You are on page 1of 20

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Tələbə: Zeynallı Leyla


Müəllim: Məmmədxanova Sevinc
Fakültə: KTF
Qrup: 353.21
Fənn: Kimya mühəndisliyində
qurğuların texnoloji əməliyyatları
MÖVZU:
Destruktiv
proseslər
PLAN:

01 Destruktiv proses və
emal nədir?

02
Termiki və hidrogenləşmə
prosesləri.

Destruktiv proseslərin inkişaf tarixi


03 və destruktiv emal prosesləri
texnologiyasının əsas xüsusiyyətləri.
Destruktiv emal nədir

Destruktiv emalın əsas məqsədi


yüksək temperaturda (termiki
proseslər), yüksək temperaturda və
katalizatorun təsiri ilə
(termokatalitik proseslər), yalnız
katalizatorun təsiri ilə (alçaq
temperaturda katalitik proseslər)
neft və qaz xammalının tərkibinin
dəyişməsi proseslərini öyrənməkdir.
Bunların hamısı ilk distillədən fərqli
olaraq destruktiv proseslər adlanır.
Termiki proseslər:

ağır qalıqların və ya
maye və qaz xammalın
aromatik
nisbətən alçaq
yüksək təzyiq (2-4MPa) karbohidrogenlərlə
təzyiqdə (0.2-0.3 MPa)
altında gedən termiki zəngin olan ağır
pirolizi: (buna yüksək
krekinq prosesində distillatların nisbətən
təzyiqdə krekinq də
ağır maye az təzyiq altında
deyilir) nəticəsində
xammalından istifadə (0.5MPa-dək)
olefin
edərək qaz və yüngül kokslaşması
karbohidrogenləri ilə
maye məhsullar alınır; nəticəsində koks, qaz
zəngin olan qaz və
və maye məhsullar
maye məhsullar alınır.
alınır;
Termiki proseslər:

Bu qrupa aid olan proseslərin hamısı


reaksiya mühitində yüksək temperatur
saxlanması ilə xarakterizə olunur.
Temperaturun təsirindən neft xammalı
parçalanır, prosesdə alınmış yeni
karbohidrogen molekulları təkrarən
sıxlaşma reaksiyalarına girir. Təzyiq
altında gedən termiki krekinq prosesindən
əvvəllər avtomobil benzini almaq üçün
istifadə edilirdi. Bu məqsədlə xammal
kimi liqroin, qazoyl, mazut və s.
fraksiyalardan, qazan yanacağı almaq
istədikdə isə ağır qalıqlardan (qudron,
yarımqudrondan) istifadə edilirdi.
Termiki proseslər:

Özlülüyün azaldılması prosesinə yüngül


krekinq və ya visbrekinq prosesi deyilir. Bu
proses təxminən 2 MPa təzyiqdə və 450-
5000C temperaturda aparılır. Kokslaşma
prosesi neft qalıqlarının karbonsuzlaşdırılması
istiqamətində gedir, bu zaman ilk xammalda
olan qatran-asfalt maddələr bərk koksun
tərkibində yığılır ki, bunun nəticəsində də
alınan qaz, benzin və qazoyl fraksiyalarının
tərkibi hidrogenlə zənginləşir.
Termokatalitik proseslərə aşağıdakı proseslər aiddir:

katalitik krekinq;

katalitik riforminq;

katalitikizomerləşmə;

katalitik alkilləşmə;

katalitikhidrogenləşmə.
Termiki proseslər:

Katalitik krekinq prosesini aparmaqda əsas


məqsəd yüksəkoktanlı benzin fraksiyası almaqdır.
Prosesdə eyni zamanda qaz və qazoyl fraksiyaları
da alınır. Qaz fraksiyasının tərkibi izobutan və
butilenlərlə zəngin olur, bu karbohidrogenlər
yüksək oktanlı benzin fraksiyası almaq üçün
xammaldır. Bu prosesdə katalizator kimi
alüminiumsilikatlar istifadə edilir. Prosesin
temperatur rejimi 470-5000C olur. Katalitik
krekinq prosesinin reaksiya sürəti termiki krekinq
prosesinin reaksiya sürətindən çox, alınan
məhsulların keyfiyyəti isə yüksək olur.
Termiki proseslər:

İzomerləşmə prosesi nəticəsində


yüngül benzin fraksiyasının katalitik
izomerləşməsi nəticəsində onun oktan
ədədi artırılır. Prosesdə alüminium-
platin katalizatorundan istifadə edilir
və proses hidrogen təzyiqi altında 350-
4000C temperaturda aparılır.
Alkilləşmə proseslərində məqsəd
olefinlərlə parafinləri birləşdirib
yüksəkmolekullu karbohidrogenlər
almaqdır. Neft emalı sənayesində
müxtəlif modifikasiyalı alkilləşmə
proseslərindən geniş benzin fraksiyası
(alkilat) almaq üçün istifadə edilir.
Termiki proseslər:

Əvvəllər alkilləşmə proseslərində katalizator kimi AlCl3–dən istifadə edilirdi. Hazırda


alkilləşmə prosesində sulfat turşusu, maye HF və seolittərkibli katalizatorlardan istifadə
edilir. Katalizator kimi sulfat turşusundan istifadə etdikdə proses 0-10 0C, maye HF
götürdükdə 25-300C-də, AlCl3götürdükdə isə 0-300C temperaturla aparılır. Seolit tərkibli
katalizatordan istifadə etdikdə proses 0-300C və 0.4-0.5MPa təzyiqdə aparılır.
Hidrogenləşmə prosesləri:

Hidrotəmizləmə prosesi benzin, dizel


yanacağı, sürtkü yağları və digər neft
məhsullarının tərkibində olan kükürdlü
birləşmələri hidrogenin təsiri ilə hidrogen-
sulfidə çevirərək onların keyfiyyətini
yaxşılaşdırmaq məqsədilə aparılır. Katalizator
kimi ən çox alüminium-kobalt-molibden və
alüminium-nikel-molibden tərkibli
birləşmələrdən istifadə edilir. Proses
nəticəsində kükürdsüzləşmə reaksiyası ilə
yanaşı, həm də doymamış karbohidrogenlər
hidrogenləşir. Prosesi daha dərin apardıqda
aromatik karbohidrogenlər hidrogenləşərək
naften karbohidrogenlərinə çevrilir.
Hidrogenləşmə prosesləri:

Hidrokükürdsüzləşdirmə
prosesini aparmaqda əsas
məqsəd ocaq yanacaqları
kimi istifadə edilən
kükürdlü neftlərin ağır
qalıqlarında olan kükürdün
miqdarını azaltmaqdır.
Hidrogenləşmə prosesləri:

Hidrokrekinq prosesi. Dərin termokatalitik


hidrokrekinq prosesi ağır neft xammalından
benzin, reaktiv və dizel yanacaqları almaq
üçün tətbiq edilir. Hidrokükürdsüzləşdirmə
prosesində katalizator kimi (Al-Co-Mo) və
ya (Al-Ni-Mo), parçalanma reaksiyalarında
daşıyıcı üzərinə çökdürülmüş (hopdurulmuş)
Pt və Pd katalizatorlarından istifadə edilir.
Proseslərdə temperatur 350-5000C
hədlərində, təzyiq isə, prosesin dərinliyindən
asılı olaraq 3MPa-dan (hidrotəmizləmə) 15-
20 MPa qədər (hidrokrekinq) olur.
Destruktiv proseslərin inkişaf tarixi

Piroliz-krekinq prosesinin ən “köhnə” növüdür. İlk


piroliz qurğusu Rusiyada 1870-ci illərdə tikilmişdir.
Bu qurğuda xammal kimi kerosin fraksiyasından
istifadə edilirdi. 1890-cı illərdə tədqiqatçılar piroliz
qatranından aromatik karbohidrogenlər (benzol,
naftalin) ayırmışlar. Piroliz prosesindən alınan
toluoldan I Dünya müharibəsi ərəfəsində sənayedə
partlayıcı maddə - trotil hazırlanmışdır. Sonralar
piroliz prosesinə tələbat və maraq azaldı. 1940-cı
ildə xarici ölkələrdə katalitik riforminq prosesi
meydana gəldi ki, burada piroliz prosesinə nisbətən
daha çox aromatik karbohidrogenlər alınırdı.
Destruktiv proseslərin inkişaf tarixi

Neft xammalının kokslaşması iki istiqamətdə inkişaf


etdirilir. Xüsusi xammalların kokslaşması nəticəsində
qiymətli neft koksu alınır ki, bundan da elektrodlar
hazırlanır. Bundan başqa ilk distillə proseslərindən
alınan qalıqları kokslaşdırdıqda koksdan əlavə, maye
distillatlar da alınır ki, bundan da termiki və katalitik
proseslərdə xammal kimi istifadə edilərək əlavə
benzin və dizel yanacağı alınır. 1930-cu illərin
axırında neft emalı sənayesində katalitik proseslər
intensiv tətbiq olunurdu. Bu proseslər içərisində
alüminium-silikat katalizatoru üzərində aparılan
katalitik krekinq prosesi ən geniş yayılmışdır.
Destruktiv emal prosesləri texnologiyasının əsas xüsusiyyətləri.

Neft xammalının kimyəvi emal prosesləri əsasən yüksək təzyiq və temperaturda aparılır.

Termiki proseslər, bir qayda olaraq, 500-10000C temperatur hədlərində gedir.

Prosesdə katalizatorlardan istifadə edildikdə temperaturu bir qədər aşağı saxlamaq olur.

Seolittərkibli katalizatorların iştirakı ilə katalitik krekinq prosesi 500-5400C temperaturda aparılır,
prosesdə katalizatorla xammalın kontakt müddəti çox az olur.
Destruktiv emal prosesləri texnologiyasının əsas xüsusiyyətləri.

• Termiki piroliz proseslərində temperatur 750-850 0C saxlandığı halda, katalitik piroliz prosesində temperatur 650 0C saxlanılır.
Kimyəvi emal proseslərinin əksəriyyəti üçün yüksək təzyiq xarakterikdir. Bu proseslər yüksək təzyiq altında və hidrogenin
iştirakı ilə gedir. Məsələn: benzinlərin katalitik riforminqi və açıq rəngli neft məhsullarının hidrotəmizləmə prosesləri 1-5MPa,
hidrokrekinq prosesi 15-20 MPa təzyiq altında aparılır. Bu zaman hidrogenin qaz fazasında parsial təzyiqi ümumi təzyiqin 90%
(həcm) qədər olur, yəni proses əsasən hidrogen mühitində gedir.
ƏDƏBİYYAT:

• https://www.scribd.com/document/503398912/C-fakepa
thc-fakepathdestrukt-v-Emal-Prosesl-r-3
• http://www.anl.az/el/Kitab/2016/Azf-287967.pdf
Diqqətiniz üçün
təşəkkürlər!

You might also like