You are on page 1of 59

MÜHAZİRƏ 1.

21.02.2020
Geokimyanın predmeti və inkişaf tarixi
Geokimya bir elm sahəsi kimi yalnız XX əsrin əvvəllərindən inkişaf etməyə
başlasa da, onun barəsində müvafiq fikirlər xeyli əvvəllər irəli sürülmüşdür. Bir
termin kimi bu ifadəni 1838-ci ildə, ilk dəfə olaraq İsveçrə kimyaçısı Şenbeyn
işlətmişdir. Adından göründüyü kimi geokimyanın inkişaf tarixi geologiya və
kimya elmləri ilə bağlıdır. Sadə dillə ifadə etsək, geokimya bir elm kimi Yerin
kimyasını öyrənir. Daha dəqiq ifadə etsək: o, Yerdə kimyəvi elementlərin
paylanma və miqrasiyasını zaman və məkan dairəsində araşdırır. Geokimyaya bir
sıra alimlər tərif vermişlər.
F.Klark geokimyanın predmetini belə ifadə edir: Hər-hansı bir süxuru kimyəvi
sistem kimi qəbul etsək, müxtəlif amillərin təsirindən onun tarazlığı pozularaq yeni
sistemdə stabilləşir. Bu cür dəyişiklikləri öyrənmək geokimyanın predmetini təşkil
edir.
B.M.Qoldşmidt isə geokimyanı belə xarakterizə edir: geokimyanın əsas məsələsi
bir tərəfdən Yerin müxtəlif hissələrinin tərkibini miqdarca təyin etmək, digər
tərəfdən isə ayrı-ayrı elementlərin paylanmasını tənzimləyən qanunauyğunluqları
aşkarlamaqdır. Bu məsələləri həll etmək üçün geokimyaçıya yer obyektlərini -
litosfer, hidrosfer, atmosfer və s. xarakterizə edən çox saylı analitik dəlillər
lazımdır.
V.İ.Vernadskiyə görə “Geokimya kimyəvi elementləri elmi cəhətcə öyrənir». Daha
doğrusu Yer qabığında, eləcə də bütövlükdə planetimizdə atomların məkan-zaman
kəsiyində tarixini, paylanmasını və miqrasiyasını (hərəkətini), nəhayət, genetik
münasibətlərini öyrənir.
A.Y.Fersmanın təyinatı: “Geokimya elementlərin − atomların Yer qabığında
tarixini və təbiətin müxtəlif termodinamik və fiziki-kimyəvi şəraitlərində onların
davranışını öyrənir”.
Beləliklə görkəmli geokimyaçı − yaradıcı alimlərin geokimyaya verdikləri
təriflərdən anlaşılır ki, geokimya kimyəvi elementlərin Yer qabığında (və

1
bütövlükdə kainatda) paylanma qanunauyğunluqlarını öyrənir.
Geokimya gənc elm sahəsi olaraq təbiət haqqında digər fundamental elmlərin
(fizika və kimya) geologiya elmləri ilə (mineralogiya, petroqrafiya və s.) sıx
qarşılıqlı əlaqəsindən meydana gəlmişdir.
XIX əsrin II-ci yarısında iki çox mühüm kəşf geokimyanın meydana gəlməsi üçün
zəmin yaratmışdır. Bunlar 1859-cu ildə R.Bunzen və Q.Kirxhof tərəfindən
spektral analizin kəşfi və 1869-cu ildə D.İ.Mendeleev tərəfindən kimyəvi
elementlərin dövri sistemi qanununun kəşfidir.
Spektral analizin kəşfi, ulduzlar aləminin kimyəvi tərkibi haqqında məlumatları
sonsuz dərəcədə genişləndirdi, Yerin və kosmik cisimlərin kimyəvi elementlərinin
eyniliyini təsdiqlədi; süxurların və mineralların kimyəvi tərkibinin dərk
edilməsinin mümkünlüyünü kəskin surətdə artırdı. Onlarla nadir və səpələnmiş
elementlərin miqdarının təyin edilməsini asanlaşdırdı. 1860-cı ildə R.Bunzen və
Q.Kirxhof lepidolit mineralını spektral analizlə tədqiq edərkən, həmin mineralda o
vaxtadək məlum olmayan qırmızı və mavi spektrlər aşkarladılar. Məlum oldu ki,
bu spektrlər yeni elementlərə - rubidiuma və seziuma məxsusdur.
Elə həmin il R.Bunzen bu elementləri lepidolitdən və mineral sularından ayırdı.
1868-ci ildə j.jansen və N.Lokek spektral analizin köməyi ilə Günəşdə qeyri-
məlum elementin iştirakını müəyyən etmişdir. Həmin element helium
adlandırılmışdır. Yalnız 27 ildən sonra V.Ramzay Norvecdə kleveit mineralının
(uraninitin UO2 növü) tərkibində helium elementini aşkar etmişdir.
Geokimyanın tarixində o zamanki aparıcı alimlərin adı ilə bağlı olan üç əsas
istiqamət, üç məktəb ayırmaq olar.
I istiqamət tarixi cəhətcə Klark və onun ardıcıllarının adları ilə (Noddaklar,
Heveşi və s.) əlaqədardır. Onlar geokimyanın əsas vəzifəsini planetimizin, xüsusilə
Yer qabığının və onun ayrı-ayrı hissələrinin (süxurlar, minerallar, hidrosfer və
atmosfer) kimyəvi tərkibinin kəmiyyətcə öyrənilməsində görürdülər.
ABŞ geoloji komitəsində baş kimyaçı vəzifəsində çalışan F.U.Klark süxurlarda

külli miqdarda analizlər aparmışdır.O, 1889-cu ildə Yer qabığının kimyəvi

tərkibinin I cədvəl toplusunu vermişdir. 1908-ci ildə onun geokimyaya dair əsaslı
2
məlumatlar olan «Geokimyanın əsasları» əsəri çapdan çıxır. Bu əsərdə minlərlə
tədqiqatçıların apardığı analitik işlərin nəticələri ümumiləşdirilmişdir. Süxurlar,
torpaqlar, sular və bütün digər təbii əmələgəlmələrin tərkibinə dair geniş
məlumatlar verilmişdir. Yerin üst qatlarında əsas kimyəvi elementlərin balansı
təsvir edilmişdir. 1924-cü ildə müəllif geoloq G. Vaşinqtonla birlikdə Yerin 16
km-lik üst qatında elementlərin paylanmasının orta miqdarını əks etdirən sonuncu
cədvəlini dərc etdirmişdir. Bu nəhəng ümimiləşdirmə geokimyanın özülü oldu.
Geokimyada II istiqamət V.M.Qoldşmidt tərəfindən yaradılmışdır. O,
geokimyanın ən mühüm vəzifəsini ilk növbədə mineralların kristal qəfəslərinin
kristallokimyəvi xüsusiyyətlərini və izomorfizm hadisələrini nəzərə alaraq
müxtəlif minerallar və süxurlar arasında ayrı-ayrı kimyəvi elementlərin
paylanmasının izah edilməsində görürdü. Qoldşmidtin kristallokimyəvi istiqaməti
kifayət qədər məhsuldar olmuşdur. Lakin, bu istiqamət də I istiqamət kimi
geokimyanın vəzifələrini süni surətdə sıxırdı. İon və atomların radiuslarının
ölçülərinə xüsusi əhəmiyyət verməklə, müxtəlif təbii obyektlərdə kimyəvi
elementlərin paylanmasına təsir edən digər faktorları bu istiqamət kifayət qədər
nəzərə almamışdır.
Geokimyada III istiqamət V.İ.Vernadski və A.Y.Fersman tərəfindən
yaradılmışdır. Onlar geokimyanın vəzifələrini Klarka və Qoldşmidtə nisbətən daha
geniş müəyyən etmişlər. Əsas diqqət atomların miqrasiyası məsələlərinə və yer
qabığının müxtəlif şəraitlərində onların davranışına verilmişdir. Burada son
məqsəd məkan və zamanda hər bir element üçün onun paylanmasının mənzərəsinin
verilməsidir. Geokimya özlüyündə bir sıra elm sahələri ilə əlaqədar olduğundan
onun tədqiqat sahələri də çoxşaxəlidir.
Geokimyəvi tədqiqatların əsas istiqamətləri sırasına aiddir: analitik geokimya,
fiziki geokimya, tətbiqi geokimya, təcrübi geokimya, kosmokimya, biogeokimya,
ekoloji geokimya və s.
Azərbaycanda geokimyanın baniləri akademik M.Ə.Qoşqay və H.X.Əfəndiyev
olmuşdur. Otuzuncu illərin sonunda bünövrəsi qoyulmuş bu elm hazırda xeyli
nailiyyətlər əldə etmişdir. Respublikamızda yayılmış müxtəlif süxur və filiz

3
yataqlarının geokimyəvi tədqiqi sahəsində nailiyyətlər əldə edilmişdir.

Mühazirə 2.
28.02.2020.
Elementlərin təbiətdə yayılması, klark anlayışı
Təbiətdə kimyəvi elementlərin miqdarca yayılması probleminin həlli
geokimyanın qarşısında duran ən vacib məsələlərdən biridir. Bu eyni zamanda
müasir təbiətşünaslığın bir sıra nəzəri müddəalarının həllində əsaslı yer tutur.
Kosmik cisimlərin real müşahidə edə biləcəyimiz obyektlərində, kimyəvi
elementlərin ilkin yayılmaları sonrakı törəmə proseslər (miqrasiya və s.)
nəticəsində pozulur. Bu səbəbdən də, ilkin paylanma haqqında təsəvvürlər xeyli
çətinləşir. Hələ V.İ. Vernadski fikir vermişdir ki, kosmik cisimlərin nüvəsinə doğru
getdikcə elementlərin miqdarı dəyişir. Bu geokimyanın əsas qanunlarından biridir.
Kainatın ayrı-ayrı hissələrində (Yer qabığı, meteoritlər, atmosfer və s.) kimyəvi
elementlərin atomlarının yayılma qanunauyğunluqları müəyyən edilərkən aydın
olmuşdur ki, bütün kosmik cisimlərdə elementlərin yayılması eynidir.
Yer qabığının orta kimyəvi tərkibinin təyin edilməsinə ilk dəfə cəhd göstərən
ingilis mineraloqu Fillips olmuşdur. O, hələ 1815-ci ildə ən geniş yayılmış on
element üçün ilk miqdari hesablamaları vermişdir. Lakin bu hesablamalar olduqca
qeyri-təkmil olduğundan tezliklə unudulmuşdur.
Yer qabığında elementlərin yayılmasına dair ilk əsaslandırılmış rəqəmlər
F.Klark tərəfindən verilmişdir. O, çox böyük miqdarda (6 min) analizlər aparmış
və ilk dəfə olaraq çoxsaylı elementlərin Yer qabığında orta miqdarını
hesablamışdır. Bununla əlaqədar olaraq A.Y.Fersmanın təşəbbüsü ilə geokimyaya
yeni anlayış daxil olmuşdur: klark – təbii sistemdə hər hansı bir elementin orta
miqdarı.
Elementin klarkını hesablayarkən aşağıdakı ən mühüm cəhətə fikir vermək
lazımdır:
1) Hesablamada nəzərdə tutulan analizlərin sayı, götürülmüş sistemdə iştirak edən
süxurların faiz miqdarı nəzərə alınmalıdır.
2) Çökmə süxurlar maqmatik süxurların aşınmasından əmələ gəldikləri və onun
yalnız 5%-ni təşkil etdiklərindən hesablamada nəzərə alınmırlar.
Bir qədər dəqiqləşdirsək, klark dedikdə elementin bu və ya digər geokimyəvi
sistemdə olan atomlarının ümumi miqdarının nisbi faizi (yaxud həcmi) nəzərdə
tutulur. Buradan nəzəri və praktiki əhəmiyyətli məsələ meydana çıxır.
Nə üçün təbiətdə kimyəvi elementlərdən bəziləri çox, digərləri isə az
yayılmışdır?
Elementlərin orta miqdarının müəyyənləşdirilməsi iki istiqamətdə aparılırdı:
1) süxurların yayılmasını nəzərə almaqla çoxsaylı analizlərdən seçmə yolu ilə;
4
Bu yoldan F.Klark və G.Vaşinqton, sonradan isə daha başqa tədqiqatçılar istifadə
etmişlər. Klark və Vaşinqton hesab edirdilər ki, Yer qabığının 16 km-lik üst qatı
95% püskürmə, 4% - metamorfik və 1% - çökmə süxurlardan təşkil olunmuşdur;
2) Yer qabığında yayılmalarına uyğun olaraq süxurlardan süni qarışıqlar
düzəldərək onların dəqiq analizi yolu ilə (İ.və V.Noddaklar, Q.Heveşi).
Qeyd etmək lazımdır ki, A.P.Vinoqradovun (1962) və R.Teylorun (1964) əldə
etdikləri rəqəmlər müasir anlamda bütün Yer qabığına aiddir. Bu müəlliflərin
hesablamalarını inandırıcı hesab etmək olar, xüsusilə nadir elementlərə
münasibətdə. A.P.Vinoqradov hesab edir ki, Yer qabığı turş və əsasi süxurların
2:1-ə nisbəti ilə qarışığından ibarətdir.
Adları çəkilən alimlərin mövcud cədvəlləri aşağıdakı nəticələrə gəlməyə
imkan verir:
1. Kimyəvi elementlərin Yer qabığında yayılma dərəcəsi çox kəskin fərqlərlə
səciyyələnir (yayılmada dəyişmə 10-10-a çatır).
2. Əgər elementləri klark ölçülərinin azalması qaydası ilə yerləşdirsək: O, Si,
Al, Fe, Ca, Na, K, Mq, H, Ti, C, Cl və s., onda ilk üç elementin miqdarının cəmi
çəkiyə görə 84,55%, ilk 9 elementinki - 99,18%, ilk 12 elementinki - 99,67% təşkil
edir. Yəni bütün qalan 90 elementə 0,33% düşür.
3. Ən çox yayılmış elementlər dövri sistemin başlanğıcında yerləşmişdir.
4. Yer qabığı elementləri arasında yayılmağa görə kəskin fərqlənənlər vardır.
A.Y.Fersman etdiyi kimi onları bol və çatışmayan (kasıb) elementlərə ayırmaq
olar. Bol elementlərə aşağıdakıları aid etmək olar: O, Si, Al, K, Ca, Fe, Sr, Zr, Sn,
Ba,
Pb, çatışmayan elementlərə isə – təsirsiz qazlar, Li, Be, B, Sc, Ge, Se, Ra, Rh, Pd,
Te, Re, Os, İr, Pt, Au.
5. Yer qabığı elementlərinin yayılmasında həm sıra nömrəsinin qiymətinə,
həm də aparıcı izotopun kütlə ədədinin qiymətinə görə cütlüyün əhəmiyyəti aydın
görünür. Bu vəziyyət Oddo-Harkins qaydası ilə izah olunur: dövri sistemdə adətən
qonşu elementdən sıra №-si cüt olanın klarkı sıra №-si tək olanın klarkından
çoxdur. Belə ki, ilk 28 elementdən cüt nömrəlilər çəkiyə görə 86,36%, tək
nömrəlilər isə - yalnız 13,64% təşkil edir. Bu qayda nadir torpaq elementləri
fəsiləsinə xüsusilə uyğun gəlir: istisnasız olaraq bütün elementlər üçün bu qayda
qüvvədədir. Məsələn, çox defisit olan nəcib qazlar.
6. Yer qabığının bol elementləri içərisində o elementlər üstünlük təşkil edir ki,
onların hakim (üstün) izotopları 4q tipi üzrə qurulmuşdur. Məsələn: O-16, Mg-24,
Si-28, Ca-40, Fe-56 və s. Fersmanın hesablamalarına görə, dövri sistemin ilk 28 el-
ti üçün 4q izotopları Yer qabığı kütləsinin 86,81% təşkil edir; Qabığın çəkisinin
12,68%-ini 4q+3 tipli izotoplar və yalnız 1%-dən azını 4q+2 izotopları təşkil edir.
Ümumiyyətlə, Yer qabığında cüt sıra №-li yüngül elementlər üstünlük təşkil

5
edir. Onlar da istisnasız olaraq Mendeleyev cədvəlinin ilk dörd dövrünü tuturlar.
Bu elementlər qeyri radioaktiv olaraq əsasən 4q tipi və nadir hallarda 4q+3 tipi
üzrə qurulmuş izotoplardan ibarətdir.
Atom klarkları sırası ilə ilk 4 elementin analizi çox maraqlıdır: O, H, Si, Al.
Bu elementlər Yer qabığının bütün zonalarında və dərinliklərində onun keyfiyyət
və kəmiyyətinin əsasıdır.
I element – oksigen, Yer səthinin ən mühüm elementlərindən biridir,
atmosferin tərkibinə daxildir və Yerdə (biosfer) həyatı yaradır.
I və II element (O və H) – birlikdə suyu əmələ gətirir, yəni Yer qabığının II
zonasının – hidrosferin əsas maddəsini əmələ gətirir.
İlk 4 element (O, H, Si, Al) birlikdə aşınma qabığının (hipergenez zonasının)
ən geniş yayılmış məhsulunu – gili əmələ gətirir.
İlk 10 element (O, H, Si, Al, Na, Mg, Ca, Fe, K və s.) Yer qabığının bütün
zonaları (hipergenez, metamorfizm və maqma) haqqında ümumi təsəvvür verir.
Bu, onu göstərir ki, atom klarkları cədvəlinin ilk elementlərində Yer qabığının
geokimyəvi proseslərinin vertikal zonallığı əks etdirilmişdir.
Kimyəvi elementlərin qlobal, regional və lokal paylanma parametrlərini bir-
birindən ayırmaq lazımdır.
Qlobal paylanma parametrləri ümumilikdə litosfer üçün müxtəlif tip
süxurlarda elementlərin statistik paylanma qanunauyğunluqlarını səciyyələndirir.
Bu halda elementin miqdarının orta hesabla qiyməti, litosferdə verilən süxur
tipinin klarkına uyğun gəlir.
Kimyəvi elementlərin regional paylanma parametrləri həmin elementlərin
ayrıca regionda və geokimyəvi vilayətdə paylanma xüsusiyyətlərini
səciyyələndirir.
Lokal paylanma parametrləri elementlərin müxtəlif, sahəcə məhdud geoloji
əmələgəlmələrdə (intruziv massivlərdə və ya komplekslərdə, effuziv seriyalarda,
metamorfik və ya çökmə süxur qatlarında və s.) paylanma xüsusiyyətlərini
səciyyələndirir.

Mühazirə 3.
06.03.2020.
YERİN QURULUŞU, QATLARININ TƏRKİBİ
Yer Günəş sistemini təşkil edən doqquz planetdən biridir, geoid formasındadır.
Onun quruluşu və tərkibi barədə çox müxtəlif fikirlər irəli sürülmüşdür. Bu ondan
irəli gəlir ki,Yerin mənşəi və dərin qatları barədə birbaşa dəlillər mövcud deyil.
Bu səbəbdən də bütün mülahizələr yalnız fərziyyələrə əsaslanmışdır. Bütün
6
hallarda Yerin fiziki halı və kimyəvi tərkibinə görə seçilən konsentrik qatlardan
ibarət olması əsas götürülür.
Yerin əmələ gəlməsi barədə uzun müddət hökm sürən ilkin nəzəriyyə, onun
Günəşdən parçalanaraq ayrılmış qaynar kütlə olmasıdır. Buna əsaslanan
V.M.Qoldşmidt ilk dəfə olaraq metallurgiya prosesini əsas götürüb Yeri aşagıdakı
qatlara ayırmışdır: nüvə → dəmir-nikel özülü (6370 – 2900 km); mantiya → sulfid
qatı kimi - şteynə bənzər (2900 -16 km); Yer qabıgı - (16 – 0 km). Lakin bu
nəzəriyyənin termodinamika qanunlarına tabe olmadığı aşkar edildi.
Digər nəzəriyyəyə görə isə Günəş sistemi, o cümlədən də Yer fəzada
mövcud olan soyuq qaz-toz dumanlığının cazibə qüvvəsi təsirindən fırlanaraq,
sıxılması nətitcəsində yaranıb. Mərkəzdə temperatur və təzyiq böhran vəziyyətinə
çataraq, təxminən 5 milyard il bundan qabaq Günəş yaranır. Qalan hissəciklər yastı
lövhə üzərində Günəş ətrafında fırlanaraq planetlərin əmələ gəlməsinə səbəb
olurlar. Belə bərk maddələrdən təşkil olunmuş Yer sonradan, ilk növbədə
radioaktiv elementlərin parçalanması nəticəsində, ayrılan istilik hesabına əriməyə
məruz qalmışdır. Həmin ərinti differensiasiyaya uğrayır, yəni ağır maddələr aşagı
çökərək nüvəni, yüngüllər isə yuxarı qalxaraq Yer qabıgını əmələ gətirir. Qalıq
maddələr isə mantiyanın formalaşmasına sərf olunurlar. Beləliklə, yeni
əmələgəlmələr planetin ilkin formalaşma maddəsini çox az xatırladır.
Geofizika elminin inkişafı sayəsində eninə və uzununa dalğaların keçmə
sürətinə əsaslanaraq Yerin qatları barədə daha müfəssəl bölgülər verilmişdir. Bu
dəlilləri əsas götürərək, Yerin aşağıdakı qatlardan ibarət olması qərarına gəlmişlər.
A zonası Yer qabığını təşkil edir. O, aşağıda yatan mantiyadan Moxoroviçiç
(Moxo) səthi ilə ayrılır. Yer qabığı kontinental və okeanik tiplərə ayrılır. Bu tip
qabığın orta qalınlığı 16 km-dir. İri dağ sistemləri altında daha qalın – 60km qabıq
mantiyaya doğru çökmüş olur. Okean qabığı sahələrdə isə, əksinə Moxo səthi Yer
səthinə doğru qalxır ki, bu da qabığın 5 km-ə kimi nazilməsinə səbəb olur. Rift
zonalarında isə tamamilə yox olaraq mantiyanın okean sularına qovuşması baş
verir.
Yer qabığı çox müxtəlif cinsli geosfer olub şaquli kəsilişində üç təbəqəyə ayrılır:

7
yuxarı təbəqə – 3 km qalınlığa malik olub vulkanogen – çökmə süxurlardan
ibarətdir; orta təbəqə – 20km qalınlıqlı qranit qneysdən ibarətdir;
nəhayət, həmin qalınlıqda bazalt təbəqəsi mövcuddur. Sonuncu iki təbəqə Konrada
səthi ilə ayrılırlar.
B zonası Moxo səthindən başlayaraq 400 km-ə kimi məsafəni əhatə edir.
Burada seysmik dalğaların hərəkəti asanlıqla müşahidə olunur. 100-200 km arası
məsafədə sıxlığın və dalğa sürətinin azalması müşahidə olunur.
Burada hərarət kritik qiymətə (12000°C) çatır. Bir sıra alimlərin fikrincə məhz bu
məkanda mantiya məhsulu olan pirolit maddəsi əriyərək 25%-ə qədər bazalt
məhsulunun alınması baş verir.
C zonası 600 km qalınlığa malik olub 1000 km-lik məsafəyə qədər sahəni
əhatə edir. Bu keçid zonası, yaxud Qolitsin təbəqəsi adlanır. Bütün sahə boyu
mantiyanın tərkibi yenidən əmələgəlmə prosesinə məruz qalır. Süxurların sıxlığı
əhəmiyyətli dərəcədə artır, dalğaların keçmə sürəti maksimuma çatır. Məhz burada
dərin fokuslu zəlzələlərin yaranması baş verir. Sıx qablaşmaya malik olan
minerallar təzahür edir.
D zonası mantiyanın alt hissəsidir. O, 2900 km məsafəyə qədər uzanır.
Buraya hərtərəfli təzyiqin tədricən artması xasdır. Buna baxmayaraq mineral
tərkibinin əsaslı surətdə dəyişməsi baş vermir. Bu səbəbdən dalğa sürətinin və
sıxlığın az miqdarda artması baş verir.
E zonasında (2900 – 4980 km), D zonasına nisbətən maddələrin halı və
tərkibi
əsaslı sürətdə dəyişir. Uzununa dalğaların sürəti kəskin azalır, eninə dalğalarınkı
isə tamamilə yox olur. Bu onunla əlaqədardır ki, məhz burada – üst nüvədə
maddələr özül halında olur.
F zonası əvvəlkindən dalğa sürəti və sıxlığın artması ilə fərqlənsə də, D
zonasındakı həddə çatmır.
Yer qabığının kimyəvi tərkibini müəyyən etmək geokimya qarşısında duran
mühüm məsələlərdən biridir. Bu məsələnin həlli nəinki elmi-nəzəri, hətta qiymətli
təcrübi əhəmiyyətə malikdir. Məsələn, yeni-yeni növ mineral sərvətlərinin

8
(xüsusilə nadir elementlərin) aşkar edilməsi. Yer qabığının orta kimyəvi tərkibini
hesablayarkən çökmə və metamorfik süxurlar nəzərə alınmır. Çünki onların
birlikdə miqdarı 5%-dən artıq deyil.
Bu məsələ ilə ilk dəfə olaraq Klark məşğul olmuşdur. 5 mindən artıq analizin
nəticəsinə görə onun hesablamaları aşağıdakı kimi ifadə olunur ((% -lə):
SiO2 - 60,18; Al2O3 - 15,61; Fe2O3 - 3,14; FeO - 3,88; MgO - 3,56; CaO -
5,17; Na2O - 3,91; K2O - 3,19; TiO2 - 1,06; P2O5 - 0,30. Bu tərkib heç bir süxura
müvafiq gəlmir və qranitlə bazaltın aralıq mövqeyini ifadə edir.
Xüsusi olaraq qeyd etmək vacibdir ki, belə hesablamalar apararkən ən vacib
məsələ tədqiq olunan hər süxur növünün yayılma miqdarı ilə götürülən sınaqlar
arasında tarazlıq olmalıdır. Əks halda nəticələrdə böyük qüsur baş verə bilər.
Bundan başqa heç də həmişə çoxlu miqdarda analiz aparmaq üçün geniş imkan
olmur.
Bu prinsipləri nəzərə alaraq A.P.Vinoqradov təklif etmişdir ki, yayılma
sahəsini nəzərə almaq şərtilə ortaq sınaq nümunəsi hazırlayıb, az miqdar analiz
vasitəsilə yer qabığının kimyəvi tərkibini böyük dəqiqliklə hesablamaq olar.
Aparılan tədqiqatlar göstərir ki, Yer qabığının ümumi kütləsinin 99%-ni O, Si, Al,
Fe, Ca, Na, K və Mg təşkil edir. Bunların da arasında oksigen mütləq üstünlük
təşkil edir. Deməli, Yer qabığı əsasən oksigen birləşmələrindən, xüsusilə də
silikatlardan təşkil olunmuşdur. Həcm etibarilə oksigen 90%-dən artıqdır.
Beləliklə, Yer qabığı oksigen anionlarının silisium və digər metalların vasitəsilə
bağlanmış birliyindən (upakovka) ibarətdir.
Göründüyü kimi Yer qabağında bütün elementlər bərabər səviyyədə
yayılmamışlar. Elə elementlər var ki, onlar cüzi miqdarda olduqları üçün
minerallarını yarada bilməyərək, geniş yayılmış oxşar elementlərin kristal
qəfəslərinə izomorf qatışıq kimi daxil olub səpələnirlər. Odur ki, onlar elmdə
səpinti elementləri adlanırlar. Bu elementlərin təbiətdə paylanma miqdarını
müəyyən etmək o qədər də asan deyil. Bu səbəbdən də elementlər üçün müxtəlif
alimlər tərəfindən hesablanmış klark yalnız geniş yayılanlar üçün uyğunluq təşkil
edir.

9
Ümumilikdə belə fikir formalaşır ki, elementlərin Yer qabığında paylanması,
onların istehsalata tətbiqi ilə uyğundur.
Yer qabığından fərqli olaraq mantiya bircinsli tərkibə malikdir. Nisbətən intensiv
tədqiq olunmasına baxmayaraq onun təbiəti barədə müxtəlif təsəvvürlər
mövcuddur. Belə hesab olunur ki, bir sıra geoloji və geokimyəvi problemlərin
(məsələn: maqmanın əmələ gəlməsi, dərin fokuslu zəlzələlərin yaranma
mexanizmi, kontinentlərin üfüqi hərəkəti və s.) həllinin açarı məhz mantiyanın
tədqiqi ilə bağlıdır.
Son illər yüksək temperatur və təzyiq şəraitində mineralların eksperimental
tədqiqi yuxarı mantiyanın təbiəti barədə bizim təsəvvürümüzü xeyli
genişləndirmişdir. Hazırda 400 km dərinliyin fiziki şəraitini laboratoriyalarda
yaratmaq mümkündür. Bundan əlavə mantiya materialı kimi qəbul edilmiş vulkan
boruları möhtəvilərinin tədqiqi də yararlı məlumatlar mənbəyi kimi istifadə olunur.
Təcrübələr göstərir ki, yalnız dəmir və maqnezium silikatlarından ibarət olan üç tip
süxurların - dunit, peridotit və ekloqitlərin elastikliyi yuxarı mantiyanınkına
müvafiq gəlir.
Məhz bu süxurların mineraloji tərkibləri piroksen və olivinlərdən ibarət olduğu
üçün mantiya maddəsi pirolit (bu mineralların birinci hecaları) adlandırılmışdır.
Kontinent və okeanların altında mantiyanın geoizotermi müxtəlif olduğundan
pirolitlərin tərkibləri də regional fərqlənirlər. Keçid zonası barədə təsəvvürlərin
nailiyyətləri, yüksək təzyiq, temperatur şəraitində polimorf çevrilmələrin
anlaşılmasından sonra baş vermişdir.
İlk dəfə olaraq Con Bernar belə fikir irəli sürmüşdür ki, yuxarı mantiya və keçid
zonası arasındakı xüsusiyyət fərqi olivinin yüksək temperatura davamlı şpinel tipli
struktura keçməsi ilə əlaqədardır.

Bu çerilmə P – 130 kbar və T - 6000°C baş verir.

Aşağı mantiya dunitə müvafiq gələn homogen (bircinsli) tərkibə malikdir.


Yerin quruluşu və tərkibi problemi ən sirli və möcüzəli məsələlərdən biridir. Hələ
seysmik dəlillərin möcud olmasından xeyli qabaq Yerin dəmir nüvəyə malik
olması barədə fikirlər irəli sürülmüşdür.

10
Meteoritlərin hansısa parçalanaraq yox olmuş göy cisminin qalıq hissəsi olduğunu
mülahizə edən alimlər, Yer nüvəsini onunla eyniləşdirərək bu fikrin reallığa yaxın
olduğunu iddia edirlər.
Nüvə ilə mantiyanın sərhəddi seysmik cəhətdən kəskin büruzə olunur. Burada
eninə dalğalar tamamilə sönür, sıxlıq çoxalır və yüksək elektrik keçirmə effekti
yaranır. Mantiya ilə nüvə arasında ilişgənliyin mövcud olmasını əsas gətirərək,
belə fikir irəli sürürlər ki, üst mantiya materialı bərk nüvədən fərqli olaraq maye
halındadır.
Mühazirə 4.
13.03.2020.
METEORİTLƏRİN TİPLƏRİ VƏ KİMYƏVİ
TƏRKİBLƏRİ
Planetlərdən sonra, kosmik cisimlərdən ölçüsünə görə, asteroidlər
gəlir. Onlar Mars və Yupiterin orbitləri arasında zolaq təşkil etdikləri
üçün, vaxtilə planet olub, sonradan parçalanmaları fərz edilir.
Bəzilərinin diametrinin ölçüləri 100 km-dən çox olur. Daha xırdaları –
diametri 1m-dən kiçik olanları meteor adlanır. Meteorlar Yer orbitinə
daxil olarkən, adətən, yanırlar və onların meteorit adlanan çox kiçik bir
hissəsi Yer səthinə çata bilir.
Meteorit – müxtəlif çəki və ölçüdə, mütəmadi olaraq, səmadan Yer
səthinə düşən dəmir yaxud daş kütlədir. Bunun hesabına hər il Yerin
kütləsi bəzi alimlərin hesablamalarına görə 200 ton, digərlərinə görə isə
daha çox 400 tondan çox artır. Lakin bu Yerin kütləsinə nisbətən (≈
6⋅1021 ton) o qədər də böyük rəqəm deyil. Xarici görünüşü hamar,
çıxıntısız olması ilə fərqlənir. Dünyada ən böyük meteorit Sibirdə
Tunqus çayı hövzəsinə düşən Tunqus meteoritidir.
Azərbaycanda 1960-cı illərin əvvəllərində Yerə düşmüş Yardımlı
meteoriti Geologiya və Geofizika İnstitutunun muzeyində saxlanılır.
Kimyəvi tərkiblərinə, mineraloji və petroqrafik xüsusiyyətlərinə
görə meteoritlər 3 sinifə ayrılırlar:
1) dəmir (sideritlər – 6%),
2) dəmir - daş; (siderolit, yaxud litosiderit – 2%)
3) daş (agrolit) meteoritlər – 92%.
Bir sıra alimlər dördüncü tip meteorit növü də ayırırlar ki, onlar
11
tektitlər adlanırlar. Onlar 75%-dən çox silisium oksidindən ibarət olub,
şüşəvari kütlə təşkil edirlər, yüksək miqdarda Al, Ca və K daşıyırlar.
Bəzi tədqiqatçılar tektitləri meteoritlərə aid etmirlər. Odur ki, mənşələri
mübahisəlidir.
Dəmir meteoritləri əsasən nikel-dəmir qatışığından ibarət olub bir
sıra aksessor minerallarla zəngindir. Bir-birindən Na-un miqdarına görə
fərqlənirlər.
Dəmir-daş meteoritləri isə nikelli dəmirlə silikatların təxminən
bərabər miqdarda qatışığından ibarətdir. Silikatlar, adətən olivindən,
bəzən isə piroksendən ibarətdir.
Daş meteoritlər yalnız olivin və piroksen silikatlarından təşkil
olunmuşdur. Tekstur cəhətdən xondrit və axondritlərə ayrılırlar.
Meteoritlər arasında tərkibcə çökmə və metamorfik əmələ gəlmələr
yoxdur.
Meteoritlər Yer süxurlarından əsasən tekstur və struktur cəhətcə
fərqlənir. Şüşənin iştirakı onların qısa müddət ərzində kristallaşmasını
göstərir. Meteoritlərin mənşəyi barədə XX əsrin əvvəllərində
O.Farrinqtonun irəli sürdüyü müddəa indi də öz gücünü saxlayır. Onun
fikrincə meteoritlər mərkəzinə doğru getdikcə sıxlaşan səma cisminin
parçalanmasından törəmişlər.
Tədqiqatçılar meteoritlərin əmələ gəldiyi ana gövdə barəsində belə
fikir söyləyir:
1) O, dəmir nüvədən və daş qabıqdan ibarət imiş;
2) Nüvəsinin həcmi, qabığınkından xeyli yığcam olmuşdur;
3) Ağırlıq güvvəsi Yerinkindən xeyli zəif olmuşdur.
Daha doğrusu, meteoritlər indiki asteroidlərin yerində – Marsla
Yupiterin arasında yerləşən planetin dağılmasından əmələ gəlmişlər.
Yəni mineraloji və kimyəvi tərkibcə həmin kosmik gövdə Yerə oxşar
olmuşdur. Buna əsaslanaraq müxtəlif tip meteoritlərin kimyəvi tərkibini
araşdıraraq, Yerin dərin qatlarının tərkibi barədə fikir söyləmək olar.
Bu cür araşdırmadan aşağıdakı nəticələrə gəlmək olur:
1. Meteoritlərin tərkibində Mendeleyevin dövri sisteminində olan
bütün elementlər aşkar edilmişdir (Kr və Xe təsirsiz qazlardan başqa).
Orada Yerdə məlum olmayan heç bir element aşkar edilməmişdir.

12
2. Meteoritdəki Fe, Ni, Si, Mg və digərlərinin izotop tərkibləri
Yerdəkilərlə eynilik təşkil edir.
3. Meteoritlər, ümumiyyətlə, böyük klarka malik az saylı
elementlərdən təşkil olunmuşdur. Onların sayı on birdir (O, Si, Mg, Fe,
S, Al, Ca, Ni, Na, Cr, K). Miqdarca 99,57 atom faizi təşkil edirlər.
4. Orta atom çəkisinə malik olan (16-59 yerlər) elementlər üstünlük
təşkil edir.
5. İstər Yerin, istərsə də meteoritlərin tərkibində 28-29-cu sıra
nömrəsindən sonra gələn elementlərin miqdarı kəskin surətdə azalır.
6. Atom tipinə görə meteoritlərin tərkibi çox bəsitdir. Orada əsasən
III kiçik dövrənin və birinci dövrənin birinci hissəsində yerləşən
elementlər təqdim olunur.
7. 4q tipli elementlər daha geniş yayılmışdır.
8. Loqarifmik əyridə cüt nömrəli elementlərin pikləri yuxarı
istiqamətlənmişdir (O, Mg, Si, Fe). Bu xüsusiyyət Yerə nisbətən özünü
daha aşkar büruzə verir.
9. Yerlə meteoritlərin kimyəvi tərkibini müqayisə etdikdə,
meteoritlərdə aşağıdakı tip elementlərin daha az yayılması müşahidə
olunur: təsirsiz qazlar, halogenidlər, uçucu elementlər, turş maqmanın
elementləri, radioaktiv elementlər və s. Bu amil Yer kütləsində
elementlərin nüvəyə və əks istiqamətdə miqrasiya etmələri ilə izah
olunur.
Bütün bu müqayisələri nəzərə alaraq, alimlər Yerin müxtəlif
sferalarının kimyəvi tərkibləri haqqında fikir yürüdə bilirlər.

Mühazirə 5.
20.03.2020.
ELEMENTLƏRİN GEOKİMYƏVİ TƏSNİFATI
Elementlərin bütün məlum geokimyəvi təsnifatları
D.İ.Mendeleyevin dövri sisteminə əsaslanmışdır. Elə Mendeleyev
cədvəlinin özündə kimyəvi xüsusiyyətlərinə görə atomların qruplara və
sıralara bölünməsi təbii təsnifat deməkdir. Çünki, cədvəldə elementin
13
vəziyyəti onun geokimyəvi xassələrini – Yer qabığının, hidrosferin,
atmosferin bu və ya digər fiziki-kimyəvi şəraitlərində və canlı
orqanizmlərdə toplanmaq qabiliyyətini qabaqcadan müəyyən edir.
Elementlərin təsnifatlarının müxtəlif variantlarını vaxtilə
V.M.Qoldşmidt, A.Y.Fersman, V.İ.Vinoqradov, A.N.Zavaritski və b.
təklif etmişlər.
Bu təsnifatlar hansı əsaslara görə tərtib olunduqları ilə bir-birindən
fərqlənir.
V.M.Qoldşmidt (1924) elementlərin təsnifatında elektron
örtüklərinin quruluşunu və atom həcmlərinin ölçüsünü əsas götürmüşdür
(atom həcmi – atom kütləsinin elementin xüsusi kütləsinə
bölümməsindən alınan qismətdir). Nəzərə alsaq ki, bu minvalla seçilən
elementlər bu və ya digər geosfer üçün xarakterikdir, təsnifata uyğun
olaraq Mendeleyev cədvəlinin bütün elementləri 4 geokimyəvi qrupa
bölünür.
1. Atmofillər (təsirsiz qazlar, N); 2 və 8 elektron örtüklü atomlardan
ibarətdir. Atom həcmi ölçüləri əyrisinin maksimuma yaxın
yerlərini
tutur.
2. Litofillər (Na, Mg, Al, Si, K, Ca və s.); 8 elektron örtüklü ionlar.
Əyrinin yuxarı piklərini (qələvi elementlər) və enən hissəsini
tutur.
3. Xalkofillər (Cu, Zn, Ag, Hg, Pb, Sb, As və s.); 18 elektron
örtüklü
ionlar. Əyrinin qalxan (yüksələn) hissələrində yerləşir.
4. Siderofillər (Fe, Co, Ni, platinoidlər); Tamamlanmaqda olan
electron
14
örtuklərinə (9-17 elektron) malik ionlar. Ən kiçik atom
həcmlərinə
malik olmaqla, atom həcmləri əyrisinin ən aşağı hissələrini tutur.
V.Qoldşmidtin təsnifatına əsasən elementlərin geokimyəvi
xüsusiyyətləri onların maye ərinti sistemdə kimyəvi differensiasiyasını
təmin edir. Bu təsnifat meteoritlərin timsalında öz əksini daha aydın
büruzə verir.
Belə ki, litofil elementlər daş (silikat) meteoritləri, siderofillər
dəmir (metallik), xalkofillər isə sulfid (troilit) meteoritlərin tərkib
hissəsini təşkil edirlər.
Yer planetinə gəldikdə isə: atmofil elementlər əsasən Yerin
atmosferinin tərkibinə daxil olurlar, litofillər litosferin və mantiyanın
əsas hissəsini təşkil edirlər, xalkofillər sulfid qatında cəmləşirlər,
siderofillər isə Yerin nüvəsini təşkil edirlər.
Qeyd etmək lazımdır ki, kimyəvi elementlərin içərisində elələri var
ki, o, eyni zamanda iki və ya daha çox qrupa daxil olurlar. Məsələn:
dəmir – litofil, xalkofil və siderofil xüsusiyətlərə malikdir.
A.Y.Fersmanın geokimyəvi təsnifatı, açılmış formada Mendeleev
cədvəlinə əsaslanmışdır. O, cədvəli açılmış halda III və V dövrələr
arasından horizontal xətlə iki hissəyə ayırır. Sonra aşağı hissəni təsirsiz
qazlar xətti ilə (vertikal) sağ və sol hissələrə ayırır. Fersman müəyyən
maqmatik süxurlarda (turş, orta və ultra əsasi) və sulfid yataqlarında
konsentrasiya verən elementləri seçir. Üç sahə ayrılır:
1) yuxarı sahə, 28 №-li elementdə (Ni) qurtarır, atmosferin,
hidrosferin və litosferin ən geniş yayılmış elementlərini əhatə edir.
Sahənin sol hissəsi metalloidlərdir, sağ hissəsi – metallardır.);
2) aşağı sol sahə üçün, əsasən xalkofil elementlər səciyyəvidir və
15
onlar S, Se, Te-la birləşmələr əmələ gətirirlər – sulfid yataqlarının
elementləri (Cu, Zn, As, Sn, Pb və s.);
3) aşağı sağ hissəyə, turş maqmanın – qranit peqmatitlərinin
elementləri daxildir (Zr, Nb, Ta, U, TR və s.); burada həmçinin ultra
əsasi süxurların elementləri (platin qrupu elementləri bütünlüklə bura
daxildir) yerləşmişdir.
A.N.Zavaritski cədvəlin bütün sahəsini 10 bloka bölmüşdür:
1. Təsirsiz qazlar (He-dan Rn-a qədər).
2. Süxurların elementləri (Mg, Al, Si, Na, K, Ca, və s.).
3. Maqmatik emanasiyaların elementləri (B, F, P, Cl, S və s.).
4. Dəmir qrupu elementləri (Ti, V, Cr, Mn, Fe, Co, Ni).
5. Nadir elementlər (Sc, nadir torpaq elementləri, Nb, Ta və s.).
6. Radioaktiv elementlər (Ra, Th, U və s.).
7. Metallik, filiz elementləri (cu, Zn, Sn, Hg, Ag, Au və s.).
8. Metalloid, metallogen elementlər (As, Sb, Bi, Se və s.).
9. Platin qrupu elementləri.
10. Ağır halloidlər (Br, İ).
V.İ.Vernadski geokimyəvi təsnifatında üç əsas əlaməti götürür:
1. Kimyəvi elementdə radioaktiv xassələrin olub-olmaması;
2. Elemetlərin iştirak etdiyi kimyəvi poseslərin xarakteri (dönən və
ya dönməyən);
3. Kimyəvi elementlərin tarixində birləşmələrin və yaxud bir neçə
atomdan ibarət olan molekulların rolu.
Bunlara əsasən V.İ.Vernadski belə təsnifat irəli sürmüşdür:
I. Təsirsiz qazlar – 5 element (He, Ne, Ar, Kr, Xe, Rn)
II. Nəcib metallar – 7 element (Pt qrupu və Au).
III. Tsiklik elementlər – 44 element (H, O, Na, Si, Al, Fe və s.).
16
IV. Səpələnmiş elementlər – 11 element (li, Cs, Sc, Ga, İn, Nb, Ta
və s.)
V. Kəskin radioaktiv elementlər – 7 element (U, Th, Rd, K, Li).
VI. Nadir-torpaq elementləri – 15 element.
Təqdim olunan təsnifatlardan başqa digər alimlər tərəfindən də təkliflər
olmuşdur. Məsələn:
C.Vaşinqton yalnız iki qrup elementlər ayırır:
1. Metallogenik elemenrtlər – filiz yataqları üçün xarakterik
olanlar;
2. Petrogenik elementlər – süxurları təşkil edənlər.
Lakin belə təsnifat çox ümumi xarakter daşıyır və qruplar arasındakı
şərti sərhəd xüsusiyyətlidir.
Sənayedə tətbiqlərinə görə də, bir sıra təsnifatlar verilmişdir (yüngül və
ağır metallar, və s.). Lakin bunlar heç-bir geokimyəvi əhəmiyyət
daşımır.
Mühazirə 6.
27.03.2020.
ELEMENTLƏRİN YER QABIĞINDA MİQRASİYASI
Miqrasiyanın daxili faktorları
Yer qabığında kimyəvi elementlərin səpələnməsinə və
konsentrasiyasına səbəb olan yerdəyişməsinə miqrasiya deyilir.
«Kimyəvi elementlərin miqrasiyası» termini geokimyaya 1923-cü ildə
A.Y.Fersman tərəfindən daxil edilmişdir.
Miqrasiyanın müxtəlif tip faktorları, Fersmana görə, şərti olaraq iki
əsas qrupa ayrılır:
1) atomların və onların birləşmələrinin xassələri ilə əlaqədar olan
daxili faktorlar;
17
2) atomun hansı şəraitdə olduğunu müəyyənləşdirən xarici faktorlar.
Miqrasiyanın daxili faktorları arasında aşağıdakı xüsusiyyətlər
ayrılır:
1) əlaqə xassələri;
2) birləşmələrin kimyəvi xassələri;
3) ionların energetik xassələri;
4) atomların qravitasiya xassələri
5) atomların radioaktiv xassələri.
1. Əlaqə xassələri (termiki xassələr). Bu xassələr elementin və ya
onun birləşməsinin atomlarını (ionlarını, molekullarını) parçalamağa
yönəlmiş qüvvələrə müqavimət göstərməkdən ibarətdir. Bu güvvələr
bəzən mexaniki ola bilər, onlar xırdalanmaya və sürtülüb yeyilməyə
aparır (Au, Pt, kassiterit, şeelitin və s. səpintiləri).
Bu xassələr kristal qəfəsin enerjisi (U) ilə sıx əlaqədardır. Əsasən
yüksək valentli kationların (Si4+, Sn4+, W6+ və s.) birləşmələri ən
yüksək mexaniki davamlılığa (bərkliyə) malikdir.
Hərarət universal faktor kimi əlaqəni zəiflədir və son nəticə olaraq
aqreqat halının dəyişməsinə gətirib çıxarır.
Termiki xassələrinə görə bütün elementləri bir neçə qrupa ayırmaq
olar:
a) Uçucu qazlar (He, Ar, N, O və s.) – aşağı ərimə və qaynama
temperaturuna malikdir, çox mütəhərrik olub, asanlıqla miqrasiya edir.
b) Mütəhərrik metalloidlər (P, cl, F, S, İ) – digər elementlərlə asan
uçucu birləşmələr verir.
c) Qələvi və qələvi-torpaq metallar – çox asanlıqla davamlı çətin
uçucu oksidlər və haloid birləşmələri verir.
ç) Uçucu metallar (Hg, İn, Tl, Bi) – asanlıqla qaza bənzər hala keçir.
18
d) Adi metallar (Fe, Ni, Co, Cu, Pb və s.) – 2000-3500o qaynama
temperaturlu, Yer qabığı şəraitində qeyri-uçucudur. Bu metalların
metalloidlərlə bəzi birləşmələri kifayət qədər asan uçucudur.
e) Ən çətin uçucu elementlər (Pt qrupu, W, c) – sərbəst
vəziyyətdədir, lakin bəzi uçucu birləşmələr verir (CO2, WOCl4 və s.).
Xarici geosferlərdə hakim temperatur şəraitində elementlər əksər
hallarda kimyəvi birləşmələr şəklində rast gəlir. Ona görə də
geosferlərdə miqrasiya məsəlsini həll etmək üçün biz elementlərin
özünün deyil, əsasən birləşmələrinin əlaqə xassələri ilə hesablaşmalıyıq.
Bu nöqteyi-nəzərdən aydındır ki, oksidlərin, silikatların, sulfidlərin
və s. birləşmələrin bilavasitə ərimə temperaturları məs: maqmatik
differensiasiya prosesində elementlərin bölünməsini şərtləndirəcəkdir:
Çətin əriyən birləşmələr ərintidən I növbədə ayrılacaqdır, asan
əriyənlər isə – ərintidə hələ uzun müddət qala bilər. Miqrasiyanın bu
faktoru vahid maqmatik ocaqdan püskürmə süxurlarının əmələgəlmə
ardıcıllığında öz əksini tapır.
İ.Foqta görə maqmatik süxurların bərkiməsinin təxmini temperaturu
belədir: dunit 1600-1500o, peridotit 1400o, qabbro 1250o, diorit 1200o,
qranit 1000o. Bu ardıcıllıqla da əsas maqmadan süxurların normal ardıcıl
kristallaşması gedir.
Bəzi birləşmələrin, xüsusilə xloridlərin və flüoridlərin, uçuculuq
qabiliyyəti böyük geokimyəvi əhəmiyyət daşıyır. Onların uçuculuq
qabiliyyəti maqmanın çətin uçan maddəsinin əsas kütləsindən
pnevmatonitlərin ayrılmasını şərtləndirir və həm pnevmatolit yataqların
və həm də onlardan sonra gələn hidrotermal yataqların əmələ gəlməsinə
gətirir.
Termiki xassələrlə əlaqədar olaraq geoloji termometrlər adlandırılan
19
məsələyə
baxaq. Bu, adətən elə minerallardır ki, onların əmələgəlmə (ərimə)
temperaturu və ya polimorf çevrilmə temperaturu məlumdur. Məsələn,
egirinin NaFeSi2O6 ərimə temperaturu - 1000o ətrafında, ramzait
Na2Ti2Si2O9 - 580o, α-kvarsın β-kvarsa (573o),
araqonitin kalsitə (410o), markazitin piritə (450o) və s. keçid
temperaturu nöqtəsi xüsusilə əlverişlidir.
2. Birləşmələrin kimyəvi xassələri. Miqrasiyanın gedişi
temperaturun tədricən aşağı düşməsi fonunda baş verir. Bu halda, əks
hərəkəti əngəlləyən müxtəlif birləşmələrdən elələri əmələ gəlir ki, onlar
ən ekzotermikdir, yəni maksimal istilik effekti olan birləşmələrdir. Belə
ki, silikat örtüyü (qatı), sulfid zonası və metallik nüvə arasında
elementlərin ilkin paylanmasında oksidlərin və sulfidlərin əmələgəlmə
istiliyi həlledici rol oynayır. Sulfidlərə nisbətən oksidlərin əmələgəlmə
istiliyinin (hərarətinin) yüksək olduğu Yer səthində bilavasitə müxtəlif
oksidli birləşmələr daha davamlıdır.
Mineralların əmələgəlmə hərarəti məhlullardan və ərintilərdən
onların kristallaşma ardıcıllığını əsaslı dərəcədə müəyyənləşdirir. Belə
ki, Fersmana görə soyumaqda olan hidrotermlərdən, ayrılan sulfidlər
üçün belə sıra mövcuddur: Mo - Zn - Fe - Cd - Pb - Cu - Hd - Ag. Bu
sıra sulfidlərin əmələgəlmə istiliyi sırası ilə təxminən üst- üstə düşür.
3. Kristal qəfəsin xassələri (Fersmanın paragen nəzəriyyəsi).
Müxtəlif şəkilli geokimyəvi prosesləri nəzərdən keçirərkən mineralların
ayrılması ardıcıllığını onların kristal qəfəslərinin ölçüsü ilə əlaqələndirən
müəyyən qanunauyğunluqları meydana çıxarmaq mümkündür. Lakin
bəzən bu sadə qanunauyğunluq pozula bilər.
Fersman «paragen» xüsusi anlayışını elmə gətirməsini rasional
20
hesab edirdi. Alim bu termini «funksiya» adlandırır və o, verilmiş
birləşmənin paragenetik ardıcıllıqda yerini müəyyən edir. Hidrotermal
proses üçün paragenin ölçüsü 3,9-dan (molibdenit) 0,7-yə kimi (kinovar)
tədricən azalır.
A.Y.Fersman tərəfindən müfəssəl işlənmiş əsas paragen qanunu
kristallaşmanın qanunauyğunluğunu müəyyənləşdirir: «Dissosiasiya
edilmiş məhlullarda (ərintilərdə, flüidlərdə) molyar konsentrasiyada
kristallaşma ardıcıllığı, enerjinin iş görmə qabiliyyəti (qəfəslərin
simmetriyası), enerjinin paylanma geometriyası (həndəsəsi) -
(koordinasiya və molekulyar qəfəslər) və kompleks anionların əmələ
gəlməsi dərəcəsini nəzərə almaqla, U-nun azalmasına meyl göstərir».
Paragen qanununa görə kristal qəfəsin ölçüsü verilmiş birləşmənin
mineralların paragenetik sırasında yerini müəyyənləşdirir.
Fersmana görə ionun paragenini mürəkkəb riyazi hesablamalar yolu
ilə elektrostatik əmsaldan (EƏ) bəzi düzəlişlər etməklə almaq olar: P = k
· EƏ· f(x, y, z, u), burada P – paragen; k – mütənasiblik əmsalı; EƏ –
elektrostatik əmsal; x – dissosiasiyaya düzəliş; y – qəfəsin tipinə
(koordinasiya, molekulyar) düzəliş; z – konsentrasiyaya düzəliş; u –
polyarizasiyaya düzəliş. Hazırda bu funksiyanın dəqiq riyazi ifadəsi
yoxdur.
Birləşmələrin paragenləri üçün ümumi düstur (Fersmana görə):
, ...3 2 1 s v a s p v p pa P ++ + + =
burada n1, n2, n3 – ionların müvafiq paragenləri, a, v, s – birləşmənin
ionlarının sayı.
Məsələn, MoS2 üçün ; 9,33 ) 23 ,11 ,9 (= ⋅ + = P
Mg2(SiO4) üçün 4 ,37 4 5 ,110 2 4 = ⋅ + + ⋅ = P
V.M.Qoldşmidt və digərləri miqrasiyanın faktoru qismində ion
21
radiusuna böyük əhəmiyyət verirlər: digər bərabər şəraitlər nəzərə
alınmaqla böyük radiuslu ionlar maye fazada qalmağa meyllidir, kiçik
radiuslu ionlar isə bərk fazada. Geoenergetik nəzəriyyə digər mühüm
geokimyəvi hadisələri də izah edə bilər. Məsələn, soyumaqda olan
maqmatik ocağın ətrafında elementlərin zonal paylanması (ocağa yaxın
– yüksək valentli ionlar, kənarda – aşağı valentlilər).
4. Elementlərin qravitasiya xassələri. Atomun kütləsi onun
miqrasiya xassələrini müəyyən edir. Belə ki, ümumdünya cazibəsi
mövcuddur və o, kütlə ilə düz və məsafənin kvadratı ilə tərs mütanasib
olan quvvə ilə atoma təsir edir. Bu mülahizə geosferlər haqqında
nəzəriyyədə tam ardıcıllıqla aparılmışdır. Geosferlərdə zonalar üzrə
elementlərin paylanması onların atom həcmləri ölçüsü (at.çək./elementin
çək.) ilə əlaqələndirilir.
5. Elementlərin radioaktivlik xassələri. Atom nüvələrinin radioaktiv
parçalanmasında digər xassələrə malik yeni nüvələr, yeni atomlar əmələ
gəlir. Məsələn, təsirsiz qazların asan miqrasiya edən atomları çox çətin
miqrasiya edən elementlərin, qurğuşun kimi, atomları ilə. Öz-özünə
radioaktiv parçalanmaya malik olan elementlər üç sərbəst sıraya ayrılır:
uran, torium və aktinium sıraları. Miqrasiyanın xarici faktoru kimi
radioaktivlik mühüm əhəmiyyətə malikdir, belə ki, radioaktiv
proseslərdə ayrılan enerji ola bilər ki, həqiqətən bütün digər elementlərin
də, miqrasiyasının əsas səbəblərindən biridir.

MÜHAZİRƏ 7.
03.04.2020.
ELEMENTLƏRİN YER QABIĞINDA MİQRASİYASI.
Miqrasiyanın xarici faktorları

22
Göründüyü kimi, miqrasiyanın daxili faktorları miqrasiya olunan atomların və
onların əmələ gətirdiyi birləşmələrin xüsusiyyəti ilə bağlıdır. Miqrasiyanın xarici
faktorları isə çox saylı səbəblərdən asılıdır. Bu səbəblərə keçməzdən əvvəl
miqrasiyaya səbəb olan enerjinin mənbələri üzərində dayanmaq lazımdır.
Yerdə enerji mənbələri çox deyildir və aşağıdakı qruplara bölünə bilər:
1) Qravitasiya qüvvələrinin təsiri ilə əlaqədar olan cazibə enerjisi;
2) Günəşin və digər göy cisimlərinin kosmik enerjisi;
3) Radioaktiv parçalanma enerjisi;
4) Yer kürəsi dərinliklərinin qalıq enerjisi.
1) Cazibə enerjisi. Ağırlıq qüvvələrinin miqrasiyaya təsiri bu və başqa ölçüdə
daim özünü göstərir. Ağırlıq qüvvələri yalnız bizim planetdə deyil, həmçinin
kosmik miqyasda maddənin yerdəyişmə proseslərinə təsir edir. Yer qabığında
cazibə enerjisi maddənin sularla, buzla daşınması və bu maddənin dənizlərdə və
okeanlarda çökməsi proseslərində, müxtəlif tektonik poseslərdə və s. özünü
göstərir. Bu enerji əsasən mexaniki formada görünür. Lakin, təbiidir ki, mexaniki
enerji istilik enerjisinə keçir. Əgər digər enerji mənbələri olmasaydı, öz xüsusi
həcmlərinə görə qravitasiya qüvvələrinin təsiri altında yerləşən elementlərin
atomları həmişəlik sükut halında qala bilərdilər və onların vəziyyətinin potensial
enerjisi yerdəyişmənin təsirli, kinetik enerjisinə heç vaxt keçməzdi.
2. Kosmik enerji. Yerin aldığı bütün kosmik şüa enerjisinin praktiki olaraq
hamısı Günəş şüaları enerjisinə aid edilir. Bu enerji Yerdə müxtəlif istilik, kimyəvi
və işıq hadisələrinə səbəb olur.
Günəşin şualandırdığı bütün külli enerji kütləsinin yalnız iki milyardda bir
hissəsi Yerin payına düşür ki, təxminən 4,5·1016 kal/san. təşkil edir. Lakin bu
kifayət edir ki, Yerin yalnız səthində deyil, həmçinin onun dərinliyində maddənin
yerdəyişməsinə miqyasca möhtəşəm və formaca müxtəlif şəkilli proseslərin baş
verməsinə səbəb olsun.
Günəş şüalarının enerjisi biogeokimyəvi proseslərin əsasında durur. Yer
səthində kimyəvi elementlərin bütün miqrasiya prosesləri Günəşdən daxil olan
enerji hesabına baş verir.

23
3. Radioaktiv proseslərin enerjisi. Süxurlarda qüvvətli radioaktiv
elementlərin (U, Ra, Th və s.) cüzi miqdarına və çox yayılmış K-un zəif
radioaktivlik qabiliyyətinə baxmayaraq, geoloji dövrlər müddətində ayrılan
radioaktiv enerjinin ümumi miqdarı süxur kütləsini bir neçə dəfə əritmək üçün
tamamilə kifayətdir.
Paylanma xüsusiyyətlərini nəzərə almaqla Yerin radioaktiv maddələrinin
ayırdığı istiliyin cəmi hesablanmışdır: 4,26 ·1020 kal/il.
4. Yer kürəsi dərinliklərinin qalıq istiliyi. Alimlərin böyük əksəriyyəti nə
vaxtsa keçmişdə közərmiş halda olan materiyanın tədricən soyuması və sıxılmasını
təsəvvür edərək hesab edirlər ki, Yerin dərin qatlarında hələ də kifayət qədər
soyumağı başa çatdırmamış qalıq ulduz istiliyi vardır. Bu təsəvvür əsasında
qurulmuş hipotezlər (kontraksion nəzəriyyə, maqmatik axınlar nəzəriyyəsi,
materiklərin yerdəyişməsi hipotezi və s.) yaxşı məlumdur. Bu hipotezlər geoloji
prosesləri və onunla əlaqədar elementlərin miqrasiyasının izahına cəhd göstərir.
Məcmuu kimyəvi elementlərin miqrasiyasına səbəb olan və geokimyəvi
sistemin vəziyyətini müəyyənləşdirən əsas faktorlar:
1. Maddənin qatılığı.
2. Temperatur.
3. Təzyiq.
4. Məhlulların və ərintilərin ionlaşma dərəcəsi.
5. Oksidləşmə-reduksiya potensialları.
6. pH-ın ölçüsü.
7. Səth qüvvələri (bərk maddələrin səthində elektrik qüvvələri).
8. Faza qaydası.
Bu ümumiləşmədən sonra, geokimyəvi mühitə təsir edərək, kimyəvi
elementlərin miqrasiyasını təmin edən əsas faktorlara baxmaq olar.
1. Maddənin konsentrasiyası. Konsentrasiya dedikdə istənilən elementin
sistemdə mövcud olan digər komponentlərə nisbəti başa düşülməlidir.
Konsentrasiya amilinin süxur əmələgəlmə prosesində rolu böyükdür. Müəyyən
olmuşdur ki, elementlərin sistemdə konsentrasiyası onların Yer qabığında

24
yayılması ilə mütənasibdir. Konsentrasiya amilinin miqrasiya prosesində rolundan
danışarkən filtrasiya effekti faktı böyük maraq doğurur. Təcrübə göstərir ki,
məhlullar zəif keçirici sədlərdən keçərkən həllolan maddə həllediciyə nisbətən geri
qalır. Nəticədə həmin elementin toplanmasında zonallıq müşahidə edilir.
Hər bir elementin filtrasiya effekti onun mütəhərriklik qabiliyyətindən asılıdır.
Bu fakt metasomatik prosesdə özünü daha parlaq göstərir. Bütün şəraitlərdə su və
karbon qazı tam mütəhərrikdirlər. Qələvi metallar metamorfizmdə inert,
metasomatizmdə yüksək mütəhərriklik xüsusiyyətinə malikdirlər. Si, Mg, Al və Fe
nisbətən qeyri mütəhərrikdirlər. Elementlərin mütəhərrikliyi təzyiq və
temperaturdan çox asılıdır. Bu səbəbdən də müxtəlif sistemlərdə elementlərin
mütəhərriklik sıraları fərqli olacaqdır. Bununla yanaşı aşağı valentli elementlərin
mütəhərrikliyi daim üstünlük təşkil edir.
2. Temperatur. Sistemin aqreqat halını və reaksiyanın sürətini müəyyən
etməklə, temperatur miqrasiya prosesində həlledici rol oynayır.
Atomların parçalanmasına gətirən uçuculuq xüsusiyyəti birbaşa temperaturla
əlaqədardır. Temperaturun aşağı düşməsi məhlulun kristallaşmasına səbəb olur ki,
bunun da sayəsində maye və bərk fazalar ayrılırlar. Onun yüksəlməsi isə kristal
şəbəkəsinin zəifləməsinə və izomorfizm qəbiliyyətinin yüksəlməsinə səbəb olur.
Yerin səthində temperatur + 850 – 800°C, maqmatik prosesdə isə 6000 – 18000°C
arasında dəyişir. Yer qabığında bütün geoloji proseslər məhz bu temperatur
həddində baş verir. İstənilən geokimyəvi sistemdə temperatur dəyişkən olur.
Temperaturun azalması süxür və filiz əmələgəlməyə səbəb olduğu halda, onun
artması əks təsir göstərir.
3. Təzyiq. Yer səthində təzyiq 1 atm. həddində olsa da, o, miqrasiya prosesinə
çox təsir göstərir. Dərinə getdikcə təzyiq hər kilometrdə 300 atm. həddində artır.
Təzyiqin rolu daha çox maye və qaz fazalarının ayrılmasında özünü göstərir.
Maqmatik mənbə üzərində təzyiqin aşağı düşməsi hidrotermal və pnevmatolit
proseslərin başlanmasına səbəb olur. Təzyiq tarazlıq konstantının dəyişməsində də
rol oynayır. Ərimə nöqtəsinin dəyişməsi də bu qəbildəndir.
4. Ərintilərin və məhlulların ionlaşma dərəcəsi. Maye fazada maddələr

25
dissosiasiya olunmayan halla yanaşı, ion formasında da ola bilər. Hər iki hal eyni
vaxtda mövcud ola bilər. Elektrolitik dissosiasiyanın dərəcəsi həllolan maddənin
xüsusiyyəti ilə yanaşı, həlledicinin konsentrasiyasından asılı olur. İonizasiya
dərəcəsinin miqrasiya prosesində əhəmiyyəti çox yüksəkdir. Bu faktorun təsiri
nəticəsində mineralların məhlullardan ayrılma ardıcıllığı müəyyən edilir. İon
formasında olan elementlər bərk hala daha sürətlə keçirlər.
5. Oksidləşmə-reduksiya olma potensialı.
Əgər atom elektron itirirsə o, oksidləşir, əks halda o bərpa olunur. Bu iki
proses daim biri digərini müşayiət edir. Yəni bir elementdən ayrılan elektron digəri
ilə birləşir.
6. pH-ın qiyməti – hidrogen ionunun konsentrasiyası, yəni məhlulun
turşuluğu
yaxud qələviliyi. Səthi proseslərdə rolu daha genişdir. Hidrotermal məhlullarda
da nisbi rol oynayırlar. Adətən, turş hidrotermal məhlullar təkamül prosesində
xarici təsirin nətitcəsində əsasiləşirlər. pH-ın müxtəlif qiymətində məhluldan fərqli
maddələr ayrılırlar.
7. Səthi qüvvələr. Bu bərk maddələrin səthində baş verən elektrik qüvvəsidir.
O, səthin genişlənməsi sayəsində böyüyür. Bu səbəbdən də onun qiyməti dispers

kolloid sistemlərdə daha yüksək olur. Hipergenez prosesində daha ciddi rol
oynayır.
8. Fazalar qaydası. Təbii proseslər üçün adətən heterogen tarazlıq xasdır.
Yəni müxtəlif fazaların tarazlığı. Faza sistemin tərkib hissəsi olub, ətraf məkandan
aydın sərhədlərlə ayrılmış olur. Eyni maddənin qaz, maye və sülb halı belədir.
Sistemin kimyəvi tərkibi komponentin sayı ilə təmsil olunur.
Gipps göstərmişdir ki, tarazlıq vəziyyətində olan sistemdə komponent və
fazanın sayı ilə temperatur, təzyiq və konsentrasiyanın arasında mövcud olan
nisbət fazalar qaydasıdır.
f=n - R+2
f – sərbəstlik dərəcəsi, yəni sistemdə baş verə biləcək dəyişikliyin sayı; n –

26
komponentlərin sayı; R – fazaların sayı.
Sistemdə komponentlərin sayı müxtəlif olur. Odur ki, f -in də sayı müxtəlif olur. f
= 0 olanda sistem invariant adlanır.

MÜHAZİRƏ 8.
10.04.2020.
İZOMORFİZM, İZOMORF SIRALAR

Günəş sistemi planetləri, o cümlədən də Yeri təşkil edən mineral və süxurlar


müxtəlif kimyəvi elementlərin birləşmələrindən təşkil olunmuşlar. Bu elementlərin
varlıq tarixində minerallar müəyyən mərhələdir. Onlar müvafiq şəraitdə yarandığı
kimi, digər şəraitdə parçalanırlar. Mineralların xüsusiyyətləri onların kimyəvi
tərkibindən təşkil olunduqları atomların fəza şəbəkəsində yerləşmə
qanunauyğunluqlarından asılıdır. Bu səbəbdən də geokimya elmi kristallokimyanın
məğzinə böyük əhəmiyyət verir.
Təbiətdə heç də bütün elementlər yalnız mineral şəklində formalaşmırlar. Dəqiq
analiz nəticəsində hər-hansı bir monomineralın kimyəvi formuluna daxil olmayan
elementi aşkar etmək mümkündür. Bu elementlər (məs.: Ga, Re, Hf, Ru, İn və s.)
müstəqil mineral yaratmaq qabiliyyətindən məhrumdurlar.
Deməli, kimyəvi elementlərin təbiətdə iki cür – mineral şəklində və mineralsız
varlıq forması mövcuddur. Sonuncular geniş yayılmış qohum elementlərdən təşkil
olunmuş birləşmələrin fəza qəfəsinə izomorf olaraq daxil olurlar.
Mineral əmələ gətirə bilən elementin özləri də müəyyən fiziki-kimyəvi şəraitdə
izomorf qatışıq halında rast gəlirlər. Atomları (ionları) bir-birini qarşılıqlı əvəz
edərək sülb məhlul yaradan birləşmələrə izomorf maddələr deyilir. Sülb kristallik
faza bir neçə kimyəvi birləşmələrdən yaranır. Kimyəvi elementlərin belə
minerallardakı assosiasiyalarının izahında izomorfizmin əhəmiyyəti böyükdür.
Nadir elementlərin sənaye əhəmiyyətli konsentrasiyasını aşkar etməkdə
izomorfizm əvəzedilməz axtarış əlaməti hesab edilir. Təbii birləşmədə izomorf
qatışığın miqdarı yüksək olduqda o, formulda öz əksini tapır. Məsələn: olivin
(Mg,Fe)2SiO4. Burada maqneziumun ≈10%-i dəmirlə əvəz olunmuşdur. Daha
doğrusu forsterit (Mg2SiO4) ionları fayalit - Fe2SiO4 ionları ilə əvəz olunurl.

27
E.Fersmanın təbirincə eyni şəbəkəli elementlərin atom (ion) radiuslarının fərqi
15 %-dən aşağı olduqda onlar bir-birini asanlıqla əvəz edə bilirlər.
İzomorfizmin sadə və mürəkkəb növləri mövcuddur. Fərdi elementlərin ionları
bir-birini əvəz edirsə sadə, ion qrupları kompleks şəkildə əvəz olunursa mürəkkəb
izomorfizm adlanır. Misal: Plaqioklazda albit qrupu (AlSi 3O8) anortit qrupunu
(Al2Si2O8) əvəz etməsi.
V.Qoldşmidt izomorf əvəzetməni 3 tipə ayırır:
1. Hər iki maddədə müvafiq atomların ionlarının yükü eyni olanlar:
CaCo3 və MgCO3
2. Yüklərin cəmi eynidir, lakin onlar qeyri bərabər paylanmışlar:
KClO4 və SrSO4
3. Atomların sayı bərabərdir, lakin yüklərin cəmi qeyri bərabərdir:
TiO2 və MgF2.
Bəzən elə olur ki, ion radiusları yaxın olan elementlər biri digərini izomorf əvəz
edə bilmir: Mis - 0,96Å, natrium - 0,97Å. Bu onunla əlaqədardır ki, həmin
elementlərin qütbləşmə xüsusiyyətləri çox fərqlidir.
Belə olmadıqda izomorfizm nəticəsində alınan maddənin strukturunda və
kristallik formasında kəskin dəyişiklik əmələ gəlir ki, bu hadisə morfotropiya
adlanır.
Hər-hansı bir maddənin bir-neçə müxtəlif struktur yaratma qabiliyyəti isə
polimorfizm adlanır. Bu halda termodinamik şəraitdən asılı olaraq maddənin
strukturu dəyişərsə də, kimyəvi tərkibi sabit qalır.
İzomorf əvəzetmə zamanı atomların miqdarı eyni və müxtəlif ola bilər. Birinci hal
normal, ikinci hal isə endokriptiya adlanır.
Qeyd etmək lazımdır ki, izomorfizm eyni adlı (kation və anion) ionlar
arasında mümkündür. Yalnız bu halda elektrostatik tarazlıq saxlanıla bilər. Bundan
başqa izovalent və heterovalent izomorfizm mövcuddur.
Heterovalent əvəzetmələr zamanı kristalın elektrostatik tarazlığı pozulur ki, bu
səbəbdən də valentlik kompensasiyası lazım gəlir. Təbiətdə müşahidə edilən izomorf
əvəzedilmə halları Vernadski tərəfindən izomorf sıralar şəklində

28
ümumiləşdirilmişdir. Lakin müxtəlif termodinamik şəraitdə belə sıraların pozulması
baş verir. Yəni müəyyən şəraitdə izomorf əvəz edilə bilən elementlər digər şəraitdə
əvəz olunmaya bilərlər.
Yer planetində biri digərindən kəskin seçilən üç termodinamik sahə ayrılır.
I. Aşınma qabığı (aşağı Təzyiq, Temperatur)
II. Metamorfizm hadisələri sahəsi (yüksək Təzyiq və orta Temperatur)
III. Maqmatik fəaliyyət sahəsi (yüksək Təzyiq və Temperatur).
Bir qayda olaraq maqmatik şəraitdən səthi şəraitə keçdikcə izomorfizm hadisəsi
zəifləyir. Bu səbəbdən də aşağı temperatur şəraitində əmələ gələn minerallar
qatışıqlardan daha təmiz olurlar.
Təbiətdə rast gələn nadir elementlərin hansı birləşmələrdə rast gələ biləcəyini
araşdırmaq üçün aşağıdakı misalların təhlili vacibdir.
1. Birvalentli elementlər. Yüksək temperatur şəraitində K və Na arasında
mütamadi izomorfizm mövcuddur. Rb eyni zamanda asanlıqla K-la əvəz olunur. Rb-
la Cs isə mikaların tərkibində izomorf qatışıq təşkil edirlər. Qızılla gümüş isə,
demək olar ki, bütün şəraitlərdə bir-birini izomorf əvəz edərək müştərək kristallarını
yaradırlar.
2. İkivalentli elementlər. Yer qabığında Mg, Fe, Ni, Co izomorf elementlər
qrupu təşkil edirlər. Ni və Co daimi olaraq dəmirli-maqneziumlu ortosilikatların
(olevinin) tərkibində izomorf olaraq Mg-mu əvəz edirlər.
Hipergenez zonasında bu mikroelementlər valentliklərini - yani ion
radiuslarının ölçülərini dəyişir. Bununla əlaqədar mövcud izomorf qatışıq pozulur,
miqrasiya edərək müstəqil yataq əmələ gətirirlər. Ca-la Mg-un ion radiusları
arasında kəskin fərq olmasına baxmayaraq piroksenlərdə izomorf əvəz olunurlar (bu
istisna kimi qəbul olunur).
Pb daimi olaraq stronsiumun minerallarında iştirak edir. Sr-la Ba-un
izomorfizmi geniş yayılmışdır.
Kükürdlü minerallarda selenin həmişə iştirakı müşahidə olunur. Tl isə ion
radiusunun çox böyük olması səbəbindən adətən sərbəst mineralı şəklində rast gəlir.
3. Üçvalentli elementlər. Daimi izomorf qatışıq yaradan elementlərdən Ga-la

29
Al-mu misal gətirmək olar. Təbiətdə nadir tapılan Ga, demək olar ki, yalnız Al-un
minerallarında rast gəlir.
Yüksək temperatur şəraitində Cr, V, Ti və Mn bir-birini izomorf əvəz edirlər.
Uralın titanomaqnetitlərində həmişə V və Cr rast gəlir. Bəzi elementlər təbiətdə
yalnız izomorf qatışıq şəklində rast gələrək qruplar təşkil edirlər, məsələn
latanoidlər. Onların ittrium və serium qrupları.

4. Dördvalentli elementlər. Bir sıra süxurlarda Ge Si-u daim müşayiət edir. Re-
la Mo-nin izomorfizmi geniş yayılmışdır. Eyni ion radiusuna malik olan Zr və Hf elə
izomorf qatışıq yaradır ki, onları ayırmaq xeyli çətinli k törədır.
5.Beşvalentli elementlər. Ən səciyyəvi misal kimi tantal - niobat izomorf
sırasını göstərmək olar. Eyni ion radiusuna malik olan bu elementlər daim birlikdə
rast gəlirlər.
6.Altıvalentli elementlər. (SO4)2- və (SeO4)2 kompleks anionlara daxil olan S
və Se müvafiq sulfatlarda izomorf əvəzolunandırlar. Volfram filizlərində daim
molibden iştirak edir. Burada çox yaxın ion radiusuna malik olan WO4 və MoO4
kompleks anionları izomorf əvəz olunurlar.
Heterovalent izomorfizm nisbətən mürəkkəb prosesdir. Burada kristal şəbəkəsinin
elektrostatik balansı saxlanması üçün yüklərin kompensasiyası lazımdır. Yəni
əlavə elementlər cəzb edilməlidir. Misal:
Fe2+ + Si4+ ↔ Sc3+ + Al3+.
Yuxarıda dediyimiz kimi izomorfizm hadisəsi əsasən yüksək PT şəraitində
həyata keçir. Buna görə də bu parametrlərin dəyişməsi nəticəsində izomorf
birləşmələr parçalanırlar.
İzomorf qarışıqların parçalanmasının digər səbəbi bəzi elementlərin fiziki-
kimyəvi şəraitin dəyişməsi nəticəsində valentliklərinin dəyişməsidir. Misal olaraq
oksidləşmə zonasında dəmirin üç valentli hala keçməsilə onunla yanaşı Ni və Co-da
şəbəkədən ayrılırlar. İzomorf qarışığın parçalanması mineralların həllolması zamanı
da baş verə bilər.
Bəzi hallarda izomorf qarışığın parçalanması bir sıra elementlərin sənaye
əhəmiyyətli yataqların əmələ gəlməsi ilə başa çatır. Bu hadisə əsasən hipergenez
30
zonasında baş verir. Məsələn ultra əsasi süxurların aşınma qabığında iri nikel
yataqları geniş yayılmışlar.

MÜHAZİRƏ 9.
17.04.2020.
GEOKİMYƏVİ PROSESLƏRİN TERMODİNAMİK
İSTİQAMƏTLƏNMƏSİ, FAZALAR QAYDASI

Geokimyəvi proseslərdə eyni vaxtda kimyəvi elementlərin çoxsaylı atomları


iştirak edir. Ona görə də, təbiətdə elementlərin miqrasiyası yollarını
aydınlaşdırmaq üçün ayrı-ayrı atomların xassələri ilə yanaşı, həm də daha geniş
statistik qanunauyğunluqlara tabe olan çox saylı qruplaşmaların xassələrini də
nəzərə almaq lazımdır. Mineralın təbii kimyəvi birləşmə kimi əmələ gəlməsi və
dağılması (tələf olması), izomorf əvəzedici elementlərin ona daxil olması və
izomorf qarışıqların pozulması, birləşmələrin həll olması və onların çöküntüyə
keçməsi, bərk, maye və qaz fazalarının əmələ gəlməsi – bütün bunlar müəyyən
termodinamik qanunlara tabedir.
Yer kürəsində və onun səthində müxtəlif cür kimyəvi çevrilmələrdə enerjinin
udulması və ya çıxarılması baş verir. Bu enerji mineral assosiasiyalarının
termodinamik xassələri və temperatur (T), təzyiq (P) və maddələrin qatılığı (C) ilə
müəyyən edilən mühitin termodinamik şəraitləri ilə əlaqədardır. Yer kürəsinin üst
qatlarında çoxlu kimyəvi proseslər böyük müxtəlifliyinə baxmayaraq, müəyyən
istiqamətlənməyə malikdirlər. Bu, ondan ibarətdir ki, istənilən təbii sistem
minimum sərbəst enerci ehtiyatına malik olan maksimal davamlı hala keçməyə
çalışır.
Yer, biosferi hüdudlarında sərbəst enerji toplamaqla keçən və əks tərəfə
yönələn bir aparıcı planetar prosesə malikdir. Bu, sərbəst oksigen verən və bununla
da biosferin sərbəst enerjisinin yüksək kimyəvi potensialını müəyyənləşdirən yaşıl
bitgilərin fotosintezi prosesidir. Bu məhsul (oksigen) isə əsrlər boyu hipergen
geokimyəvi proseslərə sərf olunur.
Hər bir təbii sistemin nisbi tarazlıq vəziyyətindən çıxarılması termodinamika
qanunları ilə tənzimlənir. Termodinamikanın birinci qanunu məlum sistemdə
enerjinin saxlanması ümumi qanununun qeyri-adi halıdır. Yer qabığındakı kimyəvi
31
prosesləri dərk etmək üçün böyük əhəmiyyət daşıyan termodinamikanın ikinci
qanunu göstərir ki, istilik sisteminin faydalı iş əmsalı (daha isti hissədən daha
soyüq hissəyə keçəndə) həmişə 1-dən kiçikdir. Bunu aşağıdakı düsturla ifadə
etmək olar:
K = Q1-Q2 = T1- T2
Q1 T1
Burada Q1 – istilik verənin istiliyi, Q2 – istilik qəbuledicinin istiliyi, T1- T2 –
onların temperatur fərqi.
Termodinamikanın ikinci qanunu həmçinin aşağıdakı kimi ifadə oluna bilər: izolə
edilmiş sistemlərdə yalnız elə proseslər gedə bilər ki, onlarda sistemin entropiyası
yüksəlir və proses öz-özünə o hala qədər gedə bilər ki, entropiya bu şərait üçün
maksimum qiymətə malik olur. Bu sistemdə tarazlığa meyllik termodinamik
izobar-izometrik potensialla ifadə olunur:
Z = U – TS – PV,
Burada U - daxili enerji, T - mütləq temperatur, S - entropiya, P - təzyiq, V -
həcm.
Xarici faktorların (P,T,C) dəyişməsi ilk növbədə tarazlığı pozur və sistemdə
yeni çevrilmələrə gətirir. Bu çevrilmələr Le-Şatalye qanunu (prinsipi) üzrə baş
verir: tarazlıqda olan sistemə hər hansı təsir edilərsə, onda bu, təsiri azaltmağa
yönələn prosesin əmələ gəlməsinə səbəb olur.
Nümunələri nəzərdən keçirək.
Temperaturun yüksəlməsi ekzotermik reaksiyaların istilik effektinin aşağı
düşməsinə səbəb olur. Vant-Hoff düsturuna görə, temperatur yüksələndə tarazlıq
istiliyin udulması ilə gedən prosesə tərəf yerini dəyişir, temperatur aşağı düşdükdə
isə - əks tərəfə dəyişilir. Belə ki, yer səthi şəraitində dəmirin oksidləşməsi istiliyin
ayrılması ilə müşayiət olunur, ancaq yüksək temperatur şəraitində dərinliklərdə bu
reaksiya istiliyin udulması ilə gedir və proses dəmirin reduksiyasına yönəlir.
Fe2O3↔ FeO
aşağı yuxarı
temperaturlar temperaturlar

32
Temperaturun yüksəlməsi ilə duzların həll olması artır və o, adətən istiliyin
udulması ilə müşayiət olunur.
Təzyiqin yüksəlməsi kiçildilmiş həcmli maddələrin əmələ gəlməsinə səbəb
olan reaksiyalar meydana gətirir. Belə ki, təzyiqin artması məlum şəraitlərdə kiçik
həcmə malik olan maddələrin əmələ gəlməsinə səbəb olur və beləliklə, prosesin o
istiqamətini qüvvətləndirir ki, həcmin azalması və sıxlığın artması ilə müşayiət
olunsun.Təzyiqin azalması əks istiqamətdə təsir edir. Məsələn, təzyiq yüksəldikdə
olivin və anortitin qranata çevrilməsi baş verir:
Mg2SiO4 + CaAl2Si2O8 → Mg2CaAl2Si3O12
3,12-3,33 2,75 4,3 (sıxlıq)
Təzyiqin yenidən yüksəlməsi olivin və piroksenlərin parçalanaraq oksidlərə
çevrilməsinə səbəb olur.
Mg2SiO4→2MgO+SiO2
Sistemdə bu və ya digər komponentin qatılığı (konsentrasiya) artdıqda o,
digər fazaya keçməyə çalışır. Kimyəvi reaksiyalar artıq komponentin miqdarının
azalması istiqamətində baş verir. Belə ki, turş maqmalarda SiO2 ilə zəngin
minerallar (kvars və s.), əsasi maqmalarda Mg-la zəngin minrallar (ilk növbədə
Mg2SiO4), qələvili maqmalarda - qələvilərlə zəngin minerallar ayrılır və s.
Fazalar qaydası. İstənilən fiziki-kimyəvi tarazlığın əldə edilməsini istəyir və
temperatur, təzyiq, həcm, sistemin kimyəvi və fiziki halı arasında funksional
asılılığı aydınlaşdırır.
Fazalar qaydasına görə: F = K + 2 - n , burada n - sərbəstlik dərəcəsinin sayı,
yəni faza sayının dəyişmədən sistemin asılı olmayan parametrlərinin mümkün olan
dəyişməsi; K - sistemdə sərbəst komponentlərin minimal sayı; F - sistemdə
bazaların sayı, mineral, yaxud digər aqreqat formaları.
Fazalar qaydası göstərir ki, sistemdə nə qədər çox faza varsa, sistemin fəal
parametri də bir o qədər sayda dəyişə bilər.
İlk dəfə olaraq V.Qoldşmidt fazalar qaydasını mineralogiya və geokimyaya
tətbiq etmişdir. Onun fikrincə eyni vaxtda birgə dəyanətli olan bərk mineralların
maksimum sayı (n) mineralı təşkil edən komponentlərin sayına bərabərdir. Bu

33
qayda ixtiyari təzyiq və temperatura aiddir. İxtiyari temperatur və müəyyən
təzyiqdə (yaxud əksinə) n+1 sayda bərk mineralın olması mümkündür.
D.Korjinski fazalar qaydasını inkişaf etdirərək, təbii paragenezislərin fiziki-
kimyəvi analiz metodunu hazırlamışdır.
O, fazalar qaydasını aşağıdakı kimi şərh edir ki, ümumi halda süxurda birgə
əmələ gələn dəyanətli mineralların sayı süxurdakı komponentlərin sayından tam
mütəhərrik komponentlərin sayını çıxdıqdan sonra qalan miqdara bərabərdir.
Beləliklə, o, təklif etdiyi paragenetik analizə tam mütəhərrik və inert
komponentlər anlayışını gətirmişdir. Eyni zamanda fazalar qaydasının nəinki
qapalı, hətta açıq sistemdə istifadə edilməsinin mümkünlüyünü irəli sürərək, onun
tətbiq mövqeyini xeyli genişləndirmişdir.
MÜHAZİRƏ 10.
24.04.2020.
GEOKİMYƏVİ SƏDLƏR

Geokimyəvi axtarış zamanı, əməli cəhətdən Yer qabığının o sahələri daha


faydalıdır ki, orada qısa məsafədə kimyəvi elementlərin miqrasiyasının intensivliyi
kəskin sürətdə aşağı düşür, və bu səbəbdən də müəyyən elementlərin
konsentrasiyası baş verir. Məhz bu tip sahələr g e o k i m y ə v i s ə d l ə r adlanır.
Deməli, sədd dedikdə, bir dəyanətli geokimyəvi şəraitin qısa məsafədə digəri ilə
əvəz olunmasını başa düşmək lazımdır. Məsələn: fəal vulkanizm, kontakt-
metasomatik təbii proseslər çayların içməli suyunun duzlu dəniz suyu ilə
qovuşduğu sahə buna aiddir. Bu cür geokimyəvi sədlərin eni yüz metrlərlə ölçülsə
də, çayların uzunluğu və dənizin genişliyinə nisbətən çox cüzi həcm sayılır. Digər
bir misal: bulanıq Araz suyunun Sabirabad yaxınlığında şəffaf Kür suyuna
qovuşaraq uzaq məsafədə qarışmaması. Bu termin əvvəlcə ekzogen proseslərin
təsvirində işlənsə də, sonradan geniş tətbiq sahəsinə malik olmuşdur. Geokimyəvi
sədlərin təsnifatının əsasını miqrasiyanın növləri təşkil edir.
Beləliklə, geokimyəvi səddin iki əsas tipi mövcuddur:
I - təbii
II - texnogen
Təbii sədlər öz növbəsində dörd sinifə ayrılır:
34
1) M e x a n i k i s ə d l ə r − buraya mexaniki miqrasiyanın kəskin artdığı
sahələr aiddir;
2) F i z i k i-k i m y ə v i s ə d l ə r − eyni adlı miqrasiyanın intensivliyinin
kəskin azaldığı sahələrdir ki, bu da öz növbəsində oksidləşmə, reduksiya olunma,
qələvi, turş və s. yarımsiniflərə ayrılır;
3) B i o g e o k i m y ə v i s ə d l ə r − biogen miqrasiyanın intensivliyinin
azalması ilə əlaqədardır. Məsələn: kömür layları, torf, torpaqların humus laylarında
bir-sıra metalların toplanması bu yolla başa gəlir;
4) S o r b s i y a s ə d l ə r i − bu sorbsiyaedici ilə suların sərhəddində baş
verir. Gil və digər sorbentlər vasitəsilə sudan Ca, K, Mg, P, S, Ni, Co və digər
elementlər sorbsiya olunaraq təmərküzləşə bilərlər. Belə sədlər dəniz və göl lilləri
üçün çox xarakterikdir. Sulu horizontların torpaq, aşınma qabığı ilə kontaktları da
əlverişli sayılır.
Hidrotermal sistemdə sorbsiya səddi mühüm əhəmiyyət kəsb etsə də, çox az
tədqiq olunmuşdur.
Kolloidlər bir sıra metalların suda həllolmayan ionlarını sorbsiya edə bilirlər.
Li, Rb və Tl kimi nadir elementlər suda doymuş məhlul əmələ gətirməsələr də,
onların bərk fazaya keçmələri üçün sorbsiya mühüm rol oynayır. Bu səbəbdən də
kolloid mineralları qatışıqlarla zəngin olurlar.
Texnogen geokimyəvi sədlər texnogen miqrasiyanın nəticəsi olub, bir sıra siniflərə
ayrılır. Onların tədqiqi ətraf mühitin çirklənməsinin qarşısını almaqda çox
faydalıdır.
Geokimyəvi sədlər maqmada, hidrotermal məhlullarda, aşınma qabığında,
çaylarda, dənizlərdə və digər sistemlərdə yarandıqları üçün onların geoloji
şəraitləri çox müxtəlif olur. Lakin onların geokimyəvi məğzi Yer qabığının ən
müxtəlif hissələrində oxşar olur.
Sədlərin ölçüləri geoloji şəraitdən asılı olaraq çox müxtəlifdir.
Geokimyəvi göstəricilərin (To, P, Eh, pH və s.) kimyəvi elementlərin
miqrasiya istiqamətində dəyişmələri səddin q r a d i e n t l ə r i adlanır.
Səddin kontrastlığı geokimyəvi göstəricilərin ona qədərki və ondan sonrakı

35
qiymətlərinin nisbəti ilə ölçülür.
Bu iki əmsalın çoxalması ilə yanaşı elementlərin toplanması (filiz
əmələgəlmə) prosesi artır.
Geokimyəvi sədlərdə filiz əmələgəlmə şəraitini yaxşılaşdıran daha iki şərti də
qeyd etmək olar.
Əvvəla, filiz elementinin məhlulda tamamilə çökməsi vacibdir. Müşayət edici
elementlərin çöküntüyə qarışması filizin zənginliyini azaldır. Bu şərt gözləndiyi
hallarda hətta filiz elementi ilə kasıb olan sulardan belə zəngin filiz yataqları törəyə
bilər.
Digər halda filiz əmələgəlməyə prosesin uzunmüddətli olması şərait yaradır. Buna
dəniz lillərinin uranla zənginləşməsini misal gətirmək olar.
Hidrotermal sistemlərin geokimyəvi sədləri:
Bu sistemdə sədlər temperatur və təzyiqin aşağı düşməsi, qalxan dərinlik
məhlullarının yuxarı struktur mərtəbələrin yeraltı suları ilə qarışmasından, ətraf
süxurların təsirindən və digər amillərdən yaranır.
Məlumdur ki, hidrotermal məhlullar çoxsaylı nadir elementləri daşıyarkən
termodinamiki şəraitin dəyişməsi səbəbindən filiz elementlərinin tədricən
ayrılması sayəsində geniş sahədə sənaye əhəmiyyətli olmayan möhtəvilər əmələ
gətirirlər. Ancaq hidroterm ayrı-ayrı elementin seçim səddi ilə rastlaşırsa, həmin
elementin yatağı əmələ gəlir.
Termodinamik sədlər:
Hidrotermal proseslər geniş intervalda PT dəyişikliyi şəraitində inkişaf
etdikləri üçün burada termodinamik sədlər əhəmiyyətli rol oynayırlar. T və P-nin
aşağı düşməsi sayəsində asan həll olan birləşmələr parçalanır və metalların
termodinamik sədlərdə çökməsi baş verir. Bu zaman reduksiya hadisəsi də baş
verərsə, kompleks sədd törəyir. Bir sıra uran yataqları bu yolla əmələ gəlir. Karbon
qazlı termal bulaqların ətrafında mövcud olan travertin yataqları da bu yolla əmələ
gəlir. Təzyiqin rolu daha aşkardır - onun azalması asan həll olan birləşmələrin
parçalanmasına və bir sıra metalların çökməsinə gətirib çıxarır.
Oksidləşmə-reduksiya olma sədləri:

36
Termal suların çıxışında oksigen səddi vasitəsilə dəmir hidroksidi çökür.
Krater göllərində vulkanik hidrosulfid oksidləşərək təmiz kükürdün çökməsini
təmin edir.
Müasir vulkanizm rayonlarında hidrogen-sulfid sədləri mövcuddur ki,
bunların da sayəsində Cu, Pb, Zn və bu kimi metalların yataqları əmələ gəlir.
Orqanik maddələr də (bitum) reduksiyaedici kimi sədd rolunu oynaya bilərlər.
Eyni vəzifəni sərbəst hidrogen (H2) və karbohidrogenlər (CH4)-də daşıya bilərlər.
Turş, qələvi sədlər:
Qələvi-turş mühitin dəyişməsi sayəsində 3 tip filiz əmələgəlmə hadisəsi
mövcuddur.
1. Qələvi məhlulların turş sədlərin təsirindən, pH-ın azalaraq neytrallaşması
sayəsində filiz əmələgəlmə (maqnetit, kassiterit və s.). Bir sıra nadir elementlərin
yataqları da bu yolla əmələ gəlir (Be, Ta, Nb, Li, Zr, W və s.).
2. Turş məhlulların qələvi sədlər vasitəsilə neytrallaşdırılaraq filizləşmənin
baş verməsi. Burada ətraf mühiti əsasi tərkibli süxurlar təşkil edirlər.
3. Turş məhlulların filtrasiya effekti təsirindən neytrallaşaraq filiz
əmələgəlmə. Mis və molibdenin əksər damar-hidrotermal yataqları bu yolla əmələ
gəlir.
Qələvi sədlər hidrotermal məhlullarla silikat və karbonat tərkibli süxurların
kontaktı üçün xarakterikdir. Buna misal olaraq əhəngdaşılarındakı kvars
damarlarının şeelitlə (W-mineralı) zənginləşməsini göstərmək olar. Bir sıra qızıl
yataqlarının əmələ gəlməsi də buraya aiddir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hidrotermal tip yataqların əmələ
gəlməsində kombinasiyalı sədlərin rolu daha önəmlidir.

Mühazirə 11.
01.05.2020.
MAQMATİK PROSESLƏRİN GEOKİMYASI

Maqmatik proseslərin geokimyası, müasir baxışlara görə, aşağıdakı kimi


təsəvvür oluna bilər.
Yer maddəsinin ilkin bölünməsi nəticəsində, Qoldşmidt və başqalarının

37
ideyalarına görə, metallik (dəmir-nikel) nüvə, sulfidli-oksid qat və silikat örtük
əmələ gəlmişdir. Silikat örtüyün – litosferin orta tərkibi çox güman ki, bazaltlara
nisbətən daha əsasi olub, daş meteoritlərin, yəni peridotitin, tərkibinə yaxındır.
Əksər petroloqlar hesab edirlər ki, bütün maqmatik süxurlar bazalt
maqmasından törəmədir. Həmçinin çoxları dərinlikdə bazalt təbəqəsinin olduğunu
və daha turş süxurlardan ibarət olan materiklərin onun üstündə «üzdüyünü» güman
edirlər. Lakin bəzi petroloqlar bazalt təbəqəsinin olmasını inkar edirlər və bazalt
maqmasını bütün süxurlar üçün ilkin – yaradıcı hesab edirlər.
Bouen belə hesab edir ki, 37-60 km dərinlikdə peridotit tərkibli süxurlar
mövcuddur və onların selektiv əriməsindən bazalt maqması əmələ gəlir.
Vahid maqma tərəfdarları ilə bərabər iki maqma (turş və əsası) tərəfdarları da
vardır (Levinson-Lessinq).
Biz ilkin maqmanın differensiasiyası olmadan süxurların müxtəlifliyinə rast
gələ bilməzdik. Maqmanın differensiasiyası son olaraq onun bölünməsinə gətirib
çıxarır. Bu isə soyuyan maqmatik hövzədə spesifik şəraitdə atomların
miqrasiyasının əks olunması deməkdir. Burada miqrasiyanın ən mühüm faktorları
yəqin ki, qravitasiya, ərintidə maddələrin konsentrasiyası, temperatur və təzyiq
olacaqdır.
Atomların miqrasiyası bu faktorların qarşılıqlı təsiri nəticəsində maqmada
differensiasiyanın bu və ya digər prosesləri baş verir.
Bu proseslərin ən mühümləri: kristallaşma differensiasiyası, likvasiya,
konsentrasiya differensiasiyası, sıxılma, assimilyasiya, maqmaların yerini
dəyişməsi.
Bunların içərisində ən mühüm əhəmiyyət kəsb edən kristallaşma
differensiasiyasıdır.
Belə bir yəqinlik vardır ki, bütün sulfid-silikat ərintiləri bir-birinə qarışmayan
və ya az qarışan iki maye təbəqəsinə ayrıla bilər: sulfid və silikat.
Likvasiyadan başqa, maye fazaların bölünməsi diqər yollarla da –
konsentrasiya differensiasiyası yolu ilə ola bilər.
Bir çox alimlər (Bouen, Deli və b.) ayrılmış kristallar tərəfindən maqmanın

38
hələ maye olan hissəsinin sıxılmasına böyük əhəmiyyət verirlər.
Ən mübahisəsiz məsələ assimilyasiyanın roludur. Çünki sonuncu sistemin
tarazlığının əsas faktorlarından birinin – bu və ya digər maddələrin
konsentrasiyasının dəyişməsinə səbəb olur.
Özbək alimi X.M. Abdullayev Ca, Mg və Fe -lə zəngin süxurların qranit
intruzivləri ilə assimilyasiyası hadisələrinə bu maqmaların gələcək təkamülündə
həlledici roluna əhəmiyyət vermişdir.
Beləliklə, bazalt maqmasının ilkin olmasını və kristallaşma
differensiasiyasının əsas rol oynadığını qəbul edərək, Bouen, Qoldşmidt və
Fersmanın ideyalarına uyqun olaraq, differensiasiyanın aşağıdakı sxemini alırıq:
Qabbro maqması → Diorit maqması → Qranit maqması → Sulu məhlullar
Qalıq qranit peqmatitləri
Adətən kristallaşmanın üç mərhələsini ayırırlar: ilkin, baş və qalıq mərhələlər
(proto-, mezo- və telokristallaşma).
İlk növbədə ərintidən filiz mineralları kristallaşır: maqnetit, maqnit kolçedan,
apatit, ilmenit, titanit və s.; sonra - Mg və Fe ortosilikatları (olivin). Nəticədə qalan
maqma SiO2, qələvilər, Ca, Al-la zənginləşir. İlkin (proto-) kristallaşmanın baş
elementləri ilə (Fe, Mg, Si, Ti) yanaşı bəzi digər daha nadir elementlər də
(məsələn, Cr, Ni, Pt qrupu, S və s.) ayrılır. Həm də Cr təxminən bütünlüklə xüsusi
mineralı olan xromit formasında ayrılır, S artıq olduğu halda Ni maqnit
kolçedanına (pirrotin) daxil olur, S çatmayanda isə Mg və Fe ortosilikatlarının
qəfəslərinə endokript maraq göstərir; S və As-un miqdarından asılı olaraq Pt
sperrilit mineralını əmələ gətirir və yaxud sərbəst halda soyuyur.
Baş (mezo-) kristallaşmada maqmadan təbiətdə ən çox rast gəlinən silikatlar
ayrılır: çöl şpatları, mikalar, metasilikatlar və s. K-lu çöl şpatları plagioklazların
əsas kütləsindən sonra ayrılırlar. Məlumdur ki, yüksək turlarda K və Na-un
izomorfizmi mümkündür; ona görə də ortoklaz albitin izomorf qarışığını saxlaya
bilər və o da sonra, daha aşağı temperaturda ayrılır; ortoklazın albitlə pertit
cücərmələri belə alınır.
İzomorf qarışıqların (bərk məhlulların) belə parçalanması distektika adlanır.

39
Kristallaşmanın I və II mərhələrində proto- və mezokristallaşma dövründə
ayrılmayan atomlar ərintidə qalır və son kristallaşmada (telekristallaşmada) iştirak
edirlər. Bu halda maqmada Si, K və Na-dan başqa F, Cl, B, TR-in, həmçinin turş
maqmaya xas olan digər nadir elementlərin (Li, Be, Ta, Nb, Rb, Cs və s.) mühüm
miqdarı iştirak edir. Belə nadir elementlərin konsentrasiyası son kristallaşmanı
təmsil edən qranit peqmatitləri üçün olduqca səciyyəvidir.
Beləliklə, əsas ilkin maqmanın təkamülünün müxtəlif mərhələlərində aşağıdakı
tiplərdə kristallik məhsullar alınır:
1) protokristallaşmanın süxurları;
2) mezokristallaşmanın süxurları;
3) telekristallaşmanın süxurları – (qranit peqmatitləri);
4) maqmatik sulfidlər;
5) hidrotermal yataqlar;
6) kontakt-metamorfik süxurlar.

MÜHAZİRƏ 12.
08.05.2020.
METAMORFİK PROSESLƏRİN GEOKİMYASI

Dağ süxurlarının metamorfizmi dedikdə, dərinlikdə onların tərkibində və


quruluşunda mövcud şəraitinin dəyişilməsi ilə baş verən fiziki-kimyəvi proseslər
nəzərdə tutulur.
Şəraitin dəyişməsi müxtəlif səbəblərdən ola bilər, o cümlədən: tektonik
səbəblərdən (bu halda süxurlar yüklənərək batır və qaldırılır, bununla da başqa
temperatur və təzyiqlər şəraitinə düşürlər); maqmatik səbəblərdən (süxurlara, məhz
özü ilə istilik gətirən və kimyəvi təsir göstərən qalxmaqda olan maqmalar).
Metamorfizm nəticəsində adətən süxurlar bərk halı saxlayırlar. Bu zaman yeni
tarazlıq şəraitində əmələ gələn minerallar daha dəyanətli olurlar. Beləliklə,
metamorfizm süxurların tam, yaxud nisbi yenidən kristallaşmasına gətirir ki, bu
zaman yeni struktur və yeni minerallar törəyir.
Diogenezin sonu ilə metamorfizmin başlanğıcı arasındaki fərqi ayırmaq heç
də həmişə asan olmur. Məsələn: torfun antrasitə, onun isə qrafitə keçməsi.

40
Metamorfizmin başlanğıc temperatur və təzyiqinin mütləq qiyməti yoxdur.
Çünki burada süxurun mineraloji tərkibi və strukturu da həlledici rol oynayır.
Metamorfik proseslərin baş verməsinə gətirən müxtəlif səbəblərə müvafiq
olaraq adətən: regional metamorfizm; kontakt metamorfizmi; ultrametamorfizm
prosesləri ayrılır.
Regional metamorfizm. Digər metamorfik proseslər üçün olduğu kimi,
regional metamorfizmi müəyyənləşdirən əsas faktorlar temperatur, təzyiq və
kimyəvi elementlərin konsentrasiyasının dəyişməsidir.
Regional metamorfizm orogen zonalarda özünü xüsusilə parlaq göstərir. Bu
halda biz geosinklinallarda toplanmış çökmə və vulkanogen törəmələrin bu və ya
digər dərinliyə batması ilə rastlaşırıq.
Metamorfik çevrilmələrin ən mühüm səbəbi, yəgin ki, temperaturun
dəyişməsindən ibarətdir. Buna görə də metamorfik hadisələrin təsnifatının əsasında
ilk növbədə temperatur faktoru durur ki, o da metamorfizmin bu və ya başqa
dərəcəsi üçün səciyyəvidir. Məsələn, belə hesab edirlər ki, ən aşağı mərhələyə
müvafiq olan metamorfizm - yaşıl şistlər fasiyası 200oc-yə yaxın temperaturda
başlayır, çünki metamorfizmə məruz qalmamış çöküntülər 150-200oC-yə uyğun
gələn dərinliklərdə rast gəlir. Ən yüksək metamorfik çevrilmələr (qranulit fasiyası)
700oC temperatur ətrafında baş verir. Palingen qranitlərinin əmələ gəlməsi ilə
müşayiət olunan qismən ərimə isə 700oC-dən yuxarıda baş verir.
Regional metamorfizm proseslərinin gedişinə mühüm təsir edən ən vacib
digər faktor təzyiqdir. O, dərinliyə getdikcə sürətlə və sistematik olaraq 1 km-ə
təxminən 250-300 atm. artır. Bu şəraitdə təzyiq ikili halda rast gələ bilər: birtərəfli
və hidrostatik (hərtərəfli). Birtərəfli təzyiq süxurların struktur və teksturunun
yenidən qurulmasına səbəb olur. Mineralların parçalanmasında və onların ayrı-ayrı
hissələrinin yerdəyişməsində, zolaqlı teksturların əmələ gəlməsində özünü göstərir.
Birtərəfli təzyiqin təsiri nəticəsində lövhəvari minerallar, məsələn, mikalar, öz
müstəviləri ilə təzyiqin istiqamətinə perpendikulyar istiqamətlənirlər.
Hidrostatik təzyiqə gəldikdə, onun rolu mübahisəsizdir: onun artması kimyəvi
tarazlığı az həcmli kristal fazalarının əmələ gəlməsinə tərəf yönəldir, yəni ilkin

41
minerallara nisbətən xüsusi çəkisi daha çox olan mineralların əmələ gəlməsinə
səbəb olur. Burada da Le Şatelye prinsipi özünü göstərir. Məsələn, Mg 2SiO4 +
CaAl2Si2O8 → CaMg2Al2(SiO4)3 reaksiyası üzrə forsterit (d=3,22) və anortit
(d=2,76) hesabına qranatın (d=3,52) əmələ gəlməsi.
Təzyiqin roluna prosesə temperaturun təsiri ilə birgə baxmaq lazımdır.
Faza çevrilmələrində, həmçinin böyük dəyişikliyə məruz qaldığı hallarda, məsələn,
qaz fazasının maye və ya bərk fazadan ayrılmasında təzyiqin rolu xüsusilə
böyükdür. Bu halda temperatur və təzyiq antaqonistdirlər: temperaturun qalxması
süxurlardan suyun və digər uçucu komponentlərin ayrılmasına səbəb olur, təzyiq
isə buna mane olur. Nəticədə kifayət qədər yüksək temperatur və təzyiqlərdə su
xüsusi yüksək kritik
halında olur və çox sıxılmış qazın xassələrini daşıyır. Bu halda o, müxtəlif kimyəvi

42
birləşmələri çoxlu miqdarda daşımaq və həll etmək qabiliyyətinə malik olur.
Metamorfizmdə maddələrin qaz və maye fazalarında miqrasiyası mübahisə
doğurmur. Bu halda ən mühüm çoxmütəhərrik mühit sudur. Sular maqmatogen,
meteor və metamorfogen ola bilir. Metamorfik şistlərdə suyun miqdarı adətən 2%
ətrafında və bundan az olur (onların metamorfizm dərəcəsindən asılı olaraq).
Metamorfizmə məruz qalmış süxurlarda qazların və məhlulların yerdəyişməsi
filtrasiya və diffuziya qanunları üzrə baş verir. Məsaməli mühitdən keçməklə
qazların filtrasiyası L.S. Leybenzonun düsturu ilə ifadə olunur:
Q = K · S(P12 – P22)
2μ·L
burada Q - vahid zaman (sm3/san.) ərzində S sahəsindən (sm2) keçən qazın
həcmi; K - keçiricilik əmsalı; P1 və P2 - məsaməli mühitə daxil olanda və çıxanda
qazın təzyiqi (atm.); L - yolun uzunluğu (sm); μ - qazın özlülüyü (spr).
Düsturdan məlum olur ki, təzyiqlər fərqi metamorfik məhlulların və qazların
hərəkətinin ən mühüm səbəblərindən biridir.
Məhlulların filtrasiyası daha sadələşmiş düsturla ifadə olunur:
Q = K · S(P1 - P2)
μ·L
Maddələrin qazvari məhlullarda yerdəyişməsində diffuziya da böyük rol
oynayır. Diffuziyada həlledici qüvvə məhlullar fərqidir, həll olmuş maddələrin
yüksək konsentrasiyalı yerlərdən aşağı konsentrasiyalılara doğru hərəkətidir.
Diffuziyanın sürəti konsentrasiya (qatılıq) qradiyentinin ölçüsünə mütənasibdir.
Diffuziya mühitin xarakterindən çox asılıdır və onun əmsalı temperatur
yüksəldikcə böyüyür.
Məlum mühitdən keçməklə diffuziya edən komponentlərin müxtəlif
mütəhərrikliyi çox sayda geoloji faktların, o cümlədən metasomatik proseslərdə
zonallıq hadisələrinin, filizətrafı oreolların quruluşunun və s. izahının əsasında
durur. D.S. Korjinskiyə görə bu halda filtrasiya effekti də böyük rol oynayır.
Metamorfik süxurların xarakteri təkcə metamorfizmin təsiredici
faktorlarından deyil, həm də, ilk növbədə, metamorfizmə məruz qalan ilkin

43
süxurların xarakterindən, həmçinin yüngül mütəhərrik komponentlərin
kompleksindən asılıdır. İlkin süxurlar həm çökmə, həm də maqmatik ola bilər.
Metamorfizmə düçar olan süxurların aşağıda daha yüksək temperaturlar və
təzyiqlər zonasına düşməsini əks etdirən proqressiv regional metamorfizmdən
fərqli olaraq, reqressiv metamorfizmdə biz süxurların əksinə hərəkətini təsəvvür
etməliyik - aşağıdan yuxarıya, getdikcə daha da azalan temperaturlar və təzyiqlər
zonasına.
Reqressiv metamorfizmdə (diaftorezdə) mineralların aşağıdakı çevrilmələri
tamamilə adidir: a) qranat → xlorit; b) dionsid → tremolit; c) amfibol → xlorit; ç)
biotit → xlorit + maqnetit; d) plagioklaz → albit + epidot; e) forsterit → serpentin
və s. Bütün bu çevrilmələr suyun gətirilməsi və hidroksil saxlayan mineralların
əmələ gəlməsi ilə əlaqədardır.
Diaftorezin əmələ gəlməsinə səbəb olan məhlulların mənbəinə dair müxtəlif
fikirlər mövcuddur. Bəziləri guman edirlər ki, bu məhlullar dərin yuvenil
mənbəlidir; digərləri hesab edirlər ki, nisbətən cavan süxurların proqressiv
metamorfizmə uğraması hesabına əmələ gələn metamorfogen məhlullardır;
üçüncülər maqmanın kontakt təsirindən ətraf süxurlardan çıxarılmış bu məhlulların
səfərbərliyinin mümkünlüyünü güman edirlər.
Kontakt metamorfizm maqmatik ərintinin ətraf süxurlara nüfuz etməsi
sayəsində baş verir. Nəticədə mineral tarazlığının pozulması ilə yenidən
kristallaşma prosesi gedir. Bəzi halda belə dəyişikliklər geniş sahəni əhatə edir.
Kontakt metamorfizmdə termiki təsirlə yanaşı asan uçucu komponentlər də
mühüm rol oynayır. Maqmatik ərintidən qaz fazasının ayrılmasında onlar qeyri
uçucu komponentləri də zəbt edərək ətraf süxurlarda çökdürürlər.
Kontakt metamorfizmdə mövcud olan qaz-maye birləşməsi yüksək
həlledicilik, keçicilik və reaksiya qabiliyyətinə malikdir. Daha fəal kimyəvi
proseslər skarn əmələgəlmədə baş verir. Bu zaman maqmatik emanasiyalar ətraf
karbonat laylara nəinki uçucu, hətta onlarda həll olmuş metalları da verir. Ekran
rolunu oynayan əhəngdaşıları mineralizatorları absorbsiya edərək, özlərinə xas
olmayan elementlərin toplayıcılarına çevrilirlər.

44
Kontakt metamorfizmin geokimyəvi xüsusiyyəti qreyzenləşmə prosesində də
özünün bariz cəhətini göstərir. Bu zaman ətraf turş süxurlarda aşağıdakı gətirilmiş
elementlər qeyd olunur: Fe, Al, F, Cl, Be, Li, Sn, W, Mo, Bi, Cu. Onlar turmalin,
flüorit, berill, kasiterit, volframit, molibdenit və digər minerallarda cəmləşirlər.
Kontakt metamorfizm prosesi hərarətin yüksək və uçucu komponentlərin daha fəal
olduğu şəraitdə intensiv baş verir. Lakin əsasi süxurlar yüksək əmələgəlmə
temperaturuna malik olmalarına baxmayaraq, geniş kontakt zonası yarada
bilmirlər, çünki uçucularla zəngin deyillər. Kontakt metamorfizmin intensivliyi bir
daha ətraf süxurların tərkibindən də asılıdır.
Onu da qeyd etmək vacibdir ki, kontakt kimyəvi dəyişikliklər eyni zamanda
püskürmə süxurların massiv daxili zonalarını da əhatə edirlər. Bu səbəbdən də
assimilyasiya sayəsində intruzivlərin xarici hissələrinin tərkibi xeyli dəyişmiş olur.
Ekzokontaktdan fərqli olaraq bu hissə endokontakt adlanır.
Ultrametamorfizm. Metamorfizm prosesləri ən intensiv sürətdə xüsusilə
yüksək temperaturların və təzyiqlərin hakim olduğu və maddənin qismən əriməsi
proseslərinin müşahidə edildiyi yerlərdə - Yer qabığının ən dərin zonalarında baş
verir. Bu proseslər adətən «ultra metamorfizm» adlandırılır. Onlar çox vaxt qədim,
kembriyə qədərki süxurların inkişaf etdiyi əyalətlərdə müşahidə edilirlər. Həmin
süxurlar nə vaxtsa böyük dərinliklərdə yerləşərək intesiv metamorfizmə məruz
qalmışlar, indi isə səthə çıxarıldıqlarından bilavasitə müşahidə olunurlar.
Ultra metamorfizm müxtəlif istiqamətlərdə baş verir və müxtəlif nəticələrə
gətirib çıxarır: miqmatitləşmə, qranitləşmə, reomorfizm və digər mühüm təbii
hadisələr.
1. Miqmatitləşmə. Hal hazırda miqmatit dedikdə, iki hissədən ibarət olan
qarışıq süxur nəzərdə tutulur: bir hissə substratdan, digər hissə isə substratın
parçalarını sementləşdirən damar materialından ibarətdir. Morfoloji cəhətdən
miqmatitlər arasında: a) qayma (rusca qlıba) miqmatitləri; b) laylar üzrə olan
miqmatitlər; c) ptitmatitlər – damarların qırışıq quruluşu olan miqmatitlər.
Miqmatitlərin əmələ gəlməsinə dair müxtəlif baxışlar vardır.
2. Qranitləşmə. Ultra metamorfizmin parlaq nümunəsi qranitləşmədir, yəni

45
metamorfik yolla qranit maqmasının və qranitoidlərin əmələ gəlməsidir. Son
illərdə çox sayda petroloqlar belə bir nəticəyə gəlmişlər ki, qranitlər ilkin qabbroid
maqmasının differensiasiyası nəticəsində alınan qranit maqmasının kristallaşması
ilə
yalnız adı ortomaqmatik yolla əmələ gəlmir, həm də çökmə və maqmatik
süxurların çox dərinə gedən metamorfizm prosesləri nəticəsində də əmələ gəlir.
Petroloqlar üç tip metamorfik qranitoidlər ayırırlar: metasomatik, remorfik və
maqmatik.
Metasomatik qranitoidlərə müxtəlif dağ süxurlarının bu proses nəticəsində
qranit xarakterli süxurlara çevrilmişləridir.
Reomorfik qranitoidlərə o süxurlar aiddir ki, onlar metasomatik qranitləşmə
mərhələsini artıq keçmişlər və daha dərin metamorfizmə məruz qalmışlar. Daha
doğrusu, onlar metasomatik qranitoidlərin təkrar metamorfizləşmələri nəticəsində
əmələ gəlirlər.
Maqmatik qranitoidlər. Ultra metamorfizm prosesinin sonrakı inkişafı yenidən
qranitoid maqmasının əmələ gəlməsindən ibarətdir və o, kristallaşanda maqmatik
qranitoidlər törəyir.

MÜHAZİRƏ 13
15.05.2020.
METAMORFİK FASİYALAR
Süxurların dərinlikdən asılı olaraq metamorfizm dərəcəsinin dəyişməsi uzun
müddətdir ki, məlumdur.
Bekkenin 1913-cü ildə çap olunmuş məqələsində regional metamorfizmin bir
sıra mühüm cəhətləri əks olunmuşdur:
1. Metamorfizmdə süxurlar kimyəvi tarazlığa cəhd edirlər.
2. Təzyiq metamorfizmin güclü faktorudur və həcmin azalmasına aparan
(«həcmlər qanunu») reaksiyalara səbəb olur.
3. Temperaturun yüksəlməsi əks təsir göstərir.
4. Metamorfizmin yuxarı zonasında reaksiyalar əsasən yüksələn təzyiqlə
müəyyənləşir. Aşağı zonada təzyiqin təsirinə yüksək temperatur getdikcə daha
artıq müqavimət göstərir. Bu zonalar arasında sərhədlər kəskin deyil.
46
5. Yüklər azalanda, məsələn, yüxarıda yatan layların eroziyası nəticəsində,
aşağı zonanın metamorfik süxurları temperatur və təzyiqlərin əks tsiklini keçirirlər.
Lakin aşağı zonanın mineral assosiasiyaları adətən özlərini qoruyub saxlayırlar və
yaxud yuxarı zonanın törəmə mineralları ilə qismən əvəzlənirlər.
Metamorfizm hadisəsinin öyrənilməsində Qoldşmidt geniş tədqiqat işləri
aparmışdır. Onun fikrincə mineral tarazlığın yaranmasında məsamə məhlullarının
rolu böyükdür.
Metamorfizm proseslərini tədqiq edərək Qrubenman və Niqqli
metamorfizmin üç zonasını ayırırlar:
Epizona – aşağı temperatur və təzyiqlə. Sulu silikatlar tipikdir; xarakter
minerallar: epidot, soizit, xlorit, serisit, karbonatlar, aktinolit, xloritoid, talk, brusit,
albit. Bu minerallar bəzi şistləri, kvarsitləri, karbonat süxurlarını təşkil edir.
Mezozona – orta temperaturla və yüksək təzyiqlə.
Tipik minerallar: biotit, muskovit, amfibollar, plagioklaz, kianit, stavrolit,
almandin və s. Onlar bəzi şistləri, qneysləri, amfibolitləri, mikalı kvarsitləri,
mərmərləri təşkil edirlər.
Katazona – yüksək temperatur və təzyiqlə xarakterikdir.
Tipik minerallar: sillimanit, andaluzit, kordiyerit, çöl şpatları, vollastonit,
larnit, omfasit, pirop, şpinel, periklaz, rombik piroksenlər və s. Bu zona üçün
səciyyəvidirlər: qneyslər, qranulitlər, eklogitlər; həmçinin rast gəlirlər: kvarsitlər,
mərmərlər və bəzi kristallik şistlər.
Lakin bu sxem mükəmməl hesab olunmur.
Tədqiqatçılar regional metamorfizmin müxtəlif temperatur və təzyiqlərə
cavab verən 6 fasiyasını ayırmışlar:
1) yaşıl rəngli şistlər,
2) epidot-amfibolit,
3) amfibolit,
4) qranulit,
5) eklogit,
6) qlakofan şistləri fasiyaları.

47
Sonralar Terner aşağıdakı sxemi vermişdir:
A.- Kontakt metamorfizm fasiyaları. Təzyiq aşağıdır (100–3000 atm);
temperatur 1-ci fasiyadan 4-cüyə qədər artır.
1) Albit-epidot büynuzdaşları.
2) Buynuz aldadıcılı buynuzdaşları.
3) Piroksenli buynuzdaşları.
4) Sanidimitlər.
B.- Regional metamorfizm fasiyaları. Təzyiq yüksəkdir (2000 – 12000).
Temperatur və təzyiq yüksəlməklə aşağıdakı fasiyalar ayrılır:
5) Seolit fasiyası.
6) Yaşıl şistlər fasiyası.
7) Qlaukofan şistləri fasiyası.
8) Almandin amfibolları fasiyası.

48
9) Qranulitlər fasiyası.
10) Eklogitlər fasiyası.
Metamorfizmə müxtəlif tərkibli çökmə və maqmatik süxurlar məruz qala
bilər. Adətən metamorfik süxurlar içərisində aşağıdakı 5 kimyəvi sinif ayrılır:
1) Seolit sinifi - gilli-torpaq çöküntülərinin törəmələri;
2) Kvars-çöl şpatı sinifi - qumdaşları və turş püskürmə süxurlarının
törəmələri;
3) Əhəngli - əhəngdaşıları, dolomitlər və mərmərlərin törəmələri;
4) Əsasi - əsasi püskürmə süxurlar, tuflar və bəzi tuf çöküntülərinin
törəmələri;
5) Maqnezial – ultra əsasi püskürmə süxurlar və yüksək maqneziumlu
çöküntülərin törəmələri.

MÜHAZİRƏ 14.
22.05.2020.
METASOMATİK PROSESİN GEOKİMYASI

”Metasomatoz” termini XIX əsrin ortalarında K.Naumann tərəfindən mineral


psevdomorfozu prosesinə verirlmişdir. O vaxtdan bu terminin istifadə dairəsi xeyli
genişlənmişdir.
Hazırda metasomatoz dedikdə, süxurların bərk halda, müxtəlif genezisli
flüidlərin təsirindən mineral və kimyəvi tərkiblərinin dəyişməsi başa düşülür. Daha
doğrusu, metasomatoz – süxur və mineralların, komponentlərin gətirilməsi və
çıxarılması sayəsində başqa tərkibli süxur və minerallara çevrilməsi prosesidir.
Metasomatoz məhz bu xüsusiyyətinə görə kimyəvi tərkibində heç-bir dəyişiklik
baş verməyən metamorfizmdən fərqlənir. Bu proseslərin metalogenik səciyyəsi
köklü fərqli olduğu üçün onları bir-birindən ayırmaq vacibdir.
Kimyəvi komponentlərin təmərküzləşmə, yaxud səpələnməsi
qanunauyğunluğunu dərk etməkdə, mühüm geoloji hadisə kimi, metasomatizmin
rolu əvəzedilməzdir.
Yer qabığında metasomatik əmələgəlmələr çox geniş yayılmışdır. Onun iki
növü mövcuddur: metamorfizmin reqressiv mərhələsinin davamı olan regional
49
metasomatoz və lokal kontakt-reaksion metasomatoz. Məhz bu ikinci – lokal
kontakt-reaksion metasomatoz ilə çox saylı filiz-maqmatik sistem və yataqlar
əlaqədardır.
Metasomatozun metamorfizmdən daha bir fərqli cəhəti ondan ibarətdir ki,
əvəzolunma nəticəsində ilkin həcm saxlanılır. Bu onunla əlaqədardır ki,
metasomatoz zamanı xarici təzyiq davamlı olur. Tarazlıq faktorunu flüidin təzyiqi
təşkil edir. Tərəqqi metamorfizm mərhələsində litostatik təzyiq dəyişdiyindən
həcm kiçilir.
Metasomatik proses zamanı ətrvaf maddələrlə əvəzolunma baş verdiyindən o,
açıq sistem kimi qəbul olunur.
Metasomatik reaksiyanın və filizçökmə prosesinin baş verməsində
məhlulların turşluğu əsas rol oynayır. Dağ süxurlarından süzülən məhlulların
turşluğu isə bir-birindən asılı olmayan bir sıra geoloji faktorlardan asılıdır:
1. Ətraf süxurların əsasiliyi – yəni az mütəhərrik kalsium və maqneziumun
silisiuma olan nisbəti;
2. Qalıq flüiddə zənginləşən bəzi turşuların (HCl, HF, H2SO4) təsiri;
3. Qələvi metalların oksidlərinin (K2O, Na2O) konsentrasiyası. Bu həmin
elementlərin ətraf süxurlarda deyil, onlarun dərinlik məhlulunda olan
zənginliyindən asılıdır.
4. Bir sıra hallarda məhlulun turşluğu oksigen rejimi ilə tənzimlənir.
Bu dörd faktorun qalxan məhlul selinə olan təsiri, endogen metasomatik
prosesin rəngarəngliyini təmin edir.
D.S.Korjinski və onun tələbələri metasomatoz nəzəriyyəsini inkişaf etdirərək,
mineral fasiyası, metasomatik zonallıq, komponentlərin differensial mütəhərrikliyi,
filtrasiya effekti, turş-əsasi qarşılıqlı təsir anlayışlarını irəli sürmüşlər.
• Mineral fasiyası, məlum temperatur və təzyiq şəraitində müəyyən
məhlulların təsiri ilə, vahid metasomatoz sütunu zonasında əmələ gələn süxurların
birliyidir.
• Metasomatik zonallıq, komponentlərin differensial mütəhərrikliyi sayəsində,
vahid təkrar olunan dəyanətli və qanunauyğun süxur əvəzolunması deməkdir.

50
• Metasomatik əvəzolunmanın keçdiyi şərait sulu və karbon qazı flüididir.
Onun tərkibi və halı temperaturdan və məhlulun mənbəyindən asılıdır. Hidrotermal
məhlullar bu komponentlərlə yanaşı, maqmatik mənbədən asılı olaraq, nadir
element və filiz yükü daşıyırlar.
Süxurlara təsir edən məhlulların tərkibindən asılı olaraq, metasomatoz qələvi,
turş, əhəngli, maqnezial, dəmirli və s. tiplərə ayrılır. Əmələ gələn süxurlar bu
məvhumlarla, yaxud fərdi adlarla adlanır – skarnlar, qreyzenlər, berezitlər və s.
Metasomatoz prosesi infiltrasion və diffuzion tiplərə ayrılır. Onlar ionların

məhlullarda hərəkət mexanizmləri ilə fərqlənirlər. Birinci halda komponentlər


durğun məsamə məhlullarından diffuziya yolu ilə az konsentrasiya istiqamətində
hərəkət edir. İkinci halda isə komponent məhlul vasitəsilə hərəkət edir. İnfiltrasion
metasomatizmin əsas əlamətlərindən biri bütöv zona boyu mineralların tərkibinin
sabit qalmasıdır. Diffuzion metasomatizmdə isə mineralların tərkibi tədricən
dəyişir. Təbiətdə bu iki metasomatizm növləri sərbəst halda çox nadir rast gəlinir.
Adətən diffuziya prosesinin sürətinin aşağı olması səbəbindən, bunların infiltrasion
metasomatozun üstünlük təşkil etdiyi kombinasiyası geniş yayılmış olur.
İnfiltrasion metasomatik sütunun digər xarakter xüsusiyyəti əvəzolunma
cinahlarının kəskinliyidir. Burada süxurun bütün mineralları əvəz olunaraq,
növbəti zonada rast gəlmirlər. Bu hal yalnız qeyri bərabər məsaməliliyin mövcud
olduğu halda pozula bilər. Belə olduqda əvəzolunma zonasında ilkin mineralların
möhtəvilərinə rast gəlinir. Monomineral zonalara məhlulların hərəkət etdiyi çatlar
boyu rast gəlinir. Əksər hallarda bunlar kvars, karbonat, flüorit və s. damarlar kimi
təzahür edir.
Maqmatik süxurlardan fərqli olaraq, metasomatiklər mineraloji və kimyəvi
tərkiblərinə görə heterogen süxurlardır – əsas süxur əmələgətirən mineralların
nisbəti geniş hədd civarında dəyişir. Bununla yanaşı, həm də mineralların törəmə
olmaları asanlıqla müəyyən edilir. Metamorfizmlə sıx əlaqədə olan və onun
reqressiv mərhələsində baş verən regional metasomatizmdən fərqli olaraq, kontakt-
reaksion metasomatoz lokal xarakter daşıyır. Buna baxmayaraq, bəzən iri yataqlar
əmələ gətirmək gücünə malik olurlar. Bu proses intruziv gövdənin təmasında baş

51
verir. Bu ərintinin differensiasiyası mərhələsində qalıq və hidrotermal məhlulların
ayrılması anına təsadüf edir.
Regional metasomatitlərdən fərqli olaraq, kontakt-reaksion metasomatitlər
Yer qabığının yuxarı mərtəbələrində, zəif metamorfizləşmiş süxurlar və intruziv
kütlənin fonunda inkişaf edirlər. Onunla regional metasomatik proses arasında
oxşarlıq ondan ibarətdir ki, hər ikisi reqressiv mərhələdə baş verir. Lakin sonuncu
maqmatik prosesdən sonra baş verdiyi üçün maqma sonu (postmaqmatik) adlanır.
Maqmasonu fəaliyyət lokal xarakter daşımaqla, məhlulların turş-qələvi tərəqqisi
istiqamətində, temperaturun azalması və ətraf süxurlarla qarşılıqlı təsiri şəraitində
baş verir. Bu metasomatizmin daha geniş miqyasda inkişafı turş və son qələvi
təkamül mərhələsinə təsadüf edir. İlkin qələvi mərhələdə, əsasən, skarnlar
formalaşırlar.
Alimlərin apardıqları dəqiq tədqiqatlar nəticəsində məlum olmuşdur ki,
metasomatik prosesin ilkin və orta mərhələlərində skarnların, orta mərhələnin
sonunda qreyzenlərin, ilkin və gec mərhələnin sonunda isə törəmə kvarsitlərin
inkişafı üstünlük təşkil edir.
Kontakt-reaksion metasomatoz 600-1500°C temperatur həddini əhatə edir.
Regional metasomatik prosesdən fərqli olaraq təzyiq nisbətən aşağı olub çox dar
çərçivədə (0,5-1,5 kbar) dəyişir. Uçucu komponentlərin tərkib və təzyiqi başlıca
rol oynayır. Karbon və kükürd qazlarının parsial təzyiqinin kəskin artması,
geokimyəvi sədd rolunda filiz maddəsinin yaranmasına səbəb ola bilər.
Skarnlar. Sonmaqmatik metasomatozun yüksək temperatur (550-600°C)
mərhələsində formalaşırlar. Palçıq mənasını daşıyan bu termin 1880-ci ildə
A.Ternbey tərəfindən irəli sürülmüşdür. D.S.Korjinskinin fikrincə skarnlar
kontakt-reaksion metasomatik süxurlar olub, Ca, Mg və Fe silikatlarından təşkil
olunmuşdur. Onların ən tipik mineralları diopsid-hedenbergit sıralı piroksenlər,
qranatlar (qrosulyar-androdit), forsterit, şpinel, skapolit, epidot və vezuviandır.
Skarnlar maqnezial və kalsiumlu tiplərə ayrılırlar.
Filiz və uçucu komponentlərlə zəngin olan qranitoid intruziyalarının
ətrafında, adətən skarn əmələgəlmə prosesi iri dəmir və polimetal yataqların

52
formalaşması ilə müşayiət olunur.
Qreyzenlər. Kontakt-reaksion metasomatozun orta temperatur (300-5000°C)
mərhələsində yüksək turş tərkibli məhlulların təsiri nəticəsində formalaşırlar.
Qreyzen tam kvars-mikalı metasomatik süxurlardır. Bu minerallardan əlavə topaz,
flüorit, turmalin, kalişpat və albit kimi minerallarla zəngin olurlar. Adətən beril,
kassiterit, molibdenit, volframit, pirit və hematit kimi filizləşmələr xarakterik olur.
Mineral tərkibindən göründüyü kimi qreyzenləşmə prosesi yüksək miqdarda ftor
və bor daşıyan sulu məhlulların təsiri ilə baş verir. Qreyzenlər alümosilikatların
hesabına qranitoidlərin istər endo-, istərsə də ekzokontakt zonalarında inkişaf
edirlər. Adətən peqmatitləri qabaqlayırlar. Son mərhələləri isə serisitləşmə və
kvarslaşma ilə başa çatır.
Törəmə kvarsitlər. Bunlar metasomatizmin ən aşagı temperatur şəraitində
əmələ gəlir. Süxurda kvarsın miqdarı 50%-dən aşağı olmamalıdır. Buraya
berezitlər, listvenitlər və digər kvarslaşmış süxurlar daxildir.
Beləliklə, biz görürük ki, müxtəlif tərkibli intruziv süxurlar vulkanogen-
çökmə süxurlara daxil olaraq kontakt-reaksion dəyişikliklər törədir. Bu
metasomatoz dəyişmələr maqmanın kristallaşması nəticəsində ayrılan hidrotermal
məhlulların təsiri nəticəsində reqressiv maqmasonu mərhələdə baş verir. Onların
tərkibi və filiz komponentləri ilə zənginliyi maqmatik mənbənin tərkibindən,
yaxud onu müşayiət edən çatlar vasitəsilə hərəkət edən daha dərinlik məhlullardan
asılı olur.
Beləliklə, müəyyən olur ki, metasomatik proses törəmə süxurlarda
elementlərin paylanma qanunauyğunluğunu, onların miqrasiya dərəcəsini və
beləliklə, təmərküzləşmə və səpələnmə qabiliyyətini aşkarlayır. Maqmasonu
metasomatik proseslə qranit, talk-maqnezit, floqopit, peqmatit nadir metal
metasomatit yataqlarının formalaşması əlaqədardır.
Nadir metalların ehtiyatının 70%-dən çoxu orta proterozoy dövrünə aiddir. Bu, Yer
kürəsinin həmin vaxtda, təbəqələrinin formalaşması ilə əlaqədardır. Məhz həmin
zaman mantiyanın qazsızlaşması (deqazasiyası) sayəsində Yer qabığına
qranitləşdirici flüidlərin və nadir metalların çıxarılması baş verir. Zr, Nb, U, NTE,

53
Sn və Be yataqlarının əksəriyyəti qranitləşmə prosesi ilə əlaqədardır. Nadir
elementlərin mənbəi dərinlik qırılmaları ilə daxil olan məhlullardır.
Bir sıra nadir elementlərin yataqlarının formalaşmasında intruziv süxurlar həlledici
rol oynayır. Burada əsas rolu kontakt-reaksion metasomatozun skarn əmələgəlmə
prosesi və orta mərhələnin qreyzenləri oynayır. Polimetal, qızıl, civə, selen, sürmə,
tellur və digər metalların yataqları bu qəbildəndir.

MÜHAZİRƏ 15.
29.05.2020.
HİDROSFERİN GEOKİMYASI

Okean və dəniz sularının tərkibi

Hidrosferin əsas kütləsini okeanlar və dənizlər təşkil edir. Kontinentlərin


sularının payına bütün hidrosferin cəmisi 0,3%-i düşür. Hidrosferin ümumi çəkisi
1,4·1018 tondur, bu da Yer qabığının çəkisinin 7%-dən azını təşkil edir.
Okean suyunun tərkibi: O - 85,89; H - 10,8; Cl - 1,93; Na - 1,07; Mg - 0,13;
S - 0,098.
Yüksək duzluluq Aralıq dənizində (3,9%) və xüsusilə Qırmızı dənizdə (4,3-
5,8) müəyyən edilmişdir. Əksinə Baltik dənizi aşağı duzluluğa malikdir.
Hidrosfer üçün orta duzluluq 3,5% qəbul edilir. Duzluluq bir neçə səbəbdən,
xüsusilə buxarlanma dərəcəsindən (Qırmızı dəniz), çaylarla gətirilən şirin suyun
miqdarından (Baltik və Qara dənizə) asılıdır.
Okean tərkibinin mühüm komponentləri arasında nisbətin sabitliyinə görə,
məhlulda onların birinin miqdarını bilərək, dəniz suyunun duzluluğunu
hesablamaq olar. Belə ki, Knudsen bir sıra təyinatlar əsasında aşağıdakı düsturu
irəli sürmüşdür:
S‰ = 0,030 + 1,8050 Cl,
burada S‰ − 1000q suya düşən duzluluğun qramlarla ifadəsidir, Cl - həmin
miqdar suda xlorun (+yodun və bromun) miqdarıdır. Knudsen düsturu yalnız
okean və böyük açıq dənizlərin suları üçün düzgündür. Okeanlarla zəif mübadiləyə
malik dənizlərin duzları bu düstura tabe olmur.
54
Müəyyən edilmişdir ki, vertikal istiqamətdə temperatur və duzluluğun
dəyişməsi baş verir. Məs: Antarktika üçün belə mənzərə müşahidə olunur:
İlk 200-400m − 1° temperatura və normal duzluğa malikdir;
Aşağıda temperatur +1,9°-yə qədər və minerallaşma 3,48%-ə qədər yüksəlir;
Təxminən 1500m dərinlikdə yenidən soyuqlaşma -0,6°-yə qədər enir.
Okeanlarda və dənizlərdə əsas, dib yanı və lil suları ayrılır. Litosferdən fərqli
olaraq, okean sularının kimyəvi tərkibi xeyli sabitdir. Bununla yanaşı bir sıra
elementlərin nisbətində də xeyli fərq mövcuddur. Məsələn: Na/K litosferdə1,09,
okeanda 28; Sr/Ba - müvafiq olaraq 1,8-260; Ni/Co - 3,5 və 20-dir. Bu okean
suyunun geokimyəvi xüsusiyyətini aydın xarakterizə edir. Okeanların suyunun
tərkibi ilə Yer qabığının və bütövlükdə Yerin tərkibini müqayisə edərkən böyük
fərqlər görürük. Oksigen istisna olunmaqla (o, bütün hallarda miqdarı üstünlüyə
malikdir), qalan elementlər özlərini müxtəlif formada aparır. Məs., Yerdə ən çox
yayılmış elementlərdən Si, Al, Fe və s. okeanlarda cüzi miqdardadır. Cl və Br
özlərini əksinə aparır. Onlardan əlavə hidrosferdə Yer qabığına nisbətən daha
yüksək konsentrasiyada müşahidə olunur: Bunlar S və B-dur.
Okean suyunun duz tərkibində mühüm ölçüdə elə elementlər iştirak edir ki,
onlar məhlullarla birgə bu və ya başqa miqdarda Yer qabığını təşkil edən
süxurlardan aşınma nəticəsində gətirilmişdir. Lakin məhlula keçən atomların heç
də hamısı deyil, müəyyən hissəsi okeana gəlib çata bilir. Okeana ən çox Na və Cl-
un atomları toplanır; bu onların yaxşı həllolma qabiliyyətinə və birləşmələrinin
davamlılığına görədir.
V.M.Qoldşmidtin hesablamalarına görə aşınma, parçalanma və çökmə
mərhələlərini keçən 1kq ilkin süxurun yalnız 600q-ı dəniz suyuna çatır. Ona görə
elementlərin okeana gətirilən miqdarı ilə hal-hazırda dəniz suyunda olan miqdarı
arasındakı nisbət bu qədərdir: Na - 66%, Mg - 10%, K - 2,5%, Li - 0,3%.
Bundan başqa, heç də dəniz suyuna gətirilən elementlər bütövlükdə onun
tərkibində saxlanılmır. Bu elementlərin birləşmələrinin suda həll olma, hidroliz və
sorbsiya olunma qabiliyyətlərindən asılı olaraq çox cüzi hissəsi suda qalır. Buraya
Fe, Mn, Ni, Mo, Cu, Se və digər elementlər daxildir.

55
Bir və ikivalentli elementlərə nisbətən çoxvalentli elementlər az yayılmışlar.
Bu da yəqin ki, çoxvalentli elementlərin zəif həllolma qabiliyyəti, hidroliz
qabiliyyəti (dəniz suyunda pH-ın 8,2 qiymətində) və yüksək dispersli sistemlərlə
(lillərlə, gillərlə və s.) qüvvətli sorbsiya edilmə qabiliyyəti ilə əlaqədardır.
Birvalentli elementlər içərisində defisitlik kaliumda və nadir qələvi
elementlərdə müşahidə edilir. Sübut edilmişdir ki, onların ionları müxtəlif ionlar
tərəfindən sorbsiya edilir və bitkilər tərəfindən toplanır. Okean sularının kimyəvi
tərkibini qurunun suları ilə müqayisə etdikdə görürük ki, onlar Zn, Cu, Pb, Bi, Ni,
Co, Cr və digərləri ilə çox zəngindir.
Bütün bunlarla yanaşı, okean sularında həll olmuş halda, bir sıra qazlara da
rast gəlinir.
Dəniz suyunda həll olmuş oksigenin miqdarı bir sıra səbəblərə görə geniş
ölçüyə məruz qalmışdır. Qeyd etmək lazımdır ki, suda həll olan hava
atmosferdəkinə nisbətən oksigenlə daha zəngindir. Belə ki, 0°-də suda həll olmuş
havada oksigenin miqdarı 34,9% (həcmə görə) olduğu halda, atmosferdə cəmisi
20,95%-dir. Bu onunla əlaqədardır ki, suda azotun həllolma qabiliyyəti müvafiq
olaraq atmosfer havasında olan miqdarından azdır.
Karbon qazının bir hissəsi suda həll olmuş, sərbəst halda olur. Əsas hissəsi
isə karbonatlar və bikarbonatlar formasında kimyəvi əlaqə şəklində iştirak edir.
Temperaturun azalması ilə onun miqdarı xeyli çoxalır. Daha dərinliklərdə
reduksiyaedici şəraitdə CO2 çox zəngindir.
Dəniz sularında bromun miqdarı çox yüksəkdir. Onun Yer qabığında olan
miqdarının 70%-i burada toplanmışdır. Orta hesabla 6,6·10-3 % -dir.
Üzvi maddələr isə hidrosferdə ən müxtəlif formalarda iştirak edir.

HİDROSFERİN GEOKİMYASI

Kontinental sular.

Səth suları. Çay suları çoxlu elementlərin geokimyasında olduqca böyük rol
oynayır. Həmin elementlər çaylarla gah həqiqi məhlullar, kah da dispers
hissəciklər formalarında daşınır. Çayların əksəriyyəti şirin suludur, yəni 1litrdə 1q-
56
dan az “quru qalıq” daşıyır. Məhlulda aşağıdakı ionlar üstünlük təşkil edir: HCO 3,
Ca, SO4, Na, Cl. Həll olmuş qazlardan CO 2, N2, O2 (CO2 kəskin üstünlük təşkil
edir) geniş yayılmışlar. Digər elementlər az miqdardadır: Si, Mg, Fe, K, Al, Mn,
Zn, As, P, Li, Cu, İ.
Göllərin sularının kimyəvi tərkibi çox müxtəlif olub tökülən çay və digər
suların tərkibindən asılıdır və ərazinin fiziki-kimyəvi şəraitlərini, xüsusilə iqlim və
litoloji şəraitlərini, əks etdirir. Göllər şirin sulu və duzlu göllərə bölünürlər
(duzlularda quru qalıq 1q/litrdən çoxdur). Üstünlük təşkil edən ionlara görə
göllərdə məhlulların aşağıdakı tipləri ayrılır:
1) HCO3 - Ca (Baykal);
2) HCO3 - SO4 -Ca (Altayın əksər gölü);
3) Cl - SO4 - Na (duzlaşmaya məruz qalmış göllər);
4) SO4 - Cl - Ca -Na (Vulkanik süxurlu rayonlarda göllər);
5) Cl - Na (şoranlaşmış rayonlarda göllər);
6) HCO3 - Mg (Böyük Alma-Ata gölü − nadir tip);
7) HCO3 - Cl - Na (quru isti əyalətlərin gölləri, duzlu göllərə keçid).
Yeraltı sular. Bu qrupa Yer səthindən aşağıda yerləşən sular − torpaqlarda,
süxurların aşınmasının yumşaq məhsullarında, çökmə süxurların qatlarında və
püskürmə və çökmə süxurların çatlarında, minerallarda olan sular aiddir. Bu sular
öz kimyəvi tərkibinə və yatma şəraitinə görə olduqca müxtəlifdir, çoxlu tiplərdən
ibarətdir və çox böyük əhəmiyyətə malikdir.
Sular − torpaq, qrunt, layarası sulara ayrılır. Minerallaşmaya görə sular
aşağıdakı tiplərə bölünürlər: şirin sular (minerallaşma 1q/l-ə qədər), az duzlu (1-
25q/l), dəniz duzluluğuna malik sular (25-50q/l), duzlu sular (50q/l-dən artıq).
Üstün anionlara görə ayrılırlar: hidrokarbonat və karbonat, sulfat və xlorid suları
mövcuddur.
Qrunt suları − 1-ci suyadavamlı horizontdan yuxarıda yerləşmişdir. Yer
səthinin yaxınlığında yatır və onların rejimi meteoroloji şəraitlərdən çox asılıdır.
Qrunt sularının kimyəvi tərkibi sulu horizont yerləşən süxurların tərkibindən,
səthdəki torpağın xarakterindən, təchiz edən (qidalandıran) suların tərkibindən,

57
həmçinin ərazinin iqlim xüsusiyyətlərindən və suların səthə yaxınlığından asılıdır.
Torpaq suları litosferin ən yuxarı hissəsinə − torpağa hopur və mahiyyətcə
qrunt sularının ən yuxarı (üst) horizontudur. Torpaq məhlullarının tərkibi − bir sıra
faktorların, o cümlədən torpağın özünün mineral və üzvi tərkibinin, meteor
çöküntülərinin miqdarının, havanın temperaturunun, bitkilərin, canlıların və
mikroorqanizmlərin təsirinin, insanın mədəni fəaliyyətinin mürəkkəb funksiyasıdır.
Laylararası sular qrunt sularından fərqli olaraq yalnız suyadavamlı qatla
döşənmir, həm də suyadavamlı süxurlarla örtülür; bununla da bu suların bəzi
səciyyəvi xüsusiyyətləri müəyyən edilir. Suların kimyəvi tərkibi əsasən onların
hərəkət etdikləri süxurların kimyəvi tərkibi ilə və səth sularla əlaqəsi ilə şərtlənir.
Laylar arası suların kimyəvi tərkibinə mübadilə sorbsiya reaksiyaları da mühüm
təsir göstərir. Nəticədə süxurların bəzi kationları məhlulda olan kationlarla
sıxışdırılır və məhlula keçir.
Lay sularının xüsusi növü kimi neft yataqlarının suları təqdim olunur. Onlar
həmçinin şirin, duzlu və şor sulara ayrılır və müxtəlif minerallaşma dərəcəsi ilə
fərqlənir. Onların səciyyəvi xüsusiyyəti sulfatların ya tamamilə olmaması, ya da
onların cüzi miqdarıdır; bunu adətən üzvi maddənin hesabına reduksiya prosesləri
ilə əlaqələndirirlər.
Mineral suları ……
Suyun geokimyəvi rolu.
Geokimyada su çox mühüm rol oynayır, belə ki, kimyəvi elementlər suda müxtəlif

dərəcədə həll olur, onunla birgə miqrasiya edir, çoxları isə bəzi şəraitlərdə ondan

ayrılır: ya qaz formasında (O, N, CO2 və s.), ya da çoxsaylı bərk minerallar


formasında (karbonat, fosfat və s.şəkildə).
V.İ.Vernadski bütün kimyəvi elementləri suya nisbətdə iki böyük qrupa bölür:
1. Hidrogenik elementlər, onlar üçün su tarazlığı xarakterikdir, atomlarının
mühüm hissəsi sulu məhlullardan keçir (buraya ən geniş yayılmış elementlər
aiddir).
2. Pirogenik elementlər, onlar təbii məhlullarda cüzi miqdarda səpələnmiş
halda iştirak edir və ona görə də məhlullardan minerallar formasında ayrıla bilmir
58
(Zr, Ta, Nb, platinoidlər, TR, Th və s, cəmi 30 element).

ƏDƏBİYYAT:
1. Bektaşi S.Ə. // Geokimya. Bakı, ADU nəşri, 1972.
2. Mahmudov H.İ., Mahmudov Ə.İ., Şirəliyev Ə.B. // Geokimyanın əsasları
(metodik vəsait). Bakı, BDU nəşri, 1996.
3. Браун A.X. // Геохимия. M., Недра, 1984.
4. Войткевич Г.В., Закруткин В.В. // Основы геохимии. M., Высщая школа,
1976.
5. Гаврушевич Б.А. // Основы общей геохимии. M., Недра, 1968.
6. Koзлов В.Д. // Введение в геохимии: Учебное пособие. Иркутск,
Иркутский
гос. Ин-т, 2007.
7. Mейсон Б. //Основы геохимии. M., Недра, 1971.
8. Перельман A.И. //Геохимия. M., Высшая школа, 1979.
9. Сауков A.A. //Геохимия. M., Недра, 1975.
10. Тугаринов A.И. //Общая геохимия. M.,Aтомиздат, 1973.
11. Щербина В.В. // Основы геохимии. M.,Недра, 1972.

59

You might also like