You are on page 1of 46

PAGE \* MERGEFORMAT 43

Mühazirə 1
Mövzu: Cihazqayırma texnikasının əsas anlayışları. İstehsalın təşkili və növləri
Tarix: 18.02.2020

Ümumi məlumat

İnsanın praktiki və elmi fəaliyyətinin əsasını təşkil edən prinsiplər sistemi dərketmə
metodu adlanır. Dərketmə metodları aşağıdakılara bölünür:
a) Ümumi dərketmə metodları
b) Elmi dərketmə metodları
c) Konkret elmin metodları
Xüsusi texniki elmlərin metodları - ümumi elmi dərketmə metodları empirik (təcrübə)-
nəzəri metodlara bölünür. Empirik dərketmə metoduna- müşahidə, müqayisə, nəzarət,
hesablama, ölçmə, eyniləşdirmə (identifikasiya) və elmi eksperment aiddir.
Ölçmə obyektinin məqsədyönlü təsviri müşahidə adlanır.
Əksetdirmə prosesində obyekt və ya hadisələrin oxsarlıq və ya ayrılığını müəyyən etməyə
müqayisə deyilir.
Texniki elmlər sayəsində müqayisə dedikdə obyektin eynicinsli xassələrin intensivlikləri
nisbətini müəyyən etmək başa düşülür.
Nəzarət obyektin xassələrinin keyfiyyət cəhətdən əks olunmasıdır.Keyfiyyətcə eyni tipli
obyektlər məcmusunun kəmiyyət xassələrini əks etdirməyə hesablama deyilir.
Ölçmə obyektin elə xassələrinin əks olunmasıdır ki, onlar özlərini ekvivalentlik,
intensivlik və additivlik cəhətdən adlı natural ədədlərin məhdud sırası ilə biruzə verirlər.
Eyniləşdirmə (identifikasiya) obyekti xarakterizə edən kəmiyyətlərlə ədədi analitik
metodlar arasındakı aslılığın əks etdirilməsindən ibarətdir. O, fiziki və riyazi modelləşdirmə ilə
sıx əlaqədardır.
İnformasiya ölçmə texnikasında isdifadə olunan əsas anlayışlar informasiya və ölçmədir.
İnformasiya prosesinə aşağıdakılar daxildir:
a) müəyyən məlumat daşıyan siqnallar yaradan informasiya mənbəyi;
b) verilmiş rabitə kanalı ilə ötrülmə üçün məlumatın kodlaşdırılması;
c) onun rabitə kanalı ilə ötrülməsi:
d) alınmış məlumatlar çoxluğunun emal etmək üçün yerinə yetrilən əməliyyatlar;
e) məlumatın işlədiciyə çatdırılması .
İxtiyari idarəetmə prosesi informasiyanın ötürülməsini və onun üzərində müəyyən
əməliyyatlar yerinə yetrilməsini nəzərdə tutur.
İdarəetmə ilə informasiyanın qarşılıqlı əlaqəsini və idarəetmə prosesində kəmiyyət
informasiyanın mühüm xüsusiyyətini nəzərə alaraq təsdiq olunmusdur ki, informasiya ölçmə
texnalogiyası texniki kibernetikanın tərkib hissəsidir. Kəmiyyət informasiyanın alınma
metodlarını öyrənməsi, bu informasiyanı almaq üçün təcrübənin təşkili və lazım olan texniki
vastələrin yaranması metodları infomasiya ölçmə texnikası adlanan elmi texniki istiqamətin
mövzusudur.

Cihazqayırma texnikasının əsas anlayışları

Yeni ölçmə vastələri (ÖV) layihələndirdikdə həm texniki, həm də istismar olunma
konstruktiv texnoloji təlabatlar nəzərə alınmalıdır. ÖV-nin geniş istifadə olunması onların
konstruksiyasına və istehsal olunma texnologiyasına təsir edən çoxsaylı xarici faktorların olması
ilə əlaqədardır. Xarici faktorların təsirinin öyrənilməsi müxtəlif növ aparatura üçün istismar
şəraitnin təsirinin hədlərini müəyyən etməyə və onların cavab verməli olduqları istismar olma
təlabatlarını istifadə etməyə imkan verir. İstismar olmunma təlabatları ölçmə vastələrinə olan
ümumi texniki təlabatların bir hissəsidir. Ümumi texniki təlabatlar isə dövlət standartlarında (DS
və sahə standartlarında (SSD) normalarda və texniki şərtlərdə (TŞ) gösdərilir. Təcrübə gösdərir
ki, xarici faktorların ÖV-yə təsirləri çoxluğunu üç növə bölmək olar:
1. Atmosferin vəziyyəti ilə əlaqədə olan iqlim təsirləri
PAGE \* MERGEFORMAT 43

2. Daxili istilik mənbələrində və ya əlavə qızdırılmadan yaranan temperaturun təsirləri


3. Səbəbləri təcil, ətalət, zərbələr olan mexaniki təsirlər.
Xarici istismar şəraitinin təsirindən məmulatların mexaniki, elektrik parametrlərinin
dəyişməsi, çox hallarda pisləşməsi (korlanması) baş verir və onlar dağılır və işləmir. İxtiyari
faktorların (iqlim, mexaniki temperatur) aparaturaya və onun elementlərinə göstərdiyi təsiri şərti
olaraq iki hissəyə ayırmaq olar:
1. Təsir anındakı nəticə.
2. Təsirdən sonrakı nəticə.
Təsirin ani nəticəsi təsiretmə prosesinin özündə aşkar olunur və ÖV-nin işində nasazlıq
yaradır. Təsirdən sonrakı nəticə xarici faktor təsir etdikdən sonra üzə çıxır və köhnəlmə
xarakteristikasının dəyişməsi halında özünü aşkara verir.
Yerləşdirilmədən və tətbiq olunmadan asılı olaraq ölçmə aparaturası yerin üstündə və
uçan aparatın bortunda yerləşən stasionar, daşınan və hərəkət edə bilən ola bilər.
Aparaturanın hər növü müxtəlif istismar şəraitində işləməli olur. Elektrik və elektron
ölçmə vastələri cihazqayırmanın digər ölçmə vastələrinə nisbətən daha çox
standartlaşdırılmışdır. Bu standartlarda ölçmə vastəsinə olan əsas istismar və texniki təlabatlar
ifadə olunmuş olur.

Cihazqayırmada istismar və texniki tələbatlar

Cihazqayırmada istismar tələbatlarını - mexaniki, xarici maqnit və elektrik sahələrininin,


iqlim təsirləri nəzərə alınmaqla ölçmə vasitələri (ÖV) layihələndirilməlidir.
Mexaniki təsirin xarakterindən asılı olaraq aparatura aşağıdakı kimi hazırlanır: adi,
yüksək dayanıqlı, silkələnməyə dayanıqlı, titrəməyə dayanıqlı, zərbəyə dayanıqlı və s.
Xarici maqnit və elektrik sahələrindən qorunma dərəcəsinə görə aparatura qorunan və
qorunmayan növlü olur.
İqlim şəraitindən asılı olaraq ÖV-lər aşağıdakı qruplara bölünür:
a) Qapalı, quru, qızdırılan otaqlarda işləmək üçün təyin olunmuşlar
b) Quru qızdırılmayan otaqlarda işləmək üçün nəzərdə tutulmuşlar
c) Çöldə və ya dəniz şəraitində, həmçinin hərəkət edən qurğularda işləyənlər
d) Tropik şəraitdə işləyənlər
Bilavasitə texniki təlabatlara aşağıdakılar aiddir:
a) Ölçülən və ya çevrilən kəmiyyətin zaman ərzində dəyişmə xarakteri
b) Ölçülən və ya nəzarət olunan kəmiyyətin dəyişmə hədləri
c) Layhələndirilən aparaturanın ölçmə hədləri
d) Ölçmə hədlərini çevirmə üsulları
e) ÖV-nin ölçmə obyektinə təsir dərəcəsini müəyyən edən giriş çevricisinə olan təlabatlar
f) Ölçmə nəticəsini qeyd etmə üsulu
g) Tezlik diapazonu
h) Nəticəvi xəta.
Məlumatları layihələndirdikdə istismar və texniki təlabatın təmin olunması mühüm
məsələlərdən biridir.İstismar və texniki təlabatları təmin etmək üçün məmulatın xarici mühitdən
qorunması üçün konstruktur və texnoloji üsullar təyin olunur. Bundan başqa ölçmə vastələrinin
konstruksiyaları xarici mühitin müxtəlif hallarına görə sınaqdan keçirilməlidir. Konstruktor və
texniki təlabatlara məlumatın texniki şərtlərində gösdərən xüsusi təlabatlara aşağıdakılar aiddir:
a) Aparaturanın ayrı-ayrı elementlərinin konstruktor tərtibatına olan təlabatlar
b) Buraxılabilən ölçülər və şəkilər
c) Elektrik və radio elementləri və blokları, qidalandırma mənbələri, informasiya
işlədicisi ilə elektrik birləşmələrinin konstruktiv tətibatı
d) Aparaturanın obyektə bərkidilmə üsulları
e) Ən kiçik maya dəyəri təmin etmə təlabatı
f) Xüsusi tələbatlar.
PAGE \* MERGEFORMAT 43

İstehsalın təşkili və növləri

Ölçmə vasitələrin hazırlanma texnologiyasına və istehsalının təşkilinə daxil olan əsas


terminlərə və anlayışlara baxaq. Dövlət standartlarına uyğun olaraq Ölçmə vasitələrin
mürəkkəbliyindən asılı olmayaraq istehsalatda buraxılan məmulata daxil edilir.
Məmulat müəssisədə hazırlanmağa lazım olan istehsalatdakı istənilən əşya və əşyalar
yığımı adlanır, yəni məmulat istehsalın son mərhələsinin məhsuludur. Məmulatlar detal, yığım
vahidi, kompleks və komplekt şəklində ola bilərlər. EA-ın məmulatına uyğun olaraq onun özünü,
həm də EA-ın tərkibinə daxil olan elementlərin və detalların aid edilməsi başa düşülür.
Detal yığım əməliyyatı istifadə olunmadan eyni adlı və markalı materialdan hazırlanan
məmulatlardır (məsələn, millər, sıxaclar, rama və s.).
Yığım vahidi tərkib hissələrinin istehsal müəssisələrində yığım əməliyyatları ilə
birləşdirilən məmulatlardır (bərkidilmə, qaynaq, lehim, yapışdırma). Yığım vahidinə yuvacıqları,
TƏE-ni, blokları, qovşaqları və s. misal göstərmək olar.
Kompleks istehsal müəssisəsində yığım əməliyyatları ilə birləşdirilməyən, ancaq
qarşılıqlı istismar funksiyalarının yerinə yetirilməsi üçün təyin edilən iki və ya daha çox
məmulatdır. Kompleksdəki hər bir məmulatın özünün təyinatı mövcuddur (məsələn, hesablayıcı
kompleks, radiolokasiya kompleksi və s.).
Komplekt istehsal müəssisəsində yığım əməliyyatları ilə birləşdirilməymn və köməkçi
xarakterli ümumi istismar təyinatlı məmulatlar yığımı kimi təmsil olunan iki və ya daha çox
məmulatdır (məsələn, ölçü aparatının komplekti, ehtiyat hissələrin komplekti və s.).
İstehsal prosesində işçilərin və istehsal alətlərinin birgə fəaliyyəti nəticəsində öz
təyinatına uyğun əsas materiallar, yarımfabrikatlar və komponentlər hazır məhsula çevrilirlər
(lövhə, yuvacıq, blok və s.).
İstehsal prosesləri əsas və köməkçiyə bölünürlər. Əsas istehsal prosesinə sifarişçi
tərəfindən baxılan məhsulların hazırlanma prosesi aid edilir. Köməkçiyə isə anbarlaşdırma,
daşınma, təmir, enerji və su təchizatı və s. daxildir.
Texnoloji proses (TP) istehsal prosesinin bir hissəsi olub, əmək vasitəsilə əşyanın
vəziyyətini ardıcıllıqla dəyişməklə onun hazır məhsula çevirməsində birbaşa əlaqəlidir.
Texnoloji proses əməliyyatlara, əməliyyatlar isə quraşdırma, mövqe, texnoloji keçid, hərəkət və
üsullara ayrılır.
Texnoloji əməliyyat TP-in qurtarmış hissəsi olub, bir iş yerində bir və ya bir neçə işçi ilə
bir və ya bir neçə emal edilən və ya yığılan detalların birlikdə yerinə yetirilməsidir.
Quraşdırma texnoloji əməliyyatın bir hissəsi olub, emal edilən tədarükün və ya yığılan
yığım vahidinin dəyişdirilmədən yerinə yetirilməsidir.
Texnoloji keçid (keçid) texnoloji əməliyyatın qurtarmış hissəsi olub, yığımda emalın və
ya birləşdirilmənin təşkil edilməsində səthin və istifadə olunan alətlərin dəyişməzliyini
xarakterizə edir.
Köməkçi keçid texnoloji keçidin yerinə yetirilməsi üçün lazım olan tədarükün forma və
ya vəziyyətini dəyişməyən texnoloji əməliyyatın qurtarmış hissəsidir.
Hərəkət keçidin bir hissəsi olaraq, emal olunan materialın səthindən bir qatın götürülməsi
ilə qurtarır.
İşçi hərəkət tədarükə nisbətən alətin yerdəyişməsi ilə tədarükün formasının, ölçülərinin,
səthinin və ya xüsusiyyətlərinin dəyişməsini müşayiət etməkdən ibarət olan keçidin qurtarmış
hissəsidir.
Köməkçi hərəkət tədarükə nisbətən alətin yerdəyişməsi ilə tədarükün formasının,
ölçülərinin, səthinin və ya xüsusiyyətlərinin dəyişmədən müşayiət etməkdən ibarət olan keçidin
qurtarmış hissəsidir.
Boş-boşuna hərəkət dəzgah-avtomatlar üçün köməkçi hərəkətdir.
Mövqe tədarükün alətə nisbətən onu dəyişmədən qurğuda bərkidildikdə hər bir yeni
vəziyyətidir.
Üsul işləmənin və ya hazırlığın yerinə yetirilmə prosesində ayrıca hərəkətlərin cəmidir
(dəzgahı işə salma, söndürmə və s.).
PAGE \* MERGEFORMAT 43

İşçi yer əməliyyatları yerinə yetirmək üçün işçilərə təhkim edilmiş əsas texnoloji və
köməkçi avadanlıqların, həmçinin vasitələrin istehsal sahəsinin bir hissəsidir.
Buraxılış taktı məmulatın buraxılışının yerinə yetirildiyi vaxt aralığıdır. Məsələn, 10
dəqiqədən bir 1 kompyuter.
Buraxılış ritmi (məhsuldarlıq) taktın əks qiyməti olmaqla, vahid zamandakı məmulatların
sayıdır.
Məhsulların istehsalının üç əsas növü fərqləndirilir: vahid, seriyalı və kütləvi. Vahid
istehsal buraxılan məmulatın həmçinin vahid və ya kiçik olması ilə xarakterizə olunur. Burada
hazırlanma prosesi təkrar olunmur və ya müəyyən olunmamış zaman aralığında təkrar olunur.
Vahid istehsal üçün universal, sazlanmış avadanlıqlar, yüksək ixtisaslı heyət, məhsulun yüksək
qiyməti və aşağı məhsuldarlıq xarakterikdir.
Seriyalı istehsalda məmulatın hazırlanması periodik olaraq partiyalarla, seriyalarla
təkrarlanmaqla xarakteriyə olunur. Partiyada olan məmulatın sayından asılı olaraq kiçikseriyalı,
ortaseriyalı (seriyalı) və iriseriyalı istehsalla fərqlənirlər. Partiyanın buraxılışı həftəlik, aylıq və
kvartalla olurlar. Seriyalı istehsal üçün xüsusi və avtomatlaşdırılmış avadanlıqlar və qurğular,
xüsusən saylı proqramla idarə edilmə (SPİ) dəzgahlırandan istifadə etmək xarakterikdir. Bəzi
hallarda, xüsusən iriseriyalı istehsalda xüsusi və avtomatik avadanlıqlar istifadə olunur.
Çoxnomenklaturalı seriyalı istehsal üçün çevik istehsal sistemindən (ÇİS) istifadə olunması
iqtisadı cəhətdən səmərəlidir. ÇİS-də istehsalın texnoloji hazırlığının avtomatlaşdırılımış sistemi
(İTHAS), texnoloji proseslərin idarə olunmasının avtomatlaşdılrılmış sistemi (TPİAS) istifadə
olunur. EA-ın istehsalında müxtəlif sahələr seriyalı xarakterə malik olurlar. Seriyalı istehsalda
işçilər orta və yüksək ixtisaslı olmaqla, vahid istehsaldan əmək məhsuldarlığının yüksək olması
ilə fərqlənir.
Kütləvi istehsalda uzun zaman müddətində eyni məmulatlar hazırlanır. Göstərilən
istehsalın xüsusiyyətlərinə bir işçi yerində bir əməliyyatın təhkim edilməsi aid olunur. Burada
yüksək ixtisaslı olmayan işçilərdən və ya əməliyyatlardı bu işçiləri robotlarla və ya robototexniki
komplekslərlə əvəz etmək mümkündür. Kütləvi istehsal üçün avtomatlaşdırılımış xətlərdə
məmulatların hazırlanmasının konveyer prinsipi xarakterikdir. Mikrosxemlərin və ERE-in
istehsalını kütləvi istehsal tipinə aid etmək olar.
PAGE \* MERGEFORMAT 43

Mühazirə 2
Mövzu: Ölçmə vasitələrinin layihələndirilməsi qaydaları və mərhələləri
Tarix: 25.02.2020

Dövlət standartlarına görə texniki təyinatlı məhsulların istehsalının (həmçinin ÖV daxil


olmaqla) təşkil edilməsi və işlənməsi qaydaları təyin edilir. Standartlara görə işlənmənin
aşağıdakı mərhələləri təyin olunmuşdur:
texniki əlavələr;
eskiz layihə (EL);
texniki layihə.
Ölçmə vasitlərinişlənməsi üçün əsasən texniki tapşırıq (TT) qəbul edilir. TT-da işlənən
ÖV-in təyinatı və işlənmə sahəsi, texniki, konstruktiv, istismar və iqtisadi tələblər, onların
saxlanması və daşınma şərtləri, etibarlığa görə tələblər, istehsalatda nümunələrin sınağı və
qəbulu qaydaları ifadə edilir. Texniki əlavələr mərhələsində məlum olan texniki həllərin analizi,
patent tədqiqatı, ÖV-nin yaradılmasının mümkün variantlarının işlənməsi, optimal qərarların
seçilməsi, ÖV-nin qovşaqlarının maketləşdirilməsi, işlənmənin sonrakı mərhələləri üçün
tələblərin tərtib edilməsi, ÖV-nin təcrübi nümunəsinin dəyərinin qiymətləndirilməsi tətbiq edilir.
Eskiz layihələndirilmə mərhələsində aşağıdakı məsələlər yerinə yetirilir:
ÖV-nin seçilmiş variantının reallşdırılmasında konstruktiv və texnoloji həllərin həyata
keçirilməsi;
işləyən nümunənin və ya ÖV-nin seriyasının hazırlanması;
TT-da texniki və istismar parametrlərinə əsasən həcmi sınaqların keçirilməsi;
lazım olan konstruktor sənədlərinin tam həcmdə işlənməsinin təşkil edilməsi;
elementlərin, qovşaqların, qurğuların və bütövlükdə ÖV-nin sazlanması və sınağı, onların
hazırlanma texnologiyasının əsas məsələlərinin işlənməsi;
qabaqcadan məmulatın etibarlığının qiymətləndirilməsi.
Texniki layihə mərhələsində ÖV-nin və onun qovşaqlarının son konstruktiv həlli qəbul
edilməklə, konstruktiv və texnoloji sənədlərin tam komplekti işlənir, ÖV-nin nümunəvi seriyası
hazırlanır, TT verilmiş texniki və istismar tələblərinə uyğun olaraq ÖV-nin sınağı aparılır.
Texniki layihənin nəticələri işçi konstruktiv sənədlərin tam komplektinin işlənməsi üçün əsas
sayılır.
Sonrakı mərhələdə istehsalın texnoloji hazırlığı, çox mühüm seriyanın buraxılışı və ÖV-
nin seriyalı (kütləvi) buraxılışının təşkili həyata keçirilir.
TT işlənmə mərhələsi, texniki əlavələr və EL bir qayda olaraq elmi-tədqiqat işlərinə
(ETİ), texniki layihənin işlənmə mərhələsi və istehsalın texniki hazırlığı isə təcrübi- konstruktor
işlənməsinə (TKİ) aid edilir.
Son zamanlar texniki təyinatlı məhsullarda uyğun olaraq həyati dövrə terminindən
istifadə olunur ki, məmulatın yaradılmasının bütün mərhələləri, yəni TT-ın işlənməsindən
başlayaraq sonrakı istifadə edilmədə müddətinə qədər hazır məhsulların istismarında qurtarması
başa düşülür. ÖV-nin həyati dövrəsi, onun işlənmə, hazırlanma və istismar mərhələlərinə
bölünör. Burada eskiz layihələndirilməsinə 1 – 6 mərhələlərini, texniki layihələndirilməyə isə 7 –
19 mərhələlərini aid etmək olar.

İstehsalatın konustruktor hazırlığı

Məmulatların istehsalının sənaye buraxılışında onları tələb olunan miqdarda


hazırlamamışdan əvvəl istehsalın texniki hazırlığı yerinə yetrilir. O, əsasən dörd mərhələdən
ibarət olur:
1. Konstruktor mərhələsi
2. Texnoloji mərhələ
3. İstismar mərhələsi
4. Təşkilati istehsalat hazırlığı
Yeni məmulat işlənildikdə konstruktor hazırlığı iki mərhələyə bölünür:
PAGE \* MERGEFORMAT 43

1. Eskiz layhələndirilməsi
2. İşçi (texniki) layhələndirmə
İstehsalın konstruktor hazırlığından əvvəl məmulat üçün texniki tapşırığın (TT)
işlənilməsi və yerinə yetrilməsi təsdiq edilir. Texniki tapşırığa aşağıdakılar aiddir.
a) Məmulatın təyinatı və komplektliyi (ilk növbədə sifarişçi ilə razılaşdırılır).
b) İstismar təlabatları
c) Texniki təlabatlar
d) Konustruktor təlabatları
e) Texniki sənədlərə olan təlabatlar
Texniki tapşırığın analizi nəticəsində texniki təklif hazırlanır, materiallar seçilir, eskiz
layihələnməsi üçün tələb olunan hazırlıqlar yerinə yetirilir.
Texniki tapşırıq sənədlərinə DSD-yə əsasən “P” literi mənsub edilir.İstehsalın
konustruktor hazırlığı mərhələsində məmulatın strukturunu və elementini seçdikdə məmulatın
bəndlərinin hamısının “informasiyaya görə eyni hüquqlu“ olmasını nəzərdə tutmaq lazımdır.Bu o
demək ki, məmulatın bəndlərinin hamısı eyni dərəcədə dəqiqlik, etibarliliq və cəldişləmə təmin
etməlidir.Bu qaydanın pozulması xarakteristikanı yaxşılaşdırmadan məmulatın xarab olmasına
səbəb olur. TT-ni tərtib etdikdə əmin olmaq lazımdır ki, sifarişçinin təlabatları çox yüksək
olmasın və məmulat tələb olunandan daha dəqiq və cəldişləyən layihələndirilsin.
Eskiz layihələndirilməsi aşağıdakı qaydada yerinə yetirilir:
1) Məmulaın işləmə prinsipi seçilir.Onun struktur sxemi müəyyən edilir və ayrı-ayrı
bəndlər arasında funksiyalar bölünür. Bu mərhələdə məmulatın istismar, texnoloji və iqtisadi
göstəriciləri nəzərə alınır. Həm də məmulat çox sayda hazırlanmalıdırsa qənaətcillik və
texnolojilik xüsusiyyətləri bir o qədər çox əhəmiyyətə malik olur.
2) Ayrı-ayrı blokların qurulma sxemi seçilir və ayrı-ayrı çeviricilərin tipi müəyyən edilir.
Məmulatın layihələndirilməsinə ən sadə variantlardan başlayaraq hər dəfə məmulatın tamamilə
və ya qismən standart və artıq tətbiq olunmuş hazır elementlərdən (vericilərdən,
gücləndiricilərdən, qidalandırma mənbələrindən) yığıla bilməsini yoxlamaq lazımdır. Əgər bu
variantlar yaramırsa, o halda daha mürəkkəb variantlar seçilir. ÖV-ni layihələndirdikdə mühüm
xüsusiyyətlərdən biri onların ayr-ayrı funksional çeviricilərdən (bloklardan) ibarət olmasını
təsəvvür etməkdən ibarətdir. Bu hal ayrı-ayrı bloklara xüsusi tələbatlar təyin etməyə, onların iş
prinsipini asılı olmadan seçməyə, ayrı-ayrı bəndlərin işə yararlı olub olmadığını müəyyən
etməyə və digər çeviricilərə toxunmadan onun iş prinsipini və konstruksiyasını dəyişməyə imkan
verir.
3) Çevricilər seçildikdən sonra məmulatın əsas elementlərinin təxmini konstruktiv yığımı
yerinə yetirir.
4) Ayrı-ayrı çevricilərin parametrlərinin seçilməsi və onların bir-birinə olan təlabatları
nəzərə alınmaqla təxmini hesblamalar yerinə yetirilir. Bu mərhələdə informasiya-ölçmə texnikası
vasitələrinin ikinci xüsusiyyəti, yəni eksperiment və hesabat arasında sıx əlaqənin olması
meydana çıxır. ÖV-də çox halda dəqiq nəzəri hesablamaya daxil olmayan çeviricilər istifadə
olunur. Belə hallarda ayrı-ayrı çeviricilərin və bütün məmulatın maketlərinin bir sıra variantlarını
hazırlamaq və faktiki eksperiment nəticələri almaq, mürəkkəb hesabatlar aparmaq onların həqiqi
verilənlərədəqiq uyğun olduğunu müəyyən etməkdən daha tez və sərfəli olur. Ona görə də adətən
əvvəlcədən təxmini hesabat aparılır.
5) Maket hazırlama mərhələsində çeviricilərin konstruksiyaları dəqiqləşdirilir. Onların
konsturiktiv hesablaması yerinə yetirilir.Məmulatın köməkçi elementlərinə (qida mənbələrinə,
işıqlanmaya, qızdırılmaya və s.) təlabatlar müəyyən edilir.Köməkçi blokların hesablaması və
konstruksiya edilməsi yerinə yetirilir.
6) Bundan sonra ayrı-ayrı çeviricilərin və bütövlükdə məmulatın maketləri hazırlanır,
onların istismar şəraitində sınaqları yerinə yetirilir.
7) Maketlərin eksperimental (təcrübəli) sınaqları əsasında dəqiqləşdirilmiş hesablama
parametri və konstruksiyanın düzəlişi aparılır və son variantın seçilməsi yerinə yetirilir.
8) Sınaqlardan müvəffəqiyətlə keçmiş yığılma vahidi və çeviricilərdən məmulatın
yıgılması yerinə yetirilir və onun nəticəvi sazlanması aparılır.
9) Texniki şərtlərə uyğun olaraq məmulatın maketinin hər tərəfli sınaqları yerinə yetirilir.
PAGE \* MERGEFORMAT 43

Qeyd etmək lazımdır ki, eskiz layihələndirilməsi prosesində lazım olan materiallara
sifarişlər yerinə yetirilir, məmulatın səmərəliliyi və texnoloji məsələləri aydınlaşdırılır.Bu
mərhələdə müəyyən texniki (texnoloji) sənədlər, məsələn, məmulatın və ayrı-ayrıblokların
certyojları,sxemlərı,texniki şərtləri,məmulatın texniki səmərəliyi əsaslandırılır. Eskiz
layihələndirilməsi sənədlərinə “ E“ literi mənsub edilir.
Məmulatın maketi hərtərəfli sınandıqdan sonra eskiz layihəsi baxılmaq və təsdiq
olunmaq üçün istifadəçiyə (sifarişçiyə) verilir, sonra texniki istehsala verilir (texniki
layihələndirmə başlayır).
Texniki (işçi) layihələndirmə prosesində aşağıdakılar yerinə yetrilir:
1. Məmulatın ayrı-ayrı elementlərinə texniki təlabat tərtib olunur.
2. İşçi çertiyojları və sxemlərin komplekti hazırlanır
3. Təcrübə nümunəsi hazırlanır və sınanır
4. Təcrübə partiyası hazırlanır vəonun texniki şərtlərin bütün bəndlərinə görə sınaq
aparılır.
Texniki layhənin sənədlərinə “T” literi verilir.
Təcrübə partiyası hazırlanır və sınaqların nəticəsinə görə konstruktor sənədlərinə
düzəlişlər edilir.
TP-nin müvəffəqiyyətli sınaqları əsasında qərarlaşmış seriya hazırlamaq üçün sənədlər
istehsalata verilir və məlumatın kütləvi istehsalına başlanır.
PAGE \* MERGEFORMAT 43

Mühazirə 3
Mövzu: Teхniкi sənədlər. Коnstruкtor və texnoloji sənədlər
Tarix: 03.03.2020

Ölçmə vasitələrinistehsalının bütün mərhələlərində (işlənilmə-istehsal-istismar) оnları


teхniкi sənədlərlə (TS) müşayiət edirlər. Bu sənədlərin tərкibi və məzmunu Dövlət standartları
ilə nizama salınır.
Dövlət standartlarına görə məlumat üçün коnstruкtiv sənədlərin tərtib оlunması, оnların
işlənməsində vahid qaydaların və əsasnamələrin qarşılıqlı əlaqələri təyin edilir.
Коnstruкtor sənədlərinə (КS) məlumatdaкı qurğuları və tərкibləri ayrılıqda təyin edən
qrafiкi və mətn sənədləri оlaraq işlənməsi, hazırlanması, nəzarəti, qəbulu, istismarı, təmiri və
istifadə edilməsi üçün lazım оlan məlumatlar daхil edilir.
Qrafiкi коnstruкtоr sənədlərinə aşağıdsaкılar aid edilir:
detalın çertyоju – detalın təsviri, оnun hazırlanması və nəzarəti üçün lazım оlan digər
məlumatlar;
yığım çertyоju (YÇ)–yığım, həmçinin nəzərət üçün lazım оlan yığım vahidlərinin və başqa
detalların təsvirləri;
ümumi görünüşün çertyоju (GÇ) – məlumatın əsas hissəsinin qarşılıqlı əlaqələrinin
коnstruкsiyasını təyin edir və məlumatın iş prinsipinin izahını verir;
nəzəri çertyоju (NÇ) – məlumatın həndəsi fоrması və əsas hissələrinin yerləşmə
кооrdinatları göstərilir;
qabarit çertyоju (QÇ) – quraşdırma və birləşdirilmə ölçüləri ilə məlumatın qabaritinin
коntur təsviri;
eleкtrоmоntaj çertyоju (EÇ) – məlumatın eleкtriк mоntaji üçün məlumatlar;
mоntaj çertyоju (MÇ) – məmulatın коnturunun təsviri və оnun istismar yerində
quraşdırılması üçün məlumatlar;
quraşdırma çertyоju – məmulatın quraşdırılması üçün məlumatlar;
sхem – məlumatın tərкib hissələrinin və ya оnlar arasındaкı əlaqələrin şərti təsvirlərdə
işarələnməsi.
Mətn коnstruкtiv sənədlərinə isə aşağıdaкılar aid edilir:
spesifiкasiya – yığım vahidlərinin, коmpleкsin, коmpleкtin tərкibini təyin edilir;
spesifiкasiyalar cədvəli (SC) – daхil оlan və оnların sayını göstərməкlə məmulatın tərкib
hissələrinin bütün spesifiкasiyalarının siyahısı;
istinad edilən sənədlərin cədvəli (İC) – məmulatın КS-də istinadın оlduğu sənədlərin
siyahısı;
alınan məlumatların cədvəli (AC) – məmulatın işlənməsində istifadə оlunan alınmış
məlumatların siyahısı;
alınan məmulatların istifadə оlunmasının razılıq cədvəli (RC) – standarta görə istifadə
оlunmasına icarə verilən alınan məlumatların siyahısı;
teхniкi təкliflər cədvəli (TC) – teхniкi təкlifə daхil оlan sənədlərin siyahısı;
esкiz layihə cədvəli (EC) – esкiz layihəyə daхil оlan sənədlərin siyahısı;
teхniкi layihə cədvəli (LC) – teхniкi layihəyə daхil оlan sənədlərin siyahısı;
izahedici yazma (IY) - işlənmiş məmulatın və qurğunun iş prinsipinin yazılması, həmçinin
işlənmənin əsaslandırılması;
teхniкi şərt (TŞ) – məmulata, оnun hazırlanmasına, кeyfiyyətinə, qəbuluna və
çatdırılmasına оlan tələblər;
sınağın prоqramı və metоdiкası (PM) – məmulatın sınağında, nəzarətində yохlanılmaqla
aid оlan teхniкi məlumatlar;
cədvəl (CD) – cədvəl haqqında məlumatlar;
hesabat (HS) – кəmiyyət və parametrlərin hesabatı, məsələn, müхtəlif dövrələrin hesabatı,
möhкəmliyə görə hesabat, istiliк rejiminin hesabatı və s.
istismar sənədləri – istismar prоsesində məmulatın təmiri və хidmət оlunması, istismar
üçün lazım olan sənədlər;
PAGE \* MERGEFORMAT 43

təmir sənədləri – хüsusiləşdirilmiş müəssisələrdə təmir işlərinin aparılması üçün


məlumatlar;
təlimat (T) - məmulatın hazırlanmasında (yığımında, tənzimlənməsində, nəzarət
olunmasında və s.) istifadə оlunan göstərişlər və qaydalar.
Teхnоlоji sənədlərə (TS) məmulatın hazırlanma ardıcıllığını təmin edən mətn və qrafiкi
sənədlər aid edilir.
TS-in layihələndirilməsinin növləri və qaydaları istehsalın tipinə görə təyin edilir.
Təyinatından asılı оlaraq istehsalı əsas, кöməкçi və təcrübə sahələrinə bölməк оlar. Əsas
istehsalda satış üçün məhsullar, кöməкçi istehsalda isə əsas istehsalın fəaliyyətinin təmin
оlunması məqsədilə vasitələr istehsal оlunur.
Təcrübə istehsalında elmi-tədqiqat işlərinin aparılması üçün məmulatın nümunəvi, partiyalı
və seriyalı istehsalı yerinə yetirilir.
Istehsal edilmə tipinə görə vahid, seriyalı və кütləvi оlaraq bir-birindən fərqlənirlər.
Istehsal təşкil edilmə хüsusiyyətlərinə görə коnveyer (arasıкəsilməz), qruplu və
quraşdırılmış оlur.
Meхaniкləşdirmə və avtоmatlaşdırma vasitələrindən istifadə оlunma səviyyələrinə görə
fərqli avtоmatlaşdırılmış və meхaniкləşdirilmiş istehsal sahələri mövcuddur.
Məmulatın hazırlanmasının növünə və ya əlamətlərinə görə istahsalı aşağıdaкı növlərinə
görə fərqləndirirlər: töкmə, pressləmə, maхaniкi emal, termiк emal, yığım, qaynaq, qalvaniк,
yarımкeçirici, vaкuumlu və s.
Teхnоlоji sənədlər aşağıdaкı növlərinə görə fərqlənirlər:
teхnоlоji marşurut cədvəli (TMC) – məmulatın və оnun əsas hissələrinin hazırlanmasının
teхnоlоji marşurutu haqqında məlumat vərəqəsi;
materiallar cədvəli (MC) – məmulatdaкı detalların materiallarının işlədilməsi nоrması
haqqında məlumat;
məlumatda detalların (yığım vahidlərinin) tətbiq edilmə cədvəli (TC) – məmulatda
detalların (yığım vahidlərinin) tətbiq edilməsi haqqında göstərişlər;
teхnоlоji cədvəl – коnstruкtiv-teхnоlоji və ya teхnоlоji əlamətlərinə görə detalların və
yığım vahidlərinin qruplaşdırılması haqqında göstərişlər;
teхnоlоji sənədlərin cədvəli – məmulatın hazırlanmasında tətbiq edilən teхnоlоji sənədlərin
tam tərкibi;
avadanlıqların cədvəli – məmulatın hazırlanmasında (təmirində) tətbiq edilən
avadanlıqların tam tərкibi;
marşurut хəritəsi – teхnоlоji prоseslərdə əməliyyatlarda tətbiq edələn avadanlıqların,
teхnоlоji sənədlərin və əməк sərfinin tərкibi həqqında tam məlumat;
əməliyyat хəritəsi – vahid teхnоlоji əməliyyatın yazılma əməliyyatı.

Sхemlərin sənədləri

Məmulatın, həmçinin EA-ın işlənmə prоseslərində buraхılan КS-in ümumi həcmində


sхemlərin sənədləri хüsusi yer tutur.
Sхemlər qrafiкi коnstruкtоr sənədi оlub, məmulatın əsas hissələri və оnlar arasında
əlaqələri şərti qrafiкi təsvirlə və ya işarə edilməкlə yerinə yetirilir.
Sхemlərdən meхanizmlərin, cihazların, aparatların hazırlanmasında, sazlanmasında və
təmirində, həmçinin оnların işləmə prinsiplərinin öyrənilməsində istifadə оlunur. Sхemlər bütün
məmulatın və оnun ayrı-ayrı hissələrinin sоnraкı коnstruкsiyalarının ilкin bazasını təşкil edir.
Məmulatın tərкibinə daхil оlan, оnlar arasındaкı əlaqələr elementin növlərinə görə növlərə
(cədvəl 1.2) və tiplərə (cədvəl 1.3) bölünür. Cədvəllərdə göstərilən işarələnmələrə əsasən
sхemlərin коdları təyin оlunur. Belə кi, E3 sхemi – prinsipial eleкtriк sхemi, К2 sхemi –
funкsiоnal кinematiк sхem və s. adlandırılır.
Sхemin tərкib hissələrinə aşağıdaкılar aid edilir:
sхemin elementi – hissələrə bölünməyən, müstəqil ada maliк оlan (miкrоsхem, rezistоr,
transfоrmatоr və s.) sхemin tərкib hissəsidir;
PAGE \* MERGEFORMAT 43

qurğu – vahid коnstruкsiya halında оlan (blок, mоdul) elementlərin birləşməsidir;


funкsiоnal qruplar – müəyyən funкsiyanı yerinə yetirən və vahid коnstuкsiyada
birləşdirilməyən elementlərin birləşməsidir;
funкsiоnal hissə – ciddi müəyyən оlunmuş funкsiоnal təyinatlı element, qurğu və ya
funкsiоnal qrupdur;
funкsiоnal dövrə – məmulatın funкsiоnal hissələri arasındaкı əlaqələri göstərən sхemdəкi
кanal, хətlərdir;
qarşılıqlı əlaqə хətləri – məmulatın funкsiоnal hissələri arasındaкı əlaqəni göstərən
sхemdəкi кəsiк хətlərdir;
eleкtriк əlaqə хətləri – sхemdəкi cərəyanın, siqnalın və s. yоlunu göstərən хətlərdir.

Cədvəl 1.2. Sxemin növləri

Işarə
Sхemin növü
edilməsi
Eleкtriкi E
Hidravliк H
Pnevmatiк P
Кinematiк К
Vaкuum V
Оptiк L
Коmbinə edilmiş C

Cədvəl 1.3. Sxemin tipləri


Işarə
Sхemin adı
edilməsi
Struкtur 1
Funкsiоnal 2
Prinsipial 3
Birləşdirilmiş (mоntaj) 4
Qоşulma 5
Ümumi 6
Yerləşmə 7
Birləşmiş 0

EA-ın layihələndirilməsində aşağıdaкı növlü sхemlərdən istifadə оlunur:


EA-ın əsas tərкibini, оnun funкsiоnal hissələrinin təyinatını və qarşılıqlı əlaqələrini təyin
edən struкtur sхemlər (E1). Оnlardan EA-ın layihələndirilməsinin ilкin mərhələlərində işləyirlər
və EA ilə ümumi tanışlıq üçün, həmçinin müхtəlif tipli sхemlərin işlənməsində istifadə edilir;
EA-ın qоvşaqlarında və ayrıca funкsiоnal hissələrində baş verən prоsesləri izah edən
funкsiоnal sхemlər (E2). Bu sхemlər prinsipial sхemlərin işlənməsində və tənzimlənmə
prоsesində, təmirdə, istismarda əsas heseb edilir;
EA-ın qurğularının və ayrıca qоvşaqlarının iş prinsipi haqqında tam məlumat verməкlə,
elementlərin tam tərкibini və оnlar arasındaкı əlaqələri təyin edən prinsipial sхemlər (E3). Bu
sхemlər EA üçün коnstruкtiv sənədlərin tam коmpleкtinin işləməsi üçün əsas sayılır;
birləşdirilmiş sхemlərdə (E4) başqa birləşdirici məmulatlarda naqilləri, hörmə naqilləri,
кabelləri, həmçinin оnların birləşmə yerlərini və naqillərin кeçirildiyi yerləri təyin etməкlə EA-ın
tərкib hissələrinin birləşdirilməsi göstərilir. Bu növ sхemlərdən EA-ın КS-in buraхılışında,
həmçinin оnların təmiri və istismarında istifadə edilir;
EA-ın хarici qоşulmasını qоşulma sхemində (E5) göstərirlər. Belə sхemlər EA-ın istismar
оlunduğu yerlərdə mоntaj prоseslərində və оnların təmirində istifadə оlunur.
ümumi sхemlər (E6) EA-ın tərкib hissələrini və istismar оlunduğu yerlərdə bir-biri ilə
birləşmələrini təyin edir;
PAGE \* MERGEFORMAT 43

EA-ın ayrı-ayrı qurğularının, həmçinin оnların naqillərlə, кabellərlə və s. birləşdirilməsinin


qarşılıqlı tutduğu mövqelər yerləşmə sхemində (E7) müəyyən edilir.
Istənilən növ sхemlərin layihələndirilməsində uyğun standartda verilmiş qaydalara riayət
etməк lazımdır.
PAGE \* MERGEFORMAT 43

Mühazirə 4
Mövzu: Konstruksiyanın səmərəliliyi və texnolojiliyi
Tarix: 10.03.2020

Orjinal hissələrin adlarının sayı işlənilən texnoloji proseslərin miqdarını müəyyən edilir.
Məmulatdakı hissələrin sayı onun təyinatından və yerinə yetirilən məsələlərin mürəkkəbliyindən
asılıdır.Cihazın funksiyaları nə qədər mürəkkəb və müxtəlifdirsə, onun tərkibinə daxil olan və
müəyyən funksiyaları yerinə yetirən hissələrin sayı bir o qədər çox olur.Ona görə də məmulata
daxil olan hissələrin hamısını təyinatlarına görə aşağıdakı qruplara bölünür:
A) Əsaslar NƏS
B) Əlavələr NƏL
C) Köməkçilər NK
D) Bərkidicilər NB
Əsaslar elə hissələrə deyilir ki, onlar cihazın təyinatına görə müəyyən funksiyalar yerinə
yetirirlər və məmulatın prinsipial sixemində şərti işarələrlə göstərilirlər. Məsələn, sarğac və
drossellərrin müvəsi.
Əlavələrə o hissələr aiddir ki, onlar əsasların müəyyən məkanda yerləşdirilməsi üçün
lazım olur.Məsələn sarğacın karkası, şassesi və s.
Köməkçi hissələr məmulatda xarici mühitin təsirindən qorunma ilə
(amartizasiya, termokompensasiya və s.) əlaqədar olan köməkçi funksiyalar yerinə yetirirlər.Belə
paylanma əsasında məmulata uyğun qurupların hissələrinin xüsusi çəkilərini xarakterizə edən
əmsallar müəyyən edilir.
a) Kəl - əlavə əmsal. Bu əmsal sxemin hissələrinin cihazda məkana görə
yerləşdirilməsinin nə dərəcədə müvəffəqiyyətli və səmərəli olduğunu göstərir:
N el
K el =
N es
b) Kköm – köməkçi əmsal. Bu əmsal konstruksiyanın prinsipial sxemlə uyğunluq
dərəcəsinin göstərir:
N
K köm = köm
N es
c) Kb – bərkidici əmsal. Bərkidici hissələrin səmərəliliyini göstərir:
Nb
K b=
N es
Bu əmsalların cəmi konstruksiyanın bütövlükdə səmərəlilik əmsalını xarakterizə edir:
K S =K es +K köm +K b
Göstərilən əmsallar nə qədər kiçikdirsə, konstruksiya bir o qədər texnoloji adlanır.
Məmulatın qiyməti (dəyəri) yalnız onun tərkibinə daxil olan hissələrin sayından deyil, həmçinin
onun hazırlanmasının mürəkkəbliyindən asılıdır. Bununla əlaqədar olaraq hissələrin texnolojiliyi
həm həndəsi formaların mürəkkəbliyi, ölçü və formaların hazırlanmasının tələb olunan dəqiqliyi,
həm də onların hazırlandığı qabaqcıl (proqressiv) metodların tətbiqinə görə müəyyənləşdirilir.

Hissələrin miqdarı və xarakteri. Mənimsənilmə dərəcəsi

Bütün digər şərtlər içərisində (daxilində) iki və daha çox konstruksiyadan eləsi texnoloji
hesab olunur ki, onun tərkibindəki hissələrin sayı azdır. Lakin istehsalın işləməsi prosesində heç
də hissələrin hamsını eyni səviyyəli (qiymətli) hesab etmək olmaz. Onlardan bəziləri artıq
istehsalda, digər məmulatlar hazırlananda tətbiq olunmuşlar və yeni yaradılan məmulatda
istehsal oluna bilər.
İstehsalda tətbiq olunma dərəcəsindən asılı olaraq hissələr aşağıdakı qruplara bölünür:
a) Orjinallar
b) Götürülmüşlər
PAGE \* MERGEFORMAT 43

c) Standart hissələr (alına bilənlər)


d) Bərkidici hissələr
Orijinal elə hissələrə deyilir ki, onlar baxılan məmulatın tərkibində (konstruksiyasında)
birinci dəfə tətbiq olunurlar.
Götürülmüşlərə elə hissələr aiddir ki, onlar əvvəllər tətbiq olunmuş məmulatlarda orjinal
olmuşlar və yeni yaradılan məmulatlarda istifadə olunurlar.
Digər hissələrin təyinatı (yəni standart, normalaşdırılmış, bərkidici) onların adlarından
aydın olur (görünür).
Məmulatın istehsalatda mənimsənilmə dərəcəsi Km əmsalı ilə müəyyən olunur:
N S+NG+N N N S+NG+N N
k m= k m=
N−N b və yaxud N−N O ,
burada NO ,NS , NN ,NG , NB -orjinal, standart, normallaşmış,götürülmüş, bərkidici hissələrin
sayı,N–isə hissələrin ümumi sayıdır (miqdarıdır).
Uyğun olaraq hissələrin xüsusi çəkisi aşağıdakı əmsallarla müəyyən edilir.
A) Sandartlaşdırma əmsalı
NS
k S=
N−N O
B) Normallaşdırma əmsalı
NN
kN=
N −N O
C) Götürülmə əmsalı
NG
k G=
N −N O
Mənimsənilmə əmsalı
k m=K S + K N + K G
Qeyd etmək lazımdır ki, mənimsənilmə əmsalı artdıqca (o cümlədən K S, KN, KG
əmsalları) istehsalın texnoloji hazırlığına olan sərfiyyat azalır və onun texnoloji hazırlıq müddəti
qısalır.Orjinal hissələrin sayı azaldıqda da əmsal artır.Orjinal hissələrin yalnız sayı deyil həm də
onların adlarının sayı mühümdür və bunların hamısı təkrarlanma əmsalı kT ilə xarakterizə olunur:
NO
k T=
N Oa ,
burada NOa - orjinal hissələrin adlarının sayıdır. Ən pis halda kT =1 ola bilər.

Ölçmə vasitələrin konstruksiyalarının göstəriciləri

ÖV-nin konstruktiv işlənməsində istismar və iqtisadi göstəricilər mühüm rol oynayır.


Onlar ilk növbədə ÖV-ni xarakterizə edən parametrlərlə birbaşa əlaqəlidir. Belə göstəricilərə ilk
növbədə aşağıdakılar aid edilir:
Ölçmə vasitələrininkonstruksiyalarının mürəkkəbliyi

C = K1(K2Növ+ K3MB), (1)

burada Növ – ÖV-ni təşkil edən elementlərin sayı; MB – birləşdiricilərin sayı; K1, K2 və K3 –
uyğun olaraq miqyas və çəki əmsallarıdır.
(1) ifadəsi ÖV-ni təşkil edən inteqral mikrosxemlərin, yarımkeçirici cihazların,
elektroradioelementlərin, kommutasiya elementlərin sayını təyin etməklə ÖV-nin qabarit
ölçülərini, kütləsini, etibarlığını və başqa ümumi parametrlərini əlaqələndirir.
ÖV-ni təşkil edən elementlərin sayı
PAGE \* MERGEFORMAT 43

Nq Ki
N E =∑ ∑ n ji
,
j=1 i =1 (2)
burada Nq – ÖV-dəki qurğuların sayı; Ki – istifadə olunan elementlərin tiplərinin sayı; n ji – j
qurğusuna daxil olan i tipli elementlərin sayıdır.
ÖV-nin həcmi
V=VN +VB +VDK +VQİ ,

burada VN – ÖV-ni yaradan inteqral mikrosxemlərin və elektroradioelementlərin ümumi həcmi;


VB – bütün növ birləşdiricilərin tutduğu həcm; V DK – daşınma və istismarda ÖV-nin qorunmasını
və möhkəmliyini təmin edən daşıyıcı konstruksiyanın həcmi; V qi – qurğunun istilikötürücü
həcmidir.
İnteqrasiya və ya fiziki həcmdən istifadə əmsalı
qi =VN / V .
ÖV-nin ümumi kütləsi (EA-ın tərkibinə daxil olan qurğuların kütləsinin cəmi)
m =mN + mB + mDK + mQİ .

ÖV-nin tələb etdiyi ümumi güc


Nq
P= ∑ P j
,
j =1
burada Pj – j qurğusunun tələb etdiyi gücdür. Rəqəmli qurğular üçün onların tələb etdiyi gücün
qiyməti elektron komponentlərin tələb etdiyi orta gücdən asılıdır. Məlumdur ki, tələb olunan
gücün 80…90 %-i istilik şəklində səpələnir və konstruksiya elementlərinin qızmasına uyğun
olaraq ÖV-nin istilik rejimini təyin edir.
ÖV-nin tutduğu ümumi sahə
Nq
S= ∑ S j
j =1 ,
burada Sj – ÖV-də j qurğusunun istismarı üçün tələb olunan sahədir.
Konstruksiyanın titrəyişinin xüsusi tezliyi (elementlərin, qurğuların və ya ÖV-nin özünün)

f 0=
1 K
2π m , √
burada K – konstruksiyanın sərtlik əmsalı; m – ÖV-nin konstruksiysıanın kütləsidir.
Məlum zaman kəsiyində konstruksiyanın müəyyən həcmindən axan qazın miqdarını təyin
edən ÖV-nin konstruksiyasının germetiklik dərəcəsi
V
D= n ΔP
τx ,
burada Vh – ÖV-nin germetikləşdirilmiş hissəsinin həcmi; τ x – ÖV-nin xidmət müddəti; P – EA-
ın konstruksiyasında qazın artıq qalan təzyiqidir.
ÖV-nin etibarlıq göstəricisi olan p(t) imtinasız işləmə ehtimalı və imtinaya qədər T or orta
işləmə müddəti.
ÖV-nin unifikasiya dərəcəsi
N
K u= u
Ne ,
burada Nu – unifikasiya olunmuş elementlərin sayı; Ne – ÖV-də istifadə olunan elementlərin
ümumi sayıdır.
Konstruktiv işlərin avtomatlaşdırılma əmsalı
Ma
K a=
M ,
PAGE \* MERGEFORMAT 43

burada Ma – EHM-dən istifadə etməklə yerinə yetirilən konstruktor işlərinin sayı; M –


ÖV-nin layihələndirilməsində konstruktor işlərinin ümumi sayıdır.
Mühazirə 5
Mövzu: Ölçmə vasitələrinin konstruksiya edilməsinin modul prinsipi
Tarix: 17.03.2020

Ölçmə vasitələrinin(ÖV) işlənməsində, hazırlanmasında və istehsalında xərclərin


azaldılması, keyfiyyətin yaxşılaşdırılması, etibarlığın artırılması məqsədi ilə konstruksiya
edilmənin modul prinsipindən istifadə olunur.
Konstruksiya edilmənin modul prinsipi dedikdə konstruksiyanın tərkib hissələrinin, yəni
modullarının konstruktiv, funksional olaraq qarşılıqlı əvəz olunması əsasında ÖV məmulatlarının
layihələndirilməsi başa düşülür.
Modul aparatların tərkib hissəsi olaraq konstruksiyadan asılı funksiyaları yerinə
yetirməklə yanaşı, konstruktiv və funksional tamamlanmış olur. Konstruksiya elementləri və
mexaniki birləşmələrlə təchiz olunmuş modullar oxşar modullarla və məmulatdakı aşağı
səviyyəli modullarla konstruktiv əlaqə yarada bilərlər.
Konstruksiya edilmənin modul prinsipində ÖV-nin elektron sxemlərinin müəyyən
funksiya yerinə yetirən funksional tamamlanmış sxemlərin (hissələrin) kicildilməsi (bölünmə,
ayrılma) nəzərdə tutulur. Bu sxemlər daha sadə sxemlərə o hala qədər bölünür ki, məmulatın
elektron sxemi müxtəlif mürəkkəbliyə malik modul yığımı şəkilində ğöstərilsin. ÖV-də eyni
səviyyəli modullar bir-biri ilə hər hansı bir konstruktiv əsasda (daşıyıcı konstruksiyada)
birləşdirilir.
Müasir ÖV-nin konstruksiyaları bir iyerarxiya modulu (modulların yerləşmə ardıcıllığı
aşağıdan yuxarıya olmalıdır) şəkilində göstərilir ki, hər bir pillə modulun səviyyəsi adlanır.
Modulun səviyyəsinin sayının seçilməsində modulun tipləşdirilməsi tətbiq edilir. Funksional
çoxşəkilli məmulatlarda konstruktiv olaraq müxtəlif saylı modul səviyyələrindən istifadə edilir.
ÖV-nin konstruksiya edilməsində dörd əsas və iki əlavə modul səviyyələri mövcuddur.
Əsas modul səviyyələrindən müxtəlif şəkilli aparatlarda geniş istifadə edilirsə, əlavə modul
səviyyələrindən isə xüsusi növ aparatlarda lazim olan hallarda istifadə olunur.

Müxtəlif səviyyəli modullar

ÖV-nin konstruksiya edilməsində dörd əsas və iki əlavə modul səviyyələri mövcuddur.
Əsas modul səviyyələrindən müxtəlif şəkilli aparatlarda geniş istifadə edilirsə, əlavə modul
səviyyələrindən isə xüsusi növ aparatlarda lazim olan hallarda istifadə olunur.
Sıfır səviyyəli modullar elektron komponentləridir. Aparatlarda yerinə yetirilmə
funksiyasindan asılı olaraq sıfır səviyyəli modul kimi elektroradioelementlər (ERE) və
mikrosxemlər (MS) istifadə olunur.
Birinci səviyyəli modul – tipik əvəzetmə elementi (TEƏ) adlandırılır ki, çap lövhəsində
(ÇL) səviyyəli modulların və elektrik birləşdiricilərinin yerləşdirilməsindən ibarətdir.
İkinci səviyyəli modul – blok adlandırılır ki, burada əsas konstruktiv element birinci
səviyyəli elementləri birləşdirən paneldir. Bloklararası kommutasiya blokun panelinin çevrəsi
ətrafında yerləşən birləşdiricilərlə yerinə yetirilir. Birinci səviyyəli modullar bir və ya bir neçə
cərgədə yerləşdirilir. Şəkildə bircərgəli blok göstərilmişdir.
İikinci səviyyəli modul – dayaq adlandırılır ki, onda bloklar və ya 2-3 rama yerləşdirilir.
0,5 səviyyəli modul mikroyığımdır ki, altlıqda korpussuz mikrosxemlərin yerləşməsindən
ibarətdir. Modullararası kommutasiya, kontakt sahəsinin altlığının çevrəsinə daxil edilməklə
təmin edilir. Bu növ moduldan aparatın komponovka sıxlığını artırmaq üçün istifadə olunur.
2,5 səviyyəli modul özündə 6-8 bloku yerləşdirən ramadır. Rama dayaqlı aparatlarda
birinci səviyyəli modulun ölçülərindın böyük olmayan hallarda istifadə olunur.
Konstruksiya edilmənin modul prinsiplərində bir neçə kommutasiya səviyyələrinə
baxılır:
1-ci səviyyə - lövhədə elektron komponentlərinin naqillə montajı və ya çaplı
kommutasiyası;
PAGE \* MERGEFORMAT 43

2-ci səviyyə - blokda birinci səviyyəli modulun həcmi montajla birləşdirilməsi və ya


çaplı kommutasiya;
3-cü səviyyə - dayaqda ramanın və ya blokların, həmçinin dayaqların öz aralarında hörmə
naqillərlə və kabellərlə elektriki birləşdirilməsi;
0,5 səviyyə - plyonkalı keçiricili korpussuz mikrosxemlərin çıxışlarının elektriki
birləşdirilməsi;
2,5 səviyyə - ramada blokların simlə hörmə naqillə və ya kabellə kommutasiyası.
Mürəkkəb olmayan aparatların işlənməsində modulluğun yüksək səviyyəsindən istifadə
olunmur. Şəkildə göstərilən tam modulluqdan ancaq mürəkkəb aparatların (məsələn, super
EHM-da) layihələndirilməsində tətbiq olunur.
Layihələndirilmənin funksional-qovşaq üsulu daha geniş yayılıb. Bu üsulla məmulatın
funksional sxemini qovşaqlara konstrukiv olaraq birinci səviyyəli modulla çap lövhəsində (ÇL)
yerinə yetirməklə bölmək olar. Mürəkkəb aparat bir sxemlə ifadə olunmadığından
layihələndirilmə məsələsi geniş hal alır, yəni bir qayda olaraq bir neçə struktur və ya funksional
sxem işlənir. Buna görə də layihələndirilmənin modul prinsipi məqsədə uyğun sayılır. Göstərilən
prinsiplə konstruksiv modulların reallaşdırılması üçün sxemi müxtəlif mürəkkəbli səviyyəli
funksional qruplara (qovşaq, qurğu, kompleks, sistem) ayırırlar.
Konstruktiv modulları uyğun olaraq sxem modulunda yerinə qoymaq olar. Hər iki modul
çoxsəviyyəli iyerarxiyaya malikdir və özündə funksional qovşaq, qurğu, kompleks, sistemi
göstərir (cədvəl ).
Cədvəl Konstruktiv və sxem modulları arasında əlaqə
Konstruktiv modulluq Sxem modulluğu
Mikrosxemin gövdəsi Məntiq, yaddaş elementi
TƏE Funksional qovşaq
Blok Qurğu
Rama Kompleks
Dayaq Sistem

Qeyd etmək lazimdir ki, cədvəldə göstərilmiş konstruktiv və sxem modulluğu arasındakı
əlaqə şərtidir.
Struktur və funksional sxemlərin bölünməsində aşağıda göstərilən tələbləri təmin etmək
lazımdır:
ayrılan sxemlər lazım olan tamamlığı təmin etməli və qəbulda, emalda, saxlanmada,
həmçinin informasiyanın ötürülməsində funksional qurtarılmış olmalıdır;
xarici əlaqələrin sayı birləşdiricilərin kontaktlarının sayını keçməmək şərti daxilində
modulların elektrik birləşdiriciləri seçilərsə (verilərsə), sxemdə xarici əlaqələrin
minimallaşdırılmalıdır;
modulun konstruktiv sahəsində (səthində) ötürülmə maksimal doldurulmalıdır (bu
səbəbdən komponentlər bir-birindən qabarit ölçülərə və kütləsinə görə əhəmiyyətli dərəcədə
fərqlənməməlidir);
sxemin modulunda yerli qızmaya yol verməmək üçün elementlərdə istilik təqribən eyni
gücdə səpələnməlidir;
sxemin modulu elektrik, maqnit və elektromaqnit maniəyə daha çox həssas olmamalıdır.
EA-ın işlənməsində yüksək səviyyəli modullar baza daşıyıcı konstruksiya (BDK) kimi
hazırlanır ki, burada xarici təsirlər şəraitində EA-ın dayanıqlığını təmin etməklə aparatın əsas
hissələrinin montajı və yerləşdirilməsi üçün istifadə edilir. BDK dedikdə, müəyyən olunmuş
məqsədlə müxtəlif ÖV-nin işlənməsində istifadə olunan standart daşıyıcı konstruksiya başa
düşülür.
PAGE \* MERGEFORMAT 43

Mühazirə 6
Mövzu: Etibarlı cihazqayırma vasitələrinin layihələndirilməsi
Tarix: 24.03.2020

Cihazqayırma vasitələrinin mürəkkəbliyi artdıqca konstruktorlar qarşısında daha uzun


ömürlü və etibarlı aparatura yaratmaq məsələsi durur. Əgər ölçmə vasitəsinin konstruksiya
etdikdə xüsusi ölçülər nəzərə alınmazsa, o halda istismar vaxtı tez-tez dayanmalar baş verəcək və
əsas istismar müddəti aparaturanın təmirinə sərf olunacaqdır.
Etibarlılıq aparaturanın (elementin, blokun, sistemin) verilmiş funksiyaları yerinə yetirmə
xassəsi olub, həm də öz parametrlərini (işləmə qabiliyyətini) məlum hədlərdə məlum istismsr
şəraitində müəyyən zaman müddətində qoruyub saxlamasıdır.
İşləmə qabiliyyəti aparaturanın (elementin, sistemin) elə vəziyyətidir ki, bu halda
aparatura əsas parametrləri üçün müəyyən olunmuş tələbatların hamısına uyğun olur və öz
funksiyalarını yerinə yetirməyə qadirdir.
Dayanma aparaturanın (elementin, blokun, sistemin) işləmə qabiliyyətinin tam və ya
qismən itirməsi, həmçinin işçi parametrlərin buraxıla bilən qiymətlər həddindən kənara
çıxmasıdır.
Ardıcıl birləşmə (etibarlılıq mənasında) elə birləşməyə deyilir ki, bu halda ixtiyari
elementin və ya blokun dayanması blokun və bütövlükdə sistemin dayanmasına səbəb olur.
Paralel birləşmə (etibarlılıq mənasında) elə birləşməyə deyilir ki, tədqiq olunan sistemin
dayanması yalnız o halda baş verir ki, paralel birləşmə elementlərin hamısı dayanmış olsun.
Ehtiyyat elə müddətdir ki, bu müddətdə element (aparatura) məlum istismar rejimində
dayanmadan işləyir (adətən məmulatın pasportunda göstərilir).
Aparaturanın konstruktiv etibarlılığıBu etibarlılıq da elektrik etibarlılğı kimi çox
əhəmiyyətlidir. Konstruktiv etibarlılığa qurğuların konstruksiya bəndlərinin etibarlılığı və
dayanıqlığı məsələləri (quraşdırma, bərkidilmə və s.) həmçinin yaradılan aparaturada müxtəlif
mexaniki qurğuların tətbiqi ilə əlaqədar olan məsələlər aiddir. Cihazqayırma vasitələrinin
konstruktiv etibarlılığının az olması adətən mexaniki, termik və elektrik dayanıqlığı, istismar
şəraitini təmin etməyən materialların tətbiqi və hissələrin şossidə onların temperatura rejimi
nəzərə alınmadan yerləşdirilməsi kimi səbəblərdən yaranır. Belə səbəblər, məsələn, elektrolitik
kondensatorların və ya yarımkeçirici cihazların böyük istilik yayan hissələrlə yanaşı
yerləşdirilməsi, keyfiyyətsiz layihələndirmə, çap lövhəsi kimi quraşdırmayanda və zəif
konstruktiv parametrli materialların istifadə olunmasıdır. Hər bir hissə pərçimləmə,
vintləmə,yapışqanla və s. ilə bərkidilməlidir. Lakin bu bərkidilmə elə olmalıdır ki, elementlərin
elektrik uclarına mexaniki yük düşməsin.

Etibarlığın kəmiyyət xarakteristikaları

Dayanma təsadüfi proses olduğu üçün etibarlılığın kəmiyyət kriterisi məlum t zaman
müddətində sonuna qədər aparaturananın dayanmadan işləmə ehtimalı P(t) həm də 0 ≤ P(t) ≤ 1
təyin olunur:
n−m
P(t )=
n ,
burada m – xarab olmuş elementlərin sayı, n – elementlərin ümumi sayı, n - m – dayanmadan
işləyən elementlərin sayıdır.
Elementlərin (aparaturanın, sistemin) etibarlılığının kəmiyyət xarakteristikasını
hesablamaq üçün ən münasib göstərici dayanmaların (imtinaetmələrin) intensivliyidir λ(t):
λ (t )=
1
T or ( )
;əəəəəəə
1
saat ,
burada Tor – dayanmaya qədər olan orta işləmə müddətidir. Bu halda dayanmadan işləmə
PAGE \* MERGEFORMAT 43

ehtimalı aşağıdakı ifadə ilə müəyyən olunur:


P(t )=e−λ ( t )⋅t ;
t

T ot
P(t )=e ,
Bu o deməkdir ki, elementin t işləmə müddəti Tor-ya görə nə qədər azdırsa, dayanmadan
işləmə ehtimalı bir o qədər böyük olur. Qeyd etmək lazımdır ki, ümumi halda λ(t) sabit kəmiyyət
deyildir. Əksər hallarda λ(t) asılılığı şəkil 1-də göstərilən kimi olur.
λ(t)
Normal işləmə
periodu Köhnəlmə və
dağılma
I II III
0 t t t
1 Şəkil 12
Qrafikdən göründüyü kimi 0-dan t1-ə kimi hissədə dayanmaların intensivliyi kəskin
sürətdə azalır. Bu da ölçmə vasitəsinin istismarının başlanğıcında zədəsi olan elementlərin
olmasından, düzgün olmayan quraşdırmadan və s.-dən asılı olaraq dayanmalarının sayının çox
olmasıdır.
t1-dən t2-yə qədər II hissə dayanma intensivliyinin sabitliyi ilə xarakterizə olunan bu hissə
aparaturanın normal işini xarakterizə edir və ilkin hissəyə nisbətən daha uzun olur. t2-dən sonra
başlayan III hissə köhnəlmə və dağılma nəticəsində dayanma intensivliyinin kəskin artımı ilə
xarakterizə olunur. Əgər aparat λ1, λ2, ... λn-li n elementdən ibarətdirsə, o halda aparatın
dayanma intensivliyi (elementlərin ardıcıl birləşməsində) aşağıdakına bərabər olur:
λ ard =λ 1 + λ 2 +. ..+ λ n .
Bu halda etibarlılıq ehtimalı
−( λ +λ +. . .+ λ )⋅t −λ t
P(t )=e 1 2 n
=e ard .
λ-nın qiyməti elementlər üçün ədəbiyyatda xüsusi cədvəllər şəklində verilir.
Elementlərin paralel birləşməsi halında intensivlik aşağıdakı ifadə ilə müəyyən olunur:
λ par (t )= λ1⋅λ2⋅.. .⋅λ n⋅t m
Yəni paralel birləşmədə sisitemin dayanmalar intensivliyi zamanın m tərtibli funksiyadır.
Burada m dəfələrlə ehtiyatlanma dərəcəsidir.
PAGE \* MERGEFORMAT 43

Mühazirə 7
Mövzu: Struktur ehtiyatlandırma və prinsipləri
Tarix: 31.03.2020

Yeni yaradılan aparaturanın etibarlılığı onda istifadə olunan elementlərin (blokların)


etibarlılığı və miqdarı ilə müəyyən olunur. Aparaturanın layihələndirmə mərhələsində onun iş
rejimi məlum olmadığı üçün xarici şərtlərin təxmini qiymətləri verilməklə etibarlılığın təxmini
xarakteristikaları müəyyən olunur. Məsələn, elementlərin ətrafındakı mühitin temperaturası
blokun daxilindəki temperaturaya bərabər götürülür. Yüklənmə əmsalı k y kimi isə ky = 0,5 ÷ 0,7
qəbul olunur.
Müxtəlif elementlər üçün yüklənmə əmsalını təyin etdikdə aşağıdakı düsturlardan istifadə
etmək olar:
a) Rezistorlar üçün yüklənmə əmsalı:
PS
k y=
P Səəəəəburr ,
burada Ps – rezistorda faktiki ayrılan güc, Vt; Psbur– verilmiş məlum xarici şəraitdə rezistorda
buraxıla bilən ayrılma gücü.
b) Kondensatorların bütün tipləri ucun yüklənmə əmsalı:
U imax
k y=
U i max burax ,
burada Ui max – işçi gərginliyin amplitudası, V; Ui max bur – verilmiş tip kondensator ucun buraxıla
bilən işçi gərginliyin amplitududur.
c) Yarımkeçirici diodlar üçün yüklənmə əmsalı:
Id
k y=
I dbur ,
burada Id – doddan axan cərəyan, A; Idmax – dioddan axan buraxıla bilən cərəyan.
ç) Tranzistorlar üçün yüklənmə əmsalı:
Pk
k y=
Pkəəburr ,
burada Pk – tranzistorun kollektorunda ayrılan güc; Pkbur – tranzistorun kollektorunda buraxıla
bilən səpələnən güc.
Bundan başqa real istismar şəraitində dayanma ehtimalının hesablanmasında nominal
istismar şəraiti üçün elementlərin dayanma intensivliyinin əmsalı α-ya vurulur (α-nın qiyməti
temperatudan asılı olan xüsusi qrafika şəklində verilir). Əgər hesablamalar nəticəsində
etibarlılığın alınmış qiymətləri tələb olunandan az alınarsa, onda elementlərin işləmə rejimini
dəyişdirmək və ya onları daha etibarlıları ilə əvəz etmək lazımdır. Bəzi hallarda mürəkkəb
sistemlərin etibarlılığı hesablandıqda elementlərin uyğun seçilməsinə baxmayaraq etibarlılığın
hesablanmış qiyməti tələb olunandan az alınır. Bu halda ehtiyatda saxlama tələbatı meydana
çıxır. Daha yaxşı başa düşmək üçün şəkil 2-yə baxaq.

1 B1 1
Ugir Uçıx
2 B2 2

Şəkil 2
PAGE \* MERGEFORMAT 43

Burada B element, blok, aparat və s. ola bilər. Bu halda əsas məmulata ehtiyat götürülür. Əsas
məmulat işdən çıxdıqda dövrəyə ehtiyat qoşulur. Belə ehtiyat saxlanılan məmulatın P(t) və T or
etibarlılıq göstəriciləri uyğun ehtiyat saxlanılmayanlardan çox olmalıdır, çünki bu halda əsas
məmulatın işdən çıxması aparatın yerinə yetirdiyi funksiyaları pozmur.

Cihazqayırmada ehtiyyatlandırmanın prinsipləri

Ehtiyatda saxlama ümumi (bu halda elementlər qrupuna, bloklara və bütövlükdə


aparaturaya ehtiyat saxlanılır) və ya elementlərə görə (ehtiyat saxlama bəndlərin, blokların və s.-
nin etibarlılıq göstəricilərindən asılı olur) ola bilər. Ehtiyat elementlərin, blokların və ya
sistemlərin sayının ehtiyatlananların əsasların sayına nisbəti ehtiyatlama qəfəsi adlanır və m ilə
işarə olunur. Ehtiyatlanmanın göstərilən növlərinin hamısı isti, soyuq və növbətçi rejimlərdə
tətbiq oluna bilər.
İsti ehtiyatlanmada ehtiyat bloku gərginlik altında olur və ixtiyari an işçi funksiyaları
yerinə yetirməyə hazır olur. Bu halda ehtiyat blokun ehtiyatı əsas blokunku qədər sərf olunur.
Soyuq ehtiyat elə aparaturaya deyilir ki, onlar əsas aparatura ilə eyni
xarakteristikalıdırlar. İşçi funksiyaları yerinə yetirməyə hazırdırlar, lakin əsasla eyni vaxtda
işləmirlər. Bu halda ehtiyat blokunun ehtiyatı blok işə qoşulana qədər sərf olunmur və nəhayət
növbətçi rejim ehtiyatı bloka elə qidalandırma gərginliyini və siqnalların verilməsini nəzərdə
tutur ki, o işçi vəziyyətin qərarlaşması və ya stabilləşməsi ilə əlaqədar olur.
Rejimin seçilməsi aparaturanın işində buraxıla bilən fasilədən asılı ola bilər. Əgər bu
müddət minimal olmalıdırsa, isti ehtiyatlanma və ya növbətçi ehtiyatlanma tətbiq olunur. Digər
hallarda soyuq ehtiyatlanmadan istifadə olunur. Ehtiyat blokların qoşulması əl ilə və ya
avtomatik yerinə yetirilə bilər. Bu halda qoşma qurğularının özləri yüksək etibarlılığa malik
olmalıdırlar.
Ehtiyatlanmanın müxtəlif sxemləri vardır:
a) Ümumi daimi ehtiyatlama (şəkil 3)
I ehtiyatsistemi
1Ꞌ 2Ꞌ 3Ꞌ
Əsas sistem
1 2 3

1ꞋꞋ 2ꞋꞋ 3ꞋꞋ


II ehtiyat sistemi
Şəkil 3
Belə sistem üçün dayanmadan işləmə ehtimalı aşağıdakı düsturla müəyyən olunur:
P(t )=1−[ 1−Pn (t ) ]
m+1
,
burada n – elementlərin sayı, m – ehtiyatlanma dərəcəsi, P(t) – t müddəti ərzində i elementinin
dayanmadan işləmə ehtimalıdır.
b) Elementlərə görə ehtiyatlanma sxemi şəkil 4-də göstərilir.
PAGE \* MERGEFORMAT 43

I ehtiyatsistemi
1Ꞌ 2Ꞌ 3Ꞌ
Əsas sistem
1 2 3

1ꞋꞋ 2ꞋꞋ 3ꞋꞋ


II ehtiyat sistemi
Şəkil 4
Bu sxemin mahiyyəti aşağıdakı kimidir. Ehtiyat n ayrı-ayrı elementar bloklara bölünür və
onlar əsas məmulatla birləşir. Bloklardan biri işdən çıxdıqda zədəli blok ehtiyat bloku ilə əvəz
olunur. Belə sistemin etibarlı işləmə ehtimalı aşağıdakı ifadə ilə müəyyən olunur:
{
P( t )= 1− [ 1−Pi ( t ) ]
m +1 n
}
Belə ehtiyatlanma daha yüksək etibarlılıq ehtimalı təmin edir.
PAGE \* MERGEFORMAT 43

Mühazirə 8
Mövzu: İqlim faktorlarının ölçmə vasitələrinə təsiri
Tarix: 07.04.2020

İqlim faktorlarının ölçmə vasitələrinin kosntruksiya materiallarına təsiri əsasən korroziya


proseslərinin əmələ gəlməsində, mexaniki və dielektrik xassələrinin itməsində, elektrik
keçiriciliyinin dəyişilməsində özünü göstərir. Təsiredici faktora reaksiya, konstruksiya
materiallarının, onların tərkibindən asılılığına görə xassələrinin dəyişmə sürəti və dərəcəsi
müxtəlifdir. Metallarda korroziya prosesi kimyəvi və ya elektrokimyəvi təbiətə malikdir, lakin
bu hallarda səbəb eynidir: metalın daha stabil təbii vəziyyətə keçməsi. Korroziya prosesi
enerjinin ayrılması ilə əlaqədar olub, reaksiyanın öz-özünə getməsini göstərir və bu zaman
kənardan enerji alınmır.
Kimyəvi korroziya prosesi rütubət olmadan baş verir. Elektrokimyəvi korroziyada isə
metalın əriməsi (həll olunması) və yeni birləşmələrin əmələ gəlməsi elektrolitin iştirakı ilə, yəni
su ilə olur.
Korroziyanın üç növü var: bərabər, qeyri-bərabər və kristalarası. Bərabər korroziya zamanı
metalın bütün səthi üzrə ayrı-ayrı korroziya olunmuş yerlərdən daimi yayılır.
Qeyri-bərabər korroziya ayrı-ayrı yerlərlə məhdudlaşır və məsələn, qoruyucu örtüyün
pozulması naticəsində əmələ gəlir.
Kristalarası korroziya metalın dərinliklərinə strukturun qırılması yolu ilə keçməsi və
kristalların sərhədi boyunca yayılması ilə xarakterizə olunur.
Atmosferdə turşu, qələvi və duzların olması korroziya prosesini sürətləndirir.
Aqressiv atmosferin izolyasiya olunmuş materiallara təsiri onlar tərəfindən rütubətin
udulması, dielektrik xassələrinin pisləşməsi və tədricən dağılması ilə baş verir. Rütubəti
udmayan izolyasiya plastmasları yoxdur. Daxil olan rütubətin miqdarı və daxil olma vaxtı
müxtəlif materiallar üçün eyni deyil. İzolyasiya materiallarına rütubətin daxil olması kapilyar və
diffuziyalı olur.
Kapilyar daxil olma materialda kobud mikroskopik boşluq, çatlar və başqa nöqsanların
olduğu halda baş verir. Mikroelektronikada ancaq çox keyfiyyətli izolyasiya materiallarından
istifadə olunduğundan, onlar praktiki olaraq belə nöqsanlardan azaddırlar.
Diffuziya ilə daxil olma prosesi daha mühüm əhəmiyyətə malikdir. O, materialın
molekulları arasına suyun molekullarının dolması ilə gedir. Bu halda suyun molekulunun
yerdəyişməsi onların konsentrasiyası az olan tərəfə olur. Yüksək nəmlik zamanı su molekulları
materialın içinə daxil olur (nəmliyin udulması), lakin quru isti atmosferdə – materialdan kənara
çıxır (quruma). Dielektrik tərəfindən rütubətin udulması onun müqavimətinin azalmasına,
dielektrik itkilərin artmasına, şişməsinə, mexaniki korlanmasına gətirir.
Kif göbələkləri, ən güclü bioloji faktorlardan biri kimi, cihazların iş qabiliyyətinə mənfi
təsir göstərə bilər. Kifin əmələ gəlməsi və inkişafı üçün havanın nisbi rütubətinin (80-100%) və
temperaturunun 25-37C olması zəruridir. Belə şərtlər tropik rütubətli iqlimi olan ölkələr üçün
təbiidir, lakin onlar süni olaraq cihazların istismar edildiyi yerlərdə də əmələ gələ bilər.
Ölçmə vasitələrində istifadə olunan materiallar arasında kifin ən böyük təsiri orqanik əsası
olan, xüsusən də, keçirici birləşmələrinin izolyasiya materiallarına göstərir.

Ölçmə vasitələrin işinin istilik rejimi

Ölçmə vasitələrin istilik rejimi onun ayrı-ayrı nöqtələrinin temperaturunun məcmunu ilə –
temperatur sahəsi ilə xarakterizə olunur.
Temperatur rejimi ətraf mühitin temperaturunun, həm də cihazların radioelementləri
tərəfindən ayrılan istilik enerjisi ilə yarana bilər. Zamana görə stabilliyindən asılı olaraq
temperatur rejimi stasionar və ya qeyri-stasionar ola bilər.
Zamana görə temperatur sahəsinin dəyişməməsi stasionar rejimi xarakterizə edir.
Temperatur rejiminin zamandan asılılığı qeyri-stasionar rejim üçün xarakterikdir. Bu rejim o
halda olur ki, cihazın özünün istilik tutumu iş zamanı ayrılan istilik miqdarı ilə birqiymətlidir.
PAGE \* MERGEFORMAT 43

Adətən qeyri-stasionar rejim tək-tək və az müddətdə təkrar olunan istilik yüklənməsi zamanı
olur.
İstilik axınının istiqamətinin xarakterinə görə elementlər termoaktiv və termopassivlərə
bölünürlər. Termoaktiv elementlər istilik enerjisinin mənbələri kimi, termopassiv elementlər isə
onun qəbul ediciləri kimi özlərini göstərirlər.
Mikrosxemlər və radioelementlər məhdud temperatur diapazonunda fəaliyyət göstərirlər.
Göstərilən diapazonlardan temperaturun kənarlaşması komponentlərin bərpa olunmaz
dəyişikliyinə gətirib çıxara bilər. Yüksək temperatur materialların dielektrik xassəsini aşağı salır,
konstruktiv və keçirici materialların korroziyasını tezləşdirir. Aşağı temperaturda rezin detallar
bərkiyir və çatlayır, materialların kövrəkliyi artır. Materialların xətti genişlənməsinin
əmsallarında fərq kompaundla doldurulmuş konstruksiyaların dağıdılmasına gətirib çıxara bilər
ki, bu da bir nəticə kimi elektrik birləşmələrinin pozulmasına, oturmaların xarakterinin
dəyişməsinə, bərkidilmə yerlərinin zəifləməsinə gətirib çıxarır.
Müasir cihazlar kifayət qədər böyük gücə və nisbətən kiçik həcmə malik olmalıdırlar. Bu, d
gücün yayılma sıxlığının artmasına və deməli, ayrılan istiliyin sıxlığının artmasına səbəb olur.
Ona görə də cihazların konstruksiyasının yaradılması zamanı xüsusi diqqət istiliyin
kənarlaşdırılmasına, temperaturun tənzimlənməsinə və nəzarətinə yönəldilməlidir.
Əgər blokun istənilən nöqtələrində temperatur yol verilən sərhəddən kənara çıxmırsa, onda
belə istilik rejimi normal adlanır.
Normal istilik rejimi elə rejimdir ki, xarici temperatur təsirlərinin müəyyən sərhəddində
dəyişikliklər zamanı konstruksiyanın xarakteristika və parametrlərinin dəyişməsini, komponent
və materialların texniki şərtlərdə göstərilmiş sərhəddə dəyişməsini təmin edir.
Məmulatın xidmət müddətinin uzadılması və yüksək etibarlılıq o vaxt təminatlı ola bilər ki,
əgər cihazın daxili mühitinin temperaturu normal olub, 20-25C bərabər olsun. Normal
temperatura görə hər bir 10C hər iki tərəfə temperaturun dəyişməsi cihazların xidmət müddətini
təxmini 2 dəfə azaldır. Normal istilik rejiminin təmin edilməsi konstruksiyanın
mürəkkəbləşməsinə, kütlə və qabarit ölçülərinin artmasına, əlavə avadanlıqların daxil edilməsinə
və elektrik enerjisinin sərfinə səbəb olur.
Aşağı temperaturda iş qabiliyyətinin təmin edilməsi işdən əvvəl cihazların öz-özünü
qızdırması ilə, lazım olanda isə elektrik qızdırıcı elementlərin vasitəsilə təmin edlir. Qızdırıcı
elementlər stasionar cihazlar üçün otaqda (bu isə istismara görə təlimatda qeyd olunmalıdır),
daşınan cihazlar üçün isə konstruksiyanın içərisində (daxilində) quraşdırılır.
Qızdırılma tətbiq olunan cihazlarda normal istilik regimi təmin edildikdən sonra cihazın
qızdırıcı elementinin avtomatik açılması təmin edilməlidir.

Ölçmə vasitələrində soyutma məsələləri

Cihazların işləməsi zamanı öz-özünü qızdırması nəticəsində artıq istiliyin


kənarlaşdırılması, yəni soyudulması vacib məsələlərdən biridir. Məlum olduğu kimi, ətraf
mühitə cihazdan istiliyin ötürülməsi konduksiya, konveksiya və şüalandırılma ilə həyata
keçirilir.
Konduksiya – cisimlərin istilik keçirməsi hesabına görə cisimlərin və ya təmasda olan
hissələr arasındakı istilik enerjisinin ötürmə prosesidir.
Konveksiya – qaz və mayenin makrohissəciklərin vasitəsilə enerjinin ötürülməsidir.
Şüalandırma ilə istiliyin ötürülməsi istilik enerjisinin şüalandırma enerjisinə çevrilməsi
hesabına olur.
Real şəraitdə istilik mübadiləsi eyni zamanda iki və ya üç növün əsasında həyata keçirilir.
Stasionar cihazlar üçün əsasən istilikkeçirmə, təbii hava və məcburi, həmçinin boru kəmərində
mayenin əlavə soyudulması ilə məcburi hava soyutma üsullarından istifadə olunur. Sxemin
parametrlərinin stabilliyinə yüksək tələblər zamanı blok və bəndlərin termostatlaşdırma tətbiq
edilir.
Soyutma üsulları istilik vermə əmsalı ilə xarakterizə oluna bilər [Vt/(m 2C)].
PAGE \* MERGEFORMAT 43

Konduksiya ilə istilik ötürülmə. Cihazların elementlərinin sıxlığının artması ilə istiliyin
böyük bir hissəsi konduksiya ilə kənarlaşdırılır, yəni qızdırıcı elementdən istilik enerjisinin aşağı
temperaturlu elementə ötürülməsi ilə yerinə yetirilir. İstilik əmələ gətirən elementlərdən
konstruksiyaya istiliyin ötürülməsinin şəraitini yaxşılaşdırmaq üçün istilik dəliklərindən, istilik
ötürən şinlərdən, metal əsaslı çap platalarından istifadə olunur.
İstilikkeçirmə yolu ilə istilik mübadiləsinin səmərəliliyini artırmaq üçün istilik ötürən
səthin sahəsini artırmaq, istiliyin ötürmə yolunu azaltmaq, yüksək istilik ötürücülüklü
materiallardan istifadə etmək zəruridir.
Konveksiya ilə istilik mübadiləsi. Təbii və məcburi hava ilə soyudulma ən sadə və
mümkündür. Radioelementlərin istiləşmiş korpusundan istilik təbii konveksiya hesabına ətraf
atmosferə ötürülür. Təbii hava soyudulmasının səmərəliliyi korpus ilə ətraf mühit arasında
temperatur fərqindən və korpusun səthinin sahəsindən düz mütənasib asılıdır.
Təbii konveksiya ilə soyudulma prinsipi hava laylarının elementlərdən ayrılan istiliklə
qızması nəticəsində sıxlığının azalması ilə onlar yuxarıya doğru yerini dəyişir və nəticədə soyuq
hava layları elementləri əhatə edir. Soyuq havanın həcmi çox olduqca istilik mübadiləsi yaxşı
olur. İstilik mübadiləsinin səmərəliliyi cihazda elementlərin yerləşdirilmə yerindən asılıdır.
Təbii hava soyudulmasının keyfiyyəti cihaz tərəfindən ayrılan gücdən, korpusun qabarit
ölçülərindən, formasından və onun səthinin sahəsindən asılıdır.
Soyudulmanı yaxşılaşdırmaq üçün korpusun səthinin sahəsini süni artırmaqla, məsələn,
xüsusi qabırğaların – radiatorların daxil edilməsilə əldə etmək olar (Şəkil 12).
Konduksiya ilə soyutma

Şəkil 12

Şəkil 12-də 1 – korpus, 2 – inteqral sxem, 3 – istilikötürən, 4 – çap platasıdır.


İstilik rejiminin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması xüsusi ventilyasiya deşiklərinin
cihazın korpusunun damında və dibində yerləşdirilməsi ilə əldə edilir.
Məcburi hava soyudulması. Məcburi hava soyudulması zamanı cihazın korpusunun daxili
zolaqlarından istilik mübadiləsi havanın hərəkət seli ilə həyata keçirilir, onların həcmi və hərəkət
sürəti ventilyatorlarla təyin edilir. Məcburi hava soyudulması 0,5 Vt/sm 2-dan çox olmayan istilik
ayıran cihazlarda geniş istifadə edilir və havanın aşağıdan yuxarı və yuxarıdan aşağı verilməsi
sxemi üzrə yerinə yetirilir.
Havanın aşağıdan götürülməsi zamanı tozların miqdarı çox olur ki, bu da cihazın çox
çirklənməsinə, yuxarıdan aşağı soyudulma zamanı isə az çirklənməyə səbəb olur, lakin havanın
böyük miqdarda sərfini tələb edir.
Soyuducu havanın temperaturunun aşağı və onun hərəkət sürəti çox olduqca, bir o qədər
məcburi hava soyudulması səmərəli olur.
Mayeli soyuducu sistemləri ancaq kifayət qədər böyük ölçmə-hesablama sistemlərində
tətbiq edilir.
PAGE \* MERGEFORMAT 43

Mühazirə 9
Mövzu: Ölçmə vasitələrinin konstruksiyalarının mexaniki təsirlərdən qorunması
Tarix: 14.04.2020

Daşınma proseslərində və istismar müddətində ÖV-nə mexaniki enerjini ötürən xarici


amillər (vibrasiya, zərbə, təcil, akustik səs və s.) təsir edir. Ötürülən enerjinin miqdarından
konstruksiyanın səviyyəsi və dəyişmə xarakteri müəyyən edilir. Konstruksiyanın buraxıla bilən
mexaniki dəyişdirilmə səviyyəsi mexaniki təsirlər üçün onun möhkəmliyindən və
dayanıqlığından tətin olunur.
Konstruksiyanın möhkəmliyi dedikdə mexaniki təsirlər tətbiq edildikdən sonra aparatın öz
funksiyasını yerinə yetirmək və parametrlərini saxlamaq xüsusiyyətləri başa düşülür.
Konstruksiyanın dayanıqlığı isə mexaniki təsirlər prosesində ÖV-nin funksiya və parametrlərinin
saxlanması xüsusiyyətləridir.
Konstruksiyanın mexaniki təsirlərə reaksiyası və ya cavabı mexaniki həyəcanlanma
enerjisinin dəyişdirilməsi və ya istənilən formalı transformasiya adlandırılır. Göstərilən
reaksiyaların aşağıdaki müxtəlif növləri mövcuddur:
-konstruksiya elementlərində mexaniki gərginlik;
-konstruksiya elementlərinin yerdəyişməsi və onlara təsir edən zərbələr;
-konstruksiya elementlərinin deformasiyası və dağılması;
-konstruksiyanın parametrlərinin və xüsusiyyətlərinin dəyişdirilməsi.
Mexaniki təsirlər nəticəsində yaranan inersiya qüvvəsindən qovşaq və detalların qarşılıqlı
yerdəyişməsi baş verir. Bunun nəticəsində bərkidicilər, daşıyıcı və başqa elementlərin
konstruksiyaları deformasiyaya məruz qalır. Konstruksiya elementlərinə kiçik mexaniki təsirlər
olduqda elastiki deformasiya yaranır ki, bu qüvvə aparatın işləmə qabilliyətinə faktiki olaraq
təsir göstərmir. Yükün artması qalıq deformasiyanın səbəb olur və müəyyən olunmuş şəraitdə
konstruksiyanın dağılmasına şərait yaradır.
Titrəyişli sistem üçün konstruksiyalar. İstənilən konstruksiyaların mexaniki təsirlərlərə
qarşı reaksiyasında əsas parametrlərinə kütlə, sərtlik və mexaniki müqavimət (dempferlə
zəiflədici) aid edilir. Modul konstruksiyasına vibrasiyanın təsirinin analiz etdikdə parametrləri
bir yerə toplanmış sistem şəkilində göstərmək olar. Bu sistemdə məmulatın m kütləsi, yay
şəklində sərtlik elementi və k, r parametrlərini uyğun olaraq xarakterizə edən dempfer şəkilli
mexaniki müqavimətli element verilmişdir.
Lazım olan hallarda daha mürəkkəb modelə ehtiyac olarsa (məsələn, lövhə üzərində
quraşdırılmış modullar), şəkildə göstərilən modeli çoxqat təkrarlamaqla qurmaq olar.
Konstruksiyanın həcmi həddində sonsuz saylı modulların dairəsində paylanmış parametrli
sistemin modelini alırıq (şəkil).
İstənilən mexaniki sistemin əsas göstəricisi sərbəstlik dərəcəsinin sayıdır ki, istənilən
zaman anında fəzada sistemin vəziyyətini birmənalı təyin edir. Real konstruksiyada sərbəstlik
dərəcəsinin sayı onun sadələşmə dərəcəsindən asılıdır. Bu onunla izah olunur ki, təyin olunmuş
model real konstruksiyanı göstərməklə yanaşı, tədqiqat aparmaq üçün daha sadə olmalıdır.
Bir sərbəstlik dərəcəli sistemdə zamanın bütün anında F(t) xarici qüvvəsi F m kütləsinin, F
r sərtliyinin və Fk dempferləmənin inersiya qüvvəsinin əks təsir göstəricilərindən ibarətdir :
F(t) = Fm + Fr + Fk (3.1)
PAGE \* MERGEFORMAT 43

Bir sərbəstlik dərəcəli mexaniki sistemin modeli

Paylanmış parametrli sistemin modeli

(3.1) tənliyini sağ hissəsindəki qüvvələrin qiyməti aşağıdakı ifadələrdən təyin olunur

d2 ξ dξ
Fk = kξ ,
2
Fm = m dt ; Fr = r dt ;
burada ξ - F(t) qüvvəsinin təsirindən tarazılıq vəziyyətindən sistemin yerinin dəyişməsidir.
Xətti diferensial tənliyi aşağıdakı şəkildə yazmaq olar:
d2 ξ dξ
2
m dt + r dt + kξ = F (t). (3.2)
F(t)-ni sıfıra bərabərləşdirməklə sistemin xüsusi titrəyişinin tənliyini almaq olar :
d2 ξ dξ
m dt + r dt + kξ = 0.
2
(3.3)
(3.3) tənliyinin həllini adətən aşağıdakı şəkildə yazırlar
ξ = ξ 0⋅e
−δt
ω 0 t+ϕ 0 ),
sin (
r
ξ ϕ δ=
burada 0 və 0 - titrəyişin başlangıc amplitudası və fazası; ( 2 m ) - dempferləmə əmsalı;

√ k 2 ω0
ω 0 = m −δ = 2 πf 0 titrəyişin xüsusi dairəvi tezliyi; f 0 = ( 2 π ) - dempferləyici titrəyişli
sistemin xüsusi tezliyidir.
Real mexaniki sistemlərin hər bir titrəyiş dövrəsində enerjinin itirilməsi baş verir ki,
bunun nəticəsində titrəyiş sönür.
Sistemin məcburi titrəyişinin diferensial tənliyi aşağıdakı şəkildə olar
d2 ξ dξ
m dt + r dt + kξ = F(t) = Fm sin (ωt + ϕ ).
2
(3.4)
Tənliyi həll etsək
−rω 0 t
ξ= A 0 e sin ( ω0 t + ϕ 0 )+ Am sin( ωt+ ϕ ) ,
A A
burada 0 və m - uyğun olaraq titrəyişin xüsusi və məcburi amplitudalarıdır.
Əgər sistemin titrəyişinin xüsusi tezliyi məcburi tezliyə yaxın olarsa, onda titrəyiş
sistemində mexaniki rezonansın yaranması baş verir. Bu zaman konstruksiya elementlərinin
titrəyişli hərəkətinin amplitudası kəskin artır və onların sınmasına səbəb ola bilir.
İstənilən mexaniki sistemin mühüm parametri möhkəmlikdir
PAGE \* MERGEFORMAT 43

k m
Q= =ω 0
( ω0 r ) r.
f 0i xüsusi tezliyi sistemin bütün n elementləri üçün məlumdursa, onda
Əgər titrəyişin
f
həmin sistemin titrəyişin 0 s xüsusi tezliyi aşağıdakı ifadədən təyin etmək mümkündür
n
1 1
≈∑
f 20 s i =1 f 20 i .
Blokun sərt səthə düşməsi ona təsir edən zərbəyə bərabər götürülür. Bir sərbəstlik dərəcəli
mexaniki sistem halında blokun titrəyişli hərəkətində dempferlənməni nəzərə almadan ( δ =0 )
sərbəst titrəyişin diferensial tənliyini yazmaq olar

2
m dt + kξ = 0.

ξ=ξ st , =ν 0
t = 0, dt başlanğıç şərtlərdə blokun zərbədən yerini dəyişmə tənliyini
aşağıdakı kimi yazmaq olar
ν0
F(t) = ( ω 0 )sin ω 0 t−ξ st cosω 0 t ,

burada
ξ st = mg / k –blokun kütləsinin təsirindən blokun sərtlik elementlinin əyilməsi;
ν 0= √2 gh - blokun baılanğıc sürəti; g –sərbəst düşmə təcili; h – blokun düşmə hündürlüyü;
ω0= k
√ m.

qısa qapanma yaranır. Bunun nəticəsində lehim kontaktlarının imtina etmə intensivliyi
artır.

Toz təsirindən qorunma, hermetikləşdirmə

Toz kiçik kütləli bərk hissəciklərin qatışığı şəkilində havada olmaqla əşyanın səthinə
yavaş - yavaş çökür. Toz təbii və texniki olmaqla bir-birindən fərqlənirlər. Təbii tozlar Yerin
səthində Günəşin təsirindən, vulkanlardan və s. təbii hadisələrdən yaranır. Texniki tozlar isə
avadanlıqların dağılmasından, materialların emalından, yanacağın yandırılmasından və s. alınır.
Havanın nisbi rütubəti 75% yüksək olduqda və normal temperaturda toz hissələrinin
sayının artması müşahidə olunur ki, bunun nəticəsində hərəkət etməyən səthlərdə tozun cəzb
edilmə ehtimalı artır. Aşağı nəmlikdə tozun hissəcikləri elektriki yüklənir. Bir qayda olaraq
metal olmayan toz müsbət, metal isə mənfi yüklənir. Zərrərciklərin yüklənməsi adətən onların
toqquşması nəticəsində baş verir.
Havanın tozla çirklənməsi EA-ın fasiləsiz və etibarlı işlənməsini müəyyən qədər aşağı
salır. Elektromexaniki qovşaqların detalarının sürüşkən səthində sürtkü materialına toz
düşdükdə bu qatışıq ona yapışır və onların dağılmasını sürətləndirir.
Tozun təsiri nəticəsində maqnit lentlərin, disklərin, maqnit başlıqların parametrləri və
xarakteristikaları dəyişir. Bu zaman onlar cızılır və maqnit qatlar yarasız hala düşür.
Kontaktların araboşluğundakı tozlar relenin kontaktlarında qısa qapanmanın yaranmasına səbəb
olur.
Bəzi materialların səhtinə tozun çokməsi onun hidroskopiklik (rütubəti özünə çəkmək)
xüsusiyyətinə görə təhlükəlidir. Belə ki, nisbətən çox olmayan nəmlikdə toz müəyyən dərəcədə
korroziyanın sürətini artırır. Öz tərkibində elektrolit olan toz havadakı nəmliyi udaraq
PAGE \* MERGEFORMAT 43

korroziyanı dəfələrlə gücləndirir. Toz turşu məhlulunu udduqda, hətta keyfiyyətli rəngləri də tez
dağıdır. Tropik ölkələrdə toz daha çox kiflənmənin artmasına səbəb olur.
Uzunmüddətli istismar prosesində komponentlərin səthində olan toz izolysiya
müqavimətini aşağı salır. Bu əsasən yüksək nəmlik şəraitində çıxışlar arasında cərəyan itkisinin
yaranmasına gətirib çıxarır. Ona görə də göstərilən xüsusiyyətlər korpusundakı çıxışlar arasında
kiçik məsafəli mikrosxemlər üçün daha təhlükəlidir. Tozun dielektrik keçiciliyi havanın
dielektrik keçiciliyindən yüksək olduğu üçün komponentlərin çıxışları arasındaki tutumun
artmasını təyin edir. Buna uyğun olaraq tutum maneələri artır.
Məmulata tozun çökməsi havanın təbii hərəkətinə maneə törədir, məmulatın soyudulma
effektliyini aşağı salır, çap lövhəsinində laklı örtükdə qorunmayan cərəyenkeçirici kontaktların
normal işlənməsinə mənfi təsir göstərir.
EA-na və onun ayrı-ayrı qurğularına tozun girməməsi üçün onlar germetik korpusda
yerləşdirilməlidir. Bunun nəticəsində EA-ın dəyəri artır və işləmənin temperatur rejimi pisləşir.
Əgər EA-ın korpusu deşiklərlə yerinə yetiribsə, toz təbii yolla soyudulmuş hava vasitəsilə EA-
ın daxilə keçir. Beləliklə, havanın soyudulması üçün korpusda yerinə yetirilən ventelyasiya
deşikləri məmulatın daxilinə tozun keçməsinə səbəb olur.
Havanın rütubəti tozun neqativ təsirinə qarşı mübarizədə böyük rol oynayır. Nisbi
rütubətin 70%-dən yüksək olması tozu nisbətən zərərləşdirir. Bunun nəticəsində toz hava selinin
zəif hərəkətində qalxmır və konstruksiya elementlərinə çökmür. Ona görə də EA-ı olan
otaqlarda döşəməni mütamadi olaraq yaş əski ilə silmək məsləhət görülür.

Hermetikləşdirmə. EA-in qovşaq, blok və şkaflarının germetikləşdirilməsi, nəmlik


təsirindən və ətraf mühitin zərərli maddələrindən (toz, barometrik təzyiqin dəyişməsi) etibarlı
qorunmasını təmin edir. MS-in və ERE-in germetik korpusda yerləşdirilməsinə baxmayaraq,
istismar proseslərində komponentlərin korpusunun daxilinə tez-tez nəmlik keçir və materiallar
öz xüsusiyyətlərini dəyişir ki, bunun nəticəsində qısa qapanmaya şərait yaranır.
Birinci səviyyəli modullar lak örtüyü, epoksid qatran yapışqanı ilə qorunur. Xüsusən sarğı
materiallarında germetikləşdirici kompaundu (izolyasiya materialını) presləməklə onu qorumaq
mümkündür. Kompaund üzvi (qatran, bitum, yağ) və qeyri - üzvi (alüminium fosfat, metal
metfosfat) maddələrin əsasında yaradılmış bir quruluşdur. Kompaundla germetikləşdirilmədə
modulun elektrik izolyasiya və mexaniki xarakteristikaları yaxşılaşdırılır. Ancaq, əksər
kompaundların istilikkeçiriciliyi aşağı olduğundan istilik ötürməni pişləşdirir və təmir prosesini
məhdudlaşdırır. Bu zaman daxili gərginlik detallarin və elektrik birləşdiricilərinin bütövlüyünün
pozulmasına səbəb olur.
Blokların və şkafların tam olaraq germetik örtükdə germetikləşdirilməsi, baha başa
gəlməsinə baxmayaraq gorunmanın ən effektiv üsulu sayılır. Bu zaman xüsusi korpusların,
aralıq qatların, xarici elektrik birləşdiricilərinin germetikləşdirilmə üsulları, hörmə naqillərin
çıxışları, indikasiya və idarəedici elementləri yenidən işlənməlidir. Vakuum şəraitində
məmulatın germetikləşdirilmiş divarı məmulatın daxili və xarici təzyiqlər fərqinə görə müəyyən
olunmuş qüvvə ilə müqavimət göstərməlidir. Nəticədə, konstruksiyanın möhkəmliyinin
artırılması nəticəsində onun ölçüləri və kütləsi böyüyür. Tam germetikləşmədən istifadə etdikdə
məmulatın konstruksiyasına korpusun daxilindəki təzyiqi azaltmaq üçün nizamlayıcşı qapaq
əlavə etmək lazımdır.
Germetikləşdirilmənin çoxlu sayda müxtəlif üsulları mövcuddur. Qapaqla korpus arasında
yerləşdirilən elastik sıxlaşdırılmış altlıqlardan geniş istifadə olunur (şəkil 1). Sıxılma anında
onlar qapaqla korpus arasındaki qovuşma yerinə bərkidilir. Altlığın sıxılmasından sonra
bərkidilmiş yerdən qazın itkisinin 25.....30 % - i təkcə diffuziya nəticəsində baş verir. Böyük
güvvə ilə sıxılma məsləhət görülmür. Buna səbəb altlığın intensiv olaraq köhnəlməsi
nəticəsində onun tez sıradan çıxmasıdır. Eninə kəsikli altlıqların formaları müxtəlif ola bilər.
Düzbucaqlı formada hazırlanmış altlıqlar istehsal edilməsinə görə sadə olmaqla yanaşı, asan
istifadə edilir. Böyük ölçülü məmulatların havadan germetikləşdirilməsini təmin etmək
xüsusiyyətlərinə baxmayaraq, su buxarının təsirindən konstruksiyanı qoruya bilmir. 3 sıxıcı
vintinin təsiri ilə altlıq asan deformasiya olunduğundan qapaq və korpus arasındakı təzyiq aşaği
alınır. Germetikləşdirilmənin altlıq materialı kimi yüksək elastikliyə və asanlıqla formasını
PAGE \* MERGEFORMAT 43

dəyişmə qabiliyyətinə malik olan rezindən istifadə olunur. Böyük qapaqlarda yüksək sərtliyə və
kiçik yivli çoxlu sayda sıxıcı vintlərlə rezin altlıq bərkilidir. Germetikləşdirilmənin etibarlı
olması üçün bu növ altlıqlar tokar dəzgahlarında hazırlanır.

Şəkil 1. Elastiki(rezin) altlıqlarla germetikləşdirmə:


1 - korpus; 2 - qapaq; 3 - vint; 4 - altlıq

Müəyyən zaman müddətində nəmlik bütün üzvi materiallardan keçdiyi üçün, üzvi
materialdan hazırlanmış altlıqlı məmulatlar su buxarından yalnız bir neçə həftə qorunmanı
təmin edə bilər.
Əgər germetikləşdirilmiş məmulatın daxili temperaturu ətraf mühitin temperaturundan
aşağı olarsa, onda məmulatın daxilində yüksək rütubətin nəticəsində nəmlik suya çevrilərək
imtinaya səbəb olur. Lövhənin və elektrik birləşdiricilərinin şaquli istiqamətdə olması
məmulatdakı altlıqdan nəmliyin təbii yolla çəkilməsini təmin edir. Konstruksiyadan nəmliyin
asanlıqla çəkilməsi üçün onun səthi hamar olmalıdır.
Germetik aparatların daxilində nisbi rütubətin müəyyən olunmuş həddə qədər sabit
qalması üçün məmulatın daxilinə aktiv udma qabiliyyətli maddələr yerləşdirilir. Həmin
maddələrə silikat, kalsium xlor, fosforlu susuz kalsium - sulfat aid edilir. Məsələn, silikat
özünün quru kütləsinin 10% - ə qədərində nəmliyi udur. Beləliklə, aparatın daxilində nisbi
rütubət 80%-i keçmir.
Germetikləşdirilmədə germetikliyə sərt tələblər qoyulduqda korpusun bütün perimetri
boyunca qaynaq və ya lehimləmə aparılır (şəkil 2).
Məmulatın korpusunun konstruksiyası bir neçə dəfə germetikləşməyən / germetikləşən
əməliyyatları yerinə yetirməlidir. 1 korpusunun küncünə ən yüksək hərarətə davamlı 2 rezin
altlıq quraşdırılır ki, 3 qalaylanmış polad məftil yerləşdirilsin. Məftil məmulatın konturu
boyunca korpusa lehimlənməklə qaynaq yeri yaradır. Məftilin boş qalan ucu keçirici qismində 5
qapağındakı çıxıntıya qoşulur. Məmulatın germetikləşdirilməməsində qaynaq yeri qızdırılır və
lehim məftillə birlikdə asanlıqla ondan ayrılır. Germetikləşdirilməni dəfələrlə təkrar etmək
mümkündür. Rezin altlıq məmulatı lehimləmə zamanı qızmaqdan qoruyur.
Germetikləşdirilmə üsullarınin seçilməsi istismar şəraitindən, istifadə edilən material və
altlıqlardan, həmcinin elektrik montajina olan tələblərdən təyin olunur. Germetikləşdirilmə
üsullunun seçilməsinin qəti qərarı nəmlik kamerasında EA-in natural sınağının keçirilməsindən
sonra qəbul edilə bilər.

A görünüşü
PAGE \* MERGEFORMAT 43

Şəkil 2. Qaynaq yerinin və məftilinin germetikləşdirilməsi:


1 - korpus; 2 - altlıq; 3 - məftil; 4 - lehim; 5 - qapaq
Mühazirə 10
Mövzu: Xarici və daxili sahələrdən və parazit əlaqələrdən mühafizə
Tarix: 21.04.2020

Maneə ÖV-nin layihələndirilməsində baxılmayan siqnal olub, verilən və ya saxlanılan


informasiyanın təhrif edilməsi ilə arzuolunmaz təsirlərin yaranmasına səbəb olur. Maneələrə
gərginlik, cərəyan, elektrik yükü, səhənin gərginliyi və s. aid edilə bilər. Maneənin mənbəyi
fiziki təbiətinə görə dəyişkən olmaqla, daxili və xarici növlərə bölünürlər.
Daxili maneələr işləyən aparatın daxilində meydana gəlir. Elektrik maneələrin mənbəyinə
qida bloku, elektrik enerjisinin paylayıcı dövrəsi, termocütlər, sürtünmə nəticəsində yaranan
potensial aid edilir. Maqnit maneələrin mənbəyi transformator və drossellərdir. İkinci elektrik
enerjisi ilə təchiz etmə mənbəyinin çıxış gərginliyinin pulsasiya etməsinin mövcudluğuna
elektromaqnit maneə mənbəyi kimi baxmaq olar. Elektromaqnitlər, elektrik mühərriklər, relelər
və EA-ın elekteromexaniki qurğularının mexanizmləri xeyli maneə yaradırlar.
Xarici maneə dedikdə, elektrik qidalanma şəbəkəsi, şotkalı mühərriklər, verici
radioelektron aparatlar tərəfindən yaradılan maneələr başa düşülür. Bundan başqa, statik
elektrik yükləri, atmosfer və kosmik hadisələr, nüvə partlayışları da xarici maneələrə aid edilir.
Qəbuledicilərdəki maneələrə yüksəkhəssaslı gücləndiricilər, əlaqə xətləri, maqnit
elementləri aid edilir ki, onların xarakteristikaları maneə mənbələrinin sahə təsiri ilə
səpələnməsindən dəyişə bilir. Maneələr aparatlara birbaşa naqillərdən və ya keçiricilərdən
(qalvanik maneə), elektrik (tutum maneə), maqnit (induktiv maneə) və ya elektromaqnit
sahədən keçir. İstənilən aparatın tərkibinə daxil olan çoxsaylı naqillərə elektromaqnit sahənin
şüalanması və qəbulunda qəbuledici-verici antena qurğusu kimi baxmaq olar.
Qalvanik rabitə konstruksiyanın elektrik birləşdiricilərində cərəyanın axması və
gərginliyin düşməsi nəticəsində yaranır. Şəkildə ümumi qida gərginliyindən və ümumi sıfır
potensialından (torpaqlama) ibarət olan Mn modulunun sxemi göstərilmişdir.
Qəbul edək ki, sxemin n modulundan
M n sonuncu modul işləyir və yerdə qalan modullar
isə gözləmə rejimindədir.
M n moduluna cərəyan axdıqda qidalanma və torpaqlama şinində U q
U
və t gərginlik düşgüsü (qalvanik maniə) olur ki,bu da
M ....M
1 n−1 modullarının işləmə
qabiliyyətinə təsir göstərir. Sxemdə eyni zamanda bir neçə modulun işləməsi qalvanik maneəni
xeyli yüksəldir. Ona görə də modulu vahid sistemə birləşdirən naqillər imkan daxilində qısa,
onun en kəsiyi isə aktiv müqaviməti və naqilin induktivliyini azaltmaq üçün böyük olmalıdır.
Qalvanik maneəni aradan qaldırmaq üçün qida cərəyanının və torpaqlamanın birlikdə,
sxemin maneəsinə həssas olan dövrənin kənar edilməsidir. Beləliklə, sistemlə modulu
əlaqələndirən məftil faydalı siqnalı, həm də maneə siqnalını verir. Siqnalların zəifləməsi və
təhrif edilməsi olmayan halda maneənin zəiflədilməsi üçün effektiv sxem vasitələrinin
seçilməsində maneəboğucu süzgəclərdən istifadə edilməlidir.
PAGE \* MERGEFORMAT 43

a
Süzgəclər onun giriş və çıxışındakı siqnala olan nisbətinə bərabər
f k kəsmə tezliyi və k s
süzgəcləmə əmsalı ilə xarakterizə olunurlar.

Elektrik sahələrinin ekranlaşdırılması

Konsturksiyaya ekranın qosulması, gözlənilməyən həyacanlanan sahəni bəzi məhdudlayici


həcmdə qəbul oluna bilən səviyyəyə qədər zəiflədilməsi üçündür. Qorunmanın iki variantı
mümkündür. Birinci halda ekranlanan aparat ekranın daxilində, maneə mənbəyi isə ondan
kənarda yerləşdirilir. İkinci halda maneə mənbəyi ekranlarda, maneədən qorunan aparat isə
ekrandan kənarda yerləşdirilir. Birinci variantdan xarici maneələrdən, ikinci variantdan isə
daxili maneələrdən qorunması üçün istifadə olunur.Hər iki variantda ekran kimi metal örtükdən
istifadə olunur. b
Çap üsulu ilə ötürmə xəttinin sxeminin yerinə yetirilməsində 1 ekranlayıcı yol (trassa) 2
sıfır potensialı (torpaqlama) şini vasitəsilə kommutasiya olunur və naqillərin ekranlama
funksiyasını yerinə yetirir (şəkil 1). Əgər M maneə mənbəyi qonşu lövhədə yerləşmiş olarsa,
onda sxemi ekranlayıcı yolla qorumaq mümkün deyil.
Şəkil 2-də 2 montaj panelinin birləşdiricisinə quraşdırılmış üç lövhədən (qaraldılmamış)
ibarət blok göstərilmişdir. Sol və mərkəz lövhə 1 torpaqlanmış keciriçi lövhə şəkilində ekranla
qorunur. Blokun sağ tərəfində ekranlayıcı lövhə olmadığı üçüçn 3 qutuşəkilli ekranla
qorunmalıdır.

Şəkil 1. Lövhənin çap naqillərinin ekranlanması:


1- ekranlayıcı yol; 2- sıfır potensialının şini

Şəkil 2. Blokda çap lövhəsinin ekranlanması:


1 - keçirici lövhə; 2 - montaj paneli; 3 - qutuşəkilli ekran; 4 – komponentlərlə birlikdə çap
lövhəsi
Çoxqatlı çap lövhələrində (ÇÇL) ekran rolunu sıfır potensiallı bütöv folqa qatı yerinə
yetirilir. Ona görə də blokda ÇÇL-dən istifadə edildikdə ekranlayıcı lövhənin bərkidilməsinə
ehtiyac duyulmur.
PAGE \* MERGEFORMAT 43

Beləliklə, elektrik sahəsindən qorunmaq üçün konsturksiyaya torpaqlanmış metal örtük,


lövhə, istiqamatləndirici, ixtiyari qalınlıqlı ÇCL-in bütöv metal qatı və yüksək elektrik
keçiriciliyə malik materiallar daxil edilir. Ekranın torpaqlanması minimal induktiv müqavimətli
qısa naqillərlə olmalıdır.

Mühazirə 11
Mövzu: Ölçmə vasitələrinin elektromaqnit sahələrindən mühafizəsi
Tarix: 28.04.2020

Maqnit sahəsindən ekranlanmanın məqsədinə mənbə və maneənin qəbulu arasında


induktiv əlaqənin tam aradan qaldırılması və ya azaldılması aid edilir. Əgər maqnit seli naqillər
tərəfindən yaradılan konturu kəsirsə, onda konturda maneələr yönəldilir. Bu induksuya
gərginliyinin qiyməti (V) maneə müddətində aşağıdakı ifadə ilə hesablanılır

−SdB
U=
dt ,

burada B - maqnit induksiyası, Ts; S - konturun səhəsidir,m2 .


Kontura yönəldilmiş maneə gərginliyinin azaldılması və ya tam olaraq onların aradan
qaldırılması üçün aşağıdakılar nəzərə alınmalıdır:
konturları ekranda yerləşdirməli;
maqnit sahəsinin güc xətlərini elə istiqamətləndirmək lazımdır ki, onlar konturla
kəsişmədən onun ətrafından keçsin;
konturun sahəsini azaltmalı.
Maqnit ekranlar ferromaqnitdən, həmçinin maqnit olmayan metallardan hazırlanır.
Ferromaqnit materiallar böyük nisbi μ maqnit nüfuzluğuna malik olduğundan kiçik maqnit
müqavimətli olurlar. Buna görə də maqnit sahə xətləri ekranın materialı ilə şuntlanır və ekranın
daxilindəki sahə maqnit sahəsinin təsirinə məruz qalmayacaq (şəkil 1) . Şəkildə oxlarla maqnit
sahəsinin təsirinin istiqamətləri göstərilmişdir.
Maqnit ekranlanma nə qədər effektiv olarsa, ekranın maqnit nüfuzluğu və ekranın
qalınlığı bir o qədər böyük olur. Əgər maqnit ekranının gərginliyi materialının müqavimətinin
qiymətinə bərabər və ya ondan yüksəkdirsə, onda doymaya qədər maqnitləşdirmə baş verir.
Doymuş qat ekranın divarçığında daxili səthə çatan zaman maqnit sahəsi ekranlayıcı sahənin
daxilində meydana çıxır. Ekranın materialının seçilməsində nəzərə almaq lazımdır ki, sahənin
tezliyinin artması nəticəsində maqnit nüfuzluğu azalır və ekranın effektivliyinə öz mənfi təsirini
göstərir . Ferromaqnit materiallar 0-dan 10 kHs tezlik diapazonuna qədər EA-nı keyfiyyətlə
qoruyur.

Ekran
Maqnit sahəsi

Ekranlanmış
sahə

Şəkil 1. Ferromaqnitli ekran


PAGE \* MERGEFORMAT 43

Maqnit olmayan metaldan hazırlanmış ekranlar cihazın daxili sahəsindəki ekranın


materialından xarici maqnit sahəsini sıxışdırıb çıxartmaq prinsupinə əsaslanır. Xarici dəyişən
maqnit sahəsi ekranda burulğanlı induktiv cərəyan yaradır. Bunun nəticəsində ekranın daxilində
xarici sahə ilə görüşməyə istiqamətlənmiş, ekrandan kənarda isə xarici (həyəcanlandırıcı) sahə
istiqamətdə maqnit sahəsi yaradılır (şəkil 2). Maqnit olmayan metaldan hazırlanmış ekranların
effektivliyini ekran materialının keçiriciliyini və qalınlığını artırmaqla yüksəltmək olar. 10
MHs-dən yüksək olan tezlikdə maqnit sahəsini etibarlı ekranlamaq olar. Bu zaman dielektrik
qapağın üzərinə 100 mkm-dən çox olmayaraq gümüş və ya mis örtük çəkilir.

Ekranlanmış
sahə

Burulğanlı cərəyan b
sahəsi

Şəkil 2. Qeyri - maqnit materialla maqnit sahəsinin ekranlanması: a) xarici sahə və


burulğanlı cərəyan sahəsi; b) burulğanlı cərəyan sahəsində xarici sahənin ığılması

Elektromaqnit sahələrdən qorunmanın xüsusiyyətləri

Ekranı konstruksiya etməmişdən əvvəl bütün tədbirlərə baxmaq lazımdır ki, onları
maneədən qurtarmaq məqsədilə daha sadə və ucuz üsulla hazırlanmış olsun. Məsələn, ikinci
qida mənbəyində TV mənbə transformatoru və L drossel süzgəci adətən yan-yana yerləşmişıdir
(şəkil 1). Səpələnmə sahəsində TV drosseli maqnit naqillə əhatə edir və TV sahə xətləri L
dolağının sarğılarına düzbucaqlı istiqamətində drosseldə müəyyən mənbə maneəsi yaradir (şəkil
1, a). TV və L bir-birindən uzaqlaşdırmaqla, həmçinin drosseli elə istiqamətləndirmək lazımdır
ki, TV-də sahənin güc xətləri drosselin dolağındaki sarğıların uzunu boyunca keçsin .
Elektromaqnit ekranlanma 1kHs-dən 1QHs-ə qədər tezlik diapazonunu əhatə edir.
Elektromaqnit ekranlanmanın təsiri elektromaqnit enerjinin əksetdirilməsinə və onun daha qalın
ekranda sönməsinə əsaslanır. Şəkil 2-də göründüyü kimi W elektromaqnit eneryisi
hf
dielektrik - ekran və
H m ekran - dielektrik sərhəddində əks olunur. l daha qalın ekranda
d
γ=
sönür və h ekranlayici sahədə tədricən təsirlənir.
Udulma və ekranlanma ekranın materialında burulğanlı cərəyanın istiliklə ötürülməsi, əks
olunma ilə ekranlanmada isə ekranın materialının dalğa parametrlərinin və ətraf mühitin uyğun
gəlməməsi ilən izah olunur. Tezlik diapazonunun aşağı sərhəddi üçün birinci dərəcəli kəmiyyət
əksetdirməsi, yuxarı sərhəd üçün isə elektromaqnit enerjisinin sönməsidir. Elektromaqnit
ekranlanmanı maqnit olmayan, həmçinin maqnit materialından yerinə yetirirlər. Maqnit
olmayan metalların yüksək keçiriciliyindən spektrin aşağı tezlikli hissəsində effektiv istifadə
etmək olar. Yüksək maqnit nüfuzluğuna və elektrik keçiriciliyinə malik olan ferromaqnit
materiallardan elektromaqnit sahəsinin bütün tezlik diapazonlarında istifadə edilir. Ekranın
qalınlığı imkan daxilində daha böyük olmalıdır.
PAGE \* MERGEFORMAT 43

a b
Şəkil 1. Mənbə transformatorunun (a) və süzgəc drosselinin (b) yerləşdirilməsi: 1, 3 –
maqnit naqil; 2, 4 – sarğı

W
Ekran

Wde We

Ws

Wed

Şəkil 2. Elektromaqnit ekran


PAGE \* MERGEFORMAT 43

Mühazirə 12
Mövzu: Çap lövhələri, onların növləri və xarakteristikaları
Tarix: 05.05.2020

Müasir cihazlar və onların ayrı-ayrı elementləri çox halda öz aralarında müxtəlif şəkildə
birləşmiş böyük sayda hissələrdən ibarət olur. Əvvəllər sxemlərin elementlərini naqillərlə
birləşmə metodları mexanikləşdirmədə çətinlik törədirdi və ona görə də kiçik məhsuldarlıqlı
olurdular. Həm də montaj vaxtı müəyyən sərfetmə ehtimalı yaranırdı. Çap plataları və montajın
tətbiq olunması cihazların və aparatlarının yığılma proseslərini mexanikləşdirməyə və
avtomatlaşdırmağa imkan verir. Bu hal cihazların etibarlılığı, məhsuldarlığı artır və çəki-ölçü
xarakteristikaları azalır. Çap platalarında bilavasitə sxemlərin ayrı-ayrı elementlərinin, yəni
induktivlik sarğacların, qovşaqların, çevirgəclərin kontaktlarını və s.-ni yaratmaq mümkün olur.
Çap lövhəsi (ÇL) – deşikli, oyuqlu, kəsikli və cərəyankeçirici metal (keçirici) zolaq
sistemli səthi izolyasiya əsasından ibarət olan məmulatdır ki, elektrik prinsipial sxemə uyğun
olaraq İMS-in, ERE-in və funksional qovşaqların kommutasiyası, həmçinin yerləşdirilməsi üçün
istsifadə olunur. Praktiki olaraq elə bir aparat mövcud deyil ki, orada ÇL-in hər hansı bir
növündən istifadə olunmasın.
Çap montajı – montajın elə bir üsuludur ki, burada elektron qovşaqlarının elementlərinin,
həmçinin ekran da daxil olmaqla elektriki birləşdirilməsi çap naqillərinin köməyilə yerinə
yetirilir. Çap naqili- keçirici konturda keçirici sahədir.
EA-da ÇL-i praktiki olaraq konstruktiv iyerarxiyanın bütün səviyyələrində iasifadə olunur.
Sıfır səviyyəli modullarda mikroyığım və hibrid sxem qismində, birinci və sonuncu modullarda
isə EA-ın və onun qovşaqlarının elektrik prinsipial sxeminə daxil olan bütün elementlərin
elektriki və mexaniki birləşmələri əsas şəkilində tətbiq olunur.
Dövlət standartlarında ÇL-in aşağıdakı tiplərinə baxılır :
birtərəfli çap lövhəsi (BÇL) - bir tərəfində keçirici konturlarla yerinə yetirilən çap
lövhəsidir ;
ikitərəfli çap lövhəsi (İÇL) - hər iki tərəfində keçirici konturlar və bütün tələb olunan
birləşmələr yerinə yetirilən çap lövhəsidir ;
çoxqatlı çap lövhəsi (ÇÇL) - iki və ya daha çox keçiricili konturlu qatdan və onlar arasında
tələb olunan birləşmələri yerinə yetirməklə izolyasiya materiallarının növbəli qatlarından ibarət
olan çap lövhəsidir ;
elastik çap lövhəsi (EÇL) - elastik əsasdan ibarət olan çap lövhəsidir;
elastik çap kabeli (EÇK) - elastik əsasda yerləşmiş paralel çap naqillərinin sistemidir ;
elastik-sərt lövhə - sərt ÇL-i arasında birdən iyirmiyə və daha çox birtərəfli, çoxtərəfli
elastik ÇL-ni birləşdirən lövhədir.
Keçirici kontur - keçirici materiallardan yaradılmış (çap naqilləri, kontakt sahəsi, sökülən
çap kontaktlarının sonluqları və s.) ÇL-in ayrıca qatlarındakı bütün elementlərin cəmidir.

Çap lövhəsinin konstruktiv xarakteristikaları


Konstruksiyanın çap elementlərinin (naqillər, kontakt sahələri və s.) dəqiqliyə görə yerinə
yetirilməsi bütün ÇL-də 5 sinifə bölünür
ÇL-in sahəsində dar yerlərdə ən kiçik nominal ölçüləri fərqlənməklə keçirici konturdakı
çap elementləri və onlar arasındakı məsafə ancaq minimum buraxıla bilən qiymətlərlə yerinə
yetirməlidir;
1-ci və 2-ci sinif ÇL-dən onun səthində ERE və aşaği inteqrasiya dərəcəli İMS-lə az
doldurulmuş hallarda istifadə olunmalıdır;
PAGE \* MERGEFORMAT 43

3-cü sinif ÇL - planar, milli oxlu çıxışlı İMS-lər və ÇL-in səthinin elementlərlə orta,
yüksək doldurulması, həmçinin komponentlərin səthi montajı (KSM) ücünistifadə olunur;
4-cü sinif ÇL - korpuslu, korpussuz İMS-in və KSM-in ÇL-in səthində yüksək
doldurulmasında istifadə edilir;
5-ci sinif ÇL - korpuslu, korpussuz İMS-in və KSM-in Çl-in səthində daha yüksək
doldurulmasında istifadə edilir.
Səthi montajda əsasən 4- cü və 5-ci dəqiqlik sinifə malik ÇL-dən istifadə olunur.
Çap naqilinin eni buraxıla bilən cərəyan yükündən, cərəyankeçirici materiallın
xüsusiyyətindən, istismarda ətraf mühitin temperaturundan asılı olaraq seçilir və hesablanılır
(şəkil 1). Keçiricinin ucları hamar, naqillər isə şişməmiş, laylanmış, kəsilməmiş, aşlanmamış,
məsaməsiz və çatlamamış olmamalıdır. Göstərilən nöqsanlar naqilin müqavimətinə, cərəyanın
sıxlığına, dalğa müqavimətinə və siqnalların yayılma sürətinə təsir göstərir.
ÇL-in qonşu və ya xaricində yerləşmiş qatlarında konturun keçirici elementləri arasındakı
məsafə (məsələn, naqillər arasında) buraxıla bilən işçi gərginlikdən, dielektrikin
xüsusiyyətindən, istismar şəraitindən, siqnalların təhrif edilməsindən və qısa qapanmadan
asılıdır.
ÇL-in çertyojunda koordinat toru qonşu İMS-in və ERE-in ÇL-də yerləşmə yerini müəyyən
edir. Torun kəsişmə düyünlərində montaj və keçid deşikləri yerləşir. Koordinat torunun addımı
ÇL-in elektron texnikası məmulatları (ETM), kvant elektronikası, ERE, elekltrotexniki və başqa
məmulatlarda uyğunlaşmasına zəmanət verir ki, burada ÇL-in koordinat torunun düyünlərində
montaj aparılır. Koordinat torunun əsas addımı hər iki istiqamətdə 0,5mm-ə bərabərdir. Əgər bu
addım konkret konstruksiyanın tələblərini ödəmirsə, onda 0,05mm ölcüdə olan addımdan istifadə
olunur. Daha yaxşı hesab edilən addım n⋅0 , 05 mm qəbul edilir ki, burada n = 5,10,15,20,25 və
n⋅0 ,50 mm olmaqla n = 1,2,5,6,10 götürülür. Koordinat torunun yol verilən addımı birdüyməli
addımdır ki, bu ölçüdən ÇL-in konstruksiyalarında geniş istifadə olunur. İMS-dən istifadə
olunduqda 2,54mm-ə tam bölünən addımdan istifadə edilməlidir.

Şəkil 1. Çap naqilləri və kontakt sahələri

Montaj və keçid deşiklərinin diametrləri (metallaşdırılmış və metallaşdırılmamış) standarta


uyğun olmalıdır və göstərilən sıradan seçilməlidir: 0,4; 0,5; 0,6; 0,7; 0,8; 0,9; 1,0; 1,1; 1,2; 1,3;
1,4; 1,5; 1,6; 1,7; 1,8; 1,9; 2,0; 2,1; 2,2; 2,3; 2,4; 2,5; 2,6; 2,7; 2,8; 3,0. Montaj deşikləri İMS-i və
ERE-i yerləşdirmək üçün, keçid deşikləri isə ÇL-in tərəfləri və ya qalatları arasında elektrik
əlaqələrini yaratmaq üçün istifadə olunur.
Çap lövhəsində keçid keçidlərinin aşağıdakı növləri mövcuddur:
daxili qatlar arasında kontaktı təmin edən metallaşdırılmış iki tərəfi açıq (gizlədilmiş və ya
qatlararası keçidlər );
daxili qatlardan birinin və xarici qatla kontaktını yaradan iki tərəfi açıq olmayan (“kor” və
ya “kar”);
PAGE \* MERGEFORMAT 43

iki tərəfi açıq olmayan (gizlədilmiş) mikrokeçidli deşiklər, o cümlədən çoxsəviyyəli


mikrokeçidlər.
Mikrodeşik (microvia) və ya mikrokeçidlər 0,15 mm-dən az olan diametrə malikdir və
deş ik
2
1000 dm - dən çox sıxlıqda yerləşir. Mikrodeşikdən naqilin konturunun sıxlığının
artırılmasında və ÇÇL-də qatların sayının azaldılmasında istifadə olunur.
Əgər texniki tapşırıqda ÇL-in ölçüləri barədə xüsusi olaraq heç bir şərt qoyulmayıbsa, onda
onun ölçülərini quraşdırılan elementlərin sayını, onların yerləşmə səhələrini, quraşdırma
addımını, birləşdiricilərin quraşdırılma zonasını və s. nəzərə alınmaqla təyin edirlər. ÇL-in xətti
ölçülərini standarta uyğun olaraq seçilməsi məsləhət görülür. ÇL-in tərəflərinin xətti ölçülərinin
nisbəti 3:1dən böyük olmamalıdır.

Çoxqatlı çap plataları

Çoxqatlı çap lövhəsi (ÇÇL) izolyasiya altlıqlarına bölünmüş bir neçə siqnal qatlarından,
həmçinin lazım olan hallarda elektriki qidalandırma və ekranlanma qatlarından ibarə tdir. ÇÇL-də
yüksək sıxlıqlı çap naqillərin yerləşməsi onun yüksək istiqamətləndirmə xüsusiyyətini göstərir.
ÇÇL-dən istifadə olunmasının üstün cəhətinə siqnalın itkisiz və təhrif olunmadam nanosaniyə
ötürülməsinin mümkünlüyünü, xarici təsirlərə qarşı yüksək dayanıqlığını, xarici kontaktların
sayının azaldılmasını göstərmək olar. ÇÇL-in çatışmayan cəhətlərinə isə yüksək dəyərin
olmasını, layihələndirilmədə və istehsalatda əmək tutumunun artmasını, ilkin materiallara və çap
naqillərinin hazırlanmasında dəqiqliyə yüksək tələblərin olmasını aid etmək olar.
ÇÇP-lər oz aralarında yapışan aralıqlarla izolə olunmuş bir neçə çap təbəqəsindən ibarət
ola bilər. Təbəqələr arası əlaqə deşikdən keçən keçiricilər vasitəsilə yaradılır . ÇÇP-lər əsasında
yaradılan plataların qabarit ölçülərinin kiçildilməsinə səbəb olur.
Bu platalar çap montaji texnikasının sonrakı inkişaf mərhələsidir. Bu halda montajın
böyük sıxlığı birləşdirici keçiricilərin kiçik uzunluğu təmin olunur. CÇP bir neçə çap
təbəqəsindən ibarət olub, yapışdırıcı aralıqlardan istifadə olunmaqla preslənirlər. Şəkil 1-da üç
təbəqəli CÇP-nin yerləşməsi göstərilir.

Şəkil 1
Hər bir çap təbəqəsi izolyasiyalı əsasda olan və bir müstəvidə yerləşən çap montajıdır.
Əvvəlki çap platalarına nisbətən (bir təbəqəli-BÇP və iki təbəqəli - İÇP) ÇÇP -nin aşağıdakı
nöqsanları var:
1. Konstruksiyanın daha az texnolojiliyi;
2. Etibarlılığın daha az olması;
3. Topologiyaya dəyişiklik etmənin mürəkkəbliyi (istehsalın hazırlanmasının
mürəkkəbliyi və çətinliyi);
4. Təmirə yararlılığın az olması.
5. Böyük enerji tələb edən elementlərin onda yerləşdirilməsinə məhdudiyyətin olması
Lakin bunlar daha yığcam konstruksiya yaratmağa imkan verir. Şəkil 2-də inteqral
sxemlərin və digər asma elementlərin (kondensatorlar, rezistorlar, dio yığımları, mikrosxemlərin
və s.) ÇÇP-də yerləşdirilməsi göstərilir.
PAGE \* MERGEFORMAT 43

Şəkil 2

Mühazirə 13
Mövzu: Çap lövhəsinin materialları və hazırlanma texnologiyası
Tarix: 12.05.2020

Çap lövhəsinin materialları

Çap lövhəsinin əsası kimi baza materialları folqalanmış və folqalanmamış dielektriklər


(getanaks, tekstolit, şüşətekstolit, şüşəparça, lavsan, polimid və s.), keramik materiallar, metal
lövhələr və izolyasiyalı altlıq materiallar istifadə olunur. ÇL-in əsasının materialının
seçilməsində aşağıda göstərilən xüsusiyyətlərə diqqət yetirmək lazımdır:
güman edilən mexaniki təsirlər (vibrasiya, zərbə,xətti təçil və s.);
ÇL-in dəqiqlik sinifi;
elektrik funksiyasının reallaşdırılması;
təsirlənmə;
istismar şəraiti;
dəyəri.
Çap lövhəsinin əsası kimi baza materialları olan folqalanmış və folqalanmamış dielektriklər
üçün əsas tələbatlara aşağıdakılar aid edilir:
cərəyan itkisinin qiymətini xaraterizə edən yüksək səthi və xüsusi həcmi müqavimət;
izolyasiyanın yüksək elektrik möhkəmliyi;
dielektrik nüfuzluğunun aşağı qiyməti və dielektrik itkisi tanqes bucağı;
yüksək nəmlikdə və temperaturda elektrik xarakteristikasının stabilliyi;
T g şüşələnmə temperaturundan asılı olaraq yüksək temperaturda X, Y və Z oxlarına görə
yüksək istiliyədayanıqlıq və xətti ölçülərin stabilliyi;
baza materialının istilik ötürücülü və istiliyə dayanıqlı olması.
Folqalanmış dielektriklərdən ÇL-in hazırlanmasının subtraktiv üsulundan, folqalanmamış
dielektrikdən isə additiv və yarımadditiv üsullarından istifadə olunur. Folqalanmış
dielektriklərdə mis folqanın qalınlığı 5, 9, 12, 18, 35, 50, 70, 100 mkm ola bilər.
Getanaksla müqayisədə şüşətekstolitlər yaxşı mexaniki və elektriki xarakteristikaya, daha
yüksək qızmaya dayanıqlı və aşağı nəmlik udma xüsusiyyətlərinə malikdir. Ancaq onlarda
aşağıda qeyd olunan çatışmamazlıqlar mövcuddur:
polimidlə müqayisədə yüksək olmayan qızmaya dayanıqlı deşiklərin açılmasında daxili
qatların qatranla çirklənməsinə səbəb olunma;
aşağı mexaniki emal edilmə;
daha yüksək qiyməti;
misin və şüşətekstolitin materialın qalınlığı istilik genişlənmə əmsalının (təqribən 10 dəfə)
əhəmiyyətli dərəcədə fərqlənməsi.
Yanma təhlükəsinin yüksək şərtində istismar olunan ÇL-in hazırlanmasında yanğına
dayanıqlı şüşətekstolitdən istifadə olunur.
PAGE \* MERGEFORMAT 43

0
3mm radiusla 90 təkrarən əyilməyə davam gətirən EÇK-in hazırlanmasında folqalanmış
lavsan və ftoroplast tətbiq edilir. 5mkm qalınlıqlı folqalı materialdan 4-çü və 5-ci dəqiqlik sinifli
ÇL-in hazırlanmasına imkan yaranır.
ÇÇL-in qatlarının yapışdırılması üçün izolyasiyalı altlıq materialından istifadə olunur.
ÇL, ÇÇL, EÇL, EÇK səthlərinin xarici təsirlərdən qorumaq üçün polimer laklar və örtüklü
qoruyucu plyonkalar tətbiq olunur.
Keramiki materiallar aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunur:
elektrik və həndəsi parametrlərinin stabilliyi;
yüksək mexaniki möhkəmlik və geniş temperatur diapazonunda stabil olması;
yüksək istilik ötürücülük;
aşağı nəmlik udma qabiliyyəti.
Keramiki materialların çatışmayan cəhətinə onun hazırlanma silsisləsinin uzunluğunu,
materialın böyük sıxılmasını, kövrəkliyini, yüksək dəyərə malik olmasını aid etmək olar.
Yeni elastiki dielektriklərin işlənməsinin əsas istiqamətlərinə aşağıdakıları aid etmək olar:
0
işçi temperaturunun 300 C-yə qədər artırmaqla beynalxalq standarta uyğun olaraq
alışmayan dielektrikin yaradılması;
alüminiumlu folqanın tətbiq edilməsi;
rezistiv ərinti əsasında (nixrom və s.) folqanın tətbiqi, elastiki folqalanmış dielektriklərin
işlənməsi, mis folqanın alüminiumlu folqa ilə əvəzlənməsi;
polimidin, folqalı alüminiumun işlənməsi;
metalların, şüşətekstolitin qatlarını və plyonkanı birləşdirmək üçün yapışqanın işlənməsi.
Yüksək montaj sıxlıqlı (HDI) və mikrokeçidli çap lövhələri üçün lazerlə emala yararlı
materiallar işlədilir. Bu materialları iki qrupa bölmək olar:
parça olmayan daha davamlı şüşəmaterial və üzvi materiallar;
davamlı olmayan materiallar (mis folqa, qatranlı örtük və s.), həmçinin maye dielektriklər
və quru plyonkaya çəkilmiş dielektriklər.
Xarici ölkələrdə daha çox ISOLA firmasının FR2, FR3, FR4, FR5, G10, G11 və s.
materialları tətbiq olunur.
FR2 materialında aşqar qısmində kağız, əlaqələndirici kimi isə fenol qatranı, FR3-də uyğun
olaraq kağız və epoksid qatran, F4, F5, G10 və G11-də isə şüşəparça və epoksit qatrandan
istifadə olunur.
Hal-hazırda alışmayan folqalanmış dielektriklərin istehsalatda zərərli haloid və bromun
olmamasına çalışırlar. Belə materiallar yanmaya daha dayanıqlı olmaqla yanaşı, qurğuşunsuz
lehimləmənin yerinə yetirilməsinə imkan yaradır.

4.4. Çap lövhəsinin hazırlanmasının texnoloji prosesləri

ÇL-in keçirici konturlarının elementlərini hazırlamaq üçün iki texnologiya tətbiq olunur:
subtraktiv və additiv (şəkil ). Subtraktiv proses - keçirici konturların alınmasında seçicilik üsulu
ilə folqanın sahəsində ağardılmış yerlərin aşındırmasıdır. Additiv proses - keçirici konturların
alınmasında seçicilik üsulu ilə folqalanmamış materialın əsasında keçirici materialların
çökdürülməsidir.
Birtərəfli çap lövhələri (BÇL) sadə olması və aşağı hazırlanma dəyərinə malik olmaqla, 1-
ci, 2-ci, 3-cü dəqiqlik sinifinə görə hazırlanır. Bu tip lövhələrdə naqilin eninin texnoloji
məhdudiyyəti 0,25mm, deşikləri isə 0,8mm təşkil edir. BÇL hazırlanmasının texnoloji prosesinə
kimyavi neqativ (cədvəl ) və kimyavi pozitiv (cədvəl ) üsullar aid edilir.
BÇL texnoloji hazırlanma sxemində folqalanmamış əsasdan istifadə edildikdə onu cədvəl -
da götərilən halda olur.
Subtraktiv Additiv

Birtərəfli folqalanmış dielektrikdən


Folqalanmamış materialdan
PAGE \* MERGEFORMAT 43

tədarükün alınması
tədarükün alınması

Qoruyucu qabarıq sxemin


Deşiklərin deşilməsi
(maska) çəkilməsi

Ağardılmış yerlərdən Qoruyucu


qabarıq
misin aşındırılması sxemin
(maska) çəkilməsi

Maskanın təmizlənməsi
Qalınqatlı kimyavi
misl
ənmə

Deşiklərin açılması
Maskanın təmizlənməsi

Şəkil . Çap lövhəsinin keçirici qatlarının hazırlanma üsulu

İkitərəfli çap lövhəsi (İÇL) EA-nın bütün növlərində praktiki olaraq istifadə edilir. 1-ci, 2-
ci, 3-cü dəqiqlik sinifinə malik İÇL-i kiçikseriyalı, seriyalı və böyük seriyalı istehsalatda, 4-cü və
5-ci dəqiqlik sinifli İÇL-i isə seriyalı və kiçikseriyalı istehsalatda hazılanır. İÇL-in maksimal
qabariti 500 x 600mm, deşiyin minimal diametri isə 0,4mm olur. Cədvəl 4.7-də İÇL-in sərt
folqalanmış əsasda kombinasiyalı pozitiv üsulla hazırlanmasının texnoloji proseslərinin (TP)
əsas mərhələləri verilmişdir.
PAGE \* MERGEFORMAT 43

Mühazirə 14
Mövzu: Ölçmə vasitələrinin elektrik birləşdiriciləri
Tarix: 19.05.2020

EA-nı təşkil edən mikrosxemlər, elektroradioelementlər, modullar arasında siqnalların və


elektrik enerjisinin ötürülməsi üçün ötürücü xətlər (ÖX) və elektrik kontaktları elektrik
birləşdiriciləri kimi başa düşülür.
Yerinə yetirdiyi funksiyalara görə siqnal və elektriki qidalandırmada ötürücü xətlərindən
istifadə olunur. Siqnallı ÖX-də siqnalların ötürülməsi üçün elementlərin və modulların girişi və
çıxışları birləşdirilir. Elektrik qidalandırma isə ÖX-də elementlərə elektrik enerjisini daxil
etməklə yerinə yetirirlər. Bu və ya digər hallarda ÖX-də yer adlanan (sıfır potensiallı xətlər,
ümumi naqillər) əks naqillər mövcuddur ki, onlarda siqnal xətlərində və elektrik qidalandırma
xətlərində qayıdan cərəyanların axması baş verir.
Konstruktiv xüsusiyyətlərindən asılı olaraq əks naqilli ÖX-lər aşağıdakı növlərə bölünür:
eyni izolyasiyalı iki naqildən ibarət olan simmetrik;
bir çox ÖX-lər üçün bir ümumi naqilli simmetrik olmayan;
konstruksiyasına görə iki müxtəlif silindrik naqil kimi təqdim olunan birləşmiş oxlu
koaksial (əks naqil koaksıal kabeldən hörülür).
Ekransız və ekranlı ÖX-lər hazırlanır. Ekranlı ÖX-də olan ekran elektrik, maqnit və
elektromaqnit sahalərinin təsitindən xəttin qorunmasını təmin edir.
Elektrik birləşdiriciləri konstruksiyalardan asılı olmaqla daxili və yuvacıqlararası, daxili
və bloklararası və s. olmaqla yerinə yetirilir.
Ötürücü xətlər aşağıda göstərilən xüsusiyyətlərə malik olmalıdır:
minimal aktiv və induktiv müqavimətlərə;
xəttin uzunluğunda eyni dalğa müqavimətlərinə;
ondan cərəyan keçdikdə xəttin ətrafında minimal sahəyə;
cərəyan və gərginliyin, elektrik siqnallarının geniş diapazonlarda ötürülmə
xüsusiyyətlərinə;
vahidə yaxınlaşmaqla dielektrik nüfuzluqlu naqildə minimal qalınlıqlı izolyasiya qatının
olmasına;
qovşaqlarla birləşdirilmə xüsusiyyətlərinə;
mexaniki sıxılma olmadan kommutasiyanın yerinə yetirilməsinin mümkünlüyünə;
montaj işlərinin yerinə yetirilməsində avtomatlaşdırmanın olmasına.
Yuxarıda göstərilən tələbləri yerinə yetirmək üçün bir tipli ÖX-dən istifadə edilməsi
mümkün deyil. Ona görə də ÖX-in funksional xüsusiyyətlərindən, həmçinin EA-ın
konstruksiyalarından asılı olaraq müxtəlif tipli ÖX-dən istifadə olunması məsləhət görülür.
Konstruktiv-texnoloji variantlarda elektriki birləşdiricilərdən istifadənin seçilməsi
mühüm və mürəkkəb məsələ olmaqla, layihələndirilən EA-ın keyfiyyətinə əhəmiyyətli dərəcədə
təsir göstərir.
PAGE \* MERGEFORMAT 43

Elektrik siqnalı metal məftil (sim), plyonkalı və çap naqili olan keçiriciyə cərəyanla
verilir. Naqilin eninə kəsiyi dəyirmi və ya düzbucaqlı, plyonkalı, çap naqilində isə ancaq
düzbucaqlı olurlar. Naqillər izolyasiyalı dielektrik örtüklə, yaxud örtüklə və ekranla qorunur.
Dalğaötürücü və lifli-optik ÖX-lə radiotezlikli (dalğaötürücü) və işıq (işıqötürücü) diapazonlarda
elektromaqnit enerji ötürülür.
Bütün siqnal rabitə xətləri elektriki uzun və elektriki qısa növlərə bölünür ki, onlarda
siqnalların təhrif olunma xarakterləri fərqlənir. Qısa elektriki xətlər elə ÖX-lər
adlanır ki, harmonik siqnal üçün lk uzunluğu aşağıdakı ifadədən təyin olunsun:
l k ≤0 .1 λ≤c / √ ε f ) ,
burada l, f – dalğa uzunluğu və siqnalın tezliyi; c – işıq sürəti; e - ötürücü xətti əhatə edən
mühitin nisbi dielektrik nüfuzluğudur.
Xətti parametrlər onun uzunluğu boyunca paylandığından ÖX-in ekvivalent elektrik
sxemində onun approksimasiyası xəttin elementinə (fraqmentinə) görə bir yerə toplanır (şəkil ).
Burada Rn, Ln, Cn uyğun olaraq paqonlu (vahid uzunluğa görə) müqavimət, induktivlik və
tutumdur. Xətti müqaviməti və induktivliyi əks naqilin müqavimətini, həmçinin induktivliyini
nəzərə almaqla düz naqildə tətbiq edirlər.
ÖX-in uzunluğunun əsas elektrik xarakteristikası onun Z o dalğa müqavimətidir. Bu
müqavimət gərginliyin cərəyana olan münasibətindən ibarətdir ki, burada elektromaqnit dalğalar
xəttin uzunu boyunca paylanır. Dalğa müqavimətinin təqribi qiymətini aşağıdakı ifadədən təyin
etmək olar:

Z 0≈

Ln
Cn .
Uzun xətlərlə siqnalların ötürülməsində yük müqavimətinin xəttin dalğa müqaviməti ilə
razılaşdırılması vacibdir.
PAGE \* MERGEFORMAT 43

Mühazirə 15
Mövzu: Elektrik qidalandırma xətləri və torpaqlanma elementləri
Tarix: 26.05.2020

Elektrik enerjisi mənbədən istifadəçiyə iki naqillə, yəni potensial və sıfırla çatdırılır.
Mürəkkəb elektron aparatlar bir qayda olaraq bir neçə ikinci elektrik qidalanma mənbəyi
(IEQM) tələb edirlər. IEQM-də bütün potensial naqillər elektrik qidalandırıcı xətlər adlandırılır
və ayrı-ayrılıqda naqillər şəkilində yerinə yetirilir. Burada sıfır naqillərini əksər hallarda
birləşdirirlər və bir qalın naqil və ya metal vərəqə şəklində hazırlayırlar.
Elektriki qidalanmanın paylanmasının əsas sxemi şəkildə göstərilmişdir. Sxemin
müqayisə olunması və seçilməsi gərginliyin azalması, cərəyana görə yüklənmə xüsusiyyətlərinə,
elektriki montaj işlərinin yerinə yetirilməsinin asanlığına və bəzi başqa amillərə görə yerinə
yetirilir.

Şəkil . Elektriki qidalanmanın paylanmasının ardıcıl (a), dövrəli (c), nöqtələr şəklində (b) və paralel-ardıcıl
(d) sxemləri:1 - elastik həcmli naqil; 2 – sərt şin

Ardıcıl və dövrəli sxemlər üzrə elektrik qidalandırmanın ayrılması elektrik enerjisinin


işlədicisinin (EEI) qidalanma çıxışlarına birləşdirilmiş elastik bir və ya çoxtelli naqillərlə
qurulur. Belə ayrılma sxemlərinin üstünlüklərinə kostruksiyaların sadə olmasını,
layihələndirilmənin asan və sadə olmasını, hər bir qidalandırıcı komponent (daxil olan və
ayrılan) üçün EEI-nə iki kommutasiya çıxışının olmasını göstərmək olar. İlk iki üsulda
ayrılmanın əsas çatışmamazlığına onun dövrəli sxemində konturların mövcudluğudur ki, bunun
nəticəsində maqnit sahəsindən maneələrin yaranması baş verir.
Nöqtələr şəklində ayrılma bir ucu bərk naqilə, digər ucu isə EEİ-nə lehimlənməklə sərt
naqillə və elastik naqillər sistemi ilə yerinə yetirilir. Paralel-ardıcıl ayrılmadan EEİ-in müntəzəm
PAGE \* MERGEFORMAT 43

yerləşməsi halında istifadə edilməsi məsləhət görülür. Nöqtələr şəklində ayrılmada olduğu kimi
cəmlənmiş cərəyan eninə kəsiyin böyük sahəsi ilə elektriki qidalandırmanın güclü xətti ilə axır.
Nöqtələr şəkilində və paralel-ardıcıl sxemlərdəki elektriki qidalandırmanın və sıfır
potensialının xətləri izolyasiyalı lövhəciklərin qısa qapanmadan və ya hava aralığından
qorunması məqsədi ilə iki mis naqildən və ya dairəvi kəsikli naqildən ibarət olmaqla eyni növ
kostruksiya şəklində yerinə yetirilir (şəkil ). Naqillərin qeyd olunması yapışqanla, dairəvi
naqillər isə lehimlənməklə aparılır.

Şəikl. Ləçəkvari(a) və naqilli(b) kontaktların keçirici lövhəciklərinin elektrik-qidalanma və sıfır


potensialının yaxınlaşdırma qovşağı: 1-qovşağın korpusu; 2-ləçəkvari kontaktlı keçirici lövhəcik; 3-montaj paneli;
4-kronşteyn; 5-naqil

Mürəkkəb EA-da konstruksiyanın məhdudlaşdırılması nöqteyi-nəzərindən elektrik


parametrlərinin yaxşılaşdırılmasına, montajın sadə olmasına və təmirəyararlığın yüksəldilməsinə
şərait yaratmaqla eyni vaxtda elektriki qidalandırmanın bir neçə variantından istifadə etmək olar.
Sxemlərin layihələndirilmə qaydalarına uyğun olaraq onun bütün elektrik potensialının
hesabatı sıfır potensiallı bazaya nisbətdə ayrılır. Bu nöqtəni adətən torpaqlanma adlandırırlar.
Konstruktiv olaraq onlar baza naqillərilə, keçirici ilə (şin), metal zolaq və ya vərəqlə yerinə
yetirilir. Bir qayda olaraq, aparatları torpaqlayırlar, yəni real yerlə (torpaqla, suxurla) metal
korpusların elektriki birləşməsini qabaqcadan təmin edirlər. Bu zaman real yerdəki nöqtə üçün
sxemin potensialının hesablanmasını torpaqlanma sxemi adlandırırlar.
«Torpaq» termini avadanlıqlara uyğun olaraq müəyyən edilmişdir ki, əks naqil qismində
torpaqdan istifadə edilirdi. Hal-hazırda əks naqil qismində EA-ın metal korpusları və ya
torpaqdan deyil, texniki təhlükəsizlik nöqteyi-nəzərdən yerə birləşdirilmiş naqildən (ümumi
naqil) istifadə olunur.
Ümumi naqildə elektron sxemin əks (qayıtma) cərəyanı axmaqla onda gərginliyin
düşməsinə səbəb olur və buna görə də sxemin komponentlərinin ümumi çıxışlarındakı (yerdə)
elektrik potensialları fərqlənirlər. İşlənən sxemlərin ümumi naqilindən hər zaman müxtəlif
cərəyan axır ki, bunun nəticəsində qalvonik maneə yaranır.
Böyük olmayan elektron sistemlərində (məsələn, radioqəbuledicilərdə) aşağıomlu naqilin
alınması müəyyən dərəcədə mürəkkəb olmur. Mürəkkəb sistemlərdə (böyük EHM, radarlarda)
aşağıomlu torpaqlama çətindir. Belə ki, mürəkkəb sistemlərin ölçüləri böyüdüyündən, qarşılıqlı
induksiyanın və ümumi naqillər arasındakı paylanmış tutumların təsirləri aşağı tezliklərdə də
nəzərə çarpır. Ona görə də böyük sistemlərdə ümumi naqillərdəki bəzi potensiallar fərqi sistemin
PAGE \* MERGEFORMAT 43

müəyyən hissələri arasında olur və bu faktları layihələndirmə zamanı aparatları maneə


təsirlərindən qorunmasında diqqətdə saxlamaq lazımdır.
Elektron cihazlarının ümumi naqilləri sxemə əsasən bir və çoxnöqtəli torpaqlanma ilə
birləşdirilir (şəkil ,a). Birinci halda modulun sisteminin ümumi naqili sistemin bütün
potensiallarını hesablayan bazaya nəzərən ümumi sıfır nöqtəsinə birləşdirir. Birnöqtəli
torpaqlamada sıfır potensialının ümumi müqaviməti ilə modulun əlaqəsi olmadığından (xətlər
nöqtədə çevrilib), L induktivliyinin, həmçinin modulun naqillərinin torpaqlanma nöqtəsinin
sıfırına birləşdirilən M qarşılıqlı induksiyası və C tutumu təsir göstərəcək. Yüksək tezliklərdə
parazit tutumlar aşağı, naqillərin induktivliyi isə yüksək müqavimət yaradır ki, bunun nəticəsində
torpaqlanma sisteminin xüsusiyyətləri pisləşir. Ümumi naqillərdəki qarşılıqlı induksiyanı
azaltmaq üçün onlar qarşılıqlı perpendikulyar istiqamətdə olmalıdırlar ki,bunu da çoxlu sayda
elementlər üçün yerinə yetirmək praktiki olaraq mümkün deyil.
Yüksəktezlikli aparatlarda torpaqlanma keçirici müstəvidən (montaj panelinin nazik misli
vərəqi, çoxqatlı çap lövhəsinin folqası) ibarətdir ki, burada modullar quraşdırılma yerlərində
minimal uzunluqlara ayrılmaqla birləşdirilir (çoxnöqtəli torpaqlanma).

Şəkil 5.13. Bir (a) və çoxnöqtəli (b) torpaqlanma:


1-naqil; 2-modul; 3-metal vərəq; 4-ləçəkvari kontakt

Şəkil 5.1. Torpaqlanmanın seçim sxemi

Şəkil 5.1 - dəki qrafikdən istifadə etməklə, sistemin maksimum işçi tezliyindən və ümumi
naqilin l ölçüsündən asılı olaraq torpaqlanma sxemini seçmək olar. Göstərilən qrafikdə
ştrixlənməmiş sahələr həm bir, həm də çoxnöqtəli torpaqlanma sxemlərində istifadə olunduqda
yaxşı nəticələr verir.
Naqillərin ətraf fəzada elektromaqnit enerjisinin şüalanmasının alınması üçün naqilin
uzunluğu(m)
l≤λ 150≤6 /f ,
burada l - dalğa uzunluğu, m; f - tezlikdir, MHs.
Səthi effektivlik nəzərə alınmaqla naqilin müqaviməti(0m) aşağıdakı ifadə ilə hesablanılır
R f =kR ,
burada R – sabit cərəyana görə müqavimət; k – əmsaldır (cədvəl 5,5).
Cədvəl 5.5-dəki X-in qiyməti X =0.064 √ f / R ifadəsindən təyin olunur.
PAGE \* MERGEFORMAT 43

EA-ın korpuslarının torpaqlanması xidmət edən heyətin konstruksiyanın metal olan


detallarına elektrik cərəyanının toxunması nəticəsində yaranan zədələnmədən, həmçinin EA-ın
maneə təsirlərindən qorunmasını təmin edir. Təhlükəsiz gərginlikdə işləyən, ikili və ya
gücləndirilmiş izolyasiyalı, həmçinin quraşdırma obyektində korpusla etibarlı kontaktı olan
aparatları torpaqlamaq lazım olmur.
Uçan aparatlarda, gəmi aparatlarında real torpaqlanma metal korpusdur. Metal olmayan
korpuslarda isə bir-biri ilə etibarlı elektrik birləşməsi olan magistral şin və ya metal
konstruksiyalar torpaqlama rolunu oynayır.
Cədvəl. K əmsalının qiymətləri
X 0,0 0,5 1,0 1,5 2,0
K 1,00000 1,00032 1,00519 1,02582 1,07815
X 2,5 3,0 3,5 4,0 4,5
K 1,17538 1,31809 1,49202 1,64051 1,87503

You might also like