You are on page 1of 5

Türkiyə dövlət idarəçiliyi sistemində bələdiyyələrin əhəmiyyəti

və funksionallığı

Fəsil1. Türkiyə dövlət idarəçiliyi sistemində dövlət və bələdiyyə


orqanlarının qarşılıqlı idarəetmə münasibətləri

1.1. Dövlət və yerli Özünüidarəetmə və onların inkişaf problemləri və


qarşılılıqlı münasibət modelləri
1.2. Dövlət və bələdiyyələr arasında səlahiyyətlərin və münasibətlərin
bölünmə prinsipləri

Fəsil 2. Türkiyə dövlət idarəçiliyində bələdiyyələrin səlahiyyətləri,


strukturu, əhəmiyyəti və funksionallığı

2.1. Türkiyədə bələdiyyə orqanları, bələdiyyə məclisi, əncüməni və


sədri

2.2. Bələdiyyələrin yenidən qurma və təhlükəsizliyin təmin edilməsində


rolu

2.3. Bələdiyyə qanunvericiliyinə əsasən bələdiyyələrin səlahiyyət və


fəaliyyət həcmi
Giriş

Tədqiqatın аktuаllığı. Hər bir dövlətdə bələdiyyə orqanlarının


formalaşması, dövlətin siyasi, sosial-iqtisadi fəaliyyətində bələdiyyələrin rolu
dövlətin özünün formalaşması, idarəetməsi və bu sahədə fəaliyyəti ilə sıx
bağlıdır. Bu baxımdan, bələdiyyələrin dövlət qurumları ilə qarşılıqlı əlaqəsinin
mövcud modellərini aydınlaşdırmaq böyük əhəmiyyət kəsb edir. Həmin
modellər bunlardır:

1. «Tərəfdaşlıq»-bu modeldə yerli özünüidarəetmə və mərkəzi


hakimiyyət orqanlan arasmdakı münasibətlərə ümumi məqsədlər güdən və
əhaliyə müəyyən xidmətlər göstərən bərabərhüquqlu tərəfdaş münasibətləri kimi
baxılır.
2. «Agent»- Bu modeldə dövlət və yerli özünüidarəetmə orqanları
arasındakı münasibətlərdə başlıca rol dövlətə məxsusdur.
3. «Qarşılıqlı əlaqə konsepsiyası» - bu modeldə qeyd edilir ki, fəaliyyət
xarakterinin necəliyindən asılı olmayaraq, bu orqanlar bir-birinə münasibətdə
müəyyən müstəqillik və sərbəstlik dərəcəsi ilə xarakterizə olunurlar.

Türkiyə Cümhuriyyəti “Belediyye Kanunu”nun (03/07/2005)


bələdiyyələrin anlayışı aşağıdakı kimi verilir: Bələdiyyələr sakinlərin ümumi və
yerli ehtiyaclarını ödəmək üçün yaradılan, seçkilər əsasında formalaşdırılan,
inzibati və maliyyə muxtariyyətinə malik olan qurumlardır.

Türkiyədə yerli özünüidarəetmənin müasir anlamda formalaşması 20-ci


əsrin əvvəllərinə təsadüf edir. Əsasən də, “Tanzimat Reformları” adlandırılan
islahatlar və ölkədə baş verən “Müasirləşmə Hərəkatı”nın nəticəsində yerli
özünüidarəetmə sahəsində bir çox qanunlar və inzibati qaydalar qəbul edildi.
Beləliklə də, müasir mənada bələdiyyələrin əhəmiyyəti, strukturu və mövcud
problemlərin aydınlaşdırılması üçün tədqiqatlara bu dövr sənədlərində başlamaq
faydalıdır. Bununla belə, Türkiyədə yerliözünüidarə etmənin qədim tarixi
Səlcuqlar və onun ardınca isə, Osmanlı dövrünə qədər gedib çıxır. Bu dövr yerli
özünüidarəetmənin aydınlaşdırılması müasir dövrdə hansı xüsusiyyətlərin
qorunub saxlanması və hansı dəyişikliklərin həyata keçirilməsinin aşkar
edilməsində böyük əhəmiyyət kəsb edir.

Problemin işlənmə səviyyəsi. Tədqiqat işi Türkiyə dövlət idarəçiliyi


sistemində bələdiyyələrin rolu, bu konteksdə bələdiyyələr və dövlət
qurumlarının qarşılıqlı əlaqəsi, bələdiyyələrin strukturu və Türkiyə
qanunvericiliyinə əsasən onların strukturu, əhəmiyyəti və funksionallığı
məsələlərindən bəhs edilir. Məsələni araşdırarkən, Azərbaycan mütəfəkkirlərinin
apardıqları araşdırmalar, ümumiləşdirmə və müqayisələr əsasında gəldikləri
nəticələr əsasında yazdıqları kitablardan, Türkiyə qanunvericiliyi və əsas
etibarilə də “Belediyye Kanunu”ndan, Türkiyə mütəfəkkirlərinin ölkədəki yerli
özünüidarəetmənin mövcud vəziyyəti, bələdiyyələrin strukturu və əhəmiyyəti ilə
bağlı yazdığı kitablardan istifadə edilmişdir.

İstifadə etdiyim materiallara nəzər saldıqda bu cür nəticəyə gəlmək olar


ki, Türkiyədə bələdiyyələrin yaranması, inkişaf tarixi, onların səlahiyyətləri və
strukturu, əhəmiyyəti və funksionallığı ilə bağlı istər yerli, istərsə də xarici
mütəfəkkirlərin kifayət qədər zəngin nəzəri və praktiki bazası mövcuddur.
Azərbaycan dilli ədəbiyyat olaraq İ. İbrahimov, S.Yusifov, V.İsmayılov,
A.Hüseyn, V.Əlibəyov, V.Tofiqli, xarici dilli ədəbiyyat olaraq A.Esen, Y.Çiçek,
Z.Toprak kimi tədqiqatçıların kitablarından istifadə etmişəm. Bu tədqiqatçıların
hər biri dövlət idarəetməsi və yerli özünüidarəetmə sahəsində kifayət qədər
faydalı və keyfiyyətli kitablar yazmış, bu kitablarda həm nəzəri, həm də praktiki
olaraq nümunələr göstərmişdirlər.
Tədqiqatın məqsədi. Bu tədqiqat işində əsas məqsəd Türkiyə
Cümhuriyyətinin dövlət idarəçilik sistemində bələdiyyələrin rolu, dövlət
qurumları ilə bələdiyyələrin qarşılıqlı münasibətlərin inkişaf səiyyəsi, yerli
özünüidarəetmədə bələdiyyələrin səlahiyyət və funksiya həcmi, mövcud müasir
vəziyyətin təhlili və əhalinin bu idarəetmədən məmnunluq dərəcəsi, aktual
problemləri müəyyənləşdirməkdən ibarətdir. Yerli özünüidarəetmə sistemi istər
keçmiş, istərsə də, müasir dövrümüzdə böyük əhəmiyyət kəsb edən mövzudur.
Bələdiyyələrin yaranması, inkişaf tarixi və müasir dövrdə fəaliyyətinin tədqiqi
mövcud problemlərin aşkar edilməsi və onların həll edilməsi istiqamətində
təkliflərin irəli sürülməsində böyük əhəmiyyət kəsb edir.

Tədqiqatın vəzifələri.

1. Türkiyə dövlət idarəçiliyi sistemində dövlət və bələdiyyə


orqanlarının yaranması və onların inkişaf problemlərinin müəyyənləşdirilməsi;
2. Dövlət orqanları və bələdiyyələr arasında səlahiyyətlərin və
münasibətlərin bölünmə prinsiplərinin aydınlaşdırılması
3. Türkiyə yerliözünüidarəetməsində bələdiyyələrin rolu və
əhəmiyətinin dəqiqləşdirilməsi
4. Türkiyə qanunvericiliyinə əsasən bələdiyyələrin səlahiyyət və
fəaliyyət həcminin müəyyən edilməsi
5. Bələdiyyələrin fəaliyyətində mövcud problemlərin aşkar edilməsi

Tədqiqatın predmeti və obyekti. Tədqiqtın predmetini Türkiyə dövlət


idarəçiliyi sistemində bələdiyyələrin fəaliyyəti, rolu, dövlər orqanları ilə
bələdiyyələrin qarşılıqlı fəaliyyəti və Türkiyə yerli özünüidarəetməsi təşkil edir.
Təqdiqat işinin obyektini isə bu qurumlar yəni, dövlət orqanları, bələdiyyələr və
onların struktur bölmələri, bələdiyyə məclisi və bələdiyyə əncüməni, təşki edir.
Tədqiqat işinin praktiki əhəmiyyəti. Düşünürəm ki, tədqiqat işi Türkiyə
dövlət idarəçiliyində bələdiyyələrin əhəmiyyətini ətraflı dərəcədə əks
etdirməklə, gələcəkdə bu mövzuda maraqlı ola biləcək şəxslərin yararlana
biləcəyi faydalı mənbə ola bilər. Belə ki, apardığım araşdırmalar və gəldiyim
nəticələr həm bu sahədə biliyini genişləndirmək istəyən insanlar, həm də eyni
mövzu üzrə gələcəkdə refert, kurs işi, diplom işi yazacaq tələbələr üçün faydalı
ola bilər. Tədqiqat işində istifadə etdiyim geniş ədəbiyyatlar vasitəsilə gəldiyim
nəticələrin bir çox problem məsələlərin idrak edilməsi və həll edilməsində rol
oynayacağına ümid edirəm.

Tədqiqatın metodologiyası. İşin yazılmasında analiz və sintez, induksiya,


deduksiya, sistemli yаnаşmа, kоmрleks tədqiqаt və müqаyisəli аrаşdırmа
metоdlarından istifаdə оlunmuşdur.

Buraxılış işinin sturukturu. Tədqiqatın strukturu qarşıya qoyulan məqsəd


və bu məqsədin həyata keçirilməsində rol oynayacaq vəzifələrdən asılı olaraq
formalaşdırılmışdır. Tədqiqat işinin strukturu giriş, 5 yarımfəsli əhatə edən 2
fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

You might also like