You are on page 1of 7

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ

FƏNN SİLLABUSU
Təsdiq edirəm: riyaziyyat üzrə elmlər doktoru, prof. A.R.Əliyev
(kafedra müdiri)

İmza: _______________________________
Tarix: 7 fevral 2022 -cı il

Kafedra: Ümumi və tətbiqi riyaziyyat


Fakültə: İnformasiya texnologiyaları və idarəetmə

I. Fənn haqqında məlumat


Fənnin adı: KOMPÜTER ARXİTEKTURASI
Tədris yükü (saat) cəmi:__45__ mühazirə__30__ seminar _ 15__
Tədris ili __2021-2022___Semestr__2__ İxtisas 050509 – Kompüter elmləri
Kredit sayı ___4___

II. Müəllim haqqında məlumat:__


Nağıyev Həsən Əli oğlu, texnika üzrə fəlsəfə doktoru, dosent
(Soyadı, adı, atasının adı, elmi adı və dərəcəsi)
Məsləhət günləri və saatları: hər həftənin 1-ci günü saat 14:00
E-mail ünvanı: hasannagiev@gmail.com
İş telefonu: 0557770909 (mob. nömrəsi)
III. Tələb olunan dərsliklər və dərs vəsaitləri:
Əsas:
1. Дэвид М. Хэррис, Сара Л. Хэррис. Цифровая схемотехника и архитектура
компьютера. © 2013 Elsevier, Inc. ( Переведено командой из компаний и
университетов России, Украины, США и Великобритании) , 1627 c.
2. Калашников О. А. Ассемблер — это просто. Учимся программировать. — 2-е изд.,
перераб. и доп. — СПб.: БХВ-Петербург, 2011. — 336 с.
3. Столяров А.В Программирование на языке ассемблера NASM для ОС Uni: Уч.
пособие. -2-е изд. –М.: МАКС Пресс, 2011. -188 с.
4. Таненбаум Э. Архитектура компьютера, 6-е издание. СПб.: Питер, 2013, 816 с.
Əlavə:
1. Randal E. Bryant, David R. O’Hallaron. Computer Systems: A Programmer’s Perspective
(3rd Edition). Addison-Wesley, 2016, 1105 p.
2. Петцольд Ч. Код. М.: «Русская Редакция» 2001 -512 с.

IV. Fənnin təsviri və məqsədi:


Kursun qısa təsviri: Kompüteri təşkil edən əsas aparat komponentləri və bu komponentlərin iş
prinsipi; maşın səviyyəsində kodlaşdırma və assembler dili; maşın kodlarının icra vaxtının
qiymətləndirilməsi və optimallaşdırılması; kompüter cəbri və rəqəmsal məntiqi sxemlər;
yaddaşın təşkili və idarə edilməsi;

Kursun məqsədi: Kompüter sistemlərinin fəaliyyətinin ümumi şəkildə təşkili məsələlərinin


öyrənilməsi; kompüter sistemlərinin arxitekturası ilə tanışlıq, kompüter sistemlərinin texniki
vasitələri və qurğularının öyrənilməsi; kompüter sistemlərinin əsas məntiqi bloklarının təşkili və
iş prinsipi ilə tanışlıq, assembler dilində proqramlaşdırma vasitəsi ilə prosesorun və yaddaşın iş
prinsiplərinin öyrənilməsi.

V. Fənnin təqvim planı:


Həftələr Mövzunun adı və qısa icmalı Mühazi Məşğələ

1. Mövzu № 1. 2 2
Hesablama sisteminin mürəkkəbliyinin
idarə olunmasında abstraksiya səviyyələri
və baza prinsiplər.
Qısa icmalı:
Fizika ( Electrons), Devices (Transistors,
Diodes), Analoq sxemlər (Analog
Circuits), Rəqmsal sxemlər (Digital
Circuits),Mikroarxitektura
(Microarchitecture), Arxitektura
(Architecture) abstraksiya səviyyələri və
İerarxiya, modul və requlyarlıq prinsipi.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə): Дэвид
М. Хэррис, Сара Л. Хэррис. Цифровая
схемотехника и архитектура
компьютера. © 2013 Elsevier, Inc. 1627 c
2. Mövzu № 2. 2
İnfоrmasiyanın təsviri və manipulyasiyası.
Qısa icmalı:
İnformasiyanın saxlanması. Onaltılıq və
ikilik təsvir. Verilənlərin ölçüləri. Baytların
dərəcə ardıcıllığı. C-də məntiqi
əməliyyatlar. Bit səviyyəsində əməliyyatlar.
Sürüşmə operatoru.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə): Дэвид
М. Хэррис, Сара Л. Хэррис. Цифровая
схемотехника и архитектура
компьютера. © 2013 Elsevier, Inc. 1627 c
3. Mövzu № 3. 2 2
Tam ədədlərin təsviri və üzərində cəbri
əməllər.
Qısa icmalı: İşarəsiz kodlaşdırma. Əlavə
kodda kodlaşdırma. İşarəli və işarəsiz
verilən tiplərinin qarşılıqlı konvertasiyası.
C.-də işarəli və işarəsiz verilən tipləri.
İşarəli və işarəsiz verilən tiplərinin
üstünlükləri və çatışmazlıqları. Əlavə
kodda toplama, çıxma və vurma.
Verilənlərin dolub daşma problemi.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə): Дэвид
М. Хэррис, Сара Л. Хэррис. Цифровая
схемотехника и архитектура
компьютера. © 2013 Elsevier, Inc. 1627 c
4. Mövzu № 4. 2
Kompüterdə mətn məlumatlarının
təqdimatı. Kodlaşdırma cədvəlləri.
Qısa icmalı:
ASCII character set, EBCDIC character set,
Unicode character set.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə): Дэвид
М. Хэррис, Сара Л. Хэррис. Цифровая
схемотехника и архитектура
компьютера. © 2013 Elsevier, Inc. 1627 c
5. Mövzu № 5. 2 2
Sürüşən nöqtəli ədədlərin təsviri və cəbri
əməllər.
Qısa icmalı:
Sürüşən nöqtəli təsvir. Kəsr tipli ikilik
ədədlər. IEEE sürüşən nöqtəli ədədin
təsviri. C-də sürüşən nöqtəli ədədlər.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə): Дэвид
М. Хэррис, Сара Л. Хэррис. Цифровая
схемотехника и архитектура
компьютера. © 2013 Elsevier, Inc. 1627 c
6. Mövzu № 6. 2
Səsin, şəkillərin və videoların əks
olunması.
Qısa icmalı:
Səsin ikilik kodda təsviri. Qrafik
məlumatların təqdim edilməsinin əsasları.
Rastr qrafikası. Vektor qrafikasının riyazi
əsasları. Video məlumatların təsviri.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə):
Таненбаум Э. Архитектура компьютера,
6-е издание. СПб.: Питер, 2013, 816 с.

7. Mövzu № 7. 2 2
Verilənlərin strukturu və idarə olunması
Qısa icmalı:
Dəyişənlər, massivlər və stek. Stek ilə
işləmək üçün operatorlar.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə): Дэвид
М. Хэррис, Сара Л. Хэррис. Цифровая
схемотехника и архитектура
компьютера. © 2013 Elsevier, Inc. 1627 c
8. Mövzu № 8. 2
Bul cəbri.
Qısa icmalı:
Bul cəbrinin qaydaları. Bul cəbri ifadələri.
Bul bərabərlikləri. Bul ifadələrin
sadələşdirilməsi. De Morgan teoremi. Bul
funksiyalarının təsvir olunması.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə): Дэвид
М. Хэррис, Сара Л. Хэррис. Цифровая
схемотехника и архитектура
компьютера. © 2013 Elsevier, Inc. 1627 c
9. Mövzu № 9. 2 2
Məntiq funksiyaları və ventillər.
Qısa icmalı:
Məntiq ventillərinin əsasları. Ventilləri
üçün işarələr. Universal ventilləri.
Doğruluq cədvəlləri. Kombinasiya məntiqi.
Kombinasiya məntiqinin doğruluq
cədvəlləri. Çox girişli ventillər.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə): Дэвид
М. Хэррис, Сара Л. Хэррис. Цифровая
схемотехника и архитектура
компьютера. © 2013 Elsevier, Inc. 1627 c
10. Mövzu № 10. 2
Kombinasiya olunmuş məntiqi bloklar
Qısa icmalı:
Rəqəmsal qurğularda əsas məntiq sxemləri.
Summatorlar. Mutipleksorlar. Dekoderlər.
Komparatorlar. Registr sürüşdürücüsü. SR
açarlar. Sinxron SR açarlar. D-açar.
Triqqerlər. Registrlər.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə): Дэвид
М. Хэррис, Сара Л. Хэррис. Цифровая
схемотехника и архитектура
компьютера. © 2013 Elsevier, Inc. 1627 c

11. Mövzu № 11. 2 2


Yaddaşın təşkili
Qısa icmalı:
Yaddaşdan oxuma. İA32/64
prosessorlarında yaddaşa müraciət
rejimləri. Prosessorun yüksəksürətli
yaddaşa müraciət reqistrləri. Seqment
reqistrləri.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə):
Калашников О. А. Ассемблер — это
просто. Учимся программировать. — 2-е
изд., перераб. и доп. — СПб.: БХВ-
Петербург, 2011. — 336 с.
12. Mövzu № 12. 2
Yaddaşın ünvanlaşdırılma prinsipi
Qısa icmalı:
Ünvanlaşdırılan yaddaşın təşkili. Real və
virtual və qorunan rejim. 20 mərtəbəli xətti
yaddaşın hesablanması. Yaddaşın xətti
seqment modeli. Yaddaşın çox seqmentli
modeli.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə):
Калашников О. А. Ассемблер — это
просто. Учимся программировать. — 2-е
изд., перераб. и доп. — СПб.: БХВ-
Петербург, 2011. — 336 с.
13. Mövzu № 13. 2 2
Prosessorun arxitekturası
Qısa icmalı:
Mikroprosessor layihələndirilməsinin
əsasları. Şin, takt generatoru. Çoxpilləli
konveyerlər. Superskalyar arxitektura.
CISC və RİSC arxitektiraları.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə): Дэвид
М. Хэррис, Сара Л. Хэррис. Цифровая
схемотехника и архитектура
компьютера. © 2013 Elsevier, Inc. 1627 c
14. Mövzu № 14. 2
Assembler dilində yaddaşın, video buferin,
giriş-çıxış qurğuların idarə olunması
Qısa icmalı:
Assemler dilininin
identifikatorlaı,direktivlər, komandalar,
nişanlar, kəsilmələr. Kəsilmə funksiyaları
ilə qurğuların idarə olunması.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə):
Калашников О. А. Ассемблер — это
просто. Учимся программировать. — 2-е
изд., перераб. и доп. — СПб.: БХВ-
Петербург, 2011. — 336 с.

15. Mövzu № 15. 2 1


Giriş-çıxış və xarici yaddaş qurğularının iş
prinsipi
Qısa icmalı:
Maye kristallı monitorlar. Plazmalı
monitorlar. Monitorlarrın sensor təchizatı
prinsipləri. Rezistor prinsipi. Kondensator
prinsipi. Optik disklər. Sərt disk. Diskə
informasiya yazılışı və oxunma prinsipləri.
Maus, klavituranın işprinsipi.
Oxu materialları (kitabın adı, müəlliflər
və lazımi səhifələr göstərilməklə):
Таненбаум Э. Архитектура компьютера,
6-е издание. СПб.: Питер, 2013, 816 с.

VI. İmtahanın keçirilməsi forması -yazılı, şifahi, dialoq və ya test:


İmtahan yazılı + şifahi formada keçiriləcəkdir.

VII. Semestr ərzində qiymətləndirmə və bal bölgüsü:


Balların maksimum miqdarı – 100 bal.

A) Semestr ərzində toplanan maksimum bal – 50 bal.


Sərbəst işə görə (referat, təqdimat, elmi-tədqiqat və s.) 20 bal
Aralıq imtahan 1 dəfə aparılır- 04.04.2022 - 08.04.2022
(bu aralıq imtahan sualları 16.02.2022 - 01.04.2022 müddətində keçirilmiş 20 bal
materiallar əsasında tərtib olunmalıdır).

Tələbənin aralıq imtahanlarından apellyasiyaya vermə hüququ yoxdur.


Tələbənin dərslərdə aktivliyinə görə (semestrin sonuncu həftəsində
10 bal
qiymətləndirilir)

Tələbələrin təqdimat mövzuları:


1. Kəsrlərin saxlanılması. Sürüşən nöqtəli təsvir.
2. Giriş-çıxış və xarici yaddaş qurğularının iş prinsipi.
3. İntel x86 prosessorlarının arxitekturası.
4. Kombinasiya olunmuş məntiqi bloklari. Yarımcəmlıyici və tam cəmləyici . Komparatorlar.
Registr sürüşdürücüsü.
5. Yaddaşın ünvanlaşdırılma prinsipləri. Real, virtual və qorunan rejim.
6. Kombinasiya olunmuş məntiqi bloklari. Multipleksorlar. Dekoderlər və enkoderlər.
7. Triqqerlər. SR açarlar. Sinxron SR açarlar. D-açar.
8. İA-32 arxitekturalı prosessorun reqistrləri.
9. Tranzistor sxemləri.
10. Giriş-çıxış və xarici yaddaş qurğularının iş prinsipi.
11. Klaviatura və mausun iş prinsipi.
12. Assemblerdə müqayisə operatorları.
13. Bul cəbrinin elementləri.
14. Mikroprosessorun reqistrləri və əməliyyatlar (add,sub,inc, dec).
15. Verilənlərin saxlanılması. Ventillər və triqqerlər.
16. Ədədlərin təsviri. Onaltılıq say sistemi.
17. Şəkillərin təsviri. Səsin təsviri.
18. İkilik kodda informasiyanın təsviri. Tam ədədlərin saxlanılması. Verilənlərin ikilik
tamamlayıcı kodda təsviri.
19. NASM dilininin identifikatorları, direktivlər, komandalar, nişanlar, şərhlər.
20. Assemblerdə dövrlərin qurulması, Şərti və sərtsiz keçidlər.
21. Assembler dilində alt proqramlar (procedure). “call” əmri.
22. Stek. Steklərlə işləmək üçün əmrlər (push, pop, cli, sti, nop).
23. Sxemlərin qurulması. Ventillər.
24. Kompüterdə mətn məlumatlarının təqdimatı. Kodlaşdırma cədvəlləri.
25. Assemblerdə kəsilmələr. Kəsilmə funksiyaları ilə qurğuların idarə olunması.

B) Semestr imtahanı nəticəsinə görə - maksimum 50 bal


Hər biletdə – 5 sual, hər suala – 10 bal verilir.
Qeyd: Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.

C) Semestr nəticəsinə görə qiymətləndirmə (imtahana qədər və imtahanda toplanan ballar


əsasında):
91 – 100 bal əla A
81 – 90 bal çox yaxşı B
71 – 80 bal yaxşı C
61 – 70 bal kafi D
51 – 60 bal qənaətbəxş E
0 – 50 bal qeyri-kafi F

Müəllim: Nağıyev Həsən Əli oğlu İmza:____________________


(soyadı, adı, atasının adı) Tarix: 03.02.2022

You might also like