You are on page 1of 17

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ

SƏNAYE UNIVERSITETI

Tələbə: Kərimov Kamal


Müəllim: Abdullayeva Gülnarə
Fakültə: EF
Qrup: 525.22
Fənn: Kimya
Mövzu:
Azərbaycanın əsas
mineralları.
Azərbaycanın əsas mineralları:

Mis

Kobalt

Dəmir

Qızıl

Qurğuşun və sink və s.
Dəmir (Fe, Ferrum) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 26-cı element, kimyəvi işarəsi Fe-
dir. Çəkisi 55,85 unitdir.
Dəmir filizləri bu gün də sənayenin, iqtisadi inkişafın əsas dayaqlarından biri sayılır.
Hazırda Azərbaycanın ərazisində 3 dəmir filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları
təsdiq edilməklə etibarlı mineral-xammal bazası yaradılmışdır. Onların hər üçü Daşkəsən
filiz rayonunda yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən və Dəmir kobaltlı-maqnetit
yataqları ilə təmsil olunurlar.

Daşkəsən filiz rayonu


Qızıl
Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük
perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri
(həm məxsusi qızıl, həm də digər metallarla kompleksdə) bunu təsdiq edir, zira onlar potensial filizli
regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin az bir hissəsini təşkil edir. Qızıl yataq və
təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formalaşma
yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. Ikinci qrup köklü qızıl yataqlarının aşınması,
çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmiş səpinti qızıl
yataqlarıdır. Səpinti qızıl yataqlarının işlənməsində əlavə texnoloji emal tələb olunmadığından iqtisadi
cəhətdən çox əlverişlidir
Qızıl ya Altın (Au) – təbiətdə saf şəkildə rast gəlinən metal. Kimyəvi elementlərdən
biridir (element, kimyəvi yollarla daha bəsit cisimlərə parçalanmayan bir cisim). Kimyəvi
elementlərin dövri cədvəlində 79-cu element. Qızıl özünə xas sarı rəngdədir. Əksərən
sıx metaldır.
Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün
böyük perspektivliyə malikdir. Respublika faydalı qazıntı ehtiyatlarının dövlət balansında
kəşfiyyatı aparılmış və sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilmiş üç məxsusi qızıl
yatağının Qızılbulaq, Vejnəli və Zod (Söyüdlü) ehtiyatları, Filizçay, Katex və Kasdağ
polimetal qızıl ehtiyatları qeydə alınmışdır.
Mis
Respublikanın mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ
və Ordubad filiz rayonlarında cəmləşmişdir. Balakən-Zaqatala filiz
rayonunda misin əsas ehtiyatları mis-kolçedan, kolçedan-polimetal tipli,
Kiçik Qafqaz və Naxçıvan qırışıqlıq zonasının filiz rayonlarında isə əsasən
mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolçedan tipli yataq və
təzahürlərdə cəmləşmişdir.
Xalkopiritdən mis alınması

2CuFeS2+2SiO2+4O2→Cu2S+2FeSiO3+3SO2

Cu2S+O2→2Cu+SO2
Mis (Cu) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 29-cu element.
Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox
yüksəkdir. Metal pul və silah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti
misdən ibarətdir.
Respublikada sənaye ehtiyatları təsdiq edilmiş bir mis-porfir yatağı (Qaradağ mis-porfir
yatağı) vardır ki, bu da ümumi filiz ehtiyatlarının 4,7%-ni təşkil edir. Balakən-Zaqatala
filiz rayonunda üç kolçedan-polimetal yatağında-nəhəng Filizçay, orta miqyaslı Kasdağ və
Katex yataqlarında misin sənaye ehtiyatları təsdiq edilmiş və faydalı qazıntı yataqlarının
dövlət balansında qeydə alınmışdır.
Kobalt (Co) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 27-ci element.
Kobalt (Co) elementi B12 vitamininin tərkibinə daхildir. təbii kobalt da, təbii meteorik
dəmir ərintilərində olan kiçik çöküntülərdən başqa, yalnız yer üzünün qabığında
tapılmışdır . Pulsuz element reductive tərəfindən istehsal, döküm , ağır, parlaq, gümüş-boz
var metal .
Kobaltın vacib filizləri

Kobalt olan ən çox yayılmış minerallar


Kobaltın təsdiq edilərək dövlət balansında qeydə alınmış sənaye ehtiyatları Daşkəsən filiz
rayonunda - «Hamamçay» və «Dəmir» dəmir filizi yataqlarında, Balakən-Zaqatala filiz
rayonunda - Filizçay kolçedan-polimetal yatağında cəmləşmişdir. «Hamamçay» yatağında kobalt
minerallaşması 2 formada - məxsusi kobalt mineralı-kobaltın, qlaukodot mineralları formasında
və maqnetit filizi tərkibində kobaltlı piritin möhtəvi və damarcıqları şəklində qeyd olunur.

Qlaukodot mineralları Kobalt mineralı-Kobalt

You might also like