You are on page 1of 20

Tələbə - Ağayev Rövşən

Müəllim - Axundova Sevda


Fakültə - Məşqçilik (Futbol)
Qrup - 110A1

Fənn - Multikulturalizm
Dünyəvi dinlər <= MÖVZU
Dünyəvi dinlər
 Daha çox insanların sitayiş etdiyi və daha geniş ərazidə yayılan dinlər dünyəvi dinlər
sayılır. Bu baxımdan üç belə din mövcuddur: xristian, islam, buddizm.Dindarlarının
sayına və yayıldığı ərazinin genişliyinə görə birinci yeri xristian dini tutur. İkinci yerdə
islam dininə sitayiş edənlər durur.Üçüncü yerdə Buddizm durur.
Buddizm

 Buddizm dünyada yayılmış üç ümumbəşəri


dinin ən qədimidir. Buddizmin
ümumbəşəri din sayılmasının səbəbi onun
Xristianlıq və İslam kimi etno-konfessional
və coğrafi sərhədləri aşaraq, fərqli
mədəniyyət və ənənələrə mənsub
müxtəlif xalqların dininə çevrilməsidir.
Təxmini hesablamalara görə, dünya üzrə
Buddizmin 450-500 milyon mənsubu
vardır və onlar əsasən, Cənub, Cənub-
Şərqi və Şərqi Asiya ölkələrində yaşayırlar.
Buddizm
 Buddizm ilk baxışda dindən daha çox,
fəlsəfi sistemə bənzəyir. Ona görə də
bəzi tədqiqatçılar ona fəlsəfi-etik
təlim, idrakla bağlı elm və mədəni
ənənə kontekstində yanaşmışlar.
Lakin qeyd etmək lazımdır ki,
Buddizmdə bir dinə xas olan bütün
keyfiyyətlər mövcuddur. Buddizm
kainatı yaradan fövqəlqüdrətin
mövcudluğu ideyasından bəhs
etməsə də, ümumən, mistik
təmayüllü din kimi xarakterizə olunur.
Buddizm tarixi

 Buddizm eramızdan əvvəl I minilliyin


ortalarında qədim Hindistanın şimal-
şərqində yaranmışdır. Bu dövrdə
Hindistanın məhz həmin bölgəsində yeni
dini təlimin yaranmasına bir sıra
faktorlar təsir göstərmişdir. Belə ki, kasta
sisteminin hakim olduğu qədim veda
dinində yüksək imtiyaz tanınan brahman
sinfinin (ruhanilərdən ibarət ali təbəqə)
bu bölgədə təsirləri nisbətən zəif idi.
Buddizm dini təlimin əsasları
 Buddizmin təliminin əsas hədəfi, icra olunan bütün ibadət və normaların
məqsədi insanı həyatın məşəqqət, əzab və iztirabından xilas edib mütləq
mənəvi xoşbəxtlik, səadət hissinə - Nirvanaya çatdırmaqdır. Qədim hind
fəlsəfəsi və dini dünyagörüşünə görə, insan, heyvan və bitkilər bədən və
ruha sahibdirlər. Bədən ölümlü, ruh isə həmişəyaşardır.
Buddizmdə dini cərəyanlar
 Buddizm geniş ərazilərdə yayıldıqca onun fəlsəfəsinin və təlimlərinin izahında
müəyyən fərqliliklər yaranmış, bu da tarixi dövr ərzində bu dinin müxtəlif
istiqamət və məktəblərinin meydana gəlməsinə səbəb olmuşdur. Hazırda
Buddizmin üç əsas qolu mövcuddur. Qeyd olunan qollar müxtəlif ölkələrdə yerli
buddist cərəyanlarının formalaşmasına da öz təsirini göstərmişdir.

Hinayana Mahayana Vajrayana


Xristianlıq

Mənsublarının sayına görə dünyanın ən böyük dini olan


xristianlıq bizim eranın I əsrində Fələstində yəhudi cəmiyyətində
meydana gəlmişdir. Bu dinin yaranması İsus Xristosun (İsa Məsih)
adı ilə bağlıdır. Xristos yunanca “məsh edilmiş” deməkdir.
“Xristianlıq” sözünün özü də “xristos” kəlməsindən törəmişdir.

Fələstində meydana gəldikdən sonra xristianlıq Pyotr, Pavel və


digər apostolların (İsa Məsihin şagirdləri və ya həvarilər. – Red.),
habelə onların davamçılarının təbliğatı sayəsində qədim Roma
imperiyasının nüfuz dairəsinə daxil olan Aralıq dənizi sahilindəki
şəhərlərdə yayılır.
Xristianlıq

 Xristian dünyasını bürümüş bütün təlatümlərə


baxmayaraq, böyük coğrafi kəşflər, Avropa
dövlətlərinin yürütdüyü müstəmləkəçilik siyasəti,
qərb müstəmləkəçiləri tərəfindən dəstəklənən
katolik və protestant missionerlərin fəaliyyəti
sayəsində xristianlıq Avropanın hüdudlarını
aşaraq daha geniş coğrafi arealda - Afrika,
Amerika və Avstraliya qitələrində, eləcə də
Okeaniyada yayıldı. Beləliklə, xristianlıq
mənsublarının sayına görə dünyanın ən böyük
dininə çevrildi. Hazırda Yer kürəsində yaşayan
xristianların ümumi sayı 2,2 milyard nəfərdən
çoxdur.
Xristianlıq dini təlimin əsasları

 Xristian təliminin əsasında “Üç üqnum”,


yaxud “Müqəddəs üçlük” əqidəsi
dayanır. Bu inanca əsasən, tək və vahid
olan Tanrının sifətləri üçdür – Ata, Oğul
və Müqəddəs Ruh. “Üç üqnum” əqidəsi
“İncil”dəki rəvayətlərə əsasən
formalaşmışdır. “İncil”ə görə, bakirə
Məryəm Müqəddəs Ruh vasitəsi ilə
hamilə qalaraq Tanrının yeganə oğlu İsa
Məsihi Beytləhm və ya Betlehəm
şəhərində dünyaya gətirmişdir.
Xristianlıq dini təlimin əsasları

Xristianlar inanırlar ki, İsa Məsihin xaça çəkilməsi əbəs yerə olmamışdır. Bununla Ata Tanrı
bəşəriyyətin xilası və ilkin günahdan azad olunması üçün öz vahid və yeganə oğlunu, yəni İsa Məsihi
qurban vermişdir.

Xristian etiqadına əsasən, Adəm və Həvva qadağan olunmuş ağacdan meyvə yedikləri üçün ilk dəfə
günaha bataraq cənnətdən qovulmuşlar. Odur ki, onlardan törəyən bütün insanlar bu ilk günaha görə
məsuliyyət daşıyaraq dünyaya günahkar gəlirlər.

Xristianlığagörə, insanlar yalnız İsa Məsihin xilaskarlıq missiyasına iman gətirdikdə bu ilk günahdan
azad ola və əbədi həyat qazana bilərlər. Təsadüfi deyildir ki, İsa Məsih “İncil”də “Tanrının Qurbanlıq
quzusu” və “Xilaskar” adlandırılır.
Xristianlıq dini ayin və mərasimlər
 Xristianlıqda əsas dini ayinlər latın dilində “sirr, öhdəlik” mənasına gələn “sakrament”
adlandırılır. Xristianlar inanırlar ki, “sakrament”lər İsa Məsihin özü tərəfindən təyin
olunub. Bu əsas yeddi dini ayin aşağıdakıdır:

Mirro yağı ilə


Vəftiz Yevxaristiya
məshetmə

Keşişlik. Kilsə nikahı Tövbə


Əsas xristian konfessiyaları
Katoliklik
• Katoliklik və ya katolisizm mənsublarının sayına görə ən böyük
xristian konfessiyasıdır.

Pravoslavlıq
• 1054-cü ildə xristianlıq iki böyük qola parçalandıqdan sonra
şərqi xristianlar ortodoks və ya pravoslav adlandırıldı.

Protestantlıq
• Mənsublarının sayına görə ən böyük ikinci xristian konfessiyası
protestantlıq
İslam
 İslam İbrahimi dinlərin sonuncusu sayılır. “Təslim
olmaq, boyun əymək, itaət etmək” mənalarında
işlədilən “İslam” sözü ərəb dilində “sülh” mənasına
gələn “silm” kökündən yaranıb. Bu dinə inananlar
ərəb dilində “müslim”, dilimizdə isə “müsəlman”
adlanır. Qurani-Kərimin bir sıra ayələrinə istinad
edən müsəlman alimləri isə vurğulayırlar ki, bütün
peyğəmbərlərin təbliğ etdikləri hənif dini İslam
adlanır. İslam Məhəmməd peyğəmbərin (570/571-
632) təbliğ etdiyi bir din olaraq VII əsrin əvvəlində
Ərəbistan yarımadasının Hicaz bölgəsində tarix
səhnəsinə çıxmışdır.
İslam dini təlimin əsasları

 İslam dininin etiqad əsaslarına “üsulüddin” (“dinin əsasları”) deyilir. Dilimizdə


bəzən “iman əsasları” ifadəsindən də istifadə olunur. Etiqad əsasları dedikdə dinin
nəzəri əsasları başa düşülür. İslamın etiqad əsasları müxtəlif İslam məktəblərində
(məzhəb) fərqli formalarda öz əksini tapsa da, bütün müsəlmanların qəbul etdiyi
təməl əqidə prinsipləri aşağıdakı kimidir:

Tövhid Nübüvvət Axirət


İslamda dini ayin və mərasimlər
 “İbadət” kəlməsi ərəb dilində hərfən “tapınmaq”, “boyun əymək”, “itaət
etmək” deməkdir. İslam dinində ibadətlər yalnız Allahın razılığını
qazanmaq məqsədilə yerinə yetirilir. Ondan başqasına sitayiş etmək Allaha
şərik qoşmaq kimi qəbul olunur.İslam dinində ibadətlər üç qismə bölünür:

1. Bədənlə edilən ibadətlər;

2. Mal və ya maddi qazanc ilə icra olunan ibadətlər;

3. Həm bədən, həm də mal ilə yerinə yetirilən ibadətlər.


İslam dini istiqamətlər

Sünnilik
• İslam dünyasında mənsublarının sayı baxımından ən böyük dini
istiqamət sünnilik sayılır.

Şiəlik
• İslamın ikinci ən böyük istiqaməti şiəlikdir. Dünya müsəlmanlarının
təqribən 10-20 faizi bu məzhəbə mənsubdur.

İbazilik
• İbazilik məzhəbi xaricilik zəminində meydana gəlmişdir. Xaricilik
İslam tarixində ortaya çıxmış ilk dini-siyasi hərəkat sayılır.
ƏDƏBİYYAT:

 https://quedeus.com/az/dunyevi-dinler-hansilardir/
 http://
www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyu
n2009/83505.htm
 https://
mou.ir/az/az%C9%99ri-short-term-courses/item/11727
-d%C3%BCnya-dinl%C9%99ri-il%C9%99-tan%C4%B1%C
5%9Fl%C4%B1q
Diqqətiniz üçün Təşəkkürlər

SON

You might also like