You are on page 1of 14

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE

UNİVERSİTETİ

Fakültə - EF
Qrup – 531.22
Fənn – Azərbaycan Tarixi
Elmi rəhbər – Əmirbəyova Nərminə
Tələbə - Aysu Bədəlzadə
MÖVZU:
 AZƏRBAYCAN ƏRAZI
BÜTÖVLÜYÜNÜN POZULMASI.
DQMV VƏ MSSR- IN YARANMASI
 AZƏRBAYCAN ƏRAZI BÜTÖVLÜYÜNÜN POZULMASI.

 Tamamilə aydındır ki, Azərbaycan Respublikasının


tərəqqisi yolunda başlıca maneə Ermənistan
Respublikasının ona qarşı ərazi iddiası səbəbindən
yaranmış və genişmiqyaslı hərbi təcavüzlə
nəticələnən Ermənistan-Azərbaycan münaqişəsidir.
Buna görə də dövlətin apardığı xarici siyasət məhz
Azərbaycan Respublikasının ərazi bütövlüyünün
bərpa edilməsi və erməni hərbi təcavüzünün ağır
nəticələrinin aradan qaldırılması məsələsinə xüsusi
diqqət yetirməkdədir. Məlum həqiqətdir ki, bugünkü
Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi
kökləri vardır.
 AZƏRBAYCAN ƏRAZI BÜTÖVLÜYÜNÜN POZULMASI.

 Əsası XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən


işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin
köçürülməsilə qoyulmuş bu proses 1905-1906 və 1918-
1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və
qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir.
Sonralar isə sovet dövründə əzəli Azərbaycan torpaqları
hesabına orada əsrlər boyu yaşamış azərbaycanlılara qarşı
etnik təmizləmənin aparılması yolu ilə indiki Ermənistan
Respublikasının sələfi olan Ermənistan SSR yaradılmış və
Azərbaycan SSR-in tərkibində onun Mərkəzi İcraiyyə
Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə Dağlıq
Qarabağ Muxtar Vilayəti təşkil olunmuşdur.
 AZƏRBAYCAN ƏRAZI BÜTÖVLÜYÜNÜN POZULMASI.

 1987-ci ilin axırlarından o vaxt üçün son olaraq


Ermənistan SSR-də qalan 250 minə qədər Azərbaycan
əhalisinin planlaşdırılmış qovulmasının başlanması ilə
Ermənistan-Azərbaycan münaqişəsinin müasir
mərhələsinə təkan verilmişdir. 1988-ci ilin 20 fevral
tarixində isə Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət
Şurasının sessiyasında erməni nümayəndələrinin qəbul
etdiyi "DQMV-nin Azərbaycan SSR-in tərkibindən
Ermənistan SSR-in tərkibinə verilməsi barədə Azərbaycan
SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət
haqqında" qərarı və 1989-cu il dekabrın 1-də Ermənistan
SSR-in Ali Sovetinin indiyəcən ləğv edilməmiş
"Ermənistan SSR və Dağlıq Qarabağın yenidən
birləşdirilməsi haqqında" qətnaməsi qəbul edilmişdir.
 AZƏRBAYCAN ƏRAZI BÜTÖVLÜYÜNÜN POZULMASI.

 1992-1994-cü illərdə daha da gərginləşən hazırkı Ermənistan-


Azərbaycan münaqişəsi Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı genişmiqyaslı hərbi təcavüzü formasını almışdır.
Bunun ardınca 1992-93-cü illər ərzində Ermənistanın xaricdən
dəstəklənən silahlı qüvvələri Azərbaycan ərazisinin beşdən birini təşkil
edən Şuşa, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və
Zəngilan rayonları bütövlükdə, Ağdamın rayon mərkəzi daxil olmaqla
əksər hissəsi, Füzulinin rayon mərkəzi daxil olmaqla bir qismi və keçmiş
DQMV-nin payına düşən indiki Tərtər rayonunun bir hissəsini həmin
ərazilərdə yerləşən 890 yaşayış məntəqəsilə birlikdə işğal edərək,
oradakı bütün Azərbaycan əhalisini doğma yurd-yuvasından didərgin
salmışdır. Beləliklə, münaqişə nəticəsində təqribən bir milyon
azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, təqribən 20 min
nəfər həlak olmuş, 50 min yaralanmış, yaxud əlil olmuş, 5 min itkin
düşmüş, Azərbaycanın Naxçıvan diyarı isə Ermənistan Respublikası
tərəfindən tətbiq edilmiş blokadaya məruz qalmışdır.
DAĞLIQ QARABAĞ MUXTAR VILAYƏTI

 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri


Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan
Sovet Sosialist Respublikasının tərkibində Dağlıq
Qarabağ Muxtar Vilayəti yaradılır. 1981-ci il iyunun
16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq
Qarabağ Muxtar Vilayəti haqqında" qanun qəbul
edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər
edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu
rəsmi statusu da bu qanunla müəyyənləşib. 1987-ci
ildə Ermənistan və Azərbaycan SSR arasında
Dağlıq Qarabağ münaqişəsinin başlanmasının
ardından, bu münaqişə 1991-ci ilin sonuna tam
miqyaslı müharibəyə çevrilmişdir.
DAĞLIQ QARABAĞ MUXTAR VILAYƏTI

 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları


Sovetinin XX çağırış növbədənkənar sessiyası "DQMV-
nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR
tərkibinə verilməsi haqqında Azərbaycan SSR və
Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq
barədə" qərar qəbul etdi. Bunun ardınca, 1989-cu ilin
noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar
Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa
Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına
dair qərar qəbul etmişdir. Lakin 1989-cu ilin dekabr
ayının 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali
Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin
qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar
Vilayətinin Ermənistanla birləşməsini açıqlamışdır.
İNZIBATI ƏRAZI QURULUŞU

 1923 cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun


tərkibinə verilmiş yaşayış məskənləri rayon-volost-kənd pillələri əsasında
inzibati baxımdan aşağıdaki kimi bölünmüşdü:
• 1. Ceraberd rayonu. Bu rayonun tərkibində 4 volost (Marquşevan, Orataq,
Dovşanlı, Aterk) və 53 kənd var idi.
• 2. Vərəndə rayonu. Bu rayonun tərkibində 5 volost (Tağavert, Sus,
Çartaz, Noraşen) və 46 kənd var idi.
• 3. Xaçın rayonu. Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran,
Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi.
• 4. Dizaq rayonu. Bu rayonun tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd,
Arakül, Edilli) və 48 kənd var idi;
• 5. Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli volostundan (12 kənd) ibarət idi;
NAXÇIVAN MUXTAR SOVET SOSIALIST RESPUBLIKASI

 Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü


ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii
sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin
suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil
edir. Ərazisi Şimal-Qərbdən Cənub-Şərqə doğru 158 km
məsafədə uzanır. Muxtar Respublikanın Şimalda ən ucqar
nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu
ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi
isə Arazın sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni
dəmir yol stansiyasıdır. Şimaldan Cənuba doğru ən böyük
məsafəsi 75 km-ə bərabərdir. Qədim Azərbaycan torpağı
olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən
Ermənistana verilməsi nəticəsində 44–45 km enində zolaq
Araza doğru uzanaraq, Naxçıvan MR-i Azərbaycan
Respublikasının qalan ərazisindən ayırmışdır.
NAXÇIVAN MUXTAR SOVET SOSIALIST RESPUBLIKASI

 1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar inzibati-


amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin
– Şərur dairəsinin Qurdqulaq, Xaçik,
Horadiz, Şahbuz nahiyyəsinin Oğbin, Sultanbəy, Ağxəç,
Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan
kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir
hissəsinin, əkin sahələri və torpaqları ilə
birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında
qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın
sərhədləri məsələsinə baxması, Moskva
müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini
imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin
bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq
normalarının kobudcasına pozulması olmuşdur.
SSRİ-DƏN ÇIXMASI

 19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali


Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin
Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq
(SSRİ-nin Azərbaycanın və Naxçıvanın
suverenliyinin və ərazi bütövlüyünün müdafiə
etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il
çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması
səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması
barədə qərar qəbul edib. Bununla da Naxçıvan
MSSR Sovet Sosialist Respublikaları
İttifaqından ilk çıxan respublika olub.
SSRİ-DƏN ÇIXMASI

 Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən


lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da
hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı
yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki
anklavı idi. Bu hadisələr 1988-ci ildə başlanır. 1989-cu il
dekabrın sonlarında vəziyyət daha da gərginləşir. Kəndin üç
yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da,
bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura
kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən
qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə
olunan kəndi qoruyan könüllülərin silahı da az idi. Daha sonra
kəndin könüllülərə kəndin Sovet əsgərlərinin qoruyacağı deyilir.
Könüllülər kəndi Sovet əsgərlərinə təhvil verdikdən sonra onlar
da öz növbələrində kəndi ermənilərə verirlər.
DIQQƏTINIZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!

You might also like