You are on page 1of 16

Azərbaycan Dövlət Neft və Sənayə Universiteti

Fakültə: İTİF
İxtisas: PAM
Qrup: 631.22
Fənn: Kimya
Tələbə: İsgəndərov Cavid
Müəllim: Adıgözəlova Mehparə
Mövzu: Azərbaycanda sink yataqları və
istehsalı. Beynəlxalq dağ mədən
şirkəti
Böyük və Kiçik Qafqazın
Azərbaycan hissəsinin
metallogenik əyalətlərində
əlvan metallardan mis,
qurğuşun, sink yataq və
təzahürləri geniş yayılmış və
əsasən Balakən-Zaqatala,
Gədəbəy və Ordubad filiz
rayonlarında cəmlənmişdir.
Kiçik Qafqaz ərazisində
qurğuşun və sink filizləşməsi
əsasən damar tipli kütlələr
şəklində yayılmışdır və çox da
böyük yataqlar əmələ gətirmir.
Belə yataqlardan biri Qarabağ
filiz rayonunda, rayon mərkəzi
Ağdərə şəhərindən 25 km
cənub-qərbdə aşkar olunmuş
Mehmana yatağıdır.
Yatağın əsas ehtiyatları (80%-ə
qədəri) 3 əsas damarda
toplanmışdır. Onların
uzunluğu 100 m-dən 1500 m-ə
qədər, qalınlıqları isə 0,4 m-
dən 0,85 m-ə qədər, filizdə
qurğuşunun orta miqdarı-
6,87%; sink-2,9% təşkil edir.
Qeyd olunan elementlərlə
yanaşı filizdə gümüş,
kadmium, qızıl, selen və
tellurun yüksək miqdarı qeyd
olunmuşdur.
Naxçıvan MR
ərazisində sənaye
ehtiyatları təsdiq
edilmiş qurğuşun-sink
yataqları Şərur və
Ordubad rayonlarında
yerləşirlər.
1952-ci ildən Şərur rayonunda
gündəlik gücü 50 ton filiz olan
Gümüşlük mədəni fəaliyyət
göstərirdi. Yataq üzrə əsas faydalı
komponentlər qurğuşun və sink,
yanaşı komponentlər kadmium,
qallium, gümüşdür. Yatağın I, II,III
sahələrində sənaye əhəmiyyətli
ehtiyatlar tam istismar edilmiş, son
illərdə mədəndə kasıb filizlər
çıxarılırdı.
Balakən-Zaqatala filiz
rayonunda - Saqator mis-
sink yatağında, Naxçıvan
MR-da - Nəsirvaz-Ağdərə
polimetal yataqlarında
sinkin ehtiyatları
qiymətləndirilərək sahə
balansına qəbul edilmiş
və proqnoz ehtiyatları
hesablanmışdır.
Mazımçay mis-kolçedan
yatağının A-B-C qrupu üzrə
ehtiyatı 350 min ton
həcmində qiymətləndirilir.
İlkin hesablamalara görə bu
yataqlardan ildə 25,4 min ton
mis, 32,6 min ton qurğuşun,
80 min ton sink, 1,05 ton qızıl,
85 ton gümüş hasil edilə bilər.
Ehtiyatlar regionda dağ-
mədən və metallurgiya
kompleksini yaratmağa imkan
verir.
Dağkəsəmən yatağı
Qazax çökəkliyinin mərkəzi
hissəsində, Qazax şəhərindən 1,5–2
km cənubda yerləşir. Yataqda 10-
dan artıq kvars-qızıl-polimetal
damarı aşkar olunmuşdur. Zonaların
ümumi uzunluqları 1300 m-ə
qədərdir. Yatağın əsas faydalı
komponentləri qızıl, gümüş, mis,
qurğuşun və sinkdir. Filizdə qızılın
miqdarı 1 q/t-dan 30 q/t-a qədər,
gümüş 10 q/t-dan 50 q/t-a qədərdir.
Beynəlxalq dağ mədən şirkəti.
ATLAS ES 2003-cü ildən
Azərbaycanda qeydiyyata alınan
100% yerli şirkətdir. Texniki
bacarıqları və çox təcrübəli heyəti ilə
qumvurma, təmizləmə, rəngləmə,
kəndir ilə hühdürlüyü qət etmək
sistemləri, passiv yanğından
mühafizə kimi xüsusi örtüklərin
istifadəsi, poliuretan materialları,
isitmə və soyutma sistemləri,
quruculuq, geotexniki və qazma-
qumlama kimi xidmətləri təklif edir.
Atlas ES MMC –də ilk dəfə
2007-ci ildə əsas fəaliyyət
sahələrinə daxil olan qumlama
və boya işləri üzrə daha sonra
isə sement və ya yanğına
davamlı materiallardan
istifadə edərək köpükvurma
işləri, mobil kompressor və
dizel generatorlarının icarə
xidməti, iskələ təchizatı
sahələrinidə öz faliyətin daxil
edərək fəaliyyət sahələri üzrə
sertifikata layiq görülmüşdür.
Diqqətinizə görə təşəkkürlər

You might also like