You are on page 1of 17

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ

Fakültə - GKF
Qrup – 119.23
Fənn – Geoekologiya
Müəllim – Səidə İbrahimova
Tələbə - Həsənov Anar

Bakı - 2024
MÖVZU:

Yer qabığının tipləri-Biosferlə münasibət


Yer qabığı
Yer qabığı - Yerin maqmatik,
metamorfik və çökmə süxurlardan təşkil
olunmuş və 7-dən 70-80 km-dək
qalınlığı olan üst daş təbəqəsidir. O, bərk
Yerin ən fəal layı olub, maqmatik və
tektonik proseslər sferidir. Yer qabığının
aşağı sərhəddi Yer səthini elə bil ki,
güzgü kimi təkrar edir. Materiklər
altında o, mantiyanın dərinliyinə enir,
okeanlar altında isə Yer səthinə
yaxınlaşır. Yer qabığının quruluşunda
seysmik tədqiqatlarla, müxtəlif tərkibli,
xassələi və mənşəli üç təbəqə ayırmışlar.
Stratisfera
Stratisfera (stratum-lay) çökmə və vulkanogen süxurlarla təşkil olunub: gil və gil
şistləri(42%), qum(20%), vulkanogen(19%) və karbonat süxurları. Bu lay demək olar
ki, Yerin bütün səthini örtür və dərin çökəklərdə qalınlığı 20-25 km çatır.Süxurlar
dislokasiyaya əsasən az uğramışlar. Stratisferi təşkil edən süxurların tərkibi, onların 3,3
milyard il əvvəl su hövzələrində əmələ gəlməsini göstərir.
Qranit təbəqə

• Qranit (qranit-qneys, qranit-metamorfik)


təbəqə qneyslərdən ()37,6%),
qranodioritlərdən, dioritlərdən (19,9%),
həmçinin qabbro, mərmər, siyenitlər və b.
ibarətdir. Onlar dəyişmiş və
metamorfikləşmiş süxurlardır. Çökmə
süxur layından kəskin seysmik sərhədlə
ayrılır. Qranit təbəqəsinin qalınlığı keçmiş
SSRİ daxilində 6-40 km-dir.
Bazalt təbəqəsi
• Üçüncü lay- bazalt təbəqəsidir, o, daha ağır kristallik süxurlardan
ibarətdir. Öz xassələri üzrə maqmatik süxurlar olan yer bazaltlarına
yaxındır. Müxtəlif dərəcədə metamorfikdir. Orta qalınlıq 20 km-dir.
Xəzəryanı sineklizdə qalınlıq 5-7 km qədər enir.
Yer qabığı tərkibi
• Yer qabığı 3 mindən çox mineraldan ibarətdir. Yer qabığı üçün daha xarakter olan minerallar: çöl
şpatı-58,0%, sadə silikatlar-16,8%, kvars-12,6%, şist-3,6%, gil mineralları-1,1%, qalan minerallar-
7,9%. Yer qabığında səkkiz əsas elementin miqdarı belədir(%)-oksigen-46,8; silisium-27,8;
alüminium-8,7; dəmir-5,1; kalsium-3,6; natrium-2,6; kalium-2,6; maqnezium-2,1; qalanlar isə-o,7.
Ən geniş yayılmış kimyəvi elementlər arasında əsas rol oksigenə məxsusdur.
Biosferlə münasibəti

Biosferə yer qabığının yalnız üst hissəsi


daxildir, həm də biosferin aşağı sərhəddi
aydın olmayan yayğın xarakterə malikdir,
ona görə ki, litosferin atmosfer və
hidrosferlə sərhəddindən Yerin dərinliyinə
doğru canlı orqanizmlərin yayılması
kəskin surətdə azalır. Yalnız bir neçə on
metrlərə qədər aydın həyat miqrasiyası
qeyd olunur, lakin mikroorqanizmlər
yeraltı sularla çox böyük dərinliklərə də
nüfuz edirlər (2-3km). Qazma zamanı 4-5
km dərinlikdən çıxarılan neft sularında və
neftdə mikroorqanizmlərin tək-tək aşkar
olunması halları məlumdur.
İstilik sahəsi

Ümumi fikirlərə görə Yerin başlanğıc


maddəsi soyuq olmuşdur. O, radioaktiv
elementlərin parçalanması nəticəsində
sonradan qızmağa başlamışdır.
Mütəxəssislərin qiymətləndirmələrinə
görə radioaktiv parçalanma nəticəsində
2,7 1017 erq/s enerji ayrılır. Hesab edilir
ki, uran “sobaları” bir çox milyon illərə
bəs edər. Yer kürəsinin quru sahəsinin
təxminən dörddə biri çoxillik donmuş
süxurların səthyanı zonasıdır (daimi
donuşluq zonası). Yüksək dağlıq
rayonlarda daimi donuşluq 1000m-dən
yuxarı olur. Çoxillik donmuş süxurlarda
mineral hissəciklər buzla sementləşib.
Soliflükasiya
Soliflükasiya (lat. “solum”-torpaq, “flüktio”-axma) yamaclarda təzahür edir. Növbəti
ərimə-donma və ağırlıq qüvvəsi nəticəsində torpaq və boş süxurların yavaş hərəkəti baş
verir. Solüflukasiya hadisələri əsasən yamac boyu olan yollara böyük zərər vurur.
Geomaqnit sahəsi
• Geomaqnit sahəsi planetimizin inkişafında böyük rol oynayır. Yer səthindən 90min
kilometrdən artıq məsafəyə uzanan maqnitosfer atmosferin üst qatlarında radiasiya
qurşağı yaradır. Bu təbii maneə Günəş tərəfindən buraxılan həyat üçün təhlükəli
yüksək enerjili yüklənmiş hissəciklərin qarşısını alır.
Tektonik aktiv zonalar
• Tektonik aktiv zonalar – yüksək geoloji risk rayonlarıdır. Onların daxilində ehtizazi,
qırılma və qırışıqlıq tektonik hərəkətlər baş verir. Bunlara karst-suffoziya prosesləri,
çay məcrası və vadi eroziyasıəlavə olunur. Təbii-texniki sistemlərə mənfi təsirin
bariz nümunəsi Xəzər dənizində transqressiya və reqressiyaların növbələnməsidir.
Palçıq vulkanları
• Abşeron yarımadasında palçıq vulkanları çox geniş yayılmışdır. Palçıq pilpiləsi
brekçiyası üçün xarakter elementlər bunlardır: B, Ng, Mn, Ba, Sr, Cu, Mo, Li, Pb.
Azərbaycanın palçıq vulkanı məhsulları stronsium və molibdenlə də çox zəngindir.
Vulkan məhsulları bir sıra hallarda radioaktiv elementlərlə də zəngindir. Aktiv
palçıq vulkanları yerə yaxın atmosferdə civə anomaliyaları törədirlər. Bir sıra
vulkan sularında borun miqdarı neft sularında olan miqdardan xeyli artıqdır.
Meteoritlərin düşməsinin ekoloji nəticələri

Kosmik maddədən yaranan Yer öz həcmini


meteoritlərin və kosmik tozun hesabına artırmaqda
davam edir. Hesablamalara görə, Yerə hər gün, tərkibi
Yerin mantiya maddəsinə oxşar 10-12 ton meteorit
maddəsi düşür. Materikin, yaşayışın mövcud olduğu
səthindən 2000-ə qədər meteorit parçaları toplanmışdır;
4000-dən çox Antarktidada. 65 milyon il bundan əvvəl
yer üzündən dinozavrların silinib getməsi alimləri çox
maraqlandırır. Əvvəllər bunu yerdəki amillərlə-qismən
vulkan fəaliyyətinin yüksəlməsi ilə izah edirdilər.
Yer tərkibinin təbii qazları
• Yer qabığının və üst mantiyanın müxtəlif hissələrində vacib
komponentlər kimi yeraltı qazlar toplanmışdır. V.İ.Vernadski müxtəlif
süxurların mühitində olan qazları 3 yerə ayırmışdı:

yer səthinin qazları

yüksək hərarətlə əlaqədar olan qazlar

yer qabığına nüfuz etmiş qazlar


Ədəbiyyat:

• https://achiqkitab.aztc.gov.az/upl/books/pdf/Ekologiya_ve_etraf_
muhitin_muhafizesi_559bac927d847.pdf
• https://www.scribd.com/document/713960206/Geoekologiya-muh
• https://e-library.namdu.uz/20%20%D0%A2%D0%B0%D0%B1%
D0%B8%D0%B8%D0%B9%20%D1%84%D0%B0%D0%BD%
D0%BB%D0%B0%D1%80/geoekologiya_oquv_qollanma.pdf
• https://kosmologiya.wordpress.com/2016/11/17/yer-qabigi/
Diqqətiniz üçün təşəkkürlər

You might also like