You are on page 1of 18

Fakültə: ITIF

Ixtisas: Proseslərin avtomatlaşdırılması


mühəndisliyi

Qrup: 631.21

Fənn: Azərbaycan Tarixi

Tələbə: Hüseynli Fateh

Müəllim: Mustafayev Camal

Mövzu: Azərbaycan Cəlairilər dövləti


hakimiyyəti altında
Plan

İlk Cəlairlər

Noyon qardaşlar

Hökmdarları

Paytaxtları

Soyağacı
Cəlairilər Dövləti
İlk Cəlairlər
Bağdadın fəthindən sonra İlqa noyon Cəlair və
nəvəsi Qarabuğa Cəlair Bağdadın
yenidənqurması ilə məşğul olurdular. İlqa
noyon 1263-cü ildə Qızıl Ordaya qarşı yürüşdə
iştirak etmişdi. 1282-ci ildə Əhməd Təkudarın
hakimiyyətə gəlməsini ilk dəstəkləyənlər İlqa
noyonun oğlu Şiktur noyon və qardaşı Oğulay
Qorçu Cəlairin oğlu Buğa noyon idi. Daha
sonra Şiktur Noyon və qardaşı Ağbuğa noyon
Əhmədin, Buğa noyon və qardaşı Arıq noyon
isə Arqunun tərəfinə keçdilər. Mübarizədən
Arqun və Buğa noyon qalib ayrıldı. Lakin
Buğa hakimiyyəti tək ələ almaq istədiyi üçün
oğulları Abaçı, Malik, Tərxan Teymur və
Qutluq Teymur 1289-cu ildə edam edildi.
Ağbuğa noyon və Hüseyn noyon
1295-ci ildə Keyxatu xanın devrilməsindən sonra onun
dəstəkçilərindən biri olan Ağbuğa Cəlair də öldürülmüşdü. Lakin
elə həmin il Baydunun devrilməsi və Qazan xanın hakimiyyətə
gəlməsi Cəlairiləri də gücləndirdi. Qazan xan öz bacısı Ulcatay
sultanı Ağbuğa noyonun oğlu Əmir Hüseyn Cəlairlə evləndirdi.
Hüseyn noyon 1304-cü ildə artıq Olcaytu xanın 4 keşik
əmirindən biri idi. 1312-1313-cü ildə Arran hakimliyi il ə m əşğul
idi. Hüseyn noyonun qızı Soyurqatmış xatun Olcaytu ilə
evlənmişdi. Lakin 1316-cı ildə Olcaytunun ölümü ilə r əqib keşik
əmirlərindən biri - Əmir Çoban üstünlük qazandı. Əmir Çoban
həm də Əmir Hüseyn ilə quda idi - oğlu Həsən noyon Çobanın qızı
Bağdad Xatunla evli idi. Əmir Hüseyn 1322-ci ildə vəfat etdi.
Həsən noyon
Elxanilər dövlətinin süqutundan sonra Tacəddin Həsən noyon
bütövlükdə Azərbaycanda hakimiyyət uğrunda müharibələr
aparmış, lakin məğlub olaraq İraq istiqamətinə çəkilm ək
məcburiyyətində qalmış və orada öz dövlətini qurmuşdur. Əmir
Teymurun beşillik yürüşü zamanı Qaraqoyunlularla birlikdə
Teymurilərə qarşı müqavimət göstərmiş, lakin məğlub olaraq
Bağdadı itirmişlər. Həmin dövrdə hakimiyyətdə olan Sultan
Qiyasəddin Əhməd öncə Osmanlıya, sonra isə Məmlüklərə
sığınmışdır. Sultan Əhməd Temurun ölümündən sonra, 1405-ci
ildən etibarən dövləti yenidən dirçəltmiş və Təbrizi geri almağa
çalışmışdır. Lakin 1410-cu ildə Qaraqoyunlu sultanı Qara Yusif
tərəfindən məğlub edilərək edam edilmişdir.
1265-ci ildə İlqa noyonun digər oğlu
Tüqu noyon Rum əyalətində bitikçi kimi
çalışırdı. 1277-ci ildə Baybars tərəfindən
öldürülmüşdü.

Digər bir qardaş Ağbuğa noyon isə


Keyxatunun tərəfdarı idi. Öz qardaşı
Toğan noyonu belə Keyxatuya tabe
olmadığı üçün edam etmişdi.

Baybars 1260-1277
Cəlairilər hələ XIII əsrin ortalarında Hülaku
xanın Yaxın şərq ölkələrinə yürüşündə iştirak
etmiş, Cənubi Qafqaza gəlmişdilər. Onların
nümayəndələri Hülakular dövlətinin hərbi və
inzibati idarələrində xidmət etmişlər. Şeyx
Həsən Cəlairi XIV əsrin birinci rübündə
Rumda hakim idi. O, 1336-cı ildə Oyrat
qəbiləsindən olan Əmir Əli Padşahı və onun
taxta çıxardığı Musa xana qalib gələrək,
Hülaku Məhəmməd xanı Rumda padşah elan
etdi və bir müddətdən sonra Təbrizə daxil
oldu. O, Azərbaycanı və İraqı öz hakimiyyəti
altında birləşdirdi. 1338-ci ildə şeyx Həsən
Cəlairi daha qorxulu rəqiblə - şeyx Həsən
Çobani ilə qarşılaşmalı oldu. Həmin ilin iyul
ayının 17-də Çobanilərlə vuruşmada məğlub
olmuş şeyx Həsən Cəlairi Sultaniyyənin
hakimi kimi tanındı. O, bir müddətdən sonra Hülaku Məhəmməd xan

Xorasan əmirləri ilə ittifaq bağladı, Toqa 1278-1316

Teymur xanı padşah elan etdi və Çobanilərə


qarşı mübarizəni gücləndirdi.
Şeyx Həsən Cəlairi 1339-cu ildə Bağdada çəkilərək
Toqa Teymuru hakimiyyətdən məhrum etdi, onun
əvəzinə Keyxatu xanın nəslindən olan Cahan
Teymuru hakimiyyətə gətirdi. 1340-cı ildə şeyx
Həsən Cahan Teymuru taxtdan saldı, özünü
padşah elan etdi və beləliklə, Bağdadda Cəlairilər
dövlətinin əsası qoyuldu. şeyx Həsən Cəlairi
Azərbaycana olan iddialarından əl çəkməmişdi.
Onun 1340, 1341 və 1344-cü illərdə Azərbaycanı
ələ keçirmək cəhdləri boşa çıxdı. Azərbaycan
ərazisi şeyx Həsən Cəlairinin ölümündən sonra,
1359-cu ildə onun oğlu şeyx Üveys tərəfindən
Cəlairilər dövlətinin tərkibinə daxil edildi. Çobani
əmirlərinin bir hissəsi Naxçıvana toplaşdı və
sonradan Əxicuğun başçılığı altında birləşib
Arrana gəldi, burada məskən saldı. Onlara qarşı
göndərilən Cəlairi qoşunu Əmir Piltənin xəyanəti
nəticəsində məğlubiyyətə düçar oldu.
 Şeyx Üveys Bağdada doğru geri çəkildi. Təbriz yenidən Əxicuğun
ixtiyarına keçdi. 1359-cu ilin payızında Fars hakimi Məhəmməd Müzəffər
Azərbaycana hücum etdi və Təbrizə daxil oldu. Lakin bir həftədən sonra
ġeyx Üveys yenidən Azərbaycana gəldi və Təbrizi tutdu. Beləliklə,
Azərbaycan Cəlairilər dövlətinin tərkibinə daxil oldu. Cəlairilər dövlətinin
ərazisi Azərbaycan Gürcüstan və Ermənistanı əhatə edirdi. Şeyx Üveys
dövründə Azərbaycanın təsərrüfat və mədəni həyatında canlanma baş
verdi. Suvarma kanalları çəkildi, memarlıq abidələri inşa olundu, kənd
təsərrüfatını inkişaf etdirmək üçün müəyyən Şərait yaradıldı. Lakin
ölkədə bəzən üsyanlar baş verir. 1364-cü ildə Şirvanşah Kavus C əlairil ər
dövlətinə qarşı çıxdı və müstəqillik uğrunda mübarizəyə başladı. Bu
dövrdə Cəlairilər dövlətinin digər hissəsində - Bağdadda da üsyan baş
verdi və buna görə şeyx Üveys ġirvana səfərini təxirə saldı. O, Bağdada
getdi və üsyanı yatırdı. Şeyx Üveysin Bağdadda olmasından istifad ə
edən Şirvanşah Kavus iki dəfə Qarabağa gəldi və əhalinin bir hiss əsini
Şirvanın işçi qüvvəsinə olan ehtiyacını ödəmək məqsədilə Şirvana
köçürdü.
 Cəlairi qoşunu Bayram bəyin başçılığı ilə 1367-ci
ildə Şirvana daxil oldu və 3 ay ərzində Şirvanda
qaldı. Kavus ölkənin vəziyyətini nəzərə alıb
Cəlairilərlə danışıqlara başladı. Bayram bəy
Şirvanı ələ keçirdi və Kavusu sultanın hüzuruna
apardı. Lakin 3 aylıq həbsdən sonra Şeyx Üveys
onu yenidən Şirvana hakim təyin etdi. Şeyx
Üveysin ölümündən sonra hakimiyyət onun oğlu
Sultan Hüseynə (1374-1382) qismət oldu.
Cəlairilər dövlətinin daxilində feodal özbaşınalığı
gücləndi. Şirazda Şah Şüca, Diyarbəkirdə
Şirvanşahlar 1265-ci ildən
Qaraqoyunlu Qara Məhəmməd Cəlairilərin etibarən Azərbaycanda
hakimiyyətini qəbul etmədilər. Şah Şüca 1376-cı hakimiyyətə gəlmiş Elxanilərə
ildə Cəlairi qoşununu məğlubiyyətə uğratdı və tabe olmuşlar
Təbrizə daxil oldu. Təbriz şəhəri 4 ay müddətində
onun əlində qaldı. Lakin şah Şüca vaxtının çox
hissəsini eyş-işrətə sərf etdi, dövlət işləri ilə
məşğul olmadı.
 0, 1377-ci ildə Azərbaycana qayıtmış Sultan Hüseynə qarşı dura
bilmədi və Şiraza döndü. Ucanda keçirilmiş qurultayda Qaraqoyunlu
Bayram Xacəyə və Qara Məhəmmədə qarşı mübarizə aparmaq
qərarına gəlmiş Cəlairilər yürüşə başladılar və onları itaətə cəlb etdilər.
Lakin buna baxmayaraq, Cəlairilər dövləti ərazisində feodal
müharibələri kəsilmədi. 1378-ci ildə Bağdad əmirləri mərkəzi
hakimiyyətə qarşı çıxdılar, 10 minlik ordu ilə sultanın yay iqamətgahı
olan Ucan şəhərinə hücum etdilər. Cəlairi qoşunu vaxtında düşm ənin
qarşısını aldı və onu məğlubiyyətə uğrada bildi. Azərbaycanı tutmaq
niyyətlərindən əl çəkməyən Şiraz hakimi şah Şüca 1381-ci ildə yenidən
Təbrizə tərəf irəlilədi. Lakin o, tezliklə ġiraza qayıtmalı oldu. Vəziyyəti
sabitləşdirmək, getdikcə artan dövlət xərclərini ödəmək üçün Sultan
Hüseyn əhalinin üzərinə vergilər qoydu və varlılardan böyük məbləğd ə
pul aldı. Vilayət hakimləri, dövlət məmurları və vergi toplayanlar
lazımi dövlət nəzarətinin olmaması üzündən əhalini hər vasitə ilə
talamağa başladılar.
 Bu hal xalq kütlələri arasında narazılığın artmasına səbəb oldu. Sultan
Hüseynin qardaşı Sultan Əhməd oturaq əhalinin və yerli feodalların
narazılığından istifadə edərək hakimiyyətə yiyələnməyə səy göstərdi. O,
1382-ci ildə Muğana və Arrana getdi, tez bir zamanda xeyli qoşun
topladı və Təbrizə tərəf irəlilədi. Əhməd qardaşını öldürərək taxtda oturdu
və 1410-cu ilə qədər (fasilələrlə) Azərbaycanda hökmranlıq etdi. Sultan
Əhmədin hakimiyyətə gəlməsi dövlətin siyasi və iqtisadi həyatında
əhəmiyyətli dəyişiklik əmələ gətirmədi. Feodal müharibələri davam edirdi.
Sultan Əhmədin qardaşı Sultan Bayazid Təbrizdən qaçdı və Sultaniyyə
hakimi olan Əmir Adilin yanına getdi. Adil vəziyyətdən istifadə ed ər ək
Bayazidi sultan elan etdi və Təbrizə tərəf irəlilədi. Sultan Əhməd Əmir
Adilə müqavimət göstərmək iqtidarında olmadığı üçün Naxçıvana gəldi.
Əmir Adil Təbrizə daxil olduqdan sonra Sultan Əhmədi təqib etdi. Lakin
onun bir sıra əmirləri Əhmədin tərəfinə keçdilər. Buna görə də Adil Təbrizi
tərk edərək geri qayıtdı. Şəhər yenidən Əhmədin ixtiyarına keçdi. Lakin
Sultan Əhməd bu dəfə Təbrizdə çox qala bilmədi.
 Onun ikinci qardaşı Bayazid şeyx Əli və Əli Barəkin başçılıq etdikləri
Bağdad qoşunu ilə birlikdə Azərbaycana soxuldu. Sultan Əhməd Ucana
getdi və ordu tədarükü ilə məşğul oldu. Buna baxmayaraq, Sultan
Əhməd hərbi qüvvələrə, xüsusilə əmirlərə etibar etmədi. Buna görə də o,
Naxçıvana gəldi və Qaraqoyunlu Qara Məhəmmədlə ittifaq bağlayaraq
onun qoşunu ilə Bağdad əmirləri üzərinə hücuma keçdi. Tərəflər arasında
baş vermiş vuruşmada Şeyx Əli və Barək öldürüldülər, Sultan Əhməd isə
Təbrizə qayıtdı. Beləliklə, İraq-i Ərəb yenidən Sultan Əhmədin ixtiyarına
keçdi. Tezliklə Sultan Əhməd üçüncü dəfə Təbrizi tərk etməli oldu. Adillə
Sultan Bayazidin Təbrizə yürüş etdiklərini eşitmiş Əhməd Qarabağa
gedib Muğanda Şirvanşah Huşənglə ittifaq bağladı. Adil və Sultan
Bayazid Muğana gələrək Sultan Əhmədə qarşı vuruşdular. Şirvanşah
Huşəng qardaşlar arasında danışıqlar aparılmasına nail oldu. Qarşılıqlı
razılığa əsasən Azərbaycan (Kürdən cənuba) Sultan Əhmədə, İraq-i Əcəm
Sultan Bayazidə verildi. İraq-i Ərəb isə hər iki qardaşın nümay ənd əl əri
tərəfindən idarə olunmalı və bölgənin gəliri iki yerə bölünməli idi. Lakin
belə bir şərt Əmir Adili qane etmədi.
 O öz əmirlərini Bağdada göndərdi və şəhərin idarəsini əlinə
aldı. Sultan Əhməd Bağdada yürüş təşkil edib, Adili oradan
qovdu və Təbrizə qayıtdı. Lakin Adil Təbrizə yürüş edib ş əh əri
ələ keçirdi. Sultan Əhməd Marağaya çatarkən Adil güclü
qoşunla onun qarşısına çıxdı və Neylan adlı yerdə tərəflər
arasında vuruşma baş verdi. Tərəflərdən heç biri qələbə əldə
etmədi. Adil Sultaniyyəyə, Əhməd isə Marağaya getdi. Adil
Müzəffərilər sülaləsindən olan Şah Şüca ilə ittifaq bağlayaraq
yenidən Sultan Əhmədin üzərinə yürüş təşkil etmək fıkrinə
düşdü, lakin öz məqsədinə nail ola bilmədi. Əhməd onların
ittifaqını vədlərlə pozaraq, şah Şücantı öz tərəfinə cəlb edə
bildi. Sultaniyyə Bayazidin ixtiyarına keçdi.
 Lakin onun özbaşınalığı Şəhərdə narazılığa səbəb olduğu üçün
Sultan Əhməd buraya gəldi və şəhəri döyüşsüz ələ keçirdi. Beləliklə,
Cəlairilər dövlətinin bütün ərazisi 1384-cü ildə yenidən Əhmədin
hakimiyyəti altında birləşdi. Mərkəzi Orta Asiyada olan Teymur
imperiyasının yaranması və onun qonşu ölkələrə hücumu, Qızıl
Orda xanı Toxtamışın Azərbaycanı ələ keçirmək cəhdləri ölkənin
vəziyyətini daha da gərginləşdirdi. Nəticədə Azərbaycanın əsas
ərazisi Cəlairilər dövlətinin nüfuz dairəsindən çıxdı və Sultan
Əhmədin vaxtaşırı cəhdlərinə baxmayaraq, müxtəlif zamanlarda
Teymurilərin, bir sıra yerli feodallarının və Qaraqoyunluların
sərəncamında oldu. Cəlairilər də bir neçə dəfə Azərbaycana yürüş
edərək, Təbrizdə hakimiyyəti ələ aldılar. Əlincə qalası uzun müddət
Cəlairi şahzadələrinin əlində qalsa da, onlar 1386-cı ildən
Teymurun ölümünədək (1405) Azərbaycanda öz siyasi qurumlarını
bərqərar edə bilmədilər.
 Hökmdarları
 Tacəddin Həsən noyon (1336-1356)
 Sultan Üveys Cəlayır (1356-1374)
 Sultan Cəlaləddin Hüseyn (1374-1382)
 Sultan Qiyasəddin Əhməd (1382-1410)
 Sultan Bəyazid (1382-1383), İraqda
 Sultan Şahvələd (1410-1411)
 Sultan Mahmud Cəlayır (1411-1415), (1422)
 II Sultan Üveys (1415-1421)
 Sultan Məhəmməd Cəlayır (1421-1422)
 II Sultan Hüseyn Cəlayır (1424-1432)
Paytaxtları

Bağdad (1336-1358) Bəsrə (1411-1432) Təbriz (1358-1388)


Bağdad (1388-1411)
Soyağacı
Arqun xanın
Hüseyn noyon
kürəkəni, Ulcatay
Cəlayır Sultanın əri

Tacəddin
Dilşad
Həsən
xatun
noyon

I Üveys

Sultan
Şeyx Əli I Hüseyn Qiyasəddin
Əhməd Şeyx Həsən

Təndurə Əlaəddövlə
Şahvələd
xatun
II Sultan Hüseyn
Cəlayır
II Sultan
Mahmud Üveys Məhəmməd
Cəlayır

You might also like