You are on page 1of 18

Fakultə: İTİF

Qrup: 697.22
Fənn: Azərbaycan Tarixi
Mövzu: Azərbaycan ərazi
bütövlüyünün pozulması. DQMV və
MSSR- in yaranması
Müəllim: Əmirbəyova Nərminə
Tələbə : Aygün Ağayeva
Tamamilə aydındır ki, Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca
maneə Ermənistan Respublikasının ona qarşı ərazi iddiası səbəbindən
yaranmış və genişmiqyaslı hərbi təcavüzlə nəticələnən Ermənistan-
Azərbaycan münaqişəsidir. Buna görə də dövlətin apardığı xarici siyasət
məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və
erməni hərbi təcavüzünün ağır nəticələrinin aradan qaldırılması məsələsinə
xüsusi diqqət yetirməkdədir.

2
Məlum həqiqətdir ki, bugünkü Ermənistan-
Azərbaycan münaqişəsinin dərin tarixi kökləri
vardır. Əsası XIX əsrin əvvəllərində Rusiya
İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan
torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuş
bu proses 1905-1906 və 1918-1920-ci illərdə
azərbaycanlıların qəddar kütləvi terror və qanlı
soyqırıma məruz qalması mərhələlərindən
keçmişdir. Sonralar isə sovet dövründə əzəli
Azərbaycan torpaqları hesabına orada əsrlər
boyu yaşamış azərbaycanlılara qarşı etnik
təmizləmənin aparılması yolu ilə indiki
Ermənistan Respublikasının sələfi olan
Ermənistan SSR yaradılmış və Azərbaycan SSR-
in tərkibində onun Mərkəzi İcraiyyə Komitəsinin 7
iyul 1923-cü il tarixli qərarı ilə Dağlıq Qarabağ
Muxtar Vilayəti təşkil olunmuşdur.

3
1987-ci ilin axırlarından o vaxt üçün son olaraq
Ermənistan SSR-də qalan 250 minə qədər
Azərbaycan əhalisinin planlaşdırılmış
qovulmasının başlanması ilə Ermənistan-
Azərbaycan münaqişəsinin müasir mərhələsinə
təkan verilmişdir. 1988-ci ilin 20 fevral tarixində isə
Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət
Şurasının sessiyasında erməni nümayəndələrinin
qəbul etdiyi "DQMV-nin Azərbaycan SSR-in
tərkibindən Ermənistan SSR-in tərkibinə verilməsi
barədə Azərbaycan SSR və Ermənistan SSR Ali
Sovetlərinə müraciət haqqında" qərarı və 1989-cu
il dekabrın 1-də Ermənistan SSR-in Ali Sovetinin
indiyəcən ləğv edilməmiş "Ermənistan SSR və
Dağlıq Qarabağın yenidən birləşdirilməsi
haqqında" qətnaməsi qəbul edilmişdir.
DQMV Vilayət Şurasının erməni nümayəndələri və
Ermənistan SSR-in atdığı bu addımlar bütün qanun
çərçivələrinin birmənalı və kobud şəkildə pozulması
deməkdir və nə onların qəbul edilməsi zamanı mövcud
olmuş SSRİ Konstitusiyası, nə də hər hansı beynəlxalq
normasına uyğun gəlir. Bu qərarlar yalnız və yalnız erməni
tərəfinin təcavüzü hüquqi baxımdan rəsmiləşdirmək
cəhdləri kimi qiymətləndirilməlidir. Belə qanunsuz
davranışa cavab olaraq, Azərbaycan Respublikası tamamilə
əsaslandırılmış şəkildə öz suveren hüququndan istifadə
edərək, 26 noyabr 1991-ci il tarixində "Azərbaycan
Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv
etmək haqqında" qanun qəbul etmişdir.

5
1992-1994-cü illərdə daha da
gərginləşən hazırkı Ermənistan-
Azərbaycan münaqişəsi Ermənistan
Respublikasının Azərbaycan
Respublikasına qarşı genişmiqyaslı
hərbi təcavüzü formasını almışdır.
Xocalı şəhərinin 1992-ci il fevralın
25-dən 26-na keçən gecə baş vermiş
işğalı xüsusi qəddarlıqla seçilən
faciə kimi XX əsrin bəşəriyyətə qarşı
cinayətlərinin qara siyahısına daxil
olmuşdur ki, orada qoca, qadın və
uşaq da daxil olmaqla, 613 dinc
sakin vəhşicəsinə qətlə yetirilmişdir.

6
Bunun ardınca 1992-93-cü illər ərzində Ermənistanın xaricdən dəstəklənən silahlı qüvvələri Azərbaycan
ərazisinin beşdən birini təşkil edən Şuşa, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan
rayonları bütövlükdə, Ağdamın rayon mərkəzi daxil olmaqla əksər hissəsi, Füzulinin rayon mərkəzi daxil olmaqla
bir qismi və keçmiş DQMV-nin payına düşən indiki Tərtər rayonunun bir hissəsini həmin ərazilərdə yerləşən 890
yaşayış məntəqəsilə birlikdə işğal edərək, oradakı bütün Azərbaycan əhalisini doğma yurd-yuvasından didərgin
salmışdır. Beləliklə, münaqişə nəticəsində təqribən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş,
təqribən 20 min nəfər həlak olmuş, 50 min yaralanmış, yaxud əlil olmuş, 5 min itkin düşmüş, Azərbaycanın
Naxçıvan diyarı isə Ermənistan Respublikası tərəfindən tətbiq edilmiş blokadaya məruz qalmışdır.

7
Dağlıq Qarabağ Muxtar Vilayəti

1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri


Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə
Azərbaycan Sovet Sosialist Respublikasının
tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti
yaradılır. 1981-ci il iyunun 16-da isə Azərbaycan
SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti
haqqında" qanun qəbul edib və muxtariyyətin
səlahiyyətlərində yeniliklər edilib. Dağlıq
Qarabağdakı muxtariyyətin sonuncu rəsmi
statusu da bu qanunla müəyyənləşib. 1987-ci ildə
Ermənistan və Azərbaycan SSR arasında Dağlıq
Qarabağ münaqişəsinin başlanmasının ardından,
bu münaqişə 1991-ci ilin sonuna tam miqyaslı
müharibəyə çevrilmişdir.

8
1988-ci il fevralın 20-də
DQMV Xalq Deputatları
Sovetinin XX çağırış
növbədənkənar sessiyası
"DQMV-nin Azərbaycan SSR
tərkibindən Ermənistan SSR
tərkibinə verilməsi haqqında
Azərbaycan SSR və
Ermənistan SSR Ali
sovetləri qarşısında vəsatət
qaldırmaq barədə" qərar
qəbul etdi.

9
Bunun ardınca, 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar
Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist
Respublikasına qatılmasına dair qərar qəbul etmişdir. Lakin 1989-cu ilin dekabr ayının 1-
də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə
iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin
Ermənistanla birləşməsini açıqlamışdır.

10
İnzibati ərazi quruluşu
1923 cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan
sonra onun tərkibinə verilmiş yaşayış məskənləri rayon-
volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdaki
kimi bölünmüşdü:
• 1. Ceraberd rayonu. Bu rayonun tərkibində 4 volost
(Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var
idi.
• 2. Vərəndə rayonu. Bu rayonun tərkibində 5 volost
(Tağavert, Sus, Çartaz, Noraşen) və 46 kənd var idi.
• 3. Xaçın rayonu. Bu rayonun tərkibində 4 volost
(Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53
kənd var idi.
• 4. Dizaq rayonu. Bu rayonun tərkibində 5 volost (Hadrut,
Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi;
• 5. Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli volostundan
11
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası


9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan
MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən
Zəngəzur və Dərələyəz silsiləsinin
suayırıcıları, Türkiyə və İranla sərhəddini isə
Araz çayı təşkil edir. Ərazisi Şimal-Qərbdən
Cənub-Şərqə doğru 158 km məsafədə uzanır.
Muxtar Respublikanın Şimalda ən ucqar
nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu
ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub
nöqtəsi isə Arazın sol sahilində 600 m
yüksəklikdə yerləşən Zerəni dəmir yol
stansiyasıdır. Şimaldan Cənuba doğru ən
böyük məsafəsi 75 km-ə bərabərdir.

12
Qədim Azərbaycan torpağı olan
Zəngəzurun 1920-ci ildə sovet
rəhbərliyi tərəfindən Ermənistana
verilməsi nəticəsində 44–45 km
enində zolaq Araza doğru uzanaraq,
Naxçıvan MR-i Azərbaycan
Respublikasının qalan ərazisindən
ayırmışdır. 1924-cü ildə Naxçıvan
MSSR-də 3 qəza və 12 dairə təşkil
olunmuş, 1925-ci ildə qəzalar ləğv
edilmiş, dairələrin sayı 8-ə
endirilmişdi: Baş Noraşen, Qıvraq,
Tumbul, Əbrəqunis, Nərimanov,
Culfa, Parağa və Ordubad dairələri.

13
1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa,
Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə
birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək),
Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin
fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və
gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona
məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır.

14
1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar
inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in
doqquz kəndinin – Şərur dairəsinin Qurdqulaq,
Xaçik, Horadiz, Şahbuz nahiyyəsinin Oğbin,
Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin,
Ordubad dairəsinin Qorçevan kəndinin, habelə
Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin
sahələri və torpaqları ilə birlikdə Ermənistan
SSR-ə birləşdirilməsi haqqında qərar qəbul
etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın
sərhədləri məsələsinə baxması, Moskva
müqaviləsi (1921) və Qars müqaviləsi (1921)
sənədlərini imzalayan tərəflərin iştirakı olmadan
Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana
verilməsi beynəlxalq hüquq normalarının
kobudcasına pozulması olmuşdur

15
SSRİ-dən çıxması
19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında,
muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın
və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl
etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən)
SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edib. Bununla da Naxçıvan MSSR
Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika olub.

16
Dağlıq Qarabağda erməni separatizminə qarşı
SSRİ tərəfindən lazimi tədbirlər
görülmədiyindən ermənilər artıq Naxçıvana da
hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən
10 km aralı yerləşən və hər tərəfdən
Ermənistanla sərhəd olan Kərki anklavı idi. Bu
hadisələr 1988-ci ildə başlanır. 1989-cu il
dekabrın sonlarında vəziyyət daha da
gərginləşir. Kəndin üç yerində post qurulsa və
hər postda 15 nəfər könüllü olsa da, bununla
yanaşı, muxtar respublikanın digər
rayonlarından bura kömək gəlsə də, bu, yaşayış
məntəqəsini düşməndən qorumağa kifayət
etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə
olunan kəndi qoruyan könüllülərin silahı da az
idi. Daha sonra kəndin könüllülərə kəndin Sovet
əsgərlərinin qoruyacağı deyilir. Könüllülər kəndi
Sovet əsgərlərinə təhvil verdikdən sonra onlar
da öz növbələrində kəndi ermənilərə verirlər.
17
✣DİQQƏTİNİZ
ÜÇÜN TƏŞƏKKÜR
EDİRƏM

18

You might also like