You are on page 1of 10

Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2023.

№1

TƏHSİL SİSTEMİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ


PROSESİ TƏHSİLİN İNKİŞAFI ÜZRƏ DÖVLƏT
STRATEGİYASININ ƏSAS
İSTİQAMƏTLƏRİNDƏN BİRİ KİMİ

HÜMEYİR ƏHMƏDOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının
Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri.
E-mail: humeyir@gmail.com | https://orcid.org/0000-0003-0019-4266

Məqaləyə istinad: ANNOTASİYA


Əhmədov H. (2023). Təhsil
sisteminin maliyyələşdirilməsi Dünyanın bir çox ölkələrində təhsil statistikası kəmiyyət göstəriciləri
prosesi təhsilin inkişafı üzrə hesabına yüksək rəqəmlərlə ölçülür. Bununla belə, keyfiyyət baxımından
dövlət strategiyasının əsas
bir sıra ölkələrdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə təhsil
istiqamətlərindən biri kimi.
Azərbaycan məktəbi.
sisteminin müasir tələblərə cavab verməməsi müvafiq beynəlxalq təhsil
№ 1 (702), səh. 19–28 və maliyyə qurumlarının qəbul etdiyi hesabatlarda öz əksini tapıb. Təhsil
sisteminin maliyyələşdirilməsi prosesinə iki mühüm aspektdən baxılır:
təhsilə ayrılan vəsaitin həcmi və onlardan səmərəli istifadə. Təhsilə diqqət
yetirən bütün ölkələr bu və ya digər şəkildə təhsilin inkişafı ilə bağlı
strateji fəaliyyət planları qəbul ediblər. Təhsilin maliyyələşdirilməsi problemi
təhsilin keyfiyyəti problemi ilə vəhdət təşkil edir, çünki onlar bir-biri ilə
sıx təmasdadır. Son onillikdə beynəlxalq görüşlərdə əsas diqqət dövri
xərclərin səmərəliliyi və effektivliyinə deyil, təhsil üçün maliyyə çatışmazlığına
yönəldilib. Keyfiyyət məsələsi daha da aktuallaşdıqca diqqət maliyyə
boşluqlarına, eləcə də xərclərin səmərəliliyinə yönəlir. Təhsil hər bir
cəmiyyətin bu gününü və gələcəyini müəyyən etdiyi üçün həmişə aktual
məsələlər sırasındadır. Demokratik cəmiyyətlərdə hər bir vətəndaşın
ədalətli şərtlərlə təhsil alması üçün şəraitin yaradılması mütləq şəkildə
maliyyələşmə ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, dünya
təcrübəsində təhsil sisteminin maliyyələşdirilməsi bir neçə istiqaməti
əhatə edir və müəyyən üsullara malikdir.

Açar sözlər: Təhsil strategiyası, təhsil sistemi, biznes klasteri, maliyyələş-


Məqalə tarixçəsi
Göndərilib: 13.10.2022 dirmə, təhsil qrantları, innovasiyalar, təhsil qanunvericiliyi, ixtisaslaşma.
Qəbul edilib: 24.01.2023

http://as-journal.edu.az 19
Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2023. №1

THE PROcESS OF THE EDUcATION FUNDING


SYSTEM AS ONE OF THE MAIN DIREcTIONS
OF THE STATE STRATEGY FOR THE
DEVELOPMENT OF EDUcATION

HUMEYIR AHMADOV
Doctor of pedagogical sciences, professor, Head of Scientific Pedagogical Staff
Training Department of the Institute of Education of the Republic of Azerbaijan.
E-mail: humeyir@gmail.com | https://orcid.org/0000-0003-0019-4266

To cite this article: ABSTRAcT


Ahmadov H. (2023). The process
of the education funding system In many countries of the world, education statistics are measured in high
as one of the main directions of figures at the expense of quantitative indicators. However, in terms of
the state strategy for the
quality, the fact that the education system in many countries, especially
development of education.
Azerbaijan Journal of
in developing countries, does not meet modern requirements is reflected
Educational Studies. Vol. 702, in the reports adopted by the relevant international educational and
Issue I, pp. 19–28 financial institutions. The process of financing the education system is
considered from two important aspects: the amount of funds allocated
for education and their effective use. All countries that pay attention to
education have adopted strategic action plans, one way or another
related to the development of education. On the whole, the problem of
financing education as a whole is adjacent to the problem of the quality
of education since they are closely interconnected. In the last decade,
much of the attention at international meetings have been focused on the
lack of funding for basic education, rather than on the efficiency and
effectiveness of recurrent spending. As the issue of quality becomes more
relevant and data emerges that track non-governmental organizations’
inefficiencies and government spending diversions, the focus is on
financial gaps as well as spending efficiency. Education is always among
the topical issues as it determines the present and future of every
society.In democratic societies, the creation of conditions for every citizen
to receive education on fair terms is necessarily linked to funding. It is
also worth noting that the financing of the education system in world
practice covers several areas and has certain methods.

Keywords: Educational strategy, educational system, business cluster,


funding, educational grants, innovations, educational legislation,
Article history
Received: 13.10.2022 qualification.
Accepted: 24.01.2023

20 http://as-journal.edu.az
Təhsil sisteminin maliyyələşdirilməsi prosesi təhsilin inkişafı üzrə dövlət strategiyasının əsas istiqamətlərindən biri kimi

GİRİŞ təhsilin maliyyələşdirilməsi prosesində dövlətin


payı olduqca yüksəkdir. Lakin bu maliyyələşmə
Təhsilin inkişafı hər bir dövlətin siyasi, sosial- proseduru müxtəlif yollarla həyata keçirilir.
iqtisadi və strateji xəttində önəmli sahələrdən Bilavasitə maliyyələşdirmə icbari təhsil siste-
biridir. Təhsil sahəsində mövcud olan qanun- minin mövcud olduğu ölkələrdə əhalinin sosial
vericilik, inkişaf strategiyası və fəaliyyət planı rifahının və bərabərhüquqlu təhsilin təmin
bütün sosial meyarlar nəzərə alınaraq tərtib olunması strategiyasının tərkib hissəsidir. Dövlət
olunur və təsdiq edilir1. Cəmiyyətin inkişafının büdcəsindən dolayı yolla maliyyələşmə isə
post-sənaye mərhələsinin formalaşması şə- müxtəlif təhsil müəssisələrinin (ilk növbədə,
raitində dünyada təkrar ictimai istehsal milli ali və orta ixtisas) dövlət sifarişləri əsasında
iqtisadiyyatın innovativ inkişafı əsasında həyata əldə etdiyi qazancdan ibarətdir.
keçirilir. Bu çağırış geniş çeşidli inteqrasiya Təhsilin büdcədəndənkənar maliyyələş-
olunmuş, səriştə əsaslı biliyə və insan poten- dirilməsinin bir neçə yolu mövcuddur:
sialında intellektual komponentin yüksək payına 1. Əhalinin təhsilə ayırdığı vəsait. Hər bir
malik yeni tipli müasir insan resurslarının ailə öz gəlirlərinin müəyyən bir hissəsini bu və
formalaşdırılması kimi yeni vəzifələr qarşıya ya digər şəkildə təhsilə xərcləyir. Ailə fərd-
qoyur. Bu da öz növbəsində təhsil fəaliyyətinin lərindən təhsilalanlar üçün müxtəlif ləvazi-
və onun maliyyə təminatı sisteminin çoxşaxəli matların, dərs vəsaitlərinin və ümumtəhsil
modernləşdirilməsini tələb edir. Təhsil sisteminin müəssisələrində təhsilalanların məktəbli gey-
maliyyələşdirilməsi problemlərinə həsr olunmuş im-lərinin alınması kimi maliyyə prosesləri bir
çoxsaylı tədqiqatlarda qeyd olunur ki, son illərdə çox ölkələrdə əhalinin özü tərəfindən qarşılanır.
təhsil fəaliyyətinə dövlət investisiyalarının Beynəlxalq təcrübədə geniş yayılmış bu ənənə
həcminin artırılmasına baxmayaraq, peşə təhsili formal təhsilin bütün sahələrində vardır.
sisteminin maliyyələşdirilməsi üçün vəsait 2. Beynəlxalq təhsil fondları. Təhsilin in-
çatışmazlığı problemi hələ də aktual olaraq kişafı üzrə fəaliyyət göstərən bir sıra fondlar
qalmaqdadır. vardır ki, onların təhsilə ayırdığı vəsait hesabına
Yeni maliyyə mənbələrinin, onların səfərbər əhalinin aztəminatlı qismi müəyyən tədris
edilməsi üsullarının, o cümlədən təhsil sisteminin vəsaitləri ilə təmin olunur. Eyni zamanda, in-
maliyyə mexanizminin təkmilləşdirilməsi stra- novativ layihələrin yerinə yetirilməsi və müxtəlif
tegiyası və taktikasını vahid təşkilati-metodoloji elmi ixtiraların aparılması üçün aparıcı uni-
əsasda birləşdirən dövlət və özəl sektor tərəf- versitetlərin laboratoriya və təcrübə məkan-
daşlığının ortaq cəhətlərinin tapılmasına ehtiyac larının maliyyələşdirilməsi bu fondlar tərəfindən
var. Bu prosedurun həyata keçirilməsinin nor- həyata keçirilir. Məsələn, Təhsil sahəsində Qlobal
mativ-hüquqi əsasları, müvafiq prosesə xidmət Əməkdaşlıq Təşkilatı təhsil sahəsində gender
edən investisiya infrastrukturu mövcud olduğu bərabərliyi, yoxsul ölkələrdə təhsilin səviyyəsinin
təqdirdə, dövlət və özəl sektorun birgə əmək- yüksəldilməsi və digər sahələrdə bir çox dövlət-
daşlığının həyata keçirilməsində dövlət idarə- lərlə əməkdaşlıq edir2.
etmə orqanları, özəl kapital, peşə təhsili müəs- 3. Qrant layihələri. Təhsilə ayrılan qrant
sisələri birlikdə iştirak edə bilər. layihələrinin bir qismi dövlət tərəfindən
Dünya təcrübəsində təhsilin maliyyələş- maliyyələşdirilsə də, inkişaf etmiş ölkələrin
dirilməsi prosesi bir neçə istiqamətdə həyata əksəriyyətində qrant layihələri özəl institutlar
keçirilir. Ən önəmli maliyyə qaynağı, təbii ki, vasitəsilə reallaşır. Məsələn, ABŞ-da bir neçə
dövlət büdcəsi hesab olunur. Hər bir dövlətdə əsas qrant növü vardır: müstəqil qrantlar –

........................................................................
1 “Azərbaycanda Respublikasında Təhsilin inkişafı üzrə Dövlət strategiyası”. Bakı, 24 oktyabr 2013-cü il.
2 https://www.globalpartnership.org

http://as-journal.edu.az 21
Hümeyir Əhmədov

müsabiqə prosesindən istifadə etməklə təqdim proseslərin modernləşdirilməsinin xüsusiy-


olunan qrantlar; tələbə qrantları – tələbələrin, yətlərini nəzərə alaraq, təhsil müəssisələrinin
əsasən, universitetdə (kolleclərdə) təhsil gəlir bazasının genişləndirilməsi istiqamətində
almasına yardım etmək üçün ayrılan tələbə səmərəli səylər göstərilir, bu zaman özəl tərəf-
kreditləri (Arrow, 1962); formula qrantları – daşlıq və çevik maliyyə idarəetmə modelinin
ölkə Konqresi tərəfindən müəyyənləşdirilən və qurulması araşdırma çərçivəsindən kənarda
müstəqil müraciət prosesinin olmadığı qrantlar. qalır. Dünyada təhsilin modernləşdirilməsinə
4. Repetitorlar. Ənənəvi təhsildən əlavə yönəlmiş çağırışlar kontekstində qarşıya yeni
mövcud olan informal təhsil növlərindən biri vəzifələr qoyulur. Xüsusilə maliyyə idarəçiliyinin
məhz repetitorluq vasitəsilə həyata keçirilir. müəyyən problemləri, təhsil müəssisələrinin
Bir sıra ölkələrdə konkret elm sahəsinə isti- maliyyə-təsərrüfat fəaliyyətinin dövlət tərəfindən
qamətlənən xətt üzrə inkişaf məqsədilə ümumi tənzimlənməsi, yeni problemlərin həllində
dərs saatından əlavə, müəyyən dərslərdən sənayenin maliyyə dəstəyi mənbələrinin həcmi
hazırlıq məşğələləri də həyata keçirilir. Bəzən və strukturunun optimallaşdırılması üzrə geniş-
repetitorluq fəaliyyətinin təhsil sisteminin miqyaslı tədqiqatların istiqamətləri müəyyən
maliyyələşdirilməsində rolu az görünsə də, edilməlidir. Ölkənin sosial-iqtisadi inkişafı
əslində, bu sahədən əldə olunan gəlir bir çox problemləri, bu sahədə resurslardan istifadənin
ölkələrdə, hətta ölkənin ümumi daxili məhsu- səmərəliliyi, vergitutmanın təkmilləşdirilməsi
lunun (ÜDM) 1 faizini təşkil edir3. və digər bir sıra mühüm amillər metodoloji
5. Publik hüquqi şəxs və ya özəl statuslu baxımdan müəyyən həll yollarına malikdir.
təhsil müəssisələri. Beynəlxalq praktikada Təhsilin dövlət və özəl sahə tərəfindən birgə
özəl təhsil müəssisələrinin payı getdikcə daha maliyyələşdirilməsi üçün baza, təbii ki, mövcud-
çox artmaqdadır. Burada institutun maliyyə- dur. Lakin dövlət büdcəsinin yükünün azaldılması
ləşdirilmə prosesində dövlətin müəyyən payı və özəl sektorun təhsilin inkişafından gəlir əldə
olsa da, maliyyə təminatının böyük qismi etməsi üçün konkret metodların işlənib hazır-
müəssisənin öz gəlirləri hesabına həyata keçirilir. lanması çox önəmlidir.
Hətta dünyada dövlət büdcəsinə şəxsi gə- Reallıq ondan ibarətdir ki, təhsil müəyyən
lirlərindən böyük miqdarda vergi ödəyən təhsil mənada fərdin xeyrinə olan şəxsi və eyni za-
müəssisələri də vardır. Burada ödənişli təhsil manda bütün cəmiyyətə fayda verən ictimai
sistemi və özəl sifarişlər əsas gəlir qaynağını sərvətdir. Bunun ən kamil nümunəsi Kennet
təşkil edir. Arrounun “etməklə öyrənmək” (Arrow, 1962)
Təhsil sisteminin maliyyələşdirilməsində bir nəzəriyyəsinin tətbiqində öz əksini tapır: insanın
sıra fərdi amillər də mövcuddur ki, burada fəaliyyəti (və bunun qarşılığında aldığı əmək
müəyyən fəlsəfi və kulturoloji amillər önəmli haqqı) təkcə özünün deyil, həm də həmkarlarının
rol oynayır. Məsələn, dövlət idarəçiliyində təhsil səviyyəsindən asılıdır. Başqa sözlə, ali
intellektuallığı əsas götürən bir sıra ölkələr təhsil təkcə fərdi tələbata deyil, həm də tədqi-
vardır ki, bu idarəçilik sisteminin əsasını qatların və digər mühüm təchizat meyarlarının
valideynlərin övladına yüksək təhsil verməsi, ortaq işlənməsinə əsaslanır. Təhsildə ümumi
habelə gələcəkdə inzibati idarəetmədə öz bilik konsensus ondan ibarətdir ki, təhsilli vətən-
və bacarıqları sayəsində yer alması üçün önəmli daşların, eləcə də cəmiyyətin bütün üzvlərinin
ölçüdə vəsaitin sərf olunması təşkil edir. bərabər imkanlara malik olması bütövlükdə
Ali təhsilin modernləşdirilməsi mərhələsində cəmiyyətə verdiyi bütün faydaları ilə birlikdə
onun maliyyə cəhətdən şəffaflaşdırılması prob- böyük ictimai sərvət hesab olunur. Bu
leminin çoxşaxəliliyini, təhsil sahəsində iqtisadi arqumentlərin ən çox qeyri-müəyyən olduğu

........................................................................
3 https://www.r4d.org/wp-content/uploads/Strategies-for-Financing-of-Education.pdf

22 Azərbaycan məktəbi. 2023. №1


Təhsil sisteminin maliyyələşdirilməsi prosesi təhsilin inkişafı üzrə dövlət strategiyasının əsas istiqamətlərindən biri kimi

yer ümumi təhsil səviyyəsidir. Beləliklə, əksər Təhsilin inkişafında yer alan iqtisadi me-
inkişaf etməkdə olan ölkələr üçün ali təhsil və yarlara bir sıra digər amillər də daxildir. Müasir
ən azı ümumi orta təhsilin müəyyən hissəsi dövrün tələblərinə, həmçinin təhsilalanların
təhsil haqlarından daha çox asılı olan bir mühit psixoloji hazırlığına uyğun olan çevik proqramlar
yaradır. Sonra ortaya çıxan əsas məsələlər isə əsasında tədris resurslarının hazırlanması və
əmək haqqı səviyyələri, nizamnamə kapitalı və məktəblərin müasir informasiya-kommunikasiya
kredit müqavilələri ilə bağlıdır. Ümumdünya texnologiyaları ilə təmin olunması bu qəbildəndir.
İnsan Hüquqları Bəyannaməsinin və təhsil Bütün bu proseslər mərhələli şəkildə həyata
hüququ ilə bağlı digər beynəlxalq sənədlərin keçirilir.
şərhlərinə müraciət etmədən onlara rasional Təhsilin maliyyələşdirilmə prosesində xüsusi
və qeyri-ideoloji yanaşmaq lazımdır. Onlar da əhəmiyyətə malik sahələr də vardır. Bunlar
təhsilə dövlət xərclərinin altsahələr üzrə inklüziv təhsil meyarlarının müəyyənləşdirilməsi,
bölgüsünə yanaşma ilə uzlaşdırılmalıdır. hər bir Azərbaycan vətəndaşının əmək bazarına
Azərbaycan dövlətinin təhsilin inkişafı inteqrasiyası və peşə hazırlığı məktəblərinin
sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən də fəaliyyətinin genişləndirilməsidir.
biri irqindən, cinsindən, milli mənsubiyyətindən Qlobal pandemiya şəraitinin mövcud olduğu
və dini etiqadından asılı olmayaraq, qanunveri- mühitdə mühüm hadisələrdən biri də distant
cilik çərçivəsində hər kəsin bərabərhüquqlu təhsilin səviyyəsinin yüksəldilməsidir. Distant
təhsil almaq imkanlarının mövcudluğudur. təhsilin təmin olunması, ilk növbədə, internet
Xüsusilə qızların təhsil alması istiqamətində resurslarının dərs yükünə hazır olması və çevik
1901-ci ildə Bakıda inşa edilən Qızlar Məktəbinə bir şəkildə yeni şəraitə uyğunlaşmaqdan asılıdır.
özəl sahədən maliyyə vəsaitinin ayrılması Burada həm müəllimlərin, həm də təhsilalanların
(görkəmli messenat Hacı Zeynalabdin Tağıyevin psixoloji və texnoloji hazırlığı önəmli rol oynayır.
əməyi və şəxsi vəsaiti sayəsində) faktı Azər- Təbii ki, bu da təhsilə ayrılan vəsaitin yeni bir
baycanda bərabərhüquqlu təhsilin dərin tarixi sahəsini təşkil edir. Bu proses qlobal mühitdə
köklərinin olduğunu əyani şəkildə sübut edir. meydana gələn yeni bir anlayışın – “smart mək-
Azərbaycan Respublikasında təhsilin inkişafı təblər”in təşkil olunmasını şərtləndirən əsas
üzrə Dövlət Strategiyasının əsas strateji kom- amillərdən birinə çevrilib. “Smart məktəblər”
ponentlərindən biri maddi-texniki təminat elektron təhsilin – rəqəmsal texnologiyaların
bazasının gücləndirilməsidir. Burada iki əsas köməyi ilə bilik və bacarıqların öyrədilməsi
sahədə modernləşmə həyata keçirilir. Birinci sistemidir. Sistemin məktəblərdə tətbiqində
sahə təhsil müəssisələrinin infrastrukturunun əsas məqsəd müasir informasiya-kommunikasiya
müasirləşdirilməsidir. Mərkəzdə və regional texnologiyalarına əsaslanan rahat və pandemiya
müstəvidə keyfiyyətli təhsilin təmin olunması şəraitində daha təhlükəsiz mühitin yaradılma-
məqsədilə bir sıra tikinti və təmir-bərpa işləri sıdır. “Ağıllı məktəb” avtomatlaşdırılmış infor-
mütəmadi şəkildə icra olunur. Son onilliklərdə masiya sistemlərinə aiddir. Bu sistem texniki
ölkədə yüzlərlə yeni məktəb binası tikilib və cəhətdən informasiya təminatı daxil olmaqla
ya əsaslı təmir olunaraq infrastrukturu yeni- proqram-aparat kompleksi kimi həyata keçirilir.
ləşdirilib. İkinci sahə təhsil sahəsində qanun- Onu funksional olaraq aşağıdakı komponentlərə
vericiliyin təkmilləşdirilməsidir. Beynəlxalq bölmək olar: Monitorinq sistemi – dərs cədvəl-
müstəvidə qəbul olunan tədris metodlarının lərinin yaradılması və idarə olunması, analitik
tətbiqi məqsədilə qanunvericilikdə bir sıra hesabat sistemi, təhsilalanların akademik
dəyişikliklər həyata keçirilir ki, bu da pedaqoji göstəricilərinin və şagirdlərin bilik və baca-
istiqamətdə təhsilin keyfiyyətinin artırılmasına rıqlarının test imtahanı vasitəsilə qiymətlən-
xidmət edir. Burada müəllimlərin peşəkarlıq dirilməsi, dərsin real vaxt rejimində müşahidəsi,
səviyyəsinin artırılması da xüsusi qeyd edil- məktəb məlumat bazasının və elektron kitab-
məlidir. xananın günün istənilən saatında istifadəyə

http://as-journal.edu.az 23
Hümeyir Əhmədov

açıq olması; Ağıllı sinif otağı – elektron kitab cəlb edilmiş imkansız uşaqların daha yüksək
və elektron jurnallar vasitəsilə dərs idarəetmə təlim nəticələrinə malik olduqları üzə
proqramının, davamiyyətə nəzarətin, ev tap- çıxarılmışdır. (Roser, and Ortiz-Ospina, 2016).
şırıqlarının həllinin, interaktiv lövhə və təlim Təhsilin maliyyələşdirilməsi prosesində təhsil
sisteminin təmin olunması; Smart terminallar müəssisəsinin ümumi strukturu, tədris modeli,
– müəllimlər və təhsilalanlar üçün ayrı-ayrılıqda maliyyə bazası böyük önəm kəsb edir. Dünya
elektron terminalların mövcudluğu və s. (Omi- praktikası sübut edir ki, qloballaşma şəraitində
dinia, Masrom, Selamat, 2013). təhsilin yeni maliyyə modelinin inkişafı üçün
Distant təhsilin iqtisadi yükə münasibəti ən təsirli mexanizm təhsil, elm və innovativ
fərqlidir. Bir tərəfdən təhsilalanların gündəlik konsorsium tipli təhsil komplekslərinin
nəqliyyat və s. xərcləri azalsa da, digər tərəfdən yaradılması, onların fəaliyyətinin ixtisasyönlü
maddi-texniki təminatın həyata keçirilməsi klasterlərin inkişafına yönəldilməsidir. Elm və
üçün müəyyən vəsaitin xərclənməsi tələb olunur. təhsil sahəsinin investisiya və innovasiya modeli
Məhz buna görə də distant təhsilin maliyyə- milli iqtisadiyyatın ən mühüm resurs amili kimi
ləşdirilməsi prosesi fərqli yanaşma tələb edir. təhsil sahəsində innovasiyaların həm təşkilati,
Ölkələr üzrə inkişaf strategiyası kimi, təhsil həm də iqtisadi inkişafı üçün yeni maliyyə mod-
xərcləri də müxtəliflik təşkil edir. Aşağıgəlirli elini formalaşdıraraq, milli universitetlərin
ölkələr yüksəkgəlirli ölkələrdən daha yoxsul rəqabət qabiliyyətini və təcrübəyönlü funda-
olduğuna görə hər təhsil alan fərdə ayrılan mental elmin formalaşmasını təmin edə bilər.
xərclər arasındakı fərq böyük olmaqda davam Azərbaycan Respublikasının Elm və Təhsil Nazir-
edir. Bir şagirdə düşən təhsil xərclərinin ölkə- liyinin qarşısında duran mühüm vəzifələrdən
lərarası fərqi həmin ölkələrin ÜDM xərclərindən biri də məhz bu istiqamətdə layihələrin həyata
qat-qat çoxdur. Tələbəyə düşən xərclərin real keçirilməsindən ibarətdir. Klaster tipli elm və
ifadədə daha yaxşı anlaşılmasına kömək edən təhsil müəssisələrinin fəaliyyəti, eyni zamanda
amillərdən biri təhsil xərclərinin əsas kompo- tətbiqi biliklərin inkişafına da münbit şərait
nenti olan müəllimlərin maaşlarının yüksək yaradır. Özəl biznes və dövlət tərəfindən təhsilə
gəlirli ölkələrdə daha çox olmasıdır. Ona görə birgə investisiya mexanizmlərinin tətbiqi üzrə
də, təhsilin inkişafı ilə bağlı qərar verilərkən qlobal tendensiya yeni xüsusi və məqsədyönlü
əməyin dəyərləndirilməsi inkişaf etməkdə olan maliyyələşdirmə mexanizmlərinin inkişafı ilə
ölkələrin də nəzərə almalı olduğu əsas meyar- müşayiət olunur. Təhsil sahəsində “dövlət-
lardandır. biznes partnyorluğu” sisteminin hüquqi ba-
Burada məktəbəqədər təhsilə verilən önəm zasının yaradılması və təkmilləşdirilməsi
və ayrılan vəsait də xüsusi əhəmiyyət kəsb edir. beynəlxalq təcrübədə mütəmadi tətbiq olunan
Uşaqların erkən yaşda qarşılaşdıqları mühit praktiki sahələrdən biridir4. Bunun üçün büd-
onların qabiliyyət, davranış və istedadlarının cədən maliyyələşmənin təhsil müəssisələri
formalaşmasında mühüm rol oynayır. Böyük arasında bölüşdürülməsindən maliyyə vəsait-
ölçüdə, eyni ölkədə, lakin müxtəlif sosial-iqtisadi lərinin adambaşına xərclərə yönəldilməsi, eləcə
şəraitdə olan insanlar arasında təhsil boşluq- də birbaşa maliyyələşdirmə metodlarından
larına səbəb olan amillərdən biri də budur. Hər bilavasitə keçidin həyata keçirilməsi baş ver-
ölkə üçün ayrılıqda bu prosesləri şərtləndirən məlidir. Digər tərəfdən, təhsilə yönəldilmiş özəl
nəzəriyyə və dəlillərin təhlili və təhsil siyasətinin resursların (özəl kreditləşdirmə və təhsil
qurulması istiqamətindəki təsirlər müəyyən sığortası) toplanması üçün maliyyə alətləri
edilməlidir. Məktəbəqədər təhsilin keyfiyyətini formalaşdırılmalıdır. Dünyada ali təhsilin
yoxlamaq üçün hazırlanmış Perri pilot layihəsinə maliyyələşdirilməsinin yeni formalarına təhsil

........................................................................
4 “Azərbaycan Respublikasının 2020-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”. Bakı, 22 iyul 2022-ci il.

24 Azərbaycan məktəbi. 2023. №1


Təhsil sisteminin maliyyələşdirilməsi prosesi təhsilin inkişafı üzrə dövlət strategiyasının əsas istiqamətlərindən biri kimi

kreditləri, əldə olunan qrantlar, təhsil sığortası tutmadıqda investor tərəfindən qoyulan vəsaitin
və tələbələrin maliyyə dəstəyi sistemləri daxildir. bir hissəsinin geri qaytarılmasına təminatın
Yuxarıda deyildiyi kimi, Azərbaycanda təhsil verilməsi.
tələbə kreditinin formalaşması bu istiqamətdə Təhsil müəssisələrinin peşəkarlıq səviyyə-
atılmış ən önəmli addımlardan biridir. Burada sinin daim yüksəldilməsini təmin edən yeni
bir neçə amil birləşir: sistemin yaradılması çərçivəsində həyata keçi-
1. Dövlət kredit müəssisələrini (bank sektoru rilən prosedurlardan biri də ali təhsil müəs-
və s.) təhsilin inkişafına vəsait ayırmağa təşviq sisələrində əlavə təhsil üzrə strukturların ya-
edir. Tələbələrə kredit verildiyi zaman borcalanın radılmasının təşviqidir. Əlavə təhsil birmənalı
özü və ya onun əvəzinə hər hansı bir şəxsdən olaraq ödənişli olduğu üçün dövlət büdcəsindən
(valideyni, qohumu, işəgötürəni və s.) qaytarıla maliyyələşən təşkilatların maddi bazasına əlavə
bilməsi zəmanəti əldə edir. Bu da özlüyündə gəlirlərin gəlməsinə səbəb olur. Daha çox gəlir
maliyyə institutlarını təhsilin maliyyələşdiril- əldə etmək məqsədilə müəllimlərin peşəkar-
məsinə cəlb edir. lığının yüksəldilməsi təhsilin ümumi inkişafına
2. Təhsil tələbə kreditinin sosial və standart təkan verən mühüm amillərdəndir. Təhsilin
növləri mövcuddur ki, bununla sosial vəziyyəti idarə olunmasının məlumat sistemləri və yeni
zəif olan tələbələrin tədris prosedurunun hesabatvermə modelinin yaradılması özündə
maliyyələşdirilməsi böyük ölçüdə dəstək almış bir sıra elektron prosedurları birləşdirir. Bu,
olur. Bu zaman tələbə daha artıq maddi gəlirlər əsasən, iki istiqamətdə həyata keçirilir: 1) təhsil
hesabına kredit borcunu ödəyə bilmək kimi müəssisələrində məlumat bazalarının, məzun-
yeni bir motivasiya əldə edir. koordinasiya-informasiya sistemlərinin yara-
3. Standart kredit almaq hüququna malik dılması, yenilənməsi və idarəetmə prosesində
olan tələbələrin qarşısına qoyulan şərtlərdən istifadəsinin təmin edilməsi; 2) əmək bazarının
biri ümumi orta təhsil göstəricisinin mümkün mütəmadi öyrənilməsi sisteminin yaradılması
100 ballıq şkala ilə 71 baldan yuxarı olmasıdır. və tətbiqi.
Ödənişli təhsil alan tələbələrin isə illik təhsil Əmək bazarında tələb və təklifin monitorinqi
haqqının ən azı 20 faizini ödəməsi nəzərdə tu- sayəsində ali və orta ixtisas təhsili müəs-
tulur. sisələrində plan yerlərinin müəyyənləşdirilməsi
4. Tələbə kreditlərinin sığortalanması sığorta gələcəkdə sosial-iqtisadi inkişafa təsir göstərən
şirkətlərinin də bu prosedura cəlb olunmasına ən mühüm amillərdəndir. Belə ki, bir peşə
şərait yaradır. sahəsi üzrə kifayət qədər mütəxəssis olduğu
Buradan belə nəticəyə gəlmək olar ki, təhsil halda, bu sahəyə daha çox yer ayrılması və
və elmi fəaliyyətdə dövlət-özəl tərəfdaşlığı əksinə, kadr çatışmazlığının mövcud olduğu
mərkəzləşdirilmiş fondlardan birbaşa maliyyə sahələr üzrə təhsil planında az yer nəzərdə
dəstəyi ilə yanaşı, layihələrə dövlət dəstəyinin tutulması sosial balansın pozulması ilə nəticələnə
aşağıdakı formalarını əhatə edə bilər: bilər. “Azərbaycan Respublikasının 2020-2026-
• investorlara əminliklə qaytarıla bilən, cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda
təxirəsalınmaz ödənişlilik əsasında kredit gəlirindən asılı olmayaraq, bütün ailələrin
resurslarının verilməsi; övladları üçün ali təhsilə əlçatanlığın təmin
• səhmdar cəmiyyətlərin “layihə üzrə” olunması məqsədilə ali təhsil müəssisələrinə
buraxılmış səhmlərinin bir hissəsinin dövlət qəbul olan tələbələrin sayının əlavə olaraq 20
mülkiyyətində saxlanılması şərtləri əsasında min nəfər artırılması nəzərdə tutulub5.
zəmanət verilməsi; Təhsilin maliyyələşdirilməsi üzrə Azərbaycan
• kredit alanın təqsiri olmadan layihə baş modelində yer alan mühüm layihələrdən biri

........................................................................
5 “Azərbaycan Respublikasının 2020-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”. Bakı, 22 iyul 2022-ci il.

http://as-journal.edu.az 25
Hümeyir Əhmədov

də Təhsilin İnkişafı Fondunun yaradılmasıdır. Söhbət təhsil prosesində bu cür formaların


Fondun gəlirləri sırasında yer alan ən mühüm axtarışından gedir ki, bu zaman tələbə öyrənmə
vəsaitlər – Azərbaycan Respublikası Elm və prosesində əldə etdiyi məlumatlardan müstəqil
Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəs- olaraq bilik sistemini formalaşdırmaq, yeni
sisələrinin büdcədənkənar vəsaitləri, ödənişli biliklərin və şəxsi təcrübəsinin təhlili əsasında
təhsil xidmətləri göstərilməsindən əldə etdikləri onu düzəltmək imkanı əldə edəcək, paradiqma
gəlirlərdən ayırmalar; ianələr, qrantlar və cəlb əsaslarını dəyişməyə, gələcəyi nikbinliklə qar-
edilən investisiyalar; həmçinin Fondun fəaliy- şılamağa hazır olacaqdır. Əmək bölgüsü, yeni
yətindən əldə olunan gəlirlərdir. Bu layihə təhsil peşələrin yaradılması və istehsalın təşkili,
müəssisələri tərəfindən təhsilin inkişafına sərf şübhəsiz, məntiqi, yaradıcı təfəkkürün, səbəb-
edilən vahid vəsait bazasının mövcudluğunu nəticə əlaqələrinin inkişafına əsaslanan rasional
təmin edir. Elm və Təhsil Nazirliyinin tabeliyində biliyin, elmin inkişafını tələb edir.
yaradılan digər bir publik hüquqi şəxs isə Peşə Təhsilin maliyyələşdirilməsinin yeni qəbul
Təhsilinin İnkişafı Fondudur. Bütün bu tip olunmuş təşkilati-iqtisadi mexanizminin əsasını
qurumların strukturu və statusu “dövlət-biznes istehsal olunan məhsulların həcminə, keyfiy-
partnyorluğu”nun inkişafına yönəlmiş əsas yətinə və struktur uyğunluğuna görə dövlət və
istiqamətləri müəyyən edir. biznes ictimaiyyətinin qarşılıqlı məsuliyyətinə
Qabaqcıl beynəlxalq təcrübənin təhlili göstərir əsaslanan ali təhsilin ayrı-ayrı maliyyələş-
ki, təhsil sahəsindəki investor aşağıdakı dirilməsindən birgə investisiyaya keçid prinsipi
problemlərin həllində iştirak edə bilməlidir: təşkil etməlidir. Müasir mərhələdə iqtisadiyyatın
tədris, laboratoriya və maddi-texniki bazanın tələbləri əsasında insan potensialı, sosial-iqtisadi
yenilənməsi; dövlət məşğulluq qurumlarında meyillər, cəmiyyətin və əmək bazarının inkişafı
və özəl təşkilatlarda istehsalat və bakalavr məhz təhsilin inkişafına əsaslanır. Tərəflər
təcrübəsi üçün eksperimental meydançaların təhsilə investisiya qoyuluşunun risklərini və
yaradılması; şirkətlərin innovativ fəaliyyətini təhsil fəaliyyəti sistemində iqtisadi resurslardan
təmin etmək üçün universitetlərin innovasiya istifadənin səmərəliliyinə görə məsuliyyəti
infrastrukturunun zəruri elementlərinin inkişafı; bölüşdüyü təqdirdə həm təhsilin inkişafı, həm
tələbələrin və professor-müəllim heyətinin də azad biznes rəqabətinin yaradılması üçün
elmi-tədqiqat işlərinin həyata keçirilməsinə və sağlam mühit formalaşmış olur (Əhmədov,
konkret biznes problemlərinin həlli üçün 2022).
layihələrin hazırlanmasına cəlb edilməsi və s.
Hazırda təhsilin maliyyələşdirilməsi mexa- NƏTİcƏ
nizminin müasirləşdirilməsinin ümumi isti-
qaməti təhsil sistemində özünütənzimləmə Təhsilin maliyyələşdirilməsi prosesi ölkənin
proseslərinin başlanmasını nəzərdə tutan sosial-iqtisadi rifahına bilavasitə təsir göstərən
maliyyə resurslarının sərəncamında təhsil və uzunmüddətli investisiya tələb edən bir
müəssisələrinin müstəqilliyinin genişləndiril- prosesdir. 2015-ci ildə dünyanın 193 dövlətinin
məsi və onlardan istifadənin səmərəliliyinin imzaladığı BMT Baş Assambleyasının “Dünya-
artırılmasını nəzərdə tutur. mızın transformasiyası: 2030-cu ilədək Davamlı
Təhsilin maliyyələşdirilməsinin sosial-iqtisadi İnkişaf Gündəliyi” adlı qətnaməsində müəy-
aspektləri arasında iqtisadi azadlıq da mühüm yənləşdirilən 17 əsas məqsəddən dördüncüsü
əhəmiyyət daşıyır. Beynəlxalq təcrübə göstərir təhsilə həsr olunub. O, “inklüziv, bərabər
ki, təhsil sisteminin müasirləşdirilməsi mər- keyfiyyətli təhsilin təmin edilməsi və hamı üçün
hələsində “dövlət-özəl tərəfdaşlığı”na əsaslanan ömürboyu təhsil imkanlarının təşviqi” kimi
maliyyə mexanizminin tətbiqi tədris prosesinin formalaşdırılıb (Fedorchuk, Morozov, 2021).
qeyri-tədqiqatlara yönəlmiş yaradıcı pedaqogika UNESCO-nun dayanıqlı inkişaf hədəfləri arasında
metoduna keçirilməsinin ən mühüm şərtidir. ön sırada olan təhsilin inkişafı perspektivləri

26 Azərbaycan məktəbi. 2023. №1


Təhsil sisteminin maliyyələşdirilməsi prosesi təhsilin inkişafı üzrə dövlət strategiyasının əsas istiqamətlərindən biri kimi

qlobal bərabərhüquqlu təhsil modelini özündə təhsil sisteminin maliyyələşdirilməsi prosesi


ehtiva edir. Həmin təşkilatın “Təhsil-2030” təkcə təhsilin inkişafı üzrə deyil, ümumilikdə,
proqramı, ümumilikdə, təhsilin bütün sosial- sosial-iqtisadi rifaha hədəflənən beynəlxalq
iqtisadi inkişafların önündə olduğu prinsipinə siyasətin əsas istiqamətlərindən biri olaraq
sadiqlik nümayiş etdirir. 2015-ci ildə Koreyanın daim ön planda yer almaqdadır.
İnçxon şəhərində dünyanın 120-dən çox
ölkəsinin qəbul etdiyi bəyannamədə qeyd
olunduğu kimi, inklüziv və bərabər keyfiyyətli İstifadə edilmiş ədəbiyyat
təhsili təmin etmək, hamı üçün ömür boyu
təhsil imkanları yaratmaq, digər hədəflər qlobal
1
“Azərbaycan Respublikası Təhsil nazirliyinin
və milli təhsil problemlərinin həllinə kömək tabeliyində “Təhsilin İnkişafı Fondu”nun
etmək məqsədi daşıyır. O, insan hüquqlarına yaradılması haqqında” AR Prezidentinin 14 iyul
və ləyaqətinə, sosial ədalətə, inklüzivliyə, 2021-ci il tarixli Sərəncamı.
müdafiəyə, mədəni, dil və etnik müxtəlifliyə,
2
“Azərbaycan Respublikası Təhsil nazirliyinin
həmçinin ortaq məsuliyyət və hesabatlılığa tabeliyində “Təhsilin İnkişafı Fondu” publik
yönəlmiş humanist təhsil və inkişaf kon- hüquqi şəxsin yaradılması haqqında “AR NK-nın
sepsiyasına əsaslanır. Bəyannamənin 14, 15 və 1 mart 2022-ci il tarixli qərarı.
3
“Azərbaycan Respublikasının 2020-2026-cı
16-cı bəndlərində tərəfdar çıxan ölkələrin
illərdə sosial-iqtisadi inkişaf Strategiyası”. Bakı,
maliyyə dəstəyi sayəsində elm və təhsilin
22 iyul 2022-ci il.
inkişafına ayrılan vəsaitin hər bir ölkənin ümumi 4
“Azərbaycan Respublikasında Təhsilin inkişafı
daxili məhsulunun 4-6 %-ni və ya dövlət
üzrə Dövlət strategiyası”. Bakı, 24 oktyabr 2013-
xərclərinin 15-20 %-ni təşkil etməsi hədəfə
cü il.
alınır. Burada ölkələrin maliyyə imkanlarının 5
244 milliona detey ne nachnut novyy uchebnyy
təkcə ölkədaxili xərclərə deyil, eyni zamanda
god (doklad YUNESKO)/ URL:
dünyanın yoxsul və təhsil xərclərini ödəyə
https://www.unesco.org/ru/articles/244-
bilməyən ölkələrinə də yardım məqsədilə
milliona-detey-ne-nachnut-novyy-uchebnyy-go
ayrılması nəzərdə tutulur. Bu Bəyannamənin d-doklad-yunesko
önəmi ondan ibarətdir ki, təhsilin qlobal ölçüdə 6
Arrow, K.J. (1962). “The Economic Implications
maliyyələşdirilməsi dünya tarixində ilk dəfə of Learning by Doing”. The Review of Economic
məhz həmin Bəyannamə ilə genişmiqyaslı Studies. 29 (3): pp. 155–173. URL:
hədəflərə hesablanıb. Milli hüquqi və siyasi https://www.jstor.org/stable/2295952
sərhədlər daxilində Azərbaycan da bu tip qlobal 7
Education 2030: Incheon Declaration and
layihələrin həyata keçirilməsinə öz töhfəsini Framework for Action for the implementation of
verməkdədir. Dünyanın bir sıra ölkələrində Sustainable Development Goal 4: Ensure
olduğu kimi təhsil ocaqlarının tikintisi və inclusive and equitable quality education and
bərpasına Azərbaycan dövləti tərəfindən ayrılan promote lifelong learning opportunities for all.
maliyyə vəsaitləri təhsilin qlobal inkişafına https://unesdoc.unesco.org/ark:/48223/pf000
yönəlmiş hədəflər sırasında öz prioritet mövqeyi- 0245656_rus
ni qoruyub saxlamaqdadır. 8
Əhmədov, H.H. (2022). Təhsil sisteminin
UNESCO-nun 1 sentyabr 2022-ci il tarixli modernləşdirilməsi strateji insan kapitalının
məlumatında əks olunan nəticələrə görə dünya- inkişafında prioritet sahələrdən biridir.
da 244 milyon uşaq və yeniyetmə təhsil almaq “Azərbaycan müəllimi” qəzeti, 7 oktyabr.
imkanından məhrumdur 6 . Bu cür qlobal 9
Əzizov, R.E. (2022). Elmi inkişafın dəyər zənciri.
mövqedən yanaşdıqda, qeyd edilməlidir ki, “Azərbaycan müəllimi” qəzeti, 12 avqust.

........................................................................
6 https://unesdoc.unesco.org/ark:/48223/pf0000245656_rus

http://as-journal.edu.az 27
Hümeyir Əhmədov

10
Fedorchuk, Y.M., Morozov, A.V. (2021).
Strategiya razvitiya obrazovaniya: ot
mezhdunarodnogo urovnya do urovnya
obrazovatel’noy organizatsii, Global’naya
Ekonomika i Obrazovaniye. 1(2): c.73–81.
11
Global Partnership for Eucation. URL:
https://www.globalpartnership.org
12
Nicholas Burnett. Strategies for financing of
education: A global view. Results for
Development Institute / URL:
https://www.r4d.org/wp-
content/uploads/Strategies-for-Financing-of-Ed
ucation.pdf
13
Omidinia, S., Masrom, M., Selamat, H. (2013). An
Examination of the Concept of Smart School: An
Innovation to Address Sustainability, 2nd
International Conference on Advances in
Computer Science and Engineering (CSE 2013)
July, pp. 326-329
14
Roser, M., and Ortiz-Ospina, E. (2016).
“Financing Education”. Published online at
OurWorldInData.org. Retrieved from:
https://ourworldindata.org/financing-
education [Online Resource]

28 Azərbaycan məktəbi. 2023. №1

You might also like