You are on page 1of 17

Fakültə: NMF

Qrup: 435.23

Müəllim: Əliyev Soltan

Tələbə: Cəfərova Fatimə

Fənn: Ümumi Kimya


Mövzu:
Azərbaycanın əsas
metal mədənləri
Azərbaycanın əsas metal
mədənləri

Dəmir Qızıl

Mis Kobalt
Dəmir
Dəmir filizləri bu gün də sənayenin, iqtisadi inkişafın əsas
dayaqlarından biri sayılır. Hazırda Azərbaycanın ərazisində 3 dəmir
filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilməklə
etibarlı mineral-xammal bazası yaradılmışdır. Onların hər üçü
Daşkəsən filiz rayonunda yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən
və Dəmir kobaltlı-maqnetit yataqları ilə təmsil olunurlar. Qeyd
etmək lazımdır ki, Daşkəsən qrupu (Daşkəsən, Cənubi Daşkəsən,
Dəmir) yataqları respublikanın mineral-xammal bazasında uzun
illər ərzində özünəməxsus yer tutmuşlar.
Dəmir filizləri bu gün də sənayenin, iqtisadi inkişafın əsas dayaqlarından biri sayılır. Hazırda
Azərbaycanın ərazisində 3 dəmir filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilməklə
etibarlı mineral-xammal bazası yaradılmışdır. Onların hər üçü Daşkəsən filiz rayonunda
yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən və Dəmir kobaltlı-maqnetit yataqları ilə təmsil olunurlar.

Daşkəsən filiz rayonu


Qızıl
Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük
perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri
(həm məxsusi qızıl, həm də digər metallarla kompleksdə) bunu təsdiq edir, zira onlar potensial filizli
regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin az bir hissəsini təşkil edir. Qızıl yataq və
təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formalaşma
yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. Ikinci qrup köklü qızıl yataqlarının aşınması,
çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmiş səpinti qızıl
yataqlarıdır. Səpinti qızıl yataqlarının işlənməsində əlavə texnoloji emal tələb olunmadığından iqtisadi
cəhətdən çox əlverişlidir
Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün
böyük perspektivliyə malikdir. Respublika faydalı qazıntı ehtiyatlarının dövlət balansında
kəşfiyyatı aparılmış və sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilmiş üç məxsusi qızıl
yatağının Qızılbulaq, Vejnəli və Zod (Söyüdlü) ehtiyatları, Filizçay, Katex və Kasdağ
polimetal qızıl ehtiyatları qeydə alınmışdır.
Mis (Cu) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 29-cu element.
Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox
yüksəkdir. Metal pul və silah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti
misdən ibarətdir.
Mis
Respublikanın mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad
filiz rayonlarında cəmləşmişdir. Balakən-Zaqatala filiz rayonunda misin əsas ehtiyatları
mis-kolçedan, kolçedan-polimetal tipli, Kiçik Qafqaz və Naxçıvan qırışıqlıq zonasının filiz
rayonlarında isə əsasən mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolçedan tipli yataq
və təzahürlərdə cəmləşmişdir. Respublikada sənaye ehtiyatları təsdiq edilmiş bir mis-
porfir yatağı (Qaradağ mis-porfir yatağı) vardır ki, bu da ümumi filiz ehtiyatlarının
4,7%-ni təşkil edir. Balakən-Zaqatala filiz rayonunda üç kolçedan-polimetal yatağında-
nəhəng Filizçay, orta miqyaslı Kasdağ və Katex yataqlarında misin sənaye ehtiyatları
təsdiq edilmiş və faydalı qazıntı yataqlarının dövlət balansında qeydə alınmışdır.
Respublikanın mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz
rayonlarında cəmləşmişdir. Balakən-Zaqatala filiz rayonunda misin əsas ehtiyatları mis-
kolçedan, kolçedan-polimetal tipli, Kiçik Qafqaz və Naxçıvan qırışıqlıq zonasının filiz
rayonlarında isə əsasən mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolçedan tipli yataq və
təzahürlərdə cəmləşmişdir.
Kobaltın vacib filizləri

Kobalt olan ən çox yayılmış minerallar


Kobaltın təsdiq edilərək dövlət balansında qeydə alınmış sənaye ehtiyatları Daşkəsən filiz
rayonunda - «Hamamçay» və «Dəmir» dəmir filizi yataqlarında, Balakən-Zaqatala filiz
rayonunda - Filizçay kolçedan-polimetal yatağında cəmləşmişdir. «Hamamçay» yatağında kobalt
minerallaşması 2 formada - məxsusi kobalt mineralı-kobaltın, qlaukodot mineralları formasında
və maqnetit filizi tərkibində kobaltlı piritin möhtəvi və damarcıqları şəklində qeyd olunur.

Qlaukodot mineralları Kobalt mineralı-Kobalt


Diqqətinizə
görə
təşəkkürlər.

You might also like