etmişdir.

Əgər mehmanxanada mövcud olan çarpayının ümumi miqdarının da


41400-ə (450 yer Χ 92) bərabər olduğunu nəzərə alsaq, o zaman əldə edilən
məlumatlardan istifadə edərək alarıq ki, gün ərzində bir çarpayının maya dəyəri
408 manat (16900 min manat : 41400 gün çarpayı) olmuşdur.

18
19
3. Yerləşdirmə müəssisələrində səmərəliliyin hesablanması və
yüksəldilməsi istiqamətləri

Müasir turist bazarının tələbatını təmin etmək üçün bir sıra mehmanxana
tipləri mövcuddur. Mehmanxanada qonaqların rahatlığı üçün şərait yüksək və
aşağı səviyyədə ola bilər. Mehmanxana binası çoxfunksiyalı tikintidir və
mürəkkəb texnoloji avadanlıqla təchiz olunur. Mehmanxanalar memarlıq
üslublarına görə seçilir. Mehmanxananın səmərəlliyinin artırılması üçün
inşasında nəzərə alınan əsas amillər aşağıdakılardır:

1. Ümumi mənzərənin xüsusiyyətləri qorunaraq bina ətraf mühitə


uyğunlaşdırılır;

2. Təbiət və iqlim amilləri - havanın hərarəti, rütubəti, yağıntıların


miqdarı, küləyin istiqaməti və sürəti nəzərə alınmalıdır;

3. Binanın memarlıq və konstruksiya layihələri çox qiymətli olmamalıdır.


Binanın planlaşdırılması onun istismarını əlverişli və faydalı etməlidir;

4. Mehmanxana layihələndirilərkən onun reklamı nəzərə alınmalıdır.


Mehmanxananın zahiri görünüşü (fasad) qəşəng, cəlbedici və ya möhtəşəm
olmalıdır;

5. Binanın layihəsi maksimum rahatlığı təmin etməli və qonaqlara yüksək


səviyyədə xidmət göstərilməsi üçün şəraiti olmalıdır;

6. Bina estetik, texniki, sanitar-gigiyena, ekoloji normalara, tələblərə və


tövsiyələrə cavab verməlidir;

7. Binanın inşası zamanı onun faydalı və əlverişli tikilməsinə riayət etmək


lazımdır.

Mehmanxananın layihələndirilməsi normativ və tövsiyəvi sənədlər


əsasında aparılır. Mehmanxana layihələrində binanın ümumi həcmi, tikilinin
sahəsi, tikintinin, materialların, konstruksiyaların, iaşə müəssisələrinin və əlavə

20
xidmətlərin, mühəndis avadanlığının qiyməti, otaqların və yerlərin sayı ciddi
nizamlanır. Mehmanxanalar bir çox xassə lərinə görə fərqlənir:
konstruksiyaların növü, ümumi tutumu, mərtəbələrin sayı, təyinatı, istismar
üsulu və s.

İş qüvvəsi insanın fiziki əqli qabiliyyəti olmaqla maddi və mənəvi


nemətlərin xidmətin yaradılmasında istifadə olunur. Əmək prosesində iş
qüvvəsinin kəmiyyəti və keyfiyyəti reallaşır və cəmiyyətin məhsuldar
qüvvəsinin tərkib hissəsi kimi çıxış edir. Əmək məhsuldarlığı əməyin nətəcəsi
kimi ifadə olunur, maksimum əmək məhsulun minimum məsrəflərdə təmin
olunması kimi çıxış edir. Əməyin nəticəsi vahid məhsula və xidmət çəkilən
xərclər yaxud vahid zamanda istehsal olunan və yaxud göstərilən xidmətə
deyilir. Beləliklə məhsuldarın əmək prosesində səmərəli kimi qəbul edilir. Və
yaxud vahid zamanda göstərilən xidmətin dəyərinin kəmiyyəti ilə ölçülür.

Əmək məhsuldarlığın saxta kvartı ilə görə hesablanır. Əmək


məhsuldarlığı iki üsulda hesablanır. Birincisi birbaşa adam düşən istehsal və
göstərilən xidmətə görə; ikincisi turist məhsulunun reallaşmasında əldə olunan
gəlirlərin orta illik pensiyaçıların sayına bölmək yolu ilə.

Əmək tutumu-istehsal həcminin əksidir. İstehsal həcminin artımında


əmək tutumunun azalmasına olan kitabi ilə hesablanır.

Y= 100x/100+X;

X=100Y/100+Y

Harada Y-əmək tutumunu azalması tempi, %

Y-hasilatı artım tempiY

Əmək tutumunun azalması təkcə texniki tərəqqi ilə deyil, iş vaxtının


səmərəsi onun daha intensiv istifadəsi ilə, yaxud qeyri məhsuldar iş vaxtını
azaltmak əməyin intensivliyi yolu ilə baş verir. Turist firmalarında əmək

21
məhsuldarlığının məhsulunun əmək tutumunun təyin edilməsi görə öz həllini
tapmışdır. Bu hasilat normasının və xidməti hesablamaq üçün tətbiq olunur.

İşçilərin hasilat artanda əlavə xidmət artır. Bu məhsuldarlıq aşağıdakı


formula ilə ifadə olunur.

П=100∆r/∆t

Burada-əmək məhsuldarlığının artımı hasilatı artım, %-lər

∆r- işçilərin sayının artımı, %-lə

∆t-turizm xidmətinin hasilatının artımı %-lə

Turizmdə əmək məhsuldarlığı üç əsas göstəricinin birləşdirir:

-dəyər qiymətində əmək məhsudarlığı,

-natural ifadədə əmək məhsuldarlığı

- kompleks göstəricilər

Birinci göstərici turist sənayesində işçilərin hasilatını əks etdirir. Bu


göstəriciləri regionda turist məhsulunun reallaşmasında əldə edilmək gəlirin
işçilərin orta illik sayına bölməklə müəyyənləşir.

B=T/R

B-hasilat, vahid işçiyə əmək əldə olunan nəticə

T-turist məhsulunun reallaşmasından əldə olunan nəticə

R-turist sənayesində orta illik işçilərin siyahı üzrə sayı.

Əmək məhsuldarlığı bazar iqtisadiyyatı şəraitində əmək fəaliyyətindən


asılı olaraq amillərdən də asılıdır ki, bu da öz növbəsində qiymətlərin
dəyişməsi, tariflər, güzəşli göndəriş alanlarının sayının çoxalaması kimi kənar
amillərdən asılıdr.

22
Əmək məhsuldarlığılna hər bir işçinin sosial müdafiyəsi tədbirləri onun
perspektiv dövürdə yaşayışına təminat sistemi ölkədə olan ictimai böplqü
sistemi və turizm regionda yaşayış üçün ətraf mühiti təsir edir. Ona görə də
kompleks həyat şəraiti, müdafiə sistemində ətraf mühit, sosial mühit və təminat
sistemi və əmək məhsuldarlığının artımına təsir edən amillərdir. Ona görə də
əmək səmərəsinin kompleks ölçmə metodu, bir əmək məhsuldarlığının dəyər və
natural dəyişmə göstəricilərini qarşılıqlı əlaqəsi kimi qiymətləndirmək olar.

Kn=√BH

Burada Kn-əməyin səmərəliyinin dinamikasının kompleks göstəricisi

B-əmək məhsuldarlığın dəyişməsinin

H-əmək məhsuldarlığının dəyər göstəricisi

İş qüvvəsinin istifadəsinə turist əməyinin məhsuldarlığına amillərin


xarakteri və məzmununa görə aşağıdakı qruplara bölmək olar.

-ümumi iqtisadi amillər

-turist sənayesi firmaları üzrə təsir edən amillər.

Ümumi iqtisadi amillər iqtisadiyyatın inkişafının artım templəri və


investisiya qoyuluşları, elmi-texniki tərəqqi və innovasiyalar, turist sənayesinin
inkişafı, infrastuktur obyektləri və işçilərin peşəkarlığı və hazırlığına dövlət
dəstəyi. Turist firmaları səviyyəsində amillərə turist xidmətinin təşkili və
fəaliyyətində keyfiyyət üçün reallaşan tədbirlər əməyin təşkili və iqtisadi
stimullar sistemi firma səviyyəsində planlaşma, marketinq və idarə etmənin
təkmilləşməsi üsulları daxildir.

Turzimdə əməyin səmərəliyinin mühüm yolu, elmi texniki tərəqqi turizm


firmalarının müasir texnoligiyalarndan istifadəsi, yeni nəqliyyat növləri və kiçik
mexanizmləri təşkil edir. Digər yol turizm fəaliyyətində məhsulun keyfiyyətini
yüksəltmək turistin tələbinə və zövqünə uyğun onun təkmilləşməsi və turzim

23
xidmətində keyfiyyət problemlərinin həlli rolunda başqa bir amil turizmdə
əməyin xarakterinə uyğun stimullar sistemini tədbiqi və daha çox əmək haqqı
sistemni təkmilləşməsi təşki edir. Əməyin təşkili və idarə edilməsində onun
müəyyən normalarında və elmi əsaslarla təşkili və idarə olunması sosial
müdafiə rıçaqlarının istifadə edilməsi ilə müasir tipli əmək prosesinin təşkili
əsas rol oynayır. Turizm əməyinin səmərəliyinin turzim məhslunun reallaşması
və ondan gələn gəlirlərin artırılması ilə mümkün olur. Turzim gəlirləri təkrar
istehsal və kadr potensialını gücləndirmək üçün istifadə olunur.

Konstruksiyaların növünə və istifadə olunmuş materiallara görə


mehmanxanalar karkaslı, bloklu, monolit, yerli materiallardan və s. fərqlənir.
Çoxmərtəbəli mehmanxana binası tikilərkən bir çox çətinliklər ortaya çıxa bilər,
o cümlədən ekstremal vəziyyətdə insanların evakuasiya məsələsi. Komfortun
səviyyəsinə görə beynəlxalq təcrübəyə istinadən mehmanxanalar ulduzların
sayına görə fərqlənir. Komfortun səviyyəsi yalnız mehmanxananın maddi
bazasının vəziyyəti ilə deyil, həmçinin işçilərin yüksək xidmət göstərmək
qabiliyyəti ilə də qiymətləndirilir.

Mehmanxananın interyeri (daxili görünüşü) estetik, bədii məna daşımalı,


binanın funksional təyinatına cavab verməlidir. Mebellə yanaşı, yataq dəstləri,
xalçalar, xalça örtükləri və s. yüksək estetik səviyyədə olmalıdır. Binanın
texniki istismarı zamanı onun elementlərinin (zirzəmilər, divarlar, tavan, dam və
s.) mütəmadi baxış keçirilir. Funksional təyinatına görə mehmanxana vestibül
(geniş dəhliz- holl), yaşayış və qeyri-yaşayış sahəsi, qonaqların qidalanması
üçün nəzərdə tutulmuş obyektlər, ticarət-məişət xidməti, idman və əyləncə ilə
məşğul olmaq üçün yerlər, biznes mərkəzləri, konfrans və simpoziumlar
keçirmək üçün zallar və s.-dən ibarətdir,

Vestibül sahəsi məsuliyyətli yerdir. Burada qonaqlar qarşılanır və yola


salınır. Mehmanxananın yaşayış sahəsi qonaqların yataq nömrələrindən və
nömrələri lazımi sanitar-gigiyenik səviyyədə saxlamaq üçün əlavə otaqlardan

24
ibarətdir. Restoran, bar, kafe və digər yemək obyektlərində qonaqlar
qidalanmaqla yanaşı, habelə əylənə və ünsiyyətdə ola bilərlər.

İdman zalı, üzgüçülük hovuzu, keqelban və s. qonaqların mehmanxanada


xoş istirahətini təmin edir. Kino-konsert, banket, rəqs zalı qonaqların əylənmə
yerləridir. Konfrans zalı, biznes və bank əməliyyatları üçün nəzərdə tutulan
otaqlar, sərgi salonları işgüzar adamların görüş yeridir. Mehmanxananın texniki
və məişət işçilərinin öz otaqları var. Mehmanxanaya bitişik ərazi elə olmalıdır
ki, personalı və qonaqları ətraf mühitin təsirlərindən (müxtəlif səs-küydən,
avtomobillərin benzin tullantılarından və s.) qorusun.

Mehmanxananın reklamı cəlbedici, ətrafında qonaqların istirahəti üçün


yerlər, avtomobillər üçün dayanacaq olmalıdır. Mehmanxananın vestibülündə
qonaqların qeydiyyatı, qəbulu aparılır, müxtəlif xidmətlər göstərilir.
Mehmanxanaların vestibülləri müxtəlif ölçüdə olur - bir yataq yeri hesabına 0,3
m2-dən 1,7 m2-dək. Adətən nüfuzlu, dəbdəbəli mehmanxanaların vestibülü
böyük və geniş olur. Plilləkən və lift bloku, asılqanlar (qarderob), şvetsarlar,
yükdaşıyanlar və texniki-xidmət işçilərinin otaqları vestibül sahəsində yerləşir.
Mehmanxanaların yaşayış sahəsi hissəsinə dəhlizlər, qonaq otaqları, liftin
qarşısındakı yer, mərtəbədəki personalın otaqları daxildir. Çoxmərtəbəli
mehmanxanaların yaşayış mərtəbəsi, müxtəlif planlı, o cümlədən bir və ya bir
neçə dəhlizli ola bilər. Mehmanxanada nömrələr və dəhlizlər arasında ümumi
sahənin bölünməsi müxtəlifdir. Nömrələrin payına 13-22 faiz ayrılır.
Mehmanxananın nömrəsi çoxfunk- siyalıdır: otaq yaşayış, istirahət, iş, ünsiyyət
saxlamaq, danışıqlar aparmaq, şəxsi gigiyena və qida qəbul etmək üçün yerdir.
Otaqda qonağın şəxsi əşyaları saxlanılır.

Bildiyimiz kimi, nömrələr otaqların və yerlərin sayı, sahəsinin mebellə


təchiz olunması əsasında da təsnif edilir. Mehmanxana sənayesində bir və
ikiyerli birotaqlı nömrələr daha geniş yayılıb. Nömrələrin otaqları funksional

25
sahələrə bölünür. Birotaqlı birnəfərlik nömrənin ümumi sahəsinin 70 %-i
yaşayış üçün, 10%-i dəhlizə, 20%-i isə sanitar qovşağına aid olur.

Bir sıra dövlətlərin müasir standartları otaqların döşəmə sahəsinin


minimal ölçüsünə riayət etməyi tələb edir. Alman standartlarına əsasən birotaqlı
birnəfərlik komfort nömrənin ölçüsü 16-18, iki nəfərlik otaq isə 20-21 m2
olmalıdır

Turizm və sosial-mədəni servis xidməti fəaliyyət növü kimi əhalinin


asudə vaxtının səmərəli istifadə edilməsinə, ekskursiya, səyahət və turist
marşrutlarının təşkilinə, həmçinin turistlərin başqa xidmət növlərindən
istifadənin gücləndirilməsinə təkan verir. Turizm xidmətləri bilavasitə turist
təşkilatlarının fəaliyyətinin nətijəsidir. Turizm xidməti əməyin spesifik
xüsusiyyətlərini və məzmununu müəyyənləşdirən milli iqtisadiyyatın müstəqil
sahəsidir. Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün xidmətin
səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılmasının forma və
üsullarının təkmilləşdirilməsi, turizm və sosial-mədəni servis xidmətlərinin
təşkilinin yenidən qurulması zəruridir.

Son illər Azərbaycanda turizmin inkişafı ilə baglı dövlət tərəfindən


mühüm işlər görülməkdədir. Bunun nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı
da artır. Belə ki, rəsmi statistikaya əsasən Azərbaycana 2018-ci il ərzində 196
ölkədən 2849,6 min nəfər xarici vətəndaş gəlmişdir. Bu isə 2017-ci ildə ölkəyə
gələn xarici ölkə vətəndaşlarına nisbətən 5,7 faiz artım deməkdir. Turizm sferası
ölkənin ixrac potensialında da mühüm yer tutur. Belə ki, 2018-ci ildə turizmin
hesabına Azərbaycana 2 milyard dollara yaxın vəsait daxil olub. Bununla yanaşı
qeyd etməliyik ki, hər il respublikadan xarici ölkələrə gedən ölkə
vətəndaşlarının sayı gələnlərdən daha çox olur. Buna səbəb kimi turist
məmnunluğunun yetərli olmamasını göstərmək olar. Turist məmnuniyyətinin
formalaşmasında qiymət və keyfiyyət amilləri əsas rol oynayır.

26
Otel xidmətlərinin keyfiyyəti ilə bağlı məsələ bu gün üçün çox aktualdır.
Xüsusilə otel və otel tipli müəssisələrin maliyyə məsələləri üçün çox vacibdir,
burada əldə olunan mənfəətin böyük hissəsi təqdim olunan xidmətlərin
keyfiyyət göstəriciləri ilə bağlıdır. Xidmətlərin keyfiyyəti bütövlükdə
qonaqpərvərlik sənayesinin fəaliyyətinin əsasını təşkil edir. Otel biznesinin
uğurlu olmasında xidmətin keyfiyyəti mühüm əhəmiyyət kəsb edir.

Otellərdə xidmət keyfiyyəti, ona təsir edən amillər Turizmdə xidmət


keyfiyyəti ilk növbədə turist məmnuniyyətinin təmin olunmasında özünü büruzə
verir. Başqa sözlə desək keyfiyyətli xidmət müştərilərin ehtiyaclarını qarşılayan
xidmətdir.

Xidmətin keyfiyyət səviyyəsi isə qonağın oteldə mövcud olan və arzu


edilən xidmət haqqında düşüncələrinin ehtimal dərəcəsindən asılıdır.
Azərbaycan vətəndaşlarının xarici ölkələrin turizm xidmətlərindən daha çox
istifadə etməsinin əsas səbəblərindən biri də respublika ərazisində müştərilərin
bir çox hallarda aşağı keyfiyyətdə xidmətlərlə qarşılaşması, turizm
obyektlərində xidmət standartlarının tətbiqində olan problemlər, xüsusilə də bu
vəziyyətin bölgələrdə daha çox özünü göstərməsidir. Bütün bunlar isə son
nəticədə öz turist tələbatlarını ölkə xaricində ödəmək arzusunda olanların
sayının ilbəil artmasına səbəb olur. Bu isə ölkədən xaricə xeyli miqdarda
valyuta axınına gətirib çıxarır. 2017 - ci il üçün ölkədə 41 611 nəfər tutuma
malik 563 otel və otel tipli müəssisə fəaliyyət göstərir. Bunların arasında Hilton,
Hyatt Regency, Sheraton, Fairmont, Four Seasons, Ramada, Exselsior, Park
Hyatt, Park İnn və s. kimi beynəlxalq şəbəkəyə malik brend otellər də vardır.
Halhazırda Azərbaycanda, qonaqpərvərlik sənayesində əsasən Bakıda yerləşən
şəbəkə otelləri və bəzi tanınmış restoranlardan başqa digər müəssisələrdə
göstərilən xidmətin keyfiyyət standartına sistemli nəzarət demək olar ki, həyata
keçirilmir.

27
Müasir şəraitdə internet resurslarının turizm biznesində rolu potensial
müştərilərin cəlb edilməsi və turizm müəssisələrinin rəsmi təsviri olaraq
müəyyən olunur. Turizm firmasının, otelin internetdə mövcud olan səhifəsində
insanlar öz rəylərini yazaraq digər şəxslərə müəyyən səviyyədə məlumat vermiş
olurlar. Səyahətə çıxmağı planlaşdıran əksər insanlar əvvəlcədən gedəcəyi yer
və qalacağı otel haqqında internet səhifələrindən məlumat əldə etməyə çalışırlar.
Müxtəlif insanların otellə bağlı rəyləri oxunur və nəticədə otel haqqında
müəyyən ilkin təəsürat formalaşır. Bu isə müştərinin oteli seçməsində mühüm
rol oynayır. Otel haqqında mənfi rəyin formalaşması əsasən personalın
göstərdiyi xidmət keyfiyyətinin standartdan kənara çıxması ilə bağlıdır. Belə
şərhlər digər potensial turistlərdə də mənfi fikir yaradaraq bütövlükdə otelin
fəaliyyətinə böyük zərbə vurmuş olur. Bu baxımdan turizm firmaları və otellər
digital marketinq sahəsinə diqqəti artırmalı, internet resurslarından daha effektiv
istifadə etməyə çalışmalıdırlar.

Xidmət keyfiyyəti geniş və dəyişkən bir anlayışdır. Göstərilən


xidmətlərin keyfiyyət səviyyəsini qiymətləndirmək üçün ilk növbədə
göstəriciləri və qiymətləndirmə meyarlarını müəyyən etmək lazımdır. Oteldə
keyfiyyətin aşağıdakı göstəricilərini qeyd etmək olar: maddi-texniki baza;
personalın peşəkarlıq xüsusiyyətləri; xidmət səviyyəsi, marketinq, resurslar.

Material və texniki bazanın keyfiyyəti, miqdarı və vəziyyəti otelin


səviyyəsini müəyyənləşdirir və müvafiq olaraq xidmətlərin keyfiyyətinə təsir
göstərir. Personalın peşəkarlıq xüsusiyyətləri - insan kapitalı, bir işçinin bilik və
bacarığı və onları təşkilatın xeyrinə tətbiq etmək qabiliyyətidir.

Otel personalının keyfiyyətinin əsas komponentləri aşağıdakılardır:


işçilərin təhsil səviyyəsi; ümumi mədəniyyət səviyyəsi; peşəkarlıq və ixtisas
səviyyəsi; şəxsi təcrübəsi və bacarıqları; mənəvi etibarlılıq.

28
Əmək potensialı otelin ən vacib komponentidir. Əmək potensialı insan
inkişafı səviyyəsini, şəxsiyyətinin keyfiyyətini, işləmək və öyrənmə
qabiliyyətini göstərir. Yüksək səviyyəli kadr yaxşı işləyir, müəssisənin təsvirini
yaradır, göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırır və yüksək rəqabət
qabiliyyətini təmin edir.

Keyfiyyət, müəyyən bir müəssisənin siyasətini, xidmət qiymətlərini,


tərkibi və xarakterini, müəssisənin populyarlığını, rəqabət mövqeyi və
siyasətini, otel xidmətləri bazarında payını, mənfəətini və bir çox digər amilləri
və göstəriciləri müəyyən edir.

Otel xidmətinin keyfiyyətinin formalaşmasına təsir göstərən amilləri


aşağıdakı kimi qruplaşdırmaq olar. Keyfiyyət menecerinin həll etməsi lazım
olan əsas məsələ keyfiyyət göstəricilərinin və keyfiyyət səviyyəsinin
sabitləşdirilməsidir.

Otel xidmətlərinin keyfiyyətinin qeyri-sabitliyi səbəbləri aşağıdakı kimi


izah edilə bilər: xidmətin subyektivliyi; vaxta görə xidmətin təqdimatının qeyri-
bərabərliyi; heyətin işinin nəticələrinə görə deyil, fəallığına görə
qiymətləndirilməsi; səbəblərə deyil, əlamətlərə reaksiya verilməsi.

Azərbaycanda otel biznesinin mövcud vəziyyəti xarici müəssisələrə


nisbətən yerli müəssisələrin xidmət keyfiyyətində zəiflik ilə xarakterizə olunur.
Bu gün otel biznesində Hilton, Marriott, Holiday Inn, Sheraton və s. tanınmış
otel zəncirlərinin bir hissəsi olan bu otellər yerli otellərlə müqayisədə yüksək
keyfiyyətli xidmət ilə seçilir. Azərbaycanda otellər və otel tipli müəssisələr
tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin aşağı olmasının əsas
səbəblərindən biri də bu sahədə aydın və dəqiqləşdirilmiş standartların
olmamasıdır.

Ölkəmizdə də turizmin inkişafına xüsusi diqqət göstərilir. Turizmin


davamlı olaraq inkişafı bu sahəni sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə

29
çevirib. Bu, özünü yeni iş yerlərinin açılması, turizm infrastrukturunun
qurulmasında göstərir. Azərbaycan kontekstində ölkənin diversifikasiyası və
regionların inkişafı üçün turizm sənayesi həll edici rol oynayır. Turizmdə
rəqabət imkanlarımız çox yüksəkdir. Təbbi sərvətlərimiz, mədəniyyət
abidələrimiz, zəngin tarixi irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün
mühüm zəmindir. Son 15 ildə ölkədə turizmlə bağlı görülən işlər, dövlət
proqramları, aparılan islahatlar, normativ-hüquqi bazanın təkmilləşdirilməsi
bunu bir daha sübut edir.

NƏTİCƏ
Son 20 ildə qəbul edilmiş dövlət proqramları bütün sərvətlərimizdən
səmərəli istifadə etməklə ölkə turizmini inkişaf etdirməyi qarşıya məqsəd
qoymuşdur. Eyni zamanda ölkə ərazisində turizmin inkişafı məqsədilə bir sıra
vəzifələr qarşıya qoyulmuşdur: rəqabətə davamlı turizm bazarı yaratmaq
məqsədi ilə turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi; turistlərə
xidmətin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara cavab
verməsini təmin etmək; turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin
həcmini artırmaq; turizm sahəsində dövlət tənzimlənməsini həyata keçirmək;
turizm infrastrukturu və maddi-texniki bazanı möhkəmlətmək; xarici
investorları turizm sferasına cəlb etmək.

Turizmdə yerləşdirmə müəssisələrinin mahiyyəti fəslində aparılmış


araşdırmaların nəticəsindən belə qənaətə gəlmək mümkündür ki, yaddan
çıxarmaq olmaz ki, turizm biznesində olan çoxsaylı problemləri həll etmək,
ayrı-ayrı turagentlərin imkanı daxilində deyil. Yerləşdirmə, qidalanma,
nəqliyyat müəssisələri, ekskursiya büroları və turistlərə xidmətlə məşğul olan
digər firmaların axtarışı və əməkdaşlığı haqqında müqavilələrin bağlanılması da
belə problemlərə aid edilir.

30
Turizmdə yerləşdirmə müəssisələrinin çarpayı fondunun hesablanması və
mövcud durum fəslində istifadə olunmuş materiallara əsasən, onu demək olar
ki, hazırda Azərbaycan turizm sənayesində yerləşdirmə müəssisələri olduqca
inkişaf etmiş vəziyyətdədir, lakin xarici ölkələrdəki yerləşdirmə müəssisələrinin
təcrübəsinin bizdə də tətbiq olunması məqsədəuyğundur.

Yerləşdirmə müəssisələrində səmərəliliyin hesablanması və yüksəldilməsi


istiqamətləri fəslində aparılmış araşdırmalar nəticəsində belə qənaətə gəlmək
mümkündür ki, mövcud turizm bazarımızda ilk növbədə paytaxdan çox digər
rayon və şəhərlərdə turizm sənayesinin inkişafına diqqət yönləndirilməlidir. Bu
sahədə elektron xidmətlərdən istifadə səmərəliliyin artırılması yollarından biri
olacaqdır.

Otel xidmətlərinin keyfiyyəti ilə bağlı məsələ bu gün üçün çox aktualdır.
Xüsusilə otel və otel tipli müəssisələrin maliyyə məsələləri üçün çox vacibdir,
burada əldə olunan mənfəətin böyük hissəsi təqdim olunan xidmətlərin
keyfiyyət göstəriciləri ilə bağlıdır. Xidmətlərin keyfiyyəti bütövlükdə
qonaqpərvərlik sənayesinin fəaliyyətinin əsasını təşkil edir. Otel biznesinin
uğurlu olmasında xidmətin keyfiyyəti mühüm əhəmiyyət kəsb edir.

Son dövlərdə Azərbaycanda turizm istiqamətində beynəlxalq əlaqələrin


təşkil edilməsi və inkişaf etdirilməsi, ölkə turizminin inkişafı və turizm
infrastrukturununn inkişaf etdirilməsi, turizm imkanlarının təbliği sahəsində
konkret vəzifələr müəyyən olunmuşdur. Qədim tariximiz, Xəzər dənizi sahili
mövqeyimiz, tarixi abidələrlə zənginliyimiz, dünyanın 11 iqlim tipindən 9-nun
ölkəmizdə mövcud olması və insanlarımızın qonaqpərvərliyi turizmin inkişafı
üçün geniş imkanlar yaradır.

Yuxarı qeyd etdiyimiz fikirləri göz önünə alaraq qeyd edə bilərik ki,
turizm ölkə iqtisadiyyatmızın prioritet istiqamətlərindən biri olub, gələcək
perspektivdə böyük imkanlara malikdir.

31
Ölkə ərazisində turizmin inkişafı üçün lazımi tədbirlər görülür, yeni-yeni
turizm növləri və marşrutları yaradılaraq inkişaf etdirilir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI:

1. N.Qafarov “Turizmin iqtisadiyyatı” Bakı 2019


2. Ə.Əlirzayev, S.Aslanova. Turizmin inkişafının sosial-iqtisadi
problemləri. Bakı 2006. “Adiloğlu”. 163 s.
3. H.Soltanova. Azərbaycan Respublikasında turizm və onun inkişafı. Bakı
2015, 475 s.
4. Turizmin əsasları – Soltanova H. B. və Hüseynova Ş. H. BAKI 2007
Mütərqim nəşriyyatı
5. TURİZMİN MENECMENTİ – Bilalov B.Ə. BAKI 2005 Mütərqim
nəşriyyatı.
6. Turizm haqqında Azərbaycan Respublikasının Qanunu (4 iyun 1999-cu
il);
7. Вспомогательный счет туризма: рекомендуемая методологическая
основа, 2008 год; (Серия F № 80/Rev.1; Люксембург, Мадрид, Нью-
Йорк, Париж ,2010 год)
8. www.tourism.az
9. www.mct.gov.az
10.www.azerbaijan.az
11.http://www.unwto.org/step/index.php;
12.http://www.unstats.un.org/unsd/tradeserv/default.htm
13.http://www.anl.az/down/meqale/respublika/2012/avqust/257642.htm

32
14.http://serqqapisi.az/index.php/humanitar/turizm/3671-otel-taesaerrufat-
turizmin-apar-dz-sahaesidir

33

You might also like