You are on page 1of 13

BAKI AVRASİYA AKADEMİK UNİVERSİTETİ

Fakültə: Regionşünaslıq və iqtisadiyyat


İxtisas: Sosial iş
Kurs: 1
Qrup: B901
Fənn: Azərbaycan tarixi
Mövzu: Midiya dövləti
Müəllim: Günay Hüseyn
Tələbə: Səmədova Humay

1
Mündəricat
Midiya dövləti
1. Giriş 3
2. Midiya dövləti haqqında 4
3. Dövlət ərazisi 4
4. Dövlət əhalisi 5
5. Manna ilə münasibətlər.........................................................................................5
6. Assur döyüşləri.....................................................................................................6
7. Skiflərin hakimiyyətə gəlməsi...............................................................................6
8. Kiaskarın maday hakimiyyətini bərpa etməsi.......................................................7
9. Midiya, Lidiya müharibəsi....................................................................................7
10. Dövlətin tənəzzülü...............................................................................................8
11. Farsların hakimiyyəti altında...............................................................................8
12. Ellinizm dövründə.............................................................................................10
13. Astiaqın dövrü və dövlətin süqutu.....................................................................10
14. Dövlətin dini......................................................................................................10
15. Dövlətin mədəniyyəti........................................................................................11
16. Dövlətin incəsənəti............................................................................................12
17. Hökmdarların hakimiyyət illəri ........................................................................12
18. Nəticə.................................................................................................................12
19. Ədəbiyyat siyahısı.............................................................................................13

2
Giriş:
İranın mərkəzində meydana gəlmişdi. Mannadan cənubşərqdə
yerləşirdi. Adı mixi yazılarda Maday, Matay, Amaday şəklində
verilmişdi. Yunan mənbələri Midiya şəklində yazmışlar. Midiya
ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə
edilirdi. E.ə. IX əsrin 2-ci yarısında Assuriya hökmdarları Midiyaya
yürüşlər edərək, xırda hömdarları məğlub etdilər. E.ə. VIII əsrin 2-
ci yarısında belə yürüşlər çoxalmışdı: III Tiqlatpalasar Midiyadan
xərac almışdı, II Sarqon Midiya ərazisini işğal edib Mannaya tabe
etdirdi. E.ə. VIII əsrin sonunda Midiyada vahid dövlət
yaradılmışdır. Rəvayətə görə, Deyok Ekbatan (indiki Həmədan)
şəhərini saldırmış və onu Midiya dövlətinin paytaxtı elan etmişdir.
E.ə. 672- ci ildə Fraorta Kaştaritinin (b.e.ə.672-653) başçılığı ilə
Midiya Assuriyanın tabeçiliyindən qurtarmış və müstəqil dövlətə
çevrilmişdi. E.ə. VII əsrin 50-ci illərində Kaştariti Assuriyaya qarşı
yürüş etmiş, skiflərin köməyi ilə o məğlub olmuş və döyüşdə həlak
olmuşdur. E.ə. 653-625-ci illər Midiya skiflərin hakimiyyəti altına
düşdü. Kiaksar (e.ə. 625-585) skif ağalığına son qoymuş, daxili
qüvvələri birləşdirərək Assuriyaya qarşı müharibəyə
hazırlaşmışdır. O, Midiya ordusunu yenidən təşkil etmiş, yeni
Babilistan dövləti ilə ittifaqa girmiş. Babilistan hökmdarı
Nabupalasar cənubdan, Kiaksar isə şərqdən Assuriyaya hücum
etmişlər. E.ə. 616-612-ci illərdə onlar Assuriyanın Aşşur, Arbela,
Kalat şəhərlərini, paytaxt Nineviyanı tutdular və dağıtdılar. E.ə.
605-ci ildə Asuriya süquta uğradı, torpaqları Midiya və Babilistan
arasında bölüşdürüldü.

3
Midiya dövləti haqqında.
Midiya — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi,
eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə
isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi
Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön
Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz
qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi
Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.
Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən
qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində
yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya
Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri
idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə b.e.ə. IX əsr qaynaqlarında
rast gəlinmişdir. Midiya ərazisi b.e.ə. IX–VIII əsrlərdə xırda vilayət hakimləri
tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini
təşkil edirdi. Madalılar (midiyalılar) tarix səhnəsinə e.ə. I minilliyin əvvəlində
çıxmışlar. Onların adları Aşşur salnaməsində ilk dəfə IX əsrin 30-cu illərində
çəkilmişdir. III Salmanasar (e.ə. 860–825) onların ölkəsini Amadai adlandırır.
Sonralar Maday, Matay və Amaday.
Midiya dövlətinin ərazisi.
Madayların vətəni.
Madayların ilkin məskunlaşma ərazilərinin sərhədləri tədqiqatçılar arasında
mübahisəlidir. Assur mənbələrində madayların mannaların cənub-qərb
sərhəddində, Parsua vilayətinin şimal–qərbində məskunlaşması göstərilir.
Mənbələrdə madayların ilkin məskunlaşma ərazilərinin cənub sərhəddinin Bikni
dağı olması qeyd edilir. Bikni dağını əksər tədqiqatçılar Dəmavənd dağı ilə
eyniləşdirirlər. Bununla belə həmin dağı Həmədan şəhəri yaxınlığında yerləşən
Əlvənd dağı ilə də lokalizə edənlər vardır.
Dövlət ərazisinin genişləndirilməsi.
Midiya hökmdarı Kiaksar farsların tabe olunmasından, Şərqi İran ərazilərinin
işğalından, geniş torpaqlara malik olan Aşşur dövlətinin darmadağın
olunmasından, Mannanın, Urartunun və Sak çarlığının fəth edilməsindən sonra
Qərbdə Halis (müasir Qızılirmaq) çayınadək uzanan zəngin Lidiyanı və yunan
ticarət şəhərlərini öz dövlətinə birləşdirməyə cəhd etdi. Herodota görə, Lidiya ilə
müharibə e.ə. 590-cı ildə başlandı. E.ə. 585-ci il mayın 28-də Halis döyüşü zamanı
günəş tutulması hadisəsi baş verdi və bu hadisə döyüşən rəqiblər tərəfindən pis
əlamət kimi qəbul edildi. Müharibə dayandırıldı. Sülh müqaviləsinə əsasən, Mada
ilə Lidiya arasındakı sərhəd Halis çayı üzrə müəyyənləşdirildi.
İnzibati idarəetmə.
Güman edilir ki, Mada dövlətinin inzibati quruluşu sonralar Əhəməni
imperiyasının quruluşu kimi Aşşur-Urartu sisteminin daha da inkişaf etmiş forması
olmuşdur. Ehtimal olunur ki, inzibati idarəyə, məhkəməyə, maliyyə sisteminə
4
başçılıq etmiş satrapların səlahiyyətləri prinsip etibarilə Aşşur vilayət rəislərinin
(bçl pehate, pehatu) səlahiyyətlərinin oxşarı idi. Hər halda Mada satrapları
Aşşurun və Urartunun "qubernatorlarının" yalnız bir qədər dəyişilmiş oxşarları
idilər. Bibliyada və başqa Qədim Şərq mənbələrində "Mada
çarı" və "çarlarından", "Mada çarı" və "onun köməkçiləri olan
çarlardan" danışılır. Deyilənlər Mada çarının vassalları və yaxud satrapları
olmuşlar. Mada dövlətinin mövcudluğu dövrünün mahiyyətcə 6–8 onilliklə
məhdudlaşmasına (e.ə. VII əsrin sonu – VI əsrin I yarısı) baxmayaraq, onun
yaradılmasının İran yaylası və Ön Asiya tayfaları və xalqlarının tarixi üçün böyük
əhəmiyyətə malik olması mübahisəsizdir.
Midiya dövlətinin əhalisi.
Midiya dövlətini yaradan və hakimiyyətdə olan tayfa madaylar olmuşdur. Əksər
Avropa və Rusiya iranşünasları madayların farsdilli xalq olmasını güman
edirlər. Bəzi müəlliflər midiyalı və maday anlayışlarını ümumiləşdirərək bütün
midiyalıların irandillilər olmasını yazmışlar. Hətta qədim fars dilində İrandilli
tayfaların dialektlərinə mənsub olan, lakin o zamankı rəsmi fars dilindən fərqlənən
dialekt sözlərini midizmlər adlandıraraq madayların irandilli olmasını göstərən
faktlar kimi göstərmişlər.
Qiyasəddin Qeybullayev qeyd edir ki: "Midiyalılar deyilərkən Midiya
imperiyasında yaşayan əhali nəzərdə tutulursa, əlbəttə, orada irandillilər –
müasir farsların, kürdlərin, talışların, giləklərin, tatların və b. ulu əcdadları da
vardı. Lakin bütün dövrlərdə türkmənşəli Midiya dövlətinin,
farsmənşəli Əhəmənilər və Sasanilər dövlətlərinin ərazilərində heç vaxt irandilli
əhali əksəriyyət təşkil etməmişdir. Əgər irandillilər mənasında ― midiyalı
dedikdə, maday etnik adını daşıyanları nəzərdə tuturlarsa, bu doğru deyil və real
tarixi faktlar qarşısında qondarma fikir kimi görsənir."
Üç cildlik Azərbaycan tarixinin birinci cildində isə yazılır ki: "Midiya taryfaları
irandilli tayfalar deyildilər, yalnız sonradan Midiya farslar tərəfindən işğal
edildikdən sonra müəyyən qədər farslaşmaya məruz
qalmışdılar….Fraortanın hakimiyyəti dövründə midiyalılar Mannanı özlərinə tabe
etdilər. Manna dövləti süqut etdi. Bundan sonra ümumi "midyalılar" məfhumu
Azərbaycanın cənub hissəsində yaşayan mannaları və başqa tayfaları da əhatə
etdi."
Manna ilə münasibətlər.
E.ə. VII əsrin ortalarına doğru aşşurlular tərəfindən məğlubiyyətə uğradıldıqdan
sonra Manna böyük dövlət kimi öz mövqeyini itirdi.
Manna kimmerlər, skiflər və madalılarla mövcud olan ittifaqı sayəsində xeyli
dərəcədə gücə və qüdrətə malik idi. Lakin əsrin 70-ci illərinin sonlarına doğru
skiflərin bir qisminin xəyanəti nəticəsində bu ittifaq dağıldı. Partatua başda
olmaqla aşşurluların tərəfinə keçmiş skiflərin bir
qismi Assur hökmdarı Asarxaddona mannalara zərbə endirməkdə yardım etdi.
İşpakay başda olmaqla skiflərin digər qismi isə mannalılarla ittifaq münasibətlərini
5
davam etdirdi. Aşşur hökmdarı "Mannalılar ölkəsi əhalisini pərən-pərən saldım…,
mannalıları xilas etməmiş skif, (onların) müttəfiqi İşpakanın qoşunlarını silahla
qırdım" – deyə öyünürdü. Artıq Aşşurbanipalın hakimiyyəti dövründə (e.ə. 668–
627-ci illər), təqribən e.ə. 660-cı ildə aşşurlular Mannanı çox ağır məğlubiyyətə
uğratdılar, onu əski qüvvəsindən qəti şəkildə məhrum etdilər.
Manna Nineva hakimlərinin vassalı səviyyəsinə endirildi və o öz süqutuna qədər
Nineva hakimlərinə sadiq qaldı. Bu hal ona səbəb oldu ki, madalılar indi əski
müttəfiqləri olmuş mannalara tabe olmayaraq, onların gücünə güvənmir və özlərini
müdafiə etməyə çalışırdılar.
Assur yürüşləri.
Assur hökmdarları Manna kimi Midiya ərazisinə də yürüş edir, Midiya hakimlərini
özlərindən asılı vəziyyətə salırdılar. E.ə. IX əsrin ikinci yarısında V Şamşi-Adad,
sonra isə onun oğlu III Adadnirari Midiya ərazisinə yürüş etmişdilər. E.ə. VIII
əsrin ikinci yarısında III Tiqlatpalasar "güclü midiyalıların" ərazisinə çatmış,
Midiya hakimlərinin xəracını qəbul etmişdi. II Sarqon Manna yürüşü zamanı,
Midiya ərazilərinə də soxulmuşdu. Məhz bu dövrdə, Midiya hakimlərindən
sayılan, lakin Manna canişini olan Dayaukku Urartunun fitnəsinə uyaraq mərkəzi
hakimiyyətə qarşı çıxırdı. II Sarqon Dayaukkunu ailəsi ilə birlikdə Hamat şəhərinə
köçürdü. E.ə. VIII əsrin sonunda Midiyada vahid dövlət yaradılması təşəbbüsü
göstərilmişdi. Herodot bunu Deyokun (e.ə. 712–675) adı ilə
bağlamışdı. Məlumatlara görə Deyok Midiya tayfalarını birləşdirmiş və vahid
dövlət yaratmışdı. O, Ekbatan şəhərini saldırmış, qala divarları çəkdirmiş və bu
şəhəri Midiya dövlətinin paytaxtı elan etmişdi.
Skiflərin hakimiyyətə gəlməsi.
Skiflərin Güney Azərbaycan və Ön Asiyaya gəlməsi ilə Midiya Assuriyaya qarşı
fəallaşdı. Herodotun məlumatına görə bu mübarizəyə Fraorta (e.ə. 675–653)
başçılıq edirdi. Mixi yazılarda o, Kaştariti adlandırılır. Tarixçilər güman edirlər ki,
Mannada məskunlaşan skiflər Assura qarşı mübarizədə madaylara kömək edirdilər.
E.ə. 672-ci ildə Midiyanın Assuriyaya qarşı mübarizəsi uğurla başa çatdı.
Midiya Assur böyunduruğunu atdı və müstəqil dövlətə çevrildi. Fraorta kiçik
hakimlikləri də öz ətrafında birləşdirə bildi.
İ. M. Dyakonov qeyd edir ki, e.ə. VII əsrin 50-ci illərində çox güman ki, Midiya
yenə də Assur ilə toqquşmalı olur. Herodotun verdiyi məlumata görə Fraorta
(Kaştariti) Assura yürüş təşkil etmişdi. Skiflərin digər bir dəstəsi,
başda Madiy olmaqla Assurun köməyinə gəlmiş və Kaştaritini məğlub etmişdi.
Kaştariti döyüşdə həlak olmuşdu. Beləliklə e.ə. 625–585-ci illərdə Midiya
skiflərdən asılı vəziyyətə düşmüş və skiflərin rəhbəri Madiy Midiyanın III
hökmdarı kimi hakimiyyətə gəlmişdir. Madiyin hakimiyyəti dövründə Midiyada
daxili sabitlik olsa da ölkədə Assur yönümlü siyasət yeridilmiş, Midiya xarici
siyasətdə demək olar ki, Assura tabe olmuşdur.

6
Kiaksarın maday hakimiyyətini bərpa etməsi.
Herodotun verdiyi məlumata görə skiflərin Midiyada ağalığına son
qoyulması Kiaksarın (bu Midiya hökmdarı Bisitun yazısında Huvaxıştra, Babil
qaynaqlarında Umakiştar adıyla xatırlanır) adı ilə bağlıdır. Kiaksar e.ə. 585-ci ildə
altmış illik skif ağalığına son qoyaraq taxt–tacı maday sülaləsinə qaytarmış və
hakimiyyətə gələrək Midiyanın IV hökmdarı kimi tarixə düşmüşdür.
Herodota görə Kiaksarın hakimiyyəti dövründə özlərini şah adlandıran xırda
vilayət hakimləri mərkəzi hakimiyyətə tabe edildi. Ziya Bünyadov qeyd edir ki,
yəqin Kiaksar bundan sonra "şahlar şahı" rütbəsi daşımışdı. Ölkədə daxili sabitliyi
bərpa etdikdən sonra Kiaksar Midiyanın ətrafında olan və özlərinin müstəqil
hökmdarı olan xırda vilayətləri özünə tabe etməyə və dövlətin ərazisini
genişləndirməyə başladı. Qısa müddətdə Midiyanın cənub-şərqində
yerləşən farsların ölkəsini – Persia da Midiyaya tabe edildi. Mədəni
cəhətdən madaylardan dəfələrlə aşağı səviyyədə olan farslar Midiya mədəniyyətini
mənimsəməyə başladılar.
Midiya–Lidiya müharibəsi.
Assur dövlətinin süqutundan sonra işğalçılıq müharibələrinə başlayan
Kiaksar Egey dənizi sahillərinə çıxa bilmək üçün ciddi işğalçılıq fəaliyyətinə
başladı. Öncə hədəf artıq tənəzzül dövrünü yaşamaqda olan qədim Urartu dövləti
oldu. Çünki bu dövlət Kiçik Asiyaya gedən yolun üzərində yerləşirdi. Lakin
Midiya ilə Urartu arasında yerləşən Manna dövlətinin aqibəti naməlum olaraq
qalır. Ziya Bünyadov qeyd edir ki, ola bilsin, Manna rəsmən Midiyadan siyasi asılı
vəziyyətdə olmuş və bununla da daxili idarəetmədə müstəqilliyini saxlaya bilmişdi.
Manna, həmçinin müharibə meydanlarından da kənarda yerləşirdi.
Herodot qeyd edir ki, Midiya və Lidiya arasında müharibənin baş verməsinin iki
səbəbi olmuşdur. Birincisi hər iki tərəf Anadolu torpaqlarına sahib olmaq istəyirdi,
ikinci səbəb isə intiqam idi. Midiyaya tabe olan bir neçə skif sərkərdəsi yerli
tayfalarla döyüşdən uğursuz nəticə ilə qayıtmış və Kiaksar buna görə onları təhqir
etmişdir. Təhqirə cavab olaraq isə skiflər Kiaksarın oğlanlarından birini əsir
götürərək özləri ilə birgə Lidiyanın paytaxtı Sard şəhərinə qaçmışdırlar. Kiaksar
Lidiya hökmdarından onları tələb etsə də II Aliatt skifləri qaytarmaqdan imtina
etmiş, nəticədə Midiya hökmdarı Kiaksar Lidiya ərazisinə yürüş etmişdir.
Beş il davam edən müharibənin sonuncu döyüşü e.ə. 585-ci il 28 may tarixində baş
vermişdir. Tərəflər indiki Türkiyə Cümhuriyyəti ərazisində, Halis (Qızılirmaq)
çayının sahilində qarşılaşdılar. Tarixə Halis döyüşü adı ilə düşmüş bu döyüş
zamanı çox gözlənilməz bir hadisə baş verdi. Döyüş zamanı baş verən günəş
tutulmasından qorxan və bu hadisəni tanrıların qəzəbi sayan Kiaksar və II
Aliatt döyüşü dayandırmaq və sülh bağlamaq qərarına gəlmişlər. Əldə edilmiş
razılaşmaya əsasən sahilində döyüş baş vermiş Halis çayı Midiya

7
və Lidiya arasında sərhəd elan edilmiş, II Aliattın
qızı Aryenis isə Kiaksarın oğlu Astiaqa ərə getmişdir.
Dövlətin tənəzzülü.
Halis döyüşündən qısa müddət sonra Midiyanın ən qüdrətli hökmdarı Kiaksar vəfat
etdi. Kiaksarın vəfatından sonra hakimiyyətə onun oğlu Astiaq (e.ə. 585–550)
gəlir. Astiaqın uzunmüddətli hakimiyyəti onun haqqında müxtəlif rəvayət və
əfsanələrin yaranmasına səbəb oldu. Hakimiyyətinin ilk dövrlərində ölkənin
tərəqqisinə, iqtisadi və sosial vəziyyətin gücləndirilməsinə böyük diqqət ayıran
Astiaqın hakimiyyət dövrünü Midiya mədəniyyətinin müxtəlif sahələrinin inkişafı
dövrü kimi də xarakterizə etmək mümkündür. Ona qayınları Lidiyalı Kroesus və
Babilli Navoxadonnozor ilə birgə nəhəng imperiya miras qalmışdı.
Navoxadonnozorun arvadı Astiaqın bacısı Amitis idi, hansı ki, əri onun şərəfinə
qədim dünyanın yeddi möcüzəsindən biri olan Babilin asma bağlarını inşa
etdirmişdi. Astiaq özü isə iki imperiya arasında əldə edilmiş razılığa əsasən Lidiya
hökmdarı Kroesusun bacısı Aryenis ilə evlənmişdi. Astiaqın tacqoyma mərasimi
atasınn ölümündən bir il sonra keçirilmişdi. Onun qızı Mandana isə fars
şahzadəsi, I Kambizə ərə verilmişdi. Astiaqın hakimiyyəti dövrü daha çox iki şeylə
— daimi stabil vəziyyət və inkişafla yadda qalmışdır. Həmin dövrdə imperiya
şərqində, dünyanın ən qədim ilahi dinlərindən olan zərdüştilik təşəkkül tapmış,
Qərbində Kroesus tərəfindən tanınmış filosoflar (Tales, Solon, Aesop və s.)
himayə edilmiş, həmçinin Navoxadonnozor Babil şəhərini inkişaf etdirərək qədim
dünyanın ən böyük şəhərlərindən birinə çevirmişdir.
Farsların hakimiyyəti altında.
E.ə. 553-cü ildə Persia hakimi II Kir babası Midiya padşahı Astiaqa qarşı çıxaraq
e.ə. 550-ci ildə ona qalib gəlir və hakimiyyəti ələ keçirir. Kirin hakimiyyəti ələ
keçirməsində Astiaqın hakimiyyətdə olduğu illər ərzində buraxdığı səhvlər
ucbatından Midiya zadəganlarının ondan üz döndərməsi də mühüm rol oynamışdı.
Beləliklə Maday dövlətinin xarabalıqları üzərində tarixdə ilk fars dövləti
olan Əhəmənilər dövləti quruldu. Kirin əldə etdiyi qələbədən
sonra madaylar daima onlara qulluq etmiş, həmişə özlərindən aşağı səviyyədə
qəbul etdikləri farslara tabe olmağa məcbur oldular. Həmin dövrdən madayların
təhqir olunması, alçaldılması və talan edilməsi dövrü başladı. Kir madayların
üstünə ağır vergilər qoydu. Yeni imperiyada farslar üstün mövqeyə sahib oldular.
Madaylar isə birmənalı olaraq öz mövqelərini itirdilər. Orduda və şərəf düzümündə
farslar madaylardan öndə durmağa başladılar, ölkədə bütün qayda – qanunlar
farsların adət-ənənəsinə uyğunlaşdırıldı, hətta müqəddəs kitab olan Avestaya da
dəyişiklər edildi. Fars hakimiyyəti altına keçdikdən sonra, Midiya iki hissəyə –
satrapa bölündü: madayların ana vətəni olan Kiçik Midiya (Azərbaycan) və Midiya
dövlətinə tabe olmuş digər əraziləri əhatə edən Böyük Midiya, I
Daranın hakimiyyəti dövründə Böyük Midiya XI satrap, Kiçik Midiya isə Zaqroş
ətrafı ərazilər, Alardlar və Saspirlərin torpağı, eyni zamanda Armenia vilayəti ilə
birgə VIII satraplıq adlandırıldı.
8
Ellinizm dövründə.
Arrian qeyd edir ki, e.ə. 330-cu ildə Makedoniyalı İskəndərin bütün Əhəməni
imperiyası ərazisinə sahib olmasından sonra, e.ə. 328-ci ildə III Daranın sərkərdəsi,
əslən madalı olan Atropat yenidən Midiya satrapı təyin edildi. Belə ki, İskəndər
bütün fars satraplarını vəzifədən uzaqlaşdırsa da, yalnız Atropatı sadiqliyi
qarşılığında öz vəzifəsinə – Midiya satrapı vəzifəsinə yenidən təyin etdi və daxili
müstəqillik verdi. Böyük Midiya ərazisi Makedoniyalı İskəndərin hakimiyyəti
altına keçsə də, Kiçik Midiya – Azərbaycan ərazisi ondan vassal asılılığını qəbul
etməklə daxili müstəqilliyini qorudu. Makedoniyalı İskəndərin ölümündən sonra,
onun varisləri arasında çəkişmələr başladığı dövrdə, Kiçik Midiya ərazi
bölüşdürülmələrindən uzaqda qaldı və bütün Azərbaycan tayfaları Atropatın vahid
hakimiyyəti altında birləşdirildi. Lakin Ekbatanla birgə bütün Böyük Midiya
ərazisi Selevkilər sülaləsindən olan I Antioxun hakimiyyəti altına keçdi, I
Selevkin hakimiyyəti dövründə isə (e.ə. 310) Atropat Kiçik Midiyanın
müstəqilliyini elan edərək nəhəng Midiya dövlətinin etnik və mədəni varisi olan,
dövlətçilik ənənələrini davam etdirən Atropatena dövlətini qurdu.
Astiaqın dövrü (e.ə. 585-550) və dövlətin süqutu.
Kiaksarın ölümündən sonra hakimiyyətə oğlu Astiaq gəldi. Astiaqın hakimiyyəti
illərində:

 Midiyanın daxili və xarici vəziyyəti mürəkkəbləşdi;


 Midiya zadagənlarının hüquqları məhdudlaşdırılmağa başlandı;
 Dövlətlə əyanların ziddiyyətləri artdı;
 Midiya sarayındakı farsmeyilli qüvvvələr fəallaşdı;
 Bir qrup Midiya əyanı fars vilayətinin başçısı II Kirlə gizli sazişə girdi.

E.ə. 553-cü ildə Midiya dövləti ilə müharibəyə başlayan II Kir qələbə qazandı.
Beləliklə, e.ə 550-ci ildə Midiya dövləti tarıx səhnəsindən silindi. Onun dövlətçilik
ənənələri və mədəniyyəti Əhəmənilər dövləti tərəfindən mənimsənildi.
Dövlətin dini.
Artıq e.ə. I minilliyin ilk yüzilliklərində Cənubi
Azərbaycanda və İran Kürdüstanında qərarlaşmış madalıların dini görüşləri
haqqındakı müəyyən təsəvvürü bizə onomastik material verir; bu, ilk
növbədə, Aşşur mətnlərində xatırlanmış hökmdarların, tanrıların adlarıdır. Daha
sonra erkən Mada ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkara
çıxarılmış məbədlərdir. Bu zonanın e.ə. IX–VIII əsrlərə aid olan onomastikasında
spesifik mazdaistik anlayışlar mövcuddur. Bu cəhət erkən Mada vilayətlərində və
ona qərbdən bitişik olan vilayətlərdə mazdaizm və yaxud bir sıra mazdaistik
təlimlərinin yayılması haqqında alimlərə fikir söyləməyə imkan verir. Lakin
mütəxəssislər, bu erkən mazdaizmin "Avesta"da öz əksini tapmış zərdüşti
9
mazdaizminə (daha doğrusu, mazdayasnizmə) nə dərəcədə uyğun olduğunu
deməyə çətinlik çəkirlər.
Madalıların dini təsəvvürləri Qərbi İran vilayətlərində (daha dəqiqi Güney
Azərbaycanda) meydana gəlmiş "Vidivdad"da əks olunmuş cəhətlərə uyğundur.
"Videvdat"ın tərtibçiləri isə Mada maqları ola bilərdilər. Diogen Laertli "maqların
təlimi"ndən danışarkən məlumat verir ki, maqlar odu, torpağı və suyu tanrı hesab
edirlər. Erkən zərdüştilik kimi, maqların təliminə də bütpərəstlik yaddır. Maqlar
tanrıların təsvirlərini tanımırdılar.Qərbi İran vilayətlərində (Güney Azərbaycanda)
hələ e.ə. I minilliyin başlanğıcında oda sitayiş edirdilər. Bu
ərazidəki atəşpərəstlik məbədləri, xüsusilə Nuşi-Cantəpədəki Mada məbədi bunu
tam müəyyənliklə təsdiq edir (e.ə. VIII əsrə aiddir). Madayların mənəvi
mədəniyyətində dini görüşlərdən və mifologiyadan başqa habelə epik yaradıcılıq
da mühüm yer tuturdu. Məlumdur ki, hələ çox qədim zamanlarda Kiçik
Asiyada müxtəlif epik əsərlər mövcud idi. Həmin əsərlərin süjetləri çox zaman
miflərlə bağlı olurdu.
Midiya dövlətinin mədəniyyəti.
Midiyanın özünəməxsus mədəniyyəti olmuşdur.
Sonradan madaylar digər Azərbaycan tayfaları ilə etnokonsolidasiya olunduğundan
onların mədəniyyəti də Azərbaycan ərazisindəki digər türk tayfalarının
mədəniyyəti ilə qarışmış və vahid Azərbaycan mədəniyyətini formalaşdırmışdır.
Mövcudluğunun qısamüddətli olmasına baxmayaraq, Mada dövləti Azərbaycanın
hüdudlarından xeyli uzaqda olan çoxsaylı tayfalara və xalqlara təsir etmiş, Yaxın
Şərqin mədəni və dini mərkəzinə çevrilmidi. Strabon yazırdı
ki, madaylar ermənilərin və daha öncə farsların, onların hökmdarlarının və Asiyada
hökmdarlıq adətlərinin baniləridir. Şübhəsizdir ki, Mada dövrü Cənubi
Azərbaycan tayfalarının tarixində mühüm nailiyyətlər və müxtəlif dəyişikliklər
zamanı olmuşdur. İran və Cənubi Azərbaycan sakinlərinin dini həyatında
Mada maqlarının rolu xüsusilə böyük idi.
Cənubi Azərbaycan əhalisinin mədəniyyəti və dini görüşləri bir çox qonşu
xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqədə inkişaf edirdi. İrandilli tayfalar bu
əraziyə gəlişləri zamanı sözsüz ki, öz mədəniyyətlərini də gətirmişdilər. Lakin
onlar mədəni inkişaf cəhətdən yerli türk tayfalar – madaylar və digərlərindən aşağı
olduqlarından o qədər də böyük təsir göstərə bilməmiş, əksinə özləri madaylardan
bir çox mədəni keyfiyyətləri mənimsəmişdilər. Onlar aborigenlərdən bir çox
cəhətləri, xüsusilə erkən Mada geyimini əxz etdilər. Bizə Assur relyeflərindən
məlum olan həmin geyim lulubilərin geyimi əsasnda yaranmışdı. Mada parçaları
haqqında da bunları demək lazımdır. Düzdür, sonralar madalılarda baqşa geyim
meydana gəldi; madaylar sonralar Persepol relyeflərində həmin geyimlə əks
olunmuşlar. Görünür, əski geyim yalnız Azərbaycanın Xəzərsahili ərazilərində
yaşayan kaspilərdə qalmışdı. Mada parçaları və geyimi bütün qədim dünya
miqyasında məşhurlaşmışdı. Aristofanın "Qurbağalar" əsərində deyilir ki, Mada
parçalarında at-xoruz, keçi-maral və baqa fantastik heyvanlar təsvir edilirdi. Mada
xlamidaları (bürüncəkləri) bütün Yaxın Şərqdə geniş yayılmışdı.
10
Madayların maddi mədəniyyəti haqqnda Mada qalalarının əks
olunduğu Assur təsvirləri, Mada paytaxtı Ekbatan zonasında, Baba-
Cantəpədə və Nuşi-Cantəpədə arxeoloji qazıntılar nəticəsində əldə olunmuş dəlillər
əsasında mühakimə yürütmək mümkün olmuşdur. Mada mədəniyyətinin daha
erkən abidələri Luristanda, məhur "Luristan tuncları" zonasıda aşkara
çıxarılmışdır. Mövzularının bir qismi aşkar şəkildə Avesta mənşəli olan Luristan
tuncları əsil Mada mədəniyyəti və incəsənətinin meydana gəlməsi və inkişafıda
müstəsna dərəcədə mühüm rol oynamışdır.
Midiya dövlətində incəsənət.
Midiya incəsənətinə qədim dini inanclarla birlikdə Avesta ideyaları da ciddi təsir
göstərmişdir. Midiya dövrünə aid əsərlərin təsvir motivləri bu fikri təsdiq edir.
Midiyanın əsas rayonlarında (Güney Azərbaycanda) arxeoloji qazıntı işləri
aparılmadığından Midiya incəsənəti, yalnız onun ətraf rayonlarının arxeoloji
materialları əsasında öyrənilməkdədir. Fransa, ABŞ və son
dövrlərdə İran arxeoloqlarının Damğan yaxınlığındakı Təpəhisar,
Kaşan yaxnlığındakı Təpəsiyalk, Nəhavənd yaxınlığındakı Təpəgiyan, Urmiya yax
ınlığındakı Göytəpə, Həsənlitəpə və Ziviyədə tapdıqları qədim sənət əsərləri
Midiya incəsənəti haqqında müəyyən təsəvvürün yaranmasına imkan vermişdir.
Həmin əsərlərin əksər hallarda daha qədim dövrə aid olması isə, Midiya
tayfalarının hansı mədəni baza üzərində təşəkkül tapmasını göstərməkdədir. Digər
qədim abidələr isə e.ə. I minilliyin başlanğıcına (e.ə. X – VIII əsrlərə), ən
qədim Azərbaycan dövlətlərinin mövcud olduğu dövrə aid edildiyindən, Midiya
incəsənətini öyrənməyə daha çox kömək edir.
Qədim Manna və Midiya tayfaları həmişə yaxın siyasi, iqtisadi və mədəni əlaqədə
olmuşlar. Manna Midiyaya tabe olduqdan sonra bu mədəni yaxınlıq ümumi bədii
inkişaf prinsiplərinə əsaslanmış, daha da möhkəmlənmişdir. Midiya sənətkarları bir
çox sahələrdə, Manna ustalarının sənət ənənələrini davam və inkişaf etdirmişlər.
Midiyanın ucqar rayonlarında aparılmış arxeoloji qazıntılar və tədqiqatlar bir sıra
sənət əsərlərini aşkar etmişdir. Tədqiqatçıların fikirlərinə görə, bu əsərlərə əsasən
demək olar ki, Midiyada dulusçuluq, bədii metal kimi dekorativ tətbiqi sənətlər və
heykəltəraşlıq inkişaf etmişdir.
Hökmdarların hakimiyyət illəri:
I. e.ə. təxm. 728 -675 Deyok
II. e.ə. təxm. 675 - 653 Fraorta
III. e.ə. təxm. 653 - 625 Madiy
IV. e.ə. təxm. 625 - 585 Kiaksar
V. e.ə. təxm. 585- 550 Astiaq

NƏTİCƏ:
11
Madalılar siyasi səhnədə e. ə. I minilliyin başlanğıcında fəallaşdılar. Onlar
Mannanın cənub-şərq tərəfində məskunlaşmışdılar. Mada tayfa birləşməsi
Azərbaycanın şimalından tutmuş şərq, cənub-şərq tərəfində, Zaqros dağlarının
aşağı hissələrində yaranmışdır. Onlar e. ə. 673-cü ildə Assuriyaya qarşı üsyan
edərək öz müstəqilliklərini elan etdilər. Saklar (skif, iskit) Assuriya ilə müttəfiq
olub midiyalılara hücum çəkdilər və özlərinə tabe etdilər. Onların hökmranlığı 28
il çəkmiş və Madiyin oğlu Kiaksar (625-585) iskitlərin ağalıgına nəhayət
vermişdir. Bundan sonra Kiaksarın vaxtında madalılar Hirkaniya, Parfiya, Parsa,
Elam, Manna, Urartu və Azərbaycan ərazisində yerləşən Skif şahlığına son
qoydular. E. ə. VII əsrdə Madada zərdüştilik dünyada ilk dəfə rəsmi dövlət dini
olmuşdur. Madalılar qonşuları Urartu və Asur krallıqlarını məğlub edərək
sərhədlərini Ön Asiyanın qərb hissəsində yerləşən Qızılirmaq çayından başlamış
müasir İranın şərq sərhədlərinə kimi çatdıra bilmişlər. Yalnız Araz çayının şimal
hissəsi Midiya dövlətinin hakimiyyəti altına düşməmişdir. Tarixçi alimlər burada
Alban dövlətinin yaranmasına, yəni e. ə. VI əsrə kimi Sak tayfalarının yaşadığı
fıkrinə üstünlük verirlər. Tarixi mənbələr yazır ki, Midiya dövlətinin yarandığı
dövrlərdə indiki Azərbaycan türklərinin yaşadığı torpaqlarda e. ə. VII yüzilliyin
70-ci illərində İşquz (Skif) Krallığı hökm sürürdü. Midiyalılar Asurilərlə
apardıqları hərbdə zəfər çalmış (e. ə. VII yüzilliyin axırı) və böyük güc
qazanmışdılar. Onlar VII əsrin ilk illərində Urartu və Skif krallığının torpaqlarını
əllərinə keçirə bilmişlər. Midiyalılar e. ə. 614-cü ildə Aşşur şəhərinə hücum çəkib
onu dağıtdılar və Babillilər ilə ittifaq yaratdılar. 612-ci ildə də Asuriyanın paytaxtı
Ninevanı məhv edib əhalisini qılıncdan keçirdilər. E. ə. 605-ci ildə isə Asuriya
ömrünü başa vurdu və torpaqları Midiya ilə Babil dövləti arasında paylaşıldı.
Midiya fateh xarakterli bir hökmdarın uğurları ilə özünü göstərsə də, hökmdar
Astiaqın dövründə xeyli zəiflədi. Çünki Astiaq atası Kiaksar kimi qüdrətli deyildi.
VII əsrin sonlarına doğru II Kuruş fars tayfalarını bir bayraq altmda cəmləşdirdi və
midiyalılar üzərinə yürüş etdi və ölkəni tamamilə ələ keçirtdi. Dövlətin paytaxtı
Ekbatan şəhəri olmuşdur.

Ədəbiyyat siyahısı:
12
I. İradə Nuriyeva, Azərbaycan tarixi, Bakı, 2015
II. Mehman Abdullayev, Azərbaycan tarixi, Bakı, 2014.
III. Azərbaycan tarixi. Dərslik.(S. Əliyarlının red. ilə).
Bakı, 1996,
IV. Azərbaycan tarixi. Dərslik. I cild. Bakı,1994
V. Şükürov K. Azərbaycan tarixi. (Üç hissədə) I hissə.
Bakı,2004
VI. Azərbaycan tarixi, 7 cilddə. Bakı, 1998, 2007. I cild.
VII. Məmmədov İ. Azərbaycan tarixi (ali məktəblər üçün
dərslik) Bakı, 2005.
VIII. http://www.anl.az (Axundov kitabxanası)
IX. https://www.azerbaijans.com/content_366_az.html

13

You might also like