You are on page 1of 450

GİRİŞ

Yeni tədris planı əsasında tərtib olunmuş “ Geotektonika və regional geologiya”


kursundan mühazirələrin konspekti adlı bu dərs vəsaiti iki hissədən ibarətdir. Onun
“Geotektonika“ bölməsində geotektonikanın əsas məsələlərinə baxılır və faydalı qa-
zıntıların əmələ gəlməsi, onların yerləşmə qanunauyğunluqları ilə əlaqədar olan xüsu-
si fənlər üçün əsaslı geoloji zəmin hazırlanır. Bunu nəzərə alaraq, Yerin və Yer qabı-
ğının quruluşu araşdırılır, tektonosferin, litosferin və yer qabığının əsas struktur ele-
mentlərinin xüsusiyyətləri inkişafı ətraflı izah olunur.
“Regional geologiya” bölməsində Yer qabığının müasir struktur planında intişar
tapmış qədim və cavan platformaların, Baykal, Kaledon, Hersin, Mezozoy, Alp qırı-
şıqlıq əyalətlərinin geoloji quruluşu, geoloji inkişaf tarixi, faydalı qazıntılarının yer-
ləşməsi və formalaşma qanunauyğunluğu haqqında məlumatlar verilir. Qarşıya qoyu-
lan məsələnin həllində kompleks tədqiqatlara əsaslanaraq tədqiq olunan ərazidə çö-
küntülərin stratiqrafik ardıcıllığının, yaşının öyrənilməsi və onların litoloji tərkibi və
toplanma şəraiti, effuziv və intruziv törəmələri, metamorfizmi, tektonik strukturları,
onların təzahürü və formalaşma mərhələləri, eləcədə onlarda faydalı qazıntıların ya-
yılması və formalaşması məsələlərinə baxılır.
“Geotektonika və regional geologiya” kursu fundamental bir fənn kimi ərazilə-
rin müxtəlif növ faydalı qazıntılar üzrə proqnozlaşdırılması, axtarış işlərinin istiqamə-
tinin müəyyənləşdirilməsi, geofiziki materialların təhlili, şəhər və qəsəbələrin, hidro-
texniki qurğuların və iri sənaye obyektlərinin tikintisində, hidrogeoloji və mühəndisi-
geoloji şəraitin qiymətləndirilməsi və s. mühüm rol oynayır.
Tetektonik strukturların dərinlik quruluşu, litostratiqrafiyası, tektonikası, maq-
matizmi, geoloji inkişaf tarixi və faydalı qazıntılar üzrə olan məlumatları özündə əks
etdirən “Geotektonika və regional geologiya” kursu nəzəri və böyük praktiki əhəmiy-
yətə malikdir. Bu kurs ölkəmizin müvafiq ali məktəblərində geologiya, geologiya-
coğrafiya və geoloji-kəşfiyyat fakultələrində fundamental fənn kimi örənilir.
Bu dərs vəsaiti yenidən işlənilmiş və ayrı-ayrı bölmələr üzrə son vaxtlar əldə
olunmuş məlumatlardan istifadə olunaraq əlavələr edilmişdir.

3
BIRINCI HISSƏ
GEOTEKTONIKA

4
BÖLMƏ 1. GEOTEKTONİKANIN FƏNNİ, TƏDQİQAT OBYEKTİ VƏ
ÜSULLARI, İNKİŞAFININ ƏSAS MƏRHƏLƏLƏRİ
1.1. GEOTEKTONİKANIN TƏDQİQAT OBYEKTİ VƏ ÜSULLARI

Geotektonika Yunan sözü olub, geo- yer və tektonikos- quruluş sözlərindən təş-
kil olunaraq, Yerin quruluşu və inkişafı haqqında elmdir. Ümumiyyətlə, geotektonika
elmi Yer qabığında baş verən tektonik hərəkətləri və onların təsiri nəticəsində əmələ
gələn müxtəlif struktur formaları (qitələr, okeanlar və onları təşkil edən platformalar,
geosinklinallar, orogenlər və s.) öyrənir. Struktur dedikdə süxurların paylanmasındakı
və yatımlarındakı müxtəliflik nəzərdə tutulur. Bu müxtəlifliyin səbəbi isə Yer qabı-
ğında və daha dərin qatlarda baş verən tektonik hərəkətlərdir. Qeyd etmək lazımdır
ki, tektonik hərəkətlər təkçə Yerin dərinliklərində baş verən fiziki-kimyəvi proseslə-
rin deyil, həmçinin Yer səthində baş verən hadisələrin də məhsuludur.
Bu kursu öyrənən zaman Yer qabığının hərəkəti, deformasiyası anlayışlarının
tam aydılaşdırılması lazımdır.
Tektonik hərəkətlər- üst mantiyanın və Yer qabığının ayrı-ayrı bloklarının
(seqmentlərinin) bir-birinə nisbətən mexaniki yerdəyişməsidir. Bu yerdəyişmə süxur-
ların yatım formasının dəyişməsi və eləcədə onların deformasiyası ilə müşayiət olu-
nur. Tektonik hərəkətlər Yerin təkində baş verən kifayət qədər mürəkkəb fiziki-kim-
yavi proseslərin məhsuludur.
Deformasiya- süxurların ilkin yatımında baş verən dəyişirikliyə (dislokasiyaya)
səbəb olan bir prosessdir. Deformasiya prosesinin nəticəsi olan dislokasiyayanın pli-
kativ (qırışıqlıq), dizyunkliv (qırılma) və inyektiv (maye və ya plastik formada daxil
olma) formaları vardır.
Geotektonikanın tədqiqat obyekti yalnız endogen proseslər olub, əsasən aşağıda-
kı sahələri əhatə edir:
1. Yer qabığında yayılmış süxurların yatım formalarının tədqiqi;
2. Müşahidə olunan strukturlar formaların inkişaf tarixinin öyrənilməsi;
3. Struktur əmələ gətirən proseslərin ardıcıllığında, qarşılıqlı əlaqasində qanuna-
uyğunluğun araşdırılması və onların sahəvi paylanmasının öyrənilməsi;
4. Struktur formaların dərinlikdə əmələgəlmə səbəblərinin, inkişafının tədqiqi;
5. Endogen proseslərin baş vermə səbəblərinin (tektonik, maqmatik, metamor-
fik) tədqiqi.
Geotektonika da başqa elm sahələri kimi özünün xüsusi tədqiqat üsullarına ma-
likdir (cədvəl 1.1), eləcədə digər elmlərin üsullarından istifadə edir.
Yer qabığının quruluşunu və daxilində gedən mexaniki proseslərin öyrənilməsi-
ni asanlaşdırmaq, qarşıya qoyulan məsələni aydın və ardıcıl həll etmək məqsədilə
geotektonika aşağıdakı bölmələrə ayrılır.
Morfoloji geotektonika və yaxud struktur geologiya tektonik harəkətlərin
əmələ gətirdiyi struktur formaları (qırışıqlar, batolit, lakolit, müxtəlif tip qırılmalar
üzrə yerdəyişmələr və s.) öyrənir və bu formaların təönifatını hazırlayır. Struktur geo-
logiya qırışıqlıq və qırılma dislokasiyalarının növlərini (məsələn, xətti, kunbəzvarı,
duz, maili, yatıq, sandıqvarı strukturlar, fay, əks-fay, üstəgəlmə və s.) öyrənir və bun-
ların təönifatını verir.

5
Cədvəl 1.1
Tektonik tədqiqat üsulları

Tədqiqat üsulları Xarakteristikası


Çökmə-maqmatik və metamorfik süxurların yatım xüsusiyyətini, struktur ele-
mentlərin ayrı-ayrı formalarını (qırışıq, qırılma və s.), onların qarşılıqlı yerləş-
Struktur üsul
məsini, istiqamətini və onların əmələ gəlmə ardıcıllığını öyrənir. Struktur ana-
liz müxtəlif miqyaslarda (dəqiq, regional, qlobal) aparılır.
Eyni tipli strukturların nisbətən oxşar və fərqli xüsusiyyətlərini, eləcədə (geo-
Müqayisəli sinklinal → orogen → platforma) inkişaf ardıcıllığllığını (təkamülü) müəyyən
tektonik üsul etmək məqsədi ilə bir-biri ilə əlaqəli strukturların müqayisəsi aparildıqda tət-
biq olunur.
Yaxşı öyrənilmiş eyni tipli struktura nəzərən, zəif öyrənilmiş bu və ya digər
Analogiya üsulu
struktur elementin xüsusiyyətini proqnozlaşdırmaq üçün istifadə olunur.
Geodezik üsul Müasir hərəkətləri, deformasiyaları öyrənmək üçün istifadə olunur
Müasir hərəkətləri, deformasiyaları və onlar tərəfindən yaradılan strukturların
Geomorfoloji üsul
öyrənilməsində istifadə olunur.
Paleotektonik analizin mühüm üsullarından biri olub, yuyulma və çöküntülə-
rin toplanma sahələrinin, eləcədə hövzənin dərinliyinin artma istiqamətinin
müəyyən olunmasında; qırılmalar boyunca üstəgəlmə və üfüqi yerdəyişmələ-
Qalınlıq və fasiya-
rin amplitudasının təyinində; tektonik əyilmənin kəmiyyət və keyfiyyət baxı-
nın analizi üsulu
mından qiymətləndirilməsində; şaquli tektonik hərəkətlərlə əlaqədar çöküntü-
toplanma hövzəsinin dərinliyinin dəyişməsinin qiymətləndirilməsində mühüm
əhəmiyyət kəsb edir.
Bir mərhələnin digərinə nisbətən struktur planının dəyişməsinin müəyyən
Fasilə və uyğun- olunmasında; ayrı-ayrı stratiqrafk vahidlərin arasında müxtəlif tip uyğunsuz-
suzluğun analizi luğun müəyyən olunmasında və tədqiq olunan ərazinin quruluşunun formalaş-
üsulu ma tarixinin dəqiqləşdirilməsində; yeni mərhələdə Yerin inkişaf tarixində baş
vermiş əsas deformasiya fazalarının müəyyən olunmasında istifadə olunur.
Ayrı-ayrı strukturların geotektonik inkişaf mərhələlərinin aydınlaşdırılmasın-
Formasiyaların da; platforma və mütəhərrik zonaların (geosinklinalların) qədim geoloji dövr-
analizi üsulu lərdəki hüdudlarinin. tektonik rejiminin müəyyən olunmasında mühüm əhə-
miyyət kəsb edir.
Fiziki və riyazi mo- Tektonik strukturların əmələ gəlmə mexanizminin müəyyən olunmasında
delləşdirmə üsulu istifadə olunur.
Paleocoğrafi və paleotektonik üsulların bir növü olub, üfüqi hərəkətlər nəticə-
sində yerlərini dəyişmiş struktur elementlərin ilkin vəziyyətlərinin təyin edil-
Palinspastik üsul
məsinə əsaslanır, əksərən geosinklinal və qırışıq-dağlıq vilayətlərinin struktur-
larının ilkin vəziyyətinin təyinində geniş istifadə edilir.
Yerin keçmiş geoloji dövrlərinin maqnit sahələrinin öyrənilməsinə əsaslanır.
Yerin paleomaqnit qütblərinin vəziyyətini təyin etməyə imkan verir və Yerin
Paleomaqnit üsulu
paleomaqnit qütblərinin zaman etibarı ilə dəyişdiyini göstərir. Bu faktın varlı-
ğı isə qitələrin bir-birinə nisbətən yerlərini sübut edir.

Regional geotektonika. Burada müasir dövrdə müxtəlif tip tektonik pozulmala-


rın Yer qabığında yayılması tədqiq edilir, həmçnnin ayrı-ayrı geostruktur zonalar ay-
rılır və tektonik xəritələrdə göstərilir.
Tarixi geotektonika. Strukturların ardıçıl geoloji inkişaf tarixi öyrənilir və mü-
əyyən mərhələlərə ayrılır, həmin strukturların əmələ gəlməönnə səbəb olan tektonik
hərəkətlərin xarakteri və istiqaməti müəyyənləşdirilir. Uzun müddətli zaman ərzində

6
baş verən geoloji dəyişiklikləri bilavasitə müşahidə etmək mümkün olmadığından,
geotektonika, proseslərin törətdiyi nətiçələrə görə müxtəlif üsullardan istifadə edib,
geoloji keçmişin tektonik hərəkətlərinin ayrı-ayrı mərhələlər üzrə xarakterini araşdı-
rır. Tarixi geotektonik təhlil nətiçəsində tektonik rejimin və yaxud strukturun inkişaf
tarixinin müxtəlifliyinə görə Yer qabığını ayrı-ayrı geostruktur zonalara (qırışıqlıq
zonalara və platformalara) ayırmaq mümkündür.
Müasir tektonik hərəkətləri tarixi geotektonikanın neotektonika bölməsi öyrənir.
Neotektonikada istifadə olunan üsullar (tarixi-arxeoloji; su səviyəsinin dəyişilməsi
üzərində aparılan muşahidələr; yüksək dəqiqliklə təkrar nivelirləmə; təkrar trianqul-
yasiya; çoğrafi koordinatların təkrar təyini; geomorfoloji və s. üsullar) paleotektonik
təhlil məqsədilə tətbiq edilən üsullardan kəskin fərqlənir.
Ümumi və yaxud nəzəri geotektonika (yaxud dinamik geotektonika). Topla-
nan məlumatlar ümumiləşdirilir, tektonik hərəkətləri qarşılıqlı əlaqəsi və bunların ar-
dıcıllığında olan ümumi qanunauyğunluqlar öyrənilir və tektonik strukturların əmələ
gəlməsi aydınlaşdırılır.
Ümumi geotektonika Yerin geoloji tarixində tektonosferin təkamülünün ümumi
istiqamətini aydınlaşdırır. Burada həmçinin tektonofizikanın, eksperimeital tektoni-
kaiın və geomexanikanın məlumatları əsasında tektonik hərəkətlərin və deformasiya-
ların səbəbləri müəyyən edilir və tektonik strukturların tiplərinin mənşəyi aydınlaşdı-
rılır. Bu bölmədə, həmçinin, Yerin inkişafı haqqındakı geotektonik fərziyyələr də
araşdırılır. Qeyd etmək lazımdır ki, geoloji ədəbiyatda ümumi qəbul edilə bilən geo-
tektonik nəzəriyyə hələlik işlənib hazırlanmadığından tektonik hərəkətləri bir-biri ilə
qarşılıqlı əlaqələndirmək məqsədilə bir sıra xususi nəzəriyyələrdən istifadə edilir.
Tektonofizika. Nəzəri geotektonikanın yeni bölməsidir, bəzən onu eksperimen-
tal tektonika da adlandırırlar. Geoloji xəritəalmanın materiallarının struktur təhlili
əsasında tektonik gərginlik sahələrini bərpa etmək və həmçinin, ayrı-ayrı strukturları
maddi modelləşdirmək yolu ilə Yer qabığının deformasiyasını və bütövlükdə tekto-
nosferi öyrənir.
Seysmotektonika. Yeni bir elm sahəsi olub, iki elmin- seysmologiyanın (zəlzə-
lələr haqqında elmin) və geotektonikanın qarşılıqlı əlaqəsi nətiçəsində meydana gəl-
mişdir. Seysmotektonika zəlzələlərin yaranmasının tektonik şəraitlərini öyrənir.
Tətbiqi geotektonika. Yer qabığında faydalı qazıntı yataqlarının tektonik şərait-
lərdən asılı olaraq paylanması qanunauyğunluqlarını aydınlaşdırır, beləliklə də, axta-
rış və kəşfiyyat işlərini düzgün istiqamətləndirməyə imkan yaradır.
Faydalı qazıntı yataqlarının Yer qabığında paylanması geotektonik rejimin xa-
rakteri ilə sıx bağlıdır. Bu yataqların hər biri ayrılıqda özünəməxsus tektonik şəraitdə
əmələ gəlir. Bu səbəbdən tətbiqi geotektonika bir sıra bölmələrə (filiz və kömur ya-
taqlarının geotektonikası, neft və qaz yataqlarının geotektonikası və s.) ayrılır.
Məlumdur ki, endogen filiz yataqlarının hər bir növü geosinklinal sahələrin in-
kişafının ayrı-ayrı mərhələlərində, məsələn, qalay və volfram yataqları geosinklinal-
ların kənar zonalarında, xromit və nikel yataqları isə mərkəz zonalarında əmələ gəlir.
Neft, qaz və duz yataqları Yer qabığının böyük depressiyaları və çökəklikləri ilə əla-
qədardır. Bütün faydalı qazıntı yataqları Yer qabığının geotektonik inkişafı və tekto-
nik strukturları ilə bilavasitə bağlıdır.

7
1.2. GEOTEKTONİKANIN İNKİŞAFININ ƏSAS MƏRHƏLƏLƏRİ

“Geotektonika” anlayışı ilk dəfə alman geoloqu K.Nauman tərəfindən təklif


olunmuş və yalnız keçən əsrin ortalarından elm və tədris fənni kimi tam formalaşmış-
dır. Geotektonika elmi uzun və murəkkəb bir inkişaf yolu keçmişdir.
Antik mərhələ. Geoloji hadisələrin və ətraf mühitin dərk olunmasına maraq hə-
lə yunan və romalıların vaxtından yaranmışdır. Antik filosofların əsərlərində yer sət-
hinin mütəhərrikliyi və onunla əlaqədar olaraq dənizin quruya doğru irəliləməsi və
geri çəkilməsi, dağların əmələgəlməsi kimi fikirlərə rast gəlinir. Antik zamanda geo-
logiyada iki istiqamət (plutonistlər və neplutonistlər) qeyd olunurdu. Neplutonistlər
ekzogen proseslərin (birinci növbədə sulu mühitin) başlıca rol oynadığını subut etmə-
yə çalışırdılar. Məsələn qədim yunan filosofu Fales (b.e.ə. 626-547-cı illər) belə he-
sab edirdi ki, Yer onda yaçayan canlılarla birlikdə sudan yaranmışdır və yenidən ona
çevriləcəkdir. Ksenofan, Ksanf və b. dağlarla rast gəlinən dəniz mənşəli qalıqlara isti-
nad edərək, bu sahələrin əvvəllər dənizlə örtüldüyünü iddia edirdilər.
Plutonistlər bütün geoloji proseslərin və hadisələrin Yerin daxili gücü ilə əlaqə-
ləndirirdilər. Heraklit (b.e.ə. 544-474-cü illər) odun ilkin varlıq olduğunu və onun
zəifləməsi ilə bütün şeylərin yarandığını hesab edirdi. Sisilya filosofu Empedokl
(b.e.ə. 490-430-cü illər) Yerin nüvəsində odlu mayenin olduğunu və vulkanların püs-
kürməsinin onunla əlaqədar olduğunu iddia edirdi.
Roma imperiyasının süqutundan sonra, bəşər sivilizasiyasının inkişafında enmə
baş verir. Bu mərhələ, keçmişin fəlsəfi irsinin tam unudulması dövrü kimi səciyyələ-
nir, VI əsrdə I Georgi Roma kitabxanasını yandırır, avropada “qara günlər” başlayır.
Sonralar (monqol istilasına kimi) antik filosofların fikirləri ərəb alimlərinin əsər-
lərində öz inkişafını tapmışdir.
Geotektonikanın inkişafı həmişə geologiyanın, geofizikanın və geokimyanın
yüksəlişi ilə əlaqədar olmuşdur. Həmçinin geotektonikanın inkişafı ilə kosmoqonik
təsəvvürlərin təkamülü arasında da müəyyən əlaqə olduğu artıq çoxdan müəyyən
edilmişdir. Geotektonikanın inkişafında aşağıdakı başlıca mərhələlər ayrılır.
Birinci mərhələ- hazırlıq mərhələsi (XVII əsrin ikinçi-XVIII əsrin birinçi
yarısı). Yer qabığının mütəhərrik olması qədim yunanlara artıq məlum idi. Bu təsəv-
vurlər müəyyən formada yunan coğrafiya alimi Strabon tərəfindən ifadə edilmişdir.
1669-çu ildə İtalyan alimi N.Steno (mənşə etibarilə danimarkalıdır) özunun tek-
tonikanın əsasını qoyan bəzi mülahizələrini şərh edərək göstərmişdir ki, çökmə süxur
təbəqələri əvvəlçə üfüqi vəziyyətdə yatır. Müasir dövrdə isə həmin təbəqələrin maili
yatması onların sonralar pozulduqlarını göstərir. H.Steno Yer səthinin relyefinin uzun
sürən dəyişikliklərə məruz qaldığını qeyd etmişdirsədə, tektonik pozulmaların səbəbi-
ni layların yeraltı boşluqların üzərinə çökməsində görürdü.
XVII əsrin görkəmli alimləri R.Dekart və Q.Leybnist Yeri kifayət qədər mürək-
kəb və uzun inkişaf tarixinə malik bir çisim kimi təsəvvür edərək, onun əvvəlcə odlu
ərinti halında olduğunu, sonralar soyumağa başlamış bərk qabıqla örtüldüyünü söylə-
mişlər. R.Dekartın fikrinçə bərk qabıq altında yaranmış boşluqlar hava və su ilə dol-
muş, qabığın ayrı-ayrı hissələri uçaraq həmin boşluqlara tökülmüç və yaranmış çökək
sahələr boşluqlardan çıxan su ilə örtülərək okeana çevrilmnşdir.

8
Q.Leybnitsin fikrinçə dunya okeanı, ilk mərhələdə odlu ərinti halında olan Yeri
əhatə edən su buxarlarının sıxılması hesabına yaranmışdır. J.Buffon Leybnitsin fikir-
lərini təsdiq etməklə bərabər Yerin mənşəyi haqqında yeni fikir söyləmişdir. Leybnit-
sin fikirləri məşhur fransız naturalisti J.Buffon tərəfindən inkişaf etdirilmişdir. J.Buf-
fon hecab edirdi ki, Yer və başqa planetlər, kometin zərbəsi nəticəsində Günəşdən
qopub ayrılmışdır. R.Dekartin, Q.Leybnitsin və J.Buffonun Yer qabığı hərəkətlərinin
səbəbləri və xarakteri haqqındakı təsəvvürləri həqiqətdən uzaq olsada, onlar Yerin
mənşəyi və inkişafı haqqında ilk hipotez yaratmışlar.
Alp darlarında muşahidə edilən qırışıqların qrafiki çəkilməsi sahəsindəki ilk tə-
şəbbüslər də həmçinin birinçi mərhələnin sonuna aiddir.
Beləliklə, geotektonikanın inkişafının birinçi mərhələsi Yerin əmələ gəlməsi və
süxurların yatım şəraitlərinin pozulması ilə əlaqədar olaraq Yerin relyefinin dəyişmə-
si haqqında təsəvvürlərin meydana gəlməsi ilə xarakterizə edilir. Bu pozulmaların sə-
bəbini ekzogen, endogen proseslərdə görürdülər. Birinçi fikrin tərəfdarları qədim yu-
nan neptunistlərinin, ikinçi fikrin tərəfdarları isə plutonizmin davamçıları olmuşlar.
İkinçi mərhələ (elmi mərhələ- XVIII əsrin ikinçi yarısı-XIX əsrin birinçi ya-
rısı). Geotektonikanın inkişafının ikinçi mərhələsi geologiya elminin formalaşması
ilə bir vaxta təsadüf edir. Geologiyanın bu dövrdə bir elm kimi inkişafı ilk növbədə
M.V.Lomonosovun və C.Hettonun elmi fəaliyyətləri ilə bağlıdır. M.V.Lomonosov
geologiyaya dair əsərlərində geoloji proseslərin ekzogen və endogen proseslərdən
ibarət olduğunu, dağların və çökəkliklərin yaranmasında endogen proseslərin əsas rol
oynadığını göstərmişdir. M.V.Lomonosov kimi C.Hetton da Yer səthinin ayrı-ayrı sa-
hələrinin qalxması səbəblərini Yerin «yeraltı istiliyinin» təsirində görürdü. Bundan
əlavə o, vulkanizmi də yeraltı istiliklə, qranitin, bazaltın və başqa maqmatik süxurla-
rın əmələ gəlməsini vulkanizm ilə əlaqələndirirdi.
Endogen proseslər haqqında plutonistlərin təsəvvürləri, sonralar inkişaf etdirilə-
rək ilk tektonik fərziyyəsin- qalxma fərziyyəsinin formalaşmasına gətirib çıxardı
(L.Bux, B.Ştuder). Bu hipotezə görə qırışıqlıq dağ silsilələrinin yaranması həmin sil-
silələrin oxları üzrə yer səthinə çıxan maqmatik kütlələrin qalxması və genişlənməsi
ilə əlaqədardır. Rusiyada da qalxma fərziyyəsinin görkəmli tərəfdarlarından D.İ.So-
kolov, Q.E.Şurovski, Q.V.Abix, N.A.Qolovkinski və b. göstərmək olar.
İkinçi mərhələnin sonunda qırışıqlıq pozulmalarının sistemləşdirilməsi üzrə işlər
aparılmlş, antiklinal və sinklinal qırışıqlar ayrılmış (Konibir və Fillips, 1824), layların
aşırılmış (çevrilmiş) yatım halları müəyyən edilmişdir (Dümon, 1830).
Qırışıqlıq dağ silsilələrinin yerləşməsində əsas istiqamətlər və dağ silsilələrinin
yerləşməsində həndəsi qanunauyrunluqlar aşkara çıxarılmışdır (L.Bux. və Eli de Bo-
mon). Dağəmələgəlmə və onunla sıx əlaqədar olan vulkanizm (qalxma fərziyyəsinə
görə) bütün planet üzrə eyni vaxtda baş verən ümumdünya miqyaslı fəlakət kimi başa
düşülmüşdü. Eli de Bomon Yerin tarixində guya 32 belə fəlakətin olduğunu göstər-
mişdir. İkinçi mərhələdə geologiya demək olar ki, dörd Avropa ölkəsində- İnkiltərə,
Fransa, Almaniya və Rusiyada inkişaf etmişdir.
Üçünçu mərhələ- klassik mərhələ (XIX əsrin ikinçi yarısı). Geologiyanın
keyfiyyətçə yeni forma aldıqı bu mərhələ geotektonikanın inkişafında klassik mərhələ
adlanır. XIX əsrin ortalarınadək geotektonikada hakim olan qalxma fərziyyəsi XIX

9
əsrin ortalarından başlayaraq öz yerini dövrünə görə daha mütərəqqi olan kontraksi-
yaya (yəni Yer kürəsinin sıxılması) fərziyyəsinə vermişdir.
Sonralar P.Laplas tərəfindən dəyişdirilən və təkmilləşdirilən E.Kantın kosmo-
qoniya fərziyyəsi bütün dünyada özünə geniş vüsət tapdı. Həmin fərziyyənin əsasın-
da, onun məntiqi davamı kimi Eli de Bomon 1852-çi ildə özünün kontraksiya fərziy-
yəsini irəli sürdü. Bu fərziyyəyə görə qırışıq və dağəmaləgəlmə prosesləri, Yer qabı-
ğının sıxılmasının nəticəsidir. Belə ki, bu sıxılma soyumanın təsiri altında Yerin da-
xili hissələrinin həçminin kiçilməsi şəraitində baş verir. Kontraksiya fərziyyəsi elmdə
son dərəçə səmərəli fərziyyə olmaqla yarım əsrdən artıq bir müddətdə nəinki geotek-
tonikanın, həm də ona yaxın olan geoloji fənlərin inkişafı üçün ən etibarlı nəzəri zə-
min yaratmışdır. Məşhur alimlərdən E.Züs və A.Heymin əsərlərində, Alp dağlarında
qırışıqlıq strukturlarının mənşəyini aydınlaşdırmaq məsələlərində kontraksiya fərziy-
yəsi çox baçarıqla tətbiq edilmişdir. Amerika alimi Villisin fikrinçə Appalaç dağların-
da muşahidə edilən qırışıqlar yandan sıxılma nəticəsində əmələ gəlmişdir.
Rusiyada da kontraksya fərziyyəsinin tərəfdarları olmuşdur. XIX əsrin axırı və
XX əsrin əvvəllərində məşhur rus geoloqlarından A.P.Karpinski, F.N.Çernışev,
İ.V.Muşketov, A.P.Pavlov, K.İ.Boqdanoviç və b. öz əsərlərində bu fərziyyəni çox
məharətlə tətbiq etmişlər. XIX əsrin ortalarında birinçi olaraq Amerika geoloqu
Ç.Xollun diqqətini belə bir fakt cəlb etmişdir ki, qırışıqlıq vilayətlərdəki çöküntülərin
qalınlığı düzən sahələrdəki (yəni platformalardakı) çöküntülərin qalınlığına nisbətən
xeyli çoxdur. XIX əsrin 70-çi illərində digər amerika geoloqu Ç.Dena geosinklinallar
haqqında təlimin qısaça başlanqıç ifadəsini vermiş və geosinklinallara Yer qabığının
böyük çökəklikləri kimi baxaraq, onların üfüqi sıxılma qüvvələrinin təsiri nəticəsində
yarandığını söyləmişdir. Ç.Dena belə hesab edirdi ki, geosinklinallar həmişə qitələrin
kənarları boyunça yaranır; çünki, okeanın dibi, Yerinn ümumi sıxılma prosesində
enərək qonşu qitələrə təzyiq göstərir. Geosinklinal nəzəriyyəsi sonralar E.Oqun,
E.Arqanın və başqalarının əsərlərində daha da inkişaf etdirilmişdir.
O zamanlar rus geoloqlarının diqqətini qırışıqlıq vilayətlərdən başqa duzən sahə-
lərin- platforma ərazilərinin geoloji quruluşu və inkişafı çəlb edirdi. A.P.Karpinski,
N.A.Qolovkinski, A.P.Pavlov göstərmişlər ki, Şərqi Avropa platformasının ərazisi də
tektonik hərəkətlərə məruz qalır; lakin bu hərəkətlər tədriçi və uzunmuddətlidir. Hə-
min hərəkətlərə geoloji ədəbiyatda ehtizazi, yaxud dalğavarı-ehtizazi hərəkətlər
(A.P.Karpinski) deyilir.
A.P.Karpinski müxtəlif yaşlı çöküntülərin fasiyalarını mükəmməl öyrənərək
Şərqi Avropa platforması üçün paleoçoğrafi xəritələr tərtib etmiş və onların təhlili
əsasında həmin platformanın geotektonik inkişafını vermiş və ehtizazi hərəkətlərin
qanunauyğunluqlarını müəyyənləşdirmişdir. A.P.Karpinskinin bu tədqiqatları, demək
olar ki, dunya miqyasında platformalar haqqında təlimin məhək daşı hesab olunur.
Geotektonikanın inkişafının üçüncü mərhələsi təbii olaraq məşhur avstriya geo-
loqu E.Züssün «Yerin siması» (1885-1909) adlı monumetal əsəri ilə tamamlanır.
E.Züss bu əsərdə o vaxta qədər qitələrin geoloji quruluşuna dair toplapmış bütün ma-
terialı kontraksiya fərziyyəsi əsasında təhlil edərək ümumiləşdirmişdir.
Geotektonikanın inkişafının üçünçu mərhələsi cənaye kapitalizminin sürətli in-
kişafı ilə bir vaxta düçür. Sənayenin durmadan yüksəlişi geoloqlar qarşısında müxtə-
lif və böyük xammal mənbələri aşkara çıxarılması kimi çətin məsələ qoyurdu.

10
Dördunçu mərhələ- kritik mərhələ (XX əsrin birinçi yarısı). Bu dövrdə ra-
dioaktivliyin kəşf edilməsi ilə kontraksiya fərziyyəsinə daha sarsıdıçı zərbə endirildi
və onun həm kosmoqonik, həm də fiziki əsası tamamilə puça çıxarıldı və qitələrin
üfüqi hərəkəti (yerdəyişməsi) fərziyyəsinin yarandı.
XIX əsrin sonu və XX əsrin başlanğıçında təbiət elmləri sahəsində baş verən
mühüm hadisələr kontraksiya fərziyəsinin və xüsusən onun ilk əsasının dağılmasına
(iflasa uğramasına) gətirib çıxardı; bu isə öz növbəsində geotektonikada ümumi böh-
rana səbəb oldu. Bu hadisələrdən ən başlıçası kosmoqonistlərin Kant-Laplas fərziyyə-
sindən imtina etmələri idi. Kontraksiya fərziyyəsi isə əslində bu hipotez əsasında ya-
ranmışdı. Bu dövrdə xüsusilə göstərilirdi ki, Günəş sistemində muşahidə ednlən pla-
netlərlə Günəş arasında hərəkətin miqdarça neçə paylanmasını Kant-Laplas fərziyyəsi
izah edə bilmir və ona görə də bu hipotezdən artıq imtina edildi.
Multon və Çemberlin tərəfindən təklif edilən yeni kosmoqonik fikirdə Yerin və
başqa planetlərin yaranması qaynar (isti) halda deyil, coyuq halda qəbul edilirdi.
Kontraksiya fərziyyəsinə görə Yer başlanqıçda ərimə halında olduğu nəzərə alınarsa,
bu fikirin kontraksiya fərziyyəsinə tamamilə zidd olduğunu qeyd etmək olar.
Kosmoqoniya sahəsində də mühüm irəliləyişlər olmuşdur. 1944-cu ildə
O.J.Şmidtin yeni kosmoqonik fərziyyəsinə görə planetlər, soyuq halda olan qaz-toz
dumanlığından əmələ gəlmişdir. Astronomlardan V.Q.Fesenkovun fikrincə qaz-toz
dumanlıqlarında ulduz yaranması prosesləri hazırda da davam edir.
Digər tərəfdən tektonikada böyük tektonik örtüklər (şaryajlar) haqqında təlim
yarandı. Alp dağlarında layların üfüqi istiqamətdə geniş miqyasda yerdəyişməsi fakt-
ları müəyyən edildi. Alp, Pireney, Appenin dağlarında Avropa və Amerikanın bir sıra
qırışıqlıq zonalarında bilavasitə muşahidə edilən bu hadisələr, kontraksiya fərziyyəsi
ilə heç çur izah oluna bilməzdi; elə bu səbəbdən də alimlərin əksəriyəti kontraksiya
fərziyyəsindən imtina etdilər.
Geotektonikaya dair nəzəri mülahizələrin böhran keçirdiyi bu dövrdə qitələrin
üfüqi hərəkəti (yerdəyişməsi) fərziyyəsi meydana çıxdı. Bu fərziyyəsi ümumi şəkildə
1910-çu ildə F.Teylor irəli sürmüçdür. 1915-çi ildə alman geofiziki A.Vegener həmin
fərziyyəsi daha tam və əsaslı şəkildə şərh etmişdir. A.Vegenerin təsəvvürünə görə qi-
tələrin qranit təbəqəsi bazalt təbəqəsi uzərində yatmır; bu təbəqə Yerinn fırlanma
qüvvələrinin təsiri altında izostatik olaraq üzür (Vegener bu hadisəni okean sularında
nəhənk buz dağlarının- aysberqlərin üzməsinə bənzədir). Bu hipotezə görə, qırışıqlıq
dağ silsilələrinin əmələ gəlməsi qitələrin bir-biri üzərinə hərəkəti zamanı onların (qi-
tələrin) əzilməsinin (məsələn, Alp dağları- Afrika qitəsinin Avropa üzərinə hərəkəti
nəticəsində əmələ gəlmişdir), yaxud da okeanların bazalt qatı üzərində hərəkətinin
nətiçəsidir (Amerika Kordilyer dağları). Atlantik və Hind okeanları vahid bir qitə
massivinin (Pangeyanın) iki hissyə ayrılması nətiçəsində yaranmışdır. Üfüqi yerdə-
yişmə fərziyyəsinin yeni variantlarına E.Xaarmanın ossilasiya, R.van Bemmelenin
undasiya, B.Villisin astenolit, V.V.Belousovun radiomiqrasiya hipotezləri aiddir.
Həmin hipotezlərin tərəfdarları qalxımların əmələ gəlməsində şaquli hərəkətlə-
rin üfüqi hərəkətlərdən daha üstün olduğunu, maqmatik təzahürlərin böyük əhəmiy-
yətə malik olduğunu əsas tuturlar. Onlar belə hecab edirlər ki, qranit maqmasının top-
lanması (yılılması) və yuxarıya qalxması qalxımların yaranmasının əsas səbəbidir.
Bundan əlavə V.V.Bel qitələrin üfüqi hərəkəti (yerdəyişməsi) fərziyyəsinə və B.Villis

11
qranitlərdəki radioaktiv elemeitlərin parçalaiması ilə əlaqədar olaraq ayrılan istiliyin
(enerjinin) təsiri nətiçəsində maddənin qızması və genişlənməsi məsələsinə çox bö-
yük əhəmiyyət verirlər. Onların fikrinçə tektonik proseslərin əsas enerji mənbəyi ra-
dioaktiv enerjidir.
İ.D.Lukaşeviç və A.P.Pavlov kontraksiya fərziyyəsini izostatik hərəkətlər haq-
qındakı təsəvvürlərlə zənkinləşdirməyə çalışmışlar. Amerikada V.Buxer, rusiyada
M.A.Usov və V.A.Obruçev kontraksiya fərziyyəsini pulsasiya fərziyyəsi ilə əvəz et-
mişlər. Bu fərziyyənin məzmunu Yerin genişlənməsi və sıxılması proseslərinin dövri
olaraq növbələşməsidir.
Geosinklinallar haqqında təlim, qarşıya çətinliklər və maneələr çıxmasına bax-
mayaraq inamla inkişaf etdirilmişdir. Aydın olmuşdur ki, geosinklinal vilayətlər qal-
xımların və çökəkliklərin mürəkkəb növbələşməsindən əmələ gəlmişdir (E.Arqan,
A.D.Arxangelski, N.S.Şatski, V.V.Belousov, V.Y.Xain); bundan əlavə, geosinklinal-
ların tektonik inkişafında mərhələlik müəyyən edilmişdir (H.Ştille, V.V.Belousov
E.Kraus,); bu inkişafda tektonik rejimin inversiya (dönmə) rolu qeyd edilmişdir
(V.V.Belousov).
Geotektonika müstəqil geoloji fənn kimi XX əsrin ikinci yarısında formalaşmış-
dır. İstər keçmiş SSRİ-də, istərsə də xarici ölkələrdə əvvəlcə struktur geologiya üzrə
(B.Villis, Ç.Lizs, M.A.Usov, V.A.Obruçev), sonralar isə bütövlükdə geotektonika
üzrə (M.M.Teryayev, V.V.Belousov) monoqrafiyaların və tədris vəsaitlərinin yazılıb
nəşr olunması geotektonikanın bir fənn kimi formalaşmasına bilavasitə kömək etmiş-
dir. M.M.Tetyayevin və sonralar V.V.Belousovun əsərlərində Yerin və Yer qabığının
tektonik inkişaf prosesi haqqında ilk dəfə olaraq tam təsəvvür verilmişdir. 1937-ci il-
də Moskvada keçirilən Beynəlxalq geoloji Konqresin sessiyasından etibarən alimlər
geotektonikanın inkişafına güclü təkan verirlər.
Beşinci mərhələ (inqilabi mərhələ- XX əsrin ikinci yarısı). Bu mərhələdə
Dünya okeanının yer qabığının və üst mantiyasının quruluşu ilə əlaqədar təmamitə
yeni materialların əldə olunması (1962-68 ci illər) yeni bir fərziyyənin- litosfer plitə-
lərinin tektonikasının yaranmasına zəmin taratdı. XX əsrin 80- cı illərində yeni seys-
mik tomoqrafiya üsulu Yerin mantiyasında sıxlığın qeyribircinsliliyini müəyyən et-
məyə və beləliklədə mantiyada maddələrin qalxan (seyrəkləşmiş) və enən (sıxlaşmış)
axınlarının mövcudluğu haqqında fikiri təsdiqlədi.
Yer qabığının dərin qatlarının geofiziki metodlarla öyrənilməsi sahəsində böyük
nailiyyətlər, geotektonika elminin sıçrayışlı inkişafına səbəb olmuşdur. Dərin fokuslu
zəlzələlərin kəşfi göstərdi ki, tektonik hərəkətlər Yerin böyuk dərinliklərində (Yerin
nüvəsinə qədər) yaranır. Beləliklə, tektonik hərəkətləri yalnız Yer qabığına, hətta yal-
nız onun yuxarı hissəsinə aid edən fərziyyələrin (Vegener) tamamilə əsassız olduğu
təsdiq edildi.
Geofizikanın böyük nailiyyətlərindən biri də qitələrdə və okean sahələrində qa-
bığın müxtəlif quruluşa malik olmasının kəşf edilməsidir. Bu mərhələdə aydınlaşdı-
rılmışdır ki, müxtəlif quruluşluluq, mantiyanın yuxarı hissəsinə də aiddir. Bu kəşf
okeanların mənşəyi məsələsini geotektonikanın əsas məsələlərindən birinə çevirmiş-
dir. Planetar miqyasda üst mantiyada nisbətən zəif özlülüyə malik qatların- astenosfe-
rin mövcudluğunun müəyyən edilməsi də böyük əhəmiyyətə malikdir. Astenosferin

12
yüksək mütəhərrikliyi və onun maddəsinin ərimə halına keçməsi, Yerin tektonik fəa-
liyyətində mühüm rol oynayır.
Geotektonikanın özündə də böyük dəyişikliklər baş vermişdir. Yer qabığının
qayma quruluşlu olması məsələsi (N.S.Şatski, A.V.Peyve) demək olar ki, hamılıqla
qəbul edilmişdir. Maqmatik ocaqların əmələ gəlməsində və geosinklinalların yaran-
masında dərinlik yarıqlarının həlledici rolu aydınlaşdırılmışdır. Qabığın üfüqi hərəkə-
ti fərziyyəsinə maraq yenidən artmışdır. Bu mərhələdə okeandibi strukturların inten-
siv öyrənilməsinə başlanmışdır.
Bu mərhələdə okeanların öyrənilməsində fundamental kəşflərdən biri Yerin mü-
təhərrik qurşaqlarının yeni tipinin- aralıq okean qurşaqlarının kəşfidir.
Mütləq geoxronologiyanın radioloji metodlarının tətbiqi Kembriyəqədərki tek-
tonik inkişaf tarixini ilk dəfə obyektiv qiymətləndirməyə imkan verdi.
Kosmik fəzanın müvəffəqiyyətlə öyrənilməsi Yerin tektonik həyatı ilə Qalakti-
kada və Günəş sistemində gedən proseslər arasında əlaqə olması ehtimalına marağın
daha da artmasına səbəb oldu. Bu istiqamətdə aparılan axtarışlar artıq dəqiq və inan-
dırıcı nəticələr vermişdir. Bunlar şübhəsiz ki, nəzəri geotektonikanın inkişafında mü-
hüm rol oynayır. Lakin həqiqəti aşkara çıxarmaq üçün müxtəlif tektonik hipotezlərin
dialektik sintezi, qlobal tektogenez nəzəriyyəsinin yaradılması zəruridir.
Müasir mərhələ (XXI əsrin əvvəli). Bu mərhələ klassik litosfer plitələrinin tek-
tonikası anlayışının təkmilləşdirilməsi və ümumiyyətlə yer qabığının və litosferin tə-
kamülünün alternativ modelinin formalaşması ilə səciyyələnir. Belə anlayışlardan biri
plyumtektonika hesab olunur. seyrəkləşmiş və güclü dərinlik kütləsinin və
Mantiyanın aşağı hissəsində yaranan və litosferin dabanına qədər qalxan böyük
qalınlıöa malik isti və seyrəkləşmiş dərinlik kütləsinin (plyumün) mövcudluğu haq-
qında fikir hələ XX əsrin ortalarında C.Vilson, C.Morqan tərəfindən söylənilmişdir.
Son zamanlar plyumtektonika Y.M.Puşarovski, A.M.Nikişina və bir sıra digər alimlə-
rin əsərlərində özünə böyük dayaq tapmışdır. Artıq plyumtektonika litosfer plitələ-
rinin tektonikasının bərabər hüquqlu ortağına çevrilir və hətta bir qrup tədqiqatçılar
onu altrnativi kimi görürlər.
Bu mərhələdə Yerin əvvəlcə ərimiş halda olması və geoloji təkamülün lap əv-
vəlində onun yer qabığı, mantiya və nüvəyə ayrılmasının mümkünlüyü fikirinə qayı-
dış müşahidə olunur.
Geologiyada yeni istiqamət- keçən yüzilliyin sonralarında yaranan (A.S.Monin,
O.Q.Soroxtin, S.A.Uşakov, L.P.Zonenşayn və s.) geodinamika möhkəmlənməyə baş-
layır. Geodinamika Yerin qlomal təkamülündə geoloji proseslərin səbəbini və istiqa-
mətinin izahı üçün nəzədə tutulmuşdur.

13
BÖLMƏ 2. YERİN DAXİLİ QURULUŞU
2.1. YER QABIĞI ONUN TİPLƏRİ VƏ ƏSAS XÜSUSIYYƏTLƏRI

Qitələrdə Yer qabığının quruluşu və əsas xüsusiyyətləri. Yer qabığı- planeti-


mizin kütləsinin 0,8 %- ni təşkil edir, qitələrin hüdudunda üç (çökmə, qranit və ba-
zalt) təbəqədən ibarətdir. Yer qabığı üstdə yatan bərk təbəqə olub, onun altında yatan
mantiyadan Moxoroviçiç səthi ilə ayrılır, sabit quruluşa və kəskin dəyişilən qalınlığa
malikdir (5-15-dan 70-75 km-dək). Onun maksimal qalınlığı And və Himalay dağlıq
sahələrində qeydə alınır. Yer qabığının orta qalınlığı 30-32 km (son məlumatlara əsa-
sən 35-45 km) hesab edilir, lakin qitələrdə bu qalınlıq 30-75 km və daha çox, okean-
larda 5-15 km arasında dəyişir. Orta hesabla qabığın dabanı (Moxoroviçiç səthi) qitə-
lərin altında 40 km, okeanların altında isə 11-12 km dərinlikdə yerləşir. Okeanların
hüdudunda qabığın qalınlığı orta hesabla 7 km- yaxındır. Buradan aydın olur ki, oke-
anların dibində qabığın qalınlığı qitə sahələrinə nisbətən ən azı 5 dəfə azdır.
Yer qabığının kütləsi 2,8∙1019 t təşkil edir ki, bununda 21 %- i (0,588∙1019 t) oke-
an, 79 %- i isə (1,217∙1019 t) qitə tipli qabığın hesabına düçür. Qabıq Yerin ümumi
kütləsinin (5,98∙1021 t) yalnız 0, 423 %- ni (2,53∙1021 t) təşkil edir.
Yer qabığının kimyəvi tərkibi aşağıdakı başlıca elementlərdən təşkil olunmuşdur
(cədvəl 2.1.). Ən geniş yayılmış olan oksigen Yer qabığında oksidlər formasında rast
gəlinir. SiO2- 58 %; Al2O3- 15 %; FeO və Fe2O3 – 8 %; CaO- 6 %; MgO- 4 %; Na2O-
4 %; K2O- 2-2,5 % və s.
Cədvəl 2.1.
Yer qabığının kimyəvi tərkibində iştirak edən əsas elementlər
Adı Kimyəvi tərkibi Miqdarı %- lə
Oksigen O2 49,13
Silisium Si O2 26,0
Alüminium Al 7,45
Dəmir Fe 4,2
Kalsium Ca 3,25
Natrium Na 2,40
Kalium K 2,35
Maqnezium Mg 2,35

Yer qabığı uranın, toriumun və kaliumun radioaktiv izotopları ilə zəngindir. On-
ların maksimal miqdarı turş tərkibli süxurlarda (qranitdə 3,5∙10 -4 %), minimal qiyməti
isə ultraəsas süxurlarda (dunitdə 3∙10-7 %) qeyd olunur. Mineraloji baxımdan Yer qa-
bığı tez əriyən silikatlardan (aliminium silikatın üstünlüyü ilə) təşkil olunmuşdur.
Yer qabığının kimyəvi tərkibi altda yatan qatlardan və meteorit maddəsindən ok-
sigenin, silislərin, qələvi metalların, əsas nadir elementlərin yüksək və maqneziumun
və dəmir qrupu elementlərinin (Fe, Co, Ni, Cr) miqdarının aşağı olması ilə seçilir.
Belə hesab edirlər ki, Yer qabığı ərimə və deqarasiya nəticəsində mantiyadan əmələ
gəlmişdir. A.B.Ronovun və A.A.Yaroşevskinin məlumatlarına görə mantiyadan qitə
qabığına gətirilən maddənin ümumi kütləsi 22,37∙10 24 q; okeanlarda isə 6,09 ∙1024 q
təşkil edir.

14
Məlumdur ki, geoloji müşahidələrlə bilavasitə Yer qabığının quruluşunu şaquli
istiqamətdə maksimum 2,5-3,0 km öyrənmək mümkündür. Lakin belə geoloji müşa-
hidələrin özünü də hər yerdə aparmaq mümkün deyildir. Yalnız dünyanın ən məşhur
yüksək dağ silsilələrində (Himalay, And, Pamir, Tyan-Şan və s.), çaylarla kəsilmiş
dərin dərələrdə Yerin quruluşunu 2,5-3,0 km şaquli kəsilişdə müşahidə etmək olar.
Yerin dərinlik quruluşunu öyrənmək məqsədilə Kola yarımadasında dərinliyi 12
km-dən artıq olan istinad quyusu qazılmışdır. Analoji dərinlikdə quyu Şimali Ameri-
kada qazılmışdır. Azərbaycanda Saatlı rayonunda qazılmış quyunun dərinliyi 8 km-
dir. Dünyada ən dərin neft quyuları Şimli Xəzəryanı çökəklikdə, Abşeron yarımada-
sında, Bakı arxipelağında, Kaliforniyada və Texasda qazılmışdır. Bu quyuların dərin-
liyi yalnız 7 km-ə çatmışdır.
Yer qabığının qitə hissəsinin ümumi qalınlığına nisbətən quyularla açılmış bu
dərinlik, o qədər də böyük deyildir. Yerin radiusu ilə müqayisə etdikdə isə bu dərinlik
son dərəcə cüzidir. Ona görə də Yer qabığının quruluşunu öyrənmk üçün əsas geofi-
ziki və ilk növbədə bu sahədə daha geniş tətbiq edilən seysmik üsuldan istifadə edilir.
Müxtəlif ölkələrin ərazilərində və okeanlarda aparılan seysmik tədqiqatlar nəticəsində
Yerin dərinliklərində 10-dək ayırıcı səth müəyyən olunmuşdir. Onlardan ikisi əsas
(Moxoroviçiç və Vixert-Qutenberq) ayrıcı səthdir. Həmin səthlərə görə Yer qabığını,
mantiyanı (aralıq qatı) və Yerin nüvəsini ayırmaq mümkün olmuşdur. Yer qabığının
quruluşunda əvvəllər üç qat (çökmə, qranit və bazalt) ayrılırdı (şəkil 2.1.1). Bu qatla-
rın hər birinin onların okeanda ayrılan analoqlarından kifayət qədər fərqlənməsini nə-
zərə alaraq, hazırda qitələrdə Yer qabığının quruluşunda dörd qatın (çökmə, qranit,
diorit və bazalt) ayrılmasi məqsədə uyğun hesab olunur.
Çökmə qatın altında yerləşən qranit-qneys və bazalt qatlarını adətən birləşdirə-
rək konsolidasiya olunmuş qabıq adlandırırlar. Bir-birindən Konrad səthi ilə ayrılan
qranit-qneys və bazalt qatlarında uzununa seysmik dalğalarin (V p) yayılma sürəti uy-
ğun olaraq 5,5-6,5 km/san və 6,5-7,5 km/san təşkil edir (cədvəl 2.1.2.).
Cədvəl 2.1.2.
Qitələrdə və okeanlarda Yer qabığının quruluşunda aqrılan təbəqələr
və onları ayıran seysmik sərhədlər
Qitələrdə Yer qabığında ayrılan Okeanlarda Yer qabığında ayrılan
Qatlar Sərhədlər, Vp- nin Qatlar Sərhədlər, Vp- nin
Sərhədlər, Vp- nin
yayıma sürəti, yayıma sürəti,
Qatlar yayıma sürəti,
km/san km/san
km/san
İkibölgülü modelə görə Üçbölgülü modelə görə
Çökmə Konsoli- 2,0-5,0 Çökmə Konsoli- 2,0-5,0 Çökmə 2,0-5,0
Qranit dasiya 5,5-6,5 Qranit dsiya 5,5-6,4 Bazalt
Qranit 5,5-6,5 Qranit 5,5-6,4 Bazalt 4,5-5,5
Konrad Konrad-1
Bazalt 6,5-7,5 Diorit 6,4-6,7 Qabbro tipli süxurlar,
Diorit 6,4-6,7 məhtud miqdarda
Konrad-2 6,0-7,5
Bazalt 6,8-7,7 ultraəsas törəmələr

H.İ.Pavlenkova tərəfindən təklif olunan modelə görə konsolidasiya olunmuş qa-


bıq bir-birindən müvafiq olaraq K1 və K2 seysmik sərhədləri ilə ayrılan üç təbəqəyə-
qranit, diorit və bazalt ayrılır. Bu təbəqələrdə uzununa seysmik dalğalarin yayılma
sürəti uyğun olaraq 5,5-6,4 km/san, 6,4-6,7 km/san və 6,8-7,7 km/san təşkil edir.

15
Şəkil 2.1.1. Yerin daxili quruluşu sxemi.

Birinci qat. Yer qabığının quruluşunda ayrılan qatlardan ən üstdə yatan çökmə
qatı həm qitə, həm də okean sahələri üçün ümumidir. Çökmə qatda uzununa seysmik
dalğaların yayılma sürəti 2,0-5,0 km/san arasında dəyişir. Okeanlara nisbətən qitələr-
də çökmə qat daha geniş stratiqrafik diapozonu əhatə edir (üst Proterozoydan başla-
yaraq Antropogenədək olan süxurları, 1700-2500 mln. il). Maksimal qalınlığı 20 km-
dən çoxdur. Okeanlarda quyu məlumatlarına əsasən ən qədim çöküntülər Yura siste-
minin (180 mln. il) yuxarılarından başlayır və Holosenədək davam edir. Mərkəzi his-
sələrində cavan (müasir), qitələrə yaxınlaşdıqda isə qədim yaşlı süxurlar yayılır. Çök-
mə qatın minimal qalınlığı aralıq okean silsilələri ərazisində (100 m-dək) qeyd
olunur. Okeanların mərkəz hissələridə çökmə qatın orta qalınlığı 1 km-ə, ətraf hissə-
lərin də isə 10-15 km-ə çatır.
İkinci qat- yuxarıda göstərildiyi kimi, qitələrdə qranit qatı adı ilə məlumdur. Bu
qatda uzununa seysmik dalğaların yayılma sürəti (5,5-6,5 km/san) eksperimental ola-
raq qranitlər üçün alınmış müvafiq sürətə uyğun gəlir. Lakin qədim platformaların
kristallik qalxanlarında və qırışıq dağ silsilələrinin nüvələrində qranit qatının təbii
şəraitdə yer səthinə çıxmış süxurları üzərində aparılan müşahidələr göstərir ki, bu qat
nəinki ancaq qranitlərdən, o cümlədən qneyslərdən və başqa metamorfik süxurlardan
təşkil olunub. Ona görə də həmin qat üçün V.V.Belousov, V.E.Xain, E.E.Milanovski
daha dürüstləşmiş ad (qranit-metamorfik, yaxud qranit-qneys qatı) təklif etmişlər.

16
Qranit-qneys qatının maksimal qalınlığı cavan qırışıqlıq dağ sistemlərində müşa-
hidə edilir (30-40 km-ə çatır), lakin qitələrin ayrı-ayrı sahəlrində (platformalarda),
onun maksimal qalınlığı 15-20 km-ə çatır. Okeanlarda qranit-qneys qatı ya pazlaşır,
ya da qitələrdə ona xas olan xüsusiyyəti itirir. Okeanlarda ikinci qatın orta sıxlığı bir
qədər az olduğundan uzununa seysmik dalğaların yayılma sürəti də müvafiq olaraq
kiçikdir. Burada qatın petroqrafik tərkibi kifayət qədər dəqiqliklə hələlik tam müəy-
yən edilməmişdir. Belə təsəvvür olunur ki, ikinci qat qalınlığı 1,5-2,0 km olan bazalt
lavaları ilə sıxlaşmaya məruz qalmış çökmə süxurların növbələşməsindən təşkil olu-
nub. Burada seysmik uzununa dalğaların yayılma sürəti 4,5-5,5 km/san-dir.
Okeanda qazılan quyular ikinci qatın yalnız ən cavan hissəsini açmış və təsdiq
etmişdir ki, həmin hissə bazaltlardan ibarətdir (bu bazaltların yaşı üst Təbaşirdən
Pliosenədək olan intervalı əhatə edir). Təbəqənin üst hissəsinin formalaşması sualtı
vulkanizm nəticəsində yaranmışdır. Bunu bazalt lavalarının kürəvi (dairəvi) səthləri
sübut edir. Dərinlik artdıqca bazalt təbqələrinin qalınlığının artması, çökmə təbəqələ-
rinin qalınlığının azalması baş verir. Bazlt lavaları toleit tərkiblidir (silisli birləşmə-
lərlə zəngin dəniz bazaltları Almaniyanın Saar torpağının Toley ərazisində geniş ya-
yılmışdır). Şübhəsiz ki, gələcək tədqiqatlar daha dolğun elmi nəticə çıxarmağa imkan
yaradacaqdır.
Üçüncü qatın təbiəti istər qitələrdə və istərsə də okeanlarda hələlik aydınlaşdı-
rılmamışdır. Bu qat geoloji ədəbiyyatda bazalt qatı adlandırılır (qitələr üçün). Bazalt
qatı Yer qabığının heç bir sahəsində Yer səthinə çıxmır və ona görə də qatın petroqra-
fik tərkibi əslində məlum deyildir. Həmin qata bazalt qatı adının verilməsi, onun tər-
kibini təşkil edən maddənin fiziki xassələrinə əsaslanmışdır. Bu fiziki xassələr isə hə-
min maddədə seysmik dalğaların yayılma sürətinə əsasən müəyyən olunmuşdir. La-
kin bunu da qeyd etmək lazımdır ki, yüksək dərəcədə metamorfizmə məruz qalan
çökmə, vulkanik mənşəli süxurlar da analoji sürətə və analoji sıxlığa malikdir.
Qitələrdə bazalt qatının qalınlığı 10 km-lə 25-35 km arasında (hətta 40 km- dək)
dəyişir. Ən böyük qalınlıq dağ silsilələrində, ən az isə dağarası çökəkliklərdə müşa-
hidə edilir (məsələn, Macar çökəkliyində bu qatın qalınlığı cəmi 7 km-dir). Qitələrin
qranit və bazalt qatları çox zaman birləşdirilərək konsolidasiya olunmuş (yaxud kris-
tallik) qabıq adlandırılır. Qranit və bazalt qatlarını ayıran Konrad səthi zəif şəkildə
qeyd edildikdə bu ad daha da məqsədəuyğundur (Kola yarımadasında 12 km- dən ar-
tıq qazılmış istinad quyusunda qranit və bazlt qatını ayıran Konrad səthi müəyyən
edilməmişdir). Həmin hadisə qədim qalxanlar üçün daha səciyyəvidir.
Qitələrin başlıca strukturlarının seysmik məlumatlara əsasən öyrənilməsi plat-
formalarda və orogen qurşaqlarda Yer qabığının bir-birindən fərqləndiyini göstərir.
Platformalarda Yer qabığının qalınlığı 32-60 km (əsasən 35-40 km) olub, çökmə və
konsolidasiya olunmuş qatlardan ibarətdir.
Konsolidasiya olunmuş qatın üst təbəqəsi qranitə müvafiq gəlir. N.İ.Pavlenkova-
ya görə qalxanların sahələrində təbqənin orta qalınlığı 10-15 km, uzununa seysmik
dalğaların yayılma sürəti 5,8-6,3 km/san, əsasən turş maqmatik və metamorfik süxur-
lardan ibarətdir. Nisbətən zəif və üfüqi istiqamətdə yerdəyişməyə məruz qala bilən
bir təbəqədir. Pamir ərazisində 30 km dərinlikdə qeyd edilən təbəqədə subhorizontal
istiqamətli zəlzələ hiposentlərinin konsentrasiyası qeyd olunur.

17
Konsolidasiya olunmuş qabığın alt təbəqəsi uzununa seysmik dalğaların yayılma
sürətinin artması ilə səciyyələnir (6,8-7,6 km/san) və belə hesab edilir ki, o, qabbro və
ultraəsas tipli süxurlardan təşkil olunmuşdur. Qitələrin bəzi sahələrində (Qərbi Avro-
pa) təbəqənin pazlaşması və ya qalınlığının kəskin azalması ilə əlaqədar olaraq bu qat
qeydə alınmır.
Platformanın dərin çökəkliklərində (avlokogenlərdə) çökmə qatın qalınlığı kəs-
kin artır, konsolidasiya olunmuş qatın qalınlığı və uzununa seysmik dalğaların yayıl-
ma sürəti azalır (qranit qatının pazlaşması və ya qalınlığının kəskin azalması ilə əla-
qədar). Rift sahələri üçün seysmik dalğaların yayılma sürətinin azalması (7,6-7,8
km/san) xarakterikdir. Bu isə riftlərin altında üst mantiya maddəsinin qismən ərimiş
halda olması ilə əlaqələndirilir (Yer qabığının dabanına doğru mantiyadan ayrılan isti
maddə axınlarının varlığı ilə əlaqədar). Digər tərəfdən rift zonalarında Yer qabığının
qalınlığının azalması (30-35 km-dək) qeyd olunur. Qalınlığın azalması isə qranit tə-
bəqəsi hesabına baş verir.
V.B.Soloqub, A.V.Çekunovun məlumatlarına əsasən Ukrayna qalxanında Yer
qabığının qalınlığı 60 km (25-30 km qranit qatının payına düşür), onun yaxınlığında
yerləşən Dnepr-Donetsk qrabenəbənzər çökəklikdə isə 53 km-dən çox deyildir (10-15
km qranit qatının payına düşür).
Qitələrin orogen qurşağının vilayətlərində qabığın "şişməsi" hesabına onun qa-
lınlığının kəskin artması qeyd olunur. Bu ərazilərdə bir tərəfdən relyefin yüksəlməsi,
digər tərəfdən isə Moxoroviçiç səthinin enməsi müşahidə edilir. Bununla əlaqədar
olaraq Q.A.Hambursev tərəfindən dağların köklərə malik olması fikri irəli sürülmüş-
dür (son məlumatlar bu fikrin doğruluğunu sübut edir). Qitə orogenlərinin səciyyəvi
cəhətlərindən biri də qabığın alt hissəsində üst mantiyanın iştirakıdır (bu 50 km dərin-
likdə seysmik dalğaların yayılma sürətinə (5,8-6,3 km/san) əsasən qeydə alınır.
İ.P.Kosminskaya qalınlığı 30 km-dən az olan, aydın nəzərə çarpmayan qranit qatına
malik qitə qabığını subqitə, qranit qatına malik olmayan və çökmə qatı hesabına
böyük qalınlığa malik olan okean qabığını isə subokean qabıq adlandırmağı təklif
edir. Başqa sözlə desək, hər iki qabıq növü keçid olub, birinci halda okean tipli qabıq
növündən qitə qabıq tipinə, ikinci halda isə əksin, qitə tipli qabıq növündən okean
tipli qabıq növünə keçidi əks etdirir.
Okeanlarda Yer qabığının quruluşu və əsas xüsusiyyətləri. Son 40 il ərzində
aparılan tədqiqatlar nəticəsində eyni zamanda okean tipli qabığın quruluşu və tərkibi
haqqında təsəvvürlər də kifayət qədər dəqiqləşmişdir. Dünya okeanlarında aparılan
məqsədyönlü tədqiqat işləri, dərinsulu qazmalar nəticəsində okean tipli qabığın qitə
tipli qabıqdan fərqli prinsipial xüsusiyyətlərə malik olması müəyyən edilmişdir. Oke-
an tipli qabıq 3 qata- çökmə, bazalt, qabbro-serpentinit ayrılır.
I qat (çökmə)- dəniz və okeanların dibini örtür, çöküntülərin sıxlığı 2 q/sm 3 təş-
kil edir, seysmik dalğaların yayılma sürəti 1,5-2,5 km/san arasında dəyişir. Çökmə
qat əsasən qitələrdən çaylarla gətirilən aşınma məhsullarının (ildə 19,5∙10 9 t) hesabı-
na, bilavasitə okeanik çöküntütoplanma (ildə 1,8∙10 9 t) və vulkanik fəaliyyətlə (ildə
1,7∙109 t) əlaqədar olaraq formalaşır. Bununla yanaşı olaraq, dünya okeanına çökün-
tülər qisməndə buzlaqların, dəniz abraziyasının və küləyin fəaliyyəti ilə əlaqədar ola-
raq daşınır. Okean qabığının çökmə qatının stratiqrafik diapazonu üst Yuradan Ho-
losenə kimi dəyişir. Okean dibində müxtəlif yaşlı çöküntülərin paylanmasında mü-

18
əyyən bir qanunauyğunluq qeyd olunur. Onun mərkəzi sdahələrində nisbətən cavan
(müasir), qitələrə yaxınlaşdıqca isə daha qədim çöküntülər yerləşir. Rift dərələrinin
dibi bazalt süxurlarından təşkil olunur və az qalınlığa malik əsasən üzvi mənşəli çö-
küntülərlə örtülür. Okean yatağı daxilində çökmə qatın qalınlığı 500 m-dən çox deyi-
ldir. Çöküntülər bərabər paylanmışdır, qalınlığı qitə və dərin su novu istiqamətində
bir neçə km-ə qədər artır. Çökmə qatın anomal yüksək qalınlığı okeanların ətraf his-
sələrində müəyyən olunmuşdur (10 km-dən çox) analoji maksimal qalınlıq kənar də-
nizlərin çüxurlarında keçid zonalarında (Oxot, Yapon və digər dənizlər) da qeyd olu-
nur. Çöküntülər gilli, silisli və karbonatlı dərinsulu pelagik törəmələrdən ibarətdir.
Qitələrə yaxın hissələrdə əsasən qırıntı materiallarının qarışığına rast gəlinir.
II qat (“Bazalt”)- bazalt lava axınlarının, brekçiyanın, vulkan küllərinin və do-
lerit daykalarının növbələşməsindən təşkil olunmuşdur. Uzununa seysmik dalğaların
sürətinin kəskin intervalda (2,2-5,5 km/san) dəyişməsi də bilavasitə II qatın qeyribir-
cinsliliyi ilə əlaqədardır.II qatın üst hissəsi sualtı vulkanizm şəraitində formalaşmış-
dır, bazalt örtüklərinin səthinin kürəvari formada olması da buna dəlalət edir. Bəzən
lava axınları dib çöküntülərini örtdüyündən, səciyyəvi bir forma yaranmışdır (təbəqə-
li piroqu xatırladan). Dərinlik boyu bazalt təbəqələrinin sayı və qalınlığı artır, çökmə
süxur təbəqələri isə azalır. Bazaltlar toleit tərkiblidir. Vulkanik adalar qövsündə isə
silisli, kalsium oksidli və maqneziumlu qələvi bazaltoidlər yayılmışdır.Bazalt qatının
altında bazalt lavaları üçün ötürücü kanal rolunu oynamış subvertikal çat sistemi
yerləşir. Bazalt qatı üstdə və altda yatan qatlar üçün akustik sərhəd rolunu oynayır.
Ona görə də o, okeanın çökmə qatının akustik bünövrəsi hesab olunur.Bu təbəqənin
qalınlığı sualtı qalxım sahələrində 1,5-2,0 km, dərin sulu hövzələrdə isə 0- 500 m-ə
qədər olur.
III qat (qabbro-serpentinit)- okean tipli qabığın bünövrəsini təşkil edir və sta-
bil olaraq okeanın bütün sahəsində yayılmışdır, qalınlığının (5-6 km) və seysmik dal-
ğaların yayılma sürətinin (6,4- 7,2 km/san) sabitliyi ilə səciyyələnir. III qatın üst his-
səsi (maqmatik ocaqda okeanların rift zonasını qidalandıran toleit bazal ərintilərinin)
tədrici kristallaşma nəticəsində əmələ gəlmiş qabbrodan ibarətdir. III təbəqənin aşağı
hissəsi mantiyanın ultraəsas süxurlarının litosfer çatları vasitəsilə dərin qatlara nüfuz
edən okean sularının hidratasiyası nəticəsində yaranan serpentinitlərdən ibarətdir.
Okean qabığının çökmə, bazalt və qabbro-serpentinit qatlarından ibarət olan üç-
təbəqəli quruluşu yalnız okean yatağı üçün səciyyəvi xarakter daşıyır. Aralıq okean
silsilələrində okean tipli qabıq tamam başqa quruluşa malikdir. Burada 1- ci qat ta-
mamilə iştirak etmir.
Yer qabğının tipləri. Aparılan tədqiqat işlərinin nəticələrinə əsaslanaraq Yer
qabğının qitə, subqitə, subokean və okean tipləri ayrılır. Yer qabığının qeyd olunan
bu tipləri bir-birindən konsolidasiya olunmuş qabıqda seysmik dalğaların yayılma
sürətinə görə fərqlənirlər.
Qitə tipli Yer qabığı. Bu tip qabığın qalınlığı 35-75 km arasında dəyişir və şelf
sahələrində 20-25 km- ə qədər azalaraq, qitə yamaclarında pazlaşır. Qitə tipli qabıq
Yer səthinin sahəsinin 40 %- ə qədərini təşkil edir, kifayət qədər mürəkkəb quruluşla
və böyük qalınlıqla xarakterizə olunur. Qitə tipli qabıqda üç qat ayrılır:
1- ci qat (üst)- çökmə mənşəli süxurlardan təşkil olunmuş örtük qatıdır. Bu qat
kifayət qədər geniş yayılmışdır və onun qalınlığı platformalarda 0-10 km, mütəhərrik

19
zonalarda isə 15-20 km arasında dəyişir (dağlıq qırışıqlıq sistemlərin tektonik çökək-
liklərində).
2- ci qat (orta)- qranit (50 %), qneys və digər metamorfikləşmiş süxurlardan təş-
kil olunmuş “qranit-qneys” və ya “qranit” qatı. Bu qat aşağı özüllüklə və qədim tarix-
lə səciyyələnir, orta qalınlığı 15-20 km olub, dağlıq qırışıqlıq sistemlərdə 20-25 km- ə
çatır. Qədim platformaların qalxanlarında “qranit” qatının çıxışı müşahidə olunur.
3- cü qat (alt)- tərkibi bazalta yaxın olan “bazalt” və ya “qranit-bazalt” qatı. Bu
qatın 15-20 km- dən 35 km- ə qədər dəyişir və alt və üst hissədən müvafiq olaraq
Moxoroviçiç və Konrad sərhədləri ilə ayrılır.
Subqitə tipli qabıq- əsasən, adalar qövsü (Kuril, Aleut və s.) və kənar dənizlər
üçün səciyyəvidir. Onun quruluşu qitə tipli qabığa oxşardır. “Qranit’’ qatı qitələrdən
fərqli olaraq, kifayət qədər az qalınlığa malikdir. Bundan əlavə, onu altda yatan
“bazalt” qatından ayıran, aydın ifadə olunan Konrad sərhəddinə malik deyildir. Adə-
tən çökmə qatın hesabına subokean tipli qabığın ümumi qalınlığı 30- 35 km- dir.
Qitə tipli qabıq kimi subqitə tipli qabıqda üç qata ayrılır:
1- ci qat (üst)- çökmə-vulkanogen mənşəli süxurlardan təşkil olunmuşdur, qalın-
lığı 0,5-5 km arasında dəyişir və orta qalınlığı- 2-3 km- dir.
2- ci qat (orta)- adalar qövsü, “qranit”, qalınlığı 5-10 km arasında dəyişir.
3- cü qat (alt)- “bazalt”, - qalınlığı 14-18 km- dən 20-40 km- ə qədər dəyişir.
Subokean tipli qabıq- kənar dənizlərin çökəkliklərində və daxili dənizlərdə
(Yapon, Aralıq, Qara, Cənubi Xəzər və s.) öyrənilmişdir, quruluşu qitə tipli qabığa
oxşayır, lakin çökmə qatın qalınlığının kifayət qədər çox olmasına görə ondan fərq-
lənir. Subokean tipli qabıq üç qata ayrılır: 1- ci qat (üst)- qalınlığı 4-10 km (və daha
çox), bilavasirə qalınlığı 5-10 km olan okean tipli 3- cü qatı üzərində yerləşir. Aşa-
ğıda qranulit və ona müvafiq metamorfik süxurlardan ibarət olan alt qabıq yerləşir.
Okean tipli qabıq- okeanlarda yayılmışdır, qitə tipli qabıqdan qalınlığının az
olması və əsasən bazalt tərkibli olması ilə seçilir. Bu aralıq-okean silsilələrində for-
malaşır və subduksiya zonalarında udulur və yüksək dərəcədə metamorfikləşmiş sü-
xurlara- eklogitlərə çevrilir. Eklogitlər ən geniş yayılmış mantiya süxurlarına (perido-
titlərə) nisbətən böyük sıxlığa malikdir və dərinliyə enirlər. Onlar üst və alt mantiya-
nın sərhəddində (660 km dərinlikdə) müəyyən qədər dayanaraq, sonra alt mantiyaya
daxil olur.
Qitələrdə dağlıq sistemlərdə saxlanılmış okean qabığın qədim parçaları ofiolitlər
adlanırlar. Aralıq-okean silsilələrində okean tipli qabığın intensiv hidrotermal dəyiş-
məsi baş verir ki, bunun da nəticəsində asan həll olan elementlər ondan ayrılır.
Okean tipli qabığın quruluşu aşağıdakı komplekslərdən təşkil olunmuşdur (yu-
xarıdan aşağıya):
Dərinsulu okean çöküntülərindən (pelagik) ibarət çökmə süxurlar;
Su altında axan bazalt örtükləri;
Dayka kompleksi- bir-birinin üzərində yerləşən bazalt daykalarından ibarətdir;
Laylanmış əsas intruziya qatı;
Dunit və peridotitlərdən ibarət mantiya.

20
2.2. YERIN MANTİYASI VƏ ONUN ƏSAS XÜSUSIYYƏTLƏRI

Yer qabığını mantiyadan Moxoroviçiç sərhəddi ayırır. Bu sərhəd zonasında uzu-


nuna seysmik dalğaların yayılma sürəti sıçrayışla 7,5-7,7- dən 7,9-8,2 km/san- dək
(bəzən daha çox hüdudda) dəyişir. Okeanlarda bu qiymət qabbro-serpentinit qatından
(qabbroidlərin üstünlüyü ilə) peridotitlərə keçidinə müvafiq gəlir.
Bir sıra rayonlarda Yer qabığından mantiyaya keçid daha mürəkkəb xarakter
daşıyır. V.B.Solloqub və A.V.Çekunovun məlumatlarına görə Yer qabığında manti-
yaya keçidin daha mürəkkəb xarakter daşıdığı Ukrayna qalxanında Moxoroviçiçin
daxilində ona analoji olan və bir-birinin üzərində yerləşən (8-10 km dərinlik fərqi ilə)
iki və daha çox seysmik sərhəd (M1, M2, M3 və s.). ayrılır. V.B.Solloqub tərəfindən
Moxoroviçiç səthinin bu “əvəzedicilərin” müxtəlif yaşlı olması fikri irəli sürülmüş-
dür. Məsələn, Karpatlarda onlar tərəfindən Moxoroviçiç qatında üç hissə ayrılır: 40-
45 km dərinlikdə (Mezozoy-Kaynozoy yaşlı); 55-60 km dərinlikdə (Rifey-erkən Pa-
leozoy yaşlı); 60-65 km dərinlikdə (erkən Proterozoy yaşlı). V.B.Solloqubovun fiki-
rincə keçid zonasında mantiya və qabıq materialının qarışması baş verir, dərinlik bo-
yu mantiya komponenti artır.
XX əsrin 90- cı illərində avropa geofizikləri belə bir fikirə gəlmişlər ki, Moxo-
roviçiç sərhəddi mantiya və qabıq xüsusiyyətinə malik süxurların nazik laylanma zo-
nası kimi baxılmalıdır. Bu zona boyu qabığın mantiyaya nisbətən regional miqyasda
differensional yerdəyişməsi baş verir. Belə qopmanın nisbətən mümkün variantı kol-
liziya şəraitində dağlıq-qırışıqlıq sistemlərdə, kontinental riftlərdə, transform qırılma-
larda qeyd olunur.
Yer qabığından Moxoroviçiç səthi ilə ayrılan mantiya, Moxoroviçiç və Vixert-
Qutenberq seysimk sərhədləri arasında yerləşir. Yerin həcminin 83 %- i, kütləsinin
isə 67 %- i mantiyanın hesabına düşür.
Seysmik məlumatlara görə Yerin quruluşunun ənənəvi modellərində mantiyanı 3
hissəyə- üst (B qatı), orta (S qatı) və alt (D/, D// qatları) ayırırdılar (şəkil 2.1.1.).
Üst mantiya Moxoroviçiç səthindən 410 km dərinliyədək intervalı əhatə edir və
qabıqaltı substratdan (E.N.Lüstixə görə ayrılan substrat) və astenosferdən (Qutenberq
qatından) ibarət olub, orta mantiyadan 410 km dərinlikdə yerləşən səthlə ayrılır. Ke-
çid zonasında seysmik dalğaların sürəti kəskin artır (uzununa seysmik dalğalarda 7,9-
9,0 km/san, eninə seysmik dalğalarda isə 4,5-5,0 km/san-dən 5,0-6,4 km/san-dək).
Üst mantiya ilk dəfə Amerika geoloqu C.Barrel tərəfindən (1914) qeyd olunmuşdir.
1926-cı ildə isə onun ilk geofiziki xassələri B.Qutenberq tərəfindən verilmişdir
(Skandinaviya yarımadasının izostatik sürətinin bərpasına əsasən).
Üst mantiyada qeyd olunan “alçaq sürətlər zonasını” 1942- ci ildı B.Qutenberq
ayırmışdır və burada dalğaların sürətinin azalmasını mantiya maddəsinin ərimiş halda
olması ilə əlaqələndirmişdir. Üst mantiyanı Qutenberq qatıda adlandırırlar.
Litosfer- Yer qabığını və üst mantiyanın astenosferə qədər olan bərk hissəsini
(100 km-ə qədər) əhatə edir. Litosfer üst hissədə sərt, alt hissədə isə sərt-plastik xas-
səyə malikdir. Ümumiyyətlə, litosfer yüksək möhkəmliklə və elastikliklə səciyyələ-
nir, plastik astenosfer qatı üzərində yatır. Astenosferin üzərində yerləşən qat əsasən
peridotit- eklogit tərkiblidir, sıxlığı 3,3 q/sm 3- dir, seysmik dalğaların yayılma sürəti

21
7,9-8,4 km/san arasında dəyişir. Bununla əlaqədar olaraq onu bəzən peridotit qatı da
adlandırırlar.
Litosferin dabanı mantiya maddəsinin solidus səthinin temperaturunun (1300 ℃ )
vəziyyətinə görə müəyyən olunur. Qitələrin altında litosferin dabanı 150-200 km-dən
(cavan platformalarda) 250-350 km- ə qədər (qədim platformalarının qalxanlarının
altında) dəyişir. Litosferin dabanı okeanlarda 7-10 km-dən (aralıq okean silsilələrinin
altında) 30- 90 km- ə qədər (abissal sahələrdə) dəyişir.
Qitə və okean litosferinin qalınlığında olan bu fərq qitə litosferinin daha qədim
olması ilə izah olunur. O.Q.Soroxtinin fikrincə litosferin qabıqaltı hissəsi isti mantiya
maddəsinin tam kristallaşması və soyuması nəticəsində əmələ gəlir. Bunun nəticəsi
olaraq plitənin yaşından asılı olaraq litosferin qalınlığının artması baş verir. A.M.Qo-
rodnitskinin və O.Q.Soroxtinin tədqiqat işlərinin nəticələrinə görə okean litosferinin
qalınlığını H o . L =7 , 5+6 , 6 √ t ifadəsindən təyin etmək olar. Burada: H - litosferin oke-
o.l.

anda qalınlığı, km; t- okean dibinin yaşı, mln.il. Bu ifadələrdən görünür ki, okeanların
litosfer plitələrinin minimal qalınlığı aralıq okean silsilələrinin cavan rift dərələrinin
altında; maksimal qalınlığı isə qədim abissal çökəkliklərin altında müşahidə olunur.
Kontinentlər üçün litosferin qalınlığını təyin etmək üçün bu müəlliflər radioaktiv
elementlərin parçalanması hesabına qabığın əlavə qızmasını nəzərə alırlar. Bu
qitələrin litosfer qatının qalınlığı H k . L = 5 ,6⋅ √ t ifadəsindən təyin olunur.
Aydındır ki, litosferin ən böyük qalınlığı (350 km-ə qədər) qədim platformaların
qalxanlarının altında (qabığın yaşı 2 mlrd və daha çox) qeyd olunur. Bu ərazilərdə
praktiki olaraq, mantiyanın üst hissəsi litosfer qatının tərkibinə daxil olacaqdır. Yer
qabığı kimi litosferin quruluşunun başlıca xüsusiyyəti onun tektonik təbəqələşməsi
hesab olunur. Bu xüsusiyyət fəal dağlıq-qırışıqlıq əyalətlərdə qeyd olunur. Bu sahə-
lərdə bəzən litosferin təbəqələrinin bir neçə disqarmonik səthi müşahidə olunur. Pa-
mirdə və Tacik çökəkliyinin ətraf sahələrində yeni disqarmonik əzilmə və Mezo-Kay-
nozoy çökmə kompleksinin nisbətən bərk Paleozoy törəmələrindən qopmasının əla-
mətləri müəyyən olunmuşdur. Bu ərazilərin konsolidasiya olunmuş qabığı daxilində
qabıq dalğa ötürücüləri müşahidə olunur, 30-40 km dərinlikdə seysmofəal maili qırıl-
malar zəlzələlərin hiposenterinin cəmləşdiyi subhorizontal zona ilə kəsilmişdir. Dis-
qarmoniya hadisəsi Pamir-Tacikistan sahəsində 250 km dərinliyə kimi bütün litosferi
və üst mantiyanı əhatə edir.
Litosfer bir sıra əsas xüsusiyyətlərə: dəyişkənlik, qeyribircinslilik, anizotroplu-
luq, simmetriya-disimmetriya, diskretlilik malikdir ki, geoloji proseslərin öyrənilmə-
sində və tədqiqində, eləcədə litosferin təkamül prosessidə nəzərə alınmalıdır.
Astenosfer- üst mantiyada özündən aşağıda və yuxarıda yerləşən təbəqələrə nis-
bətən daha çox plastikliyə, az özüllüyə malik olan təbəqədir. Astenosferə maqmatik
ocaqların yaranmasının əsası, bazis səviyyəsi və ümumiyyətlə maqmatik proseslərin
başlıca mənbəyi kimi baxılır.
İlk zamanlarda (astenosferin varlığı qəbul edildikdən sonra) astenosferin okean
ərazilərində 50-60 km, qitə ərazilərində 100-200 km dərinlikdə yerləşməsi və laterial
istiqamətdə xassəsinin dəyişməsi qeyd olunmuşdir. Sonrakı tədqiqatlar onun qurulu-
şunun daha mürəkkəb olmasını göstərmişdir. Aralıq okean silsilələrinin rift zonaları-

22
nın altında 2-3 km (Şərqi Sakit okean qalxımı ərazisində), okeanətrafı sahələrdə 80-
100 km, qitə ərazilərində 150-200 km, cavan qırışıqlıq (dağlıq) regionların tağ hissə-
lərində 20-25 km-dək dərinlikdə yerləşməsi göstərilmişdir (şəkil 2.2.1.).

Şəkil 2.2.1. Qitələrin əsas struktur elementlərinnin surət kəsilişi

E.V.Artyuşkova görə astenosfer maddəsinin özlülüyü 1016-1019 Pa·san arasında


dəyişə bilər. Bu isə mantiyanın alt hissəsini təşkil edən maddələrin özüllüyündən 2-3
dəfə azdır (suyun özlülüyü 10-3 Pa·san). Astenosferin hüdudunda bazalt tərkibli mad-
dələrin həll olunması və onların (1%- dən 10%- dək) peridotit tipli minerallararası sa-
hələri doldurması qeyd olunur. Astenosferin qismən ərinti halında olması, həmçinin
onun hüdudlarında istilikkeçiriciliyin kəskin artmasını göstərir (maqnetik-tellurik mə-
lumatlarına əsasən). Bununla əlaqədar olaraq A.V.Karakin, L.İ.Lobkovski astenosfe-
rin təbəqəvarı quruluşa malik olmasını qeyd edirlər. R.Z.Tarakanov və N.İ.Levıy Asi-
ya qitəsindən Sakit okeana keçid zonasında 65-90; 120-160; 230-300; 370-430 km
dərinliklərində dörd astenosfer təbəqəsinin varlığını göstərirlər. Astenosfer təbəqəsi
dağlıq-qarışıqlıq viayətlərində, adalar qövsü rayonunda, platforma ərazilrində (xüsu-
sən, qalxan ərazilərində) daha aydın nəzrə çarpır. Astenosferin varlığı ilə izostaziya
hadisəsini (litosferin müvazinət halına can atmasını) əlaqələndirirlər. Astenosfer
müxtəlif yüksəkliyə və müxtəlif sıxlığa malik blokların yaratdığı təzyiqi müvazinət
halına gətirən bir təbəqədir (təqribən 100 km dərinliyində litosfer bloklarının yaratdı-
ğı təzyiq bərabərləşir). Lakin M.E.Artyomovun məlumatlarına əsasən bu halın bəzən
əksi də müşahidə edilir (hərəkətdə olan Yer qurşağı sahələrində). Beləliklə, astenos-
fer bir tərəfdən litosferin tektonik aktivliyinin generatoru, digər tərəfdən isə litosferin
hərəkətinin sönmə sahəsini təşkil edərək "amortizator" rolunu oynayır.

23
Müəyyən olunmuşdir ki, okeanlarda Moxoroviçiç səthindən aşağı serpentinitləş-
dirilmiş və normal ultrabazitlər-peridotitlr (lersolitlər, qarsburgitlər, dunitlər və s.) ya-
yılmışdır. Qitələrdə isə üst mantiyanın tərkibi dolayı məlumatlara görə (vulkan lava-
ları, kimberlit boruları daxilində mövcud olan birləşmələrə əsasən) ultraəsas tərkibə
malikdir və 3:1 nisbətində peridotit və bazalt qarışığından ibarətdir.
Aralıq okean massivlərinin tağ zonalarında astenosferin tavanı Yer qabığının və
mantiyanın sərhədlərini kəsir və litosferin qalınlığının yer qabığının qalınlığından az
olması qeyd edilir. Nisbətən stabil (sakit) quruluşlu Yer qabığı sahələrində, litosfr
yalnız Yer qabığını deyil, mantiyanın müəyən hissəsini də əhatə edir və onun qalınlı-
ğı Yer qabığının qalınlığına nisbətən artır (şəkil 2.2.2. və 2.2.3.). Astenosferin qalınlı-
ğının kəskin şəkildə azaldığı zonalar antiizostatik hərəkət zonalarına (izostatik müva-
zinətə döğru yönəlmiş hərəkətlər) uyğun gəlir.

Şəkil 2.2.2. Yer qabığının quruluşu

Şəkil 2.2.3. Yerin üst mantiyasının prinsipal sxemi.


1- astenosfera, 2- peridotit qatı (substrat), 3-yer qabığı.

Tektonosfer- Yerin daxili qatı olub, Yer qabığını və üst mantiyanı əhatə edir,
onları təşkil maddənin təkibinin və fiziki xassələrinin şaquli və üfüqi qeyribircinslili-
yinə səbəb olan tektonik və maqmatik proseslələrin əsas təzahür sahəsi hesab olunur.
Tədqiqatçılar arasında tektonosferin yerin daxili quruluşundakı mövqeyi ilə bağlı fi-
kir birliyi yoxdur. Məsələn, 1999- cu ilin tektonik terminlər loğətində tektonosfer an-
layışına iki formada yanaşıldığı göstərilir:

24
1. Tektonosfer litosfer və astonosferdən ibarət olub, tektonik proseslələrin əsas
təzahür sahəsidir.
2. Tektonosfer astonosferə nisbətən dishormonik dəyişən, vahid plitə kimi baxı-
lan geosferdir.
V.E.Xainə görə tektonosfer anlayışı Yer qabığını və üst mantiyanı özündə bir-
ləşdirərək 700 km-dək dərinliyi əhatə edir. Tektonosfer tektonik hərəkətlərin, defor-
masiyaların və maqmatizmin fəal təzahür sahəsidir. Tektonosfer tərkibində və qurulu-
şunda nəzərə çarpacaq dərəcədə müşahidə olan üfüqi zonallıqla səciyyələnir.
Qutenberq qatından altda (410-1000 km dərinlik intervalında) dalğaların böyük
sürətinə uyğun gələn S qatı yerləşir. Bu qatın sərhədləri ilk dəfə 1913-cü ildə rus
alimi B.B.Qolitsın tərəfindən təyin edildiyinə görə ona “Qolitsın qatı” deyilir.
Orta mantiya (Qolitsın qatı) alt mantiyadan 950-1000 km dərinlik intervalına
müvafiq gələn seysmik sərhədlə ayrılır. Burada seysmik dalğaların yayılma sürətinin
artması qeyd olunur (410-950 km dərinlikdə uzununa seysmik dalğaların sürəti 2
km/san- dək artır). Orta mantiyaya keçid zonasında seysmik dalğaların sürəti tədricən
artır: uzununa və eninə seysmik dalğaların sürəti müvafiq olaraq 9,0-11,4 km/san-
dən 11,4-13,6 km/san- yə və 5,0-6,4 km/san- dən 6,4-7,3 km/san- yə qədər dəyişir.
Qolitsın qatının kimyəvi və mineraloji tərkibi üst mantiyadan prinsipial fərqlən-
mir. Seysmik dalğaların sürətinin belə artması mantiyanı təşkil edən süxurların sıxlı-
ğının artması ilə əlaqədardır (10%-dək). Məsələn, olivin mineralının şpinelə, pirokse-
nə, qranata çevrilməsi və s. Orta mantiyanın üst hissəsi ilə üst mantiya tektonik və
maqmatik proseslərin baş verdiyi tektonosferi (700 km- ə dək) əməl gətirir. Son vaxt-
lar orta mantiyaya üst mantiyanın daxilində baxılır (onun alt hissəsi kimi). Yeni böl-
güyə əsasən mantiya müvafiq olaraq Moxoroviçiç səthindən 1000 km- dək və 1000
km- 2900 km- dək dərinliyədək intervalı əhatə edən iki hissəyə (üst və alt) ayrılır.
Yerin daxili quruluşunun yeni modelləri seysmotomoqrafik məlumatlara əsas-
lanır. Seysmotomoqrafiyanın məlumatlarından istifadə edərək Yer kürəsinin müxtəlif
səviyyələri üçün qlobal seysmotomoqrafik xəritələr tərtib olunmuşdur. Bu xəritələr
Yerin təkinin seysmik qeyribircinsliyini əks etdirir. Yapon alimləri tərəfindən 14 sə-
viyyəni, amerikanlar isə 12 səviyyəni əks etdirən belə xəritələr tərtib olunmuşdur.
Mövcud materialları ümumiləşdirən Y.M.Puşarovski tərəfindən irəli sürülən
modelə əsasən mantiya üç deyil, 6 təbəqəyə (qata) ayrılır (şəkil 2.2.4.):
1. Üst mantiyanın üst hissəsi−¿ 410 km-ə qədər;
2. Üst mantiyanın alt hissəsi−¿ 670 km-ə qədər;
3. Üst və orta mantiyanın arasında yerləşən I ayırıcı zona−¿ 670-840 km;
4. Orta mantiya−¿ 840-1700 km;
5. Orta mantiyanı alt mantiyadan ayıran II ayırıcı zona−¿ 1700-2200 km;
6. Alt mantiya−¿ 1700-2900 km. Alt mantiyada “D” qatı ayrılır.
Ayrılan qatların tavanını və dabanını müəyyən edən sərhədlər dəyişir. Aşağıda
Y.M.Puşarevskinin modelinə əsasən mantiyanın quruluşu və tərkibi haqqında ətraflı
məlumat verilir.
Üst mantiya- Yer qabığının dabanı (Moxoroviçiç sərhəddi) ilə 670 km dərinlik
intervalında müvafiq gələn sərhəd arasında yerləşir. Y.M.Puşarevskinin fikrincə üst
mantiya 410 km dərinlikdə üst və alt hissəyə ayrılır. Ənənəvi modellərdə üst hissə

25
tam üst mantiyanın həcminə müvafiq gəlir və iki əsas qatdan ibarətdir. Üst qat Yer
qabığı ilə birlikdə litosferi təşkil edir.
Alt mantiya (D/, D// qatları) 2900 km dərinliyə kimi izlənilir. Ayırma sərhəddi
aydın seçilir və elastiki dalğaların yayılma sürətinin kəskin aşağı düşməsi (8,1
km/san- yə qədər), eninə dalğaların isə sönməsi ilə xarakterizə olunur. Alt mantiyanın
aşağı hissəsində uzununa dalğaların sürətinin azalmasına ğörə (12,6 km/san- dək)
2700-2900 km dərinlik intervalında keçid təbəqəsi (D//) ayrılır. O.Q.Soroxtinin məlu-
matlarına əsassən alt mantiyanın D// qatında dəmir-oksidi (Fe2O) başlıca yer tutur.
Burada maqmatik maddələrdə diapirizm prosesinin baş verməsi ehtimal olunur. Bir
sıra tədqiqatçılar (V.N.Jarkov, V.M.Lyubimov, L.N.Darofeyeva, V.M.Darofeyev) alt
mantiyaya ikinci astenosfer təbəqəsi kimi baxmağı təklif edirlər.

Şəkil 2.2.4. Yerin dərinlik geosferləri (Y.M.Puşarevskiyə görə).

2.3. LITOSFERIN GEOLOJI INKIŞAF MODELI

Bir sıra tədqiqatçıların fikrincə “D” qatında onu təşkil edən maddələrin sıxlığı
5,2-5,5- dən 9,8-10,3 q/sm3 arasında dəyişir və özüllüyü isə 1019-1024 Pas- dan 1018
Pas- yə qədər azalır. Belə ehtimal olunur ki, “D” qatının tərkibində həm mantiyanın,
həm də nüvənin maddələri iştirak edir, yəni “D” qatı mantiya və nüvənin özünə məx-
sus qarışığından ibarətdir. Bununla əlaqədar olaraq, mantiya və nüvənin sərhədində
termo-qravitasiya (O.Q.Soroxtinə və E.V.Artyuşkova görə- kimyəvi-sıxlıq) konveksi-
yası baş verir. Konvektiv axımın sürəti və xüsusiyyəti mantiyanın ayrı-ayrı qatlarında
özüllüyün paylanmasından çox asılıdır.
Bir sıra alimlərin (L.İ.Lobkovski, O.Q.Soroxtin, A.V.Karakin və s.) fikrincə
mantiyada maddələrin konvektiv axımı özül mayelərin hərəkət modelinə uyğun baş
verir və Nave-Stoks bərabərliyi ilə yazıla bilər. Onu da nəzərə almaq lazımdır ki, Ye-
rin mantiyası hidrodinamikanın müəyyən qanunlarının müəyyən olunduğu Nyuton
26
mayelərinə nisbətən ölçüyə gəlməyəcək dərəcədə daha mürəkkəb reoloji xüsusiyyətlə
səciyyələnir. Lakin uzunmüddətli yükdə mantiya süxurları özünü Nyuton mayeləri
kimi aparır və geoloji zaman miqyasında onlar mayeyə uyğun axa bilər. Mövcud tə-
səvvürlərə görə astenosferin özüllüyü qitələrin altında 13  1019 Pas- yə təşkil edir,
okeanların altında isə 1018 Pas- yə yaxındır. Mantiyanın altda yatan qatlarında isə
(“D” qatı istisna olmaqla) özüllüyün 1022-1024 Pas olması ehtimal olunur. “D” qatın-
da yenidən özüllüyün bir neçə dəfə azalması qeyd olunur. Beləliklə, mantiyanın nis-
bətən daha yüksək özüllüyə malik hissəsi, nisbətən daha az özüllüyə malik olan as-
tenosfer və “D” (mantiya və nüvənin sərhədində) qatları arasında yerləşir.
L.İ.Lobkovski və O.Q.Soroxtinin hesablamalarına görə, qalxan mantiya axımı-
nın sürəti 18 sm/il təşkil edir. Nyuton mayeləri üçün müəyyən olunmuş ölçüsüz
Reynoldes ədədindən (Re) istifadə edərək, mantiyada maddənin konvektiv axımının
mümkün olan tipini R e=υ⋅h/γ ifadəsindən təyin etmək olar.
Burada - axma sürəti, h- mantiyanın qalınlığı, - mantiyada maddənin özüllü-
yüdür. Bu ifadədə uyğun olaraq  = 10 sm/il, h= 3108 sm, = 1021-1024 Pas götür-
müş olsaq, Reynoldes ədədini (Re) almış olarıq = 1022  1024. Reynoldes ədədinə görə
mayenin hərəkətinin laminar və ya turbulent xarakterli olması təyin olunur. Yuxarıda
Reynoldes ədədinin verilən qiymətinə görə mantiyada maddənin yalnız laminar, yəni
qərarlaşmış hərəkəti mümkündür. Mantiyada konvektiv hərəkətin mümkünlüyü Rele-
yin ölçüsüz ədədinə görə təyin olunur: R a= α β g h / k η
4

Burada - temperatur genişlənmə əmsalı, - temperatur qradiyenti, g- ağırlıq


qüvvəsi təcili, h- təbəqənin qalınlığı, k- temperatur keçiciliyi əmsalı. - təbəqənin
özüllüyüdür. Releyin ölçüsüz ədədi Nyuton mayeləri üçün alınmışdır. Əgər yuxarıdan
və aşağıdan yalnız iki kvaziparallel səthlərlə hüdudlanmış belə mayeni aşağıdan qız-
dırsaq, onda Releyin ədədinin= 1500 qiymətində konveksiya yaranacaq. Konveksiya
qapalı mühitdə gedərsə, onda Releyin ölçüsüz ədədinin qiyməti 550- yə qədər azalır.
Konveksiyanın yaranmasına sistemin xətti ölçüləri böyük təsir göstərir, belə ki, Rele-
yin ölçüsüz ədədi təbəqənin qalınlığının dördüncü dərəcəsindən asılıdır. h≈ 3 108 sm,
g≈ 103 sm/san2, ≈ 2105 dərəcə-1, k≈ 102 sm2/san, verilmiş qiymətlər qəbul edilsə,
Yerin mantiya şəraitində konveksiya olduqca yüksək sıxlıq mühitində (1022 Pas),
yüksək adiabatik temperatur qradiyentində (0,1 0C/km) yarana bilər. O.Q.Soroxtinin
fikrincə Yerin təkində konveksiya o halda baş verə və ya yarana bilər ki, onunla bü-
tün mantiya əhatə olunsun, ya da əks halda Releya ədədinə əsasən konvektiv hərəkə-
tin yaranması üçün dəlik-oyuqların (yaçeya) ölçüləri olduqca kiçik olsun. Alimlərin
fikrincə uzundalğalı qravitasiya anomaliyaları qalxan və enən mantiya axımının var-
lığına dəlalət edir. Yerin ölçüləri 1000 km- dən artıq olan müsbət və mənfi anomali-
yaları uzundalğalı qravitasiya anomaliyalarına aid edilir. Belə ərazilərdən biri nəhəng
qalxan mantiya axımının olması ehtimal olunan Şimali Atlantika hesab olunur.
Qalxan mantiya axınları astenosferə çataraq “astenosfer axımını” yaradacaq, yə-
ni, mantiyanın bu nisbətən az özüllüyə malik qatında maddənin horizontal (üfüqi) hə-
rəkəti baş verəcəkdir. Bunu nəzərə alaraq, okeanların altında qitələrə nisbətən aste-
nosferin qalınlığı olduqca böyük, özüllüyü isə 10-30 dəfə az olduğundan, şaquli (ver-

27
tikal) axımlar yalnız orta və alt mantiyada mövcud olacaq, astenosferdə isə əsasən ho-
rizontal axımlar yaranacaq.
Qitələrin altında astenosfer qatının qalınlığının azalmasını nəzərə alsaq, üfüqi
yerdəyişməyə səbəb kontinental axımın mantiyanın daha dərin horizontlarında yaran-
dığını qeyd etmək olar. Bununla əlaqədar olaraq, kontinental (və ya qarışıq kontinen-
tal-okean) plitələrinin hərəkət sürəti (dreyfi) okean plitələrinə nisbətən kifayət qədər
az olacaq. Litosfer plitələrinin hərəkətinin başlıca mexanizmi plitənin konvektiv axın-
lara səbəb olunmasıdır. Yuxarıda yerləşən kontinental kütlənin təsiri ilə astenosfer
qatında üfüqi axım hiss olunacaq dərəcədə dəyişə bilər. Belə ki, böyük kontinental
plitələr (qalınlığı 250-300 km) üfüqi astenosfer axımlarının yayılmasına güclü mane
olur. Disk rolunu oynayaraq, qitələr maddənin horizontal axımını eninə axıma çevirir
(aralıq okean silsilələrinin oxu boyunca istiqamətlənmiş), hesablamalarına görə belə
astenosfer axımının sürəti Şimali Atlantikada orta hesabla 180 sm/il təşkil edə bilər.
Konvektiv axımların təsiri nəticəsində litosfer plitələri qalxan axım olan sahələr-
dən mantiya maddəsinin enən axımının mövcud olduğu sahələrə doğru (subduksiya
zonasının yarandığı yerə) yerdəyişməyə çalışır. Yerin müasir quruluşunda Şimali At-
lantika, Afrika, Hind Okeanı, Antarktida, Sakit okeanın cənub-şərqi və şərqi, Şimali
Amerikanın qərbi qalxan mantiya axınları olan sahələrə; Sakit okeanın qərbi, Cənubi
Amerika və Cənubi Atlantikanın ətraf hissəsi isə enən mantiya axını olan sahələrə
müvafiq gəlir. Konvektiv hərəkətin mühüm xüsusiyyətlərindən biri onun qeyri stasio-
nar olması hesab olunur. Belə ki, mantiya mühitin sıxlığının təkrar olunmayan dəyiş-
mə prosesi baş verir və bununla əlaqədar olaraq, mantiyada konveksion quruluş döv-
rü olaraq iki yaçeykalıdan bir yaçeykalıya çevrilir.
Bir yaçeykalı konveksiyanın mövcud olduğu dövrlərdə litosfer plitələrinin mər-
kəzə doğru istiqamətlənmiş dreyfi üstünlük təşkil edir ki, bunun da nəticəsində qitələ-
rin birləşərək vahid super qitənin yaranması baş verir. İki yaçeykalı konveksiyanın
mövcud olduğu dövrlərdə isə destruksiya (parçalanma) və qitələrin aralanması prose-
si ilə səciyyələnir. A.S.Monina və O.Q.Soroxtinin fikrincə mantiyada konveksion
struktur dəyişmələri litosfer plitələrinin ümumi hərəkət planının dəyişməsinə səbəb
olur. Bununla əlaqədar olaraq, Yerin səthində dövrü olaraq tektonik fəal zonaların
yerinin dəyişməsi baş verir. Bu isə öz növbəsində litosfer plitələrinin dreyfinin qalxan
axımlardan enən axımlara dəyişməsinə səbəb olur.
Yerin təkində dinamikanın dövrlülüyü isə Yerin tektonik-maqmatik fəallığının
dövrlülüyünə səbəb olur. Mantiyanın bir yaçeykalı strukturları dövrü Yerin geoloji
inkişafının tektonik fəal dövrlərinə; bir yaçeykalıdan iki yaçeykalı strukturların ya-
ranma dövrləri isə tektonik fəallığının ən zəif olduğu anlara uyğun gəlir. İki yaçeykalı
quruluş dövrləri aralıq tektonik fəallıq dövrü ilə səciyyələnir.
A.S.Monin və O.Q.Soroxtin belə hesab edirlər ki, Yerin geoloji inkişaf tarixi ər-
zində mantiyada bir yaçeykalı quruluş beş dəfə təkrarlanmışdır və bu dövrlərdən hər
birinə müvafiq olaraq, tektonik fəallaşma epoxaları uyğun gəlir. Hazırda mantiyada
konvektiv hərəkətlərin dəyişməsi baş verir və ona görə də müasir tektonik fəallıq nis-
bətən azdır. Mantiya maddəsinin konvektiv hərəkətlərin təsiri nəticəsində litosferdə
yaranan dinamik gərginliklə Yer litosferi bir sıra plitələrə (böyükləri: Sakit okean, Şi-
mali Amerika, Avrasiya, Afrika, Cənubi Amerika, Hindistan və ya Hind-Avstraliya,
Antarktida, Naska, Kokosova; kiçikləri: Filippin, Oxot, Karib, Skoşa, Ərəbistan, So-

28
mali, Amur, Çin, Tibet, İran və s.) ayrılır ki, onlarında sərhədləri yüksək seysmiklik
zonalarına görə müəyyən olunur.
2.4. YERIN NÜVƏSİ VƏ ONUN ƏSAS XÜSUSIYYƏTLƏRI

Yerin nüvəsi onun mərkəzi hissəsini təşkil edir (2900-6371 km). Nüvə Yerin
həcminin 17 %- ni,kütləsinin isə 33 %- ni təşkil edir və üç hissəyə- xarici nüvəyə,
keçid qatına və daxili nüvəyə ayrılır.
Xarici nüvə (E qatı) 2900-5000 km dərinlik intervalını əhatə edir, onun həcmi
Yerin həcminin 15,16 %- ni,kütləsinin isə 29,8 %- ni təşkil edir. Xarici nüvə ərimiş-
maye halında olan maddədən ibarətdir, onun özüllüyü 0,4 puaz qiymətləndirilir ki, bu
da suyun özüllüyünə yaxindır. Sesmik məlumatlardan əlavə, yerin daxilində gelgit
deformasiyalar bunu təsdiq edir. Seysmik məlumatlarla yanaşı, Yerin daxilində qa-
barma proseslərin varlığı və Yerin fırlanma oxuna nisbətən qütblərin yerdəyişməsi də
(Yerin xarici nüvəsinin maye halda olması nəzərə alınmadıqda bu hadisəni izah et-
mək mümkün olmur) bunu göstərir. Onun daban hissəsində F qatı yerləşir.
Son zamanlar, maye mühitin mexanikasından istifadə edərək termodinamik mo-
delləşdirmə əsasında xarici mantiya iki qata (üst və alt) ayrılır. Xarici mantiyanın üst
qatı laylı orta bir növ kimi, alt hissəsi isə bir intensiv konveksiya zonası kimi baxılır.
Keçid zonası (F qatı). Xarici və daxili mantiya bir-birindən 5000-5200 km də-
rinlik intervalını əhatə edən keçid zonası ilə ayrılır. Qalınlığı 140 km- ə yaxın olan
keçid zonası uzununa dalğaların sürətinin 10, 4 km/san- dək artır, lakin onun daxi-
lində eninə dalğalar izlənilmir.
Daxili nüvə (G qatı və ya subnüvə) bizim planetimizin ən mərkəzində yerləşir,
onun radiusu 1250 km, həcmi Yerin ümumi həcminin 0,7 %- ə yaxın hissəsini, kütlə-
sinin isə 1, 8 %- ə qədərini təşkil edir. Daxili nüvənin daxilində uzununa dalğanın sü-
rəti 11,4 km/san- dək, eninə dalğaların sürəti isə 3,4-3,6- dək artır. Bu isə daxili sub-
nüvənin bərk halda olduğunu göstərir. Onun tərkibinin 80-90 %- i dəmirdən ibarət
olması ehtimal olunur. Nüvənin kimyəvi və mineraloji tərkibi baxımından əsasən iki
fikir formalaşmışdır: dəmir-nikel və ya silikat. Bir sıra tədqiqatçıların fikrincə daxili
nüvə silikat, son məlumtlara əsasən isə, oksigen-hidrogen mənşəlidir. Oksigen-hidro-
gen mənşəli nüvə tərəfdarlarının fikrincə Yerin mərkəzində kosmik mənşəli, metalla-
rın hibrid və karbid birləşmələrindən ibarət (bərk halda) nüvə yerləşir. Xarici nüvə
hüdudunda onların qismən parçalanması, oksigenin, hidrogenin ayrılmsı və alt manti-
yaya daxil olması nəticəsində metallaşması (dəmirin, maqneziumun, metalların və s.
silikatlaşması) baş verir. Burada sərbəst elementlərin, sulfidlərin, uçucu konponentlə-
rin və s. yaranma ehtimalı göstərilir. Nəticədə, üst mantiya da isti halda olan H2O,
CO2, H2, CH4 və dəmirli, maqneziumlu silikat birləşmələri flüid axınlarının yaranma-
sına və onların Yer qabığının dabanına doğru yönəlməsinə səbəb olur. .P.Semenenko
Yerin inkişafında əsas yeri mineralların yaranmasına və elementlərin miqrasiyasına
səbəb olan hidrogenə verir.

29
BÖLMƏ 3. TEKTONİK HƏRƏKƏTLƏR VƏ ONLARIN
ÖYRƏNİLMƏ ÜSULLARI

Tektonik hərəkət dedikdə, planetimizi təşkil edən maddələrin yerdəyişməsi ilə


əlaqədar olaraq geoloji strukturların yaranması və ya quruluşlarının dəyişməsi nəzər-
də tutulur. Tektonik hərəkətlərin yaranmasının başlıca səbəbi isə Yerin daxili enerjisi
hesab olunur. Bununla belə, tektonik hərəkətlərin yaranmasına, həmçinin, Yerin fır-
lanma sürətinin dəyişməsi, bir sıra kosmik (qravitasiya sahəsi və s.) və digər amillər
də təsir göstərə bilər. Tektonik hərəkətlər nəinki litosferin geoloji quruluşunun dəyiş-
məsində, həmçinin müxtəlif faydalı qazıntı yataqlarının formalaşmasında da mühüm
rol oynayır. Bununla əlaqədar olaraq, tektonik hərəkətlərin forma və xarakterinin, ya-
ranma səbəblərinin, təönifatının öyrənilməsi praktiki və elmi əhəmiyyət kəsb edir.
3.1. TEKTONİK HƏRƏKƏTLƏRİN ƏSAS TIPLƏRİ

Yer qabığında qalxma və enmə sahələrinin varlığı, qədim yunan alimlərinin


(Ərəstun, Strabon) əsərlərində göstərilir. Bu hadisələrin ilk geoloji mahiyyəti isə bir-
birindən asılı olmayaraq məşhur rus alim-ensiklopedisti M.V.Lomonosov və şotland
geoloqu C.Hetton tərəfindən araşdırılmışdır.
Tektonik hərəkətlərin təzahürü barədə proqressiv fikirlər XIX əsrdə A.D.Ozerski
və A.P.Karpinski tərəfindən söylənilmişdir. Onlar tektonik hərəkətlərin "rəqsi və
dalğavarı" növlərini qeyd etmişlər.
XIX əsrin axırında amerika geoloqu Q.K.Hilbert tektonik hərəkətləri iki növə
ayırmağı təklif etmişdir:
 Epeyrogenik, yəni qitələri yaradan hərəkətlər;
 Orogenik, yaxud dağları əmələ gətirən hərəkətlər.
Hilbertin bu terminləri, sonralar alman tektonisti H.Ştille tərəfindən bir qədər
dəqiqləşdirilmişdir. H.Ştilleyə görə epeyrogenez nəticəsində yer səthinin sahələri də-
niz transqressiyaları və reqressiyaları ilə müşayiət edilən yavaş (tədrici) və uzun
müddətli qalxma proseslərinə məruz qalır və onaların strukturlarında elə bir əhəmiy-
yətli dəyişiklik baş vermir, orogeniz isə nisbətən məhdud sahələrdə vaxtaşırı təzahür
edən qısa müddətli intensiv hərəkətlərdir. Bu hərəkətlər nəticəsində həmin sahələrin
strukturları dəyişir və orada dağlıq relyef yaranır.
O.K.Hilbert və H.Ştillenin təönifatları tektonikanın indiki inkişaf səviyyəsində
xeyli sadə görünür. Tektonik hərəkətlər, adətən, müxtəlif istiqamətdə təsir göstərir və
heç bir zaman sərbəst halda qeyd olunmur. Yer qabığının şaquli istiqamətdə hərəkəti,
başqa istiaqamətlərdə də təsir göstərən hərəkətlər doğurur.
Tektonik hərəkət haqqında nəzəriyyələrin hazırlanmasında XX əsrin ortalarında
M.M.Tetyayevin, V.V.Belousovun, V.Y.Xainin, N.B.Vassoyeviçin, N.S.Şatskinin,
A.V.Peyvenin və b. xidmətləri böyükdür.
M.M.Tetyayev və V.V.Belousov tektonik hərəkətləri onların törətdiyi əsas
struktur formalara əsaslanaraq aşağıdakı üç tipə bölür:
Rəqsi hərəkətlər- şaquli tektonik hərəkətlərdir. V.V.Belousova görə onların
fəaliyyəti nəticəsində Yer qabığı bir yerdə qalxır, digər yerdə isə çökür. Rəqsi hərə-
kətlər üçün səciyyəvi cəhət, onların müəyyən geoloji vaxt ərzində eyni bir sahəni gah

30
yuxarı, gah da aşağı istiqamətdə hərəkətə (rəqsə) gətirməsidir. Məhz buna görə də
həmin hərəkətlərə rəqsi hərəkətlər adı verilmişdir.
Qırışıq əmələ gətirən hərəkətlər- bu hərəkətlər nəticəsində Yer qabığının
süxur qatları plastik deformasiyaya uğrayır və qırışır. Rəqsi və dalğaları hərəkət-
lərdən fərqli olaraq qırışıq əmələ gətirən hərəkətlər nəticəsində qırışmış qatlar bir
daha çevrilə bilmir və onlar ya get-gedə mürəkkəbləşir, yaxud da öz inkişafını dayan-
dırır. Başqa sözlə desək, əmələ gəlmiş antiklinal qırışıq öz inkişafının sonrakı mərhə-
lələrində artıq sinklinal qırışıq formasına keçə bilməyib, ancaq mürəkkəbləşə bilər.
Qırışıq əmələ gətirən hərəkətləri fərqləndirən cəhətlərdən biri də onların həm sahə və
həm də vaxt etibarilə məhdud xarakter daşımasıdır. Yer qabığında qırışıqəmələgəlmə
prosesində qatları təşkil edən süxurlar tangensial istiqamətdə plastik yerdəyişməyə
məruz qalır.
Dalğalı tektonik hərəkətlərin yaratdığı geostrkuktur formalar qırışıqlıq nəticəsin-
də əmələ gələn strukturlardan kəskin fərqlənir. Dalğalı tektonik hərəkətlərin yaratdığı
geostrukturlar böyük radiuslu olur və Yerin daha dərin qatlarını əhatə edir. Qırışıqlıq
nəticəsində yaranan strukturlar isə əksinə, dayaz strukturlardır və bunları təşkil edən
qatların fiziki-mexaniki xassələri müxtəlif stratiqrafik səviyyələrdə dəyişə bilir ki, bu
da strukturlarda disharmoniklik yaradır.
Qırılmaları əmələ gətirən hərəkətlər (kəsici hərəkətlər). Bu tip hərəkətlərin
Yer qabığında sərbəst şəkildə fəaliyyət göstərməsi geoloqların əksəriyyəti tərəfindən
qəbul edilmir. Bu baxımdan V.E.Xainin fikiri ilə tam razılaşmaq olar. V.E.Xainə görə
qalxımları və çökəklikləri mürəkkəbləşdirən yerdəyişən qırılmalar və bu strukturları
əmələ gətirən hərəkətlərin intensivliyi arasındakı kəskin fərqin nəticəsində yaranır.
Genetik baxımdan qırılma hərəkətləri tamamilə başqa bir şəraitdə meydana gəlir. Bu
cür qırılmalar deformasiya şəraitində süxur qatlarının plastiklik hüdüdü sona çatdıqda
əmələ gəlir və bu şəraitdə güclənməkdə olan tangensial hərəkətlərin nəticəsidir.
Ümumiyyətlə, qeyd olunan tektonik hərəkətlər ayrı-ayrılıqda deyil, qanunauy-
ğun ardıcıllıqla birlikdə müxtəlif intensivlikdə təsir göstərir. Geosinklinal sahələrdə
tektonik hərəkətlərin bütün tipləri intensiv şəkildə, platformalarda isə nisbətən zəif
təzahür edir.
Bu hərəkətlərlə yanaşı, Yer qabığında bəzən dördüncü tip hərəkətlər (maqma-
tizm hadisələrinin törətdiyi hərəkətlər) də qeyd olunur. Ümumiyyətlə, maqmatizmi
tektonik proseslərdən ayırmaq düzgün deyildir, çünki Yer qabığında baş verən tekto-
nik hərəkətlərlə maqmatik hərəkətlər arasında sıx əlaqə vardır.
Maqmatizm, tektonik hərəkətlər sırasında xüsusi yer tutur. Belə ki, maqmatik
kütlələr maqmanın ətraf süxurlara təsiri şəraitində əmələ gəlir və Yer qabığının qu-
ruşuşunu pozur, struktur formalar yaradır. Bu baxımdan maqmatizm Yer qabığında
baş verən tektonik hərəkətlərə yaxınlaşır, digər tərəfdən isə onun bir kimyavi proses
olması, onu mexaniki bir hadisə kimi baxılan tektonik proseslərdən uzaqlaşdırır.
V.V.Belousov maqmatizmi Yer qabığında baş verən tektonik hərəkətlər və Ye-
rin inkişafı ilə əlaqələndirir və belə hesab edir ki, maqmatik hadisələr sözün əsil mə-
nasında mexaniki proses sayılan tektonik hərəkətlər ilə Yerin dərinliklərində baş ve-
rən və bizə az məlum olan fiziki-kimyavi proseslər arasında keçid vəziyyət tutur.
V.E.Xain şaquli tektonik hərəkətləri xüsusi rəqsi və dalğalı hərəkətlər kimi iki
müstəqil növə ayırır. Rəqsi hərəkətləri o, planetar miqyasda fəaliyyət göstərən hə-

31
rəkətlərə aid edir. Onun fikrincə rəqsi hərəkətlər Yer qabığını təşkil edən süxur qatla-
rını deformasiya etmir. Bu hərəkətlər qitələrin və okeanların hipsometrik qiymətlərini
dəyişir, transqressiya və reqressiyalar yaradır. Bu isə kəsilişdə süxur qatlarının tərkib
və ardıcıllığının dəyişkənliyinə səbəb olur. V.Y.Xainə görə rəqsi hərəkətlər həm
geosinklinal əyalətləri, həm də platformaları əhatə edən geniş ərazilərdə eyni vaxtda,
eyni xarakterdə təzahür edir.
Bu hərəkətlərlə yanaşı, V.E.Xain Yer qabığında ikinci dalğalı tektonik hərəkət-
lərin də fəaliyyət göstərməsi fikrini irəli sürür. V.E.Xainə görə Yer qabığında böyük
qalxımların və çökəkliklərin yaranmasına səbəb dalğalı tektonik hərəkətlərdir. Rəqsi
hərəkətlərdən fərqli olaraq, dalğalı hərəkətlər nəticəsində süxur qatları deformasiyaya
məruz qalır. Həmin hərəkətlərin əmələ gətirdiyi geostruktur formalar uzun geoloji
dövr ərzində öz hərəkət istiqamətini dəyişmir. Rəqsi hərəkətlər kimi, dalğalı hərəkət-
lər də çevrilmə (inversiya) xarakterinə malikdir, lakin bu çevrilmələr çox böyük geo-
loji dövr keçdikdən sonra baş verir.
Dalğalı hərəkətlərin çevrilməsi dedikdə, onların əmələ gətirdiyi geostruktur for-
maların (qalxımların və çökəkliklərin) geoloji vaxt ərzində bir-birini əvəz etməsi
nəzərdə tutulur.
Ümumiyyətlə, yuxarıda göstərilən tektonik hərəkət tipləri heç zaman tam halda
müstəqil deyil, birlikdə fəaliyyət göstərir.
Son 50 ildə tektonik hərəkətlərin təönifatlarının verilməsində onların yaranma
dərinliklərinin əsas götürülməsinə cəhd edilir (N.İ.Nikolaev, V.E.Xain). Hazırda Ye-
rin inkişafında iştirak edən üfüqi hərəkətlərə (litosfer plitələrının yerdəyişməsi) əsas
fikir verilir və bu hərəkətlərə, şaquli tektonik hərəkətlərlə eyni baxımdan yanaşmaq
tələb olunur.
A.V.Peyvenin məlumatına əsasən üfüqi istiqamətdə baş verən tektonik hərəkət-
lərin sürəti 1-13 sm/1000il, şaquli tektonik hərəkətlərin isə 5-10 sm/1000 ildir. Başqa
sözlə desək, üfüqi tektonik hərəkətlər şaquli tektonik hərəkətlərə nisbətən üstünlüyə
malikdir.
Tektonik hərəkətlərin təönifatları içərisində V.E.Xainin təönifatı nəzəri cəlb
edir. Onun təönifatında tektonik hərəkətlər üfiqi və şaquli növlərə ayrılır və həmin
hərəkətlərin sonrakı təönifatları yaranma dərinliklərindən asılı olaraq verilir. Qeyd
edilən amilləri nəzərə alaraq V.E.Xain tektonik hərəkətləri aşağıdakı tiplərə ayırır:
Ümumi (planetar) rəqslər (pulsasiyalar). Bu tip hərəkətlər özünü Yerin bütün
səthinin qalxması və enməsi şəklində biruzə verir. Qalxmaların və enmələrin zaman
etibarilə növbələşməsi dövri xarakter daşıyır. Planetar miqyaslı transqressiyaların və
reqressiyaların varlığı ümumi rəqslərin təzahürünü əks etdirir. Başqa sözlə desək,
Dünya okeanı səviyyəsinin qalxması və enməsi ilə çökmə təbəqələrinin ritmikliyi,
denudasiya səthlərinin, onları məhdudlaşdıran pillələrin, dəniz və çay terraslarının və
s. yaranması arasında sıx əlaqə vardır. Geoloji ədəbiyyatda bu kimi hərəkətlər epey-
rogenik və ya rəqsi hərəkətlər adı ilə məlumdur. Ümumi rəqslər zəif öyrənilmişdir və
mübahisəlidir. Onların yaranması isə Yerin nüvəsinin həcminin dəyişməsi ilə əlaqə-
ləndirilir və Yerin nüvəsini təşkil edən maddələrin diferensiyasının məhsulu hesab
edilir. Bu növ hərəkətlər, adətən, şaquli istiqamətdə fəaliyyət göstərir.
Çox böyük dərinlikdə baş verən hərəkətlər. Buraya tektonosferin qitə və oke-
an qalxımlarını və çökəkliklərini aid edirlər. Okean çökəkliklərinin və qitə qaymaları-

32
nın yaranmasında qeyd edilən hərəkətlərin rolu böyükdür. Onlar mantiyanın alt his-
səsində yaranır və mantiya maddəsinin diferensiasiyası ilə əlaqədardır. Diferensiasiya
nəticəsində silikat birləşmələr yuxarıya doğru hərəkət edərək astenosfer və litosfer
qatlarına çatır. Yuxarıya doğru yönəlmiş həmin maddələr soyuyaraq ağırlaşır, yeni-
dən aşağıya doğru hərəkət edir və beləliklə, konveksiya axınının yaranmasına səbəb
olur. Bu növ axınların varlığı isə Yer səthində çox böyük dərinlik hərəkətlərinin ya-
ranmasına səbəb olur və nəticədə, Yer səthində üfiqi istiqamətdə yerdəyişmələr baş
verir. Yuxarıya doğru yönəlmiş axınlar qitələri əhatə edir. Bununla əlaqədar olaraq,
Afrika qitəsi Cənubi Amerika qitəsinə nisbətən (Cənubi Amerika qitəsi aşağıya doğru
yönəlmiş konveksiya axını üzərində yerləşir) hipsometrik baxımdan daha çox yük-
səkliyə malikdir. Bu kimi hərəkətlərlə litosfer plitələrının hərəkəti, yeni qitələrin və
okeanların yaranması, inkişafı və s. əlaqədardır.
Dərinlikdə baş verən hərəkətlər- üst və ya orta mantiya maddələrinin (litosfe-
rin və astonosfer çökmə təbəqələrinə daxil olması) diferensiasiyası ilə əlaqədar olaraq
yaranır. Geosinklinal qurşaqlara və platformalara daxil olan struktur elementlərin
(intrageoantiklinal, intrageosinklinal, sinekliz, antekliz, avlokogen) yaranması bu hə-
rəkətlərlə əlaqədardır. Qeyd edilən hərəkətlərin yaranmasına xarici amillər də təsir
edir (məsələn, Yerin fırlanması ilə əlaqədar fırlanma bücağı sürətinin dəyişməsi). Şa-
quli hərəkətlərlə yanaşı üfiqi istiqamətli (litosferin müxtəlif təbəqələri arasında) hərə-
kətlər də yaranır. Sonuncular əksfay, üstəgəlmə, üfüqi yerdəyişmə kimi qırılma dislo-
kasiya növlərinin yaranmasına səbəb olur. Bu hərəkətlər O.K.Hilbert və H.Ştille tərə-
findən orogenik, keçmiş Sovet geoloji ədəbiyyatında isə dalğavari-rəqsi hərəkət kimi
məlumdur.
Qabıq hərəkətləri- dərinlik hərəkətlərindən törəmə olub şaquli, üfüqi, qırışıqlıq
və qırılma tiplərinə bölünür. Bu hərəkətlər konsolidasiya olunmuş qabıqda müxtəlif
deformasiyalara səbəb olurlar. Birbaşa çökmə qatda özlərini biruzə verirlər. Bu hərə-
kətlərlə faylar, əks-faylar, üstəgəlmələr, tektonik örtüklər (şaryajlar), əlaqədardır.
Örtük hərəkətləri- qabığın çökmə qatının çox və ya az miqdarda deformasiyası
nəzərdə tutulur. Bu kimi hərəkətlər plastiklik xassəsinə malik süxurların (gil, daş-duz
və s.) həcminin artması və ya plastik təbəqələr üzrə sürüçməsi nəticəsində yaranır, şa-
quli və üfüqi istiqamətlərdə təzahür edir. Bu hərəkətlərin atektonik (Yerdən kənarda
baş verən amillərlə əlaqədar), diapir, insanların fəaliyyəti ilə əlaqədar (texnogen, mə-
sələn, su və ya neft çıxarılması ilə əlaqədar Yer səthinin çökməsi) və s. növləri var.
Ekzotektonik hərəkətlər. Buraya tamamilə ekzogen amillərin təsiri ilə əlaqədar
olan Yer qabığının üst hissəsində, çox məhdud sahədə yayılan kiçik pozulmaları aid
edilir. Bu tip deformasiyaların bir qismi diagenez, denudasiya (sürüçmə qırışıqları və
s.), hipergenez (anhidridin gipsə keçməsi ilə əlaqədar) və s. proseslərlə əlaqədardır.
Ekzotektonik hərəkətləri V.E.Xain ayırdığına baxmayaraq, onu tektonik hərəkət-
lərin bir növü kimi qəbul etmək olmaz.
Tektonik hərəkətlər yaranma vaxtına görə paleotektonik və neotektonik hərə-
kətlərə ayrılır.
Paleotektonik hərəkətlər dedikdə Neogendən əvvəlki inkişaf dövrlərində baş
vermiş hərəkətlər nəzərdə tutulur. Bu hərəkətlər əsasən qalınlıqların, fasiyaların,
fasilə və uyğunsuzluqların analizi və həcm üsulunun əsasında öyrənilir.

33
Neotektonik hərəkətlər dedikdə Neogendən sonrakı inkişaf dövründə baş ver-
miş hərəkətlər nəzərdə tutulur. Bu hərəkətləri neotektonika elmi öyrənir.
Neotektonik hərəkətlər öz növbəsində yeni (Neogen və Antropogen dövrləri ər-
zində baş verən hərəkətlər), müasir (son üç ərzində baş verən hərəkətlər) və cavan
(Holosen epoxasının, yəni son 10-12 min il ərzində baş verən hərəkətlər) hərəkətlərə
ayrılır. Yeni tektonik hərəkətlər oroqrafik, batimetrik, morfometrik, dəniz terrasları-
nın öyrənilməsi, çay şəbəkəsi və çay dərələrinin öyrənilməsi, çay terraslarının öyrə-
nilməsi, qədim denudasiya səthlərinin öyrənilməsi kimi üsullarla öyrənilir. Müasir və
cavan hərəkətlər tarixi-arxeoloji, suölçmə müşahidələri, yüksək dəqiqliklə təkrar ni-
velirləmə, təkrar trianqulyasiya, coğrafi koordinatların təkrar təyini, geomorfoloji
üsullarla öyrənilir.
3.2. TEKTONİK HƏRƏKƏTLƏRİN ÜMUMİ XASSƏLƏRİ

Tektonik hərəkətlər yaranma və təzahür formalarının müxtəlifliyinə baxmaya-


raq, onlar bir sıra ümumi xassəyə malikdir. Belə xassələrdən aşağıdakıları göstərmək
olar:
Tektonik hərəkətlərin mürəkkəbliyi- Yer səthinin istənilən nöqtəsinin (istərsə
şaquli, istərsə də üfüqi) hərəkətə məruz qalmasında özünü büruzə verir. Bu nöqtələrin
məcmusuna isə tektonik hərəkətlrin spektri kimi baxılır.
Tektonik hərəkətlərin tabeliyi- iri miqyaslı tektonik hərəkətlər (istər şaquli, is-
tərsə də üfüqi) önündə kiçik miqyaslı hərəkətlər yaranır. Məsələn, çox böyük dərin-
likdə baş verən tektonik hərəkətlər (Mantiyanı və Yer qabığını əhatə edən hərəkətlər)
səthi tektonik hərəkətlərin yaranması üçün zəmin yaradır.
Tektonik hərəkətlərin qarşılıqlı əlaqələri- müxtəlif növ tektonik hərəkətlərin
qarşılıqlı əlaqəsindən yaranır. Belə ki, şaquli hərəkətlər üfüqi hərəkətlərin və əksinə
üfüqi hərəkətlər şaquli hərəkətlərin yaranmasına səbəb olur. Adətən, tektonik hərəkət-
lər ya şaquli və yaxud üfüqi istiqamətli hərəkətlərin üstünlüyü şəraitində baş verir.
Tektonik hərəkətlərin dövriliyi- tektogeniz prosesinin mühüm xassələrindən bi-
ridir. Tektonik aktivliyin nisbətən kiçik maksimumları tektono-maqmatik fazanı (qı-
rışıqlıq fazasını) yaradır. Onların davametmə müddəti mln. illərlə ölçülür. Fazaların
məcmusu tektono-maqmatik epoxalara müvafiq gəlir. Epoxaların davametmə müddə-
ti 10-20 mln., onları ayıran fasilələrin müddti isə 30-40 mln. ilə (bzən 60-80 mln. ilə)
çatır. Tektono-maqmatik epoxalar üçün tektonik rejimin dəyişməsi xarakterdir və bu
dəyişm Yer kürəsinin müxtəlif sahələrində, bəzən geosinklinal rejimin platforma reji-
mi ilə əvəz olunmasında özünü büruzə verir.
Dəniz, laqun və kontinental mənşəli çöküntülərin toplanması tektonik hərəkət-
lərin dövriliyi ilə əlaqədardır. Üfüqi tektonik hərəkətlərin təzahürü çöküntülərin top-
lanmasında ritmiklik yaratmır. Çöküntülərin ritmikliyi şaquli hərəkətlərlə əlaqədar
transqressiya və reqressiya hadisələri və dünya okeanı səviyyəsinin evstatik dəyişmsi
ilə əlaqələndirilir.
Tektonik hərəkətlərin fasiləsizliyi- ümumiyyətlə tektonik hərəkətlər üçün zaman
etibarilə fasiləsizlik səciyyəvi xarakter daşıyır. Tektonik hərəkətlər Yerin keçmiş
geoloji inkişaf tarixində baş verdiyi kimi, indiki də baş verir və gələcək zamanda da
baş verəcəkdir. Burada fərq yalnız onların intensivliyində və gücündədir.

34
Tektonik hərəkətlər başvermə zamanından asılı olaraq qədim (paleotektonik),
yeni (Neogen-Dördüncü dövr) və müasir (Holosen epoxası- son 10-12 min. il) tekto-
nik hərəkətlərə ayırırlar.
Tektonik hərəkətlərin öyrənilməsi tarixi geotektonikanın mühüm məsələlərindən
biridir. Bu məsələnin həlli isə Yerin inkişaf tarixinin, faydalı qazıntı yataqlarının pay-
lanma qanununa uyğunluqlarını təyin etməyə imkan verir.
3.3. ŞAQULİ TEKTONİK HƏRƏKƏTLƏRİN ÖYRƏNİLMƏ ÜSULLARI

Bu növ tektonik hərəkətlər, üfüqi tektonik hərəkətərə nisbətən daha ətraflı öyrə-
nilmişdir. Bu isə, onunla əlaqədardır ki, şaquli tektonik hərəkətlər toplanmış süxur-
larda öz izlərini daha yaxşı saxlayır. Digər tərəfdən uzun müddət ərzində tədqiqatçılar
öz fikirlərini şaquli tektonik hərəkətlər ətrafında cəmləşdirmişlər.
Qədim, yeni, müasir tektonik hərəkətlərin öyrənilməsində müxtəlif üsüllardan
istifadə olunur. Qədim tektonik hərəkətlərin öyrənilməsi zamanı qalınlıq, fasiya, for-
masiya, fasilələrin və uyğunsuzluqların araşdırılması üsullarından istifadə edilir.
Yeni tektonik hərəkətlərin öyrənilməsində başlıca olaraq geomorfoloji, biocoğ-
rafi üsullardan, müasir tektonik hərəkətlərin öyrənilməsində isə suölçmə, müşahidə
işlərinin aparılması, geodezik, geomorfoloji, arxeoloji və seysmoloji üsullardan istifa-
də edilir.
Qalınlığın analizi üsulu- əsasən qədim tektonik hərəkətlərin (az miqdarda yeni)
öyrənilmsində istifadə edilir. Bu üsul tektonik əyilmənin çöküntü toplanma ilə kon-
pensə edilməsinə əsaslanır. Bu halda toplanmış çöküntülərin qalınlığı, mənfi işarələri
tektonik hərəkətlərin amplitudlarına müvafiq gəlir. Kompensə olunmuş enmə platfor-
maların epiqitə hövzələrində, kompensə edilməmiş enmə isə nadir halda təsadüf edi-
lərək, əsasən dərin okean çuxurlarında qeydə alınır (qitələrdən sualtı qalxımları və rift
üzrə sədləri vasitəsilə ayrılan sahələrdə). Bu məqsədlə müəyyən stratiqrafik vahidlər
qalınlıq və ya izopaxit xəritələri tərtib edilir. Qalınlıq xəritələri, enmənin amplitudunu
kəmiyyətcə təyin etməyə imkan verir. Onların nisbi müqayisəsi isə paleoçökəkliklə-
rin, paleoqalxımların (paleotağların), paleovalların müəyyən edilməsinə imkan verir.
İzopaxit xəritələrinə əsasən paleotektonik xəritələr (paleostruktur elementləri əks et-
dirən) tərtib edilir. Qalınlıq və paleotektonik xəritələrinin lazımi miqdarda tərtib edil-
məsi isə, öyrənilən ərazinin əsas strukturlarının inkişaf tarixinin araşdırılmasına im-
kan verir. Bu xəritələrə əsasən mövcud struktur elementlərin irsi və ya qeyri-irsi yolla
inkişafını müəyyən etmək olur.
Tektonik enmənin sürətini təyin etmək məqsədilə bərabərenmə sürətləri (izomax
xəritələri) tərtib edilir. Bu kimi xəritələr qalınlıq xəritələri əsasında (batimetrik düzə-
liş və çöküntülərin kipləşməsi nəzərə alınmaqla) tərtib edilir və müxtəlif strukturları-
nın tektonik rejimlərinin müəyyən edilməsinə imkan verir.
Fasiyaların analizi üsulu- keçmiş geoloji dövrlərin çöküntülərinin toplanma-
sının fiziki-coğrafi şəraitinin təyin edilməsində geniş istifadə olunur. Onun vasitəsilə
şaquli tektonik hərəkətlər öyrənilir. Fasiya dedikdə (Q.F.Kraşeninnikova görə), qonşu
eyniadlı stratiqrafik horizontdan tərkibcə, əmələ gəlməsinin fiziki-coğrafi şəraiti ilə
fərqlənən çöküntü kompleksi (son zamanlar fasiya dedikdə, çöküntülərin toplanması-
nın fiziki-coğrafi şəraiti) nəzərdə tutulur. Bəzən fasiya dedikdə, çöküntülərin yalnız

35
litoloji xüsusiyyətləri nəzərdə tutulur. Bu kimi çöküntü kompleksləri litofasiya adla-
nır. Üç əsas süxur kompleksi ayrılır: dəniz, qitə və laqun. Fasiya qruplarının təyinində
paleontoloji məlumatlarla yanaşı, süxurlarda mövcud olan mineral birləşmələrindən,
təbəqələşmənin xarakterindən, qranulometrik tərkibindən, qırıntı hissəciklrinin yuvar-
laqlaşma dərəcəsindən və s. istifadə edilir.
Dəniz fasiyaları daxilində sahilynı (litoral zona) dayaz dəniz (şelf zonası), orta
və dərin dəniz (şelf zonasından kənarda yerləşən qitə yamacı); qitə fasiyaları daxilin-
də (iqlim zonaları və relyefin formaları nəzərə alınmaqla) humid, arid, dağətəyi dü-
zənliklər; qitə buzlaşma ərazilərində əmələ gələn fasiyalar içərisində (laqun fasiyala-
rından başqa) delta kimi fasiya növləri mövcuddur.
Fasiyaların araşdırılması nəticəsində fasial xəritələr və profillər tərtib edilir. Bu
kimi xritələrdə müxtəlif fasiya növləri (tipləri), çöküntülərin toplanma və yuyulma
sahələri (qırıntı materiallarının gətirilmə mənbələri) və s. ayrılır. Fasiyaların araşdırıl-
ması tektonik hərəkətləri keyfiyyətcə qiymətləndirməyə, tektonik qalxma və enmə
sahələrinin müəyyən edilməsinə imkan verir. Bu kimi xəritələrdə quru, dəniz sahələri,
qədim sahil xətləri, gətirilmiş qırıntı məhsullarının mənbələri, başqa sözlə desək, pa-
leocoqrafi şərait bərpa edilir.
Formasiyaların analizi üsulu- yalnız şaquli tektonik deyil, həmçinin müəyyən
dərcədə üfüqi hərəkətləri də müyyən etməy imkan verir.
Formasiya dedikdə, Yer qabığının əsas strukturlarının müəyyən tektonik inkişaf
mərhələsində yaranan müxtəlif süxurların qanunauyğun və təbii əlaqələri nəzərdə tu-
tulur. Fasiyadan fərqli olaraq formasiya regionu keçmiş geoloji dövrdə paleotektonik
şəraitini əks etdirir. Formasiyanın tərkibinə, adətən, bir neçə fasiya daxil olur. Bunun-
la əlaqədar olaraq, formasiyaya fasiyaların kompleksi (məcmu) kimi də baxılır. For-
masiyaların yaranmasında tektonik rejimin, palocoqrafi şəraitin və qismən də vulka-
nizmin rolu böyükdür.
Formasiyaların litoloji, petroqrafik, çökmə, maqmatik, və s. növləri vardır. Tek-
tonik hərəkətlərin rejiminin öyrənilmsində litoloji formsiyanın əhəmiyyəti böyükdür.
Onun geosinklinal, platforma və dağətəyi çökəklik növləri mövcuddur. Bu üsulla
əsasən formasiya xəritələri, profilləri tərtib edilir, onların analizi isə öyrənilən ərazi-
nin geosinkilinal, platforma, orogen vilayətlərinə aid olmasını təyin etməyə imkan
verir.
Fasilə və uyğunsuzluğun analizi üsulu- yuxarıda qeyd edilən üsullardan aşağı-
ya doğru yönəlmiş şaquli hərəkətləri öyrənmək məqsədilə istifadə edilir. Lakin Yerin
inkişafında qeyd edilən hərəkətlərlə yanaşı, yuxarıya doğru yönəlmiş (qalxımları ya-
radan) tektonik hərəkətlər də iştirak edir və onlar ərazinin regional qalxmasına səbb
olur. Bu kimi hərəkətlər hərəkətlər nəticəsində geniş sahələrdə çöküntülərin toplan-
ması baş vermir və Yer səthində mövcud olan süxur çıxışları yuyularaq ətraf sedi-
mentasiya hövzələrinə aparılır.
Həcm üsulu- A.B.Ronov tərəfindən təklif olunmuş və qalınlıq üsulunun bir nö-
vüdür. Həcm üsulu qalınlıq xəritələrinə əsasən toplanan ümumi və müxtəlif tip çö-
küntülərin nisbi həcminin təyininə (karbonat, qranit və s.) əsaslanır. Sonunculardan
istifadə edilərək tektonik qalxmanın ölçüsünü, sürətini təyin edirlər. Üsul mürəkkəb-
dir və praktiki məsələlərin həllində az tətbiq edilir.

36
Yeni tektonik hərəkətlər Yer səthində öz əksini tapdığı üçün, onların öyrənil-
məsində geomorfoloji və biocoğrafi üsullardan istifadə edilir. Birinci üsul bilavasitə
şaquli hərəkətlə ekzogen proseslərin arasındakı qarşılıqlı əlaqənin öyrənilməsinə
əsaslanır. Geomorfoloji üsulun oroqrafik, batimetrik, morfometrik, çay və dəniz ter-
raslarının, çay şəbəkəsinin və dərəsinin və qədim hamarlanma səthlərinin (astanala-
rın) öyrənilməsi və s. üsulları vardır.
Çay terraslarının varlığı şaquli hərəkətlərlə əlaqədardır (çayın eroziya bazisi sə-
viyyəsinin dəyişmsi yeni şaquli hərəkətlə bağlıdır). Bu hərəkətlərin təsiri nəticəsində,
hər dəfə çayların yeni müvazinət porfilləri yaranır. Terrasların miqdarı isə çayların
eroziya sikllərinin miqdarını göstərir.
Qədim hamarlanma səthlərinin (astanaların) öyrənilməsi, cavan, aktiv inkişaf
edən dağlıq sahələr üçün daha effektlidir. Aşınma səthləri isə zəif dalğavarı relyefə
malik, üfüqiyə yaxın dağ düzənliklərindən ibartdir. Onların dəniz səviyyəsindən olan
yüksəklikləri bir neçə km-ə çatır (Alp, Qafqaz, Pamir və s.). Qyd edilən cavan dağlıq
sahələrdə beş-altı hamarlanma səthi (astanalar) qeyd olunur. Bunlar yaş etibarilə Mio-
senə müvafiq gəlir.
Müasir şaquli hərəkətlər tarixi-arxeoloji, geodezik, geomorfoloji, təkrar nive-
lirlənmə və təkrar trianqulyasiya, coğrafi koordinatların təkrarən təyini vasitəsilə öy-
rənilir.
3.4. ÜFÜQİ HƏRƏKƏTLƏRİN ÖYRƏNİLMƏ ÜSULLARI

Bu üsullar qeyd edilən hərəkətləri öyrənən üsulların başlanğıc mərhələlərini təş-


kil edirlər və hələlik az miqdardadırlar. Üfüqi hərəkətlərin öyrənilməsinin üsulların-
dan biri formasiya üsuludur. Müəyyən formasiya növləri üfüqi istiqamətdə yerdəyiş-
məni təyin etməyə imkan verir. Məsələn, "Vəhşi fliş" formasiya növü üfüqi istiqa-
mətdə hərəkət edən örtüklərin toqquşması nəticəsində qırıntı materialları hesabına ya-
ranır və narın dənəli qumlu-gilli, nadir halda, xaotik şəkildə olan iri kobud qırıntı ma-
teriallarına malik karbonatlı süxurlardan təşkil olunmuşlar. Onun tərkibinə daxil olan
qırıntı matrialları linzavarı, layvarı olistromlardan (qədim süxurların qayma və konq-
lomeratları) ibarətdir. Fliş kütləsi içərisində isə nizamsız yayılan iri qırıntılara (olis-
tolitlərə) rast gəlinir. Brekçiyaların qalınlığı bir neçə yüz metr, uzanması isə 10 km və
daha çoxdur.
Hərəkət edən blokların aşağı hissələrində tektonik parçalanma zonalarının varlı-
ğı üfüqi istiqamətdə hərəkətin mövcud olmasını göstərir. Bu kimi dislokasiyaya mə-
ruz qalmış süxur qatları melanj (fransızca qarışıq deməkdir) adlanır.
Palinspastik üsul- paleocoğrafi və paleotektonik üsulların bir növüdür. Bu üsul
üfüqi hərəkətlər nəticəsində yerlərini dəyişmiş struktur elementlərin ilkin vəziyyət-
lərinin təyin edilməsinə əsaslanır. Bu kimi xəritələr ilk dəfə amerika geoloqu K.Key
(1945) trəfindən tərtib olunmuşdir. Həmin üsuldan əksərən geosinklinal və qırışıq-
dağlıq vilayətlərinin strukturlarının ilkin vəziyyətinin təyinində geniş istifadə edilir.
Bu kimi xəritələrin tərtibi zamanı paleomaqnit məlumatlarından istifadə olunur.
Paleomaqnit üsulu- Yerin keçmiş geoloji dövrlərinin maqnit sahələrinin öyrə-
nilməsinə əsaslanır. Süxurlar (xüsusən, effuziv süxurlar) Yerin maqnit sahəsinin qüv-
və xətlərinə nisbətən öz maqnit cəhətlərini (istiqamətlərini) saxlayırlar. Süxurların
maqnitlik xassələrinin öyrənilməsi, Yerin paleomaqnit qütblərinin vəziyyətini təyin

37
etməyə imkan verir və Yerin paleomaqnit qütblərinin zaman etibarı ilə dəyişdiyini
göstərir. Bu faktın varlığı isə qitələrin bir-birinə nisbətən yerlərini dəyişdiyini (yüz
milyon illər ərzində üfüqi istiqamətdə) sübut edir.
Geomorfoloji üsul- Yer qabığının yeni və müasir zamanlarda üfüqi istiqamətdə
(xüsusən, dərinlik yarığı hüdudlarında) yerdəyişməsini öyrənir. Bunu klassik misal
olaraq San-Andreas üfüqi yerdəyişməsini göstərmək olar. Bu qırılmaboyu çay yataq-
larının 25 km məsafədə yerdəyişməsi aydın nəzrə çarpır. 1940-cı ildə vermiş zəlzələ
ilə əlaqədar olaraq süni kanalın yatağı 5 km məsafədə üfüqi yerdəyişməyə məruz qal-
mışdır.
Geodeziya üsulu- yüksək dəqiqliklə üfüqi yerdəyişməni təyin etməyə imkan ve-
rir. San-Andreas dərinlik yarığı sahəsində trianqulyasiya işlərinin aparılması nəticə-
sində üfüqi yerdəyişmə sürətinin 1,5 sm/il olduğu müyyən olunmuşdir. Həmin yfüqi
yerdəyişmənin yaranma müddətindən indiyə qədər, üfüqi yerdəyişmənin məsafəsi
600 km olmuşdur.
Geodezik üsulla Avropanın mərkəzi rayonları üçün də üfüqi yerdəyişmənin miq-
darı (Cənubi Bavariya) 100 il müddətində 2,5 sm müəyyən olunmuşdir.
Coğrafi koordinatların təyini və təkrarən dəqiq nivelirləmə Şimali Amerikanın
Avropadan aralanmasını Afrika və Avropa qitələrinin isə yaxınlaşmasını göstərir.
Hazırda müasir üfüqi və şaquli hərəkətlərin öyrənilməsində məsafə (distansiya)
üsulundan geniş istifadə edilir. Məsafə üsulu kompleksinə vizual müşahidələr, spekt-
rometriya, rentgen, lazer və s. daxildir.

38
BÖLMƏ 4. YERQABIĞININ HƏRƏKƏTİ, DEFORMASİYA
MEXANİZMİ HAQQINDA TƏSƏVVÜRLƏR VƏ ONUN
STRUKTURLARININ İNKİŞAF SƏBƏBLƏRİ
4.1. FIKSIZM FƏRZIYYƏLƏRI
Yer qabığının hərəkəti və deformasiya mexanizmi insanları hələ antik zamanlar-
dan düşündürmüşdür.
Tektonik fərziyyələr, Yer qabığının hərəkətini və deformasiyasını və eləcədə
onun strukturlarını yaradan səbəbləri elmi cəhətdən əsaslandırılan fikirlərdir.
Tektonik hərəkətlərin və litosferin geoloji inkişafının səbəblərinin aydınlaşdırıl-
ması müasir geoloji elmlərin mühüm problem məsələlərindən hesab olunur.
Yerin geoloji inkişafının səbəblərini göstərən çoxlu sayda fərziyyələr olsada,
müasir dövrə kimi tektogenezin səbəbini elmi cəhətdən universal izah edən nəzəriyyə
yoxdur və tektonik deformasiyaların səbəbləri məsələsini tam həll olunmuş hesab
etmək olmaz. İndi mövcud olan bütün fərziyyələr əsasən iki qrupda (fiksizm və mobi-
lizm) birləşdirilir.
Fiksizm fərziyyəsinin tərəfdarları Yerin geoloji inkişafını izah etdikdə litosfer
plitələrinin üfüqi yerdəyişməsini nəzərə almırlar. Bu istiqamətdə olan əsas fərziyyə-
lərdən qalxma, kontrasiya, Yerin genişlənməsi, pulsasiya, dərinlik differensasiyası ki-
mi fərziyyələri göstərmək olar.
Mobilizm fərziyyəsinin tərəfdarları Yerin geoloji inkişafınnda başlıca səbəb ki-
mi litosfer plitələrinin üfüqi yerdəyişməsini göstərlər. Mobilizm istiqamətli əsas fər-
ziyyələrdən qitələrin dreyfi, plitələrin qlobal tektonikası fərziyyələri göstərmək olar.
Elmi geologiyanın formalaşmasının əvvəlindən (XVIII əsrin ortalarından) onun
əsas məsələsi Yer qabığının hərəkətinin, onun strukturlarının dəyişməsinin və maq-
matizmin təzahürünün səbəblərinin izahı olmuşdur. Bu məqsədlə ardıcıl olaraq müx-
təlif fərziyyələr (qalxma, kontraksiya, pulsasiya, rotasiya, yerin genişlənməsi, dərinlik
differensasiyası, qitələrin yerdəyişməsi və s.) irəli sürülmüşdür. Bu fərziyyələrdən hər
biri ayrılıqda tektonik proseslərin real müşahidə olunan tərəfini izah etməklə, onların
müxtəlifliyini nəzərə almadığından, mexanizminin kifayət qədər dolğun izahını verə
bilmədiyindən son nəticədə uğursuzluğa duçar olmuşdur.
Lomonosov ilk dəfə tektonik hərəkətlərin iki növünü ayırmışdır: 1) nisbətən tez
baş verən, 2) uzun sürən hərəkətlər. M.V.Lomonosov hesab edirdiki, tektonik hərə-
kətlərin səbəbi yeraltı istilikdir. O, yazırdı: «Yerin ürəyində ölçüyə gəlməz qüdrət
vardırki, bu da yer səthində özünü hərdənbir hiss etdirir. Onun izləri hər yerdə açıq-
aydın görünür, dağlarda dənizin dibi, dənizin dibində isə dağlar görünür».
XVIII əsrdə plutonistlərlə neptunistlər arasında mübahisə kəskinləşdiyi dövrdə
qismən əsaslandırılmış tektonik fərziyyələr yarandı. Aşağıda bunların bəzilərini nə-
zərdən keçirək.
Qalxma fərziyyəsi. Geotektogenezin ilk elmi konsepsiyası XVIII əsrin ikinci
yarısında yaranmışdır. M.V.Lomonosov, A.fon Humbolt, L.fon Bux və C.Getton tə-
rəfindən irəli sürülmüş bu fərziyyənin əsasını Yerin inkişafında şaquli hərəkətlərin
üstün olması, qalxma və enmə (əsas rolu qalxma oynayır) haqqında ideya təşkil edir.
C.Getton dövründən bəri, qalxma maqmatizm ilə əlaqələndirilir. Onun nəşr et-
dirdiyi «Yer nəzəriyyələri» kitabında (1788) Yerin inkişafında daxili istilik əsas gö-

39
türülür. Bu istilik qalxıma, plutonik süxurların yerqatlarına daxilol masına və meta-
morfizmə səbəb olur. Qalxmış sahə sularla yuyulur və yuyulma məhsulu dənizdə çö-
kür. Bundan sonra yenə qalxma baş verir və dəniz çöküntüləri səthə çıxarılır. Qalxım-
lardan söhbət açarkən C.Getton qeyd etmişdir ki, şaquli qüvvə kütlənin ağırlığı və
müqaviməti ilə uyğunlaşaraq yan və maili təzyiq yaratmış və layların əyilməsinə sə-
bəb olmuşdur. Yerin başlanğıcı, sonu haqqında mübahisə etmək faydasızdır və təbii
qüvvələr indi də əvvəlki kimi təsir göstərir.
XIX əsrin ortalarınadək geologiyada hökm sürmüş qalxma fərziyyəsinin əsasın-
da ilk dəfə qırışıqlıq dağ sistemlərinin quruluş sxemləri işlənib hazırlanmışdır (B.de
Sosyur, P.S.Pallas). XIX əsrin ikinci yarısından başlayaraq qalxma fərziyyəsi kont-
raksiya fərziyyəsi tərəfindən tamamilə sıxışdırılıb aradan çıxarılmışdır.
Kontraksiya fərziyyəsi. Eli de Boman 19- cu əsrin əvvəllərində (1829) bu fər-
ziyyənin əsası haqqında Fransa Elmlər Akademiyasında məlumat vermiş və 1852- ci
ildə isə onu bütövlükdə formalaşdırmışdır.
Eli de Bomonun, bu vaxtadək E.Kant və P.Laplasın ümumi nüfuz qazanmış Gü-
nəş sisteminin əmələ gəlməsi fərziyyəsinə əsaslanan fərziyyəsi kosmogeniya ilə əla-
qədardır. Bu da həmin fərziyyəyə dolğunluq gətirir və Yerin inkişafının ümumi təsvi-
rini verir. E.Kantın və P.Laplasın təsəvvürlərinə görə ekvatordakı mərkəzdən qaçma
qüvvəsinin təsiri altında Günəş dumanlığından konsentrik materiya halqaları qopub
aralanmış və sonralar planetləri əmələgə tirmişdir. İlkin çağlarda planetlər közərmiş
kürələrdən ibarət olmuş və bunların daxilində maddələr sıxlıqlarına görə paylanmış-
dır. Öz istiliyini dünya fəzasına verən planetlər bərk qabıqla örtülməyə başlamışdır.
Kontraksiya fərziyyəsinə görə Yerin qabığı mümkün qədər soyumuşdur və onun
həcmi sabit qalmaqdadır. Lakin, Yerin hələ də soyumamış daxili hissələri sıxılmaqda
davam edir və öz həcmlərini kiçildir. Nəticədə Yer qabığında tangensial təsir göstə-
rən sıxılma qüvvələri inkişaf edir ki, buda qırışıqlığa və tektonik dislokasiyalara sə-
bəb olur. Özünün uzun müddət mövcud olduğu dövr ərzində kontraksiya fərziyyəsi
bir çox təsəvvürlərlə tamamlanmışdır. Bunların bəlkədə ən vacibi geosinklinallar
haqqında olan fərziyyədir.
XX əsrin başlanğıcından klassik kontraksionizmin puça çıxması, Yer səthinin iri
qalxımlarına və çöküntülərinə, vulkanizm ilə tektonikanın əlaqəsinə marağın bərpa
olunması qalxma fərziyyəsinin dirçəlməsi üçün zəmin yaratmışdır. Bu istiqamətdə
göstərilən təşəbbüslərdən biri alman geoloqu E.Haarmanın ossilyasiya fərziyyəsi ol-
muşdur. Bu fərziyyəyə görə «Yer səthində Ayın cazibə qüvvəsinin təsiri altında vaxt-
aşırı iri qabartılar- geotumorlar yaranırki, bunlar da bir-birindən çökəkliklər vasitəsilə
ayrılır.
XIX əsrin əvvəllərindən başlayaraq kontraksiya fərziyyəsinə qarşı etiraz səsləri-
nin eşidilməsi onun geotektonikadakı hakim vəziyyətini sarsıtdı. Fərziyyənin başlıca
müddəalarına qarşı yönəldilmiş bu etirazların ən əsası ondan ibarətidiki, müasir ba-
xımdan Yer, ilk çağında közərmiş halda yox, soyuq halda olmuş və yalnız sonralar
onun daxilində toplanan radiogen istiliyin təsirindən qızmışdır. Lakin hazırda bəzi
tədqiqatlar göstərir ki, həcminin get-gedə daha çox azalması istiqamətində Yerin in-
kişafı, yəni kontraksiya prinsipi ən yeni elmi məlumatlarla təkzib edilə bilməz.
Bununla belə klassik kontraksiya fərziyyəsinə qarşı bir sıra ciddi tələblər irəli
sürülə bilər. Bunlardan biri qabığın inkişafının qabıq altı kütlənin inkişafından ayrıl-

40
masıdır. Həqiqətən də kontraksiya fərziyyəsində qabıq altı maddə yalnız bir funksiya-
ya malikdir. O, soyuyur və sıxılır, halbuki müasir məlumatlar göstərir ki, burada
maqma ocağı yaranır, zəlzələlərə səbəb olan böyük yer dəyişmələr baş verir, fiziki
xassələrin nəinki şaquli, hətta üfüqi istiqamətdə dəyişməsi müşahidə olunur. Maqma-
tizm prosesləri kontraksiya fərziyyəsində, ümumiyyətlə, lazımi dərəcədə işıqlandırıl-
mamışdır. Fərziyyənin digər prinsipial nöqsanı litosferin riftəmələgəlmə ilə ifadə olu-
nan gərilmə hadisələrini nəzərə almamasıdır. Bunlar onu göstərirki, klassik kontraksi-
ya fərziyyəsindən əl çəkilməli, tektogenezin ümumi fərziyyəsi tərtib edilərkən Yerin
sıxılma ideyası nəzərə alınmalıdır.
Dərinlik differensasiyası fərziyyəsi. Bu fərziyyəyə görə tektonik təzahürlərin
əsas səbəbi yer qabığında və mantiyada maddələrin differensasiyası hesab olunur və
iki variantda- Undasiya fərziyyəsi (van Bemmelen), Radiomiqrasiya fərziyyəsi
(V.V.Beleusov) məlumdur. Kontraksiya, pulsassiya və digər fərziyyələrdən fərqli
olaraq, Yerin həcminin azalmaması Undasiya və Radiomiqrasiya fərziyyələri üçün
ümumi olan amildir və onların hər ikisi tektogenezin birinci amili kimi qaxmanı gös-
tərir, qırışıqlığa qalxma ilə əlaqədar olan ikincidərəcəli proses hesab kimi baxılır.
Undassiya fərziyyəsi. 1933-cü ildə Hollandiya geoloqu İndoneziya tədqiqatçısı
R.V.Van Bemmelen daha tam işlənib hazırlanmış undassiya fərziyyəsini təklif etmiş-
dir. Undasiya fərziyyəsinə görə üst mantiya peridotit tərkiblidir və differensasiyanın
əsas amili qravitasiyadır. Bu fərziyyəyə görə iri qalxımlar daxili səbəblərlə- qabıq al-
tında yüngül, turş maqma məhsulunun toplanması, yerin dərinliklərində maddənin de-
formasiyaya uğraması ilə izah olunurdu. Bir sahənin qalxması ilə ona bitişik sahələrin
çökməsi əlaqədardır. Geosinklinalın inkişaf prosesində qalxımların böyüməsi ilə qon-
şu çökəkliklər sıxışdırılaraq miqrasiya etməyə başlayır. Haarman kimi Bemmelen də
qırışıqlığı qravitasiya mənşəli hesab edir.
Radiomiqrasiya fərziyyəsi. Kant-Laplasın kosmoqonik fərziyyəsini Yerin ilkin
anda bərk, soyuq və eyni tərkibdə olmasını iddia edən O.Y.Şmidtin fərziyyəsi əvəz
etdi. Bu hala Yer qabığının formalaşmasını izah edən başqa formada yanaşmaya zə-
rurəti yarandı.Belə bir fərziyyəni 1942- ci ildə V.V.Belousov irəli sürmüşdür. Onun
tərəfindən irəli sürülmüş radiomiqrasiya fərziyyəsinə görə dərinlikdə baş verən defor-
masiyaya səbəb, Yerdə olan təbii radioaktiv elementlərin parçalanmasından ayrılan
istilikdir. Ümumiyyətlə bu fərziyyənin mahiyyəti aşağıdakından ibarətdir:
1.Əsas eneji amili radioaktivlikdir. Yerin qizması, sonradan maddənin sıxlaşma-
sı radioaktiv parçalanmadan alınan istiliklə əlaqədar baş vermişdir. Yerin inkişafının
ilkin mərhələlərində radioaktiv elementlər qeyri bərabər paylanmışdir və ona görədə
istilik güclü olmuş, geniş sahəni əhatə etmişdir.
2. İlkin maddənin qızması və onun sıxlaşması maqmanın ayrılmasına və ya onun
bazalt və qranitə differensasiyasına səbəb olmuşdur. Sonuncuda radioaktiv elementlər
cəmlənmişdir. Daha yüngül olan qranit maqması Yerin üst qatlarına qalxmış, bazalt
isə aşağı enmişdir. Bu halda temperaturun da differensasiyası baş vermişdir. Bu za-
man yuxarı qranit hissəsi soyumuş və kristallaşmışdır, daxili hissə isə daxili istiliyin
hesabına qızaraq genişlənmiş və bərk qabığa təsir göstərərək onun çatlamasına səbəb
olur. Bu isə öz növbəsində burada enerjinin itməsinə gətirib çıxarır və qabıqaltı hissə-
nin soyuması ilə nəticələnir. Böyük miqyaslı soyuma sahələrinin yerində sıxılma baş
verir, Yer qabığı əyilir və geosinklinallar yaranır. Hər bir geosinklinal inkişaf dövrü

41
qranit maqmasının daxil olması və onunla birlikdə radioaktiv elementlərin Yer qabı-
ğının üst hissəsinə miqrasiyası baş verir. Bununla əlaqədar olaraq, Yer qabığının da-
xili hissəsinin tədricən soyuması baş verir ki, bu da fəal tektonik hərəkətlərin daha sa-
kitinə keçməsi, yəni geosinklinal vəziyyətindən platformaya keçməsi ilə nəticələnir.
Tektonik hərəkətlərin dövrülülüyünü və sinxronluğunu bu fərziyyə baxımından
çətin izah olunması onun əsas əksikliyi hesab olunur.
Pulsasiya fərziyyəsi. XX əsrin 30-cu illərində bəzi geoloqlar, hətta biri digəri-
nə əks olan və vaxtaşırı təkrarlanan hadisələri Yerin sıxılması ilə bərabər, onun arabir
genişlənməsi ilə də aydınlaşdırmağa çalışmışlar. Məsələn, A.Qrebo (1924) planetar
transqressiya və reqressiyaları Yerin həcminin qanuna uyğun dəyişməsi ilə izah et-
mişdir. V.Buxer Yerin ümumi genişlənmə və sıxılma dövrlərinin vaxtaşırı dəyişməsi-
ni pulsasiya adlandırmışdır. Genişlənmə fazalarında Yer qabığının nisbətən plastik
sahələri dartılır və aşağı düşərək geosinklinalları əmələ gətirir. Geosinklinalları
doldurmuş çöküntülər sıxılma dövründə qırışıqlar əmələ gətirir.
M.A.Usov (1940) Yerin həyatında biri digərinə qarşı duran cəzbetmə və dəf et-
mə kimi iki amilin dialektik nöqteyi-nəzərdən eyni zamanda mövcud olması ideyası-
na əsaslanaraq belə hesab etmişdir ki, bu ziddiyyətlər arasındakı mübarizədə sıxılma
və genişlənmə fazaları növbələşir. M.A.Usov sıxılma ilə qırışıqlığın, qabığın geniş-
lənməsi ilə çatların və vulkanizmin əmələ gəlməsini əlaqələndirir.
V.A.Obruçev (1940) hesab edirdi ki, Yer qabığının geoloji tarixinin uzun sürən
təkamülündə sıxılma və genişlənmə zəifləyir; ləng baş verən titrəyişli hərəkətlərlə və
izostatik tarazlaşma ilə ifadə olunur. Tektonik təkamülün daha qısa dövrlərində pulsa-
siya güclənir. Qabıqda tankensial sıxılmalar üstünlük təşkil edirki, buda qırışıqlığa və
Yer səthinin kəskin dəyişməsinə gətirib çıxarır.
M.A.Usovun və V.A.Obruçevin mücərrəd mühakimələri hazırda öz əhəmiyyəti-
ni itirmişdir.
M.M.Tetyayevə görə qırışıqlığa sıxılma yox, genişlənmə epoxaları səbəb olmuş-
dur. M.M.Tetyayevin fərziyyəsində Yerin genişlənməsi başlıca əhəmiyyət kəsb edir.
Onun fikrincə bu, son nəticədə planetimizin partlayışına gətirib çıxaracaqdır.
M.M.Tetyayevin geotektonik təsəvvürləri. XX əsrin 30-cuillərinin çoxlu say-
da fərziyyələri arasında M.M.Tetyayevin geotektonika dərsliyində (1934) şərh edilən
təsəvvürləri ayrıca yertutur. M.M.Tetyayevin təsəvvürlərinin əsasını sıxılma və geniş-
lənmə mübarizəsinə dair ideyalar təşkil edir. Onun əsas ideyası ondan ibarətdir ki,
tektonik hərəkətlərin müxtəlif tipləri vahid geotektogenez prosesinin ayrı-ayrı forma-
larıdır. Bunlara ehtizazi, qırışıqlıq və maqmatik formaları misal göstərmək olar.
Şaquli ehtizazi hərəkətlər prosesində biri digərini əvəz edən və əvvəlki vəziyyə-
tinə qayıda bilən qalxımlar və çökəkliklər əmələ gəlir. Relyef əmələgəlmə, yuyulma
və çöküntütoplanma ehtizazi hərəkətlərlə əlaqədardır. Bu halda çöküntülərin qalınlığı
ehtizaz prosesini göstərir, fasiya isə onun geomorfoloji ifadəsindən ibarətdir. Ehtizazi
hərəkətlər nəticəsində faylar və künbəzvarı formalar (qırışıqlıq yox) əmələ gələ bilər.
Qırışıqlıq yalnız geosinklinallarda müəyyən mərhələlərdə Yerin genişlənməsinin zəif-
ləməsi dövrlərində əmələ gəlir. Bu zaman genişlənmə sıxılmanın müqavimətinə rast
gələrək süxur laylarını əzir. Bunlarda öz növbəsində yastılanaraq və uzanaraq xətti
qırışıqlar, üstəgəlmələr və şaryajlar əmələ gətirir. M.M.Tetyayevin fikrincə geosinkli-

42
nalların təkamülü prosesində çöküntütoplama, qırışıqlıq, çat əmələgəlmə və dağəmə-
ləgəlmə tam ardıcıllıqla bir-birini əvəz edir.
Geosinklinallarda tektonizmin maqmatik forması Yer qabıqında güclənmə və
zəifləmə meyllərinin mübarizəsi ilə əlaqədardır. Geosinklinalların inkişafının ilk mər-
hələlərində çöküntünün aramla toplandığı zaman effuziyalar və lay intruziyaları, şa-
quli sıxılma və qırışıqlıq zamanı qranit intruziyaları baş verir. Daha sonra inversiya
dövründə çat intruziyaları və damarlar əmələ gəlir və nəhayət, makro ehtizazlar za-
manı vulkan püskürmələri olur. Yerin daxilindəki genişlənən maddə ilə bu genişlən-
məni ləngidən qalınlaşan qabıq arasındakı ziddiyyətlərin kəskinləşməsi son nəticədə
partlayışa gətirib çıxarmalıdır.
Dərslik və xüsusilə M.M.Tetyayevin məruzə və müzakirələrindəki çıxışları bir
zamanlar böyük maraqla qarşılanmış və çoxları tərəfindən bəyənilmişdir. M.M.Tetya-
yev bir çox köhnəlmiş məşhur təsəvvürləri şübhə altına almaqla geoloqları geotekto-
nika məsələləri üzərində dərindən düşünməyə vadar etmişdir.
Astenolit fərziyyəsi. Dərinlik differensasiyası fərziyyəsinin bir qədər başqa ra-
dioaktiv elementlərin variantı olan astenolit fərziyyəsini Amerika geoloqu B.Uillis iş-
ləyib hazırlamışdır (1924-1941).
V.V.Belousovun konsepsiyası. V.V.Belousov (1976) Yer kürəsinin inkişafında
əsas yeri mantiya və nüvə sərhədində baş verən maddələrin diferensiasiyası ilə əlaqə-
ləndirir (bu fikir əksəriyyət tədqiqatçılar tərəfindən inkar edilmir). Bununla əlaqədar
olaraq ağır elementlər nüvə ilə birləşərək onun həcmini artırır, nisbətən yüngül ele-
mentlər isə yuxarı qalxaraq mantiyanın üst hissəsində (astenosfer hüdudunda) topla-
nır. Daxil olan qızdırılmış maddə astenosferin özüllüyünü azaldır, bazalt tərkibli
maqmanın əriməsinə səbəb olur və astenosferlə litosferi təşkil edən maddələr arasın-
dakı fərqi kəskinləşdirir. Bu isə öz növbəsində astenosfer diapirizminin və astenosfer-
dən ayrılmış "astenolitlərin" və bazalt çıxıntılarının yaranmasına səbəbolur. Litosfer
kifayət dərəcədə keçiriciliyə malik olduqda, bazalt tərkibli maqma dərinlik qırılmaları
vasitəsilə litosferə daxil olur və qismən Yer səthinə çıxır. Bu hal ultraəsas tərkibə ma-
lik mantiyanı da əhatə edir (prosesin mexanizmi məlumdeyil). Əsas və ultraəsas maq-
manın soyuması litosferin ağırlaşmasına "bazifikasiyasına" və evgeosinklinal çökək-
liklərin yaranmasına səbəbolur. Daha sonra soyuma astenosferə keçir və bu ilk növ-
bədə ərinti halında olan bazalt maqmasının kristallaşması, regional metamorfizmə və
qranitləşməyə səbəb olan hidrotermal məhlulların ondan ayrılması ilə nəticələnir. Bu
proseslər Yer qabığının və litosferin keçiriciliyinin azalmasına səbəb olur ki, nəticə-
də, mantiya diapiri və "astenolitlər" litosferə daxil ola bilmir və yerli qalxmaya səbəb
olur (evgeosinklinalların inversiyası). Eyni zamanda Yer qabığında regional meta-
morfizm və qranitləşmə ilə əlaqədar "dərinlik diapirizmi" inkişaf edir. Bu şəraitdə alt
mantiyadan başlayaraq dağ əmələgəlmə mərhələsi başlanır. Astenosfer səthində ya-
ranmış yüksək diapirlər dərinlik qırılmaları ilə parçalanmış litosfer qaymalarına rast
gəlir və onları yuxarıya doğru itələyərək qaldırır. Diapir qaymalar arası sahələr isə
əksinə enməyə məruz qalır (proses qalxmanın enməyə nisbətən üstünlüyü şəraitində
baş verir).
V.V.Belousovun fikrincə platforma rejiminin yaranması astenosferin zəif qızdı-
rılmış halına müvafiq gəlir və bu halda bir-biri ilə növbələşən qalxımlar və enmələr
yaranır. Okeanların yaranmasına gəldikdə isə, onları kontinental litosferin "bazifika-

43
siyasının" nəticəsi hesab edir (aralanma olmadan) və bazifikasiyanın baş verməsini
isə intensiv bazalt vulkanizmi ilə əlaqələndirir. Müəllifin fikrincə, qeyd edilən proses
(müasir okeanların yaranması) Paleozoyun sonu-Mezozoyun əvvəllərinə müvafiq gə-
lir. Bu kimi bazifikasiya V.V.Belousova görə mantiya maddəsinin diferensiasiyasına
səbəb olur. V.V.Belousov bu fərziyyəsi bir çox müasir tədqiqatçılar, hətta mobilistlər
tərəfindən qəbul edilir. Fərziyyəsin əsas çatışmayan cəhətləri isə aşağıdakılardır:
okeanların yaranması zamanı qitə tipli qabıqda aralanmanın baş verməməsi; qi-
tə tipli qabığın okean tipli qabığa çevrilməsinin (bazifikasiyanın) nəticəsi hesab edil-
məsi;
okean tipli qabığın qitə tipli qabığa keçməsində, geosinklinalların inkişafında
Benof zonasının rolunun qeydə alınmaması;
üfüqi (tangensial) qüvvələrinin inkar edilməsi və s. V.V.Belousov fərziyyəsi,
müasir mobilist konsepsiyalarına nisbətən məhdud hadisələri əks etdirir.
Geosinklinal fərziyyəsi. Geosinklinallar haqqında olan fərziyyənin yaradıcıları
geosinklinallara enmə vilayətləri kimi baxmışlar. C.Xoll, D.Danada kontraksiya fər-
ziyyəsinə istinad etmişlər. Bəzi rayonlarda intensiv qırışıqlığın inkişafı, digərlərində
isə onun heç olmaması sərt və plastik sahələrdən ibarət Yer qabığının müxtəlif quru-
luşa malik olması haqqında təsəvvürlər yaratmışdır. Bərk hissələr plastik hissələri sı-
xıb əzərək onlarda qırışıqlıq əmələ gətirmişdir.
İkitərəfli orogen fərziyyəsi. Bu fərziyyə L.Kober tərəfindən irəli sürmüşdür. Bu
fərziyyəyə görə qırışıqlıq sistemi (orogen) ona bitişik olan platformanın üstünə aşı-
rılmış iki simmetrik şaxədən ibarətdir.
Kontraksiya fərziyyəsi nəinki qırışıqlığı, hətta qırılma dislokasiyasının fay, əks-
fay, üfüqiyerdəyişmə və üstəgəlməni də izahedir.
1831-1914-cü illərdə Avstriya geoloqu E.Züsün «Yerin siması» adlı əsəri mey-
dana çıxmışdır. Bu əsərdə Yer kürəsinin quruluşuna ilk dəfə bütövlükdə baxılmışdır.
Kontraksionizm mövqeyindən yazılmış həmin böyük əsər Yerin quruluşuna dair XX
əsrin əvvəlinədək mövcud olan bütün geoloji materiallara sanki yekun vurmuşdur.
E.Züs fəal qalxma fikrini qəbul etmirdi. O, düşünürdü ki, sıxılmaqda olan nüvədən
sonra Yer qabığı yalnız çökə və qırışa bilər. İlk qaymalar qırışıqlığın artması nəticə-
sində daha geniş qitələrə çevrilir. Qırışıq əmələgəlmə E.Züs tərəfindən dağ əmələgəl-
mə ilə tamam ilə eyniləşdirilmişdir. Transqressiya və reqressiyalar yalnız dəniz səviy-
yəsinin dəyişməsi ilə əlaqələndirilmişdir. E.Züsün «Yerin siması» kitabı kontraksiya
fərziyyəsinin ən çiçəklənən dövrünü xarakterizə edirdi. Bu fərziyyə XX əsrin bir sıra
məşhur tektonistləri- A.P.Karpinski, E.Oq, E.Arqan, İ.Muşketov, D.Muşketov və s.
tərəfindən müdafiə olunmuşdur.

4.2. MOBİLİZM FƏRZİYYƏLƏRİ

Qitələrin yerdəyişməsi fərziyyəsi. Yuxarıda şərh edilən tektonik fərziyyələr


kontinental qabıq qaymalarının az-çox dərəcədə üfüqi yerdəyişmələrinin mümkün
olmasının inkarına əsaslanır. XX əsrin başlanğıcın da meydana çıxan qitələrin yerdə-
yişməsi, yaxud kontinental dreyf fərziyyəsi (mobilizm) tektokenez proseslərinə prin-
sipcə başqa cür yanaşmanın başlanğıcı oldu. Fərziyyənin ilk variantlarını 1910-cu il-
də Amernka alimi F.Teylor və 1915-ci ildə Almaniya geofiziki A.Vegener nəşr etdir-

44
dilər. Bu fərziyyə A.Vegenerin şərhində (xüsusilə XX əasrin 20-30 cu illərində) çox
şöhrət qazandı və buna görə də Vegener fərziyyəsi kimi tanındı. Bu fərziyyənin əsası-
nıa şağıdaki faktlar təşkile dir:
hipsoqrafik əyridə aydın ifadə olunan, qitələrə, okeanlara uyğun gələn və onla-
rın tərkibcə müxtəlifliyini (sial, sima) fərz etməyə əsas verən iki pillənin mövcudlu-
ğu;
hazırda Atlantik okean vasitəsilə ayrılmış qitələrin, xüsusilə Cənubi Amerika
və Afrika qitələrinin ümumi körünüşündəki oxşarlıq;
buqitələrin geoloji quruluşunda, xüsusilə onların erkən Paleozoy-gec Mezozoy
yaşlı yerüstü flora və faunaları arasındakı oxşarlıq;
qondvana qrupundan olan bütün qitələrdə cavan Paleozoy buzlaşmasının yayıl-
ması.
Bu faktlara əsasən A.Vegener belə nəticəyə gəlmişdir ki, nisbətən yüngül sial
materialdan ibarət olan qitə massivləri ağır sialda aysberq kimi üzür. Əvvəlcə qitə
sialı nazik qatla bütün yeri örtmüşdür. Yerin fırlanması və plastik zonada bu fırlan-
manı ləngidən qabarmanın təsiri ilə əlaqədar olaraq xarici qatlar daxili qatlardan ləng
fırlanır və bu da sial örtükdə çat, yarıq və qırışıq əmələ gəlməsinə şərait yaradır. Nə-
ticədə bu örtük parçalanır və bir qitələrdə cəmləşərək (Panqeya) böyük bir sahəni sial
qatdan azad edir və sima yatağında okean (təxminən, ən qədim hesab edilən Sakit
okeanı) əmələ gətirir. Sonra vahid qitələr elə həmin qüvvələrin təsirindən ayrı-ayrı
hissələrə parçalanır. Şimali və Cənubi Amerika Avropadan və Afrikadan qoparaq ay-
rılır. Atlantik okean əmələgəlir və get-gedə genişlənir. Qərbə doğru hərəkət zamanı
maneə qüvvəsinin təsiri nəticəsində Şimali və cənubi Amerikanın qərb sahillərində
Kordilyer və And qırışıqları əmələ gəlir. Atlantik okeanının əks sahilində Asiya qitəsi
qərbə hərəkət edən zaman qitənin kənarları okean qabığına «yapışaraq» ləngiyir və
nəticədə ada qövsləri yaranır.
Qitələrin üzməsi xeyrinə də əsaslı sübutlar, adətən, köhnə və yeni dünyanın At-
lantik sahələrinin quruluşu nəzərdən keçrilərkən gətirilir və göstərilir ki, sahillərin nə-
inki bütün xarici görünüşü, hətta geoloji quruluşu da bir-birinə son dərəcə uyqun gəlir
(bu və ya digər faydalı qazıntıların yayılması, məsələn, cənubi Afrika və Cənubi
Amerikada almaz yataqlarının mövcudluğu). Bəzi heyvan və bitkilərin müasir yayıl-
masını epeyroferez ideyasına müraciət etmədən aydınlaşdırmaq çətindir. Bu, həmçi-
nin cənubda yerləşən qitələrlərdə cavan Mezozoy buzlaşmasının yayılmasına da
aiddir.
Astronomik məntəqələrin təkrar müəyyənləşdirilməsi yolu ilə A.Vegener qitələ-
rin müasir dreyfini- Qrenlandiyanın Avropadan uzaqlaşmasını sübut etməyə cəhd
göstərmişdir. A.Vegenerin fərziyyəsində irəli sürülmüş və geotektonikada prinsipcə
yeni olan mobilizm ideyası indiyədək inkişaf etməkdədir. Hazırda bu ideya öz köhnə
mövqeyini müdafiə edən fiksizmə qarşı qoyulur.
A.Vegenerdən fərqli olaraq E.Teylorun fərziyyəsində əsas diqqət qitələrin qərbə
və şərqə meyl edərək ekvator istiqamətində dreyfinə verilmişdir. Qitələrin bu dreyfi
Alp, Himalay və b. Bu kimi qırışıqlıq sistemlərinin yaranmasına səbəb olmuşdur.
Vegenerin davamçısı olan Cənubi Afrikalı Dyu Toyt bir deyil, iki baş qitənin- Tetis
geosinklinalı ilə (Vegenerdə epikontinental dəniz) bir-birindən ayrılmış Lavrasiya və
Qondvana qitələrinin mövcud olmasını fərz etmişdir. O, qitələrin dreyf mexanizmini

45
bu qitələrin qalxması və dartılması şəklində vermişdir. Onun fikrincə bu qitələrin
qalxmaqda olan mərkəz hissələrinə maqmatik kütlə daxil olur və ayrılmış parçalar
aralıqdakı geosinklinala doğru sürüşür.
Qitələrin yerdəyişmə fərziyyəsi XX əsrin 20-ci illərinin sonu 30- cu illərinin
başlanğıcında maksimum müvəffəqiyyət qazanmışdır. Bu fərziyyəyə məşhur İsveçrə
geoloqları E.Arqan və R.Ştauba tərəfdar çıxmışlar. Sonra mobiliz mideyaları kəskin
tənqidə məruz qalmış, tezliklə öz tərəfdarlarını itirmişdir.
Fərziyyəyə qarşı əsasən iki cür etiraz var idi. Əvvəla, Vegenerin, həmçinin Tey-
lorun və Dyu Toytun təklif etdiyi kontinental qaymaların yerdəyişmə mexanizmi geo-
fiziklərdən heç kimi qane edə bilməmişdir. İkincisi qabıqdan mantiyanın dərinlikləri-
nə gedən, öz fəallığını saxlayan dərinlik yarıqlarının müəyyən edilməsi mantiyanın
səthi boyu hərəkət edən qitələr haqqında təsəvvürlərə ziddir. Bu axırıncı dəlil
N.S.Şatskinin «Vegener fərziyyəsi və geosinklinallar» adlı tənqidi işində (1947)
istifadə edilmiş və V.V.Belousovla L.S.Berqin buna uyğun işləri ilə birlikdə A.Vege-
ner fərziyyəsini keçmiş Sovetlər birliyinin geoloqlarının gözündən salmışdır. Bununla
belə maraqlıdır ki, fərziyyənin əsasını təşkil edən və yuxarıda göstərilən geoloji fakt-
ların heç biri əslində təkzib olunmamışdır.
XX əsrin əllinci illərinin ortasında tamam unudulmuş mobiliz mideyaları yeni-
dən tədqiqatçıların diqqətini cəlb etdi. Süxurların qalıq maqnetizminə həsr edilmiş
işlər bunun ilk təkan vericisi oldu. İndi mobilizm yeni forma- neomobilizm
formasını almış və qabıqaltı konveksion axınlar fərziyyəsi ilə birləşmişdir.
Neomobilizmin daim artan nüfuzunu nəzərə alaraq yeni qlobal tektonika,
yaxud plitələr tektonikası fərziyyəsini ayrıca, daha geniş şəkildə nəzərdən ke-
çirilməsi məqsədə uyğundur.
Qabıqaltı konveksiya axınları fərziyyəsi . Tektonik deformasiyaların
mənbəyini Yerin mantiyasındakı konveksion hərəkətlərdə görən bir sıra fər ziy-
yə mövcuddur. Bura O.Ampferin (1906), R.Şvinnerin (1919), O.Qriqqsın
(1939), A.Xolmsun (1946), E.Krausun (1951, 1959), F.Veninq-Meynesin
(1952, 1957) və s. işləri daxildir.
Qabıqaltı konveksiya axınları fərziyyəsinə görə Yerin mantiyasında mad -
dənin dövranını atmosferdə müşahidə edilən konveksiya axınları ilə müqayisə
etmək olar. Mantiya maddəsi yuxarıda soyuyub, aşağıda qızaraq genişlənir və
ayrı-ayrı axınla (siklon kimi) yuxarı qalxır. Bu axın qabığın dabanında müxtə-
lif istiqamətlərdə yayılır və soyuyaraq aşağı enir (antisiklon kimi). Artan və
azalan şaxələr arasında axın üfüqi hərəgət edir və qabıqla sürtünmə nəticəsin -
də onda ya sıxılma, yada dartılma gərginliyi yarada bilir. Sıxılma gərginliyi
qabıqaltı axınların cəmləşdiyi yerdə, dartılma gərginliyi isə onların dağılaraq
şaxələndiyi yerdə əmələ gəlir. A.Xolmsun, E.Krausun və F.Veninq-Meynesin
bir qədər müxtəlif, lakin bir-birinə yaxın olan təsəvvürlərinə görə axınların
cəmləşdiyi sahələrdə qabıq qabarır, onların şaxədəndiyi sahələrdə isə qabıq qı-
rılır və parçalanır. Aralıq sahələrdə mantiya axını qabığı özü ilə hərəkət et di-
rir. Qabıqaltı konveksiya axınlarının əmələ gəlməsi müxtəlif səbəblərlə- yerin
soyuması, həcminin dəyişilməsi, mantiya maddəsinin kristallaşması və difer-
ensiasiyaya uğraması və nəhayət, radioaktiv parçalanma ilə aydınlaşdırılır.

46
Mantiyada epizodik zəif konveksiya axınlarının yaranmasını göstərən fər -
ziyyənin xeyrinə çoxlu dəlil gətirmək olar. Mantiyanın kristallik vəziyyət al-
ması güman edildiyinə görə axınlarda son dərəcə zəif olmalıdır. Ehtimal ki, bu
axınların sürəti ildə 10 sm- dən çox olmur (F.Veninq-Meynesə görə).
Qabıqaltı konveksiya axınlarının olmasını təsdiq edən aşağıdakı dəlilləri
göstərmək olar:
adalar qövsü rayonunda Yer qabığının deformasiyasını göstərmək olar.
İndoneziya arxipelaqı adalar qövsünün ümumi görünüşü və tipini birtərəfli
üfüqi sıxılma ilə izah etmək mümkündür. Bu sıxılmanı, qabığı cənub-şərq isti-
qamətdə çəkib aparan mantiyadakı axın yarada bilər.
geosinklinal zonanın uzanma istiqamətinə perpendikulyar olan sıxılmasi-
nın miqyası onu kontraksiya fərziyyəsi mövqeyindən aydınlaşdırmaq üçün
həddindən çox böyükdür. Məsələn, Alplarda sıxılmanın ölçüsünü 250 km- ə
bərabər qiymətləndirmək olar; onların eni təxminən 100 mln. Il bundan əvvəl
bu qədər azalmışdır. Mantiyada konveksiya axınları baxımından isə bu rəqəm-
lər şübhə doğurmur.
sıxılma dövrünün birinci yarısında qitələrdəki reqressiyaları aid etmək
olar. Sıxılma dövrünün ikinci yarısında və qabığın sonrakı sıxılma mərhələsində
qabaqkı uzun sakitlik dövründə reqressiyaları transqressiyalar əvəz etmişdir. Bunu
aşağıdakı kimi izah etmək olar: konveksiya axınlarının dövr etməsinin birinci rübün-
də yüksək temperaturlu maddə mantiyanın dərinliklərindən qalxan axın sütununa qo-
vuşur və onun üzərindəki qabığı genişləndirərək onu qalxmağa məcbur edir. Qitəqa-
bığı okean qabığına nisbətən radioaktiv birləşmələrlə daha zənkin olduğu üçün qitə-
lərin altında temperatur okeandakına nisbətən daha yüksək olmalıdır və deməli, artan
qabıq altı axının çox hissəsi qitələrin altında yerləş məlidir. Beləliklə, qitələrdə, adə-
tən, reqressiya baş verməlidir. Əvvəllər mantiyanın yuxarı qatında yerləşən kiçik
temperatura malik maddənin çox hissəsindən ibarət olan və reqressiya dövründə
okeanın qonşu sahələri altına kömülən bu axın görünür reqressiyanın güclənməsinə
kömək edir. Buna görədə kiçik temperaturlu maddənin yaratdığı istilik sıxılması ilə
əlaqədar olaraq burada qabıq çökür, aralıq okean dağ silsilələri çox kümanki, qalxan
mantiya axınının üstündə yerləşir; onların böyük hündürlükdə olması isə həmin sə-
bəblərlə əlaqədardır.
Geosinklinal çökəklikdəki dağların kökləri onları əhatə edən mantiya maddəsi
ilə tədricən qızır və plastiklik xassəsi alır. Belə olduqda mantiyanın konveksiya axını,
qabıq maddəsinin istiliyini özünə çəkməli və onu qabığın aşağı sərhədləri boyu payl-
amalı; beləliklədə geosinklinal dağ silsilələrindən xeyli uzaqlarda qabığın qalxmasına
səbəb olmalıdır. Belə bir hal Alp qövsündə baş vermiş, Fransanın, Belçikanın, Dani-
markanın və Almaniyanın orta yüksəklikli dağları yaranmışdır. Mantiyada axınların
mövcudluğu ideyasını təsdiq edən digər faktda vardır. Bu, Yer qabığının sıxılmasını
sübuta yetirən, həm geosinklinalların, həmdə Yerin dartılmasının əlamətləri olan
horst və qrabenlərin eyni zamanda əmələ gəlməsindən ibarətdir. Mantiya axınlarının
qabığa cəzbedici təsiri bufaktı asanlıqla izah etməyə imkan verir.
Bazaltların əmələ gəlməsini izah edən Bouen fərziyyəsi mantiyada konveksion
axının xeyrinə olan inandırıcı dəlildir. O, belə hesab edirki, təzyiqin azalması peri-
doditlərin selektiv əriməsinə səbəb olur. Bu halda bazalt maqması ayrılır, olivin isə

47
bərk halda qalır. Peridoditlərin selektiv əriməsi mantiyanın üst təbəqəsini zəiflətməli-
dir. Yerin bütün tarixi ərzində bazaltların axıb tökülməsi faktı məlum olduğuna görə
mantiyada axının mövcudluğunu güman etmək olar. Bu axın peridoditin yeni hissələ-
rını yuxarıya çatdırır və bundanda yeni bazalt maqması ayrılır.
Mantiyada konveksiya axını fərziyyəsini sübut etmək üçün geomaqnit məlumat-
lardan istifadə oluna bilər, konveksiya axınları olmadan Yerin nüvəsində geomaqnit
hadisələrinin yaranması üçün zəruri axınlar sisteminin əmələ gəlməsi çətin başa düşü-
lərdi. Süxurların maqnitləşmə istiqamətlərinin təhlili nəinkiqütblərin yerdəyişmə fər-
ziyyəsi üçün, hətta sonuncu geoloji dövrlərdə qitələrin nisbi yerdəyişməsi təsəvvür-
ləri üçün əsas yaradır. Qabığa təsir edən və yekunlaşdırıcı anlara malik olan axınların
cəzbetmə qüvvəsi qabığı Yerə nisbətən fırladır. Beləliklə, qütblərlə qabıq arasında
nisbi yerdəyişmə əmələ gətirir. Üfüqi yerdəyişmə qüvvələri bir qitənin digərinə nis-
bətən yerdəyişməsinə səbəb ola bilər. Bu cür nisbi hərəkətlər Perm dövrü buzlaşması-
nın bəzi əlamətlərini izah etmək üçün də gərəklidir.
Nəhayət, kiçik miqyaslı konveksiya axınlarının üst mantiyada mövcud olması
təsəvvürlərinə müraciət etmədən adalar qövslərinin daxili tərəflərində okean çökək-
liklərinin böyük dərinliklərədək nisbətən daha tez enməsini izah etmək çətindir. İn-
doneziya arxipelağı adalar qövsü hüdudlarındakı Banda və Sulavesi hövzələri, həm-
çinin son 1-2 min il ərzində yaranmış Korsika və Rivyera arasındakı Aralıq dənizi çö-
kəkliyi buna misal ola bilər.
Plitələrin tektonikası (yeni qlobal tektonika) fərziyyəsi. Hazırda bir sıra müa-
sir tektonik fərziyyələr və onların ayrı-ayrı variantları mövcuddur. Biz burada mobi-
lizm fərziyyəsinin müasir- yeni variantı üzərində dayanacağıq.
Məlum olduğu kimi XX əsrin otuzuncu illərinin ortalarından əllinci illərin orta-
larına qədər mobilizm fərziyyəsi demək olar ki, tamamilə unudulmuşdu. Əllinci illər-
də süxurların qalıq maqnetizmi öyrənilərkən alınan gözlənilməz nəticələr qütblərin
müasir vəziyyətlərinə nisbətən öz yerlərini dəyişdiklərini, kontinental qaymalarında
nisbətən yerdəyişdiyini təsdiq etdi. Bu yerdəyişmə, vaxtı ilə A.Vegenerin təsəvvürü-
nə tam uyğun idi. Beləliklə, paleomaqnetizmin tədqiqi A.Vegener fərziyyəsinin yeni-
dən dirçəlməsinə təkan verdi. Elə bu dövrdə də aralıq okean silsilələrinin özlərinin
trift zonaları ilə birlikdə planetarsi steminin mövcud olması müəyyən edildi.
Beləliklə 1950- ci illərdən sonra aparılan tədqiqat işləri nəticəsində əldə olunan
yeni məlumatlar yenidən mobilizm fərziyyəsinə qayıtmağa imkan verdi. Bu yeni mə-
lumatlardan başlıcası isə süxurlarda müəyyən olunmuş qalıq maqnetizm hadisəsi idi
(paleomaqnetizm). Müəyyən olunmuşdur ki, istər çökmə, istərsədə vulkanogen mən-
şəli süxurlar (ferromaqnit minerallar) ilkin maqnit sahələrinin təzahürlərini özlərində
saxlayırlar. İlk tədqiqatlar göstərirki, süxurlar nə qədər qədimdirsə, bir o qədərdə on-
ların maqnit sahələri müasir süxurlardakından kəskin fərqlənir. İlk anlarda buhadisəni
maqnit qütblərinin miqrasiyası ilə izah edirdilər. Sonralar müəyyən olunduki, eyni qi-
tədaxilində müxtəlif yaşlı süxurlara xas olan maqnit sahələri müxtəlif istiqamətlərdə
cəhətlənmişlər. Müxtəlif qitələr üçün tərtib olunmuş maqnit sahələri əyrilərinin mü-
qayisəsi (korrelyasiyası) qitələrin yerlərini dəyişməsini göstərdi (A.Vegenerdə olduğu
kimi) və qitələrin hərəkətinin zaman etibarilə (əvvəllər qeyd edildiyi kimi) Yuraya
müvafiq gəldiyi sübut edildi. Əvvəlcə Sakit okeanda və sonrada Atlantik okeanında,
aralıq okean silsilələri riftlərinin oxlarına görə perpendikulyar vəziyyət tutan, maqnit

48
sahəsi intensiv xətti anomaliyalarının açılması və onların maqnit sahəsi inversiyaları
şkalası ilə müqayisəsi okeanların dibinin genişlənməsi fərziyyəsini bir daha təsdiq et-
di. Bu, həmin fərziyyəyə müvafiq okeanların aralanma sürətini müəyyənləşdirmək və
həmçinin onların əmələgəlmə tarixlərini bərpa etmək imkanları yaratdı.
Digər tərəfdən okean yatağının quruluşunun öyrənilməsi mobilist konsepsiyası-
nın inkişafına təkan oldu. Müəyyən olunmuşdir ki, okeanların quruluşunda riftlərlə
mürəkkəbləşmiş aralıq okean sistemləri iştirak edir; okean qabığı qitə qabığından
fərqlənir; çökmə qat təbəqəsinin aralıq massiv ərazilərində qalınlıqları azalır, istilik
axınları artır və s.
Qeyd edilən faktların ümumiləşdirilməsi (xüsusən okeanlar üçün) 1961-1962-ci
illərdə Amerika petroloqu Q.Xessə və geofizik R.Ditsə məxsusdur. Onlar okean ya-
tağının genişlənməsi (spredinq) nəzəriyyəsini irəli sürmüşlər. Bu fərziyyə ilk dəfə
1950-ci illərdə, daha sonra isə 1963-cü ildə İngilis alimləri F.Vaynom və D.Metüz tə-
rəfindən xətti maqnit anomaliyalarının varlığı ilə təsdiq etmişlər.
Yeni fərziyyə "yeni qlobal tektonika" (B.İzaks, C.Oliver, L.R.Sayks) və ya
"qitələr tektonikası" (Z. Le Pişon, U.C.Morqan), sonralar isə litosfer plitələrinin tek-
tonikası adını almışdır. Yeni fərziyyənin formalaşmasında seysmoloji məlumatların
böyük rolu olmuşdur. Sıx seysmoloji şəbəkələrin planetimizdə yaradılması nəticəsin-
də, cavan Alp yaşlı Aralıq dənizi qurşağında zəlzələlərin episentrinin ensiz zonada
(okean riftləri və Benof zonalarında) yayılması qeyd olunmuşdir. Bununla yanaşı,
seysmoloqlar tərəfindən zəlzələ ocaqlarında (hipostntrlərində) gərginliyin təyin edil-
məsi metodikası işlənilmişdir və ona əsasən müəyyən olunmuşdir ki, okean riftləri
zonasında dartıcı, Benof zonasında sıxılma, dərinlik qırılmaları zonasında isə üfüqi
yerdəyişdirici (sürüşürücü) gərginliklər üstünlük təşkil edir.
C.T.Vilsonun transform yarıqları və aralıq okean silsilələrinin oxundan uzaqlaş-
dıqca vulkanların yaşca qədimləşməsi haqqındakı işləri bu fərziyyənin sonrakı inki-
şafına təkan verdi. 1968- ci il- Z.Le Pişonun, V.C.Morqanın, C.Xeyrtslerin, B.İzaks-
la, C.Oliverlə və L.R.Sayksla birlikdə dörd mühüm əsər dərc etdirdikləri il fərziy-
yənin kişafında həlledici il oldu. Birinci iki işdə litosferin məhdud sayda (Le Pişona
görə 6, Morqana görə 8) nisbətən möhkəm, monolit və davamlı plitələrdən təşkil
olunduğu göstərilmişdir.
Litosfer plitələrinin tektonikası konsepsiyanın başlıca müddəaları aşağıdakılar-
dır:
1. Yerin üst bərk qatı bir-birindən öz xüsusiyyətlərinə görə kifayət qədər fərqlə-
nən iki təbəqəyə- litosferə və astenosferə ayrılır. Litosfer mantiyanın ən üst hissəsi
olaraq, yerin sərt, kövrək və bərk təbəqədir. Astenosfer litosferin altında yerləşir, nis-
bətən az özlülüyə və plastikliyə malik olan təbəqədir. Litosfer və astenosfer qatları
seysmogeoloji və ya maqnittellurik məlumatlara əsasən ayrılır.
2. Litosfer təbii olaraq iri (7) və kiçik (12) plitələrə ayrılır. Plitələrınsərhədibo-
yupraktikiolaraqtektonikvəseysmikbaxımdanfəalzonalarcəmləşir. Plitələrın sərhədi
zəlzələ mənbələrinin (ocaqlarının) yayılmasına əsasən müəyyən edilir.
3. Litosfer plitələrınin bir-birinə nəzərən yerdəyişməsinin üç tipi və ona müvafiq
olaraq üç tip sərhəd- divergent, konvergent və transform ayrılır.
 divergent sərhədlər boyunca plitələrin aralanması (spredinq) baş verir. Diver-
gent sərhədlərdə, spredinq zonalarında fasiləsiz olaraq yeni okean qabığının yaranma-

49
sı baş verir və buna görədə bu sərhədləri konstruktiv sərhədlərdə adlandırırlar. Bura-
da qabıq astenosfer axını ilə yerini subduksiya zonasına tərəf dəyişir və dərinlikdə
udulur. Bu isə belə sərhədləri destruktiv adlandırmağa əsas verir.
konvergent sərhədlərdə plitələrin yaxınlaşması baş verir ki, bu da bir plitənin
digərinin üzərinə itələnməsi kimi ifadə olunur. Bu halda okean tipli plitə qitə tipli pli-
tənin altına itələnirsə bu posesə subduksiya deyilir. Əks halda, yəni qitə tipli plitə
okean tipli plitənin altına itələnirsə onda bu posesə obduksiya deyilir. Əgər iki konti-
nental tip plitə qarşı-qarşıya gələrək toqquşursa (biri digərinin altına keçməklə) bu
posesə kolliziya deyilir.
transform sərhədlər boyunca şaqulu transform qırılmaların səthi ilə plitələrin
bir-birinə nəzərən üfüqi yerdəyişməsi baş verir.
4. Təbiətdə əsasən divergent və konvergent sərhədlər geniş yayılmışdır.
5. Litosfer plitələrının nisbi hərəkətləri sferik həndəsə qanununa əsasən baş verir
(Eyler teoremi). Bu isə o deməkdir ki, iki bir-birilə əlaqəli nöqtələrin yerdəyişməsi
trayektoriyası Yerin mərkəzindən keçən oxa nəzərən keçirilmiş çevrə üzrə baş verir.
Aralıq okean massivlərinin aralama (dartılma) zonasında (rift zonasında) yeni okean
tipli qabıq formalaşır, Benof zonasında onlar mantiya tərəfindən udulur. Prosesin özü
isə subduksiya adlanır (şəkil 4.1.1.).
6. Subduksiya zonasında udulan okean tipli qabığın həcmi spredinq zonasında
yaranan qabığın həcminə bərabərdir.
7. Litosfer plitələrının nisbi hərəkətləri (yerdəyişmələri), Yerin mantiyasından
ayrılan koveksion istilikaxını (cərəyanları) ilə əlaqədardır. Aralıq okean silsilələrinin
riftlərinin altında qalxan, subduksiya zonasının altıda isə enən koveksion istilik axın-
ları yerləşir. Aralıq okean silsilələri və dərin su novları arasında, abissal düzənliklər
və qitələrin arasında olan sahələrin altında üfüqi koveksion istilik axınları yerləşir.
8. Benof zonası enən konveksion istilik axınları ilə əlaqədardır. Okean litosferi
həmin axınla əlaqədar olaraq rift zonalırandan Benof zonasına doğru üfüqi istiqamət-
də hərəkət edir. Qeyd edilən sxem A.Xolms tərəfindən 1929-cu ildə irəli sürülmüş
ideyaya müvafiq gəlir. Bununla yanaşı, A.Xolmsun fərziyyəsi A.Vegenerin, O.Amp-
fererin (qabıqaltıaxım) və C.Colinin (radiogenistilik) ideyalarını özündə əks etdirir.
A.Vegenerin konsepsiyasından litosfer plitələrının tektonikası aşağıdakı cəhətlə
fərqlənir:
Plitələrin yerdəyişməsinin (sürüçməsinin) səthi qranit və bazalt təbəqələri üzrə
deyil, litosfer və astenosfer səthi üzrə baş verir.
Litosfer istərsə qitə və istərsədə okean tipli qabıqları özündə birləşdirməyə qa-
dirdir.
Plitələrın hərəkəti sferik həndəsə qanuna əsasən baş verir, bu isə lazımi hesab-
lamaları EHM- də aparmağa imkan verir.
Plitələrın hərəkətinə səbəb rotasion qüvvələr deyil, mantiyada yaranan konvek-
tiv axınlardır.
Bütün qeyd edilənlər A.Vegenerin klassik fərziyyəsindən fərqləndirmək üçün
müasir mobilizmə neomobilizm fərziyyəsi kimi baxmağa imkan verir.

50
Şəkil 4.1.1. Subduksiyasının obduksiyaya keçmə sxemlərindən biri
(V.Y.Xainə görə).
a- subduksiyanın sxemi; b, v, ə, v- obduksiyanın sxemləri. 1- qitə qabığı; 2- okean
qabığı; 3-üst mantiya; 4-üstəgəlmə səthi; 5-yerdəyişmənin istiqaməti.

Plitələr tektonikasının qarşısında duran çətinliklər aşağıdakılardan ibarətdir :


1. İlk çağlarda belə hesab edilirdi ki, litosferlə astenosfer arasındakı sərhəd fasi-
ləsizdir və bütün ərazi boyunca qeyd olunur. Bu səthin yatma dərinliyi okeanlarda 50-
60 km, qitələrdə 100-120 km- dir. Həqiqətdə isə bu əlaqə daha mürəkkəb xarakter
daşıyır. Cavan dağlıq ərazilərdə astenosfer 20-25 km dərinlikdə, qədim qalxan əra-
zilərində (seysmik, maqnito-tellurik məlumatlara əsasən) 250 km dərinliyədək, aralıq
okean silsilələrinin ox səthi zonalarında isə 3 km dərinlikdə qeyd olunur. Digər tərəf-
dən kontinental platformaların mərkəzi hissəsində 200-250 km dərinliyə kimi aste-
nosfer müşahidə olunmur. Bu isə astenosfer təbəqəsinin fasiləsiz yayılması haqqında
şübhə döğurur. Bir qrup geofiziklər atenosferin deyil, uzanma istiqamətində pazlaşan
astenosfer linzalarından danışmağı daha məqsədə uyğun hesab edirlər. P.Z.Tarakano-
va və N.V.Levanın məlumatlarına görə Asiya qitəsindən Sakit okeana keçid zonasın-
da dörd müstəqil astenosfer təbəqəsi (65-90, 120-160, 230-300, 370-430 km) ayrılır.

51
V.Y.Xainə görə izostatik müvazinətin mövcud olduğu bütün sahələrdə astenosfer
mövcud olmalıdır.
2. Zəlzələlərin faktiki (dünyada baş verən zəlzələlərin 95 %-i) paylanmaları (6-
8, son məlumatlara görə 9) əsas və bir o qədər də "kiçik" plitələrın varlığını göstərir.
Zəlzələ hiposentrləri, adətən əsas plitələrın sərhədi boyu yerləşirlər. Ətraflı paleotek-
tonik analiz nəticəsində müəyyən olunmuşdir ki, Afrikada-Ərəbistan və Somali (Şər-
qi Afrika rift sisteminə əsasən); Avrasiyada-Hindiçin (Qırmızı çay və onun şimal-qər-
bi boyu), Amur (Baykal rift sisteminə əsasən), Kolıma və s. kimi "kiçik" plitələr
müəyyən olunmuşdir. Qeyd edilən "kiçik" plitələrın əksəriyyəti mikroplitələrdən və
bir çox qədim geosinklinal qurşaqlardan və s. təşkil olunmuşlar. Ümumiyyətlə,
"kiçik" plitələr- epigeosinklinal, epiplatforma orogenlərinə, platforma, okean plitələ-
rı- əsas plitələr sırasına aid edilir. "kiçik" plitələr arasındakı yerdəyişmə yüzlərlə, əsas
plitələrdə isə minlərlə km- ə çatır.
3. Plitələrın istiqamətinin qarşılıqlı yerdəyişməsinin üçdən ikisi əsaslı surətdə
sübut olunmuşdir (spredinq və subduksiya). Spredinq prosesinin varlığı qazma və bi-
lavasitə sualtı qayıqların müşahidələrinin nəticəsində müəyyən olunmuşdur. Spredinq
prosesi və transform qırılmaları üzrə plitələrın quruluşu və yerdəyişmələri güman
edildiyindən daha mürəkkəbdir. Bu isə subduksiyanın müxtəlif sahələrdə müxtəlif
formada baş verməsini göstərir. Okean qabığında akkresiya prizmalarının yaranma
prosesi bəzən isə qitə tipli qabığın Benof zonası tərəfi dartılaraq aralanması nəticəsin-
də tektonik eroziya hadisəsi müşahidə edilir.
4. Spredinqin subduksiya ilə kompensasiya edilməsi nəticəsində Yerin həcminin
dəyişməz qalması əvvəllər fərziyə xarakteri daşıdığı halda, hazırda paleokinematik
rekonstruksiyaların məlumatlarına əsasən dəqiq sübut edilir (xüsusən üç plitənin bir
nöqtədə birləşdiyi sahələrdə) və Paleozoyun sonundan başlayaraq indiyədək Yer həc-
minin dəyişməsi cüzi olmuşdur (4-5%- dən çox deyil).
5. Litosfer plitələrının yerdəyişmə mexanizmi xüsusi bir problem təşkil edir. Pli-
tələr tektonikasının ilkin konsepsiyasına əsasən hərəkət mexanizmi üst mantiya ilə
əlaqədar olan istilik konveksiyası hesabına edilir. Plitələr tektonikasının tərəfdar-
larının (O.Q.Soroxtin, S.L.Uşakov və b.) fikrincə konveksiya bütün mantiyanı əhatə
edir və bu axın yalnız istiliyi deyil, istiləşdirilmiş maddələrində aparılmasına səbəb
olur. Nəticədə, yüksək əriməyə məruz qalan fraksiyalar (dəmir və digər elementlər)
nüvəyə daxil olaraq onun həcmini artırır.

4.3. BƏZİ ALTERNATİV BAXIŞLAR

Bir sıra tədqiqatçılar plitələr tektonikası nəzəriyyəsinin, alternativ tektonik kon-


sepsiyaların axtarışını davam etdirməyi təklif edirlər. Məsələn, E.V.Artyuşkov "Geo-
dinamika" kitabında (1979) litosfer plitələrının dəyişməsinin yeni kinematik mexa-
nizmi verilmişdir. Onun fikrincə, mantiyadan ayrılan konvektiv axımlar, astenosferin
özlülüyünün kifayət dərəcədə azlığı ilə əlaqədar olaraq, litosfer plitələrının hərəkətinə
səbəb ola bilməz. Yer qabığının daban hissəsində qızdırılmış mantiya maddəsinin
varlığı ilk növbədə qalxımların yaranmasına, qravitasiya müvazinətinin pozulmasına,
Yer qabığının və mantiyanın çatlamasına və kifayət miqdarda üfüqi gərginliyin ya-
ranmasına səbəb olur. Nəticədə, aralıq okean massvilərinin oxları boyu Yer qabığının

52
bütövlüyünün itirilməsi, mantiya materialının daxil olması və bununla əlaqədar okean
litosferinin ətrafa doğru yerdəyişməsi baş verir. Zəif halda qızdırılmış bu maddələr
okean litosferi altında toplanır və bazaltın ekloqitə çevrilməsinə zəmin yaradır. Bu
halda əyilmə sahələrində dərin su novlarının, qabıq materiallarının ərimiş sahələrində
isə adalar qövslərinin yaranması baş verir. Dartılma gərginliklərinin qalxımların ox
zonalarında toplanması riftlərin və riftlərin genişlənməsi isə okeanların yaranmasına
səbəb olur (şəkil 4.3.1.).

Şəkil 4.3.1. Litosferdə yaranan üfüqi və şaquli hərəkətlərin sxemi


(E.V.Artyuşkova görə)
1-daxili dənizlər; 2- iri qitə qalxımları; 3-aralıq okean silsilələri; 4-dərin su novu; 5-
adalar qövsü; 6-kənar dəniz; oxlar tektonik hərəkətlərin və maddələrin mantiyada
hərəkət istiqamətlərini göstərir.

A.V.Peyve, A.A.Savelyevin konsepsiyası litosfer plitələrının yerdəyişmə dina-


mikasını sadə mexanika (plitələr tektonikasında tətbiq edilən), hidromexanika (hidro-
dinamika) qanunlarına əsasən müəyyən edir.
HazırdaYerin genişlənməsi fərziyyəsi ən populyar fərziyyə hesab olunur. Bu
fərziyyə avstriya geoloqu S.U.Keri tərəfindən irəli sürülmüşdür, rusiyada isə, o öz da-
vamçısını E.E. Milanovskinin simasında tapmışdır. Fərziyyəsin əsasını plitələr tekto-
nikasının ən mübahisəli məsələlərindən biri olan subduksiyanın inkarı fonunda spre-
dinqin qəbul edilməsidir. Bununla yanaşı Yerin genişlənmə miqdarı, sürəti müxtəlif
tədqiqatçılar tərəfindən müxtəlif göstərilir. Tədqiqatçıların əksəriyyəti Yerin geniş-
lənməsinin başlıca dövrlərinin müasir okean çökəkliklərinin yaranma dövrünə və
Kembrinin ortalarına müvafiq gəldiyini qeyd edirlər. Aşağıda yerin genişlənməsi fər-
ziyyəsi ətraflı şərh olunur.
Yerin genişlənməsi fərziyyəsi. Bu fərziyyəfərziyyə kontraksiya fərziyyəsinin
tam əksinədir. O.X.Xilgenberq, A.Vegenerin qitələrin yerdəyişməsi fərziyyəsinin bir

53
sıramüddəalarını qəbul edərək belə fərz edirki, litosfer ilk dəfə Yer kürəsini bütün-
lüklə örtmüşdür. Lakin Yerin həcminin böyüməsi, litosferin dartılması və çatlaması
nəticəsində kontinental qabığın parçalanmış hissələri arasında okeanlar əmələ gəlmiş-
dir. O.X.Xilgenberqin fikrincə qitələr dreyf yolu ilə deyil, okeanların böyüməsi nəti-
cəsində bir-birindən uzaqlaşır.
XX əsrin 50-60- cıillərində L.Edyed Yerin genişlənməsinin səbəbini aydınlaş-
dırmağa cəhd göstərmişdir. Onun təsəvvürünə görə Yer maddəsinin ilkin vəziyyəti
çox böyük sıxlıqla səciyyələnmişdir. Yer kürəsinin daxilində baş verən fasiləsiz faza
keçidi prosesi Yerin həcminin böyüməsinə səbəb olur. Yerin radiusunun uzunluğu
ildə 0,6 mm artır. Yer bütövlükdə kontinental qabıqla örtülü ikən onun radiusu 3500-
4000 km- ə bərabər olmuşdur. Yerin radiusunun, onun səthinin və həcminin bu qədər
böyüməsinə astronomik, nəfiziki, nə də xüsusən geoloji məlumatlara uyğun gəlmir.
Kontraksiya fərziyyəsinin üstünlük təşkil etdiyi bütün dövr ərzində və bundan
sonrakı uzun bir zamanda Yerin genişlənməsi fərziyyəsi nəzərə çarpacaq heç bir mü-
vəffəqiyyətə nail olmamışdır.
Okeanların cavan olmasının, onların dərinlik quruluşunun qitələrin quruluşun-
dan köklü fərqinin, bununla əlaqədar okean kontinental qabığın yerdəyişməsinin ay-
dınlaşdırılmasında olan çətinliklərin müəyyən edilməsi və həmçinin paleomaqnetizm
məlumatları XX əsrin altımışıncı illərində Yerin genişlənməsi fərziyyəsinə marağı
yenidən artırmışdır.
Yerin genişlənməsi fərziyyəsinə görə okeanlar Yerin həcminin təbii böyüməsi,
onun çatlaması və litosferin dartılması nəticəsində əmələ gəlmişdir. Yeni əmələ
gəlmiş okean çökəkliklərini doldurmuş su, Paleozoyda geniş yayılmış epikontinental
dənizlərdən axıb gəlmişdir.
Fərziyyənin müəllifi O.X.Xilgenberqin hesablamalarına görə Karbonda Yerin
bütünlüklə kontinental qabıqla örtülü olduğu dövrdə onun diametri müasir diametri-
nin 69 %- ini təşkil etmişdir, yəni 345 mln. Il ərzində Yerin səthi iki dəfədən çox art-
mışdır. Son on illikdə nüfuzunun bir qədər artmasına baxmayaraq bu fərziyyə etiraz
doğurur. Hər şeydən əvvəl Yerin fərz edilən genişlənməsinin səbəbi hələ aydın
deyildir. P.Dirak və P.İordan Yerin genişlənməsində mümkün olan səbəb kimi zaman
ərzində cazibə sabitinin azalması təsəvvürünü irəli sürmüşlər. Bu təsəvvür tamamilə
təsdiq edilməmiş qalır. Bundan başqa aydın deyildir ki, nə üçün kontinental qabıq
yalnız Paleozoyun ortalarında qırılmışdır. Daha sonra fərz olunan ölçülərdə Yerin
həcminin artması Yerin fırlanma sürətinin kəskin azalmasına, onun formasının dəyiş-
məsinə səbəb olmalı, cazibə sabitinin dəyişməsi ilə canlı orqanizmlərin yaşama şəra-
itlərinə güclü təsir göstərməli idi. Lakin geoloji tarixdə bu cür kəskin dəyişmələrin
izləri hələ aşkar edilməmişdir.
Geoloji etirazlardan aşağıdakıları göstərmək olar:
Müasir qitələrdən və adalardan bütöv sial örtük tərtib etmək cəhdi Sakit okean
vilayətində çox böyük yerdəyişməyə, kontinental qaymaların mürəkkəb fırlanmasına
və Kembriyə qədər dövrün sonundan başlamış bir vahid kimi inkişaf edən Sakit oke-
an ətrafı fəal qurşağın bütövlüyünün tamamilə pozulmasına gətirib çıxarır.
Geoloji və seysmoloji məlumatlardan göründüyü kimi, regional sıxılma şərait-
ində epigeosinklinal qırışıq və qırışıq-örtük sistemlərinin əmələ gəlməsinin bu fərziy-
yədə az-çox qənaətbəxş izahı yoxdur.

54
Sıxılmanın üstünlük təşkil etdiyi epoxalar bütün Yer miqyasında sondərəcə
sinxron xarakter daşıyır.
Fərziyyədə Yerin tektonik inkişafının bir çox başqa mühüm xassələrini iri plat-
forma strukturlarının əmələ gəlməsini, epiplatforma orogen qurşaqları əmələ gətirən
platformaların tektonik fəallığını, tektogenez və maqmatizm proseslərinin əlaqəsini
və s. aydınlaşdırmağa, hətta, cəhd belə göstərilmir.
Yerin genişlənməsi təsəvvürünün, onun bir sıra tərəfdarlarının fikirlərinə zidd
olaraq, paleomaqnetizm məlumatlarında da sübutuyoxdur. S.C. van Andelin və s.
A.Xospersin hesablamalarına görə Perm dövründən bəri Yerin radiusu ya heç böyü-
məmiş, ya da bu böyümə çox cüzi olmuşdur. Hətta dağ təzyiqinin tədqiqi göstərmiş-
dir ki, qabığın qranit qatının süxurları hazırda ümumi tankensial sıxılmaya məruz qa-
lır ki, buda Yerin radiusunun qısalmasını sübut edir.
Müasir dövrdə müşahidə olunan Yerin fırlanma sürətinin artması Yerin sıxılma-
sına bir sübut kimi hələ çoxdan izah edilir. Deməli, həqiqi məlumatlar hər şeydən
əvvəl kontraksiya, yaxud pulsasiyanı göstərir, lakin heç cür, Yerin genişlənməsinə
dəlalət etmir.
Rotasiya fərziyyəsi. Bu fərziyyə digər «klassik» fərziyyələrdən bir qədər kənar-
da qalır; çünki o, Yerin deformasiyasında əsas rolu daxili yox, xarici qüvvələrə, yəni
astronomik amillərə verir. Yerin inkişaf amillərinin bu qrupunda ən başlıcası Ayın və
Günəşin cazibə qüvvəsidir. Bu qüvvə Yer qabığında qabarmalar əmələ gətirir və bu-
nunlada öz oxu ətrafında fırlanmasını ləngidir. Fırlanmanın bucaq sürətinin azalması
öz növbəsində Yerin formasının dəyişməsində, onun qütbi sıxılmasının azalmasında
öz təsirini göstərir. Yerin formasının dəyişməsi qabıqda müqavimətin yaranmasına və
onun deformasiyaya uğramasına səbəb olur.
Rotasiya fərziyyəsi M.V.Stovas tərəfindən daha tam əsaslandırmış və ona
Q.N.Ketterfeld tərəfindən qiymətli əlavələr olunmuşdur. Rotasiya fərziyyəsinin əsas
müddəası ondan ibarətdir ki, Ayın və Günəşin cazibə qüvvəsinin Yerdə əmələ gətir-
diyi qabarmaların lənkidici təsiri nəticəsində Yerin öz oxu ətrafında fırlanma sürəti
yavaşımaya məruzqalır. Bununla belə daxili quruluşu, ölçüləri və kütləsi ilə yanaşı
fırlanmanın bucaq sürətinin qiyməti bilavasitə planetlərin formasına təsir göstərir. Bu
qiymət böyüdükcə qütbi sıxılma və deməli, planetin «Ellipsoidliyi» də bir o qədər bö-
yükdür. Əksinə, fırlanma sürəti kiçildikcə qütbi sıxılmada azalır və planet kürəyə da-
ha çox oxşayır. Bu müddəa Günəş sisteminin daha çox sıxılma ilə səciyyələnən
(1:15,4; 1:9,5; 1:14) və böyük fırlanma bucağı sürətinə malik olanYupiter, Saturn,
Uran və s. planetləri timsalında sübuta yetirilir; kiçik fırlanma sürətinə malik olan
Yer və Mars isə kiçik sıxılma ilə (1:298 və 1:192) səciyyələnir.
Sürətin əsrlik ləngiməsi nəticəsində qütbi sıxılmalar azalarkən Yerin fiquru da
dəyişməlidir. Qütb vilayətləri qalxmaya, ekvatorial vilayətlər isə ekvatorial yastılan-
manın azalması nəticəsində enməyə məruz qalmalıdır. Yerin fırlanma sürətinin dəyiş-
məsi (azalması) müasir dövrdə astronomik məlumatlarla təsdiq edilir və 100 min il
ərzində 1,6-2,4 san.- ə bərabər qiymətləndirilir.
Yer ellipsoidinin qütbi və ekvatorial sıxılmasının azalması nəticəsində yaranan
deformasiyaya uğradıcı qüvvələrin yayılmasının təhlili, bu qüvvələrin müəyyən pla-
netar dairələr (ekstremal və böhranlı paralellər) və meridianlar boyu bir yerə toplan-
masını göstərir. Bu paralel və meridianların bəziləri boyu əsrlik azalma zamanı enmə,

55
digərləri boyu isə qalxma üstünlük təşkil edir. Enmə yüksək təzyiq yaradaraq Yer qa-
bığının dərinlik diferensiasiyasını və inkişafını ləngidir, qalxma isə əksinə, bu prosesə
yardım göstərir. Buna görə də ekstremal dairələr boyu çökmə üstünlüyə malik olanda
okean və dənizlər inkişaf edir, talassogen qalxma üstünlük təşkil edəndə onlar epey-
rogenez olur. Onların kəsişdiyi yerdə böhranlı deformasiya mərkəzləri yaranır və bu-
rada qabığın fəallığı xüsusilə böyük olur. İran, Yaponiya, Kaliforniya, Azor, Hind
okeanı və Çili mərkəzləri məhz belələrindəndir.
Rotasiya fərziyyəsi tərəfdarlarının bəzilərinin, Yerin tektonik inkişafında plane-
tin fırlanma sürətinin dəyişməsini əsas səbəb saymaları əsassız hesab edilməlidir.
Çünki rotasiya fərziyyəsi maqmatik fəaliyyət şəraitində Yer qabığının fəal zonaları-
nın bütün mürəkkəb tarixini izah etmir; o, (V.L.Liçkovun şərhində) qabıq altı sahələr-
də baş verən seysmik və vulkanik proseslərdə daha parlaq təzahür edən dərinlik pro-
seslərini nəzərə almır.
Bu nəzəriyyənin M.V.Stovas, Q.N.Ketterfeld və həmçinin E.Kraus kimi tərəf-
darlarının fikrincə Yerin tektonik həyatında, planetar strukturun və relyefin əmələ
gəlməsində Yerin rotasiya rejiminin dəyişməsi böyük rol oynayır.

56
BÖLMƏ 5. OKEANLAR
5.1. OKEANLARIN ÖYRƏNILMƏSININ BAŞLICA MƏRHƏLƏLƏRI

Okeanların öyrənilməsi öz kökləri ilə çox qədimə gedir. Belə ki, hələ bizim era-
dan 490-425-il əvvəl yunan alimi Heradot tərəfindən tədqiqat işləri aparılmış və At-
lantik və Hind okeanlarının vahidliyi haqqında fikir söyləmişdir.
Okeanların öyrənilməsini şərti olaraq beş mərhələyə (dövrə) bölmək olar:
Qədim dövr- yeni eraya qədər olan dövrü əhatə edir. Əsasən ticarət məqsədi da-
şıyan səyahətlərlə əlaqədar olan bu dövrdə okeanların vahidliyi, sahillərdə müşahidə
olunan axımlar və Aralıq dənizi, Qara dəniz, Azov dənizinin (qitədaxili dənizlərin)
haqqında düzgün təsəvvürlər mövcud idi.
Erkən dövr- XV əsrin ortalarına kimi olan dövrü əhatə edir və okeanların öyrə-
nilməsində tədqiqatların bir qədər artması ilə xarakterizə olunur. Bu dövrdə ilkin coğ-
rafi xəritələr tərtib olunur və kompas kəşf edilir.
Orta dövr- XV-XVIII əsrləri əhatə edir və okeanoqrafiyada inqilabi nailiyyət-
lərlə xarakterizə olunur. Bu dövrün 1-çi yarısı böyük coğrafi kəşflər epoxası kimi
məşhurdur.
Yeni dövr- XIX-XX əsrin ortalarına qədər olan dövrü əhatə edir. Bu dövrdə
okeanların sistemli şəkildə öyrənilməsinə başlanır, onların okeanoqrafik xüsusiyyəti
ilə yanaşı olaraq geoloji quruluşu da öyrənilir. Bu məqsədlə geofiziki avadanlıqların
hazırlanması, okeanoqrafik çihazların təkmilləşməsi aparılır. Bu dövrdə 1:1 000 000
miqyasda okeanların baltimetrik xəritəsi tərtib olunur.
Müasir dövr- XX əsrin 2-çi yarısından etibarən olan dövrü əhatə edir. Okean-
ların öyrənilməsi ilə əlaqədar olan ümumidünya proqramlarının hazırlanması bu döv-
rə təsadüf edir. Alınan məlumatlar mövcud geoloji nəzəriyyələrə yenidən baxılması
üçün zəmin yaratdı. Bu dövrdə litosfer plitələrinin tektonikası kimi ümumi geoloji bir
konsepsiya yaranır.
0keanların geoloji quruluşunun sistemli şəkildə öyrənilməsinə XIX əsrin sonun-
dan başlansa belə, yalnız XX əsrin 50-60-çı illərində onun relyefi və okean yatağının
strukturları, okean qabığının quruluşu, ağırlıq qüvvəsi və maqnit sahəsi, seysmikliyi,
istilik axını məlum olmuşdur. 1968-1983-çu illərdə amerikan gəmisindən «Qlomar
Çelencer» dünya okeanlarında 620- dan çox quyu qazılmışdır.
5.2. OKEAN DIBININ GEOMORFOLOJI ZONALLIĞI

Kənar dənizlər də daxil olmaqla, dünya okeanının ümumi sahəsi planetimizin


səthinin 71 %-ə qədərini (361 mln. km2) tutur ki, bunun da 23 %- i qitə və ya keçid
tipli qabığa malik olan qitələrin sualtı ətrafının hesabına düçür. Onun orta dərinliyi
3729 m, maksimal drinliyi isə 11022 m- dir (Sakit okeanda Marian çökəkliyi). Okean
və dənizlərin relyefinin quruluşu- qitələrin sualtı kənar sahələri, keçid zona, okeanın
yatağı və aralıq okean silsilələri kimi geomorfoloji vahidlərə ayrılır (şəkil 5.2.1.).
Qitələrin sualtı kənar sahələri dünya okeanının sahəsinin 22,4 %- ni (80,61
mln.km2) təşkil edir və şelf, qitə yamacı, qitə yamacının ətəyi kimi üç zonaya ayrılır.
Şelf zonası sahil xəttindən qitə yamacının meyl buücağının qiymətinin kəskin
dəyişdiyi dərinliyədək davam edir (200-600 m-dək). Geomorfoloji baxımdan, şelf zo-

57
nası qitələrin sahilyanı düzənliklərinin davamını təşkil edir, burada küllü miqdarda
relikt relyef formalarına təsadüf edilir. Müasir şelf zonalarının yaranmasını Dördüncü
dövrdə (10-15 min il bundan əvvəl) yaranmış buzlaqların əriməsi ilə əlaqələndirirlər.
O zamanlar Dünya okeanının səviyyəsinin müasir dövrdəkinə nisbətən kifayət qədər
aşağı olmuşdur. Vyurm buzlaşma epoxasında bu fərq 143 m- ə çatmışdır. Dünya
okeanının səviyyəsinin qalxması (buzlaqların əriməsi hesabına) müasir mərhələdə də
davam edir. Şelf zonasında meyl bucağının qiyməti adətən 10-dən böyük deyildir.
Şelf zonasının eni orta hesabla 65-80 km olsada, bəzən 1,0-1,5 km- ə çatir. Şelf əra-
zisinin sahəsi Dünya okeanının sahəsinin 8,6 %-ni (31,08 mln. km 2) təşkil edir, relye-
fi üçün terrasların, sualtı qalxımların və s. varlığı xarakterikdir.

Şəkil 5.2.1. Okean və dənizlərin relyefinin quruluşu

Qitə yamacı 200-600 m-dən başlayaraq 2,5-3,0 km dərinliyədək davam edir,


dünya okeanının 6,8 %-ni (24,75 mln. km2) təşkil edir. Onun hüdudunda meyl buca-
ğının qiyməti 3-40-dən 460, eni 8-10 km-dən 250-270 km arasında dəyişir. Qitə yama-
cının relyefi sərt yatıma malik, müasir çöküntülərlə örtülən çıxıntılardan və subüfüqi
pillələrdən (lillərlə örtülmüş V şəkilli sualtı köndələn vadilərdən) ibarətdir.
Qitə yamacının ətəyi sərbəst zona kimi son zamanlarda ayrılır. Qitə yamacının
əsasında yerləşir. Onun üst sərhədi orta hesabla 3 km-dən keçir. Dünya okeanının
7,1 % -ni təşkil edir. Geomorfoloji baxımdan, qitə yamacı maili, zəif dalğavari dü-
zənlikdən ibarətdir. Eni 200-1000 km-dir. Burada qeyd olunan təpəciklərin hündür-
lüyü 10-20 m-dən 200-300 m-dəkdir. İntensiv surətdə qırıntı materiallarının toplan-
ması səciyyəvidir. Qitə yamacının ətək sahələrində yüzlərlə, minlərlə km uzanan və
əyilmə amplitudları 10 km-ə çatan çökəkliklər qeyd olunur. Onun relyefinin forma-
laşmasında sualtı axımların rolu böyükdür.
Keçid zona Sakit okeanın şimal və qərb hissələrində (sahillərində) daha aydın
qeyd olunur, onun eni 4000 km, uzunluğu 12000 km-dir. Keçid zonaları kənar dəniz-
lərinin dərin çuxurlarından, adalar qövslərindən, dərin su novlarından ibarət olub,
dünya okeanının 8,5 %- ni təşkil edir (30,62 mln.km2).
Okeanın yatağı dünya okeanının 54 %-ni təşkil edir. Onun relyefində abissal
düzənliklər və onları ayıran qalxımlar qeyd olunur. Abissal düzənliklər qitə yamacı-
nın ətəyi və ya dərinlik novları ilə okean aralıq silsilələri arasında yerləşir. Relyefin
xarakterindən asılı olaraq maili və pilləvari növləri vardır. Okean qalxımlarının var-

58
lığı ayrı-ayrı dərinlik novlarının yaranmasına səbəb olur. Qalxımların formaları izo-
metrikdən (Şatski, Bermud qalxımları) xətti qalxımlaradək (Havay, Şərqi-Hindistan
və b.) dəyişir.
Aralıq okean qurşaqları (silsilələri) fasiləsiz davam edən sualtı dağ silsilələ-
rindən ibarətdir. Bu silsilələr bütün okeanlar üçün və bəzi kənar və daxili dənizlər
üçün səciyyəvidir. Onların eni bir neçə yüz metrdən 1,5-4,0 km-ə, uzunluğu 60 min,
qolları ilə birlikdə isə 80 min km olub, okean platformalarına müvafiq olan abissal
çuxurlar üzərindən 1-3 km və daha artıq ucalır və dünya okeanının 15,2 %-ni təşkil
edir. Ən tipik formaları Atlantik və Hind okeanlarında qeyd olunur. Relyefi kəskin
parçalanmaya məruz qalmışdır. Ayrı-ayrı dağ zirvələrinin yüksəkliyi 4 km-dəkdir.
Rift dərələrinin eni 10-40 km, nisbi dərinliyi 4 km, yamaclarının mailliyi 10-40 0-dir.
Başlıca relyef formaları eninə dərələrdən və çıxıntılardan ibarətdir.
5.3. OKEAN QABIĞI, ONUN QURULUŞU

Qitələrin sualtı ətrafları 3,5-4,0 km dərinliyə kimi enir, oradan isə bilavasitə oke-
an qabığının yayılma sahəsi başlayır. Okean qabığının qalınlığı 6-8 km-dən çox ol-
mayıb, tərkibinə görə qitə qabığı üçün səciyyəvi olan qranit qatının olmaması ilə sə-
çiyylənir. Burada okean qabığı üç qatdan ibarətdir (çökmə, bazalt, kristallaşmış maq-
matik və metamorfik) və bunlardan ikisi quyular vasitəsi ilə öyrənilmişdir. Ümumi-
yətlə, nəhəng qırılmaların divarlarından hər üç təbəqədən nümunə götürülmüçdür.
Okean qabığının üst qatı çökmə qatdır. Çökmə qatın qalınlığı okeanların mərkəzi his-
səsində az (hətta pazlaşır, ətraflarında isə maksimal (10-15 km-ə çatır) qiymtə çatır.
Ümumiyyətlə okeanların əksər sahələrində çökmə qatın qalınlığı yüz metrlərlə ölçü-
lür. Okeanların bütün çökmə örtüyü Yura dövründən (Kelloveydən) başlayaraq son
160-180 mln. il ərzində əmələ gəlmişdir Yalnız Sakit okeanın mərkəzi, qərb hissəsin-
də nisbətən məhdut sahədə alt Yura yaşlı çöküntülərin olması ehtimal olunur.
Okean qabığının 2-çi qatı bazalt qatı hecab olunur. Bu qat Sakit okeanda quyu-
larla öyrənilmiş, Atlantik okeanda isə onun qalınlığının yarıya qədəri (0,8-1,2 km)
açılmışdır. Bu qat hər yerdə eyni tərkibli az nikelli toleit bazaltlarından ibarətdir.
Bundan əlavə toelit bazalt tərkibli az qalınlıqlı tuf təbəqələrinə, foraminifer lillərinə
və üçüncü təbəqənin süxurlarından (qabbro, serpeitinləşmiş peridotitlər və.s) ibarət
brekçiyalara rast gəlinir. Bu qatda uzununa seysmik dalğaların sürəti (Vp) 4,0-6,7
km/san arasında dəyişir və orta hesabla 5,1 km/san- dir.
Okean qabığıüın 3-çü qatı tam kristallaşmış əsas tərkibli maqmatik süxurlardan
(xüsusən qabbro), qismən də ultrametamorfik süxurlardan (peridotitlər, piroksenitlər)
təşkil olunmuşdur, qalınlığı 3-5 km- dir. Bu qatda uzununa dalğaların yayılma sürəti
6,7-7,5 km/san- yə çatır. Dünya okeanının bir çox yerlərində nisbətən nəhəng qırıl-
malar boyunça üst mantiyanın süxurları okeanların dibinə çıxır. Hətta Brazilyanın sa-
hillərində ada formasında (San-Paula adası) çıxışı da məlumdur. Üst mantiyanın bu
süxurları adətən serpentinləşmiş peridotitlərdən ibarətdir. Onları qabıqdan ayıran Mo-
xoroviçiç səthində tektonik silsilələrin, əlamətləri müşahidə olunur (Vp.= 7,9-8,2
km/san).

59
5.4. OKEANLARIN DAXILI QURULUŞU

Okean yatağının qurupuşunda iki başlıça elemeit, aralıq okean qalxımları (silsi-
ləri) və okean platformaları (plitələri) ayrılır və onlarda öz növbəsində bir sıra ikinci
dərəcəli strukturlarla mürəkkəbləşmişlər.
Arapıq okean qalxımları (silsilələri). 1950-ci illərin sonuna yaxın okeanların
dibində uzunluğu 60 min km-dan çox olan, eni 0,5-2,0 min km-ə çatan və abissal dü-
zənliklərdən 3-4 km yüksəkdə yerləşən okean səthinin 1/3 -ə qədərini əhatə edən ara-
lıq okean qalxımlarının (silsilərinin) mövcudluğu aydınlaşmışdır. Aralıq okean silsi-
lələrini müasir seysmikliyi və vulkanik fəallığı ilə seçilən mütəhərrik zonalarla müqa-
yisə etmək olar (şəkil 5.4.1.).
Aralıq okean qalxımlarının (silsilələrinin) ən səçiyyəvi nümunəsi aralıq Atlantik
okean silsiləsidir. Bu silsilə Atlantik okenının ortası ilə onun bütün uzunluğunda, son-
ra isə Şimal Buzlu okeanında davam edir (Qakkel silsiləsi). Çənubda isə (Buve ada-
sında) şərqə-şimal-şərqə dönür və Afrika ilə Antarktidanın arasından keçərək Hind
okanında davam edir. Bu okeanın ortasında qollara arılır. Bu qollardan biri şimala və
şimal-qərbə istiqamətlənərək Aden körfəzinə kimi çatır, sonra Qırmızı dənizə daxil
olur. Digəri isə cənub-şərqə doğru davam edərək Avstraliya və Arktikanın arasına ki-
mi uzanır və qırılma sistemləri ilə Çənubi Sakit okean qalxımı ilə birləşir. Sonunçu
şərqə doğru davam edərək Şərqi-Sakitokeanla birləşir. Şərqi-Sakitokean qalxımı təd-
riçən Çənubi və Mərkəzi Amerikaya yaxınlaşır, şimalda isə Kaliforniya körfəzinə ki-
mi uzanır. Yenidən Kaliforniyanın şimalında təzahür edən silsilə Kanadada Kraliça
Şarlotta arxipelağında qırılma ilə kəsilir.

Şəkil 5.4.1. Dünya aralıq okean silsilələrinin sxemi.

Köründüyü kimi aralıq okean silsilələri yalnız Atlantik və Hind okeanlarında öz


adına muaafiq gəlir. Sakit və Şimal Buzlu okeanlarında onlar okeanın bir tərəfinə gö-
rə itələnmişdir. Aralıq okean silsilələrinin eninə kəsilişinində üç zona (çinah-qanad,
qılıç və mərkəzi ox) ayrılır. Çinah zonaları nisbətən enli olub, yüz kilometrlərlə ölçü-

60
lür, sistemin 3,5-4,0 km dərinlikdən keçən ətəklərinə doğru qalınlığı artan inçətəbəqə-
li qatdan ibarətdir, bazalt bünovrəsini örtür. Qılıç zonalarının eni 50-100 km- ə çatır,
onlar eninə qırılmalarla ensiz bloklara (1-10 km) bölünmüçdür. Bu zonanın orta də-
rinliyi 2,0-2,5 km olub, bəzi sahələrdə daha da azdır. Çöküntüləri Pliosen-Dördüncü
dövr yaşlıdır. Mərkəzi (ox) zonaları səçiyyəvi ensiz 25-30 km riftlərə uyğun gəlir.
Onları sxematik olaraq qraben daxilində qraben (qraben sistemi) kimi təsəvvür etmək
olar. Mərkəzi qrabenin oxu boyunca eni 4-5 km-ə çatan, yüksək olmayan, bazaltın tə-
zahür etdiyi sahəyə uyğun gələn eninə qalxımlar qeyd olunur.
Aralıq okean silsilələri çoxlu miqdarda transform eninə qırılmalarla kəsilmişdir.
Bu qırılmalar aralıq okean silsilələrinin mərkəzi riftlərini üfüqi istiqamətdə yerdəyiş-
məsinə səbəb olmuşdur.
Okean platformaları (talassokratonlar). Aralıq okean silsilələrinin ətəkləri və
qitələrin sualtı ətrafı arasında, dibi 4,5-6,0 km dərinlikdə yerləşən, relyefdə abissal
düzənliklər kimi ifadə olunan ərazi, okean platformalarını təşkil edir. Qırılma zonala-
rı sahəsində abissal düzənliklərin dibi 6-7 km dərinlikdə yerləşir. Abissal düzənliklər
bir-birindən plitədaxili qalxımlarla ayrılan izometrik çuxurlara ayrılmışdır. Bu çuxur-
ların qabığı okean üçün səçiyyəvi quruluşa və qalınlıqa malikdir. Okean plitələri
aseysmikdir və normal istilik axınları ilə xarakterizə olunurlar.
Plitədaxili okean qalxımları- abissal düzənliklərdən 2-3 km və daha çox yük-
səkdə yerləşir. Bu qalxımlar az qalınlığa malik qabıqla xarakterizə olunurlar və bir
sıra hallarda onun qalınlığı 25-30 km-ə çatır. Çuxurlara nisbətən burada Moxoroviçiç
səthi dərində yerləşir. Çökmə qatın qalınlığı 1,0-1,5 km-ə çatır. Plitədaxili okean qal-
xımlarında morfoloji quruluşuna və əmələgəlməsinə görə bir neçə tip ayrılır ki, bun-
lardan da ən əyani ifadə olunanı xətti vulkanik arxipelaqlardır.
Mikroqitələr okean plitələri daxilində ayrılan xususi tip (növ) qalxım olub, bü-
növrəsi okean tipli qabıqdan deyil, qitə tipli qabıqdan ibarətdir. Adətən 2-3 km və da-
ha az dərinlikdə yerləşən hamarlanmış relyefə malikdir. Qabığın qalınlığı 25-30 km
dən çoxdur. Mikroqitələr ola bilər ki, bilavasitə qitələrin sualtı ətrafı üzərində yerləş-
sin və özünü şelfin dərinə enmiş hisəəsi kimi (kənar platolar) göstərsin. Eləcə də qitə-
dən ya okean qabıqlı ensiz dərin su novu ilə, ya da ki, daha geniş okean sahəsi ilə ay-
rılsın.
Qitəlyrin sualtı ətrafları. Okeanların ümumi sahəsinin 23 %-ə qədərini təşkil
edən qitələrin sualtı ətrafı quruluşuna, inkişafına görə bir-birindən fərqli olan iki tipə
(qeyri-fəal və fəal) ayarılır.
Qeyri-fəal sahillər. Qitələrin sualtı ətrafı quruluşunda ayrılan qeyri-fəal sahillər
aseysmik və avulkanikdirlər. Onlar Antil və Cənubi-Antil (Cənubi-Sandiçev, Skoti-
ya) qövsləri istisna olmaqla Atlantik okeanı, eləcədə Hind (Zond qövsündən başqa)
və Şimal Buzlu okeanları üçün səciyyəvidir. Qeyri-fəal sahillərin en kəsilişində üç
başlıça element (şelf, kontinental və ya qitə yamaçı, okean yatağı) ayrılır. Şelf zonası
0,2- 0,5 km, qitə yamaçı 2,5 - 3,5 km, okean yatağı isə 4,0 - 4,5 km-ə qədər dərinliyi
əhatə edir. Bəzən bu quruluş kənar platoların olması ilə murəkkəbləşir və bu halda
kontinental qamacın bir deyil, iki çıxıntısı ayrılır ki, onlarda müvafiq olaraq şelf-kə-
nar plato və kənar plato-qitə yamacı arasında yerləşirlər. Qeyri-fəal sahillərin xüsusi
bir formasını ensiz şelfə, dik yamaca malik olan transform sahillər təşkil edir. Trans-

61
form sahillərə əyani misal kimi Atlantikanın ekvatorial zonasının qırılmalarının daxil
olduğu Qvineya körfəzinini şimal ətrafını göstərmək olar.
Şelf zonası sahil xəttindən 200-500 m- ə qədər olan dərinliyi əhatə edir. Geofi-
ziki tədqiqatlar göstərir ki, şelf zonası adətən normal kontinental qabığa malikdir, la-
kin qitə yamacına doğru qabığın qalınlığı tədriçən azalır. Kontinental yamacın ətəklə-
rində qabığın qalınlığı 15-20 km- dən çox olmur, uzununa seysmik dalğaların sürəti
6,5 km/san- yə çatır ki, bu da qitə qabığının aşaqı hissəsinə uyğun gəlir. Çox vaxt bu
qabığı "keçid tip qabıq» kimi qabul edirlər və beləliklədə qitə və okean qabıqları ara-
sındakı keçidin tədriçi olmasını göstərirlər. Lakin Qırmızı dənizin sahillərində aparı-
lan müşahidələr və Meksika körfəzində qazılan quyu məlumatı keçid qabığının dartıl-
ma prosesi ilə əlaqədar olaraq nazikləşmiş qitə qabığı olduğunu göstərir. Burada qitə,
«keçid» və okean qabıqları arasında keçid tədriçi deyil tektonikdir.
Çökmə qatın üst hissəsi ümumiyyətlə yastı (şelf sahəsində), sonra nisbətən dik
(qitə yamacında və okean yataqında) olur. Şelf zonasından qitə yamacına, və qitə ya-
macından okean yatağına getdikçə meyllik artır, qalınlıqda iki maksimum ayrılır ki,
bunlardan biri şelf zonasından kənara, digəri isə qitə yamaçı sahəsinə müvafiq gəlir.
Şelfdən kontinental yamaça keçid hissədə çox zaman bünövrənin (qranit-qneys qatı-
nın) qalxması müşahidə olunur və adətən bu qalxımların üzərində riftlər formalaşır.
Fəal sahillər. Qitələrin fəal sahilləri Antarktida və Yeni Zelandiya tərəfdən qey-
ri-fəal sahillərlə hududlanan Sakit okean üçün səçiyyəvidir. Fəal sahillərə əyani misal
kimi Atlantikanın Antil, Çənubi-Antil sahilləri və eləcədə Hind okeanının Zond sahil-
lərini göstərmək olar. Bu tip sahillərdə kənar dənizlər, adalar qövsləri və dənin su
novları kimi struktur elementlər ayrılır.
İlk dəfə Yapon seysmoloqu K.Vadati (1938), sonra Rusuya petroloqu A.K.Zava-
rinski (1946), daha sonra isə Amerikalı Q.Benof tərəfindən açılan VZB seysmofokal
zonası qitələrin fəal ətrafının başlıça təynediçi elementi hesab olunur. Onların seys-
mikliyi, vulkanik və tektonik fəallığı bilavasitə VZB zonası ilə əlaqədardır. VZB zo-
nasının mailliyi geniş intervalda dəyşir, lakin bir qaya olaraq, təxminən 150-200 km
dərinliyə kimi maillik az, aşaqı hissədə isə kifayət qədər dik olur.
Adalar qövslərinin vulkanları, bir qayda olaraq, dərinliyi 100-150 km-ə çatan və
astenosferin ərimə dərəçəsinin artmasını göstorən seysmik fəallığın sönməsi ilə müşa-
hidə olunan seysmofokal zonalar üzərində yerləşir. Burada ilkin maqmatik oçaqlar
yaranır. Lakin kənar dənizlərdə qabıq okeana yaxın və ya keçid tipli olur. Onun oke-
an tipli qabıqdan başlıça fərqi çökmə qatın kəskin artması (10-12 km) hesab olunur.
Ona görə də kənar dənizlərdə okeanlara nisbətən xətti maqnit anomaliyaları nisbətən
zəif ifadə olunur, istilik axını yüksəkdir, seysmik fəallıq müşahidə olunur. Bir sıra
tədqiqatçıların fikirinçə burada ilkin maqmatik oçaqlar yerləşə bilər. Digərlərinin fi-
kirinçə isə bu oçaqlar yuxarıda- mantiyada yerləşir. VZB zonası isə istilik və flüid
mənbəyi ola bilər.
Kənar dənizlər. Okean və ya «keçid» tipli qabığa yaxın qabığa malik olan, də-
rinliyi 4-5 km-ə çatan çuxur formalı dənizlərdir. Okean tipli qabıqdan fərqli olaraq
çökmə qatın qalınlığı kəskin artır və 10-12 km-ə çatır. Kənar dənizlərdə okeanlardan
fərqli olaraq xətti maqnit anamaliyası zəif ifadə olunur, istilik axını yüksəkdir, seys-
mik fəallıq müşahidə olunur.

62
Adalar qövsləri. Bu strukturların səciyyəvi nümunələri (Komandor-Aleut, Ku-
ril, İdzu-Bonin-Marian və s.) Sakit okeanda qeyd olunur. Qabığının tipinə görə iki ye-
rə (ensialik, ensimatik) ayrılır. Ensialik adalar qövsləri kontinental qabıq (Yapon qöv-
sü), ensimatik ada qövsləri isə okean qabığı- üzərində yerləşir. Ensialik adalar qövslə-
ri adətən nisbətən iri adalar qövsləri olub, qalınlığı 25-30 km çatan səçiyyəvi kon-
tinental qabığa malikdirlər. Ensimatik adalar qövsləri nisbətən az qalınlıqlı (20-25
km- ə qədər) qabığa malik kiçik adalardan ibarət olur. Adalar qövslərinin xususiyyəti
uzanma istiqamətində dəyişə bilər. Okean tərəfindən ada qövsləri okeanın dibində də-
rinliyi 7-8 km-dən 10-11 km-ə çatan dərin su novları ilə müşayiət olunur.
Dərin su novları. V- formalı olan dərin su novları asimmetrik quruluşa malik-
dir, onun okean yamaçı adətən yastı, daxili hissəsi isə nisbətən dik olur. Okean tərəf-
dən dərin su novlarına paralel olaraq, yüksəkliyi yüz metrlərlə ölçülən kənar vallar
uzanır. Kənar val1ar nisbətən zəif musbət, dərin su novları kəskin mənfi, adalar qovs-
ləri isə intensiv musbət ağırlıq qüvvəsi anomaliyası ilə xarakterizə olunurlar. İstilik
axını kənar valların daxilində normal olub, novlarda hiss olunaçaq dərəçədə azalır və
adalar qövslərində yenidən kəskin artır. Fəal sahillərin su novlarının oxu ilə adalar
qövsünün oxu arasında qalan hiccəcinin quruluşu nisbətən mürəkkəbdir və VZB zo-
nasının mailliyindən asılı olaraq onun eni bir neçə 10 km-dən 150-200 km-ə (bəzən
çox) çatır. Bu intervalda da öz növbəsində üç element (akkresiya pazı və ya prizması,
qeyri-vulkanik adalar qövsü, qövskənarı çökəkpiklər) ayrılır.
Dənin su novlarının oxu adalar qövslərinin altına meyl edən (istiqamətlənmiş),
720 km dərinliyə qədər gedən seysmofokal zonanın səthinə uyğun gəlir. Ada qövslə-
rinin vulkanik aktivliyi də seysmofokal zona ilə əlaqələndirilir. Adətən dərin su nov-
larının oxu ilə ada qövslərinin altına doğru istiqamətlənmiş (meyl edən) və mantiyada
720 km dərinliyə qədər çatan seysmofokal zonaların çıxışları uyğun gəlir.
5.5. OKEANLARIN ƏMƏLƏ GƏLMƏSI HAQQINDA KONSEPSIYALAR

Okeanların mənşəyi problemi geotektonikaiın müasir problemlərindən ən mü-


rəkkəbi və çətinidir. Okeanların və qitələrin mənşəyi məsələsinin həlli insanların ta
qədimdən bir məqsəd kimi qarşısında durmuşdur. lakin elmi məlumatların məhdudlu-
ğu onun birdəfəlik həllini çətinləşdirərək müxtəlif fikirlərin yaranmasına səbəb ol-
muşdur.
Artıq okeanların mənşəyi ilə əlaqadar olaraq üç əsas konsepsiya (fikir) forma-
laşmışdır.
1. Konsepsiya. Bu konsepiyanın tərəfdarları (N.V.Vasilkovski, O.K.Leontyev,
V.İ.Popov P.Fumarye və.b) bütün okeanların (okean tipli qabığa malik dərin su höv-
zələri) Yerin geoloji inkişafının ilkin mərhələsində yarandığını idda edirlər və müasir
okeanların, vaxtilə Yerin səthini örtmüç, ilk okeanın relikti olduğunu söyləyirlər. Bu
konsepsiyada okeanların yerində qitələrin yaranması litosferin təkamülünün istiqa-
mətiyə (okean-geosinklinal-qitə) çavab verir.
2. Konsepsiya. Bu konsepsiynın tərəfdarları (H.Ştille, M.V.Muratov, Y.M.Puşa-
rovski və.b) okeanları qədim (Sakit okean) və çavan (qalan okeanlar) okeanlara bö-
lürlər. Çavan okean çökəkliklərinin yaşı üst Paleozoy-alt Mezozoy qəbul edilir.

63
3. Konsepsiya. By konsepsiya 1-çi konsepsyanın əksi olub, okeayların çavan ol-
masını iddia edən bir konsepsiyasıdır. Bu konsepsiynın əsas tərəfdarlarından olan
V.V.Belousovun fikirinçə bütün okeanlar çavandır və Paleozoy erasının sonundan tez
yaranmamışdır. Okeanlar əsasən Mezozoyum əvvəlində kontinental qabığın yerində
əmələ gəlmişdir. V.Y.Xainin fikirincə bütün okeanlar, o cümlədən Sakit okean geolo-
ji mənada yeni, çavan əmələgəlmələrdir. Onların quruluşundakı oxşarlıq da bunu təs-
diq edir. Yerin inkişaf tarixində çox ehtimal ki, bu epoxalar kontinental qabığın ge-
nişlənmə dövrlərini qanunauyğun əvəz etmişdir.
Kembriyəqədər qırışıqlardan başlamış üst Paleozoyadək müxtəlif yaşlı qırışıqlıq
sistemlərin Atlantik, Hind, Çənub, Arktika okeanların konturları ilə kəskin qeyri-uy-
ğun kəsilməsi onların çavan olmasını göstərir. Qitələrdən okeana keçidin fay xarak-
terli olması da buna əyani misaldır.
Belə bir ehtimal vardır ki, başlanğıc mərhələrə (üst Paleozoydan geç olmayaraq)
Sakit okeanın mərkəz hissəsində kontinental massiv yerləşmişdir. Sonralar həmin
massiv parçalanmaya və enməyə məruz qalmışdır. Beləliklə, əvvəlçə bütöv olan litos-
ferin kontinental bloku orta Proterozoy və üst Proterozoyun əvvəli kontineital blokla-
ra, yarımkürələrə) bölünür və şimalda- Lavraziya, çənubda isə Qondvana qədim plat-
formaları yaranır. Neogeyin əvvəlində dörd meridional (Kordilyer-Şərqi Sakit okean,
Atlantik, Ural-Mozambik, Qərbi Sakit okean- Asiya və Avstraliya ətrafı) və üç en is-
tiqamətli (Arktika, Aralıq dənizi və Çənub) qurşaq ayrılmışdır. V.Y.Xain göstərir ki,
bütün «çavan okeanlar» Neogeyin yuxarıda göstərilən geosinklinal qurşaqları ilə qa-
nunauyğun şəkildə əlaqədardır. Belə ki, Atlaitik okeanı Atlantik qurşağının struktur-
larını, Hind okeanı Ural-Mozambik qurşaqının Ərəbistan-Mozambik hissəsini, Çənub
okeanı Çənub qurşağını, Şimal Buzlu okeanı isə Arktika qurşaqının strukturları ud-
muşdur.
Ural Mozambik qurşaqının şimal hissəsinin yerində okean yaranmamışdır. Qərbi
Sibir çökəkliyini V.V.Belousov baş tutmayn okean adlandırmışdır.
5.6. OKEANLARIN FIZIKI XÜSUSIYYƏTLƏRI

Dünya okeanının quruluşunu öyrənmək üçün ilk dəfə qravimetrik üsul tətbiq
olunmuşdur. 1923-cü ildə F.Beyninq-Meynes Atlantik okeanda qravimetrik tədqiqat
işlərinə başlamışdır. Seysmik tədqiqat işləri ilk dəfə Şimali Amerikanın şelflərində
M.Yuinq, T.Qaskel və E.Bullard tərəfindən 1935-cü illərdə aparılmışdır. Kifayət qə-
dər sonra (1946-cı ildə) Meksika körfəzində analoji seysmik tədqiqat işlərinə başla-
nılmışdır. Dünya okeanında regional geofiziki tədqiqat işləri 1957-59-cu illərdə həya-
ta keçirilməyə başlamışdır. Nisbətən tam tədqiqat işləri Atlantik okeanda aparılmış-
dır.
Qravitasiya sahələri. Dünya okeanlarında qravitasiya sahəsinin əsas xüsusiy-
yətləri aşağıda araşdırılır. Qitə ətrafı (qurudan açıq okeana doğru) ağırlıq qüvvəsinin
qiymətinin tədricən və qanunauyğun artması ilə xarakterizə olunur. Belə ki, ağırlıq
qüvvəsi sahilyanı sahədə mənfi qiymətə malikdirsə, qitə yamacı və qitə ətəyində ağır-
lıq qüvvəsinin qiyməti +3·10-4 ÷ +10-3 m/san2 kimi artır. Okean yatağında ağırlıq
qüvvəsinin qiyməti +3·10-4 ÷ +4,5·10-5 m/san2 arasında dəyişir. Belə hesab olunur ki,
bu rayonlarda yer qabığı izostatik müvazinət halına yaxın vəziyyətdədir. Aralıq okean

64
silsilələrində ağırlıq qüvvəsinin qiyməti +1,2·10-3 ÷ +2·10-5 m/san2 arasında dəyişir.
Nəzərə almaq lazımdır ki, ağırlıq qüvvəsinin minimal qiyməti aralıq okean silsilələ-
rində, rift dərələrinə müvafiq gələn aralıq okean silsilələrinin mərkəzi hissələrində
qeyd olunur. Dərin su novları sahəsində ağırlıq qüvvəsinin qiyməti +2·10-4 m/san2
olub, onun arxasında +4,5·10-4 m/san2- yə kimi artır. Bu isə litosfer plitələrinin toq-
quşması və okean qabığının qitə qabığının altına keçməsi nəticəsində dərin su novla-
rının qarşısında və arxasında Yer qabığının kifayət qədər sıxılması ilə əlaqədardır.
Belə ki, nisbətən "yüngül" qabığın, nisbətən "ağır" mantiyaya enməsi ilə əlaqədar
olaraq, dərin su novrarı sahəsində kütlənin çatışmamazlığı baş verir ki, bu da əks
ağırlıq qüvvəsinin yaranmasına səbəb olur.
Okean yatağının maqnit sahələri. 1950-çi illərin sonunda geofiziklər Sakit
okeanın şimal hissəsində, sonra isə Hind okeanının şimal hissəsində və Atlantik okea-
nında (İslandiyadan çənuba) xətti maqnit anomalirlarının olmasını müəyyən etmişlər.
Bu anomaliyalar aralıq okean silsilələrinin oxuna paraleldir və bu xususiyyət ox xət-
tindən hər iki tərəfdə müşahidə olunur. Sonralar məlum oldu ki, belə maqnit anomali-
yaları okean qabığının yayıldığı bütün əyalətlər üçün səciyyəvidir.
Maqnit sahəsi dünya okeanının ən əsas geofiziki xüsusiyyətlərindən biri hesab
olunur. Dünya okeanının maqnit sahəsinin quruluşunun nisbətən həqiqətə yuğun və
məntiqi izahını İngilis tədqiqatçıları F.Vayn və D.Metyuz (1963) vermişdir.
İstilik sahəsi. İstilik axını (q) temperatur qradienti ilə dT/dH (H- dərinlikdir)
əlaqəsində olub, q= -l D T düsturu ilə ifadə olunur. Burada l- istilik keçiriciliyidir
(mənfi işarəsi istilik axınının yüksək temperaturdan aşağı temperatura istiqamətləndi-
yini göstərir). İstilik axınının sıxlığı istilik axını vahidi ilə (İAV) ilə ölçülür
(1 İAV=4,18 10-2 Vt/m2). İstilik axını xüsusi cihazlarla ölçülür. İstilik axını ilk dəfə
1947-ci ildə E.Bullard tərəfindən ölçülmüçdür. Hazırda dünya okeanında 4000- dən
çox ölçmə aparılmışdır. Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, okeanlarda və
qitələrdə istilik axınının orta qiyməti uyğun olaraq 6,93 ± 4,79 (2239 ölçmə) və 5,42
± 2,27 (255 ölçmə) təşkil edir. Radioaktiv elementlərin miqdarı qitələrdə okeanlara
nisbətən daha çoxdur. Bunu nəzərə alaraq belə ehtimal söylənilir ki, qitələrin və
okeanların istilik axınlarının müvazinəti dərinlik istiliyinin hesabına (mantiiyadan da-
xil olan) saxlanılır.
O.Q.Soroxtin, A.M.Qorodinskinin fikirincə okean dibindən keçən istilik axını
qitələrə nisbətən 1,5-1,7 dəfə çoxdur. Bununla əlaqədar olaraq bu tədqiqatçılar belə
hesab edirlər ki, Yerin əsas istilik itkisi (35 ÷ 37·1012 Vt) okeanların hesabına baş
verir. Onların fikirincə Yerin bütün səthinin ümumi istilik itkisi 50 ÷ 52·1012 Vt və ya
4,3 ÷ 4,6·1020 erq/san-dir. Dünya okeanı daxilində ayrı-ayrı strukturlarda istilik axı-
nının paylanması bir-birindən fərqlənir. Okeanların ayrı-ayrı strukturlarında istilik
axınının orta qiyməti və standartdan fərqlənməsi cədvəl 5.1-də verilir.
Cədvəl 5.6.1
İstilik axınının
Strukturun adı
orta qiyməti, 10 Vt/m2
-6
standartdan fərqi, 10-6 Vt/m2
Dərin su novu - 4,14 ± 2,4
Okean çökəkliyi - 5,4 ± 2,1
Aralıq okean silsiləsi - 7,6 ± 6,5

65
İstilik axınınının ən yüksək qiyməti okeanların rift dərələrində ölçülmüçdür. Mə-
sələn Qırmızı dəniz riftində (Atlantis- II çökəkliyində) istilik axınının qiyməti 378·10-
6
Vt/m2- na çatır.
Okean çökəkliklərində nisbətən sabit istilik sahəsi qeyd olunur. Keçid zonaların-
da- nisbətən gərgindir. İstilik sahəsinin minimal qiyməti dərin su novlarında, maksi-
mal qiyməti isə kənar dənizlərin və adalar qövslərinin daxilində qeyd olunur. Dərin
su novlarında istilik sahəsinin anomal aşağı olmasını tədqiqatçıdar bu sahələrdə oke-
an tipli qabığın qitə tipli qabığın altına keçərək, dərinləşməsi ilə izah edirlər. Belə ki,
soyuq qabıq nisbətən isti mantiyaya daxil olaraq, istilik axınının miqdarının dəyişmə-
sinə səbəb olur.
Plitələrin sonrakı enməsi (80-100 km- dən çox) temperaturun 700 0C-yə kimi art-
ması ilə nəticələnir. Bu isə çökmə və bazalt süxurlarının əriyərək yuxarı sıxılmasında
və özünəməxsus isti diapirləri əmələ gəlməsinə səbəb olur. Bundan başqa, əlavə
istilik axını daxili sürtünmənin hesabına əmələ gəlir, nəticədə dərin su novunun ar-
xasında istilik axınının kəskin artması baş verir ki, bu da qitələrlə dərin su novları
arasında yerləşən adalar qövslərinə və kənar dənizlərə müvafiq gəlir.
Seysmiklik. Dəniz və okeanların seysmikliyinin öyrənilməsi, Yer qabığının və
mantiyanın quruluşunun, yerin daxilində gedən proseslərin öyrənilməsində mühüm
informasiya mənbəyi hesab olunur. Aparılan tədqiqat işləri nəticəsində müəyyən
olunmuşdur ki, okean dibinin böyük hissəsi aseysmikdir, yeraltı təkanlar dərin su
novlarında, adalar qövslərində və okeanların rift dərələrində cəmlənmişdir. Lakin bu-
rada seysmiklik xüsusiyyəti müxtəlifdir və bununla əlaqədar olaraq dünya okeanında
iki tip seysmik fəallaşma qeyd olunur. Bunlardan biri Sakit okeanın ətrafı üçün səciy-
yəvi hesab olub, dərin su novları və qonşu adalar qövsləri ilə əlaqədardır.
Sakit okean seysmik qurşağında Yer kürəsinin seysmik enarjisinin 80 %-dən ço-
xu cəmləşmişdir. Bu qurşaq üçün bir tərəfdən çoxlu miqdarda güclü səthi zəlzələlərin
olması, digər tərəfdən isə- yüz kilometrlərlə dərinliklərdə seysmikliyin yüksək olması
səciyyəvidir. Hiposentri 100 km dərinlikdə yerləşən təkanlar seysmofokal zonalar
əmələ gətirir. Mailliyi qitələrin altına yönəlmiş bu zonalar 700 km dərinliyə çatır.
1938-ci ildə Yapon seysmoloqu K.Vadati seysmofokal zonanın olmasını kəşf etmiş-
dir. 1946- cı ildə keçmiş SSRİ geoloqu A.N.Zavaritski adalar qövsü sahələrində oke-
an plitəsinin qitələrin altına itələndiyini söyləmiş, 1949-cu ildə isə Amerika seys-
moqraf konstruktoru Q.Benof dərin fokslu zəlzələlərin bu zonalarda yerləşdiyini mü-
əyyənləşdirmişdir. Bununla əlaqədar olaraq, bu zona Vadati-Zavaritski-Benof (VZB)
zonası adlandırılır. Seysmofokal VZB zonası qitələrin ətrafının fəallığını xarakterizə
edən əsas elementdir və onların bütün seysmikliyi, vulkanik və tektonik fəallığı bila-
vasitə bu zona ilə əlaqədardır.
Aralıq okean silsilələrinin rift zonaları tam fərqli seysmikliklə səciyyələnir.
Dünya okeanının rift dərələrindən ayrılan seysmik enerji, Yer kürəsinin ümumi seys-
mik enerjisinin 5 %-ə qədərini təşkil edir.
Seysmogeologi məlumatdara əsasən üst mantiyanın üfüqi və şaquli qeyri-bir-
cinsliliyi müəyyən olunmuşdur.

66
FƏSİL 6. LİTOSFER PLİTƏLƏRİ

6.1. LİTOSFER PLİTƏLƏRİ, ONLARIN TİPLƏRİ

Yerin müasir quruluşunda, onun üst bərk hissəsində iki səviyyəni qeyd etmək la-
zım gəlir−¿qabıq və litosfera. Litosferin planı spredinqin oxu (aralıq okean silsilələri
ilə uyğun gələn), dərin su novları boyunca subduksiya zonaları və transform qırılma-
larla hüdudlanan, onların hər birinin vəziyyəti zəlzələlərin episentrinin konsentrasiya-
sı litosferin plitələrə ayrılması ilə müəyyən olunur. Litosfer plitələrinin müasir pay-
lanması ilk dəfə 1968-ci ildə K.Le Pişon tərəfindən tərəfindən müəyyən olunmuşdur.
Sonralar okeanlarda və qitələrdə aparılan seysmik tədqiqatlar və NUVEL −¿ 1 və
NUVEL−¿ 1A modelləri nəticəsində isə öz təsdiqini tapmışdır. Son vaxtlar altimetrik
peyk şəkilləri əsasında daha çox dəqiqləşdirilmişdir. Litosfer plitələrinin qarşılıqlı
yerdəyişməsinin kinematikası əvvəlcə maqnit anomaliyalarının yeni zolaqlarına görə
müəyyən olunmuşdur. Sonra isə kosmik tədqiqatlar əsasında təsdiqlənmişdir. Şimali
Amerika qitəsinin timsalında müəyyən olundu ki, plitələrin daxilində hiss olunacaq
dərəcədə üfüqi yerdəyişmə baş vermir, yəni qitə kənarı mütəhərrik qurşaqlar (Şimali
Amerika Kordilyerləri) və rift zonaları istisna olmaqla (məsələn, Şərqi Avropa) onlar
monolit xarakter daşıyır. Litosfer plitələrini 3 kateqoriyaya ayırırlar (şəkil 6.1.1.).
Nisbətən iri litosfer plitələri (meqaplitələr) −¿ Şimali Amerika, Avrasiya, Cə-
nubi Amerika, Afrika, Hind-Avstraliya, Antarktida, Sakit okean.
Bu litosfer plitələrinin sərhədləri bütün sahələrdə aydın ifadə olunmasada, onla-
rın sərbəstliyi şübhə doğurmur. Bu xüsusən də Şimali və Cənubi Amerikaya aiddir,
onların sərhəddi Atil subduksiya zonası və onun qarşısında yerləşən Aralıq-Atlantik
okean seqmentinə; Avrasiya və Afrika plitələri arasında Azor adaları, Gibraltar və
Alboran dənizi arasında; xüsusən də Avrasiya ilə Şimali Amerika plitələri arasında
(Rusiyanın şimal-şərqində və ətraf dənizlərdə) nəzərə çarpır.
Qitələrin üçtərəfli qovuşması daha mürəkkəb xarakter daşıyır və onların zaman
baxımından olduqca qeyri stabilliyini əks etdirir. Bu Atlantik okeanında Buve adası
rayonunda və Hind okeanında Rodreqes rayonunda daha aydın görsənir.
İkinci dərəcəli plitələr (mezoplitələr) – Kokol, Karib, Naska, Ckofiya, Ərəbis-
tan, Filippin, Karolina. Əvvəllər mezoplitələrin də sayı 7 olmuşdur. Mezoplitələrin en
ölçüləri min kilometrlərlə ölçülür. Sonralar İberiya, Anadolu, Oxot dənizi, Amurun
da mezoplitə kimi ayrılması məqsədə uyğun hesab olundu. Somali və Berenqin də II
dərəcəli sərbəst mezoplitə kimi mövcudluğu haqqında fikir vardır.
Üçüncü dərəcəli plitələr (mikroplitələr) – ölçüləri yüz kilometrlərə catır. Bun-
lara misal olaraq Sakit okeanın uzaq şimal-şərq hissəsində, Kanada sahillərində və
ABŞ-da ayrılan- Qordanı, Xuan-de Fukanı, Eksploreri göstərmək olar. Hind-Avstra-
liya və Sakit okean plitələri arasında (Sakit okeanın cənub-şərqində) analoji mikro-
plitələr ayrılır.
Litosferin plitələrə ayrılmasında onların daxili qeyri-bircinsliliyi əsas meyarlar-
dan hesab olunur. Müasir məlumatlara görə qitələrin daxilində litosferin qalınlığı 200
km- dən çoxdur (hətta 400 km-ə çatır), praktiki olaraq bütün Yer qabığını və üst
mantiyanı əhatə edir. Okean litosferinin qalınlığının 100 km-dən çox olmadığı ehti-
mal olunur.

67
68
Yerin müasir quruluşunda ayrılan 7 litosfer plitəsindən 6- nın ərazisinin əsas hissəsini
onların mərkəzi hissəsinə müvafiq gələn kontinental qaymalar təşkil edir. Yalnız Sa-
kit okean plitəsi bütövlükdə okean tiplidir. Hind-Avstraliya plitəsi iki qaymadan
(Hind və Avstraliya) təşkil olunmuşdur. Bu isə təsadüfi xarakter daşımır. Belə ki, gec
Eosenə kimi bir-birindən spredinq oxu ilə ayrılan iki litosfer plitəsi- Hindistan və
Avstraliya mövcud olmuşdur. Böyük litosfer plitələri ilə yanaşı olaraq nisbətən kiçik
mikroplitələr də mövcuddur (Atlantikada Rokol, Madaqaskar və Şeyşel Sakit okean-
da və s.).
Qitələrin ərazisinin əsas hissəsini platformalar əhatə edir. Platformaların bünöv-
rəsi qneyslərdən, kristallik şistlərdən, qranitdən ibarət olub, amfibolit və qranulit fasi-
yasına qədər metamorfikləşmişdir.
Hind-Avstraliya plitəsinin quruluşunda iki qitə və uyğun olaraq 2 qədim platfor-
ma (Hindistan, Qərbi Avstraliya); Avrasiya qitəsinin quruluşunda 4 qədim kraton və
müvafiq olaraq Şərqi Avropa, Sibir, Koreya-Çin, Cənubi Çin və bir neçə kiçik konti-
nental blok (Sinobirma, Hindosiney) ayrılır. Yalnız Avrasiya qitəsi üç litosfer plitəsi
daxilində- Avrasiya, Ərəbistan, Hind-Avstraliya yerləşir.
Qitələrin quruluşunda platformalar, qırışıqlıq-qurşaqlar, orogenlər və digər
strukturlar ayrılır (şəkil 6.1.2.). Qurşaqlar kratonları (qədim platformaları) ya bir
(Cənubi Amerika), ya da hər tərəfdən (Şimali Amerika, Avropa, Asiya) əhatə edirlər.
Afrika qitəsi isə demək olar ki, tamamilə qədim platformadan təşkil olunmuşdur.
Yer qabığının qalınlığı qədim platformaların ərazisində 35-40 km arasında dəyi-
şərək, orogenlərdə 50-70 km- ə qədər artır. Sonuncunun bir hissəsi denudasiya ilə ni-
velirlənir və nisbətən cavan (Yura və daha cavan) çökmə örtüyü ilə örtülürlər. O sa-
hələrdə ki, örtük kifayət qədər böyük ərazini əhatə edir, bu sahələri cavan platforma-
lar adlandırırlar. Bunlardan nisbətən irisinə Qərbi-Sibiri, Qərbi Avropanı, Şərqi Avst-
raliyanı, Pataqoniyanı misal göstərmək olar.
Orogenlərin əmələ gəlməsinin bir neçə mərhələsi ayrılır və bunlar ayrı-ayrı tsikl-
lərə (Bertran tsiklləri) ayrılır: Baykal, Kaledon, Hersin, Kimmeri, Alp. Bir sıra qədim
orogenlər və hətta qədim platformaların bir hissəsi də Alp tektonik-maqmatik tsiklin-
də fəallaşmaya cəlb olunmuş və yenidən dağlıq-qırışıqlıq sistemlərə çevrilmişdir
(Məsələn, Mərkəzi Asiya qitədaxili dağlıq qurşağı).
Okeanların və qitələrin Yer səthində paylanması qeyri-bərabər xarakter daşıyır
və bunda hansısa qanunauyğunluğun olması çoxdan diqqət mərkəzindədir. Hər şey-
dən əvvəl şərq və qərb yarımkürəsində Yerin səthində disimmetriyanın olması diqqəti
cəlb edir. Anoloji antipodallıq Şimal və Cənub yarımkürələrinin müqayisəsində də
qeyd olunur. Şimal yarımkürəsi əsasən qitədən təşkil olunmuşdur, onun qütb hissəsini
okean (Şimal-Buzlu okean) təşkil edir, Cənub yarımkürəsi isə əsasən okeandan iba-
rətdir, onun qütb hissəsini Antrktida qitəsi təşkil edir.
Qitələrin və okeanların belə paylanmasını müasir mərhələdə qabığın və manti-
yanın dərinlik qeyri-bircinsliliyi ilə izah etmək olmaz. Belə ki, o yerin inkişaf tari-
xində bir neçə dəfə dəyişməyə məruz qalmışdır.
Super qitələrin mövcud olduğu epoxalarda qitə və okean sektorları (Pangeya və
Pantallas) arasında kontraslıq daha aydın ifadə olunmuşdur. Həm Pangeya, həm də
onun hissələri olan Lavraziya və Qondvana gec Proterozoyda və Fanerozoyda bir
yarımkürədən digərinə hərəkət etmişdir.

69
Şəkil 6.1.2. Yer səthinin relyefinin əsas xüsusiyyətləri
Okeanlar: 1- aralıq okean silsilələri, 2- aralıq silsilələrin oxu, 3- kənar və daxili də-
nizlərin abissal düzənlikləri və dərinsulu çuxurları, 4- okean yatağının iri sualtı qal-
xımları, 5- okean yatağının altında qitə tipli qabıq yerləşən iri sualtı qalxımları (mik-
roqitələr), 6- vulkanik arxipelaqlar, 7- okean səviyyəsindən aşağı enmiş vulkanik ar-
xipelaqlar, 8- dərin su novları, 10- transform qırılmalar. Qitələr: 11-15 dağ silsilələri,
11- subduksiya zonaları üzərində yaranmış, 12- kolliziya zonalarında yaranmış, 13-
kolliziya mənşəli qitədaxili kütlələr, 14- qitə kənarı, 15- riftogen; 16- yayla, 17-
aşınma düzənlikləri; 18- ovalıq; 19- şelf və epikontinental dəniz; 20- buz örtüyü.

6.2. LİTOSFER PLİTƏLƏRİNİN SƏRHƏDLƏRİ

Litosfer plitələrınin bir-birinə nəzərən yerdəyişməsinin üç tipi və ona müvafiq


olaraq üç tip sərhəd- divergent (spredinq), konvergent (subduksiya) və transform
ayrılır. Bu tip təsnifat heç də bütün tədqiqatçılar tərəfindən birmənalı qəbul olunmur.
Divergent sərhədlər. Divergent sərhədlər boyunca plitələrin aralanması (spre-
dinq) baş verir. Bu sərhədlər bir-birindən əks tərəfə hərəkət edən plitələrin arasında
yerləşirlər və yerin relyefində onlar riflərlə ifadə olunur. Divergent sərhədlərin quru-
luşunda dartılma strukturları üstünlük təşkil edir, qabığın qalınlığı nazikləşir, istilik
axını maksimumdur, fəal vulkanizm baş verir.

70
Okeanlarda (okean qabığında) riftlər aralıq okean silsilələrinin mərkəzi hissələri-
nə müvafiq gəlir. Aralıq okean silsilələrinin mərkəzi hissəsində yeni okean qabığının
formalaşması baş verir, onların ümumi uzunluğu 60 min km- dən çoxdur, çoxlu sayda
hidrotermal bulaqlara malikdir. Yüksək temperaturlu bulaqları “qara kurilşiklər”
adlandırırlar, onlar kifayət qədər əlvan metal etiyatına malikdir.
Plitələrin aralanma sahələrində qabıq nazikləşir və aralanır, maqmatizm baş ve-
rir. Bu zaman böyük məsafədə izlənilən, dərinliyi 100 m- lərlə ölçülən, bir sıra fay
tipli qırılmalarla hüdudlanan xətti çökəklik formalaşır. Bundan sonra hadisələr iki is-
tiqamətdə inkişaf edə bilər: 1) Riftin genişlənməsi dayanır və o çökmə mənşəli süxur-
larla dolaraq avlokogenlərə çevrilir. 2) Qitələrin inkişafı genişlənməkdə davam edir,
onların arasında (okean riftlərinə müvafiq olan) okean tip qabıq formalaşmağa baş-
layır.
Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirərək demək olar ki, divergent sər-
hədlər okeanların və qitələrin altında yerləşə bilər. Əgər divergent sərhəd okeanın
altında yerləşirsə, plitələrin aralanması nəticəsində aralıq okean silsiləsi formalaşır
(İslandiyadan Folklendə qədər uzanan Orta-Atlantik silsiləsi). Əgər divergent sərhəd
qitənin altında yerləşirsə, onda yalnız onu pozur (İordaniyadan cənubda Şərqi Afrika-
ya uzanan Böyük qırılmalar dərəsi).
Konvergent sərhədlər. Konvergent sərhədlərdə plitələrin yaxınlaşması baş ve-
rir ki, bu da bir plitənin digərinin üzərinə itələnməsi kimi ifadə olunur. Bu proses üç
formada baş verə bilər:
1. Qarşı-qarşıya gələn qitə və okean tipli plitələrin toqquşması baş verir. Bu hal-
da qitə tipli plitəyə nisbətən ağır olan okean plitəsi qitənin altına itələnir. Bu prosesə
subduksiya deyilir (şəkil 6.2.1).

Şəkil 6.2.1. Okean plitəsi qitənin altına itələnmişdir (subduksiya).

Subduksiya zonalarında okean tipli qabıq udulur və beləliklə onun aralıq okean
silsilələrində təzahürü kompensasiya olunur. Subduksiya zonalarında mantiya və Yer
qabığının qarşılıqlı əlaqəsində olduqca mürəkkəb proseslər baş verir. Belə ki, okean
qabığı qitə qabığının blokunu mantiyaya çəkə bilər, lakin onun aşağı sıxlığa malik ol-
ması səbəbindən, geriyə, Yer qabığına eksqumasiya edir. Nəticədə yüksək təzyiqli
metamorfik komplekslər yaranır. Müasir subduksiya zonalarının əksəriyyəti Sakit
okean ətrafı boyunca yerləşmişdir və Sakit okean odlu dairəsini əmələ gətirir.

71
Okean plitəsinin qitənin altına itələndiyi sahələrdə (subduksiya zonasında) fəal
qitə ətrafları formalaşır. Buna əyani misal kimi Cənubi Amerika qitəsinin qərb ətra-
fını göstərmək olar. Adətən And tipli sahillər adlanan bu sahədə, çoxlu sayda vulkan-
ların və ümumiyyətlə, güclü maqmatizmin olması səciyyəvi xarakter daşıyır. Ərintilər
üç komponentə (okean qabığı, mantiya və kontinental qabığın altı) malikdir.
Fəal qitə ətraflarının altında qitə və okean plitələrinin fəal mexaniki qarşılıqlı
əlaqəsi baş verir. Okean qabığının qalınlığından və yaşindan, hərəkət sürətindən asılı
olaraq müvazinətin bir neçə halı mümkündür.
1. Əgər plitə yavaş hərəkət edir və nisbətən az qalınlığa malikdir, onda qitə on-
dan çökmə qatı sıyırır, çömə süxurlar intensiv qırışır, metamorfizmə məruz qalır və
qitə qabığının bir hissəsinə çevrilir. Bu halda əmələ gələn struktur akkresiya pazı ad-
lanır. Əgər enən plitənin sürəti böyükdürsə, çökmə qatın qalınlığı azdırsa, onda okean
qabığı qitənin altını silir və onu mantiyaya çəkir.
2. Əgər qarşı-qarşıya gələn iki okean tipli plitələrin toqquşması baş verir və on-
lardan biri digərinin altına itələnirsə, bu posesə də subduksiya deyilir. Bu halda sub-
duksiya zonasının üzərində zəncirvari vilkanik adalardan ibarət olan adalar qövsü for-
malaşır (şəkil 6.2.2). Səciyyəvi adalar qövslərinə misal olaraq Alekt, Kuril, adalrını
göstərmək olar. Bir qrup tədqiqatçılar Yapon adalarını da adalar qövsünə aid edirlər.
Yapon adalarının bünövrəsi olduqca qədim olduğundan və müxtəlif zamanlarda
əmələ gələmiş adalar qrupu kompleksindən ibarət olduğunu nəzərə alsaq, ona mikro-
qitə kimi baxılması daha məqsədə uyğundur. Müasir adalar qövsünə Aleut, Kuril,
Marian adalarını və eləcədə bir çox digər arxipelaqları misal göstərmək olar.

Şəkil 6.2.2. İki okean tipli plitələrin toqquşması nəticəsində subduksiya


zonasının üzərində vilkanik adalar qövsünün formalaşmışdır.

Ümumiyyətlə, adalar qövsü iki okean plitəsinin toqquşması nəticəsində yaranır.


Bu halda onlardan biri aşağıda qalaraq mantiyada udulur. Yuxarıda yerləşən plitədə
isə adalar qövsü yaranır və onun əyilən hissəsi udulan plitəyə tərəf yönəlmiş olur. Bu
tərəfdən dərin su novu və qövsqarşısı çökəklik yerləşir. Adalar qövsünün arxasında
qövs arxası hövzə (məsələn, Oxot dənizi, Cənubi Çin çökəkliyi) yerləşir.
3. Əgər iki qitə tipli plitə qarşı-qarşıya gələrək toqquşursa (biri digərinin altına
keçməklə) bu posesə kolliziya deyilir. Bu zaman qırışıqlıq vilayətlər və sistemlər for-
malaşır (məsələn, Alplar, Böyük Qafqaz, Himalay və s.). Kolliziya zonalarında qa-
bığın qalınlığının kəskin artması müşahidə olunur (şəkil 6.2.3.). Avrasiya plitəsinin,

72
Afrika və Hindistan plitələrinin toqquşnası nəticəsində qapanmış Tetis okeanının
yerində formalaşan Alp-Himalay dağlıq qurşağında qabığın qalınlığı 70 km- ə çatır.

Şəkil 6.2.3. İki qitə tipli plitənin toqquşması (kolliziya).

Beləliklə, belə qənaətə gəlmək olur ki, subduksiya zonasının üstündə hansı pro-
seslərin baş verməsi plitələrin sərhəddinin yerləşdiyi sahədən (qitənin altında, qitənin
sərhəddində və okeanın altında) asılıdır.
Əgər subduksiya zonası okean qabığının altında yerləşirsə, onda altına itələnmə
nəticəsində dərin okean çökəkliyi (dərin su novu) əmələ gəlir (məsələn, Filippinin ya-
xınlığında Marian çökəkliyi). Altdaki plitənin əriyərək mantiyaya qarışması və sonra
yenidən yuxarı qalxması nəticəsində vulkanik silsilələr əmələ gətirir (məsələn, Karib
dənizinin şərqində və Birləşmiş Ştatların qərb sahilində yerləşən zəncirvari vulkanlar
Əgər hər iki plitə konvergent sərhəddə yerləşirsə, nəticələr tamamilə başqa cür
olur. Qitə tipli qabıq yüngül maddələrdən ibarət olduğundan faktiki olaraq, hər iki
plitə subduksiya zonasının üzərində üzür. Bu halda, plitələrdən biri digərinin altına
itələnir, iki qitə toqquşur, onların sərhədləri dağlıq silsilə əmələ gətirərək götürülür.
Avrasiya və Hindistan plitələrinin toqquşduğu zaman (50 mln. il əvvəl) Himalay;
İtalyanın Avropa ilə birləşdiyi zaman Alplar bu formada əmələ gəlmişdir.
Əgər qitə yalnız litosfer plitələrindən birində yerləşirsə, bu zaman onun subduk-
siya zonasına çəkilməsi (sürünməsi) ilə əlaqədar olaraq, onda qırışıqlar və qırlmalar
əmələ gəlir. Cənubi Amerikanın qərbində yerləşən Andlar, Cənubi Amerika plitəsinin
Sakit okeanda onun altina enən Naska plitəsinin üzərinə üzməsindən sonra formala-
şmışdır.
Transform sərhədlər. Transform sərhədlər boyunca şaqulu transform qırılma-
ların səthi ilə plitələrin bir-birinə nəzərən üfüqi yerdəyişməsi baş verir. Transform
sərhədlərdə plitələr müəyyən vaxtda toqquşur, sonra güclü zəlzələlər yaradaraq, bö-
yük enerjidən azad olaraq aralanırlar. Bəzi hallarda plitələr aralanmır və yuxarı
qalxmır, sadəcə olaraq ətrafları ilə sürtünür. Buna ən yaxşı misal kimi Kaliforniyada
yerləşən San-Andresi göstərmək olar. 1280 km- lik San-Andres qırılması, planetin ən
fəal seysmik ərazilərdən biri hesab olunur. Burada plitələrin biri-birinə nəzərən üfüqi
yerdəyişməsi 0,6 sm/il təşkil edir. Maqnitudası 6- dan böyük olan zəlzələlər isə 22
ildə bir baş verir. San-Fransisko şəhəri və San-Fransisko körfəzinin əsas hissəsi
73
bilavasitə bu qırılmanın yaxınlığında yerləşir. San-Andres qırılması boyunca Sakit
okean və Şimali-Amerika plitələri yan-yana hərəkət edir.
Plitələrin müxtəlif sürətli, parallel istiqamətdə hərəkət etdiyi sahələrdə transform
qırılmalar yaranır. Üfüqi yerdəyişmə xarakterli belə transform qırılmalar okeanlarda
geniş yayılmışdır, bəzən qitələrdə də təsadüf olunur. Ümumiyyətlə, qitələrdə plitələ-
rin üfüqi yerdəyişmə sərhəddi nisbətən az tasadüf olunur.
Transform qırılmalar aralıq-okean silsilələrinə perpendikulyar olur, onları eni
orta hesabla 400 km.-ə çatan seqmentlərə ayırır. Silsilənin seqmentləri arasında trans-
form qırılmaların fəal hissəsi yerləşir. Bu sahələrdə daimi olaraq zəlzələlər və
dağəmələgəlmə baş verir. Transform qırılmaların ətrafında çoxlu sayda üstəgəlmələr,
qırışıqlar, qırılmalar yaranır. Nəticədə qırılma zonasında çox zaman mantiya süxurla-
rının çıxışları müşahidə olunur (şəkil 6.2.4., 6.2.5.).

Şəkil 6.2.4. Spredinq zonasında transform qırılmalaq (sağtərəfli yerdəyişmə ilə)

Şəkil 6.2.5. Transform qırılmalarla kəsilmiş aralıq-okean silsiləsi.

74
Aralıq okean silsilələrinin hər iki tərəfində transform qırılmaların qeyri-fəal his-
səsi yerləşir. Onlarda fəal hərəkətlər baş verməsə də, okeanların dibinin relyefində
mərkəzi depresiyalı xətti qalxımlar kimi ifadə olunur. Transform qırılmalar qanuna-
uyğun şəbəkə yaradır və çox ehtimal ki, bu təsadüfi xarakter daşımır və müəyyən
fiziki səbəblərlə əlaqədardır. Çoxlu sayda modelləşdirmə, teplofiziki eksperimentlər
və geofiziki müşahidələrin nəticəsində müəyyən olunmuşdur ki, mantiya konveksi-
yası üç ölçülü quruluşa malikdir. Aralıq okean silsiləsindən (AOS) əsas axımdan əla-
və, axımın üst hissəsində soyuma ilə əlaqədar olaraq, konvektiv yaçeykada uzununa
axımlar yaranır. Soyumuş olan maddə mantiyanın əsas axım istiqamıtinində aşağıya
hərəkət etməyə çalışır. Transform qırılmalar bu ikinci dərəcəli enən axım zonalarında
yerləşir. Bu model istilik axını məlimatları ilə çox yaxşı uzlaşir, belə ki, transform
qırılmalar üzərində onun azalması müşahidə olunur.

6.3. QİTƏLƏRİN STRUKTURLARI

Qitələr uzunmuddətli geoloji inkişaf tarixi ərzinrə müxtəlif yaşlı qırışıqlıq qur-
şaqların birləşməsi nəticəsində formalaşmışdır. Bunula əlaqədar olaraq müasir qitələ-
rin mərkəzi hissəsi böyqk ərazini əhatə edən və ardıcıl olaraq cavan qırışıqlıq qurşaq-
larla əhatə olunan qədim platformaların massivlərindən təşkil olunmuşdur. Onların
bir hissəsi əyilməyə cəlb olunmuş və çökmə örtüyü ilə örtülmüş, digərləri isə (nisbə-
tən ətrafda yerləşən) müasir dağlıq qırışıqlıq sistemləri və vilayətləri təşkil edirlər.
Qitələrin ən böyük və nisbətən qədim bloklarını gec Proterozoydan etibarən özü-
nün bütövlüyünü və dəyanətliliyini nisbətən saxlatan qədim və ya Epikarel platfor-
maları təşkil edir. Onların bünvrəsi yaşı 1,7 mlrd. ildən az olmayan kristallik şistlər-
dən, qneyslərdən, qanitoid və digər metamorfik, maqmatik süxurlardan təşkil olun-
muşdur. Epikarel platformaları (kratonlar) iki qrupda (şimal və cənub) qruplaşmışdır.
Şimal qrupunda (Lavrasiya) Çimali-Amerika, Çərqi-Avropa, Sibir platformaları; cə-
nub qrupunda (Qondvana) isə Cənubi-Amerika, Afrika-Ərəbistan, Hindistan, Qərbi-
Avstraliya və Şərqi-Antarktida platformaları yerləşir. Şimal (Koreya-Çin) və cənub
(Cənubi-Çin) hissələrinə ayrılan Çin platforması aralıq vəziyyət tutur. Koreya-Çini
Lavrasiya qrupuna, Cənubi-Çini isə Qondvana qrupuna aid edirlər. Bəzən Hindiçini,
Tarimi və Tibeti kiçik platformalar kimi ayırırlar.
Avroasiya qitəsi ən böyük sahəyə və mürəkkəb quruluşa malik qitədir, onun da-
xilində beş əsas qədim platforma və üç kiçik platforma, bir neçə aralıq massiv və on-
ları bir-birindən ayıran, müxtəlif yaşlı qırışıqlıq vilayətlər (bəzən birləşərək qurşaqları
əmələ gətirən) ayrılır. M.V.Muratova görə Avroasiya qitəsi daxilində təmamilə yalnız
Ural-Monqol və Aralıqdənizi qurşaqları yerləşir. Qitənin şərqində, onun ərazisindən
çox kənara çıxan Sakit okean qırışıqlıq qurşağının şimali-qərb hissəsi yerləşir. Kore-
ya-Çin, Cənbi-Çin və Tibet platformaları arasında Baykal, Kaledon, Hersin qırışıqlıq
vilayətlərindən ibarət olan, mürəkkəb quruluşa malik Kunlun-Tsinlin qurşağı yerləşir.
Şimali-Amerika qitəsi Avrasiya qitəsinə nisbətən daha sadə regional quruluşa
malikdir. Bu qitənin əsasını Qrelandiya, Baffin Torpağının və bir sıra adalarında daxil
olduğu Şimali-Amerika qədim platforması təşkil edir, Platformanın mərkəzi hissəsin-
də Arxey və erkən Proterozoy yaşlı kristallik süxurların yer səthinə çıxdığı Kanada

75
qalxanı yerləşir. Şimali-Amerika platforması simaldan, şərqdən və qərbdən İnnuit,
Appalaç və Kordilyer qırışıqlıq sistemləri ilə əhatə olunmuşdur.
Paleogenin sonu və Neogendə fəal tektonik hərəkətlərin baş verdiyi Qayalı dağ-
lar epiplatforma orogenezidə Şimali-Amerika qitəsinin daxilində yerləşir.
Cənubi-Amerika qitəsi qərbdə And, cənubda isə Pataqon qırışıqlıq qurşağı ilə
hüdudlanan eyniadlı qədim platformadan təşkil olunmuşdur. Cənubi-Amerika platfor-
ması qədim kristallik bünövrənin geniş sahədə (Qviana, Qərbi və Şərqi Brazilya qal-
xanında) yer səhinə çızması və riftogen mənşəli iri çökəkliklərin olması ilə səciyyələ-
nir. Platformanın quruluşu Baykal yaşlı, platformanın quruluşunda daxili vəziyyət tu-
tan, Brazilya qırışıqlıq qurşağı ilə mürəkkəbləşmişdir. Brazilya qırışıqlıq qurşağı Qo-
yas aralıq massivi ilə iki qola ayrılır.
Argentinada Andın dağətəyi hissəsini əhatə edən (Kordova rayonu) epiplatforma
orogenezidə Cənubi-Amerika qitəsinin tərkibində yerləşir.
Afrika-Ərəbistan qitəsi bilavasitə Afrika materikindən və Ərəbistan yarımada-
sından ibarətdir. Ərəbistan yarımadası coğrafi baxımdan Asiyaya aiddir, lakin özünün
geoloji quruluşu baxımından Afrikanın tektonik elementləri ilə sıxlı əlaqədədir
V.E.Xain, M.V.Muratov). Afrika-Ərəbistan qitəsinin ərazisinin əsas hissəsini eyni
adlı qədim platforma təşkil edir, onun yalnız şimalında (Atlas) və cənubunda (Kap)
çoxda böyük olmayan qırışıqlıq qurşaq vardır. Afrika-Ərəbistan platforması böyük
ərazidə kristallik bünövrənin yer səthinə çıxması (Serro Leon, Mərkəzi-Afrika, Reqi-
bat, Axaqqar, Krasnomor qalxanları, Kemet massivi və s.) ilə səciyyələnir. Qalxanlar
və massivlər qitənin şimalında yerləşən geniş əyilmə sahələri (Saxara, Liviya, Ərəbis-
tan və s.) ayrılır. Mərkəzi və cənub hissədə bir sıra iri sineklizlər- Konqo, Okovanqo,
Kalaxari ayrılır. Afrika-Ərəbistan platformasının daxili rayonları Baykal yaşlı kiçik
qırışıqlıq qurşaqlarla (Katanq və Qırmızıdəniz) mürəkkəbləşmişdir.
Afrika-Ərəbistan qitəsinin müasir tektonik quruluşunda Türküyə Suriyanın sər-
həddindən Zambezi çayının aşağı axınına kimi 8000 km mısafədə uzanan Şərqi-Afri-
ka pift sistemi müstəsna rol oynayır.
Avstraliya qitəsi iki hissədən- qərb və şərq ibarətdir. Qitənin qərbi eyni adlı qə-
dim platformadan- Qərbi Avstraliya, şəri isə ətraf adalarla (Yeni Qvineya, Yeni Zel-
landiya, Yeni Kaledoniya və s.) birlikdə nəhəng Sakit okean qupşağına aiddir. Avst-
raliya qədim platforması çökmə örtüklü əyilmə sahəsi ilə ayrılan üç qalxandan (Kal-
quri-İork, Mərkəzi-Avstraliya və Kimberli-Darvin) təşkil olunmuşdur. Platformanın
şərqində yerləşən Böyük Artezian hövzəsi sineklizi ən böyük əyilmə vilayəti hesab
olunur. Qurşağın Şərqi Avstraliyaya aid olan hissəsidə çökmə örtüyü ilə örtülmüşdür.
Antarkdida qitəsi nisbətən az öyrənilən qirədir, onun mərkəzi və şərqi qədim
platformadır. Platformaların qərb ətrafı boyunca əsasən Baykal yaşlı Rossa qırışıqlıq
qurşağı uzanır. Daha qərbə qurşağın Hersin qırışıqlığı izlənilir. Antarkdida qitəsinin
sahili boyunca Bellinsqauzen dənizindən Meri Berd Torpaöşna kimi, Andların dava-
mı olan Kaynozoy qurşağı əhatə edir və bütövlükdə vahid Sakit okean qurşağının tər-
kibinə daxildir. Beləliklə, qitələrin regional tektonikasının analizi göstərir ki, tetonos-
ferin bu strukturları ardıcıl olaraq, yeni-yeni qırışıqların başa çatması nəticəsində
yaranmışdır. Qırışıqlıq proseslərin nəticəci olaraq, qranit-metamorfik qatla ifadə
olunan, stabil qitə tipli qabıq formalaşmışdır. Müasir qitələrin əsasını qırışıqlıq
qurşaqlarla əhatə olunan qədim platformalar təşkil edir.

76
Ural-Monqol qurşağı tarixi planda davamlı əyilmənin üstünlüyü ilə səciyyələ-
nən qurşaq kimi özünü göstərir. Bununla əlaqədar olaraq onun daxilində Baykal, Ka-
ledon, Hersin qırışıqlıq zonalarından ibarət müxtəlif yaşlı qırışıqlıq bünövrə əyilməyə
məruz qalmış və kifayət qədər böyük qalınlığa malik çökmə örtüyü ilə örtülmüşdür.
Bu davamlı əyilmə sahələri Peçora, Qərbi-Sibir və Dunbey plitələrini formalaşdırmış-
dır. Bir sıra sahələrdə qırışıqlıq bünövrə yer səthinə çıxır, yastı dağlıq silsilə və dağlıq
ölkələr yaradır (Timan, Ural, Mərkəzi-Qazaxstan, Şimali Taymır).
Aralıq dənizi qurşağı M.V.Muratovun fikirincə müxtəlif yaşlı iki hissədən (Pa-
leozoy və Kaynozoy) ibarətdir. Onun Paleozoya aid olan hissəsi Qərbi-Avropa plat-
formasını, Miziy, Skif və Turan Epihersin plitələrini; Kaynozoya aid olan hissəsi isə
özünün geosinklinal inkişafının tamamlayıcı- orogen mərhələsini keçirən Alp-Hima-
lay vilayətini əhatə edir.
Sakit okean qurşağı Avroasiya qitəsi daxilində prinsipal fərqə malik iki vilayə-
tə- Mezozoy (Verxoyan-Kolım, Uzaqşərq, Hindiçin) və Kaynozoy (Şərqi-Asiya) ay-
rılır. Mezozoy qırışıqlıq vilayəti daxilində geosinklinal inkişaf artıq başa çatmışdır,
lakin tipik platforma mərhələsi hələ başlamamışdır. Bununla əlaqədar olaraq, Rosiya-
nın şimal-şərqində və şərqində Mezozoy vilayətlərinə kvazi platforma kimi baxılır.
Aralıq massivlərin (Kolım, Oxot və s.) daxilində çökmə örtüyü iştirak edir.
Şərqi-Asiya Kaynozoy vilayəti dağıq Koryakı, Kamçatka yarımadasını, Kuril
adalarını, Xokkaydo, Xonsyu və s., eləcədə Oxot, Yapon, Cənubi-Çin və digərkənar
dənizləri əhatə edir. Bu vilayətin daxilində tektonik, seysmik və maqmatik fəallığın
olması, geosinklinal rejim hələ başa çatmamasına dəlalət edir.
Kunlun-Tsinlin qırışıqlıq qurşağı Baykal, Kaledon, Hersin trktogenezinin qırı-
şıqlıq prosesləri nəticəsində yaranmışdır. Daxili vəziyyət tutan bu qurşaq müxtəlif öl-
çülü Koreya-Çin, Cənubi-Çin, Tarim, Tibet platformalarını ayırır. Müasir relyefdə
Kunlun-Tsinlin qırışıqlıq qurşağı dağlıq relyeflə ifadə olunur, daxilində çökmə örtü-
yün iştirak iştirak etməməsi ilə səciyyələnir. Avroasiya qitəsinin tektonik quruluşun-
da geosinklinal proseslərin başa çatmasından və qitələrin formalaşmasından sonra ya-
ranan strukturlar müəyyən rol oynayır. Bunlara epiplatforma fəallaşma əyalətləri
(Tyan-Şan, Altay, Monqolustan Altayı, Şərqi-Sayanlar, Baykalqarşısı və s.), riftlər
(Reyn, Saar, Zıryan, Ust-Lena, Baykal və s.), vulkanik qurşaqlar (Oxot-Çukot və s.),
daxili dənizlərin dərinsulu çökəklikləri Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi)
dqxildir.
İnnuit qurşağı dairəvi arktika sistemini əmələ gətirən regional Paleozoy qurşa-
ğının tərkib hissəsidir. Kanada Arktika arxipelağının adaları və ətraf şelf hissəsi İn-
nuit qurşağına aid olunur. Burada qırışıqlıq bünövrə əyilməyə məruz qalmış və çök-
mə örtüyü ilə örtülmüşdür.
Appalaç Paleozoy qurşağı Şimali-Amerika platformasını şərqdən əhatə edir,
onun əsas hissəsində bünövrə çökmə örtüyü ilə örtülmüşdür, Appalaçlarda və şinali-
şərqi Qrelandiyada dağlıq silsilələr formasında yer səthinə çıxır.
Kordilyer qurşağı pegional Şərqi-Sakit okean qurşağının təkibinə daxildir, Şi-
mali-Amerika platformasını qərbdən hüdudlayır. Şərqi-Asiya qurşağında olduğu ki-
mi, buradada Mezozoy və Kaynozoy qırışıqlıq vilayətləri ayrılır. Mezozoy qırışıqlıq
vilayəti Kordilyer dağ sistemini, Böyük Antil adalarını; Kaynozoy qırışıqlıq vilayəti
isə Aleut adalarını, Berinq silsiləsini, Kaliforniya yarımadasını əhatə edir. Kordilyer

77
qurşağı müasir yüksək dağlıq relyeflə, tektonik, seysmik və maqmatik fəallığın olma-
sı ilə səciyyələnir ki, bu da geosinklinal rejim hələ başa çatmamasına dəlalət edir. Bu
qurşağın daxilində böyük ərazidə çökmə örtüyü yoxdur, onlar ancaq əyilmə sahələ-
rində və dağarası çökəkliklərdə yayılmışdır.
Pataqon qırışıqlıq qurşağı Qondvana super qitəsinin Paleozoy qırışıqlıq komp-
leksinin hissəsi hesab olunur. Pataqon qırışıqlıq qurşağı əyilməyə cəlb olunmuş və
çökmə örtüyü ilə örtülmüşdür. Platforma örtüyünün yayıldığı Folklend şelfinin eyni
ada ilə birlikdə Pataqon Paleozoy qırışıqlıq qurşağının davamı hesab olunur.
And qırışıqlıq qurşağı pegional Şərqi-Sakit okean qurşağının bir hissəsi hesab
olunur, mürəkkəb və uzunmüddəli inkişafa malikdir, müxtəlif yaşlı bir neçə qırışıqlıq
zonadan təşkil olunmuşdur. Qitənin cənubunda And qırışıqlıq vilayəti şərqə əyilir və
adalar qövsü ilə Cənubi-Antil (Sandviçev) adalarında davam edir. And qırışıqlıq qur-
şağı Kaynozoyda əmələ gəlmişdir. And qurşağı müasir tektonik, seysmik və maqma-
tik fəallıqla səciyyələnir ki, bu da geosinklinal rejim hələ davam etdiyini göstərir.
Çökmə örtüyü ensiz dağarası çökəkliklərdə və əyilmə sahələrində toplanmışdır.

6.4. QİTƏLƏRİN ƏSAS FORMALAŞMA MƏRHƏLƏLƏRİ

Aparılan tədqiqat işləri qədim platformaların hetrogen bünövrəyə malik olduğu-


nu və uzun müddətli geoloji inkişaf tarixində (3,5-4 mlrd. ildən 2,0-1,7 mlrd. ilədək)
formalaşdığını göstərir. Qədim platformaların bünövrəsinin formalaşma prosesi və
müvafiq olaraq qitələrin yaranması, alimlərin fikirincə mərhələli xarakter daşıyır. On-
ların “qranit” qatının tərkibi andezitlərə (cavan adalar qövslərinin vulkanik süxur-
larına) müvafiq gəlir. Belə ehtimal olunur ki, Arxey erasının lap əvvəlində (3,3 mlrd.
il əvvəl) artıq izometrik, oval formalı, eni bir neçə yüz kilometrə çatan, qranulit nüvə-
ləri mövcud olmuşdur. Onların daxilində qitə qabığın qalınlığı 30-35 km- ə çatmışdır.
Sonralar bu ilkin qitə nüvələrinin üzərinə okean və keçid tipli qabığa malik adalar
qövsü sistemi itələnmişdir və bu da Arxey üçün olduqca xarakterik olan səciyyəvi
yaşildaş qurşaqların əmələgəlməsinə səbəb olmuşdur. Yaşildaş qurşaqların süxurları
zəif metamorfizmə və intensiv qırışıqlığa məruz qalmışdır, ensiz, mürəkkəb quruluşlu
sinklinoriumları təşkil edir (yaşi 2,7-2,3 mlrd. il olan qranitoid massivləri arasında
sıxılmış). Kanada qalxanının Kivatin seriyası, Hindistanın Darvar seriyası, Aldan qal-
xanının Kultinoqam seriyası yaşildaş qurşaqların klassik nümünəsi hesab olunur.
Yaşildaş süxurların toplanması onların metamorfizmi, qranitləşməsi və qırışıqlı-
ğa məruz qalması ilə başa çatmışdır ki, bu da ilkin dağlıq-qırısıqlıq sistemlərin yaran-
masına səbəb olmuşdur. Bu proseslərin nəticəsində Arxeyin sonunda Yer kürəsinin
bir sıra sahələrində normal qalınlığa malik ilk qitə tipli qabıq yaranır. Proterozoyun
əvvəllərində yaranmış olan bu ilkin qitə tipli qabıq dəyişilməyə, parçalanmaya məruz
qalır ki, bu da bir-birindən dəyanətli qitə qaymaları ilə ayrılan yeni okeanların açıl-
masına cəbəb olur.
Qitələrin sonrakı inkişafı erkən Proterozoyun sonuna müvafiq gəlir. Bu zaman
ilkin okeanların bir çoxu qapanır və onlarla ayrılan Arxey qitə qabığının qaymaları
yeniddən vahid nəhəng qitə massivi formasında birləşir və qədim platformalar yara-
nır. Qədim platformaların bünövrəsi stabilləşməyə və qomogenizasiyaya məruz qalır.
Qədim platformaların bu mökəmləndirilmə prosesini A.A.Boqdanov kratonlaşma ad-

78
landırmışdır. Ümumiyyətlə, erkən Proterozoyun sonuna (1,7 mlrd. il əvvəl) bütövlük-
də qədim platformalardan ibarət olan (yaş etibarı ilə bünövrəsi olduqca hetrogen xa-
rakter daşıyan) nəhəng qitə massivi tam formalaşır. Onun tərkibində yaşı 2,3-2,7; 2,0
və 1,7 mlrd. il olan bloklar olmuşdur.
Lavrasiya qrupunda nisbətən qədim bünövrəyə malik platforma Sibir hesab olu-
nur, onun bünövrəsi demək olar ki, hər yerdə Arxey yaşlıdır. Qondvana qrupu plat-
formaları nisbətən cavan bünövrənin olması ilə səciyyələnir və onun tərkibində intra-
kraton geosinklinalların nisbətən cavan iki generasiya mərhələsi yaşı- 1,35-1,3 və
1,0-0,85 mlrd. Il (Afrikada kibarid və katanqid) ayrılır. Proterozoyun sonunda həm
Lavrasiya, həm də Qondvana qrupu platformalarında dövrü olaraq qranulit qurşaqla-
rının (Afrikada Mozambik qurşağı, Hindistanda Şərqi-Tat qurşağı, Cənubi Amerika-
da Şərqi-Braziliya, Cənubi Amerikada Qrenvil qurşağı, Avropanın Baltik qalxanında
Cənubi-Skandinaviya bloku və s.) əmələgəlməsi ilə müşayət olunan tektonik fəallaş-
ma baş vermişdir. Tektonik fəallaşma şimal platformalarında 1500, 1350, 850 mln. il-
in sonunda, cənub platformalarında isə hətta 500 mln. ilə kimi baş vermişdir. Yaran-
mış olan nisbətən cavan qranulit qurşaqları sonradan ən zəif zonalar olmuşdur və
onların boyunca Mezozoy-Kaynozoy okeanlarının yaranması ilə nəticələnən rift əmə-
ləgəlmə baş vermişdir.
Belə hesab edurlər ki, qitələr özünün inkişafının ilkin mərhələsində birləşərək
vahid super qitəni (Q.Ştilleyə görə- Meqageya; A.Beqnerə görə- Pangeya; A.V.Peyve
və V.M.Sinitsinə görə- Panplatforma) əmələ gətirmişdir. Qitələrin sonrakı inkişafı
dövrü olaraq, onların destruksiyası, parçalanması və yernidən birləşməsi ilə xarakte-
rizə olunan şəraidə getmişdir. Hər dəfə qədim platformalardan ibarət olan, qitə qay-
malarının arasında yeni-yeni qırışıqlıq qurşaqlar sıxılmaya məruz qalmışdır və oların
hesabına qitələrin sahəsi qrdıcıl olaraq artmışdır. V.E.Xain tərəfindən Yerin geoloji
inkişaf tarixində Qrenvil (1000 mln il), erkən Baykal və ya Deliy (850 mln il), Baykal
(680-620 mln il), gec Baykal və Salair (540-500 mln il). Epibaykal qırışıqlığının
formalaşmasında müstəsna rol oynamış Baykal qırışıqlıq epoxası mühüm əhəmiyyət
kəsb edir. Q.Ştille göstərir ki, Baykalidlərin əhatə etdiyi ərazi ilk əvvəllər Yerin kifa-
yət qədər böyük sahəni əhatə etmişdir. Sonralar baş verən destruktiv proseslər nəticə-
sində onlar parçalanmaya və yenidən işlənilməyə məruz qalmışdır. İndi Baykalidlərə
qırıq-qırıq ayrı-ayrı sahələrdə rast gəlinir (Timan-Peçora plitəsi, Miziy plitəsi, Qərbi
Sibirin şimal hissəsi, Şimali Taymır ətraf adalarla birlikdə, Avstraliyanın Adelaid vi-
layəti və s.). Baykalidlər yenidən qitələri vahid super qitə şəklində (Meqageya) birləş-
dirir. Dyu Toyta göstərir ki, Paleozoyun əvvəllərində Kembriyəqədər platformaları
birləşdirən iki super qitə- şimal yarımkürəsində- Lavrasiya və cənub yarımkürəsində-
Qondvana mövcud olmuşdur.
Qitələrin növbəti parçalanması və yeni okeanların yaranması Takon və ya erkən
Kaledon (450 mln il), Kaledon (400 mln il), Akak (380 mln il), Breton (350 mln il),
Sudet (330 mln il), Asturiy (300 mln il) qırışıqlığı ilə əlaqədar olaraq Paleozoy era-
sında baş verir. Qeyd olunan qırışıq epoxalarının hər biri intesiv qranitəmələgəlmə ilə
müşayət olunmuşdur. Paleozoyun sonunda yenidən qitələrin qovuşması baş verir. On-
ların mərkəzi hissəsində qədim platformalar, ətrafında isə cavan qırışıqlıq qurşaqlar
yerləşir. Baykalidlər və erkən Paleozoy qırışıqlığı (Kaledonidlər) Paleozoy ərzində
intensiv əyilməyə cəlb olunmuş və bununla əlaqədar olaraq, qırışıqlıq bünövrə çökmə

79
örtüyü ilə örtülmüşdür. Gec Paleozoy (Hersin) qırışıqlıq qurşaqları Paleozoyun so-
nunda dağlıq-qırışıqlıq sistemlərə çevrilmişdir.
Növbəti parçalanma və ayrı-ayrı qitələrin ayrılması, yeni okeanların- Atlantik,
Hind, Şimal Buzlu yaranması Paleozoyun conu-Mezozoyun başlanğıcında baş verir.
Mezozoy və Kaynozoy intensiv okeanəmələgəlmə mərhələsi hesab olunur. Okeanla-
rın genişlənməsi, qitələrin ayrılmasına və getdikcə bir-birindən daha da yzaqlaşması-
na səbəb olmuşdur. Bunula belə Mezozoy və Kaynozoy eraları ərzində bir neçə qırı-
şıqlıq baş verir ki, bu da qitələrin sahəsinin müəyyən qədər genişlənməsinə səbəb ol-
muşdur. Bu mərhələdə baş verən Nevadiy (erkən və gec Təbaşirin sərhəddi), Larami
(Təbaşir və Paleogenin sərhəddi), Alp (Paleogen və Neogenin sərhəddi) epoxaları xü-
susi əhəmiyyət kəsb edir. Nevadiy və Larami qırışıqlıq epoxalarında Sakit okeanın
ətrafı boyunca yrrləşən Mezazoidıər- Verxoyan-Kolım və ya Verxoyan-Çukot, Uzaq-
şərq, Hindiçin, Kordilyer formalaşmışdır. Bu proses Avroasiya (şimalda), Afrika-
Ərəbistan və Hindistan qitələrin (cənubda) arasında yerləşən sub en istiqamətli zolaq-
da ozünü daha intensiv göstərmişdir. Burada ən boyük dağlıq-qırışıqlıq vilayətlərdən
biri olan Alp-Himalay qurşağı formalaşmışdır.
Mezozoy və Kaynozoy qırışıqlıq sistemləri litosferin müasir quruluşunda qitələ-
rə mənsub olsa belə, qitə massivlərindən əsaslı surətdə fərqlənən bir sıra xüsusiyyət-
lərə malikdir:
 Onların daxilində yetkin qitə qabığı formalaşmamışdır. Burada konsolidasiya
olunmuş qabığın qalınlığı 25 km- dir;
 Süxurların metamorfizm dərəcəsi adətəh yaşıl şist fasiyasından artıq deyil;
 Qranitoiddlər tək-təkdir və kvars dioritlərindən ibarətdir, normal kalium dio-
ritləri demək olar ki, iştirak etmir;
 Mezozoy və Kaynozoy qırışıqlıq qurşaqları daxilində yetkin qabıq sahələri o
sahələrdə movcuddur ki, orada daha qədim (Kembriyəqədər) qaymalar vardır. Mezo-
zoidlərin və Alpidlərin quruluşunda onlar aralıq massivlər (Kolam, Omolon, Oxot,
Çukot-Yukon və s) kimi iştirak edir. Burada konsolidasiya olunmuş qabığın qalınlığı
35-40 m- ə qədərdir, yüksəkdərəcədə metamorfikləşmiş süxurlar, kalium qranitləri
meydana çıxır;
 Mezozoidlər və Alpidlər bu vaxta kimi yüksək mütəhərrikliyini, kəskin ifadə
olunan dağlıq relyefini, seysmikliyini və maqmatik fəallığını saxlayır;
 Onların cavan platformalara çevrilməsi hələ baş verməmişdir;
 Alp qırışıqlıqlarında geosinklinal inkişaf mərhələsi hələ tam başa çatmamış,
qitə qabığı təmamilə formalaşmamışdır.
 Mezozoidlər qitələrin çox konsolidasiya olunmuş sahələri olsa belə, onların
daxilində səciyyəvi platforma rejimi başlamamışdır və bununla əlaqədar olaraq, mü-
əyyən əyilmə sahələri və dağarası çökəkliklər istisna olmaqla, onlarda platforma
örtüyü yoxdur.
Mezozoidlərin Kaynozoy qırışıqlığına nisbətən böyük stabilliyə malik olmasını
nəzərə alaraq, bəzən onları kvaziplatformalar (platformaya yaxın) adlandırırlar.
Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, müasir qitələrin nisbətən ca-
van qırışıqlıq sistemlərlə əhatə olunan qədim platformalarn yığımından təşkil olundu-
ğunu söyləmək olar. Bu sistemlərin bir qismi konsolidasiya olunmuş, əyilməyə məruz
qalmış və kifayət qədər böyük qalınlığa malik çökmə qatı ilə örtülmüş, cavan

80
platformalara- Epibaykal, Epikaledon, Epihersin çevrilmişdir. Digər qırışıqlıq sistem-
lər hələ konsolidasiya mərhələsini keçirməmişdir. Onların yer qabığı kontinental
qabığa çevrilməmişdir. Bununla belə onlar geosinklinal fəallığını və mütəhərrikliyini
itirmişdir. Bunlar Mezozoy kvaziplatformaları olub, daxilində dağlıq silsilələrdə qırı-
şıqlıq bünövrə yer səthinə çıxır, çökmə örtüyü isə sporadik yayılmışdır. Qitələrin tek-
tonik maxımdan daha mütəhərrik və fəal qırışıqlıq sistemlərində (geosinklinal inkişa-
fını başa çatdırmış vilayətlər) hazırda qitə tipli qabığın formalaşma prosesi davam
edirş. Qitə massivləri özünün inkişaf tarixi ərzində bir neçə dəfə birləşərək, Yerin
müasir inkişaf mərhələsində analoqu olmayan, böyük sahələri əhatə edən super qitə-
ləri əmələ gətirmişdir. Qitələrin birləşməsi ən azı üç dəfə- erkən Proterozoyun sonun-
da; gec Proterozoyun sonunda və Paleozoyun sonunda baş vermişdir. Hər dəfə qitələ-
rin birləşməsi zaman onlar hər hansı bir yarımkürədə yerləşmişdir və digərində okean
yerləşmişdirş Hazırda bizim planetimiz okeanəmələgəlmə dövrünü keçirir, müvafiq
olaraq qitələrin aralanması baş verir. Qitələrin destruksiyası riftəmələgəlmə ilə başla-
yır, sonradan spredinq yaranır. Qitələrin dövrü olaraq birləşməsi (inteqrasiya) və ay-
rılması (dezinteqrasiyası), O.Q.Soroxtin tərəfindən təklif olunan Yerin mantiyasında
maddələrin hərəkət mexanizminin dövrü olaraq yeniləşməsi (biryaçeykalıdan
ikiyaçeykalı quruluşa) yaxşı uyğunlaşır. Biryaçeykalı konveksion quruluş dövrü,
qitələrin birləşməsi baş verir. İkiyaçeykalı konveksion quruluş dövrü isə, qitələrin
ayrı-ayrı hissələrə parçalanması və əks tərəflərə hərəkəti baş verir.
Tektonosferin tektonik strukturu kimi qitələrin formalaşması və inkişafı okean-
lardan fərqli xüsusiyyətə malikdir. Belə ki, qitələr okeanlardan fərqli olaraq, qitələr
geosinklinal inkişaf mərhələsini keçmişdir, fəal qırışıqlıq proseslərinə, regional meta-
morfizmə, qranitoid maqmatizminə məruz qalmışdır. Qitələrin bu prinsipal fərqli xü-
susiyyətlərindən, onları tektonik struktur kimi səciyyələndirən aşağıdakı bir sıra əla-
mətlər qeyd olunur. Qitələrin və okeanların daxili quruluşunun müxtəlifliyini əks
etdirən əlamətlərdən biri də qitə maqmatizmi təzahür xüsusiyyətləri hesab olunur. Qi-
tələrdə destruksiya proseslərinin fəallaşma dövrlərində, onların daxilində platoba-
zalltların arial yayılması və komatik və differersasiya olunmuş plutonların olması ilə
ifadə olunan trap maqmatizminin təzahürü baş verir.

81
BÖLMƏ 7. MÜTƏHƏRRIK ZONALAR (GEOSİNKLİNALLAR)
7.1. GEOSINKLINALLAR, ONLARIN DAXILI QURULUŞU VƏ INKIŞAFI
HAQQINDA KLASSIK TƏSƏVVÜRLƏR

Geosinklinallar Yer qabığının yüksək tektonik fəallığa, kəskin relyefə, Litosferin


yüksək kecriciliyinə malik olan sahələridir. Onlarin ən böyük taksonometrik vahidi
mütəhərrik qeosinklinal qurşaqlar hesab olunur. Mütəhərrik qeosinklinal qurşaqlar
Tektonosferin quruluşunda və inkişafında xüsusi yer tutur. Onlar Tektonosferin əsas
struktur elementi olan qitə və okeanların arasıda aralıq vəziyyət tuturlar.
Geosinklinal nəzəriyyənin əsasını Amerikan geoloqu C.Xoll (1857-ci il) qoymuş
və göstərnişdir ki, qırışıqlıq dağlıq sistemlər böyük qalınlığa malik dəniz mənşəli çö-
küntülərin toplandığı geniş və dərin çökəkliklərin yerində yaranır. Onun həmyerlisi
C.Dena (1873-cü ul) bu çökəkliklərin sinklinal quruluşa və planetar miqyaslı olması-
nı nəzərə alaraq onları qeosinklinal adlandırmışdır.
Qeyd etmək lazımdır ki, Yerin yüz ildən artıq geoloji inkişaf tarixinə qeosinkli-
nalların öyrənilməsi baxımından yanaçılmışdır.
Geosinklinallar litosferin başlıca strukturlarından biri olub platformadan aşağıda
qeyd olunan əsas xüsusiyyətlərinə görə fərqlənirlər: xəttiliyi, tektonik hərəkətlərin
böyük amplitudu və kontrastlığı, toplanan çöküntülərin böyük qalınlığa mlik olması,
maqmtizmin və metamorfizmin aktiv təzahürü, qabığın quruluşu, istilik axınının və
seysmikliyin yüksək olması və s. Geosinklinallar Yerin daxili enerjisinin maksimal
təzahür sahələridir. Geosinklinallar geosinklinal qurşaqlar, vilayətlər və sistemlər;
aralıq massivləri, evgeosinklinallar, miogeosinklinallar, fərdi geosinklinallar və geo-
antiklinallardan təşkil olunur (şəkil 7.1.1.).
Geosinklinal qurşaqlar geosinklinal assosiasiyalarından ibarətdir. Sadə və mü-
rəkkəb növləri var. Bir-birinə paralel yerləşən sadə geosinklinallar birləşərək mürək-
kəb (polisiklik) geosinklinal qurşaqlarını yaradırlar. Geosinklinal qurşaqları üçün
geosinklinalların intensiv əyilməsi, tektonik hərəkətlərin inversiyası və dağəmələgəl-
mə prosesləri səciyyəvi xarakter daşıyır. V.Y.Xain, A.E.Mixaylov geosinklinal qur-
şaqları iki əsas tipə (qitə kənarı və qitələr daxili) ayırır:
Qitə kənarı geosinklinal qurşaqlara qərbdə Sibir, Çin və Avstraliya kontinental
platformaları, şərqdə isə Sakit okean plitəsi ilə hüdudlanan, müasir Qərbi Sakit okea-
nı qurşağını (onun kənar dənizləri, adalar qövsləri, dərinlik novları sistemi ilə birlik-
də) misal göstərmək olar;
Qitələr daxili geosinklinal qurşaqlara isə şimalda Şərqi Avropa, Çin-Koreya; cə-
nubda isə Afrika və Hindistan kontinental platformaları ilə sərhədlənən Aralıq dənizi
qurşağını misal göstərmək olar. Paleozoyda inkişafını davam etdirən Ural-Oxot və Şi-
mali Atlantika qurşaqlarını da bu tipə aid etmək olar.
Geosinklinal vilayətlər dedikdə uzunluğu 1000 km- ə çatan (bəzən daha çox)
və bir-birindən quruluşuna, inkişaf tarixinə görə fərqlənən və eninə qırılma zonaları
ilə ayrılan sahələri (adətən dərinlik qırılmaları ilə hüdudlanır) nəzərdə tutulur. Ural-
Monqol qurşağında yerləşən Ural, Tyan-Şan, Mərkəzi Qazaxstan və s. buna əyani mi-
sal ola bilər.

82
Şəkil 7.1.1. Qırışıqlıq geosinklinal qurşaqları və Kembriyədək platformalar
(M.V.Muratova və V.Y.Xainə görə).
1-Qədim platformalar və iri aralıq massivlər; 2-Erkən və son Kembri yaşlı bünövrəyə
malik aralıq massivlər; 3-Proterozoyun sonunda və erkən Paleozoyda qırışıqlığa və
konsolidasiyaya məruz qalmış geosinklinal sahələr; 4-Fanerozoyda inkişafinı davam
etdirən geosinklinal qurşaqlar.

Geosinklinal sistemlər gosinklinal qurşaqların və vilayətlərin hüdudunda yer-


ləşirlər və biq qayda olaraq müəyyən bir tektonik epoxa ərzində öz inkişafını başa
çatdıran xətti strukturlardır (Şimali və Cənubi Amerika kordilyerləri, Qafqfz və s.).
Geosinklinal qurşaqlar en kəsikləri üzrə bir-birindən aralıq massivləri ilə ayrılan bir
neçə geosinklinal sistemdən ibarət olurlar.
Aralıq massivləri nisbətən az hərəkətdə olan litosfer strukturlardır. Tektonik re-
jimlərinə görə platformalara yaxındır. Orogen inkişaf mərhələsində aralıq massivləri
dağarası çökəkliklərə, nadir halda isə qayma qalxımlarına çevrilir. Fərdi geosinklinal-
lar və geoantiklinallar (intrageosinklinal, intrageoantiklinal M.M.Tetyayeva və
V.V.Belousova görə) geosinklinal sistemlərin strukturlarıdır.
Evgeosinklinal və miogeosinklinal sistemlərdə, eninə strukturların varlığını əks
etdirir. Kənar geosinklinal çökəkliklər (platformalara doğru yönəlmiş) maqmatizmin
zəif təzahürü ilə səciyyələnir. H.Ştille bu kimi strukturları miogeosinklinal (yarım-
geosinklinal) adlandırmğı təklif etmişdir. Əsasən işlənilməyə məruz qalmış kontinen-
tal tip qabıq üzərində formalaşan miogeosinklinallar üçün fliş, şist, əhəngdaşı forma-
siyalarının varlığı səciyyəvi xarakter daşıyır.

83
Evgeosinklinallar (həqiqi geosinklinallar) geosinklinal sistemlərin daxili çökək-
liyi olub, aralıq massivlərinə söykənir, yüksək maqmatizm təzahürünə malikdir (effu-
ziv, intruziv). Burada hiperbazit intruziyaları, qranitoid batolitləri geniş yayılmışdır.
Evgeosinklinalların süxurları regional metamorfizmə məruz qalaraq kristallik süxur-
lara çevrilirlər. Okean tipli qabıq üzərində formalaşan evgeosinklinallar üçün spilit-
diabaz-keratofir formasiyası olduqca səciyyəvidir.
Geosinklinal qurşaqlar öz inkişafında hər biri 150-200 mln. ildən 300-400 mln.
ilə kimi davam edən bir neçə mərhələ və ya dövr keçirir. Geosinklinal qurşağı təşkil
edən ayrı-ayrı əyalətlər, xüsusən də sistemlər üçün inkişafın son, tamamlayıcı mərhə-
ləsi onun son dövrü olur, ki bundan sonra əyalət qırışıqlıq dağlıq ölkəyə, sistemlər isə
qırışıqlıq-dalıq sistemlərə çevrilir. Ümumiyyətlə, geosinklinal qurşaqlar orogen inki-
şaf mərhələsində orogen qurşaqlara, vilayətlər isə qırışıqlıq dağlıq vilayətlərə çevrilir.
Geosinklinalların geosinklinal (inversiyaya qədər) və orogen (inversiya) kimi iki
inkişaf mərhələsi ayrılır ki, onlar da öz növbəsində aşağıdakı yarımmərhələlərə bö-
lünür: erkən əyilmə, yetkin və ya orogen qabağı, erkən orogen, orogen, postorogen və
ya tafrogen (şəkil 7.1.2, 7.1.3, cədvəl 7.1.1.). Bunlardan birinci iki inkişaf mərhələsi
geosinklinal (başlıca geosinklinal və ya inversiyayadək), sonuncular isə orogen və ya
inversiya mərhələlərinə müvafiq gəlir. V.Y.Xain geosinklinal mərhələdən əvvəl geo-
sinklinala qədər yarımmərhələdə ayırır. Bu yarımmərhələ geosinklinal sistemin hansı
şəraitdə yaranmasından asılı olaraq özünü təmamilə müxtəlif formada aparır.
Qitələr daxili şəraitdə geosinklinal sistemlərin yaranması riftəmələgəlmə ilə əla-
qədar olur. Riftin yaranması nisbətən geniş qalxmanın fonunda kontinental, allyuvial-
göl çöküntüləri ilə dolmuş yastı çökəkliklərin yaranması ilə müşayiət edilir. Kontin-
ental qabığın nazikləşməsi, qırılma zonalarında qələvi-bazalt maqması və dairəvi qə-
ləvi-ultraəsas plutonların təzahürü ilə müşayiət olunan riftin əmələ gəlməsinə səbəb
olur. Riftin sonrakı genişlənməsi kontinental qabığın parçalanması və müasir Qırmızı
dəniz tipli kontinental-okean qabığının yaranması ilə nəticələnir. Bu tip riftlərin mər-
kəzi hissəsində artıq kontinental qabıq okean qabığı ilə əvəz olunur. Bununla əlaqə-
dar olaraq, qələvi-bazalt tərkibli vulkanizm toleit-bazaltla, kontinental çöküntütoplan-
ma isə dənizlə əvəz olunur (şəkil 7.1.2). Əgər riftin genişlənməsi bu halda dayanarsa
intrakraton geosinklinal, əksinə riftin genişlənməsi davam etdikdə riftogen okeanın
(müasir Atlantik okean tipli) yaranır.
Qitə kənarı şəraitdə geosinklinal sistemlər iki üsulla (yolla) əmələ gələ bilər (şə-
kil 9). Bunlardan birincisi qitələr daxili şəraitdə geosinklinal sistemlərin yaranması
üsuluna yaxındır. Bu halda geosinklinal sistemlərin yaranması, qitələrin ətrafı boyun-
ca uzanan, ya əvvəllər mbvcud olan geosinklinal sistemin, ya da qətim platformaların
ətraf hissəsinin fəallaşmaya cəlb olunması nəticəsində orogenin mərkəzi (ox) hissə-
sində yaranan riftlə əlaqədar olur. Əvvəlki halda olduğu kimi, yaranmış rift əvvəlcə
kontinental şəraitdə inkişaf edir, sonra subokean, ya da işlənilməyə məruz qalan kon-
tinental tipli qabığa malik kənar dənizlərə çevrilir. Qitə kənarı şəraitdə geosinklinal
sistemlərin yaranmasının ikinci yolu birincidən tam fərqlənir və bu halda geosinklinal
sistemlər qitələrin hesabına deyil, okeanların hesabına yaranır. Qitə kənarı şəraitdə
geosinklinal sistemlərin yaranmasının əsasını bir qayda olaraq transform dərinlik qı-
rılmaları boyunca adalar qövslərinin yaranması təşkil edir.

84
Şəkil 7.1.2. Qitələr daxili geosinklinal sistemlərin inkişafı
(V.Y.Xainə görə)
1- Qədim qitə qabığı; 2- Okean qabığı; 3- Cavan subkontinental qabıq; 4- Əsas və ul-
traəsas maqmanın və bazaltın təzahürü; 5- Qırıntı çöküntüləri; 6- Gilli çöküntülər (as-
pid formasiyası); 7- Akkresion prizma (paz); 8- Alt molass; 9- Üst molass; 10-Oro-
gen vulkanitləri; 11- Qranitoid batolitləri; 12- Subvulkanik batolitlər.

85
Şəkil 7.1.3. Qitə kənarı geosinklinal sistemlərin inkişafı
(V.Y.Xainə görə)
1-Qədim qitə qabığı; 2-Okean qabığı; 3-Cavan subkontinental qabıq; 4-Əsas və ultra-
əsas maqmanın və bazaltın təzahürü; 5-Qırıntı çöküntüləri; 6- Gilli çöküntülər (aspid
formasiyası); 7-Akkresion prizma (paz); 8-Alt molass; 9-Üst molass; 10-orogen vul-
kanitləri; 11-Qranitoid batolitləri; 12-Subvulkanik batolitlər.

86
Cədvəl 7.1.1.
Geosinklinalların inkişafının əsas mərhələləri və dövrləri.

Səciyyəvi formasiyası
Tsikl Mərhələ Miogeo- Evgeosink- Səciyyəvi xüsusiyyəti
sinklinal linal
1 2 3 4 5
Geosinklinal sisteminin genişlənməsi və onun genişlənmə şəraitindən asılı olaraq
müxtəlif formada ifadə olunması (qitə daxili, qitə kənarı):
1.Geosinklinal sistemlərin əmələ gəlməsi riftin yaranması ilə səciyyələnir. Riftin
Geosinklinalaqədər

yaranması kontinental, allyuvial-göl çöküntülərlə dolmuş yastı çökəkliklərin ya-


Həqiqi geosinklinal (inversiyaya qədər)

ranması ilə müşayiət edilir; 2.Kontinental qabığın nazikləşməsi, qırılma zonala-


rında qələvi-bazalt maqması və dairəvi qələvi-ultraəsas plutonların təzahürü ilə
müşayiət olunan riftin əmələ gəlməsi;
3.Kontinental qabığın parçalanması və yeni okean qabığının yaranması ilə
nəticələnən riftin genişlənməsi; 4.İntrakraton (riftin genişlənməsi dayandıqda) və
ya riftogen okeanın (riftin genişlənməsi davam etdikdə) yaranması. 5.Erkən geo-
sinklinal mərhələnin sonunda nisbətən məhtud sahədə (ya qitələrin arasında və
ya qitə kənarı vəziyyət tutan) okean qabağı yaranması.
Geosinklinal sistemdə (onun ətrafı boyunca) dartılmanın başlıca elementi olan
Spilit-keratofir, silisli-
Aspid, şistli-qrauvak-

vulkanogen, hiper-

VZB zonasının yaranması və onun fəaliyyəti ilə əlaqədar olan dartılmanın sıxıl-
bazit, yaşma
geosinklinal

ma ilə kompensasiya olunması. VZB zonası ya qitə və okeanın sərhəddində və ya


Erkən

da okeanların daxilində yaranır. Tangensial sıxılma şəraitində nisbətən ağır olan


kalı

okean plitəsi, yüngül kontinental plitənin altına itələnir (subduksiya zonası). Kə-
nar dənizlərdə çökmə, vulkanogen; evgeosinklinal və miogeosinklinalın keçid
zonalarında (kontinental qabığın nazikləşmiş və işlənməyə məruz qalmış sahələ-
rində, şistli-diabaz assosiasiyası toplanır.

87
Cədvəl 7.1. – in davamı
1 2 3 4 5
Geosinklinal sistemdə ümumi genişlənmə dayanır, VZB zonası boyunca cəm-

andezit, qranitoid,
Fliş, porfirit və ya
Son geosinklinal
ləşən sıxılma üstünlük təşkil edir. VZB zonalarının üstündə və asılı tərəfində

Karbonat
avulkanik adalar qövsləri yaranır. A.V.Peyve və onun tərəfdarları bu mərhə-
ləni adalar qövsü mərhələsi adlandırır. Bu mərhələdə vulkanik adalar qövsləri
ilə yanaşı olaraq avulkanik adalar qövsləri də yaranır. V.V.Belousov vulkanik
və avulkanik adalar qövslərinə- geoantiklinalların yaranmasına xüsusi inversi-
yanın təzahürü kimi baxır.
Adətən mərhələnin əvvəlində geosinklinal sistemin əsas hissəsi kontinental

Alt molass (laqun), bazalt-


qabığın formalaşmasının başa çatması ilə xarakterizə olunaraq, mütləq qiy-
mətcə dəniz səviyyəsindən aşağı olan qurudan ibarət olur. Əyilmə, sistemin
Alt molass (dəniz)

yalnız qurtaracaqlarında saxlanılır. Sistemin əsas hissəsi isə tədrici qalxmaya,


Erkən orogen

andezit-riolit
dartılmaya məruz qalır və vulkanizmlə müşayiət olunan qırılmalarla mürək-
kəbləşir. Okean tipli qabığa malik evgeosinklinalların qapanmasından sonra
Orogen (İnversiya)

da onlarda bir neçə million illər ərzində vulkanik və plutonik fəallıq sax-
lanılır. Bir kontinental blokun digərinin üzərinə itələnməsi, onların toquşması
(kolliziyası) nəticəsində, yeni yaranmış qırışıqlıq sistemə nəzərən daxili
vəziyyət tutan axra vulkanik-plutonik qurşaqlar, kənar və arxa çökəkliklər
əmələ gəlir.
ya bazalt
Andezit-

Qırışıqlıq sistemlərin en istiqamətində kəskin genişlənməsi, yüksəkliklərin


riolit və
molass

nental)
orogen

(konti-
Son

Üst

kəskin artması qeyd olunur. Kənar çökəkliklər ön çökəkliklərə çevrilir və


dağarası çökəkliklər əmələ gəlir.
Terrigen,
Tafrogen

Dağ sistemləri daha intensiv blokvari quruluşuna malik olur. Eninə qraben-
bazalt

riftlər yaranır, bazaltın təzahürü baş verir. Bu mərhələ cavan platformaların


formalaşmasının balanığıcı hesab olunur.

88
Geosinklinalların erkən inkişaf yarımmərhələsi. Bu mərhələnin əvvəli geo-
sinklinal sistemdə VZB zonasının yaranması və onun fəaliyyəti ilə əlaqədar olan dar-
tılmanın sıxılma ilə kompensasiya olunması ilə səciyyələnir. Ya qitə və okeanın sər-
həddində, ya da okeanların daxilində yaran VZB zonası boyunca, tangensial sıxılma
şəraitində nisbətən ağır olan okean plitəsi, yüngül kontinental plitənin altına itələnir.
Bu prosesə subduksiya deyilir. Erkən geosinklinal yarımmərhələdə bu və ya digər
formada okeanlardan ayrılan kənar dənizlərdə çökmə, vulkanogen; miogeosinklinal-
larda aspid, qumlu-gilli, karbonat, terrigen-kabonat; evgeosinklinallarda ofiolit və
okean bünövrəsi ilə əlaqədar olan toleit-bazalt tərkibli silisli vulkanogen assosiasiya-
sı; evgeosinklinal və miogeosinklinalın keçid zonalarında (kontinental qabığın nazik-
ləşmiş və işlənməyə məruz qalmış sahələrində) şistli-diabaz assosiasiyası toplanır.
Geosinklinalların erkən inkişaf yarımmərhələsi ərazinin intensiv əyilməsi və də-
niz mənşəli böyük qalınlıqlı (10-12 km) qumlu-gilli çöküntülərin toplanması (sonra-
dan qeyd olunan çöküntülər formasiyası, şistvarı-qrauvakka və aspid formsiyalarına
keçirlər), çatların yaranması və bazalt tərkibli lavaların formalaşması il müçayit olu-
nur. Lavaların formalaşması dəniz şəraitində baş verdiyi üçün, onlar xloritləşməyə,
albitləşməyə məruz qalaraq, spesifik rəngli "yaşıl süxurlara" çevrilirlər. Onların məc-
musu isə spilit-diabaz-keratofir maqmatik formasiyasını yaradır.
Birinci yarımmərhələnin sonunda evgeosinklinallarda ultraəsas süxurların çö-
küntülərə daxil olması qeyd olunur, lakin daxilolma təmasları boyu temperaturla əla-
qədar dəyişiklik müşahidə edilmir. Bu isə həmin süxurların soyuq halda tektonik yer-
dəyişmə ilə əlaqədar olaraq çöküntülərə daxil olduğunu göstərir. Bu kimi hiperbazit-
lər "protointruziya" (A.L.Knipperə görə) adlanır və xüsusi hiperbazit formasiyası adı
altında birləşdirilir. Birinci mərhələnin sonu nisbətən böyük dərinliyə malik çökəklik-
lərin inversiyası ilə nəticələnir.
Yetkin və ya orogen qabağı inkişaf yarımmərhləsində geosinklinal sistemdə
ümumi genişlənmə dayanır, VZB zonası boyunca cəmləşən sıxılma üstünlük təşkil
edir. VZB zonalarının üstündə və asılı tərəfində güclü avulkanik adalar qövsləri yara-
nır. A.V.Peyve və onun tərəfdarları bu mərhələni "adalar qövsü" mərhələsi adlandırır.
Bu mərhələdə vulkanik adalar qövsləri ilə yanaşı olaraq, qeyri-vulkanik adalar qövs-
ləri də yaranır. V.V.Belousov vulkanik və qeyri-vulkanik adalar qövslərinə geoantik-
linalların yaranmasına xüsusi inversiyanın təzahürü kimi baxır.
Bu yarımmərhələdə geosinklinalların əyilməsi davam edir, lakin əyilmənin sürə-
ti azalır və əyilmə sahələri genişlənir. Yetgin geosinklinal mərhələ üçün terrigen və
ya terrigen-karbonat çöküntülərindən ibarət olan filiş formasiyası (qumların, alevro-
litlərin, gillərin nazik və ritmik növbələşməsindən ibarətdir) səciyyəvi xarakter daşı-
yır. Bəzi fliş formasiyası çöküntüləri içərisində konqlomerat, qravelit, brekçiya təbə-
qələrində rast gəlinir. Belə çöküntülər "kobud" və ya "vəhşi" fliş formasiyası adlanır.
Filişin əmələ gəlməsi bir qayda olaraq geosinklinal sistemin daxili hissələrində oke-
an-ofiolit bünövrəsi üzərində yaranan vulkanik adalar qövslərinin aşınması hesabına
baş verir və ona görə də erkən filişdə əksər hallarda ofiolit materiallarına (serpentinit,
xromit, pikotit dənələri) rast gəlinir.
Sonra geosinklinal sistemin intensiv sıxılması və qalxması, əksər halda adalar
qövslərinin toqquşması (kolliziyası) filişin yaranma zonasının yerinin qitəyə doğru

89
(miogeosinklinal da daxil olmaqla) dəyişməsinə (miqrasiyasına) səbəb olur. Adətən,
filiş kontinental şelf və ya aralıq massiv istiqamətində kabonat filişinə keçir.
Bu inkişaf yarımmərhələsinin digər formasiya növü- əhəngdaşı və porfirit (ande-
zit) formasiyalarıdır.
Yuxarıda qeyd olunan bütün hadisələrdən sonra, geosinklinal inkişaf mərhələsi
orogen mərhələ ilə əvəz olunur. Yüksək tektonik fəallığı ilə səciyyələnən orogen
mərhələnin davam etmə müddəti, geosinklinal inkişaf mərhələsindən az olur və bir
qayda olaraq ümumi tsiklin 1/3 hissəsini təşkil edir. Nəzərə almaq lazımdır ki, çox
zaman orogen mərhələ bilavasitə geosinklinal mərhələnin son proseslərinin davamını
təşkil etmir və onları əksərən tektonik fəallığın hiss olunacaq dərəcədə zəifləməsi ilə
xarakterizə olunan bir sıra fasililələr ayırır.
Erkən orogen inkişaf yarımmərhələsi. Adətən, mərhələnin əvvəlində geosink-
linal sistemin əsas hissəsi kontinental qabığın formalaşmasının başa çatması ilə
xarakterizə olunaraq, mütləq qiymətcə dəniz səviyyəsindən aşağı olan qurudan ibarət
olur. Əyilmə, sistemin yalnız qurtaracaqlarında saxlanılır. Sistemin əsas hissəsi isə
tədrici qalxmaya, dartılmaya məruz qalır və vulkanizmlə müşayiət olunan qırılmalar-
la mürəkkəbləşir. Okean tipli qabığa malik evgeosinklinalların qapanmasından sonra
da onlarda bir neçə million illər ərzində vulkanik və plutonik fəallıq saxlanılır. Bir
kontinental blokun digərinin üzərinə itələnməsi, onların toquşması (kolliziyası) nəti-
cəsində, yeni yaranmış qırışıqlıq sistemə nəzərən daxili vəziyyət tutan axra vulkanik-
plutonik qurşaqlar, kənar və arxa çökəkliklər əmələ gəlir.
Tektonik rejimin inversiysı ilə xarakterizə olunan bu yarımmərhələdə əyilmənin
qalxma ilə əvəz olunması dənizlərin dayazlaşması, adalar şəklində arxipelaqların ya-
ranması və s. baş verir. Bu mərhələdə geosinklinal sistemlərin fərdi çökəkliklərini
dolduran narın qırıntı süxurlardan ibarət (gillər, alevrolitlər, qumdaşıları) alt molass
formasiya çöküntüləri formalaşır. Alt molass formasiyası toplandığı iqlim şəraitindən
asılı olaraq kömürlü (humid iqlim şəraitində) və duzlu (arid iqlim şəraitində) çökün-
tülərə ayrılır. Bu mərhələdə qranitoid intruziyalarının yaranması, konsedimentasion
və qravitasion qırışıqların artması, üstəgəlmələrin formalaşması qeyd olunur. Denu-
dasiyanın sürəti qalxmanın sürətinə bərabər şəraitdə baş verir.
Son orogen inkişaf yarımmərhələsi. Qırışıqlıq sistemlərin en istiqamətində
kəskin genişlənməsi, yüksəkliklərin kəskin artması qeyd olunur, nəticədə onlar yük-
sək dağlıq qırışıqlıq sistemlərə çevrilir və onu əhatə edən çökəkliklər platforma və
aralıq massivlərə tərəf sıxışdırılır. Bununla əlaqədar olaraq, çökəkliklərin daxili zona-
ları qalxmaya cəlb olunur və qırışıqlıq deformasiyasına məruz qalırlar. Qalxmanın
sürəti artır və denudasiyaya nisbətən üstünlük təşkil edir. Bu mərhələdə kənar çökək-
liklər ön çökəkliklərə çevrilir, dağarası çökəkliklər əmələ gəlir və onlar kontinental
mənşəli üst molass formasiyası ilə dolurlar. Alt molass formasiyası çöküntülərindən
fərqli olaraq, üst molass formasiyası tamamilə və ya əksərən kontinental mənşəli çö-
küntülərdən təşkil olunmuşdur. Üst molass formasiyasının çöküntülərinin tipik növ-
ləri çay, buzlaq mənşəli, bəzən qumdaşları, gillərlə növbələşən konqlomeratlardan
təşkil olunmuşlar.
Bu yarımmərhələdə, həmçinin, qalxımların tağ hissələrinin qırılmalarla parça-
lanması və vulkanizmin baş verməsi nəticəsində andezit-riolit və ya porfir (A.V.Pey-
ve və V.M.Sinitsin) formasiyasının formalaşması səciyyəvi xarakter daşıyır. Q.Ştille

90
bu vulkanizmi subsekvent (sonradan baş verən) vulkanizm adlandırır. Orogen inkişaf
mərhələsinin sonunda turş və orta tərkibli lavaların, əsas tərkibli lavalarla əvəz olun-
ması və postektonik ultraturş və qranitoid itruziyalarının yaranması qeyd olunur. Tek-
tonik siklin sonu vulkanik qurşaqların yaranması ilə nəticələnir.
Postorogen və ya tafrogen inkişaf yarımmərhələsi. Bu mərhələdə dağ sistem-
ləri daha intensiv blokvari quruluşuna malik olur. Eninə qraben-riftlər yaranır, bazal-
tın təzahürü baş verir. Bu mərhələ üçün dağ sistemləri zonasında ensiz və uzun qrabe-
nə bənzər çökəkliklərin yaranması səciyyəvidir. Məsələn, Uralda Çelyabinsk, Appa-
laçın trans qrabenləri və s. Qrabenlər, humid iqlim sahələrində kömürlü, arid iqlim
sahələrində isə qırmızı rəngli qırıntı süxurlarla dolur. Qrabenləri əhatə edən dərinlik
yarıqları üzrə isə yer səthində bazalt tərkibli çıxıntılar qeyd olunur. Bu mərhələ cavan
platformaların formalaşmasının balanığıcı hesab olunur.
7.2. GEOSINKLINAL QURŞAQLARIN ÇOXMƏRHƏLƏLI INKIŞAFI

Geosinklinal strukturların ən böyük taksonometrik vahidi hesab olunan geosink-


linal qurşaqlar davamlı litosfer plitələri və ya qitələrlə okeanlar arası sahəni əhatə
edir. Uzun müddətli inkişaf tarixində geosinklinal qurşaqlar müəyyən fasilələrlə bir
neçə genişlənmə və sıxılma mərhələlərinə məruz qalmışdır. Genişlənmə mərhələləri
əyilmənin güclənməsinə; intensiv metamorfizm, maqmatizm ilə müşayiət olunan nis-
bətən qısa müddətdə baş verən qırışıqlar isə geosinklinal qurşaqların müəyyən sahə-
lərinin qırışıqlıq sistemlərə, sonralar isə cavan platformalara çevrilməsinə səbəb ol-
muşdur. Yerin gec Kembri-Fanerozoy inkişaf tarixində Baykal (1000-550 mln.il),
Kaledon (550-400 mln. il), Hersin (400-210 mln. il), Kimmeri və ya Mezozoy (210-
100 mln. il) və Alp (100-0 mln. il) tektonik mərhələləri ayrılır.
Ümumiyyətlə geosinklinal qurşaqların inkişafı bir neçə dövrü əhatə edir və po-
litsiklik xarakter daşıyır. Hər bir inkişaf mərhələsində qədim kontinental qabığın nis-
bətən cavan qabığa akkresiyası (genişlənmə) baş verir, qitə-keçid və keçid-okean zo-
nasının sərhəddi okeana tərəf dəyişir. Bu proses qitə daxili geosinklinal qurşaqlarda
simmetrik (Ural-Oxot qurşağının Ural-Sibir seqmenti) və asimmetrik (Ural-Oxot qur-
şağının cənub-şərq və mərkəzi-asiya seqmenti) olur. Lakin bu akkresiya adətən so-
nuncu olmur və ətraf hissə (qurşağın mərkəzinə çevrilmiş), yeni yaranmış orogenin
okeana tərəf olan hissəsi və ya onun yerində yaranmış cavan platforma (yeni mərhə-
lənin əvvəlində epiorogen riftlənin mikroqitə-aralıq massiv formasında okeana çevril-
miş orogenlərin qanadı ilə ayrılan kənar dənizlərə kimi inkişafı ilə əlaqədar olaraq)
yenidən geosinklinal prosesə cəlb olunur (şəkil 7.2.1.).
7.3. GEOSINKLINALLAR HAQQINDA MÜASIR TƏSƏVVÜRLƏR

Son zamanlar, litosferin plitələr tektonikasının yaranması ilə əlaqədar olaraq,


geosinklinallar haqqında anlayış kəskin tənqid atəşinə tutulur. Bir qrup tədqiqatçılar
geosinklinal anlayışından tamamilə əl çəkməyi, ikinci qrup- həmin təlimi təkmiləş-
dirməyi, üçüncü qrup isə geosinklinallar haqqında olan təlimi olduğu qaydada saxla-
mağı təklif edirlər. Qlobal plitələr tektonikası fərziyyəsinə əsasən geosinklinal vila-
yətlər epiokean mənşəli olub, qapanmış əvvəlki okeanların yerlərində yaranır. Digər
tərəfdən onlar, litosfer plitələrın toqquşma sahələrinə müvafiq gəlir.

91
Şəkil 7.2.1. Qitə kənarı geosinklinal qurşağın ətraf hissəsinin inkişafı
(V.Y.Xainə görə).
A- yeni orogenin və and tipli qitə ətrafının yaranması; B- cavan orogenin arxasında
geosinklinal rejimin qismən regenerasiyası, onun ətrafında yeni geosinklinal sistemin
yaranması; V- yeni orogenlərin yaranması, birinci mərhələdə yaranmış orogenlərin
təkrar fəallaşması (orogenezi); 1- qədim qitə qabığı; 2- okean qabığı; 3- nisbətən ca-
van qitə qabığı; 4- orogen; 5- nisbətən cavan orogen; 6- molass; 7- aspid formasiyası;
8- orogen vulkanizmi; 9- bazaltların təzahürü və onların kökləri; 10- cavan qırışıqlıq
sistemlər.

Geosinklinalların formalaşması litosfer plitələrının toqquşma sahələrinin geodi-


namiki rejimindən asılıdır. Bununla əlaqədar olaraq hər geosinklinala qitənin kənar
sahələrinin və adalar qövslərinin inkişafı (təkamülü) kimi baxılır. O.Q. Soroxtin dağ-
lıq-qırışıqlıq vilayətlərini törədən dörd tip geosinklinal rejim sahələri ayırır:
1. Adalar qövsləri geodinamik rejim sahələri- okean tipli qabıq üzərində yara-
nır. Adalar qövslərinin yerdəyişməsi ilə əlaqədar olaraq, sürtünmə nəticəsində onların
daban hissələrində çoxlu miqdarda əlavə istiliyin ayrılması (0,5· 10-6 kVt/m2) hərəkət
edən plitələrın alt və orta hissələrinin parçalanmasına səbəb olur. Bununla əlaqədar
olaraq qırışıqlığın üfüqi istiqamətdə intensiv sıxılması nəticəsində yelpikvari, aşırıl-
mış kimi qırışıq növləri yaranır. O.Q.Soroxtin Kiçik Antil adalarının kənar hissələrin-
də yerləşən qırışıqları bu tipə aid edir.
2. And tipli qitələrin kənar aktiv sahələrinin geodinamiki rejimi- adalar
qövslərinindən fərqli olaraq onların əsasında, qitə tipli qabıq yatır. Bu isə öz növbə-
sində dağlıq ərazilrin qalxmasına, həcminin, qalınlığının artmasına, qravitasiya dəya-

92
nətsizliyinin (üfüqi yerdəyişmələrin, üstəgəlmələrin) yaranmasına səbəb olur. Qitə
qabığın dabanında sürtünmə ilə əlaqədar olaraq yaranan istilik silikat kütləsinin əri-
məsinə, onun qırışıqlıq qurşaqlarının üst təbəqələrinə daxil olmasına, soyuyaraq kris-
tallaşmasına və nəticə etibarilə batolitlərin yaranmasına gətirib çıxarır.
3. Qitələrin passiv kənar hissələri üzrə adalar qövslərinin yerdəyişmə sahə-
lərinin geodinamiki rejimi (obduksiya zonası)- bu kimi sahələr müəyyən adalar
qövslərinin arxa tərəfdə yerləşən adalar qövsünü və ya qitələrin passiv kənar sahələ-
rini özlərinə doğru çəkmələri nəticəsində yaranır. Qitələrin passiv kənar sahələri üçün
böyük qalınlığa malik çökmə süxur qatlarının varlığı və onların adalar qövslərinin hə-
rəkəti üzrə qırışıqlığa məruz qalması səciyyəvi xarakter daşıyır. Adalar qövslərinin
altına doğru hərəkət etmiş sahələrdə aktiv surətdə diagenez, katagenez proseslərinin
və daha dərində yatan süxur təbəqələrinin əriməsi və turş tərkibli maqmanın yaran-
ması səciyyəvi xarakter daşıyır (geosinklinalların inkişafının son mərhələsində yara-
nan turş intruziv kütlələr həmin proseslərlə əlaqələndirilir).
Adalar qövslərinin qitələr üzrə hərəkət etməsi nəticəsində əsas adalar qövsləri-
nin (keçmiş litosfer qalıqlarının) yer səthinə çıxması baş verir. O.Q.Soroxtin və
L.P.Zonenşayn geosinklinallarda müşahidə olunan ofiolit formasiyasını qədim okean
litosferinin kontinental qabığa daxil olmuş bir hissəsi hesab edir. Ofiolitlərin başqa
yolla, yəni ərinti halında maqmatik kütlənin Yer qabığına daxil olması müşahidə olu-
nan faktlarla ziddiyyət təşkil edir. Belə ki, bir tərəfdən ofiolitlərin orta sıxlığı (3,0
q/sm3) kontinental qabığın orta sıxlığından (2,67 q/sm 3) çoxdur, digər tərəfdən isə
ofiolitlər təmasda olduqları çökmə süxurlarla "soyuq kontakta" malikdir və üstəgəlmə
sətləri boyunca üfüqi yerdəyişmə deformasiyasının əlamətlərinə malikdir. Bu isə
ofiolit ortüklərinin kontinental qabığa soyuq halda üfüqi güclü sıxıcı qüvvələrin təsiri
nəticəsində daxil olduğunu söyləməyə əsas verir. Bu yolla inkişaf edən geosinklinal-
lar əyalətlər üçün, iki dağlıq-qırışıqlıq sistemlərlə əhatə olunmuş aralıq massivlərinin
varlığı xarakterikdir (Ural, Kiçik Qafqaz, Alp, Appalaçlar və s.).
4. Qitələrin toqquşma sahələrinin geodinamiki rejimi- bu kimi geodinamiki
rejimə Alp-Himalay geosinklinal qurşağın şərq hissəsi yaxşı misaldır (Hind və Asiya
qitələrinin toqquşması nəticəsində yaranmışlar).
Bütün baxılan geosinklinal rejimlərin başlıca nəticəsi geosinklinal əyalətlərin
yaranması ilə yeni qitə tipli dabığın formalaşması hesab olunur. Litosfer plitələrinin
tektonikası konsepsiyasına görə qitə tipli qabığın yaranması subduksiya (udulma) zo-
nasında okean tipli qabığın dehidratasiyası və yenidən əriməsi hesabına yaranır.
K2O-nin miqdarının mantiyaya nisbətən (0,012 %) qitə tipli qabıqda yüksək olması
(0,3 %) bu mexanizmlə izah olunur.
Beləliklə qlobal plitələr tektonikası nəzəriyyəsi baxımından geosinklinal dedik-
də, litosfer plitələrının toqquşma vilayətləri nəzərdə tutulur. Bu vilayətlərdə baş verən
geosinklinal proseslərlə əlaqədar olaraq okean plitələrının dehidratasiyası (parça-
lanması), əriməsi və tqquşan plitələrın deformasiyaya məruz qalan sahələrinin maq-
matik, metamorfik proseslər nəticəsində qitə qabığına çevrilməsi baş verir. Geosink-
linalların yaranması isə ofiolit kompleksinin deyil, adalar qövsünün yaranmasına mü-
vafiq gəlir (şəkil 7.3.1.).

93
E.V.Artyuşkovun, M.A.Beerin, S.V.Sobolyevin, A.L.Muradovun fikrincə, geo-
sinklinal çökəkliklərinin yaranmansı, platforma qabığı üzərində (qabığın qalınlığının
azaldığı və mantiyaya daxil olduğu sahələrdə) baş verir.

Şəkil 7.3.1. Kontinental qabığın əmələgəlmə sxemi


(O.Q.Soroxtinə görə)
1- Cn H2n+k; 2- H2O; 3- SiO2; 4- Na2O; 5- Al2O3; 6- K2O; Ler- lertsolit;
OL- olivin; Px- piroksen; Bz- bazalt; Qb- qabbro; Serp- serpentin;
indekslər: s- solidus; L- likvidus

94
BÖLMƏ 8. OROGENLƏR

Orogen (yunanca "oros" dağ deməkdir)- dağlıq qırışıqlıq sistemlrindən ibarət


olub geosinklinalların yerində yaranır. Bu termin ilk dəfə alman geoloqu L.Kober tə-
rəfindən təklif olunmuşdir. Onun fikrincə orogenlər simmetrik yerləşən aşağıdakı
struktur zonalarından ibarətdir: platformalar (forland), dağətəyi çökəkliklər (kənar çö-
kəkliklər), kənar miogeosinklinal zona (eksternid), daxili evgeosinklinal zona (meta-
morfid), əvvəlki inkişaf mərhələsində yaranan metamorfik süxurlardan təşkil olunan
mərkəzi qırışıqlıq zonası (sentralid), aralıq massivləri (internid). L.Koberə görə oro-
genlər, aralıq massivlərindən platformalara doğru istiqamətlənən yelpikvarı formaya
malik qollardan ibarətdir.
A.L.Yanşin, V.Y.Xain, S.Şuls (1960-cı illərdə) orogenləri iki növə ayırırlar:
 Epigeosinklinal (geosinklinalların yerində yaranır və L.Kober tərəfindən ayrı-
lan orogenlərə müvafiq gəlir);
 Epiplatforma (platformaların yerlərində yaranan).
Aparılan geoloji-geofiziki və morfoloji tədqiqatlar nəticəsində, okean sahələrin-
də və dağ silsilələrinin (aralıq okean silsilələrinin) varlığı müəyyən olunmuşdur. Adə-
tən orogenləri qitə və okean orogenlərinə ayırırlar. İstər qitə və istərsə də okean dağ
silsilələrinin həm oxşar, həm də prinsipial fərqli cəhətləri vardır. Lakin, bu orogenlər
arasında elə bir xüsusiyyət (müasir dövrdə tektonik hərəkətlərin, maqmatizmin, seys-
mikliyin nisbətən fəallığı) vardır ki, onları bir sinifdə birləşdirməyə əsas verir.
Müasir zamanda orogen dedikdə, kəskin parçalanmaya məruz qalan, maqmatik,
seysmik aktivliyə malik, yüksək dağlıq relyef ilə xarakterizə olunan və böyük məsa-
fədə (min kilomertlərlə) izlənilən dağ sistemləri nəzərdə tutulur (şəkil 8.1.).
8.1. QITƏ EPIGEOSINKLINAL OROGENLƏRI

Qitə epigeosinklinal orogenləri- litosferin orogen qurşaqları üçün ən klassik


misaldır. Onlar geosinklinalların yerində yaranır (yandın sıxılma və tektonik hərəkət-
lərin rejiminin dəyişməsi ilə əlaqədar olaraq). Orogenlər üçün yüksək relyef ilə ya-
naşı, qırışıqlığın varlığı səciyyəvidir. Qlobal plitələr tektonikası nəzəriyyəsinə əsasən
qırışıqlığın yaranması, Yer qabığına böyük qalınlıqlı mantiya diapirlərinin- astenolit-
lərin daxil olması ilə əlaqədar nisbətən yumşaq və plastik süxur komplekslərinin qra-
vitasiya nəticəsində üfüqi yerdəyişməsi ilə izah edilir. Bir sıra tədqiqatçılar (V.V.Be-
lousov və b.) qırışıqlığı Yer qabığının xüsusi tip tektonik hərəkəti kimi qəbul edir və
bu baxımdan qırışıqlığı dörd başlıca növə (qayma, ümumi sıxılma, şişmə (basılma),
dərinlik) ayırır və uyğun olaraq onların dörd növ əmələgəlmə mexanizmini verirlər.
Qayma qırışıqlığı- şaquli tektonik hərəkətlərin təzahürü nəticəsində yaranır və
bünövrənin müxtəlif ölçülü bolklarının enməsi və qalxması ilə əlaqədardır. Bu qırı-
şıqlar dərinlik qırılmaları üzərində yerdləşən çökmə süxur təbəqələri üçün səciyyəvi-
dir. Yaranmış antiklinallar bir-birindən sinklinallarla deyil, dislokasiyaya məruz qal-
mamış süxur sahələri ilə ayrılır. Burada hər bir antiklinal özünə məxsus inkişafa ma-
likdir. Qırışıqların forması müxtəlif olurlar (künbəzvari, antiklinal, sandıqvari qal-
xım) və bəzən tektonik qırılmalarla mürəkkəbləşirlər. Bu kimi qırışıqlar fasiləli və ya

95
idiomorf qırışqlar adlanır. Qırışıqları isə "ştamp", platforma, əksolunma qırışıqlıq nö-
vünə aid edirlər.

Şəkil 8.1. Yerin Perm-Kaynozoy rift zonaları


(V.Y.Xainə görə)

Basılma (şişmə) qırışıqlığı- çökmə süxur kompleksi içərisində yüksək plastik-


liyə malik təbəqənin (gil, daşduz, gips və s.) varlığı ilə əlaqədardır. Müəyyən əlverişli
şəraitdə plastik kütlə həcmini artıraraq (şişməyə məruz qalaraq) hərəkət edir və üstdə
yatan təbəqənin deformasiyasına səbəb olur. Adətən, şişmə qırışıqlığı rəqsi hərəkətlə-
rin kifayət qədər böyük intarvalda dəyişdiyi və böyük qalınlığa malik çökmə süxur
kompleksinin toplandığı əyalətlər üçün (platformaların dərin sineklizləri, ön və dağ-
arası çökəkliklər) səciyyəvidir. Şişmə qırışıqlığı zamanı künbəzvari və antiklinal qırı-
şıqlarla yanaşı olaraq, diapir qırışıqlara kimi xüsusi tip qırışıqlar əmələ gəlir. Bu qırı-
şıqlığın yayıldığı sahələrdə adətən üç kompleks (alt, orta, üst) ayrılır:
 Alt kompleks- şişmə qırışıqları üçün bünövrə hesab olunur, onun daxili quru-
luşu üstə yatan təbəqələrə nisbətən disharmonikdir.
 Orta kompleks- fəal hesab olunan bu qatda, sıxılma, axma, şişmə baş verir.
 Üst kompleks- şişmə nüvəsinin formasına tabe olaraq, fəal deformasiya olun-
mur. Bu halda diapir qırışıqlar əmələ gəlir.
Ümumi sıxılma qırışıqlığı- tam və ya qolomorf qırışqlıq növünə aid edilir. Qırı-
şıqlığın yaranması isə süxur təbəqələrinin uzanma istiqaməti boyunca sıxılması ilə
əlaqədardır. Bu növ qırışqlarda antiklinal tipli strukturlar, sinklinal tipli strukturlar
vasitəsilə birləşir, əks-fay, üstəgəlmə və s. ilə mürəkkəbləşir.

96
Dərinlik qırışıqlığı- Yerin böyük dərinliyində baş verən mantiya diapirləri ilə
əlaqələndirilir və bu kimi mantiya diapirlərinin varlığı Yer qabığını təşkil edən süxur
kompleksinin deformasiyasına səbəb olur.
V.Y.Xain L.Koberin qırışıqlıq haqqında olan anlayışını təkminləşdirərək qırışıq-
lıq silsilələrini aşağıdakı deformasiya zonalarına ayırır:
 Qədim nüvələr (sentralidlər)- geosinklinal inkişaf mərhələlərində yaranan,
intensiv qırışıqlığa, qranitləşməyə və regional metamorfizmə məruz qalan qədim kon-
solidasiya kütlələrindən ibarətdirlər. Məsələn, Piriney, And, Alp silsilələrinin Hersin
və Uralın Baykal nüvələri. Dağlıq qırışıqlıq vilayətlərində qədim nüvələr antiklino-
riumlara, yüksək dərəcədə metamorfizmə məruz sahələrdə isə şistlərdən təşkil olun-
muş kümbəzlərə müvafiq gəlir.
 Daxili zonalar (internidlər, metamorfidlər)- geosinklinalların erkən əyilmə
və qabığın okeanlaşması mərhələləri ilə əlaqədardır. Daxili zonalar epigeosinklinal
çökəkliklər üçün səciyyəvi olan çöküntü formasiyalarından (spilit-diabaz-keratofir,
aspid) təşkil olunmuşlar. İnternidlər qırışıqlıq əraziləri boyu fasiləsiz olaraq izlənir.
Zəif metamorfizmə məruz qalmış sahələr- xətti qırışqlardan; intensiv metamorfizmə
məruz qalmış sahələr- nüvələri şistlərdən təşkil olunmuş yatıq qırışıqlardan və küm-
bəzlərdən ibarətdir.
 Kənar zonalar (eksternidlər)- qırışqlıq vilayətlərinin antiklinoriumlarına və
iri antiklinoriumların qanadlarına müvafiq gəlir. Mərkəzi hissələrində fliş, kənar his-
sələrində isə karbonat formasiyalarından təşkil olunmuşdur.
 Qədim qaymalar- bəzi qırışıqlıq vilayətlərinin mərkəz hissələrində yerləşə-
rək, son qırışıqlıq mərhələsində zəif qırışqlığa və metamorfizmə məruz qalan Kemb-
riyədək yaşlı süxurlardan təşkil olunmuşlar (V.Y.Xainə görə). Bu baxımdan onlara
aralıq massivlərinin analoqu (bir forması) kimi baxıla bilər.
 Aralıq massivlər- qurşaq və vilayətlərin geosinklinal inkişafının daha əvvəlki
mərhələlərinin (tsikillərinin) birinin sonunda konsolidasiya olunmuş qaymalarına
(massivlərə) deyilir və onların quruluşunda görkəmli rol oynayır. Aralıq massivlər
epigeosinklinal dağlıq-qırışıqlıq vilayətlərinin strukturlarında qalxmış, aşağı enmiş və
əyilməyə cəlb olunmuş formalarında rast gəlinir. Bu hallarda müvafiq olaraq aralıq
massivlər, kənar (arxa) və dağarası çökəkliklər formalaşır. Birinci hal bünövrə süxur-
larının Yer səthinə çıxması və ya az qalınlıqlı çökmə süxurlarla örtülür (Zaqafqaziya-
nın Dzuril massivi). İkinci hal isə bünövrə süxurlarının enməsi halına müvafiq gəlir
və onun yzərində kənar (arxa) çökəkliklər formalaşır. Tarim platformasının ətrafında
formalaşan Kunlunqarşısı, Kolım massivinin qarşısında formalaşan Zıryan çökəkliyi
buna əyani misal ola bilər. Üçüncü halda isə aralıq massivinin bünövrəsi intensiv
əyilməyə cəlb olunur və əsasən molassdan təşkil olunan böyük qalınlığa malik (10-12
km və daha çox) örtüklə basdırılmış olur və onun üzərində dağarası çökəkliklər for-
malaşır (Kür, Pannon Tsaydam və s.).
Adətən, "qranit qatının" qalınlığının məhtudlaşması hesabına aralıq massivlərdə
qabığın qalınlığı azalır. Məsələn, Yer qabığının qalınlığının 24 km-ə çatdığı Pannon
aralıq massivlərdə "qranit qatının" qatının qalınlığı 10-12 km-dir. Geosinklinalın oro-
gen inkişaf mərhələsində qalxmaya cəlb olunan aralıq massivlərdə Yer qabığının qa-
lınlığının bəzən 50 km-ə qədər artması müşahidə olunur (Rodop massivi).

97
 Ön çökəkliklər- platforma və geosinklinalların qovuşma zonasında yaranır.
Onun kənar qanadı platforma, daxili qanadı isə geosinklinal bünövrəsi üzərində yer-
ləşir. Bəzi hallarda təmamilə platformanın kənarında yerləşir (Karpatqarşısı) və plat-
formaların perikraton çökəkliklərini əks edirlər. Ön çökəkliklər xətti, uzanmış forma-
ya malik olub, böyük qalınlığa malik (10-15 km) örtüklə xarakterizə olunur və adətən
bir sıra lokal çökəkliklərə və qalxımlara malik olurlar (Böyük Qafqazqarşısı). Dağlıq-
qırışıqlıq əyalətlərin bu strukturları üçün molass, rif, qırmızıqat, duzlu, neftliqazlı for-
masiyalar səciyyəvi xarakter daşıyır.
 Subokean tipli törəmə çökəkliklər- əksər halda evgeosinklinal orogenlərin-
də rast gəlinir (Məsələn, Qara dəniz, Cənubi Xəzər, Cənubi-Oxot, və b. çökəkliklər).
8.2. QITƏ EPIPLATFORMA OROGENLƏRI

Qitə epiplatforma orogenləri- platformaların orogen qurşaqlarına keçməsi 1920-


ci illərdə irəli sürülmüşdür. Müəyyən olunmuşdir ki, Mərkəzi Asiyanın dağ silsilələri
(Tyan-Şan, Altay və b.) Neogen-Dördüncü dövrdə yaranmışlar. V.A.Obruçyov bu ki-
mi dağları dirçəlmiş strukturlar adlandırmışdır.
Q.F.Mirçink (1940) Yer qabığının bu kimi strukturlarını geosinklinal və platfor-
ma anlayışları ilə yanaşı qoymağı təklif etmişdir. Epiplatforma orogenləri haqqında
anlayış sonralar A.L.Yanşin, V.Y.Xain və b. tərəfindən təkmilləşdirilmişdir.
V.Y.Xainə görə epiplatforma orogenləri, qitələrin hüdudunda yerləşən, intensiv
qalxmaya, orta və yüksək relyefə, böyük uzunluğa və uzun müddətli inkişafa malik
(yüzlərlə mln. il), platforma rejiminə müvafiq, hərəkətdə olan qurşaqlardır.
K.V.Boqolepov orogenezi iki mərhələyə ayırır:
 Protoorogenez (litosferin geosinklinal inkişaf mərhələinin başa çatdığı sahədə
dağəmələgəlmə),
 Deyteroorogenez (platformaların yerində dağəmələgəlmə).
Epiplatforma orogenləri üçün qalxımların enmələrə nisbətən üstünlüyü, səciyyə-
vi struktur formaların yaranması, maqmatizmin qeyri-bərabər təzahürü əsas xüsusiy-
yətlər hesab olunur.
Platforma ərazilərində nəhəng tağ qalxımlarının yaranmasına gətirib çıxaran
prosesləri aydınlaşdırmaq üçün E.V.Petruşevski (1948) arkogenez (tağəmələgəlmə)
anlayışını təklif edir. Bu anlayışa əsasən epiplatforma orogenləri dedikdə, platforma
ərazilərində yaranan nəhəng tağ qalxımları nəzərdə tutulur. Bunlar subşaquli qırılma-
larla mürəkkəbləşmiş pilləvarı bloklardan ibarət spesifik strukturlardır. Qalxımlar
horst-meqantiklinallara, enmələr isə qraben-meqasinklinallara müvafiq gəlir. Epiplat-
forma orogenləri, adətən, böyük qalınlıqla xarakterizə olunur (məsələn, Tyan-Şanda
qabığın qalınlığı 55-65 km- dir). Bu kimi sahələr üçün qeyri-adi üstəgəlmələrin, oro-
genlərin varlığı xarakterdir. Məsələn, Anqar üstəgəlməsi (Kembriyədək süxurların
Yura süxurları üzərinə gəlməsi və s.). Burada relyeflə tektonik struktur arasında nor-
mal əlaqə qeyd olunur.
V.Y.Xain epiplatforma orogenləri sırasına, həmçinin, qrabenəbənzər rift sistem-
lərini də aid edir (məsələn, Ərəbistan-Afrika, Baykal və b.). V.V.Belousov isə rift-
əmələgəlmə prosesini sərbəst kateqoriya kimi ayırmağı təklif edir.

98
8.3. OKEAN OROGENLƏRI

Dünya okeanının dağ silsilələri uzunluğu 60 min km- ə çatan vahid massiv xətti
qalxım sistemidir (şəkil 8.3.1.). Bu qalxımlar sistemi bir neçə morfoloji zonadan iba-
rətdir. Okean və qitə dağ sistemləri morfoloji xüsusiyyətinə görə bir-birindən kifayət
qədər fərqlənirlər. Qitələrdə bir qayda olaraq, dağlıq sistemlər qırışıqlıq və ya qayma
quruluşuna malik olduğu halda, okean dağ sistemlərində belə xüsusiyyət müşahidə
olunmur.
Okean orogenləri bir-birinə parallel uzanan və ensiz rift dərələri ilə ayrılan dağ-
lıq sistemlərdən təşkil olunmuşdur. Aralıq okean silsilələri okean qabığının qalxması,
onun təbəqələrinin qalınlığının azalması, astenosferin Yer səthinə yaxınlaşması ilə
səciyyələnirlər. Bu isə öz növbəsində okean orogenlərində müşahidə olunan yüksək
istilik axınının və vulkanik fəallığın başlıca səbəblərindən hesab olunur.
Aralıq okean massivlərinin draqa üsulu ilə öyrənilməsi, onların toleit bazaltların-
dan, qabbrodan və serpentinləşmiş ultraəsas tərkibli süxurlardan təşkil olunmuş blok-
lardan ibarət olduğunu göstərir. Bunlarla yanaşı, onların tərkibində yaşıl rəngli əsas
effuziv (diabaz, bazalt porfirləri) və metamorfik (mərmər, mikalı-qranitli şistlər, am-
fibolit, miqmatikləşmiş qranit və qneyslər) süxurlarına da rast gəlinir. Dərələrin aşağı
hissələrində ultraəsas süxurlar yerləşir ki, bunlar də kəsiliş boyu yuxarıya doğru toleit
bazaltları ilə əvəz olunur. Qeyd edilən süxurların geoloji təbiəti (xüsusən, metamorfik
süxurların yaranması) tam müəyyən edilməmişdir.

Şəkil 8.3.1. Okean orogenləri

99
BÖLMƏ 9. PLATFORMALAR

Geosinklinal və orogenlərlə yanaşı olaraq, litosferin əsas struktur elementlərin-


dən biri də platformalar hesab olunur. Platformalar litosferin tektonik baxımdan nis-
bətən stabil sahələridir. Orogen inkişaf mərhələsində qırılmalar boyunca şaquli və
üfüqi tektonik hərəkətlərin sönməsi ilə əlaqədar olaraq dağlıq-qırışıqlıq sistemin aşın-
ması, nivelirlənməsi və nəticədə kontinental qabığın qalınlığının orta hesabla 35-55
km-ə qədər azalması müşahidə olunur. Bu nivelirlənmiş qırışıqlıq, metamorfikləşmiş
və qranitləşmiş bünövrə yzərində kontinental və dayaz dəniz mənşəli çökmə örtüyü
formalaşır. Bu proses böyük əraziləri əhatə edir və qitələrin ən mühüm elementlərin-
dən biri olan platformaların (kratonların) yaranmasına gətirib çıxarır.
Platformalar qitə və okeanların böyük hissəsini əhatə edir və müvafiq olaraq
kontinental (qitə), okean platformalarına ayrılırlar. V.Y.Xainə görə qitə platformaları
(kraton, epikraton) litosferin nisbətən dəyanətli, qırışıqlıqla, maqmatizmlə və intruzi-
yilarla konsolidasiya olunmuş iri qaymalarıdır (sahələridir). Əsasən izometrik formalı
olan və qitələrin əsas hissəsini təşkil edən platformaların sahələri bir neçə mln. km 2-
dir. Müasir relyefdə qitə düzənliklərinə, alçaq yaylalara və qitə daxili dənizlərin şelf
zonalarına müvafiq gəlirlər.
9.1. KONTINENTAL PLATFORMALAR, ONLARIN DAXILI QURULUŞU
VƏ ƏSAS STRUKTUR ELEMENTLƏRI

Kontinental platformalar üçün şaquli tektonik hərəkətlərin zəif təzahür etməsi,


toplanan çöküntülərin qalınlıqlarının azlığı (orta hesbla 2-3 km), layların uzanmasına
perpendikulyar istiqamətdə fasiyanın tədrici dəyişməsi, maqmatizmin və metamorfiz-
min zəif təzahürü səciyyəvidir. Qitə platformaların qabığı üç təbəqəli quruluşa malik-
dir (çökmə, qranit, bazalt), qalınlığı 35-55 km-dir (orta hesabla 40 km).
Qitələrin nisbətən stabil sahələrini təşkil edən platformalar bünövrəninin yaşına
görə iki yerə- qədim (Proterozoyun sonunda yaranan Kembriyəqədər- Epikarel plat-
formaları) və cavan (Epibaykal, Epikaledon, Epihersin) bölünür. Hazırda sərbəst bir
vahid kimi qitə platformaların protoplatforma (Arxey erasında yaranan) növünü də
təklif edirlər (E.V.Pavlovski, 1962). Qədim və cavan platformaların həm oxşar və
həm də fərqli cəhətləri vardır.
Qədim platformalar Kembriyəqədər bünövrə (əsasən erkən Kembriyəqədər
kristallik bünövrə) üzərində yaranır. Onlar müasir qitələrin nüvəsini təşkil edir, nisbə-
tən cavan platforma və qırışıqlıq sistemlərlə (orogenlərlə) əhatə olunurlar. Qədim
platformalar müasir qitələrin ərazisinin 40 %-ə qədərini təşkil edirlər. Qədim platfor-
malar qonşu nisbətən cavan platforma və okeanlardan subveritkal qırılmalarla; qırı-
şıqlıq sistemlərdən, orogenlərdən isə perikraton (ön) çökəkliklərlə, ya da üstəgəlmə-
lərlə (şaryajlarla) sərhədlənir.
Yerin müasir struktur planında qədim platformalar iki əsas qrup (sıra) əmələ gə-
tirirlər- şimal və ya Lavrasiya (Şimali Amerika, Şərqi Avropa, Sibir), cənub və ya
Qondvana (Cənubi Amerika, Afrika-Ərəbistan, Hindistan, Avstraliya, Antarktida) ay-
rılır. Çin-Koreya və Cənubi Çin platformaları isə aralıq vəziyyət tuturlar. Bütün qə-
dim platformaların Kembriyəqədər dövrün ortalarında yaranmış və son Kembriyə-
qədər-Paleozoyun əvvəllərində, qisməndə sonra (Qondvana platformaları) parçalan-
100
mış vahid kontinental qabığın parçalanmış hissələrindən ibarət olduğu ehtimal olu-
nur. Qədim platformaların müasir və daxili bünövrə struktur elementləri bir-birini kə-
sir. Başqa sözlə demiş olsaq, qədim platformaların müasir struktur elementləri törəmə
xarakter daşıyır.
Cavan platformalar Sonkembriyəqədər, Paleozoy və ya Mezozoy (Kimmeri)
qırışıqlıq bünövrəsi üzərində yaranır və yaşına müvafiq olaraq Epibaykal, Epikale-
don, Epihersin, Epikimmeri platformaları adlanır. Qədim platformalardan fərqli ola-
raq cavan platformalar nisbətən az kristallikliyə, izotropluğa malik olur və onu təşkil
edən süxurlar zəif metamorfikləşmişdir, tərkibində qranitin miqdarı azdır, intensiv
dislokasiyaya məruz qalmışdır. Ümumiyyətlə, cavan platformalar kristallik deyil, he-
terogen bünövrəyə malik olurlar. Epibaykal platformaları (Sonkembri bünövrəli plat-
formalar) cavan və qədim platformalar arasında aralıq vəziyyət tutan xüsusiyyətlərə
malikdir. Cavan platformaların sahəsi qitələrin ümumi sahəsinin 5 %- ni təşkil edir.
Bütün platformalar geosinklinalların yerində yaranmışlar. Geosinklinal inkişaf
mərhələsində yaranan süxur kompleksi (platformaların bünövrələrini təşkil edən) in-
tensiv dislokasiyaya, qırılmalarla parçalanmaya, regional metamorfizmə məruz qal-
mışlar. Bu kompleksin quruluşunda intruziv və effuziv mənşəli maqmatik süxurlar
geniş yayılmışdır və bunlar bünövrənin sərtliyinin və möhkəmliyinin artmasına səbəb
olur. Platforma nə qədər qədim olarsa, onun bünövrəsi də bir o qədər konsolidasiyaya
məruz qalmış olur. Platformaların bünövrəsi kifayət qədər turş və əsas intruziyalar-
dan, yüksək dərəcədə metamorfikləşmiş süxurlardan (qneyslərdən, kvarsitlərdən,
kristallik şistlərdən) təşkil olunmuşdur və ona görə də qədim platformaların bünöv-
rəsini kristallik bünövrə adlandırırlar. Platformaların bünövrə kompleksi platforma
inkişaf mərhələsində formalaşan və zəif dislokasiyaya, tektonik pozulmaya məruz qa-
lan, subüfüqi yatıma malik çökmə qatı ilə örtülür. Ümumiyyətlə platformaların quru-
luşunda alt (son geosinklinal və bünövrə struktur kompleksi) və üst (çökmə örtüyü)
struktur-formasiya mərtəbəsi ayrılır. Platformaların bünövrə və çökmə süxur komp-
leksləri arasında aydın nəzərə çarpan regional stratiqrafik və bucaq uyğunsuzluğu ay-
rılır. Platformaların yaşının təyin edilməsində bünövrə və çökmə süxur komplekslə-
rinin yaşının təyin edilməsinin əhəmiyyəti böyükdür.
Platformaların çökmə örtüyündə tetkonik inkişaf rejimdən asılı olaraq aşağıdakı
mərtəbələr ayrılır: paraplatforma (aralıq və kənar çökəkliklərin çökmə-vulkanogen
qatını təşkil edir), tafrogen (platformaların erkən inkişaf mərhələlərində yaranan, av-
lagogenləri və tafrogenləri dolduran çöküntülər), ortoparaplatforma (platformaların
böyük ərazilərini örtən, subhorizontal çökmə qatı).
Qədim paraplatformalar əsasən erkən Kembriyəqədər bünövrəyə malik olurlar
və onun quruluşunda Arxey törəmələrindən təşkil olunmuş qaymalar başlıca rol oy-
nayır. Bu qaymalar alt Proterozoy, ya da erkən Proterozoyda işlənilməyə (destruksi-
yaya) məruz qalmış Arxey törəmələri ilə dolmuş nisbətən ensiz xətti zonalara ayrılır.
Arxey bloklarının quruluşunda əsasən iki tip struktur ayrılır:
 yaşıldaş qurşaqları- ümumi sinklinorium quruluşuna malik olan bu qurşaqlar
böyük qalınlığa malik (min metrlərlə) yaşıldaş fasiyasına qədər (bəzən üst amfibolit)
metamorfikləşmiş vulkanogen və çökmə süxurlarla dolmuşdur, üç təbəqəli quruluşa
malikdir. Aşağıda əsas, toleit tərkibli vulkanitlər yatır ki, onların arasında Arxey üçün
səciyyəvi olan ultraəsas, yüksək maqneziumlu lavalar (komatitlər) və cespilitlərə rast

101
gəlinir. Orta hissədə çökmə araqatlı nisbətən turş vulkanitlər (riolit-dasitə qədər), üst
hissədə isə molassı xatırladan iridənəli çökmə süxurlar yatır. Özünün tektonik mahiy-
yətinə görə yaşıldaş qurşaqlar bir tərəfdən nisbətən son geosinklinallara (çökmə-vul-
kanogen formasiyaların tərkibi və ardıcıllığı, onların intensiv dislokasiyaya məruz
qalması, regional metamorfizm, qranitoid intruziyaları və s.), digər tərəfdən isə konti-
nental riftlərə (dartılmaya məruz qalan kontinental qabıq üzərində yaranması, əsas,
turş tərkibli vulkanogen törəmələrin yayılması və s.) yaxındır. Yaşıldaş qurşaqlar Ka-
nada və Ukraina qalxanında, Cənubi Afrikada, Hindistanda, Qərbi Avstraliyada klas-
sik ifadə olunmuşdur.
 Qranit-qneys sahələri- yaşıldaş qurşaqları əhatə edir və ayırır. Onların qur-
şaqlarla əlaqəsi mürəkkəbdir. Belə ki, bir tərəfdən qranitlər batolitləri əmələ gətirərək
bu qurşağın süxurlarını yarır, digər tərəfdən isə qranitlər və qneyslər yaşıldaş qurşa-
ğın bünövrəsindən qədim olub, onların altında yatır. Belə münasibətin olması göstərir
ki, cavan "son yaşıldaş" qranitləri, "qədim yaşıldaş" qranit-qneys komplekslərinin
təkrar ərimə məhsullarından ibarətdir.
 Qranulit qurşaqları- xətti zonaları təşkil edən əmələgəlmələrdən biri hesab
olunur və metamorfizmin nisbətən yüksək temperaturlu əsas tərkibli qranulit fasiyası-
nın süxurlarından təşkil olunmuşlar. Bir qayda olaraq qranulit qurşaqları platforma-
ların (qitələrin) ətrafı boyunca uzanır və onların nisbətən daxili hissəsini təşkil edən
qranit-yaşıldaş əyalətlərinin üzərinə yatır.
 Erkən Proterozoy protogeosinklinalları- eni yüz kilometrlərlə ölçüləri, min
kilometrlərlə uzanan, müxtəlif tərkibli (əsasdan ortaya kimi və turş) vulkanogen törə-
mələrdən, qrauvakkalardan və cespilitlərdən təşkil olunan xətti zonalardır. Arxey
qaymalarının yamaclarını örtən protogeosinklinalların ətraf hissələri miogeosinklinal
tip çöküntülərdən (karbonatlardan, kvarsitlərdən, arkozlardan, cespilitlərdən, argillit-
lərdən, tillitlərdən) təşkil olunmuşdur. Protogeosinklinalların mərkəzi zonaları inten-
siv dislokasiyaya məruz qalmış və qranitoid intruziyaları ilə yarılmışdır.
 Protoplatformalar- erkən Proterozoy inkişaf mərhələsində qismən çökmə
qatı ilə örtülən Arxey qaymalarından təşkil olunmuşdur. Müasir son Kembriyəqədər
və Fanerozoy platformalarından kiçik ölçülü olmaları və çökmə örtüyünün yüksək
dərəcədə metamorfizmi, qranit-qneys tağlarının olması ilə fərqlənir. Çökmə örtüyü-
nün tərkibinə çökmə süxurlardan başqa adətən toleit bazaltoidlərının örtük və silləri
(trap formasiyasının analoqu) də daxildir.
 Protoavlakogenlər- erkən Proterozoy strukturlarının daha bir nadir növlərin-
dən olub, Arxeyin yaşıldaş qurşaqları və nisbətən cavan rift strukturları arasında ara-
lıq vəziyyət tutur.
Qədim platformaların xüsusi platforma inkişaf mərəhələsi ilə əlaqədar olan bi-
rinci (qalzanlar, plitələr, perikraton enmə zonaları), ikinci (anteklizlər, sineklizlər, av-
lakogenlər), üçüncü (tağlar, çökəkliklər, vallar, lokal qalxımlar və s.) dərəcəli struk-
turlar ayrılır:
Qalxanlar- platforma ərazilərində bünövrənin Yer səthinə çıxdığı və quruluşun-
da çökmə örtüyünyn iştirak etmədiyi izometrik sahələr olub, platforma inkişaf mər-
hələsində şaquli qalxma tektonik hərəkətlərinin üstünlüyü ilə səciyyələnir (şəkil
9.1.1.). Qalxanlar əsasən qədim platformalar üçün səciyyəvi olub, cavan platfor-
malarda xüsusi hallarda təsadüf olunur. Qalxanlar özünün inkişafının əsas hissəsində

102
qalxmaya və aşınmaya məruz qalsada, qısa müddətdə dənizlə örtülürlər. Məsələn,
Baltik qalxanı Kembri-Silurda; Aldan qalxanı Kembridə, Kanada qalxanı isə Or-
dovik-Devonda dənizlə örtülmüşdür.
Kristallik və ya qırışıqlıq bünövrənin nisbətən məhtud sahədə Yer səthinə çıx-
dığı, az qalınlıqlı çökmə qatla örtülmüş izometrik platforma strukturları massivlər ad-
lanır (Məsələn, Sibir platformasının şimalında yerləşən Anabar massivi). Qalxanların
xətti analoqlarına zirvələr deyilir. Bəzən onları "raxigen" (yunanca tağlarla əlaqədar
olaraq yaranan) strukturlar adlandırırlar.

Şəkil 9.1.1. Platformanın daxilində ayrılan əsas struktur elementlər.

Plitələr- platformanın daxilində çökmə örtüyünün bütün sahələrdə yayıldığı,


uzun müddətli, daimi əyilməyə ilə xarakterizə olunan izometrik formalı sahələrə de-
yilir (eni 2000-3000 km- ə çatır). Plitələr kənar və daxili olmaqla iki yerə ayrılırlar.
Kratonqarşısı enmə zonaları (perikraton çökəkliklər)- qitələrin qeyri-fəal su-
altı ətrafının daxili hissəsinə (dərinliyi 50-100 m) deyilir. Bu zonalar 1000 km- lərlə
məsafədə uzanan, böyük qalınlığa malik (10-12 km) paralik, sahil və dayaz dəniz çö-
küntülərinin toplandığı sahələrdir. Kratonqarşısı enmə zonaları ilə miogeosinklinalla-
rın sərhədi adətən tam şərti xarakter daşıyır və dislokasiya olunmamış və dislokasiya
olunmuş çöküntülərin sərhəddindən keçirilir. Platformaları əhatə edən qrışıqlıq sis-
temlərin ön çökəklikləri adətən kənar kraton qarşısı enmə zonalarının yerində əmələ
gəlir.
Anteklizlər- plitələrin daxilində ayrılan iri yastı qalxımlardır (bəzən tac hissədə
bünövrə Yer səthinə çıxır). Anteklizlərdə bünövrə 1,0-1,5 km-ə qədər dərinlikdə yer-
ləşir, çökmə örtüyü az qalınlıqla, fasilənin olması və nisbətən gobuddənəli tərkibli
çöküntülərlə xarakterizə olunur.
Sineklizlər- plitələrın və qalxanların hüdudlarında ayrılan iri yastı çökəkliklər-
dir, çökmə örtüyünün qalınlığı 3-5 km-ə çatır və anteklizlərə nisbətən daha tam kəsi-
lişlə xarakterizə olunurlar. Sineklizlərin qanadlarında adətən layların yatım bucağı
anteklizlərdə olduğu kimi adətən 1 0-dən az olur. A.P.Pavlova görə sineklizlər plitələ-
rın maksimal əyilmə sahələrinə müvafiq strukturlardır.

103
Sineklizlərin xüsusən iki tipi mövcuddur. Bunlardan biri adətən platformaların
ətrafında yerləşir, olduqca böyük və dərin sineklizlərdir. Onların kəsilişində aşağı his-
sədə dərindəniz çöküntüləri yatır, qabığı nazikləşmişdir və çöküntülər bilavasitə bü-
növrə üzərində yatır. Çökmə qatın qalınlığının 22-24 km-dən çox oduduğu Rus pli-
təsinin Xəzəryanı sineklizi bu tip sineklizlərdəndir. Sineklizlərin ikinci tipi trap sinek-
lizləridir (Sibir platformasında Tunquska, Cənubi Amerikada Parana). Bu tip sinek-
lizlərin kəsilişinin üst hissəsi böyük qalınlığa malik platobazaltları ilə (traplarla) ör-
tülmüşdür. Sineklizlərin arasında kənar sineklizlər (batisinekliz A.A.Stavsevə və ek-
zosinekliz V.S.Juravlevə görə) xüsusi yer tutur.
Avlakogenlər- qədim platformalara xas olan səciyyəvi qrabenəbənzər struktur-
larıdır. Avlakogenlərin altında Yer qabığı bir qədər nazikləşir, üst mantiya isə seyrək-
ləşmiş olur (kontinental riftlərdə olduğu kimi). Platformaların erkən inkişaf mərhələ-
lərində yaranan avlakogenlər hər iki tərəfdən dərinlik qırılmaları ilə hüdudlanan en-
siz, lakin böyük məsafədə izlənilən çökəklikdən ibarət olur. Avlakogenlər adətən qa-
lınlığı 10-12 km-ə çatan kontinental mənşəli çöküntülərlə və qələvi-bazalt tərkibli
(toleit-bazalt) vulkanogen süxurlarla dolmuş olur. Cavan platformaların hüdudlarında
avlakogenlər tafrogen strukturlara müvafiq gəlir. Avlakogenlər ilk dəfə 1960-cı ildə
N.S.Şatski tərəfindən öyrənilmiş və iki növə (inversiya olunmuş və olunmamış) ayrıl-
mışdır.
Silsilələr- az qalınlıqlı örtük süxurları ilə örtülən xətti, horstvarı strukturlardır.
Tağlar- dairəvi platforma strukturları olub, az qalınlı (1-2 km) çökmə örtüklə
xarakterizə olan strukturlarıdır. İnkişaf prosesində yavaş, lakin uzunmüddətli enməyə
məruz qalır.
Vallar- nisbətən böyük ölçülü (200-300 km-ə qədər), uzunsov platforma struk-
turları olub, bir neçə lokal qalxımlardan ibarət olur. Valların daxilində çökmə qatın
qalınlığı 2-3 km-ə çatır. Valların ölçülərindən və quruluşndan asılı olaraq iri və ya
meqavallar, mürəkkəb, dizyunktiv və s. növləri var.
Qalxım zonaları- horstvarı, xətti qalxımlardan ibarətdir. Örtük süxurlarının qa-
lınlığı 1-2 km-dir.
Çökəkliklər- sineklizləri və antiklizləri mürəkkəbləşdirən strukturlardır. Onlar,
adətən, qalxımların və enmələrin sərhədi boyu yaranır.
Platforma strukturları arasında, həmçinin, monoklinal və fleksura zonaları da ay-
rılır.
9.2. PLATFORMALARIN INKIŞAF MƏRHƏLƏLƏRI VƏ FORMASIYALARI

Qədim platformaların formalaşması erkən Proterozoyun birinci yarısına (2mlrd.


il əvvəl) və Kareliya tektono-maqmatik epoxasına müvafiq gəlir. Erkən Proterozoyun
ikinci yarısında, platformaların ümumi qalxma fonunda qitədaxili geosinklinal çö-
kəkliklərin yaranması səciyyəvidir. Maqmatizm kontinental şəraitdə baş verir və turş
tərkibli vulkanizmlə yanaşı, qranit intruziyalarının yaranması ilə nəticələnir (Məsə-
lən, Baltik və Ukrayna qalxanlarının qranit və rapakivlərinin yaranması). Bu vulkano-
plutonik maqmatizm son subsekvent maqmatizm adlanır. Erkən Proterozoyun sonun-
da baş verən Kareliya qırışıqlığı qədim platformalarda qalıq geosinklinal rejiminin

104
tam ləğvinə səbəb olur, platformaların bünövrə süxurları yüksək bərkliyə, monolitliyə
malik bircinsli və kristallik xassə bərpa edir.
Qədim və cavan platformaların geoloji inkişafında müvafiq olaraq 4 (kratonlaş-
ma, avlakogen, sinekliz, plitə) və 2 (tafrogen, plitə) mərhələ ayrılır (şəkil 9.2.1.). Qə-
dim və cavan platformaların inkişafının xüsüsiyyətləri, əsas mərhələləri, və onlara
müvafiq gələn səciyyəvi formasiyalar cədvəl 9.2.1. və 9.2.2.- də verilmişdir.
Kratonlaşma mərhələsi. Bu mərhələ qədim platformaların ilkin geoloji inkişaf
mərhələsi olub, qalxmanın üstünlüyü və yüksək istilik axınına dəlalət edən intensiv
maqmatizmlə xarakterizə olunur. Bu mərhələ üçün geniş yayılan təbəqələnmiş qab-
bro-anortozit plutonları (rapakivi qranitləri) səciyyəvidir. Bu plutonlar əsas tərkibli
maqmanın kontinental qabığa daxil olması və kontinental qabığın qismən əriməsi he-
sabına baş verir. İntruziv maqmatizmlə yanaşı olaraq effuziv maqmatizmdə geniş ya-
yılmışdır. Kratonlaşma mərhələsi tədricən erkən avlakogen mərhələsi ilə əvəz olunur
(şəkil 9.2.1.).
Avlokogen (erkən avlakogen, plitəyəqədər) mərhələsi. Proterozoyun sonun-
dan başlayaraq qədim platformalar özünün növbəti avlakogen inkişaf mərhələsinə ke-
çir. Platformaların davam edən ümumi qalxması fonunda, Yer qabığının dartılma zo-
nalarında qrabenəbənzər çökəkliklər yaranır. Rifeyin sonunda rift sistemləri daha gör-
kəmli və səciyyəvi hal alır. Bir sıra hallarda avlakogenlərin yaranması bünövrənin
Kareliya qırışıqlıq zonalarının, ya da platformadaxili geosinklinal troqların quruluşu-
na uyğun gəlir. Adətən avlakogenlər və digər platforma strukturları geosinklinal qur-
şaqların uzanma istiqamətlərinə perpendikulyar yerləşirlər.
Avlakogenlərin kəsilişi bir qayda olaraq qırmızı rəngli kontinental formasiya ilə
başlayan, sonra isə əlvan rəngli laqun komplesə (qırmızı rəngli laqun formasiya) ke-
çən və dəniz mənşəli gil, dolomitlə qurtaran ritmik qatdan təşkil olur. Avlokogenlərdə
çökmə formasiyanın toplanması platobazalt lavalarının təzahürü ilə müşayiət olunur
(məsələn, Şərqi-Avropa platformasının "Volın", Şimali-Amerika platformasının
"Kvino" seriyası və s.). Avlakogenlərdə maqmatik törəmələr trapp formasiyasını
əmələ gətirir. Avlakogen inkişaf mərhələsi özünü Lavrasiya (şimal) qrupu platforma-
larında daha aydın göstərmişdir. Orta-gec Rifeydə Sibir, Şərqi-Avropa, Şimali-Ame-
rika platformalarında əsas avlakogenlər yaranmışdır. Qondvana (cənub) qrupu plat-
formalarında bu dövrdə avlakogenlərin yaranması bir o qədər də səciyyəvi xarakter
daşımır.
Gavan platformalarda erkən avlakogen rolunu tafrogen qrabenlər oynayır. Taf-
rogen qrabenlər Paleozoy və nisbətən qədim bünövrələr üzərində yaranır və kontinen-
tal mənşəli qırıntı materialları ilə dolur.
Sinekliz mərhələsi. Qədim platformaların regional qalxım əraziləri Kembriyə-
qədər dövrün sonu, xüsusəndə Venddə enməyə məruz qalır. Bu kimi əyilmə avlako-
genlərdə daha intensiv baş verir və nəticədə, avlakogenlərin üzərində platformadaxili
çökəkliklər, sonra isə sineklizlər yaranır. Platformaların bu inkişaf mərhələsi sinekliz
mərhələsi adlanır. Onların yaranma müddəti isə müxtəlif və mübahisəlidir. V.Y.Xai-
nə görə Sibir platformasında- Rifeyə; Şərqi-Avropa və Afrika-Ərəbistan platforma-
larında- Vendə; Şimali Amerika platformasında- orta Kembriyə; Cənubi Amerika
platformasında isə Silura müvafiq gəlir.

105
Qədim platformaların sinekliz inkişaf mərhələsi dəniz transqressiyasının baş
verməsi ilə müşayiət olunur və nəticədə erkən inkişaf mərhələsində onları dolduran
çöküntülər bazal, laqun-dəniz formasiyasından ibarət olur.
Plitə inkişaf mərhələsinə qədər olan bütün mərhələləri çox vaxt plitə inkişaf
dövrünə qədər olan mərhələ də adlandırırlar.

Şəkil 9.2.1. Platformaların əsas inkişaf mərhələləri


(V.Y.Xainə görə).
1-bünövrə; 2- turş vulkanitlər; 3-rapakivi tipli vulkanitlər; 4- əsas vulkanitlər;
5-molass formasiyaları; 6- platforma formasiyaları; 7-vulkanitlər.

106
Cədvəl 9.2.1
Qədim və cavan platformaların inkişafının əsas mərhələləri və onlara müvafiq gələn formasiyalar

İnkişaf formasiyalar Struktur formasiya


İnkişaf mərhələsinin əsas xüsüsiyyətləri
mərhələləri çökmə maqmatik kompleksləri
1 2 3 4 5
Qədim platformalar
Qabbo-anortozit- Qalxma hərəkətlərinin üstünlüyü, intensiv
Kraton- lərin və rapakivi maqmatizm, yüksək tstilik axını. Əsas tərkibli
Bünövrə
laşma qranitlərin plu- maqmanın kontinental qabığa daxil olaraq onu
tonları əritməsi.
Plitəyəqədər

Kontinental, qırmızı rəngli kontinental, dəniz mənşəli gillər, dolo- Ümumi qalxma fonunda Yer qabığının dartıl-
Avlako-
mitlər, kvarslı qumdaşları, argillitlər, karbonatlar, tillitlər, evapo- Trapp ma şəraitində qrabenvari çökəkliklərin əmələ Avlakogen
gen
ritlər gəlməsi.

Keçid
Bazal laqun-dəniz Regional qalxma tədricən ayrı-ayrı sahələrin
(xüsusən avlakogenlərin) daha intensiv əyil-
Sinekliz - Sinekliz
məyə cəlb olunması ilə əvəz olunur və nəti-
cədə sineklizlər formalaşır
Alt hissədə transqressiv dəniz, orta hissəsində platforma karbonat, Platobazalt, olivin-
arid iqlim şəraitində- qırmızı-evaporit (əlvan qumdaşları, mergel bazalt, qabbro-qra-
təbəqələrinə malik gillər, gips, daşduz), humid iqlim şəraitində- nitdən ibarət trap-
Plitə Plilə
üst paralik kömürlü çöküntülər (boz rəngli gillər, əhəngdaşları, kö- lar.
mür təbəqələrinə malik qumdaşları), qırmızı rəngli kontinental,
örtük-buzlaq formasiyaları.
Cavan platformalar
Kratonlaşma mərhələsi yoxdur, bünövrə hete-
Tafrogen Qırmızı rəngli kontinental Trapp rogendir, olduqca zəif hermatikliyə, konsoli- Keçid
dasiyaya, stabilləşməyə məruz qalmışdır.
Alt hissədə transqressiv dəniz, orta hissəsində platforma karbonat,
arid iqlim şəraitində- qırmızı-evaporit (əlvan qumdaşları, mergel Platobazalt, olivin- Ümumi əyilmə ilə əlaqədar olaraq, bütün sa-
təbəqələrinə malik gillər, gips, daşduz), humid iqlim şəraitində- bazalt, qabbro-qra- hələrdə örtük kompleksinin formalaşması.
Plitə Plitə
üst paralik kömürlü çöküntülər (boz rəngli gillər, əhəngdaşları, nitdən ibarət trap- Strukturlar irsi xarakter daşıyır.
kömür təbəqələrinə malik qumdaşları), qırmızı rəngli kontinental, lar.
örtük-buzlaq formasiyaları.

107
Cədvəl 9.2.2.
Platformaların inkişaf mərhələləri, səciyyəvi xüsusiyyəti və formasiyaları

İnkişaf mərhələləri, onların səciyyəvi xüsusiyyəti və formasiyaları


1 2
Erkən Arxeydə (4-3 109 il əvvəl) uzunmüddətli tangensial mərhələdən sonra Yer qabığında ilk konsolidasiya
olunmuş sahələrin- protoplatformaların, eləcədə mütəhərrik protogeosinklinalların yaranması başlayır.
Arxeyin ortalarında (3 109 ilə yaxın) geniş əraziləri əhatə edən qranitləşmə prosesi ilə əlaqədar olaraq qneys
tağları yaranır. Arxeyin ikinci yarısında protogeosinklinallar yaranır ki, onlarda sonralar qranitləşməyə və
metamorfizmə məruz qalan çökmə süxurlarla dolur.
Gec Arxeydə (2,6-2,5 109 il əvvəl) qırışıqlıq epoxası başlayır. Nəticədə protogeosinklinallarda bir-birindən
qədim süxur massivləri ilə ayrılan nəhəng qırışıqlıq sistemlər yaranır və bunlar qitə tipli qabığa malik qədim
protoplatformaların və qitələrin əsasını təşkil edir.
Erkən Proterozoyda 2,5-1,9 109 il əvvəl) ilkin geosinklinal dağlıq sistemləri (Kola, Kareliya və s.) yaranır ki,
onlarda öz inkişafını orta Proterozoyda başa çatdırırlar və Arxey protoplatformaları ilə birlikdə qədim
platformaların yüksək dərəcədə metamorfizmə məruz qalmış və intruziyalarla mürəkkəbləşmiş qırışıqlıq bü-
növrəni təşkil edir. Erkən Proterozoy inkişaf mərhələsində Arxey qaymaları böyük sahələrdə qismən çökmə
qatla örtülmüş protoplatformalara çevrilmişdir. Son Kembriyəqədər və Fanerozoy platformalarından protoplat-
Kratonlaşma

formalar, kiçik ölçülü olmaları, nisbətən yüksək litofikasi ilə və adətən çökmə qatın metamorfizmi, qədim
bünövrənin yenidən fəallaşmasının hesabına yaranmış qranit-qneys tağlarının olması ilə fərqlənir.
Bünövrənin quruluşunda metamorfik formasiyalar: miqmatit, kristallik şist, amfibolit, kvarsit, cespilit, mərmər
və s. iştirak edir. Boz qneyslərin yaşı 3,5-3,8 109 ildir. Yaşıldaş qurşaqlar iki generasiya (3,5-3,0 109 il və 3,0-
2,7109 il) əmələ gətirir. Təkrar işlənilmədən asılı olaraq amfibolit fasiyasının yaşı qədim süxurlarda 3,5 109 il
cavan süxurlarda 0,6-0,5 109 il təşkil edir.
Qədim platformaların Arxey bloklarının quruluşunda iki başlıca struktur: yaşıldaş qurşaqlar və qranit-qneys
sahələri ayrılır. Kanada qalxanında, Cənubi Afrikada, Hindistanda, Qərbi Avstraliyada, Ukraina qalxanında,
Qərbi Kareliyada yaşıldaş qurşaqlar klassik ifadə olunmuşdur və qalınlığı min metrə çatan, nisbətən zəif me-
tamorfizmə məruz qalmış vulkanogen törəmələrlə, çökmə mənşəli süxurlarla dolmuşdur. Bu qatın aşağı
hissəsində toleit tərkibli vulkanitlər və cespilitlər; orta hissəsində nisbətən turş tərkibli vulkanitlər və çökmə
qatı; üst hissəsində isə gobud dənəli (molassı xatırladan) çökmə süxurlar yatır. Tektonik quruluşuna görə
yaşıldaş qurşaqlar bir tərəfdən son geosinklinallara (vulkanogen-çökmə formasiyaların ardıcıllığı, onların inten-
siv qırışması, qranitoid intruziyaları, regional metamorfizm), digər tərəfdən isə kontinental riftlərə (onların
kontinental qabığın aralanma sahələrində yaranması, turş və əsas vulkanogen törəmələrin aydın seçilən tərkibi)
yaxındır. Qranit-qneys sahələri yaşıldaş qurşaqları ayırır və əhatə edir. Qeyd olunan bu strukturlardan başqa bü-
növrə ilə əlaqədar olan qranulit qurşaqları və erkən Proterozoy protogeosinklinallarını da göstərmək olar.
Şimal yarımkürəsində yerləşən qədim platformalarda (Şimali Amerika, Şərqi Avropa, Sibir) orta və üst Rifeydə
(1,4-0,7 109 il) kratonlaşma mərhələsi tədricən avlakogen mərhələsi ilə əvəz olunur. Qondvana platfor-
malarında bu mərhələdə qeyd olunan avlakogenlər səciyyəvi xarakter daşımır.
Avlakogenlər kvarsit (qumdaşı), argillit, karbonatlardan (əsasən dolomit) təşkil olunur, tilloidlərə, evaporitlərə
rast gəlinir. Onlar siklik xarakter daşıyır və özüdə orta, üst Rifeyin sərhəddinə uyğun gələn tsikllərdə trap
Avlakogen

maqmatizminin (qabbro-diabaz silləri formasında) təzahürü qeyd olunur. Bir qayda olaraq avlakogenlərdə
kəsiliş kontinental mənşəli, gobud dənəli çöküntülərlə (qırımızı rəngli kontinental formasiya) başlayır, sonra
əlvan rəngli laqun kompleksinə (qırımızı rəngli laqun formasiya) keçir və dəniz mənşəli gil və dolomitlərlə
başa çatır. Çökmə formasiyaların toplanması platobazaltların təzahürü ilə müşayiət olunur.
Cavan platformalarda avlakogen rolunu tafrogen qrabenləri oynayır. Paleozoy və daha qədim bünövrə üzərində
yaranan bu qrabenlər, kontinental mənşəli qırıntı süxurlardan, trappdan təşkil olunur. Cavan platformalarda
tafrogen kompleksi nəinki qrabenləri, hətta ətraf sahələri də örtür.
Kembriyəqədər mərhələnin sonunda, xüsusən də Venddə, avlakogenlər sineklizlərə çevrilirlər.
Qədim platformalarda tədricən regional qalxmalar əyilmə ilə əvəz olunur. Nisbətən fəal olan avlakogenlərin
üzərində platformadaxili çökəkliklər (sineklizlər) yaranır. Sineklizlərin yaranması və inkişafı qədim platfor ma-
larda dəniz transqressiyasının başlanma vaxtına uyğun gəlir. Ona görə də sineklizlərin inkişafının ilkin
Sinekliz

mərhələsində toplanan çöküntü kompleksini bazal dəniz-laqun kimi ayırırlar.


Qədim platformalarda sinekliz inkişaf mərhələsinin başlanması bir-birindən fərqlənir (məsələn, Sibir platfor-
masında- Rifeydə, Şərqi Avropada- Venddə, Şimali Amerikada- orta Kembri və s).
Cavan platformalarda sinekliz mərhələsi ayrılmır və ona görədə tafrogen mərhələdən sonra birbaşa plitə
mərhələsi başlayır.

108
Cədvəl 9.2.2.-nin davamı
1 2
Qədim platformalarda baş verən regional əyilmə ilə əlaqədar olaraq, dəniz sineklizlərin sərhədlərini aşaraq
anteklizləri də əhatə edir və nəticədə sineklizlər bir-biri ilə birləşir. Plitə inkişaf mərhələsində toplanan çö -
küntülər özünün kəskin ifadə olunan ritmikliyi ilə seçilir və kəsilişin aşağısında transqressiv dəniz, orta hissə-
sində platforma (karbonat, arid iqlim şəraitində- evaporit-karbonat və ya əhəngdaşı-dolomit formasiyası)
ayrılır.
Qədim platformaların plitə inkişaf mərhələsinin ikinci yarısında transqessiya tədricən reqressiya ilə əvəz
olunur. Bu halda arid iqlim şəraitində qırmızı-evaporit formasiyası (əlvan qumdaşları, mergel təbəqələrinə
Plitə

malik gillər, gips, daşduz), humid iqlim şəraitində- kömürlü formasiya (boz rəngli gillər, əhəngdaşları, kömür
təbəqələrinə malik qumdaşları), qırmızı rəngli kontinental, örtük-buzlaq çöküntüləri toplanır.
Qədim platformalarda cökmə formasiyasının ritmik ardıcıllığı bir çox hallarda trapp formasiyasının təzahürü ilə
pozulur.
Cavan platformalarda tafrogen mərhələsindən sonra ümumi əyilmə şəraitində plitə inkişaf mərhələsi başlayır.
Ümümiyyətlə, cavan platformalarda toplanan plitə kompleksi qədim platformaların plitə kompleksinə uyğun
gəlir.

Plita inkişaf mərhələsi. Qədim platformalarda başlayan regional əyilmə nəticə-


sində dəniz sinelizlərin sərhədlərini aşaraq anteklizlərləri də əhatə edir və sineklizlər
bir-biri ilə birləşir. Beləliklədə, qədim platformaların əsas, nisbətən uzun müddətli in-
kişaf mərhələsi olan plitə inkişaf mərhələsi başlayır və demək olar ki, bütün Fanero-
zoyu (Oliqosenə qədər) əhatə edir. Cavan platformaların əksəriyyətində isə plitə inki-
şaf mərhələsi Yura dövrünün əvvəlinə aid olunur.
Plitə inkişaf mərhələsində toplanan çökmə örtüyünü təşkil edən dənizin trans-
qressiyası şəraitində toplan çöküntülər adətən ritmik xarakter daşıyır və geosinklinal
qurşaqların əsas tektonik dövrlərinə (mərhələlərinə) uyğun gəlir, bir-birindən çöküntü
toplanmada ayrılan fasilənin olması və struktur planın dəyişməsi ilə ayrılır. Məsələn
Rüs plitəsində Kaledon (V-D1), Hersin (D2-T2) və Kimmeri-Alp (T3-Q) kompleksləri
ayrılır ki, bunların da hər biri müəyyən formasiya sırası təşkil edir və aşağı hissədə
transqressiv, üst hissədə isə reqressiv ardıcıl formasiyadan ibarətdir. Nəzərə alsaq ki,
platformalarda kontinental və dayaz dəniz çöküntüləri üstünlük təşkil edir, onların
tərkibinə formasiya təbiətinə iqlim şəraiti böyük təsir göstərir. Adətən plitə komplek-
sinin aşağısında transqressiv dəniz formasiyası, orta hissəsində platforma karbonat
formasiyası ayrılır. Plita inkişaf mərhələsinin ikinci yarısında transqressiyanın req-
ressiya ilə əvəz olunması ilə əlaqədar olaraq, arid iqlim şəraitində qırmızı-evaporit
formasiyası (əlvan qumdaşları, mergel təbəqələrinə malik gillər, gips, daşduz), humid
iqlim şəraitində- üst paralik kömürlü formasiya çöküntüləri (boz rəngli gillər, əhəng-
daşları, kömür təbəqələrinə malik qumdaşları) toplanır. Qədim platformaların sonrakı
inkişaf mərhələsi, qırmızı rəngli kontinental formasiya çöküntülərinin yaranması ilə
başa çatır. Bununla yanaşı, şimal yarımkürəsinin qədim platformalarında Alp forma-
siyasını tamamlayan buz örtük formasiya çöküntülərinə də rast gəlinir.
Qədim platformaların ritmik quruluşa malik çökmə formasiya çöküntüləri, bə-
zən trapp formasiyasının təzahürü ilə mürəkkəbləşmiş olur. Məsələn, platobazalt (do-
lerit, diabaz, bazalt), olivin-bazalt-qələvi (traxibazalt), bazalt (olivinli bazalt, traxit,
dasit), qabbroqranit və s. Maqmatik formasiyaların varlığı yalnız qədim platformalar
üçün xarakterdir (Çin, Afrika-Ərəbistan, Sibir).
Qədim platformaların bir sikldən digər siklə doğru geoloji inkişafı onların yeni-
dən mürəkkəbləşməsi və bəzən yenidən qurulması ilə nəticələnir və nəticədə plat-
formaları əhatə edən geosinklinallara paralel yerləşən yeni struktur elementlərin ya-

109
ranması və aktiv inkişaf etməsi qeyd olunur. Platformaların bu xüsusiyyətləri ilk dəfə
A.P.Karpinski tərəfindən müəyyən olunmuşdir və bununla əlaqədar onun adı ilə bağ-
lıdır.
Qədim platformalardan fərqli olaraq cavan platformaların quruluşunda kraton-
laşma mərhələsi qeyd olunmur. Onların bünövrəsi qədim platformaların bünövrəsin-
dən fərqli olaraq konsolidasiyaya, stabilləşməyə az məruz qalmışdır. Platforma örtü-
yü süxurları ilə bünövrə süxurları arasında sıx əlaqə vardır.
Cavan platformaların erkən inkişaf mərhələsi tafrogen mərhələsi adlanır. Bu in-
kişaf mərhələsi qədim platformaların avlakogen mərhələsinə uyğundur. Zaman etiba-
rıilə bu mərhələ Epikaledon platformalarında Devona, Epihersin platformalarında isə
Permin sonu-erkən Triasa müvafiq gəlir. Çöküntülərin toplanması kontinental şərait-
də baş verir və bazalt lavalarına malik qırmızı rəngli formasiya (qırmızı rəngli konti-
nental formasiya) kompleksi yaranır. Çox vaxt qırmızı qatların tərkibində gobuddə-
nəli qırıntı materiallarına rast gəlinir ki, bu da onu geosinklinalların üst molass forma-
siyasına yaxınlaşdırır. Bununla əlaqədar olaraq cavan platformaların çökmə örtüyü-
nün qırmızı qat kompleksinin aşağı hissəsini teleoorogen (kataplatforma) formasiyası
kimi ayırırlar (şəkil 9.2.2.).
Cavan platformaların digər əlamətlərindən biri də, onlarda sinekliz mərhələsinin
olmamasıdır və onlar tafrogen inkişaf mərəhələsindən birbaşa plita mərhələsinə keçir.
Adətən, Epihersin platformalarında plita inkişaf mərhəsi Yura dövründən başlayır.
Cavan platformalarda tafrogen kompleksi yalnız tafrogenləri deyil, geniş əraf sahələri
də əhatə etdiyindən bu komplekslə plita inkişaf mərşələsində toplanan çöküntülər ara-
sındakı sərhəd aydın nəzərə çarpmır. Digər tərəfdən tafrogen kompleksinin geosink-
linalların üst molass formasiya çöküntüləri müəyyən qədər oxşarlığı, tafrogen komp-
leksinin cavan platformaların inkişafının platforma və ya geosinklinal mərhələsinə
aid olması mübahisə doğurur. Bu isə öz növbəsində əvvəlcə cavan, sonra isə qədim
platformalarda "keçid" və ya "aralıq" kompleksinin (təbəqəsinin) ayrılmasını ilə nəti-
cələndi. Bir qrupp tədqiqatçılar "keçid kompleksinin"- nin toplandığı bu mərhələni
yer qabığının inkişafının platforma və geosinklinal mərhələsi ilə müqayisə olunan
mərhələ kimi ayırmağı məqsədə uyğun hesab edirlər.
Bu kimi təbəqə, əvvəlcə cavan, sonra qədim platformalar hüdudlarında müəyyən
olunmuşdir. "Keçid kompleksinin" çöküntülərının yaşı qədim platformalarda- Rifeyə,
Epihersin platformalarında- Perm-Triasa, müvafiq gəlir. Daha sonralar, 60-cı illərdə
A.L.Yanşin, A.E. Şlezinger və b. "keçid" və ya "aralıq" qatı, cavan platformaların
çökmə örtüyünün alt struktur mərtəbəsi adlındırır.
Cavan platformaların plitə inkişaf mərhələsi, qədim platformalarda olduğu kimi
çökmə formasiya kompleksinin geniş yayılması ilə səciyyələnir (terrigen formasiya-
ların üstünlüyü şəraitində). Maqmatizm baxımından cavan platformalarda trapp maq-
matizminin rolu azdır. Trapp maqmatizminin baş verməsi isə cavan platformaların
riftləri ilə əlaqədardır (Appalaç, Reyn qrabenləri). Cavan platformaların daxilində,
qədim platformalarda olduğu qaydada aktiv (hərəkətdə olan) və dəyanətli (stabil) sa-
hələri ayrılır. Birincilər sırasına Ural-Sibir, Orta Asiya (Turan), Qafqazətəyi (Skif),
ikincilər sırasına isə- Şərqi-Avropa və s. platformaları göstərmək olar.

110
BÖLMƏ 10. DƏRINLIK QIRILMALARI VƏ DAIRƏVI STRUKTURLAR
10.1. DƏRINLIK QIRILMALARI VƏ ONLARIN ƏSAS ƏLAMƏTLƏRI

Dərinlik qırılmaları barədə ilk məlumat A.P.Karpinski tərəfindən verilmişdir.


1905-1909-cu illərdə V.A.Obruçev tərəfindən Sibirdə, Orta və Mərkəzi Asiyada iri
dərinlik qırılmaları müəyyən olunmuşdir. Sonralar (1904-1911) dərinlik qırılmaları
barədə məlumat amerika alimi U.Hobbs tərəfindən inkişaf etdirilmişdir. Onun fikirin-
cə, planetimizdə əvvəlcədən ilkin lineament sistemləri mövcud olmuşdur və onların
Yerin müasir relyefinin formalaşmasında rolu böyükdür. Hobbs lineamentlərin yaran-
masını Yerin soyuması nəticəsində həcminin kiçilməsi və bununla əlaqədar qırılma-
ların yaranmasını əlaqələndirirdi.
Dərinlik qırılmaları haqqında tam və dolğun təlim 40-cı illərdə A.V.Peyve,
N.S.Şatski, A.N.Zavaritski tərəfindən verilmişdir. 1945-ci ildə isə A.V.Peyve dərinlik
qırılmaları terminini irəli sürmüçdür. Dərinlik qırılmaları dedikdə uzunluğu onlarla,
yüzlərlə, eni onlarla kilometr olan, mantiyaydək davam edən müxtəlif litosfer plitələrı
araıönda yerləşən, litosferin parçalanma zonaları nəzərdə tutulur. Dərinlik qırılmaları
üç əsas şərti ödəməlidir: böyük dərinliyə, böyük uzunluğa, uzun müddətli inkişaf tari-
xinə malik olmaq. Dərinlik qırılmalarının əsas öyrənilmə üsulları aşağıdakılardır:
geofiziki, seysmik, geomorfoloji, struktur, geokimyəvi, maqmatik və s. Geofiziki əla-
mətlər üç qrupa (maqnitometrik, qravimetrik, seysmometrik) ayrılır.
Dərinlik yarıqlarının daxilolma dərinliyindən asılı olaraq V.E.Xain, A.E.Mixay-
lov onları aşağıdakı növlərə ayırır: mantiya (400-700 km-dək), litosfer (100-300 km),
qabıq (qabığın dabanınadək daxil olan).
V.V.Belousov dərinlik yarıqları üzrə baş verən yerdəyişmənin növündən asılı
olaraq, onları dərinlik kəsimləri, dərinlik üstəgəlmələri, dərinlik fayları, dərinlik ara-
lanmaları,dərinlik əks-fayları, dərinlik üfüqi yerdəyişmələri kimi növlərə ayırır.
V.E.Xain, A.E.Mixaylov dərinlik qırılmalarını litosferin geoloji quruluşundakı
əhəmiyyətindən asılı olaraq birinci dərəcəli (əsas litosfer plitələrını hüdudlandıran,
divergent və konvergent növləri məlumdur), ikinci dərəcəli (kiçik və xırda plitələrı
hüdudlandıran), üçüncü dərəcəli (okean və qitələri boya-boy kəsən transform qırıl-
maları) növlərə ayırır. Dərinlik yarıqlarının qeyd edilən təönifatlarını tam və dolğun
hesab etmək olmaz, belə ki, bu təönifatlar dairəvi (həlqəli) strukturları törədən qırıl-
malar nəzərə alınmadan verilir.
Dərinlik qırılmaları litosferın dərin qatlarında əmələ gəlməsi, böyük məsafələrdə
izlənməsi; uzun müddətli geoloji zaman ərzində çoxfazalı inkişafı; və Yer qabığını
özünün quruluşuna, rejiminə, inkişaf tarixinə görə fərqlənən bloklara ayırması ilə sə-
ciyyələnir. Ümumiyyətlə, dərinlik qırılmaları Yerin ilkin, sərbəst struktur formaların-
dan biri olmaqla, uzun müddətli inkişaf dövrü keçirir, çöküntütoplanmada, struktur-
fasial zonaların yaranmasında mühüm rol oynayır. Geosinklinal sahələrində
maqmatizm prosesinin fəaliyyətində dərinlik qırılmaları əsas yer tutur və onlar üçün
aşağıdakı başlıca əlamət və xüsusiyyətlərin olması səciyyəvi xarakter daşiyır:
 Dərinlik qırılmalarının böyük məsafələrdə izlənməsi;
 Yer səthində böyük məsafədə qırılma xətlərinin ensiz zolaq şəklində təzahürü;

111
 Böyük məsafələrdə izlənilən antiklinal qırışıqları mürəkkəbləşdirən üstəgəlmə
tipli qırılmalarin olması;
 Qırışıqlıq qurşaqların son dərəcə intensiv inkişaf etməsi;
 Qırılma zonalarında seysmik əksetdirici dalğaların udulması və ya xaotik xa-
rakter daşıması;
 Dərinlik qırılmalarının yaratdığı bloklarda çöküntülərin litofasial tərkibinin və
qalınlığının dəyişməsi;
 Yer qabiğında istilik axınının paylanmasında anomal dəyişmələrin müşahidə
edilməsi;
 Bünövrənin yatma dərinliklərinin, seysmik sərhədlərin və seysmik dalğaların
sürətinin sıçrayışla dəyişməsi;
 Dərinlik qırılmaları sahələrində maqmatizmin təzahürü və çoxlu miqdarda
ultraəsas, əsas, qisməndə turş intruzivlərin olması.
 Dərinlik qırılmaları Yer qabiğında müxtəlif tektonik rejimə, inkişaf xüsusiy-
yətinə malik olan bloklarını bir-birindən ayırması.
Yer qabiğının müasir quruluşunda dərinlik qırılmaları üç qrupa ayrılır:
 Birinci dərəcəli dərinlik qırılmaları- litosferin əsas plitələrinin sərhəddini
müəyyən edir və onun divergent (okean riftlərinin aralanması), konvergent VZB zo-
nası) və transform tipləri vardır;
 İkinci dərəcəli dərinlik qırılmaları- litosferin kiçik və mikroplitələrini, elə-
cədə litosfer plitələrinin qitə və okean meqabloklarını (qitələrin qeyri-fəal ətraflarını
bilavasitə okean yatağından ayıran) ayırır. Bu qırılmaların yeri keçid tipli (nazikləş-
miş və işlənilməyə məruz qalmış qitə) və okean qabığının sərhəddinə müvafiq gəlir,
qitə yamacı boyunca keçirilir. N.S.Şatskinin ayırdığı kənar tikişlər kontinental qabı-
ğın daxilində yerləşir, onun nazikləşmiş qabığa malik olan hissəsini kratonqarşısı çö-
kəkliklərdən və miogeosinklinallardan ayırır. Yerin müasir struktur planında kənar ti-
kişlərə okeanlarda mikroplitələri və geosinklinallarda aralıq massivləri ayıran qırıl-
malar müvafiq gəlir.
 Üçüncü dərəcəli dərinlik qırılmalara qitə və okeanların daxilində ayrılan
bütün qırılmalar (ikinci dərəcəli riftləri, paleoriftləri, avlakogenləri, geosinklinal sis-
temlərin əsas struktur-formasiya zonalarını, okeanların daxilində regional transform
qırılmaları) daxildir.
Tektonik qırılmalar. Tektonik qırılmaların yerədyişən (paraklazlar) və yerdə-
yişməyən (diaklazlar) növləri var. Paraklazlara- faylar, əks-faylar, üstəgəlmələr, üfüqi
yerdəyişmələr, diaklazlara isə- süxurun çatlılığı aid edilir.
Riftlər haqqında məlumat 1884-cü ildə D.Qreqori tərəfindən verilmişdir (rift in-
gilis sözü dərə və ya yırtıq deməkdir). Daha əvvəl isə bu termin əvəzinə Almaniyada
"qraben", sonra isə N.S.Şatski "avlakogen" terminini təklif etmişdir. Hazırda riftoge-
nez prosesinə litosferin müasir inkişafında mühüm yer verilir və rift dedikdə böyük
uzunluğa (yüzlərlə, minlərlə km), qrabenəbənzər quruluşa malik, üfüqi istiqamətdə
genişlənən, mantiya ərinti kütləsinin daxil olduğu litosferin xətti zonaları nəzərdə tu-
tulur.
V.V.Belousov Yer qabığının dartılma vilayətində yaranan qrabenlərin məcmu-
sunu rift adlandırır.
Riftlərin yaranma və inkişafetmə prosesləri riftogenez (riftinq) adlanır.
112
Yer qabığının rift sahələri üçün qabığın qalınlığının azalması, astenosfer çıxın-
tılarının (astenosfer apvellingi və ya astenosfer balışı) və üfüqi istiqamətdə dartıcı
qüvvələrin varlığı, seysmikliyin, vulkanizmin (bazalt, qələvi-bazalt) təzahürü xarak-
terdir. Bunlara misal olaraq okeanlarda qlobal rift sistemlərini, qitələrdə isə Afrika-
Ərəbistan, Baykal, Qərbi Avropa və s. riftləri göstərmək olar.
Bəzi tədqiqatçıların fikrincə (E.E.Milanovski, V.E.Xain və b.) riftogenezin yal-
nız Neogen-Dördüncü dövr inkişaf mərhələsi üçün deyil, həmçinin keçmiş geoloji
dövrlər üçün də səciyyəvi olması qeyd edilir.
E.E.Milanovski riftogenezi qədim (Proterozoy yaşlı avlakogenlər) və cavan (Pa-
leozoy, Mezokaynazoy yaşlı avlakogenlər) növlərə ayırır.
V.K.Qavriş riftlərə avlakogenlərin bir növü kimi baxmağı təklif edir.
N.S.Şatski avlakogenlərin yaranmasını qabıqaltı maddənin soyuması ilə əlaqə-
dar olaraq yaranan qrabenəbənzər çökəkliklər adlandırır.
Riftlər bu strukturlardan fərqli olaraq nüvənin həddindən artıq qızması, astenos-
ferin Yer qabığının dabanına doğru qalxması, yüksək hərarətli vulkanizmin aktivliyi
ilə xarakterizə olunur. Digər tərəfdən riftlərlərdə rast gələn qırıntı süxurları, avlako-
genlərdən fərqli olaraq üstünlük təşkil edir.
Riftlər okean və qitə riftlərinə ayrılırlar. Qitə riftlərdən fərqli olaraq, okean rift-
ləri müxtəlif quruluşlu qabığa malik olub, böyük uzunluğa, yüksək maqmatik və
seysmik aktivliyə, qrabenəbənzər quruluşa malikdir. Okean riftlərinin qlobal-okean
sistemləri və okeandaxili növləri ayrılır. Qlobal aralıq-okean sistemlərinin analoqla-
rına qitələrdə rast gəlinmir. Onlar spredinqə (okean qabığının yaranması zonası) mü-
vafiq glir. Rift sisteminin mərkəzi hissəsində cavan vulkanizm ocaqları yerləşir, dar-
tılma zonaları ilə müşayiət edilir. Kənar sahələrdə fay tipli strukturlar yayılır.
Qitə riftləri okean riftlərinə nisbətən kiçik ölçülü, uzanma istiqamətləri üzrə qra-
benəbənzərdir. Yaş etibarı ilə Paleozoyun sonuna müvafiq gəlirlər.
E.E.Milanovski riftlərin geoloji inkişaf tarixində riftqabağı (mantiyanın istiləşdi-
rilməsi və maqmatizmin aktivliyi ilə əlaqədardır) və xüsusi rift (yaranma, oturma,
inversiya) mərhələrini ayırır. Qeyd edilən rift mərhələləri yalnız qitə riftləri üçün sə-
ciyyəvidir və burada riftogenezin son nəticəsi isə spredinq prosesi ilə əlaqədar olaraq
okeanların yaranmasıdır.
10.2. DAIRƏVI STRUKTURLAR

Bir çox geoloji törəmələr və tektonik elementlərin quruluşu dairəvi və ya oval


formalıdır. Bunların sırasına fəaliyyətdə olan və sönmüç vulkanlar, külli miqdarda in-
truziv massiv (daykalar və qırılmaların birlikdə yaratdıqları) formaları aid edilir. Bir
çox sahələrdə (məsələn, Aldan qalxanında qranit-qneys gümbəzləri) dairəvi (həlqəvi)
formaya malikdir. Eyni formanı, həmçinin dairəvi strukturlar (duz diapirləri), Yer sət-
hində mövcud olan bir sıra çökəkliklər (məsələn, Xəzəryanı, Transilvan və s.) əmələ
gətirirlər.
Bu strukturların geniş miqyasda öyrənilməsinə xırda miqyaslı aerofoto və kos-
mik şəkillərindən istifadə edilməsi ilə əlaqədar başlanmışdır (şəkil 10.2.1.).

113
Şəkil 10.2.1. Dairəvi Xibin plutonunun ( A) geoloji xəritəsi ( V.Q.Volodinə görə),
Lovozer dairəvi plutonunun profili (A.V.Atamanova görə).
A). 1-Kembriyədək-Paleozoy süxurları; 2-roqoviklər; 3-qranitoid xibinitləri; 4-tra-
xioid xibinitləri; 5-iyolitlər, urtitlər, malinontlar, apatitlər; 6-risçorritlər və orta dənə-
varı nefelinli sienitlər; 7-qranitoid foyyaitləri; 8-traxiod foyyaitləri; 9-Dördüncü dövr
çöküntüləri; B). 1-Arxey-Proterozoy törəmələri; 2-Devon yaşlı effuziv-çökmə çökün-
tüləri; 3-xibinit tipli nefelinli sienitlər; 4-Xibin dağının iyolit-urtitlərinə bənzər çö-
küntü kompleksi; 5-nefelinli, poykillitli sienitlər; 6-stratiqrafik kompleksin alt foyyait
hissəsi; 7-həmin kompleksin üst hissəsi; 8-evdialit kompleksi; 9-kontakt dəyişilmə
zonasının süxurları.

1975- ci ildə V.M.Rıjov və V.V.Solovyov tərəfindən keçmiş SSRİ- nin


(1:10 000 000 miqyaslı) mərkəzi hissəsi üçün tərtib olunmuş morfostruktur xəritədə
dairəvi strukturların: gümbəzvarı, həlqəvi, gümbəz-həlqəvi və s. növləri qeyd olun-
muşdir. Yaş etibarilə bunlar Mezozoy və Mezokaynozoy yaşlıdır. Bunların ən irilə-
rinin diametri 10 min km-ə çatır (Qərbi Sibir, Qazaxıstan). Burada ən kiçik ölçüyə
malik həlqənin diametri 50 km-ə çatır. Ən iri, dairəvi strukturlardan biri keçmiş
SSRİ-nin şimal-şərqində yerləşir. Onun diametri 900 km-ə çatır və öz növbəsində 35
həlqəvi, oval, yarımhəlqəvi strukturlardan ibarətdir.
Dairəvi strukturların öyrənilməsi, onların bir sıra genetik tipini ayırmağa imkan
verir. Bunlardan ən geniş yayılanı maqmatik (vulkanogen, vulkanogen-plutonik, plu-
114
tonik), metamorfik (qranit-qneys gümbəzləri), diapir (duz və gil təbəqələri ilə əlaqə-
dar), partlayış və zərbə növlü, mərkəzi qalxma və enmə (izostatik müvazinətin pozul-
ması ilə əlaqədar) mənşəlidir.
Dairəvi strukturlar müsbət və mənfi növlərə ayrılır.
10.3. METIORIT KRATERLƏRI VƏ ASTROBLEMLƏR

Metiorit kraterləri və astroblemlər sırasına Ay səthində mövcud olan və Yer sət-


hinə kosmik kütlələrin düçmsi nəticəsində yaranan (güclü zərbə dalğası nəticəsində)
iri çökəkliklər aid edilir. Metiorit kraterləri və astroblemlər (130-dan çox) bütün qitə-
lərdə (bunlardan Kanadada- 40, MDB məkanında- 25) məlumdur. Metiorit kraterləri-
nin ölçülri müxtəlifdir (25 m-dən 100 km-dək). Hazırda diametri 20 km-dən böyük
olan 20-dək bu növ struktur müəyyən olunmuşdir. Bunlardan yeddisi MDB məkanın-
da (keçmiş SSRİ-də) məlumdur (bunların sırasına ən iri və məşhur Popiqay astrob-
lemi də daxildir).
Adətən, metiorit kraterləri dairəvi formaya malik olub, zərbə brekçiyaları ilə
dolmuş olur. Kraterlərin orta hissələrində xaotik brekçiyalardan ibarət mərkəzi qalx-
ma qeydə alınıb. Asroblemlərdə (astroblem- yunan sözü olub, ulduz yarası deməkdir.
Morfoloji əlamətlərini itirmiş krater struktur formalarını müəyyən etmək üçün istifa-
də edilən termindir) sonradan baş vermiş pozulmalarla (parçalanma, sürüçmə, eroziya
və s.) əlaqədar olaraq, kraterlərdə məlum olan elementlər öz təzahürlərini tapmırlar
və ya çox zəif özlərni büruzə verirlər. Zərbə zamanı yaranan yüksək təzyiq (100-dək
QPa) və temperatura (20000C) əlaqədar olaraq metiorit kraterlərində yüksək təzyiqli
(barik) silisli birləşməlrə- geosit, stipoverit və xüsusi quruluşa (struktura) malik sü-
xurlara rast gəlinir. Sonuncular sırasına aşağıdakılar daxildir: autigen və allogen brek-
çiyaları, impaktitlər (züvit, taqamit və s.).
Qeyd edilən spesifik süxurlarından əlavə, metiorit kraterlərində xüsusi quruluşa
malik və konus pozulmaları adını almış törəmələrə (süxur birləşmələrinə) də təsadüf
edilir. Olar ayrı-ayrı qırıntılardan (iti konusvarı şırımlara malik) ibarətdir. Pozulma
konusları müxtəlif süxurlarda məlumdur, lakin əhəngdaşlarında daha yaxşı saxlan-
mışdır. Ölçüləri müxtəlif olub 1 m-dən 12 m-dək çatır. Eksperiment məlumatları po-
zulma konuslarının şiddətli partlayışın təzahürünün etibarlı göstəricsi olduğunu gös-
tərir. Zərbə strukturları arasında Popiqay (Şərqi Sibir), Arizona (Şimali Amerika) və
Riss (Almaniyada) kraterləri daha mükəmməl öyrənilmişdir.
Popiqay krateri- Anabar qalxanının şimal ətrafında yerləşir. Burada kristallik
süxurlar Proterozoy və Kembri kvarsitləri, əhəngdaşı və dolomitləri, eləcədə Permin
dolerit sillərinə malik, qumdaşları və alevrolitləri ilə örtülmuşdur (şəkil 10.3.1.).
Qeyd edilən süxurlar kristallik bünövrə süxurları üzərində yatırlar.
V.L.Masaytisin məlumatlarına əsasən krater relyefdə dərinliyi 200-400 m-ə qə-
dər olan ovalşəkilli formaya malik çuxurdan ibarətdir, qismən Dördüncü dövrün
qumdaşı və çaqılları ilə dolmuşdur. Kraterin mərkəzində diametri 45 km olan dairəvi
autigen qneys brekçiya qalxımı yerləşir.

115
Şəkil 10.3.1. Popiqay zərbə kraterinin geoloji qruluşunun sxemi
(V.L.Masaytisə görə).
1-Arxey və Proterozoy yaşlı kristallik süxurlar; 2-alt Proterozoy, Paleozoy və Mezo-
zoy yaşlı çökmə süxurlar; 3- katagenezə və brekçiyalaşmaya məruz qalmış süxurlar
(autigen brekçiya); 4-allogen brekçiya; 5-zyuvitlər; 6- impakitlər, 7-üstəgəlmə və di-
gər qırılmalar; 8-dairəvi qırılmanın oxu.

Krater qıfı züvitlər və onları kəsən layvarı, qalınlığı on metrlərə çatan maqamit
kütlələri ilə kəsilir. Kraterin mərkəzi hissələrində impaktitlərin qalınlığı 2-2,5 km-ə
çatır. Kraterin kənar qıfı eni 20-25 km-ə çatan dairə əmələ gətirir, onun ətrafında çök-
mə süxurlar kəskin deformasiyaya məruz qalmış və radial qırılmalara (amplitudları
metrdən km- dək) mürəkkəbləşmişdir.
İmpaktitlərin altında yatan allogen brekçiyanın qalınlığı 150 m olub, müxtəlif
ölçülü qırıntılardan və qaymalardan ibarətdir. Kimyəvi tərkib etibarilə, impaktitlər
qneyslərdən və şüşədən təşkil olunub. Hesablamalara əsasən episentrdə partlayış za-
manı yaranan təzyiq 105 Pa, temperatur isə 20000C-dək çatır. Bu kimi şəraitdə yara-
nan impaktitlər radial istiqamətlərdə, böyük sürətlə axaraq həlqəvi zirvələr yaradır.
Nisbətən kiçik ölçülü, lakin quruluşca eyni metiorit kraterlərinə Baltik qalxanın-
da, Rus plitəsındə (Kaluqa və s.), Ukrayna qalxanında (Qusev, Kamenski və s.) rast
gəlinir. Bunlardan ən qədimi hesab olunan Yanisyarvi astrobleminin yaşı 700 mln.
ildir (Baltik qalxanı ərazisində).

116
Arizona krateri- kasavarı çuxura bənzəyir, diametri 1,2 km-dir, dərinliyi 180
m, yüksəkliyi 30-60 m vallarla əhatə olunmuşdur. Zərbə brekçiyası kraterin dibinə
toplanaraq Perm və Trias yaşlı bucaqvarı qumdaşı qırıntılarından ibarətdir. Qeyd edi-
lən bu törəmələr Pleystosen və müasir allüvial çöküntüləri ilə qeyri-uyğun örtülmüş-
dür. Zərbə brekçiyalarının kraterdə qalınlığı 100 m və dalğasının təsir dərinliyi isə
170 m-ə çatır. Krater Pliosen yaşlıdır.
Metiorit kraterlərinin öyrənilməsində aparılan müşahidələrlə yanaşı, aerofoto və
kosmik şəkillərin tədqiqinin əhəmiyyəti böyükdür. S.V.Poroşinin məlumatına əsasən
müəyyən olunmuş həlqəvi strukturların diametrləri 6-7; 12-15; 23-25; 30-32; 90-120;
450-500 km-ə çatır. Diametri 90 km-dək olan həlqəvi strukturların əksəriyyəti vulka-
nik-plutonik mənşəlidir. Diametrləri 90 km-dən böyük olan həlqəvi strukturların
mənşəyi tam aydın deyildir. Tədqiqatçıların əksəriyyəti bu kimi strukturların çox qə-
dim olması və böyük dərinlikdə əmələ gəlməsi fikrini irəli sürür. L.İ.Salopanın fikrin-
cə bunların əksəriyyəti qədim qalxanlarda qeydə alınaraq qranit-qneys qırışıqlıq güm-
bəzləri ilə əlaqədardır.
O.B.Qintov Ukrayna qalxanının şimali-qərbində və S.V.Boqdanova Volqa-Ural
anteklizində (Tatar tagı) geoloji-geofiziki məlumatlara əsasən Arxey və erkən Prote-
rozoy yaşlı süxurlardan təşkil olunmuş, dairəvi konsentrik strukturlar müəyyən etmiş-
lər.
V.M.Moralev və M.Z.Qluxovski Aldan qalxanında kosmik şəkillərə əsasən mü-
əyyən olunmuş dairəvi strukturların daha qədim olmasını qeyd edərək, Yer qabığında
ay inkişaf mərhələsinə uyğun gələn mərhələnin varlığını qeyd etmişlər.
Kosmik və aerofotoşəkillərə əsasən dairəvi strukturlar konsolidasiya olmuş Yer
qabığının enməyə məruz qalan sahələrində də qeydə alınır. Bunlara missal olaraq
Transilvan, Pannon, Xəzəryanı, Cənubi Balxaş və s. çökəkliklərini göstərmək olar.
Qeyd edilən strukturların ölçüləri müxtəlifdir. İ.A.Yeremenko, V.N.Bryuxanovaya
görə 25 km-lə 300 km arasında dəyişir. Bu strukturların əksəriyyəti Aral-Zəzər regio-
nu üçün 1:2 500 000 miqyasında tərtib olunmuş kosmotektonik xəritədə öz əksini
tapır.
İri və nəhəng strukturların mənşəyinə gəldikdə isə A.İ.Yakovlev, N.V.Skublova
görə onlar, astenosferdə yerləşən dərinlik energetik mərkəzlərini əks etdirirlər və
strukturların özləri isə Yer qabığına mantiya ərinti kütləsinin daxil-olma sahələrinə
("istilik nöqtələrinə") müvafiq gəlirlər.
S.V.Poroşinin fikrincə regional dairəvi strukturlar Yerin dərinlik maddələrinin
onun üst təbəqələrinə daxilolma sahələrini əks etdirən formalardır. Bu kimi struktur-
ların yaranmasında konveksiya cərəyanlarının və mövcud qabıqaltı materialların
(maddələrin) yerdəyişməsinin əhəmiyyəti böyükdür.

117
BÖLMƏ 11. TEKTONİK RAYONLAŞDIRMA PRİNSİPLƏRİ
VƏ TEKTONİK XƏRİTƏLƏR

Yer qabığının başlıca xassələrindən biri olan struktur müxtəlifliyi, bilavasitə tek-
tonik rejimin qeyri bərabər inkişafının nəticəsidir. Tektonik xəritə dedikdə müxtəlif
geoloji proseslərin məkan və zaman daxilində təzahürü nəticəsində əmələ gələn və
ayrı-ayrı qəbildən olan struktur elementlərin hüdudlaşdırılması nəzərdə tutulur. Yer
qabığının tektonik inkişaf tarixininin öyrənilməsində tektonik rayonlaşdırmanın apa-
rılması mühüm əhəmiyyət kəsb edir.

11.1. TEKTONIK XƏRITƏALMA VƏ RAYONLAŞDIRMA MƏRHƏLƏLƏRI

Tektonik xətitəalmanın tarixində bir sıra mərhələlər ayrılır.


I mərhələ. Tektonik xətitələrin (sxemlərin) tərtib olunması ilə əlaqədar olan il-
kin cəhdlər XIX əsrin sonu XX əsrin əvvəlinə təsadüf edir. Bu zaman tərtib olunan
xətitələr tektonik xətlərin xəritəsi olub, platforma və ya qırışıqlıq sistemlərə xas olan
qırışıq və qırılmaların uzanmasını əks etdirir.
II mərhələ. Tektonik xətitəalmanın ikinci mərhələsi tamamlayıcı qırışıqlıq epo-
xalarının (1887- ci ildə M.Bertran tərəfindən ayrılan Kaledon, Hersin və s.) birində
inkişafını başa çatdırmış sahələrin ayrılması ilə xarakterizə olunur. Bu prinsipə əsas-
lanaraq E.Oq tərəfindən (1907- ci il) Avropanın tektonik rayonlaşdırılması aparıl-
mışdır. Q.Ştillenin (1924- cü il) tərtib etmiş olduğu tektonik sxem daha çox diqqəti
cəlb etmişdir. XX əsrin 30- cu illərinin axırına qədər məzmunu geniş hüdudda dəyi-
şən tektonik sxemlər çox yayılmışdı. 1933-cü ildə eyni zamanda D.V.Nalivkinin,
M.M.Tetyayevin, A.D.Arxankelskinin və N.S.Şatskinin keçmiş SSRİ- nin üç tektonik
rayonlaşma sxemi nəşr olunmuşdu.
III mərhələni icmal tektonik xəritəalma mərhələsi adlanır. XX əsrin 40-60- cı
illərində geoloji xəritəalma, dərin qazma, regional geofiziki sxem və profillərin nəti-
cəsində alınan materiallar bir sıra ölkələrin və qitələrin icmal tektonik xəritələrinin
tərtib olunmasına zəmin yaratmışdır.
N.S.Şatskinin rəhbərliyi altında tərtib edilmiş və 1952-ci ildə nəşr edilmiş keç-
miş SSRİ-nin bütun ərazisinin 1:4 000 000 miqyaslı ilk rəngli, icmal tektonik xəritəsi
Yer qabığı strukturunun tarixi inkişaf mərhələlərinin yaş prinsipinə əsaslanmışdır.
1956-cı il-də həmin prinsip əsasında keçmiş SSRİ- nin və qonşu ölkələrin yeni məlu-
matlarla tamamlanmış və təkmilləşdirilmiş 1:5 000 000 miqyaslı tektonik xəritəsi tər-
tib olunmuşdur. Bu xəritə 1956-cı ildə Meksikada keçirilən Beynəlxalq Geologiya
Konqresinin XX sessiyasında nümayiş etdirilmiş və çox bəyənilmişdir. Həmin sesi-
yada nəzərdən keçirilən xəritənin nümunəsi əsasında Avropanın, sonra isə dünyanın
Beynəlxalq tektonik xəritələrini tərtib etmək barəsində qərar qəbul edilmişdir.
1956-cı ilə dək tektonik xəritələrin tərtib prinsipləri əsasında Hindistanın (1963),
Avropanın (1964), Avroasiyanın (1966), Afrikanın (1968), Şimali Amerikanın
(1969), Kanadanın (1969), Cənubi Amerikanın (1978), Antarktidanın (1980), həmçi-
nin keçmiş SSRİ-nin və onun ayrı-ayrı regionlarının bir sıra tektonik xəritələri tərtib
olunmuşdur. Sonradan keçmiş sovet və xarici ölkə geoloqlarının əməkdaşlığı ilə dün-
yanın 1:5 000 000 miqyaslı Beynolxalq tektonik xəritəsi tərtib edilmişdir.

118
XX əsrin 60-cı və sonrakı illərində icmal xəritələrlə yanaşı olaraq miqyası 1:500
000 - 1:1 000 000- dək olan regional xəritələrdə tərtib olunmuşdur.
IV mərhələ. Tektonik xəritəalmanın bu mərhələsi XX əsrin 70-cı illərindən baş-
layır. Plitələrin tektonikası fərziyyəsinin ideyalarının yayılması və xüsusən də geo-
sinklinallar haqqında təlimə yenidən baxılması zərurəti (onların okean tipli qabıq üzə-
rində yaranması və kontinental tipli qabığa çevrilməsi istiqamətində təkamülü) tekto-
nik rayonlaşdırılma prinsiplərinə yeni formada yanaşmağa əsas verdi.
Plitələrin tektonikası haqqında neomobilizm konsepsiyaların meydana gəlməsi
ilə rayonlaşdırma prinsiplərində yeni istiqamət yaranmışdır. A.V.Peyve və onun tərə-
fdarları tərəfindən bu istiqamətin əsasları Monrealda keçirilən Beynəlxalq Geoloji
Konqresin XXIV sessiyasında ilk dəfə bəyan edilmişdir.
Tektonik rayonlaşdırılmanın kontinental tipli qabığın formalaşma zamanına gö-
rə, qırışıqlıq sistemlərin ayrılması geosinklinal prosenin mərhələlərinə (okean, keçid,
yetkin kontinental tipli qabıqlar) görə aparılmağa başlandı. Yeni tipli ilk belə tektonik
xəritə Uralın 1:1 000 000 (1977) və Şimali Avrasiyanın 1:5 000 000 miqyaslı xəritə-
ləri oldu.
Bütün qitələrin tektonik, okeanların geoloji xəritələri tərtib olunduqdan sonra
dünyanın tektonik xəritəsininin tərtib olunması üçün imkan yarandı və 1:25 000 000
miqyaslı ilk belə xətitə 1977- ci ildə nəşr olundu. Sonra 1984- cü ildə 1:15 000 000
və 1:45 000 000 miqyaslarında dünyanın beynəlxalq tektonik xəritəsi nəşr edildi.
Okean çökəkliklərinin tektonik rayonlaşdırılması prinsiplərinə dair məsələ
Y.M.Puşarovski tərəfindən ümumiləşdirilmiş və okean dibinin rayonlaşdırılması üçün
bir əsas kimi struktur-morfoloji prinsipdən istifadə olunmasının məqsədəuyğunluğu
göstərilmişdir. Y.M.Puşarovski okean dibi relyefində şaquli və üfüqi hərəkətləri gös-
tərən, mürəkkəbliyini və müxtəlifliyini qeyd edir və okean altında qabığın anizotrop
quruluşa malik olmasını göstərir. Onun fikrinçə bütün bunlar yalnız plitələrin tektoni-
kası mövqeyindən aydınlaşdırmaq olmaz. Rayonlaşdırma bu və ya digər okeanın
müxtəlif hissələrinin tektonik tarixini, hadisələrin ardıcıllığını və mahiyyətini aşkar
etməlidir.
N.P.Kropotkin plitələrin tektonikası fərziyyəsindəki təsəvvürlərə əsaslanaraq
okean dibinin tektonik rayonlaşdırılmasını litosferin başlıca gərilmə deformasiyası
vaxtına görə aparmağı təklif edir.

11.2. TEKTONIK RAYONLAŞDIRMANIN PRINSIP VƏ ÜSULLARI

Tektonik rayonlaşdırma dedikdə, bir-birindən tarixi-geoloji inkişafı, struktur-li-


toloji quruluşu, maddi tərkibi və s. ilə fərqlənən litosfer sahələri nəzərdə tutulur.
Y.A.Kosıgin tektonik rayonlaşdırma prinsiplərini geoloji obyektlərin öyrənilməsində
istifadə edilən əsas vasitələrdən biri hesab edir.
Ç.B.Borukayev tektonik rayonlaşdırma və tektonik xəritə dedikdə, geoloji ob-
yektlərin sahə etibarı ilə modelləşdirilməsini və qrafiki təsvirlərini nəzərdə tutur.
Tektonik rayonlaşdırmanın hazırda aşağıdakı əsas prinsipləri məlumdur:
1. Tamamlayıcı qırışıqların yaşına (əsas fazasına) görə rayonlaşdırma
(Q.Ştille, A.D.Arxangelski və N.S.Şatski bu üsuldan geniş istifadə etmişlər). Rayon-
laşdırma prinsipinin əsasını geosinklinallar haqqında təlim təşkil edir. Y.M.Puşarov-
119
ski qırışıqlıq əyalətlərin yaşının təyinində geosinklinal çöküntütoplanmanın başa çat-
ması və geosinklinalın yerində aşınmaya məruz qalan dağlıq-qırışıqlığın formalaşma
vaxtını əsas götürməyi məqsədə uyğun hesab edir. Tarixi-geoloji prinsipə əsasən li-
tosferin quruluşunda ümumi halda qədim (Epikarel) və cavan (Epibaykal, Epikale-
don, Epihersin) platformaları, Mezozoy paraplatformaları, Kaynozoy qırışıqlıq sis-
temləri, müasir geosinklinallar və epiplatforma orogenləri ayrılır.
2. Tektonik inkişafa (rejimə) əsasən rayonlaşdırma prinsipi çökmə süxurların
yatma ardıcıllığının öyrənilməsinə və Yer qabığında müəyyən strukturlara malik re-
gionların ayrılmasına əsaslanır. Məsələn, Yer qabığında geosinklinal və platforma re-
jimli sahələrin ayrılması. Bu sahələr müxtəlif geoloji-tektonik proseslərin məkan və
zaman daxilində təzahürü nəticəsində əmələ gəlir. Həmin proseslərin birgə təsiri tek-
tonik rejimin yaranmasına səbəb olur. Tektonik rejim tipinin müəyyən edilməsi, ha-
belə tektonik rayonlaşdırmanın aparılması Yer qabığının tektonik inkişaf tarixini dərk
etməkdə başlıca üsullardan biridir.
3. Endogen rejimin tipinə görə rayonlaşdırma. Bu prinsip 1976-cı ildə
V.V.Belousov tərəfindən təklif olunmuşdur və onun əsasını Yer qabığında hər biri
müəyyən formaya, miqyasa və tektonik hərəkətlərin, maqmatik və metamorfik pro-
seslərin ardıcıllığı ilə səciyyələnən müxtəlif tektonik rejimlərin olması təşkil edir.
V.V.Belousov evgeosinklinalların, miogeosinklinalların, parageosinklinalların, aralıq
massivlərin, epigeosinklinalların, epiplatformaların, qədim və cavan platformaların,
platobazaltların, mərkəzi intruziya və partlayış borularının, Atlantik oken, Sakit oke-
an rejimlərini ayrır və tektonik rayonlaşdırma, təbii regionların ayrılması zamanı tek-
tonik rejim həlledici rol oynadığını göstərir.
4. Süxur kütlələrin mineraloji tərkibinə əsasən rayonlaşdırma. Bu prinsin
Y.A.Kosıgin, Y.A.Voronin və b. tərəfindən irəli sürülmüşdür. Prinsip müəyyən tərki-
bə, qırışıqlığa və s. malik iri geoloji strukturların ayrılmasına əsaslanır. Prinsipə əsa-
sən dörd sinif kompleksi təönif olunur:
 Qırışıqlığa məruz qalmış geosinklinal;
 Qırışıqlığa məruz qalmamış geosinklinal;
 Qırışıqlığa məruz qalmış platforma;
 Qırışıqlığa məruz qalmamış platforma.
Rayonlaşdırma vahidlərinin həm mahiyyəti, həm də sinfinə görə struktur-tarixi əla-
mətlər son dərəcə müxtəlif olduğundan, onlardan müxtəlif əlaqələndirmələrdə istifadə
etmək olar. Son zamanlara qədər rayonlaşdırma prinsiplərində iki başlıca istiqamət
(tarixilik, struktur xüsusiyyətləri) aydın nəzərə çarpır.
L.Eli de Bemon və D.Dana dövrlərindən başlayaraq tektonik rayonlaşdırmada
Yer qabıqı quruluşunun struktur-tarixi əlamətlərindən istifadə edilir.
İlkin təsəvvürlərə görə, qırışıqlıq nəticəsində tektonik şəraitin yüksək dərəcədə
dəyişməsi, geosinklinal inkişaf rejimdən platforma inkişaf rejiminə gətirib çıxarır. Bu
halda diqqət yalnız qırışıq əmələ gətirən proseslərin başa çatması vaxtına verilir (ta-
mamlayıcı qırışığın yaşına). Bu nöqteyi-nəzərdən xəritədə başlıca regional bölgü ki-
mi müxtəlif yaşlı qırışıqlıqları göstərirlər.
Keçmiş SSRİ məkanında bu üsul ilk dəfə F.N.Çernışev tərəfindən tətbiq edilmiş
(1943-cü il), sonralar isə D.V.Nalivkin və M.M.Tetyayev bu üsuldan tektonik xəritə-

120
sxem, A.D.Arxankelski və N.S.Şatski isə xüsusi icmal tektonik xəritələri üçün istifa-
də etmişlər. Bu üsulun tərəfdarları inkişaf tarixindəki həlledici anların ayrılmasının
obyektivliyini dəfələrlə qeyd etmişlər.
Yer qabığının şaquli və üfüqi müxtəlifliyi müəyyən edildikdən sonra meydana
gəlmiş tektonik rayonlaşdırma prinsipləri, tektonikanın nəzəri əsasları, Yerin dərinlik
quruluşuna dair təsəvvürlər, tektonik hərəkətlər və rejimlər, formasiyalar haqqında
olan nəzəriyyələr inkişaf etdikcə təkmilləşmişdir.
Tektonik rayonlaşdırmada regional tektonik bölgülər mühüm əhəmiyyət kəsb
edir və yaş bölgüləri (kompleks, yarımkompleks, mərtəbə, yarımmərtəbə və s.) ilə
birlikdə onlar tektonik inkişaf tarixini oxumaq üçün əsas hesab olunur.
Tektonik rayonlaşdırmaya təsir göstərən bir sıra obyektiv amillər (faktik mate-
rialın keyfiyyəti və dəqiqliyi, obyektin öyrənilmə dərəcəsi, tərtib edilən tektonik xəri-
tənin tipi və miqyası) vardır. Tektonik rayonlaşdırma zamanı Yer qabığının maddi-
struktur xüsusiyyətlərinin şərhində stratiqrafik, litoloji-petroqrafik, struktur, formasi-
ya və geofiziki məlumatlar vacibidir. Bu materialların kompleks təhlili müxtəlif
struktur-formasiyaların və onların hissələrinin şaquli və üfüqi istiqamətdə ayırmağa,
tektonik strukturları izləməyə, tektonik rejimin tip və növlərini müəyyən etməyə im-
kan verir. Tədqiqat işi, faktiki material nə qədər tam olarsa, yüksək kateqoriyalı tek-
tonik yaş və regional bölgülərini aşkar etmək, Yer qabığının bu və ya digər sahəsinin
əmələgəlmə tarixinin təsvirini vermək imkanı bir o qədər reallaşır.
Tektonik rayonlaşdırmaya, tektonik xəritələrin tipi xüsusilə əsaslı təsir göstərir.
Məsələn, əgər ərazinin platformaya qədər inkişafının tektonik bolkülərini göstərmək
qarşıya məqsəd qoyulursa, bu zaman geosinklinal qurşaqların yerində əmələ gəlmiş
qırışıqlıq qurşaqları, sistemləri və zonalarının bölgüləri xəritəyə daxil edilməlidir.
Platforma, yaxud orogenik dövrlərin daha sonrakı tektonik bölgülərinin hüdudları be-
lə xəritədə göstərilmir. Müasir tektonik hərəkətlərin xüsusiyyətlərini müəyyən etmək
məqsədilə tərtib olunmuş xəritədən müasir hərəkətlərin amplitudaları ilə fərqlənən
regional tektonik bölgülər göstərilir. Onların hüdudları bəzən tektonik bölgülərə uy-
ğun gələ bilər.
Struktur-tarixi rayonlaşdırma tektonik elementin əmələ gəlməsi anından başla-
mış (xəritələrdə təsvir olunan sərhədlərdə), onun bütün tarixi boyu strukturun inkişaf
xüsusiyyətlərini nəzərə almaqla aparılmalı və müxtəlif tektonik regionların ayrılması
üçün meyarların daha dəqiq əsaslandırılmasına, müxtəlif qırışıqlıq sistemlərinin və
başqa bölgülərin arasından sərhədlərin keçirilməsinə diqqət yetirilməlidir.
İnkişaf tipinə görə rayonlaşdırma aparılması zamanı bəzi çatışmazlıqlarına və
nöqsanlarına baxmayaraq, daha mükəmməl və daha ardıcıl olan formasiya üsulundan
istifadə edilməsi məqsədəuyğundur. Bu üsul Yer qabığının inkişaf tarixinin daha mü-
kəmməl öyrənilməsi baxımından, qırışıqlığın yaşına görə rayonlaşdırmaya nisbətən
üstünlüyə malikdir.
Rayonlaşdırma üsulları əsəsən kontinental litosferin tektonikasını əks etdirmək
üçün işlənmişdir. Hazırda okeanlarda plitələr tektonikası haqqında təsəvvürlərə əsə-
sən okean dibinin ayrı-ayrı hissələrinin əmələ gəlməsindəki ardıcıllığı əks etdirməyə
cəhd köstərirlər. Tektonik regionlar quruluşundakı oxşarlığa, həm də müxtəlifliyə gö-
rə ayrılır. Birinci halda regionlar, adətən, analoji inkişaf şəraitləri ilə, ikinci halda isə
inkişaf tarixi baxımdan bu və ya digər dərəcədə fərqlənmələri ilə səciyyələnir. Belə
121
regionların ayrılması Yer qabığının quruluşu və inkişafına dair bir çox nəzəri məsə-
lələrin və faydalı qazıntıların proqnozlaşdırılması ilə əlaqədar məsələlərin həllində
mühüm əhəmiyyət kəsb edir.
Faktik materialın keyfiyyəti və dəqiqliyi; obyektin öyrənilmə dərəcəsi; tərtib
edilən tektonik xəritənin tipi və miqyası tektonik rayonlaşdırmaya təsir göstərən ob-
yektiv amillər hesab olunur.

11.3. TEKTONIK XƏRITƏIN TIPLƏRI VƏ TƏRTIB ÜSULLARI

N.S.Şatski tektonik xəritə dedikdə müəyyən şərti işarələrlə müxtəlif kateqoriyalı


strukturları, Y.M.Puşkarovski isə Yer qabığının struktur formalarını, tektonik zona-
larını əks etdirən xəritələri nəzərdə tutur.
Tektonik xəritələr Yerin quruluşu haqqında obyektiv məlumat verir. Geoloji
xəritələrdə Yer qabığının yalnız üst struktur kompleksin quruluşu nisbətən aydın əks
etdirildiyindən, onun strukturu və inkişafının başlıca cəhətləri haqqında verilən məlu-
mat natamam olur və faydalı qazıntıların proqnoz xəritələrini tərtib edərkən bu məlu-
matlar kifayət etmir. Bunu nəzərə alaraq, tədqiq olunan regionun tektonik quruluşunu
daha tam öyrənmək üçün strukturların morfoloji xüsusiyyətlərinə, çöküntülərin for-
masiya tərkibinə, struktur-formasiya komplekslərinin (və ya onların hissələrinin- ya-
rımkompleks, mərtəbə, yarımmərtəbə və s.) sahəvi dəyişməsinə dair məlumatlar, geo-
fiziki məlumatlarla və qazıma materialları ilə tamamlanmış tektonik xəritələr tərtib
edilir. Tektonik xəritələr geoloji xəritələrin müəyyən konkret məqsəd daşıyan növü-
dür. Ümumiyyətlə, tektonik xəritələr Yerin və yaxud onun ayrı-ayrı regionlarının tek-
tonik quruluşunu və digər xüsusiyyətlərini, şərti işarələr sisteminin köməyi ilə göstə-
rilən qrafiki təsvirlərdən ibarət olaraq, geniş mənada sxem; xəritə və xususi tektonik
xəritə kimi qrupa bölünur.
Tektonik sxemlərdə geoloji-tektonik obyektlərin sərhədlərı şərti xarakter daşı-
yır və geoloji xəritələrdəki sərhədlərə nəinki uyğun gəlmir, hətta bəzən onları kəsir.
Tektonik sxemlərə tektonik xəritəalmanın keçmiş mərhələsi kimi baxmaq məqsədə
uyğun deyildir, beləki onlar Yer qabığının tektonik xüsusiyyətlərini əks etdirən və ha-
zırda geoloji işlərdə, elmi məruzələrdə və tədris prosesində, əyani vasitə kimi müvəf-
fəqiyyətlə tətbiq olunan qrafiki materiallardan biridir. Tektonik sxemlər özunun əya-
niliyinə görə operativ istehsalat materiallarında, o cumlədən geoloji hesablamalarda,
xülasə şəkildə olan məlumatlarda, geoloji işlərin layihələrində və s. çox istifadə olu-
nur. Tektonik sxemləin ümumi xüsusiyyəti onun nisbətən sadə olmasından və sərhəd-
lərin umumiləşdirilməsindən ibarətdir.
Tektonik xəritə Yerin və yaxud onun ayrı-ayrı sahələrinin tektonik quruluşunun
və eləcədə bəzi xüsusiyyətlərinin şərti işarələr sisteminin köməyi ilə müəyyən məq-
sədə yönəldilmiş qrafiki təsviridir. Tektonik xəritə Yerin struktur elementlərinin xü-
susiyyətlərinə və inkişaf qanunauyğunluqlarına dair faktiki materialları ümumiləşdirir
və bütövlükdə geologiyanın ümumi məsələlərinin öyrənilməsində, faydalı qazıntılar
xəritəsinin tərtib edilməsində və axtarış-kəşfiyyat işlərini planlaşdırılmasında mühüm
rol oynayır. Tektonik xəritələrdə tektonik inkişaf tarixini əks etdirərkən kompleks,
yarımkompleks, mərtəbə, yarımmərtəbə və s. kimi struktur yaş bölgülərindən istifadə
olunur.

122
Tektonik xəritələr Yerin və yaxud onun ayrı-ayrı hissələrinin tektonik xüsusiy-
yətlərinin daha dəqiq, tam və dərin əks olunması ilə fərqlənir. Həmin xəritələrdə tek-
tonik rayonlaşdırmanı, strukturların morfolokiyasını və Yer qabığının mövcud olduğu
bütun geoloji zaman ərzində inkişaf tarixini mümkün qədər tam göstərmək zəruridir.
Bu tələbləri yerinə yetirdikdə struktur formaların mənşəyi də tam aydınlaşır. Onların
morfoloji xüsusiyyətləri xüsusi işarələrlə, ayrı-ayrı hallarda isə müxtəlif rəngli izoxət-
lərlə göstərilir. Tektonik rayonlaşdırma və inkişaf tarixi, regional və tektonik yaş böl-
gülərinin hududları müəyyən rənglər və indekslər vasitəsilə göstərilir. Struktur forma-
ların mənşəyi, tektonik rejimin tipi şərti işarələrlə ifadə olunur.
Ümumi və xüsusi tektonik xəritələrin hər biri öz növbəsində qlobal, icmal və re-
gional xəritələrə ayrılır. Xəritənin məzmunu və miqyası qarşısına qoyulan vəzifə və
ərazinin öyrənilmə dərəcəsi ilə müəyyən edilir.
Qlobal xəritələr- qitə və okeanlarda yer qabığının quruluşunu əks etdirir, miq-
yası 1:15 000 000 - 1:45 000 000 olur.
İcmal xəritələr- qitələr, okeanlar və böyük ölkələr üçün tərtib olunur, miqyası
1:5 000 000 - 1:2 500 000 arasında dəyişir. İcmal xəritələrində tektonik yaş bölgü-
lərinə, struktur formasiya mərtəbələrinə qədər bütün strukturlar daxil edilir, onlarda
geosinklinal sistemlər, aralıq və kənar massivlər, orogen qırışıqlıq sistemləri, tafro-
genlər, anteklizlər, sineklizlər, avlokogenlər, ön çökəkliklər və s. göstərmək olar.
Regional xəritələr- ayrı-ayrı ərazilər (platformalar, qırışıqlıq sistemi) və ölkələr
(Fransa, İtaliya, Almaniya, Polşa və s) üçün 1:500 000 - 1:50 000 miqyasda tərtib
olunur. Regional xəritələrdə çökəkliklər və qalxımlar; nisbətən kiçik ərazilər- plat-
formaların, qırışıqlıq orogen qurşaqların sahələri və eləcədə yarımmərtəbələr, zəruri
hallarda isə daha yüksək dərəcəli bölgülər də ayrılır. Regional xəritələrdə tektonik
rayonlaşdırma dəqiq verilməli, daha xırda strukturlar təsvir edilməlidir.
Regional və icmal xəritələr bir-birindən əsasən miqyasına görə fərqlənirlər. Yu-
xarıda göstərildiyi kimi, icmal xəritələrdə geniş ərazilərin (qitə, okean) tektonik quru-
luşu göstərildiyi halda, regional xəritələrdə nisbətən kiçik tektonik strukturlar (plat-
forma, qırışıqlıq sistem və. s) təsvir olunur.
Ümumi tektonik xəritələrin qurulması müvafiq ərazilərin geoloji quruluşunu
və inkişafını əks etdirərək aşağıdakı məqsədi daşıyır:
 Qitə və okean tipli yer qabığına malik ərazilərin (strukturların) yayılmasının
göstərilməsi.
 Ayrılan strukturların daxili quruluşunun (bünövrə və örtüklə əlaqədar olan
müsbət və mənfi strukturlar) təsviri.
 Qırışıqlıq sistemin və platforma örtüyünün əmələ gəlməsi və inkişaf mərhələ-
lərinin təsviri (okean, “keçid” və qitə tip qabıq üzərində əmələ gələn geosinklinal
sistemlər göstərilməlidır).
 Tektonik rejiminin əsas göstəricisi olan intruziv maqmatizmin və regional
metamorfizmin təzahürün təsviri.
 Qırışıqlığın yaşını əks etdirən müvafiq rənglərlə və indekslərlə geosinklinal
sistemin ayrı-ayrı inkişaf mərhələlərinə müvafiq gələn struktur mərtəbələrin (geo-
sinklinala qədər; okean; erkən geosinklinal; gec geosinklinal; erkən orogen; gec
orogen; və s.) ayrılması.

123
N.P.Xeraskov (1948) tektonik xəritələrini iki növə ayırır: struktur (strukturların
morfologiyasını əks etdirən) və tektonik (morfologiya ilə yanaşı, inkişaf tarixini əks
etdirən).
Xüsusi tektonik xəritələrdə müəyyən tektonik hadisə, yaxud hadisələr qrupu
tam əks olunur və onlar məqsədindən aslı olaraq struktur, paleotektonik, neotektonik,
platforma bünövrəsi və örtüyü və s. kimi xəritələrə bölünürlər onlar bir-birindən məz-
mununa görə fərqlənir. Xüsusi xəritələrə intruziv massivlərin və bir çox maqmatik
komplekslərin strukturunun tektonik rayonlaşdırılması, çat tipləri, qırılma tektonikası,
qırışıqlığın morfoloji və genetik tipləri, qırışıqlıq epoxaları və fazaları, neotektonik
(müasir) hərəkətlər, dərinlik quruluşu, seysmotektonik, paleotektonik, palinspastik və
s. kimi xəritələr daxildir. Hər bir xüsusi xəritə üçün əsas, adi tektonik xəritədir. Lakin
ərazinin tektonik quruluşunun müəyyən xüsusiyyətlərini əks etdirməkdən ötrü,
onların hər birinin özünəməxsus şərti işarələri və tərtibedilmə üsulu olmalıdır. Xüsusi
xəritələri tərtib edərkən onların hər biri üçün son dərəcə spesifik tələblər irəli sürülur.
Struktur xəritələr əsəsən muasir strukturlarin morfologiyasını və tektonik for-
malarını əks etdirir və onların əmələgəlmə tarixini və inkişaf şəraitlərini göstərmir.
Şaquli hərəkətlərin amplitudası, maqmatizm və metamorfizm tektonik rejimin
vacib göstəriciləridir. Buna görə də struktur formalarla yanaşı, çökmə, maqmatik və
metamorfk suxurların formasiyasını, qırılmaların yaşını və mövcudolma müddətini də
göstərməyə çalışırlar.
Tektonik məsələlərin həllinə kompleks yanaşma sayəsində tektonik xəritələr ən
mürəkkəb xəritələrə aid edilir. Ayrı-ayrı hallarda onlar faktik materiallarla və bu
materialları izah edən külli miqdarda şərti işarələrlə çox mürəkkəbləşmiş olur.
İcmal xəritəsini tərtib edərkən məlumatlar mövcud ədəbiyyatdan və fond materi-
allarından kötürülür. Buraya ayrı-ayrı ərazilər üzrə onları bilavasitə öyrənmiş tədqi-
qatçılar tərəfindən toplanmış və ümumiləşdirilmiş materiallar da əlavə olunur. İcmal
xəritələr tərtib edilərkən tektonik rayonlaşdırmaya böyük fikir verilir. Təyinatından
asılı olaraq, bu növ xəritələrdə müəyyən tektonik hərəkətlərin təsiri nəticəsində əmələ
gələn və Yer qabığının müvafiq strukturlarla səciyyələn tektonik regionları ayrılır.
Paleotektonik xəritələrə əsil tektonik xəritə mövqeyindən yanaşmaq mümkün-
dür. Ümumiləşdirici qrafiki materiallar arasında paleotektonik xəritələr xüsusi yer tu-
tur və müxtəlif ixtisaslardan olan geoloqların bu xəritələrlə tanışlığı vacibdir.
Geoloji planalma və başqa növ işlərin örtülü ərazilərə yönəldilməsi və orada də-
rinlik xəritəalması adlanan işlərin həyata keçirilməsi ilə əlaqədar olaraq paleotektonik
xəritələrə tələbat artmışdır.
Tektonik xəritələrdə müasir dövrə qədər əmələ gəlmiş strukturlar təsvir olunur
və onlar nə qədər təkmil olsalar belə tektogenezin tarixi, regional və yaş bölgüləri
haqqında yalnız ümumi təsəvvürlər verirlər. Tektogenezin geoloji zaman ərzində tə-
zahür qanunauyğunluqlarını və onun təsiri nəticəsində regional və yaş tektonik vahid-
lərinin əmələgəlmə ardıcıllığını tam öyrənmək uçün kompleks paleotektonik təhlilin
aparılması və onun əsasında ayrı-ayrı inkişaf mərhələlərində mövcud tektonik forma-
ları bərpa etmək zəruridir. Paleotektonik xəritələrdə şərti işarələrin köməyi ilə Yer
qabığının inkişafının ayrı-ayrı mərhələlərində mövcud olmuş tektonik strukturlar əks
etdirilir. Belə xəritələr adətən, qeyri-uyğunluqlarla ayrılan süxur komplekslərinin
əmələ gəldiyi epoxalar üçün tərtib olunur.
124
Daha aydın işarəetmə üsulu- qırışıqlığın yaşının rənklərlə göstərilməsidir. Ar-
xeozoy və Proterozoy qırışıqlıqları qırmızı, Baykal narıncı, Kaledən bənövşəyi, Her-
sinidlər qəhvəyi, Mezozoidlər yaşıl və göy, Alpidlər və Sakit okean qurşağının Kay-
nozoy qırışıqlığı sarı rənglə rənglənmişdir.
Platformalar həmişə geosinklinal vilayətlərin yerində əmələ gəldiyi üçun onların
kəsilişi iki struktur mərtəbədən- qırışıq bünövrəsindən və platforma örtüyündən iba-
rətdir. Platformaların bünövrəsinin yer səthinə cıxdığı qalxanlar onların daxili qurulu-
şunu əmələ gətirən qırışıqlıqların rəngləri ilə göstərilir. Platforma örtüyü çöküntüləri-
nin yayılmış olduğu plitələr qədim platforma üçün qonuru-çəhrayı rəng tonları ilə,
Epipaleozoy platformaları üçün isə boz rənglə göstərilir. Örtük rənginin tonları bü-
növronin yatım dərinliyindən asılıdır: dərin yatımda daha tünd, dayaz yatımda isə da-
ha açıq olur. Beləliklə, xəritədən platformaların başlıça struktur formaları- qalxanlar,
plitələr, anteklizlər, sineklizlər, perikraton cökliklər və s. göstərilir.
Geosinklinal vilayətlərdə rəng tonları ilə struktur mərtəbələr (alt, orta və üst
mərtəbələr) göstərilir. Burada qırışıqlıq vilayətlərinin əsas quruluş formaları kimi an-
tiklinorium və sinklinoriumlar ayrılır. Xüsusən çəhrayı və tünd yaşıl rənglə turş və
əsasi intruziyalar göstərilir. Bundan başqa, xəritədən külli miqdar rəngli işarələrdən
və xətlərdən də istifadə olunur. Xəritədə qırılma dislokasiyaları, qırışıqlar, fleksurlar,
duz künbəzləri və s. göstərilir. Platformaların ayrı-ayrı hissələrində bu və ya digər is-
tinad hörizontlarının stratoizohipsləri çəkilir.
Paleocoğrafi xəritələrlə bir cərgədə, onlara yaxın olan qalınlıq və fasiyaların
paylanması sxemləri və litoloji-fasial xəritələrin atlasları durur.
Layların nisbətən cavan qatları ilə örtülmüş uyğunsuzluq səthinin geoloji quru-
luşunu göstəron paleocoğrafi xəritələr başqa cür tərtib edilir.
Bünövrə relyefinin xəritələri adlanan xəritələr də geniş yayılmışdır. Bu xəritə-
lərdə platformaların bünövrəsinin quruluşu, kristallik əsasın müasir səthinin yatma
dərinliyi üzrə keçirilmiş izoxətlərlə təsvir olunur.
Qeyd edilənlərdən əlavə neft-qazlılıq, kömürlülük xəritələri, geofiziki xəritələr
(seysmiklik, maqnitometriya və s), həmçinin Yer quruluşunun kosmosdan çəkilmiş
şəkilləri əsasında tərtib edilmiş çoxlu sayda tematik xəritələr də məlumdur.

125
BÖLMƏ 12. LİTOSFERİN ƏSAS İNKİŞAF MƏRHƏLƏlLƏRİ
VƏ BAŞLICA İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

İzotop məlumatlarına görə yerin yaşı 4,6 mlrd il müəyyən edilmişdir. Müasir
məlumatlara əsasən Yer və Günəş sistemi soyuq halda olan qaz-toz dumanlığının öz-
özünə sıxılaraq birləşməsi nəticəsində yaranmışlar. Bu sıxılma nəticəsində termodi-
namiki partlayışın baş verməsi və nəticədə böyük sürətlə fırlanan protogünəş və onu
əhatə edən plazma təbəqəsi yaranmışdır. Günəş sisteminin sonrakı inkişafı akkumul-
yasiya şəraitində (akkresiya prosesi) baş vermişdir. Akkresiya prosesi nəticəsində ilk
növbədə protoplanetlər və sonra onları təşkil edən maddələrin diferensiyası nəticəsin-
də nüvələri yaranmışdır.
Yerin nüvəsinin yaranma vaxtı mübahisəli xarakter daşıyır. Bununla əlaqədar
olan iki model mövcuddur.
 heterogen akkresiya modeli- dəmir-nikeldən ibarət olan nüvənin formalaşması
kondensasiyanın (yer metioritlərinə uyğun olan kondensatın hesabına) başlaması ilə
eyni vaxtda getmişdir. Sonra bu nüvənin üzərində Daş metioritlərə müvafiq gələn
silikat materialı, daha sonra isə onların müxtəlif formaları (kömürlü xondritlər) top-
lanmış və beləliklədə Yerin mantiyası əmələ gəlmişdir.
 homogen akkresiya modeli- planetin materialının toplanması qaz-toz duman-
lığında kondensasiyanın başa çatmasından sonra başlamışdır. Bu material əvvəlcə
Yerin bütün həcmi boyu bərəbər raylanmış və yalnız sonralar onlar nüvə və mantiya-
ya ayrılmışdır.
Yerin əmələ gəlməsi haqqında soylənilən bu modellərin hansının seçilməsinin
geotektonika üçün böyük əhəmiyyəti vardır. Belə ki, müasir tədqiqatçıların çoxu tek-
togenezin dərinlik mexanizmi üçün əsas hərəkət verici proses kimi mantiya və nüvə-
nin sərhəddində baş verən differesasiya prosesini qəbul edirlər. Heterogen akkresiya
modeli Yenin geoloji inkişaf tarixində belə bir prosesin baş verməsini inkar edir.
V.Y.Xainə görə əvvəlcə daxili (dəmir-nikeldən ibarət olan) nüvə, sonra isə xondrit
tərkibli maddələrin differesasiyası hesabına xarici nüvə formalaşmışdır.
Geotektonika üçün mantiya maddəsinin ikinci dəfə qızması və əriməsi də əhə-
miyyət kəsb edir. Belə ki, mantiya maddəsinin ilkin eynicinslilik dərəcəsi bilavasitə
ondan asılıdır. Eyni zamanda bunlar tektonosferin müasir və ilkin qeyribicinsliliyinin
qiymətləndirilməsi üçün də əhəmiyyət kəsb edir.
Yer qabığının yaranması tədqiqatçıların fikrincə (A.P.Vinoqradov və b.), manti-
yanın üst hissəsini təşkil edən maddələrin müəyyən zonalar üzrə əriməsi ilə əlaqədar-
dır. Nəticədə, Yer qabığının ilkin "bazalt" təbəqəsi yaranır və Yerin səthində ilkin
dairəvi (həlqəvi) vulkanogen-plutonik strukturların yaranmasına səbəb olur. Yerin
mənzərəsi isə müasir Ayın mənzərəsini xatırladır. Bununla əlaqədar olaraq Yerin bu
inkişaf mərhələsi "Ay inkişaf" mərhələsi adlanır (A.P.Pavlova görə). Yerin "Ay inki-
şaf" mərhələsində mantiyanın şiddətli deqazasiyası və bununla əlaqədar Yerin atmos-
fer və hidrosfer təbəqələrinin yaranması baş verir.
Son zamanlar Yerin "Ay inkişaf" mərhələsi ilə yanaşı "Venerian" inkişaf modeli
də təklif olunur (V.İ.Şuldiner tərəfindən). Yerin bu inkişaf modelinə əsasən, Yer özü-
nün ilk inkişaf çağında sıx atmosferə, yüksək temperatura və təzyiqə malik olmuşdur.
Təklif edilən sonuncu model Yerin inkişaf tarixi ilə o qədər də uzlaşmır. Yaranmış
126
su hövzələrində qırıntı mənşəli çöküntülərin toplanması, sonradan onların metasoma-
tik dəyişdirilməsi ilə əlaqədar, dərinlik süxurlarına (qneyslər, şistlər) çevrilməsi və
nəticədə, xüsusi formalı, ölçüləri onlarla, bəzən yüzlərlə kilometrə çatan ovalşəkilli
qalxımların yaranmasına səbəb olur. Bunların məcmusu isə Yer qabığının ilkin
"qranit" təbəqəsini yaradır. Yer qabığının bu inkişaf mərhələsi "Nuklear" mərhələsi
adlanır (E.V.Pavlovskiyə görə). Ehtimal olunur ki, planetimizin bütün sahəsi qalınlığı
30-40 km olan qranit təbəqəsi ilə örtülmüşdür (panqranitləşmə mərhələsi).
Yerin inkişaf tarixində iki əsas meqainkişaf mərhələsi ayrılır:
Okeanlaşmayadək meqainkişaf mərhələsi Yerin "Ay" və "Nuklear" inkişaf
mərhələlərini əhatə edir (4,6-3,5 mlrd. il) və bu inkişaf mərhələsində litosferin başlıca
strukturları olan okeanlar və qitələr iştirak etmir. İnkişaf mərhələsinin əsas nəticəsi
isə Yer qabığının "qranit" və "bazalt" təbəqələrinin yaranmasıdır.
Okeanlaşma mərhələsi Arxeydən başlayır. Bu inkişaf mərhələsində okean-
lar və sonradan qitələr yaranır. Güman edilir ki, Arxey erasında ilkin litosfer destruk-
tiv proseslərə məruz qalmış və nəticədə, qitələr yaranmışdır. Okean meqainkişaf mər-
hələsinin bu dövrü erkən okeanlaşma inkişaf mərhələsi adlanır. Bu inkişaf mərhələ-
sində spredinq prosesi, subduksiya prosesinə nisbətən üstünlük (D.M.Musatov,
Y.T.Afanasyev və b. görə) təşkil edir. Erkən Proterozoyun sonunda qədim platfor-
malara müvafiq gələn ilkin qitələr yaranır. Yerin bu inkişaf dövrü okean-qitə inkişaf
mərhələsinə müvafiq gəlir.
Yerin geoloji inkişaf tarxində bir neçə okeanəmələgəlmə mərhələləri qeyd olu-
nur və hər bu kimi mərhələ yeni qitələrin və onların məcmusu isə vahid super qitəin
yaranması ilə nəticələnir. Son 2 mlrd. il ərzində üç qlobal okeanəmələgəlmə mərhə-
ləsi baş vermişdir: Proterozoyun sonu, Paleozoy və Mezokaynozoy (sonuncu okean-
əmələgəlmə mərhələsi tam başa çatmamışdır).
V.Y.Xain mövcud materialların ümumiləşdirilməsi əsasında Yerin ikişafında
aşağıdakı başlıca mərhələləri ayırmağı məqsədə uyğun hesab edir:
Geoloji mərhələyəqədər (4,6-4,0 mln. il). Bu mərhələdə yer səthində baş verən
şərait haqqında Ay və digər planetlərdə mövcud olan şəraitə əsasən fikir söyləmək
mümkündür. İlk dəfə belə bir müqayisə A.P.Pavlov tərəfindən aparılmış və müvafiq
olaraq planetimizin inkişafının ilkin mərhələsi üçün ay mərhələsi ayrılmışdır. Ay
mərhələsinin ayrılması isə Yerin təkamülünün nisbətən ilkin çağlarında su və qaz ör-
tüyündən (sonralar mantiyanın deqazasiyası nəticəsində yaranan) mərhum olduğunu
qəbul etməyə əsas verir. Metiorit bombardımanına məruz qalan səth üzərində dərin
kraterlər yaranmış və bu kraterlər bazalt lavaları (mantiyanın ərimə məhsulları) ilə
dolmuşdur. Onlar ay dənizlərinə müvafiq gəlir. Sonralar hidrosferin yaranmasından
sonra metioritlərdən gətirilən çöküntülərlə dolmuşdur. Metioritlərin səthini təşkil
edən süxurların qabbro-anortozitlərdən (Ayda olduğu kimi) ibarət olması Yerin təka-
mülünün ən əvvəllərində mantiyanın differensasiyası nəticəsində yaranan qabığa ma-
lik olmasını söyləməyə əsas verir. Bu isə öz növbəsində qismən ərimiş dərin olmayan
qatın (astenosferin) mövcudluğunun zəruriliyini göstərir.
Yerin inkişafının ilkin mərhələsini xarakterizə edə Ay modeli ilə yanaşı olaraq
V.İ.Şuldiner tərəfindən irəli sürülən Venera modeli də mövcuddur. Bu modelə əsasən
Yer ilk əvvəllərdən tərkibinə görə müasir dövrdəkindən fərqlənən sıx atmosferə ma-
lik olmuşdur.
127
Alimlər Yerin (Planetin) formalaşmasının başa çatmasını və onun iki əsas geos-
ferə (nüvəyə və mantiyaya) bölünməsini bu mərhələyə aid edirlər. V.Y.Xainin fiki-
rincə bu iki yolla mümkündür:
 qaz-toz hissəciklərinin yığımından yaranan bircinsli kütlənin differesasiyası
nəticəsində dəmir ərintilərindən ibarət olan nüvə və silikat ərintilərindən təşkil olunan
mantiya yaranır.
 dəmir metioritlərindən əvvəlcə dəmir ərintilərindən ibarət olan nüvə, sonra isə
daş metioritlərindən silikat ərintilərindən təşkil olunan mantiya yaranır.
Erkən Arxey mərhələsi (4,0-3,5 mln. il). Sial protoqabıqlar (" boz qneyslər")
bu mərhələdə yaranır. Qədim platformaların qalxanlarında kəsilişlərin əsasında qney-
slər, qranit-qneyslər, qranitlər, çarnokitlər yatır ki, bunların da radioloji üsullarla he-
sablanmış yaşı 3,5 mlrd. ilə yaxındır. Bu geoloji törəmələrin qədim platformaların
hüdudunda geniş yayılması həmin dövrdə planetar miqyaslı "panqranitləşmə" epoxa-
sının olduğunu söyləməyə əsas verir. Qədim platformaların qranit təbəqəsinin Ən qə-
dim hissəsi alt Arxey mərhələsində əmələ gəlmişdir. Bu təbəqənin yaranması ilkin
okean qabığından kontinental qabığa keçidin başlandığını köstərir.
Gec Arxey mərhələsi (3,2-2,6 mln. il). Bu dövrdə protokontinental qabığın
struktur differensasiyası başlayır, dartılma və protokontinental qabığın əyilməsi şəra-
itində "boz qneys" substratı (bünövrəsi) üzərində yaşıldaş qurşaqlar yaranır. Onlar ca-
van geosinklinal sistemlərin inkişafına oxşar inkişaf mərhələsi keçirir və sıxılma, ya-
şıl şist pilləsindən kənara çıxmayan metamorfizm və plagiomikroklin qranitoidlərinin
təzahürü ilə başa çatır.
Arxeyin sonunda kontinental qabığın qalınlığının artıq 30 km-ə çatması ehtimal
olunur. Bu dövrəqədər onun şaquli metamorfik zonallığı da yaranır və qabığın aşağı
hissəsi metamorfizmin qranulit pilləsinə çatır.
Gec Arxey yarımmərhələsi qırışıqlıq epoxası (Baltik qalxanında Belomor qırı-
şıqlıq epoxası adlanır) metamorfizm və qranitlaşmə ilə başa çatmışdır. İntensiv qra-
nitləşməyə məruz qalmayan sahələrdə Arxey süxurlarının metamorfizm dərəcəsi çox
aşağı səviyyədədir və yaşıl şist pilləsi ilə məhdudlaşır.
Çökmə-vulkanogen formasiyaların yığımına (spilit-keratofir, qrauvakka), qalın-
lığına (10-20 km), hər yerdə metamorfizmə (qeyri-bərabər) və qırışıqlığa uğramasına,
Alpinotip hiperbazitlərin geniş yayılmasına və praktiki olaraq hər yerdə qranitləşmə-
sinə görə Arxeydə enən sahələr geosinklinallarla (evgeosinklinallarla) xeyli oxşardır.
Fərqli xüsusiyyətləri ikinci dərəcəli əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Arxeyin
tektonik rejiminin geosinklinal rejim olduğunu söyləmək məntiqi cəhətdən məqsədə-
uyğundur. Bu şəraitə müəyyən qədər düzgün cavab biləcək termin isə protogeosinkli-
naldır.
Epiarxey qırışıqlığında, metamorfizm və qranitləşmə prosesləri geniş ərazinin
konsolidasiyasına səbəb olmuşdursada bu konsolidasiya o qədar də uzunmüddətli ol-
mamışdır. Erkən Proterozoy inkişaf mərhələsinin əvvəlində onun ayrı-ayrı qaymalara
(protoplatformalara) parçalanması baş verir. Belə qaymaların nüvəsində daha qədim
qranit-qneys qatları vardır.
Erkən Proterozoy mərhələsi (2,6-1,7 mln. il). Bu mərhələ prtoplatforma və
protogeosinklinalların formalaşma mərhələsi hesab olunur. Arxeyin sonunda baş ve-
rən qranitləşmə geniş ərazidə kontinental qabığın yaranmasına səbəb olur. Protoero-
128
zoyun əvvəllərində protokontinental qabığın parçalanması baş verir və protoplatfor-
malar və onları bir-birindən ayıran mütəhərrik zonalar (protogeosinklinallar) yaranır.
Protogeosinklinalların inkişafının əsas mərhələləri 2300, 1900, 1750 mln. il ərəfəsinə
müvafiq gəlir ki, bunlardan da 1900, 1750 mln. il ərəfəsində baş verən mərhələlər ən
intensiv olmuş, regional metamorfizmlə, qranitləşmə, qələvi metasomatozu ilə müşa-
yiət olunmuşdur. Onlar müasir qitələrin kütləsinin formalaşmasına və birdəfəlik sta-
billəşməsinə- platforma rejiminə keçməsinə səbəb olmuşdur.
Erkən və orta Proterozoy, qismən də üst Proterozoyda "protoplatformaları" hü-
dudunda, bəzi yerlərdə qrabenvarı çökəkliklərin mövcud olduğu müəyyən edilmişdir,
bunlar daha sonrakı (cavan) avlakogenləri xatırlatdığı üçün onları paleoavlakogenlər
adlandırmışlar.
Geoloqlar erkən Proterozoy çökəklikləri arasında iki tip ayırırlar:
 bunlardan birincisi ensiz (nadir hallarda eni 100 km-dən çox olur), lakin ki-
fayət qədər böyük uzunluğa malik (bəzən 1000 km-dən artıq) və xətti çökəkliklərdir.
Ukrayna qalxanındakı Krivoy Roq, Kanada qalxanındakı Labrador çökəkliklərini
buna misal köstərmək olar.
 həmin çökəkliklərin ikinci tipi geoloji tarixin sonrakı mərhələlərində də öz
mütəhərrikliyini müəyyən qədər saxlamış, daha geniş mütəhərrik qurşaqlardır.
Proterozoy geosinklinal sistemlərində diferensiasiya nəticəsində daxili və xariçi
zonalar (evgeosinklinallar və miogeosinklinallar) ayrılmışdır. Bunu da qeyd etmək la-
zımdır ki, hər iki zona üçün "cespilitlərin" varlığı çox səciyyəvidir. Yerin bütün geo-
loji tarixində yalnız inkişafın bu yarımmərhələsində «cespilitlərin» yayılması maksi-
muma çatır.
Erkən Prterozoydan başlayaraq əsasən daha qədim törəmələrdən (Arxey və hət-
ta, Katarxey süxurlarından) təşkil olunan qranulit mütəhərrik qurşaqları yaranmışdır.
Onların hüdudunda çarnokitlər xüsusilə geniş yayılmışdır. Cənubi Afrikanın Limpo-
po (Messina) və Hindistanın Şarqi Qat zonaları buna ən yaxşı misaldır.
Erkən Protrozoy yarımmərhələsi intensiv qırışıqlıq, regional metamorfizm və
qranitləşmənin yeni epoxası ilə başa çatır. Erkən Proterozoyun sonu Yerin tektoink
inkişaf tarixində çox mühüm geoloji-tektonik sərhəd kimi özünü göstərmişdir.
Belə bir cəhətə də diqqət yetirilməlidir ki, erkən Kembriyəqədər zamanda və xü-
susən erkən Protrozoyda baş vermiş tektonomaqmatik proseslər mantiyadan və qabı-
ğın daha dərin qatlarından çoxlu təbii-radioaktiv elementlərin (Uranın, Toriumun,
Kaliumun və s.) çıxması ilə müçayiat edilmişdir. Bu radioaktiv elementlər isə həm
qranitoid massivlərində, həm də qırıntı qatlarda yığılmışdır.
Əsası erkən Proterozoyda qoyulmuş ayrı-ayrı intrakraton geosinklinal sistemlə-
rin (məsələn, Kareliyada Qərbi Kvinslend, Ladoqa sistemləri), eləcədə ensiz intrakra-
ton dərələrin (məsəlan, Ekvatorial Afrikada) inkişafı orta Proterozoyda davam
etmişdir. Geoloji ədabiyyatda bu tektonomaqmatik epoxa Baltik qalxanında Svekofen
(Kareliya), Kanada qalxanıilə Hudzon və Afrikada Mayomb epoxası adı ilə məş-
hurdur. Digər tərəfdən bu epoxada geosinklinal inkişafın başa çatması deyil, əvvəlki
tektonomaqmatik epoxanın təsirinə məruz qalan erkən Proterozoy sistemlərinin daha
da cavanlaşması (metamorfik regenerasiya) müşahidə edilir. Təxminən 1700-1600
mln. il intervalında konsolidasiya olunmuş sahələr və qismən də daha qədim massiv-
lər üzərində olduqça spesifik vulkanik-plutonik assosiasiya əmələ gəlmişdir (turş la-
129
valar, iqnimbritlər və qranit-rapakivi plutonları). Tamamilə qabıq xarakterini daşıyan
bu maqmatizm, hələ də yüksək istilik axınının təsiri altında qranit təbəqəsinin alt his-
səsinədək qabığın qızdığını göstərir.
Qranit təbəqəsinin əriməsi və onun daxilində qələvi metasomatozun geniş inki-
şafı, homogenizasiyaya, gələcək qədim platformaların bünövrəsinin izotropluğunun
yüksəlməsinə gətirib çıxarmışdır. Keçmiş Sovet alimi A.A.Boqdanov tərəfindən
(1968) bu proses kratonlaşma adlandırılmışdır.
V.Y.Xainin dediyi kimi, bu inkişaf mərhələsinin ikinçi yarımmərhələsi əsasən,
qalxma proseslərinin üstünlüyü və müasir qitələrin ərazilərində platforma şəraitinin
hakim rol oynaması ilə səciyyələnmişdir. Müasir qədim platformaların erkən Kembri-
yəqədər qatlarının uzanmalarının müqayisəsi belə bir fikrə gətirib çıxarır ki, Sakit
okean da daxil olmaqla bütün okeanlar və Neogeyin geosinklinal qurşaqları törəmə
xarakteri daşımış və üst Proterozoyun başlanğıcına yaxın, ən azı Yerin qitə yarımkü-
rəsini əhatə edan çox nəhəng kontinental platforma massivi mövçud olmuşdur. Bu
fikir vaxtilə H.Ştille tərəfindən irəli sürülmüş, həmin massivn o, Meqageya (Böyük
Yer) adlandırmışdır. Sonralar keçmiş Sovet alimlərindən S.S.Kuznetsov. A.V.Peyve
və V.M.Sinitsin onu panplatforma adlandırmışlar. Həmin dövrdə qitə platforma mas-
sivinin mövcud olması radiometriyanın məlumatları əsasında bir daha təsdiq edilmiş-
dir. V.Y.Xainin dediyi kimi, erkən Kembriyəqədərki zamanda Yerin bütün səthi
praktiki olaraq su ilə örtülmüşdür (vulkanik arxipelaqlar və ayrı-ayrı adalar şəklində
mikrokontinentlər müstəsna olmaqla). Lakin Orta Proterozoyda kontinental yarımkü-
rənin çox hissəsi su altından çıxaraq quruya çevrilmiş və yaranmış superqitələrin yal-
nız ayrı-ayrı sahələri vaxtaşırı dayaz dənizlərlə örtülmüşdür.
Gec Proterozoy mərhələsi (1,7-0,6 mln. il). Bu mərhələ qitə platforma rejimi-
nin hakimliyi və Fanerozoyun geosinklinal qurşaqlarının yaranması mərhələsi hesab
olunur. Bu mərhələnin əvvələrinə kimi Yer kürəsinin müasir qitələrinin (cavan oke-
anlar istisna olunmaqla) vahid bir massiv olması ehtimal olunur. Onun daxilində
epikontinental dənizlər və qitədaxili hövzələr mövcud olmuşdur. Protogeosinklinal-
ların qapanması zamanı bu sahələrdən sıxışdırılan suyun bir yerdə toplanması nəzərə
alınarsa, onda Sakit okeanın artıq bu mərhələdə mövcud olduğunu söyləmək olar. Bu
isə öz təsdiqini Kanada qalxanının şimal-qərbində, Avstraliyanın şərqində, Qviana-
Braziliya qalxanının qərbində Sakit okeanın ətrafı boyunca kənar tipli vulkanik-pluto-
nik qurşağın aşkar olması ilə təsdiq olunur. Bir qədər sonra, orta Rifeydə Şimali
Amerika Kordilyerləri, Avslraliya (Adelaid sistemi), Cənubi-Şərqi Çin əyalətlərində
bu okeanın qeyri-fəal ətrafları da ayrılmışdır.
Erkən Rifeydə platformaların daxilindədə intensiv maqmatizmin təzahürü qeyd
olunur. Elə bu mərhələdə ilkin dairəvi qələvi və qələvi-ultraəsas plutonlar və kimber-
litlər yaranır. Bunlar isə yüksək istilik keçirmənin və litosferin qalınlığının az olması-
nı göstərir. Deməli onun qabıq hissəsinin qalınlığının çox olması litosferin aşağı his-
səsinin əriməsinə səbəb ola bilərdi. İstilik axınının azalması və qabığın kövrəkliyinin
artması platformaların kratonlaşma mərhələsinin riftəmələgəlmə (erkən avlakogen)
mərhələsi ilə əvəz olunmuşdur. Erkən Proterozoyda özünün kratonlaşma inkişaf mər-
hələsini keçirən Sibir platformasında avlakogen mərhələ erkən Rifeydə, Avstraliya
platformasının qərbində isə orta-üst Rifeydə baş vermişdir.

130
Bir çox sahələrdə (Ekvatorial Afrikada Kibar, Avstraliyada Maut-Ayza sistemi
bu qisimdəndir) riftəmələgəlmə qabığın nazikləşməsinə, yenidən işlənilməsinə və nə-
ticədə ensialik intrakraton geosinklinalların yaranmasına səbəb olmuşdur.
Avlakogen mərhələnin ikinci yarısında kontinental qabığın parçalanması kifayət
güclənir və qitələrarası geosinklinal qurşaqların (Aralıqdənizi, Ural-Oxot) yaranması-
na səbəb olur. Rifeyin sonunda Şimali-Atlantika qurşağında geosinklinalaqədər rift
inkişaf mərhələsi başlayır.
Paleozoy mərhələsi (0,7-0,2 mlrd. il). Bu mərhələ platforma-geosinklinal mər-
hələ adlanır. Onun əvvəllərində (Vend-orta Ordovik) qitələr arası geosinklinal qur-
şaqların (Şimali-Atlantika, Ural-Oxot, Aralıqdənizi) intensiv əmələgəlməsi ilə səciy-
yələnir. Qitələr arası geosinklinal qurşaqların yaranması ilə şimal sırasında olan plat-
formalar müasir vəziyyətə yaxın forma almışlar və bu halda cənubda nəhəng Qondva-
na superqitəsi saxlanılmışdır. Rifeyin sonu və ya Venddə şimal platformalarında er-
kən avlakogen mərhələsi sinekliz və tezliklədə plitə inkişaf mərhələsi ilə əvəz olunur.
Bu halda Qondvana superqitəsi alt Paleozoyda öz bütovlüyünü saxlamış və yalnız
orta Paleozoyda qismən əyilməyə məruz qalmışdır.
Baykal tektogenezi (Vendin əvvəlləri), sonra da üst Kembri-Ordovikin əvvəlin-
də (Salair, Sard, Qrampian epoxalarında) geosinklinal qurşaqların ətrafında kontinen-
tal qabığın akresiyası başlayır (qurşaqların mərkəzi hissəsində davam edən spredinqə
paralel). Ordovikin sonunda (Takon epoxasında) sıxılma dartılma üzərində üstünlük
təşkil edir və Silurunsonu-Devonun əvvəllərində Kaledon tektogenezi özünün kulmi-
nasiya nöqtəsinə çatır və nəticədə qilələr arası qurşaqların əksər hissəsində və Sakit
okean qurşağının ətrafında (Avstraliya, Cənub-Şərqi Çin) geosinklinal rejimin qapan-
masına və orogen rejimin başlanmasına səbəb olur. Şimali Amerika və Şərqi Avropa
platformaları birləşərək nəhəng Lavrusiya kontinental massivini əmələ gətirir. Şimali-
Atlantika qurşağının cənub hissəsi bu zaman özünün inkişafının ən intensiv dövrünü
keçirən Aralıqdənizi qurşağının qərb davamını təşkil etmişdir.
Ural-Oxot və Aralıqdənizi qurşaqlarının şərq hissəsi (Cənubi Tyan-Şan və Bə-
dəxşandan Şimali Pamirə kimi) Devonun sonu-Karbonun əvvəllərində yeni ofiolitlə-
rin təzahürü ilə müşayiət olunan spredinqin yenidən bərpasına məruz qalır. Karbonun
ortalarında bu qurşaqların böyük hissəsində qırışıqlıq, metamorfizm və qranitləşmə
baş verir və bu da geosinklinal rejimin başa çatması, orogen inkişaf mərhələsinin baş-
lanması ilə nəticələnir. Permin ortalarında Qərbi və Mərkəzi Avropada platforma reji-
mi bərpa olunsada, bu proses Şimali Amerikanın cənubunda, Şərqi Asiyada Permin
sonuna qədər davam etmişdir. Sonra kontinental qabığın yenidən birləşməsi bərpa
olunur, bu qurşaqların yerində və Lavrusiya ilə Sibirin birləşməsi nəticəsində Lavra-
siya superqitəsi, daha sonra isə Koreya-Çin, Cənubi-Çin və Qondvananın onlara bir-
ləşməsi ilə əlaqədar olaraq Pangeya- II superqitəsi formalaşır
Mezozoy-Kaynozoy mərhələsi (0,2-0 mlrd. il). Bu mərhələ cavan okeanların
yaranma mərhələsi adlanır, onun ən ələmatdar hadisəsi Triasın sonunda Tetis okean-
geosinklinal qurşağının yaranması ilə Pangeya- II superqitəsinin parçalanmağa başla-
ması hesab olunur. Yeni yaranmış olan Tetis okean-geosinklinal qurşağı uzanma isti-
qamətini saxlasa da paleo-Tetisə (gec Kembriyəqədər-Paleozoy) nəzərən yerini cənu-
ba dəyişmişdir. Tetis ilk əvvəllər (Yuranın sonunda Atlantik okeanın meridional isti-
qamətdə genişlənməsinə qədər) Mərkəzi Amerikaya qədər uzanmışdır. Şimali Atlan-
131
tikanın, sonra (Kaynozoydan) isə Şimal buzlu okeanının Norveç-Qrelandiya və Avra-
siya hövzələrinin genişlənməsi, Avrasiyanın Şimali Amerikadan ayrılaraq cənuba,
yerdəyişməsi ilə nəticələnmişdir. Gec Yurada Cənub və Hind okeanlarının açılması
ilə Afrika, Hindistan və Avstraliya yerini şimala doğru dəyişmişdir. Nəticədə Tetis
qərbdə Yuranın sonundan, şərqdə isə Təbəşirin sonu-Paleogenin əvvəlində sıxılmaya
məruz qalır. Bu proses Qondvana və Avrasiya kontinental kütlələrinin toqquşması
(kolliziyası) ilə başa çatır.
Sakit okean və onu əhatə edən mütəhərrik qurşaq Mezozoy və Kaynozoyda özü-
nün fəal inkişafını davam etdirmişdir. Təbaşirin sonundan başlayaraq Sakit okeanın
qərb ətrafında kənar dənizlər formalaşmağa başlayır.
Cavan Atlantik, Hind, Arktika və Cənub okeanlarının və onları müşayiət edən
nəhəng aralıq okean silsilələrinin (rift zonaları ilə daha da mürəkkəbləşmiş) yaranma-
sı, şubhəsiz ki, litosferin inkişaf tarixinin sonuncu mərhələsinin ən əsas və müəyyən-
ediçi hadisəsi hesab olunur. Litosferin inkişafının bu mərhələsi üçün və xüsusilə onun
tamamlayıcı- Oliqosen-Dördüncu dövr fazası üçün ən səciyyəvi xüsusiyyətlərdən biri
də, daha qədim qırışıqlıq dağ sistemlərinin (Baykal qırışıqlarından tutmuş Hersin və
Kimmeri qırışıqlarına qədər) yenidən fəallaşmaya cəlb olunaraq çoxlu sayda epiplat-
forma orogen qurşaqlarının əmələ gəlməsidir.
Analoji epiplatforma orogen qurşaqları Yerin geoloji tarixinin daha qədim mər-
hələlərində də yaranmalıdır. Epiplatforma orogen qurşaqları tamamlayıcı mərhələdə
öz miqyaslarına körə epigeosinklinal orogen qurşaqlara nisbətən xeyli böyük sahələri
əhatə etmişdir. Bu isə Mezozoy erasının əvvəlində və xüsusilə Kaynozoy erasında
Yer qabığının geosinklinal vilayətlərinin sahəsinin çox kiçilməsi ilə izah oluna bilər.
Beləliklə, Yerim tektonik inkişaf tarixinin sonuncu mərhələsində litosferin
"Klassik" struktur elementləri- kontinental platformalar və geosinklinal vilayətlərlə
bərabər okean çökəklikləri (aralıq okean silsilələri ilə birlikdə) və epiplatforma oro-
gen qurşaqları da mühüm rol oynayır.

132
İKİNCİ HİSSƏ
REGİONAL GEOLOGİYA

133
BÖLMƏ 1. YER QABIĞININ MÜASİR STRUKTUR PLANI
Yer qabığının müasir struktur planında tektonosferin quruluşunun xüsusiyyətlə-
rinə görə bir-birindən fərqlənən 2 yarımkürə ayrılır:
 Sakit okean çökəkliyini əhatə edən skean yarımkürəsi.
 Qalan qitə və okeanları əhatə edən qitə yarımkürəsi.
Qitə yarımkürəsi olduqca mürəkkəb mozaik quruluşa malik olub, bir-birindən
dörd okean çökəkliyi ilə ayrılan altı qitədən ibarətdir. Yer kürəsi səthinin belə bölün-
məsi yuxarıda qeyd edildiyi kimi tektonosferin daxili quruluşunun və Yer kürəsinin
əsas xüsusiyyətlərindən biri olan disimmetriyanın nəticəsidir. Tədqiat işlərinin nəticə-
ləri belə bir disimmetriyanın Ay üçün də xarakterik olduğunu göstərmişdir. Bu iki ya-
rımkürənin sərhədində Sakit okean qırışıqlıq qurşağı yerləşmişdir. Qitə yarımkürəsi-
nin quruluşunda qanunauyğun meridional qruplaşma mövcuddur. Burada qərb (Şi-
mali və Cənubi Amerika, Antarktida) və şərq (Avrasiya, Afrika və Avstraliya) qrup-
larını ayırmaq olar.
Qeyd etmək lazımdır ki, Yerin müasir struktur planında qitələrin en istiqamətdə
qruplaşması geoloji nöqteyi nəzərdən daha diqqətə layiqdir. Yer kürəsinin şimal qüt-
bündə yerləşmiş Arktika (Şimal buzlu) okeanı cənub istiqamətdə şimal qrupu qitələri
ilə sərhədlənir. Bu qrupa Şimal Amerika, Avropa və Asiya subqitəsi daxildir. Bu qur-
şağa paralel olaraq cənub yarımkürəsində Cənubi Amerika, Afrika, Hindistan subqi-
təsi və Avstraliyadan ibarət növbəti qitə qurşağı yerləşmişdir. Qeyd olunan bu iki en
istiqamətli qitə qurşağı bir-birindən Aralıq dənizi qırışıqlıq qurşağı ilə ayrılır. Sonun-
cu qitə qurşağından cənubda cənub yarımkürəsi qitələri Skotiya dənizi, Atlantik və
Hind okeanlarının cənub hissələrindən ibarət olan okean çökəkliyi ilə əvəz olunur.
Bəzən bu okean çökəkliyini Cənub okeanı da adlandırırlar. Bu okeandan cənubda isə
Antarktida qitəsi yerləşmişdir. Nəzərə almaq lazımdır ki, Yerin müasir struktur pla-
nında qitələrin yerləşməsində meridional qruplaşmanın daha aydın nəzərə çarpmasına
baxmayaraq, geoloji quruluşuna və geotektonik inkişaf tarixinə görə en istiqamətli
qruplaşma tarixi-geoloji baxımdan daha qədimdir.
Yer qabığının ayrı-ayrı regionları tektonik inkişaf xarakterinə və tarixinə görə
bir-birindən müəyyən qədər fərqlənir. Bu isə öz növbəsində yaranan strukturların
müxtəlifliyinə, həmçinin faydalı qazıntı komplekslərinin müxtəlifliyinə gətirib şıxa-
rır. Ərazilərin geoloji quruluşunu ardıcıl və sistemli şəkildə təsvir etmək üçün tekto-
nik quruluşuna və inkişafına görə bir-birindən fərqlənən vilayətlər, regionlar ayırmaq
məqsədə uyğun hesab olunur. Tektonik rayonlaşdırma dedikdə, bir-birindən tarixi-
geoloji inkişafı, struktur-litoloji quruluşu, maddi tərkibi və s. xüsusiyyətləri ilə fərqlə-
nən litosfer sahələri nəzərdə tutulur. Y.A.Kosıgin tektonik rayonlaşdırma prinsiplərini
geoloji obyektlərin öyrənilməsində istifadə edilən əsas vasitələrdən biri hesab edir.
Ş.B.Borukayev tektonik rayonlaşdırma və tektonik xəritə dedikdə, geoloji obyektlərin
sahə ehtibarı ilə modelləşdirilməsini və qrafik təsvirlərini nəzərdə tutur.
N.S.Şatski tektonik xəritə dedikdə müəyyən şərti işarələrlə müxtəlif kateqoriyalı
strukturları, Y.M.Puşarevski isə Yer qabığının struktur formalarını, tektonik zonaları-
nı əks etdirən xəritələri nəzərdə tuturlar. N.P.Xeraskov tektonik xəritələri iki növə
ayırır: struktur- strukturların morfologiyasını əks etdirən; tektonik- strukturların mor-
fologiyası ilə yanaşı olaraq inkişaf tarixini də əks etdirən.

134
Tektonik rayonlaşdırma müxtəlif kriteriyalar əsasında aparılır. Məsələn, bir sıra
geoloq-tektonistlər (E.Züs, E.Arqan, A.D.Arxanqelski, N.S.Şatski, A.A.Boqdanov,
V.Y.Xain, M.V.Muratov, A.L.Yanşin, Milanovski, Ə.Ş.Şıxəlibəyli və b.) vilayətlərin
və rayonların tektonik rayonlaşdırılmasını tarixi-geoloji prinsipə (qurşaqların yaş fər-
qinə görə), başqa sözlə desək, geosinklinal ərazilərdə Yer qabığının son intensiv de-
formasiyasının başa çatma vaxtına (tamamlyyıcı qırışıqlığın yaşına görə); A.V.Peyve
və onun ardıcılları isə qitələrin rayonlaşdırılmasını kontinental tip Yer qabığının son
formalaşma vaxtına görə aparılır. Bu halda geosinklinal prosesə ardıcıl olaraq okean
tipli qabığın kontinental tip qabığa keşməsi prosesi kimi baxılır. Kontiental qabığın
son formalaşma vaxtı kütləvi qranitoid intruziyalarının təzahürü ilə müşayiət olunan
qranitləşmə vaxtı və eləcə də kontiental qabığın çox da böyük olmayan ayrı-ayrı
bloklarının vahid kütləyə (massivə) keşməsi ilə təyin olunur.
Nəzərə almaq lazımdır ki, Yer qabığının son formalaşma vaxtına və eləcə də
geosinklinal rejimin başa çatması və orogenezin başlanmasına görə müxtəlif yaşlı qı-
rışıqlıq əyalətlərin ayrılması prinsipləri heç də bir-birini inkar etmir, əksinə tamamla-
yır. Beləliklə, böyük qitə massivlərinin rayonlaşdırılmasına imkan yaradır. Bu göstə-
rilən tektonik rayonlaşdırma prinsiplərinə əsaslanaraq Yerin qitə yarımkürəsində Ar-
xey, Karelya, Baykal, Kaledon, Hersin, Mezazoy (Kimmeri) və Alp qırışıqlıq əyalət-
ləri ayrılır (cədvəl 1.1., şəkil 1.1.).
Cədvəl 1.1.
Qırışıqlıq
Qırışıqlıq əyalətlər
epoxalrı
Şimali Amerika, Şərqi Avropa, Sibir, Hiporborey, Cənubi Amerika,
Karelya Afrika-Ərəbistan, Hindistan, Koreya-Şin, Qərbi Avstraliya, Şərqi An-
tarktida.
Baykal Timan-Peçora, Şimali-Taymır, Baykal, Aravaliy, Alaşan, Flinders
Qrampian, Şimali Qrelandiya, İnnuit, Altay Sayan, Mərkəzi Qa-
Kaledon
zaxıstan, Tyan Şan, Katasiya və s.
Ural-Sibir, Monqol-Tyan-Şan, Qərbi Avropa, Appalaç, Şərqi Avst-
Hersin
raliya, Cənubi Afrika (Kap), Cənubi Amerika və s.
Verxoyan-Kolım, Uzaq Şərq, Hindiçin, Şimali Amerika kordilyerləri
Mezozoy
və s.
Şimali Amerika kordilyerləri, Cənubi Amerika andları, Aralıq dənizi,
Kaynozoy
Pont-İran, Himalay, Şərqi Asiya.

Yer kürəsinin bu qırışıqlıq əyalətləri birləşərək Sakit okean, Aralıq dənizi, Ark-
tika, Ural-Monqol, Ərəb-Mozambik, Atlantik, Cənub okeanı qırışıqlıq qurşaqlarını
əmələ gətirirlər. Karel qırışıqlıq əyalətləri Yerin qitə yarımkürəsində mövcud qitələ-
rin ərazisinin əsasını təşkil edən qədim platformalara müvafiq gəlir. Qədim platfor-
maların kristallik bünövrəsi erkən Proterozoyun sonundan, örtük kompleksi isə gec
Proterozoydan etibarən formalaşmağa başlamışdır. Belə ki, erkən Proterozoyun so-
nunda böyük ərazilərdə qranitləşmə prosesi baş vermiş və Rifeyin əvvəllərində qədim
qitələrin kontinental qabığı formalaşmışdır.

135
Şəkil 1.1. Epikarel platformalarfnfn və geosinklinallarının yerləşmə sxemi.
A. Gec Karel və daha qədim qırışıqlıq əyalətlər (qədim platformalar): I- Şərqi-
Avropa, II- Şibir, III- Koreya-Şin, IV- Tarim, V- Şimali- Amerika, VI- Cənubi-
Amerika, VII- Afrika-Ərəbistan, VIII- Hindistan, IX- Avstraliya, X- Antarktida; B.
Gec Proterozoy və o cümlədən Baykal qırışıqlıq əyalətləri; V. Geosinklinallar və
geosinklinal qurşaqlar: 1-Ural-Monqol, 2-Qrampian, 3-Appalaç, 4-İnnuit, 5-Qərbi
Sakit okean, 6-Şərqi Sakit okean, 7-Aralıq dənizi.

136
BÖLMƏ 2. KARELYA QIRIŞIQLIQ ƏYALƏTLƏRİ
(QƏDİM PLATFORMALAR)

Yerin müasir struktur planında Kareliya qırışıqlıq əyalətlərinə müvafiq gələn qə-
dim platformalar mövcud qitələrin əsasını təşkil edirlər (şək.2.1.). Şimal yarımkürə-
sində yerləşən Şimali Amerika, Avroasiya subqitəsinın əsasını Şimali Amerika, Şərqi
Avropa, Sibir, Çin, cənub yarımkürəsində yürləşən Hondvana qrupuna daxil olan qi-
tələrin əsasını isə Cənubi Amerika, Afrika-Ərəbistan, Hindistan, Qərbi Avstraliya və
Şərqi Antarktida platformaları təşkil edir.

Şəkil 2.1. Yer kürəsində Epikarel platformalarının yerləşmə sxemi


(V.P.Qavrilova görə)
I. Epikarel platformaları: 1- Şimali-Amerika, 2- Şərqi-Avropa, 3- Sibir, 4- Hiperbo-
rey, 5- Cənubi-Amerika, 6- Afrika-Ərəbistan, 7- Hindistan, 8. Koreya-Şin, 9- Qərbi
Avstraliya, 10- Antarktida; II. Epiarxey nüvələri; III. Epikalel platformalarında olan
və öz inkişafını erkən Proterozoyun lap sonunda başa çatdırmış qalıq geosinklinallar.

2.1. ŞİMAL YARIMKÜRƏSINDƏ OLAN QƏDIM PLATFORMALAR


(LAVRASIYA QRUPU)
Lavrasiya (Anqarida) qrupuna daxil olan Epikarel platformaları Şimali Amerika,
Şərqi Avropa, Sibir, Çin və Hiporborey platformaları hesab olunur. Aşağıda bu plat-
formaların sərhədləri, dərinlik quruluşu, struktur elementləri, struktur formasiya
komplesləri, geoloji inkişaf tarixi və faydalı qazıntıları haqqında ətraflı məlumat ve-
rilir.

137
2.1.1. ŞİMALI AMERİKA PLATFORMASI
Şimali Amerika digər qitələrlə müqayisədə özünün strukturlarının daha çox sim-
metrikliyi, strukturlarının və relyefinin tam uyğunluğu ilə seşilir. Şimali Amerika
platforması (ŞAP) hər tərəfdən dağlıq-qırışıqlıq sistemlərlə əhatə olunmuşdur. Onun
qərbində Kordilyerlər, şimalında Arktika arxipelaqı və Şimali Qrenlandiya dağları,
şərqində Şərqi Qrenlandiya və Appalaç dağları, cənubunda isə Uaçita və Maraton
yüksəklikləri yerləşir. ŞAP Şərqi Kanada ərazisində Appalaç qırışıqlıq sistemindən
Loqan dərinlik yarığı ilə ayrılır. Şimali Kanada və Şərqi Qrenlandiya sahələrində
ŞAP dərinlik yarığı vasitəsi ilə müvafiq olaraq Arktika və Şimali Atlantika qırışıqlıq
qurşaqları ilə sərhədlənir. Boston şəhərindən başlayaraq cənuba doğru ŞAP ilə Ap-
palaçlar arasında kənar çökəklik yerləşmişdir.
Uaçita və Appalaç qırışıqlıq sistemlərinin qovuşma zonasında ŞAP-nın sərhədi
kəskin cənub-qərb istiqamətə dönür və Arkanzas kənar çökəkliyi boyunca keçir. Son-
ra yenidən sərhədin istiqaməti qərbə dönərək Kordilyerlərə qədər uzanır və ŞAP Şi-
mal Buzlu okeanına kimi Şimali Amerika Kordilyerləri ilə sərhədlənir. Bu sərhəd bo-
yunca Kolvil, Makenzi, Albertı, Denver kənar çökəklikləri yerləşir.
STRATİQRAFİYA
Geoloji-geofiziki materialların analizi ŞAP-nın geoloji quruluşunda Arxey-Ant-
ropogen yaşlı törəmələrin iştirak ediyini söyləməyə və onun inkişafının əsas mərhələ-
rinə muvafiq gələn aşağıdakı struktur formasiya komplekslərinin (SFK) ayrılmasına
əsas verir (cədvəl 2.1.1.1.).
Cədvəl 2.1.1.1.
№-si Struktur-formasiya kompleksi (SFK) Yaşı
1 Bünövrə Arxey-alt Proterozoy
2 Protoplatforma Alt Proterozoy
3 Avlakogen Rifey
4 Sinekliz Vend-Silur
5 Plitə Devon-Antropogen

Bünövrə SFK. Şimali Amerika platformasının Kanada qalxanında bünövrə


kompleksinin quruluşunda Kenoran (Arxey) və Qudzon (alt Proterozoy) seriyaları ay-
rılır. Kenoran seriyası görünən qalınlığı 12 km-ə çatan qranit-qneys miqmatitlərindən,
mikalı və qrafitli şistlərdən, kvarsitlərdən və yaşmalardan, Qudzon seriyası isə görü-
nən qalınlığı 4 km- ə çatan əhəngdaşı, dolomit, kvarsit və cespilitlərdən təşkil olun-
muşdur.
Protoplatforma SFK. Protoplatforma kompleksi terrigen-karbonat və qırıntı
formasiyalarından ibarət olub, qalınlığı 1,0 km-ə çatır.
Avlakogen SFK. Şimali Amerika platformasında üst Proterozoy Kvino seriyası
adlanır və konqlomerat, vulkanogen süxur araqatlarına malik qırmızı rəngli qumdaş-
larından təşkil olunmuşdur. Bu seriyanın tərkibinə aid olan avlakogen kompleksinin
(Rifey) qalınlığı 7 km-ə çatır.
Sinekliz SFK. Sinekliz kompleksi kəsilişin aşağı hissəsində qumlu (Vend-
Kembri), üst hissəsində isə karbonat formasiyalarından ibarət olub (Ordovik-Silur),
ümumi qalınlığı 2,0 km-ə qədərdir.
138
Plitə SFK. Plitə kompleksi ŞAP-nın şərqində Devon-alt Karbon, qərbində isə
Devon-alt Perm yaşlı karbonat formasiyası ilə başlayır. Bu formasiya platformanın
şərqində üst Karbon-Perm yaşlı paralik kömürlü, qərbində və cənub-qərbində isə üst
Permin evoparit, Triasın qırmızı rəngli laqun-kontinental arid formasiyaları əvəz
olunur. Üst Paleozoyun qalınlığı 3 km-ə çatır.
Mezozoy alt-orta Yuranın qırmızı rəngli, evoparit qradasiyalı kontinental forma-
siyası ilə başlayır. Bu formasiya üst Yura-alt Təbaşirin transqressiv terrigen və üst
Təbaşirin karbonat-terrigen formasiyası ilə əvəz olunur, bəzən kömürlü formasiyaya
keçir. Bu formasiya sırası Paleogen-Miosenin kontinental qırıntı formasiyası ilə
örtülmüşdür. Yura-Miosen çöküntülərinin ümumi qalınlığı 2,5-4,0 km-dir.
Örtük-buzlaq formasiyasından ibarət olan Pliosen-Antropogen çöküntülərinin
qalınlığı 3,0 km-ə çatır.
TEKTONİKA
ŞAP olduqca mürəkkəb tektonik quruluşa malikdir. Onun hududlarında qədim
platformalar üçün səciyyəvi olan aşağıdakı birinci və ikinci dərəcəli struktur element-
lər ayrılır (cədvəl 2.1.1.2. şək. 2.1.1.1.). Onun sərhədinin əsas hissəsi tektonik xarak-
ter daşıyır. Bu qırılmaların içərisində en və diaqonal istiqamətli qırılmalar üstünlük
təşkil edir. Qərb tərəfi istisna olmaqla ŞAP demək olar ki, bütün şimal yarısını Kemb-
riyədək yaşlı kristallik bünövrənin yer səthinə çıxdığı Kanada qalxanı təşkil edir.
Kanadanı Qrenlandiyadan ayıran Baffin körfəzi və Devis boğazının yalnız Təba-
şirin sonu-Paleogenin əvvəlində yarandığını nəzərə alınarsa V.Y.Xainin göstərdiyi
kimi, bu qalxanı Kanada-Qrenlandiya qalxanı adlandırmaq daha düzgün olardı. Də-
rinlik yarıqları ilə nəhəng qaymalara (əyalətlərə) bölünmüç bu qalxanın hüdudlarında
Qudzon, Viktoriya, Vollaston, Con-Lankaster, Foks və digər sineklizlər yerləşmişdir.
Bunlardan əlavə qalxanın hüdüdlarında Kenoran (Yuxarı göl, Nevolnı əyalətləri),
Qudzon (Şerşil, Labrador, Penoki, Neyn və s. əyalətlər), Qrenvil (Qrenvil əyaləti) qı-
rışıqlıq zonaları ayrılır. Bu qırışıqlıq zonalarla yanaşı qalxanın quruluşunda protoplat-
forma kompleksinin yayıldığı sahələrdə müşahidə olunur (şək. 2.1.1.2).

Cədvəl 2.1.1.2.

№-si Struktur Adı


1 Qalxanlar Kanada
Anteklizlər və Tsintsinat, Viskonsi, Özark, Çotokvan, Mərkəzi-Kanzas,
2
Massivlər Siu-Kembric, Blek-Xils.
Miçiqan, İllonays, Forest-Siti, Salina, Jorc-Siti, Vollaston,
3 Sineklizlər Viktoriya, Qudzon, Villaston, Qərbi-Texas, Anadarko,
Sverdrup, Foks, Con-Lankaster.
Perikraton çö- Böyük Düzənlik, Arktikayanı.
4
kəkliklər
5 Avlakogenlər Yuxarı göl, Viçita.

139
Şəkil 2.1.1.1. Şimal Amerika platformasının əsas strukturlarının
yerləşmə planı.
Massivlər və anteklizlər: 1-Şərqi Qayalı dağlar, 2-Kolorado, 3-Blek-Xils, 4-Tsintsi-
nat, 5-Ozark tağı, 6-Bend; Sineklizlər və çökəkliklər: 7-Miçiqan, 8-İllonays, 10-Vol-
laston, 11-Viktoriya, 12-Con-Lankaster, 13-Foks, 14-Sverdrup, 15-Qərbi-Texas,
16-Anadarko, 17-Selayna, 18-Denver, 19- Alberta, 20- Appalaçqarşısı, 21- Arktika
qarşısı perikraton çökəklik.

140
Şəkil 2.1.1.2. Şimal Amerika platformasının bünövrəsinin
quruluşunun sxemi (V.Y.Xainə görə).
1-Arxey nüvələri (Epikenoran konsolidasiya əyalətlərinin qalıqları); 2-Epikarel kon-
solidasiya əyalətləri; 3- Qot cavanlaşma (və ya Epiqot konsolidasiyası) əyalətləri;
5-Baykal geosinklinalları.

Platformanın Kanada-Qrenlandiya qalxanından kənarda yerləşən cənub və qərb


hissəsi nisbətən az qalınlıqlı Fanerazoy çökmə örtüyü ilə örtülmüş plitədən ibarətdir.
Bü plitə öz quruluşuna görə bir-birindən fərqlənən Midkontinent plitəsinə, Böyük
Düzənlik perikraton çökəkliyinə ayrılır.
Midkontinent plitəsi Missisipi və Missuri çaylarından şərqdə yerləşir. Bu plitə-
nin ən şərqində Tsinsinnat anteklizi yerləşəşir. Appalaçlara və Appalaçqarşısı çökək-
liyə parallel uzanan bu anteklizin şarniri undulyasiya olunaraq Findley (şimalda),
Cessamayn (mərkəzi hissədə) və Neşvill (cənubda) tağlarını əmələ gətirir. Səciyyəvi
platforma strukturu olan bu antekliz çoxlu miqdarda müxtəlif ölçülü lokal qalxımlar-
dan ibarətdir. Qərb istiqamətdə Tsinsinnat anteklizi bir-birindən Kenkaki tağı ilə ayrı-
lan Miçiqan və İllonays çökəkliklərinə keçir. Bu çökəkliklərin hər ikisi üst Kembri-
Karbon (Pensilvani) yaşlı çöküntülərlə dolmuşdur.
Miçiqan-İllonays çökəkliyi qərb istiqamətdə şimaldan-cənuba Viskonsi tağın-
dan, Ozark və Şotokva anteklizlərindən ibarət qalxımlar zonasına keçir. Asimmetrik
quruluşa malik olan Ozark anteklizinin şimal-şərq hissəsində Kembriyəqədər bünövrə
yer səthinə çıxır. Şimal-şimal-qərbdə Çotokvan tağı Forest-Siti çökəkliyinə keçir.

141
Şotokva və Ozark tağlarından və Forest-Siti çökəkliyindən cənuba Las-Animas,
Amarilo, Viçita, Kriner-Xills və Arbokl, Red-River qalxımlarından və Anadarko, Vo-
rika-Marietta, Ardmor sineklizlərindən ibarət olan en istiqamətli platforma daxili
Viçita (Uaçito) sistemi yerləşir. Bu sistemdən cənuba Perm sineklizi və Bend tağın-
dan ibarət Qərbi-Texas əyaləti yerləşir. Şimal Amerika platformasının digər iri struk-
turları kimi Perm sineklizi və Bend tağıda çoxlu miqdarda lokal qalxımlardan təşkil
olunmuşdur.
Şimalda Kanada qalxanı və Qayalı dağlar, cənubda isə Qayalı dağlar və Mid-
kontinent plitəsi arasında Böyük Düzənlik Perikraton çökəkliyi yerləşmişdir. Bu çö-
kəkliyin mərkəz hissəsində, Salin sineklizindən şimalda Kanada qalxanı ilə Qayalı
dağları birləşdirən Siu-Kembric anteklizi yerləşir. Bu antekliz şimal istiqamətdə Or-
dovik yaşlı Villaston sineklizinə keçir. Platformanın plitə kompleksi olduqca zəif dis-
lokasiyaya (layların yatma bucağı- 40-70- dən çox deyil) məruz qalmış və çoxlu sayda
lokal qalxım və çökəkliklərlə mürəkkəbləşmişdir.
GEOLOJİ İNKİŞAF TARİXİ
Şimal Amerika platformasının geoloji inkişaf tarixində aşağıdakı inkişaf mərhə-
lələri ayrılır:
Erkən Arxey mərhələsi. Bu mərhələ ilə əlaqədar olan törəmələr kifayət qədər az
saxlanılmışdır. Montanada Bertus və Biqxori dağlarında, Şərqi Qayalı Dağlarda rast
gəlinən qranit-qneys, miqmatit və amfibolit çıxışları (yaşı 31109 il) erkən Arxeyə aid
edilir.
Son Arxey (Kenoran) mərhələsi. Bu mərhələdə Vayominqdən Şərqi Qrenlandi-
yaya və Böyük Ayı gölünün cənub sahilindən Qudzon gölünün şimal sahilinə kimi
geniş ərazidə evgeosinklinal rejim mövcud olmuşdur. Kenoran tektonik-maqmatik
epoxası Şimal Amerika protoplatformasının yaranması ilə başa çatmışdır.
Erkən Proterozoy (Qudzon) mərhələsi. Kenoran qırışıqlıqlığı və qalxmasından
sonra Proterozoyun əvvəllərində böyük struktur dəyişirikliklər baş verir və yenidən
geosinklinal əyilmələr başlayır. Öz stabilliyini saxlayan protoplatformanın şimalında
geniş ərazini əhatə edən geosinklinal qurşaq yaranır. Erkən və orta Proterozoyun sər-
hədində baş verən Qudzon qırışıqlıq, metamorfizm və qranitləşmə epoxası gələcək
qitənin demək olar ki, bütün şimal hissəsinin konsolidasiyasını başa çatdırır. Beləlik-
lə, Şimali Amerika platformasının formalaşması Kenoran (gec Arxey) qırışıqlığı ilə
başlamış və Qrenvil (erkən Proterozoy) qırışıqlığı ilə başa çatmışdır.
Orta Proterozoy (Qot, Elson) mərhələsi. Platforma ərazisində (xüsusən Midkon-
tinentdə) Qot qırışıqlığına müvafiq gələn (yaşı 1450-1350 106 il olan) süxurların ge-
niş yayılmasına baxmayaraq, bu mərhələnin tektonik şəraiti tam aydınlaşdırılmamış-
dır. Şimali Amerika platformasının nisbətən stabil olan mərkəzi hissəsi erkən Protero-
zoyun sonu və orta Proterozoyda əyilməyə cəlb olunur.
Rifey (Qrenvil) mərhələsi. Gec Proterozoyun əvvəllərində Şimali Amerika plat-
formasının ətrafında qırışıqlıq qurşaqlar formalaşır (Kordilyer- qərbdə, Şərqi Qren-
landiya və Appalaç- şərqdə). Franklin qırışıqlıq qurşağının gec Proterozoyda yarandı-
ğı etimal olunur. Qeyd etmək lazımdır ki, bu qırışıqlıq qurşağların yaranması və xü-
susəndə Qrenvil qırışıqlığının başa çatması ilə əlaqədar olaraq Şimali Amerika plat-
formasının quruluşu müasir dövrdəkinə dahada yaxınlaşmışdır.

142
Vend və erkən Kembri (Baykal) mərhələsi . Üst Proterozoyun ikinci yarısı, eləcə
də erkən və orta Kembri epoxaları platformanın yüksək vəziyyətdə olması ilə xarak-
terizə olunurlar. Bu mərhələdə platformanın cənubunda (Viçita zonasında) intrakra-
ton evgeosinklinal çökəklik mövcud olmuşdur.
Kratonlaşma mərhələsi ilə platforma örtüyünün yaranmağa başlanması vaxtı ara-
sında çox üzun müddətli fasilə olmuşdur. Bu isə bünövrə və çökmə örtüyü struktur-
formasiya komplesləri və onlarla əlaqədar olan strukturlar arasında müşahidə olunan
kəskin üyğunsuzluğun olması ilə təsdiq olunur.
Şimal Amerika platformasında avlakogenlər olduqca zəif yayılmışdır.
Erkən Paleozoy (Kaledon) mərhələsi. Şimali Amerika platformasının struktur
planının Fanerozoy inkişafı qonşu geosinklinalların inkişafı ilə sıx əlaqədə olmuşdur.
Orta Kembrinin sonunda dəniz geosinklinalların hüdudlarından kənara çıxır və hər tə-
rəfdən bu zamana kimi peneplenləşmiş platformanın daxilinə doğru irəliləməyə baş-
lamışdır. Əvvəlcə (orta Ordovikə kimi) Qrenvil-Appalaç struktur planı üstünlük təşkil
etmişdir. Bu zaman Villaston və Miçiqan-İllonays maksimal enmələr zonası ilə əhatə-
lənmiş Transkontiental qalxım formalaşmışdır.
Ordovikin əvvəlində platforma ərazisində transqressiya özünün ilk maksimumu-
na çatır və demək olar ki, Kanada qalxanı və Transkontiental qalxımı təmamilə dəniz-
lə örtülür.
Erkən və orta Ordovikin sərhədində Kanada qalxanının şərq hissəsində və Mid-
kontinent əyalətində qalxma hərəkətləri güclənir və bu da dənizin reqressiyasına sə-
bəb olur. Orta Ordovikdən başlayaraq Karbonun əvvəlinə kimi struktur planda Uaçita
istiqaməti üstünlük təşkil edir.
Orta Paleozoy (gec Kaledon-erkən Hersin) mərhələsi. Ordovikin sonu-Silurun
əvvəlində Appalaç və Uaçita geosinklinallarında baş verən qalxma ilə əlaqədar olaraq
qısa müddətli də olsa reqressiya, Silurda isə yenidən transqressiya baş verir. Silur və
Devonun sərhədində platformanın ərazisi ümumi qalxmaya məruz qalmışdır.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, alt-orta Paleozoyda maksimal enmələrə
platformanın şərq, cənub (Uaçita və Appalaç geosinklinalları ilə əlaqədar olaraq) və
şimal (Franklin geosinklinalı ilə əlaqədar olaraq) hissələri intensiv enmələrə məruz
qalmışlar. Şərqi Qrenlandiya geosinklinal sisteminin inkişafı ilə bağlı olaraq Kanada
qalxanının ərazisi mənfi işarəli şaquli tektonik hərəkətlərə məruz qalmış və burada
Qudzon, Foks və digər sineklizlər yaranmışdır.
Gec Paleozoy (gec Hersin) mərhələsi. Gec Paleozoyda və Triasda platformanın
struktur planında kəskin dəyişiriklik baş verir. Bir tərəfdən Uaçita istiqamətli struk-
turlar güclənir (Viçita sistemi əmələ gəlir), digər tərəfdən isə submeridional struktur-
lar yaranır (Nemaxa təpəliyi, Qərbi Texas əyaləti, La-Sal valı və s.). Submeridional
strukturların yaranması Qədim Qayalı dağların və Kordilyerlərin inkişafı ilə əlaqədar
olmuşdur. Platformanın şimalında meridional istiqamətli struktur plan daha aktiv ol-
muşdur (Pis-River-Suntqras, Butiya anteklizləri, Elk-Poynt sineklizi). Gec Paleozoy-
da Appalaç istiqamətli struktur plan nisbətən zəif olsa da mühüm rol oynamışdır. Bu
vaxt Tsintsinat anteklizi, Appalaç qarşısı, Blek Uorrnor, Arkanzas, Fort-Uert və Vil-
Verde kənar çökəklikləri yaranır.
Orta və gec Karbonun sərhədində Appalaç və Uaçita geosinklinal sistemlərində,
eləcə də Viçita və Qədim Qayalı dağlar sistemində baş verən dağəmələgəlmə proses-
143
ləri ilə əlaqədar olaraq (Hersin tektogenezi nəticəsində), fiziki-coğrafi şəraitin kəskin
dəyişməsi platforma ərazisində Karbonun iki sərbəst sistemə (Missisipi və Pensilva-
ni) ayırmağa səbəb olmuşdur. Perm dövründə platformanın şərq hissəsində əyilməyə
səbəb olan tektonik hərəkətlər təmamilə zəifləyir. Artıq üst Permdə platformanın şi-
malında kontinental, cənubunda isə laqun şərait hakim rol oynamışdır. Triasda Böyük
Düzənliyin mərkəzi və cənub hissələrində çöküntü toplanma sahəsi daha da öz sahə-
sini azaltmış, onun şərq sərhədi isə daha da qərbə şəkilmişdir.
Mezozoy-Paleogen (erkən- və orta Alp) mərhələsi. Yura-Paleogendə platforma-
nın struktur planında daha böyük dəyişikliklər baş verir. Platformanın şərq və mərkəz
hissələri qalxmaqda, qərb hissəsi isə enməkdə davam etmişdir. Platformanın qərb his-
səsinin belə intensiv enməsi Kordilyer geosinklinalının inkişafı ilə əlaqədar olmuş-
dur.
Triasda platformanın ərazisində baş verən maksimal reqressiya və çöküntütop-
lanma sahəsinin azalmasından sonra Yura dövründə yenidən əyilmənin güclənməsi
nəticəsində Böyük düzənliyin mərkəzi və cənub hissəsində çöküntütoplanma sahəsi
genişlənir və demək olarki, Permin əvvəlində olan şərait bərpa olunur.
Təbaşir dövrü ərzində çöküntütoplanma sahəsinin daha da genişlənməsi baş ve-
rir və dəniz Böyük Düzənliyin sahəsindən qərbə doğru irəliləyərək Kanada qalxanı-
nın ətrafına çatır. Paleogen-Miosendə platforma ərazisində tektonik hərəkətlərin zəif-
ləməsi müşahidə olunur.
Neogen-Antropogendə Böyük Düzənlik, Kordilyerlərlə birlikdə qalxmağa başla-
yır (1,5-2,0 km-ə qədər). Antropogendə analoji proseslər Kanada qalxanı və Midkon-
tinenti əhatə edir. Bu proseslər nəticəsində Midkontinentin mərkəzinin qərb, şimal və
cənubunda Missisipi çökəkliyi yaranır. Platformanın bu çökəklikdən qərbdə yerləşən
cənub kənarında dağlıq relyef formalaşır (Qvadelup, Viçita, Arbokl dağları).
FAYDALI QAZINTILAR
Şimal Amerika platforması zəngin faydalı qazıntılara malikdir. Burada kausto-
biolitlər, metallik və qeyri-metallik filiz yataqları və s. istismar olunur. Amerika Bir-
ləşmiş Ştatlarının şimal-şərqində orta-üst Karbon, cənubunda üst Karbon, Böyük Göl
rayonunda və Missisipi hövzəsində isə orta-üst Karbon yaşlı süxurlarla əlaqədar olan
daş kömür yataqları istismar olunur. Qonur kömür yataqları Paleogen-Neogen çökün-
tülərində yayılmış və Missuri çayından başlayaraq Şimal Buzlu okeana qədər geniş
sahədə böyük ehtiyatlara malikdir.
Platforma ərazisində neft yataqları Devon, Karbon, Silur və Perm yaşlı süxurlar-
la əlaqədardır. Belə nəhəng yataqlardan Kanzas, Okloxoma, Texas və s. göstərmək
olar. Platformanın cənub hissələrindəki neft yataqlarında həm də çox böyük ehtiyata
malik qaz yataqları vardır. Yuxarı Göl rayonunda alt Proterozoy süxurlarında dəmir
və mis, Kanadanın cənubunda nikel, gümüş və qızıl yataqları məlumdur.
Qeyri-filiz yataqlarından Silurun evaporit formasiyası ilə əlaqədar olan daş duz
(Nyu-York), Neogen süxurları ilə əlaqədar trepel (Kanzas) və Perm yaşlı süxurlarla
əlaqədar gips (Texas) yataqlarını göstərmək olar.

144
2.1.2. ŞƏRQİ AVROPA PLATFORMASI
Şərqi, Şimali və Mərkəzi Avropanın böyük sahəsini əhatə edən Şərqi Avropa
Epikarel platforması, qərbdə Bristol körfəzindən şərqdə Uralın qərb ətəklərinə, şimal-
da Barens dənizindən cənubda Qara dənizə kimi uzanır. Platformanın şərq sərhədi
Polyudov Daşı ilə Aktübinsk-Uralyanı arasında Hersin yaşlı Uralqarşısı kənar çökək-
liyi, cənub-şərq sərhədi isə Şimali Üstyurt dəriklik yarığı boyunca keçır. Cənubda
platforma Skif və Turan Epihersin plitələri ilə sərhədlənir. Şərqi Avropa platforması
(ŞAvP) cənub-qərbdə Alp yaşlı Karpatqarşısı kənar çökəkliklə və Arden-Sudet-Sile-
ziyadan şimala tərəf yerləşən Epihersin plitəsı ilə, qərbdə Berlin-Hamburq-Şimal Də-
nizi boyunca, şimal-qərbdə Skandinaviya Kaledonidlərin daxilindən keçirilir. ŞAvP–
nın şimal və şimali-qərb sərhədləri kifayət qədər aydın deyildir.
ŞAvP aydın müşahidə edilən ikimərtəbəli quruluşa malikdir. Alt mərtəbə- Arxey
və ayrı-ayrı sahələrdə, həmçinin alt Proterozoydan ibarət olan bünövrədən, üst mərtə-
bə isə keçid kompleksindən (alt Proterozoyun «protoplatforma» örtüyü və üst Pro-
terozoydan) və çökmə örtüyündən (Vend və Fanerozoydan) ibarətdir.
ŞAvP -nın müasir struktur planı 1,5 mlrd. il ərzində formalaşmış, onun müxtəlif
sahələrində kristallik bünövrənin, səthinin hipsometrik vəziyyəti ilə təyin olunur.
ŞAvP-nın bünövrəsi kəskin parçalanmış relyefə malikdir. Belə ki, platformanın Bal-
tik və Ukrayna qalxanlarında kristallik bünövrə yer səthinə çıxdığı halda, Rus plitə-
sındə birinci yüz metrdən 20 km-ə qədər dərində yerləşir. Bu halda nəzərə almaq la-
zımdır ki, kristallik bünövrə avlakogenlərdə 4-5 km (və daha çox), sineklizlərdə 2
km- dən çox, anteklizlərdə isə bir neçə yüz metrə qədər dərində yerləşir.

STRATİQRAFİYA
Geoloji-geofiziki materialların analizi ŞAvP-nın geoloji quruluşunda Arxey-
Antropogen yaşlı törəmələrin iştirak ediyini söyləməyə və onun inkişafının əsas mər-
hələrinə muvafiq gələn aşağıdakı struktur formasiya komplekslərinin (SFK) ayrılma-
sına əsas verir (cədvəl 2.1.2.1.).
Cədvəl 2.1.2.1.
№-si Struktur-formasiya kompleksi (SFK) Yaşı
1 Bünövrə Arxey-alt Proterozoy
2 Protoplatforma Alt Proterozoy
3 Avlakogen Rifey
4 Sinekliz Vend-Kembri
5 Plitə Ordovik-Antropogen

Bünövrə SFK. ŞAvP-da bünövrə yüksək dərəcədə metamorfizmə məruz qalmış


Arxey və alt Proterozoy törəmələrindən təşkil olunmuşdur və Baltik qalxanında, Kola
yarımadasında, Kareliyada, Ukraina qalxanında (Podol, Konotop və Dnepryanı mas-
sivlərdə) və Voronej anteklizinin tağ hissəsində (Pavlov və Boquşar şəhərləri arasın-
da) yer üzərinə çıxır. Qalan sahələrdə bünövrə çökmə örtüyü altında müxtəlif dərin-
liklərdə yerləşir və bir çox sahələrdə onu quyular vasitəsi ilə açmışlar. Tədqiq olunan
bütün sahələrdə bünövrə yüksək metamorfizmə məruz qalmış süxurlardan- qneyslər-
dən, amfibollardan, kvarsitlərdən, mikalı şistlərdən təşkil olunmuş və çoxlu miqdarda

145
ultraəsas, əsas və turş intruziyalarla yarılmışdır. Kəsilişin üst hissəsində alt Proterozo-
yun Sarpoli seriyasında konqlomeratlar və qumdaşları meydana gəlir. Bünövrənin tö-
rəmələri intensiv dislokasiyaya məruz qalmış, çox vaxt fay, əks-fay, üstəgəlmə və s.
tipli qırılmalarla mürəkkəbləşmişdir. Kəsiliş boyu aşağıdan-yuxarıya doğru (qədim
komplekslərdən cavana doğru) maqmatizm fəaliyyətinin, süxurların metamorfizm də-
rəcəsinin və dislokasiyasının zəifləməsi müşahidə olunur. Kola yarımadasında qazı-
lan ən dərin quyu Arxey süxurlarını 7 km dərinlikdə aşmışdır. ŞAvP-da bünövrənin
yer səthinə çıxan komplekslərinin qalınlığı 7 km-ə çatır.
Arxeyin qranulit fasiyasında metamorfikləşmiş superkrustal (biotitli qneyslər,
biotit-qranatlar, qranit qneyslər, amfibolitlər, amfibolitli qneyslər və s.) və plutonik
süxurlardan ibarət olan Belamor və Lop komplekslərinin mütləq yaşı 2700 mln. ildən
qədim olub, bəzi hesablamalara görə 3000 mln. ilə yaxınlaşır.
Protoplatforma SFK. Alt Proterozoy yaşlı protoplatforma kompleksi Svekofen
əyalətinin ətrafında, onu əhatə edən qalxmış Arxey bloklarında öyrənilmişdir və iki
kompleksə (alt və üst) ayrılır. Alt komplks erkən Proterozoyun birinci yarısı ilə əlaqə-
dar olub, qrabenvari depresiyaları və dərinlik yarıqları yanı çökəklikləri dolduran, bö-
yük qalınlığa malik olub, kifayət qədər dislokasiyaya məruz qalmış, intruzivlərlə
müşayiət olunan müxtəlif qatlarla səciyyələnir. Üst kompleks erkən Proterozoyun
ikinci yarısı ilə əlaqədar olub, geniş çökəklikləri dolduran zəif dislokasiyaya məruz
qalmış və spesifik qranitlərlə yarılmış monoton süxürlardan ibarətdir. Kareliyada və
Kola yarımadasında qeyd olunan komplekslərin hər ikisi iştirak edir. Kareliyada alt
kompleks (Sumi və Sarioli seriyası) konqlomeratlardan, üst kompleks isə (Yatuli
seriyası) metabazitlərdən, gilli şistlərdən ibarətdir, ümumi qalınlığı 3 km-ə qədərdir.
Bu kompleks Ukraina qalxanında və Voronej anteklizində də inkişaf etmişdir (Kri-
voyroq, Kursk, Ovruş seriyaları).
Avlakogen SFK. Rifey yaşlı olan bu kompleks üç hissəyə ayrılır. Baltik qalxa-
nında bünövrənin bir sıra qrabenlərində alt Rifeyə uyğun gələn üst Proterozoyun İotni
seriyası çöküntüləri məlumdur. İotni seriyası turş effuzivlərdən, laylı qırıntı mənşəli
çökmə və metamorfik süxurlardan (qumdaşı, konqlomerat, kvarsit, gilli şistlər) iba-
rətdir. Örtüyün ən aşağı hissəsi (Yatuli və İotni seriyaları) mütləq yaşı 1,6 mlrd. ilə
çatan qranit intruziyaları ilə yarılmışdır. Paçelm avlakogenində və Volqa-Ural antek-
lizinin şərq qurtaracağında, Bavlinov rayonunda Rifey yaşlı çöküntülər daha yaxşı
öyrənilmişdir. Bavlinov rayonunda quyularla açılmış alt Rifey yaşlı çöküntülər (alt
Bavlino kompleksi) ümumi qalınlığı 300-400 m-ə çatan dolomit və argillit qatı olan
qırmızı rəngli kvarslı çölşpatlı qumdaşlarından ibarətdir. Vitebsk, Nevil, Orşa sahələ-
rində orta Rifey çöküntüləri Belorus və Volın komplekslərindən ibarətdir. Belorus
kompleksi qalınlığı 75-600 m arasında dəyişən sarımtıl-qırmızı rəngli monoton xırda-
dənəli qumdaşı, gil, alevrolit və iridənəli monoton xırdadənəli qumdası, gil, alevrolit
və iridənəli qumdaşı laylarından, Volın kompleksi isə əsas effüzivlərdən (bazalt, srilit
və tuflar) ibarət vulkanogen qatdan və çökmə mənşəli gilli süxurlardan ibarətdir.
Kompleksin qalınlığı 250-400 m-ə çatır. Paçelm avlakogenində üst Rifey çöküntüləri
Kavrin və Serdob kompleksləri ilə təmsil olunmuşdur. Kavrin kompleksi iridənəli
qırmızı rəngli qumdaşı, çınqıllardan və qravelit qatından, Serdob komplesi isə qlau-
konitli və qırmızı rəngli, argillit və dolomitdən təşkil olunmuşdur. Üst Rifeyin qalın-
lığı 0-900 m arasında dəyişir.
146
Sinekliz SFK. Vend-Kembri yaşlı süxurlardan ibarət olan bu kompleks ŞAvP-
nın qalxanları müstəsna olmaqla bütün strukturlarında yayılmışdır. Vend yerli xarak-
ter daşıyan Vilcan, Volın, Valday seriyalarına ayrılır. Vilcan seriyası qalınlığı 113 m
olan tillitlərdən, qırmızı rəngli gillərdən və qumdaşlarından ibarətdir. Volın seriyası
ümumi qalınlığı 150-300 metr arasında dəyişən vulkanogen-çökmə formasiyadan
(bazaltlardan, tuflardan, tuffitlərdən və onlarla növbələşən argillit və alevrolitlərdən)
təşkil olunub. Valday seriyası qumlu-gilli iri qırıntılı süxurlardan (qumlardan, alevro-
litlərdən və gillərdən) ibarət olub ümumi qalınlığı 600-800 m-ə çatır.
Kembri çöküntüləri ŞAvP-da nisbətən məhtud yayılmışdır və onun çıxışları əsa-
sən platformanın şimal-qərb hissəsində məlumdur. Kembrinin tam kəsilişi (alt, orta,
üst) Brest rayonunda qazılan quyularda açılmış və qalınlığı 520 m-dir. Alt Kembri
(Baltik seriyası) çöküntüləri əsasən yaşılımtıl-boz qumdaşlarından, göyümtül-boz gil-
lərdən, əlvan qumlardan və qudaşılardan ibarətdir. Baltik seriyasının üst hissəsində
yaranan İjora layları və eləcə də orta Kembri çöküntüləri kontinental və çox etimal ki,
eol mənşəlidir; tərkibcə gobuddənəli, çəp laylı ağ kvars qumdaşlarından və əlvan gil
linzalarından ibarətdir. Kembri hövzəsi (dəniz) Ukrayna və Baltik qalxanları arasında
yerləşmiş və Polşa-Litva, Baltik və Moskva sineklizlərinin sahəsini əhatə etmişdir.
ŞAvP-nın hər yerində üst Kembrinin iştirak etməməsi regional qanunauyğunluq olub,
qonşu geosinklinallarda baş verən Salair qırışıqlıq fazası ilə əlaqədardır.
Plitə SFK. Bu kompleks ŞAvP-da Ordovik-Antropogen yaşlı çöküntülərdən
ibarətdir. Ordovik çöküntüləri Estoniyada, Petroqrad vilayətində, Podolyada təbii çı-
xışlar əmələ gətirir və adətən Kembrinin yuyulmuş səthi üzərində yatır. Onun tam kə-
silişi Pribaltikada müşahidə olunur. Alt Ordovik əsasən qalınlığı 25-40 m olan qumlu
şistlər kompleksindən, orta Ordovik boz, yşılımtıl-boz, əlvan əhəngdaşlarından və
tərkibində 25 %- ə qədər üzvi maddə olan yanar şist (kukersit) araqatlarından (qalınlı-
ğı 25-200 m arasında dəyişir), üst Ordovik isə əsasən əhəngdaşlarından, qismən də
karbonatlı gillərdən və mergel laycıqlarından ibarətdir (qalınlığı 70-100 m-dir).
Silur çöküntüləri, adətən, Ordovikin üzərində uyğun yatıma malik olub, Estoni-
yada, Podolyada, Dnestrin qolları boyu təbii çıxışlar əmələ gətirir. Silurun tam kəsili-
şi Estoniyada Saarem və Xium adalarında məlumdur. Alt Silur çöküntüləri, əsasən,
qalınlığı 150 m-ə çatan əhəngdaşlarından, dolomitdən və mergeldən; üst Silur çökün-
tüləri isə daha çox dəniz fasiyalarından ibarət olub (əsasən, dolomitlərdən və əhəng-
danşarından təşkil olunmuşdur), qalınlığı 70-100 m arasında dəyişir.
Devon çöküntüləri Kembri, Ordovik və Silur çöküntülərinə nisbətən geniş yayıl-
sa belə, heç də tam kəsilişə malik deyildir və platformanın çox hissəsində Devon sis-
teminin alt şöbəsi kəsilişdə iştirak etmir. Devon çöküntüləri platformanın qərb hissə-
sində «Baş Devon çölündə» və «Mərkəzi Devon çölündə» yayılmışdır, lakin onun
tam kəsilişi isə Polşa-Litva sineklizində Olesko dayaq quyusunda müəyyən edilmiş-
dir. Alt Devon çöküntütəri gobud dənəli əlvan qumdaşlarından (qalınlığı 330 m); orta
Devon- ümumi qalınlığı 170 m olan əhəngdaşı, dolomit və şistlərin növbələşməsin-
dən; üst Devon isə bitumlu əhəngdaşı və dolomitdən ibarət olub, qalınlığı 530 m-dir.
Rus plitəsındə alt Devon, qismən də orta Devonun Eyfel mərtəbəsinin məhtud
sahədə yayılması ümumi qanunauyğunluq olub, qonşu geosinklinallarda baş verən
Kaledon qırışıqlığının nəticəsində yaranmış uzunmüddətli fasilə ilə əlaqədardır.
Karbon çöküntüləri təxminən Devon çöküntülərinin yayıldığı sahələri əhatə edir.
147
ŞAvP-da Karbon sisteminin etalon kimi Moskva sineklizinin kəsilişi götürülür.
Moskva sineklizində Karbon çöküntüləri, əsasən, əhəngdaşı, dolomit və mergellərdən
təşkil olunmuşdur, yalnız Vize mərtəbəsinin əsasında az qalınlıqlı qumlu-gilli qat və
daş kömür linzaları yerləşir. Moskva sineklizində Karbon çöküntülərinin ümumi qa-
lınlığı 450-500 m, platformanın qalan sahələrində isə 1 km-ə qədərdir. Yalnız Don-
basda onun qalınlığı 10 km-ə çatır.
Perm çöküntüləri Volqa-Ural anteklizində, Moskva, Baltik və Xəzəryanı sinek-
lizlərdə yer üzərinə çıxır. Bu sistemin çöküntülərinin fasial tərkibi olduqca mürəkkəb
olub, qərbdən-şərqə doğru kəskin dəyişir. Moskva sineklizində alt Perm çöküntüləri
əhəngdaşı, dolomit və anhidrit linzalarından ibarət olub, Urala yaxınlaşdıqca rifogen
əhəngdaşları üstünlük təşkil edir. Kunqur mərtəbəsi halogen qatdan, üst Perm şöbəsi
boz, qırmızı qumdaşı, gil, argillit və karbonat araqatlarından ibarətdir. Perm çöküntü-
lərinin qalınlığı 200-5000 m arasında dəyişir.
Trias çöküntüləri Mezozoy qrupunun başqa sistemlərinə nisbətən ŞAvP-da məh-
dud yayılmışdır. Triasın daha geniş təbii çıxışlarına Moskva və Baltik sineklizlərində,
eləcə də Volqa-Ural anteklizində rast gəlinir. Bu stukturların hüdudunda Trias çökün-
tüləri qırmızı rəngli qumdaşı, gil, mergel və iri çınqıllı konqlomeratlardan təşkil olun-
muşdur. Platformada yayılmış kontinental Trias çöküntülərinin ümumi qalınlığı 270
m- ə çatır. Xəzəryanı meqasineklizdə duz tektonikası ilə səciyyələnən Triasın tam kə-
silişi Aralsor quyusu ilə açılmışdır. Bu quyunun kəsilişində Trias çöküntülərinin qa-
lınlığı 2855 m-ə çatır. ŞAvP-nın mərkəz rayonlarında dəniz mənşəli Trias çöküntülə-
rinin olmaması, şübhəsiz, Hersin tektogenezindən sonra platforma ərazisində yaranan
kontinental fasilə ilə əlaqədardır.
Yura çöküntüləri ŞAvP-da geniş yayılmış olsa da tam kəsilişə malik deyildir.
Trias dövründə mövcud olan kontinental fasilənin alt Yura epoxasında davam etməsi
ilə əlaqədar olaraq platformanın ərazisinin çox yerində alt Yura çöküntüləri yoxdur.
Alt Yura çöküntüləri dəqiq olaraq Xəzəryanı sineklizində müəyyən edilmişdir, konti-
nental mənşəli qumlu-gilli çöküntülərdən, qismən də konqlomeratlardan təşkil olun-
muşdur və qalınlığı 80-120 m- dir. Orta Yura çöküntüləri Ukrayna və Xəzəryanı si-
neklizində geniş yayılmış və boz gillərdən, alevrolitlərdən, bitki qalıqları ilə zəngin
olan qumdaşlarından, qonur kömür laycıqlarından ibarətdir, qalınlığı 130-160 m ara-
sında dəyişir. Üst Yuranın kəsilişində iştirak edən çöküntülər qumlu-gilli kompleks-
dən, paleontoloji qalınlıqlarla səciyyələnən mergel və əhəngdaşlarından təşkil olun-
muşdur, qalınlığı 250 m-ə çatır.
ŞAvP-nın cənub hissəsində Təbaşir çöküntüləri geniş yayılmış və kifayət qədər
tam kəsilişə malikdir. Platformanın müxtəlif hissələrində çöküntülərin litoloji tərkibi
və yaşı kəskin dəyişir. Volqaboyunda alt Təbaşir, əsasən qumlu-gilli çöküntülərindən
ibarətdir, qalınlığı 350 m-ə çatır. Üst Təbaşirin kəsilişi, əsasən böyük qalınlığa çatan
əhəngdaşı, yazı Təbaşiri, mergellər və silisli süxurlardan ibarətdir, qalınlığı 260-350
m arasında dəyişir. ŞAvP-da Paleogen çöküntülərinin tam kəsilişi Dnepr-Donetsk çö-
kəkliyində və Xəzəryanı sineklizdə məlumdur və qalınlığı 300 m olan dayaz dəniz fa-
siyalı qumlu-gilli çöküntülərdən və laqun-göl mənşəli kontinental qatdan ibarətdir.
Kəsilişin aşağı hissəsi (Paleogen) qalınlığı 150-200 m olan qumdaşı və ağ qumlardan;
orta hissəsi (Eosen) qalınlığı 90-250 m arasında dəyişən qumlu-gilli qatdan; üst his-
səsi (Oliqosen) isə tünd rəngli gillərlə başlayır və kontinental qumlarla qurtarır.
148
Neogen çöküntüləri ŞAvP-da Qara dənizyanı çökəklikdə, Xəzəryanı sineklizin
şimal ətrafında və Volqa-Ural anteklizinin ayrı-ayrı sahələrində yer üzərinə çıxır. Də-
niz mənşəli Neogen çöküntüləri Qara və Xəzər dənizi çökəkliyi ilə qovuşan sahələrdə
toplanmışdır. Belə ki, Miosen zamanında müəyyən vaxtlarda Aralıq dənizi qurşağı ilə
əlaqəsi olan vahid Pont-Xəzər hövzəsi mövcud olmuş, Pont əsrinin sonunda isə Bö-
yük Qafqaz meqantiklinoriumunun qalxması ilə əlaqədar olaraq bir-birindən təcrid
olunan iki müstəqil hövzəyə- Qara və Xəzər dənizi hövzələrinə ayrılmışdır. Miosen
çöküntüləri Qara dənizyanı hissədə kömürlü qatlar olan qumlu-gilli çöküntülərdən,
gilli, gipsli araqatları olan üzvi əhəngdaşlarından ibarətdir. Pliosen transqressiv yatı-
ma malik olub, əsasən üzvi əhəngdaşlarından, gillərdən və qumlardan təşkil olunmuş-
dur. Neogenin ümumi qalınlığı əsasən 0-500 m arasında dəyişir, bəzən də 1,5 km-ə
(Xəzəryanı sinekliz) çatır. Antropogen çöküntüləri ŞAvP-nın şimal-qərb hissəsində
buzlaq, cənuba doğru isə alluvial, dəniz mənşəlidir. Buzlaq çöküntülərinin qalınlığı
əsasən 20-30 m arasında dəyişsə də, bəzən 100 m-ə çatır. Qalınlığı 100 m- ə çatan də-
niz mənşəli çöküntülər gillərdən və qumlardan ibarətdir və Xəzəryanı çökəkliyində
geniş yayılmışdır.
MAQMATİZM

ŞAvP-nın geoloji inkişaf tarixində Arxey (qranitlər, qranit-qneyslər, miqmatit-


lər, metabazitlər), alt Proterozoy (intensiv maqmatizmlə əlaqədar spilit-keratofir for-
masiyası), üst Proterozoy-Rifey (qranitlər, qabbro-diabaz, piroklastik süxurlar), Vend
(əsas, turş və qələvi intruziyalar), Qot (qələvi qranitlər), Paleozoy (qələvi piroksenlər,
nefelinli siyenitlər və tuflar) maqmatik tsiklləri ayrılır.
TEKTONİKA
ŞAvP-nın tektonik quruluşu şimal-qərb, cənub rayonlarında nisbətən dəqiq, mər-
kəzi, şimal-şərq və cənub-şərq rayonlarında isə zəif öyrənilmişdir. Platformanın kris-
tallik bünövrəsi mürəkkəb quruluşa malik olub, bir-birindən dərinlik yarıqları ilə ay-
rılan, müxtəlif dərəcədə konsolidasiyaya məruz qalmış ayrı-ayrı geobloklardan təşkil
olunmuşdur. Arxey blokları arasındakı sahə Karel yaşlı qırışıqlıq sistemlə dolmuşdur.
Platforma aşağıdakı struktur elementlərə ayrılır (cədvəl 2.1.2.2., şəkil 2.1.2.1.).

Cədvəl 2.1.2.2.
№-si Struktur Adı
1 Qalxanlar Baltik, Ukraina
2 Anteklizlər Belorusiya, Voronej, Volqa-Ural.
3 Sineklizlər Moskva, Qlazov, Qara dənizyanı, Xəzəryanı,
Polşa-Litov, Baltik.
4 Avlakogenlər-qrabenvari Paçelm, Orşan, Krestov, Moskva, Kajim,
çökəkliklər Soliqaliç, Abdullin, Böyük Donbas.
5 Əsas dərinlik yarıqları Baş Şərqi Avropa

149
Şəkil 2.1.2.1. Şərqi Avropa platformasının əsas strukturlarının yerləşmə sxemi.

Bünövrənin quruluşu qalxanların ərazisində daha tam öyrənilmişdir. Baltik qal-


xanı Finlandiyanın, Murmansk vilayətinin, Kareliyanın, İsveşin çox hissəsini, Norve-
şin şimal və cənub hissələrini əhatə edir və dərinlik yarıqları vasitəsi ilə meqabloklara
(Svekofen, Kola, Belamor, Kareliya və s.) bölünmüçdür. Ukraina qalxanı ŞAvP-nın
cənub hissəsində yerləşərək qərb, cənub-qərb, şərq, şimal-şərq istiqamətdə uzanır. Bu
qalxan Dnepryanı, Azovyanı, Krivoy-Roq, Voln və Padoliya meqabloklarından və
onları ayıran Odessa-Konev, Krivoy-Roq-Kremenşuq, Orexovo-Pavloqrad və Man-
quş erkən Proterozoy sinklinoriumlarından ibarət olan strukturdur.

150
ŞAvP-da yer qabığının qalınlığı 20-24 km-dən (Xəzəryanı sinekliz) 50-55 km-ə
(Ukrayna qalxanı, Voronej anteklizi) qədər dəyişir və orta qalınlığı 35-40 km-dir
(Baltik qalxanı, Volqa-Ural anteklizi). Paçelm, Böyük Donbas tipli avlakogenlərdə
«Bazalt» qatının qalxması hesabına yer qabığının qalınlığı azalması müşahidə olunur.
ŞAvP-da bünövrənin quruluşu Baltik, Ukrayna qalxanlarında və Arxey massivlərində
(Belamor, Şimali Dvina, Minsk, Xəzəryanı, Jiqulyev-Puqaşov, Tokmov, Tatar və.s.)
öyrənilmişdir. Platformanın dərinlik və yerüstü quruluşunun müqayisəsi onların mü-
rəkkəb əlaqədə olduğunu göstərir. Belə ki, bir halda Arxey massivlərinə anteklizlər
(Volqa-Ural), digər halda isə sineklizlər (Xəzəryanı) müvafiq gəlir.
ŞAvP-nın ərazisinin əsas hissəsini uzun və mürəkkəb geoloji inkişaf tarixi ilə
xarakterizə olunan, çökmə örtüyünün böyük qalınlığa çatdığı Rus plitəsi təşkil edir.
Bu plitənin hüdudlarında çökmə örtüyünün qalınlığı 250 m-dən 6 km-ə qədər dəyişir
və bəzi hallarda 20 km-ə çatır. Çökmə örtüyü ilə əlaqədar olan struktur elementlərin
tektonikası kristallik bünövrənin əsas struktur elementləri ilə bilavasitə əlaqədardır.
Umumiyyətlə, çökmə örtüyü platformanın plitə inkişaf mərhələsində formalaşdığın-
dan örtüyün strukturları platforma xarakterlidır. Rus plitəsinin tektonik quruluşunda I,
II, III, IV dərəcəli struktur elementlər (massivlər, anteklizlər, tağlar, vallar, yəhərlər,
avlakogenlər, sineklizlər, çökəkliklər, monoklinallar və s.) ayrılır (şəkil 2.2.1.). Birin-
ci dərəcəli strukturların qısa xarakteristikası aşağıda verilir.
Voronej anteklizi- Voronej, Belqorod, Kursk, Orlov, Bryansk əyalətlərinin əra-
zisini əhatə edir, ölçüləri 700 x 200 km-dir. Kristallik bünövrə, əsasən, 100-200 m də-
rinlikdə yerləşir və bir sıra yerlərdə (Pavlov şəhəsində, Don çayının dərəsində) yer
üzərinə çıxır. Anteklizin cənub-qərb qanadı dik, şimal-şərq qanadı isə maili yatıma
malikdir. Devon dövrünə kimi Voronej və Belorus anteklizləri Ukraina qalxanı ilə
birlikdə Sarmat qalxanını təşkil etmişdir. Devon və Karbon çöküntüləri yalnız massi-
vin yamaclarında yerləşir, mərkəz hissədə isə Mezozoy çöküntüləri bilavasitə bünöv-
rə üzərində yatır.
Xəzəryanı sinekliz- Rus plitəsının cənub-şərq hissəsini əhatə edir və onu Volqa-
Ural anteklizindən, Voronej massivindən ayıran dairəvi dərinlik qırılmaları sistemi ilə
hüdüdlanır. Geofiziki məlumatlara görə sineklizin mərkəz hissələrində bünövrənin
yatma dərinliyi 20-km-ə çatır. Sineklizin mərkəzi rayonlarında yer qabığının qalınlığı
35 km-ə qədər azalır və onun kəsilişində «Qranit» qatı iştirak etmir (ya da qalınlığını
kəskin azaldır), odur ki, Paleozoy, Mezozoy və Kaynozoy çöküntülərindən ibarət
olan çökmə qat bilavasitə «Bazalt» qatı üzərində yatır.
Baltik sineklizi- Rus plitəsının uzaq qərb hissəsində yerləşir. Geofiziki məlu-
matlara görə sineklizin nisbətən enən hissəsi Baltik dənizinin akvatoriyasında yer-
ləşir. Sineklizin kontinental hissəsində bünövrənin tavanının maksimal dərinliyi (2,5
km-ə qədər) Kalininqrad şəhəri rayonunda müşahidə olunur.
GEOLOJİ İNKİŞAF TARİXİ
Şərqi Avropa platforması uzun müddətli və olduqca mürəkkəb geoloji inkişaf ta-
rixi keçirmişdir. Onun inkişafında aşağıdakı əsas mərhələlər ayrılır:
Arxey (Belamor) mərhələsi. Arxeyin sonunda (2,6 mlrd. il əvvəl) baş vermiş Be-
lamor qırışıqlığı bir çox okean strukturlarının bağlanmasına, Epiarxey nüvələri kimi
məşhur ilkin möhkəm massivlərin yaranmasına səbəb olmuşdur ki, bunlar da sonralar

151
platformanın müsbət struktur elementlərinin (qalxan, massiv, antekliz) formalaşma-
sında xüsusi rol oynamışdır.
Erkən Proterozoy (Kareliya) mərhələsi. Arxeyin sonunda yaranmış protoqitə bir
o qədər də davamlı olmamış, Proterozoyun əvvəllərində rift və riftogen strukturlar
(qovs arxası subduksiya) parçalanmış və protogeosinklinal sistemlər (Svekofen,
Kursk-Krivoy-Roq) yaranmışdır. Proterozoyun ortalarında (2 mlrd. il əvvəl) və so-
nunda (1,6 mlrd il əvvəl) müvafiq olaraq erkən və gec Karel qırışıqlıq epoxaları baş
verir ki, bunun da nəticəsində bünövrənin konsolidasiyası (Epiarxey bloklarının bir-
ləşməsi) və beləliklədə Epikarel platformaları (qədim platformalar) yaranmışdır.
Erkən Proterozoyun ikinci yarısından etibarən Epiarxey nüvələri hüdudlarında
riftogen strukturlarda prtoplatforma örtüyününün yaranması baş vermişdir. Gec Pro-
terozoyun birinci yarısında (Rifeydə) platformanın bünövrəsi qalxmağa başlayır və
çöküntütoplanma yalnız avlakogenlərdə saxlanılır. Rifeydə ŞAvP- sı avlakogen inki-
şaf mərhələsini keçirmişdir. Bu mərhələdə avlakogenlər molassla dolmuşdur.
Gec Proterozoy və erkən Kembri (Baykal) mərhələsi . Venddən etibarən platfor-
manın sinekliz inkişaf mərhələsi başlayır (Ordovikə kimi) və çöküntütoplanma daha
geniş əraziləri əhatə edir və platformanın çökmə örtüyü formalaşmağa başlayır. Bu
zaman başlayan Baykal qırışıqlığı ətraf mütəhərrik zonalarda geosinklinal inkişaf
mərhələsini başa çatdırmış və ŞAvP-na Epibaykal yaşlı platforma sahələri ilə əvəz
olunmuşdur. Proterozoyun sonunda qonşu mütəhərrik zonalarda Baykal tektonik ak-
tivləşməsi platforma ərazisində maqmatik proseslərin baş verməsinə səbəb olur və
avlakogenlərdə çökmə-vulkanogen süxurlar toplanır (Valday seriyası). Vendin so-
nundan etibarən qalxanlar istisna olunmaqla ŞAvP-nın daha böyük ərazisi tektonik
enməyə məruz qalır və sineklizlər yaranır. Sineklizlərin yaranma vaxtı müxtəlif ol-
muşdur. Məsələn: Moskva sineklizi Rifeyin sonundan, Baltik sineklizi erkən Kembri-
dən, Ukraina sineklizi Devondan formalaşmağa başlamışdır.
Baykal qırışıqlığının təzahürü nəticəsində ŞAvP-da çöküntütoplanmada regional
fasilə yaranmışdır və orta, üst Kembri yaşlı çöküntülərin kəsilişdə iştirak etməməsi də
bilavasitə həmin fasilə ilə əlaqədardır.
Erkən Paleozoy (Kaledon) mərhələsi. ŞAvP-sı Ordovikdən özünün plitə inkişaf
mərhələsinə başlayır. Plitə inkişaf dövründə bir sıra tektonik mərhələ (Kaledon, Her-
sin, Mezozoy) ayrılır və onların hər biri enmə ilə başlayır və qalxma ilə başa çatır. Er-
kən Paleozoyun birinci yarısında (Kaledon mərhələsi) ŞAvP-nı əhatə edən aktiv en-
məyə baxmayaraq Baltik qalxanı, paleo Ukraina-Voronej qalxanları və Volqa-Ural
anteklizinin müasir tağları öz inkişafını davam etdirmişdir. Erkən Paleozoyun sonun-
da ŞAvP-da regional qalxma və dənizin reqressiyası baş verir. Erkən Devon epoxa-
sında uzunmüddətli kontinental fasilə başlayır. Ümumiyyətlə, erkən Paleozoy inkişaf
mərhələsində ŞAvP-nın struktur-morfoloji planı Rifeydə olduğu kimi qalmışdır.
Gec Paleozoy (Hersin) mərhələsi (orta Devon-Trias). Orta Devondan etibarən
ətraf geosinklinallarda baş verən enmə ilə əlaqədar olaraq dəniz platformaya doğru
irəliləyir. Bu mərhələdə Ukraina-Voronej paleoqalxanı Dnepr-Donetsk və Pripyat av-
lakogenləri ilə Ukraina qalxanına, Voronej və Belorusiya anteklizlərinə ayrılmış;
Volqa-Ural anteklizi isə bütövlükdə enməyə məruz qalmış və Moskva, Baltik və b.
sineklizlər sərhədlərini genişləndirmişdir. Hersin qırışıqlıq mərhələsində ŞAvP-nın
struktur-morfoloji planı müəyyən qədər dəyişmişdir.
152
Mezokaynozoy mərhələsi (Alp- orta Yura-Antropogen). Mezozoy və Kaynozoy
inkişaf mərhələlərində ŞAvP-sı Aralıq dənizi qırışıqlıq qurşağının intensiv təsirinə
məruz qalmışdır ki, bu da özünü platformanın cavan strukturlarının istiqamətlənmə-
sində, transqressiya və reqressiyanın istiqamətində biruzə verir. Aralıq dənizi qırışıq-
lıq qurşağında oliqosendən başlayan orogen mərhələ platformanın hüdudlarında req-
ressiyaya səbəb olur.
FAYDALI QAZINTILAR
ŞAvP zəngin faydalı qazıntılara malikdir. Onun hüdudlarında neft, qaz, dəmir fi-
lizi, daş kömür, apatit, mineral duz, mineral su, tikinti materialları yataqları aşkar
edilmişdir. Neft-qaz yataqları əsasən Volqa-Ural anteklizində Devon, Karbon, Perm
yaşlı qumdaşlarında, alevrolitlərdə və əhəngdaşlarında yayılmışdır. Xəzəryanı meqa-
sineklizdə isə aşkar olunan çox böyük ehtiyyata malik neft-qaz yataqları Devon və
Karbonun Karbonatlı süxurları ilə əlaqədardır. Dnepr-Donetsk çökəkliyində əsasən
Karbon və Permin terrigen süxurları ilə əlaqədar olan neft (qərb hissəsində), qaz (şərq
hissəsində) yataqları vardır. Moskvaaltı, Lvov-Volın, Kama, Dnepr və Yeni Dmitrov
hövzələrində Karbon və Paleogen süxurları ilə əlaqədar olan daş kömür yataqları aş-
kar edilmişdir. Pribaltika, Volqaboyunda isə Ordovik-Yüra yaşlı süxurlarla əlaqədar
yanar şistlər iki böyük hövzə əmələ gətirir.
Kursk maqnit anomaliyası və Krivoy-Roqda bünövrənin cespilit süxurlarında
dəmir filizi yataqları vardır. Kola yarımadasında proterozoy yaşlı hiperbazit qurşa-
ğında mis, nikel, qalay, molibden yataqları müəyyən edilmişdir. Nikopol şəhəri ya-
xınlığında paleogen yaşlı süxurlarda manqan yataqları istismar olunur.
Rus plitəsının mərkəzi və şimal-qərb rayonlarında alt Karbon çöküntüləri ilə
əlaqədar olan göl mənşəli boksit yataqları istismar olunur. Dnepr çayının sağ sahilin-
də Paleogen çöküntülərindən titan, Ukrayna qalxanında kristallik bünövrənin aşınma
qatında kaolin, peqmatit damarlarında mika, qələvi və ultraqələvi süxurlarda fosforit
yataqları aşkar olunmuşdur.
ŞAvP-da ən geniş yayılmış tikinti materiallarından Ukrayna lablorodorunu, Ka-
reliya mərmərlərini və qranitlərini, Şokşin kvarsitlərini və s. göstərmək olar. ŞAvP-da
həmçinin Perm yaşlı süxurlarda gips və kükürd, Paleogen süxurlarında şüşə qumu və
oda davamlı gil və müxtəlif mineral su yataqları məlumdur.

2.1.3. SİBİR PLATFORMASI


Sibir platforması (SP) Mərkəzi və Şərqi Sibirin əsas hissəsini (Lena və Yenisey
çayları arası sahəni) əhatə edir. Sibir platformasının şərq sərhədi kifayət qədər dəqiq
olub, onu Verxoyan-Çukot qırışıqlıq sistemindən ayıran Verxoyanqarşısı kənar çö-
kəklik boyunca keçirilir. Cənub-şərqdə SP Monqol-Oxot qırışıqlıq sisteminin Hersi-
nidləri, cənubda və cənub-qərbdə isə Barquza-Vitim, Baykal-Patomiya və Sayan-Ye-
nisey zonalarının Baykalidləri və Kaledonidləri ilə sərhədlənir. SP-nın qərb və şimal
sərhədi haqqında fikir birliyi yoxdur. Əksər tədqiqatçılar platformanın qərb sərhədini
Yenisey çay dərəsi boyunca keçirsələr də, digərləri onu 300 km-ə kimi qərbdən keçir-
məyi məqsədəuyğun hesab edirlər. Taymırı SP-ə aid edən Y.E.Poqrebinskinin fikirin-
cə platformanın şimal sərhədi Ural-Monqol qurşağının Kaledonidləri ilə sərhədlənir.
Sibir platformasının şərqdə və qərbdə sərhədləri böyük məsafədə düz xətt üzrə gedir,
153
cənubda isə qövsvari olub (qövsün qabarığ hissəsi cənuba doğru çevrilmişdir), E.Züss
tərəfindən «İrkutsk amfiteatrı » adlandırılmışdır.
SP aydın müşahidə edilən ikimərtəbəli quruluşa malikdir. Onun alt mərtəbə-
əsasən Arxey, qisməndə alt Proterozoydan ibarət olan kristallik bünövrədən, üst mər-
təbəsi isə keçid, avlakogen, sinekliz, plitə komplekslərindən ibarət çökmə qatından
(alt Proterozoy-Fanerozoy yaşlı) təşkil olunmuşdur.
SP– nın müasir struktur planı 1,5 mlrd. il ərzində formalaşmış, onun müxtəlif sa-
hələrində kristallik bünövrənin, səthinin hipsometrik vəziyyəti ilə təyin olunur. SP–
nın bünövrəsi kəskin parçalanmış relyefə malikdir. Belə ki, platformanın Anabar, Al-
dan və Taymır qalxanlarında kristallik bünövrə yer səthinə çıxdığı halda, qalan sahə-
lərdə birinci yüz metrdən 10 km-ə qədər dərində yerləşir. Nəzərə almaq lazımdır ki,
kristallik bünövrə avlakogenlərdə 4-8 km (və daha çox), sineklizlərdə 2 km-dən çox,
anteklizlərdə isə bir neçə yüz metrə qədər dərində yerləşir.
STRATİQRAFİYA
Geoloji-geofiziki materialların analizi SP-nın geoloji quruluşunda Arxey-Antro-
pogen yaşlı törəmələrin iştirak ediyini söyləməyə və onun inkişafının əsas mərhələ-
rinə muvafiq gələn aşağıdakı struktur formasiya komplekslərinin (SFK) ayrılmasına
əsas verir (cədvəl 2.1.3.1.)
Cədvəl 2.1.3.1
№-si Struktur-formasiya kompleksi (CFK) Yaşı
1 Bünövrə Arxey-alt Proterozoy
2 Protoplatforma Alt Proterozoy
3 Avlakogen Rifey
4 Sinekliz Vend
5 Plitə Kembri-Antropogen

Bünövrə SFK platformanın Aldan qalxanında, Anabar massivində, Baykal qırı-


şıqlıq zonasında, Yenisey silsiləsində, Turxan-Norilsk silsiləsində yer üzərinə çıxır və
Aldan qalxanında nisbətən tam öyrənilmişdir. Burada kristallik bünövrədə Arxey və
alt Proterozoy törəmələri ayrılır. Aldan kompleksi kimi ayrılan Arxey törəmələri İn-
qer (qneys və kvarsitlər), Timpon və ya Çarnokit (hiperstenli qneys və kristallik şist-
lər), Çetulin (biotit-qranatlı qneyslər, qranulit və mərmər) seriyalarına ayrılır. Bu seri-
yaların qalınlığı uyğun olaraq 5,0 km, 6-7 km, və 10 km-ə qədər çatır. Mütləq yaşı
3,5 mlrd. ildən çox olan Aldan kompleksinin qalınlığı 20 km-dən çoxdur.
SP-da erkən Proterozoy qırışıqlıq sistemləri zəif öyrənilmişdir. Lakin platforma-
nın cənub və qərb hissələrində Sayanqarşısı, Baykalqarşısı sistemlərin iştirak etməsi
haqqında məlumat vardır. SP-da Arxey kompleksi erkən Proterozoy yaşlı Olekma se-
riyası (amfibolitlər, biotit-amfibolitli qneyslər və kristallik şistlər) ilə örtülmüşdür.
Mütləq yaşı 1,75 mlrd. ildən çox olan alt Proterozoy törəmələrinin qalınlığı 7 km-ə
çatır. Arxey və alt Proterozoy torəmələri (süxurları) qabbro, dunit və qranit intruziya-
ları ilə yarılmış, intensiv metamorfizmə və mürəkkəb dislokasiyaya məruz qalmışdır.
Protoplatforma SFK. ŞAvP-da olduğu kimi SP-da da bünövrə ilə çökmə örtü-
yü arasında parçalanmış Arxey qaymaları arası çökəklikləri dolduran alt Proterozoy
yaşlı «Protoplatforma» örtüyü (keçid kompleksi) müşahidə olunur. Aldan qalxanında

154
Kodar-Udokan çökəkliyini dolduran metamorfikləşmiş terrigen və karbonat süxurla-
rından (kvarsitlər, biotitli şistlər, mərmər, maqnetitli qravelit və konqlomeratlar, qum-
daşları) ibarət olan Udokan seriyasının qalınlığı 12-13 km-ə çatır. Maqmatik süxurlar
və kifayət qədər metamorfizm «Protoplatforma» örtüyünün alt kompleksinin- Udo-
kan seriyasının, geosinklinal inkişaf şəraitində əmələ gəldiyini göstərir. SP-da «Proto-
platforma» örtüyünün alt kompleksinə nisbətən üst kompleks az yayılmışdır və Aldan
qalxanının cənub-şərqində yerləşən Ulkan avlakogenində effuziv formasiyalı tipik
kəsilişə malikdir. Avlakogen (Rifey), Sinekliz (Vend) və plitə (Kembri-Antropogen)
struktur-formasiya komplekslərindən ibarət olan çökmə örtüyü SP-da geniş ərazidə
yayılmışdır və onun qalınlığı 10 km-ə çatır.
Avlakogen SFK. Rifey çöküntüləri Baykal qırışıqlıq zonası, Yenisey və Tur-
xan-Norilsk silsilələri müstəsna olmaqla SP-da geniş sahədə Yer üzərinə çıxır. Arxey
və alt Proterozoyun üzərində kəskin bucaq və stratiqrafik uyğunsuzluqla yatan Rifey
çöküntülərinin nisbətən tam kəsilişi Aldan qalxanının şərq yamacında Uçur-May ra-
yonunda müşahidə olünür və qırmızı rəngli şistlərdən ibarətdir, ümumi qalınlığı 3,5
km-ə çatır.
Sinekliz SFK. Vend kompleksi altda yatan komplekslər üzərində qeyri-uyğun
yatan Yudom dəstəsi ilə təmsil olunur və alt hissədə iridənəli qırıntı materiallarından,
üst hissədə isə dolomitlərdən ibarətdir. Taymır qalxanında Vend kompleksi ümümi
qalınlığı 600-800 m-ə çatan əhəngdaşı, gilli şist və dolomitlərdən təşkil olunmuşdur.
Plitə SFK. Kembri sistemi SP-da geniş yayılmışdır və onun cənubunda Anqara-
Lena çökəkliyində, Yenisey qalxımında, Şərqi Sayanlarda, Aldan və Anabar qalxan-
larının ətrafında, Tunquska sineklizinin cənub-qərb hissəsində yer üzərinə çıxır və
əsasən qumlu-gilli süxurlardan, dolomitləşmiş əhəngdaşı, mergellərdən ibarətdir. Sa-
lair qırışıqlıq fazası ilə əlaqədar olaraq SP-nın bir çox rayonlarında orta və alt Kem-
bri, eləcə də orta və üst Kembri arasında çöküntütoplanmada fasilə müşahidə olunur.
SP-da Ordovik sistemi geniş yayılmışdır, müxtəlif litoloji tərkibə malikdir: alt
Ordovik əhəngdaşı, dolomit və konqlomerat, qumdaşı araqatlarından; orta Ordovik
qırıntı materiallarından, əhəngdaşı, mergel araqatlarından; üst Ordovik isə laqun-kon-
tinental mənşəli çöküntülərdən ibarətdir və onun ümumi qalınlığı 1 km-ə çatır.
Silur sistemi SP-da geniş yayılmışdır. Alt Silur çöküntüləri, əsasən, əhəngdaşı,
mergel və dolomitlərdən, bəzən qara qraptolitli şist qatlarından təşkil olunmuşdur.
Üst Silur platformanın əsasən şimal-qərb və şimal-şərq hissələrində yayılmışdır və
əhəngdaşından, konqlomeratdan, gipsli çöküntülərdən ibarətdir. Silurun ümumi qalın-
lığı 500 m-ə çatır. Silurun sonunda Kaledon qırışıqlığı ilə əlaqədar olaraq dəniz höv-
zəsi olduqca kişilir və yalnız bünövrənin nisbətən dərində yatdığı zonalarda- Kurney-
kada saxlanmışdır. Devon sistemi SP-da olduqca məhdud sahədə (əsasən, şimal-qərb-
də) yayılmışdır, nisbətən tam kəsilişi Norilsk və Kurneyka rayonlarında məlumdur,
kontinental laqun mənşəli çöküntülərdən (qırmızı, gipsləşmiş qumdaşı, alevrolit və
dolomit) ibarətdir. SP-nın cənubunda (Kana və Rıbin çökəkliklərində) Devon qalınlı-
ğı 5 km-ə çatan çökmə-effuziv qatdan təşkil olunmuşdur. Orta Paleozoyda Anabar
qalxanının cənub və Aldan qalxanının şimal kənarında onları bir-birindən ayıran Vil-
yuy çökəkliyinin fəallaşması ilə əlaqədar olaraq trapp formasiyası əmələ gəlmişdir.
Daş kömür sistemi SP-da daha çox kontinental törəmələrdən ibarət olub, orta və
üst şöbələr həcmində Tunquska seriyası adı altında birləşir. Alt Karbonun dəniz mən-
155
şəli çöküntüləri platformanın yalnız şimal-şərq (Olenek qalxımı, Vilyuy sineklizi)
hissələrində məlumdur və əhəngdaşından, qumdaşından, dolomitdən, gips linzaların-
dan ibarətdir. Üst Paleozoyu və bütövlükdə Trias sistemini əhatə edən məhsuldar və
tufogen dəstələrinə ayrılan Tunquska seriyası alt və orta Paleozoyun yuyulmuş səthi
üzərində qeyri-uyğun yatır. Məhsuldar dəstə (Orta Karbon-Perm) ən çox platforma-
nın şimalında Norilsk rayonunda yayılmışdır və laqun-kontinental mənşəli qumdaşı,
argillit və az qalınlıqlı əhəngdaşı qatlarından ibarətdir. Dəstənin üst hissəsində (Perm
sistemi) kömür laylarına rast gəlinir. Məhsuldar dəstənin ümumi qalınlığı 300-400 m-
dir. Tufogen dəstə tuflardan, tufogen brekşiyalardan, tufogen konqlomeratlardan və
vulkan külü, lapillisi və bombası araqatlarından ibarətdir. Dəstənin üst hissəsində la-
va axınları formasında tuf- lava süxurlarına rast gəlinir. Lavanın tərkibi bazalt, diabaz
və porfiritdən (trap formasiyası) ibarətdir. Traplar əsas tərkibli maqmanın Yurayadək
süxurlara soxularaq çatlar və qırılmalar üzrə yer qabığının yuxarı hissələrinə nüfuz et-
məsi nəticəsində əmələ gəlmişdir. SP-da müşahidə olunan ultraəsas kimberlit süxur-
ları da traplarla əlaqədardır. Yaşına görə, traplar Hersin maqmatik mərhələsinə aid
edilir. Tufogen dəstənin ümumi qalınlığı 1 km-dən çoxdur.
Tunquska seriyasının tərkibinə daxil olan kontinental Trias çökütülərindən baş-
qa, SP-nın şimal-şərqində Olenek qalxımında Triasın hər üç şöbəsinin dəniz mənşəli
az qalınlıqlı terrigen çöküntüləri məlumdur. Yura sistemi SP-nın şərqində, qərb və şi-
mal-şərqinin ayrı-ayrı hissələrində yayılmış və Anabar qalxanının şimal və şərq ətra-
fında, Vilyuy sineklizində təbii çıxışlar əmələ gətirir. Çöküntülər sahil-dəniz mənşəli
olub, əsasən, qumlu-gilli qatdan ibarətdir. Kəsilişdə sənaye əhəmiyyətli kömür qatla-
rına rast gəlinir. Yura çöküntülərinin ümumi qalınlığı 2 km-dən çoxdur.
Təbaşir sistemi SP-nın şərqində, şimal-şərqində yayılmışdır və Vilyuy sinekli-
zində, Baykal qırışıqlıq əyalətinin əksər çökəkliklərində, platformanın şimal kənarı
boyunda təbii çıxışlar əmələ gətirir. Təbaşir çöküntülərinin tam kəsilişi Vilyuy sinek-
lizində müşahidə edilir. Burada alt Təbaşir kömürlü dəstədən, üst Təbaşir dəmirləş-
miş qumdaşlarından, çınqıllardan, nazik kömür linzalarından, ağ kaolinli qumlar və
gil laycıqlarından ibarətdir. Təbaşir sisteminin ümumi qalınlığı 2 km-ə çatır.
Paleogen sistemi SP-da Anqara çayının hövzəsində, Baykalarxası, dağarası çö-
kəkliklərdə təsadüf olunur və kaolinləşmiş kvars qumlarından və gillərdən ibarətdir,
qalınlığı 20 m-ə çatır. Neogen sistemi SP-da Baykalarxası dağarası çökəkliklərdə mə-
lumdur və iriqırıntılı qırmızı rəngli çınqıllardan ibarətdir, qalınlığı 2 km-ə çatır.
Antropogen sistemi SP-da müxtəlif genetik tiplərdən (buzlaq, allüvial, göl-ba-
taqlıq) ibarətdir, ümumi qalınlığı 500 m-ə qədərdir.
MAQMATİZM
SP-nın geoloji inkişaf tarixində maqmatik proseslər ŞAvP-na nisbətən daha güc-
lü olmuşdur. Burada Arxey (biotit-amfibolit və alyaskit qranitləri); Proterozoy (daxili
zonada- kvars diorit, qranodiorit intruziyaları; xarici zonada- qabbro anortozit və qra-
nitoid plutonik kompleksləri); Rifey (qranitoid intruziyaları, srilitokeratofir formasi-
yası); üst Paleozoy-alt Mezozoy (diorit, qabbro-dolerit intruziyaları, bazalt tərkibli la-
valar, bazalt brekşiyaları, bazalt tufları); orta və üst Mezozoy (orta, turş, qələvi tipli
vulkanitlər) maqmatik tsiklləri ayrılır.

156
TEKTONİKA
Nisbətən zəif öyrənilməsi ilə əlaqədar olaraq SP-nın tektonikası bir çox məsə-
lələrdə mübahisəli xarakter daşıyır. Platforma aşağıdakı struktur elementlərə ayrılır
(cədvəl 2.1.3.2, şəkil 2.1.3.1).
Cədvəl 2.1.3.2.
№-si Struktur Adı
1 Qalxanlar Aldan, Anabar, Taymır
Anteklizlər və Anabar, Nep-Botubin, Baykit, Yenisey,Turxan-Norilsk,
2
qalxımlar Şərqi Sayan, Olenik, Mune, Marxa, Katanq,
Sineklizlər Tunquska, Vilyuy, Anqara-Lena, Sayan-Yenisey, Xatan-
3
qa-Pyasi
4 Avlakogenlər Uca, İrkineyev, Urin, Cənubi Taymır
Əsas dərinlik Trassibir
5
yarıqları

Bünövrə. Qırışıqlıq-qayma quruluşuna malik olan SP-nın bünövrəsi öz yaşına


görə heterogen olub, müxtəlif dövrlərdə konsolidasiya olmuş (Arxeydən Rifeyə qə-
dər) bir sıra bloklardan təşkil olunmuşdur. Ümumiyyətlə, submeridional istiqamətdə
keçən Transsibir dərinlik yarığı ilə SP-nın bünövrəsi iki qaymaya ayrılır, ki bunlardan
şimal-qərb istiqamətdə uzanan şərq qayma nisbətən qədim, əsasən en istiqamətində
uzanan, qərb qayma isə cavan törəmələrdən təşkil olunmuşdur. Bünövrənin ən qədim
blokları platformanın daxili hissələrində yerləşən Epiarxey yaşlı Aldan, Anabar blok-
ları hesab olunur. Bu bloklar bir-birindən erkən Proterozoy yaşlı Vilyuy bloku ilə ay-
rılır. SP-nın qərb hissəsi Tunquska blokuna müvafiq gəlir. SP-da ən cavan (gec Prote-
rozoy-Rifey) blok onun cənubunda, cənub-qərbində, qərbində nisbətən ensiz zolaq
şəkilində uzanan Baykal bloku hesab olunur. Bu blokun tərkibində qranit intruziyaları
ilə yarılmış Baykalqarşısı, Baykalarxası qırışıqlıq zonaları, Şərqi Sayan, Yenisey,
Turxan-Norilsk qalxımları ayrılır. Bünövrənin tektonik quruluşu SP-da onun Yer sət-
hinə çıxdığı sahələrdə daha mükəmməl öyrənilmişdir. ŞAvP-na nisbətən SP-nın bü-
növrəsində ultraəsas tərkibli intruziyalar daha geniş yayılmışdır.Yer qabığının qalınlı-
ğı Sibir platformasında 12-20 km-dən (Tunquska, Vilyuy sineklizi) 40-45 km-ə (Şər-
qi Sayanlarda, Baykal qarşısında) qədər dəyişsə də orta qalınlıq 35-40 km-dir.
Keçid kompleksi və çökmə örtüyü. Alt proterozoyda bünövrənin bloklarını
ayıran qırılmalar üzərində uzunluğu 700 km-ə, eni isə 50-100 km-ə çatan Ulkan, Uca,
İrkinev, Urin və başqa avlakogenlər əmələ gəlir, ki bunlarda da alt və üst Proterozoy
yaşlı süxurlar toplanır. Aldan qalxanının cənubunda yerləşən və en istiqamətdə uza-
nan Ulkan avlakogeni alt və üst Proterozoy yaşlı vulkanogen-çökmə qatı ilə dolmuş-
dur. Anabar massivini Olenek qalxımından ayıran və meridional istiqamətdə uzanan
Ucin avlakogenində Proterozoy kompleksinin qalınlığı qonşu rayonlara nisbətən 2,0-
2,5 dəfə çoxdur. Şimal-şərq istiqamətdə uzanan İrkinev avlakogeni Tunquska sinekli-
zində Yenisey təpəliyinin davamında yerləşir. Urin avlakogeni isə Vilyuy sineklizinin
mərkəzi hissəsində yerləşir. SP-da çökmə örtüyünün strukturları bünövrənin struktur-
ları ilə sıx bağlıdır. Belə ki, Kembriyəqədər bünövrə qalxımlarına anteklizlər uyğun
gəlir, qırılma zonalarında isə avlakogenlər üzərində sineklizlər inkişaf edir.

157
Şəkil 2.1.3.1. Sibir platformasının əsas strukturlarının yerləşmə sxemi.

SP-nın enən hissəsi Mərkəzi Sibir (N.S.Şatskiyə görə Lena-Yenisey) plitəsını


əmələ gətirir. Onun tərkibində Anabar massivi, Nep-Botubin və Baykit anteklizləri,
Tunqus, Sayan-Yenisey, Vilyuy sineklizləri, Anqar-Lena çökəkliyi, Aldan monokli-
nalı, Verxoyan qarşısı və Lena-Anabar ön çökəkliyi və kiçik miqyaslı başqa struktur
elementlər ayrılır.
Anabar massivi- Mərkəzi Sibir plitəsının nisbətən böyük struktur elementi
olub, ölçüləri 1000 x 800 km-ə yaxındır. Onun tağ hissəsində Arxey yaşlı kristallik
bünövrə Yer üzərinə çıxır. Arxey massivinin tərkibində Surxan çökəkliyi ilə ayrılan
Anabar qalxımı və Olenek tağı, eləcə də Marxa çökəkliyi ilə ayrılan Mun tağı və
Morkin meqavalı ayrılır.
158
Nep-Botubin anteklizi- Tunquska, Vilyuy sineklizləri və Anqara-Lena çökəkli-
yi arasında yerləşir. Çökmə örtüyü Rifey və Paleozoy süxurlarından və Tunquska
seriyasından təşkil olunmuşdur, qalınlığı 2-3 km-dir. Anteklizin tərkibində bir-birin-
dən çökəkliklərlə ayrılan Nep, Peleduy, Syuldyuk və başqa qalxımlar ayrılır.
Tunquska sineklizi- Sibir plitəsının ən nəhəng strukturu olub, ölçüləri en üzrə
1000 km-ə, meridian üzrə 1400 km-ə çatır. Tunquska sineklizi qalınlığı 10 km-ə ça-
tan çökmə-vulkanogen süxurlarla dolmuşdur. Sineklizin kasası Rifey çöküntülərindən
təşkil olunmuşdur ki, bu da onun qədim olmasını və irsi inkişafını göstərir. Tunquska
sineklizi trapların və vulkanogen borucuqların (partlayış borucüuqları) yayılması cə-
hətdən xüsusilə diqqəti cəlb edir. Trapların xətti yerləşməsi, onları müşayiət edən par-
çalanma zonalarının xarakteri, trapların yayıldığı sahələrdə dərin tektonik yarıqların
mövcud olduğunu söyləməyə və trapların əmələ gəlməsini həmin tektonik yarıqlarla
əlaqələndirməyə imkan verir.
Vilyuy sineklizi- SP-nın cənub-şərq hissəsində yerləşir və şimaldan Anabar
massivi, cənubdan Aldan qalxanı, şərqdə Verxoyanqarşısı çökəkliklə sərhədlənir, cə-
nub-qərbdə yəhər vasitəsilə Anqara-Lena çökəkliyi ilə birləşir, Tunquska sineklizin-
dən fərqli olaraq Mezozoyda (Yuradan başlayaraq) fəal inkişaf etməyə başlamışdır.
Vilyuy sineklizin tərkibində bir sıra çökəkliklər (Lunxin, Kenpedyay) və onları bir-
birindən ayıran valaoxşar qalxımlar da (Suntar, Xapçaqay, Namanin) ayrılır.
Sayan-Yenisey (Biryusin) sineklizi- Yenisey qalxımı, Nep-Botubin anteklizi və
Anqara-Lena çökəkliyi arasında yerləşir və asimmetrik quruluşa malikdir (şimal-qərb
və cənub-qərb yamacı dik, şimal-şərq və cənub-şərq yamacı isə maili). Bu sinekliz,
əsasən, Paleozoy çöküntüləri ilə doldurulmuşdur və çökmə qatının qalınlığı 3 km-ə
çatır. Sayan-Yenisey sineklizində Dolqomostov, Murs, Tuşam, Kan çökəklikləri və
onları bir-birindən ayıran Cun, Brat, Puşkin (Puşkin-Zaxarov) valları yerləşir.
Anqara-Lena çökəkliyi- Mərkəzi Sibir plitəsı və Baykal qırışıqlıq əyaləti ara-
sında 1500 km məsafədə uzanır. Bu çökəklik cənubda Rifey və alt Proterozoy çökün-
tüləri ilə dolmuşdur. Mezozoyda əmələ gəlmiş İrkutsk törəmə çökəkliyi daxilində
Yura yaşlı çöküntülər də yayılmışdır. Çökmə qatın qalınlığı 5 km-ə çatır.
Anqara-Lena çökəkliyi İrkutsk, Anqiy, Kazaçin, Üst Kut eninə qalxımları ilə
Nyuy, İrkut (Üst Ordın) və Xandim çökəkliklərinə ayrılır.
GEOLOJİ İNKİŞAF TARİXİ
Lavrasiya qrupuna daxil olan digər platformalar kimi SR-da uzun müddətli in-
kişaf mərhələsi keçirmişdir. Onun geoloji inkişafında aşağıdakı mərhədlələr ayrılır:
Arxey (Belamor) mərhələsi. SR-da geosinklinal mərhələ erkən Arxeydə başla-
mış və okean strukturlarının tədricən bağlanmasına səbəb olmuşdur. Arxeyin sonunda
SP-nın ərazisində baş verən Belomor qırışıqlığının fəal təzahürü müşahidə olunur ki,
bu da ilkin davamlı Epiarxey nüvələrinin yaranması ilə nəticələnmişdir. Bu tip nü-
vələr ŞAP-nın Kenoranoidlərinə və ŞAvP-nın Belamoridlərinə müvafiq gəlir.
Erkən Proterozoy (Kareliya) mərhələsi. Erkən Proterozoyun əvvəllərində qeyd
olunan Epiarxey nüvələri müəyyən dərəcədə tektonik-maqmatik dəyişirikliyə məruz
qalmış və hazırda da saxlanılan qədim bloklara ayrılmışdır.
Erkən Kareliya qırışıqlığı nəticəsində Epiapxey nivələri birləşərək platformanın
bünövrəsini təşkil edirlər. Erkən Proterozoyn sonundan başlayaraq platforma ərazi-

159
sində nisbətən yüksək hipsometrik səviyyədə yerləşən bloklarda protoplatforma örtü-
yü toplanır. Erkən Proterozoyn sonu gec Proterozoyn əvvəllərində avlakogenlər yara-
nır. Burada Rifey dövründə dayaz dəniz mənşəli qırmızı qumlu-gilli və terrigen-kar-
bonat formasiyasının toplanması baş verir. Rifeyin sonunda platforma kənarlarındakı
mütəhərrik zonalarda baş verən proseslər platforma ərazisində trap formasiyasının ya-
ranmasına səbəb olur.
Rifeydə Sibir platforması avlakogen inkişaf mərhələsini keçirir. Bu zaman Bay-
kal qırışıqlıq əyalətləri müstəsna olmaqla platformanın hər yerində avlakogenlərdə
çökmə örtüyü əmələ gəlməyə başlayır. Rifeyin sonu-Venddə SP-da təzahür edən
proqressiv əyilmələr nəticəöndə mövcud olan Rifey avlakogenləri üzərində sinekliz-
lərin və perikraton çökəkliklərin formalaşması baş verir və beləliklə platformanın si-
nekliz inkişaf mərhələsi başlayır. Formalaşmaqda olan sineklizlərdə bazal və trans-
qressiv qumlu-gilli formasiyalar toplanır.
Gec Proterozoy (Baykal) mərhələsi (Rifeyin sonu-alt Kembri). Bu tektonik mər-
hələdə Sibir platforması kəskin dəyişirikliklərə məruz qalmışdır. Bu zaman ən böyük
avlakogenlər (Urin, Uca, İrkineyev və s) əmələ gəlmişdir. Rifeyin sonunda ətrafda
olan Baykal geosinklinallarının inkişafı başa çatır. Baykal geosinklinallarının inkişafı
kənar zonalarda (məsələn Patomiyada) Rifeyin sonunda, daxili zonalarda (Vitim) isə
alt Kembrinin sonunda baş vermişdir. Ümümiyyətlə, alt Kembrinin sonunda baş ve-
rən qırışıqlıq SP-nın Rifey geosinklinallarının təmamilə qapanmasına, Arxey və Pro-
terozoy qalxanlarını, massivlərinin vahid bir kütlədə birləşməsinə səbəb olur və plat-
formanın təmamilə formalaşmasını başa çatdırır.
Kembridən etibarən SP-nın plitə inkişaf mərhələsi başlayır ki, o da özünə məx-
sus tektonik hərəkətlərin təzahürü ilə səciyyələnən erkən və gec Paleozoy, Mezozoy
və Kaynozoy mərhələlərinə ayrılır.
Erkən Paleozoy (Kaledon) mərhələsi. Bu mərhələ platformanın bünovrəsinin
intensiv enməsi və regional transqessiya ilə səciyyələnir. Bu dövrdə dəniz Aldan və
Anabar qalxanları istisna olmaqla platformanın bütün ərazisini əhatə etmişdir. Kemb-
ri dövründə bu sedimentasiya hövzəsində terrigen-karbonatlı, Vilyuy və Anqar-Lena
çökəkliklərində isə laqun şəraitdə duzlu süxurlar toplanır. Baykaldan sonra baş verən
kontinental rejim və fasilə ilə əlaqədar olaraq alt Kembrinin üzərində bucaq uyğun-
suzluğu ilə yatan orta Kembri çöküntüləri məhtud yayılmışdır. Kaledon qırışıqlığının
Salair fazası ilə əlaqədar olan qalxma nəticəsində gec Kembridə kontinental rejim ha-
kim rol oynamışdır. Ordovikdə cənub-şərqdən şimal-qərb istiqamətdə reqressiya baş-
layır. Silurun sonunda Kaledon tektogenezi ilə əlaqədar olaraq baş verən və tektonik-
maqmatik aktivləşmə ilə müşayiət olunan, şaquli hərəkətlər platformanın böyük əra-
zisini əhatə edir və nəticədə orta Devon epoxasına kimi davam edən fasilə başlayır.
Gec Paleozoy (Hersin) mərhələsi (orta Devon-Trias). Bu mərhələdə SP-da yeni-
dən çöküntü toplanma bərpa olunur. Bu proseslər platformanın şimal ətrafında daha
intensiv olmuşdur. Tunquska sineklizi formalaşmış və göllər, bataqlıqlar şəbəkəsi ilə
örtülmüş və bu şəraitində Karbonun və Permin kömürlü çöküntüləri toplanmışdır.
Permin sonu, xüsusən də Triasda Hondvananı əhatə edən tektonik-maqmatik ak-
tivləşmə SP-da bir sıra iri tektonik yarıqların yaranmasına səbəb olmuş və nəticədə
əsas tərkibli maqma həmin yarıqlar üzrə Yer səthinə qalxaraq geniş ərazidə traplar
əmələ gətirmişdir. Yer səthinə çıxan bazalt lavası ayrı-ayrı qaymaları vahid kütlə şək-
160
lində birləşdirmişdir. Bununla əlaqədar olaraq Tunquska sineklizi daha da massivləş-
miş və sonralar əhəmiyyətli dərəcədə əyilməyə məruz qalmamışdır.
Mezozoy (erkən- və orta Alp) mərhələsi . Bu mərhələdə qonşu Verxoyan-Çukot
geosinklinalının inkişafı SP-nın geoloji quruluşunda öz təsirini qoymuşdur. Bu mər-
hələdə intensiv enməyə əsas etibarilə platformanın şərq hissəsi məruz qalır və bu da
öz növbəsində burada Vilyuy sineklizinin formalaşmasına səbəb olur. Platformanın
cənubunda qrabenə bənzər çökəkliklər (İrkutsk, Kap, Rıbin) inkişaf edirlər.
Kaynozoy (son Alp) mərhələsi. Bu mərhələ müsbət işarəli şaquli tektonik hərə-
kətlərin intensivləşməsi ilə səciyyəvidir. Paleogendə SP-nın ucqar şimal hissəsi
istisna olmaqla bütün ərazisi dəniz şəraitindən azad olmuşdur və dəniz mənşəli çö-
küntülər yalnız ən şimalda müəyyən edilmişdir. Neogen dövründə regional miqyaslı
enmələr yalnız Baykal qırışıqlıq əyalətində baş vermişdir və nəticədə boyük qalınlıqlı
göl çöküntüləri toplanmış, Baykal gölü və Baykal tipli dağarası çökəkliklər əmələ
gəlmişdir. Antropogendə SP-nın çox böyük ərazisi buzlaşmaya məruz qalmışdır.
FAYDALI QAZINTILAR
Sibir platformasının hüdüdlarında neft, qaz, qızıl, daş kömür, mis, nikel, almaz,
müxtəlif mineral duz və digər faydalı qazıntı yataqları mövcuddur.
Neft və qaz yataqları Vilyuy sineklizi, Anqar-Lena çökəkliyi və Nep-Botubin
anteklizi ərazisində müvafiq olaraq Vend-alt Kembri, Devon-Karbon və Mezozoy-üst
Perm çöküntüləri ilə əlaqədardır. Son zamanlar Tunquska sineklizi hüdudlarında da
qaz və neft yatağı aşkar edilmişdir.
Sibir platformasında Yura-Təbaşir yaşlı süxurlar ilə əlaqədar olan nəhəng Kan-
Açin, Vilyuy, Verxoyanyanı kimi zəngin daş kömür yataqları vardır. Tunquska sinek-
lizində daş kömür yataqları eyni adlı seriyanın süxurları ilə əlaqədardır.
Qızıl yataqları həm səpinti, həm də Aldan və Anabar qalxanlarının qranit süxur-
larında damar tiplidirlər. Səpinti yataqlar Aldan, Lena, Yenisey, Bodaybo və başqa
çayların allyuvial çöküntülərində yayılmışdır. Dəmir filizi Anqar-İlim, Anqar-Pit və
Cənubi Aldan hövzələrində istismar olunur. Hidrotermal və çökmə-litosomatik mən-
şəli bu filizlər Proterozoy və alt Paleozoyun süxurlarında yayılmışdır.
Almaz yataqları Vilyuy, Olenek rayonlarında Yurayaqədərki kimberlitlərlə əla-
qədardır. Əlvan metallar (mis, nikel, aliminium) bünövrə süxurları ilə əlaqədardır.
Mis və nikel yataqları Yenisey çayının aşağı axınında və Olekmo-Vitim ərazisində
məlumdur. Vilyuy çayının yuxarı axımında və Alt Tunquska çayı boyunca üst Paleo-
zoy trapları ilə əlaqədar olan İslandiya şpatı yataqları vardır.
İrkutsk vilayətində alt Kembri süxurları ilə əlaqədar olan daş duz yataqları istis-
mar olunur. Qeyri-filiz yataqlarından qrafit, maqnezit, fosforit, korund, kaolin, dağ
billuru və s. yataqları göstərmək olar.
2.1.4. ÇİN PLATFORMASI
Çin platforması (ÇP) Lavrasiya və Hondvana qrupu qədim platformaları arasın-
da aralıq vəziyyət tutur və hər tərəfdən olduqca fəal geosinklinal qurşaqlarla əhatə
olunmuşdur. Muasir Çin platforması en istiqamətdə uzanır (Qırğızıstandan Koreyanın
şərq sahillərinə kimi) və digər platformalarla müqayisədə nisbətən kiçik ölçüyə ma-
likdir (4,3 mln. km2). Çin platforması şimalda Ural-Monqol qırışıqlıq qurşağından
bütün uzanması boyu aydın izlənilən kənar tikişlə ayrılır və qərbdə Tyan-Şan, mərkə-
161
zi hissədə Qobi-Zaysan, şərq hissədə isə Daxili-Monqol qırışıqlıq sistemi ilə sərhəd-
lənir. Cənub və eyni zamanda qərb kənar tikiş simal-qərb, şimal-şərq və eləcədə en
istiqamətə yaxın və submeridional istiqamətli seqmentlərdən təşkil olunmuşdur. Plat-
formanın şərq sərhədi Koreyanın şimal-şərq hissəsindən başlayaraq Sarı dənizə (Yan-
sızının mənbəyinə), oradan isə Cənubi Çində Baykalidlərin, sonra isə Katasiya Kale-
donidlərinin boyunca keçir. Orta Paleozoyun əvvəllərində baş verən genişlənmə, par-
çalanma və aralanma prosesləri platformanın şimal-şərq qalxımının aralanmasına və
onun Paleozoy geosinklinal əyaləti içərisində yerləşən Xinqan-Burein aralıq massivi-
nə çevrilməsinə səbəb olmuşdur. Daha əvvəl isə Sinlin geosinklinal sisteminin yaran-
ması ilə Cənubi-Çin, Tibet-Vyetnam geosinklinal sisteminin yaranması ilə Hindosi-
ney massivləri formalaşmışdır. Çin platformasının digər qədim platformalardan fərq-
ləndirici xüsüsiyyəti onun hər tərəfdən fəal geosinklinal qurşaqlarla əhatə olunması,
intensiv Mezazoy fəallaşmasına və yeni orogenezə cəlb olunması hesab olunur. Qə-
dim Çin platforması iki meqablokdan (şimalda Koreya-Çin, cənubda isə Cənubi Çin)
təşkil olunmuşdur. Bu bloklar qərbdə Kaledon-Hersin yaşlı Sinlin qırışıqlıq sistemi
və onun davamında yerləşən Dabeyşan qayma qalxım silsiləsi ilə ayrılırlar. Adətən
Koreya-Çin və Cənubi Çin meqabloklarına sərbəst platforma kimi baxırlar.
STRATİQRAFİYA
Geoloji-geofiziki materialların analizi Çin platformasının geoloji quruluşunda
Arxey-Antropogen yaşlı törəmələrin iştirak ediyini söyləməyə və onun inkişafının
əsas mərhələrinə muvafiq gələn aşağıdakı struktur formasiya komplekslərinin (SFK)
ayrılmasına əsas verir (cədvəl 2.1.4.1.).
Cədvəl 2.1.4.1
№-si Struktur-formasiya kompleksi (CFK) Yaşı
1 Bünövrə Arxey-alt Proterozoy
2 Protoplatforma Alt Proterozoy
3 Avlakogen Rifey
4 Sinekliz Vend
5 Plitə Kembri-Antropogen

Bünovrə SFK. Çin platformasının (ŞP) bünövrə kompleksi Arxey yaşlı (Tat-
Şan formasiyası) qneys və qranitdən, alt Proterozoy yaşlı metamorfik şistlərdən (By-
Fay formasiyası), kristallik əhəngdaşı, mərmər və kvarsitdən (Nan-Tay və Se-Tay)
təşkil olunmuşdur. ŞP-nın hər yerində Arxey törəmələri regional metamorfizmin qra-
nulit fasiyasınına kimi metamorfikləşmiş və qranitləşməyə məruz qalmışlar. Platfor-
manın erkən Kembriyəqədər yaşlı bünövrəsi iki başlıca qalxım (şərqdə Şandun-Kore-
ya qalxımı və mərkəzi hissədə Şansi anteklizi) əmələ gətirir. Bünövrə qərbdə Alaşan
silsiləsində, cənubda Sinlin silsiləsinin şimal zonasında yer üzərinə çıxır.
Şimalda Sarı dənizlə Lyaodun və Koreya yarımadalarına, cənubda Şandun yarı-
madasına ayrılan Şandun-Koreya qalxanının quruluşunda qneys, kristallik şistlərdən,
amfibolitlərdən, cespilitlərdən, qranulit və amfibolit fasiyalarına kimi metamorfikləş-
miş mərmərdən təşkil olunan Arxey törəmələri başlıca rol oynayır. Arxey kompleksi
intensiv miqmatikləşmiş, qranitləşmişdir və qranit-qneys tağlarının nüvəsində yer
üzərinə çıxır. Bu kompleks alt Proterozoyun aşağı hissəsindən uyğunmuzluqla ayrılır.

162
Bünövrənin üst hissəsi yaşıldaş və amfibolit fasiyasına qədər metamorfikləşmiş alt
Proterozoyun karbonat-terrigen çöküntülərindən ibarətdir.
Protoplatforma SFK. ŞP-da orta Proterozoy yaşlı protoplatforma çöküntüləri
məlum deyildir. Bü mərhələdə yüksək mütəhərrikliyini saxlayan platformada bir çox
rayonlarda toplanmış Xuto seriyası tipli çöküntülər Arxey-alt Proterozoydan stroma-
tolitli dolomitli mərmər və kvarsitlərin yayılması ilə seçilir və az qalınlığına, meta-
morfizm dərəcəsinə və deformasiyasına görə hələ də geosinklinal kompleksə aid olu-
nur. Pekin rayonunda mütləq yaşı 1400 mln. il olan rapakivi tipli qranitlər müəyyən
olunmuşdur.
Avlakogen SFK. Rifey (Siniy) yaşlı bu kompleks həm avlakogenlərdə, həm də
onlardan kənarda toplanmışdır. Alt Rifeyin kəsilişi aşağı hissədə sahilyanı-nerit də-
mir filizi araqatlarına malik qırıntı çöküntülərindən, üst hissədə isə əsas vulkanit ara-
qatlarına malik silisli dolomitdən ibarətdir. Orta Rifey reqressiv xarakter daşıyır və
onun kəsilişi alt hissədə dolomit, üst hissədə isə dəmir, manqan və fosfor filizli kar-
bonatlı və gilli süxurlardan təşkil olunmuşdur. Üst Rifeyin kəsilişinin alt hissəsi qı-
rıntı və karbonatlardan, üst hissəsi qlaukonitli qumdaşı və argillitlərdən təşkil olun-
muşdur. Rifey çöküntülərinin maksimal qalınlığı (8-10 km-ə çatır) Yanşan avlakoge-
nində qeyd olunur. Cənubi Çində erkən Rifeydə geosinklinal rejim hakim rol oyna-
mış və burada əvvəlcə fliş-terrigen, vulkanogen-karbonat, sonra isə molass formasi-
yaları toplanmışdır (qalınlıq 10 km). Orta və gec Rifeydə baş verən tektonik fəallaş-
ma ilə əlaqədar olaraq vulkanogen molassı xatırladan çöküntülər toplanmışdır.
Sinekliz SFK. Vend yaşlı bu kompleks kəsilişin aşağı hissəsində qlaukonitli
qumdaşı və argillitlərdən, üst hissəsində isə stromatolitli karbonat və klastolitlərdən,
tilloidlərdən (800 m) ibarətdir, ümumi qalınlığı 3 km-dən çoxdur.
Plitə SFK. Kembri-Antropogen (Fanerazoy) yaşlı bu kompleks nisbətən dəqiq
öyrənilmişdir. Əhəngdaşı, dolomit və qismən də qumlu-gilli çöküntülərdən ibarət
olan Kembri və Ordovikin ümumi qalınlığı müvafiq olaraq bir neçə yüz metrdən 0,5-
1,0 km-ə kimi artır. Silur-Devon terrigen (qumdaşı, gilliqumdaşı), karbonat, gilli şist-
lərdən təşkil olunmuşdur. Platformanın şimal hissəsində Silur-Devon və eləcə də alt
Karbon kəsilişdə iştirak etmir. Cənubi Çində alt Karbon əhəngdaşı və qumdaşindan
ibarətdir. Platforma ərazisinin şimal hissəsində orta-üst Karbon qalınlığı 200-250 m-ə
çatan paralik ksmurlü formasiyadan; cənub hissəsində isə əsasən karbonat formasiya-
sından və kömürlü çöküntülərdən ibarətdir, ümümi qalınlığı 1000 m-ə çatır. Perm sis-
temi platformanın şimal hissəsində transqesiv, cənub hissəsində isə əvvəlcə arid, son-
ra isə humid şəraitdə əmələ gəlmiş kontinental çöküntülərdən ibarətdir. Platforma
ərazisində alt Perm karbonat süxurlarından və qumdaşı araqatlarından, üst Perm isə
terrigen süxurlardan və daş kömür araqatlarından təşkil olunmuşdur, ümumi qalınlığı
0,5-1,7 km-ə çatır. Trias sistemi karbonat (3,5 km), qumlu-gilli (5 km) formasiyadan,
Yura sistemi isə Karbonat və terrigen (1,6 km) təşkil olünmuşdur. Alt Təbaşir və üst
Təbaşirin aşağı hissəsi kontinental, sahil-dəniz mənşəli törəmələrdən (qumlu-gilli),
üst Təbaşirin üst hissəsi isə Karbonat süxurlarından, qum və gil araqatlarından ibarət-
dir. Təbaşirin ümumi qalınlığı 1,5 km-dən çoxdur. Kaynozoy kompleksi allüvial, göl
və prolyüvial ovulan çöküntülərdən ibarətdir.

163
TEKTONİKA
Çin platforması Cənubi Çin və Şimali Çin kimi iki meqabloka ayrılır ki, bunlar
da öz növbəsində bir sıra ikinci dərəcəli strukturlarla mürəkkəbləşmişdir (cədvəl
2.1.4.2., şəkil 2.1.4.1.).
Cədvəl 2.1.4.2.
№-si Struktur Adı
1 Meqablok Koreya-Çin Cənubi-Çin (Yanözı)
2 Qalxanlar Sino Koreya
3 Plitələr Şimali Çin
Tarim, Alaşan, Şansi,
4 Massivlər və anteklizlər Szyannan, Vatbek
Şandun
Ordos, Şimali-Çin Sıçuan,Yunnan-Qu-
5 Sineklizlər və çökəkliklər
(Xexuay), Pxennam ansi, Xubey-Quyçjou
6 Perikraton enmə zonası Şərqi Çin
Avlakogenlər və qraben- Yanşan, Lyaoxe,
7
lər Okşxon
Qayma və kənar Beyşan, Daxili Mon-
8 Sikan-Yunnan
qalxımlar qolustan

Şimali Çin meqabloku. Bu meqablokun müasir struktur planında aşağıdakı


struktur elementlər ayrılır: Sino-Koreya qalxanı, Şimali-Çin plitəsi, Tarim və Alaşan
massivi, Beyşan qayma qalxımı, Mərkəzi Monqolustan kənar qalxımı, Yanşan avla-
kogeni, Lyaoxe qrabeni və s.
Sino-Koreya qalxanı- Lyaodun və Şandun və Koreya yarımadalarını əhatə edir.
Bu qalxanın bünövrəsi intensiv metamorfizmə və qranitləşməyə məruz qalmış erkən
Kembriyəqədər yaşlı törəmələrdən ibarətdir. Qalxanın ətrafında yerləşən və şimal-şi-
mal-qərb-cənub-cənub-şərq istiqamətdə uzanan alt Proterozoy Maşxollen protogeo-
sinklinal sistemi xüsusi rol oynayır. Qalınlığı 10 km-ə çatan çökmə-vulkanogen qat-
dan təşkil olunmuş vu qırışıqlıq sistem xətti olub, bir sıra ikinci dərəcəli strukturlarla
mürəkkəbləşmişdir. Sino-Koreya qalxanının cənub-şərq hissəsini blok quruluşuna
malik Şandun massivi təşkil edir. Sino-Koreya qalxanının daha cənub hissəsini Nan-
nim və Kenqi suben istiqamətli qırılmalarla Arxey qaymasından ayrılan orta-üst Pro-
terozoy yaşlı Pxennam çökəkliyi təşkil edir. Bu çökəklikdə orta-üst Rifeyin qalınlığı
7-8 km, Kembri-Ordovikin qalınlığı isə 2-3 km təşkil edir. Devon-Silur kəsilişdə
iştirak etmir, Karbon-Triasın qalınlığı isə 2 km-ə çatır.
Tarim massivi- en istiqamətdə uzanan rombvari quruluşa malikdir, bünövrəsi
erkən Kembriyəqədər yaşlı törəmələrdən təşkil olunmuşdur və ərafında (Tyan-Şan,
Kunlun qırışıqlıq sistemi ilə qovuşma sahəsində), Sarı dəniz qayması (qərbdə), Kelsin
dağlarında (şimal qərbdə), Altendaqda (cənub-şərqdə) yer üzərinə çıxır. Tarim massi-
vinin şimal və cənub-qərb ətrafı boyunca Neogen-Antropogendə ön çökəkliklər (Ku-
şar, Yarkend) yaranmışdır.
Alaşan massivi. Bu massivin cənub hissəsinin böyük ərazisi Beyşandan şərqdə
yerləşir və Kembriyəqədər bünövrə məhtud sahədə yer üzərinə çıxır. Bünövrənin üzə-
rində zəif metamorfizmə məruz qalmış Rifey karbonat-gobudqırıntı (Kembri-Ordo-

164
vik) çöküntüləri yatır. Onların üzəri isə Təbaşir və Neogen yaşlı qırıntı çöküntüləri ilə
örtülmüşdür. Beyşan qayma qalxımı- öz daxili quruluşuna görə bir-birindən fərqlənən
şimal və cənub zonalarına ayrılır. Şimal zonada dəniz ərazisində Kembriyəqədər yaşlı
kristallik bünövrə yer yzərinə çıxır. Bünövrənin üzəri qalınlığı 1 km-ə çatan Vend-
Kembri yaşlı komplekslə (silisit, kömürlü şist, əhəngdaşı) və qalınlığı 2,6 km-ə çatan
alt Karbonun qumlu-alevritli qatı ilə örtülür. Cənub zonadada bünövrənin çıxışları
qeyd olunur və onlar Karbon-Perm çöküntüləri ilə örtülmüşdür.
Daxili Monqolustanın kənar qalxımı (silsiləsi). Bu qalxım Kembriyəqədər
yaşlı kristallik bünövrənin geniş sahədə zolaq şəkilində şıxması ilə xarakterizə olu-
nur. Şimal meqablokunun ətrafında yerləşən bu struktur onu Mərkəzi Asiya geosink-
linal qurşağından ayırır. Bu silsilənin Kembriyəqədər törəmələri üç struktur komp-
leksə (Sanqan-Arxey; Utay-alt Proterozoy; Bayan-Obo-orta Proterozoy) ayrılır. Mon-
qolustandaxili silsilə Şandun-Koreya qalxanından Kaynozoyda formalaşmış, meridio-
nal istiqamətli Lyaoxe rifti (qrabeni) ilə ayrılır. Lyaoxe riftindən qərbə, Monqolustan-
daxili silsilənin cənub hissəsində en istiqamətində uzanan, Rifey-Paleozoyda əmələ
gələn Yanşan avlakogeni yerləşir.
Yanşan avlakogeni (intrakraton qayma-qırışıqlıq sistemi). Daxili-Monqolus-
tan uzaq şimal-şərq hissəsində, Pekindən şimal və şimal-şərqə Yanşan avlakogeni Ri-
fey (Siney) sisteminin çöküntüləri ilə dolmuşdur. Olduqca mürəkkəb quruluşa malik
olan Yanşan avlakogenində yalnız Siney çöküntülərinin qalınlığı 8-10 km-ə çatır.
Onun üzərində uyğun olaraq Kembri və Ordovik yaşlı karbonat formasiyası (1 km)
yatır. Yanşan avlakogeni öz davamını Lyaodun və Koreya yarımadalarının şimal his-
səsində tapır. Onlardan cənuba Yanşan avlakogeninə parallel olaraq Fuçcou-Pxennam
və Okçkon avlakogenləri yerləşir.
Lyaoxe qrabeni (avlakogeni, rifti). Bu qraben Şərqdən Daxili-Monqolustan
silsiləsini və Yanşan avlakogenini əhatə edir və qalınlığı 3-4 km-ə çatan Kaynozoy
çöküntüləri ilə dolmuşdur.
Şimali-Çin plitəsi. Bu plitə Daxili-Monqolustan kristallik silsiləsinin cənubun-
da, Alaşan massivinin qərbində, Sino-Koreya qalxanının isə şərqində yerləşir və cə-
nubundan Sinlin Paleozoy qırışıqlıq sistemi ilə hüdudlanır. Plitə bütün perimetri bo-
yunca (cənub-şərq hissə istisna olunmaqla) aydın ifadə olunan qırılma ilə hüdudlanır.
Şimali-Çin plitəsı submeridional istiqamətli üç nəhəng struktur elementdən (Ordos
sineklizi, Şansi anteklizi, Xexuay və ya Şimali-Çin sineklizi) ibarətdir.
Şansi anteklizinin (650x300 km) tağı alt Proterozoy yaşlı metamorfik süxurlar-
dan və qranitdən, qanadı isə karbonat-terrigen (Rifey), karbonat (alt Paleozoy), para-
lik kömürlü fasiyadan (Karbon-alt Perm) və qırmızıqat (üst Perm-Trias) süxurların-
dan ibarətdir. Şansi anteklizi və Şandun-Koreya qalxanı arasında ən böyük sinekliz-
lərdən biri olan Şimali-Çin sineklizi (750 x 400 km) yerləşir. Rifey avlakogeninin ye-
rində əmələ gələn bu sineklizin dərinliyi 7-km-ə çatır. Şansi anteklizindən şərqdə,
Monqolustandaxili silsilənin cənuba və Sinlinyadan şimala bünövrənin Alşan qalxımı
ilə Şansi anteklizi arasında simmetrik quruluşa malik Ordos sineklizi (600 x 400 km)
yerləşir. Bu sineklizdə Mezazoyun hər üç sistemi iştirak edir və qalınlığı 5 km-ə ça-
tan kontinental mənşəli qırıntı süxurlarından ibarətdir. Ordos sineklizi Kaynozoyda
qalxmaya məruz qalır və şimaldan, cənubdan və qərbdən son Kaynozoy qrabeni ilə
sərhədlənən və yüksəkliyi 1,3 km-ə çatan platoya çevrilir.
165
Şəkil 2.1.4.1. Çin platformasının tektonik sxemi
(O.P.Verqunov və V.Y.Xainə görə.
I.Kembriyəqədər bünövrənin çıxışları: a- erkən Kembriyəqədər, b- son Kembriyəqə-
dər; platforma örtüyü: II.Paleozoy, III.Mezozoy, IV.Kaynozoy; qırışıqlar: V.Kaledon,
VI.Hersin; VII.Mezozoy vulkanik-plutonik qurşağı; VIII.Kaynozoy bazaltları;
IX.İzohipslər; X.Qırılmalar; XI. Örtüklə əlaqədar olan qırışıqlar; XII.Metamorfidlər-
də uzanma istiqaməti; XIII. Əsas strukturlar: 1-Şandun (Sino)-Koreya qalxanı; antek-
lizlər və qalxımlar: 3-Tszyannan, 4-Betbak, 5-Ğeyşan, 6-Dabeyşan, 7-Sikan-Yunnan,
8-Alaşan; sineklizlər və çökəkliklər: 9-Ordos, 10- Şimali Çin (Xanxuey), 11-Şışuan,
12-Xubey-Quyçjou, 13-Yunnan-Quan, 14-TSzyansi-Quan, 15-Sunfın, 16-Dutin, 17-
Poyanxu, 18-Pxennam, 19-An-Tau; 20-Kunlun qarşısı çökəklik, 21-Katasiya qırışıq-
lıq sistemi; avlakogenlər: 22-Yanşan, 23-Lyaoxe, 24-Okşxon; 25-Şonq-Lo massivi,
26-Tözun qalxımı, 27-Tyanşan qarşısı çökəklik.

Trias dövrünün sonundan Koreya-Çin platforması daha da fəallaşmaya məruz


qalır. Bu mərhələdə Yuranın sonu-Paleogenin əvvəlində baş verən Yanşan tektogene-
zi ilə əlaqədar olan maqmatizm və tektonik hərəkətlər başlıca rol oynamışdır. Onların
təsiri nəticəsində şimal-şimal-şərq istiqamətində uzanan qırışıqlıq deformasiyası yara-
nır və çoxlu miqdarda qranitoid intruziyaları təzahür edir.
Koreya yarımadasının cənubi-şərqində Şərqi-Asiya qurşağının ən böyük
qollarından biri olan kənar vulkanogen-plutonik qurşaq əmələ gəlir. Kaynozoyda
əhəngli-qələvi metamorfizm traxi-bazalt vulkanizmi ilə əvəz olunur.

166
Cənubi-Çin meqabloku. Bu blok şimalda yerləşən Şimali-Çin meqablokuna
nisbətən kiçik ölçüyə malikdir və öz inkişaf tarixinə görə daha çox tektonik hərəkət-
lərin təsirinə məruz qalmışdır. Cənubi-Çin meqablokunun sərhədi yalnız qərbdə (Ti-
bet-Yunnan qırışıqlıq sistemi ilə) və şimal-qərbdə (Sinlin sistemi ilə) kifayət qədər
aydın ifadə olunur. Şimal-şərqdə meqablok qərb-şimal-qərb-cənub-cənub-şərq istiqa-
mətdə Dabeyşan dərinlik qalxımı ilə Koreya-Çindən ayrılır. Dabeyşan dərinlik qalxı-
mı Sinlinin şərq davamında yerləşir və ondan törəmə Sunfen çökəkliyi ilə ayrılır.
Ümumiyyətlə, Dabeyşan qalxımı platformanın Mezozoyda fəallaşmaya məruz qalmış
hissəsi olduğundan Çin platformasını iki sərbəst platformaya ayırmaq məqsədə uyğun
deyildir. Cənub-şərqdə meqablokun sərhədi Katasiya qırışıqlıq sistemi boyunca keçir,
cənubda isə qırmızı rəngli molassla örtülmüş An-Tau orogen çökəkliyi yerləşir.
Cənubi-Çin meqablokunun əsas struktur elementləri cənub-qərb-şimal-şərq isti-
qamətdə Katasiya sisteminə parallel olaraq uzanır. Meqablokunun şimal-qərbdə Se-
çuan sineklizi cənubi-qərbində isə Sikan-Yunnan sineklizi yerləşir. Sikan-Yunnan si-
neklizindən şərqdə Yunnan-Quansiy sineklizi, şimal-şərqdə Xibay-Quyçjou sineklizi,
şimal-qərbdə Szyannan anteklizi, cənubunda isə Vetbak anteklizi yerləşir.
Bir qrup tədqiqatçılar onun cənub sərhədini Qırmızı çay qırılması boyunca keçi-
rir və Kembriyəqədər Şonqlo qranit və metamorfidlərini platformanın daxilində sax-
layaraq ona Vetbak anteklizinin tağı kimi baxırlar. Digər qrup tədqiqatçılar isə bu çö-
kəklikdə Ordovik-alt Silur törəmələrinin böyük qalınlığını və intensiv qırışıqlığını nə-
zərə alaraq, onu Şonqlo qalxımı ilə birlikdə Katasiya Kaledon qırışıqlıq sisteminin
tərkibinə aid edirlər.
Cənubi-Çin (Yansizı) platforması Asiya qitəsinin digər platformalarına nisbətən
ən kiçiyidir. Cənubi-Çin platformasında bünövrə Şonqlo massivindən əlavə Sızyan-
yan anteklizinin tağında və Sikan-Yunnan silsiləsində də yer üzərinə çıxır. Sızyanyan
anteklizində həm alt, həm də üst Kembriyəqədər süxurlar yer üzərinə çıxır. Alt Kem-
briyəqədər törəmələrin kəsilişi üç bölgülü olub, Koreya-Çin platformasının kəsilişinə
uyğun gəlir. Onun üzərində qalınlığı 8 km-ə çatan Rifey yaşlı zəif metamorfikləşmiş,
lakin intensiv dislokasiyaya məruz qalmış süxurlar yatır. Rifey kompleksinin kəsilişi
alt hissədə filiş-terrigen, üst hissədə isə molassdan təşkil olunmuşdur. Bu kompleksin
üst sərhədi Şonqlo qalxımının qranitlərinə uyğun gəlir (700 mln il). Bütün bunlar
Cənubi-Çin platformasının bünövrəsinin tam konsolidasiyasının Rifeyin sonunda ba-
şa çatdığığını və bununlada Koreya-Çin platformasına nisbətən olduqca cavan oldu-
ğunu göstərir. Cənubi-Çin platformasının örtüyü qırmızı rəngli qumlu-gilli qatdan,
tillitdən ibarət üst Rifey çöküntüləri ilə başlayır. Kembri-Silur, orta Karbon-alt Perm
və alt-orta Trias karbonat formasiyasından; Devon-alt Karbon terrigen, üst Perm isə
kömürlü formasiyadan ibarətdir.
Qonşu geosinklinallarda qeyd olunan Hindosiney tektogenezi ilə əlaqədar olaraq
üst Triasdan başlayaraq Sıçuan sineklizinin şimal-qərb hissəsi müstəsna olmaqla plat-
formanın bütün ərazisi qalxmaya məruz qalmışdır. Sıçuan sineklizində Yura və Təba-
şirdə böyük qalınlığa çatan qırmızı rəngli kontinental çöküntülər toplanmışdır, bü-
növrənin ümumi əyilməsi 10 km-ə çatır. Sıçuan sineklizi və Sızyanyan anteklizi ara-
sında Paleozoy və Triasda Xubey-Quyçjou sineklizi formalaşmışdır. Cənubda hər iki
sinekliz en istiqamətdə uzanan və kəsilişinin quruluşuna görə Yunnan-Quansiy sinek-
lizinə yaxın olan Özuni qalxımı ilə ayrılır.
167
Cənubi-Çin platformasının bütün örtüyü üçün Koreya-Çin platformasının örtü-
yünə nisbətən naha intensiv dislokasiya səciyyəvidir. Bütün bu dislokasiyalar öz təza-
hürü ilə diastrofizmin (qırışıqəmələgəlmə) Yanşan epoxası ilə əlaqədardır.
Kaynazoyda hər iki platforma Sakit okean qurşağına paralel olan Şərqi-Çin rift
sistemi ilə kəsilmişdir. Cənubda Qoyanxu və Duntinxu çökəkliklərini, şimalda Şima-
li-Çin sineklizini, Sarı dənizin qərb hissəsini, Boxay və Lyaodun körfəzlərini əhatə
edir. Şərqi-Çin rifti Lyaoxe qrabeni ilə Təbaşir yaşlı Dunbey plitəsinə və Sunlyao si-
neklizi, Sunu qrabeni ilə Zee-Burein çökəkliyinə çatır.
GEOLOJİ İNKİŞAF TARİXİ
Çin platforması digər qədim platformalar kimi olduqca mürəkkəb və uzun müd-
dətli inkişaf mərhələsi keçirmişdir. Onun inkişafında aşağıdakı əsas mərhələləri ayır-
maq olar.
Arxey mərhələsi (3,4-2,5 106 il). Arxey süxurlarının Çin platformasında ərzində
geniş yayılması digər qədim platformalarda olduğu kimi onun da bünövrəsinin artıq
Arxey ərzində formalaşdığını söyləməyə əsas verir. Regional metamorfizmin qranulit
fasiyasına qədər metamorfikləşən Arxey törəmələri miqmatiqləşməyə və qranitləşmə-
yə məruz qalmışdır. Burada Kanada və Cənubi Afrikaya uyğun cespilitli yaşıldaş qur-
şaqlar məlumdur. Bu baxımdan Çin platforması Sibir platformasını xatırladır və Xin-
qan-Bureyn massivi ilə əlaqəli olduğunu göstərir. Dunbey və Şimali Çində submeri-
dional istiqamətli uzanmanın olması da Sibir və Çin platformalarının əlaqəli olduğu-
nu göstərir. Radiometrik məlumatlara görə Çin geoloqları Arxeydə iki tektogenezin,
maqmatizmin və qranitləşmənin iki epoxasını ayırırlar. Bunlardan biri erkən və gec
Arxeyin sərhədində (3100 106 il), digəri isə Arxeyin sonunda (2500 106 il) baş ver-
mişdir. Arxeyin sonunda baş verən qırışıqlıq, metamorfizm və qranitləşmə hər yerdə
yeni yaranan kontinental qabığın müəyyən qədər stabilləşməsinə səbəb olmuşdur.
Erkən Proterozoy (gec Arxey) mərhələsi (2500-2000 10 6 il). Bu mərhələdə tek-
tonik rejimin kifayət qədər diferensasiyası qeyd olunur. Bir sıra meridional istiqa-
mətli protogeosinklinallar yaranmışdır. Bu mərhələdə platformanın şimalında mərkə-
zi Asiya qurşağı; şərqdə Sakit okean qurşağı qeyd olunur. Ətrafda yerləşən geosinkli-
nallar daxili geosinklinallardan özünün eni və maqmatik fəaliyyətin regional miqyası
ilə seçilir. Erkən Proterozoy yeni qırışıqlıq, metamorfizm (amfibolit fasiyası), qranit-
ləşmə epoxası ilə başa çatır. Bir sıra geosinklinal sistemlər orta Proterozoyda öz inki-
şafını davam etdirmişdir.
Orta Proterozoy (2000-1750 106 il) mərhələsi. Bu mərhələdə müasir Çin platfor-
masının hələ də yüksək mütəhərrikliyini saxlamışdır. Bir çox ərazilərdə məlum olan
orta Proterozoy çöküntüləri (Xuto seriyası) qalınlığına, metamorfizm və deformasiya
dərəcəsinə görə hələ də geosinklinal kompleksə aid olunur və Arxey-alt Proterozoy-
dan fərqlənir. Orta Proterozoy mərhələsində mövcud olan geosinklinallardan biri Ko-
reya-Çin platformasının şimal ətrafında yerləşmişdir. Mərkəzi Asiya qurşağına para-
lel olaraq en istiqamətdə uzanan bu geosinklinal Xinqan-Burein massivini platfor-
manın əsas hissəsindən ayırmışdır. Buna uyğun olan başqa bir geosinklinal Sinlin və
Dabeymandan keçərək Çin platformasını iki meqabloka (şimal və cənub) ayırır. Orta
Proterozoy mərhələsinin sonu Çin platformasının inkişafında mühüm dönüş epoxası
hesab olunur və Lyulyan epoxası adını almışdır.

168
Gec Proterozoyun Siney mərhələsi (1,75-1,0 109 il). Lyulyan diastrofizmindən
sonra Koreya-Çin platforması sahəsində platforma rejimi bərpa olunur və burada Ri-
fey-Vend çöküntüləri çökmə örtüyünün əsasını təşkil edir. Sineyin əvvəllərində Şi-
mali Çinin bir sıra sahələrində (Yanşan avlakogeni, Şansi anteklizi) və Şimali Kore-
yada (Pxennam çökəkliyi) platformanın kratonlaşma mərhələsi üçün səciyyəvi olan
orta və turş tərkibli maqmanın təzahürü baş verir. Bu mərhələ Şərqi Avropa və Sibir
platformalarına nisbətən Çində nisbətən sonra baş vermişdir. Çin platformasında orta
Proterozoy yaşlı protoplatforma çöküntülərinin iştirak etməməsi səciyyəvi xarakter
daşıyır. Koreya-Çin platformasında Siney zamanının əsas strukturları Yanşan, Fuçco-
Pxennam, Okçxon, Şimali Dabeyman avlakogenləri hesab olunur. Şərqi-Avropa plat-
formasında olduğu kimi, Koreya-Çin platforması da Sineydə avlakogen inkişaf mər-
hələsini keçirmişdir. Platformanın ayrı-ayrı sahələri (daxili Monqolustan silsiləsi,
Şansi anteklizinin mərkəzi hissəsi, Şandun, Nanim, Kenqi, Daybeyman massivləri və
s.) artıq Sineydən başlayaraq qalxmaya məruz qalmışdır. Erkən Sineyə nisbətən gec
Sineydə (R3-V) transqressiyasının güclənməsi ilə əlaqədar olaraq əsasən karbonat
çöküntüləri toplanır. Şimali Çində Sineyin ayrı-ayrı bölgüləri bir-birindən fasiyanın
dəyişməsi və erroziya səthləri ilə ayrılır. Qat və Qrenvil epoxaları ilə əlaqədar olaraq
qalxımlarda intruziv maqmatizmin təzahürü qeyd olunur.
Gec Proterozoyun Çinnin (1,0-0,85 109 il) mərhələsi. Cənubi Çin və Vyetnamda
baş verən Çinnin tektonik-maqmatik epoxası Şimali Çində (Şərqi Sinlində, Lyaodun-
da, Şimali Şilendə və Şərqi Xinqanda) geniş yayılmışdır. Kembri (alt və ya orta) bila-
vasitə üst Rifeyin alt hissəsinin üzərində qeyri-uyğun yatır.
Cənubi Çində Şimali Çindən fərqli olaraq hadisələr təmamilə başqa formada
inkişaf etmişdir. Erkən Rifeydə burada geosinklinal rejim mövcud olmuş və qalınlığı
10 km-ə çatan fliş-terrigen, Karbonat (vulkanitli), molass formasiyası toplanmışdır.
1000-850 106 il ərzində baş verən qırışıqlıqdan sonra yalnız Cənubi Çin platforma re-
jiminə keşmişdir. Bununla belə toplanmış olan böyük qalınlığa malik (2 km) vulka-
nogen molass (qırmızı rəngli qırıntı və piroplastitlər) burada yüksək tektonik fəallığın
son Rifeydə də saxlanıldığını göstərir.
Gec Proterozoyun Çenszyan (0,7 109 il) mərhələsi. Təxminən Rifey sonu və
Venddə başlayan Çenszyan tektonik-maqmatik epoxası Cənubi Çində ümumi qalx-
maya, qayma qırışığına, deformasiya, qranitoid intruziyalarının təzahürünə səbəb olur
və buzlaşmaya məruz qalır.
Cənubi Çində Sineyin toplanması zamanı Sikan-Yunnan silsiləsi, Sıçuanın şima-
lı, Szyannan massivi qalxım kimi inkişaf etmişdir. Sikan-Yunnan silsiləsinin şərq ətə-
yi boyunca keçən avlakogen intensiv əyilməyə məruz qalmış və burada toplanan üst
Rifeyin qalınlığı 7 km-ə çatır (onun 6 km-i vulkanogen qatdan ibarətdir).
Kaledon (Kembri-Ordovik) mərhələsi. Bu mərhələdə Çin platforması ümumi
əyilməyə məruz qalır və erkən-orta Ordovikdə başlamış olan transqressiya özünün
maksimum həddinə çatır. Bu transqressiya Çin-Koreya meqablokunun inkişaf tarixin-
də ən geniş sahəni əhatə etmişdir. Erkən Paleozoy dənizi ŞQ Alaşan, Beyman və Ta-
rim massivinin əsas hissəsini əhatə etmişdir. Daxili Monqolustan silsiləsinin mərkəzi
hissəsi, Şimali Ordos, Şansi anteklizinin az hissəsini, Sino-Koreya qalxanlarının ayrı-
ayrı hissələri (Nannim və Keni massivləri), Dabeyşan, Szyannan anteklizləri, Şimali
Sıçuan, Sikan-Yunnan silsiləsi ada qalxımı kimi öz inkişafını davam etdirmişdir.
169
Erkən Hersin (Silur-erkən Karbon) mərhələsi. Gec Ordovikdə dəniz Koreya-Çin
platformasının ərazisini tərk edir və bu ərazi aşınma sahəsinə çevrilir. Cənubi-Çin
platforması Ordovikin sonu, Silur və Devonda baş verən qısamüddətli qalxmadan
sonra enməkdə davam edir. Xubey-Quyçjou sineklizində toplanan Silur yaşlı karbo-
nat çöküntülərinin qalınlığı 1-3 km-dir. Devonda karbont çöküntüləri Cənubi-Çin
platformasının cənubunda toplanmışdır. Cənubi-Çində Szyannan anteklizi və Sikan-
Yunnan silsiləsi qalxma zonası olaraq aÇinmaqda davam etmişdir.
Kembri-Ordovikdən Silur-Devona kimi paleocoğrafi şəraitin dəyişməsi və eləcə
də çöküntütoplanmanın xarakteri Koreya-Çin platformasının ətrafında yerləşən geo-
sinklinallarda baş verən hadisələri tam dolğunluğu ilə əks etdirir.
Erkən Karbonda çöküntu toplanma yalnız platformanın cənubunda saxlanılmış-
dır. Burada alt Karbon əsasən karbonat formasiyasından təşkil olunmuşdur.
Gec Hersin-Erkən Kimmeri mərhələsi (orta Karbon-Trias). Erkən Karbonun so-
nu orta Karbonun əvvəllərində yenidən Şimali Çin və Koreyanın ərazizi əyilməyə
məruz qalaraq dənizlə örtülür və beləliklədə şimal və cənub meqablokları arasında
olan fərq demək olar ki, kifayət qədər aradan götürülür. Orta-üst Karbonda Şimali
Çin plitəsində, Sino-Koreya qalxanında paralik kömürlü formasiya toplanır. Əsas
denudasiya sahəsi Şimali Çin plitəsinin ətrafında (Alaşan, Daxili Monqolustan silsi-
ləsi, Sinlin, Dabeyşan, eləcə də Sino-Koreya qalxanı) yerləşmişdir. Bu mərhələdə Cə-
nubi Çin dənizlə örtülmüş və burada əsasən karbonat formasiyası toplanmışdır.
Kabonun sonundan həm şimalda, şəm də cənubda qalxma hərəkətləri intensivləşir.
Lakin tezliklə cənub hissədə erkən Perm tranqressiyası başlayır, şimalda isə
kontinental çöküntütoplanma davam edir. Erkən və gec Permin sərhədində yenidən
qalxma hərəkətləri güclənir ki, bu da Sıçuanın ətrf rayonlarında, Quyçjouda və Qərbi
Yunnanda bazalt vulkanizminin təzahürü ilə müşayiət olunur. Permin sonunda
Cənubi Çində növbəti transqressiya baş verir. Triasda Şimali Çinin bir çox yerində və
Koreyada qalxma intensivləşir və erkən Triasda yalnız ayrı-ayrı sahələrdə qırmızı
rəngli çöküntülər toplanmışdır. Triasın sonunda Ordos sineklizi intensiv əyilməyə
cəlb olunur və burada qalınlığı 2-3 km-ə çatan kontinental qırıntı və kömürlü
formasiya toplanır. Cənubi Çində Trias dövründə böyük sahədə hələdə dəniz rejimi
saxlanılmışdır və burada karbonat çöküntüləri toplanmışdır. Xubey-Quyçjou və
Yunnan-Quansi sineklizlərində çöküntülərin qalınlığı 1,5-2,0 km-dən çoxdur.
Tektonik fəallaşma mərhələsi (Triasın sonu-Təbaşir). Triasın sonunda Çin plat-
forması özünün həlledici yeni mərhələsinə keçir. Bu mərhələdə qonşu sahələrdə baş
verən proseslərlə əlaqədar olaraq, Çin platforması tektonik fəallaşmaya cəlb olunur.
Bu zaman Tibet-Vyetnam geosinklinalında (Hindosiney), Nippon (Akiyosi), Monqol-
Oxot əyalətində orogenez prosesləri başlayır.
Hindosiney tektonik hərəkətlərinin təzahürü Cənubi Çində özünü intensiv gös-
tərmiş və plitənin, eləcə də Koreyada, Pxennam çökəkliyində çökmə örtüyündə dəyi-
şirikliyə səbəb olmuşdur. Digər Koreya çökəkliklərində tektonik hərəkətlərinin inten-
sivliyi nisbətən zəif olmuşdur. Şimali Çində və Koreyada Yuranın əvvəllərində baş
verən tektonik fəallaşma andezit tərkibli vulkanizmlə müşayiət olunmuşdur. Cənubi
Çində vulkanizm əsasən yalnız son Yura epoxasında baş vermişdir.
Triasın sonunda Ordos və Sıçuan sineklizləri əyilmə sahəsi olmuş və burada
erkən Yurada kömürlü, orta və gec Yura epoxalarında isə qırmızı qat çöküntüləri top-
170
lanmışdır. Burada Yuranın ümumi qalınlığı 5 km-dən çoxdur.
Erkən və orta Yuranın sərhədində Hindosiney-erkən Kimmeri tektogenezinin
tamamlayıcı fazası tektonik fəallığın artmasına və mövcud struktur planın dəyişməsi-
nə səbəb olur. Yura dövrünün sonunda baş verən gec Kimmeri (Yanşan) tektogenezi
daha intensiv qalxmaya və qırışıqlığa səbəb olmuşdur. Ordos və Sıçuan sineklizlərin-
də əyilmənin mərkəzi kifayət qədər cənuba dəyişmişdir.
Təbaşir dövründə qalxma və maqmatik fəaliyyətin hiss olunacaq dərəcədə güc-
lənməsi müşahidə olunur (xüsusən də platformanın şərqində). Təbaşirin ortalarında
Yanşan tektogenezinin ikinci fazası baş verir və bununla əlaqədar olaraq Ordos və Sı-
çuan sineklizlərində çöküntütoplanma sahəsi kəskin azalır. Sino-Koreya qalxanında
və Çinin cənub-şərqində Yanşan tektogenezinin ikinci fazası intensiv maqmatizmlə
müşayiət olunmuşdur.
Neotektonik mərhələ (Kaynozoy). Bu mərhələ Çin platformasının xüsusi inkişaf
dövrü hesab olunur. Neotektonik mərhələdə şimal-şimal-şərq istiqamətdə tektonik hə-
rəkətlərin və deformasiyanın intensivliyinin artması müşahidə olunur. Kaynozoy sis-
teminin başlıca strukturları Xinqan-Burenin massivi, Koreya-Çin platforması ilə kəsi-
şən, Dabeyşanı Sinlin və Katasiya Baykalidlərindən ayıran enmə zonası- Şərqi-Çin
rift sistemi (Zee-Burein, Sunlyao və Xexuay sineklizləri) hesab olunur. Şərqi-Çin rift
sisteminin qərbində yerləşən Koreya-Çin və Cənubi-Çin platformaları zəif də olsa
qalxmaya məruz qalmışdır. Çin platforması, xüsusən də onun şimal hissəsi yüksək
mütəhərrikliyini müasir mərhələdə də saxlayır.
FAYDALI QAZINTILAR
Çin Epikarel platforması zəngin yanacaq və xammal ehtiyyatına malikdir. Çin
Epikarel platformasının Beyşan qalxımında Rifeyəqədər komplekslə əlaqədar olan
mərmər, maqnetit filizi yataqları vardır. Vend-Kembri çöküntüləri ilə əlaqədar olan
fosforit; daş duz; Ordovik çöküntüləri ilə əlaqədar olan boksit; Silur çöküntüləri ilə
əlaqədar olan manqan yataqları; Yura-Təbaşir kompleksində folfram, molibden, qur-
ğuşun, sink yataqları aşkar olunmuşdur. Ordos sineklizində orta-üst Karbonda daş ko-
mür yatağı, çökmə qatla əlaqədəar olan ən böyük neft, qaz yataqları yerləşir.
2.1.5. HİPERBOREY PLATFORMASI
Hiporborey platforması müasir Şimal Buzlu okeanın yerində, Novosibirsk ada-
larından, Vrangel adasından, Alyaskadan, Kanaka Arktika yadımadasından şimala və
Lomonosov sualtı silsiləsindən şərqdə yerləşmişdir. Mezozoydan etibarən Hiporbo-
rey platformasının böyük hissəsi intensiv əyilməyə, okeanlaşmaya məruz qalmış və
özünün qitə xüsusiyyətini itirmişdir (Boffort və Makarov çökəklikləri). Geofiziki mə-
lumatlara görə (aeromaqnit) Mendeleyev silsiləsi, arktika şelfinin ətraf sahələri Hi-
porborey platformasının qalıqları hesab olunur. Bu platformanın qalıqları Asiya
qitəsinin uzaq şimalında, əsasən onun sualtı ətrafında saxlanılmışdır. De Lonqa adala-
rında, Novosibirsk arxipelağının şimal-şərq hissəsində, alt Paleozoy süxurları yer
üzərinə çıxır. Bundan başqa Şimal Buzlu okeanda Lomonosov, Mendeleyev və Alfa
qalxımlarında da Kembriyəqədər yaşlı kristallik süxur qırıntıları qaldırılmışdır. Belə
etimal olunur ki, indi Avropanın şimal ətrafını təşkil edən şimal Barens plitəsi ilk
əvvəllər Hiperborey platformasına aid olmuşdur.

171
2.2. CƏNUB YARIMKÜRƏSİNDƏ YERLƏŞƏN QƏDİM
PLATFORMALAR (HONDVANA QRUPU)
Hondvana qrupuna daxil olan Epikarel platformaları Cənubi Amerika, Afrika-
Ərəbistan, Hindistan, Avstraliya və Antarktida platformaları hesab olunur. Aşağıda
bu platformaların hər birinin sərhədlri, dərinlik quruluşu, struktur elementləri, struk-
tur formasiya komplesləri, geoloji inkişaf tarixi və faydalı qazıntıları haqqında ətraflı
məlumat verilir.

2.2.1. CƏNUBİ AMERİKA PLATFORMASI


Cənubi Amerika platformasının (CAP) sərhədləri kifayət qədər dəqiq deyildir,
onun şimal-şərqində, şərqində və cənub-şərqində sərhədləri Atlantik okeanının hü-
düdlarında qitə yamacı boyunca (andezit xətti), cənub-qərb, qərb və şimal-qərb sər-
hədləri isə And qırışıqlıq sisteminin kənar çökəkliyi boyunca keçirilir. CAP-sı şimal-
da Aralıq dənizi qırışıqlıq qurşağına aid olan Antil-Karib vasitəsi ilə ŞAP-dan ayrılır.
CAP eyni adlı qitənin mərkəzi və şərq hissələrini əhatə edir. Bu platformanın
quruluşunda bir-birindən kifayət qədər fərqlənən iki struktur element (şimal və cə-
nub) ayrılır. Platformanın şimal hissəsində kristallik bünövrə kifayət qədər geniş əra-
zidə Yer səthinə çıxır (Qviana-Brazilya meqaqalxanında), törəmə xarakterli qapalı
çökəkliklər örtüyün çökmə qatı ilə dolmuşdur. CAP-nın cənubunda isə əksinə kristal-
lik bünövrə kifayət qədər məhtud sahədə təbii çıxışlar əmələ gətirir və böyük ərazidə
çökmə qatı ilə örtülərək Pampo-Pataqoniya plitəsını əmələ gətirir.
STRATİQRAFİYA
Geoloji-geofiziki materialların analizi CAP-nın geoloji quruluşunda Arxey-Ant-
ropogen yaşlı törəmələrin iştirak ediyini söyləməyə və onun inkişafının əsas mərhə-
lərinə muvafiq gələn aşağıdakı struktur formasiya komplekslərinin (SFK) ayrılmasına
əsas verir (cədvəl 2.2.1.1.)
Cədvəl 2.2.1.1.
№-si Struktur-formasiya kompleksi (CFK) Yaşı
1 Bünövrə Arxey-alt Proterozoy
2 Protoplatforma Alt Proterozoy
3 Avlakogen Üst Roterozoy
4 Sinekliz Kembri-Ordovik
5 Plitə Silur-Antropogen

Bünövrə SFK. Platformanın ən qədim torəmələri müvafiq olaraq Qayanada və


Qivianada öyrənilmiş erkən Arxey yaşlı paraqneyslərdən, çarnokitlərdən və metamor-
fizmə məruz qalmış əsas lavalardan ibarət olan Kanunu və İl-De-Kayen seriyaları he-
sab olunur. Qviana qalxanında öyrənilmiş üst Arxey törəmələri qneyslərdən, kvarsit-
lərdən, müxtəlif metamorfik şistlərdən və qranit intruziyalarından təşkil olunmuşdur,
görünən qalınlığı 3 km-dir. CAP-da alt Proterozoy kompleksində andezit-bazalt,
srilit-keratofir və amfibolit süxurları yaylmışdır. Görünən qalınlığı 2,0-2,5 km olan
bu kompleks üzərində qalınlığı 3 km-ə çatan molass formasiyası yatır.
Protoplatforma SFK. Şərqi və Qərbi Brazilya qalxanlarında qalılınlığı 2 km-ə
172
qədər olan alt Proterozoy yaşlı protoplatforma kompleksi vulkanogen-çökmə süxur-
lardan ibarətdir. Qviana qalxanı hududlarında litologiyası və qalınlığına görə bunlara
uyğun gələn süxurlar Parana seriyası adlanır.
Avlakogen SFK. qalınlığı 700 m-ə çatan terrigen və karbonatlı-terrigen forma-
siyalardan ibarətdir.
Sinekliz SFK. CAP-nın hüdüdlarında alt Paleozoy az qalınlıqlı terrigen çökün-
tülərdən təşkil olunmuşdur və ümumi qalınlığı 1500 m-ə çatır.
Plitə SFK. Üst Paleozoy meqakompleksi qumlu-gilli (Devon-alt Karbon), kar-
bonatlı (orta Karbon), evaporit (üst Karbon) və örtük-buzlaq (üst Karbon-alt Perm)
formasiyalarından ibarətdir. Onların üzərində platformanın qərbində üst Permin kon-
tinental mənşəli qırıntı, şərqində isə kömürlü formasiyaları yatır. CAP-nın Mezozoy
kompleksi müxtəlif tip formasiyalardan təşkil olunmuşdur. Trias-Yura əsasən qırıntı
(550 m), trap (1,8 km), alt Təbaşir terrigen (3,0 km), üst Təbaşir isə Karbonatlı (4,0
km) formasiyasından təşkil olunmuşdur. CAP-da Kaynozoy kompleksi platformanın
şərqində dəniz mənşəli qumlu-gilli, qərbində isə kontinental mənşəli qırıntı forma-
siyalardan təşkil olunmuşdur və qalınlığı 1,7 km-ə çatır.
TEKTONİKA
CAP-nın hüdudlarında aşağıdakı struktur elementlər ayrılır (cədvəl 2.2.1.2., şə-
kil 2.2.1.1.). CAP Epikarel platforması eyniadlı qitənin mərkəzi və şərq hissələrini
əhatə edir. Onun hüdudunda Şimali Parana çayının aşağı axınından şimalda və cənub-
da yerləşən və tektonik qüruluşuna görə bir-birindən kəskin fərqlənən iki struktur ele-
ment (şimal və cənub) ayrılır. Şimal hissə üçün Kembriyəqədər bünövrənin çox bö-
yük sahələrində Yer üzərinə şıxması (Qviana-Brazilya meqaqalxanı hüdüdünda), cə-
nub hissədə isə (Pampa-Patoqon plitəsi) əksinə bünövrənin çox məhtud sahədə təbii
çıxışlar əmələ gətirməsi səciyyəvi xarakter daşıyır.

Cədvəl 2.2.1.2.
№-si Struktur Adı
1 Qalxanlar Qviana, Qərbi və Şərqi Brazilya
Anteklizlər və Kordoba, İkvitos, Qurupa, Purus, Ponta-Qrossa, Syerra-
2
massivlər Pampa, Şimal Pataqoniya, Cənubi Pataqoniya
Sineklizlər və Amazon, Paranaib, San-Fransisko, Parana, Jako-Pampa,
3
çökəkliklər Şubut-San-Xorke, Rio-Kolorado
4 Avlakogenlər Amazon, Şikitos, Buyenos-Ayres, Rekonkavo
Perikraton çö- Andyanı, Atlantikyanı
5
kəkliklər

Qviana-Brazilya meqaqalxanı hüdüdünda Qvinana, Qərbi və Şərqi Brazilya qall-


xanları, Amazon, Paranaib (Maranyao), San-Fransisko və Parana törəmə sineklizləri
ayrılır. Paranaib, San-Fransisko və Parana sineklizləri submeridional istiqamətdə bir-
ləşərək Amazonka çayının deltasından La-Platı çayının estuarisinə kimi uzanan və
Qərbi Brazilya, Şərqi Brazilya qallxanlarını bir-birindən ayıran çökəkliklər qurşağını
əmələ gətirir (şəkil 2.2.1.1.).

173
Şəkil 2.2.1.1. Cənubi Amerika platformasının əsas strukturlarının
yerləşmə sxemi sxemi (V.E.Xainə görə).

174
Qviana və Qərbi Brazilya qalxanlarının şimal-qərb, qərb yamacları And istiqa-
mətdə dərinləşən perikraton çökəkliklər zonasına keçir və Andqarşısı kənar çökəkliyə
çevrilir. Bu perikraton çökəkliklər zonasının qalxanlar qarşısında yerləşən sahələri
oroqrafik və struktur nsqteyi-nəzərdən yüksəklikdə olub, yəhərlər əmələ gətirirlər.
Qviana qalxanı və Kolumbiyanın Şərqi Kordilyeri arasında Syerra-Makarena, Qərbi
Brazilya qalxanı və And arasında yerləşən Qran-Şako yəhərləri və s. buna əyani mi-
saldır. Bünövrənin ən qədim süxurları Qviana qalxanının şimal və mərkəzində, Qərbi
Brazilya qalxanının şərqində, mərkəzində və Şərqi Brazilyanın bəzi rayonlarında Yer
üzərinə çıxır. Bu çox güman ki, ilkin Cənubi Amerika kratonunun Proterozoyun əv-
vəlində regenerasiyaya məruz qalmış nüvəsidir. Qviana qalxanı və Arxey nüvəsi hər
tərəfdən erkən Proterozoy yaşlı geosinklinal komplekslə əhatələnmişdir. Bu komp-
leks Qərbi Brazilyanın San-Lune, San-Fransisko, Qoyas massivində və Uruqvayın
cənub-qərb hissəsində Buyenos-Ayresdə geniş yayılmışdır.
Qviana qalxanının qərb hissəsinin, Qərbi Brazilyanın şərq ətəklərinin, Şərqi Bra-
zilya qalxanının bütün ərazisinin, platformanın Cənubi Pataqoniyaya qədər hissəsinin
quruluşunda alt Proterozoyla yanaşı orta və üst Proterozoyun, hətta Kembrinin (Syer-
ra-Qranda) qrışıqlıq kompleksi iştirak edir. Baykal qırışıqlıq sistemi CAP-nın bütün
şimal və qərb hissəsini əhatə edir və onlar Siyerra-Makoren, Siyerra-Şikvitos, Siyer-
ra-Pampa hüdüdlarında yer üzərinə çıxır. Platformanın plitə kompleksində Amazon-
ka, Paranaib, San-Fransisko sineklizləri, Andyanı və Atlantikyanı perikraton çökək-
likləri, Pampo-Pataqon plitəsı və digər strukturlar ayrılır.
Pampo-Pataqon plitəsı hüdudunda dörd tektonik çökəklik Pampo (Brazilya qal-
xanının cənub qurtaracağı ilə Serra-Pampı massivi arasında), Rio-Kolorado-Rio-Neq-
ro (Serra-Pampı və Şimal Pataqoniya massivləri arasında), Şubut-San-Xorxe (Şimal
və Cənubi Pataqoniya massivləri arasında), Santa-Krus (Cənubi Pataqoniya massivin-
dən cənuba) yerləşir. Tektonik rejiminə görə Şimal Amerika platformasının Texas sa-
həsinə analoji olan bütün bu çökəkliklər və onları ayıran qalxımlar şimal-qərb cənub-
şərq istiqamətində uzanırlar.
GEOLOJİ İNKIŞAF TARİXİ
Erkən Arxey mərhələsi. Cənubi Amerika Epikarel platformasının Qviana qal-
xanıda aparılan tədqiqat işləri nəticəsində əldə edilmiş geoloji məlumatlara əsasən be-
lə nəticəyə gəlmək olar ki, digər kratonlarda olduğu kimi, buradada qitə qabığının ya-
ranması erkən Arxeydə başlamışdır.
Gec Arxey mərhələsi. Bu mərhələdə gələcək platformanın ərazisində vulkano-
gen-çökmə formasiyanın toplandığı evgeosinklinala yaxın rejim mövcud olmuşdur.
Bu proses əsas və ultraəsas intruziyaların yaranması, qırışıqlıq, regional metamorfizm
(qranulit fasiyasına qədər) və iri miqyaslı qranitləşmə ilə başa çatmışdır. Analoji
diastrofizm Kanada qalxanının Kenoran və Baltik qalxanının Belomor qırışıqlıq dövr-
lərinə müvafiq gəlir.
Erkən Proterozoy mərhələsi. Cənubi Amerika Epiarxey platforması Şimali Ame-
rikaya nisbətən daha mobil olmuşdur. Proterozoyun əvvəlində bu platformanın ayrı-
ayrı sahələri (mərkəzdə və şimalda) istisna olmaqla demək olar ki, bütün ərazisində
Epiarxey bünövrəsi regenerasiyaya məruz qalaraq parçalanmış və intensiv əyilmə və
sualtı vulkanizm yenidən bərpa olunmuşdur. Qərbi Afrikanın Eburney epoxasına mü-

175
vafiq gələn yeni qırışıqlıq, metaforfizm və qranitləşmə epoxası mövcud geosinklinal
şəraitin qapanmasına səbəb olmuşdur. Yeni yaranmış olan qırışıqlıq zonalar Kenoran
epoxasından saxlanılmış olan nüvələri (konsolidasiya olunmuş) daha da genişlənirlər.
Erkən Proterozoyun sonu orta Proterozoyun əvvəllərində muasir Qiviana qalxanının
mərkəzi hissəsinə müvafiq gələn ərazidə kratonlaşma prosesi başa çatır.
Orta Proterozoy (Qot) mərhələsi. Orta Proterozoyun geodinamik şəraitinin ana-
lizi ərzində gələcək platformanın ərazisinin əsas hissəsinin intensiv qalxma sahəsi ol-
duğunu və orogen rejiminə yaxın rejimlə səciyyələndiyini söyləməyə əsas verir.
Qviana qalxanında səciyyəvi turş vulkanogen-plutonik assosiyasiyanın olması da bir
daha bunu təsdiq edir. Bu mərhələdə platformanın bəzi hissələri isə protoplatforma
inkişaf mərhələsi keçirmişdir.
Gec Proterozoy (Qrenvil, Baykal) mərhələsi. Bu mərhələdə Qviana və Qərbi
Brazilya meqaqalxan şəklində mövcud olmuş, Brazilyanın mərkəzi və şərq rayonları
regenerasiyaya məruz qalmış və burada qranit-qneys bünövrəsi üzərində submeridio-
nal istiqamətli iki geosinklinal sistem (Mərkəzi Brazilya və Atlantikayanı) yaranmış-
dır. Bu iki sistem arasında Epikarel plptformasının relikti olan San-Luis, San-Fransis-
ko və Qoyas aralıq massivləri formalaşır.
Baykal diastrofizmi Hondvana superkratonuna daxil olan Cənubi Amerika plat-
formasının yaranmasını başa çatdırır. Qərbi Konqolez geosinklinalında Rifey-Vend
ərzində toplanan çöküntülərin (qumdaşı, gilli şist, əhəngdaşı) qalınlığı 14 km-ə çatır.
Brazilyanın şərqində yerləşən gec Proterozoy geosinklinal sisteminin inkişafında
iki mərhələ (Minas və Brazilya) ayrılır. Bunlardan birincisi (Minas) planetar Qrinvel,
ikincisi (Brazilya) isə Baykal qırışıqlıq epoxasına müvafiq gəlir.
Burada tamamlayıcı qırışıqlığın son Baykala müvafiq gəldiyi etimal olunur. Bu
hərəkətlər Afrikanın Damar tektonik-maqmatik epoxasına müvafiq gəlir. Minas Ek-
vatorial Afrikanın Kibar, Brazilya isə Katanq qırışıqlıq epoxasına müvafiq gəlir.
Baykal qırışıqlığı, metamorfizmi və qranitləşməsi nəticəsində Hondvana super
kratonunun tərkibində əvvəlcə Cənubi Amerika platforması formalaşmışdır. Onun
şimal və qərb ətrafı Kaledonda baş verən And geosinklinal qurşağının regenerasiyası,
şərq ətrafı isə sonralar Atlantik okeanının yaranmasından sonra formalaşmışdır.
Bakykal və Kaledon qırışıqlıq epoxalarının sərhədində Amazon sineklizi (əvvəl-
cə rifti) yaranır. Bununla əlaqədar olaraq Qviana-Brazilya meqaqalxanı sonralar öz
inkişaflarını sərbəst davam etdirən iki qalxana (Qfiana və Qərbi Brazilya) ayrılır.
Kaledon (Kembri-Ordovik) mərhələsi. Erkən Paleozoyda Cənubi Amerika plat-
forması əsasən qalxmaya məruz qalır. Kembri və Ordovikdə dəniz Andyanı perikra-
ton enmə zonasının böyük hissəsini əhətə etmişdir. Bu zaman az qalınlıqlı terrigen
çöküntülər toplanmışdır.
Erkən Hersin (Silur-erkən Karbon) mərhələsi. Ordovikin sonu, Silurun əvvəlin-
də başlayan erkən Hersin qırışıqlığı nəticəsində platformanın struktur planında kəskin
dəyişirikliklər baş verir. And geosinklinalının bütün cənub hissəsi erkən Silurda oke-
an səviyyəsindən yuxarı qalxır, dəniz Amazon, Maranyao, Parana və Pampa sinekliz-
lərini əhatə edir. Silurun ortalarında platformada reqressiya hiss olunur. Gec Silurda
başlayan yeni qalxma platforma ilə yanaşı geosinklinalları da əhatə edir.
Erkən Devonda platforma ərazisində ən böyük transqressiya baş vermişdir. Bu
zaman intensiv enməyə nəinki bütün çökəkliklər (San-Fransisko istisna olmaqla), hət-
176
ta qismən Qərbi və Şərqi Brazilya qalxanları da məruz qalır. Devonun ortalarında çö-
küntütoplanma sahələrinin azalması başlayır və üst Devonda Cənubi Pataqoniyada
Santa-Krus çökəkliyi istisna olmaqla platformanın bütün ərazisi yenidən quruya çev-
rilir. Devonun sonu-Karbonun əvvəllərində And geosinklinalının mərkəzi hissəsi qırı-
şıqlıq və qalxma mərhələsini (Şimali Amerikanın Akad diastrofizminə uyğun gələn)
keçirir. Bu qalxma hərəkətləri özünü platformanın hüdudlarında da göstərir.
Erkən Karbonda Maranyao çökəkliyi istisna olmaqla demək olar ki, bütün plat-
forma ərazisi okean səviyyəsindən yuxarı qalxmışdır. Syerra-Pampa və Şimal Pata-
qon massivləri buzlaşmaya məruz qalırlar. Erkən Karbonun sonu-orta Karbonun əv-
vəllərində Hersin tektogenezinin təsiri nəticəsində həm platforma, həm də And geo-
sinklinalı yenidən okean səviyyəsindən yuxarı qalxmışdır.
Gec Hersin (orta Karbon-orta Trias) mərhələsi. Orta Karbonun sonu gec Karbo-
nun əvvəllərində (Şimali Amerikanın stratiqrafik bölgüsünə görə orta Pensilvani) ye-
nidən əyilmə başlayır, qeosinklinalın şimal və cənub hissələri, platformanın İkvitos-
Arki-Beni zonası, Amazon və Paranaib sineklizləri dənizlə örtülür. Karbonun sonun-
da (gec Pensilvani) platformanın şimal hissəsi yenidən intensiv qalxmaya məruz qa-
lır. Amazonkanın sağ sahili, Paranaib, və San-Fransisko hövzələri buz örtüyü ilə əha-
tə olunurlar.
Erkən Permdə buzlaşma yoxa çıxır, Pataqon çökəklikləri qapanır, platformanın
mərkəzi hissəsinin cənubunda çöküntütoplanma sahəsi ölçülərini qısaldır. Paranaib
sineklizi yenidən enməyə başlayır ki, burada da kontinental qırıntı formasiyası topla-
nır. Üst Permdə And geosinklinalı qırışıqlığa və dağəmələgəlməyə məruz qalır və
qalxma platformanı da əhatə edir ki, bu da dənizin tam reqressiyasına səbəb olur. Pa-
rana, Şako və Pampa çökəklikləri vahid çöküntütoplanma sahəsi olmuşdur.
Erkən və orta Triasda Maranyao və Parana sineklizləri istisna olmaqla platfor-
manın bütün ərazisi qalma və yuyulma sahəsi olmuşdur.
Erkən Alp mərhələsi (Gec Trias-Yura). Bu zaman demək olar ki, platformanın
bütün ərazisi quru sahəsi olmuşdur. Təbaşirin əvvəllərində Parana, Maranyao və
Amazon sineklizlərində platobazaltların intişarı müşahidə olunur. Uzunmüddətli Tri-
as-Yura denudasiya prosesləri platformanın mərkəzi rayonlarının geniş ərazisində
Cənubi Afrikanın Hondvana denudasiya səthinə uyğun səthin yaranmasına səbəb ol-
muşdur.
Orta Alb mərhələsi (Titon-Paleogen). Bu mərhələdə Rekonkavo (Baiya) və Ser-
cipe-Alaqoas qrabenlərinin yaranması ilə, Atlantikayanı zonanın intensiv enməsi Cə-
nubi Amerika platformasının şimal-şərq və cənub-qərb ətrafının formalaşmasına sə-
bəb olur. Atlantika sahillərinin yenidən enməyə başlaması Hondvana səthinin defor-
masiyası ilə müşayiət olunmuşdur. Onun ətraf yanı sahələri fleksura və qırılmalar bou
intensiv enməyə, daxili hissələri isə əksinə qalxmaya məruz qalmışdır. Sonralar gec
Təbaşir və Paleogen ərzində Brazilyanın müasir relyefində əsas rol oynayan Cənubi
Amerika aşınma səthi yaranmışdır. Təbaşir dövrü And geosinklinalının şimal hissəsi-
nin intensiv enmə vaxtı hesab olunur. Bu əyilmə qismən perikraton əyilmələrin şimal
hissələrini də əhatə etmişdir. Pataqoniyada şərait mürəkkəb olaraq qalır. Santa-Krus
perikraton çökəkliyində fasiləsiz çöküntütoplanma davm etmişdir. Şimala transqressi-
ya reqresiya ilə əvəz olunmuş, Turon-Konyakda və erkən Oliqosendə yenidən yerüstü
vulkanizmin təzahürü bərpa olunmuşdur.
177
Gec Alp mərhələsi (son Oliqosen-Antropogen). Bu mərhələnin əvvəllərində
Andlar nəhəng dağlıq sistemə çevrilir. Erkən Miosen-Pliosendə Maranyao və Ama-
zon sineklizləri intensiv enməkdə davam etmişdir. Burada toplanan Neogen çöküntü-
lərinin qalınlığı 1,7 km-ə çatır. Analoji proseslər orta-gec Miosendə Qviana sahilləri-
ni, Pliosendə isə Barazilya sahillərini əhatə edir. Miosen ərzində qitənin ətrafında ye-
ni aşınma səthi (Velyas) formalaşır. Pliosenin sonunda və Antropogendə Qviana-Bra-
zilya meqaqalxanı ərazisi ümumi qalxmaya məruz qalır. Analoji proseslər perikraton
çökəkliklər zonasında və Pampa-Pataqon zonasında da müşahidə olunmuşdur. Plat-
formanın müasir relyefi Antropogendə formalaşmışdır.

FAYDALI QAZINTILAR
CAP Epikarel platformasının faydalı qazıntıları zəif öyrənilmişdir. Platformanın
çox böyük sahəsi tropik meşələrlə örtülmüşdür. Bununla belə platforma faydalı qa-
zıntılarla zəngindir. Onun hüdüdlarında neft, qaz, daş kömür, qızıl, platin, gümüş,
volfram, civə, kobalt, almaz, mis, nikel, kükürd müxtəlif mineral duz və digər faydalı
qazıntı yataqları mövcuddur.
Platforma ərazisində Kembriyəqədər süxurlarla əlaqədar olan dəmir filizi (Mi-
nas-Qeraes), nikel və marqans (Matto-Qrosso), boksit (Holland və Britaniya Qviana-
ları, Braziliya) və sirkon (Braziliya) yataqları istismar olunur. Brazilyada peqmatit
damarlarında berillium, titan və sair nadir metallar; Şilidə, Peruda molibden; Bolivi-
yada qalay; Qayanada, Venesuelada boksit yataqları aşkar edilmişdir.
Brazilyanın cənubunda Perm yaşlı süxurlarla əlaqədar olan kömür yataqları
mövcuddur. Platformanın Andlarla sərhəd zonaları Mezazoy kompleksi ilə əlaqədar
olan neft və qaz yataqları ilə zəngindir. Ən nəhəng yataqlar Venesuelanın şimalında,
Ekvadorda, Kolumbiyada, Braziliyada, Argentinada və Peruda yerləşmişdir.

2.2.2. AFRİKA-ƏRƏBİSTAN PLATFORMASI


Afrika-Ərəbistan platforması (AƏP) Afrika qitəsini və Ərəbistan yarımadasının
çox hissəsini əhatə edir. Bu platforma özünün perimetrinin böyük hissəsində (qərbdə,
şərqdə və cənubda) Hind və Atlantik okean çökəklikləri ilə sərhədlənir. AƏP şimal-
qərbdə Aralıq dənizi qırışıqlıq qurşağından Cənubi Atlas linamenti ilə ayrılır. Şimal-
da platforma ilə Aralıq dənizi qırışıqlıq qurşağının sərhədində Liviya-Sinay və Şərqi
Araralıq dənizi perikraton çökəklikləri, şimal-şərqdə isə Mesapatamiya kənar çökək-
liyi yerləşmişdir. Platformanın ucqar cənubunda tektonik vəziyyəti mübahisəli xarak-
ter daşıyan Kap qırışıqlıq sistemi yerləşir. Digər Hondvana platformalarında olduğu
kimi AƏR-da da kristallik bünövrənin çıxışlarına rast gəlinir. Onu da qeyd etmək
lazımdır ki, burada rast gəlinən bünövrə çıxışları (qalxan, massivlər) Cənubi Ameri-
kadakından çoxdur. AƏP-nın bünövrəsinin tam formalaşması yalnız Paleozoyun əv-
vəllərində (Baykal qırışıqlığ mərhələsinin sonunda) baş vesədə, platformanın mərkəzi
hissəsi daha qədim bünövrəyə malikdir. Yer qabığının böyük qalınlığa malik olması,
şərq və cənub ətraflarında epiplatforma orogenezi ilə əlaqədar olaraq platformanın
hüdüdunda orta yüksəklik 750 m-dir.

178
STRATİQRAFİYA
Geoloji-geofiziki materialların analizi AƏP-nın geoloji quruluşunda Arxey-Ant-
ropogen yaşlı törəmələrin iştirak ediyini söyləməyə və onun inkişafının əsas mərhə-
lərinə muvafiq gələn aşağıdakı struktur formasiya komplekslərinin (SFK) ayrılmasına
əsas verir (cədvəl 2.2.2.1.).
Bünövrə SFK. Alt Arxey törəmələri Afrikanın bir sıra rayonlarında- Leon-Libe-
riya (Kambun «sistemi»), Mrkəzi Afrika (Qanq və Qərbi Nil «sistemi»), Kanay (Üst
Luani «sistemi»), Tanqanik (Dodoma «sistemi»), Rodeziya (sebakviy sistemi),
Tranöval (Svazilend və Modis «sistemi») Madaqaskar (Androy «sistemi») massivlə-
rində geniş yayılmış və qneyslərdən, qranitlərdən, Çarnokitlərdən, ibarətdir və müxtə-
lif dərəcədə metamorfizmə məruz qalmışdır.
Cədvəl 2.2.2.1.

№-si Struktur-formasiya kompleksi (SFK) Yaşı


1 Bünövrə Arxey-alt Proterozoy
2 Protoplatforma Alt Proterozoy
3 Avlakogen Rifey- Vend
4 Sinekliz Kembri- Ordovik
5 Plitə Silur-Antropogen

Üst Arxey törəmələri AƏP-da daha geniş sahədə öyrənilmişdir. Gec Arxey yaşlı
metamorfik qat və qranitoidlər Anti Atlasdan Madaqaskara kimi böyük bir ərazidə
yayılmışdır. Qərbi Anti Atlasda (Zaqorid qırışıqlıq sistemi) Kedrus «sistemi»; Reqi-
bat massivinin qərbində Amsaqa, Qallaman, Şeqqa; Tuareq massivində Sutqariy «sis-
temi»; Leon-Liberiya və Doqomey-Nigeriya massivlərində Daqomey «sistemi»;
Tranöval massivində Kvirondo seriyası; Rodeziya massivində Bulaviy və Şamvay se-
riyaları; Madaqaskarda Qrafitvari və Voxibori seriyaları üst Arxeyə aid olunur. Üst
Arxey əsas-turş tərkibli lava və piroklastolitlərdən ibarətdir qalınlığı 12 km-ə çatır.
Alt Proterozoy törəmələri Leon-Liberiya massivinin şimal və şərq hissələrində geniş
sahədə yer üzərinə çıxır, intensiv metamorfizmə və maqmatizmə məruz qalmış terri-
gen-vulkanogen formasiyadan ibarətdir.
Mərkəzi Afrika qaymasında alt Proterozoy törəmələri kifayət qədər məhtud sa-
hədə yayılmışdır. Birrim əyalətində alt Proterozoy böyük qalınlıqlı qneys kompleksi
ilə başlayır və qumlu-gilli konqlomeratlı qatla tamamlanır. Platformanın digər sahələ-
rində alt Proterozoy kratonunun protoplatforma örtüyünü təşkil edir. Tranöval massi-
vində bu örtük aşağıdakı seriyalara bölünür (aşağıdan yuxarı):
Dominion-Rif «sistemi»- kəsilişin aşağı hissəsində gobuddənəli qırıntı, əsas his-
səsində isə vulkanogen süxurlardan (kvars porfir, andezit, qabbro, qranit) ibarətdir;
Vitvatersrand «sistemi»- ümumiyyətlə qızıllı konqlomerat, qravelit, kvarsit, gilli
şistlərin növbələşməsindən ibarətdir; tillit, cespilit, əsas lava təbəqələrinə rast gəlinir,
ümumi qalınlığı 8 km-ə çatır;
Ventersdorp «sistemi»- üimumi qalınlığı 3 km-ə çatan vulkanogen süxurlardan
(əsasən andezit-bazalt) ibarətdir;
Tranöval «sistemi»- kəsilişin aşağı hissəsi az qalınlıqlı gobuddənəli qırıntı sü-

179
xurlarından, lavadan, qalınlığı 2 km-ə çatan dolomitləşmiş əhəngdaşından və dolomit
seriyasından və onun üzərində yatan qalınlığı 1 km-ə çatan silisit və cespilitlərdən
ibarətir. Dolomit seriyasının üzərində qalınlığı 5 km-ə çatan və kvarsit, gilli şist, elə-
cədə tillit, andezit lavası, tuf və aqlomeratın 4 qat növbələşməsindən ibarət Pretoriya
seriyası yatır;
Buşveld intruziv kompleksi- en istiqamətdə 500 km-ə qədər ərazidə izlənilir və
peridotit, piroksenit, norit, anortozitdən və qranit intruziyalardan ibarətdir;
Loskop «sistemi»- əlvan rəngli kontinental molass formasiyadan təşkil olun-
muşdur, qalınlığı 720 m-ə çatır;
Vaterberq «sistemi»- qırmızı rəngli kontinental formasiyadan və lavadan iba-
rətdir, qalıqlığı 1-1,5 km-dir.
Avlakogen SFK. Üst Proterozoy platformanın şimalında konqlomeratlardan,
qumdaşlarından, gilli şistlərdən, dolomitlərdən, lava örtüklərindən; mərkəzi hissədə
isə qumlu-gilli süxurlardan və dolomitlərdən təşkil olunmuşdur. Platformanın cənub-
unda üst Proterozoy qalınlığı 1 km-ə çatan terrigen süxurlardan, cənub-qərbində isə
qalınlığı 3 km-ə çatan dolomit və konqlomeratlardan ibarətdir. Vend yaşlı süxurların
qalınlığı 900 m-ə çatır, Orancevaya çayı hövzəsində konqlomeratlardan, dolomitlər-
dən və əhəngdaşlarından təşkil olunmuşdur.
Sinekliz SFK. Platforma ərazisində sinekliz kompleksi (Kembri-Ordovik) qum-
lu formasiyadan, konqlomerat və argillit araqatlarından ibarətdir, maksimal qalınlığı
Saxara plitəsində 500-800 m olub, Anti-Atlasın cənub ətrafında və Uqart avlakoge-
nində 1,7-1,5 km-ə çatır. Tinduf çökəliyində Kembri-Ordovik çöküntülərinin qalınlığı
1,0 km-dən çoxdur, Omanda isə yalnız alt Ordovikin qalınlığı 2,0 km-ə çatır.
Plitə SFK. Plitə kompleksinin aşağı hissəsini təşkil edən Silur-Devon və erkən
Karbon yaşlı süxurlar məşhur Kap sistemi adı altında birləşir. Kap qırışıqlıq zonasın-
da Kap sistemi qalınlığı 1,2 km-ə çatan kvarsit-qumdaşı, argillit, tillitdən ibarət «Sto-
lovoy qorı» seriyası (Silur) ilə başlayır. Bu seriyanın üzərində qalınlığı müvafiq ola-
raq 750 m olan argillit, kvarsit-qumdaşının növbələşməsindən ibarət Bokkveld və
Vitterberq seriyası yatır. Üst Karbon-alt Trias (Karru sistemi) kəsilişin alt hissəsində
qalınlığı 850-900 m-ə çatan Dvaykanın (üst Karbon) buzlaq formasiyasından; orta
hissəsində qalınlığı 3, km-ə çatan kömürlü Ekka (alt Perm) formasiyasından; üst his-
səsində isə qalınlığı 3 km-ə çatan qırmızı rəngli Bofort (üst Perm-alt Trias) formasi-
yasından təşkil olunmuşdur. Stormberq sistemi (üst Trias-alt Yura) qırmızı rəngli, ko-
mürlü, kontinental çöküntülərdən (qravelit, konqlomerat, qumdaşı, mergel), plato-ba-
zaltlardan ibarətdir, qalınlığı 800 m-ə çatır. Karru çökəkliyinin mərkəzi hissəsində la-
vanın qalınlığı 1,4 km-ə, Lebombo feleksurası boyunca isə 8 km-ə çatır.
Orta-üst Yura (Ərəb seriyası) qalınlığı 3 km-ə çatan terrigen-karbonat qatından
ibarətdir. Təbaşir sistemi qumdaşlarından, gillərdən, əhəngdaşlarından və lava qatla-
rından ibarətdir, maksimal qalınlığı Qabon hövzəsində qeyd olunur (7 km-ə qədər).
Paleogen karbonat-terrigen çöküntülərdən ibarətdir, maksimal qalınlıq Nigeriyada
(1,5 km) və Qabonda (2,5 km) qeyd olunur. Yemendə Paleogen yaşlı trap formasiya-
sının qalınlığı 1,5 km-dən çoxdur. Neogen sistemi Konqo, Kalaxari hövzələrində,
Qırmızı dənizin sahillərində, Seneqalda, Qabonda öyrənilmişdir, qumdaşı, qum, silisli
gil, konqlomerat, böyük qalınlığa malik (1,5 km-ə qədər) evaporit qatından, vukano-
gen qatdan təşkil olunmuşdur və qalınlığı 200-2000 m arasında dəyişir.
180
TEKTONİKA
AƏP-nın hüdüdunda aşağıdakı əsas struktur elementlər ayrılır (cədvəl 2.2.2.2.,
şəkil 2.2.2.1.). AƏP-nın bünövrəsi Proterozoyun sonu Paleozoyun əvvəlində tam for-
malaşmışdır. Bununla belə platformanın mərkəzi hissəsi daha qədim bünövrəyə ma-
likdir. Baykalidlər bu qədim nüvələrə nisbətən aşağı periferik qurşaqları (qərbdə-
Mavritan-Seneqal və Qərbi Konqolez-Anqola və şərqdə- Ərəbistan-Mozambik) əmə-
lə gətirirlər. Eyni zamanda Baykalidlər bəzi yerlərdə çox böyük məsafələrlə platfor-
manın daxilinə nüfuz edirlər (hipotetik Transsaxara qurşağı- Şimal Afrikada və Ka-
tanq qurşağı- ekvatorial Afrikada).
Cədvəl 2.2.2.2.
№-si Struktur Adı
1 Qalxanlar Kap-Ərəbistan
Nubiy, Reqibat, Tuareq, Tibestiy, Qabel-Aüenat, Lion-Li-
Anteklizlər və
2 beriya, Daqomet-Nigeriya, Mavritaniya-Seneqal, Trans-
massivlər
val, Rodeziya, Tanqanik, Kamerun, Madaqaskar, Kasan
Tindur, Kair, Taudeni, Şad, Orta Nil, Sudan, Volta, Qa-
3 Sineklizlər bon, Murzuk, Konqo, Kalaxari, Tanezruft, Karru, Oko-
vanqo
4 Avlakogenlər Qurma, Qao, Qabon, Atkor, Aşağı Nigeriya
Perikraton çökək- Liviya-Sinay, Seneqal, Ərəbistan-Somali, Atlantikayanı,
5
liklər Şərqi Aralıq dənizi
6 Dərinlik yarıqları Kamerun xətti, Cənubi Atlas
7 Fəallaşma zonaları Şərqi Afrika rift sistemi, Kap sistemi

Platformanın tektonik quruluşunda xüsusi əhəmiyyət kəsb edən Kamerun xətti


onu iki hissəyə- şimal-qərbdə yerləşən Saxara plitəsinə və cənub, cənub-şərqdə yerlə-
şən Kap-Ərəbistan qalxanına ayırır. AƏP-nın Kamerun-Akaba xəttindən şimal-qərb-
də yerləşən hissəsi Saxara plitəsinə aiddir.
Saxara plitəsi. Bu plitənin hüdudunda ümumiyyətlə en istiqamətli tektonik zo-
nallıq hakim rol oynasada, meredional zonallıq onu mürəkkəbləşdirir və beləliklə də
Kembriyəqədər bünövrənin yer səthinə çıxdığı qalxma və bünövrənin çökmə örtüyü
ilə örtüldüyü enmə zonalarının növbələşməsinə səbəb olur.
Mərkəzi Saxara və ya Mavritaniya-Ərəbistan (şimalda yerləşən) eninə qalxımlar
zonasında qərbdən şərqə Kembriyəqədər bünövrənin yer səthinə çıxdığı Reqibat,
Tuareq, Tibesti, Qabel-Auenat və Nubiy; cənubda yerləşən eninə zonada (Qvineya-
Nigeriyada) isə Lion-Liberiya, Daqomey-Nigeriya və Kamerun massivləri massivləri
ayrılır. Mərkəzi Saxara eninə qalxım zonasından şimala Tinduf (qərbdə) və Kair
(şərqdə) sineklizləri arasında Saxara-Liviya çökəkliklər zonası; cənubda isə Taudeni,
Mali-Nigeriya, Şad, Orta Nil sinelizlərindən ibarət Sudan çökəkliklər zonası yerləşir.
Saxara plitəsində çökəkliklər zonasının yerləşməsində müəyyən qanunauyğun-
luq qeyd olunur. Burada qərbdən şərqə strukturların yaranmasında onların cavanlaş-
ması, kəsilişlərin natam olması, bünövrənin yatma dərinliyinin azalması və dəniz
mənşəli süxurların kontinental mənşəli süxurlarla əvəz olunması qeyd olunur ki, bun-
lar da plitə tipli strukturların qalxan tipli strukturlarla keşməsinə səbəb olur.

181
Şəkil 2.2.2.1. Afrika-Ərəbistan platformasının müasir tektonik sxemi,
vulkanizmi, seysmikliyi (E.E.Milanovskiyə görə).
1- müxtəlif amplitudalı qalxım zonaları (km ilə); 2- riftlər və faylar; 3- müasir vulka-
nogen puskürmələrin yayıldığı əyalətlər; 4- müasir çöküntülərin toplandığı əyalətlər;
5- zəlzələlərin episentri; 6- fəaliyyətdə olan vulkanlar.

Saxara plitəsinin qərbində Reqibat massivindən ayrılaraq Lion-Liberiya massivi


istiqamətdə uzanan və Seneqal perikraton hövzəsini Taudeni sineklizindən ayıran üst
Proterozoy yaşlı Mavritaniya-Seneqal qalxmlar zonası yerləşir. Bu qalxımlar zonası
Reqibat və Tuareq massivləri arasında yenrləşən və Tanzeruft, Taudeni, Volta sinek-
182
lizlərindən ibarət enmə zonası ilə əvəz olunur. Sonra şərq istiqamətdə yenidən bünöv-
rənin qalxması (Tuareq və Daqomey-Nigeriya zonası) müşahidə olunur.
Novbəti enmə zonası Qabes körfəzindən başlayaraq Murzuk, Şad sineklizlərin-
dən keçərək bütün Cənubi Afrikada izlənilir. Konqo, Kalaxari və Karru sineklizləri
bu enmə zonasında yerləşir. Bu enmə zonası şərqdən növbəti meridional qalma zona-
sını təşkil edən Nubiy anteklizi və Mərkəzi Afrika qayması ilə hüdudlanır.
Şərqdə növbəti meridional enmə zonası Aşağı və Orta Nil sineklizlərindən təşkil
olunmuşdur. Saxara-Liviya eninə düzənliyində Tuareq və Tibestiy massivlərinin da-
vamında bünövrənin gömülmüş böyük qalxımları qeyd olunur.
Saxara plitəsinin tektonik strukturlarının meridional istiqaməti daha qədimdir və
Arxeydə, erkən Proterzoyda geosinklinal çökəkliklərin, eyni zamanda qırışıqlıq zona-
ların uzanması ona tabe olmuşdur. Orta Proterzoydan etibarən bu istiqamətdə uzanan
qırılmalar bünövrənin qayma tektonik hərəkətlərini tsrətmişdir. Bu qırılmalar Paleo-
zoyun sony, Mezokaynozoyda dəfələrlə regenerasiyaya məruz qalmışlar.
Kap-Ərəbistan qalxanı. Bu qalxanın hüdüdünda Kembriyəqədər bünövrənin
çıxışları geniş yayılmışdır, bəzi sahələrdə oun üzərində çökmə ortüyünün toplandığı
sineklizlər (Konqo, Okavanqo, Kalaxari, Karru) və digər xırda çökəkliklər və qraben-
lər formalaşmışdır. Mərkəzi və Cənubi Afrikanın Kembriyəqədər bünövrəsi Arxey və
erkən Proterozoyun intensiv metamorfizmə və qranitləşməyə məruz qalmış süxurla-
rından ibarət iri qaymalardan və onları bir-birindən ayıran üst Proterozoy yaşlı zəif
metamorfikləşmiş süxurlarla dolmuş (Qrenvil və Baykal qırışıqlıq zonalarını təmsil
edən) nisbətən cavan xətti mütəhərrik zonalardan ibarətdir. Öz növbəsində Qrenvilə-
qədər massivlərin tərkibirdə qədim Arxey nüvələrini və erkən Proterozoy qırışıqlıq
ətrafını ayırmaq olar. Kap-Ərəbistan qalxanını qərbdə Atlantika sahilləri boyunca
(Qərbi-Konqolez və Malmsberiy zonası), şərqdə Qırmızı dəniz və Hind okeanı bo-
yunca (Ərəbistan-Mozambik zonası) əhətə edən Baykal qırışıqlığı nəzərə alınmazsa,
onda ən mütəhərrik zona (Transafrika) Mərkəzi və Cənubi Afrikanı diaqonal istiqa-
mətdə (cənub-qərb-şimal-şərq) kəsir. Cənubi Afrikanın sahillərindən başlayaraq şi-
mal-şərqə Nilin yuxarısına və Viktoriya gölünə kimi izlənilən Transafrika mobil zo-
nası burada Ərəbistan-Mozambik qurşağına qovuşur.
Qerenvil yaşlı kibaridlərin, urumidlərin və Baykal yaşlı katanidlərin və damarid-
lərin daxil olduğu bu Cənubi Transafrika mütəhərrik zonası Kap-Ərəbistan qalxanını
Mərkəzi Afrika və Cənubi Afrika qaymalarına ayırır. Kembriyəqədər bünövrənin
Mərkəzi Afrika qayması Kamerun, Qabon, Konqo (Brazzavil), Konqo (Kinşasa) da-
xilində olan daha qədim bünövrə çıxışlarını əhatə edir. Onun daxilində şimalda Mər-
kəzi Afrika, Kamerun, qərbdə Çayyu və cənubda Kasai massivləri ayrılır. Mərkəzi
Afrika qaymasının ərazisində əsasən Arxey süxurları geniş yayılmışdır.
Saxara plitəsinin qərbində Reqibat massivindən ayrılaraq Lion-Liberiya massivi
istiqamətdə uzanan və Seneqal perikraton hövzəsini Taudeni sineklizindən ayıran üst
Proterozoy yaşlı Mavritaniya-Seneqal qalxmlar zonası yerləşir. Bu qalxımlar zonası
Reqibat və Tuareq massivləri arasında yenrləşən və Tanzeruft, Taudeni, Volta sinek-
lizlərindən ibarət enmə zonası ilə əvəz olunur. Sonra şərq istiqamətdə yenidən bünöv-
rənin qalxması (Tuareq və Daqomey-Nigeriya zonası) müşahidə olunur.
Novbəti enmə zonası Qabes körfəzindən başlayaraq Murzuk, Şad sineklizlərin-
dən keçərək bütün Cənubi Afrikada izlənilir. Konqo, Kalaxari və Karru sineklizləri
183
bu enmə zonasında yerləşir. Bu enmə zonası şərqdən növbəti meridional qalma zona-
sını təşkil edən Nubiy anteklizi və Mərkəzi Afrika qayması ilə hüdudlanır.
Şərqdə növbəti meridional enmə zonası Aşağı və Orta Nil sineklizlərindən təşkil
olunmuşdur. Saxara-Liviya eninə düzənliyində Tuareq və Tibestiy massivlərinin da-
vamında bünövrənin gömülmüş böyük qalxımları qeyd olunur.
Saxara plitəsinin tektonik strukturlarının meridional istiqaməti daha qədimdir və
Arxeydə, erkən Proterzoyda geosinklinal çökəkliklərin, eyni zamanda qırışıqlıq zona-
ların uzanması ona tabe olmuşdur. Orta Proterzoydan etibarən bu istiqamətdə uzanan
qırılmalar bünövrənin qayma tektonik hərəkətlərini tsrətmişdir. Bu qırılmalar Paleo-
zoyun sony, Mezokaynozoyda dəfələrlə regenerasiyaya məruz qalmışlar.
Kap-Ərəbistan qalxanı. Bu qalxanın hüdüdünda Kembriyəqədər bünövrənin
çıxışları geniş yayılmışdır, bəzi sahələrdə oun üzərində çökmə ortüyünün toplandığı
sineklizlər (Konqo, Okavanqo, Kalaxari, Karru) və digər xırda çökəkliklər və qraben-
lər formalaşmışdır. Mərkəzi və Cənubi Afrikanın Kembriyəqədər bünövrəsi Arxey və
erkən Proterozoyun intensiv metamorfizmə və qranitləşməyə məruz qalmış süxurla-
rından ibarət iri qaymalardan və onları bir-birindən ayıran üst Proterozoy yaşlı zəif
metamorfikləşmiş süxurlarla dolmuş (Qrenvil və Baykal qırışıqlıq zonalarını təmsil
edən) nisbətən cavan xətti mütəhərrik zonalardan ibarətdir. Öz növbəsində Qrenvilə-
qədər massivlərin tərkibirdə qədim Arxey nüvələrini və erkən Proterozoy qırışıqlıq
ətrafını ayırmaq olar. Kap-Ərəbistan qalxanını qərbdə Atlantika sahilləri boyunca
(Qərbi-Konqolez və Malmsberiy zonası), şərqdə Qırmızı dəniz və Hind okeanı bo-
yunca (Ərəbistan-Mozambik zonası) əhətə edən Baykal qırışıqlığı nəzərə alınmazsa,
onda ən mütəhərrik zona (Transafrika) Mərkəzi və Cənubi Afrikanı diaqonal istiqa-
mətdə (cənub-qərb-şimal-şərq) kəsir. Cənubi Afrikanın sahillərindən başlayaraq şi-
mal-şərqə Nilin yuxarısına və Viktoriya gölünə kimi izlənilən Transafrika mobil zo-
nası burada Ərəbistan-Mozambik qurşağına qovuşur.
Qerenvil yaşlı kibaridlərin, urumidlərin və Baykal yaşlı katanidlərin və damarid-
lərin daxil olduğu bu Cənubi Transafrika mütəhərrik zonası Kap-Ərəbistan qalxanını
Mərkəzi Afrika və Cənubi Afrika qaymalarına ayırır. Kembriyəqədər bünövrənin
Mərkəzi Afrika qayması Kamerun, Qabon, Konqo (Brazzavil), Konqo (Kinşasa) da-
xilində olan daha qədim bünövrə çıxışlarını əhatə edir. Onun daxilində şimalda Mər-
kəzi Afrika, Kamerun, qərbdə Çayyu və cənubda Kasai massivləri ayrılır. Mərkəzi
Afrika qaymasının ərazisində əsasən Arxey süxurları geniş yayılmışdır.
Saxara plitəsinin qərbində Reqibat massivindən ayrılaraq Lion-Liberiya massivi
istiqamətdə uzanan və Seneqal perikraton hövzəsini Taudeni sineklizindən ayıran üst
Proterozoy yaşlı Mavritaniya-Seneqal qalxmlar zonası yerləşir. Bu qalxımlar zonası
Reqibat və Tuareq massivləri arasında yenrləşən və Tanzeruft, Taudeni, Volta sinek-
lizlərindən ibarət enmə zonası ilə əvəz olunur. Sonra şərq istiqamətdə yenidən bünöv-
rənin qalxması (Tuareq və Daqomey-Nigeriya zonası) müşahidə olunur.
Novbəti enmə zonası Qabes körfəzindən başlayaraq Murzuk, Şad sineklizlərin-
dən keçərək bütün Cənubi Afrikada izlənilir. Konqo, Kalaxari və Karru sineklizləri
bu enmə zonasında yerləşir. Bu enmə zonası şərqdən növbəti meridional qalma zona-
sını təşkil edən Nubiy anteklizi və Mərkəzi Afrika qayması ilə hüdudlanır.
Şərqdə növbəti meridional enmə zonası Aşağı və Orta Nil sineklizlərindən təşkil
olunmuşdur. Saxara-Liviya eninə düzənliyində Tuareq və Tibestiy massivlərinin da-
184
vamında bünövrənin gömülmüş böyük qalxımları qeyd olunur.
Saxara plitəsinin tektonik strukturlarının meridional istiqaməti daha qədimdir və
Arxeydə, erkən Proterzoyda geosinklinal çökəkliklərin, eyni zamanda qırışıqlıq zona-
ların uzanması ona tabe olmuşdur. Orta Proterzoydan etibarən bu istiqamətdə uzanan
qırılmalar bünövrənin qayma tektonik hərəkətlərini tsrətmişdir. Bu qırılmalar Paleo-
zoyun sony, Mezokaynozoyda dəfələrlə regenerasiyaya məruz qalmışlar.
Kap-Ərəbistan qalxanı. Bu qalxanın hüdüdünda Kembriyəqədər bünövrənin
çıxışları geniş yayılmışdır, bəzi sahələrdə oun üzərində çökmə ortüyünün toplandığı
sineklizlər (Konqo, Okavanqo, Kalaxari, Karru) və digər xırda çökəkliklər və qraben-
lər formalaşmışdır. Mərkəzi və Cənubi Afrikanın Kembriyəqədər bünövrəsi Arxey və
erkən Proterozoyun intensiv metamorfizmə və qranitləşməyə məruz qalmış süxurla-
rından ibarət iri qaymalardan və onları bir-birindən ayıran üst Proterozoy yaşlı zəif
metamorfikləşmiş süxurlarla dolmuş (Qrenvil və Baykal qırışıqlıq zonalarını təmsil
edən) nisbətən cavan xətti mütəhərrik zonalardan ibarətdir. Öz növbəsində Qrenvilə-
qədər massivlərin tərkibirdə qədim Arxey nüvələrini və erkən Proterozoy qırışıqlıq
ətrafını ayırmaq olar. Kap-Ərəbistan qalxanını qərbdə Atlantika sahilləri boyunca
(Qərbi-Konqolez və Malmsberiy zonası), şərqdə Qırmızı dəniz və Hind okeanı bo-
yunca (Ərəbistan-Mozambik zonası) əhətə edən Baykal qırışıqlığı nəzərə alınmazsa,
onda ən mütəhərrik zona (Transafrika) Mərkəzi və Cənubi Afrikanı diaqonal istiqa-
mətdə (cənub-qərb-şimal-şərq) kəsir. Cənubi Afrikanın sahillərindən başlayaraq şi-
mal-şərqə Nilin yuxarısına və Viktoriya gölünə kimi izlənilən Transafrika mobil zo-
nası burada Ərəbistan-Mozambik qurşağına qovuşur.
Qerenvil yaşlı kibaridlərin, urumidlərin və Baykal yaşlı katanidlərin və damarid-
lərin daxil olduğu bu Cənubi Transafrika mütəhərrik zonası Kap-Ərəbistan qalxanını
Mərkəzi Afrika və Cənubi Afrika qaymalarına ayırır. Kembriyəqədər bünövrənin
Mərkəzi Afrika qayması Kamerun, Qabon, Konqo (Brazzavil), Konqo (Kinşasa) da-
xilində olan daha qədim bünövrə çıxışlarını əhatə edir. Onun daxilində şimalda Mər-
kəzi Afrika, Kamerun, qərbdə Çayyu və cənubda Kasai massivləri ayrılır. Mərkəzi
Afrika qaymasının ərazisində əsasən Arxey süxurları geniş yayılmışdır.
Simali-Konqolez mütəhərrik zonası Mərkəzi Afrika qaymasını iki hissəyə (şimal
və cənub) ayırır. Cənub qaymasınının (Kasai) üzərində nəhəng Konqo sineklizi for-
malaşmışdır. Konqo sineklizi qərbdən onu Atlantik okeanından ayıran və şimial-şi-
mal-qərəb cənub-cənub-şərq istiqamətdə uzanan Baykal yaşlı Qərbi-Konqolez qırı-
şıqlıq zonası ilə əhatə olunur. Demək olar ki okeanın lap sahilindən (Qabondan) baş-
layaraq Konqo çayının aşağı axınını kəsərək Kuanzı çayının hövzəsinə kimi uzanır.
Bu sistemin uzunluğu 1200 km eni isə 350 km-dir. Burada Rifey-Vend kompleksinin
qalınlığı 14 km-ə çatır.
Cənubi Transafrika mütəhərrik zonası daxilində Qərbi Konqolidlərin analoqu
onunla eyni yaşlı olan (Baykal) Katanq qırışıqlıq zonası hesab olunur.
Cənubi Afrika qaymasında Arxeydən təşkil olunan üç qədim massiv- Tanqanik
(şimalda, Viktoriya gölündən cənuba), Rodeziya (Zambezi və Limpopo çayları arası),
Tranöval (Limpopo çayından və Kalaxari səhrasından cənuba) ayrılır.
Tranöval massivi əsasən mütləq yaşı 3,4-3,0 109 il olan qranitlərdən və onların
arasında zəif metamorfizmə məruz qalmış Svazilend və Modis sistemlərindən (erkən
Arxey) təşkil olunmuşdur. Qədim Tranöval massivi və onun Karel ətrafının cənub
185
sərhədi Darnberq qırılması ilə, şimaldan isə Limpopo qırışıqlıq sistemi ilə sərhədlə-
nir. Arxeyin sonunda Tranöval massivi konsolidasiya, qalxma və aşınma mərhələsinə
daxil olmuşdur. Bu zaman onun şimalında geosinklinal qapanmış və orogen inkişaf
mərhələsinə keşmişdir. Proterozoyun əvvəlində Tranöval massivinin şimal hissəsi ye-
nidən əyilməyə cəlb olunur.
Rodeziya massivi Sebakvi (terrigen, kvarsit, Çarnokit, lava), Bulavi (ümumi qa-
lınlığı 12 km olan andezit, datsit, cespilit, əhəngdaşı, qrauvak), Şamvay (ümumi qa-
lınlığı 3 km olan qrauvak, konqlomerat, kvarsit, fillit, gilli şist) sistemlərinin süxurla-
rından təşkil olunmuşdur. Rodeziya massivi cənub-cənub-şərq şimal-şimal-qərb isti-
qamətli qırılma ilə parçalanmışdır və bu qırılma boyunca məşhur Böyük dayka (500 x
5,5 km) təzahür etmişdir. Rodeziya massivi şərqdə onu Mozambik mütəhərrik qur-
şağından ayıran meridional istiqamətdə uzanan Manika dərinlik qırılması ilə, şimal-
dan en istiqamətli Zambezi mütəhərrik qurşağı ilə sərhədlənir. Kenoran qırışıqlıq
epoxasında kifayət qədər konsolidosiya olunan Rodeziya massivi erkən Proterozoy-
dan qalxmaya məruz qalmışdır.
Afrika platformasının digər qədim qalıqları arasında Tanqanik massivi xüsusi
yer tutur. Bu massivin nüvəsinin bir hissəsi Viktoriya gölü və ondan cənuba yerləşir
və Dadoma, Nyanza, Kavirondo sistemlərindən təşkil olunmuşdur. Tanqanik massi-
vinin nüvəsi en istiqamətdə uzanan Arxey yaşlı metamorfikləşmiş çökmə-vulkanogen
süxurlardan ibarətdir. Rodeziya massivi kimi Tanqanik massivi də şərqdə eni 500
km- dən çox olan meridional istiqamətli Mozambik qırışıqlıq qurşağı ilə sərhədlənir.
Mozambik qırışıqlıq qurşağı yaşına görə Rodeziya və Tanqanik massivinin Ar-
xey kompleksinə uyğun gələn daha qədim bünövrə yzərində yaranmışdır. Onun quru-
luşunda erkən, orta Proterozoy yaşlı törəmələr (qrafitli şist, mərmər, qneys və kvarsit-
dən ibarət) iştirak edir. Mozambik çökəkliyinin şimal davamı Somali, Efiopiya və
Yəməndən keçərək Ərəbistan yarımadasının şərq hissəsini əhatə edən Sərqi Ərəbistan
perikraton çökəkliyi ilə birləşir. Bu Şərqi Ərəbistan perikraton çökəkliyi analoji Şərqi
Aralıq dənizi çökəkliyindən Nubiy-Ərəbistan qalxımının şimal ətəyi ilə ayrılır.
Şərqi Ərəbistan və Şərqi Aralıq dənizi perikraton çökəklikləri bir-birindən Nu-
biy-Ərəbistan qalxanının şimal qalxımı ilə ayrılır. Şimali-Ərəbistan qalxımı qərbdə
Livan-Siriya qırılması ilə hüdudlanır. Şimali-Ərəğistan qalxımı qayma quruluşuna
malikdir.
Afrika platforması cənub tərəfdən nisbətən cavan yaşlı Kap qırışıqlıq sistemi ilə
əhatə olunur. Bu sistemin quruluşunda üst Proterozoy, orta və üst Paleozoy, alt Trias
yaşlı çöküntülər iştirak edir. Burada Baykal və Hersin qırışıqlıq mərhələləri arasında
qalxma, qırışıqlıq, qranitlərin təzahürü və metamorfikləşmə mərhələləri (Vend və er-
kən Paleozoyda) müəyyən olunsada cavan və qədim törəmələrin uzanma istiqaməti-
nin uyğun gəlməsi onun konsedimentasion inkişaf etdiyini göstərir. Kap qırışıqlıq sis-
teminin Hersin kompleksi Kap və Karru sistemlərindən ibarət olan iki struktur mərtə-
bədən təşkil olunmuşdur.
Cənubi Afrikanın iri çökəkliklərindən biri də Karru epoxasında yaranan Kala-
xari sineklizi hesab olunur. Bu sineklizin quruluşunda üst Proterozoy və Mezokayno-
zoy yaşlı çöküntülər iştirak edir. Rifeydə yaranan Konqo sineklizi Afrika platforması-
nın Taudenidən sonra ən böyük çökəkliyi hesab olunur (eni 1000 km, sahəsi isə 1
mln. km2-dır). Venddən sonra Konqo çökəkliyi və onu əhatə edən Baykal qırışıqlıq
186
ətrafı Karbon dövrünün sonuna qədər davam edən qaxmaya məruz qalmışdır. Fasiləli
xarakter daşıyan uzun müddətli əyilmə ilə əlaqədar olaraq Konqo sineklizinin mərkəz
hissəsində bünövrə 3,5 km- dərinlikdə yerləşir.
Afrika-Ərəbistan platformasının əsas struktur elementlərindən biri də Ərəbistan-
Somali perikraton çökəkliyidir. Mozambik çökəkliyi Somali, Efiopiya və Yəməndən
keçərək Ərəbistan yarımadasının şərq hissəsini əhatə edən perikraton çökəkliyə birlə-
şir. Bu Şərqi-Ərəbistan perikraton çökəkli analoji Şərqi-Aralıqdənizi çökəkliyindən
Nubiy-Ərəbistan qalxanının şimal qalxımı ilə ayrılır. Şimali-Ərəbistan qalxımı qərb-
də Şərqi-Afrika qırılma zonasının şimal-şərq seqmenti olan Livan-Siriya qırılması ilə
hüdudlanır. İordaniya tağ qalxımı da bilavasitə bu qırılma ilə təmasa gəlir. İordaniya
və Alepp tağ qalxımları bir birindən Palmirid qırışıqlıq zonası ilə ayrılır. Birinci qal-
xımlar sisteminə parallel istiqamətdə, onunla eyni qalxımlar sistemi uzanır ki (nisbə-
tən şərq), onun da ən cənub strukturu Rutba tağı hesab olunur. Rutba tağı meridional
Xail qalxımı ilə Ərəbistan qalxanı ilə birləşir. Afrika-Ərəbistan platformasının uzaq
şimalında, Türküyənin cənubunda (bilavasitə Alp qurşağı ilə sərhəddə) Rutba tağı ilə
bir meridional zonada Mardin (Diyarbakır) kənar qalxımı yerləşir. Rutba tağı və Mar-
din kənar qalxımı bir-birindən Şərqi-Afrika perikraton çökəkliyinin şimal-qərb qurta-
racağı ilə ayrılır.
Şərqi-Ərəbistan perikraton çökəkliyi Mardin qalxımı və Rutba tağı arasında ya-
ranır, sonra bir tərəfdən cənub-şərqə Mərkəzi və Qərbi-Ərəbistan Kembriyəqədər
massivlərinin arasına və onların bilavasitə ətrafına kimi, digər tərəfdən isə Zaqors
Alp dağlıq-qırışıqlıq sistemi və onun Mesopotamiya ön çökəkliyinə kimi uzanır. Me-
sopotamiya çökəkliyi Neogenin əvvəlində Şərqi-Ərəbistan perikraton çökəkliyinin
nisbətən daha çox əyilməyə məruz qalan hissəsinin yerində yaranmışdır. Bu regionun
başlıca strukturlarından biri də Mərkəzi-Ərəbistan qalxımıdır. Perikraton çökəkliyə
və Zaqors Alp qırışıqlıq zonasına perpendikulyar yerləşən və qərb, cənub-qərb, şərq,
şimal-şərq istiqamətdə uzanan bir qalxımıdır. Bu Qalxım Nubiy-Ərəbistan qalxanın-
dan keçərək Bəhreyn və Katar istiqamətdə uzanır və Fars körfəzinin şimal-şərq sahil-
lərinə və Zaqorsun ətəyinə çatır. Bu qalxımın Fars körfəzinə birləşən hissəsi Qaza
meqaterrası adlanır. Katar yarımadasının cənubunda Oman Alpidləri ilə sərhəddə
Kaynozoy yaşlı Rub-Əl-Xali sineklizi yerləşmişdir. Bu sinekliz qərbdə Nubiy-Ərə-
bistan qalxanı ilə cənub-şərqdə isə Cənubi Ərəbistan qalxımı və ya Xadramut antek-
lizi ilə sərhədlənir. Cənubi Ərəbistan birtərəfli horstu Oliqosendə yaranmış Ərəbis-
tan-Somali anteklizini əmələ gətirir. Bu sinekliz şimal istiqamətdə Somali-Efiopiya
sineklizinə keçir. Orta, üst Paleozoyda qalxmaya məruz qalan Mərkəzi Ərəbistan qal-
xımı qalxmaya, Mezozoyda (xüsüsən də Yurada) intensiv enməyə cəlb olunur.
Mərkəzi Ərəbistan qalxımı 560 km qərbə uzanan (qabarığı cənub-qərbə olan
qövsvari) rift sistemi ilə mürəkkəbləşmişdir. Riftin əmələgəlməsi Təbaşirin sonunda
başlamış və orta Eosenə kimi davam etmişdir. Afrika qitəsinin Atlantika sahilləri bo-
yunca gah genişləqən, gah da daralan və bəzən təmamilə pazlaşan Yura-Təbaşir en-
mələr qurşağı yerləşmişdir. Fleksura və qalxımlar vasitəsilə bu qurşaq ayrı-ayrı körfə-
zə bənzər çökəkliklərə (Seneqal Aayum, Fil sümüyü sahilləri, Nigeriya, Aşağı Kon-
qo, və s.) bölünür.
Şərqi Afrika epiplatforma orogen qurşağı- uzanma istiqaməti boyunca eyni adlı
qırılma zonasından və meqantiqlinal, braxi formalı nəhəg tac qalxımından ibarətdir.
187
Burada Nubiy-Ərəbistan, Ərəbistan-Somali, Efiopiya, Geniya, Tanzaniya-Rodeziya,
Cənubi Afrika tağları ayırılır (şəkil 2.2.2.2.). Bu tağların oxu boyunca nəhəng rift də-
rələri yerləşmişdir. Geniya tağında isə bir-birinə paralel iki rift dərəsi (Şərqi və Qərbi)
müşahidə olunur. Riftlərin əksəriyyətin in eni tağların ümumi eninin 10-20 %-ni təş-
kil edir, uzunluğu yüz kilometrlərə çatır, dərinliyi isə bünövrənin tavanına nisbətən
bir neçə yüz metrdən 3-5 km-ə qədər dəyişir. Qırmızı dəniz riftinin uzunluğu 2000
km-ə, Aden körfəzi riftininki isə 1000 km-ə yaxındır. Bü riftlərin eni 200-400 km
(tağın eninin 30-40 %-i) olub, dərinliyi bünövrənin tavanına görə 5-8 km-ə çatır.
Başqa riftlərdən fərqli olaraq Qırmızı dəniz və Aden körfəzi rifti müsbət qravitasiya
anomaliyası (150 mql-ə çatan), qalanları isə əks anomaliya ilə xarakterizə olunurlar.
Şərqi Afrika rift sisteminin rift dərələrinin yalnız bir hissəsi nisbətən sadə sim-
metrik (Slü dəniz, Akaba körfəzi, Alberta gölü), mürəkkəb pilləlidir (Qreqori, Abis-
sin, Suesk, Qırmızı dəniz). Asimmetrik birtərəfli qrabenlər (Rukva gölü, Nyasa, Ru-
dolf) geniş yayılmışdır. Mürəkkəb qrabenlərin tərkibində adətən daxili horstlar qeyd
olunur (Tanqanik gölü, Aden körfəzi və s.). Rift sistemlərinin əksəriyyəti özünün
uzanması boyunca vulkanizmin təzahürü ilə müşayiət olunur, yalnız az miqdarda vul-
kanlar bilavasitə riftlərin faylarla kəsişməsində yerləşirlər (Bukavu, Nyamlaqira, Ni-
rakonqo).
Şərqi Afrika orogen qurşağının və rift zonasının strukturu Oliqosen və erkən
Miosendə başlamış tektonik hərəkətlər nəticəsində formalaşmasına baxmayaraq, bir
çox əlamətlər burada müasir struktur planın daha qədim (hətta Kembriyəqədər də da-
xil olmaqla) struktur planla əlaqəli olduğunu göstərir. Müasir Ərəbistan-Mozambik
orogen qurşağının çox hissəsi Ərəbistan-Mozambik Baykal mütəhərrik qurşağının
üzəridə yerləşir. Cavan Nubiy-Ərəbistan tağ qalxımı qədim Nubiy-Ərəbistan qalxanı
ilə; Ərəbistan-Somali tağı nisbətən qədim Ərəbistan-Somali anteklizi ilə; eləcədə
Üqanda, Keni və Tanzaniyada Qərb və Şərq riftləri arasında yerləşən ərazi Tanqanik
Arxey massivinə uyğun gəlir. Şərqi-Afrika orogen qurşağının cənub hissəsi Rodeziya
və Tranöval Arxey massivlərini və Karru çökəkliyini əhatə edir.
GEOLOJİ İNKİŞAF TARİXİ
AƏP-da böyük sahədə Kembriyəqədər bünövrənin təbii çıxışları və eləcə də ki-
fayət qədər radiogeoxonometrik materialların olması Yer qabığının inkişafının Ar-
xeydən başlayaraq mərhələlərini daha ətraflı izləməyə imkan verir.
Erkən Arxey (3500-3000 mln. il)- Tranöval mərhələsi. Bu inkişaf mərhələsində
Afrika platformasının geniş ərazisində evgeosinklinal şərait mövcud olmuşdur.
Tranöval tektonik-maqmatik epoxasından sonra qabıq konsolidasiya olunmuş (kvazi
platformanın yaranması ilə), lakin tezliklə ümumi tektonik regenerasiyaya məruz qal-
mışdır. Müəyyən sahələr (Tranöval massivi kimi) bu regenerasiyayadan təmamilə kə-
narda qalmış və gələcək Afrika-Ərəbistan platformasının qədim nüvəsini təşkil edir-
lər. Erkən Arxey törəmələri Afrikanın bir sıra rayonlarında (Lion-Liberiya, Mərkəzi
Afrika, Tanqanik, Rodeziya, Tranöval, Madaqasqar və s.) müəyyən olunmuşdur.
Gec Arxey (3000-2400 mln. il)- Rodeziya mərhələsi. Afrika-Ərəbistan platfor-
masının bütün sahələrində (Anti Atlasdan Madaqasqara kimi) üst Arxey törəmələri
müəyyən olunmuşdur və metamorfik qatdan və qranitoidlərdən ibarətdir. Üst Arxey
qatının tərkibi (əsasdan turşa kimi lavaların geniş yaylması, qrauvak, qranitoidlər,

188
cespilitlər) və böyük qalınlığa (12 km) çatması onun evgeosinklinal rejimə yaxın şə-
raitdə inkişaf etdiyini göstərir. Arxey erası rodeziya qırışıqlıq epoxasının intensiv qı-
rışıqəmələgəlmə, regional metamorfizm və qranitləşməsi ilə başa çatmışdır. Nəticədə
Afrikanın bütün ərazisində Epirodeziya platforması yaranmışdır. Yaranmış olan bu
platforma Epitranöval platformasına nisbətən daha dəyanətli olmuş və Proterozoyun
əvvəllərində yalnız dərinlik qırılma qurşağı boyunca regenerasiya baş vermişdir. Qı-
rılmalar arasında yerləşən qaymalar aralıq massivlərin (mikroplatformanın) nüvəsinin
konsolidasiyası formasında birləşmişdir. Qərbi-Afrika, Mərkəzi-Afrika, Tanqanik,
Rodeziya, Tranöval və s. bu massivlərə aid edilir.
Erkən Proterozoy birinci yarısı (2400-2000 mln. il)- Eburney mərhələsi. Erkən
Proterozoy mərhələsində mövcud aralıq massivlər arasında qitə tipli qabığa malik, in-
tensiv enmə və sualtı vulkanizmlə xarakterizə olunan, əsasən submeridional istiqa-
mətdə uzanan geosinklinal sistemlər inkişafını davam etdirmişdir. Bu mərhələdə Alt
Proterozoyun çökmə-vulkanogen süxurları ilə yanaşı olaraq Arxey törəmələri də re-
gional metamorfizmə və qranitləşməyə məruz qalırlar. Bu zaman aralıq massivlərdə
protoplatforma kompleksinin yaranması prosesi getmişdir.
Erkən Proterozoyda vulkanogen qatının (Ventersdrop «sistemi») formalaşması-
na səbəb olan son vulkanizmin təzahüründən sonra, keşmiş mərhələnin dağarası çö-
kəkliklərin yerində Mərkəzi-Taranöval sineklizi yaranır. Bu sineklizdə isə böyük qa-
lınlığa malik Tranöval «sistemi» toplanır. Beləliklə Eburney tektonik-maqmatik epo-
xası Afrikanın böyük ərazisində (Anti Atlasdan Tranövala kimi) özünü gsstəmiş və
gələcək qitənin ayrı-ayrı sahələrinin konsolidasiyasına səbəb olmuşdur.
Erkən Proterozoy (ikinci yarısı- Mayomb- 2000-1700 mln. il) mərhələsi. Erkən
Proterozoyun ikinci yarısında ən aktiv inkişaf edən geosinklinal sistemlər Mərkəzi
Afrikada (Mayombe, Kibali-Ruzizi-Ubendi) yerləşmişdir. Erkən Proterozoyun Kare-
liya tektonik-maqmatik epoxası bütün Afrikada geniş təzahür etmişdir. Bu epoxa Anti
Atlaslarda qırışıqlığa, metamorfizmə və qranitləşməyə; Reqibat və Leon-Liberiya
massivlərində qranitləşməyə; Daqomey-Nigeriyada isə nisbətən qranitləşməyə səbəb
olmuşdur. Mərkəzi Afrikanın geosinklinal sistemləri intensiv inversiyaya, qırışıqlığa,
metamorfizmə və qranitləşmə məruz qalmışdır.
Kibali-Ruzizi-Ubendi sistemində Kareliya tektonik-maqmatik epoxası son ta-
mamlayıcı qırışıqlıq olmuş və onun Mərkəzi Afrika qaymasının tərkibinə daxil olma-
sına səbəb olmuşdur.
Erkən Rifey (1700-1350 mln il)- Qot mərhələsi. Erkən Rifeyin əvvəllərində
geosinklinal sistemlərin əksəriyyəti öz inkişafını başa çatdırmışdır. Bu əyalətlər üçün
son subsekvent vulkanogen-plutonik assosiasiyanın (andezit, datsit, riolit tərkibli la-
va, piroklastolitlər, turş subvulkanogen intruziyalar) olduqca səciyyəvidir. Qot tekto-
nik-maqmatik mərhələsi özünü bundan əvvəl intensiv əyilməyə məruz qalmış (10-11
km-ə qədər) Kibar-Ankoli və İrumiy geosinklinal sistemlərində daha intensiv göstər-
mişdir. Cənubi Transafrika geosinklinal qurşğının cənub-şərq davamında Qot mərhə-
ləsində Kunene anortazit kompleksi, Tranöval massivində isə Pilandsberq intruziv
kompleksi formalaşmışdır.
Orta Rifey (1350-1000 mln il)- Qrenvil mərhələsi. Bu mərhələdə Cənubi Trans-
afrika qurşağında Kibar-Ankoli və İrumiy dağ sistemlərinin qalxması davam etmiş-
dir. Ətraf sahələrdə erkən Rifedə olduğu kimi çöküntü toplanma davam etmişdir.
189
Qrenvil tektonik-maqmatik mərhələsində Ərəbistan-Mozambik qurşağının şimal his-
səsində və Ərəbistan-Nubiy qalxanında hiperbazit, sonra isə qranodioritin təzahürü
ilə müşayiət olan intensiv dəyişirikliklər baş vermişdir. Afrika platformasının simal-
qərbində (Anti Atlasda) analoji şərait olmuşdur. Qərbi Konqo, Atakor, Mavritan-Se-
neqal geosinklinal sistemlərində Qrenvil tektogenezi özünü zəif göstərmişdir.
Gec Rifey (1000-700 mln il)- Deliy mərhələsi. Tanqanik massivinin şərq ətrafın-
da Bukoba və Malaqarasi malassoidləri bu mərhələdə formalaşmışdır. Son Rifeyin bi-
rinci yarısında Qərbi Konqo, Atakor, Mavritan-Seneqal geosinklinal sistemlərində in-
tensiv enmə davam etmişdir və Ərəbistan-Mozambik qurşağının şimal hissəsinədə bu
mərhələdə geosinklinal əyilməyə son qoyulmuşdur. Qrenvildən sonrakı mərhələnin
başlıca əlamətlərindən biri Afrika platformasında iki nəhəng sineklizin- Qərbi-Afrika
qalxanının daxilində yerləşən Taudeni və Mərkəzi-Afrikanın daxilində Konqo sinek-
lizinin (eləcə də Volta çökəkliyi) yaranması hesab olunur.
Gec Proterozoyun sonu-Paleozoyun əvvəli (700-520 mln il)- Baykal mərhə ləsi.
Baykal mərhələsi Afrika qitəsinin inkişaf tarixində olduqca mühüm rol oynamışdır.
Bu mərhələdə daxili və ətraf geosinklinal sistemlərin təmamilə qapanır və Afrika-
Ərəbistan platformasının konsolidasiyası başa çatır.
Ərəbistan-Mozambik qurşağı özünün orogen mərhələsinə daxil olur. Katanq və
Zambiyanın Mis qurşağında, onun cənub-qərb davamında (Cənubi-Qərbi Afrikada),
eləcədə Qərbi Konqo geosinklinalında bu mərhələnin əvvəlində geosinklinal rejim
davam etmişdir. Rifey və Vendin sərhədində baş verən Afrikanın Katanq (Baykal)
mərhələsi bu geosinklinallarda qırışıqlığa və inversiyaya səbəb olmuşdur. Baykal qı-
rışıqlığı ilə eyni zamanda Damar-Katanq geosinklinal sistemində və onun Kap dava-
mında qranitoidlərin təzahürü baş vermişdir. Damar-Katanq zonasının cənub dava-
mında, Cənubi Afrika geosinklinalının qərbində və cənubunda Damaridlərə və Katan-
qidlərə nisbətən geosinklinal şərait uzun müddət saxlanılmışdır. Qərbi Konqolidlərdə,
eləcədə Katanqidlərdə və Damaridlərdə baş verən Damar son tamamlayıcı qırışıqlığın
yaşı 520 mln. il müəyyən olunmuşdur (orta və gec Kembrinin sərhədi). Rifeyin sonu
və Venddə intrakraton və perikraton geosinklinallarda əyilmənin başa çatması ilə
eyni zamanda Taudeni, Volta, Konqo sineklizlərində zəif əyilmə davam etmişdir.
Gec Kembri-Ordovik (520-435 mln il)- Kaledon mərhələsi. Kembri dövrünün
sonunda Saxara plitəsi enməyə başlayır və əvvəlcə kontinental, sonra isə dayaz-dəniz
çöküntütoplanma sahəsinə çevrilir. Ümumiyyətlə Kaledon tektonik mərhələsi ərzində
Şimali Mavritaniyadan Şimali Sinay və Omana kimi ərazi istisna olmaqla bütün Af-
rika-Ərəbistan platforması (şimal və şimal-şərq zolaq istisna olmaqla) qalxma və yu-
yulma sahəsi olmuşdur. Digər sahələrə nisbətən Kaledon tektonik hərəkətləri Mavri-
taniya-Seneqal zonasında özünü daha intensiv göstərmişdir.
Silur-erkən Karbon (435-320 mln il)- erkən Hersin mərhələsi. Erkən Ordovikdə
başlayan qalxma hərəkətləri Silurda enmə ilə əvəz olunur. Şaxara epikontinental də-
nizi özünün maksimum yayılma sahəsinə yaxınlaşır. Şərqi-Ərəbistan perikraton çö-
kəkliyində Ordovikdən Silura keçid tədrici xarakter daşıyır. Şimal Afrikada Silur də-
nizi Devonda da olduğu kimi inkişafını davam etdirmişdir. Ərəbistanda Silurun ikinci
yarısında reqressiya başlayır və Devonda özünün kulminasıyasına çatır. Ərəbistan ya-
rımadasının qalan sahəsi Devon ərzində quru olmuş və yalnız platformanın uzaq şi-
mal hissəsində kontinental şərait olmuşdur. Saxara və Liviyada Devondan Karbona
190
keçid Silurdan Devona keçidə uyğun olmuşdur. Saxarada Paleozoy qatının müasir
quruluşu əsasən Karbonun sonunda baş verən Hersin qırışıqlığının Asturiy fazasında
formalaşmışdır. Bu hərəkətlər öz mütəhərrikliyini saxlayan Mavritaniya-Seneqal qur-
şağında daha intensiv olmuşdur. Gec Karbonda reqresiya ümumi xarakter alır, Şimali
Afrikanın ərazisinin böyük hissəsi aşınma sahəsinə çevrilir və yalnız platformanın
şimal yamacında ayrı-ayrı qalıq çökəkliklərdə (Kolon-Beşar, Fort-Polinyak, Qərbi-
Fessan) qırmızı rəngli terrigen çöküntülər toplanır. Erkən Hersin mərhələsində (Orta
Paleozoyda) Ekvatorial və Cənubi Afrika qalxmaya cəlb olunmuş və aşınmaya məruz
qalmışdır. Yalnız onun lap cənubunda Silurdan başlayaraq əyilmə baş verir. Kap çö-
kəkliyində daha uzun müddətli və intensiv olan olan bu əyilmə qalınlığı 3,5 km-ə
çatan üç seriyadan ibarət Kap sisteminin yaranmasına səbəb olmuşdur.
Gec Karbon-erkən Yura (320-181 mln il)- gec Hersin-erkən Kim meri mərhələsi.
Karbonun sonunda baş verən və Afrika-Ərəbistan platformasını (xüsusən şimal-qərb,
şimal və cənub ətrafında) bu və ya digər formada əhatə edən qalxma və qırırışıqlıq
hərəkətləri maksimuma çatır. Erkən və gec Hersin mərhələləri ərzində platformanın
şimal və cənub hissələrinin tektonik rejimində, inkişaf xüsusiyyətində kifayət qədər
fərq müşahidə olunur. Belə ki, erkən Hersin mərhələsində platformanın şimal yarısı
(Saxara plitəsi) enməyə, cənub yarısı isə qalxmaya məruz qaldığı halda, son Hersin
mərhələsində əks qanunauyğunluq qeyd olunur. Platformanın şimal hissəsində son
Hersin kompleksi (Perm-Trias) Saxara plitəsinin mərkəzi qalxımlarından şimalda və
Nubiy-Ərəbistan qalxanında və onun şərqində yayılmışdır və kontinental-laqun törə-
mələrdən ibarətdir. Cənubi Afrikanın gec Paleozoy tarixi ümümi qalxma və böyük
buzlaşma ilə başlayır. Bu mərhələdə formalaşmış sineklizlərdə (Karru, Kalaxari,
Konqo) və qrabenvari çökəkliklərdə (Limpopo, Zambezi və s) Karru sisteminin alt
şöbəsini təşkil edən Dvayka, Ekka və Bofort seriyaları toplanır. Karru sisteminin üst
şöbəsinin (Stromberq seriyasının) çöküntülərinin toplandığı zaman Kap çökəkliyin-
dən cənubda yaranan qırışıqlıq zonada qalxma hərəkətləri baş verir. Bununla belə
Stromberq seriyası Bofort seriyasına nisbətən daha geniş ərazidə yayılmışdır. Strom-
berq seriyasının toplanması istər Cənubi, istərsədə Şimal Afrikada güclü vulkanogen
püskürmələrlə başa çatmışdır. Afrikanın sonrakı inkişaf dövründə struktur planın də-
yişməsinə və ümümi hərəkətlərin istiqamətinə görə üst Yura-alt Təbaşir (gec Kim-
meri və ya erkən Alp), üst Təbaşir-orta Paleogen (orta Alb), üst Paleogen- Antropo-
gen (üst Alb) mərhələlərinə ayrılır.
Gec Yura-erkən Təbaşir (181-95 mln il)- gec Kimmeri-erkən Alb mərhələsi. Yu-
ra və Təbaşirin sərhədində qalxma, qırışıqlıq əmələgəlmə, fay və vulkanizim ilə mü-
şayiət olunan və özünü əsasən platformanın cənub yarısında daha intensiv göstərən
bu mərhələ iki yarımmərhələyə (Yura və alt Təbaşir) ayrılır. Yura ərzində şimal və
şərq perikraton əyilmələr zonası istisna olunmaqla Afrika-Ərəbistan platformasınının
bütün ərazisi okean səviyyəsindən yuxarı qalxmışdır. Şimal-qərbdə Atlas mütəhərrik
qurşağında dəniz hövzəsi Cənubi Atlas qırılmasına kimi olan ərazini əhatə etmişdir.
Yura inkişaf mərhələsində Afrika platformasında Əlcəzair və Tunisdən Tanzaniya və
Madaqaskara kimi olan sahədə əvvəlcə kontinental, sonra isə dəniz (əsasən karbonat)
çöküntüləri toplanmışdır. Yura dövrünün sonu Afrika platforması şimalında və şər-
qində intensiv qalxma və müvəqqəti olaraq dəniz hövzələrinin qapanması ilə səciy-
yələnir. Erkən Təbaşirdə yenidən çöküntütoplanma sahəsi genişlənməyə başlayır. Şi-
191
mali Afrikada böyük ərazi kontinental çöküntülərlə (Nubiy qumdaşları) örtülmüşdür.
Bu qat Saxara plitəsinin bütün mərkəzi hissəsini örtmüşdür. Şərqi Afrika perikraton
enmə zonasında da alt Təbaşir çöküntüləri geniş yayılmışdır. Afrika platformasında
Yura-alt Təbaşir tektonik inkişaf mərhələsi Hind okeanının sahillərinə paralel qırıl-
maların əmələgəlməsi ilə başa çatmışdır.
Gec Təbaşir-erkən Paleogen (95-54 mln il)- orta alb mər hələsi. Gec Təbaşirdə
intensiv enmə Afrika platformasının bütün ətrafını əhatə edir və bu vaxtdan Afrika
qitəsinin müasir sərhədlərini formaşır. Paleogenin əvvəlində, Paleosen-erkən Eosendə
gec Təbaşirdə olan şərait saxlanılmışdır. Təbaşir dövrünün əvvəllərində Afrika-Ərə-
bistan platforması Hondvanadan tam ayrılır. Hondvananın parçalanması platformanın
aktivləşməsinə (riftlərin, trapların əmələ gəlməsi) səbəb olur. Dəniz mənşəli üst Tə-
başir çöküntüləri fasiləsiz olaraq Afrika platformasını əhatə edir. Afrikanın daxili his-
səsinin əksər hissəsi gec Təbaşir ərzində qalxmaya məruz qalmış və aşınmışdır. Afri-
kanın ərazisində Təbaşirdən Paleogenə keçid ayrı-ayrı sahələrdə müxtəlif olmuşdur.
Gec Alb mərhələsi (Oliqosen-Antropogen). Paleogenin ortalarında tektonik hə-
rəkətlərin kəskin intensivləşməsi və maqmatik fəallıqla xarakterizə olunan hadisələr
Afrika-Ərəbistan platformasınının inkişafında mühüm rol oynamışdır. Sonra ümumi
inkişafın fonunda nisbətən zəifləmə, sakitləşmə anlarıda olmuşdur ki, bu da bir sıra
aşınma sətlərinin yaranmasına səbəb olmuşdur. Belə sətlər sahilyanı düzənliklər for-
masında okean sahilləri boyunca və ətraf düzənliklər formasında iri qitədaxili çökək-
liklərin daxilində yaranmışdır.
Afrika-Ərəbistan platformasında tektonik hərəkətlərin və vulkanizmin fəallaş-
dığı Eosenin sonu-Oliqosenin əvvəli Neotektonik mərhələ hesab olunur. Neogen-Ant-
ropogendə şaquli tektonik hərəkətlər və vulkanizm kəskin aktivləşirlər.
FAYDALI QAZINTILAR
Afrika-Ərəbistan platformasının hüdüdlarında Kembriyəqədər və Kembri yaşlı
süxurlarla əlaqədar olan zəngin dəmir, manqan, xromit, boksit, qalay, sürmə, volfram,
kükürd, uran, polimetal yataqları aşkar olunmuşdur. Afrikada qneysli qatlar qrafitlə
zəngindir. Burada dünya miqyasında əhəmiyyət kəsb edən metal faydalı qazıntıları
vardır. Üst Proterozoy süxurları ilə əlaqədar olan qızıl, platin, dəmir, marqans, mis,
xrom, kobalt, vanadium, və asbest beril, uran yataqları istismar olunur. Alt Paleozoy
çöküntülərində mis, kobalt, uran və polimetallar; Mezazoy çöküntülərində zəngin
neft-qaz, almaz, daş kömür, manqan, fosforit yataqları aşkar olunmuşdur.

2.2.3. HİNDİSTAN PLATFORMASI

Avroasiyanın relyefində və ümumi quruluşunda Hindistan sərbəst bir subqitə


olub, yalnız eosendən başlayaraq tərkibinə daxil olduğu digər qitələrdən kifayət qədər
fərqlənir. Bu platforma Afrika-Ərəbistan və Avstraliya platformaları arasında yerləşə-
rək, özünün keşmiş uzunmüddətli inkişaf tarixinə və quruluşunun xüsusiyyətlərinə
görə Hondvana qrupu qitələri ilə daha sıxlı əlaqədə olmuşdur.
Mobilistlər müasir sxemlərdə Hindistanı ya Afrika və Antraktida, ya da onların
arasında Madaqasqar da daxil olmaqla Afrika və Avstraliyanın arasında yerləşdirirlər.
Paleocorafi baxımdan təcrid olunması hələ gec Paleozoyda başlamışdır.

192
Tektonik cəhətdən Hindistanın bir qitə kimi təcrid olunması- şərqdə Yura-erkən
Təbaşirdə, qərbdə isə Təbaşirin sonu-Paleogenin əvvələrində baş vermiş və müasir
vəziyyəti isə yalnız Eosendə almışdır.
Şimal ətrafı istisna olunmaqla, Eosendən başlayaraq formalaşan Şri Lanka da
daxil olmaqla yerdə qalan bütün ərazi Hindistanın platformasını təşkil edir. Hondvana
qrupunun digər platformaları kimi Hindistanın platformasıda kifayət qədər neotekto-
nik fəallaşmaya məruz qalmışdır.
Hindistan platforması Şri Lank arası da daxil olmaqla qeyri-uyğyn rombvari for-
malı ətrafa malıkdır. Bu platforma şimal-qərbdə, şərq və şimal-şərqdə Belucistan, Hi-
malay, Hind-Berman Alp qırışıqlıq sistemləri və onların ön çökəklikləri ilə sərhədlə-
nir. Hazırda Asiya yarımadasından ibarət olan bu platforma Hind okeanı və Benqal
körfəzi ilə əhatə olunmuşdur. Seylon yarımadası da bu platformaya aid olunur.
STRATİQRAFİYA
Geoloji-geofiziki materialların analizi Hindistan platformasının geoloji qurulu-
şunda Arxey-Antropogen yaşlı törəmələrin iştirak ediyini söyləməyə və onun inkişa-
fının əsas mərhələrinə muvafiq gələn aşağıdakı struktur formasiya komplekslərinin
(SFK) ayrılmasına əsas verir (cədvəl 2.2.3.1.).
Cədvəl 2.2.3.1.
№-si Struktur-formasiya kompleksi (CFK) Yaşı
1 Bünövrə Arxey-alt Proterozoy
2 Protoplatforma Alt Proterozoy
3 Avlakogen Rifey
4 Sinekliz Vend
5 Plitə Kembri- Antropogen

Bünövrə SFK. Arxey-alt Proterozoy törəmələri Hindistan platformasının nisbə-


tən cavan Proterozoy qırışıqlıq sistemləri arasında və onların daxilində ayrı-ayrı mas-
sivlərdə öyrənilmişdir. Alt Arxey törəmələri (Darvaraqədər kompleks) əsasən qneys-
lərdən, çarnokitlərdən və qranitdən; üst Arxey törəmələri (Darvar kompleksi) isə
konqlomerat, kvarsit, qranit-qneyslərdən ibarətdir.
Vindiy plitəsinin bünövrəsində Arxeylə yanaşı olaraq alt Proterozoy yaşlı geo-
sinklinal qat (terrigen, karbonat və cespilitlər) də geniş yayılmışdır. Onlar Aravalli qı-
rışıqlıq sistemini, Narmanda-Son linamenti zonasında Satpura sistemini örtür və Şil-
lonq qalxımının quruluşunda iştirak edir.
Vindiy plitəsinin nisbətən qədim törəmələri Bandelkan tağını əhatə edən Vindiy
sisteminin (Rifey) qırıntı qatından təşkil olunmuşdur.
Protoplatforma SFK. Hindistan platformasında alt Proterozoy yaşlı protoplat-
forma örtüyü geniş sahədə yayılmışdır (şimalda Dehli dağlarında cənubda Ərəbistan
dənizinin sahillərinə qədər) və qumlu-gilli törəmələrdən ibarətdir. Aravali silsiləsində
şərq hissədə bünövrənin çıxışı əsasən Bandelkan qranitlərindən, qərbdə isə onun ana-
loqu olan Banded qneys kompleksindən ibarətdir. Aravali sistemi (alt Proterozoy)
konqlomeratdan (kəsilişi alt hissəsi), kvarsitdən, gilli-şistdən, kristallik-şistlərdən, fil-
litlərdən və amfibolitlərdən (üst hissədə) təşkil olunmuşdur. Şərqdən qərbə metamor-

193
fizmin intensivləşməsi qeyd olunur. Qərbdə Aravali sistemi mərmər, qranit-biotit
qneysdən ibarət olan Rayyalo seriyası ilə örtülur. Bu seriya Dehli sisteminin çökün-
tüləri ilə qeyri-uyğun örtülmüşdür. Ümumi qalınlığı 6 km-ə çatan Dehli sisteminin
kəsilişi alt hissədə kvarsitdən, arkoz və qravelitdən (Alvar seriyası); orta hissədə-
əhəngdaşindan (Kuşalqar seriyası); üst hissədə isə fillit, biotitli şist və qneysə çevril-
miş gilli süxurlardan (Əcəbqarx seriyası) ibarətdir.
Avlakogen SFK. Hindistan platformasında orta və üst Rifey (Rindxua komp-
leksi) qilli şistlərdən, əhəngdaşı və qumdaşlarından təşkil olunmuşdur, qalınlığı 5,5
km- ə çatır.
Sinekliz SFK. Hindistan platformasında gec Kembriyəqədər yaşlı Vindiy çö-
küntülərindən təşkil olunmuşdur.
Plitə SFK. Hindistan platformasında baş verən qalxma ilə əlaqədar olaraq
Vend-orta Karbon çöküntüləri ərazinin əsas hissəsində kəsilişdə iştirak etmir.
Hindistan platformasında Kembri sistemi şimal-qərb hissədə qırmızı rəngli qum-
lu və gilli şistlərdən, anhidrit araqatlarından ibarətdir, qalınlığı 1 km- ə çatır. Qalan
sahələrdə isə Kembri sistemi orta və üst şöbələrlə təmsil olunmuşdur, imumi qalınlığı
250 m-ə çatan tillitlərdən, gilli şistlərdən və qumdaşlarından təşkil olunmuşdur.
Karbonun sonunda rift sistemləri (qrabenlər-avlakogenlər) yaranmağa başlayır
və onlar kontinental mənşəli çöküntülərlə- Hondvana kompleksi ilə dolur. Bu komp-
leks kontinental (C3-P1), kömürlü (P), əlvan rəngli qırıntı (T1+2), boz rəngli zəif kö-
mürlü (T3-C1+2), müxtəlif traplardan (C3-K1) ibarət olub, qalınlığı 6 km-ə çatır.
Hondvana seriyasının tərkibinə daxil olan Perm sistemi ümümi qalınlığı 2 km-ə
çatan gilli şistlərdən, qumdaşı, konqlomerat, daş kömür tərkibli əhəngdaşlarından iba-
rətdir. Trias sistemi Hondvana seriyasının üst hissəsinə uyğun gəlir, qalınlığı 1 km- ə
qədər çatan qırmızı rəngli konqlomerat və gillərdən təşkil olunmuşdur. Yura sistemi
Bat mərtəbəsi (Patşem) ilə başlayır və qalınlığı 300 m- ə çatan əhəngdaşı və qumda-
şından ibarətdir. Kellovey (Xari dəstəsi) mərtəbəsi şist və əhəngdaşından (300 m);
Kimmeri isə karbonat qatından (300 m) təşkil olunmuşdur. Titon mərtəbəsi qalınlığı
900 m-ə çatan əhəngdaşı, mergeldən ibarətdir. Təbaşir sistemi kəsilişin alt hissəsində
qumlu-gilli törəmələrdən, əhəngdaşı araqatlarından; orta və üst hissədə əsasən trap
formasiyasından (Dekan formasiyası) təşkil olunmuşdur, ümumi qalınlığı 2,5 km-ə
çatır. Kaynozoy kompleksi qalınlığı 100 m- ə çatan alluvial, göl və prolyuvial çökün-
tülərdən ibarətdir.
Platformanın uzaq şimal-şərqində (Solyanoy silsilədə) örtüyün nisbətən cavan
törəmələri (Vendin evaporitləri) Yer üzərinə çıxır. Vendin evaporitləri son Kembriyə-
qədər qırışıqlıq bünövrəsini qeyri uyğun olaraq örtür. Burada kəsiliş alt-orta Kembri
dayaz-dəniz çöküntülərindən; Karbonun üstü-Permin alt hissəsi buzlaq çöküntülərin-
dən; alt və üst Perm dayaz-dəniz çöküntülərindən; Trias və Yuranın alt hissəsi konti-
nental törəmələrindən; Yura, Təbaşir və alt Paleogen şelflərdə toplanmış terrigen-kar-
bonat çöküntülərindən ibarətdir, onların ümumi qalınlığı 3,5-4,0 km-ə çatır. Qazıma
məlumatlarına görə onlar Vindiy plitəsinin qərb yamacını Sind-Pencab perikraton çö-
kəkliyini örtür. Benqal körfəzinində və onun şimal davamında eyni adlı kratonqarşısı
çökəklikdə Təbaşir və Kaynazoy çöküntülərinin qalınlığı 10 km-ə çatır.

194
TEKTONİKA
Hindistan platformasının hüdudunda aşağıdakı başlıca struktur elementlər ayrılır
(cədvəl 2.2.3.2. şəkil 2.2.3.1.).
Cədvəl 2.2.3.2.

№-si Struktur adı


1 Qalxanlar Mərkəzi Hindistan
2 Massivlər Bandelkand, Davar, Sinobim
3 Sineklizlər Vindiy, Dekan, Kuddanax, Qodavari
Avlakogenlər Narmada-San, Damodar, Qodavari, Kambey, Racmahal
4
və riftlər
5 Çökəkliklər Qərbi-Benqal, Malabar, Kromandel

Hindistan platformasında da digər Hondvana platformalarında olduğu kimi, bü-


növrə böyük ərazidə Yer üzərinə çıxır. Bununla belə, şərti olaraq üst Paleozoyda av-
lokogenlər sisteminin yarandığı Narmada-Son (en istiqamətli) linamentinə görə Hin-
distan platformasını iki hissəyə cənub (Cənubi-Hindistan qalxanı), şimal (Vindiy pli-
təsi) ayırmaq olar. Okeanqarşısı, perikraton çökəkliklər və eləcə də Şillonq və Şri
Lanka istisna olunmaqla platformanın əsas hissəsini Mərkəzi Hindistan qalxanı təşkil
edir.
Mərkəzi Hindistan qalxanının üzərində gec Kembriyəqədər; gec Paleozoy-erkən
Mezozoy; Kaynozoy qraben-çökəklik və Dekan trap sineklizi formalaşmışdır. Nor-
mada-Son-Domor en istiqamətli rifti Mərkəzi Hindistan qalxanı iki hissəyə (cənub və
şimal) ayırır. Onun mərkəzi hissəsində Bandelkand və Darvar qədim massivləri yer-
ləşir. Qalxan nisbətən tektonik qırılmalarla ayrı-ayrı meqabloklara və bloklara ayrıl-
mışdır (şəkil 2.2.3.1.).
Racistan-Bandelkan bloku. Bu blok Mərkəzi Hindistan qalxanının şimal-şərq
hissəsini əhatə edir. Blokun şərq hissəsində bünövrə Bandelkan qranitlərindən təşkil
olunmuşdur. Qərb hissədə onun analoqu Aravali qövsünün arxasında yerləşən Veraş
qranitləri hesab olunur. Racistan-Bandelkan bloku Aravali sistemindən ofiolit qurşağı
ilə ayrılır. Aravali qırışıqlıq sistemindən şərqə kifayət qədər böyük ərazini əhatə edən
və 150-200 km şimal-şərq istiqamətdə izlənilən Bandelkan qranit massivi yerləşir.
Cənubi-Hindistan bloku. Bu blok Cənubi-Hindistanın ərazisinin əsas hissəsini
(Maysur və Keral ştatlarını) əhatə edir, onun quruluşunda metamorfikləşmiş vulkano-
gen-çökmə qatdan (Darvar sistemi) və muxtəlif qranitdən, qranit-qneysdən, qneysdən
(bünövrə kompleksi) ibarət iki tip formasiya ayrılır. Blokun stabilləşməsi Arxeyin so-
nunda başa çatmışdır. Onun mərkəzi və qərb hissələrini eyni dərəcədə işlənməyə mə-
ruz qalmayan Arxey süxurlarının inkişaf etdiyi qranit-yaşıldaş əyalətləri tutur və şərq
sahili boyunca Şərqi Qat silsiləsi ilə uyğunlaşan, şimal-şimal-şərq istiqamətdə qra-
nulit qurşağı uzanır. Bu qurşaq eyni zamanda yarımadanın cənub qurtaracağına, eləcə
də Şri Lanka adasına kimi yayılır. Onun bünövrəsi bir neçə dəfə tektonik-termal də-
yişməyə məruz qalmış Arxey (çox etimal ki, alt Alxey) süxurları ilə əlaqədardır.

195
Şəkil. 2.2.3.1. Hindistan platformasının əsas strukturlarının
yerləşmə sxemi (V.Y.Xainə görə).

196
I.Arxey qranit-qneys kompleksi; II.Arxey yaşıldaş qurşaqları; III.Proterozoyda işlə-
nilmiş Arxey qranit-qneys kompleksi; IV.Alt və orta Proterozoy qırışıqlıq kompleksi;
V.Gec Proterozoy turş vulkanitləri; VI.Erkən Proterozoy qranitoidləri; VII. Gec Pro-
terozoy qranitoidləri; VIII. Gec Proterozoy çökmə örtüyü; IX. Hondvana kompleksi;
X. İri qranit-qneys tağları; XI.Təbaşir və erkən Paleogen trap formasiyası; XII.Gec
Mezozoy-erkən Kaynozoy çökmə örtüyü; XIII. Ön çökəkliklərin Neogen-Dördüncü
dövr molassı; XIV.Qırışıqlıq ətrafı; XV.Bünövrə səthinin izoxətləri; XVI.Qırılmalar;
XVII.Üstəgəlmə və şaryajlar; XVIII. Əsas struktur elementlər: 1- Aravali qurşağı,
2- Bandelkand massivi; 3-Şimal-Şərq meqablok; 4- Şillonq massivi; 5- Sinqbum me-
qatağı; 6-Şərqi-Mərkəzi meqablok; 7-Darvar bloku; 8-Şərqi Qat qurşağı; 9-Şri Lanka
bloku; 10-Sarqodiy qalxımı; gec Proterozoy sineklizləri: 11-Vindiy, 12-Kuddapax:
Hondvana (üst-Karbon-alt Təbaşir) avlakogenləri; 13-Narmada, 14-Maxandi, 15-Son,
16- Darmodar, 17- Qodovari; Hondvanadan sonrakı strukturlar: 18- Kambey avlako-
geni, 19- Dekan trap sineklizi; 20- Racmahal; 21- Kaş-Katiavar; kraton qarşısı enmə-
lər: 22-Sind-Pencab, 23-Qərbi Benqal; okean qarşısı enmələr: 24-Kaveri, 25-Malabar,
26-Kormandel; 27-Pabna-Meymensinq fleksurası, 28-Cənubi Hindistan bloku.

Şərqi-Qat qurşağı. Bu qurşaq Hindistan yarımadasının şərq ətrafı boyunca


onun cənub qurtaracağından Mahandi çayının mənsəbinə qədər uzanır. Kondolit
(kvars-qranat-sillimanitli şistlər), kondurit (qranat, ortoklaz və piroksendən ibarət),
çarnokit və eləcə də qranit və qneyslərdən ibarət olan bu qurşaq, cənub-qərb və şi-
mal-şərq istiqamətdə, Maysur və Heydərabadın Darvar kompleksinə perpendikulyar
uzanır (yalnız şimalda və cənubda suben istiqamətdə uzanır).
Şərqi-Qat qurşağının ən başlıca xüsusiyyətlərindən biri onu daxilində anortozit-
lərin geniş yayılması hesab olunur. Şərqi-Qat qurşağı nisbətən qədim qneyslərin
generasiyasının analoqundan ibarət olub, qərbə qranit-yaşıldaş əyalətinə və Madras-
dan şimala Rifey yaşlı Kuddapax sineklizinə tərəf itələnmişdir. Cənubi-Hind qal-
xanının daxilində Rifeyəqədər örtüyün saxlanıldığı başqa çökəkliklər də məlumdur.
Şri Lanka meqabloku. Bu meqablok Şərqi-Qat qurşağının davamında yerləşir
və ondan Polks qrabeni ilə ayrılır. Kembriyəqədər əsas massivin daxilində üç parallel
zolaq ayrılır ki, onlarında mərkəzində olanı Xaylend seriyasından təşkil olunmuş
sinklinal quruluşa malmkdir. Xaylend seriyasının yayıldığı zolaq istər qərbdən, istər-
sədə şərqdən Vicay seriyasının qneysləri ilə əhatə olunmuşdur. Blokun formalaşması
Qrenvil epoxasında başa çatmışdır.
Şərqi-Mərkəzi və Şimal-Şərq meqablokları. Bu bloklar kifayət qədər hetero-
gen bünövrəyə malikdirdər. Nisbətən qədim törəmələr Şimal-Şərq meqablokun cə-
nub-şərq hissəsində, Şərqi-Qat qurşağının davamında (kratonun qədim bünövrələrin-
dən birini təşkil edən Sinqbum tağında) yer üzərinə çıxır. Sinqbum tağıdan şimala
(nəhəng üstəgəlmə zonasından şimala) Kembriyəqədər Satpur qırışıqlıq sistemi uza-
nır. Satpurun cənub-qərb seqmenti eyni zamanda Şərqi-Mərkəzi meqablokunun şimal
hissəsinə müvafiq gəlir.
Platformanın daxili çökəklikləri. Hindistan platformasını mürəkkəbləşdirən
çökəklikləri öz yaşına və morfologiyasına görə fərqlənən üç qrupa ayırmaq olar: gec
Kembriyəqədər çökəkliklər- Kuddapax; gec Paleozoy-erkən Mezazoy Hondvana qra-
benləri (riftləri)- Narmada-Son, Damodar, Qodovari, Kambey, Racmahal; Dekan
197
Kaynozoy trap sineklizləri. Hindistan platformasının ərazisində Karbonun sonundan
etibarən yaranmış çoxlu sayda rift sistemləri qeyd olunur.
Perikraton və okeanqarşısı çökəkliklər. Qərbdə və şərqdə platformanın bünö-
vrəsi qırışıqlıq sistem istiqamətində enməyə məruz qalır və müvafiq olaraq perikraton
və okeanqarşısı çökəkliklər formalaşır. Mezokaynozoyda əmələ gələn Sind-Pencab;
Kaynozoyda formalaşan Qərbi-Benqal okeanqarşısı çökəklikləri və Eosendə və Eo-
sen-erkən Miosendə əmələ gələn Malabar və Kormandel perikraton çökəkliklərini bu-
na misal göstərmək olar.
Tarim massivi. Bu massiv Asiya geosinklinal qurşağının digər massivlərindən
nəinki özünün böyük ölçüyə malik olması ilə, eyni zamanda Fanerozoyda baş verən
destruktiv proseslərdən kənarda qalması ilə də fərqlənir. Tarim massivi heç bir geo-
sinklinal qurşağın tərkibinə daxil olmur və Koreya-Çin platformasının davamında
yerləşərək, onunla birlikdə Ural-Monqol və Aralıqdənizi geosinklinal qurşaqlarını
bir-birindən ayırır. Hazırda Tarim massivi Koreya-Çin platformasından və onun Ala-
şan qalxımından Beyşan qalxımı ilə ayrılır. Beyşan qalxımı şimaldan və cənubdan
ona qovuşan geosinklinallarda üst Paleozoyda başlayan orogenezlə əlaqədar olaraq,
intensiv dəyişirikliyə məruz qalmışdır. Kembriyəqədər bünövrənin çıxışları Tarim
qaymasının Beyşan vasitəsi ilə Koreya-Çin platforması ilkin əlaqəsi olduğunu göstə-
rir. Tarim qayması romba oxşar formaya malik olub, en istiqamətində uzanır. Tarim
massivində Kembriyəqədər bünövrə yalnız onun ətrafında yer üzərinə çıxır və Arxe-
yin, Proterozoyun metamorfidlərindən təşkil olunmuşdur. Şimal-şərq hissədə (Kel-
pinçeltaqda) platformanın bünövrəsi rifey-Paleozoy yaşlı platforma örtüyü olə örtül-
müşdür. Tarim massivinin şimal və cənub-qərb ətrafı boyunca dərinliyi 8 km-ə çatan
Kuçan (Şərqi Tyan-Şanın qarşısında) və Yarkend (Qərbi Kunlunun qarşısında) çö-
kəklikləri uzanır. Tarim massivinin şərq hissəsində bünövrə daha intensiv enməyə
məruz qalmışdır (16 km-ə qədər dərinlikdə yerləşir).
Hindosiney massivi. Bu massiv qədim Hindiçin yarımadasının nüvəsini təşkil
edir və Aralıqdənizi qırışıqlıq qurşağının Sakit okeanla birləşməyə gedən qolunu
(Yunnan-Malay və Laos-Vyetnam) ayırır. Hindosiney massivində bünövrə onun şər-
qində Kontum qalxımında yer üzərinə çıxır. Burada bünövrə qranulit fasiyasına qədər
metamorfikləşmiş Arxey və amfibolit fasiyasına kimi metamorfikləşmiş alt Protero-
zoy törəmələrindən təşkil olunmuşdur.
Rifey və Paleozoy çöküntüləri subhorizontal yatıma malik olub, ətrafında yastı
qırışıqlığa məruz qalmışdır. Onun qərb hissəsində örtüyün qalınlığı 7 km-ə çatan Ko-
rat çökəkliyi (sineklizi) yerləşir. Bu çökəkliyin əsas hissəsi üst Trias-üst Təbaşirin
qırmızı rəngli laqun-kontinental çöküntüləri ilə dolmuşdur. Şərqi Kampuçiyada və
Cənubi Laosda, bir-birindən yastı qalxımlarla ayrılan Mezozoy yaşlı nisbətən kiçik
çökəkliklər yerləşmişdir.
GEOLOJİ İNKİŞAF TARİXİ
Hindistan platforması uzunmüddətli və olduqca mürəkkəb inkişaf mərhələsi ke-
çirmişdir. Fikir ayrılığına baxmayaraq mövcud materialların analizi Hindistan sub
qitəsinin qədim zamanlardan formalaşdığını söyləməyə əsas verir.
Erkən Arxey (4-3 109 il) mərhələsi. Hindistan platformasının bünövrəsini təşkil
edən alt Arxey törəmələrinin (Darvaraqədər kompleks) yaşı 3,0-3,4 109 il təyin olun-

198
muşdur. Bu kompleks əsasən qneyslərdən, Çarnokitlərdən və qranitlərdən təşkil olun-
muşdur. İnkişafın sonrakı mərhələsində bu bünövrənin regional metamorfizmi və qra-
nitləşməsi; daha sonralar isə onun aşınma sahəsinə çevrilməsi, qumlu-gilli çökmə ör-
tüyünün toplanması və onların yenidən metamorfizmə və qranitləşməyə məruz qala-
raq platformanın qədim qneys kompleksini əmələ gətirməsi ilə başa çatmışdır.
Gec Arxey (3-2,6 109 il) mərhələsi. Bu mərhələ əsasən Darvar protogeosinklina-
lının yaranması və inkişafı ilə xarakterizə olunur. Orta Darvarın kəsilişi Arxey qra-
nitlərinin haqıllarına malik olan konqlomeratlarla başlayır. Bu isə Darvar kompleksi-
nin parçalanmış, udulmaya məruz qalmış, qismən də aralanmış sial bünövrəsi üzərin-
də toplandığını göstərir. Yaranmış Darvar geosinklinalının inkişafında qranitlərin
əmələ gəlməsi ilə əlaqədar olan iki mərhələ ayrılır. Arxeyin sonunda kratonlaşma
Aravali sistemi və ondan qərbdə yerləşən ərazi istisna olunmaqla gələcək platforma-
nın bütün ərazisini əhatə etmişdir. Hindistan geoloqları bu ərazini «Darvar kratonu»
adlandırırlar.
Erkən Proterozoy (2,6-2,0 109 il) mərhələsi. Bu mərhələnin əvvəlində «Darvar
kratonunun» şimal hissəsi parçalanmaya məruz qalır və burada bir-birindən Bandel-
kan mikrokratonu ilə ayrılan iki nəhəng protogeosinklinal sistem yaranmışdır. Bun-
lardan biri şimal-qərbdə yerləşən və şimal-şərq istiqamətdə uzanan Aravali, digəri isə
en istiqamətdə uzanan Satpur protogeosinklinal sistemidir. Erkən və orta Proterozo-
yun sərhədində (2,0 109 il) Aravali və Satpur protogeosinklinallarında intensiv defor-
masiya, metamorfizm, qranitləşmə, miqmatitləşmə ilə müşayiət olunan qırışıqlıq pro-
sesləri başlayır. Bu tektonik-maqmatik fəallaşma cənubda da (Qat və Şri Lanqda)
özünü göstərmişdir. Erkən Proterozoyun sonunda gələcək Hindistan platformasının
ərazisində bir-birindən tikiş zonası ilə ayrılan üç protoqitə (Aravali, Sinqbum və Dar-
var) mövcud olmuşdur. Sonra tikiş zonası boyunca Normada-Son və Qodovari riftləri
yaranmışdır. Artıq orta Proterozoya kimi Hindistan platformasının qabığının qalınlığı
35 km- ə çatmışdır.
Orta Proterozoy (1,9-1,7 109 il) mərhələsi. Bu mərhələdə Aravali sisteminin qərb
hissəsində və Satpur sistemində yerləşən geosinklinal inkkişaf davam etmişdir. Orta
Proterozoyun sonundan qeyd olunan intrageosinklinallar öz inkişafını başa çatdırır və
qırışıqlığa, metamorfizmə, qranitləşməyə məruz qalır.
Erkən- və orta Rifey (1,7-1,0 10 9 il) mərhələsi. Geosinklinal rejimin başa çat-
ması ilə Hindistan platformasının ərazisində platformaya keçid başlayır (kratonlaşma
mərhələsi). Qot tektonik-maqmatik epoxasında (1,47 109 il) baş verən fəallaşma plat-
formanın struktur planında kifayət qədər dəyişirikliyə səbəb olur. Bu mərhələdə plat-
formanın çökmə örtüyünyn formalaşması başlayır. Əsasən Arxeyin sonunda konsoli-
dasiya olunmuş bünövrənin üzərində formalaşan çökəkliklərdə toplanan molass çö-
küntüləri dolerit sillərinin təzahürü ilə müşayiət olunmuşdur. Aravali və Satpur zona-
larında qalxma davam edir və Qrenvil epoxasında (1,0-0,9 109 il) özünün maksimum
həddinə çatır.
Orta Proterozoy (1,0-0,68 109 il) mərhələsi. Keşmiş mərhələdə tektonik-maq-
matik fəallığın kifayət qədər olmasına baxmayaraq, platformanın struktur planında
əsasən dəyişiriklik baş vermir və bir çox çökəkliklər (Vindiy, Kuddapax və s.) irsi
olaraq öz inkişafını davam etdirmişdir. Ümumiyyətlə, üst Rifeydə Aravali zonasının
şimal-qərbi istisna olmaqla platformanın böyük ərazisində orta Rifeyə nisbətən ümu-
199
mi əyilmə qeyd olunur.
Vend-erkən Karbon (gec Baykal-erkən Hersin) mərhələsi . Bu mərhələdə Hindis-
tan platforması ümumi qalxma ilə xarakterizə olunur. Qalxmanın intensivliyi Venddə,
Kembridə və Ordovikdə daha intensiv olmuşdur. Bununla belə platformanın uzaq şi-
mal-qərb hissəsi (Pakistanda müasir Duz silsiləsində) Vend və erkən-orta Kembridə
enməyə məruz qalmışdır. Son Karbon-orta Trias (son Hersin, erkən Hondvana) mər-
hələsi. Bu yeni mərhələnin əvvəllərində bütün Hondvananın ərazisini eyni vaxtda
əhatə edən qalxmanın intensivliyi hiss olunacaq dərəcədə buz qatı ilə örtülür. Hindis-
tan platformasında Hondvananın digər sahələrinə nisbətən buzlaşmanın miqyası kiçik
olmuşdur.
Son Trias-Təbaşir (gec Hondvana, Kimmeri) mərhələsi. Bu mərhələnin başlıca
xüsüsiyyəti platformanın qərb və şərq hissələrində perikraton və okean qarşısı çökək-
liklərin yaranması hesab olunur. Bu proüess platformanın qərb ətrafında daha tez və
böyük intensivliklə baş vermişdir. Sind-Pencab perikraton çökəkliyi Yurada kifayət
qədər (2 km) enməyə məruz qalmışdır. Belucistan geosinklinalında dəniz mütəmadi
olaraq saxlanılmışdır. Yura-erkən Təbaşirdən Qərbi Benqal perikraton çökəkliyi for-
malaşmağa başlayır. Bu çökəkliyin gənub davamı Hindistanın şərq sahili boyunca
uzanır. Qərbi-Benqal çökəkliyinin inkişafı bütün gec Təbaşir və Kaynozoy ərzində
davam etmişdir.
Gec Təbaşir-Paleogen (erkən Alb) mərhələsi. Bu mərhələnin əvvəlki mərhələ ilə
sərhədi şərti xarakter daşıyır. Bu mərhələdə formalaşan Dekan sineklizi Dat-Eosenə
kimi inkişaf edir. Eosendə bu sineklizdə şimal-şimal-qərb, cənub-cənub-şərq istiqa-
mətdə uzanan Kembri qrabeni; Qərbi-Benqal çökəkliyinin cənub hissəsində isə şimal-
şimal-şərq, cənub-cənub-qərb istiqamətdə uzanan Polks qrabeni yaranır. Kambey qra-
beninin şərq qurtaracağının hindistanın qərb sahili ilə tam eyni xətt üzərində yerləş-
məsi bir tərəfdən; Polks qrabeninin qərb qurtaracağının isə Hindistan yarımadasının
şərq sahili ilə eyni xətt üzərində yerləşməsi digər tərəfdən subqitənin müasir konturla-
rının Eosendən formalaşdığını söyləməyə əsas verir. Şri Lankın və Seyşel-Madaqas-
qar mikroqitəsinin də bu zaman ayrılması etimal olunur.
Neogen-Antropogen (gec Alb, neotektonik) mərhələsi. Mahiyyət etibarilə bu
mərhələ platformanın perimetri boyunca böyük reqressiyanın qeyd olunduğu Oliqo-
sendən başlayır. Miosenin əvvəllərində yenidən Afrikanın sahillərində olduğu kimi
Hindistan platformasında da dənizin irəliləməsi qeyd olunur. Dəniz Malabarı, Kaşı,
Kativarı və Qərbi Benqalı əhatə edir. Pliosen və Plestosen epoxalarında yenidən kon-
tinental çöküntütoplanma şəraiti bərpa olunur. Platformanın daxili hissəsi bu mərhə-
lədə qalxma və tağ-qayma qırışıqlığına məruz qalır. Neotektonik qalxımların amplitu-
dası okean səviyyəsinə görə 2,5 km- ə çatır, Qərbi və Şərqi Qatlarda 2698 m, Aravali,
Vindc, Satpur, Şillonq platolarında 1,0-1,5 km, Şri Lanqda isə 2524 m təşkil edir.

FAYDALI QAZINTILAR
Hindistan platforması zəngin faydalı qazıntı yataqlarına malikdir. Burada Kemb-
riyəqədər törəmələrlə əlaqədar olan dəmir filizi yataqları, qrafit (Şri Lanka), ultra əsas
süxurlarla əlaqədar xromit, almas yataqları aşkar olunmuşdur.
Böyük ehtiyyata malik daş kömür (Damodar dərəsində), neft (Assam və Qucarat

200
ştatlarında) aşkar olunmuşdur. Dəmir, mis və qurğuşun-sink filizləri, mika, boksit, qı-
zıl, həmçinin uran filizi çıxarılır. Burada olduqca böyük ehtiyata malik manqan (Bi-
xar, Orissa, Bombey) vardır. Okeanın cənub sahili boyunca geniş ərazidə ilmenit, ru-
til, monasit, sirkonlu titan-maqnetitli qumdaşları yayılmışdır. Sinqbum tağında bü-
növrə kompleksi ilə əlaqədar olan mis yatağı vardır. Racıstan rayonunda böyük ehtiy-
yata malik beril və mika yataqları vardır. Rayalo seriyası ilə əlaqədar olan məşhur
Rayalo mərməri (Racmahalın tikildiyi) yatağı vardır. Aşınma qabığı ilə əlaqədar olan
dəmir filizi və boksit yataqları geniş yayılmışdır Perm çöküntüləri ilə əlaqədar olan
daş kömür yataqları platformanın şərq hissəsində geniş yayılmışdır.

2.2.4. QƏRBİ-AVSTRALİYA PLATFORMASI


Qədim Avstraliya platforması (AP) qitənin mərkəzi, qərb hissəsini və eləcədə
onun şimalda, qərbdə və cənubda sualtı ətrafını da əhatə edir. Şimalda Aru adası, cə-
nubda Timor və Arafur dənizlərının böyük hissəsi (Saxul şelfi) daxil olmaqla Yeni
Qvineya cənub yarımadası da (İriana) onun tərkibinə daxildir. AP-nin qərbdə və cə-
nubda sərhədi qitə yamacına müvafiq gəlir. Qərbi Avstraliya silsiləsinin (Broken pla-
tosu) də qədim platformanın enməyə məruz qalan parçalanmış hissəsi olduğu etimal
olunur. AP-nın Şərqi Avstraliya qırışıqlıq sistemi ilə sərhədi haqqında tədqiqatçılar
arasında fikir birliyi yoxdur. Mövcud materiallara əsasən AP-nın şərq sərhədinin Bö-
yük Artezian hövzəsinə kimi davam etdiyini göstərilir. Avstraliya qitəsi Yer kürəsinin
altı qitəsindən ən kiçiyi olub, öz sahəsinə görə hətta Antraktidadan da kiçikdir. Sahəsi
4,7 mln. km2 olan platformanın ölçüləri meridian üzrə 3000 km-ə, en istiqamətdə isə
2700 km-ə yaxındır.
Digər Hondvana platformalarında olduğu qimi AP-nın da qalxanlara və plitələrə
ayrılması kifayət qədər çətinlik törədir. Burada bünövrənin çıxışları onun hər hansı
bir sahəsində cəmləşməyib, bir-birindən çökəkliklərlə ayrılan platformanın bütün əra-
zisi üzrə paylanmışdır. Arxey nüvələrinin nisbətən monolit törəmələri Qərbi Avstra-
liyanın Pilbara və Yilqarn massivləri hesab olunur ki, bunlar da ümumilikdə Qərbi
Avstraliya qalxanını əmələ gətirirlər. Platformanın qalan sahəsi Kanninq sinelizi və
Amadies avlakogeni boyunca izlənilən, yüksək mütəhərrikliyə və böyük enməyə mə-
ruz qalmış zolaqla (Mərkəzi Avstraliya intrakraton mütəhərrik zonası) təxmini iki
hissəyə bölünür. Bu zonadan şimalda Şimal Avstraliya, cənubda isə Cənubi Avstrali-
ya qalaxanları ayrılır. Qərbi Avstraliya qalxanından fərqli olaraq Şimal Avstraliya və
Cənubi Avstraliya qalaxanlarınının quruluşunda başlıca rolu Arxey deyil, alt (qis-
məndə orta) Proterozoy törəmələri oynayır. Qalxanların hər birinin tərkibində Arxey
və regenerasiyaya məruz qalmış Arxey yaşlı bir sıra bloklar (massivlər) və onları ayı-
ran və birləşdirən Proterozoy qırışıqlıq zonaları, eləcədə sineklizlər və kiçik ölçülü
plitələr ayrılır. Platformanın ətrafı boyunca okeana tərəf çevrilmiş perikraton enmə
zonaları uzanır. Avstraliya platformasının bünövrə ilə əlaqədar olan ən qədim qalxım-
larına Yilqarn, Pilbara, Masqreyv, Qouler bloklarını göstərmək olar.
Öz quruluşuna görə Avstraliya platforması Cənubi Amerika və Antraktidanı xa-
tırladır. Belə ki, o qədim platformalardan və nisbətən cavan qırışıqlıq qurşaqlardan
ibarətdir. Cənubi Amerika və Antraktida qitələrindən fərqli olaraq, Avstraliya platfor-
ması eyni adlı qitənin qərb və mərkəzi hissələrini, qırışıqlıq qurşaq isə onun şərq his-

201
səsini əhatə edir. Digər platformalarda olduğu kimi Avstraliya platformasının da sər-
hədləri myxtəlif istiqamətli qırılmalarla təyin olunur. AP-nın bünövrəsinin tam for-
malaşması yalnız Paleozoyun əvvəllərində (Baykal qırışıqlığ mərhələsinin sonunda)
baş vesədə, platformanın Şimali Avstraliya, Cənubi Avstraliya, Qərbi Avstraliya qal-
xanlvrında daha qədim bünövrəyə malik bloklar vardır.
STRATİQRAFİYA
Geoloji-geofiziki materialların analizi AP-nın geoloji quruluşunda Arxey-Antro-
pogen yaşlı törəmələrin iştirak ediyini söyləməyə və onun inkişafının əsas mərhələ-
rinə muvafiq gələn aşağıdakı struktur formasiya komplekslərinin (SFK) ayrılmasına
əsas verir (cədvəl 2.9.1.).
Cədvəl 2.9.1.
№-si Struktur-formasiya kompleksi (SFK) Yaşı
1 Bünövrə Arxey-alt Proterozoy
2 Protoplatforma Alt Proterozoy
3 Avlakogen Rifey- Vend
4 Sinekliz Kembri- Ordovik
5 Plitə Silur-Antropogen

Bünövrə SFK. AP-da bünövrə struktur formasiya kompleksi Arxey, alt-orta


Proterozoy yaşlı törəmələrdən təşkil olunmuş və Yilqarn, Pilbara bloklarında öyrənil-
mişdir. Alt Arxey törəmələri əsasən qranulit və qneysdən ibarətdir. Yilqarn blokunda
müxtəlif yaşlı bəzi sahələrdə bir-birinin yzərində yatan iki qat ayrılır. Alt qat qranit-
qneys, qaranodiorit, kvarslı diorit və tonalilitdən (mütləq yaşı 3,1-2,9 mlrd. il), qalın-
lığı 2 km-ə çatan üst yaşıldaş qatın lava və turş-orta tərkibli piroklastolitlərdən, qum-
daşı, alevrolit, konqlomeratdan ibarətdir. Bu qatlar nəzərə alınmaqla Yilqarn blokun-
da Yer qabığının qalınlığı 34-44 km arasında dəyişir. Şimali Avstraliya qalxanında
Arxey törəmələri məhtud sahədə təbii çıxışlar əmələ gətirirlər. Avstraliya qalxanın
Qoluer blokunda Kembriyəqədər bünövrə «qneys kompleksi» adı ilə məşhurdur və
iki struktur mərğəbəyə ayrılır. Alt struktur kompleksi qranulit fasiyasına qədər meta-
morfikləşmiş, qalınlığı 6 km-ə çatan kvarsit və mərmərdən, müxtəlif qranulit və
qneysdən ibarətdir.
Üst kompleks isə amfibolit fasiyasına qədər metamorfikləşmiş qalınlığı 2 km-ə
çatan amfibolitlərdən, qneyslərdən, kvarsitlərdən, cespilitlərdən, mərmərdən təşkil
olunmuşdur. Aşberton qırışıqlıq zonasında çökmə və vulkanogen mənşəli süxurlardan
ibarət olan alt Proterozoyun qalınlığı 10-14 km-ə çatır. Nallaqayn çökəkliyində erkən
Proterozoyun kəsilişi alt hissədə əsasən bazaltdan, orta hissədə cespilit, üst hissədə
isə qırmızı rəngli qumdaşı qatından ibarətdir.
Avlakogen SFK. Banqemol sineklizində üst Proterozoy böyük qalınlığa çatır və
yuyulma səthi ilə iki qrupa ayrılır. Bunlardan altda yatan üst Karpentariy-alt Rifeyin
(Areönaxan qrupu) qalınlığı 12 km-ə çatır, kvars və arkoz qumdaşlarından, qravelit-
lərdən ibarətdir. Üstdə yatan alt Adelaid- orta Rifey isə (Banqemol qrupu) gilli şist-
lərdən, dolomitdən, qumdaşından ibarətdir, evoparitlər iştirak edir.
Gec Proterozoy və Fanerozoy yaşlı çöküntülər Avstraliya platformasının ən

202
böyük və nisbətən dərin (9 km-ə qədər) sineklizlərindən biri olan Kanninq sineklizin-
də öyrənilmişdir. Amadies alakogenidə Rifey-erkən Karbon yaşlı kompleksin qa-
lınlığı 9 km-ə çatır, kəsilişin aşağı hissəsində evaporit formasiyalı karbonatlardan və
pelitlərdən (üst Rifey), üst hissəsində isə molassdan (üst Devon-alt Karbon) ibarətdir.
Sinekliz SFK. Kembri sistemi platformanın qərb hissəsində qumdaşı, alevrolit,
əhəngdaşı və konqlomeratdan ibarət olub Vend üzərində uyğun yatır, qalınlığı böyük
intervalda dəyişir və platformanın cənubunda 7 km-ə çatır. Ordovik sistemi qərbdə
qumdaşı, əhəngdaşı, konqlomeratlardan, şərqdə isə silisli və gilli şistlərdən, qumdaş-
larından, orta və əsas tərkibli tuf və lavadan təşkil olunmuşdur, qalınlığı 2 km-dən
(qərbdə) 7 km-ə (şərqdə) qədər dəyişir.
Plitə SFK. Silur çöküntüləri kəskin fasial dəyişkənliklə xarakterizə olunur. AP-
nın qərb hissəsində qalınlığı 5 km-ə çatan qumlu-gilli qatdan, şərq hissədə isə qalın-
lığı 3 km-ə çatan müxtəlif terrigen süxurlardan, əhəngdaşından, porfiritlərdən, turş la-
va və tuflardan ibarətdir. Şərqi Avstraliyanın qərb hissəsində üst Devon-Karbon mo-
lass formasiyasından (gobud dənəli qum daşı), effuzivlərdən təşkil olunmuşdur. Perm
sisteminin kənar zonalarda platforma mənşəli kontinental, laqun, dəniz çöküntülə-
rindən ibarətdir (əsər halda kömürlü qat) qalınlığı 300-500 m-ə çatır. Qrabenlərdə
onun qalınlığı 7 km-ə çatır. Şərqi Astraliyada Trias çöküntuləri əsasən dağarası çö-
kəkliklərdə toplanmış kontinental mənşəli qumlu-gilli çöküntülərdən təşkil olunmuş-
dur, qalınlığı 5 km-ə çatır. Qərb hissədə Trias qalınlığı 500-700 m-ə çatan kömürlü
qumlu-gilli çöküntulərdən ibarətdir. Yura və Təbaşir qalınlığı 2 km-ə çatan kontinen-
tal mənşəli kömürlü qumlu-gilli çöküntulərdən təşkil olunmuşdur. Paleogen-Antropo-
gen əsasən allüvial, göl və prolyuvial çöküntulərdən ibarətdir.
TEKTONİKA
Avstraliya platformasının hüdüdunda aşağıdakı əsas struktur elementlər ayrılır
(cədvəl 2.2.4.2., şəkil 2.2.4.1.).
Cədvəl 2.2.4.2.

№-si Struktur Adı


1 Qalxanlar Şimal Avstraliya, Cənubi Avstraliya, Cərbi Avstraliya
Bloklar və Yilqarn, Pilbara, Masqrey, Qouler, Aranta, Corctaun
2
massivlər
Sineklizlər və Ofiser, Kanninq, Xammersli, Nabber, Nallaqayn, Banqe-
3
çökəkliklər moll, Kimberli, Mak-Artur, Viktoriya-River
4 Avlakogenlər Amadies, Ofiser, Fatsroy, Batten-Parauayz
Perikraton çö- Şimali-Qərbi və Şimali Avstraliya, Qərbi Avstraliya, Cə-
5
kəkliklər nubi Avstraliya,
Əsas dərinlik Sterlinq, Bremer, Freyzer, Palmervill, Vudrof, Deyvenport
6
yarıqları
Qırışıqlıq zo- Aşberton, Payn-Krik, Kinq-Liopold, Xolls-Krik, Dey-
7
nalar venport, Maunt-Ayza, Eteric, Tanami-Tennat-Krik

203
Şəkil 2.9.1. Avstraliya platformasının əsas strukturlarının yerləşmə sxemi
(V.Y.Xainə görə).
I-Arxey bünövrəsinin çıxışları; II-erkən-orta Proterozoyda erkən Rifeydə destruksiya
olunmuş Arxey bünövrəsinin çıxışları; III-Arxey yaşıldaş qurşaqları; IV-Arxey qra-
nit-qneysləri; V-erkən-orta Proterozoy qırışıqlıq zonaları; VI-Proterozoy yaşlı çökmə
örtüyü; VII-Paleoxoy yaşlı çökmə örtüyü; VIII-Salair yaşlı Adelaid qırışıqlıq sistemi;
IX-Gec Kaledon yaşlı Laxlan qırışıqlıq sistemi; X-Devon orogen və erkən platforma
kompleksi; XI- Gec Hersin yaşlı Yeni İngiltərə qırışıqlıq sistemi; XII-Ofiolit qurşağı;
XIII-Mezozoy çökmə örtüyü; XIV-Antrim platobazaltları; XV-Mezokaynozoy vulka-
nitləri; XVI- böyük üstəgəlmə və şaryajlar; XVII-qırılmalar; XVIII-qranit-qneys tağ-
ları; XIX-platformanın etimal olunan gömülmüş sərq sərhədi; XX-serpentinit qurşaq-
ları; XXI-örtüyün tabanına görə izoxətlər; XXII- əsas struktur elementlər: erkən
Kembriyəqədər bünövrənin çıxışları:1-Pilbara, 2-Yilqarn, 3-Masqreyv, 4-Aranta,
5-Qouler, 6-Uillyama, 7-Corctaun; erkən və orta Proterozoy qırışıqlıq sistemləri:
8-Kinq-Liopold, 9- Payn-Krik, 10-Xolls-Krik, 11-Tanama-Tennat-Krik, 12- Deyven-

204
port, 13- Aşberton, 14- Maunt-Ayza, 15- Eynasli, 16- Olbeni-Esperans-Freyzer; Pro-
terozoy örtüyünün çökəklikləri: 17-Xammersli, 18-Nabberu, 19-Banqemol, 20-Kim-
berli, 21-Mak-Artur, 22-Adelaid gec Proterozoy qırışıqlıq sistemi; 23-Kamantu erkən
Paleozoy qırışıqlıq sistemi; Fanerazoy örtüyünün çökəklikləri (sineklizləri): 24-Kan-
ninq, 25-Bonopart körfəzi, 26-Karpentariya körfəzi, 27-Corcina, 28-Ord, 29-Viktori-
ya, 30-Deli-River, 31-Eromanqa, 32-Suart, 33-Marri, 34-Ofiser; avlakogenlər: 35-Fit-
sroy, 36-Amadies, 37-Batten; okeanqarşısı çökəkliklər: 38-Pert, 39-Karnarvon,
40-Brousi, 41-Kaprikorn, 42-Yukla, 43-Otvey, 44-Kartos, 45-Hipslend; yəhərlər: 46-
Yuroka, 47-Nortxempton; çökəkliklər: 48-Darlinq-River, 49-Adaveyl, 50-Dram-
mond, 51-Bouen, 52-Sidney, 53-Bassov, qalxımlar: 54-Broken-River, 55-Anaki,
56-Pedrika sineklizi.

Yilqarn bloku- AP-da bünövrənin ən böyük çıxışlarından biridir, eni 900 km-ə
çatır. Hər tərəfdən qırılmalarla əhatə olunan bu blok şimal-şərqdə Ofiser çökəkliyi ilə
sərhədlənir. Qırılmaların Proterozoyun əvvəllərində yarandığı etimal olunur. Yilqarn
blokunu qəbdən hüdudlayan Darlinq qırılması meridional istiqamətdə uzanır və onu
eyni adlı Proterozoy mütəhərrik zonasından; bloku cənubdan hududlayan Sterlinq və
Bremer qırılmaları isə və onu Olbeni-Esperans Proterozoy mütəhərrik zonasından ay-
ırır. Yilqarn blokunu cənub-şərqdən Freyzer qırılması ilə hüdudlanır.
Pilbara bloku- Yilqarn blokundan şimala, Avstraliyanın şimal-qərb sahillərində
yerləşir. Yilqarn və Pilbara blokları bir-birindən erkən Proterozoy yaşlı Aşberton int-
rakraton geosinklinalı və Xammersli törəmə çökəkliyi ilə ayrılır.
Aşberton qırışıqlıq zonası- qərb- şimal-qərb istiqamətdə uzanır, ümumi qalınlı-
ğı 10-14 km-ə çatan intensiv dislokasiyaya məruz qalmış, qırılmalarla mürəkkəbləş-
miş və qranitoidlərlə yarılmış alt Proterozoy yaşlı çökmə və vulkanogen süxurlardan
təşkil olunmuşdur.
Nallaqayn çökəkliyi- Pilbara blokunun cənub yamacında yerləşir və kəsilişi Aş-
berton qırışıqlıq zonasının kəsilişindən az fərqlənən alt Proterozoy çöküntülərindən
təşkil olunmüçdur.
Banqemol sineklizi- cənubdan Yilqarn massiıindən Nabberi çökəkliyi ilə ayrı-
lır, şimalda isə Aşberton zonası və Nallaqayn çökəkliyi ilə sərhədlənir. Sineklizi dol-
duran üst Proterozoy çöküntülərin qalınlığı 15 km-ə çatır.
Şimal Avstraliya qalxanı- daha çox heterogen quruluşa malik olması ilə seçilir,
əsasən alt və orta Proterozoy törəmələrindən təşkil olunmuşdur. Qalxanın şimal hissə-
sində, Payn-Krik zonasının alt Proterozoy çöküntüləri arasında Arxey törəmələri
məhtud sahədə yer üzərinə çıxır. Bu hipotetik Arxey bloku cənubdan və şərqdən
Kinq-Liopold və Xolls-Krik Proterozoy qırışıqlıq zonaları ilə hüdudlanır.
Bu qırışıqlıq zonalar ümumiyyətlə eynitipli olsalarda, Xolls-Krikdə vulkanitlərin
olması onu Kinq-Liopolddan fərqləndirir. Hər iki zona ümumi qalınlığı 7 km-ə çatan
kvars-qrauvak tərkibli turbiditlərdən, eləcədə gilli, Karbonattlı-silisli süxurlardan iba-
rətdir. Qeyd olunan bu qırışıqlıq zonalardan başqa Payn-Krik (şimalda) və ondan cə-
nubda yerləşən Tenami-Tennant-Krik-Uorramunqa-Deyvenport zonalarıda platfor-
manın quruluşunda mühüm əhəmiyyət kəsb edir. Payn-Krik qırışıqlıq zonasından cə-
nubda və Kinq-Liopold qırışıqlıq zonasının şərq davamında yerləşən və en istiqa-
205
mətdə uzanan Tenami-Tennant-Krik-Uorramunqa-Deyvenport qırışıqlıq zonasında
toplanan terrigen kompleksin qalınlığı 5-6 km-ə çatır.
Aranta massivi- Mərkəzi Avstraliya mütəhərrik zonasına keçid elementi hesab
olunur. Rifey zamanı bu massiv hündürlüyü 1510 m-ə çatan en istiqamətli Makdon-
nel silsiləsi kimi ifadə olunmuşdur. Üst Rifedən çöküntütoplanma sahəsinə çevrilən
bu massivdə Vend-Ordovikdə də analoji şərait olmuşdur. Platformanın nisbətən ma-
raqlı və yaxşı öyrənilən strukturlarından biri də meridional istiqamətdə uzanan Prote-
rozoy yaşlı Maunt-Ayza qırışıqlıq zonası hesab olunur. Bu zona meridional istiqamət-
də uzanır və şimalda Karpentari korfəzinə şıxaraq nisbətən cavan yaşlı çöküntülərlə
örtülür. En istiqamətdə bu zona qərb və şərq sinklinoriumlarına və onları ayıran Kal-
kadun-Leynxardt horst-antiklinoriumuna ayrılır. Sinklinallar qalınlığı 20 km-ə çatan
vulkanogen-çökmə qatla dolmuşdur. Avstraliya platformasının bünövrə çıxışları şi-
mal-şərqdə meridional istiqamətdə uzanan Eteric (Koen) zonasında qeyd olunur. Öz
quruluşuna görə bu zona Maunt-Ayza qırışıqlıq zonasını xatırladır.
Kimberli çökəkliyi- Arxey bloku üzərində formalaşan ən erkən strukturlardan
hesab olunur. Çökəkliyin əyilməsi və çöküntü toplanma şərqi orta Proterozoy qırışıq-
lıq zonaları ilə eyni vaxtda getmişdir. Şimali Avstraliyanın Proterozoy örtüyünün top-
landığı ən böyük sahələrdən biri də şimal-qərb-cənub-şərq istiqamətdə uzanan Mak-
Artur çökəkliyi hesab olunur.
Mak-Artur çökəkliyi- Şimali Avstraliyada Proterozoy örtüyünün yayıldığı ən
böyük sahələrdən biri hesab olunur. Payn-Krik Arnemlend və Merfi zonalarında qırı-
şıqlıq bünövrənin çıxışları arasında yerləşir və şimal-qərb-cənub-şərq istiqamətdə
uzanır. Onun cənub-şərq davamında daha kiçik olan Saut-Nikolson və Loun-Xill çö-
kəklikləri yerləşir.
Cənubi Avstraliya qalxanı. Bu qalxanın hüdüdünda bünövrənin Yer səthinə
çıxdığı iki böyük massiv (Masqreyv və Qouler) qeyd olunur.
Masqreyv massivi- Aranta blokundan cənubda yerləşir və ondan Amadies av-
lakogeni ilə (intrakraton qırışıqlıq zonası) ayrılır. Bu blok qərbdə gömülmüş Pater-
son-Masqreyv silsiləsi ilə Pilbara bloku ilə birləşir, cənubdan isə gömülmüş Ofiser
avlakogeni ilə hüdüdlanır. Bu massivin mərkəzi hissəsini təşkil edən süxurlar qranulit
fasiyasına kimi metamorfikləşmişdir.
Qouler massivi- AP-nın cənub-şərqində, Masqreyv massivindən cənub-cənub-
şərqdə yerləşir. Qouler və Masqreyv massivləri bir-birindən Ofiser avlakogeni ilə ay-
rılır. Qouler massivinin erkən Kembriyəqədər yaşlı bünövrəsi «qneys kompleksi» ad-
lanır və iki struktur mərtəbəyə ayrılır. Qalınlığı 6 km-ə çatan alt struktur mərtəbəyə
qranulit fasiyasına kimi metamorfikləşmiş qranulit, qneys, kvarsit, mərmərdən; qalın-
lığı 2 km-ə çatan üst struktur mərtəbəyə isə amfibolit fasiyasına kimi metamorfikləş-
miş amfibolitlərdən, qneyslərdən, kvarsitlərdən, cespilitlərdən, mərmərdən təşkil
olunmuşdur.
Üst Proterozoy və Fanerozoy çökmə örtüyünün struk turları. Erkən Rifeyin (Kar-
pentariya) və orta Rifeyin (Adelaiddiya) sərhədində, bu vaxta kimi təmamilə kraton-
laşmış AP-nın inkişafının yeni mərhələsi başlayır. Bu mərhələnin strukturları üç qru-
pa- yalnız üst Proterozoy və erkən Paleozoy ərzində inkişaf edən daxili çökəkliklərə;
Mərkəzi Avstraliya mütəhərrik zonasına aid olan daha uzun müddətli inkişaf edən da-
xili çökəkliklərə və okeanqarşısı enmə zonalarına ayrılır.
206
Birinci qrupa daxil olan çökəkliklər əsasən Şimali Avstraliya qalxanının hüdud-
larında yerləşir və çox da böyük olmayan, dayaz çökəkliklərdən ibarətdirlər. Bunlar-
dan nisbətən bsyüyü və dərini Xolls-Krik qırışıqlıq zonasından şərqdə yerləşən Vik-
toriya-River çökəkliyi hesab olunur. Bu çökəklik ümumi qalınlığı 3,5 km-ə çatan
kvarslı qumdaşı, pelit və Karbonatlardan təşkil olunmuşdur. Şimal Avstraliya qalxa-
nında Ofiser sineklizi də analoji quruluşa malikdir. İkinci qrupa daxil olan çökəklik-
lərə isə Mərkəzi-Avstraliya mütəhərrik qurşağına tabe olan Kanninq sineklizi, Nqali-
ya çökəkliyi, Fitsroy və Amadies avlakogenləri daxildir.
Amadies avlakogeni- bütün Avstraliya platformasının nisbətən maraqlı və özü-
nəməxsus strukturu hesab olunur. Aranta və Masqrev bloklarını əhətə edən və ümümi
intensiv qalxmanın fonunda orta Rifeyin sonu gec Rifeyin əvvəllərində yaranan bu
avlakogendə gec Rifey-erkən Karbon ərzində qalınlığı 9 km-ə çatan kvarslı qumdaşı,
pelit və karbonatlardan ibarət çöküntü qatı toplanmışdır. Kəsilişdə evoparit (altda) və
molass (üstdə) araqaqatlarına rast gəlinir.
Kanninq sineklizi- Avstraliya platformasının ən böyük və ən dərin (9 km-ə qə-
dər) daxili çökəkliklərindən biri hesab olunur. Şimal-qərb istiqamətdə üzanan bu si-
nekliz Pilbara massivi (cənub-qərbdə) və Kinq-Liopold erkən Proterozoy qırışıqlıq
zonası (şimal-şərqdə) arasında olan bütün ərazini tutur. Kanninq sineklizi Amadies
avlakogenindən ensiz meridional şıxıntı ilə ayrılır. Sineklizin şimal-şərq hissəsində
orta-gec Devonda Fitsroy avlakogeni yaranır və Tirasa kimi intensiv inkişaf edir.
AP-nın üçüncü qrup çökəklikləri qərbi, şimal-qərbi və cənubi okeanqarşısı enmə
zonaları təşkil edir. Şimal və cənub hissələrinə Qərbi Avstraliya okeanqarşısı enmə
zonası şərqdə Qərbi Avstraliya qalxanından orta Proterozoyda yaranmış Darlinq qırıl-
ması ilə ayrılır. Nortxempton bünövrə qalxımı ilə şimal (Karnarvon) və cənub (Pert)
hissələrinə ayrılan bu zona mürəkkəb daxili quruluşa malikdir, çökmə qatının qalın-
lığı müvafiq olaraq 7 km-dən və 9 km-dən çoxdur. Qərbi Avstraliya okeanqarşısı en-
mə zonası bilavasitə simal-qərbə davam edir, əvvəlcə Hind okeanının Uorton çökək-
liyinə, sonra isə Timor dərin su novuna yanaşır. Bu zona şelf və qitə yamacı ilə yana-
şı 1-2 km dərinlikdə yerləşən Eksmut və Skott sualtı platosunu da əhatə edir. Cənubi
Avstraliya okeanqarşısı enmə zonası şimaldan Böyük Avstraliya körfəzinə yanaşır və
qitədə Nullarbor düzənliyini əhatə edir. Zonanın qitə hissəsi Yuklan hövzəsi kimi
məşhurdur və əsasən Paleogen-Neogen yaşlı Karbonatlardan təşkil olunmuşdur. Perm
və daha qədim çöküntülərdən (qalınlıq 1,5 km) təşkil olunmuş Depman bu zonanın
əsas strukturlarından hesab olunur. Cənuba Yura, alt Təbaşir çöküntülərdən ibarət
Polda çökəkliyi yerləşir. Qitə yamacı əyalətində üst Təbaşirin qalınlığı 10 km-ə çatır.

GEOLOJİ İNKİŞAF TARİXİ


Erkən Arxey mərhələsi (>3000 mln. il). AP-da böyük sahədə Kembriyəqədər
bünövrənin təbii çıxışları və eləcə də kifayət qədər radiogeoxronoloji materialların ol-
ması bu kratonun inkişaf tarixini Qərbi Avstraliya qalxanının alt yaşıldaş seriyasının
okean şəraitində toplandığı, ada qövsünün və geniş qranitləşmənin təzahürü nəticə-
sində protoqitə qabığının yarandığı vaxtdan başlayır. Hazırda bu qədim kompleksin
çıxışları Pilbara blokunda və Yilqarn blokunun bir sıra sahələrində müşahidə olunur.
Gec Arxey mərhələsi (3000-2400 mln. il). Bu mərhələnin törəmələri AP-da ge-

207
niş yayılmışdır. Onun səciyyəvi nümunəsi Qərbi Avstraliya qalxanının üst yaşıldaş
seriyası hesab olunur. Qərbi Avstraliya qalxanından başqa Arxeyin çıxışları platfor-
manın şimalında (Payn-Krik zonasında) və cənub-şərqdə (Qouler blokunda) məlum-
dur. Bu mərhələdə bünövrə, qrabenlərin əmələgəlməsi ilə nəticələnən parçalanmaya
və dartılmaya məruz qalmışdır.
Erkən Kareliya mərhələsi (erkən Proterozoy- 2400-1950 mln. il). Digər qitələrdə
olduğu kimi AP-da da erkən Proterozoyun əvvəlində Arxey kontinental qabığı par-
çalanır və böyük qırılmalar-linamentlər boyunca kifayət qədər ensiz mütəhərrik zona-
lar (intrakaraton xarakterli) yaranır. Avstraliyada bu zonalar əsasən şimal-qərb, şimal-
şərq istiqamətdə uzanır və onaların bir qisminin əmələgəlməsi kontinental qabığın
dartılması ilə müşayiət olunmuşdur. Geosinklinal kompleksinin qalınlığının çox ol-
ması və turbididlərin geniş yaylması onların dərin dəniz şəraitində toplandığını göstə-
rir. Qaskonyn (Aşberton)-Paterson geosinklinal zonasının ətrafı, Pilbara və Yilqarn
massivlərinin ona tərəf olan yamacları kifayət qədər əyilməyə cəlb olunur.
Gec Kareliya mərhələsi (orta Proterozoy- 1950-1750 mln. il). Bu mərhələnin
əvvəllərində erkən Proterozoyun intrakaraton geosinklinallarının bir hissəsi (Qasko-
yn-Paterson) öz inkişafını başa çatdırır, digərləri (Kinq-Liopold, Xolls-Krik) orogen
iknişafını davam etdirir. Bununla yanaşı olaraq yeni geosinklinal zonalar (Payn-Krik
və Tanami-Tennat-Krik) da yaranır. Bu geosinklinal zonalar çöküntülərin tərkibinə
görə erkən Proterozoya uyğun gəlir. Erkən Proterozoyun sonu gec Proterozoyun əv-
vəllərində (1850-1800 mln. il) onlar maqmatizm, intensiv qırışıqlıq və regional meta-
morfizmlə müşayiət olunan orogen mərhələyə daxil olur. Sonra bu proses 1800-1700
mln. il intervalında orogen vulkanogen-plutonik assosiasiyanın və molass çöküntülə-
rinin toplanması ilə davam edir.
Qot mərhələsi (erkən Rifey- 1750-1400 mln. il). Bu mərhələnin əvvəllərində
AP-nın böyük ərazisində (Qərbi Avstraliya, Şimali Avstraliya) platforma rejimi bərpa
olunur. Bu ərəzinin böyük hissəsi qalxmaya məruz qalsada, ayrı-ayrı sahələrdə (Ban-
qemoll, Birrindudu, Mak-Artur) bazaltın təzahürü ilə müşayiət olunan enmə qeyd
olunur. Şərq istiqamətdə Şimali Avstraliyanın platforma örtüyü Maunt-Ayzı və York
yarımadasının geosinklinal çöküntülərinə keçir. Bu mərhələnin sonunda (1500-1400
mln. il intervalında) Şimali Kvinslend geosinklinalının çöküntüləri öz növbəsində de-
formasiyaya, metamorfizmə məruz qalır, qranit intruziyaları ilə yarılır. Analoji vulka-
nogen-plutonik assosasiya Qouler blokunun şərq ətrafında və Uillyam bloku daxilin-
də də yayılmışdır. AP-nın mərkəzi və cənub hissələri bu mərhələdə qalxmanın davam
etməsi, yüksək istilik axını, regional metamorfizm və qranitəmələgəlmənin davam et-
məsi ilə xarakterizə olunur. Yilqarn blokunun qərb ətrafında, Darlinq qurşağında fəal-
laşma qeyd olunur. Bu proseslər 1350-1300 mln. il intervalına kimi davam etmişdir.
Qrenvil mərhələsi (orta Rifey 1400-1000 mln. il). Bu mərhələ keçmiş rejimə
nisbətən sakit tektonik rejimlə xarakterizə olunur. Şimali və Qərbi Avstraliya qalxan-
larının böyük hissəsi qalxmaya məruz qalmışdır. Çöküntütoplanma Banqemoll və
Viktoriya-River çökəkliklərində davam etmişdir. Mərhələnin sonunda fəallaşmanın
yeni dalğası və ounla müşayiət olunan metamorfizm platformanın əsasən mərkəzi və
cənub hissəsini- Qərbi Avstraliya qalxanının ətraf zonalarını (Darlinq, Olbeni-Frey-
zer), Qouler bloku və xüsusən Aranta-Masqreyv massivini əhatə edir. Bu mərhələdə
Şimali-Avstraliya qalxanının daxilində müəyyən sahələrdə qırışıqlıq hərəkətləri baş
208
vermişdir.
Baykal mərhələsi (gec Rifey-Vend-erkən Kembri- 1000-550 mln. il). Bu mərhə-
lənin əvvəllərində Avstraliya platformasının bütün sahələrdə kratonlaşma mərhələsi
başa çatır. Bununla belə ayrı-ayrı sahələr öz mütəhərrikliyini saxlamış və daha da fə-
allaşmışlar. Platformanın cənub-şərq ətrafında Denison-Adelaid intrakraton geosink-
linalı yaranır. Onun şimal-qərb davamında Aranta-Masqreyv massivi parçalanır və
Amadies avlakogeni və Nqaliya çökəkliyi yaranır. Masqreyv massivindən cənuba
Ofiser avlakogeni formalaşır.
Rifey və Vendin sərhədində Masqreyv massivinin şimal ətrafı Amadies avlako-
geni ilə birlikdə, eləcə də Kinq-Liopold qırışıqlıq zonası metamorfizm və şaryajla
müşayiət olunan intensiv deformasiyaya məruz qalmışdır. Bu deformasiyaya Amadi-
es avlakogeninin əsas hissəsinə və Adelaid geosinklinalına toxunmamışdır.
Kaledon mərhələsi (gec Kembri-erkən Devon- 550-400 mln. il). Bu mərhələnin
əvvəllərində Denison-Adelaida geosinklinalı öz inkişafını intensiv qırışıqlıq defor-
masiyası və qalxma ilə başa çatdırır və bundan sonra bu zona yenidən platformanın
tərkibinə daxil olur. Bu qırışıqlıq hərəkətləri Tasman geosinklinalının ətraf hissələrini
(Kamantu zonasını) də əhatə etmişdir. Kaledon mərhələsində platformanın əksər
hissəsi enmənin üstünlüyü ilə xarakterizə olunur. Öz inkişafını irsi davam etdirən çö-
kəkliklərlə (Ofiser, Amadies, Nqaliya) yanaşı olaraq, bir sıra qraben (rift) formalı çö-
kəkliklər də (Kanninq, Bonapart körfəzi, Arafura) yaranır. Mərhələnin ikinci yarısın-
da (Silur-erkən Devonda) platformanın əksər hissəsində qalxmanın enmə üzərində üs-
tünlüyü müşahidə olunur və əyilmə əsasən Kanninq, Amadies və Arafura çökəklik-
lərində saxlanılır. Odovikin sonunda başlayan əyilmə sonra daha da intensivləşir.
Gec Kaledon-erkən Hersin mərhələsi (orta Devon-erkən Karbon). Devonun ikin-
ci yarısı-Karbonun əvvəllərində tektonik hərəkətlərin fəallaşması qeyd olunur. Bu
proseslər mərkəzi Avstraliyada özünü daha intensiv göstərmişdir və burada Aranta
bloku Amadies avlakogeninin şimal ətrafına itələnmişdir. Bu mərhələdə Fitsroy qra-
beni, Bonapart körfəzinin inkişafı başlayır və Karnarvon və Ofiser çökəklikləri fəal
enməkdə davam edir. Bütün çökəkliklərdə toplanan üst Devon-alt Karbon çöküntüləri
molass törəmələrindən ibarətdir.
Gec Hersin mərhələsi (gec Paleozoy-Trias). Karbonun sonunda Avstraliya plat-
formasının təmamilə yeni inkişaf mərhələsi başlayır. Avstraliya platforması Hondva-
na super kratonunun parçalanması ilə əlaqədar olaraq ondan ayrılır. Artıq Permdə
Avstraliyanın şimal-qərb sahili boyunca rift enmələr zonası yaranır. Kanninq və Ofi-
ser hövzələri və eləcədə şimal ətrafı istisna olunmaqla platformanın qalan ərazisi
ümumi qalxmaya məruz qalmışdır. Qapanmış olan Tasmaniya geosinklinalını da əha-
tə etmiş bu qalxmanın fonunda Avstraliya platformasının ərazisində Permin əvvəllə-
rində buzlaşma baş vermişdir. Şərqi Astraliya gec Paleozoyda geosinklinal şəraitdə
inkişaf etmiş və Paleozoyun sonundan isə platforma rejimində keçmişdir.
Kimmeri mərhələsi (Yura-erkən Təbaşir). Bu mərhələdə Hondvananın qalan his-
səsindən Avstraliyanın təcrid olunması daha da proqressivləşir. Yuranın sonunda
Hind okeanının şimal-şərq hissəsi əmələ gəlir. Erkən Təbaşirin sonunda yaranan Qər-
bi Avstraliya çuxuru Avstraliya platformasının bütün qərb sərhədini müəyyənləşdir-
mişdir. Bu zaman analoji rift sistemi Avstraliyanın cənub sahilləri boyunca yaranmış-
dır. Bu riftlərin bir qismi hələ Permdə yaransada Paleogenin əvvəllərinə kimi Avstra-
209
liya ilə Antraktida arasında əlaqə saxlanılmışdır. AP-nın daha daxili rayonları Yura
və erkən Təbaşirdə zəif enmə və qalxmaya məruz qalmışdır. Şimalda ilk dəfə olaraq
Karpentiri sineklizi formalaşır.
Erkən Alp mərhələsi (gec Təbaşir-Oliqosen). Erkən Təbaşirin sonundan etibarən
rift əmələgəlmə fazasının differensial hərəkətləri təmamilə sönür, qitənin qərb və şi-
mal-qərb sualtı ətrafı müasir formasını alır. Paleosendə Avstraliya Antraktidadan ay-
rılır və bu proses qitənin cənub ətrafına da yayılır. Tasmanov, Mərcan dənizlərinin
yaranmsı ilə qitənin cənub ətrafı müasir formaya yaxınlaşır. Okean qarşısı çökəkliklə-
rin intensiv enməsinin fonunda, qərbdə Karnarvon çökəkliyinin şimal hissəsi və cə-
nubda Yukla çökəkliyi istisna olunmaqla platformanın bütün ərazisi zəif qalxmaya
cəlb olunur.
Gec Alp mərhələsi (Miosen-Antropogen). Bu mərhələdə keçmiş mərhələ üçün
səciyyəvi olan struktur plan ümumiyyətlə saxlanılır. Əsas dəyişmə okeanqarşısı çö-
kəkliklərin oxunun dəyişməsində qeyd olunur. Bundan əlavə platformanın daxili ra-
yonlarında qalxmanın güclənməsi qeyd olunur. Aranta və Masqreyv bloklarında qalx-
ma 1,5 km-ə, Qərbi Avstraliya qalxanında və Kimberli blokunda 1,2 km-ə qədər ol-
muşdur.

FAYDALI QAZINTILAR
Avstraliya platformasının hüdüdlarında qızıl, uran, boksit dəmir filizi, daş kö-
mür, mis, nikel, müxtəlif mineral duz və digər faydalı qazıntı yataqları mövcuddur.
Avstraliyanın qərb və şimal-qərb hissələrində Kembriyəqədər bünövrə çıxışlarında
qızıl, mis, qurğuşun, sink, və gümüş; cənub və şimalında uran filizi, Qərbi Kvislend-
də boksit, Tasmaniya adasında qalay, volfram və mis yataqları vardır. Əsas kömür
yataqları (Viktoriya ştatında) üst Paleozoy və daha cavan süxurlarla, dəmir filizi ya-
taqları Proterozoy törəmələri ilə əlaqədardır. Avstraliyanın bir çox rayonlarında müx-
təlif yaşlı çökmə süxurlarda neft və qaz yataqları kəşf olunmuşdur.
Platformanın şərq sahillərində titan-sirkon yataqları vardır. Avstraliyanın iqtisa-
diyyatında qızıl istehsalı mühüm əhəmiyyət kəsb edir. Qərbi Avstraliyada, Viktoriya-
da Kembriyəqədər törəmələrlə əlaqadar olan zəngin qızıl yataqları vardır. Yeni Ze-
landiyada kömür, qızıl, titan-maqnetit yataqları aşkar olunmuşdur. Sidneyin ətrafında
və Kvinslandda Perm çöküntüləri ilə əlaqədar olan kömür yataqları geniş yayılmışdır.
Avstraliyanın sahəsinin 60 %-i səhra, yarımsəhra olduğundan iqlimlə əlaqədar
səth axımları zəif inkişaf etmişdir. Ərazinin təqribən 60 %-ni müvəqqəti su axarları
sahəsi tutur. Şərqi Avstraliyarının böyük hidroenerji ehtiyyatı vardır. Murrey, Mar-
rambicir, Maklan, Ord, Suon və Berdekin çaylarında mühüm hidroenergetika və irri-
qasiya qurğuları tikilmişdir. Avstraliyada 800 qədər axarsu və şor göl vardır. Avst-
raliya 1,5-2,0 km-ə qədər dərinlikdə toplanmış yeraltı sularla zəngindir. Sineklizlərdə
15-dən çox artezian hövzəsi vardır. Yeraltı sular quraq rayonların su təhcizatı üçün
əsas mənbə hesab olunur.
2.2.5. ŞƏRQİ ANTARKTİDA PLATFORMASI
STRATIQRAFİYA
Geoloji-geofiziki materialların analizi Şərqi Antarktİda platformasının (ŞAP)

210
geoloji quruluşunda Arxey-Antropogen yaşlı törəmələrin iştirak ediyini söyləməyə və
onun inkişafının əsas mərhələrinə muvafiq gələn aşağıdakı struktur formasiya komp-
lekslərinin (SFK) ayrılmasına əsas verir (cədvəl 2.10.1.).
Cədvəl 2.10.1.
№-si Struktur-formasiya kompleksi (SFK) Yaşı
1 Bünövrə Arxey-alt Proterozoy
2 Protoplatforma Alt Proterozoy
3 Avlakogen Rifey- Vend
4 Sinekliz Kembri- Ordovik
5 Plitə Silur-Antropogen

Bünövrə SFK. Şərqi Antarktida platforması digər qədim platformalar kimi Bay-
kalaqədər yaşlı əyalətdir. Onun qərb hissəsi gec Baykal yaşlı qırışıqlıq əyalətlə əhatə
olunmuşdur. Şərqi Antarktida platformasının kristallik bünövrəsi okean sahili boyun-
ca (Koraleva Mod Torpağından Adeli Torpağına kimi) öyrənilmişdir. M.Q.Raviş
(1966) və digər tədqiqatçıların məlumatlarına görə kristallik bünövrə miqmatikləşmiş
və qranitləşmiş qneysdən, reqional matemorfizmin qranulit və amfibolit fasiyasının
kristallik şistindən ibarətdir. Kristallik şistlər arasında üç qrup süxurlar ayrılır:
1. Yüksək dərəcədə miqmatikləşmiş, qranitləşmiş kvars və arkoz qumdaşlarının
və gilin metamorfizmi nəticəsində yaranan qranat-biotitli, silimanit-qranatlı və kordi-
eritli plagioqneys və kristallik şistlər.
2. Əsas effuzivlərin, mergel və qumdaşlarının hesabına yaranan və nisbətən zəif
qranitləşmiş piroksen-plagioklazlı kristallik şistlər.
3. Metamorfikləşmiş Karbonat çöküntülərinin məhsulları (mərmər və diopsid
süxurları). Olduqca zəif qranitləşmiş və miqmatikləşməmişdir. Bu törəmələrin ümu-
mi qalınlığı 20-25 km-dir.
Şərqi Antarktida platformasının bünövrə törəmələri arasında Çarnokit sıralı sü-
xurlar olduqca geniş yayılmışdır. Petroqrafik tərkibinə, metamorfizm dərəcəsinə və
ümumi xüsusiyyətlərinə görə Şərqi Antarktida platformasının bünövrəsi digər qədim
platformaların Arxey-alt Proterozoy bünövrəsini xatırladır. Kristallik bünövrə qırı-
şıqlıq deformasiyasından başqa bir neçə dəfə qırılma dislokasiyasının təsirinə məruz
qalmışdır ki, bu da blokların yerdəyişməsi ilə müşayiət olunmuşdur.
Şərqi Antarktida platformasının çökmə örtüyü üst Proterozoy (Vend)-Yuraya
qədər yaşlı çöküntülərdən təşkil olunmuşdur və onun quruluşunda üç struktur mər-
təbə ayrılır (kompleks): 1). Üst Proterozoy (Baykal); 2). Orta Paleozoy (erkən Her-
sin); 3). Üst Paleozoy-alt Mezozoy (gec Hersin-erkən Mezozoy).
Avlakogen SFK. Baykal struktur mərtəbəsinin törəmələri yalnız Şərqi Antark-
tidanın sahilində iki sahədə- Karaleva Mod Torpağının qərb hissəsində və Koraleva
Meri Torpağının Deman buzlağının üst hissəsində öyrənilmişdir. Bazal konqlomerat-
ları ilə başlayan üst Proterozoy merrigen (argillit, alevrolit, polimikt qumdaşı, forma-
siya arası konqlomeratdan və vulkanogen, andezit-bazalt lavası örtüyü və tufogen-
qumdaşı) süxurlardan ibarətdir. Rifey törəmələrinin saxlanılmış qalınlığı 1 km-ə çatır.
Sinekliz SFK. Kembri- Ordovik yaşlı bu kompleks terrigen və vulkanogen çö-
küntülərdən ibarətdir, ümumi qalınlığı 10 km- ə qədərdir.
211
Bir-biri ilə daha sıx əlaqədə olan çökmə örtüyn qalan iki qatı (PZ1-MZ1) Bikon
seriyasını təşkil edir. Bikon seriyası əsasən qədim platformadan Baykal qırışıqlığına
keçid zonasında yayılmışdır (Kosta torpağından Viktoriya torpağına kimi). Bikon se-
riyasının nisbətən məhdud qalıqları platformanın digər tərəfində (Prins Şarlz dağın-
dan cənub-şərqdə) saxlanılmışdır.
Plitə SFK. Bu kompleks Silur-Antropogen yaşlı törəmələrdən təşkil olunmuş-
dur. Onun Silur-Devon-erkən Karbona müvafiq gələn Bikon seriyasının alt hissəsi
(erkən Hersin struktur kompleksi) kvarslı-qumlu formasiyadan, arkoz qumdaşların-
dan, alevrolit və argellitdən ibarətdir.
Viktoriya torpağının cənub hissəsində alt və orta Devon çöküntülərində bitki qa-
lıqlarına rast gəlinir. Xorlik dağı rayonunda Bikon seriyasında alt Devon yaşlı braxio-
pod faykası tapılmışdır. Bikon dəstəsinin ümumi qalınlığı 650 m-dir. Bikon seriyası-
nın alt hissədən fasilə ilə ayrılan üst hissəsi bir-birini ardıcıl dəyişən üç formasiyadan
ibarətdir. Bunlardan ən qədimi böyük qalınlığa malik (300 m-ə dək) tillitlə başlayan
örtük-buzlaq formasiyası hesab olunur (C3-P1). Bu formasiya Perm və Triasin çəp
laylanmış arkoz qumdaşılarından, alevrolit, tünd rəngli gilli şistlərdən və kömür ara-
qatlarından ibarət olan kömürlü formasiya ilə uyğun örtülür. Bu formasiyanın ümumi
qalınlığı 1,0 km-dən artıqdır. Bikon seriyasının üst hissəsinin qalınlığı 1,2 km-ə çatan
trap forması (Ferrar dəstəsi) təşkil edir. Trap formasiyasının arasında və eləcə də
onun tavanında tillitlər vardır.
Neogen-Dördüncü dövr buzlaq çöküntüləri istisna olunmaqla Şərqi Antarktida
platformasının quruluşunda nisbətən cavan çöküntülər iştirak etmir.
Ümumiyyətlə, platforma örtüyü ümumi qalınlığı 3 km- ə çatan qumdaşlarından,
alevrolitlərdən, kömür araqatlarına malik gilli şistlərdən təşkil olunmuş müxtəlif yaşlı
(Devondan Təbaşirə kimi- Bikon seriyası) qatdan ibarətdir. Bikon seriyasının aşağı
hissəsində ilk buzlaşma dövrünə (300 mln il əvvəl) müvafiq gələn tillit horizontu və
ikinci buzlaşmanın (150 mln il əvvəl) tillit araqatına malik bazalt örtüyü ayrılır.
Bikon seriyası Trias-Yura yaşlı çoxlu sayda dolerit silləri ilə yarılmışdir.
Antarktidanın qırışıqlıq qurşağı üç struktur mərtəbədən təşkil olunmuşdur. Bun-
lardan aşağıda yerləşən struktur mərtəbə Permin və ya Triasın sonunda yaranmışdır,
qalınlığı 10-12 km- ə çatan karbonat-terrigen qatından (geosinklinal); orta struktur
mərtəbə qalınlığı 1-5 km arasında dəyişən Yura yaşlı kontinental çökmə-vulkanogen
qatdan və Təbaşir yaşlı dəniz mənşəli terrigen qatından; üst struktur mərtəbə qalınlığı
2 km- ə çatan Kaynozoy yaşlı laylanmış qumlu və konqlomeratlı andezit və bazaltdan
təşkil olunmuşdur. Antarktida qırışıqlıq qurşağında əsasən Təbaşir yaşlı çoxlu sayda
qabbro-qranit intruziyaları qeyd olunur. Antarktidanın qırışıqlıq qurşağı ilə Platfor-
manın qovuşma zonasında (Elsuorta dağları daxilində) qalınlığı 10 km- dən çox olan,
zəif metamorfikləşmiş karbonat-terrigen çöküntülərindən təşkil olunmuş erkən Mezo-
zoy qırışıqlıq sistemi müəyyən olunmuşdur.
TEKTONİKA
Şərqi Antarktida platforması hər tərəfdən gec Baykal-erkən Kaledon qırışıqlı
sistemi ilə əhatə olunmuşdur. Bu platformanın Cənub yarımkürəsində yerləşən digər
qədim platformalarla qovuşması Baykal geosinklinal qurşağının yaranmasından və ya
onun qapanmasından sonra mümkün ola bilərdi.

212
Cənubi-Qərbi Avstraliya kristallik qalxanının Arxeydə submeridional istiqamətli
olması cənub yarımkürəsində Baykala qədər platforma massivinin vahidliyini söylə-
məyə əsas verir. Afrikanın uzaq cənub qurtaracağında (Kap əyalətində) Baykaliirlərin
suben istiqamətdə uzanır. Proterozoy Afrika platformasının təbii sərhəddini Baykal
geosinklinal qurşağının yaranması ilə müəyyən olunur.
Qərbi (Fanerazoy geosinklinal qurşağı) və Şərqi Antarktidanın arasında Trans-
antarktida qırışıqlığı yerləşir. Bu qırışıqlığın ərazisində Silur və ya erkən Devonla
başlayan çökmə örtüyünün olması orta Paleozoydan etibarən bu zona Epibaykal plat-
forması kimi inkişaf etmişdir. Sonrakı Neotektonik inkişaf mərhələsində yenidən fə-
allaşmaya cəlb olunan bu zona hazırda epiplatforma orogeni kimi inkişafını davam
etdirir. Transantarktida qırışıqlıq silsiləsinin yüksəkliyi 2,5-3,0 km-ə çatır (Cənub
qütbü rayonu, Viktoriya Torpağı). Bu sistemin bünövrəsi 4000 km məsafədə Kosta
Torpağından (Uedella dənizinin qərbə) Otsanın sahillərinə kimi (Rossa dənizinn şi-
mal-qərbə) işlənilir, qalınlığı 10 km-dir. Metamorfikləşmiş çökmə (qrauvakk, argil-
lit), əhəngdaşı ilə örtülən vulkanogen süxurlardan ibarətdir. Terrigen törəmələrin Ri-
fey yaşlı olması ehtimal olunur. Əhəngdaşının üzərində kvarslı qumdaşı, konqlome-
rat, gilli şistlər yatır.
Rifey-Kembri yaşlı geosinklinal kompleks uzanma istiqaməti şimal-qərbdən me-
ridional istiqamətə kimi dəyişən qırışıqlar əmələ gətirir. Bəzi sahillərdə geosinklinal
kompleksin arasından amfibolit fasiyasına kimi metamorfikləşmiş qneys və kristallik
şist bloklarının çıxışlarına təsadüf olunur. Bu süxurların arasında qranitoid intruziya-
larının həm orogenə qədər, həm də sinfogen tiplərinə rast gəlinir.
Transantarktida qırışıqlıq zonasının yer səthində çıxan ən qədim kompleksləri-
nin yaşı üst Proterozoyun aşağı hissəsinə (orta Rifeyə) uyğun gəlir.
Üst Rifey-Kembri kompleksi digər tərəfdən nisbətən cavan olan sinorogen və
postorogen intruziyalara da malikdir (yaşı 500-450 106 il). Bu intruziyalar mürəkkəb
Qranit-Xarbor kompleksini əmələ gətirir. Burada qədim effuzivlərlə yanaşı olaraq bi-
lavasitə xaledon qranitoid intruziyaları məlumdur ki, onlar artıq platforma xarakteri
daşıyır. Peneplenləşmiş Pifey-alt-Paleozoy qırışıqlıq törəməsinin üzərində Bikon seri-
yasının qalınlığı 3 km-ə çatan çökmə örtüyü yatır. Qərbdə Rossa dənizinin sahili bo-
yunca Transantarktida dağlıq sistemi meridional istiqamətli qırılmalar sistemi ilə
müşayiət olunur. Mak-Merdo körfəzində D.Rossa adası rayonunda, cavan (N + Q)
vulkanizmin təzahürü də onunla əlaqədardır.
İNKİŞAF TARİXİ
Digər hondvana qrupu platformaları kimi Şərqi Antarktida da kifayət qədər mü-
rəkkəb və uzun müddətli inkişaf mərhələsi keçirimşdir.
Arxey-erkən Proterozoy mərhələsi. Bu dövr ərzində hazırda platformanın bü-
növrəsini təşkil edən kompleks bir sıra ardıcıl mərhələdə geosinklinal şəraitdə forma-
laşmışdır. Bünövrənin tam konsolidasiyası isə Kareliya tektonik-maqmatik epoxası
ilə əlaqədardır. Bununla belə qeyd etmək lazımdır ki, digər qədim platformalarda ol-
duğu kimi Şərqi Antarktida platformasında da daha qədim qırışıqlıq, tektonik-maq-
matik fəallaşma epoxalarının olması şübhə doğurmur.

213
Müasir Şərqi Antarktida platforması daha geniş ərazini əhatə edən Epikarel qırı-
şıqlıq əyalətinin bir hissəsidir. Platformanın bünövrəsini təşkil edən süxurların meri-
dional və onun şimal ətrafına perpendikulyar istiaqməti bir daha buna sübutdur.
Şərqi Antarktida qaymasının ayrılması onun ətrafı boyunca yaranan geosinklinal
qurşaqlarla əlaqədar olaraq gec Proterozoy ərzində baş vermişdir. Belə qurşaqlardan
biri Qərbi-Antarktida hesab olunur.
Gec Proterozoy-erkən Paleozoy (Baykal-Kaledon) mərhələsi. Bu mərhələnin ən
əlamətdar xüsusiyyəti Qərbi-Antarktida geosinklinalının inkişfı hesab olunur. Bu
geosinklinalın şərq hissəsini Transantarktida qırışıqlıq sistemi təşkil edir. Qərbi An-
tarktida geosinklinalında ilk qırışıqlıq epoxası planetar əhəmiyyətli Qrenvil epoxasına
uyğun gəlir. Qrenvil qırışıqlığının təsiri Şərqi-Antarktidanın sahilləri boyunca aydın
görünür. Rossa geosinklinalının əyilməsi ilə eyni zamanda, qədim platformanın ayrı-
ayrı sahələri əyilməyə cəlb olunmuşdur. Onlardan bəzilərində Rifey yaşlı örtük müa-
sir dövrə kimi saxlanılmışdır. Rossa geosinklinalı Baykal qırışıqlığından sonra, Salair
epoxasında (orta Kembridə) qapanmışdır, lakin qranitoid maqmatizmi və metamor-
fizm ümumi qalxmanın fonunda bütün Kaledon qırışıqlıq epoxası ərzində davam
etmişdir.
Orta Paleozoy (erkən Hersin) mərhələsi. Artıq bu mərhələdən Şərqi Antarktida-
nın qərb rayonlarında da platforma rejimi bərpa olunur. Zəif əyilmə ilə xarakterizə
olunan bu rejimdə Bikon seriyasının alt hissəsini təşkil edən çöküntülər toplanmışdır.
Nisbətən zəif olan əyilmə orta Karbonda baş verən qalxma ilə əvəz olunur. Bu qalx-
ma Qərbi-Antarktida mütəhərrik qurşağında baş verən qalxma ilə əlaqədar olmuşdur.
Son Paleozoy-erkən Mezazoy (son Hersin-erkən Alp) mərhələsi. Hersin tekto-
genezindən sonra baş verən və örtük buzlağın yaranması ilə müşayiət olunan qalxma-
dan sonra, platformanın ayrı-ayrı sahələrində yenidən əyilmə baş vernir. Orta Paleo-
zoy əyilməsindən daha intensiv olan bu əyilmə Bikon seriyasının üst hissəsini təşkil
edən çöküntülərin toplanmasına səbəb olmuşdur. Bu əyilmə Yuranın əvvəllərində ye-
ni buzlaşma və güclü plato-bazalt vulkanizmi ilə başa çatır.
Gec Mezozoy-Paleogen (orta Alp) mərhələsi. Üst Yura, Təbaşir və Paleogen ər-
zində platforma zəif də olsa qalxma ilə xarakterizə olunur.
Neogen-Antropogen (gec Alp) mərhələsi. Digər platformalarda olduğu kimi Şər-
qi Antarktida platformasında da Paleogen və Neogenin sərhəddində qalxma hərəkət-
ləri kəskin intensivləşir. Şərqi-Antarktida platformasının tektonik quruluşunun başlı-
ca xüsusiyyəti onun meridian və paralellərlə uyğunluq təşkil edən və qütb rayonunda
şəbəkə yaradan radial və konsentrik qırılmalara tabe olmasıdır. Bu qanuna uyğunluq
yaxın okean ətrafına da yayılır (sirayət olunur). Antarktidanın ətraf dağlıq qurşağı şi-
mala təərf dərin su çökəklikləri (Afrika-Antarktida, Avstraliya-Antarktida, Bellins-
qauzen) ilə əvəz olunur. Qeyd olunan dərin su çökəklikləri isə öz növbəsində aralıq
okean silsilələrinə (Afrika-Antarktida silisiləsi, Avstraliya-Antarktida qalxımı, Cənu-
bi-Sakit okean qalxımı) keçir. Növbəti çökəkliklər qurşağı (Aqulyas, Cənubi-Avstra-
liya çökəkliyi) bu sualtı silsilələri Afrika və Avstraliya qitələrindən ayırır. S.P.Voro-
novun qeyd etdiyi kimi radial qırılmalar növbə ilə qalxan və enən sektorları (hissə-
ləri) sərhədləyir. Qalxan sektorlardan ən bsyüyü Şahzadə Şarlz dağlarından Elmlər
Akademiyası qrabeni ilə ayrılan Qambursev dağ silsiləsi və Vernadski dağı hesab
olunur. Bu qalxmaya məruz qalan sektorun hind okeanında davamında sualtı silsilə
214
və Kerqelen arxipelağı yerləşir. Şərqi Antarktida dağ sisteminin (Hambursev və Ho-
litsin dağı) cavan olması eyni zamanda izostatik kompensasiyanın və "kskün" olma-
ması ilə də təsdiq olunur. Hambursev dağı kifayət qədər əks izostatik anomaliya ilə
xarakterizə olunur ki, bu da üst mantiyanın sıxlığının az olması ilə izah oluna bilər.
Neogen-Antropogendə dalğalı-qayma qırışıqlığının intensivliyinin kəskin artması
platformanın qərb ətrafında güclü vulkanizmin təzahürü ilə müşayiət olunmuşdur.

215
BÖLMƏ 3. QARIŞIQLIQ QURŞAQLAR

Mütəhərrik (qırışıqlıq) qurşaq qlobal tektonik element olub, bütün inkişafı dövrü
ərzində yüksək tektonik fəallıq, maqmatik, çökmə və metamorfik kompleksin forma-
laşması ilə xarakterizə olunur. Uzun müddətli geoloji inkişafla səciyyələnən mütəhər-
rik qurşaqlar kifayət qədər böyük ölçüyə malikdirlər, onların uzunluğu bir neçə min
kilometrlərə öllçülür, eni isə min kilometrdən artıqdır. Qeyd olunan qırışıqlıq qurşaq-
lar qədim okean hövzələrinin mərkəzi və ətrafında yaranmışdır. Qırışıqlıq qurşaqlar-
da ofiolitlərin olması onların okean mənşəli olmasını göstərir. Ural-Oxot qurşağı Pa-
leoasiya, Aralıqdənizi- Tetis, Şimali Atlantika- Yapentus, Arktika- Şimal okeanının
yerində yaranmışdır. Sakit okean istisna olunmaqla qeyd olunan bütün okeanlar, orta
Proterozoyda bütün müasir qədim platformaları birləşdirən Pangeya-I super qitəsinin
destruksiyası və parçalanması nəticəsində yaranmışdır.
Qlobal miqyasda okean qabığına malik hövzələrin və yeni kontinental tip qabı-
ğın formalaşdırılması ilə onların inkişafının başa çatdığı dağəmələgəlmə epoxaları
qeyd olunur. Baykal (Kembriyəqədər dövrün sonunda), Kaledon (Silurun sonu-Devo-
nun əvvəli), Hersin (gec Paleozoyda), Kimmeri (Yuranın sonu-Təbaşirin əvvəli), Alp
(Oliqosen-Dördüncü dövr) əsas dağəmələgəlmə epoxaları hesab olunur. Onlar ilk də-
fə XIX əsrin sonunda fransız geoloqu M.Bertran tərəfindən ayrılan və ona görədə
onun şərəfinə Bertran-tsikli adlanan 150-200 mln. il davam etmiş tsiklləri (dövrləri)
başa çatdırır. Bütün qırışıqlıq qurşaqlar bir Bertran tsiklinən çox davam etmişdir və
onların fəal inkişaf dövrü geoloji baxımdan uzun müddət (mln. illər) davam edir.
Qırışıqlıq qurşağın təkamülünün tam tsikli (okeanın yaranmasından qapanması-
na qədər) plitələrin tektonikasının əsasını qoyanlardan biri olan, kanada geofiziki
C.T.Vilsonun şərəfinə Vilson tsikli adını almışdır. Vilson tsikli qırışıqlıq qurşağın bü-
tün ərazisində və ya demək olar ki, bütün zonasında təzahür etdiyi halda, Bertran tsik-
li onun yalnız ayrı-ayrı hissələrini əhatə edir.
Vilson tsikli 6 mərhələyə ayrılır: 1) kontinental riftogenez (məsələn, Şərqi-Afri-
ka rift sistemi); 2) erkən mərhələ (Qırmızıdəniz rifti); 3) yetkin mərhələ (Atlantik
okeanı); 4) sönmə mərhələsi (Sakit okeanın qədb hissəsi); 5) son mərhələsi (Aralıq
dənizi); 6) relikt mərhələ və ya geosutura (Himalayda İnda xətti). Bu mərhələlərdən
hər biri ayrılıqda müəyyən tip tektonik hərəkətlə (qalxma, daltılma, sıxılma, yenidən
qalxma), çöküntülərlə və maqmatizmlə səciyyələnir.
Qırışıqlıq qurşaqların iki tipi mövcuddur: 1) qitələr arası (və ya kollizion), 2) qi-
tə kənarı (və ya subduksion).
Qırışıqlıq qurşaqların fəal inkişafı başa çatdıqdan sonra orogen (dağəmələgəlmə)
rejim platforma rejimi ilə əvəz olunur. Qurşaqların ayrı-ayrı hissələri aşınmaya məruz
qalır və çökmə qatı ilə örtülərək cavan platformaların plitələrinə çevrilir. Məsələn,
Aralıqdənizi qurşağının şimal ətrafı hazırda Qərbi-Avropa, Skif və Turan plitələri ilə
əhatə olunmuşdur. Qurşağın digər sahələri yeni dördə artıq qitədaxili şəraidə təkrarən
dağəmələgəlməyə məruz qalmışdır (məsələn, Yral, Tyan-Şan, Altay və Ural-Oxot
qurşağının digər dağlıq sistemləri).
Yer kürəsində Ural-Monqol, Aralıqdənizi, Qərbi və Şərqi Sakitokean, Atlantik,
Arktika kimi əsas mütəhərrik (qırışıqlıq) qurşaqlar ayrılır (şəkil 3.1.).

216
Şəkil 3.1. Fanerozoyun əsas qırışıqlıq qurşaqlafı (K.Sayfertə və L.Sirkinə görə).
1- qırışıqlıq qurşaqlar: So- Sakitokean, U-Mo- Ural-Monqol, Ao- Aralıqdənizi, ŞAo-
Şimali Atlantika, A- Arktika; 2- Qədim platformalar və onun hissələri.

3.1. URAL-MONQOL QARIŞIQLIQ QURŞAĞI


Ural-Monqol qırışıqlıq qurşağı Barens və Qırmızı dənizdən Oxot və Yapon də-
nizinə kimi uzanır (sahəsi 10 mln km2- dən çoxdur) və Şərqi-Avropa və Sibir qədim
platformalarını Tarım və Çin-Koreyadan ayırır. Bu qırışıqlıq qurşağın şimal hissəsi
submeridional istiqamətində uzanır və Ural-Sibir qurşağı, cənubu isə suben istiqamə-
tində uzanır və Mərkəzi-Asiya qurşağı adlanır. Ural-Monqol qırışıqlıq qurşağı şimal-
da Şimali-Atlantika və Arktika qurşaqları ilə, şərqdə isə Qərbi-Sakitokean qurşağı ilə
qovuşur. Ural-Monqol qırışıqlıq qurşağını bəzən Mərkəzi-Avroasiya, bəzən də Ural-
Oxot adlandırırlar.
Ural-Monqol qırışıqlıq qurşağının Ural-Sibir seqmentinin (Ural istisna olunmaq-
la) böyük ərazisi Qərbi-Sibir plitəsinin qırışıqlıq bünövrəsini təşkil edir və onun çök-
mə qatı ilə örtülmüşdür. Bu bünövrə şərqdə və cənubda- Mərkəzi Qazaxstanda, Tyan-
Şanda, Cunqadda, Altayda, Sayanda, Baykalqarşısı silsilələrdə, Baykalarxasında,
Monqolustanda, Böyük Xinqanda Oliqosen-Dördüncü dövrdə baş vermiş qalxma pro-
sesləri ilə əlaqədar olaraq yer səthinə çıxır.
Ural-Monqol qırışıqlıq qurşağı Rifeydə Erkənkembriyəqədər yaşlı kontinental
qabığın parçalanması və aralanması nəticəsində yaranmışdir. Erkənkembriyəqədər
yaşlı kontinental qabığın parçalanmış müxtəlif ölçülü qaymaları aralıq massivlər şəki-
lində saxlanılmışdır. Mərkəzi Qazaxstan-Şimali-Tyan-Şan, Tuva-Monqolustan, Xin-
qan-Burein qeyd olunan qaymalardan nisbətən ən böyüyü hesab olunur.
Gec Rifey və Paleozoy ərzində Ural-Monqol qırışıqlıq qurşağının ərazisində ge-
niş sahəni əhatə edən okean çökəkliyi- Paleoasiya okenı (şərqdə Paleosakitokean)
yerləşmişdir. Aralıq massivlər bu okean çökəkliyinin daxilində mikroqitə rolunu oy-
namışdır. Ərazidə qeyd olunan çoxlu sayda Rifey-Devonaqədər yaşlı ofiolit qurşaqla-
rı bu okean çökəkliyinin qabığının qalıqları hesab olunur. Gec Rifey və Venddən eti-
217
barən okean çökəkliyinin mərkəzi hissəsində baş verən genişlənmə ilə yanaşı olaraq,
onun ətdaf hissələrində mikroqitələrlə birlikdə qurşağı əhatə edən platformalara (ilk
növbədə Sibir) birləşən adalar qövsləridə yaranmışdır.
Baykal epoxasından sonra, qırışıqlıqla, maqmatizmlə, metamorfizmlə müşayiət
olunan və müvafiq olaraq kontinental qabığın artmasına səbəb olan Salair (Kembrinin
2-ci yarısinda) və Takon (Ordovikin sonunda) epoxaları baş verir. Silurun sonu-De-
vonun əvvəllərində baş verən, qırışıqlıqla, maqmatizmlə, metamorfizmlə müşayiət
olunan və Mərkəzi Qazaxstanda, Şimali Tyan-Şanda, Altay-Sayan-Baykalda, Şimali
Monqolustanda kontinental qabığın artmasına səbəb olan qırışıqlıq epoxası xüsusilə
böyük əhəmiyyət kəsb edir. Bütün bu proseslər gec Paleozoyda (Permin sonu-Triasın
əvvəli) Ural-Monqol qurşağını əhatə edən qitələrin yaxınlaşması, onların aralıq və-
ziyyət tutan mikroqitələrlə toqquşması və beləliklədə qurşağın Monqol-Oxot seqmen-
ti istisna olunmaqla demək olar ki, bütün ərazisinin quruya çevrilməsi ilə nəticələn-
mişdir. Gec Yurada Monqol-Oxot seqmenti qırışıqlıq, qranitləşmə metamorfizmə
məruz qalmış və quruya çevrilmişdir. Qırışıqlıq epoxası ərzində yaranmış olan dağlıq
relyef Mezozoy və erkən Paleogendə aşınmaya, nivelirlənməyə məruz qalnış və
qismən çökmə örtüyü ilə örtülmüşdür (Qərbi Sibir, Mərkəzi Dunbey və s. istisna
olmaqla), lakin sonra baş yeni qalxmalar onu fəallaşmaya cəlb etmişdir.

3.2. ARALIQDƏNİZİ QARIŞIQLIQ QURŞAĞI


Aralıqdənizi mütəhərrik (qırışıqlıq) qurşağı Yer qabığının ən böyük mütəhərrik
əyalətərindən biridir. Bu qurşaq Karibdən Cənubi-Cin dənizinə kimi en istiqamətində
izlənilir və şimal qrupu qədim platformalarını (Şimali-Amerika, Şərqi-Avropa, Ta-
rim, Koreya-Cin)- Lavrasiyanı, cənub qrupu qədim platformalarından (Yuranın orta-
larına kimi mövcud olan Hondvana super qitəsindən) ayırir. Ümumiyyətlə, bu qurşaq
qərbdə Cəbəli-Tariq boğazından başlayaraq, Qəbi və Cənubi Avropanın Aralıqdənizi,
Şimali Afrika (Marokka, Əlcəzair, Tunis), Cənubi-Qərbi Asiya və İndoneziya arxipe-
lağının böyük hissəsi daxil olmaqla, butün Avrasiya qitəsi boyu uzanır və şərqdə
Qərbi-Sakitokean qurşağı ilə birləşir. Pangeya super qitəsi parçalana kimi bu mütə-
hərrik qurşaq qərbdə Şərqi-Sakit okean qurşağı (Kordilyer), şərqdə isə Qərbi-Sakit
okean qurşağı ilə qovuşmuşdur. Qərbi və Mərkəzi Avropa Hersin qırışıqlıq əyalətləri,
Alp qırışıqlıq əyalətləri və İndoneziya qırışıqlıq əyalətləri Aralıqdənizi mütəhərrik
qurşağına aiddir. Paleozoyda və Mezozoyda Aralıqdənizi mütəhərrik qurşağının ye-
rində geniş ərazini əhatə edən oken (Tetis) yerləşmişdir. Təbaşirin ortalarında Atlan-
tik okeanının təmamilə açılmasından sonra Aralıqdənizi mütəhərrik qurşağı qərbdə
qapanmışdır. Bəzən onu Alp-Himalay, Mərkəzi Amerikada isə Karib adlandirirlar.
Alp geosinklinal əyaləti, Kaynozoy dağlıq qırışıqlıq sistemlərinin də daxil oldu-
ğu Aralıqdənizi mütəhərrik qurşağının ən cavan sahəsidir. Alp geosinklinal əyalətinin
bir hissəsi Kembriyəqədər-Baykal, digər hissəsi isə Paleozoy yaşlı bünövrə üzərində
formalaşmışdır.Burada nisbətən erkən geosinklinal çökəkliklər Trias-erkən Yurada,
geci isə Yuranın sonu-Təbaşirdə yaranmışdır.
Alp geosinklinal əyalətinin inkişafında Alp qırışıqlığının zaman baxımından ən
iri fazası ilə ayrılan iki mərhələ qeyd olunur. Bunlardan biri Triasdan Paleogenin so-
nuna kimi, digəri isə Oliqosen-Dördüncü dövr əhatə edir. Birinci mərhələ intensiv ge-

218
nişlənmə (spredinq) geosinklinal çökəkliklərin yaranması və onların çökmə-vulkano-
gen qatla dolması, qırışıqlıq və daxili qalxmalarla səciyyələnir. İkinci mərhələ (oro-
gen) sıxılma proseslərinin (kolliziya) intensivləşməsi, dağlıq-qırışıqlıq sistemlərin,
Neogen-Dördüncü dövr yaşlı çöküntülərlə dolmuş dağarası və ön çökəkliklərin for-
malaşması ilə xarakterizə olunur.

3.3. SAKİT OKEAN QIRIŞIQLIQ QURŞAĞI

Sakit oken qurşağı Yer qabığının ən böyük qitə kənarı mütəhərrik qurşağıdır.
Onunu kənar dairə üzrə uzunluğu 56 min km olub, eni bir neçə yüz metrdən 5 min
km- ə qədər çatır. Okeanın yatağı dərin su novları sistemi ilə- Aleut, Kuril-Kamçatka,
Marian, Tonqa, Kermadok, Peruian, Çili, Qvatemala və s. əhatə olunmuşdur. Sakit
oken qurşağı Koryak, Kamçatka, Saxalin, Sixote-Alin qırışıqlıq və örtük sistemlərini,
Yapon adaları, Tayvan, Cənubi-Şərqi Çini, Filippini, Yeni Qvineyanı, Şərqi Avstrali-
yanı, Yeni Kaledoniya və Yeni Zellandiyanı, Transantarktida dağlarını və Antarktida
yarımadasını, Andları və Alyaskada daxil olmaqla Şimali Antaktidanı əhatə edir. Sa-
kit oken qurşağı əsasən gec Paleozoy, Mezozoy və Kaynozoy yaşlı geosinklinal
kompleksdən təşkil olunmuşdur. Sakit okenı əhatə edən və onu qədim platformalar-
dan- kratonlardan (şimalda Hiporborey; qərbdə- Sibir, Koreya-Çin, Cənubi-Çin,
Avstraliya; cənubda- Antarktida; şərqdə- Şimali və Cənubi Amerika) ayiran Sakit
oken qurşağı iki hissəyə- Qərbi və Şərqi Sakit oken qurşaqlarına ayrılır.

3.3.1. QƏRBİ- SAKİT OKEAN QIRIŞIQLIQ QURŞAĞI

Alp yaşlı Sakit okean qurşağının daxili sərhədi Çukotkadan Vyetnama kimi izlə-
nilən, gec Yura-erkən Paleogen yaşlı Şərqi-Asiya vulkanik-plutonik qurşağı boyunca
keçir. Qərbi Sakit okean qurşağının tərkibinə daxl olan ada qövsləri 2 əsas tipə ayrılır.
Bunlardan biri yeni yaranan dənizlərlə ayrılmış nisbətən qədim (gec Təbaşirə kimi)
kontinental qabığa malikdir. Bunlar ensialik adlanır, adətən cavan vulkanik üstü qu-
ruluşla səciyyələnir. Digər tip ada qövsləri gec Təbaşir-Kaynozoyda okean yatağında
əmələ gəlmişdir və ensimatik adlanır, deformasiyaya və metamorfizmə məruz qalmış,
okean qabıqlı melanokraton bünövrə üzərində vulkanik quruluşla xarakterizə olunur.
Sakit okeanın qərbində yerləşən kənar dənizlər əsasən mantiya diapirizmi ilə əlaqədar
olan riftəmələgəlmə prosesində yaranmışdır və ensimatik ada qövsləri adlanır. Onlar-
dan bəziləri ada qövsləri daxilində riftəmələgəlmə nəticəsində (onların iki qövsə ay-
rılması ilə əlaqədar olaraq) yaranmışdır. Bu ada qövslərindən okeana yaxın olan və
subdiksiya zonasında yerləşəni özünün vulkanik fəallığını indidə saxlayır. Qərbi-Sa-
kit okean qurşağının kənar dənizlərinin yaşı gec Konyak-Pliosen, əsasən də Oliqosen-
Miosen yaşlıdır.
Ada qövslərini əhatə edən su novları da eyni yaşlıdır. Uzanma istiqamətində
Qərbi-Sakit okean qurşağı Molukko dənizi ilə iki qeyri-bərabər hissəyə (Asiyaqarşısı
və Avstraliyaqarşısı) ayrılır. Bu qurşağının Asiyaqarşısı hissəsi şərti olaraq iki
geosinklinal əyalətə (Şimali-Qərbi və Nippon-Filippin) ayrılır. Avstraliyaqarşısı his-
sədə yalnız Melaneziya geosinklinal əyaləti ayrılır ki, onun da Nippon-Filippin geo-
sinklinal əyaləti ilə sərhəddi şərti xarakter daşıyır.

219
3.3.2. ŞƏRQİ-SAKİT OKEAN QIRIŞIQLIQ QURŞAĞI
Şimali Amerika kordilyerləri və Andların daxil olduğu Şərqi Sakitokean mütə-
hərrik qurşağı şimalda Alyaskadan, cənubda Skoşa dənizini əhatə edən adalar qövsü-
nə qədər uzanır. Ümumi uzunluğu 20 min km- ə, eni isə 1500 km- ə çatan bu qurşaq
şərqdən Şimali və Cənubi Amerika platforması ilə sərhədlənir. Şərqi Sakitokean mü-
təhərrik qurşağında geosinklinal çökəkliklər gec Kembriyəqədərdən (Andlarda Trias-
dan), qırışıqlıq-dağlıq sistemlər isə Raleozoyun sonunda, Mezozoyda və Kaynozoyda
formalaşmağa başlamışdır.
Şərqi Sakitokean mütəhərrik qurşağında müxtəlif yaşlı qırışıqlıq vilayətlər və
sistemlər ayrılır: Paleozoy yaşlı- Pune Boliviya və Argentina sistemləri; Mezozoy-
Nevadiy- Qayalı dağlar və Sierra Nevada dağlıq sistemləri; erkən Kaynozoy-Lara-
miy- Meksikada Sierra Madre silsilələr sistemi; orta Kaynozoy-And- And sistemi və
gec Kaynozoy-Sakitokean- Şimali Amerikanın sahilyanı silsilə sistemi və Cənubi
Amerikanin sahilyanı kordilyer sistemi. Qırışıqlıq strukturları Kembriyəqədər və Pa-
leozoy yaşlı törəmələrdən təşkil olunmuş adaları və daxili massivləri əhatə edirlər.
Paleozoy strukturları böyük qırışıqlardan və üstəgəlmələrdən ibarətdir.
Mezozoy (Nevadiy) qırışıqlığının Qayalı dağlar və Sierra Nevada sistemləri 3
böyük struktur eləmentə ayrılır: Kanada Kənar çökəkliyi, Qayalı dağların miogeo-
sinklinal və evgeosinklinal zonaları. Gec Yurada miogeosinklinal və evgeosinklinal
qapanaraq qırışıqlığa çevrilmiş və qırılmalarla, üstəgəlmələrlə mürəkkəbləşmiş, erkən
Təbaşirdə isə qranit batolitlərinin təzahürü baş vermişdir.
Nevadidlərdən cənuba, Kaliforniya yarımadasından şərqə və Meksikada Sierra
Madredə Meksika aralıq massivini əhatə edən Laramiy (gec Təbaşir-Paleogen) qırı-
şıqlıq sistemi izlənilir; cənubda onun daxilində Kembriyəqədər yaşlı Oxaka və Paleo-
zoy yaşlı Qonduras massivi yerləşmişdir.
And (Oliqosen-Pliosen) qırışıqlıq sistemi Panama yarımadasından Yanar Torpa-
ğa qədər izlənilir. Sakit okeanın sahili boyunca (Alyaskanın cənubunda, Kaliforniya-
nın Sahilyanı silsilələrində, Oreqon və Panama berzahində) ensiz müasir geosinklinal
zolaq uzanır. Bu ərazilər müasir vulkanizmlə, seysmikliklə və şaquli tektonik hərəkət-
lərin intensiv təzahürü ilə səciyyələnirlər.
3.4. ATLANTİK OKEANI MÜTƏHƏRRİK QURŞAĞI

Atlantik okeanı qırışıqlıq qurşağı gec Kembriyəqədər-Paleozoy yaşlı qitğlər arası mü-
təhərrik qurşaq olub, Atlantik okeanını əhatə edir və iki seqmentə- Şimali və Cənubi
Atlantika mütəhərrik qurşaqlarına ayrılır.

3.4.1. ŞİMALİ-ATLANTİKA QURŞAĞI

Şimali-Atlantika qurşağı Şimali-Amerika və Şərqi-Avropa qədim platformaları-


nı bir-birindən ayırır, cənubda Aralıqdənizi, şərqdə isə Ural-Monqol qurşağı ilə qovu-
şur. Bəzən Norveçdə Şimali-Atlantika qurşağını Fennamark, Şotlandiyada və İrlandi-
yada Qrampian, Amerika hissəsini isə Nyufaundlend adlandırırlar.
Şimali-Atlantika qurşağının qərb hissəsi Şərqi-Qrelandiya, Nyufaundlend, Şima-
li-Appalaç Kaledonidlərindən və cənub istiqamətdə Meksika korfəzinin şimal-qərb,

220
qərb və cənub ətrafında davam edən (Qonduras körfəzinə kimi) Cənubi-Appalaç Her-
sinidlərindən, şərq hissəsi isə Britaniya adaları, Ckandinaviya və Şpisbergen Kaledo-
nidlərindən təşkil olunmuşdur. Ümumiyyətlə, Şimali-Atlantika qurşağıda Kaledon
(Norveç, Şotlandiya, İrlandiya, Şimali-Appalaçlar, Nyufaundlend), Hersin (Cənubi-
Appalaçlar), Alp (İslandiya) qırışıqlıq vilayətləri ayrılır.
Şimali-Atlantika qurşağının yaranması gec Kembriyəqədər (1 mlrd. Il əvvəl) tə-
sadüf edir. Şimali-Amerikanın Şərqi-Avropa qitəsindən aralanması burada okean tipli
qabığa malik hovzənin yaranması ilə nəticələnir. Gec Kembriyəqədər və Paleozoyda
bu hovzədə ilk deformasiyaya hələ Paleozoydan sonra, Ordovikin sonunda və Silur-
da, Devonun əvvəlində və ortalarında, gec Paleozoyda baş vermişdir. Böyük qalınlığa
malik vulkanogen və çökmə mənşəli çöküntülərin toplandığı bu ərazidə Yurada yuxa-
rıda qeyd olunan qırışıqlıq sistemlər formalaşır. Bu qırışıqlıq sistemlər Atlantik okea-
nın qərb sahilinə istiqamətlənmiş böyük üstəgəlmələrlə mürəkkəbləşmişdir.
3.4.2. CƏNUBİ-ATLANTİKA QURŞAĞI
Cənubi-Atlantika qurşağında qırışıqlıq zonaların parçalanmış hissələri müçahədə
olunur (əsasən Cənubi-Amerikanın və Afrikanın sahili boyunca).
3.5. ANTARKTİKA QIRIŞIQLIQ QURŞAĞI
Arktika qurşağı Kanadanın Arktika yarımadasından şimali-şərqi Qrelandiyaya
qədər uzanır. Asiya və Şimali Amerikanın müasir şimal ətrafı boyunca uzanan bu
qurşaq Sibir və Şimali-Amerika qədim platformalarını Hiperboreydən (Arktikadan)
ayırır. Arktika qurşağı qərbdə Ural-Monqol, şərqdə isə Şimali Atlantika ilə qovuşur.
Arktika və Ural-Monqol geosunklinal qurşaqlarınin qovuşması şimali-şərqi Qrelandi-
yaya və Şimal Torpağı araönda baş verir. Yeni Torpaq, Şimal Torpağının strukturları
və Taymar yarımadasınıda bu qovuşma aid edirlər. Bəzən Arktika qurşağını İnnuit də
adlandırırlar.
Yer qabığının Arktika geosunklinal qurşağı cənubdan Şimal Buzlu okenını əhatə
edir və əsasən aydın ifadə olunan iki seqmentə- orta Paleozoy (erkən Hersin) yaşlı
Kanadanın Arktika yarımadası sistemi və erkən Paleozoy (Kaledon) yaşlı Şimali-
Qrelandiyaya sistemi (Piri torpağı və s.) ayrılır. Novosibirsk-Çukot Mezozoy sistemi
və Şimali-Alyaskada Paleozoy- Mezozoy yaşlı Bruks silsiləsi sistemi də bu qurşağa
aiddir. Mezozoya qədərki dövrdə Arktika geosunklinal qurşağının qədim Hiperborey
kontinental platformasını (sonradan destruksiyaia və əyilməyə məpyz qalmış) əhatə
etdiyi ehtimal olunur.

221
BÖLMƏ 4. BAYKAL QIRIŞIQLIQ ƏYALƏTLƏRİ

Üst Prterozoyun kəsilişinin analizi göstərir ki, Arxey və erkən Proterozoydan


fərqli olaraq, gec Prterozoyda litosferin inkişafı daha differensasiya olunmuş şəraitdə
getmişdir. Bu mərhələdə geosinklinal əyalətlərlə yanaşı olaraq, bir sıra böyük ərazilər
platforma rejimində öz inkişafını davam etdirmişdir.
Gec Proterozoyda qədim platformalar əsasən şaquli tektonik hərəkətlərin təsirinə
məruz qalmışlar, onların qırılmalarla ayrı-ayrı bloklara parçalanması davam etmişdir.
Bu mərhələdə baş verən dartılma prosesləri ilə əlaqədar olan avlakogenlər yaranır ki,
onlar da qırmızı rəngli kontinental qumdaşı, çınqıl, gil və effuziv araqatları ilə dol-
muşdur. Bü mərhələni qədim platformalarda onun inkişafının avlakogen mərhələsi
adlandırırlar.
Erkən Rifeydə tektonik hərəkətlər əsasən qayma xarakteri daşımış və təkrar me-
tamorfizm və qranitləşmə ilə müşayiət olunmuşdur. Bu tektonik hərəkətlər platforma-
nın əvvəllər konsolidasiya məruz qalmış sahələrini də əhatə etmişdir. Ümumiyyətlə,
üst Proterozoy geosinklinalların inkişafında mühüm mərhələ hesab olunur. Bu mərhə-
lədə Arxey və erkən Proterozoydan qalmış geosinklinallar öz inkişafını irsi olaraq da-
vam etdirmişdir. Bununla yanaşı olaraq bir sıra okean strukturlarının qapanması hesa-
bına yeni geosinklinallar da yaranmışdır. Epikarel platformalarının kənar hissələri ye-
nidən işlənilməyə (destruksiyaya) məruz qalmışdır. Qot (Avropa), Elson və Qrenvil
(Şimali Amerika), Kibar (Afrika) epoxalarının sonunda baş verən qırışıqlıq prosesləri
geosinklinallarda əsaslı dəyişiriklərə səbəb olmamışdır.
Orta və gec Rifeydə avlakogenlərin inkişafı davam etmiş və yalnız Proterozoyun
sonundan (Venddən) əyilmənin sərhədləri daha da genişlənmiş və beləliklədə əsasən
dairəvi quruluşa malik olan sineklizlər formalaşmağa başlayır. Bu mərhələyə qədim
platformanın sinekliz mərhələsi kimi baxılır.
Gec Proterozoyda (Rifey və Vendin sərhədində) baş verən Baykal qırışıqlığı bir
çox geosinklinalların qapanmasında həlledici rol oynamışdır. Baykal qırışıqlığı qədim
platformaların tam formalaşmasına səbəb olmuşdur. Bu mərhələdən sonra yarnmış
olan Baykalidlərin hesabına Epikarel platformaları öz sahələrini kifayət qədər geniş-
ləndirmişdir. Baykal qırışıqlığı geniş ərazini əhatə etmişdir (Sibirdə, Orta Asiyada,
Qərbi Avropada, Cənubi və Şimali Afrikada).
Paleozoyun əvvələrində daha geniş əraziləri əhatə edən Baykalidlər sonrakı in-
kişaf mərhələlərində destruksiyaya, yenidən parçalanmaya məruz qalmış və nəticədə
yalnız iri massivlər (qaymalar) formasında saxlanılmışlar.
Yerin müasir struktur planında Kembriyəqədər platformaların ətrafında yerləşən
Timan-Peçora, Şimali-Taymır, Baykal-Patomiya, Yenisey-Sayan, Aravali, Alaşan,
Flinders Epibaykal əyalətlərini ayırmaq olar (şəkil 4.1.). Baykalidlərin yaranması qi-
tələrin daha da genişlənməsinə səbəb olmuşdur.

4.1. URAL-MONQOL QURŞAĞININ BAYKALIDLƏRİ

Baykalidlər əsasən ətraf hissədə, qədim platformaların sərhəddi boyunca, çox


ehtimal ki, onların destruksiyaya və parçalanmaya məruz qalmış ətrafında formalaş-
mışdır.

222
Şəkil 4.1. Baykal qırışıqlığının yerləşdiyi nisbətən iri zonalar
(V.P.Qavrilova görə)
I.Baykal qırışıqlıq əyalətləri: 1-Timan-Peçora, 2-Şimali Taymır, 3-Baykal Patomiya,
4-Sayan-Yenisey, 5-Aravali, 6-Alaşan, 7-Flinders, 8-Hebrid massivi, 9-Şimali Flori-
da, 10-Meksika sineklizı, 11-Baham arxipelağı; II.Epikarel platformaları; III.Paleozo-
yun əvvəlinə kimi movcudluğu etimal olunan, lakin sonralar nisbətən cavan qırışıqlıq
epoxaları ilə yenidən diastrofizmə uğramış baykalidlər.

4.1.1. BAYKAL-PATOMİYA VƏ YENİSEY-SAYAN BAYKAL QIRIŞIQLIQ ƏYALƏTİ


Baykalidlər Ural-Monqol qırışıqlıq qurşağında, adətən onun ətraflarında- plat-
formalarla qurşağın sərhədləri boyunca yerləşir. Baykal-Patomiya və Yenisey-Sayan
Baykal qırışıqlıq sistemləri Sibir platformasının müvafiq olaraq cənubunda və qərbin-
də yerləşirlər. Yenisey-Sayan qırışıqlıq sistemi Yenisey və Turxan qalxımlarında,
Baykal-Patomiya isə Baykal gölünün kənarlarında və Badaybo şəhərindən şimala tə-
rəf yerləşən Bodaybo yaylasında daha aydın nəzərə çarpır.
Salair Sayan əyalətində də Baykal qırışıqlıq strukturları (Şərqi Sayan qırışıqlıq
zonası, Hamar-Daban qalxımı, Tuva-Monqol massivi) ayrılır.
STRATİQRAFİYA
Geoloji-geofiziki materialların analizi Baykal-Patomiya və Yenisey-Sayan Bay-
kal qırışıqlıq sisteminin kəsilişində aşağıdakı struktur-formasiya komplekslərini
(SFK) ayırmağa imkan verir (cədvəl 4.1.1.1.).
Bünövrə SFK. Yenisey-Sayan qırışıqlıq sistemində üç (alt və üst Arxey, alt
Proterozoy), Baykal-Patomiyada isə iki (alt və üst Arxey) struktur mərtəbələri ayrılır.
Arxey biotitli, amfibolitli, qranatlı qneyslərdən və kristallik şistlərdən; alt Proterozoy

223
isə disten-qranatlı, biotitli və amfibolitli qneyslərdən, kristallik şistlərdən (Baykal-Pa-
tomiya qırışıqlıq sistemində) və fillitlərdən, metamorfikləşmiş terrigen-karbonat (Ye-
nisey təpəliyində) süxurlarından ibarətdir.
Cədvəl 4.1.1.1.
№-si Struktur-formasiya kompleksi (SFK) Yaşı
1 Bünövrə Arxey-alt Proterozoy
2 Geosinklinal Üst Proterozoy
3 Orogen Vend
4 Platforma örtüyü Kembri- Miosen
5 Yeni fəallaşma Pliosen-Antropogen

Geosinklinal SFK. Baykal daqırışıqlıq əyalətlərində üst Proterozoy yaşlı olub,


kənar- miogeosinklinal zonada (Yenisey təpəliyində, qırışıqlıq Baykal-Patomiya sis-
temində) qalınlığı 10-12 km-ə çatan terrigen və terrigen-karbonat kompleksindən; da-
xili- evgeosinklinal zonada isə qalınlığı 14-15 km-ə çatan spilit kerotofir formasiya-
sından təşkil olunmuşdur. Vend kompleksi iri çınqıllı konqlomeratlardan, qırmızı
rəngli kontinental qatlardan ibarət olduğundan ona molass formasiyası kimi baxılır.
Orogen SFK. Baykal-Patomiya və Yenisey-Sayan Baykal qırışıqlıq əylətlərində
OSFK Vend yaşlı olub, iri çınqıllı koqlomeratlardan və qırmızı rəngli kontinental qat-
dan ibarətdir. Baykalqarşısında Akitkan silsiləsində əsasən turş və qələvi tuflardan,
diabaz linzalarından, əlvan rəngli qumdaşı və alevrolitlərdən ibarət olan OSFK-nin
(Akitan seriyası) qalınlığı 4,5 km-ə çatır.
Platforma örtüyü SFK. Baykal-Patomiya və Yenisey-Sayan Baykal qırışıqlıq
əyalətlərində PÖSFK, ümümiyyətlə Fanerazoyu (Miosenə qədər) əhatə edir və ümu-
mi qalınlığı 2,0-2,5 km-ə çatan qumdaşı, konqlomerat, gil və karbonat süxurlarından
təşkil olunmuşdur.
Müasir fəallaşma SFK. Baykal-Patomiya və Yenisey-Sayan Baykal qırışıqlıq
əyalətlərində MFSFK Pliosen-Antropogen yaşlı olub, konqlomerat, brekşiya, qum,
allüvial, göl mənşəli gil çöküntülərindən ibarətdir, qalınlığı 3-4 km-dir.
MAQMATİZM
Baykal-Patomiya və Yenisey-Sayan Baykal qırışıqlıq sistemin geoloji inkişaf ta-
rixində Arxey (biotit, amfibolit, qranitoid), alt Proterozoy (piroksenid, peridotit, qab-
bro-anortozit, qranitoid), üst Proterozoy (qranit, qranodiorit, qranosienit), Paleozoy
(qələvi və nefelinli sienit), Mezozoy maqmatik tsiklləri ayrılır.
TEKTONİKA
Baykal-Patomiya və Yenisey-Sayan Baykal qırışıqlıq sisteminin hüdüdunda aşa-
ğıdakı əsas struktur elementlər ayrılır (cədvəl 4.1.1.2. və şəkil 4.1.1.1.). Baykal-Pato-
miya və Yenisey-Sayan Baykal qırışıqlıq sistemi Baykal-Sayan kənar tikişi ilə Sibir
platformasına birləşir. Baykal gölunün qərb kənarlarından Yenisey qalxımına qədər
1000 km məsafədə uzanan və Arxeydən başlayaraq müasir dövrə kimi yaxşı izlənilən
Sayan-Baykal dərinlik yarığı relyefdə daha aydın ifadə olunur.
Baykal-Patomiya qırışıqlıq sistemində Proterozoy törəmələri nisbətən sadə, sı-

224
xılmış, yaxud xətti, izoklinal qırışıqlar əmələ gətirmişdir. Qırışıqlıq sistem nisbətən
simmetrik quruluşa malikdir.
Cədvəl 4.1.1.2.

№-si Struktur Adı


1 Antiklinorium Yenisey, Protero-Sayan, Şuy, Neşer
2 Sinklinorium Bodaybo
3 Horst Baykal-Oka, Biryusin
4 Dərinlik qırılması Baykal-Sayan kənar tikişi
Riftogenezlə əlaqədar olan Neogen-Dördüncü dövr
5 Baykal rift zonası
çökəklikləri: Bayal, Tunkin, Barquza, Üst Anqar, Muy

Şəkil 4.1.1.1. Baykal-Patomiya və Yenisey-Sayan Baykal qırışıqlıq


sistemlərinin əsas strukturlarının yerləşmə sxemi
(Avrasiyanın tektonik xəritəsinə görə).
Qırışığın ətrafında metaforfikləşmiş üst Proterozoy çöküntülərindən təşkil olun-
müş Şuy, Qonad, Neşer antiklinoriumları, onların daxilində isə dairəvi Bodaybo sink-

225
linoriumu yerləşir. Şərqi Sayan kənar qalxımı kəskin ifadə olunmuş blok quruluşu ilə
səciyyələnir. Burada qalxmış nəhəng bloklar (Baykal-Okin və Biryusin) və onları ayı-
ran Urik-İysk qrabeni ayrılır. Yenisey qalxımında Rifey süxurları geniş sadıqvarı qırı-
şıqlar əmələ gətirmişdir. Baykalidlərin zəif dislokasiyaya qalmaları, onların qalan Ar-
xey bünövrələri üzərində Sibir platformasının kənar zonasının parçalanması hesabına
yaranması və inkişafı ilə izah edilir.
GEOLOJİ İNKİŞAF TARİXİ
Rifeyəqədər mərhələ. Yenisey silsiləsində, Şərqi Sayanda, Kana, Biryusin qal-
xımlarında öyrənilmiş Arxey yaşlı metamorfik süxurlar (qranulit, çarnokit) və onların
üzərində qeyri-uyğun yatan alt Proterozoy törəmələri (qranit intruziyaları ilə yarılmış
qneys, mərmər) Sibir platformasının bünövrə kompleksi ilə oxşardır. Bu isə qeyd
olunan strukturların Sibir platformasının parçalanmış qalıqları olduğunu göstərir.
Geosinklinal mərhələ. Arxey-alt Proterozoy metamorfik kompleksinin üzərində
böyük qalınlığa malik, əsasən terrigen mənşəli çöküntülərdən ibarət orta və üst Rifey
yaşlı geosinklinal kompleks yatır. Bu kompleks Suxopit (orta Rifey), Tunqus (üst Ri-
fey) və Oslyan (üst Rifey) seriyalarına ayrılır və onların qalınlığı müvafiq olaraq 6
km; 5,5 km; 2,5 km təşkil edir.
Orogen mərhələ. Gec Proterozoyun ortalarında (800-850 mln. il) qranitoidlərin
təzahürü ilə müşayiət olunan qırışıqlıqdan sonra bir sıra çökəkliklərdə üst Rifeyin so-
nu və Venddə molass formasiyası toplanmışdır. Geosinklinal qurşağın ətraf hissəsi
Baykal tektonik qırışıqlığı nəticəsində qapanır və burada Yenisey-Sayan və Baykal-
Patomiya qırışıqlıq siüstemi əmələ gəlir. Baykal-Patomiya qırışıqlıq siüsteminin cə-
nubunda bütün Rifey-Vend ərzində Barquza-Vitim geosinklinalı öz inkişafını davam
etdirmiş və yalnız orta Kembridə Salair qırışıqlığı onu qapamışdır.
Platforma inkişaf mərhələsi. Üst Kembridən Eosenin sonuna kimi bu ərazidə
platforma rejimi mövcud olmuşdur. Kembrinin ortalarında Uda-Vitim və Cidin geo-
sinklinalları qapanır və Sayan-Yenisey-Baykal əyalətinin hər yerində təmamilə konti-
nental tip qabıq formalaşır. Sonralar bütün Fanerozoy ərzində bu ərazi bir neçə dəfə
tektonik və maqmatik fəallaşmaya cəlb olunmuşdur.
Müasir fəallaşma mərhələsi. Orta Pliosendə ərazinin böyük sahəsi fəallaşmaya
cəlb olunmuşdur. Yaranmış olan mərkəzi qalxım mərkəzi hissədə, müasir dövrdə də
öz inkişafını davam etdirən Baykal rift zonası ilə bölünmüçdür. Plitələrin tektonikası
tərəfdarlarının fikirincə Baykal rifti Avroasiya və Amur litosfer plitələrini ayırmışdır.
FAYDALI QAZINTILAR
Sayan-Yenisey və Baykal-Patomiya qırışıqlıq sistemi dəmir filizi, mis, molibden
və digər faydalı qazıntılarla zəngin olan vilayətlərdən hesab olunur. Yenisey qalxımı-
nın şərq hissəsində Kembri çöküntüləri ilə əlaqədar olan zəngin Anqar-Pit dəmir fizi-
zi hövzəsi yerləşir. Qranitoidlərlə əlaqadar olan Klyuşev molibden yatağı vardır. İkat
marqans yatağı Rifey çöküntüləri ilə əlaqədardır. Şərqi Sayanda sienit intruziyaları ilə
yarılmış alt Proterozoyun metamorfikləşmiş əhəngdaşlarında Botoqol qrafit yatağı aş-
kar olunmuşdur. Qərbi Baykalarxasında Mezozoy yaşlı qələvi daykalarla əlaqədar
olan flyuorit yataqları vardır. Şərqi Sayanda Onot və Yenisey antiklinoriumunda Kir-
qitey asbest yataqları ofiolit assosiasiyası ilə əlaqədardır. Baykalda Tolstoy burnunda
və Klyuşi-Stvolovaya stansıyası rayonunda neft çıxışları qeyd olunur.
226
4.1.2. TİMAN-PEÇORA EPİBAYKAL PLİTƏSİ
Timan-Peçora plitəsi Şərqi Avropa platformasının şimal-şərqində yerləşir. Qərb-
dən Timan qalxımı, şərqdən Pay-Xoy və Şimali Uralla, şimaldan Barens dənizi ilə
hüdudlanan bu plitə Kanin yarımadasının şərq hissəsini, Timan silsiləsini, Peçora dü-
zənliyinin ərazizini əhatə edir. Şərqi Avropa platformasından qırılmalar sistemi ilə
ayrılır. Timan-Peçora plitəsi böyük qalınlığa malik Dördüncü dövr çöküntüləri ilə ör-
tülmüşdür, ikimərtəbəli quruluşa malikdir. Bü plitənin alt struktur mərtəbəsi əsasən
Baykal bünövrəsindən, üst struktur mərtəbəsi isə maili yatmış Paleozoy və Mezokay-
nozoy yaşlı çöküntü örtüyündən təşkil olunmuşdur.
Platformanın bünövrəsinin yaşı haqqında fikir birliyi yoxdur. Bir qrup tədqiqat-
çılar bünövrəni Rifey yaşlı hesab edir və bütün ərasini Baykalidlərə aid edərək onu
Ural-Monqol qurşağının tərkibinə daxil edirlər. Digər qrup tədqiqatçılar isə bünövrə-
nin yaşinın Rifeyəqədər (erkən Kembriyəqədər) olduğunu söyləyir və bütün əyaləti
Şərqi Avropa platformasının şimal-şərq ətrafına aid edirlər.
STRATİQRAFİYA
Geoloji-geofiziki materialların analizi Timan-Peçora plitəsinin kəsilişində aşağı-
dakı struktur-formasiya komplekslərini ayırmağa imkan verir (cədvəl 4.1.2.1.).
Cədvəl 4.1.2.1
№-si Struktur-formasiya kompleksi (SFK) Yaşı
1 Bünövrə Üst Proterozoy
2 Keçid Alt Paleozoy
3 Örtük Üst Paleozoy-Mezokaynozoy

Bünövrə SFK. Rifey yaşlı çöküntülərdən təşkil olunmuş bünövrə struktur-for-


masiya komplekslərini (SFK) Timan və Kanin yarımadalarında yer səthinə çıxırlar.
Timan-Peçora plitəsində bu kompleks intensiv dislokasiya olunmuş və regional meta-
morfizmə məruz qalmış üst Proterozoy süxurlarından təşkil olunmuşdur. Burada alt
və orta Rifey qalınlığı 6 km-ə çatan kvarsit-şist formasiyasından, üst Rifey-Vend isə
qalınlığı 2,5-3,5 km-ə çatan qumlu-gilli və karbonatlı formasiyalardan ibarətdir. Ri-
fey qırışıqlıq qatı qabbro, qranit, sienit intruziyaları ilə yarılmışdır.
Örtük SFK. Timan-Peçora plitəsində çökmə örtüyü Paleozoy və Mezokayno-
zoy yaşlıdır. Baykal qırışıqlığından sonra baş verən uzun müddətli fasilə ilə əlaqədar
olaraq Kembri və Ordovik çöküntüləri plitədə bünövrənin qalxmış hissələrində mə-
lum deyildir. Çox güman ki, başqa plitəlarda olduğu kimi Timan-Peçora plitəsındədə
çökəkliklərdə alt Paleozoy çöküntüləri ilə dolmuş keçid kompleksi vardır.
Timan-Peçora plitəsində çökmə örtüyünün qalınlığı 2-8 km arasında dəyişir və
V.E.Xainə görə alt Paleozoy (terrigen), Silur-alt Devon (karbonatlı), orta Devon-alt
Perm (terrigen-karbonat), üst Perm-Trias (qumlu-gilli və karbonal süxurları, gips, duz
araqatları), Yura-Paleogen (terrigen), Pliosen-Dördüncü dövr (buzlaq və dəniz çökün-
tüləri) komplekslərinə ayrılır.
MAQMATİZM
Timan-Peçora plitəsində maqmatizm bir o qədər də geniş təzahür etməmişdir.
Lakin istər bünövrənin, istərsədə keçid kompleksinin və çökmə örtüyünün öyrənil-

227
məsi, onun geoloji inkişaf tarixində Rifey-Kembri (qabbro, qranit, sienit), orta və üst
Devon (bazalt maqmatizmi) maqmatik tsikllərini ayırmağa imkan verir.
TEKTONİKA
Timan-Peçora plitəsi Şərqi Avropa platformasının şimal şərqidə yerləşir və üç-
bucaq formasını xatırladır. Timan qalxımının və Peçora çökəkliyinin tektonikası haq-
qında tam fikir birliyi yoxdur. Əvvəllər Timan qalxımını Paleozoy qırışıqlıq əyalətinə
aid edirdilər. Sonralar Şərqi Avropa platformasının bünövrəsinin şıxıntısı hesab etdi-
lər. Daha sonra isə N.S.Şatski Timan silsiləsini avlakogenə, Peçora çökəkliyini isə
bünövrə əsası üzərində yerləşən Barens platformasına aid etmişdir. Hazırda Peçora
çökəkliyi və Timan qalxımı Epibaykal plitəsı hesab olunur. Timan-Peçora plitəsinin
hüdüdunda aşağıdakı əsas struktur elementlər ayrılır (cədvəl 4.1.2.2., şəkil 4.1.2.1).

Cədvəl 4.1.2.2.
№-si Struktur Adı
1 Bünövrəsinin qalxımları Timan qalxımı, Kanin yarımadası
Bünövrənin nisbətən da- Peçora plitəsinin qərb hissəsi- İjma-Peçora çö-
2
yazda yatan vilayətləri kəkliyi, Kolquyev adası
Bünövrənin dərində ya- Peçora plitəsinin şərq hissəsi- Denisov çökəkli-
3
tan vilayətləri yi, Xoreyver çökəkliyi, Vorkuta çökəkliyi
4 Vallar Peçora-Kojvin , Kolvin, Sorokin, Hambursev

Timan qalxımı hər iki tərəfdən mantiyaya qədər izlənilən dərinlik yarığı ilə hü-
dudlanmış çoxpilləli horstdan ibarətdir. Onun ayrı-ayrı sahələrində yer üzərinə çıxan
mürəkkəb dislokasiyaya məruz qalmış Rifey törəmələrinin qalınlığı 10 km-ə çatır.
Aşağıda şərq istiqamətdə qalınlığı 3 km-ə qədər azalan qranit qatı, onun altında isə
qalınlığı 20-22 km-ə çatan bazalt qatı yerləşir.
Peçora sineklizi iki hissəyə ayrılır. Bunlardan biri qərb hissə olub, az qalınlıqlı
qranit və çökmə örtüyü ilə səciyyələnir. Şərq hissədə isə qranit qatı yoxdur, çökmə
qatı böyük qalınlığa malikdir, əsas və ultraəsas tərkibli çoxlu miqdarda intruziyalar
vardır. Sineklizin qərb hissəsi miogeosinklinal, şərq hissəsi isə evgeosinklinal quru-
luşa malikdir. Peçora plitəsının bünövrəsi şimal-qərb istiqamətdə uzanan mürəkkəb
quruluşa malik qırışıqlıq sistemdir (şəkil 4.1.2.1.).
Timan qalxımının çökmə örtüyü asimmetrik çoxpilləli quruluşa malikdir. Qərb
pillələr nisbətən ensiz və yastı, şərq pillələr isə enli və dikdir. Pillələr fleksura və mo-
noklinallarla birləşir. Bir sıra pillələr lokal qalxımlarla (Yareq, İjma və b.) mürəkkəb-
ləşmişdir. Peçora plitəsının çökmə örtüyü, əsasən, şimal-qərb istiqamətində uzanan
xətti struktur formalara ayrılır. Onun daxilində iki çökəkliklər (qərbdə İjma-Peçora,
şərqdə Xoreyver) yerləşir. Həmin çökəkliklər bir-birindən Peçora-Kojvin, Kolvin və
Çernişev valları ilə ayrılır. Timan-Peçora plitəsinin quruluşu alt Paleozoy və Silur-alt
Devon komplekslərində avlakogen tipli çökəkliklərin (Peçora-Kojvin və Kolvin) ol-
ması ilə xarakterizə olunur. Sonralar (erkən Yura və Paleosendə) bu avlakogenlər in-
versiyaya məruz qalaraq üst komplekslərin quruluşunda vallara çevrilmişlər. Bununla
belə müasir çökəkliklər (Denisov, Xoreyver) erkən və orta Paleozoyda bünövrənin
yüksək vəziyyəti ilə xarakterizə olunmuş və yalnız sonralar enməyə məruz qalmışdur.

228
Ona görə də Timan-Peçora plitəsinin örtüyündə müxtəlif komplekslərin struktur plan-
larında kəskin uyğunsuzluq qeyd olunur. Ümumiyyətlə, Timan-Peçora plitəsının plat-
forma kompleksinin quruluşunda iki struktur mərtəbə (Paleozoy-Trias və Mezozoy-
Kaynozoy) ayırmaq olar.

Şəkil 4.1.2.1. Timan-Peçora plitəsinin əsas strukturlarının yerləşmə sxemi.

GEOLOJİ İNKİŞAF TARIXİ


Tafrogen mərhələ. Ural-Monqol qurşağının şimal-şərq hissəsini əhatə edən bu
plitənin inkişafının ilkin mərhələsi okean tip qabıq üzərində (evgeosinklinal şəraitdə)
getmişdir. Baykal qırışıqlığının nəticəsində qranit-metamorfik qat formalaşmış və o
plitənın bünövrəsinə daxil olmuşdur. Baykal qırışıqlığından sonra ərazidə uzun müd-
dətli qalxmaya məruz qalmışdır.
Plitə mərhələsi. Kembri və Ordovik ərzində kontinental şərait hakim rol oyna-
mış və ətraf hövzələri qırıntı materialları ilə təmin etmişdir. Plitənin hüdudlarında
Kaledon mərhələsinin çöküntülərinin məhtud yayılması ilə əlaqədar olaraq, Kaledon

229
qırışıqlığının izi bir o qədərdə hiss olunmur. Bu mərhələdə ərazinin şərq hissəsi əyil-
məyə məruz qalır və Peçora plitəsı yaranır. Hersin mərhələsində çökmə örtüyününün
struktur planı formalaşır. Erkən Frans epoxasında plitənın inkişafı bünövrənin parça-
lanması və trap maqmatizmi ilə müşayiət olunmuşdur. Bu zaman plitənın intensiv
əyilməsi davam etmişdir. Timan-Peçora plitəsının tam formalaşması Mezozoy və
Kaynozoyda başa çatmışdır.
FAYDALI QAZINTILAR
Timan-Peçora plitəsı zəngin neft-qaz ehtiyyatına malikdir. Burada Silurdan üst
Perimin Tatar mərtəbəsinə kimi böyük stratiqrafik intervalı əhatə edən çöküntülərdə
zəngin neft, qaz və qazkondensat yataqları (30- dan çox) aşkar olunmuşdur. Plitənın
örtük kompleksi demək olar ki, bütövlüklə neftlidir. Nisbətən böyük yalaqlar (PaÇin,
Qərbi-Tebuk və s.) İjma-Peçora çökəkliyinin cənubunda yerləşir, orta və üst Devonun
qumdaşları, üst Devon və Karbonun əhəngdaşları ilə əlaqədardır. Timan qalxımında
Devon çöküntüləri ilə əlaqədar olan boksit yatagı aşakar olunmuşdur.

4.1.3. TAYMIR-ŞİMAL TORPAĞI BAYKAL QIRIŞIQLIQ ƏYALƏTİ


Taymır-Şimal Torpağı əyaləti Orta Sibirin uzaq şimalında yerləşir. Bu əyalət
sub en istiqamətdə uzanan Rifey strukturlanını əhatə edir. Burada Baykalidlər və Ka-
ledonidlər bir-birindən nəhəng Kara aralıq massivi ilə ayrılırlar. Baykal qırışıqlıq sis-
temi strukturları Çelyuskin burunu rayonunda istiqamətini şimal-şərqə dəyişir. Çel-
yuskin burununun cənub hissədə, Arxey süxurlarının yer səthinə çıxdığı Çelyuskin
qayması yerləşir. Şimali-Taymır sistemi quruluşuna görə Şərqi Sayan və Yenisey Sil-
siləsinin baykalidlərinə uyğun gəlir.
STRATİQRAFİYA
Geoloji-geofiziki materialların analizi Şimali-Taymır Baykal qırışıqlıq sistemi-
nin kəsilişində aşağıdakı struktur-formasiya komplekslərini (SFK) ayırmağa imkan
verir (cədvəl 4.1.3.1.).
Cədvəl 4.1.3.1.
№-si Struktur-formasiya kompleksi (SFK) Yaşı
1 Bünövrə Arxey-alt Proterozoy
2 Geosinklinal Alt-orta Rifey
3 Orogen Üst Rifey-Vend
4 Platforma örtüyü Kembri- Antropogen

Kembriyəqədər yaşlı kompleksin yaşı ilə əlaqədə iki fikir mövcuddur. Koryak
geoloqları qalınlığı 12-13 km-ə çatan bu kompleksin vahid, ardıcıl və fasiləsiz vulka-
nogen-çökmə formasiyadan təşkil olunduğunu (filişdən turş effuzivli vulkanogen-
Karbonata kimi) göstərirlər. Digər qrup tədqiqatçılar isə Taymırın Kembriyəqədər
yaşlı kompleksini bir-birindən fasilələrlə və metamorfizim dərəcəsinə görə fərqlənən
sərbəst stratiqrafik və struktur bslmələrə ayırırlar.
Bünövrə SFK. Kara seriyası kimi ayrılan Arxey yaşlı törəmələr (mütləq yaşı
2300±100 mln. il) Taymırın şimal-qərb, Şimal Torpağı arxipelağının şimal-qərb his-
səsində, eləcədə Çelyuskin burunu rayonunda öyrənilmişdir və plagioqneyslərdən,

230
amfibolit qatlı kristallik sistlərdən ibarətdir. Kara seriyasının üzərində Lenivin seriya-
sının (alt Proterozoy) metamorfikləşmiş əsas vulkanitlərdən, terrigen (pelitlər və
psammitlər) və qisməndə karbonat süxurlarından ibarətdir, qalınlığı 5-7 km-ə çatır.
Lenivin seriyasının üzərində yatan qat (orta Proterozoy) zəif metamorfikləşmiş terri-
gen (qumlu-gilli) və vulkanogen süxurlardan təşkil olunmuşdur. Y.E.Poqrebiskinin
fikirincə bu çöküntülər şimal-şimal-şərq istiqamətdə Mərkəzi Taymırdan keçərək
Bolşevik adalarına kimi uzanan geosinklinal troqu doldurur.
Geosinklinal SFK. Taymırın Kembriyəqədər kompleksinin nisbətən üst hissəsi
kəsilişin qalan hissəsindən kəskin fərqlənir və nisbətən zəif metamorfikləşmiş və
qırışıqlığa məruz qalmış, kifayət qədər qalınlığa malik konqlomeratla başlayan, sonra
əlvan rəngli şistlərə, alevrolitlərə, qumdaşına, daha sonra isə karbonat süxurlarına ke-
çən terrigen-karbonat formasiyasından ibarətdir. Kəsilişin orta Rifeyə müvafiq gələn
bu hissəsinin qalınlığı 3,7 km-ə çatır.
Orogen SFK. Üst Rifey-Vend kompleksi vulkanitlərdən və molassdan təşkil
olunmuşdur. Vend kompleksi Kara massivinin cənub ətrafında gobuddənəli və şelf-
karbonat törəmələrindən (Baykal molası), Çelyuskin yarımadası rayonunda, Taymırın
şərqində isə turş vulkanitlərdən ibarətdir. Şimali-Taymırda Vend kompleksi qalınlığı
500 m-ə çatan konqlomerat-karbonat formasiyasından ibarətdir.
Platforma örtüyü SFK. Artıq Vendin sonundan Şimal Taymırda platforma reji-
mi bərpa olunur. Kembri sistemi isə qalınlığı 3,0 km-ə çatan terrigen flişdən təşkil
olunmuşdur. Ordovik qipsli-karbonat (qalınlığı 2,5 km), Silur şelf-karbonat (qalınlığı
1,7 km-ə qədər), Devon laqun-dəniz mənşəli qırmızı rəngli qırıntı-karbonat formasi-
yasından (qalınlığı 1,6 km) ibarətdir. Kembri-Ordovik, Ordovik-Silur, Silur-Devon
çöküntüləri arasında qeyri-yüğun yatım qeyd olunur.
Mərkəzi-Taymır zonasında Kembri-Devonun kəsilişi Şimal Torpağından özünün
fasiləsizliyi və dərin dəniz şəraitində toplanması ilə seçilir. Şimal hissədə qara şistlər-
dən, bitumlu əhəngdaşından (1,3-2,0 km), cənub hissədə isə karbonat formasiyasın-
dan (4,2-4,7 km) ibarətdir.
Alt Karbon çöküntüləri Mərkəzi-Taymırın qərb və şərq hissələrində öyrənilmiş-
dir, karbonat formasiyasından, qismən də gilli şistlərdən, alevrit-qumdaşlarından
təşkil olunmuşdur. Ümumi qalınlığı 8 km-ə çatan bu kompleks Cənubi-Taymır zo-
nasında terrigen (orta-üst Karbon və alt Permin aşağı hissəsi), paralik-kömürlü (alt
Permin üst hissəsi-üst Perm), (üst Perm-alt Trias, 1-3 km) trap və kontinental,
paralik-kömürlü (orta-üst Trias) molass formasiyadan təşkil olunmuşdur.
Yenisey-Xatanqa çökəkliyində Yura-Dördüncü dövr laqun-kontinental mənşəli
nisbətən qumlu və dəniz mənşəli nisbətən gilli çöküntülərin növbələşməsindən ibarət-
dir, qalınlığı Yenisey çayının dərəsində 6-9 km, Xatanqa körfəzində isə 2 km-dir.
Taymırın və Şimal Torpağının geotektonik inkişaf tarixində bir sıra maqmatik tsikil-
lər ayırmaq mümkündür. Onlardan alt və orta Proterozoy, Rifey, alt Paleozoy, üst Pa-
leozoy-alt Mezozoy maqmatik tsikllərini göstərmək olar.
TEKTONİKA
Orta Sibirin uzaq şimal hissəsini təşkil edən Taymır-Yenitorpaq Baykal qırı-
şıqlıq əyalətində aşağıdakı başlıca struktur elementlər ayrılır (şəkil 4.1.3.1.).

231
Şəkil 4.1.3.1. Taymır- Şimal Torpağı qırışıqlıq əyalətinin tektonik sxemi
(Y.E.Poqrebiskiyə görə).
I-Arxey törəmələri; II-Rifey törəmələri; III-Üst Rifey-Vend molassı; IV-Kembri-De-
von çöküntüləri; V-Orta Karbon-alt Trias çöküntüləri; VI-Orta Trias-Oliqosen çökün-
tüləri; VII-Kara massivinin etimal olunan sərhəddi; VIII-Əsas dırılmalar; IX-Struk-
turlar: 1- Kara massivi; 2-Şimal Taymır zonası; 3- Mərkəzi Taymır zonası; 4- Cənubi
Taymır zonası; 5- Xatanqa-Pyasi çökəkliyi; 6- Tarey valı.

Kara massivi- qabarığı cənub-şərqə olan, oraqformalı quruluşa malik böyük


tağvari qalxım olub, Taymır yarımadasının şimal və Şimal Torpağı yarımadasının cə-
nub-şərq hissəsini (Bolşevik adasını, Oktyabr inqilabı adasının şərq hissəsini), eləcə-
də Kara dənizinin onlarla sərhədlənən cənub-şərq hissəsını əhatə edir. Eni 450 km,
uzunluğu 1200 km-ə çatan bu massiv Taymırın şimal ətrafını, Şimal Torpağı yarıma-
dasının cənub-şərq hissəsini birləşdirir. Kara massivin mərkəzi hissəsi regional meta-
morfizmə məruz qalmış Kembriyədək yaşlı kristallik süxurlardan təşkil olunmuşdur.
Şimal Torpağı zonası- Şimal Torpağı arxipelağının şimal-qərb hissəsini (Pio-
ner, Komsomoles adasını, Oktyabr inqilabı adasının qərb hissəsini) təşkil edir. Uzan-
ması şimal-qərbdən şimal-şimal-şərqə dəyişən bu zona, zəif qırışıqlığa məruz qalmış
üst Proterozoy, alt və orta Paleozoy (Devona qədər) yaşlı çöküntülərdən təşkil olun-
muşdur.
Mərkəzi Taymır zonası. Şimal Torpağına nəzərən simmetrik yerləşən Mərkəzi
Taymır zonası üst Proterozoy, alt və orta Paleozoy yaşlı çöküntülərdən təşkil olun-
muşdur, eni 30-50 km arasında dəyişir. Bu zona cənub istiqamətdə intensiv qırışmış,
böyük qalınlığa malik üst Paleozoy və Trias yaşlı çöküntülərdən təşkil olunmuş Cə-
nubi-Taymır zonasına keçir. Cənubi-Taymır zonası relyefdə mütləq yuksəkliyi 1,5
km- ə çatan Bırranq silsiləsi kimi ifadə olunur. Bırranq dağlarından cənuba Taymır
qırışıqlıq sistemini Sibir platformasından ayıran, Mezokaynozoy çöküntülərindən təş-
232
kil olunan, Yenisey-Xatanqa çökəkliyi (qərbdə Pyasin və Taymır hövzələrindən iba-
rət olan) yerləşir. Ordovikdən başlayaraq iki fasial zonaya (şimal və cənub) ayrılmış
və Devon-Karbonun sərhədində isə qalxmaya cəlb olunmuş, böyük qalınlığa malik
aşınma qabığı yaranmışdır.
Cənubi Taymır zonası- Mərkəzi Taymır zonasına nisbətən kifayət qədər enlidir
(100-150 km). Bu zonada toplanan orta Karbon-alt Trias yaşlı çöküntülərin qalınlığı
8 km-ə çatır. Cənubi Taymır zonasının müasir quruluşunda cənub-qərb istiqamətdə
uzanan Tarey valı ilə arılan Qərbi və Şərqi Taymır çökəklikləri ayrılır. Bu çökəkliklə-
rin Mərkəzi-Taymır zonasına qovuşan şimal sahili xətti, cənub sahili isə braxi formalı
qırışıqlıqla xarakterizə olunur. Tarey valının daxilində alt və orta Paleozoy çöküntülə-
ri yer səthinə çıxır.
Yenisey-Xatanqa çökəkliyi- Triasın ortalarında formalaşan Taymır-Şimal Tor-
pağı qırışıqlıq əyalətini Sibir platformasından ayırır. Bu çökəklik (300x900 km) qərb-
də Yenisey-Tanamo yəhəri ilə Qərbi-Sibir Epihersin plitəsinə keçir və şərqdə Anabar
yəhəri ilə Lena-Anabar çökəkliyindən ayrılır. Ümumiyyətlə, Yenisey-Xatanqa çökək-
liyi Sibir platformasını şimaldan və şərqdən əhatə edən Mezokaynozoy çökəkliklər
kompleksinin bir hissəsini təşkil edir. Orta-üst Triasdan yaranmağa başlayan bu çö-
kəkliyin əsas hissəsi Sibir platformasının şimal yamacı üzərində yerləşir və yalnız şi-
mal yamacı Taymır qırışıqlıq sisteminin cənub ətrafını örtür.
GEOLOJİ İNKİŞAF TARİXİ
Erkən Kembriyəqədər mərhələ. Taymırın metamorfik bünövrəsində Kembriyə-
qədər süxurların iştirak etməsi Taymır-Şimal Torpağı ərazisinin Sibir platforması ilə
vahidliyini söyləməyə əsas verir. Bununla belə, qədim qaymalara nisbətən gec Kemb-
riyədək, Rifey geosinklinal kompleksinin geniş ərazini əhatə etməsi orta Rifeydə
Taymır-Şimal Torpağı ərazisində kontinental qabığın destruksiya proseslərinin başla-
dığını və onların Sibir platformasını əhatə edən qurşağın tərkibinə daxil olduğunu
söyləmək olar.
Qrenvil-erkən Baykal mərhələsi (orta və üst Rifeyin əvvəli). Rifeyin əsas his-
səsində Taymır-Şimal Torpağı ərazisi Ural-Oxot qırışıqlıq qurşağının şimal-şərq qo-
luna aid olmuşdur. Taymırda ofiolit assosiasiyasının olması ikinci okean qabığının tə-
zahürünə qədər kontinental qabığın destruksiyasının davam etdiyini göstərir. Kara də-
nizi və Şimal Torpağı sahəsində miogeosinklinal, Şimali-Taymır massivinin cənub
zonasında isə evgeosinklinal şərait mövcud olmuşdur.
Kaledon və erkən Hersin mərhələsi (Vend-erkən Karbon). Kembridə Venddə ol-
duğu kimi əyalətin şimal hissəsi cənub hissəsinə nisbətən daha fəal inkişaf etmişdir.
Şimalda miogeosinklinal, cənubda isə platforma şəraiti hakim rol oynamışdır. Ordo-
vikdə Şimal Torpağı ərazisində əyilmə çöküntütoplanmaya nisbətən zəifləyir və nor-
mal dəniz şəraiti dayaz dəniz-laqun şəraiti ilə əvəz olunur. Ordovikin sonunda isə turş
tərkibli intruziyalarla müşayiət olunan qırışıqlıq deformasiyası başlayır. Ordovik və
Silurun sərhədində qıssa müddətli qalxma şelf şəraitinin yaranması və səciyyəvi plat-
forma tipli karbonat formasiyasının toplanması ilə əvəz olunur. Silur və Devonun sər-
hədində yenidən qalxma, nisbətən zəif qırışıqlıq qeyd olunur. Kembridə Mərkəzi və
Cənubi Taymır ərazisində epikontinental dəniz şəraiti olmuş, Ordovikdə geniş şelfə
çevrilmişdir. Devon dövrünün sonuna qədər dərin dəniz hövzəsi saxlanılmışdır. De-

233
vondan sonra Şimal Torpağını dəniz uzun müddət tərk edir, Karbonun əvvəllərində
isə Mərkəzi Taymır troqu sərbəst inkişafını başa çatdırır və hətta onun bəzi sahələri
Devon və Karbonun sərhədində aşınma qabığının formalaşması ilə nəticələnən qısa
müddətli qalxmaya cəlb olunur.
Gec Hersin-erkən Kimmeri mərhələsi (orta Karbon-gec Trias). Orta Karbondan
başlayaraq Kara massivində qalxmanın intensivliyinin artması ilə əlaqədar olaraq,
Cənubi Taymırın ərazisi masimal enmə zonasına çevrilir. Cənubi Taymırın üst Paleo-
zoyunun və Sibir platformasının Tunqus sineklizinin kəsilişinin müqayisəsi bu ərazi-
lərin hər ikisinin üst Paleozoyda və Mezozoyun əvvəllərində eyni hövzəyə aid oldu-
ğunu söyləməyə imkan verir. Permin sonunda Taymır intensiv trap maqmatizminə,
erkən Triasın ikinci yarsından isə intensiv qırışıqlıq-üstəgəlmə deformasiyasına mə-
ruz qalır. Orta və gec Trias Taymır qırışıqlıq sisteminin son tamamlayıcı formalaşma
mərhələsi hesab olunur. Triasın sonuna Taymır, Şimal Torpağı vahid tağvari qalxım
kimi inkişaf edir, onların cənubunda isə Yenisey-Xatanqa çökəkliyi formalaşır.
Alp mərhələsi (Yura-Antropogen). Bu mərhələ Taymır-Şimal Torpağı tağının
qalxmasının intensivliyinin artması və Yenisey-Xatanqa çökəkliyinin fasiləsiz (Oli-
qosenin ortalarına kimi) əyilməsi ilə xarakterizə olunur. Oliqosenin ortalarından də-
niz uzun müddət Yenisey-Xatanqa çökəkliyini tərk edir və yalnız Pliosenin sonu-orta
Pleystosendə Laptev dənizinin yaranması ilə yenidən dənizin inqresiyası baş verir. Bu
zaman qərbdə Kara dənizi yaranır.
FAYDALI QAZINTILAR
Taymırın və Şimal Torpağının yeraltı sərvətləri hələlik mükəmməl öyrənilmə-
mişdir. Son zamanlar aparılan tədqiqat işlərinin nəticəsi göstərir ki, bu ərazi filiz və
qeyri filiz faydalı qazıntıları baxımından perspektivlidir. Taymır ərazisində xeyli
miqdarda polimetallik, civə və molibden filizləşməsi aşkar edilmişdir. Filizləşmə,
Epihersin yaşlı kiçik, qələvi və subqələvi intruziyalarla genetik əlaqədardır. Taymırın
şimal hissəsində sənaye əhəmiyyətli kömür yatağı kəşf edilmişdir. Kömürlü çöküntü-
lər, əsasən Perm sisteminin kəsilişi ilə əlaqədardır. Lakin bu rayon əsas sənaye ob-
yektlərindən çox uzaqda olduğu üçün həmin daş kömür yatağının istismarı hələlik ön
planda deyildir. Taymırqabağı kənar çökəklikdə dünyanın ən şimal neft yataqlarından
biri- Nordvik yatağı yerləşir. Burada Karbon, Perm, Trias və Yura çöküntülərindən az
miqdarda neft axını alınmışdır. 1946-1947-ci illərdə Nordvik rayonda qazılan quyuda
Perm çöküntülərində sənaye əhəmiyyətli neft yığımları açılmışdır. Taymırda və Şi-
mal Torpağında Devon çöküntülərinin də neftli olması ehtimalı vardır (burada doma-
nik fasiyası tapılmışdır).
4.2. ŞİMALİ-ATLANTİKA QURŞAĞININ BAYKALİDLƏRİ
Bu qurşaq şimalda Piri Torpağı rayonunda Şimal Buzlu (Arktika), şərqdə- Yeni
Şotlandiyanın sahili və Yeni İngiltərənin ucqar cənub-şərq rayonlarında Aralıq dəni-
zi, Meksika ərazisində isə Sakit okean qırışıqlıq qurşağı ilə sərhədlənir. Şimali Atlan-
tika qurşağı qitələr arası qurşaq olub Şimali Amerika və Avrasiya qitələrini bir-bi-
rindən ayırır. Onun daxilində Hebrid massivi, Şimali Florida və Yukotan qalxımı, Ba-
ham arxipelağı, Meksika sinelizi kimi Baykal qırışıqlıq vilayətləri ayrılır.

234
SRATİQRAFİYA
Hebrid massivində öyrənilmiş ən qədim törəmələr Lyuis kompleksi adlanır. Bu
kompleksinin süxurları qranulit fasiyasına kimi metamorfikləşmiş piroksenli qneys-
lərdən ibarətdir. Qneyslərin arasında linza formasında qranulit fasiyasına kimi meta-
morfikləşmiş ultraəsas və əsas maqmatik süxurlar yatır. Lyuis qneysləri (qranulitləri)
və onların arasında olan bazit və ultrabazitlər alt Arxeyə aid olunur (mütləq yaşı
2600-2900 mln.il). Lyuis kompleksindən sonra mütləq yaşı 2200 mln. il olan «Skur
dayka seriyası» kimi məşhur olan əsas maqmatik süxurlar əmələ gəlmişdir. Alt Prote-
rozoy (Lox-Meri seriyası) Lox-Meri-Qerloex rayonunda öyrənilmişdir və dəmir,
əhəngdaşı təbəqəli qrauvak, qumdaşı, pelitdən təşkil olunmuşdur.
Luis qneyslərinin üzərində qeyri-uyğun yatan bu kompleks Torridon seriyası
adlanır və şimal-qərbdə (dağətəyi düzənlikdə) əsasən kontinental; cənub-şərqdə isə
dəniz mənşəli törəmələrdən ibarətdir. Cənub və cənub-şərq istiqamətdə Torridon seri-
yasının çöküntüləri miogeosinklinal xarakter alır.
Hebrid massivinin örtüyünü təşkil edən Torridon (orta-üst Rifey) seriyası qum-
daşı, konqlomerat, argillit, tillit və əhəngdaşından təşkil olunmuşdur, kifayət qədər
böyük qalınlığa malikdir. Alt və üst Torridon seriyalarının qalınlığı müvafiq olaraq 3
və 7 km- dir. Toridon seriyasının üzərində bucaq uyğunsuzluğu ilə səciyyəvi platfor-
ma tipli dayaz dəniz şəraitində toplanmış, Kembri-Ordovik yaşlı karbonat çöküntüləri
(qalınlı 1,0 km) yatır. Toridon seriyası ilə Kembri sistemi arasında bucaq uyğunsuz-
luğu qeyd olunur. Kəsilişin əsas hissəsi Dernes əhəngdaşlarından təşkil olunmuşdur,
onun altında qalınlığı 150-180 m- ə çatan kvarsit-qumdaşı qatı ilə örtülür.
TEKTONİKA
Hebrid massivi. Britaniya Kaledonidlərinin arxasında yerləşən bu massiv Şot-
landiyanın şimal-qərb sahillərini və kənar Hebrid adalarını əhətə edir. Fiksizim baxı-
mından yanşılarsa, Appalaçları bilavasitə Şərqi Qrenlandiya Kaledonidlərinin davamı
kimi qəbul etmək olar. Bu halda Hebrid massivinə Şimali-Atlantika geosinklinal əya-
lətinin aralıq massivi kimi, ya da çox da böyük olmayan qədim platformanın (E.Züsə
görə Eria platforması) elementi kimi baxıla bilər.
İslandiya-Farer astanası rayonunda (Rokkol qalxımında) Hebrid massivi üçün
səciyyəvi olan Lyuis tipli qneyslərin olması da Atlantika rayonunda kontinental qabı-
ğa malik qaymanın mövcudluğuna dəlalət edir. Bununla belə mobilistlər Hebrid mas-
sivi və Cənubi Qrenlandiyanın Kembriyəqədər komplekslərinin kifayət qədər oxşarlı-
ğını nəzərə alaraq Hebrid massivini Kanada-Qrenlandiya qalxanının (Şimali Atlanti-
kanın açılması prosesi ilə əlaqədar) parçalanmış hissəsi hesab edirlər. Kembriyəqədər
yaşlı bu massiv cənub-şərqdə Moyn üstəgəlməsi ilə Britaniya Kaledonidləri ilə sər-
hədlənir. Qalan bütün istiqamətlərdə isə onun sərhədləri okean suları altında gizlən-
mişdir. Massivin ərazisində əsas etibarilə Lyuis kompleksinin qneysləri yayılmışdır.
Lyuis qneysləri Torridon seriyasının molass formasiyası ilə, onlar isə öz növbəsində
Kembri-Ordovik yaşlı Karbonat formasiyası ilə örtülmüşdür. Şimali-Qərbi Şotlandi-
yada məhtud sahədə Lyuis kompleksi işlənilməyə məruz qalmamış, Kənar Hebridin
bir sahəsində isə nisbətən zəif işlənilmiş vəziyyətdə saxlanılmışdır. Amplitudası 125
km- ə çatan Miniş üfüqi yerdəyişməsi ilə aralanan bu sahələrin əvvəlcə vahid bir sahə
olduğu etimal olunur. Massivin cənub kənarında çökmə örtüyü Moyn üstəgəlməsi ilə

235
əlaqədar olan deformasiyalara məruz qalmış və burada eni 18 km, üfüqi amplitudası
10-20 km olan paravtoxton yaranmışdır. Massivin qalan ərazisində çökmə örtüyü
subüfüqi şəkildə yatır.
GEOLOJİ İNKİŞAF TARİXİ
Hebrid massivinin bünövrənini təşkil edən Lyuis kompleksi böyük ərazidə də-
fələrlə işlənilməyə məruz qalmışdır. Bu kompleks Şimali-Qərbi Şotlandiyada məhtud
sahədə işlənilməmiş və kənar Hebrid arxipelağının bir sahəsində nisbətən zəif işlənil-
miş vəziyyətdə saxlanılmışdır. Lyuis kompleksi ilk dəfə Skur (Bedkal) tektonik-maq-
matik epoxasında (2600 mln il), sonra isə İnver (gec Skur) epoxasında (2300-2200
mln il) işlənilməyə məruz qalmışdır (Karelyanın Rebol tektonik-maqmatik epoxası-
nın səviyyəsində). Laksford tektonik-maqmatik epoxasında Lyuis kompleksi daha in-
tensiv işlənilmişdir. Bu mərhələdə işlənilmə ən azı iki etapda baş vermişdir. Birinci
erkən Laksford epoxası olub (1900-1600 mln il), Baltik qalxanının erkən Karelya tek-
tonik-maqmatik epoxasına müvafik gəlir. Digər fəallaşma isə gec Laksford epoxasın-
da 1600-1500 mln. il (Baltik qalxanının gec Karelya qırışıqlığı) və 1400 mln. il (Qot
qırışıqlığı) baş vermişdir. Nəhayət Lyuis kompleksinin son işlənilməsi Kanada qalxa-
nının Qrenvil epoxasına (1100 mln.il) təsadüf edir.

236
BÖLMƏ 5. KALEDON QIRIŞIQLIQ ƏYALƏTLƏRİ

Erkən Paleozoyda qitə və okeanların struktur planı müasir dövrədəkindən kifa-


yət qədər fərqlənmişdir. Bu mərhələdə cənub yarımkürəsində nəhəng Hondvana su-
per qitəsi, şimalda isə bir-birindən okean çökəklikləri ilə ayrılan Lavrasiya qrupuna
daxil olan Şimali Amerika, Şərqi Avropa, Sibir, Çin platformaları yerləşmişdir. Nis-
bətən kiçik olan kontinental massivlər ada formasında müasir Mərkəzi Avropanın,
Mərkəzi Qazaxıstanın, Tarim və Hindosiney massivlərinin yerində olmuşdur. Müasir
Asiyanın mərkəzi hissəsində geniş ərazini əhatə edən Paleoasiya okeanı, Şimali Ame-
rika və Avropanın arasında Protoatlantika (Yapentus okeanı) mövcud olmuşdur.
Erkən Paleozoyda bir sıra qırışıqlıq fazaları ayrılır ki, onları da Erkən Paleozoy
tektonik-maqmatik epoxası adı altında birləşdirirlər. Bu mərhələdə baş verən qırışıq-
lıq fazaları ilə əlaqədar olan qıssa müddətli üç transqessiya (erkən Kembrinin sonu-
orta Kembri, Ordovik və Silur) qeyd olunur. İlkin faza erkən Kembrinin sonuna mü-
vafiq gəlir. Bir çox tədqiqatçılar tərəfindən gec Baykal adlandırılaraq gec Proterozoy
tektonik-maqmatik epoxasına aid edilir. Kembrinin sonunda lokal xarakter daşıyan
Salair fazası başlayır. Növbəti qırışıqlıq fazası Ordovikin sonunda başlayır və möv-
cud geosinklinal əyalətlərdə kəskin dəyişirikliklərə səbəb olur. Sakit okean dairəsi
müstəsna olmaqla bütün geosinklinalları əhatə edən bu qırışıqlıq fazası Takon (erkən
Kaledon) adını almışdır. Sonralar baş verən Arden və ya son Kaledon (Silurun ortala-
rında) və Eriy (Silurun sonunda) fazaları daha intensiv olmuşdur.
Kaledon tektonik-maqmatik epoxası Kaledonidlərin (Epikaledon platformaları-
nın) yaranmasına səbəb olmuşdur. Qrampian geosinklinalının yerində (Skandinaviya
yarımadasının şimal hissəsi, Böyük Britaniyanın şimal və mərkəz hissələri və İrlan-
diya) Qrampian Kaledonidləri; Qrenlandiyanın şimal və şərq hissələri və Nyufaund-
lend yarımadası; Kanadanın arktika adaları (İnnuitlər); Altay-Sayan zonası (Şərqi və
Qərbi Sayanlar); Mərkəzi Qazaxıstanın qərb hissəsi, Şimali Tyan-Şan; Cənubi-Şərqi
Asiya (Nanşan və Katasiya) Kaledonidlər formalaşmışdır (şəkil 5.1.).
5.1. URAL-MONQOL QURŞAĞININ KALEDONİDLƏRİ
Şərqi Avropa və Sibir platformalarını bir-birindən ayıran bu qurşaq cənub-qərb-
də Hissar-Manqışlaq dərinlik yarığı ilə Aralıq dənizi qurşağından ayrılır. Ural-Mon-
qol qurşağının cənub-şərq hissəsi Cənubi Sibirin, Baykalarxasının, Çinin və Monqo-
lustanın ərazilərini əhatə edir və Sibir platformasını Tarim massivindən və Çin plat-
formasından ayırır. Bu qurşaq cənub-şərq hissədə cavan Epipaleozoy platformasına
çevrilir. Ural-Monqol qurşağının tərkibində Barquza-Vitim (Salair), Dağlıq Altay-
Qərbi Sayan, Qərbi Mərkəzi Qazaxıstan və Şimali Tyan-Şanın Kaledon qırışıqlıq
əyalətləri ayrılır.
STRATİQRAFİYA
Geoloji-geofiziki materialların analizi Ural-Monqol qurşağının Salairidlərinin və
Kaledonidlərinin kəsilişində uyğun olaraq aşağıdakı struktur-formasiya kompleks-
lərini (SFK) ayırmağa imkan verir (cədvəl 5.1.1. və 5.1.2.).

237
Şəkil 5.1. Kaledon qırışıqlıq əyalətlərinin yerləşmə sxemi
(V.P.Qavrilova görə ).
I- Kaledon qırışıqlıq əyalətləri: Qrampian kaledonidləri (1-Böyük Britaniyanın şimal
və mərkəzi hissəsi və İrlandiya, 2-Skandinaviyanın şimal hissəsi), 3-Şpisbergen arxi-
pelağı kaledonidləri, 4-Qrelandiya kaledonidləri (Qrelandiyanın şimal və şərq hissə-
si), 5- İnnuit kaledonidləri (Kanadanın arktika adaları), 6-Nyufaundlend, 7-Mərkəzi-
Qazaxstanın qərbi və Şimali Tyan-Şan, 8-Altay-Sayan kaledonidləri (Şərqi və Qərbi
Sayanlar, Kuzbas, Minusin çökəkliyi, Dağlıq Altay), Cənubi-Şərqi Asiya Kaledonid-
ləri (10-Nan-Şan, 10-Katasiya); II- nisbətən erkən konsolidasiya əyalətləri; III- qədim
aralıq massivlər (A-Koreya-Çin, B- Hindosiney).

Cədvəl 5.1.1

Yaşı
Struktur-formasiya
№-si Barquza-Vitim, Tuva-Monqol aralıq mas-
kompleksi (SFK)
Şərqi Sayan sivi, Kuznetsk-Sayan
1 Bünövrə AR- PR1 AR- R2
2 Geosinklinal PR3-Є1-2 R3- Є1-2
3 Orogen Є3 Є3-O1
4 Platforma örtüyü O-N1 O2-Q
5 Müasir fəallaşma N2-Q

Cədvəl 5.1.2
238
Yaşı
Struktur-formasiya Qərbi Mərkəzi Qazaxıstan və
№-si Dağlıq Altay
kompleksi (SFK) Şimal Tyan-Şan
Qərbi Sayan
Evgeosinkl. Miogeosink.
1 Bünövrə AR-PR3 AR-PR3 AR-PR3
2 Geosinklinal V-O2 V-S1 V- O1 (S1)
3 Orogen O3-P S2-P O2 (S2)-D (P)
4 Platforma örtüyü T3-N1 T3-N1 MZ-KZ
5 Müasir fəallaşma N2-Q N2-Q

Bünövrə SFK. Salair qırışıqlıq əyalətində BSFK qranulit fasiyasına qədər me-
tamorfikləşmiş Arxey yaşlı süxurlardan və vulkanogen-çökmə süxurların geniş yayıl-
dığı spilit-keratofir formasiyasından ibarət olan, qalınlığı 12 km-ə çatan alt Protero-
zoy törəmələrindən təşkil olunmuşdur.
Mərkəzi Qazaxıstan və Tyan-Şan Kaledon qırışıqlıq əyalətlərində BSFK dörd
struktur mərtəbədən ibarətdir. Bu mərtəbələrdən aşağıdan ikisi Arxeyin və alt Prote-
rozoyun metamorfik süxurlarından ibarətdir. Proterozoyun üst hissəsinə uyğun gələn
3-cü struktur mərtəbə orogen şəraitdə əmələ gəlmiş turş effuzivlərdən ibarətdir. Kvar-
sit və dəmirli konqlomerat linzalarına təsadüf olunur. Aralıq massivlərdə, eləcə də
mio- və evgeosinklinal çökəkliklərdə çökmə örtüyün aşağı hissəsini təşkil edən 4-cü
struktur mərtəbə Rifey çöküntülərindən təşkil olunmuşdur.
Geosinklinal SFK. Salair qırışıqlıq əyalətində GSFK üst Proterozoyun vulkano-
gen-çökmə qatdan (qalınlığı 9 km-ə qədər) və alt-orta Kembrinin terrigen-karbonat
qatdan (qalınlığı 6 km) təşkil olunmuşdur. Qərbi Sayan Kaledon qırışıqlıq əyalətində
GSFK Vend-alt Silur yaşlıdır. Kəsiliş üstdə qalınlığı 3,7 km olan alt Silur yaşlı konq-
lomerat, alevrolit, gilli şist və karbonat araqatından; qalınlığı 4,0 km olan Ordovik
yaşlı terrigen-karbonat flişindən və alt hissədə isə andezit-bazalt tərkibli yaşıl tuf (alt
Kembrinin üstü-orta Kembri) və filiş formasiyasından (Vend-alt Kembrinin aşağısı)
ibarətdir. Mərkəzi Qazaxıstanın şərq hissəsində və Tyan-Şanın cənubunda Kaledon
GSFK kənar (miogeosinklinal) zonada Vend-alt Silur yaşlı olub, qalınlığı 6 km-ə ça-
tan əlvan rəngli qumdaşı və əhəngdaşı, orta və turş lavadan, tillitə oxşar konqlome-
ratdan, fosfatlı şistlərdən; daxili (evgeosinklinal) zonada isə Vend-orta Ordovik yaşlı
olub, qalınlığı 15 km-ə çatan çökmə və vulkanogen süxurlardan təşkil olunmuşdur.
Orogen SFK. Dağlıq-Altay Qərbi Sayan Kaledon qırışıqlıq əyalətində OSFK
orta Ordovik (üst Silur)–Devon (Perm) yaşlı süxurlardan təşkil olunmuşdur. Qərbi
Sayanda Ordovik qalınlığı 4 km-ə çatan terrigen-karbonat filiş seriyasından, alt Silur
isə qalınlığı 3,7 km olan alevrolit qatından, gilli şistlərdən əhəngdaşı qatından ibarət-
dir. Kaledon qırışıqlığı ilə əlaqədar olaraq (üst Silurda orogen mərhələsi başlayır)
Qərbi Sayanda Silir yaşlı çöküntülər iştirak etmir. Üst Silur molassları Tuva çökək-
liyini doldurur.
Dağlıq Altayda OSFK orta Ordovik-orta Devon yaşlıdır və molass kompleksin-
dən ibarətdir. Mərkəzi Qazaxıstanın qərb hissəsində və Şimali Tyan-Şanda OSFK
miogeosinklinal zonada üst Silur-Perm, evgeosinklinal zonada isə üst Ordovik-Perm
yaşlı süxurlardan təşkil olunmuşdur. Qalınlığı 2,5 km-ə çatan OSFK əsasən qırıntı-

239
vulkanogen molass formasiyadan ibarətdir.
Platforma örtüyü SFK. Barquza-Vitim Salair qırışıqlıq əyalətində PSSFK Or-
dovik-Miosen yaşlı olub, qumdaşı, konqlomerat, karbonat suxurlarından, vulkanogen
(traxiandezit və traxi-bazalt), çökmə (qumdaşı, gil və kömür təbəqəli konqlomerat)
molassdan və üst Təbaşir, Paleogen və Eosenin əvvəllərində əmələ gəlmiş aşınma qa-
bığından ibarətdir. Tuva-Monqol aralıq massivində və Kuznets-Sayan Salair qırışıqlıq
sistemində PÖSFK orta Ordovik-Dördüncü dövr yaşlı olub, dəniz, laqun-kontinental,
kontinental mənşəli qırmızı rəngli süxurlardan (qumdaşı, konqlomerat, alevrolit) kö-
mürlü formasiyadan və vulkanitlərdən təşkil olunmuşdur. PÖSFK Altay-Qərbi Sayan
Kaledon qırışıqlıq əyalətində Mezozoy-Kaynozoy, Mərkəzi Qazaxıstanın və Şimal
Tyan-Şanın Kaledonidlərində isə üst Trias-Miosen yaşlıdır. Burada Trias və Yura
dövrlərində baş verən kontinental fasilə ilə əlaqədar olaraq çöküntütoplanma getmə-
mişdir. Təbaşir-Paleogen çöküntüləri isə dağarası çökəkliklərdə toplanmış dəniz və
kontinental mənşəli çöküntülərin növbələşməsindən ibarətdir.
Müasir fəallaşma SFK. Bu kompleks Barquza-Vitim Salair qırışıqlıq əyalətin-
də də Pliosen-Dördüncü dövr yaşlıdır. Burada Paleosendə və Eosenin əvvəllərində
aşınma qabığı əmələ gəlmiş, Eosenin sonunda əsas lavaların təzahürü və dayaz çö-
kəkliklərin yaranması baş verir ki, bunlar da vulkanogen-çökmə çöküntülərlə dolur.
Oliqosen-Miosendə çökəkliklər dərinləşir, vulkanizm traxi-bazalta keçir. Orta Pliosen
kimi Baykal rift zonası yaranır və iri qırıntılarla (konqlomerat, brekşiya, çaqıllar,
qumdaşı və qonur kömür təbəqəli gillər) dolur.
Mərkəzi Qazaxıstanın və Şimali Tyan-Şanın Kaleonidlərində MFSFK Pliosen-
Dördüncü dövr yaşlı olub, kontinental mənşəli qumlu-gilli süxurlardan, çaybasar ter-
rasları örtən qumlardan, gilcə və qumcalardan, çaqıllardan ibarətdir.
MAQMATİZM
Salair qırışıqlıq əyalətində (Barzuqa-Vitim, Kuznets-Sayan qırışıqlıq sistemi,
Tuva-Monqol aralıq massivi) Arxey (diopsid, amfibolit, qranit, aplit, peqmatit), alt
Proterozoy (qabbro, peridotit, piroksen, serpenitinit, qranodiorit, qranit-porfir, diorit,
kvarslı diorit), üst Proterozoy (diorit, qabbro-diorit, qabbro-amfibolit, qranit, qrano-
diorit), Paleozoy (diabaz, diabazlı porfit, andezit, albitofir, kvarslı porfir, liparit, ba-
zalt, qranit), Mezozoy (traxi-bazalt, traxiandezit olivinli bazalt), Kaynozoy (bazalt,
traxi-bazalt, əsas lavalar) maqmatik tsiklləri ayrılır.
Kaledon qırışıqlıq əyalətlərində (Dağlıq Altay-Qərbi Sayan, Mərkəzi Qazaxısta-
nın qərb hissəsi, Şimali Tyan-Şan) Arxey və erkən Proterozoy maqmatik tsikli nis-
bətən zəif öyrənilmişdir. Şərqi Sayanlarda Kembriyəqədər bloklarda ayrılır və əsasən
plaqioqranit, qranodiorit, qranit; Mərkəzi Qazaxıstanın, Tyan-Şanın Kaledonidlərində
isə qranatdan, hiperbazaltdan, qabbro, qabbro-diorit, diorit, porfiritdən ibarətdir.
Kaledonidlərin geoloji inkişaf tarixində ayrılan üst Proterozoy (bazalt, traxi-ba-
zalt, porfirit, qranit, qranodiorit, diorit, qabbro-diorit, qabbro-amfibolit, effuziv tufa-
gen törəmələr), alt Paleozoy (diabaz-porfirit, andezit, qabbro, qabbro-diabaz, sienit-
porfir, qranodiorit-porfir), orta və üst Paleozoy (porfirit, andezit, bazalt, sienit, qrano-
sienit, piroksenit qabbro, diorit) və Mezokaynozoy (bazalt, tuf) maqmatik tsiklləri
nisbətən ətraflı öyrənilmişdir.

240
TEKTONİKA
Ural-Monqol qurşağının Salairidlərinə Barquza-Vitim, Kuznets-Sayan qırışıqlıq
sistemləri və Tuva-Monqol aralıq massivi daxildir.
Salairidlər. Baykal-Patomiya sisteminə nisbətən Barquza-Vitim sistemi olduqca
zəif dislokasiyaya məruz qalmışdır. Onun cənubunda Cidin-Baykalqarşısı sinklino-
riumu (cənub hissədən Monqol-Oxot dərinlik yarığı ilə hüdudlan) yerləşir. Baykal-
Patomiya və Barquza-Vitim qırışıqlıq sistemlərindən Baykal rifti keçir. Üst Paleozoy,
Mezozoy və qismən də Kaynozoyda Barquza-Vitim və Baykal-Patomiya qırışıqlıq
sistemləri qalxmaya məruz qalmışdır. Orta Pliosendə bu qalxma Monqoliyanı, Burya-
tiyanı və Cənubi Yakutiyanı kəsərək Kosoqol sinklinoriumundan Oxot dənizinə kimi
2500 km məsafədə uzanan kontinental Baykal riftinin əmələ gəlməsi ilə nəticələnən
güclü riftogenez ilə əvəz olunmuşdur. Baykal rifti Yer səthində ikinci zəncirvarı qra-
ben-sinklinallardan (Tunkin-Baykal, üst Anqara və Barquza-Muyşar) təşkil olunmuş-
dur. Bu qraben-sinklinallarda müasir vulkanizmin ocaqları (Lopatin, Muşketov,
Obruçev vulkanları) məlumdur.
Altay-Sayan qırışıqlıq sistemi qabarığı şimal-qərbə çevrilmiş qövsvarı quruluşa
malikdir. Onun tərkibinə Şərqi Sayan antiklinoriumunun qərb yamacı, Kuznets-Ala-
tausu və Tuva-Baykal massivinin Salair tektogenezi ilə işlənmiş qərb hissəsi daxildir.
Salairidlərdə geosinklinal inkişaf mərhələsi Venddə, alt və orta Kembridə baş
vermişdir. Salair strukturlarından nisbətən yaxşı öyrənilən, meridional istiqamətdə
400 km uzanan, asimmetrik quruluşa malik Kuznets-Alatausu meqantiklinoriumu he-
sab olunur. Onun nüvəsi Kembriyəqədər çuxurlardan təşkil olunmuş Tomsk qalxı-
mından, cənub davamı bəzən Dağlıq Şoriya adlanan Biy və Katun antiklinoriumun-
dan ibarətdir (Şəkil 5.1.1.).
Şərqi Sayan Salair qırışıqlarının cənub-qərb yamacı Kizir-Kazır antiklinoriumu
adlanır. Ondan cənuba bir-birindən Sarkoy çökəkliyi ilə ayrılan Sangilen və Hamar-
daban qaymalarından təşkil olunmuş Tuva-Monqol aralıq massivi yerləşir.
Qeyd olunan struktur elementlərdən əlavə Salairidlərdə iri Episalair çökəklikləri
(Cənubi və Şimali Minusin dağarası və Urmen-Lebed çökəkliyi) də yerləşir.
Kaledonidlər. Ural-Monqol qurşağında Kaledonidlərə Dağlıq Altay-Qərbi Sa-
yan, Mərkəzi Qazaxıstanın qərb hissəsi Şimali Tyan-Şan qırışıqlıq sistemləri daxildir.
Qərbi Sayan Kaledonidləri (Şerbaş, Kurtuşbin antiklinoriumları və onları ayıran Qər-
bi-Sayan sinklinoriumu) Salairidlərin daxilində qövsvarı yerləşən, qırışıqlıq olub,
geosinklinal inkişaf mərhələsini alt Silur epoxasının sonunda başa çatdırmışdır. Kale-
don strukturlarında Kembriyəqədər kompleksdən başlayaraq alt Silur da daxil olmaq-
la, toplanmış süxurlar gərgin qırışıqlıqlar əmələ gəlməklə vahid struktur mərtəbəni
təşkil edir. Bunun üzərində kəskin bucaq uyğunsuzluğu ilə yatan və nisbətən sadə
quruluşla xarakterizə olunan üst Silur və Devon çöküntüləri Qərbi Sayanın orogen in-
kişaf mərhələsini səciyyələndirir.
Dağlıq Altayın Kaledonidləri Salair qırışıqlığının qərb kənarında yerləşir (şəkil
5.1.1). Dağlıq Altayda geosinklinal mərhələsi orta Ordovik epoxasının sonunda başa
çatmış və artıq üst Ordovikdən etibarən orogen inkişaf mərhələsi başlamışdır. Dağlıq
Altay qırışıqlıq sisteminin əsas struktur elementləri Tolis və Xolzun-Şu antiklinori-
umu və ilk dəfə hələ XX əsrin əvvəllərində V.A.Nikolayev tərəfindən müəyyən edi-
lən və geoloji ədəbiyyatda «Nikolaüev xətti» adlanan dərin tektonik yarıqlar (tikiş zo-
241
nası) hesab olunur. Qeyd olunan bu mürəkkəb tikiş zolağı bir sıra dərinlik qırılmasın-
dan və üstəgəlmə faylardan ibarətdir. Regional metamorfizm və intruziv maqmatiz-
min təzahürü nəticəsində tikiş zonasında süxurlar əzilmiş və genişləndirilmişdir.

Şəkil 5.1.1. Altay-Sayan qırışıqlıq sisteminin əsas struktur elementlərinin


yerləşmə sxemi (M.N.Smirnovaya görə).
I-Baykal massivi: 1-Tuva-Monqol massivi; II-Salair qırışıqlıq sistemi: 2-Şərqi Sa-
yan antiklinoriumunun cənub-qərb hissəsi, 3-Tuva qırışıqlıq sistemi, 4-Kuznets Ala-
tausu antiklinoriumu, 5-Abakan antiklinoriumu, 6-Katun antiklinoriumu; III- Epi-
salair çökəklikləri: 7-Minusin çökəkliyi, 8-Umen-Lebed çökəkliyi; IV-Kaledon
qırışıqlıq sistemi: 9-Qərbi Sayan antiklinoriumu, 10-Xalzun-Şuy antiklinoriumu, 11-
Dağlıq Altayın Anuy-Şuy sinklinoriumu, 12-Taliski antiklinoriumu; V-Epikaledon
çökəklikləri: 13-Tuva; VI-Hersin qırışıqlıq sistemi: 14-Salair, 15-Filizli Altay, 16-
Tom-Kolıvan; VII- Epihersin çökəklikləri: 17-Kuznets çökəkliyi; VIII-Dərinlik
qırılmaları: 18-Kuznets Alatausu, 19-Kuray, 20-Qərbi Sayan.

Altay qırışıqlıq sistemi Mərkəzi Qazaxıstan Hersinidlərindən şərqdə yerləşir.


Mürəkkəb quruluşa malik olan bu sistem iki nəhəng qaymadan: qərbdə Filizli Altay-
dan və şərqdə Dağlıq Altaydan ibarətdir. Altayın mühüm struktur elementləri arasın-
da tektonik yarıqlar xüsusi yer tutur. Uzun müddətli inkişafla xarakterizə olunan bu
tektonik yarıqları mürəkkəb tikiş zonaları sistemindən təşkil olunmuşdur. Ən başlıca
tektonik tikiş zonaları İrtış (Filizli Altayı Kalbin sinklinoriumundan ayırır) və Filizli
Altaı ilə Dağlıq Altay arasından keçən Şimali-Şərq tikiş zonasıdır. Müasir struktur
planda Altayın çöx böyük tektonik blokları pilləvari formada yerləşmişdir.

242
Mərkəzi Qazaxıstanın qərb hissəsində və Şimali Tyan-Şanda Yer qabığının qa-
lınlığı 50 km-dən (Kokşetav massivində) 30 km-ə (Cezqazqan çökəkliyində) qədər
dəyişir. Müasir strukturlarına görə Mərkəzi Qazaxıstanın qərb hissəsini və Şimal
Tyan-Şanı əhatə edən Kaledon aralıq massivi Mərkəzi Qazaxıstanın, Tyan-Şanın və
Altayın Hersinidlərinin daxilində yerləşir. Mərkəzi Qazaxıstanın ərazisində Kaledon
massivi daxilində iki struktur-formasiya zonası (qərbdə- miogeosinklinal, şərqdə- ev-
geosinklinal) ayrılır. Karatau-Ulutau, Kokçatav antiklinoriumlarının və Kalmıkkul,
Baykanur və s. sinklinoriumların daxil olduğu miogeosinklinal zonada başlıca olaraq
alt Paleozoy yaşlı terrigen çöküntülər toplanmış, maqmatizm təzahür etməmiş, ta-
mamlayıcı qırışıqlıq hərəkətləri Ordovik dövrünün sonunda baş vermişdir (şəkil
5.1.2). Betbak-Dala və Yerementau antiklinoriumlarının daxil olduqları evgeosinkli-
nal zonada böyük qalınlığa çatan erkən Paleozoy yaşlı çökmə-effuziv formasiya top-
lanmış, maqmatizm fəal və gərgin getmişdir. Qırışıqlıq zonalar arasında bir-birindən
Sarısu-Tengiz qalxımı ilə ayrılan Tengiz və Cezqazqan Epikaledon dağarası çökəkliyi
yerləşir. Cənubda Kaledon aralıq massivinə bir sıra antiklinoriumlardan (Şimal-Şərqi
Karatau, Talas, Kungey-Alatausu, Terskey-Alatausu) ibarət olan Şimal Tyan-Şan an-
tiklinal zonası daxil olur. Şimali Tyan-Şanın geoloji quruluşu olduqca mürəkkəbdir.
Şimali Tyan-Şanın Rifey-alt Paleozoy struktur planında çoxlu miqdarda qırılma-
larla mürəkkəbləşmiş nəhəng antiklinoriumlar və sinklinoriumlar yayılmışdır. Devon-
alt Karbonda strukturlar yatıq qırışıqlardan və monoklinaldan ibarətdir. Şimali Tyan-
Şan qırışıqlıq sistemi en istiqamətdə uzanan və matiyaya çatan dərinlik yarıqları ilə
parçalanmışdır. Bu yarıqlar yeni və müasir tektonik hərəkətlərlə fəallaşmışdır.
GEOLOJİ İNKİŞAF TARİXİ
Barquza-Vitim qırışıqlıq əyaləti. Baykal-Patomiya qırışıqlıq sistemindən cə-
nubda yerləşən bu əyalət Rifey ərzində geosinklinal rejimdə inkişaf etmişdir. Orta
Kembridə Salair qırışıqlığı bu ərazidə geosinklinalın qapanmasına və onun qırışıqlıq
sistemə çevrilməsinə səbəb olmuşdur. Gec Kembri (ola bilsin ki Ordovikdə də) oro-
gen inkişaf mərhələnini geşirən Barquza-Vitim qırışıqlıq əyaləti Eosenin sonuna kimi
platforma rejimində inkişaf etmişdir. Orta Pliosendə kifayət qədər ərazi yenidən fəal-
laşmaya cəlb olunur və ümumi qalxmanın fonunda Baykal rift zonasında çökəkliklər
yaranır. Litosfer plitələrin tektonikası baxımından 2500 km-ə qədər məsafədə uzanan
(Şimali-Qərbi Monqolustandan Yakutiyaya kimi) Baykal rifti Avroasiya və Amur
litosfer plitələrini bir-birindən ayırır.
Altay-Sayan qırışıqlıq əyaləti. Bu əyalətin inkişafında Kembriyəqədər mərhə-
lədən sonra, Salair mərhələsi mühüm rol oynamışdır. Vend-Kembrinin əvvəllərində
Şərqi-Sayanda, Kuznets-Alatausunda, Dağlıq Şoridə, Qərbi Sayanda, Salairdə, Tom-
Kolıvanda Kembriyəqədər bünövrə üzərində çöxlu miqdarda evgeosinklinallar yara-
nır ki, bunlar da spilit-keratofir formasiyası ilə dolur. Salair tektogenezi nəticəsində
Şərqi Sayanda, Kuznets-Alatausunda, Dağlıq Şoridə geosinklinal rejim qapanır və
orogen inkişaf mərhələsi başlayır. Kaledon inkişaf mərhələsində geosinklinal rejim
keçmiş mərhələnin geosinklinal zonalarında (Qərbi Sayan, Salair, Dağlıq Altay) sax-
lanılır. Kaledon qırışıqlığı nəticəsində (erkən Ordovikin sonunda Dağlıq Altayda, er-
kən Silurun əvvəllərində isə Qərbi Sayanlarda) geosinklinal çökəkliklər qapanır.

243
Şəkil 5.1.2. Mərkəzi Qazaxıstan və Tyan-Şanın əsas struktur
elementlərinin yerləşmə sxemi
(A.A.Boqdanov, Y.A.Zaysev, O.A.Mazaroviş, A.E.Mixaylova görə).
Kaledon qırışıqlıq əyalətləri (Mərkəzi Qazaxıstanın qərb hissəsi və Şimali Tyan-
Şan): I-Qədim massivlər: 1-Kokşetav; II-Antiklinoriumlar: 2-Ulutau, 3-Qaratau, 4-
Yermentau, 5-Betpak-Dala, 6-Talas, 7-Kunqey Alatausu, 8-Teskey Alatausu; III-
Sinklinoriumlar: 9-Kalmıkkul, 10-Baykanur, 11-Stepnyak, 12-Calair-Nayman; IV-
Epikaledon çökəklikləri: 13-Teniz, 14-Cezqazqan, 15-Sarısu-Tengiz qalxımı; V-
Vulkanik qurşaqlar: 16-Karaqanda-Balxaş. Hersin qırışıqlıq əyalətləri (Mərkəzi Qa-
zaxıstanın şərq hissəsi və Cənubi Tyan-Şan). VI-Antiklinoriumlar: 17-Tekdurmaz,
18-Aktau-Mont, 19-Balxaş, 20-Mərkəzi-Cunqar, 21-Çingiz-Tarbaqatay, 22-Alay,
23-Zərəfşan-Türküstan, 24-Kokşal, 25-Kuramin; VII-Sinklinoriumlar: 26-Şimali Bal-
xaş, 27-İrtış-Zaysan; VIII-Epihersin çökəklikləri: 28-Tokraus, IX- Kaynozoy törəmə
çökəklikləri: 29-Balxaş, 30-İliy, 31-Zaysan, 32-Alkalı-Emel, 33-İssıkkul, 34-Fərqanə,
35-Narın; X-Əsas dərinlik qırılmaları: 36- «Nikolayev xətti», 37-Talas-Fərqanə, 38-
Sarısu, 39-Mərkəzi Qazaxıstan; XI-Ofiolit qurşaqları: 40-Cəlair-Nayman, 41-Balxaş,
42-Tekturmas, 43-Hissar-Manqışlak.
244
Devon dövründə Kaledonidlərin inkişafının son mərhələsində müxtəlif yaşlı bü-
növrə üzərində böyük dağarası qondarma çökəkliklər (Minusin, Tuva) yaranır və Uy-
men-Lebed irsi çökəkliyi dərinləşir, Altay-Sayan qırışıqlıq ölkəsində Kaledon tek-
tonik mərhələsi geosinklinal tsiklin tam olmaması ilə ayrılır.
Hersin tektonik mərhələsinin əvvəllərində (gec Devonun əvvəllərində) Salairdə
geosinklinal sistemin qapanması və onların Kaledon qırışıqlıq sisteminə birləşməsi
baş verir. Hersinin son mərhələsində (erkən Karbonun sonunda) Dağlıq Altayda və
Tom-Kolıvan zonalarında da geosinklinal rejim başa çatır. Hersin qırışıqlığı intensiv
qranit maqmatizminin təzahürü ilə müşayiət olunmuşdur. Bu zaman Kaledonidlərin
və Hersinidlərin sərhədində böyük qalınlığa malik kömürlü formasiya ilə dolmuş
Kuznets çökəkliyi yaranır. Altay-Sayan qırışıqlıq əyalətində Mezozoy inkişaf mərhə-
ləsində platforma rejimi olmuşdur və yalnız qayma hərəkətləri baş vermişdir.
Mərkəzi Qazaxıstan və Tyan-Şan qırışıqlıq əyaləti. Paleozoyda Kaledonidlə-
rin və Hersinidlərin inkişaf tarixi kəskin fərqlənmişdir. Şimali Tyan-Şanda və Mər-
kəzi Qazaxıstanın qərb hissəsində Silur dövrünün əvvəllərinə kimi Kaledon qırışıqlı-
ğının başa çatması ilə əlaqədar olaraq, konsosidasiya olunmuş Kaledon massivi əmələ
gəlir. Bu dövrdə Mərkəzi Qazaxıstanın şərq hissəsi və Cənubi Tyan-Şan geosinklinal
kimi inkişaf etmişdir. Kaledon massivinin orogen inkişaf mərhələsi üçün qayma tek-
tonik hərəkətləri və subsekvent maqmatizm səciyyəvi xarakter daşıyır. Hersin tek-
tonik mərhələsi Paleozoyun sonunda molass əmələ gəlməsilə başa çatmışdır. Kaledon
və Hersin qırışıqlıq zonaları Epipaleozoy platformasına çevrilmişdir. Mərkəzi
Qazaxıstan və Tyan-Şan platforma inkişaf mərhələsində oxşar geoloji inkişaf tarixinə
malik olmuşdur. Paleogen dövrünün sonuna kimi dəniz dövrü olaraq (gec Trias, Yu-
ra, Təbaşir, Paleogen) dağarası və dağətəyi çökəkliklərə soxulmuş, nəticədə kontinen-
tal mənşəli çöküntülər toplanmışdır. Paleogen dövrünün sonundan etibarən dəniz
dağarası çökəklikləri birdəfəlik tərk etmişdir. Pliosen-Dördüncü dövrdə Tyan-Şan in-
tensiv tektonik fəallaşmaya məruz qalmış və bu fəallaşma qırışıqlıq dağ sistemlərinin
ucalması və molassların yaranması ilə müşayiət olunmuşdur.
FAYDALI QAZINTILAR
Barquza-Vitim Salairidlərində intensiv metamorfizmə məruz qalmış Kembri-
yəqədər torəmələrlə əlaqədar olan mika və dəmir filizi yataqları vardır. Bodaybo və
Vitim rayonlarında səpinti halında və kvars damarları ilə əlaqədar olan qızıl yataqları
aşkar olunmuşdur.
Altay-Sayan qırışıqlıq ölkəsində zəngin dəmir filizi və daş kömür yataqları va-
rdır. Salair-Sayanda, Dağlıq Altayda alt Paleozoyun diorit və kvars-albitofir intruzi-
yaları ilə əlaqədar zəngin qızıl yataqları və dərinlik yarıqları ilə əlaqədar civə filizləş-
məsi qurşağı vardır. Dağlıq Altayda və Şərqi Sayanlarda ilmenit-titanmaqnetit, mo-
libden, volfram, eləcə də fosforit yataqları vardır. Tuvada hidrotermal kobalt və Ka-
ledon qranitləri ilə əlaqədar olan nikel-kobalt filizləri, hiperbazitlərlə əlaqədar xrom,
nikel və talk yataqları vardır.
Mərkəzi Qazaxıstan ın və Tyan-Şanın Kaledonidləri olduqca zəngin faydalı
qazıntı yataqlarına malikdir. Burada qızıl, mis, volfram, molibden, civə, fosforit, ya-
taqları geniş yayılmışdır. Qazaxıstan da dəmir filizi yatağı Kembriyəqədər dəmirli
kvasitlərlə əlaqədardır.

245
5.2. ŞIMALİ ATLANTİKA QURŞAĞININ KALEEDONİDLƏRİ
Şimali Atlantika qurşağı qitələr arası qurşaq olub Şimali Amerika və Avrasiya
qitələrini bir-birindən ayırır. Onun daxilində Britaniya, Şimali-Qərbi Skandinaviya,
Şpisbergen, Şərqi Qrenlandiya kimi Kaledon qırışıqlıq vilayətləri ayrılır.
Qədim Şərqi Avropa platforması şimal-qərbdə Kaledon (xüsusən də son Kale-
don) qırışıqlıq sistemləri ilə əhatə olunmuşdur. Bu sistem iki başlıca seqmentə (Bri-
tania və Skandinaviya) ayrılır. Britania seqmenti öz növbəsində İrlandiya, Şotlandiya,
Şimali İngiltərə və Uels Kaledonidlərindən təşkil olunmuşdur. Sakndinaviya seqmen-
ti isə Norveçin ərazisinin əsas hissəsini və Şimali və Mərkəzi İsveçrənın Norveçlə
sərhəd zolağını əhatə edir. İstər Britania istərsədə Skandinaviya Kaledonidləri şimal-
şərq istiqamətdə uzanır və Skandinaviya yarımadasının lap qurtaracağına kimi izlə-
nilir. Sonra isə Kaledonidlər şimal və şimal-qərb istiqamətdə Şpisbergen (Svalbard)
axipelağının daxilinə kimi davam edir.
STRATİQRAFİYA
Mövcud geoloji-geofiziki materialların analizi Şimali Atlantika qurşağının Kale-
don qırışıqlıq vilayətlərinin kəsilişində aşağıdakı struktur-formasiya komplekslərini
(SFK) ayırmağa imkan verir (cədvəl 5.2.1.).
Cədvəl 5.2.1
Struktur-forma- Kaledon qırışıqlıq əyalətləri
siya kompleksi Britaniya Skandinaviya Şpispergen Şərqi Qrenlandiya
(SFK) Struktur-formasiya kompleksinin yaşı
Bünövrə AR-R AR-R1 AR-PR1 AR-R
Geosinklinal V-S R1-S1 R-D1 R2-S
Orogen D1-2 S2- D2 D2-3 D1-2
Platforma D3-Q D3-Q C1-P2 D3-K
örtüyü
Fəallaşma P3-Q P- Q

Qrampian qırışıqlıq vilayətində (Skandinaviya, Britaniya və Hebrid massivində)


Arxey yaşlı törəmələr (qnyslərdən, qranitlərdən, şistlərdən) Lyuis qneysləri adlanır.
Bu qneyslərin arasında mütləq yaşı 2600-2900 mln il olan bazit və ultra bazitlərinə
rast gəlinir. Lyuis qneysləri Torridon seriyasının molass formasiyası ilə, onlar isə öz
növbəsində Kembri-Ordovik yaşlı karbonat formasiyası ilə örtülmüşdür.
Alt Proterozy metamorfik şistlərdən ibarətdir, görünən qalınlığı 6 km-dir. Avro-
panın şimal-qərbində və Şpisbergen adasında üst Proterozy müxtəlif kristallik şist-
lərdən, kvarsitlərdən və mərmərdən təşkil olunmuşdur, qalınlığı 6 km-ə çatır. Şərqi
Qrenlandiyada qalınlığı 4 km-ə çatan Rifey terrigen, Vend isə qalınlığı 1 km-ə çatan
karbonatlı süxurlardan ibarətdir. Şpisbergen arxipelağının geosinklinal kompleksi
Hekla-Xuk kompleksi adı ilə məşhurdur və üç hissəyə ayrılır. Kəsilişin aşağı hissəsi
(alt, orta Rifey) qalınlığı 12 km-ə çatan karbonatlı və mikalı şistlərdən, kvarsitlərdən,
effuzivlərdən tuflardan; orta hissə (üst Rifey) qalınlığı 6-8 km olan terrigen (altda) və
karbonat (üstdə) formasiyasından; üst hissə isə (Vend-orta Ordovik) ümumi qalınlığı
2 km-ə çatan tillitlərdən, dolomitlərdən və dolomitləşmiş əhəngdaşından (Kembri,

246
200 m), əhəngdaşından (Ordovik, 600 m) ibarətdir.
Şpisbergen rayonunda Karbonun kəsilişinin alt hissəsi qırmızı rəngli qumdaşı və
konqlomeratdan ibarətdir. Onun üzərində kömürlü terrigen (Vize-Serpuxov), evapo-
rit-karbonat (orta-üst Karbon- 1,0 km və Perm- 1,0 km) və qalınlığı 2,5 km-ə çatan
paralik terrigen (Trias- Yura- alt Təbaşir), Paleosen-Eosen (paralik, kömürlü forma-
siya- 1,5 km) yaşlı törəmələrdən ibarət platforma örtüyü kompleksi toplanmışdır.
Britaniya Kaledonidlərinin Metamorfik zonasının geoloji quruluşunda iştirak
edən geosiklinal kompleks Moyn (üst Rifey) və Dalerd (Vend-orta Ordovik) seriyala-
rına ayrılır. Moyn seriyası əsasən metamorfikləşmiş qumlu, qisməndə gilili çökün-
tülərdən ibarətdir, qalıqlığı 7-10 km-dir. Dalerd seriyası nisbətən geniş yayılmışdır,
kvarsit, qravelit, qrauvakka, əhəngdaşı, mikalı şist və qneysdən təşkil olunmuşdur,
qalınlığı 10-12 km-ə çatır.
Qrampian vilayətində (qurşağın Avropa hissəsi) alt Paleozoy vulkanogen-çök-
mə, karbonatlı və qumlu-gilli formasiyalardandan ibarət olub, qalınlığı 13,5 km-ə ça-
tır. Qurşağın qərb hissəsinin miogeosinklinallarında alt Paleozoyun kəsilişi ümumi
qalınlığı 6 km-ə qədər olan karbonat-terrigen, terrigen, və evaporit; evgeosinklinal-
larında isə qalınlığı 12 km-ə çatan metamorfik və vulkanogen-çökmə süxurlardan
ibarətdir. Qurşağın qərb hissəsində üst Paleozoyun kəsilişi terrigen (Devon), terrigen-
karbonat (alt Karbon), qırıntı (üst Karbon) və kömürlü, molass (üst Karbon-Perm)
formasiyalarından təşkil olunmuşdur, ümumi qalınlığı 6 km-dir.
Qrampian qırışıqlıq vilayətində üst Paleozoyun kəsilişi molass (alt-orta Devon),
terrigen-karbonat (üst Devon-alt Karbon), qumlu (orta və üst Karbon), kömürlü (üst
Karbon), gobuddənəli qırıntı (alt Perm), terrigen-karbonat (üst Perm) formasiyalar sı-
rasının yayılması ilə fərqlənir, ümumi qalınlığı 5,5 km-ə qədərdir.
Mezozoy kompleksi Qrampian qırışıqlıq vilayətində əsasən kontinental mənşəli
terrigen və trap, qurşağın qərb hissəsində isə terrigen-karbonat, karbonat, trap və evo-
parit formasiya sırasından ibarətdir, qalınlığı 2 km-dir.
Kaynozoy kompleksi az qalınlıqlı (200 m) platobazaltdan, kontinental mənşəli
qumlu-gilli və örtük-buzlaq formasiyalarından təşkil olunmuşdur.
TEKTONİKA
Britaniya Kaledonidləri. Şimali Atlantika qırışıqlıq qurşağının Qramptan vi-
layətinə daxil olan bu geostruktur element cənub-şərqdə Şərqi-İngiltərə massivi, şi-
mal-qərbdə Hebrid massivi, cənub-qərbdə isə (Cənubi Uels, Cənubi İrlandiya) Orta
Avropa Hersinidləri ilə sərhədlənir. Britaniya Kaledonidlərinin ən şimal hissəsini Şi-
mali və Dağlıq Qrampian (Şotlandiya), Şimali İrlandiyanı və Şetland adalarını
(Şimali Dağlıq Şotlandiyanın davamında) əhatə edən Metamorfik zona yerləşmişdir.
Bu zonanın quruluşunda qırışdırılmış, metamorfikləşmiş, qranit intruziyaları ilə
yarılmış böyük qalınlığa malik üst Kembriyəqədər və alt Paleozoy yaşlı törəmələr
iştirak edir. Metamorfik zona şimal-qərbdə amplitudası 120 km-ə çatan Mayn üstə-
gəlməsi ilə sərhədlənir. Zonanın cənub-şərq sərhədidə Kaledonidlərin orogen mərhə-
ləsində yaranmış qırılma ilə sərhədlənir. Metamorfik zonanın geosinklinal kompleksi
erkən Kaledon diastrofizminə məruz qalmış Mayn və Dalred seriyalarına ayrılır. Me-
tamorfik zona şimal-qərb istiqamətdə yatan Mayn, Balaxuliş, Tey və Banf örtükləri
ilə mürəkkəbləşmişdir (şəkil 5.2.1.).

247
Şəkil 5.2.1. Britaniya Kaledonidlərinin yerləşmə sxemi
(V.Y.Xainə görə).
I-Nebrid massivinin erkən Kembriyəqədər və Cənubi-Qərbi İrlandiyanın, İngiltərə
yarımadasının, Uelsin Kembriyəqədər qırışıqlıq kompleksləri; II-Nebrid massivinin
son Kembriyəqədər-erkən Paleozoy örtüyü; III-Kaledonidlərin metamorfik zonasının
Kembriyəqədər-erkən Paleozoy metamorfik kompleksi; IV-Kaledonidlərin qeyri
metamorfik zonasının Kembri-Silur geosinklinal kompleksi; V-Ofiolit kompleksinin
çıxışı; VI-Qırmızı Old Devon molassı; VII-Nersin geosinklinal kompleksi; VIII-Pa-
leozoy çökmə örtüyü; IX-Fanerozoy çökmə örtüyü ilə basdırılmış son Kembri qırışıq-
lıq kompleksi; X-Mezozoy-Kaynozoy çökmə örtüyü; XI-Qırılmalar: a-əsas qırılma-
lar, b-üstəgəlmə və şaryaclar, v-üfüqi yerdəyişmələr; XII- Paleogen-Neogen vulka-
nogen mərhələsi; XIII-Strukturlar. Massivlər: 1-Lenster, 2-London-Brabant, 3-Lonq-
ford-Daun; şistlər: 4- Menks, 5- Skidon; 6- Borrudeyl vulkanitləri; 7- Ballantre tağı;
8- Qervan; 9- Qreyt-Qlen üfüqi yerdəyişməsi; 10- Moyn üstəgəlməsi; qırılmalar: 11-
Dinorunk, 12- Bela, 13- Pontesford, 14- Şerş-Streton, 15- Derbi-Bolton, 16- Flambo-
ro; 17- Xarlex tağı; 18- Lonqmind; 19- Yüksək dağlığın kənar qırılması; 20- Cənubi
dağlığın kənar qırılması; 21- Minş üfüqi yerdəyişməsi; 22- Skay; 23- Göl rayonu; 24-
Dağlıq Qrampian; 25- Şimali-Qərbi dağlıq; 26- Cənubi Dağlıq; 27- İrlandiya dənizi

248
geoantiklinalı.
Britaniya Kaledonidlərinin növbəti struktur elementi Qeyrimaqmatik zona hesab
olunur. Bu zona Britaniya Kaledonidlərinin ərazisinin böyük hissəsini (Şimali dağlıq
Şotlandiya qırılmasından və onun İrlandiyada olan analoqundan cənuba) əhatə edir.
Onun hüdüdünda Kembriyəqədər törəmələr daha tam çıxışlara malikdir. Burada di-
astrofizm son Kaledon yaşlıdır. Britaniya Kaledonidlərinin Metamorfik və Qeyrime-
tamorfik zonalarının geosinklinal kompleksləri bir-birindən kəskin fərqlənir və mü-
vafiq olaraq üst Rifey-orta Ordovik və Kembri-Silur yaşlıdır. Metamorfik zonada
əsas qırışıqlıq deformasiyası erkən Kaledon, Qeyrimetamorfik zonada isə son Kale-
don yaşlıdır. Britaniya Kaledonidlərinin əsas struktur elementlərindən biri də İrlandi-
yanın Lonqford-Doun massivinə qədər uzanan Cənubi-Şotlandiya antiklinoriumu he-
sab olunur. Tağı Ordovik-Silur yaşlı süxurlardan təşkil olunmuş bu antiklinorium cə-
nub-şərqdən Flambro dərinlik yarığı ilə sərhədlənir. Cənubi-Şotlandiya antiklinoriu-
mu ərazisində də diastrofizm son Kaledon yaşlıdır. Britaniya Kaledonidlərinin ərazi-
sində Devon yaşlı molass formasiyası ilə dolmuş bir sıra dağarası çökəkliklər (Şotlan-
diyanın Orta dərə qrabeni, Okad çökəkliyi və s.) də ayrılır. Gec Devondan etibarən
ərazi özünün platforma inkişaf mərhələsinə keçməsinə baxmayaraq, tektonik hərə-
kətlər kəskin differensial xarakterə malik olmuşdur. Bu da konsedimentasion inkişaf
edən qalxımlarda və çökəkliklərdə özünü aydın göstərir. Karbonun sonunda Britaniya
Kaledonidlərinin qırılmayanı zonalarında qismən qırışıqlıq baş vermişdir.
Skandinaviya Kaledonidləri. Skandinaviya Kaledonidləri eyniadlı yarımadanın
şimal-qərb hissəsini, Skandinaviya dağlarının əsas hissəsini (Baltik qalxanının Cənu-
bi-Skandinaviya bloku daxilində yerləşən) əhatə edir (şəkil. 5.2.2). Ümumiyyətlə,
Skandinaviya Kaledonidləri Stavangerdən (gənubda) Finmarkenə kimi (şimalda)
1700 km məsafədə uzanır və onun eni 200-300 km arasında dəyişir. Öz quruluşuna
görə Skandinaviya Kaledonidləri Britaniya Kaledonidlərindən təmamilə fərqlənir.
Skandinaviya Kaledonidləri bütövlüklə tektonik örtüklərdən (şimal-qərbdən cənub-
şərqə dəyişən) təşkil olunmuşdur. Örtüklərin əsasında süxurlar əzilmiş, şistləşmiş,
nisbətən yuxarı qalxmış və daxili örtüklərdə isə metamorfikləşmişdir.
Xarici Kaledon örtüyü bilavasitə Baltik qalxanının bünövrəsi üzərində yatır,
Kembri-Silur yaşlı az qalınlıqlı Karbonatlı-gilli süxurlardan ibarətdir. Burada eyni za-
manda Platforma örtüyünün özüdə üstəgəlmə tipli yerdəyişməyə (İsveşrə ərazisində)
məruz qalmışdır. Bilavasitə Xarici Kaledon örtüyü isə aşağıda böyük qalınlığa malik
müxtəlif yaşlı qırıntı süxurlarından sparaqmit seriyasından, üstə arkoz və ya kvarsit-
dən, eləcə də miogeosinklinal Kembri-Silurdan (gilli şist, aspid şisti, qrauvak) təşkil
olunmuşdur.
Daxili örtük (Seve, Keli) isə evgeosinklinal törəmələrdən (fillit, yaşıl şist, ser-
pentinləşmiş ultrabazitlər, qabbro, plagioqranitlər) təşkil olunmuşdur. Vulkanitlər
əsasən Ordovik yaşlıdır. Norveş Kaledonidlərinin səciyyəvi strukturlarından biri də
Kembriyəqədər yaşlı qneysdən, anartozitdən, qabbrodan, qranitdən təşkil olunmuş
Cənubi Norveçin Yutun örtüyü hesab olunur.
Skandinaviya Kaledonidləri cənub hissədə Baltik qalxanının Cənubi-Skandina-
viya blokunun bünövrəsinə uyğun bünövrəyə malikdir. Skandinaviya Kaledonidləri-
nin örtükləri üzərində qeyri-uyğun olaraq alt-orta Devon molassları ilə dolmuş dağ-
arası çökəkliklər yerləşmişdir. Onların quruluşunda iştirak edən daha cavan çöküntü-
249
lər germanotip dislokasiyalara məruz qalmışlar.
Britaniya Kaledonidlərinin növbəti struktur elementi Qeyrimaqmatik zona hesab
olunur. Bu zona Britaniya Kaledonidlərinin ərazisinin böyük hissəsini (Şimali dağlıq
Şotlandiya qırılmasından və onun İrlandiyada olan analoqundan cənuba) əhatə edir.
Onun hüdüdünda Kembriyəqədər törəmələr daha tam çıxışlara malikdir. Burada di-
astrofizm son Kaledon yaşlıdır. Britaniya Kaledonidlərinin Metamorfik və Qeyrime-
tamorfik zonalarının geosinklinal kompleksləri bir-birindən kəskin fərqlənir və mü-
vafiq olaraq üst Rifey-orta Ordovik və Kembri-Silur yaşlıdır. Metamorfik zonada
əsas qırışıqlıq deformasiyası erkən Kaledon, Qeyrimetamorfik zonada isə son Kale-
don yaşlıdır. Britaniya Kaledonidlərinin əsas struktur elementlərindən biri də İrlandi-
yanın Lonqford-Doun massivinə qədər uzanan Cənubi-Şotlandiya antiklinoriumu he-
sab olunur. Tağı Ordovik-Silur yaşlı süxurlardan təşkil olunmuş bu antiklinorium cə-
nub-şərqdən Flambro dərinlik yarığı ilə sərhədlənir. Cənubi-Şotlandiya antiklinoriu-
mu ərazisində də diastrofizm son Kaledon yaşlıdır. Britaniya Kaledonidlərinin ərazi-
sində Devon yaşlı molass formasiyası ilə dolmuş bir sıra dağarası çökəkliklər (Şotlan-
diyanın Orta dərə qrabeni, Okad çökəkliyi və s.) də ayrılır. Gec Devondan etibarən
ərazi özünün platforma inkişaf mərhələsinə keçməsinə baxmayaraq, tektonik hərə-
kətlər kəskin differensial xarakterə malik olmuşdur. Bu da konsedimentasion inkişaf
edən qalxımlarda və çökəkliklərdə özünü aydın göstərir. Karbonun sonunda Britaniya
Kaledonidlərinin qırılmayanı zonalarında qismən qırışıqlıq baş vermişdir.
Skandinaviya Kaledonidləri. Skandinaviya Kaledonidləri eyniadlı yarımadanın
şimal-qərb hissəsini, Skandinaviya dağlarının əsas hissəsini (Baltik qalxanının Cənu-
bi-Skandinaviya bloku daxilində yerləşən) əhatə edir (şəkil. 5.2.2). Ümumiyyətlə,
Skandinaviya Kaledonidləri Stavangerdən (gənubda) Finmarkenə kimi (şimalda)
1700 km məsafədə uzanır və onun eni 200-300 km arasında dəyişir. Öz quruluşuna
görə Skandinaviya Kaledonidləri Britaniya Kaledonidlərindən təmamilə fərqlənir.
Skandinaviya Kaledonidləri bütövlüklə tektonik örtüklərdən (şimal-qərbdən cənub-
şərqə dəyişən) təşkil olunmuşdur. Örtüklərin əsasında süxurlar əzilmiş, şistləşmiş,
nisbətən yuxarı qalxmış və daxili örtüklərdə isə metamorfikləşmişdir.
Xarici Kaledon örtüyü bilavasitə Baltik qalxanının bünövrəsi üzərində yatır,
Kembri-Silur yaşlı az qalınlıqlı Karbonatlı-gilli süxurlardan ibarətdir. Burada eyni za-
manda Platforma örtüyünün özüdə üstəgəlmə tipli yerdəyişməyə (İsveşrə ərazisində)
məruz qalmışdır. Bilavasitə Xarici Kaledon örtüyü isə aşağıda böyük qalınlığa malik
müxtəlif yaşlı qırıntı süxurlarından sparaqmit seriyasından, üstə arkoz və ya kvarsit-
dən, eləcə də miogeosinklinal Kembri-Silurdan (gilli şist, aspid şisti, qrauvak) təşkil
olunmuşdur.
Daxili örtük (Seve, Keli) isə evgeosinklinal törəmələrdən (fillit, yaşıl şist, ser-
pentinləşmiş ultrabazitlər, qabbro, plagioqranitlər) təşkil olunmuşdur. Vulkanitlər
əsasən Ordovik yaşlıdır. Norveş Kaledonidlərinin səciyyəvi strukturlarından biri də
Kembriyəqədər yaşlı qneysdən, anartozitdən, qabbrodan, qranitdən təşkil olunmuş
Cənubi Norveçin Yutun örtüyü hesab olunur.
Skandinaviya Kaledonidləri cənub hissədə Baltik qalxanının Cənubi-Skandina-
viya blokunun bünövrəsinə uyğun bünövrəyə malikdir. Skandinaviya Kaledonidləri-
nin örtükləri üzərində qeyri-uyğun olaraq alt-orta Devon molassları ilə dolmuş dağ-
arası çökəkliklər yerləşmişdir. Onların quruluşunda iştirak edən daha cavan çöküntü-
250
lər germanotip dislokasiyalara məruz qalmışlar.

Şəkil 5.2.2. Skandinaviya Kaledonidlərinin quruluşunun


sxemi (Avropanın tektonik sxeminə əsasən).
1- Kaledonidlərin remobilizasiya olunmuş Kembriyəqədər bünövrəsi; 2- Kaledonid-
lərin tərkibində olan əsas və ultraəsas süxurların massivləri; 3- Kaledonidlərin daxili
örtükləri; 4- Kaledonidlərin xarici örtükləri; 5- Varanger yarımadasının Baykalidləri;
6- Şərqi Avropa platforması; 7- Oslo qrabeni; 8- Örtüklərin sərhəddi.

Şpisbergen Kaledonidləri. Bu Kaledonidlər Şimal Atlantika qurşağının Qram-


pian vilayətinin ən şimal-şərq hissəsini təşkil edir. Şpisbergen arxipelağının qərb və
şimal ətrafı boyunca Kaledon qırışıqlıq kompleksi yer səthinə çıxır, şərq və cənub
istiqamətdə isə Karbon-Perm və daha cavan yaşlı çöküntülərlə örtülür (şəkil 5.2.3.).
Ərazinin ucqar qərbində qırışıqlar çevrilmiş və üstəgəlmələrlə mürəkkəbləşmişdir.
Qırışıqlar qruplaşaraq Qərbi Şpisbergen və Yeni Frisland antiklinoriumlarını və
onları ayıran sinklinoriumları əmələ gətirirlər. Kaledon yaşlı tamamlayıcı qırışıqlıq-
dan sonra qrılmaların fəallaşması nəticəsində qrışıqlıq sistem bloklara parçalanır.
Orogen mərhələdə Raudforden və Billeforden qırılmaları arasında mürəkkəb qaraben
yaranır ki, bu da alt və orta Devon yaşlı qırmızı rəngli kontinental molassla dolur.
Şpisbergen seqmentində, Böyük Birtaniya, Skandinaviya və Qrenlandiyaya nisbətən
Kaledon geosinklinalının daha tez (orta Rifeyin əvvəli və ya alt Rifeydə) yaranması
ehtimal olunur. Bu isə onun Baykalidlərin Timan zonasının davamında yerləşməsi ilə
izah olunur. Karbonun əvvəllərindən Şpisbergen rayonu zəif əyilmə ilə xarakterizə

251
olunan

platforma rejiminə keçir. Ərazinin şimal-şərqində çökmə örtük üfüqi yatır.

252
Şəkil 5.2.3. Şpisbergen arxipelağının əsas strukturlarının yerləşmə
sxemi (A.A.Krasilşikov və Y.Y.Livçöə görə).
1-Kaledon qırışıqlıq epoxasında işlənilmiş Kembriyəqədər bünövrənin etimal olunan
qalxması; 2-Kaledon (Rifey-alt Paleozoy) qırışıqlıq kompleksi: a-zəif metamor-
fikləşmiş, b-intensiv metamorfikləşmiş; 3-Kaledon qranitoidləri; 4-Devon qrabenləri-
ni dolduran molass çöküntüləri; 5-Karbon-Paleogen yaşlı platforma örtüyü, 6-Qırıl-
malar: a-bünövrə və örtükdə, b-bünövrədə: 7-Örtüyün okeanqarşısı deformasiya zo-
naları; 8-Örtüyün dabanının stratoizohipsləri.

Qərbi Şpisbergenin cənubunda Devon qrabeninin davamında nəhəng sinekliz


yaranır. Sineklizin qərb qurtaracağı tektonik fəallaşma dövründə intensiv qırışıqlığa
(örtük-üstəgəlmə tipli) məruz qalmış və Qərbi-Şpisbergenin dislokasiyalar zonası
yaranmışdır. Bu qırışıqlıq Paleogen də daxil olmaqla bütün altda yatan çöküntülərə
təsir etmişdir.
Pliosen-Antropogendə Şpisbergen və Qrenlandiyanın arasında okean sahəsinin
formalaşması ilə əlaqədar olaraq növbəti tektonik-maqmatik fəallaşma qeyd olunur.
Qırışıqlar qruplaşaraq Qərbi Şpisbergen və Yeni Frisland antiklinoriumlarını və
onları ayıran sinklinoriumları əmələ gətirirlər. Kaledon yaşlı tamamlayıcı qırışıqlıq-
dan sonra qrılmaların fəallaşması nəticəsində qrışıqlıq sistem bloklara parçalanır.
Orogen mərhələdə Raudforden və Billeforden qırılmaları arasında mürəkkəb qaraben
yaranır ki, bu da alt və orta Devon yaşlı qırmızı rəngli kontinental molassla dolur.
Şpisbergen seqmentində, Böyük Birtaniya, Skandinaviya və Qrenlandiyaya nisbətən
Kaledon geosinklinalının daha tez (orta Rifeyin əvvəli və ya alt Rifeydə) yaranması
ehtimal olunur. Bu isə onun Baykalidlərin Timan zonasının davamında yerləşməsi ilə
izah olunur. Karbonun əvvəllərindən Şpisbergen rayonu zəif əyilmə ilə xarakterizə
olunan platforma rejiminə keçir. Ərazinin şimal-şərqində çökmə örtük üfüqi yatır.
Qərbi Şpisbergenin cənubunda Devon qrabeninin davamında nəhəng sinekliz yaranır.
253
Sineklizin qərb qurtaracağı tektonik fəallaşma dövründə intensiv qırışıqlığa (örtük-
üstəgəlmə tipli) məruz qalmış və Qərbi-Şpisbergenin dislokasiyalar zonası yaranmış-
dır. Bu qırışıqlıq Paleogen də daxil olmaqla bütün altda yatan çöküntülərə təsir et-
mişdir.
Pliosen-Antropogendə Şpisbergen və Qrenlandiyanın arasında okean sahəsinin
formalaşması ilə əlaqədar olaraq növbəti tektonik-maqmatik fəallaşma qeyd olunur.
Şərqi Qrenlandiya Kaledonidləri. Qrenlandiyanın şərq sahilləri boyunca uza-
nan bu qırışıqlıq sistem şimaldan, cənubdan və şərqdən Atlantik okean suları ilə yu-
yulur. Qırışıqlıq sistemin qərb sərhədi Kanada qalxanının kənar tikişi boyunca keçir.
Şərqi Qrenlandiyanın qırışıqlıq (metamorfik) kompleksində dörd növ infrastruktur
ayrılır: miqmatit tağları; miqmatit dilləri və örtükləri; miqmatit köbələkləri və miq-
matit kompleksləri- kiçik tağlar, zirvələr və köbələklər kompleksi. Qırışıqlıq komp-
leksin tektonikası meridional (cənubda) və şimal-şimal-şərq (şimalda) istiqamətlərdə
uzanan açıq xətti qırışıqların, üstəgəlmələr və yerdəyişməsi şərqdən qərbə olan tekto-
nik örtüklərin olması ilə səciyyələnir. Qırışıqlıq sistemin kənar çökəkliyi olmadığın-
dan Şimal Amerika platforması ilə üstəgəlmə tipli kənar tikiş ilə sərhədlənir.
Silur dövründə baş vermiş dartılma (riftogen) strukturları yarır və burada molass
formasiyası toplanır. Orta Devonda baş verən son Kaledon qırışıqlığı əvvəlcə şimal-
şimal-qərb, sonra isə şimal-şimal-şərq istiqamətli qırışıqlar və üstəgəlmələr yaradır.
Bu qırışıqlar bəzi sahələrdə erkən Kaledon qırışıqlığını intensivləşdirmiş və hətta
müəyyən yerlərdə onu yeniləşdirmiş, üfüqi yerdəyişmələr yaratmışdır. Son Kaledon
qırışıqlığı intruziyaların təzahürü ilə müşayiət olunmuşdur.

GEOLOJİ İNKİŞAF TARİXİ


Britaniya Kaledonidləri
Baykal mərhələsi (gec Rifey). Britaniya Kaledonidlərinin yaranmasında başlıca
rol oynamış geosinklinal sistemin təkamülünü əsasən orta-gec Rifeydən (Qrenvil tek-
tonik-maqmatik epoxasından) izləmək mümkündür.
Qrenvil tektonik-maqmatik epoxasında Avroamerika qitəsinin Qrenvil-Dasland
rayonunda riftogenez prosesləri baş vermişdir. Bu proseslər Şimali Atlantika qurşağı-
nın geoloji inkişafında ilk destruktiv proseslər hesab olunur. Yaranmış rift dərəsində
Torridon-Moyn (R-O) qatları və onların analoqları Belonor-Bey (Qrenlandiya) və
Hekla-Xuk (Şpisbergen) toplanmışdır. Vend-erkən Kembridə bu rift dərəsinin yerin-
də cavan okean qabığı formalaşmışdır.
Baykal geosinklinalının şimal-qərb ətrafında, Kaledonidlərin Metamorfik zona-
sının şimal-qərb hissəsinin daxilində Baykal hərəkətləri daha erkən (Rifeyin sonunda
730 mln. il) baş vermişdir. Hebrid massivində bu hərəkətlər alt və üst Torridon ara-
sında uyğunsuzluğa səbəb olmuşdur.
Kaledon erkən geosinklinal mərhələsi (Vend-orta Ordovik). Bu mərhələnin baş-
lanması ilə Şotlandiyanın Şimali dağlığının şimal-qərb zonasında vulkanizmlə
müşayiət olunan qalxma hərəkətləri intensivləşir və qitə ətrafı yerini zonanın cənub-
şərqinə dəyişir. Burada Mayn seriyası Dalerd seriyası ilə uyğun örtülmüşdür. Kembri
dövründən başlayaraq Cənubi dağlıq əyalətdə okean tipli qabığın üzərində Şimali
İngiltərədən Cənubi-Şərqi İrlandiyaya kimi izlənilən dərin çökəklik formalaşmışdır.
Bu çökəklik cənub-şərqdə Baykal tektogenezi ilə əlaqədar yaranan İrlandiya dənizi
254
geoantiklinalına yanaşmışdır. Bu geoantiklinalın digər tərəfində Kembrinin əvvələ-
rindən Uels geosinklinal çökəkliyi inkişaf etmişdir. Burada toplanan qrauvakka-şist
formasiyasının qalınlığı 5 km- ə çatır. Orta və üst Kembrinin sərhədindən burada zəif
qalxma hərəkətləri qeyd olunur. Böyük Britaniya Kaledon geosinklinallarının hər ye-
rində erkən Ordovikdə (Areniqin əvvəlləridə) daha böyük dəyişirikliklər baş vermiş-
dir. Qərbi İrlandiya daxilində Britaniya Kaledonidlərinin Metamorfik zonasının
strukturlarının formalaşmasında bu qırışıqlıq hərəkətləri həlledici rol oynamışdır.
İrlandiya dənizi geoantiklinalı daxilində, Qərbi İrlandiyada, Ules çökəkliyinin
şərq ətrafında qeyd olunan Karadok əvvəli qalxma və deformasiya epoxası, öz inten-
sivliyinə görə, Şimal Amerikanın Takon epoxası ilə müqayisə oluna bilər.
Kaledon son geosinklinal mərhələsi (gec Ordovik-Silur). Kaledon əvvəli hadi-
sələrlə əlaqədar olaraq bu mərhələ şəraitin dəyişməsi ilə başlayır. Mərkəzi dərə ra-
yonu qalxmaya cəlb olunur və maksimal əyilmə öz yerini Şotlandiyanın müasir Cə-
nubi dağlarının daxilinə doğru dəyişir. Son Ordovikdə Cənubi Dağlq çökəkliyinin şi-
mal-qərb ətrafı boyunca, hövzənin dibinin pilləvari enməsi baş verir və burada üst
Ordovik və erkən Silurda şelf fasiyası toplanır.
Umumiyyətlə Britaniya Kaledon geosinklinalı özünün inkişafının yetkin mərhə-
ləsində çökəkliklərin və qalxımların daha da differensasiya olunması ilə xarakterizə
olunur. Cənubi Şotlandiya və Uels çökəkliklərində kompensasiya olunmuş şəraitdə
çöküntütoplanma Silurun sonuna kimi davam etmişdir.
Kaledon orogen mərhələsi (erkən-orta Devon). Kaledon geosinklinalının orogen
inkişaf mərhələsinə keçməsi bütün sahələrdə eyni vaxtda olmasa da tez başa çatmış-
dır. İlk dəfə Şotlandiya və Şimali İrlandiyada olduqca böyük qalxım yaranır ki, bu da
şimal-qərbdə Orkney və Şotlandiya adalarına kimi davam edir. Metamorfik zonanın
Kaledon qranitləridə bu zaman yaranmışdır. Erkən Devonda, mərkəzi qalxım intensiv
vulkanizmlə müşayiət olunan Kaledon çökəkliyi ilə mürəkkəbləşmiş və orta Devonda
isə dərin rift dərəsinə çevrilmişdir (alt Devonun qalınlığı 7,5 km- ə çatır). Şotlan-
diyanın Aralıq dərə qrabeninin yaranması ilə ilkin tağ iki hissəyə (Şimali Şotlandiya-
Şimali İrlardiya və Cənubi Şotlandiya qalxımlarına) ayrılır. Uels Kaledonidləri kifa-
yət qədər az orogen qalxmaya məruz qalmışdır.
Platforma mərhələsi (gec Devon-erkən Perm). Gec Devondan etibarən Kaledon
qırışıqlıq əyaləti relyefin aşınmasına başlayır və onun ərazisinin kifayət qədər hissəsi
kontinental çöküntü toplanma sahəsinə çevrilir. Erkən Karbondan isə cənubdan (Orta
Avropanın Hersin geosinklinalı tərəfdən) baş verən transqressiya ilə əlaqədar olaraq
dəniz rejimi bərpa olunur. Vize əsrində maksimuma çatan transqressiya, Namyur əs-
rindən isə yenidən geri çəkilməyə başlayır. Beləliklə Britaniya adaları Epikaledon
platformasının formasiya sırası, üst Devonun qırmızı rəngli formasiyası ilə başlayır.
Onun üzərində əvvəlcə alt Karbonun dəniz mənşəli terrigen, sonra isə karbonat for-
masiyası yatır. Kəsiliş orta Karbonun paralik kömürlı və üst Karbon alt Permin qırmı-
zı rəngli kontinental formasiyası ilə başa çatır. Örtüyn əsas hissəsini təşkil edən Kar-
bonun çöküntülərinin qalınlığı Lankaşirdə 5 km- ə, Cənubi Uels hövzəsində isə 2,5
km- ə çatır. Kaledon qırışıqlıq zonalarının daxilində gec Devonda orogen rejimin
platforma rejiminə keçməsinə baxmayaraq, tektonik hərəkətlər kifayət qədər differen-
sasiya olunmuş xarakter daşıyır, qalxım və çökəkliklərin konsedimentasion inkişafın-
da öz təsirini göstərir.
255
Şimali Şotlandiya-Şimali İrlandiya qalxımları bütün Hersin mərhələsi ərzində
inkişafını davam etdirmişdir. Cənubi Şotlandiya qalxımı nisbətən zəif inkişaf etmiş
və hətta erkən Karbonda (Vize əsridə) dənizlə örtülmüşdür. Epikaledon platforması-
nın cənub hissəsi həmişə geniş ərazini əhatə edən quru sahəsi olmuşdur.
Britaniya adaları Epikaledon platforması ümümiyyətlə yüksək mütəhərrik şərait-
ində inkişaf etsədə çökmə və vulkanogen formasiyalarının tipinə, eləcədə tektonik
pozulmaların xarakterinə görə daimi platforma olaraq qalmışdır. Karbonun sonunda
onun örtüyünə toxunan qırışıqlıq regional xarakter daşımır.

Skandinaviya Kaledonidləri
Erkən geosinklinal mərhələ (gec Rifey-erkən Ordovik). Şərqi Qrenlandiya və
dağlıq Şimali Şotlandiyanın çökəklikləri kimi Skandinaviya geosinklinal sisteminin
yaranması orta Rifeyin sonu son Rifeyin əvvəlinə (mütləq yaşı 800 mln.) uyğun gəlir.
Burada geosinklinal kompleksin aşağı sərhədi meiamorfikləşmiş və qranitlərlə yarıl-
mış (yaşı 1100-800 mln il) Cənubi-Skandinaviya blokunda allaxton və avtoxton
komplekslərinin qeyri uyğun yatımına görə müəyyən olunur. Britaniya və Skandina-
viya seqmentlərində Kaledon geosinklinalı eyni yaşlıdır və onlarda Rifeyin üst hissə-
sinin və Vendin bazal törəmələri də tərkibinə görə uyğun gəlir. Bu mərhələdə Baltik
qalxanının qərb ətrafı fəallaşmaya cəlb olunmuşdur.
Şimali-Atlantika qurşağının yaranmasından əvvəl qalxma hərəkətləri qeyd olun-
muş və qədim bünövrə Qot-Elson və Dasland-Qrenvil epoxalarında təkrar tektonik-
maqmatik-metamorfik işlənilməyə məruz qalmışdır.
Vend və Rifeyin sərhədində gələcək geosinklinal hövzənin ərazisi kifayət qədər
genişlənir və toplanan çöküntülərin tərkibi dəyişir. Erkən Venddə tillitlər meydana çı-
xır ki, bu da Baltik qalxanında buzlaşmanın olduğunu göstərir. Sonra kvarsitlərin ge-
niş yayılması qeyd olunur kı, bu da qalxanın növbəti aşınmasının nisbətən nivelirləş-
miş şəraitdə getdiyini göstərir. Venddən Kembriyə keçid nisbətən tədrici xarakter da-
şıyır. Bu dövrdən başlayaraq rejim, geosinklinal xarakter alır. Erkən Ordovikdə Skan-
dinaviya geosinklinalının inkişafı ilə əlaqədar olaraq kontinental qabıq okean tipli qa-
bıqla əvəz olunur. Bu zaman bünövrə qalxımı ilə evgeosinklinal və miogeosinklinal
zonalar bir-birindən ayrılır. Daxili örtükdə böyük qalınlığa malik spilit-keratofir for-
masiyalı vulkanogen qatı alt Ordovik yaşlıdır.
Son geosinklinal mərhələ (orta Ordovik-erkən Silur). Orta Ordovikdə konqlo-
meratın təzahürü və üst Ordovikdə fliş və turbiditli flişoidlərin olması ərazinin son
geosinklinal mərhələyə keçdiyini göstərir. Gec Ordovik-Silurun əvvəllərində yenidən
qalxma hərəkətləri başlayır. Skandinaviyanın Kaledon kompleksinin əsas deformasi-
yası, regional metamorfizmi, miqmatizasiyası və qranitləşməsi yalnız Silur-Devonun
əvvəlində baş vermişdir.
Orogen mərhələ (gec Siur-orta Devaon). Skandinaviyanın Kaledonidləri Silurun
sonundan orogen inkişaf mərhələsinə keçir. Silurun sonundan orta Devonk kimi
davam edən bu mərhələ ərzində dağarası çökəkliklərdə toplanan qıımızı rəngli, kon-
tinental molass qatının (konqlomerat və qumdaşının) qalınlığı 5 km- ə çatır.
Platforma mərhələsi (gec Devon-erkən Perm). Üst Devondan Skandinaviya Ka-
ledon qırışıqlıq əyaləti özünün platforma inkişaf mərhələsinə başlayır.

256
Şpisbergen Kaledonidləri
Şimali Atlantikanın ən uzaq şimal-şərq hissəsini təşkil edən Şpisbergen Kaledo-
nidlərində qırışıqlıq kompleksi arxipelağın qərb ətrafı boyunca, şimal hissəsində yer
səthinə çıxır və şərq, cənub istiqamətdə Karbon-Perm çöküntüləri ilə örtülmüşdür.
Qrenvil (Dasland) mərhələsi (orta-gec Rifey). Şpisbergen seqmentində Kaledon
geosinklinalının inkişaf tarixinin analizi göstərir ki, Böyük Britaniya, Skandinaviya
və Qrenlandiyaya nisbətən onun yaranması daha əvvəl (alt-orta Rifey) baş vermışdır.
Şpisbergendə geosinklinal əyilmənin belə erkən başlaması, onun şimal-qərbdə Rıbaşi
yarımadasına kimi çatan Baykalidlərin Timan zonasının davamında yerləşməsi ilə
izah olunur. Şpisbergen geosinklinal kompleksi Hekla-Xuk kompleksi adı ilə məş-
hurdur. Hekla-Xukun alt hissəsi evgeosinklinal xarakter daşıyır və mikalı şistlərdən,
kvarsit-amfibolitdən, terrigen, Karbonat, effuziv və tuflardan ibarətdir.
Orta və gec Rifeyin sərhədində baş verən Qrenvil tektonik epoxasında Şpisber-
gendə geoantiklinal qalxım zonaları mövcud olmuşdur. Hekla-Xuk kompleksinin alt
və orta hissələri arasında fasilənin əlamətlərinin olması və Cənubi Şpisbergendə orta
hissənin kəsilişinin konqlomeratla başlaması da buna dəlalət edir. Hekla-Xukun orta
hissəsi alt hissədən vulkanogen materialların olmaması ilə seçilir və miogeosinklinal
xarakter daşıyır. Kompleksin orta hissəsi (üst Rifey) aşağı hissədə terrigen, üst hissə-
də isə kabonat formasiyasıyalarından təşkil olunmuşdur.
Baykal mərhələsi (gec Rifey-Vend). Baykal qırışıqlıq epoxasında (Rifey və
Vendin sərhədində) geoantiklinallarda və ətraf sahələrdə qalxma hərəkətləri güclənir.
Hekla-Xukun üst kompleksinin kəsilişinin alt hissəsində tillitlərin olması bir daha bu-
nu təsdiq edir. Vend və Kembrinin sərhədində miogeosinklinal rejim faktiki olaraq
platforma rejimi ilə əvəz olunur. Hekla-Xukün ümumi qalınlığı 2 km-ə çatan üst
kompleksi (Vend-alt Ordovik) tillitlərlə başlayır, sonra Kembrinin dolomit və dolo-
mitləşmiş əhəngdaşına (200 m) və Ordovikin əhəngdaşına (600 m) keçir. Hekla-Xuk
kompleksin ümümi qalınlığı 12 km- ə çatır.
Kaledon mərhələsi (Kembri-Devon). Şpisbergendə əsas deformasiya bu komp-
leksin toplanmasından sonra, orta Ordoviklə erkən Devonun əvvəlləridə baş vermiş-
dir (iki fazada). Birinci faza Ordovikin sonunda baş verir və əsas regional maqmatizm
və miqmatikləşmə ilə, ikinci faza isə, Silur və Devonun sərhədində baş verir dinamo-
metamorfizmlə müşayiət olunur. Bunun arxasınca dağəmələgəlmə başlayır və bu za-
man kontinental şəraitdə alt-orta Devon yaşlı qalınlığı 8 km- ə çatan molass toplanır.
Platforma inkişaf mərhələsi. Şpisbergen rayonunda Karbonun əvvəllərindən
uzun müddətli əyilmə ilə xarakterizə olunan platforma rejimi bərpa olunur. Yuranın
sonu-Təbaşirin əvvəllərində zəif qırışıqlıq hərəkətlərinin təzahürü qeyd olunur. Yura
və Təbaşirin sərhədində baş verən fasilədən sonra, yenidən terrigen çöküntütoplanma
bərpa olunur və bütün erkən Təbaşiri əhatə edir. Gec Təbaşirdə baş verən qalxma ilə
əlaqədar olaraq, çöküntütoplanmada ümümi faslə qeyd olunur. Atlantik okeanının şi-
mal hissəsinin açılması da, bu vaxta təsadüf edir. Paleogenin əvvəlində yenidən çö-
küntütoplanma bərpa olunur. Sonralar baş verən tektonik fəallaşma Şpisbergen və
Qrenlandiyanın arasında okean sahəsinin yaranması ilə əlaqədar olmuşdur.

Şərqi Qrelandiya Kaledonidləri


Baykal mərhələsi. Şərqi Qrenlandiya geosinklinal sisteminin 1400-1000 mln.il
257
intervalına (üst Rifeyə-Vendə) təsadüf edir. Bu mərhələdə toplanan geosinklinal
kompleksin (qumlu-gilli, karbonatlı) qalınlığı 12 km- ə çatır.
Kaledon mərhələsi. Proterozoy və Kembrinin sərhədində mərkəzi qalxımın ya-
ranması ilə ilkin geosinklinal çökəkliyin geoantiklinoriumlara bslünməsi baş verir.
Bu isə Proterozoy və Kembri arasında olan zəif uyğunsuzluq, fasilə və eləcə də go-
bud dənəli qırıntı materiallarının və tillitlərin olması ilə təsdiq olunur. Şərqi Qrenlan-
diyanın sahilində Kembri-Ordovik dövründə miogeosinklinal çökəklik inkişaf etmiş
və burada qalınlığı 3000 m- ə çatan karbonat-terrigen formasiya toplanmışdır. Kale-
don qırışıqlığının təsiri ilə əlaqədar olaraq gec Kembridə fasilə qeyd olunur. Geosink-
linalın şimal hissəsi Silur yaşlı karbonatlı formasiyadan ibarətdir və Ordovik bilava-
sitə alt Kembrinin üzərində yatır.
Erkən Devonun ortalarında Şərqi Qrenlandiya geosinklinalı ərazisində olduqca
intensiv qırışıqlıq baş verir və dağlıq sistem əmələ gəlir. Erkən Devonun sonundan
intensiv qayma qırışıqlığı başlayır ki, bu da aralıq qrabenin əmələgəlməsinə səbəb
olur və epoxanın sonuna yaxın kontinental molassla dolur. Devonun sonunda geniş-
lənmə fazaları tez-tez sıxılma fazası ilə əvəz olunur ki, bu da qırılmalarla hüdüdlanan
sahələrdə qırışıqlığın və üstəgəlmələrin əmələ gəlməsi ilə nəticələnir.
Kaledon orogen mərhələsi. Karbonun əvvəllərində Şərqi Qrenlandiya dağlıq sis-
temi təmamilə okean səviyyəsindən yuxarı qalxır. Serpuxov zamanı qırışıqlıq sis-
temin müasir sahil zolağı və şelf sahəsi enməyə başlayır, Devon qrabenindən qərbdə
yerləşən şimal, şimal-şərq istiqamətdə uzanan və eni 100 km- ə çatan çökəklik yara-
nır. Bu çökəklikdə Serpuxov-erkən Perm ərzində kontinental mənşəli iridənəli qırıntı
çöküntüləri toplanır (5 km).
Platforma inkişaf mərhələsi. Gec Permdən Şərqi Qrenlandiyanın platforma inki-
şaf mərhələsi başlayır və şərq sahili hazırkı, Qrenlandiyanın şimal-şərq sahilini əhatə
edən geniş Skandik gənizinin (təxminən Qrenlandiya və Norveş dənizlərinə uyğun
gələn) çökəkliyi yaranır. Burada yaranan xüsüsi çökəklikdə evoparitli terrigen-karbo-
nat (üst Perm- 300 m), terrigen (alt Trias- 700 m), qırmızı rəngli kontinental (orta-üst
Trias- 1800 m), kontinental və dəziz mənşəli terrigen (Yura- 700 m), dəziz mənşəli
terrigen (Təbaşir 1500 m) formasiyasıyalar toplanır. Təbaşirin sonu-Paleogendə in-
tensiv vulkanizmin təzahürü qeyd olunur və bu şəraitdə toplanan kontinental və dəniz
çöküntülərindən ibarət araqatlarına malik plato-bazaltın qalınlığı 7,5 km- ə çatır.
5.3. QƏRBİ VƏ ORTA AVROPANIN KALEDONİDLƏRİ
Şərqi Avropa platformasından cənub-qərbə və onun Epibaykal ətrafı (Orta Av-
ropa plitəsi), eləcədə Alp qırışıqlıq qurşağından şimala Avropanının kifayət qədər
hissəsi, Paleozoy yaşlı və Paleozoyda işlənməyə məruz qalmış qırışıqlıq bünövrəyə
malikdir. Bu bünövrə yeni tektonik fəallaşma epoxasında yaranan dağlıq massivlərdə
yer üzərinə çıxır.
Qərbi və Orta Avropa Paleozoyidlərini örtən geosinklinal kompleks, eyni za-
manda, sonralar Cənubi Avropanın Alp qırışıqlıq sistemini yaradan Aralıq dənizi
geosinklinal qurşağına aiddir. Bu qurşaq ümumiyyətlə en istiqamətli uzanmaya malik
olub, Şimal Atlantika qurşağı ilə kəskin uyğunsuzluq təşkil edir. Kaledonidlərin Her-
sinidlərlə işlənilməsi Cənubi-Uels daşkömür hövzəsində çox yaxşı görünür.
Qərbi və Orta Avropa Paleozoyidləri, əsasən Hersinidlərlə təmsil olunmuşdur

258
(Britaniya adasının cənub-qərbi; bütün Fransa ərazisi; Alp və Pirineyləli şıxmaqla
Belçikanı; Almaniya, Şexiya və Moraviyanın əsas hissəsi; cənub-qərbi Polşa və İberi-
ya istisna olmaqla).
STRATİQRAFİYA
İngiltərə-Brabant Kaledonidləri
Cənubi Polşada Sventkoşi dağlarında və onların davamında Lvov sahəsində də
Devon molassoidləri ilə qeyri-uyğun örtülən inetinsiv deformasiya olunmuş, böyük
qalınlığa malik Kembri-Silur çöküntüləri quyularla açılmışdır. Kales zonasında
Vend-Kembri filiş, terrigen formasiyasından ibarətdir, qalınlığı bir neçə min metrə
çatır. Burada Ordovik və Silurun qalınlığı bir o qədər də çox olmayıb, əsasən qırmızı
rəngli karbonatlarla örtülmüş terrigen çöküntülərdən ibarətdir. Lvovdan cənuba Ka-
ledon qırışıqlıq kompleksi Karpatların Alp üstəgəlməsi və Karpatqarşısı çökəkliyin
molassoidləri ilə örtülmüşdür. Bu zolağın cənub-şərq davamında (Şimali Dobruca Pa-
leozoy qırışıqlıq zonasında) Silur çöküntüləri alt Devonla uyğun örtülmüşdür.

Orta Avropa Kaledonidləri


Bünövrə kompleksi. Orta Avropa meqasineklizinin Baykalaqədər, Baykal və
Kaledon qırışıqlıq komplekslərinə malik böyük heterogen bünövrəyə malik olduğunu
söyləmək olar. Nəzərə alaraq ki, Danimarka da Baykala qədər kompleks işlənməyə
məruz qalmamışdır, erkən Paleozoy da platforma xarakteri daşıyır. Orta Avropanın
ərazisini və ona qonşu olan sahələri, Şimal dənizinin Cənubi Norveş hissəsini qədim
platformaya aid etmək lazımdır. Ərazinin qalan hissəsində Baykal qırışıqlıq sisteminə
aid olunan, deformasiyaya məruz qalmış Baykalaqədər bünövrənin qaymalarına rast
gəlinir. Bünövrə kompleksi intensiv metamorfizmə, qırışıqlığa məruz qalmış qneys,
yaşıl şist, maqmatik törəmələrdən təşkil olunmuşdur.
Keçid və örtük kompleksi. Bünovrə kompleksinin üzərində Devon-Karbon
(Dinanta) ərzində əvvəlcə alt-orta Devonun qırmızı rəngli kontiental molassı, sonra
isə alt Karbonun platforma karbonat formasiyası yatır. Kontinental mənşəti üst Kar-
bon məhtud sahədə yayılmışdır. Erkən Perm epoxasında nisbətən intensiv əyilmə (4
km- ə qədər) ön çökəkliklərdə qeyd olunur və burada fəallaşmaya cəlb olunan ərazi-
lərin aşınması hesabına vulkanogen-molass formasiyası toplanmışdır. Meqasineklizin
formalaşması son Permdə böyük qalınlığa malik evaporit qatının (Sexşteyn) toplan-
ması ilə başa çatır. Trias sistemi əsasən evaporitlərdən təşkil olunmuşdur.
Orta Avropa meqasineklizində qrabenlərdə toplanan qumlu-gilli formasiyadan
ibarət olan Trias və Yuranın qalınlığı 3 km- ə çatır. Atl Təbaşir əsasən karbonat-terri-
gen formasiyasından (mergel, gil, alevrolit) ibarətdir, qalınlığı Aşağısakson çökəkli-
yində 2 km-ə çatır. Üst Təbaşir karbonat, mergel-təbaşir formasiyasından (1-2 km);
Paleogen-orta Oliqosen dayaz dəniz mənşəli terrigen çöküntülərindən; üst Oliqosen
kömürlü formasiyalarından ibarətdir. Maksimal qalınlıq (2-3 km) Elbanın aşağı his-
səsində qeyd olunur. Şimal dənizi çökəkliyi Kaynozoyda əsas əyilmə sahəsi olmuş və
burada toplanan çöküntülərin qalınlığı 3,5 km- dən çoxdur.
TEKTONİKA
İngiltərə-Brabant Kaledonidləri
Belçikanın Brabant massivi üst Təbaşir və Kaynozoy yaşlı çökmə örtüyü ilə
259
örtülmüşdür. Şelda çayının dərəsinin sol qolları ilə kəsilən sahədə Kembri-Silur yaşlı
terrigen, qumlu-şistli çöküntülər yer üzərinə çıxır. Şimala (platforma tipli Kampin
hövzəsinə) və cənuba (Hersin ön çökəkliyi istiqamətdə) Kembri-Silur çöküntüləri
qeyri-uyğun yatan orta Devonun altına keçir. Hersin ön çökəkliyindən cənuba, Ar-
denlərdə Kaledon geosinklinal kompleksi yer səthinə çıxır. Cənubi-Şərqi İngiltərədə,
xüsusəndə Londonda Brabant massivinə analoji intensiv deformasiya olunmuş Or-
dovik və Silur çöküntüləri quyularla açılmışdır. Lakin bu Kaledon kompleksi Uels
Kaledonidlərindən Kembriyəqədər bünövrənin qalxımı ilə ayrılır. Ümumiyyətlə İn-
giltərə-Brabant Kaledonidləri kifayət qədər dəyanətli xüsusiyyətə malikdirlər. Kemb-
ri-Silur və gec Rifey-Vend yaşlı miogeosinklinal terrigen çöküntülərin Silurun sonu
Devonun əvvəllərində intensiv deformasiyası, hər hansı bir intruziv maqmatizmin tə-
zahüründən mərhrum olan zəif metamorfizm ilə xarakterizə olunur. Cənubi Polşada
Sventkoşi dağlarında və onların davamında (Lvov sahəsində) də Devon molassı ilə
qeyri-uyğun örtülən inetinsiv deformasiya olunmuş, böyük qalınlığa malik Kembri-
Silur çöküntüləri quyularla açılmışdır.
Kales zonasında Vend-Kembri yaşlı filiş terrigen formasiyasından ibarət olan,
bir neçə min metr qalınlığa malik əsas geosinklinal kompleks Ordovikdən əvvəl in-
tensiv dislokasiyaya məruz qalmışdır. Burada Ordovik və Silurun qalınlığı bir o qədər
də çox deyildir və əsasən terrigen tərkibli olub, qırmızı rəngli karbonat çöküntüləri ilə
örtülmüşdür. Lvovdan cənuba Kaledon qırışıqlıq kompleksi Karpatların Alp üstəgəl-
məsi və Karpatqarşısı çökəkliyin molassı ilə örtülmüşdür. Bu zolağın cənub-şərq da-
vamında (Şimali Dobruca Paleozoy qırışıqlıq zonasında) Silur-alt Devonla uyğun ör-
tülmüşdür. Bu isə Şərqi Avropa platformasının bütün cənub-qərb ətrafı boyunca son
Kaledon hərəkətlərinin bu və digər formada və dərəcədə özünü göstərdiyini söyləmə-
yə əsas verir.
Orta Avropa Kaledonidləri
Qərbi və Orta Avropa plitələrinin sərhədi Qərbi Avropa Hersinidlərinin İrlandi-
ya, Cənubi İngiltərə, Şimali-Şərqi Fransa, Belçika, Almaniyanın cənubu boyunca iz-
lənən və Polşada Karpatın Alp qırışığı altına keçən ön tərəfi hesab olunur (şəkil
5.3.1.). Epikaledon yaşlı Orta Avropa plitəsinin bünövrəsi böyük dərinlikdə yerləşir
və onun qərb (Britaniya Kaledonidləri), cənub-qərb (Brabant) və cənub-şərq (Sven-
tokşi dağları) ətrafında yer üzərinə çıxır. Bu cavan platformanın (meqasineklizin) bö-
yük hissəsi Şimal dənizi akvatoriyası və Baltik dənizinin cənub-qərb hissəsinin suları
altında yerləşir, La-Manş isə Qərbi Avropa Epihersin plitəsinə aid olunur.
Orta Avropa meqasineklizinin qərb sərhədi Orta İngiltərə anteklizində (İngiltə-
rənin Midlend massivi) yerləşir. Burada səciyyəvi Paleozoy platforma kompleksi al-
tından qırışıq və zəif metamorfizmə məruz qalmış üst Kembriyə qədər törəmələr yer
üzərinə çıxır. Radiometrik məlumatlara görə Midlend sahəsinin çox hissəsi Kemb-
riyəqədər bünövrənin Baykalaqədər (çox etimal ki, Qrinvel yaşlı) yaşlıdır.
Orta Avropa ilə müqayisədə Qərbi Avropa platforması tamam fərqli quruluşa
malikdir. Orta Avropa Epikaledon plitəsinin bünövrəsi 10 km-ə (və daha çox) dərin-
likdə yerləşir. Buna görə də Berlindən şimalda qazılan 7-km-lik quyu ilə yalnız alt
Karbonun Serpuxov (Namyur) mərtəbəsinə kimi öyrənilmişdir.

260
Şəkil 5.3.1. Orta Avropa meqasineklizinin bünövrəsinin
quruluşu (Y.X.Dikenşteynə görə)
I- qalxanlar; II- ortük altında olan Kembriyəqədər bünövrə; III- Kaledon bünövrəsi-
nin çıxışları; IV- müsbət qravimetrik anomaliyaların sərhədləri; V- Hersin bünövrəsi-
nin çıxışları; VI- ortük altında olan Hersin bünövrəsi; VII- Hersin ön çökəklikləri;
VIII- Hersinidlərin şimal sərhəddi; IX- Alp qırışıqlıq sistemləri; X- Alp ön çökəklik-
ləri; XI- əsas qırılmalar; XII- Şərqi-Avropa platformasının kənar tikişi; XIII- bünöv-
rəni aşmış quyular; XIV- bünövrəni aşmayan quyular; XV- Kembriyəqədər bünövrə-
nin süxurları; XVI- Baykal yaşlı olması etimal olunan süxurlar; XVII- Kaledon yaşlı
qırışıqlıq süxurları; XVIII- Kaledonun dislokasiya olunmuş süxurları; XIX- Struktur
elementlər: 1- Alpidlər, 2- Reyn Şist dağı, 3- Qars, 4- Filiz dağı, 5- Lauziys, 6- Alp
qarşısı çökəklik, 7- Karpatqarşısı çökəklik, 8-Moravo-Silezidləri, 9- Alplar, 10- Kar-
patlar, 11- Üst Reyn qrabeni.

Orta Avropa meqasineklizinin ətraf rayonları haqqında məlumatlar mübahisəli


xarakter daşıyır. Bir qrup tədqiqatçılar (E.Beyli, A.A.Boqdanov) bu əyaləti qədim
platformaya, digərləri onu əsasən Epikaledon (Q.F.Fan Qertner, E.Znosko), başqaları
isə Epibaykal (V.S.Juravlyov) yaşlı hesab edirlər.
Nisbətən dəqiq məlumatlar Cənubi Danimarka anteklizində qazılmış quyular va-
sitəsilə alınmışdır. Burada Perm-Trias yaşlı süxurların altında mütləq yaşı bir mlyard
ilə yaxın qneyslər açılmışdır. Şimal Danimarka çökəkliyində Kembri-Ordovik-Silur
yaşlı süxurlar platforma mənşəli olub, metamorfizmə, dislokasiyaya məruz qalma-
mışdır. Orta Avropa Hersinidlərinin ön çökəkliklərindən biri olan Üst Sleziya çökək-
liyində də bünövrədə quyular vasitəsi ilə Kembriyəqədər (Epibaykal yaşlı) süxurlar
açılmışdır. Bütün bu məlumatlar tədqiq olunan ərazinin qədim kratona aid olduğunu
göstərsə belə, digər sahələrdə nisbətən cavan (Epibaykal, Epikaledon) törəmələr də

261
açılmışdır (Britaniya massivi). Şotlandiya yarımadasında, Cənubi Danimarka antekli-
zinin cənub yamacında quyularla Baykal yaşlı fillitlərin açılması, burada alt Paleozoy
(Kaledon yaşlı) süxurların olmasını da söyləməyə əsas verir.
Polşada Krakov rayonunda, cənub-qərbdə Üst Sileziya Baykalaqədər qayması
və şimal-şərqdə Malopol Baykal massivi arasında Kaledon qırışıqlıq kompleksinin
olduğu müəyyən edilmişdir. Burada Üst Silur yaşlı kobud dənəli qırıntı süxurlar dia-
baz və daykalarla yarılmış Silurdan qədim süxurları qeyri-uyğun örtür.
Digər Kaledon qırışıqlıq zolağı quyular vasitəsi ilə Şərqi Avropa kratonun cə-
nub-qərb sahili boyunca müəyyən olunmuşdur. Burada Ordovik-Silur yaşlı böyük qa-
lınlığa malik olan, intensiv dislokaiyaya məruz qalmış şistlər üzərində alt Devonun
üst hissəsi üfiqi yatır. Pomor-Kuyav çökəkliyi altına Paleozoyun intensiv enməsi ilə
əlaqədar olan fasilədən sonra, analoji hal Ordovik və Silurla bir tərəfdən, Devonla di-
gər tərəfdən Orta Avropa meqasineklizinin cənub-şərq qurtaracağında (Lyublin-Lvov
çökəkliyinin bünövrəsində) qeyd olunur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Or-
ta Avropa meqasineklizinin Baykalaqədər, Baykal və Kaledon qırışıqlıq komplekslə-
rinə malik böyük heterogen bünövrəyə malik olduğunu söyləmək olar. Nəzərə alaraq
ki, Danimarka da Baykala qədər kompleks işlənməyə məruz qalmamışdır, alt Pa-
leozoy da platforma xarakteri daşıyır, bu slkənin ərazisini və ona qonşu olan sahələri,
Şimal dənizinin Cənubi Norveş hissəsini qədim platformaya aid etmək lazımdır.
Ərazinin qalan hissəsində Baykal qırışıqlıq sisteminə aid olunan, işlənməyə (de-
formasiyaya) məruz qalmış Baykalaqədər bünövrənin qaymalarına rast gəlinir. Bu
bünövrənin müəyyən hissələrində (Krakova zonasında və Brabatın cənubunda) Kale-
don çökəklikləri yaranmışdır. Bunlardan Pomor-Movu intrakton çökəkliyini göstər-
mək olar. Beləliklə, Orta Avropanın bünövrəsini əsasən Baykal və ya Baykal-Kale-
don yaşlı hesab etmək olar.
GEOLOJİ İNKİŞAF TARİXİ
Tafrogen mərhələ. Orta Avropanın plitə inkkişaf mərhələsi heterogen bünövrə
üzərində (Baykalaqədər, Kaledon) formalaşmağa başlamışdır. Bu bünovrənin üzə-
rində Devon-Karbon (Dinanta) ərzində əvvəlcə alt-orta Devonun qırmızı rəngli kon-
tiental molassı, sonra isə alt Karbonun platforma kabonat formasiyası yatır. Konti-
nental mənşəti üst Karbon məhtud sahədə yayılmışdır.
Plitə mərhələsi. Ön çökəkliklərdə nisbətən intensiv əyilmə (4 km- ə qədər) qeyd
olunur və erkən Perm epoxasında daha aydın ifadə olunur. Bu sahələrdə Hersin dağ-
lıq sisteminin və eləcədə şimal ətrafın fəallaşmaya cəlb olunan Baykalaqədər və Ka-
ledon qırışıqlıq sahələrinin aşınması hesabına vulkanogen-molass formasiyası toplan-
mışdır. Bu mərhələ meqasineklizin formalaşması ilə əlaqədar olaraq maqmatizmin
maksimal həddə çatması ilə xarakterizə olunur. Meqasineklizin formalaşması gec
Permdə böyük qalınlığa malik evaporit qatının (Sexşteyn) toplanması ilə başa çatır.
Sexşteyn çöküntüləri alt Trias çöküntüləri ilə örtülmüşdür. Bu çöküntülərin qalınlığı
Poior-Kuyav və Alman çökəkliyində 1,3 km- ə çatır. Permin sonunda quruya çevrilən
Şimali-Danimarka çökəkliyi və Cənubi-Danimarka anteklizi daha aydın ayrılır.
Ümumiyyətlə erkən Triasda qeyd olunan çökəkliklər Triasın sonuna kimi maksi-
mal əyilmə sahəsi kimi saxlanmışdır. Alman çökəkliyində evaporitlərin toplanması
erkən, orta-gec Triasda da davam etmiş, Poior-Kuyav çökəkliyində isə maksimal

262
əyilmə demək olar ki, Təbaşirin sonuna kimi saxlanılmışdır.
Erkən Kimmeri tektonik epoxasında (Triasda, xüsusən də Trias və Yuranın sər-
hədində) baş verən proseslərlə əlaqədar olaraq struktur planda kifayət qədər dəyişi-
rikliklər başlayır (şəkil 5.3.2.). Bu isə ilk növbədə bünövrə və örtüyün əsasən subme-
ridional qırılmalarla parçalanması və bu qırılmalar boyunca quruda Almaniya və Ni-
derlandiyanın ərazisində, Şimal dənizində qraben-riftlərin yaranması ilə ifadə olunur.
Bu qrabenlərdə toplanan Trias və Yuranın qalınlığı 3 km- ə çatır.
Ümumiyyətlə Yura dövrü geniş transqressiya ilə başlayır və erkən-orta Yura ər-
zində Orta Avropa meqasineklizində qumlu-gilli formasiya geniş yayılır. Yuranın so-
nunda Aşağısakson çökəkliyi formalaşır. Gec Kimmeri tektonik fazasında Orta Avro-
pa hövzəsinin struktur planında və inkişafında daha əsaslı dəyişirikliklər baş verir.
Qırılmalar yenidən fəallaşır.
Yuranın sonu-Təbaşirin əvvəllərində beş verən reqressiya nəticəsində müvəqqəti
olaraq dəniz çöküntüləri allüvial-göl çöküntüləri ilə əvəz olunur. Erkən Təbaşirdə ye-
nidən transqessiya baş verir və Alb əsrində maksimuma çatır.
Alt Təbaşir Karbonat-terrigen formasiyasının (mergel, gil, alevrolit) qalınlığı
Aşağısakson çökəkliyində 2 km-ə çatır. Gec Təbaşirdə əyilmə daha da genişlənir,
toplanan karbonat, mergel-əhəngdaşı formasiyasının galınlığı 1-2 km- dir. Reyn mas-
sivinin şimal-şərq ətrafında dərin Myuntser çökəkliyi, Qasın şimal ətrafı boyunca isə
analoji Hersin çökəkliyi formalaşır. Çökəkliklərin formalaşması ilə yanaşı onlarla
qonşu olan Hersin massivlərinin qalxması qeyd olunur.
Təbaşirin sonunda Larami tektonik epoxası ilə əlaqədar olaraq, Aşağısakson çö-
kəkliyi inversiyaya məruz qalır. Paleogen, orta Oliqosen də daxil olmaqla meqasi-
neklizin kontinental hissəsində dayaz dəniz mənşəli terrigen çöküntülərin toplanması
davam etmişdir və yalnız üst Oliqosendə kömürlü formasiya ilə əvəz olunmuşdur.
Elbanın aşağı hissəsində çöküntülərin qalınlığı 2-3 km- ə çatır. Şimal dənizi çökəkliyi
Kaynozoyda əsas əyilmə sahəsi olmuş və burada toplanan çöküntülərin qalınlığı 3,5
km- dən çoxdur.
Orta Avropa platforması uzunmüddətli və çoxfazalı inkişaf tarxi ilə əlaqədar
olaraq olduqca mürəkkəb quruluşa malikdir. Ayrı-ayrı stratiqrafik səvviyyələr üzrə
bu platformanın struktur planın kəskin fərqlənir. Ümumi struktur planın dəyişməsin-
də duz tektonikasının da rolu böyük olmuşdur.

263
Şəkil 5.3.2. Orta-Avropa meqasineklizinin Şimal dənizi
hissəsinin stuktur sxemi (P.E.Kentə görə).
I- çökəkliklər, II- qalxımlar, III- qrabenlər, IV- qrabenlər, V- faylar, VI- Kaledonidlə-
rin və Hersinidlərin sərhəddi, VII- strukturlar. Çökəkliklər: 1-Fors-Apporoşes,
2- Berqen, 3- Dat, 4- İngiltərə-Hollandiya, 5- Şimali-Qərbi Almaniya, qrabenlər:
6- Mari-Fert, 7- Şotlandiya aralıq dərəsi, 8- Vikinq, 9-Mərkəzi, 10- Oslo-Skaqqerax,
11- Mərkəzi Niderland, qalxımlar: 12- Şərqi-Şotlandiya «platforması», 13- Vestland-
Stavanqer silsiləsi, 14- Mərkəzi Şimal dənizi tağı, 15- İngiltərə-Brabant massivi,
16- Teksel horstu, 17- Cənubi-Dat anteklizi.

264
5.4. ŞİMALİ-AMERİKA PLATFORMASI ƏHATƏ EDƏN PALEOZOY QIRIŞIQLARI
5.4.1. İNNUİT KALEDON-HERSİN QIRIŞIQLIQ SİSTEMİ
İnnuit qırışıqlıq sistemi Kanada Şimal arxipelağının və Qrenlandiyanın uzaq şi-
mal hissəsini əhatə edir. Bu qırışıqlıq sistemin və platformanın sərhədi qərbdə Parri
boğazının adaları boyunca izlənilir. Bilavasitə Elsmir adalarının şərq sahilində ta-
mamlanan İnnuit qırışıqlıq sistemi Şimali-Qrenlandiya qırışıqlıq zonasından diaqonal
istiqamətdə keçən qırılma ilə ayrılır.
STRATİQRAFİYA
İnnuit Kaledon qırışıqlıq sisteminin kəsilişində aşağıdakı struktur-formasiya
komplekslərini (SFK) ayırmağa imkan verir (cədvəl 5.4.1.1.).
Cədvəl 5.4.1.1
№-si Struktur-formasiya kompleksi (SFK) Yaşı
1 Bünövrə Arxey-Rifey
2 Geosinklinal Vend-erkən Devon
3 Orogen Orta Devon-alt Karbon
4 Platforma örtüyü Orta Karbon-Eosen
5 Müasir fəallaşma Oliqosen-Antropogen

Bünövrə SFK. İnnuit qırışıqlıq sistemində bünövrə struktur formasiya kompleksi


nisbətən zəif öyrənilmişdir, onun Şimali-Amerika platformasının ətrafında analoji tip
kontinental qabığa malik bünövrə üzərində yarandığını söyləmək olar.
Geosinklinal SFK. İnnuit qırışıqlıq sisteminin Şimali-Qrenlandiya zonasında üst
Proterozoy, Kembri-Silur yaşlı çöküntülər geniş yayılmışdır və qalınlığı müvafiq
olaraq 3,0 km və 5,0 km-dir. Kembri-alt Ordovik əsasən əhəngdaşı və dolomitdən;
orta Ordovik-alt Silur əhəngdaşı, dolomitdən və gilli şistlərdən; üst Silur şistlərdən və
qumdaşından təşkil olunmuşdur. Qrenlandiyanın şimalında Ordovik-Silur miogeo-
sinklinal zonada karbonat-terrigen çöküntülərdən, evgeosinklinal zonada isə qalınlığı
18 km- ə çatan terrigen-vulkanogen törəmələrdən ibarətdir. Şimali-Qərbi Qrenlandi-
yada Vend və Proterozoyun, alt və orta Kembrinin, orta Kembri və alt Ordovikin (kə-
silişdə üst Kembri iştirak etmir) arasında; alt və orta Ordovikin, orta və üst Ordovikin
sərhəddində; Ordovik və Silur, eləcədə Silurun arasında stratiqrafik uyğunsuzluq
qeyd olunur. Piri Torpağında kəsilişin qalınlığı kəskin azalır və alt Kembrinin üzərin-
də bilavasitə Ordovik yatır. İnnuit geosinklinalının miogeosinklinal zonasında Kemb-
ri-Devon çöküntüləri ümumi qalınlığı 5-6 km- ə çatan karbonatlı və gilli-şistli çökün-
tülərdən ibarətdir. Evgeosinklinal zonada süxurlar intensiv dislokasiyaya məruz qal-
mışdır və əsasən vulkanogen-çökmə süxurlardan ibarətdir.
Orogen SFK. Devon terrigen çöküntülərindən ibarətdir. Elsmir Torpağının cənu-
bunda toplanmış orta və üst Devon çöküntülərinin qalınlığı 5,0 km-dən çoxdur. Kə-
silişdə aşağıdan yuxarı qırıntı mənşəli çöküntülərin miqdarı artır və hətta üst De-
vonun kəsilişində dəniz fasiyaları kontinental fasiya ilə əvəz olunur. Miogeosinklinal
zonanın qərb hissəsində intensiv əyilmə Devonda davam etmiş və burada böyük qa-
lınlığa malik çöküntü toplanmışdır.
Platforma örtüyü SFK. Bu kompleks Sverdrup sineklizində daha yaxşı öyrə-

265
nilmişdir. Sineklizin ox hissəsində kəsiliş fasiləsiz xarakter daşısada onun ətraf hissə-
lərində fasilə və uyğunzluq qeyd olunur. İnkişafı ərzində onun oxunun şimal-qərb is-
tiqamətdə dəyişməsi qeyd olunur. Mezokaynozoy kompleksinin kəsilişi dəniz mənşə-
li terrigen (gillər və kvars-qlaukonitli qumlar) və kontinental (qumlu-gilli və kömürlü
çöküntülər) formasiyasının növbələşməsindən ibarətdir. Sineklizin formasiya sırası
üst Paleozoyun terrigen-karbonat-evaporit formasiyası ilə başlayır.
Mezozoy kompleksi boz rəngli dəniz və kontinental mənşəli terrigen formasiya-
nın dövrü növbələşməsindən ibarətdir. Triasın Ret və Nori mərtəbəsinin üst hissəsi
istisna olunmaqla əsas hissəsi; Yuranın Sinemyur-Oksford mərtəbələri; Təbaşirin
Berrias-Valancin, Apt-Alb, Turon-Kampan mərtəbələri dəniz, aralıq intervallar isə
kontinental törəmələrdən təşkil olunmuşdur. Paleosen-Eosen qalınlığı 3 km- ə çatan
kontinental-kömürlü formasiyadan təşkil olunmuşdur. Sverdrup sineklizinin kəsilişin-
də iştirak edən üst Paleozoy (alt Karbon)-Paleogen (Eosen) kompleksinin ümumi qa-
lınlığı 12 km-dən çoxdur.
Fəallaşma SFK. Paleogenin sonu-Neogenin əvvəllərində tektonik hərəkətlərin
fəallığı daha da artır və bu şəraitdə əsasən qırıntı mənşəli çöküntülər toplanır.
TEKTONIKA
İnnuit qırışıqlıq sisteminin quruluşunda dörd başlıca struktur element ayrılır.
Onlardan ikisi Paleozoy qırışıqlıq kompleksinin tərkibində ayrılır və cənubda mio-
geosinklinal, şimalda isə evgeosinklinal zonalardan ibarətdir. Qalan iki struktur ele-
ment isə törəmə xarakter daşıyır. Onlardan biri miogeosinklinal zonanın şimal və ev-
geosinklinal zonanın isə cənub hissəsini əhatə edən və böyük sahədə onların sərhədini
örtən geniş Sverdrup hövzəsindən (sineklizindən), digəri isə İnnuit geosinklinalının
şimal-qərb ətrafı boyunca inkişaf edən və Bofort dənizini əhatə edən, Pliosendən son-
ra əmələ gəlmiş regional monoklinaldan ibarətdir.
Kənar miogeosinklinal zona. Bu zona Parri yarımadasının cənub-şərq hissəsini
əhatə edir və qabarığı cənub-şərqə olan qövs əmələ gətirir. Əsasən ümumi qalınlığı 5-
6 km- ə çatan alt və orta Paleozoyun karbonatlı və gilli-şistli çöküntülərindən, üst De-
von terrigen çöküntülərindən ibarətdir. Bu çöküntülər qırışdırılmış və xətti assimmet-
rik qırışıqlar əmələ gətirir. Qırışıqlığın intensivliyi cənubdan (cənub-şərqdən) şimala
doğru artır.
Daxili evgeosinklinal zona. Bu zona Aksel-Xeyberq adasının şimal hissəsini və
Elsmir adasının şimal-qərb hissəsini əhatə edir. Nisbətən zəif öyrənilmiş bu zonanın
böyük ərazisi buzlaqla örtülmüşdür. İnnuit geosinklinalının bu hissəsini təşkil edən
süxurlar intensiv dislokasiyaya məruz qalmışdır və əsasən vulkanogen-çökmə süxur-
lardan ibarətdir.
Sverdrup sineklizi. İnnuit geosinklinalının əsas struktur elementlərindən biri
olan bu sinekliz uzunluğu 600 km- ə yaxın olan ovalformalı çökəklikdən ibarət olub,
Prins-Patrik adalarından Elsmir adalarının şimal hissəsinə kimi (şimal-şərq istiqamt-
də) uzanır. Bu sinekliz qalınlığı 12 km- ə çatan erkən Karbon-Paleogen yaşlı çökün-
tülərlə dolmuşdur. Sineklizin ox hissəsində kəsiliş faziləsiz xarakter daşısada onun
ətraf hissələrində fasilə və uyğunzluq qeyd olunur. İnkişafı ərzində onun oxunun şi-
mal-qərb istiqamətdə dəyişməsi qeyd olunur. Mezokaynozoy kompleksinin kəsilişi
dəniz mənşəli terrigen (gillər, və kvars-qlaukonitli qumlar) və kontinental (qumlu-gil-

266
li və kömürlü çöküntülər) formasiyasının növbələşməsindən ibarətdir. Sineklizin mər-
kəzi hissəsində gips-anhidrit nüvələrindən ibarət olan diapir tağları və antiklinal qırı-
şıqlar, əraf hissəsində isə əks-fay və üstəgəlmələrlə mürəkkəbləşmiş sandıqvari qırı-
şıqlar geniş yayılmışdır. Qırışıqlığın intensivliyi şərqdən qərbə zəifləyir.
Monoklinal. Bu struktur element Kanada Şimal arxipelağının sonuncu ən böyük
elementi olub, cənub-qərbdə Banks adalarından başlayaraq Koroleva Yelizaveta ada-
sından keçərək şimal-şərqdə Bofort dənizinin çökəkliyinin ətrafına kimi uzanan və
onula birlikdə Şimal buzlu okeanının vahid Kanada çuxurunu əmələ gətirən yastı mo-
noklinaldır. Bofort seriyasının kontinental qumlu-çınqıllı çöküntülərindən təşkil olu-
nan bu monoklinal Kanada tədqiqatçıları tərəfindən Arktika sahili düzənliyi adlanır.
İnnuit sisteminin Qrenlandiyada davamı Şimali-Qrenlandiya zonası hesab olunur. Bu
zona İnqfild Torpağından Piri Torpağına kimi (şərq-şimal-şərq istiqamətdə) uzanır və
üst Proterozoy (3,0 km), Kembri-Silur (5,0 km) yaşlı çöküntülərdən təşkil olunmuş-
dur. Piri Torpağında kəsilişin qalınlığı kəskin azalır və alt Kembrinin üzərində bilava-
sitə Ordovik yatır. Kəsilişdə vulkanogen süxurlar iştirak etmir və bu isə Şimali-Qren-
landiya zonasının İnnuit geosinklinalının Kanada hissəsinin miogeosinklinal zonası-
nın davamı olduğunu söyləməyə imkan verir. Əsas qırışıqlıq və qalxmanın Silurun
sonu Devonun əvvəllərində baş verdiyi etimal olunur. Qırışıqlığın və metamorfizmin
intensivliyinin qərbdən şərqə, Piri Torpağında isə cənubdan şimala artması müşahidə
olunur. Bu ərazi yeni zamanda Kaledon qırışıqlığına nisbətən şəp istiqamətlənən
horstvari qalxmaya məruz qalmışdır.
GEOLOJI INKIŞAF TARIXI
Baykal mərhələsi. Sonralar İnnuit qırışıqlıq sisteminin yaranmış olduğu geosink-
linal sistem amerikan geoloqu Ş.Şuxert tərəfindən Franklin geosinklinalı adlandırıl-
mışdır. Franklin geosinklinalının yaranma vaxtı haqqında dəqiq materiallar olmasada,
dolayı yollarla əldə olunan aşağıdakı materiallar Şərqi-Qrenlandiya və Appalaçlar ki-
mi İnnuit qırışıqlıq sisteminin də hələ üst Proterozoyda formalaşdığını söyləməyə
əsas verir. Bu faktlardan aşağıdakıları qeyd etmək olar:
 Kanada-Qrenlandiya qalxanının şimal yamacında üst Proterozoy yaşlı böyük
qalınlığa malik platforma çöküntülərinin yaılması;
 Aeromaqnit xəritəalmasının məlumatlarına görə miogeosinklinal zonanın Par-
ri adaları sahəsində Paleozoyun altında daha böyük qalınlığa malik üst Proterozoyun
ehtimal olunması;
Elsmir Torpağının şimal hissəsində qneyslərin yaşı (545 mln. il). Evgeosinklinal
zonada Baykal qırışıqlığının təzahürü və Şimal-Qrenlandiyanın miogeosinklinal zo-
nasında Proterozoy və Vend arasında stratiqrafik uyğunsuzluğun da bilavasitə onunla
əlaqədar olması ehtimal olunur.
Kaledon mərhələsi. Qrenlandiyanın şimalında əyilmə Kembrinin əvvəllərində
bərpa olunur və orta Kembrinin sonu üst Kembridə son Baykal (Salair) tektogenezi
ilə əlaqədar qalxma baş verir. Ordofik və Silurun əvvəli intensiv əyilmə ilə xarakteri-
zə olunur. Miogeosinklinal zonada karbonat-terrigen çöküntülər, evgeosinklinal zona-
da isə qalınlığı 18 km- ə çatan terrigen-vulkanogen törəmələr toplanır. Mio- və ev-
geosinklinal zonaların ayrılmasının Paleozoyun əvvəllərində (son Baykal qalxması ilə
əlaqədar) və ya Kembrinin sonunda (Salair qalxması ilə əlaqədar) baş vermişdir.

267
Qrenlandiyada, eləcədə Kanadanın şərqində və mərkəzində Silurun kəsilişinin
ortalarında konqlomeratın olması və kəsilişin üst hissəsində terrigen materialların
miqdarının artması son Kaledon qırışıqlığının intensivliyinin yüksək olmasını və bu-
nunla əlaqədar olaraq qalxmaların baş verdiyini söyləməyə əsas verir.
Hersin mərhələsi. Devon çöküntülərinin yalnız miogeosinklinal zonanın Kanada
hissəsində məlum olduğunu nəzərə alaraq, daxili evgeosinklinal zonanın, eləcədə
geosinklinalın Qrenlandiya hissəsinin (şərqi) son Kaledon orogenezi nəticəsində qu-
ruya çevrildiyini etimal etmək olar. Miogeosinklinal zonanın qərb hissəsində intensiv
əyilmə Devonda davam etmiş və burada böyük qalınlığa malik çöküntü toplanmışdır.
Karbonun əvvəllərində Franklin evgeosinklinalının bütün ərazisi qalxmaya mə-
ruz qalmış və quruya çevrilmişdir; kifayət qədər yüksəkliyə malik olan İnnuit qırışıq-
lıq- dağlıq sistemi yaranmışdır və erkən Karbonun Vizey əsrindən bu ərazidə platfor-
ma rejimi bərpa olunmuşdur. Bu zaman keçmiş mərhələdə evgeosinklinal və miogeo-
sinklinal zonaları bir-birindən ayıran qırılma boyunca Sverdrup sineklizinin formalaş-
ması ilə nəticələnən əyilmə baş verir. Belə böyük qalınlığa malik olan terrigen çökün-
tülərin toplanması ilə yanaşı olaraq, bir sıra horizontlarda gobuddənəli qırıntı materi-
allarının olmasını nəzərə alaraq, intensiv əyilməyə cəlb olunmuş Sverdrup sineklizi-
nin ətrafında (xüsusən də şimalda) kifayət qalxmanın baş verdiyini qeyd etmək olar.
Alp mərhələsi. Paleogenin sonu-Neogenin əvvəllərində tektonik hərəkətlərin
fəallığı daha da artır. Sverdrup sineklizinin əyilməsi başa çatır və onu təşkil edən çö-
küntülər plikativ və dizyunktiv dislokasiyaya məruz qalır. Bundan sonra tektonik pla-
nın əsaslı dəyişməsi qeyd olunur. Neogenin sonunda və xüsusəndə Antropogendə
(buzlaşmadan sonra) İnnuit sistemi və onun platforma ətrafı hissəsi ümumi qalxmaya
cəlb olunur. İnnuit sisteminin qalxması müasir dövrdədə davam edir.
5.4.2. APPALAÇ KALEDON-HERSİN QIRIŞIQLIQ SİSTEMİ
Appalaç qırışıqlıq sistemi Şimali-Amerika platformasının şərq hissəsini əhatə
edir (Nyufaundlenddən cənuba). Yeni tektonik hərəkətlərlə qalxmaya məruz qalmış
Appalaç dağlarına nisbətən Paleozoy qırışıqlığı daha geniş ərazini əhatə etmişdir. Ap-
palaç dağlıq-qırışıqlıq sistemi Payonir və Mendosino qırılma zonası ilə (40- cı paral-
lel) geomorfoloji və tektonik xüsusiyyətlərinə görə bir-birindən fərqlənən iki seqmen-
tə (Şimali və Cənubi Appalaçlara) ayrılır. Şimali Appalaçlarda ən uca yüksəklik Va-
şinqton zirvəsi (1916 m), Cənubi Appalaçlarda isə Mitşel zirvəsi (2036 m) hesab
olunur.
STRATIQRAFIYA
Appalaç qırışıqlıq sisteminin kəsilişində aşağıdakı struktur-formasiya kompleks-
lərini (SFK) ayırmağa imkan verir (cədvəl 5.4.2.1.).
Bünövrə SFK. Kembriyəqədər törəmələr Cənubi Appalaçların Mərkəzi zona-
sında öyrənilmişdir, qneys və qranitlərdən təşkil olunmuşdur. Lonq-Reync antiklino-
riumunda üst Proterozoy kompleksi metamorfik sistlərdən, qneys və qranitlərdən iba-
rətdir. Nyufaundlendin şərq hissəsində (Burin yarımadasında və Avalonda) Kembri-
yəqədər komples görünən qalınlığı 4,5 km- ə çatan vulkanogen süxurlardan və qrau-
vakkadan ibarətdir.

268
Cədvəl 5.4.2.1
Struktur-formasiya Yaşı
№-si
kompleksi (SFK) Kaledon qırışıqlığı Hersin qırışıqlığı
1 Bünövrə Arxey-Rifey Arxey-Rifey
2 Geosinklinal Vend- Ordovik Karbon-alt Perm
3 Orogen Silur- Devon Üst Perm-Trias
4 Platforma örtüyü Yura-Paleogen
5 Müasir fəallaşma Oliqosen-Antropogen

Geosinklinal SFK. Alt və orta Paleozoy çöküntülərinin qalınlığı Appalaçların


Kənar zonasında 9-10 km- ə çatır və əhəngdaşı, qumdaşı, gilli şistlərdən ibarətdir.
Cənubi Appalaçların Daxili zonasında alt və orta Paleozoy qrauvakka, gilli və silisli
şistlərdən, əsas tərkibli vulkanogen lava və piroklastitlərdən, qranit-qneysdən ibarət-
dir. Takon dağının kəsilişində Kembri-Ordovik tünd rəngli gilli şistlərdən; Nyufaund-
lenddə isə əsasən qırıntı mənşəli çöküntülərdən ibarətdir. Cənubda alt Kembri terri-
gen; orta, üst Kembri və Ordovikin alt hissəsi karbonat süxurlarından ibarətdir. Mio-
geosinklinal çökəkliklərdə isə orta və üst Ordovik əsasən gobuddənəli qırıntı materi-
allarından ibarətdir. Şemplin çökəkliyində Kembri və Ordovik çöküntülərinin qalın-
lığı müvafiq olaraq 3 km və 2,7 km- dir. Cənubda Ordovik çöküntülərinin qalınlığı
3,6 km-dən, Şimali Appalaçlarda isə 4,0 km-dən çoxdur. Lonq-Reync antiklinorium-
unda Kembri konqlomerat, qumdaşı, gilli şist və əhəngdaşından ibarətdir.
Cənubi Appalaçlarda, Pidmont zonasında qranitoid plutonlarının radiometrik
yaşı 460-330 mln. il (orta-üst Ordovik) müəyyən olunmuşdur. Pensivanidə Silur alt
hissədə qumlu süxurlardan və konqlomeratdan, üst hissədə isə gilli süxurlardan iba-
rətdir, qalınlığı 1,5 km-dir. Evgeosinklinal zonada Silurun qalınlığı 9,0 km-ə çatır.
Akad çökəkliyində Devon alt hissədə qumdaşı, gilli şistlərdən, bazalt, riolit və
traxitdən, eləcədə vulkanik konqlomeratdan; üst hissədə molass tipli formasiyadan
təşkil olunmuşdur. Pensilvanidə qalınlığı 3,6 km-ən çoxdur. Şimali Appalaçlarda,
Nyufaundlenddə, Boston hövzəsində öyrənilən Devon, Karbon və Perm çöküntuləri
əsasən kömürlü, qırmızı rəngli kontinental molassdan və vulkanogen süxurlardan iba-
rətdir. Alt Karbonun (Missisipi sistemi) qalınlığı 3,0 km, üst Karbonun (Pensilvani
sistemi) qalınlığı 3,6 km, Perm sisteminin qalınlığı isə 2,0 km- dir.
Orogen SFK. Şimali və Cənubi Appalaçlarda, Nyufaundlenddə Akad orogenezi
ilə əlaqədar olaraq baş verən qırışıqlıq, qalxma başlamışdır. Burada alt-orta Devon
əsasən qırmızı rəngli, molass tipli kontinental qırıntı formasiyasından (konqlomerat-
lardan, qumdaşı) təşkil olunmuşdur. Şimali Appalaçlarda Akad qırışıqlığı intensiv in-
truziv maqmatizim ilə müşayiət olunmuşdur. Son tamamlayıcı qırışıqlıqla əlaqədar
olaraq Perm və Trias əsasən molass formasiyasından ibarətdir. Dağəmələgəlmə pro-
sesindən sonra başlayan tafrogenezlə əlaqədar olaraq bazalt vulkanizminin təzəhürü
vulkanogen süxurların əmələgəlməsinə səbəb oluşdur.
Platforma örtüyü SFK. Əsasən Yura-Paleogen yaşlı olub, aşınma məhsulların-
dan təşkil olunmuşdur.
Müasir fəllaşma SFK. Paleogenin sonu-Neogenin əvvəllərində tektonik hərəkət-
lərin fəallığı daha da artır və bu şəraitdə əsasən qırıntı mənşəli çöküntülər toplan-
mışdır.
269
TEKTONİKA
Cənubi Appalaçlar Midkontinent plitəsindən ön çökəklik ayrılır. Onun qurulu-
şunda aydın seşilən 4 zona (qərbdən şərqə) ayrılır:
Appalaç qarşısı ön çökəklik (və ya Appalaç platosu əyaləti)- özünün qədimliyi
və yeni qalxımlarda özünün əks relyefə malik olması ilə seçilir. Bu çökəkliyin eni
Oqayo və Pensilvanidə daha çox (300 km- dən çox) olub, şimalda Eri və Ontario göl-
ləri rayonunda qapanır, cənubda isə tədricən ensizləşir. Appalaç qarşısı ön çökəklik
bünövrənin tavanına görə 7 km dərinliyə malikdir və fasiləsiz olaraq Paleozoy çö-
küntüləri ilə dolmuşdur. Bu çökəklik bütün uzunluğu boyunca Kənar miogeosinklinal
zonadan Appalaç struktur frontu adlanan üstəgəlmə ilə ayrılır (şəkil 5.4.1.).

Şəkil 5.4.1. Cənubi Appalaçların və onun ətrafının struktur


morfoloji zonallığı (A.J.İrdliyə görə).

Appalaçların kənar miogeosinklinal zonası (və ya Silsilə və Dolin əyaləti)- erkən


və orta Paleozoy miogeosinklinalının ox hissəsinə uyğun gəlir, qalınlığı 9-10 km-ə
çatan Kembri-Pensilvani yaşlı çöküntülərlə (əhəngdaşı, qumdaşı, gilli şist) dol-
muşdur. Bu zona şimal-qərbdə Appalaç struktur frontu ilə sərhədlənir, cənub-şərqdə
isə Mavi dağların Mərkəzi zonasından dərinlik qırılması ilə ayrılır. Qismən qırılma-
larla mürəkkəbləşmiş çöxlu sayda asimmetrik yastı qırışıqların növbələşməsindən
təşkil olunmuşdur.
Cənubi Appalaçların Mərkəzi zonası eyni zamanda Mavi dağ antiklinoriumu da
adlanır. Onun daxilində Kembriyəqədər və Paleozoy yaşlı süxurlar yer üzərinə çıxır-
lar. Bu zonanın eni əsasən 80-85 km olsada, bəzi sahələrdə 100 km-ə çatır. Cənubi və
Şimali Appalaçların sərhəddində, Cənubi-Şərqi Pensilvanidə Mərkəzi zona enməyə
məruz qalır və kəsilir, sonra Nyu-Cersi ştatında yenidən izlənilir. Asimmetrik quru-
luşa malik olan Mavi dağ antiklinoriumunun nüvə hissəsi nəhəng horst-antiklinorium
olub, Appalaçların bünövrəsini təşkil edən, Kembriyəqədər qneyslərin və qranitlərin
şıxması ilə xarakterizə olunur.
270
Cənubi Appalaçların Daxili (və ya Pidmont əyaləti) zonası. Bu zona əsasən
metamorfikləşmiş Paleozoy törəmələrindən təşkil olunmuşdur. Ayrı-ayrı tağların,
böyük antiklinalların tağlarında Kembriyəqədər (Qrenvil) yaşlı süxurlar yer üzərinə
çıxır. Kəsilişinin qalan hissəsi alt və orta Paleozoy törəmələrindən (gilli, qrauvakkalı,
silisli şistlər, əsas vulkanit lavaları) təşkil olunmuşdur. Pidmotun metamorfikləşmiş
vulkanogen-çökmə süxurları Devon və Karbon yaşlı qranitlərlə yarılmışdır.
Şimali Appalaçlarda ön çökəklik ayrılmır və Loqana kənar tikiş xətti boyunca
Kanada qalxanı ilə sərhədlənir. Yeni İngiltərə ştatını, Kanadanın Primor əyalətini,
Nyufaundlend adalarını əhatə edən Şimali Appalaç sisteminin Kənar zonası intensiv
reduksiya olunmuşdur. Şimali Appalaçlar meridional istiqamətdə Qudzon dərəsi və
Şempleyn gölü boyunca uzanır, sonra şimal şərqə dönərək Müqədəs Lavrentiya çayı
boyu keçərək Qasp yarımadasına çatır. Kanada qalxanının Adirondak qalxımı enində
bu zona asimmetrik quruluşa malik, geniş sinklinal çökəklikdən (Xensburq-Midlberi)
ibarətdir. Xensburq-Midlberi sinklinoriumu relyefdə çox da yüksək olmayan dağ ki-
mi ifadə olunan, Takon alloxtonu ilə mürəkkəbləşmişdir. Takon şaryacının üfüqi yer-
dəyişmə amplitudası 45-75 km- ə çatır.
Şimali Appalaç sisteminin əsas strukturlarından biri də Yaşıl dağ antiklinoriumu
hesab olunur. Onun tağında Kembriyəqədər, qanadlarında isə alt Kembri yaşlı süxur-
lar yer səthinə çıxır. Cənubi Appalaçların Mavi dağlarının davamı hesab olunan Yaşıl
dağ antiklinoriumu şərqdən hiperbazit qurşağı ilə müşayiət olunur. Yaşıl dağ antikli-
noriumundan şərqdə metamorfikləşmiş intensiv qırışıqlığa məruz qalmış və qranit in-
tuziyaları ilə yarılmış Kembri-Devon süxürlardan təşkil olunan Akad əyaləti yerləşir.
Akad əyaləti Cənubi Appalaçın Daxili (Pidmont) zonasının davamı hesab olunur. Şi-
mali Appalaçlar ümumiyyətlə yelpikvari quruluşa malik meqaantiklinorium olub, bir
sıra xüsusi antiklinorium, sinklinoriumlarla və kontinetal molass çöküntüləri ilə dol-
muş dağarası çökəkliklərlə mürəkkəbləşmişdir.
Nyufaundlend adası Apalaç sisteminin şimalda, yer səthində qeyd olunan ən son
seqmenti hesab olunur. Onun qərb hisəsini Lonq-Reync antiklinoriumu, mərkəzi his-
səsini Akad sinklinoriumunun davamı olan Mərkəzi sinklinorium, şərq hissəsini isə
(Burin yarımadası və Avalon) Kembriyədək süxurların çıxışı ilə xarakterizə olunan
Avalon antiklinoriumu təşkil edir.
GEOLOJİ İNKİŞAF TARİXİ
Appalaç qırışıq sistemi kifayət qədər mürəkkəb inkişaf tarixiqə malikdir. Onun
geoloji inkişafında aşağıdakı başlıca mərhələlər ayrılır.
Baykal mərhələsi. Appalaçlarda bünövrə kompleksininin alt mərtəbəsini təşkil
edən nisbətən qədim törəmələr Mərkəzi zonada bir sıra antiklinalların tağında yer
üzərinə çıxır. Radiometrik məlumatlara görə onlar mütləq yaşı 1100-800 mln il olan
Qrenvil-Deliy diastrofizminə məruz qalmış və beləliklə Qrenvil-Appalaç qurşağının
konsolidasiyası başa çatmışdır. Bu qırışıqlıq Şimali Amerika platformasının bünövrə-
sinin tərkibinə daxil olan, şimal-qərb hissəsi üçün sonuncu, geosinklinal regenerasi-
yaya məruz qalmış cənub-şərq hissə üçün isə qısamüddətli olmuşdur. Regenerasiyaya
Kənar və Mərkəzi zonaları ayıran dərinlik qırılmasından cənub-şərqə yerləşən gələ-
cək Kristallik Appalaç sahəsinin intensiv əyilməsi ilə əlaqədar olmuşdur. Bu ərazidə
gec Proterozoyun ikinci yarısından etibarən böyük qalınlığa malik vulkanogen və ter-

271
rigen çöküntülər toplanmışdır. Bəzi sahələrdə onların qalınlığı 4,5 km- ə çatır və çö-
küntülərin xarakteri onların evgeosinklinal şəraitdə toplandığını söyləməyə əsas verir.
Proterozoy və Paleozoyun sərhəddində yeni qalxma, qırışıqlıq, metamorfizm və
qranitləşmə epoxası başlayır. Bu isə Vendin və ya alt Kembrinin üstündə Proterozo-
yun müxtəlif süxurlarının üzərində qeyri-uyğun yatması ilə təsdiq olunur. Lakin
Appalaçlarda Baykal (Avalon) qırışıqlığı Qrenvil diastrofizmi kimi bir o qədər də
mühüm rol oynamamışdır. Bu qırışıqlıqdan sonra elə bir nəhəng sistem formalaşma-
mış və artıq Kembri transqessiyasının əvvəllərində Kembriyə qədər bünövrə demək
olar ki, hər yerdə nivelirlənmişdir. Vendin əvvəli və ya Kembridə müşahidə olunan
tektonik dəyişiriklik, yeni inkişaf mərhələsinin başladığını söyləməyə əsas verir.
Kaledon mərhələsi (Kembri-Ordovik). Kembrinin əvvəllərində Loqan xəttindən
şərqə və onun gömülmüş cənub davamı ərazisi (gələcək Appalaçların Kənar zonası)
əyilməyə cəlb olunur. Orta Kembrinin sonu və son Kembrinin əvvəllərində burada
dərinlik qırılmasının fəallığını itirməsi ilə əlaqədar olaraq, transqressiya Kanada qal-
xanı ərazisinə və Midkontinent plitəsinin hüdudlarına yayılır. Bu zaman və eləcədə
bütün Ordovik ərzində Adirondak qalxımı və onun cənub davamı, Tennesdə gömül-
müş Tezvell tağı Apalaç geosinklinalını Rodoy perikraton çökəkliyindən ayıraraq,
onun tektonik sərhəddi olmuşdur. Kembridə Apalaç geosinklinalına əsas materiallar
əsasən platformadan gətirilmişdir. Lakin, Kembridə Kənar zonada şərq istiqamətdə
qırıntı materiallarının qalınlığının artması bu zaman daxili zonalarda da aşınma mən-
bəyi olduğunu söyləməyə əsas verir. Bir sıra rayonlarda (Alabamda Birminqem rayo-
nu, Mavi dağlarda Mayn-Ric antiklinalı) Kembrinin sonu-Ordovikin əvvəllərində
qalxma baş verir və nəticədə Apalaç geosinklinal sistemində qərb (gələcək Mavi və
Yaşıl dağ antiklinoriumlarının yerində), şərq (Avalon və Yeni Şotland antiklinorium-
larının yerində) geoantiklinalları yaranır.
Nyufaundlenddə və Şimali Appalaçlarda Kembri və Ordovikin kəsilişində qırıntı
materiallarının üstünlük təşkil etdiyi halda, cənubda yalnız Kembrinin alt hissəsi ter-
rigen materiallardan, qalan hissəsi isə Karbonat süxurlarından ibarətdir. Bu isə öz
növbəsində geoantiklinalların qalxmasının şimalda cənuba nisbətən daha daha tez
başladığını göstərir. Bundan əlavə, artıq Kembridə şimalda Akad intrageosinklinalın-
da vulkanik fəaliyyət başlayır. Bu vaxtdan etibarən Akad-Pidmont çökəkliyində
(şərqdə) evgeosinklinal və Şempleyn sökəkliyində (şərqdə) isə miogeosinklinal şərait
qeyd olunur.
Kaledon qırışıqlığının Takon fazası ilə əlaqədar olaraq, Orta Ordovikin sonu və
üst Ordovikdə Vermokt geosiklinalı rayonunda intensiv qalxma başlayır. Takon qırı-
şıqlıq fazası Ordovik və Silurun arasında uyğunsuzluğun əmələgəlməsinə, Takon ör-
tüyünün, Martik-Brevard üstəgəlməsinin və evgeosinklinal zonada əvvəlcə qabbro və
hiperbazitlərin, sonra isə qranitoid komplekslərinin yaranmasına səbəb olmuşdur. Ta-
kon dağəmələgəlmə prosesləri ilə əlaqədar olan aşınma məhsulları bu mərhələdə
qalxma hərəkətlərinə cəlb olunmayan miogeosinklinal çökəkliklərə gətirilmişdir.
Ordovikdən fərqli olaraq, Silur transqressiv seriyaya malikdir. Miogeosinklinal
zonada Silur transqressiv seriyayası alt hissədə qumlu, üst hissədə isə gilli süxurlar-
dan ibarətdir. Evgeosinklinal zonada sualtı vulkanizm Silurdada davam etmişdir. Si-
lur çöküntülərinin qalınlığı miogeosinklinal zonada (Pensilvani) 1,5 km- ə, evgeo-
sinklinal zonada (Kanadanın Primor əyalətində) isə 9 km- ə çatır. Silurla Devonun
272
sərhəddində yenidən qalxma hərəkətləinin təzahürü müşahidə edilir və bu hərəkətlər
Şimal Appalaçlarda orta Devonda, Cənubi Appalaçlarda isə üst Devonda maksimuma
çatır. Akad orogenezinin nəticəsində miogeosinklinal çökəkliyin daxili ətrafı boyunca
(Nyu-York və Pensilvanidə) qalınlığı 3,6 km-ə çatan molass tipli qırmızı rəngli qırıntı
formasiyası toplanır. Şimal Appalaçların Dazili zonasında Akad diastrofizmi özünü
daha intensiv göstərmiş və intruziyaların təzahürü ilə müşayiət olunmuşdur.
Gec Hersin yarımmərhələsi (Karbon-Trias). Akad qırışıqlığı, metamorfizmi və
qranitləşməsi öz arxasınca Şimali Appalaçlarda qısa müddətli konsolidasiyaya səbəb
olmuşdur. Sonra genişlənən geoantiklinal zonalarda dağəmələgəlmə; Akad intrageo-
sinklinalının mərkəzi hissəsində (dağarası çökəkliklərin yaranması ilə əlaqədar ola-
raq) qırılmalar boyunca yenidən enmə bərpa olunur. Bu çökəkliklərdə böyük qalın-
lığa malik Devon (Nyufaundlend, Primor əyaləti), Karbon (Şimal Appalaçların hər
yerində), Perm (Boston hövzəsində) qırmızı rəngli, kömürlu kontinental molass, əsas
tərkibli vulkanik törəmələr toplanır. Devonda başlayan intruziv maqmatik fəaliyyət
fasiləsiz olaraq Karbon, Perm və Trias ərzində davam etmişdir.
Pidmot zonası da Mavi dağ zonası kimi Karbon və Perm ərzində (ola bilsin De-
vondada) qalxma sahəsi kimi saxlanılmışdır və Kənar zonanı qırıntı materialları ilə
təmin etmişdir. Gec Karbonda qalxma hərəkətləri daha da güclənir və maksimal əyil-
mə Appalaç platosu zonasına keçir, beləliklədə də Appalaç qarşısı ön çökəklik forma-
laşmağa başlayır.
Appalaçlarda tamamlayıcı qırışıqlıq erkən Permdən sonra (gec Triasdan əvvəl)
baş vermişdir. Appalaç qırışıqlıq sisteminin müasir strukturları bir sıra ardıcıl
qırışıqlıq epoxası nəticəsində formalaşmışdır. Bu qırışıqlıq epoxalarının hər birində
dağ əmələgəlmənin geosinklinalın uzanması boyunca miqrasiya etdiyini müşahidə et-
mək olar. Triasın ortalarında Appalaç qırışıqlıq sistemi kifayət qədər aşınmaya məruz
qalmışdır. Orta Triasın sonu-gec Triasın əvvəllərində qalxmanın yenidən fəallaşması
və bütün Appalaçların özünə məxsus qalxması baş verir.
Platforma, erkən Alp mərhəlisi (Yura-Paleogen). Gec Permdə, erkən və orta Tri-
asda qırıntı materialları şərqə, müasir Atlantik okeanının şelfinə daşınmışdır. Yura
Appalaç sisteminin tədricən nivelirlənməsi dövrü olmuşdur. Təbaşir dövrünün əv-
vəllərində aşınma qabığı formalaşmağa başlayır. Appalaçların özündə bu aşınma qa-
bığı sonrakı denudasiya nəticəsində məhv olmuşdur və yalnız Atlantikyanı düzənliyin
Təbaşir örtüyünün aşağı hissəsində saxlanılmışdır. Erkən Təbaşir transqressiyasının
Appalaçların ərazisinin kifayət qədərini örtmüş, qərbdə Mavi dağlara çatmışdır. Er-
kən və son Təbaşir epoxasının sərhəddində «Şəlalələr zonasından» şərqə olan sahələr
qalxmaya məruz qalmış və burada alt Təbaşir çöküntüləri yuyulmaya məruz qalmış-
dır. Üst Təbaşir çöküntüləri alt Təbaşiri errozion uyğunsuzluqla örtürlər. Təbaşirin
sonu Paleogenin əvvəlində baş verən və oxu Mavi dağ zolağında, Dolin və Silsilə zo-
nasında yerləşən, yeni mərkəzi (tağvari) qalxım üst Təbaşir çöküntülərinin aşınması-
na səbəb olur. Bu mərhələdə, gec Təbaşir və erkən Paleogen ərzində baş verən denu-
dasiya proseslərinin fəaliyyəti nəticəsində yeni aşınma qabığı (Skuli) formalaşır.
Gec Alp mərhələsi (Oliqosen-Antropogen). Oliqosendən başlayaraq Appalaçlar-
da yenidən qalxma hərəkətlərinin intensivliyinin artması etimal olunur ki, bu da müa-
sir relyefin formalaşmasında səbəb olmuşdur. Oliqosendə baş verən tağvari-qayma
qırışıqlığı Appalaçların uzanmasına perpendikulyar istiqamətdə dərələrin əmələ gəl-
273
məsinə səbəb olmuşdur. Baş verən yeni denudasiya prosesləri nəticəsində növbəti
aşınma qabığı (Qarrisburq) formalaşır. Miosendə baş verən qalxma isə Sommervil
aşınma qabığının əmələ gəlməsi ilə nəticələnir.
FAYDALI QAZINTILAR
Şimali Amerika platformasının şimal, şərq və cənub ətrafının Paleozoy və Epi-
paleozoy qırışıqlıq əyalətləri zəngin faydalı qazıntı yataqlarına malikdirlər. Burada
bünövrə kompleksi (Kembriyəqədər, alt Paleozoy) ilə əlaqədar olan metallik və qey-
ri-metallik yataqlar vardır. Bu baxımdan Ordovik sistemi ilə əlaqədar olan oolitli də-
mir filizi yatağını, Appalaçlarda Karbon yaşlı çöküntülərdə olan daşkömür yatağını
göstərmək olar.
Appalaç qarşısı kənar çökəklikdə üst Devon, alt Karbon çöküntülərində neft, alt
Devon və üst Silur çöküntülərində isə qaz yataqları aşkar olunmuşdur. Arktika hövzə-
sində Kabon çöküntüləri ilə əlaqədar olan zəngin neft-qaz yataqları vardır.
Bu qırışıqlıq əyalətlərdə müxtəlif yaşlı evoparit formasiyası ilə əlaqədar olan daş
duz yataqları qeyd olunur. Burada böyük ehtiyata malik tikinti materiallarına və
eləcədə mineral sulara da rast gəlinir.
5.4.3. UAŞİTO QIRIŞIQLIQ SİSTEMİ
STRATIQRAFIYA
Uaçito sisteminin geoloji quruluşunda əsasən Kembriyəqədər-Paleozoy yaşlı
törəmələr yayılmışdır. Bu sisteminin yer səthinə çıxan hissəsinin stratiqrafik kəsilişi
üst Kembriyəqədər-Perm yaşlı çöküntülərdən ibarətdir. Appalaçların kənar zonasın-
dan fərqli olaraq, bu kompleks Karbonun ortalarına kimi dərin sulu hövzələrin (çox
ehtimal ki, kənar dənizin) qitə yamacında, ətəyində və hətta yatağında toplanmış çö-
küntülərdən təşkil olunmuşdur. Kəsilişin bu dərinlik hissəsində üç hissə ayrılır: az qa-
lınlığa malik qara şist qatından ibarət Kembri və Ordovik; kifayət qədər qalınlığa ma-
lik silis qatından ibarət Silur-Devon və olduqca az qalınlığa (ilk yüz metr) malik ter-
rigen filişdən ibarət olistostrom qatlı alt Karbon və orta Karbonun alt hissəsi. Uaçito
ön çökəkliyində alt Pensilvani filişinin qalınlığı 6-9 km- ə çatır.
TEKTONIKA
Bu system nisbətən rəvan birləşdirilmiş mütəlif istiqamətdə uzanan bir neçə
hissədən ibarətdir. Əslində Uaçito sistemi şimali-qərb cənubi-şərq istiqamətdə uzanır,
nisbətən şima və şərq vəziyyəti tutur, Oklahoma və Arkanzas ştatlarında eyniadlı
dağlarda onun şimal hissəsi yer səthinə çıxır. Qərbdə bu sistem Arbokl qalxımını və
Bend antektizini əyərək (kratonun cənub-qərb küncü) əyərək kəskin cənubi-qərbə dö-
nür. Bend antektizindən cənuba davam edən Uaçito sistemi yenidən kəskin şimali-
qədbə dönür, cənubi-qərbi Texasda (Meksika sərhəddi yaxınlığında) Maraton dağla-
rında mətud sahədə təbii çıxş əmələ gətirir. Sonra bu sistem yenidən cənubi-şərqə dö-
nür və şimali-şərqi Meksikada onu təşkil edən törəmələr errozion pəncədə Mezazoy
çöküntüləri altından yer səthinə çıxır. Beləliklə, Uaçito-Maraton sisteminin kifayət
qədər böyük hissəsi Meksika körfəzinin sahillərində cavan platformanın örtüyülnün
Mezazoy-Kaynozoy torəmələrinin altında basdırılmışdır.
Uaçito sisteminin bilavasitə Appalaçların davamını təşkil etməsinə və onunla
yaxın vaxtda yaranmasına, tamamlayıcı qırışıqlığa malik olmasına baxmayaraq, bir
274
çox xüsusiyyətlərinə, xüsusəndə onu təşkil edən çöküntülərin tərkibinə görə ondan
əhəmiyyətli dərəcədə fərqlənir.
Uaçito sisteminin dərin dəniz mənşəli əsas Kembri-alt Karbon kompleksi qırı-
şıqlıq-örtük deformasiyasına cəlb olunmuşdur. Bu proses orogenin qarşı hissəsində
nisbətən mürəkkəb, Arkoma ön çökəkliyinin daxili qanadında isə zəif formada təza-
hür etmişdir. Bu kompleks qırışıqlıq sistemin yer səthinə çıxdığı sahədə, hətta cənuba
(cavan örtüyün altında) bütövlükdə allaxton vəziyyətdə yerləşir və tektonik baxımdan
faylar üzrə az yerdəyişməyə məruz qalmış, monoklinal yatan örtüyün davamının və
platformanın bünövrəsinin altında yatır. Lakin dağlıq sistemin cənub hissəsində altın-
dan platformanın bünövrəsinin çıxdığı qalxımlar yerləşır. Orogenin gömülmüş cənub
qanadında üst Karbon-alt Permin terrigen-karbonat çöküntüləri ilə dolmuş qeyri-uy-
ğun kənar çökəklik yerləşir.
Şərqdə Uaçito sisteminin strukurları cənub-şərqə dönür, Missisipi körfəzinin Tə-
başir-Kaynozoy örtüyünün altına enir və burada Appalaçların cənub davamı ilə tekto-
nik kəsilir. Bununla yanaşı olaraq Arkoma çökəkliyinin davamı olan, Appalaç və
Uaçitonun arasında yerləşən gömülmüş Bleyk-Uorrior molass çökəkliyini də kəsir.
Uaçito sisteminin dərin dəniz mənşəli əsas Kembri-alt Karbon kompleksi qırışıqlıq-
örtük deformasiyasına cəlb olunmuşdur.
İNKIŞAF TARIXI
Filiş qatının toplanma vaxtının sonunda- Pensilvaninin (Karbonun) əvvəlində,
əvvəlcə əyilməyə Arkom hövzəsinin cənub ətrafı (Uaçito ön çökəkliyinin) cəlb olu-
nur. Bu enmə listirik qırılmalar boyunca baş vermişdir. Elə bu zaman Uaçito sistemi-
nin qırışıqlıq-üstəgəlmə deformasiyası və onun qalxması başlayır. Arkoma çökəkliyi
tezliklə əsas çöküntütoplanma hövzəsinə çevrilir və filiş daha dayaz və sonra isə artıq
erkən Permdə başa çatan molass tipli alluvial çöküntülərlə əvəz olunur. Bu zaman
Maraton sahəsində filişin toplanması davam edir.
Lavrentiyanın cənub ətrafında okean hövzəsinin yaranması şərq ətrafında olduğu
kimi Kembrinin əvvəlində baş vermişdir. Lakin, Uaçito və Maraton çöküntülərinin
toplandığı bu hövzənin xüsusiyyəti tam aydınlaşdırılmamışdır. Belə ki, onun açılan
okeanın ətrafı və ya kənar dəniz olması, eləcədə onun müvafiq olaraq okean və ya
subokean tipli qabığa malik olması, həmçinin ofiolitin olmaması haqqında fikir söylə-
mək çətindir. Burada şəraitin nisbətən tam aydınlaşdırılması yalnız erkən Karbondan
mümkündür. Bu zaman daxili qalxımlardan gətirilən aşınma materialları, adalar qöv-
sü vulkanitləri çökmə örtüyün kəsilişində aydın seçilir.
Qondvana və Lavrentiyanın ümumi kolliziyası prosesində bu qövsün (və ya
mikroqitənin) Lavrentiyanın cənub ətrafı ilə kolliziyası nəticəsində vulkanik qövsün
yaranması Uaçito hövzəsinin qabığının subduksiyasına dəlalət edir. Bu kolliziya ilə
əlaqədar baş verən deformasiya bilavasitə Uaçitoda gec Karbonda, Arkoma hövzəsin-
də və Uaçitonun arxasında Karbonun sonunda, Maratonda isə erkən Permdə başa
çatmışdır.

275
5.5. ŞƏRQİ-AVSTRALİYA PALEOZOY QIRIŞIQLIQ SİSTEMİ

Qərbi və Mərkəzi Avstraliya səciyyəvi qədim platforma olduğu halda, onun şərq
hissəsində submeridional istiqamətdə dairəvi Sakit okean mütəhərrik qurşağına aid
olan, son Kembriyəqədər-Paleozoy yaşlı Şərqi Avstraliya geosinklinal qurşağı uzanır.
Şərqi-Avstraliya geosinklinal qurşağının əsas hissəsi Adelaid sistemindən adətən Tas-
man geosinklinalı adlanan, Kembriyəqədər yaşlı Brokken-Xill (Uillyam) massivi ilə
ayrılır. Brokken-Xill massivi Böyük Artezian hövzəsinin digər tərəfində yerləşən
Corcstaun massivi ilə birləşdikdə Adelaid sistemi ilə Şərqi-Avstraliya qurşağı arasın-
da fasiləsiz sədd əmələ gətirər. Şimal istiqamətdə Adelaid sistemi sönərək platforma-
nın hüdudunda Amadies avlakogeni formasında saxlanılır. Vulkanitlə rin və vetamor-
fizmin olmamasını, çöküntü qatının sbyük qalınlığa (15 km) çatmasını və onun ol-
duqca fəal geosinklinal əyalətə görə kənar vəziyyətdə yerləşməsini nəzərə alaraq,
V.Y.Xain Adelaid geosinklinal sistemini intrageosinklinal adlandırmağı daha məqsə-
də uyğun hesab edir. Şərqi-Avstraliya əyalətinin əsas hissəsi şimalda Keyp-York ya-
rımadasının şərq hissəsindən, cənubda Tasman adalarına kimi uzanır. Onun uzunluğu
3,5 km, eni isə 1,5 km-dir. Bu baxımdan onu Şərqi Avropa və Qərbi Sibiri bir-birin-
dən ayıran Ural Hersin qırışıqlığı ilə müqayisə etmək olar. Qırışıqlığın yaşına görə
Şərqi-Avstraliya əyaləti Laxlan son Kaledon (qərbdə) və Yeni İngiltərə son Hersin
(şərqdə) qırışıqlıq sistemə ayrılır (şəkil. 5.5.1.1.).
Şərqi-Avstraliya əyaləti eninə qırılmalarla Xojikson, Kvinslend, Yeni Cənubi
Uels-Viktorian və Tasman seqmentlərinə ayrılır. Xojikson və Kvinslend seqmentləri
bir-birindən şimal-şərq istiqamətdə uzanan Bardekin qırılması ilə ayrılır. Kvinslend
və Yeni Cənubi Uels-Viktorian seqmentləri isə bir-birindən cavan örtük altında
gömülmüş Darlinq-River linamenti ilə ayrılır. Nisbətən cənubda yerləşən Tasman
seqmenti isə qonşu sahədən Qambe-Bikonsfild-Sorell qırılma zonası ilə ayrılır. Me-
zokaynozoyda bu qırılma zonası boyunca Basov boğazının və onun qərb davamının
rift zonası yaranır. Şərqi-Avstraliya əyalətinin mərkəzi hissəsini Mezo-Kaynozoyda
formalaşan və Adelaid və Laxlan sistemlərinin ərazisinin kifayət qədər hissəsini örtən
nəhəng Böyük Artezian çökəkliyi təşkil edir.

5.5.1. ŞƏRQİ-AVSTRALİYANIN ADELAİD QIRIŞIQLIQ SİSTEMİ


Bu əyalət Avtraliya qitəsinin şərq hissəsini əhatə edir və submeridional istiqa-
mətdə uzanır. Avstraliya və Qvinein tektonik xəritəsində (1971) bu sahə Şərqi-Avst-
raliyada orogenik əyaləti kimi göstərilmişdir. Bu xəritədə Adelaid qırışıqlıq sisteminə
intrakraton qırışıqlıq zonası kimi baxılır (şəkil. 5.5.1.1.).
Adelaid qırışıqlıq sisteminin əsas hissəsi Cənubi Avstraliya ştatından keçməklə
meridional istiqamətdə uzanır və platformanın Qoluer massivindən və onun şərq ya-
macından (Styuart şelfindən) Torrens qırılması ilə ayrılır.
Adelaid sisteminin şimal hissəsində qırışıqlar suben istiqamətdə uzanır və qa-
barığı cənuba olan yastı qovs əmələ gətirir. Orta hissədə sistemin eni 400-450 km- ə
çatır. Cənubda, Adelaid rayonunda qırışıqlıq sistem öz istiqamətini cənub-şərqə və
şərq-cənub-şərqə dəyişərək bu istiqamətdə Kenquru adalarına kimi davam edir.

276
Şəkil 5.5.1.1. Şərqi-Avstraliya qırışıqlıq qurşağının əsas
strukturlarının yerləşmə sxemi (V.Y.Xainə görə)
I-Erkən Kembriyəqədər bünövrə; II-Mezokaynozoy platforma örtüyü; III-Adelaid qı-
rışıqlıq sistemi; IV-Qərbi Tasmaniya antiklinoriumları; V-Kanmantu qırışıqlıq siste-
mi; VI-Laxlan qırışıqlıq sisteminin antiklinal zonaları; VII-Laxlan qırışıqlıq sistemi-
nin sinklinal zonaları; VIII-Darlinq, Drammond və Şərqi-Tasman çökəklikləri (D-T);
IX-Yeni İngiltərə qırışıqlıq sisteminin antiklinal zonaları (S-J1); X-Yeni İngiltərə qırı-
şıqlıq sisteminin sinklinal zonaları (J2-P); XI-Bouen-Sidney və Qaliley çökəklikləri
(P-T); XII-Son Paleozoy orogen vulkanitləri; XIII-Serpentinitlər; XIV- Əsas qırılma-
lar: 1-Palmervil, 2-Bardekinq-River, 3-Kork, 4-Diamantina, 5-Leyk-Blans, 6-Pil,
7-Miki-Xanter, 8-Darlinq-River, 9-Kobar-İnqlvud, 10-Marri-River, 11-Qambe-Bi-
konsfild-Sorell, 12-Torrens, XV-Əsas strukturlar: 13-Maunt-Ayza massivi, 14-Qouler
massivi, 15-Uillyama massivi, 16-Corcstaun massivi, 17-Broken-River sinklinoriu-
mu, 18-Louort-Ravenövud bloku, 19-Anaki antiklinoriumu, 20-Yarrol sinklinoriumu,
21-Qimpi zonası, 22- Drammond çökəkliyi, 23-Qaliley çökəkliyi, 24-Bouen çökəkli-
yi, 25-Darlinq çökəkliyi, 26-Yeni İngiltərənin Mərkəzi antiklinoriumu, 27-Tien antik-
linoriumu, 28-Sidney çökəkliyi, 29-Kobar sinklinoriumu, 30-Forbs antiklinoriumu,
31-Boqan-Qeyt sinklinoriumu, 32-Qirilambon-Uoqqa antiklinoriumu, 33-Kaura-Yass
sinklinoriumu, 34-Molonq-Cənub sahili antiklinoriumu, 35-Melburn sinklinoriumu,
36-Ballart sinklinoriumu, 37-Xill-End sinklinoriumu, 38-Roki-Keyp antiklinoriumu,
39-Tamuort sinklinoriumu, 40-Şərqi-Tasmaniya sinklinoriumu, 41-Xitkot serpentinit
qurşağı, 42-Adelaidd qırışıqlıq sistemi, 43-Kamantu qırışıqlıq sistemi.

277
STRATİQRAFİYA
Appalaç qırışıqlıq sisteminin kəsilişində aşağıdakı struktur-formasiya kompleks-
lərini (SFK) ayırrılır (cədvəl 5.5.1.1.).
Cədvəl 5.5.1.1.
№-si Struktur-formasiya kompleksi (SFK) Yaşı
1 Bünövrə Arxey- alt Proterozoy
2 Geosinklinal Üst Proterozoy- alt Kembri
3 Orogen Orta Kembri-alt Ordovik
4 Platforma örtüyü Orta Ordovik- Paleogen
5 Müasir fəallaşma Neogen- Antropogen

Adelaid geosinklinalı əsasən Kembriyəqədər və Kembri yaşlı şokmə mənşəli sü-


xurlarla dolmuşdur. Geosinklinalın ətraf hissələrində kəsilişin aşağı hissəsində mütləq
yaşı 1400 mln il olan Vultana vulkanitləri (traxit, andezit, riolit) yatır. Müvafiq olaraq
Adelaidlərin qalan Kembriyəqədər törəmələri ort-üst Rifeyə və Vendə müvafiq gəlir.
Bu kəsilişdə bir-birindən ümumi və yerli uyğunsuzluqla ayrılan dörd seriya (Villur,
Torrens, Stert və Merinoy) ayrılır.
Bu seriyalardan birincisi (Villur) orta Rifeyə; ikincisi (Torren) üst Rifeyə; üçün-
cü (Stert) alt Vendə; Dördüncüsü isə (Merinoy) üst Vendə müvafiq gəlir. Birincisi və
ikincisi seriyalar arasında olan uyğunsuzluq Qrenvil tektonik epoxası ilə əlaqədardır.
Stert və Merinoy seriyalarının əsasında örtük-buzlaq formasiyası çöküntüləri, onların
arasında isə buzlaqarası çöküntülər yatır. Aşağısert buzlaq törəmələrinin arasında ba-
zalt örtükləri vardır. Üst Kembriyə qədər kompleksin kəsilişinin qalan hissəsi dəniz
mənşəli karbonat (dolomit, əhəngdaşı, argillit) və terrigen (kvarsit, qumdaşı, argillit)
formasiyasından təşkil olunmuşdur. Kembriyəqədər kompleksin kəsilişinin tavanında
səciyyəvi faunaya (Edikar) malik Paund kvarsiti yatır. Adelaid stratiqrafik sisteminin
ümumi qalınlığı 11 km- dən çoxdur.
TEKTONİKA
Bir qrup Avtsraliya geoloqları Adelaid sisteminə avlakogen kimi baxırlar. Bu qı-
rışıqlıq sistemiin kəsilişində vulkanitlər iştirak etmir, səciyyəvi qeosinklinal formasi-
yalar yoxdur, metamorfizm təmamiylə qeyd olunmur və qırışıqlıq Alp xarakteri daşı-
yır. Bununla belə çöküntülərin qalınlığı 15 km- ə çatır. Tutduğu vəziyyətə görə Ade-
laid sistemini V.Y.Xain intrakraton geosinklinala aid olunmasını daha məqsədə uy-
ğun hesab edir. Şərqi-Avstraliya əyalətinin əsas hissəsi qırışıqlığının yaşına görə bir-
birindən Sidney-Bouen molass çökəkliyi ilə ayrılan iki sərbəst zonaya (son Kaledon
yaşlı Laxland sisteminə və son Hersin yaşlı Yeni Ingiltərə sisteminə) ayrılır.
Keyp-York burnundan Tasmaniyanın cənub qurtaracağına kimi Şərqi-Avstraliya
əyalətinin ümumi uzunluğu 3500 km, maksimal eni isə 1500 km- ə çatır. Digər qırı-
şıqlıq əyalətlərdə olduğu kimi Şərqi-Avstraliyada qırılmalarla bir neçə seqmentə ay-
rılır. Şimalda ayrılan ensiz Xodcikson seqmenti platformanın Koen-Corcstaun qalxı-
mından kənar Palmervill qırılması ilə ayrılır. Şimal-şərq istiqamətdə uzanan Bardekin
qırılması Xodcikson və Kvinslend seqmentlərini bir-birindən ayırır. Burada gec Kale-
don və gec Hersin qırışıqlıq sistemləri səciyyəvi inkişafa malikdir. Kanmantu zonası
ilə Adelaid sistemi arasında Cənubi-Uels-Viktorian seqmenti yerləşir və Kvinslend
278
seqmentindən cavan örtük altında gömülmüş Darlinq-River linamenti ilə ayrılır. Dör-
düncü seqment nisbətən cənubda yerləşən Tasman seqmentidir. Bu seqment qonşu
şimal seqmentdən nəhəng Qambe-Bikonsfild-Sorell qırılma zonası ilə ayrılır.
Yeni mobilistik sxemlərdə Lord-Xau və Kempbell mikroqitələri və eləcə də Ye-
ni Zellandiyanın cənub-qərb hissəsi də Tasman əyalətindən qoparılmış hesab olunur
və onun Rossa dənizində və Qərbi Antarktidada davamının olması etimal olunur. Şər-
qi-Avstraliya əyalətinin mərkəzi hissəsində Mezokaynozoyun Böyük Artezian höv-
zəsi yerləşir. Bundan başqa Laxlan sisteminin cənub hissəsini və onunla Adelaid
sisteminin qovuşma hissəsində nisbətən kiçik ölçülü Marri çökəkliyi yerləşir. Yalnız
Yeni İngiltərə sistemi fasiləsiz olaraq qitənin sağ sahili boyunca uzanır. Böyük Arte-
zian hövzəsi müstəsna olunmaqla Şərqi-Avstraliya qırışıqlıq qurşağının qalan ərazisi
Neogen-Dördüncü dövrdə orogenik fəallaşmaya məruz qalmışdır.
5.5.2. ŞƏRQİ-AVSTRALİYANIN LAXLAN QIRIŞIQLIQ SİSTEMİ
Laxlan sistemi Marri çökəkliyinin cənub və qərb ətrafı boyunca uzanır və Vik-
toriya və Yeni Cənubu Uelsin daxilində müşahidə olunur. Tasmaniya adası və Basov
boğazının adaları da təmamilə bu sistemə daxildir. Şimalda, Böyük Artezian hövzə-
sinin digər tərəfində, Kaledon strukturları yenidən Kvislenddə müşahidə olunur. Lax-
lan sisteminin şimal sərhəddi Leyk-Blanş qırılması boyunca keçirilir. Bu qırışıqlıq
sisteminin Adelaid sistemi ilə sərhəddi tam aydınlaşdırılmamışdır.
STRATİQRAFİYA
Avstraliya platformasının şərq hissəsində Orta Rifey terrigen-Karbonat; Qərbi
Tasmaniyada orta-üst Rifey böyük qalınlığa malik terrigen-vulkanogen törəmələrdən
təşkil olunmuşdır.
Cədvəl 5.5.2.1
№-si Struktur-formasiya kompleksi (SFK) Yaşı
1 Bünövrə Kembriyəqədər
2 Geosinklinal Kembri - alt Devon
3 Orogen Üst Devon - alt Karbon
4 Platforma örtüyü Perm- Paleosen
5 Müasir fəallaşma Oliqosen-Antropogen
Bünövrə SFK. Laxlan sistemində nisbətən qədim Kembriyəqədər törəmələr
Tasmaninin qərbində Roki-Keyp və Tienna antiklinoriumunda, Kinq yarımadasında
Bassov boğazında yer üzərinə çıxır. Burada iki kompleks ayrılır. Bunlardan biri an-
tiklinoriumların tağında yer üzərinə çıxan metamorfik (şist, fillit, kvarsit, amfibolit)
digəri isə qanadda iştirak edən təməmilə metamorfizmə uxramamış (kvarsit, alevrolit,
dolomit və vulkanitlər) komplesdir. Çaxmaq daşı və əsas vulkanitlərə rast gəlinir. Bu
törəmələrin üzərində Vend və Kembri qeyri-uyğun yatır.
Geosinklinal SFK. Laxlan sisteminin qalan sahələrində Kembridən alt Devonda
daxil olmaqla çöküntülər geniş yayılmışdır.
Dandas riftində səciyyəvi ofiolit kompleksinin qalınlığı 20 km- ə çatır. Vend-alt
Kembri kvarsit (820 m); gilli çöküntülərdən və tufdan (2,5 km); orta-üst Kembri isə
gilli, qrauvakdan, silisli çöküntülərdən, eləcədə spilit tipli vulkanitlərdən (3,8 km)
təşkil olunmuşdur. Kembri sistemi Laxlan qırışıqlıq sisteminin əsas hissəsində səciy-

279
yəvi evgeosinklinal formasiyadan (əsas lavalar, piroklastitlər, şaxmaq daşı, qara sişt-
lər, qrauvak) ibarətdir. Xitkot tikiş zonası boyunca Kembrinin əsas vulkanitləri, şax-
maq daşı və qara şistləri yer səthinə çıxır. Kembri Tasmaniyanın cənubunda böyük
qalınlığa malikdir, gilli-qruvakka-konqlomerat və vulkanogen törəmələrdən təşkil
olunmuşdur. Ballart çökəkliyində Ordovik dərin dəniz çöküntülərindən (qrauvak və
piritli şistlər), Xill-End sinklinoriumu və Kaperti antiklinoriumunda isə andezit vul-
kanitlərindən təşkil olunmuşdur. Qərbi Tasmaniyada Ballart çökəkliyində toplanan
qrauvak, qara və qırmızı şistlərin çaxmaqdasindan ibarət olan Ordovikin qalınlığı 5
km- dən çoxdur. Tasman geosinklinalının şimal seqmentində üst Ordovik-alt Slur çö-
küntülərinin qalınlığı 14 km-ə çatır. Kobar, Trandl, Kaura və Adaveyl çökəkliklərin-
də Silur terrigen-karbonat çöküntülərindən; Xil-End çökəkliyində isə ümumi qalınlığı
6 km- ə çatan şist, qrauvak, tuf, andezit, əhəngdaşı və konqlomeratdan ibarətdir. Xill-
End sinklinoriumu və Kaperti antiklinoriumunda Silur-alt Devon böyük qalınlığa ma-
lik orta-turş tərkibli vulkanitlərdən, Melburn çökəkliyində isə filiş formasiyasının iba-
rətdir, qalınlığı 9 km- ə çatır. Broken-River riftində Ordovik-alt Karbon çöküntüləri-
nin qalınlığı 21 km-dir. Bu kompleksin aşağı hissəsi bazalt tərkibli effuzivlərdən və
əhəngdaşından, orta Devona qədər isə əsasən filiş formasiyasından təşkil olunmuşdur.
Yarrol və Tamuort çökəkliklərində alt-orta Devon gilli şistlərdən, silisslərdən, andezit
lavalarından, tuflardan; üst Devon isə andezit vulkanitlərindən, qruvakka, polimikt
konqlomerat qatından ibarətdir.
Orogen SFK. Viktoriya, Yeni Cənubi Uelsdə üst Devonun qırmızı rəngli konti-
nental molassının qalınlığı 7 km- ə çatır. Karbon sistemi kontinental (Xocikson, Bro-
ken-River), vulkanogen (Adaveyl və Drammoid), Tamuort çökəkliyində isə əsasən
buzlaq formasiyasından (tillit, konqlomerat və s.) təşkil olunmuşdur.
Platforma örtüyü SFK. Perm vulkanogen-çökmə formasiyasının qalınlığı Bouen
çökəkliyində 5-6 km, Sidneydə isə 3-4 km- ə çatır.
Esk, Klarens-Moreton və Meriboro törəmə çökəkliklərində Trias vulkanogen-qı-
rıntı formasiyasından təşkil olunmuşdur. Vulkanitlərin maksimal qalınlığı (3 km) Esk
qrabenidə, minimal qalınlığı isə Meriboro çökəkliyində qeyd olunur. Bouen və Sid-
ney sskəkliklərində alt Trias qırmızı rəngli konqlomerat-gilli, orta-üst Trias boz rəngli
qumlu-gilli kontinental formasiyadan ibarətdir, qalınlığı 3 km- ə çatır. Yura-Təbaşir
və erkən Kaynozoy yaşlı platforma formasiyası Böyük Artezian hövzəsinin, Marri-
nin, Tasmanov və Bassov boğazının sineklizlərində iştirak edir. Böyük Artezian höv-
zəsində, Karpentari körfəzi sineklizində platforma kompleksinin qalınlığı 3 km- dən
çox, Marri sineklizində isə 2 km- ə qədərdir.
TEKTONİKA
Laxlan sistemində ardıcıl olaraq Kembrinin sonu-Ordovikin əvvəllərində (Dela-
mer); Ordovikin sonu-Silurun əvvəllərində (Benambr); Silurun ortalarında (Kvi-
donq), Silurun Sonu-Devonun əvvəllərində (Bounninq) və Devonun ortalarında (Tab-
berabber) qırışıqlıq hərəkətlərinin təzahürü qeyd olunur. Bu hərəkətlərin nəticəsində
geosinklinalın strukturları ardıcıl olaraq mürəkkəbləşmiş və bir-birindən çöküntülərin
yaşına, onların formasiya tərkibinə, tipinə və yaşına görə fərqlənən struktur-formasi-
on zonaların formalaşmasına səbəb olmuşdur (şəkil 5.5.1.1.).
Kanmantu zonası. Laxlan sisteminin nisbətən kənar zonası olan bu zona onun

280
Bankani çökəkliyində davamı ilə birlikdə Kembri çöküntülərindən təşkil olunmuşdur.
Delamar tektonik epoxasından sonra burada platformaya keçid şəraiti yaranmışdır.
Ballarat çökəkliyi Laxlan sisteminin əsas strukturlarından biri hesab olunur və şərqdə
Ballart və Melburn çökəkliklərini bir-birindən ayıran Xitkot qırılma zonası ilə hüdud-
lanır. Xitkot tikiş zonası boyunca Kembrinin əsas vulkanitləri, şaxmaq daşı və qara
şistləri yer səthinə çıxır. Ballart çökəkliyi əsasən Ordovikin dərin dəniz çöküntülərin-
dən (qrauvak və piritli şistlər) təşkil olunmuşdur. Bu zonada müxtəlif yaşlı və tərkibli
qranitoid intruziyaları məlumdur.
Melburn çökəkliyi Xitkot çökəkliyi Xitkot qırılması (qərbdə) və Uoqqa meta-
morfik zonası arasında (şərqdə) yerləşir. Silurun əvvəllərində Benambr hərəkətlərin-
dən sonra yaranan bu çökəklikdə Ordovik çöküntüləri uyğun olaraq Silurla örtülür.
Orta Devonda baş verən Tabberabber tamamlayıcı qırışıqlıq hərəkətindən sonra çö-
kəkliyin şərq qurtaracağı boyunca Devonun sonu-Karbonun əvvəllərində posttektonik
qranitlərin təzahürü baş vermiş və yerüstü vulkanogen qurşaq yaranmışdır.
Şərqi-Laxlan zonası. Bu zona Uoqqa Ordovik çökəkliyinin və Molonq-Kanberra
ada qövsünün (geoantiklinalının) yerində yaranmışdır. Uoqqa çökəkliyi Silurda qis-
mən inversiyaya məruz qalır iki sərbəst çökəkliyə (Trandl və Kaura) ayrılır. Şərqi-
Laxlan zonasının Ordovik çöküntülərinin tərkibində andezit vulkanitləri və daha turş
tərkibli vulkanitlər əsas rol oynayır. Ordovikin sonunda Uoqqa zolağında qranitləşmə
və miqmatikləşmə, inversiya və metamorfizmlə müşayiət olunan Benambr diastrofiz-
mi baş verir. Silurun sonunda turş vulkanitlərin yayılması daha geniş vüsat alır və bu-
nun ardınca Bouninq fazasının sintektonik qranitlərinin təzahürü baş verir. Ordovikin
sonuna cənuba tərəf csküntülər daha göbuddənəli xarakter alır, vulkanogen törəmə-
lərdən və əhəngdaşlarından təşkil olunan alt Devon isə məhtud yayılmışdır. Alt De-
von çöküntüləri Tabberabber (D1/D2) Kanimbl (C1/C2) hərəkətləri ilə zəif deformasi-
yaya məruz qalmışdır. Laxlan sisteminin Viktoriya və Yeni Cənubi Uelsdə nisbətən
şərq elementi Xill-End sinklinoriumu və ondan şərqdə qeyd olunan Kaperti antiklino-
riumu hesab olunur. Burada Ordovikdə andezit vulkanitləri, Silur və alt Devonda bö-
yük qalınlığa malik orta və turş tərkibli vulkanitlər toplanmışdır. Laxlan sisteminində
istər Viktoriya, istərsədə Yeni Cənubi Uelsdə üst Devon molassı ilə dolmuş çökək-
liklər geniş yayılmışdır. Burada toplanan qırmızı rəngli kontinental molassın qalınlığı
7 km- ə çatır.
GEOLOJİ İNKİŞAF TARİXİ
Adelaid sisteminin vulkanitlərinin radiometrik üsulla təyin olunmuş yaşı Şərqi-
Avstraliya geosinklinalının yaranmasının erkən və orta Rifeyin sərhədində baş verdi-
yini söyləməyə əsas verir. Bu halda Adelaid çökəkliyinin qədim Kembriyəqədər bü-
növrə üzərində yaranması heç bir şübhə doğurmur. Erkən Kembriyəqədər bünövrənin
şərqdə Uillyam massivində və Uonamita blokunda yer səthinə şıxması da bir daha bu
fikiri təsdiq edir. Şərqi-Avstraliya geosinklinal əyaləti toplanan çöküntülərin və vul-
kanizmin fəaliyyəti ilə əlaqədar yaranan törəmələrin hesabına kontinental qabığın qa-
lınlığının artması və onların metamorfizmi, qranitləşməsi ilə müşayiət olunur. Bu isə
ona geosinklinal prosesin qitədən okeana yerdəyişməsinin ən klassik nümunəsi kimi
baxılmağa əsas verir. Gec Kembriyəqədər və Paleozoy mərhələsi ərzində Şərqi-Avst-
raliyanın inkişafı ümumi hərəkətin qərbdən şərqə üstünlüyü şəraitində (1500 km- dən

281
çox) baş vermişdir.
Qrenvil və Baykal mərhələsi (orta Rifey-erkən Kembri). Orta Rifeyin əvvəllərin-
də Avstraliya platformasının şərq hissəsində vulkanizmlə müşayiət olunnan əyilməsi
başlayır və şelf şəraitində böyük qalınlığa malik terrigen-karbonat çöküntüləri topla-
nır. Qrenvil tektonik epoxasına müvafiq gələn fasilə və uyğunsuzluq zəif ifadə olun-
muşdur. Nisbətən intensiv tektonik hərəkətlər erkən Baykal mərhələsində qeyd olu-
nur. Bu mərhələdə bir qisim bloklar qalxmaya məruz qalaraq aşınma, digərləri isə ək-
sinə əyilməyə cəlb olunaraq çöküntütoplanma sahəsinə çevrilirlər. Adelaid sisteminin
mərkəzi hissəsində üç belə troq qeyd olunur. Bu mərhələdə istər Adelaid sistemi, is-
tərsədə onun ətraf hissələri büzla örtülür. Venddə və erkən Kembridə fasiləsiz davam
edən çöküntütoplanma yalnız orta Kembrinin sonunda dayanmışdır. Qərbi Tasmani-
yada orta Rifeydə və üst Rifeyin əvvəllərində böyük qalınlığa malik terrigen-vulka-
nogen törəmələr toplanmışdır. Erkən Baykal epoxasında (720-680 mln il) burada ada
qövsü formalaşır (Roki-Keyp və Tienna antiklinoriumları onun relikti hesab olunur).
Erkən Kaledonun mərhələsi (orta Kembri-Ordovik). Kembridən başlayaraq Ade-
laid və Laxlan sistemlərinin sərhədində dərin Kanmantu-Bankaniya filiş çökəkliyi
formalaşır. Bankaniya çökəkliyinin şərqində Uonamita Kembriyəqədər blokunun sax-
landığından bu çökəkliyin kontinental tip qabıq üzərində formalaşdığı heç kimdə şüb-
hə doğurmur. E.Şeyban tərəfindən Uonamita Kembriyəqədər blokuna ada qövsü kimi
baxılır. Uonamita qeoantiklinalı və Maunt-Rayt vulkanogen qövsü arasındakı çökək-
likdədə filiş toplanmışdır. Kembrinin əvvəllərində Qərbi-Tasman ada qövsü parçala-
nır və onun Tien geoantiklinalı ilə sərhədi boyunca Dandas rifti və Maunt-Rid vulka-
nogen qövsü formalaşır. E.Şeybanın fikirincə Maunt-Rid vulkanogen qövsü Maunt-
Rayd qitə qövsünə uyğun vəziyyət tutur. Ona görədə Dandas riftini Kanmantu-Ban-
kaniyanın, Tien geoantiklinalını isə Uonamita qeoantiklinalının davamı hesab etmək
olar. Dandas riftinin formalaşması kontinental qabığın parçalanması ilə müşayiət
olunmuşdur və burada böyük qalınlığa malik (20 km) səciyyəvi ofiolit kompleksi top-
lanmışdır. Burada Vend-alt Kembri kvarsitdən (820 m); gilli çöküntülərdən və tufo-
gen qatdan (2,5 km); orta-üst Kembri isə gilli, qrauvaklı, silisli çöküntülərdən, eləcə-
də spilit tipli əsas vulkanitlərdən (3,8 km) təşkil olunmuşdur.
Ordovikin əvvəllərində Adelaid sisteminin ərazisi quruya çevrilir. Qərbi Tasma-
niyada qısa müddətli riftəmələgəlmədən sonra, şelf şəraitində çöküntütoplanma da-
vam etmişdir. Bu zaman Uillyam massivinin ətrafında formalaşan Ballart çökəkliyin-
də toplanan qrauvak, qara və qırmızı şistlərin şaxmaqdaÇinın qalınlığı 5 km- dən
çoxdur. Ordovikin sonu-Silurun əvvəlində Avstraliya plitəsinin şərqə yerdəyişməsi
nəticəsində Benambr sıxılma və qırışıqlıq epoxası başlayır. Ballrat çökəkliyi qapanır
və çöküntülər qırışmaya məruz qalır. Laxlan sisteminin əsas hissəsi Kembridə çöx
ehtimal ki, okean tipli hövzə olmuş və burada səciyyəvi evgeosinklinal formasiya
toplanmışdır. Bu sistemin şimal davamında, Tomson sistemində gec Kembridən orta
Ordovik də daxil olmaqla okean şəraitinin mövcudluğu etimal olunur.
Gec Kaledon mərhələsi (Silur-erkən Devon). Benambr qırışıqlıq hərəkətlərindən
sonra geosinklinal əyalətin sərhədi Xitkot qırılma xəttinə şəkilir, Melburn çökəkliyi
isə kontinental yamaca çevrilir. Burada filiştoplanma erkən Devona kimi davam edir.
Bu zaman toplanmış filiş formasiyasının qalınlığı 9 km- ə çatır.
Kobar, Trandl, Kaura və Adaveyl çökəkliklərində Silurda dayaz dəniz şəraitində
282
terrigen-karbonat çöküntüləri toplanmışdır. Silurun sonunda Laxlan sisteminin şərq
hissəsində turş vulkanizmin və orogen plutonizmin təzahürü qeyd olunur.
Molonq qeoantiklinalında Silur-alt Devon az qalınlığa malikdir, vulkanitlər zəif
yayılmışdır. Şərqdə Silurda əvvəlcə rift, sonra isə Xill-End çökəkliyi formalaşır. Bu
çökəklikdə toplanan qrauvak, tuf, andezit qatının (əhəngdaşı və konqlomerat təbəqəli)
qalınlığı 6 km-ə çatır. Bu çökəklikdən şərqdə erkən Silurun sonunda qranitoidlərin tə-
zahürü ilə müşayiət olunan Kaperti geoantiklinalı yaranır.
Ordovikin sonu-Silurun əvvəllərində Palmervil qırılması boyunca Corctaun
massivinin şərq ətrafının enməsi ilə əlaqədar olaraq, Tasman geosinklinalının şimal
seqmenti enməyə başlayır və burada qalınlığı 14 km-ə çatan çöküntü kompleksi top-
lanmışdır. Silurun sonunda əyilmə Keyp-York yarımadasının şərq sahillərinə yayılır.
Ordovikin sonunda Corctaun massivini onun erkən Paleozoyda işlənilməyə məruz
qalmış Ravenövud blokundan ayıran Broken-River rift strukturu yaranır. Kontinental
qabığın parçalanması və okean tipli qabığın yaranması ilə nəticələnən bu riftdə Ordo-
vik-erkən Karbon ərzində qalınlığı 21 km- ə çatan çöküntü toplanır. Bu kompleksin
alt hissəsi bazalt tərkibli effuzivlərdən və əhəngdaşından, orta Devona qədər isə, əsa-
sən filiş formasiyasından təşkil olunmuşdur.
Silurun sonu-erkən Devonda Laxlan geosinklinalı Bouninq qıqışıelıq epoxası ilə
əlaqədar olaraq sıxılmaya məruz qalır. Bu qırışıqlıq Melburn və Xill-End çökəklik-
lərinə təsir etməsədə, onların arasında filiş formasiyasının toplanması ilə nəticələnən
əyilmə baş verir. Trandl və Kaura çökəklikləri qapanır, Şimal Kvinslenddə (Uoqqa
zonası) serpentinit qurşağı formalaşır. Laxlan və Yeni İngiltərə sistemlərinin sərhə-
dində hazırda Sidney-Bouen hövzəsi ilə qismən gömülmüş vulkanogen qövs yaranır.
Erkən Devonda Laxlan geosinklinal sistemi tamamlayıcı inkişaf mərhələsinə ke-
çir. Bu vaxta kimi onun şərq hissəsində nəhəng Kondobolin qalxımı yaranır. Bu qal-
xımın şimal davamı Böyük Artezian hövzəsində yerləşən gömülmüş Yulo və Nebayn
silsiləsi və Kvinslendin Anaki antiklinoriumu hesab olunur.
Erkən Devonun sonunda dəniz Kobar-Melburn çökəkliyini tərk edir və Qrilam-
bon-Uoqqa geoantiklinalından şərqə şəkilir. Burada orta Devona qədər şərq zonanın
qalıq çökəkliklərində əhəngdaşı, Xill-End çökəkliyində isə filiş toplanmışdır. Şərqdə
(Kobar çökəkliyində) şirin sulu göl, şimalda isə (Adaveyl çökəkliyində) laqun şəraiti
mövcud olmuş və evoparit çöküntüləri (dolomit, gips, anhidrit) toplanmışdır.
Kaledonun orogen və Hersinin gec geosinklinal mər hələləsi (gec Devon-Karbo-
nun əvvəli). Orta Devonda Laxlan sistemində Tabberabber tektogenezi ilə əlaqədar
olaraq başlıca qırışıqlıq hərəkətləri baş verir. Üst Devon-Karbonun əvvəllərində Lax-
lan sisteminin ərazisinin çox hissəsi, xüsüsən də Qərbi Viktoriya (qərbdə) və Tasma-
niya (cənubda) qalxma sahəsi olmuş və aşınmaya məruz qalmışdır. Qalan sahələrdə
molassın toplanması davam etmişdir. Laxlan sistemində geosinklinal inkişaf mərhələ-
sinin başa çatması ilə Yeni İngiltərə sistemi özünün təkamülünün songeosinklinal
(yetkin) mərhələsini keçirir. Yarrol və Tamuort çökəkliklərində dərin dəniz şəraitində
gilli şistlərdən, silisslərdən, andezit lavalarından, tuflardan ibarət alt-orta Devon çö-
küntüləri toplanmışdır. Üst Devon andezit vulkanitlərindən, qruvakka, polimikt konq-
lomerat qatından ibarətdir. Bu çökəkliklərdə üst Devonda başlayan dayazlaşma Kar-
bonun əvvəllərində daha da güclənir. Alt Karbonda Yarrol və Tamuort çökəkliklərin-
də əsasən göbuddənəli kontinental çöküntülər toplanır.
283
Yeni İngiltərədə Dianta ərzində qalınlığı 8-10 km- ə çatan argillitdən və turbidit
qatından ibarət çöküntü toplanır. Erkən Karbondan başlayaraq hövzənin dayazlaşması
qeyd olunur və artıq Karbonun sonunda, burada qranit plutonizmi ilə müşayiət olunan
Mərkəzi qalxım formalaşır. Bu qalxımın şərqində filişin toplanması davam etmişdir.
Karbonun sonunda Mərkəzi qalxımın qərb tərəfində amplitudası 120-150 m-ə çatan
Pil şaryajı formalaşır. Şimalda (Xockinson və Broken-River zonalarında) qırışıq əmə-
ləgəlmə Karbonun ortalarında başa çatmış və gec Karbonda blok və üfüqi yerdəyişmə
hərəkətləri ilə əvəz olmuşdur.
Hersinin erkən orogen mərhələsi (gec Karbon). Permin əvvəllərində Laxland sis-
temi artıq platforma inkişaf mərhələsinə keçir və burada Kuper, Marri, Tasman və s.
platforma çökəklikləri yaranır.
Yeni İngiltərə sisteminin çöx hissəsi qalxma və yuyulma sahəsinə çevrilirsədə,
Permin əvvəllərində hələdə qalıq çökəkliklər saxlanılır. Burada Yeni İngiltərə siste-
minin qarşısında Kvinslend və Yeni Cənubi-Uels ştatlarının sərhədi rayonunda eninə
qalxımlarla ayrılan Sidney-Bouen ön çökəkliklər zonası yaranır. Bouen çökəkliyinin
yaranması vulkanizmin təzahürü ilə müşayiət olunur. Bouen çökəkliyində toplanan
Perm çöküntülərinin qalınlığı 5-6, Sidneydə isə 3-4 km- ə çatır.
Yarrol çökəkliyi erkən Permdə dəniz molassı və andezit vulkanitləri ilə dolur.
Bu epoxanın sonunda bu çökəklik qapanır, onu dolduran çöküntülər qırışmaya məruz
qalırlar. Nisbətən şərq çökəkliklərdə Perm çöküntüləri dərin dəniz şəraitində toplan-
mışdır və tünd rəngli terrigen-karbonat çöküntülərindən təşkil olunmuşdur.
Artıq Erkən Permin sonuna yaxın (Artin əsrində) baş verən Xanter tektonik epo-
xası Yeni İngiltərədə böyük üfüqi yerdəyişmələrə səbəb olur. Bu zaman həm okean
qabığının udulması (subduksiyası), həm də ki çökmə-vulkanogen prizmanın aşağı
hissəsinin əriməsi hesabına batolit qranit kütlələri yaranır.
Permin sonu-Triasın əvvəllərində Bouen tektonik epoxası Şərqi Avstraliyada
son tamamlayıcı sıxılma deformasiyasına səbəb olur. Bu mərhələdə Bouen və Sidney
çökəkliklərini dolduran çöküntütlər, eləcə də Yeni İngiltərənin şərqidə Perm çökün-
tüləri qırışmaya məruz qalır. Şimalda gec Hersin fəallaşması Keyp-York yarımadası-
nın qurtaracağına və Torresov boğazına kimi yayılır.
Hersinin tafrogen mərhələsi (Trias). Triasda Yeni İngiltərə qırışıqlıq sisteminin
parçalanmsı başlayır ki, bu da öz növbəsində törəmə çökəkliklərin (Esk qrabeni, Kla-
rens-Moreton və Meriboro çökəklikləri) yaranması ilə müşayiət olunur. Bu çökəklik-
lərin əksəriyyəti öz inkişafını platforma şəraitində inkişaf etdirirlər və onları dolduran
çöküntülər Paleozoyun müxtəlif yaşlı stratiqrafik vahidləri üzərində qeyri uyğun ya-
tır. Yalnız Triasda mövcud olan Lorn çökəkliyi istisna olunmaqla qalan bütün çökək-
liklərin formalaşması vulkanogen fəaliyyətlə müşayiət olunmuşdur. Vulkanitlərin
maksimal qalınlığı (3 km) Esk qrabenidə, minimal qalınlığı isə Meriboro çökəkliyin-
də qeyd olunur. Yeni İngiltərə sisteminin Vulkanogen-plutonik qurşağın yaranması-
nın orogen, tafrogen mərhələlərin sərhədində formalaşması etimal olunur.
Triasda törəmə çökəkliklərlə yanaşı olaraq, Bouen və Sidney sskəklikləri də öz-
lərinin konsedimentasion inkişafını davam etdirmişdir və burada erkən Triasda qırmı-
zı rəngli konqlomeratlı-gilli, orta-üst Triasda bozrəngli qumlu-gilli kontinental forma-
siya toplanmışdır. Bouen çökəkliyində bu formasiyaların qalınlığı müvafiq olaraq 3,0
km (şərq sahilində) və 2,4 km (mərkəzi hissədə) təşkil edir.
284
Platforma örtüyünün əsas formalaşma mərhələləri. Şərqi Avstraliyanın platfor-
ma örtüyü müxtəlif vaxtlarda formalaşmışdır. Qəbdən şərqə doğru platforma örtüyü
kompleksi Şərqi Avstraliya qırışıqlıq əyalətinin müxtəlif struktur elementlərini örtür.
Böyük Artezian hövzəsi meqasineklizi özünün qərb hissəsi ilə bilavasitə qədim
Kembriyəqədər bünövrə üzərində yerləşir və üst Proterozoy-plt Paleozoy çöküntüləri
ilə örtülür. Amadies avlakogeni tərəfdən Kembriyəqədər-orta Paleozoy; Adelaid sis-
temi tərəfdən isə üst Kembriyəqədər-Kembri çöküntüləri Böyük Artezian hövzəsinin
altına keçirlər. Maunt-Ayza- Broken-Xill xəttindən şərqə bünövrə Kembri, Uonamint
blokundan şərqə isə Ordovik-orta Devon yaşlı süxurlardan təşkil olunmuşdur. Burada
üst Devon-alt Karbon molassı orogen kompleksi təşkil edir və bir çox tədqiqatçılar
tərəfindən keçid kompleksinə aid olunur. Bilavasitə platforma örtüyü erkən Perm
epoxasından formalaşmağa başlamışdır. Perm alt hissədə örtük buzlaq formasiyasın-
dan, üst hissədə isə kontinental parallik kömürlü formasiyadan ibarətdir. Onun üzə-
rində qırmızı rəngli, kontinental kvarslı-qumlu və vulkanogen-çökmə (alt Trias); boz
rəngli kömürlü (orta-üst Trias) çöküntüləri yatır.
Yuradan başlayaraq Böyük Artezian hövzəsinin ümumi əyilməsi başlayır və əv-
vəlcə allyuvial kvarslı-qumdaşı, sonra ksmurlü, daha sonra isə yenidən allyuvial çö-
küntülər toplanmışdır. Orta Yurada Karpentari körfəzi sineklizi formalaşır. Təbaşir
dövründə Böyük Artezian hövzəsi və Karpentari körfəzi sineklizi müasir formasına
yaxın bir forma alır. Kaynozoyda Böyük Artezian hövzəsinin əyilməsi yalnız nisbi və
lokal xarakter daşıyır.
İnkişafı Böyük Artezian hövzəsi ilə sıxlı bağlı olan Marri sineklizi müasir for-
mada Kaynozoy ərzində formalaşmışdır. Böyük Artezian hövzəsi nəzərə alınmazsa
Şərqi-Avstraliya qırışıqlıq qurşağı Neogen-Antropogen ərzində fəallaşmaya cəlb
olunmamışdır. Neogen-Antropogen fəallaşması özünü qitənin cənub-şərqində daha
intensiv göstərmiş və yüksəkliyi 1,0 km-dən 2,2 km-ə qədər olan bir sıra silsilələr
(Avstraliya, Flinders, Maunt-Lofti) əmələ gətirmişdir.

285
BÖLMƏ 6. HERSİN QIRIŞIQLIQ ƏYALƏTLƏRİ

Yerin inkişaf tarixində gec Paleozoyda baş verən Hersin qırışıqlığı mühüm əhə-
miyyət kəsb edir. Bu geoloji inkişaf mərhələsi bütün qiələrin birləşməsi və onları ayı-
ran okean çökəkiklərinin qaranması ilə səciyyələnir. Yapentus (Paleoatlantikanın)
okeanının qapanması ilə əlaqədar olaraq, Devonun əvvəllərində Şimali-Amerika qitə-
si Şərqi-Avropaya birləşərək onlara qovuşan Hersinidlərlə birlikdə bütün şimal yarı-
mkürəsini əhatə edən nəhəng Anqarida (Lavrasiya) qitəsini əmələ gətirir. Bu iki qitə-
nin toqquşması Apalaçlardan Skandinaviyanın şimalına kimi uzanan Kaledon qırışıq-
lıq qurşağı boyunca baş verir.
Hersin qırışıqlığı ilə əlaqədar olaraq Atlas dağlarının cənubunda və Avstraliya-
nın şərqində geosinklinal rejimin qapanması nəticəsində cənub yarımkürəsini əhatə
edən Hondvana qitəsidə öz sahəsini kifayət qədər genişləndirmişdir. Hersin tektoge-
nezindən sonra öz sahəsini kifayət qədər azaltmış olan Aralıq dənizi geosinklinal qur-
şağı artıq Tetis okeanı adlandırılmışdır.
Qitələrin yaxınlaşması Paleozoyun sonunda başa çatır və demək olar ki, bütün
qitələr yenidən birləşərək iki hissədən ibarət olan vahid Pangeya II qitəsini əmələ gə-
tirirlər. Bu zaman Çin platforması təcrid olunmuş massiv kimi saxlanılır, onun ətrafı
boyunca və Lavraziyanın şimalında vulkanik ada qövsləri formalaşır. Qeyd etmək la-
zımdır ki, qitələrin yaxınlaşması bir sıra okeanların bağlanmasına, digərlərinin isə ya-
ranmasına səbəb olmuşdur.
Bu mərhələdə Paleoatlantikanın şimal hissəsi öz geoloju inkişafını başa çatdırır.
Paleoasiya okeanının da çox hissəsi bağlanır. Bununla yanaşı olaraq Paleotetis II-nin
(və ya gec Paleozoy Paleotetisi) yaranmasına səbəb olan aralıq okean silsilələri inki-
şaf edirlər. Yaranmış olan bu okean Çin platformasını Sibirdən və Qazaxstandan ayır-
mışdır. Paleotetis II şimaldan ada qövsləri sistemləri ilə əhatə olunmuşdur. Paleosakit
okean bu mərhələdə ən nəhəng okean hövzəsi olmuşdur.
Qeyd etmək lazımdır ki, litosfer plitələrinin məkan daxilində yerdəyişməsi qitə-
lərin toqquşmasına, bir sıra okeanların yaranmasına, digərlərinin isə qapanmasına sə-
bəb olmuşdur. Bu isə öz növbəsində gec Paleozoyda dəniz hövzələrində bir sıra trans-
qressiya və reqressiyaların baş verməsi ilə nəticələnmişdir. Gec Silur reqressiyasın-
dan sonra Devonun əvvəllərinə kimi Kembriyəqədər platformaların demək olar ki,
hər yerində kontinental rejim bərpa olunur və bu rejim bütün erkən Devon ərzində
saxlanılır. Orta Devondan etibarən başlayan intensiv transqressiya bir çox platforma-
ları əhatə edir. Geosinklinal əyalətlərdə Devonun əvvəllərində gobuddənəli qırmızı
rəngli kontinental çöküntülər toplanmışdır. Erkən Devonun sonundan etibarən başla-
yaraq orta-gec Devonda dəniz rejimi üstünlük təşkil etmişdir.
Devonun sonunda başlayan Hersin tektogenezinin Breton fazası İnnuit geosink-
linalının qapanmasına səbəb olmuşdur. Bu faza ilə əlaqədar olan qırışıqlıq prosesləri
Qərbi Avropanın məhtud sahələrində özünü göstərmişdir. Erkən Karbon epoxasının
sonunda baş verən Sudet fazası ilə əlaqədar olan qırışıqlıq Aralıq dənizi geosinklinal
qurşağının şimal hissəsində, Appalaç geosinklinalında, Ural-Monqol qurşağının geo-
sinklinallarında özünü daha intensiv göstərmişdir. Bununla əlaqədar olaraq bir sıra
geosinklinalların o cümlədən Ural geosinklinalının qapanması qeyd olunur.
Ural-Sibir geosinklinal ərazisinin şərq hissələrində Permin sonunda baş verən
286
intensiv qalxma ilə əlaqədar olaraq, Perm yaşlı çöküntülər məhtud sahələrdə dağarası
çökəkliklərdə (Kuznetsk, Minusin çökəklikləri və s.) yayılmışdır və əsasən kontinen-
tal çöküntülərdən ibarətdir. Orta Karbon epoxasının sonunda Hersin tektogenezinin
Asturiy, erkən Perm epoxasının əvvəllərində Ural, erkən və gec Perm epoxalarının
sərhəddində Zaal, gec Perm və erkən Trias epoxalarının sərhəddində isə Pfals fazaları
ilə əlaqədar olan qırışıqlıq prosesləri baş vermişdir.
Üst Paleozoyun ikinci yarısından etibarən bütün geosinklinal əyalətlər fəal qırı-
şıqlıq prosesləri ilə xarakterizə olunurlar. Bu geoloji inkişaf mərhələsində baş verən
qırışıqlıq prosesləri bir sıra geosinklinalların qapanmasına və beləliklədə platforma-
ların ərazilərinin genişlənməsinə səbəb olmuşdur. Ümumiyyətlə, Hersin qırışıqlığı
Yerin geoloji inkişaf tarixində əsaslı dəyişirikliklərə səbəb olmuş və dünyanın bir çox
sahələrində qeyd olunan Hersinidləri formalaşdırmışdır.
Yerin müasir struktur planında ayrılan başlıca Hersinidlərə Ural-Sibiri, Monqol-
Tyanşanı, Qərbi-Avropapı, Şərqi-Avstraliyanı, Cənubi-Afrikanı (və ya Kap) Şimal-
Afrikanı göstərmək olar (şəkil 6.1.). Aparılan tədqiqat işləri Yura dövründə artıq oke-
an çökəkliklərinin mövcud olduğunu söyləməyə əsas verir.

Şəkil 6.1. Hersin qırışıqlıq əyalətlərinin yerləşmə şxemi


(V.P.Qavrilova görə)
I- nisbətən erkən konsolidasiya əyalətləri; II- Hersin qırışıqlıq əyalətləri: 1-Ural-Sibir,
2-Monqol-Tyan-Şan, 3-Qəribi-Avropa, 4-Appalaç-Uaçita, 5-Şərqi-Avstraliya, 6-Cə-
nubi-Afrika, 7-Şimali-Afrika, 8-Cənubi-Amerika; III-ön çökəkliklər: A-Appalaç-
qarşısı, B-Uralqarşısı.

287
6.1. URAL-MONQOL QURŞAĞININ HERSİNİDLƏRİ
Ural-Monqol (Ural-Oxot) Yerin ən nəhəng Paleozoy geosinklinal qurşaqların-
dan olub, 9000 km məsafədə şimal-qərbdə Barens və Kara dənizlərindən şərqdə Oxot
dənizinə kimi uzanaraq, Sibir kratonunu Şərqi Avropa və Çin-Koreya kratonlarından
ayırır. Bu qurşağın şimal-qərb hissəsi (Ural-Sibir meqaseqmenti) meridional, şərq
hissəsi (Mərkəzi Asiya meqaseqmenti) isə en istiqamətində uzanır. Bir uzanma is-
tiqamətin digərinə keçid olduğca tədrici xarakter daşıyır və bu qövsün xarici kənarın-
da- Cənubi-Tyan-Şan rayonunda Ural-Monqol qurşağının Aralıq dənizi qurşağı ilə
qovuşması qeyd olunur. Şimal-qərbdə bu qurşaq Arktika, şərqdə isə Sakit okean qur-
şağı ilə həmsərhəddir. Ural-Monqol geosinklinal qurşağında Hersinidlərə Ural, Filizli
Altay, Tom-Kolıvan, Salair, Mərkəzi Qazaxstanın şərq hissəsi, Cənubi Tyan-Şan qırı-
şıqlıq sistemləri və Qərbi-Sibir, Şimal Turan plitələri aid edilir.
6.1.1. URAL-MONQOL QURŞAĞININ HERSİN QIRIŞIQLIQ ƏYALƏTLƏRİ
STRATİQRAFİYA
Ural-Monqol qurşağının Hersinidlərinin geoloji quruluşunda aşağıdakı başlıca
struktur-formasiya kompleksləri ayrılır (cədvəl 6.1.1).
Cədvəl 6.1.1
Yaşı
Struktur-for-
№ Şərqi Mərkəzi
masiya komp- Altay-Sayan Monqol-
-si Qazaxstan və Ural
leksi (SFK) əyaləti Oxot
Cənubi Tyan-Şan
1 Bünövrə Kembriyəqədər Kembriyəqədər AR-PR AR-PZ1
2 Geosinklinal Є - C1 Є - C1 Є- C2 S- C1
3 Orogen C3 - P C2 - P C3 - T2 C2 - T1
4 Platforma srt. T - N1 MZ - KZ T3 - Q T2- N1
5 Müasir fəall. N2 - Q N2- Q

Bünövrə struktur formasiya kompleksi (BSFK). Hersin qırışıqlıq əyalətlərin-


də BSFK Kembriyəqədər törəmələrdən ibarətdir. Mərkəzi Qazaxıstanın qərb hisəsin-
də (Ulutau, Qaratau, Betbak-Dala antiklinoriumlarında)- miogeosinklinal zonada Ap-
xey yüksək metamorfizmə məruz qalmış suxurlardan (amfibolit və qneysdən), alt
Proterozoy isə fillitdən, mərmərdən, dəmirli kvarsitdən və əsas effuziv suxurların he-
sabına əmələ gəlmiş porfiroidlərdən; alt və orta Rifey müxtəlif şist və porfiroidlərdən;
üst Rifey isə şist, qumdaşı, konqlomerat, turş effuzivlərdən təşkil olunmuşdur. Ev-
geosinklinal zonada (Yrementau və Baranaul antiklinornumlarında) BSFK nisbətən
eyni tərkiblidir. Apxey və alt Rifey qneyslərdən, amfibolitlərdən, fillitdən və kvarsit-
dən, orta və üst Rifey əsas tərkibli effuzivlərlə növbələşən silisli süxurlardan, yəşəm-
dan, kvarsitlərdən ibarətdir. Kembriyərədər bünövrə Şimal Tyan-Şanda da geniş ya-
yılmışdır.
Ural sistemnndə BSFK üç struktur mərtəbədən (Rifeyəqədər, Rifey, Vend-
Kembri) ibarətdir. Uralın qərb yamacında Rifey və Vend vahid struktur mərtəbədə
birləşdirilir və burada Kembri məlum deyildir. Rifeyin ən klassik etalon kəsilişi Cə-
nubi Uralda öyrənilmişdir və hər biri özlüyündə meqaritm (hər bir ritm bazalt konq-

288
lomeratı və qumdaşı ilə başlayır, gilli şistlərə və fillitlərə keçir, karbonat süxurları-
əhəngdaşı, dolomit ilə qurtarır) təşkil edən dörd seriyaya (alt Rifey-Burzyan; orta Ri-
fey-Yurmatin; üst Rifey-Karatau və Kudaş) ayrılmışdır.
Monqol-Oxot sistemində BSFK iki mərtəbədən (Arxey-alt Proterozoy və Rifey-
alt Paleozoy) ibarətdir. Bünövrə kompleksinin alt struktur mərtəbəsi Xinqan-Burein
massivində nisbətən geniş yaılmış və yaxşı öyrənilmişdir. Dəniz mənşəli çöküntulər-
dən ibarət slan üst struktur mərtəbənin (Rifey-alt Paleozoy) çıxışları antiklinoriumlar-
da və massivlərdə öyrənilmişdir.
Geosinklinal struktur formasiya kompleksi (GSFK). Mərkəzi Qazaxıstanın
və Cənubi Tyan-Şanın Hersinidlərində Kembri-Ordovik yaşlı Kaledon və Silur-alt
Karbon yaşlı Hersin baş GSFK ayrılır. Mərkəzi Qazaxstanın Kaledonidlərindən fərqli
olaraq, Hersinidlərdə Kembrinin çox böyük qalınlığına təsaduf olunur. İrtış-Zaysan
evgeosinklinal zonasında onun qalınlığı 12 km-ə, Cənubi Tyan-Şanın miogeosinkli-
nal zonasında isə 3 km- ə çatır. Çinkiz-Tarbaqatay meqaantiklinoriumunda qalınlığı 7
km-dən çox olan Ordovik spilit diabaz, filiş, andezit bazalt formasiyasından; Silur də-
niz mənşəli terrigen-karbonat qatından, əsas və orta tərkibli tuflardan, lavadan; De-
von qalınlırı 6 km-ə çatan kontinental vulkanitlərdən (andezit-bazaltdan liparita ki-
mi); alt Karbon isə terrigen və karbonat qatından təşkil olunmuşdur.
Şunqar-Balxaş zonasında evgeosinklinal şəraitdə tonlanmış və qalınlığı 2 km- ə
çatan Ordovik, turş vukanitlər, tufagenkonqlomeratlar, metamorfikləşmiş yaşıl qum-
daşlarından; qalınlığı 3-5 km-ə çatan Silur, qraptolitli şistlərdən, argillitdən, iridənəli
qumdaşı və konqlomeratlardan; qalınlığı 7,5 km-ə çatan Devon qrauvakka formasiya-
sından, terrigen və tufogen qatdan, alt Karbon isə qalınlığı 1 km-dən çox olan tuf və
kömürlü formasiyadan təşkil olunmuşdur. İrtış-Zaysan evgeosinklinal zonasında və
Cənubi Tyan-Şanda həmin kəsiliş qalınlırı 4,0-5,0 km-ə çatan, terrigen-karbonat sü-
xurlarından və silisli şistlardən, əsas tərkibli effuziv laylarından; qalınlığı 7 km-ə ça-
tan alt Karbon isə spilit-keratofir formasiyasından təşkil olunmuşdur.
Karbon dövrünün əvvəllərində Mərkəzi Qazaxıstanın şərq hissəsində və Cənubi
Tyan-Şanda olan geosinklinal sistem özünün inkişafının son marhəlasinə keçir. Erkən
Karbon epoxasında ərazinin böyük hissəsində geosinklinal şərait kontinental şəraitlə
əvəz olunur və vulkanik subsekvent örtük kompleksi əmələ gəlir.
Ural qırışıqlıq sistemində Hersin geosinklinal struktur formasiya kompleksi
Kembri-alt və orta Karbon yaşlı süxurlardan təşkil olunmuşdur. Baykal qırışıqlığının
son fazası ilə əlaqədar olaraq Uralda Kembri çöküntüləri məhdud yayılmışdır. Onun
qalınlığı enən bloklarda 2-6 km-ə çatır. Ordovik-Karbon çöküntüləri Kembriyə nisbə-
tən geniş yayılmışdır. Uralın qərb yamacında (miogeosinklinal zonada) onun qalınlığı
10-12 km-ə çatır. Uralın şərq yamacında (evgeosinklinal zonada) GSFK ümumi qa-
lınlırı 15 km-dən artıqdır.
Filizli Altay, Salair və Tom-Kolıvan Hersin qırışıqlıq əyalətlərində GSFK
Kembri-alt Karbon yaşlı süxurlardan təşkil olunmuşdur. Burada Kembri sisteminin
alt və orta şöbələri qalınlığı 7 km-ə çatan spilit-keratofir, üst şöbəsi isə filiş formasi-
yasından ibarətdir. Ordovik dövründən etibarən Filizli Altay, Tom-Kolıvan və Salair
sistemlərinin geoloji inkişafında olan fərqlə əlaqədar olaraq onlara ayrılıqda baxılır.

289
Filizli Altayda, Tom-Kolıvanda Ordovikin alt şöbəsi filiş formasiyasından iba-
rətdir. Ordovikin orta və gec epoxalarında isə kontinental şərait olmuşdur və bu şərait
Silur dövründə və erkən Devon epoxasında da saxlanılmışdır.
Orta Devonda uzun muddətli, qalxmadan sonra parçalanmış Kaledon bünövrəsi
üzərində vulkanogen-çökmə formasiyası əmələ gəlmişdir. Devonun orta şöbəsi
qalınlığı 4 km-ə çatan terrigen süxurlardan, turş və əsas lavadan, tuflardan; üst şöbəsi
isə qalınlığı 3 km-ə çatan turş effuzivlərdən və terrigen süxurlardan ibarətdir.
Salair qırışıqlıq əyalətində Ordovik dövründə dəniz rejimi üstünlük təşkil etmiş-
dir. Ordovik qumlu-şistli-suxurlardan, tuf qatlarından, kvarslı kerotofirlərdən, açıq-
boz əhəngdaşlarından ibarətdir. Silur dövrundə Salairdə enmə davam etmiş və dəniz
mənşəli çöküntülər toplanmışdır. Umumi qalınlığı 2850 m olan Silurun alt şöbəsi ter-
rigen qatdan və əhəngdaşından, üst şöbəsi isə konqlomerat və qumdaşı ilə örtülən
əhəngdaşından ibarətdir. Devon sisteminin alt şöbəsi qalınlığı 350 m-ə çatan massiv
əhəngdaşından (üst hissəsi yuyulmuşdur), orta şöbəsi qalınlığı 3 km-ə çatan alevrolit-
dən, argillitdən, titanlı-maqnetitli qumdaşından, əhəngdaşından, tuf, tufluqumdaşı qa-
tından, effuziv süxurlarından (gec Devonun əvvəllərində baş verən qalxma ilə əlaqə-
dar olaraq üst Devon çöküntüləri iştirak etmir) ibarətdir. Erkən Karbon epoxasında
enmə davam etmişdir və karbonatlı-terrigen suxurlar toplanmışdır. Filizli Altay və
Tom-Kolıvanda erkən Karbon epoxasının sonunda geosinklinal qapanır və orogen in-
kişaf mərhələsi başlayır.
Monqol-Oxot Hersin-erkən Mezozoy qırışıqlıq əyalətində GSFK Silur-alt Kar-
bon yaşlı süxurlardan təşkil olunmuşdur və qalınlığı 5-8 km arasında dəyişir.
Orogen struktur formasiya kompleksi (OSFK). Filizli-Altay, Salair və Tom-
Kolıvan Hersin qırışıqlıq sistemlərində OSFK orta Karbon-Perm yaşlı süxurlar komp-
leksini əhatə edir. OSFK Filizli Altayda qalınlığı 7-8 km-ə çatan dəniz mənşəli qırıntı
və vulkanik-çökmə Tom-Kolıvanda qalınlığı 4,0-4,5 km-ə çatan kömürlü qatdan, qra-
nitoid intruziyalarından; Salirdə (Anu və Çu sinklinorumunda) isə əlvan rəngli qum-
daşı, turş tərkibli effuziv və kömürlü qatdan ibarətdir.
Mərkəzi Qazaxıstanın və Cənubi Tyan-Şanın Hersinidlərində OSFK üst Karbon-
Perm yaşlı olub, Cunqar-Balxaşda orta və üst Karbon qalınlığı 10 km-ə çatan vulka-
nogen porfir formasiyasından (Liparit-Datsit tərkibli tuflar, tufagen qumdaşı və konq-
lomeratlar, turş vulkanitlər və s.), Çingiz-Tarbaqatayda terrigen-karbonat süxurların-
dan, effuzivlərdən və qismən filişdən, qırmızı rənkli kobud qırıntı süxurlarından; İr-
tış-Zaysan zonasında isə qalınlığı 11 km-ə çatan terrigen, tuf və turş effuziv qatlı kö-
mürlü çöküntülərdən ibarətdir.
Ural Hersin qırışıqlıq sistemində OSFK üst Karbon, alt və orta Trias (orta və üst
Triasa «Uralidlər» deyilir) yaşıl süxurlardan təşkil olunmuşdur və daxili zonada dağ-
arası çökəkliklərdə, qrabenlərdə toplanmış üst Karbon yaşlı konqlomeratdan, qrave-
litdən, qumdaşından, mergeldən, əhənkdaşından, alevrolitdən; Perm yaşlı qırmızı
rəngli argillit və mergeldən, qranitoidlərdən ibarətdir. Uralın xarici zonası (qərb his-
səsi) yalnız Perm dövründən qalxmaya məruz qalmışdır. Terrigen-qırıntı mənşəli çö-
küntülər Uralda kontinental fasiyada əmələ gəlmişdir. Şelyabinski qrabenində isə
çökmə-vulkanogen qatdan ibarətdir.
Monqol-Oxot Hersin-erkən Mezozoy qırışıqlıq əyalətində OSFK orta Karbon,
erkən Trias yaşlıdır. Hersin qırışıqlırı ilə əlaqədar olaraq Karbon sisteminin orta və
290
üst şöbələri kəsilişdə iştirak etmədiyindən, Perm sisteminin çöküntüləri alt Karbon
şöbəsi üzərində qeyri-uyğun yatır və böyük ərazidə kontinental mənşəli çöküntülər-
dən ibarətdir. Selenqa və Orxon çayları arasında Baş Monqol-Oxot yarığı zonasında
yaranan çökəklik ümumi qalınlığı 10 km-dən çox olan yerüstü vulkanitlərlə dolmuş-
dur. Üst Perm-alt Trias epoxasında Orxon-Selenq qurşağında qranit intruziyaları təza-
hur etməyə başlayır.
Platforma örtüyü struktur-formasiya kompleksi (PÖSFK). PSSFK Filizli-
Altay, Salair, Tom-Kolıvan Hersin qırışıqlıq əyalətində Mezozoy və Kaynozoy yaşlı
olub, terrigen və kömürlü qatdan, bazalt sillərindən, kontinental mənşəli çöküntülər-
dən və çaybasar terrasları örtmüş gilcədən ibarətdir. Mərkəzi Qazaxıstanın və Cənubi
Tyan-Şanın Hersinidlərində PSSFK Trias-Miosen yaşlıdır, dağarası çökəklikləri dol-
durmuş kontinental, dəniz və laqun çöküntülərdən ibarətdir.
Ural-Hersin qırışıqlıq əyalətində PÖSFK gec Trias-Dördüncü dövr yaşlıdır. Bu-
rada üst Trias və Yura kontinental (dəmirli gillər, qonur kömür, qızıllı konqlomerat
və s.), Təbaşir, Paleogen və Neogen sistemləri dəniz və kontinental mənşəli, Dördün-
cü dövr isə buzlaq və allüvial çöküntülərdən ibarətdir.
Monqol-Oxot, Hersin-erkən Mezozoy qırışıqlıq əyalətində GSFK ilə PSFK ara-
sında üst Trias-alt Təbaşir yaşlı tektonik təkanların regenerasiya kompleksi yerləşir.
Burada üst Trias-orta Yura qalınlığı 5,5 km-ə çatan eynitərkibli qumlu-şistli qatdan;
üst Yura bazalt konqlomeratından, kobuddənəli qumdaşı və alevrolitlərdən və eləcə
də qalınlığı 4,0 km-ə çatan maqmatik törəmələrdən (bazalt, andezit, liparit, onların
tufları), alt Təbaşir vulkaongen-çökmə süxurlardan ibarətdir. PÖSFK üst Təbaşir-
Miosen yaşlı olub, müxtəlif tərkibli vulkanogen, kontinental suxurlardan ibarətdir.
Müasir fəallaşma struktur-formasiya kompleksi (MFSFK). Bu kompleks
Mərkəzi Qazaxıstanın və Cənubi Tyan-Şanın Hersinidlərində Pliosen-Dördüncü dövr
yaşlı olub, yalnız kontinental, qum, qumdaşı və gil, eləcə də allüvial və eol çöküntü-
lərindən ibarətdir.
MAQMATİZM
Ural-Monqol qırışıqlıq qurşaqının Hersinidlərində (Filizli-Altay, Salair, Tom-
Kolıvan, Mərkəzi Qazaxıstanın şərq hissəsi, Cənubi Tyan-Şan Hersin qırışıqlıq əya-
lətləri) geoloji inkişaf tarixində Kembriyəqədər (qabbroidlər, qranitlər, diorit, plagio-
qranit-porfir); alt Paleozoy (qranit, qranodiorit, diorit, porfir, aplit, peqmatit, qabbro-
diabaz, dunit, qabbro-norit, diorit-porfirit, sienit-porfirit, piroksenlər, spilit-diabaz
seryası, tuf və tuffitlər); orta Paleozoy (qranit-porfir, sienit-porfir, diorit-porfir, qab-
bro-diabaz, sienit-diorit, diorit, qranodiorit-porfir, spilitlər, plakioklazar); üst Paleo-
zoy (qabbro-norit, qranodiorit, kvarslı diorit, diorit plagioklazlı qranitlər, sienit-porfir,
diabazlar, porfirlər, liparitlər); Mezozoy və Kaynozoy (bazalt, diabazlar, tufogen sü-
xurlar) maqmatik tsiklləri ayrılır.
TEKTONİKA
Ural-Monqol qurşağının qırışıqlıq bünövrəsinin yer səthinə çıxdığı əyalətlərdə
tektonik rayonlaşdırma heç bir mübahisə doğurmur. Yalnız Ural-Oxot qırışıqlıq sist-
emi ərazisində bir qrup tədqiqatçılar Mezozoy qırışıqlığının yayıldığını göstərirlər.
Bununla yanaşı olaraq, bünövrənin dərində yatdığı sahələrdə bünövrənin yaşı və tek-
tonik təbiəti haqqında fikir birliyi yoxdur. Bir qrup tədqiqatçılar bu vilayətlərdə kiçik
291
aralıq massivlərin və Paleozoy qırışıqlıq zonalarını, digərləri isə ancaq Kembriyəqə-
dər massivlərin ayrılmasını məqsədə uyğun hesab edirlər.
ALTAY-SAYAN QIRIŞIQLIQ ƏYALƏTI
Altay-Sayan qırışıqlıq slkəsinin qərb hissəsində yerləşən Hersinidlər, qabarığı
şimal-qərbə tərəf çevrilmiş qövsvarı qırışıqlar olub, bir-birindən Qərbi Sibir plitəsinin
örtüyü ilə ayrılan Filizli Altay və Tom-Kolıvan antiklinoriumlarından ibarətdir.
Şərqi Altay və İrtış dərinlik yapıqları arasında yerləşən Filizli Altay əsasən De-
von və alt Karbon çöküntülərindən təşkil olunmuşdur. Burada geosinklinal rejim Vize
əsrində Zaal fazası ilə başa çatmış və orogen mərhələsi, qırışıqlıq strukturların inten-
siv qranitləşməsi başlamışdır. Filizli Altayın daxilində şimal-qərb istiqamətində uza-
nan bir sıra struktur vahidlər (Aley, Beluxan, Sinyuşan antiklinoriumları, Bıstruş, Be-
loub sinklinoriumları) ayrılır. Müasir struktur planda Altayın iri tektonik blokları pil-
ləvarı yerləşmişdir ki, bunların da arasında Dağlıq Altayın qalxan və müvafiq olaraq
enən Filizli Altay və Kalbin bloklarını göstərmək olar.
Salair antiklinoriumu murəkkəb daxili quruluşa malik olub, planda qabarıqı şi-
mal-şərqə tərəf olan qövsü xatırladır, onun daxilində bir sıra iri antiklinal və sinkli-
nallar ayrılır ki, onlar da öz növbəsində ikinci və nisbətən kiçik qırışıqlarla mürək-
kəbləşmişdir. Salairdə üst Devon epoxasında geosinklinal rejim başa çatmışdır.
Tom-Kolıvan antiklinoriumunun struktur planında kömürlu formasiya ilə dol-
muş Novosibir sinklinoriumu Qorlov çökəklyi və Buqotsk-Mirtofanov antiklinoriumu
ayrılır. Salair, Tom-Kolıvan zonasının Hersinidləri və Kuznets-Alatausunun, Daqlıq
Şoriyanın Salairidləri arsında dərinlik yapığı boyunca Kuznets çökəkliyi əmələ gəl-
mişdir. Kuznets çökəklyinin qərb hissəsində Silur alt Karbon yaşlı Karbonatlı və üst
Devon yaşlı vulkanogen; şərq hissəsində isə orta Paleozoy yaşlı qırmızı rəngli Terri-
gen qat və effuzivlər toplanmışdır. Çökəklikdə mərtəbə olduqca böyük qalınlığa ma-
lik Karbon-Yuranın kömürlü formasiyasından ibarətdir.
ŞƏRQI-MƏRKƏZI QAZAXISTAN VƏ CƏNUBI TYAN-ŞANIN
Şərqdən-qərbə doğru Kaledon massivini əhatə edən Mərkəzi Qazaxıstanın və
Cənubi Tyan-Şanın Hersinidləri mürəkkəb quruluşa malik olmaları ilə səciyələnir.
Mərkəzi Qazaxıstanın Hersinidləri böyük struktur zonalardan (Cunqar-Balxaş
miogeosinklinal, İrtış-Zaysan evgeosinklinal və Çingiz-Tapbaratay metaantiklinoriu-
mu) ibarətdir. Cunqar-Balxaş miogeosinklinal zonasında gec Vize əsrində Saur qırı-
şıqlıq fazasının təzahürü nəticəsində geosinklinal inkişaf başa çatmış və ərazidə Pa-
leozoy erasının sonuna kimi subsekvent maqmatizm təzahür etmişdir. Cunqar-Balxaş
miogeosinklinalı olduqca kəskin dislokasiyaya məruz qalmışdır, bir sıra antiklinori-
um (Tekturmas, Cunqar), sinklinoriumlardan (Şimal Balxaş) və Tokraus Epihersin
çökəkliyindən ibarətdir. Erkən Hersin yaşlı Çingiz-Tarbaqatay meqaantiklinoriumu
şimal-qərb istiqamətdə keçən dərinlik yapıqları ilə mürəkkəbləşmiş böyük antiklino-
rium və sinklinoriumlardan ibarətdir. İrtış-Zaysan evgeosinklinal zonası müasir struk-
tur planda böyük meqasinklinoriumdur. Bu Ural-Monqol qurşağının Hersinidləri ara-
sında ən fəal və uzun müddət inkişaf edən tektonik zonadır. Onun geosinklinal inki-
şafı üst Vize əsrinin sonuna kimi saxlanılmışdır. Cənubi Tyan-Şanda Kaledon və
Hersin tsikllərinin geosinklinal formasyası vahid, fasiləsiz sıra əmələ gətirir. Geo-
sinklinal rejim orta Karbonun əvvəllərində başa çatmış və orta Karbondan Permə ki-

292
mi bu əyalət oroken inkişaf mərhələsi keçirmişdir. Şimalda " Nikolayev xətti " ilə, cə-
nubda isə Baş Hissar dərinlik yarığı ilə məhdudlanan Cənubi Tyan-Şanın Hersinidlə-
ri, Alay, Turküstan, Zərəfşan, Kokşal antiklinoriumları bir qayda olaraq yelpikvari
quruluşa malikdir. Onlar planda cənuba tərəf zəif qabarığı olan nəhənk qövs əmələ
gətirmişdir. Antiklinoriumlar bir-birindən sinklinoriumlar ilə ayrılır.
Ural qırışıqlıq əyaləti. Ural tektonik cəhətdən meridional istiqamətdə uzanan
antiklinoriumların və sinklinoriumların növbələşməsindən ibarətdir. Hazırda Uralda
ayrılan tektonik zonaların qısa xarakteristikası aşaqıda verilir (qərbdən-şərqə doqru).
Birinci tektonik zonada Karbon, Perm və alt Trias çöküntüləri ilə doldurulmuş,
platforma özülü (bünövrəsi) üzərində yerləşən Uralqabağı kənar və qırışıqlıq bünöv-
rəsi üzərində yerləşən periklinal çökəkliklər sistemi yerləşir. Uralqabaqı kənar çökək-
lik asimmetrik quruluşa malik olub, qərb hissədə tipik platforma, şərq hissədə isə qı-
rışıqlıq dislokasyası ilə murəkkəbləşmişdir.
Ikinci tektonik zonanın geoloji quruluşunda Pifey və Kembri çöküntüləri iştirak
edir. Uralın bütün uzunluğu boyu yerləşən və dərinlik yarıqları ilə məhdudlaşmış cə-
nubdan-şimala doğru gedən tektonik zona paz xarakterli Uraltau antiklinoriumundan
ibarətdir. Uralqabağı kənar çökəkliklə Uraltau antiklinoriumu arasında Başkir antikli-
noriumu və Zilair Lenvin sinklinoriumu yerləşir. Uraltau antiklinoriumunun şərqin-
dən miogeosinklinal və evgeosinklinal zonaları bir-birindən ayıran Baş Ural dərinlik
yarığı keçir.
Üçüncü tektonik zona Silur, Devon və Karbon yaşlı əsas, orta, turş tərkibli vul-
kanogen süxurlarla dolmuş və ətraflardan ofiolit qurşaqlarla hududlanan Zelenoka-
men sinklinoriumlar (Tagil, Maqnitoqorsk) zonasından ibarətdir.
Dördüncü tektonik zona Rifey və alt Paleozoy yaşlı şistli və vulkanogen törəmə-
lərindən ibarət olan, Hersin və daha qədim yaşlı qranitoid massivlərinin yayıldığı
Ural-Tobol antiklinoriumu daxildir.
Beşinci tektonik zona kəskin parçalanmış və müxtəlif maqmatik suxurlarla yarı-
lan Paleozoy çöküntüləri ilə dolmuş Ayat sinklinoriumundan ibarətdir. Bu zonada in-
kişaf etmiş ensiz, dar və qraben-sinklinallar kömürlü çöküntülərlə dolmuşdur.
Monqol-Oxot qırışıqlıq əyaləti. Bu qırışıqlıq əyalətə Dağlıq Zabaykalye, Üst
Amuryanı və Qərbi Oxotyanı, Amur-Zey düzənliyi və Bureyn silsiləsinin yamacları,
eləcə də Monqolustanın və Şimali-Şərqi Çinin qonşu rayonları daxildir (şəkil 6.1.2.).
Monqol-Oxot əyaləti şimal-şərq istiqamətdə uzanan Monqol-Zabaykalye və Amur-
Oxot qırışıqlıq sisteminə, eləcə də Rifeyəqədər yaşlı bünövrəyə və zəif metamorfizmə
məruz qalmış örtüyə malik massivlərə ayrılır. Bunlardan nisbətən böyük olan Xin-
qan-Burein massivi əyalətin şərq hissəsində yerləşir və bilavasitə Sakit okean qurşa-
ğının strukturları ilə sərhədlənir. Xinqan-Burein massivindən şimal-qərbdə onunla
oxşar quruluşa malik olan, nisbətən kiçik ölçülü Mamın və Qonjin massivləri yerləşir.
Monqol-Zabaykalye seqmentinin şimal-şərq qurtaracağı qalınlığı 4-7 km-ə çatan ter-
rigen filişlə dolmuş Üst Amur antiklinoriumu hesab olunur. Bu əyalətin başlıca struk-
turlarından biri də Caqdin-Tukurinqr zonası hesab olunur. Amur-Oxot seqmentinin
cənub qurtaracağı Xinqan-Burein massivinin Amurun mənsəbinə kimi uzanan, gö-
mülmüş qalxımı (Taxtin massivi) təşkil edir. Taxtin massivi Amur-Oxot sistemini
Sixote-Alindən ayırır.

293
Şəkil 6.1.1. Uralın əsas struktur elementlərinin yerləşmə sxemi
(RF-nin 1: 5000000 miqyaslı tektonik xəritəsinə görə).
294
Monqol-Oxot əyalətinin quruluşunda Kmbriyəqədər, Paleozoy, Mezozoy və
Kaynozoy yaşlı süxurlardan təşkil olunmuş bir neçə struktur formasiyalar ayrılır. Bu
qırışıqlıq sistemin daxilində sinklinoriumlar və antiklinoriumlar ayrılır. Sinklinorium-
larda Silur, Devon və alt Karbon çöküntüləri geniş yayılmışdır. Antiklinoriumlarda
orta Paleozoyla yanaşı olaraq alt Paleozoy, üst Proterozoy və bəzi sahaələrdə hətta alt
Proterozoy və Arxeyin də şıxüçları qeyd olunur.
Monqol-Zabaykalye sisteminində də bir sıra sinklinoriumlar və antiklinoriumlar
ayrılır. Şərqi Zabaykalye hazırda mütəhərrik zona olub, şimal-qərbdə qədim Baykal
qırışıqlıq əyaləti ilə, cənub-şərqdə isə Mancuriya Hersinidləri arasında yerləşmişdir.
Amur-Oxot sisteminin quruluşunda isə Üst Amur və Ud-Şantar sinklinoriumları və
Şevli-Ayan antiklinoriumu ayrılır. Üst Amur və Ud-Şantar sinklinoriumları arasında
Caqdin-Tukurinqr qalxım zonası (antiklinoriumu) yerləşir (şəkil 6.1.2.).

Şəkil 6.1.2. Monqol-Oxot qırışıqlıq əyalətinin əsas strukturlarının


yerləşmə sxemi (M.N.Smirnovaya görə).
I- Baykal massivləri: 1- Arqun, 2- Burein; II- Paleozoy qırıqışıqlığının qalxımları:
3- Aqin qalxımı, 4- Borşovoş 5- Caqdin-Tukurinqr antiklinoriumu, 6- Şantar antik-
linoriumu, 7- Byukon antiklinoriumu, 8- Xinqan-Burein antiklinoriumu; III- Mezo-
zoy çökəklikləri: 9- Şərqi Zabaykalye, 10- Torom, 11- Amur-Zey, 13- Burein; IV-
Neogen-Dördüncü dövr fəallaşmasının törəmə çökəklikləri: 14-Üst Zey, 15-Zey-Bu-
rein; V- Baş dəninlik qırılması: 16- Monqol-Oxot.

295
Monqol-Oxot əyalətinin massivlərinin və Hersin qırışıqlıq sisteminin üzərində
çoxlu sayda Mezozoy çökəklikləri formalaşmışdır. Bunlardan ən bsyüyü eyni adlı Pa-
leozoy sinklinoriumu üzərində yerləşən Şərqi Zabaykalye, Mamın və Qonjin qalxım-
ları üzərində formalaşan Amur-Zey, Xinqan-Burein massivi üzərində formalaşan Bu-
rein, Şevli-Ayan antiklinoriumu üzərində formalaşan Ud və Üst Amurun yanında
yerləşən Oldoy çökəkliyi hesab olunur.
Monqol-Oxot qırışıqlıq əyaləti üçün böyük məsafələrə uzanan dərin tektonik ya-
rıqların mövcudluğu səciyyəvidir. Onlardan ən bsyüyü onu şimalda Sibir platforması-
nın qonşu rayonlarından ayıran Baş Monqol-Oxot dərinlik yarığıdır.
GEOLOYİ İNKİŞAF TARİXİ
Ural-Monqol qırışıqlıq qurşaqı Sibir, Şərqi Avropa və Çin-Koreya platformaları-
nın birləşdirən erkən Kembriyəqədər yaşlı qitə qabırı üzərində yaranmışdır. Qurşağın
yerində ilk riftəmələgəlmə prosesləri Rifey dövründə başlanmışdır və bu proseslər ilk
növbədə Sibir kratonunun şərq və cənub hissələrində muşahidə olunaraq oradan qərb
və cənub istiqamətlərdə yayılmışlar. Analoji inkişaf sonrakı geosinklinal proseslər
üçün də səşiyəvidir. Məlum olduqu kimi bilavasitə Sibir kratonunun kənar hissələ-
rində ofiolitlər yayılmışdır (Taymır, Yenisey, Şərqi Sayan) və artıq orta-üst Rifeydə
kənar dənizlərə və adalar qovsünə malik aktiv qitə kənarı bu rayonlardan keçmişdir.
Bu rayonlarda yayılmış əhəngli-qələvi vulkanitlər və üst Kembriyəqədər yaşlı qrani-
toidlər bunu subut edir. Bilavasitə bu rayonlarda Baykal geosinklinal inkişaf mərhə-
ləsi dəqiq bərpa olunur. Bu mərhələnin sonunda msvşud qitə qabığının akkresiyası və
rekenerasiyası prosesləri və həmçinin Vend yaşlı molass çökəkliyinin yaranması baş
vermişdir. Qurşaqın digər kənarında- Uralda da qitə qabıqının destruksiyası Rifeydə
başlanır, lakin burada okean qabıqının yaranması yalnız Paleozoyun əvvəlində baş
verir. Belə ki, burada Rifey yaşlı ofiolitlərə hələ təsaduf olunmayıb. Son zamanlarda
Orta Tyan-Şanda yayılmış ofiolitlərin erkən Rifey deyil, Paleozoy yaşlı olduğu artıq
subut olunmuşdur. Ural-Monqol qurşağı ərazisinin çox hissəsində baş okean əmələ-
gəlmə mərhələsi Vend-erkən Kembridə baş vermişdir. Mərkəzi Qazaxıstanda, Altay-
Sayanın mərkəz hissəsində, Şimal Monqolustanda, Priamuryedə və Zabaykalyedə
rast gəlinir. Yaranmaqda olan okeanın eni Kembrinin ortalarında 2 km-dən çox ol-
muşdur (Yapentus okeanından da kiçik olmuşdur).
Orta Rifey-erkən Kembri destruktiv proseslərinin məhsulu yalnız okean qabıqli
hövzələr deyil, həmçinin ətraf qitələrin qırıntıları olan mikroqitələr olmuşdur. Bunlar-
dan ən nəhəngləri- Qazaxstan-Şimali-Tyan-Şan, Şunqar-Balxaş, Monqol-Tuva və
həmçinin Qərbi-Sibir plitəsinin və Mərkəzi Monqolustanın bünövrəsini təşkil edən
massivlər, Kerulen-Arqun, Bureyin və Xankay olmuşlar.
Kaledon inkişaf mərhələsində geosinklinal rejim keçmiş mərhələnin geosinkli-
nal zonalarında saxlanılır. Kembrinin ortalarında Sibir qitəsinin Baykal yaşlı ətrafları
qitə qabığının Salair akkresiyası və regenerasiyası nətişəsində daha da genişlənmiş-
dir. Ordovikin sonuna yaxın bu proseslər Mərkəzi Qazaxıstanın (Qərbi Sibir plitəsi-
nin butün cənub hissəsi daxil olmaqla) çox hissəsini, Şimal Tyan-Şanı, Qazaxstan-Şi-
mali-Tyan-Şan mikroqitəsinin ətraflarrını, Kaledon qırışıqlığının sonunda isə- Altay-
Sayanın mərkəzi hissələrini (Qərbi Sayan, Daqlıq Altay), Mərkəzi Monqolustanı və
Orta Tyan-Şanı əhatə etmişdir.

296
Bununla yanaşı Ural və Cənubi Tyan-Şan yalnız Ordovik-Silurda kənar dənizlə-
rin yaranması ilə iltensiv geosinklinal inkişaf mərhələsinə məruz qalmışlar. Analoji
hövzələr Çinkiz-Tarbaqatay adalar qövsünün arxasında yerləşən və vulkan-plutonik
qurşaq ilə hududlanan Şunqar-Balxaş və Mərkəzi Monqolustan hüdudlarında Devon
dövründə yaranmışdır. Bu zaman qurşaqın ox zonasında- Ob-Zaysan, Cənubi Monqo-
lustan, Şərqi Zabaykalye və Amur-Oxot seqmentlərində hələ də xususi okean şəraiti
movcud olmuhdur.
Devondaxili- Telbes epoxası sıxılma tangensial qüvvələri Mərkəzi Qazaxstanın
və Altay-Sayan ərazisində qitə tipli qabığın sahəsinin artması ilə nəticələnmişdir.
Qurşaqın hududlarında geosinklinal proseslərin tamamlanmasında həlledişi rol orta
Vendə başlamış, Karbon və Permdə bir neçə faza ilə ifadə olunmuş, Hepsin diastrofi-
zminə malikdir.
Uralın Şərq yamacından başlayaraq Fərqanədən keçərək Monqolustanın və Za-
baykalyenin ərazisinə qədər uzanan üst Paleozoy kənar vulkanik-plutonik qurşaq
Hersin qırışıqlığının nətişəsində yaranmışdır.
Hersin yaşlı deformasiyalar, metamorfizm və qranitləşmə prosesləri Ural-Mon-
qol qurşaqının ərazisinin əksər sahəsində qitə qabıqının bərpasını başa çatdırır.

ALTAY-SAYAN QIRIŞIQLIQ ƏYALƏTI


Altay-Sayan qırışıqlıq slkəsində Kaledon tektonik mərhələsi geosinklinalın tam
olmaması ilə səciyyələnir. Hersin tektonik mərhələsinin əvvəllərində, gec Devon epo-
xasında Salairdə, erkən Karbonun sonunda isə Dağlıq Altayda və Tom-Kolıvan zo-
nalarında geosinklinal qapanır və onlar Kaledonidlərə birləşirlər.
Kaledon qırışıqlığı intensiv qranit maqmatizmi ilə müşayiət olunmuşdur. Ka-
ledonid və Hersinidlərin sərhəddində böyük qalınlığa malik kömürlü formasiya ilə
dolmuş Kuznets çökəkliyi yaranır. Altay-Sayan qırışıqlıq slkəsində Mezozoy inkişaf
mərhələsində poatforma rejimi olmuşdur və yalnız qayma hərəkətləri baş vermişdir.
Kaynozoyda intensiv qayma hərəkətləri davam etmişdir və nəticədə hazırda müşahidə
olunan mürəkkəb müasir relyef yaranmışdır.

MƏRKƏZI QAZAXSTANIN VƏ TYAN-ŞAN QIRIŞIQLIQ ƏYALƏTI


Paleozoyda Mərkəzi Qazaxstanın və Tyan-Şanın Kaledonidlərinin və Hersinid-
lərinin inkişaf tarixi kəskin fərqlənmişdir. Şimali Tyan-Şanda və Mərkəzi Qazaxsta-
nın qərb hissəsində Silur dövrünün əvvəllərinə kimi Kaledon qırışıqlığı ilə əlaqədar
konsolidasiya olunmuş Kaledon massivi əmələ gəlir. Bu zaman Mərkəzi Qazaxstanın
şərq hissəsi və Cənubi Tyan-Şan geosinklinal kimi inkişaf etmişdir. Hersin tektonik
mərhələsi bu ərazilərdə Paleozoyun sonunda molass kompleksinin əmələ gəlməsi ilə
başa çatmışdır, Kaledon və Hersin zonaları Epipaleozoy platformasına çevrilmişdir.
Mərkəzi Qazaxıstan və Tyan-Şan platforma inkişaf mərhələsində oxşar geoloji
inkişaf tarixinə malik olmuşdur. Paleogen dövrünün sonuna kimi dəniz dövrü olaraq
dağarası və dağətəyi çökəkliklərə irəliləmişdir.
Paleogen dövrünün sonundan etibarən isə dəniz dağarası çökəklikləri birdəfəlik
tərk etmişdir. Pliosen-Dördüncü dövrdə Tyan-Şan intensiv tektonik fəallaşmaya
məruz qalmışdır.

297
URAL QIRIŞIQLIQ ƏYALƏTI
Paleozoy erasında müasir Uralın və Qərbi-Sibirin ərazisində parçalanmış Epi-
karel bünövrəsinin üzərində erkən Paleozoyda Ural okeanı mövcud olmuşdur.
Avroamerika və Sibir platformalarının yaxınlaşması ilə əlaqədar olaraq Devonda
okean bağlanmağa başlayır. Karbonda okean qapanır və beləliklə də Ural dağlıq-
qırışıqlıq sistemi yaranır. Mezozoy erasından başlayaraq, Ural qrabenlərin əmələ
gəlməsi ilə müşayiət olunan qırılmalar üzrə şaquli hərəkətlərə məruz qalır.
Ural qırışıqlıq sistemi Paleogendə müəyyən qədər enməyə məruz qalır və dəniz
onun şərq ətrafına doğı irəliləyir. Neogendə Alp qırışıqlığının orogen mərhələsi ilə
əlaqədar olaraq, Ural silsiləsi və Rus plitəsinin ona qonşu olan sahələri ilə birlikdə
intensiv qalxmaya məruz qalmışdır.

MONQOL-OXOT QIRIŞIQLIQ ƏYALƏTI


Cənub-şərqi Monqolustan və Amur-Oxot seqmentində intensiv geosinklinal pro-
seslər Triasın sonu-Yuranın əvvəlinə kimi (bəzən isə ortasına qədər) davam etmişdir.
Orta Yuradan etibarən qurşaqın bütün ərazisində platforma rejimi bərpa olmuş-
dur. Pliosenin əvvəlində bütün qurşaqda deytereorogenez prosesləri başlayır və mua-
sir qırışıqlıq sistemlərin çoxu eriplatforma orogen strukturlarına çevrilirlər.
Müasir inkişaf mərhələsində qurşağın şimal-qərb (Ob körfəzi) və şərq (Baykal
gölü) meqasistemlərində destruksiya prosesləri gedir.

FAYDALI QAZINTILAR

Ural-Monqol qurşaqının Hersinidləri zəngin faydalı qazıntı yataqlarına malikdir.


Burada neft, qaz, daş kömür, dəmir, molibden, qızıl, kükürd, almas və digər faydalı
qazıntı yataqları istismar olunur.
Sənaye əhəmiyyətli daş kömür yataqları Minusin (Karbon-alt Perm), Tuva (Kar-
bon-Yura), Karaqanda (Karbon-Yura), Kizelov, Cənubi Ural, Şelyabinsk, Şulım-Ye-
nisey, Kraönoyarsk, Kuşmurun, Kızıltan, Varkuta (Trias-Yura), Burenin (Təbaşir-Pa-
leogen), Şərqi Fərqanə, Anqren (Yura) çökəkliklərində aşkar olunmuşdur və istismar
olunurlar.
Dəmir filizi yataqları muxtəlif kenezisli süxurlarla əlaqədardır. Sənaye əhəmiy-
ətli dəmir filizi yataqları Daqlıq Şoriyada, Ulutauda, Uralda (100-dən çox yataq),
Qərbi Sibirdə (Kyctanay, Ayat, Lisakov və b.) qeyd olunurlar.
Marqans filizi yataqları Kuznetsk Alatausu (Kembri), Şezkazqan (Ordovik), Şər-
qi Ural (Karbon); mis dataqları Kuznetsk Alatausu, Qərbi Sayanlar, Ulutau, Orta və
Cənubi Ural, Şərqi Qazaxıstan, Tyan-Şan və digər sahələrdə; şivə yataqları Tuva,
Dağlıq Altay, Ural, Şərqi Qazaxıstan, Altay, Monqol-Oxot, Tyan-Şanda; kobalt ya-
taqları Qərbi Sayan, Uralda; polimetal yataqları Mərkəzi Qazaxstan, Altay-Sayan,
Ural, Şərqi Qazaxıstan, Tyan-Şan; qızıl çataqları Salair, Sayan, Altay, Mərkəzi Qa-
zaxıstan, Ural; almas yataqları Ural; qiymətli və bəzək daşları yataqları Ural, Tayn-
Şan, Qazaxstan, Altay-Sayan və b. çoxdan istismar olunurlar.

298
6.1.2. URAL-MONQOL QURŞAĞININ EPİHERSİN PLİTALARİ

Ural-Monqol qırışıqlıq qurşağı ərazisində Aralıq dənizi qırışıqlıq qurşağına nis-


bətən azdır. Burada Epihersin yaşlı Qərbi Sibir, Şimali Turan plitaları ayrılır. Bu pli-
talar ikimərtəbəli (alt və üst) quruluşa malikdir. Alt mərtəbə qırışıqlıq bünövrədən,
üst mərtəbə isə keçid kompleksi və platforma örtüyündən ibarətdir.
STRATİQRAFİYA
Ural-Monqol qurşağınnın Epihersin plitələrinin geoloji quruluşunda aşağıdakı
başlıca struktur-formasiya kompleksləri ayrılır (cədvəl 6.1.2).
Cədvəl 6.1.2
Struktur-formasiya kompleksi Yaşı
№-si
(SFK) Qərbi Sibir Şimal Turan
1 Bünövrə AR - RZ AR - RZ
2 Keçid T - J1 P2 - T
3 Çökmə örtüyü J1 - Q J2 - Q

Bünovrə struktur formasiya kompleksi (BSFK). Qərbi Sibir Epihersin


plitəsinin bünövrə struktur formasiya kompleksi əsasən Hersin, qismən də Kaledon,
Baykal və Bayalaqədər qırışıqlıq bünövrədən ibarətdir. Baykalaqədər və Baykal yaşlı
qırışıqlıq bünövrələr Qərbi Sibir plitəsinin şimal hissəsində geniş yayılmışdır və qra-
nit, qranodiorit intruziyaları ilə yarılmış qneys, kristallik şistlərdən ibarətdir. Yenisey
qalxımının batımında Salair-Bayal bünövrəsi Kembriyəqədər-opta Paleozoy kristallik
şistlərindən təşkil olunmuşdur. Mərkəzi Qazaxıstanın Kaledonidlərinin davamında
bünövrə Kembriyəqədər-alt Ralnozoy yaşlı qatdan (alevrolit və argillitlə növbələşən
andezit-porfiritlərdən, onların tuflarından) ibarətdir.
Kembriyəqədər-erkən Karbon yaşlı, dislokasiyaya məruz qalmış kömürlü-gilli
şistlərdən və vulkanogen süxurlarından ibarət olan gömulmuş Hersinidlər Şərqi Ural-
arxasında və Ob-Zaysan əyalətlərində geniş yayılmışdır.
Şimali Turan plitəsində BSFK intensiv dislokasiyaya məruz qalmış Paleozoya-
qədər (Pifey) və Paleozoy süxurlarından təşkil olunmuşdur. Paleozoyaqədəp süxurlar,
şistlərdən, kvarsitlərdən, mərmərdən; Paleozoy isə silisli diabazdan, əhəngdaşlarından
və muxtəlif rəngli kontinental çöküntulərdən təşkil olunmuşdur.
Keçid kompleksi və çökmə örtüyü struktur-formasiya kompleksi. Qərbi Si-
bir plitəsində keçid kompleksi bünövrənin qrabenəoxşar çökəkliklərini dolduran Tri-
as-alt Yura yaşlı çökmə, vulkanoken-çökmə kontinental terəmələrdən ibarətdkr. Fa-
sial tipinə və yatım şəraitinə görə platformanın ilkin mərhələsinə uyqun gəlir. Muxtə-
lif çökəkliklərdə keçid kompleksinin yaşi muxtəlifdir. Məsələn: Şərqi Uralarxası çö-
kək liklərdə keçid kompleksi üst Trias-alt Yura, Qərbi Sibir riftinin qrabenlərində alt,
orta Trias, plitənin cənubunda olan çökəkliklərdə isə alt, orta Yura yaşlıdır.
Qərbi Sibir plitəsində çökmə örtüyü bilavasitə orta Yura çökuntuləri ilə başlayır
və iki struktur mərtəbəyə (alt və üst) ayrılır. Alt struktur mərtəbə orta Yura-alt Oliqo-
sen, üst struktur mərtəbə isə orta Oliqosen-Dördunşu dövr yaşlı çöküntulər komplek-
sindən təşkil olunmuşdur.

299
Qərbi Sibir plitəsinin qərb, şərq və cənub kənarında alt struktur mərtəbə, qalın-
lığı 110-500 m arasında dəyişən kontinental mənşəli, nisbətən daxili hissələrində isə
dəniz mənşəli çökuntulərdən ibarətdir. Erkən Yurada dəniz bütün Qərbi Sibir plitəsini
əhatə etdiyindən, ümumi qalınlığı 300 m-ə çatam üst Yura çöküntüləri, əsasən, dəniz
mənşəlidir. Təbaşir sisteminin çöküntüləri Qərbi Sibir plitəsinin hududunda geniş ya-
yılmışdır və əsasən, dəniz mənşəli, zəngin, muxtəlif fauna ilə səşiyələnən gilli-alevro-
litli qatdan ibarətdir. Alt Təbaşir alt hissədə laqun mənşəli qırmızı rəngli qumlu-gilli
qatdan (Hoteriv-Barrem, üst hissədə isə alevrolitlərdən, argilit aralaycıqlarından,
qumdaşı və əhəngdaşlarından ibarətdir, ümumi qalınlığı 1,5-2,0 km-ə çatır. Təbaşir
sisteminin üst şöbəsi kontinental, sahil-dəniz (oolit, dəir filizi ilə zəngin fasyalar) və
dəniz fasiyalarından (karbonatlı gillərdən, mergel və alevrolit aralaylarından) ibarət-
dir. Üst Təbaşir çöküntülərinin qalınlığı plitənin qərb və mərkəz hissəsində 0,2-0,3
km, şərq hissəsində 0,4-0,6 km nisbətən enməyə məruz qalmış, şimal hissəsində isə
0,8-1,0 km-ə çatır.
Paleogen sisteminin kəsilişi qalınlığı 25-45 m-ə çatan Paleosen çöküntüləri ilə
başlayır və bu çöküntülər plitənin qərb və mərkəz hissələrində (tund-boz və qara gil-
lərdən, qumdaşı aralaycıqlarından); şərq və cənub hissələrində isə kontinental fasya-
lardan ibarətdir. Alt və orta Eosen çöküntüləri, əsasən yaşılımtıl-boz gillərdən, kvars-
lı-qlaukonitli qumdaşı və alevrolitlərdən ibarət olub, qalınlığı 95-245 m arasında də-
yişir. Yst Eosen-alt Oliqosen çöküntüləri Küstanay yəhərində inkişaf etmişdir və tər-
kibcə yaşılımtıl-boz şistli, gipsli, sferosiderit, mergel konkresyalarından ibarətdir, qa-
lınlığı 75-150 m-dir.
Üst struktur mərtəbə alt hissədə qalınlığı 100-200 m-ə çatan kvars qumlarından,
alevrolitlərdən, qonur kömür aralaylarından (orta və üst Oliqosen) ibarətdir. Onun
üzərində göl-bataqlıq, çay və dellüvial (dəmirləşmiş əlvan rəngli gillər, qumşalar və
qumlar) çöküntülərindən ibarət Miosen və alt Pliosen yatır.
Qalınlığı 100-200 m arasında dəyşən kontinental dəniz və buzlaq mənşəli Dör-
dunşü dövr çöküntüləri Qərbi Sibir plitəsinin bütün səthini örtür.
Şimali Turan plitəsinin bünövrəsinin qraben və çökəkliklərini dolduran üst
Perm-Trias yaşlı keçid kompleksi qalınlığı 3 km-ə çatan qırmızı rəngli qumdaşı və
alevrolitlərdən ibarətdir. Bir çox sahələrdə altda yatan təbəqələrdən uyğunsuzluqla
ayrılan, zəif kömürlü qumdaşı və alevrolit örtüyü, bazalt tuflarından təşkil olunmuş
və ümumi qalınlığı 2000 m-ə çatan Ret və Leyası da keçid kompleksinə aid edirlər.
Şimal Turan plitəsində çökmə örtüyü Aalen mərtəbəsindən başlayır və Dördüncü
dövr də daxil olmaqla böyük qalınlığa malik çöküntülər komnleksini əhatə edir.
MAQMATİZM
Qzrbi Sibir Epihersin plitəsində maqmatizm o qədər də geniş təzahür etməmiş-
dir. Lakin plitada qazılmış bir çox quylarda muxtəlif maqmatik süxurlar açılmışdır ki,
bu da Qərbi Sibir plqtasının geoloji inknşyf tarixində üst Proterozoy (qranit-qneys,
qranitlər, dioritlər); orta və üst Paleozoy (spilit-diabaz, albitofir, qranit-qneys, serpen-
tinitlər, porfiritlər, qabbro, qabbro-diabaz, ultrabazitlər), Trias (bazalt, dolerit, tufagen
brekşiya) maqmatik tsikllərini ayırmağa imkan verir.

300
Şimali Turan plitəsində maqmatizm zəif təzahür etmişdir. Bünövrənin qurulu-
şunda iştirak edən maqmatik süxurlar orta və üst Paleozoy yaşlıdır. Burada rast gələn
maqmatik süxurlar qabbrodan, amfibolitli-qabbrodan, silisli-diabazlardan, qranit və
qrano-dioritlərdən ibarətdir.
TEKTONİKA
Qərbi Sibir plitası. Bu plita ikimərtəbəli (alt və üst struktur mərtəbə) quruluşa
malikdir. Alt struktur mərtəbə, əsasən, Hersin, qismən də Kaledon, Bakal və Baykala-
qədər yaşlı qırışıqlıq bünövrədən, üst struktur mərtəbə isə (keçid kompleks və çökmə
qat) metamorfizmə uğramamış və kiçik buşaq altında yatan Mezokaynozoy çöküntü-
lərindən ibarətdir. Qədim platformada olduğu kimi Qərbi Sibir plitəsində də bünövrə
və platforma örtüyü ilə əlaqədar olan bir sıra strukturlar ayırmaq mümkündür (şəkil
6.1.3.). Qərbi Sibir plitəsində bünövrənin quruluşu haqqında fikirlər çox muxtəlifdir.
Belə ki, bir qrup geoloqların fikirincə bünövrə Hersinidlərdən, dikərlərinin fikirincə
isə Kaledonidlərdən təşkil olunmuşdur. Onu da qey etmək lazımdır ki, bünövrənin
daha qədim qırışıqlardan ibarət olması fikri də movcuddur.
Plitənin şimal və mərkəz hissələrində qərbdən-şərqə Uralarxası, şərqdən isə Kol-
toqor-Urenqoy dərnnlik yarıqları ilə hüdudlanan İrtış-Nadım Baykal massivi yerləşir.
Bu massivdən cənubda Mərkəzi Qazaxıstanın qərb hissəsinin gsmülmüç Kaledonid-
ləri yerləşir. Baykalidlərlə Kaledonidləri Demyan dərinlnk yarığı bir-birindən ayırır.
Plitənin mərkəzi Baykal-Kaledon bloku şərqdən (Ob-Zaysan zonası) və qərbdən (Pa-
leoural) Hersinidlərlə hüdudlanır.
Ob-Zaysan zonası (Hersinid) meridional istiqamətdə Semipalatinskdən Tazanın
aşarılarına qədər uzanır və plitənin bünövrəsində Mərkəzi Qazaxıstanın şərq hissəsi-
ni, Altay və Tom-Kolıvan qırışıqlıq sistemlərinin Hersinidlərinin davamını təşkil edir.
İrtış-Nadım Baykal massivinin parçalanması və dərinləşməsi Ob-Tazov sinekli-
zinin yaranması ilə nətişələnir. Sınqalin qrabenləri sistemi üzərində Xantı-Mansi çö-
kəkliyi, Vikulov və Omsk qrabenvarı depresiyaları üzərində isə İrtış sineklizi yaran-
mışdır.
Plitənin bünövrəsinin quruluşunda həm onun kənarı boyunşa, həm də daxilində
inkişaf etmiş dərin tektonnk yarıqlar mühüm rol oynayır. Bu yarıqlar bünövrəni blok-
lara parşalamışdır. Plitənin dərinlik yarıqları arasında ən bsyüyü Koltoqor-Urenqoy
dərinlik yarığı qurşağıdır ki, bu da Qərbi Sibir plitəsinin bünövrəsində uzunluru 2000
km, eni 30-50 km olan mürəkkəb qraben əmələ gətirmişdir.
Qərbi Sibir plitəsinin Mezokaynozoy örtüyündə 1-ci (Ob-Tazov, İrtış, Xantı-
Mansi sineklizləri və onları bir-biryndən ayıran Vasyuqan anteklizi), 2-ci (Beryozov,
Kuznetsov, Urenqoy qalxım zonaları, Zavodoukov valı və s.), 3-cü dərəşəli struktur
elementlər ayrılır.
Şimali Turan plitası. Şimali Turan da Qərbi Sibir kimi Cavan Epihersin plitası
olub, ikimərtəbəli quruluşa malikdir. Burada bünövrə murəkkəb dislokasiyaya məruz
qalmış Paleozoyaqədər (Pifey) və Paleozoy yaşlı süxurlardan ibarətdir. Bünövrənin
qraben və çökəkliklərnni doldurmuş süxurlar (üst Perm-Trias) keçid kompleksini təş-
kil edir. Plitanı üst hissədən örtən Kaynozoy çöküntüləri demək olar ki, dislokasiyaya
məruz qalmamışdır (şəkil 6.1.4).

301
Şəgil 6.1.3. Qərbi Sibnr plitəsinin əsas struktur elementləri
(Avroasiyanın tektonik xəritəsinə görə).
I-Bünövrənin nisbətən dayazda yatan sahələri: 1-Yamal anteklizi, 2-Şərqi Uralarxası,
3-Tobol anteklnzi, 4-Kulunda zonası, 5-Sibir platformasının qərb kənarının enmə
zonası (Yeniseyin sol sahili, 6-Taymıpın cənub-qzrb enmə (batma) zonası Orta Ob
aiteklizi, 8-Vax anteklizi; II-Bünövrənin dərində yatan sahələri: 9-Ob-Tazov sinek-
lizi, 10-Xanti-Mansi sineklizi, 11-İrtış sineklizi, 12-Kas çökəkliyi, 13-Lyapa çökək-
liyi; III-Baş dərinlik qırılması: 14-Qərbi Sibir rift zonası (Koltlqor-Urenqoy qırılması.

Qərbi Sibirə nisbətən Şimali Turan plitəsinin bünövrəsinin quruluşu yaxşı öyrə-
nilmişdir. Onun bünövrəsi əsasən Nersin yaşlı olsada, Şu sineklizində Kaledon yaş-
lıdır. Baykal, Kaledon, Hersin tektonik mərhələsində təkrar işlənmiş Arxey-alt Prote-
rozoy yaşlı bünövrəyə malik massivlər (Üstyurt, Sır-Dərya, Turqay) də böyük sahəni
əhatə edir. Bünövrənin quruluşunda dərinlik yarıqları xüsusi rol oynayır. Bünövrənin
en istiqamətində uzanan yarıqları arasında Manqışlaqdan Amudəryanın aşağılarına
kimi uzanan Hissar-Manqışlaq yarığı nisbətən böyükdür. Bu dərinlik yarığı vahid Tu-
ran plitəsini Şimali və Cənubi Turan plitalarına ayırır.
Keçid kompleksi bünövrənin dərinlik yarıqları üzərindəki qrabenlərdə toplan-
mışdır. Dərnnlik yarıqları boyunca intensiv dislokasiyaya məruz qalmış Perm-Trias
və zəif dislokasiyaya uğramış Ret-Leyas çöküntüləri ilə doldurulmuş qraben sistem-
ləri yerləşir. Onlar sineklizlərdə çökmə örtüyünün alt hissəsinn təşkil edir.

302
Şəgil 6.1.4. Şimaln Turan plitəsinin əsas struktur elementləri
(Avroasiyanın tektonik xəritəsinə görə).
I-Paleozoy bünövrəsinin başlıca şıxıntıları: 1-Ural, 2-Mərkəzi Qazaxıstan, 3-Şimal
Tyan-Şan, 4-Cənubi Tyan-Şan, 5-Mərkəzi Qızılqum qalxıim zonası (Bukantau, Tam-
dıtau, Kuldşuktau); II-Bünövrənin nisbətən az dərinlikdə yatmış sahələri: 6-Şuşkakul
antiklinalı, 7-Kulandin qalxım zonası, 8-Ağtumsük tağı, 9-Aşağı Sır-Dərya qalxımı,
10-Şimal Buzaşı, eləcədə Paleozoy bünövrəsi şıxıntılarının kənarları; III- Bünövrənin
dərində yatmış sahələri: 11-Şimal Üstyurt çökəkliyi, 12-Cənubi Turqay çökəkliyi,
13-Çu çökəkliyi, 14-Sır-Dərya çökəkliyi, 15-Daşkəndyanı çökəklik; IV- Baş dərinlik
yarıqları: 16-Ural-Oman liniamenti, 17-Hissar-Manqışlaq yarığı.

Şimali Turan plitəsində örtüyün strukturları bünövrənin bir çox strukturlarını əks
etdirir. Ural-Oman liniamenti boyunca çökmə örtüyündə vala oxşar dislokasya siste-
mi keçir. Plitənin cənub-şərq hissəsində Teçen və Buxara arasında ayrı-ayrı qalxım-
larla mürəkkəbləşmiş, bir-birinə paralel dörd val (Buxara, Darqantin, Repetek və Ma-
rı) aşkar edilmişdir. Platforma örtüyünün üst hissəsinin süxurları geniş çökəkliklərdə
yayılmışdıp. Sonuncular çox zaman tipik sineklizləri (Tyrqay, Çu, Cır-Dərya, Sarıqa-
mış və s.) xatırladır. Bunların özləri də daha kiçik strukturlarla mürəkkəbləşmişdir.

FAYDALI QAZINTILAR
Qərbi Sibir plntasında neft və qaz yataqları dəniz mənşəli Yura, Təbaşir çökün-
tülərində yayılmışdır. Burada Üst-Balık, Samotlor, Megion, Urenqoy, Qubkin Yamal
və digər yataqlar istismar olunur.
Şimali-Turan plitəsində neft və qaz yataqları Trias, Yura və Təbaşir bəzən isə
Paleogen yaşlı Karbonatlı və terrigen törəmələrdə yayılmışdır. Burada Karajanbas,
Arman, Arıstan və digər yataqlar çoxdandır ki, istismar olunurlar. Kuanın Alanbek və
dikər rayonlarda Paleozoy şokuntulərində də neft yataqları aşkar edilmşpdir. Ural
qarşısı kənar çökəklikdə neft və qaz yataqları alt Perm riflərində yayılmışdır.
303
6.2. ARALIQ DƏNİZİ QURŞAĞININ HERSİNİDLƏRİ
Olduqca murəkkəb geoloji quruluşa malik olan qurşağın eninə və meridional kə-
silişində Hersin yaşlı aşağıdakı seqmentlər ayrılır: 1). Kaledon-Hersin qırışıqlıq vila-
yəti- Paropamiz-Şimal-Pamir-Kunlun-Tsinlin qırışıqlıq sistemi; 2). Qərbi və Orta Av-
ropa hersinidləri; 3). Epihersin plitələri- Qərbi Avropa, Miziy, Skif, Moldova və Cə-
nubi Turan.

6.2.1. PAROPAMİZ-ŞİMAL-PAMİR-KUNLUN-TSİNLİN
KALEDON-HERSİN QIRIŞIQLIQ SİSTEMİ
Paropamiz-Tsinlin sistemi qərbdə Əfqan-Tacik çökəkliyindən, mərkəzdə Alay
dərəsinin çökəkliyindən, şərqdə isə Tarim çökəkliyindən cənubda yerləşir və bu Me-
zozokaynozoy çökəklikləri ilə şimalda Cənubi-Tyan-Şan sistemindən ayrılır. Paropa-
miz-Tsinlin sistemi qərbdə Aralıq dənizi qırışıqlıq qurşağının şimal zonasına daxil
olan bu qırışıqlıq sistem bilavasitə Çin platformasının ətrafında yerləşir. Qırışıqlıq
sistem qərbdə Əfqan-Taşik çökəkliyindən, mərkəzdə Alay çökəkliyindən, şərqdə Ta-
rim çökəkliyindən, cənubda yerləşərək, onlar vasitəsi ilə Cənubi Tyan-Şan qırışıqlıq
sistemindən ayrılır. Bu qırışıqlıq sistem şimala çıxışı olan qövs formasındadır və sil-
siləsində Şimali Pamir qırışıqlıq zonası yerləşir. Qərbdə Paropamiz-Çinlin qırışıqlıq
sistemi, Ural-Oman liniamentinin meridional istiqamətli Herirud dərinlik yarığı ilə
sərhədlənir. Şərqdə bu qırışıqlıq sistem Mərkəzi Asiyanın daxillərinə qədər izlənilir
(Sinlin və Çin silsilələrinə kimi çatır).
STRATİQRAFİYA
Paropamiz-Tsinlin sisteminin geoloji quruluşunda aşağıdakı başlıca struktur-for-
masiya kompleksləri ayrılır (cədvəl 6.2.1).
Cədvəl 6.2.1
Yaşı
Struktur-for-
№ Qərbi-Bədəxşan-
masiya komp- Paropamiz Kunlun Tsinlin
-si Şimal-Pamir seq-
leksi (SFK) seqmenti seqmenti seqmenti
menti
1 Bünövrə AR-PR1 AR-PR1 AR-PR1 AR-PR1
2 Geosinklinal PR2-PZ1 PR2-PZ1 PR2-PZ1 PR2-PZ1
3 Orogen C2 - P C2 - P C2 - P C2 - P
4 Tafrogen T T T T
6 Platforma ört.
6 Fəallaşma

Bünövrə SFK. Qərbi-Badaxşan-Şimal-Pamir seqmentinin Kalaykub-Sauksay,


Surxab zonalarında və Qərbi-Kunlunda Kembriyəqədər bünövrə karistallik şistlərdən
və qneyslərdən ibarətdir. Paropamiz seqmentində amfibolit fasiyasına qədər meta-
morfikləşmiş, kristallik kompleksdən ibarət olan Kembriyəqədər bünövrə bir sıra sa-
hələrdə yer səthinə çıxır.
Geosinklinal SFK. Cənub-şərq zonada bünsrə kompleksi kvarsitdən, fillitdən,
təşkil olunmuş Visxarv seriyası (Vend-Ordovik) ilə kəskin uyğunsuzluqla örtülür.
Kəsilişin üst hissəsi Silur-orta Devonun karbonat qatından ibarətdir.
304
Qərbi-Kunlunda Rifey (Siney) terrigen (qumdaşı, gilli şist, konqlomerat) və
ofiolit kompleksindən, Kembri-Ordovik karbonat (əhəngdaşı, dolomit, gilli şist), Si-
lur-orta Devon əlvan rəngli qulu-gilli formasiyadan ibarətdir. Sineyin ümumi qalın-
lığı 2 km, Paleozoyun ümumi qalınlığı isə 6 km-dir.
Tsilyanşanda Vend-alt Kembri ofiolit assosiasiyasından, Kembri-Ordovik əsas
və orta tərkibli vulkanogen törəmələrdən, silisli əhəngdaşı, əhəngdaşı, terrigen çökün-
tülərdən ibarətdir. Silur seqmentin qərb hissəsində molass xarakteri daşıyır və qırmızı
rəngli şistlərdən; şərqdə isə böyük qalınlığa malik alt molassdan (3-4 km) ibarətdir.
Tsinlin seqmentində Silurda daxil olmaqla alt Paleozoy böyük qalınlığa malik (10
km) geosinklinal kompleksdən (terrigen və vulkanogen süxurlar) təşkil olunmuşdur.
Mərkəzi Tsinlin zonasında (sinklinoriumunda) Rifey-Silur platforma tipli karbonat
çöküntülərindən ibarətdir, qalınlığı 1,0-2,4 km-dir.
Orogen SFK. Cənub-şərq zonada üst Paleozoyun vulkanogen törəmələrindən
təşkil olunmuşdur. Zonanın ətrafında orta və üst Karbon karbonatdan, alt Perm boz
rəngli klastolitdən, üst Perm-alt Trias isə dəniz mənşəli alt molassdan təşkil olunmuş-
dur. Qərbi-Kunlunda üst Devon əlvan rəngli qırıntı və karbonat qatından, alt Karbon
karbonat (əhəngdaşı, dolomit), orta Karbon karbonat-terrigen (qumdaşı, kömürlü gilli
şist, əhəngdaşı), üst Karbon-alt Perm karbonat (əhəngdaşı, dolomit), üst Perm isə kar-
bonat-terrigen çöküntülərindən ibarətdir. Şimal-qərb hissədə Perm qalınlığı 2,5-3,0
km-ə çatan vulkanogen qatdan təşkil olunmuşdur. Karbon və üst Devonda analoji qa-
lınlığa malikdir. Paropamiz seqmentində üst Paleozoy geniş yayılmışdır və terrigen,
karbonat çöküntülərindən ibarətdir. Herat rayonunda Perm qırmızı rəngli terrigen çö-
küntülərdən ibarətdir, əhəngdaşı və mergel araqatlarına rast gəlinir, qalınlığı 4 km-ə
çatır. Mərkəzi Tsinlin sinklinoriumunun ətrafında Devon molass xarakteri daşıyır,
mərkəzi hissədə fliş xarakterlidir (terrigen və karbonat). Karbon-Perm fliş xarakterli
karbonat-terrigen törəmələrdən ibarətdir, qalınlığı 1,5-2,0 km-dən 8,0-9,0 km- ə çatır.
Tafrogen SFK. Cənubi-Kukunor qraben-sinklinoriumunda fliş xarakterli Tria-
sın qalınlığı 4 km-dən çoxdur. Şimal-Əfqan vulkanik-plutonik qurşağında orta Trias-
alt Yura orta və turş tərkibli vulkanogen törəmələrdən (7 km), qırıntı və kömürlü çö-
küntülərdən ibarətdir. Mərkəzi Tsinlin zonasında Trias terrigen flişdən təşkil olun-
muşdur.
Platforma örtüyü SFK. Cənub-şərq zonada Vize-Namyur kəsilişin aşağı hissə-
sində bazaltdan, qara silisli və ya əhəngli argillitdən və kvarslı alevrolitdən; orta his-
sədə terrigen çöküntülərdən, orta və turş tərkibli vulkanogen törəmələrdən; üst hissə-
də isə təmamilə terrigen (argillit, qumdaşı, alevrolit) xarakter daşıyır.
Paropamiz seqmentində Kembriyəqədər kristallik, amfibolit fasiyasına kimi me-
tamorfikləşmiş komples bir sıra sahələrdə yer səthinə çıxır.
Tsaydam orogen çökəkliyində kontinental qırıntı törəmələrindən ibarət olan Yu-
ranın (2-6 km), Təbaşirin (1,8 km) üzərində Kaynozoy yaşlı molass toplanmışdır.
Bəndi-Türküstanda alt-orta Yura böyük qalınlığa malik kömürlü molassdan, alt Təba-
şir, eləcədə Senoman gobuddənəli kontinetal çöküntülərdən təşkil olunmuşdur.
Fəallaşma SFK. Tsaydam çökəkliyində Oliqosen-Dördüncü dövr yaşlı molassın
qalınlığı 6 km-dən çöxdur. Bəndi-Türküstanda Oliqosen-Dördüncü dövr böyük qalın-
lığa malik kontinental molassdan ibarətdir.

305
MAQMATİZM
Aralıqdənizi qırışıqlıq qurşağının Paropamiz-Şimali-Pamir-Kunlun-Tsinlin Ka-
ledon-Hersin qırışıqlıq sisteminin (Qərb, Şimal-Əfqan, Qərbi-Bədaxşan-Şimal-Pamir,
Paropamiz, Qərbi-Kunlun, Mərkəzi- Kunlun və Şərqi-Kunln seqmentlərində) geoloji
inkişaf tarixində alt Paleozoy (adezit, tuf), üst Paleozoy (datsit-liparit, bazalt-andezi-
liparit), Mezokaynozoy (turş tərkibli vulkanik törəmələr) maqmatik tsiklləri ayrılır.
TEKTONİKA
Paropamiz-Tsinlin sistemi kifayət qədər mürəkkəb quruluşa malikdir. Qırışıqlıq
sistemi nəhəng eninə dərinlik yarıqları vasitəsilə aşağıdakı 6 seqmentə (Qərbi və Şi-
mali-Əfqan, Qərbi-Bədaxşan-Şimal-Pamir, Paropamiz, Qərbi-Kunlun, Mərkəzi- Kun-
lun, Şərqi-Kunln seqmentləri) ayrılır (şəkil 6.2.1.).

Şəkil 6.2.1. Paropamiz-Tsinlin sisteminin tektonik sxemi (V.E.Xainə görə).


I.Qədim Çin platforması (Tarim massivi ilə birlikdə); II.Dabeyşan qayması; III.Kale-
don qırışıqlıq zonaları; IV.Hersin qırışıqlıq zonaları; V.Son Hersin qırışıqlıq əyalətlə-
ri və Şimali Pamir və Sikanda Mezozoy çöküntüləri ilə əlaqədar olan qırışıqların ya-
yıldığı əyalətlər; VI.Neogen-Dördüncü dövr çöküntüləri ilə dolmuş ön və dağarası
çökəkliklər; VII.Böyük üfüqi yerdəyişmələr; VIII.Böyük üstəgəlmə və şaryajlar;
IX.Müxtəlif qırılmalar; X.Qırışıqların istiqaməti; XI.Əsas strukturlar: 1-Paropamiz,
2-Şimali Pamir, 3-Əfqan-Tacik çökəkliyi, 4-Alay çökəkliyi, 5-Qərbi Kunlun, 6-Mər-
kəzi Kunlun, 7-Şərqi Kunlun, 8-Kunlun qarşısı (Yarkənd) çökəkliyi, 9-Tsaydam çö-
kəkliyi, 10-Altıntaq, 11-Tsilyanşan, 12-Tsinlinin Şimal zonası, 13-Tsinlinin Mərkəzi
zonası, 14-Tsinlinin Cənub zonası, 15-Beyşan, 16-Alaşan massivi, 17-Veyxe qrabeni,
18-Sunfın çökəkliyi, 19-Dabeyşan, 20-Tsilyanşan qarşısı çökəklik; qırılmalar: 21-He-
rirud, 22-Baş Hindiquş, 23-Pamir-Əfqan, 24-Pamir-Alay, 25-Pamir-Karakorum,
26-Altıntaq, 27-Cənubi-Kunlun, 28-Şimali- Tsilyanşan, 29-Şimali-Tsinlinin, 30-Cə-
nubi-Tsinlinin, 31-Lunmenşan.
Qərb, Şimali-Əfqan seqmenti en istiqamətində uzanaraq Paropamiz, Fəruskox
və Hindiquş dağlarının qərb davamından keçərək, bütövlükdə Şimali Əfqanıstanın
ərazisində yerləşir.

306
Şimalda Hersin yaşlı Şimal Əfqan seqmentinin üzərində Bəndi-Turkistan Silsi-
ləsinin bünövrəsini təşkil edən və Təbaşir-Paleogen yaşlı platforma örtüyü ilə örtül-
müş erkən Kimmeri yaşlı qırışıqlıq sistem müşahidə olunur. Paropamiz Hersinidləri-
nin cənub sərhəddi Avroasiyanın ən mühüm qırılmalarından biri olan Baş Hindiquş
qırılması boyunca keçir. Bu qırılmadan cənubda (Mərkəzi Əfqanıstanda) Hersin tek-
togenezinin və maqmatizminin təzahürləri müşahidə olunmur və Paleozoy çöküntülə-
ri platformaya yaxın xüsusiyyət alır. Qərbdə Baş Hindiquş qırılması Nerurud çayının
dərəsi boynca izlənir. Müasir struktur planda Baş Hindiquş qırılması bəzi sahələrdə
şaryaj xarakteri alan üstəgəlmədir. Alp yaşlı olan bu şaryaj boyunşa Paleozoy çökün-
tüləri, Paleozoy və Mezozoy çöküntüləri üzərində gəlmişdir. Şərqdə, Kabuldan şima-
la Baş Hindiquş qırılması şimal-şimal-şərq istiqamətli Mukur (Şaman) dərinlik qırıl-
ması ilə kəsilir.
Qərbi Badaxşan-Şimal Pamir seqmenti. Bu seqment Əfqan Badaxşanının
qərb hissəsini Darvaz, Sarıkol və şimal Pamirin qonşu Silsilələrini və həmçinin Qara-
gel çökəkliyini əhatə edir. Qərb hissədə o şimal-şimal-şərq istiqamətli olub, Pyanca
çayından şərqə öz istiqamətini şimal-şərqə, sonra isə en istiqamətə dəyişərək Çinin
Sintsizyan əyalətinə kimi izlənilir. Bu seqmentin submeridional istiqamətli qərb
hissəsi, qərbdə Neogen-Dördüncü dövr yaşlı Kulyab kənar çökəkliyindən Mərkəzi və
Cənubi Əfqanıstanın Mukor qırılmasının davamı olan qırılma ilə ayrılır. Şərqdə bu
qırılma Qaragöl üstəgəlməsi ilə birləşərək Şimali-Pamir kənar tikiÇini əmələ gətirir.
Qaragöl üstəgəlməsi boyunşa Şimali Pamirin Hersin kompleksi Pamir-Alay zonasının
Mezo-Kaynozoy kompleksi üzərində örtük təşkil etmişdir.
Şərqdə, Çinin ərazisində Şimali Pamirin Hersin strukturları Qərbi Kunlunun
eyni yaşlı strukturlarından Pamir-Qaraqorum dərinlik üfüqi yerdəyişməsi ilə ayrılır.
Qərbi Kunlun seqmenti şimal-qərb-cənub-şərq istiqamətdə uzanaraq, öz növbəsində
şərqdə en istiqamətli Mərkəzi Kunlun seqmentindən Tyan-Şan-Kunlun liniamentinin
Talass-Fərqanə üfüqi yerdəyişməsi ilə ayrılmışdır. Kaledon yaşlı Mərkəzi Kunlun
seqmenti şərqdə tədrişən Şərqi Kunlun seqmentinə keçir. O da öz növbəsində Kun-
lunla yanaşı olaraq, Tarim çökəkliyinin şimal-qərb ətrafında yerləşən Altıntaq qayma
qırışıqlığını, Şimali-Çinin Altıntaq qaymasını və eləcədə bu qalxımlar arasında yerlə-
şən Saydam dağarası çökəkliyini əhatə edir. Trias yaşlı çöküntülərlə dolmuş Xanxe
çayının çökəkliyi Şərqi-Kunlun seqmentini Sinlindən ayırır.
Qərbi Badaxşan-Şimali-Pamir seqmenti. B.P.Baraxov Şimali-Pamirin daxi-
lində üç zona ayırır. Bu zonalaradan Pamirin Kulaykumb-Sauksay və Əfqanıstanın
Surxob nisbətən əlamətdar hesab olunur. Qərbi Badaxşan-Şimali-Pamir seqmenti hu-
dudlarında Şimali-Pamir və Əfqan Badaxşanı zonaları ayrılır. Şimali-Pamir ərazi-
sində şimal-qərbdən cənub-şərqə doğru (Qalaykumb-Sauksay; Qaragöl və Darvaz-
Sarıqol zonaları; Əfqan Badaxşanı ərazisində isə Surxob, Fayzabad zonalarına ayrılır.
Bütün bu zonalarda deformasiyalar Hersin tektogenezi nətişəsində yaranmışdır.
Paropamiz seqmenti. Paropamiz seqmenti ərazisində Hersin struktur kompleksi
və onun qədim bünövrəsi əsasən Paropamizdə və Bendi-Türküstanın cənub yamacı
boyunca, bilavasitə Baş Hindiquş qırılmasından şimala yer üzərinə çıxır.
Paropamiz seqmenti üzərində yaranmış Bəndi-Turkistan, erkən Kimmeri qırışıq-
lıq zonalarının cənub və cənub-şərq uşqarlarında Şimali-Əfqan erkən Kimmeri vulka-
nik-plutonik qurşağı yerləşmişdir.
307
Paropamiz seqmenti cənubdan Baş Hindiquş (Herirud) qırılması ilə hüdudlanır.
Qərbi-Kunlun seqmenti. Bu seqment Alp yaşlı Pamir-Qarakorum və Tyanşan-
Kunlun dərinlik üfüqi yerdəyişmələri arasında yerləşir. Şimal-qərb istiqamətdə uza-
nan bu seqment, şimal-şərqdə Kunlun qarşısı ön çökəkliklə müşayiət olunur. Neotek-
tonik struktur olan bu kənar çökəklik Kunlunu Tarim massivindən ayırır. Kunlunun
Xarici və Mərkəzi zonaları bir-birindən Cənubi-Tarim dərinlik qırılması ilə ayrılır.
Qərbi-Kunlunun Mərkəzi zonası Böyük sahədə Kembriyəqədər bünövrənin çıxışları
ilə xarakterizə olunur. Mərkəzi, xüsusəndə Cənub zonasında çöxlu miqdarda Devon
yaşlı nəhəng vulkanik törəmələ (plutonlar, kvarslı dioritlər, qranodioritlər və s.) ya-
yılmışdır.
Mərkəzi-Kunlun seqmenti. Bu seqment en istiqamətində uzanır, sonra Tarim
və Tibetin arasında öz istiqamətini şimal-şimal-şərqə dəyişir. Qərbdə Tyan-Şan-Kun-
lun qırılmasından şərqdə Tsaydam mpssivinə və çökəkliyinə kimi uzanan bu seq-
mentin geoloji quruluşunda Rifey-Yura yaşlı süxurlar kompleksi iştirak edir.
Şərqi-Kunlun seqmenti. Kunlun dağlıq qırışıqlıq sistemi 85 0 şərq endairəsin-
dən şərqə kəskin genişlənməyə məruz qalır (600 km-ə qədər) və onun quruluşu kifa-
yət qədər mürəkkəbdəşir. Mərkəzi Kunlunun davamı Arkataq silsiləsi, ondan şərqə
isə Bokalıktaq silsiləsi yerləşir. Arkataq- Bokalıktaq qırışıqlıq sistemi (Şərqi Kunlun)
Mərkəzi kristallik zonaya nəzərən kvazisimmetrik quruluşa malikdir.
Başlıca struktur elementlərdən biri də eni 300 km-ə çatan Tsilyanşan qırışıqlığı
hesab olunur. Bu qırışıqlıq quruluşuna görə bir-birindən fərqlənən şimal, mərkəzi və
cənub zonalarına ayrılvr.
GEOLOYİ İNKİŞAF TARİXİ
Paropamiz-Tsinlin sistemi bilavastə Çin platformasının ətrafında yerləşir və eyni
zamanda Rifey-Paleozoy Aralıqdənizi geosinklinal qurşağının şimal ətrafını təşkil
edir. İstər yer səthinə çıxan (Pamir, Kunlun) istərsədə dərinndə yerləşən (Tsinlin) qə-
dim kristallik bünövrənin olması bu sistemin son Kembriyəqədər zamanı Çin plat-
forması ilə vahid bünövrəyə malik kontinental qabıq üzərində formalaşdığını söylə-
məyə əsas verir. Sistemin mərkəzi zolağının qabığı bu platformanın əsas hissəsindən
okean tipli kənar dənizlərlə ayrılmışdır. Tsinlin və Tsilyanşan zonalarının şimalında
onun qalıqları ofiolit assosiasiyası kimi ifadə olunur. Bu zonalarda geosinklinal höv-
zələrin yaranması Vend-erkşn Kembridə, Qərbi-Kunlunda isə Rifeydə baş vermişdir.
Okean tipli qabığa malik hövzənin şimal ətrafında yerləşən kontinental tip qabığa
malik sahəyə mikro qitə kimi baxıla bilər. Bu zolaqdan cənubda okean tipli qabığa
malik ərazinin olması Şimal Pamirin İşibulaq zonasında Ordovikəqədər yaşlı ofio-
litlər və eləcədə qərbdə Baş Hindiquş zonasında, şərqdə Kunlun və Tsinlinin cənub
yamacında ayrı-aryı ofiolitlərin çıxışına görə müəyyən olunur. Mikroqitə zonasında
Rifey (Siney) və alt Paleozoyun ondan şimalda yerləşən platforma üçün səciyyəvi
olan şimalÇin tipini saxladığını nəzərə almış olsaq, kənar dənizlərin şimal zonasının
çox da enli olmadığını söyləmək olar.
Kaledon mərhələsi (Vend-Devon). Bu mərhələdə geosinklinal sistem ardıcıl
inkişafla xarakterizə olunur. Kunlunda, Tsilyanşanda, Tsilində Vend-Kembri ofiolit
assosiasiyasından, orta-üst Kembri və Ordovik fliş, Silur isə əsasən alt molassdan təş-
kil olunmuşdur. Ümumi qalınlığı on kilometrlərlə ölçülən bu kompleks intensiv qı-

308
rışıqlığa məruz qalmışdır. Devonda məhtud sahədə olsa belə dağəmələgəlmə proses-
ləri baş vermişdir. Bu zaman bütün ərazidə kontinental qabığın bütövlüyü təmin olun-
muşdur. Bununla əlaqədar olaraq, şərqdə Cənubi və Şimali Çin platformaları birləşir.
Hersin mərhələsi (Karbon-Perm). Karbonun əvvəllərindən başlayaraq Kunlun
və Tsinlinin mərkəzi zonasının cənub ətrafı istisna olunmaqla sistemin ərazisinin çox
hissəsində platforma (və ya kvaziplatforma) rejimi bərpa olunur. İntrakraton geo-
sinklinal olan Mərkəzi Tsinlin çökəkliyi əyilməkdə davam edir və burada qalınlığı 8-
9 km-ə çatan karbonat-terrigen fliş formasiyası toplanır.
Sistemin qərb seqmentinin inkişafı şərq hissədən fərqlənir. Erkən Karbonda Şi-
mali Pamir, Əfqanıstan Bədaxşanında kontinental qabıq destruksiyaya məruz qalır və
burada əvvəlcə Qırmızı dəniz tipli hövzə formalaşır. Şimal Pamirin Karbon yaşlı
maqmatik törəmələri petrokimyavi tərkibinə görə səciyyəvi okean maqmatik törəmə-
lərindən fərqlənir və bu isə yaranmış çökəkliyin okean hövzəsi olmadığını söyləməyə
əsas verir. Əfqan-Tacik massivinin hər iki tərəfində yerləşən kavziokean hövzələrinin
açılması sinxron getmiş və ümumi geodinamik şəraitlə əlaqədar olmuşdur.
Qərb seqmentində artıq orta Karbonda sistemin qərb hissəsində genişlənmə sı-
xılma ilə əvəz olunur. Bu proses Şimali Pamir və Əfqanıstan Bədaxşanında intensiv
deformasiyaya (qırışıq-üstəgəlmə) səbəb olur. Şərq istiqamətdə Hersin deformasiya-
sının intensivliyi zəifləyir. Kunlunun bütün uzunluğu boyu geniş yayılan qranitoidlər
son Devona aid olunur və Kaledon inkişaf mərhələsini tamamlayır. Tsinlin və Tsil-
yanşanın bir sıra sahələrində Devon və Karbonun arasında uyğunsuzluq qeyd olunur.
Şimali Əfqanıstanda, Şimali Pamirdə və Kunlunda son Paleozoy orogen inkişaf
mərhələsinə müvafiq gəlir. Qırışıqlıq sistemin hər iki tərəfində böyük qalınlığa malik
molass kompleksi toplanır. Orta-üst Karbon və alt Perm dəniz mənşəli alt molassa,
üst Perm (bəzi sahələrdə alt Triasda) kontinental üst molassa müvafiq gəlir. Burada
Paleozoy çöküntülərinin tamamlayıcı qırışıqlıq deformasiyası Triasda baş vermişdir.
Erkən Kimmeri mərhələsi (Trias). Bu mərhələdə Şimali Əfqanıstanda və Cə-
nubi-Şərqi Tsilyanşanda daha da səciyyəvi xarakter daşıyır. Triasın əvvəlində hər iki
tərəfdən qırılmalarla hüdudlanan dərin tafrogeosinklinal yaranır və burada dəniz
mənşəli terrigen filiş toplanır. Bu çökəkliklərin hər ikisinin formalaşması sualtı vul-
kanizmlə müşayiət olunmuşdur. Çökəklikləri dolduran törəmələr Triasın sonu-Yura-
nın əvvəllərində metamorfizmə və qırışıqlığa məruz qalır. Şimali Əfqanıstanda bu in-
kişaf mərhələsi kənar vulkanik qurşağın formalaşması ilə başa çatır.
Gec Kimmeri-erkən Alp mərhələsi (Yura-Eosen). Bu mərhələ sistemin müx-
təlif sahələrində tektonik rejim bir-birindən fərqlənsədə, ümumiyyətlə ərazi tektonik
fəallığın zəifləməsi ilə xarakterizə olunurlar. Alay-Yarkənd çökəkliyində toplanmış
Leyas-Eosen çöküntülərinin qalınlığı (1 km) və tərkibi bu mərhələdə Şimali Pamirdə,
Qərbi Kunlunda platforma rejiminə yaxın şərait olduğunu göstərir.
Sistemin qərb və şərq hissələrində hiss olunacaq dərəcədə fəallaşma Təbaşir
dövrünün əvvəllərində qeyd olunur və Yura ilə Tətaşirin arasında uyğunsuzluğun, kə-
silişdə alt Təbaşirin kmfayət qədər hissəsinin iştirak etməməsi və alt Təbaşirin üst
hissəsinin, Senomanın gobuddənəli və kontinental xarakterli olması ilə səciyyələnir.
Bu fəallaşma Mərkəzi Əfqanıstanın, Mərkəzi və Cənubi Pamirin, Qarakorumun gec
Kimmeri orogenez mərhələsi ilə uyğun gəlir. Bunun nəticəsində qitə ətrafı daha da
cənuba şəkilir və yenidən And tipli şərait yaranır. Sistemin şərq hissəsində də oxşar
309
şərait mövcud olmuşdur. Gec Təbaşirin əsas hissəsində və erkən Paleogendə tektonik
fəallaşma nisbətən zəifləsədə, Eosenin sonunda tektonik rejim yenidən kəskin dəyişir.
Bu zaman Paropamiz-Tsinlin sistemi özünün neotektonik (yeni orogen mərhələsi)
inkişaf mərhələsinə daxil olur.
Neotektonik orogen mərhələsi (Oliqosen-Dördücü dövr). Yeni orogen mərhə-
ləsində Əfqanıstan Bədəxşanı, Şimal Pamir və Kunlun intensiv qalxmaya məruz qalır
və Mərkəzi Asiyada ən yüksək (18 km-ə qədər) dağ sistemlərindən birinə çevrilir.
Tədrici xarakter daşıyan bu qalxma üç mərhələdə baş vermişdir. Nisbətən zəif olan
birinci mərhələ Oliqosen-Miosendə, qalxmanın intensivliyinin iki dəfəyə qədər artdı-
ğı ikinci mərhələ Pliosendə, qalxmanın maksimuma çatdığığı üçüncü mərhələ isə
Dördüncü dövrdə baş vermişdir.
Şimali Pamirdə və Kunlunda yeni orogenez mərhələsinin başlaması, cənubda
yerləşən Tetis seqmentinin tam qapanması və Hindistan platformasının Asiya qitəsi-
nin tərkibinə daxil olması ilə bir vaxta düçür. Paropamiz-Kunlun seqmentinin müasir
quruluşu Əfqanıstan-Pamir və Pamir-Qarakorum üfüqi yerdəyişmələri ilə əlaqədar ol-
muşdur. Mərkəzi-Pamir seqmenti şimala itələnmiş, onun qarşısında olan Pamir-Alay
çökəkliyinin Mezozoy-Kaynozoy çöküntüləri intensiv qırışıqlığa məruz qalmışdır.
6.2.2. QƏRBİ VƏ ORTA AVROPA HERSİNİDLƏRI
Kaledonidlərdən fərqli olaraq Avropanın quruluşunda Hersinidlər böyük yer tu-
tur. Hersinidlərin daxili quruluşunda dörd böyük zona ayrılır:
1. Orta Avropa Hersin qırışıqlıq sistemi- Böyük Britaniya adalarının cənub his-
səsindən Şimali Fransa, Cənubi Belgiya, Almaniya, Şexoslovakiyadan keçərək Cənu-
bi-Qərbi Polçaya kimi uzanan geniş ərazini əhatə edir.
2. Mərkəzi qalxımlar zonası- Armorikan massivinin cənub hissəsini, Mərkəzi
Fransa massivini, Foqezi, Şvartsvaldı, Baham massivini və onların gömülmüş ətrafını
əhatə edir.
3. Cənubi-Avropa Hersin qırışıqlıq sistemi- İberiya yarımadasının Hersinidləri-
ni, Pirineyləri, Mərkəzi massivin cənubunu, Sileziyanı, Moraviyanı, eləcədə müasir
Alp qırışıqlıq qurşağının işlənilməyə məruz qalan şimal hissəsinin Hersinidləri da-
xildir.
4. Maqribin Şimal-Afrika Hersin qırışıqlıq sistemi- ilk əvvəllər Cənubi-Avropa
və Orta-Avropanın Biskay körfəzi ilə əlaqəli olduğu ehtimal olunurdu. Mərkəzi qal-
xım zonasının digər tərəfi ilə belə bir əlaqə Sileziya Moraviya ilə əlaqədar olmuşdur.
Əvvəlcə Bet-Rif-Tellas Alp geosinklinal sistemini, sonra isə Alboran dənizinin rift
çökəkliyi ilə ayrılan Maqribin Hersinidləri İberiya yarımadasının Hersidlərinin dava-
mı hesab olunur.
STRATİQRAFİYA
Orta və Qərbi Avropa Hersinidlərinin geoloji quruluşunda aşağıdakı başlıca
struktur-formasiya kompleksləri ayrılır (cədvəl 6.2.2).
Bünövrə struktur-formasiya komplekst (BSFK). Qərbi-Avropa plitəsində
Kembriyəqədər yaşlı törəmələr Orta Alman kristallik zonasında təbii çıxışlar əmələ
gətirir və intensiv metamorfizmə məruz qalmış qneys və şistlərdən ibarətdir. Nor-
mand adalarında və Britaniyanın şimal sahillərində yaşı Qrenvildən (Dasland) cavan
olmayan kristallik süxurların çıxışları qeyd olunur. Fransız geoloqları bu kompleksi
310
Pentervariy adlandırırlar. Bünövrəni təşkil edən bu kompleksin üzərində Briovera ad-
lanan (üst Rifey-Vend) böyük qalınlığa malik terrigen filiş qatı yatır. Briovera qatının
kəsilişinin alt hissəsində əsas tərkibli vulkanogen törəmələr qeyd olunur.
Cədvəl 6.2.2
№-si Struktur-formasiya kompleksi (SFK) Yaşı
1 Bünövrə Kembriyəqədər
2 Geosinklinal Kembri-alt Karbon
3 Orogen Üst Paleozoy
4 Platforma örtüyü Üst-Perm-üst Təbaşir
5 Fəallaşma Paleogen-Kvarter

Saksotyurinq zonasında Baykal kompleksinin üzərində az qalınlığa malik dayaz


dəniz mənşəli çöküntülərdən, vulkanogen törəmələrdən (diabaz, keratofir və onların
piroklastitləri) təşkil olunan Vend-orta Kembri transqressiv yatır. Venddə tillitə oxşar
çöküntülər qeyd olunur. Kəsilişdə üst Kembri iştirak etmədiyindən Ordovik çöküntü-
ləri bilavasitə orta Kembrinin yzərində yatır.
Barrandov sinklinoriumunda üst Rifey-Vend əsasən qrauvak, alevrolit və qis-
mən qrafitləşmiş gilli şistlərdən təşkil olunmuşdur. Kəsilişin orta hissəsində böyük
qalınlığa malik split horizontu və əsas tərkibli tuflar yatır. Kəsilişin üst hissəsi fliş xa-
rakteri daşıyır və Kembri çöküntülərindən bucaq uyğunsuzluğu ilə ayrılır. Rifey-
Vend kompleksinin ümumi qalınlığı 7-8 km-ə çatır.
Geosinklinal struktur-formasiya komplekst (GSFK). Barrandov sinklinoriu-
munda alt Kembri qalınlığı 2 km-ə çatan konqlomerat və qumdaşlarından (Baykal
molassı) təşkil olunmuşdur. Orta Kembri argillit, qumdaşı, konqlomeratdan; üst
Kembri terrigen-vulkanogen (orta, əsas tərkibli) qatdan ibarətdir. Transqressiv seriya-
lı Ordovik Kembrinin üzərində bucaq uyğunsuzluğu ilə yatır, konqlomerat, gilli-şistli,
vulkanogen qatdan təşkil olunmuşdur. Silur Ordovikdən fasilə ilə ayrılır, alt hissədə
şistli formasiyadan, üst hissədə isə dayaz dəniz mənşəli Karbonat formasiyasından
ibarətdir. Alt və orta Devonda analoji formasiya ilə xarakterizə olunur.
Ordovik, Silur, alt və orta Devon növbəti gec Kaledon struktur kompleksini
əmələ gətirir. Üst Kembri kəsilişdə iştirak etmir, Ordovik böyük qalınlığa malik qum-
daşlarından ibarətdir. Burada Ordovikdən Hersin kompleksi toplanmağa başlayır. Si-
lur-orta Devon qalınlığı yüz metrlərlə ölçülən diabazlı aspid formasiyasından ibarət-
dir. Üst Devon kifayət qədər qalınlığa malik vulkanogen-çökmə; alt Karbon qalınlığı
2 km-ə çatan gilli-qrauvakalı qatdan təşkil olunmuşdur. Hersin geosinklinal komplek-
sinin (O-D) qalınlığı 2 km-dən çox deyildir. Saksoniya zonasında transqressiv yatım
əmələ gətirən Ordovikin kəsilişinin alt hissəsi böyük qalınlığa malik qumdaşlarından
təşkil olunmuşdur.
Silur, alt və orta Devon qalınlığı 100 m-ə çatan aspid formasiyasından ibarətdir.
Hersin geosinklinal kompleksinin (O-D) qalınlığı 2 km-dən çox deyildir.
Orta Avropa Hersinidlərinin nisbətən şimal Renohersin zonasında (Ardenlərdə,
Reyn Şistli dağında, Qartsda) əsas geosinklinal kompleksi Devon qalınlığı 10 km-ə
çatan aspid formasiyasından, Dianta (C1) isə Kulma formasiyasından təşkil olunmuş-
dur. Bu formasiyanın hər ikisi əsasən gilli şistlərdən və qrauvakkadan təşkil olunmuş-

311
dur. Reyn Qayalı dağlarında və Qartsda alt Devonun üst hissəsində keratofir forma-
siyası (turş və orta tərkibli vulkanogen törəmələr); orta Devonda biabaz, split, tuflar;
alt Karbonda (Kulma) isə dayka və diabaz örtüklərinə rast gəlinir.
Renohersin zonasının davamında (Moravosileziyada) Hersin geosinklinal komp-
leksinin qalınlığı 5-8 km-dən çoxdur. Devonaqədər fillitlərin üzərində böyük qalınlı-
ğa malik Devon və Kulma seriyası yatır. Üst Sileziya daş kömür hövzəsində karbo-
natlardan təşkil olunmuş Devon və Kulma (C1) seriyasının qalınlığı 2 km-ə yaxındır.
Cənubi-Qərbi İngiltərə və Cənybi-Qərbi İrlandiyada Hersin qırışıqlıq geosinkli-
nal kompleksi yer üzərinə çıxır və kəsilişdə Devon qravelitdən, qumdaşından, split-
dən, tufdan; alt Karbon əsasən gilli çöküntülərdən ibarətdir, qrauvakka, qravelit,
qumlu əzhəngdaşı, kömürlü qatlara rast gəlinir; kəsilişdə split, tuflar da iştirak edir.
Hersin kompleksi Lauzits və Sudetdə üst Devon-Alt Karbon yaşlı flişdən təşkil
olunmuşdur. Baham massivində Hersin qranitoidləri geniş yayılmışdır.
Orogen struktur-formasiya komplekst (OSFK). Hersin orogen kompleksi üst
Paleozoy yaşlı törəmələrdən təşkil olunmuşdur. Sudet və Baham massivlərini cənub-
şərqdən əhatə edən Moravosileziya zonasında Devonaqədər fillitlərin üzərində karbo-
natlardan təşkil olunmuş, böyük qalınlığa malik Devon yatır. Hersin kompleksinin
qalınlığı 5-8 km-dir. Saksoniya zonasında üst Devon böyük qalınlığa malik vulkano-
gen törəmələrdən; alt Karbon (Danata) qalınlığı 2 km-ə çatan gilli-qrauvakkadan təş-
kil olunmuşdur, alt hissədə keratofirə rast gəlinir. Ön çökəkliklər zonasında (Almani-
yanın və Belçikanın Namyur daşkömür hövzəsində) Dianta platforma tipli əhəngda-
şından, Namyur-üst Karbon (Seleziya) isə qalınlığı 5,5 km-ə çatan molass qatından
təşkil olunmuşdur. Rur hövzəsindən şərqə (Almaniya, Polşa, Qərbi Ukraina) Namyur
paralik kömürlü-terrigen çöküntülərdən; orta Karbon (Vestval) qalınlığı 2-3 km-ə ça-
tan göl çöküntülərindən ibarətdir. Qərbi Avropa Epihersin plitəsində Perm qalınlığı
1,5 km-ə çatan kontinental molassdan təşkil olunmuşdur.
Platforma örtüyü struktur-formasiya kompleksi (PSSFK). Qərbi Avropa
Epihersin plitəsində Trias xarakterik kəsilişə malik üç qatdən ibarətdir (əlvan rəngli
qumdaşı; üzvi əhəngdaşı; keypir). Akvitan sineklizində alt Trias qumdaşı; orta Trias
əlvan rəngli argillitdən, dolomit və evaporit qatından; üst Trias isə evaporit formasi-
yasından, effuzivlərdən, argillitdən təşkil olunmuşdur. Yura qalınlığı 1 km-ə çatan
Karbonat formasiyasından ibarətdir. Paris hövzəsində toplanan Yura kompleksi dayaz
dəniz şəraitində toplanmış karbonat formasiyasından və mergel, gil araqatlarından
təşkil olunmuşdur, qalınlığı 2 km-ə çatır (J 1 -650 m, J2 -500 m, J3 800 m). Qərbi Av-
ropa Epihersin plitəsinin ayrı-ayrı qrabenlərində Yuranın qalınlığı 3 km-ə çatır. Yura-
nın sonunda dənizin Paris-İngiltərə hövzəsini tərk etməsi ilə əlaqədar olaraq alt Təba-
şir (Berrias-Barrem) əsasən kontinental, göl-delta, çay çöküntülərindən təşkil olun-
muşdur. Üst Təbəşirdə hövzə yenidən dənizlə örtülür və nəticədə qalınlığı 800 m-ə
çatan karbonat formasiyası toplanır. Adur çökəkliyində karbonat formasiyasından
ibarət olan alt Təbaşirin qalınlığı 5 km-ə çatır.
Fəallaşma struktur-formasiya kompleksi (FSFK). Paleosen-Eosen dəniz
mənşəli karbonat-terrigen, Oliqosen-Miosen əsasən kömürlü formasiyadan ibarətdir.
Kaynozoy kompleksinin ümumi qalınlığı 3,5 km-ə çatır.

312
MAQMATİZM
Qərbi və Orta-Avropa hersinidlərində maqmatizm geniş stratiqrafik diapazonu
əhatə edir və əsasən üst Kembri (orta və əsas tərkibli vulkanogen törəmələr), Devon
(turş orta tərkibli vulkanogen törəmələr), alt Karbon (dayka və biabaz örtükləri), Mio-
sen (qələvi-bazalt vulkanizmi), Holosen (bazalt və andnzitdən traxit və fonolitə kimi),
Pleytstosen (qələvi-bazalt vulkanizmi) mərhələləri daha intensiv xarakter daşıyır.
TEKTONİKA
Orta Avropa Hersin qırışıqlıq sistemi Almaniyanın ərazisində daha tam və geniş
yayılmışdır. Orta Avropa Hersinidlərinin daxilində dörd zona ayrılır:
Ön çökəkliklər zonası- Rur (Almaniya) və (Belgiya) Daş kömür hövzələri ara-
sında yerləşir. Bu hövzələrin hər ikisi qalınlığı 5,5 km-ə çatan paralik kömürlü Nam-
yur, orta və üst Karbon (Sileziya) molass formasiyası ilə dolmuşdur. Rur hövzəsindən
şərqə Namyur kömürlü-terrigen çöküntülərdən Vestval limnik çöküntülərdən
ibarətdir, qalınlığı 2-3 km-dir.
Reyn çayının sağ sahilində yerləşən Rur hövzəsi öz davamı olan Namyura nis-
bətən kifayət qədər enlidir. Namyur-gec Karbon ərzində Rur hövzəsinin oxu qanuna-
uyğun olaraq şimala dəyişmişdir. Onun cənub qanadının intensiv xətti qırışıqları çox-
lu sayda üstəgəlmələrlə mürəkkəbləşmişdir. Namyur sinklinoriumu iki-üç qırışıqdan
ibarətdir, şimal istiqamətdə onların sayı kəskin azalır.
Renohersin zonası- Orta Avropa Hersinidlərinin nisbətən şimal struktur-forma-
siya zonası hesab olunur, Ardenlərdə, Reyn Şist dağında və Qarsda səciyyəvi ifadə
olunmuşdur. Əsas geosinklinal kompleks Devon və alt Karbon çöküntülərindən iba-
rətdir. Devonun qalınlığı Reyn Şistli dağında 10 km-dən çox olub aspid formasiya-
sından, vulkanogen törəmələrdən ibarətdir. Burada alt Karbon flişdən təşkil olunmuş-
dur. Hər iki formasiya gilli şistdən, qrauvakkadan ibarətdir. Renohersin zonası struk-
tur baxımdan əsasən izoklinal qırışıqlardan ibarətdir, qırışıqların oxuna paralel klivaj-
la mürəkkəbləşmişdir. Qırışıqlar bir sıra antiklinorium və sinilinoriumlarda qruplaşdı-
rılmışdır (şəkil 6.2.2.). Qərb istiqamətdə Renohersin zonası Paris hövzəsinin şimal
hissəsinin Mezokaynozoy çökmə örtüyünün altına keçir.
Renohersin zonasının İngiltərə-İrlandiya seqmentinin strukturları öz quruluşuna
görə Ardenlərdə, Reyn Şist dağında müşahidə olunan strukturlara yaxındır. Burada
ayrılan Devon şir sinklinoriumunun qanadı Devon, nüvəsi isə erkən Karbon yaşlı çö-
küntülərdən təşkil olunmuşdur. Şimalda da Hersin qırışıqlığı Fransa və Belgiyada bö-
yük üstəgəlmə ilə hüdudlanır. Renohersin zonasının cənub-qərbində Sudet qırışıqlıq
sistemini və Baham massivini cənub-şərqdən əhatə edən Sileziya zonası yerləşir. Bu-
rada Hersin kompleksinin qalınlığı 5-8 km-ə çatır. Moravosinez zonasından şərqdə
Üst Silez daşkömür hövzəsi yerləşir.
Orta Almin kristallik zonası- uzunmüddətli ensiz qalxımlar zonası olub, kənar
Renohersin və daxili Sansotyurinq bir-birindən ayırır. Reyinin sağ sahilində yerləşən
Odenvald və Şpessart massivləri, bu zolağa aid olunur. Frankfurt-na-Maynedən cə-
nub və cənub şərqdə yerləşən Rula, Kifxyoyder qalxımları da orta Alman kristallik
zonasının əsas hissəsi nisbətən cavan örtüyün altında yerləşir. Reyndən qərbə Orta
Alman kristallik zonası Saarlotarinq hövzəsinin molass kompleksinin altına keçir.
Saksotyurinq zonası- Orta Avropa Hersinidlərinin nisbətən daxili, kifayət qə-

313
dər mürəkkəb zonasıdır. Bu zona Şimali Şexiyanı, Saksoniyanı, Tyurinqi, Şimali Ba-
variyanı əhatə edir.
Mərkəzi Qalxımlar zonası (Moldanub)- Armorikan massivinin cənub hissəsi,
Montan-Nuar istisna olunmaqla bütövlükdə Mərkəzi Fransa massivi, Voqez və Şvart-
svaldın böyük hissəsini və Boham (Şex) massivini əhatə edir. Bu zona üçün
Kembriyəqədər bünövrənin yer səthinə şıxması səciyyəvi xüsusiyyət hesab olunur.
Bütün uzanma istiqamətində- Armorikada, Şvartsvaldda, Filizli dağlarda, Saksotyu-
rinq və Moldanub zonaları arasında onun sərhəddi qırılma hesab olunur.
Mərkəzi Qalxımlar zonasının quruluşunda Boham massivi, Paris sinklinoriumu,
Mərkəzi Massiv, Cənubi Seveni və Montan-Nuar qırışıqlıq zonası başlıca struktur
elementlər hesab olunur.
Qərbi və Orta Avropada çökmə örtüyü Baykal, Kaledon, Hersin qırışıqlıq bü-
növrəsi və eləcə də daha qədim qaymalar üzərində yatır. Burada bünövrəsinin yaşına
görə iki cavan platforma ayrılır. Bunlardan biri Baykal və Kaledon yaşlı qırışıqlıq
bünövrə üzərində formalaşan Orta Avropa, digəri isə Qərbi Avropa Epihersin platfor-
masıdır. Bu platformalar bir-birindən Qərbi Avropa Hersinidlərinin şimal ətrafı ilə
ayrılırlar. Qərbi Avropa platforması intensiv əyilməyə məruz qalmış və təmamilə
çökmə qatla örtülmüşdür və bünövrənin çıxışları yalnız onun qərb ətrafında məhtud
sahədə qeyd olunur. Oz quruluşuna görə Qərbi Avropa platforması Orta Avropadan
kəskin fərqlənir. Onun quruluşunda Hersinəqədər və Hersin yaşlı qaymaların- mas-
sivlərin (Armorikan, Mərkəzi Fransa, Ardenn, Reyn Şistli dağları və s.) çıxışları və
onları bir-birindən ayıran düzənlik və hövzələr (Paris, Akvitan, Cənubi Almaniya,
İberiya və s.) qeyd olunur. Rəngərəng quruluşa malik olan Qərbi Avropanın quru-
luşunda gec Eosendən Şimal dənizindən Aralıq dənizinə kimi uzanan Reyn-Reon rift
sistemi formalaşmışdır.
Paris (İngiltərə-Paris) sineklizi- Qərbi Avropa Epihersin platformasının ən
böyük sineklizlərindən biri hesab olunur. Hetrogen yaşlı bünövrəyə malik olan bu si-
nekliz Permin sonu-Triasda formalaşmağa başlamışdır. İnkişaf tarixi ərzində ətraf sa-
hələrdə yerləşən müxtəlif əyalətlərin təsirinə məruz qalmışdır.
Akvitan sineklizi- Biskay körfəzinin yerüstü davamı hesab olunur. Şimaldan
Armorikan, şimal-şərqdən Mərkəzi Fransa massivi, şərqdən isə Karkasson astanası ilə
sərhədlənir. Bu sinekliz Triasda Hersin Pireneylərinin şimal ətrafında Stefan-Perm
molass çökəkliyinin yerində yaranmışdır.
Cənubi Alman sineklizi- Orta Avropa geosinklinal sisteminin cənub zonası
üzərində formalaşan törəmə xarakterli, bərabər tərəfli üçbucaq formasında olan yastı
çökəklikdir, en istiqamətdə Dunay çayının yuxarı hissəsi boyunca 500 km- ə qədər
uzanır. Son Permdən platforma rejimində inkişaf edən bu ərazidə çökəkliyin sərhəd-
dinin tam formalaşması Paleogendə baş vermişdir.
İberiya sineklizi- İberiya Mesetlərinin mərkəzi və şərq hissəsinin Mezokayno-
zoy çöküntülərinin yayıldığı sahəni əhatə edir. Burada örtük Trias, Yura, Təbaşir və
az qalınlıqlı Kaynozoydan təşkil olunmuşdur.
Luzitan okeanqarşısı çökək- ensiz, dərin çökəklik (4 km) olub, Yura, Təbaşir
və Kaynozoy çöküntülərindən təşkil olunmuşdur.

314
Şəkil 6.2.2. Avropa Hersinidlərinin quruluşu sxemi (Avropanın tektonik
xəritəsinə əsasən, miqyas 1:10000000, 1977).
I-Əsas struktur elementlər; II-Qədim platforma; III-Baykal konsolidasiya əyaləti;
IV- Kaledon konsolidasiya əyalətlərində qırışıqlıq bünövrənin çıxışları; V-Kaledon
konsolidasiya əyalətlərində Epikaledon örtüyü; Hersin konsolidasiya əyalətləri:
VI-Baykalaqədər kompleks; VII-Baykal kompleksi; VIII-Kaledon kompleksi;
IX-Hersin geosinklinal kompleksi; X-Hersinidlərin ön və böyük dağarası çökəkliklə-
ri; XI-Nersin qranitoidlərinin nəhəng plutonları; XII-Hersinidlərdə ofiolit qurşaqları;
XIII-Örtük altında olan qranitoidlər; XIV-Hersinidlərin sərhəddi; XV-Alp ön, dağara-
sı çökəklikləri və Reyn qrabeninin törəmələri; XVI-Alp qırışıqlıq qurşağı; XVII-Al-
pidlərdə olan Hersin və daha qədim nüvələr; XVIII-Alp örtüklərinin sərhəddi; XIX-
Böyük qırılmalar və Hersin struktur-formasiya zonalarının sərhəddi; XX-Reyn qra-
beni; XXI-Hersinidlərdə qırışıqlığın və üstəgəlmələrin istiqaməti; Tektonik zonalar:
1-Renohersin, 2-Saksotyurinq, 3-Moldanub, 4-Vandeey-Seveni, 5-Pireney və Mon-
tan-Nuar zonası, 6-Kantabriy, 7-Qərbi-Asturiy-Leon, 8-Mərkəzi İberiya, 9-Qalisiy
yarımzonası, 10-Alkudiy yarımzonası, 11-Ossa-Morena, 12-Cənubi Portuqaliya,
13- Qərbi-Sudet, 14-Moravo-Silezya, 15-Qərbi Alman qalxımı, 16-Normand massivi,
17-Üst Silezya çökəkliyi, Qırılma xətləri: 18-Glba, 19-Odra, 20-Qvadalkivira.

Qərbi Avropa Epihersin plitəsinin quruluşunda eyni adlı rift sistemi xüsusi əhə-
miyyət kəsb edir. Norveş dənizindən və Skandinaviyanın cənubundan başlayaraq, Şi-
mal dənizindən keçməklə Aralıqdənizi qursağının qərb ətrafına kimi izlənilən və
sonra isə Qviney korfəzinə kimi bavam edən Qərbi Avropa rift sistemi uzunmüddətli
inkişafla (Perm-Təbaşir) xarakterizə olunur. Bu sistemin mərkəzi və cənub hissəsi
əsasən Neogendə tamamlayıcı Alp qırışıqlıq fazasından sonra baş vermişdir.

315
GEOLOYİ İNKİŞAF TARİXİ
Atlantika qurşağı kimi Aralıqdənizi qurşağı da Kembriyəqədər mərhələnin so-
nunda Qrenvil-Dasland epoxasında (1000-850 mln. il intervalında) intensiv fəallaş-
maya cəlb olunan qədim kontinental qabıq üzərində formalaşmışdır. V.Y. Xainə görə
ilk əvvəllər (son Kembriyəqədər-alt Paleozoy) Aralıqdənizi qurşağı Atlantik qurşa-
ğının şərq qolu kimi inkişaf etmişdir. Yalnız Kaledon tektogenezi nəticəsində Atlan-
tik okeanının şimal hissəsi qapandıqdan sonra onun Şimal-Amerika Appalaç siste-
mindən keçən əsas hissəsinə çevrilmişdir.
Baykalaqədər mərhələ. Mezoavropanın nisbətən dəqiq tektonik inkişaf tarixini
yalnız Baykal inkişaf mərhələsindən (850 mln. il) bərpa etmək mümkündür. Paleo-
tetisin şimal ətrafı Şərqi-Avropa platformasının tərkibinə daxil olan parçalanmaya
məruz qalmış kontinental tip qabıq üzərində formalaşmışdır. Bu bünövrənin iki qay-
ması müasir dövrə kimi saxlanılmışdır. Bunlardan biri Armorikan massivinin şimal
hissəsində yerləşən Britaniyanın şimal hissəsini, Kotanten yarımadasını və İngiltərə-
Normand adalarını əhatə edən Domnoneya (Normand) masssivi, digəri isə Miziy pli-
təsinin cənub hissəsində yerləşir. Domnoneya massivinin daxilində mütləq yaşı 2500-
2000 mln il olan Pentari miqmatit və qneysləri məlumdur (bəzi sahələrdə onlar ca-
vanlaşmışdır- 1300-1000 mln il). Alp qurşağında Baykalaqədər yaşlı qneys-şist bü-
növrəsi Cənubi Karpatlarda olması ehtimal olunur. Alp qurşağının nisbətən cənub-
şərq rayonlarında Baykalaqədər yaşlı kristallik kompleks Rodop, Pelaqoniy, Mende-
ress və dicər massivlərdə qeyd olunur.
Baykal mərhələsi (R3 sonu-V- Є1). Aralıqdənizi qurşağının (Paleotetisin) Avro-
pa hissəsinin formalaşması orta Rifeydən gec olmayaraq baş vermişdir. Qərbi və Orta
Avropada Baykal qırışıqlığı ilə əlaqədar olan qalxma hər iki tərəfdə evgeosinklinal
troqun yaranması ilə müşayiət olunmuşdur. Bu troqlar öz inkişafını Paleozoyda da
davam etdirmişdir. Mezo və Neoavropa daxilində nəinki erkən, hətta orta və gec
Kembridə tektonik rejminin xüsusiyyətinə görə endogen proseslərin fəallaşması ilə
xarakterizə olan Baykal tektogenezi ilə əlaqədar olmuşdur. Qərbi və Orta Avropada
R3 - Є1 yaşlı vulkanogen-çökmə qatın qalınlığı 10-15 km-ə çatır.
Kaledon geosinklinal mərhələsi (Є2-S). Ərazinin əksər hissəsində Kaledon
mərhələsi sərbəst ayrılmır. Belə ki, Cənubi-Şərqi İngiltərə, Branbant massivi və Ar-
denlər istisna olunmaqla qalan sahələrdə Ordovikdən etibarən enmə mərhələsi baş-
layır və erkən Karbona kimi davam edir.
Ryugen adasından Cənubi-Şərqi Polçaya kimi olan zonada Silurun sonu-Devo-
nun əvvəllərində baş verən qırışıqlıq tamamlayıcı qırışıqlıq olmuş və tam konsolida-
siyaya və platforma rejiminin bərpasına səbəb olmuşdur. Hər iki zona Şərqi-Avropa
platformasının cənub ətrafı boyunca uzanmış və erkən yaranmış kontinental qabıq
üzərində formalaşmışdır. İntrakraton xarakter daşıyan bu çökəkliklərdə Vend-Silur
ərzində əsasən terrigen mənşəli çöküntülər toplanmışdır.
Hersin geosinklinal mərhələsi (O-C 1). Orta Avropa geosinklinal sisteminin
mərkəzi zonası Mərkəzi Armorika, Saksotyurinq zonası və Qərbi Sudetdən keçmiş-
dir. Mərkəzi Qalxımlar zonasından cənubda daha bir intensiv əyilmə sahəsi olmuş-
dur. Bu çökəkliklərdə əsasən aspid formasiyası toplanmışdır. Mezoavropanın Hersin
geosinklinalları Devonda özünün nisbətən fəal geosinklinal inkişaf mərhələsinə keç-
mişdir. Orta Avropa geosinklinalının şimal ətrafında dəniz tədricən Kaledon quru sa-
316
hələrini əhatə etmişdir. Devonun sonunda bu proses başa çatır. Geosinklinal şimal ət-
rafı üçün orta və üst Devonun rifogen fasiyası səciyyəvi xarakter daşıyır. Devonda
maksimal əyilmə Saksotyurinq zonasından Renohersin sahəsinə dəyişir. Burada qa-
lınlığı 10-12 km-ə çatır. Renohersin zonası şimal-qərb istiqamətdə Cənubi-Qərbi İn-
giltərə və İrlandiya kimi davam etmişdir. Saksotyurinq zonası Mərkəzi Armorikadan
Mərkəzi-İberiya zonasına kimi uzanmışdır. Saksotyurinq və Renohersin zonasında
Devon ərzində tektonik fəallaşma daha da differensasiya olunmuş xarakter alır. De-
von və Karbonun sərhəddində Orta və Cənubi Avropa Hersinidlərində Breton fazası
ilə əlaqədar olan deformasiya, qalxma və qranitləşmə baş verir. Breton qalxma hərə-
kətləri Mərkəzi zonanın hər iki tərəfi boyu hövzəyə qırıntı materiallarının gətirilməsi-
ni gücləndirir. Hersin tektogenezinin Sudet fazasından sonra Avropanın geosinklinal
inkişafı başa çatır və orogen inkişaf mərhələsi başlayır.
Hersin orogen mərhələsi (gec Paleozoy). Erkən Karbonun sonu-orta Karbonda
Avropa Hersinidlərinin orogen mərhələsi başlayır və xırda qalıq çökəkliklər istisna
olunmaqla bütün Paleozoy əyilmə sahəsi qalxmaya məruz qalır. Əvvəlki geosinklinal
sistemlərin ətrafı boyunca ön çökəkliklər formalaşır. Bunlardan Cənubi İngiltərədən
başlayaraq Şimal Fransa, Belgiya və Almaniya ərazisində izlənilən ön çökəkliyin ən
böyüyü hesab olunur. Avropa Hersinidlərində Asturiy və Zaal fazaları Hersin tekto-
genezinin ən fəal mərhələsi hesab olunur.
Platforma inkişaf mərhələsi (gec Perm-gec Təbaşir). Gec Permin əvvəllərin-
də Qərbi Avropa cavan platformasının hüdudunda yerləşən Hersin qırışıqlıq sistemi
intensiv nivelirləşmiş və bu isə dəniz hövzəsinin sərhədlərinin kifayət qədər cənuba
genişlənməsinə səbəb olmuşdur. Triasın əvvəllərində Orta və Qərbi Avropanın ərazi-
sində platforma rejimi tam bərpa olunur. İberiya yarımadasından Baltik dənizinə kimi
izlənilən Triasın səciyyəvi kəsilişi də bir daha bunu təsdiq edir.
Trias və Yuranın sərhəddində Orta və Qərbi Avropa erkən Kimmeri tektonik fə-
allaşmasının tərsinə məruz qalır. Şimal dənizi və onun cənub, Hollandiya-Qərbi Al-
man ətrafında riftəmələgəlmənin intensivləşməsi müşahidə olunur. Yuranın əvvəllə-
rində İngiltərə-Paris, Akvitan hövzələrinin əyilmə sahələri aydın ayrılır və İngiltərə-
Brabant, Armorikan və Mərkəzi massivlərin tam formalaşması başa çatır.
Orta Yuradan etibarən Qərbi Avropa Epihersin platformasının cənub hissəsi da-
ha da artmaqda olan Alp geosinklinalının təsirinə məruz qalır. Burqund qapısı,
Şvartsvald və Boham massivləri arasında, Krakov rayonunda dənizlə əlaqə bərpa olu-
nur. Akvitan və İberiya hövzələri bilavasitə Priney geosinklinalının təsiri altında inki-
şaf edir. Yuranın sonu-Təbaşirin əvvəllərində ərazi son Kimmeri tektonik fəallaşma-
sının təsirinə məruz qalır və bununla ələqədar olaraq dənizin ümumi reqressiyası
qeyd olunur. İngiltərə-Paris, Orta Avropa və İberiya qalıq hövzələrində, Biskay kör-
fəzinin ətrafında, Alp geosinklinallarında erkən Təbaşirdə (Albdan əvvəl) qırışıqlıq-
qırılma deformasiyası ilə müşayiət olunan növbəti fəallaşma baş verir.
Neotektonik mərhələ (Təbəşirin sonu-Kvarter). Təbaşirin sounda transqressi-
ya yenidən reqressiya ilə əvəz olunur və Ardenn-Sudet ərazisində, Mərkəzi Fransa və
Armorikan massivlərində ümumi qalxma başlayır. Qalxma prosesləri intensiv vulka-
nizmlə müşayiət olunmuşdur. Qalxma və vudlkanizm Qərbi Avropa kontinental qra-
ben sisteminin yarandığı Oliqosen-erkən Miosendə maksimuma çatır. Riftəmələgəl-
mə şimaldan cənuba yayılmışdır. Reyn-Ron qraben zonasının yaranması ilə Mərkəzi
317
Avropa massivi ayrılmağa məruz qalır və qərbdə Arden, Reyn, Qərbi Şistli dağ və
Voqez, şərqdə isə Şimali Şistli dağ, Qarte formalaşır. Bu mərhələdə qalxma və vulka-
nizm Mərkəzi Fransa massivi əyalətində özünü daha intensiv göstərir. Qələvi-bazalt
vulkanizmi rift sisteminin hər iki tərəfində və onun ətrafında bütün Neogen, Dördün-
cü dövr (Kvarter) ərzində (bəzi sahələrdə Holosen daxil olmaqla) davam edir və rift-
əmələgəlmə Miosenin sonunda maksimuma çatır.
6.2.3. ARALIQDƏNİZİ QURŞAĞININ MİZİY-SKİF-CƏNUBİ-TURAN
EPİHERSİN PLİTƏLƏRİ
STRATİQRAFİYA
Aralıqdənizi qurşağınnın Hersinidlərinin geoloji quruluşunda aşağıdakı başlıca
struktur-formasiya kompleksləri ayrılır (cədvəl 6.2.3).
Cədvəl 6.2.3
№- Struktur-formasiya Yaşı
si kompleksi (SFK) Miziy Şimali Dobruca Skif Cənubi Turan
1 Bünövrə Kembriyəqədər-Paleozoy
2 Keçid J T-J T - J1 P2 - J1
3 Çökmə örtüyü K-Q K-Q J2 - Q J2 - Q

Bünövrə struktur-formasiya komplekst (BSFK). Miziy plitəsində orta Prote-


rozoy yaşlı cespilitlərdən, üst Rifey yaşlı xloritli şistlərdən, fillitdən, kvarslı qumdaş-
larından təşkil olunmuşdur. İntensiv metamorfizmə, dislokasiya məruz qalmış bünöv-
rə kompleksi alt və orta Paleozoyla qeyri-uyğun örtülmüşdür. Ordoviklə başlayan kə-
siliş kvarslı qumdaşı (alt hissədə), qraptolitli şist və argillitdən, Silur və Devonun alt
hissəsi qumdaşı və əhəngdaşı qatlarından ibarətdir. Orta, üst Devon və alt Karbon
(Dianta) Karbonat formasiyasından (əhəngdaşı, dolomit); Namyur-Vestfal kömürlü
paralik formasiyadan (molass); Perm-alt Trias isə qırmızı rəngli laqun-kontinental
molassdan, əsas, orta və turş tərkibli vulkanogen törəmələrdən təşkil olunmuşdur. Pa-
leozoyun ümumi qalınlığı 5-6 km-dir.
Şimali Dobucanın Miçin zonasında BSFK Kembriyəqədər yaşlı kristallik şistlər-
dən; Vend-Ordovik fillit-kvarsitdən ibarətdir. Silur-alt Devon zəif metamorfizmə mə-
ruz qalmış şistli-əhəngdaşı formasiyadan (2,0 km-ə yaxın); alt Karbon konqlomerat,
qrauvakka və fillitdən ibarət molass formasiyadan (1,5 km) təşkil olunmuşdur. Bu çö-
küntülər intensiv deformasiya olunmuş, qranit kütlələri ilə yarılmış və qırmızı rəngli
konqlomerat, qumdaşı və gillərdən təşkil olunan alt Triasla qeyri-uyğun örtülmüşdür.
Orta Trias Karbonatdan, üst Trias isə gilli-Karbonatdan ibarətdir.
Skif Epihersin plitəsində BSFK Kembriyəqədər və Paleozoy törəmələrindən təş-
kil olunmuşdur. Kembriyəqədər bünövrə Azov qalxımında Yer üzərinə çıxan və Ap-
xey-alt Proterozoy yaşlı qranitlərdən, qranit-qneysdən, kristallik şistlərdən ibarətdir.
Dobruşada Yer üzərinə çıxan üst Proterozoy törəmələri yaşıl şistlərdən, fillitdən və
qrauvakkadan ibarətdir.
Cənubi Turan Epihersin plitəsinin bünövrə kompleksi Kembriyəqədər və Prote-
rozoy törəmələrindən ibarətdir. Cənubi Turan plitəsinin daxili hissələrində bünövrə
Tuarkırda və Hissar silsiləsinin cənub-qərbində Yer üzərinə çıxır. Üst Proterozoy
kristallik şistlərdən, qneysdən, plagioklazlı-amfibollu və epidot-piroksenli şistlərdən;

318
Paleozoy isə qalınlığı 1500 m-ə çatan fillit və əhəngdaşı ilə növbələşən, 300 m-lik
mərmərləşmiş, spillt-keratofir formasiyasından, konqlomeratdan, qumlu əhəngdaşla-
rından ibarətdir.
Keçid kompleksi və çökmə örtüyü struktur-formasiya kompleksi. Miziy pli-
təsində bu kompleks alt, orta Yura yaşlı terrigen-karbonat formasiyasından (300 m);
Valenjin karbonat formasiyasından (1,0 km); Hoteriv-Alb terrigen-karbonat formasi-
yasından (1,5-2,0 km); Senoman-alt Turon terrigen formasiyasından(100-150 m); Tu-
ron-Eosen Karbonat formasiyasından (300-400 m) təşkil olunmuşdur. Yalnız Varney
çökəkliyində saxlanılan Oliqosen gilli formasiyasıyadan (900 m) ibarətdir. Terrigen-
karbonat formasiyasından ibarət olan Miosenin maksimal qalınlığı (1,2 km) Lom; ter-
rigen formasiyasından təşkil olunmuş Pliosen-Kvarter isə Valx və Karpatqarşısı çö-
kəklikdə qeyd olunur.
Şimali Dobucanın Miçin zonasında orta Trias Karbonatdan, üst Trias isə gilli-
Karbonatdan ibarətdir. Moldava çökəkliyində Perm qırmızı rəngli kontinental molas-
sdan (Hersin orogenezi); alt Yura qalınlığı 2 km-ə çatan terrigen; üst Yura az qalın-
lıqlı karbonat formasiyasından (dəniz molassı) təşkil olunmuşdur. Aşağı Dnestr çö-
kəkliyində alt Təbaşir-Senoman dayaz dəniz çöküntülərindən (300-400 m); üst Təba-
şir isə karbonat formasiyasından (850 m); Paleogen-Neogen kompleksi isə az qalın-
lıqlı sahilyanı-dəniz çöküntülərindən ibarətdir.
Skif plitəsində Trias-orta Yura yaşlı keçid kompleksi bünövrənin dərin qraben-
lərini dolduran əhəngdaşı və dolomit təbəqəli şistlərdən, qumdaşı, mergel və konqlo-
meratların ritmik növbələşməsindən, qumlu-şistli, vulkanogen-çökmə süxurlarından
ibarətdir. Bu çöküntülər diabaz, porfirit, kvarslı diorit intruziyaları ilə yarılmışdır.
Tarxankut qrabenində Trias-Yura yaşlı keçid kompleksinin qalınlığı 3-5 km-ə çatır.
Son zamanlar Trias çöküntüləri çox sayda qazılan axtarış və kəşfiyat quyularında da
açılmışdır və əsasən gillərdən, argillitlərdən, qumdaşlarından, vulkanogen süxurlar-
dan və əhəngdaşlarından ibarətdir. Skif plitəsində çökmə örtüyü bulavasitə orta Yura-
nın Aalen mərtəbəsilə başlayır. Orta Yura epoxasında Şərqi Avropa baş dərinlik yarı-
ğından qərbdə yerləşən blok (Stavropol qalxımı, Azoz-Kuban çökəkliyi, Səhra Krım)
intensiv talxmaya məruz qaldığından, bur ada çöküntütoplanma getməmiş, yaxud da
onlar anşaq qrabenlərdə toplanmışdır. Nisbətən enmiş şərq blokda (Terek-Kuma çö-
kəkliyi) isə qalınlığı 550-700 km-ə çatan dəniz mənşəli çöküntülər (qumdaşı, alev-
rolit, argillit, qumlu-gilli qat) toplanmışdır. Üst Yura çöküntüləri bir qədər geniş ya-
yılmışdır. Üst Yura (Kellovey mərtəbəsi) konqlomerat, qravelit və gobud dənəli qum-
lardan, Kimmeriş-Titon mərtəbələri gipsləşmiş gildən, alevrolitdən, dolomitdən və
anhidritdən ibarətdir. Səhra Krımda Yura çöküntüləri hələlik müəyyən olunmamışdır.
Ümumiyətlə, alt və orta Yura süxurları Skif plitəsinin yalnız şərq hissəsində mü-
əyyən edilmişdir və qalınlığı 700 m-ə çatan kömür araqatlı gilli-qumlu çöküntülərdən
ibarətdir. Yura çöküntüləri Şərqi və Qərbi Qafqazqarşısında yayılmışdır və onun mər-
kəz hissəsində iştirak etmir. Qalınlığı 300 m-ə çatan üst Yüra gipsləşmiş, dolomit və
anhidrit araqatlı gilli-qumlu çöküntülərdən ibarətdir. Təbaşir dövrünun əvvəllərində
Skif plitəsinin çox hissəsi kəskin relyefə malik quru olmuşdur. Alt Təbaşirin birinşi
yarısında başlayan transqressiya Hoteriv əcrində bütün Səhra Krım, Barremdə Terek-
Kuma çökəkliyini, alt Albda isə Stavropol qalxımını və Azov-Kuban çökəkliyini əha-
tə etmişdir. Nətişədə, Səhra Krımda qalınlığı 900 m-ə çatan kəsiliş qumlu-gilli çökün-
319
tülərdən; Terek-Kuma çökəkliyində qalınlığı 240-420 m olan uzvi qırıntı əhəngdaş-
larından və qumlu-gilli süxurlardan; Stavropol qalxımında, Azov-Kuban çökəkli-
yində qalınlığı 70-280 m-ə çatan qumlu-gilli süxurlardan; Armavirdə və Ey-Berezan
çökəkliyində isə vulkanogen törəmələrdən (diabazlar, bazaltlar, andezitlər və onların
tufları) ibarət alt Təbaşir qatları toplanmışdır. Gec Təbaşir epoxasıəda transqressiya
daha da genişlənir. Odur ki, Skif plitəsində üst Təbaşir çöküntüləri daha geniş yayıl-
mışdır və Şərqi Avropa platformasının kəsilişi ilə çox oxşarlıq təşkil edir. Qalınlığı
700 m-ə çatan üst Təbaşir qlaukonitli qumdaşlarından, yazı Təbaşirindən və eləşə də
diabazın, bazaltın liparitin üstünlük təşkil etdiyi vulkanogen süxurlardan (Sahra
Krımda) ibarətdir. Ümumiyətlə, Təbaşir çöküntüləri iki litoloji qatdan (alt terrigen,
üst Karbonat) təşkil olunmuşdur. Alt Təbaşirin terrigen çöküntülərinin orta qalınlığı
800 m-ə, üst Təbaşirin Karbonat qatının qalınlığı isə 300 m-ə çatır.
Paleogen müxtəlif litoloji-fasial komplekslərdən təşkil olunmuşdur ki, onun da
tərkibində qumlu-gilli çöküntülər, mergel və əhəngdaşı layları üstünlük təşkil edir.
Tünd-şabalıdı rəngli bitumlu gillərdəi ibarət olan Maykop seriyası xüsusi əhəmiyyətə
malikdir. Paleogenin ümumi qalınlığı 1,8 km-ə çatır ki, bunun da 1,6 km-ə qədəri
Maykopun hesabına düçür. Neogen-Antropogen çöküntüləri Skif plitəsinin, əsasən,
mərkəz və cənub hissələrində yayılmışdır, litoloji tərkibşə qumdaşı, gil, əhəngdaşı,
losvarı gilşələrdən və alluvial çöküntülərdən ibarətdir, qalınlığı 1 km-ə çatır.
Cənubi Turan plitəsində keçid kompleksi Perm-alt Yura yaşlı çöküntülərdən təş-
kil olunmuşdur. Bünövrənin ensiz qrabenlərini və çökəkliklərini dolduran keçid kom-
pleksi Manqışlaqda xarakterik kəsilişə malikdir. Manqışlaqda Karatau meqantiklina-
lının nuvəsində Perm və alt Trias əlvan rəngli qumdaşından, argillitdən, şistlərdən,
əhəngdaşından, kontinental mənşəli süxurlardan ibarətdir. Qarabogazgöl və Mərkəzi
Qaraqum aralıq massivlərini ayıran qrabenlərdə qırmızı rəngli iri qırıntılı süxurlar
içərisində turş, orta, əsas tərkibli effuzivlər və onların tufları geniş yayılmışdır. Cənu-
bi-Turan plitəsində keçid kompleksinin qalınlığı 8 km-ə çatır. Yura yaşlı çöküntülər
Turan plitəsində Tuarkırda, Manqışlaqda, Əfqan-Taşik çökəkliyində və Şimal Pamir-
də yer üzərinə çıxır. Alt Yura Manqışlaqda qalınlığı 250 m-ə çatan kontinental, orta
Yura ümumi qalınlığı 250 m olan kömürlü dəstədən və dəniz çöküntülərindən, üst
Yura isə qalınlığı 50 m olan qumlu, karbonat süxurlardan ibarətdir. Tuarkırda alt Yu-
ra qalınlığı 50 m-ə çatan kömürlü çöküntülərlə örtülmüş boksitli süxur qatından; qa-
lınlığı 650 m olan orta Yura alt hissədə kömürlü dəstədən, üst hissədə isə dəniz fasi-
yasından; üst Yura qalınlığı 80 m-ə çatan karbonatlı çöküntülərdən ibarətdir. Əfqan-
Taşik çökəkliyində Yura nisbətən tam kəsilişə malikdir. Burada alt və orta Yura kö-
mür təbəqəli gilli-qumlu qatdan ibarət olub, qalınlığı 300-400 m-ə çatır. Üst Yura alt
hissədə qalınlığı 100-600 m arasında dəyişən bitumlu massiv əhəngdaşından, üst his-
sədə isə umumi qalınlığı 100-300 m olan gips, daşduz, gil kompleksindən ibarətdir.
Təbaşir çöküntüləri Manqışlaqda və Tuarkırda Yer üzərinə çıxır. Əfqan-Taşik çökək-
liyində isə quyular vasitəsilə açılmışdır. Plitənin şərq və qərb hissələrində (Ural-
Oman dərinlik yarığı sərhəd olmaqla) Təbaşirin kəönlişi müxtəlifdir. Belə ki, qərbdə
(Manqışlaq və Tuarkırda) Təbaşirin kəsilişi Şərqi Avropa, şərqdə isə Orta Asiya tipli-
dir. Tuarkırda alt Təbaşir alt hissədə qalınlığı 35-100 m olan kontinental çöküntülər-
dən (bazalt konqlomeratları, qırmızı gillər, qumdaşları, oolitli əhəngdaşı təbəqələri),
üst hissədə 300-400 m-lik dəniz mənşəli gilln-qumlu çöküntülərdən ibarətdir. Alt Tə-
320
başirin kəsilişi Manqışlaqda, Tuarkırda olduğu kimidir. Üst Təbaşir qlaukonitli qum-
daşı, mergel, yazı Təbaşirnndən ibarətdir, qalınlığı 200-300 m-ə çatır.
Şərqdə Təbaşir çöküntüləri daha geniş yayılmışdır və Əfqan-Taşik çökəkliyinin
kəönlişi orta Asiyanın şərq rayonları üçün ən xarakterik kəsilişlərdən biri hesab olu-
nur. Burada alt Təbaşir qalınlığı 900 m-ə çatan gips və dolomit təbəqəli qırmızı rəng-
li, kontnnental gilli-qumlu qatdan, üst Təbaşir isə 850 m-lik qırmızı qumdaşı və gips
təbəqəli gilli-qumlu qatdan ibarətdir.
Paleogen plitənin qərb hissəsində nisbətən dərin dəniz, şərq hissəsində isə dayaz
və kontinental mənşəli çöküntülərdən təşkil olunmuşdur. Qərbdə Paleogenin kəsilişi
əhəngdaşı təbəqəli gilli çöküntülərdən, şərqdə isə gilli-qumlu çöküntülərdən ibarətdir.
Kopetdağqarşısı çökəklikdə Paleogen qırmızı rəngli kontinental molassdan ibarətdir.
Paleogenin ümumi qalınlığı 600-300 m arasında dəyişir. Kopetdağqarşısı çökəklikdə
isə 1,6 km-ə çatıp. Neogen plitənin qərbində başlıca olaraq dəniz mənşəli karbonat
süxurlarından (qalınlığı 200 m-ə qədər), şərqində isə qırmızı rəngli terrigen çökün-
tülərdən (qalınlığı 800 m) ibarətdir. Kopetdağqarşısı ön çökəklikdə Neogen qalınlığı
1,6 km-ə çatan qırmızı rəngli molassdan təşkil olunmuşdur. Antropoken qalınlığı 100
m-ə çatan terrigen alluvial və muxtəlif eol törəmələrindən ibarətdir.
MAQMATİZM
Skif Epipersin plitəsində da maqmatizm o qədər də geniş təzahur etməmişdir.
Plktanın bünövrəsində geşikmiş Hersin qranitoidləri iştirak edir. Kumyanı qalxımında
qazılmış bir sıra quyularda kvarslı porfnritlər açılmışdır. Dobruşada Trias çöküntüləri
arasında diabazlara və porfiritlərə rast gəlinir. Kanev-Berezin zonasında orta Trias
çöküntüləri içərisində spiltlər və keratofirlər iştirak edir.
Cənubi Turan plitalarında maqmatizm zəif təzahür etmişdir. Bünövrənin quru-
luşunda iştirak edən maqmatik süxurlar orta və üst Paleozoy yaşlıdır. Burada rast gə-
lən maqmatik süxurlar qabbrodan, amfibolitli-qabbrodan, silisli-diabazlardan, qranit
və qrano-dioritlərdən ibarətdir.
TEKTONİKA
Miziy-Skif-Turan plitəsi qərbdə Dunayın aşağı axınından şərqdə Sırdəriyanın
aşağı axınına kimi izlənilir. Eni 300-600 km arasında dəyişən bu plitənin sərhəddi
şimaldan və cənubdan qırılma ilə müşayiət olunur. Bu plitə bünövrəsinin yaşına, tər-
kibinə və eləcədə örtüynün quruluşuna görə kifayət qədər hetrogendir.
Miziy-Skif-Turan plitəsinin qərb hissəsini Miziy plitəsi (Ruminiya, Bolqariya
ərazisində) təşkil edir. Karpatla və Balkanlarla sərhədlənən bu plitə Qərbi Qaradəniz
şelfində izlənilir, şimal-şərqdə Kapidava-Ovidiu qırılması ilə Dobruca qalxımından
(massivindən) ayrılır. Platformanın Dobruca massivindən şimal-şərqdə yerləşən his-
səsi Moldava plitəsi adlanır. Miziy plitəsinin, Dobruca massivinin və Moldava plitə-
sinin şərq sərhəddi Qara dənizi cənub-cənub-şərq istiqamətdə kəsən nəhəng Odessa
qırılması hesab olunur. Qərbdə Odessa və şərqdə Xəzər dənizini kəsən (Maxaşka-
ladan Quryevə kimi) Aqraxin-Quryev qırılmaları arasında Skif plitəsi yerləşir. Onun
tərkibində Krım, Azov-Kuban, Qafqazqarşısı və Donetsk-Xəzər seqmentləri ayrılır.
Aqraxin-Quryev qırılmasından qərqə Turan plitəsi yerləşir.
Miziy plitəsi və Mərkəzi-Dobruca bloku. Miziy plitəsi en istiqamətində uzanır
(500 km-ə yaxın), eni 150-180 km arasında dəyişir, qərbdə, şimal-qərbdə Karpat-
321
qarşısı çökəkliklə sərhədlənir. Cənubda Balkanqarşısı zonadan Cənubi-Miziy qırıl-
ması, Dobruca massivindən isə Kapidava-Ovidiu qırılması ilə ayrılır. Şərqdə plitənin
sərhəddi Qara dəniz şelfini keçir. Müasir quruluşunda plitənin şimal hissəsini kifayət
qədər böyük və olduqca yastı Valx çökəklikliyini təşkil edir. Cənubda Dunaydan
qərbə Lom çökəkliyi yerləşir. Plitənin cənub-şərq hissəsini Şimali-Bolqar tağı təşkil
edir. Miziy plitəsi hetrogen yaşlı bünövrəyə malikdir. Mərkəzi-Dobrucada üst Rifey
kompleksinin çıxışı qeyd olunur. Bu plitənin bünövrəsi əsasən Epibaykal yaşlıdır.
Şimali-Dobruca və Moldava plitəsi. Şimali-Dobruca Peşenyaqa-Kamena qırıl-
masından şimal-şərqdə yerləşir və Dobruca massivinin şimal hissəsini əhatə edir. Şi-
mali-Dobruca öz quruluşuna görə Baykal yaşlı bünövrəyə malik Mərkəzi- Dobruca-
dan kəskin fərqlənir. Şimali-Dobrucada iki zona (Tulşa və Meçin) ayrılır.
Şərqi-Avropa platformasının perikraton enmə zonasının və Moldava plitəsinin
sərhəd zonasında orta və üst Paleozoy çöküntülərinin üzərində Perm yaşlı kontinental
molassla dolmuş Aluat çökəkliyi formalaşmışdır. Bu çökəklik də öz növbəsində nis-
bətən böyük olan Moldova (Dobrucaqarşısı) Ykra çökəkliyi ilə örtülmüşdür. Erkən
Təbaşirdə Moldava çökəkliyinin oxu daha da şimala dəyişir və əsasən Təbaşir yaşlı
çöküntülərlə dolmuş Aşağı Dnestr çökəkliyi formalaşır. Bu çökəkliyin inkişafı Paleo-
gendə başa çatmışdır.
Skif plitası. Bu plitə Odessa qırılmasından Karxinit korfəzindən, Qara dənizdən,
Səhra Krımdan, Azov dənizindən, Qafqaz qarşısından və Xəzər dənizinin şimal-qərb
hissəsindən keçərək şərqdə Aqraxan-Quryev qırılmasına kimi uzanır (şəkil 6.2.3.).
Skif plitəsi bir neçə seqmentə ayrılır:
 Krım seqmenti- nisbətən qərbdə yerləşir və Odessa və Melitopol eninə qırıl-
maları arasında yerləşir. Onun quruluşunda Tarxankut qırışıqlıq zonası, Karkit, Sivaş
və Almin çökəklikləri, Qara dəniz qarşısı tikiş çökəkliyi, Novoselov, Simferopol və
Novosaritsin qalxımları kimi strukturlar ayrılır.
 Azov-Kuban seqmenti- Melitopol və Beloreçin qırılmaları arasında yerləşir.
Şimaldan Ukraina qalxanının Azovqarşısı massivi və gömülmüş Rostov qalxımı, cə-
nubdan isə İndol-Kuban Alp ön çökəkliyi ilə sərhədlənir. Skif plitəsinin və ümumiy-
yətlə baxılan cavan platformaların quruluşunda Donetsk-Xəzər qırılma zonası xüsusi
yer tutur. Hersin kompleksi zonanın qərbində (Donetsk silsiləsində) yer səthinə çıxır
və Donbas daşkömür hövzəsini doldurur. Donbas Dneprov-Donetsk avlakogeninin
davamında yerləşir. Donetsk gec Hersin zonasının (Donetsk silsiləsi) şərq davamında
Karpinski silsiləsi yerləşir. Donetsk-Xəzər qırılma zonası bütün uzanma boyu şimal-
dan üstəcəlmə ilə hüdudlanır. Üstəgəlmənin amplitudası qərbdən şərqə artır və Astra-
xan rayonunda 50 km-ə çatır. Zonanın cənub sərhəddi Sarmat-Turan linamenti siste-
minə daxil olan böyük qırılmalar zonası ilə sərhədlənir. Xəzər dənizinə kimi 700 km
məsafədə izlənilən və eni 30-40 km-ə çatan Manıç qraben-çökəkliklər zonası da ona
aiddir.
 Qafqazqarşısı seqment- Mərkəzi və Şiərqi Qafqazqarşısı sahələri əhatə edir.
Onun quruluşunda stavrapol tağı, Azov-Kuban və Terek-Kuma çökəklikləri ayrılır.

322
Şəkil 6.2.3. Skif plntasının əsas struktur elementleri
(Avropanın tektonik xəritəsinə əsasən).
I.Kembryəqədər bünövrə şıxıntısı: 1-Azov şıxıntısı; II.Hersin yaşlı bünövrə şıxıntısı:
2-Dobruşa qalxımı; III.Bünövrənin nisbətən dayazda yatan sahələri: 3-Stavropol qal-
xımı, 4-Karpinski qalxımı, 5-Kanev-Berezan qalxımları zonası, 6-Prikum qalxımları
zonası, 7-Novosilovsk-Novosaritsinsk qalxımı; IV.Bünövrənin dərində yatan sahə-
ləri: 8-Manıç çökəkliyi, 9-Şərqi Kuban, 10-Terek-Kum çökəklyinin cənub hissəsi,
11-Alma çökəkliyi, 12-Karkinit və Sivaş çökəklikləri, 13-Dobruşaqabağı çökəklik;
V.Böyük Donbas avlakogenində törəmə zona: 14-Donbas qırışıqlıq sistemi; VI.Də-
rinlik yarıqları: 15-Şərqi Stavropol yarığı (Vaş Şərqi Avropa yarığının hissəsi);
VII.Skif plitəsinin Şərqi Avropa platforması və Alp qırışıqlıq sistemi ilə sərhədləri.

Skif plitəsində Kembriyəqədər və Hersin yaşlı qırışıqlıq strukturlar böyük də-


rinliklərdə yerləşir. Onların üzəri kiçik buşaq altında yatan və zəif dislokasiyaya uğ-
ramış Mezokaynozoy çöküntüləri ilə örtülmüşdür. Skif plitəsinin bünövrəsini hüdud-
lanmış Baykal aralıq massivləri (Dobruşa, Orta Krım) ilə ayrılır. Blokvarı qurluşa
malik olan Skif plitası Şərqi Avropa platformasından murəkkəb quruluşlu tikiş zonası
ilə ayrılır. Birləşmə zonasında Şərqi Avropa platformasının cənub hissəsi çox kəskin
parçalanmış pilləvarı yerləşən qraben-sinklinallar sistemindən ibarət vahid Qara də-
nizqarşısı çökəklyi əmələ gətirmişdir. Şərqi Avropa Baş dərinlik yarığının müəyən
qolunu təşkil edən Şərqi Stavropol dərinlik yarığı Skif plitəsini çox aydın şəgildə iki
bloka bslmüçdur:
 Donbas qırışıqlıq sistemi, Azov-Kuban çökəkliyini və Stavropol qalxımını
əhatə edən qalxmış blok;
 Karpinski təpəliklərini və Terek-Kum çökəkliyini əhatə edən enmiş blok.
Skif plitəsində bünövrənin əmələ kətirdyi ən qalxım Stavropol qalxımı olub,
Azov-Kuban və Terek-Kuma çökəkliklərini bir-birindən ayırır. Stavropol qalxımı
üçün çöküntü örtüyünün qeyri-tamlığı səşiyəvidir. Belə ki, onun qalxmış mərkəzi his-
səsində çökmə örtüyünün alt hissəsi (Trias, Yura, Neokom) iştirak etmir. Apt, Alb
mərtəbələri və üst Təbaşir çöküntüləri isə qalınlığını kəskin azaldır.
Terek-Kum çökəkliyində də bünövrənin quruluşu murəkkəbdir. Çökəkliyin mər-
kəzi hissəsində Kymyanı qalxım yerləşir və Manıç çökəynə tərəf səlist, Terek-Xəzər
Alp çökəkliyinə doğru isə bir neçə pillə əmələ gətirərək baqtır.

323
Azov-Kuban çökəkliyi də bircinsli deyildir. Onun qərb hissəsində cənubdan və
şimaldan dərinlik yarıqları ilə hüdudlanan və onlarla qonşu strukturlara nisbətən qalx-
mış Kanev-Berezan qalxımı yerləşir. Səhra Krımda bünövrənin böyük qalxma zonası
Orta Krım massivi (Tarxanqut qalxımı) ayrılır. Bəzi alimlər onu Dobruşa massivinin
davamı hesab edirlər. Novoselov, Simferopol və Novo-Saritsın qalxımları Orta Krım
massivinin əsas hissəsini təşkil edirlər. Səhra Krımın mühüm tektonik elementlərin-
dən biri də Beleqorsk-Kaxovka xətti üzrə keçən tektonik yarıqlar sistemidir. Bu ya-
rıqlardan şərqə, bünövrə xeyli dərinliyə düşmüşdur.
Skif Epihersin plitəsində dərinlik yarıqları üzərində keçid kompleksi ilə dolmuş
və böyük sahədə izlənilən qrabenlər (Manıç, Qaradənizyanı, Azov dənizinin şimal
hissələrindəki qraben və s.) əmələ gəlmişdir. Skif plitəsinin çökmə örtüyündə, mux-
təlif istiqamətlərdə uzanan çoxlu platforma strukturları ayrılmışdır. Bünövrə və Me-
zozoy kompleksi üzrə yaxşı izlənilən əksər qalxımlar Paleogen üzrə isə bir o qədər də
aydın seşilmir. Miosen və Pliosen çöküntüləri üzrə qalxımlar, bir qayda olaraq, mo-
noklinalların fonunda demək olar ki, itir və çox pis izlənir.
Cənubi Turan plitası. Turan plitəsinin Aralıq dənizi qırışıqlıq qurşaqına aid
olan cənub hissəsi Xəzər dənizi və Pamir arasında geniş bir ərazini əhatə edir. Cənubi
Turan plitəsinin daxili hissələrində bünövrə Turakırda, Hissar silsiləsinin cənub-qərb
hissələrində Yer üzərinə çıxır və plitənin qalan sahələrində qalınlığı bir neçə yüz m-
dən 14-15 km-ə çatan çökmə qat ilə örtülmüşdür. Ümumiyətlə, plitənin bünövrəsi he-
terogen olub, Baykal massivlərindən (Qaraboğazgöl, Assake-Audan, Mərtkəzi Qara-
qum və Əfqan-Taşik) və Hersin qırışıqlıq sistemlərindən (Şimali Pamir) təşkil olun-
muşdur (şəkil 6.2.4.). Baykal massivləri çökəkliklərə paralel uzanmış fasiləsiz zənşir-
lər əmələ gətirir, muxtəlif dərəşədə tektonik dəyişkənliyə məruz qalmışdır və onun
hududunda eyni adlı böyük çökəklik yaranmışdır.
Qaraboğazgöl tağının zirvəsində dartılma quvvələri nətişəsində parçalanma zo-
nası yaranmışdır ki, o da Qaraboğazgöl korfəzinin suları ilə dolmuşdur. Mərkəzi Qa-
raqum tağında parçalanma zonasına malik dairəvi strukturlar yerləşmişdir. Baykal
massivlərinin dartılma zonaları üzərində bazalt qatının və Moxorovişiş səthinin qalx-
ması müəyyən olunmuşdur. Qarabğazgöl və Mərkəzi Qaraqum massivlərnndə bünöv-
rənin səthi 1-3 km dərinlikdə yerləşir.
Hersin bünövrə çıxışı olan Şimali Pamir qırışıqlığının yaşı haqqında tam fikir
birlyi yoxdur. Bir qrup tədqiqatçılar onu Avrasyanın Alp qırışıqlıqına, digərləri isə
Hersin qırışıqlıq əyalətinə aid edirlər. Bizim fikrimizşə Şimali Pamirin Hersin qırışıq-
lıq sisteminə daxil edilməsi və ona Cənubi Turan plitəsinin bünövrə çıxışı kimi baxıl-
ması daha məqsədəuyğundur. Şimali Pamir yelpikvari antiklinorium olub, şimaldan
və cənubdan dərinlnk yarıqları ilə məhdudlanır. Şimal Pamirdə qırışıqlıq gec Paleo-
zoy-erkən Mezozoyda başa çatmışdır.
Cənubi Turan plitəsinin quruluşunda dərinlik yarıqları xüsusi rol oynayır. Bun-
lardan Manqışlaq körfəzi Nukus-Səmərqənd istiqamətində uzanan və vahid Turan
plitəsini Şimali və Cənubi Turana ayıran Hissar-Manqışlaq dərinlik yarığı nisbətən
böyükdür. Onun ofiolitlərin geniş intişar tapdığı şərq hissəsi Qızılqum-Zirabulat ofio-
lit qurşaqı adını almışdır. Cənubi Turan plitası boyunşa nəhəng eninə Ural-Oman
liniamenti keçir. Hissar-Manqışlaq dərinlik yarığı, Ural-Oman liniamentini kəsir və
onun yerini 70 km sağa dəyişir. Onun cənub davamı liniamentin nüvə zonası adlanır.
324
Dərinlik yarığının Ural-Tyrqay hissəsi Şimal Turan plitəsini, Teçen hissəsi isə Kopet-
dağı kəsir. Bunovrənin tavanına və platforma örtüyünün dabanına görə nüvə hissəsi
eni 50 km-ə çatan, keçid kompleksi ilə dolmuş qraben formasındadır. Qraben şərqdən
meridional istiqamətdə uzanan Şərqi Zaunquz val sistemi ilə mükkəbləşmişdir. Bay-
kal massivlərinin çökmə örtüyündə çoxlu miqdarda valaoxşar qalxımlar (Jetıbay,
Zağlı-Darvaz) ayrılır. Plitənin quruluşunda eyni adlı massiv üzərində əmələ gəlmiş və
üst Yura-Paleogen yaşlı parageosinklinal formasiya kompleksi və həmçinin qalın
Neogen çöküntüləi ilə dolmuş Əfqan-Tacik çökəkliyi xüsusi yer tutur.

Şəkil 6.2.4. Cənubi Turan plitəsinin asas struktur elementləri.


Cənubi Turan plitəsində aşağıdakı struktur elementlər ayrılır I. Bünövrə şıxıntıları:
1- Şimal Pamir-Darvaz, 2- Tuarkır, 3- Manqışlaq qalxım sistemi, 4- Sultanuizdağ,
5- Hissar sisteminin cənub-qərb hissəsi; II. Bünövrənin nisbətən dayzda yatan hissə-
ləri: 6- Qaraboğazgöl tarı, 7- Mərkəzi Qaraqum tarı, 8- Assake-Audan tarı; III. Bü-
növrənin dərində yaran sahələri: 9- Əfqan-Taşik çökəkliyi, 10- Cənubi Manqışlaq
çökəklyi, 11- Murqab çökəkliyi; IV. Başlıca dərinlik yarıqları: 12- Hissar-Manqışlaq,
13- Ural-Oman liniamenti.

GEOLOJİ İNKİŞAF TARİXİ


Baykala qədər mərhələ. Mizey-Turan platformasının Baykala qədər mərhələsi
onun ərazisində qeyd olunan erkən Kembriyəqədər və Baykalaqədər bünövrəyə malik
ayrı-ayrı qaymalara əsasən bərpa olunur.
Baykal mərhələsi. Bu mərhələdə qədim kontinental qabıq destruktiv proseslərə,
yenidən işlənilməyə məruz qalır və onun əsasında aralıq massivlərlə ayrılan terigen-
vulkanogen geosinklinallar inkişaf etməyə başlayır. Bu mərhələdə gələcək cavan
platformanın ərazisi qədim Şərqi-Avropa platformasından təcrid olunur. Mərkəzi və
Şimal Dobrücada nisbətən aydın ifadə olunan Baykal geosinklinalı Ukraina, Polşa
Karpatlarında, Krım və Şimali Qafqazda qeyd olunur. Balkanlarda, Şimali-Qafqazda
olan diabaz-fillit formasiyası və Krım, Türkmənistanda davam edən orilit qurşağı Mi-

325
ziy, Skif və Turan plitəsinin cənub ətrafında Baykal geosinklinalının okean tip qabıq
üzərində yarandığını göstərir. Rifey dövrünün axırında Tetis geosinklinal zonası in-
tensiv qırışıqlığa məruz qalmış və Şərqi Avropa platforması arasındakı Baykalidlərin
tərkibinə daxil olmuşdur. Paleozoy tektonik mərhələsinin əvvəllərində Baykalidlər
parçalanır və stabil Baykal bloklarının (aralıq massivləri) arasında geosinklinal çö-
kəkliklər yaranır. Paleozoyun sonunda təzahür edən qırışıqlıq proseslər nəticəsində
geosinklinal çökəkliklər qapanmış və onların yerində Hersin qırışıqlıq strukturları ya-
ranmışdır. Triasda, erkən və orta Yurada çöküntütoplanma yalnız bünövrənin Manıç
tipli dərin qrabenlərində getmişdir.
Kaledon (Vend-Silur) və erkən Hersin geosinklinal (Silur-erkən Karbon)
mərhələləri. Baykal mərhələsi bütün sahələrdə qırışıqlıq, metamorfizim və qalxma
ilə başa çatmışdır. Bundan sonra ərazinin əksər hissəsi müvvəqəti konsolidasiyaya
məruz qalır və quruya çevrilir. Bununla əlaqədar olaraq burada Kembri çöküntüləri
demək olar ki, iştirak etmir. Ordovikdə Miziy plitəsində platforma örtüyü toplaşmağa
başlayır, Silurdan gec olmayaraq Hersin geosinklinal troqları yaranır. Bu geosinklinal
troqlardan biri Şimali-Dobrucadan başlayır və Səhra Krımdan, Qafqazqarşısından,
Orta Xəzərdən Tuarkır istiqamətində keçir. Devonda gələcək platformanın şimal his-
səsi də geosinklinal əyilməyə cəlb olunur. Vizenin sonunda geosinklinal proses Do-
netsk-Xəzər zonasına yayılır, Ukraina qalxanının Azovyanı-Rostov seqmenti isə ora-
gen fəallaşmaya məruz qalır. Şimali-Qafqazın ön silsiləsi zonasında və eləcədə şərq-
də geosinklinal fərqli yolla getmişdir.
Geosinklinal enmə ilk öncə Hersin geosinklinal sisteminin qərbində (Dobruca-
da) başa çatmışdır (Devon və Karbonun sərhəddində). Şimal-Qafqazda və eləcədə
Turan plitəsinin əksər hissəsində əsas Hersin deformasiyası və qalxma Sudet fazasın-
da; Donetsk-Xəzər zonasında isə Zaal fazasına kimi davam etmişdir.
Gec Hersin oragen mərhələsi (gec Paleozoy-erkən Trias). Orta-üst Karbon
yaşlı bozrəngli, kömürlü molass Miziy plitəsinin cənub-şərqində, Şimali-Qafqazın
cənubunda və Turan plitəsinin ayrı-ayrı çökəkliklərində qeyd olunur. Qırmızı rəngli,
kobud rəngli kontinental mənşəli Perm-alt Trias molass formasiyası nisbətən geniş
yayılmışdır. Orogen inkişaf mərhələsinin (intensiv dağəmələgəlmənin) əsas göstəri-
cisi olan bu formasiya adətən bazalt-andezit-linarit formasiyası ilə müşayiət olunur.
Bu formasiya assosiasiyası ilə (dolmuş) əlaqədar olan iki tip struktur qeyd olu-
nur. Bunlardan biri Hersin geosinklinal kompleksini üzərində yaranan çox da böyük
olmayan qrabenlərdən (Qafqaz qarşısı, Şimali-Qafqaz, Manqışlak, Tuarkır və s.) iba-
rət olub, Perm-alt Trias yaşlı qırmızı rəngli, nisbətən gobud tərkibli formasiyadan təş-
kil olunmuşdur. Digər tip isə adətən Hersinə qədər yaşlı bünövrəyə malik qaymaların
üzərində formalaşan geniş çökəkliklərdən (Cənubi-Manqışlak, Şərqi-Türkmənistan,
Miziy plitəsinin mərkəzi hissəsi) ibarətdir. Bu çökəkliklər Mezozoyda sinekliz kimi
inkişaf etmişdir. Bu çökəkliklərdə toplanan Perm-Trias az qalınlığa malik qum-alev-
rit-gil tərkibli qatdan təşkil olunmuşdur. Erkən-orta Triasda Miziy-Turan plitəsinin
ərazisinin əksər hissəsində platforma rejimi bərpa olunmuşdur.
Erkən Kimmeri qismən geosinklinal regenerasiya mərhələsi (orta Trias-er -
kən Yura). Orta-gec Triasda qırılmalarla məhtudlaşan ensiz çökəkliklər (tafrogeo-
sinklinallar) yaranır və onlarda filişə yaxın olan dəniz mənşəli terrigen, qalınlığı bir
neçə km-ə çatan spilit-keratofir tipli vulkanogen törəmələr toplanmışdır. Bu çökəklik-
326
lərin maksimum inkişafı gec Triasın Korniy-Noriy əsrlərinə təsadüf edir. Onların qa-
panması isə Triasın sonu-Yuragen əvvəllərinə təsadüf olunur (erkən Kimmeri diast-
rofizmi ilə əlaqədar). Erkən Kimmeri diastrofizmi cavan platformanın qırışıqlıq bü-
növrəsinin formalaşmasını başa çatdırır.
Alp platforma inkişaf mərhələsi (Yura-Kvarter). Bu mərhələ hər yerdə orta
Yuradan başlayır. Lakin bu mərhələdən əvvəl regenerasiya olunmuş tafrogen və ya
miogeosinklinallarda nəinki qırışıqlıq, hətta vulkanizmlə müşayiət olunan intensiv
qayma hərəkətləridə baş vermişdir. Miziy, Skif plitələrində bu hərəkətlər daha aydın
özünü göstərmişdir. Gec Yurada plitənin cənub hissəsində, Moldavadan başlayaraq
Cənubi-Şərqi Türkmənistana kimi geniş ərazidə laqun çöküntüləri, evaporitlər; Krım-
Qafqaz-Kopetdağ geosinklinalı ilə sərhəddə isə rifogen əhəngdaşları toplanmışdır.
Erkən Təbaşirdə baş verən transqressiya ilə əlaqədar olaraq demək olar ki, bütün tağ-
lar örtülür. Gec Təbaşirdə transqressiya maksimuma çatır və əsasən karbonatlı forma-
siya (mergel, yazı Təbaşiri) toplanır. Terrigen materialların toplanması ilə müşayiət
olunan qısa fasilələrlə Raleosen-Eosen ərzində Karbonat formasiyanın toplanması da-
vam etmişdir. Platformanın ərazisinin əksər hissəsinin inkişafında əsaslı dəyişikliklər
Eosenin sonunda baş vermişdir. Dağlıq Krım, Böyük Qafqaz və Konetdağ Alp qırı-
şıqlıq sistemlərinin formalaşması nəticəsində yaranan ön çökəkliklə əlaqədar olaraq
platformanın cənub hissəsi əyilməyə cəlb olunur. Miziy plitəsinin ətraf hissəsində
analoji proseslər qeyd olunur.
Skif plitəsinin hər yerində platforma inkişaf mərhələsi eyni vaxtda başlamamış-
dır. Məsələn: Terek-Kuma çökəkliyində platforma inkişaf mərhələsi Yurada, Səhra
Krımda isə alt Təbaşirdə başlamışdır. Gec Yura epoxasının sonunda Skif plitəsinin
ərazisi dənizlə örtülmüş, burada terrigen və Karbonat çöküntüləri toplanmışdır. Üst
Təbaşir transqressiyası Skif plitəsinin ərazisində çox uzaqlara irəliləmişdir.
Skif plitəsinin inkişaf tarixində mühüm hadisələr üst Sarmatqabağı baş vermiş-
dir. Bu zaman tektonik hərəkətlər nəticəsində Stavropol qalxımı dənizdən azad olmuş
və Qafqazın qərb hissəsindən Volqanın aşağı axınına qədər uzanan nəhəng quru sahə-
si formalaşmışdır. Həmin quru sahəsi bütöv, vahid dəniz hövzəsini dövrü olaraq Ma-
nıç qrabeni ilə əlaqəsi olan Qara dəniz və Xəzər dənizi hövzələrinə ayırmışdır.
Skif plitəsinin geoloji inkişaf tarixində üc mərhələ ayrılır: Gec Paleozoyda (Kar-
bonda) başa çatmış geosinklinal mərhələ; 2) gec Perm-Trias, qismən də alt Yuranı
(bəzən orta Yuranıda) əhatə edən keçid mərhələ; 3) Orta Yuradan başlayaraq indiyə-
dək davam edəp platforma mərhələsi.
Erkən Mezozoyda gecikmiş Hersin hərəkətlərinin intensiv təzahürü nətəcəsində
əvvəldən mövcud olan geosinklinal əyatətin yerində cavan dağlıq sistem yaranmışdır.
Son Perm, Trias və erkən Yura epoxasında yaranmış dağ silsilələri intensiv aşınmaya
məruz qalmış, dağıdılmış və dərin qrabenlərdə qırıntı materiallarınından ibarət kon-
tinental qatları və qismən də kömürlü çöküntülərin toplanmasını təmin etmişdir. Orta
Yuranın sonunda, xüsusən də gec Yurada Cənubi Turan plitəsi platforma inkişaf mər-
hələsinə keçir və çökmə örtüyünün formalaşması başlayır.
Platforma inkişaf mərhələsində Cənubi Turan plitəsi ərazinin blok quruluşlu bü-
növrəsində və çökmə örtüyündə eninə, meridional zonallığın yaranmasında Hissar-
Manqışlaq və Ural-Oman dərinlik yarıqlarının mühüm rolu romuşdur. Hissar-Man-
qışlaq dərinlik yarığı vahid Turan plitəsini Şimali və Cənubi Turan plitələrinə ayır-
327
mış, Ural-Oman liniamenti isə ərazinin meredional blok quruluşunu müəyyən etmiş-
dir. Dördüncü dövrdə Xəzər dənizinin səviyyəsi dəfələrlə qalxıb enmiş və bununla
əlaqədar olaraq Bakı, Xəzər və Xvalın transqressiyaları nəticəsində Cənubi Turan pli-
təsinin qərb dənizlə örtülmüşdür. Xvalın transqressiyası da güclü olmuş və onun iz-
ləri hazırda Qızıl Arvata qədər müşahidə edilir.
Skif plitəsində olduğu kimi Cənubi Turan plitəsinin də geoloji inkişaf tarixində
üç mərhələ ayrılır: Karbonda başa çatmış geosinklinal mərhələ; 2) gec Perm-Trias,
qismən də erkən Yuranı (bəzən orta Yuranıda) əhatə edən keçid mərhələ; 3) orta Yu-
radan başlayaraq indiyədək davam edəp platforma mərhələsi.
FAYDALI QAZINTILAR
Skif plitəsi. Bu plitənin əsas faydalı qazıntıları onun çökmə örtüyü ilə əlaqədar
olub, yanar kaüstobiolitlərdən (neft, qaz, kondensat, daş kömür) ibarətdir. Plitənin
neftlilik-qazlılığının stratiqrafik diapazonu çox geniş intervalı əhatə edir (Trias, Yura,
Təbaşir və Neogen çöküntüləri).
Skif Epihersin plitəsində Yura və alt Təbaşir çöküntüləri ilə əlaqədar olan neft
və qaz yataqları Terek-Kuma çökəkliyində aşkar olunmuşdur. Bu çökəklikdə Xadum
horizontu ilə əlaqədar olan sənaye əhəmiyyətli neft yatağı vardır, Şokrak-Karaqan çö-
küntüləri də neftlidir. Azov-Kuban çökəkliyində və Səhra Krımın Tarxankut yarıma-
dasında açılmış qaz-kondensat yataqları Alb çöküntüləri ilə əlaqədardır.
Stavropol qalxımında isə qaz-kondensat yataqları Eosen çöküntüləri ilə əlaqə-
dardır. Burada Xadum horizontu ilə əlaqədar olan qaz yataqları vardır. Maykop çö-
küntülərində də sənaye əhəmiyyətli neft yataqları açılmışdır.
Skif plitəsində Pliosen və Dördüncü dövr çöküntülərində də əhəmiyyət kəsb
edən neftqaz təzahürləri vardır.
Skif plitəsində müalicə əhəmiyyətli duzlu göllər və mineral sular da vardır.
Cənubi Turan Epihersin plitəsinin çökmə örtüyü ilə əlaqədar olan bir sıra fay-
dalı qazıntı yataqları aşkar olunmuşdur ki, bunların da arasında yanacaq və kimyavi
qazıntı yataqları xüsusi əhəmiyyət kəsb edir. Manqışlaqda orta və üst Trias çöküntü-
ləri ilə əlaqədar olan qonur dəmir filizi yataqları vardır. Burada həmiminin Perm-
Triasın qumdaşı və kvarslı-Karbonat damarları ilə əlaqədar olan miss fizii aşkar olun-
muşdur. Turan plitəsində kükürd (Neogenin laqun-kontinental çöküntülərində), man-
qan filizi yataqları (oliqosenlə əlaqədar olan) məlumdur. Burada Böyük duz hövzəsi
(Qaraboğazgöl körfəzi ilə əlaqədar olan) vardır. Əfqan-Tacik çökəkliyində kifayət
qədər ehtiyyata malik natrium və kalium duzları aşkar olunmuşdur. Kulyab çökəkli-
yində üst Yuranın duzlu kompleksi ilə əlaqədar olan kalium duzu yatağı vardır. Cə-
nubi Turan pilitasında Cənubi Manqışlaq çökəkliyində (Uzen, Jetıbay), Mərkəzi Qa-
raqum tağında (Zeaqlı-Darvaz), Muqrab çökəkliyində (Şadlıq, Bayramlı, Qazlı, Mü-
barək) Mezozoy (üst Yura və alt Təbaşir) çöküntüləri ilə əlaqədar olan böyük ehtiy-
yata malik nef-qaz yataqları açılmışdır.

328
BÖLMƏ 7. MEZOZOY QIRIŞIQLIQ ƏYALƏTLƏRİ

Mezozoy Yerin geoloji inikşaf tarixində mühüm mərhələ hesab olunur. Bu mər-
hələ qitələrin parçalanması, yeni okean çökəkliklərinin yaranması və əvvəlkilərin qa-
panması ilə seçilir. Paleotetis II okeanının qapanması ilə Çin qayması Avroasiya ilə
qovuşur. Triasda Pangeyanın parçalanması başlanır. Bu parçalanma prosesi ümumi
qalxma ilə başlayır, aralanma zonaları boyunca bazalt vulkanizminin təzahürü qeyd
olunur və Şimali Atlantika okeanı açılır. Yurada Hondvananın parçalanması pro-
sesləri fəallaşır və bir tərəfdən Afrika, Hindistan, Cənubi Amerikanın, digər tərəfdən
isə Antraktida və Avstraliyanın aralanması baş verir. Bunların arasında Qırmızı dəniz
tipli ensiz qrabenformalı dəniz hövzəsi formalaşır ki, bu da sonradan Hind okeanına
çevrilir. Təbaşirdə baş verən spredinq nəticəsində Hind okeanının ərazisini kifayət
qədər genişlənir. Afrika və Cənubi Amerikanın arasında əvvəlcə paz formalı qitə da-
xili (Berrias-Barrem), sonra erkən Təbaşirin sonunda (Apt-Alb) qitələr arası dəniz rif-
ti formalaşır. Gec Təbaşirdə açılmaqda olan Cənubi Atlantika inkişafını davam etdi-
rir. Spredinq prosesi okean qabığının artmasına, Cənubi Atlantikanın daha da geniş-
lənməsinə və Şimali-Atlantika ilə birləşərək vahid okean çökəkliyini əmələ gətir-
məsinə səbəb olur. Təbaşirin sonunda Cənubi Amerika Afrikadan ayrılaraq qərbə hə-
rəkət edir. Afrikadan ayrılan Hindistan şimala, Avstraliya və Antraktida isə cənuba və
cənub-şərqə hərəkət edir. Afrikanın özü də bir az dönərək şimala doğru hərəkət edir
və en istiqamətdə yerləşən Tetis okeanı ilə toqquşur. Tetisin ətrafında, xüsusəndə
Alplarda və Zaqorsda udulma (subduksiya) zonaları yaranır. Bir sıra sahələrdə okean
plitələrinin qitələrin üzərinə gəlməsi (obduksiya) qeyd olunur (Oman rayonu). Şiaml
Buzlu okeanı açılır, müəyyən qədər dəyişiklikliyə uğrayan Sakit okean öz inkişafını
davam etdirir. Sakit okeanın ətraf sahələrində, Tetis okeanının şimal hissəsində
udulma sahələri (subduksiya) qeyd olunur.
Litosfer plitələrinin qlobal üfüqi yerdəyişmələri ilə yanaşı olaraq, onların daxi-
lində baş verən geoloji proseslər əsasən şaquli tektonik hərəkətlərlə əlaqədar olmuş-
dur. Trias dövrü Kembriyə qədər qədim platformalarda şaquli tektonik qalxma hərə-
kətlərinin intensiv təzahürü ilə səciyyələnir. İstər şimal, istərsədə cənub yarımkürə-
sində yerləşən qədim platformalarda əsasən kontinental tektonik rejim bərpa olunur
və denudasiya prosesi çöküntütoplanma üzərində üstünlük təşkil edir. Bununla əlaqə-
dar olaraq platformaların ərazisinin əksər hissələrində Trias çöküntüləri kəsilişdə
iştirak etmir, ya da əsasən kontinental fasiyadan ibarətdir. Hondvana platformasının
parçalanması intensiv çat tipli vulkanizmlə müşayiət olunmuşdur. Trias dövrü qırıl-
malar boyu vulkanik fəaliyyət özünü daha intensiv göstərir. Bu proses Orta Sibirdə
daha intensiv olmuşdur. Trias mərhələsində Orta Sibirdə və Afrikanın cənubunda
(Karru çökəkliyində) trap formasiyalarının formalaşması başa çatır. Aralıq dənizi və
Sakit okean qurşaqlarında böyük qalınlığa malik dəniz mənşəli terrigen, karbonat və
vulkanogen törəmələr toplanır. Gec Triasda Kimmmeri (Mezozoy) qırışıqlığının
təzahürü Aralıq dənizi qurşağının geosinklinallarında kifayət qədər dəyişiriklərə sə-
bəb olmuşdur. Bu zaman erkən Kimmeri (Hindosiney) fazası ilə əlaqədar olaraq
Hindiçin, Malakka yarımadalarında və İndoneziyanın qərbində qırışıqlıq sistemlər
yaranmışdır. Epikaledon və Epihersin platformalarında əsasən dağarası çökəkliklərdə,

329
tafrogenlərdə kontinental rejim şəraitində qırıntı və kobuddənəli süxurlar, kömürlü
çöküntülər toplanmışdır.
Yuranın əvvəllərində qalxma hərəkətlərinin intensivləşməsi ilə əlaqədar olaraq
Kembriyəqədər platformaların demək olar ki, hər yerində kontinental rejim mövcud
olmşdur və bununla əlaqədar olaraq alt Yura çöküntüləri kəsilişdə iştirak etmir.
Orta Yura epoxasından etibarən Kembriyəqədər platformaların ərazisi əyilməyə
cəlb olunur. Baş verən transqressiya nəticəsində dəniz platformaların ətrafına doğru
irəliləyir. Gec Yura epoxasında əyilmənin intensivliyi daha da artır və nəticədə Yer
kürəsində ən böyük transqressiyalardan biri baş verir. Şimal hissədən irəliləyən dəniz
bir sıra yerlərdə cənubda yerləşən Tetis okeanı ilə birləşmişdir. Yuranın sonunda ye-
nidən qalxma hərəkətləri intensivləşir ki, buda reqressiyaya səbəb olur.
Yura zamanı Epikaledon və Epihersin platformalarında sineklizlərə qovuşan nə-
həng çökəkliklər, hətta Epikaledon platformasının bəzi sahələrdə qraben formalı çö-
kəkliklər də yaranmışdır ki, burada da böyük qalınlığa malik kontinental kömürlü çö-
küntülər toplanmışdır. Karaqanda, Fərqanə, Kuznets, Çulım kömür yataqları bilava-
sitə bu tip qrabenlərlə əlaqədardır. Epikaledon platformalarında növbəti transqressiya
Təbaşirdə başlayır və onun sonunda maksimuma çatır. Hind və Cənubi Atlantika
okean çökəkliklərinin formalaşması intensiv trap vulkanizmi ilə müşayiət olunmuş-
dur. Afrika və Hindistanda da intensiv trap vulkanizminin təzahürü qeyd olunur.
Mezazoy erasında platformalarla yanaşı olaraq Kordilyer, Verxoyan-Kolım,
Aralıq dənizi geosinklinal əyalətləri inkişaf etmişdir.
Triasın sonu bir sıra geosinklinal əyalətlərdə qırışıq əmələgəlmə baş vermişdir.
Nisbətən kəskin qırışıqlıq Sakit okean dairəsində baş vermişdir. Bu qırışıqlıq erkən
Kimmeri adını almışdır. Erkən Kimmeri fazası ilə başlayan Mezozoy qırışıqlığı Çinin
cənub-qərbində, Hindiçin və Malakka yarımadalarında, İndoneziya arxipelağının qər-
bində geosinklinal rejimin qapanması ilə başlamışdı. Yura dövrünün ikinci yarısından
etibarən qırışıqlıq hərəkətləri Aralıq dənizinin bir sıra rayonlarını, Sakit okean qurşa-
ğını (Kordilyerləri), Antraktida yarımadasını, Asiyanın şimal-şərq və Çinin cənub-
qərb hissəsini əhatə etmişdir. Bu hərəkətlər Yuranın sonunda Şimali Amerikada nis-
bətən intensiv olmuşdur. Burada ayrılan Nevadiy fazası Şimali Amerika Kordilyerlə-
rində Alyaskadan Meksika körfəzinə kimi geniş ərazidə (Qayalı dağlar istisna olmaq-
la) geosinklinal rejimin qapanmasına səbəb olmuşdur.
Yurada qırışıqlıq hərəkətləri Krımda, Kopetdaqda, Qafqazda, Pamirdə və And-
larda da qeyd olunur. Gec Yurada qranit intruziyalarının təzahürü ilə müşayiət olunan
qırışıqlıq hərəkətləri Verxoyan qalxımlar sisteminin yaranmasına səbəğ olur. Bu əra-
zidə geosinklinal rejimin tam qapanması erkən Təbaşirdə (Valenjinin sonu-Aptın əv-
vəli) baş verən Kolım fazası ilə əlaqədar olmuşdur. Kolım fazasının təzahürü ilə əla-
qədar olaraq Sixote-Alinin qərb hissəsi, Verxoyan-Çukot əyalətləri də Lavrasiyanın
tərkibinə daxil olur. Erkən Təbaşirdə baş verən qırışıqlıq hərəkətləri Mərkəzi Tibetdə,
Cənubi-Şərqi Pamirdə, Əfqanıstanın şimalında da qırışıqlıq strukturların yaranmasına
səbəb olmuşdur (şəkil 7.1.). Yura zamanı geosinklinal əyalətlərin bütün əraziləri ada
tipli dənizlə örtülmüşdür. Bu sahələrdə fəal əyilmə böyük qalınlığa malik çökmə-vul-
kanogen süxurların toplanmasına səbəb olmuşdur. Kimmeriy qırışıqlığı ilə əlaqədar
bir sıra geosinklinal əyalətlərdə gec Yura epoxasının sonunda qırışıqlıq və vulkaniz-
min təzahürü qeyd olunur.
330
Ş
əkil 7.1. Mezozoy qırışıqlıq əyalətlərinin yerləşmə sxemi
(V.P.Qavrilova görə).
I- nisbətən erkən konsolidasiya əyalətləri; II- ön çökəkliklər: A- Kordilyerqarşısı; III-
aralıq massivlər: v- Kolım, d- Çukot-Yukon; IV- Monqol-Oxot epriplatforma fəal-
laşma əyaləti; V- Mezozoy qırışıqlıq əyalətləri: 1- Verxoyan-Kolım, 2- Uzaq Şərq,
3- Hindiçin, 4- Şimali-Amerika kordilyerləri.

Təbaşirdə geosinklinal əyalətlərdə Yer qabığının əyilməsi intensiv effuziv maq-


matizmlə müşayiət olunmuşdur. Müxtəlif tektonik rejimlərin olması müxtəlif tip for-
masiyaların əmələ gəlməsinə səbəb olmuşdur. Erkən Təbaşirdə baş verən Verxoyan
(Avstriya) qırışıqlıq fazası Verxoyan-Kolım geosinklinalında daha intensiv olmuşdur
və bu ərazidə geosinklinal (Qərbi-Sakit okean qırışığının şimal hissəsində) rejimin
qapanmasına, onun dağlıq-qırışıqlıq sistemə çevrilməsinə səbə olmuşdur. Təbaşirin
sonunda baş verən Larami qırışıqlıq fazası Şimali-Amerika kordilyerlərinin formalaş-
masına səbəb olmuşdur. Mezozoyda litosferin quruluşu əsaslı dəyişikliyə məruz qalır.
Bir sıra geosinklinallar qapanır, qalanları isə öz sahələrini kifayət qədər azaldır. Bu
zaman Kordilyerlərin və Aralıq dənizinin sahəsi də kəskin azalır. Verxoyan-Çukot,
Uzaq Şərq əyaləti, Koreyanın şərq hissəsi, Hindistan əyaləti, Şimali-Amerika kordil-
yer əyaləti dağlıq-qırışıqlıq sistemə çevrilir. Mezozoyda tektonik hərəkətlərin fəallığı
o qədər çox olmuşdur ki, dağəmələgəlmə prosesləri hətta bir sıra platforma ərazilərini
də əhatə etmişdir. Monqol-Oxot əyaləti bu epiplatforma fəallaşması ilə əlaqədardır.
Mezozoy qırışıqlıq sistemləri ilə Kembriyəqədər platformaların arasında ön çökək-
liklər- Verxoyan qarşısı və Kordilyer qarşısı və s. formalaşmışdır.
Geosinklinalların qapanması nəticəsində platformaların ərazisi kifayət qədər ge-
nişlənmişdir. Erkən Təbaşir qırışıqlığı Mrəkəzi Tibetdə, Cənubi-Şərqi Pamirdə, Şi-
mali Əfqanıstanda qırışıqlığın əmələgəlməsinə və qranitoid-intruziyalarının baş ver-
məsinə səbəb olmuşdur. Yerin müasir struktur planında Verxoyan-Kolım, Uzaqşərq,
Hindiçin, Şimali-Amerika Kordilyerləri kimi Mezazoidlər ayrılır (şəkil 7.1.).

331
7.1. SAKİT OKEAN QURŞAĞININ MEZOZOİDLƏRİ
Sakit okean ətrafında yerləşən Sakit okean geosinklinal qırışıqlıq qurşaqı Yer
qabıqının ən iri struktur elementlərindən biridir. Sakit okean qırışıqlıq qurşarı başqa
qurşaqlardan kontinental qabığın formalaşmasının başa çatmaması, muasir endogen
proseslərin fəal təzahürü ilə fərqlənir. Sakit okean qırışıqlıq qurşağı öz geoloji quru-
luşuna və inkmşaf tarixinə görə bir-birindən kifayət qədər fərqlənən iki əsas seqmen-
tə- Qərbi ıə Şərqi Sakit okean qurşaqlarına ayrılır.
7.1.1. QƏRBİ SAKİT OKEAN QIRIŞIQLIQ QURŞAĞI
Verxoyan-Çukot qırışıqlıq sistemindən, ada qövsləri və kənar dənizlərdən təşkil
olunan Qərbi-Sakit okean qurşağı Berinq boğazundan Yeni Zellvndiyanın cənubunda
yerləşən Makkyori adaları rayonuna kimi 22 min km məsafədə uzanur. Mezokayno-
zoy yaşlı Qərbi-Sakit okean geosinklinal qurşağının şimal sərhəddi Berinq boğazun-
dan keçərək Çukotka və Alyaska strukturlarını bir birindən ayıran, qırılma ilə mürək-
kəbləşmiş üfiqi fleksura ilə müəyyən olunur, onun cənub sərhəddi Yeni Zellandiyanın
cənub hissəsini kəsən Makkoyori transform qırılması boyunca keçir. Asiya qitəsində
qurşağın daxili sərhədi qədim strukturların Sakit okean istiqamətli üst Mezozoy-Kay-
nozoy yaşlı cavan qırışıqlıq strukturları ilə kəsilməsi ilə təyin olunur. Bu halda Cənu-
bi-Şərqi Çinin və Şimali-Şərqi Vyetnamın Katasiya sistemi müstəsna hal daşıyır və
Sakit okeanın sahili boyunca cavan və qədim strukturlar uyğun yatım əmələ gətirir.
Alp yaşlı Sakit okean qurşağının daxili sərhəddi Çukotkadan Vyetnama kimi izləni-
lən, üst Yura-alt Paleogen yaşlı Şərqi-Asiya vulkanik-plutonik qurşağı boyunca keçir.
Qərbi Sakit okean qurşağının tərkibinə daxil olan ada qövsləri iki əsas tipə ay-
rılır. Bunlardan biri yeni yaranan dənizlərlə ayrılmış nisbətən qədim (üst Təbaşirə ki-
mi) qitə tipli qabığa malikdir. Bunlar ensialik adlanır, adətən cavan vulkanik üstü qu-
ruluşla səciyyələnir. Digər tip ada qövsləri gec Təbaşir-Kaynozoyda okean yatağında
əmələ gəlmiş və ensimatik adlanır. Deformasiyaya, metomorfizmə məruz qalmış,
okean qabıqlı melanokraton bünövrə üzərində vulkanik quruluşla xarakterizə olunur.
Sakit okeanın qərbində yerləşən kənar dənizlər əsasən mantiya diapirizmi ilə
əlaqədar olan riftəmələgəlmə prosesində yaranmışdır və ensimatik ada qövsləri adla-
nır. Onlardan bəziləri ada qövsləri daxilində riftəmələgəlmə nəticəsində (onların iki
qövsə ayrılması ilə əlaqədar olaraq) yaranmışdır. Bu ada qövslərindən okeana yaxın
olan və subdiksiya zonasında yerləşəni özünün vulkanik fəallığını indidə saxlayır.
Qərbi-Sakit okean qurşağının kənar dənizlərinin yaşı gec Konyak-Pliosen, əsa-
sən də Oliqosen-Miosen yaşlıdır. Ada qövslərini əhatə edən su novları da eyni yaş-
lıdır. Uzanma istiqamətində Qərbi-Sakit okean qurşağı Molukko dənizi ilə iki qeyri-
bərabər hissəyə (Asiyaqarşısı və Avstraliyaqarşısı) ayrılır. Bu qurşağının Asiyaqarşısı
hissəsi şərti olaraq iki geosinklinal əyalətə (Şimali-Qərbi və Nippon-Filippin) yrılır.
Avstraliyaqarşısı hissədə yalnız Melaneziya geosinklinal əyaləti ayrılır ki, onun
da Nippon-Filippin geosinklinal əyaləti ilə sərhəddi şərti xarakter daşıyır. Qərbi-Sakit
okean qurşağının Asiyaqarşısı və Avstraliyaqarşısı hissələrinin quruluşunda aşağıdakı
başlıca strukturlar ayrılır:
Şimal-qərb hissə- Verxoyan-Çukot, Sixote-Alin, Xokkaydo, Kuril, Kamçatka,
Koryak, qismən Sukotka, Tatar körfəzinin ətrafı, Oxot dənizi, Berinq dənizinin Ko-
mandor çökəkliyi, eləcədə Kuril-Kamçatka dərin su novu (şəkil 7.1.1.).

332
Nippon-Filippin- Bu əyalət Sakit okeandan Asiya qitəsinə keçid zonasının cə-
nub seqmentini təşkil edir şimalda Xokkaydonun şimal-qərbindən (Osima yarımadası
və Yapon dənizindən) cənubda Molukko dənizinə kimi uzanır. Nippon-Filippin əya-
ləti Yapon, Şərqi-Çin, Cənubi-Çin kənar dənizlərinin qitəqarşısı sistemlərini; daxili
«yetkin» ada qövslərini- Yapaon, Nansey (Ryukyu) Tayvan, Filippin, eləcədə Filippi-
n dənizini əhatə edir.
Melaneziya geosinklinal əyaləti- Yeni Qvineya adalarını, onun ətrafını, Yeni
Kaledoniya, Yeni Zellandiya, Bismark, Solomon, Yeni Hebrid, Fidci, Tonqa, Kerma-
dok arxipelaqlarını, Oklend, Makkuori adalarını və Yeni Qvineya, Solomon, Mərcan,
Tasmanov, Fidci dənizləri ərazisini əhatə edir.

7.1.1.1. QƏRBİ SAKİT OKEAN QURŞAĞININ VERXOYAN-ŞÜKOT


VƏ ŞİMALİ-QƏRB GEOSİNKLİNAL ƏYALƏTİ
STRATİQRAFİYA
Verxoyan-Çukot Mezazoidlərinin geoloji quruluşunda onun inkişafının başlıca
mərhələlərini əks etdirən aşağıdakı struktur-formasiya kompleksləri ayrılır (cədvəl
7.1.1.1.).
Cədvəl 7.1.1.1.
№-si Struktur-formasiya kompleksi (SFK) Yaşı
1 Bünövrə AR- PZ
2 Geosinklinal C 2 – J2
3 Orogen J3- K1
4 Platforma örtüyü K2- N1
5 Fəallaşma N2- Q

Berxoyan-Çukot Mezozoy qırışıqlıq ə1alətində, Anyuy-Çukot müstəsna olmaq-


la (burada üst Paleozoy da daxildnr) qalan sahələrdə BSFK Kembryəqədər-orta Pa-
leozoy yaşlı törəmələrdən təşkil olunmuşdur. Aralıq massivlərin qalxmış bloklarında
BSFK Yer üzərinə çıxır. Yan-Kolım sistemində BSFK Apxey-orta Proterozoy (hiper-
stenli kristallik şistlərdən, qneyslərdən, amfibolitlərdən, porfirvari qranitlərdən), üst
Proterozoy (alt hissədə serisitli və xloritli şistlərdən, kvarsit aralaylarından, yuxarıda
isə mərmərdən, gilli şistlərdən, dolomitlərdən və silisli əhəngdaşlarından), alt-orta Pa-
leozoy (eyni tərkibli əhəngdaşı qatı, əhəngdaşı, dolomit, mergel, gilli ist, alevrolit və
qumdaşı) struktur mərtəbələrinə ayrılır.
Verxoyan-Çukot Mezozoy qırışıqlıq əyalətində GSFK Yan-Kolıma sistemində
nisbətən tam olub, «Verxoyan» kompleksi adını almışdır. Bu kompleks orta Karbon-
orta Yura (bəzi sahələrdə isə Yuranın Kellovey mərtəbəsinə kimi) yaşlı çöküntülər-
dən təşkil olunmuşdur, ümumi qalınlığı 15 km-ə yaxındır.
Verxoyan-Çukot qırışıqlıq sistemində OSFK üst Yura-alt Təbaşir yaşlıdır və
əsasən dağarası (Zıryan, Qloy və s.) və Verxoyanqarşısı kənar çökəklikdə toplanmış-
dır. Daqarası çökəkliklərin daxilində törəmə (Zıryan, Oloy, Rauquan çökəklikləri) və
irsi (Olşey çökəkliyi) çökəkliklər ayrılır. Kontinental və dəniz mənşəli terrigen çö-
küntülərindən taşkil olunmuşdur. OSFK-nın qalınlığı çökəkliklərin mərkəz hissəsində
4-6 km- çatır. Verxoyan-Çukot qırışıqlıq əyalətinin inkişafı ilə bilavasitə əlaqədar

333
olan Verxoyanqarşısı kənar çökəklikdə üst Yura və erkən Təbaşir yaşlı kömürlü-ter-
rigen molassın qalınlığı 5-6 km-ə çatır. Verxoyan-Çukot Mezozoy qırışıqlıq əyalətin-
də PSFK üst Təbaşir-Mioseni əhatə edir və gobud qumdaşlarından, kaolinli qum və
gillərdən (üst Təbaşir), az qalınlıqlı kontinental (Paleogen), şirin su kontinental mən-
şəli Miosen) geoloji törəmələrdən ibarətdir. Verxoyan-Çukot qırışıqlıq əyalətində
Miosenin sonundan, xüsusən də Dördüncü dövrdə tektonik hərəkətlərin fəallaşması
başlayır və nəticədə, Verxoyan antiklinorumu zonası, İndiqir-Kolıma zonası, Anyuy
antiklinorumu Çukot, Oxot massivləri intensiv ralxmaya və Kolıma massivi, Şərqi
Sibir dənizinin sahələri isə intensiv enməyə məruz qalır. Böyük ərazini əhatə edən
Dördüncü dövr çöküntüləri muxtəlif kontinental və dəniz mənşəli törəmələrdən təşkil
olunmuşdur, qalınlığı 100 m-ə çatır (Şimal Buzlu okean sahillərində).
MAQMATİZM
Verxoyan-Çukot. Sakit okean qırışıqlıq qurşağının bu Mezozoy qırışıqlıq əya-
lətinin geoloji inkişaf tarixinin müxtəlif mərhələlərində bir sıra maqmatik tsikllər baş
vermişdir. Bunlardan Kembriyəqədər (qabbro-amfibolit, amfibolit, serpentinləşmiş
ultraəsas süxurlar, qranitoidlər, piqmatitlər), Paleozoy (orta və əsas tərkibli lava, dia-
baz, qabbro-diabaz) Mezozoy (andezit və dasit lavaları, diorit-porfirit, qranodiorit,
qranit, diorit, qabbro-porfirit), Kaynozoy (bazalt, qranitoidlər) maqmatik tsikllərini
göstərmək olar. Bu tsikllərin arasında en geniş təzahür edən Mezozoy maqmatizmi-
dir. Bu maqmatizm əsasən Kolıma aralıq massivini əhatə edən dərinlik yarıqları zo-
nalarında öyrənilmişrir.
TEKTONİKA
Qərbi Sakit okean qurşağının şimal-qərb hissəsi kifayət qədər mürəkkəb tekto-
nik quruluşa malikdir. Burada Kimmeri, Larami, eləcədə Kaynozoy qırışıqlıq əyalət-
ləri öz əksini tapmışdır (şəkil 7.1.1.1.).
Kolıma aralıq massivi qırılmalarla parçalanmış Baykal, ola bilsin ki, daha qədim
nüvədən ibarətdir. Burada bünövrə qırışmış Apxey və Proterozoy, çöküntü örtüyü isə
demək olar ki, üfüqi yatıma malik üst Paleozoy, Mezozoy çöküntülərindən təşkil
olunmuşdur. Kolıma aralıq massivinə şimal-şərqdən Yura sisteminin terrigen və vul-
kanogen süxurları ilə dolmuş Oloy çökəkliyi bitişir. Daha şimal-şərqdə isə üst Kar-
bon-orta Yura yaşlı terrigen qatlardan (Berxoyan kompleksi) təşkil olunmuş antik-
linoriumlar sistemi (Anyuy, Çukot və s.) yerləşir. Omolon aralıq massivi Kolımadan
orta Trias-alt Yura yaşlı effuziv-çökmə qatlarla dolmuş Omolonqabağı çökəkliklərlə
ayrılır. Massivin bünövrəsi kristallik Apxey və Proterozoy süxurlarından ibarətdir.
Mezozoy strukturlarınının formalaşmasında Kolıma, Omolon massivləri ilə ya-
naşı, Oxot və Çukot aralıq masivlərinin də rolu böyükdür. Oxot massivi qırılmalarla
bir çox bloklara parçalanmışdır və pilləvari şəkildə Oxot dənizinin suları altına enir.
Bünövrə qədim kristallik süxurlardan, örtük isə Vexoyan kompleksindən (C 2-J) və
Təbaşirin effuzivlərindən ibarətdir. Çukotkanın ən ucqar şimal-şərqində Çukot-Yu-
kon aralıq massivi yerləşir. Çukot-Yukon massivinin mərkəzi hissəsi Berinq boğazı-
nın suları altında qalır, Alyaskanın Mezozoidlərində davam edir. Bu massiv dərin tek-
tonik yarıqlarla iki hissəyə ayrılır.

334
Şəkil 7.1.1.1. Qərbi Sakit okean qırışıqlıq qurşaqıpın şimali-qərb hissəsinin
struktur elementləri (Avroasiyanın tektonik xəritəsinə görə).
I.Mesosoy qırışıqlıq əyalətləri: 1-Verxoyan-Çukot; II.Larami qırışıqlıq sistemləri:
2-Sixote-Alin, 3-Koryak-Tayqonos; 4-Oxot-Çukot kənar vulkanik qurşağı; Kaynosoy
qırışıqlıq əyalətləri: IV.Kənar dənizlər: 5-Yapon kənar dənnzl, 6-Oxot, 7-Berinq kə-
nar dənizl; V. Ada qövsləri: 8-Saxalin, 9-Kamçatka-Olyutor qırışıqlıq sistemi, 10-
Komandor adaları, 11-Kuril adaları; VI.Dərin su novları: 12-Yapon, 13-Kuril-Kam-
çatka, 14-Aleut; 15-Sakit okeanın qərb hissəsi; VII.Əsas struktur elementlər.

Vepxoyan-Çukot qırışıqlıq sistemi olduqca mürəkkəb tektonik quruluşa malik-


dir. Qərbdə Lena, şərqdə Anadır çayarı, cənubda Vilyuy çökəkliyi və Aldan qalxanı
ilə, şimalda isə Laptevlər və Şərqi Sibir dənizləri ilə sərhədlənən Verxoyan-Çukot qı-
rışıqlıq sistemi, bir sıra aralıq massivlərdən, antiklinorium və sinklinoriumlardan,
dağarası çökəkliklərdən təşkil olunmuşdur. Ümumiyyətlə, Verxoyan-Çukot qırışıqlıq
sisteminin quruluşunda aşağıdakı başlıca struktur elementlər ayrılır (şəkil 7.1.1.2.).
Kolıma, Omolon, Oxot və Çukot-Yukon aralıq massivlərinə Kembryəqədər plat-
formanın qalıqları (relikti) kimi baxılır. Bunlar müasir tektonik qurluşda çökəklik for-
masında ifadə olunmuşdur.

335
Şəkil 7.1.1.2. Verxoyan-Çukot qırışıqlıq sisteminin əsas struktur elementləri:
I.Aralıq massivlər (sonradan Mezozoy hərəkətləri ilə işlənilmiş Kembriyəqədər qırı-
şıqlıq əyalətlər): 1-Kolıma, 2-Omolon, 3-Oxot, 4-Çukot-Yukon; II.Bünövrə komplek-
sindən təşkil olunmuş horst-antiklinoriumlar (Mezozoy hərəkətləri ilə işlənilmiş
Paleozoy qırışıqlıq əyalətli): 5-Kolımyanı qalxım, 6-Miosk, 7-Tac-Xayaxtax qalxımı,
8-Polouöno qalxımı, 9-Setta-Daban qalxımı; 10-Verxoyan antiklinal zonası; III.An-
tiklinoriumlar: 11-Anyuy, 12-Çukot; sinklinal zonalar: 13- İndigir-Kolıma, 14-Yan;
IV.Sinklinoriumlar: 15- Cənubi Verxoyan, 16-İnyali-Debin; 17-Olcoy; V.Mezozoy
dağarası çökəklikləri:18-Momsko-Zıryan, 19-Oloy, 20-Rauşan; VI.Kənar çökəklik:
21-Verxoyanqarşısı; VII.Epimezozoy plitası: 22-Şərqi Sibir (Şərqi Sibir dənizi və
Laptevlər dənizi sahillərindəki ərazi); VIII.Dərinlik qırılmaları: 23-Anyuy ofiolit
qurşağı, 24-Kolımayanı kənar tikiş; IX. Əsas struktur elementlər.

Verxoyan-Çukot qırışıqlıq vilayətinin tektonik quruluşunda aralıq massivlərin-


dən başqa, adətən onların ətrafında yerləşən antiklinoriumlar da mühüm rol oynayır.
Qərbdə və cənub-qərbdə, Sibir platforması ilə sərhəddə üst Yura və alt Təbaşir
yaşlı kömürlü çöküntülərlə dolmuş Verxoyanqabağı kənar çökəklnk yerləşir. Xeyli
hussədə Lena çayının yatağına uyğun gələn çökəkliyin ox zonası onu iki yerə bölür.
Xarici, yaxud qərb zonada çöküntülər az meyilli monokliıal yatım əmələ gətirmiş,
həmçinin az meyilli braxiantiklinal qırışıqlar və lokal kunbəzvarı qalxımlarla mürək-
kəbləşmişdir. Çökəkliyin platforma qanadı orta hissədə xeyli genişlənir və Sibir plat-

336
formasının Vilyuy sineklizinə keçir. Çökəkliyin qırışıqlıq şərq qanadı isə (daxili zo-
na) qalınlığı 3,0-4,0 km-ə çatan Yura və alt Təbaşir çöküntülərrindən ibarətdir, böyük
ölçülü, uzunsov sandıqvarı formada qırışıqlar inkişaf etmişdir.
Cənub hissədə Verxoyan-Çukot qırışıqlıq sistemini enli tikiş zonası kəsir. Bu
zona özünün intensiv seysmikliyi, yeni qrabenvarı çökəklikləri ilə səşiyyələnir.
Kənar vulkanik qurşaq. Bu qurşaq enli zolaq şəklində (100-300 km) çox da
böyük olmayan fasilə ilə (ən böyük fasilə Aldan qalxanının şərq kənarında, qərbi
Oxot qarşısında) muşahndə olunur. Sakit okeanın kənar dənizlərinin (Oxot, Berinq)
sahilləri boyunca uzanır. Kənar vulkanik qurşagın uzanması Mezozoidlərin struktur
planına uyğun gəlir və çoxlu böyük struktur elementləri kəsir, səciyyəvi törəmə xüsu-
siyyətinə malikdir. Bu zonada «Bazalt» qatının qalınlığının artması, «Qranit» qatının
qalınlığının isə azalması müşahidə olunur. Başqa sözlə desək, Moxo səthinə görə
Oxot-Çukot vulkanik qurşaqı çökəklikdə yerləşir. Anadır dərinlik yarığı vulkanik
qurşaqı iki hiccəyə (daxili və xarici zonaya) ayırır. Xarici zona Verxoyan-Çukot Me-
zozoy qırışlıq sisteminnn strukturları uzərində yerləşir. Burada «Qranit» qatının qa-
lınlığı 5-20 km-ə, «Bazalt» qatının qalınlığı isə 18-20 km-ə çatır. Daxili zona, Kor-
yak-Tayqonos Larami qırışıqlıq sisteminin strukturları üzərində yerləşir. Bu zonada
«Qranit» qatının qalnlığı azalır (10 km), «Bazalt» qatının qalınlığı isə artır (25 km).
Vulkanik qurçatın tərknbində üç struktur mərtəbə (Apt-Senoman, orta Turon-
Danimarka, üst Paleogen) ayrılır. Tektonik-maqmatik proseslər nəticəsində süxurlar
deformasiyaya məruz qalmışdır. Alt və orta mərtəbələrdi uzun muddət inknşaf etmiş
çökəkliklər, qalxımlar, qrabenlər, qayma qırışıqları, dairəvi strukturlar müşahidə olu-
nur. Üst struktur mərtəbə üçün kiçik amplitudalı faylarla mürəkkəbləşmiş üfüqi yatım
səşiyyəvidir.
GEOLOJİ İNKIŞAF TARİXİ
Bu ərazinin geoloji inkişaf tarixini tam dəqiqliklə Rifeydən etibarən bərpa etmək
mümkündür. Omolon, Kolım massivlərində öyrənilmiş Arxey-alt Proterozoy törəmə-
lərinin tərkibinin və qalınlığının analizi ərazinin erkən Proterozoyda Arxey bünövrə-
sinin qaymalarının aralanması nəticəsində formalaşan evgeosinklinal əyalət olduğunu
söyləməyə əsas verir. Erkən Proterozoyun sonunda baş verən sıxılma hərəkətləri nəti-
cəsində onun inkişafı əsasən başa çatmışdır. Kolım qırışıqlıq əyalətində regional qra-
nitləşmə qeyd olunmamış və burada formalaşan kontinental qabıq bir o qədər də sta-
bil olmamışdır.
Gec Proterozoyda, erkən və orta Paleozoyda Verxoyan-Çukot əyalətinin ərazisi
böyük mütəhərriklik, differensasiya olunmuş hərəkətlərlə və maqmatizmin təzahürü
ilə seşilsə də tektonik inkişaf xüsusiyyətinə görə Sibir platformasına yaxın olmuşdur.
Bu baxımdan qeyd olunan mərhələdə Verxoyan-Çukot əyalətinin ərazisinə mütə-
hərrik platforma kimi baxıla bilər.
Erkən və orta Rifeydə Verxoyan-Çukot əyalətinin mərkəzi hissəsində Sibir plat-
formasında olduğu kimi qrabenə oxşar çökəkliklər (avlakogenə yaxın) yaranır ki
bunlarda sonra miogeosinklinal çökəkliklərə şevritir. Bu geosinklinal çökəklik Mezo-
zoya kimi öz inkişafını davam etdirmişdir. Belə çökəkliklər Rifeydə də yaranır və in-
kişaf edir. Bununla yanaşı olaraq Verxoyan-Çukot əyalətinin ərazisinin müəyyən sa-

337
hələri intensiv enməyə (Oxot, Omolon və Kolım massivlərinin bəzi sahələri), digər-
ləri isə zəifdə olsa qalxmaya məruz qalmışdır.
Baykal qırışıqlıq epoxası Verxoyan-Çukot əyalətində Vendin (alt Paleozoyun)
kəsilişində özünü fasilə və zəif uyğunsuzluq formasında biruzə verən qalxma ilə xa-
rakterizə olunur. Venddə, erkən və orta Paleozoyda Verxoyan-Çukot əyalətinin bütün
ərazisi əyilməyə cəlb olunur, onun əsas hissəsində dayaz-dəniz mənşəli karbonat, ter-
rigen-Karbonat çöküntüləri toplanır. Bu zaman Oxot-Omolon, Kolım massivlərinin
mərkəzi hissələri zəif əyilməyə məruz qalmışdır. Rifeydə yaranmış avlakogenlərin
yerində formalaşan geosinklinallarda (Setta-Dabanda, Kolım massivinin qərb və cə-
nub-qərb ətrafında) əyilmə daha intensiv xarakter almış və burada toplanan filiş qatı-
nın qalınlığı 8 km-ə çatır. Vend-erkən Kembridə Verxoyan zonasının şimal-qərb his-
səsində, Ordovik və Silurda Arqatas sahəsində traxibazalt intruziyalarının təzahürü
qeyd olunur. Beləliklə, ərazinin çox böyük hissəsində erkən Kembriyəqədərdən erkən
Karbona kimi olan mərhələdə böyük ərazidə Verxoyan-Kolım platforması inkişaf et-
mişdir. Baykal tektonik mərhələsinin sonunda baş verən destruktiv proseslər nəticə-
sində Kolım və Çukot massivləri, Kaledon mərhələsinin sonunda isə Omolon massivi
formalaşmışdır. Erkən və orta Paleozoy ərzində aralıq massivlərin daxili strukturla-
rında parçalanma və mürəkkəbləşmə prosesləri getmişdir. Bu proseslər aralıq massiv-
lərin ətrafında daha intensiv olmuş və qranitləşmə ilə müşayiət olunmuşdur. Erkən
Karbon epoxasında Sibir və Hiperborey platformaları və eləcədə aralıq massivlərin
arasında səciyyəvi miogeosinklinal xüsusiyyət daşıyan Verxoyan-Çukot geosinklina-
lının əsası qoyulur.
Hersin mərhələsi. Erkən-orta Devonun əvvəllərində qıssamüddətli və məhtud
sahələrdə özünü göstərən qalxma hərəkətlərindən sonra, Jivet əsrində yenidən əyilmə
bərpa olunur və erkən Paleozoyda müşahidə olan sahələrdə, eləcədə avlakogen mən-
şəli geosinklinallarda özünü dahada intensiv göstərir. Erkən Karbonun ortalarında av-
lakogen mənşəli geosinklinallarda əyilmənin intensivliyi daha da artır və bu zaman
kifayət qədər böyük ölçüyə və dərinliyə malik Verxoyan-İndiqir meqaçökəkliyi for-
malaşır. Triasda əyalətin şimal hissəsində analoji quruluşa malik Novosibirsk-Çukot
meqaçökəkliyi yaranır. Gec Paleozoyda miogeosinklinal çökəkliklərlə yanaşı olaraq
Oloy evgeosinklinal çökəklikliyidə öz inkişafını davam etdirmişdir. Onun şimal his-
səsində Paleozoyun sonunda okean tipli qabıza malik zona formalaşır.
Geosinklinal çökəklikləri ayıran aralıq massivlər son Paleozoyda və erkən Me-
zozoyda zəif əyilməyə cəlb olunmuş və vulkanogen-terrigen (Oxot, Kolım), karbo-
nat-terrigen (Omolon) törəmələrlə örtülmüşdür.
Gec Paleozoy-erkən Mezozoy xüsusi geosinklinal mərhələsinin birinci yarısında
Verxoyan-İndiqir geosinklinal meqaçökəkliyinin cənub-qərb hissəsi (muasir Verxo-
yan meqantiklinoriumuna və Cənubi-Verxoyan sinklinoriumuna müvafiq gələn) nis-
bətən intensiv əyilməyə cəlb olunur. Triasda bu zonada əyilmə zəifləyir və atrıq Yu-
rada Verxoyan geoantiklinalı formalaşmağa başlayır.
Kimmeri mərhələsi. Orta Yurada Oloy evgeosinklinal çökəkliyində və Novosi-
birsk-Çukot miogeosinklinal sistemində özünü intensiv göstərən birinci sıxılma fa-
zasından sonra, orta Yuranın sonu-son Yuranın əvvəllərində yenidən üfüqi dartılma
güclənir və nəticədə Kolım massivinin cənub-qərb ətraf zonasında qərb-şimal-qərb
istiqamətdə uzanan İlin-Tass və Oloy zonası ilə Novosibirsk-Çukot sisteminin sər-
338
həddində Cənubi-Anyuy evgeosinklinal çökəklikləri formalaşır. Üst Yurada bu çö-
kəkliklərdə turş və əsas tərkibli vulkanitlərin intensiv təzahürü baş vermiş, sonra isə
filiş və molass toplanmışdır. Erkən Təbaşirdə Verxoyan-Kolım əyaləti tədricən artan
üfüqi sıxılma qüvvələrinin təsirinə məruz qalır və nəticədə müasir quruluşuna yaxın
bir forma alır. Otra Yuranın sonu və erkən Təbaşirdə, orogen inkişaf mərhələsi ərzin-
də Verxoyan meqantiklinoriumu yaranır. Paleozoy və Mezozoy qırışıqlıq hərəkətləri
ilə işlənilməyə məruz qalmış Kolım massivinin kənar hissəsində horst-antiklinal qal-
xımlar sistemi formalaşmışdır.
Yuranın sonu-Təbaşirin əvvəllərində baş verən Mezozoy tamamlayıcı qırışığı
nəticəsində Verxoyan-Çukot geosinklinalları qapanmışdır. Bu qırışıqlıq və onu müşa-
yiət edən maqmatizm aralıq massivlərin kənarlarını olduqca intensiv işlənilmişdir,
nəticədə onların ölçüləri azalmışdır. İntensiv Mezozoy tektogenezi və onu müşayiət
edən maqmatizm Yan-Kolım və Çukot qırışıqlıq sistemlərinin formalaşmasına səbəb
olmuşdur. Bu tektogenez nəticəsində eyni zamanda Verxoyan-Çukot geosinklinalı
qapanmış və yeni əmələ gələn strukturlar daha qədim qırışıqlıq sistemlərə və platfor-
malara qovuşmuşdur.
İntensiv sıxılma nəticəsində erkən Təbaşirin birinci yarısında Cənubi-Anyuy rif-
təbənzər çökəkliyi cənuba tərəf itələnmiş qırışıqlıq zonaya çevrilir. Bu zaman qapan-
mış Novosibirsk-Çukot miogeosinklinalının yerində Anyuy, Çukot meqantiklinori-
umları və onları bir-birindən ayıran Şaun sinklinoriumu formalaşır. Erkən Təbaşir
epoxasınin sonu və gec Təbaşir epoxasınin əvvəllərində Kolım massivinin daxili his-
səsində və Oxot massivində, Oloy və Omsukşan zonalarında Oxot-Çukot vulkanik
qurşağının püskürmələrinə uyğun güclü püskürmə baş vermişdir.
Gec Təbaşir ərzində tektonik və termal fəallıq tədricən zəifləyir, Verxoyan-Çu-
kot əyalətinin ərazisi aşınmaya məruz qalır və Paleogenin əvvəllərində pereplenləş-
məyə, qisməndə aşınma proseslərinin təsirinə məruz qalır. Paleogen və Neogendə
çöküntütoplanma əyalətin şimal hissəsində saxlanılır. Beləliklə, orogen inkişaf mər-
hələsində molassla dolmuş böyük dağarası çökəkliklər inkişaf edir və Verxoyanqaba-
ğı kənar çökəkliyi formalaşmasır. Gec Təbaşirdən Verxoyan-Çukot qırışıqlıq siste-
mində relyef nivelirlənir, aşınma qabığı və düzəlmə səthi formalaşır və burada plat-
forma rejiminə yaxın şərait başlayır.
Neotektonik mərhələ. Oliqosen-Miosendən etibarən Verxoyan-Çukot əyaləti
tektonik, qisməndə makmatik fəallaşmaya məruz qalır. Bu əyalətdə baş verən neo-
tektonik hərəkətlər ilə əlaqədar olaraq kifayət qədər əlamətdar geoloji hadisələr baş
vermişdir. Bu hərəkətlər nəticəsində əyalətin şimal hissəsində böyük enmə prosesi
getmiş, dərin tektonik yarıqlar fəallaşmış və nəticədə vulkanik ocaqlar yaranmışdır.
Oxot-Çukot kənar vulkanik qurşağı. Müxtəlif yaşlı və dərinlik quruşuşuna
malik qırışıqlıq sistemləri bünsrəsinin uzun müddət ərzində formalaşması vulkanik
qurşağın əmələgəlməsinə şərait yaratmışdır. Vulkanik qurşaq kontinental və keçid
tipli qabığın sərhəddində, dərinlik yarıqları zonasında baş verən dartılma nəticəsi ya-
ranmışdır. Müxtəlif qabığın birləşmə zonasında vulkanik qurşağın eninə zonalllığı şə-
rait yaratmışdır. Böyük qalınlıqlı qranit qatına malik kontinental qabıq üzərində inki-
şaf etmiş xarici zonada turş tərkibli (liparit, traxitli-liparit) vulkaniik formasiyalar ya-
ranmışdır. Keçid tipli qabıq üzərində isə əsasən andezit formasiyası əmələ gəlmişdir.
Vulkanik qurşaq uzun müddət qalxmaya məruz qalmış, konsolidasiya olunmuş qitə-
339
nin və formalaşmaqda olan geosinklinal ətrafında əmələ gəlmişdir. Vulkanik qurşaq
Çukot-Oxot zonasında Apt-Albdan Paleogenə, Sixote-Alin zonasında isə Konyak-
Danimarkadan Paleogenə kimi olan inkişaf mərhələsində yaranmışdır.
FAYDALI QAZINTILAR
Verxoyan-Çukot qırışıqlıq əyaləti. Bu əyalət RF-nın ən mühüm filizli əyalət-
lərdən hesab olunur. Burada son Kimmeri orogen mərhələsi ilə əlaqədar olan zəngin
qızıl, qalay və folfram yataqları vardır. Qırışıqlıq əyalətdə nadir metal filizləşməsi iki
zonaya ayrılır. Bunlardan biri miss və qızıl filizləşməsi ilə səciyyələnən daxili, digəri
isə qalay-folfram filizləşməsi ilə səciyyələnən xarici zonadır. Xarici zonada sənaye
əhəmiyyətli qalay və volfram yataqları açılmışdır ki, onlarında çoxu Yura qranitoidlə-
ri ilə əlaqədardır. Verxoyan-Çukot qırışıqlıq əyalətində filiz yataqları Lena çayından
Berinq dənizinə kimi olan zonada aşkar olunmuşdur. Bu əyalətdə dərinlik qırılmaları
ilə əlaqədar olan zəngin civə filizləşməsi zonaları (Çukot, Kiçikanyuy və s.) vardır.
Yan-Kolım qızıllı qurşağı Kolım massivi və Verxoyan-İndiqir qırışıqlıq sistemi
boyunca uzanır. Verxoyan kompleksinin terrigen süxurlarında olan qızıl-kvars forma-
siyası son Yura paragenezisi ilə əlaqədardır. Anyuy-Şuan, Oxot massivində Oxot,
Cənubi Verxoyanda Allax-Yunsk də mühüm qızıllı qurşaqlardan hesab olunur.
Kömür toplanması cəhətdən Lena hövzəsi diqqəti cəlb edir. Burada Yura və
Təbaşir yaşlı çöküntülərlə əlaqədar olan Daş kömür və qonur kömür yataqları (San-
qar, Kanqalas) açılmışdır. Zıryan kömür yatacı da Yura çöküntüləri ilə əlaqədardır.
Verxoyan-Çukot qırışıqlıq əyalətində Verxoyanqabağı kənar çökəkliyin qərbin-
də Üst-Vilyuy qalxımında Yura çöküntülərindən qaz alınmış, Ortavilyuy, Sobo-Xain,
Maastax, və s. sahələdə isə qaz-kondensat yataqları müəyyən olunmuşdur.

7.1.2. ŞƏRQİ SAKİT OKEAN QIRIŞIQLIQ QURŞAĞININ


ŞİMALİ AMERİKA KORDİLYERLƏRİ
Dağlıq qayma qırışıqlıq sistemindən ibarət olan Kordilyer, Şimali Amerika qitə-
sinin bütün qərb ətrafını tutur və onun imumi ərazisinin 1/3 hissəsini təşkil edir. Be-
rinq boğazından Karib dənizinə kimi uzanan Kordilyerlərin uzunluğu 9000 km olub,
eni 800-1600 km arasında dəyişir.
STRATİQRAFİYA
Şimali Amerika Kordilyerlərinin geoloji quruluşunda aşağıdakı başlıca struktur-
formasiya kompleksləri ayrılır (cədvəl 7.1.2.1.).
Cədvəl 7.1.2.1.
№-si Struktur-formasiya kompleksi (SFK) Yaşı
1 Bünövrə Kembriyəqədər
2 Geosinklinal Kembri-alt Karbon
3 Orogen Üst Paleozoy
4 Platforma örtüyü Üst-Perm-üst Təbaşir
5 Fəallaşma Paleogen-Kvarter

340
Şimali Amerika Kordilyerlərinin geoloji quruluşunda Kembriəqədər-Kaynozoy
yaşlı süxurlar kompleksi iştirak edir. Üst Proterozoyun alt hissəsi (Belt seriyası) mio-
geosinklinal şəraitdə toplanmış karbonat-terrigen formasiyasından (argillit, gilli şist,
fillit, kvarslı qumdaşı, əhəngdaşı) ibarətdir. Bu seriyanın qalınlığı Persel dağlarında
11,5 km, Qərbi Montana Aydaxoda 15-16 km olub, şərq və cənubi şərq üstiqamətün-
də azalır və Mərkəzi Montanada 2-4 km təşkil edir. Üst Proterozoyun ikinci yarısında
da böyük qalınlığa malik Karbonat-terrigen formasiyası toplanmışdır. Britaniya Ko-
lumbiyasında bu seriyanın qalınlığı 10-13 km-ə çatır.
Alt Kembri çöküntüləri Qayalı dağlarda və onun arxa hissəsində yayılmışdır.
Orta Kembridən etibarən isə Kordilyerlərin böyük sahəsini əhatə etmiş və platforma-
nın daxilinə doğru irəliləmişdir. Şimali Kordilyerlərdə alt Kembri kvarsit və kvarslı
qum daşlarından, qara əhəngdaşlarından (üst hissədə), orta Kembri gilli şist, əhəngda-
şı və mixtəlif rəngli fillitdən, üst Kembri isə massiv əhəngdaşlarından, fillit və şistdən
ibarətdir (üst hissədə). İmumi qalınlığı şimal hissədə 8 km olub, cənuba tərəf azalır və
Meksikada 1,6-1,8 km təşkil edir.
Ordovik sistemi Kordilyerlərdə evgeosinklinal zonada gilli, və silisli şistlərdən,
lava və tuflardan, miogeosinklinal zonada isə əsasən qalınlığı 2 km-ə çatan karbonat
qatından, qərb istiqamətdə qalınlığı 200-250 m-ə çatan qraptolit şistlərindən və alev-
rolitlərdən ibarətdir. Cənubi-Şərqi Alyaskada, Britaniya Kolumbiyasında və Nevada-
da, Ordovikin kəsilişində vulkanogen süxurlar, silisitlər eləcə də qumdaşları, əhəng-
daşı qeyd olnur. Britaniya Kolumbiyasında Ordovikin qalınlığı 7,5 km-ə çatır.
Şimali Amerika Kordilyerlərində Silur sistemi evgeosinklinal zonada gilli qat-
dan, silisli şistlərdən və effuzivlərdən, miogeosinklinal zonada isə əsasən karbonatlı
(dolomit və argillit) formasiyadan, qumdaşlarından ibarətdir, qaınlıığı 7,5 km-ə çatır.
Kordilyerdə Devon sistemi tam kəsilişə malik deyildir. Beləki, Kaledon qırışıq-
lıqlığı ilə əlaqədar olaraq, alt Devon kəsilişdə iştirak etmir. Alyasakada, Kanada Kor-
dilyerlərində ümumiyyətlə Ordovik, Silur kimi Devon sistemi də miogeosinklinal və
evgeosinklinal tip kəsilişə malikdir. Devon çöküntülərinin qalınlığı miogeosinklinal
zonanın şimalında 1 km, cənubunda 2-2,5 km olub, evgeosinklinal zonada 3 km-ə ça-
tır. Orta-üst Devon vulkanogen törəmələrdən, silisli və qumlu süxurlardan ibarətdir.
Karbon sistemi Kordilyerlərdə evgeosinklinal zona silisli, gilli çöküntülərdən,
əhəngdaşından, andizit tərkibli lava və tuflardan, miogeosinklinal zonada isə dəniz
mənşəli terrigen çöküntülərdən (konqlamerat və kobuddənəli qumdaşları) ibarətdir.
Orta-üst Karbonun (Pensilvani) maksimal qaınlığı Mərkəzi Yutta qeyd olunur və 7-8
km-ə çatır. Şimali Amerika Kordilyerlərində Perm qalınlığı 3,5 km- ə çatan vulkano-
gen, silisli çöküntülərdən və əhəngdaşlarından ibarətdir. Miogeosinklinal zonada qa-
lınlığı 5 km-ə çatan terrigen-Karbonat çöküntüləri toplanmışdır. Britaniya Kolumbi-
yasında şərqi, Vaşinqtonda, Cənubi Alyaskada, Perm çöküntülərinin qalınlığı, 3,6
km, Mərkəzi Yutta isə 3 km-dir.
Trias sistemi Kordilyerlərdə evgeosinklinal zonada qumlu-gilli, silisli və vulka-
nogen çöküntülərdən (orta və əsas tərkibli lava və tuflar), miogeosinklinal zonada isə
əsasən dəniz mənşəli terrigen və karboonat çöküntülərindən ibarətdir. Trias çöküntü-
lərinin qalınlığı evgeosinklinal zonada 4 km, miogeosinklinal zonada isə 1,2 km-ə
çatır. Yura sistemi Şimali Amerika Kordilyerlərində evgeosinklinal zonada terrigen,
tünd rəngli argilit, qumdaşı, silisli törəmələrdən, orta və əsas tərkibli lava və tuflardan
341
ibarətdir. Yura çöküntülərinin maksimal qalınlıı şimalda 500 m, cənubda 2,0 km-dir.
Serra Nevada da isə yalnız alt-orta Yuranın qalınlığı 6 km-ə çatır.
Nevadiy qırışıqlıq fazasından sonra, Şimali Amerika Kordilyerlərinin mərkəzi
hissəsi orogen inkişaf mərhələsinə keçmiş və bu mərhələdə dağarası çökəkliklərdə
kömürlü formasiyalar toplanmışdır. Britaniya Kolumbiyasında Təbaşir dövrü ərzində
qalınlığı 10 km-ə çatan kontinental mənşəli konqlamerat və qumdaşı toplanmışdır.
Evgeosinklinal rejim Sahil silsilə zonasında saxlanılmışdır və burada Yuranın sonun-
da (Fransisko seriyası) qrauvakka, argillit, vulkanogen süxurlar, silisitlər toplanmış-
dır. Təbaşirin əvvəlidndə Britaniya Kolumbiyasında qapalı çökəkliyə çevrilən Beuser
hövzəsində qalınlığı 7,5 km-ə çatan kontinental molass toplanmışdır.
Şimali Amerika Kordilyerlərində Paleogenin səciyyəvi kəsilişi Sahil silsiləsində
öyrənilmişdir. Burada kəsilişin aşağı hissəsi qalınlığı 4 km-ə çatan bazalt və andezit
lavalarından, tufogen qumdaşlarından, və silisli argillitlərdən ibarətdir. Onun üzərin-
də qalınlığı 5 km-ə çatan gilli şist, tufogen qumdaşı, tofoalevrolit və ən üstdə isə bö-
yük qalınlığa mailk konqlomerat yatır. Dəniz mənşəli çöküntülər şərq istiqamətdə qa-
lınlığı 1km-ə çatan kontinental və qırmızı rəngli (bəzən kömürlü) çöküntülərlə əvəz
olunur. Neogen çöküntüləri Kordilyerlərin Kaliforniya hissəsində dəniz mənşəli terri-
gen çöküntülərdən, Alyaskada kontinental molassdan, ABŞ-da isə qumlu-gilli qatdan
təşkil olunmuşdur. Alyaskanın cənub hövzəsində Neogenin qalınlığı 3 km-ə çatır, şi-
mal hövzəsində bu qalınlıq kəskin azalır. Dördüncü dövr çöküntüləri Alyaskanın şi-
mal hövzəsində bataqlıq, buzlaq, çay çöküntülərindən (qum, gil, çaqıl). Alyaska yarı-
madasında isə bazaltdan, andezitdən, çınqıldan, tufdan, gilli şistlərdən, qumdan və
qumdaşından ibarətdir. Dördüncü dövr çöküntülərnin qalınlığı şimal hövzəsində 50
m-ə qədər, cənub hövzəsində isə 1,0 km-ə qədərdir.
TEKTONİKA
Şimali Amerika Kordilyerlərində yer qabığının qalınlığı 50 km-ə çatır. Platfor-
ma daxilində isə Böyük düzənlik istisna olunmaqla (30 km-ə qədər) 35-45 km arasın-
da dəyişir. Uzununa dalğaların yayılma sürəti üst mantiyanın sərhəddində hər yerdə
8-10 km/san-dən artıqdır və bəzi sahələrdə 8,3-8,5 km/san-ə çatır. Moxorovişiş sər-
həddində uzununa dalğaların yayılma sürəti 8,4 km/san olub, 100 km dərinlikdə isə
8,5 km/san- yə qədər artır. Bu baxımdan Şimali Amerika platformasının Yuxarı göl
rayonunda anamaliya qeyd olunur. Belə ki, ümumi fonda (30-40 km) kəskin artan qa-
bığın qalınlığı 60-km-ə çatır. Sakit okeana tərəf Yer qabığının qalınlığı kəskin azalır
(20 km-ə və daha az). Bununla belə qitənin kənar qalxımlarının altında üst mantiya-
nın sıxlığının azalması, müşahidə olunur. Bu halda uzununa dalğaların sürəti 8
km/san-dən az olur. Okeana keçid sahələrində isə yenə mantiya özünün nomal halını
alır, və uzununa dalğaların sürəti 8,2 km/san təşkil edir. Şimali Amerika Kordilyerləri
olduqca mürəkkəb tektonik quruluşa malik olub, en və meridional istiqamətdə bir-bi-
rindən öz quruluşuna görə fərqlənən zonalardan və seqmentlərdən təşkil olunmuşdur.
En və istiqamətində Kordilyerlərdə şərqdən-qərbə aşağıdakı zonalar ayrılır:
1. Fasiləli ön çökəkliklər zonası- Kolvill, Makenzi və Pil River, Alberta, Pau-
der-River, Denever, və Reton deltalarının çökəkliyindən ibarətdir.
2. Kembriyəqədər və ya Herisin bünovrəsi izərində formalaşmış epiplatfor-
ma orogenezinin şərq ətrafı zonası- Alaskada Bruks silsiləsi, Kanadada Rişardson

342
və Makenzi dağları, ABŞ-ın Qayalı dağlarının şərq hissəsi (Vayaminqdən Nyu-Mek-
sikaya qədər), Mərkəzi Amerikanın Şimali Serra hissəsini əhatə edir.
3. Aralıq massivlər zonası- Alyaskada Yukon, ABŞ-da Kolorado, Meksikada
Koaxuladan ibarətdir.
4. Kordilyerlərin gec Təbaşir-erkən Paleogen yaşlı (Laramı qırışıqlığı) kə-
nar miogeosinklinal zonası- Kanadanın və Montananın Qayalı dağlarını, Qayalı
dağların qərb hissəsini və ABŞ-ın Böyük hövzəsinin şərq hissəsini, Meksikada Şərqi-
Serra-Madreni əhatə edir.
5. Kordilyerlərin gec Yura-erkən Təbaşir yaşlı qərbi evgeosinklinal zonası
(Nevadiy qırışıqlığı)- Alyaska silsiləsini, Cənubi-Şərqi Alyaskanın sahil silsiləsini,
Britaniya Kolumbiyasını, ABŞ-ın Böyük Hövzəsinin qərb hissəsini və Serra-Nevada
silsiləsini, Meksikada Qərbi və Cənubi Nevada qırışıqlığını, Serra Madreni əhatə edir.
6. Qərb ətraf və ya Sakit okeanqarşısı zona (Kordilyerlərin ön çökəklikliyi)-
Kaliforniyanın Sahil silsiləsindən, Kaliforniyanın Böyük dərəsindən, Kaliforniya kör-
fəzindən (dağarası çökəkliklər) ibarətdir. Şimali Amerika Kordilyerlərinin quruluşun-
da qeyd olunan bu zonadan əlavə törəmə, cavan vulkanik strukturlar (Kaskad dağı və
Kolumbiya Platosu; Qərbi Serra-Madre və Cənubi Meksikanın vulkanik vilayətləri;
Salvador və Nikaraquanın vulkanik vilayəti) da ayrılır. Şimali Amerika Kordilyerlə-
rində meridional istiqamətdə inkişaf tarixinə, daxili quruluşuna, qırışıqların uzanma
istiqamətinə görə bir-birindən fərqlənən və həmin istiqamətdə uzanan dərinlik qırıl-
maları ilə təcrid olunan 5 zona ayrılır (şəkil 7.1.2.1.):
I. En istiqamətə yaxın uzanan Alyaska Kordilyerləri.
II.Şimal-şimal-qərb-cənub-cənub-şərq istiqamətdə uzanan Kanada Kordilyerləri.
III. Şimal-şimal- qərb- cənub-şərq istiqamətdə uzanan ABŞ Kordilyerləri.
IV. Meksika Kordilyerləri.
V.Enə yaxın istiqamətdə (qərb-şimal-qərb-şərq-cənub-şərq) uzanan Mərkəzi
Amerika Kordilyerləri.
Alyaskanın və Şimali-Qərbi Kanadanın Kordilyerləri. Çatam-Rişardson qı-
rılmasından qərbə və 60-cı paraleldən şimala Kordilyerlərin quruluşunda kəskin də-
yişiklik qeyd olunur. Bu dəyişiklik ilk növbədə qırışıqlıq sisteminin şərq və mərkəzi
zonalarına aiddir. Bu halda qərb zona Cənubi Alyaska daxilində kifayət qədər yaxşı
izlənilir. Ön çökəklik və bütün Alberto çökəkliyi 60-cı paraleldən şimala qapanır.
Şimali Qayalı dağlıq zona da təxminən bu en dairəsində qurtarır. Qabarığı şərqə
olan Franklin, Makenzi və Selvin silsilə qövsü oroqrafik cəhətdən Şimali Qayalı dağ-
ların davamında yerləşsə də geoloji cəhətdən ondan fərqlənir. Kanada Kordilyerləri-
nin mərkəzi zonası da 60-cı paraleldən şimala öz xüsusiyyətini kifayət qədər dəyişir.
Taqiş sinklinoriumu burada qapanır və Pelli-Persin antiklinoriumu ilə birləşərək
Kembriyə qədər büsvrəyə malik, geniş Alyaska-Yukon antiklinoriumunu əmələ gəti-
rir. Bu antiklinorium şimalda Tintin dərinlik qırılması ilə hüdudlanır.
Yukon platosunun bu qırılmadan şimalda yerləşən hissəsi bir çox tədqiqatçıların
fikrincə Yukon aralıq masivini təşkil edir. Bu massiv Berinq boğazından keçərək Çu-
kot və Anadır massivinə kimi uzanır. Yukon massivinin bnövrəsi intensiv dislokasiya
məruz qalmış metamorfik süzurlardan, örtüyü isə Vend-Neakom yaşlı çöküntülərdən
təşkil olunmuşdur.

343
Şəkil 7.1.2.1. Şimali Amerika Kordilyerlərinin əsas strukturlarının
yerləşmə sxemi (V.E.Xainə görə).
1-Kolvil çökəkliyi, 2-Yukon massivi, 3-Bruks silsiləsi qalxımı, 4-Kuskokvim qırışıq-
lığı, 5-Talkin qırışıqlığı, 6-makenzi çökəkliyi, 7-Pelli qırışıqlığı, 8-Kassir qırışıqlığı,
9- Kanada Kordilyerlərinin sahilyanı silsiləsi, 10-Alberta çökəkliyi, 11-Persel qırışıq-
lığı, 12-Serra-Nevada qırışıqlığı, 13-Antler qırışıqlığı, 14-Böyük hövzə, 15-ABŞ Kor-
dilyerlərinin sahilyanı silsiləsi, 16-Şərqi Qayalı dağlar massivi, 17-Kolorado massivi,
18-Qərbi Sera-Madre zonası, 19-Şərqi- Madre zonası, 20-Cənubi Sera-Madre zonası.

344
Yukon aralıq massivindən şimala onunla eyni istiqamətdə (en) uzanan Bruks sil-
siləsi antiklinoriumu yerləşir. Onun geoloji quruluşunda Paleozoyun orta Karbonaqə-
dər çöküntüləri iştirak edir. Miogeosinklinal tip çöküntülərin qalınlığı Yukon massi-
vinə nisbətən iki dəfə çoxdur (7,5-8 km).
Meridional Rişardson dağı horst antiklinoriumuu səciyyəvi quruluşa malik olub,
Donta-Riber-Red-River dərinlik qırılması zonası ilə əlaqədar olan ensiz platforma da-
xili çökəkliklə əlaqədardır. Avlakogen quruluşa malik Rişardson dağı Koret antikli-
nalı, Yukon massivi ilə qədim Şimali Amerika platforması arasında yerləşir. Yukon
Aralıq massivindən cənuba Alyaskanın cənub hissəsində Kanada və ABŞ Kordilyer-
ləri öz davamını tapır. Cənubi Alyaskanın nisbətən böyük və uzun strukturlarından
biri də Talkitin antiklinoriumu hsab olunur. Bu antiklinorium şərqdə Müqəddəs İli
silsiləsi ilə qovuşur, cənub-qərbdə isə Aleut silsiləsi, Alyaska yarmadası, Aleut və
Komandor adaları boyunca izlənilən Kamçatka-Koryak antiklinoriumu ilə birləşən
Aleut qövsü antiklinoriumundan ibarətdir. Aleut qövsü və Alyaska şelfi körfəzi cə-
nubdan dərinliyi 7,6 km- dən çox olan Aleut dərin su növü ilə əhatə olunur.
Kanada Kordilyerləri. ABŞ Kordilyerlərindən Kanada Kordilyerlərinə keçdik-
də Şərqi Qayalı dağların epiplatforma oregenezi zonasının Mərkəzi Montanada paz-
laşması və onun şimala doğru normal platforma şəraitinə keçməsi ilə əlaqədar olaraq,
qırışıqlıq qurşağın eni 1,5 dəfə azalır. Şərqi Qayalı dağlar tipli törəmələr Kordilyerlə-
rin ətrafında yalnız 60-cı paraleldən şimala yenidən meydana çıxır.
Burada Kordilyerlərin qarşısında Alberto çökəkliyi yerləşir. Bünövrənin yatma
dərinliyi mərkəzi hissədə 4 km-dir. Onun xarici platforma qanadı, nisbətən sakit, da-
xili (Şimali Qayalı dağların dağ ətəyi zonası) qanadı isə mürəkkəb pulvari-üstəgəlmə
quruluşuna malikdir. Kəsilişdə Kembri-son Təbaşir yaşlı çöküntülər iştiak edir.
Şimali Qayalı dağların meogeosinklinal zonaya keçidi, şimalda regional Mak-
Konnel üstəgəlməsi boyunca çıxan Paleozoy əhəngdaşlarına görə müəyyən olunur.
Kanada Kordilyerərindən cənub-qərbdə Taqiş-Bouser sinklinal zonası, yerləşir. Bu
sinklinal zona Pelli-Persil antiklinoriumunu, Cənubi-Şərqi Alyaskanın sahil silsiləsi
antiklinoriumundan və Britaniya Kolumbiyasından ayırır. Taqiş-Bouser sinklinal zo-
nası qalınlığı 4-5 km-ə çatan Mezozoy (T2-K1) çöküntüləri ilə dolmuşdur.
Sahil silsiləsi antiklinoriumu Serra-Nevada və Kalmat dağlarının davamı və ya
analoqu olub, böyük hissədə qranitoidlərdən ibarətdir. Antiklinoriumun cənub-qərb
qanadı böyük qırılmalar sistemi ilə mürəkkəbləşmişdir. Bu qırılma Sahil silsiləsi zo-
nasını cənub-şərqi Alyaskanın ərazisində yerləşən Cuno-Qravina sinklinoriumundan
ayırır. Cənub-Şərqi Alyaskanın uzaq qərbdə yerləşən ən böyük strukturu Müqəddəs
İli silsilə antiklinoriumu və Aleksandra arxipelaqı hesab olunur. Bu antiklinoriumda
Paleozoyun Kembri Ordovik çöküntüləri yer üzərinə çıxır. Evgeosinklinal mənşəli bu
qatın qalınlığı 9-10 km-ə çatır.
ABŞ-ın Kordilyerləri. Bu seqment Kordilyer dağlıq-qırışıqlıq qurşağının Mər-
kəzi hissəsini əhatə edir. Onun quruluşunda şərqdən (Şimali Amerika platformasın-
dan) qərbə (Sakit okeana) kimi aşağıdakı başlıca struktur elementləri ayırmaq olar:
Qərbi en çökəkliklər zonası; Mərkəzi və Cənubi Qayalı dağların epiplatforma oroge-
nezi zonası; Mərkəzi Qayalı dağların miogeosinklinal zonası və Böyük hövzənin şərq
hissəsi; Serra-Nevadanın evgeosinklinal zonası və Böyük hövzənin qərb hissəsi; Sa-
kitokean qarşısı Kaynozoy enmə və qırışıqlıq zonası.
345
Qərbi ön çökəkliklər zonasında intensiv əyilməyə məruz qalmış üç çökəklik
(Pauder-River, Denver və Reton) ayrılır. Vəziyyətinə, ümumi asimmetrik quruluşuna
görə ön çökəkliklər kateqoriyasına aid olan bu çökəkliklər, səciyyəvi xüsusiyyətlərə
malikdir. Bu çökəkliklərdən böyüyü və dərini Pauder-River hövzəsi hesab olnur. Bu-
rada bünövrənin yatma dərinliyi 3 km, Denvar hövzəsində isə 2 km-dir. Eyni zaman-
da inkişaf edən bu çökəkliklər bir-birindən qalxmalarla-yəhərlərlə ayrılır. Pauder-Ri-
ver və Reton çökəklikləirinin əyilməsi Eosendə, Denverinki isə Paleosendə başa çat-
mış, lakin Oliqosendə təkrar olmuşdur.
Mərkəzi və Cənubi Qayalı dağların epiplatforma origenezi zonasında Larami
orogenezinin fazaları ilə uyğunsuzluq təşkil eldən bir neçə vulkanik zona (Montana,
Koloradonun Qayalı dağları, Nyu-Meksika, Koloradonun lap cənubunda) qeyd olu-
nur. Bu zonanın əsas elementlərindən biri də Kolorado aralıq massividir. Kordilyer
geosinklinalının kənar hissəsində yerləşən bu nəhəng platforma qayması (eni 400 km)
Larami və yeni orogenez dövründə və olduqca zəif deformasiyaya məruz qalmışdır.
Massivin qərbində və şərqində bir-birindən fleksura ilə ayrılan ovalvari qalxım-
lar qeyd olunur. Massivin cənub hissəsində qalxımlar arasında Blek-Meza hövzəsi
yerləşir. Kolorado massivi şimal-şərqdə gec Paleozoy yaşlı Paradoks hövzəsinin çö-
kəkliyi ilə əhatə olunur. Mərkəzi Qayalı dağların miogeosinklinal zonası və Böyük
hövzənin şərq hissəsi Kolorado massivindən və Suben istiqamətdə uzanan qalxımlar-
dan, Cənubi Montana çökəkliyindən və Vayomeşqdən qərbə tamam başqa quruluşa
və inkişafa malik olan zona yerləşir. Burada Paleozoy-Mezozoy kompleksinin qalın-
lığı 7-8 km-ə çatır. Bu zonanın qərb sərhədi Qərbi Aydako, Nevadanın mərkəzi his-
səsindən və Cənubi Kaliforniyadan keçir.
Serra-Nevadanın evgeosinklinal zonasi və Böyük hövzənin qərb hissəsi, Mərkə-
zi-Nevadanın nəhəng üstəgəlmə zonasından qərbə Kordilyerlərin daha mürəkkəb qu-
ruluşa malik olan hissəsi yerləşir. Burada yerləşən ən böyük strukturlar Mərkəzi-Ne-
vada antiklinoriumu, Qərbi-Nevada sinklinoriumu, Koliforniyanın Serrı-Nevada an-
tiklinoriumu hesab olunur. Kordilyerlərin evgeosinklinal zonasının qırışıqlıq struktur-
larının formalaşma müddəti uzun və mürəkkəb olması ilə seçilir. Qərbdə Serra-Neva-
da, şərqdə Kolorado platosu və Uosatş silsiləsi arasında Böyük hövzə yerləşir. Bu
hövzənin cənub davamında isə böyük və dərin Kaliforniya körfəzi qrabeni yerləşir.
Sakit okean qarşısı Kaynozoy əyilməsi və qırışıqlığı. Klamat dağı antiklino-
riumundan və Kaliforniyada Serra-Nevada silsiləsindən, Vaşinqton və Oreqonda ca-
van vulkanik Kaskad dağı silsiləsindən qərbə Mezozoy əyilmə və qırışıqlıq zonası
yerləşir. Bu zona Sakit okeanın sahillərini və şelf zolağını əhatə edir, ən böyük çö-
kəkliyi Kaliforniyanın böyük dərəsi hesab olunur. Qərbdən Serra-Nevada Hersin an-
tiklinoriumuna qovuşan bu çökəklikdə Kaynozoy bünövrəsi 6 km dərinlikdə yatır.
Burada ayrılan nisbətən kiçik ölçülü hövzələrdən Santa-Mariyanı, Santa-Barbara-
Venturanı və Los-Ancelosu göstərmək olar. Bu zonanın müasir struktur planı yalnız
Neogendə formalaşmışdır.
Sahil silsilə qalxımları yelpikvari antiklinoriumlarından təşkil olunmuşdur. Sahil
zonasının Kaliforniya hissəsinin struktur planının əlamətdar xüsusiyyəti Los-Ance-
losdan şimal zolağında böyük subeninə strukturların inkişafı hesab olunur. Bunlar
eninə silsilələr formasında ifadə olunmuşlar, Kembriyəqədər bünövrə yer üzərinə çı-
xır və ona paralel olaraq dərn Santa-Mariya-Ventura dağarası çökəkliyi yerləşir. Daha
346
iki belə zona şimalda Payonir və Mendosino zonalarında yerləşir. Onlardan biri (Pa-
yonir) Paynt-Arenada, digəri isə Mendosino burnunda sahilə çıxır.
Qeyd olunan eninə linamentlər ilə yanaşı olaraq, Kaliforniyanın tektonik qurulu-
şunda San-Anders dərinlik qırılması da mühüm rol oynayır. Bu qırılma Poit-Arena
rayonundan (Mendosino burnu) Kaliforniya körfəzinə kimi 1300 km məsafədə izlə-
nir. San-Fransizko şəhəri San-Andreas qırılmasının şimal-şərq qanadında, Los-Ance-
los isə cənub-qərb qanadında yerləşir. Şimalda San-Andres qırılması geniş Mendisino
qırılma zonasına dirənir. San-Andres qırılması boyunca yerdəyişmənin amplitudası
tədricən şimal-qərb istiqamətündə azalır. Kailiforniyanın lap şimal hissəsində Sakit
okean qarşısı zona kəskin ensizləşir və əksinə Oreqon və Vaşinqton sahillərində isə
bu zona olduqca genişlənir və Kaliforniyadan fərqli olaraq, tamamilə Kaynozoy çö-
küntülərindən təşkil olunmuşdur. Sahil boyunca sahil silsiləsi antiklinoriumu uzanır
və ondan şərqdə isə Pyucet çökəkliyi yerləşir. Bu çökəklik şərqdə Kaskad dağları
vulkanik qurşağı ilə sərhədlənir.
Mərkəzi Amerikanın və Meksikanın Kordilyerləri Şimali Amerika Kordil-
yerlərinin nisbətən cənub seqmqneti olub, Kaliforniya, Arizona və ABŞ-ın Nyu-Mek-
sika ştatlarının daxilində yerləşir. Bu zonada qeyd olunan başlıca strukturlardan El-
Burrs qalxımını, Koaxuila aralıq massivini, Parras sinklinoriumunu Qərbi-Serra-Mad-
re vulkanik dağını, Kaliforniya yarımadası antiklinoriumunu, Aşağı-Kaliforniya sink-
linoriumunu, Manaqua və Nikaraqua cavan deqresiyalarını göstərmək olar.
GEOLOJİ İNKİŞAF TARİXİ
Kordilyer geosinklinalının yaranması Mərkəzi və Qayalı dağlarda Belt seriyası-
nın toplanma vaxtınin əvvəlinə təsadüf edir. Kordilyer geosinklinalının xarici, mio-
geosinklinal zonası Arxey-erkən Proterozoyda formalaşmış kontinental platforma bü-
novrəsi izərində inkşaf etmişdir. Qot qırışıqlıq epoxasinda parçalanmış bu bünovrə
Kaliforniyanın Böyük dərə, Sahil silsiləsi zonasında pazlaşır. Kordilyerlərin Sahilya-
nı zonasının Paleozoyun sonundan okean qabığı izərində formalaşdığı qeyd olunur.
Şimali Amerika Kordilyerlərinin inkişafında aşağıdakı mərhələlər ayrılır.
1. Qrinvell (Belt) və Deliy mərhələsi. Kordilyer geosinklinalının inkişafının mə-
lum olan ilkin mərhələsi Belt seriyasının toplanma vaxtına uyğun gəlir. Bu seriyanın
radiometrik və geoloji məlummatlar əsasında müəyyən olunmuş mütləq yaşı, 1350-
1000 mln. il intervalında yerləşir və yaşına görə Kanada qalxanının Qrinvell seriya-
sına (R1-2) uyğun gəlir. Belt seriyası və onun yaxın analoqları səciyyəvi miogeosink-
linal formasiyadan ibarətdir. Belt seriyasının və onun analoqlarının toplanma dövrü,
qırışıqlıq intruziyaların təzahürü və metomorfizmlə müşayiət olunan qalxma hərəkət-
ləri ilə başa çatmışdır. Belt seriyasının üst hissəsi və Persel üst Rifeyin alt hissəsinə
aid olunur.
2. Baykal mərhələsi. Qrenvil qalxma hərəkətlərri və eləcə də Deliy orogenez
epoxası müasir Persel dağı rayonunda və ola bilsinki, onun şimal və cənub davamın-
da qalxımların (geoantiklinalın) formalaşmasına səbəb olmuşdur. Bu geoantiklinal-
dan qərbə yenidən əyilmənin bərpa olunması ilə əlaqədar olaraq, Kanadada Selkerk,
Karib, Ominek dağı zolağında, eləcə də ABŞ-nın Böyük hövzəsi daxilində çökəklik
əmələ gəlmiş və üst Proterozoyun ikinci yarısında, yeni böyük qalınlığa malik, karbo-
nat-terrigen formasiya kompleksi toplanmışdır. Britaniya Kolumbiyasında Uindermir

347
seriyası adlanan bu qatın qalınlığı 10-13 km-ə çatır. Uindermir seriyasına Selkerk da-
ğının qərbində, Kutnay sahilində, Şimal-Şərqi Vaşinqtonda vulkanik süxurların yayıl-
ması, şərqdən qərbə miogeosinklinal şəraitdən evgeosinklinala keçidi göstərir.
Proterozoy və Kembrinin sərhəddində gələcək Kordilyerlərin şərq rayonları ye-
nidən qalxmaya məruz qalmışdır. Ən böyük qalxma Persell geoantiklinalının daxilin-
də və onun şimal davamında (Qrennvil qalxmasının hiss olunduğu sahədə) baş verir.
3. Kaledon-erkən Hersin mərhələsi (Kembri-Devon). Bu mərhələ Sakit okean tə-
rəfdən irəliləyən geniş dəniz transqressiyası ilə başlayır. Lakin alt Kembri çöküntüləri
ancaq Qayalı dağların ensiz zolağında və bilavasitə onun arxasında yayılmışdır. Yal-
nız orta Kembridə dəniz Kordilyerlərinin böyük hissəsini əhatə etmiş və platforma
ərazisinə yayılmışdır. Qayalı dağların ön silsilə zonasında platforma ilə sərhəddə orta
Kembridə rift zolağı mövcud olmuşdur. Bütövlükdə geosinklinal qabarığı şərqə olan
qövs formalı olub, zirvəsi Cənubi-Qərbi Montana və Şimaili-Şərqi Aydaxoda yerləş-
mişdir. Onunla Qayalı dağ miogeosinklinalının eninə əyilməsi uyğun gəlir. Kembri-
nin qalınlığı Şimali Qayalı dağların şimal zonasında 6 km, Selkerk dağında 7,5 km,
Cənub-Şərqi Nevada və Şimal-Şərqi Kaliforniyada 5 km-dir.
Montanada və qonşu sahələrdə eninə qalxımın genişlənməsi istisna olmaqla,
Ordovikdə struktur plan demək olar ki, az dəyişir. Ordovikin qalınlığı 3 km-dən çox
deyildir. Geosinklinalın mərkəz hissəsində Alyaska vəYukonun sərhədindən mərkəzi
Nevadaya kimi karbonat formasiyasının az qalınlıqlı qraptolitli şist formasiyasına
keçməsi müşahidə olunur. Britaniya Kolumbiasında və Nevadada vulkanogen suxur-
lar, silisitlər, eləcədə qrauvakka qumdaşları, əhəngdaşı meydana çıxır. Ordovikin qa-
lınlığı Britaniya Kolumbiasında 7-5 km-ə çatır.
İstər geosinklinalın ətraf, istərsədə nisbətən daxili hissələrində Ordovik və Silu-
run sərhəddində yenidən qalxma hiss olunur ki, bu da çöküntü toplanmada fasiləyə
səbəb olur. Aleksandra arxipelağında, Şişaqova və Şahzadə Uelöki adalarında bu
qalxma qranit intruziyalarının təzahürü ilə müşayiət olunur. Bu isə erkən Kaledon qı-
rışıqlıq epoxasının başlanmasına dəlatət edir. Silurda geosinklinalın şərq yarısında
çöküntü toplanmanın karbonat, onun mərkəzi zonasında isə gilli xarakteri saxlanılır.
Lakin karbonat suxurları Kembri və Ordovikdən fərqli olaraq əhəngdaşından deyil
dolomitdən ibarətdir və argillit ibarət olub, qumdaşları ilə əvəz olunur. Evgeosink-
linal Silurun qalınlığı 7,5 km-ə çatır.
Gec Kaledon qalxması Silur və Devonun sərhəddində olduqca böyük qiymətə
malik olmuş və Alyaskada, Kanada Kordilyerlərində alt Devonun kəsilişdən düçmə-
sinə səbəb olmuşdur. Bununla belə, Devonun struktur planı əvvəlki dövrlərdən olduq-
ca az fərqlənir. Montana və Albera kənar qalxımları enməyə məruz qalır və dənizlə
ortilir. Miogeosinklinal zonada əyilmənin intensivliyi bir qədər azalır və Devonun qa-
lınlığı şimalda 1 km olub, cənubda nisbətən artaraq 2-2,5 km-ə çatır. Evgeosinklinal
zonada maqmatizmin intensivliyi artır, Devon çöküntülərinin qalınlığı 3 km-ə çatır.
Devonun sonunda geosinklinalın intensiv qalxması başlayır. Devonun sonu şimali
Amerika Kordilyerlərinin inkşafında həlledici dövr hesab olunur. Ordovikdən etiba-
rən geosinklinal hövzənin en kəsiyində üç zona (şərq, mərkəzi və qərb) ayrılır.

348
Şərq zona terrigen-karbonat və karbonat çöküntülərindən təşkil olunmuş səciy-
yəvi miogeosinklinaldan ibarətdir. Mərkəzi zona Ordovikə kimi şərq zona ilə birlikdə
olmuşdur. Ordovikdən etibarən intensiv əyilməyə cəlb olunmuş və dərin dəniz höv-
zəsinə çevrilmişdir. Qərb zona Mərkəzi zonanın sahil yamacına uyğun gəlir, gilli-şist-
li, qumdaşı, tufogen və piroklastik süxurlardan təşkil olunmuşdur. Kembridən etiba-
rən Kanada və ABŞ daxiimdə Mərkəzi və Şərqi zonanın iki çökəkliyə (Şimali və Cə-
nubi Qayalı dağlar) və Britaniya Kolumbiyasının cənub-şərqində, Montana və Ayda-
xanın ətraf rayonlarında eninə qalxımlara ayrilması baş verir. Eevgeosinklinal zonada
en istiqamətdə iki çökəkliyə (Aleksandra və Klamat troqu) ayrılır.
4. Gec Hersin mərhələsi (Karbon-orta Trias). Şimali Amerika Kordilyerlərində
ilk həqiqi orogenez epoxası Devonun sonunda başlamışdır. Akad diostrofizm Mek-
sikada Cənubi Serra-Madredə və onun davamında, Mərkəzi Amerikanın şimal hissə-
sində daha intensiv olmuşdur. Erkən Karbonda miogeosinklinalın şərq ətrafında kar-
bonat formasiyasının toplanması davam edir. Orta və üst Karbon (Pensilvani) epoxası
Kordilyerlərin mərkəzi hissəsində gec Hersin orogenezinin kluminasya vaxtı hesab
olunur.
Nisbətən qərb rayonlarda, xüsusəndə Britaniya Kolumbiyasının qərbində, Cənu-
bi-Şərqı Alyaskada, Vaşinqtonda və Oriqonda, şimali Kaliforniyanın Klamat dağında
və Serra-Nevadada orta və üst Karbon ya kəsilişdə iştrak etmir, ya da konqlomerat-
lardan ibarətdir. Permin əvvəllərində Şimali Qayalı dağlarda çöküntü toplanma daya-
nir. Kordilyerlərdə Pensilvani və Perm gobuddənəli terrigen və Karbonatlı çöküntü-
lərdən təşkil olunmuşdur. Mərkəzi Yutda Pensilvaninin qalınlığı 7,8 km-ə çatır.
Permdə qərbdə (Alyaskadan Kaliforniyaya kimi geniş ərazidə) sualtı vulkanizm
və onunla müşayiət olunan silisli törəmələr toplanmışdır. Əsas evgeosinklinal çökək-
lik bu zaman Qərbi Nevadadan Şərqi Vaşinqtona və sonra Britaniya Kolumbiyasının
mərkəzi hissəsinə və Cənubi Alyaskaya şəkilmişdir. Burada Perm çöküntülərinin qa-
lınlığı 3,6 km-dir. Nisbətən şərqdə yerləşən miogeosinklinal çökəklikdə Perm qa-
lınlığı 3,0 km-ə çatan terrigen-karbonat çöküntülərindən təşkil olunmuşdur. Qədim
Qayalı dağlarda şaquli hərəkətlər erkən Triasa kimi davam etmişdir.
Perm dövrünün ikinci yarısı və Triasın birinci yarısı Hersin qırışıqlığının ta-
mamlayıcı fazası ilə əlaqədar olaraq növbəti qalxma və qırışıqlıqla xarakterizə olu-
nur. Bununla əlaqədar olaraq Kordilyerlərdə alt, xüsusəndə orta Trias çöküntüləri
məhtud yayılmışdır. Evgeosinklinal mənşəli (vulkanogen-çökmə) alt, orta Trias Qərbi
Nevada və Şərqi Kaliforniyada toplanmışdır. Milgeosinklinal Mərkəzi Qayalı dağlar-
da, Serra-Nevadada, Vritaniya Kaliforniyasında toplanmışdır. Evgeosinklinal və mio-
geosinklinal Triasın qalınlığı müvafiq olaraq 4 km və 1,2 km-dir.
5. Erkən Alp mərhələsi (gec Trias-orta Yura). Bu mərhələ gec Triasda əyilmənin
yenidən intensivləşməsi və Şimali, Mərkəzi Qayalı dağlarda dəniz rejiminin bərpa-
sına səbəb olur. Maksimal əyilmə Yutun şimali-qərbində qeyd olunur, Burada üst
Triasın əhəngdaşı formasiyasının qalınlığı 2,4 km-dir. Bu zaman miogeosinklinal ev-
geosinklinal zonadan Yukondan başlayaraq Britaniya Kolumbiasının şərq rayonların-
dan, Mərkəzi Aydako və Mərkəzi Nevadadan keçərək Meksikaya kimi uzlənilən
Mərkəzi geoantiklialla ayrılmışdır. Qərbdə Cənubi Alyaskadan Sonora kimi izlənilən
intensiv çöküntü toplanma və intensiv sualtı vulkanizmlə müşayiət olunan evgeossin-
klinal vilayət yerləşmişdir.
349
Alt və orta Yurada mıogeosinklinalın şimal yarısında təmamilə terrigen, ox zo-
nasında əsasən gil, cənubda isə karbonatlı formasiya toplanmışdır. Yuranın maksimal
qalınlığı şimalda 500 m-ə yaxın, cənubda isə 2 km-dır. Miogeosinklinal çökəklik cə-
nub istiqamətdə Orizon və Cənubi-Şərqi Koliforniyada qapanırdı. Bu vaxt müasir
Koliforniya körfəzinə aid olan ensiz zolaq istisna olunmaqla (Sonora), bütün Meksika
intensiv Hersin orogenezindən sonra platformaya çevrilmişdir. Kanada və ABŞ Kor-
dilyerlərinin evgeosinklinal zonası vulkanik Qərb geoantiklinalı ilə iki çökəkliyə
(qərbdə- Sahilyanı, şərqdə- Uaytxors troqu) ayrılmışdır. Qərb çökəklikdə səciyyəvi
evgeosinklinal formasiya toplanmışdır. Şərq çökəklik (Şimali Vaşinqton), Şərqi Oriq-
on və Qərbi Nevadaya kimi davam edərək Alyaskaya çatmadan Yukonda qapanmış-
dır. Gec Yurada isə onun ayrı-ayrı çökəkliklərə parçalanması başlamışdır.
6. Orta Alp mərhələsi (gec Yura-Eosen). Gec Yuradan başlayaraq, Şimali Ame-
rika Kordilyerlərnin inkşafı qalxmaların əyilmələr üzərində üstünlük təşkil etdiyi oro-
gen mərhələsinə daxil olmuşdur. Gec Mezozoy-erkən Paleogen orogen mərhələsində
iki epoxa (Nevadiy və Laramiy) ayrılır. Bunlardan Nevadiy qırışıqlıqlığı Yura və Tə-
başirin sərhəddində, Larami isə Təbaşir və Paleogenin sərhədində baş vermişdir. Bu
orogenez mərhələləri kifayət qədər uzun müddətli olmuşdur. Larami orogenez epoxa-
sı öz növbəsində erkən Larami (Senonun sonunda), orta Larami (Paleosen) və son La-
rami (Eosen) fazalarına ayrılır.
Yuranın sonu Təbaşirin əvvəllərində Mərkəzi geoantiklinalın qalxması qədım
Anatlar qurşağı, Qayalı dağların mərkəz hissəsi və Aydako boyu üstəgəlmələrin for-
malaşmasının başlaması ilə müşayiət olunmuşdur. Orta Təbaşir orogenez epoxasında
qalxma Kordilyer geosinklinalının böyük hissəsinə yayılmışdır. Larami orogenezinin
ilk təkanları (erkən Larami qalxma və qırışıqlıq fazası) Senonun ortalarına təsadüf
edir. Bu zaman Kanadadan Meksikaya kimi Qayalı dağlar sisteminin bütün ərazisi
boyunca gobuddənəli materialların gətirilməsi güclənir. Larami orogenezinin növbəti
fazalarında Mərkəzi Qayalı dağlarda üstəgəlmələrin əmələgəlməsi güclənir. Larami
qalxması və qırışıqlığı turş və orta tərkibli çoxlu miqdarda intruziyaların təzahürü ilə
müşayiət olunmuşdur.
Beləliklə, uzunmüddətli, çox fazalı, fasiləli-fasiləsiz orogenez prosesi ilə əlaqə-
dar olaraq Eosenin əvvəlinə kimi müasir Şimali Amerika qitəsinin qərbində, Kordil-
yer sistemi intensiv qalxmışdır. Lakin onun müasir quruluşu və relyefi sonrakı tekto-
nik məerhələdə baş vermişdir.
7. Gec Alp mərhələsi (Oliqosen-Antropogen). Bu mərhələnin əvvəli (Oliqosen)
Sakit okean qarşısı zona, Cənubi Alyaskanın dağarası çökəklikləri və Meksikada ön
çökəkliklər istisna olmaqla, Kordilyerlərin bütün uzunluğu boyunca qırışıqlığın başa
çatması, eləcə də qalxma hərəkətlərnin intensivliyinin müəyyən qədər zəifləməsi ilə
xarakterizə olunur. Sonra qalxmanın sürəti ardıcıl olaraq artmiş üst Miosen-alt Plio-
sendə birinci, Pliosernin sonu Pleystosenin əvvəlində isə ikinci maksimumuna çat-
mışdır. Şimali Amerika Kordilyerlərnin cavan vulkanizmi özinin təzahir formasına və
tektonika ilə əlaqəsinə görə kifayət qədər mixtəlifdir. Burada xarakterik orogenik
andezit vulkonizmi, areal toleit-bazalt vulkanizmi, liparit (traxiandezit) püskürməsini
qeyd etmək olar.
FAYDALI QAZINTILAR
Şimali Amerika Kordilyer qırışıqlıq vilayəti zəngin faydalı qazıntılara malikdir.
350
Burada metallik, qeyri metallik, kaustobiolit və s. kimi yataqlar istismar olunur. Bu
qırışıqlıq sistem Kembriyə qədər bünövrəsi ilə əlaqədar olan qızıl, uran yataqları Ka-
nadada istismar olunur. Bu zonada eyni zamanda turş tərkibli intruziyalarla əlaqədar
olan sənaye əhəmiyyətli mis, nikel, kobalt, platin yataqları da vardır. Qeyd olunan
faydalı qazıntılardan əlavə zəngin volfram, molibden yataqları da böyük əhəmiyyət
kəsb edir.
Sakit okeanın sahili boyu, Kaliforniyada, Cənubi Alyaskanın Kuk körfəzində,
eləcədə dağətəyi hissədə (Kanadada) və Qayalı dağların şərq hissəsində (ABŞ) kifa-
yət qədər neft və qaz yataqları vardır. Qayalı dağlarda və Kanada Kordilyerlərinin da-
xili çökəkliklərində Təbaşir çöküntüləri ilə əlaqədar olan daş kömür yataqları vardır.
Qayalı dağlarda Mezozoy alt hissəsində uran filizi, Paleozoyla əlaqədar olan laylı
fosforit yataqları aşkar olunmuşdur. Şimali Amerika Kordilyerlərinin Alyaska hissə-
sində neftlilik, qazlılıq geniş stratiqrafik dianozonu (Devondan Dördüncü dövrə kimi)
əhatə edir. Yura, Təbaşir və Paleogen, Neogen çöküntüləri ilə əlaqədar olan sənaye
əhəmiyyətli neft, qaz yığımları müəyyən olunmuşdur. Koliforniya 350-yə yaxın neft,
neft-qaz və qaz yatağı aşkar olunmuşdur.
Şimali Amerika Kordilyerlərində çoxlu miqdarda mineral su bulaqları vardır.
7.2. ARALIQ DƏNİZİ QIRIŞIQLIQ QURŞAĞININ MEZOZOİDLƏRİ
Trias zamanı Aralıq dənizi qırışıqlıq qurşağınnın ayrı-ayrı hissələrində çökün-
tütoplanma şəraiti olduqca fərqli olmuşdur. Belə ki, qərb hissədə (Piriney, Cənubi İs-
paniya, Şimali Afrika) əsasən kontinental terrigen və duzlu çöküntülər, şərqdə (Alp,
Qafqaz, Karpat, Himalay) dəniz mənşəli Karbonat csküntüləri, şimalda isə (Krım,
Kopetdaq, Pamir, Hindiçin) dəniz mənşəli terrigen törəmələrdən təşkil olunmuşdur.
7.2.1. PAMİR QIRIŞIQLIQ SİSTEMİ
STRATİQRAFİYA
Pamir Mezozoy qırışıqlıq sisteminin geoloji quruluşunda onun inkişafının əsas
mərhələlərini əks etdirən aşağıdakı başlıca struktur formasiya kompleksləri (SFK) ay-
rılır (Cədvəl 7.2.1.1.).
Cədvəl 7.2.1.1.
№ Struktur-formasiya Yaşı
-si kompleksi (SFK) Şimali Pamir Mərkəzi Pamir Cənubi Pamir
1 Bünövrə AR- D AR - RZ1 AR - RZ2
2 Geosinklinal C-J P- J3 C- T
3 Orogen K- Q K- Q K- Q

Bünövrə struktur formasiya kompleksi (BSFK). Şimali Pamir Mezozoy qırı-


şıqlıq sistemində BSFK üç struktur mərtəbəyə (Kembriyəqədər, Vend-Ordovik və
Silur-Devon) ayrılır. Kembriyəqədər struktur mərtəbə- ümumi qalınlığı 8 km-ə çatan
amfibolitli və biotitli qneyslərdən, mərmər qatları olan kristallik şistlərdən; Vend-Or-
dovik struktur mərtəbəsi- yaşıl şistlər fasiyasının aşağı dərəşələrinə qədər metamor-
fikləşmiş, qalınlığı 2,5 km-ə çatan terrigen qumlu-şistli formasiyadan; ümumi qalınlı-
ğı 1,5 km-ə çatan Silur-Devon struktur mərtzbəsi isə- əsasən əhəngdaşından, dolomit-
dən, qismən də şistlərdən, polimikt və kvarslı qumdaşlarından ibarətdir. Cənubi Pa-

351
mir və Karakorum qırışıqlıq sietemində BSFK mürəkkəb heterogen quruluşa malik,
olub, ayri-ayrı struktur mərtəbələrə ayrılan Kembriyəqədər, alt və orta Paleozoy törə-
mələrindən ibarətdir. Cənub-qərbi Pamir massivində Kembriyəqədər törəmələrin qa-
lınlığı 14 km-ə, Muzkol və Vanq-Yazqulem massivlərində isə 10 km-ə çatır.
Geosinklinal struktur formasiya kompleksi (GSFK). Pamir Mezozoy qırışıq-
lıq sistemində GSFK Karbon-Yura yaşlı olub, cənub-şərqi Pamir zonasında iki (alt
Karbon-Trias, Yura), Mərkəzi Pamir zonasında isə bir (Perm-Yura) struktur mərtəbə-
dən təşkil olunmuşdur. Cənub-Şərqi Pamirdə GSFK qalınlırı 2 km-ə çatan filiş qatın-
dan (Karbon-alt Perm), qalınlırı 1,5-2,0 km-ə çatan muxtəlif fopmasiyalardan (üst
Perm-Trias yaşlı) ibarətdir. Mərkəzi Pamir zonasında GSFK qalınlığı 4 km-ə çatan
karbonatlı, karbonatlı-silisli fopmasiyadan, az qalınlıqlı andezit-bazalt lavasından
(Perm-orta Trias); qalınlırı 3,5 km-ə çatan qumlu-argillitli və kobud qumlu filişdən
(üst Trias-Bayos); qalınlırı 1km-ə çatan muxtəlif karbonatlı formassiyadan (Bayos-
üst Yura) təşkil olunmuşdur.
Orogen struktur formasiya kompleksi (OSFK). Pamirdə Təbaşir-Paleogen
yaşlı OSFK muxtəlif, dövrlərdə təzahür etmiş qranitoid maqmatizmi və iki mərhələdə
əmələ gəlmiş molass kompleksindən ibarətdir. Birinşi mərhələ Yura və Təbaşirin sər-
hədində baş verən gec Kimmeri qırışıqlığı ilə əlaqədar epigeosinklinal orogenezə uy-
ğun gəlir. Mərkəzi Pamir zonasında nisbətən yaxşı öyrənilmişdir və qalınlığı 800 m-ə
çatan dəniz-kontinental mənşəli qırmızı rəngli qumlu-gilli molassdan ibarətdir. Ikinci
mərhələ- tektonik-maqmatik fəallaşma ərazisinin və eləşə də bütövlükdə Pamirin
müasir epoxasına uygun gəlir. Bu mərhələdə qalınlığı 2 km-ə çatan və genetik şəhət-
dən andezit-dasit tərkibli vulkanogen törəmələrlə əlaqədar olan Oliqosen-Miosen yaş-
lı qırmızı rənkli, iridənəli terrigen çöküntülər toplanmışdır.
Neogen-Dördüncü dövr yaşlı Neotektonik struktur-formasiya kompleksi
kontinental törəmələrdən (qalınlığı 1000 m-ə çatan qumlu-gilli çöküntülərdən, gips,
duz apanaylarından) və qalınlığı 6 km-ə çatan molass formasiyasından (qumlu-konq-
lomeratlı qatdan), ümumi qalınlığı 500-700 m-ə çatan konqlomeratdan, gips və lsss
aralaycıqlarından, morenlərdən ibarətdir.
MAQMATİZM
Aralıq dənizi qurşağının Pamir Mezozoy qırışıqlıq sistemində maqmatizm Alp
qırışıqlırına nisbətən geniş və güçlü təzahür etmişdir. Burada Kembriyəqədər (meta-
morfikləşmiş çökmə süxurlar, qranit, qneys, miqmatitlər aplitlər, qranodioritlər pla-
gioqranitlər); Paleozoy (spilitlər, diabazlar, porfiritlər, keratofirlər, qranotoidlər, dio-
ritlər, kvarslı-dioritlər, qranitlar); Mezozoy (bazaltlar, qabbro-dioritlər, qranitlər,
kvarslı-dioritlər, qranosienitlər, porfiritlər və onların tufları); Kaynozoy (qranitlər,
qranosienitlər, porfiritlər, kvars dioritlər) maqmatik tsikilləri ayrılır.
TEKTONİKA
Pamir Mezazoy qırışıqlıq sistemi Aralıq dənizi qurşagının şərqində yerləşir və
daxilində aşaqıdakı struktur elementlər ayrılır (şəkil 7. 2.1.1.).
Şimali Pamir meqantiklinoriumu Epihersin platforması üzərində yerləşmişdir.
Orta hissəsində Paleozsy süxurlarından təşkil olunmuş Şimali Pamir meqantiklinoriu-
mu cənubdan Mezozoy çökuntuləri ilə haşiyələnir. Quruluşunda birinci dərəşəli
struktur element (iki antiklinorium və bir sıra sinklinorium) ayrılan meqantiklinori-
352
um, şimaldan böyük Şimali Pamir dərinlik yarığı ilə məhdudlaşmışdır. Şimali Pamir
meqantiklinoriumunun qarşısında terrigen, kontinental və laqun çöküntuləri ilə dol-
muş Pamirqabaqı kənar çökəkliyi yerləşir.

Şəkil 7. 2.1.1.). Pamir qırışıqlıq sisteminin əsas struktur elementləri


I. Cənubi Turan plitəsinin bünövrə çıxışı: 1- Şimali Pamir; II. Meqantiklinoriumlar:
2-Mərkəzi Pamir, 3-Cənub-Şərqi Pamir; III.Aralıq massiv: 4-Cənub-Şərqi Pamir;
IV.Başlıca dərinlik yarıqları:5-Mərkəzi Pamir, 6-Ruşan-Pşart, 7-Zulumart-Qızıldaq.

Paleozoy və Mezozoy çöküntüləri ilə dolmuş Mərkəzi Pamir meqasinklinoriumu


qərb hissədə kəskin qırışıqlardan təşknl olunmuş və üstəgəlmələrlə mürəkkəbləşmiş,
cənub-şərq hissəsi isə nisbətən sadə qırışıqlarla səciyyələnir. Meqasinklinoriumun qu-
ruluşunda bir sıra antiklinorium və sinklinorium sistemləri ayrılır. Son zamanlar Mər-
kəzi Pamirdə ufuqi yepdəyişmələp şəklində təzahür etmiş örtük strukturu muəyən
edilmişdir. Epibaykal platforması uzərində yaranmış Cənubi Pamir meqantiklinoriu-
mu Cənub-Şərqi və Cənub-Qərbi Pamirə ayrılır. Cənub-şərqi Pamir geosinklinal inki-
şaf tarixinə görə (erkən Karbon-son Yura) Mərkəzi Pamirlə oxşardır. Cənub-qərbi Pa-
mir Alp tektonik mərhələsi ərzində işlənmiş və Kimmeri, Alp qranit intruziyaları ilə
yarılmışdır.
GEOLOJİ İNKİŞAF TARİXİ
Pamir qırışıqlığının geoloji inkişaf tarixində iki əsas meqamərhələ (geosinklina-
laqədər və geosinklinal) ayrılır.
Geosinklinalaqədər meqamərhələ (AR-PR1). Bu mərhələdə Cənubi-Qərbi Pamir
massivini təşkil edən, edəcədə Cənubi-Pamir meqazonasının bünövrəsini təşkil edən,
intensiv qırışıqlığa və metamorfizmə məruz qalmış vulkanogen-çökmə qat toplan-
mışdır.
Baykal mərhələsi. Baykal qırışıqlığı nəticəsində Orta Asiyanın cənub hissəsində
bir çox qırışıqların yaranması ilə əlaqədar olaraq Pamirin geoloji inkişaf tarixi Rife-
yin sonundan etibarən bərpa oluna bilər. Bu ərazinin istər şimal, istərsədə cənub me -
qazonalarda geosinklinal mərhələdə Baykal qırışıqlığı özünü göstərmiş və Rifeyin so-
nunda ərazidə intensiv qırışıqlığa və metamorfizmə səbəb olmuşdur.
Kaledon mərhələsi. Hər iki meqazonada Vend-Kembridən başlayaraq əyilmə
başlayır və əvvəlcə qum və gildən ibarət terrigen çöküntülər toplanır, sonra isə terri-
gen çöküntülər Karbonatlarla əvəz olunur. Onlar cənub meqazonada onlar orta

353
Kembri-erkən Ordovik və Silur-Devonda, şimal meqazonada isə yalnız Silur-Devon-
da qeyd olunur. Toplanan Vend-Devon çöküntülərinin qalınlığının (4-5 km) və tərki-
binin (terrigen-karbonat) miogeosinklinal rejimin olduğunu göstərir. Bununla belə,
Şimali Pamirin Darva-Sarıkol zonasının şərq hissəsində Kembrii və Ordovikdə turş
və əsas vulkanizmin təzahürü qeyd olunur. Ordovik, Silur, Devonun ayrı-ayrı mərrhə-
lələrində Cənubi-Pamirdədə zəif də olsa belə vulkanizmin təzahürləri qeyd olunur.
Hersin mərhələsi. Karbonun əvvəllərində Şimali-Pamir meqazonasında baş ve-
rən dartılma prosesləri nəticəsində kontinental qabıq destruksiyaya məruz qalır və
nəticədə okean tipli qabıq formalaşır. Erkən və orta Karbonun sərhəddində və orta
Karbonda Şimali-Pamir meqazonasında intensiv sıxılma qeyd olunur. Hondvananın
Epibaykal ətrafında yerləşən Cənubi-Pamirdə bu erkən Hersin qırışıqlığı özünü zəif
göstərmişdir. Orta Karbonda Şimali-Pamirin erkən Hersin qırışıqlıq bünövrəsi az qa-
lınlığa malik gobuddənəli qırıntı və karbonat çöküntüləri ilə örtülür. Erkən Permdə
intensiv əyilmə və dartılma qeyd olunur. Bu zaman fasial dəyişkənliyə malik böyük
qalınlıqlı terrigen çöküntülər toplanır. Şimal meqazonasında Permin sonundan qalx-
ma və sıxılma prosesləri bərpa olunur və Trasda davam edir. Nəticədə üst Paleozoy
kompleksi qırışıqlığa məruz qalır.
Kimmeri mərhələsi. Aralıq dənizi qurşağının digər şimal zonalarında olduğu ki-
mi Şimali Pamirdə də erkən Hersin tektonik epoxasının ardınca nisbətən qısa müddət-
li (Perm-Trias) erkən Kimmeri epoxası başlayır. Dartılma-əyilmə-sıxılma və qalxma
ilə müşayiət olunan bu epoxa onların qırışıqlıq strukturlarının formalaşmasını başa
çatdırır. Erkən Kimmeri epoxası Cənubi-Pamirdə Yura, Təbaşir və Kaynozoyda da-
vam edeən geosinklinal prosesin ilkin mərhələsinə müvafiq gəlir. Yurada cənub me-
qazonasında əyilmə bərpa olunur və az qalınlığa malik terrigen-karbonat (Mərkəzi-
Pamir zonasında) və karbonat (Cənub-Şərqi Pamirdə) çöküntüləri toplanır. Cənub
meqazonası Yuranın sonunda intensiv son Kimmeri deformasiyasına və sıxılmasına
məruz qalır. Təbaşir və Paleogendə Mərkəzi və Cənub-Şərqi Pamirin ayrı-ayrı çökək-
liklərində çöküntütoplanma davam etmişdir.
Alp mərhələsi. Ümumiyyətlə, Pamirin geoloji inkişaf tarixi Alp qırışıqlıq siste-
minin başqa struktur elementlərindən olduqca kəskin fərqlənir. Onun geosinklinal in-
kişaf mərhələsi erkən Karbondan başlamış üst Yuraya qədər davam etmişdir. Geo-
sinklinalın belə tez yaranması və tez də qapanması onu Alp qırışıqlığından fərqləndi-
rir və Pamir Sakit okean qurşağının kənar zonası olan Mezozoy qırışıqlığına (Verxo-
yan-Çukota) yaxınlaşdırır. Erkən Təbaşirdən Paleogenə kimi Pamirdə orogen inkişaf
davam etmişdir. Bu dövr bir neçə dəfə qırışıqlıq və güclü qranitoid maqmatizmi döv-
rü olmuşdur. Erkən Karbondan Paleogenə kimi Pamir Mezozoy qırışıqlığı inkişafını
davam etdirmişdir. Neogendə intensiv hərəkətlər yenidən bərpa olunur və Pamiri
Aralıq dənizi qurşağına yaxınlaşdıran yeni əlamətlər təzahür etmişdir. Paleogenin so-
nu-Neogendə Hindistan litosfer blokunun təsiri nəticəsində Pamir meqazonası inten-
siv sıxılmaya başlayır, nəticədə Təbaşir-Paleogen kompleksi üstəgəlmə-örtük qırışıq-
lığına məruz qalır. Ümumiyyətlə, Neogen dövrü bir neçə dəfə təkrar olunan qırışıqlıq
hərəkətlər və güclü qranitoid maqmatizmi dövrü olmuşdur. Pamirin qranitoidləri ya-
şına, tektonik vəziyyətinə və metallogenetik xüsusiyyətinə görə Verxoyan-Çukot Me-
zozoy qırışıqlığının qranitoidləri ilə oxşarlıq təşkil edir.
Beləliklə, Pamir erkən Karbon-Paleogenə kimi Mezozoy qırışıqlığı kimi inkişaf
354
etmişdir. Neogendə intensiv qırışıqlıq hərəkətləri bərpa olunur və Pamiri Aralıq dəni-
zi qurşağına yaxınlaşdıran əlamətlər meydana çıxır. Alp qırışıqlığı Pamirin qalxma-
sından sonra baş vermişdir. Onun strukturları müxtəlif dərəcədə konsolidasiya olun-
muşdur. Nisbətən zəif konsolidasiya olunmuş Mərkəzi Pamir zonasında Neogendə
mürəkkəb üstəgəlmə-örtük strukturu əmələ gəlir. Nisbətən intensiv konsolidasiya
olunmuş Cənubi Pamir zonasında isə Alp qırışıqlığı nəticəsində dərinlik qırılmaları
fəallaşır və blok strukturlarının differensasiya olunmuş hərəkəti baş verir. Pamirdə
Alp qırışıqlığı üçün səciyyəvi olan olduqca güclü neotektonik strukturəmələgəlmə tə-
zahür etmişdir. Neogen dövründə Pamirdə başlamış qalxma indii də davam edir. Belə
ki, qədim dərinlik yarıqları üzrə təkanlar, güclü zəlzələlər, sürüçmələr, uşqunlar, buz-
laqların hərəkəti müşahidə olunur.
FAYDALI QAZINTILAR
Pamirin faydalı qazıntıları onun əlçatmazlığı ilə əlaqədar olaraq, bir o qədər də
dəqiq öyrənilməmişdir. Bununla belə Mərkəzi Pamirdə fiziz faydalı qazıntılarından
Mezozoy intruziyaları ilə əlaqədar olan qalenit və sfalerit müəyyən olunmuşdur. Cə-
nubi-Şərqi Pamirin Ruşan-Pşart qırışıqlığı zonasında Mezozoy və Paleogen porfirit-
ləri ilə əlaqədar olan miss-kobalt-dəmir filizi minerallaşma zonaları ayrılmışdır.
Cənub-Şərqi və Mərkəzi Pamirdə Mezozoy qranitləri içərisində folfram-molib-
den-dəmir filizi formasiyası aşkar olunmuşdur. Mərkəzi Pamirin Cilqakul gölü, Ak-
Baytal çayı dərəsi rayonunda alt Trias çöküntülərində boksit yatağı müəyyən edilmiş-
dir. Tacik çökəkliyinin şərq hissəsində zəngin ehtiyatlı kalium və natrium duzları ya-
taqları vardır. Bundan əlavə. Həmin çökəkliyin şərqində Xanabad, Puşiln sahəində
Buxara mərtəbəsinin Karbonat süxurları ilə əlaqədar olan neft yataqları məlumdur.
7.2.2. HİNDİÇİN MEZOZOY QIRIŞIQLIQ SİSTEMİ
Aralıq dənizi qurşağının ucqar şərq seqmenti olan Hindiçin yarmadası İndone-
ziya arxipelaqu ilə birlikdə Aralıq dənizi qurşağından Sakit okean qurşağına keçid
vilayəti təşkil edir. Bununla belə Hindiçinvə İndoneziya arasında çox mühüm fərq
qeyd olunur. Qərbi-Birma müstəsna olmaqla Hindiçin quruşuğu əsasən Yuranın əv-
vəlinə kimi konsolidasiya olunmuşdur. Lakin İndoneziya strukturu üst Mezozoy və
Kaynozoyda fəal geosinklinal inkişafını davam etdirmişdir. Ona görə də Hindiçin və
İndoneziya əyalətlərinin təsvirini ayrılıqda verilməsi məqsədə uyğun hesab olunur.
Bu halda Aptaman və Nikobar arxipelaqları, Asedaman dənizi, Sumatra adası, Ma-
lakka yarımadası, Siam körfəzi yerləşmişdir.
STRATİQRAFİYA
Hindiçin qırışıqlıq sistemində Arxey və Proterozoy kompleksi çox məhdud sa-
hədə yer üzərinə çıxır. Bununla belə, qonşu ərazilərə əsasən demək olar ki, qırışıqlıq
sistemin ərazisində kəsilişin aşağu hissəsini təşkil edən Arxey kompleksi əsas tərkibli
vulkanitlərdən, qumlu-gilli süxurlardan ibarətdir. Onlar qranulit fasiyasına kimi me-
tomorfikləşmişlər. Kəsilişin üst hissəsində maqmatik çökmə (qumlu-gilli əhəngdaşı)
süxurlar, dəmirli kvarsitlərdən ibarət alt Proterozoy yerləşir. Alt Proterozoy komplek-
si qranulit və amfibolit fasiyalarına kimi metamorfikləşmişlər.
Erkən Rifeydə müasir Hindiçininin ərazisində qalxma və aşınma üstünlük təşkil
etmişdir. Ona görə də Alt Rifey çöküntüləri bu ərazidə dəqiq müəyyən olunmamışdır.

355
Orta Rifeydə qərbdə (Sinobirma massivi) və şimali şərqdə (Vyetnam-Laos geosinkli-
nal sistemi) əyilmə prosesləri bərpa olunur. Orta Rafey qalınlığu 1,0-1,5 km-ə çatan
qumlu-gilli filişdən, əsas tərkibli vulkanitdən ibarətdir.
Gec Rifeyin birinci yarısından etibarən Hindiçin qırışıqlıq sisteminin əsas hissə-
sində qalxma baş verir. Lakin Veytnam-Laos sistemində, Kraönoy çayı qırılmasından
cənub-qərbə əyilmə prosesləri alt Kembriyə kimi davam etmişdir. Laos və Vyetnam
ərazisində Kembri terrigen-karbonatlı (qumlu-gilli, əhəngdaşı) və turş tərkibli vulka-
nogen törəmələrdən ibarətdir, qalınlığı 2,5 km-ə çatır. Kembriyə nisbətən Ordovik
geniş yayılmışdır, əsasən terrigen çöküntülərdən, qisməndə əhəngdaşından ibarətdir,
qalınlığı 4,0 km-ə çatır. Silur sistemi qalınlığı 4,0 km-ə çatan vulkanogen-çökmə qat-
dan təşkil olunmuşdur.
Ümumiyyətlə, Aralıq dənizi qurşağında aralıq massivlərdə toplanmış alt Paleo-
zoy çöküntüləri az qalınlıqlı kvarsitlərdən, qumdaşı, argillit, əhəngdaşı və dolomitdən
ibarətdir. Cənubi-Çin (Sinlin) platformasu və onun ətrafında alt Paleozyun qalınlığı
10 km-ə çatır. Bu ərazi erkən Devon ərzində denudasiya əyaləti olmuş, orta-gec De-
vonda isə transqressiyaya məruz qalmışdır. Devonun kəsilişin alt hissəsi kontinental
və dəniz mənşəli qumdan, gilli çöküntülərdən; üst Devon isə karbonatlı və silisli gil-
lərdən ibarətdir. Devonun ümumi qalınlığı 1,0-1,5 km-ə çatır. Gec Paleozoyda tədqiq
olunan ərazidə bir neçə dəfə hövzənin sərhədləri dəyişmişdir. Karbon sistemi Hindi-
çində Şonqda çökəkliyində öyrənilmişdir, bazalt örtüyü ilə örtülmüş terrigen formasi-
yadan ibarətdir, qalınlığı 5-6 km-ə çatır. Alt Perm çöküntüləri terrigen filişdən, üst
Perm isə terrigen çöküntülərdən, əhəngdaşından və bazaltdan ibarətdir, qalınlığı 2
km-ə çatır.
Hindiçində Trias sistemi karbonat, silisli şistlərdən, qumlu qatlardan, orta və
əsas tərkibli effuzivlərdən təşkil olunmuşdur. Trias Permlə birlikdə çıxışı Hindiçin
yarmadasının 40 %-ə qədərini təşkil edir. Şernaya çayının hövzəsində Trias sistemi
tam kəsilişə malikdir. Alt Trias qalınlığı 2,0 km-ə çatan əsasən qırmızı rəngli qumlu-
gilli çöküntülərdən, bazalt örtüyündən və onun ətraflarundan ibarətdir. Kəsilişin üst
hissəsində əhəngdaşı və şistlərə rast gəlinir. Qalınlığı 2,2 km-ə çatan orta Trias əsasən
əhəngdaşından, gilli süxur qatlarundan, bazalt örtüyündən təşkil olunmuşdur. Üst Tri-
as (Karniy mərtəbəsi) qalınlığı 1,2 km-ə çatan qara rəngli gilli şistlərdən və rifogen
əhəngdaşlarundan ibarətdir. Ümumiyyətlə, Trias sisteminin alt, orta şöbələri və üst
Triasın Karniy mərtəbəsi üzərində üfiqi yatıma malik, adətən kobuddənəli qırıntı və
kömürlü çöküntülərdən, turş effuziv təbəqələrdən təşkil olunmuş üst Triasın Noriy
mərtəbəsi yerləşir. Hindiçinində Yura sisteminin bütün kəsilişi orogen çökəklikdə
toplanmış kontinental çöküntülərdən ibarətdir. Hindosiney massivində Karat platosu
rayonunda üst Trias-Yura komilensinin qalınlığı 3 km-dən çoxdur. Burada qırmızı
rəngli kontinental çöküntülərin arasında dəniz faunalu mergel və əhngdaşu laylaruna
rast gəlinir. Vyetnamın cənubi-şərq rayonlarında leyas yaşlı dəniz çöküntüləri geniş
yayılmışdır. Bu çöküntülər konqlomerat, rifogen əhəngdaşı və turş, orta tərkibli vul-
kanogen törəmələrdən ibarətdir.
Mərkəzi-Birma rayonu müstəsna olmaqla, Yuradan Təbaşirə keçid tədrici qalx-
ma ilə müşayiət olunmuşdur, ona görə də çöküntü toplanmada bütün alt Təbaşiri əha-
tə edən fasilə qeyd olunur. Hindosiney massivində bu fasilə lokal xarakter daşıyır. Alt
Təbaşir qırmızı rəngli laqun-kontinental formasiyadan, üst Təbaşir isə evaporit qatın-
356
dan (daş və kalium duzu) ibarətdir. Mərkəzi, Qərbi-Birma və Hindiçinin yaxın ətrafı
Kaynozoyda müstəsna olmaqla, Hindiçin zəif də olsa öz inkişafını davam etdirmişdir.
Bununla əlaqədar olaraq, demək olar ki, Paleogen çöküntüləri kəsilişdə iştirak etmir.
Hind-Birma sisteminin qərb zonalarında və Andaman-Nikobad arxipelaqunda Paleo-
sen-Eosen böyük qalınlığa malik (3 km) terrigen filişdən əhəngdaşından, ofiolitlərdən
ibarətdir. Mərkəzi-Birman çökəkliyinin qərb sahilində əhəngdaşından, terrigen qatdan
ibarət çöküntülərin qalınlığı 11 km-ə çatır. Hindo-Birmanın qərb yamacında Oliqosen
filişinin (konqlomerat kömür) qalınlığı 6 km-ə çatır. Hindo-Birmanın şərq yamacında
və Mərkəzi-Birman çökəkliyində Oliqosen qumlu-gilli çöküntülərdən, əhəngdaşı qa-
tından ibarətdir, qalınlığı 3,2 km-dir.
İndoneziya vilayətündə Kaynozoy kompleksi daha geniş yayılmışdır. Paleogen,
Neogen çöküntüləri tədqiq olunan ərazinin 3/4 hissəsini örtür və böyük qalınlığa (6-
12 km-ə) çatan müxtəlif formasiyalardan ibarətdir. Vulkanogen, vulkanogen-çökmə
formasiyalar geniş yayılmışdır. Bundan başqa terrigen və karbonat formasiyalar geniş
yayılmışdır. Bundan başqa terrigen və karbonat formasiyalarına da rast gəlinir. Yava
adasının şimalında Neogenin qalınlığı 6 km-dən çoxdur. Dördüncü dövr sistemi vul-
kanogen və vulkanogen-çökmə süxurlardan (lava, tuf, üzvi əhəngdaşı) ibarətdir.
TEKTONİKA
Laos-Vyetnam sistemi şimalda Yunnan-Malay qırışıqlığı ilə yaxınlaşır. Bu his-
sədə Hindiçin vilayəti Tibet-Himalay sistemi ilə sərhədlənir. Relyefdə qırışıqlıq siste-
mə əsasən orta yüksəkli dağlıq sistemlər; aralıq massivlərə- Şan (Sinobirma massivi),
Kontum və Korat (Hindosiney massivi) isə platolar uyğun gəlir.
Hindiçin qırışıqlıq sistemi Andaman və Nikobar arxipelağının, Andaman dənizi-
nin, Summatra adasının, Malakka yarımadasının və Siam körfəzinin ərazisini də əha-
tə edir. Hindiçin qırışıqlıq sisteminin daxili quruluşunda aşağıdakı əsas struktur ele-
mentlər ayrılır (şəkil 7.2.2.1).
Zond-Birma geosinklinal qırışılqılq sistemi uzunluğu 4,5- 6,5 km-ə çatan bu qı-
rışıqlıq sistem qərbdə Himalaydan başlayaraq Hind-Birman dağlıq sistemindən keç-
məklə Andaman və Nikobar adalarına kimi izlənilir. Sonra cənub-şərqə dönərək
Summarta adasına, Yavadan sonra en istiqamətində Zond adalarına, oradan isə qövs
formasında Banda dənizinə kimi davam edir. Zond-Birman sistemi üç seqmentdən-
Hind-Birman, Andaman-Nikobar və Metavay ibarətdir.
Hind-Birma seqmenti qabarığı qərbə olan, uzunluğu 1500 km-ə çatan, yüksəkli-
yi 3,7 km-ə qədər olan eyni adlı dağlıq sistemə müvafiq gəlir. Bu qövs üç hissəyə-
Naqa təpəliyinə, Çin təpəliyinə və Arkan Yoma silsiləsinə ayrılır. Bunlardan Naqa
təpəliyi Hindistanın, Çin təpəliyi və Arkan-Yoma silsiləsi isə Birmanın ərazisində
yerləşir. Hind-Birma seqmenti qərbdə Benqal-Assam perikaton molass çökəkliyi ilə
Hindistan platformasından ayrılır. Bu çökəklikdə kontinental (Pliosen) və dəniz mən-
şəli çöküntülər (miosen) molass qatının (Paleogen, Təbaşir) üzərində qeyri-uyğun ya-
tır. Molass qatının qalınlığı 20 km-ə çatır.
Andaman-Nikobar seqmenti Hind-Birma dağlıq sisteminin cənubunda davam
edən eyni adlı adalar arxipelaqı ilə təmsil olunur. Kəsilişinə və quruluşuna görə səciy-
yəvi qeyri-vulkanik ada qövsü olub, özünün qitədavamından fərqlənmir. Andaman-
Nikobar qövsü okean tərəfdən dərinliyi 4 km-ə çatan su novu ilə müşayiət olunur.

357
Şəkil 6.2.2.1. Cənubi-Şərqi Asyanın tektonik sxemi
358
(Y.Q.Qatinskiyə görə).
1.Kembriyəqədər qitə qabığının blokları (qədim platformalar və aralıq massivlər);
2.Kembriyəqədər bünövrə üzərində yerləşən qədim şelflər (miogeosinklinal qırışıqlıq
zonalar; Fanerozoyqırışıqlıq qurşaqları (evgeosinklinal və miogeosinklinal zonalar):
3.Erkən Paleozoy qırışıqlıq qurşağı; 4.Orta Paleozoy qırışıqlıq sistemi; 5. Gec Paleo-
zoy-erkən Mezozoy qırışıqlıq sistemi (a- gec Triasda stabilləşən, b- erkən Təbaşirdə
stabilləşən); 6.Gec Mezozoy-Kaynozoy qırışıqlıq sistemi (a- Neogenin əvvəlində sta-
billəşən, b- fəal inkişafını davam etdirən); Mütəhərrik qırşaqların arasında vulkanit-
lərin çıxışları: 7.Erkən Paleozoy; 8.Orta Paleozoy; 9.Kaynozoy; 10.Tektonik melanj
zonaları; 11.Alp tipli ultramafitlər; Kənar-kontinental qurşaqların maqmatitlərinin
çıxdığı sahələr və əsasən qranitoidlərin toqquşduğu sahələr: 12.Orta Paleozoyun əv-
vəli və ortaları; 13.Orta Paleozoyun sonu; 14.Gec Paleozoy-erkən Mezozoy üstəgəl-
məsi; 15.Gec Mezozoy; 16.Koynazoy; 17.Gec Paleozoy-erkən Mezozoy vulkanitləri;
18.Gec Mezozoy vulkanitləri; 19.Kaynozoy vulkanitləri; Qitələrdə olan riftlər: 20.Pa-
lezoy; 21.Mezozoy; 22.Kaynozoy; 23. Dənizdə olan Kaynozoy riftləri; 24.Qitələrdə
olan iri Kaynozoy çökəklikləri; 25.Müasir şelflər; 26.Kaynozoy sualtı vulkanları;
27.Okean qabıqlı, dərin sulu çökəkliklərin sərhədləri; 28.Koynozoy sirefinq zonaları;
29.Böyük qırılmalar; 30. Üfiqi yerdəyişmələr (a) və üstəgəlmələr (b); 31.Dənizdə üst
Kaynozoy çöküntütərinin izopaxitləri (km); 32. Plitələrin hərəkət istiqaməti. Nəhəng
qırılmalar: M-Mişmi; S- Saqainq-Mitkin; 3A- Qərbi Andaman; Cm- Semanqko; L-
Lupar; XL-Xlonq-Marun; Dr -Da (Şernoy) ; Xa- Kraönoy; Db- Denbenfu.

Mentavay seqmenti Andaman-Nikobar ada qövsü sistemi Summatra adasının cə-


nub-qərb sahili boyunca 100 km məsafədə uzanır. Burada ən böyük adalar Nias, Si-
berut və Mentavay qrupu hesab olunur. Okean tərəfdən bu adalar qrupu dərinliyi 5-7
km-ə çatan Yavay, Zond dərin su novu ilə müşayiət olunur.
Mərkəzi Birma, Andaman çökəkliyi və Summatra adası. Zond-Birma qırışıq-
lıq sisteminin Hind-Birma seqmenti şərqdə dərinlik qırılması ilə Mərkəzi Birma dağ-
arası çökəkliyi ilə sərhədlənir. Mərkəzi-Birma çökəkliyində Oliqosen-Neogen yaşlı
molassın qalınlığı 17-ə km çatır. Mərkəzi Birma çökəkliyi şərqdə Caqaniq qırılması
ilə Sinobirma massivi ilə sərhədlənir. Eni 200 km-ə çatan Mərkəzi Birma çökəkliyi-
nin mərkəzi hissəsində cavan vulkanik qurşaq yerləşir və onu qərb, şərq hissələrə ayı-
rır. Qərb hissə Hind-Birma geosinklinalının şərq qanadı üzərində yerləşir, şərq hissə
isə İravadi və Sittanq çaylarının dərəsinin üst hissəsinə uyğun gəlir.
Andaman dənizi çökəkliyi meridional istiqamətdə 1200 km məsafədə uzanır və
Qərbi-Andaman qırılması ilə ada qövsündən ayrılır. Burada toplanan çöküntü qatının
qalınlığı 4-6 km-ə çatır. Qərbi-Andaman qırılmasından şərqə isə zəncirvari ada və
sualtı vulkanları yerləşir. Summatra adası şimal-qərb istiqamətdə 1700 km məsafədə
uzanır, eni şimalda 200 km, cənubda 300 km-dir. Burada Mərkəzi Birma və Anda-
man dənizinin əsas zonalarının davamı qeyd olunur, səciyyəvi vulkanik-plutonik qur-
şaqdan ibarətdir.
Sinobirma aralıq massivi. Bu massivin ərazisinin əsas hissəsini dağlıq Şərqi-
Birma (Şan platosu) təşkil edir. Sinobirma massivi qərbdə son Kaynozoy yaşlı Saqa-
inq-Namin dərinlik qırılması ilə kəsilir. Bu qırılma boyunca Birmanın qərb rayonları
(Hindobirman sırası) şərq rayonlarına (Şan platosu) nisbətən öz yerini 450 km şimala
359
dəyişmişdir. Şimali Birmada bu qırılma Hindistan platformasının Şillonq qalxımının
şərq ətrafını kəsir. Sinobirma massivinin Arxey-erkən Proterozoy yaşlı törəmələrdən
təşkil olunmuş bünövrəsi onun şimalında yer səthinə çıxır. Şərqi Birmanın cənub his-
səsində massivin qərb sərhəddi boyunca gec Mezozoy yaşlı nəhəng qranit batoliti
uzanır. Qranitlər massivin şərq hissəsində də geniş yayılmışdır. Massivin uzaq şimal-
qərb hissəsi Şimali Birmada Kaynazoy yaşlı kontinental molasla örtülmüşdür. Sino-
birma massivi şimalda (Deonq Şan-Kaçin rayonunda) Yunnanın qərb sahəsini, şərqdə
Tailandın şimal-qərb rayonlarını, cənubda isə Malakalen bünövrəsini əhatə edir. Ha-
zırda massivin şərq ətrafını Tailandın qərb silsiləsi təşkil edir.
Yunnan-Malay qırışıqlıq geosinklinal sistemi- Erkən kimmeri yaşlı qırışıqlıq
zonası olub Yunnan əyalətinin qərb, Birmanın uzaq şərq, Laosun şimal-qərb, Tailan-
dın mərkəzi hissəsini və eləcədə Malakka yarımadasının əsas hissəsini, Banqka və
Bilitunq adalarını əhatə edir. Böyük ərazidə işlənilən ofiolit qurşağı Yunnan-Malay
qırışıqlıq sisteminin ensimatik mənşəli olduğunu söyləməyə əsas verir. Bu qırışıqlıq
sistemin quruluşunda ən qədim çökmə süxurlar Ordovik-Silur yaşlıdır və onlar erkən
Kembriyəqədər yaşlı törəmələri qeyri-uyğun örtmüşdür. Orta Devondan alt Permə
qədər olan çöküntülər əsasən karbonat fasiyasından təşkil olunmuşdur.
Triasda tektonik rejimin dəyişməsi ilə əlaqədar olaraq müəyyən qədər davam
edən fasilədən sonra Neogen yaşlı əsasən dayaz dəniz mənşəli qırıntı-vulkanogen çö-
küntülər toplanır. Tailandın cənubunda Permdə Karbonat (əhəngdaşı) çöküntüləri;
gec Perm-erkən Triasda əyilmənin intensivliyinin artması ilə əlaqədar olaraq, orta-
gec Triasda filiş və silisli çöküntülər toplanmışdır. Sinobirma massivi ilə ofiolit qur-
şağının arasında Silur-Triasda fasiləsiz olaraq ada qövsü vulkanitləri yayılmışdır.
Yunnan-Malay sisteminin gec Triasda Hindosiney epoxası tamamlayıcı mərhələ
olmuşdur, sol (şimal-şimal-şərq) və sağ (şimal-şimal-qərb) istiqamətli üfüqi yerdəyiş-
mənin yaranması ilə başa çatmışdır. Bunlardan ən böyüyü amplitudası 200-220 km-ə
çatan Xlonq-Marun hesab olunur. Bu üfüqi yerdəyişmələr qırışıqlıq sistemin əsas
hissəsini Cənubi Maylay seqmentindən ayırır.
Malay seqmenti- Qərbi Malaziyanı, Tailand yarımadasının cənub hissəsini, elə-
cə də Sinqapur, Banqka və Bilitunq adalarını əhatə edir və en istiqamətində kəskin
formasion zonallıqla xarakterizə olunur. Onun quruluşunda iştirak edən üst Kembri-
alt Devon qərb hissədə qırıntı-karbonat fasiyasından ibarət olub, şərqə doğru Silur-alt
Demon yaşlı dərin dəniz mənşəldi qara şistlərlə və orta Devon-alt Perm filiş formasi-
yası ilə əvəz olunur. Baş silsilənin qərb yamacında Ordovik, əsasən də Karbon-Trias
yaşlı vulkanitlər geniş yayılmışdır. Silsilənin əsas hissəsini son Paleozoy-Trias yaşlı
qranit batoliti təşkil edir. Bütün bunlar isə öz növbəsində Baş silsilə zonasında vulka-
nik qövsün olduğunu söyləməyə əsas verir. Şərqi Malayda əsasən gec Paleozoy və
Trias yaşlı dəniz mənşəli müxtəlif gilli qırıntı və Karbonat çöküntüləri yer səthinə
çıxır. Burada turş vulkanitlər və qranit də geniş yayılmışdır. Hindosiney aralıq massi-
vi Hindiçin qırışıqlıq sisteminin şərq hissəsində yerləşir və Yunnan-Malay qırışıqlıq
sisteminin şərq sərhəddini təşkil edir. Bu aralıq massivin qərb və şimal sərhəddi tam
dəqiqləşdirilməmişdir. Şrqdə massiv Hindiçin yarımadasının sualtı ətrafı boyunca
keçən meridional qırılma ilə kəsilir. Massivin şərq hissəsində (Vyetnamda, qismən
Laos və Kampuçidə) geniş ərazidə Kembriyəqədər (AR-PR1) bünövrənin çıxışları
qeyd olunur. Hindosiney massivinin daxilində gec Proterozoy yaşlı törəmələr ayrıl-
360
mamışdır. Əsasən karbonatlardan ibarət olan Paleozoy örtüyü alt kompleksini örtür.
Örtüyün orta kompleksi üst Trias-üst Təbaşir yaşlı qalınlığı 2,5 km-ə çatan laqun-
kontinental mənşəli qırıntı çöküntülərindən təşkil olunmuşdur. Örtüyün üst kompleksi
kontinental mənşəli Kaynozoy çöküntülərindən ibarətdir, cənubda nisbətən geniş
ərazidə yayılmışdır. Massivin cənub-qərb ətrafı Cənub-Şərqi Tailandda Siam körfəzi-
nin sahilləri, Kampuçinin uzaq qərb sahəsini əhatə edir və kifayət qədər aydın ifadə
olunan müxtəlifliklə xarakterizə olunur. Burada Kembriyəqədər yaşlı qneys, miqma-
tik, amfibolit və qranitdən ibarət kristallik bünövrəyə malik Şolpuri və Paylin massiv-
ləri yerləşir. Bu massivlər bir-birindən cənub-qərb istiqamətdə uzanan Şantaburi qırı-
şıqlıq zonası ilə ayrılır. Massivin cənub-şərq ətrafı kifayət qədər mürəkkəb quruluşa
malikdir. Fransız geoloqları burada şimal-şərq istiqamətdə uzanan salat zonası və
massivlə sərhəddə yerləşən ensiz Koxinxin çökəkliyi kimi başlıca strukturları ayır-
mışlar. Dalat zonası kontum masssivi və Mekonqa deltası arası sahilləri əhatə edir.
Laos-Vietnam qırışıqlıq geosinklinal sistemi. Bu qırışıqlıq sistem gec Rifey-
Venddən Triasın sonuna kimi fəal inkişaf etmişdir. Şimal-qərb-cənub-şərq istiqamət-
də uzanan bu qırışıqlıq sistemin uzunluğu 1200 km, eni isə Hindosiney massivi ilə
Cənubi-Çin platforması arasında 300 km-ə çatır. Vietnam-Laos qırışıqlıq sistemi Hin-
dosiney massivindən Andiem ofiolit tikişi (qırılması); Cənubi-Çin platformasından,
eləcə də Katasiya kaledonidlərindən Konqxa kənar tikişi (üfüqi yerdəyişməsi) ilə;
şimal-qərbdə isə Denben üfüqi yerdəyişməsi ilə Hindosiney massivindən ayrılır.
Vietnam-Laos qırışıqlıq sistemində nisbətən qədim geosinklinal kompleks üst
hissədə erkən Kembri, aşağı hissəsi isə orta və son Rifey yaşlı olub kobud-xırda də-
nəli qırıntı, gilli, qismən də Karbonatlı süxurlardan təşkil olunmuş və yaşıl şist fasiya-
sına kimi metamorfikləşmişdir. Bu qırışıqlıq sistemin Ordovikdən Ma çayı qırılması
ilə ayrılan və bir-birindən sonrakı inkişafı ilə fərqlənən iki zonaya (Şimal-Şərqi Şonq
Da Ma və Cənub-Qərbi Cionqşon) ayrılması baş verir. Şimal-Şərqi Şonq Da Ma zo-
nasında Kalendon diastrofizminin təsiri daha intensiv olmuşdur. Devondan başlayan
qalxma molass tipli çöküntü toplanma ilə müşayiət olunmuşdur. Şionqşon zonasında
böyük qalınlığa malik vulkanogen-terrigen qatının toplanması gec Ordovik, Silur,
Devon ərzində fasiləsiz olaraq davam etmişdir. Devonun sonunda baş verən Akad qı-
rışıqlıq fazası qalxmaya səbəb olmuşdur və erkən Karbonda kontinental mənşəli kö-
mürlü qumlu-gilli çöküntülər, vulkanitlər toplanmışdır. Bu zaman nisbətən erkən di-
astrofizmə məruz qalan Şonq Da Ma zonasında Karbonat çöküntülərinin toplanması
ilə müşayiət olunan transqressiya baş vermişdir. Vietnam-Laos qırışıqlıq sisteminin
bütün ərazisi Orta-gec Karbon və erkən Perm ərzində kvaziplatforma inkiaşf mərhə-
ləsini keçirir. Bu zaman ümumi qalınlığı 1,5 km-dən artıq olan terrigen-karbonat for-
masiyası toplanmışdır. Vietnam-Laos qırışıqlıq sistemində bir sıra ikinji dərəcəli qal-
xımlar (Fansipan, Fixoat, Şianqşon) və çökəkliklər (Şonqda, Samnja, Fule, Honoy)
ayrılır.
İndoneziya qırışıqlıq vilayəti. Bu qırışıqlıq sistem Aralıq dənizi və Sakit okean
qırışıqlıq qrşağının qovuşma zonasında yerləşmişdir, cənubdan Hind okeanın Timor
və Arafur dənizləri ilə hüdüdlanır. Kalimantsen Sulavesi, Yava, Flores, Balda, Sula-
vesi, Sulu və Cənubi Çinin (cənub-şərq hissəsi) dənizləri də daxildir. Tektonik cəhət-
dən İndoneziya qırışıqlıq vilayəti iki qırışıqlıq sistemə bölünür. Onlardan biri qərbdə
Şərqi-Zond qövsü, diğəri isə şərqdə isə Balda qövsü kimi tanınan Zond-Balda (və ya
361
Cənubi-İndoneziya) qırışıqlıq sistemidir. Bu qırışıqlıq sistem Birma-Zond sisteminin
davamı olub Sumatra və Mentavay adalarını əhatə edərək Yava adasından şərq istiqa-
mətdə uzanan vulkanik adalar qövsünü, cənubdan bu zonaya qovuşan qeyri-vulkanik
adalar qövsünü (Sumba, Timor, Tanimbar, Kay) əhatə edərək Balda dənizinin ətrafın-
da sintaksis əmələ gətirərək (şərqdən və şimaldan) Birrim adalarını da özündə birləş-
dirir. Zond-Balda qırışıqlıq sistemdən şimalda yerləşmiş digər qırışıqlıq sistem, Şi-
mali-İnoneziya adı altında məlumdur və şimal-şərq istiqamətdə uzanan bir neçə
qırışıqlıq zonadan ibarətdir. Yava adalarından Filippiə qədər uzanan Şimali-İndonezi-
ya qırışıqlıq sistemi Sulu və Sulavesi dənizlərini də özünə birləşdirir. Ümumiyyətlə,
Şimali və Cənubi İndoneziya qırışıqlıq sistemlərini tektonik quruluşuna görə bir-bi-
rindən ayırmaq şərti xarakter daşıyır. Belə ki, Şimali-İndoneziya qırışıqlıq sisteminin
üfiqi yerdəyişmə vasitəsi ilə ayrılmış hissəsidir. Onun qərb hissəsi isə (Yava dənizi,
Kalimantanın cənub-şərq hissəsi, Sulu dənizin ətrafları) Birma-Zond qırışıqlıq sistemi
ilə Kaynozoya qədər eyni struktura aid olunmuşdur.
GEOLOJİ İNKŞAF TARİXİ
Rifeyəqədər mərhələ. Tədqiq olunan ərazinin daxilində erkən Kembriyəqədər
kontinental qabiğa malik iri və nisbətən xurda qaymalarun olması və bu törəmələrin
istər öz aralarında və eləcə də Cənubi-Çin platformasunın binövrəsi ilə uyğunluğu üst
Kembriyəqədər olan mərhələdə bu ərazidə vahid kontinental qabığın mövcudluğunu
göstərir. Burada qabığın kəsilişinin alt hissəsi Arxeyin əsas vulkanogen törəmələrdən
və qumlu-gilli süxürlardan təşkil olunmuşdur. Bu süxurlardan sonra qranulit fasiyası-
na kimi metamorfikləşmişdir. Üst hissədə yerləşən alt Proterozoy törəmələri uyğun
tərkiblə xarakterizə olunur, lakin burada əhəngdaşı və dəmirli kvarsitlərdə vardır. On-
lar qranulit və amfibolit fasiyalarına kimi metomorfikləşmişlər. Hindistanda erkən
Kembriyəqədər mərhələdə intruziv törəmələrin, xüsusən də qranitoidlərin məhdud
yayılması qabığın zəif dərəcədə qranitləşməsi nəzərə çarpır.
Rifey mərhələsi. Erkən Rifeydə müasir Hindiçinin sahəsində qalxma və denuda-
sya hakim rol oynamuşdur. Orta Rifeydə iki əyilmə zonası qeyd olunur. Bunlardan
biri qərbdə Sinubirman massivinin daxilində, digəri isə şimali şərqdə Vyetnam-Laos
geosinklinal sisteminin yerində yerləşmişdir. Bu iki çöküntütoplanma vilayəti Hindo-
siney massivi rayonunda yerləşdiyi ehtimal olunan qalxımla ayrılmışlar (burada Rifey
çöküntüləri yoxdur). Qeyd olunan çöküntütoplanma hövzələrinin böyük qalınlığa ça-
tan çöküntüləri yaxın tərkibə olub, qırıntı mənşəli qumlu-gilli flişlərdən ibarətdir.
Gec Rifeyin birinci yarsında (1000-850 mln. il) Cənubi-Çin platformasında de-
formasiya, metomorfizm və qranitləşmə baş vermişdir ki, bu da öz növbəsində bü-
növrənin konsolidasiyası ilə nəticələnmişdir. Bununla belə Vyetnam-Laos sistemi
Krasnı çayı qırılmasından cənubi-qərbə özünün fasiləsiz əyilməsini erkən Kembriyə
kimi davam etdirmişdir. Yalnız Salair epoxasunda burada qırışıqlıq deformasiyası,
metamorfizm və qranitləşmə baş vermişdir. Bu proseslər Sinobirmaniyada bir qədər
əvvəl (Venddən və ya Kembridən əvvəl) baş vermişdir və bu dövrdən etibarən Sino-
birman massivi çox ehtimal ki, Hondvana qarşısı Epibaykal platformasunın şərq his-
səsini təşkil etmişdir. Baykal-Salair tektogenezi nəticəsində kontinental qabıq regene-
rasiyası olduqca qısa müddətli olmuş və artıq Kembrinin ikinci yarısında uzun müd-
dətli geosinklinal inkşafun əsasını qoyan dəyişməyə məruz qalmışdır.

362
Kaledon və Hersin mərhələsi (Є2-P1). Kembrinin sonu-Ordovikin əvvəlindən eti-
barən formalaşan struktur plan sonra Triasın sonuna kimi ardıcıl olaraq təkamül et-
mişdir. Bu zaman ox hissəsində kontinental qabığın aralanmasu və okean qabığınun
formalaşması baş verən Vyetnam-Laos sistemi artıq kifayət qədər aydın qeyd olun-
muşdur. Son vaxtlar burada alt Paleozoyun qlaukofan şistləri tapılmışdır ki, bu da
subduksiyanın ilkin başlanmasını göstərir. Yunan-Malay geosinklinal sistemi və onun
ofiolitləri təxminən bu epoxada yayılmışdır. Silurda Taylandda, Ordovikdə, Malayda
okean qabığınun subduksiya məhsulu olan ada qövsü formalaşmuşdur.
Vyetnam-Laos və Yunan-Malay sistemləri arasında Cənubi-Çin platormasundan
ayrılan Hindosiney massivi yerləşmişdir. Yunan-Malay sisteminin qərbində Sinobir-
man massivi yerləşmişdir. Yunan-Malay sisteminə Paleotetisin cənub qollarundan bi-
ri kimi baxula bilər. Sinobirmaniya çox ehtimal ki, Cənubi-Tibet massivinin davamı
olub, onunla birlikdə Hondvanaya doğru çəkir. Silurun sonu-Devonun əvvəllərində
qırışıqlıq deformasiyası qalxma və qranit əmələgəlmə şimal-şərqdə katasiyanın kole-
donidləri ilə əlaqədar olan Vyetnam-Laos sisteminin şimal-şərq hissəsini (Şonq Da
Ma zonasını) əhatə etmişdir və Katasiya ilə birlikdə Beniof zonası ilə qövsvari əhatə
olunan Cənubi-Çin qitəsinin (mikro qitəsinin) fəal ətrafını təşkil etmişdir. Sonralar
Devonda Şonq Da Ma zonasının stabilləşməsi baş verir və kvaziplatforma terrigen-
karbonat qatı toplanır. Karbondan əvvəl qırışıqlıq və metomorfizm Yunan-Malay sis-
temində xüsusən də şimali-mərkəzi Taylandda baş vermişdir. Qərbdə Sinobirmania-
nın ətrafı boyunca Malaya qədər davam edən vlkanik-plutonik qurşaq uzanmışdır.
Gec Paleozoyda tektonik fəallaşmasının stabilləşməsi Hindosiney və Sinibirman mas-
sivlərində karbonat örtüyünün əmələ gəlməsi ilə nəticələnmişdir.
Erkən Kimmeri mərhələsi (P2-T). Bu mərhələnin əvvəllərində Hindiçini təşkil
edən qitə qaymaları olduqca yaxınlaşmışdır. Əvvəllər yalnız Sino-Birman qitəsinin
altına sundiksiya olunan Yunan-Malay deosinklinalının okean qabığı artıq Hindosine-
yində altına subduksiya olunur. Bununla əlaqəar olaraq Hindosineyin ətrafı boyunca
üst Prem-Trias vulkanik qurşağı əmələ gəlmişdir.
Triasın sonundan etibarən Hindoçinin baş tektonik epoxasu başlayır (Hindosi-
ney). Hindosiney epoxası Avopanın erkən Kimmeri epoxasına uyğun gəlir. Sino-Bir-
man, Hindosiney, Şərqi-Malay və digər xırda blokların kolliziyası nəticəsində qırışıq-
lıq üstəgəlmə deformasiyası, çoxlu miqdarda qranit plutonları əmələ gəlmişdir. Bun-
dan sonra vahid Hindiçinin sub qitəsi formalaşmışdır.
Üst Kimmeri-Alp (J-Q). Artıq subqitənin inkişafu bütövlükdə şimal-şərqdə Sa-
kit okean və Tetisin arasında tutduğu vəziyyətdən, Yuranın sonundan isə Hindistan
okeanından asılı olmuşdur. Hindiçin böyük ərazisində kontiental rejim hakim olmuş-
dur. Lakin mərkəzi Birmada Yurada okeanqabığı üzərində yerləşən böyük dərinliyə
malik hövzə olmuşdur. Hindiçinin baxılan bu uzun müddətli inkişaf mərhələsini Yu-
ra, Təbaşir və Kaynozoya uyğun gələn üç yarım mərhələyə ayırmaq olar. Bu yarım-
mərtəbələrin sərhəddində endogen fəallıq və bir qədər struktur dəyişkənlik qeyd olu-
nur. Yura yarımmərhələsində Hindosiney qırışıqlığından sonra ümumi qalxmanın fo-
nunda ayrı-ayrı çökəkliklər formalaşmışdır və bunlarda gec Triasın ikinci yarısından
etibarən əsasən qırmızı rəngli kontinental mollass toplanmışdur.
Yuan-Malay və Vyetnam-Laos qırışıqlıq sistemində çökəklilər bir qayda olaraq
uzunsov formalı olmuşlar. Təbaşir yarımmmərhələsində Hindosiney massivinin əra-
363
zisində qalxma nisbətən zəif olmuş və erkən Təbaşirdə qırmızı rəngli laqun-kontinen-
tal formasiyalar, dec Təbaşirdə isə evoparit qatı toplanmışdır. Bu yarımmərhələdə
nisbətən fəal inkişaf ərazinin Benif zonası üzərində yerləşən qərb ətrafında qeyd olu-
nur. Malakka yarımadasında Təbaşirin ortalarında əhəngli vulkanitlər; Təbaşirin so-
nunda (70-80 mln.il) yüksək qələviliyə malik kiçik qranit massivləri və qranodiorit
plutonları əmələ gəlmişdir. Bu isə Beniof zonası boyunca (müasir Mərkəzi-Birman
çökəkliklərinin mərkəzində ada qövsü boyunca) Tetisin okean qabığının subdiksiya-
sının davam etdiyini göstərir. Triasın sonu-Yuranın əvvəllərində Mərkəzi-Birmanın
Təbaşir-Kaynozoy vulkanik-plutonik qurşağından qərbə, Hindbirman zəncirinin ye-
rində, İnda-Sanqpo Tibet zonasının davamında okean qabığına malik hövzə yaranma-
ğa başlamuşdur. Təbaşirin sonunda Beniof zonası müasir İndobirman zəncirinin qərb
yamaclaruna doğru yerini dəyişmişdir və onun asılı qanadında qeyri-vulkanik ada
qövsü yaranmışdır. Təbaşirdə Cənubi-Şərqi-Çinin vulkanik qurşağının davamında
Hindiçininin şərqində subdiksiyası ilə əlaqədar olan Təbaşir maqmatizmi qeyd olu-
nur. Yura və Təbaşir ərzində Hindosiney qırışıqlığının əsas epoxasının sonunda Onqa
və Da çaylarunın qırılması boyunca yerdəyişmələr qeyd olunur.
Kaynozoy mərhələsinin əvvəlində Mərkəzi, Qərbi-Birma və Hindistanın qonşu
ətrafı müstəsna olmaqla Hindiçinin zəif qalxmaya məruz qalmışdır. Bununla əlaqədar
olaraq, Paleogen çöküntüləri demək olar ki, kəsilişlərdə iştirak etmir. Hindobirman
sisteminin qərb zonalarında və onun cənub davamında Andaman-Nikobar arxipela-
ğında Paleosen-Eosendə böyük qalınlığa malik tedrigen filiş toplanmışdır.
Eosen və Oliqosenin sərhəddində qalxmanın intensivləşməsi, Hind-Birman qöv-
sünün və onun cənub davamnda Andaman-Nikobar arxipelağında deformasiyası qeyd
olunur. Hind-Birman dağlarının qərb yamacında Oliqosen filişi (qalınlığı 6 km) Eo-
sen üzərində (qalınlığı 3 km) qeyri-uyğun yatır. Oliqosendə nisbətən qədim vulkanik
qövsün varisi olan cavan Pequ-Yoma vulkanik zənciri formalaşır.
Oliqosenin sonu-Miosenin əvvəllərində ərazinin qalan hissəsinin struktur planın-
da əsaslı dəyişiklik baş verir. Güclənməkdə olan qalxmanın fonunda qurudan akvato-
riyaya izlənilən üç rift sistemi (Laos-Siam, Aşağu Makonq, Hanoy) yananır. Şərqi-
Hindiçində qeyd olunan cavan və qranitoid vulkanizmini əvəz edən gec Pliosen-Pley-
stosen toleit-bazalt və qələvi-bazalt vulkanizmi kontinental rift sistemlərinin inkişafı
ilə əlaqədardır. Paleogendə (29-30 mln il) Cənubi-Çin dərin su çuxurunun açılması
ilə əlaqədar olaraq, Beniof zonasının şərq hissəsi yerini şərqə dəyişir. Hind okeanını
tərəfdə yerləşən Beniof zonasının qərb hissəsi Neogendə qismən qərbə dəyişir. Mio-
senin ortalarında Şərqi-Hindistan və Zond dərin su novunun kolliziyası ilə əlaqədar
olaraq, Andaman dənizi çökəkliyi yaranır. Andaman dənizindən qərbdə Andaman-
Nikobar qeyrivulkanik qurşağı inkişafını davam etdirir. Şimal hissədə Hind-Birman
silsiləsinin, böyük qalınlığa malik molass qatının toplandığı Predarakan və Mərkəzi-
Birman çökəkliklərinin formalaşması başa çatır. Cənubda Mentavay qeyrivulkanik
ada qövsü, Sumatranın Barizan vulkanik qalxımı və bir sıra molass çökəklikləri for-
malaşır.

364
BÖLMƏ 8. KAYNOZOY QIRIŞIQLIQ ƏYALƏTLƏRİ

Bu era müasir dövrdə də davam edən, Yer qabığının formalaşmış strukturlarını


dəyişən və yeni fiziki-coğrafi şəraitin formalaşmasına səbəb olan bir mərhələdir.
Paleogenin əvvəllərində Şimal yarımkürəsində bir-biri ilə Berinq boğazı rayo-
nunda birləşən iki nəhəng materik- Avrasiya və Şimali Amerika yerləşmişdir. Cənub
yarımkürəsində isə keçmiş Hondvananın parçalanmış hissələri olan Afrika, Hindis-
tan, Cənubi-Amerika yerləşmişdir. Antraktidanın Avstraliya və Cənubi-Amerikadan
tam ayrılması Paleogenin ikinci yarısına təsadüf edir. Bu qitələr bir-birindən Sakit,
Hind, Atlaniik və Şimal Buzlu okeanları ilə ayrılmışdır. Şimal və Cənub qitələri ara-
sında Tetis dənizi yerləşmişdir.
Kaynozoyun əvvəllərində Yer qabığının strukturları mürəkkəb quruluşa malik
olmuşdur. Qədim platformalarla yanaşı olaraq, cavan platformalarda mövcud olmuş,
geosinklinal şərait Kimmeri və Larami qırışıqlarından sonra öz sahələrini qismən
Aralıq dənizi və Sakit okean qurşaqlarında saxlanılmışdı. Belə ki, Aralıq dənizində
Kimmeri və Larami qırışıqlarından sonra geosinklinal şərait Alp və İndoneziya vila-
yətlərində, Sakit okean ətrafı boyunca mövcud olmuşdur.
Mezokaynozoyu əhatə edən Alp qırışıqlığı bir neçə fazaya- Larami (Təbaşirin
sonu-Paleogenin əvvəli), Piriney (Eosenin sonu-Oliqosenin əvvəli), Sav (Oliqosen
və Miosenin sərhəddində), Attik (Miosenin sonunda), Rodan (Pliosenin ortalarında),
Valx (Pleystosendə) ayrılır.
Paleogenin dövrünün əvvəllərinə müvafiq gələn nisbi sakitləşmədən sonra, Eo-
senin sonunda Alp qırışıqlıq hərəkətləri intensivləşir. Bu fəallaşma Tetisdə daha in-
tensiv olmuş və qırışıqların qalxmasına, filiş və vulkanogen törəmələrin, əsasən dağa-
rası və ön çökəkliklərdə toplanan molassla əvəz olunmasına səbəb olmuşdur. Paleo-
genin qırışıqlıq hərəkətləri Tetisin bir çoxsahələrində əsas, ultraəsas və turş vulkanit-
lərin təzahürü ilə müşayiət olunmuşdur (Alplarda, Kiçik Qafqazda, Kiçik Asiyada,
Pamirdə və s.). Paleogen dövrünün əsas tektonik xüsusiyyətlərindən biri Yer qa-
bığının parçalanması və olnar boyunca qırışıqlıq hərəkətlərinin intensivləşməsi hesab
olunur. Bu proseslər qitələrin konturlarının formalaşmasına kifayət qədər təsir edir və
onların daxili quruluşunu mürəkkəbləşdirir. Qrelandiya və Hindistanda rift zonaları
yaranır. Paleogenin ikinci yarısında meridional istiqamətdə 2500 km məsafədə uza-
nan Şərqi-Afrika rifti yaranır. Yaranmış olan rift zonaları vulkanizmlə müşayiət olun-
muşdur. Paleogendə Hindistanın Dehqan platosunda trap maqmatizmi başa çatır.
Analoji vulkanizm Kamerunda, Nigeriyada və İslandiyada da qeyd olunur. Paleogen
dövrü hələ Təbaşirin lap sonunda Larami fazası ilə başlayan Alp qırışıqlığının təza-
hürü vaxtı hesab olunur. Alp qırışıqlığı sonralar Neogendə və hətta Dördüncü dövrdə
də davam etmişdir.
Təbaşirin sonunda baş verən qıssa müddətli reqressiya Paleogendə transqressiya
ilə əvəz olunur ki, bu da Eosendə maksimuma çatır. Okean və geosinklinal qurşaqlar-
dan dəniz Şərqi-Avropanın cənubuna, Qərbi-Avropanın Hersinidlərinə, Orta-Asiyaya,
Turqay çökəkliyinə, Qərbi-Sibirə, Floridaya, Amerikanın şimal və qərbinə, Ərəbistan
yarımadasına daxil olur. Paleogenin sounda reqressiya baş verir və dəniz demək olar
ki bütün qitələri tərk edir.

365
Ümumiyyətlə, bütün Kaynozoy ərzində davam etmiş Alp qırışıqlığı, Neogen
dövründə özünün maksimumuna çatır və geniş epiplatforma orogenezi ilə səciyyələ-
nir. Alp qırışıqlığı Aralıq dənizi qurşağının qalan hissələrində (Andaluz dağları da da-
xil olmaqla Piriney, Şimali Atlas dağları, Alplar, Apeninlər, Karpatlar, Dinar dağları,
Yunanıstan dağları, Dağlıq Krım, Qafqaz, Qafqazarxası, Kiçik Asiya, Zaqors, Kopet-
daq) geosinklinallarının qapanmasına səbəb olmuşdur. Qırışıqlığın hələ Paleogendə
başlandığı Dağlıq İran, Əfqanıstan dağları, Pakistan, Pamirin bir hissəsi, Hindiquş,
Karakorum, Himalay da Aralıq dənizi qurşağına daxildir.
Qərbi-Sakit okean qurşağında Alp qırışıqlığına Dağlıq Koryak, Kamçatka, Saxa-
lin, Kuril adaları, Yaponiya, Filippin, İndoneziyanın şərqi, Yeni Zellandiya və Sakit
okeanın digər adaları daxildir. Şərqi-Sakit okean qurşağında Alpidlər Alyaskanın cə-
nubunda, Kaliforniyanın sahilyanı silsilələrində, Şimali-Amerikanın Kordilyerlərin-
də, Qayalı dağlarda, Mərkəzi-Amerika dağlarında, Böyük və Kiçik Antil adalarında,
Cənubi-Amerika Kordilyerlərində (Andlarda) yayılmışdır (şəkil 8.1.).

Şəkil 8.1. Kaynozoy qırışıqlıq əyalətlərinin yerləşmə şxemi


(V.P.Qavrilova görə)
I.Kaynozoy qırışıqlıq əyalətləri: 1-Şimali Amerika Kordilyerlərinin Sahilyanı silsilə-
ləri, 2- Cənubi Amerika Kordilyerləri (Andlar), 3-Aralıqdənizi, 4-Pont-İran, 5-Hima-
lay, 6-Şərqi Asiya; II.Nisbətən erkən konsolidasiya əyalətləri; III.Epmplatforma fəal-
laşma əyalətləri: I-Qayalı dağlar, II-Tyan-Şan, III-Tibet; IV.Ön çökəkliklər: A-And-
qarşısı, B-Alp qarşısı, V-Karpat qarşısı, Q-Qafqaz qarşısı, D-Kopetdaq qarşısı, E-Pa-
mir qarşısı, J-Hindistan,Z-Qanq, İ-Mesopotamiya; V.Şərqi Afrika rift zonası.

366
Ümumiyyətlə, Alp qırışıqlığı nəinki geosinklinal əyalətlərdə özünü epigeosink-
linal qırışıqlıq sistemlər şəklində göstərmişdir, bu qırışıqlıq hətta bəzi sahələrdə plat-
formaları da əhatə etmişdir. Buna Qərbi Avropada Yura dağları və Piriney yarımada-
sı; Şimali Afrikada Atlas dağlarının cənub hissəsi; Orta Asiyada Tacikistan düzənliyi
və Hissar silsiləsinin cənub-qərbi; Şimali Amerikada Qayalı dağların şərqi; Cənubi
Amerikada Pataqon andları və c., eləcədə epiplatforma orogenezi prosesləri nəticəsin-
də yaranan Orta və Mərkəzi Asiyanın dağlıq-qırışıqlıq sistemləri əyani misaldır.
Neogen və onun ardınca davam edən Dördüncü dövr üçün səciyyəvi olan xüsu-
siyyətlərdən biri də nisbətən qədim qırışıqlıq əyalətlərdə şaquli tektonik hərəkətlərin
fəallaşması və onların epiplatforma orogenlərinə çevrilməsi hesab olunur.
8.1. QƏRBİ SAKİT OKEAN QIRIŞIQLIQ QURŞAĞI
Alp yaşlı Sakit okean qurşağının daxili sərhədi Çukotkadan Vyetnama kimi izlə-
nilən, üst Yura-alt Paleogen yaşlı Şərqi-Asiya vulkanik-plutonik qurşağı boyunca ke-
çir. Qərbi-Sakit okean qurşağının Asiyaqarşısı və Avstraliyaqarşısı hissələrinin quru-
luşunda aşağıdakı başlıca strukturlar ayrılır.
8.1.1. QƏRBİ SAKİT OKEAN QURŞAĞINININ ŞİMAL-QƏRB
QIRIŞIQLIQ ƏYALƏTLƏRİ

STRATİQRAFYA
Qərbi Sakit okean qurşağının Sixote-Alin və Koryak-Tayqonos Larami qırışıqlıq
əyalətlərinin geoloji quruluşunda onun inkişafının başlıca mərhələlərini əks etdirən
aşağıdakı struktur-formasiya kompleksləri ayrılır (cədvəl 8.1.1.1).
Cədvəl 8.1.1.1.
№-si Struktur-formasiya kompleksi Yaşı
(SFK) Sixote-Alin Koryak-Tayqonos
1 Bünövrə AR - PZ1 AR - PZ2
2 Geosinklinal PZ2-MZ PZ- K1
3 Orogen K2- N1 K2- N1
4 Fəallaşma N2- Q N2- Q

Koryk-Tayqonos gec Mezozoy (Larami) qırışıqlıq sisteminin daxili zonasında


BSFK Kembriyəqədər-alt Paleozoy, xarici zoyasında isə Kembriyəqədər-orta Paleo-
zoy yaşlı törəmələrdən təşkil olunmuşdur. Koryak-Tayqonos qırışıqlıq sisteminin da-
xili zonasında (evgeosinklinal zonada) ümumi qalınlığı 2,0 km-dən artıq olan hiper-
bazitlər göydaş pilləsinə qədər, dəyişdirilmiş qabbroidlər, amfibolitlər, eləşə də ba-
zaltlar, kristallik əhəngdaşı və şistlər bünövrə kompleksinə aid edilir. Bu metamor-
fikləşmiş törəmə Kembriyəqədər-alt Paleozoy yaşlıdır.
Sixote-Alin Larami qırışıqlıq əyalətində GSFK onun daxili hissəsində (evgeo-
sinklinal zonada) nisbətən tam olub, orta, üst Paleozoy və Mezozoy yaşlı çökmə vul-
kanogen-çökmə və vulkanogen qatdan təşkil olunmuşdur. Burada geosinklinal siste-
min ayrı-ayrı mərhələlərinə uyğun gələn struktur mərtəbələr ayırmaq mümkündür
(cədvəl 8.1.1.2.).

367
Cədvəl 8.1.1.2.
Struktur Çöküntülərin litofasial xüsusiyyəti
mərtəbə Daxili zona Xarici zona
Filiş və qumdaşı formasiyası, qalın-
K1v-K2t Çöküntülər iştirak etmir.
lığı 3-4 km
Fasilə. Ultraəsas və əsas qranitoid
intruziyaları.
T3-K1h Vulkanogen-silisli-terrigen və boz Terrigen, o cümlədən filiş, tək-tək
rəngli terrigen, o cümlədən filiş for- silisli-terrigen formasiya. Qalınlıq
masiyası. Qalınlıq 8 km-ə qədər. 10 km-ə qədər.
Qalxımlarda fasilə Qalxımlarda fasilə
Vulkanogen-silisli-terrigen və boz Silisli-terrigen və terrigen, o cüm-
rəngli terrigen. Qalınlıq 10 km-ə qə- lədən filiş formasiyası. Qalınlıq
C2-T2
dər. 8-10 km-ə qədər.
Qabbro, qabbro-diorit və qranit int-
ruziyaları
Vulkanogen-silisli-terrigen formasi- Çöküntülər iştirak etmir və ya
S-C1 ya. Qalınlıq 5 km-ə qədər. bünövrə kompleksinə aid olunur.
Qabbro-diorit intruziyası

Koryak-Tayqonos qırışıqlıq sistemində daxili zonada GSFK Paleozoy, Mezo-


zoy yaşlı çöküntülərdən təşkil oluiy muşdur, GSFK-nin tərkibində alt-orta Paleozoy,
üst Paleozoy-orta Yura və üst Yura-Tabaşnr struktur mərtəbələrini (kёosinklinal sis-
temin inkişafının muxtəlif mərhələlərinə uyğun) ayırmaq mümkündür. Koryak-Tay-
qonos Mesosoy qırışıqlıq sistemində GSFK xarici zonada terrigen və çökmə-vulkano-
gen qırıntı formasiyasından, eləcə də turş, orta, tək-tək vulkanogen formasiyadan təş-
kil olunmuşdur. Xarici zonada ümumi qalınlığı 10-12 km-dən çox olan üst Paleozoy-
erkən Təbaşir yaşlı GSFK-ni iki struktur mərtəbəyə- alt (gec Paleozoy-orta Yura) və
üst (Yura-erkən Təbaşir) ayırırlar.
Sixote-Alin Larami qırışıqlıq systemində vulkanogen-tektonik və dagarası çö-
kəklikləyri dolduran OSFK üst Təbaşir (Senon); Paleogen və Miosen yaşlı effuziv
vulkanogen formasyadan və terrigen molassdan təşkil olunmuşdur. Orogen komplek-
si iki struktur mərtəbəyə alt (Senon-Danimarka və üst Paleogen-Miosen) ayrılır. Sixo-
te-Alin qırışıqlıq sistemiydə orogen inkişaf başa çatdığıqdan sonra bilavasitə geotek-
tonik fəallaşma prosesinə məruz qaldığından, onun ərazisində platforma örtüyü top-
lanmamışdır. Avrasiya qitəsinin böyük ərazisində olduğu kimi, burada da neotektonik
fəallaşma nəticəsində Pliosen və Dördüncü dövr ərzində müasir relyefdə öz əksini ta-
pan çökəkliklər, qrabenlər və onları ayıran dağlıq qalxımlar əmələ gəlmişdir.
Koryak-Tayqonos Larami qırışıqlıq systemində dağarası çökəklikləri dolduran
OSFK gec Təbaşir, Paleogen və Miosen yaşlı kontinental və sahil-dəniz mənşəli go-
buddənəli terrigen, vulkanogen, vulkanogen-çökmə (molasslar) formasyadan təşkil
olunmuşdur. Orogen kompleksin tərkibində alt (üst Təbaşir) və üst (Paleogen-Mio-
sen) struktur mərtəbələr ayrılır. Alt struktur mərtəbə üst Təbaşir yaşlı terrigen və vul-
kanogen-çökmə molass formasiyalarından təşkil olunmuşdur. Qırışıqlıq sisteminin

368
xarici zonasında alt struktur mərtəbə Senoman mərtəbəsindən (bəzi sahələrdə Alb-
dan) başlayaraq bütün üst Təbaşiri əhatə edir; daxili zonada isə Senon (Konyak-Ma-
astrixt) və Danimarka, eləşə də yalnız üst Senon və Danimarka çöküntülərindən iba-
rətdir. Koryak-Tayqonos Larami qırışıqlıq sistemində də neotektonik fəallaşma ilə
əlaqədar olaraq platforma örtüyü toplanmamışdır. Odur ki, burada Pliosen və Dör-
düncü dövr yaşlı geosinklinaldan sonra əmələ gələn kompleks (postgeosinklinal və ya
tafragen kompleksi) ayrılır.
MAQMATİZM
Sixote-Alin qırışıqlıq əyalətində Kembriyəqədər (qranit-qneys, amfibolit, diorit-
qneys), alt Paleozoy (porfiritlər, diorit-porfirit, qabbro, qabbro-diornt, plakioklazlar)
orta və üst Paleozoy (amfibolitli-qabbro, qranit, qranitoid, kvarslı diorit, diorit, sie-
nit), Mezozoy (qranitoid, qranit, qranit-porfir, kvarslı porfir, diorit-porfir, kvarslı sie-
nit-diorit, diorit, qabbroid, orta və turş effuzivlər, onların tufları), Kaynozoy (qranit-
porfir, kvarslı diorit-porfir, aplitlər, qranodiorid-porfir) maqmatik tsikllərini ayırmaq
olar. Gec Təbaşir və Kaynozoyda Sixote-Alinin şərq yamacinda əmələ gəlmiş kənar
vulkanik qurşağın geoloji inkişaf tarnxində beş güclü effuziv və intruziv maqmatizm
mərlələsi ayrılır: gec Təbaşir (liparit, andezit, qabbro, diorit, qranit-porfir); erkən Pa-
leogen (andezit, liparit, qabbro, qranit); gec Paleogen (andezit-bazalt, dasit, liparit,
diorit, qranit); Neogen (bazalt, andezit, liparit); Dördüncü dövr (bazalt).
Koryak-Tayqonos qırışıqlıq sistemində Kembryəqədər və Paleozoy dövrü ər-
zində maqmatizmin inkişafı olduqca zəif öyrənilmişdir. Lakin gec Proterozoy və Pa-
leozoy çöküntüləri içərisində olan dəyişdirilmiş əsas effuziv süxurlar bu dövrdə effu-
ziv maqmatizmin olmasını söyləməyə əsas verir. Tədqiq olunan ərazinin geoloji inki-
şaf tarixində üst Paleozoy (serpenitləşmiş hiperbazit, qabbro, əsas tərkibli lava, pla-
qioqranit, biotitli qranit); üst Mesosoy-Kaynozoy (porfirit, diabaz, qabbro, qranit-por-
fir, qranodiorid-porfir, diorit-porfir, qranit, qranodiorid, monsonit, sienit, qabbro-sie-
nit); Antropogen (bazalt, liparit, andezit) maqmatik tsiklləri daha yaxşı öyrənilmişdir.
TEKTONİKA
Sixote-Alin Larami qırışıqlıq sistemi. Bu qırışıqlıq sistem 1500 km məsafədə
ümumiyyətlə şimal-şimal-qərb istiqamətdə Yapon dənizi Tatar boğazının sahili bo-
yunca Ussuri körfəzindən Amurun mənsəbinə qədər uzanur və eyni adlı silsiləyə mü-
vafiq gəlir. Qərbdə Sixote-Alin sistemi iki qədim massivlə- Xinqan-Burein (şimalda)
və Xankay (cənubda) sərhədlənir. Bu massivlərin bünövrəsi Sixote-Alin istiqamətin-
də pilləvari enir və bununla əlaqədar olaraq Sixote-Alin sisteminin massivlərlə sərhə-
di müxtəlif formada keçirilir. S.A.Salun bu sərhədi Kuro-Biçinsk və Arsenovsk qırıl-
maları boyunca İ.İ.Bersenev, L.İ.Kraönuy və b. isə geosinklinallarun hesabına mas-
sivlərin sahəsini kifayət qədər azaldırlar, həqiqətdə isə massivdən geosinklinala keçid
zonası mövcuddur. Bu zonanın inkişafı geosinklinalın fəallığı ilə bağlı olduğundan
ona daha yaxındır. Burein və Xankay massivləri arasında Sixote-Alin sistemindən cə-
nub-qərb istiqamətdə Amur-Ussuri sinklinoriumu ayrılır. Əsas Sixote-Alin sistemi
şimalda gömülmüş Taxtin massivi ilə hüdüdlanır. Cənubda isə Koreya Çin platforma-
suna kimi izlənilir. Burein massivinin şimal-qərb qurtaracağunda yerləşən Taxtin
massivi Sixote-Alin sistemini Ural-Monqol qurşağının Amur-Oxot sistemindən ayı-
rır. Şərqi-Sixote-Alin dərşnlik qırılması ilə məhdudlaşur. Sixote-Alin sisteminin qu-
369
ruluşunda Amur-Ussuri sinklinoriumu, Baş Sixote-Alin antiklinoriumu, qərbi və şərqi
Sixote-Alin sinklinoriumu, Şərqi-Sixote-Alin vulkanik-plutonik qurşağı kimi əsas
struktur elementlər ayrılır (şəkil. 8.1.1.1.).
Amur-Ussuri sinklinoriumu şimal-qərbdə dərinlik qırılması ilə Bureyn massivin-
dən, cənub şərqdə isə Xankay massivi və Baş Sixote-Alin antiklinoriumundan ayrılır.
Amur-Ussuri sinklinoriumunun quruluşunda bir-birindən qırılma ilə ayrılan üç zona
qeyd olunur. Mərkəzi zona əsasən Təbaşir (üst Senon), ətraf zonalar isə üst Permdən
Alba qədər çöküntülədən təşkil olunmuşdur.
Baş Sixote-Alin antiklinoriumu cənubda Arsenevsk sinklinoriumu ilə Xankay
massivindən və Şərqi-Sixote-Alin sinklinoriumundan ayrılır. Baş Sixote-Alin antikli-
noriumunun (qərb zona) kəsilişi uzaq cənubda orta Karbondan orta Yurayaqədər çö-
küntülərdən, mərkəzi hissədə Perm-alt Təbaşir; şimalda isə Yura-üst Təbaşir (Turon)
çöküntülərindən təşkil olunmuşdur. Şərqi-Sixote-Alin sinklinoriumu baş antiklinoriu-
mun digər tərəfində yerləşir və üst Perm-üst Təbaşir çöküntülərindən təşkil olunmuş-
dur. Arsenov sinklinoriumu böyük qalınlığa malik Perm və qismən də kontinental sa-
hil-dəniz mənşəli Trias çöküntülərindən təşkil olunmuşdur. Orta və turş tərkibli vul-
kanitlər geniş iştirak edir. Bu çöküntülər intensiv qırışdırılmış, qırılmalarla mürək-
kəbləşmişdir. Şərqi-Sixote-Alin kənar vulkanik-plutonik qurşağı Sixote-Alinin oro-
gen mərhələsinin strukturlarından biri olub qırışıqlıq sistemin bütün şərq ətrafı bo-
yunca uzanur. Bu vulkanik qurşağın uzunluğu 1500 km-ə çatır, eni isə 20-30 km-dən
120-150 km-ə qədər dəyişir və üst Təbaşir (andizit-dasit-riolit) və Kaynozoyun (rio-
lit-bazalt formasiyası) vulkanitlərdən təşkil olunmuşdur. Məhdud miqdarda Konyak-
Danimarka yaşlı subvulkanik intruziv süxurlar (qabbro-diorit-qranitoid formasiyası)
və Paleogen yaşlı qabbro-qələvi-qranit formasiyası iştirak edir. Arsenovsk qırılması-
nın qərb tərəfi boyunca uzanan və ayru-ayru fasiləli sahələrindən ibarət olan Qərbi-
Sixote-Alin vulkaik qurşağı kifayət qədər zəif ifadə olunmuşdur və əsasən üst Təba-
şirin andezit-dasit-riolit formasiyasından ibarətdir.
Orta-Amur dağarası çökəkliyi daha şərqdə yerləşən strukturdur, onun uzunluğu
700 km-ə, eni isə 200 km-ə çatır. Bureyn massivi və Amur-Ussuri sinklinoriumunun
ətraf hissəsində yerləşən bu çökəkliyin cənub-qərb hissəsi Çinin ərazisində yerləşir.
Olduqca mürəkkəb blok quruluşa malik olan bu qurşaq çoxlu sayda qraben və qra-
ben-sinklinallardan (dərinliyi 2 km və daha çox) və onlaru ayıran horst-antiklinallar-
dan ibarətdir. Onların kəsilişi isə kömürlü kontinental molass (Oliqosen-orta Miosen)
və tuf-diatom (Oliqosen-alt Miosen) subformasiyadan təşkil olunmuşdur.
Koryak-Tayqonos Larami qırışıqlıq sistemi qərbdən və şimal-qərbdən Oxot-
Çukot kənar vulkanik qurşaqı, şimal-şərqdən (Navarin burnu ilə Kerst körfəzi arasın-
da) Anadır körfəzi, şərqdən. Berinq dənizi, cənub və cənub-şərqdən Kamçatka-Olyu-
tor Kaynozoy qırışıqlıqı ilə sərhədlənir. Onun tərkibində Tayqonos, aralıq massivi
Murqal, Talov-Mayn, Bayaj, Mərkəzi Koryakiya, Xatır, Pekulney antiklinoriumları
və Penjin, Parapol, Velikoreşensk; Anadır sinklinoriumları; Oliqosen-Neogen çökək-
liyi; Tayqonos-Penjinsk, Penjinsk-Talov, Mayn, Kokyak, Xatır ofiolit qurşaqları ayrı-
lır. Bünövrə kompleksı ilə əlaqədər olaraq Koryak-Tayqonos qırışıqlıq sistemində da-
xili və xarici zonalar ayrılır.

370
Şəkil 8.1.1.1. Sixote-Alinin tektonik sxemi (L.M.Parfenova görə).
1- Kaynozoy çöküntüləri; 2- Kaynozoy çöküntülərinin izoxətləri (km); 3- Pliosen-
Dördüncü dövr toleit bazaltları; 4- Miosenin qələvi bazaltları; 5- Pliosen-Dördüncü
dövr qələvi bazaltları; Fəal qitə ətrafının Senon-Paleogen çöküntüləri: 6-Kontinental

371
vulkanitlər; 7-Aeromaqnit məlumatlarına görə müəyyən edilən kontinental vulka-
nitlər; 8- Gec Təbaşir qranitoidləri; Sixote-Alin ada qövsünün gec Mezozoy yaşlı
kompleksləri: 9- Arxa çökəkliklər; 10-Vulkanik qövslər; Qeyri-fəal qitə ətrafının er-
kən Mezozoy kompleksləri: 11- Üst şelfin və qitəyanı rayonların çöküntüləri; 12- Alt
şelfin və qitə yamacının çöküntüləri; Paleozoy qitə ətrafının törəmələri: 13- Üst şelfin
və qitəyanının; 14-Alt şelfin və qitə yamacının; 15-Gec Perm kontinental vulkanitləri;
16-Metaqabbroidlər; 17-Erkən Təbaşir qranitləri; 18-Kembriyəqədər yaşlı kristallik
süxurların çıxışı; 19- Erkən Kembriyəqədər kristallik törəmələr; 20- Üfüqi yerdəyiş-
mələr; 21-Üstəgəlmələr; 22-qırılmalar; 23- Xankay massivi; 24-Burenin massivi;
25- Amqun sinklinoriumu; 26- Qərbi Sixote-Alin sinklinoriumu; 27-Mərkəzi Sixote-
Alin antiklinoriumu; 28-Şərqi Sixote-Alin sinklinoriumu; 29-Şərqi Sixote-Alin vulka-
nik-plutonik qurşağı.

Bu zonaların sərhədi Penjin çayının dərəsi boynca keçir və Tayqonos yarıma-


dasının uzaq cənub-şərq hissəsini kəsir. Ensiz xarici zona qırışıqlıq sistemin şimal-
qərb ətrafı (kənarı) boyunca izlənir və qismən Oxot-Çukot qurşaqının vulkanik örtü-
yü ilə örtülmüşdur. Koryak-Tayqonos qırışıqlıq sistemnnin çox hissəsi daxili (evgeo-
sinklinal) zonaya aiddir.
Koryak sistemi- şimal-qərbdə və şimalda Oxot-Çukot və Şərqi-Çukot vulkanik
qurşaqları, cənubda Berinq dənizi ilə hüdudlanır, uzunluğu 1000 km; eni 400 km-ə
çatır. Koryak sistemi en istiqamətində 7-zonaya ayrılır ki, bunlardan da üçü biri-digə-
rinin üzərinə yatır, əsasən dağlıq şərq hissədə yayılmışdır (Xatır zonasını örtür). Qa-
lan dörd zona isə Mərkəzi-Koryak qrupu zonasında birləşdirilə bilər. Ekonay örtüyü
istisna olunmaqla onların qalanının bünövrəsini Mezozoy yaşlı okean tip qabıq təşkil
edir. Üç şimal-qərb zona ümumi bünövrə və kəsilişə malikdir, şimal-qərb zona qrupu
kimi ayrılır (Penjin-Anadır). Cavan (gec Təbaşir-erkən Paleogen) yaşlı okean tipli qa-
bığa malik Olyutor zonası (cənub) xususi vəziyyət tutur. Şimal-qərbdən cənub-şərqə,
uzanma istiqamətində Baş qırışıqlığın yaşının və geosinklinal inkişafın başlanma və
başa çatmasının ardıcıl cavanlaşması qeyd olunur. Belə ki, Şimal-Qərb qrupu zona-
sında orogen inkşaf mərhələsinə keçid erkən Senondan gec olmayaraq; mərkəzdə
Maastrixdə; Olyutor zonasında isə Neogendə (Miosendə) baş vermişdir.
Şimal-Qərb zonası (Penjin-Anadır zonası) Koryak sisteminin şimal-qərb hissəsi-
ni əhatə edir, şimalda Çukot-Oxot vulkanik qurşağı ilə sərhədlənir. Cənubda Penjin-
Anadır zonası ilə vulkanik qurşağın arasında Toni-Tayqonos zonası yerləşir. Bu zona
özünün istiqamətinə görə Sakit okean, inkşaf tarixinə görə isə Verxoyan-Çukot Kim-
meri (Mezozoy) qırışıqlığına uyğun gəlir. Şimal-qərb qrupu zonasında Tayqonos
massivi, Şimali-Tayqonos sinklinoriumu, Cənubi-Tayqonos antiklinoriumu, Penjin
sinklinoriumu, Murqal antiklinoriumu, Talov-Mayn antiklinoriumu, Pekulney qalxı-
mı kimi ikinci dərəcəli strukturlar ayrılır.
Mərkəzi-Koryak qrupu zonası (Xatır zonası) şimal-qərbdə Vekinoreçin dərinlik
qırılması ilə Kuyul-Alqan zonası ilə sərhədlənir; şimal-şərqdə Şərqi-Koryak allaxtonu
ilə örtülür; cənub-şərqdə Olyutor zonası onun üzərinə itələnmişdir. Əsasən üst Yura
və Təbaşir çöküntülərindən təşkil olunmuşdur. Xətti və braxiformalı qırışıqlardan
ibarət olub, çoxlu sayda üstəgəlmələrlə mürəkkəbləşmişdir.
372
Koryak sisteminin ən sonuncu elementi olan Olyutor zonası ən cavan struktur
element olub, Kamçatkanın Şərq zonasının şimal-şərq davamında yerləşir. Şimal-
qərbdə və şimalda Olyutor zonası qövsvari Vıven üstəgəlməsi ilə Xatır zonasının üzə-
rinə itələnmişdir. Olyutor geosinklinal kompleksi Vıven üstəgəlməsi yaxınlığında in-
tensiv qırışmışdır. Zonanın daxilində aydın ifadə olunan antiklinal və sinklinal zona-
lar müşahidə olunur. Olyutor zonasında kifayət qədər böyük ərazi vulkanik örtüklə
(üst Pliosen-alt Pleystosen) örtülmüşdür.
Saxalin-Xokaydo Mezo-Kaynazoy qırışıqlıq geosinklinal sistemi. Bu sistem
submeridional istiqamətdə Saxalin və Xokkaydo istiqamətində uzanır. Saxalinin su-
altı ətrafı və Tatar boğazı da bu sistemə aid olunur. Onun uzunluğu 1600 km, eni isə
300 km-ə çatır. Bu sistem şimaldan Şimali-Saxalin şelfi ilə hüdudlanır, cənubdan isə
öz davamını tapmadan Kuril dərin su novu ilə kəsilir. Sistemin quruluşunda aydın ifa-
də olunan iki zona (qərb və şərq) ayrılır. Qərb zona Qərbi-Saxalin dağlarını, Tatar bo-
ğazını, Xokkaydo adasının qərb hissəsində yerləşən İsikarı-Rumon çökəkliyini; Şərq
zona isə Şərqi-Saxalini və Xokkaydo adasının mərkəzi hissəsini (Kamunkotan, Xida-
ka zonalarını) əhatə edir.
Qərbi-Saxalin və Xokkaydonun kəsilişində əsas rolu qalınlığı 10 km-ə çatan Tə-
başir (Maastrixt), Paleogen, Neogen yaşlı terrigen qumlu-gilli qat təşkil edir. Bu
kompleksdə Təbaşir və Paleogenin, Paleogen və Mioseni, orta Miosenin sərhədlə-
rində çöküntülərin tərkibində, çöküntü toplanmada uyğunsuzluq qeyd olunsada, onun
əsas deformasiyası yalnız Pliosenin sonuna təsadüf edir. Xokkaydo alt və orta Miosen
Xaotik toplanmış qırıntı materiallarından, üst Miosen və Pliosen kompleksi isə
kəsilişin qalan hissələrində olduğu kimi alt hissədə də kömürlü, qumlu-gilli, vulkanik
törəmələrdən ibarətdir, konqlomerat, qumlu çöküntülərlə qurtarır.
Mərkəzi və Şərqi-Saxalin zonası və Xokkaydo Qərbi-Saxalin zonasına nisbətən
daha mürəkkəb quruluşa malik olması ilə seçilir. Burada kəsilişin alt hissəsi (Şərqi-
Sayan dağlarının Nabil silsiləsindən və Saxalinin uzaq şimalında yerləşən Şmit yarı-
madasından tutmuş Xokaydonun cənub sahillərinə kimi geniş bir sahədə izlənən) sə-
ciyyəvi friolit assosiasiyasından təşkil olunmuşdur. Ofiolit kompleksinin üst hissəsi
split-diabaz-yaşem formasiyasını əmələ gətirir. Bu qatın alt hissəsinin yaşı Xokkaydo
Perm, Saxalində isə Trias kimi müəyyən olunmuşdur. Qatın üst hissəsi isə Berrias-
Barrem (Neokom) yaşlıdır. Şərq zonada Saxalində, silisli-vulkanogen-terrigen forma-
siyanı Alt-Maastrixtə aid edirlər. Kəsilişin lap üst hissəsi (Santon-Danimarka) filiş
xarakteri alır, tərkibində olistostromlara rast gəlinir.
Təbaşiririn sonu və Paleogendə hər iki komplks intensiv deformasiyaya məruz
qalmışdır. Saraliyə bu mərhələdə yaranan qırışıqlar şimali-qərb istiqamətdə uzandığı
halda, yeni qırışıqlar meridional istiqamətdə uzanır. Şərqi Saxalinin müasir struktur
planında kulisvari yerləşmiş Şmidtovsi, Şərqi-Saxalin və Susunay-Anivsk braxiantik-
linallarında Paleozoy-Mezozoy kompleksinin çıxışı qeyd olunur. Xokaydo adasında
üst Paleozoyda-alt Mezozoy geosinklinal kompleksi bir-birindən Mərkəzi-Xokkaydo
sinklinoriumu ilə ayrılan Kamunxotan (qərbdə), Xidaka (şərqdə) əmələ gətirir.
Oxot dənizi çökəkliyi. Oxot kənar dənizinin ərazisini əhatə edən bu çökəklik şi-
maldan Oxot-Çukot vulkanik-plutonik qurşağı və Koni-Tayqonos qırışıqlıq zonası,
qərbdə Xokkaydo-Saxalin qırışıqlıq sistemi, şərqdə və cənubda isə Kamçatka-Kuril
qırışıqlıq sistemi ilə hüdudlanır. Oxot dənizinin çox hissəsi kontinental qabığa malik
373
şelf hövzəsindən ibarətdir. Cənub istiqamətdə Yer qabığının qalınlığı 32 km-dən 20
km-ə qədər azalır. Dənizin cənub hissəsini okean və ya subokean tipli qabığa malik
Cənubi-Oxot (Kuril) çökəkliyi tutur. Oxot dənizi çökəkliyinin epikontinental hissəsi
kifayət qədər mürəkkəb quruluşa malikdir (şək.8.1.1.2). Onun mərkəzi hissəsində Şi-
mali-Oxot tağı, Mərkəzi-Oxot qalxımı və Cənubi-Oxot qalxımı yerləşir. Şimali-Oxot
tağı şimal-qərbə cənub-şərq istiqamətdə uzanır, Oxot massivinin davamında yerləşir,
erkən Kembriyə qədər bünövrə çıxışindan ibarətdir, qalınlığı 0-500 m-ə çatan Plio-
sen-Dördüncü dövr çöküntüləri ilə örtülmüşdür. Şimali Oxot tağı şimali-şərqdən cə-
nub-qərbə xətti çökəkliklərlə müşayiət olunur. Bu çökəklikləri dolduran Neogen-Dör-
düncü dövr çöküntülərinin qalınlığı 3-5 km-dən çoxdur.
Kuril-Kamçatka-Koryak geosinklinal qırışıqlıq sistemi. Bu qırışıqlıq sistem
qərbdə Oxot dənizi, şərqdə Sakit okean və Berinq dənizi arasında yerləşir və Şərqi-
Xokayda ilə birlikdə Kuril adalarını, Kamçatka yarımadasını, Pencina və Anadır çay-
larının hövzələrini və dağlıq Koriyakiyanı əhatə edir. Onun uzunluğu Şərqi-Xokkay-
dodan Navarin burnuna kimi 3500 km, eni isə 400 km-ə qədərdir. Bu sistemi ikinci
dərəcəli qırılmalarla üç böyük seqmentə (Kuril, Kamçatka, şimali qərbdə Koryak)
ayrılır. Koryak sistemi şimali qərbdə ona paralel uzanan Oxot-Çukot vulkanik qurşağı
ilə, Verxoyan-Çukot əyaləti, şimalda isə Şərqi-Çukot vulkanik qurşağı ilə Çukot-Syu-
kort (Eskimos) massivi ilə sərhədlənir.
Kuril Seqmenti. Bu seqment Kuril ada qövsü və onu əhatə edən Kamçatkanın
cənub qurtaracağından Xokkaydo adasına qədər uzanan dərin su novu ilə ifadə olu-
nur. Kuril qövsü öz növbəsində zəncirvari yerləşən vulkanik adalardan ibarət Böyük
Kuril silsiləsindən (Kamçatkadan Xokkaydo və Kiçik Kuril silsiləsinə kimi izlənilən
uzunluğu 2000 km, eni 100-200 km) və Sakit okeana yaxın yerləşən Kiçik Kuril sil-
siləsindən ibarətdir.
Böyük Kuril silsiləsinin quruluşunda kəsilişin üst hissəsində qalınlığı 5-7 km-ə
çatan Oliqosen-Dördüncü dövr yaşl çökmə vulkanogen çöküntülər iştirak edir. Böyük
Kuril silsiləsi pleydtosen və müasir dövrdə intensiv vulkanizmlə xarakterizə olunan
zonalardan hesab olunur. Burada müxtəlif formalı 60-dan çox su üstü və elə bir o qə-
dərdə sualtı vulkan qeyd olunur. Tektonik cəhətdən böyük silsilə horst-antiklinal qal-
xım olub, qırışıqlıq-qayma quruluşuna malikdir.
Kiçik Kuril silsiləsi Böyük Kuril silsiləsindən qədim olub, əsasən sualtı (bazalt
və andezit-bazalt tərkibli) vulkanik çökmətörəmələrdən təşkil olunmuşdur. Paleosen-
üst Təbaşir yaşlı bu kompleksin qalınlığı 4,5 km-dir. Şimali-Kurildə Yer qabığının
qalınlığı 30 km, Kiçik Kurildə isə 20-30 km-dir. Kiçik Kuril silsiləsindən Böyük Ku-
ril silsiləsinə kimi Yer qabığının qalınlığı 20 km-dən 15 km-ə qədər azalır və Böyük
silsilənin mərkəz hissəsində 10 km-ə qədərdir. Kurilin altında üst mantiya seyrəlmiş-
dir və maqmatik ocaqların 80-90 dan 50-60 km-ə qədər dərinlikdə yerləşməsi ehtimal
olunur. Kuril-Kamçatka dərin su novu Cənubi-Kamçatka boyu uzanır və Kamçatka
yarımadası yaxınlığında Aleut dərin su novu (Kuril qövsü və Xakkaydo adası) ilə bir-
ləşir. Sanqar boğazında isə onun Yapon dərin su novu ilə birləşməsi baş verir. Cənubi
və Şimali-Kuril qarşısında dərin su novunun dərinliyi uyğun olaraq 9717 m və 8534
m olub, 6 km-lik izobata görə eni 50-100 km-dir, şimal və cənub hissələrində Moxo
səthinin yatma dərinliyi 36 km, mərkəzi hissədə isə 91 km-dir. Yer qabiğinin qalınlığı
ada qövsü istiqamətində artır.
374
Şəkil 8.1.1.2. Oxot dənizinin tektonik sxemi
(Q.S.Qnibidenko və İ.İ.İvedşuka görə)

Kamçatka sistemi. Kuril-Kamçatka-Koryak qırışıqlıq sisteminin bu seqmenti

375
Kamçatka yarımadası və onun sualtı ətrafı daxildir. Kamçatka sistemi Mərkəzi-Kam-
çatka qırılması ilə iki zonaya (qərbi və şərqi) ayrılır. Müasir struktur planda bu zona-
lar bir-birindən şərqi Kamçatka zonasının əsasən qərb hissəsi daxilində yerin mərkəzi
Mərkəzi-Kamçatka qrabeni (rifti) ilə ayrılır.
Qərbi-Kamçatka zonası. Bu zona Koryakın mərkəzi zonasının bilavastə dava-
mını təşkil edir. Orogen mərhələsinin erkən Paleogendə başlamasına görə N.L.Zaşe-
viç (1978) onları Koryak-Qərbi-Kamçatka zonası adlandırır. Qərbi-Kamçatka və Kor-
yakda geosinklinal kompleks gec Yura-alt Təbaşir yaşlı toleit-bazalt tərkibli silisli
vulkanogen formasiya ilə başlayır. Kəsilişin yuxarısı Alb yaşlı ada qövsü tipli vulka-
nogen formasiya, sonra isə böyük qalınlığa malik gec Təbaşir yaşlı fliş və ya fliş-ter-
rigen formasiya yatır. Üst hissədən Şərqi-Kamçatkadan itələnmiş vulkanogen silisli
qatla örtülür.
Kamçatkanın qəbində molassın toplanması Paleogendən başlayır. Alt molass
əsasən dəniz və terrigen, kontinental fasiya və kömür qatından (Paleogen-alt Miosen);
üst molass qeyri uyğun yatır, gec Miosen-Pliosen yaşlı kontinental, vulkanogen qat-
dan ibarətdir. Bu kompleks Mərkəzi Kamçatka vulkanik qurşağında Oliqosendə
başlayan və Pleyotosenə kimi davam edən vulkanizmin təzahürü ilə əlaqədardır.
Şərqi-Kamçatka zonası. Koryakın Olyitor zonasının davamını təşkil edir.
Vulkanogen-silisli kompleksinin (ofiolit) üst hissəsi Oliqosen (hətta Miosen), alt
hissəsi isə gec Təbaşir (Senon) yaşlıdır. Nisbətən qərbdə yerləşən Şərqi-Kamçatka
antiklinoriumunda vulkanogen silisli formasiya gec Təbaşir və Paleogendə böyük
qalınlığa malik (5-6 km) fliş formasiyası ilə əvəz olunur. Üst Təbaşirin vulkonitləri
və flişi ilə, eləcə də Paleogen filişi və Neogen vulkanogen, molası arasında uyğun-
suzluq qeyd olunur. Şərqi-Kamçatka zonasında Qanal qalxımı, Sahilyanı antiklinori-
um, Şərqi-Kamçatka sinklinoriumu, Mərkəzi-Kamçatka qraben-rifti, Şərqi-Kamçatka
vulkanik qurşağı kimi 2-ci dərəcəli struktur elementlər ayrılır.
GEOLOJİ İNKİŞAF TARİXİ
SİXOTE-ALİN QIRIŞIQLIQ SISTEMİ
Ərazidə yayulmuş qədim geosinklinal kompleksin və eləcə də Xankay və Xin-
qan-Bureynin (şərq hissəsində) massivlərinin örtük və binövrə komplekslərinin qar-
şılıqlı münasibətinə əsaslanaraq, Sixote-Alin deosinklinalının yaranması gec Silur-er-
kən Devona müvafiq gəldiyini söyləmək olar.
Sakit okeandan ayrılan Sixote-Alin mikroqitəsi inkişafunın ilk mərhələsində kə-
nar dəniz olmuşdur və Xida və Yanon dənizləri onun relekti hesab olunur.
Hersin erkən geosinklinal mərhələsi (S-C1). Silurun sonunda yaranmağa baş-
layan Sixote-Alin geosinklinalı Devonda xüsusən də orta Devondan başlayaraq, kifa-
yət qədər aydın seşilmişdir. Onun mərkəzi zonasında silisli-şistli; qərb ətrafında əsas
tərkibli vulkanogen törəmələr, şərq ətrafında isə əsasən Karbonatlı çöküntülər toplan-
mışdur. Xinqan-Burein massivinin şərq hissəsi əyilməyə cəlb olunur, Xankay massivi
boyunca isə vulkanik-plutonik qurşaq uzanır ki, bu da onun And tipli sahillərə aid ol-
duğunu göstərir.
Hersin son geosinklinal mərhələsi (C 3-P1). Karbonun sonunda Baş qırılma bo-
yunca (Beniof-Zavarinski zonası) vulkanik qövs yaranır və Permin ortalarına kimi
fəal inkişaf edir, intensiv intruziyaların təzahüru ilə müşayiət olunan qalxma və qırı-

376
şıqlıq deformasiyasına məruz qalır. Bu qövsün qarşısında (şərq sinklinoriumunda) və
arxasında (Amur-Ussuri sinklinoriumunda) böyük qalınlığında malik vulkanogen-ter-
rigen formasiya toplanır.
Hersin orogen mərhələsi (P2-T2). Gec Hersin tektogenezi Sixote-Alin geosinkli-
nalının ən uzaq cənub hissəsində daha intensiv özünü göstərmişdir və Cənub-Dəniz
yanı zonada geosinklinal rejimin qapanmasına səbəb olmuşdur. Qırışıqlıq sistemin
qalan sahələrində bu tektogenez özünü bir o qədər də intensiv göstərməmişdir. Xan-
kay, Xinqan-Burein massivlərinin ətrafı boyunca çökəkliklərdə toplanan Böyük qa-
lınlığa malik molass da deyilən fikiri təsdiq edir. Xankay, eləcədə Yapon dənizi mas-
sivləri bu zaman qranitoidlərin təzahürü ilə müşayiət olunan intensiv fəallaşmaya
cəlb olunmuşdur. Burada Permin ortalarından başlayan qalxma erkən və orta Triasda
da davam etmişdir. Bunların fonunda Xinqan-Burenin massivinin şimal hissəsində
andzit-dasit-riolit vulkanizminin təzahürü qeyd olunur.
Kimmeri erkən geosinklinal mərhələsi (T3-J2). Nisbətən yəyişmiş struktur planda
hər yerdə əyilmə gec Triasda bərpa olunur. Baş antiklinoriumun cənub hissəsində
Hersin tektogenezi və maqmatizmi ilə nisbətən konsolidasiya olunmuş bu mərhələyə
müvafiq gələn çöküntülər molass və subqələvi bazaltlardan ibarətdir. Xankay massi-
vinin ətraf çökəklikləri üçün də molass çöküntüləri səciyyəvidir. Bununla belə,
Amur-Ussuriy və Şərqi-Sixote-Alin sinklinoriumunun ox hissəsində orta Perm-orta
Triasda əyilmə fasiləsiz davam etmişdir və Paleozoy, Mezozoy uyğun yatır, geosink-
linalın inkişafı Hersin-Kimmeridə fasiləsiz xarakter daşıyır. Sahilyanı zonada rift-
əmələgəlmə davam etmişdir.
Kimmeri gec geosinklinal mərhələsi (J 3-K1v). Orta Yuranın sonunda Sixote-Alin
deosinklinalında növbəti qalxma və deformasiya baş verir. Bu proses Mərkəzi geo-
antiklinalun cənubunda qələvi-ultraəsas, qələvi və turş intruziyaların təzahürü ilə
müşayiət olunur. Bu qalxma Amur-Ussuri və Şərqi Sixote-Alin çökəkliklərini əhatə
etmir və burada terrigen, vulkanogen-silisli çöküntülər toplanır. Ümumi qalınlığı 7
km-ə çatan bu qatın 4 km-ə qədəri filişdən ibarətdir.
Kimmeri erkən orogen mərhələsi (K1al-K2k). Sixote-Alin deosinklinalında Təba-
şirin ortalarında baş verən qalxma gec Yuradaya nisbətən daha intensiv olmuş və
geniş sahəni əhatə etmişdir. Bu qalxma kifayət qədər deformasiya ilə müşayiət olun-
muş Baş antiklinoriumun strukturlarının formalaşmasını başa çatdırmışdır. Bu qalx-
madan sonra çöküntü toplanma praktik olaraq yalnız Amur-Ussuri (Turona kimi) və
Şərqi Sixote-Alin (gec Senona kimi) introgeosinklinallarının qalıq çökəkliklərində
saxlanılmışdır və qumlu alevrolitli çöküntülər toplanmışdur. Geosinklinal sisteminin
ətrafında Xankay və Xinqan-Bureyn massivlərində dəniz molassı poralik çöküntülər-
lə əvəz olunur, riolit-andezit vulkanizminin təzahürü baş verir. Senonun əvvəllərində
Sixote-Alin sistemi daxilində monolit kontinental qabığın və strukturların formalaş-
ması başa çatır. Baş antiklinoriumun vulkanik qövsü Xankay və Xinqan-Buren mas-
sivi ilə birləşir. Sixote-Alininin daxilində Beniof-Zavarinski zonası qapanır.
Kimmeri gec orogen mərhələsi (K2m-N1). Bu mərhələdə hər yerdə kontinental
rejim bərpa olunur, Sixote-Alin sistemi Xinqan-Burein və Xankay massivləri ilə bir-
likdə qırışıqlıq-dağlıq sistemə çevrilir. Onun qərb, xüsusəndə şərq ətrafı boyunca vul-
kanik-plutonik qurşaq yananır. Vulkanik qırşaqların yaranması, xüsusən də Şərqi-Si-
xote-Alinin yaranması Yapon dənizi massivinin və onun gec Hersin-Kimmeri yaşlı
377
şərq ətrafında (sakit okeanla sərhəddə) Beniof-Zavarinski zonasının fəallaşması ilə
əlaqədar olmuşdur.
Eosenin əvvəlində Dənizyanı-Burein tağu intensiv parçalanmaya məruz qalır və
onun mərkəzi hissəsində rift sistemindən ibarət qraben yananır ki, onlardan da sonra
Orta-Amur dağarası çökəklik və Aşağı-Amur qrabenlər zonası formalaşır.
Riftəmələgəlmə bazalt vulkanizminin təzahürü ilə müşayiət olunmuşdur. Şərqi
Sixote-Alin qurşağında orta-turş tərkibli maqmanın püskürməsi hələ davam etmişdir.
Gec Pliosen-erkən Miosendə Yapon dənizi hövzəsi formalaşır ki, buna da bazaltın tə-
zahürü böyük təsir göstərir. Şərqi-Sixote-Alin qurşağında orta-turş tərkibli maqmanın
təzahürü bazalt tipli maqma ilə əvəz olunur. Bu mərhələdə Xankay, Xinqan-Burein
Tatar massivləri də arşalanmaya və əyilməyə məruz qalmışlar. Gec Miosen və erkən
Pliosen bu ərazidə tektonik hərəkətlərin fəallığının nisbətən sönməsi və relyefin
nivenirlənməsi ilə xarakterizə olunur.
Neotektonik mərhələ (N2-Q). Tektonik hərəkətlərin nisbətən fəallaşmasu (xü-
susən qalxma) Pliosendə qeyd lunur. Bu hərəkətlər yüksəkliyi 1,8 km-ə çatan dağlıq
relyefin formalaşması ilə nəticələnir. Baş verən bu fəallaşma qonşu Xinqan-Burein
massivində, tolet-bazalt vulkanizminin təzahürü ilə müşayiət ounmuşdur.
KORYAK-TAYQONOS QIRIŞIQLIQ SİSTEMİ

Koryak-Tayqonos sistemində qədim kontinental qabığın qalıqlarının olmaması


(Şimali-Tayqonos, Muqal, Verxoyan-Çukot əyalətlərinin keçid zonaları istisna ol-
maqla), bu sistemin okean tip qabıq üzərində formalaşdığını söyləməyə əsas verir.
Gec Ordovikə qədər yaşlı okean tipli qabığa malik olan sistemin inkişafında aşağıda-
kı mərhələlər ayrılır.
Hersin mərhələsi geosinklinal yarımmərhələ (O 3-P1). Bu yarımmərhələ okean
hövzəsinin genişlənməsi və vulkanik çökmə örtüyünün formalaşması ilə xarakterizə
olunur. Devonun sonu Karbonun əvvəllərində tektonık fəallaşmanın təzahürləri qeyd
olunur. Bu zaman (qismən sima, qismən də sial bünövrəyə malik) Koni-Tayqonos-
Murqal zonası vulkanik ada qövsünə çevrilir. Bir qədər sonra (Vizey-Serpuxov) tek-
tonik ankresiya Talov-Mayn zonasına yayılır və burada ikinci vulkanik qövsü yaradır,
Beniof zonası isə yerini bu zonadan şərqə dəyişir.
Orogen yarımmərhələsi (P3-T2). Gec Permdə əyalətin bütün qərb hissəsi Talov-
Mayn zonası da daxil olmaqla intensiv burulmaya, qalxmaya məruz qalır ki, bu da
böyük qalınlığa malik Perm konqlomeratının yaranmasına və sonra Triasda çökün-
tütoplanmada fasilənin, Tayqonos-Koni zonasında isə dəniz çöküntülərinin kontinen-
tal çöküntülərlə əvəz olunmasına səbəb olur. Qlaunofan metamorfizmi ilə müçaət
olunan gec Hersin qırışıqlığı nəticəsində Beniofun şərq zonası boyunca protokonti-
nental qabıq formalaşa bilərdi. Sistemin şərqində çox ehtimal ki, okean şəraiti saxlan-
mış və spredinq (aralanma) davam etmişdir.
Kimmeri-Alp erkən geosinklinal mərhələsi (T3-K1-nin əvvəli). Triasın sonu-er-
kən Yurada ada qövsünün şərq-cənub-şərq istiqamətdə daha böyük yerdəyişməsi
qeyd olunur, onun qalıqları hazırda Alkatvaam tektonik örtüyünün tərkibinə daxil
olan Kenkerey silsiləsində V.P.Zinkeviç (1981) tərəfindən müəyyən olunmuşdur. Bu
zaman Kenkerey qövsünün arxasında kənar dənizin açılması. Şərqdə Tolov-Maynın

378
qalxması baş verir. Toni-Tayqonos-Murqal qövsündə hələ gec Paleozoyda başlayan
andezit vulkonizminin təzahürü davam edir. Pensin-Anadır qövs arası hövzədə isə da-
yaz dəniz şəraitində tufogen-terrigen çöküntülərnin toplanması davam edir. Bu zona-
nın cənub-qərb hissəsində isə üst Yurada rift hövzəsi yaranır və burada Valenjinə ki-
mi split-diabaz və tufogen-silisli-şistli formasiya toplanir.
Kimmeri-Alp mərhələsinin əvvəli bir tərəfdən sistemin mərkəzi zonasında fəal
geosinklinalin inkşafı digər tərəfdən isə okean tipli qabıq üzərində qövs arxası və
qövs arası dəniz hövzələrinin (geosinklinal rejimin regenerasiyası) yaranması ilə xa-
rakterizə olunur. Əyalətin qərb sərhəddində Toni-Tayqonos-Murqal vulkanik qövsü
inkşafını davam etdirir, onun inkşafı regional metamorfizm və qranitoid vulkonizmi
ilə başa çatır. Ərazinin yalnız cənub-şərqində okean şəraiti saxlanılır.
Kimmeri-Alp son geosinklinal mərhələsi (K 1-nin ortaları-K2). Barremdən baş-
layaraq Koryakın şimal-şərq zonasında poleotektonik və poleocoğrafi şəraitin əsaslı
dəyişməsi baş verir. Ərazinin bu hissəsini əhatə edən deformasiyalar ətraflarda baş
verən nişbətən gecikmiş qırışıqlıq prosesləri ilə əlaqədar olmuşdur. Verxoyan-Çukot
əyalətindən qərbi əhatə edən və ordada kontinental bloklarin tam komliziyası ilə ifadə
olunan güclü diastrofizm prosesləri Avrasiya qitəsini genişləndirir. Ərazidə qeyd olu-
nan bu proseslər onun şimal-qərb və mərkəzi zonaları boyunca Beniof zonasının fəal-
lığı ilə əlaqədar olmuşdur. Bu mərhələdən Oxot-Çukot kənar vulkanik plutonik qur-
şağının inkşafı başlayır; ondan cənub-şərqdə və cənubda boz rəngli dəniz mənşəli
molass (Apdan); Senemandan isə kontinental molass toplanır. Nisbətən daxili sərhəd-
lərdə bir sıra braxi antiklinallar və onları ayıran sinklinallar yaranır. Qitə yamacı Ta-
lov-Mayn qalxımının cənub-şərq boyunca keçir və Kuril-Alqan və Mayn zonaları da-
xilində, Kenkeren ada qövsü də daxil olmaqla kənar dəniz rejimi saxlanılır.
Kimmeri-Alp erkən orogen yarımmərhələsi (K 2-P). Koryakın şərq hissəsində
Kampan-Maastrixtin sərhəddi əsas şaryaj əmələ gələmə mərhələsi hesab olunur.
Kampan çöküntülərindən təşkil edilən Ekonay və Alkatvaam örtükləri qismən Maast-
rixt çöküntüləri ilə örtülmüşdür. Orta Eosenin əvvəllərində Maynis örtüyünün Xatır
zonasına və Alkatvaam və Ekonay örtüklərinə yığılır.
Olyutor zonası istisna olunmaqla hər yerdə Maastrixt-alt Paleogen çöküntüləri
molass formasiyası; qərbdə və şimalda laqun-kontinental; cənubda isə dəniz formasi-
yası ilə ifadə olunur. Olyutor zonasında erkən Paleogendə okean qabığının ikinci və
üçüncü qatlarının formalaşması davam edir və Oliqosendə ada qövsünə keçid baş-
layır. Erkən Miosenin sonunda Olyutor zonası Vıven üstəgəlməsi ilə Xatır zonasının
cənub hissəsinin ortür. Bu üstəgəlmə şimal istiqamətdə okean qabığının qitə qabığına
subduksiyasının təzahürü ilə əlaqədardır.
Son orogen yarım mərhələ (N-Q). Kalium qranitlərinin və subareal vulkanizmli
vulkanik-plutonik qurşaqların olmamasına əsaslanaraq bir qrup tədqiqatçılar dağlıq
Koryakda yetkin kontinental qabığın formalaşmadığını qeyd edirlər. Mövcud materi-
alların analizi göstərir ki, ərazidə üst molasa aid olan kontinental kobuddənəli qırıntı
çöküntüləri dağlıq Koryakda geniş yayılmışdır; orta dağlıq relyefin yaranması son
orogen mərhələsinin əyani əlamətlərindəndir; andezit və daha turş tərkibli vulkanitlər
geniş yayılmışdir və Pliosen-Kvarterdə bazaltla əvəz olunur; region təmamilə okean
tip qabığın üzərində formalaşmışdır. Qravimetrik məlumatlara görə dağlıq Koryakda
yer qabığının müasir qalınlığı 35-40 km, berinq dənizinin sahilində isə 25-30 km-dir.
379
Neogen-Kvarterdə Koryakın daxili hissəsində əsasən dik qırılmalarla müçaət
olunan blokların yerdəyişməsi baş verir və ümumi qalxmanın fonunda dartılmanın
üstünlüyü qeyd olunur.
FAYDALI QAZINTILAR
Sixote-Alin qırışıqlıq sistemi. Sixote-Alin qırışıqlıq sistem müxtəlif faydalu qa-
zıntılara malikdir və bunların arasında əsas yeri qalay və qızıl tutur. Xankay massi-
vində, Arsenovsk və Qərbi Sixote-Alin zonalarında Paleozoy və Mezozoy kompleksi
zəngin qızıl, qalay, molibden, volfram yataqları aşkar olunmuşdur. Təbaşir, Paleogen,
Neogen yaşlı çöküntülərlə əlaqədar olan sənaye əhəmiyyətli daş və qonur kömür
yataqları vardır. Bu ərazinin neftlilik perspektivliyi hələ həll olmasa da, burada Amur
körfəzində neft qazluluğun olmasınu göstərən əlamət vardır.
Kuril adalarında, Kamçatkada, Koryakiyada nisbətən zəif faydalu qazıntılar aş-
kar olunmuşdur. Kuril adaları müstəsna olmaqla, qalan bütün ərazidə qızıl, gümüş,
sürmə, mis və digər faydalu qazıntılar geniş yayılmışdır. Kuril adalarında çox da bö-
yük olamayan kükürd yataqları vardır. Kamçatkada Paleogenlə əlaqədar olan çoxlu
miqdarda kiçik kömür yataqları vardır. Kamçatkada qərb sahili boyunca böyük ərazi-
də neft təzahürünə rast gəlinir. Saxalində orta Miosen və orta Pliosen çöküntüləri ilə
əlaqədar olan neft, qaz, kömür yataqları vardır. Karyak-Toyqanos qırışıqlıq sistemin-
də civə, kriolit, yataqları vardır. Anadır körfəzi rayonunda Paleogen çöküntüləri ilə
əlaqəadar olan kömür yatağı istismar olunur. Penjin sinklinoriumunda Təbaşir və üst
Yura ilə əlaqədar olan bərk bituma rast gəlinir.
8.1.2. NİPPON-FİLİPPİN GEOSİNKLİNAL ƏYALƏTİ
Nippon-Filippin əyaləti Sakit okeanın Asiya qitəsinə keçid zonasının şimalda
Yapon dənizi və Osima yarımadasıdan (Xakkaydonun cənub-qərbi), cənubda Molak-
ka dənizinə qədər uzanan cənub hissəsini (Yapon, Şərqi-Çin, Cənubi-Çin dənizlərinin
qitə sahili hissəsini, Yapon, Nanasey, Tayvan, Filippinin ada qövslərinin daxili hissə-
lərini) əhatə edir. Bu ərazinin geoloji quruluşuna, inkişaf xüsusiyyətinə görə bir-birin-
dən fərqlənən Şimali Nippon (Xakkaydonun cənub-qərbi və Xonsyunun şimalı), Cə-
nubi-Qərbi Nippon (Xonsyunun cənub-qərbi, Sikoku, Kyusyu), Ryukyu (Nanasey)
seqmentləri ayrılır. Tayvan və Filippin adaları Nippon sisteminin davamında yerləş-
sədə daha çox müstəqil quruluşa malik olmaları ilə seçilirlər. Bu seqmentlərin hər biri
kənar dənizlərin kontinental hissələri ilə əlaqədardır. Məsələn, Yapon dənizi Şimali-
Qərbi Nippon seqmenti ilə, Şərqi-Çin Nansey seqmenti ilə, Cənubi-Çin isə Filippinlə
əlaqədardır. Analoji xüsusiyyət dərin su novlarına da xasdır.
Yapon və Nankay dərin su novları müvafiq olaraq Şimali-Nippon və Qərbi-Nip-
pon seqmentlərini, Ryukyu (Nansey) və Filipinin su novlaırı isə müvafiq olaraq eyni
adlı seqmentləri əhatə edir. Kənar vulkanik qövsün daxilində İdzu-Bonin, Marian,
Yap və Palau seqmentləri ayrılır.
STRATİQRAFİYA
Ərazinin geoloji quruluşunda Proterozoy (Siluraqədər bünövrə), Paleozoy və
Mezokaynozoy yaşlı çöküntülər iştirak edir. Nippon-Filippin geosinklinal əyalətinin
geoloji quruluşunda onun inkişafının başlıca mərhələlərini əks etdirən aşağıdakı
struktur-formasiya kompleksləri ayrılır (cədvəl 8.1.2.1.).

380
Cədvəl 8.1.2.1.
№-si Struktur-formasiya kompleksi Yaşı
(SFK) Şimali Nippon Cənubi Nippon
1 Bünövrə AR - O AR - PZ1
2 Geosinklinal D-P
3 Orogen

Şimali-Nippon seqmneti. Bu seqmqnt Paleozoy (Silur-Perm) çöküntülərindən


təşkil olunmuşdur, şərq hissədə Mezozoy (üst Təbaşirə qədər) çöküntüləri yayılmış-
dır. Siluraqədər kristallik bünövrənin varlığını ehtimal olunur. Şimali Xon-Syunun
şərq sahillərində Miosendə yaşıl tuflar geniş yayılmışdır.
Meosenin ikinci yarısında başlayan qalxma hərəkətləri Pliosenin sonu-Kvarterdə
özünün kulminasiya nsqtəsinə çatır. Bu qalxma hərəkətləri andezit-datsit vulkanizmi
ilə müşayiət olunmuşdur. Abukuma zonasında metamorfikləşmiş üst Proterozoy törə-
mələri Təbaşir qranitoidləri ilə yarılmışdır. Kitakam silsiləsinin cənub zonasında qa-
lınlığı 10 km-ə çatan Proterozoy nisbətən tam kəsilişə malikdir, əsasən gilli şistlər-
dən, qumdaşından və vulkanogen araqatlarından (əsasdan turşa qədər), əhəngdaşı,
konqlomerat (kəsilişdə fasilələrə uyğun gələn) ibarətdir. Birinci belə fasilə Devonun
üst hissəsini əhatə edir. Bucaq uyğunsuzluğu ilə müşayiət olunan növbəti fasilə Perm
çöküntüləri, sonrakı fasilələr Yurada, Təbaşirdə, Paleosendə müşahidə edilir. Karbon
rifogen əhəngdaşından, konqlomeratdan; Perm qumdaşından, gilli şistdən, əhəngda-
şından, böyük qalınlığa malik konqlomerat qatından təşkil olunmuşdur. Mezozoyla
Paleozoyun arasında uyğunsuzluq qeyd olunur. Kəsiliş dəniz mənşəli qırıntı çökün-
tüləri ilə başlayır və Hoteriv-Barrem yaşlı andezit vulkanitləri ilə başa çatır. Kitakam
silsiləsinin şimal hissəsində yalnız üst Paleozoy çöküntüləri yayılmışdır, əsasən gilli
şistdən, qumdaşından, çaxmaq daşindan, bazalt lavasından və piroklastolitlərdən iba-
rətdir, Permdə əhəngdaşı linzalarına və konqlomerat qatlarına rast gəlinir.
İvaizum zonasında Perm çöküntüləri yer səthinə çıxır. Trias (T 3) və Yura (J1+2)
daha geniş yayılmışdır, bazalt lavalı qumlu, şistli qat əmələ gətirir. Taro zonasında
üst Yura-Neokom geniş yayılmışdır, andezit və datsit lavaları və dəniz mənşəli terri-
gen çöküntülərdən ibarətdir. Neogen çöküntüləri Abakum və Kitakamın Yapon dəni-
zinə tərəf çevrilən qərb hissəsində qeyd olunur və andezit-riolit tərkibli lavadan, do-
lomit, gilli dolomit, silistli argillitdən təşkil olunmuşdur, qalınlığı 5 km-ə çatır.
Cənubi-Qərbi Nippon seqmenti. Bu seqmentin kristallik kompleksin tərkibi
Xida zonasında qneysdən, mikalı şistdən, amfibolitdən, mərmərdən, qranit-qneysdən
ibarətdir. Bəzi məlumatlara görə Xida kompleksinin sirkona görə yaşı Kembriyəqə-
dər (1500 mln. il), digər radiometrik məlumatlara görə isə 500, 400, 240, 180 mln. il
müəyyən olunmuşdur. Bu isə onun dəfələrlə (Kaledon, Hersin, erkən Kimmeri) yeni-
dən işlənməyə məruz qaldığını göstərir. Çökmə örtüyün tərkibində Yura çöküntülə-
rindən başqa, erkən Təbaşir-gec Paleogen yaşlı qranit və Neogen yaşlı yaşıl tuflar,
diatomitlər, qırıntı süxurlar, eləcə də Dördüncü dövr vulkanitləri və çöküntüləri işti-
rak edir. Xida zonasının cənubunda Paleozoy (D-P) yaşlı geosinklinal çöküntülər yer
səthinə çıxır. Sanqun zonasının quruluşunda orta və gec Paleozoy yaşlı silistli-şistli-
qumlu-Karbonatlı-tufogen süxurlardan ibarət gosinklinal kompleks geniş yayılmışdır.
Cənub-Qərbi Yaponyada metamorfik-geosinklinal kompleks Trias (T 3) molası ilə
381
qeyri-uyğun örtülür. Yastı sinklinal çökəkliklərdə Trias-Yura yaşlı terrigen; Təbaşir-
alt Paleogen yaşlı orta və turş vulkanogen; üst Paleogen-Neogen yaşlı paralik, qırıntı
çöküntülər və vulkanogen törəmələr toplanmışdır. Nisbətən qədim vulkanizmlərdən
fərqli olaraq, Pliosen-Dördüncü dövr vulkanizmi qələvi xarakter daşıyır.
Nisbətən cənubda yerləşən Tamba zonası əsasən Trias və Yura və onların üzə-
rində qeyri-uyğun yatan alt Təbaşir, eləcədə Təbaşir-erkən Paleogen yaşlı əhəngli-qə-
ləvi vulkanitlər və qranitoidlər yatır.
Rioke zonasında üst Paleozoy-alt Trias silistli-terrigen-vulkanogen törəmələr-
dən; üst Yura-alt Təbaşir qranitlərdən; Kampan-Maastrixt böyük qalınlığa malik terri-
gen fliş formasiyasından (5,5-7,0 km) ibarətdir. Onun üzərində üfüqü yatıma malik,
az qalınlıqda Koynozoy çöküntüləri və vulkanitləri yatır.
Çiçibi geosinklinalnın üst Proterozoy yaşlı çöküntüləri zəif metamorfizmə mə-
ruz qalmışdır. Bu kompleksin üzərində Mezokaynozoy yaşlı tipik qırıntı süxurları ör-
tük təşkil edir. Zəif metamorfizmə uğrayan bazalt və silisli süxurlardan ibarətdir ki,
onları da üst Yura və alt Təbaşir yaşlı şelf çöküntüləri qeyri uyğun səthlə örtülüb.
Çiçibi, Sambosan və Simonto, Nanasey qövsü metamorfizmə məruz qalmış Tri-
as yaşlı bazalt, şistəlrdən; gec Yura-erkən Miosen yaşlı turbiditlərdən, silislərdən, ba-
zaltdan; Paleogen-alt Miosen fliş xarakterli terrigen formasiyadan ibarətdir.
Tayvan ön çökəkliyində Neogen-Dördüncü dövr yaşlı malass çöküntülərinin qa-
lınlığı 4 m-ə çatır. Bunun Neogen hissəsinin incə alt molasa, alt Pleystosen isə gobud
üst molasa uyğun gəlir. Burada Pleystosen yaşlı vulkanizmin məhsulları andezit tər-
kiblidir. Aqlomeratların tərkibində (ofiolit) qaymalara rast gəlinir. Tayvandan qərbə,
Tayvan boğazında qələvi və bazalt tərkibli vulkanitlər qeyd olunur. Qitəyə yaxın olan
adalarda Mezozey qranitləri çıxır.
Filippin arxipelaqı müxtəlif yaşlı ada qövslərinin yığımından əmələ gəlmişdir.
Onların yaşı qərbdən şərqə doğru getdikcə cavanlaşır (Erkən Mezozoydan gec Meza-
zoya). Mindoro və Kalelion adalarında Mindora və Palavan arasında üst Trias və Yu-
ra yaşlı böyük qalınlığa malik çöküntülərin çıxışı müşayiət edilir. Palavanın şimalın-
da isə orta Trias yaşlı əhəngdaşı, qara şistlər və silisli süxurlar, həmçinin Perm yaşlı
qum daşları, tuflar, şistlər əhəngdaşları intişar tapıb.
Manilindən şimal-qərbə doğru nisbətən zəif pozulmalar və tam ofiolit kompleksi
(dunit, piroksenit, qabbro, dolerit, bazalt) iştirak edir. Bu kompleks xrom filizi, ko-
balt, nikellə kimi faydalı qazıntılara malikdir. Qərb sahəsinin sərhədlərində vulkanik
fəallıq seysmikofokal səthlə əlaqədardır.
Qərbi Filippinin Oliqosen-erkən Miosendə formalaşan qövskənarı və qövsarxası
vəziyyət tutan molass çökəkliklərində gil, qumdaşı, konqlemerat, əhəngdaşı ilə yanaşı
olaraq, vulkanogen materiallarda toplanmışdır. Onun qalınlığı mərkəzi Mindano və
Davla körfəzində 5 km- dən çöx; Lusona mərkəzi çökəkliyində 6 km, Kaqayan cö-
kəkliyində isə 7,5-10 km- ə çatır.
Şimal-şərq istiqamətində uzanan Cənubi-Çin dəniz çökəkliyində okean qabığı-
nın qalınlığı 6 km, Moxoroviç səthinin yatma dərinliyi isə 11 km təşkil edir. Bu
çökəklikdə zəif ifadə olunmuş maqnit anamaliyaları qeyd olunur. Ərazinin mərkəzi
hissəsində çökmə qatın qalınlığı 3000 m-dən 500 m-ə (və daha az) qədər azalır.

382
TEKTONİKA
Nippon-filippin qirişiqliq əyaləti kifayət qədər mürəkkəb quruluşa malik olub,
tektonik quruluşuna görə bir birindən kəskin fərqlənən bir neçə seqmentə ayrilir.
Şimali-Nippon semqenti. Bu seqmentə adanın cənub (cənub-qərb) hissəsindən
Fossa Maqna qırılma zonası ilə ayrılan (daha dəqiq desək Tanakuru yarığı ilə) meri-
dional istiqamətdə uzanan Xonsyunun şimal hissəsi, eləcə də Xokkaydo yarımada-
sının cənub-qərb hissəsi aid olunur (şəkil 8.1.2.1).

Şəkil. 8.1.2.1. Nippon-Filippin geosinklinal əyalətinin tektonik sxemi


(dünyanın tektonik xəritəsinə əsasən V.Y.Xainə görə).
I- Qədim platformalar; kratonlaşma əyalətləri: II- Paleozoy, III- Kimmeri (erkən Me-
zozoy), IV- Gec Mezozoy, V- Kaynozoy; VIa- Təbaşir-Kaynozoy vulkanik-plutonik
qurşaqlar; VIb- dəniz altında olan Təbaşir-Kaynozoy vulkanik-plutonik qurşaqlar;
383
VII- Molass çökəklikləri; VIII- Şelf əyalətləri; IX- İşlənmiş kontinental qabıqlı rift-
lər; X- Okean və subokean tipli qabığa malik dərin sulu çökəkliklər; XI- Vulkanik
ada qövsləri; XII- Dərin su novları; XIII- Okean yatağı; XIV- Mikroqitələr; XV- Kə-
nar dənizlərin spredinq oxu; XVI- Şelfdə çökəkliklərin (a) və qalxımların (b) sərhəd-
di; XVII- Qırılmalar; XVIII- Strukturlar- ada qövsləri: 1- Ryukyu, 2- Kyusyu-Palau,
3- İdzu-Bonin, 4-Qərbi-Marian, 5-Marian, 6-Yan, 7-Palau; dərin su çuxurları: 8-Qər-
bi-Filippin, 9-Sikoku, 10-Parese-Vela, 11-Qərbi-Marian, 12- Cənubi-Çin, 13-Sulu,
14- Sulavesi; dərin su novları: 15- Nankay, 16- Nansey, 17-Manil, 18-Filippin, 19-İd-
zu-Bonin, 20- Marian, 21-Yap, 22- Palau, 23- Kotabaru, 24- Neqroe, 25- Okinava
troqu, 26- Mərkəzi-Filippin üfüqi yerdəyişməsi.

Şimali-Nippon semqenti Paleozoy (Silur-Perm) çöküntülərindən təşkil olunmuş-


dur, şərq hissədə Mezozoy (üst Təbaşirə qədər) çöküntüləri yayılmışdır. Şimali-Nip-
pon semqentinin quruluşunda uzununa və en istiqamətdə uzanan bir neçə zona (Abu-
kuma, Kitakam silsiləsinin cənub zonası, İvaizumi, Taro) ayrılır. Seqmentin qurulu-
şunda ayrılan nisbətən qərb zona Abukuma hesab olunur. Abukuma zonası Təbaşir
qranitoidləri ilə yarılmış metamorfikləşmiş və eləcə də metamorfikləşməmiş üst Pa-
leozoy törəmələrindən təşkil olunmuşdur.
Samboqava zonası Median tektonik xəttini cənubdan müşayiət edir, Kyusyu, Si-
koku adalarını və Xonsyu adasında Kin yarımadasını kəsir. Samboqava zonası böyük
qalınlığa malik üst Paleozoy-alt Mezozoy törəmələrindən təşkil olunmuşdur. Rioki
zonası ilə Samboqabo birlikdə cənubi qərbi Yaponiyada ikinci, bir qədər cavan meta-
morfik qurşağı əmələ gətirir. Samboqava zonası cənubdan Kuroseqav zonası ilə mü-
şayiət olunan, nisbətən ensiz olan Çiçibu zonasının üzərinə itələnmişdir. Daha cənub-
da isə ensiz, fasiləli Sambosan zonası yerləşir.
Nansey qövsü və dərin su novu, Şərqi-Çin dənizi çökəkliyi. Nansey qövsü
Tayvan adası istiqamətdə, Şərqi-Çin Filippin dənizləri arasında 1000 km-ə qədər mə-
safədə uzanır. Cənub-şərq tərəfdən dərinliyi 8 km-ə çatan Nansey dənin su novu ilə
əhatə olunur. Ryukyu arxipelaqı Cənub-Qərbi Yaponiyanın xarici zonasının davamın-
da yerləşir və Çiçibu, Sambosan və Simanto yarımzonalarından ibarətdir. Ryukyu
qövsü özünün Kyusyu və Tayvanda olan davamından eninə qırılmalarla- üfüqi yerdə-
yişmə ilə ayrılır və bir sıra seqmentlərə bölünür. Ryukyu qövsün nisbətən qədim tö-
rəmələri Okinava adasında tektonik örtük kimi çıxan, regional metamorfizmə məruz
qalmış ofianitlər hesab olunur. Bu qövs şimal-qərbdən Şərqi-Çin kənar dənizinin də-
rin hissəsini təşkil edən Okinava troqu ilə müşayiət olunur. Bu dənizin qalan böyük
hissəsi Asiya qitəsinin sualtı ətrafını təşkil edir. Okinava özlüyündə qraben-çökəklik
olub, böyük qalınlığa malik (3 km) çöküntü qatı ilə dolmuşdur. Şimal-qərbdən Okina-
va troqu, Mərkəzi-Tayvan qalxımının şimal batımından Koreya boğazı istiqamətdə
uzanan Tayvan-Sizi qalxımı ilə məhdudlaşır. Asiya qitəsinin şərq hissəsininin yetkin
ada qövsünün sərbəst seqmenti olan Tayvan adası uzunluğu 500 km-dən çox olub, eni
200 km-ə çatır. Tayvanın şərq hissəsi mürəkkəb gec Kaynozoy qırışıqlıq dağlıq siste-
mi, qərb hissəsi isə ön çökəklikdən ibarətdir.
Qərbi-Tayvan ön çökəkliyi qalınlığı 4 km-ə çatan Neogen-Dördüncü dövr yaşlı
molass qatı ilə dolmuşdur. Bu ön çökəklik Mərkəzi-Tayvan qırışıqlıq sistemindən
qırılma ilə ayrılır. Baş verən subduksiya prosesləri ilə əlaqədar olaraq, Tayvan qırı-
384
şıqlıq sistemi qitəyə tərəf ümumi yerdəyişməyə məruz qalmaqda davam edir. Tayva-
nın və Ryukyu qövsünün metamorfik kompleksinin uyğun gəlməsi Tayvanın Ryukyu
qövsünün davamı olduğunu söyləməyə əsas verir.
Filippin və Cəni-Çin dənizi. Flippin arxipelaqı uzunluğu 500 km və eni 130
km-dir. Şərqdə Qərbi-Filippin çökəkliyinin okean qabığından Filippin dərin su no-
vunun fəallığını itirmiş Şərqi-Lusons davamı ilə ayrılır. Qərbdə isə bu arxipelaq fa-
siləli dərin su novaları sistemi ilə (Manilöki, Neqros və Kotabato) sərhədlənir. Plitələ-
rin tektonikası konsepsiyası baxımından Filippin arxipelaqı özlüyündə müstəqil mik-
roplitə təşkil edir (Palvan və Mindano adaları, Zamboanqa yarımadası istisna olun-
maqla). Bu Flippin mikroplitəsi U.Hamiltonun (1979) fikrincə, müxtəlif yaşlı ada
qövslərinin yığımından əmələ gəlmişdir.
Flippinin şərqdə növbəti struktur elementi, Qərbi-Flippin qalxma zonası hesab
olunur. Bu zonaya Qərbi Lusonun Zambalez qalxımını, Panoy Neqroz, Leyte, Sebu,
Boxol adalarını və Mindano adasının mərkəzi hissəsini aid etmək olar.
Şərqi-Filippin qalxım zonası Mərkəzi Kordilyerlər silsiləsi və Şimali Lusonun
Serra-Madresindən başlayır və Cənubi Luson, Samara və digər kiçik adalardan keçə-
rək, Sakit okean Kordilyerinə kimi izlənilir. Filippinin səciyyyəvi strukturu Flippin
mikroplitəsi ilə fəal dərin su novlarının qarşılıqlı təsiri nəticəsində formalaşmışdır.
GEOLOJİ İNKŞAF TARİXİ
Siluraqədər mərhələ. Nisbətən qədim metamorfizmə məruz qalmamış və fauna
ilə xarakterizə olunan çöküntülərin Silur yaşlı olduğunu nəzərə almış olsaq Yapon
adalarının Silurda formalaşmasığını söyləmək olar. Xida zonasının qneysləri Kembri-
yə qədər, hətta erkən Kembriyəqədər yaşlıdır. Belə ki, qneyslərin və Trias yaşlı konq-
lomeratlara bənzər haqılların yaşı cənubda geniş yayılmışdır və mütləq yaşı 1800 mln
il-dir. Silura qədər metamorfik bünövrənin Xonsyu adasının şimal-şərq sahəsində ol-
duğu güman edilir. Nəhayət, Cənub-Qərbi Yaponiyanın Kuroseqava sahəsində mikalı
şistlərin və qranit amfibolitlərin qırıntıları məlum olmuşdur. Onların Silur yaşlı meta-
morfizmə məruz qalmayan suxurlarla bir yerdə tapılması, bir daha bu metomarfitlərin
yaÇinın Siluraqədər olmasını sübut edir. Geofiziki tədqiqat işlərinin nəticələri ilə ya-
naşı olaraq, bütün bu məlumatlar Yapon adalarının əksər hissəsinin altında qitə qa-
bığının olduğunu söyləməyə əsas verir. Hansı ki, əvvəlcə Sibir və Koreya-Çin qədim
platformasının şərq hissələrin davamını təşkil etməli idi.
Silurdan öncə gələcək Yapon adalarının sahəsi, qalxmaya məruz qalmışdır. Ra-
diometrik məlumatlara əsasən (450-400 mln il) qalxmanın müasir Asiya qitəsinin
şərq ətrafınında (Şimal-Şərqi Viyetnam və Cənub-Şərqi Çindən Omolon massivinə
kimi) özünü intensiv göstərən Kaledon qırışıqlığı ilə əlaqədar olması təsdiq olunur.
Bu qalxmanın ardınca erkən Silurda parçalanma, riftogeniz prosesləri baş verir ki, bu
da Paleozoy-erkən Mezozoy yaşlı Çiçibu geosinklinalının yaranmasına səbəb olur.
Hersin mərhələsi (orta Silur-son Triasın əvvəli). Xonsyu adasının şimal-şərq ya-
rısında ayrılıqda və Yaponiyanın cənub-qərb hissəsinin xarici sahəsində bütövlükdə,
parçalanmaya və udulmaya məruz qalan, lakin bununla belə, saxlanılmış Siluraqədər
qitə qabığının üzərində Çiçibu geosinklinalı yaranmışdır. Bilavasitə qədim metomor-
fitlərin çıxışı, vulkanizmin xarakteri buna dəlalət edir. Daha bir ofiolit qurşağının
qalıqları uzaq qərbdə, Fossa Maqna yaxınlığında (Yoestsu qurşağı) müşahidə edilir.

385
Yaponiyanın cənub-qərb hissəsində ofiolitlərə məxsus olan mafit-ultra mafiltlərə
Daxili zonada (Xida zonasının ətrafında və Sanqun və Tamba zonaları arasında-
Mayzuru qurşağında) və Kənar zonada (Sambaqava zonasında- Mikabu qurşağı, Çi-
çibu və Sambosan zonaları arasında- Kuroseqava qurşağı) rast gəlinir.
Çiçibu geosinklinalının inkişafının ilk mərhələsi Silur və Devon dövrünə təsadüf
edir. Devon və Karbonun sərhəddində Hersin deformasiya və qalxımının birinci, hələ
zəif olan fazası qeyd olunur. Gec Vizedə (Aba fazası) hərəkətlər daha da intensivləşir
və bununla əlaqədar olaraq dəniz kəskin dayazlaşır. Bu hərəkətlər Namyur və Mos-
kva əsrlərində yenidən təkrar olunur və çöküntütoplanmada kifayət qədər aydın seçi-
lən differensasiyaya səbəb olur. Şimali-Şərqi Xonsyunun qərbində (Abukuma, cənubi
Kitakani) və həmçinin Cənubi-Qərbi Yaponiyanın şimal sahillərində orta və üst
Karbon sahilyanı-dayazdəniz çöküntülərlərdən- orqanogen əhəngdaşları, bəzi yerlər-
də bazal konqlameratları, eləcədə qırıntı çöküntüləri ilə təmsil olunmuşdur. Geosink-
linalın qalan sahələrində dərindəniz çöküntüləri (gilli və aspid şistlərə çevrilmiş pelit-
lər, qumdaşları, silisli süxurlar, bazalt və piroklastolitlər) yayılmışdır. Perm buzlaq,
qırıntı çöküntülərdən, flişdən, haqıl və konqlomeratdan təşkil olunmuşdur.
Karbon və Permin sərhəddində yerli xarakter daşıyan uyğunsuzluqlar qeyd olu-
nur. Orta və üst Perm çöküntüləri fliş xarakterlidir, bəzi sahələrdə konqlameratlara
rast gəlinir. Xonsyu adasının şimalında və Kitokami dağının cənub hissəsində konq-
lomeratların qalınlığı 300 m-ə çatır.
Yerli xarakter daşıyan uyğunsuzluq və birinci fasilədən sonra Permin sonu və
Triasda, Skif zamanı dayazdəniz mənşəli çöküntütoplanma bərpa olunur və bu proses
orta Triasın Anizi əsrinin sonuna kimi davam edir. Şimali Xonsyuda çöküntütoplan-
mada orta Yuranın Bayos əsrinə kimi davam edən fasilə baş verir. Cənubi-Şərqi Ya-
poniyanın daxili zonasında isə səciyyəvi kömürlü molass (2,0-4,5 km) toplanır. Bu
orogenez prosesi Cənubi-Şərqi Yaponiyanın Daxili zonasında daha intensiv xarakter
daşıyır. Yura zamanı Konsyunun şimalında və Cənubi-Qərbi Yaponiyanın Daxili zo-
nasınnın bəzi sahələrində nerit mənşəli terrigen, Simanto zonasında isə daha dərində-
niz çöküntüləri toplanmışdır.
Baş verən Sakava orogenezi ilə əlaqədar olaraq, Yuranın sonu-Təbaşirin əvvə-
lində Cənubi-Qərbi Yaponiyanın Daxili zonası qalxmaya cəlb olunur. Bu isə yeni
metamorfik qurşaqların- aşağı təzyiqli Rioke və yüksək təzyiqli Sambaqava qurşağı-
nın formalaşması dövrü ilə üst-üstə düçmüçdür.
Xonsyu adasının şimalında Valanjindən sonra qalxma başlayır. Bu qalxımın ar-
dınca, Yapon dənizində Moneron və Rebun adalarından tutmuş, Xokkaydo adasının
cənub-qərb sahəsindən, Cənubi-Qərbi Yaponiyanın Daxili zonasından keçərək Xon-
syu adasının şərq sahillərinə və Ryukyu arxipelaqınadək uzanan nəhəng vulkanik-
plutonik kənar qurşağı formalaşmışdır. Bu qurşaq gec Təbaşirin Kampan əsrinə qədər
inkişafını davam etdirmişdir.
Orta Paleozoydan Mezozoyun sonuna kimi Yaponiya, Ryukyu qövsü, Tayvan,
Filippinin cənubi-qərbi Asiya qitəsinin And tipli fəal ətrafının tərkibinə daxil olmuş-
dur. Şərqi-Asiya ətrafının inkişafı kontinental qabığın akresiyası ilə müşayiət olun-
muşdur. Erkən Karbonda baş verən Abe və gec Triasda baş verən Akiyosi qırışıqlıq
epoxaları kifayət qədər intensiv xarakter daşıyır.

386
Yuradan başlayaraq (Hindosiney qırışıqlığından sonra) Nippon-Filippin qurşa-
ğından şərqdə müasir Sakit okeanın inkişafı başlamışdır.
Erkən Paleogendə (Eosendə) şərqdə Sakit okeandan transform qırılma ilə ayrılan
Qərbi-Filippin çökəkliyi açılmağa başlayır. Bu qırılma boyunca Eosenin sonunda (42
mln il) Sakit okean plitəsinin yerdəyişmə istiqamətinin dəyişməsi ilə əlaqədar olaraq
Kyusyu-Palau vulkanik qövsü yaranmışdır. Qərbi-Filippin hövzəsinin genişlənməsi
erkən Oliqosenə kimi (37 min il) davam etmişdir.
Orta Oliqosendə (31-32 min il) Flipin qövsündən qərbdə Cənubi-Çin dərin su
novunun açılması başlamış və erkən Miosenə qədər (20 min il) davam etmişdir. Bu
isə öz növbəsində subdiksiya zonasının yaranması ilə nəticələnmişdir. Onun üzərində
vulkanik qövs yarnmışdır. Cənubi-Çin çökəkliyinin açılması ilə Kyusyu Palao qövsü-
nün vulkanik fəallığının sönməsi eyni vaxta düçür. Gec Oliqosen-erkən Miosendə
(27-22 min il) qövs daxili Sikoku-Parase-Vela hövzəsi açılmağa başlayır və orta Mio-
senə kimi (18-14 min il) davam edir. Kyusyu-Palau silsiləsindən ayrılan Qərbi-Ma-
rian qövsündə vulkanizm başlayır və gec Miosenə kimi (9 min il) davam edir.
Beləliklə, müasir Filippin dənizi əyalətində Kaynozoy ərzində qərbdən şərqə
doğru inkişaf edən ada qövslərinin ardıcıl olaraq aralanması baş vermişdir. Onların
arxasında qərbdə yerləşən qövslər enməyə məruz qalmış və nisbətən şərqdə yerləşən
strukturlarda isə vulkanik fəallığın artması qeyd olunmuşdur. Sikoki çökəkliyindən
şimala, Yaponiya qövsü ətrafında Nankay dərin su novu yaranır, qərbdə isə Filippin
vulkanik qövsü Tayvanla toqquşur.
Cənubi-Çin və Filippin dənizlərinin qabığının subduksiyası (udulması) ilə əlaqə-
dar olaraq, Oliqosen-erkən Miosendən Filippin arxipelağının oxa yaxın zolağında
vulkanik qövslər arasında bir sıra molass çökəklikləri formalaşmağa başlayır. Bu çö-
kəkliklərin dartılma və riftogenez şəraitində əmələ gəlməsi Lusonun cənubunda Mio-
sen toleit vulkanizmi ilə təsdiq olunur. Təbaşir və Kaynozoyda gələcək Yapon qövsü-
nün cənub-qərbində cənubdan Kurosino mikroplitəsi ilə hüdudlanan geosinklinal (Si-
manto kənar dənizi) inkişaf etmişdir.
Gec Miosendə çöküntütoplanma əyaləti yerini Sinonu çökəkliyinin yamacına,
erkən Pliosenində isə yeni yaranan Nankay dərin su novuna doğru dəyişmişdir. Bu
vaxtlarda Yapon qövsündə Yapon dənizinin açılması baş vermişdir. Yapon dənizi çö-
kəkliyinin yaranması ilə əlaqədar olaraq, bu qurşaq Primoriya və Cənubi-Şərqi Kore-
ya arasında parçalanmış, Yapon arxipelağı isə Asiya qitəsindən aralanmışdır.
FAYDALI QAZINTILAR
Tədqiq olunan rayonun ərazisində olduqca zəngin metal, qeyri-metal və s. fay-
dalı qazıntı yataqları yayımışdır. Burada titan-sirkon, sink, sürmə, kadium, qızıl, kö-
mür, maqnetit və mis yataqları istismar olunur. Kordilyerlər ərazisində, daş və qonur
kömür, dəmir, mis, nikel, gümüş, qızıl, duz, gips və s. yataqları açılmışdır.
Nippon-Flippin qərb seqmentin şimal vilayətində daxili (mis və qızıl) və xarici
(qalay və volfram) filizləşmə zonaları kəşf edilmişdir. Burada həmçinin daş kömür və
neft-qaz yataqları istismar olunur. Nippon-Filippin qərb seqmentinin Kaynozoy qırı-
şıqlıq strukturlarında qalay, civə, mis, qızıl, gümüş, kükürdü daş kömür, qonur kö-
mür, torf, neft və s. yataqlar istifadə olunur.

387
8.2.1. CƏNUBİ AMERİKA KORDİLYER (AND) QIRIŞIQLIQ SİSTEMİ

Cənubi Amerika Kordilyerləri Şərqi Sakit okean qurşağının ikinci başlıca struk-
tur elementi hesab olunur. Öz uzunluğuna görə bu qırışıqlıq sistem Şimali Amerika
kordilyerlərindən bir o qədər də fərqlənmir. Nikaraqua gölundən Qorn burnuna kımi
onun uzunluğu 9000 km-dir. Əgər Antil qövsu də nəzərə alındıqda isə onun uzunluğu
13000 km-dən coxdur. Lakin onun eni nisbətən azdir. Cənubi Amerika Kordilyerlə-
rinin eni Cili, Boliviya yaxınlıgında 750 km-ə çatsa da, onun eninin orta qiyməti 500
km-dən cox deyildir. Yalniz Antil-Karib sahəsində onun eni 3000 km-ə qədər artir.
Cənubi Amerika Andlari (CAA) ozunun oroqrafik struktur quruluşuna görə Şimalda
yerləşən analoqundan fərqlənir. (Cənubi Boliviyada və Şimali Argentinada Pun rayo-
nu nəzərə alınmazsa) demək olar ki, bütün uzanma istiqaməti boyunca CAA bir-bi-
rindən ensiz dağarası çökəkliklərlə ayrılan, paralel və ya təxminən paralel dag sistem-
lərindən ibarətdir. Bu isə onların cavan qırışılıq olmasi ilə izah edilir.
STRATİQRAFİYA
Tədqiq olunan ərazinin geoloji quruluşunda gec Proterozoy-Antropogen yaşlı
çöküntü kompleksi iştrak edir. Öz quruluşuna və tərkibinə görə bu kompleks qırışıq-
lıq sistemin inkişafının başlıca mərhələlərini əks etdirən üç struktur-formasiya komp-
leksinə ayrılır (cədvəl 8.2.1.1.).
Cədvəl 8.2.1.1.
№ Struktur-formasiya Yaşı
-si kompleksi (SFK) Şimali And Mərkəzi And Cənubi And
1 Bünövrə AR - RZ1 AR - RZ1 AR - RZ1
2 Geosinklinal C–J P- J3 C- T
3 Orogen K- Q K- Q K- Q

Bünövrə SFK. Kembriyəqədər törəmələrdən təşkil olunmuşdur.


Geosinklinal SFK. Gec Proterozoy Kompleksi intensiv qırışıqlığa metamorfiz-
mə məruz qalmış geosi nklinal mənşəli çöküntülərdən ibarət olub, intruziyalarla yarıl-
mışdır. Serra-de-Makarena rayonunda üst Proterozoy zəif dislokasya olunmuş üst
Kembri-Ordovik çöküntüləri ilə qeyri-uyğun örtülmüşdür.
Alt Paleozoy çöküntüləri Cənubi Amerika Andlarında səciyyəvi aspid formasi-
yası ilə (Kembri- konqlomerat, gilli şistlərdən; Ordovik- qum daşindan, mergeldən və
əhəng daşından) ifadə olunmuşdur. Kembri çöküntülərinin qalınlıgı 1,5 m, Ordovikin
ısə- 5-7 km-ə çatır. Andlarda Silur çöküntüləri də aspid formasiyasından ibarətdir, qa-
lınlığı 1,0 km-ə çatır. Silurun sonu Devonun əvvəllərində baş verən Kaledon qırışıq-
lığı ilə əlaqədar olaraq, üst Paleozoy çöküntüləri alt Paleozoyun üzərinə qeyri-uygun
yatır. Serra-Pamnanın cənub yamacında alt Devonda tillitlərə rast gəlinir. Orta və üst
Devon çöküntülərı dəniz mənşəli qumlu-gilli çöküntülərdən ibarətdir. Devonun mak-
simal qalınlığı Boliviyada qeyd olunur və 5 km-ə çatır.
Mərkəzi Andlarda erkən Karbonda kontinental şərait saxlanılmışdır, dağarası
çökəkliklərdə müxtəlıf rəngli molass tıpli qırıntı çöküntülər toplanmışdır. And geo-
sinklinalının cənub və şimal seqmetlərində dəniz mənşəli terrigen (argillit, qrauvak-
ka), əhəngdaşı qatı toplanmışdır. Əsasən aspid formasiyasından ibarət olan bu çökün-
388
tülərin qalınlığı Argentına və Boliviyada 1,5 km, Kolumbiyada isə 1,0 km təşkil edir.
Orta Karbon-orta Trias (orta Pensilvani) çöküntüləri And geosinklınalının şimal his-
səsində əsasən karbonat formasiyasından (əhəngdaşı, argillit araqatı) ibarətdir. Kö-
mür qatlarına, turş tərkibli lava və tuflara rast gəlinir. Mərkəzi və Cənubi Andlarda
Perm qalınlığı 3,0 km-ə çatan kontınental mənşəli qırmızı rəngli qırıntı, karbonat çö-
küntüləri və vulkanogen törəmələrdən təşkil olunmuşdur. Dəniz yalnız Andların şi-
malında mövcud olmuş və burada qum, alevrit, əhəngdaşı, mergel toplanmışdır.
Mərkəzi və Cənubi Andlar Permin sonu, erkən və orta Triasda qırışıqlıq-dağlığa
çevrilmiş və burada orta Triasın sonu-gec Triasın əvvəlındə qalınlığı 4,0 km-ə catan
vulkanogen qat (andezit, riolit, bəzi sahələrdə bazalt tərkibli) toplanmışdır. Üst Trias
cənubda terrıgen, əsasən də gilli, şimalda isə karbonatlıdır.
Şimali Andlarda üst Trıas şərq istiqamətdə laqun-kontınental çöküntülərdən an-
dezit və riolitlərdən, onların tuflarından ibarətdir. Hersin orogenezindən sonra (orta
Triasdan) And əyaləti quru ərazisi olmuşdur. Yura dövrü Çili və Argentina rayonla-
rında evgeosinklinal zonada toplanan Yura yaşlı vulkanogen-çökmə qatın qalınlığı 12
km və daha çoxdur. Cənubi Andlarda (Kolumbiyada) Təbaşir çöküntülərının mak-
simal qalınlıga malikdir. Evgeosinklinal şəraitdə toplanmış terrıgen, bazalt, andezit
qatının qalınlığı 12 km-ə çatır.
Orogen SFK. Andlarda Paleogen dəniz mənşəli alt molassdan (qumlu-gilli çö-
küntülərdən) təşkil olunmuşdur, tuflara, vulkan külünə rast gəlinir. Dəniz mənşəli Pa-
leogen çöküntülərinin qalınlığı böyük intervalda dəyişir. Şimali-Qərbi Peruda Paleo-
sen-Eosenin qalınlığı 4,5 km-dir. Qərbi Ekvadorda Eosen-Pliosenin qalınlığı 9 km-ə
çatır. Qərbi Venesuelada yalnız Eosenin qalınlığı 6-7 km-dir.
Neogen çöküntüləri Andlarda əsasən kontinental mənşəlidir. Bolıvıyada toplan-
mış Neogen yaşlı kontinental molassın qalınlığı 10 km, Argentınanın şımal hissəsində
(Subandiy zonasında) isə 7 km-ə çatır.
Kolumbiyanın Qərb Kordilyerlərində, Peruda, Boliviyada vulkanogen mənşəli
Neogen komplekslərinə rast gəlinir. Plıosendə Andlarda intensiv qalxma güclənmiş
və depresya zonalarında prolyuvial, göl və piroklastik çöküntülər toplanmışdır. Plio-
sendə And vulkanizmi özünün kulminasiya nsqtəsinə çatır. Şimali və Cənubi Andlar-
da püskürən lava əvvəlcə liparit, dasit, andezit, sonra isə andezit-bazalt və bazalt tər-
kibli suxurların əmələ gəlməsinə səbəb olmuşdur.
Antropogendə Andlarda qalxma davam etmişdir. Antıl-Karib sahəsində toplan-
mış Dördüncü dövr çöküntülərinın qalınlıgı 2 km- dən çoxdur.
MAQMATİZM
Cənubi Amerıka Kordılyer qırışıqlıq sisteminin geoloji inkişaf tarixində bir neçə
maqmatik tsikillər ayırmaq olar.Erkən Kaledon diastrofizmi ilə əlaqədar olan Ordo-
vikin sonu-Sılurun əvvəlində baş verən maqmatizm qranitoid intruziyalarının, əsas,
ultraəsas suxurların yaranmasına səbəb olmuşdur. Erkən Hersin qırışıqlığı ilə əlaqə-
dar olaraq, növbəti maqmatizm Devonun sonu-Karbonun əvvəlində baş verir. Suxur-
ların tərkibində olan vulkan tufları Reolit-Dasit tərkibli lavaların olması da buna sü-
buttur. Son Hersin mərhələsində (orta Karbon-orta Trias) də maqmatizm davam et-
mişdir. Andezit-riolit tərkibli suxurlar, qranit, vulkanogen-plutonik assosiasiyalar
əmələ gəlir. Peruda, Boliviyada, Çilidə radiometrik yaşı 260±30 mln il olan qranito-

389
itlər vardır. Gec Trias-gec Yura zamanı baş verən Erkən Alp qırışıqlığında andezit,
riolit və onların tuflarının, qranit intruziyalarının baş verməsinə səbəb olmuşdur.
Gec Təbaşir epoxasında qranitoid batolitləri yaranmışdır. Maqmatizmin intensiv
təzahürü Alp qırışıqlığının son orogen mərhələsi ilə əlaqədardır. Miosendə baş verən
vulkanizm böyük sahələr əhatə edir və müxtəlif tərkibə (bazalt və andezitdən liparitə
kimi) malikdur. Epoxanın sonunda Peruda, Boliviyada, Kolumbiya Kordilyerlərində
ştoklar, diorit batolitləri, sienitlər, dasitlər təzahür etmişdir. Pliosendə vulkanizm özü-
nün kulminasiya nöqtəsinə çatmışdır. Lıparit, dasit, andezit, andezit-bazalt, bazalt tər-
kibli lavalar püskürmüçdür. Antropogendə Andlarda vulkanizm zəifləsə də, tamamilə
sönmür, hazırda fəaliyyətdə olan 30-a qədər vulkan qeyd olunur.
TEKTONİKA
Şimali Amerika kordilyerlərinə nisbətən Cənubi Amerika Kordilyerlərində en
istiqamətində struktur-formasiya zonallığı daha zəif ifadə olunmuşdur. Burada bütün
Fonerazoy ərzində saxlanılmış miogeosinklinal və evgeosinklinallar aydın ayrılmır.
CAA-nın quruluşunda şərqdən qərbə dogru aşağıdakı eninə zonalar ayrılır:
1. Fasiləli suband tipli ön çokəkliklər zolağı- şərqdə Venesueladan başlayıb
Magellan boğazı rayonuna kimi izlənilir.
2. Serra-Pampa kənar massivi- Cənubi Amerika platformasının əvvəl Hersin,
sonra Alp qırışıqlığının təsirinə məruz qalmiş ətraf hissəsini təşkil edir.
3. Şərqi Kordilyer zonası- Hersin qirişiqliğinin təsiri ilə intensiv qırışıqlıq və
dağəmələgəlməyə məruz qalmış, erkən Albda zəifləyən və Şimali və Mərkəzi Andlar-
da miogeosinklınal xarakter daşıyan ərazidir. Alp inkişaf mərhələsində regeneraisiya-
ya məruz qalan Epipaleozoy qaymasının qalıqları olan Pun və Mərkəzi And qayma-
ları da bu zonaya daxildir.
4. Qərbi Kordilyer zonası- Paleozoyda və Mezozoyda intensiv əyilməyə məruz
qalan əyalətdir (Şimali Andlarda evgeosinklinal “ofiolit” maqmatizmi ilə muçayət
olunan).
5. Sakit okean qarşısı Kaynazoy enmə zonası- Yalnız Şimali və qismən də
Mərkəzi Andlarda ayrılır və Şimali Amerika Kordilyerlərinin analoji zonasına uyğun
gəlir. Cənubi Amerika Kordilyerləri uzununa istiqamətdə en istiqamətindən fərqli
olaraq, hətta Şimali Amerika Kordilyerlərindən də daha aydin seçilən zonallıqla xa-
rakterizə olunur və onun quruluşunda şimaldan cənuba aşağıdakı seqmentlər ayrılır
(şəkil 8.2.1.1): Antil-Karib əyaləti, Şimali (Karib) Andlar; Mərkəzi Andlar; Cənubi
(Pataqon) Andlar; Cənubi-Antil qövsü; Skotiya dənizi.
Antil-Karib əyaləti- en istiqamətində uzanir və şimaldan Kuba adalarının sahili
və Puerto-Riko dərin su novu boyunca keçən qırılma, cənubda isə Cənubi Amerika
qitəsının şımal ətrafı boyunca keçən Oka dərinlik qırılması ilə sərhədlənir. Onlardan
birincisi Sakit okeanın Klarion və Meksika eninə vulkanik qurşağının, ikincisi isə Sa-
kit okeanın Klinnerton qırılmasının davamında yerləşir və onların hər ikisi şərqə
doğru davam edərək, Araliq Atlantik silsiləsinin quruluşunda əks olunur. Bu əyalətin
daxilində geosinklinal qırışıqlıq qurşaq iki əsas seqmentə- qövsvari əyimiş Antil və
S-vari Cənubi Amerika ayrılmışdir. Bu seqmentlərin arasında isə subokean tipli qabı-
ğa malik Karib dənizi cokəkliyi yerləşir. Antil-Karib vilayəti Kordilyer geosinklinal
qurşağının olduqca səciyyəvi seqmenti hesab olunur.

390
Şəkil 8.2.1.1. Cənubi Amerika Kordilyerlərinin (Andların) əsas
strukturlarının yerləşmə sxemi (V.E.Xainə görə).
1-Sahil sırası; 2-Serra-de-Madre; 3- Sera-Perixa; Şimali Andların Mərkəzi (4), Qərbi
(5), Sahil (6) Kordilyerləri; 7-Akra-Beni perikraton çökəkliyi; Mərkəzi Andların
Mərkəzi və Şərqi (8), Qərbi (9) Kordilyerləri; 10-Almillan qrabeni; 11-Baş Kordilyer;
12-Serra-Pampa massivi; 13-Neuken çökəkliyi; 14-Kordilyerləri; 15-Şimali Pataqon
massivi; 16-Cənubi Pataqon massivi; 17-Magellan çökəkliyi; 18-Şubuq-San-Xore
çökəkliyi; 19-Pataqon Sahilyanı Kordilyerləri.

391
Bu seqment öz inkişafına və quruluşuna görə qonşu şimal və cənub seqment-
lərindən, hiss olunacaq dərəcədə fərqlənir. Bununla belə, Antil-Karib vilayəti geoloji
inkişafına görə Şimali Amerika Kordilyerlərinə nisbətən Cənubi Amerika Kordilyer-
ləri ilə daha çox oxşarlıq təşkil edir. Antil-Karib vilayətinin səciyyəvi tektonik xüsu-
siyyəti onun okean arası vəziyyət tutması, şərqdə qitə platformaları arasında yerləşən
Kordilyerlərin əsas hissəsindən və qərbdə yerləşən okean platformasından əsaslı
surətdə fərqlənməsidir. Antil-Karib vilayəti bütün ərazısində evgeosinklinal rejimdə
inkişaf etmişdir.
Antil-Karib vilayətinin şimal sərhəddi Yukatan yarımadasının şərq sahili boyun-
ca izlənilən qırılma boyunca (meridional istiqamətdə) aparılır, sonra isə qabarığı şi-
mala olan yatıq qövs əmələ gətirərək Kuba və Hayitinin şimal sahillərindən keçərək
Puerto-Riko dərin su novuna kimi izlənir. Bu qırılma Antil qövsünün geosinklinal
sistemini Yukatan, Florida və Baham adaları platforma qaymasından, şərqdə isə At-
lantika okean vilayətindən ayırır.
Antil qövsünün şimal hissəsini Böyük Antil seqmenti təşkil edir. Bu seqment
şərqdə üç sərbəst qalxım zonasından ibarətdir. Bu qalxımlar Hayiti adalarında birləşir
və şərqdə Aneqad boğazına kimi izlənilən Böyük və Kiçik Antili bir-birindən ayırır.
Böyük Antil seqmentinin şimal qoluna Kuba adaları və Hayiti adalarının Şimali Kor-
dilyer antiklinoriumları daxildir. Kuba-Şimali Hayıti meqaantilinoriumu öz növbəsin-
də bir neçə kiçik ölçülü qalxımlardan ibarətdir.
Böyük Antil seqmentinin mərkəzi qolu Yukatan yarımadasının cənub-şərqində
yerləşən May dağından Britaniya Qondurasına kimi uzanır. Onun şərqə davamı isə
Hayiti Mərkəzi Kordilyer və Puerto-Riko qalxımına kimi aparıla bilər. Üst Paleozoy-
dan ibarət olan May qalxımı gec Hersin yaşlıdır.
Kubada və Puerto-Riko adalarında antiklinoriumun nüvəsində Təbaşir və alt
Paleogen vulkanitləri yer üzərinə çıxır.
Böyük Antil seqmentinin cənub qolu Qondurasın sahillərində yerləşən adalardan
başlayır, Nikoraqua sualtı silsiləsindən Yamayka adasına və Haitinin cənubi Kordil-
yerlərinə kimi davam edir, sonra mərkəzi qolla birləşir. Onun Kuba və mərkəzi qolla-
rı bir-birindən dərinliyi 4,8 km-ə çatan Yukatan hövzəsi ilə ayrılır. Bu hövzədə qabı-
ğın qalınlığı 9 km-ə çatır. Böyük Antilin orta və cənub qolları arasında dərinliyi 7
km-ə çatan Bartlett (Kayman) çökəkliyi yerləşir. Burada qabığın qalınlığı 4-6 km-ə
çatır. Böyük Antilin şərq qurtaracağı Puerto-Rikodan şərqdə yerləşən Virqin adaları
hesab olunur. Virqin adaları və Böyük Antil, Kiçik Antildən Aneqada boğazı ayırır.
Ümumiyyətlə, Aneqada boğazı Antil qövsünün sərbəst seqmenti hesab olunur.
Kiçik Antil bir sıra kiçik adalardan ibarətdir. Bu adaların şərq hisəəsi (xarici)
Əhəngdaşılı Karib, qərb hissəsi (daxili) isə Vulkanogen Karib adlanır.
Şimali And seqmenti. Bu seqment şimalda (Kolumbia və Venesuelada) geniş-
lənən (450 km-ə kimi), Ekvadorda isə sıxılan (100 km-ə kimi) bir sıra qırışıqlar siste-
mindən ibarətdir. Şimali And qırışıqlar sistemi Cənubi Amerika platformasının Qvia-
na qalxanından suband tinli ön çökəkliklə ayrılır. Bu zolaq bir birindən eninə qalxım-
larla ayrılan 3 həlqədən (Şərqi, Mərkəzi və Qərbi Kordilyerlər) ibarətdir. Bunlardan
nisbətən şərqdə yerləşən həlqəni Şərqi Venesuela və ya Orinok çökəkliyi təşkil edir.
Alt Paleozoy suxurlarından təşkil olunmuş El-Baul tağı Orınok və Apure-Barinas çö-
kəkliklərini bir birindən ayırır. Apure-Barınas və İkvitos çökəklikləri isə platformanın
392
bünövrəsinin şıxıntısından ibarət olan Serra-Makaren qalxımı ilə ayrılır. Qeyd olunan
bütün ön çökəkliklər bu tip tektonik strukturların səciyyəvi nümunəsi olub, əsasən
platformanın yamacında, perikraton enmə zonasında yerləşirlər.
Bu zonada Kembriyəqədər bünövrə az qalınlıga malik, dayaz dəniz mənşəli alt
Paleozoy eləcə, də kontinental mənşəli erkən Mezazoy və Təbaşir yaşlı karbonat-ter-
rigen çöküntülərlə ortülmüçdür. Orinok və İkvitos çökəkliklərində bünövrə 12 km-ə
qədər dərinlikdə yerləşir. Qviana qalxımının oxunun davamında yerləşən Apure-Bari-
nas çökəkliyində bünövrə nisbətən dayazda yerləşir.
Şimali Suband tipli çökəkliklər zolağı faktiki olaraq And qırışıqlıq zonasından
böyük qırılmalarla ayrıır. Şimali Andların digər əsas strukturlarından biri də Kembri-
yəqədər kristallik bünəvrə üzərində yerləşən, Kolumbiyanın Şərqi Kordilyerləri və
onun qolları Serra-De-Perixa, Serra-De-Merida (Venesuela Andı) hesab olunur.
Kolumbiyanın Şərqi Kordilyerləri Serra-De-Perixa ılə birlikdə müasir qırışıqlıq
quruluşuna görə miogeosinklinal zonalarda rast gəlınən qırışıqlıq sistemlərə aid olu-
nur. Əmələgəlməsinə görə Kolumbıyanın Şərqi Kordülyerləri Alp inversiya strukturu
olub, Mezozoy və daha qədim (PZ2+3) çökəkliyin yerində yaranmışdır.
Şimali And sistemində Kolumbiyanın Mərkəzi Kordülyerləri, onun cənub və şi-
mal davamı ilə birlikdə xüsusi yer tutur. Şərqi və Mərkəzi Kolumbiya Kordilyerləri
bir-birindən Maqdalen çayının dərəsinin dağarası çökəkliyi ilə ayrılır. Ensiz, lakin də-
rin asimmetrik sinklinorium formalı bu dağarası çökəklik bir sıra sahələrdə qraben-
anklinal xüsusiyyəti alır. Maqdalen dağarası çökəkliyi Paleogen və Neogen yaşlı kon-
tinental molassla dolmuşdur.
Qərbi Kordilyerlər (Ekvadorun eyni adlı Kordilyerlərinin davamı) Kolumbiya-
nın Mərkəzi Kordilyerlərindən Kauka-Patiya çökəkliyi ilə ayrılır. İnkişafına, tərkibi-
nə və quruluşuna görə Qərbi Kordilyerlər Mərkəzi Kordilyerlərdən kəskin fərqlənir.
Mərkəzi və Qərbi Kordilyerləri bir-birindən ayıran çökəklik (Real Kordilyeri) cənub-
da (Ekvadorda) ensiz Kito qrabeninə çevrilir.
Kolumbia və Ekvadorun Sakit okean qarşısı zolağında (Bolivar geosinklinalın-
da) Mezozoy və Kaynozoy yaşlı böyük qalınlığa malik çöküntülər toplanmışdır. Ko-
lumbiya daxilində Atrato-San-Xuan çökəkliyi və olduqca mürəkkəb quruluşa malik
Kolumbiyanın Sahil Kordilyer antiklinoriumu (Baudo silsiləsi) ayrılır.
Uzaq şimalda, Karib sahilləri sahəsində And strukturları əsasən en istiqamətin-
də, Karib çökəkliyinin cənub sərhəddinə paralel uzanır.
Ümumiyyətlə, Şimali Andın Şərqi, Mərkəzi və Qərbi Kordilyer qırışıqlıq sis-
temləri quruluşuna görə bir-birindən kəskin fərqlənirlər. Şərqi Kordilyer Kembriyə
qədər bünövrənin qalxmış vəziyyəti ilə xarakterızə olunur. Santander və Qarzon mas-
sivlərində bünövrə yer üzərinə çıxır, alt Paleozoy nisbətən zəif metamorfizmə qalsa-
da, üst Paleozoy demək olar ki, metamorfizmə məruz qalmamışdır.
Mərkəzi Kordilyer Kaledon və Hersin mərhələsindən irsi olaraq saxlanılan qalx-
ma ilə xarakterizə olunur. Kembrıyə qədər bünövrə böyük enməyə və Paleozoyun bü-
tün kəsilişi intensiv metamorfizmə məruz qalmışdır. Qərbi Kordilyer də Şərqi Kor-
dilyer kımi yeni əmələgəlmiş Alp strukturudur. Lakin bu miogeosinklinal deyil, ev-
geosinklinal rejimində inkşaf etmişdir.
Şimali And seqmenti (Karib) səciyyəvi geosinklinal sistemin daxılində yaran-
mış, şərq hissəsi miogeosinklinal, qərb hissəsi isə evgeosinklinal şəraitdə inkişaf et-
393
miş dərinlik strukturlarından ibarətdir. Şımali And seqmentində Andın bütün eninə
zonaları tam əks olunmuşdur. Şimal və Mərkəzi Andlarin sərhəddi eninə qırılmaların
subekvatorial zonası və Cənubi Amerika platformasının Amazon çökəkliyinin oxu
boyunca kəsən, Sakit okeanın Qalapaqos zonasina kimi davam edən enmə ilə sərhəd-
lənir. Şimali Andlarin uzanması cənubda cənub, cənub-qərbdən; şimal-şimal-şərqə,
şimalda isə qərb-cənub-qərbdən şərq-şimal-şərqə dəyişir. Şimal və Mərkəzi Andlarin
strukturlari demək olar ki, duz bucaq altinda qovuşurlar.
Mərkəzi And seqmenti. Bu seqment şimalda şimal-qərb cənub-şərq, cənubda
isə demək olar ki, submeredional istiqamətdə uzanır və Peru, Boliviya, Şimali Çili və
şimal-qərbi, qərbi Argenitina ərazisini əhatə edir. Mərkəzi Andlarda şimaldan cənuba
nəinki uzanma istiqaməti, eyni zamanda dağlıq sistemin ümumi quruluşu da dəyişir.
Onun daxilində ayrılan antiklinorium və sinklinoriumlar daha zəif ifadə olunurlar.
Boliviya və Perunun Şərqi və Mərkəzi Kordilyerləri quruluşuna görə vahid struktur
kimi ifadə olunur.
Şimali Andların davamında yerləşən suband önçökəkliklər zolağı Mərkəzi And-
ların boyunca əksər hissədə izlənilir və Kordilyerlərdən amplitudası 1,2-6 km arasın-
da dəyişən nəhəng regional qırılma ilə ayrılır. Bu çökəkliyin şərq və qərb qanadları
öz quruluşuna görə bir-birindən kəskin fərqlənirlər. Boliviya və Argentinada Neogen
molassı bilavasitə Paleozoyun və kontinental üst Triasın üzərində yatır. Şimali-Qərbi
Argentina intensiv əyilməyə məruz qalmışdır, burada gec Miosen-Pliosen ərzində qa-
lınlığı 7 km-dən çox olan göbuddənəli qırıntı materialı toplanmışdır.
Mərkəzi Andların nisbətən şərq elementi Boliviya və Perunun Şərqi və Mərkəzi
Kordilyerləri, Argentinanın Şərqi Kordilyerləri zonası təşkil edir. Bu zona Kolumbi-
yanın Şərqi Kordilyerlərinin davamında yerləşir və cənub istiqamətdə suband tipli
çökəkliklə birlikdə pazlaşır.
Mərkəzi Andların qərb zonası Perunun qərbi Kordilyerlərindən və Argentinanın
ön Kordilyerlərindən və Kordilyerlərqarşısından və eləcədə Çili və Argentinanın Baş
Kordilyerlərindən təşkil olunmuşdur. Bütövlükdə bu zolaq Kolumbiyanın Mərkəzi
Kordilyerlərinin və Ekvadorun Şərqi Kordilyerlərinin davamında yerləşir və ümu-
miyyətlə Andların ox hissəsinə aid olunur. Bu zonada alt və orta Paleozoy tam kəsili-
şə malikdir. Mərkəzi Andların şərq hissəsində qədim Pun qayması yerləşir. Mərkəzi
Andlar Cənubi Andlardan (Pataqoniya Andlarindan) Şimali Pataqon massivinin şimal
ətrafi boyunca izlənilən qırılma ilə ayrilir.
Cənubi (Pataqon) Andlar. Bu seqment Cənubi Amerika Kordilyerlərinin ən
ensiz hissəsi olub, demək olar ki, Pataqon Kordilyerlərindən və onun cənub davamın-
dan- Yanan Torpaq Kordilyerlərindən ibarətdir. Strukturun uzanmasi əvvəlcə Mərkə-
zi Andların Cənub hissəsində olduğu kimi saxlanilir (meredian istiqamətində), Ma-
gellan bogazi rayonunda şərq istiqamətində kəskin dönur və yanan torpaq daxilində
uzanma en istiqamət alir. Cənub istiqamətində Alp enməsinin rolu güclənir və səciy-
yəvi geosinklinal formasiyalar toplanır.
Cənubi Andların (Pataqon) əsas strukturları şimalda Valnarayso ratonunda yara-
nır və Yanan Torpaqa kimi uzanır. Üst Mezazoyun və Paleogenin əsasən dəniz mən-
şəli qırıntı karbonat və vulkanogen formasiyalarından ibarət olan Cənubi (Paltaqon)
Andları quruluşuna görə Ekvador və Kolumbiya Kordilyerlərinə yaxındır, yəni Şima-
li Andların qərb hissəsinin analoqudur. Özünün son qalxma vaxtına görə (Oliqosenin
394
sonu) Pantaqon Kordilyerləri Argentinanın baş Kordilyerlərindən olduqca cavan
olub, Kolumbiyanın Qərbi və Mərkəzi Kordilyerlərinin yaş nisbətini xatırladır. Pata-
qoniya Kordilyerlərinin quruluşu zəif intensivliklə, qırışıqlıqların en istiqamətli üstə-
gəlmə və əks-faylarla mürəkkəbləşməsi ilə seşlir. Buenos-Ayres gölünnün eni istiqa-
mətindən cənuba Pataqon Kordilyeri ön çökəkliklə müsayiət olunur. Cənub-şərq isti-
qamətində dərinləşən bu ön çökəklik Magellan çökəkliyi adlanır.
Qərbdə Pantaqon Kordilyerləri antiklinoriumu Sahil silsilə horst-antiklinorium-
undan Mərkəzi uzununa dərə qrabeni ilə ayrılır. Sahil Kordilyerlərinin quruluşunda
bir-birindən kəskin fərqlənən və uyğunsuzluqla ayrılan iki kompleks iştirak edir. Alt
kompleks Proterozoyun, alt, orta Paleozoyun metamorfik qatından, üst kompleks isə-
Yura və Təbaşirin dəniz, kontinental çöküntülərindən və vulonogen süxurlarından
ibarətdir. Sahil Kordilyerlərinin qalxması Oliqosenin sonunda başlamış və Pliosendə
yenidən fəallaşmışdır. Mərkəzi dərə qrabeni Pliosendə formalaşmışdır.
Cənubi Antil ada qövsu və Skotiya dənizi seqmenti. Bu seqment Antil qov-
sunu və Karib dənizini təkrar edir. Cənubi Antil ada qövsü Cənubi Sandviçev və ya
Skotiya qövsü adı ilə məlumdur. Onun şimal-qərb qurtaracağı Yanan Torpaq arxiela-
ğına, cənub-qərb qurtaracağı ilə isə Palmer yarımadasına, Qreyma Torpağına söykə-
nir. Cənubi Antil ada qövsü Cənubi Georgiya, Cənubi Sandvişev yarımadası və Cə-
nubi Orkneydən keşeərək, Cənubi Amerika və Antarktida qitələrini birləştirir. Cənubi
Antil qövsünün zirvəsi (Cənubi Sandviçev adaları adalanır) 8037 m dərinliyə kimi ça-
tan, dərin su novları ilə əhatə olunur. Cənubi Antil qövsünün daxilində okean tip qa-
bığa malik Skontiya dənizi yerləşir.
Cənubi Antil qövsünün kəsilişinin əsasını Paleozoy yaşlı, metamorfikləşmiş
vulkanogen-çökmə qat təşkil edir. Növbəti struktur kompleks üst Paleozoy və ya alt
Mezozoya aid olunan və Antil qövsünün hər iki cinahında qeyd olunan zəif metamor-
fikləşmiş qaruvakkalı qumdaşları hesab olunur. Cənubi Antil qövsü özünün şimal və
cənub qanadlarında onunla qonşu olan, Cənubi Andın qırışıqlıq sistemləri və Qərbi
Antarktidanın Alpidləri ilə olduqca oxşarlıq təşkil edir. Burada qədim, (çox ehtimal
ki, Baykal yaşlı) bünövrə zəif metamorfikləşmiş Paleozoy (Hersin), metamorfikləş-
məmiş Mezozoy (erkən Alp) qırışıqlıq kompleksi, Larami yaşlı, qranitlər və Kayno-
zoy vulkanitləri ayrılır. Bütün Faisrazoy ərində dayanmayan maqmatik fəaliyyət Cə-
nubi Antil qövsünə aydın ifadə olunan evgeosinklinal xüsusiyyəti verir.
Şimali və Mərkəzi Andlarda suband tipli ön çökəklik zonası ayrılır. Bu ön çö-
kəklik zonası Cənubi Amerika Platformasınn Qərb ətrafının perikranton əyilmə his-
səsində yerləşir və Şimali Argentina daxilində pazlaşır və qapanır. Lakin çox da sə-
ciyyəvi olmasa da Pantaqoniyada və səciyyəvi formada Magellan boğazında yenidən
meydana çıxır. Cənubi-Sandivçev dərin su novuna Magellan çökəkliyinin davamı və
(çöküntü ilə dolmayan) analoqu kimi baxıla bilər.
Şimali Andların daxilində miogeosinklinal zona tam inkişaf etmişdir. Kolumbi-
ya və Ekvatorda isə miogeosinklinal zona qalıq Hersin çökəkliyini təkrarlayır. Peruda
miogeosinklinal çökəklik öz sərbəstliyini itirir və platfomanın perikraton çökəkliyi ilə
birləşir. Uyğun olarq bu çökəkliyin inversiyası nəticəsində əmələ gəlmiş antiklinori-
um da (Kolumbiyanın şərq Kordilyerləri) sönür. Andlar Peruda, Boliviyada və Şımali
Argentinada Şərqi Kordilyerlərlə başlayır. Şərqi Kordilyer antiklınoriumunun Şimal
davamı Ekvadorun Şərqi Kordilyer və Kolumbiyanın Mərkəzi Kordilyer antiklinori-
395
umları (qurtaracaqları Serra-Nevadı- de Santa-Marta massivində yerləşən) ilə ifadə
olunmuşdur. Şimala doğru getdikcə bu Hersin qalxımı maksimal Alp enməsi dövrü
daha çox dənizlə örtülür. Bu geoantiklinaldan qərbə Andın evgeosinklinal zonası uza-
nır. Bu evgeosinklinal zona Şimali və Mərkəi Andlarda yaxşı ifadə olunmuşdur.
Onun daxilində inversiya yolu ilə Kolumbiyanın qərb Kordilyer, Ekvador, Peru, Ar-
gentinanın baş Kordilyer və Çili antiklinoriumuları yaranmışdır.
GEOLOJİ İNKİŞAF TARIXİ
Baykal mərhələsi (PZ3). Cənubi Amrikanın qərb geosinklinal qurşağının yaran-
ması çox ehtimal ki, gec Proterozoyun əvvəlinə təsadüf edir. İlk vaxtlar bu qurşaq
müasir And silsiləsinə nisbətən daha geniş olmuşdur. Fanerozoy And geosinklinalı
perikraton əyılmə zonasını və Cənubi Amerikanın Pampo-Pataqon plitəsinidə əhatə
etmişdir. Erkən Baykal diastrofizmi nəticəsində qurşağın şərq ətrafı konsolidasiyaya
məruz qalır və Braziliya-Qviana meqaqalxımına birləşir. Bu özünü Serra-Şikvitos ra-
yonunda daha aydın göstərir. Bu geosinklinal qurşağın qərb hissəsində və Pampo-Pa-
taqon plitəsində tamamlayıcı son qırışıqlığın yaşı və onun bünövrəsinin metamorfiz-
mi, nisbətən cavan olub, gec Baykal yaşlıdır. Ona görə də Fanerozoyda inkişaf edən
And geosinklinalının sərhədləri Paleozoyun əvəlində (orta Kembridə) gec Baykal
qırışıqlığı və metamorfizmi nəticəsində yaranmışdır. Serra-de-Makaren rayonunda qı-
rışmış, metamorfikləşmiş və intruziyalarla yarılmış üst Proterozoy zəif dislokasiya
olunmuş, örtülmüşdür. Baykal qırışıqlığı ilə əlaədar olan, konsolidasiya Andın ərazı-
sində baş vermiş olsa da yalnız müvəqqəti xarakter daşımışdır. Belə konselidasiyanın
yayıldığı sahəyə Çilinin Sahil Kordilyerlərini göstərmək olar.
Kaledon mərhələsi (Є-S). Nəzərə alaraq ki, Andlarda fauna qalıqlarına görə tə-
yin olunmuş ilk çöküntülər orta və üst Kembriyə aid olunur. Gec Baykal qırışıqlığın-
dan sonra erkən Kembridə And geosinklinalının böyük hissəsinin okean səviyyəsin-
dən yuxarıda yerləşdiyini söyləmək olar. Lakin orta, son Kembri və xüsusən də Ordo-
vikdə dəniz geosinklinalın bütün ərazisini, qismən də perikraton əyilmə zonalarını
əhatə etmişdir. Andlarda alt Paleozoy səciyyəvi aspid formasıyasından (qara gilli şist-
lər, konqlomeratlar, qumdaşı, mergel və əhəngdaşı) ibarətdir. Çöküntülərin təkibinin
analizi Kembriyə nisbətən Ordovikdə dənizin dərinliyinin artığını söyləməyə əsas ve-
rir. Kembri və Ordovik çöküntülərinin qalınlığı Şimali Argentinada, Boliviyada mü-
vafiq olaraq1,5 km və 5-7 km-ə çatır.
Erkən Kaledon qırışıqlığı ilə əlaqədar olaraq, Ordovikin sonu və Silurun əvvəl-
lərində böyük qalxma və dənizin reqressiyası baş verir. Geosinklinal qurşağın cənub
hissəsində qalxma geosinklinalın şərq ətrafı boyunca qayma qırışıqlığı ilə müsaiət
olunur. Şimali Andlarda Kaledon qırışıqlığının nəinki qalxmada hətta qırışıqlıq regio-
nal metamorfizm və Şərqi, Mərkəzi Kolumbiya Kordilyerlərinin qranitoid intruzıya-
larının əmələ gəlməsində mühüm rol oynamışdır.
Silurun ortalarına Mərkəzi və Cənubi Andalarda dəniz hövzəsi kıfayət qədər öz
ətrafını bərpa etmişdir. Ümumiyyətlə Silur dövrü Andlarda alt Paleozoyun aspid for-
masiyasının davam etməsi qeyd olunur. Boliviya və Argntina Kordilyerlərində Silu-
run qalınlığı 1,0 km-ə çatır. Kolumbiya Andlraında Kaledon qalxımı ilə əlaqədar ola-
raq, Silur ümumiyyətlə iştirak etmir. Gec Kaledon diastrofizmi ilə əlaqədar olaraq,
gec Silur və Devonun əvvəlində And geosinklinalı qalxmaya və dənizin ümumi req-

396
ressıyasına məruz qalır. Bu mərhələdə qeyd olunan qırışıqlıq mərkəzi və Cənubi
Andlara toxunmamışdır.
Erkən Hersin mərhələsi (D-C1). Erkən Devonun ortalarında və ya orta Devonun
əvvəllərində dəniz müasir And vilayətınə qayıtmışdır. Serra-Pampanın qərb yamacın-
da alt Devonda, tillitlərə rast gəlinir. Orta və gec Devonun əvvəlində transqressiya
özünün maksimumuna çatır. Boliviyada Devonun qalınlığı, 5,0 km-ə çatır. Devonun
sonu, Karbonun əvvəli And geosinklinalında növbəti qalxma ilə xarakterizə olunur.
Bu mərhələdə qeyd olunan qalxma, Kaledona nisbətən daha intensiv olmuş və qırı-
şıqlıq ilə müşayiət olunmuşdur. Qeyd olunan qırışıqlıq özünü mərkəzi və cənubi
Andlarda daha da intensiv göstərmişdir. Mərkəzi Andlar bütün erkən Kabon epoxası
ərzində quru olmuşdur. Burada Akad qırışıqlığı nəticəsində qismən buzlaşmaya mə-
ruz qalan dağ silsilələri yaranmışdır. Geosinklinalın cənub və şimal seqmentlərində
kontinental çöküntülər dəniz mənşəli terrigen çökəkliklərlə əvəz olnur. Burada möv-
cud aspid formasiyasının toplanması davam etmişdir. Formasiyanın qalınlığı Argen-
tina və Boliviyada 1,5 km, Kolumbiyada isə 1 km təşkil edir. Erkən Karbonun sonu,
orta Karbonun əvvəlində yenidən Avropanın Baş Hersin dağəmələgəlmə fazasına uy-
ğun olaraq, qalxma hərəkətlərinin bərpa olunması qeyd olunur. Lakin burada Akad-
Breton diastrofizmi ilə müqayisədə nisbətən məhdud xarakter daşıyır. Nisbətən inten-
siv qalxma cənubda Qərbi Argentinada, Çilinin Sahil Kordilyerlərində, şimalda isə
Kolumbiyanın Santander massivində qeyd olunur.
Son Hersin mərhələsi (C2-T2). Bu mərhələdə Şimali Amerika bölgüsü ilz orta
Pensilvani, And geosinklinalı yenidən əyilməyə başlayır. Lakin Mərkəzi Andlaın cə-
nub sahəsi- dağlıq Bolıvıya, Punlar, Şimali Çilidə Baş Kordilyerlər, və onun cənubi
Pruda davamı qalxma ilə xarakterizə olunmuşlar. Geosinklinalın şimal yarısında, orta
Pensilvani çöküntüləri əsasən karbonat formasiyası ilə ifadə olunmuşdur. Eyni tərkib-
li çöküntülərə Andların cənubunda da rast gəlinir. Cənubda dəniz çöküntüləri qırmızı
rəngli kontinenetal çöküntülərlə əvəz olnnur. Karbonun sonunda (son Pensilvani za-
manı) qalxma hərəkətləri Çili və Pun-Serra-Pampa qaymasının sahili ətrafı istisna
olunmaqla, yenidən Mərkəzi Andları əhatə edir. Serra-Pampa güclü buzlaşmanın
mərkəzinə çevrilir. Erkən Perm epoxasının əvvəllərində buzlaşma, yoxa çıxır. Əyilmə
güclənir və Mərkəzi Andların ayrı-ayrı hissələri istisa olunmaqla bütün geosinklinala
yayılır. Orta və üst Karbona nisbətən karbonat fasiyası daha geniş yayılır.
Gec Perm epoxasında şərait yenidən kəskin dəyişir. Bu zaman Hersin tektoge-
nezinin tamamlayıcı fazası başlayır və bütün And geosinklinalını əhatə edir. Mərkəzi
Andlarda hərəkətlər daha intensiv olmuşdur. Kolumbiyanın şərqi Kordilyerlərinin və
Perunun Mərkəzi Kordilyerlərinin yerində, dağlıq Boliviyada ön çökəklik irəliləmək-
də davam etmişdir. Gec Hersin qırışıqlıq hərəkətləri Şimali Andlarda da kifayət qədər
güclü olmuşdur. Məkəzi və Cənubi Andlarda Permin sonu, erkən və orta Triasda ha-
disələr əvvəlki kimi inkişaf etmiş və ərazi qırışıqlıq-dağlıq sistemə çevrilmişdir. Orta
Triasın sonu gec Triasın əvvəlində burada maksimum vulkanizm qeyd olunur.
Erkən alp mərhələsi (T3-J3). Alp mərhələsinin başlanması ilə gec Triasdan (Kor-
niy-Noriy) etibarən əyilmə yenidən intensivləşir, bu transqressiya geosinklinalın şi-
mal hissəsində, (Qərbi Venesueladan və Qərbi Kolumbiyadan Cənubi Boliviyaya ki-
mi) geniş yayılmışdır. Perunun Qərbi Kordilyer-Çilinin baş Kordilyer zonası və Ar-
gentina-Pataqon Kordilyerləri qalxmaqda davam etmişdir. Triasın sonu (Ret) yeni
397
qalxma ilə xarakterizə olunur. Qalxma hərəkətləri And geosinklınalının cənub hissə-
sində daha intensiv olmuşdur. Gec Triasdan başlayaraq Şimali Andların şərq və qər-
bində nisbətən əsaslı dəyişirikliklər baş verir. Belə ki, əgər bu vaxta kimi əsas enmə
geosinklinalın şərq yarısında gedirdisə, Mərkəzi Kordilyerdən cənuba da quru sahəsi
ya da okean sahəsi olduqsa, gec Triasdan başlayaraq qərb hissə nisbətən intensiv əyil-
mə və effuziv vulkanizmlə müşayiət olunan çökütütoplanma ilə xarakterizə olnur. Bu
isə evgeosinklinal rejimin bərpa olduğunu göstərir. Şimali Andların şərq hissəsində
isə Yuranın sonuna kimi qalxma üstünlük təşkil edir, sonra isə miogeosinklınal rejim
bərpa olunur. Erkən Yurada (Leyasda) qitənin sahil zonasında şimaldan cənuba trans-
qressiya inkşaf etməyə başlayır, Sinemyur-Plinsbaxda dəniz Yanan Torpaqa çatır.
Domer Toar əsrində geosinklinalın şimal hissəsi yenidən qalxmaya məruz qalır. Orta
Yuranın əvvəli (Bayosda) dəniz demək olar ki, özünün Sinemyur-Plinsbaxda olan
sərhədlərini bərpa edir. Kimmericdə And orogenez epoxası ilə əlaqədar olan (Neva-
diy, yeni Kimmeri fazası) reqressiya başlayır, gec Kimmericdə qalxma maksımuma
çatır (xüsusən də Mərkəzi Andlarda), vulkanizm fəaliyyəti daha da güclənir.
Orta Alp mərhələsi (Titon-Paleosen). Bu mərhələdə uzun müddətli olmasa da
And orogen epoxasında qalxma olduqca intensiv olmuşdur. Titonda yenidən qalxma
əyilmə ilə əvəz olunur və bu əyilmə alt Təbaşir ərzində tədricən artır. Titon zamanı
dəniz Şimali Andların cənub hissəsini və Mərkəzi Andların yalnız sahil zolağını əhatə
etmişdir. Neokomda dəniz Çilinin-Argentina Andlarının Baş Kordilyerlərindən şərqə
və Perunun Qərbi Kordilyerlərinə yaylır. Peru Andlarının şərq yamacında və Ekva-
dorda kontinental qumlu süxurlar toplanır. Perunun Şərq Kordilyerlərinin və Ekvado-
run, Kolumbiya Kordilyerlərinin mərkəzi və cənub hissələrində ayrı-ayrı qalxımlar
saxlanılmış və aşınmaya məruz qalmışdır. Erkən Təbaşirin sonunda (Albda) dəniz
geosinklinalın bütün şimal hissəsini örtmüşdür.
Antda Mərkəzi və Qərbi Kordilyerlərdə başlayan qalxma ilə əlaqədar olaraq Üst
Moqdalina və Marakaib massivləri, Lyanos rayonunda platformanın ətrafı enməyə
başlayır və eləcədə evgeosinklinalda maksimal enmə zonası yerini Qərbi Kordilyer-
lərdən Atrato-San-Xuan çökəkliyinə dəyişir. Mərkəzi Andlarda, Peruda və Boliviya-
da dayaz dəniz şəraiti bütün erkən Təbaşir ərzində saxlanılmışdır. Tərkibinə və for-
masiya xüsusiyyətinə görə alt Təbaşir çöküntüləri üst Trias və Yuradan olduqca fərq-
lənir. Gec Təbaşir epoxasının birinci yarısında (Senoman-Konyak) geosinklinalın
mərkəzi, cənub və şimal seqmentləri arasında olan fərq daha da aydın ifadə olunur.
Gec Konyak-erkən Santonda And geosinklinalının bütün uzunluğunda (Karibdən
Pataqoniyaya kimi) qalxma qeyd olunur. Kolumbiya Mərkəzi Kordilyerinin və Ekva-
dorun Real Kordilyerlərinin qalxması ilə əlaqədar olaraq, geosinklinalın şimal seq-
menti iki çökəkliyə (intrageosinklinala) ayrılır. Eyni zamanda dağarası Maqdalen çö-
kəkliyidə formalaşır. Mərkəzi seqmentdə Perunun Qərbi və Mərkəzi Kordilyerləri və
Argentınanın qalxması başlayır.
Gec Alp mərhələsi (Danimarka-Paleogen). Erkən orogen mərhələsi Eosen və
Oliqosenin birinci yarısından xüsusi transqressiyalarla pozulsa belə tədricən qalxma-
nın genişlənməsi qeyd olunur. Bolivar və Magellan ıntrogeosinklinallarında, Şərqi
Venesuela ön çökəkliyində və Marakaib dağarası çökəkliyində dəbniz rejimi saxlanıl-
mışdır. Orta Olıqosendə Mərkəzi və Cənubi Andların sərhəddində Atlantik və Sakit
okeanlarını birləşdirən boğaz fəaliyyətdə olmuşdur.
398
Orta Eosen-gec Eosenin əvvəlində Paleogendə ən maksimal transqressiya baş
vermişdir. Eosen və Oliqosenin sərhəddində Trinidaddan Potoqoniyaya kimi bir çox
rayonlarda qalxma qırışıqlıq baş vermişdir. Bəzi sahələrdə bu hərəkətlər orta Oliqose-
nə kimi davam etmişdir. Gec Oliqosen-erkən Miosendə növbəti xüsusi transqressiya
başlayır . Neogen-Antropogen dövrü Alp qırışıqlığının son orogen mərhələsini təşkil
edir. Oliqosenin sonu-Miosenin əvvəlində Andın tmamlayıcı qalxması başlayır. Orta
və gec Miosen ərzində Kolumbiyanin Şərqi Kordilyerlərinin son qalxması baş verir
və dəniz Boliva introgeosinklınalından Marakaib dağarası və Qərbi–Venesuela ön çö-
kəkliyindən sıxışdırılmışdır. Ön çökəkliklər cənuba Argentinaya kimi genişlənmiş və
Cako-Pampa çökəkiyi ilə birləşmişdir.
Miosendə qalxma bir neçə fazada (erkən və orta, orta və gec Miosenin, xüsusən
də Miosenin və Pliosenin sərhəddində) baş vermiş və bir sıra rayonlarda (Perunun
Mərkəzi və Şərqi Andlarında, dağarası Marakaib çökəkliyində və Trinidad, Qərbi Ve-
nesuela, Boliviyanın Suband zonasının ön çökəkliklərində), qırışıqlıq, digər rayon-
larda isə əsasən qayma hərəkətlərinə səbəb olmuşdur.
Cənubi Andlarda vulkanizmin təzahürü Paleogendə, Pataqoniya Kordilyerlərin-
də Eosenin əvvəlində; Çilinin Baş Kordilyerlərində (Argentina Andlarında) Oliqo-
senin ortalarında; Peru və Ekvadorda gec Eosen və Oliqosendə baş vermiş olsa belə,
Miosen Andlarda intensiv yerüstü vulkanizmin yayıldığı birinci epoxa hesab olunur.
Belə ki, Kolumbiyadan tutmuş Potoqoniyaya kimi, eyni vaxtda bütün And sistemi
boyunca regional miqyasda maqmatizmin təzahürü yalnız Miosendə baş vermişdir.
Pliosendə qalxma hərəkətləri yenidən kəskin intensivləşir və Andlarda əsasən
qayma qırışıqlığına səbəb olur. Pliosenin əvvəllərində Ekvadorda, Peruda, Çilidə en-
siz, uzununa çökəkliklərin (qrabenlərin) yaranması başlayır. Pliosenin ortalarından
qalxma hərəkətləri güclənir və artıq Pliosenin sonunda özünün maksimal intensivliyi-
nə çatmışdır. Artıq bu qalxma Mərkəzi və cənubi Andların Subad silsilələrinə yayıl-
mışdır. Pliosen And vulkanizminin kulminasiya epoxası hesab olunur. Şimali, Mərkə-
zi və Cənubi And vulkanlarının nisbətən intensiv fəaliyyəti bu vaxta təsadüf edir.
Antropogendə tağ-qayma qırışıqlığı davam edir. Pataqon Andlarında qalxmanın
2,0-3,0 km-ə, Kolumbiyanın Kordilyerlərində 2,5 km, Punada isə 4,5-4,8 km-ə çat-
mışdı. Bu mərhələdə vulkonizm zəifləsədə təmamilə sönmür və hal hazırda Andlarda
fəaliyyətdə olan 30 vulkan vardır.
FAYDALI QAZINTILAR
Bu ərazi zəngin faydali qazintilara malikdir. Venesuelanin şimalinda, Ekvador,
Peru, Argentina və And qarşisi çökəklikdə Oliqosen-Miosen, Eosen və Təbaşir yaşli
çöküntülərlə əlaqədar zəngin neft və qaz yataqlari istismar olunur. Çili və Peruda iri
mis, Venesuela, Çilidə dəmir, Çili və Peruda molibden, Boliviyada qalay, Venesue-
lada boksit yataqları aşkar olunmuşdur. Bu faydalı qazıntılar əsasən Mezozoy və
Kaynozoy yaşlı çöküntülərlə əlaqədardır. Qeyd olunan faydalı qazıntılardan əlavə
burada qızıl, Platin, gümüş, civə, kobalt, almaz və başqa faydalı qazıntılarda vardır.
Cənubi Amerika Kordilyerləri zəngin tikinti materiallarına malikdir.

399
8.3. ARALIQ DƏNİZİ QURŞAĞININ ALP QIRIŞIQLIQ ƏYALƏTLƏRİ
Qitələrarası tipə aid olan Aralıq dənizi qırışıqlıq qurşağı Yer qabığının ən nə-
həng qırışıqlıq qurşaqlarından biri hesab olunur. Qədim Lavrasiya və Qondvana plat-
formalarını ayıran bu qırışıqlıq qurşaq en istiqamətində qəbdə Atlantik okeanından
başlayaraq şərqdə İndoneziyaya qədər uzanır. En istiqamətdə 8000 km məsafədə uza-
nanan bu qurşahın eni kəskin dəyişərək bəzi sahələrdə 1000 km-ə çatır.
Avrasiya və Afrika-Ərəbistan qitələri arasında yerləşən Aralıq dənizi qurşağın
hududlarında Qərbi Aralıq dənizi (Pireneylər, Betkardilyerləri, Er-Rif-Telp, Atlas,
Apenninlər); Şərqi Aralıq dənizi (Karpatlar, Balkanlar, Qərbi Pontidlər, Dinaridlər,
Ellinidlər); Anadolu-Kiçik Qafqaz-İran (Kiçik Qafqaz, Zaqros); Krım-Böyük Qafqaz-
Kopetdaq; Əfqan-Benuşistan-Pamir; Himalay-Tibet; Hind-Çin; İndonöziya Alp qı-
rışıqlıq vilayətləri ayrılır (qərbdən şərqə doğru) və muasir aktivləşmə vilayəti (Qərbi
Avropa rift sistemi) ayrılır. Alp qırışıqlıq qurşağı əsasən 2 hissəyə bölünür:
1. Şimal hissə- Pirineylərdən, Alplardan, Karpatlardan, Balkanlardan, Qərbi
Pontidlərdən, Kiçik Qafqazdan keçərək Əfqanıstanın Fərəhrud zonasından mərkəzi
və Cənub-Şərqi Pamirə və Kara Koruma qədər uzanır. Şərti olaraq bu hissəyə Elbrus
və Aladaq-Binalud sistemləri, Mərkəzi Tibet, Yunnan sistemləri də daxidl edilə bilər.
2. Cənub hissə- qərbdə Bet Kordilyerlərindən başlayapar Balear arxipelağını,
Sardinyanı və Korsikanı, Alpları, Apeninləri, Hibraltar qövsünu, Er-Rif-Teli, Atlası,
Sişlyanı, Kalabrianı, Dinaridləri, Ellinidləri, Tavridləri, Zaqrosu, Oman və Makranı,
Bslüçistan Silsiləsini, Xəzəri əhətə edərək Himalaya çatır. Cənub-şərqdə bu zonaya
Andaman və Kikobar arxipelaqlarını, Zond-Birma qövsünü əhatə edən Hind-Birma
silsiləsi qoşulur.
Alp qırışıqlıq qurşağının müstəqil bir hissəsi kimi qərbdə Karpatlara çatmadan
sönən Şimali Dobruca-Krım-Böyük Qafqaz-Kopetdağ zonası ayrılır. Şərqdə bu zona
şimaldan Aladaq-Binamud sisteminə birləşərək şimal ətrafının Kimmeritləri ilə qovu-
şur. Alp qurşağının qərb və ucqar şərq hissəsində Aralıq dənizi, Qara dəniz, Xəzər
dənizi, Oman körfəzi, Sulu dənizi, Sulavesi, Banda və Seran dənizlərinin çökəklikləri
yerləşmişdir. Bu çökəklər əsas etibarı ilə Alp qırışıqlıq qurşağının orogen inkişaf
mərhələsidə yaranmışdır. Alp qırışıqlıq qurşağı ofiolitlərin geniş yayılması; gec Yu-
ra-Paleogen yaşlı filişlərin geniş yayılması; şaryajların və üfüqi yerdəyişmələrin geniş
yayılması; Alp orogen vulkanizminin və qranitaid plutonizminin əvvəlki tektokik-
maqmatik mərhələlərə nisbətən zəif olması ilə səciyyələnir.

8.3.1. QƏRBİ VƏ ŞƏRQİ ARALIQ DƏNIZİ QIRIŞIQLIQ VİLAYƏTLƏRİ


STRATİQRAFİYA
Aralıq dənizi qurşağının Qərbi və Şərqi Aralıq dənizi qırışıqlıq əyalətlərinin
geoloji quruluşunda onun inkişafının başlıca mərhələlərini əks etdirən aşağıdakı
struktur-formasiya kompleksləri ayrılır (cədvəl 8.3.1.1 və 8.3.1.2).
Qurşağın Hududlarında Arxey-alt Proterozoy törəmələri İspaniyanın mərkəzində
(Syerra-Morena), Portuqaliyanın şimalında, Qalisiyada, Yunanıstanın şimalında, Bal-
kan yarımadasında, Rumıniyada, Himalayda, Pamirdə və Qafqazda öyrənilmişdir və
qneyslərdən, qranitlərdən və muxtəlif kristallik şistlərdən ibarətdir. Çex və Fransanın
Mərkəzi massivləri arasındakı sahədə üst Proterozoy ümumi qalınlığı 12 km-ə çatan

400
aspid şistlərindən, qumdaşılardan, effuzivlərdən və silisli süxurlardan təşkil olunmuş-
dur. Cənubi Karpatlarda, Cənubi Dobrucada, Kiçik Asiya massivlərində, Balkanlarda
üst Proterozoy yaşlı şistlərdən ibarətdir.
Cədvəl 8.3.1.1.
Yaşı
№-si Struktur-formasiya kompleksi (SFK)
Qərbi Aralıq dənizi
1 Bünövrə AR – R
Kaledon-Hersin Є-P
2 Geosinklinal
Alp
3 Kvaziplatforma Alp
4 Hersin P- Q
Orogen
Alp N2- Q

Cədvəl 7.3.1.2.
Yaşı
№- Struktur-formasiya komplek-
Dinar-Ellid və Tav-
si si (SFK) Karpat-Balkan
ridlər
1 Bünövrə AR - R2 AR - R2
Riftogenez R3- Є R3- Є2
Kaledon-Hersin O - C1 O- C1
2 Geosinklinal
Alp J2 - P T- P
3 Kvaziplatforma T1- J1
4 Hersin C2-P PZ3
Orogen
5 Alp N11 - Q N13 - Q

Ardenlərdə Kembri sistemi qalınlığı 2,7 km olan qumdaşılarından, aspid şistlə-


rindən və silisli süxurlardan, Çex-Fransa massivlərində isə qalınlığı 2 km-ə çatan
konqlomeratlardan, qumdaşılarından və vulkanogen süxurlardan təşkil olunmuşdur.
Montan-Puar dağlarında, Pireneylərdə, Pireney yarımadasında, Sardiniyada, Məra-
keşdə, Cənubi Karpatlarda, Dinaridlərdə və Balkan yarımadasında alt Kembri qumda-
şı və əhəngdaşılardan, orta Kembri- əhəngli şistlərdən, üst Kembri isə qumdaşı və
gilli şistlərdən ibarətdir. Bu ərazilərdə Kembri sisteminin qalınlığı 3 km-ə çatır.
Armorikan massivində Ordovik qumdaşı, argillit, əhəngdaşı və effuziv süxurla-
rından ibarət olub, qalınlığı 2 km-ə çatır. Fransa-Çex massivində Ordovik konqlome-
ratlardan, gilli şistlərdən, silisli süxurlardan və effuzivlərdən təşkil olunmuşdur. Bu-
rada da Ordovikin qalınlığı 2 km-ə çatır. Atlas dağlarında, Pireney yarımadasında,
Sardiniyada, Alplarda, Karpatlarda, Dinarlarda və Balkan yarımadasında Ordovik sis-
temi qumlu-gilli və vulkanogen formasiyaları ilə səşiyələnir. Bu formasiyaların umu-
mi qalınlığı 4 km-ə çatır. Armorikan massivində, Ardennlərdə, Sudetlərdə, Orta Pom-
pa Silsiləsində Silur sistemi qumdaşılardan, qara gilli şistlərdən və əhəngdaşılardan
ibarət olub, 500 m qalınlıqa malikdir. Fransa-Çex massivində qalınlığı 700 m-ə çatan
Silur sistemi diabaz və əhəngdaşı araqatlı gilli şistlərdən təşkil olunmuşdur. Qurşağın
cənub geosinklinal çökəklikləri sistemində Silur qalınlırı 2 km-ə çatan qumlu-şistli və

401
terrigen (Qərbi Aralıq dənizi, Dinaridlər), vulkanogen araqatlı çökmə süxurlardan
(Alplar, Karpatlar, Balkanlar) ibarətdir.
Kiçik Asiya geosinklinal vilayətində (Türkiyə, və s.) alt Paleozoy iki tip kəsilişlə
səşiyələnir. Birinci tip kəsilişdə alt Paleozoy az qalınlıqlı kvarsitlərdən, qumdaşı-
larından, argillitlərdən, əhəngdaşılardan və dolomitlərdən; ikinci tip kəsilişdə isə bö-
yük qalınlıqlı (10 km-dən çox) evgeosinklinal və miogeosinklinal mənşəli qumlu-şist-
li süxurlardan, əhəngdaşılarından, turş və əsas vulkanogen törəmələrdən təşkil olun-
muşdur. Ardenlərdə, Reyn Şist və Filiz dağlarında, Qarsda, Sudetlərdə, İspaniyada,
Portuqaliyada, Şərqi Alplarda, Qərbi Karpatlarda, Balkanlarda və Dinaridlərdə qalın-
lığı 8 km olan Devon sistemi geosinklinal formasiyalardan ibarətdir. Fransa-Çex mas-
sivində Devonun alt hissəsi əhəngdaşılardan, üst hissəsi isə kontinental mənşəli terri-
gen süxurlardan təşkil olunmuşdur. Anadolu dağlarında, Devon sistemn vulkanogen-
çökmə formasiyası ilə səşiyyələnir və qalınlığı 6 km-ə çatır. Qurşağın Avropa geo-
sinklinal vilayətində alt Karbon- terrigen süxurlardan (Kulma) ibarətdir.
Şimal geosinklinal çökəkliklər sistemində kulma qumdaşı, əhəngdaşı və mergel
araqatlı gilli şistlərdən ibarət olub, qalınlığı 5 km-ə çatır. Şimali Ardenlərdə, Belçika-
da və Şimali Fransada Kulma az qalınlıqlı əhəngdaşılarından təşkil olunmuşdur. Ana-
loji tərkibə malik alt Karbon (Dinanta) Cənub çökəkliklər sistemində də yayılmışdır.
Qurşağın Avropa geosinklinal vilayətində orta-üst Karbon qumdaşı, argillit, alevrolit,
gilli şist, daş kömür və əhəngdaşı növbələşməsi ilə səşiyyələnir. Bu növbələşmənin
qalınlığı 5 km-dir. Kiçik Asiya geosinklinal vilayətində alt Karbon vulkanogen-çök-
mə, orta-üst Karbon isə molass formasiyalarından ibarətdir. Bu formasyaların qalınlı-
ğı muvafiq olaraq 3 və 2 km-dir. Qurşağın Avropa geosinklinal vilayətində alt Perm
molass (3 km qalınlıqda), üst Perm- "Tsexşteyn" isə (1 km qalınlıqda) formasiyaları
ilə səşiyələnir. Asiya geosinklinal vilayətində qalınlığı 10 km-dən çox olan Perm
sistemi konqlomeratlardan və vulkanitlərdən ibarətdir.
Alp qırışıqlıq vilayətinin şimal xarici zonasında (Pireneylər, Alplar, Karpatlar)
Trias sistemi qumdaşılarından, dolomitlərdən, anhidritlərdon, bazaltlardan və tuflar-
dan (alt Trias), silisli süxur araqatlı əhəngdaşlarından (orta-üst Trias) təşkil olunmuş-
dur. Burada Triasın qalınlığı 4 km-ə çatır. Cənub xarici zonada (Er-Rif, Tel, Atlas,
Qərbi və Şərqi Tavr və s. dağlar) alt Trias qumdaşı və əhəngdaşlarından, orta Trias
əhəngdaşı və dolomitlərdən, üst Trias isə gilli şistlərdən, əhəngdaşı və dolomitlərdən
təşkil olunmuşdur. Burada yiasın ümumi qalınlığı 1,4 km-dir.
Qurşarın daxili zonasında (Apeninlər, Dinarlar, Pontidlər, Serbiya, Makedoniya,
Anadolu) qalınlığı 500 m olan Trias sistemi Karbonat və karbonat-terrigen süxurlar-
dan ibarətdir. Qərbi Avropa platformasında alt Trias (550 m) qumdaşlarından, orta
Trias (275 m) əhəngdaşı və dolomitlərdən, üst Trias isə (400 m) qumdaşı, mergel, kö-
mürlü gil və dolomitlərdən təşkil o1unmuşdur. Skif və Cənubi Turan plitalarında Tri-
as sistemi qalınlığı 150-2000 m arasında dəyişən vulkanogen-çökmə, Mərakeş və İbe-
riya plitalarında isə qumlu-gilli (400 m) süxurlardan ibarətdir.
Şimal xarici zonada Yura sistemi effuziv suxurların araqatlarınadan ibarət kar-
bonatlı-terrigen (4 km-ə qədər), cənub xarici zonada isə gilli şistlərdən və qumdaşla-
rından (3 km-ə qədər) təşkil olunmuşdur. Daxili zonada və aralıq massivlərdə Yura
sistemi qalınlığı 500 m-ə çatan karbonatlı süxurlardan ibarətdir. Cavan plitaların hu-
dudlarında Yura çöküntüləri qumlu-gilli (alt-orta Yura) və karbonatlı (üst Yura) sü-
402
xurlarından təşkil olunmuşdur. Qurşağın Alp vilayətlərində Təbaşir sistemi qalınlığı 5
km-ə çatan karbonatlı, terrigen və vulkanogen süxurların novbələşməsindən ibarətdir.
Qurşaqın Mezozoidlərində Təbaşir sistemi molass (alt şöbə) və karbonat (üst şöbə)
formasyalarından ibarətdir, ümumi qalınlığı 4 km-ə çatır. Cavan pliaların hududla-
rında alt Təbaşir dayaz dəniz qumlu-gilli, üst Təbaşir isə karbonatlı frormasiyalardan
ibarətdir, onun ümumi qalınlığı 1,6 km-ə çatır.
Qurşağın qərbində Paleogen sistemi qalınlığı 4 km-ə çatan terrigen flişdən təşkil
olunmuşdur. Qalınlığı 12 km-ə qədər olan Neogen sistemi molass (Miosen) və karbo-
nat-terrigen (Pliosen) formasiyaları ilə səşiyyələnir. Bu ərazilərdə Antropogen qum-
daşlarından, killərdən, allyuvial və buzlaq çöküntülərindən ibarətdir.
Qurşağın şərq hissəsində Paleogen-Neogen qalıplıqı 12 km-ə qədər olan vulka-
nogen, vulkanogen-çökmə, karbonatlı və karbonatlı-terrigen süxurlardan təşkil olun-
muşdur. Burada Antropogen qalınlığı 35 m-ə çatan buzlaq və allyuvial süxurlardan
təşkil olunmuşdur. Cavan plitaların ərazisində Paleogen sistemi qumlu-gilli və karbo-
natlı süxurlardan (2,5 km) ibarətdir. Neogen-Antropogen çöküntüləri qumüaşların-
dan, gillərdən, əhəngdaşlarından, gilşələrdən və allyuvial süxurlardan təşkil olunaraq
1 km-ə qədər qalınlığa malikdirlər.
TEKTONİKA
Qərbi Aralıq dənizi (Pireneylər, Bet Kardilyerləri, Er-Rif-Telp, Atlas, Apennin-
lər) və Şərqi Aralıq dənizi (Karpatlar, Balkanlar, Qərbi Pontidlər, Dinaridlər, Ellinid-
lər) qırışıqlıq vilayətləri olduqca mürəkkəb tektonik quruluşa malikdir. Qərbi və Şərqi
Aralıq dənizi qırışıqlıq vilayətləri arasında Alplar keçid vəziyyət tuturlar.
ALPLAR VƏ QƏRBİ ARALIQ DƏNİZİ VİLAYƏTİ

Eosen-Oliqosen yaşlı Alplar həm oroqrafik, həm də tektonik baxımdan Şimali-


Qərbi Avropanın, Kiçik Asiyanın mərkəzi strukturlarından biri olub, Qərbi və Şərqi
Aralıq dənizi vilayətlərini birləşdirir. Alplar qərbdə Pireneylərlə, cənubda Apennin-
lərlə, cənub-şərqdə Dinaridlərlə, şimal-şərqdə isə Karpatlarla sərhədlənir. Qərbi Ara-
lıq dənizi vilayəti qapalı qırışıqlıq sistemlər halqasından ibarət olub, saat əqrəbinin
hərəkət istiqaməti boyunca Alplardan başlayaraq Apenninlərdən keçərək Kalabriya,
Şimali Siçiliya Tell-Atlas, Er-Rif, Bet-Kordilyerləri və Balear adalarını birləşdirir.
Balear adaları yaxınlıqında bu halqa Əlşəzair-Provan hövzəsi vasitəsi ilə qırılır. Alp-
lar şərqi, mərkəzi və qərbi seqmentlərə bölünürlər (şəkil 8.2.1.1.). Şərqi və Mərkəzi
Alplar şimalda Qərbi-Avropa Epihersin plitəsindən Oliqosen-Miosen yaşlı Alp qarşı-
sı kənar çökəkliklə ayrılırlar. Alpların xarici zonalarına əsasən Alpaqədər yaşlı bü-
növrənin şıxıntıtılarından təşkil olunmuş xarici kristallik massivlər (Monblan, Arr,
Vexsel, Zemmerik, Qottarp, Qrom-Paradizo, Enqadin) massivləri və örtük quruluşu-
na malik olan Dofiney (Helvet) zonaları daxildir. Qərbi və Mərkəzi Alpların daxili
zonası Pennin adı altında məlumdur və bu zona Valis, Briano, Premont yarımzonala-
rına bölünürlər. Pennin zonasının törəmələri üzərində üstəgəlmə əmələ gətirərək Alp
qarşısı Siniform örtüyünü təşkil edir. Alpların üçüncü nəhəng struktur formasiya zo-
nası Şərqi Alplarla birləşən, nisbətən sakit quruluşla fərqlənən Cənubi Alplardır.
Şərqi Alplar Qərbi və Mərkəzi Alplarda Şərqi Adp örtükləri adı altında məlum olan
mürəkkəb bir örtük strukturları ilə fərqlənir.

403
Şəkil 8.2.1.1. Qərbi-Aralıq dənizi vilayətinin Alp qırışıqlıq sistemləri.
I.Kənar zonaların aralanma istiqaməti; II.Təsdiq olunan üstəgəlmələr; III. Ehtimal
olunan üstəgəlmələr; IV.Alp və Apeninlərin sərhədi; V.Okean qabığına malik olması
ehtimal olunan dərin sulu hövzələr; VI.Strukturlar: 1-Pirineylər, 2-Alplar, 3-Apenin-
lər, 4-Provan hövzəsi, 5-İberidlər, 6-Bet kordilyerləri, 7-Belarlar, 8-Tirren hövzəsi,
9-Əlcəzair hövzəsi, 10-Rif, 11-Tell, 12-Orta Atlas, 13-Yüksək Atlas, 14-Saxara Atla-
sı, 15-Tunis Atlası.

Apennin qırışıqlıq sistemi Alpların bilavasitə davamı olub, onunla eyni evgeo-
sinklinal zonaya- Pennin-Liquri zonasına malikdir. Bunuıla yanaşı bu qırışıqlıq sis-
tem aşaqıdakı xüsusiyyətlərinə görə Alplardan fərqlənir: 1). Üstəgəlmələrin və örtük-
lərin əks istiqamətdə olması ilə; 2). Əsas qırışıqlığın Oliqosen-Miosen yaşlı olması
ilə; 3). Alp metamorfizminin olmaması ilə.
Apeninlər, Alplar kimi tipik örtük qırışıqlıq sistemi olub, Adriatik massivindən
(forlandından) Oliqosen-Neogen yaşlı subokean çökəkliyi ilə ayrılır. Cənubi Alpla-
rın, Apenninlərin və Dinarid-Eliniddərin miogeosinklinal zonaları Adriatik massivi-
nin enməyə məruz qalmış yamaclarıdır. Şimali Apenninlərdən Antsio-Ankono qırıl-
ması ilə ayrılan Cənubi Apenninlər Kalabriya və Sişilya ilə birlikdə cənub-şərq istiqa-
mətdə əyilmiş, mərkəzində Trren dənizinin çökəkliyi yerləşən qövs əmələ gətirir. Bu
qövs aydın nəzərə şarpan örtük quruluşuna malikdir. Kolabriya-Sişilya qövsü ayrı-ay-
rı örtüklərin əmələ gətirdiyi struktur-formasiya zonalarına görə Şimali Apenninlərdən
fərqlənir və daha çox Şimal-Qərbi Afrikanın Alpidlərinə oxçayır. Cənubi Alpidlərin
və Kolabriya-Sicilyanın örtükləri bir-birindən tamamilə fərqlənirlər.
Maqribidlərin əsas hissəsi olan Tell-Atlas daxili, mərkəzi, xarici struktur-forma-
siya zonası ilə səciyyələnir. Daxili zona- Böyük və Kiçik Kabilya sahilyanı massivlə-
rindən, əhəngdaşı, silsilələrindən ibarətdir. Mərkəzi hissə tektonik örtükləri təşkil
edən Təbaşir-Paleogen yaşlı flişlərdən təşkil olunmuşiur. Xarici Tell zonası Yura kar-
bonatlı şelfi üzərində törəmə olan, nəhəng və dərin Təbaşir-Paleogen çökəkliklərinin
çöküntülərindən təşkil olunmuş örtüklərdən ibarətdir. Burada daha dərin mənşəli çö-
küntülər daxili və daha yüksək hipsometrik səviyyəli örtükləri təşkil edir. Tell oroge-

404
ninin cənub ətrafı boyunca Miosen molass formasiyası ilə doldurulmuş Tell qarşısı
kənar çökək1ik uzanır. Maqribidlərin ən qərb zonası (Er-Rif zonası) örtük-qırışıqlıq
struktura malik olub dəniz suları altında Tell-Atlas ilə birləşir. Er-Rif yarımay formalı
və cənub-qərbə doğru əyilmiş ilməvari quruluşa malik olub, daxili və xarici zonalara
ayrılır. Daxili zona üç örtükdən (Sebtid, Homarid və Əhəngdaşı zirvəsindən) ibarət-
dir. Fliş örtükləri zonası və xarici zona uç örtük quruluşuna malik İntrarif, Mezorif və
Predrif yarımzonalarına bölünür. Maqribidlər Er-Rif və Tell epigeosinklinal struk-
turlardan əlavə Mezozoy çökəklikləri hududlarında yaranmış xarici və cənubi zona-
lara bslünən qırışıqlıq strukturlara malikdir. Bu epiplatforma orogen qurşağına Yük-
sək Atlaslar, Saxara Atlasları, Tunis Atlasları və Orta Atlaslar daxildir. Bu strukturlar
birləşərək Cənubi-Atlas qırışıqlıq sistemini əmələ gətirirlər.
Bet-Kordilyerləri qırışıqlıq sistemləri İberiya yarımadasının ucqar cənubunu
əhətə edərək Kadiss körfəzindən Balansiyaya qədər uzanır. Şərqdə Balear arxipela-
ğını əhətə edən bu sistem Hibraltar körfəzindən keçərək Er-Rif sistemi ilə qovuşur.
Bet qırışıqlıq sistemi İberiya plitəsindən Qvadalkvivir kənar çökəkliyi ilə ayrılır. Bu
kənar çökəklik Miosen yaşlı molass formasiyası ilə doldurulmuşdur. Bu çökəkliyin
üzərində tektonik təmas ilə (üstəgəlmə vasitəsi ilə) Bet qırışıqlıq sisteminin mərkəzi
hissələri yatır. Pireneylər Avropanın Alp orogenlərinin əlavə xətti olub, şimal qərbdə
və cənubda muvafiq olaraq Pireney qarşısı və Ebro kənar çökəklikləri ilə hududlanır.
Onların muasir quruluşunda xarici (Şimali Pireney), mərkəzi və daxili (Cənubi Pire-
ney) zonaları ayrılır. Öyrənilən qırışıqlıq vilayətinin mərkəz hissəsində Əlcəzair, Pro-
van, Liquriy, Şimali Balear, Alboran, Cənubi Balear və Tirren çökəklikləri yerləşir.

ŞƏRQİ ARALIQ DƏNİZİ (KARPAT-BALKAN-DINAR) QIRIŞIQLIQ VİLAYƏTİ

Bu qırışıqlıq vilayətə Alplardan və Adriatik massivindən şərqdə yerləşən qırışıq-


lıq sistemlər daxildir. Burada Alp qırışıqlıq vilayəti şimal (Karpat-Balkan-Pont) və
cənub (Dinar-Ellin-Tavr) zonalarına ayrılır. Bu zonaların daxili hissələrində Pannon
və Egey törəmə çökəklikləri yerləşir (şəkil 8.2.1.2.). Alp qırışıqlıq sistemi olan Kar-
pat tektonik nsqteyi-nəzərdən Alpların şərq davamı olub, ondan Miosenin ortalarında
yaranmış Vyana və Kiçik Macar eninə çökəklikləri ilə ayrılmışdır.
Rumıniyada yerləşən Apusen dağları da Karpat qırışıqlıq sisteminə daxildir. Bu
dağlar Şərqi-Karpatdan Traönsilvan çökəkliyi ilə arılır. Karpatlar Şərqi Avropa plat-
formasından Neogen molass formasiyaları ilə doldurulmuş Karpatqarşısı kənar çö-
kəkliyi ilə ayrılmışdır. Bu çökəkliyin quruluşunda bir-birindən kəskin fərqlənən xari-
ci və daxili zonalar ayrılır. Daxili zona xarici zona üzərinə amplitudası 20 km olan
üstəgəlmə əmələ gətirir.
Alplardan fərqli olaraq Karpat qırışıqlıq sisteminin ozünə məxsus xüsusiyyətlə-
rindən biri (Cənubi Karpatlar istisna olmaqla) onun fliş zonasının eninin böyük (100
km- ə qədər) olmasıdır. Qərbi Karpatların fliş zonasının ən kənar hissəsi Subsilezya
zonasıdır. Bu zonadan şimal-şərqdə Qərbi və Şərqi Karpatların butov boyunca Skol,
Skib adlanan zona uzanır. Bu zona şimal-şərq istiqamətdə üstəgəlmələr təşkil edən 6
tektonik plastindən ibarətdir. Fliş zonasının ətraf hissəsi Karpatların daxili istiqamə-
tində fliş zonasının ox hissəsini təşkil edən Sileziya zonası ilə əvəz olunur.

405
Şəkil 7.2.1.2. Şərqi-Aralıq dənizi vilayətinin tektonik sxemi
(Avropanın 1:10000000 miqyaslı tektonik xəritəsinə əsasən).
I.Qədim və cavan platformalar; II.Alp qurşağının kənar, filiş və əhəngdaşı zonalar;
III. Alp qurşağının qədim massivlərin geniş yayıldığı daxili zonaları; IV. Alp qurşağı-
nın Mezozoy-Paleogen çökmə və vulkanogen törəmələrinin geniş yayıldığı daxili zo-
nalar; V.Ofiolitlərin çıxışları; VI.Ön və dağarası çökəkliklərin molassı; VII. Neogen-
Dördüncü dövr vulkanitləri; VIII.Dərinliyi 3,0 km-dən çox olan okean və ya sub-
okean tip çökəkliklər; IX. Dərinliyi 1,0-3,0 km arasında dəyişən okean və ya sub-
okean tip çökəkliklər; X. Üstəgəlmələr; XI.Üfüqi yerdəyişmələr; XII. Strukturlar:1-
Miziy plitəsi; massivlər:2-Marmaroş, 3-Qetikum, 4-Serb-Makedon, 5-Rodop, 6-Pe-
laqon, 7-Menderes; çökəkliklər: 8-Vena, 9-Kiçik Venqer, 10-Böyük Venqer, 11-
Transilvan; okean və ya subokean tip çökəkliklər: 12-İoni, 13-Ellin, 14-Levanta, 15-
Krit; tektonik zonalar: 16-Balkanqarşısı, 17-Qədim Planina, 18-Ortadağlıq, 19-Stran-
ca, 20-Qərbi Pontidlər, 21-Şərqi Pontidlər, 22-Likiy Tavr, 23-Şərqi Tavr.

406
Polşada bu zona amplitudası 20 km olan üstəgəlmə ilə Subsilezya zonası üzə-
rində yatır. Cənub-şərq istiqamətdə Sileziya zonasının əmələ gətirdiyi üstəgəlmənin
amplitudası azalır və zona özü Şernoqor zonası ilə ortulur. Mərkəzi. fliş zonasına aid
olan Duklian zonası da Sileziya zonası üzərinə üstəgəlmə təşkil edir.
Ukraina Karpatlarında fliş zonasının cənub hissəsində Burkut və Raxov yarım-
zonaları ayrılır. Xarici və daxili Karpatlar arasında Pyenin (Utyos) zonası yerləşmiş-
dir. Bu zona nəhəng bpekşiyalardan ibarətdir. Daxili Qərbi Karpatlar bir-birindən
Lyubenik-Marqeşanu qırılmaları ilə ayrılmış Tatra-Vepor (şimal) və Qemer (cənub)
zonalarına bölünür. Karpatarxası Ukrayada Pyenin zonasına paralel olaraq Marmaroş
zonası uzanır. Bu zonada tektonik plastinlər müşahidə olunur.
Daxili Qərbi və Şərqi-Karpatların arasında Karpatarxası çökəklik yerləşir. Bu
çökəklik nəhəng Macar çökəkliyindən dərinlik yarığı ilə ayrılır. Bu dərinlik yarığı zo-
nasında Karpatarxası çökəkliyin şimal sərhəddində olduqu kimi cavan vulkanik struk-
turlar yaranmışdır. Cənubi Karpatlar şimalda dərinlik yarığı, şərqdə isə (Şərqi-Kar-
patlardan) Bımboviş xətti ilə ayrılır. Cənub-qərbdə Balkanidlərdən) Timoka xətti ilə
ayrılır. Cənubi Karpatların Alpa qədər bünövrə kompleksi alloxton Qet və avtoxton
Dunay zonalarına bölünür.
Apusenidlərin quruluşunda üç əsas struktur element mövcuddur. Onun şimalın-
da və şimal-şərqdə Pedur-Kayuluy-Bixor-Ciley avtoxtonu, cənub-qərbində Kodru,
Oriyemen və digər örtük kompleksləri, cənubunda və cənub-şərqində Mureş ofiolit
zonası yerləşir.
Karpat-Balkan qırışıqlıq sisteminin Balkan seqmenti Timok xətti boyunca Cə-
nubi Karpatlara nisbətən 60 km cənuba suruşmüçdür. Şimalda Miziy plitası ilə sər-
həddə Aşağı Kamşiy Pliosen qrabeni muşahidə olunur. Bu qraben qərb istiqamətdə
Balkanqarşı zona ilə əvəz olunur. Uzanma istiqamətində bu zona örtüklurlə mürək-
kəbləşmiş Köhnə Planina, Dudo-Kamşiy, Sredneqorsk seqmentlərinə bölünmüçdür.
Cənub-qərbdə Sredneqorsk seqmenti qırılma vasitəsi ilə Krayştidlərlə əvəz olu-
nur. Krayştidlərdən şərqdə isə iki mərtəbəli örtük quruluşa malik olan Rodop massivi
yerləşmişdir. Bu massivin qərb kənarları üzərində üstəgəlmə vasitəsilə Serbiya-Ma-
kedon massivi yatır. Balkanidlərin ucqar cənub-şərq hissələrində iki mərtəbəli örtük
quruluşa malik Stranşi zonası yerləşmişdir. Stranci zonasının üstəgəlməsi altından
Qərbi-Pontidlər intişar edir. Qərbi-Pontidlər bir-birindən Mundurnu çökəkliyi ilə ay-
rılmış daxili və xarici zonalara ayrılır.
Dinaridlərin özləri xarici miogeosinklinal və daxili evgeosinklinal zonalara
bölünür. Evgeosinklinal zonalar ofiolitlərin və Mezozoy fazası deformasyalarının ol-
ması ilə səciyyələnir. Dinaridlərin ən kənar paraavtoxton zonası olan Cənubi-Adriatik
zonası Adriatik massivi üzərində üstəgəlmə ilə yatır. Bu paraavtoxton üzərində üstə-
gəlmə vasitəsilə Budva zonası yatır. Həmin zonanın özü üstəgəlmə vasitəsi ilə Dal-
mat zonası ilə örtülmüşdür. Dalmat zonasının Eosen molass formasiyası üfüqi yerdə-
yişmə vasitəsi ilə yüksək Qars zonasının süxurları ilə srtulmuşdur. Axırınşı zona öz
növbəsində Boöniya zonasının süxurları ilə üstəgəlmə vasitəsilə təmasa gəlir.
Daxili Dinaridlərin eninə kəsilişində Durmitor, Zlatar və Vordar zonaları ayrılır
ki, bu zonalar da bir-birinin üzərində tektonik uyğunsuzluqla yatır. Elliniddər Dina-
ridlərin cənub davamı olub, Şkoder-Peş lineamentinin digər tərəfiidə yerləşmişdir. El-
lilidlər cənub-şərqdə Egey qövsünə qədər uzanaraq ondan Kitir lineamenti ilə ayrılır.
407
Ellidlərin eninə kəsilişində Apuliqarşısı, Talea-Ori, İoni, Qavrovo, Pinda, Par-
nas, Subpelaqoni, Vardar və Periradop zonası ayrılır. Bir-birinin üzərində üstəgəlmə
vasitəsilə yatan bu zonalar mürəkkəb quruluş1u örtük-qırışıqlıq struktur əmələ gəti-
rirlər. Dinaridlər və Ellinidlər üçün ümumi forland kimi Serb-Makedon massivi ayrı-
lır. Ellinidlərin daxili quruluşunda Aşağı Frak, Vardpr, Mezoellin, Alban-Moni dağa-
rası çökəklikləri iştirak edir. Bu çökəkliklər Miosen yaşlı molass formasiyası ilə dol-
durulmuşdur.
Mərkəzi Anadolu metamorfikləşmiş massivlər zonası Egey dənizindən başlaya-
raq Van gölünə qədər bütün Anadolu boyunca uzanır. Bu zonanın ən nəhəng massiv-
ləri müvafiq olaraq onun rərbdə və şərqində yerləşən Menderes və Bitlisdir. Bu zo-
nanın metamorfik törəmələri ofiolit örtüyünün süxurları ilə tektonik təmasa gəlir. Hər
iki kompleks birlikdə üst Senonun qırıntı materiallarından başlayan çökmə qatı ilə
örtülmüşdur.
Tavr sistsmi eninə istiqamətdə uzanan struktur olub, bir-birindən quruluşuna və
inkişafına görə fərqlənən Likiy Tavrı, Qərbi Tavr, Pizidiy Tavrı, Şərqi və Anti Tavr
seqmentlərinə ayrılır. Tavr qırışıqlıq sistemində bir-birindən fərqlənən üç struktur
kompleks ayrılır: 1) Paleozoy-Mezozoy və qismən Paleogen-erkən Miosen flişoid-
lərindən ibarət olan avtoxton; 2) Ofiolit-radiolarit allaxtonu; 3) Molass neoavtoxtonu.
Kipr adasının mərkəzində Troodos alloxton ofiolit massivi yerləşmişdir. Şimal
istiqamətdə Mesopotamiya çökəkliyinə keçən bu massiv, cənub istiqamətdə murək-
kəb pulşuqlu-örtük quruluşa malik Mamoniya kompleksi ilə tektonik təmasa gəlir.
Karpat-Dinar qırışıqlıq vilayətinil mərkəzi ərazisində törəmə Vyana, Pannon,
Transsilvan çökəklikləri yerləşmilhir. Bu çökəklər qırışıqlıq vilayətinin ayrı-ayrı zo-
naları arasında əlaqəni müşahidə etməyə imkan vermir.
Dinaridlər. Daxili (evgeosinklinal) və xarici (miogeosinklinal) hissəyə ayrılır.
Daxili Dinaridlər ofiolitlərin iştirakı və mezozoy qırışıqlıq fazasının təzahürü ilə
seçilir. Xarici Dinaridlər Mezozoy və Paleogen yaşlı karbonat formasiyasından təşkil
olunmuşdur. Dinaridlərin paravtoxton zonası Cənubi-Adriatik (Dalmat) adlanır. Bu
zona Adriatik şelfini, Cənubi-Dalmatın ensiz sahilyanı hissəsini əhatə edir. Zonanın
kəsilişində üst Yura dolomit, evokarit və əhəngdaşından, orta Eosen əhəngdaşından,
üst Eosen fliş formasiyasından təşkil olunmuşdur. Bəzi sahələrdə trasqressiv orta
Miosen çöküntülərinə rast gəlinir. Xarici Dinaridlərin Dalmat zonasında üst Trias-
Pliosen karbonat, əhəngdaşı-dolomit seriyasından təşkil olunmuşdur. Onun üzərində
Eosen yaşlı kobud molass kompleksi yatır.
Dalmat zonasının üzərinə itələnmiş Karst zonasında üst Paleozoyun yer səthinə
çıxan hissəsində kəsiliş gilli şistlərdən, qumdaşı və əhəngdaşılardan ibarətdir. Onun
üzərində qırıntı mənşəli çöküntülər və sonra Trias-Təbaşir yaşlı filizli karbonatlar ya-
tır. Kənar Dinaridlərin nisbətən şimal-şərq hissəsində Boöniya zonası təşkil edir. Bu
zonada Triasın pelagik əhəngdaşları Təbaşir filişi ilə əvəz olunur.
Daxili Dinaridlər. A.Qrubiq daxili Dinaridlərin kənar hissəsini Durmitor zonası
adlandırır. Zonanın kəsilişi üst-Rifey-alt Kembri ilə başlayır, nerit faunalı əhəngdaşı
qatından və terrigen fasiyadan ibarət olan bütün Paleozoyu əhatə edir. Onun üzərində
müəyyən fasilə ilə qırıntı, əhəngdaşı, silisli-porfiratdan iabərt olan Anizi mərtəbəsi və
karbonatdan ibarət olan üst Trias-Yura yaşlı çöküntülər yatır.

408
Daxili Dənizlərdə Eltar, Qoliya, Vardar zonaları, eləcə də bir sıra çökəkliklər
(Promina, Sarayevo, Metoxiya və s.) ayrılır. Şimalda Dinaridlər Sloveniyaya keçir və
Cənubi-Alblarla birləşir. Cənubi-Alpların struktur zonaları en istiqamətdə uzanır və
şimaldan xarici Dinaridlərin Dalmat, Yüksək Karst, Boöniya, eləcə də Daxili Dina-
ridlərin Zlatar ofiolit zonasının üzərinə itələnmişdir.
GEOLOJİ İNKİŞAF TARİXİ
Şərqi Antiatlaslarda (Mərakeş) və Ərəbistan-Nubiy qalxanında yaranmış ofiolit-
lər göstərir ki, Aralıq dənizi qurşağının yaranması orta-üst Rifeydən başlanmışdır. Bu
qurşaq Pangeya-1daxilində Qot-Qrenvil yaşlı qitə qabıqına malik zonada yaranmış-
dır. Bu qabığın qalıqları hal-hazırda Armorikan massivinin şimalında, Bohema, Visl-
yan və s. massivlərdə məlumdur. Şimalda qurşaq ilk əvvəllər Britaniya adalarının cə-
nub hissələrini də (Uels, Orta İngiltərə) əhətə etmişdir. Qurşağın Avropa hissəsində
geosinklinal proseslər ən intensiv Şərqi Avropa platforması kənarlarında getmişdir.
Bu vaxt burada sonradan qranitləşməyə və metamorfizmə məruz qalmış və böyük qa-
lınlığa malik vulkanogen-terrigen süxurlar toplanmışdır. Bu ərazilərdə baş vermiş
Baykal qırışıqlığı nəticəsində İngiltərə Midleidlərindən və Şimali Armorikadan başla-
yaraq Cənubi Xəzərə qədər uzanan böyük bir sahədə kratonlaşma baş vermişdir. Ana-
loji proseslər İberiya Mesetlərində də getmişdir. Lakin burada geosinklinal proseslər
erkən Paleozoyda regenerasiya edilmişdir. İngiltərənin cənub-qərbində, Mərkəzi Ar-
morikada, Sakso-Tyurinq zonasında, Cənubi Karpatlarda, yayılmış Vend-Kembri
yaşlı ofiolitlər göstərir ki, Baykal tektogenezindən qısa müddət sonra qurşağın ərazi-
sində rekenerasiya prosesləri baş vermiş və nəticədə Prototetis okeanı Paleotetis ilə
əvəz olunmuşdur.
Paleobiocoğrafi məlumatlara görə Avropa və Maqrib arasında Paleotetis kiçik
enə və bir sıra mikroqitələrə malik olmuşdur. Asiya istiqamətində həm okeanın eni,
həm də mikroqitələrin sayı artmışdır. Cənubdan bu okean Hondvana kənarı Epibay-
kal platforması ilə hududlalanmışdır. Bu platforma Şərqi Afrika, Ərəbistan, Anadolu,
İran, Cənubi Əfqanıstan, Zaqafqaziya, Cənubi Pamir, Tibet və Sinobirmanın ərazisini
əhətə etmişdir.
Bu mərhələ qurşağın yalnız şimal hissələrində (Cənubi-Şərqi İnkiltərə, Brabant,
Ardennlər, Polşa) daha qabarıq nəzərə şarpmışdır. Bu tektogenez nəticəsində Şərqi
Avropa kratonunun platforma ətraflarının sahəsi artmışdır. Qurşağın qalan ərazilərin-
də isə enmə prosesləri orta Devona qədər davam etmişdir. Kaledon tektogenezi nəti-
cəsində qurşağın muasir Hersinidlərinin (Avropa hissəsində) ərazisi qranitləşməyə və
deformasiyalara məruz qalmışdır.
Erkən Karbonda ərazidə qranitləşməyə və deformasiyalara prosesləri davam
etmiş və həm cənub, həm də şimal istiqamətlərdə yayılmışdır və kənar çökəkliklər
yaranmağa başlamışdır. Hersiniddərin orogen inkişaf mərhələsi Karbon-erkən Perm
dövrlərində davam etmişdir. Qurşağın Şimali Amerika və Asiya hissələrinin Hersi-
nidləri də analoji inkişafa 1alik olmuşdur. Yalnız Şimali Pamir-Kunlun-Çinlinin cə-
nub kənarında xüsusi geosinklinal proseslər Permin sonunda, bəzən isə gec Triasa qə-
dər davam etmişdir. Hersin tektogenezi nəticəsində qurşağın əksər hissəsi konsolida-
siya olunmuşdur. Buna görə də Hondvana və Lavraziya qitələri birləşərək Pangeya-II
superqitəsini əmələ gətirmişdir.

409
Okean qabığının qapanması nəticəsində Trias dövrünün sonunda Çin-Kopeya,
Cənubi-Çin platformaları və Hind-Sinay massivi birləşərək sonradan Şimali Avrasi-
yaya qovuşurlar. Mərkəzi Tibet-Yunnan-Malay geosinklinalının bağlanması Cənubi-
Tibet-Sinobirma massivinin Hondvanadan ayrılmasına və onun arxasında Hind-Sanq-
po okean strukturunun yaranmasına gətirib çıxarmışdır. Bu okean strukturu muasir
Himalayların arxasında yerləşmişdir. Analoji proseslər Əfqanıstanda, İranda, Zaqaf-
qaziyada, Anadoluda və Adriatikada baş vermişdir.
Beləliklə qövsarxası spredinq nəticəsində Alp yaşlı Tetis okeanı Paleotetisə nis-
bətən cənubda formalaşmışdır. Tetis okeanı özünün ən böyük ölçülərinə Yura dövrü
malik olmuşdur. Bu zaman o Karib dənizindən İndoneziyaya qədər (Şərqi-Sakit oke-
an qurşağından Qərbi-Sakit okean qurşağına qədər) uzanmışdır. Lakin artıq Yuranın
sonunda okeanın şimal sahillərində (Şərqi Alplar, Daxpli Karpatlar, Balkanidlər, Bö-
yük Antill, Farahud, Mərkəzi-Pamir, Mərkəzi-Birma) sıxılma deformasiyaları və
şaryajlar müşahidə olunmağa başlamışdır. Bu zamandan etibarən qurşağın hududla-
rında əsasən fliş formasiyası toplanmaqa başlayır.
Atlantik okeanın açılması ilə əlaqədar olaraq, növbəti sıxılma mərhələləri erkən,
gec Təbaşirin sərhəddində, gec Təbaşirin ortalarında və Təbaşir-Paleogen sərhədində
baş vermişdir. Atlantik okean Antil-Karib vilayətini Aralıq dənizi qurşağından Antil
vulkanik qövsü ilə ayırmışdır. Eosenin sonunda subduksiya prosesləri başa çatmış və
Hondvana Avraziya ilə toqquşmuşdur. Bu kolliziya nəticəsində olduqca nəhənk ofio-
lit örtükləri (Kalabriyadan Himalaylara qədər uzanan) yaranmışdır.
Oliqosen-Miosendə qalxmalar və ətraf deformasiyaların baş verdiyi bir vaxtda
riftogenez prosesləri başlanmış, okean və ya subokean qabıqına malik çökəkliklər
(Cənubi Balear, Əlşəzair-Provan, Tirren, Qara dəniz, Cənubi Xəzər) qövs arxası spre-
dinq nəticəsində yaranmışlar.
Bəzən Cavan çökəkliklərdə destruksiya prosesləri hələ okean qabığı əmələ gətir-
məmişdir (Alboran, Egey). Bu zaman qurşağın əksər ərazisində Beniof zonasının
qalıqları ilə əlaqədar olan orogen vulkanizminə məruz qalmış və qurşağın muasir
quruluşu yaranmışdır. Hal-hazırda qurşağın Alp qırışıqlıq vilayətləri Apiliy, Ərəbis-
tan və Hindistan qitə massivləri tərəfindən sıxılma məruz qalmaqdadır. Aşağıda Alp
qırışıqlıq vilayətlərinin geoloji inkişafının başlıca mərhələlərinə baxılır.

ALPLAR VƏ QƏRBİ ARALIQ DƏNİZİ VİLAYƏTİ

Baykal mərhələsi. Bu əyalətin bir sıra rayonlarında (Prineylərdə, Korsinada, Sar-


diniyada, Kalibrada, Er-Rifdə, Bet-Kordiluerlərində) nisbətən qədim Kembriyəqədər
törəmələrlə yanaşı olaraq, qırıntılarda, eklodit, mikalı şist, amfibolit, mərmər ilə örtü-
lən qneyslərə rast gəlinir. Radiometrik üsullarla (U/Pb; Rb/ Sr) təyin olunmuş bu sü-
xurların mütləq yaşı Pirineylərdə 580-535 106, Pravansda 600-570 106, Kalabirdə
563± 24 106 il müəyyən olunmuşdur. Bu məlumatlar isə metamorfizm və qranitləş-
mənin Baykal yaşlı olduğunu söyləməyə əsas verir. Bu halda Qərbi-Aralıq dənizi vi-
layətinin Avropa və Afrika kratonlarını birləşdirən Erkən Kembriyəqədər kontinental
qabığın erkən Riffin sonunda aralanması nəticəsində yarandığını söyləmək olar. Rife-
yin sonu-Venddə Paleotetisə uyğun gələn bu ərazidə yerləşən dəniz hövzəsi qonşu
platformalardan gətirilən qırıntı materialları və vulkanik törəmələrlə dolmuşdur. Ven-

410
din sonu-Paleozoyun əvvəllərində Protetisdə baş verən sıxılma ilə əlaqədar olaraq
toplanmış çökmə-vulkanogen törəmələr regional metamorfizmə, qranitləşməyə və qı-
rışıqlığa məruz qalmışdır. Beləliklə Qərbi-Aralıq dənizi vilayətində Hersin geosink-
linalının və Paleotetisin tam formalaşmış kontinental qabıq üzərində formalaşdığını
söyləmək olar.
Kaledon-Hersin mərhələsi. Alp qurşağının şərqdə yerləşən vilayətlərindən fərqli
olaraq Alp və Qərbi-Aralıq dənizi vilayəti bütövlükdə Avropa və Şimali-Qərbi Afri-
kanın Hersin konsolidasiya vilayətinə aid oluna bilər. Bilavasitə Hersinidlərin ətrafın-
dan fərqli olaraq, burada Kaledon qırışıqlığı aydın ifadə olunmur və Kembri dövrü
Baykal və Hersin mərhələləri arasında keçid təşkil edir. Bu dövr Baykal relyefinin er-
roziyası (aşınması) və platforma tipli çöküntülərinin toplanması ilə müşayiət olunan
kontinental riftogenezlə səciyyələnir.
Ordovigin əvvəllərində tektonik və vulkanik fəallaşmanın intensivliyinin artması
müşahidə olunur. Sardiniiyanın cənub-qərbinə fəallaşma daha intensiv olmuşdur.
Müxtəlif tərkibli vulkanizmin fəal təzahürü dartılma (spredinq) proseslərinin güclən-
məsinə dəlalət edir. Silurda geniş transqressiya baş verir və bu şərait Devonun əvvəl-
lərində də saxlanılır. Sonralar çöküntütoplanma hövzəsinin differensiyasiyası qeyd
olunur. R.Buruy apardığı plinispastik bərpa işləri nəticəsində Bent-Kordilyerləri, Er-
Rif, Böyük və Kiçik Kabil və Belar adaları ilk əvvəllər vahid Alboran blokuna daxil
olduğunu göstərir. Erkən Karbonda demək olar ki, hər yerdə radiolyaritlərin və
əhəngdaşlarının toplanması başlayır və flişdən molassa keçidlə xarakterizə olunan
kompleks toplanır.
Son Hersin orogen mərhələsi (C2-P2). Bu mərhələ Qərbi-Aralıq dənizi vilayəti-
nin hər yerində səciyyəvi intensiv qırışıqlıq deformasiyası, şaryajların, andezit-riolit
vulkanizminin regional metamorfizmin, dağəmələgəlmə, orta və üst Karbonda kö-
mürlü molassın; Perm və Triasın əvvəllərində kontinental molassın toplanması ilə xa-
rakterizə olunur. Bu ümumi fonda şimal rayonlarından (Piriney, Korsika, Sardiniya),
cənub rayonlarına (Bet Kardilyerləri, Belar, Er-Rif, Kabilyaya) doğru tektonik-maq-
matik fəallığın sönməsi qeyd olunur. Paleozoyun sonunda gələcək Qərbi-Aralıq dəni-
zi vilayətinin ərazisində yetkin kontinental qabıq formalaşmışdır.
Erkən Alp geosinklinal mərhələsi (T-P2). Trias dövrü (Kembriyə uyğun olaraq)
Hersindən Alpa keçid təşkil edən kvazi platforma mərhələsini təşkil edir. Dayaz
dəniz karbonnatlarının toplanması ilə xarakterizə olunan dəniz şəraiti məhdud sahədə
(Cəbrəlültarixın qərbində, Bet Kardilyerlərində, Er-Rifdə, Sisiliyada, Aneninlərdə,
Korsikada) saxlanılmışdır. Erkən Yurada kontinental qabığın parçalanması və aralan-
ması və okean tipli qabığa malik hövzənin yaranması başlayır. Okean tipli hövzə olan
Tetis qərbdə Atlantikanın mərkəzinə doğru yayılmış və şimal-şərqdə Alp, Karpat və
Dinaridlərdən keçmişdir. Hövzənin kənar Pemont zonasında Triasın sonundan erkən
Təbaşirə qədər böyük qalınlığa malik karbonatlı-gilli çöküntülərin toplanması davam
etmişdir. Pemontun daxili zonasında bu qat ofiolit kompleksini örtür.
Gələcək Qərbi-Aralıq dənizi vilayətinin ərazisində Tetisin genişlənməsi gec Yu-
ra epoxasının sonuna kimi davam etmişdir. Cec Yura-erkən Təbaşirdə Qərbi Tetisin
Adriatik-Afrika hissəsində baş verən qarışıqlıq hərəkətləri Tellya çökəkliyi, Sicilya-
nıun, Apeninlərin, Cənubi Alpların kənar zonasının formalaşmasına səbəb olmuşdur.

411
Erkən Təbaşirin sonunda baş verən sıxılma hərəkətləri mövcud rejimin dərinləş-
məsinə səbəb olur və bununla əlaqədar olaraq Şərqi-Alplarda Şimali qraüvakka zona-
sında və Əhəngdaşı Alplarında Avstriya-Alp örtüyü formalaşır. Təbaşirin sonundan
Alplarda fliş toplanması başlayır və Eosenə kimi davam edir.
Pliosenin əvvəllərində Aralıq dənizində şərait yenidən kəskin dəyişir. Rif-Bet
qövsü və Alboran bloku qraben zonası ilə mürəkkəbləşir ki, bunlar boyunca da Cəb-
rəlültarix boğazı formalaşır və Atlantik okeanının suları Aralıq dənizinə daxil olaraq
onun səviyyəsinin və duzluluğunun bərpasına səbəb olur. Pliosendə baş verən bu
dəyişiklik dərin sulu çuxurların daha da əyilməsinə (1-1,5 km) səbəb olmuşdur.
Qərbi-Aralıq dənizi vilayəti Pliosendə son orogen inkişaf mərhələsinə keçir. Bu
mərhələ şaquli tektonik hərəkətlərin üstünlüyü və formalaşmış şaryaj-qırışıqlıq struk-
turunun fonunda dartılma deformasiyasının istünlüyü ilə xarakterizə olunur.

ŞƏRQİ ARALIQ DƏNİZİ (KARPAT-DİNAR) VİLAYƏTİ

Baykalaqədər inkişaf (Qrenvil) mərhələsi. Bu sistem qitə tipli qədim qabıq üzə-
rində formalaşmışdır. Qot və Qrenvil epoxalarında baş verən regional metamorfizm
və miqmatizm prosesləri gec Rifeyin sonunda Balkan-Karpat sisteminin bütün ərazi-
sində kontinental qabığın formalaşmasına səbəb olmuşdur.
Baykal-Salair mərhələsi (Rifeyin sonu-Kembri). Bu mərhələdə Karpat-Balkan
geosinklinal sistemi formalaşır. Burada toplanmış qədim törəmələrin, onların səciy-
yəvi ofiolit assosiasiyası mərhələnin əvvəlində sonradan spredinqlə nəticələnən rift-
əmələgəlmə ilə əlaqədar olduğunu söyləməyə əsas verir.
Müasir Bixar, Serb-Makedon və Rodop massvilərindən qərbdə və şimalda Hon-
dvananın ətraf hissəsini təşkil edən evgeosinklinal zona yerləşmişdir. Şərqdə okean
hövzəsi mikroqitə ilə geosinklinal zonadan ayrılmışdır.
Miogeosinklinal zona Şərqi Karpatdan Dobrucaya kimi uzanan ərazini əhatə et-
mişdir. Karpat-Balkan geosinklinalının inkiaşfının birinci generasiyası Kembrinin so-
nunda qırışıqlıq və metamorfizmlə (yaşıl şistfasiyasına kimi) başa çatmış və bütöv-
lükdə bu əyalətdə kontinental qabığın formalaşması ilə nəticələnmişdir. Bununla belə
Salair yaşlı qranitoidlərin kifayət qədər geniş yayılması, molassın olmaması və Or-
dovikin altında kobud və iridənəli süxurların zəif yayılması geosinklinal inkiaşf mər-
hələsinin başa çatmadığını söyləməyə əsas verir.
Kaledon-Hersin geosinklinal mərhələsi (Ordovik-erkən Karbon). Bu mərhələdə
toplanmış törəmələr Şərqi və Qərbi-Karpatlarda eləcə də Şərqli-Alplarda kifayət qə-
dər tam xarakter daşıyır və vahid evgeosinklinal zonanı örtür. Bu zonanın mərkəzi
hissəsində ofiolit assosiasiyası, eləcə də gec Ordovik-erkən Karbon yaşlı dərin dəniz
mənşəli karbonatlar, silislər və pelitlər toplanmışdır. Cənubda yerləşən Hemeridlərdə
səciyyəvi vulkanik ada qövsü formasiyası, daha cənubda Sendre və Uppon dağlarında
isə kənar dəniz və qitə yamacı mənşəli çöküntülər toplanmışdır.
Rumın Karpatlarında karbonatlı-gilli çöküntülərdən təşkil olunmuş Ordovik-Si-
lurun qalınlığı 5 km-ə çatır. Üst Silur-alt Devon molass formasiyasından ibarətdir.
Balkanlarda üst Devon çöküntüləri Silurun üzərində qeyri uyğun yatır.
Hersin orogen mərhələsi (orta Karbon-Perm). Bu mərhələ əvvəlki inkişaf mərhə-
lələrindən fərqli olaraq, intensiv orogenez prosesinin baş verməsi ilə başa çatmışdır.

412
Rumıniya Karpatlarının bir çox rayonlarında şaryajların əmələ gəlməsi ilə nəticələnən
qırışıqlar qeyd olunur. Orogen vulkanizmi erkən Permdə maksimuma çatır. Ümumiy-
yətlə, gec Hersin maqmatizmi nəinki geosinklinalı, hətta mikroqitələri də əhatə etmiş-
dir (xüsusən də Serb-Makedon, Rodop və s.). Balkan-Karpat sistemində geosinklinal
mənşəli çöküntülər erkən Karbonun sonunda (Serpuxov-Namyur) molassla əvəz olu-
nur. Alplarda olduğu kimi Karbon kömürlü molassdan, Perm isə qırmızı rəngli konti-
nental molassdan təşkil olunmuşdur.
Kimmeri-Alp geosinklinal mərhələsi (Trias-Paleogen). Triasın əvvəllərində Her-
sin dağlıq sistemi kifayət qədər nivelirlənmişdir. Trias zamanı Balkan-Karpat sistemi
kifayət qədər sakit tektonik şəraitlə xarakterizə olunur ki, bu da ərazinin şimal və şərq
ətrafının kvaziplatforma rejimində inkişaf etdiyini söyləməyə əsas verir.
Balkan-Karpat sisteminin nisbətən daxili zonalarında Triasın ortalarından rifto-
genez prosesləri başlayır ki, bu da kontinental qabığın udulması, əyilmə, vulkanizmlə
müşayiət olunur. Bu proseslər Yuranın əvvəllərində, erkən Kimmeri tektogenezi ilə
əlaqədar olaraq daha da intensivləşir və Transilvan, Mureş zonasında okean tip qabı-
ğa malik dərin su hövzəsi formalaşır. Kənar və Filiş Karpatlarında, Miziy plitəsində,
Dobrucada, Qədim Planində, eləcə də Qərbi-Pontidlərdə (Meqek dağı, Pennon çökək-
liyində) Trias Alman tip fasiyadan (alt və üst Trias əlvan rəngli qumdaşı orta Trias isə
epikontinental əhəngdaşından təşkil olunmuşdur) ibarətdir, qalınlığı 2,5 km-ə çatır.
Riftəmələgəlmə və spredinq zonasının arxasında erkən Kimmeri qayma qırışıq-
lığı kimi özünü göstərmişdir. Gec Yurada Tranövildən şərqə yeni rift və spredinq zo-
nası yaranır. Ona uyğun gələn ofionitlər nisbətən tam halda Dunayın sol sahilində Şi-
mal örtüyün dabanında saxlanılmışdır. Ümumiyyətlə, Yura ərzində Karpat-Balkan
ərazisində Hersin tektogenezi nəticəsində formalaşmış kontinental qabıq kifayət qə-
dər destrusiyaya məruz qalır və nəticədə onun ayrı-ayrı hissələri arasında okean və ya
subokean tipli qabığa malik dərin su hövzələri əmələ gəlir.
Artıq Yuranın sonu-Təbaşirin əvvəllərində mövcud olan tektonik rejim dəyişir.
Şimali Atlantikanın açılması ilə əlaqədar olaraq üstünlük təşkil edən dartılma rejimi
sıxılma ilə əvəz olunur, nəticədə okean və subokean tipli qabığın subdiksiyası (udul-
ması) ilə mikroqitələrin yaxınlaşması baş verir (böyük üfiqi yerdəyişmə və üstəgəl-
mələrlə müşayiət olunan), şaryajlar əmələ gəlməyə başlayır. Erkən Təbaşirdə (Bar-
rem-Apt-erkən Alb) daxili ofiolit və metamorfik bünövrənin iştirakı ilə Karpatlarda
və Balkanlarda ardıcıl örtüklər əmələ gəlir. Onlar okean tipli qabığa malik ərazinin
qapanmasına və subduksiya və ya obduksiyanın baş verməsinə səbəb olur. Karpat-
Balkan orogeninin nisbətən daxili zonaları gec Təbaşirdə və qismən də Paleosendə
maqmatizmin intensiv baş verdiyi bir sahəyə çevrilir. Maqmatizmin əsas yayıldığı zo-
na şimalda Anusen dağlarından başlayır və buradan Şərqi Serbiya Dağlıq Bolqariya-
ya kimi uzanır.
Təbaşirin sonunda baş verən Larami qırışıqlıq epoxasında deformasiya (sıxılma)
Penin və Raxov zonalarına yayılır, Karpatların nisbətən daxili örtüklərinin formalaş-
masını başa çatdırır. Balkanların daxilində üstəgəlmələr boyunca hərəkətlər sonra da
davam etmiş və orta Eosenin sonunda maksimuma (kulminasiya nsqtəsinə) çatmışdır.
Alp orogen mərhələsi (Oliqosen-Dördüncü dövr). Karpatların müasir örtük-qırı-
şıqlıq quruluşu əsasən erkən-orta Miosendə formalaşmışdır. Bu mərhələdə Karpatqar-
şısı çökəkliyin enməsi gec Miosenə kimi davam edir. Alplarla Karpatların qovuşma
413
sahəsində və onlarla Dinaridlərin arasında Vena, Transilvan çökəklikləri formalaşır.
Karpatqarşısı və Transilvan çökəkliklərində toplanmış molass qatının qalınlığı müva-
fiq olaraq 8-10 km və 5-6 km-ə çatır.
DINAR-ELLID VƏ TAVRIDLƏR
Dinar-Ellid sisteminin quruluşunda və bilavasitə onun ətrafında qədim Rifeyə-
qədər törəmələrlə yanaşı olaraq para- və ortoqneyslər, mikalıu şistlər, mərmər, amfi-
bollar metamorfikləşmiş, ampfibolitləşmiş, qismən epidot-amfibolit fasiyası iştirak
edir. Bu kompleks Pelaqon, Menderes, Serb-Makedon, Rodop massivlərində, qismən-
də Fasselin, Attiki, Evben və Kiklad tektonik pəncərələrində yer səthinə çıxır. Təyin
olunmuş mütləq yaşına (1000 mln. ilə yaxın) qneys kompleksi erkən-orta Rifeyə aid
oluna bilər. V.E.Xainin fikrincə, Qrenval matamorfizminə və qranitləşməsinə məruz
qalmış bu törəmələr, həqiqətən Qrenvil qırışıqlıq epoxasında destruktiv proseslərə
məruz qalmış daha qədim törəmələr də ola bilər. Qneys komplekslərinin çıxışlarının
Kembriyəqədər mərhələnin ortalarında Pangeya I-in tərkibinə daxil olan və Şərqi Av-
ropa ilə Afrika-Ərəbistan platformasını birləşdirən, Aralıq dənizi qurşağının yaran-
ması ilə parçalanmış mostun qalıqları hesab olunur.
Baykal-Sallir mərhələsi (gec Rifey-orta Kembri). Bu mərhələ Aralıq dənizi qur-
şağının inkiaşfının ilkin mərhələsinə müvafiq gəlir. Dinar-Ellidlərin şərq sərhəddində
Serb-Makedon massivinin bünövrəsinin psammit-pelit çöküntülərindən və vulkano-
gen törəmələrdən ibarət valasin kompleksi bu mərhələdə formalaşmışdır. Analoji tö-
rəmələr Daxili Dinaridlərdə və Palaqon massivinin Şimal və Şərq ətrafında da müəy-
yən olunmuşdur. Bu mərhələdə gec Rifeyəqədər yaşlı kontinental bünövrə destruk-
siyaya məruz qalmışdır.
Kaledon-Hersin geosinklinal mərhələsi (Ordovik-erkən Karbon). A.QrubiÇin fi-
krincə Baykal (Salair) konsolidasiyası Şernoqoriyaya toxunmamışdır. Digər sahələr-
də isə Ordovikdən başlayaraq Devona kimi müxtəlif vaxtlarda baş Baykal-Salair qa-
bığının destruksiyası vermişdir. Ümumiyyətlə, Ordovikdə daxil olmaqla orta Paleo-
zoy Dinaridlərdə, Şimali Ellidlərdə (Albaniya, Yuqoslaviya Makedoniyası) kifayət
qədər geniş yayılmışdır, qalınlığı 7 km-ə çatan dəniz mənşəli qumlu-şistli formasiya-
dan, əhəngdaşı linzalarından ibarətdir. Bu isə Vardar istisna olmaqla qalan ərazinin
miogeosinklinal rejimdə inkiaşf etdiyini göstərir.
Hersin orogen mərhələsi (orta Karbon-Perm). Kənar Dinaridlərdə və Ellidlərdə
Hersin diastrofizminin təzahürü demək olar ki, qeyd olunmur. Şimalda Şərqi Alplar-
dan, şərqdə Daxili Dinarid və Karpat-Balkanlardan gətirilən qırıntı materialları çö-
küntütoplanma hövzəsinin dayazlaşmasına səbəb olmuşdur. Daxili Dinaridlərdə Her-
sin qırışıqlığının təzahürü özünü orta-üst Karbon arasında uyğunsuzluğun və Permdə
konqlomerat, kvarslı porfir və qranitlərin olması ilə biruzə verir.
Kimmeri-Alp geosinklinal mərhələsi (Trias-Paleogen). Yeni mərhələ erkən Tri-
asda baş verən geniş transqerssiya ilə başlayır. Triasda və Yurada (Kimmericə kimi)
Dinaridlərin Kənar və Mərkəzi zonaları və Ellidlərin Vardara kimi qərb ətrafında ge-
niş qeyri-fəal ətraf mövcud olmuşdur (Hondvananın Adriatik və Araviy qalxımının
karbonat şelfi). Bu qeyri-fəal ətraf riftogenez proseslərə məruz qalmış və qalxmış və
enmiş bloklara ayrılmışdır. Riftogenez prosesi sualtı bazalt vulkanizminin təzahürü
ilə müşayiət olunmuşdur. Qalxmaya məruz qalan bloklarda rifogen karbonatlar, enən

414
bloklarda isə pelagik karbonatlar və radiolyarilər toplanmışdır. Şimal-Şərqdə Hond-
vana qarşısı kontinental ətraf okean tip qabığa malik Vardar hövzəsi ilə məhdudlaşır.
Triasın sonu- orta Yurada bu hövzənin şimal-şərq ətrafında filiş toplanmışdır.
Bir qrup tədqiqatçılar Mezozoyda Tetisin oxunun (əsas hissəsinin) Vardar zona-
sından keçməklə İzmir, Ankara, Anadoluda, Ərzincan istiqamətdə keçdiyini göstərir-
lər. Bu baxılan zaman ərazidə Dinar-Ellid və Tavridlərin kənar, şelf sahəsi sakit tek-
tonik şəraitdə inkiaşüf etmişdir. Gec Yurada dayazlaşma baş verir və bu da Cənubi-
Adriatik zonasında evoporitlərin toplanması, eləcə də bazaltın təzahürü ilə müşayiət
olunmuşdur. Barretdə Dinar-Ellid sisteminin daxili zonalarında tetkonik fəallıq hiss
olunacaq dərəcədə zəifləyir və geniş ərazidə nerit karbonat çöküntüləri toplanmışdır.
Vardar zonasında Alb-Aptda filiş toplanması davam etmişdir.
Tetkonik hərəkətlərin növbəti fəallaşması gec Senonda başlayır. Tektonik hərə-
kətlərin intensivliyi Eosenin sonuna kimi artır və tamamlayıcı qırışıqlıqdan sonra da-
xili zonada onların örtük quruluşu müasir formasını alır. Bu zaman Serb-Makedon
massivi Vardar zonasına tərəf itələnir, Deformasiya yenidən regional metamorfizmlə
müşayiət olunur. Sıxılma hərəkətlərinin ardınca daxili zonanın əksər hissəsi Serb-Ma-
kedon massivi ilə birlikdə və Karpat-Balkanın qonşu sahələri (Sloveniyadan Egey
dənizinə kimi) intensiv əhəngli-qələvi maqmatizm ilə əhatə olunur. Bu isə erkən Mio-
senə kimi davam edir. Dinar-Elşlidlərin daxili zonalarında fliş toplanması molass top-
lanması ilə əvəz olunur. Mərkəzi Anadolu Eosenin sonunda qalxmaya məruz qalır,
Miosendə isə ayrı-ayrı hövzələrdə duzlu və kömürlü molassın toplandığı sahəyə çev-
rilir. Baş verən kolliziya proseləri ilə əlaqədar olaraq Miosenin sonundan, Holosenə
kimi əhəngli-qələvi vulkanizminin təzahürü qeyd olunur. Gec Senon epoxası xarici
Dinaridlərin şelf sahəsinin itnkişafında da mühüm mərhələ hesab olunur. Qalxma ilə
başlayan bu proseslə əlaqədar olan reqresiya Paleogen-erkən Eosendə maksimuma
çatır. Dinar-Ellidlərdə deformasiya erkən Miosenin sonu və orta Miosendə maksimal
həddinə (kulminasiyaya) çatır, demək olar ki, hər yerdə fliş toplanma başa çatır və
kənar zonalrda örtük-qırışıqlıq strukturu formalaşır.
Alp orogen mərhələsi (Gec Miosen-Dördüncü dövr). Dinar-Ellidlərin daxili zo-
nasında və Tavridlərdə filişin molassla əvəz olunmasına əsasən orogen mərhələnin
Oliqosendən baş verdiyini söyləmək olar. Ümumiyyətlə, bütövlükdə sistem üçün isə
orogen mərhələsi orta Miosenin sonu-gec Miosendə başlamışdır.
Avrasiya ilə Arinlərin kolliziyası nəticəsində Dinaridlərin Daxili zonası Serb-
Makedon massvi ilə birlikdə Miosendə maqmatizmin intensiv təzahür etdiyi sahəyə
çevrilmişdir.
Mosenin sonu və Pliosendə Dinar-Ellidlərin nisbətən xarici zonaları və Tavridlər
yenidən sıxılma deformasiyasının təsirinə məruz qalmışdır. Lakin Pliosen-Dördüncü
dövrün sərhəddində Egey qövsünün daxili hissəsində yenidən sıxılma baş verir. Pa-
pon çökəkliyinin cənubunda qırışıqlığın təzahürü qeyd olunur. Cənubi Egey qövsü-
nün formalaşması da bu dövrə təsadüf edir.
FAYDALI QAZINTILAR
Qərbi Aralıq dənizi vilayətində Pirineylərdə (İspaniyada) Apeninlərdə (İtaliya-
da) zəngin pirit, civə, dəmir filizi, qurğuşun, sink, mis yataqları aşkar olunmuşdur.
Burada eyni zamanda sənaye əhəmiyyətli boksit, daş və qonur kömür yataqları, eləcə-

415
də kükürd və kalium duzu (Sicilyada), tikinti materialları kimi faydalı qazıntılar var-
dır. Şərqi Aralıq dənizi vilayətində zəngin filiz, neft-qaz və qeyri filiz, mineral su ya-
taqları aşkar olunmuşdur. Balkanlarda, Pontidlərdə, Karpatlarda dəmir filizi, mis, ni-
kel, alüminium, qurğuşun, sink, polimetal filizlər, boksit, daş və qonur kömür, neft və
qaz, mineral su, eləcədə tikinti materialları kimi faydali qazintilar vardır.
8.3.2. KRIM-BÖYÜK QAFQAZ-KOPETDAQ QIRIŞIQLIQ SİSTEMİ
VƏ ZAQAFQAZİYA ARALIQ MASSİVİ
STRATİQRAFİYA
Tədqiq olunan ərazinin geoloji quruluşunda üst Proterozoy-Antropogen yaşlı çö-
küntü kompleksi iştrak edir. Öz quruluşuna və tərkibinə görə bu kompleks qırışıqlıq
sistemin inkişafının başlıca mərhələlərini əks etdirən üç struktur-formasiya komplek-
sinə ayrılır (cədvəl 8.3.2.1.).
Cədvəl 8.3.2.1.
№- Struktur-formasiya Yaşı
si kompleksi (SFK) Dağlıq Krım Böyük Qafqaz Kopetdağ
1 Bünövrə Kembriyəqədər-Paleozoy-Trias
2 Geosinklinal Trias-Eosen Yura- Eosen Yura- Eosen
3 Orogen Oliqosen-Dördüncü dövr

Bünövrə struktur formasiya kompleksi (BSFK). Daqlıq Krım meqaantikli-


noriumu Krım yarımadasının cənub hissəsini əhatə edir və bir-birindən struktur for-
masiya komplekslərinə görə fərqlənən Qərbi və Şərqi Krıma ayrılır. Daqlıq Krımda
gec Ppoteposoy-Paleosoy yaşlı BSFK yer uzərinə şıxmır və yalnız ikinci yatım for-
masında təsaduf olunmuş əhəngdaşı, yaşıl metamorfik şistlərdən ibarət olan qaymalar
şəklində məlumdur.
Böyük Qafqazda BSFK ümumi qalınlığı 10-15 km-ə çatan Kembriyəqədər,
Paleozoy törəmələrindən təşkil olunmuşur. Böyük Qafqazda BSFK-nin tərkibində
Kembriyəqədər (qneys, kvarslı-biotit, amfibolitli, xloritli və başqa kristallik şistlər);
alt Paleozoy (əsas vulkanitlər, serpentinləşmiş hiperbazitlər, yaşlı şistlər, fillitlər); or-
ta Paleozoy (mikalı şist və mərmər təbəqələri olan amfibolitlər, filitlər, diabazlar, por-
firitli-diabazlar, spilitlər, tuflar, muxtəlif tufaken süxurlar), üst Paleozoy (aşarı hissə-
də kömür təbəqəli qumdaşı və konqlomeratlar, orta və turş tərkibli tuflar; üst hissədə
dəniz mənşəli terrigen, terrigen-karbonat və karbonatlı çöküntülər) ayrılır.
Kopetdağ, Böyük Balxan və Kubadağda BSFK Kembriyəqədər, Paleozoy və
qismən də Mezozoy (Trias) yaşlı süxürlardan təşkil olunmuşdur. Böyük Balxan və
Kubadağda BSFK-nin yer üzərinə çıxan Paleozoy hissəsi (qranit, diorit, əsas, orta və
turş tərkibli effuzivlərdən təşkil olunmuş) öyrənilmişdir.
Daqlıq Krımda GSFK bilavasitə Trias-Berrias yaşlı geosinklinal və gec Təba-
şir-Eosen yaşlı geoantiklinal formasiyalarından təşkil olunmuşdur. Daqlıq Krımın
geosinklinal kompleksində beş struktur mərtəbə ayrılır: 1) qalınlığı 4 km-ə çatan ter-
rigen flişdən ibarət Tavriya seriyası (üst Trias-alt Yura); 2) qalınlığı 1,5-2,5 km-ə ça-
tan kobuddənəli terrigen və kömürlü qumlu-şistli çöküntülər qatı (üst Aalen alt Ba-
yos); 3) qalınlığı 0,5-1,4 km-ə çatan andezit-bazalt və spilit keratofir qruplu vulkano-
gen formasiya, qumlu-gilli filiş, sideritli gil qatı (üst Bayos-alt Kellovey); 4) qalınlığı

416
2 km-ə çatan muxtəlif karbonat və terrigen çöküntülər qatı (üst Kellovey-Kimmeriş);
5) qalınlığı 3,0 km-dən artıq olan terrigen-filiş qatı (Titon-Berrias).
Daqlıq Krımın GSFK-nin üst geoantiklinal kompleksi isə üç struktur mərtəbə-
dən ibarətdir: 1) xüsusi geosinklinal mərhələdən geoantiklinal mərhələyə keçid təşkil
edən və umumi qalınlığı 0,8-1,0 km-ə çatan karbonatlı, gilli və qumlu-gilli çöküntülər
qatı (Valanjin-alt Barrem); 2) qalınlığı 500 m-ə çatan eyni tərkibli sideritli gillərdən
ibarət qat (üst Barrem-alt Alb); 3) transqressiv yatıma malik, dayaz hövzədə əmələ
gəlmi, umumi qalınlığı 200-500 m arasında dəyişən qumdaşı və qumlu-gilli çöküntü-
lər, gillər, mergellər, əhəngdaşları (orta Alb-Eosen).
Böyük Qafqazda GSFK Yura, Təbaşir və Paleogen yaşlı vulkanogen-çökmə
törəmələrdən təşkil olunmuşdur və üç struktur mərtəbəyə ayrılır: 1) alt Yura-Aalen
struktur mərtəbəsi- gilli və terrigen-gilli formasiyadan (əsas, orta və turş tərkibli vul-
kanitlərlə müşayiət olunan gilli və aspid şistləri) təşkil olunan qat. Maksimal qalınlığı
(7,0-8,5 km-ə qədər) Şərqi Qafqazın mərkəzi qalxımlarında qeyd olunur. Qalan zona-
larda alt Yura mərtəbəsinin qalınlığı 3,0-5,0 km-dir; 2) orta Yura (Bayos-Bat) struk-
tur mərtəbəsi- Böyük Qafqazın şimal-qərb və şərq hissələrində miogeosinklinal çö-
kəklikdə toplanmış qumlu-gilli formasiyadan, qalan sahələrində isə evgeosinklinal
hövzələrdə toplanmış vulkanogen formasiyadan ibarətdir. Miogeosinklinal komplek-
sin qalınlığı 2,0-2,5 km-ə qədərdir, kəsilişin aşağı hissəsində kömürlü çöküntülər iş-
tirak edir. Laba-Malka zonasında və Əhəngdaşlı Dağıstan zonasında alt və orta Yura
qalınlığı 1,0-1,5 km-ə çatan qumlu gilli çöküntülərdən ibarətdir. Böyük Qafqazın cə-
nub yamacında və Zaqafqaziya aralıq massivində vulkanogen Bayos seriyasının qa-
lınlığı 3,0 km-ə çatır; 3) üst Yura-Eosen struktur mərtəbəsi- üst Yura, alt və üst Təba-
şir, Danimarka, Paleosen, Eosen yaşlı karbonat, terrigen-karbonat filişindən təşkil
olunmuşdur. Laba-Malka zonasında və Əhəngdaşlı Dağıstan zonasında üst Yura qa-
lınlığı 1000 m- ə çatan terrigen-karbonat və karbonat-evoparit çöküntülərdən təşkil
olunmuşdur. Laba-Malka zonasında alt Təbaşir əhəngdaşı, qumdaşı-gilli (500-1200
m); üst Təbaşir əsasən əhəngdaşı və mergeldən (500-1500 m); Paleosen-Eosen mer-
gel və gildən (200-300 m) ibarətdir. Əhəngdaşlı Dağıstan zonasında Yura, Təbaşir,
Danimarka, Paleosen, Eosen analoji kəsilişə malikdir.
Kopetdaq, Böyük Balxan və Kubadağda GSFK Yura-orta Eosen yaşlıdır. Bö-
yük Balxanda Yura çöküntüləri yer üzərinə çıxır, qalınlığı 4300 m-ə çatan kəsilişdə
komürlü vəterrigen-gilli seriyadan ibarət olan alt və orta Yura aydın seçilir. Burada
Yura gips, anhidrit təbəqəli əhəngdaşlarından, siderit konqresiyalı qumlu-şistli qat-
dan, ksmur təbəqəli şistlərdən, brekşiyavari əhəngdaşlarından qırmızı rəngli konqlo-
meratlardan təşkil olunmuşdur. GSFK-nin Təbaşir-Paleogen hissəsində dörd struktur
mərtəbə ayrılır: 1) qalınlığı 400-600 m-ə çatan karbonatlı qat (Valanjin-alt Barrem);
2) qalınlığı 1200-2000 m arasında dəyişən gilli terrigen və terrigen-karbonatlı çökün-
tülər qatı (üst Barrem-Senoman); 3) qalınlırı 150-900 m arasında dəyişən gilli-karbo-
natlı qat (Turon-Maastrixt); 4) kəsilişin üst hissəsində əsasən, gillərdən, aşaqı hissə-
sində merkelli suxurlardan ibarət olan qat (Paleogen-alt Oliqosen).
Darlıq Krımda Oliqosen-Dördüncü dövr yaşlı OCFK İndolo-Kuban kənar çö-
kəkliyinin əmələ kəldiyi vaxtdan etibarən (Oliqosen-alt Miosen) toplanmışdır, tərki-
binə görə muxtəlif (dəniz, kontinental-dəniz və kontinental) çöküntülərdən ibarətdir.
OSFK iki siruktur mərtəbəyə (Oliqosen-alt Miiosen seriyası və orta Miosen-Dördün-
417
cü dövr) ayrılır. Maykop seriyası alevrolit və mergel təbəqəli gillərdən, orta Miosen-
Dördüncü dövr konqlomerat, əhəngdaşı, mergel araqatlı gillərdən ibarətdir.
Böyük Qafqazda OSFK Oliqosen, Neogen və Antropogen çöküntülərindən təş-
kil olunmuşdur və çöküntülərin tərkibinə, yatım formasına görə iki struktur mərtəbə-
yə (Oliqosen-orta Sarmat və üst Sarmat-Antropogen) ayrılır. Oliqosen-orta Sarmat
yaşlı çöküntülər, əsasən gillərdən təşkil olunmuşdur və qalınlıgı 0,5-1,0 km-dən 4,0-
5,0 km-ə çatır. Qalınlığı 1,5 km-ə çatan üst Sarmat-Antropogen çöküntülərin tərkibin-
də kobuddənəli qırıntı materialları üstünlük təşkil edir. OSFK-nin toplanması intensiv
vulkanizmin təzahürü ilə müşayiət olunmuşdur.
Kopetdağ, Böyük Balxan və Kubadağda gec Oliqosen-Dördüncü dövr yaşlı
OSFK qalınlırı 2 km-ə çatan kontinenttal və dəniz mənşəli molass çöküntülərindən
təşkil olunmuşdur. OSFK iki struktur mərtəbəyə- üst Oliqosen-Miosen (qalınlığı 800-
m-ə çatan kontinental və dəniz molassının növbələşməsi), Pliosen və Dördüncü dövr
(konqlomerat, gips və duz təbəqələri olan qırmızı rəngli gilli-qumlu çöküntülər və
merkellər) ayrılır.
MAQMATİZM
Dağlıq Krımda da maqmatik fəaliyyət bir o qədər də güçlü olmamışdır. Krımda
ən qədim maqmatik süxurlar alt Yuranın diabaz lavalarıdır. Ən güclü vulkanizm orta
Yura epoxasında təzahür etmişdir və splitokeratofir formasiyası əmələ gəlmişdir.
Krımda orta tərkibli lakkolit tipli intruziyalar da məlumdur. Mezozoy maqmatizminin
daha sonrakı törəmələri (lavalar və tuflar) üst Yuranın Kellovey əsrinə və Təbaşir
dövrünə aiddir.
Qafqaz qırışıqlıq sisteminin maqmatizmində Proterozoy, Paleozoy (spnlit-kera-
tofir formasiyası, ofiolitlər, qabbro-amfibolitlər, qranodioritlər, porfiritlər və onların
tufları) Mezozoy (qranit, qranodiorit, diabaz, bazalt, porfiritlər, andezitlər) və Kayno-
zoy (qabbro-plagioqranit formasiyası, qranosienit-porfir, bazalt, andezit-bazalt lava-
ları) maqmatik tsiklləri ayrılır ki, bunlardan da Mezozoy tsikli həm Böyük, həm də
Kiçik Qafqazda son dərəcədə geniş və güçlü təzahür etmişdir. Qafqaz üçün Cavan
vulkanizm (əsasən, yerüstü) xüsüsilə səşiyyəvidir. Bu vulkanizm üç mərhələdə (üst
Miosen-alt Pliosen, Pliosen və Antropogen) təzahür etmişdir. Qafqazın tağvarı qalxı-
mı parçalanmalarla müşayiət edilmişdir və Dördüncü dövr vulkanizmi (andezit-ba-
zalt, andezit-datsit lavaları, vulkanik tuflar və pemzalar) bu parçalanmalarla əlaqədar-
dır. Böyük Qafqaza nisbətən Kiçik Qafqazda Antropogen vulkanizmi daha geniş inki-
şaf etmişdir.
Kopetdağ, Böyük Balxan və Kubadağ ərazisində maqmatizm prosesi bir o qədər
də geniş miqyasda təzahür etməmişdir. Krasnovodski ətrafında yayılmış effuzivlər
(spilitokeratofirlər), intruzivlər, muxtəlif damar süxurları və Böyük Balxanda müşahi-
də edilən şəhrayı qranitlər əsasən orta, üst Paleozoy maqmatik tsiklinin məhsullarıdır.
Kopetdağda Kaynozoy zamanında zəif effuziv maqmatizm təzahüp etmişdir. Həmin
effuziv fəaliyyət nəticəsində Kopetdağda Paleogen yaşlı andezit-bazaltlar, andezit-
tufları və onların piroklastları əmələ gəlmişdir.

418
TEKTONİKA
Bu qırışıqlıq vilayət qərb-şimal-qərb istiqamətdə Dobruşadan Badxıza qədər
2200 km məsafədə düz xətt boyunca uzanır. Onun daxilində erkən Kimmeri yaşlı Şi-
mali Dobruşa, Kimmeri-Alp yaşlı Daqlıq Krım, Alp yaşlı Qafqaz və Kopetdaq sis-
temləri ayrılır (şəkil 8.3.2.1.). Sistemin muasir struktur planı Oliqosendən etibarən
formalaşmışdır.

Şəkil 8.3.2.1. Krım-Qafqaz-Kopetdaq qırışıqlıq sisteminin və


Şimali Zaqafqaziyanın tektonik sxemi.
1-platformalar; 2-aralıq massivlər; 3-örtüyü intensiv deformasiyaya məruz qalan ara-
lıq massivlər; 4-kənar, o cümlədən filiş zonaları; 5-Alp işlənilməsinə məruz qalan
Hersin nüvələri; 6- Kimmeri işlənilməsinəməruz qalan daxili zonalar; 7-ofiolitlər;
8-molasslar; 9-cavan vudkanitlər (N+Q); 10-okean qabıqlı dərinsulu hövzələr; 11-üs-
təgəlmələr; digər qırılmalar.

Dağlıq Krım. Qayma-qırışıqlığına malik Daqlıq Krım eyni adlı yarımadanın uc-
qar cənub hissələrini əhətə edir, onun tağ və cənub qanadı Qara dənizin akvatoriya-
sında yerləşir. Şimal-şərq istiqamətdə uzanan bu qırışığın uzunluğu 150, eni isə 50
km-ə qədərdir . Dağlıq Krım bloku şimala doğru meyl edən, en istiqamətli iki dərinlik
qırılması ilə hüdudlanır. Onlardan şimalda yerləşəni Beloqorsk rayonundan keçir və
Dağlıq Krımı Skif plitəsin tərkib hissəsi olan Səhra Krımdan ayırır. Cənubda yerləşən
qırılma Qara dənizdə izlənilir (şəkil. 8.3.2.2.).
Daqlıq Krım və Böyük Qafqaz bir-birindən Oliqosen-Dördüncü dövr yaşlı mo-
lass formasiyası dolmuş Kerş-Taman eninə çökəkliyi ilə ayrılır. Daqlıq Krımın quru-
luşunda ayırılan submeridional istiqamətli qırılma zonası Krımı qərb və şərq seq-
mentlərə ayırır. Yalnız şərq seqmentinin qarşısında kənar çökək- İndol çökəkliyi ya-
ranmışdır. Bu çökəklik şərqdə Böyük Qafzın Qərbi Kuban ön çökəkliyi ilə birləşir.
Hər iki çökəklik birlikdə cənub istiqamətdə Kerş-Taman eninə çökəkliyi ilə qovuşur.
Şərqi Krımın Təbaşirə qədər törəmələri Qərbi Krıma nisbətən daha intensiv deforma-
siyalara məruz qalmışdır. Bu cür muxtəliflik Təbaşir-Paleogen dövrundə də saxlanıl-

419
mışdır. Əldə olan materialların ümumiləşdirilməsi Qərbi Krımın Kimmeri, Şərqi
Krım isə Alp yaşlı qırışıqlnq struktur olduğunu söyləməyə əsas verir. Krım Kimmeri
dövrundə Dobruşa, Alpda isə Böyük Qafqaz ilə sıx əlaqədə olmuşdur.
Daqlıq Krım meqaantiklinoriumunun başlıca struktur elementləri Trias-Yura çö-
küntülərindən təşkil olunmuş nüvə, Alb-Eosen çöküntülərindən təşkil olunmuş şimal
qanadı və əsasən Olnqosen-alt Miosendən (Maykop gilləri) ibarət olan şərqi perikli-
nal batımı hesab olunur. Daqlıq Krım meqaantiklinoriumunun nüvəsində Cənub Sa-
hil, Kaşi, Tuak antiklinoriumları və eləşə də Cənub Qərbi, Şərqi Krım və Sudak sink-
linoriumları ayrılır (şəkil. 8.3.2.2.).

Şəkil 8.3.2.2. Dağlıq Krım qırışıqlıq sisteminin tektonik sxemi.


(S.L.Bızov, Y.Q.Morqunov, A.F.Limonov və b. görə)
Struktur mərtəbələr: I.Atp orogen, II.Gec Kimmeri qırışıqlıqdan sora, III.Erkən Kim-
meri qırışıqlıqdan sora, IV. Erkən Kimmeri geosinklinal, V. Erkən-gec Kimmeri geo-
sinklinal, VI.Alp geosinklinal, Qırılmalar: VII.Regional, VIII.Zonal, IX.Yerli, X.Üs-
təgəlmələr, XI.Dərin seysmik zondlama məlumatlarına görə müəyyən olunan;
XII.Mərtəbələrin sərhəddi; Yatım şəraiti: XIII.Subüfüqi, XIV.Yastımonoklinal,
XV.Dik, XVI.Diapir qırışıqlar; XVII.İntruziv kütlələr; XVIII.Əsas struktur element-
lər. Struktur-fasial zona və yarımzonalar: 1-Skif plitəsi (Zuy qalxımı), 2-Bitak zonası,
3-Lozov zonası, 4-KaÇin yarımzonası, 5-Beşuy yarımzonası, 6-Cənub sahili yarım-
zonası, 7-Şərqi Krım yarımzonası, 8-Qaradaq yarımzonası; Alp qırışıqlıq vilayəti:
9-Sudak zonası, 10-Diapir qırışıqlar zonası; 11-Qaradəniz plitəsi; qırışıqlar: 12-Fedo-
seya, 13-Simferopol.

420
Böyük Qafqaz. Bu Alp qırışıqlıq sistemi qərb, şimal-qərb, şərq, cənub-şərq is-
tiqamətdə Taman yarımadasından Abşerona qədər uzanır və şimalda Qərbi və Şərqi-
Kuban, Terek-Xəzər və Qusar-Dəvəşi ön çökəklikləri ilə muçayət olunur. Şərqi-Ku-
ban və Terek-Xəzər çökəklikləri arasında Böyük Qafqaz Skif plitəsi ilə sərhədlənir.
Cənubda Böyük Qafqaz meqantiklinoriumu, Zaqafqaziya aralıq massivi ilə həmsər-
həddir. Zaqafqaziya massivin müasir quruluşunda törəmə Kur və Rion dağarası çö-
kəklikləri və onları bir-birindən ayıran Dzirul massivi ayrılır. Bu çökəkliklərdən cə-
nubda Kiçik Qafqaz meqantiklinoriumu yerləşir (şəkil 8.3.2.3.).

Şəkil 8.3.2.3. Bsyuk Qafqaz və Şimali Zaqafqaziyanın tektonik sxemi


(V.E.Xainə görə).
I.Qafqazqarşısı plitə Əhəngdaşlı Dağıstan zonası (1) daxil olmaqla; II.Molassın altın-
da yerləşən Qafqazqarşısı plitə; III. Kənar (ön) çökəkliklər: 2-Qərbi-Kuban, 3-Şərqi-
Kuban, 4-Terek-Xəzəryanı, 5-Qusar-Dəvəşi, 6-Abşeron-Qobüstan pereklinal çökək-
liyi; IV.Ön silsilə zonası; V.Mərkəzi Qafqazın Baş silsilə zonası; VI.Şərqi Qafqazın
Mərkəzi, Baş və Yan silsilələrin cənub yamacının şist zonası; VII. Şərqi və Qərbi
Qafqazın filiş zonaları; VIII.Qaqra-Cav və Kaxet-Vəndam zonası; IX.Zaqafqaziya
aralıq massivi; X.Bünövrənin yer səthinə çıxışları; XI.Molassın altında yerləşən bü-
növrənin yer səthinə çıxışları; XII. Dararası çökəklnklər: 7-Rion, 8-Yuxarı Kür (Kar-
tali), 9-Orta Kür, 10-Aşağı Kür, 11-Alazan-Əyriçay; XII.Acar-Trialet zonası;
XIII.Üstəgəlmələr və əks-fay-ütsəgəlmələr; XIV.Böyük eninə fleksura-qırılma zona-
ları: 12-Pçex-Adler, 13-Qərbi-Xəzər, 14-Mineral su bəndi.

Böyük Qafqaz meqantiklinoriumu eninə fleksura-qırılma zonaları ilə şimali-qər-


bi Qafqaz, mərkəzi Qafqaz, şərqi Qafqaz və cənub-şərqi Qafqaz seqmentlərinə bölü-
nür. Bu senmentlərin hər birinin eninə kəsilişində səciyyəvi zonallıqla xarakterizə
olunur. Mərkəzi Qafqazın eninə kəsilişində 4 əsas zona şimal-qərbi, mərkəzi, şərqi və

421
cənub-şərqi) ayrılır. Ən ucqar şimal yarısında üst Yura-Paleogen törəmələri şimal is-
tiqamətdə yatan monoklinal (Simali Qafqaz) əmələ gətirir. Bu monoklinal Maykop
törəmələri ilə doldurulmuş çökəkliklərlə Skif plitəsinin Stavropol qalxımı ilə qovu-
şur. Şimal zonanın qərb sərhədi Pçex, şərq sərhədi isə Lısoqor fleksura zonaları bo-
yunca keçir. Mərkəzi Qafqazın şimal yamacı zonası cənub istiqamətdə böyük dərinlik
yarığı ilə Ön Silsilə zonasından, o da öz növbəsində Pişekiş-Tırnauz qırılması ilə Baş
Silsilə zonasından ayrılır.
Ön Silsilə zonası orta Yuradan sonrakı törəmələrə görə horst, üst Paleozoy mo-
lass formasiyasına görə sinklinorium, orta Paleozoy çöküntülərinə görə murəkkəb qu-
ruluşdu örtük əmələ gətirir. Şimal yamacı kimi bu zonada Neogenə qədərki dövrdə
Skif Epihersin plitəsinin tərkib hissəsi olub, Neogendən sonra Böyük Qafqazın ümu-
mi qalxımına məruz qalıb. Baş Silsilə zonasında Epihersin platformasının metamor-
fikləşmiş kompleksi oldutşa intensiv Alp deformasiyalarına məruz qalmış və mü-
rəkkəb örtük-qırışıqlıq quruluşa malikdir. Cənub istiqamətdə Baş Silsilə zonası Cə-
nub yamacı zonası üzərində amplitudası 25 km olan üstəgəlmə əmələ gətirir.
Mərkəzi Qafqazın ən Cənub zonası Zaqafqaziya aralıq massivinin şimal ətrafını
təşkil edən Qaqra-Cav zonasıdır. Bu zona Leyas-Aalenin filiş, üst Yuranın terrigen-
Karbonat və alt Təbaşirin Karbonat formasiyasından təşkil olunmuşdur.
Şərqi Qafqazın əsas hissəsi Mərkəzi Qafqazın Baş Silsilə və Cənub yamacı zo-
nasının davamından ibarətdir. Ucqar şimal zonalar Terek-Xəzər çökəkliyinin molassı
altında yatır. Şərqi Qafqazın şimal zonasının quruluşu uzanma istiqamətdə sadə mo-
noklinaldan (Kabarde ərazisində), pulşuqlu-üstəgəlməli (Şimali Osetina və İnquşeti-
ya), üstəgəlmə-əksfaylı və qutuvari qırışıqlığa malik (Əhəngdaşılı Darıstan) struktura
qədər dəyiişir. Şərqi Qafqazın mərkəzi qalxımı Leyac-Aalenin qumlu-şistli, Aalen-
Bayosun, vulkanik-plutonik formasiyasından ibarətdir. Burada bir-birindən qraben-
sinklinrrium ilə ayrılmış Yan və Baş Silsilə horst-antiklinoriumları ayrılır. Baş Silsilə
antiklinoriumut cənub yamac zonasına doğru üstəgəlmə təşkil edir. Cənub yamac zo-
nası üst Leyas-Dokerin qumlu-şistli və üst Yura-alt Paleogenin fliş formasiyasından
təşkil olunmuşdur. Hər iki frrmasiya üstəgəlmələrlə murəkkəbləşmişdir. Cənub ya-
macı zonası cənubdan Mərkəzi Qafqazın Qaqra-Cav zonasının homoloqu olan Kaxe-
tya-Vandam kənar qalxımı ilə sərhədlənir. Kaxetiya-Vandam zonası Leyas-Aalenin
qumlu-şistli, Bayocun porfirit, Titon-Albın- fliş formasiyası ilə mürəkkəbləşmişdir.
Şərq istiqamətdə Kaxetiya-Vandam zonası Oliqosenin törəmələri altına enərək Kur
çökəkliyinin şimal yamacı boyunşa üstəgəlmə təşkil edir.
Cənubi-Şərqi Qafqazın hududlarında Böyük Qafqazın nəzərə şarpaşaq dərəşədə
ensizləşməsi və pilləvari enməsi müşahidə olunur. Əhəngdaşılı Daqıstan zonası bü-
tovlukdə Qusar-Dəvəşi pereklinal çökəkliyinin altında itir. Yan Silsilə antiklinoriu-
munun davamı olan zolaq Qusar-Dəvəşi çökəkliyi üzərində üstəgəlmə təşkil edir. Baş
Silsilə antiklinoriumunun Yura nüvəsi Təbaşir-Paleogen çöküntülərinin altında itir.
Baş Silsilə və Yan Silsilə antiklinoriumları arasında sinklinoriumpar müşahidə olu-
nur. Kaxetiya-Vandam zonası Oliqosen-Neogen törəmələrindən ibarət olub, Şamaxı-
Qobüstan çökəkliyi altında itir. Bu çökəklik cənubda Kur çökəkliyindən üstəgəlmə ilə
ayrılır. Cənub-şərq və şərq istiqamətdə Şamaxı-Qobüstan çökəkliyi Abşeron çökək-
liyi ilə birləşərək Abşeron-Qobüstan pereklinal çökəkliyini əmələ gətirir. Alt və orta
Yura yaşlı qara şist formasiyasından təşkil olunmuş Qoytx antiklinoriumu Şimali-
422
Qərbi Qafqazın hüdudlarında ox qalxımı rolunu oynayır. Bu antiklinoriumdan cənub-
da Cənub yamacı zonasının cənub istiqamətdə meyl etmiş və şaryajlara məruz qalmış
və tektonik plastinlərdən ibarət olan fliş zonası uzanır. Bu cür örtüklərdən biri olan
Vorontsov örtüyü Axtsu-Katsırxa kənar qalxımı üzərində üstəgəlmə təşkil edərək
Aşaqı Adler pereklinal çökəkliyinin Oliqosen-Miosen molass formasiyası altında itir.
Şimal yamacda Aba-Günay fliş sinklinoriumu yerləşmişdir. Tuapsi eninə qalxımın-
dan sonra cənub şimal yamaclarının fliş zonaları birləşir. Anapa fleksurasından qərb-
də isə Böyük Qafqaz qırışıqlıq sistemi Kerş-Taman eninə çökəkliyinin Oliqosen-Dör-
düncü dövr molass formasiyasının altına doğru enir.
Böyük Qafqaz qırışıqlıq sistemi cənubda Salair yaşlı bünövrəyə malik Zaqafqa-
ziya aralıq massivi ilə sərhədlənir. Massivin qərb hissəsində bünövrəsi Dzirul qalxı-
mında intişar edən Gurşüstan qayması yerləşir. Bu qalxımdan şimalda Saşxer qalxımı
yerləşmişdir. Bu qalxım qərbdə Okrib qalxımı ilə Rinon çökəkliyinə keçir. By çökək-
liyin mərkəz hissəsini Kolxida, şimal hissəsinin Abxaz-Meqrel, cənub hissəsini isə
Quriy çökəkliyi tutur. Acar-Trialet qırışıqlıq zonası böyük qalınlıqlı Təbaşir vulkano-
gen, Paleosen-alt Eosen fliş və orta-üst Eosen vulkanogen formasiyadan təşkil olun-
muşdur. Üstəgəlmələr və çevrilmiş qırışıqlıqlarla murəkkəbləşmiş bu zona Oliqosen-
Miosen yaşlı Axalşı çökəkliyi ilə həmsərhəddir.
Massivin mərkəzi və şərq hissələrinin quruluşu qərb hissəsininkindən fərqlənir.
Cənubda bünövrə Kiçik Qafqazın şimal yamacında yer səthinə çıxır. Qərbdə bu zona
Artvin-Qarabaq zonası adı altında məlumdur. Cənub-şərqdə massivin ətrafları boyun-
ca orta Yura vulkanitlərindən təşkil oluvmuş Murovdağ və Qarabağ antiklinoriumları
ayrılır. Talış qırışıqlıq zonasının quruluşunda iştirak edən orta-üst Eosen vulkanogen
törəmələri, Paleosen-alt Eosen filişi və üst Təbaşir əhəngdaşıları üstəgəlmələrlə mü-
rəkkəbləşmiş qırışıqlar əmələ gətirirlər. Talış zonası Kiçik Qafqazın Artvin-Qarabağ
zonasından Oliqosen yaşlı törəmə Aşaqı Araz çökəkliyi ilə ayrılır. Massivin şimal-
şərq hissəsini Kur çökəkliyi tutur. Bu çökəklik qərbi (Qaratali), orta və aşağı Kur seq-
mentlərinə ayrılır. Orta Kür seqmentinin şimal hissəsində gec Pliosen-Antropogen
yaşlı törəmə Alazan-Əyriçay çökəkliyi yerləşir. Aşaqı Kur seqmenti Abşeron-Qobüs-
tan pereklinal çökəkliyi ilə qovuşur.
Kopetdaq qırışıqlıq sistemi. Bu qırışıqlıq sistem şimal-şərqdə gec Oliqosen-
Antropogen yaşlı molass formasiyası ilə doldurulmuş Kopetdağqarşısı kənar çökək-
liklə sərhədlənir. Bu çökəklik bir-birindən Qızılarvad yəhəri ilə ayrılmış iki hissədən-
Qazanşıq (şimal-qərbdə) və Aşqabad (cənub-şərqdə) ibarətdir. Qazancıq çökəkliyinin
qərb qurtaraşaqından qərbdə nüvəsi orta Yuranın terriyen, qanadları isə üst Yura-alt
Təbaşirin (Neokom) əhəngdaşı formasiyalarından təşkil olunmuş Böyük Balxan me-
qantiklinoriumu yerləşmişdir. Üst Kimmeri yaşlı bu qırışıqlıq struyturdan qərbdə tağı
Paleozoy və Trias vulkanitləri və qranitoidlərdən ibarət olan Qubadaq qalxımı yerləş-
mişdir. Qubadar antiklinoriumundan cənubda Pliosen yaşlı Qərbi-Türkmənistan çö-
kəkliyi yerləşmişdir. Şimalda en istiqamətdə uzananan və Abşeron yarımadası struk-
turları ilə birləşən Balxanyanı qalxımlar zonası yerləşmişdir.
Kopetdaq. Kopetdaq Alp qırışıqlıq sisuemi nəhəng qırışıqlıq qövs əmələ kətirən
Turkmən-Xorasan dağlıq ərazisinə daxildir. Qərb istiqamətində Xəzər dənizinə kimi
uzanan Kopetdağqabaqı kənar çökəklik Kopetdağ qırışıqlıq sistemindən Cənubi
Turkmən dərinlik yarığı ilə ayrılır. Böyük qalınlığa çatan Kaynozoy çöküntüləri ilə
423
dolmuş, bu çökəkliyin şimal qanadı maili olub, platforma strukturları ilə mürəkkəb-
ləşmişdir. Onun cənub qanadı isə dikdir (şəkil 8.3.3.4.).

Şəkil 8.3.2.4. Kopetdağ qırışıqlıq sisteminin tektonik sxemi.


(S.P.Balbeyə görə)
I. Meqaantiklinoriumlar: 1-Binauld, 2-Aadağ, 3-Kopetdar, 4-Böyük Balxan-Kuba-
dağ; II.Kənar çökəklik. 5-Kopetdağqabaqı kənar (ön) çökəklik; III.Daqarası çökəklik:
6-Qərbi Turkmənistan çökəkliyi; IV.Başlıca dərinlnk yarıqları: 7-Cənubi Turkmənis-
tan, 8-Ural-Oman.

Kopetdaq qırışıqlıq sistemi Kopetdağ ön silsiləsinə və baş antiklinoriuma ayrılır.


Kopetdağ ön silsiləsi Kopetdağqabağı kənar çökəkliyi cənubdan haşyəlyən, nüvələri
alt Təbaşir çöküntülərindən təşkil olunmuş antiklinal qırışıqlardan ibarətdir. Antikli-
nal qırışıqlar asimmetrik quruluşa malik olub, bir qədər şimal-şərqə tərəf yıxılmışdır.
Cənuba tərəf Təbaşir, Yura çökuntulərindən təşkil olunmuş Kopetdağın baş antiklino-
riumu yerləşir. Ön silsilədən braxisinklinallar zolaqı ilə ayrılan baş antiklinorium sı-
xılmış yelpikvari, yaxyd sandıqvarı qırışıqlardan ibarətdir. Kopetdaq meqaantiklino-
riumu, əsasən, Təbaşir və Paleogen çöküntülərindən təşkil olunmuşdur, struktur əla-
mətinə görə Qərbi, Mərkəzi, Şərqi Kopetdağa ayrılır.
En istiqamətdə 100 km-dən çox uzanan Böyük Balxan meqaantiklinoriumu Ko-
petdağdan şimal-qərbdə yerləşir. Asimmetrik quruluşa malik slan meqaantiklinorium-
un şimal qanadı dik, cənub qanadı isə nisbətən mailiyatıma malikdir. Kuba-Dar aitik-
linalı Xəzər dənizinin Türkmənbaşı (Kraönovodsk) körfəzininin şimal sahillərini əha-
tə edir və onun çox hissəsi körfəzin suları altında qalmışdır. Kopetdağdan qərbdə,
Böyük Balxandan cənubda Pliosen və Antropogen çökuntuləri ilə dolmuş kiçik, dik
qırışıqlar inkişaf etmiş Qərbi Turkmənistan çökəkliyi yerləşir.

424
GEOLOJİ İNKİŞAF TARİXİ
Hersinəqədər mərhələ. Kembriyəqədər və ya alt Paleozoy (Kembri) yaşlı olması
ehtimal olunan nisbətən dərin metamorfizmə məruz qalmış qatın stratiqrafik və-
ziyyətinin dəqiqləşdirilməməsi ilə əlaqədar olaraq bu sistemin geoloji inkişaf tarixini
nisbətən dəqiq formada Ordovik-Silurdan bərpa etmək mümkündür. Böyük Qafqazda
şimal yamacda Çeqem və Xasaut dəstələri, Mərkəzi Qafqazın baş silsiləsində Maker
dəstəsi, Ön silsiləsinin Balıb antiklinoriumunun metamorfidlərinin, Dzirul massivinin
kristallik şistlərinin də yaşı dəqiq müəyyən olunmamışdır. V.Y.Xainin fikrincə Çe-
qem və Xasaut dəstələri Ordovikəqədər, Maker dəstəsi və Dzikulun kristallik şistləri
erkən Kembriyə, qalan dəstələr isə erkən Paleozoy törəmələrinə müvafiq gəlir.
Aparılan tədqiqat işlərinin nəticəsi Aralıq dənizi qurşağının qərb və şərq hissə-
sində olduğu kimi, Krım-Böyük Qafqaz-Konstağ sistemi ərazisində də geosinklinal
parçalanmış erkən Kembriyəqədər yaşlı kontinental qabığın əsasında formalaşmışdır.
Bu halda Baş silsilədə, zaqafqaziyada onun bloklarının qalıqlarının saxlanılması is-
tisna olunmur. Qafqaz qarşısında erkən Kembriyəqədər bünövrə dəyişmədən saxlanıl-
mışdır və dərin seysmik zondlama platforma ilə bilavasitə Şərqi-Avropa platforması-
nın cənubunda izlənilmişdir. Bu qədim bünövrənin aşınması hesabına Ceqem tipli
terrigen qatın formalaşdığını ehtimal etmək olar.
Raferin sonu-Vend-erkən Kembridə baş verən proseslər kontinental qabığın ara-
lanmasına və nəticədə ultra bazitlərin və bazitlərin təzahürünə səbəb olmuşdur.
Salair tektonik epoxasında baş verən dartılma yenidən sıxılma ilə əvəz olunur.
Bununla əlaqədar olaraq üst Proterozoy-alt Kembri kompleksi qırışıqlıq deformasiya-
sına, regional metamorfizmə və qranitləşməyə məruz qalır.
Hersin geosinklinal mərhələsi (Ordovik-erkən Karbon). Mərkəzi Qafqazın şimal
yamacında Urleş dəstəsinin (O-S) toplandığı vaxtdan Qafqazda və onun ətraf hissələ-
rində Hersin inkişaf mərhələsi başlayır.
Silurda Krım-Qafqaz-Koretdağ geosinklinalının şimal ətrafı boyunca okean tipli
qabığa malik kənar dəniz mövcud olmuşdur. S.M.Smirnovanın məlumatlarına görə
Qafqaz qarşısında Orta-Xəzərdə, Koketdağın şimal hissəsi və Hindiquşda, eləcə də
Səhra Krımda ofiolit kompleksinin izlənilməsində də bu fikiri təsdiq edir.
Devonun ortalarında əyilmə Səhra Krımın ərazisinə və Qafqazqarşısına yayılır.
Erkən Devonda On silsilədən cənubda mövcudluğu ehtimal olunan kənar dənizdə en-
simatik ada qövsü formalaşır. Svanetiyada qeyd olunan aşılışlara əsasən Devondan
etibarən Zaqafqaziya massivinin şimal ətrafında baş verən prosesləri izləmək müm-
kündür. Zaqafqaziya massivi Kembrinin ikinci yarısından Karbonun əvvəllərinə kimi
qalxma sahəsi olmuş və yuyulmaya məruz qalmışdır.
Karbonun əvvəlində tektonik fəallığın bir qədər sönməsi başlasa da, dənizin
transqressiyası özünün maksimumuna çatır. Ön silsilə zonasında, Səhra Krımda və
Qafqaz qarşısında Karbonatlı çöküntülər toplanmışdır. Gec Vize-Başkirdə transqres-
siya Zaqafqaziya massivini də əhatə etmişdir.
Hersin oragen mərhələsi (orta Karbon-erkənTrias). Erkən-Karbonun sonu-orta
Karbonun əvvəllərində ərazidə xüsusi geosinklinal inkişaf mərhələsi başa çatır. Tur-
ney və Namyur mərtəbəli arasında Böyük Qafqazın Ön silsilədə örtük strukturlarının
formalaşması baş verir. Erkən Karbonun sonunda burada son Hersin qranitodlərinin
ilkin qenerasiyası baş verir. Bununla belə Svanet zonası əyilməkdə davam etmiş və
425
burada Permin sonu-Triasın əvvəllərinə kimi dayaz dəniz mənşəli Karbonat-terrigen
çöküntülərinin toplanması davam etmişdir.
Mərkəzi Qafqazın cənub yamacında və Şərqi-Qafqazda Permdə əyilmə davam
etmişdir. Ön silsilə zonasında və Qafqaz qarşısında orta-gec Karbonda nisbətən xırda-
dənəli və kömürlü, Perm-Triasın əvvəllərində isə kobuddənəli qırmızı rəngli konti-
nental molass toplanmışdır. Qafqaz qarşısında Səhra Krımda olduğu kimi dəniz mən-
şəli çöküntülərin toplanması orta Karbonda davam etmişdir. Burada əsas deformasiya
orta və gec Karbon epoxalarının sərhəddində Astuniy fazası ilə əlaqədar olaraq baş
vermişdir. Donetsk-Xəzər zonasında əsas deformasiya Permin ortalarında Zaal fazası
ilə əlaqədar olmuşdur.
Gec Karbon və Permdə Zaqafqaziya massivində, Baş silsilədə və Cənubi Qafqaz
qarşısında çoxlu sayda kalium qranit və qranodiorit plutonları formalaşmışdır. Baş
silsilədə geniş yayılmış olan gec Hersin qranitləri Ön silsilədən şimalda yayılsa da,
onun özündə rast gəlinmir. Bunu isə V.İ.Xain sisilsilə zonasının fenmik xarakterli bir
substrakt (bünövrə) olması ilə əlaqələndirir.
Pşekiş-Tırnauz qırılmasının, eləcə də Şimal qırılmasının və bir sıra şaquli qırıl-
maların formalaşmasının Paleozoyun sonu-Triasda baş veridiyini söyləmək olar.
Triasın əvvəllərində şaquli tetkonik hərəkətlərin Baş və Ön silsilələrdə kifayət qədər
intensivləşdirsə də sonradan onların zəifləməsi dövrü başlayır. Hər iki zonanın qərb
batımında Triasda karbonatlı çöküntülər toplanır. Triasda Böyük Qafqazın şimal və
cənub yamaclarında tektonik rejim bir-birindən kəskin fərqlənmişdir. Dağlıq Krımda,
Böyük Qafqazın cənub yamacında Qafqaz qarşısında və onun tafrogeosinklinalların-
da kəskin fərq qeyd olunur.
Kimmeri-Alp geosinklinal mərhələsi (orta Trias-Eosen). Orta-gec Triasda Dağ-
lıq Krımda, Böyük Qafqazda Mərkəzi Qafqazın cənub yamacı zonasında, Şərqi Qaf-
qazda geosinklinal rejimin regenerasiyası baş verir və bu ərazilərdə yenidən fəal əyil-
mə bərpa olunur. Gec Triasda Skif plitəsinin cənub hissəsində kənar vulkanik-pluto-
nik qurşaq inkiaşf etmişdir. Bu vulkanik-plutonik qurşaq qərbə (Şimali-Dobruca) və
şərqə Xəzərin arxasında, sonra isə Şimali-Əfqanıstan və Şimali-Pamirə kimi izlənilir
və ümumiyyətlə, nisbətən geniş olan Paleozoy qurşağının xüsusiyətlərini özündə əks
etdirir. Onun arxasında dartılma strukturları olan Tuarkır, Eysk-Berezan, Azov valı,
Tarxankut, Turan və Skif plitəsi Trias tafrogeosinklinalları inkiaşf etmişdir. Yuranın
sonunda onlar sıxılmaya məruz qalaraq qapanır. Analoji proseslər erkən Yuranın so-
nunda Şimali-Dobrucada baş vermişdir.
Yuranın əvvəllərində Böyük Qafqazın bütün ətrafı boyunca dərin çökəklik for-
malaşır ki, burada da incə gilli çöküntülərin toplanması və toleit-bazalt vulkanizminin
örtük, sil formasında təzahürü qeyd olunur. Ümumiyətlə, Yuranın əvvıəllərində Şi-
mali-Qafqazda Tetisdən qismən dənizlə örtülmüş Zaqafqaziya mikroplitəsi ilə ayrılan
Böyük Qafqazın yerində kənar dənizin fəal qitə ətrafı mövcud olmuşdur. Kruım-Qaf-
qaz-Koketdağ kənar dənizinin Koketdağ sisteminin uzaq şərq hissəsində qapandığı
ehtimal olunur.
Böyük Qafqaz, Şimali Qafqaz arxası, Dağlıq Krım üçün Bayosdan əvvəl baş ve-
rən qırışıqlıq hərəkətləri səciyyəvi xarakter daşıyır. Erkən Yura troqunun ox zonasın-
da çökmə materialların burulması hesabına qeyri-vulkanik ada qövsü formalaşır və
kənar dənizi cənubda filiş, şimalda isə dayaz dəniz hövzəsinə ayırır.
426
Zaqafqaziya massivi Bayosda güclü, səciyyəvi ada qövsü əhəngli-qələvi vulka-
nizmin təzahür etdiyi sahəyə çevrilir (mailliyi Kiçik Qafqaz okean hövzəsindən Şi-
mali massivin alıfna yönələn Benaf zonası ilə əlaqədar olan). Böyük Balxanda və Ko-
netdağda orta Yurada böyük qalınlığa malik gilli qat toplanmışdır.
Orta və gec Yuranın sərhəddində Dağlıq Krım-Qafqaz Konetdağ geosinklinal
sistemində formasiyanın kəskin dəyişikliyi qeyd olunur. Geosinklinalın şimal ətrafın-
da terrigen formasiyası qırmızı rəngli-evonoerit formasiyası ilə əvəz olunur.
Yura və Təbaşirin sərhəddində Kimmeri tektogenezinin tamamlayıcı fazası baş
verir. Bəzi sahələrdə bu faza Titondan əvvəl başlayır və Təbaşirin ortalarına kimi da-
vam edir. Bu qırışıqlıq fazası Böyük Qafqaz ada qövsünün qalxmasını gücləndirir və
Zaqafqaziya aralıq massivinin kifayət qədər hissəsinin dəniz rejimindən azad olma-
sına səbəb olur. Burada növbəti transqressiya başlayır. Böyük Qafqazın dərinsulu cə-
nub hövzəsində fasiləsiz fliş, şimal yamacda isə neritt-əhəngdaşı, qumdaşı və gil top-
lanması davam edir. Şimal yamacın mərkəzi hissəsində və Şimal-Şərqi Dağıstanda
Təbaşirin alt horizontları kəsilişdə iştirak etmir.
Dağlıq Krımda deformasiya və qalxma Yuranın sonu-Təbaşirin əvvəllərində baş
verir və demək olar ki, hər yerdə fliş və karbonatın toplanmasına son qoyur. Dağlıq
Krımın şimal zonaları qərbdə gec Yuradan, şərqdə isə erkən Təbaşirdən başlayaraq
demək olar ki, bir daha qırışıqlıq hərəkətlərinə məruz qalmamışdır. Bu baxımdan
özünü tam mənada Kimmeri qırışıqlıq vilayəti kimi göstərir. Analoji xüsusiyyət Bö-
yük Balxan üçün də səciyyəvi xarakter daşıyır.
Konetdağ geosinkdlinalında Təbaşir Yuranın üzərində uyğun yatır, karbonat-
(Berrias-Barrem) qumlu-gilli (Alp-Alb) formasiyadan təşkil olunmuşdur.
Gec Təbaşirdə Dağlıq Krım-Qafqaz-Konetdağ geosinklinal sistemi nisbətən sa-
kit tektonik inkişaf və maksimal transqressiya ilə xarakterizə olunur. Böyük Qafqazın
cənub yamacının hər iki batımında, Dağlıq Krımın cənub-şərq sualtı ətrafüı boyunca
və Cənubi-Xəzər çökəkliyinin Abşeron-Balxanyanı astanasında filişin toplanması,
Zaqafqaziya massivinin cənub hissəsində isə andezit-likarit tərkibli ada qövsü vulka-
nizmi davam etmişdir. Təbaşirdən Paleogenə keçid Krımda, Qafqazda və Konetdağda
nisbətən sakit baş vermişdir. Şimali-Zaqafqaziya vulkanik qövsü qərbdə (Acar-Tria-
let) və cənub-şərqdə (Talışda) orta və gec Eosendə güclü subqələvi və qələvi vulka-
nizmlə müşayiət olunan riftlə mürəkkəbləşmişdir.
Alp-orogen mərhələsi (Oliqosin-Dördüncü dövr). Eosen və Oliqosenin sərhəd-
dində Krım-Qafqaz-Konetdağ sisteminin inkişafında yeni əsaslı dəyişiklik baş verir
(Şimali-Qərbi Qafqazdan Kiçik Qafqazın şimal-şərq ətəyinə kimi) Oliqosenin altında
kəskin uyğunsuzluq qeyd olunur.
Böyük Qafqazın şimal və cənub ətrafı boyunca, eləcə də onun batımlarında Oli-
qosendə kənar və pereklinal çökəkliklər (Qərbi və Şərqi Kuban, Terek-Xəzər, Qusar-
Dəvəşi, cənubda- Adler, Rion, Kur, Abşeron-Qobüstan) formalaşır. Daha bir çökək-
liklər sistemi Kiçik Qafqazın qarşısında, eləcə də Acar-Trialet və Talışda formalaş-
mış və onlar Miosenin ortalarına kimi Qafqazı cənubdan əhatə edən çökəkliklər zola-
ğından təcrid olunmuş şəkildə inkiaşf etmişlər. Qarşılıqlı yerdəyişmə nəticəsində gec
Miosendə Dzirul eninə qalxımı sahəsində kəsilən dağarası kompleks formalaşmışdır.
Böyük Qafqazın geosinklinal qatı qırışıqlıq üstə gəlmə deformasiyasına məruz
qalır. Miosenin sonu-Pliosenin əvvəllərində maksimuma çatan bu proseslər cənub ya-
427
macında deformasiyanın ayrı-ayrı təkanlarının şimaldan cənuba miqrasiyası qeyd
olunur. Pliosenin sonu- Kvarterdə qırışıqlıq hərəkətləri Kür çökəkliyinin qərb hissə-
sini tam, şərqdə isə Acınohur, Aşağı Küryanı, Abşeron-Qobüstan əyalətlərini əhatə
etmişdir. Bu hərəkətlər zəif də olsa Terek və Qərbi Kuban çökəkliklərində də qeyd
olunur. Analoji qalxma Konetdağ, Böyük və Kiçik Balxanda da qeyd olunur. Meri-
dional Xəzər çökəkliyində intensiv əyilmə Miosenin sonu və Pliosen-Dördüncü dövrə
təsadüf edir. Bu zaman Cənubi-Xəzər çökəkliyində toplanan çöküntü qatının qalınlığı
10 km-ə çatır. Gec Miosen tektonik epoxası eyni zamanda vilayətin dağlıq sisteminin
inkişafına erkən və son mərhələləri arasında sərhəd təşkil edir. Erkən orogen mərhə-
ləsində dəniz mənşəli alt molass, son orogen mərhələsində isə kontinental mənşəli üst
molass toplanmışdır.
FAYDALI QAZINTILARI
Dağliq krim
Bu qırışıqlıq sistemin əsas faydalı qazıntıları tikinti materialları hesab olunur.
Danimarka, orta Eosen, Sarmat, Meotis və Pont mərtəbələrinin əhəngdaşlarından ti-
kinti məqsədləri üçün geniş istifadə edilir (Kepş əhəngdaşları). Santon və Kampan
mərtəbələrinin Təbaşirəbənzər əhəngdaşları qatında linzalar şəklində yüksək keyfiy-
yətli adsorbentlərdə geniş rast gəlinir. Kellovey vulkanogen törəmələrindən sement
istehsalında geniş istifadə olunur. Yst Yura əhəngdaşlarıda optik kalsitə və boksitə,
üst Təbaşir və Paleogen çöküntüləri ilə əlaqədar olan bentonitə (smektit) rast gəlinir.
Kerç yarımadasında Maykop seriyası, Çokrak və Karaqan horizontları əlaqədar olan
neftlilik və qazlılıq nişanələri çoxdan məlumdur. Bir sıra antiklinal qalxımların (Çon-
qelek, Çorelek, Borzov və s.) hüdudunda qazılmış quyularda da zəif neft və qaz axın-
ları müəyyən olunmuşdur. Orta Yura çöküntüləri ilə əlaqədər olan aşağı keyfiyyətli
daş kömür yataqları vardır.
Dağlıq Krımda Kerş yarımadasında Pliosen çöküntüləri içərisində yerləşən də-
mir filizi yatağı da aşkar olunmuşdur. Kimmeri mərtəbəsi ilə əlaqədar olan dəmir fi-
lizləri limonit və sideritdən ibarətdir. Filiz horizontunun qalınlığı 25-30 m-ə çatır.
Krım ərazisində Almin dərəsində, Kiçik Salgir çayı boyu Vesyolıy və Privetnı kənd-
ləri ətrafında civə filizləşməsi məlumdur. Filizləşmə Tavr formasiyasının qumlu-şistli
süxurlarında, Yura və Təbaşir çöküntülərində yayılmış və eninə tektonik çatlar zo-
naları ilə əlaqədardır. Kaşi çayının yuxarılarında yayılmış üst çöküntüləri içərisində
boksit aşkar edilmişdir.
Dağlıq Krım mineral sularla zəngindir. Burada məşhur Yessentuki mineral sula-
rına analoji olan sular vardır («Melas» bulaqları). Fedosiya rayonunda zəif mineral-
laşmış narzan tipli sular aşkar edilmişdir. Baxşasaray rayonunda, Salgir rərəsində ra-
donlu sular, Kerç yarımadasında karbon qazlı və hidrogen-sulfidli mular məlumdur.

Böyük Qafqaz
Bu qırışıqlıq sistem zəngin faydalı qazıntılara malikdir. Mərkəzi Qafqazda Sa-
don və Buron polimetallik yataqları mühüm əhəmiyyət kəsb edir. Buron mədənində
Paleozoy kristallik şistləri ilə əlaqədar olan pirit-pirrotin filizləri istismar edilir. Sa-
don qurğuşun-sink filizi mədəni əsasən Yuranın keratofirləri ilə əlaqədardır. Böyük
Qafqazın cənub yamacında (Balakən rayonunda) zəngin ehtiyata malik, mis-polime-

428
tallik Filizçay yatağı açılmışdır. Analoji yataq Dağlıq Dağıstanın Qızıl-Dərə sahəsin-
də kəşf edilmişdir.
Qafqazın mərkəz hissəsində üst Təbaşirin qranitoidlərinin Paleozoy əhəngdaşları
ilə kontaktda (skarn zonasında) Tırnauz volfram-molebden mədənləri əmələ gəlmiş-
dir. Şimal-qərbi Gürcüstanda Oliqosen çöküntüləri ilə əlaqədar olan Çianturi manqan
mədəni çoxdan istismar olunur.
Karbon və Yura çöküntüləri ilə əlaqədar olan daş kömür təzahürləri məlumdur
(Gürcüstanın Tkvibuli və Tkvarçeli; Laba rayonunda Çernoreçen yatağı; Zelenşuk və
Kuban çaylarının arasında Zelençuk yatağı; Dağıstanda).
Dağətəyi və dağarası çökəkliklərdə Mezokaynozoy çöküntüləri ilə əlaqədar olan
neft-qaz yataqları vardır. Böyük Qafqazda dörd neftli-qazlı əyalət (Kuban-Qara də-
niz, Terek-Dağıstan, Azərbaycan və Gürcüstan) ayrılır. Kuban-Qara dəniz əyalətində
erkən Təbaşirdən başlamış Kimmeri mərtəbəsinə qədər bütün dəstələr neftlidir. Səna-
ye əhəmiyyətli neft yataqları (Xadıjen, Nefteqorsk, Azov, Kaluqa, Krım, Keslerov və
s.) Maykop seriyası, Paleosen-Eosen, Çokrak-Meotis çöküntüləri ilə əlaqədardır. Alt
Təbaşir çöküntülərində neft yataqları Adıgey şıxıntısında müəyən olunmuşdur. Te-
rek-Dağıstan neftli-qazlı əyalətində Şokraq-Karaqan (Oktyabr, Malqobek, Voznosen-
sk, Mahıc-Qala, İzberbaş mədənləri) və üst Təbaşir (Malqobek-Voznosensk, Qarabu-
laq-Aşulaq, Selli, Duzlaq və s.) çöküntüləri ilə əlaqədar olan zəngin ehtiyata malik
neft və qaz yataqları istismar olunur. Azərbaycan Quba-Xəxəryanı rayonunda Mezo-
kaynozoy yaşlı çöküntülərlə əlaqədar olan neft-qaz yığımları aşkar olunmuşdur.
Böyük Qafqaz balneoloji əhəmiyyəti olan mineral sularla zəngindir. Burada ca-
van maqmatizm vilayətlərində geniş yayılmış və dərinlik qırılmaları ilə əlaqədar olan
hidrosulfidli (Pyatiqorsk, Sernovodsk, Tamisk, Talki, Masesta, Tsxaltuba və s), kar-
bon qazlı (Kislovodsk, Yessentuki, Borjomi, və s) mineral bulaqlar vardır.
Böyük Qafqazda radioaktiv (Pyatiqorsk radonlu bulaqları), dəmirli (Jeleznovod-
sk), naftus tipli (Dəvəşi rayonunda Qalaaltı) sular da xüsusi müalicə əhəmiyyətinə
malikdir.

Kopetdağ
Bu qırışıqlıq sistemdə neft yataqları və bəzi qeyri-filiz qazıntıları məlumdur. Şi-
mal-qərbi Kopetdağda barit yatağı xüsusi əhəmiyyət kəsb edir. Qazancıq rayonunda
yayılmış Ağcagil çöküntüləri ilə əlaqədar olan daş duz. Miralbit yataqları aşkar olun-
muşdur. Qərbi Türkmənistan çökəkliyinin Balxanyanı və Qoqrandaq-Okarem rayon-
larında alt Pliosen (Qırmızı qat), Ağcagil və Abşeron mərtəbələrinin çöküntüləri ilə
əlaqədar olan zəngin neft-qaz yataqları (Nebitdağ, Qumdağ, Boyadağ, Çələkən, Bar-
sa-Gəlməs, Qızılqum, Çikişllər, və s.) istismar olunur.
Böyük Balxanda orta Yura çöküntülərində komür yatağı (Yaqman), üst Yuranın
çıxışı ilə əlaqədar olan xörək düzu yatağı vardır. Kopetdağda hidrotermal civə, sür-
mə, barit yataqları aşkar olunmuşdur. Qeyri metallik faydalı qazıntılardan tikinti ma-
terialları, şüşə və sement istehsalı üçün xammal geniş yayılmışdır.

429
8.3.3. KİÇİK QAFQAZ-İRAN QIRIŞIQLIQ VİLAYƏTİ
STRATİQRAFİYA
Tədqiq olunan ərazinin geoloji quruluşunda gec Proterozoy-Antropogen yaşlı
çöküntü kompleksi iştrak edir. Aralıq qırışıqlıq qurşağının digər Alp qrışıqlıq vilayət-
lərində olduğu kimi, Kiçik Qafqaz-İran sisteminin də geoloji quruluşunda onun inki-
şafının başlıca mərhələlərini əks etdirən bünövrə, geosinklinal və orogen struktur-for-
masiya kompleksləri ayrılır (cədvəl 8.3.3.1.).
Cədvəl 8.3.3.1.
№- Struktur-formasiya Yaşı
si kompleksi (SFK) Kiçik Qafqaz İran
1 Bünövrə Kembriyəqədər-Paleozoy
2 Geosinklinal Yura-Eosen
3 Orogen Oliqosen-Dördüncü dövr

Bünövrə struktur-formasiya kompleksi (BSFK). BSFK Kembriyəqədər-gec


Yura yaşlı torəmələrdən təşkil olunmuşdur və tədqiq olunan əyalətdə Kiçik Qafqazın
şimal hissəsində və İran massivində öyrənilmişdir. BSFK Kiçik Qafqazda üst Prote-
rozoyun biotitli amfibolitli qneyslərdən, şistlərdən və Paleozoy yaşlı fillitdən, tuffit-
lərdən, qranitlərdən təşkil olunmuşdur.
İranda, Kiçik Qafqazda alt Paleozoy iki tip kəsilişlə səşiyələnir. Birinşi tip kəsi-
lişdə alt Paleozoy kiçik qalınlıqlı kvarsitlərdən, qumdaşılardan, əhəngdaşılardan, ar-
gillitlərdən və dolomitlərdən; ikinci tip kəsilişdə isə böyük qalınlıqlı (10 km-dən çox)
evgeosinklinal mənşəli (Qafqaz) və miogeosinklinal mənşəli (Zaqros,) qumlu-şistli
süxurlardan, əhəngdaşılarından, turş və əsas vulkanogen törəmələrdən təşkil olun-
muşdur. Devon sistemi Qafqazda, Zaqrosda, Elbrusda, İran yaylasfnda, vulkanogen-
çökmə formasiyası ilə səşiyyələnir və qalınlığı 6 km-ə çatır. Misxan qalxanında meta-
marfik törəmələrin ümumi qalınlığı 3 km-ə çatan iki seriya ayrılır. Alt seriya (şist,
kvarsit, mərmər) üst Rifeyə, üst seriya isə (filiş, yaşıl şist, porfirit mərmər) Vend-alt
Paleozoya müvafiq gəlir.
Kiçik Qafqazın cənubunda, Misxan-Zəngəzurun cənub-şərq hissəsində, Culfa və
digər sahələrdə əhəngdaşı, mergel, argillit, alevrolit və kvarslı qumdaşlarından ibarət
qalınlığı 3 km-ə çatşan orta Devon-alt Karbon və qalınlığı 2 km-ə çatan Perm-Trias
yaşlı çöküntülər yer üzərinə çıxır. Orta və üst Karbon kəsilişdə iştirak etmir.
Zaqrosda alt Trias qumdaşı və əhəngdaşlarından, orta Trias əhəngdaşı və dolo-
mitlərdən, üst Trias isə gilli şistlərdən, əhəngdaşı və dolomitlərdən təşkil olunmuşdur.
Tiasın ümumi qalınlığı 1,4 km-dir. Kiçik Qafqazda, Elbrusda, İranda, qalınlığı 500 m
olan Trias sistemi karbonat və karbonat-terrigen süxurlardan ibarətdir.
Misxan-Zəngəzur zonasında üst Trias kömürlü qatdan təşkil olunmuşdur. Bu
kompleksdə maqmatizmin və metamorfizmin və kəskin qırışıqlığın təzahürü rast gə-
linmir. Metamorfikləşmiş gec Baykal və ya Salair qırışıqlıq bünövrəsi üzərində yatan
bu kompleks şimalda Ərəbistan platformasına qovuşan geniş kvaziplatforma zona-
sının plitə örtüyünü təşkil edir.
Geosinklinal struktur-formasiya kompleksi (GSFK). Tədqiq olunan ərazidə
GSFK orta Yura-Eosen yaşlı çöküntülərdən təşkil olunmuşdur. Kiçik Qafqaz Mezo-

430
zoy evgeosinklinalın şimal zonasına uyğun gələn Lök-Qarabağ zonasında Yuranın
kəsilişi bazal konqlomeratı ilə başlayır. Onun üzərində Sinemyur, Plinsbax, Toar və
Aalen mərtəbəsinin qalınlığı 0,5-1 km-ə çatan argillit, qumdaşı və böyük qalınlığa
malik (3 km-ə qədər) Bayos yaşlı vulkanogen seriya (andezit-bazalt, andezit, porfirit)
yatır. Orta Yura qalınlığı 1 km-ə çatan Batın terrigen-vulkanogen qatı ilə başa çatır.
Kiçik Qafqaz geosinklinalının mərkəzi hissəsinə uyğun gələn Göyçə ofiolit zo-
nasında alt-orta Yuranın çöküntüləri dəqiq müəyyən olunmuşdur. Cənubi-Ermənistan
zonasında Daralagöz və Culfa qalxımlarının qanadlarında vulkanitlərindən və terri-
gen süxurlardan ibarət alt və orta Yura Triasın üzərində transqressiv yatmışdır. Üst
Yura Lök-Qarabağ zonasında Kellovey (tufagen brekşiya, tufagenqumdaşı, qumdaşı,
argillit), Oksford-Titon (vulkanik-karbonat qatı), Kimmeric (əhəngdaşı) ibarətdir.
Kiçik Qafqazda alt Təbaşirin çıxışları məhtud yayılmışdır, vulkanitlərdən və qa-
lınlığı 0,5-1 km-ə çatan dayaz dəniz mənşəli terrigen-karbonat çöküntülərindən təşkil
olunmuşdur. Acar-Trialet zonasında üst Təbaşir iki kompleksdən ibarətdir. Alt komp-
leks qalınlığı 2 km-ə çatan bazalt-andezit tərkibli vulkanogen formasiyadan, karbonat
qatından, üst kompleks isə qalınlığı 0,5 km-ə çatan əhəngdaşı və mergeldən ibarətdir.
Lök-Qarabağ zonasının çökəkliklərində üst Təbaşirin kəsilişi transqressiv yatmış Se-
nomanın tufagenqüması, tuflardan və tufbrekşiyasından ibarət terrigen-karbonat qa-
tından (0,5 km), Turon-alt Santon yaşlı əsas, qələvi və turş vulkanitlərdən, karbonatlı-
gilli qatdan (1,5 km-ə qədər), gec Santon-Maastrixt yaşlı qalınlığı 0,5 km-ə çatan üz-
vi-qırıntı əhəngdaşından ibarətdir. Misxan-Zəngəzur və Vedi-Ordubad zonalarında
Paleozoy və Triasın müxtəlif horizontalları üzərində qeyri-uyğun yatan üst Təbaşir
çökütüləri qalınlığı 1-1,5 km-ə çatan əhəngdaşı və mergel qatından ibarətdir. Kiçik
Qafqazın uzaq cənub-qərbində Təbaşir çöküntüləri iştirak etmir.
Kiçik Qafqazın geosinklinal çökəkliklərini və Talış çökəkliyini dolduran Paleo-
sen və Eosen qalınlığı 5-7 km-ə çatan çökmə-vulkanogen seriyadan ibarətdir.
Acar-Trialet zonasında Paleosen-alt Eosen qalınlığı 1-2 km-ə çatan terrigen, ter-
rigen-Karbonat qatdan, orta Eosen əsas, orta Təbaşirli lava, tuf və tufagenbrenqradan
(qalınldıq 3-5 km), üst Eosen isə qalınlığı 1-3 km-ə çatan andezit, traxit, bazalt vulka-
nitlərindən ibarətdir. Təbaşir dövrünün axırlarında Kiçik Qafqazın çox hissəsi quruya
çevrilmişdir. Göyçə zonasında üst Senon üzərində Paleosenin əhəngdaşı və mergeli
yatır. Paleosen isə uyğun olaraq alt Eosen (tufagen-terrigen-karbonat qatı) 1,5-2 km-
lik orta Eosen (lava, tuyf, tufagenbrekqiya) və üst Eosen (bazalt, andezit, traxit) ilə
örtülmüşdür. İrəvan-Ordubad zonada Devon-Trias yaşlı platforma örtüyü üzərində
toplanmış üst Təbaşir (kabonat), Paleosen (filiş), Eosen-Oliqosen (vulkanogen) qatı-
nın qalınlığı 5 km-dən çoxdur. Bu zonasının şərq hissəsində Paleosen-Eosenin kəsilişi
Göyçə zonasına yaxın olub, qalınlığı 4 km-ə çatan ritmik növbələşmiş tufogen qum-
daşı, mergel və əhəngdaşından ibarətdir. Talış zonasında Paleosen-Eosenin kəsilişi
tufagen-terrigen qatdan (Paleosen-alt Eosen), andezit-bazaltlardan ibarət vulkanogen
qatdan (orta Eosen) və qələvi tərkibli vulkanogen qatdan, tufagen-terrigen çöküntü-
lədən (üst Eosen) ibrətdir. Paleosen-Eosenin ümumi qalınlığı 3,5-5 km-ə çatır.
Gürcüstanın Acar-Trialet zonasında Paleosen və alt Eosen böyük qalınlığa (2,0
km) malik filiş çöküntüləri qatından; orta və qismən də üst Eosen qalınlığı 4 km-ə
çatan çökmə-vulkanogen (tuffitlər, tufogen brekşiyalar, andezit-porfirit örtükləri və
s.) qatdan; üst Eosen isə qumlu-gilli, qismən də əhəngdaşı süxurlarından ibarətdir.
431
Orogen struktur-formasiya kompleksi (OSFK). OSFK Oliqosen-Dördüncü
dövr yaşlı çöküntülərdən təşkil olunmuşdur. Kiçik Qafqazda Oliqosen və Miosen çö-
küntüləri kəskin litofasial dəyişkənliklə xarakterizə olunur. Kiçik Qafqazın törəmə
çökəkliklərində toplanan alt-orta Oliqosen qumlu-gilli çöküntülərdən, əhəngdaşından;
üst Oliqosen-alt Miosen isə gipsli terrigen-tufagen qatdan təşkil olunmuşdur. Naxçi-
van MR-in ərazisində Oliqosen çöküntüləri təmamilə tufogen, qismən də vulkanogen
litofasiyada yayılmışdır.
Kiçik Qafqazda Maykop seriyası əsasən vulkanogen süxurlardan, dayaz dəniz və
kontinental mənşəli çöküntülərdən təşkil olunmuşdur. Onun üzərində karbonatlı gil
aralaycığı ilə ayrılan, iki mergel təbəqəsindən ibarət olan az qalınlıqlı (0,5-2 m) Tar-
xan horizontu yatır. Dağlıq Talışın Maykop seriyasında gobud qırıntı malerialları və
tufogen süxurlar geniş yayılmışdır (maksimal qalınlığı 3200 m-ə çatır).
Kiçik Qafqazda Miosen çöküntüləri vulkanogen və vulkanogen-çökmə, konti-
nental qatlardan təşkil olunmuşdur. Axalkalaki yaylasında qalın vulkanogen qat (la-
valar, piroklastlar, tuflar) geniş yayılmışdır.
Kiçik Qafqazın Göyçə-Qarabağ, Araz zonalarında, Talışda Tarxan horizontu
mergel, gil, qum, qumdaşı, konqlomerat və tufogen süxurlardan təşkil olunmuşdur,
maksimal qalınlığı 80-90 m-dir.
Naxçivan çökəkliyində (Böyük duz strukturu) Karaqan çöküntülərin maksimal
qalınlığı 620 m-dir, kəsilişin əsasında hidrokimyavi çöküntülər (daş duz, gips, anhid-
rit) yayılmışdır. Konq horizontu dayaz dəniz mənşəli süxurlardan (gil, qumdaşı, mer-
gelli əhəngdaşı və konqlomerat aralaycıqları) ibarətdir, qalınlığı 225 m-dir.
Kiçik Qafqazın Pliosen çöküntüləri vulkanogen və tufogen-çökmə qatlardan
(Axalkalaki, Qarabağ yaylaları); Dördüncü dövr andezit, andezit-dasit və andezit-ba-
zalt lavalarından, vulkanik tuflardan, pemzadan (Alacöz silsiləsi, Elburs) ibarətdir.
MAQMATİZM
Qafqazda ilkin maqmatizmin təzahürü Baykal-Salair mərhələsinə təsadüf edir.
Kiçik Qafqazda, İranda qeyd olunan ortoqneyslər, amfibolitlər, porfiritodlər bilava-
sitə bu maqmatizmlə əlaqədardır. Hersin geosinklinal mərhələsinin maqmatik törəmə-
ləri (qabbroidlər, diabazlar və ofiolit assosiasiyasının simmetləri) Böyük Qafqazda
geniş yayılmışdır. Orogen maqmatizminin təzahürü Kiçik Qafqazın şimal hissəsində
(orta-üst Karbonun və Permin turş vulkanitləri) qeyd olunur. Kiçik Qafqazya geo-
sinklinalında, və İran aralıq massivlərində Alp maqmatizmi özünü daha fəal gös-
tərilmişdir. Alp tektogenezi ilə əlaqədar olaraq Göyçə, Acar-Trialet, İrəvan-Ordubad,
Talış son geosinklinal çökəkliklərdə maqmatizm bir neçə mərhələdə baş vermişdir.
Kiçik Qafqazda ən intensiv yerüstü vulkanizm gec Miosendə, gec Pliosendə An-
tropogendə baş vermiş və geniş ərazini əhatə etmişdir.
TEKTONİKA
Kiçik Qafqazın əsas hissəsi özunun davamı olan Şərqi Ponlidlərlə birlikdə Za-
qafqaziya aralıq massyvinə daxildir, Kiçik Qafqaz geosinklinal vilayətinə ofiolitlərin
yayıldığı üst Yura və alt Karbonun dərin dəniz fasiyalarının intişar etdiyi sahələr, yə-
ni Kiçik Qafqazın cənubu aiddir. Kiçik Qafqazın cənub qurtaraşaqı olan Ermənistan
təpəliyi bura aid deyil, İran aralıq massivinin ətraf hissəsinə aid olunur. Qərb istiqa-
mətdə Kiçik Qafqaz sistemi Anadolunun mərkəzi hissələrinə qədər uzanaraq Ərzin-
432
can, Əskişehir və İzmirdən keçən ofiolit qurşağını əhətə edir. Kiçik Qafqaz qırışıqlıq
sisteminin eninə quruluşunda ofiolitlərin yayıldığı üç və onları bir-birindən ayıran iki
ofiolitsiz zona ayrılır. Kiçik Qafqazın tektonik quruluşu K.N.Paffenqolsun, V.Y.Xai-
nin, E.E.Milanovskinin və b. tədqiqat işlərində xarakterizə olunmuşdur. E.E.Mila-
novski və H.Ş.Şıxəlibəyli Kiçik Qafqazın tektonik quruluşunda aşağıdakı başlıca
struktur elementləri ayırırlar (cədvəl 8.3.3.2.).
Cədvəl 8.3.3.2.
Kiçik Qafqazın əsas struktr elementləri
E.E.Milanovskiyə görə H.Ş.Şıxəlibəyli görə (şərq hissədə)
Acar-Tralet qırışıqlıq zonası Kiçik Qafqazqabağı çökəklik
Lök-Qafan zonası Lök-Ağdam
Ermənistan struktur-fasial zonası Göyçə (Göyçə)-Qarabağ zonası
Arazqarşısı struktur-fasial zonası Misxan- Qafan zonası
Araz dağarası çökəklik Araz zonası
Talış antiklinoriumu

Aralıq zonalarda yer səthinə qədim metamorfik komplekslər və Yura-Təbaşir


yaşlı dayaz dəniz fasiyaları çıxır. Tektonik quruluşuna görə Kiçik Qafqaz meqantikli-
noriumu Böyük Qafqaz meqantiklinoriumundan xeyli fərqlənir. Belə ki, burada baş
ox antiklinoriumu yoxdur; lakin onun əvəzinə, konsentrik yerləşmiş bir neçə aktikli-
nal (Lök-Qarabağ, Göyçə, Misxan-Zəngəzur) və sinklinal (Acar-Tralet, İrəvan-Ordu-
bad) zonalar vardır (şəkil 8.3.3.1.). Kiçik Qafqaz qırışıqlıq sisteminin quruluşunda
aşağıdakı başlıca struktur elementlər ayrılır.
Acar-Tralet sinklinoriumu əsasən Eosenin qalın vulkanogen qatlarından, Plio-
sen və Danimarka mərtəbəsinin filiş çöküntülərindən ibarətdir. Bütün Acar-Trialet qı-
rışıqlıq sistemi zəif yelpikvarı daxili strukturlarla səciyyələnir. Burada qırışıqlar Dzi-
rul massivi üzərinə aşırılmışdır.
Lök-Ağdam zonası. Bu tektonik zona qərbdən cənub-şərqə Kiçik Qafqaz me-
qantiklinoriumunun xarici periferiyası boyunca Kür dağarası çökəkliyinin cənub kə-
narına paralel olaraq uzanır. Mürəkkəb quruluşa malik olan bu qırışıqlıq sistem qərb-
də Lök dağlarından başlayır və şərqə tərəf, sonra isə cənub-şərq istiqamətində uzana-
raq Araz çayınadək davam edir. Cənub-qərbdən zona böyük üstəgəlmələr ilə qonşu
Göyçə-Qarabağ tektonik zonasından ayrılır. Lök-Ağdam tektonik zonasının qurulu-
şunda Kembriyəqədər, Kembri yaşlı metamorfik şistlər formasiyası, Alp kompleksin-
də isə Yuranın şistli, bazalt-liparit və rifogen-piroklastik formasiyaları və Təbaşirin
terrigen-Karbonat, vulkanogen formasiyaları iştirak edir.
Göyçə-Qarabağ zonası. Lök-Ağdam zonasından cənuba və cənub-qərbə tərəf
Göyçə-Qarabağ zonası ayrılır ki, bu da Kiçik Qafqaz yaylasının daxili strukturlarına
aiddir. Kiçik Qafqazın müasir relyefində bu zona Murovdağ silsiləsinin cənub-qərb
yamaclarını, Dağlıq Qarabağın çox hissəsini, həmçinin, Şahdağ silsiləsini əhatə edə-
rək cənub-şərqdə Araz çayından başlayıq (Əkərə və Tərtər çayları hövzələrindən ke-
çərək) Göyçə gölünədək və daha şimal-qərbə tərəf uzanır. Azərbaycan ərazisində zo-
nanın eni 20-50 km, uzunluğu isə 140-160 km-ə çatır.

433
Şəkil 8.3.3.1. Kiçik Qafqaz-İran vilayətinin tektonik sxemi
(V.Y.Xainə görə).
I.Qədim kontinental platformalar; II.Aralıq massivin zəif deformasiya olunmuş
örtüyü; III. Aralıq massivin intensiv deformasiya olunmuş srüyü; IV.Alp qırışıqlıq
qurşağının kənar zonalar (əhəngdaşı, filiş); V.Alp qırışıqlıq qurşağının qədim meta-
morfidlərin geniş yayıldığı daxili zonalar; VI. Alp qırışıqlıq qurşağının Mezozoy və
Paleogen yaşlıvulkanogen və çökmə törəmələrinin geniş yayıldığı daxili zonalar;
VII.Ofiolitlər; VIII.Ön və dağarası çökəkliklərin molassı; IX.Neogen-Dördüncü dövr
vulkanitləri; X.Dəniz hövzələrinin okean və subokean tipli qabığa malik sahələri;
XI.Şelflər və dayaz dəniz sahələri; XII.Üstəgəlmələr; XIII.Üfüqi yerdəyişmələr;
XIV.Struktur elementlər: 1-Kopetdağ, 2-Elburs, 3-Aladağ, 4-Binauld, 5-Şimali-Əkərə
zonası, 6-Urmiya-Doxtor vulkanik qurşağı; tektonik zonalar: 7-Həmədanı, 8-Acar-
Trialet, 9-Lök-Qarabağ, 10-Qafan, 11-Göyçə-Əkərə, 12-Misxan-Zəngəzur, 13-İrə-
van-Ordubad, 14-Şərur-Culfa; 15-Vedi ofioliti; çökəkliklər: 16-Göyçə, 17-Ararat, 18-
Naxişivan; üstəgəlmələr: 19-Murovdaq, 20-Qarabağ, 21-Hirartax.

434
Göyçə-Qarabağ zonasının şimal-şərq sərhədini Böyük, həm də uzun Murovdağ
üstəgəlməsi təşkil edir. Şərqdə bu üstəgəlmə fay xarakterini alır və Ağdam antikli-
noriumunun cənub-qərb qanadı boyunca təqribən Araz çayına qədər uzanır. Dərin
xarakterli bu yarıq müxtəlif fasial-tektonik zonaları strukturlar sistemi vasitəsilə bir-
birindən ayırır (Şimali-şərqdə Lök-Ağdam zonası, cənub-qərbdə Göyçə-Qarabağ zo-
nası). Bu dərin tektonik yarıqlar və onların cənub-qərbə tərəf yerləşən budaqları (Qa-
rabağ, Laçin və s.) hiperbazit intruziyalarının yaranma və yayılmalarının əsas səbəb-
karıdır. Zonanın quruluşunda Yura, Təbaşir və Paleogenin müxtəlif mürəkkəb forma-
siyaları iştirak edir. Göyçə-Qarabağ tektonik zonasının əsas fərqləndirici xüsusiyyət-
lərindən biri burada Senon ofiolit formasiyasının, Eosen yaşlı orta və turş intruzivlə-
rin yayılmasıdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu zonada eyni ad daşıyan
Göyçə-Qarabağ dərinlik yarıqları zonası ayrılır. (Ə.Ş.Şixəlibəyliyə görə). Həmin də-
rinlik yarıqları zonası (eni 20-50 km) Kiçik Qafqazın hiperbazit formasiyası yayılan
bütün daxili hissəsini əhatə edir. Bu, ön Asiyanın ən uzun və ən Böyük dərinlik yarığı
zonalarından biridir.
Göycə-Əkərə ofiolit zonası. Bu zona Ofiolit zonalarından ən enlisi və böyük
məsafədə izlənilənidir və qərbdə Ermənistanın Amasiya şəhərindən Azərbaycanın
Çılpaqdağ aşrımına kimi 300 km-dən çox məsafədə uzanır. Şimaldan və şimal-şərq-
dən Göycə-Əkərə zonsı üzərində Eosen yaşlı üstəgəlmə ilə Zaqafqaziya aralıq massi-
vinin Artva-Qarabaq ətraf zonası yatmışdır. Cənubdan Göyçə-Əkərə zonası Qafan
zonası ilə sərhədlənir.
Qafan zonası. Bu zona Şimali-Əkərə zonasının cənub-şərqində yerləşir və kifa-
yət qədər böyük qalınlığa malik orta-üst Yura və Təbaşir törəmələrindən təşkil olun-
muşdur. Zonanın qərb hissəsində cənub-cənub-şərq istiqamətdə uzanan, Yura və Tə-
başir tbrəmələrindən ibarət olan tağvari quruluşa malik Qafan qalxımı yerləşir. Şərq
istiqamətdə bu qalxım əsasən üst Təbaşir çöküntülərindən təşkil olunan Qoşa sinkli-
noriumu ilə əvəz olunur. Qafan qalxımının Qoşa sinklinoriumu ilə qovuşma zonası
Oliqosen-Neogen çöküntülərindən təşkil olunan nisbətən cavan Aşağı Araz çökəkliyi
ilə örtülmüşdür. Qoşa sinklinoriumunun şimal-şərq qanadı ilə Şimali-Əkərə zonasının
sərhəddi Laşın-Başlıbel dərinlik yarığı boyunşa keçir.
Qərb-cənub-qərbdən Kafan qalxımı və ümumiyyətlə eyni adlı zona nəhəng Hi-
rartax qırılması ilə kəsilir. Bu qırılma boyunca Kafan zonasının üst Yura və Təbaşir
çöküüntülərinin üzərinə Devon və Perm çöküntüləri itələnmişdir. Son vaxtlar bu üs-
təgəlmə zonsında sərbəst Zəngəzur ofiolit zonası ayrılır.
Zəngəzur ofiolit zonası. Bu zona cənubdan və cənub-şərqdən Misxan-Zəngəzur
zonası ilə sərhədlənir. Bu zona böyük ərazidə cavan vulkanitlərlə örtülmüşdür və
yalnız (Razdan Miosen çökəkliyi ilə ayrılan) Saxkun və Zəngəzur silsilələrində yer
üzərinə çıxır. Saxkun qalxımının nüvəsində Misxan kristallik massivini əmələ gətirən
Devonaqədər yaşlı metamorfik kompleks yer üzərinə çıxır. Misxan metamorfik
komplesinə müvafik olan kompleks Qərbi-Zəngəzur qalxımında (Araz çayının dərə-
sində) Devonla transqressiv örtülmüş Meqri knristallik massivini əmələ gətirir. Ümu-
mi qalınğı 1,5-2 km-ə çatır.
Qafan və Artva-Qarabaq zonalarının Yura-Təbaşir komplekslərinin kəsilişləri
bir-birinə uyğundur. Qafan zonasının cənub-qərb sərhədi ofiolit melanjı təşkil edən
Hiratağ dərinlik üstəgəlməsi boyunca keçir. Bu zona son zamanlar Zəngəzur ofiolit
435
zonası kimi də ayrılır. Bu zona cənub və cənub-şərqdən Misxan-Zənkəzur zonası ilə
həmsərhəddir. Misxan-Zənkəzur zonasının çox hissəsi Cavan vulkanogen törəmələrlə
örtülmüşdur. Burada bünövrə yalnız Arazın sol qollarında və Zənkəzur silsiləsində
yer səthinə çıxır. Bu iki qalxım bir-birindən Miosen yaşlı çökəkliklə ayrılır.
Arazın sol qollarının hüdudlarında Devona qədər yaşlı metamorfik kompleksin
yer səthinə çıxışı Misxan kristallik massivini əmələ gətirir. Bu massiv bilavasitə üst
Senonun və ya Eosenin törəmələri ilə örtülərək şimaldan Hiratax qırılması ilə sərhəd-
lənir. Müvafiq kristallik massiv Meqri çayından şərqdə Araz çay dərəsində yerləşən
Meqri massividir. Bu massivin metamorfik bünövrəsi üzərində Eosenin vulkanogen
törəmələri altında yatan Devon yaşlı çöküntülər yayılmışdır.
Misxan-Qafan zonası. Bu zona Mərkəzi Ermənistanın yüksəyə qaldırılmış his-
səsini (külli miqdar Pliosen və Antropogen vulkanları ilə birlikdə) təşkil edir. Mis-
xan-Qafan zonası Göyçə-Qarabağ zonasından cənub-qərbə yerləşərək sonuncudan
LaÇin-Başlıbel dərinlik yarığı ilə ayrılır. Tərtərin yuxarılarından başlayaraq, həmin
zona geniş zolaq şəklində şərq istiqamətdə uzanır və Qarabağ, Zəngəzur silsilələri
arasındakı bütün sahəni tutur. Misxan-Qafan zonasının quruluşunda orta və üst Yura-
nın spilitokeratofir və rifogen-piroklastik formasiyaları, alt və üst Təbaşirin karbonat,
piroklastik və karbonat-vulkanogen formasiyaları, Paleogenin sualtı piroklastik (an-
dezit tərkibli) tufogen-terrigen və terrigen formasiyaları, neogen və Antropogenin
yerüstü vulkanogen və kontinental subareal formasiyaları iştirak edir.
Vedi ofiolit zonası. Kiçik Qafqazın cənub ofiolit zonası olan Vedi zonası eyni-
adlı çayının hovzəsində müəyyən olunmuşdur. Bu ofiolit zonası İran aralıq massivi-
nin şimal ətrafları üzərində üstəgəlmə təşkil edir. Kiçik Qafqazın qırışıqlıq quruluşu-
nu əmələ gətirən deformasiyalar Oliqosen-Miosen dövrünə qədər başa çatmış və bur-
da Oliqosendən başlayaraq molass çökəklikləri yaranmağa başlamışdır. Kiçik Qaf-
qazqarşısı kənar molass çökəkliklərinin əsas hissəsi Miosendə formalaşmışdır.
Kiçik Qafqazın daxili çökəkliklərindən biri Göyçə çökəkliyidir. Onun qərbində
şimali Anadolu qırılmasının şimal-şərq davamında daha bir neçə kiçik çökəkliklər ya-
ranmışdır. Arazın orta axını boyunca bir-birindən Paleozoy qalxımları ilə ayrılmış
Ararat və Naxışevan törəmə çökəkliklərəi qeyd olunur və onların ətraflarında uyqun-
suzluq ilə gec Miosen-Antropogen yaşlı lava-piroklastik örtüyü yatır.
Araz zonası (yaxud Arazyanı zona). Kiçik Qafqazın cənub hissəsində Araz
tektonik zonası ayrılır; ehtimal ki, bu, İran aralıq massivinin qurtaracağıdır. Araz zo-
nasının müasir strukturunda Şərur-Culfa, Dərəlşəgöz, Zəngəzur antiklinoriumları, İrə-
vanan, Ordubad sinklinoriumları, Naxçivan, Ararat dağarası çökəklikləri ayrılır.
Araz tektonik zonasının quruluşunda orta və üst Paleozoyun terrigen-karbonat
formasiyaları, Mezozoyun və Paleogenin vuklkanogen-çökmə süxurları, Miosenin
duzlu-gipsli laqun, molass formasiyaları, Pliosen və Postpliosenin göl-kontinental
molassları və vulkanogen törəmələri iştirak edir.
Talış zonası. V.P.Renqarten, Ş.F.Mehdiyev, Ş.Ə.Əzizbəyov və başqalarının təd-
qiqatları göstərmişdir ki, Talış zonası ayrı-ayrı struktur elementlərin həm formasiya
tərkibinə və dislokaasiyanın xarakterinə görə, həm də bünövrənin müxtəlif qurulu-
şuna görə bircinsli deyildir. Burada bir sıra müxtəlif tip strukturlar ayrılır. Talış zona-
sı əsasən Paleogenin tufogen, vulkanogen, vulkanogençökmə süxurlarından və Neo-
genin qumlu-gilli çöküntülərindən ibarətdir.
436
Kiçik Qafqazın yuxarıda göstərilən müxtəlif tektonik zonalarında bir sıra antikli-
noriumlar, sinklinoriumlar, çökəkliklər, törəmə muldalaroı ayrılır və həmçinin, üstə-
gəlmələr, fleksuralar və dərinlik yarıqları qeyd edilir.
İran aralıq massivi və Elburs. İran aralıq massivi Zaqafqaziyanın ucqar ətraf
cənub hissəsini və İranın Zaqros silsiləsindən şimalda yerləşən çox hissəsini əhətə
edir. İran massivinin çökmə örtüyünün qırışdırılması nəticəsində yranan Elbrus və
Aladaq-Binalud qırışıqlıq sistem1ərini də bura aid etsək, onda massivin ərazisi Ko-
petdağ və Zaqros arasında qalan çox böyük cahəni əhətə etmiş olar. Massivin şərq
sərhəddi Ural-Monqol lineamnti, qərb sərhədi isə ofiolit melanjının yayıldığı Mərkəzi
Anadolu massivləri zonasından keçir. İran massivinin cənubda sərhədi Zaqros qı-
rışıqlıq sisteminin kənar tikişi boyunşa muşahdə olunur. Zaqros qırışıqlıq sistemi ilə
massiv arasında şimal sərhədi Urmiya-Doxtar plutonik qurşağı boyunca keçən Hə-
mədan zonası ayrılır. Zaqros qırışıqlıq sistemi cənubda Mesonatamiya kənar çökək-
liyi ilə həmsərhəddir.
İranın şərq hissəsi qırılmalar ilə mürəkkəbləşərək, Ural-Oman linamentinə daxil
olan iki böyük meridlonal istiqamətli qırılma arasında Lut qaymasını əmələ gətirir.
Ətrafı ilə birlikdə uzunluğu 900 eni isə 600 km-ə çatan bu qayma Alp qurşağına per-
pendikulyar yerləşmişdir. Çox böyük ərazisi Eosen vulkanogen törəmələri ilə ortul-
muş massivin hüdudlarında Neogen yaşlı molasslarla doldurulmuş çoxlu sayda çö-
kəkiklər vardır. Eni 200 km-ə çatan Şərqi-İran (Zabol-Beluc filiş-firiolit zonası) meri-
dional və şimal-şimal-qərb istiqamətli üfüqi yerdəyişmələr boyunca Lüt qayması ilə
sərhədlənir.
Şərqi-İran zonası şərqdə qismən Əfqanıstanın ərazisinə keçir və burada cənubda
Seystan törəmə çökəkliyi, şimalda isə Fərahurd zonası ilə sərhədlənir.
İran massivinin cənub-qərb ətrafında daxili və xarici zonalar və Mesopatamiya
kənar çökəkliyindən ibarət olan Zaqros qırışıqlıq sistemi yerləşmişdir. Zaqrosidlərin
kənar miogeosinklinal zonası Neogen-Antropogenin molass, Perm-Paleogenin karbo-
nat, alt və orta Paleozoyun qumlu-gilli və Vendin evaporit formasiyalarından təşkil
olunmuşdur.
Daxili və xarici zonalar arasındakı sərhəd Baş üstəgəlmə boyunca keçir. Bu üs-
təgəlmədən şimal-şərqdə Həmədan zonası yerləşir. Öyrənilən vilayətin ucqar cənub-
şərqində Şimali-Oman zonası yerləşir. Burada Mezozoy ofiolitləri Ərəbistan plitəsi-
nin çökmə örtüyü üzərinə gəlmişdir (üstəgəlmə təşkil edir).
Digər əsas struktur Elburs qrışıqlıq sistemidir. Qabarığı cənuba olan qövsvari
formaya malik olan bu qırışıqlıq dağlıq sistemin uzunluğu 1200, eni isə 120 km-dir.
Ümumiyyətlə, en istiqamət də uzanan Elburs qrışıqlıq sistemi cənubdan Cənubi-Xə-
zər çökəkliyini, şimaldan isə Mərkəzi İran əyalətini əhatə edir. Elburs qrışlıq sistemi
yelpikvari formaya malik antiklinoriumdan ibarətdir və tağ hissəsi gec Kembriyəqə-
dərPaleozoy yaşlı çöküntülərdən təşkil olunmuşdur. Bilavasitə Elbursun Kembriyə-
qədər bünövrəsi üzərində Mərkəzi-İranla olduqca oxşar olan Vend-Trias yaşlı örtük
yatır. Elbursun cənub zonasının şimal-qərb davamı İrəvan-Ordubad zonası hesab olu-
nur. Bu zonada Devon-Trias yaşlı platforma örtüyü üzərində toplanmış üst Təbaşir
(kabonat), Paleosen (filiş), Eosen-Oliqosen (vulkanogen) qatının qalınlığı 5 km-dən
çoxdur.

437
GEOLOJİ İNKİŞAF TARİXİ
Baykal mərhələsi. Kiçik Qafqazın və İranın ərazisində heç bir yerdə erkən
Kembriyəqədər yaşlı süxurlar məlum deyildir. Bir sıra rayonlarda yer üzərinə çıxan
metamorfidlər üst Proterozoy (qrenvil), yaşılşist fasiyası isə bilavasitə Baykal yaşlı-
dır. İran massivini bünövrəsinin son metamorfizmi (bünövrəni yarıb keçən qranitlərin
yaşı) 600 mlln il (üst Vend) müəyyən edilmişdir. Bu qranitlər Ərəbistanın cavan
qranitlərinə uyğun gəlir. Ümumiyyətlə, İran massivinin bünövrəsinin formalaşma ta-
rixi Ərəbistan-Nubiy qalxanının inkişafı ilə oxşarlıq təşkil edir. İranda, eləcə də Cə-
nubi Anatoli və Pakistanın Duzlu silsiləsində son Kembriyəqədər bünövrə kompleksi
Vendin (üst Vend) turş, subqələvi vulkanitləri, qırmızı rəngli qırıntı suxurlarla, dolo-
mitlə və duzla örtülmüşdür.
İran massivinin şimal ətrafında, Elburusun şimal yamacında İran Azərbaycanı-
nın şiml-qərbində böyük fasilələr qeyd olunur. Cənubi Zaqafqaziya (Misxan-Zəngə-
zur zonasında) metamorfik kompleksin üzərinə biləvasitə Devon çöküntüləri yatır.
Kaledon-Hersin mərhələsi (Veid-srernit Trias). İran massivin çökmə örtüyünün
toplanması üst Veiddə başlamışdır. Bu örtüyün bazal hissəsi (Veid-alt Kembri) müəy-
yən fasial dəyişkənliklə xarakterizə olunur. Orta Kembridən etibarən İran massivi ge-
niş spikontinental dənizlə örtülmüş və orta Triasın sonuna kimi ərəbistana və Pakista-
na kimi uzanan davamlı Hondvanaqarşısı platformanın bir hissəsi kimi inkişaf etmiş-
dir. Bu plitənin Hondvana superqitəsi ilə, xüsusən də Afrika-Ərəbistanla əlaqəsi artıq
çoxlu miqdarda paleomaqnit tədqiqatları ilə təstiq olunmuşdur. İran plitəsinin
formasiya sırası orta Kembri-alt Ordovikin karbonat; orta Ordovik-Silurin terrigen
(altda), terrigen-karbonat (üstə); Vend-alt Karbonun karbonat; alt Karbonun üstü-alt
Permin aşağısı terrigen və Perm-orta Triasın karbonatından ibarətdir.
İran massivi şimalda sonra konsolidasiya olunmuş və nisbətən mütəhərrik Za-
qafqaziya aralıq massivi ilə (bilavasitə Xəzər dənizindən qərbdə) və bilavasitə Paleo-
tetislə sərhədlənmişdir. Gec Paleozoydan etibarən İran və Zaqafqaziya massivləri ara-
sında okean qabığına malik hövzənin olması əlamətləri qeyd olunur.
Son vaxtlar bu zonadan şimalda qədim Kimmeriy tangensial epoxasında qapan-
mış okean qabığına malik hövzənin realikti olan, nisbətən qədim (Perm-Trias) ofiolit
zonasının olmasını göstərən faktlar, Kiçik Qafqaz və Anadoluda baş ofiolit zonasının
gec Paleozoyda yaranması fikrini inkar edir. Bu ofiolit qurşağı Artivan rayonunda
Türkiyənin Ermənistanla sərhəddi boyunca keçir. Onun şərq davamını axtarmaq məq-
sədilə, son vaxtlar Dzirul və Lök massivlərində Yura törəmələrində qeyd olunan pa-
leomaqnit uyğunsuzluğu diqqətə layiqdir.
Bu məlumatlara əsaslanmış olsaq, Kimmeridən qədim Anatoli tikişinin davamı-
nı Zaqafqaziya aralıq massivinin Lök-Gəncə zonasından şimala, bilavasitə nisbətən
cavan örtüyün altında rast gəlmək olar. Sonra şərqə doğru bu tikiş Kür çökəkliyinin
altından ofiolitlərin məlum olduğu İran Talışına və Xəzər dənizi vasitəsilə Şimali-
Şərqi İranda (Kopetdağla Aladağ-Binaludun sərhəddində) İiraninin ofiolitləri ilə bir-
ləşmişdir. Devon-Karbon çöküntülərinin metamorfizmi və andezit vulkanizmi ilə
müşayiət olunduğunu nəzərə alaraq, Talış-Məşhəd tikişinin gec Hersin yaşlı olduğu-
nu söyləmək olar.
Əgər ehtimal etsək ki, Erkən Paleozoydan Karbona kimi Paleotektisin mərkəzi
zonası Böyük Qafqazın müasir cənub yamacı boyunca keçmişdir (Baş silsilənin qra-
438
nitoid və metamorfidlərinin qütblüyü ilə təsdiq olunur); sonra Perm-Triasda Dzirul
massivindən cənuba; nəhayət Triasın sonunda Ərzincan-Göyçə zonasına dəyişmişdir.
Bu isə müasir Avrasiyanın daxilində okean qabığına malik hövzənin cənuba miqrasi-
yasına uyğun gəlməlidir. Gec Paleozoya gələcək Zaqorsun arxasında Həmədan zona-
sının yaranması başlayır.
Kimmeriy-Alp gesinklinal mərhələsi (üst Trias-Eosen). Gec Trias tədqiq olunan
əyalətin qlobal erkən Kimmeriy tektonik epoxasına cavab verən kritik epoxadır. Gec
Triasda Kiçik Qafqaz və Cənubi-Xəzər əyalətlərində mövcud olan okean hövzələri
qapanır və İran mikroplitəsi Afrika-Ərəbistan (Hondvana) plitəsindən ayrılır və Avra-
siyaya qovuşur. Erkən Kimmeri qırışıqlığı Həmədan zonasında daha intensiv olmuş-
dur. Həmədan zonasından cənuba, Zaqorsda erkən Kimmeri qırışıqlığı zəifləyir. Orta
Triasda Ərəbistan plitəsinin qeyri-fəal ətrafının enməsi nəticəsində Zaqors Alp geo-
sinklinalı yaranır. Burada Yura-Miosen kompleksinin qalınlığı 14 km-ə çatır. Mərkə-
zi-İran massivinin şimal-şərq ətrafında eyni yolla Kopetdağ geosinklinalı yaranmış-
dır. Triasın sonu-Yuranın əvvəllərində Şimli Anatoli-Kiçik Qafqaz evgeosinklinalının
regenerasiyası baş verir.
Bayosdan etibarən okean qabıqlı Kiçik Qafqaz hövzəsinin Zaqafqaziya mikro-
plitəsinin altında subdukseyası ilə əlaqədar olaraq qismən kompensasiya olunmuşdur.
Spretinqlə eyni vaxtda hövzənin mərkəzi hissəsində hər iki kontinental sahildə qalx-
ma və çökəkliklər formalaşır.
İran mikroqitəsi orta və gec Yura karbonat formasiyası ilə örtülmüşdür. Gec Yu-
ra epoxasının sonunda onun cənub-qərb ətrafında subduksiyanın güclənməsi ilə əla-
qədar olaraq Mərkəzi İran qalxmaya məruz qalır. Nisbətən intensiv gec Kimmeri de-
formasiyası və metamorfizmi Zaqorsla həmsərhəd olan Həmədan zonasında
müşahidə olunur. Lakin Zaqors geosinklinalının özündə əyilmə davam etmişdir.
Kiçik Qafqaz geosinklinalı Yuranın sonu-erkən Təbaşirdə genişləməyə məruz
qalmaqda davam etmişdir. Bununla belə İran mikroqitəsində olduğu kimi, Zaqafqa-
ziya mikroqitəsi (orta qövsü) vulkanik fəaliyyətlə müşayiət olunan son Kimmeriy
qalxmaya məruz qalmışdır.
Erkən Təbaşirin ikinci yarısında hər iki mikroqitə və Zaqafqaziya və İran yeni-
dən isti epikontinental dənizlə örtülmüşdür. Albın ortalarında Kiçik Qafqaz gesinkli-
nalının ümumi sıxılmasının ilk əlamətləri qeyd olunur. Albın sonunda İrəvan-Ordu-
bad zonası əyilməyə cəlb olunur və bu əyilmə Senomanda, Turonda, xüsusən də er-
kən Konyakda daha intensiv xarakter alır. Senomanın sonu-Turonun əvvəllərində sı-
xılma daha güclü xarakter alır və hövzənin oxundan əks tərəflərə hərəkət edən şaryaj-
ların əmələ gəlməsi başlayır. Konyakın ortalarında örtükəmələgəlmə özünün maksi-
mum həddinə çatır.
Kiçik Qafqazın mərkəzi hissəsində relikt okean hövzəsi Eosenin sonuna kimi
saxlanılmışdır. Hər iki tərəfdə okean qabığının intensiv udulması baş verir ki, bu da
güclü əhəngli-qələvi vulkanizminə və plutonizmə səbəb olur. Şimal zonasından fərqli
olaraq, Amasiya-Zəngəzur ofiolit tikişindən cənuba tərəf maqmatizm və deformasiya
Miosenin əvvəllərinə kimi davam etmişdir. Zaqors və Omon zonalarında da yuxarıda
qeyd olunan hadisələrin ardıcıllığı qeyd olunur. Okean hövzəsinin qapanması və
okean qabığının obduksiyası artan əyilməni qabaqlamışdır. Örtükəmələgəlmə fazası

439
Maastrixdə başa çatmış, lakin Ərəbistan və İran plitələri arasında kolliziya Miosenə
kimi davam etmişdir.
Gec Təbaşir epoxasında Mərkəzi İran əvvəlcə Qırmızı dəniz tipli rift zonalarının
əmələgəlməsi ilə müşayiət olunan parçalanma fazasını keçirmişdir. Təbaşirin və Pa-
leogenin sərhəddində Elbrusun müasir formalaşması, Eosenin sonunda isə onun de-
formasiyası baş verir. Bu hadisələrin nəticəsində Eosenin sonuna kimi okean qabığına
malik bütün ərazi subduksiya ilə udulmuş və kontinental plitələr tokquşmuşdur.
Elbrusun cənub yamacı Mərkəzi İranın geniş ərazisi ilə birlikdə İrəvan-Ordubad
və Göyçə-Həkərə zonaları Eosendə güclü andezit vulkanizminə məruz qalır. Eosenin
sonu-Oliqosendə deformasiya və plutonizm bu əyalətin bütün sahəsini (Zaqors geo-
sinklinalı və Ərəğistan plitəsi ilə birlikdə) əhatə edir. Bu mərhələ zaman etibarilə Qır-
mızı dənizin açılmasının birinci mərhələsi ilə uyğun gəlir və Kiçik Qafqazın, İranın
geosinklinal inkişaf mərhələsinə son qoyur.
Gec Alp orgen mərhələsi (Oliqosen-Dördüncü dövr). Gec Eosen-Oliqosen diast-
rofizmi nəticəsində İranın və Kiçik Qafqazın müasir relyefi və strukturlarının əsas
xüsusiyyətləri formalaşmışdır. Sonra, gec Oliqosen-erkən və orta Miosendə tektonik
fəallığın bir qədər zəifləməsi, relyefin düzləndirilməsi baş verir.
Qalxma hərəkətlərinin növbəti fəallaşması Miosenin sonu-Pliosenin əvvəlinə
təsadüf edir. Son Miosendə Kiçik Qafqazda, İran Azərbaycanda və Şərqi Anatolinin
qonşu rayonlarında vulkanizm fəaliyyəti güclənir.
Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd etmək olar ki, Kembri-
nin sonu-Paleozoyun əvvəllərində Kiçik Qafqaz və İran üç kontinental blokun (Ərə-
bistan, İran və Zaqafqaziya) qarşılıqlı təsiri altında olduğunu soyləmək olar.
FAYDALI QAZINTILAR
Kiçik Qafqazda zəngin faydalı qazıntılar vardır. Naxçivanda Devon əhəngdaşla-
rı içərisində gümüşlük (Halenit) yatağı; Paleogen maqmatizmi ilə əlaqədar olan Para-
qaçay molibden yatağı; Miosen çöküntülərində yerləşən daş duz yatağı artıq çoxdan
istismar edilir. Kiçik Qafqazda zəngin Qafan (Zəngəzur) və Alaverdi mis filizi yataq-
ları Yura effuzivləri və qranitoidləri ilə əlaqədardır. Bundan əlavə, Ermənistanda
Qacaran, Dəstəkert, Aqarak mis-molibden yataqları aşılıb istismara verilmişdir.
Azərbaycanın Daşkəsən rayonunda Zaqafqaziyada ən zəngin dəmir filizi istis-
mar olunur. Yataq alt Təbaşir qranitoidlərinin Yura əhəngdaşlarına təsiri nəticəsində
əmələ gəlmişdir. Daşkəsəndə həmçinin alunit, kobalt yataqları da vardır.
Kiçik Qafqazda bir sıra mineral su yataqları aşkar olunmuşdur. Kəlbəcər rayo-
nunda, Tovuzda qızıl yataqları, Gədəbəydə mis yatağı vardır. Bu qırışıqlıq əilayətin
İran hissəsində də zəngin neft, qaz, daş kömür, dəmir, xrom, polimetal, mis filizləri,
nadir elementlər, boksit, kükürd. Sürmə, daş duz kimi faydalı qazıntılar vardır.
8.3.4. ƏFQAN-BELUCİSTAN-PAMİR QIRIŞIQLIQ VILAYƏTİ
Bu qırışıqlıq vilayət Ural-Oman lineamentindən şərqdə yerləşir. Bu Kimmeri-
Alp sistemi Mərkəzi Hindiquş və Cənubi Əfqanıstanın Cənub-Şərqi İranın (Makran),
Pakistanın (Belüçistan, Xəzər, Koxistan), Mərkəzi və Cənubi-Şərqi Pamirin ərazisini
əhatə edir. Şimalda bu qırışıqlıq sistemin şərq sərhədi IIamir-Qaraqorum dərinlik
qırılması hesab olunur. Sonra onun sərhədi bir qədər cənuba dəyişir və Xəzər dənizi
və Himalay arasında mövcud olan Çellam sintaksisi boyunca keçir (şəkil 8.3.4.1.).
440
Şəkil 8.3.4.1. Himalay və Tibetin tektonik sxemi (Dünyanın
1:15000000 miqyaslı beynəlxalq tektonik xəritəsinə əsasən)
I.Platformalar: 1-Turan, 2-Çindistan, 3-Tarim; II.Turan platformasının yeni dağəmə-
ləgəlməyə cəlb olunan hissəsi və Mərkəzi Əfqan aralıq massivi (4); IV.Alp qurşağı-
nın kənar, əhəngdaşı və filiş zonası: 5-Makran, 6-Kitar, 7-Şərqi-İran çökəkliyi, 8-Su-
leyman, 9-Katavaz arxa çökəkliyi; IV.Kunlun, Bədaxşan, Şimali-Pamir Hersinidləri;
V.Kimmeri-Alp qurşağının metamorfidlərin üstünlük təşkil etdiyi daxili zonası:
10- Pamir- Bədaxşan massivi; VI. Kimmeri-Alp qurşağının Mezozoy-Paleogen yaşlı
çökmə və vulkanogen törəmələrinin üstünlük təşkil etdiyi daxili zonası: 11-Fərahurd,
12-Mərkəzi-Pamir, 13-Cənubi-Pamir, 14-Şərqi-Hindiquş, 15-Tarnak zonası; VII.Tə-
başir-Paleogen vulkanik-plutonik qurşağı: 16-Şaqay, 17-Koxistan, 18-Ladax;
VIII.Ofiolitlər; XI.Ön və dağarası çökəkliklərin molassı. Çökəkliklər: 19-Murian, 20-
Xamun və Maşkel, 21-Seystan; qraben-çökəkliklər: 22-Sibi, 23-Bannu, 24-Potapr ön
çökəkliyi; X.Neogen-Dördüncü dövr vulkanitləri; XI.Üstəgəlmələr; XII.Üfüqi yer-
dəyişmələr və qırılmalar: 25-Baş Hindiquş, 26-Şaman, 27-Sarobi, 28-Kunar; 29- Şi-
mali-Pamir, 30-Kunlun, 31-Himalay.

441
Şimalda bu vilayətin sərhədi Baş Hindiquş sistemi (Herat) boyunca Hindiquşun,
Şimali Pamirin, Kunlunun Hersinidləri ilə sərhədlənir. Cənubda isə əvvəlcə qərbdən
Oman körfəzi, Ərəb dənizi ilə hüdudlanır, sonra isə şərqə doğru ön çökəkliklərlə
Hindistan platformasından ayrılır. Onun şərqdə Tibet-Himalay qırışıqlıq sistemi yer-
ləşmişdir. Bu vilayət qərbdə en istiqamətdə, mərkəzdə şimal-şərq, şərqdə isə şimal
stiqamətdə uzanır. Onun üçün şimalında Kimmeridlərin geniş yayılması və arı-ayrı
blokların böyük məsafələrdə üfüqi yerdəyişməsi səciyyəvi xarakter daşıyır. Bu cür
yerdəyişmə nəticəsində Pamir qövsü şimala doğru çıxış təşkil etmişdir.
Vilayətin nisbətən aydın ifadə olunan geosinklinal qırışıqlıq sistemi, şimal-şərq
istiqamətdə uzanan və ətraf ön çökəklikrə nəzərən 4 km-ə qədər qalxmış olan Be-
lüçistan (Suleyman-Hirtar) Alp qırışıqlıq sistemidir. Bu qırışıqlıq sistem Hindistan
platformasından ön çökəkliklərlə ayrılır. Belüçistan qırışıqlıq sistemindən Qərbi Be-
lüçistanı, Makran qırışıqlıq zonasını ayıran Çaman-Mukur qırılması, bu sistemi Zaq-
ros qırışıqlıq sistemi ilə birləşdirir. Makran zonası öz növbəsində Zaqros qırışıqlıq
sistemindən Oman qırılması ilə ayrılır. Belüçistan sistemi də Zaqridlər, Tavridlər,
Ellinidlər, Dinaridlər kimi Alp qurşağının cənub zonasına aiddir. Şərqdə Belüçistan
qırışıqlıq sistemi birbaşa davamını itirərək Sarabi dərinlik yarığı ilə hüdudlanır.
Belucistan qırışıqlıq sisteminnin arxasında Qərbi-Hindiquşun cənub hissəsini
əhatə edən Kembriyəqədər metamorfik bünövrəyə malik Mərkəzi Əfqan massivi yer-
ləşir. Bu massivin cənub-şərq hissəsi müvafiq qonşu qırışıqlıq zonalarla birlikdə
Seystan molass çökəkliyinin altında gömülmüşdür. Hindiquş və Belucistan-Makran
silsiləi arasında yerləşən bu çökəklik, 800-1000 m yüksəkdə malik ərazini əhatə edir.
Seystan molass çökəkliyinin qərb hissəsini Aatı-Marqo daşdı səhrası, şərq his-
səsini isə Reqistan qumlu səhrası təşkil edir. Mərkəzi Əfqan massivi hər tərəfdən
ofiolit tikişi, cənubi-şərqdə isə vulkanik qurşaqlarla sərhədlənir. Bu massiv şimali-
qərbdə Pəncab (Şahrud) ofiolit tikişi boyunşa Faraxrud son Kimmeri qırışıqlıq zonası
ilə hüdudlanır. Bu zona isə oz növbəsində Ural-Oman lineamenti yaxınlığında şərqi
İran və Sabzəvar fliş-ofiolit zonasına qovuşur. Faraxrud zonası şimalda Baş Hindiquş
üstəgəlməsi ilə sərhədlənir.
Mərkəzi Əfqan massivinin şimal-şərq davamında ondan qırılma ilə ayrılan Ka-
bul bloku və Pamir (Badaxşan)-Nuristan massivi yerləşmişdir. Burda Faraxrudun
analoqu isə cənub-şərqi Pamirə və Qarakorumun şimal-şərq zonasına davam edən
Mərkəzi-Pamir zonası hesab olunur. Qarakorum-Şərqi Hindiquşdan cənuba, ofiolit-
lərlə müşayiət olunan Baş Qarakorum üstəgəlməsinin arxasında Xindurac massivi
uzanır. Koxistan vulkanik-plutonik qurşağı bu massivin üzərində yerləşir. Daha cə-
nubda isə Xəzər zonası-Himalayın şimal-qərb qurtaracağı uzanır.

8.3.5. HİMALAY-TİBET QIRIŞIQLIQ SİSTEMİ


Dünyanın ən böyük və yüksək dağlıq sistemlərindən biri olan Himalay-Tibet
qərbdən Pamir-Qarakorum rılırılmalar sistemi, şərqdə isə Cənubi-Çin platformasının
qərb sərhəddini təşkil edən üstəgəlmə ilə hüdudlanir. Cənub-şərqdə Şanxayda daxil
olmaqla Tibet qırışığı mərkəzi və şərqi Hindiçində davam edir, Himalay sistemi isə
ondan kifayət qədər fərqlənən Hind-Birma sisteminə qovuşur (şəkil 8.3.5.1.).

442
Şəkil 8.3.5.1. Himalay və Tibetin tektonik sxemi (Dünyanın
1:15000000 miqyaslı beynəlxalq tektonik xəritəsinə əsasən)
I.Kontinental platformalar; II.Aralıq Massivlər; III.Kunlun və Nanşan Kaledonidləri
və Hersinidləri; IV.Erkən Kimmeridlər; V.Gec Kimmeridlər; VI.Alpidlərin daxili zo-
nası; VII.Mezozoy və Kaynozoy qranitləri; VIII.Gec Təbaşir-erkən Paleogen vulka-
nitləri; IX.Ofiolitlər; X.Himalayın Alp quruluşunda qədim metamorfik komplekslər;
XI.Alpidlərin kənar zonası (a-Tetis Himalayı, b-Aşağı Himalay); XII. Aşağı Himala-
yın Rifey və alt Paleozoy kompleksi; XIII.Tibetin, Kunlunun, Nanşanın molass və
Mezokaynozoy örtüyü; XIV.Üstəgəlmələr; XV.Üfüqi üerdəyişmələr; XVI.Struk-
turlar: 1-Şimali-Tibet massivi, 2-Cənubi-Tibet massivi, 3-Sunnan-Qandzi zonası,
4-Kunlun qırışıqlıq sistemi, 5-Nanşan sistemi.

Himalay qırışıqlıq sistemi 2400 km məsafədə uzanır, onun ərazisinin böyük his-
səsində yüksəkliyi 7-8 km və daha çoxdur, eni isə Himalayqarşısı çökəkliklə birlikdə
orta hesabla 700 km-dir. Uzunluğu və eni Himalaya müvafik gələn Tibetin orta yük-
səkliyi 5 km-dir. Himalay qırışıqlıq sistemi qabarığı cənuba olan qövsvari, Tibet isə
mindalvari quruluşa malikdir.
Himalay qırışıqlıq sistemində en istiqamətdə cənubdan şimala doğru aşaqıdakı
zonallıq müşahidə olunur:
 Subhimalay zonası. Ön çökəklikdən ibarət olan bu zona, Tista-Raydak çayları
arsı hissə istisna olmaqla, bütün Himalay boyunca uzanır və kontinental, göl-çay mo-
lassından ibarət olan Sivalik seriyasının (Neogen, xüsusən də Pliosen yaşlı) çökün-
tüləri (qalılınlığı 2,5-3,0 km) ilə dolmuşdur. Himalay qarşısı çökəkliyin çox hissəsi
Alçaq Himalay zonası ilə örtülmüşdür.

443
 Alçaq Himalay zonası. Bu zona örtüklərdən ibarətdir, intensiv metaiorfikləşmiş
böyük qalınlığa malik üst Kembriyədək, eləcədə Paleozoy və Mezozoy çöküntülərin-
dən təşkil olunmuşdur. Bu zona Baş sərhəd üstəgəlməsi boyunca Subhimalay zonası
üzərinə itələnmişdir və örtük təşkil edir. Eyni zamanda şimaldan gələn Baş Mərkəzi
üstəgəlməsi boyunşa növbəti zona ilə örtülmüşdür. Bu zona bir sıra sərbəst örtüklərin
(Şali-Deboan, Simla-Damta, Krol, Çayl, Cutoq) olması ilə xarakterizə olunur.
 Hondvana çeşuy zonası. Şərqi Himalayda Subhimalay və Alşaq Himalay zo-
naları arasında yerləşən sərbəst tektonik elementdir. Onda Hindistan platformasının
örtüyü üçün səciyyəvi olan iki ilement- Himalay mənşəli qalınlığı 9-3 km-ə çatan
tillit qatı və kömürlü terrigen çöküntü qatı.
 Yüksək Himalay zonası. Baş silsilə ilə uyğun gəlir və Kembriyəqədər yaşlı
kristalpik şistlərdən və qneyslərdən, eləcədə Neogen yaşlı qranitoidlərdən ibarətdir.
 Tibet və ya Tetis-Himalay zonası. Bu zona Baş Silsilənin şimal yamacında yer-
ləşən və epikontinental dəniz şəraitində yaranmış Paleozoy-Mezozoy yaşlı çökün-
tülərdən ibarət kompleksdən təşkil olunmuşdur.
 Hind ofiolit zonası. Bu zona üst Paleozoy və evgeosinklinal mənşəli Mezozoy
törəmələrindən təşkil olunmuşdur.
Bütün qırışıqlıq sistemlərdə olduqu kimi Himalay qırışıqlıq sistemində də eninə
zonalıqla yanaşı olaraq, uzununa zonalıq da movcuddur. Burada kifayət qədər aydın
seçilən Pençab Himalayı (Kəşmir); Kumaon Himalayı; Nepal Himalayı; Butan və
Sikkim Himalayı və Şimal-şərqi (Assam) Himalay eninə zonaları ayrılır.
Tibet ərazisində Hind ofiolit tikişi və Cənubi-Kunlun-Çinlin qırılması arasında
cənubdan şimala doğru bir-birindən dərinlik qırılmaları ilə ayrılan aşaqıdakı zonalar
qeyd olunur:
 Şiqatze Transhimalay erkən Alp və ya gec Kimmeri filiş zonası. Bilavasitə
Hind-Tsanqpo ofiolit zonasının şimalında yerləşən və ona paralel uzan Şiqatze zonası
filiş seriyasının qalınlığı 6-7 km-ə çatır. Bu zona eni 60 km-ə çatan sinklinorium
olub, çöxlu sayda qırışıqlarla mürəkkəbləşmişdir.
 Kanqdese Transhimalay kənar vulkanik-plutonik qurşağı zonası. Bu zona
2500 km məsafədə uzanır və dağlıq Tibetin cənub ətrafında dağlıq silsilə əmələ gəti-
rir. Lxamı rayonunda alt Təbaşir və daha qədim çöküntülər intensiv qırışdırılmış və
qranitlərlə yarılmışdır. Tibetdə qranitlər gec Təbaşir-erkən Paleogen yaşlıdır. Trans-
himalay kənar vulkanik-plutonik qurşağı zonası Koxistan və Şiqay-Kandaqar qurşaq-
larının şərq davamı hesab olunur.
 Cənubi-Tibet (Nyançen-Tanqla) massivi zonası. Bu zonada yüksəkliyi 7 km-ə
çatan Nyanşen Tanqla dağlıq silsiləsində massivin bünövrəsi yer səthinə çıxır, qranit-
dən, qneysdən, kristallik şistdən ibarətdir. Ordovik-alt Permin terrigen-karbonat qatı
(5 km) zəif metamorfizmə məruz qalmışdır. Cənubi-Tibet massivi Mezozoya qədər
olan ən azı iki əlamətə görə (alt Perm tillitlərinin yayılması və gec Paleozoy florası-
nın xüsusiyyətinə görə) qondvananın bir hissəsi hesab olunur. Cənubi-Tibet massivi-
nin cənub-şərq davamı qərbi Yunnan və şərqi Birmin Sinobirma massivi hesab olu-
nur. Qərbdə Xindurac massivi də analoji vəziyyət tutur.
 Mərkəzi-Tibet gec Kimmeri qırışıqlıq sistemi zonası. Bu sistem Yunnan-Ma-
lay sistemi ilə vahid bir element olub, şimaldan və şərqdən NutSzyan-Şienq Ray qırıl-
ması ilə hüdudlanır. Qərbdə Mərkəzi-Tibet sisteminin Qarakorum və Şərqi Hindi-
444
quşda davam etməsi ehtimal olunur. Mezozoy kompleksinin qalınlığı 10 km-ə çatır.
 Şimali-Tibet aralıq massivi zonası. Bu massivin bünövrəsi Kembriyəqədər
yaşlı qneysdən, kristallik şistdən, mərmərdən ibarətdir. Örtüyün kəsilişi şərqdə Ordo-
vikdən, qərbdə Silurdan, mərkəzdə isə Devondan başlayır və orta Triasa kimi karbo-
natlı, terrigen çöküntülərdən ibarətdir. Massivin mərkəz hissəsində Mezozoy keçid
xarakter daşıyır və Kaynozoy əlvan rəngli kontinental molasdan ibarətdir.
 Şimalt Tibet erkən Kimmeri qırışıqlıq sistemi zonası. Bu sistem Kunlun və
Tsinlin hersinidləri və Şimali-Tibet massivi arasında sıxılmışdır və Kekeçjil (qərbdə),
Santzyan (mərkəzi) və Sunpan-Qandzi zonaları ilə ifadə olunur. Kekeçjil zonası Şi-
mali-Pamirin cənub zonasını təşkil edir, erkən Kimmeri mərhələsində kifayətqədər
metamorfizmə, deformasiyaya məruz qalmış Perm-Trias çöküntülərindən ibarətdir.
Kekeçjil zonasının şərq davamını olan Santzyan zonası şimal-şərqdən Şimali-Tibet
massivini əhatə edir və cənubda şərqi Yunnandan keçməklə Laos və Vyetnama kimi
davam edir və beləliklə Vyetnam-Laos sistemini əmələ gətirir. Sunpan-Qandzi zonası
Tibetin sonuncu böyük və Hindiçində davam edən yeganə struktur elementi hesab
olunur.
8.3.6. İNDONEZİYA QIRIŞIQLIQ VİLAYƏTİ
Bu qırışıqlıq sistem Aralıq dənizi və Sakit okean qırışıqlıq qurşaqlarının qovuş-
ma zonasında yerləşmişdir. Bu qırışıqlıq vilayət cənubdan Hind okeanının Timor və
Arafur dənizləri ilə hududdanır. Kalimantan, Sulavesi, Yava, Flores, Timor və Seram
adaları kimi adalarla yanaşı bu qırışıqlıq vilayətə Yava, Flores, Banda, Sulavesi, Sulu
və Cənubi-Çin (cənub-şərq hissəsi) dənizləri də daxildir.
Tektonik quruluşuna görə bu vilayət Şərqi-Zond qövsü (qərbdə) və Banda qövsü
(şərqdə) kimi iki Böyük zonaya-sistemə ayrılır. Müasir struktur planda Zond-Birma
sisteminin bilavasitə şərq davamı olan Zond-Bandanı eyni zamanda Cənubi- İndone-
ziya qırışıqlıq sistemi də adlandırırlar. Bu qırışıqlıq sistem Sumatra və Mentavay ada-
larını əhətə edərək, Yava adasından şərqə əvvəlcə en istiqamətdə, sonra isə şərq-şi-
mal-şərq istiqamətdə vulkanik adalar qövsü kimi uzanır. Cənubdan bu zonaya qoşu-
lan qeyri-vulkanik adalar qövsünu (Sumba, Timor, Tanimbar, Kayikruto) və Seram
və Buru adalarını əhətə edir.
Cənubi-İndoneziyadan şimalda yerləşmiş, dikər qırışıqlıq sistem Şmali-İndone-
zya adı altında məlumdur. Şimal-şərq istiqamətdə uzanan bu sistem bir neçə qırışıqlıq
zonadan təşkil olunmuşdur. Yava adalarından Filippinə qədər uzanan bu qırışıqlıq
sistem Sulu və Sulavesi dənizlərini də əhatə edir. Bu qırışıqlıq sistemi Cənubi İn-
doneziya qırışıqlıq sistemindən ayırmaq şərtidir. Belə ki, onun şərq hissəsi (Sulavesi
adası, Sulavesi dənizi ərazisindən Mindanas adasına qədər olan hissə) Zond-Banda
qırışıqlıq sisteminin üfüqi yerdəyişmə vasitəsilə ayrılmış hissəsidir. Onun qərb hissəsi
isə (Yava dənizi, Kalimantanın cənub-şərq hissəsi, Sudu dənizinin ətrafdarı) Birma-
Zond qırışıqlıq sistemi ilə Kaynozoya qədər eyni struktura aid olunmuşdur.

445
ƏDƏBİYYAT GEOTEKTONİKA

1. Хаин В.Е., Михайлов А.Е. Общая геотектоника. М, Недра, 1985, 326 с.


2. Гаврилов В.П. Общая и региональная геотектоника. М, Недра,1985, 184
с.
3. Белоусов В.П. Основы геотектоники. М, Недра, 1989, 392 с.
4. Зоненшайн Л.П., Кузмин М.И., Наталов Л.М. Тектоника литосферных
плит территории СССР. М, Недра 1 и 2- ой том, 1990, 392 с.
5. Усенков В.А. Тектоника плит. Л, Недра, 1981, 288 с.
6. Артющков Е.В. Геодинамика, М, Наука, 1979, 327 с.
7. Геодинамические реконструкции /Абрамович И.И. и др./, Л, Недра,1989,
278 с.
8. Зоненшайн Л.П., Ломизе М.Г., Рябухин А.Г. Пособие к практическим
занятиям по геотектонике: Учебное пособие.- М.: Изд-во МГУ, 1990. 95 с.
9. Мяммядов Т.Я., Кяримов В.Й. Цмуми вя реэионал эеотектоника. Бакы,
Маариф, 1982, 254 с.
10. Мяммядов Т.Я., Кяримов В.Й., Щаъыйев Б.Я., Аббасов А.Г. Эеотектони-
ка вя реэионал эеолоэийа. Бакы, АСУ-нун няш-ри, 1991, 169 с.
11. Abbasov A.Q., Hacıyev B.Ə., Abasov M.M. “ Geotektonika ” fənni üzrə
mühazirələr konspekti və laboratoriya işləri (Dərs vəsaiti). Бакы : Азярб. DNА-нын
няшри, 2008, 182 с.

ƏDƏBİYYAT REGİONAL GEOLOGİYA

1. Məmmədov T.Ə., Kərimov V.Y. SSRİ geologiyası, Bakı Maaarif, 1987


2. Məmmədov T.Ə., Kərimov V.Y., Hacıyev B.Ə., Abbasov A.Q. Geotektonika
və regional geologiya. Dərs vəsaiti, Bakı, ASU-nın nəşri, 1991, 169 s.
3. Abbasov A.Q. “ Regional geologiya ” fənni üzrə mühazirələr konspekti (Dərs
vəsaiti). Бакы : Азярб. DNА-нын няшри, 2011, 316 s.
4. Смирнова М.Н. Основы геологии СССР. М. Высшая Школа, 1984
5. Сейслер М.В., Караулов В.Б., Успенская Е.А., Чернова Е.С. Основы
региональной геологии СССР. М. Недра, 1984.
6. Короновский Н.В. Краткий курс региональной геологии СССР. М. Изд.
МГУ, 1984
7. Милановский Е.Е. Геология СССР. М, Изд. МГУ часть I 1987, часть II
1989, часть III 1991.
8. Хаин В.Е. Тектоника континентов и океанов. М.: Научный мир 2001.-
606 с. С ил.
9. Хаин В.Е. Региональная геотектоника. Северная и Южная Америка,
Антарктида и Африка, М, Недра, 1971
10.Хаин В.Е. Региональная геотектоника. Внеальпийская Европа и Запад-
ная Азия. М, Недра, 1977
11.Хаин В.Е. Региональная геотектоника. Внеальпийская Азия и Австра-
лия. М, Недра, 19

446
12.Хаин В.Е. Региональная геотектоника. Альпийский Средиземноморский
пояс. М, Недра, 1984
MÜNDƏRİCAT

GEOTEKTONIKA
Giriş...............................................................................................................................3
Bölmə 1. Geotektonikanın fənni, tədqiqat obyekti, üsulları və
inkişafının əsas mərhələləri..........................................................................5
1.1. Geotektonikanin tədqiqat obyekti və üsullari.........................................................5
1.2. Geotektonikanin inkişafinin əsas mərhələləri.........................................................8
Bölmə 2. Yerin daxili quruluşu ...............................................................................14
2.1. Yer qabiği onun tipləri və əsas xüsusiyyətləri ....................................................14
2.2. Yerin mantiyasi və onun əsas xüsusiyyətləri........................................................21
2.3. Litosferin geoloji inkişaf modeli..........................................................................26
2.4. Yerin nüvəsi və onun əsas xüsusiyyətləri.............................................................29
Bölmə 3. Tektonik hərəkətlər və onların öyrənilmə üsulları.................................30
3.1. Tektonik hərəkətlərin əsas tipləri.........................................................................30
3.2. Tektonik hərəkətlərin ümumi xassələri................................................................34
3.3. Şaquli tektonik hərəkətlərin öyrənilmə üsullari...................................................35
3.4. Üfüqi hərəkətlərin öyrənilmə üsulları..................................................................37
Bölmə 4. Yer qabığının hərəkəti və deformasiya mexanizmi haq-
qında təsəvvürlər və onun strukturlarının inkişaf səbəbləri ..................39
4.1. Fiksizm fərziyyələri..............................................................................................39
4.3. Mobilizm fərziyyələri...........................................................................................44
4.4. Bəzi alternativ baxişlar.......................................................................................52
Bölmə 5. Okeanlar....................................................................................................57
5.1. Okeanlarin öyrənilməsinin başlica mərhələləri...................................................57
5.2. Okean dibinin geomorfoloji zonalliği ..................................................................57
5.3. Okean qabığı, onun quruluşu................................................................................59
5.4. Okeanlarin daxili quruluşu ..................................................................................60
5.5. Okeanlarin əmələ gəlməsi haqqinda konsepsiyalar............................................63
5.6. Okeanlarin fiziki xüsusiyyətləri............................................................................64
Bölmə 6. Litosfer plitələri ......................................................................................67
6.1. Litosfer plitələri, onların tipləri...........................................................................67
6.2. Litosfer plitələrinin sərhədləri............................................................................70
6.3. Qitələrin stpukturları..........................................................................................75
6.4. Qitələrin əsas formalaşma mərhələləri................................................................78
Bölmə 7. Mütəhərrik zonalar (geosinklinallar).....................................................82
7.1. Geosinklinallar, onlarin daxili quruluşu və inkişafi haqqinda
klassik təsəvvürlər................................................................................................82
7.2. Geosinklinal qurşaqlarin çoxmərhələli inkişafi....................................................91
7.3. Geosinklinallar haqqinda müasir təsəvvürlər.....................................................91
Bölmə 8. Orogenlər...................................................................................................95
8.1. Qitə epigeosinklinal orogenləri............................................................................95
8.2. Qitə epiplatforma orogenləri................................................................................98
447
8.3. Okean orogenləri..................................................................................................99
Bölmə 9. Platformalar ...........................................................................................100
9.1. Kontinental platformalar, onların daxili quruluşu və əsas
struktur elementləri….........................................................................................100
9.2. Platformalarin inkişaf mərhələləri və formasiyalari...........................................104
Bölmə 10. Dərinlik qırılmaları və dairəvi strukturlar.........................................111
10.1. Dərinlik qirilmalari və onlarin əsas əlamətləri ................................................111
10.2. Dairəvi strukturlar ...........................................................................................113
9.3. Metiorit kraterləri və astroblemlər......................................................................115
Bölmə 11. Tektonik rayonlaşdırma prinsipləri və tektonik xəritələr ................118
11.1. Tektonik xəritəalma və rayonlaşdırma mərhələləri..........................................118
11.2. Tektonik rayonlaşdırmanın prinsip və üsulları.................................................119
11.3. Tektonik xəritəin tipləri və tərtib üsulları.........................................................122
Bölmə 12. Litosferin əsas inkişaf mərhələləri və başlıca inkişaf
xüsusiyyətləri ..................................................................................................126

REGİONAL GEOLOGİYA

I Bölmə. Yer qabığının müasir struktur planı…………….……….……………134


Bölmə 2. Kareliya qırışıqlıq əyalətləri (Qədim platformalar)…...……… …….137
2.1. Şimal yarımkürəsində olan qədim platformalar.................................................137
2.1.1. Şimali-Amerika platforması, onun stratiqrafiyası, tektonikası, inkişaf
tarixi və faydalı qazıntıları……..…………………………………………….138
2.1.2. Şərqi-Avropa platforması, onun stratiqrafiyası, tektonikası, inkişaf
tarixi və faydalı qazıntıları……..…………………………………………….145
2.1.3. Sibir platforması platforması, onun stratiqrafiyası, tektonikası, inkişaf
tarixi və faydalı qazıntıları….....…………………………………………......153
2.1.4. Çin platforması platforması, onun stratiqrafiyası, tektonikası, inkişaf
tarixi və faydalı qazıntıları…………………………………………………...161
2.1.5. Hiporborey platforması, onun stratiqrafiyası, tektonikası, inkişaf tarixi.........171
2.2. Cənub yarımkürəsində yerləşən qədim platformalar (Hondvana qrupu)...........172
2.2.1. Cənubi Amerika platforması, onun stratiqrafiyası, tektonikası, inkişaf
tarixi və faydalı qazıntıları…………...………………………………………172
2.2.2. Afrika-Ərəbistan platforması, onun stratiqrafiyası, tektonikası, inkişaf
tarixivə faydalı qazıntıları...….…………………………………..…………..178
2.2.3. Hindistan platforması, onun stratiqrafiyası, tektonikası, inkişaf
tarixi və faydalı qazıntıları……..…………………………………………….192
2.2.4. Qərbi-Avstraliya platforması, onun stratiqrafiyası, tektonikası, inkişaf
tarixi və faydalı qazıntıları……………………………………………..…….201
2.2.5. Şərqi-Antraktida platforması, onun stratiqrafiyası, tektonikası, inkişaf
tarixi və faydalı qazıntıları………………………………………………..….211
Bölmə 3. Qırışıqlıq qurşaqlar.................................................................................216
3.1. Ural-Monqol qırışıqlıq qurşağı...........................................................................217
3.2. Aralıq dənizi qırışıqlıq qurşağı...........................................................................218
3.3. Sakit okean qırışıqlıq qurşağı.............................................................................219
448
3.3.1. Qərbi- Sakit okean qırışıqlıq qurşağı...............................................................219
3.3.2. Şərqi- Sakit okean qırışıqlıq qurşağı...............................................................220
3.4. AtlantIk okeanı mütəhərrik qurşağı....................................................................220
3.4.1. Şimali-Atlantika qurşağı..................................................................................220
3.4.2. Cənubi-Atlantika qurşağı.................................................................................221
3.5. Antarktida qırışıqlıq qurşağı...............................................................................221
Bölmə 4. Baykal qırışıqlıq əyalətləri ……...………………………………….….222
4.1. Ural-Monqol qarışıqlıq qurşağının baykalidləri………………………....…….222
4.1.1. Baykal-Patomiya və Sayan-Yenisey qırışıqlıq əyalətləri, onların
stratiqrafiyası, tektonikası, inkişaf tarixi və faydalı qazıntıları……..…….…223
4.1.2. Timan-Peçora plitəsi, onun stratiqrafiyası, tektonikası, inkişaf
tarixi və faydalı qazıntıları……..………………….………………………....227
4.1.3. Taymır-Şimal torpağı Baykal qırışıqlıq əyaləti, onun stratiqrafi-
yası, tektonikası, inkişaf tarixi və faydalı qazıntıları .....................................230
4.2. Şimali-Atlantika qurşağının baykalidləri, onların stratiqrafiyası,
tektonikası, inkişaf tarixi və faydalı qazıntıları……………..…………………234
Bölmə 5. Kaledon qırışıqlıq əyalətləri….………………………………....……..237
5.1. Ural-Monqol qurşağının Kaledonidləri (Altay-Sayan zonası, Dağlıq
Altay, Mərkəzi Qazaxstanın qərb hissəsi və Şimali Tyan- Şan), onların
stratiqrafiyası, tektonikası, inkişaf tarixi və faydalı qazıntıları……….….........237
5.2. Şimali-Atlantika qurşağının Kaledonidləri (Qrampian, Qrelandiyanın
şimal və şərq hissələri), onların stratiqrafiyası, tektonikası, inkişaf tarixi
və faydalı qazıntıları……………….…………………………………………..246
5.3. Qərbi və Orta Avropanın Kaledonidləri, onların stratiqrafiyası,
tektonikası, inkişaf tarixi və faydalı qazıntıları…………….…………….……258
5.4. Şimali-Amerika platformasını əhatə edən Palnozoy qırışıqları……………….264.
5.4.1. İnnuit Kaledon-Hersin qırışıqlıq əyaləti, onun stratiqrafiyası,
tektonikası, inkişaf tarixi və faydalı qazıntıları……………….….…………264
5.4.2. Appalaç Kaledon-Hersin qırışıqlıq əyaləti, onun stratiqrafiyası,
tektonikası, inkişaf tarixi və faydalı qazıntıları……..……………………….267
5.4.3. Uaçito qırışıqlıq sistemi, onun stratiqrafiyası,
tektonikası, inkişaf tarixi ……………………………………………………273
5.5. Şərqi Avstraliya Paleozoy qırışıqlıq sistemi.....................................................275
5.5.1. Adelaid qırışıqlıq sistemi, onun stratiqrafiyası, tektonikası,
inkişaf tarixi və faydalı qazıntıları………..……………………….................275
5.5.1. Şərqi-Avstraliyanın Laxlan qırışıqlıq sistemi, onun stratiqrafiyası,
tektonikası, inkişaf tarixi və faydalı qazıntıları………..…………………….278
Bölmə 6. Hersin qırışıqlıq əyalətləri….………………………………....…….....287
6.1. Ural-Monqol qurşağının Hersinidləri………..…………………………...........287
6.1.1. Ural-Monqol qurşağının Hersin qırışıqlıq əyalətləri (Altay-Sayan,
Filizli Altay, Mərkəzi Qazaxstanın şərq hissəsi və Cənubi Tyan-Şan),
onların stratiqrafiyası,tektonikası, inkişaf tarixi və faydalıqazıntıları.............287
6.1.2. Ural-Monqol qurşağının Epihersin plitələri (Cənubi Turan, Qərbi Sibir
Epihersin plitələri), onların stratiqrafiyası, tektonikası,
inkişaf tarixi və faydalıqazıntıları…………..………...………………….…..298
449
6.2. Aralıq dənizi qurşağının Hersinidləri………………………………………….303

6.2.1. Paropamiz-Şimali-Pamir-Kunlun-Tsinlin-Kaledon-Hersin qırışıqlıq


sistemi, onların stratiqrafiyası, tektonikası, inkişaf tarixi və
faydalı qazıntıları………………………………………………………….…303
6.2.2. Qərbi və Orta Avropanın Hersinidləri, onların stratiqrafiyası,
tektonikası, inkişaf tarixi və faydalı qazıntıları …………….…………….…309
6.2.3. Aralıq dənizi qurşağının Miziy, Skif, Cənubi-Turan Epihersin plitələri,
onların stratiqrafiyası, tektonikası, inkişaf tarixi və faydalı qazıntıları..........317
Bölmə 7. Mezozoy (Kimmeri) qırışıqlıq əyalətləri….………....………………..328
7.1. Sakit okean qırışıqlıq qurşağının Mezozoidləri………………………………..331
7.1.1. Qərbi-Sakit okean qırışıqlıq qurşağınının (Verxoyan-Kolıma, Uzaq Şərq,
Hindiçin) stratiqrafiyası, tektonikası, inkişaf tarixi və faydalı qazıntıları.......331
7.1.2. Şərqi-Sakit okean qırışıqlıq qurşağını (Şimali Amerika kordilyerləri)
onun stratiqrafiyası, tektonikası, inkişaf tarixi və faydalı qazıntıları ………339
7.2.Aralıq dənizi qırışıqlıq qurşağının Mezozoidləri, onların
stratiqrafiyası, tektonikası, inkişaf tarixi və faydalı qazıntıları…………….…350
7.2.1. Pamir qırışıqlıq sistemi, onun stratiqrafiyası, tektonikası, inkişaf
tarixi və faydalı qazıntıları………..………………………………………....350
7.2.2. Hindiçin Mezozoy qırışıqlıq sistemi, onun stratiqrafiyası,
tektonikası, inkişaf tarixi və faydalı qazıntıları……..………….................…354
Bölmə 8. Kaynozoy qırışıqlıq əyalətləri………………….....………………...….364
8.1. Qərbi-Sakit okean qırışıqlıq qurşağı………………...………………………....366
8.1.1. Qərbi-Sakit okean qurşağınının Şimal-Qərb qırışıqlıq əyalətləri,
onların stratiqrafiyası, tektonikası, inkişaf tarixi və faydalı qazıntıları…...…366
8.1.2. Nippon-Filippin geosinklinal əyaləti, onun stratiqrafiyası, tektonikası,
inkişaf tarixi və faydalı qazıntıları…..……………………………….………379
8.2.1. Cənubi-Amerika Kordilyer (And) qırışıqlıq sistemi, onun
stratiqrafiyası, tektonikası, inkişaf tarixi və faydalı qazıntıları……..…….…387
8.3. Aralıq dənizi qurşağının Alp qırışıqlıq vilayətləri, onların
stratiqrafiyası, tektonikası, inkişaf tarixi və faydalı qazıntıları..........................399
8.3.1. Qərbi və Şərqi Aralıq dənizi qırışıqlıq vilayətləri, onların
stratiqrafiyası, tektonikası, inkişaf tarixi və faydalı qazıntıları……….…….399
8.3.2. Krım-Böyuk Qafqaz-Kopetdaq qırışıqlıq sistemi və Qafqazarxası
aralıq massivi, onların stratiqrafiyası, tektonikası, inkişaf tarixi və
faydalı qazıntıları………………………………………………….………...415
8.3.3. Kiçik Qafqaz-İran qırışıqlıq vilayəti, onun stratiqrafiyası, tektonikası,
inkişaf tarixi və faydalı qazıntıları………………………………………..…425
8.3.4. Əfqan-Belucistan-Pamir qırışıqlıq vilayəti, onun stratiqrafiyası,
tektonikası, inkişaf tarixi və faydalı qazıntıları……………………………..439
8.3.5. Himalay-Tibet qırışıqlıq sistemi, onun stratiqrafiyası, tektonikası,
inkişaf tarixi və faydalı qazıntıları……………………..…………………....441
8.3.6. İndoneziya qırışıqlıq vilayəti onun stratiqrafiyası, tektonikası,
inkişaf tarixi və faydalı qazıntıları………………………………………..…444
Ədəbiyyat..................................................................................................................444
450
451
Nəşriyyat redaktoru : S.D.Sadıqova
Çapa hazırlanmışdır 20.05.14. Kağız formatı 60 x 84 1/ 16.
Mətbəə kağızı. Çapı ofset üsulu ilə.. Həcmi 3,25 fiz. ç. v.
Şərtirəng- ottisk 3,25. Uçot- nəşr vərəqi 3,00. Sifariş 281.
Tirajı 200 nüsxə. Qiyməti müqavilə ilə.
Azərb. DNA- nın mətbəəsi. Bakı- 370601, Azadlıq prospekti, 20

452

You might also like